date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-12-11
812,558
ABŞ hərbi bazasında partlayışlar oldu
Suriyanın Hasekə vilayətinin Əş-Şəddadi şəhərində yerləşən ABŞ hərbi bazasında partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat verib. Partlayışların raket hücumları nəticəsində törədildiyi ehtimal edilir.
2023-12-11
812,559
Sərnişinləri yolda qoyan avtobus sürücüsü ilə bağlı qərar
Ötən gün sərnişinləri yolda qoyub gedən avtobus sürücüsü işdən çıxarılıb. Axar.az xəbər verir ki, bu barədə "Bakı Bus" MMC məlumat yayıb. "Vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin “Bakı Bus”ın imicinə mənfi təsiri nəzərə alınaraq, əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilib. Baş vermiş hadisəyə görə təəssüfümüzü bildirir və keyfiyyətli xidmət prinsipinə sadiqliyimizi bir daha vurğulayırıq", - qurumdan bildirilib.
2023-12-11
812,560
Bayramov ukraynalı həmkarı ilə görüşdü - Foto
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb. Qeyd olunub ki, görüş Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşünü çərçivəsində baş tutub. Nazirlər Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
2023-12-11
812,561
Qərar verildi, COP29 Azərbaycanda keçiriləcək
Dubayda (BƏƏ) COP29 konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar rəsmən elan edilib. Axar.az xəbər verir ki, bunu COP28-in yekun sessiyasının plenar iclasında COP28-in prezidenti Sultan əl-Cabir bildirib.
2023-12-11
812,563
Axtarışda olan şəxs ölkəmizə ekstradisiya olundu
Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Namiq İbrahim oğlu Rzayevin ekstradisiyası haqqında qərar qəbul olunub. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. Məlumata görə, Bakı şəhəri Nərimanov rayon prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Namiq Rzayevin öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarışa verilib. Namiq Rzayev Gürcüstanın ərazisində saxlanılaraq dekabrın 11-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
2023-12-11
812,567
Bu ölkənin səfiri Rusiya XİN-ə çağırıldı
Danimarkanın Rusiyadakı səfiri Yakob Henninqsen bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfirin Rusiyadakı xarici şirkətlərlə bağlı Danimarka mətbuatındakı çıxışlarından dolayı XİN-ə çağırıldığı və bəyanatlarının qəbuledilməz olduğu bildirilib.
2023-12-11
812,569
Ana həbsdəki oğluna narkotik ötürmək istədi
Ana həbsdə olan oğluna şampun qabının içərisində narkotik ötürmək istəyib. Bu barədə Axar.az-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məlumat verilib. Məlumata görə, xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Həbs edilmiş şəxs Nurlan Rəhim oğlu Məmmədliyə anası Telli Ənnağı qızı Məmmədovanın gətirdiyi sovqatdakı şampun qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,266 qram heroin və 0,060 qram metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
2023-12-11
812,571
Prezidentin tapşırığı ilə bir komanda yaratdıq və... - Nazir
19:36 COP-28-in gündəliyinə böyük maraq var idi. Buna görə də ölkəmizin üzərinə çox böyük məsuliyyət düşür. Belə böyük tədbirin keçirilməsi çox məsuliyyətli və çox maraqlı bir proses olacaq. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dubayda keçirilən COP28 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacağını qeyd edən nazir COP29-a hazırlıq işlərinin artıq başladığını vurğulayaraq deyib: “Prezidentin tapşırığı ilə biz ilin əvvəlində komandanı yaratdıq. Burada müxtəlif təşkilatların üzvləri işləyir. O komanda ciddi bir proqram hazırlayıb”. O qeyd edib ki, Azərbaycan çox mürəkkəb və rəqabətli bir prosesdə uğur qazana bilib. M.Babayev əlavə edib ki, COP29 gələn ilin noyabr ayında keçiriləcək.
2023-12-11
812,574
Bəziləri təşvişə düşməyə başlayır - Zelenski
Biz çətinliklər qarşısında təslim olan insanlar deyilik. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Ukraynaya dəstəyinin azalması barədə danışarkən bildirib. "Bəziləri təşvişə düşməyə başlayır və qələbəyə inanmır. Lakin biz davam etməliyik", - Zelenski qeyd edib.
2023-12-11
812,576
Rusiya BTR-i Xankəndidə qəzaya uğradı: ölən var - Foto
Qarabağdakı Rusiya sülhməramlı kontingentinə aid BTR Xankəndidə qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Qəza nəticəsində bir rusiyalı hərbçinin öldüyü, ikisinin yaralandığı bildirilib. Yaralılar Xankəndidəki tibb məntəqəsinə yerləşdirilib.
2023-12-11
812,577
Yol hərəkətinin təşkilinə dair yeni standart qəbul olundu
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 943:2023 “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Yol nişanlarına, nişanlama xətlərinə, svetoforlara dair tələblər (quraşdırılması, ölçüləri və xüsusiyyətləri) və onlardan istifadə qaydaları” yeni dövlət standartını qəbul edib. Bu barədə Axar.az-a AZSTAND-dan bildirilib. Məlumata görə, standartı yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetməni təkmilləşdirmək, müasir innovativ metodları tətbiq etmək, ölkədə “təhlükəsiz yol hərəkəti sistemi”ni yaratmaq, yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə və təbliğat işini təkmilləşdirmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işləyib-hazırlayıb. Onun layihəsi bir sıra dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, həmçinin universitetlərin nümayəndələrinin iştirak etdiyi “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 43) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.
2023-12-11
812,578
Pirotexniki vasitə satan şəxslər saxlanıldı
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı 2 nəfər rayon sakinindən satdıqları partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) protokol tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
2023-12-11
812,580
Ukraynanın AB-yə üzvlüyü bu məbləğə başa gələcək
Ukraynanın Avropa Birliyinə daxil olması Avropa ölkələrinə təxminən 200 milyard avroya başa gələcək. Axar.az xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat İnstitutunun hesabatında bildirilib. Tədqiqatçılar qeyd edirlər ki, Ukraynanın AB-yə daxil olması ümumavropa iqtisadiyyatı üçün bir sıra nəticələrə gətirib çıxaracaq, çünki Kiyev AB büdcəsindən böyük maliyyə resursları tələb edəcək: "Təxmini hesablamalara görə, Ukraynanın tamhüquqlu üzvlüyünün 2021-2027-ci illər üçün hazırkı çoxillik maliyyə planına təsiri 130-190 milyard avro arasında olacaq". Qeyd olunur ki, bu məbləğin 70-90 milyard avrosu kənd təsərrüfatı üçün subsidiyalara, 50-90 milyard avrosu isə AB-nin regional siyasətinə ayrılacaq ki, bu da ölkənin rifahının yüksəldilməsini nəzərdə tutur.
2023-12-11
812,582
Slovakiya şirkətləri də Qarabağa gəlir?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak məqsədilə Belçika Krallığına işgüzar səfəri çərçivəsində Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüş keçirib. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı nazir Ceyhun Bayramov Slovakiya nazirinə təyinatla əlaqədar öz təbriklərini çatdırıb və fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Slovakiya arasında iqtisadiyyat-ticarət, enerji təhlükəsizliyi, mədəniyyət, turizm, təhsil, nəqliyyat və digər sahələr üzrə əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik elementləri müzakirə olunub. Slovakiya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında birgə investisiya, bərpa və quruculuq layihələrində iştirak niyyəti yüksək qiymətləndirilib. İşğaldan azad edilmiş ərazilərin mina və partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsinin bərpa və yenidənqurma işləri, habelə məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasının təminatı üçün əsas maneə olduğu diqqətə çatdırılaraq, mina problemi ilə mübarizədə Azərbaycan-Slovakiya əməkdaşlığı məmnunluqla qeyd olunub. Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Ermənistan ilə normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər barədə qarşı tərəfə ətraflı məlumat verilib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2023-12-11
812,583
Arktika şəhərlərinin inkişafı üçün... - Putin
Arktika şəhərlərinin inkişafı üçün qabaqcıl regional təcrübələrin reyestrini yaratmaq lazımdır. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. "Əlbəttə, mən razıyam ki, Arktika şəhərlərinin inkişafı üçün ən yaxşı regional təcrübələrin bir növ reyestrini ümumiləşdirmək və yaratmaq lazımdır. Bu, nəqliyyat sisteminin, sosial infrastrukturun, ictimai yerlərin işinin təşkili üçün həqiqətən effektiv həlldir", - Putin qeyd edib.
2023-12-11
812,585
Sumqayıtda ikimərtəbəli evdə yanğın: zəhərlənən var
Sumqayıtda ikimərtəbəli evdə yanğın olub, tüstüdən zəhərlənən var. Axar.az xəbər verir ki, Sumqayıt şəhər "Qurd dərəsi" yaşayış massivində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 11 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin səbəbi araşdırılır.
2023-12-11
812,586
Türk ordusundan PKK-ya ağır zərbə: çox sayda terrorçu...
Bu gün İraqın şimalında PKK-ya qarşı hava əməliyyatı keçirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, terrorçulara məxsus 13 hədəf məhv edilib və çox sayda yaraqlı zərərsizləşdirilib.
2023-12-12
812,587
Moravetskiyə etimadsızlıq: Tusk baş nazir oldu
2023.12.11 - 21:10 Polşa parlamentinin aşağı palatasının deputatları Baş nazir Mateuş Moravetskinin hökumətinə etimadsızlıq göstərib. Axar.az xəbər verir ki, keçirilən səsvermədə etimad votumunun lehinə 190, əleyhinə isə 266 deputat səs verib. Moravetskinin kabineti etimad votumu ala bilmədikdən sonra yeni baş nazirin və onun kabinetinin üzvlərinin seçilməsi təşəbbüsü Seymə keçir. Artıq birləşmiş müxalifət ən böyük müxalifət birliyi olan Vətəndaş Koalisiyasının lideri Donald Tusku hökumət başçısı vəzifəsinə namizəd kimi irəli sürüb. *** Polşa Seymi Donald Tuskun ölkənin Baş naziri postuna namizədliyini dəstəkləyib. Məlumata görə, onun lehinə 248 deputat, əleyhinə 201 deputat səs verib. Qeyd edək ki, Donald Tusk 2007-2014-cü illərdə Polşanın Baş naziri olub.
2023-12-11
812,591
ABŞ ilin sonuna kimi Ukraynaya yardımı elan edəcək
ABŞ ilin sonuna qədər Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir. Axar.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. "Mən gözləyirəm ki, bu ayın sonuna qədər əlavə təhlükəsizlik yardımı elanını eşidəcəksiniz", - C.Kirbi qeyd edib.
2023-12-11
812,594
“Bakı-İrəvan sülhü” üçün mübarizə gedir - Badalyan
O bəyanatlar situativ xarakteri daşıyır: yəni Azərbaycan hansı, Ermənistan hansı sözləri işlədir? Həmin ritorika faktlara və situasiyaya görə dəyişə bilər, əsas problem odur ki, bu gün həqiqətən sülhü təmin edən müqavilənin imzalanması üçün mühit yoxdur. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Akop Badalyan Ermənistan TŞ katibi Armen Qriqoryanın dekabrın sonuna qədər sülh sazişinin imzalanmasının mümkünlüyü barədə sözlərini şərh edərkən deyib. O bildirib ki, dekabrın sonuna qədər bəlkə də hansısa sənəd imzalana bilər: “Amma onun adı niyyət sazişi və ya memorandum, bəyannamə olacaq. İstənilən sənəd imzalana bilər, baxmayaraq ki, mən bu ehtimalı çox aşağı hesab edirəm, amma bu, sülh demək olmayacaq. Və nəinki hər iki tərəfin, ilk növbədə Qafqazda nüfuz uğrunda mübarizə aparan güc mərkəzlərinin fərqli mövqelərini nəzərə alaraq, yaxın gələcəkdə tam saziş imzalamağı təsəvvür etmək mənim üçün çox çətindir. Bütövlükdə bu güclərin hamısı Azərbaycanla Ermənistan arasında sülh istəyir, amma hamı sülhün öz ideyalarına, strategiyasına uyğun olmasına çalışır. Mübarizə də burada davam edir. O mübarizə ümumən dünya miqyasında gedən mübarizə ilə birbaşa bağlıdır və bu şəraitdə Ermənistanla Azərbaycan arasında balanslaşdırılmış sülh müqaviləsinin imzalanmasına nail olmaq çətindir”.
