date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-12-12
812,781
Bakı 32 əsirə görə İrəvana nə şərt qoyub? - Akopyan
Bu gün biz həm təhlükəsizlik, həm də danışıqlar baxımından çətin vəziyyətdəyik, lakin sülh gündəmimizdən bir addım geri çəkilməyə haqqımız yoxdur. Axar.az xəbər verir ki, bu sözləri hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vaqarşak Akopyan mediaya açıqlamasında deyib. Onun sözlərinə görə, sülh sazişi Ermənistana təhlükəsizlik gətirəcək əsas şərtdir. Azərbaycanın 32 əsiri geri qaytarması ilə bağlı jurnalistlərin sualını cavablandıran Akopyan bildirib ki, Ermənistan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsini dəstəkləməsini ilkin şərt saymaq olmaz: “Bu, qarşılıqlı razılaşmanın nəticəsidir və mən özüm də bu addımı alqışlayıram. Hər iki ölkə qarşılıqlı anlaşmaya malikdir ki, sülhün alternativi yoxdur. Bu, son vaxtlar əldə etdiyimiz ən böyük nailiyyətlərdən biridir”.
2023-12-12
812,782
Qızılcaya yoluxma ilə bağlı şad xəbər
Qızılcanın yayılmasında azalma var. Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. “Valideynlər övladlarını düzgün qaydada peyvəndləməlidir ki, bir daha belə hallar yaşanmasın. Hazırda bütün məktəblərin distant təhsilə keçməsi düşünülmür. Böyük qapanmalar olacağı ehtimal edilmir. Ola bilər ki, yenə də ayrı-ayrı məktəblərdə və ya siniflərdə o hallar olsun. Bilirsiniz ki, bir məktəbdə belə hal olub. Hələlik riskli hallar müşahidə olunmur”, - nazir bildirib.
2023-12-12
812,783
İxrac azalır, idxal artır - Millət vəkili çağırış etdi
Bu ilin ilk 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 367 milyon dollar olub. İxrac 23 milyard 193 milyon, idxal isə 14 milyard 174 milyon dollar olub. Bu müddətdə idxal 4,6 faiz artsa da, ixrac 7,7 faiz azalıb. Axar.az xəbər verir ki, bunu millət vəkili, iqtsadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, enerji məhsulların qiymətinin əvvəlki illə müqayisədə aşağı olması ixracın dəyərini azaldıb: “Bununla belə, idxalda artım tendensiyası davam edib. Yəni əvvəlki ilin uyğun dövrü ilə müqayisədə xaricdən daha çox məhsul gətirmişik. İdxal ölkədən valyuta aparır, ixrac isə valyuta gətirir. Bu baxımdan, idxalın həcminin artması ölkədən valyutanın çıxması baxımından arzuolunan deyil”. Millət vəkili bildirib ki, bu dövrdə ərzaq məhsullarının idxalında da artımlar qeydə alınıb: “İdxal mal ətində 93,3 faiz, siqaretlərdə 48,9 faiz, unlu qənnadı məmulatda 12,7 faiz, şokolad və şokolad məhsullarında 12,6 faiz, təzə tərəvəzdə 4,9 faiz artıb. Son statistika göstərir ki, idxalın əvəzlənməsi prosesinin sürətlənməsi olduqca vacibdir. Xüsusən, ərzaq məhsulları üzrə yerli istehsalın genişləndirilməsi hesabına idxaldan asıllığın aradan qaldırılmasına ehtiyac var”.
2023-12-12
812,785
Karantin ölkəyə ziyan vurur: sərhədlər nə vaxt açılacaq?
Azərbaycanda karantin rejiminin uzadılması və quru sərhədlərin bağlı qalması pandemiya ilə bağlı deyil və bu artıq hər kəsə məlumdur. Çünki dünyada pandemiyaya görə sərhədlərini bağlı saxlayan, karantin rejimi şəraitində olan dövlət qalmayıb. Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, quru sərhədlərin bağlı olması sərhədyanı ticarət turizminə mənfi təsir göstərir: “Azərbaycanda iqtisadi mənzərəyə baxanda görürük ki, quru sərhədlərin bağlı olması ÜDM-in azaldılmasına səbəb olur. Biz ÜDM üzrə MDB məkanında ən aşağı artım tempi göstərən ölkəyik, ən son göstəricilərdə 0.5 faiz artım qeydə alınmışdı. Ölkə turizm sahəsinin inkişafını prioritet elan edib. Ona görə də bu bəyanata paralel olaraq, quru sərhədlərin bağlı qalması məntiqli deyil. Ehtimal var ki, Novruz bayramından sonra karantin rejimi ləğv olunsun”. Mütəxəssis vurğulayıb ki, qarşıdan gələn prezident seçkisi ərəfəsində karantin rejiminin qüvvədə qalması təhlükəsizliyə müsbət təsir göstərir: “Eyni zamanda, Novruz bayramı ərəfəsində daxili turizmdə müəyyən maraq qrupları var ki, karantin rejimi ərzində gəlir əldə etmək istəyir”.
2023-12-12
812,787
“Catepillar”a məxsus yeni mədən texnikaları təqdim edili - Foto
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti Azərbaycanda ilk dəfə “Catepillar”a məxsus yeni mədən texnikalarını təqdim edib. “Azerbaijan International Mining Company Limited” (AIMC) dekabrın 11-də Gədəbəydə keçirilən təqdimat zamanı yeni “Caterpillar” yeraltı mədən avadanlıqlarını təqdim edib. Mərasimdə AIMC-nin əsas etibarilə təhlükəsizliklə qurulmuş, müasir standartlara riayət etmək və mədənçıxarma sektorunda inkişafı təşviq etmək, nəticədə istehsal potensialını artırmaq üçün nəzərdə tutulmuş ən müasir, yeni nəsil maşınları nümayiş etdirilib. AIMC-nin vitse-prezidenti Stiven Vesthed çıxışında vurğulayıb ki, Geologiya və mədənçıxarma sahəsində aparılan sistemli islahatlar və hərtərəfli səylər nəticəsində ölkənin dağ-mədən sənayesi müasir inkişaf mərhələsinə qədəm qoyub. Yeraltı avadanlıqlar şirkətin hazırda tikilməkdə və işlənməkdə olan yeni Gilar mədənində istifadə olunacaq. Yeraltı avadanlığın istifadəsi üçün avadanlıq operatorları və avadanlıqlara texniki qulluq və yardımçı heyət daxil olmaqla, təxminən 50 yeni yerli işçinin işə götürülməsi tələb olunacaq. Hazırda şirkətinin Gədəbəydəki zavodunda 1639 işçisindən 1100 nəfəri Gədəbəy rayon sakinləridir ki, bu da AIMC-nin regionun insan kapitalının gücləndirilməsinə sadiqliyini vurğulayır. Bundan əlavə, şirkət həm də yerli sakinləri şirkətin podratçıları olaraq işlə təmin edir. Media nümayəndələri R1700 yeraltı yükləyici və iki 980UMA yeraltı yükləyicidən ibarət yeraltı mədən texnikası haqqında ətraflı məlumat əldə ediblər. Mədənçıxarma sənayesində yüksək keyfiyyəti və etibarlılığı ilə tanınan məşhur “Cat” brendi tərəfindən istehsal edilən maşınlar sələfləri ilə müqayisədə daha güclüdür və optimal performansı, təkmilləşdirilmiş yanacaq səmərəliliyini təmin edən yeni “powershift” transmissiyası kimi bir çox yeni xüsusiyyətlərə malikdir. Həmçinin operator yeri təkmilləşdirilmiş və daha rahatdır. Daha yaxşı giriş nöqtələri, çoxsaylı yanğınsöndürmə sistemləri və təkmilləşdirilmiş görmə və işıqlandırma daxil olmaqla bir çox yeni təhlükəsizlik xüsusiyyətləri əlavə edilib. Stiven Vesthed növbəti ildə şirkətin yeni müasir avadanlıqlarla təmin olunmasının nəzərdə tutulduğunu qeyd edib. Lenti kəsdikdən sonra media nümayəndələrinə müsahibə verən AIMC-nin prezidenti Reza Vəziri mədənçıxarma sektorunda mühüm mərhələlərə nail olmaq üçün yeni texnologiyaların tətbiqinin vacib olduğunu vurğulayıb. O, mərasimdə təqdim olunan avadanlığın təməlqoyucu olduğunu və “Caterpillar” yeraltı avadanlıqlarının Azərbaycanda ilk dəfə tətbiq olunacağını bildirib. Sonda media nümayəndələrinin sualları cavablandırılıb. Qeyd edək ki, AIMC Azərbaycan Respublikası Hökuməti ilə "R.V. Investment Group Services LLC" (ABŞ) arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycanda müxtəlif qızıl və mis yataqlarının kəşfiyyatı, idarə edilməsi və saziş çərçivəsindəki əməliyyatların həyata keçirilməsi ilə fəal şəkildə məşğul olur. Şirkətin portfelinə Hasilatın Pay Bölgüsü Sazişinə əsasən 51 faizlik paya sahib olan Azərbaycan Respublikası Hökuməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrlə, digər lisenziya sahələri ilə yanaşı, Qoşa və Gədəbəy mədənləri də daxildir. Xatırladaq ki, Azərbaycanda qızıl hasilatı sənayesinin yaradılmasına Prezidentin 5 fevral 1996-cı il tarixli “Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə” fərmanı ilə başlayıb. Daha sonra, 20 avqust 2022-ci ildə ABŞ-ın "RV Investment Group Services LLS" şirkəti ilə Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Sazişə və onun 20 iyun 2022-ci il tarixli dəyişikliyinə əsasən, AIMC-yə Zəngəzur iqtisadi zonasında yerləşən Qızılbulaq, Dəmirli və Vejnəlidə qızıl, mis və polimetal yataqlarının işğaldan azad edildikdən sonra kəşfiyyatı və işlənməsi səlahiyyəti verilib.
2023-12-12
812,790
Razılaşmadan 5 gün keçdi: əsirlər nə vaxt qayıdır?
Ümid edirəm ki, yaxın günlərdə məhbuslar geri qaytarılacaq. Biz gözləyirik. Düşünürəm ki, tezliklə məlumat əldə edəcəyik. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. “Razılıq əldə olunub, bununla bağlı heç bir dəyişiklik yoxdur. Proses davam edir. Ümid və güman edirəm ki, bu (əsirlərin təhvil verilməsi – red.), yaxın günlərdə baş verəcək”, - Simonyan bildirib. Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazir Aparatı birgə bəyanat yayıb. Bəyanatda Azərbaycanın 32 əsiri, Ermənistanın isə 2 əsiri geri qaytaracağı bildirilib.
2023-12-12
812,792
Ərdoğan döyülən hakimlə telefonla danışdı - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəstəxanada olan futbol hakimi Xəlil Ümid Melerlə telefonla danışıb. Axar.az xəbər verir ki, Ərdoğan ədalət təmsilçisinin tezliklə sağalmasını arzulayıb. Ölkənin daxili işlər naziri Əli Yerliqaya isə 37 yaşlı referini ziyarət edib. Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Qoca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.
2023-12-12
812,796
GUAM-a sədrlik Azərbaycana keçdi
XİN başçıları GUAM-a sədrliyin Azərbaycana keçməsi barədə qərarı təsdiqləyiblər. Axar.az xəbər verir ki, bu barədə qərar GUAM xarici işlər nazirlərinin Belçikada Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatının iclasında qəbul olunub. Qeyd olunub ki, GUAM-ın 2024-cü il üzrə büdcəsi və digər məsələlər üzrə qərarlar da təsdiq olunub.
