Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Belə ki, iqlim böhranı ilə mübarizə aparan ölkələrin (onların “İtki və Zərər Fondu”na çıxışını təmin etmək lazımdır) və ya iqtisadiyyatlarının davamlı inkişafına çalışan və iqlim fondlarına çıxışdan asılı olan dövlətlərin ehtiyaclarına dərhal cavab vermək lazımdır. |
Bundan başqa, qida təhlükəsizliyi, enerji keçidi, vətəndaş cəmiyyəti və özəl sektorun iştirakı, gənclərin cəlb edilməsi, iqlim savadlılığı və təhsili kimi iqlim dəyişikliyi ilə bağlı kritik məsələlər həll edilməlidir”. |
İqlim dəyişikliyi ilə mübarizə tədbirləri ilə yanaşı, italiyalı professor qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının rolu iqlim gündəliyi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq və insanların diqqətini bu istiqamətə yönəltməkdir:""“COP-un rolu bu məsələ ilə bağlı ictimaiyyətin məlumatlılığını və diqqətini artırmaq və Dubayda keçirilən COP28 kimi, iqlim dəyişikliyi ilə mübarizə yollarını müəyyən etmək və gələcək illərdə mənfi təsirləri minimuma endirməkdir. |
Bu, həm də o deməkdir ki, qarşıdakı illərdə qaçılmaz olaraq bizə mənfi təsir göstərəcək əlverişsiz və dağıdıcı hava hadisələrinin təsirlərinə hazırlaşmaq üçün tədbirlər görülməlidir”. |
F.Korvaro söyləyib ki, hər bir COP-un əsas vəzifəsi tamamilə fərqli şəraitdə yaşayan xalqlar üçün ümumi həll yoluna nail olmaqdır, amma bu, çox çətin məsələdir:""“Bu baxımdan, Dubayda keçirilən COP28-in nəticələri mühüm nailiyyət kimi qiymətləndirilməlidir. |
Çünki bu konfransda ilk dəfə olaraq qalıq yanacaqların istifadəsinin mərhələli şəkildə dayandırılması zərurəti vurğulanıb”. |
Xüsusi elçinin fikrincə, iqlim dəyişikliyinin ölkələrin iqtisadiyyatına təsiri ildən-ilə artdığına görə bunun qarşısını almaq üçün mümkün qədər tez bir zamanda tədbirlər görmək lazımdır:""“Son zamanlar, hətta inkişaf etmiş ölkələr, o cümlədən İtaliya da iqlim dəyişikliyi ilə bağlı getdikcə artan dağıdıcı hadisələrin vurduğu ziyanla üzləşməli olur. |
Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 1970-ci ildən bəri təbii fəlakətlər nəticəsində itkilər yeddi dəfə artıb. |
Tədqiqatçılar hesab edirlər ki, itkilər qlobal istiləşmə, əhalinin artımı və şəhər miqrasiyası kimi digər amillərlə bağlıdır. |
Bununla bağlı dəqiq məlumatların əldə edilməsinə təbii fəlakətlərlə bağlı təkmilləşdirilmiş hesabatlar yardım göstərib. |
Hesablamalara görə, 2000-2019-cu illər arasında iqlim böhranının yaratdığı 185 ekstremal hava hadisəsi dünyaya 2,8 trilyon dollara başa gəlib”. |
Salyan rayon sakini itkin düşüb. |
Onun Kür çayına düşdüyü ehtimal olunur. |
Bu gün səhər saatlarından etibarən aidiyyəti qurumlar tərəfindən Kür çayında axtarış başlayıb. |
Hazırda onun tapılması istiqamətində tədbirlər görülür. |
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb”. |
Bunu Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) mövcud hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciətində bildirib. |
“Dumanlı havanın digər hərəkət iştirakçılarının və nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur. |
Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik”. |
Sloveniya Prezidenti Nataşa Pirts Musar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Zati-aliləri. |
Yenidən Prezident seçilməyiniz münasibətilə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza davamlı tərəqqi, inkişaf arzu edirəm. |
Mən çox məmnunam ki, Sloveniya və Azərbaycan dostluq münasibətlərinə malikdir. |
