Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Karl Panzramın cəlladına son sözləri belə olub: "Tez elə.
|
Sənin məni asmağa sərf elədiyin vaxta mən 10 adam öldürərdim.
|
Arzusu o olub ki, kaş insan nəslinin bir boğazı olardı; beləcə, əlini boğazına dolayıb onu boğardı.
|
Onlar mövcudluğu mühakimə edib onun nöqsanlı olduğu, bunu düzəltməli olan şəxslərin isə məhz onlar olduğu qərarına gəlmişdilər.
|
Bu bölmə eyni zamanda narazılıq haqqındadır.
|
Dünyanı dəyişməyə çalışan insan narazıdırsa, ona güvənmək olmaz.
|
Tomas Eliotun "Kokteyl qonaqlığı" adlı pyesində əla bir hissə oxumuşdum.
|
Bir qadın psixiatrın yanına gəlib çətin perioddan keçdiyini, hədsiz əzab çəkdiyini və həyatının yolunda getmədiyini deyir.
|
Sonra isə əlavə edir: ümid edirəm problem məndədir.
|
Psixiatr onun nə demək istədiyini soruşur.
|
Qadın cavabında bildirir ki, iki ehtimal var: ya dünyada problem var, ya da məndə.
|
Əgər problem dünyadadırsa, edə biləcəyim heç nə yoxdur.
|
Mən də onun içində olduğuma görə bu haldayam.
|
Ya da xoşbəxtlikdən problem məndədir ki, bu da yersiz iztiraba səbəb olur.
|
Belədirsə, deməli, bunu düzəldə bilərəm.
|
Bu haqda uzun müddət düşündüm.
|
Əgər həyatınızda nələrsə yolunda getmirsə, günahlandırmağa kimisə tapa bilərsiz.
|
Bu ki asan və rahatdır.
|
Və ya düşünə bilərsiz: "Məsələ odur ki, həyatımı sevmirəm, bəlkə də ümumiyyətlə həyatı sevmirəm.
|
Çünki həyat dəhşətlidir, Həvvanın ləkəsini daşıyır.
|
Bəs necə bilim ki, bütün bu mühakimələrim doğrudurmu?
|
Əsas suallar bunlardır: "Həyatımı yoluna qoymaq üçün hər şeyi etmişəmmi?
|
Əgər həyatımı yoluna qoymaq üçün edə biləcəyim hər şeyi etməmişəmsə, həyatı, onun keyfiyyətini və ya mövcudluğun özünü mühakimə etməliyəmmi?
|
Əgər həyatda olmağınız sizə həddən artıq əzab verirsə, etməməli olduğunuzu bildiyiniz şeyləri etməməyə, səhv olduğunu bildiyiniz şeyləri deməməyə çalışın və baxın görün nələr olur.
|
Ən azından cəhd edə bilərsiz.
|
Əlverişli olanı yox, mənalı olanı edin.
|
Məna sizi həyatın faciəsindən qoruyan divardır.
|
Dayanıqsız, yaralanmış, fani bir varlıq olduğunuz gerçəyinə baxmayaraq, özünüz üçün dəyərli nəsə tapa bilmisiz.
|
Bu, bəlkə də ən dərin instiktdir.
|
Məna sizə düzgün yerdə olduğunuzu deyir.
|
Düzgün yer isə xaosla nizamın ortasıdır.
|
Bu eynilə beyninizin yarımkürələri kimidir.
|
Kobud formada desək, sağ beyin yarımkürəniz anlamadığınız (xaos), sol beyin yarımkürəniz isə anladığınız şeylərlə məşğuldur.
|
Anladığınız şeylərə ilişib qalmağın bir mənası yoxdur, çünki onları onsuz da anlayırsız.
|
Anlamadığınız şeylərin içində isə azıb qalırsız.
|
Ona görə də, bu ikisinin arasında bir yerdə olmalısız.
|
Əlverişli olan şeyi edən zaman indiniz üçün gələcəyinizi qurban verirsiz.
|
Yaşamaq iztirab çəkməkdir.
|
Məna bu gerçəkliyin antidotudur.
|
Risk etməkdən və mənalı bir şeyin arxasınca getməkdən qorxmalısız.
|
Amma əgər olduğunuz yerdə qalmaq sizi pərişan hala salırsa, bundan daha çox qorxmalısız.
|
Acınacaqlı vəziyyətdə qalmağın əvəzini əzab çəkərək ödəyirsiz.
|
Deyə biləriz ki "Tanıdığım şeytan tanımadığım şeytandan daha yaxşıdır", amma bundan elə də əmin olmayın.
|
Əgər işinizə görə acınacaqlı haldasızsa və heç nəyi dəyişmirsizsə, 5 il sonra daha pis vəziyyətdə və daha yaşlı olacaqsız.
|
Sizi xoşbəxt edəcək şey haqda danışmıram.
|
Sizi xoşbəxt edən şeyin arxasınca getmək lüksdür.
|
Mənalı olduğunu düşündüyünüz şeyin arxasınca getmək isə mənəvi borcunuzdur.
|
Bu, asan deyil, qurban tələb edə bilər.
|
Əgər işinizi dəyişmək istəyirsizsə və eyni zamanda, ailəniz, uşaqlarınız, məsuliyyətiniz varsa "İşimi sevmirəm.
|
İstefa edirəm" deyə bilməzsiz.
|
Bu, düzgün strategiya deyil.