2023-12-11
812,595
Stoltenberq Səudiyyə Ərəbistanına gedir
NATO Baş katibi Yens Stoltenberq Səudiyyə Ərəbistanına səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə NATO-dan məlumat verilib. Məlumata görə, səfər 12-13 dekabr tarixlərində baş tutacaq. Səfərin məqsədi barədə məlumat verilməyib.
2023-12-11
812,596
Mirzoyan Bakı ilə bağlı Kolonnanı məlumatlandırdı
Ermənistan və Fransa xarici işlər nazirləri Ararat Mirzoyan və Ketrin Kolonna arasında dekabrın 11-də Brüsseldə görüş baş tutub. Axar.az xəbər verir ki, Ermənistan XİN tərəflərin ikitərəfli münasibətləri, təhlükəsizlik məsələlərini və Cənubi Qafqazda mövcud çağırışları müzakirə etdikləri haqda məlumat yayıb. Mirzoyan fransalı həmkarına Ermənistan-Azərbaycan prosesində baş verən son hadisələr barədə məlumat verib.
2023-12-11
812,598
AB Ermənistandakı “missiya” heyətini 50% artırdı
AB ölkələrinin xarici işlər nazirləri AB-nin Ermənistandakı “mülki missiyası”ın üzvlərinin sayını 50% - 138 nəfərdən 209 nəfərə qədər artırmaq qərarı erib. Axar.az xəbər verir ki, bu barədə AB xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell AB xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib. “Bu gün AB Şurası yerdəki mövcudluğumuzu 138-dən 209-a çatdırmaqla Ermənistandakı mülki missiyamızı gücləndirmək qərarına gəlib. Bu, missiyanın sayının mühüm artımıdır və Ermənistanın Azərbaycanla beynəlxalq sərhədinin sabitliyini gücləndirmək üçün bir yoldur”, - Borrel deyib.
2023-12-11
812,600
Ermənistanla sülhü dəstəkləyirəm - Labib
Azərbaycanlı həmkarımla danışmaqdan məmnunam. Belçika Ermənistanla sülh və hərtərəfli nizamlanma səylərini qətiyyətlə dəstəkləyir, regionda sabitliyə töhfə verir. Axar.az xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Xədicə Labib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə X hesabındakı paylaşımında bildirib. Görüşdə, həmçinin AB-Azərbaycan münasibətləri və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə edilib.
2023-12-11
812,605
Məsciddə silahlar, qumbaralar aşkarlandı - İsrail
Qəzza zolağının Cəbaliyə şəhəri yaxınlığındakı məsciddə RPG təlimi obyekti və çoxsaylı silah-sursat aşkar edilib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Qeyd olunub ki, məscidin içərisində müxtəlif silahlar, o cümlədən tüfəng, qumbaralar, patronlar aşkarlanıb. Bəzi silahlar BMT-nin fələstinli qaçqınlara yardım etdiyi çantaların içərisində olub.
2023-12-11
812,607
Prezidentin Heydər Əliyevlə bağlı paylaşımı - Foto
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Axar.az paylaşımı təqdim edir:
2023-12-11
812,609
Ukrayna ordusu döyüşə girmir, PUA-lardan istifadə edir
Ukrayna hərbçiləri Donbasda cəbhənin Baxmut sektorunda Rusiya hərbçiləri ilə birbaşa toqquşmalardan yayınırlar. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Cənub Qüvvələr Qrupunun Şimal-V briqadasından bildirilib. Qeyd olunub ki, ən böyük təhlükə PUA-lardır: "Onlar birbaşa atışma döyüşünə girmirlər, dronlar vasitəsilə hücumları davam etdirirlər".
2023-12-11
812,613
Putinlə danışmaq? Aldada bilmərəm... - Zelenski
Putinin söylədiyi heç bir şey doğru deyil. O, Ukrayna xalqına maraqlı deyil. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparıb-aparmayacağı barədə danışarkən deyib. "İnsanları aldada bilmərəm. Həm də kiminlə? Sözünün heç bir dəyəri olmayan insanla…” - Zelenski qeyd edib.
2023-12-11
812,615
Bayramov yunanıstanlı həmkarı ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yunanıstanlı həmkarı Giorgos Gerapetritislə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında paylaşım edib. Baş diplomatlar Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində bir araya gəliblər. Tərəflər iqtisadiyyat, enerji təhlükəsizliyi və regional vəziyyətdə əməkdaşlığa dair qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
2023-12-11
812,619
Rusiya ilə müharibə ola bilər - Rjeka
Rusiya görməlidir ki, özümüzü müdafiə etmək qabiliyyətimiz və iradəmiz var. Rusiya həqiqətən münaqişəyə girməyin mənasız olduğunu görməlidir. Axar.az xəbər verir ki, bu açıqlama ilə Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karel Rjeka çıxış edib. "Rusiya ilə gərginliyin artması nəticəsində münaqişə ola bilər, lakin heç kim bunu istəmir", - Rjeka söyləyib.
2023-12-11
812,621
Lavrov Abdullahianla danışdı
Rusiya xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirlər ikitərəfli münasibətlərlə yanaşı, Qəzza zolağındakı vəziyyəti də müzakirə ediblər.
2023-12-11
812,622
Mixalko COP29-a görə Azərbaycanı təbrik etdi
Dünya üçün çox vacib olan iqlim dəyişikliyi ilə bağlı əsas BMT qlobal forumu - COP29-un ev sahibi kimi Azərbaycanı təbrik edirəm. Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko X hesabındakı paylaşımında bildirib. O, forumla bağlı Azərbaycana uğurlar arzulayıb.
2023-12-11
812,623
HƏMAS çöküşün bir addımlığındadır - İsrail
HƏMAS Qəzzada çöküşün astanasındadır. Axar.az xəbər verir ki, bu sözləri İsrail müdafiə naziri Yoav Qallant deyib. “Biz HƏMAS-ın Cəbaliyə və Şucayidə son dayaqlarını dağıdırıq. Onlar məhv olmaq üzrədir”, - nazir bildirib. Qallant əlavə edib ki, İsrail konflikt zonasında dönüş nöqtəsinə yaxınlaşır.
2023-12-11
812,627
Çavuşoğlu və Ərsoy təltif edildi
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaranmasının 30-cu ildönümü münasibətilə Ankarada yubiley ziyafəti təşkil edilib. Axar.az-ın Report-a istinadən məlumatına görə, TÜRKSOY rəhbəri, qırğız yazıçısı Sultan Raev Ankarada “Mariot otel”də keçirilən tədbirdə çıxış edərək bildirib ki, türk xalqlarının mədəniyyət, incəsənət və mənəvi dəyərlərinin yaşadılmasında, təbliğində və gələcək nəsillərə ötürülməsində qurumun əvəzsiz xidmətləri var. Yubiley münasibəti ilə türk dünyasında müxtəlif bayram tədbirləri təşkil olunduğunu xatırladan TÜRKSOY rəhbəri bu çərçivədə quruma töhfələr verən siyasilərə, elm və mədəniyyət adamlarına təşəkkür əlaməti olaraq medallar təsis edildiyini deyib. Tədbirdə türkdilli xalqlar, o cümlədən Azərbaycana aid mahnı və rəqslər ifa edilib. TÜRKSOY-un yubileyində aktiv fəaliyyət göstərən siyasət, elm, mədəniyyət, qurum və təşkilatların nümayəndələrinə şərəf nişanı və mükafatlar təqdim edilib. Şərəf nişanı alanlar arasında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy və Türkiyənin keçmiş xarici işlər naziri, Antalyadan olan millət vəkili Mövlud Çavuşoğlu da var.
2023-12-11
812,630
Odessada bu gün də partlayışlar baş verdi
Ukraynanın Odessa vilayətinin cənubundan növbəti dəfə partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Partlayışlarla bağlı əlavə məlumat verilmir. Hazırda Vinnitsa, Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa və Çerkass vilayətlərində hava həyəcanı siqnalı elan edilib.
2023-12-11
812,631
Tacikistanla sərhəd məsələsi yaza qədər həll olunacaq
Tacikistanla sərhəd məsələsi yaza qədər həll olunacaq. Axar.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib. "Yeni ilə qədər danışıqları yekunlaşdırmaq planlaşdırılırdı, ancaq işlər uzandı", - S.Japarov qeyd edib.
2023-12-12
812,634
Pişəvərini “satqın”, Milli Hökuməti “xəyanət” sayanlar…
İran həbsxanasında saxlanılan siyasi məhbus Yürüş Mehrəlibəyli 21 Azər (12 dekabr) Hərəkatının ildönümü ilə bağlı müraciət yayıb. Kult.az həmin müraciəti təqdim edir: Fars və mərkəzçi cərəyanlar hələ də Azərbaycan Milli Hökumətinin qurulmasını vətənə xəyanət nümunəsi, hakim Pişəvərini isə satqın hesab edir, çıxarılan hökmü nağara və sirenlərlə xalq arasında hayqırırlar: kitablarda, jurnallarda, qəzetlərdə yazılır və məktəblərdə şagirdlərə çatdırılır. Onların nöqteyi-nəzərindən, Pişəvəri azadlıqsevər fəaliyyətinə görə 10 ilə yaxın Rza şah diktatorunun həbsxanasında həbsdə olsa da, Azərbaycan xalqı onu öz nümayəndəsi seçsə də, satqındır. Baxmayaraq ki, o Rza şah hökumətinin 20 ili qədər bir il ərzində Azərbaycanın inkişaf yolunda xidmətlər göstərib. Bu fəaliyyətləri isə görməzdən gəlirlər. Nəhayət, Pişəvəri azadlıq yolunda və düşüncəsində müqavimət və fədakarlıq göstərir, xaincəsinə öldürülür… Onların fikrincə, Cəfər Pişəvərinin ən böyük günahı, əvvəlcə, Azərbaycanı İrandan ayırıb, sonra isə Azərbaycanın muxtariyyətinə razılıq verməsi olub. Sovet İttifaqından kömək almaq, bəzən, Cəfər Pişəhvərinin cinayəti kimi təqdim edilir. Pişəvərini Sovet İttifaqından himayə istəməkdə günahlandıranlar Məhəmməd Rza şahı heç vaxt Amerikadan yardım almaqda və ya Azərbaycan Milli Hökumətini dağıtmaq məqsədi ilə Sovet İttifaqına şərait yaratmaqda günahkar saymırlar. Hazırda onlardan bəziləri İranın Suriyada Rusiya ilə əməkdaşlığını fəxrlə dilə gətirirlər. Onların fikrincə, əsas günah, sadəcə, İrandan ayrılmaq istəyidir. Həmin kəslər Azərbaycan Milli Hökumətinin qurulmasını vətənə xəyanət kimi qiymətləndirirlər. Lakin bu halda mərkəzçiliyi diktə edən sağçı və solçu şovinizmdir. Onlar üçün fərqi yoxdur ki, Azərbaycanda Milli Hökumət dövründə fermerlərin, fəhlələrin mənafeyi naminə hansı addımlar atılıb. Ya da Azərbaycanın Demokratik Firqəsi dövründə digər hərəkətlərin təsviri, o cümlədən, ana dilində məktəblərin yaradılması, ölkədə ilk dəfə qadınlara səsvermə və namizədlik hüququnun verilməsi onların Azərbaycan Milli Hökuməti haqqında mühakimələrinə heç bir təsir göstərmir. Çünki Azərbaycan Milli Hökumətinin qurulması İranın inteqrasiyasının sona çatması və Azərbaycanda fars dilinin rəsmi statusunun itirilməsi demək idi. Bundan əlavə, Milli Hökumətə malik olan azərbaycanlılar İrandan müstəqil siyasi kimliyə və tanınmağa nail olacaqdılar. Onların nöqteyi-nəzərindən bir ölkədə xüsusi bir millətə qarşı nə qədər ayrı-seçkiliyin tətbiq olunmasının, məhkum edilmiş millətin hakim millət tərəfindən nə qədər alçaldılmasının, elementar hüquqlarından məhrum edilməsinin və ya kimliyinin təhlükəyə atılmasının heç bir əhəmiyyəti yoxdur. Heç bir etiraz olmamalıdır: İranın bütövlüyünü qorumaq üçün rejimin zülm və ayrı-seçkiliyini davam etdirməsinə itaət etməlidirlər.