Əminəm ki, bu münasibətlər daha da dərinləşməkdə davam edəcəkdir. |
Biz mübahisələrin danışıqlar yolu ilə həlli və ən mühüm çağırış olan qlobal iqlim böhranının aradan qaldırılması, multilateralizm kimi ortaq maraqları paylaşırıq. |
İnanıram ki, Siz bu sahədə, xüsusilə Bakının COP29-a ev sahibliyi etməsi fonunda ölkənizin və xalqınızın hərtərəfli inkişafını təmin etmək naminə səylərinizi davam etdirəcəksiniz. |
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”. |
18:39"Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Zati-aliləri. |
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. |
Azərbaycan xalqının təhlükəsizliyinin, iqtisadi inkişafının və əmin-amanlığının təmin olunmasında Sizə yeni böyük nailiyyətlər arzu edirəm. |
Əminəm ki, yenidən Prezident seçilməyiniz ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək və Ukrayna-Azərbaycan əməkdaşlığını yeni dinamik səviyyəyə çıxaracaq. |
Beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində iki dövlətin müstəqilliyi və ərazi bütövlüyünə Ukraynanın və Azərbaycanın qarşılıqlı dəstəyi olduqca vacibdir. |
Bu gün Ukrayna xalqı Rusiyaya qarşı mübarizədə öz azadlığını müdafiə edərkən Azərbaycan Respublikasının həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir. |
Biz humanitar yardıma, Rusiya ilə müharibədən zərər çəkmiş şəhərlərin infrastrukturunun yenidən qurulması, azad edilmiş Ukrayna ərazilərinin minalardan təmizlənməsi prosesində iştiraka görə minnətdarıq. |
Mən Ukrayna-Azərbaycan əməkdaşlığına mühüm dinamika verən şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. |
Əminəm ki, hörmət və etimada əsaslanan strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcəkdir. |
Mən Azərbaycanın Ukraynanın sülh formulunun implementasiyasına cəlb olunmasına və İsveçrədə keçiriləcək ilk Sülh Sammitində iştirakınıza ümid edirəm. |
Cənab Prezident, Sizə möhkəm cansağlığı, enerji və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm”. |
11:58"Danimarkanın Baş naziri Mette Frederiksen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. |
President.az xəbər verir ki, təbrik məktubunda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə və xalqınıza təbriklərimi, ən xoş arzularımı çatdırıram. |
Qarşıdakı illərdə Sizinlə və hökumətinizlə işləməyi səbirsizliklə gözləyirəm. |
Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. |
Yeni səlahiyyət müddətinizdə Zati-alinizə daha böyük uğurlar diləyirəm”. |
Ölkədə hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı əfqan qadınları hicabla bağlı fərmana əməl etmədiklərinə görə həbs etməyə başlayıb. |
Bu barədə BMT-nin baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Roza Otunbayeva məlumat verib. |
“Əfqanıstanda de-fakto hakimiyyət orqanları son vaxtlar ictimai həyatın bütün sahələrində qadınların hüquqlarını daha da məhdudlaşdırıblar. |
Hicab fərmanına tam əməl etməyən qadınlar saxlanılır və həbs olunurlar. |
Əfqanıstanda yaşayan bəzi qadınlar küçəyə çıxmaqdan qorxurlar”, - deyə Otunbayeva BMT-nin Təhlükəsizlik Şurasının üzvləri qarşısında çıxış edərkən bildirib. |
BMT-nin məlumatına görə, Kabildə çox sayda qadın və qız saxlanılıb və onlar bir neçə saatlıq həbs olunublar. |
Təşkilatın missiyası pis rəftar, həbs və azadlığa çıxmaq üçün təzminat tələbi ilə bağlı iddiaları qeydə alıb. |
BMT baş katibinin Əfqanıstandakı xüsusi nümayəndəsi xatırladıb ki, “Taliban” onların legitimliyinin beynəlxalq səviyyədə tanınmasını istəyir. |
