date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-09 | 811,871 | Büdcədə daha çox vəsait toplanması üçün... - Prezident | Bu günədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə. Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəçilik sistemi yaratmışıq və bunun bəhrəsini görürük. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev "Avronyus" televiziyasına müsahibəsində deyib. Bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacağını qeyd edən dövlətimizin başçısı bildirib: “Biz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir. Regionumuzun, Avrasiyanın xəritəsinə baxsanız görərsiniz ki, bütün əsas nəqliyyat marşrutları bizim ərazidən keçir. Biz ən müasir nəqliyyat infrastrukturunu yaratmışıq. Bu da əlavə imkanlar yaradacaq. Üstəgəl yüz minlərlə keçmiş məcburi köçkünü məskunlaşdırmağı planlaşdırdığımız Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş əraziləri - bu da əlavə aparıcı qüvvə olacaqdır. Beləliklə, səmimi desəm nə iqtisadi sahədə, nə də digər sahədə ölkəmiz üçün hər hansı bir potensial riskləri görmürəm”. |
2023-12-09 | 811,873 | Qarabağ ermənilərinə etdiyimiz təklifdə... - Prezident | Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qrup var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə - hansı ki, yeri gəlmişkən ictimai şəkildə açıqlanmışdır, biz, həmçinin onların hüquqlarını da nəzərə almışdıq. Onların dil, tədris, din, bələdiyyə hüquqlarını nəzərə almışdıq. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər. Tərk etmək qərarı onların öz qərarı idi və bizim indi əldə etdiyimiz məlumata əsasən, bu dırnaqarası “dağlıq qarabağ respublikası”nın dırnaqarası “sabiq rəhbərləri”nin qəsdən etdiyi hərəkət idi. Onlara oranı tərk etməyə ehtiyac yox idi, lakin onlar tərk etmək qərarını verdikdə biz onları dayandıra bilməzdik. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev "Avronyus" televiziyasına müsahibəsində deyib. Dövlətimizin başçısı bildirib: “Biz onlar oranı sülh şəraitində tərk etsinlər deyə, onlara maksimum dərəcədə rahat şərait yaratdıq. Azərbaycanlılara qarşı tam əksi edilmişdir. Onlar otuz il bundan əvvəl ya qətlə yetirilmiş, ya da deportasiya olunmuş, işgəncələrə məruz qalmış, həbs edilmişdir və onların bəziləri yüksək dağlıq əraziləri aşmaq məcburiyyətində qalaraq həmin ərazilərdə donub ölmüşdür. Bu sənədlərlə təsdiq edilib. Qarabağ bölgəsinin ermənilərinin Ermənistana daxil olmaları da sənədləşdirilmişdir və hər şey humanitar standartlara əsasən edilmişdir”. Qayıtmaq istəyən ermənilərin Azərbaycanın açdığı elektron portalda qeydiyyatdan keçərək geri qayıtmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirməli olduqlarını vurğulayan dövlət başçısı qeyd edib: “Onların bir neçəsi artıq vətəndaşlıq üçün müraciət edib və hazırda onların müraciətlərinə baxılır. Bəzi ermənilər Qarabağda qalmağa qərar verdilər və indi bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Miqrasiya Xidməti onların qeydinə qalır, onları qeydiyyata salır”. |
2023-12-09 | 811,876 | Qüdsi Osmanov bu ölkəyə səfir göndərildi | Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. |
2023-12-09 | 811,878 | Azərbaycanın Moldovadakı səfiri dəyişdi | Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin. |
2023-12-09 | 811,879 | Moskva limanları iflic oldu: 23 reys… | 12:20 Hava şəraiti ilə əlaqədar Moskva hava limanlarında uçuşlarda problem yaranıb. Axar.az RİA-a istinadla xəbər verir ki, ümumilikdə 23 reys gecikib və ya ləğv edilib. Belə ki, Vnukovo hava limanında 8, Şeremetyevoda isə 3 reys gecikib, Domodedovoda 10 reys gecikib, 2 reys isə ləğv edilib. |
2023-12-09 | 811,882 | Beynəlxalq arenada müstəqil siyasətə davam edəcəyik | Beynəlxalq arenada müstəqil siyasət yürütməyə davam edəcəyik. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev "Avronyus" televiziyasına müsahibəsində deyib. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına dördüncü ildir sədrlik etdiyini xatırladan dövlət başçısı vurğulayıb: “Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Biz Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atdıq, parlament və gənclər platformalarını yaratdıq, qadınlar üçün platformanın yaradılması üzərində işlədik. Biz COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım etdik. Beləliklə, bizim Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı və yeri gəlmişkən, bizim sədrliyimiz yekdil qərarla əlavə bir il uzadılmışdır. 120 ölkə, onların heç də hamısı bir-biri ilə yaxşı münasibətdə deyil, lakin Azərbaycana gəldikdə onların hamısı yekdilliklə bizi dəstəklədi. Beləliklə, bu, beynəlxalq dəstəyi ən yaxşı şəkildə nümayiş etdirir. Bəzən bəzi siyasətçilər beynəlxalq birlik haqqında danışdıqda onlar ola bilsin ki, onlarla ölkəni nəzərdə tuturlar. Lakin beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Bu, yalnız bir istiqamətdir”. |
2023-12-09 | 811,884 | Şəhid qızına Şuşada vəzifə verildi | Qəbələ rayonu ərazisində fəaliyyət göstərən 24 nömrəli Şuşa məktəbinə rəhbərlik edən Səbinə Mikayıl qızı Gözəlova işğaldan azad olunmuş şəhərdə birinci tikilib istifadəyə verilən və bu il açılışı olan Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyin olunub. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, S.Gözəlova Şuşa şəhərinin keçmiş icra başçısı olmuş Mikayıl Gözəlovun qızıdır. M.Gözəlov Şuşanın və Qarabağdakı digər yaşayış məntəqələrinin müdafiəsində mühüm rol oynayıb. Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Şuşanın Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin ermənilərdən azad edilməsi əməliyyatına rəhbərlik edib. 1991-ci ilin dekabrın 11-də Şuşadakı iş otağında güllələnərək öldürülüb. |
2023-12-09 | 811,888 | FHN-in mütəxəssisləri bu məktəblərdə tədbirlər keçirdi | Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Axar.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin Nizami rayonu Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində, Gəncə Regional Mərkəzi tərəfindən Ağstafa rayonunun Sirac Əliyev adına Qırılı kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar rayonunun Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonunun Mahir Əzizov adına Bılıx kənd və Mehman Ağayev adına Yenikənd kənd tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayonunun Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub. Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb. |
2023-12-09 | 811,890 | DYP sürücülərə xəbərdarlıq etdi | Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu müşahidə olunan hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. Bu barədə Axar.az-a BDYPİ-dən məlumat verilib. Bildirilib ki, hazırda müşahidə olunan yağışlı, dumanlı hava şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır: "Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır. Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, hərəkət iştirakçılarına əlverişsiz havada diqqətli olmağı, ələlxsus səfərə çıxan sürücülərə sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik". |
2023-12-09 | 811,891 | Bu rayonda suyun verilməsi məhdudlaşacaq | Bu gün Ağcabədi rayonunda suyun verilməsində məhdudiyyətlər yaranacaq. Bu barədə Axar.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib. Bildirilib ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar dekabrın 9-da gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Agentlik yaranan narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir. |
2023-12-09 | 811,893 | Sabah qar yağacaq | Dekabrın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 1-6° isti, gündüz 2-7° isti olacaq. |
2023-12-09 | 811,898 | İsrail Suriyada Hizbullah üzvlərini məhv etdi | İsrailin pilotsuz təyyarəsinin Suriyanın cənub-qərbinə endirdiyi zərbə nəticəsində Livan Hizbullah hərəkatının üç üzvü öldürülüb. Axar.az xəbər verir ki, bu barədə “Röyters” etibarlı mənbələrinə istinadla məlumat yayıb. Mənbələrdən biri bildirib ki, zərbə zamanı onları müşayiət edən suriyalı da həlak olub. |
2023-12-09 | 811,899 | Tapdıq Əliyev dünən nazir idi, bu gün müavin oldu | Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə yeni nazir müavini təyin edilib Axar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib. Qeyd edək ki, T.Əliyev ötən gün iqtisadiyyat naziri vəifəsindən azad edilmişdi. |
