date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-10-02
23
Rusiya Gürcüstan torpaqlarını ələ keçirmək istəyir – rəsmi iddia
Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyaya qarşı daha bir kəskin ittiham səsləndirib. Gürcüstanın "Apsyn.ge" saytının verdiyi məlumata görə, Saakaşvili bildirib ki, Bakı-Supsa nef kəməri vasitəsi ilə Rusiya Gürcüstan torpaqlarını ələ keçirmək istəyir: "Artıq xeyli torpaq sahəsi ələ keçirilib. Onların məqsədi Bakı-Supsa strateji neft kəmərini də tikanlı məftillərlə əhatə etməkdir. Hamımız özümüzü ələ almalıyıq. İndi bölücülük, kin, xal qazanmaq vaxtı deyil. Gürcüstanın məqsədi torpaqlarımızın təhlükəli ilhaqını birdəfəlik dayandırmaqdır". "Axar.az" saytı olaraq bu barədə vaxtilə Rusiyada səfir kimi fəaliyyət göstərmiş politoloq Hikmət Hacızadədən münasibət öyrəndik. Hikmət bəy məsələni belə bir lakonik fikirlə ifadə etdi: "Rusiya yenə öz ampluasındadır. Demək istəyir ki, harada biz varıq, ora bizimkidir. Harada neft varsa, ora da bizimdir. Təxminən belə bir lotuluq etmək istəyir".
2013-10-02
24
Netanyahu İran prezidentini “qurd” adlandırdı
"Axar.az" saytının İsrail mətbuatına istinadən verdiyi məlumata görə, İsrailin Baş Naziri Benyamin Netanyahu İran İslam Respublikasının prezidenti Həsən Ruhanini tənqid edərkən belə ifadələr səsləndirib: "Əhmədinecat qurd cildinə girmiş quzudur, ancaq Ruhani quzu cildinə girmiş qurddur". Birləşmiş Millətlər Təşkilatının 68-ci Dövr Baş Məclisinin son iştirakçısı olaraq kürsüyə çıxan Netanyahu İranın nüvə proqramını və İranlı səlahiyyətlilərin son dövrdə başlatdıqları mülayim yanaşmanı hədəfə alıb. Netanyahu həmçinin İsrailin beyəlxalq arenada tək qalsa belə İranın nüvə silahına sahib olmağına izn verməyəcəyini, Suriyada günahsız insanların öldürülməsinə İranın da şərik olduğunu dilə gətirib.
2013-10-03
30
Kişilərə yaşamağa imkan verməyən qadınlar imiş
Bu gün dünyanın aparıcı ölkələrində insanların yaşamaq üçün maksimum yaş həddi 89,6 il kimi götürülür. Dünyanın aparıcı ölkələrinin araşdırmalarında göstərilir ki, ən çox ömür sürən qadınlardır. Kişilərlə müqayisədə qadınlar 7 yaş çox ömür sürürlər. BBC Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilir ki, Avropada kişilər qadınlardan az yaşayır. Cinslər arasında ömür fərqi ortalama 7,5 ildir. Qadınlarda bərpa mexanizmi Aradakı fərqi isə yaşam tərzi ilə əlaqələndirirlər. Bunu qadınların kişilərdən fərqli olaraq zərərli vərdişlərdən uzaq olması ilə izah edirlər. Üstəlik bildirilir ki, qadınların bütün zərərlərə qarşı bərpaedici funkisiyaları var. Həkimlər bunu həyat tərzi və iş şəraitinin fərqli olması ilə bağlayırlar. Amerikalı alimlər bildirirlər ki, qadınların orqanizmi zərər görən hüceyrələri bərpa etmə funksiyasına malikdir. Bu funksiya kişilərdə olmadığından, onlar itirilmiş hüceyrələri bir daha qazana bilmirlər. İnsanlar uzun ömrün səbəbini yaxşı, xoşbəxt həyat tərzi sürməklə də əlaqələndirirlər. Bakı ərazisində isə yaşı yüzü keçən cəmi 56 insan var ki, onların da hamısı qadınlardır. Evdar qadınlar daha çox yaşayır İşgüzar xanımlarla müqayisədə evdar xanımlar daha çox yaşayır. Aparılan araşdırmalarda göstərilir ki, evdar xanımlar daim evdə oturmaqlarından şikayətlənsələr də, bundan məmnunluq hissi duyurlar. Bu da onların çox yaşamaqları ilə nəticələnir. Azərbaycan uzunömürlülüyü ilə daim fərqlənib. 1989-cu ildə Azərbaycanda 2645 uzunömürlü qeydə alınıb. Onlar arasında qadınlar liderliklərini qoruyub saxlaya biliblər. 2000-ci ildə isə gözlənilən ömür həddi ümumilikdə 71,8 il olub. Bu, qadınlarda 75,1, kişilərdə isə 68,6 yaş təşkil edib. 2000-ci ildən fərqli olaraq, hazırda ortalama yaş həddində artım müşahidə olunur. Statistika Komitəsindən bildirilir ki, ölkədə ortalama yaş həddi 73,6 ildir. Hazırda Azərbaycanda 100 yaşından yuxarı 923 insan pensiya alır. Onlardan 855 nəfəri qadın, 68-i isə kişidir.
2013-10-18
337
Hansı məşhur neçə kilodur?
Mətbuatın daim diqqət mərkəzində olan ulduzlar ən çətin dietaları belə gözə alaraq formada qalmağa çalışırlar. Vaxtaşırı arıqlayıb kökəlsələr də, hamısının ideal çəkisi var. Türkiyə və xarici ulduz qadınların hamıya maraqlı olan çəkiləri:
2013-10-18
340
2014-cü ilin saç modelləri
2014-cü ilin payız-qış sezonunun ən dəbli saç modelləri bəlli oldu.
2013-09-24
20
Şam şəhərində partlayış
Suriyanın paytaxtı Şam şəhərinin Tadamun bölgəsində böyük partlayış baş verib. Partlayışda çoxlu ölən və yaralananların olduğu bildirilir. Suriya rəsmi xəbər agentliyi olan SANA-nın məlumatına görə, bu gün Şam şəhərinin Nəsrin prospektində böyük partlayış olub. Partlayış yerinə çoxlu təcili yardım və xilasetmə vasitələrinin göndərildiyi bildirilir.
2013-10-01
21
Cəmil Həsənlinin seçicilərlə görüşündə dava
Prezidentliyə namizəd Cəmil Həsənlinin seçiciləri ilə görüşü zamanı döyüldüyünü iddia edən iki nəfərin polisə şikayəti əsasında araşdırma aparılır. DİN-dən "Trend"ə verilən məlumata görə, Bakı şəhər sakinləri Polad Dünyamalıyev və Azər Əliyev sentyabrın 30-da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət ediblər. Onlar bildiriblər ki, sentyabrın 29-da "Bakı" kinoteatrında prezidentliyə namizəd Cəmil Həsənlinin seçicilərlə görüşü zamanı onun fikirlərinə etiraz ediblər. Bunun qarşılığında görüş iştirakçıları onları döyüblər. Hazırda şikayətçilərin ərizələri əsasında Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. "Axar.az" saytı olaraq Cəmil Həsənlinin vəkili Tural Abbaslıdan məsələ ilə bağlı münasibətini öyrəndik: "Bu iftiradı. Orada çox normal şəkildə görüş keçirilib. İcra Hakimiyyətinin nümayəndələri tərəfindən göndərilmiş xüsusi adamlar var idi ki, həmin adamlara, sonra da icra nümayəndələrinin və MKİS (JEK) müdirlərinin də pul payladığını bizim üzvlərimiz müşahidə ediblər və fotolarını, videolarını çəkiblər. Yəni, burada təxribat hazırlanmışdı, amma iştirakçıların təmkinli reaksiyası sayəsində heç bir insident baş vermədi. Əxlaqsız ifadələr işlədən, söyüş söyən bir-iki nəfər var idi ki, onların zaldan çıxarılması mülki geyimli polislər tərəfindən təmin olundu. Çünki orada Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov şəxsən özü təhlükəsizliyə cavabdeh kimi iştirak edirdi. Mülki polislər orada idi və biz onlarla operativ şəkildə işləyirdik. Hər hansı provokator olanda biz onlara bu haqda məlumat verirdik. Bildiyiniz kimi, orada insanları təhqir eləmək – "siz kişi deyilsiniz-filan" cümlələrlə insanları təxribata çəkmək istəyənlər var idi. Bu barədə Səhlab Bağırova məlumat verdik və mülki polislərlə təşkilatımızın təhlükəsizlik əməkdaşları ilə birlikdə həmin insanı zaldan uzaqlaşdırdılar".
2013-10-02
26
İnterval sürücülər arasında qan salır
Namiq Həsənov isə mətbuatla bir müddətlik əlaqələrini kəsib Paytaxtın əksər dayanacaqlarında gözlədikdə ya hansısa marşrut gecikir, ya da eyni xəttin avtobusları bir anda dayanacaqda toplaşırlar. Bu zaman həmin avtobus sürücüləri arasında ciddi mübahisə baş verir. Sərnişinlərə isə sürücülərin "Niyə mənim vaxtıma girdin?" davalarına baxmaq qalır. Bu cür mübahisələrə hər gün rast gəlmək olar. Qeyd edək ki, mübahisədən sonra əsəbiləşmiş sürücülər avtobusun sürətini artırır ki, itirilmiş interval bərpa edilsin. Beləcə, sərnişinlərin həyatı, bütövlükdə yol hərəkəti qaydaları təhlükə altına düşür. Avtobusların sayında qıtlıq müşahidə olunur Əsas problem isə budur ki, şəhər sakinləri avtobusların bir-birinin intervalına girmələrindən narahat deyillər. Onları xüsusən gecikmələr narahat edir. Vətəndaşlar avtobusların gecikməsi ilə yanaşı, onların sayının az olmasından da şikayətlənirlər. Son günlər paytaxt daxilində və ya şəhər kənarlarında hərəkət edən avtobus marşrutlarının işində problemlər özünü daha çox büruzə verməyə başlayıb. Qıtlığa səbəb isə ötən il avtobusların sayında aparılan ixtisarlardır. İslahatlara ehtiyac var idimi? Artıq avtobusların sayında ikinci islahat həyata keçirilib. Birinci dəfə 300-dən 217-yə qədər azaldılan marşrutların sayı, ikinci dəfə isə 217-dən 174-ə endirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov mətbuata bildirib ki, islahatlar başlayanda paytaxtda 310-a qədər marşrut xətti var idi. Xırda avtobuslar iri tutumlu avtobuslarla əvəzləndi ki, bu da gərəksiz say çoxluğunu aradan qaldırmaqla yanaşı, həm də tıxacların qarşısını alacaq. Tıxaclar intervalların nizamını pozur İntervalların pozulmasına əsas səbəblərdən biri yollardakı tıxaclardır. Artıq tıxaclar paytaxtın həlli mümkün olmayan probleminə çevrilib. Paytaxt yollarındakı tıxaclar ictimai nəqliyyatın hərəkətini tənzimləməyə imkan vermir. İntervalı daim nəzarətdə saxlamaq üçün avtobuslara kiçikölçülü monitorlar yerləşdirilsə də, onlar hələ də fəaliyyət göstərmir. Bu da sürücülərin intervalı qorumasında çətinlik yaradır. Ən kritik vəziyyət isə iş saatlarının bitdiyi vaxt olur. Bu zaman işdən evə gəlmək üçün dayanacaqlarda saatlarla gözləmək lazım gəlir. Vəziyyət o həddə çatır ki, sərnişinlər uzun zamandan sonra gələn avtobuslara minməyə yer tapmırlar. Bu sistemə nəzarət varmı? Məsələ ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovla əlaqə saxlamaq istəsək də, bildirildi ki, xidmət rəhbəri bir müddətlik mətbuatla əlaqələrini kəsib. Buna səbəb isə səhhətində baş verən müəyyən problemlərdir. Alternativ olaraq "Bakı Sərnişin Nəqliyyatı" Məhdud Məsuliyyətli Cəmiyyətindən münasibət öyrənməyə cəhd göstərsək də, mərkəzdən hamının iclasda olduğunu dedilər. Qeyd edək ki, avtobus sürücüləri bildirirlər ki, bu sistemə nəzarət mexanizmi heç yerdə yoxdur. İntervalı sürücülər özləri müəyyən edirlər. Hər halda aydındır ki, həqiqətən də bu sistemə nəzarət edən heç kim yoxdur, əgər belə olmasaydı, mərkəzdən suallarımızı cavablandıran biriləri çıxardı.
2013-09-02
27
XİN Bülbüloğlunun qalmaqallı fikrinə aydınlıq gətirdi
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermənistanın "News.am" saytına müsahibə verib. "Musavat.com"un verdiyi məlumata görə, Polad Bülbüloğu müsahibəsində hər iki ölkənin sülh danışıqlarından başqa əlacının qalmadığını qeyd edib: "Bizim sülh danışıqları masası arxasında oturmaqdan başqa əlacımız qalmayıb. Bu gün dünyaya baxmaq lazımdır. Anlamalıyıq ki, bizdən başqa münaqişənin həllinə kömək edən tapılmayacaq. Buna görə yaşımızın bu çağında ağılla hərəkət etmək və danışıqlara başlamaq üçün təmas nöqtələrini axtarmaq lazımdır". Səfir bildirib ki, ölkələr arasında dialoqu qaydaya salmaq üçün hər iki tərəfin ziyalılarının potensialından istifadə etmək lazımdır. Polad Bülbüloğlu bununla artıq iflasa uğramış "xalq diplomatiyası" modelini yenidən gündəmə gətirib. Polad Bülbüloğlu müsahibəsində münaqişənin həlli yolunda sülh danışıqlarından başqa digər mümkün variantları istisna etməsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin fikirlərini öyrəndik. Nazirliyin sözcüsü Elman Abdullayev "Axar.az"a açıqlamasında Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu qeyd etdi, amma buna baxmayaraq, hərbi yolu da istisna etmədi: "Azərbaycan Respublikası münaqişənin həlli üçün danışıqlar yolunu seçib. Təbii, biz maraqlıyıq ki, münaqişə tez bir zamanda sülh yolu ilə həllini tapsın. Amma Azərbaycanın beynəlxalq qanunvericilikdə əks olunmuş xüsusilə BMT nizamnamələrinin müvafiq müddəalarında əks olunmuş hüquqları var. Bu hüquqdan yaralanaraq, münaqişəni istənilən üsullarla həll edə bilər. Bunun üçün bizim qüdərtimiz də, imkanımz da var". Elman Abdullayev onu da bildirdi ki, Azərbaycan diplomatlarının müsahibə və çıxışları XİN-lə razılaşdırılır: "Azərbaycan diplomatları müsahibələri və çxışlarını XİN-lə əlaqələndirirlər. Bu, rəsmi Azərbaycanın mövqeyini əks etdirir. Biz "xalq diplomatiyası" ilə bağlı mövqeyimizi bildirmişik. Etimad tədbirlərinin həyata keçirilməsi önəmlidir. Etimad tədbirlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycan dəfələrlə müxtəlif təşəbbüslərlə iştirak edib, amma buna baxmayaraq, rəsmi İrəvan buna qarşı çıxır və erməni icmasının iştirakının qarşısını alır".
2013-10-04
28
Namizədlər nədən Naxçıvanda görüş-mitinq keçirmir?
Azərbaycanda prezident seçkisinə sayılı günlər qalır. Ölkəmizin bütün bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da seçicilərlə görüş-mitinqlər üçün yerlər ayrıldığı elan olunub. Amma bu günədək heç bir namizəd təbliğat və təşviqat kampaniyası üçün Naxçıvanı seçməyib. Prezidentliyə namizədlərdən üçünün naxçıvanlı olubduğu halda "dogma" elektoratdan xüsusi dəstək üçün niyə istifadə edilmir? "Təbliğat mitinqi etməyəcəyik" Prezidentliyə namizəd Sərdar Cəlaloğlu Naxçıvanda belə görüş-mitinqlər keçirib-keçirməyəcəkləri ilə bağlı "Axar.az"a bildirdi ki, onların Naxçıvanda heç bir kütləvi aksiya keçirtmək fikri yoxdur: "Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan belə bir təcrübə elədi - "qapı -qapı səs toplamaq". Biz də eyni təcrübədən yararlanıb, vətəndaşın qapısına gedərək, səs toplama taktikası həyata keçiririk. Çünki həm aksiyalar üçün ayrılan yerlər əlverişsizdir, həm də vətəndaşlar polis və digər güc strukturları tərəfindən qorxudulur deyə, açıq-açıq gəlməyə ehtiyat edirlər. Buna görə də biz nə Naxçıvanda, nə də başqa bir yerdə təbliğat mitinqləri etməyəcəyik". "Naxçıvan onsuz da mənə səs verəcək" Fərəc Quliyev isə vətəni regionlara bölmədiyini deyir: "Azərbaycanlıyam, bütün Azərbaycan da mənim vətənimdir. Əksinə, Naxçıvanda mənim xidmətlərimi layiqincə qiymətləndirib bir avtoritet kimi qəbul etdikləri üçün onsuz da mənə səs verəcəklər. Buna görə də mən təbliğat mitinqlərimi Naxçıvanda yox, Azərbaycanın digər bölgələrində aparmağı düşünürəm". "Mitinqimiz təxirə salınarsa, Naxçıvana gedə bilərik" Qüdrət Həsənquliyev də ölkəni regionlara bölmədyini deyir: "Qaldı naxçıvanlı elektoratımızla görüşə, orda çox güclü dayaqlarımız var və onlar BAXCP-nin təbliğat-təşviqat kampaniyasını uğurla həyata keçirirlər. Ona görə də Naxçıvana getməyi o qədər də məqbul hesab etmirik. Oktyabrın 7-si Bakıda mitinq keçirmək haqda düşünürük, ola bilsin, bu mitinq təxirə salınsın və Naxçıvanda keçirilisn. Bu istisna olunmayan görüş haqda hələ son qərarımızı açıqlamamışıq". Xatırladaq ki, son çağlar dünya seçki praktikasında "həmyerli" elektorat taktikasından geniş istifadə olunur. Bu taktikadan Barak Obama, Mahmud Əhmədinecat, Aleksandr Lukaşenko və başqaları yararlanıb. Onu da qeyd edək ki, təcrübə belə kampaniyaların seçicilər tərəfindən müsbət qarşılandığını göstərir.
2013-10-01
39
“Xəzər Lənkəran”dan hüquq-mühafizə orqanlarına ittiham
Avqustun 25-də ölkə Premyer Liqası çərçivəsində baş tutan "Xəzər Lənkəran"-"Neftçi" (0:0) oyununda qalmaqal baş verdi. Nəticədə 5 lənkəranlı azarkeş iğtişaşlarda günahkar bilinərək həbs edildi və barələrində 2,5 ay müddətində həbs-qəti imkan tədbiri seçildi. Həbs olunanların arasında Qusar rayon sakini Elman Tağıyev də var. 19 yaşlı Elmanın anası Emilya Şərifova, müxbirimizlə söhbətində indiyə qədər "Xəzər Lənkəran" rəhbərliyindən onunla heç kimin maraqlanmadığını bildirib. Elmana tək valideynlik edən Emilya xanımın sözlərinə görə, "XL" klubunun vitse-prezidenti Tuyqun Nadirovla bir neçə dəfə əlaqə yaratmağa cəhd etsə də, klub rəsmisi onun zənglərinə cavab verməyib: "İndi Bakıdayam, Elmanın yanından gəlirəm. Buna görə hər həftə Qusardan Bakıya yollanıram. Maddi vəziyyətim o qədər də yaxşı deyil. Tək canımla qalmışam Bakı–Qusar yolunda. "Xəzər Lənkəran" rəhbəriliyndən mənimlə maraqlanan olmayıb. İndiyə qədər maraqlanmayıblarsa, bundan sonra da ümid etmirəm. Bir neçə dəfə Tuyqun Nadirova zəng etsəm də, nədənsə, telefonuma cavab verməyib. Ola bilsin ki, nömrəmi tanımadığından belə edib. Mənim əsas istəyim övladımının tezliklə azad olunmasıdır". Ekstremist qüvvələrlə əlbirlik Məsələ ilə əlaqədar "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovla əlaqə yaratmağa cəhd etsək də, klub rəsmisi suallarımıza cavab verməkdən imtina etdi. Buna görə də "XL" mətbuat xidməti ilə əlaqə yaratdıq. Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu "Axar.az"a verdiyi açıqlamasında həbs olunan azarkeşlərin ailəsi ilə maraqlanmadıqlarının səbəbini istintaqın hələ yekunlaşmaması ilə əlaqələndirdi. Onun fikrincə, barələrində həbs-qəti imkan tədbiri seçilmiş azarkeşlərin istintaqı yekunlaşmamış onlarla maraqlanmaq kluba qarşı ekstremist qüvvələrlə əlbir olmaq ittihamı qazandıra bilər: "Xəzər Lənkəran" rəhbərliyi hər zaman azarkeşlərin arxasındadır. Və ümid edirik ki, onlar tez bir zamanda bəraət alıb, ailələrinin yanına qayıdacaqlar. Siz bu gün klub rəhbərliyinin azarkeşlərin azadlığa çıxması üçün hansı işləri gördüyünu bilmirsiz, ona görə də xahiş edirəm, bizi ittiham etməyin. Məhkəməyə qədər bizim onlarla maraqlanmağımız düzgün deyil. Çünki həbs olunan azarkeşlərin arasında hər hansı ekstremist qüvvələrlə əməkdaşlıq edənlər ola bilər, bu da kluba qarşı ittihama yol açar. Buna baxmayaraq, "İnter"lə oyun öncəsi qərara aldıq ki, klubun yaşlı azarkeşləri və ya veteran futbolçularla birgə həbs olunanların ailəsinə baş çəkək. Yenə də deyirəm, biz azarkeşlərimizin günahsız olduğuna tam əminik". Hüseyn Cəbrayıloğlu daha sonra həbs olunan azarkeşlərə qarşı biganəliyi klubun düşdüyü böhranla əlaqələndirdi: "Komanda son zamanlar qələbə üzünə həsrət qalmışdı, vəziyyətimiz çox pis idi, ona görə də zamanımız yox idi. Komandada ruh düşkünlüyü var idi". Onun-bunun arxasınca danışmaqdansa... Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri baş verən hadisələrdə medianı və hüquq-mühafizə orqanlarını günahlandırdı. Onun sözlərinə görə, idman jurnalistləri "Facebook"da onun-bunun arxasınca danışmaqdansa, baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarını sorğu-suala çəkməliydilər: "Media klubumuzu ittiham edirsə, bu onların günahıdır. İdman jurnalistləri birliyi "Facebook"da onun-bunun arxasınca danışır. Çıxsınlar, bəyanat versinlər ki, siz nəyə görə ayrı-seçkilik edirsiz? "Neftçi" klubunun rəsmiləri Bakıda futbolçulaırmızın üzünü al-qana boyayanda hüquq-mühafizə orqanları susdu, amma adi qarşıdurmaya görə azarkeşlərimizi cinayətkar kimi həbs edirlər. Axı bu, ədalətsizlikdir".
2013-10-11
41
“Məhkumlar” “Toy gecəsi”ndə
Sentyabrın 30-u "Qafqaz Point" otelində "Toy gecəsi" serialının təqdimatı keçirilib. "Toy gecəsi" "Oscar Production" tərəfindən istehsal edilib və ATV ekranlarında yayımlanacaq. Tədbirdə serialın yaradıcı heyəti, aktyorlar və mətbuat nümayəndələri iştirak edib. Qeyd olunub ki, seriallar üçün təqdimatların keçirilməsi belə, bu sahədəki inkişafdan xəbər verir. "Oscar Production"ın rəhbəri və serialın rejissoru Yaşar Əhmədov bildirib ki, onun əvvəlki "Məhkumlar" serialı irəliyə doğru atılmış bir addım idi: "Bu iş Azərbaycanda yenidir. Serial kollektiv işidir və hər kəs buna dəstək olmalıdır". Qüsurların olduğunu boynuna alan rejissor bunların zamanla düzələcəyini də bildirib. Daha sonra söz alan ATV serial departamentinin rəhbəri Vado Karovin qüsurlar məsələsində Yaşar Əhmədova qatılmadığını deuib: "Biz "Məhkumlar" serialından məmnun olduğumuz üçün yeni seriala başladıq. ATV rəhbərliyinin yeni qərarı var. Həftənin beş günündə beş serial təqdim olunacaq. Bu şou-biznesdən ayrı bir işdir. Bu yaradıcılıqdır". Serialın baş rol ifaçısı Namiq Qaraçuxurlu isə peşəkər aktyorlara ona kömək etdikləri üçün təşəkkür edib. Mediadan isə Namiq Qaraçuxurlu ilə deyil, yaratdığı Murad Qəhrəmanovla maraqlanmalarını istəyib. Sonda ssenarist Samir Sədaqətoğlu bildirib ki, obrazları həyatdan götürüb. Bəzi insanlar özünü tanıya biləcək. "Toy gecəsi" serialı "Siz heç aşiq olmusunuzmu?" şüarı ilə tamaşaçılara təqdim olundu. Xatırladaq ki, serial oktyabrın ikisindən etibarən hər çərşənbə günü ATV ekranlarında olacaq.
2013-10-08
43
Baş həkim qanunu yox, “xaltura”çı həkimini müdafiə edir
Jurnalist Anar Niftəliyevin həyat yoldaşı tənqidçi Elnarə Tofiqqızı sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzilərindəki səpkilərlə bağlı əməliyyata hazırlıq zamanı həkimlərin səhlənkarlığı nəticəsində dünyasını dəyişdi. Bu hadisədən sonra Nəsimi Rayon Prokurorluğunda 1977-ci il təvəllüdlü Elnarə Niftəliyevanın ölümü ilə bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Bəs, cərrahiyə əməliyyatında iştirak edib mərhumun ölümünə imza atan və 2 azyaşlı qız uşağını anasız qoyan həkimlərin "Medi Sina" klinikasında cərrahiyə əməliyatında iştirak etməsi nə dərəcədə qanunauyğundur? Xatırladaq ki, sözügedən əməliyyatda iştirak edən cərrahlar – Mahir Məmmədov Hərbi Hospitalın şöbə müdiri, Fərəcullah İdrisov isə Eksperimental Xəstəxananın (Elmi Cərrahiyyə Mərkəzi) həkim-cərrahıdır. Onların əsas iş yerlərindən yayınaraq, özəl xəstəxanada uğursuz bir əməliyyata imza atmaları rəhbərliklə hansısa problemin yaranmasına səbəb olubmu? Jurnalist xəstə rolunda Məsələni yerindəcə araşdırmaq üçün Fərəculla İdrisovun çalışdığı M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutuna baş çəkdik. Klinikada baş həkimlə görüşməyimizə problem yaradılmadı. Bir neçə gün əvvəl isə əməkdaşımız cidd-cəhdlə klinikanın baş həkimi Yusif Əliyevlə əlaqə yaratmağa çalışsa da, bu cəhdi uğursuz alınmışdı. O zaman əməkdaşımız özünü jurnalist kimi təqdim etmişdi. Bu dəfə isə biz məlumat şöbəsində özümüzü Yusif Əliyevin pasienti kimi təqdim etdik. Əlbəttə ki, həkimin xəstəsinə pul mənbəyi kimi baxması Azərbaycan səhiyyəsinin sağalmaz xəstəliyidir. Amma bu yol baş həkimə olan məsafəni daha da qısaldır. Və biz də bu üsuldan yararlanaraq tez bir zamanda baş həkimin qəbuluna düşə bildik. Özümüzü baş həkimə təqdim edib, ona bir neçə sual ünvanladıq. Öncə Fərəculla İdrisovun peşə fəaliyyətini davam etdirib-etdirməyəcəyini soruşduq. Yusif Əliyev Fərəculla həkimin hadisədən sonra da klinikada iş başında olduğunu bildirdi: "Fərəculla İdrisov klinikamızın həkimi sayılır və hal-hazırda da peşə fəaliyyətini yerinə yetirir. İstintaq hələ yekunlaşmayıb və ona görə də onu işdən uzaqlaşdırmağımız düzgün deyil". "Bəs İdrisovun vəzifə səlahiyyətlərini yerinə yetirməsi gələcək ölümlərə yol aça bilərmi" sualını Yusif Əliyev dedi ki, xeyr, çünki o, həmin əməliyyatda asissent kimi iştirak etmişdi, cərrah kimi yox. Düzdür, ölüm hadisəsi onun iştirak etdiyi əməliyyatda baş verib, amma biz onu işdən kənarlaşdırmamışıq". Klinikanın baş həkimi həmçinin əməkdaşımızın iş zamanı Fərəculla İdrisovun hansı hüquqla özəl klinikada əməliyyatda iştirakı haqqında sualına da cavab verdi: "O, sentyabrın 19-u növbətçi həkim idi. Buna görə də sentyabrın 20-si onun istirahət günü sayılırdı. Hara gedir, harda əməliyyat keçirir, özü bilər, onun bizə aidiyyəti yoxdur". Yusif Əliyevin son cavabı nə qədər qətiyyətli olsa da, faktlarla təsdiqlənmirdi. Çünki Fərəculla İdrisov "Medi Sina" klinikasına əməliyyat üçün səhər saatlarında M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutundan gəlmişdi. O, əməliyyatdan dərhal sonra iş yerinə qayıtmlı idi. Klinikanın işçilərinin dedikləri də baş həkimin söylədiyi ilə üst-üstə düşmür. Qəbul şöbəsindəki həkimlərdən öyrəndik ki, klinikada növbədən sonra istirahət-filan olmur.