2023-12-12
812,799
İrəvanda “Qarabağ evi”: ciddi qarşıdurma olacaq
Vacib məsələlərdən biri də Qarabağ separatçılarının İrəvanda “nümayəndəliyi”nin fəaliyyətini davam etdirməsidir. Həmin “nümayənədlik”də təxribaçı açıqlamalar verilir, toplantılar keçirilir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. “Nümayəndəlik”də toplaşanların hədəflərindən biri Ermənistan hökuməti, digəri Azərbaycandır. Ermənistan hökuməti həmin “nümayəndəliyi” yanvar ayının əvvəlində qapatmağı planlaşdırır. Radikal müxalifət Qarabağ klanı ilə birgə buna mane olmağa çalışacaq. Gələn ay İrəvanda ciddi qarşıdurma gözlənilir. Baş nazir Nikol Paşinyan anlayır ki, separatçıların “nümayəndəliyi”nin fəaliyyətini qadağan etməsə, bu, Azərbaycanla danışıqlara mənfi təsir edəcək, sülh sazişinin imzalanması yolunda əsas maneələrdən birinə çevriləcək”, - politoloq vurğulayıb.
2023-12-12
812,805
Qüds briqadası İsrailə raket zərbəsi endirdi
İslami-Cihadın hərbi qanadı olan Qüds briqadası İsrailin cənubunda Qəzza zolağı yaxınlığında yerləşən Mivtaxim yaşayış məntəqəsinə raket zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə təşkilat Teleqram kanalında məlumat yayıb. “Mivtaxim qəsəbəsinə raket hücumu həyata keçirdik”, - məlumatda deyilir.
2023-12-12
812,806
Təbrizdə divarlara Bütöv Azərbaycan posterləri vuruldu
Dekabrın 11-i və 12-də 21 Azər Hərəkatı - Cənubi Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü ilə bağlı təbliğat aksiyaları davam edib. Axar.az xəbər verir ki, bu barədə yerli milli fəallar məlumat yayıblar. Təbrizin küçələrinin divarlarına və ictimai yerlərə yapışdırılan posterlərdə “21 Azər Bütöv Azərbaycandan Türküstana gedən yoldur” şüarı yazılıb. Təşəbbüsçülər bildiriblər ki, məqsədləri Azərbaycanın bütövləşməsi, İranın başqa bölgələrində yaşayan türklərlə birlikdə vahid Türküstan dövləti və ittifaqı yaratmaqdır.
2023-12-12
812,812
İranda 500 narkoman düşərgədən qaçdı
İranın Bəndər-Abbas şəhərindəki reabilitasiya düşərgəsində saxlanılan 500 narkoman qaçıb. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, qaçanların saxlanılması üçün geniş əməliyyat tədbirləri başladılıb.
2023-12-12
812,814
Bakının mərkəzində ev yandı
14:55 Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində mənzil yanır. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə bildirilib ki, yanğın səbəbindən 28 May küçəsində, eləcə də Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan yolda sıxlıq yaranıb. *** Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
2023-12-12
812,817
Horadiz-Ağbənd dəmir yolunda işlər nə vaxt yekunlaşacaq?
Qarabağda Azərbaycan Dəmir Yolları QSC tərəfindən iki layihə həyata keçirilir. Bunlardan biri olan Bərdə-Ağdam layihəsinin artıq böyük hissəsi tamamlanıb. Ağdam şəhərinə qədər dəmir yolu xətti çəkilib. İşlərin bütövlükdə 85 faizi icra olunub. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib. O bildirib ki, qalan son işlər Təzəkənd, Köçərli və Bərdə stansiyaları ilə bağlıdır: “Hazırda onların da tikintisi həyata keçirilir. Yaxın vaxtlarda tikinti işləri yekunlaşacaq. Ağdam avtovağzal və dəmir yolu komplekslərinin də tikintisinə başlanılması üçün layihə razılaşdırılma işləri həyata keçirilir. Horadiz-Ağbənd layihəsinin isə 45 faizi həyata keçirilib. Layihənin icrası sürətlə davam etdirilir. Layihənin tam yekunlaşdırılması 2025-ci il üçün nəzərdə tutulub. Hazırda 72 ci kilometrə qədər dəmiryolu xətti çəkilib”.
2023-12-12
812,819
HƏMAS-ın elit bölməsinin qərargahı məhv edildi
HƏMAS-ın “Nuxba” elit bölməsinin qərargahı dağıdılıb. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. “Qərargahda 7 oktyabr hücumunun əməliyyat planlarını ehtiva edən hərbi sənədlər və noutbuklar olub”, - məlumatda deyilir.
2023-12-12
812,820
“Traktor” yenidən cəzalandırıldı
İran Futbol Federasiyası Təbrizin “Traktor” klubunu növbəti dəfə cəzalandırıb. Axar.az xəbər verir ki, bu barədə klubun media hesabında məlumat yayılıb. Təbriz komandasının tərəfdarlarının bundan əvvəl stadionda idmana aidiyyəti olmayan şüarlar səsləndirmələrinə görə Premyer Liqanın 13-cü həftəsində “Traktor” və Tehranın “Peykan” komandaları arasında Təbrizdə keçiriləcək görüş tamaşaçısız baş tutacaq. Bu, son 1 ay ərzində Təbriz komandasına qarşı ikinci cəza tədbiridir. Noyabrın 25-də “Traktor” komandasının azarkeşləri Xuzistanın “Fulad” komandası ilə keçirilən görüşdə milli şüarlar səsləndirdikləri üçün Azərbaycan komandası 100 milyon tümən cərimə edilmişdi.
2023-12-12
812,822
Türkiyədə deputat çıxış zamanı infarkt keçirdi - Video
Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında Səadət Partiyasının Kocaeli üzrə millət vəkili Həsən Bitməz kürsüdə çıxışı zamanı huşunu itirərək yıxılıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Onun infarkt keçirdiyi vurğulanıb. H.Bitməzə ilk müdaxiləni həkim millət vəkilləri edib. Deputat təcili olaraq xəstəxanaya çatdırılıb.
2023-12-12
812,824
Heydər Əliyev Əskişəhərdə anıldı
Əskişəhərdə Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib. Axar.az xəbər verir ki, Əskişəhər Anadolu Universitetinin Heydər Əliyev Tətbiq və Araşdırmalar Mərkəzi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Əskişəhər Azərbaycanlıları Dərnəyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin Anım Günü keçirilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Anadolu Universitetinin rektoru Fuad Erdal və digər qonaqlar, tələbələr iştirak edib. Çıxışçılar Heydər Əliyevin həyatından və siyasi fəaliyyətindən, Azərbaycanın müstəqilliyinin gücləndirilməsindəki xidmətlərindən danışıblar. Sonda Ümummilli liderin həyatı ilə bağlı film nümayiş etdirilib.
2023-12-12
812,825
Bakıda qəza anı: bu yol bağlandı - Video
Bakının Tiflis prospekti ilə Əbdülvahab Salamzadə küçəsində, Ziya Bünyadov prospektində qəza baş verib. Axar.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən hazırda “Qələbə” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
2023-12-12
812,827
Fırıldaqçıların yeni aldatma sxemləri məlum olub
Rusiyada fırıldaqçılar yenilənmiş 5000 rublluq əsginaslarla insanları aldadırlar. Axar.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı əhaliyə xəbərdalığında bildirib. Qeyd olunub ki, fırıldaqçılar insanlara yenilənmiş əsginasları yoxlamaq üçün smartfonlarına proqram quraşdırmağı təklif edirlər. Tətbiq quraşdırıldıqdan sonra fırıldaqçılar qurbanın telefonundakı bank hesablarına giriş əldə edirlər. Bundan başqa, fırıldaqçılar qapı-qapı gəzərək, özlərini sosial xidmət işçisi kimi təqdim edir və köhnə 5 min rublu özlərində olan saxta yenisi ilə dəyişməyi təklif edirlər. Onların toruna isə əsasən təqaüdçülər düşür.
2023-12-12
812,829
Ermənistan turist sayına görə Azərbaycanı keçdi?
2023-cü ilin yanvar-noyabr aylarında (11 ay ərzində) ölkəyə 2,2 milyon turist səfər edib. Bu, bizim maksimum rəqəmimizdir. Axar.az xəbər verir ki, bu sözləri “Visit Armenia” turizm şirkətinin direktoru Vladimir Gevorkyan deyib. Buna baxmayaraq, o bildirib ki, söhbət mütəşəkkil turizmdən getmir: “Turistlərin əksəriyyəti etnik ermənidir. Onların çoxu şəxsi səfərə, qohumlarını ziyarətə gəlir, bəziləri isə bir neçə günlük evinə qayıdır”. Gevorkyan qeyd edib ki, mütəşəkkil turizm nöqteyi-nəzərindən bu ziyarətçilər turizm şirkətlərinin müştəriləri deyil və qazanc vermirlər. Qeyd edək ki, Azərbaycana 2023-cü ilin 11 ayı ərzində 1 milyon 893 min nəfər olub. Bu statistikaya azərbaycanlıların da daxil edilib-edilmədiyi haqda məlumat verilməyib.
2023-12-12
812,830
Xaçatryan Zelenski ilə görüşdü
Ermənistan Prezidenti Vaaqn Xaçatryan Argentinada Ukrayna Prezidenti Valdimir Zelenski ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilib ki, görüş Argentina Prezidenti Xavyer Mileyin andiçmə mərasimi çərçivəsində baş tutub.
2023-12-12
812,832
TƏBİB bu dövlət xidmətini məhkəməyə verdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətini məhkəməyə verib. Axar.az-ın əldə etdiyi məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti TƏBİB-i işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozmaqla xitam verdiyinə görə cərimə edib. TƏBİB isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından narazı qalaraq Nərimanov Rayon Məhkəməsinə üz tutub. Məhkəmədə işə baxılması üçün Vüsal Qurbanov hakim təyin edilib. Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcələsinin 192.6-cı maddəsinə görə, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilərsə, vəzifəli şəxs min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
2023-12-12
812,833
Bunu edən hərbçilər məsuliyyətə cəlb olunacaq
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymaya görə cinayət məsuliyyəti müəyyənləşir. Axar.az Trend-ə istinadən xəbər verir ki, bu,Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan və parlamentin plenar iclasına çıxarılacaq Cinayət Məcəlləsinə təklif edilən yeni -284-2 maddəsində əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymağa görə, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə ağır nəticələrə səbəb olduqda, 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymaq, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda – 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilmir.
