date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-13 | 812,988 | Sumqayıt-Bakı qatarında gecikmə: Nasazlıq yarandı | Bu gün saat 07:50-də Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqiqə gecikmə qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb. Məlumata görə, buna səbəb Pirşağı dəmir yolu stansiyasının yaxınlığında işarə vermə və rabitə xidmətində nasazlıq yaranmasıdır. Nəticədə işıqforlar qırmızı yanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, onlar qrafikə uyğun hərəkət edir. |
2023-12-13 | 812,989 | Bu ərazilərimizə qar yağdı, 1 dərəcə şaxta var | 09:50 Dekabrın 13-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb. Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Neftçalada 21 mm (aylıq normanın 72%-i), Qobustanda 13 mm, Sabirabad, Cəfərxanda 8 mm, Ordubad, Biləsuvar, Lənkəran, Culfa, Sədərək, Şamaxı, Astara, Yardımlı, Balakən, Oğuz, Qəbələ, Şahbuz, Şərur, Gədəbəy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Zaqatala, Şəki, Quba, Altıağac, Qusar, Şabran, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Göytəpə, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 10 mm (aylıq normanın 34%-i), Sumqayıtda 5 mm (aylıq normanın 20%-i), Maştağada 3 mm, Binədə 2 mm-dək olub. Şahdağa isə 5 sm qar yağıb. Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Oğuz, Şəki, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Göyçay, Lerik, Sumqayıt, Pirallahı, Çilov adasında duman müşahidə olunub, görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb. Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 2-6 dərəcə isti, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü axşamadək davam edəcəyi gözlənilir. *** Daşkəsən, Gədəbəy, Şahdağda qar yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Salyan, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astrada, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb. Daşkəsən, Gədəbəy, Şahdağda isə qar yağıb. Həmçinin Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qusar, Xaltan, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-də 8 dərəcəyədək isti, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub. *** Dağlıq rayonlarda 1 dərəcəyədək şaxta olub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Vurğulanıb ki, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astrada, Bakıda və Abşeron yarımadasında arabir yağış, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şahdağda isə qar yağıb. Naxçıvan, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qusar, Xaltan, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 9 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda isə 1 dərəcəyədək şaxta olub. |
2023-12-14 | 812,994 | ÇL: PSJ və "Porto" növbəti mərhələdə | 2023.12.13 - 10:01 Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Axar.az xəbər verir ki, son olaraq E, F, G və H qruplarında oyunlar keçirilib. Qeyd edək ki, E qrupunda İspaniyanın "Atletiko", İtaliyanın "Latsio", F qrupunda Almaniyanın "Borussiya" (Dortmund), G qrupunda İngiltərənin "Mançester Siti" və Almaniyanın “Leyptsiq” kollektivləri, H qrupunda isə İspaniya çempionu "Barselona" 1/8 finala vəsiqəni təmin edib. Çempionlar Liqası Qrup mərhələsi VI tur E qrupu 00:00. "Atletiko" (İspaniya) 2 - 0 "Latsio" (İtaliya) 00:00. "Seltik" (Şotlandiya) 2 - 1 “Feyenoord” (Niderland) Xal durumu: “Atletiko” – 14, “Latsio” – 10, “Feyenoord” – 6, “Seltik” - 4. F qrupu 00:00. “Borussiya” (Dortmund, Almaniya) 1 - 1 PSJ (Fransa) 00:00. “Nyukasl” (İngiltərə) 1 - 2 “Milan” (İtaliya) Xal durumu: “Borussiya” – 11, PSJ – 8, “Milan” – 8, “Nyukasl” – 5. G qrupu 21:45. “Srvena Zvezda” (Serbiya) 2 - 3 “Mançester Siti” (İngiltərə) 21:45. “Leyptsiq” (Almaniya) 2 - 1 Yanq Boyz” (İsveçrə) Xal durumu: “Mançester Siti” – 18, “Leyptsiq” –12, “Yanq Boyz” – 4, “Srvena Zvezda” – 1. H qrupu 00:00. “Antverpen” (Belçika) 3 - 2 “Barselona” (İspaniya) 00:00. “Portu” (Portuqaliya) 5 - 3 “Şaxtyor” (Donetsk, Ukrayna) Xal durumu: “Barselona” – 12, “Portu” –12, “Şaxtyor” – 9, “Antverpen” - 3. |
2023-12-13 | 813,001 | Bakıda körpü çöküb? - AAYDA aydınlıq gətirdi | 10:07 Bakıda körpünün üzərində asfalt-beton örtüyünün aşınması nəticəsində yaranan problemin aradan qaldırlması üçün işlər görülür. Axar.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib. O bildirib ki, Əbdülvahab Salamzadə küçəsi ilə Tiflis prospektinin kəsişməsində yol ötürücülərində temperatur şovu üzərində yerləşən asfalt-beton örtüyündə yağışa görə aşınma yaranıb: "Hadisə gecə saatlarında intensiv hərəkət zamanı baş verib. Agentliyin əməkdaşları hadisə yerinə cəlb olunublar və problem aradan qaldırılacaq. Sosial şəbəkələrdə və xəbər saytlarında belə bir məlumat yayılıb ki, körpüdə çökmə yaranıb. Körpüdə problem yoxdur, sadəcə asfalt-beton örtüyünün aşınma qatının dağılması müşahidə olunur". Onun sözlərinə görə, sözügedən ərazidə aşınma problemi qısa müddətdə aradan qaldırılacaq. |
2023-12-13 | 813,002 | Zelenski ABŞ-dan yenə ATACMS istədi | Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtonda Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşündə Kiyevə uzaqmənzilli ATACMS taktiki raketlərinin tədarükü məsələsini qaldırıb. Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. Nəşr Kiyevin tələb etdiyi raketin modifikasiyası barədə məlumat verməyib. Qeyd edək ki, Ukrayna hökuməti dəfələrlə ABŞ-dan ATACMS raketləri istəyib. Lakin Ağ Ev bu raketlərlə Rusiya ərazisinin vurulmasını istəmədiyi üçün tədarükdən imtina edib. |
2023-12-13 | 813,006 | Gəncədə “Mersedes”lə DYP maşını toqquşdu | Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib. Hadisə Bayraq meydanı yaxınlığında qeydə alınıb. “Mersedes” avtomobili ilə yol polisinə məxsus BMV toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-13 | 813,010 | Bakı ilə birbaşa danışıqdan niyə qorxaq? – Mkrtçyan | Əziz ermənilər, gözünüzü açın, son dövrün tarixindən dərs alın. Bizim Qarabağ məsələsində müttəfiqimiz yox idi. Bəzi erməni ekspert dairələri Ermənistan və Azərbaycanın vasitəçi olmadan birbaşa danışıqlar aparmasından narahat olduqlarını bildiriblər. Bu mütəxəssisləri sözlərinə diqqət etməyə çağırıram. Axar.az xəbər verir ki, bunu erməni politoloq Arutyun Mkrtçyan deyib. “Əslində birbaşa danışıqlar Ermənistanı boğazından yapışıb Moskva platformasına çəkməkdən qat-qat yaxşıdır. Niyə birbaşa danışıqlara getməyək? Axı söhbət əsirlərin qaytarılmasından gedir; söhbət müharibədən qat-qat yaxşı olan danışıqlardan gedir. Bu ekspertlərə sual vermək istərdim: 32 əsirimizin danışıqlardan sonra geri qaytarmağın nəyi pisdir? Hətta güzəştlər bahasına olsa da, biz sülh müqaviləsinin imzalanmasına nail olmalıyıq. Sülh müqaviləsinin imzalanmasına gəlincə, İrəvan daxilində Qarabağın buraxılmış “parlamenti”nin keçmiş “deputatları” yenidən bu məsələsinin yükünü Ermənistanın ayağına asırlar. Əvvəlcə çox sadə bir suala cavab versinlər: onlar özləri Qarabağa qayıtmağa hazırdırlarmı? Əziz Qarabağ erməniləri, gözünüzü açın, son dövrün tarixindən dərs alın. Qarabağın “müstəqilliyi” məsələsində bizim müttəfiqimiz yox idi”, - o bildirib. |
2023-12-13 | 813,013 | Qəzzada 360 min qaçqın infeksiyaya yoluxdu | Qəzza zolağındakı qaçqın düşərgələrində ən azı 360 min nəfər müxtəlif yoluxucu xəstəliklərə yoluxub. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail hərbi əməliyyatları nəticəsində sığınacaqda sıxlıq yaranıb, hazırda orada 1,9 milyona yaxın insan var: “Ümumdünya Səhiyyə Təşkilatı sığınacaqda meningit, suçiçəyi, sarılıq və yuxarı tənəffüs yollarının infeksiyaları halları qeydə alıb. Qəzza zolağındakı 36 xəstəxanadan yalnız 11-i xəstələri məhdud şəkildə qəbul etməyə davam edir. Fələstin anklavının şimalında isə sadəcə bir tibb müəssisəsi qismən fəaliyyət göstərir”. |
2023-12-13 | 813,017 | Ermənistan parlamentinin ilk spikeri öldü | Ermənistan parlamentinin birinci spikeri, Erməni Milli Hərəkatının yaradıcılarından biri Babken Ararktsyan 79 yaşında ölüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Qeyd edək ki, Babken Ararktsyan 1994-cü ildə Bişkek Protokolunu Ermənistan tərəfdən imzalayan şəxs olub. |
2023-12-13 | 813,018 | Peşə təhsilinin köklü problemləri var - Nazir | Azərbaycanda peşə təhsilindəki köklü problemlərin həlli istiqamətində işlər görülür. Axar.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı bildirib. "Bu gün Azərbaycanda peşə təhsilinin köklü problemləri var, bunun da həlli istiqamətində bir sıra işlər görülür. Əvvəl peşə təhsili bir insanın təhsil həyatında dalan rolunu oynayırdı", - o qeyd edib. |
2023-12-13 | 813,020 | Füzulidə silah-sursat aşkarlandı | İşğaldan azad edilən Füzuli rayonunda silah-sursat aşkarlanıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 12 avtomat, 5 pulemyot, 1 tapança və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib. |
2023-12-13 | 813,022 | DYP-dən “Qarabağ”- “Hakken” oyunu ilə bağlı çağırış | Azarkeşlər dekabrın 14-də UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ" və İsveçin “Hakken” komandaları arasında keçiriləcək oyuna gələrkən, əsasən, ictimai nəqliyyata üstünlük versinlər. Axar.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. O bildirib ki, matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionu ictimai nəqliyyat üçün əlverişlidir. “Ərazidə metronun “Gənclik” stansiyasının olması və avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara mane törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika Stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər. Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edirik”, - deyə DYP rəsmisi bildirib. Qeyd edək ki, dekabrın 14-də keçiriləcək “Qarabağ”-“Hakken” oyunu saat 21:45-də başlayacaq. |