2013-10-12
63
Əliniz – həm də yeməyinizin ölçüsüdür
Düzgün qidalanmaq istəyirsinizmi? Artıq çəki almamaq üçün çeşidlərinə görə hansı növ yeməklərdən bir öynəyə nə qədər yemək lazım olduğunu necə müəyyənləşdirmək olar? Son tədqiqatlara görə, bunu əlinizlə müəyyənləşdirə bilərsiniz. Qaydalar isə çox sadədir.
2013-10-18
332
Sulutəpənin təpə-sulu yolları
Sulutəpənin təpə-sulu yolları
2013-09-24
25
“Medi Sina”nın baş həkimi Elnarə Tofiqqızının ölüm səbəbini açıqladı
Sentyabrın 20-də "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm səbəbini araşdırmaq üçün adı çəkilən tibbi mərkəzində olduq. Baş həkim Abbas Bağırov iş yerində olmadığı üçün, onunla telefon əlaqəsi saxladıq. Baş həkimə ünvanladığımız – "Əməliyyata kim icazə verib, neçə həkim əməliyyatda iştirak edib, ölümə səbəb olan amil hansıdır?" kimi suallarımıza A.Bağırov belə cavab verdi: Bu cür yüngül əməliyyatda ölüm halı çox pisdir "Şayiə yayırlar ki, guya baş həkim hadisədən sonra qaçıb-gizlənir. Bu, tamamilə yanlış informasiyadır. Həmin hadisə mənim özümə də çox pis təsir edib. Ciddi bir əməliyyatda ölüm halı yaşansa, mənə bu qədər təsir etməzdi. Bu cür yüngül bir əməliyyatda gənc qadının həyatını itirməsi çox acınacaqlıdır. Həmin gün əməliyyatda üç həkim iştirak edib. Baş həkim -cərrah Mahir Məmmədov, asissent Fərəcullah İdrisov və anestezioloq Sirus İbrahimov. Hadisədə xüsusilə anestezioloqun səhvinin olması istisna deyil. Bununla belə, ölüm halının baş verməsinə müxtəlif səbəblər təsir edə bilər. Dəqiq nəticə Məhkəmə-Tibbi ekspertizasının yekun rəyindən sonra məlum olacaq. İlkin rəydə anestezioloqun səhvinin mövcudluğu göstərildiyinə görə, o, artıq bizim klinikadan azad edilib. Əməliyyata kim tərəfindən icazə verilməsinə gəldikdə, onu deyə bilərəm ki, həmin ərəfədə mən özüm də əməliyyat olunmuşdum. Xəstənin əməliyyatının bu klinikada baş tutması üçün razılıq anestezioloqla Mahir Məmmədovun danışığı nəticəsində əldə olunub. Hazırda Elnarə Niftəliyevanın dünyasını dəyişdiyi əməliyyat otağının qapısı istintaq qrupu tərəfindən möhürlənib". Məlumat üçün qeyd edək ki, əməliyyatda iştirak edən əsas həkim-cərrah Mahir Məmmədov Hərbi Hospitalın Onkologiya şöbəsinin müdiridir, əməliyyatda asissent olan Fərəcullah İdrisov Ə.Topçubaşov adına Elmi-Tədqiqat Mərkəzinin həkim-cərrahı, anestezioloq Sirus İbrahimov isə hadisə baş verən tibb mərkəzinin müqaviləli işçisi olub. Prokurorluq "MediSina" Klinikasını möhürlədi Qapısının möhürləndiyi deyilən əməliyyat otağının şəkilini çəkmək istəsək də, qeydiyyat şöbəsində əyləşən xanım içəri daxil olmağımıza icazə vermədi. Hətta həmin otağın qapısının möhürlü olub-olmadığına baxmağa da mane oldu. Nəsimi rayon prokurorunun köməkçisi, E.Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işinin istintaq qrupunun üzvü İsmayıl Rövşənov də istintaq getdiyi üçün klinikada əlavə çəkilişlərə imkan verilmədiyini təsdiqlədi: "Orada istintaq gedir və heç bir çəkilişə icazə verilmir". Həkimlər iş başındadır? "MediSina" klinikasının baş həkimi A.Bağırovun da dediyi kimi, çox yüngül bir əməliyyat zamanı gənc qadının ölümünə bais olan həkimlər hazırda nə işlə məşğuldurlar? Onlar nəzarətə götürülüblərmi və ya istintaq getdiyi müddətdə müvəqqəti olaraq cərrahiyyə əməliyyatlarından kənarlaşdırılıblarmı? Suala aydınlıq gətirmək üçün E.Topçubaşov adına Elmi Tədqiqat Mərkəzi və Hərbi Hospitalın Onkologiya şöbəsi ilə əlaqə saxladıq. Qəbul şöbələrindən aldığımız məlumatda hər iki həkimin öz işini davam etdirdiyi bildirildi. Bu cür faciəli insan ölümündə adları hallanan həkimlərin niyə hələ də əməliyyatlardan kənarlaşdırılmaması düşündürücü məqamdır. Onların səhlənkarlığı insan ölümünə səbə olursa, niyə istintaq müddətində bu həkimlərin fəaliyyətinə məhdudiyyət qoyulmayıb? Prokurorluq səlahiyyət sahibi deyil Məsələ ilə bağlı Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətindən Günel Əkbərova bildirdi ki, hadisə ilə bağlı 25 sentyabr tarixində CM-nin 314.2 maddəsi ilə cinayət işi açılıb: "Ekspertizanın rəyindən sonra həkimlərin günahı sübut olunsa, onlar məsuliyyətə cəlb olunacaq və onları 5 il müddətinə azadlıqdan məhrumolma cəzası gözləyir. O ki qaldı həkimlərin hələ də iş başında olmasına, bu, Səhiyyə Nazirliyinin səlahiyyətindədir, işdən kənarlaşdırılma yalnız onların qərarı ilə baş tuta bilər, prokurorluğun istintaq müddətində belə qərar verməyə səlahiyyəti yoxdur". Səhiyyə Nazirliyi araşdırmada maraqlı deyil Səhiyyə Nazirliyinin sözçüsü Səfayə Əhmədova dünən sorğumuza cavab olaraq bildirdi ki, bütün suallarımızı araşdırıb, növbəti gün ətraflı məlumat verəcək. Bu gün isə S.Əhmədova qeyd etdi ki, geniş məlumat üçün heç bir bilgisi yoxdur və əslində, belə hallarda hansı addımların atılması barədə də səhih söz deyə bilməz: "Adətən, ekspertizanın yekun rəyindən sonra Səhiyyə Nazirliyi konkret qərar qəbul edir. İndiki halda isə dəqiq bir söz deyə bilmərəm".
2013-10-03
31
Yazıçılar yenidən Şüvəlan Yaradıcılıq Evinə qayıdacaq
"Axar.az" saytı olaraq yolumuzu Şüvəlan qəsəbəsində yerləşən S.Vurğun adına Yaradıcılıq Evindən saldıq. Vaxtilə Şüvəlanda yaradıcı adamlar üçün tikilmiş bu binada indilər cəmi iki şair yaşayır: İsa Şuşalı və Murad Köhnəqala. Beşmərtəbəli evin qalan sakinləri isə əsasən Cəbrayıl, Ağdam və Füzuli rayonlarından olan təxminən 60-70 qaçqın ailəsidir. Yaşayış şəraiti heç də ürəkaçan deyil, evlərinə su daman, beşinci mərtəbəyə birinci mərtəbədən vedrəylə su daşıyanlar bir yana, hələ heç bir şəraiti olmayan zirzəmidə acınacaqlı vəziyyətdə gün keçirən ailələr də var. Binada işıq daimi olsa da, qaz xətti ümumiyyətlə yoxdur. Su ehtiyacını isə bina sakinləri özləri sifariş verib, başqa yerdən gətizdirdirməklə ödəyirlər. Beşmərtəbəli ev AYB-nin nəzdindən çıxıb Yaradıcılıq Evinin hələ də AYB-nin nəzdində olub-olmadığını öyrənmək üçün AYB-nin Mətbuat Katibliyi ilə əlaqə saxladıq. Nazim Məmmədov Yaradıcılıq Evinin AYB-nin nəzdində olmadığını, təxminən 1980-ci ildə tikilən bu evdə 90-dan sonra demək olar ki, bütünlüklə qaçqınların yerləşdirildiyini dedi. AYB ev satmayıb Evlərin qaçqınlara satılması ilə bağlı dolaşan söz-söhbətə cavab olaraq, Nazim bəy qətiyyən elə bir şey olmadığını, elə bir hal baş veribsə belə, bunun AYB-yə aidiyyatı olmadığını bildirdi. Onlara tezliklə qaçqınların Şüvəlandakı Yaradıcılıq Evindən başqa mənzillərə köçürüləcəyinin söz verildiyini deyən Nazim bəy ondan sonra Yaradıcılıq Evinin yenidən təmir olunub yaradıcı adamların istirahəti üçün istifadəyə veriləcəyini vurğuladı. 1988-90-cı illərdə Şüvəlan Yaradılıq Evində direktor müavini işləyən Əjdər Ol da müavin işlədiyi müddətdə evlərin satılması ilə bağlı heç bir halın olmadığını bildirdi. Yaradıcılıq Evinin "yaradıcı problemləri" Qayıdaq Şüvəlandakı Yaradıcılıq Evinin kifayət qədər "yaradıcı" olan problemlərinə... Divarlarda hələ payızın ilk həftəsi çıxmamış yağış suyunun yaratdığı "mənzərələr" qışda yaranacaq vəziyyətin necə acınacaqlı olacağını indidən açıq-aşkar nişan verir. Gəl ki, bu vəziyyətdə yaşayan adamlar, ailələr arasında "halından" məmnun olanlar da az deyil. Zirzəmidə yaşayan 4 nəfərlik ailə Ən dəhşətli vəziyyət əslən Cəbrayıldan olan, Sumqayıt qeydiyyatlı ailənin zirzəmidəki evindəydi. Başçısı fəhlə işləyən ailə sosial yardım da ala bilmir. Evləndikləri gündən kirayələrdə yaşayan ailə bir il bundan əvvəl bu zirzəmiyə köçüb. Tamara, bu zirzəmi evin xanımı, qaldıqları ona yaxın evdən kirayə haqqını verə bilmədiklərinə görə çıxarıldıqlarını, nəhayət, bir tanışın köməkliyi ilə Yaradıcılıq Evinin zirzəmisinə köçdüklərini deyir. Ailənin 10 yaşlı oğlu və 7 yaşlı qızı internatda oxuyur. Anarın AYB-dən qovduğu şair Binanın dördüncü mərtəbəsində bir otaqlı mənzildə yaşayanlardan biri də Yaradıcılıq Evində məskunlaşan iki şairdən ikincisi İsa Şuşalıdır. Quliyev İsa Fərman oğlu 1937-ci ildə Şuşada anadan olub. 1975-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. İlk kitabı "Həqiqətlə qoşasan" şeirlər toplusudur. İsa bəy ailəsi ilə birlikdə 2006-ci ildən Şüvəlan qəsəbəsindəki Yaradıcılıq Evində yaşayır. 2007-ci ildən AYB-nin üzvüdür. Qalaq-qalaq çap olunmayan əlyazmaları var. Əlyazmaların əksəriyyəti kimlərəsə həsr olunmuş şeirlərdən ibarətdir. Deyir ki, ev üçün müraciətə gedəndə Anar müəllim onu AYB-dən qovub, ordan qayıdan kimi də götürüb ərizəsini cırıb. Aşıq Şəmşirlə şəkilləri var. Onunla deyişmələrini də göstərir. Bəxtiyar Vahabzadəyə, Şuşanın icra başçısına şeirlər həsr eləyib, Üzeyir Hacıbəyov haqqında xatirə yazıb: "Prezidentə çoxlu şeirlər həsr eləmişəm, amma o şeirləri hələ kitabda toplayıb çap elətdirməmişəm. 53 ildir ki, şeir yazıram, indiyə qədər 6 kitabım çap olunub. Şair dostlarımdan heç biri gəlib mənə baş çəkmir, əksinə, şeirlərimi götürüb öz adlarından istifadə eləyirlər. Şuşa rayon icra başçısı Bayram bəy mənim dörd cildlik kitabımın çapını dayandırıb. Ona çoxlu şeirlər həsr etmişəm, əvvəllər çox yaxşı münasibətlərimiz olub, amma bir il xəstə yatdığım müddətdə bir dəfə də olsun, gəlib məni yoluxmadı". Murad Köhnəqala qansız adamdır "Bir müddət yazıçı Əli Vəliyevin evində qalmışam,- ithafçı şair deyir.- Vaxtilə münasibətlərimiz çox yaxşıydı. Dövrümüzün yazarlarından Əkrəm Əylisliyə nifrətim var. Çıxıb televizorda bir şuşalının vəhşiliklə erməni öldürdüyünü deyirdi. Mirzə Xosrov mənə dərs deyib, ona şeir də həsr eləmişəm. Bir şair var - Köhnəqaladandır, bizim həyətdə yaşayır, tanımıram onu, haqqında kitab yazdım, amma gəlmədi, qansız adamdı o. Gedib məlumatları ailəsindən götürüb kitab yazdım, bir dəfə də olsun, gəlib mənə dəymədi. Amma hələ o kitab çap olunmayıb, vermədim çap olunmağa, verməyəcəm də". (Şairdən Murad bəyə, prezident İlham Əliyevə həsr etdiyi şeirlərdən heç olmasa birini bizə verməsi üçün nə qədər yalvar-yaxar eləsək də, inadından dönməyib vermədi. İnanıram ki, böyük zövdən məhrum olmuşuq.) Şuşanı Fikrət Qoca verdi... "Xuraman Vəfa haqqında da kitab yazmışdım. Sonra bekara çıxdı, gördüm mənə başqa qələm verdilər ki, bunu KQB-dən aparıb-gətirirlər, başqa yolun quludu. Ona görə çapa vermədim. Mən onu o şərtlə yazırdım ki, bu kitabı verəm çıxa, mənim də bir 100-150 dənə öz şeirimi çıxara. Bu niyyətə yazırdım. Fikrət Qocayla görüş keçirmişəm Şuşada, sonra o da kömək eləmədi mənə. Elə Şuşanı Fikrət Qoca verdi... Anar müəllimdən xahişim odur ki, prezident təqaüdünə salsın adımı. Ağırdı vəziyyətim, özüm xəstəyəm, evdən çxıb heç yerə gedə bilmirəm, ev şəraitim də çox pisdi. Şairdən şəhidə... İki otaqda 10 nəfər Növbəti acınacaqlı vəziyyət Ağdam qaçqını, 2-ci qrup əlil Sədaqət Aslanova və övladlarının yaşadığı "mənzil"dədir. Sədaqət xanımın dörd oğlu var, həyat yoldaşı könüllü olaraq əsgər gedərək Ağdamın Şelliqasımlı kəndində şəhid olub. İki otaqda 10 nəfər ailə üzvü yaşayır. Sədaqət xanımın 92 yaşlı anası da onlarla bir otaqda qalır. 1992-ci ildən bu mənzildə yaşayırlar. Əsas problemləri sudur, beşinci mərtəbəyə suyu birinci mərtəbədən ağır vedrələrlə, sınıq-salxaq nərdivanla qaldırmağa məcburdular. Sosial yardımı heç cürə ala bilmədiklərini, ev üçün müraciətlərinə qətiyyən baxılmadığını, onlarla heç kimin maraqlanmadığını deyir. Hökumətdən, əlaqədar qurumlardan ev istəyir... Sakinlər indiyə qədər "komendant"dan başqa heç kimin onlarla maraqlanmadığını deyir. Seçki keçirilir, amma hələ də onların harada səs verəcəkləri barədə heç bir məlumatları yoxdu. Ümumiyyətlə, heç bir təbliğat kampaniyası aparılmayıb. Yaradıcılıq Evinin sakinləri bizi gözlərində böyük ümidlə yola saldılar...
2013-10-04
32
Elçin Əlibəylinin qan üzərində alveri, yoxsa?.. - VİDEO
Teleaparıcı ittihamlardan yaxa qurtarmaq üçün ittihama başladı ANS telekanalında yayımlanan "Açıq söhbət" proqramında son günlər özəl klinikalarda həkim məsuliyyətsizliyi üzündən baş verən ölüm hadisələri ilə bağlı mövzu müzakirə edilməli idi. Verilişin əsas müzakirə mövzusunun jurnalist Anar Niftəliyevin "Medi Sina" klinikasında əməliyyat zamanı həkimlərin səhlənkarlığı üzündən həyatını itirmiş həyat yoldaşı, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının faciəli ölümü ilə bağlı olacağı proqramın anonslarından da bəlliydi. Lakin 6 oktyabr tarixində verilişin efirə gedəcəyi gün proqramın anonsunda dəyişiklik edildiyi məlum oldu. Bundan başqa, verilişdə Elnarə Tofiqqızının ölümü ilə bağlı araşdırma aparan "Aznyus.az" saytının əməkdaşının iştirakı əvvəlcədən razılaşdırılsa da, bu iştirak baş tutmadı. Bu isə mediada müəyyən söz-söhbətlərə səbəb oldu. Proqramın aparıcısı Elçin Əlibəyli "Aznews.az" saytına verdiyi açıqlamada mövzunun dəyişdirilməsinə əsas səbəb kimi E.Tofiqqızının ölümü ilə bağlı müzakirənin aparılacağı proqrama dəvət edilən iştirakçıların qatılmamasını göstərdi. Onun sözlərinə görə, konkret olaraq Elnarə Tofiqqızının ailə üzvləri və Anar Niftəliyev proqrama qatılmayıb. Mövzunun dəyişdirilməsi media və sosial şəbəkələrdə böyük narazılıqla qarşılandı. Daha çox, hansısa gizli anlaşma haqqında ehtimallar üzə çıxdı. Əvvəla, ona görə ki, verilişin formatı onkoloji problemlərə həsr olunmuşdu və əsas qonaqlardan biri də onkoloq-həkim idi. Onkoloji əməliyyat zamanı həyatını itirən və medianın xüsusi diqqətdə saxladığı şəxs isə Elnarə Tofiqqızıdır. Digər tərəfdən, "verilişin anonsu niyə proqram efirə gedən gün dəyişdirilməliydi və əvvəlki anonsda qaldırılan problemlər sıradan çıxarılmalıydı", həmçinin, digər əməliyyatı apararkən xəstənin ölümünə səbəb olan həkimin adını E.Əlibəyli efirdən elan etdiyi təqdirdə, niyə E.Tofiqqızının ölümünə bais olan həkimlərin adını çəkməkdən yayındı və "burda ad çəkmirik" elanı verdi?" kimi suallar istər-istəməz diqqəti çəkməyə bilməzdi. Verilişdən sonra ilk təkzib Veriliş efirə gedəndən sonra proqramın aparıcısı E.Əlibəyli "Facebook" sosial şəbəkəsində status yazaraq, ona qarşı ittihamları əsassız hesab etdiyini söylədi: "Özünə jurnalist deyən kəs birinə böhtan atmamış düşünər. Verilişin mövzusu və qonaqları da bir həftə öncədən bəlli idi və "mövzu dəyişdirilib", "gizli sövdələşmə var" deməmiş bir dəqiqləşdirərlər. Orada qonaqlar da, jurnalistlər də mövzunu öncədən bilirdilər, heç nə dəyişməyib, sadəcə ayıbdır". Bu statusda E.Əlibəyli mövzunun dəyişdirilmədiyini iddia edir. Bəs, "Aznews.az" saytına açıqlamasında müəllif mövzunun dəyişdirilməsini niyə təsdiqləmiş və səbəblər də göstərmişdi? E.Əlibəylidən növbəti ittiham Məsələ ilə bağlı Elçin Əlibəyli ilə əlaqə yaratdıq. Proqramın aparıcısı Publika.Az-a verdiyi açıqlamada mövzunun dəyişdirilmədiyini bir daha dedi: "Aznews.az" saytının əməkdaşı qeyri-peşəkarcasına mənim dediklərimi təhrif edib. Mən ona mövzunun dəyişdirilməsi haqda bir söz deməmişəm. Özü də bunu mərhumun ailə üzvlərinin verilişdə iştirakı ilə əlaqələndirməmişəm". Elçin Əlibəyli həmçinin "Aznews.az" portalının əməkdaşının proqrama qatılmaması və verilişin anonsunun dəyişdirilməsi ilə bağlı məsələyə toxundu: - "Aznews.az" portalına zəng edib xahiş etmişəm ki, bu saytın "Medi Sina" klinikası ilə bağlı araşdırma aparan jurnalisti verilişə gəlsin. Verilişimin çəkilişi həftənin dördüncü günü olmalı idi. Ancaq texniki problemə görə şənbə gününə keçirdik. Şənbə günü saat 10-da dəvət etdiyim bütün saytların nümayəndəsi gəldi, ancaq "Aznews.az" portalından heç kəs gəlmədi. Saat 10-da isə "Aznews.az" portalının redaktoru mənə zəng edib dedi ki, müxbirimiz saat 16-da gələcək. Ancaq o vaxta qədər veriliş çəkilib qurtarmışdı. O ki qaldı anonsa, anons elə bir şeydir ki, hər hansı başlıq çıxaranda yarımbaşlıq da çıxarılır, başlıq yaxşı oxunmaq üçün dəyişdirilir və sairə. İndi burada da birinci anons veriliş çəkilməmişdən öncə yığılıb və həmin suallar da verilişdə səslənib. Yəni, biz verilişdə anonsda olduğu kimi, ölümlərdən, qiymətlərdən və sairədən danışdıq. Əgər kimsə verilişə baxmadan iddia edirsə ki, burada mövzu dəyişdirilib, bu, ən azı böhtandır". Bir günahkarın adını çəkmək olar, digərinin yox?.. "Açıq söhbət"in qonağı olan ekspert, professor Adil Qeybulla "Medi Sina"dakı uğursuz əməliyyat barədə danışarkən həkimin adını xatırlamağa çalışdı və E.Əlibəyli "Oksigen" klinikasında məsuliyyətsizliyə yol verən həkimin adını çəkməklə ona yardımçı oldu: Mübariz Əliyevin adını dedi. Lakin A.Qeybulla M.Əliyevi deyil, "jurnalistin ölümüylə bağlı olan" həkimi xatırlatdı və o həkimin adının E.Əlibəyli tərəfindən çəkildiyini bildirdi. Halbuki E.Əlibəylinin adını proqramın çəkilişi vaxtı çəkdiyi həkimin adını efirdən eşitmirik, yəni montaj olunduğu aşkar olur. Bir dəqiqədən sonra isə E.Əlibəyli ümumiyyətlə, adların çəkilməməsi üçün xəbərdarlıq edir. Niyə Mübariz Əliyevin deyil, A.Qeybullanın xatırlatdığı Hərbi Hospitalın onkoloqunun adı "montaja" məruz qalır? Bir məsuliyyətsiz həkimin adını çəkib, digərini xatırlatmağa ehtiyac görməyən E.Əlibəylidən bunun səbəbini soruşduq. Cavabı olduğu kimi, nöqtə-vergülünə dəymədən təqdim edirik: "Mən deməmişəm klinikanın adını çəkmirəm. Xərçəngin əməliyyat olunması. Bu hadisə də baş verib "Oksigen" klinikasında. Yəni mən "adını çəkmirəm" deyəndə, "Oksigen" klinikasını nəzərdə tuturdum. Çünki sual beləydi ki, xərçəngin əməliyyat olunması. Yəni siz əgər diqqətlə baxsaz, bu haqda mətbuatda getmişdi. Deyir, xərçəngi əməliyyat ediblər, Adil müəllim də cərrahı səhv saldı. Mən də bunu izah etməyə çalışdım ona". Xatırladırıq ki, biz həm verilişə, həm də verilişin E.Əlibəylinin sosial şəbəkədə yaydığı tam mətninə diqqətlə baxmışıq. E.Əlibəylidənsə xahiş edirik ki, bir daha öz verilişindən bu parçaya baxsın: Səbəbkar E.Əlibəylidir "Açıq söhbət"in çəkilişlərinin vaxtı doğrudanmı texniki səbəblərdən dəyişdirilib? Dəyişdirilən çəkiliş vaxtı ilə bağlı sözügedən sayt əməkdaşı məlumatlandırılıbmı? - Bizi qeyri-peşəkarlıqda ittiham edən Elçin Əlibəyli 3-4 gün əvvəl bacarmadığı işin anonsunu verib, insanlara hörmətsizlik etməməliydi! Bu sözləri "Publika.Az-a "Aznews.az" saytının baş redaktoru Elçin Zahiroğlu suallarımıza cavab verərkən bildirdi. Elçin Zahiroğlu həmçinin qeyd etdi ki, "Aznews.az" saytının əməkdaşının verilişdə iştirak etməməsinin səbəbkarı Elçin Əlibəylidir: - Bir neçə gün əvvəl Elçin Əlibəyli mənimlə əlaqə saxlayaraq saytımızda Elnarə Tofiqqızının ölümü ilə bağlı gedən araşdırmanın müəllifini verilişinə dəvət etmək istədiyini bildirdi. Verilişin çəkilişləri 4-cü gün olmalı idi. Həmin gün səhər tezdən mən ona zəng elədim, amma Elçin Əlibəyli bildirdi ki, verilişin çəkiliş vaxtı dəyişdirilib və şənbə günü saat 16:00-da olacaq. Şənbə günü saat 13:00-da yenə ona zəng vurdum. Elçin Əlibəylinin cavabı isə mənim təəccübümə səbəb oldu. O bildirdi ki, veriliş səhər saat 10:00-da çəkilib qurtarıb və guya bu haqda da mənə daha öncədən məlumat veribmiş. Mən bu məsələnin üstünə çox düşmədim, çünki hesab etdim ki, bizim əməkdaşın orada olmaması verilişin məzmununa təsir etməz. Amma anons dəyişdiriləndən sonra bu, məndə müəyyən şübhələr oyatdı və məsələni araşdırmağa başladıq". "Medi Sina"nın baş həkimi: "Verilişdə iştirakı çox arzulayırdım" Onu da bildirək ki, 6 oktyabr tarixində ANS telekanalının efirində gedən "Açıq söhbət" proqramında aparıcı Elçin Əlibəyli qeyd etdi ki, "Medi Sina" və "Oksigen" klinikalarının nümayəndələrini verilişə dəvət etsə də, onlar bundan imtina edib və mətbuata açıqlama verməyə borclu olmadıqlarını bildiriblər. Bununla bağlı müraciət etdiyimiz "Medi Sina" klinikasının baş həkimi Abbas Bağırov Elçin Əlibəylinin dediklərini təkzib edərək, verilişə qatılmamasının səbəbini üzrlü səbəblərlə əlaqələndirdi: "Mənim xarakterimdə belə şey yoxdur. Çox-çox üzrlü səbəblər üzündən verilişə gələ bilmədim. Əslində, verilişdə iştirakı çox arzulayırdım. Çünki arada olan söz-söhbətlərə aydınlıq gətirməliydim". Abbas Bağırov həmçinin baş vermiş hadisəyə təəssüfləndiyini də bildirdi və cərrahiyə əməliyyatını həyata keçirən Mahir Məmmədovun klinikadan uzaqlaşdırıldığını qeyd etdi: "Çox xahiş edirəm, məni düzgün anlayın, iki körpə bala anasını itirib. Özü də mənim işlədiyim klinikada. Bunun təkcə psixoloji təsiri mənə uzun müddət stress keçirməyə bəs edir. Mərhumun 3 mərasımınə gedib, bir tərəfdə oturub heç kimin üzünə baxa bilmədim. Elə bilirdim ki, bütün yerin-göyün günahkarı mənəm. Bir var insan qara ciyər, böyrək, mədə-bağırsaq köçürməsindən həyatını itirə, bir də var ki, heç nədən. Onu da bilin ki, əməliyyatı həyata keçirən Mahir Məmmədov klinikamızdan uzaqlaşdırılıb və o, bir daha bizimlə işləməyəcək".
