id
int64 43k
1.05M
| date
stringlengths 16
16
| category
stringclasses 47
values | title
stringlengths 1
19.1k
⌀ | text
stringlengths 13
518k
⌀ |
---|---|---|---|---|
1,046,534 | 21.02.2024 10:35 | Son xəbər | Kamil Zeynallının saxlanılma səbəbi bəlli oldu - VİDEO | İlk yayımlanma saatı: 01:30 Tanınmış məşqçi Kamil Zeynallı Moskvadan Bakıya gələrkən Rusiyada "Domodedovo" hava limanında saxlanılıb. Musavat.com xəbər verir ki, o bu barədə sosial şəbəkədə video paylaşaraq məlumat verib. Kamil Zeynallı qeyd edib ki, saxlanılmasına səbəb Ermənistanın onu beynəlxalq axtarışa verməsidir. O Ermənistana təhvil veriləcəyini də istisna etməyib. Kamil Zeynallı 21.02.2024 tarixində (bu gün) məhkəməyə çıxarılacağını bildirib və Azərbaycandan kömək istəyib. Musavat.com |
1,046,548 | 21.02.2024 02:46 | Dünya | Husilər qaçırılan gəmidə rəqs etdilər və batmaq üzrə olduğunu bildirdilər - VİDEO | Yəmən husilərinin “Ənsar Allah” hərəkatı tərəfindən Ədən körfəzində hücuma məruz qalan Britaniyaya məxsus “Rubymar” gəmisinin batması ilə bağlı video yayımlanıb. “Rubymar”a bir neçə gəmi əleyhinə raketlə hücum edilib. Husilərin nümayəndəsi Yəhya Sariya əməliyyat zamanı gəminin heyətinin təxliyə edildiyini vurğulayıb. Son günlər daha bir neçə gəmiyə ciddi ziyan dəyib. Bundan əvvəl husilər Qırmızı dənizdə ticarət gəmilərinə hər 12 saatdan bir hücum etmək niyyətində olduqlarını bəyan ediblər. Qeyd edək ki, İrana bağlı olan husilər xüsusən İsrail-HƏMAS müharibəsi başlayandan sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edirlər. |
1,046,552 | 21.02.2024 03:26 | Dünya | Rusiya MN başçısı: Ukrayna üçün əks-hücum planını xarici mütəxəssislər hazırlayıb | Ukrayna üçün əks-hücum planını xarici mütəxəssislər hazırlamışdı. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu TASS-a müsahibəsində bildirib. Onun sözlərinə görə, Polşa və Baltikyanı ölkələrin mütəxəssisləri Ukrayna üçün əks-hücum planını hazırlayıblar. "Əks-hücum planına görə, Ukrayna Silahlı Qüvvələri Azov dənizinə çıxmalı və Krıma quru dəhlizini kəsməli idi", - deyə Şoyqu qeyd edib. General Ukraynanın əks-hücum əməliyyatından əvvəl RF Silahlı Qüvvələrinin qurduğu müdafiə xəttinin Ukrayna qoşunlarını gündəlik olaraq sıradan çıxarmağa və müəyyən istiqamətlərdə irəliləməyə imkan verdiyini bildirib. |
1,046,553 | 21.02.2024 03:12 | Şou-biznes | Nusretdən maraqlı paylaşım - VİDEO | Məşhur türkiyəli aşpaz, yeməkləri özünəməxsus tərzdə duzlaması ilə tanınan Nusret Gökçe maraqlı paylaşım edib. Nusret Gökçenin öz “Instagram” hesabında yayımladığı videoda Qırğızıstanın Bişkek şəhərində yollara duz səpən maşının arxasına Nusretin fotosu yapışdırılıb. Qeyd edək ki, video Bişkek avtomobil nəqliyyatı müəssisəsinin sosial şəbəkə səhifələrində dörd il əvvəl yayımlanıb. O zaman müəssisənin mətbuat xidmətinin əməkdaşı Jibek Karakeyeva xüsusi maşının yola sənaye duzunun töküldüyü hissəsində Nusret Gökçenin fotosunu quraşdırıb. Bildirək ki, Bişkekdə hazırda kommunal xidmətlər yollarda və səkilərdə qar və buzla mübarizə aparmağa çalışırlar. |
1,046,554 | 21.02.2024 03:51 | Dünya | Albaniyanın baş naziri Ərdoğanı Ukrayna ilə bağlı sammitə dəvət edib | Albaniyanın Baş naziri Edi Rama Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Tiranada keçirilməsi planlaşdırılan Ukrayna ilə bağlı sammitdə iştiraka dəvət edib. "Report"un məlumatına görə, o, bu barədə səfərdə olduğu Ankarada keçirdiyi mətbuat konfransında bildirib. Sammitdə Ukrayna lideri Volodimir Zelenski də iştirak edəcək. “Mən Prezidentə məlumat verdim ki, yaxın günlərdə Tiranada Prezident Zelenski ilə birlikdə Türkiyənin də dəvət olunduğu Cənub-Şərqi Avropa ölkələrinin sammitini keçirəcəyik. Tiranada fiziki olmanın qeyri-mümkünlüyünü nəzərə alaraq, Prezident Ərdoğan sammitdə birbaşa ofisindən çıxış edərək danışmağa razılıq verdi”, - E.Rama bildirib. Türkiyə tərəfdən Ərdoğanın tədbirdə iştirakı ilə bağlı heç bir təsdiq yoxdur. |
1,046,555 | 21.02.2024 04:23 | Ölkə | 50 il əvvəl Xankəndidəki ali məktəbdə yaşanan maraqlı hadisə - VİDEO | Qarabağın ilk ali məktəbi 1969-cu ildə Xankəndidə fəaliyyətə başlayıb. Əvvəlcə Azərbaycan Pedaqoji İnstitunun Xankəndi filialı kimi ali məktəbin 100 tələbəsi olub. Burada ilk dövlət imtahanı 1973-cü ildə keçirilib. İmtahana birinci daxil olan və ali məktəbin əlaçı tələbəsi Vaqif Ağayev “AzTV Xəbər”ə danışıb. Qarabağ işğal olunandan sonra Gəncədə məskunlaşan Vaqif müəllim bundan sonra Qarabağ Universiteti kimi fəaliyyət göstərəcək ali məktəbin ilk məzunlarındandır. Ətraflı süjetdə: |
1,046,556 | 21.02.2024 08:13 | Yaşam | “Evlilik ömrü qısaldır” iddiasına reaksiya | Psixoloq Vəfa Rəşidova: “Əslində evlilik çox gözəl haldır, amma...” Bineyi-qədimdən insanlar uzunömürlü olmağa çalışıblar. Bunun qeyri-irsi (genetik) yollarını arayıblar. Eyni zamanda uzunömürlü insanların həyat tərzi, qidalanması, yaşadığı mühitlə maraqlanıblar. Hazırda tibdə bu problemlə gerontologiya elmi məşğul olub. Bu arada ABŞ sakini Jenni Libertini 109 yaşını qeyd edib. Qadının rəfiqəsi isə iddia edib ki, Libertininin uzun yaşamasının sirri ərinin olmamasıdır. “30 ildir boşanıb, heç bir stressi yoxdur”. Və əlavə edib: “Qadınları qocaldan evlilikdir”. Bəs doğrudanmı evlilik ömrü qısaldan amildir? İngiltərə alimlərinin araşdırmalarına görə, evlilik kişilərin ömrünü uzadır, qadınların isə ömrünü qısaldır. Belə ki, London İqtisadiyyat Məktəbində çalışan davranış elmləri üzrə mütəxəssis Paul Dolanın son araşdırmasına görə, ən xoşbəxt və ən uzunömürlü qadınlar subay və uşaqsız qadınlardır. Paul Dolanın fikrincə, kişilər evlilikdən daha çox faydalanır, çünki bu, həyatlarına nizam gətirir. Belə ki, evli kişilər daha yaxşı qidalanır, daha az risk alır və daha çox pul qazanırlar. Bundan əlavə, evli kişilərdə tənhalıq, çarəsizlik kimi mənfi hisslər olmadığı üçün həyat keyfiyyətini aşağı salan stress və digər psixoloji problemlərdən uzaq olurlar. Dolan deyir ki, evlilikdə ən çox məyus olanlar qadınlardır. Xüsusilə uşaqların gəlişi ilə gələn əlavə məsuliyyətlər qadınları daha stressli həyata sürükləyir. Subay qadınlar isə özlərini təkmilləşdirəcək və stressi azaldacaq fəaliyyətlərə daha çox vaxt ayıra bilərlər. Vəfa Rəşidova Mövzu ilə bağlı tanınmış psixoloq Vəfa Rəşidova “Yeni Müsavat”a danışıb: “Evliliyi qurarkən baxmaq lazımdır ki, sənin bu evlilikdən hansı gözləntin var idi. Bəlkə bəzi insanlar düşünür ki, evlilikdə hər gün "toy-bayram" olur? Bu cür düşünən insan ailə quranda artıq özünü qocalmış hiss edə bilir, çünki gözləntiləri özünü doğrultmur. Və yaxud elə insanlar var ki, onlar ümumiyyətlə ailə üçün yaranmayıblar, onlar tək yaşamalıdırlar. Ola bilər ki, hekayədə təsvir olunan qadının həyatı elə onlara aiddir. İlk öncə ona baxmalıyıq ki, evlilik anlayışını necə anlayırıq, yalnız bundan sonra hansısa fikir bildirə bilərik. Əgər şəxs evlilikdə öz həyatını yaşaya bilmirsə, özünə hörməti azdırsa, qarşı tərəfi böyük, özünü isə çox kiçik görürsə, bəli, bu evlilik şəxsi qocalda bilər. Bir çox ailələrdə bəzən qarşı tərəfi çox böyük görürlər, həmin evliliklər insanı qocaldır. Çünki insanın şəxsi, sosial həyatı olmur, qarşıdakı insana görə öz sevdiklərindən, məşğuliyyətlərindən keçir, özünü unudur, özündən keçir, əlbəttə ki, bu evliliklər insanı qocaldır. Əslində evlilik çox gözəl haldır. Amma əgər sən o evliliyi gözəlləşdirə bilmirsənsə, həddən artıq fədakarsansa, sağlamlığın gedirsə, bu artıq evliliklə deyil, özünü tükəndirməklə bağlıdır. Nəticədə həmin insanlarda həyata nifrət yaranır, ailədə söz-söhbətlər qızışmağa başlayır və məsələ boşanmağa qədər gedib çıxır. Evlilik ilk öncə sağlamlığın təməli, başlanğıcı deməkdir. Belə ki, evlilikdə seksual həyat daha intensiv olduğuna görə insan daha cavan qalır. Amma sevgisiz qurulan ailədə artıq sağlamlıqdan söhbət gedə bilməz. Çünki burada sevgidən daha çox kin-küdurət, neqativlik olur. Ona görə də insanlara tövsiyə edilir ki, evlənərkən az da olsa bir-birinizə qarşı sevgi olsun və sonra hörmətdən bu sevgi daha da böyüsün. Bu gün bu məsələyə diqqət edən yoxdur, əksinə, evliliyə “hesab-kitab” kimi baxanlar çoxdur. Əlbəttə ki, evliliyə bu cür fikirlə yanaşan insanların sağlamlıqlarına pis təsir edəcək. Ümumiyyətlə, bu cür münasibətlərin təməlində bir xəstəlik dayanır. O ki qaldı tənhalığın mənfi və müsbət tərəflərinə, bu, məsuliyyətlə bağlı ola bilər. Belə ki, tənhalıq bir yerə qədər möhtəşəmdir, insana zövq verir, amma insan artıq yaşlaşanda tənha qala bilmir, qorxuları başlayır. Xeyli sayda insan var ki, həyat yoldaşı, övladları yanındadır, amma yaşlıqla əlaqədar evdə tək qala bilmir, qorxur, stress, həyəcan, təşviş keçirir. Beləliklə, yaşlandıqca, ortaya müəyyən problemlər çıxdıqca tənhalığın “dadı-duzu” qalmır. Tənhalığın müsbət tərəfi budur ki, insanın məsuliyyəti az olur. Məsələn, ailə, övlad, büdcə məsuliyyəti ağır olmur. Amma evlilikdən sonra bu məsuliyyət artır və buna normal yanaşmaq lazımdır. Bu məsuliyyət qarşılıqlı olanda insan nə yorulur, nə də tənhalıq axtarır, çünki bərabərlik olur. Amma təəssüf ki, bu gün bir çox ailələrdə qeyd olunan bu bərabərlik yoxdur. Ona görə də insanlar düşünür ki, evlilik insanı qocaldır. Sadəcə, bir daha qeyd edirəm ki, evliliyi gözəl yaşamaq lazımdır". Xalidə GƏRAY“Yeni Müsavat” |
1,046,557 | 21.02.2024 08:25 | İqtisadiyyat | Xaricdən pul(lu) tapıb gətirmək kimi çətin iş - necə edək? | Ekspert: "Rəqabət Məcəlləsinin işlək mexanizmi yaradılmalıdır ki..." Dünyada inflyasiyaya qarşı mübarizə aparan mərkəz banklar faiz dərəcələrini görünməmiş yüksək həddə çatdırıblar. Bu, həmçinin Ukraynadakı işğalçı müharibənin yaratdığı problemlər dünyada investisiyaların azalmasına gətirib çıxarıb. 2022-ci ildə dünyada birbaşa xarici investisiyaların həcmi 12,4 faiz azalaraq 1,3 trilyon dollar olub. Bunun əlavə, səbəb kimi ərzaq və enerji qiymətlərinin yüksək olması, tənəzzül riskləri, eləcə də bir çox ölkələrdə borc yükü göstərilir. 2022-ci ildə inkişaf etmiş ölkələrə birbaşa xarici investisiya axını 37 faiz azalaraq 378 milyard dollar təşkil edib. İnvestisiya axınının azalması maliyyə bazarlarındakı qeyri-müəyyənlik və stimul paketlərinin ləğvi ilə izah olunur. Bununla belə, inkişaf etməkdə olan ölkələrə xarici investisiya axını 4 faiz artaraq rekord həddə - 916 milyard dollara çatıb. Beləliklə, dünyanın birbaşa xarici investisiyalarının üçdə ikisinə qədəri inkişaf etməkdə olan ölkələrin payına düşüb. 2022-ci ildə Azərbaycan xarici investisiyaların artdığı ölkələrdən olub. Mərkəzi Bankın məlumatına əsasən, hesabat dövründə ölkəyə yatırılan birbaşa xarici investisiyaların həcmi 30,9 faiz artmaqla 6 milyard 276 milyon dollar təşkil edib. 2023-cü ilin yekunu üzrə göstərici hələ açıqlanmasa da, 9 aylıq vəziyyət məlumdur: ötən yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 372,2 milyon dollar təşkil edib. Mərkəzi Bankın açıqladığı məlumata əsasən, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz və ya 205,6 milyon dollar azalıb. Belə ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 577,8 milyon dollar təşkil etmişdi. Doqquz ayda ölkəyə gələn xarici birbaşa investisiyanın 3 milyard 461.3 milyon dolları neft-qaz sektoruna, 910,9 milyon dolları qeyri-neft-qaz sektoruna yönəlib. Halbuki 2022-ci ilin eyni dövründə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2.4 dəfə artaraq 1.4 milyard dollar olmuşdu. 2022-ci ilin yekununda qeyri-neft-qaz sektoruna yatırılan xarici birbaşa investisiyalar 2,3 dəfə artaraq 1,8 milyard dollar olub. Rəsmi statistikadan aydın olur ki, xarici investisiyaların azalması nəticəsində daxili maliyyələşmənin, əsasən dövlət yatırımları hesabına artması müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8 faiz çox vəsait yönəldilib. İl ərzində neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 16 milyard 411,5 milyon manatını və ya 80,9 faizini daxili vəsaitlər təşkil edib. Əvvəlki ildə bu göstərici ümumi kapital qoyuluşunun 80,6 faizini təşkil edərək 14 milyard 718,9 milyon manat olmuşdu. 2023-cü ildə əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,5 faiz, büdcə vəsaitləri 36,6 faiz, əhalinin şəxsi vəsaitləri 5,9 faiz, bank kreditləri 3,0 faiz, sair vəsaitlər isə 6,0 faiz təşkil edib. 2022-ci ildə büdcə vəsaitlərinin ümumi kapital qoyuluşunda payı 36,4 faiz təşkil etmişdi. Həcm ifadəsində müqayisə etsək, 2022-ci ildə ölkə iqtisadiyyatına yatırılan 18 milyard 272,3 milyon manatın 6 milyard 651,1 milyon manatı, 2023-cü ildə isə 20 milyard 296,6 milyon manatın 7 milyard 428,6 milyon manatı birbaşa dövlət büdcəsindən ayrılıb. 2024-cü ilin yanvar ayında isə əsas kapitala 1 milyard 553,0 milyon manat məbləğində, yaxud əvvəlki ilin yanvar ayı ilə müqayisədə 37,4 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 44,5 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 34,1 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 284,3 milyon manatını və ya 82,7 faizini daxili vəsaitlər təşkil edib. Göründüyü kimi, daxili vəsaitlərin iqtisadiyyata kapital qoyuluşlarında payı sürətlə artır. Bu isə dövlətin xarici investisiyalara ehtiyacının böyük olduğu indiki dövrdə heç də arzuolunan proses deyil. Azərbaycanın xarici investisiya ehtiyacları barədə Prezident İlham Əliyev andiçmə mərasimində etdiyi çıxışında danışıb: “Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün, əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir”. Prezidentin andiçmə mərasimindəki çıxışından aydın olur ki, xarici investorlar Azərbaycanın bərpaolunan enerji istehsalı layihələrinə investisiya yatırmağa böyük həvəs göstərirlər və bu sahədə dövlət qoyuluşuna ehtiyac qalmır: “Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək. Əgər belə demək mümkündürsə, biz indi xarici investorların rəqabət prosesini də görürük. Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki yoxdur”. Bu o deməkdir ki, hökumət qarşısında duran əsas vəzifə xarici investorları qeyri-enerji layihələrinə cəlb etməkdir. Bu baxımdan hazırda işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlbi istiqamətində fəal iş aparıldığı bildirilir. Bu ərazilərdə işləmək istəyəcək həm yerli, həm xarici investorlar üçün çoxşaxəli imtiyaz və güzəştlər müəyyən olunub. Lakin Azərbaycan iqtisadiyyatı yalnız azad olunan ərazilər üzərində inkişaf edə bilməz. Bu isə digər ərazilərə də investisiyaların cəlb olunmasının təmin edilməsini, bütünlükdə ölkə üçün keçərli olan stimullaşdırıcı qaydaların, normaların tətbiqini zəruri edir. Xatırladaq ki, Prezident İ.Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra xarici şrikətlərin, maliyyə qurumlarının rəhbərləri ilə fərdi görüşlər keçirib. Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsla görüşdə verilən məlumata görə, alman iş adamlarının Azərbaycanda nəqliyyat, logistika, sənaye, bərpaolunan enerji və digər sahələrdə marağı olan şirkətlərin nümayəndələri bu ay ərzində ölkəmizə səfəri baş tutacaq. Bu, indiyədək həm təmsilçilik, həm də say baxımından iş adamlarının ən böyük nümayəndə heyəti olacaq. İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Marianini ilə görüşdə Azərbaycanla şirkət arasında müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik və kosmik sahələrdə, eyni zamanda SOCAR ilə “Leonardo” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Fevralın 20-də Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin neft və qaz texniki və tənzimləmə məsələləri üzrə müavini Məcid bin Hindi Aluteibi iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Nazirin X sosial şəbəkəsindəki paylaşımından aydın olur ki, görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında investisiyaların təşviqi, bərpaolunan enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə edilib. Bundan əlavə, İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gürok Group” şirkətlər qrupu arasında Azərbaycanda və xaricdə qida və içki istehsalçılarının tələbatını qarşılamaq məqsədilə ölkədə şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb. Əlbəttə, bunlar ayrı-ayrı layihələrdir. Azərbaycan iqtisadiyyatının əksər sahələrinə investisiyalara çox böyük ehtiyac var. Eldəniz Əmirov İqtisadçı-ekspert Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan iqtisadiyyatının qeyri-enerji sektorunda investisiyalar üçün potensial kifayət qədər yüksəkdir: “Bu potensialın reallaşması üçün qəbul olunmuş Rəqabət Məcəlləsinin tam işlək mexanizmi qurulmalıdır ki, sağlam rəqabət mühiti formalaşsın. Belə rəqabətli mühit də investisiya mühitini investorlar üçün cəlbedici hala gətirə bilər. Bundan başqa, manatın məzənnəsi də investisiya mühitinə mənfi təsir göstərən amillərdəndir. Güclü manat ixrac potensialının sıxılması deməkdir. Hazırda investisiya mühitinə mənfi təsir göstərən daha bir amil quru sərhədlərin bağlı olmasıdır. Həlledici olmasa da, bu amilin də investisiya mühitinə təsiri var”. Ekspert hesab edir ki, Azərbaycan hökuməti xarici investisiyanı yeraltı və yerüstü sərvətlərin birbaşa xarici bazarlara çıxarılmasına deyil, hazır məhsulun ixracına yönəltməyi qarşıya məqsəd qoymalıdır: “Biz xammal ixracatçısı rolundan çıxmağı, hazır məhsul satıcısı rolunu qazanmağı hədəfləməliyik. Bu, iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək yeganə yoldur. Bu baxımdan, investorlara mümkün investisiya layihələri konkret hədəflərlə birlikdə təklif olunmalıdır. Biz dəqiq deməliyik ki, ehtiyacımız əlavə dəyər yaradan layihələrədir”. Dünya SAKİT,“Yeni Müsavat” |
1,046,558 | 21.02.2024 08:38 | Gündəm | On nəfərin ölümünə görə həbs edilən biznesmenin külli miqdarda borcu var | Tağı İbrahimovun vergi ilə yanaşı banka da borcu yaranıb Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı iki nəfər həbs olunub. Bunlar “Bakı Ağac Emalı” ASC-yə sahiblik edən Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir. “Qaynarinfo”nun məlumatına görə, hazırda həbsdə olan Tağı İbrahimovun rəhbərlik etdiyi “Bakı Ağac Emalı” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 195 min 354 manat 58 qəpik vergi borcu var. Onun banklara da kifayət qədər borcu yaranıb. Məlumata görə, ASC Azərbaycan Beynəlxalq Bankının (ABB) girovluğunda olub. Şirkətin qanuni təmsilçisi isə Natiq Məmmədrəhim oğlu Əkbərovdur. Natiq Əkbərovun adı bir neçə il əvvəl də Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin siyahsında olub. Hazırda da onun sözügedən borca görə ölkədən çıxışının məhdudlaşdırıldığı deyilir. ASC-nin ilk qanuni təmsilçisi isə Həmid Kazım oğlu İbrahimov olub. Həmid İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun yaxın qohumu olub və 2020-ci ildə dünyasını dəyişib. ASC isə Nazim İbrahimov komitə sədri olduğu ildən bir il sonra, yəni 2009-cu ildə Həmid İbrahimovun adına keçirilib. Qeyd edək ki, ASC illər əvvəl “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və onun qardaşı, “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub. Tağı İbrahimova məxsus sexdə baş verən dəhşətli partlayış-yanğından sonra müxtəlif versiyalar səsləndirilsə də, istintaq ilkin olaraq bu qənaətə gəlib ki, hadisə taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yaymışdı. Taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində bu dərəcədə dəhşətli partlayışı meydana gətirməsi Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırılmaqdadır. Hazırda cinayət işinin istintaqı aparılır. İstintaq zamanı toplanmış sübutlarla “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı və faktiki sahiblik edən vəzifəli şəxs Tağı İbrahimovun işinə laqeyd münasibət göstərib xidməti vəzifələrini yerinə yetirməməsi, yəni müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işini düzgün təşkil etməməsi, yanğın təhlükəsizliyi ilə bağlı əvvəllər aşkar edilmiş ciddi qanun pozuntularının aradan qaldırılması üçün zəruri rəhbər tapşırıqlar vermədiyi üzə çıxıb. ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevin isə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs kimi bu qaydaları pozması, yəni müəssisənin yanğın təhlükəsizliyinin, habelə yanar tullantıların və tozların təmizlənməsini təmin etməməsi səbəbindən baş vermiş partlayış-yanğın nəticəsində 10 nəfər şəxsin ölümünə, 23 nəfər şəxsin xəsarət almasına, habelə ASC-nin və ətrafda olan daşınar-daşınmaz əmlaklara əhəmiyyətli maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə Tağı İbrahimov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayev isə həmin məcəllənin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanın vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirləri seçilib. Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Müsavat”a bildirilib ki, istintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. E.MƏMMƏDƏLİYEV,“Yeni Müsavat” |
1,046,559 | 21.02.2024 08:50 | Gündəm | Mart bayramları gəlir - Azərbaycanda və xaricdə keçirmək neçəyə başa gəlir? | Turizmçilər deyir ki, bu il xaricə üz tutanların sayında artım var Novruz bayramı tətilinə sayılı günlər qalıb. Bayramla əlaqədar ardıcıl yeddi gün qeyri-iş günü olacaq. İstirahət günləri ilə bağlı turizm şirkətləri xüsusi turpaketlər hazırlayıb. Tətili bölgələrdə keçirmək istəyənlər indidən yerləri rezerv ediblər. Turizm şirkətinin nümayəndəsi Fariz Bəşirov deyib ki, qiymətlər ötən ilə nisbətən bahadır. Onun sözlərinə görə, hotellər üçün qiymətlər fərqlidir. Hələlik standart paketlər təklif edilsə də, bayramqabağı qiymətlər artacaq. Bayramı xaricdə keçirmək istəyənlər də indidən rezerv ediblər. Turizmçilər deyir ki, bu il xaricə üz tutanların sayında artım var. Buna səbəb bəzi loukosterlərin Azərbaycandan uçuş həyata keçirməsidir. Əvvəlcədən bilet bron edənlər 200 manata Roma, Budapeşt və digər yerlərə səyahət edə biləcəklər. Qeyd edək ki, hər ötən il xüsusən bayram günlərində xarici ölkələrə səfər edənlərin sayında artım müşahidə olunur. Əksəriyyət istirahətini bölgələrdə keçirməyə üstünlük verir, imkanı olanlar isə xarici ölkələrə üz tuturlar. Xüsusən də xarici ölkələr üçün turpaketlərdə endirimlərin olması insanları daha çox cəlb edir. O ki qaldı bayram günlərində xarici ölkələrdən gələn turistlərin sayına, qeyd edək ki, ötən ilin mart ayında Azərbaycana daha çox Rusiya vətəndaşları səfər etmişdi. Belə ki, mart ayında ölkəmizə 43 min nəfər rus turist gəlmişdi. 2022-ci ildə isə bu rəqəm cəmi 18 min nəfər, yəni 2,4 dəfə az idi. Rusiyadan sonra ötən ilin mart ayında Azərbaycana ən çox insanın səfər etdiyi ikinci ölkə Türkiyə olub. Belə ki, Türkiyədən Azərbaycana səfər edənlərin sayı 30 min 400 nəfər olub. 2022-ci illə müqayisədə bu, 25 faiz artım deməkdir. Adətən Novruz bayramında Azərbaycana turistlər daha çox İrandan gəlirdi. Lakin ötən ilin martında İrandan cəmi 12 min nəfər turist Azərbaycana gəlib. Ümumilikdə isə ötən ilin mart ayında Azərbaycana 136 min 505 nəfər xarici ölkə vətəndaşı səfər edib. Onu da qeyd edək ki, bu il Ramazan ayı martın 11-dən start götürəcək. Ekspertlər qeyd edir ki, bu amil həm yerli turistlərin, həm də müsəlman ölkələrindən gələn turistlərin sayına qismən də olsa təsir göstərəcək. Çünki məlum məsələdir ki, adətən inanclı insanlar Ramazan ayı boyunca uzaq səfərlərə çıxmaqdan çəkinir, istirahətini daha çox öz evində qeyd etməyə çalışır. Bəs qarşıdan gələn Novruz bayramı günlərində vəziyyət necə olacaq? Qiymətlərdə ciddi artım gözlənilirmi? Ceyhun Aşurov Turizm eksperti Ceyhun Aşurov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Məlum olduğu kimi, Novruz bayramı zamanı bir həftəyə yaxın qeyri-iş günü var. Hər zaman olduğu kimi, bu dəfə də istirahət günlərində əhalinin bir qismi regionlara üz tutacaq. Əlbəttə ki, bu da təbii olaraq hotel, bölgələrdəki fərdi evlərin qiymətinə təsir edəcək. Lakin biz eyni zamanda Doha, Səudiyyə Ərəbistanı, Dubaya və digər bəzi istiqamətlərdə sərfəli tur paketləri ilə bağlı reklamlar qarşılaşırıq. Artıq "AZAL" da qiymətlərin optimallaşdırılması ilə bağlı müəyyən siyasət yeridir. Həmçinin Gürcüstan, Türkiyə, xüsusən də İstanbul şəhəri istiqamətində sərfəli təkliflər edilir. Bu o deməkdir ki, bayram günlərində istirahət günlərini dəyərləndirmək üçün xaricə üz tutanların sayında artım olacaq. Ümumiyyətlə, ildən-ilə xaricə getmə bazarının bərpa olunduğunu görürük. Məsələn, 2019-cu ildə Azərbaycandan 5 milyondan çox insan xaricə getmişdisə, 2022-2023-cü illərdə bu say təxminən 2 milyon aralığında olub. Baxmayaraq ki, xarici turizm bazarında da qiymətlərin qalxması var, amma burada əsas faktor nəqliyyatın, təyyarə biletlərinin qiymətidir. Hansı istiqamətə endirimlər tətbiq olunursa, daha çox o istiqamətə turistlər axın edir və xaricə getməyə ciddi təsir edir. Bu amil istər Azərbaycandan xaricə gedən, istərsə də xaricdən Azərbaycana gələnlərin sayına təsir edəcək. Lakin qeyd edim ki, Novruz bayramı ərəfəsi Ramazan ayına düşür. Məlum olduğu kimi, Ramazan ayında inanclı insanlar müəyyən qədər səfərlərini təxirə salır. Yəni istənilən müsəlman ölkəsində, o cümlədən Azərbaycanda inanclı şəxslər daha çox öz məkanlarını tərk etmədən istirahət etməyə çalışırlar. Bu faktor öz təsirini ciddi şəkildə göstərəcək. Mən düşünmürəm ki, ciddi qiymət artımı olacaq. Amma istənilən halda qiymət artımı mümkündür. Adətən əvvəlcədən bayram paketləri hazırlanır. Məsələn, artıq indidən Novruz bayramı paketləri satılır, istər xaricə, istərsə də daxili turistlər üçün. Turpaketlərini indidən alanlar üçün müəyyən endirimlər əldə etmək imkanı olur. Artıq bayram günlərində yerlər dolmuş olur və az miqdarda boş qalan yerlərin də qiymətləri daha baha olur. O ki qaldı qiymətlərə, bu tam seçim məsələsidir. Məsələn, bir nəfərin bir günlük istirahəti əgər 200 manata başa gəlirsə, bir həftəlik xərc 1500 manat civarında olacaq. Əlbəttə ki, burada kənd evlərinin, villaların qiymətləri hotellərlə müqayisədə daha sərfəlidir. Tutaq ki, hotellərdə 4 nəfərlik bir ailə 2 otaq və yaxud bir delux otaq götürmək məcburiyyətindədirsə, onun qiyməti səhər yeməyi və digər xidmət qiymətləri daxil, daha baha olur. Elə insanlar da var ki, qiymətlərin necəliyindən asılı olmayaraq, bölgələrdə hotellərdə qalmağa və yaxud xarici ölkələrə getməyə üstünlük verir. Kütləvi götürdükdə isə insanların əksəriyyəti ölkə daxilində istirahət etməyə çalışır. Çünki qiymətlər nə qədər baha olsa da, uyğun qiymətə olan məkanları tapmaq olur". Xalidə GƏRAY,“Yeni Müsavat” |
