date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-10 | 812,081 | Kürəyi ağrıyanlar bu 2 orqanı yoxlatsın! | Xəstə mədəaltı vəz belə, kürəyə ağrı verə bilər. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Sergey Vyalov və onkoloq İvan Karasev mədəaltı vəz problemlərində ağrı formasından danışıb. “Mədəaltı vəz fermentlər və insulin hasil edir, zülal, şəkər və yağları qidadan parçalayır. Mədəaltı vəzin ferment funksiyası pozulanda yeməyin normal həzmi dayanır. Ferment azalması mədəaltı vəzin iltihabı zamanı baş verir. Çünki yağlar normal parçalanıb həll olmur, bu da vəzin divarlarını iltihablandırır. Bu zaman xəstədə köp, qıcqırma, ürəkbulanma yaranır, köp isə diafraqmanı sıxaraq kürəyə ağrı verir. Mədəaltı vəz ciddi pozulanda zülal - ət yeməklərini də həll etmək çətin olur. Amma xəstə mədəaltı vəz uzun müddət şirniyyatı, un məmulatını, nişastalı qidaları çox rahat problem yaratmadan həll edə bilir. Vəzin ağır iltihabı diabet pankreatit, daha sonra xərçəngə səbəb ola bilər. Eləcə də kürəyə yayılan ağrı zamanı ürək, mədə yoxlanmalıdır”, - Vyalov qeyd edib. |
2023-12-10 | 812,100 | Bakı-Sumqayıt yolunda ağır qəza: ölü və yaralılar var | Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub. Qəza nəticəsində 6 nəfər yaralanıb, 1 nəfər isə həyatını itirib. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Yaralılardan dördü vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. |
2023-12-10 | 812,105 | Fransa gəmisinə PUA hücumu edildi | Fransa hərbi gəmisi Yəməndən Qırmızı dəniz üzərində hərəkət edən iki PUA-nı vurub. Axar.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib. “Dekabrın 9-da Fransa Hərbi Dəniz Qüvvələrinin “Lanqedok” freqatı Yəmən sahillərindən birbaşa ona doğru uçan iki PUA-nı vurub”, - məlumatda qeyd olunub. Hər iki PUA Yəmən sahillərindən 110 km aralıda vurulub. |
2023-12-10 | 812,108 | Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video | Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Axar.az icmalı təqdim edir. |
2023-12-10 | 812,109 | Abşeronda yaşayış binasında partlayış oldu | Abşeron rayonunun Ceyranbatan qəsəbəsində mənzildə partlayış olub. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə zamanı eyvanın pəncərə çərçivələri yerindən çıxıb, 2 otağın pəncərələri qırılıb. Hadisə nəticəsində mənzilin sahibi 1953-cü il təvəllüdlü İbadova Lyudmila Viktorovna xəsarət alıb. FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. |
2023-12-10 | 812,111 | ABŞ F-16-nı 5-ci nəsil qırıcısı etdi | ABŞ-ın Blok 70\72 F-16 dördüncü nəsil qırıcısı yeni radar sayəsində 5-ci nəsil qırıcının xüsusiyyətlərini əldə edib. Axar.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest” nəşri məlumat yayıb. “Təkmilləşdirilmiş F-16 Blok 70 və Blok 72 eyni avadanlıq dəstini alıb və yalnız mühərrikdə fərqlənirlər. Birinci versiya “General Electric F110” enerji bloku, Blok 72 isə “Pratt & Vhitney F100” mühərrikləri ilə təchiz edilib. Blok 70\72 təyyarələri F-16-nın əvvəlki versiyalarından yüksək ayırdetmə qabiliyyətinə malik modernləşdirilmiş kokpit, genişləndirilmiş silah dəsti və uyğun yanacaq çənlərinin olması ilə fərqlənir. Bundan əlavə, təyyarədə aktiv fazalı “AN/APG-83 Scalable Agile Beam Radar” antenası var”, - nəşr bildirib. |
2023-12-10 | 812,116 | Zəlzələdən sonra Xəzərin quruluşu dəyişdi - Video | Hər dəfə zəlzələdən sonra Xəzərin dibinin quruluşu dəyişikliyə məruz qalır. Axar.az xəbər verir ki, bunu Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev deyib. Onu sözlərinə görə, Xəzərin dibində çox sayda müxtəlif tektonik qırılmalar, mikro–meqa bloklar var. Yəni dənizin dibi mürəkkəb bir struktura malikdir. Babayev bildirib ki, bloklardakı oyanmalar bu ildən başlayıb və 2024-cü ildə də müşahidə olunacaq. |
2023-12-10 | 812,120 | 655-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 655-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 338 820 hərbçi, 5 636 ədəd tank, 10 529 ədəd zirehli döyüş maşını, 8064 ədəd artilleriya sistemi, 919 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 623 ədəd avtomobil texnikası, 6136 ədəd PUA, 1 586 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 162 xüsusi avadanlıq itirib. |
2023-12-10 | 812,122 | Tiflis AB-yə üzvlük üçün çalışmalı olacaq - Gerçinski | Gürcüstan AB-yə namizəd statusu ilə bağlı Avropa Komissiyasından tarixi tövsiyələr alıb. Axar.az xəbər verir ki, bunu AB-nin Gürcüstandakı səfiri Pavel Gerçinski deyib. Onun sözlərinə görə, Brüssel insan haqlarının qorunması məsələlərində gürcülərin yanında olacaq. “İnsan hüquqlarının müdafiəsi Avropa Birliyinin əsasını təşkil edir. Bu vizyonu reallaşdırmaq səyləri AB-nin genişlənmə prosesinin bir hissəsidir və Gürcüstanın quruma üzvlük yolunda atmalı olduğu 9 addımdan biridir. Gürcüstan AB-yə üzvlük yolunda insan hüquqlarını qorumaq üçün çalışmalı olacaq”. |
2023-12-10 | 812,126 | Dünya artıq 1945-ci ildəki kimi deyil - Boriç | Çili Prezidenti Qabriel Boriç ABŞ-ın Qəzza zolağında atəşkəs qətnaməsinə veto qoymasından sonra BMT-də təcili struktur islahatlarına çağırıb. Axar.az xəbər verir ki, bu barədə Çili lideri X sosial şəbəkəsində yazıb. “BMT-də struktur islahatına təcili ehtiyac var. Dünya artıq 1945-ci ildəki kimi deyil”, - Boriç bildirib. Qeyd edək ki, dekabrın 8-də ABŞ BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəs tələb edən BƏƏ tərəfindən hazırlanmış humanitar qətnamə layihəsinə veto qoyub. Rusiya və Çin də daxil olmaqla, Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü qətnamənin lehinə səs verib, Böyük Britaniya isə bitərəf qalıb. |
2023-12-10 | 812,131 | Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi | Güneyli milli fəallar Təbrizin Eynalı dağının qayalarına Azərbaycan bayrağını həkk ediblər. Axar.az xəbər verir kİ, bu barədə Güney Azərbaycan sosial media kanallarında məlumat yayılıb. Bildirilib ki, təbrizlilərin həftəlik yürüş etdikləri yerlərdə Azərbaycan bayrağının həkk edilməsi güneylilərin Azərbaycan həqiqətlərinə diqqətini cəlb etmək, İran hökumətinin Azərbaycana qarşı təbliğatlarına cavab məqsədilə həyata keçirilib. Qeyd edək ki, Azərbayca bayrağının bir neçə yerdə həkk edildiyi Eynalı dağına hər tətil günü minlərlə təbrizli yürüş edir. Uzun illərdir ki, hökumətə qarşı aksiyalar öncəsi Eynalı qayalarına şüarların yazılması ənənəyə çevrilib. |
2023-12-10 | 812,132 | Türk şəhərlərinin rəsmiləri Şuşada toplandı | 12:01 “Şuşa 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı ili”nin bağlanış mərasimi çərçivəsində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin ilk təsis konfransı keçirilib. Axar.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamuradov, Əskişəhir (Türkiyə), Bursa (Türkiyə), Türkistan (Qazaxıstan), Oş (Qırğızıstan), Anev (Türkmənistan) və digər şəhər və vilayətlərin vali və məsul şəxsləri iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov 2023-cü il “Türk dünyasının mədəniyyət paytaxtı” seçilmiş Şuşa şəhərində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransının keçirilməsini mühüm hadisə adlandırıb və imzalanacaq birgə sənədin Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyacağını diqqətə çatdırıb. Təsis konfransının açılış nitqlərindən sonra TÜRKSOY tərəfindən “Türk dünyası mədəniyyət paytaxtı” seçilən şəhərlərin sosial, mədəni iqtisadi inkişafına töhfə vermək və bu şəhərlərin beynəlxalq aləmdə tanıdılması, turizm potensialının inkişaf etdirilməsi məqsədi ilə Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin (TÜRKBİR) birgə bəyanat sənədi imzalanıb. Sonda TÜRKBİR-in üzv rəhbərlərinin yekdil səs çoxluğu ilə Bursa Büyükşehir bələdiyyə başçısı Alinur Aktaş quruma sədr seçilib. Qeyd edək ki, TÜRKSOY Daimi Şurasının 2022-ci il noyabrın 5-də Türkiyə Respublikasının Bursa şəhərində keçirilən 39-cu iclasında əldə edilmiş razılığa əsasən, Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis edilməsi ilə bağlı yerli icra orqanlarının ilk hazırlıq iclası cari ilin iyunun 30-da Türkmənistanın Arkadağ şəhərində keçirilib. Sözügedən iclasda Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis və ilk iclaslarının Şuşa şəhərində keçirilməsi təklif edilib. |
2023-12-10 | 812,135 | Ərdoğan Rəisiyə Türkiyəyə gəlməyə icazə vermədi | İran Prezidenti İbrahim Rəisinin ötən həftə Türkiyəyə nəzərdə tutulan səfərinin ləğv edilməsi Türkiyə prezidentinin istəyi ilə olub. Axar.az xəbər verir ki, bu barədə "Əş-Şərq əl-Əvsət" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Rəisinin səfərinin qəfil ləğvi onun Türkiyənin İsrailə qarşı daha sərt mövqe tutması barədə çağırış və təzyiq cəhdlərindən sonraya təsadüf edib. "Türkiyənin öz səfirini İsraildən geri çağırmasına baxmayaraq, İran Ankaraya İsrailə qarşı daha sərt tədbirlər görməsi üçün təzyiq göstərmək istəyir", - qəzet qeyd edib. Nəşr bildirib ki, Ərdoğanın İbrahim Rəisinin Türkiyəyə səfərini ləğv etməsi İranın Ankaraya təzyiq cəhdinə cavabdır. |
2023-12-10 | 812,138 | Faktiki hava: Şahdağa qar yağdı | Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 10-u saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Biləsuvarda 6 mm, Neftçalada 5 mm, Astara, Lənkəranda 4 mm, Sədərək, Biçənəkdə 2 mm, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Şahdağ, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Sabirabad, Şirvanda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 6 mm-dək olub. Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm-ə çatıb. Şimal-qərb küləyi Qobustanda 21 m/s, Şahdağda 20 m/s, Altıağacda 18 m/s, Naftalanda 16 m/s-dək güclənib. Sumqayıt, Şahbuz, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Beyləqanda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12 dərəcəyədək isti, Naxçıvan MR-da 4 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcə şaxta olub. |
