date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-11 | 812,326 | Odessada ardıcıl partlayışlar baş verdi | Ukraynanın Odessa şəhərində ardıcıl partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. Partlayışların nədən qaynaqlandığı açıqlanmır. Hazırda Vinnitsa, Kirovoqrad, Nikolayev, Odessa və Çerkass şəhərlərində hava həyəcanı siqnalı elan edilib. |
2023-12-11 | 812,327 | İrəvanla qalib kimi sülh imzalamalıyıq, yoxsa?.. | Cəmiyyətdə və siyasi ekspertlər arasında Azərbaycan-Ermənistan münasibətlərinə dair əsasən iki yanaşma formalaşıb. Birinci yanaşma bundan ibarətdir ki, Azərbaycan qalib ölkə olduğundan məğlub ölkəyə şərtlərini diktə etməli, Ermənistanı daha çox sıxmalıdır. Bu sıraya Zəngəzur dəhlizinin güc yolu ilə reallaşmasından tutmuş Ermənistanın Azərbaycana təzminat ödəməsinə qədər, müxtəlif tələblər aiddir. Bu yanaşmanı dəstəkləyənlər növbəti müharibəni də istisna etmirlər. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. “İkinci yanaşma isə bundan ibarətdir ki, 100 illik problemimizi - ərazi bütövlüyümüzü bərpa və Qarabağ üzərində suverenliyimizi tam təmin etmişik, Ermənistanda qalan kəndlərimizi geri qaytardıqdan sonra dünyadakı və bölgədəki reallıqları da nəzərə alaraq, sülh sazişinin imzalanmasına çalışmalıyıq. Bu yanaşmanın fəlsəfəsi ondan ibarətdir ki, Azərbaycana təhlükə yaranmayacağı halda Ermənistanla müharibəyə ehtiyac yoxdur. Azərbaycan Qarabağda quruculuq və məskunlaşma işlərinə hədəflənməli, Ermənistanla müxtəlif səviyyələrdə dialoqu genişləndirməyə çalışmalıdır. Bu, Azərbaycana müxtəlif istiqamətlərdən təzyiqləri də neytrallaşdıracaq, elə son əsir dəyişməsini bəyənməyən ölkə və beynəlxalq təşkilat qalmadı. Azərbaycanın bu siyasəti 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsinə şərait yaratdı”, - politoloq qeyd edib. E.Şahinoğlu vurğulayıb ki, müharibədə qələbə qazandıq, separatizmə son qoyduq, Ermənistan bundan sonra hərbi və təhlükəsizlik sahəsində Azərbaycanla ayaqlaşa bilməyəcək: “Bununla yanaşı Azərbaycan dialoqa və yumşaq gücə üstünlük verməklə sülh və regional əməkdaşlığı reallığa çevirəcək, arzuladığımız “Qafqaz evi” layihəsini yaxınlaşdıracaq”. |
2023-12-11 | 812,328 | Zelenski sabah ABŞ-a gedir: Baydenlə görüşəcək | Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 12-də ABŞ-a səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Birləşmiş Ştatlar lideri Co Bayden həmkarını Ağ Evdə qəbul edəcək. Qeyd edək ki, V.Zelenski hazırda Argentinada səfərdədir. |
2023-12-11 | 812,329 | Rusiyada yumurta qıtlığı: uzun növbələr yarandı | Rusiyada yumurta qıtlığı yaşanmaqdadır. Artıq bir çox yerdə yumurta almaq üçün uzun növbələr yaranır. Axar.az Musavat.com-a istinadən xəbər verir ki, noyabr ayında Rusiyada yumurtanın qiyməti 17 faiz bahalaşıb. Bahalaşma və yumurta qıtlığı yay aylarından başlayıb. İlk mərhələdə Rusiya Kənd Təsərrüfatı Nazirliyi bahalaşmanın quşçuluq şirkətlərinin özfəaliyyəti olduğunu elan etsə də, araşdırmalardan sonra istehsalın kəskin azaldığı məlum oldu. Eyni proses toyuq əti ilə bağlı da gedir. Noyabr ayında Rusiya hökuməti toyuq əti və yumrtanın idxalını gömrük rüsumundan tam azad edib. |
2023-12-11 | 812,331 | AB-nin ən xoşbəxt və ən bədbəxt ölkəsi açıqlandı | Avropa Birliyinin (AB) statistika agentliyinin son məlumatına görə, Avstriya 27 ölkə arasında ən xoşbəxt dövlətdir. Axar.az xəbər verir ki, bu barədə “İndependent” yazıb. Avstriya Avrostatın bütün AB dövlətlərində aparılan sorğulara əsaslanan illik Həyat Keyfiyyəti Göstəriciləri nəşrində 10 baldan 7,9 bal toplayıb. Polşa, Finlandiya və Rumıniya 10 baldan 7,7 bal toplayaraq ikinci yeri bölüşdürüblər. Bolqarıstan isə ümumi indeksdə altı baldan (5,6) az toplayan yeganə ölkə olub. Maraqlıdır ki, AB-nin ən böyük iqtisadi gücü sayılan Almaniya sorğuda 6,5 xalla yalnız Bolqarıstanı geridə qoyaraq ən bədbəxt ölkələr sırasında yer alıb. İtaliya, İspaniya və Fransa isə 7,1 bal toplayıb. Sorğuda respondentlər təhsil səviyyəsi, ailə və maliyyə sabitliyi kimi amillərə üstünlük veriblər. |
2023-12-11 | 812,334 | Yeni illə bağlı xəbərdarlıq: 5 min cərimə... - Video | Polis əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə səbəb olan pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışı onların həyat və sağlamlıqları üçün olduqca təhlükəlidir. Axar.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib. O bildirib ki, vətəndaşlar da bu işdə polisə dəstək olmalıdırlar. ''Sədərək'' TN-in mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim isə deyib ki, sahibkarlara obyekt icarəyə verilərkən müqavilə bağlanır. Müqavilədə qeyd edilir ki, qanunla satışı qadağan edilən maddə və vasitələrin satışı aparıla bilməz. Qeyd edək ki, pirotexniki vasitələrin satışını təşkil edərsə, mallar müsadirə edilməklə, fiziki şəxslər 350-500, vəzifəli şəxslər 1650-2200, hüquqi şəxslər isə 4000-5000 manata qədər inzibati qaydada cərimə edilirlər. Daha ətraflı videomaterialda: |
2023-12-11 | 812,337 | HƏMAS 10 gündə İsrailin 180 texnikasını məhv etdi | HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadası son 10 gündə İsrailə məxsus 180 hərbi texnikanı məhv edib. Axar.az xəbər verir ki, bu barədə Briqadanın nümayəndəsi Əbu Ubeyda deyib. |
2023-12-11 | 812,338 | Nigerə qarşı sanksiyalar uzadıldı | Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOVAS) Nigerin yeni rəhbərliyinə qarşı avqust ayında tətbiq edilən sanksiyaları uzatdığını və keçid dövrü vaxtında başa çatarsa, onları qaldırmağa hazır olduğunu açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə ECOVAS-ın yekun bəyanatında deyilir. Bildirilib ki, iclas iştirakçıları Nigerə qarşı sanksiyaların uzadılması barədə qərar qəbul ediblər. Məhdudiyyətlərin uzadılması müddəti dəqiqləşdirilməyib. |
2023-12-11 | 812,339 | Yevlaxda yeniyetmə qida zəhərlənməsindən öldü | Yevlaxda bədbəxt hadisə baş verib. Axar.az xəbər verir ki, şəhər sakini 2006-cı il təvəllüdlü Kamran Bakir oğlu Həşimovun qida zəhərlənməsi diaqnozu ilə bağlı Yevlax Mərkəzi Xəstəxanasına məlumat daxil olub. Həkimlərin səylərinə baxmayaraq, 17 yaşlı şəhər sakininin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır. |
2023-12-11 | 812,340 | Qarabağdan köçən ermənilər Ermənistanı tərk edir | Azərbaycanın Qarabağ bölgəsindən köçən ermənilər Ermənistanı tərk edir. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə “Demokratik konsolidasiya” partiyasının sədri Suren Petrosyan deyib. “Bunu dediyim üçün üzr istəyirəm, amma hava limanından rəsmi məlumatı bildirirəm: Qarabağdan gəlmiş 17 mindən çox insan artıq ölkəni tərk edib”, - o bildirib. |
2023-12-11 | 812,341 | Rus ordusu bütün cəbhə boyu hücuma keçir - General | Rusiya ordusu bütün cəbhə boyu hücum əməliyyatlarını davam etdirir. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general Aleksandr Sırski Teleqram kanalında məlumat yayıb. Generalın sözlərinə görə, şərq istiqamətində əməliyyat vəziyyəti ağır olaraq qalır və Rusiya qoşunları bütün cəbhə xətti boyunca hücum əməliyyatlarını dayandırmır. |
2023-12-11 | 812,342 | Tarixin ən isti ili qeydə alındı: nələr məhv olur? | 2023 - qeydə alınan ən isti il kimi tarixə düşəcək. Axar.az xarici mediaya istinadla xəbər verir ki, 2023-ün son 125 min ilin ən isti ili olacağı gözlənilir. Belə ki, orta temperaturun 1,5 dərəcə artdığı bildirilir. Antarktikada buzun sürətli əriməsi alimlərdə təşviş yaradıb. Alimlər Yer kürəsində 25-dən çox kritik məqamı müəyyən ediblər. Bunlardan altısı Qrenlandiyada və Antarktidanın müxtəlif hissələrində nəhəng buz təbəqələrinin dağılması, həmçinin buzlaqlarda yerli əyilmə nöqtələri və əbədi donun açılmasıdır. On altısı isə biosferə aiddir - o cümlədən Amazon və şimal meşələrinin bəzilərində ağacların kütləvi ölümü, savannaların və quru ərazilərin deqradasiyası, göllərin qida maddələrinin həddən artıq yüklənməsi, mərcan qayalarının məhvi... |
2023-12-11 | 812,345 | Neft həftəyə bu qiymətlə başladı | Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 76,34 dollara, yüngül neftin bir barreli isə 71,65 dollara təklif olunur. |
2023-12-11 | 812,347 | Sallivan da İsrailə gedir | ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan həftəsonu İsrailə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Bildirilib ki, səfər zamanı Sallivan Qəzza zolağına humanitar yardımın nəqlinin artırılmasını müzakirə edəcək. Danışıqların digər mövzusu isə Vaşinqtonun İsrailin əməliyyatları nəticəsində Qəzzada mülki əhalinin həlak olması ilə bağlı narahatlığı olacaq. |
2023-12-11 | 812,350 | Əlahiddə Ümumqoşun Orduda tədbir keçirildi | Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində “Hərbi kollektivdə münasibətlərin və fəaliyyətin psixologiyası, gənc əsgərlərin hərbi xidmətə sosial-psixoloji adaptasiyası” mövsusunda tədbir keçirilib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Hərbi Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib. Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov, Məhkəmə Ekspertiza Mərkəzinin Psixoloji Ekspertiza bölməsinin rəisi Valeh Fərəcov, bölmənin böyük eksperti Fariz Səyyadov və Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzinin direktoru Çapay Quliyev çıxışlarında bildiriblər ki, bu gün Azərbaycan Ordusunda gənclərin mənəvi dəyərləri ən vacib məsələlərdən biri sayılır və hərbi xidmətin gənclərə Vətənə, dövlətə, xalqa xidmət kimi təbliğ edilməsi hərbi xidmət şəraitini, onların fəaliyyətini, şəxsiyyətini və sosial-psixoloji adaptasiyasını şərtləndirir. Qeyd olunub ki, gənc əsgərlərin hərbi xidmətə sosial-psixoloji cəhətdən uyğunlaşması vacib məsələlərdən biridir. Belə ki, onlar özlərinə yaxşı tanış olan bir psixoloji mühitdən, tamamilə tanımadıqları və bilmədikləri psixoloji mühitə düşürlər. Şəxi heyətə qrup və fərdi qaydada psixoloji yardım fəaliyyətinin həyata keçirilməsi, onların milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici söhbətlərin aparılması, həmçinin təlim və tərbiyə prosesində iştirak edən zabit və psixoloqlar tərəfindən psixoloji işə aid olan üsul və vasitələrin düzgün tətbiqi etdirilməsi hərbi xidmətə yeni çağrılan gənclərin psixoloji sağlamlığının qorunmasına, onların xidmətə adaptasiya olunmasına şərait yaradan əsas amillərdəndir. Tədbirdə “Rəislər və tabeolanlar arasında nizamnamə münasibətləri”, “Hərbi nəzakət qaydaları”, “Hərbi kollektivdə şəxsiyyətlərarası münasibətlər” mövzularından da çıxışlar olub, mövzular ətrafında müzakirələr aparılıb. |
