Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Onun sözlərinə görə, kabinədə dərhal xaos başlayıb:insanlar qışqırıb ağlayır, nə baş verdiyini anlamağa çalışıblar. |
Digər bir sərnişin Elliot Treksler etiraf edib ki, hətta həyat yoldaşına vida məktubu yazmağa başlayıb. |
Qeyd olunub ki, təyyarə havaya qalxdıqdan cəmi 33 dəqiqə sonra geri dönüb və Hyuston hava limanına enib. |
Bir neçə saat sonra daşıyıcı şirkət sərnişinləri başqa təyyarə ilə Fort Mayersə çatdırıb. |
“Hazırda terror hücumuna məruz qalan Azərbaycanın İrandakı səfirliyinin işinin bərpası istiqamətində danışıqlar gedir”. |
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. |
Qeyd edilib ki, Azərbaycan səfirliyinə terror hücumu edən şəxsə məhkəmə hökm oxuduqdan sonra məsələ barədə fikir mübadiləsi aparılıb:""“Səfirliyin nə zaman fəaliyyətə başlayacağı hələlik bilinmir”. |
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. |
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. |
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Mahir İmanov və Vasif Tağıyev - hücumun qarşısını alarkən yaralanıb. |
Öldürülən baş leytenant O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. |
Bu il fevralın 5-də Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb. |
Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrində döyüşən 700-ə yaxın əcnəbini axtarışa verib. |
Bu barədə jurnalistlərə komitənin mətbuat xidmətindən məlumat verilib. |
“Əldə edilmiş sübutlar əsasında Niderland, Yeni Zelandiya, Norveç, Polşa və Rumıniya vətəndaşlarının Rusiya Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi (muzdluluq) ilə qiyabi təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi barədə qərar qəbul olunub. |
Hazırda 700-ə yaxın əcnəbi axtarışa verilib, onlardan bəziləri qiyabi həbs edilib”, - deyə məlumatda bildirilib. |
Bakının Yasamal rayonu, Əlövsət Quliyev küçəsində (“Sovetski”) yaşayış evlərindən birinin eyvanı təhlükə mənbəyinə çevrilmişdi. |
Uçmaq üzrə olan eyvana nazik taxta ilə dayaq verildiyindən ərazidən keçənlər üçün ciddi təhlükə yaranmışdı. |
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumat ictimailəşəndən sonra Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən qəzalı eyvan sökülüb. |
Sökülən eyvanın təmiri ilə bağlı əlavə tədbirlər görüləcək. |
Daha çox şəkil burada:PhotoStock.az |
“Artıq Talış kəndinə 20 ailə köçürülüb. |
Buradakı ailələrin hamısı işlə təmin olunub. |
Suqovuşan qəsəbəsində beş ədəd beşmərtəbəli çoxmənzilli bina inşa edilir. |
İlin sonunadək Suqovuşan qəsəbəsinə də keçmiş məcburi köçkünlərin köçü nəzərdə tutulur”. |
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşa şəhərində “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində “Əhalinin peşə hazırlığının təşkili” mövzusunda keçirilən tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib. |
Qarabağ iqtisadi rayonunda genişmiqyaslı bərpa-quruculuq işləri ilə paralel olaraq, keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsinin də həyata keçirildiyini xatırladan B.Hacıyev bildirib ki, Ağdam şəhərində və rayonun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti-quruculuq işləri görülür. |
Bu ilin sonunadək Xıdırlı kəndində 719, Kəngərli kəndində 292, Sarıcalı kəndində 203 fərdi ev inşa olunacaq. |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. |