1,046,560 | 21.02.2024 09:03 | Ölkə | Cənub zonası qızılca ilə bacarmır | “Bölgələrdə virus çoxalır, çünki peyvəndlərə inanmırlar, ona görə...”- pediatr Cəlilabad rayonunda son on gün ərzində 83 nəfər qızılca virusuna yoluxub. “Report”un Muğan bürosunun məlumatına görə, noyabr ayından bugünədək yoluxma sayı 576 nəfər təşkil edir. Yoluxanlardan 18 yaşdan kiçiklər 379 nəfər, 18 yaşdan böyüklər isə 197 nəfərdir. Hazırda aktiv xəstə sayı 83 nəfərdir. Xəstələrdən 1-i stasionar şəraitdə müalicə olunur. Qeyd edək ki, ötən gün 8 nəfər bu virusa yoluxub. Lənkəran rayonunda isə azyaşlı qız qızılcadan ölüb. Rayonun Veravul kənd sakini, 2018-ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Zəruri yardımlar göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Qusarda isə 7-ci sinif şagirdi yüksək hərarətdən vəfat edib. Bu barədə Qusar şəhər 4 nömrəli tam orta məktəb məlumat yayıb. Bildirilib ki, VII “A” sinfində təhsil alan Naida Yarəhmədova Namiqovna fevralın 17-də dünyasını dəyişib. İlkin ehtimala görə, N.Yarəhmədova qızılca xəstəliyi səbəbindən səhhətində yaranan ağırlaşma nəticəsində həyatını itirib. Gəncədə isə 9 yaşlı qız xəstəxanada ölüb. Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib. Lakin həkimlərin səylərinə baxmayaraq 9 yaşlı qız vəfat edib. R.Həsənovanın 20 gün əvvəl qızılcaya yoluxduğu bildirilir. İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb. Ölüm hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Son vaxtlar ölkədə yayılan qızılca sayında cənub bölgəsinin üstünlük təşkil etməsi nə ilə bağlıdır? Vaqif Qarayev Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qızılcanın epidemiya olaraq stabilləşməməsinin yeganə səbəbi peyvəndin tətbiq edilməməsidir: “Cənub bölgəsində peyvəndlərə inam çox azdır. Az qala hər gün saytlarda oxuyuruq - filan rayonda filan yaşlı uşaq qızılcadan öldü. Bütün hallarda da yazılır, həkimə gec müraciət olunub. Peyvənd elətdirmirlər, amma xəstə uşağı vaxtında həkimə çatdırmağa nə mane olur?! Həkimə gec müraciətin bir səbəbini deyim: yaşlı insanlarda bir fikir formalaşıb ki, qızılcalı uşağa iynə-dərman olmaz. Heç kim inciməsin, hara baxırsan cahillikdir Peyvənd vurdurmamaq tibbin əleyhinə getməkdir! Həkimə müraciət etməmək cahillikdir. Bəzi yerlərdə hətta qızılcaya yoluxanlara bayram edirlər, qırmızı geyindirirlər, amma müalicə etmirlər. Bu çox pis haldır. Hələ də o dövrdə qalmışıq. Həmkarlarımın dediyinə görə, bütün ölüm hadisələrində uşağın peyvənd olunmadığı məlum olub. Deməli, bölgələrdə peyvəndləmə zəif aparılır. Necə olur ki, qısa müddətdə məktəb yaşlı uşaqlar ensefalitdən ölür. Bu xəstəliklərin yoluxucu forması var, məsələn, virus meningiti deyirik. Axı bu, ölkədə yayılmayıb, onu diaqnozlaşdırmaq çox asandır. Xüsusi müayinə metodları, analizləri var. Vəziyyət çox narahatlıq doğurur. Rəsmilər vəziyyətin stabil olduğunu deyir, mediada isə hər gün ölüm xəbərləri yayılır. Yoluxanların sayı çoxalırsa, stabilləşmə yoxdur demək. Hər gün də virus çoxalmaqda davam edir. Bugünkü qızılcanın bir fərqli cəhəti var, böyüklər yoluxur. Bu, xoşagələn hal deyil. Böyüklər ağır keçirir. Ağırlaşmış virus ölüm verir. Yenə də deyirəm, peyvənddən başqa çarə yoxdur”. Afaq MİRAYİQ,“Yeni Müsavat” |
1,046,561 | 21.02.2024 09:15 | Gündəm | MSK-ya sədrlik: Məzahir Pənahov ancaq bu şərtlə qalır | Müxalifət Rövzət Qasımovu ali seçki qurumuna rəhbər görmək istəyir Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisindən sonra Azərbaycan hökumətinin tərkibi yenidən formalaşdırılıb. Artıq bu tərkibdə ədliyyə naziri Fikrət Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yer almayıb. Nazir vəzifəsi müvəqqəti olaraq Azər Cəfərova, komitə sədri vəzifəsi isə Səyyad Salahlıya həvalə edilib. İslahatlar mərhələli şəkildə davam etdiriləcək, bəzi vəzifəli şəxslər istefaya göndəriləcək və ya daha aşağı posta keçiriləcəklər. Pravda.az-a istinadla xəbər verir ki, bu islahatlar Mərkəzi Seçki Komissiyasını (MSK) da əhatə edəcək. 24 ildir MSK-ya sədrlik edən Məzahir Pənahov postu ilə vidalaşacaq. Azərbaycan qanunvericilinə əsasən, MSK üzvlərini yeni formalaşmış Milli Məclis seçir. Yəni parlament seçkiləri keçirildikdən sonra MSK-nın tərkibi formalaşdırılacaq. Qurumun tərkibi 18 nəfərdən ibarətdir, 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil etməlidir. VII çağırış Milli Məclisə keçirilən seçkilərdə də hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlamentdə daha çox yer qazanacağı şübhəsizdir. Hazırkı islahatların kursuna uyğun olaraq, MSK-nın tərkibi əhəmiyyətli dərəcədə dəyişəcək. Milli Məclis seçildikdən sonra YAP-ın daha Məzahir Pənahovun, Şaitdin Əliyevin, Ramiz İbrahimovun, Hüseyn Paşayevin namizədliyini irəli sürməyəcəyi bildirilir. Məzahir Pənahovun namizədliyi irəli sürülsə də, daha sədr olmayacaq. Rövzət Qasımov MSK sədri vəzifəsinə hazırda Məzahir Pənahovun müavini olan Rövzət Qasımovun gətiriləcəyi bildirilir. Uzun müddətdir xidmətlərinə görə onun MSK sədri gətiriləcəyi bildirilsə də, nədənsə hələ bu baş verməyib. Amma indi situasiya fərqlidir. 1978-ci il təvəllüdlü R.Qasımov 26 ilə yaxındır ki, MSK-da çalışır. İxtisasca ingilis dili üzrə tərcüməçi, dövlət və bələdiyyə idarəetməsi mütəxəssisidir. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən MSK katibliyinin müdiri olub, 2019-cu ildən isə MSK sədrinin müavinidir. O, əvvəllər heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdisə, artıq indi YAP-ı təmsil edir. R.Qasımov kifayət qədər təcrübəli, ciddi əlaqələrə malik şəxsdir, seçki mütəxəssisidir. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisində də kifayət qədər aktivlik nümayiş etdirdi. Arzuxan Əlizadə Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, hazırda mövcud olan qanunuvericiliyə müvafiq olaraq Azərbaycanda növbəti parlament seçkiləri bu il noyabrın 3-də keçirilməlidir: "Amma diqqətə alsaq ki, ölkədə noyabrın 11-də COP-29 tədbirinin keçirilməsi nəzərdə tutulub və buna görə 100 minə yaxın qonağın gəlməsi gözlənilir, o halda seçkinin noyabrın 3-də keçirilməyəcəyi, vaxtın dəyişdiriləcəyi ehtimalı artmış olur. Bunu isə növbədənkənar seçkiyə getməklə həll etmək mümkündür və belə ediləcəyi ehtimalı yüksəkdir. Cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, parlament seçkilərinə qədər referendum keçirilməsi məqsədəuyğundur. Çünki parlamentin say tərkibində dəyişikliyə, eləcə də konstitusiyamızda digər dəyişikliklərə ehtiyac yaranıb. Belə bir təcrübə də var ki, 2020-ci ildə növbədənkənar parlament seçkiləri keçirilmişdi. İndi də növbədənkənar parlament seçkiləri keçirilə bilər. Bu isə noyabr ayından xeyli əvvəl ola bilər. Əgər konstitusiyada dəyişiklik olmayacaqsa və növbədənkənar parlament seçkiləri keçiriləcəksə, parlamentin tərkibində, məncə, elə də böyük dəyişikliklər olmayacaq. Şübhəsiz ki, yeni Milli Məclisin tərkibinə uyğun da Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları formalaşdırılacaq. Ölkə üzrə 125 dairə seçki komissiyasının və beş mindən artıq məntəqə seçki komissiyalarına müstəqil deputatların komissiya üzvləri təqdim etməsi qaydası normal deyil. Ona görə bu məsələdə də qanunvericiliyə dəyişikliklər edilməlidir. Parlamentdə çoxluqda və azlıqda olan siyasi partiyalar seçki komissiyalarının formalaşmasında daha böyük üstünlüyə malik olmalıdır. Eləcə də MSK-nın hazırkı tərkibi hörmətli Məzahir Pənahovun rəhbərliyi ilə uzun müddətdir fəaliyyətdədir. MSK-nın üzvlərinin böyük əksəriyyətinin MSK üzvlüyü müddəti elə Məzahir Pənahovun MSK sədrliyi müddəti ilə demək olar eynidir. Yeni parlament seçkilərindən sonra MSK-da dəyişikliklər olacağı barədə deyilənlər reallaşa bilər. Məzahir Pənahov sədr olmayacaqsa, Rövzət Qasımovu şəxsən mən həmin vəzifəyə layiqli namizəd hesab edirəm. Rövzət Qasımovun bu sahədə böyük təcrübəsi var. MSK-nın tərkibində dəyişikliklər olacağı qaçılmazdır. Amma istənilən halda ilk növbədə seçkilərə yanaşma fəlsəfəsində ciddi dəyişikliklər olmalıdır. Bu olmayacaqsa, MSK-nın tərkibində şəxslərin dəyişməsi nəyisə ciddiyə dəyişə bilməz”. Elşad Musayev Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə xəbərlər intensiv yayılır. Lakin noyabr ayında COP-29 kimi böyük beynəlxalq tədbir Azərbaycanda keçiriləcək: "Ona görə də noyabr ayında, eləcə də ondan əvvəlki bir neçə ayda seçkilərin olacağı mümkün görünmür. Dekabr ayında isə bələdiyyə seçkiləri keçiriləcək. Ona görə də növbədənkənar parlament seçkiləri olacaqsa, iyul ayına qədər keçirilməlidir. O vaxta qədər keçirilməyəcəksə, gələn ilin fevralında keçiriləcək. Əslində buna da cəmi 1 il vaxt qalıb. Şübhəsiz ki, nə zaman yeni Milli Məclis seçiləcəksə, o zaman yeni MSK formalaşdırılacaq. İndiyə qədər MSK bir partiyanın üstünlüyü ilə formalaşdırılıb. Bundan sonra necə olacağını isə zaman göstərəcək. Amma ən əsası odur ki, seçkilərin tamamilə demokratik keçirilməsi üçün siyasi qərar, siyasi iradə ortaya qoyulsun. Belə olanda seçki komissiyasının tərkibində kimlərin olub-olmaması həlledici amil olmur. Həlledici amil qanun olur. Bu zaman isə istənilən seçki komissiyası üzvü və ya sədri qanunun sərt üzündən çəkinəcək və qanun nə tələb edir ona uyğun da hərəkət edəcək. Biz bundan sonra çalışmalıyıq ki, bələdiyyə və parlament seçkilərini də yüksək seçici aktivliyi, yüksək əhval-ruhiyyə ilə, doğru-düzgün keçirək. Biz proporsional seçki sisteminin bərpa olunmasını da vacib hesab edirik”. Etibar SEYİDAĞA,“Yeni Müsavat” |
1,046,562 | 21.02.2024 09:28 | Yaşam | “SPİD”lə bağlı son bir ayın qorxudan statistikası | Ekspertə görə, birdəfəlik şprislərin paylanması Azərbaycanda zəif aparılır, bu səbəbdən yoluxmalar artır Son bir ayda Azərbaycanda 108 nəfər İmmunçatışmazlığı Virusuna (“SPİD”) yoluxub. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatda bildirilib. Qeyd olunub ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 1 ay ərzində İİV-ə 108 nəfər yoluxmuşdur. Onlardan 106 nəfəri Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 8 nəfəri (7,5%-i) İnyekson Narkotik İstifadəçiləri olub. Bundan başqa, Səhiyyə Nazirliyinin məlumatına əsasən, hesabat dövründə Daxili İşlər Nazirliyi bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 6 847 nəfər istiqamətləndirib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 162 nəfərdən 124 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Qeyd edək ki, 1987-ci ildən 2023-cü ilin 1 iyul tarixinədək 9000 nəfər Azərbaycan vətəndaşı rəsmi olaraq Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda olub. Onlardan 69%-i kişilər, 31%-i qadınlar olub. Ekspertlərə görə, narkomaniyanın artım səbəbləri müxtəlifdir. İlk növbədə sosial problemlər və bundan yaranan nəticələr narkomanlığın geniş yayılmasına vüsət açır. İşsizlik, bunun nəticəsində cinayətkarlığın artması, narkomaniyanın müxtəlif təbəqələrə yol açmasına şərait yaradır. Bundan əlavə, sintetik və kimyəvi yolla əldə olunan narkotiklərin ölkəyə qanunsuz gətirilməsi bu bəlanın aşağı təbəqədən olan kütlələrə çox asanlıqla yol tapmasına səbəb olur. Statistika bunu deməyə əsas verir ki, ölkədə istehlak olunan narkotik vasitələrin böyük əksəriyyəti ölkə xaricindən gətirilən narkotiklərin payına düşür. Düzdür, əslində narkotiklərin qanunsuz dövriyyəsi, narkomanlıq və narkobiznesin yayılmasına qarşı qətiyyətli tədbirlər görülür, bu istiqamətdə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən təşkilati hüquqi və praktiki tədbirlər həyata keçirilir, lakin bunlara baxmayaraq, narkotik vasitələrin ölkəyə axınının tamamilə dayandırılmasına nail olmaq mümkün olmur. Ölkədə yayılan narkotiklər əsasən kimyəvi tərkibli olub, ucuz başa gəldiyindən bu tip narkotik vasitələr aşağı təbəqələrin nümayəndələri tərəfindən asanlıqla əldə olunur. Narkotik aludəçilərinin və QİÇS xəstələrinin sayı niyə artır? Emil Maqalov Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Emil Maqalov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dəfələrlə keçici xəstəlikdən əziyyət çəkən şəxslərlə üzləşib: “Bəzən adamları araşdırdıqda görürük ki, həyat yoldaşlarından, dostlarından onlara ağır xəstəliklər keçib. Narkomanlar 3-5-ci dəfə istifadədən sonra psixoloji asılılığa düşür. Nə etsək də, qarşısını almağa çalışsaq da, onlar hansı yolla olursa-olsun narkotikdən istifadə edəcək. Çünki bu adamların ağrısı var. Bunun sözlə, yaxud güc tətbiq etməklə qarşısını almaq mümkün deyil, yalnız müalicə ilə etmək mümkündür. İstənilən şəxs narkotikdən və şprislərdən istifadə etdikdən bir müddət sonra damarlara iynə vurmaq çətinləşir. O səbəbdən kapilyar damarlara məcbur olub iynə vurmağa başlayırlar. Bu zaman kiçik damarlara keçmək üçün kiçik şprislərdən istifadə olunmalıdır. Narkotik istifadəçiləri o şprisi tapa bilmirlər, apteklər onlara şprisləri vermir. Araşdırmalarım nəticəsində o da məlum olub ki, onlar ya bir-birinin şprisini, ya da küçədə tapdıqları şprislərdən istifadə edirlər. Bununla da xəstəliklər digər narkotik istifadəçilərinə də keçir. Bunlar arasında ailəsi, uşağı olanlar da var. Beləliklə, QİCS və digər xəstəliklər getdikcə daha da geniş yayılmağa başlayır”. Ekspert əlavə edib ki, inkişaf etmiş ölkələrdə zərərin azaldılması layihəsində bunlar nəzərə alınır, onları yeni şprislərlə təmin edirlər: “Bəlkə də çoxları deyəcək ki, onlara şpris verirsiniz ki, narkotikdən istifadə etsin. Bir daha bildirirəm, biz onları versək də, verməsək də, onlar bunu tapıb vuracaqlar. Həmin layihədə isə şprisdən necə düzgün istifadə etmək lazımdır, bu göstərilir. Zərərin azaldılması layihəsi Azərbaycanda da var, sadəcə, çox zəif işləyir. Həmin layihəyə təkan versək, orada pulsuz anonim narkoloq xidməti, anonim psixoloq xidməti, anonim hüquqşünas var. Müayinədən tutmuş, müayinəyə kimi hamısı anonim şəkildə aparılır. Sadəcə, bu layihəyə təkan verilməlidir. Həm bu xəstəliklər problemlidir, onların qarşısı qismən alınar, həm də küçələrdə dolaşan narkomanların sayı azalar”. Tibb Fakültəsi Tibb Təhsili Kafedrası professoru, Dr. Esra Çınar Tanrıverdi isə deyib ki, dünyada HİV azalarkən, bəzi ölkələrdə yüzdə 200, Türkiyə kimi ölkələrdə isə yüzdə 490 artmaqdadır. Son 10 ildəki məlumatlar bunu belə göstərir: “Bu xəstəlik sosial yaşayış yerlərində tüpürcək və göz yaşı, tər, öpüşmə, əl sıxma, çəngəl-bıçaq paylaşma, öskürək, üzgüçülük hovuzu, ağcaqanad və qan əmici həşəratların dişləməsi ilə keçmir. Risk faktorları cinsi əlaqədir. Prezervativ, cinsi yolla ötürülən başqa bir infeksiyaya yoluxmadır. Alkoqol və narkotik istifadəsi ilə bağlıdır. Son illərdə bu halların 80 faizi homoseksual kişilər, seks işçiləri, trans qadınlar və kişilər, iynə vuran insanlar və məhbuslar arasında baş verib”. Afaq MİRAYİQ,“Yeni Müsavat” |
1,046,563 | 21.02.2024 09:40 | Ölkə | Məktəblərdə hansı bayramlar qadağan oluna bilər? | Hellouin, Pasxa və Milad bayramlarının qeyd olunması Türkiyədə yasaqlanıb, bəs Azərbaycanda... Türkiyədə özəl məktəblərə ölkənin milli dəyərlərinə uyğun gəlməyən Qərb bayramlarını qeyd etmək qadağan edilib. Ölkənin Təhsil Nazirliyi hökumətin qərarına əsasən, özəl təhsil müəssisələrində Hellouin, Pasxa və Milad bayramlarının qeyd olunmasını qadağan edib. Şöbədən verilən məlumata görə, türk millətinin milli, əxlaqi, insani, mənəvi və mədəni dəyərlərinə zidd olan tədbir və şənliklərin keçirilməsi tələbələrin psixososial inkişafına töhfə vermir. Qadağa valideynlərin Qərb bayramlarının məktəblərdə qeyd olunması ilə bağlı şikayətlərindən sonra qoyulub. 2023-cü ilin dekabrında Türkiyənin milli kimliyinə uyğun gəlməyən bayram tədbirləri ilə bağlı təhsil müəssisələrinə xəbərdarlıq edilib. Bundan başqa, qərara əsasən, tələbələrin akademik tərəqqi ilə yanaşı, sosial, mədəni, incəsənət və idman inkişafına təkan vermək məqsədi daşıyan “İctimai fəaliyyət və inkişaf mərkəzləri” yaradılacaq. Bəs Azərbaycan məktəblərində də hansı bayramlar qadağan oluna bilər və yaxud olunmalıdır? Ceyhun Məmmədov Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Hesab edirəm ki, təhsil müəssisələrində ciddi iş aparmalıyıq. Çalışmalıyıq ki, daha çox milli bayramlarımızı qeyd edək və məktəblərimizdə məhz milli bayramlar qeyd olunsun. Bu məsələ milli kimliyin formalaşdırılması, milli şüurun möhkəmləndirilməsi baxımından da xüsusi önəm və əhəmiyyət daşıyan bir məsələdir. Türkiyədə özəl məktəblərə ölkənin milli dəyərlərinə uyğun gəlməyən Qərb bayramlarının qeyd edlməsinin qadağan olunması ilə bağlı addımların atılması milliliyin qorunmasına hesablanıb. Hər bir millətin özünə məxsus milli bayramları var və hər kəs öz milli bayramlarını qeyd etməlidir. Necə ki, hansısa dövlət, xalq bizim bayramımızı qeyd etmir, biz də o bayramı qeyd etməməliyik. Ona görə də biz öncə milli şüuru, düşüncəni formalaşdırmalı, daha sonra digər addımların atılması barədə düşünməliyik. Lakin eyni zamanda imkan verməməliyik ki, bizə kənardan gələn bayramlar milli bayramlarımızı üstələsin. Bir daha qeyd edirəm ki, bu, istər-istəməz milli şüurun zəiflədilməsinə aparıb çıxardacaq. Çalışmalıyıq ki, hər zaman milli birliyimizi və milli kimliyimizi, həmrəyliyimizi qoruyaq. Bu zaman biz istədiyimiz hədəflərə və məqsədlərə nail ola bilərik. Bunu etmədiyimiz təqdirdə isə əlbəttə ki, getdikcə milli dəyərlərdən, öz soy-kökündən uzaqlaşmaq özünü açıq formada göstərəcək. Ona görə də birinci tərbiyə, təlim sistemində bu istiqamətdə ciddi işlər apararaq, müəyyən hədəf və məqsədlərimizə nail ola bilərik, daha sonra digər qərarların qəbul edilməsi və addımların atılması məsələsinə baxıla bilər". Kamran Əsədov Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı bunları deyib: “Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır. Hər bir şagirdin tədris ili ərzində iştirak edə biləcəyi məktəbdaxili fəaliyyət proqramı təsdiq olunur və burada dövlət tərəfindən təsdiq olunmuş ümummilli bayramlar, hüzr günləri rəsmi şəkildə qeyd olunur. Əslində mövcud qaydalara əsasən dövlət ümumtəhsil məktəblərin ərazisində hər hansı bir bayramın keçirilməsinə icazə verilmir. Yeni il, Novruz bayramı, 8 mart və yaxud digər hansısa bayramlar, sadəcə olaraq, müəyyən əlamətdar tədbirlər formatında məktəblərdə qeyd olunur və bu, məktəblilərin fəaliyyət proqramında öncədən tədris ili başlayanda, yəni sentyabr ayında təsdiqlənir. Bəzən hansısa uşaq bağçaları, körpələr evlərində hansısa bayramların qeyd olunmasına rast gələ bilirik. Amma qeyd etdiyim kimi, dövlət ümumtəhsil məktəblərində bayramlar qeyd olunmur. O ki qaldı özəl ümumtəhsil məktəblərinə, bu təhsil müəssisələrində özlərinin nizamnaməsinə uyğun olaraq bu tip fəaliyyətlər sərbəst və müstəqildir. Burada hansısa məhdudiyyət nəzərdə tutulmur. Milli, tarixi, adət-ənənəmizə, milli mental xüsusiyyətlərimizə uyğun olmayan, şagirdlərdə fiziki və psixoloji gərginlik yarada biləcək bayram və tədbirlərin keçirilməsinə əlbəttə ki, qanunverciliyə uyğun olaraq məhdudiyyət qoymaq olar. Azərbaycan hüquqi dövlətdir, hər bir vətəndaşın hüquqları var. Amma bununla yanaşı, vəzifələri də var. Hesab edirəm ki, bu tipli bayramlar əgər şagirdlərdə bilik və bacarıqlar formalaşdırmayacaqsa, birmənalı şəkildə keçirilməsinin heç bir əhəmiyyəti yoxdur". Xalidə GƏRAY,“Yeni Müsavat” |
1,046,564 | 21.02.2024 09:52 | Siyasət | Rusiyanın “TT” siyasəti: həm təhdid, həm tumar... | Paşinyan hakimiyyətinin Qərbə sığınması, anti-Rusiya davranışları gərginliyi tətikləyir; Kremldən xəbərdarlıq, Paşinyan iqtidarı üçün gerisayım başladı Rəsmi İrəvan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin hədəsinə hələ də rəsmi cavab verməyib. Xatırladaq ki, Qaluzin açıq şəkildə bəyan edib ki, “Ermənistanın Rusiyanın orbitindən çıxıb Qərbə doğru irəliləməsi onun varlığını şübhə altına ala bilər”. Rusiya xarici işlər nazirinin müavini Ermənistanın “geosiyasi dalğalanmaları” və KTMT-dən çıxmaq niyyətlərindən danışaraq, “belə siyasətin müstəqilliyin itirilməsinə səbəb ola biləcəyi” xəbərdarlığını edib. Bununla belə, yüksək rütbəli rusiyalı diplomat Ermənistan üçün “kimliyini və müstəqilliyini itirmək” təhlükəsindən danışarkən nəyi nəzərdə tutduğunu açıqlamayıb. Yəni bilinmir ki, Ermənistan Qərbdən asılı vəziyyətə düşəcək, yoxsa Rusiya Ermənistanın indiki siyasətinə görə dövlət kimi mövcudluğuna son qoyacaq. Hakim partiyadan olan deputat, Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan Qaluzinin bəyanatını “anlaşılmaz və qəribə” adlandırıb. “Ermənistan çoxlu tərəfdaşları ilə münasibətlərini dərinləşdirməyə çalışır və biz təhlükəsizlik və iqtisadiyyat sahəsində əlaqələrimizi şaxələndirmək yolu ilə gedirik”, - deyə Xandanyan bildirib. Deputat əlavə edib ki, Ermənistanın seçimi yoxdur: KTMT-dən çıxmaq, ya yox. Əksinə, KTMT-nin özü (oxu: Rusiya, red.) Ermənistanla münasibətlərini necə quracağı seçimi qarşısında qalıb. “Hesab edirəm ki, bu seçim Ermənistanın deyil, KTMT-nin qarşısındadır və Ermənistan KTMT ilə münasibətləri ilə bağlı mövqeyini çox açıq şəkildə ifadə edib və bizim münasibətlərdə mövcud olan bütün problem və narahatlıqları qeyd edib”, - Xandanyan vurğulayıb. Rusiya Xarici İşlər Nazirliyi Ermənistana qarşı getdikcə daha sərt ritorikadan istifadə etsə də, ölkənin siyasi dairələrində hələ də Moskva ilə İrəvan arasında mövcud gərgin vəziyyətin müvəqqəti olduğuna inanırlar. “Ermənistan və Rusiya arasında çətinliklər var, lakin tərəflər onları həll etməyə çalışırlar”, - deyə Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Kazbek Taisaev bildirib. Onun fikrincə, Ermənistanı Rusiyadan qoparmaq demək olar ki, mümkün deyil: “Ermənistan KTMT-nin üzvüdür, Rusiya hərbçiləri Ermənistan ərazisində yerləşdirilib və çox konkret vəzifələri var. Ölkələrimizin rəhbərləri arasında dialoq var və bu dialoq bizə yaranan problemləri, anlaşılmazlıqları həll etməyə imkan verir. Hesab edirəm ki, əgər hansısa uzunmüddətli prosesdən danışırıqsa, Ermənistanı Rusiyadan qoparmaq demək olar ki, mümkün deyil”, - rusiyalı senator qeyd edib. Paşinyan hakimiyyətinin Qərbə sığınması, anti-Rusiya davranışları iki ölkə arasında aylardır davam edən gərginliyi tətikləyir. Sahib Alıyev Deputat Sahib Alıyev “Yeni Müsavat”a bu mövzunu şərh edərkən əvvəlcə çox maraqlı bir lətifəni nəql etdi və olduqca yerində bir paralellik apardı: “Mən Qaluzinin Ermənistanın müstəqilliyini itirəcəyi haqda açıqlamasını eşidəndə Molla Nəsrəddinə arvadının yıxıldığı və ağlının başından çıxdığı deyiləndə onun reaksiyası yadıma düşdü. Molla bu xəbəri gətirənə "onun ağlı var idi ki, başından da çıxsın, görəsən, o çıxan nə olub" demişdi. Mollanın sözü olmasın, Ermənistanın müstəqilliyi vardı ki, onu da itirsin? Ermənistan müstəqil deyil, olmayıb və yeridilən siyasətdən də görünür ki, olmayacaq". Paşinyanın Rusiyadan uzaqlaşmaq məsələsinə gəldikdə, S.Alıyev bildirdi ki, quru sözdən başqa bu məsələ ilə əlaqədar ciddi hər hansı bir addım atıldığını müşahidə etmir: “Onun (Paşinyanın-red.) anti-Rusiya təsiri bağışlayan açıqlamaları, Ukraynaya qarşı savaşda sözügedən dövləti dəstəkləmədikləri kimi fikirləri daha çox görüntü yaratmaqdır. Rəsmi İrəvan Rusiyanı necə dəstəkləmir ki, Qərbin ora satışına qadağa qoyduğu ikili təyinatlı malların böyük əksəriyyəti amerikalıların araşdırmalarından da göründüyü kimi, ya Ermənistan üzərindən birbaşa, ya da Qazaxıstan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirliklərinə və digərlərinə satılmaqla, dolayı yolla çatdırılır. Yəni Qazaxıstan, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərindən Rusiyaya göndərilən sanksiyalı mallar Ermənistanın Qərbdən alıb onlara satdıqlarıdır”. S.Alıyev hesab edir ki, bir sözlə, bu gün Paşinyan hakimiyyətdən getməsi Ermənistanın Rusiyanın orbitindən çıxacağından daha real görünür: “Halbuki hələ heç Paşinyan da gedənə bənzəmir”. Sahib Məmmədov Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə münasibətlərin kritikləşəcəyini güman edir: “Ermənistanın davamlı demarşları əlbəttə ki, əvvəl-axır Rusiyanın "səbir kasasını" doldura bilər. Uzun müddət Rusiyanın forpostu rolunda olub, Rusiya ilə özünü strateji müttəfiqi kimi aparan Ermənistanın indi Rusiyaya qarşı bəzi hallarda düşmən münasibəti Kremli qıcıqlandırır. Ermənistan uzun illərdir ki, Rusiyanın hesabına ayaq üstə qalıb. Həm hərbi, həm iqtisadi, həm diplomatik sahədə misli görünməmiş dəstək alıb. İqtisadi və hərbi baxımdan Rusiyadan tam asılı bir dövlətdir. İndi də bu asılılıq qalır. Ermənistan hələ də Rusiyadan güzəştli şərtlərlə xammal və yanacaq almaqdadır. Ermənistanın əsas təsərrüfat sahələri, rabitə və kommunikasiyası demək olar tamamilə Rusiya dövlərinin və ya Rusiya kommersiya qurumlarının idarəçiliyindədir. Ermənistan Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan ən çox bəhrələnən dövlətdir. Rusiya ilə azad ticarət zonasında olmasından istifadə edərək, sanksiya tətbiq edən ölkələrdən alınan malların reeksportunu həyata keçirməklə külli miqdarda qazanc əldə edir... Ermənistan bu gün də Rusiya ilə birgə inteqrasiya olunduğu təşkilatlardan bəhrələndiyi halda onların işini boykot etməkdədir və hərbi blok olan KTMT-ni faktiki boykot edərək onun fəaliyyətini iflic edib və nüfuzuna zərbə vurub. Bu baxımdan Rusiya Federasiyasının yüksək vəzifəli məmurunun açıqlaması həqiqəti əks etdirir". STM icraçı direktoru bildirdi ki, Ermənistan Rusiyaya qarşı qeyri-dost hərəkətlərini artırdıqca, Rusiyanın səbri tükənə və əks tədbirlərə başlaya bilər: "Bu isə Ermənistan üçün yaxşı nəticə verməz. Yüksək vəzifəli şəxslərin sərt açıqlamalarına baxmayaraq yaxın dövrdə Rusiyanın Ermənistana qarşı sərt addımlar atacağını düşünmürəm. Fikrimcə, Rusiya hələ də səbr nümayiş etdirməkdə davam edəcək. Ermənistanın demarşları Rusiyanın maraqlarını ciddi təhlükə altına almayıb. Rusiya hələ də bu demarşlara Paşınyanın kaprizləri kimi baxmaqdadır. Ermənistanın xarici siyasətində ən ciddi səhflərdən biri də müstəqil olmadığı halda özünü müstəqil aparmağa cəhd etməsidir. Uzunmüddətli planda bu naşı siyasət ona baha başa gələ bilər. Azərbaycanla münasibətlərində də qeyri-stabillik nümayiş etdirməsi naşı siyasətlə bağlıdır. Belə demək mümkün olsa, Ermənistanın özünü Azərbaycan kimi aparması alınmayacaq. Azərbaycan əvvəldən müstəqil siyasət aparıb, heç bir dövlətdən nə siyasi, nə də iqtisadi asılılığı yoxdur. Rusiya da, digər dövlətlər də yaxşı bilirlər ki, heç bir dövlət, heç bir qüvvə Azərbaycan ərazilərini başqa dövlətlərə qarşı nə hərbi, nə siyasi, nə ideoloji, nə də iqtisadi baxımdan platsdarm kimi istifadə edə bilməyəcək və bu, mümkün deyil. Ona görə də Azərbaycandan ehtiyat etməyə dəyməz. Doğrudur, bəzi qonşularımız, o cümlədən İran bunu bəzən düzgün dəyərləndirə bilmir, amma zaman keçdikcə Azərbaycanın onlar üçün təhlükə olmadığını başa düşüb, sakitləşirlər. E.PAŞASOY,“Yeni Müsavat” |
