text
stringlengths 9
739
|
---|
Qarabağda azərbaycanlılara qarşı soyqırımlar — erməni-daşnak quldur dəstələrinin Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlılara qarşı törətdikləri soyqırımı və talanlar.
|
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası bu vəhşilikləri dərindən araşdırmış, bu haqda çoxlu şahid ifadələri, baxış protokolları, məruzələr, faktik məlumatlar toplamışdır.
|
Sovet Rusiyasının Birinci dünya müharibəsi cəbhələrində hərbi əməliyyatların dayandırmasından əvvəl erməni əsgərləri kütləvi surətdə fərarilik edərək, cəbhədən qaçır və özləri ilə çoxlu oğurluq tüfəng, pulemyot və digər hərbi sursatlar aparırdılar.
|
Fövqəladə Təhqiqat Komissiyasının üzvü Mixaylovun toplanmış faktlar əsasında hazırladığı məruzədə deyilirdi ki, Cavanşir qəzasının müsəlman əhalisi qonşuları ermənilərə çox sadəlövhcəsinə inanır və həmin silahların gələcəkdə onlara qarşı yönəldiləcəyini təsəvvürlərinə belə gətirmirdilər.
|
Buna görə də onlar həmin silahların gətirilməsinin qarşısını almaq üçün heç bir tədbir görmürdülər.
|
Rusiyada Oktyabr çevrilişindən sonra isə Yuxarı Qarabağa, o cümlədən Cavanşir qəzasının erməni kəndlərinə silah və sursat, demək olar ki, açıq şəkildə gətirilməyə başladı.
|
Mixaylovun məruzəsində göstərilirdi ki, 1917-ci ilin dekabrından başlayaraq, erməni-daşnak quldur dəstələri Kolanı icmasının azərbaycanlı kəndlərinə basqın edir və onlardan hələ yer üzərində mövcud olmayan Ermənistan Respublikasının tanımağı tələb edir və guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdılar.
|
Erməni təqiblərindən bezmiş Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən imarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndi əhalisinin bir hissəsi payız aylarında böyük tələfatla Murovdağı aşaraq, Cavanşir qəzasının aran kəndlərinə üz tutur və orada məskunlaşırlar.
|
Mixaylovun 1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də, Cavanşir qəzasındakı ermənilər buradakı azərbaycanlıların torpaqlarını Ermənistan Respublikasının ərazisi elan edərək, Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmir və öz zorakılıq hərəkətlərini əvvəlki kimi davam etdirirlər.
|
Ona görə də Fövqəladə Təhqiqat Komissiyasının üzvləri erməni kəndlərindən keçərək, qəzanın dağətəyi hissəsində dağıdılmış azərbaycanlı kəndlərinə baxış keçirə bilmirdilər.
|
Qarabağ bölgəsində 1918-ci il və 1919-cu ilin əvvəllərində ermənilərin törətdikləri soyqırımlarına daha çox məruz qalan qəzalardan biri də Cəbrayıl qəzası idi.
|
Qəza 12 azərbaycanlı və 3 erməni kənd icmasından ibarət idi.
|
Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiala və dindirilmiş şahidlərin ifadələrinə görə, qəza əhalisi Qarabağın başqa qəzalarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqqında deyilənləri əvvəllər ağıllarına belə sığışdıra bilmirdilər.
|
1918-ci il dekabrın ilk günlərindən ermənilər qəzanın azərbaycanlı əhalisinə qarşı silahlı təxribatlara başladılar.
|
Ermənilər, əvvəlcə, tək-tək qətllər törədir, basqın edərək, azərbaycanlılara məxsus mal-heyvanı sürüb aparırdılar.
|
Getdikcə daha da mütəşəkkilləşən erməni quldur dəstələri azərbaycanlı kəndlərinə açıq silahlı hücumlar etməyə başlayırlar.