2023-12-12
812,843
FHN-də Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir - Foto
Fövqəladə Hallar Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Axar.az xəbər verir ki, əvvəlcə, Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Ümummilli Liderin şərəfli həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı danışıblar. Qeyd edilib ki, Dahi Rəhbərin xalqa və Vətənə sonsuz sevgisi, Azərbaycan dövlətçiliyinə hədsiz sədaqəti indiki və gələcək nəsillərə böyük örnəkdir. 80 illik mənalı həyatında xalqa xidmət yolunda əsrlərə sığmayacaq qədər böyük tarixi işlər görən, Azərbaycan dövlətinin qurulması və sarsılmaz özüllər üzərində bərqərar olması üçün yorulmadan çalışan Ulu Öndərin adı tariximizə qızıl hərflərlə əbədi həkk olunub. Çıxışlarda xüsusi vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil dövlət yaratmaqla bərabər, onun gələcək onillərə hesablanmış inkişaf strategiyasını müəyyən edib, Azərbaycanın qarşısında duran əsas vəzifələri dəqiq göstərib. Məhz Ulu Öndərin titanik fəaliyyəti, müdrik uzaqgörənliyi və hədsiz Vətən sevgisi sayəsində ötən əsrin 90-cı illərində parçalanmaq, müstəqilliyini itirmək təhlükəsində olan Azərbaycan qısa müddətdə sürətli inkişaf yoluna çıxdı. Ulu Öndərin Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxarmaqla yanaşı, bu siyasəti özündən sonra da layiqincə davam etdirə biləcək Lider yetişdirdiyini fəxrlə dilə gətirən natiqlər Dahi Rəhbərin mütərəqqi siyası xəttinin mahir davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyanın ən sabit, sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edən, regionun lider ölkəsinə çevrildiyini, Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsinin xalqımızın çoxəsrlik tarixinin ən parlaq səhifəsi olduğunu bildiriblər. Bu Qələbə Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şərəflə və layiqincə davam etdirdiyi böyük siyasətin məntiqi nəticəsidir. Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
2023-12-12
812,844
Bu ərazilərimizə qar yağdı
Dekabrın 12-si saat 16:00-a olan məlumatına əsasən Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Bakıda və Abşeron yarımadasında arabir yağış, Şahdağ, Qaxda (Sarıbaş) qar yağıb. Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, Şamaxı, Göyçay, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 10-14 dərəcə isti, Aran rayonlarında 6-8 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə isti olub.
2023-12-12
812,847
Belarusdan gətirilən 41 ton kartof yararsız çıxdı
Belarusdan Azərbaycana gətirilən 41 tondan artıq kartofda zərərli maddə aşkarlanıb. Bu barədə Axar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Lars 77 MMC-nin müraciəti əsasında Belarusdan idxal olunan ərzaqlıq kartof məhsulundan Agentlik əməkdaşları nümunələr götürürək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində ümumi çəkisi 20 980 kq ərzaqlıq kartof məhsulu partiyasında karantin tətbiq edilən orqanizm - kartofun qonur çürüməsi, ümumi çəkisi 20 450 kq ərzaqlıq kartof məhsulu partiyasında isə karantin tətbiq edilən orqanizm - kartof yumrularında halqavari bakterial çürümə aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq, istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.
2023-12-12
812,849
657-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 657-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 550 təyyarəsi, 257 helikopteri, 9655 PUA-sı, 442 zenit-raket kompleksi, 13 999 tank və digər zirehli texnikası, 1 188 reaktiv yaylım atəş sistemi, 7 311 artilleriya və minaatanı, 16 222 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2023-12-12
812,850
İrəvan bu ölkə ilə hərbi əməkdaşlığı gücləndirir
Ermənistan və Kiprin müdafiə nazirləri Suren Papikyan və Mixalis Yorqallas müdafiə sektorunda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, əvvəlcə nazirlər arasında təkbətək söhbət olub, daha sonra isə geniş tərkibdə danışıqlar aparılıb: “Nazirlər təhsil və təlim proqramları, müxtəlif sahələrdə təcrübə mübadiləsi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə tərəfdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər”. Papikyan həmkarına İrəvan hökumətinin “Sülh kəsişməsi” (“Dünyanın kəsişməsi”) layihəsini də təqdim edib.
2023-12-12
812,851
Səttar Xanın nəvəsi gileyləndi: Babamın muzeyi bağlıdır
Məşrutə hərəkatının qəhrəmanı Səttar Xanın nəvəsi Sam Sərdar Milli babasının ev muzeyinin qapılarının bağlı qalmasından gileylənib. Axar.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib. Sam Sərdar Milli Azərbaycanın böyük şəxsiyyətinin ev muzeyinin iş saatlarında belə qapılarının bağlı olduğuna, muzeyin fəaliyyətsizliyinə etiraz edib. “Uzaqdan əziz dostum Təbrizə qonaq gəlib və Səttarxanın evini görmək istəyir. Gəlmişik və evin bağlı qapıları arxasında qalmışıq”, - Səttar Xanın nəvəsi yazıb.
2023-12-12
812,855
"Prius"da sıxışan sərnişin belə xilas edildi - Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu Zığ şosesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobilinin “Mersedes” markalı evakuatorla toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sərnişini deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 2001-ci il təvəllüdlü R.Əlizadəni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
2023-12-12
812,862
Xankəndidə döyüldüyü deyilən erməni danışdı - Video
Ermənistan mətbuatında Qarabağda qalan ermənilərə işgəncələr verildiyi, guya azərbaycanlılar tərəfindən təzyiqə məruz qaldığına dair absurd məlumatlar yayılıb. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistana köçməkdən imtina edərək Xankəndidə yaşayan Muşeq Qriqoryan adlı erməni əsilli Azərbaycan vətəndaşı bu məlumatların yalan olduğunu vurğulayıb. M.Qriqoryan Xankəndidən video paylaşaraq, işgəncə söhbətlərinin əsassız olduğunu bildirib.
2023-12-12
812,864
Ərdoğan azərbaycanlı deputatları qəbul etdi - Foto
Türkiyədə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyətini qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib. Qeyd olunub ki, görüş hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında keçirilib.
2023-12-12
812,866
Rusiyanın İrandakı keçmiş baş konsulu ölü tapıldı
Rusiyanın İrandakı keçmiş baş konsulu Konstantin Alekseyev Moskvadakı mənzilində ölü tapılıb. Axar.az xəbər verir ki, məlumatı Rusiya mediası yayıb. Bildirilib ki, diplomatın meyitini həyat yoldaşı aşkarlayıb. Hazırda ekspertlər keçmiş baş konsulun ölüm səbəbini araşdırırlar. Qeyd edək ki, Konstantin Alekseyev 2015-2019-cu illərdə Rusiyanın İrandakı baş konsulu vəzifəsində çalışıb.
2023-12-12
812,867
Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri Xiyabanda - Foto
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri Xiyabanı ziyarət edib. Axar.az xəbər verir ki, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
2023-12-12
812,870
Jirinovskinin mirası bölüşdürüldü
Ötən il ölən Rusiya Liberal Demokrat Partiyasının sabiq lideri Vladimir Jirinovskinin mirası bölüşdürülüb. Axar.az xəbər verir ki, bu barədə rusiyalı keçmiş deputat Vasili Vlasov deyib. Onun sözlərinə görə, Jirinovskinin mirasının 70 faizi öz vəsiyyətinə görə partiyaya verilib. Mirasın 10 faizi özünün əsasını qoyduğu Dünya Sivilizasiyaları İnstitutuna, qalan 20 faizi isə övladlarına veriləcək. Qeyd edək ki, Vladimir Jirinovski 2022-ci ilin aprelin 6-da ölüb. Siyasətçinin 3 övladından ikisi nikahdankənardır.
2023-12-12
812,873
Qəzzada ölənlərin sayı 18 mini keçdi
İsrailin Qəzzaya zərbələri nəticəsində ölənlərin sayı 18 412 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücumlar zamanı 50 mindən çox insan da yaralanıb.
2023-12-12
812,874
Meyxanaçı narkotikdən istifadə etdiyini etiraf etdi
"Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyev məhkəmədə əvvəllər narkotikdən istifadə etdiyini etiraf edib. Axar.az Report-a istinadən xəbər verir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan baxış iclasında özünü təqsirli bilməyib. Prokuror Orxan Kəngərlinin elan etdiyi ittiham aktına əsasən, təqsirləndirilən şəxs 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 32.3, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin 2017-ci il qərarı ilə cəzası 8, Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il qərarı ilə cəzası 7 ilə endirilib. Onun məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan külli miqdarda - 3,818 qram çəkidə psixotrop maddə metamfetamin əldə etməsi və Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 145 saylı ünvanın qarşısına daşımasə müəyyən edilib. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Mshir Qonşuyev Mahir bu ilin iyununda paytaxtın Binəqədi rayonunda saxlanılıb. O, baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı cibindən 1 ədəd bükümdə külli miqdarda 3,818 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Məhkəmədə ifadə verən M.Qonşuyev ona qarşı elan edilən ittihamla özünü təqsirli bilməyib: "Əvvəllər narkotikdən istifadə etmişəm, lakin həbs olunandan sonra bu pis vərdişlərdən uzaq durmuşam. Həbs olunmamışdan qabaq məni bir neçə dəfə polis idarəsinə dəvət edib profilaktik söhbətlər aparılmışdı. Məndən kriminal və pis vərdişlərə səsləyən mahnı və meyxanaları oxumamağım tələb olunmuşdu. İyunun 6-sı "Hollivud" restoranına məclisə dəvət edildim. Prodüserim Kamil Mirzəliyev də yanımda idi. Liftdən çıxanda hər ikimizi saxlayıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər. Prodüserimin ifadəsi alınandan sonra sərbəst buraxıldı”. Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib. Qeyd edək ki, Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
2023-12-12
812,875
Ermənistanda mülkilərlə hərbçilərin davası: zabit öldürüldü
Ermənistanda Vazgen Sərkisyan adına Hərbi Universitetin yaxınlığında Müdafiə Nazirliyinin zabitləri ilə mülki şəxslər arasında baş verən bıçaqlanma nəticəsində zabit ölüb. Axar.az Report-a istinadən xəbər verir ki, borcun qaytarılması tələbi ilə bağlı tərəflər arasında mübahisə düşüb. Qarşıdurmada 5-i hərbçi olmaqla 8 nəfər iştirak edib. Söhbət zamanı borclu olan mülki şəxs hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra özü ilə gətirdiyi bıçaqla baş leytenantlar Gevorq Marqaryan və David Sayadyana ağır bədən xəsarəti yetirib. Təcili yardım maşını onları tibb mərkəzinə çatdırıb. Sonuncunun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Ermənistan Respublikası Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb.
2023-12-12
812,876
FHN-in regional mərkəzlərində Heydər Əliyev anıldı - Foto
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib. Axar.az xəbər verir ki, əvvəlcə, iştirakçılar Ulu Öndərin regional mərkəzlərin həyətində yerləşən büstü önünə gül dəstələri qoyub, Dahi Rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Tədbirlər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirlərdə çıxış edənlər dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən ətraflı danışıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə müstəsna xidmətlərindən bəhs ediblər. Ümummilli Liderin müdrik siyasəti nəticəsində qısa müddət ərzində sürətli inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycanın beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrildiyini fəxarət hissilə dilə gətirən natiqlər, indiki və gələcək nəsillər üçün əvəzsiz məktəb olan Dahi Rəhbərin mübarizə dolu həyat yolu və zəngin siyasi irsinin hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacağını qətiyyətlə bildiriblər. O da vurğulanıb ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər məkanında öz sözü, siyasi çəkisi olan bir dövlət kimi tanınır, qəbul edilir. Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub, Azərbaycan tarixinin ən qüdrətli zirvəsinə yüksəlib. Tədbirlərin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
2023-12-12
812,877
Bakı və İrəvanın qarşılıqlı təşəbbüsü... - Zaxarova
Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvanın münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı qarşılıqlı təşəbbüsünü alqışlayır. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
2023-12-12
812,878
Məşhur yazıçı həbs edildi
Məşhur fransalı yazıçı Frederik Beqbeder Po şəhərində həbs edilib Kult.az xəbər verir ki, bu barədə “France Blue” radiostansiyası məlumat yayıb. Məlumata görə, 58 yaşlı yazıçı dindirilməyə çağırılıb, bundan sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. Hüquq-mühafizə orqanları həbsin narkotiklə əlaqəsi olmadığını bildirirlər. Nəşrin məlumatına görə, gənc qadın yazıçıya qarşı ərizə verib. O, gecələrin birində Beqbeder ilə dəfələrlə intim münasibətdə olduğunu iddia edib. Onun sözlərinə görə, prosesin bir hissəsi qarşılıqlı razılıq olmadan və onun iradəsinə zidd olub.