2023-12-13 | 813,025 | Əliyev Zəngəzuru alacaq, İrəvan isə buna sevinəcək - Kolerov | İlham Əliyevin reytinqi hədsiz dərəcədə artıb və şəxsən onu heç nə təhdid etmir. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ermənipərəst politoloq Modest Kolerov erməni mediasına müsahibəsində Azərbaycanda növbədənkənar prezident seçkisinin təyin edilməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, Zəngəzur məsələsi ilə bağlı İlham Əliyev Heydər Əliyevin 30 il əvvəl qarşısına qoyduğu problemi, yəni Türkiyə və Azərbaycanın birləşməsi məsələsini yenidən gündəmə gətirib. Buna baxmayaraq, o, bu seçkinin “Ermənistana təcavüzü legitimləşdirmək üçün” olduğu barədə iddiaları qəbul etməyib: “Bakıda dəfələrlə gündəmə gətirilən Zəngəzur dəhlizi onların daxili məsələsidir, ancaq formal mənada. Aydındır ki, həmin dəhlizə nəzarət təkcə Naxçıvanla birbaşa quru əlaqə yaratmaq deyil, həm də 2 məsələni həll etmək məqsədi daşıyır: birincisi, Naxçıvana nəzarəti 100 faiz bərpa etmək - indi Azərbaycan bunu Türkiyə ilə bölüşməlidir, bu da Naxçıvanın coğrafi baxımdan uzaq olması ilə bağlıdır. İkinci: dəhliz müəyyən edildikdə, Heydər Əliyev ideyasına, Türkiyə ilə Azərbaycanın hansısa formatda birləşməsi ideyasına qayıtmaq üçün heç bir maneə olmayacaq. Bunun üçün İlham Əliyevə geniş azadlıq lazımdır. Mən Azərbaycan müxalifətinin Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş seçkilərlə bağlı səsləndirdiyi fikirlərə ciddi yanaşmıram - saxtakarlıqdan danışırlar. Əliyev artıq qalib gəlibsə, niyə saxtakarlığa əl atmalıdır? İnsanlar onsuz da onu seçməkdən məmnun olacaqlar. Onun növbədənkənar seçkilərə getməsi özünə maksimum sərbəstlik vermək istəməsindən xəbər verir. Və düşünməli və başa düşməlisiniz ki, o, hansı problemi həll etmək üçün bu sərbəstliyi əldə etmək istəyir. Ermənistanla bağlı bunu Zəngəzur itkisi ilə ifadə etmək olar”. Kolerov bildirib ki, İlham Əliyev İrəvanı almaq istəyir, ona görə də Zəngəzuru alanda İrəvanda Allaha şükür edəcəklər ki, o, hər şeyi götürməyib: “Bu, ümumi metodologiyadır. Məndə belə bir təəssürat var ki, Əliyev Ermənistana hücum etməkdən qorxmağı dayandırıb. Delimitasiya və demarkasiya ilə bağlı danışıqlara fikir vermək lazım deyil - bu, belə bir şərti hadisədir. Zəngəzurdan keçən nəqliyyat dəhlizi mütləq sərhəd nöqtələri ilə qeyd olunmur. Qarabağa qədər Zəngəzurda 41-42 min yerli erməni yaşayırdı, sonra orada 7 min nəfər qalmışdı, İndi Gorusda, Qafanda Qarabağdan olan qaçqınlar var, amma təbii ki, onlar gedəcəklər. Təsəvvür edirsinizmi, Zəngəzurun dağlıq, nəhəng ərazisində bu qədər az əhali… Zəngəzurdan, köhnə yoldan keçirsiniz və orada şəhərlərdən başqa heç bir yaşayış məntəqəsi görmürsünüz”. Rus ekspertin fikrincə, məhz bu məqamda azərbaycanlıların geri qayıtması məsələsinin qaldırılması təsadüf deyil. Onun iddiasına görə, hakimiyyət Zəngəzuru saxlamaq üçün heç bir addım atmır, üstəlik, Zəngəzuru saxlamaq üçün kifayət qədər əhali yoxdur: “İnsanlar çıxıb gedirlər. İrəvan zəiflik göstərdi və o zəiflik təhrik edir: hücumlar, irəliləyiş, genişlənmələr davam edəcək. Amma Ermənistanda bu təhlükəyə qarşı heç bir daxili, psixoloji, siyasi reaksiya görmürəm”. Onun fikrincə, ermənilərdə pafos, vətənpərvərlik hissi artıq qalmayıb: “Gəlin əlimizi ürəyimizin üstünə qoyaq: əminsinizmi ki, ermənilər öz dövlətçiliyini qorumaq istəyirlər? İstanbula hər il 60-70 min erməni gedir, onlar şəhərləşirlər, İstanbulda artıq erməni məhəlləsi var. Rusiyada, Soçidə, Rostovda o qədər gözəl, varlı, xoşbəxt erməni ailələri var ki: rusca danışan və o mühitdə özünü çox yaxşı hiss edən gözəl erməni gözəlləri. Təbii ki, bayramlarda erməni kilsəsinə gedirlər, amma məncə, daha dili bilmirlər”. O, Paşinyanın ümidini Fransaya bağlamasına da diqqət çəkib: “Düşünürəm ki, Ermənistan ona dövlət olaraq lazım deyil... Dövlət üçün döyüşən adam torpaq uğrunda mübarizə aparır, o torpağı abadlaşdırır, möhkəmləndirir... Məndə Nikol Vovayeviçin Zəngəzuru saxlamaq istəyi haqda bir təəssürat yoxdur. Ən pisi odur ki, onun alternativi yoxdur, formalaşmayıb. Əzizim Robert Sedrakoviç nəticə əldə edə bilmədi... Mən ona hörmət edirəm, amma göstərdiyi nəticə pis oldu: seçicilərin on faizi ciddi nəticə deyil”. |
2023-12-13 | 813,027 | “Kontakt”dan Nağıl kimi Yeni il kampaniyası - 50%-dək endirim | Yeni ili nağıl kimi qarşılamaq istəyənlər, hazır olun. “Kontakt” hədiyyə ehtiyaclarınızı vaxtında tamamlaya bilməyiniz üçün dekabrın 15-dən “Nağıl kimi” kampaniyaya start verir. Axar.az xəbər verir ki, öncədən planladığınız məhsulların siyahısını da götürüb birbaşa şəbəkənin mağazalarına üz tutun. Çünki, kampaniya çərçivəsində nağd alışda 50%-dək endirimlərdən yararlana biləcəksiniz. Hissəli alışda da cibinizə uyğun fürsətlər sizi gözləyir. Belə ki, əgər siz smartfon, notbuk və ya planşet əldə etmək istəyirsinizsə ilkin ödənişsiz, 12 ay faizsiz; televizor, məişət texnikası, qab-qacaq və ya ev tekstili almaq istəyirsinizsə 18; mebelinizi dəyişmək istəyirsinizsə 24 ay ilkin ödənişsiz, faizsiz hələ üstəlik komissiyasız imkanlardan faydalanmaq şansınız var. Bütün əlverişli imkanlar eynilə kontakt.az saytında da keçərlidir. İndi isə gəlin Nağıl kimi təkliflərin bəzilərinə birlikdə nəzər yetirək: -128 GB yaddaşlı Xiaomi Redmi Note 12 smartfonunu nağd alışda 420 deyil, 340 manata; -6 kq tutumlu Hoffmann paltaryuyanını 660 deyil, cəmi 400 manata; -1,7 l tutumlu Gorenje çaydanını 50% endirimlə, cəmi 50 manata; -5 günədək işləmə müddəti olan Kıeslect Calling smart saatını hissəli alışda ayda cəmi 15 manata ala bilərsiniz. Təkliflər bununla bitmir. Odur ki, tələsin! Şəbəkənin sizə yaxın olan mağazasını buradan tapa, ətraflı məlumat üçün isə *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz. |
2023-12-13 | 813,029 | Bayden Ukraynanın qələbəsi ilə bağlı suala güldü – Video | ABŞ Prezidenti Co Bayden jurnalistin ona ünvanladığı “Ukraynanın qalib gəlməsini istəyirsiniz, yoxsa yox” sualına gülüb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatında video yayılıb. Görüntülərdə jurnalist Amerika liderindən soruşur: “Prezident Bayden, Ukraynanın qalib gəlməsini istəyirsinizmi?” Bayden isə cavab olaraq növbəti sualı vermək istədiyi jurnalistə barmağını göstərərək gülür. Və sualı cavabsız qoyur. “Hə, ya yox?” – deyə jurnalist təkrar sual verir. Amerika Prezidenti gözlərini yumub, daha da gülümsəyir və başını bulayır. |
2023-12-13 | 813,033 | Xankəndidə peşə təhsili müəssisəsi açılacaq | Xankəndidə Qarabağ Universitetinin nəzdində açılması nəzərdə tutulan peşə məktəbinin yeri və ilkin planları var. Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı deyib. Nazir bildirib ki, plan təsdiq olunmalıdır və bundan sonra yola çıxılacaq: "Ümumilikdə azad olunan ərazilərdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır". |
2023-12-13 | 813,035 | Parisə ümid etməyin, Bakısız mümkün deyil - Badalyan | Ermənistanda növbədənkənar parlament seçkisinin keçirilməsi ehtimalı azdır. İstənilən halda burada ictimai əhval-ruhiyyə əsasdır, lakin növbədənkənar seçkiyə ictimai tələb yoxdur. Əksəriyyət hakimiyyətin dəyişməsini istərdi, lakin bu istək özlüyündə o demək deyil ki, belə addımlar atmaq olar, aydın perspektiv olmalıdır. Axar.az xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan deyib. “Özümüzü aldatmayaq: Ermənistanda xarici təsir həmişə yüksək olub. İrəvanda hakimiyyətdə qalmaq məsələsi xarici mühitdən asılı olacaq və bu gün İrəvanda yaranmış vəziyyət hamı üçün faydalıdır. Bundan başqa Ermənistanda doğrudan da hakimiyyətə gəlib məsuliyyəti öz üzərinə götürmək istəyən siyasi qüvvə yoxdur. İndi Paşinyan Qərbi regiona cəlb etməyə çalışır, amma Qərbin buna imkanı və istəyi yoxdur, hər şey söz üzərində qurulub, praktikada konkret addım görünmür. Ermənistan KTMT əleyhinə bəyanatlarla Qərbi məcbur etməyə çalışır, Qərb isə sadə bəyanatlarla cavab verir. Cənubi Qafqazda Rusiya olmasa belə, regiona gələn istənilən yeni oyunçu Türkiyə və Azərbaycanla razılığa gəlməlidir. Yalnız bu halda təhlükəsizlik sahəsində yeni oyunçu meydana çıxa bilər. Söhbət Fransadan gedir. Ona görə də bizim xəyali məntiqimizlə bu ola bilməz. Rusiya yoxdursa, o zaman bu, Türkiyə, Azərbaycan və İranla müqaviləsi olan ölkə olmalıdır. Hazırda Ermənistan hakimiyyəti öz bəyanatları ilə bizi illüziyalara qərq edir. İllüziyaların tələsinə düşməmək və fəlakətdən qaçmaq üçün vəziyyəti dəyərləndirməyi bacarmalıyıq”, - o bildirib. |
2023-12-13 | 813,038 | “Maestro” biznes sahiblərinə 65%-dək endirim imkanı yaradır | Xəbər verdiyimiz kimi Birbank Biznes biznes sahibləri üçün əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, tamamilə yeni və daha qənaətcil məhsul təqdim edib. Axar.az xəbər verir ki, ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər. Biznes sahiblərinin səmərəli fəaliyyəti üçün düşünülən bu məhsul vasitəsilə onlar ehtiyaclarına uyğun tarifi müəyyən etmək rahatlığı qazanacaq. Dekabr ayının 31-nə kimi Maestro tarifinə qoşulan hər bir sahibkar ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı kartlarına mədaxil və nağdlaşdırma kimi bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlanacaqlar. Qeyd edək ki, müştərilər aşağıda qeyd olunan əməliyyat və xidmətlər vasitəsilə bizneslərinə uyğun tarif paketlərini formalaşdıra biləcəklər: - Ölkədaxili milli valyutada köçürmələr - Ölkəxarici köçürmələr - Əmək haqqı kartlarına mədaxil - Valyuta mübadiləsi - Biznes və Sahibkar kartları vasitəsilə ATM-dən məxaric - Əmək haqqı , Biznes və Sahibkar kartlarının sifarişi və ünvana çatdırılması “Maestro” tarifinin digər bir unikallığı da ondan ibarətdir ki, biznes sahibləri məhsulu banka gəlmədən, xidmətlər üzrə illik ödənişi Birbank Biznes vasitəsilə etməklə əldə edəcəklər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər. Bundan əlavə, “Maestro” tarifi biznes sahiblərinə seçdikləri bank xidmətlərindən asılı olaraq Biznes, Sahibkar və Əməkhaqqı kartlarını və bu kartların çatdırılması xidmətini, həmçinin müəyyən sayda valyuta mübadilələrini ödənişsiz əldə etmək imkanı verəcək. Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən “Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün https://kbl.az/bbprmkd saytında hesabınıza daxil olmağınız və “Tariflər” bölməsində “Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir. |
2023-12-13 | 813,042 | Müttəfiqləri də BMT-də ABŞ-ı tək qoydu | ABŞ-ın bir neçə müttəfiqi, o cümlədən Avstraliya, Yaponiya və Kanada öz mövqelərini dəyişərək, BMT-nin Qəzzada atəşkəslə bağlı qətnaməsinin qəbuluna səs veriblər. Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. “ABŞ və İsrailin sadiq müttəfiqləri fələstinli mülki əhali arasında itkilərin artması, artan ictimai etirazlar səbəbiylə fikirlərini dəyişdilər. Səsvermənin nəticələri ABŞ-ın demək olar ki, tam təcrid olunduğunu göstərdi. Qərb hökumətləri ümumilikdə İsraili dəstəkləsələr də, bu ölkələrdə ictimai rəy dəyişir”, - ABŞ-ın Kolumbiya Universitetinin professoru Rəşid Xalidi nəşrə açıqlamasında deyib. Qeyd edək ki, BMT Baş Assambleyası Misir və Mavritaniyanın Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəs tələbi ilə təqdim etdiyi qətnaməni qəbul etmək üçün səsvermə keçirmişdi. 153 dövlət sənədin lehinə, İsrail və ABŞ daxil olmaqla 10 ölkə əleyhinə səs verib. |
2023-12-13 | 813,046 | Zabuxda məktəb fəaliyyətə başladı | Laçın rayonunun Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb. Axar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti və kitabxana yaradılıb. Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 22-də Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdı. |
2023-12-13 | 813,047 | Türkiyədə hakimi döyənlər 9 il həbs oluna bilər | Türkiyəli futbol hakimini döyməkdə şübhəli bilinənlər 1 ildən 9 ilə qədər həbs cəzası ala bilər. Axar.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. “Türkiyə Cinayət Məcəlləsinə görə, qəsdən sağlamlığa xəsarət yetirmə cinayəti 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin belə bir cinayət “şəxsin ictimai vəzifəsini yerinə yetirməsi ilə əlaqədar” törədilibsə, bu cəza müddəti artırılır”, - məlumatda deyilir. Qeyd edək ki, Türkiyə çempionatının 15-ci turunun “Ankaragücü” – “Rizespor” görüşü Ankarada baş tutub və 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmadan sonra “Ankaragücü” klubunun prezidenti Faruk Qoca bir neçə nəfərin müşayiəti ilə meydançaya qaçaraq hakim Xəlil Meleri vuraraq onu yerə yıxıb. Hakim yıxılarkən ona bir neçə təpik zərbələri də endirilib. Türkiyə Futbol Federasiyası hakimin döyülməsi səbəbindən ölkədəki bütün liqalarda keçiriləcək oyunları təxirə salıb. Faruk Qoca artıq saxlanılıb və o, klub prezidenti vəzifəsindən istefa verərək, hər kəsdən etdiyi hərəkətə görə üzr istəyib. |