2023-12-10 | 812,140 | Masallıda “Toyota” iki piyadanı vurdu | Masallıda piyada ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, dekabrın 9-u saat 21 radələrində Masallı rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi "Toyota Korolla" markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub. Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-10 | 812,142 | Rusiyanın gələcəyi onlardan asılıdır - Putin | Rusiyanın gələcəyi əsasən xüsusi hərbi əməliyyatın döyüşçülərinin döyüş fəaliyyətindən asılıdır. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. |
2023-12-10 | 812,145 | Bizi heç vaxt əzə bilməyəcəklər - Putin | Qərb Rusiyaya zərər vermək üçün hər şeyə hazırdır. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Rusiyanı heç vaxt geri çəkə, zəiflədə və əzə bilməyəcəklər”, - Putin bildirib. |
2023-12-10 | 812,147 | Qarabağın azad olunması sonuncu aşırım idi | 1920-ci ildə yenicə əldə etdiyimiz azadlığımızı və müstəqilliyimizi əlimizdən aldılar. Düz 70 il azadlıq uğrunda mübarizə apardıq. Minlərlə can qurban verildi. Azadlığa qovuşmaq əvəzinə, yenidən torpaqlarımızın bir hissəsini itirdik. Amma işğala boyun əymədik. Xalq toparlandı, xilaskarı hesab etdiyi Heydər Əliyevin ətrafında birləşdi və bütün səylərini torpaqların geri qaytarılması və azadlığımızın təmin olunması üçün səfərbər etdi. Yüz ilin yaratdığı problemlərin çözülməsi üçün Heydər Əliyev tərəfindən hazırlanmış yol xəritəsi bizi Prezident İlham Əliyevin rəhbərliyi altında tariximizin ən böyük qələbələrinə qovuşdurdu. Cəmi 20 il ərzində iqtisadi dirçəlişə nail olundu, dayanıqlı iqtisadi inkişaf və sosial ədalət təmin olundu, dövlət və ordu quruculuğu istiqamətində böyük işlər görüldü. Torpaqlarımızın işğaldan azad edilməsi üçün xalq öz lideri ətrafında ətrafında bir yumruq kimi birləşdi və işğala qarşı vətən müharibəsinə qalxdı. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Ali Baş Komandanın döyüş əmrini icra etmək üçün Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi. Cəmi 44 gün ərzində düşmən üzərində qazanılan möhtəşəm zəfər ümumxalq həmrəyliyinin ən parlaq bəhrəsi kimi tariximizin səhifəsinə yazıldı. Bir əsr boyunca aparılan mübarizə böyük zəfərlə başa çatdı. Bu Zəfəri qazananlar və bu Zəfər uğrunda canlarını və qanlarını qurban verənlərin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq. 2020-ci ilin 10 dekabr tarixində dünya ölkəmizin baş meydanında – Azadlıq meydanında bu zəfərin təntənəsini əks etdirən Zəfər Paradına şahidlik etdi. Zəfər Paradındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dedi: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.” Bu böyük zəfər təkcə Azərbaycan və Azərbaycanlılar üçün yox, bütün türk dünyası üçün tarixi hadisə idi. Qarabağın azad olunması türk xalqlarının daimi arzusu olan milli birliyə qovuşmaq üçün sonuncu aşırım idi. Bu aşırımı bütün türk dünyasının siyasi, mənəvi dəstəyindən güc alan Azərbaycan Ordusu uğurla keçdi. Vətən müharibəsi başlayan andan sona qədər sinəsini dünyanın bütün güc mərkəzlərindən gələn təzyiq və təhdidlərə mətanətlə gərən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Paradını qəbul edən Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevlə çiyin-çiyinə dayanmışdı. Bu bütün türk dünyasına birlik, bərabərlik və qardaşlıq çağırışı idi. Azərbaycan və Türkiyə rəhbərlərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə və xüsusilə erməni havadarlarına verilən ciddi mesaj idi. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. Zəfər Paradında çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.” Tariximizin ən şanlı səhifəsinin – Vətən müharibəsində parlaq Qələbənin təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izlədi, bütün dünya Azərbaycan xalqının haqlı mübarizədə qalibiyyətinin şahidi oldu. 3 il öncə izlədiyimiz o möhtəşəm Zəfər Paradı Azərbaycan xalqının qan yaddaşına yazılmış Vətən müharibəsinin yekunu idi. Məhz o gün – 10 dekabr 2020-ci il tarixi son iki əsrdə işğal altında qalan Azərbaycanın ilk böyük qələbəsini tərənnüm edən qürurlu bir hadisə kimi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoydu. Azadlıq və tərəqqi mərhələsində tarixi Azərbaycan Zəfərinin lideri, Qarabağ fatehi İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının sıx həmrəyliyi əsasında yeni qələbələrə doğru yolumuz aydın və açıqdır. Bu yolda bütün xalqımızı daha böyük qələbələr gözləyir. |
2023-12-10 | 812,148 | Güneyli milli fəal aclıq aksiyasına başladı | ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanılan milli fəal Cavad Sudbər aclıq aksiyası keçirir. Axar.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. Bildirilib ki, o, hüquqlarının pozulmasına, barəsində ittiham irəli sürülmədən qeyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq aclıq aksiyasına başlayıb. Qeyd edək ki, Cavad Sudbər 3 ay əvvəl bir neçə milli fəalla birlikdə həbs edilib. |
2023-12-10 | 812,149 | İlham Əliyev Serbiyaya getdi | Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfərə gedib. Axar.az xəbər verir ki, Niş şəhərinin “Konstantin Veliki” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və digər rəsmi şəxslər qarşılayıblar. |
2023-12-10 | 812,158 | Magistral yollarda görmə məsafəsi məhdudlaşdı | Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq. Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Dekabrın 11-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimal olunur. |
2023-12-10 | 812,159 | Qarabağda 16 abidə tam bərpa olunub - Kərimov | Şuşanın və Qarabağın tarixini əks etdirən abidələrimizin erməni işğalçıları tərəfindən dağılmış vəziyyətə gətirilməsinə baxmayaraq, bu günə kimi 16 abidəmiz tam bərpa olunmuş və öz tarixi görüntüsü ilə göz oxşayır. Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi bağlanış mərasimində deyib. A.Kərimov bildirib ki, "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” adını daşımaq çox şərəfli və qürurverici idi: "İlboyu çoxsaylı festivallara forum və konfranslara ev sahibliyi etmək bizi çox sevindirir. Biz bununla Şuşanın bütün çağdaş türk dünyası üçün nə qədər böyük məna daşıdığını gördük. Azad Şuşada quruculuq işləri dayanmadan aparılmaqdadır. Şuşanın siması demək olar ki, aydan-aya dəyişir. Şəhər öz tarixi və memarlıq böyüklüyünü dirçəldərək, eyni zamanda özündə yenilik və müasirlik gətirən layihələri reallığa çevirir". |
2023-12-10 | 812,160 | Misirdə seçkilər başladı: 3 rəqibi Sisiyə qarşı | Misirdə prezident seçkiləri keçirilir. Axar.az xəbər verir ki, ölkənin bütün əyalətlərində seçki məntəqələri açılıb və dekabrın 12-dək fəaliyyət göstərəcək. Misir Milli Seçki Komissiyasının verilən məlumata görə, ölkədə səsvermə hüququ olan 67 milyona yaxın vətəndaşın səs verməsi üçün 10 085 seçki məntəqəsi təşkil olunub. Misirin hazırkı prezidenti Əbdülfəttah Sisidən başqa üç siyasətçi - sol müxalifətçi Fərid Zəhran, vəkil Əbdül Sənad Yamama və Cümhuriyyət Xalq Partiyasının rəhbəri Hazem Ömər prezidentliyə namizəddir. |
2023-12-10 | 812,161 | Netanyahu Baydenə söz verdi: Döyüşlər bu qədər çəkəcək | İsrailin Baş naziri Benyamin Netanyahu həftə sonu ABŞ Prezidenti Co Baydenə telefon danışığında İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunis bölgəsində davam edən əməliyyatının daha 3-4 həftə davam edəcəyini bildirib. Axar.az xəbər verir ki, bu barədə İsrailin “13-cü kanal”ı diplomatik mənbəyə istinadla məlumat yayıb. Mənbə bildirib ki, Bayden administrasiyasının bundan sonra Qəzzada döyüşlərin daha hədəfli və intensivliyinin daha az olacağını gözlədiyi güman edilir. Qeyd edək ki, bundan öncə ABŞ-ın dekabrın sonuna qədər döyüşlərin dayanması üçün İsrailə tələb qoyduğu barədə məlumat təkzib edilmişdi. |
2023-12-10 | 812,163 | İrəvan-Ankara razılaşması: Ani körpüsü 10 aydır “gözləyir” | Ermənistan və Türkiyə hələ də Ani körpüsünün bərpası üçün əməli addım atmayıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Bu il fevralın 15-də Ermənistan XİN rəhbərinin Türkiyəyə səfəri zamanı Ani körpüsünün bərpası ilə bağlı razılıq əldə olunub, lakin bu istiqamətdə praktiki işlər hələ də aparılmayıb”, - məlumatda bildirilib. Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan fevralın 15-də Ankarada keçirdiyi birgə mətbuat konfransında Ermənistan və Türkiyənin Ani sərhəd körpüsünü təmir edəcəyini bildirmişdi. |
2023-12-10 | 812,164 | Ukraynaya 150 qırıcı lazımdır - İqnat | Ukrayna ölkənin Silahlı Qüvvələrində Sovet istehsalı olan texnikanı əvəz etmək üçün Qərb ölkələrindən 150 döyüş təyyarəsi almaq istəyir. Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib. “Ümumiyyətlə, Ukraynanın Qərb tipli nə qədər təyyarəyə ehtiyacı olduğu artıq açıqlanıb. Söhbət 150 təyyarədən gedir. Bununla Sovet texnikası parkını tamamilə dəyişdirəcəyik. Ukraynaya verilməli olan əsas döyüş təyyarəsi ABŞ-ın F-16 qırıcısı olacaq. Kiyev həmçinin İsveçin “JAS 39 Gripen” qırıcılarının tədarükü ilə bağlı Stokholmla məsləhətləşmələr aparır”, - İqnat bildirib. |
2023-12-10 | 812,167 | ABŞ-da tornado dəhşətli dağıntılara səbəb oldu - Video | ABŞ-da tornado ciddi dağıntılara səbəb olub. Axar.az xəbər verir ki, bu barədə görüntülər mediada yayılıb. İlkin məlumata görə, Tennessi ştatının bir neçə bölgəsində fəlakətli dağıntılar baş verib, 6 nəfər ölüb. Kentukki ştatında qasırğa avtomobilləri əzib, bəzi binaları qismən uçurub. |
