Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Azdövsutəslayihə" institutunda 1982-ci ildə layihə-axtarış işlərini zonalar üzrə yerinə yetirən 6 istehsalat-layihə şöbəsi fəaliyyət göstərirdi. |
İnstitutun 1600 nəfərdən artıq işçi çalışırdı. |
Əməkdaşlardan 17-nin elmi dərəcəsi var idi. İnstitut əməkdaşları Yəmən, Kuba, Əlcəzair, İraq, İran, Suriya və s Respublikalarda layihə-axtarış işlərinin aparılmasına yardım etmək üçün bu olkələrə göndərilmişlər. |
Çayların su ehtiyatlarının səmərəli istifadə etmək məqsədilə bu illərdə su anbarları və kanallar layihələndirilib tikilməyə başlamışdı. |
Suvarma sistemlərinin tikintisi ilə yanaşı kollektor-drenaj şəbəkələrinin tikintisi geniş vüsət almışdır. |
Şirvan, Qarabağ, Mil, Muğan düzlərində drenaj sistemləri tikilib yenidən qurulurdu. |
Sovetlər məkanında ölkə iqtisadiyyatında durğunluq, bütün sahələrdə olduğu kimi "Azdövsutəslayihə" institunun fəaliyyətinə də təsirsiz ötüşməmişdir. |
Meliorasiya və su təsərrüfatı sahəsində də 1985-ci ildən başlamaqla aparılan tikinti işləri ilbəil kəskin şəkildə azalmışdır. |
Azdövsutəslayihə" institunun iş həcmlərinin az olduğu şəraitdə çətin günlərinin yaşamalı oldu. |
Sənətinin fədaisi olan əməkdaşların hesabına institut bu çətin illəri başa vurmağa doğru gedirdi. |
1991-ci ildən sonra müstəqillik dövründə 1991-ci ildə Sovet İttifaqının dağılması ilə ölkə müstəqillik qazandı. |
Müstəqilliyin ilk illəri ölkənin müharibə şəraitində olması və iqtisadi cətinliklərlə əlaqədar olaraq meliorasiya və su təsərrüfatında durğunluq dövru idi. 1993-cü il Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı ilə meliorasiya və su təsərrüfatı sahəsi öz inkişafının yeni mərhələsinə qədəm qoydu. |
İlk növbədə respublikaya qoyulan xarici investisiyalar aşağıdakı adı çəkilən meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi: Kür-Araz düzənliyində şoranlaşmış torpaqların duzlardan təmizlənməsini təmin edəcək Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsi; Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasını su ilə təmin edən Samur-Abşeron suvarma sisteminin yenidən qurulması; Naxçıvan MR Vayxır su anbarının tikintisinin başa çatdırılması;nın tikintisində. |
2002-ci il]] Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxemi "Azdövsutəslayihə" institutu və Türkiyə Konsorsiumu "SEYAŞ-SUİS" tərəfindən 1995–1996-cı illərdə hazırlandı. |
Azdövsutəslayihə" institutu və Almaniyanın layihə şirkəti ilə birgə 1997-ci ildə "Azərbaycan İrriqasiya və Drenaj İnfrastrukturunun Bərpası və Yaxşılaşdırması" layihəsi hazırlandı. |
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində aşağıdakı genişmiqyaslı işlərin görülməsi müəyyənləşdirildi: Samur Baş suqəbuledicinin bərpası; Xanarx kanalının tikintisi; Samur-Abşeron kanalının 50 km-lik hissəsinin bərpası; Vəlvələ-Taxtakörpü kanalının tikintisi; Taxtakörpü su anbarının tikintisi; Taxtakörpü-Ceyranbatan kanalının tikintisi.2000-ci ildə Yenikənd su anbarı SES-le birlikdə istismara verildi. |
Azərbaycan Respublikası "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2004–2008-ci illər)daxil edilmiş və Respublika büdcəsindən ayrılmış vəsait hesabına, Dünya Bankının, İslam İnkişaf Bankının Asiya, Asiya İnkişaf Bankının və digər maliyyə qurumlarının krediti hesabına 2006-cı ildə Baş Mil-Mugan kollektorunda, Naxçıvan MR-da vayxır su anbarının yarımçıq qalmış hissəsinin və Samur-Abşeron kanalının Baş sudurulducusunun layihələri "Azdövsutəslayihə" institutu və Türkiyənin "SU-YAPI" şirkəti ilə birlikdə hazırlanmışdır. |