|
Buna baxmayaraq, Fövqəladə Təhqiqat Komissiyası üzvlərinin dindirdikləri şahidlərin ifadələrində və Cəbrayıl qəza rəisinin 1919-cu il fevralın 17-də Qarabağ general-qubernatoru Xosrov Paşa bəy Sultanova raportunda bildirilirdi ki: Məruzədə 1918-ci ilin sonu - 1919-cu ilin əvvəllərində Cəbrayıl qəzasında erməni silahlı quldur dəstələrinin azərbaycanlılar yaşayan Eyvazlı, Dolanlar, Şıxlar, Məlikü və digər kəndlərə hücum edərək, azərbaycanlı əhalinin əmlakını qarət edib yandırdıqları, mal-heyvanlarının isə sürüb apardıqları haqda çoxlu faktlar sadalanır.
|
Qarabağda ermənilərin azərbaycanlılara vurduğu ən böyük ziyan isə Şuşa qəzasının ərazisi və həmişə ələ keçirməyə can atdıqları Şuşa şəhəri idi.
|
Oktyabr çevrilişindən sonra onsuz da hədsiz sursat ələ keçirmiş ermənilər daha sürətlə silahlanmağa başladılar.
|
Silahlı erməni quldur dəstələri cəbhələrdən qaçan fərari erməni əsgər və zabitlərinin hesabına getdikcə daha da çoxalırdı.
|
Şuşa-Qaryagin və Şuşa-Əsgəran yollarının tamamilə nəzarət altına alan ermənilər həmin yollarla gedib-gələn azərbaycanlıları qarət edir, silahlarını əllərindən alır və bu keçidləri tədricən bütünlüklə azərbaycanlıların üzünə bağlayırdılar.
|
Bu quldur dəstələri getdikcə daha mütəşəkkil hərbi birləşmələrə çevrilirdilər.
|
Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində göstərilirdi ki, Şuşa şəhərindəki və ətraf kəndlərdəki erməni əhalisi Azərbaycanın hakimiyyətini tanımayıb, bu günə qədər də tanımaq istəmirlər.
|
Onlar Azərbaycan Hökumətinə vergi verməkdən və hər hansı mükəlləfiyyətləri yerinə yetirməkdən imtina edirlər.
|
Şahidlərin ifadələrinə görə, 1918-ci ilin dekabrında ermənilər Qoqo kəndinin azərbaycanlılar yaşayan 55 evini dağıtmış və yandırmışlar.
|
Mülkədar Cavanşirin də malikanəsini viran edərək, ailə başçısı Əsəd ağa Cavanşiri, oğlu Soltan ağanı, qızı iranə bəyimi, qardaşı qızı Fatma bəyimi, evin qulluqçusu və nökərlərini vəhşicəsinə qətlə yetirmiş, bütün avadanlıq, mal-qara və kənd təsərrüfatı alətlərini qarət edib aparmışdılar.
|
Ermənilər Tuğ kəndinin azərbaycanlılara məxsus hissəsini də dağıtmışlar.
|
33 evden ibarət Salakətin kəndini, Şıxımlı, Gövşadlı, Divanlılar və Çərəküz kəndlərini tamamilə dağıdaraq yandırmış, əmlaklarını qarət etmişdilər.
|
Şahid ifadələrini ümumiləşdirən komissiya qeyd edirdi ki, təkcə Şuşa qəzasında dağıdılmış, yandırılmış, talan edilmiş azərbaycanlı kəndlərində öldürülənlərin sayı 100 nəfərdən çox idi.
|
Öldürülənlər üzərində ağlagəlməz vəhşiliklər edilmişdi.
|
Qəzanın azərbaycanlı əhalisi 100 milyon manatdan çox zərər çəkmişdir.
|
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıdakı ingilis komandanlığı ilə razılaşdıraraq, 1919-cu ilin yanvarında Azərbaycanın ayrılmaz hissəsi olan Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları ərazisində ermənilərin törətdikləri soyqırımlarının qarşısını almaq üçün müvəqqəti general-qubernatorluq yaratdı.