2023-12-13 | 813,051 | Gömrükçülər 70 ratsiya müsadirə etdi | Gürcüstandan Azərbaycana qanunsuz olaraq xeyli miqdarda pirotexniki vasitə və ratsiyanın gətirilməsinin qarşısı alınıb. Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında, Komitənin Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 32 472 ədəd müxtəlif adda pirotexniki vasitə və 70 ədəd ratsiya aşkar edilib. |
2023-12-13 | 813,053 | Türkiyə Çanaqqala boğazını bağladı | Türkiyə hökuməti Çanaqqala boğazını bağlayıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsi məlumat yayıb. Əlverişsiz hava şəraiti, xüsusən də duman səbəbindən boğazın səhər saatlarından bağlandığı qeyd edilib. |
2023-12-13 | 813,054 | Sonuncu fransız hərbçilər də bu ölkəni tərk edir | Nigerdə qalan fransız qoşunları dekabrın 22-dək ölkəni tərk edəcək. Axar.az xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi Niger ordusuna istinadla məlumat yayıb. “Dekabrın 22-dək bütün fransız əsgərləri, eləcə də onların texnikası nəhayət Nigeri tərk edəcək”, - məlumatda qeyd olunub. Niger hökumətinin nümayəndəsi ORTN telekanalına müsahibəsində deyib ki, Fransanın 1346 hərbçisi və texnikasının 80 faizi artıq ölkəni tərk edib. Hazırda Nigerdə Fransa hərbi kontingentinin 157 nümayəndəsi qalıb ki, onların da 75-i texniki heyətdir. |
2023-12-13 | 813,055 | 658-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 658-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 341 500 hərbçi, 5 682 ədəd tank, 10 594 ədəd zirehli döyüş maşını, 8076 ədəd artilleriya sistemi, 919 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 662 ədəd avtomobil texnikası, 6173 ədəd PUA, 1 596 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 176 xüsusi avadanlıq itirib. |
2023-12-13 | 813,057 | Hafiz Hacıyev daha namizəd olmaq istəmir - Səbəb | 2024-cü il fevralın 7-də keçirilməsi gözlənilən növbədənkənar prezident seçkilərinə namizədlər hələ dəqiqləşməyib. İndiyə kimi bir neçə siyasətçinin adı çəkilsə də, onlar rəsmi şəkildə namizədliklərini açıqlamayıblar. Bunlardan biri də Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan H.Hacıyev dekabrın 14-də keçiriləcək qurultayda sözügedən məsələnin müzakirə ediləcəyini deyib. “Amma mən namizədliyimi irəli sürməyəcəm. Müasir Müsavat Partiyasından kiminsə seçkilərdə iştirakı isə idarə heyətinin iclasında məlum olacaq. Lakin partiyada da seçkilərlə bağlı narazılıqlar var. Müxtəlif bəhanələrlə iştirak etmək istəmirlər. Mənim namizədliyimi irəli sürməməyimin səbəbləri var. Belə ki, bəzi qüvvələr bütün uğursuzluqların günahını məndə görür. Guya mən namizədliyimi versəm, özünü müxalifət adlandıran qüvvələrə qarşı gedəcəm. Bu bəhanələri əldən almaq, qınağa tuş gəlməmək üçün bu addımı atıram. Özünü ana müxalifət adlandıranlar namizədliyini irəli sürsün. Onda görəcəyik mövcud uğursuzluqlarda kimin adını çəkəcəklər. Biz dövlətçiliyi müdafiə edən partiyayıq və sona qədər də belə davam edəcəyik”, - partiya sədri qeyd edib. |
2023-12-13 | 813,059 | ABM-dən xəbərdarlıq: Bu investisiya şirkətinə aldanmayın! | Mərkəzi Banka daxil olmuş vətəndaş müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, naməlum şəxslər sosial şəbəkələr üzərindən “Maryam Invest” investisiya şirkəti adı ilə yüksək gəlir vəd edərək investisiya xidməti göstərilməsi adı altında vətəndaşların pul vəsaitlərini mənimsəməyə cəhd edirlər. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. Məlumata görə, son dövrlər ölkə hüdudlarından kənarda yeni fırıldaqçılıq hallarına cəhd edildiyi müşahidə edilir. Mərkəzi Banka daxil olmuş vətəndaş müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, naməlum şəxslər sosial şəbəkələr üzərindən “Maryam Invest” investisiya şirkəti adı ilə yüksək gəlir vəd edərək investisiya xidməti göstərilməsi adı altında vətəndaşların pul vəsaitlərini mənimsəməyə cəhd edirlər. Fırıldaqçılar qeyd olunan şirkətin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya aldığını bildirərək saxta sənədlər əsasında vətəndaşların etibarını qazanmağa çalışaraq onları təqdim etdikləri xarici bank hesablarına investisiya etməyə təşviq edirlər. Mərkəzi Bank bir daha əhalini diqqətli olmağa və fırıldaqçıların bu tipli təkliflərinə aldanmamağa, belə halların geniş vüsət almamasından ötrü investisiya xidmətlərindən istifadə etməmişdən əvvəl bu xidmətləri təklif edən şəxslərin fəaliyyətinin qanuniliyinin və lisenziyası olan şəxslərin siyahısının dəqiqləşdirilməsi üçün Mərkəzi Bankın rəsmi internet səhifəsindən istifadə etməyə çağırır. |
2023-12-13 | 813,061 | Azərbaycan Avropanın köməyinə gəlir | Dekabrın 10-da Serbiyanın Niş şəhərində açılışı olmuş Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru sadəcə infrastruktur layihəsi deyil. Bu layihə həm də Azərbaycanın Bolqarıstanla Serbiya arasındakı uğurlu və faydalı əməkdaşlığının rəmzidir. Artıq istifadəyə verilmiş bu interkonnektor Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Layihə Azərbaycanın qaz ixracı coğrafiyasını bir qədər də genişləndirəcək və ölkəmizin Avropanın enerji təminatında oynadığı rolun önəmi daha da artacaq. Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputat bildirib ki, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, hazırda Azərbaycan təbii qazını səkkiz ölkəyə ixrac edir və Serbiya bu sırada doqquzuncu ölkədir: “Diqqətəlayiq haldır ki, doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Təbii ki, bu göstərici qətiyyən son hədd deyil. Azərbaycan hökuməti özünün qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdə qərarlıdır və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmağı planlaşdırır.” K.Qafarov qeyd edib ki, Azərbaycanın xarici əlaqələrinin, o cümlədən, Serbiya və Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin formalaşmasında Prezident İlham Əliyevin bu ölkələrin dövlət başçıları ilə şəxsi münasibətləri əhəmiyyətli rol oynayır: “Dövlətimizin başçısı öz çıxışında Serbiya və Bolqarıstan Prezidentləri ilə şəxsi dostluq münasibətlərini xüsusi qeyd etmişdir. Bu ölkələrlə Azərbaycanın son dərəcə uğurlu və səmərəli əməkdaşlıq əlaqələri ilk növbədə ölkə rəhbərlərinin şəxsi münasibətləri zəminində formalaşıb. Prezident İlham Əliyevin Serbiyaya və Bolqarıstana, öz növbələrində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin də Azərbaycana rəsmi səfərləri onu göstərir ki, ölkələrimiz arasında əlaqələr sürətlə və dinamik şəkildə inkişaf edir. Bu gün Azərbaycan həm Serbiya, həm də Bolqarıstanla strateji tərəfdaş ölkələrdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimini “dostluq və strateji tərəfdaşlıq mərasimi” adlandırmışdır”. Prezident İlham Əliyevin bərpaolunan enerji növləri ilə bağlı verdiyi açıqlamaların önəmini qeyd edən K.Qafarov ölkəmizdə bu sahədə həyata keçirilən çalışmaların strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu gün ölkəmizdə gedən proseslərdə, əldə olunan uğur və nailiyyətlərdə Prezident İlham Əliyevin illər öncə bu və ya digər istiqamətdə atdığı məqsədyönlü addımların, qəbul etdiyi mühüm qərarların müsbət nəticələri öz təzahürlərini tapmaqdadır. Bu gün də Azərbaycanda gələcəyə hesablanmış möhtəşəm layihələrin əsası qoyulmaqdadır. Dövlətimizin başçısı konkret olaraq bildirdi ki, Azərbaycanın əsas hədəfi bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır. Azərbaycanın zəngin neft və qaz resursları olmasına baxmayaraq, dövlətimiz ölkənin gələcəyini “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlayır. Prezident İlham Əliyev çıxışının sonunda buna oxşar mərasimlərin gələcəkdə “yaşıl enerji” layihələri ilə bağlı keçiriləcəyinə əminliyini də ifadə etdi”. |
2023-12-13 | 813,063 | Yol polisindən yağışlı hava ilə bağlı xəbərdarlıq | Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hazırda respublika ərazisində yağışlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Bu barədə Axar.az-a BDYPİ-dən məlumat verilib. Bildirilib ki, hazırda hökm sürən yağışlı hava şəraiti hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır. Qeyd olunub ki, yağışlı, çiskinli havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması, sürücülərin görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır: "Mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı daha məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına qeyri-şərtsiz əməl etməlidir. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də dövlət nömrə nişanlarının təmizliyinə nəzarət etməli, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar. Unutmaq olmaz ki, su gölməçələri şinlərin yerlə təmasını azaldır ki, bu da avtomobilin sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırır. Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, səki ilə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı tövsiyə edirik". |
2023-12-13 | 813,068 | "Biz Qarabağı aldıq, siz Araratı alın" deyən Sərkisyan... | Qərbi Azərbaycan İcması Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serj Sərkisyanın Polşanın Baş nazirinə yazdığı məktubda Azərbaycanın suveren əraziləri ilə bağlı gülünc iddialar səsləndirməsinə, “Artsax” səhifəsinin bağlanmadığını deməsinə münasibət bildirib. Axar.az xəbər verir ki, icma yaydığı bəyanatda S. Sərkisyanın vaxtilə çox təkəbbürlü danışdığını, özünü olduqca həyasız apardığını bildirib. "Xocalıda əliyalın dinc sakinlərin soyqırımında iştirakı ilə qürrələnən, Azərbaycanın istənilən şəhərini Ağdam kimi xarabalığa çevirməklə hədələyən, “Biz Qarabağı aldıq, siz isə “Ararat”ı alın” kimi boğazdan yuxarı açıqlama verən Serj Sərkisyan və onun Ermənistanı 2016-cı ildə aprel ayında Azərbaycan tərəfindən döyüş meydanında məğlub edildi. Bundan sonra Serj Sərkisyanın əvvəlki təkəbbürü yoxa çıxdı, o, “Lələtəpəni geri alardım, amma 100 nəfər itki verərdik, erməni əsgərlərinin həyatını Lələtəpədən üstün tuturam” kimi boş, sentimental fikirlərlə Ermənistan cəmiyyətinin başını aldatmaq istədi. Amma bir müddət sonra Serjik Sarqsyan, özü kimi digər Xocalı qatili Seyran Ohanyan başda olmaqla “tuşonka generalları”nı qovdu və bununla da, məğlubiyyətini etiraf etdi". İcma bildirib ki, aprel döyüşləri ilə hakimiyyəti sarsılan S.Sarqsyan 2018-ci ildə biabırcasına məğlub olaraq qaçdı, amma onun daha böyük “sprint qaçışı” hələ qabaqda idi: "2020-ci ildə Vətən müharibəsinin ilk günlərində nümayişkəranə şəkildə Qarabağa gəlməklə özünə “qəhrəman” libası verməyə çalışan Serj Sərkisyan bir müddət sonra bu dəfə rəşadətli Azərbaycan ordusunun qabağından qaçdı. Serjik Sarqsyan tarixdə məhz fərari kimi qalacaq. Ermənistanın müharibə vaxtı 12 min fərarisi arasında Serj Sərkisyan “şərəfli” yer tutur. Vətən müharibəsindən sonra Serj Sərkisyan hərdən bir sarsaq və kövrək açıqlamalar verir, hamıdan imdad diləyir. Artıq Serj Sərkisyanın Artak Beqlaryanlardan heç bir fərqli yoxdur. Bu gün Şuşa, Xocalı, Xankəndi, bütün Qarabağ azaddır. Serj Sərkisyan, Robert Köçəryan, Vardan Oskanyan, “Artsax”, “Stepanakert”, ATƏT-in Minsk Qrupunun kitabı bağlanıb və onlar artıq tarixin arxivindədir". |