Dövlət başçısı İlham Əliyevin iştirakı ilə 2009-cu ilin may ayında təməli qoyulmuş Şəmkirçay su anbarının layihə smeta sənədləri "Azdövsutəslayihə" institutu və Türkiyənin "TƏMƏLSU" şirkəti tərəfindən birgə işlənib hazırlanmışdı. |
Uzun illər ərzində əkin sahələrini və yaşayış məntəqələrini çayların daşqın və sel sularından qorumaq məqsədilə Araz və Kür çaylarının sahillərində 1700 km uzunluğunda torpaq mühafizə bəndləri, dağlıq ərazidəki çayların sahillərində isə 126 km uzunluğunda daş-beton və beton mühafizə bəndləri tikilmişdir ki, bunların da layihə-smeta sənədləri "Azdövsutəslayihə" institutunda hazırlanmışdır. |
2004-cü ildə Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında "Selə qarşı tədbirlər" layihəsini maliyyələşdirilməsi üzrə kredit sazişi imzalanmış, 12 rayonun ərazisindəki 23 çayda qoruyucu bəndlərin tikilməsinə vəsait ayrılmışdır. |
2005-ci ildə həyata keçirilən layihələrdə "Azdövsutəslayihə" institutu yaxından iştirak etmişdir. |
Respublika ərazisindəki 1025 min hektar qiş otlaq sahələrində saxlanılan heyvanların suya olan tələbatını ödəmək məqsədilə 5322 ədəd qurğulardan və müxtəlif diametrli 2930 km uzunluğunda borulardan ibarət su sisteminin tikilməsi üçün layihə-smeta sənədlərini "Azdövsutəslayihə" institutu hazırlamışdır. |
Hal-hazırda Respublika ərazisində meliorasiya və su təsərrüfatı sahəsində aparılan yenidənqurma, bərpa işlərində "Azdövsutəslayihə" institutunun rolu və əməyi böyükdür. |
Tərkibi və strukturu İnstituta rəhbərlik etmiş şəxslər: İnstitutun şöbələri və əməkdaşları: "Azdövsutəslayihə" institutunun srukturu 17 şöbədən, 5 sektordan və 6 yardımçı bölmələrdən ibarətdir. |
Ümumiyyətlə hal-hazırda institutda 175 əməkdaş fəaliyyət göstərir. |
Bunlardan 8-i Layihənin Baş Mühəndisi, 12-si isə Baş Mütəxəssisdir. |
Bundan əlavə şöbələrdə və çöl şəraitində işləyən müxtəlif dərəcəli mühəndislər, texniklər və fəhlələr çalışır. |
Son illərdə su təsərrüfatı və meliorasiya sahəsində yüksək fəalyyətlərinə görə institutun bir neçə əməkdaşı Əməkdar mühəndis adı almış, bəzilləri isə "Tərəqqi" medalı ilə təltif olunmuşlar. |
Azdövsutəslayihə institutu-80 Azdövsutəslayihə institutunun 80 illik yubileyi ilə əlaqədar olaraq institutun tarixini və inkişaf yolunu tam əhatə edən "Azdövsutəslayihə" İnstitutu — 80 kitabı nəşr olunmuşdur. |
Bu kitabda Azdövsutəslayihə institutunun yarandığı dövrdən Azərbaycan meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən layihələr, aparılmış tikinti işləri və əməkdaşları haqqında geniş məlumat verilmişdir. |
Milli qəhrəmanımız "Azdövsutəslayihə" institutunun əməkdaşlarından: Nəsrəddinov Rafiq Hüseyn oğlu, Atakişiyev Məmməd İslam oğlu, Hüseynov Fazil Bakir oğlu, Yusifov Vüqarlı Camal oğlu, Tağıyev Mehman Musarza oğlu və Orucov Niyaz Tofiq oğlu Qarabağ uğrunda gedən döyüşlərdə iştirak ediblər. |
Milli Qəhrəman Nəsrəddinov Rafiq Hüseyn oğlu 1987-ci ildən 1992-ci ilə qədər mühəndis-hidroloq vəzifəsində işləmişdir. |
O, işlədiyi müddətdə kollektivin böyük hörmətini qazanmışdır. |
1992-ci ildə Nəsrəddinov Rafiq Milli Ordu sıralarına çağırılmışdir. |
Baş leytenant rütbəsində Rafiq Ağdərə rayonunda gedən döyüşlərdə cəsarətlə vuruşaraq qəhrəmancasına həlak olmuşdur. |
Ona ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adı verilib. |
Azdövsutəslayihə" institutunun kollektivi şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan Milli Qəhrəmanı Rafiq Hüseyn oğlu Nəsrəddinovla fəxr edir. |