2013-12-13
37
Füzuliylə bazlığa getmişəm
Füzuliylə bazlığa getmişəm Yaşamaq deyəndə... - Adım Həsəndi. Ermənistandanam. Nəsimi rayonunda yaşayıram. 46 yaşım var. Ailəliyəm, iki uşaq atasıyam (bir oğlan, bir qız). 20 ilin bərbəriyəm. Hələ bu lənətə gəlmiş kasıbçılıq olmasaydı... Hamı sizin kimi deyir. Elədi, yaşımı göstərmirəm. Bəs siz neçə yaş verərsiz? On yaş cavanlaşdırdız ki məni! Təşəkkür edirəm. Hələ bu lənətə gəlmiş kasıbçılıq olmasaydı, lap cavan qalardım. (Xoşhal olub gülümsəyir.) Sizin kimi gözəl xanım xahiş edirsə... Yoldaşım universitetdə laborant işləyir. 180 manat o alır, mənim də ayım 800-ə, bəzən də 1000-ə çıxır. Siz Allah, bunu yazmayın. Bərbərxananın sahibi bilsə ki, qazancım babatdı, buranın kirəsini qaldıracaq. 300 manata zorla razılaşmışıq. Onu da düz deyirsiz ki, internetdən oxuya bilər, ancaq yox, o hara, girib internetdə yazı oxumaq hara?! Amma yenə də ünvanı dəqiq yazmayın. Nə bilim, bəlkə də heç düz eləmirəm sizə bunları danışmaqla. Əşşi, Allaha təvəkkül, nola-ola. Taa, sizin kimi gözəl xanım xahiş edirsə, razılaşmamaq ayıb olar. Yazın getsin... Ayaqqabılarım da gülür mənə Edərəm e, amma həftədə bircə dəfə istirahət qazancımın 25%-nin üstündən xətt çəkmək deməkdir. Bu isə uşaqlarımın üzümə durmasına gətirib çıxarar. Baxın, ayaqqabılarım da gülür mənə (burnu yırtılmış ayaqqabılarını qaldırıb göstərir). Arvad-uşaq kollektiv içinə çıxır. Onların əyin-başı yerində olsun deyirəm. Mən geyinib-kecinməsəm də olar. İki ildir ki, bu ayaqqabıların içindəyəm. Cavan idim, dəliqanlı vaxtlarımdı, qısqancdım... Yaralı yerimə toxunduz. Qısqanclıq axmaqlıqdır. Yoldaşım çox savadlı idi. Magistraturaya qalıb təhsilini davam elətdirmək istədi, mən də cavan idim, dəliqanlı vaxtlarımdı, qısqanclıq edib qoymadım qalıb oxusun. Bu səhvi hələ də özümə bağışlaya bilmirəm. İndi qızımı hazırlığa qoymşam, demişəm: oxu, karyera qur, mən də axıra kimi əlindən tutacam. Oğlan uşağı elədi ki, hər işdə işləyib çörəyini qazana bilər. Hətta deyərdim, hökümət qərar verməlidir ki, qız uşaqlarının oxuması məcburidi. Belə şeylərdən danışmağa qorxuram Belə şeylərdən danışmağa qorxuram. Həm də Azərbaycanda siyasətdən danışmaq gülməlidi. Müxalifətdəkilər də iqtidarın adamlarıdı. O gün bir müəllim müxalifətdən elə ağız dolusu danışırdı ki... Ürəyimdə fikirləşdim: doğurdanmı bu "eşşəkdən yekə" adamlar hələ də bunu başa düşməyiblər? Füzuliylə bazlığa getmişəm Nə yalan deyim, oxumuram. Əlbəttə, evdə kitablar var. Düzü, marağım olmayıb, baxam görəm nə kitablardı. Köhnə evik də. Sovet vaxtından qalan kitablardı. Ən son orta məktəbdə oxumuşam. Onda xoşlayırdım Molla Nəsrəddinin "Lətifələr kitabı"nı. Şairlərdən Nizamini, Füzulini tanıyıram. Füzuliylə bazlığa getmişəm. (Dişlərinin çürüklüyündən utanırmış kimi, əlini ağzına tutub gülür.) Ay rəhmətliyin qızı, hardan tanıyacam, orta məktəbdə keçmişik ədəbiyyatı. Harda rahatsansa, ora vətəndir Kasıbsansa, nə fərqi var?! Hər yerdə qara günnüsən onsuz da. Harda rahatsansa, ora vətəndir. Şorgözəm Hələ bazlığa keçməmişdən, bəri başdan bir şeyi etiraf edim ki, şorgözəm. Bazlığa gəlincə, bunu etməyən kişi var yəni? Belə şeylərə pul xərcləmirəm. Bəxtimdən həmişə qarşıma elə qadınlar çıxır ki, pul qarşılığında görüşmürlər mənimlə. Elə-belə, xoş vaxt keçirmək xətrinə. Hələ mənə pul xərcləyənləri də olub aralarında. Xəyanət adlandırmaq düzgün deyil. Kişinin başqalarıyla ara-sıra görüşməsi həm də qadınına xeyirdir... Həkimlə də bu barədə danışmışam, onlar da məsləhət görür.Yəni tibbi baxımdan da xeyirlidir. Gərək kişi də arvadına belə şeylərini hiss elətdirməyə də... Xoşqədəmin verlişi düşükdü Təkcə Azərbaycanda deyil, dünyadakı bütün ictimai-siyasi prosesləri izləyirəm. Bax, burda da televizor qoymuşam baxıram. Day, Xoşəqədəmin düşük proqramına, ANS-in meyxanalarına yox e, "Xəzər xəbər"ə, bir də İctimai TV-yə baxıram həmişə. Müğənnilərdən Ebru Gündeşi bəyənirəm. İfasını da, özünü də. Lokum kimidir köpəyin qızı. (Növbəti sualımı duyunca yenə əlini üzünə xacalətlik verən dişlərini pərdələmək üçün ağzına aparıb xəfifcə gülür.) Toydan sonra bilmişəm ki, arvadımın ayağının ölçüsü qırxdır Ailəlikcə yığışıb kafe, ya restorana, gəzməyə getməmişik. Belə də ki, ayda iki-üç toya gedirik. Eyni şeydi də. Nə yoldaşımın, nə də uşaqların ad gününü xatırlamıram. Yoldaşıma da hədiyyə almağım yadıma gəlmir. Bir dəfə axşam gedib gördüm ki, yaxşı yemək ətri gəlir. Qohum-qardaş da bizdə. Məlum oldu ki, yoldaşımın ad günüymüş. Elə utanmışdım ki! Utanmaq demişkən, yadıma bir xatirəmiz də düşdü. Evlənən ilin payızı idi. Üzr istəyirəm (söhbət boyu hər dəfə ailəsi haqda danışanda üzr istəyirdi – S.), yoldaşımı aparmışdım ayaqqabı alam ona. Bir ayaqqabı bəyəndik. Satıcı dedi: - Bundan bircə dənə qalıb, o da qırx ölçüdə. Gülə-gülə qayıtdım ki, qırx ölçüdə də qadın ayağı olar?! Yoldaşım sakitcənə dedi: - Mən qırx ölçüdə geyinirəm elə. Dönüb dəhşət içində yoldaşımın ayaqlarına baxdım. Satıcının da yanında xəcalət çəkdim. Gərək beş-on kişinin başını vuram ki... Mənim vaxtım olmur. Onların dərs və tərbiyələriylə anaları məşğul olur. Mən ancaq pul işlərinə baxıram. Hətta əzbər bilirəm müəllimlər gününün və demək olar ki, bütün bayramların tarixini. 25 manatdan yığırlar; 40, bəzən 50 də verdiyimiz olur. Belə hər dərs ilinin əvvəlləri də ki, süpürgə, zibil qabı, pərdə də ki, öz yerində. Məcburi olmasa da, uşağın başqa uşaqlardan seçilməməsi, müəllimlərin ayrı-seçkilik qoymaması üçün veririk də. Müəllimlər də yazıq olub. Müəllim neyləsin, hökumət 150-200 manat maaş verəndə, o da gözünü dikir uşaqların əlinə. Yazıq millətin həkimi də, müəllimi də hamısı eyni gündədi. O gün prezident televizorda deyir ki, hamı azı ildə bir dəfə müayinə olunmalıdır. Nə bilim, o şeyin adı nədi? "Check up"? Həə, ondan olunmalıdır. Kim eləmək istəməz ki! Amma gəlin gedək, görək bir aylıq maaşla hansı xəstəxanaya yaxın düşmək olar? Guya seçkilər bizim səsimizlədir? Əlbəttə, seçkiyə gedəcəyik. Həmişə getmişik, İlham Əliyevə də səs vermişik. Bu il də gedib ona səs verəcəyik. Yox, vallah, o biri namizədlər bilmirəm kimlərdi. Çox olsa, İsa Qəmbər olacaq. Onlar da 93-də gəldilər, gördük də. Belə fikirləşirəm ki, hələ on il də İlham Əliyev olmalıdır. Baxma, Heydər Əliyevin oğlu kimi dünyada qəbul olunub hörmət edilir. Sonrası da Allah kərimdi... Guya bizim səsimizlədi?! Biz yazıqların səsi var ki! "Lal", "kar", "kor" adamlarıq. Kasıbı dəvənin də üstündə ilan vurar Nə bilim, başımı da qarışdırıb hər sözü danışdırtdınız mənə. Siz Allah, o xəyanət-zad söhbətini verməyin. Yoldaşım oxuyub-eləyər, evim yıxılar. O da düzdü, hardan oxuyacaq, evdə internet yoxdu. Amma siz yenə də qadın söhbətlərini, bir də aylıq gəlirimi dediyim yeri çıxın. Baxma,"kasıbı dəvənin də üstündə ilan vurar".
2013-11-18
44
Masallı Mamed - II yazı
O, elə bu adla tanındı - Masallı Mamed. Hüseynov Məmməd İsgəndər oğlu. 1961-ci ilin noyabr ayının 4-də Masallıda doğulmuşdu. 2011-ci ilin mart ayının 21-də növbəti dəfə həbs olunduğunda, rəsmi məlumatlarda deyilənlərə inansaq, əhvalı pisləşib və dünyasını dəyişib. Masallıda dəfn olunub. "Qrex"ləri varmış, qədeş də "vurdu" onu Mamed demək olar ki, bütün günü "zon"un həyətində gəzərdi. Dustaqlarla söhbət edər, onların futbol oyununa baxar, "promzondakı" "xata"sında olanda isə çox vaxt kitab oxuyardı. Dustaqların, xüsusi ilə də xəstə, qoca, kimsəsizlərin şəraiti ilə maraqlanar, onlara maddi yardım edər, səhhətləri ilə ilgili həkimlərə də "görüm-baxım" edərdi. Daim da yanında "bratvalar" olardı. Xüsusi ilə də ölümə görə həbs olunan Maştağalı Ataş və Yasamal əhlindən dəfələrlə həbs olunmuş bir başqası - adını nə illah etsəm də, yadımda saxlaya bilmədim; onun Mamed gələnə qədər bir çox dustağa "qanunlar" çərçivəsində "qulaqburması" verməsi də yaxşı qarşılanmamışdı. Hələ aralıq uşaqları onun türmə rəhbərliyi ilə də isti münasibətlərindən söz açırdılar. "Sxodka"ya qədər isə Mamedlə bir neçə dəfə maraqlı və geniş söhbətimiz olmuşdu. Doğrusu, bu mənim istəyim idi və kənardan onu müşahidə edirdim. O, bunu hiss etməyə bilməzdi. Bir dəfə Cəlilabadın Abşabad kəndindən olan, qaçaqmalçılıq və narkotik maddələrin satışı ilə günahkar bilinən dustaq Araz Həsənov mənə dedi ki, gedək qədeşin yanına. Etiraz etdim. "Şair, o sənin xətrini istəyir, səninlə həmişə söhbət edir, gedək", - Araz dedi. Sonra da əlavə etdi: "Qədeş dünən çox hirsli idi". Araza, "boş-boş danışma, o ciddi adamdır, amma heç kəsə qəzəblənmir", - dedim. "Ay hay, şair, sənin xəbərin yoxdu, "strimit" eləyən vardı e, yanında fırlanırdı, "qrex"ləri varmış, qədeş də "vurdu" onu. Görmürsən, Ataş təkdi yanında?" Oğruya nağılmı danışdırmaq Bu söhbətimizdən sonra doğurdan da həmin adamın "zon"un həyətində süst və pərt gəzdiyinin fərqinə vardım. Və Mamedin yanına getdik. Xeyli söhbət elədik. Daha doğrusu, söhbət bizim ikimizin arasında gedirdi. Araz kənarda sakitcə oturub qulaq asır, Mamedin "şustryak"ı isə soyumuş çayları təzələyir və əmrə müntəzir dayanırdı. Mamedə ondan müsahibə götürüb dərc etdirmək istədiyimi dedim. Razılaşmadı. - Qədeş, mənə maraqlı hadisələrdən danışın da, – dedim və hiss etdim ki, xoşuna gəlmədi. Səhv etmişdim, mən oğruya nağılmı danışdıracaqdım? Gülümsədi: - Şair, sənin bir tərəfin Masallıdandı ki! - Hə, nənəm boradigahlıdır, hardan bildin? Yenə də gülümsədi və bir söz demədi. Mənə aydın oldu ki, bu adam istədiyi adam haqda dəqiq məlumat toplaya bilər. Necə ki zona gəldiyi günün səhəri "sançast"ın həyətində mənə Cinayət Məcəlləsinin 311.1 ilə tutulduğumu və jurnalist olduğumu demişdi. "Məhəmməd Peyğəmbərin həyatı" "Sançast"ın həyəti yaşıl ada idi; bir də görüş otağının həyəti. Burda müxtəlif ağaclar, gül kolları insana bir qədər rahatlıq, toxtaqlıq gətirirdi. Mən guya ki, "burjuy" idim və "sançast"da qalırdım. Bu haqda ötən yazılarımda yazmışam. Dustaq həyatımın ən rahat və duyğulu anlarını bu kiçik bağçada yaşamışam. Bir dəfə Mamed yenə də "sançast"ın həyətində oturub çay içirdi. Yaxınlaşdım, səmimi görüşdük. Söz-söhbət gəlib dinə çıxdı. Mən Məhəmməd peyğəmbərin həyatından danışırdım. Diqqətlə qulaq asırdı. Ətrafdakılar da bizim söhbətə aludə olmuşdu. Çoxunun da gözü Mamedin ağzında idi. Nə deyəcək - nəyə necə münasibət bildirəcək... Ani olaraq fikirləşdim, "çox danışmadım ki!" Mamed stolun üstündəki "Parlament"siqaretindən birini götürdü və adəti üzrə qarşısındakı alışqanla deyil, qara dəri canlığının (qolsuz gödəkçə) cibindən kibrit qutusunu çıxararaq yandırdı. Yadıma düşdü ki, vaxt tapıb ondan siqareti niyə məhz kibritlə yandırmasını soruşacaqdım. Bu, sonranın söhbəti olardı, indi isə yox. - Şair, sən Panovanın "Məhəmməd Peyğəmbərin həyatı"ndan danışırsan, – dedi. Hər kəs mənə tərəf döndü. Mən: - Düz deyirsən, qədeş, o kitabdan danışıram, - dedim. Bərkgedən dustaqların içindən bir uğultu keçdi. Mamedin alt qatına, içinə bələd olurduq. Nəsimidən qəzəl dedi, Vaqifdən qoşma. Şukşindən danışdı. Və söhbətimiz o qədər maraqlı keçdi ki... Nə qədər çalışsam da, kriminal dünya ilə bağlı xatirələrə, macəralara çəkə bilmirdim onu. Çox ayıq, hazırlıqlı, az danışan və yüksək məntiq sahibi idi. Siyasi söhbətlərə meyl etməzdi. "Ulduz" jurnalını oxuyan zənci Samsun Gəncəli Şəmi adlı hündürboy bir adam vardı. Onunla həmişə iki nəfər hərlənərdi. Mənim otaq yoldaşlarımdan olan beyləqanlı Namiq Namazəliyevlə köhnənin tanışı idilər. Namiq vergidən yayınma ilə həbs olunmuşdu, - 213-cü maddə ilə. Namiqin "Vəloş" ləqəbli naxçıvanlı bir köhnə tanışı da vardı ki, o da eyni maddə ilə həbs olunmuşdu. Şəminin maddəsi isə tamam başqa idi. Günahkar bilindiyi maddədə qatı cinayət əməli vardı. Qanuni oğru Yunislə əlaqəli iş idi. Belə başa düşmüşdüm ki, çox iri məbləğdə olan əmlakın mənimsənilməsi, yaxud oğurlanmasıdır. Hər halda, çox hörmətli dustaqlardandı, ona və onun yanındakılara hörmət edilir, sayılıb-seçilirdilər. Dəfələrlə Namiqlə şahmat oynayarkən yanımızda olar, oyuna diqqətlə baxar, bəzən də uduzan tərəfə gedişləri deməklə kömək edərdi. Nigeriyadan olan Samsun adlı dustaqla isə xüsusi zarafatlarımız vardı. 2 il müddətinə bu zənci balası Azərbaycan dilini təmiz öyrənmişdi. Hətta dilimizdə mütaliələr də edirdi. "Ulduz" jurnalında şeirlərim çıxmışdı. Samsun "Kefin necədi" rədifli gəraylımı əzbərləmişdi, kimə çatırdı, qara sifətində ağ ada kimi görünən dişlərini göstərərək deyirdi: "Balam, kefin necədir?" Mamed onlarla da maraqlanıbmış. Mamedlə yuxarıda etdiyimiz maraqlı söhbətin şirin yerində Vəloş gəldi, salam verdi. Salamı alınandan sonra: - Qədeş, gəncəli uşaqlar sizinlə söhbət etmək istəyir, vaxtınız olsa... – dedi. - Bu nə deməkdir, biz hamımız dustağıq, qardaşıq, yaxşı qardaşların hamısı mənim üçün eynidir, - Mamedin cavabı belə oldu. Vəloş: - Yaxşı qardaşlardı. Yunusun "podelnik"ləridir. Mamedin sifətinin döndüyünü ilk dəfə onda hiss etdim, özü də təkcə mən yox, çoxları. - Nə "podelnik", Oğru ilə nə "podelnik" ola bilər onlar? Arada salam-əleyk varsa, bu o deməkdir ki, nəsə oğurluq edəndə birgə giriblər harasa... Vəloş çöməldiyi yerdən qalxdı. Sifətində qorxu vardı: - Bağışla, qədeş, - dedi. Mamed üzünü mənə tərəfə çevirdi, söhbətini davam elədi. Vəloş rahat nəfəs aldı. Deyəsən, bağışlanmasını hiss etdi və məmnun qaldı. Bundan bir necə gün sonra Vəloş mənimlə söhbətində qədeşin ona hörməti olduğunu və özünün səhv etdiyini deyəcəkdi. Savadlı oğru olar?.. Mamedin söhbətindən: "Bir dəfə Bakıya gəlirdim. Moskva-Bakı qatarında idim. Uşaqlar da mənimlə idilər. Tək qoymadılar gəlməyə. Həmişə belə olurdu. Amma onların yeri başqa kupelərdə idi. Mənim yerləşdiyim kupedən sağ və solda. Təsadüf belə gətirmişdi. Mənimlə bir kupedə isə iki kişi və bir qadın vardı. Ziyalı idilər. Hər üçü Rusiyada yaşayan elm adamı idi və bir-birlərini çox gözəl tanıyırdılar. İki günlük yoldaşlıqdan xeyli rahat oldum. Yol boyu uşaqlar kupeyə yaxınlaşır və soruşurdular ki, bəlkə nəyəsə ehtiyac oldu. Yeyib-içmək də ki, öz yerində. Stansiyalarda yerli "bratvalar", "palojeniya"ya baxanlar vaqona qalxır, mənimlə görüşür, xidmətlərini təklif edirlər. Eləcə də mənim kupe yoldaşlarıma diqqət göstərirdilər. Hiss edirdim ki, mənimlə, mənə olan diqqətlə çox maraqlanırlar. Bakıda keçiriləcək hansısa elmi konfransa, yaxud başqa bir tədbirə gəlirdilər. Mən də onlarla eyni mövzuda söhbətlər edir, fikir mübadiləsi aparırdım. Bakıya yaxınlaşanda artıq mənimlə, yol yoldaşları ilə yaxından tanış olmağın məqamını da fikirləşdilər. Qadın Piterdə hansısa ali məktəbin professoru idi. Adlarını unutduğum kişilər isə Moskvada yaşayan alimlərimizdən idi. Mənə telefon nömrələrini verdilər. Götürdüm. Mən də özümü təqdim etdim və əlavə etdim ki, əgər Rusiyada hər hansı dolaşıq işləri olsa, əlbəttə ki, haqlı olub, haqsızlıqla qarşılaşsalar, incidilsələr, mənə xəbər eləsinlər. İş yerimi soruşdular. "Fərq etməz, gəlin Moskva bazarlarına, azərbaycanlılara deyin, mənimlə əlaqə yaradarlar. Adım isə Mameddir - Masallı Mamed", – dedim. Qadın familiyamı, hansı institutda işləməyimi, elmi dərəcəmi soruşdu. Güldüm, dedim, "Mən sadəcə Mamedəm, Masallı Mamed. Desəniz, tanıyacaqlar". Kişilər artıq məni tanımışdı, təəccüblə bir-birilərinin üzünə baxırdılar. Qadına konkret: "Mən Oğruyam, Oğru Mamed", - dedim. Artıq özümə də ləzzət edirdi bunların karıxması. Qadın qorxdu, tələsik yuxarı qatdakı əşyalarına baxdı. Əmin oldu ki, hər şey yerindədi. "Sadəcə təsəvvür etməzdim ki, sizin kimi oxumuş, savadlı birisi oğurluq etsin", - dedi. Xeyli güldük. Amma Bakıya qədər elə bil ki, əvvəlki səmimiyyətin üstünə su çilənmişdi". Oğlu əsir götürülmüş atanın xahişi Mamedlə söhbətlərin birində ondan soruşdum ki, ermənilərlə müharibə şəraitindəyik. Bütün təbəqələrdə bu iki millət biri digərini məhv etmək dərəcəsindədir. Bəs kriminal dünyada necə? Mamed cavabında dedi ki, oğru dünyasında qardaşlıq, dostluq, bərabərlik önəmli yer tutur. Amma bu ancaq qanunlarımızdadır. Sözsüz ki, iki millətin arasındakı düşmənçilik burda da özünü göstərir. Nüfuz söhbəti, harasa nəzarət və sairə. Amma qanuni oğrular bunun əleyhinə olublar. Münasibətlər normal olub. Mameddə millətsevərlik müşahidə eləmişdim. Ondan müsahibə almaq istədiyimi dedim. Qəti etiraz etdi: "Suallara cavab verəndə elə bilirəm, istintaqdayam". Ona görə də çalışırdım öyrənmək istədiyim nə varsa, ona sual şəklində ünvanlanmasın. Sonradan mənə deyəcəkdi: - Şair, sən elə bilmə ki, danışığımızda mənə vermək istədiyin sualları tutmurdum. Bu, sadəcə sənin bunları bilməyinin arxasında səmimiyyətinin olduğu üçün alınan söhbət idi. Erməni oğrularının müharibə vaxtı erməni ordusuna etdikləri yardımdan bəhs etdim. Maraqlandım ki, niyə bizim oğrular bu istiqamətdə heç nə etmir. - Nə bilirsən etmir? Ola bilsin ki, edirlər, amma bilinmir. Elə məsələlər var ki, dövlət bacarmır, amma bu təbəqə onları edir. Söhbətimiz əsnasında bir hadisəni danışdı: "Pervıda (1 saylı CÇM) olanda yanıma Yardımlıdan bir kişi gəldi. Cavan olsa da, beli bükülmüş, üzündən–gözündən dərd yağırdı. Bədbəxtin, yazığın biri idi. Dedi, Mamed, səni deyib gəlmişəm, bəs mənə pul lazımdır, kömək elə. Dərdini danışdı. Deməli, bu kişinin oğlu erməni əsirliyində idi. O zamanlar ayrı-ayrı adamlar əsirləri, girovları dəyişirdi. Qızğın alver gedirdi. Bu adam ev-eşiyini, mal-qarasını satıb, pul toplayıb ki, oğlunu satın alsın. Amma pulu çatmır. Bizim dəyyuslar da ayağını dirəyib ki, bəs filan qədər də gətir, verək ermənilərə. Topladığı pulun da müəyyən hissəsi xərclənmişdi. Mən ona xərclədiyi pulu verdim, "Get ev-eşiyini, mal-qaranı geri qaytar, - dedim. - Verməsələr, mənim adımı ver". Aldadıb, ucuz almışdılar həm də. Kişi çox pərt oldu. O, oğlundan sarı gəlmişdi axı. Nə isə, ona dedim ki, get, gələn həftə gələrsən. Həm də telefonlarını saxlatdım. Qıraqda kiminlə görüşməli olduğunu dedim. Kişi naümid getdi. Üç gündən sonra qıraqdakı adamıma dedim ki, gedib filan vaxtı Qırmızı körpüdə uşağını ermənilərdən təhvil alsın. - Kimə dedin, erməni vor zakonuna? - sualıma cavab olaraq, "Parlament" siqaretindən birini yandırdı və canlığının cibindən kibrit qutusunu çıxarıb siqaretə od vurdu. Stolun üstündəki alışqan isə yenə də yararsız əşya idi elə bil. Soruşacam, niyə axı alışqanla yandırmır? Mamed pul paylayır... (Ardı var)
2013-10-03
45
İlk türk kosmonavtının vətənindən xəbər var
Marina Karyagina: "Çuvaş xalqı göz görə-görə ruslaşır" O, milliyətcə Çuvaş türküdür. Rusiya Yazarlar Birliyinin üzvü, Çuvaş Yazarlar Birliyinin sədr müavini, Çuvaşıstan Respublikasının əməkdar incəsənət xadimi, ədəbiyyat və incəsənət sahəsində Dövlət Mükafatı laureatıdır. 20 kitab müəllifi, onlarla tele-layihənin rəhbəridir. Uzun illərdir ki, televiziyada – Rusiyanın 1-ci kanalının "Çuvaşıstan" Dövlət Teleradio Kompaniyasında çalışır. Yaradıcılğından bəhs edərkən: "Mənim üçün nəsr, dramaturgiya maraqlıdır, lakin həyatımda birinci yerdə poeziya gəlir", - deyir. - Marina xanım, bu payız günlərində özünüzü necə hiss edirsiz? - Çox yaxşı. Öz növbəmdə ilk türk kosmonavtı Andriyan Nikolayevin vətənindən - Çuvaşıstan Respubikasından qardaş Azərbaycana böyük salamları çatdırıram. - İndilər nə işlə məşğulsuz? - Ssenarist və rejissor kimi sənədli filmlər çəkirəm, Çuvaş torpağının görkəmli şəxsiyyətləri haqqında tele-oçerklər hazırlayıram. Mənim televiziyanın canlı efirində silsilə verilişlərim və səsyazmalarım var. Yetişməkdə olan nəslə daha çox vaxt ayırıram: şablon səslənsə də, uşaqlar bizim və millətin gələcəyidir. Hesab edirəm ki, hazırki qloballaşma dövründə "kiçik xalqlardan" olan hər bir kəs öz dilini və mədəniyyətini qorumaq uçun məsuliyyət daşıyır. Bu məsələyə "Əgər mən etməsəm, kim edəcək?" devizi ilə yanaşmaq lazımdır. - Çuvaş türkləri Rusiyada yaşayan digər türkdilli xalqlarla müqayisədə azlıq təşkil edir, amma ərazisi çox böyükdür. - Əminəm ki, kiçik xalqlar olmur, azsaylı xalqlar var və mənim xalqım bütün əsrlərdə yaşamalıdır. Təəssüf ki, siz dediyiniz kimi, çuvaşların sayı getdikcə azalır. 1989-cu ildə aparılan siyahıyaalmanın nəticələrinə görə, Sovetlər İttifaqında təxminən 2 milyon çuvaş var idi. 2002-ci ildə isə çuvaşların sayı 1 milyon 640 min olub. Sonuncu siyahıyaalmanın nəticələri çuvaşların təxminən 200 min də azaldığını göstərdi. Çuvaşıstan Respublikasının özündə isə 880 mindən çox çuvaş yaşayır. Respublikada çuvaş dili rus dili ilə bərabər dövlət dili olsa da, xalq göz görə-görə ruslaşır. - Çuvaş dilində məktəblərin olması, dərgilərin dərc edilməsi və sair dilin qorunub saxlanmasına xidmət edə bilər. - Əlbəttə. Deyim ki, paytaxt Çeboksarda və respublikanın bütün şəhər və rayon mərkəzlərində çuvaş dilində qəzetlər çıxır. Çeboksarda çuvaş dilində qəzet və jurnallar yayımlayan "Xıpar" (Xəbər) Nəşriyyat Evi var. "Çuvaşıstan radiosu"nda, "Milli radio"da, "Milli televiziya"da çuvaş dilində verilişlər efirə gedir. Bütün orta ixtisas məktəblərində çuvaş dilində dərslər keçilir, lakin milli məktəblərdə ibtidai siniflər istisna olmaqla, ümumilikdə tədrisin özü rus dilindədəir. Bugünkü vəziyyət çox pis olmasa da, YUNESKO çuvaş dilini yox olmaqda olan dillər qrupuna daxil edib. - Çuvaşların adı, soyadı da rus adlarıdır… - Doğru deyirsiz. Bu din ilə bağlıdır. 16-cı əsrin ortalarında çuvaşların Rusiya dövlətinə qoşulması onları xristianlığı qəbul etməyə məcbur edib. Lakin hələ də kəndlərdə (xüsusilə də, Tatarıstanda) qədim inanclar və adət-ənənələr qorunub saxlanılır. Onlar təbiətə sitayiş edirlər. Mənim fikrimcə, mədəniyyət xalqı dindən uzaqlaşdırır. Buna görə də mən əcdadlarımın öyrətdiyi kimi yazıb-yaradıram, yoxsa milli kimliyimizi itirərək digər xalqlar arsında yox ola bilərik. Mən millətimi çox sevirəm, iki uşağım var, ikisinə də çuvaş adları qoymuşam: Aydar və İlembi. - Ortaq türk dili yaransa, bəlkə də türkdilli xalqlar daha da doğmalaşar… - Türk millətləri zaman keçdikcə bir-birinə yaxınlaşmaqdadır. Yeri gəlmişkən, çuvaş dili ən qədim türk dilidir, çünki bütün dilçi-türkoloqlar onunla maraqlanırlar və Türk Dünyasının gizlin sirləri ilə bağlı çoxlu suallara cavab tapırlar. - Bəs yaradıcılığınızda hansı dilə üstünlük verirsiz? Rus, yoxsa Çuvaş? - Mən əsasən çuvaşca yazıram. Rus dilində də şeir və poemalarım var. Hələ ki, rus dilində bir kitabım işıq üzü görüb. Bu poema-palindromdur. Burada hər sətir sağdan sola və soldan sağa eyni cür oxunmaqla yanaşı, əsərin fəlsəfi mənası inkişaf edir. Məsələn, "Дорога за Город", "На реке ран", "Нутро фортун"… (bu adlar əvvəldən axıra və axırdan əvvələ eyni cür səslənir – F.B) Bu formada yazılan şeirləri və poemaları mən çuvaş dilində də yazmışam. Dilin qəribə plastikası var və tarixin gizli qatları poeziya, xüsusilə də palindrom vasitəsilə aşkar olunur! Bu kitabı mən 2009-cu ildə bir azərbaycanlı şairə bağışladım. O zaman mən Bakıda Türk Dünyası Şeir Şölənində iştirak edirdim.