1,046,565 | 21.02.2024 09:10 | Son xəbər | Azərbaycan Vardanyanın bankını alır? - Ermənistanda SENSASİYA yaradan əməliyyat | Gürcüstanın ən böyük bankı olan “Bank of Georgia”nın (BOGG PLC) Ermənistanda “Ameriabank”ı almaq niyyəti erməni ictimai rəyində ciddi müzakirələr yaradıb. Musavat.com Publika.az-a istinadla xəbər verir ki, Ermənistan mediası bir neçə şübhəli sualı araşdırmağa çalışır. - Ermənistanda müxtəlif banklar satışa çıxarılıb, sonuncu olaraq, HSBC, lakin “Bank of Georgia” niyə məhz “Ameriabank”ı almaq istəyir? - “Ameriabank”ın səhmdarlarından olan Ruben Vardanyan hazırda Bakıda həbsxanadadır, bankın satışı necə həyata keçiriləcək? - Vardanyanın səhmdarı olduğu erməni bankının alınmasının arxasında Azərbaycan dayanırmı? Bu sualların müzakirələrində konspriloji iddialar belə irəli sürülür. Bu iddialardan biri də “Ameriabank”ın satılmasının Vardanyanın azadlığa çıxması üçün fidyə ola biləcəyi haqdadır. “Ameriabank”ın rəsmiləri bu iddialara aydınlıq gətirib.Bankın açıqlamasında bildirilir ki, satış işi tamamlanmayıb, tərəflər alqı-satqı ilə bağlı danışıqlar mərhələsini başa çatdırıblar: “Alqı-satqı razılaşması BOGG və “Ameriabank”ın səhmdarlarının ümumi yığıncağında təsdiqlənməli, o cümlədən, Ermənistan Mərkəzi Bankı bunu qəbul etməlidir. Bu proses yaxın bir neçə ayda tamamlana bilər”.Açıqlamada Ruben Vardanyanın bankın səhmdarları arasında olub-olmadığına da aydınlıq gətirilir. Ruben Vardanyan bankın birbaşa səhmdarı deyil. “Ameriabank”ın 48,82 faizlik səhmdarı Vardanyanın payının idarəçiliyinin həvalə edildiyi “İmast Group”dur (keçmiş Ameria Group). Səhmdarlar arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (17,71 faiz), Asiya İnkişaf Bankı (13,91 faiz), Afeyan Fondu və ESPS Group (12,05 faiz) da var. Hər bir səhmdar yalnız öz payı ilə bağlı qərar qəbul edə bilər, əqdin təsdiqi isə bütün səhmdarların qərarı ilə baş tutmalıdır.Bank qeyd edir ki, alqı-satqı ilə bağlı danışıqlar iki il əvvəl başlayıb. Həmin vaxt Ruben Vardanyan həbs olunmamışdı və prosesdə bütün səhmdarlar kimi, Vardanyanın səhmlərini idarə edən “İmast Group” da iştirak edib.Məlumata görə, “Ameriabank”ın satışı üzrə əməliyyatının məbləği 303,6 milyon dollardır. Alqı-satqı başa çatdıqdan sonra bankın hazırki səhmdarları arasında 10 faizlik pay Avropa Yenidənqurmaq və İnkişaf Bankında qalacaq, digər səhmlərin hamısı London Fond Birjasında qeydiyyatdan keçmiş “Bank of Georgia”ya keçəcək və əsas səhmdar da Gürcüstan bankı olacaq. Böyük Britaniyanın Maliyyə Xidmətlərini Tənzimləmə Xidmətləri artıq maliyyə əməliyyatı sirkulyarını təsdiqləyib. Erməni iqtisadçı Tatul Manaseryan bankın satılmasının Vardanyanın azadlığa çıxmasına hesablandığına dair iddiaları sadəlövhlük adlandırıb. Lakin o da iddia edir ki, Türkiyə və Azərbaycan “Ameriabank”ın alıcısı olan Gürcüstan bankı vasitəsilə Ermənistanın maliyyə bazarına daxil olmağa çalışa bilər: “Ermənistanın bank sistemində bank sirrini saxlamağa imkan verən müxtəlif ödəniş və məlumat ötürmə sistemi mövcuddur. Unutmayın ki, bank sirri dövlət sirrinin bir hissəsidir. Bu isə gerçəklərin açıqlanmayacağı deməkdir. Türkiyə və Azərbaycan öz məqsədlərinə çatmaq istiqamətində çalışır. İstisna etmirəm ki, Ermənistanın Mərkəzi Bankı da “Ameriabank”ın satışına icazə verəcək”. “Ameriabank”ın Gürcüstan bankı tərəfindən alınması və bu alqı-satqının Bakıda həbsdə olan Ruben Vardanyanla bağlı olduğuna dair iddialar yalnız iddia olaraq qalır. Lakin bu iddiaların Ermənistanda yaratdığı ciddi ajiotajı seyr etmək də maraqlıdır. |
1,046,566 | 21.02.2024 09:20 | Gündəm | QALMAQAL! Kamil Zeynallını Moskvada saxladılar – ermənilərin TƏLƏBİ İLƏ – detallar CANLIda | Rusiya MN başçısı: Ukrayna üçün əks-hücum planını xarici mütəxəssislər hazırlayıb ABŞ Dövlət Departamenti: Ukrayna özünü müdafiə etmək üçün... Avropa Komissiyası Ukraynaya 75 milyon avro yardım ayırıb ŞOK GÖRÜNTÜLƏR yayıldı: Navalnının cəsədi... - FOTO Bakıda bu tarixdə şaxta olacaq - XƏBƏRDARLIQ Kamil Zeynallı Moskvada saxlanıldı - VİDEO Türkiyə-Azərbaycan Universiteti Xankəndidə olacaq? Yardım olmasa, Kiyev qərar verəcək: Hansı şəhərlər... Ruben Bakıya bu cür girmək istəyirmiş - Sirr açıldı Navalnının “ölüm fərmanı"nı kim verib? - Müəmmalı məqamlar Putindən ABŞ-a: Bu, mümkün olmayacaq! Yardım olmasa, Kiyev qərar verəcək: Hansı şəhərlər... Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 09.20-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Səhər Xəbər” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/NewMusavat Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat |
1,046,567 | 21.02.2024 10:40 | Hadisə | Bakıda məsciddə YANĞIN | Bakıda məsciddə yanğın olub. Musavat.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Sabunçu rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 32 m² sahədə yanıb. Məscidin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
1,046,568 | 21.02.2024 10:16 | Hadisə | Deputata AĞIR İTKİ | Milli Məclisin deputatı Məzahir Əfəndiyevə ağır itki üz verib. Millət vəkilinin atası Cavid Əfəndiyev vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir. (Qafqazinfo) |
1,046,569 | 21.02.2024 10:28 | İqtisadiyyat | Rubl görün neçəyə oldu | Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Musavat.com xəbər verir ki, avronun məzənnəsi 0,4 % artaraq 1,8386 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0184 manat təşkil edib. |
1,046,570 | 21.02.2024 09:58 | Yazarlar | Moskva göz yaşlarına inanmır, biz də ona - bu, nə müttəfiqlikdir? | Xəbər verdiyimiz kimi, tanınmış məşqçi Kamil Zeynallı Moskvadan Bakıya gələrkən Rusiyanın "Domodedovo" hava limanında saxlanılıb. O, bu barədə sosial şəbəkədə video paylaşaraq məlumat verib. Kamil Zeynallı qeyd edib ki, saxlanılmasına səbəb Ermənistanın onu beynəlxalq axtarışa verməsidir. O, Ermənistana təhvil veriləcəyini də istisna etməyib. Kamil Zeynallı 21.02.2024 tarixində (bu gün) məhkəməyə çıxarılacağını bildirib və Azərbaycandan kömək istəyib. "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu öz sosial media hesabında Kamil Zeynallının həbsi ilə bağlı rəy bildirib. Musavat.com həmin rəyi təqdim edir: Bizim sübutlarla axtarışa verdiyimiz Xocalı soyqırımını törədənlər, ona rəhbərlik edənlər - sərkisyanlar, köçəryanlar, tanoyanlar, balayanlar qalıb qıraqda, əllərini, qollarını sallaya-sallaya Moskvaya gedib-gəlirlər. Amma heç bir hərbi əməliyyatda iştirak etməyən günahsız bir soydaşımız saxlanıb və Ermənistana təhvil verilə bilər... Belə çıxır ki, Ermənistan istənilən bir məşhur azərbaycanlının adını Rusiyaya verə bilər ki, tutun, saxlayın, bizə təhvil verin? Xocalı soyqırımı ildönümünə günlər qala qatil ermənilər deyil, Kamil Zeynallı həbs olunur. Rusiya Köçəryanı, Sərkisyanı, Tonoyanı və digər müharibə canilərini saxlayıb, bizə verməlidir. Bu, nə hüquq, bu, nə qonşuluq, bu, nə müttəfiqlik? Əminik ki, Azərbaycan dövləti Kamili qoruyacaq. Lakin baş verən presedent heç xoşagələn olmadı. Moskva göz yaşlarına, biz də Moskvaya inanmırıq. Rauf ARİFOĞLU |
1,046,571 | 21.02.2024 09:51 | Gündəm | Polad Bülbüloğlu Kamil Zeynallının saxlanılmasından DANIŞDI | “Kamil Zeynallı dünən gecə saatlarında saxlanılıb. Onun saxlanılmasının əsl səbəblərini bilmirik. Amma səfirlik olaraq, dərhal bütün addımları atmışıq”. Bunu Gununsesi.info-ya özəl açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib. Səfir bildirib ki, Kamil Zeynallının saxlanılmasının əsl səbəbləri bugün bəlli olacaq: “Saxlanılması barədə özünün iddiaları var. İndi məlum olacaq ki, niyə saxlanılıb. Biz onun üçün vəkil tutmuşuq. Konsulu da yoxlamışam. Hazırda onun yanındadır. Səfirlik üzərinə düşən hər şeyi edir”. Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. |
1,046,572 | 21.02.2024 10:03 | Gündəm | Kamil Zeynallının saxlanılma anı - VİDEO | Tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılma görüntüləri yayılıb.Musavat.com xəbər verir ki, videoda K.Zeynallının üzərindəki əşyaların müsadirə olunması əks olunub. |
1,046,573 | 21.02.2024 10:05 | Son xəbər | Gülaydan Kamillə bağlı Prezidentə MÜRACİƏT FOTO | Müğənni Gülay Zeynallı həyat yoldaşı Kamil Zeynallının Rusiyada həbs olunması ilə bağlı diqqət çəkən paylaşım edib. Gülay baş verən hadisə ilə bağlı Kamil üçün dövlətimizin başçısından kömək istəyib: “İnşallah bu da keçər. Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın”. Qeyd edək ki, Kamil Zenallını Ermənistan Beynəlxalq axtarışa verdiyi üçün Moskvada hava limanında saxlanılıb. Bizim.Media |
1,046,574 | 21.02.2024 10:08 | Siyasət | XİN-dən Kamil Zeynallının saxlanılması ilə bağlı AÇIQLAMA | Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir. Nazirlikdən bildirilib ki, Kamil Zeynallıya müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa, bildiriləcək. |
1,046,575 | 21.02.2024 10:52 | İqtisadiyyat | Mərkəzi Bankın sədri yeni qərar İMZALADI | Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı Qaydası”nı təsdiqləyib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, test məqsədli alış nəzarət subyektinin fəaliyyətinə nəzarət, o cümlədən AMB-nin tətbiq etdiyi digər nəzarət tədbirlərini tamamlamaq məqsədilə həyata keçirilir. Test məqsədli alış gizli müşahidələr, telefon zəngləri, poçt və elektron poçt vasitəsilə, xidmətin təqdim edildiyi yerlərə, rəsmi internet səhifəsinə və rəqəmsal platformalara daxil olmaqla həyata keçirilir. Belə alış nəzarət subyektinin iş vaxtı hesab edilən gün və saatlarda, onlayn xidmətlər üzrə isə real vaxt rejimində, o cümlədən elan edilmədən, bir və yaxud bir neçə şəxs həyata keçirəcək. Bu alış zamanı hədəf qrupuna uyğun üçüncü şəxslər cəlb oluna bilər, bu halda AMB və həmin şəxslər arasında bağlanan müqavilələrdə məxfiliklə bağlı müddəalar əks olunacaq. Həmçinin test məqsədli alış nəzarət subyektinin və onun əməkdaşlarının reputasiyasına, habelə nəzarət subyektinin cari fəaliyyətinə maneə yaradacaq hərəkətlərə yol verilmədən aparılmalıdır. Bundan başqa, test məqsədli alışın nəticəsində nəzarət subyektinin fəaliyyətində pozuntu və yaxud çatışmazlıq aşkar edilərsə, AMB 7 iş günü ərzində bu barədə elektron üsulla və yaxud alınmasını təsdiq edən poçt vasitəsilə bildiriş göndərəcək. Bildirişdə test məqsədli alışın keçirilmə yeri, vaxtı, maliyyə xidmətinin növü, aşkar edilmiş nöqsanlar və çatışmazlıqlar göstəriləcək. Nəzarət subyekti 3 iş günü ərzində bildirişdə göstərilən hallara dair izahatını AMB-yə təqdim etməlidir. İzahat əsaslı hesab edilmədikdə, AMB test məqsədli alış zamanı aşkar olunmuş pozuntuların xarakterindən asılı olaraq nəzarət subyektinə icrası məcburi göstərişlər verəcək və yaxud maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş digər nəzarət tədbirləri həyata keçirəcək. AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb. (Report) |
1,046,576 | 21.02.2024 11:26 | Ölkə | Azərbaycanda təbiət hadisəsi - Boz ay başladı | Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü - Kiçik çillə geridə qaldı. Xalq təqviminə görə, dekabrın 22-dən başlayan qış fəslinin “oğlan çağı” - 20 günlük Kiçik çillə fevralın 21-nə keçən gecə başa çatıb. Bu gündən – 21 fevraldan Novruz bayramınadək qalan 30 günlük müddəti - Boz ayı yaşayacağıq. Xalq arasında Boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu daha çox Boz ayda havaların bozarmasına və dəyişkənliyinə işarədir. Bu ayın xalq arasında adının həm də “ağlar-gülər” adlanması havaların dəyişkən olması ilə əlaqədardır. Xalq təqviminə görə, qış üç hissədən ibarətdir: dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 20-dək Boz ay davam edir. Qeyd edək ki, Azərbaycana bu il yaz fəslinin daxil olması martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək. Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edəcək. Fevralın 27-də ilk - Su çərşənbəsi, martın 5-də Od, martın 12-də Yel, martın 19-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək. Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir... (Modern.az) |
1,046,577 | 21.02.2024 10:17 | Ölkə | DİN Xankəndi ilə bağlı məlumat yaydı | Fevralın 20-də Xankəndi şəhəri ərazisində 27 silah tapılıb. Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən gün 17 ədəd müxtəlif markalı avtomat silahı, 5 tapança, 5 tüfəng, 73 ədəd qumbara, 72 alışdırıcı, 68 ədəd patron darağı, 4821 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. |
1,046,578 | 21.02.2024 10:19 | Son xəbər | Azərbaycanın 7 vətəndaşı Suriyadan gətirildi | Azərbaycan hökumətinin gördüyü mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşı Vətənə repatriasiya edilib. Musavat.com-un xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək onların Türkiyə ərazisinə keçidi təşkil olunub. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. "Azərbaycanın Türkiyədəki səfirliyi müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımızı Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edib və onlar ölkəyə gətiriliblər. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur", - məlumatda bildirilib. |
1,046,579 | 21.02.2024 10:30 | Yazarlar | Alın yazısı | İndi aşağıda oxuyacağınız əhvalat həmkəndlim Şahvələdin əsgərlik xatirələrindən biridir. Şahvələd haqqında əvvəllər yazmışam, sovet vaxtı Baykonura, Kərim Kərimovun ünvanına məktub göndərən, “Yerdə mənə iş yoxdur, imkan varsa, məni kosmonovtlarla kosmosa göndərin” yazan və iş problemini həll edən adamdır. Onun tragikomik əsgərlik xatirəsi belədir: Sibir tərəflərdə hərbi xidmətdə olarkən, onların batalyonunda hər millətdən əsgər varmış, azərbaycanlılar da az deyilmiş. Ancaq bizim “zemlyak”lardan biri, necə deyərlər, millətin adını batırırmış, kütləvi davalardan yayınırmış, başqa millətlərdən olan şəxslərə yalakalıq edirmiş, bir də hissə rəhbərliyinə söz aparıb-gətirirmiş. Hərbi hissəsinin azərbaycanlılardan ibarət olan fraksiyasının rəhbərliyi həmin əsgərə bir dəfə xəbərdarlıq edirlər, ikinci dəfə yüngülvari şillələyirlər, əmələ gəlmir, o, xasiyyətinə uyğun şəkildə “xidmət”inə davam edir. Bir gün “millət rəisləri” əsgəri cəzalandırmaq məqsədi ilə tutur, yerə yıxır, əl-qolunu sarıyırlar. Əvvəlcə istəyirlər onun alnına SUKA kəlməsi həkk eləsinlər, sonra milli hisslər, ana dili sevgisi güc gəlir və əsgərin alnına əvvəlcə G, sonra Ö, daha sonra isə başqa bir kar səsli samit döyürlər. İş tamama yetəndən sonra onu buraxırlar, amma onun alnındakı tatuaj, alın yazısı silinmir. Necə silinsin, mürəkkəbi kor iynə ilə dəri altına yeridiblər, silinərmi? Şahvələdin sözlərinə görə, bu qədər silinməz təhqirdən sonra əsgər intihara cəhd edir. Onu ipdən alırlar. Şikayət. Təhqiqat. Cəza. Sonra o alnıyazılı əsgərin hərbi hissəsini dəyişirlər və sonrakı taleyindən xəbər çıxmır. Kəndçimiz bu əhvalatı əsgərlikdəki qəddarlıq və özbaşınalıqlardan söhbət düşərkən danışmışdı. Söhbətə qulaq asanlardan biri dedi ki, əslində həmin əsgər sonradan yandırma üsulu ilə alnındakı yazını pozdura bilər, düzdür, bir az canı ağrıyacaq, amma ta başqa variant yoxdur. Dostlardan biri də dedi ki, qalıb Rusiyada yaşasa, problem olmazdı, papağını başına basıb işini görərdi, o yazını görən başqa millətlər nə biləcəkdilər ki, o üç hərfli sözün mənası nədir. Bu günlərdə məktəbli qızın özündən iki yaş balaca qızın alnına flomasterlə pis söz yazmasını görəndə yadıma o hadisə düşdü. Qızın saçının kəsilməsi, başına yumurta vurulması bir başqa qada-bəladır, alnına o cür sözün yazılması isə artıq zurnanın zırt elədiyi yerdir. Bax, görürüsünüz, o söz ədəbiyyatımızda, Vahidin şeirlərində var, ötən əsrin yazıçılarının, o cümlədən, yazıçı Anarın əsərində (məsələn, “Təhminə” filmində) də işlənir, amma mən onu burada yaza bilmirəm, ataman qız isə onu fağır həmcinsinin alınına yazır. Hələ şükür edək ki, flomasterlə yazılan sözü pozmaq olur, yerə yıxıb döymə də etdirə bilərdi. Bir damcı uşaq olasan, bu qədər məsuliyyətsiz və qəddar olasan. Mat qalmalı işdir. Əslində o firon qız bilsəydi ki, sabah o fağır qızın qardaşı, ya atası bu işin dalınca məktəbə gələcək, qələt edər, o işi görməzdi. Hətta məsuliyyətsizlik edib görsəydi, qızın yiyəsi gəlib onu saçından alıb məktəbin həyətində sürüyəndə heç kim harayçılıq etməzdi. Anadolu türkləri belə məqamlarda gözəl bir söz işlədirlər, zorbalıq edənə deyirlər: “Dağ başıdırmı burası?” Bu sözü o qıza deyən olmayıb. Bəziləri deyir ki, məktəblərdə belə şeylər guya köhnə vaxtlarda da olurmuş. Elə şey yoxdur. Bir-birinə atmaca atmaq, ələ salmaq, səhvlərinə gülmək (kütləvi hırıldaşmaq) heç, onlar olan şeylərdir. Amma kiminsə qızının alnına o cür söz yazmaq hadisəsi olsa, şübhəsiz ki, həmin kənd-kəsəkdə qırğın düşərdi, ölüm hadisəsi baş verərdi, kimlərsə xəstəxanaya, kimlərsə türməyə aparılardı. Yiyəsiz qız var? Hətta bir oğlan şagird iki gün ard-arda pis münasibətə məruz qalardısa, ertəsi gün onun dəlibaş qohumlarından biri mütləq dərs çıxışında özünü qoçu kimi aparan gədələri qapazlayıb it gününə qoyar, ömürlük dərs verərdi. Qoldan güclü, başdan qıvraq şagirdlər biz oxuyan dövrdə də vardı, amma onlar anlayırdılar ki, ən fağır şagirdə qarşı əndazəni aşan hərəkət etsələr, cəzasız qalmazlar. Bunu hər kəs bilirdi. Fağır qızı incidən qız isə elə güman edib ki, ona bir söz deyən olmayacaq. İndi yaxşı oldumu? Artıq bütün ölkə ona söz deyir. Belə görünür ki, nadan, cahil, quduz, ləçər, dəlibaş, gönüqalın, əclaf, murdar adamlarla bir ölkədə yaşamaq və onların yol verdiyi qəbih-qəbih hərəkətlərə təəssüflənmək də bizim alın yazımızdır. Özü də bu alın yazısı nə nəm salfet kağızı ilə silməklə pozulur, nə də yandırmaqla yoxa çıxır. Samir SARI |
1,046,580 | 21.02.2024 10:46 | Ölkə | AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir | Novruz bayramının gəlişi ilə milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdim edir. Musavat.com bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, sərnişinlərin istəklərini təmin etmək üçün bayram günlərində Avropa və Asiyanın bir çox şəhərinə aktiv uçuş proqramı planlaşdırılır. İlin bu dövründə günəşli havada, dəniz kənarında istirahət etmək istəyinin artdığı vaxtda AZAL kurort istiqamətlərinə uçuşlar təklif edir. Tətil günlərində Dubay və Ciddədə çimərlik istirahətindən zövq almaq mümkündür. Həmçinin bu şəhərlərdə gözəl alış-veriş imkanları mövcuddur. Mükəmməl seçim Aralıq dənizi və ya Qara dəniz sahillərində, Antalya və ya Soçi şəhərlərində tətili keçirməkdir. Üzmək üçün dəniz sərin olarsa, bu şəhərlər səyahətçiləri maraqlı ekskursiyalarla sevindirəcək. Türkiyə istirahət və alış-veriş üçün populyar istiqamətlərdən biri olaraq qalır. İstanbul, Ankara və Antalya ilə yanaşı, AZAL bayram günlərində İzmir və Trabzon şəhərlərinə də uçuşlar həyata keçirir. İstanbul və Ankaraya uçuşlar hər gün, Antalya, İzmir və Trabzona isə müvafiq olaraq həftədə dörd, üç və iki dəfə yerinə yetirilir. Bundan əlavə, Novruz bayramında AZAL MDB ölkələrinə istiqamətlərin geniş seçimini – 20-yə yaxın marşrut təklif edir. Burada sanatoriya-kurort müalicəsindən tutmuş tarixi ekskursiyalara qədər müxtəlif istirahət növlərindən zövq almaq imkanı var. Uzun yaz tətili Tbilisi şəhərinə səyahət etmək, gürcü qonaqpərvərliyinə qərq olmaq və ölkənin ləzzətli təamlarını dadmaq üçün gözəl fürsətdir! AZAL Gürcüstanın paytaxtına gündə beş dəfə reyslər həyata keçirir. Avropa şəhərlərinə səyahət etmək istəyənlər üçün aviaşirkət Barselona, Berlin, Vyana, Praqa, London, Milana və möhtəşəm tarixi irsə malik digər şəhərlərə komfortlu uçuşlar təklif edir. Yeri gəlmişkən, Novruz bayramı ilə əlaqədar AZAL Avropanın bu şəhərlərinə uçuşların sayını artırır: Barselona, Vyana, Praqa və Parisə – həftədə üç, Milana – həftədə beş, Londona – həftədə altı reys. Yeni mədəniyyət və adət-ənənəni kəşf etmək istəyənlər aviaşirkətin Pekin, Mumbay, Nyu Dehli, Mədinə, İslamabad və ya Lahor istiqamətlərini seçə bilərlər. Yerli mətbəxin müxtəlif təamları, qədim abidələr və mədəni ənənələr, müqəddəs yerlər, müasir memarlıq – bütün bunlar səyahətçiləri aviaşirkətin uçuşlar yerinə yetirdiyi şəhərlərdə gözləyir. Bundan əlavə, AZAL sərnişinləri Pekin vasitəsilə “Hainan Airlines” aviaşirkətinin Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. AZAL bu aviaşirkətlə müqavilə imzalayıb. “Hainan Airlines” AZAL sərnişinlərinə Pekindən Banqkok, Phuket, Tokio və Taypey kimi beynəlxalq istiqamətlər təklif edir. AZAL ilə unudulmaz anlar yaşamaq fürsətini qaçırmayın! Aviaşirkət tələbatın yüksək olduğu Novruz bayramlarında səyahət xərclərinə qənaət etmək üçün səfərlərinizi əvvəlcədən planlaşdırmağı tövsiyə edir. AZAL-ın gündəlik uçuşlar planlaşdırdığı məşhur beynəlxalq istiqamətləri sırasında: - İstanbul – gündə 4-5 reys- Dubay – gündə 1-2 reys- Tbilisi – gündə 5 reys- Ankara – gündə 1 reys- Aktau – gündə 1 reys. Ehtiyac yaranarsa, tələbatı nəzərə alaraq AZAL uçuşların tezliyini artıra bilər. Həmçinin bayram günlərində “Azərbaycan Hava Yolları” aşağıdakı beynəlxalq istiqamətlər üzrə çoxlu uçuşlar yerinə yetirəcək: - London – həftədə 6 reys- Milan – həftədə 5 reys- Antalya – həftədə 4 reys- Almatı – həftədə 4 reys. Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala və ya mobil tətbiqinə daxil ola, eləcə də AZAL-ın kassalarına və akkreditə olunmuş agentliklərinə yaxınlaşa bilərsiniz. Bayram günlərində hava limanında sıxlığı nəzərə alaraq sərnişinlərə uçuşqabağı rəsmiyyətlərdən keçmək üçün hava limanına əvvəlcədən gəlmələri tövsiyə olunur. Aviaşirkətin reyslərinə onlayn qeydiyyat planlaşdırılan uçuş vaxtından 48 saat əvvəl açılır və 60 dəqiqə əvvəl bağlanır. Hava limanında uçuşa qeydiyyat və baqaj qəbulu uçuşdan 60 dəqiqə əvvəl başa çatır. |
1,046,581 | 21.02.2024 10:49 | Siyasət | Arzuman Abdulkərimov: “… tarixi hadisələrin şahidi olacağıq” | Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən dövlət başçısı deyib: “Eyni zamanda, bu görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”. İlham Əliyev yaxın zamanlara kimi utopiya sayılan Turan kimi ideyanı faktiki olaraq reallaşdırmaq istiqamətində addımlar atmış olurmu? “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri, siyasi şərhçi Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilib: “2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Türk Dövlətləri Təşkilatının yaranması və yeni inkişaf mərhələsinə qədəm qoymasında Azərbaycanın, dövlət başçısının fəaliyyəti xüsusilə vurğulanmalıdır. Həmin siyasi kursun nəticəsidir ki, bu gün Şərq ilə Qərb arasındakı münasibətlərin inkişafında türk faktoru mühüm yer tutur – Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə ümumilikdə Şərq-Qərb bağlantısının əsas ana xəttini təşkil edir. Xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan bu məsələdə aparıcı qüvvə kimi çıxış edirlər. Bu iki liderin siyasi gücü imkan verir deyək ki, Türk Dövlətləri Təşkilatı bütün mənalarda dünyanın güclü birliklərindən biri olacaq. Bu, təbii meyarlarla bağlıdır. Dil, din və köklərinin eyni olması türk dövlətlərinin bir-birinə təbii tellərlə bağlı olduğunu deməyə əsas verir. Bəli, bu, faktiki olaraq Turan ideyasının gerçəkləşməsidir. Azərbaycanın bu istiqamətdə təşəbbüskar kimi çıxış etməsi çox qürurvericidir. Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlət başçısı bildirib: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Göründüyü kimi, Prezident bu təsisatı bizim ailəmiz adlandırır. Dövlət başçısı İlham Əliyev quruma üzv və müşahidəçi dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynayan qarşılıqlı səfərlərə diqqəti yönəldərək, bu statistik rəqəmi açıqlayıb ki, son iki ildə bu ölkələrə 20 səfər edib. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Günün aktual məsələləri ətrafında aparılan müzakirələr fonunda ümumi mövqenin ortaya qoyulması, müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması əməkdaşlığın möhkəmləndirilməsində öz sözünü deyir. Hər bir Zirvə görüşü dünənə baxış əsasında qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rolu ilə tarixə yazılır. Prezident belə bir tarixi Zirvənin anonsunu verdi. Bu da onu deməyə əsas verir ki, türk dövlətlərinin Şuşa zirvəsində yeni tarixi hadisələrin şahidi olacağıq”. |