2023-12-11 | 812,354 | ABŞ-a məxsus F-16 qəzaya uğradı | Amerikaya məxsus F-16 qırıcı təyyarəsi Sarı dəniz üzərində təlim uçuşu zamanı qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb. Cənubi Koreya-ABŞ hərbi təlimləri zamanı baş verən qəzada pilot katapult edərək xilas ola bilib. |
2023-12-11 | 812,357 | Gəncədə toyda 4 nəfəri bıçaqlayanlar saxlanıldı | Gəncədə toyda düşən mübahisə zəminində 4 nəfərə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat yayıb. O bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kəsici-deşici alətlə 4nəfər şəxsə xəsarət yetirməkdə şübhəli bilinən Taleh Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, dekabrın 9-da Gəncədə toy mərasimində mübahisə düşüb. Nəticədə adı hələlik açıqlanmayan Göygöl rayon sakini, 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü il təvəllüdlü Akif Rüstəmov və 1992-ci il təvəllüdlü Musayev Əli bıçaqlanıblar. |
2023-12-11 | 812,358 | İstanbulda atışma: 1 ölü, 3 yaralı | İstanbulun Güngörən rayonunda atışma baş verib. Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, iki qrup arasında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Hadisə yerinə polis və təcili yardım briqadaları göndərilib. Polisin keçirdiyi əməliyyat nəticəsində şübhəlilərdən biri ələ keçirilib. Digərlərinin də axtarışları davam edir. |
2023-12-11 | 812,361 | “Mançester Siti”nin oyunu Əliyar Ağayevə tapşırıldı | FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Axar.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində dekabrın 13-də keçiriləcək “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona FİFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Alpər Ulusoy (Türkiyə), AVAR isə Abdulqadir Bitigen (Türkiyə) olacaq. |
2023-12-11 | 812,365 | Ərdoğan Baydenlə Qəzzanı müzakirə edəcək | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden yaxın günlərdə Qəzzadakı vəziyyəti müzakirə edəcəklər. Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti mənbələrə istinadən məlumat yayıb. “Yaxın günlərdə liderlər arasında telefon danışığı gözlənilir. Tərəflər həm uzunmüddətli atəşkəs məsələsini, həm də Qəzzanın müharibədən sonrakı statusunu müzakirə edəcəklər”, - məlumatda qeyd edilib. Qeyd edək ki, Ərdoğan bir neçə gün öncə verdiyi açıqlamasında Qəzza zolağında baş verən hadisələrlə bağlı ABŞ Prezidenti Co Baydenlə danışıqlar aparmaq planının olmadığını demişdi. |
2023-12-11 | 812,370 | Kiyevdə silsilə partlayışlar: yaralılar var | Dekabrın 11-də səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə silsilə partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib. Onun sözlərinə görə, partlayışlardan sonra şəhərdə hava hücumu xəbərdarlığı işə salınıb. Şəhərin Darnistski rayonundakı dağıntılar nəticəsində 1-i uşaq olmaqla 4 nəfər yaralanıb. Ölənlərin olduğu istisna edilmir. |
2023-12-11 | 812,371 | Ermənistan ordusuna təlim keçmək... - AB | AB İrəvanla hərbi təlimlər keçirmək, erməni hərbçilərə isə təlim keçmək niyyətində deyil. Axar.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano deyib. “AB Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir. AB hərbi ittifaq deyil, siyasi və iqtisadi birlikdir”, - o bildirib. Stano qeyd edib ki, AB Ermənistan ordusunun hərbi personalına AB-yə üzv dövlətlərin ərazisində də təlim keçməyi planlaşdırmır: “Ermənistan ordusuna Avropa Sülh Fondu vasitəsilə “qeyri-öldürücü formatda” dəstək verilməsi imkanlarını öyrənirik, lakin hələlik konkret qərarlar yoxdur”. |
2023-12-11 | 812,376 | İsrail BMT məktəbinə hücum etdi - Video | İsrail ordusu Qəzza zolağının şimalındakı Cəbaliyə şəhərində yerləşən BMT məktəbinə raket hücumu təşkil edib. Axar.az xəbər verir ki, bununla bağlı Türkiyənin “Yeni Şəfəq” qəzeti məlumat verib. Məlumatda həmin məktəbdə qaçqınların yerləşdirildiyi, hücum nəticəsində çoxlu sayda yaralı və ölənlərin olduğu bildirilib. |
2023-12-11 | 812,378 | Bakı İlahiyyat Kolleci yaradıldı | “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxsin yaradılıb. Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bu Qərarın 2.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etməlidir. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollecin dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, Qərardan irəli gələn digər məsələləri həll etməlidir. |
2023-12-11 | 812,381 | ABŞ veto qoydu, amma BMT səsverməyə çıxaracaq | Sabah BMT Baş Assambleyası Qəzza zolağında təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsini səsverməyə çıxaracaq. Axar.az xəbər verir ki, bu barədə “Röyters” diplomatlara istinadla məlumat yayıb. Bildirilib ki, bu addım ABŞ-ın ötən həftə BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında təcili humanitar atəşkəs tələbinə veto qoymasından sonra atılıb. Qeyd edək ki, Baş Assambleya oktyabr ayında hərbi əməliyyatların dayandırılması üçün təcili və davamlı humanitar atəşkəsə çağıran qətnamə qəbul etmişdi. |
2023-12-11 | 812,386 | NK-dan qida və yem məhsulları ilə bağlı qərar | Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması Qaydası”nı, eləcə də “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı”nı təsdiq edib. Axar.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb. Bundan başqa, hökumətin “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında” 16 iyul 2018-ci il tarixli qərarı ləğv olunub. |
2023-12-11 | 812,387 | Bu şəxslər hərbi qeydiyyata alınacaq - Qərar | Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılanlar hərbi qeydiyyata alınacaq. Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb Qərarla Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər yaşayış yeri və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli baş idarə, idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınacaqlar. Qaydada nəzərdə tutulmuş hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması üçün müvafiq sənədlər Dövlət Təhlükəsizliyi Xidməti və ya Xarici Kəşfiyyat Xidməti tərəfindən 3 gün müddətində onların yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə göndərilir və bu barədə həmin hərbi vəzifəlilərə məlumat verilməlidir. |
2023-12-11 | 812,389 | İsrail illərdir HƏMAS-ın maliyyələşməsinə susub | İsrail hökuməti illərdir Qətərin HƏMAS-a maliyyə ayırmasını sakitcə alqışlayıb və ümid edib ki, bu, Qəzza zolağında sülhü qoruyub saxlamağa kömək edəcək. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. “Qətər bir neçə ildir ki, Qəzza zolağını hökumət maaşlarını ödəmək və elektrik stansiyalarına yanacaq almaq kimi humanitar məqsədlər üçün maliyyələşdirir. Lakin İsrail kəşfiyyat rəsmiləri indi inanırlar ki, bu pullar 7 oktyabrda İsrailə hücumda rol oynayıb. Bir yüksək rütbəli Qərb diplomatına görə, Qərb hökumətləri çoxdan belə qənaətə gəliblər ki, bu ödənişlər HƏMAS-a çatıb”, - məlumatda bildirilib. Qeyd olunub ki, İsrail ordusu HƏMAS-ın işğal planlarından xəbər tutsa da, ödənişlər davam edirdi. Üstəlik, bu pullar uzun illər İsrail kəşfiyyatçılarının iştirakı ilə köçürülüb. |
2023-12-11 | 812,390 | Məqsədimiz kimisə pis vəziyyətdə qoymaq deyil | Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin minimum bakalavr təhsili səviyyəsində hazırlanması əsas məqsəddir. Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib. O söyləyib ki, yaxın gələcəkdə bununla bağlı dəyişiklik barədə məlumat vermək mümkün olacaq. E.Əmrullayev əlavə edib ki, orta təhsilli 20 yaşlı gənc qadınları sırf işlə təmin etmək üçün bu sahəyə gətirmək doğru deyil: "Bu gün az qala gələcəyimiz məktəbəqədər təhsildən asılıdır. Ona görə bu sahədə təhsilli və bacarıqlı kadrların olması önəmlidir. Orta məktəb attestatı ilə uşaqların inkişafı ilə məşğul olmaq arzuolunan deyil. Məqsədimiz kimisə qınamaq və ya pis vəziyyətdə qoymaq deyil, arzumuz ondan ibarətdir ki, səriştəlilik səviyyəsi artsın. Unutmayaq ki, uzun müddət məktəbəqədər və ibtidai təhsilə orta ixtisas təhsili kimi baxmışıq. Xeyli vaxtdır ki, orta ixtisas təhsilli ibtidai sinif müəllimləri hazırlamırıq. Yəqin ki, eyni model məktəbəqədər təhsilə də tətbiq olunacaq. Bundan sonra kim işləyirsə təbii ki, işini davam etdirəcək, onlara da təhsil vermək və inkişafına nail olmaq əsas məqsədlərdən olmalıdır. Növbəti mərhələdə məktəbəqədər təhsil mütəxəssislərinin minimum bakalavr təhsili sahəsində hazırlanmasına nail olmalıyıq". |
2023-12-11 | 812,393 | Zəngəzur dəhlizi gündəmdən çıxıb? - Abramyan inanmır | Azərbaycanın Zəngəzur dəhlizi layihəsini gündəmdən çıxarması və İrandan keçən dəhlizlə bağlı fəaliyyəti genişləndirməsi Ermənistanda narahatlıq yaradıb. Axar.az xəbər verir ki, Zəngəzur dəhlizi ilə bağlı Tehrandan aldığı dəstəklə yüksək iddialar səsləndirən və buna imkan verməyəcəyini deyən Ermənistan hakimiyyəti bu yol vasitəsilə dalan ölkə olmaqdan çıxmaq şansının qaçırılmasından əndişələnərək, “Sülh qovşağı” (Dünyanın kəsişməsi) adlı iddialı layihə təqdim edib. Ermənistan müxalifəti isə Zəngəzur dəhlizinin aktuallığını itirməsini fərqli yönümdə izah etməyə çalışır. Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan Azərbaycan və Türkiyənin artıq “dəhliz” terminindən istifadə etmədiyini xatırladıb və iddia edib ki, Zəngəzur dəhlizinin gündəmdən çıxarıldığı təəssüratı yaranır, buna baxmayaraq, türklər mövzunu həmişə prioritet saydığını düşünmək olar: “Fərq odur ki, artıq kəskin ifadələr işlətmirlər. Bunun Ermənistan hökuməti ilə razılaşaraq Ermənistan daxilində ehtirasları alovlandırmaq üçün yox, yumşaq bir şəkildə dəhliz əldə etmək üçün edilib-edilmədiyini heç kim istisna edə bilməz. İstənilən halda mövzu Türkiyə-Azərbaycan gündəmində hətta rəsmi səviyyədə də gizlədilməyən mühüm yer tutur”. |
2023-12-11 | 812,394 | Bakıda qanunsuz tikililər söküldü - Video | Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qanunsuz tilkililəri söküb. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb. |