2023-12-12
812,635
Kulebaya dedim ki, bu taktiki məsələ deyil, tarixidir
Ukraynanın AB-yə daxil olması məsələsi işlənib hazırlanmayıb, halbuki bu, taktiki deyil, tarixi məsələdir. Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşü barədə danışarkən deyib. O bildirib ki, Kuleba ilə iki ilə yaxındır görüşmürdü və iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün bir araya gəliblər: "İndi yenidən görüşəndən sonra əlbəttə ki, Ukraynanın Avropaya inteqrasiya ambisiyaları haqqında danışdıq". Onun sözlərinə görə, Ukraynanın AB-yə daxil olması ilə bağlı danışıqlara başlamaq təklifi hazırlanmayıb və Avropa Komissiyasının Ukraynanın AB-yə üzvlüyünün bütün cəmiyyətə necə təsir edəcəyi barədə heç bir təsəvvürü yoxdur: "Avropa Komissiyası Ukraynanın üzvlüklə bağlı danışıqlar aparacağına zəmanət verəcək hazırlıq işləri görməyib". Qeyd edək ki, ötən gün Siyarto ilə Kuleba arasında görüş keçirilib.
2023-12-12
812,636
İordaniyadan İsrailə xəbərdarlıq: Bizə zərər verib...
Fələstin problemi İordaniyaya zərər verilərək həll edilə bilməz. Axar.az xəbər verir ki, bu sözləri İordaniya kralı II Abdullah ibn əl-Hüseyn hərbçilərlə görüşündə deyib. “İordaniya özünə inamı, ordusu və hüquq-mühafizə sistemi ilə güclü ölkədir. Müharibənin ilk günlərindən zorla köçürülmə aparılmasına qarşı çıxdıq və bunu Fələstin məsələsinin ləğvi anlamına gəldiyi üçün qırmızı xətt olaraq qəbul etdik”, - deyə kral bildirib O, ölkəsinin Fələstin xalqının yanında olduğunu və humanitar yardımların yetərli miqdarda və fasiləsiz olaraq çatdırılmasının vacibliyini vurğulayıb.
2023-12-12
812,637
Heydər Əliyevin vəfatından 20 il ötür
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür. Axar.az xəbər verir ki, H.Əliyevin vəfatından 20 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. Həmin il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib. Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub. O, Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb. Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb. 20 yanvar 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilib. 13 aprel 1999-cu ildə Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülüb. 27 mart 1997-ci ildə isə Kiyevdə H.Əliyevə Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilib.
2023-12-12
812,641
İtaliyadan Ukrayna açıqlaması: Dünya yorulub, amma...
Ukraynanı dəstəkləməyə davam etməliyik. Axar.az xəbər verir ki, bu sözləri İtaliya Baş naziri Corciya Meloni deyib. “İctimaiyyətdəki yorğunluğun fərqindəyəm. Amma geri addım atmaq yanlış olar. Bu münaqişənin həllinin əsas yolu Ukraynanın rəqabətədavamlı olmasına imkan verməkdir. Ukraynanın müqaviməti bizi müharibədən uzaqda saxlayır. Yəni, dəstəyi davam etdirmək doğru addımdır. Çünki beynəlxalq hüquq qaydalarının kobud şəkildə pozulmasına göz yumsaq, böhran ssenariləri çoxalacaq”, - deyə Meloni bildirib.
2023-12-12
812,642
Bakıda məşhur restoranların Yeni il qiymətləri
Kult.az Yeni il gecəsi ilə bağlı Bakı restoranlarının bəzilərinin qiymətlərini təqdim edir: “Lido” restoranı - 31 dekabr üçün şou proqram, atəşfəşanlıq daxil olmaqla, menyu masadan asılı olaraq 100-200 manat arası dəyişir. “Cilantro” restoranında (“Hilton” otelin birinci mərtəbəsi) açıq bufet olacaq. Alkoqollu içkilər xaric 1 nəfər üçün menyu 179 manat təşkil edir. Alkoqollu içki istəyən müştərilər üçün isə əlava olaraq 49, 59 və 69 manatlıq paket təklif edilir. Proqrama Yeni il şousu, işıq şousu, canlı musiqi və dicey daxildir. “By Niyam Salami” restorantında qiymətlər şou proqram daxil olmaqla, 150-250 manat aralığındadır. “Anadolu” restoranında 35 manat depozit qoyulduqdan sonra müştərinin seçiminə görə qiymətlər dəyişir. 31 dekabr axşamı 21:30-dan başlayan canlı musiqi gecə saat 2-yə qədər davam edəcək. “Teleqüllə” restoranında yuxarı mərtəbədə - pencərə kənarında 2 nəfərə 400 manat ödəməklə Yeni ili qeyd edə bilərsiniz. “Niaqara” restoranında da qiymət oxşardır: şou proqram da daxil olmaqla, bir nəfərlik menyu 200 manata başa gəlir.
2023-12-12
812,643
Sən öz halınla sahibinin ayaqqabısısan...
Günəşin altında kölgəsiz adam... (I yazı) Ən böyük problemlərimiz hər gün iyrənc bir həyasızlıqla törəyib artan və dondan-dona girən saxtakarlıqların rəngbərəng fonunda yaşanır. Arada məsuliyyəti var gücü ilə çiynimizə yükləyən və bənzərsiz bir “fədakarlıqla” bütün zamanların kürəyini yerə vuran daha betər, daha ciddi məqam da yer alıb. Onun əsas vəzifəsi (və uğuru) öz varlığını sanki “ayaqları” amputasiya olunmuş indimizlə obrazlaşdırmaqdı!.. Zamanın amansız sükutu öz mühafizəkar təbiəti və iradəsi ilə adam(lar)ı susmağa və boğulduğu yerdə donub qalmağa vadar edən qocaman bataqlığı xatırladır. Ətrafında tikanlı sərhəd məftilləri kimi dəstəkçi paralellər! Ləpə-ləpə! Dalğa-dalğa!.. Görəsən, bir-birinin başından basa-basa üstümüzə şığıyan azman dalğalar həyatımıza hansı sürprizlərlə toxunacaq!? Və öz təması ilə varlığımızı yoxluğumuzdan ayıran sərhəddi necə cızacaq!? İllah da mərhəmətli insanlarla bağlı şübhələrimizin gündən-günə artdığı vaxtda. Maraqlıdı, nə əcəb ilahi bir gücün – xilaskar əlin varlığına inamımızı hələ itirməmişik!? Real görünməsə də! Görünən – çətin vəziyyətlərdə ehtimalların ən etibarlı ümid yeri, istinad nöqdəsinə çevrilməsi, həyatımızın adiləşmiş həqiqətidi. Təəccüb doğurmur. Biz qat-qat ağırını – təəccüb hissimizi itirmişik!.. İndilərdə isə söz subliminal mesajların şüuraltında ustalıqla formalaşdırdığı və inandırdığı təsəvvürlərindi: yaşamaq istəyirsənsə, sakit dur! Yerindən tərpənmə! Yoxsa acgöz bataqlıq tükənməyən iştahası ilə hər tərpənişində səni bir az da öz içinə çəkəcək, səni bir az da udacaq, bir az da yiyəcək. Yiyənə çevriləcək... Həyat həqiqətlərimizin qalib görkəmi surəti çıxarılmış saxta şəkillərlə doludu. Möhürü vurulmamış! Öz yolu ilə getməyən adamların heç biri öz ömrünü yaşamır. Kim(lər)isə yamsılayır mütləq. ÖZünü, öz varlığını alçaldan, aşağılayan və başqalarının həyatında tapanlar üçün təqdimatımızda cəmi bircə şəkil var ancaq: Günəşin altında kölgəsiz adam – daha güclülərin təsiri və əsarəti altına düşən (qul). Sən öz halınla sahibinin ayağındakı ayaqqabısı, əynindəki köynəyi qədərsən – ürəyi istədiyi anda çıxarıb atdığı, dəyişə bildiyi... Deyəsən, qul sözünün arxaikləşməsinə sevinməkdə tələsmişik bir az axı. Axı kölgəsiz adamın gözə görünməməsi özü kimi, daşıyıcısı olduğu mənanı da unutdurmur, əksinə, ona yeni rəng qatır, yeni güc verir. Və daha böyük əsarətin, daha böyük faciənin mənbəyinə – əksəriyyətin rahatlıqla barışdığı nümunəyə çevrilir. Kütlə – ixtiyar sahibi deyil; asan yolların yaşatdığı tıxac kimidi; o, yolu seçmir; yol onu seçir!.. Amma yenə də gözlərimizi aldadan görüntülərdə dünya hər birimizin təsəvvüründə canlandırdığı, inandığı və gördüyü boydadı. Min illərdi əsl həyatın, yaşam tərzinin məsxərəyə qoyulduğu, təhqir olunduğu məkan da daha öz işini köhnə gedişlərin tozunu silməklə bitirir. Və boyat həqiqətlərini gizlətməyə ehtiyac duymur. Cəsarətlidir. Hələ bizim eramızdan əvvəl Sokratı Roma təlxəyi adlandıran Aristofan kimi... Biz gerçəyimizin dustağıyıq! Məhbəs həyatı yaşayırıq!.. Hər gün daha da uzanan boyu ilə həbsxana divarlarını kölgədə qoyan hasarlarımızın, pəncərələrimizdəki dəmir barmaqcıqlarımızın arxasında – özəl təcridxanamızda!.. Burada nə varsa, hamısı fərdi yaradıcılığımızın məhsuludu, hamısı özümüzə məxsusdu: kameralarımız, qandallarımız, qıfıllarımız! Hətta son qərarımız da! Kənardan qeyri-adi və inanılmaz görünə bilər, amma çıxardığımız hökmün üzərində də öz imzamız, öz möhürümüz dayanır: həbs müddətimiz – ömürlük!.. Nadir hallarda içərilərdən qulağımıza güllə səsləri də çırpılır: ömürlük həbs ölüm cəzası ilə əvəzlənir. Hökm(ümüz) dəyişir, amma həyat(ımız) dəyişmir. Çünki hər iki yolun apardığı tək ünvan var ancaq – məzar! Məzar – ölümün ən bəsit şəklidi; hamının gördüyü, yaxud heç kimin görməyə bilmədiyi! İstəməsən də görəcəksən!.. Az qala hər gün rastlaşdığımız qəbirlər kimi, bütün donuq səhnələri bir-birinə ciddi qohumluq əlaqələri bağlayır. Məsələn, durğun suların müqavimətsiz xarakteri və ətaləti ilə zaman-zaman öz tərkibini dəyişməsi və özündən çox bataqlığa bənzəməsi, bizim fikrimizcə, adi təbiət hadisisədi. Amma suyun hərəkətsiz, tənbəl elementlərinin itirilmiş özünümüdafiə instinkti, əslində, yad canlıların doğulması, qidalanması və törəyib artmasına xidmət edir. Və onu qısa müddətdə hətta heyvanların yaxın durmadığı ağır kütləyə – ölü suya çevirir... Çaylar, göllər, dənizlər və okeanlar kimi bataqlıqların da mövcudluğu faydasız deyil, yəqin, həyatı qorumaq üçündü. Amma bütün allotropik şəkildəyişmələrin özəyində təslimçilik prinsipi dayanır – bərkimiş ənənəsi, ideologiyası və düşüncəni dəyişmə bacarığı ilə. Kənar təsirlərin artan təpkisi, kainatı diz çökdürmək, itaət altına almaq, idarə etmək niyyəti mağara təfəkküründən gəlir. Dünyanın özü qədər qoca yolçudu. Qırx qazanda qaynayıb. Amma hələ də kəfi alınmayıb... Bəşər övladının qılınc kimi iti nəfsi indi yaranandan çox, Yaradana qarşı gizli səlib yürüşüdü; köhnə(lməyən) ssenarisi ilə dünyaya meydan oxusa da, təbiət öz qanunlarını dəyişmir. Təbiət özünü dəyişir. Buzlaqların əriməsi, torpaq sürüşməsi, qabarmalar, bir sözlə, heç nə onun iradəsindən kənarda baş vermir. Ən əsası – fəsillərin karvanabənzər harmoniyasında insana fərqliliyin gözəlliyini və özəlliyini anladan həzin bir könüllülük, ilahi bir itaət... Təbiət anlaşılan dili, sadə məntiqi ilə müdrik müəllimdi – hər il həyatımızın içindən adlaya-adlaya qiyafəsini dəyişir! Həm qiyafəsini, həm də qafiyəsini!.. Qarşılığında adamların dar qəfəsdə – nəfsdə lövbər salması sırf həyat hadisəsidi. Daha çox psixologiyaya, məntiqə və düşüncə tərzinə söykənir. Bəsit baxış bucağı, hədəfsiz ömür, fərqliliklərin gözdən itənədək xırdalanması, ara-sıra könülsüz və yuvarlaq fərdi təsəbbüslərin miskin məğlubiyyəti iç və dış dünyamızdan gələn mesajlardı. Təbiətə aid deyil. İnsan təbiətinə aiddi! Biz ÖZümüzdən xeyli uzaqda – həyatımızın ucqarlarındayıq!.. Dayandığımız yer dünyaya niyə gəldiyindən bixəbər adamların yaşadığı qorxulu küçəyə bənzəyir. Sərt ritorikam içindən adladığımız zülmət qaranlıqda hər an qarşılaşa biləcəyimiz ölüm təhlükəsinin diktəsidi. Biz qorxularımızı gizlədirik! Qorxularımız da bizi!.. Adi bir kənd mollası tanıyırdım, cin kimi idi. Amma