2023-12-13 | 813,070 | ABŞ səfirinin “xoş” mesajı: Şuşaya niyə getmir? | Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Azərbaycandakı səfirləri Mark Libbi və Fergus Audul Böyük Britaniya səfirliyində görüşərək fikir mübadiləsi aparıblar. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. “Amerikalı diplomat görüşdən məmnun qalıb. “Mən ərazilərin minalardan təmizləməsinə dair yardımımız daxil olmaqla, Azərbaycanda və Qafqazda paylaşdığımız məqsədlər üzərində birgə işləməyimizi səbirsizliklə gözləyirəm” – deyən səfir Mark Libbi bununla Vaşinqtonun əsas strateji müttəfiqinin London olduğuna işarə edib. Bu, Azərbaycanın da maraqlarına uyğundur. Çünki Böyük Britaniya Azərbaycanın strateji tərəfdaşıdır və London Vaşinqtondan fərqli olaraq, Azərbaycanla münasibətlərə zərər verəcək addımlar atmayıb. Bu səbəbdən amerikalı diplomatların böyük britaniyalı həmkarlarının Cənubi Qfaqaz siyasəti ilə bağlı məsləhətlərini dinləmələrinə ehtiyac var. Dövlət Departamenti rəsmilərinin Konqresdəki zərərli çıxışlarından sonra ABŞ-la Azərbaycan arasında yaşanan gərginliyin yumşalması üçün tərəflər səylərini davam etdirirlər”, - o bildirib. Politoloq qeyd edib ki, səfir Mark Libbi Bakıya təyin olduğu gündən xeyli fəaldır: “Buna baxmayaraq, Vaşinqtonun atacağı addımlar Azərbaycanla münasibətləri daha üst səviyyəyə qaldıra bilər. Birincisi, Azərbaycan cəmiyyəti ABŞ səfirinin Qarabağa, o cümlədən Şuşaya səfərini səbirsizliklə gözləyir. Bu səfər reallaşmayana qədər Vaşinqtonun Azərbaycanla bağlı siyasətində “Vaşinqton Azərbaycandakı səfirinin Şuşaya səfərinə niyə icazə vermir” sualının aktuallığı azalmayacaq. İkincisi, ABŞ şirkətlərindən hər hansı birinin digər ölkələrin şirkətləri kimi Qarabağda hər hansı quruculuq layihəsində iştirakı əhəmiyyətlidir. Üçüncüsü, 907-ci düzəlişin yenidən qüvvəyə minməsinə baxmayaraq, ABŞ administrasiyası Azərbaycanla hərbi əməkdaşlığın yollarını tapmalıdır”. |
2023-12-13 | 813,072 | Zelenskinin bədbin səfəri: Bayden qarşılamadı – Video | Zelenskinin Ağ Evə təvazökar səfəri hazırda Konqresdəki istəksiz respublikaçılardan Ukraynaya yardım almaq səylərini əhatə edən işgüzar xarakteri və bədbinliyi əks etdirir. Cəmi 3 ay əvvəl Ukrayna Prezidentinin korteji əsas girişə yaxınlaşanda əllərində bayraq tutan hərbi geyimli əsgərlər qırmızı xalça üzərində dayanmışdılar. Bayden və birinci xanım Cill Bayden Zelenski və həyat yoldaşı Yelena Zelenskayanı qarşılayıb, foto da çəkdirmişdi. Axar.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. “Bu dəfə isə Zelenskinin qara rəngli yolsuzluq avtomobili Ağ Evin qərb qanadının daha az təntənəli girişinə qədər gəldi. Prezident administrasiyasının üzvü onu minimal təmtəraqla qarşıladı. Bayden isə ümumiyyətlə onu qarşılamağa çıxmadı”, - məlumatda deyilir. |
2023-12-13 | 813,073 | MDB Azərbaycana müşahidəçi göndərir | Müstəqil Dövlətlər Birliyi Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərinə, həmçinin 2024-cü ilin fevralında Belarusda baş tutacaq parlament və yerli seçkilərə müşahidəçilər göndərməyi planlaşdırır. Axar.az xəbər verir ki, bunu MDB Baş katibi Sergey Lebedev deyib. “Gələn il MDB-nin aparıcı ölkələrində seçkilər ilidir. İlk seçkilər fevralın 9-da Azərbaycanda olacaq və biz artıq dəvət almışıq. Daha sonra Belarusda parlament seçkiləri, mart ayında isə Rusiyada prezident seçkiləri keçiriləcək. MDB İcraiyyə Komitəsi artıq bu seçkiləri müşahidə etməyə hazırlaşır”, - Lebedev bildirib. Onun sözlərinə görə, müşahidəçi missiyasının göndərilməsi üçün rəsmi Bakıdan yazılı dəvət göndərilib. |
2023-12-13 | 813,074 | Sabah Bakıya sulu qar yağacaq | Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Dekabrın 13-dən 14-nə keçən gecə Abşeron yarımadasının əsasən şimalında qısamüddətə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 80-85 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq. |
2023-12-13 | 813,083 | Ermənistan generaldan milyonları geri istəyir | Ermənistanın Baş Prokurorluğu müdafiə nazirinin keçmiş müavini Alik Mirzəbekyandan və ailəsindən təxminən 1 milyard dramın, o cümlədən 10 daşınmaz əmlakın, 10 milyon dram dəyərində bir avtomobilin, 180 milyon dramdan artıq əmanət və istiqrazların, təxminən 90 milyon drama kimi qanunsuz vəsaitlərin geri qaytarılmasını tələb edir. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, iş artıq Korrupsiyaya qarşı Mübarizə Məhkəməsinə verilib. Qeyd olunur ki, general Mirzəbekyan Ermənistan hərbi-sənaye kompleksinin “Krunk” və “X-55” kimi son dərəcə uğursuz layihələrinin “xaç atası”dır. |
2023-12-13 | 813,084 | Bakı güc mərkəzi ilə işləyir, İrəvan isə poliqondur – Xaçatryan | Xarici mühit Ermənistanın maraqlarını müdafiə etmək üçün vacibdir, lakin tək ona arxalana bilməzsiniz, çox şey hakimiyyətdə kimin olmasından asılıdır. Axar.az xəbər verir ki, bunu erməni müxalif deputat Artur Xaçatryan Azərbaycanla Ermənistan sülh müqaviləsinin xarici şərtlərdən nə dərəcədə asılı olduğunu şərh edərkən deyib. “Qlobal oyunçuların maraqları balansından və ya ziddiyyətlərindən həm faydalanmaq, həm də zərər görmək olar. Azərbaycan bu mərkəzlərin heç biri ilə münaqişəyə girmədən həm Qərb, həm də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmağı bacarıb. İrəvan isə heç birindən geosiyasi mənfəət əldə etmədən ölkəni Moskva ilə kollektiv Qərb arasında qarşıdurma meydanına çevirib”, - o bildirib. |
2023-12-13 | 813,087 | Qarabağda nə qədər universitet olacaq? | İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq iki ali təhsil müəssisəsindən biri yerli, digəri xarici nüfuzlu ali təhsil müəssisəsinin filialı olacaq. Axar.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hələ bu ali təhsil müəssisələri yaradılmayıb, lakin dövlət proqramında müddət nəzərdə tutulub. |
2023-12-13 | 813,088 | Xankəndidə Njdeyəbənzər heykəli kim qoruyur? – Video | Ötən gün Xankəndidə guya döyüldüyü, işgəncə gördüyü iddiası yayılan Muşeq Qriqoryan adlı erməninin video-müraciəti tirajlanıb. Muşeq döyülmədiyi, əslində, kef-damaqda yaşadığını soydaşlarına nümayiş etdirib. Olsun – bu, erməni yalanlarını ifşa etmək, beynəlxalq arenada ölkəmizə qarşı qarayaxma kampaniyalarına qarşı addımdır. Kim edibsə, düz edib! Ancaq maraqlıdır: Bu müraciət niyə məhz erməni büst-heykəlinin qarşısındadır? Xankəndidə erməni dilində adı yazılmış bu heykəl guya İkinci Dünya müharibəsində qəhrəmanlıq edən erməni pilota (Nelson Stepanyan) aiddir. Ancaq büstə diqqətlə baxın – o büstü hazırlayanlar qəsdən, düşünərək heykəli Njdenin formasına yonublar. Bu, erməni ideoloji düşüncəsinin ötürdüyü subliminal mesajdır – hətta “Sovet qəhrəmanı”na baxanda da erməni uşaqlarda “xarismatik Njde obrazı” canlanır. Bu, eyni zamanda bütün erməni “qəhrəmanların” faşist və azərbaycanlıların amansızcasına qətlə yetirən Njdeyə bənzədiyi assosiasiyasını doğurmaq üçün düşünülüb. Azərbaycan unitar dövlətdir, niyə şəhərlərimizin birində erməni dilində bir abidə saxlanılmalıdır və bu, hansı məntiqlə edilib? Digər tərəfdən, Xankəndidə yermi qəhətdir ki, erməni sakin soydaşlarına müraciəti məhz erməni dilində olan heykəlin önündən edir? Bununla kimə, nəyi sübut etmək istəyirik? Erməni abidələrini qoruduğumuzu kimə göstəririk? Kimin xoşuna gəlmək üçün? Azərbaycan Qarabağ məsələsinin daxili işi olduğunu bütün platformalarda qəbul etdirib, bu münaqişəni Prezident Əliyev 2020-ci il 10 noyabrında arxivə verdiyini elan etmişdi, 20 sentyabr 2023-cü ildə isə de-fakto da bu prosesin sonuna Soçidəki məşhur NİDA-nı gətirib qoydu! Məsələ bağlanıb: Azərbaycan dili bu ölkədə dövlət dilidir, illah ki, bu heykəli saxlamaqla kiməsə özünü göstərmək düşüncəsi kimdəsə varsa, zəhmət çəkib, o yazını silsin - o heykəlin Njde kimi başı çalmalı lənətini “görməsə” belə... |
2023-12-13 | 813,091 | "Hakken"lə oyunda bunu nəzərə almalıyıq! | Bu il son oyuna çıxırıq. Bizim üçün vacib qarşılaşmadır. Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçin "Hakken" klubuna qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis futbolçuların tam hazır olduğunu bildirib: "Rəqib görüşə ciddi hazırlaşır. Turniri xalsız tərk etmək istəmirlər. Bunu nəzərə almalıyıq. Oyunçuların psixoloji cəhətdən də matça tam hazır olacaqlarına inanıram. Onlara güvənirəm". Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur. |
2023-12-13 | 813,093 | Ramiz Mehdiyevin professor qudası öldü | Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika kafedrasının müdiri professor İsmayıl Sadıqov vəfat edib. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Məlumatı AzMİU-nun mətbuat katibi Nicat Abdullayev təsdiqləyib. Xatırladaq ki, İ.Sadıqov PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin qudasıdır. |
2023-12-13 | 813,094 | İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı | 13:31 Prezident İlham Əliyev Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Abşeron rayonunun Saray qəsəbəsi ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon (bir milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634; 2020, № 4, maddə 417; 2021, № 5, maddə 445, № 6 (I kitab), maddə 566, № 8, maddə 919, № 10, maddə 1114, № 12, maddə 1406; 2022, № 5, maddə 462, № 7, maddə 761, № 8, maddə 848; 2023, № 3, maddə 347, № 7, maddələr 936, 950) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 1. 2.8-ci və 2.9-cu bəndlərdən “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti,” sözləri çıxarılsın. 2. 2.10-cu bənddə birinci halda “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin bəndə “Təhlükəsizliyi Xidməti” sözlərindən sonra “və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti” sözləri əlavə edilsin. *** Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 2021-ci il 27 oktyabr tarixli 1470 nömrəli və “Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. “Şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 oktyabr tarixli 1470 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1114) 4-cü hissəsindən “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti,” sözləri çıxarılsın. 2. “Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1406) aşağıdakı dəyişikliklər edilsin: 2.1. 4-cü hissədən “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti,” sözləri çıxarılsın; 2.2. 6-cı hissədə birinci halda “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin hissəyə “Təhlükəsizliyi Xidməti” sözlərindən sonra “və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti” sözləri əlavə edilsin. |