2023-12-11 | 812,397 | 656-cı gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 656-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 339 850 hərbçi, 5 655 ədəd tank, 10 560 ədəd zirehli döyüş maşını, 8070 ədəd artilleriya sistemi, 919 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 636 ədəd avtomobil texnikası, 6154 ədəd PUA, 1 586 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 168 xüsusi avadanlıq itirib. |
2023-12-11 | 812,400 | Zalujnı müsahibə verdi, Qərb təlaşa düşdü: Kiyevə zəng... | Qərbin bəzi liderləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının cəbhədəki vəziyyətlə bağlı müsahibəsindən sonra Kiyevə zəng ediblər. Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” adının açıqlanmasını istəməyən mənbəyə istinadla məlumat yayıb. “Zalujnının açıq danışması bir çox ukraynalıları təəccübləndirib, bəzi Qərb liderləri hətta Kiyevə zəng edərək, bunun nə demək olduğunu və sülh danışıqlarının indi prioritet olub-olmadığını soruşublar”, - nəşr bildirib. Qeyd edək ki, noyabrın əvvəlində Valeri Zalujnı “Ekonomist”ə müsahibəsində Ukraynanın əks-hücumunun dalana dirəndiyini etiraf etmişdi. O bildirmişdi ki, çox güman, dərin və gözəl bir irəliləyiş olmayacaq. |
2023-12-11 | 812,408 | Britaniya Ərdoğana görə Şotlandiyanı hədələdi | Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Şotlandiyanın birinci naziri Həmzə Yusifin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla razılaşdırılmamış görüşünə irad bildirib. Axar.az xəbər verir ki, bu barədə BBC mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Kemeron Şotlandiya hökumətini Xarici İşlər Nazirliyinin xarici əlaqələrdə onlara kömək etməyi dayandıra biləcəyi ilə hədələyib: “Yusifin mətbuat xidməti bildirib ki, britaniyalı diplomatlar da xəbərdar edilib və dəvət olunublar. Lakin kənar görüşlərin xarakteri elədir ki, onlar çox vaxt kortəbii şəkildə baş verir. Görüşün vaxtı son anda dəyişir və bu halda Xarici İşlər Nazirliyinin nümayəndəsi Ərdoğan üçün əlverişli olan vaxtda gələ bilməyib”. Mənbə bildirib ki, Şotlandiya hökumətinin bu cür hərəkətləri Britaniya diplomatiyasına zərbə vurur: “Şotlandiya isə Kemeronun təhdidlərinin mənasız olduğunu və Şotlandiyanın maraqları ilə ziddiyyət təşkil etdiyini bildirib”. Qeyd edək ki, Yusif və Ərdoğan arasında dekabrın 1-də Dubayda baş tutan görüş iqlim dəyişikliyi problemi və Fələstin-İsrail münaqişəsinə həsr olunub. |
2023-12-11 | 812,409 | ATİB-ə yeni sədr seçildi | Mürsəl Rüstəmov Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinə sədr seçilib. Axar.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb. O, indiyə qədər ATİB-in sədr müavini olub və yeni vəzifəsində Camal Yanqını əvəz edib. Qeyd edək ki, M.Rüstəmov vaxtilə PAŞA Həyat Sığorta ASC-nin İH-nin sədri vəzifəsində çalışıb. |
2023-12-11 | 812,412 | Oskanyan uydurduğu dünyasında gün keçirir - İcma | Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bir-birini əvəz edən gülünc açıqlamalar verir. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib. Qeyd olunub ki, daşnak və irqçi düşüncəli V.Oskanyan reallıqlardan tamamilə uzaq düşüb və özünün uydurduğu paralel dünyada gün keçirməklə məşğuldur. Belə qeyri-ciddi adamın uzun müddət xarici işlər naziri olması Ermənistanın nə üçün uğursuz dövlət olmasını çox yaxşı izah edir. "V.Oskanyan da ATƏT-in sabiq Minsk qrupu, Tomas de Vaal kimi artıq keçmişdir", - deyə açıqlamada vurğulanıb. |
2023-12-11 | 812,413 | Qərb Zelenskini atdı: 4 namizəd var - Narışkin | Qərb ölkələri Ukrayna Prezidenti Zelenskinin əvəzlənməsinin vacibliyini getdikcə daha çox müzakirə edir. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib. “Qərb hesab edir ki, Zelenski Rusiya ilə müharibənin barışmaz tərəfdarı imicini yaratmaqda həddini aşıb. Qərbdə Zalujnı, Yermak, Arestoviç, Kliçkoya Zelenskinin mümkün əvəzləyicisi kimi baxırlar. Kiyev rejimi əvvəl-axır qaçılmaz olaraq xaricdəki ağaları tərəfindən tərk ediləcək”, - o bildirib. |
2023-12-11 | 812,416 | Taksi sürücülərinə saxta 100-lük verib... - Video | Paytaxtın Nərimanov rayonu ərazisində taksi sürücülərinə qarşı dələduzluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan 5 nəfər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət edərək avtomobillərinə müştəri kimi əyləşən şəxsin onlara üzərində “etibarsız” yazılan 50 və 100 manatlıq əskinaslar verib əvəzində isə pulun qalığını aldığını bildiriblər. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunazidd əməlləri törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü əvvəllər məhkum olunmuş Hafiz Mahmudov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı dələduzluq edərkən istifadə etdiyi üzərində “etibarsız” yazılan 50, 100 və 200 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb. Taksi sürücülərinə qarşı dələduzluq edən şəxsin hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb. Nərimanov RPİ-nin 16-cı PŞ əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində inzibati ərazidə yerləşən geyim mağazalarından birində olan seyfdən 2072 manat oğurlayan paytaxt sakini Şahniyar Hüseynov da saxlanılıb. Bu şəxsin törətdiyi oğurluq hadisəsi də geyim mağazasındakı kameralar vasitəsilə qeydə alınıb. H. Mahmudov və Ş.Hüseynovun Bakı şəhərinin müxtəlif ərazilərində analoji cinayətlər törətmələri istisna edilmir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər. |
2023-12-11 | 812,417 | NASA-nın yeni siyahısı: Bürclər dəyişir - Video | 11:58 NASA dünyanın orbiti ətrafında dəyişikliklər müşahidə etdiyi üçün bürclərin tarixlərinin dəyişdiyini açıqlayıb. Yayılmış yeni siyahıda bürclərin sırasına daha biri – ilan (ilantutan) əlavə edilib. Astroloq Firudin Qurbansoy Axar.az-a açıqlamasında dünyada 88 bürcün olduğunu bildirib. “Günəş bir az maili olaraq əyildiyi üçün ilantutan bürcü bizə çox yaxınlaşıb. Amma bu, bürclər siyahısına əlavə oluna bilməz. Yəni, Günəş sisteminin oxu 12 bürcün ətrafından keçməsinə rəğmən, istiqamətini bir balaca dəyişib. Ona görə də 12 deyil, 13 bürcün ətrafından keçir. Amma nəticə etibarilə yenə də 12 bürc olacaq. Böyük ehtimalla əqrəb bürcü ixtisara düşəcək. İlan bürcü deyilən anlayış yoxdur, onun adı ilantutandır. 30 noyabrdan 16 dekabra qədər müddətdə Günəş həmin bürcün qonağı olur. Bu, həmişə belə olub. Yəni bu 17 gün ərzində 13-cü bürc olan ilantutan bürcü qüvvədə olur”, - astroloq bildirib F.Qurbanlı deyib ki, 100 il sonra balıq bürcü də sıradan çıxacaq: “Yer kürəsi fırlanaraq, balıq bürcünü də 100 ildən sonra sıradan çıxaracaq. Yəni dolça ilə bürclər yekunlaşacaq. İl ərzində uzaq ulduzların fonunda Günəşin görünən yolu - ekliptika üzrə hərəkət 12 bürcü əhatə edir. 76 bürc sadəcə bu trayektoriyadan çox uzaqda olduğu üçün “istifadəsiz qalır”. Əslində, ulduz topalarını xəyali xətlə birləşdirərək, onlara müxtəlif adlar veriblər. Həmin bürclərdən hər birindəki ulduzlar arasında isə məsafə ağlasığmaz dərəcədə böyükdür. İndi keçid mərhələsi olduğu üçün 13-cü bürc məsələsi gündəmdədir. İlantutan bürcü ekliptikadan daha uzaqda yerləşir. Lakin tezliklə yenidən 12 bürc olacaq”, - astroloq bildirib NASA-nın yaydığı son siyahını təqdim edirik: Oğlaq: 20 yanvar-16 fevral Dolça: 16 fevral-11 mart Balıq: 11 mart-18 aprel Qoç: 18 aprel-13 may Buğa: 13 may-21 iyun Əkizlər: 21 iyun-20 iyul Xərçəng: 20 iyul-10 avqust Şir: 10 avqust-16 sentyabr Qız: 16 sentyabr-30 oktyabr Tərəzi: 30 oktyabr-23 noyabr Əqrəb: 23 noyabr-29 noyabr İlan: 29 noyabr-17 dekabr Oxatan: 17 dekabr-20 yanvar. |
2023-12-11 | 812,418 | Nazirlik qızılcadan qorunmağın yollarını açıqladı | Səhiyyə Nazirliyi qızılcadan qorunmağın yollarını açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova məlumat verib. O bildirib ki, qızılca və xəstəliyin ötürülməsinin qarşısını almağın ən effektiv yolu peyvəndlənmədir: “Qızılca əsasən körpə və azyaşlı uşaqlar arasında yayılan bir xəstəlikdir. Xüsusi müalicəsi olmasa da, uşağın immun sistemini gücləndirmək, simptomları yüngülləşdirmək, ağırlaşmaları aradan qaldırmaq mümkündür. Qızılca və xəstəliyin ötürülməsinin qarşısını almağın ən effektiv yolu vaksinasiyadır. Peyvənd əsasən uşaqlıq dövründə (12-15 ay və 6 yaşda) vurulur. 2014-cü ildən vaksin preparatları Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən UNİSEF xətti ilə gətirilir. İstehsalçı ölkədən asılı olmayaraq ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Həkim məsləhəti kimi, bir çağırış olaraq valideynlərə demək istərdim ki, övladlarının sağlamlığına son dərəcədə diqqətli olsunlar. Uşaqlarının qızılcadan qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə mütləq olaraq 1 və 6 yaşlarında 2 dəfə peyvənd etdirsinlər”. S.Cəfərova əlavə edib ki, peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar: “Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin hər iki dozasının alması tövsiyə olunur. Valideynlərin nəzərinə çatdırım ki, uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər. Peyvənd qızılcaya yoluxan uşaqlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu təxminən 95%-dir”. |
2023-12-11 | 812,419 | Xüsusi karantin rejiminin müddəti uzadıldı | Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il aprelin 2-si saat 06:00-dək uzadılıb. Bundan öncəki qərarla həmin müddət 2024-cü il yanvarın 1-dək nəzərdə tutulmuşdu. |
2023-12-11 | 812,422 | Şeydayev dava etdi: 8 oyunluq cəzalandırıldı | Tailandın “Buriram Yunayted” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev 8 oyunluq cəzalandırılıb. Axar.az xəbər verir ki, buna səbəb onun Asiya Çempionlar Liqasında Çinin “Çjetszyan” klubu ilə keçirilən səfər oyunundan sonra davada iştirak etməsi olub. Rəqib futbolçu ilə əlbəyaxa olan forvard Asiya Futbol Konfederasiyası tərəfindən diskvalifikasiya edilib. Qeyd edək ki, “Buriram Yunayted”in 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın ardından hər iki komandanın futbolçuları və məşqçiləri arasında kütləvi dava olub. |
2023-12-11 | 812,425 | Bu şəxslərin maaşı 11,3% artdı | Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 11,3% artaraq 921,1 manat təşkil edib. Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Bu il noyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 729,4 min nəfər olub, onlardan 896,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 19,1%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub. |
