Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
“Bayer 04”ü məğlub etməyin yolları var və “Qarabağ” Bakıda onların uğurlu seriyasına son qoya bilər. |
Xüsusilə Bakıda bunu etmək mümkündür. |
Hazırkı baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında onları məğlub etmək bir qədər çətin görünür. |
“Bayer 04” hazırda Avropanın top-komandaları ilə eyni səviyyədədir. |
- Düşünürsünüz ki, “Qarabağ” Almaniya təmsilçisinin bu uğuruna Bakıda son qoya bilər? |
- “Qarabağ” Bakıdakı qarşılaşmada azarkeş dəstəyi ilə rəqibi üzərində təzyiq yarada bilər. |
Ağdam təmsilçisi qələbə qazanarsa, bu, böyük sensasiya olacaq. |
Çünki Almaniya klubu həm daxili çempionatda, həm də avrokuboklarda baxımlı oyunla parlaq nəticələr qazanır. |
İki oyun güclü tərəfin adına aydınlıq gətirəcək. |
- Bu komandalar qrup mərhələsində də qarşılaşıblar. |
- “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Bayer 04”ə qarşı keçirdiyi matçları izləməmişəm. |
Almaniya təmsilçisinin cari mövsüm səviyyəsi göz qabağındadır. |
“Qarabağ” Bakıdakı matçda kiçik də olsa, üstünlüyə sahib olacaq. |
Kənardan fikir bildirmək asan görünür. |
Həmin vaxt Qanada idim və qarşılaşmaları bu səbəbdən canlı izləyə bilməmişəm. |
- Azərbaycan millisinin çıxışı ilə maraqlanmısınız? |
- Azərbaycan millisinin oyunlarını o qədər də çox izləmirəm. |
Almaniyada oturub yığmanızın performansı barədə fikir yürüdə bilmərəm. |
Uzun müddətdir, orada işləmirəm. |
Amma güman edirəm ki, Azərbaycan bu müddət ərzində xeyli bacarıqlı futbolçular yetişdirib, ölkədə perspektiv vəd edən gənc futbolçular var və onlar Azərbaycan futbolunu irəliyə aparacaqlar. |
Rəhbərlikdə də xeyli dəyişikliklər var. |
Onlar Azərbaycan futbolunu yaxşılaşdırmaq üçün vacib işlər görürlər. |
Milli komanda bu addımlar sayəsində yaxşı nəticələrə imza atacaq. |
- Hazırda hansı işlə məşğulsunuz? |
- Sonuncu iş yerim Qana millisi olub. |
Bu, mənim üçün həm əyləncəli, həm də maraqlı bir iş idi.Qana millisi ilə Qətərin ev sahibliyi etdiyi dünya çempionatına vəsiqə qazandıq və orada keçirdiyim vaxt mənim üçün böyük təcrübə oldu. |
Bu ölkə futbolunun inkişafı üçün çox ciddi çalışdım və işimdə məsuliyyətli idim. |
Ailəmə görə Qana millisi ilə müqaviləmi yeniləyə bilmədim. |
Ötən ilin oktyabrından Almaniyaya qayıtdım və hazırda özümə iş axtarıram. |
- Azərbaycan Premyer Liqası barədə nə deyə bilərsiniz? |
- Azərbaycan çempionatı ilbəil inkişaf edir. |
Çempionatınızın səviyyəsi göz oxşayır. |
Komandaların heyətində perspektivli gənc futbolçular çıxış edirlər. |
Azərbaycanda gənc futbolçularla iş baxımından xeyli inkişaf var. |
Beynəlxalq səviyyədə Azərbaycan futbolu əcnəbi mütəxəssislərlə işləməlidir. |
Avropa standartlarına çatmaq ehtimalı varmı? |
“Qarabağ”ın inkişafına baxsaq, çoxsaylı sponsorlar cəlb olunsa, bu, Azərbaycan çempionatına müsbət təsir edər. |
Ümumilikdə isə Azərbaycan futbolda son 10-15 ildə ciddi inkişaf yolu keçib. |
Təəssüf ki, çox az oyun izlədiyim üçün bu barədə təfərrüatı ilə danışa bilmərəm. |
