Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Dövlət idarəetməsi: Proqramın əyani dərsləri ADA Universitetinin Qazax Mərkəzində keçiriləcək. |
Tədrisin ilk ilində tələbələrə "Dövlət qulluqçuları üçün ingilis dili" dərsləri onlayn şəkildə aparılacaq. |
Bu tətbiqi proqramın əsasını dövlət qulluğunda uğurlu fəaliyyət üçün lazım olan biliklərlə yanaşı, tədqiqat, data əsaslı qərarvermə, maliyyə savadlılığı və kommunikasiya kimi praktiki bacarıqlar təşkil edir.Mərkəzdə, həmçinin, "Bir Müəllimin Manifesti" adlı ixtisasartırma proqramı mövcuddur. |
Fəxri doktorları Anatoli Torkunov Abdullah Gül Xarici keçidlər ADA Univerisitetinin rəsmi veb-saytı |
ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. |
ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 697-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. |
Təltif edilən şəxslər “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyət istiqamətləri üzrə səmərəli əməkdaşlıq edən, bu sahədə mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edən şəxslər, habelə həmin sahədə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.Maddə 2. |
Təltif edən orqan “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir.Maddə 3. |
Taxılma qaydası “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. |
ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" medalının təsviri Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. |
Medalın ümumi təsviri “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, “ASAN xidmət” embleminin elementi olan guşələri pilləvari səkkizguşəli ulduz formalı, diametri 42 mm olan lövhədən ibarətdir.Maddə 2. |
Medalın ön tərəfi Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. |
Medalın ön tərəfinin mərkəzində üç sətrə bölünməklə “ASAN XİDMƏT” İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ” sözləri həkk olunmuşdur. |
Medalın ön tərəfində olan bütün yazılar və təsvirlər relyeflidir, tünd qızılı rəngdədir.Maddə 3. |
Medalın arxa tərəfi Medalın arxa tərəfində ulduzun üzərində xarici çevrə ilə konturlanmış dairənin üst hissəsində bir qədər tünd qızılı rəngdə “asan xidmət” sözləri, mərkəzində isə qızılı rəngin çalarlarından istifadə olunmaqla əməkdaşlıq simvolu əks olunmuşdur. |
Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir. |
Medalın arxa tərəfi hamar səthlidir.Maddə 4. |
Medalın elementləri Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. |
Xara lentin üzərində mərkəzdə 21 mm enində tünd göy rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 4 mm enində qızılı rəngli və 4 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur. |
Xara lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm ölçülü qızılı rəngli lövhə bərkidilmişdir. |
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir. |
Həmçinin bax Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN xidmət |
Aleksandr Nevski" ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. |
1725-ci ildən 1917-ci ilədək Rusiya imperiyasının Müqəddəs Aleksandr Nevski ordeni var idi, SSRİ-də isə Aleksandr Nevski ordeni1942-ci ildən 1991-ci ilədək mövcud olmuşdur. |
Müqəddəs Aleksandr Nevski ordeni 1725-ci ildə I Yekaterina tərəfindən təsis edilib. |
Həm hərbi, həm də mülki şəxslərin mükafatlandırılması üçün də nəzərdə tutulub. |
