metadata
license: creativeml-openrail-m
widget:
- text: >-
Ötən il Azərbaycana 74 577 avtomobil idxal edilib. Bu da 2021-ci illə
müqayisədə 16 617 ədəd və ya 18,2% azdır.
Xezerxeber.az-ın məlumatına görə, avtomobil bazarı üzrə qiymətləndirici
Sərxan Qədirov deyib ki, əvvəl ay ərzində 5-10 avtomobil gətirən şəxslər
hazırda bu sayı 2-3 ədədə endiriblər. Hətta ölkəyə nəqliyyat vasitələrinin
gətirilməsi işini dayandıranlar da var.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə bildirib ki,
gözləniləndən fərqli olaraq, ölkəyə idxal olunan kiçik mühərrikli
avtomobillərin sayında da azalma var. Bunun başlıca səbəbi Rusiyada
istehsalın dayandırılmasıdır.
Ekspertin sözlərinə görə, əvvəllər Azərbaycan bazarında Rusiya istehsalı
olan nəqliyyat vasitələri geniş yer tuturdu. Hazırda isə həmin ölkədən
idxal tam dayanıb.