|
Buna baxmayaraq, Şuşa şəhərində və ətraf kəndlərdəki ermənilər general-qubernatorun hakimiyyətini tanımır, Şuşadakı erməni milli şurasının bütün tapşırıqlarını danışıqsız yerinə yetirirdilər.
|
1919-cu il iyunun 1-də çoxlu sayda silahlı ermənilərin gizli yolla şəhərə daxil olması barədə məlumat alan Şuşadakı Azərbaycan hakimiyyət orqanları azərbaycanlılara məxsus Üçtığ yüksəkliyində gözətçilərin sayını artırdı.
|
iyunun 4-də Üçtığ yüksəkliyi tərəfdən gözlənilmədən başlayan atışma tezliklə bütün şəhəri bürüdü.
|
50 nəfərə yaxm silahlı erməni qulduru azərbaycanlı əsgərlərin səngərlərinə hücum etdi.
|
Nəticədə, 3 nəfər azərbaycanlı əsgər qətlə yetirilmiş, ermənilərdən isə hücuma rəhbərlik edən Arzumanov və digərləri məhv edilmişdi.
|
Azərbaycanın yüzlərlə kəndini yerlə yeksan edən, əhalisinə qarşı tarixdə görünməmiş vəhşiliklər törədən ermənilər bütün bu faktları saxtalaşdırır, özlərini "zərərçəkən" kimi qələmə verir, azərbaycanlılara və Azərbaycan Hökumətinə qarşı təbliğat aparır, bütün dünyaya haray-həşir salırdılar.
|
Ermənilərin bütün pozuculuq hərəkətlərinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ciddi səyləri nəticəsində 1919-cu il avqustun sonlarında Azərbaycan Hökuməti ilə erməni milli şurası arasında bəyannamə imzalanmışdı.
|
Bu bəyannamə ilə Qarabağ erməniləri Azərbaycan Hökumətinin hakimiyyətini tanıyır, Azərbaycan Hökuməti isə onlara mədəni-milli muxtariyyət hüququ verirdi.
|
Lakin bütün bunlara baxmayaraq, Qarabağ erməniləri, gizli olaraq, yeni təxribatlara hazırlaşırdılar.
|
Belə təxribatlardan biri 1920-ci il martın 22-də -Azərbaycan xalqının Novruz bayramı günü törədilmişdi.
|
Martın 23-də bütün günü Şuşada atışma getmiş və günbatana yaxın qiyamçılar Azərbaycan ordu hissələrinin qarşısında duruş gətirə bilməyərək, şəhəri tərk etmişdilər.
|
Şuşa şəhəri və Şuşa qəzası kəndləri ilə yanaşı, Qarabağın Cavanşir və Zəngəzur qəzalarının erməni əhalisi də qiyam qaldırıb Azərbaycan əhalisi və Azərbaycan əsgərləri üzərinə hücum etmişdilər.
|
Lakin hər yerdə erməni-daşnak quldur birləşmələrinə ağır zərbələr endirilmiş, onların hücumları dəf edilmişdi.
|
Ermənilərin gizli şəkildə hazırladıqları hücum planları puça çıxmışdı.
|
Aprel işğalınadək Qarabağ erməniləri öz iddialarından əl çəkməmişdilər.
|
iki cəbhəyə işləməyi məharətlə bacaran ermənilər, bir tərəfdən, Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışmış, digər tərəfdən də bolşevik ordusunun Azərbaycana müdaxiləsini asanlaşdırmaq məqsədilə Sovet Rusiyası ilə əlaqəyə girərək 1920-ci ilin yazında Moskvanın sifarişi ilə qiyam qaldırmış, Azərbaycan ordusunun əsas qüvvələrinin başını Dağlıq Qarabağda qatmışlar.
|
Bununla da, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti öz hərbi qüvvələrini ölkəni şimal sərhədlərini keçmiş bolşeviklərə qarşı yönəldə bilməmişdi.