1,046,582 | 21.02.2024 10:58 | Siyasət | Münxen görüşləri Azərbaycanın getdikcə artan gücünü dünyaya bəyan etdi | “Bir neçə gün əvvəl Almaniyanın Münxen şəhərində keçirilən Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin keçirdiyi görüşlər Azərbaycanın növbəti diplomatik uğurunun bariz nümunəsi oldu. Bir faktı xüsusilə qeyd etmək istərdik ki, dövlətimizin başçısının keçirdiyi 14 görüşün hamısının təşəbbüskarı məhz qarşı tərəf olub. Bu fakt ölkəmizin liderinin dünyada getdikcə artan reytinqinin göstəricisidir. Bu konfrans, eyni zamanda, Azərbaycanın getdikcə artan gücünü, qüdrətini dünyaya bəyan etdi. Azərbaycan Prezidenti konfransa həm də işğaldan azad edilmiş torpaqlarımız da daxil olmaqla ölkənin bütün ərazisində keçirilən növbədənkənar prezident seçkilərinin qalibi kimi qatılmışdı. Dövlətimizin başçısı ilə qarşı tərəflərin keçirdikləri görüşlərdə onu prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etmələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin azad, ədalətli, beynəlxalq hüquq normalarının tələbləri səviyyəsində keçirilməsinin dünya birliyi tərəfindən qəbul edilməsidir”. Bu fikirləri redaksiyamıza açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib. Hüquq müdafiəçisi deyib ki, Münxen Təhlükəsizlik Konfransı nüfuzlu bir tədbirdir. Konfrans, əsasən, dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu elm mərkəzlərinin rəhbərləri və tanınmış ekspertlərin toplaşdığı ən mühüm platformalardan biridir. Belə bir tədbirdə iştirak edən dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin dövlətimizin başçısı ilə görüşə can atmaları diplomatiyamızın növbəti uğurudur. Xüsusilə qeyd etmək istərdim ki, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin, Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin, Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçin, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin və digərlərinin dövlətimizin başçısı ilə onların öz təşəbbüsləri ilə görüşmələri Azərbaycanın və onun liderinin yüksək nüfuz sahibi olmasının göstəricisidir. Ç.Qənizadə bildirib ki, dövlət başçımızın həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da yüksəldi, bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artdı. Bu illər ərzində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı dövlətlərdən birnə çevrilib. Bir vaxtlar Avropanı neftlə təmin edən Azərbaycan, indi də qaz təminatşısına çevrilib. Hazırda 10-a yaxın Avropa ölkəsi Azərbaycan qazı ilə təmin olunur. Ən başlıcası isə beynəlxalq aləmdə Prezident İlham Əliyevin siyasi fenomeninin qəbul edilməsidir. Bütün bunlar Münxen Təhlükəsizlik Konfransında açıq şəkildə özünü büruzə verdi. İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi dünya ictimaiyyəti tərəfindən də ertiraf olunur. ABŞ Dövlət katibinin möhtərəm Prezidentimizlə görüşü zamanı Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini diqqətə çatdırması da ölkəmizlə əməkdaşlığı davam etdirmələrində maraqlı olmasından xəbər verir. Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu da bildirib. Hüquq müdafiəçisi dövlətimizin başçısının xanım Helqa-Mariya Şmidlə görüşündəki bəzi məqamları da xatırladaraq deyib ki, Prezident İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğuladı. Ç.Qənizadə Almaniya kanslerinin təşəbbüsü ilə təşkil olunan Ermənistan-Azərbaycan liderlərinin görüşünün konstruktiv və faydalı mühitdə keçdiyini qeyd edib. Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığı diqqətə çatdırılıb. “Münxen Təhlükəsizlik Konfransında dövlətimizin başçısının keçirdiyi görüşlər Azərbaycanın xarici siyasətinin uğurlarının Cənubi Qafqaz regionunun hüdudlarını aşaraq beynəlxalq aləmdə əks-səda doğurduğunun şahidi olduq. Bu, Azərbaycanın getdikcə daha güclü və qüdrətli olacağından xəbər verir”, - deyə Ç.Qənizadə bildirib. |
1,046,583 | 21.02.2024 11:11 | Dünya | Özbəkistanda qalmaqal: azyaşlı qızları zorlayan məmurlar həbsxanaya salınmayıb | Xorəzmdə uşaq evinin qızlarını zorlayan və 3 il müddətinə azadlıqdan məhrum edilən keçmiş məmurlar cəzalarını qəsəbə koloniyasında çəkirlər. Musavat.com Podrobno.uz-a istinadən xəbər verir ki, ötən il Xorəzmdə uzun müddət ərzində yerli uşaq evinin azyaşlı qızlarını aldadaraq zorlayan və buna görə cəmi 3 il azadlıqdan məhrumetmə czası alan məmurlar həbsxanaya salınmayıb. 2024-cü il fevralın 19-da məlum olub ki, həbs cəzasına məhkum edilmiş keçmiş məmurlar Aybek Maşaripov və Ənvər Kuryazov faktiki olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində, xüsusi evlərdə “cəza çəkirlər”. Bu barədə Özbəkistan İnsan Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Abdurahmon Taşanov məlumat verib. Onun sözlərinə görə, Xivə məhkəməsi onların ev dustaqlığında olduqları vaxtı da cəza müddətindən çıxıb. Hüquq müdafiəçisi yazır: “Bir vaxtlar biz ictimaiyyəti pedofillərin 3 il həbsdə qalacağına inandıra bildik, amma əslində onlar koloniya-qəsəbədədirlər, bütün imtiyazlardan istifadə edirlər. Mühafizəsiz saxlanılırlar, mülki geyimdə olurlar, telefon danışıqları aparırlar və başqa güzəştlərə malikdirlər. Daşkənd məhkəməsi izah edib ki, cinayət törədildiyi vaxt qüvvədə olan Özbəkistan Cinayət Məcəlləsinin 128-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə) maddəsinin 1-ci hissəsi 3 ilədək müddətə azadlıqdan məhrumetmə və 128-1 (on altı yaşından on səkkiz yaşınadək olan şəxslə maddi sərvət və ya əmlak neməti verməklə cinsi əlaqəyə girmə) maddəsi üzrə iki ilədək həbs cəzası nəsərdə tutulur. Hər iki cinayət aşağı sosial riskli cinayətlər kimi təsnif edilir. Bundan başqa, Cinayət Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulur ki, böyük ictimai təhlükə törətməyən cinayətlərə və qəsdən az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər məntəqə tipli cəzaçəkmə məskənlərində cəza çəkə bilərlər. Musavat.com |
1,046,584 | 21.02.2024 11:03 | Gündəm | EKSKLÜZİV: Kamil Zeynallını belə HƏBS EDİBLƏR - ƏN SON VİDEOGÖRÜNTÜLƏR | Xəbər verdiyimiz kimi, fitnes məşqçisi Kamil Zeynallı "Domodedovo" hava limanında saxlanılıb. Musavat.com-un redaksiyasına Kamil Zeynallının saxlanılma videoları daxil olub. Həmin videoları təqdim edirik. Musavat.com |
1,046,588 | 21.02.2024 11:30 | Dünya | Japarov Kazana pul və yaxşı münasibət üçün gəlib | Bu gün Tatarıstanın paytaxtı Kazanda Rusiya və dünyanın bir sıra ölkələrinin prezidentlərinin, o cümlədən Qazaxıstan, Özbəkistan, Tacikistan, Belarus və Qırğızıstanın dövlət başçılarının iştirakı ilə “Gələcəyin oyunları” beynəlxalq çoxnövlü idman turnirinin açılış mərasimi keçirilir. Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki,. Qırğızıstan prezidenti Sadır Japarov Rusiya lideri Vladimir Putin və Tatarıstanın rəhbəri Rüstəm Minnixanovla ikitərəfli danışıqlar aparmağı planlaşdırıb. Bildirilir ki, Japarova pul, yeni layihələr və Rusiya ilə münasibətlərin yaxşılaşması lazımdır. Qarşıda onu seçkilər gözləyir və bu, onun hakimiyyətdə möhkəmlənərək qalib gəlmək şansını artırır. “Nezavisimaya qazeta” nəşri yazır ki, 2023-cü il Sadır Japarov üçün Kremllə münasibətlərdə dönüş nöqtəsi olub. Oktyabr ayında Vladimir Putin Qırğızıstanda iki günlük rəsmi səfərdə olub və iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığı yüksək qiymətləndirib. Görüş zamanı bildirilib ki, Rusiya respublikaya 3 milyard dollar həcmində sərmayə qoymaq niyyətindədir. Musavat.com |
1,046,593 | 21.02.2024 11:28 | Gündəm | Rusiya Kamil Zeynallını Ermənistana təhvil verə bilərmi? HÜQUQŞÜNASIN ŞƏRHİ | Xəbər verdiyimiz kimi, fitnes məşqçisi Kamil Zeynallı "Domodedovo" hava limanında saxlanılıb. O, bu barədə sosial şəbəkədə video paylaşaraq məlumat verib. Kamil Zeynallı qeyd edib ki, saxlanılmasına səbəb Ermənistanın onu beynəlxalq axtarışa verməsidir. O, Ermənistana təhvil veriləcəyini də istisna etməyib. Kamil Zeynallı 21.02.2024 tarixində (bu gün) məhkəməyə çıxarılacağını bildirib və Azərbaycandan kömək istəyib. Rusiya Kamil Zeynallını Ermənistana təhvil verə bilərmi? Hüquqşünas Əkrəm Həsənov Musavat.com-a açıqlamasında bildirdi ki, Kamil Zeynallını Ermənistana təhvil verməyəcəklər: "Bəli, istənilən dövlət istənilən şəxsi beynəlxalq axtarışa verə bilər, yəni sistemə sala bilər. Azərbaycan vətəndaşlarının 99 faizi öz sosial media hesablarında ermənilər haqda nəsə yazır, ermənilər də Azərbaycan haqda yazırlar. Onların hamısını axtarışa vermək qeyri-mümkündür. 100 faiz əminəm ki, Rusiya məhkəməsi Kamil Zeynallını sərbəst buraxacaq. Dövlət səviyyəsində Rusiya dövləti ilə danışmaq lazımdır ki, axtarışa verilən şəxsləri öz sisteminizə qəbul edəndə heç olmasa axtarışın səbəbini öyrənin. Biri var, kimsə bir ermənini xaricdə öldürüb, döyüb və s. Kamil Zeynallı ilə bağlı belə bir durum yoxdur. Bu halda onu saxlamamalıdırlar. Kamil Zeynallı üçün təhlükə görməsəm də, bu, vətəndaş üçün, onun yaxınları üçün stressdir. Rusiya heç vaxt Kamil Zeynallını Ermənistana təhvil verməz. Siyasi cəhətdən də Rusiya bunu etməz. Rusiyanın Azərbaycanla münasibətləri qat-qat yaxşıdır, nəinki Ermənistanla. Sizin vasitənizlə Rusiya ilə bağlı vətəndaşlara müraciət edirəm. Rusiya-Ukrayna münasibətləri ilə bağlı yazanlar ehtiyatlı olsunlar. Rusiyaya gedəndə sizi buna görə saxlaya bilərlər. Çünki Rusiya qanunvericiliyi sərtləşib. Adi bir sözə görə hətta Rusiya vətəndaşlarını həbs edirlər. Ona görə də kimsə nəsə yazıb sonra Rusiyaya gedirsə, ehtiyatlı olsun". Aytən NovruzMusavat.com |
1,046,594 | 21.02.2024 11:32 | Gündəm | TƏCİLİ! Ermənistan Baş Prokurorluğundan Kamil Zeynallı barədə AÇIQLAMA | “Ermənistanın Baş Prokurorluğu azərbaycanlı məşqçi Kamil Zeynallının Rusiyada ölkənin sorğusu əsasında saxlanılması barədə rəsmi məlumata sahib deyil”. Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Zeynallı saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onun Ermənistanın tələbi ilə saxlanılmasını təsdiq edib. Musavat.com |
1,046,595 | 21.02.2024 11:43 | Dünya | Assanjın çətin taleyi – Onun ABŞ-a ekstradisiyası baş tuta bilər | Dünən London Ali Məhkəməsində WikiLeaks portalının qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı iki günlük dinləmələr başlayıb. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hakimlər dünya şöhrətli haker və jurnalistin Britaniyanın keçmiş daxili işlər naziri Priti Patelin qərarına qarşı əlavə apellyasiya şikayəti vermək hüququna malik olmadığını müəyyən edərsə, o, yaxın vaxtlarda ABŞ-a göndərilə bilər. ABŞ ədliyyəsi artıq Assanja qarşı ittihamlar irəli sürüb və onun ekstradisiyasını gözləyirr ki, məhkəmə prosesinə start versin. İttihamlara görə Assanjı üç rəqəmli (100+) həbs cəzası gözləyir. Dünən Assanjın tərəfdarları ona dəstək nümayiş etdirmək üçün məhkəmə binası qarşısında toplaşıblar. Onların arasında Culianın həbsdə olarkən nişanlandığı həyat yoldaşı Stella Assanj da var. “Onun səhhəti həm ruhi, həm də fiziki cəhətdən pisləşir. Onun həyatı həbsdə olduğu hər gün risk altındadır və ekstradisiya olunarsa, öləcək”, - Stella məhkəmədən əvvəl jurnalistlərə bildirib. Assanjın vəkili Cennifer Robinson jurnalistlərə deyib ki, bütün dünyada müstəqil jurnalistlərin statusu işin nəticəsindən asılıdır. Müdafiə tərəfinin mövqeyi uzun müddətdir ki, depressiya və autizmdən əziyyət çəkən Assanjın ABŞ-ın penitensiar sistemində yaşaya bilməyəcəyini və intihar edəcəyini iddia edərək, ekstradisiyadan yayınmağa əsaslanır. Bildirilir ki, Londondakı Ekvador səfirliyində olarkən müttəhim D vitamini çatışmazlığından əziyyət çəkirdi. Xatırladaq ki, İsveç ilkin olaraq 2010-cu ildə cinsi xarakterli cinayətlər ittihamı əsasında Assanjın ekstradisiyasını tələb etmişdi. Jurnalist Stokholmun sonda onu Vaşinqtona təhvil verəcəyindən ehtiyat edirdi. Sonra İsveç prokurorlarının ittihamları üzrə məhdudiyyət müddəti başa çatdı, lakin bundan bir qədər əvvəl, 2019-cu ildə ABŞ səlahiyyətliləri onu məxfi məlumatların açıqlanması da daxil olmaqla 18 cinayət qanununun pozulmasında və “Casusluq aktı” ilə ittiham etdi. Musavat.com |
1,046,596 | 21.02.2024 11:47 | Şou-biznes | "16 yaşında oğlum var, atası sənət nümayəndəsidir" - VİDEO | Rəqqasə Aygün Babayeva şəxsi həyatı haqda heç yerdə danışmadığı açıqlamalar edib."Xəbərin var?" verilişində qonaq olan rəqqasə ailəli olduğunu və bu evlilikdən oğlu dünyaya gəldiyini bildirib:"16 yaşında oğlum var. Həyat yoldaşımla ayrılmışıq. Birləşməyimiz mümkün deyil. Gözəl ailəsi var. O da sənət nümayəndəsidir. Hər kəs tanıyır. Kimliyini açıqlamaq istəmirəm. Hər görəndə deyirəm ki, "sənə qurban olaram, necəsən?"" shownews.az |
1,046,597 | 21.02.2024 11:59 | Sosial | Canlı yayımda şok faktlar üzə ÇIXDI! Market və bazarlarda bizi belə ALDADIRLAR - VİDEO | "Təbii yağ soyuducudan çıxarıldıqdan sonra onun üzərində nəm qabarcıqlar əmələ gəlmir". Bu faktları "Xəzər" TV-də yayımlanan "Xəbər ertəsi" verilişində qonaq olan qida eksperti Seymur Qafarov deyib. "Kəsəndə qırılırsa, bərkdirsə və basanda barmağınız içərisinə keçirsə, bu, təbii yağdır", - ekspert bildirib. Daha ətraflı videosüjeti təqdim edirik: |
1,046,598 | 21.02.2024 12:12 | Gündəm | Ankaradan verilən mesajları doğru anlamaq zamanı | Prezidentlər bəyan etdilər ki, regionun taleyini bu iki güc həll edir və Azərbaycana qarşı təhdidlər yağdıranlar qarşısında Türkiyəni görəcək Prezident seçkisində qələbədən sonra İlham Əliyevin ilk rəsmi səfəri Türkiyəyə etməsi bütün dünyaya növbəti mühüm mesajdır: bu mesaj ondan ibarətdir ki, Azərbaycan və Türkiyənin dostluğu əbədidir, heç kim bu dostluğa xələl gətirə bilməz, strateji müttəfiqlərik, fundamental məsələlərdə iki dövlətin mövqeləri üst-üstə düşür. Bundan əlavə, Azərbaycan həmişə Türkiyəyə qarşı uzanan əllərin qarşısını almağa hazır olub və bunu əməli ilə təsdiqləyib. Qardaş Türkiyə də hər zaman Azərbaycanın yanındadır. Bu müttəfiqlik tarixin çətin sınaqlarından çıxaraq özünü təsdiqləyib. II Qarabağ müharibəsində tarixi zəfərin əldə edilməsində Türkiyənin Azərbaycana göstərdiyi mühüm siyasi və mənəvi dəstək unudulmazdır. Prezident səfərində bunu xüsusi vurğuladı. 2022-ci ildə baş verən dəhşətli zəlzələ zamanı Türkiyəyə köməyə gələn, dəstəyini nümayiş etdirən ən birinci ölkə Azərbaycan oldu, Rəcəb Tayyib Ərdoğan da bu dəstəyə görə təşəkkür etdi. Dəhşətli təbii fəlakətdən sonra çox sayda binanın bərpa və tikintisini Azərbaycan dövləti öz üzərinə götürdü. Bütün bunlar bizim dostluq və qardaşlığımızın təzahürüdür. Azərbaycan və Türkiyə hər sahədə bir-birilərinin yanında olduğunu sübut etdilər. Prezident İlham Əliyevin Türkiyənin dünyada mövqeyi haqda dedikləri də diqqət çəkir. “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır. Türkiyə bölgəmizdə sülhün və işbirliyinin təminatçısıdır”, - deyə Prezident əlavə edib. Prezident onu da deyib ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Daha bir mühüm mesaj Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması barədədir. Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən dövlət başçısı deyib: “Eyni zamanda bu görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”. İki ölkə arasında müdafiə sənayesi sahəsində son zamanlar əldə edilən razılaşmalar da mühüm mesajlar sırasındadır. “Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı, ortaq istehsalla bağlı konkret planlarımız var”. Dövlət başçısı deyib ki, bu planlar gerçəkləşdikdə insanlar da, ictimaiyyət də bundan xəbərdar olacaq. Daha bir mühüm mesaj Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşması barədə deyilənlərdir. Prezident Əliyev deyib ki, işbirliyimizin önəmli istiqaməti hərbi sahədə işbirliyidir, bizim ordularımız bir yumruq anlamına gəlir. Dövlət başçısı qeyd edib: “İkinci Qarabağ savaşı və 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub”. Türkiyə prezidentinin əsas mesajları Bakı və İrəvan arasında sülh sazişi müzakirələri haqdadır. “Azərbaycanla Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmizdə və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycanla birlikdə çiyin-çiyinə hərəkət edirik”, - deyə Ərdoğan bildirib. Bir sözlə, iki qardaş ölkənin liderləri dünyaya mühüm ismarışlar verdilər, müxtəlif sahələr üzrə sənədlər imzalandı, dəstək bəyanatları səsləndirildi. Azərbaycana və Türkiyəyə qarşı hədyanlar, ittihamlar irəli sürənlər üçün Əliyevlə Ərdoğanın mesajlarını doğru anlamağın tam zamanıdır... Akif Nağı Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a açıqladı ki, iki qardaş ölkənin liderləri region ölkələrinə, Ermənistana, ona dəstək verən dövlətlərə mesajlar verdi: “Aydın şəkildə ifadə olundu ki, regionun gücü Türkiyə-Azərbaycan birliyidir. Hər kəs bu güclə, birliklə hesablaşır. ATƏT-in baş katibi də Əliyevlə görüşdə etiraf etdi ki, sizin qüdrətinizi görməkdəyik. Ona görə prezidentlər bəyan etdilər ki, regionun taleyini bu iki güc həll edir və Azərbaycana qarşı təhdidlər yağdıranlar qarşısında Türkiyəni görəcək”. Partiya sədri vurğuladı ki, Azərbaycana təzyiq cəhdləri olanlar boş yerə səy göstərməsinlər: “Hər iki lider bunu demək istədi. Dünyada yeni qütbləşmə getdiyi dövrdə Türkiyə və Azərbaycan öz mövqelərini ortaya qoymuş oldu. Həmçinin ticarət dövriyyəsi ilə bağlı səslənən fikirlər də Zəngəzur dəhlizinə eyham idi. Eyni zamanda Türk Dövlətləri Təşkilatının Şuşada zirvə toplantısının keçiriləcəyi qərarı da dünyaya bir ismarış oldu ki, bu platforma, bu birlik gücləndiriləcək”. Elxan Şahinoğlu Politoloq Elxan Şahinoğluna görə, İlham Əliyevin seçkidən sonra Türkiyəyə budəfəki səfəri də əhəmiyyətli idi: “Birincisi, liderlər iki ölkə arasında ticarət mübadiləsinin həcminin 15 milyard dollara çatdırılmasının vacib olduğunu bir daha bildirdilər. Bu həm də görüşdə iştirak edən nazirlərə tapşırıq idi ki, ticarət həcminin artırılması üçün zəruri tədbirlər görsünlər. Bundan başqa, Ankaradakı görüşdə Naxçıvan üçün iki vacib layihənin - Qars-Naxçıvan dəmir yolunun və İqdır-Naxçıvan qaz boru xəttinin reallaşma mərhələsində olduğu xatırladıldı. İkincisi, Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının sürətləndirilməsi vacibliyi vurğulandı. Fransa ilə münasibətlərimiz gərgin olduğu halda Bakıda Fransa-Azərbaycan Universiteti fəaliyyət göstərir, bu baxımdan paytaxtımızda qardaş və müttəfiq Türkiyə adına universitetin yaradılması zəruridir. Üçüncüsü, liderlər hərbi texniki əməkdaşlığın genişləndirilməsi barədə fikirlər səsləndirdilər. Bu sahədə ortaq istehsalın fəaliyyətə başlamasına az qalıb. İlham Əliyev Ankarada ”Azərbaycan Ordusu Türkiyə Ordusunun kiçik modeli halında inkişaf edir" cümləsini təkrarlamağı da unutmadı". Analitikin fikrincə, İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə müttəfiqlik daha üst səviyyəyə çatıb: “Bunu bölgədə müxtəlif maraqları olan dövlətlər də qəbul etmək məcburiyyətindədir. Həmin dövlətlər anlayır ki, Azərbaycana təhlükə yaradacaqları halda qarşılarında Türkiyəni də görəcəklər. Bu, Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir”. Emil SALAMOĞLU“Yeni Müsavat” |
1,046,599 | 21.02.2024 12:23 | Yazarlar | Alın yazımız | Müqəddəs Həcc ziyarəti ərəfəsində ölkəmizdə belə hadisələrin yaşanması, əlbəttə, xoşagəlməz haldır. Bir nəfərin beş nəfər ailə üzvlərini baltalaması, başqa ərazimizdə isə məktəbli qızların alın yazısına müdaxiləsini nəzərdə tuturam. Nəticələrinə görə hələlik fərqli görünsələr də, uca millətimiz hazırda bu əhvalatın ikisini də eyni qəlibə soxubdur, mən də məcburam bu nöqtədən yanaşam. Necə deyərlər, palaza bürün, elnən sürün. Bizim el palazımızı güvələr yesə də, dəlmə-deşiyində siçanlar oynasa da, maşallah, hələ cağbacağ durur. Milli dəyərlərimiz, mentalitet adlı bu palaza hələ neçə insan leşi bürüyüb basdırmağa aparacağıq. Əhmədin ailəsini öldürməsi boyunda gündən-günə daha yeni, maraqlı, şok versiyalarla üzləşirik, məsələn, bugünlərdə mamlı-matan kültüroloqlarımızdan biri məhz bu cür ərz etmişdir ki, qətliamı rəhmətliklərin qahım-əqrəbası törədibdir. Mal-mülkə əl qoymaq üçün. Hmm. Ola bilməzmi? Bizdə hər şey ola bilər, çünki iqtisadiyyatımız güclüdür. Başqa tərəfdən, mən də iddia irəli sürə bilərəm ki, qətliamda elə kültüroloq, jurnalist və tiktokerlərimizin əli vardır, eşələməyə bundan yaxşı mövzunu harada tapardılar? Hindistanda aşan maşından və Ekvadorda banana qurd düşməyindən hər gün danışmaq olmur. Oxşar temada bir ingilis yumoru var: “Yaxşı reportyor yanğın yerinə yanğın başlamazdan 10 dəqiqə qabaq gəlməlidir”. 90-cı illərdə biz bir neçə dostumuzla balaca, xudmani qəzet buraxırdıq, orada deviz olaraq divara bu şüarı və əlavə olaraq da belə yazmışdıq: “Əgər yanğın olmasa, özü yandırıb gəlib xəbər verməlidir”. Allahdan qəzetimizin ömrü uzun çəkmədi, cəmi 4 nömrə buraxa bildik, yoxsa güman edirəm Bakıda salamat obyekt qalmazdı. İkinci əhvalatın - məktəbli qızların bir-birinin alnına pis sözlər yazıb saçını kəsməsi, yumurta çırpması və bunun videoya alınması, məncə, cızığından çıxmış pis zarafatlaşmaya daha çox bənzəyirdi. Amma hazırda ana yurdumuz elə vəziyyətə, “normaya” (zır aqillər buna kondisiya deyirlər) gətirilib ki, nəyin zarafat, nəyin ciddi olduğu bilinmir. Sərhəd itib. Dəli şeytan deyir burada da sərhədlərin bağlı qalmağının rolu var, ancaq biz ona qulaq asmayaq. Necə deyərlər, hamımız uşaq olmuşuq və uşaqlar arasındakı belə mövzuları bu dərəcədə şişirtməyə ehtiyac yoxdur. Amma iki gündür uşaqların şəkil və videoları açıq şəkildə mediada tirajlanır. Onlar heç elədikləri hərəkətlərin mənasını da anlamırlar. (Burada “guya böyüklərimiz qanır” sualının yeridir, yazıram). Yoxsa dünən mən çox axmaq mövqelər müşahidə elədim. Nəinki o uşaqları, məktəbi, valideynləri, yalan olmasın, bütün Bakı şəhərini cəzalandırmağı tələb edən gülməşəkər “zurnalist” və “sekspertlər” peyda olmuşdu. Biri hətta iddia edirdi ki, dövlət bizim ailə daxili bütün işlərimizə qarışmalıdır. Məlum deyil buna bu hüququ kim verib. Sənə lazımdırsa, öz ailəni dövlətə tapşır, başqalarıyla nə işin? Hətta mən o cızmaqaranı oxuduqca qorxdum ki, axırda rayonun deputatını da hadisədə günahkar biləcəkdir, Allaha şükür, yaxşı qurtardıq - deputat nədənsə yaddan çıxmışdı. Gələn videoda “kazyol” sifətində deputatı da vurğulayın. Mütləq lazımdır. “Şagirdləri döymək hüququ müəllimlərə verilməlidir, qaytarılmalıdır, yoxsa vəziyyət daha da pisləşəcək” - bunu isə hansısa müəllimin şərhində oxuduğum yadıma gəlir. Təbii. Hərənizə diplomun üstündə bir zopa, dəyənək verilməlidir. Gördün uşaq çaşır, qoy təpəsindən. Bununla gənc nəslin tərbiyəsi düzələcək, alın yazısı yaxşı sözlərlə yazılacaq. Hərçənd zopa böyüklərin təpəsindən əskik olmasa da, vəziyyətin yaxşılığa doğru getdiyini görmürük. Sonda yazının afyorizmi, yenə kinodan: “Acından belə eləyirlər”. Zamin HACI |
1,046,600 | 21.02.2024 12:35 | Sosial | Bütün sosial ödənişlər bu tarixdə veriləcək | Fevralın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Musavat.com-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə bölgələrdə yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. |