2023-12-09 | 811,900 | Müdafiə naziri iclas keçirdi, tapşırıqlar verdi | Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə dekabrın 9-da 2023-cü ilin yekunlarına dair nazirliyin Kollegiya iclası keçirilib. Axar.az xəbər verir ki, iclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər. İclasda Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən 2023-cü il ərzində ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən, həmçinin şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Azərbaycan Ordusunun cari il ərzində xidməti-döyüş fəaliyyətinin təhlili zamanı təlimlərin qoşunların döyüş qabiliyyətinin, eyni zamanda şəxsi heyətin peşəkarlığının artırılmasına müsbət təsir göstərdiyi bildirilib. Qoşunların imkan və qabiliyyətlərinin yüksəldilməsi, əməliyyat və döyüş hazırlığı, kəşfiyyat xidməti, peşəkar kadrlarla komplektləşdirilməsi və digər sahələrdə əldə edilən nailiyyətlər diqqətə çatdırılıb. Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində 2023-cü il ərzində hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə qazanılan uğurlar, həmçinin növbəti ildə planlaşdırılan tədbirlər iştirakçıların diqqətinə çatdırılıb. Azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib. Qeyd olunub ki, görülən tədbirlər nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni təminat yollarının çəkilməsi, eləcə də ərazilərin müəyyən hissəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər həyata keçirilib. Bu istiqamətdə görülən işlərin növbəti ildə də davam etdiriləcəyi vurğulanıb. Kollegiya iclasında, həmçinin Ordumuzun müasir tələblərə cavab verən silah və texnika ilə təchizatı, azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə aparılan quruculuq işləri, yeni istifadəyə verilən hərbi infrastruktur obyektləri, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində cari ildə icra edilən fəaliyyətlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, digər illərdə olduğu kimi 2023-cü il ərzində də qoşunların, o cümlədən dağlıq ərazilərdə, sərt iqlim şəraitində xidmət aparan bölmələrin bütün növ təminatı müvafiq normalara uyğun həyata keçirilib, zəruri ehtiyatlar yaradılıb. İclasda postmüharibə dövründə olan Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğu bildirilib, hərbi intizam pozuntusu, eləcə də digər neqativ halların əvvəlki illərə nisbətən xeyli azaldığı xüsusi vurğulanıb. Ordumuzda mövcud nizam-intizam göstəricilərinin bir çox qabaqcıl xarici ölkələrin silahlı qüvvələrindən də yüksək olduğu qeyd edilib. Aylıq vəzifə maaşlarının artırılması və digər islahatları əhatə edən yeni qanun layihələrinin hərbi qulluqçuların peşəkarlığının, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edəcəyi əminliklə ifadə olunub. İclasın yekununda çıxış edən general-polkovnik Z.Həsənov Ali Baş Komandan tərəfindən 2024-cü il üzrə Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdırıb. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında Ordumuzun fəaliyyətini yüksək qiymətləndirməsinin gələcək xidmətimiz üçün böyük stimul olduğunu bildirib. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun regionda sülhün bərqərar olmasına zəmin yaratdığını vurğulayan nazir Ordumuzun bundan sonra da qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazır olduğunu qeyd edib. Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərin intensivliyinin artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması barədə müvafiq göstərişlər verilib. General-polkovnik Z.Həsənov qış mövsümündə əsas diqqətin dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminatına yönəldilməsi, yaradılan bütün növ ehtiyatın ciddi nəzarətdə saxlanılması ilə əlaqədar aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Sonda müdafiə naziri bölmələrin döyüş hazırlığı və şəxsi heyətin fərdi peşəkarlığına xüsusi diqqətin yetirilməsi, eləcə də 2024-cü ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı tələblərini iştirakçılara çatdırıb. |
2023-12-09 | 811,901 | Ordumuz istənilən tapşırığın icrasına hazırdır - General | Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bundan sonra da qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazır olduğunu qeyd edib. Axar.az xəbər verir ki, Z.Həsənov bu barədə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında bildirib. Nazir Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun regionda sülhün bərqərar olmasına zəmin yaratdığını vurğulayıb. Z.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında Ordumuzun fəaliyyətini yüksək qiymətləndirməsinin gələcək xidmətimiz üçün böyük stimul olduğunu bildirib. |
2023-12-09 | 811,904 | Bu klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı | Bakıda stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bu çərçivədə, Agentlik tərəfindən Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Rövşən Afiq oğluna məxsus stomatoloji klinikada sahibkarın müraciəti əsasında keçirilmiş yoxlama tədbirləri zamanı rentgen aparatının istismarı ilə əlaqədar radiasiya təhlükəsizliyi tələblərinin pozulması faktı aşkar edilib. Faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan stomatoloji klinikada istifadə edilən rentgen aparatının istismarı dayandırılıb. |
2023-12-09 | 811,905 | Abdullahian Haniyəyə Quterreşi təriflədi | İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefonla danışıb. Axar.az “Mehr” agentliyinə istinadla xəbər verir ki, tərəflər Qəzza zolağında baş verən son hadisələri müzakirə edib. Abdullahian BMT Baş katibi Antonio Quterreşin Qəzza zolağında humanitar atəşkəsə nail olmaq üçün BMT Nizamnaməsinin 99-cu maddəsinə bu yaxınlarda müraciət etməsini alqışlayıb. O, bu addımı dünya səhnəsində sülh və təhlükəsizliyin bərqərar edilməsinə yönəlmiş nadir və layiqli tədbir adlandırıb. İranın xarici işlər naziri həmçinin Haniyəni İslam Respublikası və digər müsəlman ölkələrin Fələstin xalqına dəstək, sionist rejimin hərbi cinayətlərinin pislənməsi və fələstinlilərin qətliamına son qoyulması üçün beynəlxalq səviyyədə həyata keçirdiyi son diplomatik manevrlər barədə məlumat verib. |
2023-12-09 | 811,907 | ABŞ Kiyev ilə Zelenski-Zalujnı konfliktini müzakirə etdi | Vaşinqton və Kiyev Prezident Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasındakı fikir ayrılıqlarına dair müzakirə aparıb. Axar.az xəbər verir ki, bu barədə “Messenger” portalı mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, görüşlər zamanı Zelenski ilə bir neçə ukraynalı general, o cümlədən Zalujnı arasında münasibətlərin pisləşməsi ilə bağlı məsələ qaldırılıb. Onlar bu gərginliyin Rusiya ilə münaqişənin gedişatına necə təsir edə biləcəyini müzakirə ediblər. Portalın məlumatına görə, ABŞ nümayəndələri Zelenski ilə Zalujnı arasındakı ziddiyyətlərin hələ kritik həddə çatmadığını hesab edirlər. |
2023-12-09 | 811,917 | Vətəndaşlardan 38 minlik qızıl oğurlayanlar saxlanıldı | Paytaxtın Suraxanı rayonunda polis əməkdaşları tərəfindən son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı Yeni Günəşli və Zığ qəsəbələrində baş verən oğurluq hadisələrinin üstü açılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Paytaxt sakinlərindən biri avtomobilindən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanması barədə Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məlumat verib. Bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Mehralıyev və qohumu Zamin Mehralıyev saxlanılıblar. Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı Yeni Günəşli qəsəbəsində avtomobillərin şüşələrini qıraraq maqnitofon, həmçinin digər qiymətli əşyalar oğurlayan Əli Səfərov və Zığ qəsəbəsində yerləşən obyektlərdən birindən 2500 manat dəyərində qapı, pəncərə və dəmir avadanlıqlar oğurlayan əvvəllər məhkum olunmuş Əhməd Cəfərov saxlanılıb. Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həmçinin son bir-neçə gündə əhali ilə aparılan profilaktik söhbətlər nəticəsində Suraxanı rayon sakinlərində saxlanılan 5 ədəd müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri polisə təhvil verilib. |
2023-12-09 | 811,922 | Paşinyan Əliyevi təkrarlaya bilər: mövqeləri güclənir... | Azərbaycan Prezidenti İlham Əliyevin erkən prezident seçkisi qərarından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan də eyni qərarı verib, erkən parlament seçkisi barədə düşünə bilər. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, gələn il iki ölkə arasında danışıqlar intensivləşəcək, Ermənistan müxalifəti indidən Nikol Paşinyanı sülh sazişində Azərbaycana güzəştə getməkdə ittiham edir: “Erkən parlament seçkisi vasitəsilə əlini gücləndirəcəyini planlaşdıran Paşinyan müxalifəti zəiflədib, İlham Əliyevlə danışıqlarda arxaya boylanmadan nəticə əldə etmək istəyə bilər. Paşinyan həm də ona arxayındır ki, Ermənistanın susqun çoxluğunun ona olan dəstəyi azalmayıb. Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi və iki ölkə arasında atılacaq digər addımlar Paşinyanın mövqelərini daha da gücləndirəcək. Ermənistan cəmiyyəti İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra müharibə istəmir, Azərbaycan və Türkiyə ilə məsələlərin danışıqlar yolu ilə həllini istəyir. Bu Paşinyanın işinə yarayır”. Qeyd edək ki, Ermənstanda parlament seçkilər 2021-ci ildə, vaxtından əvvəl keçirilib. |
2023-12-09 | 811,923 | Bu işsiz şəxslərə ödənişlər ediləcək | “İşsizlikdən sığorta haqqında” qanuna edilən yeni dəyişikliklərlə sığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək. Belə ki, yeni dəyişikliklərə əsasən müəssisənin mülkiyyətçisi dəyişəndə, əvvəllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə, həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata buraxıldılqdan sonra öz işinə qayıtdıqda da ödənişlər ediləcək. Axar.az xəbər verir ki, bu sözlər millət vəkili, iqtsadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək: “İndi bu əlavələr 20 faiz ilə məhdudlaşır. Yeni dəyişliklərlə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək. İşsizlərə sığorta verilməsi zamanı müddətli əmək müqaviləsi üzrə tələb olunan sığorta stajının 30 aydan 24 aya endirilməsi də həyata keçirilir. Bu, daha çox vətəndaşın ödəniş almasına imkan yaradacaq. Digər dəyişiklik fərdi məşğulluq proqramının üzrlü səbəbdən icra edilə bilmədiyi halda ödənişlərin verilməsidir. Bu zaman qanunda üzrlü halların konkret olaraq müəyyənləşdirilməsi də həyata keçirilib. Bütövlükdə qanuna edilən dəyişiklik sığorta ödənişlərinə əlçatanlığı artırmaqla yanaşı daha çox vətəndaşımızın bu imkandan faydalanmasına şərait yaradacaq”. |
2023-12-09 | 811,925 | İki rus İrəvanı qarışdırdı: ermənilər şoka düşdü - Video | Rusiya vətəndaşı olduğu iddia edilən ki gənc ötən gün İrəvan küçələrində qeyri-adekvat hərəkətlərini əks etdirən görüntüləri sosial şəbəkədə paylaşıblar. Axar.az xəbər verir ki, gənclər meyvə-tərəvəz dükanından meyvələri yerə atıb, həmçinin gül dükanında gülləri yerə tökərək, tapdalayıb əziblər. Video sosial şəbəkədə yayılandan və ictimai etiraza səbəb olandan sonra polis iki əcnəbi vətəndaşın saxlanıldığı bildirilib. Onların narkotikin təsiri altında olduğu ehtimal edilir. |