üst-başından cin hürkürdü. Yaşayışı ilə maraqlananlara həmişə içindən gülə-gülə eyni cavabı verərdi: “Allah camaatımıza bərəkət versin!..” Onun kəskin və ciddi ironiyası yeriyə-yeriyə, eşidə-eşidə, görə-görə, düşünə-düşünə ölən adamlarla dolu idi: qarşısına çıxan hər kəsi potensial müştərisi kimi görərdi. Görüntülərini tamamlayan məqamlardan – nə qədər böyük şans sahibi olmasından aldığı həzzi isə gizlətməzdi. Axı adamlar da ona yas mağarından asılmış şəkillərdən baxardılar... Axı adamların sayı da qəbir daşlarının sayından min dəfələrlə çoxdu! Lap çox! Ölü adamların!.. Mollanın təqdimatında ikiüzlü dünyamızın ancaq bir üzü görünürdü: yerin üstündəki yaşantılarımızın yerin altına etapı! Bizim qəbiristanlığımızda da təcridxana ab-havası yaşanır. Biz ölülərimizi də dəmir hasarlarla bir-birindən ayırırıq, təcrid edirik. Qüsurlarımızın kərpic kimi üst-üstə qalaqlanmasından və dirçəlişində müəmmalı Misir ehramlarına bənzər gizli möcüzəsindən xəbərsizik! Görmədiyimiz – onların öz statusunu nəzərə çarpmadan, asta-asta dəyişməsi və sərt problemə çevrilməsidi. Dinamikasında ağır xroniki potologiya – toyuq korluğu! Klassik tragik fenomeni – Zamanın (və Sözün) insan üzərindəki hakimiyyətini haqq etdiyi mövqeyə – taxta çıxaran! Və bütün ipuclarını mürəkkəb koordinatları ilə alınmaz qalaya çevrilmiş zirvəyə daşıyan. Orada – ayaq izlərinə tamarzı torpaqlarda, yabanı kol-kosun arasında zəhərli ilanlar kimi uyuyan təhlükəli cığırlar var. Mədəniyyətə və mənəviyyata aparan cığırlar! Hər qarışında ölüm! Hər addımında həyat!.. O cığırların izinə düşənlər ÖZündən keçənlərdi! Yaşadıqlarını düşünməyənlər! Düşündüklərini yaşayanlar! İmtina mədəniyyətinin daşıyıcıları! Xüsusitəyinatlılarımız!.. Şuşanı – mədəniyyət və mənəviyyat paytaxtımızı fəth edənlər kimi. Hasarsız həyətlərdə, çiy kərpicdən hörülmüş alçaq-ufacıq daxmalarda böyüyənlərimiz! Dünənədək biz müəllimlərinin məktəb dərsi keçdiyimiz balaca uşaqlar bu gün bizim hamımıza böyük həyat dərsi keçdilər: Fəthin kütləyə dəxli yoxdu! İnsan dünyadan böyükdü! Özünü dərk etməyincə, dünyanı da dərk etməz!.. İnsan dünyadan güclüdü! Özünü tərk etməyincə, dünyanı da tərk etməz!..
2023-12-12
812,645
Ukraynaya Rusiyaya qarşı ordu qurmağa kömək edəcəyik
ABŞ Ukraynaya döyüş meydanında uğur qazanmağa və qarşıdakı illərdə Rusiyanı çəkindirə biləcək ordu qurmağa kömək etməyə sadiqdir. Axar.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin deyib. “Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə biz Ukraynaya öz döyüş qabiliyyətini möhkəmləndirmək və genişləndirməkdə, qarşıdakı illərdə Rusiyanın təcavüzünə qarşı mübarizə apara biləcək gələcək güc yaratmaqda kömək etməyə sadiqik”, - Ostin bildirib.
2023-12-12
812,647
Girovlarla bağlı yeni saziş imzalana bilər - İsrail
Qəzzada girovların azad edilməsi ilə bağlı yeni razılaşmanı nəzərdən keçirə bilərik. Axar.az xəbər verir ki, bu sözləri İsrail müdafiə naziri Yoav Qallant deyib. “Girovlarla bağlı yeni razılaşmalar barədə təkliflər olacaq”, - deyə nazir bildirib. Qeyd edək ki, bundan öncə İsrail və HƏMAS arasında humanitar razılaşmaya əsasən qarşılıqlı olaraq girovların bir hissəsi azad edilmişdi.
2023-12-12
812,648
Sülh sazişinin 70%-i razılaşdırılıb: bəs, 30%-də nələr var?
Sülh müqaviləsinin imzalanmasının qarşısında həllini gözləyən iki problem var: birincisi, Qazaxın 7, Naxçıvanın 1 kəndinin qaytarılmasıdır. Azərbaycan ekslavlarını tələb edir, ancaq prosesi uzatmaq üçün Paşinyan 4, Alen Simonyan isə 31 kəndin “işğal” altında olmasından danışır. Qərb isə bunun delimitasiya və demarkasiya mərhələsinə salınmasını istəyir. İkinci əsas problem isə delimitasiya və demarkasiyanın hansı xəritələrlə həyata keçirilməsidir. Bu sözləri Axar.az-a Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sülh müqaviləsinin 70 faizinin razılaşdırıldığı haqqında açıqlaması barədə danışan siyasi şərhçi Turab Rzayev deyib. Ekspert Azərbaycanın 8 kəndin qaytarılması bağlı konkret yol xəritəsi tələb etdiyini bildirib: “Sülh müqaviləsinin imzalanmasının bloklanmaması üçün bəhs etdiyimiz məsələlərin sonrakı mərhələyə salınması mümkün ehtimallar arasındadır. Dövlətimiz isə burda Ermənistana qarşı iki tələb irəli sürür: məsələ ya indi həll edilməlidir, yaxud sonrakı mərhələdə Azərbaycanın xeyrinə həll olunacağına dair müsbət addım atılmalıdır. Bakı Rusiyanın xahişindən sonra 8 kənd məsələsinin 10 noyabr Üçtərəfli bəyanatdan çıxarıldığını və növbəti mərhələyə saxlanıldığına eyham vurmuşdu. Biz müharibə istəmirik. Ancaq dövlətimiz Ermənistanın sülh müqaviləsindən sonra kəndləri qaytarmaqdan boyun qaçırması ehtimalına qarşı konkret və ciddi söz, əməl tələb edir. Yəni bununla bağlı mexanizmlərin təsbit olunduğu yol xəritəsi olmalıdır. Digər tərəfdən, vasitəçilər də delimitasiya zamanı problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına təminat verməlidirlər. Yoxsa bu problemin həlli onillərlə uzana bilər”.
2023-12-12
812,651
AB ölkələri Rusiyaya qarşı razılaşa bilmədi
Avropa Birliyi ölkələri Rusiyaya neft tankerlərinin satışına qoyulan qadağadan imtina ediblər. Axar.az xəbər verir ki, bu barədə "Röyters" mənbələrə istinadən məlumat yayıb. “Komissiya əvvəlcə köhnə tankerlərin Rusiya qurumlarına satışını və ya onların Rusiyada istifadəsini, həmçinin neft qiymətlərinə qoyulan məhdudiyyətlərdən yan keçmək üçün tankerlərdən istifadə edə bilən qurumları qadağan etmək istəyirdi, lakin bu şərtdən imtina edildi", - mənbə bildirib. Qeyd olunur ki, aktiv gəmiçilik şirkətləri olan Aralıq dənizi ölkələri belə bir addımın onları əlverişsiz vəziyyətə sala biləcəyindən narahat olduqlarını bildiriblər.
2023-12-12
812,653
AB deputatlarından ABŞ-a Ukrayna ilə bağlı məktub...
Avropanın yüzdən çox aparıcı deputatı ABŞ konqresmenlərini Ukraynaya əlavə maliyyə ayrılmasına çağıran birgə məktub hazırlayıb. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, açıq məktub ən azı 17 AB ölkəsinin deputatları tərəfindən imzalanıb. Məktubun hazırlanmasının təşəbbüskarı Fransa Prezidenti Emmanuel Makronun partiyasından olan deputat Benjamin Haddaddır.
2023-12-12
812,655
Bayramov Borrellə Qafqazdan danışdı
11 dekabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/AB Komissiyasının vitse-prezidenti Jozep Borrell ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı "Şərq Tərəfdaşlığı" çərçivəsi də daxil olmaqla Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, habelə regiondakı cari vəziyyət müzakirə mövzusu olub. Görüşdə nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Son etimad quruculuğu tədbirlərinin iki ölkə arasında normallaşma prosesinə müsbət təsiri qeyd edilib. Xarici işlər naziri Ceyhun Bayramov normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi bildirilib. Buna baxmayaraq, bəzi Avropa İttifaqı rəsmiləri tərəfindən verilən qərəzli bəyanatların sözügedən prosesdə Avropa İttifaqının qərəzsiz vasitəçi roluna xələl gətirdiyini vurğulayıb. Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qonşuluq münasibətlərinin qurulmasının Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlığa aparan yeganə yol olduğunu vurğulayıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə mövzusu olub.
2023-12-12
812,656
Milli Hökumətin ildönümü: 21 Azər yaşayır!
Quzey üçün 28 Mayın əhəmiyyəti nədirsə, bizim üçün də 21 Azər (12 dekabr) bir o qədər mühümdür. Bu adın altında milliləşmə, demokratikləşmə, reformlar, insan haqları, qanunların tanınması kimi məsələlər dayanır. Bu sözləri Axar.az-a güneyli publisist, Azərbaycan Demokratik Firqəsinin beynəlxalq əlaqələr üzrə məsul şəxsi Abdullah Əmir Haşimi Cavanşir deyib. O bildirib ki, 21 Azər milli dövlətçiliyimizi yaradan, istibdada son qoyan, mərkəzləşmənin qarşısını alan, qeyri-fars millətləri İran adlanan ölkədə assimilyasiya edən bir layihəni məğlubiyyətə düçar edən bir tarixdir: “1945-ci il dekabrın 12-də Azərbaycan Demokratik Firqəsinin təşkil etdiyi qurultayda müxtəlif şəhərlərimizdən gələn 700-dən çox nümayəndə iştirak edirdi. Burada Təsisçilər Heyəti, sonra isə Milli Məclis formalaşdı. Milli Məclis milli dövlətin yaranmasına qərar verdi. Milli dövlət bir il ərzində Güney Azərbaycanda bir çox işlərə imza atdı, azərbaycanlıları dövlətçilik sahibi olmaq məqamına gətirib çıxartdı, Azərbaycanda yeni tipli dövlət quruldu. Milli təhsil, Azərbaycan türkcəsini rəsmi dövlət dili elan etmək, ordu quruculuğu kimi hədəflərinə çatdı. Ərazi islahatı keçirdi, kəndlilərlə mülkiyyətçi arasında ədalətli münasibət quruldu, fabriklər işə salındı, qadın və kişilərə bərabər hüquq verildi”. Milli Hökumətin dünyəvi ideyalarının İranda yaşayan digər xalqlar üçün də parlaq gələcək vəd etdiyini deyən güneylu publisist şah rejiminin buna mane olduğunu bildirib: “Saydığmız bu islahatların İranın başqa yerlərində də həyata keçirilməsi üçün Milli Hökumət Mərkəzi Hökumətə təkliflər verdi. Mərkəzi Hökumət məcbur oldu ki, bu işlərin İranın başqa yerlərində də həyata keçiriləcəyinə söz versin. Hətta Mərkəzi Hökumətlə Milli Hökumət arasında müqavilə bağlandı. Lakin Mərkəzi Hökumət verdiyi sözə əməl etmədi. Məhəmməd Rza şah bu müqaviləyə xəyanət etdi. Onu həyata keçirmədi və Milli Hökuməti də süquta uğratdı”. O, 21 Azər ideyasının daşıyıcılarının öz mübarizəsindən əl çəkmədiyini diqqətə çatdırıb: “Güney azərbaycanlılar “Azadlıq, Ədalət, Milli Hökumət” şüarları ilə meydanlardadır. Müxtəlif şəkillərdə, əsasən, milli mədəni formada mübarizəsini davam etdirir. Son illərdə biz bunun daha çox şahidi olmuşuq. Azərbaycanın Təbriz, Ərdəbil, Zəncan kimi iri şəhərləri öz müqəddaratını təyin etmək uğrunda mübarizənin önündədir. Onlar ana dilində danışmaq, yazmaq, assimilyasiya siyasətinə son qoymaq üçün dayanmadan mübarizə aparır. Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin talan olunmamasını tələb edirlər. Bunlar hamısı 21 Azər Hərəkatının ideallarının davamıdır”. O bildirib ki, Milli Hökumətin yaranmasının 78-ci ildönümü ilə əlaqədar dünyanın bir çox yerində yaşayan azərbaycanlılar tədbirlər keçirmək niyyətindədir: “Milli Hökumətin yaranmasının 78-ci il dönümü münasibəti ilə Avropa və Amerikanın iri şəhərlərində tədbirlər keçiriləcək. Seminar və görüşlərdə bu günün əhəmiyyəti, bizim üçün aktuallığı haqqında müzakirələr aparılacaq. Həmçinin, ADF dekabrın 11-dən 16-a kimi “Klubhaus”da (“Clubhouse”) 6 gün konfrans təşkil edib”.