2023-12-10 | 812,168 | İlham Əliyev Serbiyada açılış mərasimində iştirak etdi | 13:58 Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər. Əvvəlcə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi. Mərasim iştirakçılarını salamlayan Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dedi: - Əziz Prezident Əliyev, hörmətli Prezident Radev, mən bu gün çıxış edə bilməyəcəyəm. Bizim ölkədə qəribə qanunlar qəbul olunub ki, sən öz ölkəndə nə isə etmisənsə, seçkilərdən bir ay öncə artıq bu layihələri tərifləyə və ölkəni daha da inkişaf etdirmək üçün danışa bilməzsən. Sizə “Xoş gəlmisiniz” deyirəm və Serbiyada olduğunuz üçün sonsuz təşəkkürümü bildirirəm. Mən bizim enerji nazirimizdən xahiş edəcəyəm ki, o çıxış etsin. O, bizim partiyanın üzvü deyil və seçkilərdə, siyahılarda adı yoxdur. Bizim avropalı qonaqlar bu günlük bağışlasınlar. Mən bütün həmin qanunlara hörmət edəcəyəm. Narahat olmayın, həmin qanunlara baxmayaraq, biz qələbə qazanacağıq. Bu, böyük qələbə olacaq və bizim hamımızın birgə qələbəsi olacaq. Buna görə çox sağ olun. Sonra layihə barədə məlumat verən Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviç dedi: -Bu layihə uzun illər bundan əvvəl planlaşdırılırdı. Onun həyata keçirilməsi çox uzun çəkdi və biz cəmi bir ildə işi tamamlamağa müvəffəq olduq. Biz qaz nəqli ilə bağlı Azərbaycandan olan dostlarımızla qısa zamanda razılığa gəldik. Əməkdaşlığa görə Azərbaycana, ilk növbədə, minnətdarlığımı bildirmək istəyirəm. Mən, eyni zamanda, Prezident Əliyevə, Azərbaycandan olan həmkarlarımıza və bizimlə birgə gərgin çalışmış hər kəsə minnətdarlığımı bildirmək istərdim. Mən qonşularımızla, eləcə də Azərbaycanla daha yaxşı əlaqələrin qurulması istiqamətində göstərdiyi səylərə görə Serbiya Prezidentinə minnətdarlığımı bildirirəm. Azərbaycan sərhəd baxımından bizim qonşumuz olmasa da, sözsüz ki, o, bizim qəlbimizdə xüsusi yeri olan dostumuzdur. Dövlətimizin başçısı mərasimdə çıxış etdi. - Hörmətli cənab Prezident Vuçiç, hörmətli cənab Prezident Radev, hörmətli xanım nazir, xanımlar və cənablar! İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə dostum Aleksandara təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Bildirməliyəm ki, mən keçən il Serbiyaya rəsmi səfər etmişdim. Ondan bir ay sonra Prezident Vuçiç Azərbaycana səfər etmişdir. Bu gün yenə də sizin gözəl ölkənizdəyəm. Bu, bir daha onu göstərir ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq, çünki strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk. Əfsuslar olsun ki, Prezident Vuçiçə bu gün rəsmi tədbirdə çıxış etmək üçün müəyyən məhdudiyyətlər tətbiq edilib, onun qeyd etdiyi kimi, qəbul edilmiş qanuna görə. Ancaq buna baxmayaraq, bizim söhbət etmək üçün imkanımız olacaq. Sadəcə olaraq, onu bildirmək istəyirəm ki, bizim Aleksandarla şəxsi dostluq münasibətlərimiz böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət etmişdir. O, ölkəsi üçün çox böyük işlər görür. Onun liderliyi ilə Serbiya uğurla inkişaf edir, müstəqil siyasət aparır. O siyasət ki, Serbiya xalqının və dövlətinin maraqlarına cavab verir. Biz də dostları kimi onun uğurlarına həmişə sevinirik və əməli addımlarla, konkret işlərlə ikitərəfli gündəliyimizi genişləndiririk. Əminəm ki, bugünkü tədbir və açılışdan sonra interkonnektorun fəaliyyəti Serbiyanın sənaye inkişafına böyük töhfə verəcəkdir. Mən bilirəm ki, Prezident Vuçiçin ölkəsinin sənaye potensialının inkişafı ilə bağlı çox genişmiqyaslı planları var. O planların böyük hissəsi həyata keçirilib. Gələcək planların həyata keçirilməsi üçün əlbəttə, enerji resursları lazımdır və şaxələndirilmiş təchizat şəbəkəsi də təbii ki, qurulmalıdır. Eyni sözləri dostum, Prezident Radev haqqında da deyə bilərəm. Bolqarıstanla da bizi strateji tərəfdaşlıq Sazişi bağlayır. Bu il mən Bolqarıstana və Prezident Radev Azərbaycana səfərlər etmişik. Bu da onu göstərir ki, münasibətlərimiz çox dinamikdir, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub. Yəni deyə bilərəm ki, bugünkü mərasim dostluq mərasimidir, strateji tərəfdaşlıq mərasimidir. Əlbəttə ki, hər iki prezidenti bugünkü açılış münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir. Bildirməliyəm ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim çox genişmiqyaslı başqa planlarımız var. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Onu da bildirməliyəm ki, - bu sözləri əminəm ki, dostum Rumen də təsdiq edə bilər, - bizim Bolqarıstana qaz təchizatımız iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır. Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir. Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır. Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəyini göstərdilər. Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir. Bir daha əziz dostum Aleksandara dəvətə görə təşəkkürümü bildirmək istəyirəm və hamımıza uğurlar arzulayıram. Sağ olun. *** Daha sonra Bolqarıstan Prezidenti çıxış etdi. -Hörmətli Prezident Vuçiç, möhtərəm Prezident Əliyev, xanımlar və cənablar, nazirlər, zati-aliləri, əziz qonaqlar! Serbiya, Azərbaycan və Bolqarıstan olaraq ölkələrimizin cari ili yola salarkən daha təhlükəsiz və daha yaxşı gələcək naminə öz davamlı işi və bu işə göstərdiyi diqqət ilə nümunəvi olduğunu bildirmək istəyirəm. Fevralın əvvəlində Prezident Vuçiçin Bolqarıstana səfəri zamanı Bolqarıstan-Serbiya interkonnektorunun yaradılmasına start verilib. Yalnız bir neçə ay sonra biz artıq Bolqarıstan və Serbiya arasında interkonnektorun açılış mərasimini keçiririk. Aprel ayında Prezident Əliyev Sofiyaya səfərə gəlmiş və Solidarity Ring təşəbbüsünü irəli sürmüşdür. Mən bu dəvətə görə Prezident Vuçiçə səmimi təşəkkürümü bildirirəm və fevral ayında Bolqarıstandakı açılışdan daha xoş əhvali-ruhiyyə ilə bizi qarşıladığına görə minnətdarlığımızı bildiririk. Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir. Əməkdaşlıq bizim regionda davamlı, dayanıqlı iqtisadi inkişafa və tərəqqiyə gətirir. O, bizim Avropanın gələcəyi üçün quruculuq işləri görmək istəyimizin bir ifadəsidir. O, Avropa İttifaqının təhlükəsiz və etibarlı enerji mənbələri üçün iddialı baxışdır. Mən qəti əminəm ki, interkonnektor sərhəd regionlarda, həmin boruların keçdiyi yerlərdə investisiya maraqlarının artmasına töhfə verəcək. Mən Prezident Vuçiçi təbrik etmək istəyirəm. Çünki təvazökar olduğu üçün o, özünü tərifləmir. Lakin həm mən, həm də Prezident Əliyev Serbiyaya hər səfərimiz zamanı burada infrastrukturun mühüm inkişafının şahidi oluruq. Mən burada çəkilən zəhməti, Serbiyanın Avropanın modern inkişafına nümunə olduğunu görürəm və bu, məni çox sevindirir. Bolqarıstanın Prezidenti kimi mən sərhəd regionlarda, bolqar milli azlığının yerləşdiyi ərazilərdə infrastrukturun və yol şəbəkələrinin inkişaf etdirilməsinə olan diqqəti görürəm. Mən, həmçinin daha öncə presedenti olmayan bir hadisədən bəhs etmək istəyirəm. Prezident Vuçiç və mən iki dəfə Mitroqradda milli azlıqlarımızla görüşmüş və problemləri birgə müzakirə etmişik. Biz birgə həyat şəraitini yaxşılaşdırmaq üçün layihələr müəyyənləşdirib imkanları müzakirə etmişik. Serbiyada bütün infrastrukturun yaxşılaşdırılması və modernləşdirilməsi Bolqarıstana da birbaşa təsir edir. Çünki biz Avropaya Serbiya vasitəsilə çıxa bilirik. Bu gün biz Avropanın enerji xəritəsini dəyişirik. Çünki interkonnektor yalnız bizim ölkələr üçün deyil, bütün region üçün şaxələndirməyə və təhlükəsizliyə zəmanət verir. Təsadüfi deyil ki, bu layihə Avropa Komissiyası tərəfindən qarşılıqlı maraq doğuran layihə kimi dəyərləndirilib. Ukraynadakı müharibə bizim yaxşı qonşuluq və qarşılıqlı kömək, həmrəylik anlayışlarımızı yenidən gözdən keçirməyə səbəb oldu. Biz logistika və enerji sahələrində yalnız yeni resurslar, yeni yollar, yeni səmərəli həll vasitələri tapmalı deyil, həmçinin daha intensiv, daha güclü beynəlxalq xəritə yaratmalıyıq. Həmin coğrafi mövqeyin əhəmiyyətinin dərk edilməsi, fəal enerji siyasəti təkcə həmin ölkələrə deyil, həm də bütün qonşulara, regiondan da daha uzaq məsafədə yerləşən ölkələrə fayda verəcək. İcazə verin, prezidentlər Vuçiç və Əliyevə bir daha təşəkkürümü bildirim. Onlar oktyabrın 1-də Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun açılış mərasimində iştirak etmək üçün Sofiyaya gəlmişdilər. Həmin interkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər olmuşdu. Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır. Mən inanıram ki, biz elə bu cür də çalışmağa davam edəcəyik. Bu il Bolqarıstan anlaşmanı yekunlaşdırdı və həm Elengi terminallarına, həm Yunanıstana, həm də Türkiyəyə çıxış əldə etdi. Bizim, həmçinin onların şəbəkələri vasitəsilə tranzit əməliyyatları keçirmək üçün anlaşmalarımız var. Mart ayında biz Aleksandropolisdəki enerji terminalının açılışını etdik. Bolqarıstan həmin layihədə 20 faiz səhmə sahibdir. Biz aprel ayında strateji əhəmiyyətli, Avropa üçün önəmli olan Solidarity Ring layihəsinin açılışını etdik. Bununla da biz Azərbaycandan Mərkəzi və Şərqi Avropaya qazın ən sürətli və ucuz nəqlinə nail olmaq üçün şəbəkələrimizi birləşdirmə imkanı qazanırıq. Bizim sahibi olduğumuz bu fəal siyasət sayəsində bu gün Serbiyada interkonnektorun açılış mərasimini edirik. Yalnız Serbiya deyil, həmçinin regionun digər ölkələri də Azərbaycandan gələn qaza, həmçinin yeddi terminala, Aralıq dənizindəki Elengi terminalına və təbii ki, Solidarity Ring təşəbbüsünə, Bolqarıstandakı Çidan adlı saxlama yerinə çıxış əldə edib. Biz hazırda Bolqarıstandakı infrastrukturu genişləndiririk və bunun sayəsində Qərbi Avropa qaz ehtiyatlarına da çıxış əldə edəcəyik. Biz bu gün sübut edirik ki, yalnız birgə səylər nəticəsində, ortaq istəyə əsasən iqtisadi inkişaf əldə edə, daha yaxşı, daha təhlükəsiz gələcəyə nail ola bilərik. Digər önəmli məsələ isə odur ki, biz infrastrukturun inkişafı nəticəsində daha böyük nailiyyətlər əldə edəcəyik. Əvvəlcə bildirdiyim kimi, bu səhər Vuçiçlə keçirilən görüşümüzdə birgə anlaşmalar nəticəsində öz ehtiyacımızı ödəmək üçün qaz təminatını yaxşılaşdıracağıq. Biz bununla da ən yaxşı şərait əldə etmiş olacağıq, həmçinin öz vətəndaşlarımıza ən yaxşı qiymətlər təqdim edib, üçüncü dövlətlərə birgə qaz satacağıq. Burada geniş fürsətlər var və biz yaxşı siyasət, yaxşı səylər nəticəsində mühüm nəticələr əldə edəcəyik. Mən Avropa Komissiyasına maliyyə dəstəyi göstərdiyinə və həmçinin bütün Avropa üçün mühüm olan bu layihəni təşviq etdiyinə görə minnətdaram. Təbii ki, biz bu uğura görə bütün institutlara və tikinti işçilərinə minnətdarıq. Onlar sübut etdilər ki, bu iki ölkə texnoloji bacarığa malikdir və ən yüksək texnologiyalı yeni nəsil boru xəttini inşa edə bilir. Bundan sonra çalışacaq bütün komandalara təşəkkür edirəm, onlara uğurlar arzulayır, hər kəsə faydalı iş diləyirəm. Çox sağ olun. Layihənin əhəmiyyətindən danışan Avropa İttifaqının Serbiyadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre enerji təhlükəsizliyinin və enerji dayanıqlılığının gücləndirilməsində mühüm bir mərhələnin qeyd olunduğunu vurğulayaraq dedi: -Avropa İttifaqı bu layihəyə demək olar ki, 50 milyon avroluq qrant, Avropa İnvestisiya Bankı isə 25 milyon avro məbləğində imtiyazlı kredit ayırıb. Bundan əlavə, biz Bolqarıstan ərazisində interkonnektorun tikintisinə 20 milyon avro ayırmışıq. Bu mühüm mərhələ Serbiya vətəndaşlarının həyat şəraitini yaxşılaşdırmaq məqsədilə Avropa İttifaqının enerji sektorunda bu ölkəyə verdiyi ümumi dəstəyin bir hissəsidir. Biz Bolqarıstanı Serbiya ilə, Serbiyanı Avropa İttifaqı ilə birləşdiririk. Bu baxımdan bu infrastruktur Serbiya və Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir. Biz həm də ümumi enerji balansında qazın payının artırılmasının mümkünlüyünü qeyd edirik ki, bu da Avropa İttifaqının “yaşıl sazişi”nə uyğun olaraq iqtisadiyyatımızın karbonsuzlaşdırılması istiqamətində bir addım olaraq, kömür kimi daha çox çirkləndirən enerji mənbələrindən təbii qaz kimi daha az çirkləndirən enerji mənbələrinə keçidə şərait yaradır. Sonda prezidentlər İlham Əliyev, Aleksandar Vuçiç, Rumen Radev və Aİ-nin daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunu işə saldılar. |
2023-12-10 | 812,170 | Avropaya qaz ixracımız 12 milyarda çatacaq - Əliyev | 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu təxminən 12 milyard kubmetrə çatacaq. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib. Bunun Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil etdiyini vurğulayan dövlət başçısı deyib ki, 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmi iki dəfə artmalıdır və biz inamla bu hədəfə doğru gedirik. |
2023-12-10 | 812,172 | Azərbaycan dostluq ənənələrinə sadiqdir - Prezident | Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı səsləndirib. “Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir. Qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı, regional əməkdaşlığa da güclü zəmin yaradır”, - dövlət başçısı əlavə edib. |
2023-12-10 | 812,174 | Prezident Azərbaycanın layihələrindən danışdı | Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib. “Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq və Qara dəniz bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir”, - Prezident bildirib. |
2023-12-10 | 812,177 | Gələcəyimizi yaşıl enerjinin istehsalında görürük - Əliyev | Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəyini göstərdilər. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib. “Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək”, - İlham Əliyev bildirib. |
2023-12-10 | 812,179 | Mərdanov və Mirşahinə qarşı sui-qəsd hazırlanıbmış - Video | Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən bir qrup şəxsin cinayət işi üzrə araşdırma aparılarkən onların ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsd planlaşdırdıqları da məlum olub. Axar.az xəbər verir ki, onlar arasında keçmiş təhsil naziri Misir Mərdanov və Real TV-nin rəhbəri Mirşahin Ağayev də var. İstintaq artıq bu şəxsləri zərəçəkmiş kimi tanıyıb. Təqsirləndirilən Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası dekabrın 13-də keçiriləcək. İclas Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutacaq. Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277, 278.2-ci maddələri ilə ittiham irəli sürülüb. İddia olunur ki, həmin şəxslər Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. |
2023-12-10 | 812,180 | Türk dünyasının mədəniyyət paytaxtı bu şəhər oldu | Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimində 2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb. Axar.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistan mədəniyyət naziri Atageldi Şahmuradova təqdim edib. |
2023-12-10 | 812,181 | “Qarabağ” dünya reytinqində gerilədi | Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Axar.az xəbər verir ki, 402 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb. Ötən ay 70-ci yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 84-cüdür. "Neftçi" və "Sabah" klubları da geriləyib. "Neftçi" 340-cı sıradan 378-ə, "Sabah" isə 342-ci mövqedən 391-ci pilləyə düşüb. Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (314 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (308 xal) ikinci, İtaliyanın "İnter" (264) kollektivi üçüncü yerdədir. |
2023-12-10 | 812,184 | Gürcüstan-Azərbaycan sərhədində sıxlıq yarandı | Gürcüstan-Azərbaycan sərhədində sıxlıq müşahidə edilir. Bu barədə Axar.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Gömrük-keçid məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumatına əsasən, “Astara” gömrük postunda 254, “Biləsuvar” gömrük postunda 90, “Qırmızı Körpü” gömrük postunda 1000, “Mazımqara” gömrük postunda 50, “Samur” gömrük postunda 56 və “Xanoba” gömrük postunda 13 yük maşını var. Hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılş məntəqəsində müşahidə edilir. Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. |
2023-12-10 | 812,189 | Ukrayna prezidenti bu şəxs olacaq: Zelenski üçün seçim... | Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak prezident postunda Vladimir Zelenskini əvəz edə bilər. Axar.az xəbər verir ki, bunu italiyalı politoloq Elizeo Bertolazi deyib. “Zelenskinin reytinqi həm ölkə daxilində, həm də Qərb tərəfdaşları arasında kəskin şəkildə aşağı düşüb. Ukraynalıları görünməmiş korrupsiya səviyyəsi, cəbhədəki məğlubiyyətlər, ümumi səfərbərlik və aktyor prezidentlərinin obrazı qıcıqlandırır. Oliqarxlar isə onların maraqlarına müdaxilədən narazıdırlar. Pyotr Poroşenko da daxil olmaqla, prezidentliyə iddialı olan siyasi müxaliflərə hakimiyyəti ötürmək Zelenskinin gələcək karyerası, hətta həyatı üçün olduqca təhlükəlidir. Ən yaxşı variant bu postda öz yerini Andrey Yermaka ötürməkdir. Bu, hakimiyyətin yumşaq keçidini təmin edər və seçkilər dəyişiklik üçün fürsət olardı”, - siyasətçi bildirib. |
2023-12-10 | 812,190 | Sabahın hava proqnozu açıqlandı | Dekabrın 11-nə gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq. |
2023-12-10 | 812,196 | Biz Azərbaycanın namizədliyini dəstəklədik - Radev | Biz Azərbaycanı COP29-un ev sahibi kimi dəstəkləyirik. Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev jurnalistlərə açıqlamasında bildirib. “Bildiyiniz kimi, Rusiya Avropa ölkələrindən hər hansı birinin namizədliyinə qadağa qoyub. Yeganə həll yolu Azərbaycan və ya Ermənistanın ev sahibi olmasıdır. Biz Azərbaycanın namizədliyinə sevinirik və onu dəstəkləyirik”, - Radev bildirib. |
2023-12-10 | 812,197 | Papa Bakı və İrəvan arasındakı əsir mübadiləsindən danışdı | Ermənistan və Azərbaycan hərbçilərinin azad edilməsinə sevindim. Axar.az xəbər verir ki, bunu Roma Papası Fransisk ənənəvi bazar günü xütbəsi zamanı deyib. “Mən xeyli sayda erməni və azərbaycanlı hərbçinin azad edilməsindən məmnunam və Ermənistan və Azərbaycan arasında münasibətlər üçün bu müsbət siqnala böyük ümidlə baxıram. Mən tərəfləri və onların liderlərini sülh müqaviləsin mümkün qədər tez bağlamağa çağırıram”, - Papa bildirib. Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. |
2023-12-10 | 812,199 | İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü | Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyətini vurğulayan dövlət başçıları bu münasibətlə bir-birinə təbriklərini çatdırıblar. Söhbət zamanı “Solidarity Ring” təşəbbüsünün əhəmiyyətinə toxunularaq, bu layihənin Azərbaycan ilə Avropa Birliyi arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi və ölkəmizin Avropanın qaz təchizatının təmin olunması işinə verdiyi töhfə baxımından önəmi bir daha qeyd edilib. Dövlət başçısı Bolqarıstan prezidentini Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub. |
2023-12-10 | 812,200 | Putindən Netanyahuya: Bu dəhşətli nəticə olmamalıdır! | 16:17 Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında bu gün telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, Kreml 50 dəqiqə davam edən telefon danışığının təfərrüatını açıqlayıb. Liderlər Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyət, xüsusilə Qəzza zolağında fəlakətli humanitar durumu müzakirə edib. Vladimir Putin terrorizmi bütün təzahürlərində qəbul etməmək və pisləmək kimi prinsipial mövqeyini təsdiqləyib. Eyni zamanda, terror təhdidlərinə qarşı mübarizənin mülki əhali üçün belə dəhşətli nəticələrə gətirib çıxarmamasının son dərəcə vacib olduğunu bildirib. Rusiya lideri mülki əhalinin əzabını yüngülləşdirmək və münaqişənin aradan qaldırılması üçün hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb. Bundan əlavə, tərəflər Rusiya vətəndaşlarının və onların ailə üzvlərinin təxliyəsi, həmçinin Qəzzada saxlanılan israillilərin azad edilməsi məsələsində əməkdaşlığın davam etdirilməsinə, o cümlədən əlaqələrin davam etdirilməsinə razılaşıblar. |