2023-12-13 | 813,095 | Prezident onları təltif etdi | Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşağıdakı əməkdaşları təltif edilsinlər: “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Eyubova Mələkxanım Yadigar qızı Əhmədov İlham Namiq Kamal oğlu Əli-zadə Məryam Əli qızı Əzizov Arif Möhübəli oğlu Xələfova Fəxriyə Rafiq qızı İsmayılova Səkinə Qulu qızı Ömərova Həmidə Məmməd qızı 3-cü dərəcəli “Əmək” ordeni ilə Abdullayeva Yaqut Babakişi qızı Əsədullayev Mirnazim Müştəba oğlu Şükürov Azad Hətəm oğlu “Tərəqqi” medalı ilə Abdullayev Həmzə Yusif oğlu Abdullayeva Tamilla Paşayevna Babayeva Məryəm Şaqi qızı Eyvazova Yeganə Məhəmməd qızı İsmayılov Ramiz Məmməd oğlu İsrafilov Fərhad Ramazan oğlu Qəhrəmanlı Fəxrəddin Rəhim oğlu Mahmudova Göyçək Fuad qızı Manafov Fikrət Bala Kərim oğlu Mehdiyeva Səbinə Mətləb qızı Rüstəmova Nigar Rafiq qızı Rzaquliyeva Aytən Elbəy qızı Salayev Ayaz Ramiz oğlu Süleymanlı Mübariz Aslan oğlu Talıbova Böyükxanım Böyükağa qızı. 2. Azərbaycanda təhsilin inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar incəsənət xadimi” Mahmudova Ceyran Emin qızı “Əməkdar müəllim” Əliyeva Nəzirə Məmmədqulu qızı Hüseynov Nadir Qəribağa oğlu Kazımov Rəşad Oqtay oğlu Mansurova Humay Saleh qızı Mehdiyeva Kəmalə Teyyub qızı Mikayılova Sonaxanım Məmmədağa qızı Orucov Fəzail Cəfər oğlu Teymurova Sevda Namaz qızı Yaqubova Mahirə Mehdi qızı. 3. Azərbaycanda təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin: Baxşıyeva Gülşad Eynulla qızı Əmirov Əli Məmməd oğlu Məmmədəliyev Vamiq Məmmədəli oğlu Məmmədova Validə İmran qızı. |
2023-12-13 | 813,104 | Bu türk ölkəsində soyuğa görə dərslər onlayn keçiriləcək | Qırğızıstanda soyuq hava şəraiti ilə əlaqədar bütün təhsil müəssisələrində əyani təhsilin dayandırılması və dərslərin onlayn keçirilməsi qərara alınıb. Axar.az xəbər verir ki, bu barədə Qırğızıstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb. Məlumata görə, ölkədə soyuq hava şəraiti ilə əlaqədar bu gündən gələn həftəyə qədər tədris onlayn qaydada keçiriləcək. Digər regionlarda isə onlayn dərslərin nə vaxta kimi davam edəcəyi ilə bağlı isə məlumat verilməyib. Qeyd edək ki, ötən gecə Bişkekdə 22 dərəcə şaxta qeydə alınıb. |
2023-12-13 | 813,105 | Bakıda körpüdəki çökmənin səbəbi – Ekspert | Məsələnin kökündə körpünün asfalt örtüyünün keyfiyyəti yox, deformasiya kəsiyində yaranan problem dayanır. Ölkəmizdə bu “temperatur kəsiyi”, yaxud “temperatur şovu” adlanır, lakin beynəlxalq termin kimi “deformasiya kəsiyi”nin işlədilməsi daha doğrudur. Bu sözləri Axar.az-a Əbdülvahab Salamzadə küçəsi ilə Tiflis prospektinin kəsişməsində yol ötürücüsündə meydana gələn çökmənin səbəbləri haqqında danışan nəqliyyat eksperti Ərşad Hüseynov deyib. Ekspert problemin həllinin deformasiya kəsiyinin konstruksiyasının dəyişdirilməsi olduğunu qeyd edib: “Dünyanın heç bir yerində körpülər bütöv betondan tökülmür. Çünki fizika qanunlarına görə, qışda havalar soyuyanda daş və dəmir kiçilir, həcm azalır. Həcmin azalması isə betonun qırılmasına, çatlamalara səbəb olur. Üstəlik maşınlar davamlı şəkildə hərəkət etdiyindən titrəmələr meydana gəlir. Ona görə də körpülər hissələrdən inşa edilir və aşırımlardan ibarətdir. Bəhs olunan körpüyə diqqətlə baxsaq, biz aşırımları aydın şəkildə görə bilərik. Hər aşırımın da başında beton konstruksiyalar qaydaya uyğun olaraq genişlənmə və kiçilmə prosesinə görə bir-birinə bağlanır. Buna da deformasiya kəsiyi deyilir. Temperatur fərqindən asılı olaraq aşırımlar arasındakı yarıqlar 10 sm yerini dəyişə bilər. Bu da kiçik rəqəm deyil. Ölkəmizdə körpü tikintisi ilə məşğul olanların buraxdığı səhv isə həmin deformasiya kəsiklərinin ildə iki dəfə asfaltla doldurulmasıdır. Son hadisədə baş verən çökmənin də əsas səbəbi qış mövsümi əlaqədar həcmin kiçilməsi prosesidir. Kiçilmə aşırımların bir-birindən aralanmasına və qopmaya səbəb oldu, deformasiya kəsiyinə tökülən asfalt isə çökdü. Ən optimal həll yolu isə darağabənzər və yaxud timsah dişinə bənzəyən deformasiya kəsiyidir. Bu üsuldan Ziya Bünyadov prospektində yeni körpülərdə istifadə edilib. Yəni aşırımlar arasındakı deformasiya kəsiyinin hər iki tərəfində dəmirdən hazırlanan dişlər olur. Onlar uzanma zamanı bir-birinə keçir, kiçilmə zamanı isə aralanır, lakin avtomobillərdə biz bunu az hiss edirik. Əbdülvahab Salamzadə küçəsindəki körpüdə yol verilən ən kobud səhv budur. Həll yolu isə deformasiya kəsiyinin konstruksiyasının dəyişdirilməsidir”. |
2023-12-13 | 813,108 | Əsirlər dəyişdirildi - Video | 13:58 Məlumat verildiyi kimi, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən, 13 dekabr 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Təhvilvermə prosesində hər hansı insident baş verməyib. |
2023-12-13 | 813,109 | Kiyevin AB üzvlüyünə icazə verməyəcəm - Orban | Budapeşt Avropa Birliyinə Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başlamağa icazə verməyəcək - hətta Macarıstan bu mövqeyə malik yeganə ölkə olsa belə. Axar.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib. “Avropa Birliyi dayandırılmalı olan dəhşətli bir səhv etmək üzrədir. Hətta bütün üzvlər bunu etmək istəsə, biz yenə əleyhinə çıxacağıq. Ukraynanın real vəziyyəti bizə onunla üzvlük danışıqlarına başlamağa imkan vermir”, - Orban bildirib. |
2023-12-13 | 813,113 | AFFA bu məşqçini cəzalandırdı | AFFA U-13 Liqasında çıxış edən “Baku Sportinq” komandasının məşqçisi Şamil Məmmədov sənədlərin saxtalaşdırılmasında iştirak etdiyi üçün futboldan 12 aylıq kənarlaşdırılıb. Axar.az xəbər verir ki, AFFA İntizam Komitəsi mütəxəssisə cəzanın 6 ayını şərti olaraq tətbiq edib. Cəzaya səbəb lisenziyası olmayan Əli Hüseynovun komandanın heyətində Roman Bayandurovun adından oyunlara çıxmasıdır. O, konkret olaraq 9 oyunda mübarizə aparıb. Həmin qarşılaşmalarda “Baku Sportinq”ə 0:3 hesablı texniki məğlubiyyət verilib. |
2023-12-13 | 813,115 | Sülh üçün Moskva platforması səmərəsizdir – İrəvan | Rusiya platforması İrəvan və Bakı arasında danışıqlar üçün səmərəsiz ola bilər. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan deyib. Xandanyan erməni tərəfinin bu məsələ ilə bağlı narahatlığını tamamilə qanuni hesab etdiyini vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın qarantı olduğu 9/10 noyabr bəyanatının əsas fundamental məsələləri yerinə yetirilməyib. |
2023-12-13 | 813,117 | Azərbaycan XİN Pakistana başsağlığı verdi | Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. Bildirilib ki, Pakistanda 23 əsgərin həlak olduğu dəhşətli terror aktı xəbəri dərindən sarsıdıb və kədərləndirib. "Qardaş Pakistan İslam Respublikası ilə dərin hüznlə başsağlığı və həmrəyliyimizi bildiririk. Biz terrorizmin bütün formalarını kəskin şəkildə pisləyirik",- qeyd olunub. |
2023-12-13 | 813,124 | Vəziyyət dəhşətlidir: İsrail hesab edir ki… - Lavrov | İsrail hesab edir ki, HƏMAS-ı istənilən yolla məhv etmək hüququna malikdir. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “İsrail hesab edir ki, HƏMAS-ı istənilən yolla məhv etmək hüququna malikdir. Biz real vaxtda belə bir xəttin nəticəsinin nə olduğunu görürük. Məhəllələr yerlə-yeksan edilib, 18 mindən çox dinc sakin həlak olub. Onların üçdə ikisi qadın və uşaqdır. Vəziyyət dəhşətlidir”, - Lavrov qeyd edib. |
2023-12-13 | 813,127 | Bakıda qadın gölməçədə öldü - Video | Ötən gündən etibarən paytaxta yağan intensiv yağış bədbəxt hadisəyə səbəb olub. Axar.az Baku TV-yə istinadən xəbər verir ki, gün ərzində yağan intensiv yağış səbəbindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı kanalizasiya xətti daşıb. Nəticədə ərazidə böyük gölməçə meydana gəlib. Hadisə şahidlərinin sözlərinə görə, yaranan vəziyyətdən narahatlıq duyan 79 yaşlı qadının küçəyə çıxarkən ürəyi tutub və o, gölməçənin içərisinə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. |
2023-12-13 | 813,129 | Əsirlər bu ərazidə dəyişdirilir - Fotolar | Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında 7 dekabrda əldə edilən razılaşmaya uyğun olaraq, əsir mübadiləsi bu gün sərhəddə baş tutacaq. Axar.az xəbər verir ki, sosial şəbəkələrdə əsirlərin dəyişdiriləcəyi Qazax-İcevan sərhədi yaxınlığından fotolar da paylaşılıb. Həmin fotoları təqdim edirik: |
2023-12-13 | 813,130 | Qoşunların sərhəddən geri çəkilməsini müzakirə edirik | İrəvan və Bakı qarşılıqlı əsasda qoşunların sərhəddən çıxarılması imkanını müzakirə edir. Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, Azərbaycanla sazişlərin birinci hissəsi, xüsusilə İqlim konfransı ilə bağlı olan yerinə yetirilib, ikinci hissəsi bu gün yerinə yetirilməlidir (əsirlərin dəyişdirilməsi - red.): “Lakin bu razılaşmalar etimadın yaradılması yolunda mümkün olan yeganə razılaşmalar deyil, digərləri də müzakirə olunur. Məsələn, biz Ermənistan-Azərbaycan sərhədindən qoşunların çıxarılması təşəbbüsü ilə çıxış etdik. İnanırıq ki, bu, müsbət təsir göstərəcək və gələcək mümkün gərginliyin qarşısını almağa kömək edəcək. Demirəm ki, razılaşma var, amma bu, müzakirə olunan ideyadır. Başqa fikirlər də var”. Mirzoyan belə qarşılıqlı addımların münasibətlərin nizamlanmasına müsbət təsir edəcəyinə ümid etdiyini bildirib: “Eyni zamanda, əsas proses sülh müqaviləsi üzrə danışıqlardır. Azərbaycan danışıqlar masasına, görüş formatına qayıtmalıdır. Bir neçə dəfə demişik ki, saziş üzrə işlərin böyük hissəsi görülüb. İndi görüşmək və mühüm məsələlərlə bağlı yekun razılığa gəlmək lazımdır”. |
2023-12-13 | 813,133 | Türkiyə ovuc içi boyda yeni PUA hazırladı - Foto | Türkiyə müdafiə sənayəsi mikro ölçülü PUA hazırlayıb. Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, yeni texnika 100-150 qram ağırlığında, ovuc içi boydadır. HİRO adlı texnika həm quruda, həm də havada fəaliyyət göstərə bilir. PUA-nı xüsusilə dar və qapalı mühitlərdə istifadə üçün inkişaf etdiriblər. |
2023-12-13 | 813,137 | Prezidentin təltif etdiyi şəxslər arasında onlar da var | Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, təltif olunan şəxslər arasında bir neçə məşhur sima da mövcuddur. Sərəncama əsasən xalq artisləri Mələkxanım Eyubova, Səkinə İsmayılova, Həmidə Ömərova, İlham Namiq Kamal, teatrşünas Məryam Əlizadə, xalq rəssamı Arif Əziz, əməkdar incəsənət xadimi Fəxriyə Xələfova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. |
2023-12-13 | 813,138 | İlin sonuna qədər sülh müqaviləsi imzalana bilər | Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan deyib. “Əgər Ermənistanın əvvəllər toxunduğu, qaldırdığı və razılıq əldə etdiyi bütün fundamental məsələlər təsdiqlənsə və sülh müqaviləsində öz yerini tapsa, o zaman imzalanma faktiki olaraq sadəcə texniki məsələyə çevriləcək. İrəvanın sonuncu dəfə Bakıya göndərdiyi sülh təklifləri qaneedici olarsa, o zaman bu ilin sonunda sülh müqaviləsinin imzalanması mümkündür”, - o bildirib. |