2023-12-12
812,657
Ukrayna BVF-dən 900 milyon kredit alacaq
Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) 900 milyon dollar dəyərində üçüncü kredit tranşını ala biləcək. Axar.az xəbər verir ki, bu barədə BVF-nin icraçı direktorunun müavini Vladislav Raşkovan bildirib.
2023-12-12
812,658
Akopyan: 300 min azərbaycanlı Ermənistana qayıtsa... - Video
09:00 Azərbaycanlıların Ermənistana qayıtması gələcəkdə saatlı bombaya çevriləcək. Axar.az xəbər verir ki, bu fikirləri erməni mediasına erməni siyasi şərhçi Vigen Akopyan Bakının hər iki tərəfin milli azlıqları ilə bağlı sülh müqaviləsində oxşar ifadələrin olması bəyanatını şərh edərkən deyib. O, ermənilərin Qarabağa qayıtması qarşılığında azərbaycanlıların da öz yurdlarına – Qərbi Azərbaycana qayıtması tələbinə bu cür reaksiya verib: "Bu, kifayət qədər həssas məsələdir, azərbaycanlılar bu məsələdə çoxdan mövqe ortaya qoyublar. Onlar 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıları geri qaytarmağa çalışırlar. Onların sayı, müxtəlif mənbələrə görə, 300 minə çatır. Onlar çox gözəl başa düşürlər ki, bu, gələcəkdə Azərbaycanın yumşaq gücü olacaq və Ermənistanın altında salınmış minaya çevriləcək”. O iddia edib ki, fürsət yaranan anda rəsmi Bakı azərbaycanlıların hüquqlarının və ya təhlükəsizliyinin qorunmadığını bəyan edəcək və bunun əsasında həm Azərbaycan, həm də Türkiyə Ermənistan ərazisinə silahlı qüvvələr yeritmək üçün səbəb axtaracaq: “Azərbaycan Silahlı Qüvvələri Ermənistana daxil olsa, bir daha oranı tərk etməyəcək. Bu ərazilərdə “Azərbaycan Ermənistanı” olacaq, yəni “Kıbrıs-2” yaranacaq. Azərbaycan müharibədən sonra “güzgü prinsipi” tətbiq edir: Laçın varsa, Zəngəzur olmalıdır, Qarabağa ermənilər qayıdırsa, Ermənistana da azərbaycanlılar qayıtmalıdır”. Akopyan vurğulayıb ki, bəzi Qarabağ sakinləri öz evlərinə qayıtmağa hazır ola bilərlər, ancaq beynəlxalq və kifayət qədər möhkəm təminat əsasında: “Azərbaycanlı qaçqınların da çoxu geri dönəcək, lakin güc baxımından təminat almaqla”.
2023-12-12
812,659
Üç lider bir araya gəldi: Kiyevin qələbəsi mümkündür
Latviya və Litva prezidentləri Edqars Rinkeviç və Gitanas Nauseda Estoniya Prezidenti Alar Karisin dəvəti ilə ötən gün Tallinə səfər ediblər. Axar.az xəbər verir ki, keçirilən görüşdə prezidentlər Ukraynanın münaqişədə qələbəsinin mümkün olduğuna dair fikir bildiriblər, eyni zamanda qarşıdurmanın uzanacağını və buna hazırlaşmağın lazım olduğunu qeyd ediblər. Baltikyanı ölkələrin liderləri Ukraynadakı münaqişə fonunda təhlükəsizlik təhdidlərini, həmçinin Ukrayna və Moldovanın Avropa Birliyinə daxil olması perspektivlərini müzakirə ediblər.
2023-12-12
812,660
Bayramovdan Borrellə: Bu bəyanatlar AB-yə xələl gətirir
Azərbaycan və Ermənistan arasında normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səyləri Azərbaycan tərəfindən yüksək qiymətləndirilib. Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrell ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, bəzi Avropa İttifaqı rəsmiləri tərəfindən verilən qərəzli bəyanatlar sözügedən prosesdə Avropa İttifaqının qərəzsiz vasitəçi roluna xələl gətirir. Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qonşuluq münasibətlərinin qurulmasının Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlığa aparan yeganə yol olduğunu vurğulayıb.
2023-12-12
812,661
İnfarktdan qoruyan 6 qida
Ürək-damar sisteminin yaxşı işi keyfiyyətli qidadan başlayır. Bəs rasiona hansı qidalar əlavə olunmalıdır ki, infarktdan qorunaq? Axar.az Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq həkim Mixail Qinzburq əsasən damar tutan qidalardan uzaq durmağın vacibliyini vurğulayıb. “Damarların xroniki xəstəlikləri infarkt və insultun əsas səbəbidir. Ürək-damar sisteminin ömrünü uzatmaq üçün 6 qrup qidaları qəbul etmək lazımdır: - Balıq, balıq yağı – yağlı növ - Zeytun yağı, günəbaxan yağı - Paxlalılar, mərci - Qatıq, kefir, yoqurt - Tərəvəz, meyvə - Soğan, sarımsaq, sarıkök, istiot. Eləcə də ürəkdə sərbəst radikalları nar zərərsizləşdirir", - o bildirib.
2023-12-12
812,662
Xatırlayırıq, sevirik, hörmətlə anırıq - Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi İnstaqram səhifəsində paylaşım edib. Axar.az xəbər verir ki, paylaşımda deyilir: “Heydər Əliyev. Xatırlayırıq, sevirik, hörmətlə anırıq”.
2023-12-12
812,663
Heydər Əliyevin Məkkədə qəbul edilən duası – Video
Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür. Axar.az xəbər verir ki, vəfatının 20-ci ildönümündə Heydər Əliyevin 1994-cü ilin 29 iyulunda Məkkə ziyarəti zamanı müsahibəsi yenidən paylaşılıb. Heydər Əliyev Məkkə ziyarəti zamanı Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün dua edir: “Bura ən müqəddəs ziyarətgahdır və hər bir müsəlmanın arzusu olur ki, buranı ziyarət etsin. Şübhəsiz ki, hamıya bu nəsib olmur, ancaq bu gün bizə qismət olubdur. Bizim başqa arzumuz - müstəqil Azərbaycanın bu bəladan xilas olması, Azərbaycanın işğal olunmuş torpaqlarının işğaldan azad olunması, müharibəyə son qoyulması arzumuz da yerinə yetəcəkdir. Əgər Allah bizim bu arzumuzu (Məkkəni ziyarət etməyi – red.) yerinə yetirməyə imkan veribsə, demək, o arzularımızın da yerinə yetirilməsinə kömək edəcəkdir”. Qeyd edək ki, 1994-cü il Məkkə ziyarətinə İlham Əliyev atası ilə birgə gedir və onun da açıqlaması videoda əks olunub. İlham Əliyev Ağdam məscidinin qarşısında bunları deyir: “Mən xoşbəxt adamam ki, 4 dəfə Məkkə ziyarətində olmuşam – birinci dəfə rəhmətli atamla, 3 dəfə isə prezident kimi. Və etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsidir. Allahdan xahiş edirdim ki, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin. Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib və biz gücümüzü səfərbər edərək, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində bunabənzər şərəfli və qürurlu günlər olmayıb”.
2023-12-12
812,664
Neftin bu günə olan qiyməti
Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 76,36 dollara, yüngül neftin bir barreli isə 71,68 dollara təklif olunur.
2023-12-12
812,666
Ərdoğandan hakimin döyülməsinə reaksiya - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada futbol üzrə ölkə çempionatının oyunundan sonra meydanda hakimin döyülməsi hadisəsini kəskin şəkildə pisləyib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə liderinin bəyanatında yer alıb. “Ankaragücü”-“Rizespor” matçından sonra baş hakim Xəlil Ümid Melərə edilən hücumu pisləyirəm və ona tezliklə sağalmasını arzulayıram. İdman sülh və qardaşlıq deməkdir. Zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətə dözməyəcəyik”, - bəyanatda vurğulanıb. Qeyd edək ki, Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Qoca ölkə çempionatında “Rizəspor”la oyundan sonra meydana qaçaraq hakim Ümid Melerin sifətinə zərbələr endirib. Daha sonra Ankara Prokurorluğu “Ankaragücü”nün prezidenti Faruk Qocanın həbsinə order verib. Hadisə Türkiyə Futbol Federasiyasının da araşdırmasına səbəb olub. Türkiyənin aparıcı klubları “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor” və digərləri baş verən vəziyyəti pisləyib.
2023-12-12
812,670
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
09:21 Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. Axar.az xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andı, məzarı üzərinə gül dəstələri qoydu. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı, ordu quruculuğu bu dövrün əsas mahiyyətini təşkil edir. Ümummilli Liderin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli ordu yaratdı, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə əbədi ehtiramdan xəbər verir. Azərbaycan xalqı Heydər Əliyev ideologiyasına da, ideallarına da sadiqdir. Bunun davam etdirilməsi sosial çağırışdır. Məhz bu çağırışa cavab olaraq Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi. Sərəncamda da qeyd olunduğu kimi, Heydər Əliyev dönəmi Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Bu gün Azərbaycan Ümummilli Liderin müəyyənləşdirdiyi yolla inamla irəliləyir. Xalqımız Ulu Öndərin layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”. Dahi şəxsiyyətin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Üçrəngli bayrağımız yenidən bütövləşən Vətən torpağında qürurla dalğalanmağa başladı. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza bu il sentyabrın 19-da növbəti Qələbənin sevincini yaşatdı. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu. Görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmaqdadır. Ulu Öndərin yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır. Bu gün ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqgörən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında, o cümlədən Türk dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib. Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək.
2023-12-12
812,672
Bakıda avtomobil iki qadını vurdu, biri öldü
Bakıda avtomobil iki qadını vurub, biri ölüb. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Belə ki, Rauf Rüstəmov idarə etdiyi "Xəzər" markalı avtomobillə yolu keçməyə çalışan piyadalar - 1948-ci il təvəllüdlü Sara Abdulla qızı Hüseynova və Sevil Abbas qızı Fərzəliyevanı vurub. Nəticədə S.Fərzəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, Sara Hüseynova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
2023-12-12
812,673
Papikyan Cənubi Kiprə getdi
Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Kiprə gedib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Papikyanın səfəri ilə bağlı başqa təfərrüat açıqlanmayıb.