2023-12-11 | 812,430 | Prezident Şalva Papuaşvilini qəbul etdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Gürcüstanın Baş naziri ilə mütəmadi görüşlərinin, o cümlədən Azərbaycan Prezidentinin dəvəti ilə İrakli Qaribaşvilinin fəxri qonaq qismində SPECA-nın Bakıda keçirilmiş Zirvə görüşündə iştirakı zamanı onunla görüşünün əlaqələrimizin möhkəmlənməsi işində rolunu qeyd etdi. Prezident İlham Əliyev ölkələrimizin həyata keçirdiyi birgə layihələrin önəminə toxunaraq, bunu geniş regionda - Avrasiya məkanında önəmli amil kimi dəyərləndirdi və birgə təşəbbüslərimizin bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın da münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini vurğuladı, bunun əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün zəruri hüquqi baza yaratdığını dedi. Prezident İlham Əliyev Şalva Papuaşvilinin Azərbaycana səfərinin əlaqələrimizin uğurlu inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi. Xoş sözlərə görə minnətdarlığını bildirən Gürcüstan parlamentinin sədri bu ilin mayında Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakı ilə bağlı ölkəmizə səfərini məmnunluqla xatırladı. Şalva Papuaşvili Ulu Öndərin çox çətin bir dövrdə Azərbaycana müdrik rəhbərliyini qeyd edərək, Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin münasibətlərimizin əsasının qoyulmasında müstəsna rol oynadıqlarını dedi. Qonaq ölkələrimizin həyat keçirdiyi layihələrin önəmini qeyd etdi, bu layihələrin xalqlarımızın rifahına və bölgədə sülhə xidmət etdiyini vurğuladı. O, ikitərəfli dostluq münasibətlərimizin uğurla inkişaf etdiyini deyərək, bu işdə müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin roluna toxundu. Görüşdə energetika, nəqliyyat, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. |
2023-12-11 | 812,431 | Bu məhsullar bahalaşdı | Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 109,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4%, qeyri-ərzaq məhsulları üzrə 108,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6% təşkil edib. Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, noyabrda isə istehlak qiymətləri indeksi sentyabrla müqayisədə 99,8%, ötən ilin oktyabr ayına nisbətən 102,6% olub. Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,6%, ötən ilin noyabr ayına nisbətən 101,5% təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox azalma çörəyin, qarabaşaq və manna yarmasının, mal, qoyun və toyuq ətinin, təzə balığın, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, naringinin, portağalın, limonun, almanın, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, yerkökünün, çuğundurun, soğanın, kartofun, şəkər tozunun, artım isə əsasən pasterizə olunmamış üzlü südün, yoqurtun, yumurtanın, zeytun yağının, bananın, üzümün, xiyarın, pomidorun, sarımsağın, şəkərin, qəhvənin, meyvə şirəsinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Noyabrda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi sentyabrla müqayisədə 100%, ötən ilin eyni dövrünə nisbətən 103,1% olub. Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,9%, ötən ilin noyabr ayına nisbətən 104% təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən azalma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində, artım isə mənzillərin icarə haqlarında müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. |
2023-12-11 | 812,434 | Sabahın hava proqnozu açıqlandı | Dekabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq. |
2023-12-11 | 812,437 | İlham Əliyev 2 sərəncam imzaladı | 12:34 Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 400,0 (dörd yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 1. Beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,7 milyon (bir milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. |
2023-12-11 | 812,441 | Ermənistana yardıma gedən təyyarəmiz necə vuruldu? - Foto | Spitak zəlzələsindən sonra Azərbaycandan Ermənistana köməyə gedən təyyarənin qəzaya uğramasından bu gün 35 il ötür. Kult.az xəbər verir ki, hadisə ilə bağlı tarixçi alim Yadigar Sadıqlı paylaşım edib: “11 dekabr 1988-ci il. İl-76 təyyarəsində 9 heyət üzvü və 69 sərnişin vardı. Sərnişinlər zəlzələ ilə əlaqədar ehtiyatdan çağırılmış hərbi mükəlləfiyyətlilər idi. Təyyarə Bakıdan səhər saat 6-ya işləmiş qalxdı. 06:10-da, 5400 metr hündürlükdə və 400 km/saat sürətlə uçarkən Leninakan (Ermənistan) limanının hava məkanına daxil oldu. Uçuş çətin hava şəraitində keçirdi. Dağlıq ərazidə hələ qaranlıq idi (hava 06:47-də işıqlanacaqdı). Üfüqü görünüş həddi 5 km idi. Dispetçerin göstərişi ilə enməyə başlayan təyyarə saat 06:22-də yerlə toqquşdu. 78 nəfərdən 77-si həlak oldu. Yalnız 1 nəfər, baqajdakı “Kamaz”ın yük yerində döşəklərin üstündə uzanan Fəxrəddin Babayev ağır yaralanaraq sağ qaldı. I qrup əlil olan Babayev 2010-cu ildə 52 yaşında vəfat edib. Təyyarənin “Stinger” raketi ilə vurulduğu deyilir. Amma bu, ağlabatan versiya kimi görünmür. “Stinger” istədiyin zaman istədiyin yerdə atacağın silah deyil. Digər tərəfdən, Turan İA-nin saytından götürülən bu şəkil əgər gerçəkdən həmin qəzadandırsa, təyyarənin yer səthi ilə toqquşma nəticəsində qəzaya uğraması şübhə doğurmur. Havada raketlə vurulan təyyarə daha geniş əraziyə səpələnməli idi. Digər versiyaya görə, erməni dispetçer bilərəkdən yanlış koordinatlar verib. Rəsmi versiyaya görə isə qəzaya səbəb heyətin səhvi olub. Dispetçerin altimetri 634 mm Hg quraşdırmaq göstərişi müqabilində kapitan 734 mm Hg quraşdırıb. Bu da təyyarəni gerçəkdə olduğundan 1100 metr hündürlükdə göstərib. Nəticədə cihazlar 1425 metr göstərdiyi halda təyyarə 325 metr hündürlükdə imiş və dağın yamacına toxunub. Heyətin belə kobud səhv buraxmasının səbəbi kimi isə sutka ərzində xeyli uçuşlar həyata keçirməsi və son uçuş öncəsi gərəkən qədər istirahət etməməsi göstərilir. Materialı hazırlayanda maraq üçün erməni Vikipediyasına baxdım. Azərbaycanlıların köməyə getməsinin əhəmiyyətini kiçiltmək üçün həlak olanların etnik mənsubiyyəti qabardılır və aşağıdakı ardıcıllıqla verilir: ruslar, tatarlar, azərbaycanlılar, ləzgilər, yəhudi və erməni. Bunu oxuyanda rusların daha çox olması təəssüratı yaranır. Halbuki təyyarədə 50 azərbaycanlı, 13 ləzgi, 11 rus (9-u heyət üzvü), 2 tatar, 1 yəhudi və 1 erməni olub. Ümumilikdə isə heyət üzvlərini çıxmaq şərti ilə hamısı Azərbaycan vətəndaşıdır”. Qeyd edək ki, 1988-ci il dekabrın 7-də Ermənistanın Spitak şəhərində 7,2-8,2 bal gücündə zəlzələ baş vermişdi. Azərbaycanlılar o zəlzələ qurbanlarına yardıma gedərkən təyyarə qəzaya uğramışdı. Üzərindən 35 il keçməsinə baxmayaraq, hadisə indiyədək araşdırılmayıb. Təyyarənin qara qutusunun müəmmalı şəkildə məhv edilməsi, hadisənin azərbaycanlıların Ermənistandan qovulduğu dövrə təsadüf etməsi təyyarənin qəsdən qəzaya uğradılması ehtimallarını artırır. Hətta zəlzələ zamanı Fransadan gələn xilasedicilər axtarış-xilasetmə işləri zamanı içində 70 nəfərə yaxın uşaq, qoca və qadının olduğu hər iki tərəfi qaynaqlanmış boru aşkar etmişdilər. Bu hadisədən sonra xilasetmə işlərini dayandıran fransızlar geri qayıtmışdılar. Bu fakt azərbaycanlıların qovulduğu, soyqırıma məruz qaldığı, məhv edildiyini təsdiqləyirdi. Məhz belə bir vaxtda yardıma gedən azərbaycanlıların ölməsi də təsadüf sayılmır. Qəzadan sonra hadisə yerinə toplaşan ermənilər sağ qalan azərbaycanlı xilasediciyə kömək də etməmişdilər. Yalnız əraziyə gələn sovet ordusunun hərbçiləri Fəxrəddin Babayevi təyyarənin qalıqları arasından çıxarmışdılar. Daha bir maraqlı fakt həmin gün Ermənistana yardım üçün gedən Yuqоslаviyаnın АN-12 təyyаrəsinin də erməni terrorçular tərəfindən vurulmasıdır. Təyyarə Ankara-İrəvan reysi ilə uçuş həyata keçirirmiş. Erməni terrorçular da Türkiyəyə məxsus olduğunu zənn edərək təyyarəni vurmuşdular. Həmin təyyarədə olan 7 nəfərin hamısı ölmüşdü. Qeyd edək ki, Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncamla ermənilərə yardıma gedən təyyarədə həlak olmuş şəxslərə şəhid statusu verilib. |
2023-12-11 | 812,443 | 13 yaşlı qız 28 yaşlı oğlana ərə verilir - Həkimdən çağırış | Masallıda 13 yaşlı qızın 28 yaşlı oğlana ərə verilməsi xəbəri erkən nikah mövzusunu yenidən gündəmə gətirib. Həkim Könül Xələfova Axar.az-a açıqlamasında erkən nikahların fiziki və cinsi zorakılıq olduğunu bildirib. “Belə bir xəbəri eşidəndə aqressivləşməmək mümkün deyil. Xüsusilə qızların sağlamlığına və həyatına mənfi təsir göstərən və son illərdə daha çox nəzərə çarpan erkən nikahlar baş alıb gedir. Azərbaycanda gah azyaşlı oğlan özündən yaşca böyük qadınla, gah da azyaşlı qız özündən çox böyük biri ilə məcburi evləndirilir. 28 yaşlı oğlanın pəncəsinə balaca qızı kim yaraşdırdı? Qızların erkən yaşda ərə verilməsini kim istəyir? Əlbəttə ki, valideynlər!”, - o deyib. Həkimin sözlərinə görə, qızlar müəyyən yaşa çatdıqdan sonra sanki ailəyə yük olur: “Amma valideyn fikirləşmir ki, cinsi yolla keçən infeksiyalar azyaşlılarda daha tez baş verir, hətta bu, onun ölümü ilə nəticələnə bilər. Həmçinin bu, fiziki və cinsi zorakılıq hesab olunur. Təbii ki, bu uşağın razılığı ilə olmur, 13 yaşlı qızcığaz nə bilsin ər nədir, ailə nədir”. K.Xələfova vurğulayıb ki, erkən nikahlar ölüm riskini artırır: “Erkən evləndirilən uşalqarın cinsi əlaqə təcrübələri olmadığından cinsi uyğunsuzluq və cinsi problemlər ortaya çıxır. Bununla da arzuolunmaz hamiləliklər, qeyri-sağlam abortlar erkən nikaha girən şəxslərdə ölüm riskini artırır. Uşaqlıq və yeniyetməlik dövründə ailə quran qadının orqanizmi tam formalaşmadığı halda hamilə olması onun səhhətində müxtəlif problemlərin yaranmasına səbəb olur. Doğuş zamanı həm qadının, həm də uşağın ölüm ehtimalı yüksək olur. Bunun əsas səbəbi qadının fizioloji cəhətdən yetişməməsidir”. |
2023-12-11 | 812,444 | Orban və Zelenskinin söhbəti 15 dəqiqə çəkdi | Macarıstanın Baş naziri Viktor Orban və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Argentina prezidentinin andiçmə mərasimi ərəfəsində söhbət 10-15 dəqiqə davam edib. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” Ukrayna nümayəndə heyətinə istinadən məlumat yayıb. Qeyd edək ki, mediada Argentina prezidentinin andiçmə mərasimi ərəfəsində Orban və Zelenskinin görüşü və qısa söhbətinin görüntüləri yayılıb. Macarıstanın Baş nazirinin mətbuat katibi Havaşi bildirib ki, görüşdə Orban Zelenskiyə AB ölkələrinin Ukraynanın icmaya qəbulu məsələsini daim müzakirə etdiyini deyib. Bundan əvvəl isə Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak Macarıstan XİN rəhbəri Peter Siyarto ilə söhbətində Orban və Zelenski arasında şəxsi görüşün keçirilməsini təklif edib. Macarıstan XİN-i isə cavabında qeyd edib ki, belə bir görüş ilkin hazırlıq olmadan mümkün deyil. |