2023-12-10 | 812,204 | İranın neftayırma zavodunda güclü yanğın baş verdi | İranın Xorasan vilayətində yerləşən neftayırma zavodunda yanğın baş verib. Axar.az xəbər verir ki, yanacaq saxlamaq üçün ayrılmış anbarda baş verən yanğın tez bir zamanda ətrafa yayılıb. Hadisə yerinə 5 yanğınsöndürən maşın və xilasedicilər gəlib. Ölən və yaralananlar barədə məlumat yoxdur. Xüsusi xidmət orqanları araşdırmalara başlayıb. |
2023-12-10 | 812,206 | Rusiyaya sanksiya tətbiq etməyəcəyik - Vuçeviç | Avropa Birliyinə daxil olmaq Serbiya üçün strateji məqsəddir, lakin Belqrad Rusiyaya qarşı yönəlmiş sanksiya siyasətinə qoşulmaq niyyətində deyil. Axar.az xəbər verir ki, bunu Serbiya müdafiə naziri Miloş Vuçeviç deyib. “Serbiya Avropa Birliyinin tamhüquqlu üzvü olmalıdır, çünki vətəndaşlarımız bundan faydalanacaqlar. Bu bizim strateji öhdəliyimizdir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Amma kimlərsə bu yolda milli DNT-mizdən imtina etməyimizi gözləyirsə, ciddi şəkildə yanılır. Biz Rusiyaya sanksiyalar tətbiq etməmişik və etməyəcəyik. Biz Çinlə, eləcə də ərəb dünyası, Hindistan, Afrika və Amerika ilə tərəfdaşlığı davam etdirəcəyik”, - Vuçeviç bildirib. |
2023-12-10 | 812,208 | 655-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 655-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 550 təyyarəsi, 257 helikopteri, 9608 PUA-sı, 442 zenit-raket kompleksi, 13 955 tank və digər zirehli texnikası, 1 188 reaktiv yaylım atəş sistemi, 7 293 artilleriya və minaatanı, 16 147 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-10 | 812,209 | İsveç generalı Donbasda cəbhə xəttinə yollandı - Video | İsveç Silahlı Qüvvələrinin baş komandanı, general Mikael Byuden Ukrayna ordusunun 45-ci artilleriya briqadasının Donbasdakı mövqelərinə baş çəkib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilib ki, 45-ci briqadanın mövqeləri hazırda Svatovo, Liman və Baxmut istiqamətində yerləşir. Qeyd edək ki, Byuden təmas xəttinə bu qədər yaxınlaşan ilk yüksək rütbəli Qərb rəsmisidir. |
2023-12-10 | 812,213 | Miqrasiya orqanlarına qəbul olmaq istəyənlər imtahan verdi | Dövlət İmtahan Mərkəzi 2023-cü il dekabrın 10-da Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Bu barədə Axar.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtаhаndа nаmizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunub. Onlardan 50 sual qanunvericilik, 10 sual Azərbaycanın tarixi, 10 sual Azərbaycan dili, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər suаlın düzgün cavabı 1 (bir) bаllа qiymətləndirilir. İmtahan Bakı şəhərində 1 binada keçirilib. İmtahanın idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 18 nəzarətçi–müəllim, 3 buraxılış rejimi əməkdaşı ayrılıb. İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. |
2023-12-10 | 812,214 | "Sabah" "Səbail"i darmadağın etdi | Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib. Axar.az xəbər verir ki, günün ilk matçında "Sabah" "Səbail"i qəbul edib. "Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 7 və 21-ci dəqiqədə Sofian Çakla, 28-ci dəqiqədə Cesse Sekidika, 59-cu dəqiqədə Vinsent Til vurub. "Sabah" 22 xalla 7-ci, "Səbail" 23 xalla 4-cü pillədə qərarlaşıb. Qeyd edək ki, günün ikinci görüşündə "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. Turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı (6:1), "Kəpəz" "Qəbələ"ni (3:0) səfərdə məğlub edib. "Zirə" - "Araz-Naxçıvan" matçında isə hesab açılmayıb. |
2023-12-10 | 812,218 | Ukraynanın gələcəyi yoxdur, bizim isə var... - Putin | Ukrayna öz başına heç nə istehsal etmir, onun gələcəyi yoxdur, Rusiyanın isə var. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Onların hər şeyi tükənir, özlərinə məxsus bazaları yoxdur. Öz bazası, öz ideologiyası, öz sənayesi, öz pulu, heç bir şeyi olmayanda gələcək də olmur. Bizim isə var”, - Putin bildirib. |
2023-12-10 | 812,219 | İlham Əliyev Vuçiçlə görüşdü | 17:19 Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub. Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğura inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti qeyd edilərək, Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfə xüsusi vurğulandı. Dövlətimizin başçısı Serbiya Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. |
2023-12-10 | 812,223 | Almaniya müharibəyə hazırlaşmalıdır - Broyer | Almaniya nə vaxtsa müdafiə müharibəsi aparmalı olacağını istisna edə bilməz və buna görə də öz təhlükəsizliyinə və silahlarına sərmayə qoymalıdır. Axar.az xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələrinin baş inspektoru Karsten Broyer deyib. “2022-ci ildən əvvəl olduğumuz yerə qayıda bilməyəcəyik. Biz əvvəlcə nə vaxtsa müdafiə müharibəsi aparmalı olacağımız fikrinə alışmalıyıq. Təkcə hərbi qulluqçular deyil, həm də cəmiyyət bunun zəruriliyini dərk etməlidir”, - Broyer bildirib. |
2023-12-10 | 812,228 | Əliyev və Vuçiç geniş tərkibdə görüşdü | Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə birgə nahar əsnasında geniş tərkibdə görüşü keçirilib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. |
2023-12-10 | 812,229 | Ağsuda narkotacir saxlanıldı | Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də bir neçə dəfə məhkum olunmuş Xalid Osmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə X.Osmanovun yaşadığı ünvana da baxış keçirili, oradan satış məqsədilə kibrit qutularında və kağız bükümlərdə saxladığı marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər də məsuliyyətə cəlb olunub. |
2023-12-10 | 812,232 | Zelenski Makronla danışdı | Ukrayna Prezidenti Vladimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkədəki səhifəsində məlumat yayıb. “Emmanuel Makrona cəbhədə baş verənlərlə bağlı məlumat verdim və Fransanın göstərdiyi yardıma görə ona təşəkkür etdim”, - Zelenski bildirib. Zelenski qeyd edib ki, Makronla Fransanın növbəti yardım paketini müzakirə edib. |
2023-12-10 | 812,234 | Bu ölkələr yaxında NATO üzvü olacaq - Coane | Rumıniya ilə həmsərhəd olan bütün ölkələr yaxın illərdə NATO və Avropa Birliyinin bir hissəsi olacaq. Axar.az xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coane deyib. “Yaxın illərdə Rumıniyanın bütün qonşuları - Ukrayna, Moldova, Gürcüstan və Balkanlar Avropa Birliyi və NATO ailəsinin bir hissəsi olacaqlar. Rumıniya artıq Qərbin şərq sərhədi olmayacaq”, - Coane bildirib. Onun sözlərinə görə, bu, çətin də olsa, dönməz prosesdir və Ukrayna münaqişəsinin buna ciddi təsiri var. |
2023-12-10 | 812,235 | Biz bunu dərhal qınadıq - Lavrov | HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirib, biz bunu dərhal qınamışıq. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumu çərçivəsində onlayn çıxışı zamanı deyib. S.Lavrov qeyd edib ki, HƏMAS-ın Dohada yerləşən siyasi qanadı var, Moskva da məhz onlarla əlaqə saxlayır. "Bu təmaslar girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə imkan yaratdı və İsrail buna müsbət reaksiya verdi", - nazir bildirib. |
2023-12-10 | 812,236 | İran isveçli diplomatı İsrailə casusluqda ittiham etdi | İran prokurorluğu Avropa Birliyinin (AB) xarici siyasət xidmətində çalışan İsveç vətəndaşı Yohan Floderusu İsrailin xeyrinə casusluqda ittiham edib. Axar.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb. İran prokurorluğunun nümayəndəsinin sözlərinə görə, Floderus korrupsiyada, İranın təhlükəsizliyinə qarşı yönəlmiş hərəkətlərdə, həmçinin İsrailin kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunur. Bildirilib ki, o, İranda insan haqları, ölkənin müdafiəsi, ölkəyə qarşı sanksiyalar və Tehranın nüvə proqramı ilə bağlı sahələrdə təxribatçı fəaliyyətlər həyata keçirmək üçün İsrailin maraqlarına uyğun məlumatlar toplayıb. İş üzrə ilk iclasda Floderusun vəkilləri ilə yanaşı, tərcüməçi də iştirak edib. Qeyd edək ki, oktyabrın 12-də İran məhkəmə sisteminin nümayəndəsi Məsud Sateişi İsveç vətəndaşının saxlandığını, ona qarşı ittihamların irəli sürüldüyünü və cinayət işinin tezliklə məhkəməyə göndəriləcəyini bildirmişdi. O, ilkin araşdırmanın aparıldığını və Floderusun məhkəmənin qərarı ilə həbs edildiyini açıqlamışdı. |
2023-12-10 | 812,237 | Serbiya Bakıdan qaz idxalını 3 dəfə artıra bilər - Nazir | Serbiya 2037-ci ildən etibarən Azərbaycandan qaz tədarükünü üç dəfə artıra bilər. Axar.az xəbər verir ki, bunu Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. "Hazırda biz bu qaz kəmərini tam gücü ilə istismar etmək istəyirik. Gələcəkdə ehtiyac yaranarsa, biz onu 3,2 milyard kubmetrə qədər genişləndirə bilərik. Bu, demək olar ki, Serbiyanın qaza olan tələbatını tam 100 faiz ödəyəcək. Hazırda bu kəmər üçün əsas qaz mənbəyi Azərbaycandır və biz 2036-cı ilə qədər 400 milyon kubmetr qazın tədarükünə dair müqavilə imzalamışıq. 2037-ci ildən etibarən tədarük həcmi demək olar ki, üç dəfə arta bilər”, - nazir bildirib. Onun sözlərinə görə, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə salınması Azərbaycan ilə Serbiya arasında yaxşı münasibətlərin davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. "Biz evlərimizə və fabriklərimizə daha çox qaz verə biləcəyik. Azərbaycandan əlavə tədarüklə ölkəmizin bu hissəsində qaz təchizatını genişləndirə biləcəyik. Bu, enerji sektorunda ikitərəfli strateji əlaqələrimizi daha da dərinləşdirəcək. Prezidentlərimiz arasındakı gözəl münasibətlər sayəsində Serbiya əsas qaz tranziti ölkəsi kimi xəritədə öz mövqeyini möhkəmləndirəcək”, - Dubravka Cedoviç-Handanoviç əlavə edib. |