2023-12-13 | 813,140 | Prezident bu məşhurun rektor qızını təltif etdi | Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Emin qızı Mahmudova “Əməkdar incəsənət xadimi” adına layiq görülüb. Ceyran Emin qızı Mahmudova 19 iyul 1964-cü ildə Bakı şəhərində dahi bəstəkar Emin Sabitoğlunun ailəsində anadan olub. Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1982–87-ci illərdə təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Tarixi-nəzəriyyə fakültəsində davam etdirib. 1991-ci ildən 2017-ci ilədək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb. AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir. 2017-ci ildən ADMİU-nun Musiqi sənəti fakültəsinin dekanıdır. Həmçinin “Mədəniyyət” kanalında “Musiqi Xəzinəsi” verilişinin aparıcılarından biridir. 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. |
2023-12-13 | 813,143 | Nazirlikdən bu xəstəliklə bağlı xəbərdarlıq | Səhiyyə Nazirliyi kəskin respirator infeksiyalarla bağlı əhaliyə çağırış edib. Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova respirator viruslarla bağlı danışarkən deyib. Onun sözlərinə görə, kəskin respirator infeksiyalar əsasən hava-damcı yolu ilə yayılır və yüksək yoluxuculuğa malikdir. Terapevt bildirib ki, payız-qış mövsümündə bu infeksiya daha çox yayılır: “Soyuq havada qapalı məkanda toplanma, immun sisteminin zəifləməsi, eləcə də meyvə-tərəvəzin az qəbulu xəstələnməni qaçılmaz edir. Qrip adətən 1 həftə çəkir, müddət uzanırsa, viral infeksiyalara əlavə bakteriyalar da qoşulur. Bu səbəbdən həkimə müraciət tövsiyə olunur”. Nazirlik rəsmisi qeyd edib ki, kəskin respirator infeksiyaların 25%-ni məhz qrip təşkil edir: “Xəstəliyin əsas simptomları öskürək, yüksək hərarət, boğazağrısı, qıcıqlanma, üşümə, halsızlıq və s. Qripin inkubasiya dövrü 2-3 gün, xəstəlik isə 1 həftə davam edir. Düzgün müalicə metodu olmasa, qripin ciddi fəsadları ola bilər. Xəstəliyə yoluxmamaq üçün vitaminlərlə zəngin düzgün qidalanma, maye balansı mütləqdir. Yuxu rejiminin də immun sisteminin güclənməsində böyük rolu var”. |
2023-12-13 | 813,147 | Yağış yağacaq, güclü külək əsəcək – Daha bir xəbərdarlıq | Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal küləyi 14-də arabir 15-18 m/s-dək güclənəcək. Azərbaycanın rayonlarında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. |
2023-12-13 | 813,148 | Bakı ilə sıfır nöqtəsinə qayıtmamaq vacibdir | Ermənistan Azərbaycanla danışıqlar prosesində müəyyən ardıcıllığı təmin etməyə çalışır və Qərb platformalarında əldə edilmiş əvvəlki prosesləri nəzərə alaraq, onların bu formatlar çərçivəsində davam etdirilməsini istəyir. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan deyib. “Sülh müqaviləsi layihəsinin, eləcə də fundamental məsələlərin müzakirəsi əvvəlki dövrdə aparılıb. Ona görə də danışıqları davam etdirmək və sıfır nöqtəsinə qayıtmamaq çox vacibdir”, - Xandanyan bildirib. |
2023-12-13 | 813,151 | Bakıda mühüm forum keçirildi | 15:41 Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və Azərbaycanda fəaliyyət göstərən 3 minə yaxın könüllünün iştirak etdiyi “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” keçirilib. Axar.az xəbər verir ki, forum çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə simvolik olaraq 100 Azərbaycan könüllüsü il ərzindəki fəal təşəbbüslərinə görə mükafatlandırılıblar. Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən Forumun gedişatında Azərbaycan könüllüləri adından cənab Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Qeyd edək ki, tədbir Gənclər Fondu, Azərbaycan Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in təşkilati dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 5-19 dekabr tarixlərində keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində baş tutub. Könüllülərin il ərzində göstərdiklər fəaliyyətləri diqqət mərkəzində saxlamaq və onlara təşəkkür etmək məqsədilə təşkil edilən forum Karyera Sərgisi ilə açılıb. Sərgi zamanı könüllülər 40-a yaxın müxtəlif yerli və xarici şirkətlərin iş imkanları barədə ətraflı məlumat əldə ediblər. |
2023-12-13 | 813,152 | İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Axar.az xəbər verir ki, müraciətin mətnini gənclər və idman naziri Fərid Qayıbov oxuyub. "Əziz gənclər! Sizi – Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarını salamlayır, Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir və hamınıza cansağlığı, gələcək işlərinizdə nailiyyətlər arzulayıram. Forumun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində təşkili xüsusi əhəmiyyət daşıyır. Könüllülük hərəkatı məhz Ulu Öndərin xeyir-duası ilə geniş vüsət alaraq Azərbaycan gənclərini vahid platformada birləşdirmiş və ötən müddət ərzində ictimai həyatımızın ən müxtəlif sahələrini əhatə etmişdir. Zəngin mədəni-mənəvi dəyərlərimizi rəhbər tutan hərəkat əməli fəaliyyətində xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri təcəssüm etdirmiş, cəmiyyətin etimadını layiqincə doğrultmuşdur. Sevindirici haldır ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş sosial təşəbbüslərə və innovativ layihələrə hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı etiraz ifadə edən və uğurla nəticələnən dinc aksiyanın əsas iştirakçıları olmuşlar. Artıq onların həmçinin ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi vardır. İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici yeni mərhələsindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə ən qısa zamanda həyatın əvvəlki ahənginə qaytarılması üçün genişmiqyaslı işlər aparılır. İnanıram ki, Ulu Öndərin tövsiyələrini özünüzə şüar seçən siz könüllülər Vətənə və dövlətə bundan sonra da dərin bağlılıq nümayiş etdirəcək, yüksək fəallıq göstərərək Böyük Qayıdışa töhfələr verəcəksiniz", - müraciətdə bildirilib. |
2023-12-13 | 813,157 | Əsirlikdən azad olunan Hüseyn danışdı - Video | Səhhətim yaxşıdır və sevinirəm ki, Azərbaycana geri qayıdıram, hər şey yaxşıdır. Axar.az xəbər verir ki, erməni əsirliyindən azad olunan Hüseyn Axundov deyib. O bildirib ki, Azərbaycana döndüyü üçün çox xoşbəxtdir. |
2023-12-13 | 813,160 | Vətən üçün can da verərik, can da alarıq - Aqşin Bəbirov | Bu dövlət bizi uzun müddət əsir qalmağa qoymazdı. Biz vətən üçün yaşayanlardanıq. Axar.az Report-a istinadən xəbər verir ki, bu sözləri bu gün erməni əsirliyindən azad olunan Aqşin Bəbirov jurnalistlərə açıqlamasında deyib. "Vətən üçün can da verərik, can da alarıq", - A.Bəbirov vurğulayıb. |
2023-12-13 | 813,166 | Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub | Azercell GSMA ilə strateji tərəfdaşlıq çərçivəsində mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmaq üzərində çalışacaq Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telekom” MMC GSMA təşkilatının aktiv üzvü olaraq İqlim Fəaliyyətində iştirakını qürurla elan edir. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq Azercell mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmaq istiqamətində çalışacaq. “Bizim GSMA İqlim Fəaliyyətinin İşçi Qrupuna üzvlüyümüz həyat keyfiyyətinin yüksəldilməsi və daha sağlam gələcəyin dəstəklənməsinə yönəlik strateji məqsədimizin bariz sübutudur. İnanırıq ki, bu proqram çərçivəsində həyata keçirilən təşəbbüslər ölkəmizin davamlı inkişafına töhfə verəcək”, deyə “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova bu proqramın əhəmiyyətini vurğulayıb. İqlim Fəaliyyəti dünya üzrə 60-dan çox operator qrupunu bir platformada toplayıb. Bu proqram çərçivəsində GSMA və Azercell də daxil olmaqla sənaye liderləri 2050-ci ilə qədər sıfır karbon emissiyası statusunun əldə edilməsinə qlobal səviyyədə öz töhfəsini verməyi və bununla da iqlim böhranının həllinə dəstək olmağı hədəfləyirlər. Bu proaktiv ekoloji mübarizə fəaliyyəti iqlim təşəbbüsləri istiqamətində mobil sənaye təchizatçıları ilə birgə iş, mobil cihaz və avadanlıqların ekoloji dayanıqlığının artırılması, innovativ texnologiya vasitəsilə karbon emissiyasının azaldılması üçün mobil rabitədən istifadə və sürətli iqlim dəyişikliyi dövründə ekstremal hava şəraitini idarə etmək üçün infrastrukturun möhkəmləndirilməsi kimi geniş mövzuları əhatə edir. Qeyd edək ki, GSMA müsbət biznes mühiti və sosial dəyişikliyin əsasını təşkil edən innovasiyaların axtarışı, inkişafı və tətbiqi üçün mobil ekosistemi bir araya gətirən qlobal təşkilatdır. “Azercell Telekom” MMC iqlim dəyişikliyinin mənfi təsirinin azaldılmasına və mobil sənayenin davamlı və ekoloji cəhətdən sağlam gələcəyə yönləndirilməsinə istiqamətlənmiş kollektiv təşəbbüslərə fəal töhfə verməklə korporativ məsuliyyətinə sadiqliyini ifadə edir. |
2023-12-13 | 813,168 | Bu əməkdar artistlər “Əmək” ordeni ilə təltif edildi | Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Kult.az xəbər verir ki, sərəncama əsasən muğam və Azərbaycan xalq mahnılarının ifaçısı, əməkdar artist (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Yaqut Babakişi qızı Abdullayeva, Azərbaycan aktyoru və bədii qiraətçi, əməkdar artist (2002), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Azad Hətəm oğlu Şükürov, kamança ifaçısı, əməkdar artist Mirnazim Müştəba oğlu Əsədullayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub. |
2023-12-13 | 813,169 | Qarabağ səhifəsi bağlandı, qayıtmayacağıq - Yepiskop | Qarabağ səhifəsi bağlandı. İlham Əliyev bizə 1994-cü ildə etməli olub, lakin etmədiyimiz şeyləri öyrədir. Həmin illərdə biz daha da irəli gedib Azərbaycanı sülh müqaviləsinə məcbur edə bilmədik, qorxduq, dayandıq. Bizə ən böyük dərsi azərbaycanlılar verib, amma biz bu dərsi başa düşməyə qadir deyilik. Axar.az xəbər verir ki, bunu erməni arxiyepiskop Mikael Acapaxyan deyib. “Biz dövlət yaradan xalq ola bilmədik, milli dövlət yaratmağa qadir xalq olmamışıq. Aciz olduğumuza görə itirdik, qorxaq idik, irəli getmək üçün sağda və solda himayədarlar gözləyirdik və uduzmağa davam edəcəyik. Yeni hökumət gəlsə, vəziyyəti dəyişmək mümkün olacaqmı? Düşünürəm ki, geri dönüşü olmayan nöqtəni keçmişik. Dəfələrlə demişəm ki, heç bir şey geridönməz deyil, lakin obyektiv və subyektiv amilləri, xüsusən də subyektiv amilləri nəzərə alsaq, bunun dönməz olduğunu düşünürəm. Bəli, Qarabağı itirdik, Qarabağ səhifəsi bağlandı. Və bütün bu “qayıdacağıq, qayıdaq” kimi ifadələrin hamısı əsassızdır, bunların hamısı boşdur. Qorxaqlığımızla məğlub olduq. Azərbaycan ağıllıdır və bizə ağıllı olmağı öyrədir”, - o bildirib. |
2023-12-13 | 813,174 | Rusiyada qıtlıq: türk şirkətləri tədarükə başladı | Türk şirkətləri Rusiyaya toyuq yumurtası ixrac etməyə başlayıb. Təchizatla bağlı heç bir problem olmayacaq. Axar.az xəbər verir ki, bunu Türkiyə Yumurta İstehsalçıları Birliyinin sədri Mustafa Afyon deyib. “Üç şirkətimiz tədarüklərə başlayıb. Ümumilikdə 21 türk şirkəti Rusiyaya toyuq yumurtası tədarükü üçün icazə alıb. İxracla bağlı heç bir problem olmayacaq, biz Rusiya tərəfinin bütün ehtiyaclarını ödəməyə hazırıq”, - Afyon bildirib. Qeyd edək ki, Rusiyada yumurta qıtlığı yaşanır. Artıq bir çox yerdə yumurta almaq üçün uzun növbələr yaranıb. Yumurtanın qiyməti ölkədə 17 faiz bahalaşıb. |