Bu barədə yalnız Azərbaycandan olan köhnə tanışlarımla müzakirələrdən bilirəm. |
Hesab edirəm ki, Azərbaycan çempionatı keyfiyyət baxımından yaxşılaşıb və ilbəil bu daha da artır. |
- Vaxtilə Berti Foqtsla birlikdə Azərbaycan millisində çalışmısınız. |
Bu gün futbolumuzda kimlərlə əlaqəniz var? |
- Düzdür, Berti Foqtsla birlikdə çalışmışam. |
Amma millidən ayrıldıqdan sonra o qədər də sıx əlaqəmiz olmayıb. |
Mən U-21 və əsas millidə çalışmışam. |
U-21-dən oyunçuların əsas komandaya çağırılması Foqtsla mənim dövrümdə başladı. |
Biz çoxlu istedadlı futbolçuların üzə çıxmasına səbəb olduq. |
Buna ən gözəl nümunə Maksim Medvedevdir. |
O hər oyun öz üzərində çalışdı və yolunu tapa bildi. |
Mən Berti Foqtsla millidə çalışanda belə sıx əlaqə qurmurduq. |
Əsas işim gənc oyunçulara fokuslanmaq, onların yetişməsində öz dəstəyimi göstərmək idi.""- Berti Foqts millimizdə çalışarkən “Azərbaycan güləş və şahmat ölkəsidir” demişdi. |
Həmyerlinizin bu fikri ilə razısınız? |
- Mən onun fikirləri ilə qətiyyən razılaşmıram. |
Hesab edirəm ki, Azərbaycanda futbol həmişə insanlar üçün çox maraqlı olub. |
Futbol vicdanla çalışmaq, gənclərlə sistemli iş qurmaq deməkdir. |
Təkcə əsas komandalarda deyil, xüsusən aşağı yaş qruplarından ibarət kollektivlərdə daha peşəkar olmaq lazımdır. |
Belə olan halda futbol Azərbaycanda bir nömrəli idman növü olacaq. |
Düşünürəm ki, futbolu ən çox sadə insanlar sevirlər. |
- AFFA prezidenti Rövnəq Abdullayev seçkidə namizəd olmayacağını açıqlayıb. |
Siz bu posta kimi layiq görürsünüz? |
- Bu məsələ ilə bağlı heç nə deyə bilmərəm. |
Rövnəq Abdullayev barədə müsbət fikirdəyəm. |
Onunla işləmək, həqiqətən, xoş idi.Uzun müddət birlikdə çalışmaq imkanı qazandığımıza görə Rövnəq Abdullayevə minnətdaram. |
“Hand made - dünyada ən çox dəyər verilən, ən yüksək qiymətləndirilən məhsullardır, çünki hər biri sənətkarın enerjisini, ruhunu, ilhamını, istedadını insanlara ötürür. |
Hər birindən cəmi bir dənədir, təkrarı yoxdur”. |
Yerli sənətkarlığa təkan vermək, həmçinin milli brend kimi dünya bazarına çıxmaq məqsədilə yaradılan “Gilabi Ceramics” artıq məşhur media-persona Rövşanə Ağasəfqızının təqdimatıyla nümayiş olunur. |
Bayram ərəfəsində “Gilabi Ceramics”in “28 May” küçəsi, 20 ünvanında yerləşən mağazasında bayram aksiyası keçirilib. |
Təqdim olunan işlər Balaxanı Yaradıcılıq Mərkəzində hazırlanan sənət əsərləri olub. |
Sözügedən mərkəzin direktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, keramika üzrə rəssam Emin Ələkbərov qeyd edib ki, keramika məmulatlarının hamısı peşəkar rəssamların əl işləridir. |
Bu brendin bütün məhsulları - vazalar, boşqablar, fincanlar, aksesuarlar və digər dekorativ məhsullar yalnız bir ekzemplyarda hazırlanır. |
Burada bir əşyadan ikincisini tapmaq mümkün deyil. |
Milli brendə aid əşyalar yerli xammaldan - Abşeron gilindən hazırlanır. |
İstehsal prosesində qabaqcıl texnologiyaların nailiyyətlərindən istifadə olunur. |
Bu məhsulların bir özəlliyi də budur ki, xammal kimi əsl qızıldan da istifadə olunur. |