2023-12-13
812,674
ÇL: "Bavariya" və "Real"dan növbəti qələbə
2023.12.12 - 09:44 UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turuna bu gün start verilib. Axar.az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulub. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Danimarkada “Kopenhagen”in qonağı olub. İstanbul klubu növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qalib gəlməli idi, lakin məğlub olan "Qalatasaray" Çempionlar Liqası ilə vidalaşıb. Qeyd edək ki, bu qruplarda “Bavariya”, “Arsenal”, PSV, “Real”, “İnter” və “Real Sosyedad” növbəti mərhələyə vəsiqəni öncədən təmin ediblər. Çempionlar Liqası Qrup mərhələsi, VI tur 12 dekabr A qrupu 00:00. “Mançester Yunayted” (İngiltərə) 0 – 1 “Bavariya” (Almaniya) 00:00. “Kopenhagen” (Danimarka) 1 – 0 “Qalatasaray” (Türkiyə) Xal durumu: “Bavariya” – 16, “Kopenhagen” – 8, “Qalatasaray” – 5, “Mançester Yunayted” - 4. B qrupu 21:45. “Lans” (Fransa) 2 – 1 “Sevilya” (İspaniya) 21:45. PSV (Niderland) 1 – 1 “Arsenal” (İngiltərə) Xal durumu: “Arsenal” – 13, PSV – 9, “Lans” – 8, “Sevilya” - 2. C qrupu 00:00. “Napoli” (İtaliya) 2 – 0 “Braqa” (Portuqaliya) 00:00. “Union” (Berlin, Almaniya) 2 – 3 “Real” (İspaniya) Xal durumu: “Real” – 18, “Napoli” – 10, “Braqa” – 4, “Union” - 2. D qrupu 00:00. “İnter” (İtaliya) 0 – 0 “Real Sosyedad” (İspaniya) 00:00. “Zaltsburq” (Avstriya) 1 – 3 “Benfika” (Portuqaliya) Xal durumu: “Real Sosyedad” – 12, “İnter” – 12, “Benfika” - 4, “Zaltsburq” – 4.
2023-12-12
812,676
Leyla Əliyeva babasını belə andı - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar paylaşım edib. Axar.az xəbər verir ki, L.Əliyeva bu barədə rəsmi İnstaqram səhifəsində paylaşıb.
2023-12-12
812,679
Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdi
Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
2023-12-12
812,682
Ukrayna Belqorodu “Toçka-U” ilə vurdu
Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayətində Ukraynaya məxsus “Toçka-U” raketini vurub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu, noyabrdan bəri Ukraynanın Belqoroda “Toçka-U” raketi ilə ikinci hücumudur. İlk hücum zamanı Rovenki qəsəbəsində 7 ev dağılmışdı.
2023-12-12
812,685
“Qarabağ”-“Hakken” matçı bu hakimlərə tapşırıldı
Bakıda "Qarabağ" və İsveçin "Hakken" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun matçının təyinatları bəlli olub. Axar.az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşma Albaniyadan olan hakimlər briqadasına tapşırılıb. FİFA referisi Yucin Cayaya Doyando Miftari və Rejdi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion Yzeiraj yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto və Valerio Marini yer alacaq. Maltalı Alan Mario Sant hakim-inspektor olacaq. Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.
2023-12-12
812,691
Stadiona Xankəndi yazıldı - Foto
Xankəndi şəhər stadionunda təmir-bərpa işləri sürətlə davam edir. Axar.az xəbər verir ki, tribunalarda yeni oturacaqların çox hissəsi artıq quraşdırılıb. Stadionda tribunanın üzərinə Xankəndi sözləri də yazılıb. Qeyd edək ki, Azərbaycan kuboku çərçivəsində “Qarabağ” - MOİK matçının məhz bu stadionda keçirilməsi gözlənilir. Oyun dekabrın 21-də keçiriləcək.
2023-12-12
812,692
HƏMAS-dan xilas olana kimi İsrailə silah verəcəyik - Bayden
İsrail HƏMAS-dan tamamilə xilas olana qədər ABŞ bu ölkəyə silah tədarükünü davam etdirəcək. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib. “İsrail HƏMAS-dan xilas olana qədər biz hərbi dəstək verməyə davam edəcəyik, lakin çox diqqətli olmalıyıq. Dünyanın fikri bir gecədə dəyişə bilər. Bunun baş verməsinə icazə verə bilmərik”, - Bayden bildirib.
2023-12-12
812,696
Dövlətçiliyimizin əsası Ulu Öndərin rəhbərliyi ilə qoyuldu
12 dekabr böyük dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Məhz Ulu Öndərin parlaq zəkası və siyasi uzaqgörənliyi ölkəmizi 1991-ci ildən 1993-cü ilə qədər davam edən hökumət və dövlət böhranından xilas etdi.1991-1992-ci illərdə ölkə rəhbərliyinin səriştəsizliyi, prinsipsizliyi və zəifliyi birbaşa xaricdən dəstək alan separatçı qüvvələrin güclənməsinə yol açmış, xüsusilə respublikanın şimal və cənub bölgələrində artıq yeni marionet dövlətlərin yaradılmasına bütün hazırlıqlar görülmüşdü. Ermənistanın silahlı qüvvələri isə, ölkəmizdə hökm sürən hərc-mərclikdən yararlanaraq Qarabağı və qərb rayonlarımızı güclü müqavimətlə rastlaşmadan işğal edirdilər. Artıq 1993-cü ilin yayında Azərbaycan faktiki olaraq vətəndaş müharibəsinin bir addımlığında idi. Axar.az xəbər verir ki, bunu deputat Kamaləddin Qafarov deyib. Deputat həmin mürəkkəb və həlledici dövrdə Yeni Azərbaycan Partiyasının yaradılmasını ölkənin mövcud böhrandan çıxarılması istiqamətində atılmış mühüm addım olduğunu vurğulayıb: “1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addım oldu. Ulu Öndərin rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi.” K.Qafarov 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi”ni ölkəmizin yeni iqtisadi inkişaf mərhələsinin təcəssümü kimi səciyyələndirib: “1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsini yaratdı. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. 1994-cü ildə Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmış “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil edildi. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi və növbəti mərhələlərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. Bununla müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən ən mühüm vasitə əldə olundu.” Deputat “Heydər Əliyev İli”ndə əldə olunmuş ən əhəmiyyətli nailiyyətlərdən bəhs edərək deyib: “Bu gün Azərbaycan Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla inkişaf etdirdiyi Heydər Əliyev kursu ilə öz yoluna davam edir. Bu yolda əldə olunan parlaq qələbələr , ilk növbədə, ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi bir daha sübut etdi ki, xalqımız Ulu Öndərin misilsiz fədakarlığına, siyasi irsinə və bizlər üçün qoyduğu ən böyük mirası olan müstəqil Azərbaycan dövlətinə layiq xalqdır. Bu ilin sentyabr ayında isə Azərbaycan növbəti dəfə öz gücünü göstərməli oldu. Sentyabrın 19-da keçirilmiş antiterror əməliyyatı cəmi bir gün davam etdi. Azərbaycan Ordusu bu dəfə də peşəkarlıq və fədakarlıq göstərərək qısa müddət ərzində düşməni təslim olmağa məcbur etdi. Separatçıların 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejim birdəfəlik ləğv edildi. Ölkəmizin suverenliyi tam bərpa olundu. Azərbaycan bundan sonra da möhtərəm Prezidentimizin rəhbərliyi ilə inkişaf edəcək, güclənəcək və heç bir qüvvə ölkəmizin getdikcə daha zəngin və çiçəklənən bir dövlətə çevrilməsi prosesinin qarşısını ala bilməyəcək”.
2023-12-12
812,705
YAP-ın prezident seçkilərində namizədi o olacaq
Hakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq. Axar.az xəbər verir ki, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib. O bildirib ki, YAP İdarə Heyəti növbədənkənar prezident seçkiləri ilə əlaqədar tədbirlər planını yekunlaşdırmaq üzrədir. Tahir Budaqov qeyd edib ki, iclasın vaxtı yaxın günlərdə açıqlanacaq.
2023-12-12
812,709
Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?
Saat 10:00-a olan məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda arabir yağış yağıb, bəzi şərq rayonlarında intensiv olub. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Astarada 57 mm, Lənkəranda 50 mm, Yardımlıda 11 mm, Quba, Neftçala, İsmayıllı, Şabran, Oğuz, Mingəçevir, Göytəpə, Qobustan, Şamaxı, Balakən, Göyçay, Şəki, Biləsuvar, Lerik, Zərdab, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Naftalan, Göygöl, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Qəbələ, Zaqatala, Ağsu, Tərtər, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Gəncə, Qusar, Xaltanda 6 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Şimal-qərb küləyi arabir Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb. Balakən, Yevlax, Daşkəsən, Gədəbəy, Göygöl, Tərtər, Zərdab, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Xaltan, Quba, Qusar, Göyçay, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 dərəcə isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 2-6 dərəcə şaxta olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü gündüzədək davam edəcəyi gözlənilir.
2023-12-12
812,710
"Azercell" “Təhlükəsiz internet”in təbliğinə start verir
Layihə uşaqlar üçün nəzərdə tutulmuş beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında həyata keçirilir Azercell şagird və valideynlər üçün “Təhlükəsiz internet” layihəsinə start verir. Layihənin məqsədi şagirdləri onlayn təhdidlər barədə, valideynləri isə övladlarının onlayn məkanda üzləşə biləcəkləri təhlükələrlə bağlı maarifləndirmək və mübarizə yolları haqqında məlumat verməkdir. “Təhlükəsiz internet”in Bakı, Sumqayıt, Naxçıvan, Lənkəran, Saatlı, Quba, Goranboy və İsmayıllı şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub. Uşaqlar üçün nəzərdə tutulmuş sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçiriləcək dərslərdə iştirakçılar aşağıdakı mövzularla tanış olacaqlar: Layihə çərçivəsində keçiriləcək dərslər “GID CSR Consulting”in peşəkar təlimçiləri tərəfindən aparılacaq. “Təhlükəsiz internet”də 300-dən çox uşaq və 100-dən çox valideynin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, Azercell 2016-cı ildən mütəmadi olaraq, uşaqlar və onların valideynləri üçün internet təhlükəsizliyi haqqında maarifləndirici layihələr həyata keçirdir. Bu illər ərzində 1500-dən çox internet istifadəçisi bu cür layihələrdən yararlanıb.
2023-12-12
812,713
Husilər Norveç tankerini vurdu - Video
Yəməndəki husi qruplaşması Bab-əl-Məndəb boğazında Norveçin “Strinda” tankerinə gəmi əleyhinə qanadlı raket atıb. Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Zərbə nəticəsində gəmidə yanğın baş verib. Məlumata görə, itki yoxdur. CENTCOM ABŞ-ın “USS Mason” esminesinin tankerə köməyə getdiyini bildirib.
2023-12-12
812,714
657-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 657-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 340 650 hərbçi, 5 664 ədəd tank, 10 579 ədəd zirehli döyüş maşını, 8073 ədəd artilleriya sistemi, 919 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 650 ədəd avtomobil texnikası, 6163 ədəd PUA, 1 596 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 170 xüsusi avadanlıq itirib.
2023-12-12
812,715
Heydər Əliyev ailə qurmasından danışır - Video
Ümummili liderin vəfatının 20-ci ildönümü ilə bağlı bu gün paylaşılan videolar arasında Heydər Əliyevin ailə qurması ilə bağlı xatirəsi xüsusi izlənilir. Kult.az xəbər verir ki, Heydər Əliyev nəinki dəbdəbəli, heç adi toy mərasimi də etmədiyini, şahidlərsiz ailə qurduğunu bu cür nəql edir: “Mən mərhum həyat yoldaşım Zərifə xanımla 2-3 il idi ki, evlənmək istəyirdim. Zərifə xanımla artıq müəyyən vaxt danışırdıq. Amma şəraitim, evim yox idi. 1-2 il gözləməli olduq ki, ev alım. Sonra 2 otaqlı ev aldım. Biz Zərifə xanımla indiki Yusif Məmmədəliyev küçəsində gəzirdik. Qarşımıza VADQ bölməsi çıxdı. Nə şahid, nə iştirakçı, nə də üzük var idi. Bir qadın oturmuşdu. Dedik ki, biz kəbin kəsdirmək istəyirik. Təntənəli nitqlər olmadan razı olub-olmadığımızı soruşdu və biz sonda imza atdıq. 1954-cü ildə evləndim. Kəbin kağızımızı verdilər. Ordan çıxdıqdan sonra “Nizami” kinoteatrının yanında mağaza var idi. Ordan 1 kiloqram “Mişka” konfeti aldıq. Dəniz kənarında Zərifə xanımın ailəsinin evinə getdik. Anasına və qohumlarına dedik ki, biz artıq kəbin kəsdirmişik. 1 kiloqram konfet də gətirmişəm ki, ağzınızı şirin edin…”
2023-12-12
812,718
Bakı İlahiyyat Kolleci hər il 20 tələbə qəbul edəcək
Azərbaycan İlahiyyat İnstitutunun yanında yeni yaradılan Bakı İlahiyyat Kolleci hər il ən çox 20 tələbə qəbul edəcək. Axar.az xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda dini təhsil almaq üçün heç bir xarici ölkəyə getməyə ehtiyac qalmır: "Çünki ölkəmizdə kifayət qədər mükəmməl ali və orta dini təhsil verən təhsil ocağımız var. İlahiyyat İnstitutunda təhsil dövlət hesabınadır və məqsəd ölkədə din sahəsində kadr hazırlığını özümüzün həyata keçirməyimizdir". Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu iki ixtisas üzrə 60 tələbə qəbul edir.