2023-12-09 | 811,926 | Yaşar Əliyev dəfn olundu | Ötən gün dünyasını dəyişən diplomat, Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev bu gün dəfn olunub. Axar.az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri iştirak ediblər. Qeyd edək ki, Y.Əliyev Ombudsman Səbinə Əliyevanın atası, millət vəkili Siyavuş Novruzovun qayınatasıdır. |
2023-12-09 | 811,927 | Xankəndidə ermənilər “Bizim dağlar”ı gəzdi - Video | Xankəndidə yaşamağa davam edən erməni sakinlər – Sərkis Qalstyan və arvadı “Biz və bizim dağlar” heykəlini ziyarət ediblər. Axar.az xəbər verir ki, bu barədə onların sosial şəbəkələrdə yaydıqları videonu erməni mediası tirajlayıb. Videoda onların təhlükəsiz şəkildə yaşadıqları, istədikləri yerə gedə bildikləri əks olunub. |
2023-12-09 | 811,931 | Bakıda güclü külək əsəcək - Xəbərdarlıq | Sabah güclü külək əsəcək. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, dekabrın 10-u gündüzdən 11-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. |
2023-12-09 | 811,933 | Ermənistan XİN “Bastion” alınmasına aydınlıq gətirdi | Hər bir ölkə öz suverenliyi və yurisdiksiyası çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində imkanları inkişaf etdirmək üçün digər dövlətlərlə əməkdaşlıq edə bilər. Axar.az xəbər verir ki, bu sözlər Ermənistan XİN-in Fransadan “Bastion” zirehli texnikası alması ilə bağlı açıqlamasında əks olunub. Qeyd edək ki, noyabrda Azərbaycan XİN Fransanın zirehli transportyorlarının Ermənistana göndərilməsini pisləyib və bunu Parisin regionu hərbiləşdirməsi adlandırıb. Ötən gün isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana zirehli texnika və sistemlər göndərilməsini təxribat adlandırıb. Xatırladaq ki, Fransa Ermənistana ümumilikdə 50 ədəd “Bastion” göndərəcək. Onlardan artıq 24-nün artıq tədarük edildiyi bildirilir. Ermənistanın Fransadan GM-200 sistemi, “Mistral” və s. alması üçün sazişlər imzalanıb. |
2023-12-09 | 811,936 | Gömrük postlarında gözləyən maşınların sayı artdı | Hazırda Azərbaycanın gömrük postlarında 1 840 yük maşını gözləmədədir. Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, bunun 240-ı “Astara” gömrük postunda, 130-u “Biləsuvar” gömrük postunda, 1 300-ü “Qırmızı Körpü” gömrük postunda, 90-ı “Mazımqara” gömrük postunda, 67-si “Samur” gömrük postunda və 13-ü “Xanoba” gömrük postunda gözləyir. Bildirilib ki, ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılş məntəqəsində müşahidə edilir. Məlumatda deyilir ki, Gürcüstan-Azərbaycan sərhəddə sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. Qeyd edək ki, AYNA ötən gün ümumilikdə 1 724 yük maşınının gözləmədə olduğunu açıqlamışdı. |
2023-12-09 | 811,937 | Türkiyə ordusu terrorçuları havadan vurdu | Türkiyə ordusu İraqın şimalındakı “Pəncə-Kilid” bölgəsində aşkar edilən PKK-nın 2 üzvünü havadan aparılan əməliyyat çərçivəsində zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. |
2023-12-09 | 811,938 | Türkiyədən ABŞ-ın veto qərarına reaksiya | Ötən gün verilən qərarından sonra Fələstində öldürülən hər uşağın, hər qadının qanında ABŞ rəhbərliyinin də əli vardır. Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş deyib. “Bu qəbuledilməzdir. Bəşəriyyət heç vaxt buna göz yuma bilməz”, - Qurtulmuş bildirib. Qeyd edək ki, ABŞ BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edib və İsrail-Fələstin zonasında dərhal atəşkəs tələb edən BƏƏ-nin hazırladığı humanitar qətnamə layihəsini bloklayıb. |
2023-12-09 | 811,943 | Bakı mühüm konfransa ev sahibliyi edəcək | Şərqi Avropa ölkələrinin bir qrupu Bakını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək şəhər kimi seçiblər. Axar.az Report-a istinadən xəbər verir ki, bunu “Climatechangenews” saytına iki mənbə təsdiq edib. Məlumata görə, bu barədə seçimi Şərqi Avropa ölkələrinin bir qrupu edib. Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilib ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. "Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək", - birgə açıqlamada deyilib. |
2023-12-09 | 811,947 | Şəhidin qızı xəstəxanada qızılcaya yoluxub? – Rəsmi | 21 yaşlı Ülkər Tağızadə Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin İnfeksion xəstəliklər şöbəsində müalicə alıb. Axar.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, xəstənin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb. Qeyd edilib ki, dekabrın 5-də bədən hərarəti kəskin yüksəlib, növbəti gün bədənin müxtəlif nahiyələrində qızılca səpkiləri müşahidə olunub: "Qeyd edirik ki, ümumiyyətlə qızılca və Hepatit A xəstələrinin müalicəsi eyni müalicə korpuslarında aparılmır. Qızılca virusuna hava-damcı yolu ilə, Hepatit A virusuna isə qidalardan və çirkli sudan (yaxşı yuyulmamış tərəvəz, hovuz və dəniz suyundan) yoluxma riski daha yüksəkdir. Məlumat üçün bildiririk ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür. Xəstənin anası ilə tərəfimizdən əlaqə saxlanılıb və ixtisaslaşmış xəstəxanada onun müalicəsinin aparılması təklif olunub". Qeyd edək ki, sosial şəbəkə platformalarında şəhid Rahim Tağıyevin övladı Ülkər Tağızadənin iki həftə əvvəl Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin infeksion xəstəliklər şöbəsinə yerləşdirilməsi və xəstəxanada qızılcaya yoluxmasına dair məlumat yayılıb. Bildirilib ki, Ülkər Tağızadə xəstəxanadan evə buraxıldıqdan sonra qızılca ilə mübarizə aparır və evlərində ağır əməliyyatdan çıxmış qardaşı olduğu üçün ailə çətinlik çəkir. |
2023-12-09 | 811,948 | Tehrandan ABŞ-ın veto qərarına reaksiya | İran ABŞ-ın Qəzzada atəşkəs tələb edən qanun layihəsinə veto qoymasını sərt şəkildə qınayır. Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. O bildirib ki, ABŞ rəhbərliyinin insanlığa qarşı və irqçiliyi təbliğ edən siyasətinin gələcək nəsillərə mirası utancdan başqa bir şey olmayacaq. |
2023-12-09 | 811,951 | Naxçıvanda yüksək vəzifələrə təyinat | Naxçıvan Muxtar Respublikanın (MR) Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrinə yeni təyinatlar olub. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov əmr imzalayıb. Əmrə əsasən, yeni yaradılan "Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardim Xidməti" publik hüquqi şəxsin direktoru Səbuhi Vahid oğlu İbrahimov, "Qan Bankı Və Qan Köçürmə Mərkəzi" publik hüquqi şəxsin direktoru Məmmədəli Əli oğlu Həsənov, "Treninq və Simulyasiya Mərkəzi" publik hüquqi şəxsin direktoru Aytən Əlövsət qızı Rzayeva, yeni yaradılan "Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" publik hüquqi şəxsin direktoru Rifat Almurad oğlu Məmmədov (bundan əvvəl Elçin Zakir oğlu Rəfiyev), "Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi" publik hüquqi şəxsin direktoru Mustafa Həsən oğlu Əliyev, "Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsin direktoru Rəhim Nəcəf oğlu Rəhimov təyin edilib. Sonuncu Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının keçmiş baş həkimidir. O, noyabr ayında Samiq Sadıxovun əmri ilə işdən çıxarılmışdı. |
2023-12-09 | 811,956 | Sərnişin təyyarəsi raketlərin alovu altında eniş etdi - Video | İsrailin raket atəşinə tutulması vaxtı sərnişin təyyarəsinin eniş anını əks etdirən görüntülər yayılıb. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Bildirilib ki, kadrlar Təl-Əviv aeroportundandır. Videoda Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin əməliyyatı zamanı təyyarənin aeroportun ərazisinə eniş etməsi görünür. Qeyd edək ki, ötən gecə HƏMAS tərəfindən İsrailin Təl-Əviv və digər mərkəzi şəhərləri raket hücumuna məruz qalıb. |
2023-12-09 | 811,957 | Bakıda 5 min manat oğurlayan əcnəbi saxlanıldı | Bakıda 5 min manat oğurlayan əcnəbi vətəndaş saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin 5 000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-09 | 811,958 | İlham Əliyev Keniya prezidentinə məktub göndərdi | Azərbaycan Prezidenti İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Rutoya ölkənin milli bayramı olan Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Axar.az təbrikin mətnini təqdim edir: “Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Bu il Azərbaycanın Keniyada Səfirliyinin fəaliyyətə başlaması ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Keniya əlaqələrinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”. |
2023-12-09 | 811,959 | ABŞ səfirindən Azərbaycan dilində müraciət - Video | ABŞ səfirliyi Azərbaycanı 1991-ci ildə müstəqillik əldə etdikdən sonra dəstəkləyib və son 32 il ərzində heyrətamiz dəyişikliklərin şahidi olub. Axar.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi video-müraciətində deyib. "Ümid edirəm ki, burada olduğum müddətdə biz bu regionda davamlı və ləyaqətli sülh üçün birlikdə çalışacağıq, Azərbaycanın daha da inkişaf etdiyini, regionda və dünyada mühüm rol oynamağa davam etdiyini görəcəyik", amerikalı diplomat qeyd edib. |
2023-12-09 | 811,960 | İsrail ABŞ-dan 500 milyonluq mərmi istədi - NYT | İsrail Qəzzada istifadə etmək üçün ABŞ-dan 500 milyon dollar dəyərində 45 min tank mərmisi istəyib. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” ABŞ Dövlət Departamentindəki mənbəsinə əsasən məlumat yayıb. Bildirilib ki, Dövlət Departamenti qərarı nəzərdən keçirmək üçün ABŞ Konqresinə təqdim etdikdən sonra bəzi üzvlər və müşavirlər məsələ ilə bağlı sərt mövqeyi ortaya qoya bilər. Bununla belə vurğulanıb ki, Dövlət Departamenti Konqresin məsələyə problem yaratmaması üçün silah ixracı ilə bağlı qanunda “fövqəladə vəziyyət” maddəsini aktivləşdirməyi nəzərdən keçirir. |
2023-12-09 | 811,961 | Tovuzda şagird sinif yoldaşını bıçaqladı | Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb. Axar.az xəbər verir ki, hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb. Məktəbin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə R.Məmmədov sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyatində qeydə alınıb. Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanıb. |