Bildirilib ki, bu çərçivədə, Abşeron rayonunun Xırdalan şəhəri və Mehdiabad qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib. |
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb. |
Ötən gün Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən “Toplum” TV-də axtarış aparılması ilə bağlı yayılan xəbərləri təsdiq edib. |
Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli, ev 98B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. |
Nazirliyin bu açıqlaması sosial şəbəkələrdə yaşanan ajiotajın əsassız olduğunu, bu axtarış tədbirlərinin qanun çərçivəsində həyata keçirildiyini ortaya qoyub. |
Aparılan tədbirlərdən sonra cinayət işi də başlanılıb. |
Bu iş çərçivəsində saxlanılan şəxslərdən bəzilərinə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. |
Bu məlumatlardan bəlli olur ki, ortada konkret ittiham var və son söz də məhkəmənindir. |
Yəni bu məsələdə hər hansı bir qanunsuzluq, hüquq pozuntusu yoxdur, ola da bilməz. |
Məhkəmə sonda qanunauyğun formada öz qərarını elan edəcək. |
Məsələnin digər tərəfi ondan ibarətdir ki, Qərbdə fəaliyyət göstərən bir sıra anti-Azərbaycan şəbəkələr çirkin kampaniyalarını bir an olsun dayandırmır, ölkəmizə qarşı total hücumu gücləndirirlər. |
Birincisi, əvvəllər də olduğu kimi, növbəti dəfə Avropa strukturları qanunazidd şəkildə medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri maliyyələşdirmək kimi çirkin oyun aparırlar. |
Bununla bağlı ciddi dəlillər müəyyən edilib. |
İkincisi, Qərb növbəti dəfə “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatı ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlığa start verib. |
“Zəif bənd” kimi yenə də media orqanı altında fəaliyyət göstərən qurum seçilib. |
Üçüncüsü, artıq bəyan edilən faktlar geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə maxinasiyalarının həyata keçirildiyinə və çirkli pulların yuyulduğuna dəlalət edir. |
Dördüncüsü, yenə də Qərb strukturları maliyyələşməni Gürcüstan vasitəsilə həyata keçiriblər. |
Ölkəmizdəki şəbəkəyə buradan maliyyə ötürülür. |
Adətən, belə təcrübəni terror təşkilatları həyata keçirirlər. |
Adsız kartlardan, həvalə mexanizmindən geniş istifadə olunur. |
Baş verənlər bir daha təsdiq edir ki, “söz azadlığı” adı altında Qərb strukturları öz pozucu fəaliyyətlərini səngitmək fikrində deyillər. |
Hədəf də bəllidir - Azərbaycanda qarışıqlıq yaratmaq, mövcud sabit vəziyyəti pozmaq. |
Aparılan çirkin kampaniyanın arxasında konkret olaraq hansı dövlətlərin dura biləcəyi də maraq doğurur. |
Sözsüz ki, ilk yerdə azərbaycanofobiya və türkofobiya siyasətini aparan Fransa dayanır. |
Məhz bu respublikadan ölkəmizə qarşı çirkin qarayaxma kampaniyası aparıldığını təsdiq edən çoxsaylı fakt mövcuddur. |
Fransa ilə yanaşı, bu sıraya Amerika Birləşmiş Ştatlarını (ABŞ) da daxil etmək olar. |
ABŞ-də keçiriləcək seçki ərəfəsində erməni lobbisindən dəstək almaq üçün dəridən-qabıqdan çıxan bu qüvvələr Azərbaycanı hədəf alır, xarici agent statusundan geniş yararlanır və ya xarici təsir altında olmaqda şübhəli bilinən şəxslərə qarşı tədbir görürlər. |
Öz ərazisində hər hansı xarici təsiri qadağan edən, buna görə vətəndaşlarını məsuliyyətə cəlb edən ABŞ digər ölkələrdə, o cümlədən Azərbaycanda bu işləri - başqasının daxili işlərinə qarışmağı böyük həvəslə həyata keçirir. |