Emin müəllimin sözlərinə görə, qablarda görünən süni boya deyil, əsl əyarlı qızılın özüdür. |
Bakı Abadlıq xidmətilə əməkdaşlığa başlayan Rövşanə Ağasəfqızının dediyinə görə, şirkət həm də ona görə maraqlıdır ki, ən kreativ ideyalara, orijinal istehsal sahələrinə qol qoyur. |
Aparıcının tanıtımını etdiyi ilk məhsul “Gilabi” markasına aid unikal əsərlərdir. |
Yeri gəlmişkən, təqdimat mərasimində qonaqlara məhz “Gilabi” qablarında çay, qəhvə, şirniyyat təqdim olundu. |
Ziyarətçilər əmin oldular ki, bu əşyalar yalnız bəzək kimi yox, istifadə etmək üçündür. |
“Handmade” qablar təamlara da sanki xüsusi dad qatırlar. |
Qonaqlardan heç biri mağazadan əliboş qayıtmayıb. |
“Gilabi Ceramics”in xüsusi hədiyyələrindən əlavə kim nə alıbsa xüsusi bayram endirimi ilə alıb. |
ABŞ Maliyyə Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəklədiyi husilərə İrandan yük daşıdığına görə Honkonq və Marşall adalarında yerləşən iki şirkətə və onlara məxsus iki gəmiyə sanksiya tətbiq edib. |
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat yayılıb. |
Qeyd olunub ki, İran tərəfindən husiləri maliyyələşdirməyə cavabdeh olan Səid Əhməd Məhəmməd əl-Camal İrandan malların daşınması üçün həmin gəmilərdən istifadə edib. |
Məlumata görə, Marşall adalarında yerləşən şirkətə məxsus Palau bayraqlı “Reneez” gəmisi və Honkonq şirkətinə məxsus Panama bayraqlı “Eternal Fortune” gəmisi sanksiyalar sırasındadır. |
Nəqliyyat xidmətlərindən əldə olunan gəlirlərin Yəmənin husi hərəkatını maliyyələşdirmək üçün istifadə edildiyi bildirilir. |
İranın Bəndər-Abbas şəhərində yerləşən neft emalı zavodunda güclü partlayış olub. |
Bu barədə İran mətbuatı xəbər verib. |
Qeyd olunur ki, hadisə nəticəsində bir neçə nəfər ölüb, yaralananlar var. |
Hələlik hadisə ilə bağlı rəsmi məlumat verilməyib. |
Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. |
Bu barədə President.az xəbər verir. |
Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolu nəzərə alınaraq, dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. |
Bu baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir. |
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür. |
Sərəncama görə, Nazirlər Kabineti elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi, həmin məntəqələrin yaradılması işlərinə sahibkarlıq subyektlərinin cəlb edilməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. |
Həmçinin, NK Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Energetika Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri bir ay müddətində müəyyən etməlidir. |
Eləcə də, NK-ya elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması, zəruri infrastrukturun yaradılması, habelə həmin məntəqələrin dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC və “Azərenerji” ASC tərəfindən müvafiq tədbirlər görülməsini təmin etmək, bu qurumların təklifləri əsasında cari ilin və növbəti ilin dövlət büdcəsindən müvafiq vəsait ayrılması üçün tədbirlər görmək, sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.