1917-ci ildə çar ordenI başqa ordenlərlə birlikdə ləvğ edildi. |
Aleksandr Nevski ordeni 29 iyul 1942-ci ildə SSRİ komanda heyətinin mükafatlandırılması üçün Qırmızı Ordunun hərbi ordeni kimi təsis edilmişdir. |
Sovet İttifaqı dağıldıqdan sonra ordeni 1992-ci il 2 mart tarixli Rusiya Federasiyası Ali Sovetinin Qərarı İlə və "Rusiya Federasiyasının dövlət mükafatı Haqqında" 20 mart 1992-ci il tarixli 2424–1 saylı Fərmanı İlə Rusiya Federasiyasının Ali Soveti Rəyasət Heyətinin Rusiya Federasiyasının dövlət mükafatları sistemində 2557-I saylı qərarı ilə saxlanıldı. |
Lakin, Rusiya Federasiyasının dövlət mükafatı kimi rəsmi statutu və təsviri olmayıb, təltif olunması dövlət tərəfindən həyata keçirilməyib. |
Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında" 7 sentyabr 2010-cu il tarixli 1099 saylı fərmanı ilə Rusiya Federasiyasının Prezidenti D. Medvedevin gostərişi ilə, Aleksandr Nevski ordeni Rusiya Federasiyasının dövlət mükafatı sisteminə yenidən daxil olur, habelə onun statutu və təsviri təsdiq edilir. |
Aleksandr Nevski ordeni olaraq Rusiya Federasiyasının ordeni inqilabdan əvvəlki dizaynı ifadə edir. |
Həmçinin bax Müqəddəs Aleksandr Nevski ordeni Aleksandr Nevski ordeni (SSRİ) Xarici keçidlər "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında"Rusiya Federasiyasının Prezidentinin 7 sentyabr 2010-cu il tarixli 1099 saylı fərmanı Arxivləşdirilib 2015-05-12 at the Wayback Machine |
Aleksandr Nevski ordeni — Böyük Vətən müharibəsi dövrləri üçün sovet mükafatı. |
Ordunun təşkilində yüksək nailiyyətlər əldə etdiyinə görə və Vətən uğrunda döyüşlərdə göstərdiyi görkəmli xidmətlərinə görə Qızıl ordu zabitlərinə verilən bu mükafat Suvorov və Kutuzov ordeni ilə birlikdə 29 iyul 1942-ci il tarixli Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. |
Həmçinin bax Müqəddəs Aleksandr Nevski ordeni Aleksandr Nevski ordeni (Rusiya) |
Alqışlar ən böyük mükafatımdır". |
Əli Zeynalov — qısametrajlı, sənədli televiziya filmi. |
Rejissor Salar Aslanov tərəfindən çəkilmişdir. |
Azərbaycan televiziyasında istehsal edilmişdir. |
Film Azərbaycan xalq artisti, görkəmli aktyor Əli Zeynalov haqqındadır. |
Film Azərbaycan xalq artisti, aktyor, Əli Zeynalovun həyat və yaradıcılığından bəhs edir. |
Filmin üzərində işləyən Rejissor: Salar Aslanov Həmçinin bax Azərbaycan filmlərinin siyahısı |
Argo) — 2012-ci ildə ABŞ-də ekranlaşdırılmış siyasi triller. |
Filmin rejissoru Ben Afflekdir. |
Filmin ssenarisi Toni Mendezin "The Master of Disguise" və Coşua Biermenin "Wired" jurnalında çıxmış "The Great Escape" məqaləsindən götürülmüşdür. |
Filmdə əsas rolda Ben Afflek, Mendez rolunu canlandırır, ondan əlavə isə Alan Arkin, Brayan Krenston və Con Qudmen də filmdə yer alıblar. |
Filmin prodüserləri Ben Afflek, Qrant Heslov və Corc Klunidir. |
Film 85-ci Akademiya Mükafatı üzrə yeddi nominasiya alıb və üçündə laureat olub. |
Bu laureatların arasında Ən yaxşı film də var. |
Bundan əlavə beş Qızıl Qlobus mükafatına da nominasiya olmuş və bunlardan ikisini qazanmışdır. |
Filmin xülasəsi 4 noyabr 1979-cu ildə İran aktivistləri İran İslam İnqilabı zamanı ABŞ prezidenti Cimmi Karterin Şaha sığınacaq verdiyinə görə İrandakı ABŞ səfirliyinə hücum edirlər. |