2023-12-12
812,879
ABŞ-dan etiraf: Ukraynaya yardımı dayandırsaq...
ABŞ yardımı kəsərsə, Ukrayna 2024-cü ildə əks-hücum üçün artilleriya və sursat toplaya bilməyəcək. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.
2023-12-12
812,880
Zelenskinin yerinə Zalujnı gəlsə... - Zaxarova
Ukrayna Prezidenti Vladimir Zelenskinin Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı ilə əvəzlənməsi bu ölkədə situasiyanı dəyişməyəcək. Onlar hamısı Qərbin marionetləridir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistin sualına cavabında deyib.
2023-12-12
812,881
Futbolçu ildırım vurması nəticəsində öldü
Braziliyanın “Uniau Japirense” komandasının 22 yaşlı futbolçusu Kayo Enrike de Lima matç zamanı ildırım vurması səbəbindən dünyasını dəyişib. Axar.az xəbər verir ki, bu barədə Braziliyanın "Globo" portalı məlumat yayıb. Hadisə Parana ştatında həvəskarlar arasında regional kubok matçı zamanı baş verib. Bildirilib ki, daha 6 futbolçu xəsarət alıb. Japira meriyası futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib, vəfatı ilə əlaqədar matəm elan edib.
2023-12-12
812,882
Təhsil krediti üçün müraciət edənlərin sayı açıqlandı
Təhsil Tələbə Krediti Fondu kreditdən yararlanan tələbələrin statistikasını açıqlayıb. Fonddan Axar.az-a bildirilib ki, bu günə qədər 35 min 846 tələbə təhsil krediti almaq üçün müraciət edib. Onlardan 26 min 530 nəfərə təhsil tələbə krediti verilib. Kredit üçün müraciət edənlərin 20 min 185-i qadın, 15 min 661 nəfəri kişidir. Onlardan 15 min 522 qadın, 11 min 8 kişi təhsil kreditindən yararlanıb.
2023-12-12
812,884
Bu qadın seçkilərdə Putinin rəqibi olacaq
Yekaterina Duntsova 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində hazırkı lider Vladimir Putinin rəqibi ola bilər. Axar.az Rusiya mediasına istinadən xəbər verir ki, ixtisasca jurnalist olan 40 yaşlı qadın siyasi arenada təcrübəsi olmamasına baxmayaraq, Putinə meydan oxumaq niyyətindədir. Bununla belə, analitiklər hesab edir ki, onun rəsmi olaraq namizəd kimi qeydiyyatdan keçmək şansı azdır. Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü ilin 17 martında keçiriləcək.
2023-12-12
812,887
ABŞ və Kanadadan Rusiyaya növbəti sanksiya...
19:16 ABŞ və Kanada Rusiyaya sanksiyaları genişləndirib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi və Kanada Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, ABŞ-ın sanksiya siyahısına onlarla fiziki və hüquqi şəxsin adı əlavə edilib. Siyahıya Rusiyanın “Expobank”ı, qızıl hasilatı ilə məşğul olan “Highland Gold” şirkəti və onun sahibi Vladislav Sviblov da daxil edilib. Kanada isə antirusiya sanksiya siyahısına daha 30 fiziki şəxsi əlavə edib.
2023-12-12
812,888
Baydendən şok: Mən sionistəm!
35 il əvvəl sionist olmaq üçün yəhudi olmaq məcburiyyətində olmadığını dedim və ciddi tənqidlərə məruz qaldım. Mən sionistəm. Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden İsrail-HƏMAS münaqişəsi ilə bağlı açıqlamasında deyib. Bayden ABŞ-ın yəhudilərin tarixi vətənlərinə - İsrailə qaytarılması ideyasını dəstəklədiyini bir daha vurğulayıb.
2023-12-12
812,891
Türkiyənin 10 ən zəngin ailəsi - Siyahı
Türkiyənin “Ekonomist” jurnalı “100 ən zəngin araşdırması”nın nəticələrini ictimaiyyətlə paylaşıb. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, jurnalda Türkiyədə ən böyük sərvətə sahib olanların adları və ailələri açıqlanıb. Siyahıda ilk 9 yer dəyişməyib. Türkiyənin 100 ən zəngin insanı və ailələri ümumi sərvətlərinə görə sıralanıb. Həmçinin siyahıda bəzi adlar da təəccübləndirib. Beləliklə, ilk onluğu təqdim edirik: 1. 6 milyard dollardan çox sərvətlə Koç ailəsi və “Koç Holdinq”; 2. 5-6 milyard dollarla Şövkət Sabancının ailəsi və “Esas Holdinq”; 3. Ərol Sabancı və ailəsi - “Sabancı Holdinq”; 4. 4-5 milyard dollar sərvəti olan Türkan Sabancı və ailəsi - “S. Sabancı Holdinq”; 5. 3-4 milyard dollara sahib Tara ailəsi və “Enka Holdinq”; 6. 3-4 milyard dollarla Əczaçıbaşı ailəsi - "Əczaçıbaşı Holdinq”; 7. 3-4 milyard dollar sərvətə sahib Hüsnü Özyeğin və “Fiba Holdinq”; 8. 2,5-3 milyard dollarla Murad Ülkər və “Köklər Holdinq”; 9. 2,5-3 milyard dollarla Özokur ailəsi və “Üs Holdinq”; 10. 2,5-3 milyard dollar ilə Ərdəmoğlu ailəsi və “Ərdəmoğlu Holdinq”; Qeyd edək ki, məşhur "Doğan Holdinq" ilk onluğa düşə bilməyib və 11-ci sırada qərarlaşıb.
2023-12-12
812,893
Hakimi döyən klub prezidenti istefa verdi
Türkiyədə hakim Ümid Meleri döyən "Ankaragücü" futbol klubunun prezidenti Faruk Qoca vəzifəsindən istefa verib. Axar.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti açıqlama yayıb. F.Qoca baş hakim Xəlil Ümid Meler, onun ailəsi, idman ictimaiyyəti və xalqdan üzr istəyib. Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Qoca meydana daxil olaraq, baş hakim Ü.Meleri yumruqla vurub.
2023-12-12
812,895
Sabirabadda ticarət obyektləri yandı
19:58 Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanır. Axar.az-ın xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistralının 48-ci kilometrliyində, rayonun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hadisə yerinə Sabirabad və Saatlı yanğından mühafizə hissəsinə məxsus yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğının lokallaşdırıldığı bildirilir. *** Sabirabadda ticarət obyektlərindəki yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının qarşısı alınaraq söndürülüb. İlkin məlumata əsasən, yanğın bir-birinə bitişik bir neçə müxtəlif təyinatlı obyekti əhatə edib.
2023-12-12
812,899
Zelenski ABŞ Konqresinə gəldi
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresinin binasına gəlib. Axar.az xəbər verir ki, bu barədə ABC Nyus məlumat yayıb. Ukrayna prezidentini Demokratlar Partiyasının lideri Çak Şumer və respublikaçı azlığın lideri Mitç Makkonnel qarşılayıb. Zelenski ilk görüşünü senatorlarla keçirəcək. Zelenskinin Nümayəndələr Palatasının spikeri Mayk Consonla da görüşü nəzərdə tutulub. Bundan əlavə, Zelenski daha sonra ABŞ Prezidenti Co Baydenlə görüşmək üçün Ağ Evə gedəcək. Ukrayna və ABŞ liderləri birgə mətbuat konfransında çıxış edəcəklər.
2023-12-12
812,901
Sərhəddə gözləyən yük maşınlarının sayı yenə kəskin artdı
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1285 avtomobil gözləyir. Bu barədə Axar.az-a AYNA-dan məlumat verilib. Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 230, “Biləsuvar” gömrük postunda 68, “Mazımqara” gömrük postunda 52, “Samur” və “Xanoba” gömrük postlarında hərəsində 10 yük maşını var. Beləliklə, gömrük postlarında gözləyən yük maşınlarının sayı 1645-ə qalxıb. Qeyd edək ki, ötən gün gömrük postlarında gözləyən yük maşınlarının sayı 1542-yə düşmüşdü.
2023-12-12
812,902
Son bəyanat sülh üçün tarixi şansdır - Yorqallas
Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Ofisinin bu yaxınlarda münasibətləri normallaşdırmaq niyyəti ilə bağlı birgə bəyanatı regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi şansdır. Axar.az xəbər verir ki, bunu Kiprin müdafiə naziri Mixalis Yorqallas erməni həmkarı Suren Papikyanla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. “Bu irimiqyaslı təşəbbüs regionda çoxdan gözlənilən, beynəlxalq hüququn prinsiplərinə hörmətə və xüsusən də suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətə əsaslanan sülhə nail olmaq üçün tarixi şansdır", - M.Yorqallas bildirib. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
2023-12-12
812,903
ABŞ-ın sayəsində buna nail olduq - Netanyahu
Qəzzada quru əməliyyatları və dövlətimizə beynəlxalq təzyiqlərin azaldılması məsələsində ABŞ-dakı tərəfdaşlardan tam dəstək aldıq. Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. "Mən HƏMAS-ın məhv edilməsi və girovlarımızın qaytarılması üçün Amerika dəstəyini çox yüksək qiymətləndirirəm. ABŞ Prezidenti Co Bayden və onun komandası ilə intensiv ünsiyyətdən sonra biz quru əməliyyatı və beynəlxalq təzyiqlərin yumşaldılması üçün tam dəstək aldıq”, - deyə Netanyahu bildirib.
2023-12-12
812,905
Rusiya MN Xankəndidəki qəza ilə bağlı məlumat yaydı
Rusiya Müdafiə Nazirliyi dekabrın 11-də Xankəndidə sülhməramlı kontingentə məxsus texnikanın qəzaya uğraması barədə məlumat yayıb. Axar.az xəbər verir ki, məlumatda Rusiya Federasiyasının sülhməramlı hərbi hissəsinin BTR-82-nin dağ yolundan çıxması nəticəsində bir əsgərin həlak olduğu, daha 2 əsgərin isə orta və ağır bədən xəsarətləri aldığı bildirilib. Qeyd edilib ki, Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib: "Xəsarət alan hərbçilər sonrakı müalicə üçün Rusiya sülhməramlı kontingentinin hava nəqliyyatı ilə xəstəxanaya aparılıb". Xatırladaq ki, ötən gün Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.
2023-12-12
812,907
Moskvadan Bakı və İrəvana: Buna hazırıq!
Rusiya hər zaman Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə hazırdır və ümid edir ki, Bakı və İrəvan müvafiq təklifin aktuallığını nəzərə alacaq. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. Nazir müavini qeyd edib ki, Moskvada sülh danışıqlarının aparılmasına dair təkliflər Ermənistan və Azərbaycandan olan tərəfdaşlar üçün açıqdır. O əlavə edib ki, AB-nin Ermənistandakı mülki müşahidə missiyasının genişləndirilməsi sülh nizamlanmasına kömək etməyəcək və yalnız Cənubi Qafqazda gərginliyi artıracaq. M.Qaluzinin sözlərinə görə, AB-nin Cənubi Qafqaz siyasəti yalnız Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlib.