2023-12-09 | 811,962 | DYP: Piyadaların üzərinə su sıçratmaq... | Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücüləri piyadalara qarşı nəzakətli olmağa çağırıb. Axar.az xəbər verir ki, bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) yayıb. Məlumatda bildirilir ki, havalar soyuduqca, yağışlar yağdıqca yollarda yaranan su gölməçələri piyadalar üçün əsl problemə çevrilir: "Elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır, yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə, əksinə, sürət həddini daha da artıraraq, onların üst-başlarını batırırlar. Hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar və yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar. Unutmasınlar ki, piyadaların üzərinə su sıçratmaq yolverilməzdir". |
2023-12-09 | 811,963 | 654-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 654-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 550 təyyarəsi, 257 helikopteri, 9588 PUA-sı, 442 zenit-raket kompleksi, 13 924 tank və digər zirehli texnikası, 1 188 reaktiv yaylım atəş sistemi, 7 284 artilleriya və minaatanı, 16 096 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-09 | 811,964 | Bu, ABŞ-la mümkün deyil – Ərdoğan sərt danışdı | BMT Təhlükəsizlik Şurasında təkcə ABŞ-ın veto hüququndan istifadə etməsi ilə Qəzzada atəşkəslə bağlı qətnamə rədd edildi. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Belə ədalətli dünya ola bilərmi? Ədalətli dünya mümkündür, amma Amerika ilə deyil. Çünki Amerika pulu və silahı ilə İsrailin tərəfindədir. Ey Amerika, buna necə cavab verəcəksən?” - Türkiyə lideri bildirib. Qeyd edək ki, ABŞ BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edib və İsrail-Fələstin zonasında dərhal atəşkəs tələb edən BƏƏ-nin hazırladığı humanitar qətnamə layihəsini bloklayıb. |
2023-12-09 | 811,965 | Səfir COP29 barədə danışdı: Bakının böyük təcrübəsi var | Bakının “Avroviziya” mahnı müsabiqəsi, eləcə də idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi var və o, COP-un artan tələblərinə cavab verə biləcək. Axar.az xəbər verir ki, bunu “Blumberq”ə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov deyib. Səfir bildirib ki, Azərbaycanın ev sahibi kimi təklif olunması qonşu Ermənistanla sülh danışıqlarında irəliləyişə nail olunmasından sonra mümkün olub: “Azərbaycan 20-ci əsrin ilk neft bumu zamanı birinci yerdə olub. Bu, enerji inqilabının başlanğıcı idi və düşünürəm ki, Azərbaycan enerji keçidinə töhfə verən böyük tədbirlərə ev sahibliyi edə bilər”. E.Süleymanov həmçinin qeyd edib ki, ötən il Azərbaycan Qara dənizin dibi ilə keçəcək və Rumıniya, Bolqarıstan və Macarıstan kimi ölkələri külək enerjisi ilə təmin edəcək elektrik kabelinin çəkilməsi ilə bağlı saziş imzalayıb. Qeyd edək ki, “Climatechangenews” saytı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) Bakının ev sahibliyi edəcəyini bildirib. |
2023-12-09 | 811,966 | Əmininin ailəsinin ölkədən çıxışına qadağa qoyuldu | 2022-ci ilin 16 sentyabrında məcburi hicab qaydalarını pozduğuna görə Tehranda əxlaq polisi tərəfindən öldürülən Məhsa Əmininin ailəsinin ölkədən çıxışına qadağa qoyulub. Axar.az xəbər verir ki, bu barədə ailəyə yaxın şəxslər məlumat yayıb. Bildirilib ki, Əmininin valideynləri Tehranın İmam Xomeyni hava limanından Fransaya uçmaq istədikləri vaxt pasportları alınıb və onların çıxışına qadağa qoyulduğu bildirilib. Ailə Avropa Birliyinin Məhsa Əminiyə verdiyi Saxarov adına 2023-cü ilin “Fikir azadlığı” mükafatını almaq üçün Fransaya dəvət edilib. Xatırladaq ki, Məhsa Əmini ötən il sentyabrın 13-də İranın əxlaq polisi tərəfindən saxlanıldıqdan bir müddət sonra komaya düşüb, ardınca isə vəfat edib. Onun ölümündən sonra İranda aylarla davam edən aksiyalar başlayıb. |
2023-12-09 | 811,970 | ABŞ-dan İranla bağlı xəbərdarlıq: Tədbirlər görəcəyik! | İraqda İrana bağlı "Kətaib-i Hizbullah" və "Hərəkət əl-Nücəba" silahlı qruplaşmaları terror təşkilatlarıdır. Axar.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani ilə telefon danışığı zamanı deyib. Ostin İrana bağlı qüvvələrin ABŞ hədəflərinə hücumlarını müzakirə edərək, adıçəkilən silahlı qrupların bu hücumlara görə məsuliyyət daşıdıqlarını vurğulayıb. “İraq hökuməti ölkədəki diplomatik heyəti və beynəlxalq anti-İŞİD koalisiya qüvvələrini qorumağa borcludur. ABŞ-ın isə bu hücumlar qarşısında özünü müdafiə etmək hüququ var”, - o bildirib. |
2023-12-09 | 811,971 | Britaniyadan İran rəsmilərinə sanksiya | Britaniya hökuməti məcburi hicab qaydalarının tətbiqindəki rollarına görə daha 5 İran rəsmisinə sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Sanksiya tətbiq edilən şəxslər arasında Tehran metropoliteninin baş direktoru Məsud Dürüstinin də adı var. Həmçinin, Tehranın Baş prokuroru Əli Salehi, Hörmüzqan əyalətinin polis komandiri Əli Əkbər Cavidan, Mazandaranın polis komandiri Həsən Mofəhəmi Şəhreştaniyə də sanksiyalar tətbiq edilib. Bildirilib ki, adıçəkilən şəxslər qız və qadınlara məcburi hicabın tətbiqində iştirak etdiklərinə görə sanksiyalara məruz qalıblar. |
2023-12-09 | 811,977 | Çin metanla uçan raketlə orbitə üç peyk buraxdı | Bu gün Çinin “LandSpace Technology” şitkəti tərəfindən hazırlanmış metanla uçan raket üç peyki orbitə çıxarıb. Axar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Məlumata görə, bu, Çin özəl raket startapının metan və maye oksigendən istifadə edən kosmik aparatların kommersiya uçuşu üçün hazırlığını yoxlamaq missiyasında bir mərhələ olub. Günorta saatlarında raketlə buraxılan üç peykin 460 km hündürlükdə Günəşlə sinxron orbitə çatdığı bildirilib. |
2023-12-09 | 811,981 | Nazir: İqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqik | Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqdir. Axar.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirir Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Kofransının 28-ci Sessiyasında çıxışı zamanı deyib. "Sevindiricidir ki, Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı qrup daxilində ümumi konsensus var. Biz bütün ölkələrə, xüsusən də Şərqi Avropa Qrupuna və ev sahibi Birləşmiş Ərəb Əmirliklərinə göstərdikləri dəstəyə görə minnətdarıq. Biz COP29-un uğurunu təmin etmək üçün hər kəslə əməkdaşlıq çərçivəsində inklüziv işləyəcəyik. Qoy COP28 bizi hamı üçün daha davamlı və təhlükəsiz gələcəyə aparsın", - nazir bildirib. M.Babayev vurğulayıb ki, Azərbaycan qlobal səylərə töhfə verməyə tam sadiqdir və iqlimə təsirlərin azaldılması üzrə fəaliyyətlərdə fəal iştirak edir: "Bu fəaliyyətlərə ümumi elektrik enerjisi qoyuluşunda bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılaraq 2030-cu ilə qədər 30%-ə çatdırmağı hədəfləyirik. Biz həmçinin enerji səmərəliliyinin artırılması, aşağı emissiyalı nəqliyyata keçid, şəhər nəqliyyatında innovativ həllər, sənayedə aşağı karbonlu təmiz texnologiyaların tətbiqi, tullantıların idarə edilməsinin təkmilləşdirilməsi və meşələrimizin artırılması üzrə tədbirlər həyata keçiririk". Onun sözlərinə görə, Azərbaycan da iqlim dəyişikliyi ilə bağlı mühüm addımlar atmaqdadır: "Emissiyaların atılmasında tarixi məsuliyyəti və iqlim dəyişikliyinə qarşı mübarizədə ölkələrin müxtəlif imkanlarını nəzərə alaraq, fəaliyyətlərimizin əsasını təşkil etməli olan ümumi, lakin fərqli məsuliyyət prinsipini dəstəkləyirik. Həmçinin, iqlim fəaliyyətin sürətləndirilməsi üçün vacib olan adekvat maliyyə dəstəyinin və texnologiya transferinin vacibliyini vurğulayırıq". |
2023-12-09 | 811,982 | Ukrayna Makeyevkaya zərbələr endirdi | Ukrayna qoşunları Donbasın Makeyevka rayonuna MLRS-dən raket zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə "dxr"in Müharibə Cinayətləri ilə bağlı Məsələlərə Nəzarət və Koordinasiya Birgə Mərkəzi məlumat verib. Dağıntı və tələfat barədə məlumat yoxdur. |
2023-12-09 | 811,983 | Almaniya Ukraynanı sona qədər dəstəkləyəcək | Rusiyanın Ukraynaya qarşı müharibəsi yəqin ki, tezliklə bitməyəcək. Ona görə də Almaniya digər ölkələrin dəstəyi zəifləyəcəyi təqdirdə də Kiyevə yardım etmək niyyətindədir. Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib. "Bizim uzun müddət lazım olanı edə bilməyimiz, yəni Ukraynanı müdafiə kampaniyasında dəstəkləməyə davam etməyimiz vacibdir", - Şolts bildirib. |
2023-12-09 | 811,985 | Ukraynada sülh bu şərtlərlə mümkündür - Rusiya XİN | Ukraynada sülh Qərbin Kiyevə silah göndərməyi dayandırması və yeni ərazi reallıqlarını qəbul eməsi ilə mümkündür. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. "Ukrayna Rusiyanın təslim olmasında israrlıdır, lakin belə şərtlərlə Moskva Kiyevdən heç kimlə danışıq aparmayacaq", - M.Zaxarova qeyd edib. |
2023-12-09 | 811,990 | Bakıda bank sistemində problem: kartlarla ödəniş dayandı | Ölkədə mağazalarda bank kartları ilə ödəniş etmək hazırda mümkün deyil. Axar.az xəbər verir ki, mağazadan alış-veriş edənlər kartla ödəniş həyata keçirə bilmirlər və bu da bəzi çətinliklər yaradır. Alıcılar ya bankomatlardan pulu nağdlaşdırmağa məcbur olur, ya da almaq istədikləri məhsulu, hətta ərzağı belə geri qaytarırlar. Kartla ödəniş sisteminin çökməsinin səbəbi bəlli deyil. |
2023-12-09 | 811,996 | Türkiyənin müdafiə naziri iranlı səfirlə görüşdü | Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İranın bu ölkədəki yeni səfiri Məhəmməd Həsən Həbibullahzadə ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. Nazirlə səfir iki ölkə arasındakı tarixi əlaqələrdən, eləcə də münasibətlərin bütün sahələrdə maksimum gücləndirilməsi perspektivlərindən danışıblar. |