|
Bunun əvəzinə düşünə bilərsiz ki, bu iş mənim ruhumu məhv edirsə, nə etməliyəm?
|
Yeni iş axtarmalısız.
|
Əgər heç kim sizi işə götürmək istəmirsə, özünüzü inkişaf etdirməli və ya CV-nizi yeniləməlisiz.
|
Bəlkə də, müsahibə qorxunuzun öhtəsindən gəlməyə və ya sosial bacarıqlarınızı yaxşılaşdırmağa ehtiyacınız var.
|
Əgər işinizi dəyişirsizsə, bütün bunları düşünməli, hər şeyi ağıllı, məsuliyyətli, yetkin bir insan kimi etməlisiz.
|
Bu, bir neçə ilinizi ala bilər.
|
Bunları etmək lüks deyil, əksinə, çətindir.
|
Mənəvi məsuliyyətdir, xoşbəxtlik deyil.
|
Ya da ən azından yalan danışmayın.
|
Həqiqəti demək çətindir, çünki bunun üçün həqiqəti bilmək lazımdır.
|
Nə vaxt yalan danışdığınızı isə bilirsiz.
|
Cəmiyyət içində özünü narahat hiss edən insanlar təmtəraqlı nəsə deyirlər və bu gözlənilən nəticəni vermir.
|
Özləri də, digərləri də pərt olur.
|
Əgər fikir versələr, görərlər ki, bu, onların bütövlüyünü pozur, onları zəif biri edir.
|
Ona görə də, bunu etməzlər.
|
Yalanlar sizi zəif birinə çevirir və bunu hiss edə bilirsiz.
|
Bu, mənanın tam əksidir.
|
Çünki məna həqiqətlə bağlıdır.
|
Əgər yalan danışırsızsa, deməli, artıq qarşı tərəfdəsiz.
|
Elə hesab edin ki, qulaq asdığınız insan sizin bilmədiyiniz bir şeyi bilir.
|
Danışmaq istəyirsiz və danışıb qurtardıqda danışmağa başlamazdan əvvəlki halınızdan daha çox şey bilmiş olursuz.
|
Buna ən yaxşı nümunə sevgi münasibətinizin olduğu şəxslə aranızda baş verən mübahisədir.
|
Qalib gəlmək istəyəcəksiz, xüsusilə də əsəbisizsə.
|
Öncə düşünməlisiz ki, bu mübahisədə qalib gəlmək nə mənaya gəlir?
|
Tutaq ki, danışıqda partnyorunuzdan daha qabiliyyətli və hiyləgərsiz.
|
Eləsə, qalib gələ bilərsiz.
|
Əvvəlcə deyim ki, bu, sizin haqlı olduğunuz demək deyil.
|
Haqsız olarkan qalib gəlmək heç də yaxşı fikir deyil.
|
Ola bilsin ki, qarşı tərəf sizin görə bilmədiyiniz şeyi görə bilir, sadəcə sizin kimi onu sözlərlə ifadə edə bilmir.
|
Bu halda həmin şəxsə qulaq asmaq istəyə bilərsiz.
|
Çünki bəlkə də həmin şəxs başıaşağı şəkildə divara çırpılmağınızın qarşısını almaq üçün sizə nəsə deməyə çalışır.
|
Bunun baş vermə ehtimalı var.
|
Bəlkə də, onların nə dediklərini, bütün bunları niyə dediklərini və vəziyyəti dəyişməyiniz üçün nə etməli olduğunuzu anlamadığınızı deyərək onlara kömək etməlisiz.
|
Eşitdiyinizə əmin olmasaz, qarşı tərəfin dedikləri fikrinizi onsuz da dəyişməyəcək.
|
Çünki çırpılmamalı olduğunuz divara çırpılmaq istəməzsiz.
|
Məhz buna görə, düşmənlərinizə də qulaq asmalısız.
|
Bəlkə də, onlar sizə özünüz haqda müəyyən yalanlar deyib sizi çaşdıracaq, amma bəzən dostlarınızın sizə deməyəcəyi şeyləri də deyəcəklər.
|
Nitqinizdə dəqiq olun.
|
Tanrı dünyanı danışaraq yaradıb.
|
Ünsiyyət və mövcudluq arasındakı qarşılıqlı qırılmaz əlaqə haqqında düşünün.
|
Dil xaosu götürüb nəsəyə çevirir.
|
Tanrının Adəmin etməsini istədiyi şeylərdən biri heyvanlara ad verməsi idi. Çünki adları olana qədər onlar doğrudan da real deyildilər.
|
Adı qoyula bilməyən şeylər ad qoyula bilən şeylərdən daha qorxuducudur.
|
Gerçəklik nə qədər pis olsa da, təxəyyülünüz qədər dəhşətli deyil.
|
Heç bir istisna olmadan, nə qədər pis də olsa, hər şeyə ad vermək daha yaxşıdır.
|
Nəyisə adlandıra bilməmək sizdə həmin şeylə üzləşmək qorxunuzun olduğu düşüncəsini yaradır ki, bu da sizi uğursuzluğa düçar edir.
|
Uşaqlar skeyt sürərkən onları narahat etməyin.
|
Əvvəllər işlədiyim Müqəddəs Corc küçəsində yeniyetmələrin skeyt sürməsini izləyirdim.
|
Qorunmaq üçün çox da alətləri yox idi. Skeyt sürənlərin bu cür dəlisov şeylər etməsini izləmək xoşuma gəlir.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.