2023-12-12
812,912
Abşeronda 29 yaşlı qadın öldürüldü
Dekabrın 12-də saat 20 radələrində Abşeron rayonu Fatmayı kəndində 1994-cü il təvəllüdlü Rəhimova Arzu Hacıağa qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı 1961-ci il təvəllüdlü Quliyev Eynulla Bəhlul oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
2023-12-12
812,913
Yalnız mən dünya savaşının qarşısını ala bilərəm - Tramp
Ölkə rəhbəri olarsam, o zaman Üçüncü Dünya müharibəsinin qarşısını almaq mümkün olacaq. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib. “Co Baydenlə Ukrayna Prezidenti Vladimir Zelenskinin bugünkü görüşü yalnız Trampın III Dünya savaşının qarşısını ala biləcəyini xatırladır”, - deyə o bildirib. Qeyd edək ki, bu gün Zelenski ilə Baydenin Ağ Evdə görüşü gözlənilir.
2023-12-12
812,914
"Azərtac"ın 2 "casusu" Fransada sabitliyi pozacaqmış
Fransa mətbuatında guya Azərtac-ın əməkdaşlarının Yeni Kaledoniyaya Fransada sabitliyi pozmaq üçün göndərildiyi, hətta onların “casus” adlandırıldıqları dezinformasiya tirajlanır. Axar.az xəbər verir ki, bu barədə Azərtac-ın açıqlamasında deyilir. Xatırladaq ki, iki jurnalist redaksiya tapşırığını yerinə yetirmək üçün 2023-cü il dekabrın 3-də Yeni Kaledoniyaya ezam olunmuşdular. Onlardan biri viza bəhanəsi ilə ölkəyə buraxılmayıb, bir sutka polis nəzarətində saxlanıldıqdan sonra ölkədən çıxarılıb. "Uzun müddətdir ki, jurnalist fəaliyyəti ilə məşğul olan əməkdaşlarımıza “casus” damğasının vurulması qəbuledilməzdir. Jurnalistimizə qarşı edilən haqsızlıqdan və bunun bütün dünyaya yayılmasından sonra belə bir yazının meydana çıxması onu göstərir ki, bu dezinformasiyanın arxasında Fransa rəsmi qurumları dayanır. Bu, Yeni Kaledoniyada jurnalistimizə qarşı törədilən haqsızlığı ört-basdır etmək cəhdindən başqa bir şey deyildir. Yeni Kaledoniyada azadlıq tələbi ilə yürüşə çıxanların haqq səsini dünyaya çatdırmaq istəyən jurnalistlərə Fransa hökumətinin bu cür qeyri-rəsmi formada “casus” damğası vurmaq cəhdi demokratiya, azad söz, media azadlığı kimi fundamental prinsiplərin tələblərinə qarşı çox böyük hörmətsizlikdir", - məlumatda bildirilib. Qeyd edilib ki, jurnalistimizə qarşı Yeni Kaledoniyada edilən haqsızlığı hətta Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Daniel Qoa da öz açıqlamasında pisləyib. Onun jurnalistə yazdığı məktubda deyilir: “Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sözçüsü olaraq, 2023-cü il dekabrın 3-də Numeaya səfəriniz zamanı məruz qaldığınız ayrı-seçkiliklə əlaqədar Sizə tam dəstəyimi ifadə etmək istəyirəm. Biz bir daha müstəmləkə hökmranlığı altında olan xalqlarla bağlı məlumatların yayılmasına qarşı həqiqətən ifrat müstəmləkəçi münasibətinin şahidi olduq”. Azərtac məqalədə qeyd olunan absurd və cəfəng iddiaları qəti şəkildə rədd edib və bunu təxribat xarakterli feyk informasiya sayıb.
2023-12-12
812,917
COP29-u uğur hekayəsinə çevirmək üçün... - Əliyev
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyəti ardıcıl olaraq dəstəkləyir və enerji səmərəliliyinin artırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev X hesabında bildirib. Paylaşımda qeyd edilir: "Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetlərimizdəndir. Azərbaycanda bərpa olunan enerji geniş vüsət alır. 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu Sessiyasına ev sahibliyi etməyimiz iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə vermək əzmimizdən irəli gəlir. Azərbaycana verdiyi dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm. Biz COP29-u uğur hekayəsinə çevirmək üçün əlimizdən gələni edəcəyik. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyana tədbirin gözəl təşkilinə görə təşəkkür edir və iqlimlə bağlı tədbirləri inkişaf etdirmək üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik".
2023-12-12
812,923
"Ömər aşırımı"nda qəza: xəsarət alan var
Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda maşın aşıb, xəsarət alan var. Axar.az-ın Report-a istinadən məlumatına görə, avtomobil yolunun "Ömər aşırımı" adlanan ərazidən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Gədəbəy rayon sakini, 1964-cü il təvəllüdlü Ərrahman Əsgərov xəsarət alıb. O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
2023-12-12
812,927
Baydendən gözlənilməz: İsrail dünyanın dəstəyini itirir!
İsrail Qəzza məsələsində dünyanın dəstəyini itirməyə başlayır. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib. O bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu uzunvədəli həll üçün hökuməti dəyişdirməlidir. Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın dəstəyinə tam arxalandığını açıqlamışdı.
2023-12-12
812,928
22 bəndlik sülh sazişi masadadır - Kiviryan
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ermənilərdən və azərbaycanlılardan deyil, bu, regionda hökmranlıq edən supergüclərdən asılıdır. Axar.az xəbər verir ki, bu iddianı erməni politoloq Argişti Kiviryan erməni mediasına açıqlamasında səsləndirib. O, 22 bəndlik razılaşmanın artıq masada olduğunu, ancaq onun imzalanmasına supergüclərin razılıq vermədiyini də iddia edib. Qeyd edək ki, Azərbaycan dəfələrlə vasitəçilərsiz, birbaşa danışıqlar təklif etsə də, Ermənistan himayədarları olmadan masaya oturmur. Erməni politoloqlar isə buna müxtəlif don geyindirirlər.
2023-12-12
812,929
Seysmoloqdan xəbərdarlıq: Bakıda güclü zəlzələ...
Zəlzələnin qorxulu fəsadının olması gözlənilmir. Növbəti dəfə də silkələnmənin baş verəcəyi ehtimal edilir. Axar.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında ekoloq, seysmoloq Ənvər Əliyev deyib. O bildirib ki, xırda təkanların olması regionda daha böyük təkanların olması ehtimalını azaldır: “Təzyiq özünü 4-5 bal gücündə bildirir, tədricən yer öz enerjisini çıxarmış olur. Bu da daha güclü zəlzələlərin olma ehtimalını azaldır”. Seysmoloq onu da qeyd edib ki, Bakı çox yüklənib və bu yüklənmə maqnitudası yüksək olan zəlzələlər zamanı tələfat və itkilərə səbəb ola bilər: “Bakı bu gün çox yüklənib. Üç milyondan çox əhalini yığmışıq Bakıya, evləri də tikmişik yolların ortasında. Binalar o qədər yaxındır ki, güclü zəlzələ zamanı insanları təxliyə etmək çətin olacaq. Abşeronda qeydə alınan zəlzələ ola bilər ki təkrarlansın. Zəlzələni biz suya daş atmaqla müqayisə edirik. Daş suya düşdükdən sonra dalğalar bir müddət davam edir, zəlzələnin dalğaları da eyni qaydada yayılır. Yayıldıqca hiss olunması da azalacaq. Bunu seysmoloji mərkəzlər müşahidə edəcək”.
2023-12-12
812,930
Ermənistanın “alqışlamasına” Rusiyadan reaksiya
Siz üç ölkənin adını çəkdiniz. Rusiya bu siyahıda yoxdur. Bu barədə şərh vermək üçün heç bir səbəb görmürəm. Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında jurnalistin “Mirzoyanın “Ermənistan Moldova və Ukraynanın AB-yə üzvlüklə bağlı tərəflər arasında aparılan danışıqları alqışlayır” bəyanatı sizi narahat edirmi?” sualına cavab olaraq deyib. “Verilən bəyanatın bizə aidiyyəti yoxdur. Bizim gündəmimiz olmadığına görə bu barədə şərh verməyə əsas görmürəm”, - deyə Mariya Zaxarova bildirib.
2023-12-12
812,933
AB Orbanı yola gətirmək istəyir: 50 milyardlıq yardım...
Avropa Birliyi (AB) Macarıstanı bu həftə keçiriləcək sammitdə Kiyevə 50 milyard avroluq (54 milyard dollar) yardım proqramını dəstəkləməyə razı salmaq niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, AB bununla Rusiyaya açıq siqnal göndərməyi hədəfləyir. Belə ki, təklifi Macarıstan istisna olmaqla, AB-nin 27 ölkəsi dəstəkləyir, Baş nazir Viktor Orban təklifə veto qoyacağı ilə hədələyir. Qeyd edək ki, AB-nin ümumi büdcəsindən bu cür ödənişlər bütün üzv dövlətlərin yekdil dəstəyini tələb edir.
2023-12-12
812,935
Birgə bəyanat tarixi hadisədir - Britaniyalı parlamentari
Britaniya Parlamentində Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar nəticəsində Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistan Respublikasının Baş nazirinin ofisi tərəfindən verilmiş 7 dekabr tarixli birgə bəyanata dəstək ifadə olunub. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Axar.az-a verilən məlumata görə, İcmalar Palatasının üzvü David Duquid Parlamentdəki çıxışında birgə bəyanata tarixi hadisə kimi istinad edib. O, Azərbaycanla Ermənistan arasında davamlı sülh müqaviləsinin əldə edilməsi istiqamətində Britaniya hökuməti tərəfindən görülən işlər barədə sual verib. Cavab olaraq Britaniya Xarici İşlər Nazirliyində Avropa üzrə nazir Leo Dokerti bildirib ki, Azərbaycan və Ermənistanın ikitərəfli münasibətləri normallaşdırmaq barədə niyyətlərini təsdiq edən birgə bəyanat vermələri ruhlandırıcıdır. Nazir qeyd edib ki, Britaniya Azərbaycan və Ermənistanın tarixi və davamlı sülh əldə etmək istiqamətindəki səylərini tam şəkildə dəstəkləyir.
2023-12-12
812,936
Nüvə fəlakətinə çox yaxınıq - Nazarbayev
Hazırda dünya heç vaxt olmadığı qədər nüvə fəlakətinə yaxındır. Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev deyib. “Biz nüvə fəlakətinə heç vaxt olmadığı qədər yaxınıq. Bu cür geriləmə məni xüsusilə narahat edir, çünki ölkəmiz nüvə tərk-silahı işinə böyük töhfə verib. Qlobal səviyyədə siyasi iradə olmadan bu sahədə nəzərəçarpacaq irəliləyişə nail olmaq demək olar ki, mümkün deyil”, - Nazarbayev “Astana Klubu”nun iclasında bildirib.
2023-12-12
812,939
O, Azərbaycanın xarakterini yaradıb - Papuaşvili
Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları bu gün dünya şöhrətli siyasi xadim, fenomen şəxsiyyət Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Bu gün Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin nümayəndə heyəti də bu dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili söyləyib. Parlament sədri deyib: “Heydər Əliyev həqiqətən də müasir müstəqil Azərbaycan dövlətinin banisidir. O, möhkəm iradəli uzaqgörən siyasətçi kimi müstəqil Azərbaycanın xarakterini yaradıb və Azərbaycanın təkcə regionda deyil, dünyada öz rolunun gücləndirilməsində əldə etdiyi uğurların əsasını qoyub”.