2023-12-13 | 813,175 | DAK 21 Azər Hərəkatı ilə bağlı tədbir keçirdi | Bu gün Dünya Azərbaycanlıları Konqresi Yazıçılar Birliyinin Natəvan klubunda XX yüzil tariximizin ən şərəfli günlərindən olan Cənubi Azərbaycanda qurulan Milli Hökumətin - 21 Azər Hərəkatının 78-ci ildönümünə həsr olunmuş toplantı keçirib. Axar.az xəbər verir ki, toplantını DAK həmsədri Sabir Rüstəmxanlı açaraq XX əsrdə Azərbaycanın istiqlal və bütövlük mübarizəsi, bu mübarizə tarixində 21 Azər Hərəkatının müstəsna rolu haqda danışıb. Tədbirdə araşdırmaçı alimlər Əli Şamil və Yasəmən Qaraqoyunlu 21 Azər Hərəkatı haqqında geniş tarixi məlumat verib. Daha sonra Güney Azərbaycan Demokratik Firqəsinin rəhbəri Rəhim Hüseynzadə o dövrün milli fədailəri və bu mübarizənin davam etdirilməsi haqqında çıxış edib. |
2023-12-13 | 813,177 | Ermənistan “Ukrayna ssenarisi” ilə üzləşə bilər - Fenenko | Əminəm ki, amerikalılar yenidən ermənilərə söz veriblər ki, onların Qarabağla bağlı narahatlıqlarını nəzərə alıb, bəzi şərtlər üzrə danışıqlarda nəyəsə kömək edib, haradasa Türkiyəyə təzyiq göstərməyə kömək edəcəklər. Ermənilər isə ənənəvi olaraq bunu dəstək kimi yozublar, guya ermənilər Rusiyadan uzaqda olsalar, amerikalılar Qarabağdan nəsə qaytarmağa kömək edəcəklər. Axar.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko deyib. “Əslində isə heç kim onlara heç nə qaytarmayacaq və heç kim heç nə etməyəcək. ABŞ üçün Ermənistan çox uzaqda, qitənin dərinliyində, perspektivsiz və Türkiyə ilə münaqişə yaradacaq qədər çox təhlükəlidir. Amerikalılar Rusiya və Türkiyə ilə gərginlik yaratmaq üçün Ermənistanla oynaya bilərlər. Amma sonda orada açıq-aşkar antirusiya qüvvələr hakimiyyətə gəlsə, Ermənistan da Ukrayna hadisələrinə bənzər bir ssenari ilə üzləşə bilər. Amma o zaman Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə hərbi münaqişəsi olacaq ki, bu da onun üçün milli fəlakətlə nəticələnər”, - o bildirib. |
2023-12-13 | 813,178 | Xırdalanda 2 gündür su kəsilib – Açıqlama | Dünən axşam saatlarından Abşeron rayon Xırdalan şəhərinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Axar.az xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib. Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərsu ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, sözügedən ərazidə qəza baş verib: “Hazırda ərazidə təmir işləri aparılır. Qəza bu gün aradan qaldırılacaq”. |
2023-12-13 | 813,180 | Əsədullayevin qrupu Belarusa hücuma hazırlaşır | Polşa ərazisində hazırda 7 qruplaşma terror aktları və Belarus ərazisində obyektlərin ələ keçirilməsi üçün hazırlanır. Axar.az xəbər verir ki, bunu Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Tertel deyib. “Qurumumuz bu terror qruplaşmalarının fəaliyyətinə nəzarət edən Polşa kəşfiyyatçılarının adlarını da bilir. Ona görə də onların Belarusa qəfil hücumları alınmayacaq. Ukraynalı, polşalı, Baltikyanı həmkarlarımız baxmalıdırlar ki, bu silah onlara qarşı çevrilməsin”, - Tertel bildirib. Onun sözlərinə görə, ən aqressiv qrup Belostok ərazisində təlim keçir və rəhbəri də Əsədullayev adlı Belarus vətəndaşıdır. |
2023-12-13 | 813,181 | Zəngəzurda əməliyyat: Gorusun polis rəisi saxlanıldı | Dekabrın 12-də Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi Zəngəzurda (Sünik) əməliyyat keçirib. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Əməliyyat nəticəsində Gorus Polis İdarəsinin rəisi Muşeq Gevorkyan və Qafan Polis İdarəsinin rəis müavini Vaqarşak Ginosyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinin əməkdaşları tərəfindən saxlanılaraq, İrəvana aparılıblar. Onların saxlanılma səbəbləri barədə məlumat verilməyib. |
2023-12-13 | 813,182 | 658-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 658-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 550 təyyarəsi, 257 helikopteri, 9661 PUA-sı, 442 zenit-raket kompleksi, 14 026 tank və digər zirehli texnikası, 1 188 reaktiv yaylım atəş sistemi, 7 322 artilleriya və minaatanı, 16 263 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-13 | 813,183 | Qərb Fələstin dövləti yaratmaq istəmir – Lavrov | Qərb ölkələri Fələstin dövləti yaratmaq istəmir. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “75 il öncəki qərara əsasən, İsrail dövlətinin yanında Fələstin dövləti yaradılmalı idi, amma heç kim yaratmadı. Qərb ölkələri və İsrail BMT-nin qərarı ilə nəzərdə tutulmuş Fələstin dövlətini yaratmaq niyyətində deyil. Əldə etdiyimiz məlumatlara görə, Qərb və hazırkı İsrail rəhbərliyi Qəzzanın İordan çayının qərb sahili ilə birləşməsini istəmir”, - Lavrov deyib. |
2023-12-13 | 813,187 | Azərbaycan Demokratiya və İnkişaf Mərkəzi yaradıldı | Xaricdə yaşayan Güney azərbaycanlı milli-mədəni fəallar Azərbaycan Demokratiya və İnkişaf Mərkəzi yaradıblar. Axar.az xəbər verir ki, bu barədə təsisçilərin yaydığı məlumatda bildirilib. Yeni yaradılan qurumun Mərkəzi Şurasına İsveçdə nəşr olunan “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbili, şair İsmayıl Cəmili, mədəni fəallar Aylar Çarıqçı, Ayaz İbadi, Umay Radmehr, Turac Muğanlı, Qəzəl Rəsuli, Məhəmməd Əzizi Qaraxanbəyli, Pinar Vüsuqi, Pərinaz Rəhmətullahi, Əfşar Abbasi, Əmir Mehdipur, Babək Aksun, Burla Əlioğlu, Məhəmməd Ənsari, Milad Talibi seçiliblər. Azərbaycan Demokratiya və İnkişaf Mərkəzinin sözçüsü İsveçdə mühacirətdə yaşayan keçmiş siyasi məhbus və mədəni fəal Duman Radmehrdir. |
2023-12-13 | 813,190 | Pensiya alanların nəzərinə! | Regionlar üzrə pensiyaların dekabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Axar.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. |
2023-12-13 | 813,195 | İsrail ordusunun daha bir polkovniki həlak oldu - Foto | İsrail Müdafiə Qüvvələrinin daha iki hərbçisi Qəzza zolağında həyata keçirilən quru əməliyyatlarında həlak olub. Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Məlumata görə, bunlardan biri "Qolani" briqadasının qərargah rəisi, 44 yaşlı polkovnik İshaq Ben-Basatdır. İshaq Ben-Basatın İsrail ordusunun Qəzza zolağında həlak olan dördüncü polkovniki olduğu qeyd edilib. Həlak olan digər hərbçi isə "Qolani" briqadasının 51-ci batalyonunun 19 yaşlı çavuşu Oren Alonidir. Bununla da 7 oktyabrdan etibarən döyüşdə ölən İsrail hərbçilərinin sayı 444 nəfərə çatıb. |
2023-12-13 | 813,201 | Azərbaycan Çinə bu məhsulu ixrac edə biləcək | Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti və digər quşçuluq məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub. Bu barədə Axar.az-a AQTA-dan məlumat verilib. Agentlik Çinin müvafiq qurumu ilə aparılan əməkdaşlıq çərçivəsində bu ölkənin baytarlıq sahəsi üzrə idxal tələbləri əldə olunub və həmin istiqamətdə Azərbaycan ərazisində epizootoloji monitorinqlər, risk təhlilləri, tədqiqatlar, müəssisələrin qiymətləndirilməsi, məhsullar üzrə baytarlıq-sanitariya nəzarətinin gücləndirilməsi və digər tədbirlər həyata keçirilərək görülən işlər barədə hesabatlar müqabil tərəfə təqdim olunub. Həmçinin AQTA nümayəndə heyəti ilə Çin sahibkarlarından ibarət nümayəndə heyəti arasında 2023-cü il 18 may tarixində fitosanitar və baytarlıq nəzarətində olan məhsulların bu ölkə bazarlarına ixracı barədə müzakirələr aparılıb, 19 may tarixində isə Çinə quş əti idxalına maraqlı olan idxalçıları ilə Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasında görüş və 5 quşçuluq təsərrüfatına baxış keçirilib. Çinin Baş Gömrük İdarəsi, Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi AQTA tərəfindən təqdim edilmiş müvafiq hesabatları və tədqiqat nəticələrini əsas götürərək Azərbaycanın bütün ərazisində yüksək patogen quş qripinin mövcud olmadığını təsdiqləyib. Bununla da, Çinin müvafiq qurumunun 2006-cı il 619 saylı qərarı ləğv edilib. Yeni qərara əsasən, Çİnin qida təhlükəsizliyi ilə bağlı qanun və tələblərinə uyğun gələn Azərbaycanda istehsal olunan quş əti və digər quşçuluq məhsullarının idxalına dekabrın 8-dən etibarən icazə verilir. Sahibkarların diqqətinə çatdırırıq ki, Çinə quş əti və digər quşçuluq məhsullarının ixracı, eyni zamanda müqabil ölkənin qida təhlükəsizliyi üzrə qanunvericiliyi ilə tanış olmaq, həmçinin metodiki köməklik üçün Agentliyə müraciət edə bilərlər. |
2023-12-13 | 813,203 | Hakan Fidan Azərbaycana gəlir | Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana səfərə gəlir. Axar.az xəbər verir ki, H.Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur. |
2023-12-13 | 813,206 | Bakı ilə İrəvan arasında danışıqların əsas istiqaməti... | Danışıqların əsas istiqaməti Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasıdır. Axar.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının sədri Şarl Mişel Azərbaycan və Ermənistan münasibətlərindən danışarkən deyib. Mişel hər iki ölkənin liderləri arasında görüş təşkil etmək istiqamətində cəhdləri davam etdirdiklərini bildirib. |
2023-12-13 | 813,207 | Azərbaycan ağırlıqqaldıranı Dohada hamını qabaqladı | Azərbaycan millisinin üzvü Dadaş Dadaşbəyli Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri turnirinin qalibi olub. Axar.az xəbər verir ki, 109 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda bütün rəqiblərini qabaqlayıb. Dadaşbəyli birdənqaldırmada 176 kq-ı ram edib və bu hərəkətdə birinci olub. Təkanlaqaldırmada isə 212 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb. Toplam 388 (176+212) kq nəticə göstərən Dadaş yekun sıralamada da hamını qabaqlayıb və yarışı çempion kimi başa vurub. Qeyd edək ki, II Qran-pri turnirində 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir. |
2023-12-13 | 813,208 | Bu ölkə lideri səfirimizi “Şərəf” ordeni ilə təltif etdi | Moldova Prezidenti Maya Sandu bu gün Moldovada diplomatik fəaliyyətini başa vuran Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovu qəbul edib. Axar.az xəbər verir ki, Moldovanın ölkə başçısı görüşdə iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinin və ticarət həcminin artırılmasının vacibliyini vurğulayıb. Həmçinin, Prezident sentyabrın 15-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakı ilə Kişinyov arasında birbaşa reyslərin açılmasını da alqışlayıb. Maya Sandu Kişinyov və Bakı arasında əlaqələrin möhkəmlənməsində göstədiyi səylərə görə Azərbaycanın səfirinə təşəkkürünü bildirib və Moldova Respublikasının “Şərəf” ordeni ilə təltif edib. |
2023-12-13 | 813,209 | "Qırmızı Körpü"də son vəziyyət necədir? - Foto | Son zamanlar Gürcüstan-Rusiya sərhədində yerləşən “Yuxarı Lars” gömrük-sərhəd buraxılış məntəqəsində hava şəraiti ilə əlaqədar olaraq yük nəqliyyat vasitələrinin hərəkətində fasilələrin yaranması müşahidə edilir. Həmin nəqliyyat vasitələrinin alternativ variant kimi ölkəmizin Gürcüstanla sərhədindəki “Qırmızı Körpü” gömrük postuna istiqamətlənməsi nəticəsində yük nəqliyyat vasitələrinin keçidində sıxlıq yaranıb. Axar.az Azərtac-a istinadən xəbər verir ki, bir neçə gündür Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı Körpü” gömrük postunda sıxlıq müşahidə edilir. Hazırda 1100-dən çox yük avtomobili günlərdir buradakı parkda gözləyir. Beynəlxalq yükdaşıma ilə məşğul olan TIR sürücüləri gecəni nəqliyyat vasitələrində, TIR parklarında keçirmək məcburiyyətində qalırlar. TIR sürücüsü olan türkiyəli sürücü Mehmet Usta deyib: “Rusiyadan, Moskva şəhərindən gəlmişəm. Azərbaycan ərazisindən getməklə Türkiyəyə keçid edəcəyəm. Samurdan gələndə sıxıntı olmadı, rahat keçdik. Burada isə sıxlığa görə dörd gündür ki, gözləyirik”. “Qırmızı Körpü” gömrük postundan verilən məlumata görə, ilin sonuna doğru yük nəqliyyat vasitələrinin dövriyyəsindəki xarakterik artım növbələrin yaranmasına öz təsirini göstərməkdədir. “Gömrük-sərhəd buraxılış məntəqəsinin buraxılış imkanlarının artırılması məqsədilə qarşı tərəflə danışıqlar aparılır”, – deyə “Qırmızı Körpü” gömrük postunun böyük inspektoru Rüfət Səfərov bildirib. Qeyd edək ki, hazırda avtomobillərin tıxac uzunluğu kilometrlərlə davam edir. Gün ərzində isə qarşı tərəfə 350-400-dən çox avtomobil keçir. |