2023-12-09 | 811,998 | Bakı ilə Ankara bölgədə elə imkanlar irəli sürür ki... - Ekspert | Hazırda Türkiyə-Yunanıstan münasibətlərində olduğu kimi, Azərbaycan ilə Ermənistan arasında da sülh istiqamətində müsbət bir dövrün başladığını görürük. Türkiyə ilə Azərbaycan xüsusilə bölgədə hər bir ölkənin faydalana biləcəyi mühüm imkanlar irəli sürür. Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında türk hərbi ekspert Coşqun Başbuğ bildirib. "Bunun ən böyük misalı Zəngəzur dəhlizi ilə bağlı 3+3 formatıdır. Bu, Ermənistan ilə Azərbaycan, hətta Ermənistan ilə Türkiyə arasında mühüm dövrü başladacaq təməldir. Lakin təəssüf ki, indiyədək bunu həyata keçirəcək bir mühit hələ də yaranmayıb. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bu yeni dövrü başlatmağa cəhd etsə də, hər dəfə qarşısında Qərbin bəzi imperialist qüvvələrini gördü. Hətta Paşinyanı bundan yayındırmaq üçün Ermənistan daxilində bəzi məlum hadisələr də baş verdi. Məsələyə “Bir millət, iki dövlət” prinsipindən baxsaq, Türkiyənin Ermənistanla münasibətlərini yaxşılaşdırması istiqamətində cəhdləri, Paşinyanın Türkiyəyə dəvət olunması, hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirakı fikrimcə, rəsmi İrəvanın mövqeyini tam olaraq göstərir. Bütün bunları nəzərə alsaq, Ermənistanın sülhə gedən bu yolda əməkdaşlığa niyyətli olduğunu görürük. Lakin dediyim kimi, rəsmi İrəvanın bəzi yan qüvvələrin təsirinə məruz qalması prosesin hələ də istənilən səviyyəyə gəlməməsinin əsas səbəbidir. Bütün bunlarla yanaşı, Paşinyan ötən həftə Zəngəzur dəhlizi ilə bağlı açıqlama verdi və dəhlizin açılmasını dəstəklədiklərini bildirdi. Bu, çox əhəmiyyətli və bölgədə vəziyyəti dəyişəcək bir çıxış idi. Bütün bunların ardınca Azərbaycan ilə Ermənistan arasında etimadın qurulması istiqamətində atılan son addımlar, Ermənistanın 2 Azərbaycan hərbçisini, Azərbaycanın isə erməniəsilli 32şəxsi sərbəst buraxmaları mühüm hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyanın sülhyönümlü fikirləri, gələcəkdə görüləcək işlərə dair açıqlamaları olduqca dəyərlidir. Türkiyə ilə Yunanıstan və Azərbaycan ilə Ermənistanın məsələyə yanaşmaları bu şəkildə davam etdiyi təqdirdə, əminliklə demək olar ki, bölgənin gələcək taleyi müsbət istiqamətdə dəyişəcək”, - ekspert qeyd edib. |
2023-12-09 | 811,999 | Rusiya ilə əməkdaşlığı davam etdirəcəyik - Tokayev | Rusiya Qazaxıstanın strateji tərəfdaşıdır və beynəlxalq aləmdəki bəzi qarışıqlıqlara baxmayaraq, Qazaxıstan onunla əməkdaşlığı davam etdirəcək. Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib. "Bizim Rusiya ilə dünyada ən uzun quru sərhədimiz, qorunub saxlanmalı əməkdaşlıq ənənələrimiz var. Rusiya prezidentinin Qazaxıstana bu yaxınlarda etdiyi səfərdən məlumatlısınız və bu səfər iki dövlət arasında əməkdaşlığın inkişafına əlavə təkan vermək baxımından çox uğurlu olub”, - Tokayev bildirib. |
2023-12-09 | 812,000 | Tehranda türk adları ilə bağlı - Qadağa | Tehranda iş yerləri, o cümlədən, şirkətlər, mağazalar, restoranlar və başqa ictimai yerlərə türk adlarının verilməsi qadağandır. Axar.az xəbər verir ki, bunu Tehran polisinin İctimai yerlərə nəzarət bölməsinin başçısı polkovnik Nadir Muradi açıqlamasında deyib. “Bundan əvvəl verilən sərəncama görə paytaxtda türk adlarından istifadə qadağan edilib və buna riayət edilməlidir. Türk adlarından türklər yaşayan əyalətlərdə istifadə edilməsi mümkündür”, - o bildirib. Qeyd edək ki, Azərbaycan əyalətlərində də türk adlarından istifadəyə məhdudiyyətlər tətbiq edilir. |
2023-12-09 | 812,001 | İrəvanda sorğu: Ermənistan Azərbaycanın olacaq – Video | Ermənistanın internet kanallarının birində küçə sorğusu zamanı erməni sakinin dedikləri sosial şəbəkələrdə trendə çevrilib. Axar.az xəbər verir ki, erməni sakin müxbirə Ermənistanın Azərbaycanın tərkibinə daxil olacağını bildirib. “Mən səndən (müxbirə müraciət edir – red.) böyüyəm və ola bilsin ki, o günü görməyəm. Ancaq bilirəm ki, çox tezliklə Ermənistan Azərbaycanın tərkib hissəsi olacaq. Həmişə demişəm ki, biz məscid tikib, Quran almalı və bu günə hazırlaşmalıyıq. Biz xristianlıqdan imtina edib, müsəlmanlığı qəbul etməliyik. Düşünmürəm ki, Makron və yaxud hansısa başqa prezident Ermənistanı xilas etmək üçün qaçacaq. Heç kim bizi xilas etməyəcək. Dəhşət odur ki, bizim axmaq xalqımız buna inanır. Biz axmaq xalqıq, başa düşürsünüzmü?” Qeyd edək ki, bu sıravi vətəndaşın kim olduğu açıqlanmasa da, ermənilərin bunu məxsusi paylaşması diqqət çəkir. |
2023-12-09 | 812,002 | İsrail Hizbullahın komanda mərkəzini vurdu | İsrailə ordusu Hizbullahın komanda mərkəzini vurub. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Hizbullahın Livandakı komanda mərkəzinə zərbə endirib. İtkilər barədə məlumat yoxdur. |
2023-12-09 | 812,004 | Azərbaycanda iki məktəbdə yanğın oldu | Azərbaycanda iki məktəbdə yanğın olub. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. İlk hadisə Neftçala rayonunun Şirvanlı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Digər hadisə Şəmkir şəhərində baş verib. Ümumi sahəsi 600 m² olan birmərtəbəli orta məktəb binasının sinif otağının döşəməsi 2 m² sahədə yanıb. Yüksək temperaturdan sinif otağının lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2023-12-09 | 812,007 | Urmiyada Azərbaycan dilində kitablar paylanıldı | Urmiya şəhərinin mədəni fəalları 12 dekabr (21 Azər) hərəkatının və Milli Hökumətin qurulmasının ildönümü ilə bağlı mədəni tədbirlər keçirirlər. Kult.az xəbər verir ki, bu barədə sosial media kanallarında paylaşımlar edilib. Tədbirlər çərçivəsində fəallar yüzlərlə uşağa Azərbaycan dilində “Qar adamı”, “Təmizlik”, “Çalışqan toyuq” və başqa bu kimi uşaq hekayələrindən ibarət kitablar veriblər. Qeyd edək ki, hər il Güney Azərbaycanda Milli Hökumətin qurulmasının və 17 dekabr Azərbaycan dilində kitabların yandırılmasının ildönümündə güneyli uşaqlara Azərbaycan dilində kitablar paylanılır. |
2023-12-09 | 812,008 | AB-də süni intellektlə bağlı tarixi saziş | Avropa Birliyi dünyada ilk dəfə süni intellekt üzrə kompleks hüquqi paket ilə bağlı razılıq əldə edib. Axar.az xəbər verir ki, 36 saat davam edən danışıqlardan sonra AB-yə üzv ölkələr bir sıra məsələlər, o cümlədən üzün tanınması və bu texnologiyadan məhkəmə sistemində istifadə olunması barədə razılaşıblar. AB-nin daxili bazar üzrə komissarı Tierri Breton tarixi saziş əldə olunduğunu bildirib: "Avropa süni intellektdən istifadə üçün aydın qaydalar müəyyən edən ilk qitə olacaq". |
2023-12-09 | 812,010 | Rusiya miqrantları Ukrayna ilə döyüşə göndərir | Rusiya Finlandiya ilə sərhəddə aparılan yoxlama zamanı saxlanılan miqrantları Ukrayna müharibəsində döyüşmək üçün cəlb edir. Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, əcnəbilər immiqrasiya qanunlarını pozduqları üçün saxlanıldıqdan bir neçə gün sonra tələsik Ukrayna ilə sərhəddəki hərbi düşərgəyə göndərilib. |
2023-12-09 | 812,012 | Şolts yalan danışır, utanmır - Medvedyev | Almaniya kansleri Olaf Şolts Rusiyanın Avropaya qazın tədarükünü dayandırması ilə bağlı yalan danışır. Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. “Alman (Şolts - red.) yalan danışır, utanmır. Özləri rədd etdilər, Rusiyaya nifrətdən dolayı xalqlarını tərk etdilər, indi də yalan danışırlar", - Medvedyev vurğulayıb. Qeyd edək ki, Şolts Rusiyanın Avropaya təbii qazın tədarükünü dayandırdığını və bunun nəticəsində enerji qiymətlərinin artmasına görə məsuliyyət daşıdığını bildirib. |
2023-12-09 | 812,014 | Təbriz səmasında “Traktor” bayrağı dalğalandı - Video | Şərqi Azərbaycanın iki yamac paraşütçüsü - Haşim Rəşidi və Rəsul Purabbas Azərbaycanın məşhur futbol komandası “Traktor”un bayrağını göyə qaldırıblar. Axar.az xəbər verir ki, bu barədə yerli sosial media kanallarında paylaşım edilib. Yamac paraşütçüləri Təbrizin şimal-şərqində, Şibili bölgəsində yerləşən Təkaltı dağı üzərindən başlatdıqları uçuş “Traktor” fan klubu tərəfindən qeydə alınıb. “Traktor”çular bunun son vaxtlar İran Futbol Federasiyasının Təbriz klubuna qarşı təzyiqləri və cəza tədbirlərinə cavab, həmçinin, komandaya mənəvi dəstək məqsədilə həyata keçirildiyini bildiriblər. |
2023-12-09 | 812,015 | Qəzzada ölənlərin sayı artdı | İsrailin Qəzzaya zərbələri nəticəsində ölənlərin sayı 17 min 700 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, indiyə qədər 48 780 nəfər yaralanıb. |
2023-12-09 | 812,019 | Putin Sisi ilə danışdı, Qəzza barədə razılaşdılar | Rusiya Prezidenti Vladimir Putin misirli həmkarı Əbdülfəttah Sisi ilə telefon danışığı aparıb. Axar.az xəbər verir ki, bu barədə Misir mediası məlumat yayıb. Bildirilib ki, liderlər Qəzza zolağındakı vəziyyəti müzakirə edib, anklavda atəşkəs üçün ciddi səy göstərməyə razılaşıblar. Tərəflər həmçinin Misirin anklava humanitar yardım çatdırmaq səylərini müzakirə edib. |
2023-12-10 | 812,020 | Tramp prezident olarsa, NATO-nu məhv edəcək - NYT | Avropa hökumətləri ciddi narahatdır ki, Donald Tramp Ağ Evə qayıtsa, o, Ukraynaya yardımı tamamilə dayandırmaqla yanaşı, həm də NATO-nu qəsdən məhv edə bilər. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms”ın yaydığı məqalədə bildirilib. Qeyd edilib ki, NATO mövcud olduğu müddətdə həm Respublikaçılar, həm də Demokratlar bu təşkilatı ABŞ-ın dünya səhnəsində gücünü və təsirini artırmaq üçün alət kimi görürdülər: "Tramp prezident olanda dəfələrlə Avropanın müdafiə xərclərini artırmayacağı təqdirdə ABŞ-ı alyansdan çıxacağı ilə hədələyib. Hazırda güclənən yeni seçki kampaniyasında Tramp indiyə qədər öz niyyətləri haqqında çox az danışıb. Bununla belə, onun rəsmi kampaniya saytında aşağıdakı cümlə var: “Biz NATO-nun məqsəd və missiyasını əsaslı şəkildə yenidən qiymətləndirməklə mənim administrasiyam zamanı başladığımız prosesi başa çatdırmalıyıq”. Həm Trampın özü, həm də onun tərəfdaşları bu ifadənin konkret məzmununu açıqlamaqdan imtina edirlər. ABŞ-ın Avropadakı müttəfiqləri bundan narahatdırlar". |
2023-12-09 | 812,021 | Müəllimlərin maaşı ilə bağlı xoş xəbər | Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib. Bu barədə Axar.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 914 müəllimə isə 10 faiz artım tətbiq olunub. |