2013-09-19
48
Sevgilisinin şalvarını qıfılladı
Meksikada maraqlı hadisə baş verib. Adı açıqlanmayan bir adam onu aldatmasın deyə sevgilisinin şalvarına illərdir kilid taxırmış. "Axar.az" CNN-ə istinadən xəbər verir ki, hadisə 25 yaşlı qadının tualetə gedə bilməyib ağrıdığı üçün polisə müraciət etməsindən sonra məlum olub. Veracruz əyalətinin Zacatlan qəsəbə sakini olan qadın Meksika polisinə müraciət edərək sevgilisinin onu illərdir "kilidlədiyini" bildirib. Gənc xanım sevgilisindən çox qorxduğu üçün şalvarını kəsib ata bilmədiyini də vurğulayıb. Polis qadının artıq bu əziyyətə dözə bilməyərək onlara müraciət etdiyini söyləyib. Ancaq sevgilisinin tutulub nəzarətə götürülməsindən sonra qadın şikayətçi olmayıb. Buna görə də onun sevgilisi bir neçə saat sonra sərbəst buraxılıb. Oğlan isə açıqlama verərək sevgilisinə bir də əziyyət verməyəcəyini söyləyib. Veracruzda fəaliyyət göstərən hüqüqşünqas CNN-ə müsahibə verərək səlahiyyətli adamların qadını pis vəziyyətdə qoyduğunu bildirib: "Qanunlara tabe olmadılar. Heç kim təcavüzkara qarşı hərəkətə keçmədi", - deyib. Ancaq Meksika polisi qadın şikayət etmədiyi üçün heç bir şey edə bilməyəcəklərini bildirib.
2013-10-08
49
“Sükut günü” qalmaqal başlandı
Yeni Azərbaycan Partiyası "Azadlıq" və "Yeni Müsavat" qəzetlərindən Mərkəzi Seçki Komissiyasına şikayət edib. Bu haqda "Axar.az"a YAP mətbuat xidmətindən məlumat verilib. Şikayətdə qeyd edilir ki, Seçki Məcəlləsinin 75.1 maddəsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır: "Buna baxmayaraq, "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin 8 oktyabr tarixli sayında qanunun bu maddəsi kobud surətdə pozularaq prezidentliyə namizədliyi "Milli Şura" deyilən qurum tərəfindən irəli sürülmüş Cəmil Həsənlinin seçki təşviqatına həsr edilmiş geniş materiallar dərc edilib. Adı çəkilən hər iki qəzetin səhifələrində prezidentliyə namizəd Cəmil Həsənlinin təbliğinə yönəlmiş geniş materillar verilib, adı çəkilən namizədin digər prezidentliyə namizədlər əleyhinə çağırışları dərc edilib". Şəhərin mərkəzindəki plakatlar da yığışdırmalıdır "Azadlıq" qəzetinin şöbə müdiri Seymur Həzi əməkdaşımızla söhbətində YAP-ın şikayətini məntiqsiz adlandırdı: "Qəzet gecə hazırlanır, səhər saat 7-də satışda olur. Bu qanunu məhdudiyyət isə seçki günündən 24 saat əvvəl, yəni 8 oktyabr, səhər saat 8-dən başlayır. Qəzetin saat 8-dən sonra köşklərdə olması fəaliyyət deyil. Ona qalsa, hökumət şəhərin mərkəzindəki plakatları da yığışdırmalıdır, amma gördüyünüz kimi, təşviqat plakatları hələ də qalır. Ona görə də bu absurd iddiadır". Qəzet nüsxələri də evlərdən, əllərdən yığışdırılmalıdır "Yeni Müsavat" qəzetinin redaktoru Azər Ayxan isə hadisədən xəbərsiz olduğunu bildirərək, YAP-ın şikayətinə münasibət bildirməkdən imtina etdi. Buna baxmayaraq, "Musavat.com" saytında "Yeni Müsavat" qəzetinin mövqeyi yayımlanıb. "YAP-ın yanaşması qərəzlidir. Belə ki, "Yeni Müsavat" qəzetinin təbliğat-təşviqat materialları çap olunmuş bugünkü sayı dünən gecə saat 23.30 radələrində imzalanıb və nəşriyyata göndərilib, gecə saat 3-4 radələrində çap olunub və 6-7 radələrində, yəni rəsmi yasağın qüvvəyə minməsinə 1 saat qalmış paylanıb qurtarıb: "Bu məntiqlə srağagün və ya daha əvvəlki günlərdə çap olunmuş və içərisində müvafiq təbliğat materiallarını daşıyan qəzet nüsxələri də evlərdən, əllərdən yığışdırılmalıdır". YAP arqumentlərlə razılaşmır YAP-çı millət vəkili Aydın Mirzəzadə hesab edir ki, hər iki müxalifət qəzeti qanunsuz olaraq təşviqat kampaniyası həyata keçirib və arqumentləri ilə razılaşmaq olmaz: "Səhər hər iki qəzeti açıb oxuyanda açıq-aydın təşviqat xarakterli materiallar gördüm. Bundan başqa, hər iki qəzetdə digər namizədlərin əleyhinə materiallar dərc edilmişdi. Bu isə seçki məcələısinin 75.1 maddəsinə zidd hesab olunur". Aydın bəyin fikrincə, onların arqumenti əsassızdır, çünki Azərbaycanda axşam qəzetləri fəaliyyət göstərmir və hər iki qəzet gecə radələrində çapa getsə də, onların üzərində 8 oktyabr tarixi yazılır. Yəni onlar əvvəlcədən bilirdilər ki, 8 oktyabr tarixində təşviqat kampaniyası sona yetir və dərc edəcəkləri materiallar qanunaziddir: "Yenə də qeyd edirəm ki, hüquqi baxımdan Yeni Azərbaycan Partiyasının şikayəti tam əsaslıdır". MSK "səssiz" qaldı Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının sözcüsü Azər Sarıyevlə əlaqə yaratsaq da, Azər bəy suallarımızı bu gün keçiriləcək mətbuat konfransında MSK sədri Məzahir Pənahova ünvanlamağımızı məsləhət gördü.
2013-10-05
50
ANS mənə heç bir kömək etmədi – Şikayət
Bərdə rayonundan redaksiyamıza üz tutan Səbinə Kərimova üç ildir həyat yoldaşından ayrılıb. Dediyinə görə, həyat yoldaşının əyyaşlığa qurşanması ayrılığa səbəb olub. İndi altı uşaqla evsiz-eşiksiz, işsiz, köməksiz yaşayır. Uşaqlarım adını belə yaza bilmir "Qardaşım rəhmətə gedib, bütün uşaqlarımı ora yığmışam. İki oğlum, dörd qızım var. Artıq beşi məktəbə getməlidir. Amma imkansızlıq ucbatından heç birini məktəbə qoya bilməmişəm. Baxın, 21-ci əsrdə yaşayan uşaqlar adlarını belə yaza bilmirlər. Ən böyük övladım on dörd, ən kiçik isə üç yaşındadır. Yoldaşımdan artıq üç ildir ayrılmışam". Şikayətimə cavab vermirlər "Bakı Nazirlər Kabinetinə, Bərdə rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Hətta ANS-kanalında yayımlanan "İkinci Həyat" verilişində də iştirak etmişəm. Müraciət etdiyim yerlər çox olsa da, heç biri mənə köməklik etmədi. Bərdə rayon İcra Hakimiyyətindən məni aldadırlar. Dəfələrlə icra başçısının müavini İsgəndər İsmayılov mənim icra başçısı ilə görüşümə mane olub. Mənimlə özü görüşüb, danışıb, yola salıb. ANS-in mənə ancaq məsləhət verməyə gücü çatdı, dedilər ki, yaxşısı, övladlarımı "uşaq evinə" verim. Hansı ananın ürəyi buna razı olar?" Sosial yardımın ümidinəyik "Sosial Müdafiə Nazirliyinə müraciət edəndən sonra 7 nəfərlik ailəyə 152 manat sosial yardım ayırdılar. Yoldaşım isə uşaqlara ayda 90 manat aliment verir. Gəlirlərimiz çox azdı. Mən bu pulla nə övladlarımı yaxşı qidalandıra, nə də ki, normal geyindirə bilirəm. Ev olmadığına görə işləyə də bilmirəm. Bilsəm ki, bütün uşaqlarım bir yerdə toplaşıblar, rahat gedib işləyərəm". Ölən oğlumun evində 16 yaşlı nəvəmlə yaşayıram Şikayətçinin anası Məryəm Əzizovanın 72 yaşı var. Qoca ana qızına heç bir kömək edə bilmədiyinə görə hədsiz məyusdur: "Bu gün varam, sabah yox. Mən bu dünyadan necə rahat köçüm? Təzyiqim var, şəkər xəstəsiyəm. Ölən oğlumun evində 16 yaşlı nəvəmlə yaşayıram. O da xəstədir. Qıçında mil var. Narkozlu olduğundan əsəbləri pozulub. Qızımın övladları ilə yola getmir. Mən artıq qızımın bu halına dözə bilmirəm. Xahiş edirəm, qızımı torpaq sahəsi ilə təmin etsinlər. Mən də bir ana kimi heç olmasa bilim ki, qızımın nəyisə var". Qayınım evimizi satdırdı "O vaxt qaynım yoldaşımı aldadaraq evimizi satdırdı. Demişdi ki, bizə torpaq sahəsi alacaq. Amma almadı. Qayınım etiraf edir ki, özünün ehtiyaclarına görə bütün pulu xərcləyib. Bu səbəbdən də torpaq payımızı verməyiblər". Mən qəhrəman anayam, hüquqlarım var… "Ölkəyə altı vətəndaş vermişəm. Mən qəhrəman anayam. Televiziyada deyirlər ki, çoxuşaqlı ailələrə ev verilir, torpaq verilir. Amma mən bu qayğılardan kənardayam". Rayon icra hakimiyyəti də gözləyir Bildirək ki, "Çox uşaqlı ailələrə dövlət dəstəyi" qanun layihəsi çərçivəsində üç usağı olan ailələr "çoxuşaqlı ailələr" hesab ediləcək. Həmin ailələr xüsusi ipoteka imtiyazlarına malik olmaqla yanaşı, həm də mənzillə təmin olunacaqlar. Məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətinə müraciət etdik. Müraciətimizi elə xanımın onu aldatdığını iddia etdiyi İsgəndər İsmayılov cavablandırdı. İcra Hakimiyyətinin nümayəndəsi İsgəndər İsmayılov bildirdi ki, hazırda Bərdə Bələdiyyəsinin perspektiv inkişaf fondunda həyətyanı torpaq sahəsi yoxdur. İcra nümayəndəsi xanımın dəfələrlə icra başçısının qəbulunda olduğunu təsdiqlədi. Lakin ona bildirilib ki, nə vaxt bələdiyyənin perspektiv inkişaf fondunda həyətyanı torpaq sahəsi olarsa, məsələ o zaman həllini tapacaq: "Hazırda 6 nəfər həyətyanı torpaq sahəsi üçün öz növbəsini gözləyir. Bərdə bələdiyyəsi perspektiv inkişaf fondunda həyətyanı torpaq sahəsi olmadığından, bu məsələ hələ ki, öz həllini tapmayıb. Bu barədə Rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırıb. Vəsatətdə deyilir ki, Bərdə rayon bələdiyyəsinin perspektiv inkişaf fonduna boş torpaq sahələri verilsin. Torpaq sahəsi verilən zaman növbəlik əsasında hər kəs həyətyanı torpaq sahəsi ilə təmin olunacaq".
2013-10-10
52
Ac insanlar daha çox pul xərcləyir
Paytaxt sakinlərinin ən çox nəyə pul xərclədiklərini araşdırmaq üçün sakinlər arasında kiçik sorğu keçirdik. Apardığımız sorğudan bəlli oldu ki, xərclədiyimiz pullar cinsi fərqə, əhalinin təbəqəsi və yaş kateqoriyasına görə fərqlənir. Qadınlar çox pul xərcləyir, yoxsa kişilər? Statistikaya görə, qadınlar istifadəsi vacib olmayan məhsullara daha çox pul xərcləyirlər. Onlar gündəlik istifadə olunmayan əşyaların alışında daha maraqlıdırlar. Bunlara bahalı mətbəx avadanlıqları, zinət və ekstrovaqant bəzək əşyaları aiddir. Qadınların ən çox pul xərclədiyi geyimlər sırasında isə çanta liderdir. Qadınlardan fərqli olaraq, kişilər gündəlik istifadə edə bilməyəcəyi əşyalara pul xərcləmirlər. Onlar daha çox siqaret, ayaqqabı, cib telefonu, dönər, kontur kimi xırda tələbat mallarına pul xərcləməyə meyllidirlər. Geyimə gəlincə isə, kişilər bu mövzuda da qadınlardan geridədirlər. Qeyd edək ki, dünyada geyimə ən az pul xərcləyən ölkə Hindistandır. Daha çox pul xərcləyənlər İnsanların əksəriyyəti ərzaq alış-verişlərinə çox pul sərf edir. Buna səbəb isə alış-verişə ac getmələridir. Ac olan insan gördüyü hər şeyi yemək istədiyindən, həmin an qeyri-şüuri olaraq daha çox ərzaq almaq istəyir. Bu isə büdcəyə ağır zərbə vurur. Pulu düzgün xərcləməyən insanlar əsəbi olurlar Mütəxəssislər bildirirlər ki, pulu düzgün xərcləməyən insanların əksəriyyətinin əsəblərində pozğunluq müşahidə olunur. Onlar düzgün hesab aparmadıqlarından ay ərzində özlərinin və ailələrinin ən zəruri ehtiyaclarını belə ödəyə bilmirlər. Bu vəziyyətdə isə daha çox işləməyə məcbur olurlar. İnsan psixologiyası bu cür hallarda mənfi təsirə məruz qalır. Büdcəni necə düzgün planlaşdırmalı? Psixoloqlar məsləhət görürlər ki, insanlar pullarını xərcləməzdən öncə, özlərinə hesabat verməlidirlər. İnsanlar çalışmalıdırlar ki, gəlirlərinin maksimum 70%-ni xərcləsinlər. Qalan hissə isə büdcədə saxlanılmalıdır. 2013-cü ildə ölkə üzrə ən çox alınan məhsul nə olub? Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən bildirilir ki, 2013-cü ilin ilk altı ayı ərzində ən çox alınan məhsul nəqliyyat vasitələri və onların hissələri olub. İkinci yerdə isə qara metallar və onlardan hazırlanan məmulatlar dayanır. Sıralanmaya görə, Azərbaycan bu il sement alışında da bir qədər aktiv olub. Sement alış göstəricisinə görə üçüncülüyünü qoruyub saxlaya bilib. Digər yerlərdə isə yeyinti məhsulları, mebel və onun hissələri, tütün məmulatları və əczaçılıq məhsulları dayanır.
2013-10-10
53
Ümid Partiyasından istefaların səbəbi bəlli oldu
Keçmiş ümidçilər İqbal Ağazadənin dediklərinə münasibət bildirdilər Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadənin seçkilərin nəticələri ilə bağlı "Aznews.az" saytına verdiyi açıqlamanın ardından partiya sıralarından istefalar başlayıb. Xatırladaq ki, İqbal Ağazadə açıqlamasında İlham Əliyevə uğurlar arzuladığını bildirib: "Mən İlham Əliyevə uğurlar arzulayıram. İstərdim ki, bizim seçki təbliğatı zamanı səsləndirdiyimiz problemlər qısa zamanda həll olunsun, Azərbaycanda barış və dialoq yaransın". İlk olaraq partiya sıralarını sədr müavini Aynur İmranova tərk edib. O, bu haqda şəxsi feyzbuk səhifəsində məlumat verib: "Açıqlamaq istəyirəm ki, bu andan etibarən Ümid Partiyasının sıralarından istefa barədə qərar qəbul eləmişəm. Mən başda İqbal Ağazadə olmaqla bütün ümidçilərə bundan sonrakı siyasi fəaliyyətlərində uğurlar arzulayıram". Aynur İmranovanın ardından Ümid Partiyasından daha bir istefa reallaşıb. Partiyanın başqa bir sədr müavini Ruslan İzzətli də "Ümid"in sıralarından ayrıldığını bəyan edib: "Ümid Partiyasının seçkiyə verdiyi qiymətə görə partiyadan istefa verirəm. Biz gənclər hər zaman demokratiyanın, insan haqlarının yanında olmuşuq. Ümid Partiyasının seçki açıqlaması isə demokratiya və xalqın qərarına qarşıdır. Ümid Partiyasında olan dostlarıma bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirəm". İqbal Ağazadə istefalar haqda qabaqcadan məlumatlıymış İstefalarla bağlı İqbal Ağazadə "Qafqazinfo.az" saytına açıqlama verib. O, partiya sıralarını tərk etmiş Aynur İmranova və Ruslan İzzətlini sədr müavinləri kimi yox, sıravi üzv kimi təqdim edib. Millət vəkili bunu qurultaydan sonra müavin vəzifələrinin boş qalması ilə əlaqələndirib. "Axar.az"ın partiya daxilindəki mənbələrdən əldə etdiyi məlumata görə, İqbal Ağazadə seçkidən sonra partiya daxilindəki istefaları əvvəllcədən proqnazlaşdırıbmış. Çünki həm Aynur İmranova, həm də Ruslan İzzətli daha çox hakimiyyətə qarşı barışmaz müxalif mövqeləri ilə seçilirdilər və İqbal Ağazadənin İlham Əliyevi təbrik etməsini qəbul edə bilməzdilər. Ona görə də "Ümid"də müavin vəzifəsinə yeni təyinatlar seçkilərdən sonraya qədər təxirə salınmışdı. Biz yenə də müavin vəzifələrini icra edirdik Məsələ ilə bağlı Aynur İmranova ilə əlaqə yaratdıq. Aynur xanım İqbal Ağazadənin dediklərinə cavab olaraq partiyadan sədr müavini kimi istefası haqda bir söz demədiyini bildirdi: "Mən feyzbuk səhifəmdə partiya sıralarını tərk etdiyimi bildirmişəm, partiyanın sədr müavini kimi istefa verdiyimi bildirməmişəm". Partiyanın daha bir sədr müavini Ruslan İzzətli isə müavin vəzifəsinə təyinatların gecikməsinə səbəb kimi İqbal Ağazadəni göstərdi və qurultaydan sonra da formal olaraq vəzifə səlahiyyətlərini yerinə yetirdiklərini bildirdi. "Avqustda qurultay oldu. Qurultayda biz öz səlahiyyətlərimizi təhvil verdik. Qərara alındı ki, onların təsdiqlənməsi seçkilərdən sonraya qədər təxirə salınsın. Buna baxmayaraq, biz yenə də müavin vəzifələrini icra edirdik. Ən azı avqusdan sonra Ümid Partiyasının mətbuat xidmətinin bizi necə təqdim etməsinə baxa bilərsiz. Bundan başqa mətbuat orqanları da bizi partiyanın müavini kimi təqdim edirdilər. Amma artıq bu məsələnin önəmi yoxdur. Mən partiya sıralarını tərk etmişəm və onlara gələcək işlərində uğurlar arzulayıram".
2013-10-09
54
Seçki kabinələrində müşahidə kamerası? - FOTO
9 oktyabr prezident seçkilərini müşahidə edərkən 20 saylı Nərimanov İkinci Seçki Dairəsinin 4 saylı seçki məntəqəsində maraqlı məqam qeydə aldıq. Qeyd edək ki, seçki məntəqəsi məktəbin idman zalında yerləşir. İdman zalındakı basketbol şitinin altında quraşdırılan müşahidə kamerası isə seçki kabinələrinin düz içərisini görməyə imkan verir. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyevlə əlaqə yaratdıq. Mətbuat xidmətinin rəhbəri qəti şəkildə müşahidə kamerasının seçki kabinələrini çəkmədiyini bildirdi: "MSK-nın saytında həmin məntəqəyə daxil olub, canlı seçki prosesinə baxa bilərsiz. Kamera kabinələri yox, seçki qutularını görüntüləyir. Bu hal baş verə bilməz". MSK-nın saytında göstərildiyi kimi, kameraların seçki qutularını deyil, seçki kabinələrini görüntüləyə biləcəyi ehtimalını da Azər Sarıyev qətiyyətlə inkar etdi: "Bu, mümkün deyil. Kameranın seçki kabinələrinə nəzarət etməsini birmənalı inkar edirəm".
2013-10-12
55
Milli Şura prezident seçkilərini tanımadı
Bu gün Milli Şuranın seçki qərərgahında Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli 9 oktyabr prezident seçkilərinin yekunu ilə bağlı mətbuat konfransı keçirdi. Mətbuat konfransında ilk olaraq Milli Şuranın seçki qərargahının rəhbəri Arif Hacılı çıxış etdi. O, təmsil olunduğu qurumun seçkilərlə bağlı ilkin rəyini açıqladı. Onun sözlərinə görə, təmsil olunduğu qurum 9 oktyabr prezident seçkilərini qeyri-demokratik hesab edir: "Azad və ədalətli seçkilərin keçirilməsi üçün demokratik qanunvericilik bazası olmayıb və bərabərhüquqlu imkanlar təmin edilməyib". Milli Şuranın rəsmisi seçkilərin nəticələrini xalqın azad iradəsini ifadə etmədiyini də konfrans iştirakçılarının nəzərinə çatdırdı. Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seçkilərin yekunlarına haqda çıxışında saxtakarlıqdan danışdı: "Azərbaycanda hakimiyyəti formalaşdırmaq haqqı Konstitusiya ilə Azərbaycan xalqına məxsus olsa da, xalq bu hüququndan məhrum edildi. Seçki saxtakarlığı çox açıq formada oldu. Bir gün əvvəldən Mərkəzi Seçki Komissiyası tərəfindən seçkinin nəticələri elan edilmişdi və yerlərə, seçki məntəqələrinə göndərilmişdi". Cəmil Həsənli həmçinin bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirmədiyini də bildirdi: "Bu seçkilər heç bir halda tanına, Azərbaycan xalqının adından beynəlxalq aləmə elan edilə bilməz".
2013-10-12
56
Çay yorğunluğu çıxarır, yoxsa yuxu gətirir?
Tərkibində kofein maddəsi olduğu üçün çay və kofe insan beyininin hüceyrələrini oyaq saxlayır. Bəs, necə olur ki, bəzən çay və ya kofe içdikdən sonra beyin hüceyrələrində yuxulama halı müşahidə edilir? Bu hal, adətən, böyrəküstü vəzinin funksiyasının pozulması zamanı meydana çıxır. Bu orqan orqanizm üçün əhəmiyyətli sayılan adrenalin hormonunun ifraz olunmasında əsas rol oynayır. Adrenalin hormonu normal halda orqanizmi oyaq, enerjili vəziyyətdə saxlayır. Çay və ya kofe ilə qəbul olunan kofein isə orqanizm üçün əlavə yükdür. Belə olan halda orqanizm bu yükdən "yorulur" və beyin hüceyrələrində yuxululuğun yaranmasına səbəb olur. Alimlərin qənaətinə görə, belə hallarda normal reaksiyanı təmin etməkdən ötrü kofein tərkibli içkilərdən bir müddət uzaq durmaq gərəkdir.