2023-12-10 | 812,238 | Əliyev və Vuçiç hərbi texnikalara baxış keçirdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dekabrın 10-da hərbi texnika və avadanlıqlara baxıblar. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. |
2023-12-10 | 812,240 | 15 yaşlı oğlan bələdiyyə binasından yıxılaraq öldü | Goranboyda 15 yaşlı oğlan bələdiyyə binasının damından yıxılaraq ölüb. Axar.az xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. Göyçay rayon sakini 2008-ci il təvəllüdlü Sadiq Qurbanov kənddə yerləşən bələdiyyə binasının damından yıxılıb. 15 yaşlı oğlan hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-10 | 812,244 | Üç ildə dünyada münaqişələrin sayı 20 faiz artdı | Son üç ildə dünyada münaqişələrin sayı 20% artıb. Axar.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Ksaba Korosi deyib. "On-on beş il əvvəl bu münaqişələrin yalnız 14 faizində beynəlxalq iştirak var idisə, indi beynəlxalq tərəflər münaqişələrin 50 faizində iştirak edir", - o bildirib. Onun fikrincə, BMT bu münaqişələri daha dərindən təhlil etməli və onların xüsusiyyətlərini müəyyənləşdirməlidir. |
2023-12-10 | 812,246 | İlham Əliyevin Serbiyaya səfəri başa çatdı | Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına işgüzar səfəri başa çatıb. Axar.az xəbər verir ki, Niş şəhərinin “Konstantin Veliki” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç yola saldı. |
2023-12-10 | 812,248 | Ukrayna ərazilərini Rusiyaya güzəştə getməlidir - Vens | Ukrayna ərazisinin bir hissəsini Rusiyaya güzəştə getməli olacaq. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın respublikaçı senatoru Ceyms Devid Vens deyib. O bildirib ki, bunu tanımaq ABŞ-ın maraqlarına uyğundur: “Ukraynanın Rusiyanı 1991-ci il sərhədlərinə çıxartması absurd fikirdir. Heç kim buna inanmır”. |
2023-12-10 | 812,251 | İtaliya Bakı-İrəvan razılaşmasını alqışladı | İtaliya Cənubi Qafqazın iki ölkəsi - Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmanı alqışlayır. Axar.az xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani bildirib. İki ölkə arasında əldə olunmuş razılaşmadan məmnunluğunu ifadə edən Antonio Tayani deyib: “Ermənistan və Azərbaycan münasibətlərində yeni mərhələ açmaq qərarına gəliblər. İtaliya bu iki qonşu ölkənin münasibətlərinin hər anında onların yanında olacaq. İtaliyanın səmimi məmnuniyyətlə təqdir etdiyi bir razılaşma ilə, illərdən bəri bir-birinə qarşı olan iki ölkə qətiyyətlə onları tezliklə tam və qəti olmasını istədiyimiz sülhə aparacağına ümid etdiyimiz bir yola gedir. Onları Avropaya daha da yaxınlaşdıracaq yeni mərhələ biz avropalıların hamısına əməkdaşlıq və dinc işbirliyi üçün sahələri genişləndirməyə imkan verəcək”. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri həmçinin vurğulayıb ki, imzalanmış saziş iki ölkə arasında etimadın gücləndirilməsi üçün həlledici tədbir olan məhbusların mübadiləsinə imkan verir. “Avropa İttifaqı qarşıdakı aylarda onlar münasibətlərini həqiqi və əsl sülh sazişi ilə normallaşdırmaq üçün səylərini davam etdirərkən hələ də Ermənistan və Azərbaycanın yanında olacaq. Mən nazir həmkarlarımı - Ararat Mirzoyanı və Ceyhun Bayramovu davamlı fəaliyyətlərinə görə təbrik etmək istəyirəm. Biz Birləşmiş Millətlər Təşkilatında görüşmüşdük və onlar hiss etdilər ki, İtaliya hökuməti onların münasibətlərinin tərəqqisinə daimi dəstəkdə həmişə səmimi və maraqlı olub və maraqlıdır. Çünki biz qətiyyətlə sülh və rifahın öz xalqlarına və bütün avropalılara bəhrə verməsini istəyirik”, - deyə Antonio Tayani əlavə edib. |
2023-12-10 | 812,253 | Şalva Papuaşvili Azərbaycana gəldi | Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Axar.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Arzu Nağıyev və digər rəsmi şəxslər qarşılayıblar. |
2023-12-11 | 812,255 | AB-nin birliyi sual altındadır - Kallas | Avropa Birliyinin (AB) vahidliyini qorumaq getdikcə çətinləşir. Axar.az xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas Ukraynanın AB-yə daxil olması ilə bağlı danışıqlara başlamaq məsələsinin müzakirə ediləcəyi sammiti şərh edərkən deyib. "AB-nin birliyi Rusiya-Ukrayna münaqişəsi başlayandan sual altına alınıb, lakin indiyədək onu qorumaq mümkün olub", - o bildirib. |
2023-12-10 | 812,258 | İlham Əliyev Vuçiçi Azərbaycana dəvət etdi | Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçi Azərbaycana səfərə dəvət edib. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev serbiyalı həmkarı ilə təkbətək görüşü zamanı deyib. Dəvət minnətdarlıqla qəbul olunub. |
2023-12-10 | 812,262 | Yeni prezident and içdi | Xavyer Miley Argentina prezidenti kimi and içib. Axar.az yerli mediaya istinadən xəbər verir ki, mərasim Konqresin binasında baş tutub. Andiçmə mərasimindən sonra səlahiyyət müddəti başa çatan dövlət başçısı Alberto Fernandes Mileyə prezident lentini və estafeti təqdim edib. Yaxın vaxtlarda yeni prezident meydana toplaşan xalq qarşısında ilk çıxışını edəcək. |
2023-12-10 | 812,265 | Qəzzada ölənlərin sayı artdı | İsrailin Qəzzaya zərbələri nəticəsində ölənlərin sayı 18 minə çatıb. Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Yaralıların sayı isə 49,5 min nəfər təşkil edir. Qeyd edək ki, 7 oktyabrda HƏMAS-ın silahlı qanadı Əl-Qəssam Briqadasının İsrail şəhərlərinə qəfil hücumu ilə müharibə başlayıb. |
2023-12-10 | 812,267 | İlham Əliyev sübut etdi ki... - Rudev | Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır. Axar.az xəbər verir ki, bunu Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində deyib. "İcazə verin, prezidentlər Vuçiç və Əliyevə bir daha təşəkkürümü bildirim. Onlar oktyabrın 1-də Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun açılış mərasimində iştirak etmək üçün Sofiyaya gəlmişdilər. Həmin interkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də Azərbaycandan fiziki qaz qəbul edə bilirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər olmuşdu. Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır. İnanıram ki, biz elə bu cür də çalışmağa davam edəcəyik", - R.Radev bildirib. |
2023-12-10 | 812,270 | Almaniya Ukraynaya gələn il bu qədər mərmi verəcək | Almaniya 2024-cü ildə Ukraynanı 200 minə yaxın artilleriya sursatı ilə təmin edə biləcək. Axar.az xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələrinin baş inspektoru Karsten Broyer deyib. Broyerin sözlərinə görə, hazırda Almaniya hərbi sənayesi sursat istehsalını artırmağa davam edir. Qeyd edək ki, bundan əvvəl Almaniyanın müdafiə naziri Pistorius bildirmişdi ki, AB 2024-cü ilin martına qədər Kiyevə bir milyon mərmi vermək vədini yerinə yetirə bilməyəcək. |
2023-12-10 | 812,271 | Şəkidə "Opel" piyadanı vurub öldürdü | Dekabrın 10-u saat 17:50 radələrində Şəki şəhəri ərazisində Samir Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1970-ci il təvəllüdlü Arzu Səməd qızı Abduləzizovanı vurub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, piyada aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı araşdırma aparılır. |
2023-12-10 | 812,272 | Ukrayna şəhərində Rusiya bayrağı qaldırıldı - Foto | Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Marinka şəhərində Rusiya bayrağını qaldırıb. Axar.az xəbər verir ki, bununla bağlı RT telekanalı görüntülər paylaşıb. Bildirilir ki, hazırda Rusiya hərbçiləri ələ keçirdikləri mövqelərdə möhkəmlənir. Qeyd edək ki, təxminən 10 gün öncə rus qoşunları sözügedən şəhəri tam ələ keçirmişdi. |
2023-12-10 | 812,273 | Həmin gün "Azərbaycan tək deyil" mesajı verildi - Kılıç | 10 dekabr 2020-ci il Azərbaycanın Qarabağ zəfərinin imza günüdür. Axar.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri,Azərbaycan Ağsaqqallar Şurası Fəxri üzvü Hulusi Kılıç bildirib. O qeyd edib ki, həmin gün Azərbaycan dünyaya qazandığı tarixi zəfəri göstərdi. “10 dekabr 2020-ci il Azadlıq Meydanındakı paradda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışları böyük məna kəsb edir. Paradda həmçinin 44 günlük Vətən Müharibəsində şəhid olan Azərbaycanın igid əsgərlərini təmsil edən Türkiyədən 3 minə yaxın iştirak etdi. Dünya tarixində heç bir zaman belə birlik, bərabərlik, qardaşlıq görülməyib. Bu çox mənalı mesaj idi. Türk dünyası bu paradı çox yaxından izlədi. Onlar üçün böyük qürur idi. 44 günlük Vətən Müharibəsində Türkiyə Azərbaycana lazım olan mənəvi və siyasi dəstək verdi. “Azərbaycan tək deyildir” mesajı verdi. Dünyada buna bənzər qardaşlıq nümunəsi yoxdur. Gücümüz birliyimizdədir. Zəfər Paradı da “Tək Yumruq” olduğumuzu göstərən bir gün idi. Bu bir bayram idi. Zəfərimiz daim olsun, Vətənimiz möhkəm olsun. Bu yolda şəhid düşənlərə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyirəm”, - deyə H.Kılıç bildirib. |
2023-12-10 | 812,274 | Hizbullah BMT binası yaxınlığından atəş açır - İsrail | Hizbullah BMT-nin binası yaxınlığındakı ərazilərdən atəş açır və bununla da təşkilatın Livandakı müvəqqəti qüvvələrinin əsgərlərini təhlükə altında qoyur. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, raketlərdən biri kompleksin 20 metrliyindən buraxılıb. |
2023-12-11 | 812,276 | Ukrayna ümid etməsin, ruslar güclü sədd qurub | Rusiya hərbçiləri şaxta başlamazdan əvvəl müdafiə xəttini gücləndirə bilib. Axar.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. "Ukraynalılar yenidən hücuma keçsələr, çox güman ki, daha sərt müdafiə ilə üzləşəcəklər", - məlumatda deyilir. Qeyd olunur ki, ukraynalı döyüşçülər şaxtalı hava şəraitinin Rusiya Silahlı Qüvvələrinin mina sahələrini genişləndirməsinə mane olacağına ümid etməməlidirlər. |