2023-12-11 | 812,445 | Yunanıstan müdafiə naziri Türkiyəyə gəlir | Yunanıstan müdafiə naziri Nikos Dendias Türkiyəyə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər məlumat verib. “Qarşılıqlı hörmət çərçivəsində təlimlər və hərbi fəaliyyətlər keçirəcəyik. Fevral-mart ayları arasında zəlzələ zonasında birlikdə araşdırmalar aparacağıq”, - nazir bildirib. |
2023-12-11 | 812,448 | MDB XİN başçılarının iclası bu şəhərdə keçiriləcək | Minskdə MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasının 2024-cü ilin aprelində keçirilməsi planlaşdırılır. Axar.az xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb. “Birliyə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının üzvləri dekabrın 13-də keçiriləcək iclasda MDB Xarici İşlər Nazirləri Şurasının 2024-cü ilin aprelində Minskdə keçiriləcək növbəti iclasının gündəliyi layihəsinə dair təklifləri müzakirə edəcəklər”, - məlumatda qeyd olunub. MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının bundan əvvəlki iclası oktyabrın 12-də Bişkekdə keçirilmişdi. |
2023-12-11 | 812,449 | İran diplomatı həbs etdi – İsveçdən etiraz | İsveç Xarici İşlər Nazirliyi bu ölkənin 33 yaşlı vətəndaşı və Avropa Birliyinin diplomatı Yohan Floderusun İranda casusluq ittihamına görə mühakimə olunmasına etiraz edib. Axar.az xəbər verir ki, bu barədə İsveç XİN-in bəyanatında deyilib. Bildirilib ki, İran hökumətinin Yohan Floderusa qarşı irəli sürdüyü ittihamlar əsassız və özbaşına hərəkətdir. Yuhan Flodrus 2022-ci ilin yazında İrana səfər edib. Həmin ilin aprel ayının 17-də ölkəsinə qayıtmaq istədiyi vaxt hava limanında təhlükəsizlik məmurları tərəfindən həbs olunub. Ona qarşı “İsrailə casusluq” ittihamı irəli sürülüb. Bu ittiham üzrə 9 dekabr 2023-cü ildə məhkəmə başlayıb. |
2023-12-11 | 812,451 | Son 1 həftədə Qarabağda nə qədər mina aşkarlanıb? | İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik (4 dekabr - 10 dekabr) məlumatında deyilir. Məlumata görə, ötən həftə 84 tank əleyhinə mina, 87 piyada əleyhinə mina, 340 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 533 hektar ərazi mina və PHS-lərdən təmizlənib. |
2023-12-11 | 812,452 | Kiprdə terrora hazırlaşan iki iranlı həbs edildi | Cənubi Kiprdə israillilərə qarşı terror planı hazırlayan iki iranlı həbs edilib. Axar.az xəbər verir ki, bu barədə Kipr mediası məlumat yayıb. İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi bəyanat yayaraq, iranlı terrorçuların həbsində MOSSAD-ın Kipr polisinə dəstək verdiyini bildirib. Adları açıqlanmayan iranlıların siyasi mühacir və SEPAH-a bağlı şəxslə əlaqədə olduqları vurğulanıb. Qeyd edək ki, bundan əvvəl də Kiprdə bir neçə iranlı və SEPAH-a bağlı şəxslər İsrail vətəndaşlarına qarşı terror hazırlamaq ittihamına görə saxlanılıblar. |
2023-12-11 | 812,454 | Ukraynanın məşhur aktyoru döyüşlərdə həlak oldu | Ukraynanın məşhur aktyoru Andrey Pavlenko Rusiya ordusu ilə döyüşlərdə həlak olub. Kult.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat yayıb. A.Pavlenkonun hansı şəraitdə öldüyü açıqlanmayıb. Qeyd edək ki, A.Pevlenko 70-ə yaxın film və serialda, o cümlədən “Pis-yaxşı polis”, “Taleyin ipləri”, “Qadın həkimi”, “Evə gedən yol” kimi ekran əsərlərində rol alıb. |
2023-12-11 | 812,458 | İntensiv yağış və qar yağacaq - Xəbərdarlıq | Bakıda və Abşeron yarımadasında dekabrın 12-dən 14-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi 12-si gündüz arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enərək, gecə saatlarında 3-6 dərəcə isti, gündüz saatlarında 6-9 dərəcə isti olacaq. Azərbaycan rayonlarında dekabrın 11-i axşamdan 14-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enərək, aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 11 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 şaxta olacaq. |
2023-12-11 | 812,461 | Nazir Fuad Qarayevə vəzifə verdi | Azərbaycan Respublikası Təhsil İnstitutuna direktor müavini təyin olunub. Axar.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrlə bu vəzifəyə Fuad Qarayev təyinat alıb. |
2023-12-11 | 812,464 | İntim videosu yayılan iranlı məmur həbs edildi - Foto | Daha öncə həmcinsi ilə intim videosu yayılan Gilan əyalətinin Mədəniyyət və İslami Təbliğat İdarəsinin rəhbəri, İffət və Hicab Mərkəzinin təsisçisi Rza Seqəti və onun partnyoru həbs ediliblər. Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, beş ay öncə intim videoları yayılan hökumət rəsmisi Tehrana çağırılaraq daha yüksək vəzifəyə təyin edilib. |
2023-12-11 | 812,466 | Azərbaycanın Avropa üçün dəyəri artır - Ekspert | Serbiya ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün enerji resurslarının ixracında daha geniş şaxələndirilməyə ehtiyac duyulur. Ölkəmiz də məhz bu istiqamətdə çox ciddi nəticələr ortaya qoyub və hazırda Azərbaycanın Cənub-Şərqi Avropa ölkələrinin qazla təchizatında rolu getdikcə artmaqdadır. Artıq Serbiya Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixrac edəcəyimiz 9-cu ölkə olacaq. Bu sözləri Axar.az-a Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun əhəmiyyəti barədə danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspert sözügedən interkorrektorun Serbiya üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Serbiyanın heç bir okeana çıxışı və limanı olmadığı üçün birbaşa mayeləşdirilmiş təbii qaz (LNG) almaq imkanı da yoxdur. Bütün bunlara görə Serbiya – Bolqarıstan interkonnektoru bu ölkə üçün həyati önəm daşıyır. Əlbəttə, Azərbaycan qazının Serbiyaya ixracı ikitərəfli iqtisadi münasibətlərin dinamikasına da əhəmiyyətli dərəcədə təsir göstərir. Misal üçün deyə bilərəm ki, 2005-ci ildə ölkəmizdən Serbiyaya 300 dollarlıq ixrac həyata keçirilib, ümumi ticarət dövriyəsi isə 39 min dollar olub. Lakin indi bu rəqəm milyon dollarla ölçülür”. Eldəniz Əmirov ölkəmizin etibarlı tərəfdaş olmasının enerji təhlükəsizliyi məsələsində Azərbaycan qazına ehtiyacı artırdığını qeyd edib: “Əgər Cənub-Şərqi Asiya ölkələrinin enerji xəritələrinə baxsaq, regionun dünyanın ən təlamütlü bölgələrindən biri olduğunu görə bilərik. Çünki bura uzun müddət Rusiyadan ciddi şəkildə enerji asılılığında olub və indi bu boru kəmərləri sanksiyalara məruz qalıb. Ölkəmizin Avropaya qaz ixracı buradakı ehtiyacın təqribən 4-5 faizini ödəyir. Yaxın gələcəkdə Azərbaycanın Slovakiya, Rumıniya, Şimali Makedoniya, Macarıstan kimi ölkələrin enerji təhlükəsizliyində rolunun artma perspektivləri çox böyükdür. Fikrimcə, qarşıda yeni kəmərin çəkilməsinə ehtiyac yaranacaq. Çünki bütün ölkələr xüsusi əhəmiyyət kəsb etdiyi üçün ehtiyat edəcəyi yox, etibar edəcəyi tərəfdaş axtarır. Dövlətimizin etibarlı tərəfdaş olması isə qaz ehtiyatlarımıza tələbatı artırır”. |
2023-12-11 | 812,469 | ETX-dən xəbərdarlıq: Tətbiq yeniləmələri... | Tətbiq yeniləmələri cihazların təhlükəsizliyi üçün mühüm rol oynayır. Tətbiqlər yeniləndikdə həssas məlumatlar daha yaxşı qorunur. Axar.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. Qeyd olunub ki, sonuncu versiya yenilənmədikdə kiberdələduzlar tətbiqlərin cari versiyasındakı boşluqlardan yararlanaraq cihazı və fərdi məlumatları ələ keçirə bilərlər: “İstifadə olunmayan tətbiqləri silməyi tövsiyə edirik”. |
2023-12-11 | 812,474 | İrəvana dəstəyimiz lazımdır: Mirzoyanla görüşəcəm | AB-nin Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl ilk görüşüm Ermənistan xarici işlər naziri ilə olacaq. Axar.az xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell deyib. “Xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl mən günə Ermənistanın xarici işlər naziri ilə görüşlə başlayacağam. Şərq Tərəfdaşlığı məkanında çətin vəziyyət var: Belarus, Ukrayna, həmçinin Cənubi Qafqaz. Gürcüstanın AB-yə üzvlük yolunda irəliləməsi yaxşı xəbərdir, lakin Ermənistandakı vəziyyət bizim güclü dəstəyimizi tələb edir. Onu necə artıra biləcəyimizə baxaq”, - deyə Borrell bildirib. |
2023-12-11 | 812,476 | Xəzərdə zəlzələ oldu | Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə Axar.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Yerli vaxtla 13:46-da baş verən zəlzələnin maqnitudası 3,4, dərinliyi 47 km-dir. |
2023-12-11 | 812,478 | Ölkəyə 300 minlik pirotexniki vasitə gətirdi - Video | Gürcüstandan 300 min manatdan çox dəyəri olan pirotexniki vasitəni Azərbaycana gətirərək satan şəxs saxlanılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, külli miqdarda pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə Gürcüstandan ölkəyə gətirilərək Gəncə şəhərində yerləşən gizli anbarda topdansatışının təşkil olunduğu barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Həmin ünvanda həyata keçirilən tədbir nəticəsində pirotexniki vasitələrin topdansatışını təşkil edən 1985-ci il təvəllüdlü İlham Zakiroğlu saxlanılıb. Müəyyən olunub ki, adıçəkilən şəxs pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə hissə-hissə ölkəyə keçirəndən sonra Gəncə şəhərinə gətirərək respublikanın müxtəlif rayonlarına və “Sədərək” Ticarət Mərkəzində mağazalara topdansatışını təşkil edib. İlham Zakiroğluna məxsus anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman külli miqdarda yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. Əməliyyat zamanı aşkar olunan pirotexniki vasitələrin “qara bazar”da satış qiyməti 300 min manatdan artıqdır. |