2023-12-12
812,941
Maduro Zelenskini təhqir etdi
Ukrayna Prezidenti Zelenski Qərbin marianetkasıdır. Axar.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro deyib. “Bu, imperializmin marionetka təyin etməsi, ondan istifadəsi və sonra zibil qutusuna atması ilə bağlı ilk hadisə deyil. Zelenski kimi bizim də bir təlxəyimiz var idi - Quaido. İmperializm onu tutub Mayamidəki zibilliyə atdı. İndi o, Mayamidə zibil kimi yaşayır, amma cibində milyonlarla. Quaido kimi xalqı parçalamaq, nifrətlə doldurmaq, müharibə aparmaq üçün təxribat və yalanlarla istifadə olunacaq nümunələr daha çox olacaq. İmperializm şeytana bənzəyir - sən ona xidmət edirsən, sonra o sənə tüpürür. Deyəsən, Zelenskini də eyni tale gözləyir: bir dəfə uğursuzluğa düçar olursan, səni çölə atırlar, təpikləyirlər, səni tərk edirlər. Ruhunu şeytana satanların aqibəti budur”, - Maduro bildirib.
2023-12-12
812,942
Türkiyə və Braziliya arasında Qəzza müzakirəsi
Türkiyə xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim Braziliya xarici işlər nazirliyinin baş katibi Mariya Laura da Roça ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Cenevrədə keçirilən görüşdə Qəzzadakı vəziyyət müzakirə olunub: "Görüşdə Qəzzadakı mövcud durum və humanitar yardım cəhdləri başda olmaqla ölkələrimiz arasındakı əməkdaşlıq xüsusları ətrafında fikir mübadiləsi aparılıb".
2023-12-12
812,943
İraqda türk əsgəri şəhid oldu
"Pəncə-Kilid" əməliyyatı bölgəsində (İraqda) Türkiyə hərbçisi şəhid olub. Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, PKK terror təşkilatı üzvlərinin həyata keçirdiyi hücumda Türkiyə ordusunun hərbçisi, leytenant Alpərən Əmir şəhid olub.
2023-12-12
812,948
40 yaşdan yuxarı kişilər orduya çağırılır
Ukrayna Prezidenti Vladimir Zelenski təsdiqləyib ki, rəhbərlik 40 yaşdan yuxarı kişilərin orduya çağırılmasını nəzərdən keçirir. Axar.az xəbər verir ki, bu sözləri Zelenski ilə görüşən amerikalı senator Rocer Uiker deyib. O bildirib ki, Ukrayna öz ordusunun şəxsi heyətini gücləndirmək üçün əlavə imkanları araşdırır.
2023-12-12
812,950
Türkiyədən Pakistandakı teraktla bağlı bəyanat
Pakistanın şimal-qərbində Xeybər-Paxtunxva əyalətinin Dera İsmayıl Xan rayonunda bu gün törədilən terror aktı nəticəsində 24 əsgərin şəhid olduğunu dərin hüznlə öyrəndik. Bu dəhşətli terror aktını pisləyirik. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Qeyd edək ki, Pakistanın Xeybər-Paxtunxva əyalətinin şimal-qərbində polis məntəqəsində partlayış baş verib. Nəticədə 24 əsgər şəhid olub.
2023-12-13
812,954
İsrail Qəzzada tunelləri su ilə doldurmağa başladı
İsrail ordusu Qəzzada HƏMAS-ın istifadə etdiyi tunelləri dəniz suyu ilə doldurmağa başlayıb. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. Bildirilib ki, hazırda görülən tədbirlər ilkin mərhələdədir. Məsələ ilə bağlı İsrail rəsmiləri açıqlama verməyib.
2023-12-13
812,955
"Qalatasaray" Çempionlar Liqası ilə vidalaşdı
00:00 UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda "Qalatasaray" Danimarka səfərində "Kopenhagen"lə qarşılaşır. Axar.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxıblar: "Kopenhagen": Qrabara, Diks, Vavro, Klaesson, Qonçalves, Elyunoussi, Lerager, Jelert, Ankersen, Akouri, Falk. "Qalatasaray": Muslera, Boey, Sançez, Abdülkerim, Angelino, Kaan, Torreyra, Tete, Kerem, Zaha, İkardi. *** Meydan sahibləri görüşün 59-cu dəqiqəsində Leragerin qolu ilə hesabı açdı: 1-0. *** "Qalatasaray" səfərdə "Kophenagen"ə 1-0 məğlub oldu. Bununla Çempionlar Liqasının qrup mərhələsini üçüncü yerdə başa vurdu. Türkiyə təmsilçisi mübarizəni Avrop Liqasının pley-off mərhələsində davam etdirəcək.
2023-12-13
812,956
Növbəti "Texnofest" festivalı hansı şəhərdə keçiriləcək?
"Texnofest" festivalı növbəti il Adanada keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar məlumat verib. Bayraqdar dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı üçün bu ilki ünvan olaraq Adananı seçib.
2023-12-13
812,957
AB Ermənistanı sürətlə üzvlüyə cəlb etsə… – Mehmet Akif
Ermənistanın AB-yə üzvlüyünə çox konkret maneələr var. Bu sözləri Axar.az-a AB-nin Ermənistanın təşkilata üzvlük məsələsi ilə bağlı fəaliyyətini aktivləşdirməsi haqqında danışan Türkiyənin Yıldız Texnik Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının professoru Mehmet Akif Okur deyib. Professor təşkilatın regionda qüvvələr balansını nəzərə almadan Ermənistanı özünə çəkmək fəaliyyətinin doğuracağı ağır nəticələrdən bəhs edib: “AB-nin qanunlarına görə, sərhəd problemləri yaşayan bir ölkənin üzv kimi təşkilata qəbulu mümkün deyil. Ancaq AB bu prosesə rəğmən, Cənubi Qafqazda Qərb ittifaqına geosiyasi nüfuz qazandırmaq məqsədilə Ermənistanın üzvlüyü məsələsində sürətli addımlar atsa, çox mənfi nəticələrlə qarşılaşacaq. Digər tərəfdən, ölkədə kəskin bir bölünmə var. AB-yə üzvlük prosesi bu qütbləşməni daxili toqquşmalara çevirə bilər. Ukrayna və Gürcüstanda olduğu kimi, daxildə toqquşan tərəflərin xaricdən dəstəklənməsi genişmiqyaslı qeyri-sabitliyə gətirib çıxarar. Bununla yanaşı Ermənistanı olduğundan daha güclü hiss etdirəcək bir dəstək proqramı İrəvanın sövdələşmə şərtlərini yüksəldərək, Azərbaycanla oturduğu sülh masasını işləməz hala gətirər. Əgər bu gerçəkləşsə, yenə ən böyük zərəri Ermənistan görəcək. Sadaladığımız səbəblərə görə, Ermənistan-AB əlaqələrinin ölkənin daxili tarazlığı ilə bərabər regional tarazlığı saxlayan, sülhə töhfə verəcək bir proqram üzrə inkişaf etdirilməsi təşkilatın uzunmüddətli mənfəətləri baxımından da ən uyğun yoldur. Əks təqdirdə AB çətin toqquşmaların tərəfinə çevrilə, güc və nüfuz itirmə riski ilə qarşılaşa bilər”.
2023-12-13
812,959
İH önündə qudaların davası: rəsmi açıqlama - Video
Sabunçu Rayon İcra Hakimiyyətinin həyətində qudalar əlbəyaxa davası ilə bağlı rəsmi açıqlama verilib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, hadisə cari ilin aprel ayında baş verib. Fakt üzrə cinayət işi başlanılıb. Qohumuna xəsarət yetirən şəxs saxlanılaraq istintaqa təhvil verilib və barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, İcra Hakimiyyətinin həyətində qudasını döyən şəxs daha sonra onu maşınla da vurub.
2023-12-13
812,960
Sensasiya: Rusiya Ukraynada şəxsi heyətin 90 faizini itirib!
ABŞ kəşfiyyatının məxfiliyi qaldırılmış hesabatında deyilir ki, Ukraynada müharibə Rusiyaya 315 min ölü və yaralı hərbçi, yaxud münaqişənin başlanğıcında malik olduğu şəxsi heyətin təxminən 90 faizi hesabına başa gəlib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Hesabatda deyilir ki, şəxsi heyət və zirehli texnikada verdiyi itkilərdən dolayı Rusiya ordusunun modernləşdirilməsi 18 il geriyə düşüb. Bildirilib ki, ABŞ kəşfiyyatının bu yaxınlarda məxfiliyi ləğv edilmiş hesabatında Rusiyanın 2022-ci ilin fevralında 360 min hərbçi ilə Ukraynaya genişmiqyaslı müdaxiləyə başladığı təxmin edilir. O vaxtdan bəri, hesabata görə, 315 min rus əsgər və ya Rusiyanın müharibəyə başladığı ümumi hərbçi sayının təxminən 87%-i öldürülüb və ya yaralanıb. Məhz bu itkilər Rusiyanı orduya qəbul standartlarını yumşaltmağa, məhkumları və yaşlı mülki şəxsləri Ukraynaya göndərilmək üçün çağırmağa səbəb edib.
2023-12-13
812,961
AB “missiya”sı genişlənir: Ölkəmizə hücum ssenarisi…
Avropa Birliyi Ermənistanda müşahidəçilərinin sayını 71 nəfər artıraraq, 138-dən 209-a çatdırıb və bəyan edib ki, məqsəd Azərbaycanla sərhəddə sabitliyi qorumaqdır. Azərbaycanın Ermənistanla sərhəddə hansısa hərbi planı yoxdur, xüsusilə Qarabağda erməni separatizminin ləğvindən və Zəngəzur dəhlizinin İran marşrutuna köçürülməsi qərarından sonra. Hətta Bakı Qərbdə “Azərbaycan Ermənistana hücum edəcək” ittihamlarının istinad nöqtəsi olan Zəngəzur dəhlizinə marağının itdiyini elan etmək məcburiyyətində qaldı. Buna baxmayaraq, AB-nin Ermənistandakı fəaliyyətində “Azərbaycan təhlükəsi” səbəb kimi qalır. Müşahidə missiyasının bölgəyə gətirilməsi və sayının artırılmasında əsas hədəfin Ermənistanda Rusiyanın “təhlükəsizlik rolunu” əvəzləmək, rusları sıxışdırmaq olduğu bəllidir. Lakin bu hədəfə çatmaqda səbəb kimi Azərbaycanın seçilməsi müəyyən riskli perspektivlər də vəd edir, xüsusilə Ermənistanın təhlükəsizliyində AB-nin Rusiyanı əvəzləməsi və missiyanın effektivliyinin isbat edilməsi üçün eskalasiya ssenarisinə “ehtiyacın” ola biləcəyi fonunda. AB missiyasında sayın artırılması qərarındakı əsas yenilik isə prosesə ilk dəfə ittifaq üzvü olmayan NATO ölkəsinin – Kanadanın iki müşahidəçi ilə qoşulmasıdır. Və bu, NATO-nun “müşahidə missiyası” adı altında bölgəyə daxil olmaq istəyi haqda da ehtimallar yaradır.