2023-12-10 | 812,280 | "Georgian Eyrveys" Piterə ilk uçuşa başladı | Gürcüstanın “Georgian Eyrveys” aviaşirkəti Tiflis-Sankt-Peterburq-Tiflis üzrə ilk reysini icra edib. Axar.az xəbər verir ki, bu barədə Pulkovo hava limanının idarəetmə şirkətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ilk uçuş dekabrın 10-da həyata keçirilib. “Hələlik uçuşların həftədə iki dəfə yerinə yetirilməsi planlaşdırılır: çərşənbə və bazar günləri...", - deyə şirkətdən bildirilib. Uçuşlar “Boinq 737” təyyarəsi ilə həyata keçiriləcək. |
2023-12-10 | 812,281 | Atəşkəs problemi əbədiləşdirəcək - Blinken | HƏMAS-a qarşı zəfər qazanılmadıqca atəşkəs elan edilməsi sadəcə problemi əbədiləşdirəcək. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib. “HƏMAS var olduğu, təxribat qabiliyyətini itirmədiyi müddətcə və 7 oktyabr hücumlarını təkrarlamaq niyyətini bəyan etdiyi halda atəşkəsdən danışmaq sadəcə problemi əbədiləşdirər”, - deyə dövlət katibi bildirib. |
2023-12-10 | 812,282 | Adalar mübahisəsi: Daha iki nəhəng ölkə toqquşa bilər | Çinlə Hindistan arasında sərhəddə vaxtaşırı gərginlik yaşanır, dağlarda döyüşlər baş verir, hər iki tərəfdən itkilər olur. Bu gedişlə Çinlə digər qonşusu Yaponiya arasında da toqquşma baş verə bilər. “Röyters” agentliyinin məlumatına görə, Çinin sahil mühafizəsi Yaponiyanın bir neçə gəmisinin Şərqi Çin dənizindəki mübahisəli adalar ətrafındakı sulara daxil olduğunu bildirib. Pekinin iddiasına görə, Yaponiyanın balıqçı və hərbi gəmisi Çinin Diaoyu adlandırdığı mübahisəli adaların yaxınlığında görünüb. Çinlə Yaponiya dənizlərdə eyni adalara iddia edirlər. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Yaponiya Çinlə hərbi toqquşma istəmir, ancaq dənizlərdəki adalardan da imtina etməyəcək: “Tokio həm də ondan narahatdır ki, Çin hərbi gücünü artırmaqla yanaşı, bu ölkə Rusiya ilə birgə Yaponiya adalarına yaxın ərazilərdə birgə hərbi təlimlər keçirir. Bunun qarşısının alınmasının yolu Yaponiyanın hərbi büdcəsini artırmasından keçir. Məsələ burasındadır ki, İkinci Dünya müharibəsində ABŞ-a məğlub olan Yaponiyaya hərbi büdcəsini artırmaq illər uzunu qadağan olunub. Yaponiyanın İkinci Dünya müharibəsindən sonrakı iqtisadi inkişafı həm də bu ölkənin hərbiyə çox az maliyyə xərcləməsiylə bağlıydı. Ancaq bölgədə şərtlər dəyişib və Vaşinqtonun özü Yaponiyaya məsləhət görüb ki, hərbi büdcəsini artırsın”. |
2023-12-11 | 812,283 | ABŞ-da məxfi müzakirə: Kiyevə yardım dayansın! | Macarıstanın Baş naziri Viktor Orbanın həmfikirləri ABŞ-ın Ukraynaya hərbi dəstəyini dayandırmaq üçün Vaşinqtonda respublikaçılarla qapalı görüş keçirəcək. Axar.az xəbər verir ki, bu barədə "Quardian" məlumat yayıb. "Macarıstan dövlət katibinin müavini Marton Uqroşdi və akademik Attila Demko bazar ertəsi Macarıstanın Vaşinqtondakı səfirliyinin üzvləri ilə birlikdə mühafizəkar düşüncə mərkəzi "Heritage Foundation" tərəfindən təşkil edilən iki günlük tədbirə qatılacaqlar. Tədbirdə iştirak edəcəyi gözlənilən qonaqlar arasında sabiq prezident Trampın zamanında səfir olmuş Kelli Karri və "Heritage Foundation" mərkəzinin beynəlxalq direktoru Maqor Ernyei də var", - məlumatda deyilib. Mənbənin bildirdiyinə görə, respublikaçı konqresmenlər də daxil olmaqla, bəzi iştirakçılar tədbirin ikinci günündə bağlı qapılar arxasında keçiriləcək müzakirələrə dəvət edilib. |
2023-12-10 | 812,285 | Ceyhun Bayramov Brüsselə yola düşdü | Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb. Bu barədə Axar.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Səfər zamanı C.Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. |
2023-12-10 | 812,287 | Hizbullah İsrail bazasına zərbə endirdi: yaralılar var | Hizbullaha məxsus PUA-nın İsrailin şimalında hərbi bazaya zərbə endirməsi nəticəsində 6 əsgər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Bundan əlavə, daha 4 hərbçinin qəlpədən yüngül xəsarət aldığı və tüstüdən zəhərləndiyi bildirilib. |
2023-12-10 | 812,289 | "Neftçi" "Turan Tovuz"u məğlub etdi | Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub. Axar.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. "Turan Tovuz" 16 xalla 8-ci sıradadır. Qeyd edək ki, günün ilk görüşündə "Sabah" "Səbail"i dörd cavabsız qolla üstələyib. Turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı (6:1), "Kəpəz" "Qəbələ"ni (3:0) səfərdə məğlub edib. "Zirə" - "Araz-Naxçıvan" matçında isə hesab açılmayıb. |
2023-12-10 | 812,292 | Azərbaycanlının Nobel mükafatı övladlarına təqdim edildi | Bu gün - 10 dekabr Beynəlxalq İnsan Haqları Günü münasibətilə Norveçin paytaxtı Osloda Nobel Sülh mükafatının təqdimetmə mərasimi keçirilib. Axar.az xəbər verir ki, bu barədə Nobel Fondu məlumat yayıb. Güney azərbaycanlı siyasi məhbus Nərgiz Məhəmmədinin “İranlı qadınların zülmə məruz qalmasına qarşı mübarizəsi və hamı üçün insan haqları və azadlığın təşviqi səylərinə görə” qazandığı 2023-cü il üzrə Nobel Sülh mükafatı 17 yaşlı əkiz övladlarına təqdim edilib. Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. O, həbsxanada saxlanılan başqa 4 qadın məhbusla birlikdə qadın məhbuslara qarşı təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçirir. |
2023-12-11 | 812,293 | Məşhur alimin uğurlu, xoşbəxt olmaq üçün 20 məsləhəti | Alim və psixoterapevt Mixail Litvak həyatı asanlaşdırmağa, çətinlikləri və münaqişələri aradan qaldırmağa, əlverişsiz vəziyyətlərdən qaçmağa kömək edən 20 sadə məsləhət verib. Kult.az onları təqdim edir: 1. Kişi və ya qadın məntiqi yoxdur. Sadəcə, biri səriştəli mühakimə etməyi bacarır, digəri yox; 2. Ancaq sevinclərinizi bölüşün: yaxın adam sevinəcək, düşmən isə əsəbiləşəcək; 3. Özünüz haqqında yaxşı düşünün, onda başqalarının sizin haqqınızda nə düşünməsinə ehtiyacınız olmayacaq; 4. Xəyallar öz qabiliyyətinizdən yaranmalıdır. Təbiət sizə gözəl səs bəxş etməyibsə, operada oxumağı xəyal etməyə dəyməz. Mümkün olanı xəyal edin və arzularınızı həyata keçirməyə çalışın; 5. Getmək üçün yalnız bir əsaslı səbəb ola bilər - şəxsi inkişaf üçün fürsət görməyəndə; 6. Depressiya insanın özünü düşünməsi üçün vasitədir; 7. Xoşbəxtlik zəhmətin və bacarıqla təşkil edilmiş hərəkətlərin son nəticəsidir; 8. Uğur qazanın, onda ətrafınızdakı insanlardan umub-küsməyəcəksiniz; 9. Fərq qoymadan hər kəsi razı salmağa çalışmaq uğursuzluğa düçar olmağın sınanmış yoludur; 10. Düşməninizi üzdən tanımaq istəyirsiniz? Güzgüyə baxın. Orda olanı məğlub etdinsə, digər düşmənlər özləri səndən qaçacaqlar; 11. Sevdiklərinizlə ünsiyyət xoşdur, düşmənlərlə ünsiyyət isə faydalıdır; 12. Əgər kiməsə nəyisə sübut etməyə can atırsınızsa, bu o deməkdir ki, o insan üçün yaşayırsınız. Özünüz üçün yaşamağa başlasanız, heç nəyi sübut etməyə ehtiyac qalmayacaq; 13. İnsanlar bir-birindən ayrılmır, sadəcə, biri irəli gedir, digəri yerində qalır. Üstəlik, ikinci tərk edildiyini düşünür; 14. Boş bir insanla vaxt keçirməkdənsə, yaxşı kitabla vaxt keçirin; 15. Xoşbəxtliyin dalınca getmə, onun yaşadığı yeri tap. Onda xoşbəxtlik özü səni tapacaq. Bəzən xoşbəxtlik öz içimizdə olur, sadəcə öz qabiliyyətlərimizi maksimum dərəcədə inkişaf etdirməliyik; 16. Əgər rədd edilmək istəmirsinizsə, heç kimdən yaxşılıq istəməyin; 17. İnsanın özü haqqında deyəcək heç bir yaxşı sözü olmayanda o, başqaları haqqında pis danışmağa başlayır; 18. İllah nəyisə çeynəmək istəyirsinizsə, sevdiyiniz adamın boğazını deyil, elmin qranitini çeynəyin; 19. Yetişməmiş insanlar bilmədiklərini bilmirlər, yetkin insanlar isə bildiklərini bilirlər. Ona görə də birincilər başqalarını tənqid edir, ikincilər hərəkət edir; 20. Yalnızlığı sevmək və dözmək bacarığı mənəvi cəhətdən yetkin şəxsiyyətlərin göstəricisidir. Ən yaxşı hərəkətləri tənhalıqda edirik. Və xatırla. Xoşbəxtliyiniz öz əlinizdədir. |
2023-12-10 | 812,296 | İran ordusu "Karrar"dan istifadəyə başladı | İranın “Məcid” raketləri ilə təchiz edilmiş “Karrar” PUA-ları HHM qüvvələrinin inventarına daxil edilib. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Bildirilib ki, Müdafiə Nazirliyi və HHM qüvvələrinin birgə məhsulu olan “Karrar” PUA-sı üçün düşmən təyyarəsinin tutulması və məhv edilməsi qırıcıdan xeyli aşağı xərc tələb edir. “Məcid” raketi isə həm videogörüntülərdən, həm də termal görüntüləmə məlumatlarından istifadə edərək hədəfi tapır və təqib edir. |
2023-12-10 | 812,298 | Rusiya Xarkova yenidən hücuma keçir | Rusiya ordusu Xarkov vilayətinin Kupyansk bölgəsində müdafiəni yarmağa çalışır. Axar.az xəbər verir ki, bunu Ukrayna ordusunun rəsmi nümayəndəsi Vladimir Fityo deyib. O bildirib ki, Rusiya Silahlı Qüvvələri bu strateji əhəmiyyətli şəhəri ələ keçirmək planlarından əl çəkmir: "Rusiya ordusu indi Kupyanska növbəti hücum üçün Sinkovkaya çatmağa çalışır. Kupyansk əsas logistika mərkəzidir və onun vasitəsilə genişmiqyaslı qoşun tədarükü həyata keçirilə bilər. Son 24 saat ərzində yağışlar səbəbindən ruslar dronlardan daha az istifadə edib, lakin artilleriya və minaatanlarla 399 hücum həyata keçirib". |