1,046,601 | 21.02.2024 12:48 | Ölkə | Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ | İki ölkə arasında əlaqələr müsbət məcrada inkişaf etməkdədir və ABŞ bunu dərk edərək münasibətləri irəliyə doğru aparır Tarixə nəzər salsaq, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra müstəqilliyimizin ilk illərində Azərbaycanın əleyhinə olan “Azadlığa dəstək Aktına 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mühüm əngələ çevrilmişdi. İki dövlət arasında əlaqələr və siyasi münasibətlər Ulu öndər Heydər Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində yaxınlaşıb. Eləcə də milli maraqlarımıza xidmət edən neft strategiyası ABŞ-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfələr verdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji sahəsindəki mühüm əməkdaşlıq sonrakı mərhələdə münasibətlərin daha da yaxınlaşmasına yol açdı. Bu, həm də ABŞ ilə Azərbaycan arasında çoxtərəfli iqtisadi əməkdaşlıqda əsaslı amilə çevrildi. Nəticə etibarı ilə müasir dövrdə iki ölkə arasında mühüm iqtisadi, siyasi və digər sahələrdə əlaqələr mövcuddur. Eləcə də Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfə hər zaman ABŞ tərəfindən yüksək dəyərləndirilib. 11 sentyabr terrorundan sonra ABŞ-ın formalaşdırdığı beynəlxalq antiterror koalisiyasında fəal iştirakımız, Əfqanıstan və digər regionlarda sülhməramlı missiyanın tərkibində fəaliyyətimiz əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı dövrdə isə “907-ci düzəliş”in dondurulması rəsmi Bakı ilə Vaşinqton arasındakı münasibətlərin daha da dərinləşməsini şərtləndirdi. 30 illik bir tarixə malik diplomatik münasibətlər hər iki dövlətin qarşılıqlı əlaqələrdə maraqlı olmasından xəbər verir. Bu isə hazırkı reallıqlar prizmasından siyasi, iqtisadi, humanitar məsələlərlə bağlı müzakirələri aktuallaşdırır. Bir sözlə, ABŞ-Azərbaycan əlaqələri müsbət məcrada inkişaf etməkdədir və ABŞ da bunu dərk edərək münasibətləri irəliyə doğru aparır.(Report) Xəbər verildiyi kimi, energetika naziri Pərviz Şahbazov ABŞ-a səfər edib. “Yeni Müsavat” bildirir ki, bu barədə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Yada salaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman fevralın əvvəlində Bakıda olub. Laura Loxman energetika naziri Cənub Qaz Dəhlizi vasitəsilə tədarükün artırılması ilə yanaşı yaşıl enerjinin Azərbaycandan Avropaya təchizatı ilə bağlı proseslərin gedişatı barədə məlumat verib. Xanım Laura Loxman isə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə olduğunu və yaşıl enerji ilə bu töhfələrin davam etdirilməsini yüksək qiymətləndirib. Söhbət zamanı ABŞ-la Azərbaycan arasında enerji sahəsində ikitərəfli əməkdaşlığa və qlobal enerji gündəliyində olan məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Yada salaq ki, fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub. ABŞ prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru hələ 1990-cı illərdən Azərbaycanla ABŞ arasında əməkdaşlığı və Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasını ehtiva edən layihələrdən danışıb, Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırıb. Görüşdə Orta dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın bu prosesdə rolu müzakirə olunub. Münxendə İlham Əliyevlə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə də regional bağlantılar, nəqliyyat, Orta dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Bu görüşlərin ardınca energetika nazirinin Vaşinqtona səfəri ikitərəfli münasibətlərdə yeni bir fazaya qədəm qoyulduğunu deməyə əsas verir. ABŞ-Azərbaycan əlaqələrində enerji sahəsində əməkdaşlıq hər zaman yüksək səviyyədə olub. Digər istiqamətlər üzrə zaman-zaman anlaşılmazlıq, gərginlik olsa da, müəyyən narazılıqlar dilə gətirilsə də, bu sektorda heç bir narahatlıq olmayıb. Halbuki son olaraq Blinkenin müavini O,Brayenin senatdakı çıxışı münasibətləri korlamışdı. Lakin Münxendə Blinkenlə Əliyev arasında görüş təsdiqlədi ki, işlər rəvan getməkdədir. Ümumiyyətlə, istər Bayden, istərsə Tramp, Obama, Buş, Klintonun prezidentliyi dövrləri olsun, ABŞ-Azərbaycan münasibətləri enerji sahəsində inkişaf etdirilib. Qabil Hüseynli Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-ın əsas diqqəti onun Avropadakı müttəfiqlərinin enerji ehtiyacına yönəlib. “Amerikanın neft-qaza heç bir tələbatı yoxdur, özünü tam təmin edib, Avropa ölkələrinə də nəql edir. Ancaq ABŞ Azərbaycanın Avropa ilə bağladığı müqavilənin necə yerinə yetiriləcəyi ilə bağlı öyrənmək istəyir. Çünki bundan sonra Rusiyadan Avropa üçün neft-qaz alınması nəzərdə tutulmur. Bu səbəbdən alternativ kimi Azərbaycanın neft-qaz ehtiyatları diqqət çəkir. Eyni zamanda Azərbaycanın Avropa Birliyi qarşısında götürdüyü öhdəliklər var, Bakı Qərb ölkələrinə yaxın iki il ərzində qaz nəqlini 30 milyard kubmetrə çatdırmalıdır. Bunun üçün "Abşeron", “Şahdəniz”, yeni yataqların istismarı, Türkmənistanla birgə qazdığımız “Qarabağ” neft-qaz yataqlarında işlərin necə getməsindən hər şey məlum olacaq. Onu da deyim ki, yeni yataqların rentabelli olacağı özünü göstərməkdədir", - deyə Q.Hüseynli ABŞ-Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı, nazirin Vaşinqton səfərini, Münxendə keçirilmiş görüşləri şərh edir. Onun fikrincə, digər məsələ isə İsrailin Azərbaycan neft-qazı ilə təmin olunmasıdır: “Vaşinqtonda belə təsəvvür yarana bilər ki, İsraillə HƏMAS arasında toqquşmalardan dolayı Bakı Təl-Əvivə enerji məhsullarını ixrac etməyi azalda bilər, dərhal da bu məsələdə Türkiyəni yada salırlar. Çünki Ankaranın Qəzzada baş verənlərə münasibəti hamıya bəllidir. Amma ABŞ bunu bizdən gözləməli deyil, yəni İsrailə neft-qaz satışı ilə bağlı özlərinin təxmin etdiyi bir hal olmayacaq. Əksinə, Azərbaycan Prezidenti Münxendə israilli həmkarı ilə görüşdü, düşünürəm ki, bu məsələdə narahatlıq yoxdur, eləcə də Avropaya qaz nəqlində heç bir problem olmayacaq. Sadəcə, ABŞ bununla Qərbə göstərmək istəyir ki, mən sizin qayğınıza qalıram. O baxımdan belə görüşlər və səfərlər əhəmiyyətlidir”. Qeyd edək ki, nazir Pərviz Şahbazovun ABŞ-da Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşü olub. Görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sahəsində çoxşaxəli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Ölkəmizdə enerji keçidinin bərpa olunan enerji və enerji səmərəliliyi komponentlərinə Dünya Bankının dəstəyinin artırılması, əməkdaşlıq gündəliyində olan prioritet layihələrin icrasının sürətləndirilməsi, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Emil SALAMOĞLU “Yeni Müsavat” |
1,046,602 | 21.02.2024 12:00 | Kriminal | Gözəllik salonundan bahalı lazer aparatı oğurladılar - VİDEO | Polis əməkdaşları paytaxtın Sabunçu Rayonunun Zabrat qəsəbəsində gözəllik salonundan bahalı lazer aparatı oğurlayan şəxsləri saxlayıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə paytaxt sakini olan bir nəfər şikayət edərək ona məxsus gözəllik salonundan 17000 manat dəyərində lazer aparatının oğurlanması barədə məlumat verib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rasim Əhmədov və Riyad Şükürov saxlanılıblar. Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər. |
1,046,604 | 21.02.2024 13:00 | Ölkə | Ermənistan konstitusiyanı dəyişir, bitərəf ölkəyə çevrilir - hiylə, yoxsa... | İddialara görə, Paşinyan ölkə ərazisində xarici dövlətlərin hərbi varlığını qadağan etməyə və bunu qanunvericiliyə salmağa hazırlaşır; rus ordusunun olduğu bir respublikada bunu etmək mümkün olacaqmı, yoxsa yerini Fransa qoşunları dolduracaq? Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin yeni konstitusiyaya ehtiyacı olduğunu açıqlayıb. O deyib ki, Ermənistanın Müstəqillik Bəyannaməsi sülhə maneədir. “Yeni Müsavat” qeyd edir ki, Paşinyan Azərbaycanın tələbi ilə yeni konstitusiya qəbul etmək istəyir. Rəsmi Bakı da bir neçə dəfə Ermənistandan konstitusiyasından Azərbaycana qarşı iddiaları çıxarmağı tələb edib. Erməni mediası konstitusiya dəyişikliyi ilə bağlı daha bir məlumat əldə edib. “Hraparak” nəşrinin yazdığına görə, Paşinyan hakimiyyəti konstitusiyaya tərəfsizlik müddəasını əlavə etmək niyyətindədir. Bu müddəaya görə, Ermənistan ərazisində xarici ölkələrin silahlı qüvvələrinin daimi əsaslarla yerləşdirilməsi qadağan edilir. Nəşr yazır ki, sözügedən müddəa Rusiya bazalarına və sərhəd qoşunlarına qarşı yönəlib. Qeyd edək ki, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi hərbi blokun üzvüdür. Tərəfsizlik müddəası əlavə ediləcəyi təqdirdə İrəvan KTMT-ni də tərk etmək məcburiyyətində qalacaq. Madam ki, belədir, NATO ilə əməkdaşlığı inkişaf etdirməyi saxlamalı və Qoşulmama Hərəkatına üzv olmalıdır. Lakin Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər də fəaliyyət göstərməkdədir. Baza Rusiyanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur. 102-ci hərbi baza Rusiyanın Ermənistanla münasibətlərində mühüm əhəmiyyət daşıyır və Moskvanın xaricdəki azsaylı hərbi bazalarından biridir. SSRİ dağılmağa başlayanda Qafqazlarda yaradılan süni münaqişələr, məhdud imkanlara malik Ermənistanı qonşularına qarşı iddialarını gerçəkləşdirməkdən ötrü öz ərazisində Rusiyanın hərbi iştirakını təmin edəcək addımlar atmağa vadar edirdi. Təbii ki, həm Azərbaycan, həm Türkiyə, həm də Gürcüstandan ərazilər əldə edərək “dənizdən-dənizə” prinsipi ilə “Böyük Ermənistan” yaratmaq xülyasının bir elementi kimi İrəvanın Rusiyanın hərbi dəstəyinə arxalanacağı təəccüblü deyildi. SSRİ-nin süqutundan sonra Azərbaycan və Gürcüstan öz ərazilərindəki Rusiya bazalarının tam çıxarılmasına nail olsalar da, Ermənistan tam əksinə, 2044-cü ilə kimi rus əsgərlərinin ölkədə iştirakına icazə verib. İndi isə İrəvan təhlükəsizlik sahəsində yeni müttəfiqlər axtarışında olduğunu gizlətmir. Avropa Birliyinin yarımhərbi missiyasını sərhədə yerləşdirməsi də bu strategiyanın bir hissəsidir. Eləcə də Fransa ilə hərbi əməkdaşlığı genişləndirir, ABŞ hərbçiləri ilə birgə təlimlər keçirir, Paşinyan kabinetinin üzvləri isə sıraya düzülərək KTMT əleyhinə ittihamlar səsləndirir, blokun Ermənistanı guya müdafiə etmədiyini bildirir, təşkilatdan çıxmaqla bağlı vaxtaşırı çağırışlar səsləndirirlər. Lakin Ermənistan qeyri-səmimi görünür: həm bitərəf ölkəyə çevrilməkdən dəm vururlar, həm də Qərbdə təhlükəsizlik sahəsində müttəfiqlər tapırlar. Paşinyanın referenduma gedərək qanunvericiliyə dəyişiklik edəcəyi isə əvvəlki dediyi sözlər olaraq qalmaqdadır. Buna gedərmi? Elşad Musayev “Yeni Müsavat”a danışan prezidentliyə keçmiş namizəd, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, Paşinyan manipulyasiya etməkdədir. Onun sözlərinə görə, müzakirələr açmaqla vaxt uzadır, cəmiyyətin nəbzini yoxlayır, kilsənin, revanşistlərin rəyini öyrənir: “Onun məqsədi vaxt udmaqdır, sülh sənədi imzalamaq niyyətində deyil. Bu da azmış kimi, erməni rəsmilər deyirlər ki, qanunvericiliyə dəyişiklik daxili işimizdir və konstitusiyanı dəyişmədən də Azərbaycanla sülh sənədi imzalamaq olar. Bunu da deyən onlardır. O cəhətdən Ermənistanın səmimi olduğunu görmürəm. Hər zaman bildirmişəm ki, Paşinyan sülh sazişi imzalamaq istəmir, amma beynəlxalq ictimaiyyətə özünü sülhpərvər kimi qələmə verməyə çalışır”. Partiya sədri hesab edir ki, bu yarımçıq məsələlərin həlli də hərbi yoldan keçir: “Mən bunu açıq şəkildə bəyan edirəm ki, ordumuz, hərbi gücümüzlə Zəngəzur dəhlizini açmağa məcbur edə, işğal altında olan kəndləri azad edə, Ermənistanı sülh sənədini bağlamağa gətirib çıxara bilərik. Bu cür danışıqlar, müzakirələr yalnız zaman qazandırır”. Prezidentliyə namizəd olmuş siyasi ekspert Fuad Əliyev Ermənistanın tərəfsiz ölkəyə çevrilməsini nonsens sayır. Onun fikrincə, Paşinyan rus hərbi bazalarını ölkədən çıxarmaq iradəsinə malik deyil, hətta bu baş versə belə, boşalan yeri Fransa tutacaq. Onun sözlərinə görə, Ermənistan elə bir mürəkkəb oyunun içindədir ki, orada konkret seçim etmək siyasi intihara bərabər olacaq: “Azərbaycandan fərqli olaraq, Ermənistan Rusiya qarşısında öhdəliklər götürüb. Gümrü və Erebunidə iki hərbi baza mövcuddur, sərhədləri rus əsgərləri mühafizə edir, Zəngəzur dəhlizinə nəzarətin də Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd mühafizəsində olmasında üçtərəfli sənəddə razılıq verib, sadəcə, boyun qaçırır... Yəni Ermənistanın qaçmaq imkanları yoxdur. Balanslı siyasət yürütmək, heç bir hərbi bloka üzv olmamaq üçün Paşinyan addım ata bilməyəcək, çox gecdir. Çünki hakimiyyətə gələrkən Qərb qarşısında öhdəlikləri var. Onlardan biri də rus hərbçilərini sıxışdırıb çıxarmaqla Avropanın hərbi varlığını təmin etməlidir. Hazırda Ermənistan uğrunda bu mübarizə getməkdədir”. F.Əliyev qanunvericiliyə dəyişikliyi isə zəruri hesab edir, lakin Paşinyan administrasiyası sürətli keçidlər etməkdən çəkinir: “Rəsmi İrəvan başa düşür ki, ərazi iddialarını Müstəqillik Aktından və qanunvericilikdən çıxarmasalar, nə sülh sazişi olacaq, nə də Türkiyə ilə əlaqələr. Amma cəmiyyəti bu prosesə hazırlamalıdır. Referenduma gedərək dəyişikliklər etməsinə kilsə, lobbi, daxildəki gücləri dəstəkləyənlər necə reaksiya verəcək, hərbi çevrilişə cəhd olacaqmı, bu suallar, risklər mövcuddur. Bunları da Ermənistan hökuməti nəzərə almaqdadır. O baxımdan iki od arasında qalan bir ölkədə kövrək dövr davam edəcək və Paşinyan zamanla daşları yerinə oturtmağa çalışacaq”. Emil SALAMOĞLU“Yeni Müsavat” |
1,046,605 | 21.02.2024 12:04 | Siyasət | “Birgə yaradılacaq Universitet Azərbaycan-Türkiyə münasibətlərinin növbəti simvoludur!” | Müasir dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət tapmaq mümkün deyil. Eyni tarix, eyni soy-kök, eyni dinin və dilin daşıyıcısı olan xalqımız arasındakı çoxəsrlik dostluq münasibətləri hər iki dövlətin Prezidentlərinin səyi ilə müttəffiqlik münasibətlərinə qədər yüksəlib. Ölkələrimiz arasındakı münasibətlər tarixən heç zaman bir-birinə bu qədər yaxın olmayıb, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı bu gün dünyaya dostluğumuzu göstərir. Məhz belə yaxın münasibətləri olan iki dövlətin bir-birlərinin uğurlarını öz uğurları kimi qiymətləndirməsi və dostluq münasibətlərinə verdiyi töhfə xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Təbii ki, bu münasibətlərə həsəd aparan qüvvələrin sayı da az deyil. Azərbaycan və Türkiyənin güclənməsini və bir-birinə vediyi yüksək dəstəyi hələ də qəbul edə bilməyən, dövlətlərimizin qüdrətlənməsini istəməyən qüvvələr qalmaqdadır. 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Zəfər yürüşümüz zamanı qardaş ölkənin verdiyi mənəvi dəstək misilsiz idi. Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində Türkiyənin müharibənin ilk illərindən göstərdiyi ədalətli mövqe Azərbaycan xalqının yaddaşlarında əbədi qalacaqdır. Belə ki, müharibəyə Ermənistan tərəfindən daxil olmaq istəyən, düşmənə açıq-aşkar dəstək verən güclər qardaş Türkiyənin sərt mövqeyini hiss edərək bu yanaşmadan çəkindilər. Bizə ən böyük mənəvi dəstəyi verən, haqq-səsimizi dünyaya çatdırılmasında bütün imkanlarını səfərbər etmiş qardaş ölkəyə hər zaman ədalətli mövqeyinə görə minnətdar olacağıq. Türkiyənin müharibə və post müharibə dövründə nümayiş etdirdiyi mövqe hər kəsə aydındır, çünki qardaş ölkə bu gün yerləşdiyi regionun deyil, dünyada söz sahibi olan ölkələrdən biridir. Eləcə də, regiondakı sabitliyin, sülhün qarantıdır, ölkəmizlə müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin isə xüsusi əhəmiyyəti var. Bu gün ölkəmiz qardaş Türkiyə üzərindən Avropaya qaz ixrac edir, bu həm iqtisadi baxımından rentabellidir, həm də Avropanın qaz təchizatçısı kimi ölkəmizin nüfuzuna xüsusi önəm qatır. Məhz artan ticarət dövriyəsi, qurulan logistik əlaqələr yüklərin daşınmasında rolumuzu ön plana çıxarır. 2024-cü ilin 7 fevral tarixində Prezident İlham Əliyevin xalqının yekdil iradəsi əsasında yenidən dövlət başçısı seçilməsindən dərhal sonra ilk rəsmi səfəri də məhz qardaş ölkəyə oldu, belə əlamətdar səfər münasibətlərimizə verilmiş yüksək dəyərin bariz nümunəsidir. Qarşılıqlı müsbət təcrübələrdən yararlanmaq olduqca mühümdür, dövlət başçısının çıxışında Türkiyənin ordu modelinin ölkəmizdə tətbiq olunması ilə bağlı qeyd etdiyi məqam xüsusilə aktualdır. Belə ki, İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı ordumuz tərəfindən yüksək peşəkalıqla icra edilmiş hərbi əməliyyatlar qəhrəmanlarımızın şücaəti ilə birlikdə bu modelin uğurlu olmasını bir daha nümayiş etdirdi. Səfər zamanı hər iki dövlətin rəhbərinin mətbuata birgə açıqlaması, görüş zamanı imzalanan sənədlər dövlətlərimizin qüdrətlənməsinə, mənafeylərinə xidmət edəcək. Türkiyə - Azərbaycan birgə ali təhsil müəssisəsinin qurulması barədə imzalanması barədə Sazişin xüsusilə mühüm əhəmiyyəti var. Türkiyənin təhsil sahəsində zəngin təcrübəsindən ölkəmizin istifadə etməsinə xüsusilə yardımçı olacaq Universitet dostluğumuzun növbəti rəmzidir. Xüsusilə də gələcək nəslin vahid dəyərlər ətrafında birləşməsində, milli soy kökümüzə bağlı yetişməsində və yad təsirlərdən kənarda qalmasında mühüm rol oynamaqla bərabər, müasir elmin imkanlarından istifadə etməyimizə töhfə verəcək. Gələcək nəslin ölkəmizi sevdiyi kimi qardaş Türkiyəyə də hər zaman məhəbbət ruhunda yetişməsi olduqca vacibdir. Bizə hər zaman dəstək verən, bu gün belə Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizə qarşı həyata keçirilən diskriminasiyanı ilk pisləyən ölkə məhz Türkiyədir. Haqq-ədalət öz yerini tapmayana, yəni Azərbaycan nümayəndə heyətinə qarşı qərəzli münasibətə son qoyulmayana qədər qardaş ölkə öz etirazını səsləndirəcək və dəstəyini nümayiş etdirəcək. Adil Əliyev, Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri |
1,046,606 | 21.02.2024 12:05 | Dünya | Karlsonun Simonyana dönməsi – O, Navalnının ölümünü Kremldən görənləri axmaq adlandırıb | Amerikalı jurnalist Taker Karlson Aleksey Navalnının şəxsiyyəti ilə o qədər də maraqlanmadığını bildirib. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, amerikalı jurnalistə görə, Rusiyanın Navalnının ölümündə hər hansı bir şəkildə əli olduğunu düşünənlər sadəcə olaraq “axmaqlardır”. “Onlar axmaqdır. Onlar həqiqətən heç nə bilmirlər”, – Karlson “Blaze” onlayn nəşrinə deyib. Onun sözlərinə görə, bu cür bəyanatları Kiyevin qalib gələcəyini iddia edənlər verir. Karlson qeyd edib ki, Ukrayna ilə müqayisədə Rusiyanın 100 milyon insanı, eləcə də güclü sənaye potensialı var. Qeyd edək ki, fevralın 9-da Karlsonun RF lideri Vladimir Putində qalmaqallı müsahibəsinin yayılmasından sonra ABŞ-da və Avropada həm siyasi liderlər, həm də milyonlarla insan jurnalistin Kremlin təsiri altına girdiyini iddia edir, onun Rusiya təbliğatının propoqandistinə çevrildiyini bildirirlər. O gündən bəri Taker Karlsonun ard-arda Rusiyanı, Putini müdafiə edən açıqlamalar verməsi müşahidə olunur. Uzun illərdən bəri Rusiyanın siyasi rəhbərliyi tərəfindən təqib olunan, seçkilərə buraxılmayan, zəhərlənən, dəfələrlə həbs edilən, nəhayət, məhkum olunan, öldüyü günə qədər Rusiyada yatmadığı həbsxana qalmayan Navalnının ölümünə dair subyektiv və birtərəfli açıqlama verməsi göstərir ki, onun artıq Kremlin baş təbliğatçısı Marqariya Simonyandan fərqi qalmayıb. Musavat.com |
1,046,607 | 21.02.2024 13:13 | Siyasət | Aİ və NATO ölkələri niyə Bakıya qarşı birləşib? | Paris və Brüssel dialoq və etibarlı münasibətlərdən daha çox postimperiya hökmranlığına can atır “Ermənistanın Azərbaycana qarşı ittihamları Avropa İttifaqı və NATO ölkələri ilə koordinasiyalı şəkildə aparılır. Məqsəd Qərbin ermənilərin himayədarı olduğunu göstərməkdir. Bu, həm də Paşinyana köməkdir ki, Ermənistanı Rusiyadan qopararaq onu Qərbə müttəfiq kimi gətirmək asan olsun”. Bu sözləri Oxu.az-a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib. Politoloq Qərbdəki himayədarların Ermənistana dəstəyini isə belə şərh edib: “Digər mühüm vəzifə münaqişə məkanı yaratmaq və bu bəhanədən istifadə edib Cənubi Qafqaz ərazisinə "neytral" vasitəçi kimi daxil olmaqdır. Fransa və Avropa İttifaqı Cənubi Qafqazda mövcud olmaq ambisiyalarından və istəklərindən əl çəkmir". Sergey Markov əmindir ki, hazırda Paris və Brüsselin neytral siyasi potensialı yoxdur. “Onlar dialoq və etibarlı münasibətlərdən daha çox postimperiya hökmranlığına can atırlar. Məhz buna görə də süni münaqişə məkanı yaradılır, Ermənistan təxribat və atəşlə məşğul olur, Fransa və Avropa İttifaqının gəlişinə şərait yaradır. Ardınca Qərb guya münaqişənin həllinin "ağır yükünü" öz üzərinə götürmək iddiası ilə çıxış etməyi düşünür. “Türkiyə on illərdir Avropa Birliyinin qapısında gözlədilməsinə baxmayaraq, Avropa Birliyi üzvlüyündən, namizədlik statusundan imtina etmir. Əksinə, hər fürsətdə bu prosesi aktivləşdirmək istəyir. Eyni zamanda Türkiyə artıq 70 ildən çoxdur ki, NATO-nun üzvü, Qərb dünyasının bir parçasıdır. Bu baxımdan, Azərbaycanın bütün məsələlərdə Türkiyə ilə birgə hərəkət etməsinə ehtiyac var. Yəni Avropa Birliyi, NATO və ABŞ-la münasibətlərini inkişaf etdirməlidir. ABŞ bütün tənqidlərə və problemlərə baxmayaraq, dünyanın ən güclü dövlətidir. Yeni dünya nizamı quruculuğuna, kollektiv Qərbə liderlik edən bir ölkədir”. Bu fikirləri isə politoloq Sülhəddin Əkbər Azpolitika.info-ya müsahibəsində deyib. “Ola bilsin ki, Avropa Birliyi Azərbaycanı öz tərkibində görmək istəməsin. Amma bizə bu standartları yaxalamaq lazımdır. Bizə Avropa Birliyi üçün yox, öz milli maraqlarımız üçün demokratikləşmək lazımdır”, - deyə o bildirib. Elşən Musayev Milli Məclisin deputatı Elşən Musayev isə “Yeni Müsavat”a bildirdi ki, Qərbin hazırda elədiyi manevrlər, yürütdüyü siyasət özündə ikibaşlı strategiyanı ehtiva edir. O anlamda ki, açıq məram, konkret məqsəd məlum deyil. Görünmür. Özləri də bilmirlər, nə istəyirlər: “Bəlkə də bilirlər, sadəcə, həmin istəyi çox qeyri-mütənasib, uyğunsuz, adekvat olmayan formada ifadə edirlər. Belə olan halda isə "etibarlı tərəfdaş" ampluasından uzaqlaşırlar, mövcud fəaliyyətləri ilə öz qlobal imiclərinə böyük zərbə vururlar. Məlumdur ki, Avropa Şurasının timsalında Azərbaycana qarşı başlanılan “səlib yürüşü” Avropa İttifaqı, NATO və bəzi ABŞ Konqresmenlərinin də timsalında davam elədi. Və əlbəttə, bu proses, bu fəaliyyət konkret tapşırıqlardan, ölkəmizə yönəlik məkrli qüvvələrin öncədən yazdığı ssenarilərdən qaynaqlanırdı. Üstəlik, məqsədli və ədalətsiz idi. Sadəcə, məsələ burasındadır ki, Qərbin xarici siyasət fəlsəfəsində belə bir “presedent” də var: uduzan kimi sakitləşirlər. Geri çəkilirlər. Ən azından müəyyən müddətlik. Və yəqin o səbəbdəndir ki, biz Münxendə tam başqa mənzərə gördük. Hətta Con Kerrinin timsalında cənab Prezidentdən xahiş edildi ki, İlham Əliyev ABŞ prezidentinin xüsusi nümayəndəsi ilə görüşə razılıq versin. Bir daha təkrar etmək istəyirəm: Qərb də, digər dövlətlər də güc faktoru ilə mütləq şəkildə hesablaşırlar. Amma real güc ilə! Onlar görəndə ki, Azərbaycana yolladıqları ATƏT-in müşahidəçi missiyası 2 ay müddətində heç bir qüsur tapmadan, əlləri ətəklərindən uzun geri qayıtdı, Avropa Şurasının məlum qərarı Azərbaycanı öz milli, müstəqil, prinsipial siyasətindən döndərə bilmədi, hansısa mənasız konqresmenlərin timsalında, şəxsində yaratmaq istədikləri “siyasi şoular” nəticə vermədi, bax o zaman anladılar ki, Azərbaycan Ukrayna-filan deyil. Onunla diktə, hədə, əmr formasında danışmaq olmaz". Deputat qeyd etdi ki, təxminən bir neçə aydan sonra Qərb və onun “əlaltısı” olan qüvvələr özlərini heç nə olmamış kimi aparacaqlar, yenidən Azərbaycana əl uzadacaqlar, strateji müttəfiqlikdən dəm vuracaqlar, suyu süzülmüş halda geri qayıdacaqlar, əvvəlki münasibətlərin bərpasına çalışacaqlar. İlyas Hüseynov Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə qeyd etdi ki, 2020-ci il Vətən müharibəsindən sonra regionda yeni geosiyasi konfiqurasiya formalaşıb və regiona təsir imkanını əlində saxlayan, regionda nüfuzunu genişləndirmək istəyən və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını bəhanə edərək burada özünün istədiyi istədiyi status-kvonu idarə edən güc mərkəzləri təsir gücünü itirdilər: "Yeni geosiyasi konfiqurasiyada artıq əvvəlki mexanizmlər işləmir. ATƏT-in Minsk Qrupu da tarixin arxivinə verilib. Ermənistan bütün baş verən proseslərdə Rusiyanı günahlandırınca, Avropa İttifaqı və NATO hərəkətə keçdi, Ermənistan vasistəsilə regionda təsir və nüfuz gücünü formalaşdırmaq məqsədini ortaya qoydu. Avropa İttifaqının mülki missiyası Ermənistanda yerləşdirildikdən sonra bu, özünü qabarıq şəkildə göstərməyə başladı. Eyni zamanda Avropa İttifaqından kənar birbaşa NATO-nu təmsil eləyən dövlətlər də Ermənistanda olan "missiyanın" işinə qoşuldu. Qarşıdakı dövrdə biz Avropa İttifaqının missiyasının əsl məqsədini yaxşı biləcəyik. Amma ilkin təsəvvürlərimiz, 2023-cü ildən bu yana keçən dövr ərzində müşahidələrimiz də onu göstərir ki, bu missiyanın məqsədləri sırasında regionda sülhə və sabitliyə dair heç nə yoxdur. Məqsəd Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Məqsəd Rusiyanın maraqlarını Cənubi Qafqazda zəiflətmək və Rusiyasız Qafqaz əmələ gətirməkdir". Politoloqun sözlərinə görə, Azərbaycan bu gün Rusiyanın əleyhinə bir neçə ciddi mövqe ortaya qoysa, Avropa İttifaqı və NATO dərhal bizə də “qarmaq” atacaq, hətta onların sözdə sevimlisinə çevriləcəyik. Çalışacaqlar ki, bizi də Ermənistanı etdikləri kimi Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq layihəsinin iştirakçısına çevirsinlər: “Ermənistanla adıçəkilən beynəlxalq qurumların iş birliyi bu gün heç də erməni maraqlarının təminatı üçün deyil. Bu güc mərkəzləri qeyd etdiyimiz məqsədlərini həyata keçirmək üçün Ermənistan alətindən istifadə edir. Azərbaycan alət ölkə olmadığı üçün Azərbaycanı hədəfə alırlar. Eyni zamanda burada bir təzadlı vəziyyət də müşahidə olunur. Azərbaycan Avropanın enerji təminatında rol oynadığı üçün və bölgədə söz sahibi olan dövlət olduğundan bir tərəfdən Azərbaycanı hədəf alırlarsa, o biri tərəfdən Azərbaycanla əməkdaşlığa da can atırlar. Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti ilə keçirilən görüşlər də bunu təsdiq etdi. Azərbaycan Avropa İttifaqına və NATO-ya lazımlı ölkədir. Ona görə də məcburdurlar ki, Azərbaycanın rolu ilə hesablaşsınlar. Azərbaycan da Avropadan imtina etmək siyasətini indiyə qədər yürütməyib, əlaqələr, əməkdaşlıq daim davam edib. Hər hansı regional prosesi Azərbaycansız düşünmək artıq Avropa İttifaqı üçün çətindir”. Etibar SEYİDAĞA,“Yeni Müsavat” |
1,046,608 | 21.02.2024 12:05 | Son xəbər | Vəkili Kamil Zeynallının saxlanılmasından DANIŞDI | “Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb”. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib. Onun sözlərinə görə, Kamil Zeynallı Domodedovo polis bölməsinə aparılıb. Vəkil Kamil Zeynallının Ermənistan cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham olunduğunu desə də, onun konkret hansı maddələr üzrə ittiham olunduğunu açıqlamayıb. Ələkbər Qarayev hazırda iş üzrə çalışdığını qeyd edib. |
1,046,609 | 21.02.2024 12:07 | Son xəbər | Psixiatriya Xəstəxanasında saxlanılan şəxs ölüb, prokurorluq araşdırma aparır | Ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanasında müalicə alan B.V-nin (şərti) yemək yeyərkən başının arxa hissəsindən sillə vurulması nəticəsində boğularaq ölməsi barədə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. Bu barədə Musavat.com-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub. Həmçinin, ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə sillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur. |