Azneft"in onilliyi — tammetrajlı sənədli filmi 1930-cu ildə Azərkinoda istehsal edilmişdir. |
Tammetrajlı film Azərbaycanın neft sənayesinin milliləşdirilməsinin 10 illik yubileyinə həsr olunmuşdur. |
Tammetrajlı film Azərbaycanın neft sənayesinin milliləşdirilməsinin 10 illik yubileyinə həsr olunmuşdur. |
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. |
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. |
Bizim "Azərbaycanfilm". |
Bakı: Mütərcim, 2004.- səh. |
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı1930-cu ilin Azərbaycan filmləri1930-cu illər Azərbaycan filmlərinin siyahısı |
Azon zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. |
Müəssisənin nizamnamə kapitalı 554.928 manatdır. |
Hazırkı direktoru 2020-ci il sentyabrın 7-də bu vəzifəyə təyin edilmiş Tehran Əliyevdir. |
Azon" zavodu 1974-cü ildə "Mikrosxemotexnika" Bakı Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir. |
Burada SSRİ dönəmində kosmik cihazlar da istehsal olunurdu. |
1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur. |
2006-cı ilin sentyabr ayından "Azon" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. |
Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.2012-ci ildə yayılmış məlumata əsasən "Azon" zavodunun istehsalat sahəsi hərraca çıxarılıb. |
Sahəsi 27714,8 m² olan müəssisənin start satış qiyməti 2 milyon 38 min 750 manat, ilkin satış qiyməti 1 milyon 732 min 938 manat olub. |
Hərracın nəticəsinin nə olması barədə məlumat mövcud deyil. |
2017-ci ildə "Azon Zavodu" MMC-nin 1 mln. |
365 min 784,5 manat vergi borcu Vergilər Nazirliyi tərəfindən silinib. |
Fəaliyət sahələri Mikrosxemlər: 133, 155, 169, 170, 533, 555, 556, 561, 564, 589, 1102 seriyalı Günəş batareyası elementləri Taxta və plastmas məmulatlar Azot və oksigen qazlarının maye və qaz halında istehsalı Xarici keçidlər |
Azərbaycan" dünyanı gəzir — qısametrajlı sənədli film. |
Rejissor Cəmil Fərəcov tərəfindən 1984-cü ildə çəkilmişdir. |
Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. |
Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır. |
Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır. |
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Cəmil Fərəcov Rejissor: Cəmil Fərəcov Operator: Sərdar Vəliyev Həmçinin bax Azərbaycan filmlərinin siyahısı1984-cü ilin Azərbaycan filmləri1980-ci illər Azərbaycan filmlərinin siyahısı |
Azərbaycan"da dəniz səyahəti — qısametrajlı sənədli film. |
Rejissor Cəmil Fərəcov tərəfindən 1976-cı ildə çəkilmişdir. |
Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. |
Mənzərə filmində Qara Dəniz gəmiçiliyinə məxsus rahat "Azərbaycan" teploxodunda xarici turistlərin əyləncəli dəniz səyahətinə çıxmalarından, İspaniyada, Kanar adalarında, Seneqalda, Mərakeş və s. ölkələrdə olmalarından danışılır. |
Mənzərə filmində Qara Dəniz gəmiçiliyinə məxsus rahat "Azərbaycan" teploxodunda xarici turistlərin əyləncəli dəniz səyahətinə çıxmalarından, İspaniyada, Kanar adalarında, Seneqalda, Mərakeş və s. ölkələrdə olmalarından danışılır. |
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Cəmil Fərəcov Rejissor: Cəmil Fərəcov Operator: Fikrət Əsgərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. |
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. |
Bizim "Azərbaycanfilm". |
Bakı: Mütərcim, 2004.- səh. |
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı1976-cı ilin Azərbaycan filmləri1970-ci illər Azərbaycan filmlərinin siyahısı |
Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. |
Azərbaycan Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə təsis edilmişdir. |
Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 762-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. |
Təltif edilən şəxslər "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.Maddə 2. |
Təltif edən orqan "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.Maddə 3. |
Taxılma qaydası "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. |
Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)" yubiley medalının təsviri Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 762-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. |
Medalın ümumi təsviri "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.Maddə 2. |
Medalın ön tərəfi Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində ətrafı 1,3 mm enində ağ mina ilə örtülmüş, xarici və daxili çevrələrlə konturlanmış, dairəvi lövhə yerləşdirilmiş, xarici çevrənin ulduz təsviri yaradan səkkiz kənar çıxıntılı hissəsi relyefli xətlərlə işlənmiş və 1,3 mm enində hamar zolaqlarla konturlanmışdır. |
Xarici və daxili konturların arasında göy minalı fonda yuxarı hissədə qövs boyunca "AZƏRBAYCAN ALİ MƏHKƏMƏSİ" sözləri, aşağı hissədə mərkəzdən "100" rəqəmləri yazılmış, həmin rəqəmlərin sağında və solunda hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. |
Daxili çevrənin içərisində kitab, qılınc, tərəzi atributları təsvir edilmişdir. |
Bütün yazılar, rəqəmlər və atributlar qızılı rəngdədir, qabarıqdır.Maddə 3. |
Medalın arxa tərəfi Medalın arxa tərəfinin səthi hamardır, 1,3 mm enində zolaqlarla konturlanmışdır və mərkəzində üç sətrə bölünməklə "AZƏRBAYCAN ALİ MƏHKƏMƏSİ" sözləri, sözlərdən aşağıda bir sətirdə "1923–2023" rəqəmləri yazılmışdır. |
Bütün yazılar qızılı rəngdədir. |
Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.Maddə 4. |
Medalın elementləri Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. |
Xara lentin yuxarı hissəsinə üzərində palıd yarpaqlarından ibarət çələng təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir. |
Xara lentin mərkəzində 12 mm enində göy rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 3 mm enində mavi rəngli, 3 mm enində göy rəngli, 3,5 mm enində ağ rəngli, 3 mm enində göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur. |
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir. |
Azərbaycan Bayrağı" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. |
10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 6 dekabr 1993-cü ildə təsdiq edilmişdir. |
Tarixi və statusu "Azərbaycan Bayrağı" ordeni Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir.Ordenin əsasnaməsi Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 saylı Qanunu ilə təsdiq edilmişdir. |
Əsasnaməyə əsasən orden aşağıdakılara görə verilir: Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə; Hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə; Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə; Respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə; Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə. |
Azərbaycan Bayrağı" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şah İsmayıl" ordenindən sonra taxılır. |
Azərbaycan Bayrağı" ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır. |
İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 saylı Qanunu ilə təsdiq edilmişdir. |
Subsets and Splits