2023-12-13
812,962
Qəzzada yeni döyüş kadrları - Video
İsrail Müdafiə Nazirliyi Qəzzadakı quru əməliyyatları ilə bağlı yeni kadrlar yayımlayıb. Axar.az əməliyyat görüntülərindən birini təqdim edir:
2023-12-13
812,963
Bayden Ukraynaya 200 milyonluq hərbi yardımı təsdiqlədi
ABŞ Prezidenti Co Bayden Ukraynaya 200 milyon dollar məbləğində hərbi yardımın ayrılmasını təsdiq edib. Axar.az xəbər verir ki, bu barədə Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdə bildirib. Bayden qeyd edib ki, ABŞ Konqresi Ukraynaya 60 milyard dollardan çox yardımı təsdiq etməlidir. Qeyd edək ki, Zelenski ABŞ-da səfərdədir.
2023-12-13
812,964
Əliyev imzalamayıb, “Qranada prinsipi” hardan çıxdı?
Ermənistan XİN rəhbəri Ararat Mirzoyan danışıqları pozmaqla məşğuldur. Mirzoyan çox yaxşı bilir ki, Qranada görüşü Azərbaycan tərəfindən rədd edilib, Prezident Əliyev o görüşə getməyib. Orada qəbul edilmiş qərarlar rəsmi Bakı tərəfindən təsdiqlənməyibsə, hansı “Qranada prinsipləri”ndən söhbət gedə bilər? Bu sözləri Axar.az-a politoloq Zaur Məmmədov Ararat Mirzoyanın “Ermənistan tərəfi Qranadada qəbul edilmiş prinsiplər əsasında irəliləməyə hazırdır” sözlərini şərh edərkən deyib. O bildirib ki, “Qranada prinsipləri” Azərbaycan üçün məqbul deyil: “Danışıqlar Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında gedir və əlavə olaraq Azərbaycanın bu məsələ ilə bağlı bəyanatları var. Prezident İlham Əliyev bildirib ki, Ermənistan zəmanət verməlidir ki, sabah Azərbaycan əraziləri ilə bağlı başqa cür düşünməyəcək. Ümumiyyətlə, məsələlərə baxış bucağı ilə bağlı ermənilərin əlavələri varsa, onda mütləq şəkildə bu, qarşılıqlı olmalıdır. Gözlənilən odur ki, bəzi xarici dairələrdən Ermənistan hakimiyyətinə təzyiq elemenetləri artacaq. Bu təzyiqlər fonunda sülh müqaviləsinə hazırda yaxın olan Ermənistanın sənədə imza atıb-atmayacağını görəcəyik”.
2023-12-13
812,965
Zalujnı vəzifədən kənarlaşdırılır? - Umerov açıqladı
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının əvəzlənməsi hazırda planlaşdırılmır. Axar.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rüstəm Umerov deyib. “Daxildə və xaricdə nə təbliğ olunduğundan xəbərimiz var. Planda belə bir şey yoxdur. Bu gün biz baş komandanla birgə olduq və quru qoşunları komandanını salamladıq”, - deyə Umerov bildirib.
2023-12-13
812,967
Qızılcadan qorunmaq üçün bu qidalar faydalıdır
Təəssüf ki, qızılca infeksiyasından tam müdafiə yoxdur. Sadəcə immuniteti gücləndirən tibbi prosedur mövcuddur. Qızılca infeksiyasına yoluxan uşaqların müalicəsi ilk növbədə simptomların aradan qaldırılmasına, fəsadların qarşısının almasına, düzgün istirahət və maye qəbulunun təmin edilməsinə yönəlməlidir. Bu sözləri Axar.az-a açıqlamasında pediatr, həkim-allerqoloq Xəyalə Quliyeva deyib. Onun sözlərinə görə, müalicə məhz xəstəliyin əlamətlərinə görə təyin olunur: “Məsələn, hərarət, öskürək varsa, onlara uyğun olan həblər verilir. Əsasən, xəstəliyin ağırlaşmasının qarşısını ala biləcək dərman kimi A vitamini məsləhət görülür. Bu vitamin meningitdən, otitdən, pnevmoniyadan, ən əsası isə görmə problemindən qoruyur. Əgər qızılca infeksiyasına yoluxma diaqnozu qoyulubsa, mütləq A vitamini qəbul edilməlidir. Xəstəliyin simptomlarına gəlincə, bunlar gözdə əzginlik, qızartılar, öskürək və sonda hərarətin artmasıdır. Qızılca xəstəliyinə yoluxanların bir neçə gün sonra bədənində səpkilər yaranır. Səpkilər ilk gün üzdə, qulaqda olur, növbəti gün boyun və yuxarı ətraflara, sonrakı günlər isə aşağı ətraflara yayılır”. Mütəxəssis vurğulayıb ki, bu dövrdə A vitamini ilə zəngin olan qidalar qəbul edilməlidir: “Bura süd məhsulları, portağal, yerkökü və s. daxildir. Eyni zamanda, bolluca maye qəbul edilməlidir, çünki xəstəlik zamanı dəri su itirir, susuzlaşır. Xəstə yataq rejiminə keçməli və heç kimlə təmasda olmamalıdır. Digər qorunma yolu isə peyvənd olunmaqdır. Qızılca infeksiyasına yoluxan uşağın ayrı otaqda saxlanması tövsiyə olunur. Otağı tez-tez havalandırmalı, günəş işığının düşməsinə nəzarət etməli, həmçinin otaqda rütubətə diqqət yetirilməlidir. Onlara qulluq edən şəxslər isə qoruyucu maskadan istifadə etməlidirlər. Peyvənd 1 və 6 yaş aralığında edilir. Əgər 1 yaşında peyvənd olunmayıbsa, 6 yaşa kimi, 6 yaşda olunmayıbsa, 10 yaşa kimi vaksin vurulmalıdır. Ümumiyyətlə, peyvənd dozasını almayıbsa, 6 yaşından sonra müəyyən nəzarətlə peyvənd oluna bilər”.
2023-12-13
812,968
"Yuxarı Lars" yenidən bağlandı
"Yuxarı Lars" keçid məntəqəsindən yük maşınlarının keçidi qadağan edilib. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb. Bildirilib ki, qar və çovğun səbəbindən yük maşınlarının keçidi qadağan edilib, digər növ nəqliyyat vasitələri üçün keçid sərbəstdir. Qeyd edək ki, Yuxarı Lars yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.
2023-12-13
812,969
2024 proqnozu: Ölkələr yox olacaq, yüzlərlə şəhər...
2023-cü il dünyada ölümcül hadisələrlə dolu oldu. Bütün bəşəriyyət yeni 2024-cü ili səbirsizliklə gözləyir, ümid edir ki, köhnə il pis və dağıdıcı hər şeyi özü ilə aparacaq. Amma 2024-cü il sülh və əmin-amanlıq gətirəcəkmi? Axar.az Publika.az-a istinadən görücülərin gələn il üçün proqnozlarını təqdim edir: Polşalı rahib Andrzej Klimiszko hələ 20-ci əsrdə 2024-2025-ci illərdə Avropada dəhşətli daşqın olacağını proqnozlaşdırmışdı. Sunami o qədər dağıdıcı olacaq ki, minlərlə insan öləcək və Romanı su basacaq. Kaede Uber də təbii fəlakətlərdən danışır. Əfsanəvi Vanqanın varisi artıq 2023-cü il üçün qarşıdurmaları proqnozlaşdırıb və onun bir çox proqnozu gerçəkləşib. Gələn il "kosmik uğursuzluqlar" səbəbindən çoxları evini itirə bilər. Əsas zərbə Yaxın Şərq və Afrikaya, eləcə də dağların və məbədlərin uça biləcəyi Çinə dəyəcək. Mərakeş, İsrail və Misir yüksək riskli zonada olacaq. Bəzi ölkələr isə antidotu olmayan zəhərli həşəratların hücumuna məruz qala bilər. Yeri gəlmişkən, Meksika indi çəyirtkələrin görünməmiş istilasını yaşayır. Argentinalı ruhanilər də 1956-cı ildə “Üçüncü minillik” toplusunda dağıdıcı fəlakətlər haqqında yazmışdılar. Onların proqnozları daha böyükdür. Onlar bütün xalqları məhv edəcək dəhşətli fəlakətlərdən danışırdılar. Bir çox ölkə Yer üzündən yoxa çıxıb xarabalığa çevrilə bilər. Müasir rus ezoterikləri də ilin asan keçməyəcəyinə əmindirlər. Görücü İnna Mişina 2024-cü ildə bir çox vulkanın oyanacağını iddia edir. Yuxularında gələcəyin şəkillərini görür. O, həmçinin Avropada daşqınlar və çoxlu sayda insanın ölümünə səbəb olacaq çoxlu zəlzələlərin olacağını proqnozlaşdırır. Səbəb "kosmosdan gələcək" - bəlkə də bir meteorit və ya onun parçasın Yerlə toqquşacaq. Yeri gəlmişkən, bu, alimlərin ezoteriklərlə razılaşdığı nadir haldır. Məsələn, tədqiqatçıların proqnozlarına görə, 2024-cü ildə Sçumann rezonanslarının tezliyi kəskin artacaq. Bu isə təbii fəlakətlərin sayının artması deməkdir. Bundan əlavə, yüksək "planet nəbzi" insanların rifahına mənfi təsir göstərir - bu tibb tərəfindən sübut edilib. Və 2024-cü ilin əvvəlində astronomlar görünməmiş güclü Günəş fırtınalarını proqnozlaşdırırlar. Təəssüf ki, onlardan da yaxşı heç nə gözləmək olmaz. Təbii fəlakətlər bəşəriyyətin idarə edə və dayandıra bilmədiyi bir şeydir. Ancaq görücülər bir məsələdə həmfikirdirlər: dağıdıcı fəlakətlər insanlar üçün bir cəzadır. Bəşəriyyət həyata münasibətini yenidən nəzərdən keçirməlidir. Axı biz özümüz Yer kürəsini məhv etməyə başladıq və planet də bizə eyni şəkildə cavab verir.
2023-12-13
812,970
Şuşadakı otellərin qazancı kəskin artdı
Şuşadakı otellərin qazancı kəskin artıb. Axar.az Fed.az-a istinadən xəbər verir ki, 2023-cü ilin ilk 9 ayının nəticələrinə əsasən Şuşa otelləri gəlirlərinin həcminə görə digər turizm mərkəzi olan Şəkini geridə qoyub. 2023-cü ilin ilk 9 ayında Şuşadakı otellərdə 12 min nəfərə yaxın qonaq olub. Onlardan 9,8 min nəfəri Azərbaycan vətəndaşı, 2,2 min nəfər isə əcnəbidir. Qeyd edək ki, 2022-ci ildə Şuşa otelləri 14 min nəfərdən çox qonağa xidmət göstərmişdi ki, bunun da 1800 nəfərini əcnəbi təşkil edirdi. Şuşadakı otellərin gəlirləri də kəskin artıb. Belə ki, Şuşa otelləri 2022-ci il ərzində 2 milyon manat qazandıqları halda, 2023-cü ilin 9 ayında bu rəqəm 3 milyon manata çatıb, ilin sonunadək isə rəqəmin 4 milyon manatı keçəcəyi gözlənilir. Şuşa bu göstəriciyə görə turizm mərkəzlərindən olan Şəkini geridə qoyub – "Gülüş şəhəri"ndəki otellər 9 ayda cəmi 2,7 milyon manat qazanıblar. Maraqlıdır ki, Şuşadakı otellərin gəlirinin böyük hissəsi otel nömrələrinin satışından deyil, restoranlardakı xidmətlərdən daxil olub. Bununla yanaşı, hesabat dövründə Şuşada otellərin tutumluluğu yalnız 16% təşkil edib. Bu, ölkə üzrə 20,8% təşkil edən ümumi göstəricidən aşağıdır.