1,046,610 | 21.02.2024 13:25 | Siyasət | Qərbin Cənubi Qafqazda “yeni Ukrayna” ssenarisi | Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin xəbərdarlığına Bakıda reaksiyalar Qərbin nəyin bahasına olursa-olsun öz hökmranlığını saxlamaq istəyi beynəlxalq vəziyyətin kəskinləşməsinə səbəb olub. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bişkekdə həftəsonu keçirilən beynəlxalq konfransda deyib. Nikolay Patruşev deyib ki, konfrans beynəlxalq vəziyyətin misli görünməmiş kəskinləşməsi fonunda keçirilir: “Qərb bu gün nəyin bahasına olursa-olsun dünya məsələlərində öz hökmranlığını qoruyub saxlamağa çalışır. Eyni zamanda Vaşinqton ümumi xaos şəraitində hökmranlığın daha rahat olduğuna əmindir. Qərb Cənubi Qafqazdakı vəziyyəti sarsıtmağa və Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etməyə çalışır. Biz Qərbin Cənubi Qafqazda vəziyyəti sarsıtmaq, o cümlədən Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etmək istəyini də görürük ki, bu da bu regionlarda vəziyyətin gərginləşməsinə gətirib çıxarıb.” Onun sözlərinə görə, Qərb öz məqsədinə çatmaq üçün hər şeyə hazırdır: “Ən parlaq nümunə Ukrayna ətrafındakı vəziyyətdir. Onun köməyi ilə qlobal Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyirdi. Lakin bu, alınmadı”. Elşən Musayev Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev arxayındır ki, Azərbaycanda əsla “yeni Ukrayna” planı mümkün deyil: “Ən azından ona görə ki, meydanda İlham Əliyev faktoru var, onun tərəfindən yürüdülən milli və müstəqil siyasət, xalqın iqtidarla birliyi var, ölkə əhalisinin siyasi prosesləri düzgün analiz etmə, dəyərləndirmə bacarığı, olanlardan, baş verənlərdən nəticə çıxarmaq qabiliyyəti var. Siz diqqət edin ki, hətta Azərbaycana qarşı yönəlmiş ən böyük güclərə qarşı belə nə formada, hansı məzmunda siyasət yürüdülür. Onların cavabları dərhal verilir. Həmin qüvvələr anındaca yerində oturdulur. Bilirsinizmi niyə? Çünki daxili siyasətdə milli birliyin pozulmasına gətirib çıxara biləcək boşluqlar yoxdur. Çünki iqtidar öz sözünü ilk növbədə xalqın etibarına, etimadına güvənərək söyləyir. Çünki xarici missionerlər - Qərb olsun, digərləri olsun, fərq etməz - heç bir halda xüsusi, ciddi səbəb taparaq ölkədə xaos yarada bilməzlər. Ona görə hər məkrli həmlədən sonra sınmış, suyu süzülmüş formada geri çəkilirlər, fiaskoya uğrayırlar. Sizi nəzərə alın ki, “narıncı inqilablar” estafeti Bakıda durdurulub. İlham Əliyevin cəsarəti və müdrikliyi sayəsində həm də. Üstəlik, bu cəsarət, praqmatiklik, müdriklik siyahıda olan digər dövlətləri də Qərbin istilasından xilas edib. Yəni Bakıda onlar qələbə çalsaydılar, hələ nə qədər dövlət tələyə düşəcəkdi, öz inkişafını səngidəcəkdi, kiminsə, kimlərinsə caynağında, cəngində qalacaqdı. Odur ki, İlham Əliyevə həm də bir çox ətraf ölkələrin təşəkkür borcu var. İllər öncə onları böyük bəlalardan, məkrli ssenarilərdən, ağır qarşıdurmalardan qoruduğu üçün. Bu gün ölkəsi də, vətəndaşı da hədəfə gələn, qırğına verilən, yüz cür oyunların qurbanı olan ölkələrin, dövlətlərin İlham Əliyev kimi rəhbəri, prezidenti, kritik anda düzgün qərar qəbul edəcək lideri yoxdur. İlham Əliyev olmasaydı, indi haralarda qərar tutardıq, inanın, həmin mənzərəni xəyalıma, fikrimə belə gətirməyə qorxuram. Ona görə də hamı əmin olsun: İlham Əliyev qərar tutan yerdə, söz sahibi olan yerdə kimsə və kimsə bizdən Ukrayna düzəldə bilməz". Elşən Mustafayev AMİP liderinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Rusiyanın bu proseslərdə, xüsusilə Cənubi Qafqaz rəqabətində getdikcə uduzduğunu diqqətlərə çatdırdı: “Rusiya Təhlükəsizlik Şurasının katibinin Bişkekdə söylədiyi kimi doğrudan da dünyada vəziyyət son dərəcə gərgindir. Amma bu gərginləşmədə Rusiyanın rolu haqqında danışmaq istəməyib. Əslində hazırkı vəziyyət 2-ci Dünya müharibəsindən sonra bu günə qədər yaşanmamışdı. Karib krizisi belə bir neçə həftə çəkmişdi. Amma 2014-cü ildə başlayan qarşıdurma bu gün pik həddə çatıb və günbəgün bu gərginlik artmaqdadır. Patruşevin Cənubi Qafqazla bağlı dediklərinə gəlincə isə bu gərginləşmədə Rusiyanın rolu Qərbdən az deyil. Hətta deyərdim ki, daha böyükdür. Razıyam ki, Qərbin dünyada gedən proseslərdən dolayı Cənubi Qafqazda marağı var və bu marağı Rusiya ilə toqquşur. İki qüvvə arasında bölgədə nüfuz müharibəsi gedir. Belə bir vəziyyətdə Patruşevin Qərbin Cənubi Qafqazı Ukraynaya çevirmək istədiyi fikirləri daha çox Rusiyaya yaraşır. Cənubi Qafqazda Rusiya illərdir ki, uduzur və nüfuzu çox aşağıdır. Gürcüstanda antirus meylləri hər gün artır və gürcü hakimiyyəti haqqında nə qədər rusiyameylli desələr də keçən ilin dekabrında Avropa İttifaqı üzvlüyünə namizəd oldular. Ermənistandakı vəziyyət isə Rusiya üçün daha pisdir. Ölkə iqtisadiyyatının təxminən 70 faizi ondan asılı olsa da, ölkədə həm 102-ci hərbi baza, həm də aviabazası olsa da əhali arasında Rusiyaya qarşı nifrət günü-gündən artır. Rusiyameylli qüvvələrin ölkədə hakimiyyətə gəlmək imkanları get-gedə imkansız hala gəlir. Bu məsələdə Azərbaycanın vəziyyəti və imkanları fərqlidir. Biz Rusiya ilə hər hansı ittifaqda, birlikdə təmsil olunmuruq, iqtisadi cəhətdən müstəqilik, Qarabağda müvəqqəti məskunlaşan "sülhməramlıları" nəzərə almasaq, ərazimizdə rus hərbi bazaları yoxdur. Bununla belə, müəyyən balanslı siyasət ortalığa qoymaqla qarşı tərəfin əlinə bəhanələr verməmək hələlik doğru siyasət kimi qəbul olunmalıdır. Təbii ki, Qərbin öz maraqları var ki, bu maraqları Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan öncə təmin etmək istəyir ki, bununla da müqavilənin imzalanmasına mane olurlar. Yəni tək Qərbin adını çəkməklə Patruşev Rusiyanın bölgədəki fəaliyyətini də desə idi daha obyektiv olardı. Cənubu Qafqazda bu gün problemə çevrilmiş münaqişə ocaqlarını yaradan Qərb yox, Rusiya olub və regionu daim təsir altında saxlamaq üçün istifadə edib. Hazırda bu imkanı əlindən çıxmaq üzrədir deyə narahatdır. Amma Rusiyanın əlində olmuş bu imkanların Qərbin əlinə keçməsini də qəbul etmək olmaz. O səbəbdən Rusiya-Qərb qarşılaşmasında Cənubi Qafqazdan istifadə olunmasına imkan verilməməlidir. Qərbin bölgəni Ukraynaya çevirmək istəməsi fikirlərinə gəlincə isə, bu bir az fərqli məsələdir. Dediyim kimi, Azərbaycan maksimum şəkildə böyük güclərin davasının ortasında qalmamaq siyasəti yürüdür ki, bu həm də milli təhlükəsizliyimiz üçün vacibdir. Gürcüstan nə qədər Avropa İttifaqı ilə yaxın əməkdaşlığı olsa belə, hazırkı hakim partiya da maksimum problemlərdən yayınmağa çalışır. Qalır tək Ermənistan və burada dediyim kimi, Rusiya hərbi və iqtisadi cəhətdən çoxdan orada oturub və çıxmayacağını da bəyan edib. O səbəbdən hesab edirəm ki, ərazi, əhali sayı, yerləşdiyi coğrafiya fərqli olduğundan Cənubi Qafqazda Ukrayna ssenarisi işləməyəcək. Amma Qərb-Rusiya qarşıdurmasında tərəflərin düşəcəyi situasiyadan asılı olaraq fərqli vəziyyətlər yarana bilər". Cavanşir ABBASLI“Yeni Müsavat” |
1,046,611 | 21.02.2024 12:10 | Gündəm | "Mehriban Əliyevanın dəstəyi olmasaydı, əlil ola bilərdim" - Cavanşir Quliyev | Azərbaycan dövləti, xüsusilə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın dəstəyi olmasaydı, ən yaxşı halda mən bu gün əlil ola bilərdim. Səhhətimdə yaranan problemlər məhz Mehriban xanımın yüksək diqqət və qayğısı, dövlətimizin dəstəyi nəticəsində aradan qaldırıldı. Bunun üçün Mehriban xanıma xüsusi təşəkkürümü bildirirəm. Musavat.com xəbər verir ki, bu fikirləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev AZƏRTAC-a açıqlamasında ifadə edib. Səhhəti ilə bağlı danışan bəstəkar deyib: "Sağlamlıq hər kəs üçün çox vacibdir, lakin bəzən bunu unuduruq. Səhhətimdəki narahatlıq eyni vaxtda üç problemin yaranmasından irəli gəldi. Hazırda səhhətim qaydasındadır. Müalicə müddəti çox ağır idi. Bu müddət ərzində üç əməliyyat keçirdim. Mənim üçün ən sevindirici hal o oldu ki, əməliyyatlar nəticəsində hansısa qalıcı problem yaranmadı, hətta əvvəlki narahatlıqlarım da aradan qaldırıldı. Burada da əsas olan yardımın vaxtında edilməsi idi. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram". |
1,046,612 | 21.02.2024 13:36 | Hadisə | Ermənistanda mer ağır qəza törədib | Ötən gecə Ermənistanın Metsamor şəhərinin meri Vahram Xaçatryan ağır qəza törədib. BAKU.WS-in xəbərinə görə, bu barədə Shamshyan.com məlumat yayıb. Qəza yerli vaxtla saat 03:15 radələrində qeydə alınıb. 40 yaşlı Xaçatryan idarə etdiyi "Mercedes Maybach" markalı avtomobillə Armavir şəhərində fərdi yaşayış evinin hasarına çırpılıb. O, Armavir xəstəxanasına aparılıb, sonra paytaxtın tibb mərkəzlərindən birinə köçürülüb. |
1,046,613 | 21.02.2024 12:22 | Son xəbər | SON DƏQİQƏ! Kamil Zeynallı polis şöbəsinə gətirilir - EKSKLÜZİV VİDEO | Xəbər verdiyimiz kimi, fitnes məşqçisi Kamil Zeynallı "Domodedovo" hava limanında saxlanılıb. Kamil Zeynallının yaxınları onun yaxın dəqiqələrdə polis şöbəsinə gətiriləcəyini bildiriblər. Musavat.com həmin görüntüləri təqdim edir. Musavat.com |
1,046,614 | 21.02.2024 13:47 | Şou-biznes | Aygün Bəylərin bacısı məclisdə AĞLADI - VİDEO | Bir neçə gün əvvəl özünə təmtəraqlı doğum günü keçirən Əməkdar artist Firuzə İbadovanın məclisində mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətovanın çıxışı hər kəsi göz yaşlarına boğub. Musavat.com bizim.media-ya istinadən bildirir ki, mərhumun bacısı İbadova ilə səhnədə qucaqlaşaraq Aygünün repertuarının şah əsəri olan "Tut ağacım" mahnısını ifa edib. Diqqət çəkən məqam isə sözügedən bəstənin nəqarət hissəsində mərhumun səsinin olması olub. Zümrüd nəğməni səsləndirərkən Firüzə ilə birlikdə kövrələrək göz yaşlarına boğulublar. Həmin anlar məclisdə iştirak edən qonaqlar tərəfindən çəkilərək sosial şəbəkədə yayılıb. Həmin görüntüləri sizə təqdim edirik: |
1,046,615 | 21.02.2024 12:24 | Son xəbər | Kamil Zeynallının məhkəməsinin VAXTI BİLİNDİ -İtiham olunduğu MADDƏLƏR | Rusiyada saxlanılan idmançı Kamil Zeynallının ittiham olunduğu maddələr məlum olub. “Unikal”ın əldə etdiyi məlumata görə, o, Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Sponsorluq edilən şəxsə qarşı müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur. Kamil Zeynallının məhkəməsi sabah keçiriləcək. Onu da vurğulayaq ki, Ermənistan Kamil Zeynallını Vətən müharibəsi başlayandan 2 gün sonra (29 sentyabr 2020-ci ildə) axtarışa verib. |
1,046,616 | 21.02.2024 14:00 | Ölkə | Novruz əfvi may ayına ertələnir | Novella Cəfəroğlu: “Biz öz siyahımızı vermişik, 30 nəfərin adı var” “Əfv sərəncamının imzalanması birbaşa ölkə başçısının müstəsna səlahiyyətindədir. Son günlər ölkədə əfv olacağı ilə bağlı fikirlərin səslənməsi adətən əvvəlki illərdə Novruz bayramı ərəfəsində həmin qərarın imzalanması ilə əlaqədardır. Amma bu il Novruz bayramı ərəfəsində əfv sərəncamının olması ilə bağlı ehtimallar o qədər böyük deyil”. Bu sözləri Teleqraf.com-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. Əliməmməd Nuriyev “Novruz bayramına uzun müddət qalmayıb. Bu müddət ərzində Əfv Komissiyasının toplaşıb daxil olan sənədlərlə bağlı müzakirələrin aparılması üçün o qədər də çox müddəti yoxdur. Ona görə də Novruz ərəfəsində əfv sərəncamının olması ehtimalı azdır. Prezident seçkiləri yeni başa çatıb. Dövlət başçısının andiçmə mərasimi oldu, indi hökumətin formalaşması prosesi gedir. Nəzərə alaq ki, Əfv Komissiyasının üzvlərinin bir qismi hökumətdə yüksək vəzifə tutan şəxslərdir. Prezidentin sərəncamı ilə hazırkı hökumətə, yeni hökumətin formalaşdırılması ilə bağlı səlahiyyət və vəzifələrin icrası tapşırılıb. Düşünürəm ki, hökumət tam formalaşdıqdan sonra Əfv Məsələləri Komissiyasının iclaslarının keçirilməsi gündəmə gələ bilər”, - o bildirib. Əliməmməd Nuriyev vurğulayıb ki, hazırda Əfv Komissiyasının iclasları keçirilmir: “İclasların çağırılması məsələsi var. Daxil olan müraciətlərlə bağlı müvafiq sənədlər hazırlanaraq Əfv Komissiyasının sədrinə təqdim olunur. Sədr tərəfindən də iclaslar keçirilir. Hazırda ölkədə mühüm dəyişikliklərlə bağlı ciddi işlər gedir. Bütün bunlar başa çatdıqdan sonra bu məsələ gündəmə gələ bilər”. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Novruzda əfv olmayacağını konkret şəkildə söylədi: “Hələ ki əfvlə bağlı müzakirələr getmir. Görünür, Novruz bayramında da əfv olmayacaq. Çünki vaxt məsələsi nəzərə alınırsa, buna erkən başlamaq lazım idi. Bu da sırf həqiqətən prezident seçkisi ilə bağlı məsələ idi. Həmin ərəfədə hər hansı müzakirələr aparmağın məntiqi izahı yox idi. Amma irəlidəki zamanda bu mümkündür. Bunun hər hansı bir tarixlə, bayramla xüsusi bir əlaqəsi yoxdur. Ümumi qaydada əfvlə bağlı məsələlər müzakirəyə çıxarılıb, müzakirə oluna bilər. Burada hansısa bir əlamətdar gün olmadan belə bunu etmək mümkündür. Adətən bunu sadəcə bir tarixə uzlaşdırırıq. Amma bütövlükdə istənilən vaxt bu prosedur başlaya bilər. Lakin hələ ki bunun bir əlamətləri yaxın aylarda, yəni 1-2 ayda görünmür”. Novella Cəfəroğlu Siyasi məhbus siyahılarının hazırlanmasında yaxından iştirak edən hüquq müdafiəçisi Novella Cəfəroğlu da ümidli deyil: “Biz öz siyahımızı vermişik. Siyahıda 30 nəfərin adı var. Hansılar ki, məhkəmədən keçiblər. Ondan başqa da bir siyahı vermişik. Orada blogerlər, jurnalistlər yer alır ki, hələ məhkəmələri bitməyib, yeni həbs olunublar. Siyasi motivlərlə yeni həbs olunanların, ömürlük cəza çəkənlərin də adları siyahımızda var. Müharibədə iştirak edən insanlar var ki, onlar 20 ildən çoxdur ki, həbsdədir. Biz çox istərdik ki, Novruz bayramı ərəfəsində əfv olsun. Amma zaman doğrudan da çox azdır. Çoxlu sayda insanın əfvə düşməsi üçün zaman lazımdır. Bizə çoxlu sayda sadə insanların müraciəti var. Onlardan cəzalarının yarısını çəkən insanlar var ki, əfvə düşmələri çox yaxşı olardı. Bu əfv sərəncamı çox ailəni sevindirəcək. Onların adlarını çəkmək istəmirəm. Çünki istəyirik ki, çox insan əfvə düşsün. Dindarlar ayrı siyahıdan keçirlər. Biz çalışırıq ki, hər bir insanın işinə xüsusi diqqət ayrılsın, hər bir insan barəsində ədalətli qərar verilsin. Biz çalışmalıyıq ki, hüquqi dövlət quraq, məhkəmələrimiz ədalətli hökm versin. Qoyun bizi ölkə xaricində tənqid edənlər hər dəfə görsünlər ki, biz hər şeyə qadirik, həm torpaqlarımızı geri qaytarmışıq, həm işğaldan azad etdiyimiz torpaqlarımızda bayrağımızı dalğalandırmışıq, həm də Xirosimaya çevrilmiş şəhərlərimizi bərpa etmişik. Çalışmalıyıq ki, hər bir insanın bundan sonra hüququnu qoruyan bir məmləkət olaq. Əminəm ki, buna da nail olacağıq”. Cavanşir ABBASLI,“Yeni Müsavat” |
1,046,619 | 21.02.2024 12:32 | Ölkə | Yeni Nazirlər Kabinetinin 37 üzvü - kim, nə vaxt... | Nazirlər sırasında baş veteran fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur, baş nazirin birinci müavini Yaqub Eyyubov da hökumətə 1997-ci ildə gətirilib Azərbaycanın yeni Nazirlər Kabineti 37 nəfərdən ibarətdir. Novator.az bildirir ki, kabinetdə baş veteran fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. O, 1995-ci ildən 2006-cı ilə - nazir təyinatınadək Dövlət Gömrük Komitəsinin sədri olub. Baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətə 1997-ci ildə gətirilib. 1999-cu ilədək Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinə sədrlik edib, 2003-cü ilədək baş nazirin müavini postunu tutub. Elçin Quliyev 2002-ci ildən Dövlət Sərhəd Xidmətinin rəisidir. 2019-cu ildən baş nazirlik edən Əli Əsədov 1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini, 2017-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri olub. 2006-cı ildən maliyyə naziri olan Samir Şərifov 2001-ci ildən Dövlət Neft Fondunun icraçı direktoru postunu tutub. 2013-cü ildən müdafiə naziri olan Zakir Həsənov 2003-cü ilin yanvarından daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı vəzifəsində xidmət edib. Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci, baş nazirin müavini Əli Əhmədov 1953-cü, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov 1954-cü, baş nazir Əli Əsədov 1956-cı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev 1958-ci, müdafiə naziri Zakir Həsənov 1959-cu ildə doğulub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, maliyyə naziri Samir Şərifov 1961-ci, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1962-ci, baş nazirin müavini Şahin Mustafayev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 1965-ci, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 1967-ci, daxili işlər naziri Vilayət Eyvazov 1968-ci, energetika naziri Pərviz Şahbazov 1969-cu ildə anadan olub. Səhiyyə naziri Teymur Musayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 1970-ci, xarici işlər naziri Ceyhun Bayramov 1973-cü, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 1974-cü, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 1975-ci, iqtisadiyyat naziri Mikayıl Cabbarov 1976-cı, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov 1977-ci, gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət naziri Adil Kərimli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 1979-cu ildə dünyaya gəlib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 1980-ci, elm və təhsil naziri Emin Əmrullayev 1982-ci, kənd təsərrüfatı naziri Məcnun Məmmədov 1983-cü, müdafiə sənayesi naziri Vüqar Mustafayev 1986-cı il təvəllüdlüdür. Ədliyyə naziri səlahiyyətlərini nazir müavini Azər Cəfərov (1954-cü ildə doğulub), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini sədrin birinci müavini Səyyad Salahlı (1952-ci ildə doğulub) icra edir. “Yeni Müsavat” |
1,046,620 | 21.02.2024 12:33 | Gündəm | Kamil Zeynallının anası canlı efirdə: “Xalq oğlumun yanındadır” – VİDEO | Azərbaycanlı fitnes ustası Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ ölkə gündəmini zəbt edib. Milli.Az bildirir ki, məsələ ilə bağlı ATV-nin "Rəngarəng səhər" proqramının canlı efirinə qoşulan idmançının anası Sahilə Zeynallı, oğlunun saxlanılmasını sosial şəbəkələrdən gördüyünü bildirib: "Xalq Kamilin arxasındadır. Mən inanıram ki, tezliklə oğlum vətənə qayıdacaq". Daha ətraflı video görüntüdə: |
1,046,621 | 21.02.2024 12:55 | Gündəm | Tanınmış vəkildən Kamil Zeynallı ilə bağlı SON DƏQİQƏ açıqlaması | Tanınmış fitnes məşqçisi Kamil Zeynallının dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılması gündəmin əsas mövzusudur. Zeynallı saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onun Ermənistanın tələbi ilə saxlanılmasını təsdiq edib. Kamil Zeynallının Ermənistana təhvil verilməsi mümkün ola bilərmi? Tanınmış vəkil Əsabəli Mustafayev Musavat.com-a bildirib ki, əgər belə bir cinayət işi var idisə, Ermənistan ilk olaraq cinayət işinin başlanması, Kamil Zeynallıya ittiham elan olunması, onun axtarışa verilməsi, təhvil verilməsi barədə ilk olaraq Azərbaycana müraciət olunmalı idi: “Azərbaycanla Ermənistan arasında qarşılıqlı hüquqi yardım haqda müqavilə yoxdur, amma Azərbaycan da, Ermənistan da MDB-nin üzvüdür, bu ittihamı gizli saxlayıb ancaq Rusiyaya sorğu vermək, bunun özü bir pozuntudur. Rusiyanın ittihamı Azərbaycandan gizli saxlaması, Azərbaycana münasibət bildirmək üçün təqdim etməməsi şübhəli məqamdır. Rusiyanın əl altından yürütdüyü çirkin oyunlarının təzahürüdür”. Vəkil deyib ki, Kamil Zeynallı barədə qərarı Rusiya məhkəməsi verməlidir: “Kamil Zeynallı məhkəməyə çıxarılmazdan əvvəl vəkilinin iştirakı ilə dindirilməlidir. Ona öz müdafiəsini təşkil etməyə imkan yaradılmalıdır. Azərbaycanının Rusiyadakı səfirliyi bu məsələni nəzarətdə saxlayıb onun yaxşı bir vəkillə təmin olunmasına səy göstərilməlidir. Kamil Zeynallının üzləşdiyi hal çox qorxulu bir haldır. Bu hal digər həmvətənlərimiz üçün çox təhlükəli bir presedent yaradır. Müharibədə iştirak etmiş hər bir qazimizi hansısa erməni əsgərinin öldürülməsində ittiham etməklə həbsini tələb edə bilərlər. Kamil Zeynallının Ermənistana təhvil verilməsinin qarşısı alınmalıdır. Buna cəhd göstərilməlidir”. Əsabəli Mustafayev bildirib ki, Kamil Zeynallının həbsi hüquqi məsələdən daha çox siyasidir: “Bu baxımdan məsələ daha çox siyasi müstəvidə həll oluna bilər. Rusiyanın hansı qərar verəcəyi bilinmir. Son zamanlar Rusiya çox ciddi surətdə oyunlar oynayır. Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını pozmağa cəhd edən ölkələrdən biridir. Rusiya sülh müqaviləsinin bağlanmasının əleyhinədir. Kamil Zeynallının Ermənistana təhvil verilməsi sülh danışıqlarını çox ciddi çətinliyə sala bilər. Bunu Rusiya da başa düşür. Mümkündür ki, Rusiya bu məsələdən sui-istifadə etməklə Kamil Zeynallını Ermənistana təhvil verə bilər”. Vəkil deyib ki, bu halda Azərbaycanla Ermənistan arasında çox ciddi qalmaqal yaranacaq: “Erməninstan tərəfinin hansı sübutlara istinad etdikləri bilinmir. Kamil Zeynallı məşqçi olmaqla yanaşı, mətbuatda aktiv blogerlərdən biridir. Müharibə zamanı da o, orduya yardımlar təşkil edib. Mümkündür ki, ermənilər mətbuatdan onun fəaliyyəti ilə bağlı hansısa məlumatları götürüblər. Amma bu kifayət deyil. Ermənistan tərəfi sübutlar təqdim etməlidir. Təcili şəkildə Kamil Zeynallı yaxşı bir vəkillə təmin olunmalıdır. Dövlət hesabına vəkillə təmin edilsə, aydındır ki, həmin vəkil Rusiya dövlətinin maraqlarından çıxış edəcək və bu, Kamil üçün çox pis nəticələnə bilər”. Əsabəli Mustafayev bildirib ki, Kamil Zeynallının həbsi sırf Azərbaycanın manafelərinə təsir göstərə bilər: “Söhbət Kamil Zeynallıdan getmir. Vətən müharibəsində iştirak etmiş, o günlərdə orduya yardım etmiş şəxslərdən hər birini həbs edib böyük hay-küyə səbəb olacaq addımlar atıla bilər. Azərbaycan vətəndaşını dünya miqyasında zalım, başkəsən kimi göstərmək üçün fürsət bilirlər. Onsuz da belə bir təbliğat aparırlar. Kamil Zeynallının Ermənistana təhvil verilməsinin qarşısını almağa bütün səylərimizi yönəltməliyik”. E.MƏMMƏDƏLİYEV, Musavat.com |
1,046,622 | 21.02.2024 12:38 | Son xəbər | Azərbaycan Səhiyyə Nazirliyində UNICEF-in ölkəmizdəki nümayəndəsi ilə görüş keçirilib | Azərbaycan Səhiyyə Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəsi xanım Saca Faruq Abdullahla görüş keçirilib.Görüşdə UNICEF-in Azərbaycanda uşaqlara göstərilən immunizasiya xidmətinin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi, o cümlədən səhiyyə sektorunda fəaliyyət göstərən digər tərəfdaşlarla əməkdaşlığın artırılması müzakirə olunub. Həmçinin, immunizasiya proqramlarına dəstək ola biləcək spesifik sahələrin araşdırılması və birgə fəaliyyət planının hazırlanması nəzərdən keçirilib.Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə UNİCEF arasında əlaqələrin çoxşaxəli olduğunu vurğulayıb: “Ötən müddət ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb. Səhiyyə, təhsil, ana və uşaqların sağlamlığının qorunması kimi müxtəlif istiqamətlərdə uğurlu layihələr həyata keçirilib”.Teymur Musayev Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasında xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Nazir, vaksin preparatlarının da Azərbaycana UNICEF xətti ilə gətirildiyini vurğulayıb.Teymur Musayev Azərbaycanın UNİCEF ilə əməkdaşlığının bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib. Öz növbəsində Saca Faruq Abdullah xatırladıb ki, UNİCEF Azərbaycanda fəaliyyətə 1993-cü ildə başlayıb: “UNICEF uşaqlar uçun daha yaxşı gələcəyin qurulması və onların tam potensiallarının inkişaf etməsi üçün imkanların yaradılmasında Azərbaycan Hökuməti ilə yaxından işləmək öhdəliyinə sadiqdir”.Azərbaycan ilə UNİCEF arasında tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirən Saca Faruq Abdullah 2021-2025-ci illər üzrə Əməkdaşlıq Proqramı çərçivəsində birgə fəaliyyət qarşılıqlı əlaqələrin davam etdirilməsində mühüm rol oynadığını qeyd edib.UNİCEF-in ölkəmizdəki nümayəndəsi Azərbaycan Hökümətinin 2023-cü ilin sonlarında başlayan və hazırda davam edən qızılca xəstəliyinin ölkədə yayılması ilə əlaqədar göstərdiyi çevik və fəal reaksiyasını, həmçinin Səhiyyə Nazirliyinin bu istiqamətdə apardığı maarifləndirici fəaliyyətini təqdir edib.Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər. |
1,046,625 | 21.02.2024 12:51 | Ölkə | Bakıda bu evlərin qiymətləri bahalaşdı | Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, yanvar ayında bağ evlərinə tələb azalsa da, fərdi həyət evlərinə tələbin artması müşahidə olunub. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.2 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb yenə də stabildir. Yaşayış binalarında olan mənzillərdə 0.7 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində qiymət 1.1 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər 0.5 faiz artıb. |
1,046,626 | 21.02.2024 14:12 | Ölkə | Bakıda bu evlərin qiymətləri bahalaşdı | Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Musavat.com-a İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, yanvar ayında bağ evlərinə tələb azalsa da, fərdi həyət evlərinə tələbin artması müşahidə olunub. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.2 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb yenə də stabildir. Yaşayış binalarında olan mənzillərdə 0.7 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində qiymət 1.1 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər 0.5 faiz artıb. |