Əllidən çox səfirlik işçisi girov götürülür, lakin altı işçi ordan qaçmağa nail olurlar və Kanada səfirliyində sığınırlar. |
ABŞ Dövlət Departamenti onların İrandan salamat çıxarılması üçün planlar hazırlayır və nəzərdən keçirirlər. |
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi mütəxəsisi Toni Mendez də məsləhətləşmə üçün dəvət olunur. |
O edilən bütün təkliflərə qarşı fikirlər səsləndirir və sonunda alternativ bir təklif irəli sürür. |
Toni Mendez oğlu ilə telefonda danışarkən "Meymunların dünyası üçün müharibə" filmindən ilhamlanır və ağlına bir fikir gəlir, guya onlar da kanadalı film istehsalçılarıdır və İranda bəzi səhnələri lentə almaq istəyirlər, ordakı səfirlik işçilərini də kanadalı film işçiləri kimi göstərərək oradan çıxarmaq olar. |
Mendez müşahidəçisi Cek O'Donnel ilə Çon Çemberslə əlaqəyə girir. |
Onlar Çembers vasitəsilə Hollivudda kino prodüseri olan Lester Siqel ilə tanışırlar. |
Onlar birlikdə işləməyə başlayırlar və "Arqo" adında bir layihə hazırlayırlar. |
Bu layihədə onlar "Ulduz müharibələri" filminə bənzər bir film ərsəyə gətirmək istədikləri planında qərarlaşırlar. |
Bütün bunlar baş verən zaman İranda inqilabçılar öyrənirlər ki, onların basqın etdiyi və işçilərini girov götürdüyü Amerika səfirliyindən bəzi işçilər qaça bilib. |
Arqo" layihəsinin prodüseri qismində Mendez İrana gəlir və altı amerikalı işçi ilə əlaqə yaradır. |
O onlara saxta Kanada passportları təqdim edir və onlara özləri haqqında uydurma həyatlarını öyrədir ki, hava limanında problemsiz ötüşsünlər. |
Səfirlik işçiləri bu plana bel bağlamasalar da, onlar bu plana razı oldular, çünki onlar bilirdilər ki, Mendez də öz həyatını təhlükəyə atır. |
Həqiqətən də filmdə çalışdıqlarını göstərmək üçün onlar bazara gedəndə orada bəzi problemlər yaşansa da, iranlı tanışları onları qarışıqlığın içərisindən çıxarmağa nail olur. |
Mendezə xəbər göndərilir ki, əməliyyat geri çəkildi və ABŞ-yə dönsün. |
Lakin, Mendez O'Donneli məcbur edir ki, İsveçrə Hava Yollarına bilet alsın. |
Hava Limanında olarkən təhlükə daha da artdı. |
Belə ki, sərnişinlərin həmin reyslə uçmaqları ən son anda təsdiqləndi və həmçinin kinonun proyektinin mövcudluğunu da öyrənmək üçün Hollivuda edilən zəng ən son anda cavablandırıldı. |
Mendez və səfirlik işçiləri təyyarədə yerlərini alırlar, bu zaman inqilab mühafizəçiləri hiylənin üstünü açır və onlar təyyarəni saxlamağa cəhd edirlər. |
İrandakı Kanada səfiri öz həyat yoldaşı ilə birlikdə İrandan çıxır. |
Onların evində çalışan iranlı xanım da amerikalılar haqqında hər şeyi bildiyinə görə İraqa qaçır. |
Mendez Zəka mükafatına layiq görüldü, lakin o medalı 1997-ci ildə əməliyyatın detalları açıqlanana qədər ala bilməmişdi. |
Film sabiq prezident Cimmi Karterin böhran və bu əməliyyatla bağlı nitqi ilə bitir. |
Ben Afflek — Toni Mendez rolunda Brayan Krenston — Cek O'Donnel rolunda Alan Arkin — Lester Siqel rolunda Con Qudman — Con Çembers rolunda Teyt Donovan — Robert Anders rolunda Klea DuVall — Kora Lijek rolunda Kristofer Denhem — Mark Lijek rolunda Skut Makneyri — Co Stafford rolunda Kerri Bişe — Keti Stafford rolunda Rori Koxreyn — Li Şatz rolunda Viktor Qarber — Ken Teylor rolunda Kayl Çandler — Hemilton Cordan rolunda Kris Messina — Malinov rolunda Zeliko İvanek — Robert Pender rolunda Titus Velliver — Con Beyts rolunda Bob Qunton — Sayrus Vans rolunda 1980-ci ildə İsveçrə hava yollarına aid sadəcə iki Boinq 747 təyyarəsi var idi və onların bəlli yol xəritəsi var idi, belə ki, onlardan biri Sürix — Nyu-York, digəri isə Cenevrə — Nyu-York yolu üzrə hərəkət edirdi. |