2023-12-13
812,972
Ermənistanda zəlzələ oldu
Ermənistanda 3 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, yeraltı təkanın episentri Şirak rayonunun Aşotsk kəndindən 15 km şərqdə qeydə alınıb.
2023-12-13
812,974
Sevinməyin: Bakıya “missiya” mane ola bilməz - Ovannisyan
09:00 Ermənistan və erməni cəmiyyəti ölkədə AB-nin monitorinq missiyasının artmasına sevinməməlidir, əslində o, ölkənin təhlükəsizliyinə töhfə verə bilməyəcək. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Vahe Ovannisyan deyib. Ovannisyan bildirib ki, əgər Bakının qarşısında eskalasiya və irimiqyaslı hərbi əməliyyatlara başlamaq vəzifəsi olsaydı, o zaman bir neçə yüz nəfərdən ibarət Avropa missiyası heç bir ciddi maneəyə çevrilməzdi. O, Ermənistan rəhbərliyinin, xüsusən də xarici işlər naziri Ararat Mirzoyanın son çıxışlarından birində ifadə etdiyi “Ermənistan Avropanı qəbul etməyə hazır olduğu qədər ona yaxın olmaq istəyir” yanaşmasını primitiv və sadəlövh adlandırıb: “Bəzi ölkələrin acınacaqlı təcrübəsi var ki, bu yolu tutub, sonra son dərəcə ağır nəticələrlə üzləşib. Ən parlaq nümunə Ukraynadır. Əfqanıstan təcrübəsi var: amerikalılar demək olar ki, bir gündə oranı tərk etmək qərarına gəldilər və bununla da amerikalılara sona qədər inananları ölümə məhkum etdilər. Avropa və ABŞ-ın ən yaxşı dostu Mixail Saakaşvilinin bu gün harada olduğunu da xatırlamaq lazımdır - o, Gürcüstan həbsxanasındadır”. Ovannisyan vurğulayıb ki, Bakının strateji planları var və son onilliklərin təcrübəsi göstərir ki, Azərbaycan uzunmüddətli hədəflər qoymağı və həyata keçirməyi kifayət qədər yaxşı öyrənib: “Məsələn, əgər Bakıya Qarabağı sakit şəkildə nəzarətə götürə bilmək üçün Ermənistanla sərhəddə nisbi sabitlik lazımdırsa, o zaman bu sakitliyi qoruyacaq. Bunun əksinə olaraq, həm Ermənistan hökuməti, həm də onun müxalifləri situasiya qərarları ilə yaşayır vəlar və ümumiyyətlə onlara nə lazım olduğunu bilmirlər. Ermənistan bir tərəfdən “3+2” formatına (Azərbaycan, Ermənistan və Rusiya, İran, Türkiyə) razıdır, digər tərəfdən də isə danışıqlar üçün Avropa platformasında israr edir və AB missiyasını genişləndirir. Bu formatda olan bütün ölkələr Ermənistana dəfələrlə xəbərdarlıq edib və üçüncü qüvvələri regional məsələlərə cəlb etməməyə çağırıblar, lakin İrəvan inadla iki antaqonist, bir-birini inkar edən vektor üzərində işləyir. Bundan sonra belə bir ölkənin rəhbərliyinə ciddi yanaşmaq olmaz”. Ovannisyan hesab edir ki, Ermənistan hakimiyyətinin ən böyük və bağışlanmaz səhvi ölkəni Rusiya ilə Qərb arasında toqquşmanın episentrlərindən birinə çevirməsidir: “Ermənistan ölkə rəhbərliyinin savadsız və məsuliyyətsiz siyasəti sayəsində Qərbin əlində geosiyasi alətə çevrilir”. Qeyd edək ki, Ermənistanda AB müşahidəçilərinin sayının 138-dən 209-a qaldırılması haqda qərar qəbul edilib.
2023-12-13
812,975
Baydendən Konqresə Ukrayna çağırışı: Milada qədər...
ABŞ Prezidenti Co Bayden ölkə parlamentini Milad tətili başlamazdan əvvəl Ukraynaya dəstək üçün əlavə vəsaitin ayrılmasını təsdiqləməyə çağırıb. Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə bu barədə deyib. Baydenin sözlərinə görə, dünya hazırda tarixi dönüş nöqtəsindədir. Dövlət başçısı əlavə edib ki, hazırda qəbul edilən qərarlar Avropanın və digər regionların gələcəyini müəyyən edə bilər. Qeyd edək ki, C.Bayden Zelenski ilə görüşdə Ukraynaya 200 milyon dollarlıq hərbi yardımı təsdiqlədiyini açıqlayıb.
2023-12-13
812,976
Budapeştdən Kiyevə "yaşıl işıq": Bu şərtlə razıyıq!
Macarıstan Avropa Birliyinin Ukraynaya yardımına dəstək verməyə hazırdır, lakin onun birliyə üzvlüyü Budapeşt üçün “qırmızı xətt” olaraq qalır. Axar.az xəbər verir ki, bu barədə "Blumberq" Macarıstan Baş nazirinin siyasi məsələlər üzrə müşaviri Balazs Orbana istinadən məlumat yayıb. Müşavirin sözlərinə görə, Macarıstan Avropa fondlarından ona nəzərdə tutulan vəsaitin buraxılması müqabilində vetonu ləğv etməyə hazırdır: "AB-nin Macarıstan üçün vəsaiti və Ukraynaya ayrılan vəsait iki ayrı məsələdir. Lakin AB Ukraynaya maliyyənin düzəliş edilmiş AB büdcəsindən gəlməli olduğunu hesab edirsə, o zaman iki məsələ bir-birinə bağlıdır". Qeyd edək ki, Avropa Birliyi (AB) Macarıstanı bu həftə keçiriləcək sammitdə Kiyevə 50 milyard avroluq (54 milyard dollar) yardım proqramını dəstəkləməyə razı salmaq niyyətindədir. AB-nin ümumi büdcəsindən bu cür ödənişlər bütün üzv dövlətlərin yekdil dəstəyini tələb edir.
2023-12-13
812,980
Növbəti köç karvanı Füzuliyə çatdı
09:20 Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Axar.az xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 112 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 358 ailənin, yəni 1298 nəfərin daimi məskunlaşması təmin edilib.
2023-12-13
812,981
Bakıda yol çökdü, sıxlıq yarandı - Video
Əbdülvahab Salamzadə küçəsində körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və Qələbə dairəsində sıxlıq yaranıb. Axar.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Sürücülərdən nəzərə almaları xahiş edilir.
2023-12-13
812,983
Bakıda ana və qızını maşın vurdu, biri öldü
Bakıda avtomobil ana və uşağını vurub. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 11.12.2023-cü il tarixdə, saat 10:30 radələrində 1954-cü il təvəllüdlü Qəmnalı Məmməd oğlu İbrahimov "Opel Vektra" markalı avtomaşınla Nizami rayonu ərazisində hərəkətdə olarkən idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkətdə olan piyadalar - 1990-cı il təvəllüdlü Ayişə Məhərrəm qızı Aşırova və onun övladı 2015-ci il təvəllüdlü Aysu Elmir qızı Yaqubəliyevanı vurub, piyadalar "Yeni Klinika" xəstəxanasına yerləşdirilib. Ayişə Aşırova aldığı bədən xəsarətlərindən xəstəxanada ölüb. Toplanmış material üzrə 12.12.2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq davam etdirilir.
2023-12-13
812,986
Bakı İrəvandan bu əraziləri tələb edir – Sazişin detalları
Ermənistan mediası sülh müqaviləsində Bakının İrəvan qarşısında qaldırdığı tələblərlə bağlı yeni iddialar irəli sürüb. Axar.az Publika.az-a istinadən xəbər verir ki, “Hraparak” nəşri Azərbaycanın sülh sazişinə dair təklifləri ilə tanış olan erməni deputatlara istinadən müəyyən detalları dərc edib. Nəşr iddia edir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır, lakin bunu rəqəmlə qeyd etmir: “Yəni Ermənistanın 29800 kvadratkilometr ərazisi olduğunu qəbul etmir. Ermənistanın ərazisi sərhədin delimitasiya və demarkasiyasından sonra bəlli olacaq”. Nəşr yazır ki, Azərbaycan sərhədin SSRİ dövrünün xəritələrinə uyğun delimitasiyasını da qəbul etmir. “1974-1979-cu illərin xəritələri seçimlər arasındadır, lakin Azərbaycan heç bir xəritə ilə razılaşmır. Bakının əsas tələblərindən biri də anklavlardır”, - nəşr yazır. Ermənistan parlamentinin müxalif deputatları Geqam Manukyan, Kristine Vardanyan və Aspram Krpeyan ötən həftə sülh sazişinə dair Azərbaycanın təklifləri ilə tanış olmaq üçün Ermənistan Xarici İşlər Nazirliyində olub. Nəşr iddialarını bu deputatlara istinadən irəli sürür. Geqam Manukyan sənədin tam məxfi qrifli məqamlarını ictimaiyyətə açıqlamasa da, qeyd edib ki, təkliflərlə tanış olmaq onun təhlükəsini təsdiqlədi və qorxuları gücləndirdi. Qeyd edək ki, Ermənistan sərhədin delimitasiyasını öz xeyrinə həll etmək istəyir. Lakin ötən əsrin əvvəlində Azərbaycan torpaqları hesabına yaradılan Ermənistan SSRİ dövründə də ərazilərimizi zəbt edib. Sovetlər dövründə Azərbaycan əraziləri otlaq və əkin sahələri adı altında Ermənistana “bağışlanırdı”. Azərbaycan delimitasiya prosesində bu tarixi ədalətsizliyi bərpa etmək niyyətindədir.
2023-12-13
812,987
Rusiya Kiyevə raket zərbələri endirdi: 53 yaralı
09:38 Rusiya Kiyevə raket zərbələri endirib. Axar.az xəbər verirki, bu barədə Kiyevin meri Vitali Kliçko Teleqramda bildirib. O qeyd edib ki, raket hücumu zamanı 45 dinc sakin yaralanıb: “Yaralıların hamısı Dnepr rayonundandırlar. Xəstəxanaya yerləşdirilmiş yaralılar arasında iki uşaq da var. 27 nəfərə isə yerindəcə tibbi yardım göstərilib”. Meriya açıqlayıb ki, raket qalıqlarının xəstəxana ərazisinə düşməsi nəticəsində orada böyük çuxur əmələ gəlib: “Hospitalın pəncərələri sınıb, bir nəfər yaralanıb”. Qeyd edək ki, Teleqramdakı monitorinq kanalları Rusiyanın Kiyevə “İsgəndər” olduğu güman edilən 4 ballistik raket atdığını bildirsələr də, bununla bağlı rəsmi məlumat hələlik verilməyib. *** Rusiya hərbçilərinin Kiyevə raket hücumu nəticəsində yaralananların sayı 53-ə çatıb. Bu barədə Kiyev meri Vitali Kliçko teleqramda yazıb. Qeyd olunub ki, onlardan 20-si xəstəxanaya yerləşdirilib. 33 nəfərə isə həkimlər yerindəcə tibbi yardım göstərib.