1,046,627 | 21.02.2024 12:51 | Ölkə | Ermənistan DİN-dən Kamil Zeynallı ilə bağlı AÇIQLAMA | Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur. Musavat.com xəbər verir ki, bu iddia Ermənistan Daxili İşlər Nazirliyindən yerli mətbuata verilən açıqlamada irəli sürülüb. Ermənistan DİN mətbuat katibi Narek Sarkisyan bildirib ki, Kamil Zeynallı barədə onların qurumu tərəfindən dövlətlərarası axtarış elan olunub: “Göstərilən şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başlayıb”.Ermənistan DİN rəsmisi Kamil Zeynallının qətldə təqsirli bilinərək axtarışa verildiyini bildirsə də, söhbətin hansı qətldən getdiyini açıqlamayıb. Belə görünür ki, Kamilə qarşı əllərində konkret fakt yoxdur, hazırda hansısa absurd ittihamlar uydurmaqla məşğuldurlar. Ermənistan mətbuatı Kamilin Ramil Səfərov tərəfindən cəzalandırılan Qurgen Markaryanın qətlinin 20-ci ildönümündə həbs olunmasını xüsusi vurğulayır. Musavat.com |
1,046,628 | 21.02.2024 12:53 | Ölkə | İlon Mask Nobel sülh mükafatına namizəd göstərilib | Amerikalı milyarder və X sosial şəbəkənin sahibi İlon Maskın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb. Musavat.com Daily Mail-ə istinadən bildirir ki, bu təklifi norveçli deputat Marius Nilsen səsləndirib. “Maskın təsis etdiyi, sahib olduğu və ya idarə etdiyi bir çox texnologiya şirkətləri diqqətini cəmiyyətin yaxşılaşdırılmasına, həm Yer, həm də kosmos haqqında biliklərin genişləndirilməsinə və bütün dünyada kommunikasiya və qarşılıqlı əlaqəyə imkan yaratmağa yönəlib və dünyanı daha əlaqəli və təhlükəsiz yerə çevirməyə kömək edir", - Nilsen deyib. Qeyd olunur ki, norveçli deputat Maskı “qütbləşmiş dünyada dialoqu qətiyyətlə müdafiə etdiyinə, söz azadlığına və öz fikrini ifadə etmək bacarığına” görə tərifləyib. Nəşrin məlumatına görə, namizədlər arasında britaniyalı ekoloq Devid Attenboro, avstraliyalı jurnalist Culian Assanj, Roma papası Fransisk, BMT rəhbəri Antonio Quterreş, fələstinli jurnalist Hind Xudari, NATO-nun baş katibi Yens Stoltenberq, Kolumbiya prezidenti Qustavo Petro və ABŞ-ın keçmiş prezidenti Donald Tramp var. Musavat.com |
1,046,630 | 21.02.2024 13:15 | Son xəbər | Ötən il bir Azərbaycan vətəndaşı İrəvandakı mənzilini satıb | 2023-cü ildə Türkiyə vətəndaşları Ermənistanda hamısı İrəvanda olmaqla çoxmənzilli yaşayış binalarından 3 mənzil alıb. Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın yazılı sorğusuna cavab olaraq ölkənin Kadastr Komitəsi məlumat təqdim edib. Qeyd edək ki, 2022-ci ildə Türkiyə vətəndaşları Ermənistanda, hamsısı İrəvanda olmaqla 11 mənzil alıblar. Kadastr Komitəsi həmçinin bildirib ki, 2023-cü ildə Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak almayıb, 2022-ci ildə isə 2 daşınmaz əmlak alıblar: biri İrəvanda, ikincisi Lori rayonunda, fərdi yaşayış binası: “Ermənistan Respublikasında Türkiyə vətəndaşları 2023-cü ildə İrəvanda çoxmənzilli yaşayış binasında 2 mənzil və Ararat rayonunda 1 torpaq sahəsi satıblar. Həmin müddət ərzində Azərbaycan vətəndaşı çoxmənzilli yaşayış binasında 1 mənzili satıb”. Komitə satıcıların milliyyətini qeyd etməyib. Qeyd edək ki, 2022-ci ildə Azərbaycan və Türkiyə vətəndaşları Ermənistanda daşınmaz əmlak satmayıblar. Xatırladaq ki, Türkiyə vətəndaşları Ermənistanda ilk dəfə 2005-ci ildə, Azərbaycan vətəndaşları isə 2012-ci ildə daşınmaz əmlak alıblar. Musavat.com |
1,046,631 | 21.02.2024 14:23 | Hadisə | Bakıda sürücülər arasında DAVA: yaralanan var | Bakıda sürücülər arasında dava olub. Musavat.com news24.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində "Azər Sity" marketin qarşısında baş verib. "Kia Fore" markalı avtomobilin sürücüsü Qasımov Pərviz Xosrov oğlu ilə "VAZ-21015" markalı avtomobilin naməlum sürücüsü arasında yol verməmək üstündə mübahisə yaranıb. Bu zaman P. Qasımov daxilə nüfuz edən bədən xəsarəti alıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. |
1,046,633 | 21.02.2024 14:45 | Dünya | İranın dövlət televiziyasında əlillər ələ salındı - VİDEO | İranın "Nəsim" telekanalında yayımlanan "Bequ-bexənd" ("Danış-gül") verlişində tamaşaçıları güldürmək, əyləndirmək üçün əlil insanları ələ salan və aşağılayan 10 dəqiqəlik şou nümayiş etdirilib. Milli.Az "Tabnak"a istinadən bildirir ki, İran dövlət televiziyasının bu hərəkəti sosial şəbəkə istifadəçiləri arasında geniş əks-səda doğurub. İranda Əlillik Kampaniyası bu proqramı əlil insanlara istehza adlandırıb və bildirib: "Gülmək üçün izlədiyiniz bu verliş əlilləri ələ salmaq üçün göstərilən 10 dəqiqəlik şounun yalnız bir hissəsidir". |
1,046,634 | 21.02.2024 14:56 | Hadisə | “Prado” ilə kişini vurub öldürdü | Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. Musavat.com Trend-ə istinadən xəbər verir ki, Bədəl Mürşüdlü idarə etdiyi "Toyota Prado" markalı avtomobillə yolu keçən piyada Ədalət Abbasovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb. |
1,046,635 | 21.02.2024 15:07 | Ölkə | Maşın alarkən bunlara DİQQƏT EDİN! - Nasaz avtomobil aldığınızı göstərən ƏLAMƏTLƏR | Yeni avtomobil aldıqdan sonra seçimin yanlış olduğunu göstərən bir neçə sadə işarələr var. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, problemli işlənmiş avtomobil alınmasını göstərən ilk bariz əlamətlərdən biri alışdan dərhal sonra tez-tez rast gəlinən nasazlıqlardır. Bu, avtomobilin texniki vəziyyətinin pis olduğunu göstərir. Eyni kateqoriyaya daxil olan ikinci göstərici mühərrikdən, asqıdan və ya digər sistem və birləşmələrdən çıxan qeyri-adi səslər, qəribə vibrasiyalardır. Onlar müəyyən gizli qüsurları göstərə bilər. Üçüncüsü, vizual əlamətlərdən danışsaq, boyanın pis vəziyyətini qeyd edə bilərik. Məhz, korroziyanın olması, maşına bir növ zərərdir. Bu faktlar avtomobilin yaşadığı müxtəlif problemləri göstərə bilər. Dördüncü göstərici kilometrajda qeyri-dəqiqliklərdir. Avtomobilin kilometrajı sənədlərə uyğun gəlmirsə və ya qət edilən məsafə haqqında məlumatlarda uyğunsuzluqlar görsəniz, bu, gedişlə bağlı saxtakarlığı göstərə bilər. Nasaz avtomobilin başqa bir əlaməti isə texniki baxışla bağlı müvafiq sənədlərinin olmaması, həmçinin pozuntuların olmasıdır. Yuxarıdakıları ümumiləşdirərək qeyd eək ki, işlənmiş avtomobil seçərkən onun xidmət tarixinə, istehsal ilinə, kilometrajına həmişə diqqət yetirmək lazımdır. Həm də əvvəlcədən kuzovun və salonun vəziyyətini diqqətlə qiymətləndirməyə, avtomobilin sənədlərini (keçmiş sahiblərinin sayı, bu avtomobilin qəzada iştirakı, istismar növü, girov qoyulub-qoymaması, o cümlədən) yoxlamağa dəyər. Ümumiyyətlə, əgər siz işlənmiş avtomobil almağı planlaşdırırsınızsa, rəsmi dilerlə əlaqə saxlamağınız məsləhətdir. |
1,046,636 | 21.02.2024 15:18 | Hadisə | Azərbaycanda məktəbdə xoşagəlməz görüntülər: Şagird partaların üstündə gəzdi - VİDEO | Məktəbdə partaların üstündə qaçan məktəbli yıxılaraq xəsarət alıb. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb. Məlum olur ki, hadisə tənəffüs vaxtı baş verib. Hadisə zamanı parta məktəblinin ayağının altından sürüşüb və o, kürəyi üstə partanın dəmir ayağına çırpılıb. Hadisənin hansı məktəbdə baş verdiyi və məktəblinin vəziyyəti ilə bağlı məlumat yoxdur. Videonu təqdim edirik: |
1,046,637 | 21.02.2024 13:20 | Son xəbər | Kamil Zeynallının saxlandığı yerlə bağlı YENİ DETAL - ŞOK TƏFƏRRÜAT (EKSKLÜZİV VİDEO) | Musavat.com tanınmış fitnes məşqçisi Kamil Zeynallının saxlanıldığı yerlə bağlı yeni məlumatlar əldə edib. Həmin məlumatları təqdim edirik: Musavat.com |
1,046,639 | 21.02.2024 13:32 | Ölkə | Prezident sərəncam İMZALADI | "Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir. Rayonun ərazisindəki Xarabagilan şəhər yeri Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir. Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII–XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə qərara alıram: 1. Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu (bundan sonra – Qoruq) elan edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Qoruğun sərhədlərini və mühafizə zonasını üç ay müddətində müəyyənləşdirib təsdiq etsin; 2.2. Qoruğun ərazisinin xüsusi rejimini dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görsün; 2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. |
1,046,640 | 21.02.2024 13:44 | Son xəbər | Kamil Zeynallının vəkilindən SON DƏQİQƏ açıqlaması: “Yarım saatdan sonra...” | “Heç bir dəyişiklik yoxdur. Kamili 48 saatlıq saxlayıblar. Bu gün Prokurorluq Ermənistandan yeni materiallar tələb edəcək”. Bu sözləri Musavat.com-a açıqlamasında Rusiyada saxlanılan idmançı Kamil Zeynallının vəkili Ələkbər Qarayev deyib. “Materiallar hazır olandan sonra sabah məhkəmədə Kamil barəsində həbs qətimkan tədbiri seçmək üçün vəsatət qaldıracaqlar. Məhkəmənin saatı hələ bilinmir. Kamil Zeynallı hazırda polis idarəsindədir. Hava limanının içərisindəyik. Təxminən yarım saatdan sonra Prokurorluğun işçisi gələcək. Kamil gecə yatmayıb deyə yorğundur, amma özünü yaxşı hiss edir”, - vəkil bildirib. Aytən NovruzMusavat.com |
1,046,641 | 21.02.2024 13:41 | Gündəm | Çingiz Qənizadədən SƏRT REAKSİYA – “Kamil Zeynallının Rusiyada saxlanılması yolverilməzdir” | “Kimliyindən asılı olmayaraq istənilən Azərbaycan Respublikası vətəndaşının Ermənistanın işğalına, Ermənistan terroruna və Ermənistan vandallığına qarşı bildirdiyi fikirə görə heç bir ölkədə həbs edilə bilməz”. Bunu Kamil Zeynallının həbsi ilə bağlı Bizim.Media-ya danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. O təəssüflə bildirib ki, Rusiya hüquq mühafizə orqanları Ermənistanın beynəlxalq axtarışa verdiyi Kamil Zeynallını Moskvanın Domodedovo hava limanında saxlayıb: “Ermənistan bu gün Rusiyaya meydan oxuyur. Ermənistan bu gün KTMT-dən çıxmaq və NATO-nu öz ərazisinə gətirmək istəyir. Ermənistan Vladimir Putinin həbsi ilə bağlı beynəlxalq konvensiyaya qoşulub. Bütün bunların fonunda Rusiya hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan vətəndaşının heç bir əsas olmadan saxlaması yolverilməzdir. Hesab edirəm ki, bu artıq bir fərdin saxlanması deyil, bu beynəlxalq məsələyə çevrilir. Bu məsələdən belə nəticə hasil olur ki, Ermənistanın vəhşiliyi, Ermənistan vandallığı barədə fikir bildirən istənilən vətəndaş xaricdə saxlanıla bilər. Bu bir president yarada bilər. Yəni hüquq mühafizə orqanları gələcəkdə digər vətəndaşlarımıza qarşı da belə hərəkətlər edə bilər. Ona görə də baş verənləri qətiyyətlə pisləyirik”. Çingiz Qənizadə Kamil Zeynallının videomüraciətinə baxdığını deyib: “O deyir ki, yaxın saatlarda məhkəməyə çıxarılacaq. Ümid edirəm ki, məhkəmə ermənilərin əsassız iddiasını rədd edəcək. O sərbəst qalacaq. Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı cinayət törətmiş yüzlərlə erməni barədə Azərbaycanın Baş Prokurorluğu cinayət işinə başlayıb və həmin şəxslər beynəlxalq axtarışa verilib. Çox təəssüf ki, beynəlxalq axtarışda olan ermənilərin heç biri Rusiyada saxlanılıb, Azərbaycana təhvil verilməyib. Bəs, belə vəziyyətdə beynəlxalq hüquq və beynəlxalq öhdəlik harada qalır?!” Həmsöhbətimiz sonda onu da deyib ki, artıq məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiyadakı səfirimiz Polad Bülbüloğlu açıqlama verib: “Açıqlamalardan aydın olur ki, ölkəmizin rəsmi qurumları Kamil Zeynallının həbsini dövlət səviyyəsində diqqətdə saxlayır”. |
1,046,642 | 21.02.2024 13:31 | Ölkə | Novruza özəl yeni “Papaq at” lotereyası satışa çıxdı | Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ilə hər kəs sevincindən papağını göyə atacaq. Novruz bayramına özəl, yepyeni Poz-Qazan oyunu “Papaq at” ilə böyük uduş və digər bayram uduşları sahibini gözləyir. Qiyməti 3 manat olan lotereya biletlərinin ümumi sayı 4 000 000 ədəddir. Ən böyük uduş məbləği 75 000 manatdır. Bu məbləğdə uduş olan biletlərin sayı 2 ədəddir. 25 biletdə isə 10 000 manat qazanmaq şansı var. Qaydalara gəlincə, oyun lövhələrini poz. “UDUŞLU SİMVOLLAR”dan hər hansı biri “SİMVOLLARINIZ” ilə uyğun olsun, müvafiq uduşu qazan. Bilet bir neçə simvol üzrə uduşlu ola bilər, bu halda uduşlar cəmlənir. “Simvollarınız” lövhəsindən isə “Səməni” simvolunu tap, altdakı uduşu qazan. Biletlər Novruza özəl limitli sayda olduğu üçün elə indi şansını yoxla, Novruz sevincində sənin də payın olsun. Şans oyunlarında yalnız 18 yaşı tamam olan şəxslər iştirak edə bilərlər. “Azərlotereya”nın digər “Poz-Qazan ”biletlərində 200 000, 100 000, 75 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar şanslı qaliblərini axtarır. Biletləri “Misli” və “Azərlotereya” satış nöqtələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür. |
1,046,643 | 21.02.2024 13:49 | Siyasət | Kamilin saxlanılması Rusiyada kimin oyunudur? – faktlar | 30 il ərzində Azərbaycana qarşı dəhşətli cinayətlər törədən erməni caniləri tutmayan Moskva günahsız vətəndaşımızı saxlamaqla hüquqa tüpürür! Tanınmış məşqçi Kamil Zeynallı gecə saatlarında Moskvada aeroportda saxlanılıb. Heyrət doğuran səbəblə - Ermənistanın sorğusu əsasında. Kamil guya ermənilərə qarşı hərbi cinayət törədibmiş, buna görə ona qarşı cinayət işi başlayıblar, saxlanılması üçün axtarışa veriblər. Əlbəttə, iddialar hamısı uydurmadır. Zeynallının törətmədiyi əməllərə görə Ermənistanın açdığı qondarma cinayət işi üzrə Moskvada saxlanılması Rusiyanın mənfur dövlət olmasının növbəti göstəricisidir. Əvvəla, Kamilin heç bir cinayət əməli yoxdur. O, İkinci Qarabağ Savaşında Vətənin müdafiəsində bacardığı qədər iştirak edib. Onu guya hansısa mənfur ermənini öldürməkdə suçlamağa cəhd edirlər. Hansı ermənini? Heç bir fakt, sübutdan söhbət gedə bilməz, çünki belə hal yoxdur. Ancaq Moskva aeroportunda həmyerlimizi saxta ittihamla saxlayıblar. Digər tərəfdən, Kamil Zeynallını bu "cinayəti" Qarabağda törətdiyini deyir Ermənistan. Qarabağ isə Azərbaycanın ərazisidir. Qarabağda "törədilmiş" cinayətə görə Kamil Zeynallı niyə Ermənistana verilməlidir?! Rusiyada bunu anlayan yoxdur? Bu, Rusiya hüquq sisteminin eybəcər standartlarının göstəricisidir. Günahı olmayan insanı saxlayırlar, ancaq son 30 ildə Azərbaycana qarşı soyqırım, terror, hərbi cinayətlər törətmiş, bu faktlara görə rəsmən axtarışa verdiyimiz ermənilərin heç birini Rusiyada indiyədək saxlamayıblar! Məsələn, Araik Arutyunyan, Köçəryan, Sərkisyan, Samvel Babayan, Vitali Balasanyan, Samvel Karapatyan, Seyran Ohanyan Azərbaycana qarşı açıq-aşkar soyqırım cinayətləri, terrorçuluq əməlləri törədiblər. Buna görə uzun illərdir rəsmən axtarışdadırlar. Bu canilər daim Moskvaya gedib gəlirdi, ancaq heç birini saxlayıb Azərbaycana təhvil vermədilər, heç bir dəfə də olsun Moskvada saxlayıb sorğulamadılar. Araik Arutyunyan hətta İkinci Qarabağ Savaşı zamanı Gəncəyə, Bərdəyə raket atdırıb onlarla dinc insanı məhv etdiyini açıq şəkildə bəyan etmişdi. Bundan sonra bir neçə dəfə Rusiyaya getdi, hətta rəsmilərlə də görüşdü. Rusiya hüquqa tüpürərək, onu saxlayıb Azərbaycana təhvil vermədi. Arutyunyanı və digər caniləri Azərbaycan 2023-cü ilin sentyabrında keçirdiyi antiterror tədbirlərində saxladı və hazırda həbsdədir.. Erməni canilərə münasibətdə kor olan Rusiyanın hüquq sistemi indi Kamili Ermənistanın saxta cinayət ittihamları üzrə saxlayır. Bunun adı nədir? Yumşaq desək, Rusiyanın dövlət səviyyəsində nankorluğudur. Bu, Rusiyanın Azərbaycanla müttəfiqliyə, strateji əməkdaşlığa dair bütün anlaşmalara tüpürməsi deməkdir. Düzdür, hələlik məhkəmə son qərarını verməyib. Dövlətimiz təbii ki, gərəkən bütün addımları atır. Heç şübhəsiz, Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev bu məsələni belə qoyan deyil. Bu kontekstdə Ramil Səfərov olayı bir örnəkdir. Heç şübhəsiz ki, Azərbaycan dövləti bu məsələni də kökündən həll edəcək. Rusiya isə bir daha sübut edir ki, nə qədər etibarsız tərəfdaşdır. Faktiki olaraq Moskva bu davranışı ilə təxribat törədir, vəziyyəti daha da gərginləşdirir, sülh prosesinə pəl vurmaq üçün əlindən gələni əsirgəmir. Faktiki “ikinci cəbhə” açır. Rusiya İrəvanın sifarişini yerinə yetirir, yoxsa bu, Kreml daxilində Azərbaycanla münasibətləri pozmaq siyasəti aparanların işidir?! Onsuz da Rusiyanın dünyada imici yerlə birdir. Bölgədə, Azərbaycanda da xalqın ona qarşı münasibəti bəllidir. Belə bir dönəmdə Rusiya Kamil Zeynallını hansısa maraqları, hiyləsi, kələyinə uyğun olaraq Azərbaycana yox, Ermənistana təhvil verərsə, bu, onun üçün böyük bir qara ləkə olacaq. Azərbaycan RF ilə daim sədaqətli, etibarlı və səmimi tərəfdaş, yaxşı qonşu kimi davranıb. Bunun qarşılığında rəsmi Moskva eybəcər siyasətini davam etdirirsə, təbii, qarşılığı da adekvat olacaq. Sirr deyil ki, Rusiyanın beynəlxalq aləmdə vəziyyəti çox pisdir və həm regional, həm qlobal proseslərdə Azərbaycana, Türkiyəyə ciddi ehtiyacı var. Bu şəraitdə onun Azərbaycan xalqını qəzəbləndirən addım atması dəyənəyi öz başına vurması anlamına gələcək... P.S. Proses gözlədiyimiz kimi sonuclandı: Kamil Zeynallı 21 fevralda, günün ikinci yarısında sərbəst buraxıldı və artıq Azərbaycandadır. Azərbaycan dövləti, onun Prezidenti, Qalib Ali Baş Komandan heç bir halda imkan verməzdi ki, vətəndaşımız saxta erməni itihamı üzrə saxlanılsın və Ermənistana təhvil verilsin. Nüfuzumuz bir daha isbat oldu! Elşad MƏMMƏDLİ |
1,046,644 | 21.02.2024 14:06 | Dünya | Çin dünya iqtisadiyyatını dala çəkməyə başlayıb? | Çin iqtisadiyyatında pandemiyadan sonrakı bərpa prosesinin ləng gedişi beynəlxalq aləmin diqqət mərkəzindədir. Çinin pandemiya dövründə tamamilə qapanması ölkə iqtisadiyyatına mənfi təsir edib. Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, statistik rəqəmlər də Çin iqtisadiyyatının zəiflədiyini göstərir: “Sənaye və tikinti sektorunda fəallıq xeyli azalıb, məşğulluq indikatoru aylardır enişdədir. Bu proses 2020-ci ildən başlayaraq bu günə qədər davam edir. Çin dünyanın ən böyük istehlakçısıdır. Ona görə də Çində hazırkı iqtisadi vəziyyət dünyadakı xammal və enerji bazarına da mənfi təsir edib”. Çinin üzləşdiyi əsas problemlərdən biri ölkədə işsizliyin artmasıdır. Rəsmi rəqəmlər 2023-cü ildə Çin şəhərlərində işsizlik həcminin 5.2 faiz civarında olduğunu göstərsə də, iqtisadi ekspertlər real rəqəmlərin bundan fərqli olduğu qənaətindədirlər: “Müxtəlif hesablamalara görə, Çində işsizliyin miqyası ildən-ilə artır və 20 faizə yaxınlaşıb. Gənclər arasında işsizliyin miqyası daha böyükdür. Çində hər il ali təhsil ocaqlarını milyonlarla gənc bitirir, bu qədər gəncə isə iş tapmaq çətindir. Ali təhsilli gənclər zavod və fabriklərdə işləmək istəmirlər və onlar ixtisaslarına uyğun iş tapana qədər valideynlərindən asılı olurlar. Çində 16-24 yaşlı gənclərin 21.3 faizinin işsiz olduğuna dair hesablamalar var. Bu, pandemiyadan əvvəlki dövrdən bir neçə dəfə çoxdur. Pekin Universitetinin professoru Çjan Dandanın yazdığı elmi məqalədə Çində gənclərin tən yarısının işsiz olduğu göstərilib. Bunların böyük əskəriyyəti ali təhsillidir. Çin iqtisadiyyatı ölkədəki gənclərin mütləq əksəriyyətinə yeni iş yerləri yarada bilmir. Çində son illər gənclər maliyyə və informasiya texnologiyaları üzrə diplomlar alırlar. Ancaq problem ondadır ki, Çində bu sahələrdə yerlər tutulub və boş vakansiyalar azdır. Ona görə də maliyyə və informasiya texnologiyaları üzrə ixtisaslaşan gənclər ya az maaşlı işlərdə çalışmalı, ya da bir müddət işsiz qalmalıdırlar”. Çində maaşların aşağı səviyyədə olması da işsizliyin artmasına səbəb olan amillərdəndir: “Çində zavod və fabrik işçiləri ilə yanaşı, kənd təsərrüfatında çalışanların gəlirləri də aşağı səviyyədədir. Bu arada, Çinə xarici investisiyaların axını azalıb. 2023-cü ildə Çinə xarici investisiyanın həcmi 1993-cü ildən bu yana ən aşağı səviyyədə olub. Bu, Çinin xarici ticarətinin zəifləməsinə gətirib çıxarıb, ixdal və ixrac əməliyyatları azalıb”. Politoloqa görə, mövcud vəziyyət Çinin yürütdüyü xarici siyasətlə də bağlıdır: “Çinin regional siyasəti böyük dövlətlərlə yanaşı, böyük maliyyə təşkilatlarının da narahatlığını artırıb. Çin hərbi gücünü artırmaq üçün müdafiə sahəsinə hərbi xərcləri artırıb. Qərb ölkələri yüksək texnologiyalar sahəsində Çinlə əməkdaşlıqdan imtina edirlər. Çünki Qərb ölkələri Pekinin həmin texnologiyalardan müxtəlif dövlətlərə qarşı istifadə etdiyindən narahatdır. Çin iqtisadiyyatı xarici ticarətə kökləndiyindən bu sahədə azalma Çinin digər sahələrinə də mənfi təsir edir. Xarici investorlar Çini Hindistan, Vyetnam və digər ölkələrlə əvəz etməyə başlayıblar. Xaricə maliyyə axını bu ölkələrə yönəlib”. Musavat.com |
1,046,645 | 21.02.2024 13:48 | Ölkə | Müəllimlərin əməkhaqları nə qədər artacaq? | Millət vəkili Vüqar Bayramov müəllimlərin əməkhaqlarının nə qədər artacağı ilə bağlı suallara aydınlıq gətirib. Musavat.com xəbər verir ki, V.Bayramov artımların sertifikasiya nəticələrinə yoxsa ümumi prinsiplərə əsaslanmasının müzakirə olunan məsələlərdən olduğunu qeyd edib: “2024-cü ildə təhsilə ayrılan vəsaitlərin həcmində artımlar nəzərə tutulub. Bu ilə təhsil sektoruna ayrılan vəsaitin məbləği əvvəlki il ilə müqayisədə 142.8 milyon manat artılaraq 4 milyard 549 milyon manata çatdırılıb. Bu vəsaitin 2 milyard 372 milyon manat vəsaiti birbaşa ümumtəhsil xərcləridir. Əməkhaqqı artımları baxımdan digər mühim məqam bu il büdcədən 93.6 milyon manatın ayrılmasının nəzərdə tutulmasıdır. Bu vəsaitin 71 milyon manatı sertifikasiya, 22.6 milyon manat məktəb direktor və müavinlərinin maaşlarına əlavələrə yönəldiləcək. Bu isə o deməkdir ki, sertifikasiyada uğur qazanan müəllimlərin əməkhaqlarında artımlar olacaq. Bu il 30 min müəllimin sertifikasiya imtahanlarında iştirakı nəzərdə tutulur.Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır. Differensial sistemin dəyişdirilməsinə və əməkhaqqı artımlarının müasir qiymətləndirmə sistemlərinə uyğunlaşdırılmasına ehtiyac var”. Millət vəkili əlavə edib ki, ümumi sualların 80 faizindən çoxunu doğru cavablandırmış, yəni 48 bal toplamış müəllimlərin də əməkhaqlarının 35 faiz artırılmasının maliyyə tutumunun hesablanması və buna uyğun olaraq müvafiq qaydalara dəyişiklik edilməsi təklif olunur.Nigar HƏSƏNLİ,Musavat.com |
1,046,646 | 21.02.2024 13:51 | Yaşam | Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: zəncəfili BELƏ istifadə edin | Zəncəfil istehlakı nəticəsində qanda şəkərin səviyyəsi normallaşır, “yaxşı” xolesterin isə əksinə artır. Bu parametrlər maddələr mübadiləsi ilə birbaşa əlaqəli olduğu üçün zəncəfil istehlak edən insanın orqanizmində daha az yağ yığılır və yağlar daha aktiv şəkildə parçalanır. Hər hansı bir məhsul kimi, zəncəfil də istifadə üçün əks göstərişlərə malikdir. Bəs, zəncəfilin faydalı olması üçün nə etmək lazımdır? Zəncəfil suyu Onu hazırlamaq üçün zəncəfil kökünü soyub (100 qram) kublara kəsmək lazımdır. Onları blender qabına qoyun, içinə bir stəkan su tökün və cihazı işə salın, sonra süzüb gündə 1-2 dəfə için. Limon suyu, bal və nanə əlavə etsəniz daha dadlı olar.//Lent.az |
1,046,647 | 21.02.2024 13:58 | Siyasət | Coko Vidodo İlham Əliyevi TƏBRİK ETDİ | İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Musavat.com xəbər verir ki, məktubda deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İndoneziya Respublikası adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi və salamlarımı çatdırıram. Bu ali vəzifəyə seçilməyiniz Azərbaycan xalqının Sizə göstərdiyi dərin hörmətin və sarsılmaz etimadın təsdiqidir. Tam əminliklə bildirirəm ki, Sizin möhtəşəm liderliyiniz və zəngin təcrübəniz ölkənizi daha böyük tərəqqiyə doğru aparacaqdır. Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirmək istəyirəm ki, Sizin rəhbərliyinizlə biz xalqlarımız arasında otuz ildən artıq inkişaf edən ikitərəfli əlaqələrin dərinləşməsinin şahidi ola biləcəyik. Məmnuniyyətlə qeyd edirəm ki, xalqlarımızın rifahı naminə bizim müxtəlif sahələr üzrə əməkdaşlıqla bağlı səylərimizi artırmaq və ortaq sektorları əhatə edərək bu əməkdaşlığı genişləndirmək üçün gözəl imkanlarımız var. Zati-alinizə və Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və tərəqqi arzulayaraq, ən yüksək ehtiramımı qəbul etməyinizı xahiş edirəm". |
1,046,648 | 21.02.2024 15:31 | Son xəbər | Kurtlar Vadisi Pusunun aktyoru Bakıya gəlir | Türkiyəli məşhur aktyor Emre Karayel Bakıya gəlir. Musavat.com xəbər verir ki, o, Bakıda kinoteatrlardan biirndə "Kişi ağlı" tamaşasında çıxış edəcək. Aktyor "Əziz dostlar, Bakıda Nizami Kino Mərkəzində səhnə alacam. Sizləri aramızda görməkdən məmnun olaram" - deyərək sevənlərinə səslənib. Qeyd edək ki, Emre Karayel "Kurtlar Vadisi Pusu" serialında Zafer Sasonlu, "Gümüş" serialında Engin obrazı ilə daha da məşhurlaşıb. |
1,046,649 | 21.02.2024 14:02 | Gündəm | Səfirlikdən Kamil Zeynallı ilə bağlı TƏCİLİ açıqlama | Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları bir gün əvvəl Domodedovo hava limanında saxlanılan Kamil Zeynallının yerləşdirildiyi təcridxanaya baş çəkiblər. Musavat.com xəbər verir ki, bu barədə “Report”a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı sorğu MDB-yə üzv ölkələr arasında imzalanmış dövlətlərarası saziş çərçivəsində verilib: “Azərbaycan vətəndaşının saxlanılması xəbəri gələn kimi səfir Polad Bülbüloğlunun göstərişi ilə vəziyyəti yerindəcə aydınlaşdırmaq üçün konsul və vitse-konsul hava limanına göndərilib. Hazırda diplomatik nümayəndəliyin əməkdaşları onun saxlanıldığı təcridxanadadırlar”, – səfirlikdən bildiriblər. Qeyd olunub ki, fevralın 21-də səhər tezdən səfirlikdən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüşüb və ona qanunvericilikdə nəzərdə tutulan hüquqlarını izah edib. Diplomatik nümayəndəlikdən bildirilib ki, hazırda Azərbaycan səfirliyi Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində lazımi hüquqi tədbirlər görür və saxlanılan şəxsin hüquqlarının təmin edilməsi üçün bütün səyləri göstərir. |