Bu təyyarələr heç vaxt İrana hər hansı xüsusi çağırış üzrə getməyiblər. |
Filmdə qeyd edilir ki, Britaniya və Yeni Zelandiya səfirlikləri Amerika səfirliyinin işçilərinə kömək etməkdən imtina edirlər. |
Əslində isə hər iki səfirlik onlara sığınacaq vermiş və onları Kanada səfirliyinə göndərməyə yardım etmişdilər. |
Daha sonra britaniyalı Artur Ueyt aldığı risklərə görə Order of St. Michael və St. George müdallarına layiq görülmüşdür. |
İranda göstərilən bəzi səhnələrdə "anadol" brendli maşınlar gözə dəyir. |
Hansı ki, bu maşınlar sadəcə Türkiyədə istehsal olunub və ancaq orada satılıb. |
Mendezin İranda Kanada səfirliyinə getdiyini göstərən səhnələrdə İstanbul Böyükşəhər Bələdiyyəsinin işarəsini aydın görmək olur. |
Toni Mendez hava limanında oturacaq yerini 1C olaraq alır, bu təyyarədə orta yer olmasına baxmayaraq, Mendez təyyarədə pəncərənin qırağında əyləşir. |
İstanbulda Mendez görüşmək üçün Sultan Əhməd camisinə gedir və içəri girir, lakin bundan sonrakı səhnələr əvvəllər kilsə olmuş və hal-hazırda muzey olan Aya Sofyanın içərisində aparılır. |
İstanbulda çəkilişlər zamanı dirəklər üzərində böyük Türkiyə bayraqları gözə dəyir. |
Bu bayraqlar 21-ci əsrin əvvəllərindən şəhərdə qoyulub. |
Ben Afflekin yaratdığı obraz Toni Mendezin qolunda olan Roleks markalı saatın həmin modeli ilk dəfə 2008-ci ildə çıxıb. |
Artek"in bütün qızılı — qısametrajlı sənədli televiziya filmi. |
Rejissor Arif Babayev tərəfindən 1965-ci ildə çəkilmişdir. |
Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. |
Kinolentdə "Artek"də öz işlərinə görə qızıl medallara layiq görülmüş Pionerlər sarayının dərnək üzvlərindən danışılır. |
Film uşaqlar üçün nəzərdə tutulmuşdur. |
Kinolentdə "Artek"də öz işlərinə görə qızıl medallara layiq görülmüş Pionerlər sarayının dərnək üzvlərindən danışılır. |
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Nina Yarovaya, Arif Babayev Rejissor: Arif Babayev Operator: Seyfulla Bədəlov, Gennadi Pastuşkov Həmçinin bax Azərbaycan filmlərinin siyahısı1965-ci ilin Azərbaycan filmləri1960-cı illər Azərbaycan filmlərinin siyahısı |
10 il Astana" yubiley medalı (bundan sonra — yubiley medalı) Qazaxıstan Respublikasının vətəndaşlarına və Qazaxıstan Respublikasının və paytaxtının qurulmasına və inkişafına böyük töhfə verən xarici vətəndaşlara verilir. |
Yubiley medalının verilməsi üçün namizədlər Qazaxıstan Respublikasının Prezidentinə Parlament, Hökumət, Konstitusiya Şurası, Ali Məhkəmə, nazirliklər, bölgələrin, Astana və Almatı şəhərlərinin rəhbərləri, ictimai birliklər və Qazaxıstan Respublikasının digər mərkəzi dövlət orqanları sədrləri tərəfindən təqdim olunur. |
Yubiley medalı Qazaxıstan Respublikasının Prezidenti tərəfindən verilir, həmçinin Qazaxıstan Respublikası Prezidenti adından aşağıdakılar təqdim edə bilər: 1. |
Qazaxıstan Respublikasının dövlət katibi; 2. |
Qazaxıstan Respublikası Parlament komissiyalarının sədrləri; 3. |
Subsets and Splits