2023-12-12
812,721
“Qarabağ”ın oynayacağı stadionda bədbəxt hadisə
11:16 Tofiq Bəhramov adına Respublika stadionunda bədbəxt hadisə baş verib. Axar.az Pressinq.az-a istinadən xəbər verir ki, hadisə uçan dam örtüyünün bərpası zamanı baş verib. Bu gün səhər saatlarında dama çıxan fəhlə ehtiyatsızlıqdan yıxılıb. Hündür məsafədən beton və oturacaqlara çırpılan şəxsin vəziyyəti ağırdır. O, dərhal xəstəxanaya çatdırılıb. Qeyd edək ki, bu gün stadionda sektorlardan birinin tavanı qoparaq içəri düşüb. Xatırladaq ki, dekabrın 14-də stadionda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ”-“Hakken” görüşü keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
2023-12-12
812,724
Rəisi və Putin İrəvandan narahatdır: Bakı ilə əlaqə…
İran Prezidenti İbrahim Rəisinin Moskvaya səfəri zamanı Rusiya lideri Vladimir Putinlə 5 saatdan artıq davam edən təkbətək görüşündə (7 dekabrda) Ermənistan məsələsi xüsusi diqqət mərkəzində olub. Axar.az xəbər verir ki, bu barədə erməni mediası Rusiya KİV-ində dərc edilən məlumatlara əsasən informasiya yayıb. Bildirilib ki, Rusiya media ekspertləri Rəisi və Putinin Cənubi Qafqaz regionu ilə bağlı danışarkən, Ermənistanın qərbyönlü siyasətini müzakirə etdiyini bildiriblər. “Ümumi yanaşmaya görə, Cənubi Qafqaz Tehran və Moskva üçün lazımdır, amma Qərbsiz. Üstəlik, bu kontekstdə Azərbaycan ümumi tərəfdaş, Ermənistan isə problemli reallıq kimi qəbul edilir. İrəvan-Paris əməkdaşlığının, xüsusilə müdafiə əlaqələrinin dərinləşməsi, o cümlədən Fransanın Ermənistana silah tədarükü kontekstində Tehran və Moskva həm baş verənlər, həm də baş verəcəklərdən xüsusilə narahatdır”, - məlumatda qeyd edilib. Məqalədə vurğulanıb ki, İran İrəvan üçün yaxşı qonşu və etibarlı tərəfdaş olmaqda davam edir, lakin Rusiya mətbuatında yayılan fikirlərə görə, Ermənistanın qərbyönlü mövqe tutması Tehranda şübhələr yaradır: “Ermənistan qərbyönlü mövqeyini dərinləşdirərsə, ola bilsin ki, Tehran Azərbaycanla daha sıx münasibətlər quraraq, regional siyasi mühiti tarazlaşdırmağa çalışacaq”.
2023-12-12
812,725
Pakistanda partlayış: ölənlərin sayı artdı
11:22 Pakistanın Xeybər-Paxtunxva əyalətinin şimal-qərbində polis məntəqəsində partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, partlayış nəticəsində azı dörd polis ölüb, bir neçəsi yaralanıb. Bildirilib ki, eyni əyalətin Dera İsmayıl Xan rayonunda həyata keçirilən növbəti terror aktı nəticəsində daha 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisələrə görə məsuliyyəti “Təhrik-i-Taliban Pakistan” terror qruplaşması öz üzərinə götürüb. *** Pakistanda polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 24-ə çatıb. Məlumatı “Röyters” yayıb. Bildirilib ki, partlayıcı yüklü avtomobil polis məntəqəsinə çırpılıb. *** Pakistanın Xeybər-Paxtunxva əyalətinin şimal-qərbində bomba yüklü avtomobilin polis məntəqəsinə hücumu və ərazidə baş verən atışma nəticəsində 25 hərbçi ölüb, 27 silahlı isə zərərsizləşdirilib. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, hadisə əyalətin Dera İsmayıl Xana rayonuna bağlı Darazin və Kulaçi qəsəbələrində baş verib. Partlayış nəticəsində 23 hərbçi ölüb, 6 silahlı zərərsizləşib. Darazindəki atışmada 17 silahlı zərərsizləşdirilib. Kulaçidəki döyüşlərdə isə 2 hərbçi həyatını itirib, 4 silahlı da məhv edilib. Pakistan ordusu qruplaşma ilə bağlı məlumat yaymayıb.
2023-12-12
812,727
Rusofoblar hakimiyyətdən getdi: Tuskun 5 vəzifəsi...
Donald Tusk Polşanın yeni Baş naziri oldu. Nəhayət ki, Polşada savadsız rusofob və antisemit ultra-nasist dəstəsi hakimiyyəti tərk etdi. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Tuskun qarşısında 5 vəzifə var: 1. AB ilə münasibətləri yaxşılaşdırmaq. Bu asandır. 2. Diri və ölü Kaçinskilərin yenidən hakimiyyətə qayıtmaması üçün uzun müddət hakimiyyətdə möhkəmlənmək. Çətindir. 3. Rusiya ilə münasibətləri yaxşılaşdırmaq. Demək olar ki, mümkün deyil. 4. Polşanın heç olmasa Rusiya ilə Qərb arasında müharibəni qızışdırmasına yol verməmək. Çətin, amma mümkündür. 5. Yüz minlərlə polyakın qatillərinin varisləri olan “bandera”nı dəstəkləməyi dayandırmaq”, - o bildirib. Markov qeyd edib ki, Tusk Polşanın yeni, amma köhnə rəhbərlərindəndir: “Polşa indi amerikalılara meyillidir. Tuskun rəhbərliyi altında isə Polşa amerikalılara, almanlara və Brüsselə meyillənəcək. Müstəqil Polşa budurmu?”
2023-12-12
812,729
Azərbaycanda güclü zəlzələ ehtimalı... - Yetirmişli
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli hansısa bir zonada güclü zəlzələnin baş verməsi ehtimalının olmadığını bildirib. Axar.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında ötən gün 47 yeraltı təkanın qeydə alındığını söyləyib: "Ancaq narahatlığa heç bir əsas yoxdur".
2023-12-12
812,732
Papuaşvili Heydər Əliyevin məzarını ziyarət etdi
Azərbaycanda səfərdə olan Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb. Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Ziyarət zamanı, həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
2023-12-12
812,736
Bayram ərəfəsində əfv olacaqmı? - Zahid Oruc
Zəfər seçkilərinin təqvimi artıq başlayıb. İki ay ərzində dövlətin, hakimiyyət orqanlarının, cəmiyyətin üzərinə düşən müəyyən işlər var ki, bunlar artıq ortadadır, bəllidir. Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc jurnalistlərə açıqlamasında deyib. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əfv qərarının olub-olmayacağı barədə sualı cavablandıran Zahid Oruc bildirib: “Amnistiya və əfv qərarlarına bağlı statistikanı səsləndirmək istəyirəm. 69 əfv sərəncamı ilə 9 minə yaxın insan azadlığına qovuşub. Dövlət həmin məhkum edilmiş şəxsləri bağışlayır. Bu, “Siz də bağışlayın” devizinin cəmiyyətə verilməsidir. Bu proses 1998-ci ildən davam edir, bəzən ildə iki dəfə həyata keçirilir. 11 amnistiya qərarı ilə on minlərlə insan azadlığına qovuşub və bu, cəza sisteminin özünü humanistləşməsi üçün də önəmli rol oynayıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində belə bir addımın atılıb-atılmayacağına gəlincə, əlbəttə ki, bu, dövlətin qərar verəcəyi bir məsələdir. Əfv Məsələləri Komissiyası bunun üzərində addım ata bilər. Lakin bu barədə komissiya üzvü kimi ayrıca fikir söyləmək subyektiv olar. Bu məsuliyyəti üzərimə götürmək doğru deyil. Onu deyə bilərəm ki, bu ilin əvvəlində 800-dən çox şəxsimiz üçün Əfv Məsələləri Komissiyası dörd ay ərzində böyük işlər həyata keçirib. Burada işlər azad, şəffaf, aydın aparılıb”.
2023-12-12
812,738
Astana və İrəvan anlaşma memorandumu imzaladı
Qazaxıstan və Ermənistanın Mərkəzi Seçki Komissiyaları arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Bildirilib ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan və onun müşaviri Andranik Terteryan Astanada keçirilən “Konstitusiya islahatları və seçki sistemi” beynəlxalq konfransında iştirak ediblər.
2023-12-12
812,742
Paşinyanın bəyanatları Bakıya bu mesajı verir
Paşinyanın Ermənistanın Qarabağa münasibətinin reallıq deyil, “emosiya” olması barədə bəyanatları Bakı ilə sülh üçün yaxşı siqnaldır. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov deyib. “Paşinyan Qarabağın Ermənistan üçün qulpsuz çamadan olması fikrini təbliğ etməyə davam edəcək. Və Ermənistan bu çamadandan imtina etdi, bununla da ölkənin problemi daha da azaldı. Bəli, Ermənistan Azərbaycan ərazilərinə iddialarından çoxdan əl çəkməli və bununla da böhrandan çıxmalı idi. Ermənistan reallığı obyektiv qəbul etməlidir, İrəvan Qarabağsız inkişaf edib, Azərbaycanla sülhü qəbul etməlidir. Amma Qarabağı tərk etmiş separatçıların formalaşma məsələsini bərpa etmək cəhdlərini hələ də görürük. Lakin Ermənistan hakimiyyəti də artıq bu cəhdləri qəti və sərt şəkildə yatırır. Onların Ermənistan ərazisində hər hansı institut və ya struktur yaratmaq cəhdləri rədd edilir. Artıq İrəvanın hakim partiyası tərəfindən bu cəhdlər Ermənistan dövlətçiliyinin altına bomba qoymaqla müqayisə edilir. Ötən həftə Bakı ilə İrəvan arasında əldə olunan birbaşa razılaşmaları nəzərə alsaq, Ermənistanın da Azərbaycanla mümkün sülh variantını hesabladığı göz qabağındadır. Düzdür, Rusiyanın bununla heç bir əlaqəsi yoxdur. İrəvanla Bakı arasında gərginlik getdikcə azalır. Əgər Paşinyan Azərbaycanla sülh ideyasını cəmiyyətə uğurla çatdırarsa, bəlkə də bundan faydalanar. Amma bu, həm Azərbaycan, həm də Ermənistanın özü üçün müsbət halla yanaşı, mənfi hallarla da müşayiət olunacaq. İrəvan 180 dərəcə dönüş edəcək. İrəvan əvvəllər yaşadığı hər şeydən, o cümlədən Rusiya ilə müttəfiqliyindən imtina edəcək. İrəvan AB və NATO-ya gedəcək”, - o bildirib.
2023-12-12
812,747
Hakimi döyən klub prezidenti saxlanıldı
Türkiyənin "Ankaragücü" futbol klubunun prezidenti Faruk Qoca saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bildirilib ki, klubun prezidenti ilə birgə daha 3 nəfər də tutulub. Qeyd edək ki, Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Qoca ölkə çempionatında “Rizəspor”la oyundan sonra meydana qaçaraq hakim Ümid Melerin sifətinə zərbələr endirib. Bundan əvvəl onun həbsinə order verilmişdi.