2023-12-09 | 812,023 | Qazaxıstanda sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta... | Qazaxıstanın şimal vilayətlərinin sakinləri səhvən bu ərazilərdə temperaturun -380 °C-ə qədər enməsini göstərən SMS mesajları alıblar. Axar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb. Hadisə dekabrın 8-də baş verib və şaxta barədə məlumat elə həmin gün daxil olub. “Şimali Qazaxıstan vilayətinin ərazisində -380 °C-ə qədər şiddətli şaxta var. Orta məktəbdə dərslər ləğv edilir”, - deyə məlumatda bildirilir. “Tele2” mobil operatorunun mətbuat xidməti isə mesajda yanlışlığa yol verildiyini, dərəcə simvolunun “0” ilə yazıldığını və nəticədə -38 dərəcənin -380-nə çevrildiyini bildirib. |
2023-12-09 | 812,024 | ReAL seçki ilə bağlı toplandı, qərar verə bilmədi | ReAL-ın Siyasi Komitəsi bu gün toplantı keçirərək, 7 fevrala təyin edilən növbədənkənar prezident seçkisinə öz namizədi ilə iştirak edib-etməmək barədə müzakirə aparıb. Axar.az xəbər verir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov məlumat verib. Onun sözlərinə görə, Siyasi Komitənin 8 üzvündən 3-ü partiyanın gücünü parçalamamaq üçün noyabrda keçirilməsi gözlənilən parlament seçkilərində iştiraka fokuslanmağı, digər 3-ü isə partiya sədrinin prezidentliyə namizəd olmasını dəstəkləyib. SK-nın iki üzvü bitərəf qalıb. Buna görə də 16 dekabrda yenidən toplanmaq və qərar qəbul etmək razılaşdırılıb. |
2023-12-09 | 812,027 | 6 qol vuruldu, "Bavariya" darmadağın oldu - Video | Bu gün Almaniya Bundesliqasının XIV turunda “Bavariya” səfərdə Frankfurt təmsilçisi “Ayntraxt”ın qonağı olub. Axar.az xəbər verir ki, görüş meydan sahiblərinin 5:1 hesabı ilə başa çatıb. Qeyd edək ki, bu mövsüm "Bavariya" 10 qələbə və iki heç-heçədən sonra ilk dəfə məğlub olub. |
2023-12-09 | 812,029 | BƏƏ lideri İlham Əliyevə zəng etdi | Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları ölkələrimiz arasında münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini nəzərdə keçiriblər. Prezidentlər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud əməkdaşlıq sahələrinə, xüsusilə iqtisadi inkişaf, bərpaolunan enerji və ölkələrimizin davamlı inkişafı üçün digər vacib istiqamətlərdə əməkdaşlıq imkanlarına toxunublar. Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Telefon danışığı əsnasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində Dubayda təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinə toxunulub. Dövlətimizin başçısı bu Sammitin uğurla keçirilməsi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib, bu tədbirdə iştirak etmək üçün Dubaya səfəri zamanı Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan ilə görüşünü məmnunluqla xatırlayıb və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti bu tədbirin nəticələrinin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə praktiki və əhəmiyyətli töhfə verəcəyinə, həmçinin dünyada davamlı inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirib. |
2023-12-10 | 812,032 | Türkmənlərə qarşı plan: bölgənin etnik tərkibi dəyişdirilir | İranda türkmənlərin kompakt yaşadığı Türkmənsəhra bölgəsinin etnik tərkibinin dəyişdirilməsi üçün əraziyə bəlucların köçürülməsi prosesi başlayıb. Axar.az xəbər verir ki, bu barədə türkmən fəallar məlumat yayıblar. Onlar Ağ qala şəhəri və ətraf bölgələrində yeni şəhərciklərin salındığını, buraya Sistan və Bəlucistanda yaşayan etnik bəlucların köçürüldüyünü bildiriblər. Fəallar bununla bağlı sosial mediada kampaniya başladıb, hakimiyyətin türkmənləri ata-baba yurdlarından qovmaq planları barədə paylaşımlar ediblər. Məlumata görə, SEPAH-ın kəşfiyyat bölməsinin əməkdaşları kampaniyanın genişlənməməsi üçün sosial media kanallarını bağlayıb. Qeyd edək ki, bundan əvvəl Ağ qala şəhərinin keçmiş fərmandarı İlyas Hivəçi hakimiyyətin bu istiqamətdəki planını ifşa etdiyinə görə işdən çıxarılıb. O, türkmənlərin tarixi torpaqlarında etnik tərkibin dəyişdirilməsi üçün Ağ qala və ətrafında 800 hektar ərazinin qeyri-türkmənlərə satılması, çox sayda şəhərciklərin salınması barədə ifşaedici məlumatlar yaymışdı. |
2023-12-09 | 812,033 | Tiflisdə aksiya keçirildi, prezident də gəldi | Gürcüstanın paytaxtı Tiflisdə “Səsimiz Avropa Birliyinədir” devizi altında yürüş keçirilib. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb. Məlumata görə, yürüşdə ölkə Prezidenti Salome Zurabişvili də iştirak edib. Vətəndaş cəmiyyətinin təşəbbüsü ilə təşkil olunan yürüşə siyasi partiyaların nümayəndələri də qatılıb. |
2023-12-09 | 812,041 | Göyçə planı: Rusiya kater verdi, ABŞ mütəxəssis göndərdi… | Xəbər verdiyimiz kimi, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Göyçə gölündə Su Patrul Xidmətinin yaradılması ilə bağlı açılışda iştirak edib. Axar.az xəbər verir ki, açılış zamanı Su Patrul Xidməti üçün katerləri Rusiya DİN-in göndərdiyi üzə çıxıb. ABŞ Ədliyyə Nazirliyinin İCITAP proqramı çərçivəsində isə amerikalı təlimatçılar Göyçə gölündə patrul xidmətinin zabitlərinə kurslar keçiblər. Modulların hazırlanmasını da ABŞ həyata keçirib. Avropa Birliyi isə maddi-texniki təminat və maliyyə yardımı ilə məşğul olub. Xidmət üçün skuterlər, radiorabitə avadanlığı, yolsuzluq avtomobilləri ayrılıb, modul evlərin tikintisi aparılıb. |
2023-12-10 | 812,042 | Qafarov: Zəfər paradı şanlı Qələbənin təntənəsi idi | 2020-ci ilin sentyabr-noyabr aylarında qəhrəman ordumuzun apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsi kimin-kim olduğunu bütün dünyaya göstərdi. Müharibə dövründə Azərbaycan xalqı öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək indiyədək görünməmiş həmrəylik nümunəsi göstərdi. Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputat vurğulayıb ki, hərbi əməliyyatların davam etdiyi müddət ərzində Azərbaycan Ordusu yalnız irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. “Nəhayət, 2020-ci il noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktını imzaladı. Bu akta görə, Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, həmin ərazilərdə üçrəngli bayrağımız dalğalandı. Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı”. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı ilə bağlı fikirlərini bölüşən K.Qafarov qeyd edib ki, bu önəmli tarixi hadisə şanlı Qələbənin rəmzi kimi Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunub: “Zəfər paradı torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan qanlı döyüşlərdən qalib çıxmış, düşmənin belini “Dəmir yumruq”la qırmış əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Zəfər paradında 3000 nəfərlik şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərlə yanaşı, Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, düşməndən qənimət götürdüyü hərbi texnikalar da nümayiş olundu. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilərək bütün dünyaya nümayiş etdirildi”. K.Qafarov Zəfər paradının həm də Azərbaycan-Türkiyə ittifaqının getdikcə daha da gücləndiyini bütün dünyaya bir daha nümayiş etdirdiyini vurğulayaraq deyib: “Üç il bundan öncə keçirilmiş Zəfər paradında Türkiyə və Azərbaycan prezidentləri yanaşı dayanıb bütün dünyaya ciddi mesajlar göndərdilər. Əsas mesajlardan biri də məhz bu idi ki, Azərbaycan artıq tək deyil. Həqiqətən də iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçmələri də xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqlarımızın mənəvi yaxınlığının ən bariz təzahürü idi. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır”. Deputat Azərbaycanın II Qarabağ savaşında əldə etdiyi tarixi Qələbənin möhtəşəmliyinin nümayişi baxımından Hərbi Qənimətlər Parkının xüsusi əhəmiyyətini də qeyd edib: “Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi - ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika – tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir. Parkda təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanmasını təsdiq edən dəlillər, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları vardır. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, həm də məğlubedilməz erməni ordusu barədə illər boyunca formalaşdırılan mifi məhv etdi”. |
2023-12-09 | 812,043 | Krımda güclü partlayış oldu | Krımda kanalizasiya borularından birində güclü partlayış olub. Axar.az xəbər verir ki, bu barədə Krımın "daxili işlər nazirliyi" məlumat yayıb. "Dekabrın 8-də saat 17 radələrində Simferopol şəhərinin Qorki küçəsində partlayış baş verib. Polis əməkdaşları hadisə yerinə gediblər. Baxış zamanı binalardan birində kanalizasiya borusunun zədələnməsi aşkar edilib", - məlumatda vurğulanıb. Qeyd edək ki, daha öncə Teleqram kanallarında yayılan məlumatda bildirilib ki, notariat kontorunun yaxınlığında naməlum şəxslər kiçik əldəqayırma partlayıcını kanalizasiya borusuna yerləşdirərək onu uzaqdan idarə olunan qurğu vasitəsilə işə salıblar. Partlayıcı maddə kimi təxminən 50 qram ağırlığında pirotexniki qarışıqdan istifadə edilib. |
2023-12-09 | 812,046 | Yevlax yolunda “Mersedes” aşdı, yaralılar var | Axşam saatlarında Oğuz-Kərimli-Yevlax yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində “Mersedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Axar.az xəbər verir ki, bu barədə Oğuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Nəticədə avtomobildə olan iki nəfər - 53 yaşlı Sadiq Əhmədov və 44 yaşlı Ruslan Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası xəsarət alanlara yerində ilkin tibbi yardım göstərib və hər iki yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Daha sonra yaralıların vəziyyəti nəzərə alınaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma başlanılıb, təhqiqat aparılır. |