1,046,650 | 21.02.2024 14:08 | Ölkə | Zombi marallar ABŞ-ın 30 ştatını “işğal edib” | Bəzən “zombi virusu” adlandırılan sağalmaz nevroloji xəstəliyə yoluxmuş marallar ABŞ-ın 30-dan çox ştatında yayılıb. Musavat.com xəbər verir ki, bu barədə KLFY-TV məlumat yayıb. Heyvanlarda maral ailəsinin demək olar ki, bütün üzvlərinə təsir edən xroniki arıqlama xəstəliyi (CWD) var. Xəstəliyin törədicisi prionlar - beyin və sinir sisteminə təsir edən anormal zülallardır. Yoluxmuş marallar letargik olur, arıqlayır, büdrəyərək tullanır və onların zombilərə bənzəməsinə səbəb olur. Bundan əlavə, yoluxmuş heyvanlarda həddindən artıq susuzluq və sidik ifrazı, aqressiya və insanlardan qorxma hissi var. Xroniki arıqlama xəstəliyi təhlükəli, sağalmaz və həmişə ölümcüldür. Onun yayılmasının dayandırılması son dərəcə çətindir: patogen kirdə və ya səthlərdə illərlə yaşaya bilər və radiasiyaya, 600 dərəcəyə qədər istiliyə və formaldehid və ya digər dezinfeksiyaedici maddələrlə müalicəyə davam gətirə bilər. Xəstəlik indi onlarla ştatda aşkar edilib, Luiziana fevral ayında 19 yoluxma vaqiəsinini təsdiqləyib. Luiziananən vəhşi təbiət və balıqçılıq işləri üzrə departamenti fövqəladə vəziyyət elan edib və bir neçə kəndin daxil olduğu bir nəzarət zonası təyin edib. Nəzarət zonasında olan ovçulara yem kimi taxıldan və ya duzdan istifadə etmək, habelə onun hüdudlarından kənarda maral cəsədlərini daşımaq qadağandır. Musavat.com |
1,046,651 | 21.02.2024 14:10 | Siyasət | Ailəsini amansızlıqla qətlə yetirən Əhməd psixi xəstəxanaya yerləşdirildi | Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov Respublika Psixiartiya Xəstəxanasına yerləşdirilib. Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən Ə.Əhmədovun psixi xəstə olmasının müəyyənləşdirilməsi məqsədilə təyin edilmiş ekspertiza ilə əlaqədar o, məhkəmənin qərarı ilə ixtisaslaşmış qapalı tibb müəssisəsinə aparılıb. Ə.Əhmədovun 20 gün müddətində stasionar qaydada saxlanılacağı və bu müddətin sonunda onun psixi xəstəliyi ilə bağlı ekspertiza rəyinin veriləcəyi bildirilib. Qeyd edək ki, Xətai Rayonu ərazisində atasını, anasını, qardaşını, bacısını və onun körpə övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun psixi xəstə olması barədə məlumatlar yayılıb və onun daha əvvəl də ixtisaslaşmış müəssisədə müalicə aldığı bildirilib. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilib və göndəriş əsasında Ə.Əhmədovun 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanasına” əlavə tibbi müayinəyə göndərilməsini açıqlayıb. Həmin vaxt Ə.Əhmədova “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Ə.Əhmədov həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib. |
1,046,652 | 21.02.2024 14:15 | Gündəm | “Rusiya məhkəməsi onun ekstradisiya məsələsinə YOX deyəcək” | “Rusiya qanunvericiliyinə əsasən, o, bir ay müddətində təcridxanaya yerləşdirilməli və bu müddət ərzində Ermənistan bütün sənədləri Rusiyanın Baş Prokurorluğuna təqdim etməlidir. Bundan sonra onun Ermənistan tərəfinə verilib-verilməməsi məsələsinə baxılacaq”. Bu sözləri Rusiyada yaşayan azərbaycanlı vəkil Elman Paşayev Kamil Zeynallının saxlanılması ilə bağlı Baku TV-yə açıqlamasında deyib. “Beynəlxalq konvensiyalara əsasən, əgər ölkə düşmən ölkədirsə, vətəndaşı başqa düşmən ölkəyə vermək olmaz. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmayıb. Ona görə də Rusiya dövləti onu heç cür Ermənistana verə bilməz. Kamil Zeynallının müdafiəsini heç bir maddi qarşılıq olmadan öz üzərimə götürürəm. Qanun çərçivəsində maksimum yardım ediləcək və onun Azərbaycana qaytarılması üzərində çalışacağıq”, - vəkil bildirib. “Bakı” hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Kamil Zeynallı Ermənistana təhvil verilə bilməz: “Rusiya Kamil Zeynallını Ermənistana ona görə təhvil verə bilməz ki, onun törətdiyini iddia etdikləri əməllər Azərbaycan ərazisində törədilib. Azərbaycan hüquqi dövlətdir və əgər belə bir hal varsa, Ermənistan sübutlarını təqdim etsin, məsələyə Azərbaycanda baxılsın. Ermənistan da, Rusiya da Qarabağın Azərbaycan torpağı olmasını, Azərbaycana aid olmasını qəbul edirlər. Əgər Kamil Zeynallı vuruşubsa, Qarabağ torpağında vuruşub. Ermənistan torpağında erməni hərbçilərinə qarşı hər hansı bir şiddət törətsəydi, bu halda Rusiya tərəfi onun Ermənistana təhvil verilməsi məsələsinə baxa bilərdi. İndiki halda Kamil Zeynallını beynəlxalq qanunlara görə Azərbaycan ərazisindəki hərəkətlərə görə məsuliyyətə cəlb etmək mümkün deyil. O, hərbçi olmaya-olmaya, əlinə silah alıb torpaqlarımızı işğal etmiş düşmənin Qarabağ torpağından çıxarılmasında iştirak etsəydi, bu halda Azərbaycan dövləti onu qanunsuz silahlı birləşmədə iştirakına görə məsuliyyətə cəlb edə bilərdi. Rusiya məhkəməsi onun ekstradisiya məsələsinə birmənalı olaraq yox deyəcək. Çünki Kamil Zeynallı Azərbaycan vətəndaşıdır, o, Azərbaycan əsgərinə kömək edibsə, burada cinayət yoxdur”. E.MƏMMƏDƏLİYEV, Musavat.com |
1,046,653 | 21.02.2024 14:14 | Yaşam | Bu şəxslərin NƏZƏRİNƏ - Fevralın 22-də... | Sabahkı hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər. Musavat.com-un xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda qeyd edilib. Bildirilib ki, fevralın 22-də Abşeron yarımadasında yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. |
1,046,657 | 21.02.2024 14:25 | Son xəbər | Samvel Şahramanyanın mühafizəçisi saxlanıldı FOTO | Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan oyuncaq və qondarma qurumun sonuncu “rəhbəri” Samvel Şahramanyanın mühafizəçisi Aşot Danielyan İrəvanda saxlanılıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli İstintaq Komitəsi məlumat yayıb. Məlumata əsasən, fevralın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Danielyanı narkotik maddə saxlamaq və satmaqda şübhəli bilərək İrəvanın Abovyan küçəsindən polis bölməsinə gətiriblər. Ona qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 393-cü maddəsinin 1-ci hissəsi və 396-cı maddəsinin 1-ci hissəsi ilə iş başlanıb. Musavat.com |
1,046,658 | 21.02.2024 14:24 | Gündəm | Ukraynadan Rusiyaya ŞOK zərbə - Rus hərbçiləri belə məhv ediblər - 18+ GÖRÜNTÜLƏR FOTO VİDEO | İşğal olunmuş Donetsk vilayətində Ukrayna ordusu rus hərbçilərin gizləndiyi bunkerlərə zərbələr endirib. Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. Bildirilib ki, hücumun yeni təfərrüatları məlum olub. Belə ki, bunkerlərin tikintisi zamanı edilən hücumda çoxlu sayda rus hərbçisi məhv edilib. Xəbərdə qeyd edilir ki, ölən hərbçilərin sayı 200-dən çoxdu. Lakin rəsmi mənbələr 65 ölünün olduğunu bildiriblər. Mənbələr onu da qeyd edib ki, hücum nəticəsində 300 nəfər yaralı var. Ölü sayının artacağı istisna edilmir. Musavat.com |
1,046,660 | 21.02.2024 14:30 | Dünya | Trampın maliyyə donorlarının sayı azaldı | Yenidən dövlət başçısı postuna namizədliyini irəli sürən ABŞ-ın keçmiş prezidenti Donald Trampın maliyyə donorlarının sayı 2019-cu ildə əvvəlki seçki kampaniyası ilə müqayisədə 200 mindən çox azalıb. Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Qəzet yazır ki, Trampın kampaniyası və ona bağlı siyasi fəaliyyət komitələri keçən ilin ikinci yarısında təqribən 516 min donoru cəlb edib ki, bu da 5 il əvvəlki rəqəmdən (740 mindən çox) xeyli azdır. Prezident Co Baydenin 2023-cü ilin ikinci yarısında 473 000 donoru olub. Lakin Bayden Demokratik namizədlik uğrunda mübarizə apardığı 2019-cu ilin ikinci yarısında bu rəqəmi təxminən iki dəfə artıra bilmişdi. Trampın seçki qərargahının nümayəndələrindən birinin sözlərinə görə, donorların sayının azalması ilə bağlı problem, xüsusən də söhbət kiçik ianələrdən gedirsə, mümkün qədər tez həll olunmalıdır. Qəzet qeyd edir ki, kiçik donorlar - 200 dollar və ya daha az pul verənlər Trampın kampaniyalarında mühüm rol oynayırlar. Ekspertlərin hesablamalarına görə, 2024-cü il seçkiləri ABŞ tarixinə ən bahalı seçki kampaniyası kimi düşə bilər. Namizədlərin təxminən 1 milyard pul xərcləməsi gözlənilir. Musavat.com |
1,046,661 | 21.02.2024 15:42 | Dünya | Çində temperatur kəskin düşdü: Ortaya dəhşətli mənzərələr çıxdı - VİDEO | Ötən gün Çinin Sincan bölgəsində havanın temperaturu kəskin şəkildə düşüb. Musavat.com oxu.az-a istinadən bildirir ki, temperatur qəfildən 45 dərəcə azalaraq mənfi 52,3 dərəcəyə enib. Nəticədə ortaya dəhşətli mənzərələr çıxıb. Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Kadrlarda buz üzərində donub qalmış quş cəsədləri əks olunub. Belə ki, su quşları kəskin şaxtaya dözməyərək kütləvi şəkildə tələf olublar. |
1,046,662 | 21.02.2024 15:53 | Dünya | Dünyada ilk - İnsan düşüncəsi ilə kompüter siçanını hərəkət etdirdi | Xəbər verdiyimiz kimi, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu, milyarder İlon Maskın "Neuralink" şirkəti ilin əvvəlində ilk dəfə insan beyninə çip yerləşdirib. Musavat.com axşam.az-a istinadən xəbər verir ki, milyarder sahibi olduğu "X" sosial şəbəkəsində həmin şəxsin səhhətindən yazıb: "İrəliləyiş yaxşıdır və xəstə tam sağalmış kimi görünür. O, sadəcə düşüncə gücü ilə kompüter siçanını ekran ətrafında hərəkət etdirə bilir". Qeyd edək ki, ötən payızda "Neuralink" şirkəti klinik sınaqlar üçün könüllülərin işə götürüldüyünü elan etmişdi. |
1,046,663 | 21.02.2024 14:43 | Region | “Paşinyan Hindistan qədər olmadı” | “İrəvan nə qədər anti-Rusiya addımlar atırsa, Moskva ilə Bakı və Ankara arasında bir o qədər sıx münasibətlər yaranacaq” . Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu “Hayastan” Ümumerməni Fondunun keçmiş direktoru Ara Vardanyan deyib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan Münxendəki bəyanatları ilə Ermənistanın tamamilə məhv edilməsi yoluna çıxıb. Vardanyan baş nazirin Münxen görüşlərinin formatına, xüsusən də Paşinyanla Britaniya Xarici Kəşfiyyat İdarəsinin (MI6) rəhbəri Riçard Mur arasında görüşə diqqət çəkib. O, belə təmasların Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini vurğulayıb. Vardanyan Riçard Muru Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dostu olması ilə yanaşı, pantürkizmin yeni layihəsinin həmmüəllifi olaraq təqdim edib. Ara Vardanyan Paşinyanın “Ukrayna məsələsində Ermənistan Rusiyanın müttəfiqi deyil” bəyanatını ən təhlükəli hesab edib. “Paşinyan Hindistan qədər olmadı. O, tərəf seçdi, ölkəni tam məhv olmaq yoluna qoydu”, - deyə Vardanyan qeyd edib. Onun fikrincə, Ermənistanı xilas etməyin yolu sadədir: Rusiya ilə ittifaq dövləti. “Müəyyən mərhələdə Ermənistan Rusiya Federasiyası ilə Rusiyanın Belarusla imzaladığı kimi əməkdaşlıq müqaviləsi bağlamalıdır. Ola bilsin ki, biz də Ermənistan ərazisində nüvə silahının yerləşdirilməsinə nail olaq”, - Ara Vardanyan bildirib. Musavat.com |
1,046,664 | 21.02.2024 14:39 | Ölkə | Beynəlxalq Ana Dili Günü - pozulan hüququn təmini uğrunda davam edən mübarizə - ŞƏRH | Dil bir etnosun mövcudluğunun vacib şərtidir. Dil mədəniyyətdir, dövlətdir. Təsadüfi deyil ki, bir etnosu assimilyasiya etmək, onun izini itirmək üçün, ilk növbədə, dilin istifadəsinə maneə yaradılır, qadağalar tətbiq olunur. Bir etnosun assimilyasiyası o dildə olan coğrafi adların dəyişdirilməsi, tarixinin saxtalaşdırılması, məcburi olaraq öz yurdundan köçürülməsindən başlayır. Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür. Bu, UNESCO-nun 1999-cu il noyabrın 17-də keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib. 2000-ci il fevralın 21-dən etibarən həmin gün dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədi ilə qlobal miqyasda qeyd olunur. Çar və sovet imperiyası müstəmləkəsində yaşamış türk etnosu, o cümlədən azərbaycanlılar ana dilinin qorunması ilə bağlı çox çətinliklərdən keçərək onu qorumağa müvəffəq olublar. Ancaq, təəssüf ki, hazırda dünyanın bir sıra ölkələrində türklərin, azərbaycanlıların bu sahədə vəziyyəti heç də məqbul deyil. İki il öncə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bu məsələyə toxunaraq deyib: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir”. Prezident Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən kənarda yaşayan türklərin hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtının çatdığını vurğulamışdı: “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”. Bu gün Azərbaycan türklərinin dil hüququnun təmin olunması Azərbaycan Respublikasının daxili və xarici siyasətinin prioritet məsələlərindəndir. Dünyada ana dilində təhsil hüququnu pozanlardan biri də İrandır. Statistikalara əsasən, bu ölkədə 25-30 milyon türk (azərbaycanlı) var. Onların İranın mövcud konstitusiyasında nəzərdə tutulan ana dilində təhsil hüququ pozulur. Rza və Məhəmməd Rza şah pəhləvilərin dövründə təmin olunmayan ana dilinin istifadəsi və tətbiqinə qoyulan qadağalar bugünkü İslam Respublikasının hakimiyyəti illərində də davam edir. Bu gün Güney Azərbaycanın bir sıra şəhər və bölgələrində “Dilim-mənim adımdır!” şüarı altında müxtəlif dinc, səssiz aksiyalar keçirilir. Ana dilində kitablar, broşürlər paylanıb və s. Bu günlərdə Almaniyanın Köln şəhərində 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “Fərqli dillər, problemlər və inkişaf imkanları” mövzusunda konfrans keçirilib. Yığıncaqda İranda yaşayan xalqların bir sıra təmsilçiləri də iştirak ediblər. Toplantıda uyğun sahələr üzrə mütəxəssislər və araşdırmaçılar dil müxtəlifliyi, İran hakimiyyətinin bu gerçəkliyə düzgün yanaşmaması və ölkədə dillərin çox olduğuna inkişaf vasitəsi qismində baxılmasının vacibliyini vurğulayıblar. İranda təhsil sisteminin ancaq fars dilində olduğu tədbirdə qınanılıb. Belə təhsil sisteminin fars olmayan uşaqlara mənəvi psixoloji təsiri vurğulanıb. Bildirilib ki, ölkədə çoxdilli təhsil sisteminin yaradılmasının vacibliyi fikri irəli sürülüb. Konfrans “Türk Qadınları Mərkəzinin” təşəbbüsü ilə keçirilib. Azərbaycan İnsan Haqları Cəmiyyəti - Ərk Beynəlxalq Ana Dili Günü ilə bağlı açıqlama yayaraq qeyd edib ki, 2024-cü ildə bu günlə bağlı şüar belədir: “Ana dilinin öyrədilməsi nəsillər arasında təhsilin əsasıdır”. Bildirilib ki, UNESCO-nun statistikasına görə, dünyada insanların 40 faizi ana dilində təhsil almaqdan, 800 milyondan çox insan da oxumaq və yazmaq kimi nemətdən məhrumdur. Təəssüf ki, Cənubi azərbaycanlılar da bu göstəriciyə aiddir. Ana dilində təhsil olmaması Güney Azərbaycan türklərinin assimilyasiyası üçün şərait yaradır. Vaxtilə Ermənistan da Qərbi azərbaycanlılara qarşı oxşar assimilyasiya siyasəti yürüdüb. Bu istiqamətdə təzyiqlər, təqiblər, zorakılıqlar onların öz yurdlarından qovulması ilə nəticələnib. İranda da “Türklərsiz İran!” şüarını bu gün də tətbiq etmək istəyənlər var. Türklərin Çin, Yunanıstan, Əfqanıstan, bir sıra hallarda Rusiya, Gürcüstanda ayrı-seçkiliyə məruz qalmalarına dair çoxsaylı faktlar var. Güney Azərbaycan türklərinin ana dili uğrunda mübarizəsi yüz ilə yaxındır davam edir. Beynəlxalq ana dilindən bəhs edilməsindən isə 25 il ötür. Ötən bu müddət ərzində Güney Azərbaycan türklərinin bu sahədə hüquqları hələ də təmin olunmayıb. Ana dilinin inkişafına, tətbiqinə şəraitin yaradılmaması dünya mədəniyyətinin yoxsullaşması, insan hüquqlarının kobudcasına pozulmasıdır. Sədrəddin İsmayılov,REPORT.AZ |
1,046,665 | 21.02.2024 14:51 | Yazarlar | Paşinyan Putini həbs etmək istəyirsə, günahkarı Kamil Zeynallıdır?! | Bu, təkcə Kamil Zeynallı məsələsi deyil, bu, Azərbaycan məsələsidir! Azərbaycan vətəndaşının gecəyarısı heç bir əsas olmadan, Azərbaycan torpaqlarını 30 il ərzində işğalda saxlayan, insanlarımıza qarşı müharibə cinayətləri törədən ölkənin müraciəti əsasında qandallanması dövlətimizə, xalqımıza qarşı düşmənçilik münasibətidir! Diqqət edin, Kamil Zeynallı Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Sponsorluq edilən şəxsə qarşı müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur. Özünün müraciətində Kamil bildirib ki, o, dəfələrlə Rusiyaya sərbəst şəkildə səfərlər edib, ancaq saxlanılanda barəsində 2020-ci ilin 29 sentyabrında cinayət işi başlandığını, Rusiyaya müraciət olunduğunu deyiblər. 44 günlük müharibənin üçüncü günü İrəvanda bu, nə axtarış, nə cinayət təqibi, bunun özü də nonsesdir. Azərbaycan ərazilərini işğal et, cavab vermək məqamı çatanda da işverənlik elə! Yaxşı, əgər doğrudan da Ermənistanın Rusiyaya müraciəti olmuşdusa, son aylarda bir neçə dəfə Moskvaya səfərlər edən, hansısa restorandan, istirahət mərkəzindən videolar paylaşan idmançımıza qarşı niyə hər hansı problem yaradılmamışdı? Yaxud Kamil Zeynallı niyə Rusiyaya daxil olanda yox, ölkəni tərk edəndə saxlanıldı? Bəlkə Rusiya müttəfiqlik haqqında müqavilənin ildönümünə “hədiyyə” etmək istəyirmiş? Bir az da açıqlayaq: bu hadisə 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya liderləri“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”ni imzalayıb. Müttəfiqlik Bəyannaməsinin ilk bəndində bildirilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”. Və Bəyannamənin ikinci ildönümünə 1 gün qalmış Azərbaycan vətəndaşı Kamil Zeynallı Moskvada saxlanılır… Bu müddətdə Azərbaycanın axtarışa verdiyi bir erməninin Rusiyada saxlanmasını görmədik. Əksinə, Rusiya məhz “müttəfiqlik”dən sonra Ruben Vardanyanı Xankəndiyə xüsusi tapşırıqla göndərmişdi… Olmaya Vardanyanın qollarının qandallanması xoşuna gəlməyib? Yeri gləmişkən, Kamilin qoluna vurulan qandal Vardanyanın qandalını xatırlatdı… Sözsüz, Kremlin xoşuna gəlməyən çox mətləblər var. Son vaxtlar Bakıya ünvanlanan mesajlar cavabsız qalır! Rusiya rəsmiləri davamlı şəkildə ermənilərin Qarabağa qaytarılmasından danışmağa başlayıblar, 2020-ci ilin 10 noyabrından sonar olduğu kimi… Bakı dolayısı ilə “gedin, işinizlə məşğul olun”, reaksiyası verir. Çünki Azərbaycan dövlətinin prinsipial mövqeyi ortadadır: əgər ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirsə, yaradılmış portal müraciət edə bilərlər. Di gəl ki, sözügedən portal Ermənistanda bloklanıb, ermənilər müraciət etməsinlər deyə…Burada Rusiyanın barmağının olması da istisna deyil. Axı, 44 günlük müharibədən sonra Ermənistana qaçanları Qarabağın yuxarı hissəsinə rus hərbçiləri avtobuslara doldurub daşımışdı. Bu dəfə də oxşar ssenari şousu hazırlayıblar, şübhəsiz. Səbəb? Rusiyanın Qarabağdakı MÜVƏQQƏTİ hərbi kontingentinin ömrünə 1 il 9 ay qalıb! Rusiya çox həyəcanlıdır, Azərbaycan hesab edir ki, Qarabağda xarici ölkənin hərbi kontingentinə ehtiyac yoxdur. Kremlin istəyi budur ki, Azərbaycan qanunverici orqan səviyyəsində Rusiyanın hərbi kontingentinə status versin, 2025-ci ildən sonra da burada qalsınlar, Ermənistandakı rus bazasısayağı… Hesab edirəm ki, Kamil Zeynallının saxlanılması Ermənistan üçün də şok xəbər oldu. Çünki xəbərin yayılmasından saatlar sonra erməni mediası “Ermənistanın Baş Prokurorluğu azərbaycanlı məşqçi Kamil Zeynallının Rusiyada ölkənin sorğusu əsasında saxlanılması barədə rəsmi məlumata sahib deyil”, - yazmışdı. Yalnız bundan sonra Ermənistan Daxili İşlər Nazirliyi həmvətənimizin guya hansısa “cinayət”i barədə saxta məlumat yaydı. Bəli, Ermənistandan və ermənilərdən hər cür təxribat və cinayət gözləmək olar, bu, yeni məsələ deyil. Xatırlatmaqda fayda var: hələ ötən əsrin əvvəllərində, Azərbaycan torpaqlarında dövlət qurduqdan sonra başımıza gətirilənlər acı nümunədir. Azərbaycan Xalq Cümhuriyyəti rus ordusu tərəfindən işğal edildikdən sonra daşnaklar bütün dünyada hərəkətə keçdilər və Cümhuriyyət qurucularımızı aradan götürməyə başladılar: Türkiyədə, Tiflisdə, hətta Azərbaycanın özündə! Ötən əsrdə ASALA-nın türk diplomatlarına qarşı dünya boyunca törətdiyi qətliamlar, terror aktları da unudulmayıb. Erməni hər fürsətdə düşmən bildiyi türkə qarşı pislik etməyə çalışacaq, odur ki, daim ehtiyatlı olmaq lazımdır. Amma Kamil Zeynallı olayında əsas maraqlı tərəf kimi daha çox Rusiya görünür. Diqqət edin, Kamil Zeynallı saxlanılan gecədən bir neçə saat əvvəl Ermənistan paytaxtında Qarabağ klanının, Rusiyameyilli qüvvələrin rəhbərliyi ilə ani-Paşinyan aksiyası keçirilirdi. Eyni gündə Qarabağ separatçısı Şahramanyan İrəvanda var-gəl edirdi, şou göstərirdi. Özü də Qarabağda başlanan “miatsum”un 36-cı ildönümü günündə! Özü də “KQB”-nin törətdiyi Sumqayıt hadisələrinin növbəti ildönümü ərəfəsində! Digər “təsadüf”ləri də sadalayaq. Azərbaycan və Ermənistan liderlərinin Münxendə görüşü, bu görüş çərçivəsində XİN başçılarına müvafiq tapşırıqların verilməsi, Ermənistan və Azərbaycan XİN başçılarının görüşünün yeri və tarixi barədə müzakirələrin aparıldığı barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyanın açıqlaması, “tərəflər razılığa gəlir”, anonsu... Kreml sülh prosesini əlindən buraxmaq istəmir, bu kartdan əbədi istifadə etmək istəyir. Odur ki, Qərbdən hansısa təşəbbüsə dərhal sərt reaksiya verir, tərəflərə ünvanlı müraciətlərində ondan başqa heç bir paytaxtın sülhə töhfə verməycəyini iddia edir. Münxen görüşü ərəfəsində Zəngilan istiqamətində sərhədçimizin vurulması faktı...Düzdür, Aİ missiyasının aktivləşdiyi zamana təsadüf etdi. Amma unutmamışız: 44 günlük müharibənin sonlarında məhz Rusiya bayraqları sancılmışdı şərti sərhədlərin bu istiqamətində. Açılan artəş liderlərin görüşünü pozmağa yönəlmişdi şübhəsiz, Rusiyaya bağlı “Yerkrapa” terror təşkilatı tərəfindən. “Atan kazaklardır”, ənənəsi davam etdirilir. 2016-nın Aprel döyüşləri də liderlərin Nyu-York görüşü ərəfəsində baş vermişdi... İnanaq ki, Rusiya Azərbaycanla müttəfiqliyi pozmağa yönəlik addımdan çəkinəcək. Bunun alternativi yaxşı yerə aparmır. Özü də Azərbaycan vətəndaşı saxta qətl ittihamı ilə Xocalı soyqırımının ildönümü ərəfəsində saxlanılır! 366-cı motoatıcı alayın soyqırım törədən hərbçiləri, həmçinin “Xocalıya qədər azərbaycanlılar bizim onlarla zarafat etdiyimizi düşünürdülər”, deyən Serj Sərkisyan kimi canilərə qucaq açan ölkə belə namərdliyə imza atsa, qiyamətədək ulduzumuz barışmayacaq! Bəlkə düşünür ki, Vardanyanı geri almaq üçün alver predmetinə çevirə bilər bu işi, nə bilmək olar...Kamil dövlət bu sayaq davranmazdı. Xüsusən də Kamil Zeynallı ilə bağlı nəsə olmuş olsaydı belə, bu hadisələr Azərbaycan daxilində baş verdiyi üçün ora kiminsə burun soxması qəbulolunmaz sayılmalıdır! Axı, Putin özü də deyib: beynəlxalq hüquqa görə Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Hələ qarşıda Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinə görə Haaqa Məhkəməsində cavab verməsi var! Yeri gəlmişkən, Ermənistan Roma Statutu təsdiqləməklə Rusiya prezidenti Vladimir Putini İrəvanda həbs etmək üçün hüquqi bazanı təmin edib. Yaxşı, Paşinyan Putini həbs etmək istəyirsə, buna görə Kamilmi günahkardır?! Belə çıxır Putinin xilası Kamil Zeynallının həbsindən keçir? Yoxsa Rusiya Kamil Zeynallını qandallamaqla Ermənistanda özünə sevgi yaratmaq istəyir? Hə... Bir də... Kamil Zeynallının həbsindən bir neçə saat əvvəl məlumat yayılmışdı ki, ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və Böyük Britaniya səfiri Fergus Old Stalin fevralın 19-da repressiyalarının qurbanı, dramaturq Hüseyn Cavidin heykəlinin önündə Aleksey Navalnının xatirəsinə yaranan körtəbii Memorialın önünə çiçək qoyublar... Belə... Amma Rusiya adına çox böyük ayıb oldu, çox... Belə müttəfiqlik olmaz! Bəlkə Putinin xəbəri olmayıb, Rusiyadakı erməni lobbisi Bakı-Moskva münasibətlərini pozmaqdan ötrü bu ssenarini hazırlayıblar. Gözləyək... Elşad PAŞASOY |
1,046,666 | 21.02.2024 14:51 | Gündəm | Brilliant Dadaşova Polad Bülbüloğluna ÜSYAN PÜSKÜRDÜ - "Qalxın, özünüz gedin..." | ️Xalq artisti Brilliant Dadaşova Polad Bülbüloğlunun Kamil Zeynallı ilə bağlı açıqlamasında “Məhkəmənin qərarını gözləyirik” sözlərinə sərt təpki verib. Musavat.com xəbər verir ki o, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib. Həmin paylaşımı təqdim edirik: “Gözləyirik nədir? Polad müəllim, söhbət erməni məsələsidirsə, özünüz qalxın gedin, Kamilə sahib çıxın. Prezidentimizin sizə göstərdiyi etimadı doğruldun, zəhmət olmasa”. Musavat.com |
1,046,667 | 21.02.2024 14:52 | Region | Ankarada tarixi gün - "KAAN" ilk uçuşunu həyata keçirdi | Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən istehsal edilən milli döyüş təyyarəsi "KAAN" ilk uçuşunu həyata keçirib. Musavat.com xəbər verir ki, Ankara səmasında reallaşan uçuş uğurla başa çatıb. Qeyd edək ki, təyyarənin qanadlarının uzunluğu 14, hündürlüyü 6, uzunluğu isə 21 metrdir. Qoşa mühərrikləri, yüksək manevr qabiliyyəti, radara az görünməsi, gəmidə silah daşıma və elektron döyüş qabiliyyəti "KAAN"ın diqqət çəkən xüsusiyyətlərindəndir. Təyyarə ASELSAN tərəfindən hazırlanmış elektron döyüş sistemi və elektro-optik 360 dərəcə müşahidə sistemi ilə təchiz edilib. Eyni zamanda təyyarə səkkiz orta və uzun mənzilli raket daşıya bilər. Musavat.com |
1,046,668 | 21.02.2024 16:04 | Son xəbər | Kurtlar Vadisinin ekranlara qayıtması ilə bağlı "Panafilm"dən açıqlama | 2003-cü ilin yanvar ayından yayımlanaraq qısa zamanda Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə sevilərək izlənən "Kurtlar Vadisi" serialının yenidən ekranlara qayıtması ilə bağlı iddialara aydınlıq gətirilib. Milli.Az xəbər verir ki, "Panafilm"dən verilən açıqlamada bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Paylaşımda qeyd olunub ki, bu tip məlumatlar barədə ən dəqiq məlumatı Necati Şaşmaz deyə bilər. Qalan informasiyalar saxtadır. Qeyd edək ki, bir müddətdir ki, "Kurtlar Vadisi" serialının yenidən ekranlara qayıtması ilə bağlı məlumatlar yayılıb. Ekran işinin "Exxen"də yayımlanacağı qeyd olunub. |