2013-09-17
57
Əhalinin 12 faizi Hepatit C virusuna yoluxub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Bakıda 12-15 sentyabr tarixlərində XIII Beynəlxalq Avrasiya Cərrahiyə və Qastroenterologiya Konqresi keçirilib. Konqresdə Səhiyyə Nazirliyinin və ATU-nun səlahiyyətli şəxsləri, habelə 22 ölkədən dəvət olunmuş cərrahiyə və qastroenterologiya üzrə mütəxəssislər iştirak ediblər. "Axar.az"ın əldə etdiyi məlumata görə, konfransda iştirak edən Azərbaycan nümayəndə heyəti ölkə əhalisinin 12 faizinin Hepatit C virusuna yoluxduğu haqda hesabat verib. Bu rəqəm isə nəinki Avropada, hətta MDB ölkələrindən belə dəfələrlə çoxdur. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi mətbuat xidməti ilə əlaqə yaratdıq. Nazirliyin sözcüsü Anar Qədirli saytımıza verdiyi açıqlamada Konqresdə Azərbaycan tərəfinin verdiyi hesabatdan xəbərsiz olduğunu bildirərək, konqresin əsas təşkilatçlarından olan M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutu ilə əlaqə yaratmağımızı məsləhət bildi. Elmi-Tədqiqat İnstitutunun Esmira adlı əmkdaşı institutun səlahiyyətli şəxsi ilə danışmaq istəyimizi cavabsız qoydu. Amma sualımızı müdiriyyətə çatdıracağına söz Verdi, cavabsa ala bilmədik. Bu sahədə mexanizm yoxdur Tibb üzrə ekspert Aqil Qeybullanın fikrincə, ölkədə Hepatit C virusunun kütləvi yayılmasına səbəb bu sahədə nəzarət mexanizminin olmamasıdır: "Bizdə Hepatit C, B kimi viruslar geniş yayılıb. Çünki pərakəndəlik hökm sürür, nəzarət mexanizmi yoxdur. Stomotoloqlar, bərbərxanalar istədikləri kimi nəzarətsiz şəkildə fəaliyyət göstərirlər. İndi də şəhərdə gözəllik salonları geniş yayılıb və bunların sayəsində kosmetolqlar, tatuaj ustaları virusların daha geniş yayılmasına rəvac verir. Bunun da səbəbi onların peşəkar olmamalarıdır. Əllərində sertifikat yoxdur, hamısı da özünü həkim adlandırr. Əlbəttə ki, bu cür məsuliyyətsiz yanaşmanın da sonu kütləvi yoluxmaya gətirib çıxardır".
2013-10-12
58
Kərə yağı xərçəng xəstəliyinə qarşı
İllərdir kərə yağının orqanizmdə xolesterini yüksəltməsindən və bununla da hipertoniya, iflic, infarkt xəstəliklərinə səbəb olmasından bəhs olunur. Ancaq elm adamlarının son araşdırmalarına görə, kərə yağı orqanizmə gündəlik gərəkli bəlli ölçüdə qəbul olunarsa, bır sıra xəstəliklərin qarşısını almaq mümkündür. Kərə yağının olduqca qidalandırıcı - orqanizmə xeyirli tərkibi var; kalsium, fosfor, dəmir, müxtəlif adda vitaminlərlə (C, A1, B1, B2, nikotin turşusu və s.) bol olan bu yağ, xüsusilə, A vitamininin mənbəyi sayıla bilər, antibakterial təsirə malikdir, yod ilə zəngindir, tərkibində linol turşusu olduğu üçün iltihab, allergiya və xərçəngə qarşı ən güclü qoruyucu vasitədir. Diş çürüməsi və yaddaş zəifliyi xəstəlikləri zamanı müalicəvi əhəmiyyəti böyükdür. Həzmi rahatdır, mədəni gücə salmır. Bütün bu qeydləri göstərən kanadalı elm adamı - Albert Universitetinin professoru Spenser Proktor kərə yağının ürək-damar xəstəliyi riskini artırdığını deyil, əksinə, azaltdığını, şəkər xəstəliyi və piylənmənin müalicəsi zamanı həkimə yardımçı olduğunun bildirir. Alimin qeydlərinə görə, bu günə qədər kərə yağı haqqında insanlarda yanlış təəssürat yaradılıb. Onun xeyirli tərəflərini açıqlamaqla bir çox xəstələrə yardım etmək olar. Ancaq o, bunları da qeyd edib ki, əgər kərə yağının bütün müsbət xüsusiyyətləri ilə bərabər ondan istifadə zamanı qəbul etdiyimiz yağı enerji olaraq yandıra bilmiriksə, o zaman orqanizmdə müəyyən problemlər yarana bilər.
2013-10-12
59
Kişilərdə soyuqdəymə: fəsadı – Prostat vəzi xəstəliyi
Kişilərin çoxu elə hesab edir ki, soyuqdəymə yalnız qadınlar üçün təhlükəli ola bilər. Ancaq bu kişilər üçün daha çox fəsadla nəticələnir. Ən həssas kişi orqanı prostat vəzi hesab olunur. Bütün ətraf təsirlərə anında reaksiya verən bu orqan hətta yüngül soyuqdəymə zamanı belə daxili problemlərlə qarşı-qarşıya qalır. Və getdikcə ağırlaşaraq, prostat vəzi xəstəliyinə çevrilir. Prostat vəzi xəstəliyi Alimlər prostat vəzi xəstəliyini kişilər arasında soyuqdəymədən yaranmış və ən geniş yayılmış xəstəlik kimi dəyərləndirirlər. Son tədqiqatlara görə, hər il kişilərin 40% -ə qədəri bu xəstəlikdən düzgün müalicə almadıqlarına görə sonsuz qalır. Xəstəliyin əlamətləri: Xəstəliyin kişi sonsuzluğu və kəskin sidik tutmaları problemlərini yaratdığı artıq öz təsdiqini tapıb. Eyni zamanda, o, sidik kanalının daralması və prostat vəzinin çürüməsinə səbəb ola bilər.
2013-10-12
60
Qrip virusuna qarşı deita
Xəstəlik zamanı düzgün qidalanma daha tez sağalmanıza yardımçı ola bilər. Bəs qrip zamanı necə qidalanmalı? Pensilvaniya Universitetinin alimlərinin apardıqları araşdırmalara görə, virusa yoluxma zamanı immun sistemini gücləndirmək və aktivləşdirmək gərəkdir. İmmun sisteminə güclü təsir edən qaynaqlar - protein və C vitamini, həmçinin flavonoid maddəsidir. Buna görə də virusun aktivləşdiyi payız-qış mövsümü zamanı qida rasionunuzda, əsasən, protein qaynağı sayılan qidalar (ət və ət məhsulları, ləpəli meyvələr, yumurta, süd məhsulları və s.), C vitaminli meyvə - tərəvəz (itburnu, sitrus meyvələri, pomidor, gül kələm və s.) və kakaosu bol qara şokolad təşkil etməlidir.
2013-10-12
61
Payız: qızmar yay günlərindən sonra sərinləyək..
Sentyabr, oktyabr aylarında dəriyə necə qulluq etməli Qızmar yay günəşi dərinin parlaqlıq və təravətini itirməsinə səbəb olur. Üstəlik, fəsillərlə bağlı hormon dəyişikliyi, xroniki xəstəliklərin aktivləşməsi müxtəlif dəri problemlərinin meydana çıxmasında əsas rol oynayır. Bütün bunlar, çivzə və sızanaqlar, qara ləkə və çillərlə üz dərisində özünü açıq-aydın büruzə verir. Bərpaedici maskalar, lasyon və toniklər, yumşaldıcı-təravətləndirici kremlər mövsümi problemlərin qarşısını almaq üçün geniş istifadə olunan vasitələrdəndir. Bunları bilmək gərəkdir! Qaynadılmış və ya filtirdən keçmiş su, həmçinin, xlorlanmış su üz dərisinin qurumasına səbəb olur. Kremlərin daha effektli təsiri üçün onların nəm dəriyə çəkilməsi məsləhətdir. Bütün növ kosmetik vasitələri dərinin tipinə uyğun seçmək gərəkdir. Kosmetik dermotoloji vasitələr aşağıdakı ardıcıllıqla istifadə olunmalıdır: Üz dərisi lasyon və təmizləyici su ilə təmizlənməli; Tonik vasitəsi ilə təravətləndirilməli; Maskalar qoyulmalı (həftədə 1-2 dəfə); Gecə və gündüz nəmləndirici kremlərdən istifadə edilməli. Xalq təbabəti Quru həssas dəri üçün maska Təmizləyici maska: Un halına salınmış yulaf yarması bir neçə xörək qaşığı süddə həll olunur. Dairəvi əl hərəkətləri ilə üzə çəkilir. 10 dəqiqə saxlanıldıqdan sonra əvvəlcə isti, ardınca soyuq su ilə təmizlənir. Maska yuyulduqdan sonra dəriyə qidalandırıcı, nəmləndirici və ya təravətləndirici krem çəkmək lazımdır. Qidalandırıcı maska Yarım ədəd bananı bir yumurta sarısında qarışdırıb üzərinə 1 çay qaşığı zeytun yağı və 10 damçı A və E vitamini əlavə edilir. Dəridə 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyulur. Maskadan sonra dəriyə qidalandırıcı, nəmləndirici və ya təravətləndirici krem çəkmək lazımdır. Yağlı dərilər üçün 1.Soyuq suda isladılmış 2-3 xörək qaşığı istənilən kosmetik gilin üzərinə 1 yumurta sarısı və bir neçə damcı limon şirəsi əlavə olunur. 15 dəqiqə üzdə saxladıqdan sonra ilıq su ilə yuyulur. Maskadan sonra dəriyə yağlı və problemli dəri üçün istifadə olunan krem və ya jel çəkilir. 2.Yumurta ağının üzərinə 10 damcı limon şirəsi və yarım çay qaşığı bitki yağı əlavə edilib üzə çəkilir. 10 dəqiqə sonra ilıq su ilə yuyulub yağlı dəri üçün kremdən istifadə edilir. Qarışıq tip dəri üçün 1.30 qram qida mayası su və ya süd ilə xama qatılığında qarışdırılır. Nazik qat üz dərisinə çəkilir. 15 dəqiqə saxlanıldıqdan sonra əvvəlcə isti, sonra soyuq su ilə yuyulur. Maskanın ardınca qarışıq dəri üçün kremlərdən istifadə edilir. 2. Çox da böyük olmayan alma sürtgəcdən keçirilir, üzərinə 1 yumurta sarısı, 1 çay qaşığı bal (bala qarşı allergiyanız yoxdursa), 6-7 damcı portağal şirəsi qatılır. 10- 15 dəqiqə saxlanıldıqdan sonra əvvəlcə isti, sonra soyuq su ilə yuyulur və qarışıq dəri üçün kremlərdən istifadə edilir. Diqqət! Maskalar gözətrafı nahiyələrə çəkilmir. Buz ilə səhər massajı Bu massaj həftədə 2-3 dəfə səhərlər üz, boyun və dekolte nahiyəsi üçün nəzərdə tutulur. Dərinin təravətlənməsi, qan dövranının tənzimlənməsi, qocalma prosesinin ləngiməsi üçün bu prosedur çox effektivdir.
2013-10-12
64
İnsanların şirniyyata nədən meylli olduqlarının səbəbi bilindi
Amerikalı alimlərin apardığı araşdırmada göstərilir ki, uzun müddət ac qalan adamlar şirniyyatdan heç cür imtina edə bilmirlər. Bu siyahıya ən çox pəhriz saxlayan insanlar aiddir. Alimlər bu asılılığın vücudda olan vitamin çatışmazlığı ilə birbaşa əlaqəli olduğunu vurğulayıblar. Belə ki, vitamin D çatışmazlığı olan insanlar hər 2 saatdan bir şirniyyat yemək istəyirlər ki, bu da bədəndə şəkər normasının artmasına səbəb olur. Aparılan araşdırmalardan o da məlum olub ki, şirniyyata meyilli insanların 70%-ində bağırsaq parazitləri var. Belə ki, bu parazitlər bədənin qidadan əldə olunmuş bütün enerjisini mənimsəyərək, hədsiz şirniyyat asılılığı yaradırlar. Yaradıcı insanlar kokoslu konfetləri sevir Yeyilən şirniyyat növləri həm də insan xarakterindən xəbər verir. Belə ki, Alman psixoloqların fikrincə, çiyələkli konfetlər ən romantik konfetlərdir. Hesab edilir ki, cəsarətli insanlar albalılı konfet, utancaqlar – fındıqlı, yaradıcı insanlar isə - kokoslu konfetləri və ya tortları sevir. Kişilərdən fərqli olaraq qadınlar şirniyyata daha çox meyillidir. Belə ki, sevgi rəmzi hesab edilən şirniyyatdan qadınlar ən çox stressdə olan zaman istifadə edirlər. Mütəxəssislər hesab edir ki, aşırı şirniyyat alüdəçisi olmaq insanda mədə sistemi ilə yanaşı qan təzyiqinə də mənfi təsir etmiş olur. Aparılmış son araşdırmalar göstərib ki, şirniyyata aludəçilik nəinki bədən quruluşuna mənfi təsir göstərir, həmçinin böyrək xəstəlikləri, ürək-damar sistemində çatışmazlıqlar, görmə qabiliyyətinin zəifləməsi və itməsinə qədər apara bilir.
2013-10-12
65
“Kombinat qəbiristanlığı”nda diri kabuslar gəzir
Burda evlərin qapıları birbaşa qəbiristanlığa açılır... Bu qəbiristanlıq "Kombinatın qəbiristanlığı" adıyla tanınır. "Lenkombinatın" – indiki Hacı Zeynalabdin adına tikiş kombinatının yaxınlığında yerləşir. "Sakinlərinin" də əksəriyyəti elə vaxtı ilə bu kombinatda işləyənlər olub. Qəbiristanlıq Xətai rayonundakı Cavanşir küçəsində, "Qaçqınlar bazarı" deyilən bazarın arxasındadır. Bir tərəfi hündürmərtəbəli binalar, o biri tərəfi isə gecəqondularla əhatələnib. Əksəriyyəti sənədsiz tikili olan bu evlər az qala qəbiristanlığın içərisinə girib. Yörədəki xırdalı-böyüklü, sənədli-sənədsiz evlərin, xırda dükanların fonunda qəbiristanlıq heç də qorxulu görünmür. Amma "qəribliyi" dərhal hiss olunur. Unudulub sanki. Həm də qəbiristanlıq özünün qəbiristanlıq missiyasını itirmək üzrədir. Müxtəlif millətlərin nümayəndələrinin son məkanı olan bu yerdə qəbirlər baş-başa, ayaq-ayağa, yan-yana düzülülb. Eynilə bir vaxtlar çoxmillətli, beynəlmiləl kollektivi olan toxuculuq kombinatının mehriban işçiləri kimi bu qəbirlərin də bir-birinə doğmalığı hiss olunur. Qəbirlər sanki bir-birinə həyanıdır. Burda türk, tatar, rus, ukraynalı və başqa millətlərin nümayəndələri əbədi olaraq özlərinə məskən tapıblar. Azərbaycan türkü erməniylə çox dinc şəkildə baş-başa yatır. Səliqəli, ətrafı tər-təmiz, daima diqqət mərkəzində olan, əzizləri tərəfindən ziyarət olunan qəbirlərlə yanaşı baxımsız, diqqətdən kənar qəbirlər də var. Əsasən, qeyri millətlərin qəbirləri baxımsızlıq ucbatından bərbad vəziyyətdədir. Sınmış, yerindən çıxarılmış başdaşları və yandırılmış qəbirlər... Evlərin qapıları qəbirstanlığa açılır... Həyətindən, evindən çıxanlar qəbirlərin nizamsız düzülüşü ilə üz-üzə gəlir. Doğrusu, burda kövrəlməmək, hissə qapılmamaq olmur. Bir də qəzəblənməmək. Ölülər qapı-pəncərə düzəldir Diqqətimi qəbiristanlıqdakı qapı-pəncərə sexi çəkir. Sex üç qəbirin dəmir barmaqlıqlarla hasara alınmış ərazisindədir. Usta iş görür. Hazır qapılara boyaq vurur. Yaxınlaşıram, salam-kəlamdan sonra ona sifarişçi olduğumu deyirəm. Deyirəm ki, qapı sifariş vermək istədim, dostlar sizi məsləhət bildi. Elə ona görə də bura gəldim. Adı Nemət olan usta burda ancaq hazır qapı və pəncərələrin rəngləndiyini deyir. Qapı sexi isə bir qədər aralıqdadır. Qəbir sahiblərinin haqqını verirəm - Bəs, bu qəbirlərin üstündə işləyirsiz, bir söz deməzlər?- soruşuram. - Yox, nə deyəcəklər? Qəbir sahiblərini tanıyıram, razılaşmışıq, haqlarını verirəm, bir də hər iş gününün sonu silib-süpürürəm, tər-təmiz saxlayıram buranı. - Belə çıxır ki, qəbirləri icarəyə götümüsüz? - Elə də demək olar, – gülür. Qəbir-qarajlar Söhbət əsnasında Nemət usta deyir ki, bir-iki ilə bu qəbiristanlığı tamam dağıdacaqlar, plana düşüb, burda on beş dənə çoxmərtəbəli bina tikiləcək, qəbirləri isə şəhərdən kənara köçürəcəklər. Montindəki kimi. Bir qədər kənardakı qəbirdən maşın qarajı kimi istifadə olunur. Qəbirin ətrafı üç tərəfdən dəmir lövhələrlə qaynaqlanaraq tutulub, dam örtüyü var. İlk baxışdan qarajın qəbirin üstündə yerləşdiyi diqqəti çəkmir. Lakin "qəbir-qarajın" sağ-solunun da qəbirlərlə çevrələndiyi diqqətdən yayınmır. Bir qədər də diqqət etdikdən sonra, həqiqətən də qarajın bir hissəsini hansısa bədbəxtin gor evinin üstündə quraşdırıldığı aydın görünür. Dəmir barmaqlıqlar gözə çarpır. - Usta, deyəsən qaraj ediblər qəbiri? - Əşşi, özləri bilər, amma deyəsən axı qəbirə aidiyyəti yoxdur, - deyib beş addımlığındakı "qəbir-qaraja" tərəf diqqətlə baxır. - Onsuz da hamısını köçürəcəklər, – bayaq dediklərini təkrar edir. Məzarlıqda nərd yarışması Təxminən on addım aralıdakı qəbirlərin üstündə, hündür küknar ağaclarının kölgəliyində şıdırğı nərd "çarpışması" gedir. Ətrafdakı bütün evlər iç-içə olduğundan, sakinlərin asudə vaxtlarının səmərəli keçirməsi üçün bu qəbirstanlıqdan yaxşı yer tapması qeyri-mümkün görünür. Qadınların yuduğu paltar-palaz da qurudulmaq üçün qəbirlərin hasarlarının üstünə sərilir. Qəbrisitanlıq - örüş Bir qədər də irəli gedirəm. Təzə tikilən yaraşıqlı evlərin arxası qəbiristanlığa yapışmış haldadır. Məhlə uşaqları qəbirlərin arasında dərdsiz-qəmsiz atılıb-düşür, yörəyə şən ovqat yayırlar. Qəbiristanlığın yuxarı tərəfində, "Həzi Aslanov" metrosuna yaxın isə qəssablar iri və xırda buynuzlu mal-qara saxlayır. Peyin iyi ətrafı başına alıb. Nə vaxtsa qəbirstanlıqda əkilən ağacların və güllərin ətri də qonşuluqdakı bu peyin iyini qova bilmir. Qəbiristanlıqdan çıxıram, fikirlərim isə sahibsiz qəbirlərə "sahib çıxanlarımızın" yanında qalır. Özümüzə, doğmalarımıza rəva bilmədiklərimizi başqasına necə rəva görürük? Biz dirilərlə məşğuluq, ölülərlə yox Qəbirsitanlığın hansı dövlət qurumuna aid olduğunu araşdırmaq cəhdimiz də uğursuzluqla nəticələndi. Kimdən bu haqda soruşduq sa, ölüm sükutu ilə qarşılaşdıq. Belə ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsi ilə əlaqə saxladıq, bildirdilər ki, bütün qəbiristanlıqlar Bakı İcra Hakimiyyəti Əhaliyə Vətəndaşlıq trestinin balansındadır. Adı çəkilən dövlət Trestinin müdiri Hacı Cavanşir Tağıyevlə əlaqə yarada biməsək də, qurumun qəbiristanlıqlarla iş şöbəsinin rəisi Sabir Həsənovdan məsələyə münasibət bildirməyi xahiş etdik. O, Xətai rayonunda yalnız Əhmədli kənd qəbiristanlığının onların balansında olduğunu vurğuladı. Və bu qəbiristanlığın Xətai rayon İcra Hakimiyyətinin balansında ola biləcəyini güman etdiyini bildirdi. Xətai rayon İcra Hakimiyyətinin Ərazi-idarəetmə şöbəsinin müdiri Pənah müəllim isə, qəbiristanlığın rayonun ərazisində yerləşdiyini desə də, bu qəbiristanlığın onun rəhbərlik etdiyi idarəyə heç bir aidiyyəti olmadığını dedi. Şöbə müdiri onu da qeyd etdi ki, biz seçkilərə hazırlaşırıq, bu istiqamətdə hər hansı sualınız varsa, buyurun, bir də biz dirilərlə, onların sosial rifahının yüksəlməsi ilə məşğuluq, ölülərlə yox.
2013-09-13
66
Valideynlərin yeni dərd ili başlayır
Artıq 2 gündən sonra dərslər başlayır. Məktəblilərlə bərabər valideynlər də yeni tədris ilinin həyəcanını yaşayırlar və əsas yük də övladını elm dalınca göndərən valideynin üzərinə düşür. Bəs bir şagirdin məktəbə tam hazır vəziyyətdə addımlarını atması üçün orta hesabla nə qədər vəsait tələb olunur? Bununla bağlı şəhərin mərkəzində məktəb ləvəzumatları satılan dükanlara baş çəkdik. Məktəbli çantaları neçəyə başa gəlir? Əvvəlki illərdən fərqli olaraq, indi məktəblilər üçün nəzərdə tutulan çantalar rəngarəngliyi və öz çeşidləri ilə seçilir. Məktəbli çantaları ölkəyə Çin və Türkiyədən gətirilir. Gözümüzə üstündə daha çox Çin cizgi film qəhrəmanlarının rəsmləri həkk olunan çantalar sataşır. Məktəbli aksessuarının ayrılmaz hissəsi olan çantaların ən ucuzu təxminən 15 manatdır. Ən bahalı və keyfiyyətlisi isə 70 manat. Dükana baş çəkən valideynlərlə söhbətdə daha çox 40-50 manat arası qiyməti olan təkərli çantaların alışına üstünlük verildiyinin şahidi olduq. Dərsliklərin ümumi qiyməti Baş çəkdiyimiz satış məntəqələrində valideynlər ən çox dərsliklərin alışında fəallıq göstərirdilər. 1-4-cü sinif şagirdləri üçün nəzərdə tutulan dərsliklərin qiyməti orta hesabla 50-60 manat arasındadır. Müxtəlif fənlərin tədrisində nəzərdə tutulan iş dəftərlərinin qiyməti təqribən 25 manat, fənlər üçün nəzərdə tutulan kitabların ümumi qiyməti isə hardasa 25-30 manat arasındadır. Dərs kitabları və iş dəftərlərinin qiyməti 1-10 manat arasında dəyişir. Məsələn, Azərbaycan dili üçün iş dəftəri 1 manat, Rus bölməsi üçün 2 cildlik "Ruskiy Yazik" 10 manatdır. Aksessuarlar Bura qələm, karandaş, pozan, xətkeş və s daxildir. Orta qiymətlərlə götürsək, məktəblinin bu tələbatını ödəmək üçün valideyn pul kisəsindən 25 manat xərcləməlidir. Vahid məktəbli forması Bu məqsədlə Bakı Tikiş Eivinə yollandıq (BTE). Tikiş evinin ətrafı qələbəlik idi. Valideynlər isti havada çöldə durub içəri daxil olmaq üçün növbə gözləyirdilər. Bu il 1-6-cı sinif üçün məktəbli forması 40 manat, 7-11-ci siniflər üçün 52 manatdır. Keçən il ölçülərə görə məktəbli paltarı 1-6-cı siniflər üçün 40-45 manat, 7-11-ci siniflər üçün 53-55 manat olub. Onu da qeyd edək ki, məktəbli formasına köynək, şalvar (ətək), jilet, pencək daxildir. Ümumi mənzərə Orta qiymətlə götürsək, dərsliklərin qiymət 60 manat, çanta 40 manat, digər aksesuarlar 25 manat, məktəbli forması isə 40 manat edir. Bura alınacaq yeni ayaqqabını da daxil etsək, qiymət 185 manata qalxır. Yəni orta statistik azərbaycanlı övladını məktəbə yola salması üçün 185 manatından keçməyə məcburdur. Bir ailədə bir yox, bir neçə uşağın təhsil aldığını düşünsək, yeni tədris ilində valideynlərin üzərinə necə ağır yük düşdüyünü təxmin etmiş olarıq.
2013-10-12
68
Rahiblər evlənə bilər?
Katoliklərin ruhani lideri Papa Fransiskonun Vatikanda dəyişikliyin bir parçası olaraq yeni "baş nazir" təyin etdiyi, 15 oktyabrda vəzifəyə başlamağa hazırlaşan italyan baş yepiskopu Pietro Parolin din adamlarının evlənməsiylə bağlı radikal açıqlamalar verib. Parolin məşhur "El Universal" qəzetinə verdiyi müsahibədə "Din adamlarının subaylığı bir doqma deyil, sadəcə, kilsənin ənənəsidir. Müzakirə edilə bilər", - deyib. Bəzi ənənələri dəyişdirmək üçün o ənənələr üzərində danışma, düşünmə və düzəltmə ola biləcəyini ifadə edən Parolin, "Bunun Tanrının istəyiylə, birlik və bərabərliklə reallaşdırıla biləcəyinə inanıram", -deyə əlavə edib. Yeni Baş nazirin sözləri Papa Fransiskonun katolik kilsəsinə gətirməkdə olduğu islahatların ən kritiki, ən radikalı olaraq qiymətləndirilir.