2023-12-11 | 812,481 | Azərbaycan GM-200-ü 15 dəqiqəyə məhv edər - Xaçikyan | Fransanın Ermənistandakı rolu simvolik, emosional jestlərlə məhdudlaşır və başqa heç nə yoxdur. Axar.az xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər üzrə professoru Artur Xaçikyan deyib. Xaçikyanın fikrincə, Fransanın verdiyi “Bastion”lar məhz bu məntiqə uyğundur: “Onların təcavüzü dəf etmək üçün ciddi potensialı yoxdur. Üç ədəd GM-200 radarının Ermənistana satılmasına gəlincə, bu, simvolik addımların məntiqinə uyğundur, çünki bu radarlar düşmən tərəfindən 15 dəqiqə ərzində məhv edilə bilər. Fransanın “Le Monde” qəzeti birbaşa yazır ki, Ermənistana göstərilən yardım çox məhduddur və Fransanın erməni icmasını sakitləşdirməsi üçün nəzərdə tutulub. Bunu mənə ordakı icma üzvlərimiz də deyib. Onlar da bildirirlər ki, Fransanın Ermənistanda heç bir marağı yoxdur, İrəvan üçün edilən hər şey erməni icmasına hörmətdən irəli gəlir. Bu o deməkdir ki, yardımın həcminin artacağını gözləmək lazım deyil. Üstəlik, həm Fransa, həm də ABŞ açıq şəkildə bəyan edirlər ki, Ermənistana təcavüz olarsa, birbaşa müdaxilə olmayacaq”. |
2023-12-11 | 812,482 | "Azerçay” ölkəmizi qürurla təmsil etməyə davam edir | “Azerçay” Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində ölkəmizin çay mədəniyyətinin tanıdılmasına davam edir. Dünya liderləri, dövlət rəsmiləri, hökumət və qeyri-hökumət təşkilatları eləcə də dünyanın qabaqcıl şirkətlərinin qatıldığı tədbirdə milli markamız ziyarətçiləri çay süfrəsinə qonaq edir. Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ölkə çayçılığını təmsil edən doğma çay markası tərəfindən xarici qonaqlara müxtəlif “Azerçay” məhsulları da hədiyyə edilir. Qeyd edək ki, “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyan doğma çay “Azerçay” Azərbaycanın dünyaya tanıdılması üçün, on illərdir ki, müxtəlif qlobal layihələrdə yaxından iştirak edir. Milli çay markamız Fransa, İsveçrə, Böyük Britaniya, BƏƏ, Rusiya, Çin və digər ölkələrdə təşkil edilmiş layihələrdə vətənimizi təmsil etməklə bərabər dünyanın 40-dan artıq ölkəsinə də ixrac edilərək ölkəmizin ixrac potensialına öz töhfəsini verir. |
2023-12-11 | 812,485 | Vüqar su içdiyi üçün vəfat edib? - Həkim inkar etdi | Bir neçə gün öncə AzTV-nin 24 yaşlı əməkdaşı olan Vüqar Rəsulovun mədəkiçiltmə əməliyyatından vəfat etməsi ilə bağlı xəbər vermişdik. Mövzu ilə əlaqədar Axar.az-a açıqlama verən mədə-bağırsaq (laparoskopik bariatrik-metabolik) cərrahı Taryel Ömərov maye qəbulunun ani ölümə səbəb olması ehtimalını inkar edib. “Maye qəbulu xəstənin həyatının itirilməsinə səbəb ola bilməz. Bu tromboemboliyanın fəsadlarından biridir”, - o qeyd edib. Cərrah bildirib ki, pasiyent evə buraxılarkən bütün risklər izah olunmalı, tromboembalyanı önləmək üçün qandurulaşdırıcı maddələrin çəki və yaşa uyğun 8-10 gün müddətində istifadəsi tövsiyə edilməlidir: “Belə əməliyyatlar üçün xəstələrin çox ciddi şəkildə bu işlə məşğul olan və peşəkar komandası olan uğurlu kilinkalara müraciət etməsi məsləhətdir”. Qeyd edək ki, bir neçə gün öncə AzTV-nin gənc əməkdaşı Vüqar Rəsulov dünyasını dəyişib. Onun mədəkiçiltmə əməliyyatı etdikdən sonra çoxlu maye qəbul etdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilib. |
2023-12-11 | 812,487 | Filippin Çin səfirini ölkədən qova bilər | Çinin Filippindəki səfiri Xuan Silian Xarici İşlər Nazirliyinə çağırılıb və Pekinə diplomatik etiraz bildirilib. Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. “Səfirə o da bildirilib ki, Cənubi Çin dənizində son illərdə bu ölkələrin gəmiləri arasında baş verən ən gərgin qarşıdurmadan sonra diplomatik korpusun rəhbəri ölkədən çıxarıla bilər”, - məlumatda deyilir. Filippin XİN sözçüsü Teresita Daza vurğulayıb ki, Çinin Filippindəki səfirinin arzuolunmaz şəxs elan edilməsi də ciddi şəkildə nəzərdən keçirilməlidir. Qeyd edək ki, Filippin Sahil Mühafizəsi tərəfindən Çin gəmilərinin Filippin qayıqlarına su şırnaqlarından müdaxiləsini əks etdirən video görüntülər yayılıb. |
2023-12-11 | 812,488 | Papoyan: Azərbaycandan qisas almaq istəsək... - Video | 14:50 Sülh müqaviləsi bağlamaq qisas istəyinin olmamasıdır. Əgər qisas olacaqsa, bəs sülh müqaviləsi nəyə lazımdır? Üstəlik, Ermənistanın güclənib uzunmüddətli dövlətçiliyə malik olmasında birbaşa yol qonşularla dialoqdan keçir. Axar.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” fraksiyasının deputatı, Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyasının sədri Gevorq Papoyan deyib. “Sülh müqaviləsinə onların da, bizim də ehtiyacımız var. Müqavilənin imzalanmasından sonra Cənubi Qafqazda bütün səviyyələrdə inteqrasiyaya, təkcə sülh deyil, həm də iqtisadi əlaqələrin inkişafına, firavanlığa, həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olacaq mühit görürəm. Ermənistan qisas almağa hazırlaşdığını bəyan edərsə, bu, ölkənin varlığını sonlandırmağa aparan birbaşa yol olacaq. İrəvanda belə əhval-ruhiyyəni, belə mövuzları qızışdıran xarici qüvvələr olacaq, çünki bu qüvvələrə Ermənistanın mövcudluğu lazım deyil. Biz üçüncü ölkələrin əlində alətə çevrilməməliyik”, - o bildirib. |
2023-12-11 | 812,491 | Əsir əsgərlərimiz nə vaxt qayıdır? - Əsgər anası | Oğlumun nə vaxt qayıdacağı ilə bağlı heç bir məlumatım yoxdur. Bunu Axar.az-a açıqlamasında Ermənistanda tutularaq ömürlük həbs cəzası alan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova deyib. “Səhərdən ora-bura zəng edirəm ki, hardan məlumat ala bilərəm. Nə vaxt gələcəyi ilə bağlı bizə heç bir məlumat verilməyib. Mən də hamı kimi mediada olan məlumatları izləyirəm. Hüseynlə sonuncu dəfə noyabrın 23-ü danışmışıq”, - anası bildirib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə 7 dekabrda razılıq əldə edilib. |
2023-12-11 | 812,492 | Əsirlərin qaytarılması ilə bağlı durum... - İrəvan | 32 məhbusun qaytarılması ilə bağlı prosesin hansı mərhələdə olduğu barədə məlumatım yoxdur. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan deputatı Gevork Papoyan deyib. “Bununla bağlı konkret tarix yoxdur, proses eyni vaxtda baş tutacaq. Yəni 32 erməni əsir gələcək, 2-si isə gedəcək. Hər hansı bir prosesə doğru gediriksə, bu prosesin sonunda nəinki 32, qalanları da gələcək. Sülhün son nöqtəsi demarkasiya, delimitasiya, sərhədlərdə əsgər və səngər yerinə sərhədçilərin olması, qarşılıqlı əlaqələrin bərpası və s. olacaq. Bütün bunlar baş verməsə, sülh olmayacaq”, - Papoyan bildirib. |
2023-12-11 | 812,495 | Lirə tarixi minimumu yenilədi | 15:17 Türkiyədə lirə növbəti dəfə ucuzlaşıb. Axar.az xəbər verir ki, artıq 1 dollar 29,01 lirəyə qalxıb. 1 avro isə 31,23 lirəyə satılır. |
2023-12-11 | 812,498 | Əzələ artıran qidaların zərərləri: cinsi zəiflik... | İdmanın insan orqanizminə böyük faydası olsa da, təəssüf ki, gənclərin əksəriyyəti protein tərkibli preparatlardan istifadə edir. Bir çoxları hətta əzələ kütləsini artırmaq üçün süni qidalar, proteinlər, qeynerlər və steroidlərdən istifadəyə üstünlük verirlər. Məsələ ilə bağlı Axar.az-a danışan fitnes üzrə məşqçi Elnur Vəliyevin sözlərinə görə, protein əzələ kütləsinin inkişafı və böyüməsi üçün vacib qida əlavəsidir. “Protein - karbon, hidrogen, azot, oksigen və kükürd kimi təbii birləşmələrdən ibarət amin turşulardan əmələ gəlir. Amin turşular proteinlərin, proteinlər isə əzələ kütləsinin qurucu daşlarıdır. Protein orqanizmdə parçalandığı zaman əzələ kütləsinə enerji verir. Bundan əlavə, protein uzunmüddətli toxluq yaradır”, - o bildirib. Məşqçi idman etmədən protein qəbul etməyin zərərli olduğunu vurğulayıb. Onun sözlərinə görə, protein tozunun əsas zərərlərindən biri kimi kişilərdə cinsi zəiflik yaratması fikri yanlışdır: “Qida əlavəsi olan protein tozu fasilələrlə qəbul edilməlidir. Proteini 1 ay içdikdən sonra mütləq 10-15 gün fasilə vermək lazımdır. Onun miqdarı mütləq çəkiyə uyğun qəbul edilməlidir. Məsələn, 90 kilo çəkisi olan insan 90 qram protein içə bilər. Bu 90 qram isə gün ərzində 2-3 hissəyə bölünməlidir. Protein tozu ilə yanaşı, təbii zülallı qidalar da yeyilməlidir. Bəzi steroidlər də var ki, onların zərərləri çoxdur, məsələn, saç tökülməsi, impotensiya, ginekomastiya (süd vəzlərinin böyüməsi), qaraciyərin zədələnməsi, sıradan çıxması və s.” |
2023-12-11 | 812,502 | Bayramov Mordue ilə görüşdü | 15:30 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirləri Şurasının İclasında iştirak məqsədilə Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqı Şurası Prezidentinin baş siyasi müşaviri Simon Mordue ilə görüşüb. Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə Azərbaycan-Ermənistan normalıaşma prosesi və cari regional vəziyyət müzakirə edilib. Aİ və Azərbaycan arasında ötən il imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumuna uyğun olaraq Azərbaycanın Avropaya enerji ixracını artırdığı və Aİ üzv ölkələrinin enerji təhlükəsizliyində önəmli rol oynadığı vurğulanıb. Nazir cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. Bu xüsusda, nazir son dövrlər Azərbaycan və Ermənstan arasında sülh və sabitliyin, eləcə də, etimadın qurulmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma fəaliyyəti barədə məlumat verən C.Bayramov mina təhlükəsinin bu fəaliyyətə, eləcə də, vətəndaşlarımızın təhlükəsizliyinə təhdid yaratmaqda davam etdiyini vurğulayıb. 2020-ci ilin noyabr ayından bəri 340 vətəndaşımızın mina partlayışının qurbanına çevrildiyi qeyd olunub. Simon Mordue Aİ-nin vacib strateji tərəfdaşı olaraq Azərbaycan ilə enerji, nəqliyyat və bir sıra digər sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu vurğulayıb və Aİ-nin regionumuzda davamlı sülhün bərqərar olması üçün Ermənistan-Azərbaycan normallaşma prosesini bundan sonra da dəstəkləməyə davam edəcəyini bildirib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2023-12-11 | 812,504 | Heydər Əliyev İli: növbəti ağacəkmə aksiyaları - Foto | Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Gəncə, Şimal-qərb və Şimal Regional Dövlət Yanğın Nəzarəti idarələrinin xidməti ərazilərində ağacəkmə aksiyaları keçirilib. Axar.az xəbər verir ki, Gəncə şəhərində Heydər Əliyev park-kompleksində, Qəbələ şəhərində yerləşən akademik Zərifə Əliyeva adına parkda, Bakı-Quba avtomobil yolunun Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindən keçən hissəsinin kənarında keçirilmiş aksiyalarda Gəncə, Şimal-qərb və Şimal Regional Dövlət Yanğın Nəzarəti idarələrinin əməkdaşları və müvafiq yerli icra hakimiyyətlərinin rəhbər heyəti iştirak edib. Aksiyaların keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub. Aksiyalarda ümumilikdə 300-dən artıq müxtəlif növ ağac əkilib. |