2023-12-09 | 812,047 | Son amerikalı əsgər ölkədən çıxana qədər... - Hərəkat | İraq İslam Müqaviməti şiə hərəkatı son əsgəri İraqdan çıxana qədər ölkədəki ABŞ qüvvələrinə qarşı əməliyyatları davam etdirəcəyini açıqlayıb. Axar.az RİA-ya istinadla xəbər verir ki, bu barədə hərəkatın yaydığı bəyanatda deyilib. Bundan əlavə, İraq qrupları cümə günü 11 əməliyyat keçirdiklərini, Suriya və İraqdakı ABŞ bazalarına onlarla raket və PUA ilə hücum etdiklərini bildiriblər. |
2023-12-09 | 812,048 | ABŞ buna görə məsuliyyət daşıyır - Abbas | ABŞ BMT Təhlükəsizlik Şurasında atəşkəs tələb edən qətnaməyə veto qoyduqdan sonra Qəzza zolağında uşaqların qanının tökülməsinə görə məsuliyyət daşıyır. Axar.az xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas deyib. M.Abbas ABŞ-ın mövqeyini aqressiv və vicdansız, bütün humanitar prinsiplərin və dəyərlərin kobud şəkildə pozulması kimi səciyyələndirib. |
2023-12-10 | 812,050 | Gəncədə toyda dava: üç nəfər bıçaqlandı, axtarış aparılır | 2023.12.09 - 22:50 Gəncədə bıçaqlanma hadisəsi baş verib. Axar.az xəbər verir ki, hadisə şəhərin "Mahrasa bağı" adlanan ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər iki şəxs toyda dava zamanı bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşları hadisə yerinə gələrək cinayət üzrə müvafiq araşdırmalar aparıblar. Hazırda cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. *** Gəncədə toyda bıçaqlan şəxslərin sayı 3 çatıb. Bıçaqlananlardan 3-cüsü 1992-ci il təvəllüdlü Əli Musayevdir. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. |
2023-12-09 | 812,054 | BƏƏ-dən Bakı-İrəvan razılaşmasına reaksiya | Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət irəliləyişləri və sülh quruculuğu istiqamətində atılan son addımları alqışlayıb. Axar.az xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. Bəyanatda iki ölkə arasında razılaşdırılmış etimad quruculuğu tədbirləri yüksək qiymətləndirilib və bu təşəbbüsün Ermənistan və Azərbaycan xalqları, eləcə də bütün Qafqazda daha da inkişafa nail olunması üçün sabitliyin gücləndirilməsinə və sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verəcəyinə ümid ifadə edilib. |
2023-12-09 | 812,055 | HƏMAS nəzarəti itirib: artıq təslim olurlar | Qəzza zolağında HƏMAS-ın idarəetmə sistemi çökməyə başlayıb. Axar.az xəbər verir ki, bu barədə İsrailin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi deyib. “Biz hər gün daha çox terrorçunun öldürüldüyünü, daha çox terrorçunun yaralandığını müşahidə edirik. Son günlərdə isə terrorçuların təslim olmasını görürük”, - Halevi bildirib. |
2023-12-09 | 812,059 | Məni öldürməyə çalışırlar - Baydenin oğlu | Onlar (Respublikaçılar Partiyası - red.) atamın prezidentliyini məhv etmək istəyirlər, bu ağrının atamın dözə biləcəyindən daha böyük olacağını bilə-bilə məni öldürməyə çalışırlar. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden deyib. Qeyd edək ki, bundan öncə Hanter Bayden vergidən yayınmaqda ittiham olunub. O, vergi ödəmək əvəzinə, narkotiklər və müşayiətçilər də daxil olmaqla, “ekstraqant həyat tərzinə” milyonlarla dollar xərcləyib. Media onu yeni ittihamlarla 17 ilə qədər həbs cəzası gözlədiyini yazıb. Hanter Baydenin müdafiə komandası ona qarşı vergidən yayınma iddiasını siyasi motivli adlandırıb. Nümayəndələr Palatası Baydenin ifadəsini və dinləmələri gələn həftəyə təyin edib. Hanter Baydenin vəkili Ebbi Louell isə bildirib ki, prezidentin oğlu hələ dinləmələrdə iştirak edib-etməyəcəyinə qərar verməyib. |
2023-12-09 | 812,062 | "Beşiktaş" - "Fənərbağça" derbisində dörd qol vuruldu | Futbol üzrə Türkiyə Superliqasında XV turun daha üç oyunu keçirilib. Axar.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Fənərbağça” “Beşiktaş”ın qonağı olub. “Tüpraş” stadionunda reallaşan İstanbul derbisi qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 10-cu dəqiqədə "Fənərbağça"nın hücumçusu Edin Ceko açıb. 24-cü dəqiqədə meydan sahibləri Aleks Oksleyd Çemberleynin penalti qolu ilə tarazlığı bərpa edib. Oyunun 63-cü dəqiqəsində qonaqlar yenidən hesabda önə çıxıblar. Duşan Tadiç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Serbiyalı yarımmüdafiəçi 90+3-cü dəqiqədə isə penaltini boşa verib. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə polşalı yarımmüdafiəçi Sebastyan Şimanski qoyub. Bu qələbədən sonra xallarını 40-a çatdıran "Fənərbağça" yenidən liderliyə yüksəlib. Eyni xala malik "Qalatasaray" ikincidir. Bir oyun az keçirən "Kayserispor" 26 xalla 3-cü, "Beşiktaş" isə eyni xalla dördüncüdür. |
2023-12-10 | 812,063 | ABŞ əməliyyatı dayandırmaq üçün tarix təyin edib? | İsrail Qəzza zolağında hərbi əməliyyatın vaxtı ilə bağlı ABŞ-dan heç bir məhdudiyyət almayıb, tapşırıqların icrası bir neçə ay çəkə bilər. Axar.az xəbər verir ki, bunu İsrail Milli Təhlükəsizlik Şurasının sədri Tsaxi Xaneqbi deyib. "Amerikalılar əməliyyatın başa çatması üçün heç bir son tarix təyin etməyiblər. Dünən onlar belə bir müddətin mövcudluğunu rədd etdilər. Onlar başa düşürlər ki, İsrail ordusuna məqsədlərinə çatmaq üçün nə qədər vaxt lazım olacağını deyə bilməzlər", - o bildirib. |
2023-12-09 | 812,065 | Abdullahian: Qırmızı xətlərimiz qəbul edilmədi | İranın nüvə sazişi üzrə fəaliyyət planı köhnəlir. Axar.az xəbər verir ki, bu açıqlama ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian çıxış edib. "Qırmızı xətlərimiz qəbul edilmədiyinə görə bu gün biz fəaliyyət planı ilə bağlı saziş imzalamaq yolunda deyilik. Bu, plandan imtina etmək deməkdir", - nazir söyləyib. Qeyd edək ki, daha öncə MAQATE rəhbəri Rafael Qrossi açıqlamasında nüvə proqramı ilə bağlı vəziyyətin qeyri-müəyyən olduğunu bildirib. |
2023-12-10 | 812,066 | İsrailə gedən gəmiləri vuracağıq - Husilər | Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar. Axar.az xəbər verir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Səriya bildirib. "Yəmən qüvvələri hansı ölkəyə mənsub olmasından asılı olmayaraq, İsrailə gedən gəmilərin keçidinin qarşısını alacaq. Qəzza zolağı ehtiyac duyduğu qida və dərmanı almazsa, bu cür gəmilər qiyamçıların qanuni hədəfinə çevriləcək”, - məlumatda deyilib. Qeyd edək ki, bir neçə gün öncə Yəmənin Ənsar Allah hərəkatı Bab əl-Məndəb boğazında iki İsrail gəmisinə raket və pilotsuz uçan aparatla hücum etmişdi. |
2023-12-10 | 812,067 | Ermənistana qayıdış: İrəvan razılaşmanı necə pozur? | İlham Əliyev “Avronyus”a müsahibəsində bildirdi ki, ermənilərin Azərbaycana qayıdışı azərbaycanlıların Ermənistana qayıdışı ilə eynilik təşkil edir. Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi indiyə qədər danışıqlar masasında müzakirə olunub: 15 iyulda Brüsseldə keçirilən üçtərəfli görüşdə “tərəflər öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsinə təminat verməyə qarşılıqlı şəkildə razılaşıb”; bu görüşdən 10 sonra – 25 iyulda XİN rəhbərlərinin Moskva görüşündə də eyni məsələ gündəmə gəlib. Qarabağda erməni separatizminin ləğvindən sonra Ermənistanın erməni əhalini kütləvi şəkildə bölgəni tərk etməyə sövq etməsinin arxasındakı hədəflərdən biri də budur: erməni əhalisi Qarabağda Azərbaycan vətəndaşı olaraq yaşayacaqdı, onların hüquqları təmin olunacaqdı və bu, İrəvanın da azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməsinin vacibliyini aktuallaşdıracaqdı; İrəvan erməniləri Qarabağdan çıxarmaqla bu məsələdən yayınır, eyni zamanda, artıq Ermənistanda olan “Qarabağın erməni əhalisindən” Bakının azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tələbindən imtina etməsinə qarşı kart kimi istifadə edəcək. Hərçənd, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi sülh danışıqlarında həll edilməsə belə, rəsmi Bakı üçün prioritet istiqamətlərdən biri olaraq qalacaq. Çünki “Qarabağın erməni əhalisi”ndən fərqli olaraq, Qərbi azərbaycanlılar beynəlxalq hüquqa uyğun, qaçqın sayılır və Ermənistan ərazisində mülkiyyət haqları var. |
2023-12-10 | 812,069 | Ruslar bu istiqamətdə uğur qazanacaq - Kovalenko | Yaxın vaxtlarda Donetsk vilayətinin Uqledar rayonunda döyüşlər intensivləşəcək. Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib. "Biz rusların Baxmut yaxınlığında həm qərb, həm də cənubda, Kleşiyevka və Andreyevka istiqamətində aktivləşməsini görürük. Marinka bölgəsindəki hərbi əməliyyatlar da intensivləşir. Yaxın vaxtlarda Uqledar yaxınlığında döyüşlər intensivləşəcək. Bunu Rusiya komandanlığı üçün ehtiyat plan adlandırmaq olar. Andreyevkanı Yeni ilə və ya Rusiyada seçkilərə qədər ələ keçirmək vəzifəsini yerinə yetirə bilməsələr, bu istiqamətlərin bəzilərində uğur qazanmaq imkanları olacaq", - Kovalenko bildirib. |