2023-12-13 | 813,210 | Tağıyevin 200 illiyinə həsr olunan poçt markası buraxıldı | Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb. Axar.az xəbər verir ki, bununla bağlı “Azərpoçt” MMC məlumat yayıb. Qeyd olunub ki, buraxılış bir markadan ibarət blok şəklində hazırlanıb. Markanın üzərində Hacı Zeynalabdin Tağıyevin fotosu həkk olunub. Tərtibatında zənginlik, sağlamlıq, güvən, mərhəmət, hikmət və nəciblik elementləri olan rənglərdən istifadə edilib. Marka Belarus Respublikasının “Bobruisk İntegrated Printing House” mətbəəsində 4 000 tirajla çap olunub. Markanın dizayneri Aydın Əsgərovdur. Bundan əlavə, “Birinci gün” zərfləri də hazırlanıb. |
2023-12-13 | 813,211 | "Qarabağ" xarakterli komandadır - Hoqmo | "Qarabağ" yaxşı və xarakterli komandadır. Axar.az xəbər verir ki, bunu İsveçin "Hakken" komandasının baş məşqçisi Per-Matias Hoqmo Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib. Norveçli mütəxəssis bu qarşılaşmanın onlar üçün sonuncu olduğunu xatırladıb: "Bizim məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi. Klub tarixinin ən yaxşı mövsümüdür. İlk dəfə qrupa vəsiqə qazandıq və bir sıra futbolçularımızı yüksək qiymətə satdıq”. O, Azərbaycan təmsilçisinin çox yaxşı oyunçulara sahib olduğunu vurğulayıb: "Evdəki qarşılaşmada yaxşı performans sərgiləsək də, nəticə qazana bilmədik. Sabahkı oyuna motivasiya ilə çıxacağıq. Hər şey yaxşıdır”. Baş məşqçi hava şəraitinin onlara təsir etməyəcəyini sözlərinə əlavə edib: "Əsl İsveç havasıdır. Buna öyrəşmişik. Bakıya üçüncü səfərimdir. Hər dəfə Azərbaycan futbolunun klub və milli səviyyəsində inkişaf etdiyini görürük". Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Qurban Qurbanovun kollektivi hazırda 7 xalla H qrupunun ikinci pilləsində qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur. |
2023-12-13 | 813,213 | Distant tədris qızılcanın qarşısını ala bilər? | Son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Hazırda virus əsasən uşaqlar, şagirdlər və tələbələr arasında yayılır. Belə ki, ötən aylarda Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən tədris müvəqqəti dayandırıldı. Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub. Axar.az xəbər verir ki, Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında qızılcaya yoluxma halı aşkarlanıb. Bakıda isə şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant təhsilə keçib. Bəs, məktəblərin distant tədrisə keçməsi qızılcanın sürətlə yayılmasının qarşısını ala bilər? Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Trend-ə bildirib ki, hazırda mövsümi xəstəliklərin, virusların yayıldığını nəzərə alsaq, tədris prosesində məsafəyə ehtiyac hiss olunur. "Təhsil sistemimizdə 1,6 milyon şagird var. Hər hansı bir yoluxma faktı digər insanlar arasında sürətlə yayılmaya yol aça bilər. Burada, həmçinin, iki amil də var: Birincisi, orta ümumtəhsil məktəblərində tibbi xidmətlərin göstərilməsindəki problemlər, ikincisi, məktəbə gedən şagirdlərin hər hansı formada müayinəyə cəlb edilməməsi. Bu amillər yoluxma sayına təsir göstərir. Qızılcaya yoluxma halları müşahidə edilən məktəblərdə dərslər mütləq şəkildə ən azı 14 gün onlayn formada olmalıdır. Dərs prosesinin ənənəvi formada təşkilinə icazə vermək olmaz, çünki bu təhlükəlidir", - deyə o əlavə edib. Qeyd edək ki, ötən gün elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hazırda bütün məktəblərin distant təhsilə keçməsi düşünülmür. |
2023-12-13 | 813,216 | Putin Ukraynanı diz çökdürməkdə qərarlıdır - Şolts | Hər şey göstərir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanı hərbi cəhətdən diz çökdürməkdə qərarlıdır. Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Ukraynaya beynəlxalq dəstəyin azalma etimalı barədə danışarkən deyib. "O, (Putin - red.) Ukraynaya beynəlxalq dəstəyin azalacağını düşünür. Təəssüf ki, bu hesablamanın işə yarama təhlükəsi var", - kansler deyib. |
2023-12-13 | 813,220 | İstanbulun tarixi mərkəzinə giriş ödənişli olur? | İstanbul şəhərinin tarixi mərkəzinə avtomobillə giriş ödənişli ola bilər. Axar.az xəbər verir ki, bu barədə danışan İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu bu addımın yerli sakinlərin həyatını yaxşılaşdıracağını bildirib. Səlahiyyətlilər həmçinin tıxaclar və havanın çirklənməsi ilə bağlı problemləri həll etmək ümidindədir. Plana görə, avtomobil sahibləri tarixi mərkəzə giriş üçün Eminönü ərazisində yerləşəcək köşklərdə ödəniş etməli olacaqlar. Lakin məbləğ açıqlanmayıb. |
2023-12-13 | 813,221 | Britaniyalı hüquq müdafiəçisi Fransanın tələbi ilə saxlanıldı | İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan Böyük Britaniya vətəndaşı Məhəmməd Rabbani BMT-nin Cenevrə ofisində təşkil edilən konfransa buraxılmayıb. Axar.az xəbər verir ki, bu barədə Rabbani X hesabında yazıb. "6 saatdır ki, Cenevrə hava limanına enmişəm. Məni hələ də saxlayıblar və bu, BMT-nin Cenevrə ofisindəki konfransda çıxışıma mane olur", - Rabbani bildirib. Məlumata görə, o, Fransanın tələbi ilə konfransa buraxılmayıb. |
2023-12-13 | 813,223 | Zelenski Frederiksen ilə görüşdü: 1 milyard ayrılır | Danimakra Ukraynaya 1 milyard avro yardım ayıracaq. Axar.az xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə bildirib. O qeyd edib ki, yardım paketi parlamentə təqdim olunacaq. Paketə sursatlar, tanklar, PUA-lar daxildir. |
2023-12-13 | 813,225 | İki ölkə HƏMAS-a bağlı şəxslərə sanksiya tətbiq etdi | Böyük Britaniya HƏMAS-a bağlı şəxslərə sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Həmin şəxslərin Böyük Britaniyaya girişinin qadağan edilməsi və aşkarlanacağı təqdirdə hesablarının dondurulması nəzərdə tutulur. Qeyd edək ki, analoji addımı ABŞ da atıb. |
2023-12-13 | 813,226 | Hafiz Babalı saxlanıldı | Jurnalist Hafiz Babalı saxlanılıb. O, “Abzas media” ilə bağlı iş üzrə cinayət məsuliyyətinə cəlb edilib. Axar.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, istintaq hərəkətləri aparılır. Xatırladaq ki, daha öncə sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər. |
2023-12-13 | 813,227 | AZAL Çin şirkəti ilə saziş imzaladı: Yeni istiqamətlər... | Azərbaycanın milli aviadaşıyıcısı AZAL kommersiya əməkdaşlığı çərçivəsində Çinin “Hainan Airlines” aviaşirkəti ilə xüsusi proreyt sazişi imzalayıb. Axar.az xəbər verir ki, saziş hər iki aviaşirkətin sərnişinlərinə vahid aviabilet və cəlbedici tariflərlə Bakı və Pekindən keçərək yeni istiqamətlər üzrə səyahət etmək imkanı verir. Saziş çərçivəsində AZAL sərnişinləri Pekin vasitəsilə “Hainan Airlines” aviaşirkətinin Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. Bundan əlavə, “Hainan Airlines” AZAL sərnişinlərinə Pekindən Banqkok, Phuket, Tokio və Taypey kimi beynəlxalq istiqamətlər təklif edir. Tərəfdaşlıq həmçinin “Hainan Airlines” müştərilərinə dünyanın müxtəlif şəhərlərinə Bakıdan səyahət etmək üçün AZAL-ın qlobal marşrut şəbəkəsindən istifadə etmək imkanı yaradıb. “Tərəfdaşlıq sərnişinlər üçün yeni fürsətlər yaradır. Vətəndaşlarımız Bakıdan Çinin və digər ölkələrin şəhərlərinə, eyni zamanda Çindən səyahət edən insanlar Bakı vasitəsilə dünyanın müxtəlif ölkələrinə vahid bilet və daha münasib tariflərlə səyahət edə bilərlər. Hal-hazırda digər Çin aviaşirkətləri ilə də əməkdaşlıqla bağlı müvafiq işlər aparılır”, - deyə AZAL-ın icraçı direktorunun birinci müavini Nazim Səmədov bildirib. Aviabiletləri AZAL-ın rəsmi kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. |
2023-12-13 | 813,228 | Cəlilabadda örüş sahəsindən tapança aşkarlandı | Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər nəticəsində rayon sakini N.Abdullayev Günəşli kəndinin ərazisindəki örüş sahəsindən tapdığı 1 ədəd “Valter” tipli tapança və 5 ədəd patronu könüllü olaraq Cəlilabad Rayon Polis Şöbəsinə təqdim edib. Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 11 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir. |
2023-12-13 | 813,232 | AP qətnamə qəbul etdi: Gürcüstan, Ermənistan... | Avropa Parlamentində Avropa Birliyinin genişlənmə siyasəti ilə bağlı qətnamə qəbul olunub. Axar.az xəbər verir ki, qətnamədə AB Şurasına cari ilin dekabrın 14-15-də keçiriləcək sammitdə Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq barədə qərar qəbul etməyə çağırış edilib. Eyni zamanda, Bosniya və Herseqovina ilə də eyni danışıqların başlanılmasının lazım olduğu vurğulanıb. Gürcüstana isə müəyyən tədbirlərin görülməsi şərti ilə rəsmi namizəd statusunun verilməsinə çağırış olunub. AP deputatları Ermənistanın AB-yə yaxınlaşmağa yönəlik addımlarını alqışlayıblar. |
2023-12-13 | 813,233 | Azərbaycan və Türkiyə rəsmiləri Cenevrədə görüşdü | Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə Türkiyənin xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim arasında Cenevrədə görüş keçirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi paylaşım yayıb. “Biz hər zaman qardaş Azərbaycanı dəstəkləyirik. Bölgəmizdə firavanlıq və əmin-amanlıq naminə “Bir millət, iki dövlət” şüarı altında birgə fəaliyyətimizi davam etdirəcəyik”, - paylaşımda qeyd olunub. |
2023-12-13 | 813,234 | Tuskdan sərt qərar: hamısını işdən çıxartdı | Polşanın yeni Baş naziri Donald Tusk ölkənin xüsusi xidmət orqanının rəhbərlərini işdən çıxarıb. Axar.az xəbər verir ki, Tuskun bu qərarını parlamentin kəşfiyyat xidmətləri üzrə komissiyası dəstəkləyib. Qeyd edək ki, bu gün Polşa Prezidenti Andjey Duda Tuskun andiçməsini qəbul edib. Onun ardınca yeni hökumətin nazirləri də and içib. |
2023-12-13 | 813,235 | Abdullahian səudiyyəli həmkarı ilə görüşdü | İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysal bin Fərhan əs-Səud arasında görş baş tutub. Axar.az xəbər verir ki, görüş Cenevrədə keçirilib. Nazirlər ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. |
2023-12-13 | 813,238 | Gürcüstan nüvə təhlükəsi ilə bağlı planı təsdiqlədi | Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti 2024-2026-cı illər üçün kimyəvi, bioloji, radiasiya və ya nüvə təhlükəsi milli planını təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə ölkənin DTX-sı məlumat yayıb. “Şura üzvləri kimyəvi, bioloji, radiasiya və nüvə təhlükələrinin azaldılması üzrə milli strategiya və müvafiq tədbirlər planı çərçivəsində 2023-cü ildə görülmüş işlər və əldə edilmiş nəticələrlə bağlı məruzələrini təqdim ediblər. 2024-2026-cı illər üçün Təhlükələrin Azaldılması üzrə Milli Fəaliyyət Planı təsdiq edilib”, - məlumatda qeyd olunub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.