Müxtəlif ölkələrdə bu əməllərə qarşı tədbirlər görüləndə isə xarici mediada həmin ölkəyə qarşı çirkin kampaniyalar təşkil edilir. |
Vahid mərkəzdən idarə olunan bu kampaniya xarici medianın da iştirakı ilə həyata keçirilir. |
Baş verənlər fonunda Azərbaycana qarşı xarici mediada qarayaxma kampaniyasının aparılması da bu qənaəti möhkəmləndirir. |
Yekunda bir şeyi də dəqiq deyə bilərik, yuxarıda adı çəkilən media orqanına qarşı qanuni tədbirlərin görülməsindən sonra xarici media, hüquq müdafiə təşkilatları, Qərb rəsmiləri tərəfindən ardıcıl ittihamların səslənəcəyi şübhəsizdir. |
Lakin əmin olsunlar ki, bütün bu addımlar Azərbaycanı öz daxili məkanını təxribat və qeyri-qanuni fəaliyyətlərdən qorumaqdan çəkindirməyəcək. |
Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydasının hazırlanmasında Maliyyə Nazirliyi ilə yanaşı, Ədliyyə Nazirliyi də iştirak edəcək. |
President.az xəbər verir ki, bu barədə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Fərmanda deyilir. |
Qeyd edək ki, qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. |
Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. |
Müvafiq icra hakimiyyəti dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulurdu, dəyişikliklə Ədliyyə Nazirliyinə də bu səlahiyyət verilib. |
AzTV-nin “Qızıl Fond”u 1960-cı illərdə İçərişəhərdə keçirilən Novruz bayramının görüntüləri yayımlayıb. |
Kadrlarda Novruz atributları, musiqi nəğmələri və həmin dövrlərdə insanların Bakıda bayramı qeyd etməsi göstərilib. |
Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların icrası ilə əlaqədar "Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli fərmanında dəyişiklik edib. |
Fərmana əsasən, nazirliyin səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda strukturuna daxil olan müvafiq qurumlar vasitəsilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirməsi vəzifəsi ləğv edilib. |
Bundan başqa, nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin qiymətli metalların və qiymətli daşların, o cümlədən qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununun tələblərinə əməl edilməsinə nəzarət etmək vəzifəsi ləğv olunub. |
Yunan Pravoslav Kilsəsi hökumətin eynicinsli nikahları qanuniləşdirməklə bağlı “şeytani” qərarından hiddətlənib. |
Qeyd olunub ki, din xadimləri qanunu dəstəkləyən deputatlar üçün cəza tədbirlərinin tətbiq olunmasını tələb ediblər. |
Kilsə nümayəndələri “amoral qanunvericiləri” kənarlaşdırmağa çağırıblar. |
Korfu adasının kilsə rəhbərliyi, həmçinin iki yerli deputatın hər hansı dini mərasimdə iştirakının qadağan ediləcəyini açıqlayıb. |
“Bizim fikrimizcə, bu deputatlar özlərini kilsənin fəal üzvləri hesab edə bilməzlər. |
Biz onları öz pozuntularına görə tövbə etməyə çağırırıq”, - deyə Korfu kilsəsi bildirib. |
Yepiskop əlavə edib ki, bu tələbin yerinə yetirilməməsi avtomatik olaraq qanunvericilərin xristianların birlik ayinindən və digər kilsə tədbirlərindən kənarlaşdırılmasına gətirib çıxaracaq. |
Xatırladaq ki, fevralın 16-da Yunanıstan Parlamenti eynicinsli nikahları qanuniləşdirən və eynicinsli cütlüklərdə uşaqların övladlığa götürülməsini nəzərdə tutan qanunu qəbul edib. |