2023-12-11 | 812,505 | Kapital Bank daha 9 vətəndaşa dəstək oldu | Ölkənin birinci bankı Kapital Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumu çərçivəsində daha 9 vətəndaşa dəstək göstərib. Naxçıvan Muxtar Respublikasından müraciət edən Əliabad qəsəbə sakini Azadə Bəylərovaya, Naxçıvan şəhər sakini Nahidə Kərimovaya və Şərur rayonunun 4 sakini Faiq Bayramov, Kəminə Həsənova, Yeganə Şirəliyeva, Əfsanə Süleymanovaya un məmulatlarının hazırlanması üçün avadanlıqlar alınıb. Culfa rayonundan müraciət edən Zeynəb Xəlilova kiçik dərzi sexi, Elnur Hacıyev isə avtotəmizləmə xidmətləri göstərmək üçün lazımi avadanlıqlarla təmin edilib. Eləcədə Ağdam rayon sakini Gülnar Ağayevaya da un məmulatları hazırlamaq üçün gərəkli avadanlıqlar alınıb. Bununla da Kapital Bank tərəfindən memorandum çərçivəsində özünüməşğulluğuna dəstək göstərilən vətəndaşların sayı 141 nəfərə çatıb. Xatırladaq ki, layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verir. Layihə çərçivəsində paytaxt Bakı, eləcə də regionlarda yaşayan və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar alınır. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc. |
2023-12-11 | 812,506 | Bayrağımızın Eynalı dağındakı rəsmi silindi | Təbrizin Eynalı dağının qayalarına həkk edilən böyük ölçülü Azərbaycan bayrağının rəsmi silinib. Axar.az xəbər verir ki, bu barədə SEPAH-a bağlı sosial media kanalları məlumat yayıb. Məlumatda bunun “xalqın müraciətləri və tələbləri” əsasında bələdiyyə işçiləri tərəfindən həyata keçirildiyi iddia edilib. Azərbaycan və azərbaycanlılara qarşı qərəzli mövqeyi ilə tanınan “Azəriha” saytı və ona məxsus Teleqram kanalı bu barədə paylaşdığı materialda Azərbaycan mediasını ittiham edib və guya İranda separatizmi dəstəkləyən təbliğat apardığını yazıb. Qeyd edək ki, Azərbaycan mediası yalnız İran Teleqram kanalları və yerli mediasına istinadla material yayır. |
2023-12-11 | 812,510 | Rusiya Ermənistana hücum hazırlayır - İrəvanda panika | İrəvan hökuməti məxfi şəkildə Rusiya ilə Ermənistan arasında mümkün silahlı münaqişəni müzakirə edir. Daha doğrusu, münaqişə deyil, Rusiyanın Ermənistan ərazisində sürətli və effektiv hərbi əməliyyatını nəzərdən keçirir. Axar.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Razmik Akopcanyan deyib. “Niyə? Çünki bizim hazırda bacarıqlı ordumuz yoxdur və bunu Kreml bilir. Buna şübhə edənlərə, ölkələrimiz arasında ümumi sərhədlərin olmaması ilə bağlı “arqument” gətirənlərə bolşeviklərin respublikamızı necə işğal etdiklərini və Ermənistanı 70 ildən artıq nəzarətdə saxladıqlarını xatırlatmaq istərdim. Zərbə indi hər yerdən gələ bilər. Məsələn, oliqarx İvanişvilinin nəzarətində olan Gürcüstandan. Onun əli ilə Kreml nə istəsə, edilə bilər. Rusiyada 1991-ci ilin martında ümumittifaq referendumunun keçirildiyini xatırlamağı xoşlayırlar. Həmin dövrdə referendum komissiyaları yaradılmış və referendumun keçirilməsi 15 ittifaq respublikasından 9-na həvalə edilmişdi. O cümlədən Azərbaycana da. İndi bu ölkədə (Azərbaycanda - red.) müstəqillik eşqindən çox və pafoslu danışmağı xoşlayırlar, lakin o zaman - 1991-ci ilin martında referendumda iştirak edən azərbaycanlıların 93,3%-i SSRİ-nin saxlanmasına səs vermişdi (Zəruri olaraq qeyd edək ki, 1991-ci il 17 martda keçirilən referendumun saxtalaşdırıldığını hələ o zaman elan edilmişdi – red.). Ermənistan isə hələ o zaman bu ittifaqı dağıtmaq istəyi nümayiş etdirirdi. Bunu Kremldə hamı xatırlayır. Və bunu üzə çıxarıb, Rusiya ictimai şüurunda ölkəmizin mənfi imicini gücləndirirlər. Qarşılıqlı təmas çağımızda kimsə düşünsə ki, Ermənistanda sığınacaq tapmış rusların çoxluğunu nəzərə alaraq dövlətimiz haqqında mənfi rəy yaratmaq mümkün deyil, mən onları ayılmağa çağırıram. Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanın başına gələnləri xatırlayaq. Ruslar bu ölkəyə kütləvi şəkildə səfər etdilər, heyran qaldılar, Rusiya səhnəsində, Rusiya siyasətində və biznesində çoxlu gürcü var idi. Amma rus tankları öz işini gördü və heç kim onlara mane olmadı. Ukraynanı xatırlayaq. Bunlar ümumiyyətlə bir-birinə ən yaxın iki xalqdır. Bəs nə oldu? Rusiya Ukraynaya qarşı böyük müharibəyə getdi, ərazisinin dörddə birini ələ keçirdi və yoluna davam edir. Və yenə də heç kim onu dayandırmaq istəmir. ABŞ və Avropa ölkələri Ukraynanı tərk etdilər. Eyni şey Ermənistanı da gözləyir”, - o bildirib. |
2023-12-11 | 812,512 | Türkiyə ordusu “Vuran”la təchiz edildi | Türkiyədə “Vuran” adlı yerli zirehli maşın ordunun istifadəsinə verilir. Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, 400 at gücünə malik “Vuran” yaxın vaxtlarda Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək. Zirehli maşının istehsalına 2018-ci ildən başlanılıb. |
2023-12-11 | 812,515 | Qəbələdə Yeni il paketi inanılmaz qiymətə... | Şuşada Yeni il bayramı keçirənlər üçün təklif olunan paket sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Axar.az xəbər verir ki, bəzi sosial şəbəkə istifadəçiləri bu qiymətlərin yüksək olduğunu düşünür. Xatırladaq ki, işğaldan azad edilən Şuşa şəhərində ilk dəfə Yeni il şənlikləri keçiriləcək. “Şuşa” otelində bayram şənliyində iştirak etmək istəyən 2 nəfər üçün paket (2 gecə, 3 gün) 2500-3500 manat civarındadır. Qiymətlər bu cür göstərilir: 0-3 yaş uşaqlar üçün – ödənişsiz 3-6 yaş uşaqlar üçün – 400 manat 6-12 yaş uşaqlar üçün – 600 manat 12 yaşdan yuxarı – 900 manat Bəs digər bölgələrimizdə, xüsusilə məşhur otellərdə qiymətlər necədir? “Qəbələ Chenot” otelində qonaqlama üçün müəyyən olunmuş tələb minimum 4 gecəlikdir. 2 nəfər üçün 7000 manat təşkil edən minimal paket 29 dekabr-2 yanvar tarixlərini əhatə edir. Otaqların bir gecəlik ödənişi isə 650 manatdır. Ümumilikdə oteldə 4 gecəlik qonaqlama haqqı 9605 manat 20 qəpik tutur. Paketə gündə 3 dəfə qidalanma daxildir. Yalnız vegeterian menyudur, dəyişilməzdir. “Quba palace”da Yeni ili qeyd etmək istəyənlər üçün 31 dekabr- 2 yanvar günlərini əhatə edən bayram paketi təklif olunur. 2 gecə 3 günlük paketin qiyməti 2 nəfər üçün 2200-2500 manat civarında müəyyən olunub. Paketə gün ərzində üç dəfə qidalanma və otelin bütün xidmətlərindən istifadə daxildir. Qeyd edək ki, oteldə bütün yerlər tutulub, boş yer yoxdur. “Şabran Qalaaltı” otelində Yeni il paketinin qiyməti iki nəfər üçün 1420 manatdan başlayır. Qiymətə 3 gün 2 gecə oteldə qonaqlama, qidalanma və Yeni il proqramı daxildir. Xidmətdən narazılıq olarsa, ödəniş geri qaytarılmır. “Şahdağ” otelində Yeni il paketi 31 dekabr giriş-3 yanvar çıxış olmaqla minimum 3 gecə qonaqlama ilə 2 nəfər üçün 1860 manat müəyyən olunub. Paketə 31 dekabr qala gecəsi proqramı, şam yeməyi, digər günlərdə isə yalnız səhər yeməyi daxildir. Şahdağ turizm mərkəzinə məxsus otellərdə bütün otaqlar tutulub, boş yer yoxdur. Qeyd edək ki, bölgələrimizdəki məşhur otellərin əksəriyyətində artıq boş yer olmadığından, qiymətlər də açıqlanmır. |
2023-12-11 | 812,517 | Sabiq başçı rəis təyin edildi | Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şükür Fərəməz oğlu Babayevə yeni vəzifə verilib. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Şükür Babayev Naxçıvan Lift Xidmətinin rəisi təyin olunub. Buna qədər sözügedən idarəyə Mehman Beytulla oğlu Sadıqov rəhbərlik edib. Qeyd edək ki, Şükür Babayev 26 iyun 2006-cı ildə Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O, 21 dekabr 2018-ci ildə vəzifəsindən azad edilib. |
2023-12-11 | 812,519 | Bayramov beyin mərkəzlərinin nümayəndələri ilə görüşdü | Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib. Müzakirə olunan mövzular arasında Azərbaycanın xarici siyasət prioritetləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər, regional əməkdaşlıq və s. yer alıb. |
2023-12-11 | 812,522 | Mahnıya görə qohumunu bıçaqlayana hökm oxundu | Bakıda toy məclisində qohumunu mahnı sifarişinə görə bıçaqlamaqda təqsirləndirilən Əmrah Alışovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs isə son söz deyib. Müşavirədən qayıdan məhkəmədə hökm oxunub. Hökmə əsasən, Ə.Alışov 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Sabunçu rayonu Ləhiş bağları adlanan ərazidə qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Əmrah Alışov içkinin təsiri altında toy məclisində aralarında yaranmış mübahisə zamanı qohumu 1991-ci il təvəllüdlü Rəvan Əsgərovu bıçaqlayıb. Hadisənin mahnı sifarişi üstündə baş verdiyi məlum olub. Daha sonra Ə.Alışov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb. |
2023-12-11 | 812,524 | Qusarda mikroavtobus aşdı: yaralıların son durumu... | 16:24 Qusarda sərnişin mikroavtobusu Avaran kəndi ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində aşıb. Axar.az xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsində olan 15 nəfərdən 6-sı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qusar rayonunun Xürəl kənd sakinləri olan yaralıların adları: - Lamunat Misənnif qızı Bədəlova, - Milyanə Vəzirxan qızı Şeyxzadəyeva, - Ruslan Əmiraslan oğlu Əmirslanov, - Əfsanə Mövlud qızı Feyziyeva, - Liana Nəriman qızı Mixayılova, - Aysel Mais qızı Cavadovadır. *** Qusarda avtobus qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb. TƏBİB-dən bildirilib ki, qəza nəticəsində xəsarət alan 6 nəfər (1 kişi, 5 qadın olmaqla) Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan birinin (qadın cinsli) vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. |
2023-12-11 | 812,530 | Yunanıstan XİN başçısı İrəvana gəlir | Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis yaxın vaxtlarda Ermənistana səfər etmək niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə nazir Avropa Birliyinin Xarici Əlaqələr Şurası formatında keçirilən iclasından əvvəl açıqlamasında deyib. Nazir bildirib ki, Yunanıstan Cənubi Qafqazda sülh prosesini dəstəkləyir. “Yunanıstanın səyləri sayəsində Ermənistan bu gün regionda davamlı sülhə yönəlmiş mövqelərini təqdim etmək üçün Xarici Əlaqələr Şurasına dəvət olunub. Şəxsən mən Ermənistanın xarici işlər naziri ilə uzun söhbət etmişəm və yaxın gələcəkdə Ermənistana səfər etmək niyyətindəyəm. Bu gün mənim iki ölkənin - Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşmək imkanım olacaq”. |