2013-09-11
69
Barak Obamadan Suriya xalqına müraciət
ABŞ prezidenti Konqresdən Əsəd rejiminə qarşı hərbi müdaxiləyə səlahiyyət vermə qanununun təsdiqlənmə müddətini təxirə salmağı xahiş edib. Britaniyanın "Guardian" qəzetinin məlumatına görə, Ağ Evdə çıxış edən Obama Suriya problemiylə bağlı amerikan xalqını düşündürən məqamlara aydınlıq gətirməyə çalışıb. Obama Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarətə götürülməsi ilə bağlı deyib ki, "Rusiyanın bu təklifinin uğurlu olub-olmayacağını söyləmək çox tezdir. Bu, Əsəd rejiminin mövqeyindən asılıdır. Rusiya Əsədin ən güclü müttəfiqi olduğu üçün bu təklifin yerinə yetirilmə potensialı yüksəkdir". ABŞ prezidenti Konqresdən məlum xahişini də bununla əsaslandırıb. Barak Obama BMT Təhlükəsizlik Şurasına Əsədin kimyəvi silahlardan imtina edib beynəlxalq nəzarət altında kimyəvi vasitələrin tamamilə yox etməsini tələb edən bir qanun təklif etmək üçün Rusiya və Çin ilə görüşlər keçirərək birlikdə çalışacaqlarını da qeyd edib. Barak Obama bildirib ki, əgər Suriyaya hərbi müdaxiləmiz uğursuz olarsa, Əsəd rejimi kimyəvi silahlardan istifadəni dayandırmağa heç bir səbəb görməyəcək. Müəyyən müddətdən sonra bizim əsgərlərimiz müharibə zonasında kimyəvi silahlarla üzbəüz qalacaq. Eyni zamanda, terrorist təşkilatlar da asanlıqla kimyəvi vasitələr əldə edib vətəndaşlara qarşı istifadə edəcək". Bu təhlükələri nəzərə alan Obama BMT-yə bir qanun layihəsi təklif etmək niyyətindədir. Həmin qanun Əsəd rejiminin əlində olan kimyəvi silahların alınaraq, məhv edilməsini nəzərdə tutur. Bu qanun layihəsini irəli sürmək üçünsə Obama Rusiya və Çinlə danışıqlara başlayacağını da qeyd edib. Obama Türkiyəyə görə narahat oldu "Kimyəvi silahlara qadağa qoyulmasa, bu, onsuz da beynəlxalq qanunlara əməl etməyən İrana bir az da cəsarət verə bilər. Əgər kimyəvi silahlar Suriyanın sərhədlərini keçərsə, müttəfiqlərimiz Türkiyə, İordaniya və İsraili də təhlükə altına salar. Belə dünya bizim qəbul edəcəyimiz dünya deyil". Çıxışında İraq və Əfqanıstan müharibələrindən sonra hərbi müdaxilənin o qədər də faydalı olmadığını qeyd edən Obama, "Mən ömrümün 4-5 ilini müharibəni bitirmək üçün çalışmışam, başlatmaq üçün deyil", - deyib. ABŞ dünyanın polisi deyil Suriyaya hərbi müdaxilə haqqında xırdalıqlarına qədər danışan Obama ABŞ-ın dünyanın polisi olmadığını, amma təxminən, 70 il boyunca qlobal təhlükəsizliyi təmin etdiyini söyləyib. http://www.theguardian.com/world/video/2013/sep/11/barack-obama-addresses-nation-syria-video
2013-10-12
70
Keçmiş iranlı qubernatordan Obamaya dəhşətli təhdid:
"ABŞ Suriyaya girərsə, qızın zorlanacaq!" İranlı analitik və ölkənin cənubundakı Qış vilayətinin keçmiş qubernatoru Əli Rza Forqani, ABŞ Suriyaya hücum edərsə, ABŞ prezidenti Barak Obamanın qızlarından birinin qaçırılıb zorlanacağını və dünyada ABŞ vətəndaşlarına hücumlar təşkil ediləcəyini iddia edib. Obamanın Malia (14 yaş) və Saşa (12 yaş) adlı iki qızı var. Vaşinqton mərkəzli və ABŞ sağçılarına yaxın "The Daily Caller" saytının xəbərinə görə, Forqani ayrıca bu ifadələri də işlədib: "Ümid edirəm, Obama Suriyaya hücum edəcək qədər cəsarətli olar. Biz də beləcə, ABŞ-ın mənafeyinin yox olduğunu görərik".
2013-10-12
71
Obama-Ərdoğan görüşü
Rusiyanın ev sahibliyi ilə Sankt-Peterburqa baş tutan G20 Liderlər Sammiti çərçivəsində Türkiyənin Baş naziri R.T.Ərdoğanla ABŞ prezidenti B.Obamanın görüşü olub. Türkiyə mediasının xəbərinə görə, axşam yeməyindən sonra təşkil olunan tədbirdə bir araya gələn Obama və Ərdağanın söhbətinin əsas mövzusu Suriyadakı yeniliklər və hərbi müdaxilə barədə olub. Mövzu ilə bağlı daha detallı söhbət etmə qərarı verən iki lider bu gün yenidən görüşəcəklər.
2013-10-17
291
27 nəfəs kəsici əsər
Hər il Alyaskada Dünya Buz Sənəti Çempionatı düzənlənir. Dünyanın müxtəlif yerindən yarışmaya qatılan heykəltaraşlar doğrudan da əsl sənət əsərləri ortaya qoyur. Bu il də eyni adlı yarışmada 70 dən çox gözəl sənət əsəri seyrçiləri heyran qoyub. Onlardan ən gözəllərini təqdim edirik.
2013-10-19
331
Bura zibil atanın . . .
null
2013-10-12
67
“Ramil Usubov dedi ki, bunlar qudurub”
"Axar.az"a müraciət edən Zərdab rayon sakini Kisərən Həmzə qızı Süleymanova problemlər burulğanında çabalamasından gileylənir. O da minlərlə vətəndaşımız kimi məmur özbaşımalığı ilə üz-üzə qalıb. İllərdir ki, "dərdinin dərmanını" tapmaq, haqsızlıqlardan yaxa qurtarmaq üçün qapılar döyən Kisərən xanım, necə deyərlər, "kəsilə-kəsilə" qalıb ki, probileminin həlli üçün daha kimlərə ağız açsın; kimlərə desin ki, 1985-ci ildən yaşadığı evin özündən xəbərsiz özəlləşdirilməsi və əmlakının zorla əlindən alınmasına bir əncam çəksinlər. Hər halda, əlini çox yerə atıb, çox qapılar döysə də, Zərdab rayonunda onun başına gətirilənlərə "yox" deyən tapılmayıb. Lütvəli Babayev gələn günəcən Kəsirən xanımla onun yaşadığı evin həyətində görüşdük. Kür çayının sahilində, gözəl, mənzərəli yerdə yerləşən bir inzibati binada yaşayır. Köhnə, tavanı çökmüş, divarları "quzulamış" bu tikilidə yaşamağın nə ad vermək gərəkdiyini yazmağa ehtiyac yoxdur. Həyətdəki hündür, barlı-bəhrəli ağacların, taxta hasar boyu əkilmiş müxtəlif güllərin göz oxşamaq cəhdi də bu köhnə tikilinin müqabilində heçə çevrilir. Bu həyətdə qadın əlinin səliqəsi görünsə də, bu qadının başına gətirilən müsübətlərin fonunda heç bir səliqə-sahmandan bəhs etmək olmur. Onu dinlədikcə ürək ağrıdıcı bir durum yaranır: "Mənim bu evim əvvəllər baş idarəsi Sabirabad rayonunda olan Su-bənd idarəsinə aid olub. Sonralar isə Zərdab rayon Təsərrüfatlararası Təmir Tikinti İdarəsinə (TTTİ) verilib. Rayon İcra hakimiyyətində ev növbəsinə durmuşdum. Yoldaşım və iki uşağımla evsiz idik, rayonda kirayədə yaşayırdıq. 1985-ci ildə RİK-nin sərəncamı ilə mənə xidməti order verildi ki, bu binanın iki otağında yaşamaq hüququn var. Qeydiyyata da bura saldılar. Bir otağını isə başqa ailəyə verdilər. Beləliklə, səkkiz otaqdan ibarət olan tikilinin beş otağında TTTİ-si, üçündə isə iki ailə yaşayası olduq". Kisərən Həmzə qızının dediklərindən məlum olur ki, bu sakit və rahat həyat 2007-ci ilə qədər davam edib. O vaxta qədər ki, rayona yeni icra hakimi təyin olunub: "Lütvəli Babayev bu rayona gələn gündən bizim rahatlığımız ərşə çəkildi". Lütvəli müəllimin tapşırığı belədir Kisərən xanımın dediklərindən məlum olur ki, icra başçısının birbaşa göstərişi ilə 2007-ci ildə bina və onun bir hektara yaxın ərazisi bütünlüklə idarənin rəisi Adil Nuralıyev tərəfindən özəlləşdirilib. Xanım isə bundan yalnız 2009-cu ildə xəbər tutub. "Məhkəmə icraçıları qapıma gəldi. "Evi boşaldın, - dedilər, - bu, başqasının əmlakıdır. Sənədləri təqdim etdilər. Dedilər ki, 2007-ci ildən bu tikili və ərazi özəlləşdirilib, özü də Adil Nuralıyevə məxsusdur. Məhkəmədə oldum, qətnamənin nə vaxt çıxarıldığını soruşdum, "niyə mənə xəbər etməmisiz", - soruşdum. "Nəyinə deyəcəyikdik sənin, Lütvəli müəllimin tapşırığı belədir", - dedilər. Çox yalvardım-yaxardım, eşitmədilər. İndi hərbi xidmətdə olan oğlum Lətiflə Lütvəli müəllimin qəbuluna getdim. Məni dinlədikdən sonra oğlumu çölə çıxartdı. Dedi ki, sən o yeri boşalt, sənə 6 sot torpaq verəcəm, torpağın rüsumunu ödəyəcəm, 500 daş, 200 kisə sement və sair. Üçotaqlı ev tikəcəm, yoxsa orda yaşamaq sənə yaraşmaz. Razılaşdım o vaxt. Sonradan xəbər göndərdi ki, yox, 200 kubik, 5 kisə sement verirəm. Torpağın rüsumunu da ödə. Nakam oğlumun ruhunu təhqir etdilər Bu dəfə də mən razılaşmadım. Xəbər göndərmişdi ki, o, rədd olsun bu rayondan getsin. Elə etməsin ki, ona pislik edəm. Bundan artıq pislikmi olar? Yenə yalvardım-yaxardım, 20 yaşlı oğlum da o ərəfədə rəhmətə getdi. Dedim ki, oğlumun xatirələri var burda, əkib-becərdiyi ağaclarla nəfəs alıram. Mənə güldülər, dünyasını dəyişmiş oğlum haqda təhqiredici sözlər işlətdilər. Görüm, oğlumun taleyini övladlarınız yaşasın, dedim. Çox keçmədi ki, Adilin oğlu rəhmətə getdi. Allahın işidi, insana ömrü O yazıb. Amma özümü çox qınadım, çox əzab çəkdim. Bu tifilin günahı nə idi ki, ömrü yarıda kəsildi? Qorxdum ki, mənim qarğışım tutub onu. Oğul dərdi ağır dərddir axı, heç kəsə bunu arzulmaram. Mənə olunan hədəyə görə rayon polisinə, məhkəməyə müraciət etdim. "Biz heç nə edə bilmirik", - dedilər. Getdim Dağıstanın Azərbaycandakı nümayəndəliyinə. İsgəndərov familiyalı bir nəfər vardı, birbaşa prezident aparatına zəng etdi, məni tapşırdı. İki ay sakitlik oldu. "A kişi, mən İlham Əliyevə demişəm e!" Sonra mən Bakıda olarkən məhkəmə icraçıları Vasif Məhəmmədəliyev və Ziya Məmmədov Adil Nuralıyevin oğlunun iştirakı ilə evimin qapısını sındırıb içəri girdilər. Mebelimi, stol-stulumu, yataq dəstimi, paltar-palazımı yığıb aparıb tökdülər İcra hakimiyyətinin qarajına. Neçə ildir qaytarmırlar. Düz ay yarım küçədə yatdım. Hər yerə şikayət edirdim. Axırda məcbur olub Prezident Aparatının qarşısına getdim. Gözlədim. Prezidenti görə bilmədim. Üzümü aşağıdan yuxarı tutub qışqırdım, hay saldım ki, mənim prezidentim, görürsən nələr olur? Mənə yaxınlaşdılar, "niyə belə edirsən", soruşdular. Hər şeyi danışdım. "Get, arxayın ol, sənin evini əlindən heç kəs ala bilməz", - dedilər. Qayıtdım Zərdaba. Dedilər, yaxşı, get, hələlik yaşa orda, amma gec-tez çıxacaqsan ordan. Əmlakımı geri istədim. Vermədilər. Getdim məhkəmə icraçısı Vasif Məhəmmədəliyevin yanına, paltar-palazımı almağa. Vermədi: "Lütvəli müəllim desin, sonra", - dedi. Dedim, a kişi, mən prezidentə, İlham Əliyevə demişəm e!.. Qayıtdı ki, o sənin prezidentindir, qoy sənə kömək eləsin, mənim prezidentim də, baş nazirim də, polisim də Lütvəli müəllimdir. Adil Nuralıyev həyətə gəldi, "tərslik eləmə, - dedi. - Sənin oğlunu öldürüb sənə gözdağı vermək, ürəyini partlatmaq istəyənlər var bu məsələyə görə. Qarşılarını güclə alıram". Ramil Usubov: "Bunlar qudurub deyəsən!" Bundan sonra MTN-ə, DİN-nə teleqram vurdum ki, özümün və oğlumun təhlükəsizliyini təmin etsinlər. Səhəri rayon polis rəisi mənim ardımca gəldi. İfadə verdim. Məni düz Bakıya, DİN-ə gətirdi. Ramil Usubov özü qəbul etdi məni. Dinlədi, "bunlar qudurub, deyəsən", - dedi və otaqdakı Cavanşir Məmmədov adlı polisə, deyəsən, general idi o da, dedi ki, mənim adımdan zəng elə ki, camaatı incitməsinlər. Bu yaxınların söhbətidi bu. Dörd aydı məni söymürlər, təhqir etmirlər, amma evimi də özümə qaytarmırlar. Rayon İcra Hakimiyyətini məhkəməyə verdim. Sındırılmış mebellərimə, bit-birə basmış yorğan döşəyimə, paltar-palazıma görə 20.000 manat təzminat istədim. İndi də icranın hüquqşünası, Lütvəlinin qohumu Xəzri Babayev mənə rahatlıq vermir. "Gəl zir-zibilini apar, iddianı geri götür", - deyir. Dörd il qarajda zay olan əmlakı mən necə götürüm? Sındırıblar, cırıblar. Şirvan Apellyasiya Məhkəməsinə müraciət etdim. Hakim mənim xeyrimə danışsa da, icranın nümayəndəsini haqsızlıqda ittiham etsə də qərarı onların xeyrinə çıxartdı. Məmur zülmündən solan talelər Mən yenə də mübarizə aparıram, amma birotaqlıda yaşayan o biri gəlin dözə bilmədi. Ürəyi partladı öldü. Hələ binəvanın qırxı çıxmayıb. Avqustun 30-da icra başçısının qəbulunda oldum. "Evimi əlimdən alırsız, yoldaşım rayon polis şöbəsində pasport masa idarəsinin rəisi idi, şərləyib işdən qovdurduz. Ailəm məni atdı. Sənə görə işimdən oldum, - dedim. - Oğlum hərbi xidmətdədi, özü də bu yaxınlarda nümunəvi əsgər olduğu və yaxşı xidmətinə görə prezident tərəfindən medalla təltif olunub. Heç olmasa, mənə bir iş verin, işləyim". İnanmazsız, o boyda kişi qəbuldakı adamların və rayon rəhbərliyində qəbulda olanların yanında məni ələ saldı, təhqir etdi: "Sən nə vaxt mənimlə razılaşsan, sənə iş verərəm, məndən yuxarılara şikayət etmisən", - dedi. Bu adamdan nə gözləyək axı? *** Kisərən xanımın dediklərini dəqiqləşdirmək üçün Zərdab İcra hakimiyyəti ilə əlaqə saxladıq. Münasibətlərini öyrənmək mümkün olmadı.
2013-09-06
72
Suriyanın taleyi yemək süfrəsində həll edilir
Sankt-Peterburqda bir araya gələn G20 liderlərinin axşam yeməyində Suriyaya müdaxilə mövzusunda liderlərin çox sərt çıxışları olub. ABŞ prezidenti Barak Obama sanksiyaların işə yaramadığını, məhdud da olsa əsgəri əməliyyat aparacaqlarını söyləyib. Rusiya prezidenti Vladimir Putin rəsmi görüşdə iştirak etmədiyinə görə, Suriya mövzusunun yemək masası ətrafında danışılmasını istəmişdi. Beləliklə, Petergof Sarayında reallaşan axşam yeməyində liderlər söz alıb düşüncələrini söyləyiblər. Baş nazir Rəcəb Tayyib Ərdoğan Suriya mövzusunda artıq hərəkətə keçilməsi ilə bağlı çağırış edib. Suriyada Əsəd rejiminin kimyəvi silah istifadə etdiyini, əllərində kifayət qədər dəlillərin olduğunu deyən Obama, BMT Təhlükəsizlik Şurasını hücum üçün razı salmalarının mümkün olmadığını və "Artıq məhdud da olsa əsgəri müdaxiləyə ehtiyac var…" deyib. Rusiya Dövlət başçısı Putinin onun kimi fikirləşmədiyini ifadə edən Obama: "Bu günə qədər bu böhranı siyasi və diplomatik yolla həll etməyə çalışdıq, amma olmadı. Putin mənim kimi düşünmür, ancaq fakt budur ki, kimyəvi silahdan istifadə edilib. Əlimizdə sarin qazı istifadə edildiyinə dair dəlillər, insanlardan alınan nümunələr var. Göstərə bilərik",- deyə çıxış edib. Suriyada beynəlxalq hüququn pozulduğunu, buna bir cavab verilməsinin vacibliyini vurğulayan Obama Suriya mövzusunda hər cür uzlaşma axtarışı içində olduqlarını, ancaq nəticə ala bilmədiklərini söyləyib. Obama belə bir fikir bildirib: "Təhlükəsizlik Şurasını hücum üçün razı salmaq mümkün deyil. Bu norma tapdalansa, bütün normalar tapdalanacaq. Bu, dünyanı daha təhlükəli hala gətirəcək. Orada barış nümayiş etdirənləri öldürən də Əsəd idi. Artıq məhdud bir müdaxilə etmək lazımdır". Kanada Baş naziri Stefan Harper Obama ilə eyni fikirdə olduğunu, müxaliflərin bir qisiminin terrorist olduğunu bilmələrinə baxmayaraq, kimyəvi silah istifadə edilməsinə səssiz qala bilməyəcəklərini qeyd edib.
2013-10-12
73
Azərbaycanlı vəhabidən inanılmaz fikirlər
"Biri qısa yubka geyirsə, sən ona deyə bilərsən ki, niyə belə geyinmisən?" "Əbdül Vahab sıradan bir sələfi alimidir" Cəmiyyətdə vəhabi kimi tanınan, amma özlərini sələfi hesab edən təriqətin nümayəndələrinə münasibət birmənalı deyil. Kimi onların xarici görünüşündən təşviş keçirir, kimi isə onların bütün məsələlərə sərt yanaşmasından gileylənir. Bəs onlar özləri bütün bunlar haqda nə düşünür? "Vəhabi məscidi" kimi tanınan Əbu Bəkr məscidinin yerləşdiyi ərazidə yaşayan sələfi təriqətinin daşıyıcısı Oğuzla ilk tanışılığımız səmimi ortamda baş tutdu. Hündür boylu, qarabəniz, zahirən "qorxulu" təsir bağışlamayan, balağı da saqqalı kimi qısa olan Oğuzun otuz yaşı var. Hazırda heç yerdə işləməsə də, özünü "müvəqqəti" dolandıra bilir. Bizim təriqət sırf Əbdül Vahaba da bağlı deyil O sözü deyən adam böyük xəta etmiş olur Onlar azmış firqədirlər Mən heç vaxt gedib orada vuruşmaram Bin Laden bizi gözdən saldı
2013-09-06
74
Moldovalı ombudsmana ermənilərin təzyiqi davam edir
Moldovo Respublikasının ombudsmanı Aurelia Qriqorianı Ermənistan parlamentindəki məşhur çıxışından sonra tanıdıq və sevdik. Xocalı soyqırımının ermənilər tərəfindən törədilməsini Ermənistanın paytaxtında cəsarətlə deməsi çoxlarının heyrətinə, ermənilərin isə nifrətinə səbəb oldu. Bu yaxınlarda Bakıya səfər edən Aurelia xanımla əlaqə saxlayıb, bir neçə sualımızı cavablandırmasını xahiş etdik. - Bakıdan hansı təəssüratlarla ayrıldınız? - Doğmalarımdan ayrılırmış kimi. Şəhəriniz və insanlarınız gözəldir. Bakıya yenə gəlmək istərdim. - Moldovada keçiriləcək yeni ombudsman seçkilərinə qatılacaqsınızmı? - Moldovoda tezliklə qanun dəyişikliyi olacaq və ölkədə bir ombudsman fəaliyyət göstərəcək. Və o, artıq var, bilinir kimdir. Ona görə də mənin ərizə verməyimin, seçkiyə qatılmağımın heç bir mənası yoxdur. Səlahiyyət müddətim isə oktyabrın 30-da başa çatır. - Yeni işlə bağlı hər hansı planınız varmı? - Əlbəttə, insan hüquqlarının müdafiəsi ilə məşğul olacam. Amma harda? Bunu hələ aydınlaşdırmamışam. - Sizə qarşı təzyiq və təhdidlər davam edirmi? - Bəli. Təzyiq həmişə var və bitəcəyi gözlənilmir. Düzdür, indi bir qədər səngiyib, amma növbəti təhqir və təhdid gözlənilir. Onlara verilən tapşırıqlar məni işdən uzaqlaşdırmaqdır. Parlamentə təqdim etmək üçün imzalar toplanılır. - Bunu edənlər kimdir? - Mənim xidmət göstərməyimi və haqqın səsinə səs verməyimi istəməyənlər. - Moldovodakı erməni lobbisi və erməni icması da həmin istəməyənlər sırasındadır? - Moldovadakı erməni icması mənim işdən uzaqlaşdırılmağım üçün bütün mümkün imkanlardan istifadə etdilər və edirlər. Həyatımın və işimin təhlükə altında olması istiqamətində bütün işləri görürlər. Ona görə də həyat yoldaşımla bir məsələnin üstündə fikirləşirik: Mənə burda qalıb yaşamaq və işləmək olar, yoxsa yox. Bu məsələni də belə asanca qərarlaşdırmaq olmur... Başa düşürük ki, burda yaşamağa və işləməyə bizə imkan verməyəcəklər... - Azərbaycanda yaşamaq barədə düşünürsünüzmü? Bilirsinizmi ki, burda sizi çox sevirlər və heç bir probleminiz olmayacaq? - Bilirəm və bu sevgi qarşılıqlıdır. Bakıda olanda bu sevgini, qayğı və diqqəti hiss etdim. Amma işlə bağlı qəti olaraq qərar verməmişəm. Dünən Türkiyədən ezamiyyətdən qayıtmışam, həm yorğunam, həm də verdiyiniz sualın cavabını ləngitməyim münasib olardı. Türkiyədə Avropa ombudsmanlarının beynalxalq simpoziumunda iştirak etdim. Və çox xahiş edirəm, xüsusi ilə qeyd edəsiniz ki, Türkiyədə mənim təhlükəsizliyim ən yüksək səviyyədə və peşəkarcasına təmin edilmişdi. Buna görə tədbirin təşkilatçısı və rəhbəri Türkiyənin ombudsmanı M.Nihat Öməroğluna təşəkkürümü bildirirəm. Eyni zamanda, ayrıca olaraq Türkiyənin Moldovadakı səfiri cənab Mehmet Səlim Qartala minnətdarlıq edirəm.
2013-09-10
75
Obama geri çəkilir
BBC-nin məlumatına görə, ABŞ prezidenti Barak Obama deyib ki, əgər Suriya kimyəvi silahların beynəlxalq nəzarətə götürülməsinə razılıq verərsə, ABŞ Suriyaya qarşı hərbi hücum planlarına fasilə verəcək. Ancaq o Suriya hökümətinin bu addımı atacağına şübhə etdiyini də vurğulayıb. Xatırladaq ki, ABŞ Konqresi hərbi hücum planlarını müzakirə etdiyi vaxtda Suriyadakı kimyəvi nəzarətə götürülməsiylə bağlı təklif bazar ertəsi Rusiya tərəfindən gəlib. ABŞ kimyəvi silah istifadəsində Dəməşqi ittiham edir, rejim isə bunu inkar edir. Obama bazar ertəsi "ABC Nyus"a verdiyi müsahibədə, "Mən əmin olmaq istəyirəm ki, kimyəvi silahların istifadəsinə qarşı norma təsdiq edilir, - deyə qeyd edib. - Bu bizim milli təhlükəsizlik marağımızdadır. Əgər biz bu problemi hərbi hücumsuz həll edə biliriksə, bu, mənim üstünlüyümdür."
2013-09-11
76
13 türkü qətlə yetirən neo-nasistlərdən “uçan bomba” çıxdı
"BBC News"un müxbiri Stiven Evansın məlumatına əsasən, Almaniyada son 18 ildə 13 türkü öldürən irqçi Neo-nasistlərin "uçan bomba"yla bağlı qırğın törətmə cəhdinin qarşısı son anda alınıb. Almaniyanın Freyburq şəhərində Neo-nasistlərlə əlaqədə şübhəli bilinən adamın evində axtarış aparan polis evdə partlamağa hazır bombalarla bu bombaların içinə partladılmaq üçün yerləşdirilən maket təyyarələr ələ keçirib. Polis hadisəylə əlaqəsi olan 23 yaşlı neo-nasisti həbs etməsəymiş "uçan bomba" qısa müddətdə partladılacaqmış. Neo-nasistlərin basqında ələ keçirilən bombaları maket təyyarələrə yerləşdirildikdən sonra düşmən olaraq qəbul etdikləri xarici vətəndaşlara qarşı sol qrupların və irqçilik əleyhdarlarının təşkil edəcəyi mitinqlərdə istifadə etməyi planlaşdırdığı məlum olub. "Uçan bomba" havadan kütlənin arasına daxil olaraq kütləvi qırğınlar törədəcəkdi. Polis, hadisəylə əlaqədar daha iki neo-nasistin də axtarışda olduğunu bildirib. Neo-nasist qətllərində iştirak etməkdə ittiham oluna bir qadın da hal-hazırda məhkəməyə çıxarılıb.
2013-10-06
77
“Müsəlman qardaşları”na ağır zərbə
Misir hakimiyyətinə yaxın olan "Al Ahbar" qəzeti hökumətin "Müsəlman qardaşları" təşkilatının rəsmi fəaliyyətinə son verilməsi ilə bağlı qərar verdiyini yazıb. Qəzetin yazdığına görə, hökumət qərarı növbəti həftə açıqlayacaq. "Al Ahbar" qəzetinə müsahibə verən İctimai Həmrəylik Nazirliyinin sözçüsü Hani Mahana qeyd edib ki, əslində, nazirin verdiyi bu qərar yayımlanıb, amma gələn həftənin əvvəli keçirilməsi nəzərdə tutulan mətbuat konfransında ictimaiyyətə daha ətraflı məlumat veriləcək.
2013-09-05
78
Türkiyə MİT-i Suriyada
Sankt-Peterburqda baş tutmuş G-20 zirvə toplantısında müzakirə edilən əsas məsələlərdən biri hazırkı Suriya rejiminin vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etməsidir. Rəsmi proqrama daxil olmasa da, ABŞ prezidenti Barak Obamanın toplantıya ev sahibliyi edəcək Rusiya Federasiyası prezidenti Vladimir Putinin və Türkiyənin baş naziri Ərdoğanın görüşündə əsas müzakirə mövzusu Suriyaya hərbi müdaxilədir. Türkiyə Baş Nazirliyindən "Hürriyet" qəzetinə sızan xəbərə görə, G-20 zirvə toplantısından əvvəl Türkiyə, ABŞ və Rusiya arasında Suriya ilə bağlı davamlı kəşfiyyat məlumatlarının paylaşımları olub. Türkiyənin kəşfiyyat orqanı olan Milli İstihbarat Təşkilatının (MİT) əldə etdiyi faktlara görə, Suriya rejiminin kimyəvi silahdan istifadə etməsi məsələsi sübut olunub və bu faktlar ABŞ və Rusiya xüsusi xidmət orqanları ilə paylaşılıb. Putinin son günlər Suriya ilə bağlı verdiyi açıqlamalarda yumşaldığı da məhz bu amillə əsaslandırılır.
2013-09-10
79
Millət vəkili milli məclisdə atəş açdı
"Sabah" qəzeti İordaniya təhlükəsizlik qüvvələrinin parlamentdə atəş açan millət vəkilini nəzarətə götürdüyünü bildirib. Məclisin səlahiyyətli nümayəndələrindən alınan məlumata görə, patronlu silahla parlament binasına girmək istəyən millət vəkili Talal əş-Şərif mühafizəçilərin ona mane olmaq istədiyini görüb havaya atəş açıb. Hadisə zamanı ölən və yaralanan olmayıb. Şərifin Kusay əd-Dəmisi adlı bir millət vəkili ilə parlamentin bazar günkü iclasında mübahisə etdiyi bildirilir. Millət vəkili Şərifin kalaşnikov silahından atəş açdığı iddia edilir.