2023-12-10 | 812,070 | Hacıqabulda avtomobil iki əmioğlunu vurdu, biri öldü | Hacıqabul rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib. Axar.az xəbər verir ki, hadisə saat 20 radələrində Hacıqabul rayonu Udulu kəndi ərazisində qeydə alınıb. VAZ markalı avtomobil iki əmioğlunu, Udulu kənd sakinləri - 18 yaşlı Pünhan Ehtiram oğlu Qocayev və 19 yaşlı Əli İlqar oğlu Qocayevi vurub. Pünhan Qocayev hadisə nəticəsində ölüb. Xəsarət alan Əli Qocayev isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-10 | 812,071 | İran rejimini türk qorxusu bürüdü: həbslər artır | İran hakimiyyəti indi elə bir vəziyyətə çatıb ki, ancaq öz iqtidarını qorumaq üçün çalışır. Bu sözləri Axar.az-a güneyli milli fəal İbrahim Mühacir İranda son bir neçə ayda milli fəalların kütləvi şəkildə həbsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hökumət öz iqtidarına kimi təhlükə hesab edirsə, onu neytrallaşdırmağa çalışır. İranda say etibarı ilə üstün olan Azərbaycan türklərinin hüquqlarının hər zaman pozulduğunu deyən fəal bildirib ki, insanlarımız bu haqların bərpası üçün mübarizə aparır: “Yüz ilə yaxındır ki, İranda yaşayan Azərbaycan türkləri öz haqlarından məhrumdur: ana dilində təhsil almaları yasaqdır, mediasının olmasına icazə verilmir, mədəniyyətləri qorunmur, tarixi abidələri dağıdılır. Ərk kimi tarixi bir abidəni məscid tikmək adı ilə dinamit qoyub partladıb dağıtdılar. Bütün bunlar isə narazılıq doğurur. Hakimiyyət türklərin güclənəcəyindən ehtiyat edir”. O vurğulayıb ki, həbs edilənlərin əksəriyyəti 20 ildən çoxdur fəaliyyət göstərən tanınmış şəxslərdir: “Onlar ana dili, insan haqları, etniklərin hüquqları uğrunda mübarizə aparırdılar. İranda siyasi fəalların bir-biri ilə dostluq əlaqəsi qurması normaldır. Onların müxtəlif yerlərdə, kafalerdə görüşləri olurdu. Bunların fəaliyyətini rejim təşkilatlanmaq kimi təqdim edib. İranda təşkilat qurmaq qadağandır. Sosial hərəkətlərdən qorxuları var. Tutulan insanların heç bir təşkilatı olmayıb. İnstaqramda “Demokratlar” qrupunun statuslarını paylaşdıqları üçün təhlükəsizlik idarəsi onlara qarşı bu cür ittiham irəli sürüb. Onların arasında Əli Babayi, Yürüş (Ayət) Mehrəlibəyli, Davud Şiri, Məhəmmədrza Müvəhhid, Araz İbrahimnejad, Cavad Sudbər kimi fəallarımız var. Elşən Təbrizi kimi tanınan Miladi Cəlili adlı reperi isə on günə yaxındır həbsə atıblar. Xanım fəal Röya Zakirini başında örtük olmadığı üçün saxlayıblar. Armita Paver də 3 aydır həbs olunub və aclıq aksiyası keçirir. Məhəmməd Rza Astaralını Astara şəhərinin türklərə aidliyini əsas gətirib, Gilandan alınaraq Ərdəbilə qoşulmalı olduğunu dediyi üçün tutublar. Aşıq Qafarın oğlu Peyman İbrahimini də gah tutub, gah buraxırlar. O cümlədən, Hadi Quluzadəni tanınmış şairin yas mərasimində “Azərbaycan, başın sağ olsun” yazısı olan plakat qaldırdığına görə həbs edib, döydükdən sonra buraxıblar”. Milli fəal bu vaxta kimi həbsdə və sürgündə olan fəalların illərdir əziyyət çəkdiyini də diqqətə şatdırıb: “İranda siyasi fəal olaraq tutulmaq çox təhlükəlidir. Məhbuslar aylarla təkadamlıq kamerada saxlanılır. Təxminən, bir il öncə mən də həbs edilmişdim. Aylar Həqqi adlı tələbənin 40 mərasimində saxlanılmışdım. Məni döydülər, yerlə sürüyüb apardılar, rezin güllə ilə vurdular, bədənimdə indi də izi qalıb. Qolumu sındırdılar. Üz-gözüm qan içində, yaralı bir vəziyyətdə idim. On gündən sonra məni azad etdilər, yaralarım bir aya ancaq sağaldı. Orada qanun yoxdur. İranda həbsdən sağ çıxmaq şansa bağlı məsələdir”. |
2023-12-10 | 812,072 | Sülh sazişi 70% razılaşdırılıb, bizə uyğundur - Qriqoryan | Biz nəinki Qarabağ ermənilərinin geri qaytarılması məsələsində razılığa gəlmişik, hətta başqa məsələlər də var. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. “Nəhayət razılaşdırılmamış başqa məqamlar da var və düşünürəm ki, xarici işlər nazirlərinin yaxın gələcəkdə gözlənilən görüşü bütün məsələlər üzrə həll yollarını axtarmaq və tapmaq üçün fürsət olacaq. Ermənistan həll yollarını axtarmağa və sülh sazişini başa çatdırmağa hazırdır. Son versiya budur ki, Ermənistan təkliflərə cavab verib və hesab edirəm ki, o, bəzi məsələləri həll edir”, - o bildirib. Qriqoryan “Ermənistan” fraksiyasından olan deputat Geqam Manukyanın təkliflərin Ermənistan üçün çox pis nəticələr verəcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib ki, o, pis nəticələr verəcəyini düşünmür və ümumilikdə sülh müqaviləsi Ermənistanın maraqlarını əks etdirir. Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, sülh müqaviləsinin 70 faizi razılaşdırılıb və siyasi iradə olarsa, çox qısa müddətdə imzalana bilər. |
2023-12-10 | 812,074 | Bakı niyə 32 əsiri verməyə razı oldu? – Qriqoryan | Ermənistanla Azərbaycan arasında aparılan bu danışıqlarda heç bir vasitəçi iştirak etməyib. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində əsirlərin mübadiləsi haqda danışarkən deyib. Armen Qriqoryan Azərbaycanın niyə 32 əsiri 2 hərbi qulluqçuya dəyişməyə razı olmasına bu cür aydınlıq gətirib: “Bu, danışıqların və razılaşmanın nəticəsidir. Bilirsiniz ki, iqlim dəyişikliyi ilə bağlı konfrans keçirilir və Azərbaycan bu tədbiri özü üçün vacib hesab edir. İrəvan da öz növbəsində bu konfransı Ermənistanda təşkil etmək üçün ərizə vermişdi, lakin danışıqlar davam etdiyindən və Azərbaycan böyük maraq göstərdiyindən Ermənistan güzəştə getməyə razı oldu və Azərbaycanın namizədliyini dəstəklədi. Və bununla da biz razılığa gəldik”. Qriqoryan bildirib ki, bu, humanitar, eyni zamanda sülh sazişi istiqamətində növbəti müsbət addımdır: “Bu, (əsirlərin dəyişdirilməsi – red.) ilk növbədə humanitar xarakter daşıyır, lakin bu, həm də razılığın əldə olunmasının mümkünlüyünü göstərdi və hesab edirik ki, sülh sazişinin imzalanması istiqamətində çox müsbət, mühüm addım oldu. Gündəliyimizdə sülh sazişi var, təbii ki, dekabr bir az çətin görünür, lakin biz dekabrın sonuna qədər sülh sazişi imzalamağa hazırıq”. |
2023-12-10 | 812,075 | İsrailə daha 8 ay lazımdır, ABŞ dözməyəcək - Bell | ABŞ İsrailin Qəzza zolağındakı hərəkətlərinə səbrini itirir, burada hər gün bir çox vətəndaş həlak olur. Axar.az xəbər verir ki, bunu ingilis hərbi analitiki Şon Bell deyib. Bell bildirib ki, ABŞ BMT Təhlükəsizlik Şurasının son iclasında “tənha fiqur” olaraq qalıb və İsrail-HƏMAS münaqişəsində dərhal atəşkəs tələb edən qətnaməyə veto qoyan yeganə ölkə olub: “Bununla yanaşı, ABŞ-ın mülki qurbanların sayının artmasından getdikcə daha çox narahatlıq keçirdiyi və İsrailin Milad bayramına qədər hərbi fəaliyyətini bitirməsini gözlədikləri də aydındır. İsrailin həqiqətən belə məhdud bir müddətdə münaqişənin öhdəsindən gələ biləcəyinə şübhə edirəm. İndi İsrail əməliyyatın başlanğıcından bəri HƏMAS-ın 5 min döyüşçüsünün məhv edildiyini iddia edir. Ancaq bu müharibə başlamazdan əvvəl HƏMAS-ın 25.000 döyüşçüsü var idi. Beləliklə, bu günə qədər irəliləyişi nəzərə alsaq, bu o deməkdir ki, İsrailin hərbi məqsədlərini başa çatdırması daha səkkiz ay çəkəcək". Qeyd edək ki, İsrail hərbi əməliyyatların başa çatdırılması üçün ABŞ-ın bu ayın sonuna qədər vaxt qoyduğu barədə məlumatı təkzib edib. |
2023-12-10 | 812,076 | ABŞ Suriyada vəziyyəti gərginləşdirir - Rusiya | Ötən gün ABŞ-ın bölgədə rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada hava məkanını 6 dəfə pozub. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Tərəfləri Barışdırma Mərkəzinin rəhbərinin müavini Vadim Kulit deyib. "Əl-Tanf bölgəsində iki F-15 qırıcısı, iki "Rafale" qırıcısı və iki A-10 "Thunderbolt" hücum təyyarəsi tərəfindən altı pozuntu qeydə alınıb", - Kulit brifinqdə bildirib. O qeyd edib ki, bu cür hərəkətləri ilə koalisiya Suriya hava məkanında vəziyyəti gərginləşdirir. |
2023-12-10 | 812,077 | Səhv etdim, baş nazir olan kimi deməliydim ki, Qarabağ… | Biz hakimiyyətə gələndə hədəfimiz ondan ibarət olmalı idi ki, mahiyyət etibarilə o emosional qavrayışın (Qarabağın) reallaşması mümkünsüzdür. Günah bizimdir ki, xalqımızla bu haqda danışmamışıq. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İcevanda partiyasının iclasında çıxış edərkən deyib. “Problem ondadır ki, mən özüm də bir neçə səbəbdən o praqmatik reallıqla barışa bilməmişəm. Anladım ki, emosiya və romantizm bir şeydir, reallıq və praqmatizm başqa şeydir. Bizə miras qalmış danışıqlar vəziyyəti, o vəziyyətdə irəliləyişin yolu təkcə ərazilərin təhvil verilməsi və s. deyil, həm də Dağlıq Qarabağda yaradılmış “dövlət”in ləğvi idi. Mən ilk dəfə İstintaq Komitəsində bu barədə çox dəqiqliklə danışdım”, - Paşinyan bildirib. Paşinyan o vaxt deyil, “Dağlıq Qarabağ hadisələrindən sonra” daha sərbəst danışa bildiyi üçün təəssüflənib: “Mən o vaxt demişdim ki, “Dağlıq Qarabağın hakimiyyəti” həmin anda “Dağlıq Qarabağ”ı ləğv etsə də, əslində bu proses 2016-cı ilin avqustunda danışıqlar prosesində baş verən substantiv dəyişikliklərin nəticəsidir və qaçılmaz idi”. |
2023-12-10 | 812,078 | Şalva Papuaşvili Azərbaycana gəlir | Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 10-da Azərbaycana rəsmi səfər edəcək. Axar.az xəbər verir ki, səfər çərçivəsində Ş.Papuaşvili Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə ölkələrimiz arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri diqqət mərkəzində olacaq. Gürcüstan Parlamentinin sədri, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək. Səfər dekabrın 12-də başa çatacaq. |
2023-12-10 | 812,079 | Kim bu ideyanı daşımırsa, partiyadan getsin - Paşinyan | Bizim missiyamız Ermənistanın müstəqilliyini, suverenliyini, dövlətçiliyini, demokratiyasını möhkəmləndirmək və ya Ermənistanı suveren, müstəqil, demokratik və azad hüquqi dövlətə çevirməkdir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İcevanda “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclası zamanı bildirib. Paşinyan bu ideyanı dəstəkləməyən şəxslərin 2024-cü ildə partiyanı tərk edəcəklərini açıqlayıb: “Biz istəyirik ki, partiyada nə üçün toplaşdığımızı aydın dərk edən belə insanlar qalsın. Bu ideyanı tam başa düşməyənlərə dostcasına, səmimi şəkildə, partiyanın inzibati rıçaqlarından istifadə etmədən, sadəcə olaraq, ərizə yazıb partiyadan çıxmalarını xahiş etməliyik”. |
2023-12-10 | 812,080 | Qarabağ problemini bizə bunun üçün yaratmışdılar | Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanda dövlət yaradılmasının qarşısını almaq üçün istifadə edilib. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının İcevanda keçirilən iclası zamanı deyib. “Başqa sözlə, biz dövlət yaratmaq üçün qoymalı olduğumuz bütün resurslarımızı həll olunması mümkün olmayan “dqr”in yaradılması probleminə qoyuruq”, - Paşinyan bildirib. Onun sözlərinə görə, illərdir bizə deyirdilər ki, yol, məktəb, xəstəxana tikməyin: “Hətta deyirdilər: “Ordu nəyə lazımdır? Sizin arxanızda biz durmuşuq. Nə probleminiz var?” Nəticədə biz öz resurslarımızı həll edilməyən problemə xərclədik”. Nikol Paşinyan ad çəkməsə də, Rusiyanı nəzərdə tutduğuna eyham vurub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.