2023-12-10 | 812,301 | Şuşada şok qiymətə Yeni il proqramı... | Yeni ili Şuşada qarşılamaq istəyənlər 2 nəfərlik paket üçün 2500-3500 manat sərf etməli olacaqlar. FED.az-ın araşdırmasına görə, paketə Şuşa hotelində 2 gecə 3 gün qalmaq, Yeni il şənliyi, müxtəlif musiqi və şou proqramlar, atəşfəşanlıq və sair aiddir. Elanı paylaşan şirkətlər bildirir ki, bu paketi alanlar üçün işğaldan azad olunan ərazilərə giriş üçün icazə məsələsi həll olunacaq. Axar.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, məbləğ bazar iqtisadiyyatına uyğun qərarlaşdırılıb: “Bu paket özəl şirkətlər tərəfindən hazırlanır. Vətəndaşlar 2500-3500 manatlıq qiymətlə razılaşmasalar, müəyyən endirimlər ola bilər. Bazar iqtisadiyyatında qiymətin yaxşısı-pisi yoxdur, alıcının olub-olmamasına fikir verilir. Bu cür qiymətlərin təyin edilməsində həmin şirkətlərin menecerləri ortaq qərar verir və buna əsasən məbləğ müəyyən edilir. Burada dövlətdən icazə almağa da ehtiyac yoxdur. Ümumiyyətlə, dövlət bu kimi məsələlərə qarışmır”. Ekspertin fikrincə, aylıq gəliri aşağı olan vətəndaşlar bu kimi tədbirlərdə iştirak etmək yerinə, daha münasib alternativlərə müraciət edə bilər. |
2023-12-10 | 812,302 | Sürücü "Prius"la pilləkənlərdən enmək istədi - Video | Bakıda “Toyota Prius” markalı avtomobilin sürücüsü diqqət mərkəzinə düşüb. Axar.az Oxu.Az-a istinadən xəbər verir ki, kadrlar sosial şəbəkələrdə yayılıb. Belə ki, paytaxtda vaxtaşırı qəzalarda iştirakla gündəmə gələn “Prius” bu dəfə “unikal” vəziyyətdə kameraya düşüb - avtomobilin sürücüsü "Prius"la pilləkənlərdən enmək qərarına gəlib. Həmin kadrları təqdim edirik: |
2023-12-11 | 812,306 | ABŞ təhlükədədir: Bir milyardı qalıb! | ABŞ-ın öz təhlükəsizliyini maliyyələşdirmək üçün təxminən 1 milyard dolları qalıb, ona görə də Vaşinqton tezliklə müdafiəsini maliyyələşdirməklə müttəfiqlərinə kömək etmək arasında seçim etməli ola bilər. Axar.az xəbər verir ki, bunu Ağ Evin Administrativ Büdcə İdarəsinin rəhbəri Şalanda Yanq deyib. "Dünya daha da mürəkkəbləşdiyi bir zamanda biz ABŞ-ın hazırlığını riskə atırıq? Konqres milli təhlükəsizliyimizi maliyyələşdirməli və müttəfiqlərimizi dəstəkləməyə hazır olduğumuzdan əmin olmalıdır", - o bildirib. O qeyd edib ki, Ukraynaya yardım göstərilməməsi ABŞ-ın milli təhlükəsizliyinə də təsir edir: "Putin Ukrayna ərazisindən marşla keçsə, nə olacaq? NATO ölkələri, oğullarımız və qızlarımız daha böyük bir münaqişənin hissəsi olmaq riski ilə üzləşirlər. Həm də təkcə Putin yox, digər diktatorlar da Konqresin nə etdiyini izləyir". |
2023-12-10 | 812,307 | "KamAZ" 74 yaşlı velisopedçini vuraraq öldürdü | Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb. Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə Gəndob-Xaçmaz -Yalama avtomobil yolunun rayonun Cinartala kəndindən keçən hissəsində baş verib. Belə ki, "KamAZ" markalı yük avtomobili velosipedçi, 1949-cu il təvəllüdlü Mirzəyev Sədyar Qaraxan oğlunu vuraraq öldürüb. Hadisə ilə bağlı araşdırma aparılır. |
2023-12-10 | 812,309 | Xankəndi stadionu "Qarabağ" matçına hazırlanır - Video | Xankəndi şəhər stadionunda son təmir-bərpa işləri həyata keçirilir. Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb. Qeyd edək ki, Azərbaycan kuboku çərçivəsində "Qarabağ" - MOİK matçı dekabrın 21-də məhz burada baş tutacaq. |
2023-12-10 | 812,311 | Bu erməni qadının oğlu Qarabağda şəhid olub - Video | Mariya Karapetyan Azərbaycanda yaşayan minlərlə ermənidən biridir. Oğlu şəhiddir. Bəli, səhv oxumadınız. O, şəhid Samir Əliyevin anasıdır. Axar.az İTV-yə istinadən xəbər verir ki, Samir Əliyev 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biridir. Taleyin işinə baxın ki, şəhid Samirin həyatına erməni anasının soydaşları son qoyub. İndi bu erməni qadının nə hisslər keçirdiyini demək çətindir. Mariya Karapetyan erməni olsa da, ürəyi Azərbaycanla döyünən, Vətən üçün çırpınan övlad yetişdirib. Vətənin, mərdliyin, kişiliyin milliyyəti olmur. |
2023-12-10 | 812,313 | Boris Conson hakimiyyətə qayıda bilər – Heyrətamiz plan | Boris Conson Mühafizəkarlar Partiyasından olan deputatların hazırladığı heyrətamiz plana uyğun olaraq Böyük Britaniyanın baş naziri postuna qayıda bilər. Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb. Bir neçə mühafizəkar parlamentari keçmiş baş nazirin geri qayıtmasının partiyanı seçkilərdəki məğlubiyyətdən xilas etməyin yeganə yolu olduğuna inanır. Eyni zamanda, bildirilib ki, parlamentarilər Mühafizəkarlar Partiyasına dəstəyin azaldığını və seçicinin İslahatçılar Partiyasına üz tutduğunu göstərən sorğuya görə panikaya düşüblər. Consonun sözçüsü isə onun siyasi ambisiyaları haqda danışmayıb: “Boris Conson hazırda kitab yazır və hökuməti dəstəkləyir”. |
2023-12-10 | 812,315 | Xudatda 47 yaşlı kişi quyuya düşərək boğuldu | Xudat şəhərində bədbəxt hadisə baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə “Malikanə” adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, şəhər sakini, 1976-cı il təvəllüdlü İlqar Balaşah Ağalarov oğlu spirtli içkinin təsiri altında kanalizasiya üçün qazılmış quyuya düşərək boğulub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. |
2023-12-11 | 812,319 | Respublikaçılar oyun oynayır, ABŞ-ı riskə atır | Ağ Ev ABŞ qanunvericiləri ilə qarşılıqlı əlaqəni gücləndirir. Vaşinqton ABŞ-ın sərhəd təhlükəsizliyini gücləndirməklə yanaşı, Ukrayna və İsrailə hərbi yardım göstərəcək ikitərəfli razılaşma əldə etməyə çalışır. Axar.az xəbər verir ki, bunu demokrat senator Kris Mörfi deyib. Mörfinin sözlərinə görə, respublikaçıların tələbləri əsassızdır: "Onlar hərbi yardımı ABŞ-ın sərhəd təhlükəsizliyi tədbirləri ilə əlaqələndirməklə dünyanın təhlükəsizliyi ilə oyun oynayırlar. Ağ Ev bu həftə daha aktiv olmağa hazırlaşır". |
2023-12-10 | 812,321 | Bu vəzifədə daha nə qədər işləyəcək? – Lavrovun cavabı | Niyə belə sual verdiyinizi həqiqətən başa düşə bilmirəm. Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov Doha Forumunda bu vəzifədə daha nə qədər işləyəcəyi ilə bağlı sualı cavablandırarkın deyib. “Ölkəmin mənə ehtiyacı olduğu müddətcə ölkəmə xidmət edəcəm”, - o bildirib. Qeyd edək ki, Lavrov 2004-cü ildən (19 ildir) Rusiyanın xarici işlər naziridir. Buna qədər isə 10 il Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi olub. |
2023-12-11 | 812,322 | İsrail Qəzzaya 22 minə yaxın zərbə endirdi | Atəşkəsin bitməsindən (1 dekabr) sonra İsrail Hərbi Hava Qüvvələri Qəzzaya 3500 aviazərbə endirib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir. Əlavə olaraq bildirilib ki, konflikt başlayandan bəri (7 oktyabr) hərbi obyektlərə endirilən zərbələrin sayı təxminən 22 minə çatıb. |
2023-12-11 | 812,324 | Zəngəzur ili başlayır: Njde buranı işğal edəndə demişdi ki... | Erməni alim, türkoloq Varujan Geqamyan Zəngəzur dağlarının fotosunu paylaşaraq, bu dağları “Avrasiyanın geosiyasi mərkəzlərindən biri” adlandırıb. Kult.az xəbər verir ki, o, 100 il əvvəl “Artsax və Naxçıvanın süqutundan sonra” Qərbi Zəngəzurun yenidən diqqət mərkəzinə düşdüyünü bildirib. Bunun ardınca yazdıqları isə əslində ermənilərin 100 il öncəki işğalının təsdiqidir: “O vaxt Süniki (Zəngəzuru – red.) tutan (işğal edən – red.) Njdenin sözləri bizim dövrümüzə də tam uyğundur: “O dağları kim ələ keçirdisə, Ermənistanın sahibidir”. 2024-cü il Zəngəzur ili olacaq”. Qeyd edək ki, daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edən Njde 1919-cu ilin sentyabrında daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir, onun vəzifəsi bu əraziləri azərbaycanlılardan təmizləmək idi. Njdenin rəhbərlik etdiyi silahlı dəstələr burada yaşayan azərbaycanlı əhalinin kütləvi qətli ilə məşğul olur, Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə Azərbaycan kəndləri (Cümhuriyyət dövründə Zəngəzur Azərbaycanın tərkibində idi – red.) yandırılır, əhali qətlə yetirilir və öz evlərindən qovulur. Njde həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Njdenin dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştirak edir. Ən gərgin döyüşlər 1920-ci ilin mart ayında gedir. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Njde Sovet ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparır. 1920-ci ilin sentyabrında Sovet ordusunun hissələri Qafanı tutur, Njde öz dəstələri ilə Mehri tərəfə çəkilir və burada mövqe tutur. 1920-ci ilin qışında Njde Zəngəzurdakı digər erməni dəstələri ilə birgə Qırmızı Ordunu sıxışdırıb çıxara bilir. 25 dekabr 1920-ci ildə Njde və silahdaşları Zəngəzurda “Dağlıq Erməni Respublikası”nın yaradılmasını elan edirlər. 1921-ci ilin fevralında Ermənistanda kommunistlərə qarşı yönəlmiş üsyan Qırmızı Ordunun əsas qüvvələrini İrəvan üzərinə göndərməyə vadar edir. Bütün bu zaman ərzində silahlı erməni dəstələri Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törədir. Qaregin Njde özünü yaratdığı oyuncaq respublikanın “ali baş komandan”ı elan edir. Lakin iyulun ilk günlərində hücuma keçən sovet qoşunları erməni dəstələrini darmadağın edir və Ndje öz dəstələrinin qalıqları ilə İrana qaçır. |
2023-12-11 | 812,325 | Əliyevin Zəngəzur şərti: ya qəbul ediləcək, ya da... | Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirmədiyinə görə Azərbaycan Naxçıvana çıxış üçün yeni variant irəli sürür. Axar.az xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib. Onun sözlərinə görə, Prezident Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumundakı çıxışında bu variantın nədən ibarət olduğu aydın olur: “İrəvan Zəngəzur dəhlizinin keçdiyi ərazidə öz pulu hesabına dəmiryol xətti inşa edir və başqa ölkələrə daşımalardan gömrük rüsumu alır, lakin Azərbaycandan yox. Naxçıvan Azərbaycan ərazisi olduğu üçün bura daşınacaq sərnişin və yüklər gömrük rüsumu və sərhəd yoxlanışından azad edilməlidir. Əliyev bunu “Azərbaycandan Azərbaycana” prinsipi ilə izah edir və Kalininqrad dəmir yolu təcrübəsindən istifdənin Brüsseldə gündəmə gəldiyini bildirir. Əks təqdirdə, Ermənistan regional kommunikasiyadan kənarda qalmağa davam edəcək, çünki İrəvandan fərqli olaraq, Bakının Naxçıvana İran marşrutu üzərindən çıxış alternativi var”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.