2023-12-12
812,749
Bayramovun Borrellə görüşdə oturuşu gündəm oldu - Foto
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun AB xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel ilə görüşdə “oturuş diplomatiyası” sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. Axar.az xəbər verir ki, adətən bu cür oturuş sərgiləməyən Ceyhun Bayramovun Borrelə qarşılıq vermək üçün ayağını ayağının üstünə aşırması təqdir edilib. Diplomatların görüş zamanı bütün jest, mimika və davranışlarının mesaj olmasına diqqət çəkən sosial media təmsilçiləri Bayramovun “diplomatik cavabını” müsbət qiymətləndiriblər. Qeyd edək ki, Borrel ilə Bayramovun görüşü ötən gün Brüssel şəhərində baş tutub. Borrell Azərbaycana qarşı ardıcıl mövqeyi ilə gündəmə gəlib. Hətta o, Qarabağdan könüllü miqrasiya edənlərin sayını 150 minə qaldıraraq, Ermənistanın özünün açıqladığı rəqəmi də şişirtməklə yadda qalıb.
2023-12-12
812,750
İrəvan AB-nin bu qərarını alqışlayır – Mirzoyan
Ermənistan Moldova və Ukraynanın AB ilə üzvlük danışıqlarını alqışlayır. Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında deyib. “Hökumətimiz Avropa Komissiyasının Avropa Şurasına Moldova və Ukraynanın üzvlüklə bağlı danışıqlara başlaması və Gürcüstana namizəd statusunun verilməsi təklifi ilə bağlı qərarını alqışlayır. Bu qərar təkcə Ermənistan hökuməti tərəfindən deyil, həm də Avropa istəkləri olan Ermənistan xalqı tərəfindən müsbət qarşılanır”, - Mirzoyan bildirib.
2023-12-12
812,753
Baş prokuror saxlanılan separatçılardan danışdı
Azərbaycanın həbs etdiyi separatçılar Araik Arutyunyan, Ruben Vardanyan və digərləri barəsində ibtidai istintaq hərəkətləri davam etdirilir. Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. Onun sözlərinə görə, istintaq yekunlaşdıqdan sonra Azərbaycan xalqı gedişat barədə ətraflı məlumatlandırılacaq: “Separatçılarla bağlı vahid istintaq-əməliyyat qrupu yaradılıb. İstintaq hərəkətləri beynəlxalq konvensiya və qanunvericiləyə uyğun aparılır”.
2023-12-12
812,754
Qranada “razılığı” ilə sülh... - Mirzoyan
Ermənistan hökumətinin regionda sabit və uzunmüddətli sülhü təmin etmək üçün siyasi iradəsi var. Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında deyib. “Bu yaxınlarda Ermənistan və Azərbaycanın əsirlərin mübadiləsinə dair birgə bəyanatı və Ermənistanın COP29 forumu ilə bağlı razılaşması İrəvanın regionda sülhə nail olmaq əzminin növbəti təzahürü idi. Ümid edirik ki, bu müsbət siqnaldan sonra Azərbaycan sülh prosesinə sadiq qalacaq”, - Mirzoyan bildirib. Onun sözlərinə görə, Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində Ermənistan tərəfi Qranadada qəbul edilmiş prinsiplər əsasında irəliləməyə hazırdır. Bu prinsiplər ərazi bütövlüyünün və sərhədlərin qarşılıqlı tanınması və regional kommunikasiyaların açılması ilə bağlıdır. Qeyd edək ki, Qranada görüşündə Azərbaycan Prezidenti iştirak etməyib və hansı “razılıqdan” söhbət getdiyi bəlli deyil.
2023-12-12
812,756
Sabah da Bakıya yağış yağacaq
Bakıda və Abşeron yarımadasında dekabrın 13-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 80-85 % olacaq. Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
2023-12-12
812,760
Bakının qərarı İrəvanda “əks-səda” verir: Nikol da hazırlaşır
Mətbuatda dəfələrlə yayılıb ki, Paşinyan ciddi narahatdır və o, hakimiyyətinin ömrünü uzatmaq üçün ehtiyat variant kimi növbədənkənar parlament seçkisinə getmək niyyətindədir. Üstəlik, növbədənkənar parlament seçkisi məsələsinin 2024-cü ilin may-iyun aylarında həyata keçirilə biləcəyi barədə məlumatlar var. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb. “Yeri gəlmişkən, diqqətçəkən odur ki, müxtəlif hökumətyönlü Teleqram kanalları və Feysbuk qrupları insanların bu mövzu ilə bağlı fikirlərini yoxlamaq üçün intensiv rəy sorğuları keçirir. Əsasən nikolçuların iştirak etdiyi bu cür “sorğular” Mülki Müqavilə Partiyasının hələ də reytinqinin, yaxşı nəticələrinin olmasına bəyan edib, həm özlərini, həm də tərəfdarlarını inandırmaq məqsədi daşıyır. Bizdə olan məlumata görə, Qərb bu məsələyə xüsusi maraq göstərir və Paşinyanın hakimiyyətini uzatmaq üçün hər şeyi edir. Paşinyanın reytinqinin aşağı düşdüyünü nəzərə alaraq, mümkün neqativ situasiyaların qarşısını almaq üçün ehtiyat variantları araşdırılır. Eyni zamanda, özlərinə faydalı olan namizədi tapmaq üzərində də işləyirlər, bu halda Paşinyan “kölgə” lideri olacaq. Çox maraqlıdır ki, növbədənkənar seçki mövzusu Əliyevin də növbədənkənar prezident seçkisinə getmək istədiyi məlum olduqdan sonra kəskinləşib”, - məlumatda deyilir.
2023-12-12
812,762
Heydər Əliyevin mirasını nəsillərə ötürəcəyik - Türkiyə MN
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı paylaşım edib. Axar.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında qeyd edilib. "Azərbaycanın Ümummilli lideri mərhum Heydər Əliyevi vəfatının 20-ci ildönümündə rəhmət və ehtiramla yad edirik. Mərhum Əliyev deyirdi ki, biz bir millət, iki dövlətik. Biz onun vədini miras kimi nəsildən-nəslə ötürəcək, Azərbaycan türkü qardaşlarımızla hər zaman bir və bərabər olmağa davam edəcəyik", - paylaşımda vurğulanıb.
2023-12-12
812,763
UNESKO-da Bakının irəli sürdüyü qətnamə qəbul edildi
UNESKO mənzil qərargahında dekabrın 11-də Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşünün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə qəbul edilib. Axar.az xəbər verir ki, bu barədə XİN-in məlumatında deyilir. Qətnamədə, silahlı münaqişələr və postmünaqişə dövrlərində mədəni mülkiyyətin (mədəni irsin) qorunması və mühafizəsi məqsədilə Üzv Dövlətlərin göstərdiyi səylər təqdir edilir, minaların və digər partlayıcı qurğuların beynəlxalq humanitar hüquqa zidd olaraq istifadənin mədəni mülkiyyətə əhəmiyyətli dərəcədə ziyan vura biləcəyi qeyd olunur. Sənəddə minalar və digər partlayıcı qurğuların istifadəsinin mədəni mülkiyyətə qarşı ciddi təhlükə yaratması ilə bağlı narahatlıq ifadə olunur və 1954-cü il Haaqa Konvensiyasını pozan addımlarının atılmasının qarşısının alınmasının əhəmiyyəti vurğulanıb. Qeyd edək ki, minaların mədəni irsə təsiri mövzusu UNESKO tarixində müzakirəyə çıxarılan və yekdilliklə qəbul edilən ilk qətnamədir. Bununla yanaşı eyni məzmunlu bənd sözügedən konvensiyanın tarixində ilk dəfə olaraq Azərbaycan tərəfindən gündəliyə daxil edilib.
2023-12-12
812,764
İrəvan OPEK-dən 50 milyon avro alacaq
Ermənistan OPEK-dən 50 milyon avro kredit alacaq. Axar.az xəbər verir ki, bunu Ermənistanın maliyyə nazirinin müavini Eduard Akopyan deyib. Onun sözlərinə görə, ilkin olaraq bu vəsaitin dövlət büdcəsinin kəsirini ödəmək üçün ayrılacağı güman edilirdi: “Lakin büdcə profisitlə çıxdığından kredit vəsaitlərinin kapital qoyuluşlarına, məsələn, məktəblərin tikintisinə və s. yönləndirilməsinə qərar verilib. Kredit 5 il güzəştli olmaqla, 20 il müddətinə verilir”.
2023-12-12
812,771
Delimitasiya hansı xəritələrlə aparılacaq? - Şərh
Paşinyanın müavini Mger Qriqoryan 6 dekabrda Ermənistan parlamentində çıxışı zamanı sərhədin müxtəlif hissələri ilə bağlı delimitasiya işlərinin 1975-1979-cu illəri əhatə edən 22 xəritə ilə aparılacağını bildirib. Əlbəttə, buna Azərbaycan da razılıq verməlidir. Fikrimcə, danışıqlarda da bəhs etdiyimiz istiqamətdə ümumi anlayış mövcuddur. Bu sözləri Axar.az-a Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi üçün həyata keçiriləcək delimitasiya prosesində istifadə olunacaq xəritələr haqqında danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib. O, prosesin dinamikasının formalaşacaq siyasi mühitdən asılı olacağını qeyd edib. “Əsas məsələ ziddiyyətlər olduğu zaman gücdən istifadə etməmək öhdəliyidir. Əgər sülh sazişi imzalansa və tərəflər bu öhdəliyi üzərlərinə götürsə, delimitasiya prosesi uzun illər davam edə bilər. Ancaq bütün hallarda prosesin sürəti Azərbaycan və Ermənistan arasında formalaşacaq siyasi mühitdən asılı olacaq”. Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov isə Azərbaycanın qazandığı Zəfərin veriləcək qərarlara mütləq şəkildə təsir göstərəcəyini vurğulayıb: “Delimitasiya prosesində hansı xəritələrdən istifadə olunacağı məsələsi iki tərəfin də birlikdə verəcəyi qərardan sonra müəyyən ediləcək. SSRİ dövrü xəritələrindən istifadə ehtimalı daha çoxdur. Xəritənin 1975 və s. illərə aid olması mütləq deyil. Delimitasiya işinin mahiyyəti, tarixi, coğrafi və siyasi məqamlar da bunu tələb edir. İkitərəfli delimitasiya komissiyası var, görüşlər keçirilir. İki dövlət hərbi-siyasi reallıqlar nəzərə alınmaqla qərarlar verəcək. Azərbaycanın qazandığı Zəfər veriləcək qərarlara mütləq şəkildə öz təsirini göstərəcək”.
2023-12-12
812,775
Azərbaycanda kanal rəhbəri həbs edildi
13:15 İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb. Axar.az Trend-ə istinadən xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayətlər əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri aparılır. Məlumatı DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib. Qeyd edək ki, ötən gün Azərinfo.az saytının rəhbəri İbrahim Hümbətov da Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə həbs edilib. *** "Kanal-11" internet televiziyasının rəhbəri Teymur Kərimov istintaq orqanının iddiasını Nərimanov Rayon Məhkəməsi qəbul edib və onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
2023-12-12
812,776
Mirzoyan Putinin həbsinə kömək etdiklərini açıqladı
Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməklə qlobal hüquq sisteminin gücləndirilməsinə kömək edir. Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Şərq Tərəfdaşlığına üzv ölkələrin nazirlərinin görüşündə çıxışı zamanı deyib. “Ermənistan bu addımı ilə öz milli maraqları əsasında qərar qəbul etmək üçün suveren hüququnu təsdiqləyib”, - o bildirib. Qeyd edək ki, BCM 17 dekabrda Rusiya lideri Vladimir Putinin həbsinə order verib. Roma Statutunu ratifikasiya edən ölkələrin bu qərarı icra etməsi məcburidir. Ermənistan Roma Statutunu oktyabrda ratifikasiya edib.
2023-12-12
812,778
2026-cı ilədək daha 22 kənd bərpa olunacaq
2026-cı ilədək Ağdam şəhərindən başqa 12 kəndin və Füzuli şəhərindən başqa da 10 kəndin bərpa olunaraq təhvil veriləcək. Axar.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. O bildirib ki, artıq Füzuli şəhərinə köçmüş vətəndaşlarla mütəmadi iş aparılır: "Onların məşğulluğunun təmin olunması ilə bağlı bütün zəruri tədbirlər görülüb. Hazırda 333 ailə orada məskunlaşıb. Bu yaxınlarda orada əmək yarmarkası da keçirilib. İlk dəfə olaraq sakinlərimiz 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili öz doğma torpaqlarında qeyd edəcəklər".