2023-12-11 | 812,534 | Son sutkada ölkəmizdə neçə nəfər koronadan ölüb? | Azərbaycanda son 1 həftə ərzində (4-10 dekabr) koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 17 yeni yoluxma faktı qeydə alınıb. COVİD-19-a yoluxan 12 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 1 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 834 189 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 770 nəfər müalicə olunaraq sağalıb, hazırda 42 aktiv xəstə var. Bu günə qədər 10 377 nəfər vəfat edib. Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 089, bu günə qədər isə ümumilikdə 7 721 568 test icra olunub. Eyni zamanda ölkədə son həftə ərzində 24 nəfər vaksinasiya olunub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 921 olub. |
2023-12-11 | 812,537 | Elnur Eltürk təltif edildi | Vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk təltif olunub. Axar.az xəbər verir ki, bu barədə Elnur Eltürk özü məlumat yayıb. E.Eltürk bildirib ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edərək Vikipediya Beynəlxalq Ensiklopediyasında Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatının təbliği işində xidmətlərinə görə Azərbaycanın Özbəkistandakı Səfirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Fəxri Fərmanla təltif olunub. |
2023-12-11 | 812,538 | “Tayfun” istəyirik, amma Almaniya imkan vermir – Gülər | İngiltərə və İspaniya Türkiyəyə “Tayfun” təyyarələrini satmağın əleyhinə deyillər, lakin Almaniya hələ də buna qarşıdır. Axar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. “Tayfun” məsələsi yeni deyil, 2-3 ildir müzakirə olunur. “Tayfun” çox yaxşı alternativdir. Ehtiyacımız var və onları almaq istəyirik. İspaniya və İngiltərədən bununla bağlı heç bir problem yoxdur. Almaniya da tərəfdaşımız kimi birbaşa imtina etdiyini bildirmir. Müttəfiq müttəfiqə bunu deməz. Ümid edirəm ki, məsələ sonda öz həllini tapacaq”, - Gülər bildirib. Onun sözlərinə görə, NATO daxilində Türkiyənin silah almasına etirazlar var: “Almaniyanın səbəbləri fərqli görünür. Məsələn, onlardan harada istifadə edə biləcəyimizlə bağlı. Amma biz sizin tərəfdaşınız və müttəfiqinizik. Müdafiə sənayemiz o qədər inkişaf edib ki, bəlkə sabah sizə silah satarıq. Amma biz sizin kimi düşünməyəcəyik”. Qeyd edək ki, Türkiyə Britaniyadan “Tayfun” almaq istəyir. Bunun üçün hər 3 istehsalçı ölkənin (Britaniya, İspaniya, Almaniya) razılığı lazımdır. |
2023-12-11 | 812,541 | Nazirlik 21 aptekdə yoxlama apardı | Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ötən ay 21 aptekdə yoxlama keçirib, 1-də nöqsan aşkarlanıb. Bu barədə Axar.az-a mərkəzdən məlumat verilib. Bildirilib ki, noyabr ayı ərzində Bakı şəhəri üzrə 17 planlı və 3 plandan kənar, respublikanın digər şəhər və rayonlarında isə 1 aptekdə plandan kənar olmaqla, ümumilikdə 21 aptekdə planlı və plandan kənar yoxlamalar aparılıb. Yoxlamalar zamanı 1 aptekdə nöqsan aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokol tərtib edilib. |
2023-12-11 | 812,543 | 656-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 656-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 550 təyyarəsi, 257 helikopteri, 9632 PUA-sı, 442 zenit-raket kompleksi, 13 979 tank və digər zirehli texnikası, 1 188 reaktiv yaylım atəş sistemi, 7 297 artilleriya və minaatanı, 16 192 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-11 | 812,544 | Bakı və İrəvanın birgə bəyanatı... - İrandan reaksiya | İran Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayır və regional sabitliyin möhkəmlənməsinə töhfə verməyə hazırdır. Axar.az Yenipress.az-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani 7 dekabrda Azərbaycan və Ermənistan arasında əsirlərin dəyişdirilməsi barədə qəbul edilən birgə bəyanat haqda deyib. “İran Azərbaycan və Ermənistanın qarşılıqlı fəaliyyət və əməkdaşlığını, o cümlədən hər iki tərəfdən əsirlərin azad edilməsi haqqında birgə bəyanatını alqışlayır və bunu müsbət addım hesab edir. Tehran ümid edir ki, bu tədbirlər iki tərəf arasında sülh və sabitliyə gətirib çıxaracaq”, - Kənani qeyd edib. Onun sözlərinə görə, davamlı sülhə nail olmaq regional tərəflər arasında inamın gücləndirilməsini tələb edir. |
2023-12-11 | 812,545 | Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü | Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 11-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Parlamentdən Axar.az-a verilən məlumata görə, Gürcüstan parlamentinin sədrini və nümayəndə heyətinin üzvlərini salamlayan Sahibə Qafarova ötən ilin aprel ayında Gürcüstana rəsmi səfərini, cari ilin may ayında isə qonağın ölkəmizə səfəri çərçivəsində Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakını məmnunluqla xatırlayıb. Söhbət zamanı parlamentlər arasında ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin uğurlu üçtərəfli əməkdaşlıq formatı da qeyd edilib. Gürcüstan parlamentinin sədri 2024-cü ilin fevralında Azərbaycanda keçiriləcək prezident seçkilərini tarixi seçkilər adlandırıb, bu seçkilərin onun ölkəsi üçün də böyük əhəmiyyət daşıdığını qeyd edib və Azərbaycana uğurlar arzulayıb. O bildirib ki, Gürcüstan tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. |
2023-12-11 | 812,547 | Sayt rəhbəri həbs edildi | Azerinfo.az saytının rəhbəri həbs edilib. Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Saytın təsisçisi İbrahim Hümbətov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. |
2023-12-11 | 812,548 | Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı qərar | Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləği yeni redaksiyada təsdiq edilib. Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb. Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərara əsasən hərbi qulluqçuların və dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan vəsaitlərin maliyyələşdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin. Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir. |
2023-12-11 | 812,550 | Şuradan televiziya kanallarına xəbərdarlıq | Bankın keçirdiyi lotereyanın reklamının məzmununda qanunvericiliyin tələbinin pozulması ilə bağlı televiziya kanallarına xəbərdarlıq edilib. Bu barədə Axar.az-a Audiovizual Şuradan məlumat verilib. Bu gün keçirilən iclasda oktyabr ayı ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış reklam materiallarının monitorinqi müzakirə olunub. Audiovizual Şura ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə həyata keçirdiyi monitorinqlər nəticəsində Azərbaycanda fəaliyyət göstərən kommersiya bankının reklam materialında bank tərəfindən keçirilən lotereya ilə bağlı natamam informasiyanın verilməsi ilə "Reklam haqqında" qanunun 15.2-ci maddəsinin tələblərinin (əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklamda lotereyanın, müsabiqənin, oyunun və digər tədbirlərin keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı, yaxud səsləndirilməlidir) pozulması qeydə alınıb. Bir çox televiziya kanalının efirində nümayiş olunan həmin reklam materialının yayımı noyabr ayında da davam edib. Qeyd olunanları nəzərə alaraq, aparılan müzakirələrdən sonra Azərbaycan Audiovizual Şurası yayımçılara belə pozuntunun təkrarlanacağı təqdirdə inzibati sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. |
2023-12-11 | 812,552 | “Qarabağ” - “Hakken” oyununa nə qədər bilet satılıb? | Bakıda "Qarabağ" və İsveçin "Hakken" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub. Bu barədə Axar.az-a "köhlən atlar"ın mətbuat katibi Anar Hacıyev məlumat verib. Onun sözlərinə görə, indiyə qədər 18700 bilet alınıb. Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur. |
2023-12-11 | 812,553 | Moody's ABB-nin proqnozunu Stabildən Pozitivə yüksəltdi | Moody's Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın yerli və xarici valyutada Uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində təsdiqləyib və reytinq proqnozunu Stabildən Pozitivə dəyişib. Eyni zamanda, agentlik ABB-nin Kredit ödəmə və Tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqlərini b1 səviyyəsində təsdiqləyib. ABB-nin kredit ödəmə reytinqlərinin b1 səviyyəsində təyin edilməsi Bankın aktivlərinin artan keyfiyyəti, mənfəətliliyi, güclü kapital adekvatlığı, həmçinin aktivlərinin yüksək likvidliyi və məhdud risklərə malik olması ilə əsaslandırılır. Moody's-in proqnozlarına görə, ABB-nin kredit profili, aktivlərinin likvidliyi, keyfiyyəti və gəlirliliyi önümüzdəki 12-18 ayda daha da yaxşılaşmaqda davam edəcək. Bankın reytinq proqnozunun Stabildən Pozitivə dəyişdirilməsi bununla bağlıdır. |
2023-12-11 | 812,555 | Gömrük postlarında gözləyən maşınların sayı azaldı | Hazırda Azərbaycanın gömrük postlarında 1 542 yük maşını gözləmədədir. Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, bunun 250-si “Astara” gömrük postunda, 50-si “Biləsuvar” gömrük postunda, 1 126-sı “Qırmızı Körpü” gömrük postunda, 55-i “Mazımqara” gömrük postunda, 61-si “Samur” gömrük postunda gözləyir, “Xanoba” gömrük postunda isə növbə yoxdur. AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılması xidmətinə başlayıb. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır. “Qırmızı Körpü”də daha çox maşının gözləməsinə səbəb Rusiya və Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları hazırda Azərbaycan üzərindən hərəkətini davam etdirirlər. Qeyd edək ki, bundan öncə yayılan rəsmi açıqlamada Azərbaycanın gömrük postlarında 1 840 yük maşınının gözləmədə olduğu açıqlanmışdı. |
2023-12-11 | 812,556 | Orxan Fikrətoğlu yeni vəzifəyə təyin edildi | Yazıçı-jurnalist Orxan Fikrətoğlu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən təyin olunub. Axar.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. O, artıq vəzifəsinin icrasına başlayıb. O.Fikrətoğlu eyni zamanda mədəniyyət nazirinin müşaviri vəzifəsini tutur. Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin bundan əvvəlki baş direktoru kinorejissor Rüfət Həsənov idi. O, işdən çıxamaqla bağlı ərizə yazmışdı. Sentyabrın 11-də onun ərzəsi qəbul olunub. |
2023-12-11 | 812,557 | 20 sığorta vasitəçisinin lisenziyası dayandırıldı | Azərbaycan Mərkəzi Bankı (AMB) 20 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb. Bu barədə Axar.az-a qurumdan bildirilib. Məlumata görə, bu qərar dekabrın 6-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi müvafiq hesabat təqdim edilmədiyi üçün dayandırılıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.