|
Şirinbəyovlar soyu Azərbaycanın, Qarabağ ın ünlü soylarındandır.
|
Kristallohidratlar - müstəqil quruluş vahidi kimi tərkibində neytral HO molekulları şəklində H və O olan kristallik birləşmələr.
|
Belə su krisallizasion su adlanır.
|
Onun miqdarı susuz birləşmələr ilə sadə və sabit nisbətdədir.
|
Müxtəlif duzlar kristallohidrat sıralarını təşkil edir.
|
Hər bir kristallohidrat müəyyən temperatur intervalında və su buxarı təzyiqində dayanıqlı olur.
|
Bir çox kristallohidratlar suyu hətta otaq temperaturunda itirir, digərlərinin suyu itirməsi üçün xeyli istilik tələb olunur.
|
Su buxarının təzyiqi aşağı düşdükdə kristallohidratlar susuz duz və suya parçalanır, yüksələndə isə bərpa olunur.
|
Geologiya terminlərinin izahlı lüğəti.
|
— Səhifələrin sayı: 679 Gəncə Aksiz idarəsi - Gəncə quberniyası və Zaqatala dairəsi üçün yaradılmış qurum.
|
də təsis olunmuşdur.
|
Zaqafqaziya Aksiz idarəsinin Azərbaycan ərazisində mövcud olan və sonra ləğv edilmiş 3,5, 7-ci və qismən 4 və 6-cı aksiz dairələrini əvəz edən idarə məntəqələrə, məntəqələr isə rayonlara bölünmüşdü.
|
Məntəqələrə nəzarət məntəqə müfəttişlərinə həvalə olunmuşdu.
|
Kristobalit - polimorf modifikasiyaları: a-kristobalit - kubik və b-kristobalit - tetraqonal.
|
a-kristobalit 1470 C-dən yuxarı sabit olub, temperatur aşağı düşdükcə tridimitə, sonuncu isə kvarsa keçir.
|
Lakin sürətlə soyudulduqda 180-275 C-də b-kristobalit keçir.
|
Oktaedr.
|
ikiləşmə üzrə polisintetik.
|
Aqreqat: pulcuqvars, sferolitli, lifli, sızma, gizli kristallik.
|
Rəngsiz, ağ.
|
Parıltısı şüşəli.
|
Effuziv süxurlarda: traxit, dasit, vulkanik tuflarda, həmçinin termal metamorfizmə uğramış qumdaşlarında, maqnezit damarlarında rast gəlinir.
|
Hipergen kristobalit – opalın təkrar kristallaşma məhsuludur.
|
Növ müxtəlifliyi: lüssatit, lüssatin, psevdolüssatin.
|
Geologiya terminlərinin izahlı lüğəti.
|
— Səhifələrin sayı: 679 edilmiş hərbi xidmət borcu.
|
mükəlləfiyyətin yerinə yetirilməsinə cəlb olunurdular.
|
Ksenogen minerallar - təsadüfi minerallar.
|
Yan süxurların yad maddəsinin maqma ilə assosiasiya zamanı və onların qeyri-normal tərkibli kristallaşma sahələrində əmələ gəlir maqmanın yan süxurarın yad maddəsinin assimilyasiya etməsi və belə qeyri-normal sahələrin kristallaşması nəticəsində əmələ gələn təsadüfi minerallar.
|
Geologiya terminlərinin izahlı lüğəti.
|
— Səhifələrin sayı: 679 Formiatlar — formik turşunun estetləri və duzları.
|
Metal formalaşmaları adətən metal hidroksidləri, oksidləri və karbonatları formik turşu ilə reaksiya ilə hazırlanır.
|
Formik turşu esterləri spirtlərin formik turşusu ilə reaksiya yolu ilə əldə edilir.
|
Reaksiya katalizator ilə və ya olmadan davam edə bilər.