2013-10-14
80
MHP-dən Baş nazirə ittiham: “Tavaçı Rəcəb usta”
"Milliyet"in xəbərinə görə, MHP Qrup başkanı Vəkili Oktay Vural Suriyada vətəndaş müharibəsinin başa çatdırılmasına dair planlar hazılranmasının lazımlılığını, əks halda bunun bədəlini vətəndaşların ödəyəcəyini deyib. Vuraldan Ərdoğana ismarıc... MHP-nin İzmir şəhər başkanlığının (bölməsinin) təşkil etdiyi mətbuat konfransında çıxış edən Vural Baş nazir R.T.Ərdoğanın həyatını danışdığı "Ustanın hekayəsi" sənədli filmi ilə əlaqədar, "O sənədli filmin adını dəyişib, "Tavaçı Rəcəb Usta" qoysalar, daha yaxşı olar", - deyib. Oktay Vural Suriyaya ola biləcək hərbi müdaxilə ilə bağlı isə, "Bu müdaxilənin əvəzini biz ödəyəcəyik. Belə müdaxilənin gətirəcəyi nəticələrin milli mənafeyə uyğun olmadığı açıq-aydın görünür", - deyə bildirib.
2013-10-14
81
Suriya və ABŞ-dan “müharibəni bitirəcək” iki təklif
Şam və Tehranın Suriya lideri Bəşər Əsədin vaxtından əvvəl seçki keçirməklə iqtidardan getməsini nəzərdə tutan təklif hazırlığında olduğu bildirilib. "Hürriyət" qəzetinin məlumatına əsasən, ABŞ Dövlət katibi isə yalnız Əsədin əlindəki kimyəvi silahları təhvil verəcəyi halda Suriyaya müdaxilə edilməməsinin mümkün olacağını diqqətə çatdırıb. Axar.az xəbər verir ki, "Haaretz" qəzeti haqqında danışılan təklifin İran Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin başçısı Ələddin Burucerdi ilə suriyalı həmkarları arasında bir neçə gün əvvəl müzakirə edildiyini bildirib. Nazirin təklifi Belə hesab edilir ki, Suriya Xarici İşlər naziri Vəlid Müəllim bu təklifi səhər saatlarında Moskvada görüşdüyü Rus həmkarı Sergey Lavrovla da bölüşüb. Təklif daxilində Suriyada iqtidarın mərhələli olaraq "demokratik transferi" nəzərdə tutulur. Bu da "Suriyada prezident seçkiləri təşkil olunacaq və Əsəd namizəd olmayacaq" şəklində şərh olunur. Kimyəvi silah daşınması Müəllimin Moskvadakı görüşlərində gündəmə gələcəyi iddia edilən bir başqa mövzunun da Suriyanı kimyəvi silahlarını Rusiya, ya da başqa ölkəyə daşıması planı olduğu irəli sürülmüşdü. Siyasi sülh mümkündür Lavrov və Müəllim Moskvadakı görüşlərinin ardından ortaq mətbuat konfransı keçiriblər. Konfransda çıxış edən Lavrov: "Suriya və Rusiya olaraq siyasi həllin hələ də mümkün olduğunu düşünürük", - deyib. Suriyadan Amerika xalqına təşəkkür Müəllim isə, "ABŞ-ın Suriyaya hücum təşkil etməsində nə mənfəəti olduğunu soruşmağa haqqımız var?" - deyə çıxış edib. ABŞ-ı hərbi müdaxilə etməməyə çağıran Müəllim ABŞ Prezidenti Obamanın terrorçuları dəstəklədiyini iddia edib. Müəllim, "müharibəni dəstəkləmədikləri üçün" Amerikan xalqına da təşəkkür edib. İkili görüşdə Müəllim Lavrova öz prezidentinin Rusiya Prezidenti Putinə Suriya böhranının həllində etdiyi köməkliyə görə təşəkkür etdiyini çatdırıb. Görüşdə Lavrov da Müəllimə Rusiyanın Suriya mövzusundakı mövqeyinin bəlli olduğunu və dəyişməyəcəyini söyləyib. Ordu kimyəvi silahı Əsəddən xəbərsiz istifadə edib? Alman kəşfiyyatının səlahiyyətli nümayəndələrinin "Bild am Sontaq" qəzetinə verdiyi məlumatda, ordunun Prezident Əsədin şəxsi icazəsi olmadan kimyəvi silah hücumu təşkil etmiş ola biləcəyi qeyd edilir. Alman kəşfiyyat təşkilatlarının ələ keçirdiyi telefon danışığı qeydlərinə görə, Suriya komandirləri dörd ay yarım boyunca Prezidentdən kimyəvi silah istifadə etmək üçün icazə istədiyi, amma ala bilmədiyi görünür. Alman kəşfiyyat səlahiyyətlilərinə görə, bu da 21 Avqust Şam şəhəri yaxınlığındakı Şərq Quta bölgəsində yaşanan və 1400 nəfərdən çox adamın ölümünə səbəb olduğu bildirilən hücumu Əsədin şəxsən təsdiqləmədiyi mənasına gələ bilər.
2013-09-06
82
Suriya müxalifətindən vəhşilik görüntüləri - Video
Yayılan dəhşətli video Qərbi çətin vəziyyətə salıb "Nyu York Tayms" Suriya müxalifətindən olduğu iddia edilən yaraqlıların vəhşiliyindən bəhs edən video-görüntüləri yayıb. Videoda üsyançıların əsir aldığı yeddi nəfər Suriya əsgərinin hamısı soyundurulub, kürəklərində döyüldüklərini göstərən qırmızı zolaqlar görünür. Əsgərlərin hamısı üzü torpağa uzadılıb, başlarının üzərində isə qiyamçıların komandiri qızğın inqilabi nitq səsləndirir: "Onlar əlli il ərzində korrupsionerlərlə əlbir olublar, - o deyir, - bu bizim andımızdır, yerin-göyün sahibinə and olsun: Biz qisasımızı alacağıq!" And içməni bitirəndən sonra "Əmi" ləqəbli komandir birinci əsgəri başının arxasından güllələyir. Onun ardınca isə qalan üsyançılar atəş açaraq əsgərləri öldürürlər. Bu video Amerikanın Suriyanın qiyamçılara qarşı kimyəvi silahdan istifadə etməsini müzakirə etdiyi dövrdə ortaya çıxsa da, aprel ayında çəkilib və Suriya müxalifətçilərinin adam oğrularından, cinayətkarlardan ibarət olduğunu nəzərə çarpdırmaq məqsədi güdür. Senator Con Makkeyn də daxil olmaqla konqresin bir çox üzvünün daha sağlam hərbi dəstək tələb etdiyi bir zamanda bu videonun yayılması rəsmi Vaşinqtonu çətin vəziyyətə salıb. Suriyadakı inqilabın iki ildən də çox davam etməsi qiyamçıların Əl-Qaidə terror təşkilatı ilə də əlaqədə olmasını istisna etmir. Qiyamçıların tutulan əsgərləri edam edərkən əllərində Əbdül Səməd İssanın şəklini tutması da ciddi narahatlıq doğurur. Şimali Suriyada "Əmi" ləqəbiylə tanınan adamın köməkçilərindən ikisi onun qardaşı oğullarıdır. Amerikanı əsas narahat edən məsələlərdən biri də bəzi qiyamçıların Əl-Qaidə ilə əlbir olmasının etiraf etməsidir. Bu qruplar – Nüsra, İraq və Suriyada İslam dövləti – Suriyada şəriət qanunları ilə idarə olunan cəmiyyət yaratmaq üçün and içiblər və bunu həyata keçirmək üçün savaşa cəlb etdikləri xarici mücahidlərin terror taktikalarından istifadə etmək istəyirlər.
2013-09-07
83
Kastronun intiharı dünyanı çaşqınlığa saldı
Türkiyənin "Star" qəzetinin verdiyi xəbərə görə, bu gün bir neçə tvitter istifadəçisi Kuba lideri Fidel Kastronun intiharıyla bağlı tvitlər yazıblar. "Əsrin pozğunu" adıyla tanınan Ariel Kastronu Fidel Kastro hesab edərək az müddətdə minlərlə istifadəçi "FreeCuba" (Azad Kuba) tvitləri paylaşıblar. Bu hadisə dünyada ən axmaq hadisə kimi gündəmə gəlib. Xatırladaq ki, ABŞ-da üç azyaşlı qızı qaçıraraq 10 il evində girov saxlayıb onlara təcavüz edərək işgəncə verən Ariel Kastro cəza çəkdiyi həbsxanada sentyabrın dördündə intihar edib.
2013-09-06
85
“Suriya növbəti İraq və Əfqanıstandır”
Suriyaya müdaxilə planına sərt reaksiya göstərən İran Ali dini lideri Ayətullah Əli Xamenei Mütəxəssislər Toplantısında kimyəvi silahlardan istifadə iddialarının "bəhanə" olduğunu vurğulayaraq, "ABŞ Suriya mövzusunda böyük səhvə yol verir və şübhəsiz ki, İraq və Əfqanıstanda olduğu kimi, bunun da əziyyətini çəkəcək" - deyib. Axar.az xəbər verir ki, toplantıda çıxış edən Qüds Briqadasının başqanı Qasım Süleymani də bildirib ki, ABŞ-ın məqsədi insan haqlarını qorumaq deyil, İsrailə qarşı müqavimət dəstəsini yox etməkdir: "Suriyanı sonuna qədər dəstəkləyəcəyik". Yeri gəlmişkən, 9 sentyabrda Suriya Xarici İşlər naziri Valid Müəllimin Rusiyanın paytaxtı Moskvaya səfər edəcəyi açıqlanıb.
2013-09-07
86
Türkiyə: “Biz vurmuşuq!” - Video
Türkiyə sərhədlərini pozduğu üçün türk reaktiv təyyarələri tərəfindən anında vurulan Suriya hərbi helikopteri barədə BMT Təhlükəsizlik Şurasına məlumat verilib. "Haberler.com"un xəbərinə görə, BMT-nin Türkiyə daimi nümayəndəliyi tərəfindən yazılan məlumatlandırma məktubuna Baş nazir köməkçisi Bülənt Arınç, Xarici İşlər naziri Əhməd Davudoğlu ilə Baş Qərargah Başqanlığının açıqlamaları da əlavə olunub. Diplomatik mənbələrin məlumatına görə, məktubda Suriyaya məxsus helikopterin öhdəlik qaydalarını pozduğu, üstəlik Türk Silahlı Qüvvələrinin sərhəd pozuntusu xəbərdarlığını da nəzərə almadığı vurğulanıb. Məktubda Türkiyənin beynəlxalq hüquq qaydalarına əsaslanan haqları xatırladılıb. Eyni zamanda, Türkiyənin öz mənfəətlərini qorumaqda israrlı olduğu qeyd edilib.
2013-09-05
87
Obama dünyanı mübarizəyə səslədi
Senatın Xarici Əlaqələr Komitəsini Suriyaya qarşı hərbi müdaxilə etmək planını dəstəkləməyə inandıran Obama dünən İsveçdə önəmli açıqlamalar verib. Rusiyadakı G20 Toplantısına getməmişdən əvvəl çıxış edən Obama Suriyadakı kimyəvi vasitələrdən istifadə edilməsinə göz yummayacağını dedi və dünyanı da bu barbarlıqla mübarizə aparmağa səslədi. "Əsədin kimyəvi silahlardan istifadə etdiyi tamamilə aydındır. Biz 400 uşağın kimyəvi zəhərlənmədən ölməyinə səssiz tamaşa edə bilmərik. İraqdakı səhvləri təkrarlamayacağıq", - deyə Obama qeyd edib.
2013-09-14
88
Əsədin təyyarəsi vuruldu
Türkiyənin Hatay rayonunun Yayladağı mahalının qarşı tərəfində Suriya ərazisində bir döyüş təyyarəsi və ya helikopterin müxaliflər tərəfindən vurulub salındığı iddia edilib. İddiaya görə, Suriya ərazisində uçan hərbi helikopter saat 14:00–da havada partlayandan sonra Yayladağı mahalındakı Torpaqtutan polis bölməsindən 400 metr uzaqdakı bölgəyə düşüb. Türkiyə mətbuatının xəbərinə görə, helikopterin düşməsi nəticəsində iki pilotun paraşütlə atılaraq xilas olduğu, ancaq yerə endikdən sonra müxaliflər tərəfindən öldürüldüyü bildirilib.
2013-09-06
89
G20 Sammitində İngiltərə gərginliyi
Rusların bir sözüylə İngiltərə ayağa qalxdı G20 sammiti çərçivəsində İngiltərə Baş naziri Devid Kameron, İngilis Gizli Xidməti MI6-nın 21 avqust Şam şəhərinin şərqindəki Qotaya edilən hücumdan topladığı nümunələri İngiltərədə Porton Daun laboratoriyasında təhlil elətdirib, tərkibində "sarin sinir qazı" kimyəvi maddəsi olduğuna diqqət çəkincə, Rusiya prezidenti Vladimir Putinin bir köməkçisinin lağlağı reaksiyasıyla qarşılaşıb. Bu sözün ardınca ingilis qəzetlərinin çoxu G20 Sammiti xəbərini Rusların "İngiltərəmi? Heç kimin vecinə almadığı balaca ada" sözərini başlıq edərək veriblər. "Daily Mail" qəzeti G20-də gərginlik artarkən rusların İngiltərə Baş nazirinə çaşdırıcı hücum etdiklərini yazıb. "Guardian" qəzeti İngiltərənin Suriyadakı sərhəd qazıyla bağlı yeni dəlilinin Rusiya ilə Qərbi qarşıdurmaya sürüklədiyini vurğulayıb. "Daily Mirror" bir səhifəlik xəbərində "Heç kim İngiltərəni vecinə almır... Çelsi futbol klubunu satın alan idarəçilər xaric" başlığını verərəkən Rusiya və ABŞ münasibətlərinin getdikcə soyuyacağı ehtimalını yazıb.
2013-09-05
90
Devid Kameron Əsədə qarşı getməyəcəyini dedi
Baş nazir Devid Kameron qeyd edib ki, Böyük Britaniya Bəşər Əsədə qarşı istənilən hərbi hücumun "iştirakçısı olmadı və olmayacaq". "Mən o cəbhədə olmadığımızı və heç vaxt da olmayacağımızı qəbul edirəm, amma hərbi əməliyyatlarda kimyəvi vasitələrdən istifadəni nifrətlə qarşılayır və bu mövzuya iştirak etdiyimiz bütün forumlarda diqqət çəkirik, - Kameron deyib. - Mən hərbi əməliyyatda Britaniyanın iştirakı üçün planlar hazırlamayacağam". Baş nazir onu da vurğulayıb ki, o, Suriyayla sülh danışıqlarının aparılmasını istəyir.
2013-10-14
91
Davudoğlundan Əsədə cavab!
Türkiyə Xarici İşlər Naziri Əhməd Davudoğlu Əsədin Türkiyənin müxalif qüvvələrinə kimvəyi silah verdiyi iddialarına cavab verib. Əhməd Davudoğlu Nikaraqua Xarici İşlər naziri Samuel Santos Lopez ilə görüşündən sonra ortaq mətbuat konfransı təşkil edib. "Sabah"ın verdiyi xəbərə görə, gündəm məsələləri ilə bağlı çıxış edən Davudoğlu deyib: "Biz dünyanın hər yerində həm kimyəvi silahlar, həm də bioloji, nüvə silahlarının yığışdırılması üçün kampaniyalar aparan bir ölkəyik. Kimyəvi silah insanlığa qarşı cinayətidir. Kim bununla məşğul olursa, kim bu silahı təmin edibsə, istifadə edirsə, insanlıq cinayəti törədir. Türkiyənin mövqeyi açıq və aydındır. Kimyəvi silah tədarükü, istifadəsi insanlıq cinayətidir. Biz istərdik ki, BMT Suriyada ölümlər bu həddə çatmadan problemi həll edə biləydi. Bu gün əgər 100 min insan ölübsə, bunun məsuliyyəti Suriya rejiminin, lazımlı addımları vaxtında atmayan beynəlxalq cəmiyyətin və BMT-nin boynundadır. Türkiyə heç vaxt müharibə çağırışı etməyib. Biz, "Müharibəni dayandırın!" -deyirik. Bu müharibənin bədəlini Suriya xalqı və qonşu ölkələr ödəyib. Günahsız insanların itkisinə gətirib çıxaran cinayətlər mühakimə olunmalıdır".
2013-09-09
92
David Kameron “qırmızı qutu”su İngiltərəni çalxaladı
İngiltərənin dövlət sirlərinin qorunduğu və Baş nazirin sərəncamında olan "Qırmızı qutu"nun nəzarətsiz qoyulması Dumanlı Albionda ciddi reaksiyalar doğurub. Sərnişinlərdən biri qırmızı qutunun şəklini çəkib və "Deyli Miror" qəzetində çapa verib. Adının çəkilməsini istəməyən sərnişin deyib: "Əgər istəsəydim, qutunu götürüb qaça da bilərdim". Dauninq-strit (Nazirlər Kabinetinin dəftərxanası) isə bu ittihamları rədd edib. Bildirib ki, qutu nəzarətsiz olmayıb, Baş naziri qoruyan təhlükəsizlik xidməti "qırmızı qutunu" qoruyurmuş. Şəkil şənbə günü Kinq Krossdan Yorka gedən qatarda çəkilib, Kameron ora baldızının toyunda iştirak etmək üçün gedirmiş. Qeyd edək ki, 1999-cu il portfelsiz nazir Piter Kilfoyl tərəfindən müəyyənləşdirilən qərara görə qırmızı qutu təkcə fövqəladə hallarda ictimai nəqliyyatla aparıla bilər. Ceyms Pörnel 2008-ci ilin noyabrında qırmızı qutunu qısa müddətlik nəzarətsiz qoyduğu üçün üzr istəməyə məcbur edilmişdi. Sabiq Baş Nazir Con Preskot deyib: "Mən Baş nazirin hökumət sirlərinin qayğısına belə etinasız qaldığına təəccübləndim". Baş nazir isə deyib: "Qutuda Suriya haqqında gizli məlumatlar ola bilərdi. Mən qutunu heç vaxt gözümdən kənara qoymaram. O oğlanınsa müalicəyə ehtiyacı var".
2013-10-14
93
Solçular Con Kerriyə qarşı
ABŞ-ın Suriyaya hərbi müdaxiləsinə qarşı çıxan solçular sosial çəbəkədə vitse-prezident Con Kerri barədə maraqlı foto yayıblar. 1971-ci il. Con Kerri Vyetnam müharibəsinə qarşı nitq söyləyir. 2013-cü il. Con Kerri Suriyaya hərbi müdaxilə üçün canfəşanlıq edir... Xatırladaq ki, Con Kerri Vyetnam müharibəsinin iştirakçısıdır və Müharibə Əleyhdarı Vyetnam Qaziləri qurumunun mətbuat katibi, 1978-ci ildə isə Vyetnam Qazilərinin qurucularından olub.
2013-09-16
94
BMT-nin kimyəvi silah hesabatı açıqlandı
BMT müfəttişləri avqust ayında Suriyada istifadə edilən kimyəvi silah hücumuyla bağlı hesabatını açıqlayıb və hücumda kimyəvi silah istifadə edildiyinə dair "açıq və təsdiqedici dəlillər"in olduğu göstərilib. "Associated Press" bildirir ki, müfəttişlərin BMT rəhbəri Pan Ki Muna təqdim etdiyi hesabatın ilk səhifəsində "Suriya Ərəb Respublikasındakı tərəflər arasında davam edən qarşıdurmalarda kimyəvi silah istifadə edildiyi nəticəsinə gəlinmişdir" sözləri yazılıb. Hesabatın bu gün içində Pan Ki Mun tərəfindən BMT Təhlükəsizlik Şurasına təqdim edilməsi gözlənilir.
2013-09-16
95
BMT-nin hesabatı bu gün açıqlanacaq
BMT Suriyada avqustun 21-də kimyəvi silah hücumuyla bağlı hazırladığı hesabatı bu gün açıqlayacaq. "Haberler.com"un verdiyi məluma görə, BMT rəhbərliyindən verilən açıqlamada bu gün BMT-nin Suriyadakı kimyəvi silah hücumu ilə bağlı hesabatını BMT Təhlükəsizlik Şurasına təqdim ediləcəyi və TŞ üzvlərinə görülən işlə bağlı məlumat veriləcəyi qeyd edilib. Pan Ki Munun hesabatı açıqlayacağı görüşün mətbuata qapalı keçiriləcəyi bildirilib. Görüşdən sonra Pan Ki Munun açıqlama verəcəyi gözlənilir. Qeyd edək ki, BMT heyəti Şamın Quta bölgəsində avqustun 21-də baş verən kimyəvi silah hücumu ilə bağlı ardıcıl olaraq üç gün araşdırma aparandan sonra dəlilləri götürərək Avropada müxtəlif laboratoriyalarda tədqiq etməklə hesabat hazırlamışdı. Müxaliflərin əlində olan Qutaya Əsəd rejimi tərəfindən təşkil edildiyi düşünülən kimyəvi silahla hücum nəticəsində 430 nəfər ölmüşdü.
2013-10-14
97
ABŞ-da müharibə əleyhdarları küçələrə tökülüşdü
"CNNtürk"ün verdiyi məlumata görə, ABŞ-ın Suriyaya qarşı ehtimal edilən müdaxiləsinə etiraz olaraq müharibə əleyhdarı olan amerikalılar Tayms meydanında keçirdikləri aksiyadan sonra Yunion meydanına giriblər. Suriya əsilli amerikalılarla bərabər, "Vol Striti İşğal Et" qrupunun da dəstəklədiyi nümayiş günorta saatlarında başlayıb. ABŞ prezidenti Obamanın kuklasını daşıyan aktivistlər "Bir daha müharibə istəmirik, Suriyadan uzaq dur", "Müharibəyə yox" və "Suriyanı bombalama" kimi şüarlar səsləndiriblər. Nümayiş zamanı Buş və Obamanın şəkillərinin olduğu plakatlardakı "Kimin etdiyi önəmli deyil, müharibə cinayətləri dayanmalıdır" kimi yazılar diqqət çəkib. Aksiyaya əlil arabasında qatılan Deni Robert, "Bütün həyatım boyu sülhə inandım. Müharibə mənimçün qorxunc bir şeydir. Suriyadakı vətəndaş müharibəsi də qorxuncdur, amma bu, ABŞ-ın o ölkəyə hücum etməsi üçün səbəb ola bilməz", - deyib. Nobel Sülh ödülçüsü Obamanın müharibəyə mane olmaq niyyətində olmadığını ifadə edən Robert, "Müharibə Suriyaya acı gətirəcək, Suriya da Türkiyəyə, İsrail və İran kimi yaxındakı ölkələrə səbəbsiz yerə acı çəkdirəcək", - deyə çıxış edib. Suriyalı bir başqa qrup da axşam saatlarında Tayms Meydanına gələrək Əsədə qarşı etiraz edib. Əsəd əleyhinə şüarlar səsləndirən aksiyaçıların etirazı qalmaqalsız sona çatıb.
2013-09-13
98
Namizəd xalqa “orta barmaq” göstərdi
Almaniyanın kanslerliyinə Sosial Demokrat Partiyasından (SPD) namizəd olan Peer Şteynbrük Anjela Merkeli sıxışdırma kompaniyası zamanı "orta barmaq" jesti göstərib. "Nyu York Tayms"ın xəbərinə görə, seçki öncəsi 66 yaşlı Şteynbrük Anjela Merkellə bir televiziya proqramında iştirak edib. Proqramın maraqlı cəhəti odur ki, namizəd suallara işarələrlə cavab verilməli imiş. "Seçkilərdə qalib olmasanız, alman xalqına nə göstərərdiniz?" sualına Şteynbrük "ortaq barmaq" işarəsi göstərməklə cavab verib.
2013-09-06
99
ABŞ diplomatları Liviyadan çıxır
"Nyu York Tayms"ın verdiyi xəbərə görə, ABŞ Xarici İşlər Naziriliyi Liviyadakı diplomatlarına ölkəni tərk etmələri haqda göstəriş verib. Əvvəlcə öz vətəndaşlarına Liviyaya getməmək tövsiyyəsi verən ABŞ dövləti Liviyada diplomatlarını geri çağırıb, Liviyadakı vətəndaşlarına da bu ölkəni təcili tərk etməyin vacib olduğunu bildirib. Bu xəbərdarlıq Prezident Obamanın keçən həftə Suriyaya hərbi müdaxiləyə hazırlaşdıqları haqda verdiyi açıqlamadan sonra gəlib.
2013-10-14
100
Səddama kimyəvi silahı ABŞ veribmiş
İran mətbuatının istefada olan amerikalı zabitə istinadən vediyi xəbərdə ABŞ-ın İran-İraq müharibəsində İraqa kömək etdiyi və bu ölkəyə kimyəvi silahla dəstək olduğu iddia edilib. "Haberler.com"a görə, xəbərdə fikirləri yer alan ABŞ hava qüvvələrindən istefada olan təqaüdçü, 53 yaşlı Karen Kiyantovski daha sonra deyib ki, ABŞ-ın başqa ölkələrə kimyəvi silahlar verdiyi yeni xəbər deyil: "Biz daha əvvəl, İran-İraq müharibəsi dövründə Səddam Hüseynə kimyəvi və bioloji silahlar vermişik". ABŞ bu iddiaya rəsmi mövqe bildirməyib.
2013-09-07
101
ABŞ-dan şok: Türkiyəyə getməyin
ABŞ Xarici İşlər Nazirliyi Liviyadan sonra Türkiydəki vətəndaşlarına da göstəriş verib. Türkiyənin "Vatan" qəzetinin verdiyi xəbərə görə, Suriyaya müdaxilə ilə əlaqədar ABŞ-ın Türkiyədəki vətədnaşlarının təhlükəsizliyini təmin etmək üçün bu qərara gəlib. Bu məqsədlə ABŞ Xarici İşlər Nazirliyi Türkiyənin cənub-şərqinə zəruri işləri olmadıqda vətəndaşlarının səyahət etməmələrini məsləhət görüb. Həmçinin Nazirlik Adanadakı ABŞ konsulluğunun xüsusi əməkdaşları xaric dimlomat ailələrinin də Adanadan getməsinə əmr verib. Türk "Patriot"dan iddialı açıqlama Bu arada, Suriya Türkiyəyə hücum edərsə, "Patriot" sisteminin nə qədər müqavimət göstərə biləcəyi məsələsi gündəmə gəldiyi vaxtda Suriya tərəfdən gözlənilən mərmi, təyyarə və kimyəvi silah hücumuna qarşı Adana İncirlik Hava Bazasında Hollandiya tərəfindən yaradılan Patriot müdafiə sistemi ikinci dəfə jurnalistlərə tanıdılıb. Müdafiə sisteminin komandiri kapitan Van Der Hayd "Patriot"ların 24 saat tətikdə olduğunu, ehtimal olunan hücuma qarşı Adana və İncirliyi qoruya biləcəyini deyib. Hollandiyalı komandada çalışan türk əsilli kapitan İbrahim Ekiz də "Patriot" müdafiə sisteminin qoruma zəmanətinin yüzdə-yüz olduğunu söyləyib.