Yunanıstan belə bir təşəbbüsü təsdiqləyən ilk pravoslav ölkə olub. |
Kilsə fəal şəkildə buna qarşı çıxıb. |
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycana səfəri iki ölkə arasında son dərəcə uğurlu və səmərəli əməkdaşlıq mühitinin gələcəyini proqnozlaşdırmağa imkan verir. |
Mişustinin Bakı qrafiki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, verilən mesajlar strateji tərəfdaşlıq əlaqələrinin güclənəcəyi ehtimalını artırır. |
Söz yox ki, Mişustinin Bakıya səfəri Rusiya ilə Ermənistan strateji əlaqələrindəki əhəmiyyətli soyuma prosesi fonunda Kremlin “Azərbaycan qiymətləndirməsindəki” yeniliklərlə əlaqədar da şərh oluna bilər. |
Bildirmək zəruridir ki, Ermənistanın Rusiyanı bəyanatlarla “dişləməsi”nin, vektorunu sürətlə Qərbə tərəf dəyişdirməsinin doğura biləcəyi təhlükəli regional ssenarilər Bakının da təhlil predmetinə daxildir. |
Çünki Rusiyanın Ermənistanı necə cəzalandıracağı hələ tam aydın deyil və bunun regionun həssas bucaqlarına təsirləri qeyri-müəyyəndir. |
Azərbaycan, onsuz da, başa düşür ki, Rusiya-Ermənistan siyasi-diplomatik gərginliyi hərbi fazaya qədər irəliləyə bilər. |
Buna görə də Rusiya ilə Ermənistanın bir-birlərinə verdiyi qarşılıqlı siqnalların analizinə ehtiyac duyulur. |
Bakı Moskva ilə İrəvanın interaktiv ritorikalarının Ermənistanın başına gətirə biləcəyi fəlakətli nəticələri diqqətdə saxlayır. |
Çünki səbəb nə olursa-olsun, Ermənistanın Qərbdən aldığı təlimatların taktiki ardıcıllığı razılaşdırılıb və İrəvan prosesi sürətlə icra etməyə başlayıb. |
İrəvanın vermək istədiyi rəsmi qərarların Rusiyanın Ermənistandakı iqtisadi, siyasi və hərbi mövcudluq sferasına mənfi təsir göstərəcəyi aydındır. |
Təbii ki, bu, regiondankənar oyunçuların Ermənistan üzərindən Rusiyaya qarşı strateji cəbhə açmaq direktivlərini təcəssüm etdirir. |
Azərbaycan prosesin Bakı-İrəvan sülh gündəliyinə təsirlərini incə akt kimi nəzərdən keçirir. |
Bu baxımdan, Azərbaycan Moskva ilə əlaqələrin dinamikasına və Qərblə Rusiya arasındakı xarici siyasətinin balansına xüsusi diqqət yetirir. |
Hər bir vəziyyətdə, Mişustinin Bakı proqramı Rusiyanın Azərbaycan və Ermənistan arasındakı çəki fərqini ciddi şəkildə dəyişdirməsinin baş verdiyi zamanda diqqətəlayiqdir. |
Rusiya, sözsüz ki, Azərbaycanın yaratdığı geosiyasi reallıqların cövhərini nəzərə almağa məcburdur, Ukraynadakı müharibə səbəbi ilə Moskvanın üzləşdiyi qlobal təchizat problemi onu Bakı ilə bir az da yaxınlaşdırır. |
Başqa bir cəhətdən, Kreml Azərbaycanın:""- Türkiyə ilə strateji müttəfiqliyinin geosiyasi təsirlərini,"- Qərblə əlaqələrinin Moskvaya qarşı ox yaratmaq niyyətində olmadığını,"- Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizindəki tranzit qiymətini,"- Hərbi qüdrətinin regional reallıq formalaşdırmaq bacarıqlarının mövcudluğunu nəzərə almaq məcburiyyətindədir. |
Mişustinin səfəri bütün bu sadalananların müşayiətində sonrakı regional proseslərin gedişini ortamüddətli perspektivdə müəyyən edəcək hadisələrdən biridir. |
Cari hədəflər üçün isə Qərbin sanksiya təzyiqi altında olan Rusiya yeni bazarları inkişaf etdirməyə, tərəfdaşlarla ticarət dövriyyəsini artırmağa kömək edəcək nəqliyyat və logistika sistemi yaratmağı planlaşdırır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.