|
"Kərim Qəriboğlu" - Azərbaycan milli azadlıq hərəkatının iştirakçısı.
|
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
|
Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanununa" əsasən, Nuxa qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdi.
|
Parlamentdə Əhrar fraksiyasının üzvü idi.
|
Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə Nazirliyi — ölkənin maliyyə sisteminin təşkilinə və tənzimlənməsinə bilavasitə rəhbərlik edən hakimiyyət orqanı.
|
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasnın qərarı ilə Fətəli Xan Xoyski tərəfındən Tiflisdə yaradılmış 1-ci hökumət kabinəsində ilk maliyyə naziri və xalq maarifi naziri vəzifələrinin icrası Nəsib bəy Yusifbəyliyə tapşırılmışdı.
|
Həmin il iyunun 17-də Xoyskinin Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinəsində maliyyə naziri vəzifəsinə Əbdüləli bəy Əmircanov təyin olunmuşdu.
|
1918-ci ilin sentyabrında Qafqaz islam Ordusu Bakını azad etdikdən və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdükdən sonra oktyabrın 6-da Xoyskinin 2-ci hökumət kabinəsində dəyişikliklər edilərkən maliyyə naziri vəzifəsi Məmməd Həsən Hacınskiyə tapşırıldı.
|
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yaradıldıqdan sonra Xoyskinin dekabrın 26-da Parlamentin tapşırığı ilə təşkil etdiyi 3-cü hökumət kabinəsində maliyyə naziri vəzifəsini Slavyan-Rus Cəmiyyətindən olan i.Protasov tutdu.
|
Xoyskinin kabinəsi istefa verdikdən sonra 1919-cu il aprelin 14-də Yusifbəylinin təşkil etdiyi 4-cü hökumət kabinəsində bu vəzifəyə Əlağa Həsənov, 1919-cu ilin dekabrın 24-də Yusifbəylinin təşkil etdiyi beşinci hökumət kabinəsində isə Rəşid bəy Qaplanov təyin olundular.
|
Nazirlik ilk günlərdən öz fəaliyyətini dövlətin pul vəsaiti fondlarının yaradılması, gəlirlərinin artırılması, xərclərə mümkün qədər qənaət edilməsi, dağıdılmış maliyyə işinin qaydaya salınması, müxtəlif sahələr üzrə pul və kredit sistemlərinin tənzimlənməsi, dövlətin maliyyə strukturunun yaradılması və onun işinin düzgün qurulması istiqamətlərinə yönəltmişdi.
|
Pul tədavülü və inflyasiya məsələsi o illərdə təkcə müstəqilliyini yenicə elan etmiş Azərbaycan Cümhuriyyəti üçün deyil, eləcə də Birinci Dünya müharibəsinin təsiri ilə bütün dünya dövlətləri qarşısında duran başlıca məsələ idi.
|
inflyasiya nəticəsində qiymətdən düşməkdə olan manatın məzənnəsini tənzimləmək mümkün olmasa da, nazirlik ölkədə normal pul tədavülü dövriyyəsini qoruyub saxlamaq üçün ciddi addımlar atmışdı.
|
1919-cu il sentyabrın 30-da Bakıda fəaliyyətə başlamış Azərbaycan Dövlət Bankının bu sahədə müstəsna əhəmiyyəti olmuşdu.
|
Dövlət Bankının Gəncədə, Şamaxıda, Lənkəranda və başqa şəhərlərdə də şöbələri yaradılmışdı.
|
1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarından birini əks etdirən 25, 50, 100, 250 və 500 manat dəyərində kağız əsginaslar dövriyyəyə buraxılmışdı.
|
Yüksək bədii zövqlə hazırlanmış bu əsginasların üzərində Nazirlər şurasının sədri Yusifbəylinin və maliyyə naziri Həsənovun imzaları var idi.
|
End of preview. Expand
in Dataset Viewer.
README.md exists but content is empty.
- Downloads last month
- 85