2013-09-16
102
Əsədin 42 kimyəvi zavodu var
Cenevrədə Rusiya və ABŞ arasında Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarətə götürülməsi ilə bağlı keçirilən görüşlər üç gündür davam edir. Amma tərəflərin hələ də ortaq məxrəcə gəlmədiyi bildirilir. Türkiyə saytlarının xəbərinə əsasən, Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komissiyasının başçısı Aleksey Puşkov müharibə davam edərkən 2-3 həftə içində Əsədin 42 kimyəvi silah anbarını nəzarətə götürməyin mümkünsüz olduğunu söyləyib. Puşkov tvitter ("Twitter") sosial şəbəkəsi vasitəsilə görüşləri qiymətləndirərək, "ABŞ-ın 2-3 həftə içində kimyəvi silahları beynəlxalq nəzarətə götürməsi tələbi professional tələb deyil. Suriyada ən azı 42 başqa-başqa kimyəvi silah anbarı var. Bunların böyük hissəsi də müharibə gedən zonadadır", - yazıb. Suriyada olan BMT mütəxəssislərinin hazırladığı hesabatın isə gələn həftə ictimaiyyətə açıqlanacağı gözlənilir. BMT rəhbəri Pan Ki Mun Suriyada kimyəvi silah olduğunu açıqlasa da, kim tərəfindən istifadə edildiyini söyləməyib. ABŞ Dövlət katibi Con Kerri Cenevrəni tərk edərək əvvəl İsrailə gedib, Baş nazir Bencamin Netanyahu ilə görüşməyi planlaşdırır. Daha sonra Parisə gedərək Fransa Xarici İşlər naziri Laurent Fabius və İngiltərə Xarici İşlər naziri ilə görüşəcək. Kerri burada Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Sayed Əl-Faysalla da görüşəcək.
2013-09-09
103
Bəşər Əsəddən kürdlərə muxtariyyət təklifi
"Kürdlərin hüquqlarının təminatçısı Bəşər Əsəddir" Suriyaya beynəlxalq müdaxilə müzakirələri davam edərkən Əsəd rəhbərliyi kürdlərin dəstəyini almaq üçün yeni bir manevr edib. Kürd parlamentarlar üzərindən mesaj göndərən Bəşər Əsəd kürdlərlə heç bir şərtsiz masaya oturmağa və muxtariyyət verməyə hazır olduğunu söyləyib. Demokratik Birlik Partiyası (bu partiya həm də PKK-nın Suriyada əsas sözçüsüdür) xaricində 15 təşkilat və qrupu tərkibində saxlayan Suriya Kürdləri Milli Məclisinin Suriya Milli Muxalifətinə qatılması isə kürdlər arasında mübahisə yaradıb. Türkiyə ilə daha isti əlaqənin axtarışında olan DBP-nin həmsədri Saleh Müslim isə, "Ankarada büro aça bilərik", - deyib. Suriyanın şimalında Əl-Qaidə ilə əlaqəli İslami qruplarla DBP arasında qarşıdurmaların şiddətlənəcəyi təqdirdə bir quru hərəkatına qarşı Suriyalı kürdlərin dəstəyini almağı qarşısına məqsəd qoyan Əsəd, Suriya parlamentinin kürd üzvləri İmer İSO və Pərvin İbrahim vasitəsilə mesaj göndərib. Şimali İraqda yayımlanan "Rudav TV"yə danışan İSO, Əsədin kürdlərin bütün haqqını verməyə hazır olduğunu və şərtsiz masaya oturma təklifi etdiyini söyləyib. İso, "Kürdlərin hüquqlarının təminatçısı Bəşər Əsəddir", - deyib.
2013-09-16
104
Obama: Putinin bizim kimi dəyərləri yoxdur
Dünən Amerikanın ABC televiziya kanalında çıxış edən Barak Obama Rusiya prezidenti ilə fikir ayrılıqları olduğunu bildirərək, "Putinin bizim kimi dəyərləri yoxdu"- deyib. Türkiyə mətbuatının verdiyi xəbərə görə, Obama çıxışında Rusiya-Suriya mövzusundakı müzakirələr barədə açıqlamalar verib. Putinlə bir çox mövzuda razılığa gələ bilmədiklərini deyən Obama, "Putinin bizim dəyərlərə oxşar dəyərlərə sahib olduğunu düşünmürəm" deyə vurğulayıb. Obama Putinin "Nyu York Tayms" üçün yazdığı məqalədə "kimyəvi silahların Əsəd rejimi deyil, müxalif qüvvələr tərəfindən istifadə edildiyi" istiqamətindəki fikirlərinə cavab verərək, "Dünyada heç kim bu cinayəti müxaliflərin işlədiyini ciddi qəbul etməz", - deyib. Obama "Putinin vaxtı uzatdığına və sizinlə oyun oynadığına dair heç narahatlığınız yoxdur ki?" sualına cavab olaraq, Ronald Reyqanın "Güvən, amma ehtiyat et" fikrini xatırladıb. Obama Putinlə bir çox mövzuda anlaşılmazlıq yaşadığını bildirərək, "Ancaq onunla danışa bilərəm. Vacib mövzularda birlikdə işləyirik", deyib. Xarici İşlər Naziri Con Kerri və onun həmkarı Sergey Lavrovla Suriya mövzusunda müzakirələr apardığını qeyd edən Obama Əsəd rejiminin kiməyi silahları təhvil verməsinin nə qədər çəkəcəyi barədə dəqiq bir söz deməyib. http://www.haberler.com/obama-putin-in-bizimkine-benzer-degerlere-sahip-5063596-haberi/
2013-09-13
105
Əsəddən Türkiyəyə kimyəvi silah ittihamı!
"HaberTurk"ün verdiyi xəbərə görə, Rusiyanın dəstəyilə nəfəs alan Suriya prezidenti Bəşər Əsəd Şam yaxınlığınındakı Qutada istifadə edilən kimyəvi silahların Türkiyə, Səudiyyə Ərəbistanı və ya Qatar tərəfindən üsyançılara verildiyini iddia edib. Əsədin "Rossiya-24" televiziya kanalına verdiyi müsahibə axşam saatlarında çap olunub. Suriya lideri, aralarında Türkiyənin də olduğu üç ölkəni kimyəvi terrorla günahlandırıb. Türkiyə, Səudiyyə Ərəbistanı və bir müddət də Qatarın Suriyadakı partizanlara silah verdiyini bildirən Əsəd "Başda bu ölkələr olmaq üzrə bir sıra ölkənin bizdəki terror dəstələrinə silah verdiyini bilirik. Son olaraq Şam yaxınlığındakı Qutada istifadə edilən kimyəvi silahların da saydığım bu üç ölkədən biri tərəfindən terroristlərə təhvil verildiyini düşünürük. Sözdə heç kim silah vermədiyi deyir, amma biz bunun belə olmadığını bilirk",- deyib.
2013-09-12
106
Putin Obamanı “diplomatiyaya” səslədi
BBC-nin məlumatına görə, Rusiya və ABŞ Suriyayla bağlı məsələləri müzakirə etmək üçün bu gün Cenevrədə görüş keçirəcəklər. Görüş öncəsi Rusiya prezidenti Vladimir Putin "New York Times" qəzeti üçün yazdığı məqalədə Vaşinqtonda "hərbi qüvvə istifadəsi yerinə diplomatiya seçilməlidir" çağırışını edib. Putin Suriyaya qarşı hücumun "yeni terror dalğası yarada biləcəyi" mövzusunda xəbərdarlıq edib. "Bir çox ölkənin siyasi və aralarında Papanın da olduğu dini liderlərinin qarşı çıxmasına rəğmən, ABŞ-ın Suriyaya gözlənilən hücumu daha çox günahsız adamların qurban getməsi və qarşıdurmaların daha da intensivləşərək Suriya sərhədlərini aşmasıyla nəticələnə bilər". Putin məqaləsində BMT Təhlükəsizlik Şurasının bu məsələyə qarşımasını "beynəlxalq əlaqələrin xaosa sürüklənməsinə mane olmaq üçün istifadə edilə biləcək yollardan biri" kimi dəyərləndirib. Hücum şiddəti artırar Putin yazısında "Hücum şiddəti artırar və yeni bir terror dalğasına səbəb olar. İranın nüvə proqramı və İsrail-Fələstin probleminin həlliylə bağlı çoxtərəfli səylər boşuna gedər, bundan başqa təkcə Orta Şərqlə Şimali Afrikadakı sabitliyi deyil, bütün beynəlxalq hüquq sisteminin tarazlığını pozar", - yazmaqla ABŞ-ı tənqid edib. Putin Rusiyanın mövqeyini təkrarlayaraq, avqustun 21-də Şam yaxınlığında həyata keçirilən kimyəvi silah hücumuna görə, böyük ehtimalla, "xarici müdaxiləni tezləşdirmək məqsədi güdən müxaliflərin" məsuliyyət daşıdığını deyib. BMT simvolikdir, önəmli olan Cenevrədir Rus liderinin açıqlamaları bu gün Cenevrədə ABŞ və Rusiya arasında baş tutacaq görüş öncəsinə təsadüf edib. BMT TŞ-nın beş daimi üzvü də Rusiyanın Suriyaya "kimyəvi silahlarını beynəlxalq nəzarətə verməsi və məhv etməsi" istiqamətli təklifini müzakirə etmək üçün Nyu Yorkda olub. BBC-yə müsahibə verən bir diplomat, BMT üzvlərinin görüşünün daha çox "simvolik" olduğunu və əsl sualların Cenevrədə cavablanacağını bildirib. Rusiya, Suriya hökumətini kimyəvi silah istifadə etməkdə günahlandıran hər cür qərara qarşıdır. ABŞ Dövlət Katibliyindən səlahiyyətli bir şəxs çərşənbə günü çıxış edərək "Kerri və Lavrov bu səhər Cenevrə görüşü öncəsi telefonla danışıb. Görüşün əsas mövzusunu müzakirə ediblər və Əsədin kimyəvi silah anbarlarının yenidən istifadə edilməməsi və nəhayət, məhv edilməsinin təsdiqlənməsi mövzusunda fikirlərini bölüşüblər",- deyib. Cenevrədəki görüşlərdə Kerriyə ABŞ silah mütəxəssisləri də yoldaşlıq edəcək. ABŞ prezidenti Barak Obama hökuməti çərşənbə axşamının səhərinə qədər Suriyaya hərbi müdaxilə etmək üçün Konqresin dəstəyini almağa səy göstərirdi. Ancaq Obama Ağ Evdəki çıxışında Rusiyanın planına dəstək verib, Suriya rejiminin kimyəvi silah sahibi olduğunu etiraf etməsinin "üümidverici işarələr" olduğunu söyləmişdi. Bu arada diplomatik qərarlar qəbul edilməsinə hazırlıq gedərkən Suriyada xristian qəsəbəsi Maaluladan qarşıdurma xəbərləri gəlir. Maaluladan xəbər verən BBC-nin Orta Şərq redaktoru və müxbiri Ceremi Bouen hökumət əsgərləri və Əl-Qaidəylə birbaşa əlaqəsi olan Əl-Nusra qrupunun üzvləri arasında qarşıdurmaların davam etdiyini deyib.
2013-09-11
107
Turqut Özalın məhkəməsi təxirə düşdü
Türkiyənin "Sabah" qəzetinin məlumatına görə, Turqut Özalın ölümü ilə bağlı məhkəmə başlayır. Türkiyə Respublikasının 8-ci prezidenti Turqut Özalın 1993-cü ildəki ölümüylə bağlı "Ergenekon" işi üzrə şahid, təqaüddə olan general Ləvənt Ərsöz haqqında açılan cinayət işinin ilk məhkəməsi bu gün keçiriləcək. 13-cü Ankara Kriminal Məhkəməsində keçiriləcək məhkəmədə Ərsözün "sağlamlıq vəziyyəti"nə görə iştirak etməyəcəyi söylənilib. Qeyd edək ki, zəhərlənərək öldürüldüyündən şübhəli bilinən Turqut Özalın meyiti Ədli Tibb Təşkilatında müayinə edilmişdi.
2013-09-11
108
Papaya avtomobil hədiyyə edildi
Bir İtalyan rahib katoliklərin dini lideri Papa Françisko Vatikanda istifadə etməsi üçün 20 illik "Renault 4" avtomobili hədiyyə edib. "Milliyet"in xəbərinə görə, rahib Renzo Zocco tərəfindən hədiyyə edilən avtomobil 300 min kilometrlik istifadə edilib. Sadəliyi ilə tanınan Papa Françisko bu vəzifəyə seçilməzdən əvvəl Argentinada da eyni model avtomobil sürürmüş. Papa israfın qarşısını almaq üçün Vatikandakı işçilərdən bahalı avtomobil istifadə etməmələrini istəmişdi. Rahib Zocca italiyan "Famiglia Cristiana" jurnalına Papa "Yoxsulların kilsəsi"ni yaratma səylərinin ona çox təsir elədiyini bildirərək deyib ki, köhnə "Renault 4"ümdən daha yaxşı bir hədiyyə ola bilərmi? Zocca Papanın daha sonra ona zəng eləyərək hədiyyəsinə görə təşəkkür etməsinə çox sevindiyini söyləyib. BBC-nin Roma müxbiri Devid Viley Rahib Zoccanın avtomobili şənbə günü Vatikana gətirərək təhvil verdiyini, Papanın da avtomobili sınaqdan keçirərək mühafizəçilərini çaşdırdığını deyib.
2013-09-11
109
Putinlə Əsəd gizlicə razılaşıb - iddia
Türkiyənin NTV kanalının məlumatına görə, Suriyanın kimyəvi silahlarını beynəlxalq nəzarətə götürən Rusiya planının qəbul edilməsinin arxasında gizli Rusiya-Suriya razılaşması var. İddiaya görə, kimyəvi silahlara qarşılıq Rusiya Suriyaya adi silahlar göndərməyə başlayıb. Axar.az xəbər verir ki, İsrail televiziyası "Channel 2" Suriya Prezidenti Bəşər Əsədin kimyəvi silahlarına nəzarətin qoyulmasının qarşılığında Rusiydan daha çox silah və sursat alacağını iddia eedib. Xəbərə görə, Suriyadakı Əsəd rejimi əlindəki kimyəvi silahları beynəlxalq nəzarətə verməklə həm ABŞ-ın ehtimal olunan müdaxiləsinin qarşısını alacaq, həm də Rusiyadan yeni döyüş təyyarələri və hərbi sursat almaqla müxalifəti məğlub edəcək. Rusiyada olan Suriya Xarici İşlər naziri Valid Müəllimin yeni silahların alış-verişi üçün Rusiya ilə bazarlıqları davam etdirdiyi də iddialar sırasındadır. Qaradənizdən aparılan silah alış-verişi Əsədin müxaliflərə qarşı istifadə etməyi planlaşdırdığı rus silahlarının bir qisminin Novorossisk limanından yola çıxdığı bildirilir. İki ildir müxaliflərə qarşı döyüşən Əsəd rejiminin döyüş təyyarəsi baxımından çətinlik çəkdiyi, tanklarının əksəriyyətinin yararsız hala düşdüyü də xəbər verilir.
2013-09-11
110
Müsəlmanların niqabı ABŞ-da təhqir edildi
Dünyada məşhur olan bir geyim markasının reklamı hissətlə qarşılanıb. "Milliyet"in xəbərinə görə, ABŞ-da bir geyim markasının payız kolleksiyasını sərgiləmək üçün hazırladığı reklam pannoları (şəkilləri) sərt reaksiyaya səbəb olub. Firmanın Tumblr bloqqerlərini model olaraq istifadə etdiyi reklamda bir qadın, başında cins şalvardan hazırlanmış niqabla poz verir. Reklamın yanında isə "Göründüyüm kimi deyiləm" yazısı yazılıb və niqabın altından döyməli qız görünür. Marka yetkilisi Nicolo Formichetti: "Yaradıcı cəmiyyətdən müxtəlixliyi əks etdirən insanları toplamağa çalışdıq. Reklam cəmiyyətin müxtəlifliyinə işarə vurur" söyləyərək kampaniyanı müdafiə edib.
2013-09-10
111
Suriya Türkiyəni terrora dəstəkdə suçladı
Türkiyə mətbuatının xəbərinə görə, Moskvada rəsmi səfərdə olan Suriya Xarici İşlər naziri Valid Müəllim Rusiyanın kimyəvi silahların beynəlxalq nəzarətə götürülməsi ilə əlaqədar təklifini qəbul etdiklərini açıqlayıb. Axar.az xəbər verir ki, Rusiyada Duma rəhbəri Sergey Narışkinlə görüşündə açıqlama verən Müəllim, "Rusiya Xarici İşlər naziri Sergey Lavrovla çox məhsuldar görüş keçirdik. O, bizə kimyəvi silahlarla bağlı təklif etdi. Biz də axşama doğru bu təklifi qəbul etdik", - deyib. Şimali Qafqazdan gələn terrorçular Türkiyədə terrorçuların silahlandırıldığı və təlim verildiyini iddia edən Müəllim deyib ki, bunların arasında Çeçenistan və Şimali Qafqazdan gələn terrorçular var, Türkiyə 83 ölkədən gələn terrorçuların təliminə köməklik edir. Türkiyə ilə Suriya arasındakı tarixi dostluq münasibətlərinə rəğmən, Türkiyə qarşı tərəfdə yer alır və düşmən mövqeyi bəsləyir. ABŞ-dan Əsədə bir həftə vaxt İngilis mətbuatının yazdığına görə, ABŞ Suriya prezidenti Bəşər Əsədə kimyəvi silahları təslim etmək üçün cəmi bir həftə vaxt verib, yoxsa hücuma hazır olmağı məsləhət bilib. Rusiyanın təklifinə dəstək Rusiyanın Suriyadakı kimyəvi silahlara beynəlxalq nəzarət edilməsi təklifinə Avropa Birliyindən də dəstək gəlib. Xatırladaq ki, Suriyada kimyəvi silahların beynəlxalq nəzarətə götürülməsi ilə bağlı təklif 5-6 sentyabrda Sankt-Peterburda baş tutan G20 zirvə toplantısında ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında müzakirə edilib. Bu təklifin Rusiyada müzakirə edildiyi bəlli olsa da, təklifin hansı tərəfdən gəldiyi barədə heç bir məlumat yoxdur.
2013-09-10
112
Bəşər Əsəd kimyəvi silahları təhvil verir – Müharibə önlənir
Rusiya prezidenti V.Putinin kimyəvi silahları beynəlxalq nəzarətə verməsi barədə Bəşər Əsədlə danışıqlara başlamaq təklifi Suriyaya hərbi müdaxilənin qarşısını ala bilər. ABŞ prezidenti Barak Obama Putinin səsləndirdiyi bu təklifə dərhal reaksiya verdi, ardınca isə Suriya diktatoru da cavabı gecikdirmədi. Türkiyə mətbuatının məlumatına görə, Suriya Xarici İşlər naziri Rusiyanın kimyəvi silahları beynəlxalq nəzarət altına salma təklifini qəbul etdiyini elan edib. Xatırladaq ki, günün əvvəlində səsləndirilən bu təklifə Suriyanın müsbət cavab verməsi ABŞ-da müharibə tərəfdarları sırasında adı hallandırılan Con Kerrini də arqumentsiz qoydu. Çünki Barak Obamanın ardınca açıqlama verən vitse-prezident Bəşər Əsədin təklifi qəbul edəcəyi təqdirdə hərbi müdaxilənin ertələnəcəyini bildirmişdi. Amma Con Kerri "Suriyanın bu təklifi qəbul edəcəyinə inanmıram", - demişdi.
2013-09-09
113
Şimali Koreyada nəhəng hərbi parad
"Tayms"ın verdiyi xəbərə görə, Şimali Koreya lideri Kim Yonq-Un bazar ertəsi on minlərlə qaz addımı ilə yeriyən qoşun və silahlı qruplardan təşkil olunmuş hərbi paradı qəbul edib. Bu nəhəng hadisə qapalı dövlətin 65-ci ildönümü ilə əlaqədar təşkil olunub, ikinci kütləvi paradda ölkə sadəcə, bir ay boyunca nümayiş etdirilib.
2013-09-07
114
Suriya Türkiyəyə hücum edərsə, “Patriot” sistemi nə qədər müqavimət göstərə bilər?
Suriya tərəfdən gözlənilən mərmi, təyyarə və kimyəvi silah hücumuna qarşı Adana İncirlik Hava Bazasında Hollandiya tərəfindən yaradılan Patriot müdafiə sistemi ikinci dəfə jurnalistlərə tanıdılıb. Müdafiə sisteminin komandiri kapitan Van Der Hayd, Patriotların 24 saat tətikdə olduğunu, ehtimal olunan hücuma qarşı Adana və İncirliyi qoruya biləcəyini deyib. Hollandiyalı komandada çalışan Türk əsilli kapitan İbrahim Ekiz də Patriot müdafiə sisteminin qoruma zəmanətinin yüzdə-yüz olduğunu söyləyib.
2013-09-06
115
Səbirsizliklə gözlənilən qərar açıqlandı
BMT Baş Katibi Pan Ki Mun Suriya məsələsinin hərbi yolla həll olunmasına qarşı olduğunu açıqladı və tərəflərə silah satılmasının əleyhinə olduğunu dedi. BMT Baş Katibi Pan Ki Mun: "Hər keçən gün onlarla mülki vətəndaş ölür. Tərəflərə daha çox silah göndərilməsi problemin həlli deyil. Hərbi həll yolu yoxdur". Sankt-Peterburqda baş tutan G20 sammitində çıxış edən Pan, krizin həlli üçün 2-ci Cenevrə konfransının toplanmasını istəyib. Suriyada insani böhranın son çağların ən iri miqyaslı hadisəsi olduğunu qeyd edən BMT Baş Katibi, 100 mindən çox insanın öldüyünü, 4,25 milyon insanın ölkə daxilində, 2 milyon insanın da ölkə xaricində köçkün kimi yaşamağa məcbur olduğunu söyləyib. BMT görəvliləri Suriyada qalacaq BMT Baş Katibi Suriyada humanitar yardım bölməsində çalışan BMT işçilərinin ayrılmasını planlaşdırmadıqlarını deyib. Bölgədə riskli vəziyyətə rəğmən işçilərin qalmağa davam edəcəyini bildirən Pan, Suriyada olan BMT işçilərinin təxminən 4500 civarında olduğunu bildirib.
2013-09-05
116
Ərdoğan Ollandla görüşdü
Sankt-Peterburqun Konstantin sarayında keçirilən G20 zirvə görüşünün açılışdan əvvəl Rəcəb Tayyib Ərdoğan və Fransua Ollandla bir araya gəlib. Hər iki lider sammitdə müzakirəsi gözlənilən Suriya məsələsi barədə fikir mübadiləsi aparıblar. Görüş haqqında ətraflı məlumat verilməsə də, müzakirədən sonra mətbuataaçıqlamasında Baş nazir Ərdoğan Suriya mövzusunda beynəlxalq ictimayyətin məsuliyyətini ifadə edib. Qeyd edək ki, G20 zirvə görüşündə qlobal iqtisadiyyat və bunun geniş miqyas almasının müzakirəsi nəzərdə tutulsa da, Yaxın Şərq böhranı gündəmə çıxıb. Hətta analitiklər Putinin ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının razılığı olmadan Suriyanı vuracağı halda belə bu ölkəyə silah yardımı edəcəyini bildirirlər. G20 zirvə toplantısınin yaxın tarixin ən gərgin görüşü olacağı da analitiklərin verdikləri şərhlərdə öz əksini tapır.
2013-09-05
117
Pentaqondan tam məxfi Suriya hesabatı
Pentaqon qurudan hücum edərsə... İngiltərənin "Daily Mail" qəzetinin xəbərinə görə, Pentaqon Suriyadakı kimyəvi silah anbarlarını ələ keçirmək üçün quru yolla həyata keçiriləcək hərbi əməliyyatda 75 mindən çox əsgərə ehtiyac duyur. Bu təxmin, Pentaqonun 2012-ci ilin əvvəllərində ABŞ prezidenti B.Obamaya göndərdiyi gizli hesabata söykənir. Adının açıqlanmasını istəməyən bir Pentaqon səlahiyyətlisi hesabatın, Obamanın Milli Təhlükəsizlik məsləhətçisinin istəyi ilə Əsəd rejiminə qarşı müdaxilə sənədlərinin arasına qoyulduğunu bildirib. O hesabata əsasən, Suriyaya qarşı qurudan müdaxilə zamanı kimyəvi silah anbarlarını ələ keçirmək üçün Amerikaya 75 mindən çox əsgər lazım olacaq. "İraqdakı səhvlər təkrarlanmayacaq" ABŞ senatorunun çərşənbə günü, quru qüvvələrinin Suriyaya ayaq basmasını qadağan edən "məhdud" Suriya əməliyyatını dəstəkləməsi və xarici işlər naziri Con Kerrinin də Suriyaya qətiyyən qurudan müdaxilə olmayacağını deməsi bu təxmini təsdiqləmiş olur. Obama isə "İraqda buraxılan səhvlər təkrarlanmayacaq" demişdi.
2013-09-05
118
Rusiya kimyəvi silahı inqilabçıların üstünə atdı
Rusiya Xarici İşlər Nazirliyi, 19 Mart Xan əl-Əsəldə istifadə olunan kimyəvi vasitələrdə Suriya ordusunun standart silahlarının deyil, əksinə, bir üsyançı qrupun əlindəki ləvazimatların izinin tapıldığını açıqlayıb. Nazirliyin dünən axşam saatlarında verdiyi açıqlamada qeyd edilir ki, BMT-nin Suriyadakı araşdırmalarının sona çatmadan kimyəvi silahlardan istifadəni ordunun üzərinə qoyması Suriyaya hərbi müdaxilə etməkçün planlaşdırılıb. Rusiyanın BMT-yə təqdim etdiyi hesabatda diqqət çəkən başlıqlar bunlardır: - Hadisədə istifadə olunan mərmi Suriya ordusunun standart sursatına aid deyil və ləvazimatları ölkənin şimalında Bəşər əl-Nasir Tuqayın istehsal etdiyi raket mərmilərinin tipinə və parametrlərinə uyğun gəlir. - Güllənin fırladılması üçün heksogen, ya da siklonit kimi tanınan RDX maddəsi istifadə olunub. Bu maddə "standart kimyəvi silahlarda istifadə olunmur". - Torpaq və mərmi qalıqlarından götürülən örnəklər "sənaye olaraq istehsal olunmamış diisprofilflorofosfat" istifadəsindən xəbər verir. Bu maddə "Qərb dövlətləri tərəfindən İkinci Dünya Müharibəsi zamanı kimyəvi silah istehsalında istifadə edilmişdir.
2013-09-14
119
“Türkiyəni də vurarıq”
Suriya Xarici İşlər Nazirinin köməkçisi Faysal el Mikdat bildirib ki, ABŞ Suriyaya müdaxilə edərsə, Şam sadəcə İsraili deyil, İordaniya və Türkiyəni də vuracaq. "Biz hazırıq" Türkiyə Baş Naziri R.T.Ərdoğan isə Suriyanın "Türkiyəni vurarıq" təhdidinə anında cavab verib: "Ölkəmiz bu cür təhlükələrə həmişə hazırdır. Amma Suriya özü buna nə dərəcədə hazırdır, bunu bilmərəm..." 2003-2006-cı illərdə Suriyanın BMT-də təmsilçisi olmuş, indilər Amerikada yaşayan Mikdat: "Biz Amerika xalqını sevirik. Ərəb əsilli bir çox amerikalı var ki, bunların bir qismi də Suriyalıdır. Biz Amerika ilə müharibə istəmirik",- deyə qeyd edib. "Silahı Rusiyadan alırıq" Amerikanın müdaxiləsi olarsa, ilk yardıma Suriyanın mütəffiqi olan İran və Rusiyanın gələcəyini deyən Mikdat bu haqda ətraflı danışmayıb: "Bu dəqiqə bizə özümüzü müdafiə etməyimiz üçün Rusiya silah göndərir".

Azerbaijani News Dataset

Description

This dataset contains news from https://axar.az in Azerbaijani language. It was created in 2024 and contains 447k news.

Format

The dataset is provided in comma-separated values (CSV) format. Each article is represented on a new line with the following fields separated by commas:

date: news date
id: news unique id
title: news title
text: news text

License Copyright of the content belongs to https://axar.az resource. Citation is mandatory when using information. When you use information from this site link to the relevant required.
The dataset is licensed under the Creative Commons Attribution-NonCommercial 4.0 International license. This license allows you to freely share and redistribute the dataset with attribution to the source but prohibits commercial use.

Contact information

If you have any questions or suggestions, please contact us at [[email protected]].

Downloads last month
52
Edit dataset card