Dövlətin kənd təsərrüfatına kifayət qədər dəstəyinə etiraz edən çex fermerlər radikal addımlar atmaq qərarına gəliblər. |
Onlar Praqada Edvard Benes sahilinə peyin səpiblər ki, bu da bir sıra problemlər yaradıb. |
Çexiya polisi hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşıb. |
“Fermerlər Edvard Benes sahilinə peyin səpiblər ki, bu da ictimai nəqliyyatın hərəkətində çətinliklər yaradıb. |
Vəziyyət şəxsi avtomobillərə də təsir edib”, - deyə hüquq-mühafizə orqanları məlumat yayıb. |
Artıq polis əməkdaşları hadisənin nəticələrini aradan qaldırmağa başlayıb və sürücüləri başqa marşrutlar seçməyə çağırıb. |
Qeyd edək ki, polis aksiya yerinə peyin gətirən sürücünü saxlayıb. |
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. |
İlk olaraq iştirakçı ölkələrin bayraqları zala gətirilib. |
Ardından söz gənclər və idman naziri Fərid Qayıbova verilib. |
Nazir iştirakçılara uğurlar arzulayıb:“Artıq neçənci ildir ki, ölkəmizdə Dünya Kuboku keçirilir. |
İldən-ilə iştirakçıların sayı artır. |
İl ərzində ən azı 3 Dünya Kubokuna ev sahibliyi edirik. |
Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”. |
Sonda Dövlət Himni səsləndirilib. |
Qeyd edək ki, 67 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi Dünya Kubokuna martın 10-da yekun vurulacaq. |
Yarışda Azərbaycanı Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər) və Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər. |
Sevinc, enerji və unudulmaz əyləncə ilə dolu anlar üçün “Lankaran Springs Wellness Resort” sizi unikal cənub qonaqpərvərliyi atmosferində Novruzu qeyd etməyə dəvət edir! |
Bayram həftəsi - Novruzda kurort hotel öz qonaqlarına nə təklif edir:""Unikal əyləncə:Canlı musiqi, DJ çıxışları, Kosa, Keçəl və Bahar qızından performans, müxtəlif sərgilər və master-klaslar, o cümlədən əyləncəli yumurta rəngləmə master-klası daxildir. |
Yarışlar və Oyunlar:Bacarıqlarınızı sınamaq və mükafatlar uğrunda mübarizə aparmaq üçün dart oyunu, stolüstü tennis, nərd, şahmat və domino yarışlarında iştirak. |
Uşaqlar üçün proqram:Hotel balaca qonaqları üçün xüsusi tədbirlər, o cümlədən “face art”, pizza və müxtəlif master-klaslar, müsabiqələr, mini karaoke və mini diskoteka hazırlayıb ki, hər bir uşaq öz zövqünə uyğun əyləncə tapa bilsin. |
Gecələmə və qidalanma:Rahat modern üslubda dizayn olunmuş otaqlarda qonaqlama və şeflərimiz tərəfindən xüsusi hazırlanmış bayram menyusu (içkilər daxil olmaqla) və bayram şənlik proqramında iştirak ödənişə daxildir. |
“Lankaran Springs Wellness Resort”da otaq rezerv etmək və unudulmaz bir Novruz əyləncəsinə qoşulmaq fürsətini qaçırmayın. |
Tələsin, otaqların sayı məhduddur! |
Rezervasiya və əlavə məlumat üçün hotel ilə əlaqə saxlayın:""Tel. |
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında Fərman imzalayıb. |
Bununla bağlı President.az məlumat yayıb. |
Fərmanla “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiq edilib. |
Eyni zamanda, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin təsviri” təsdiq edilib. |
Naxçıvan polisi tərəfindən keçirilmiş təxirəsalınmaz tədbirlərlə cinayətkar qrup halında Naxçıvan şəhər sakini Orxan Qurbanovu (ad şərtidir - red.) |
bıçaqla hədələyən, şəhər ərazisindən kənarda güc tətbiq edərək videoçəkiliş aparan şəxslər saxlanılıblar. |
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ordubad rayon Nüsnüs kənd sakinləri - Leysan Hüseynov, Firqət Hüseynov, Ülvi Quliyev, Bayram Quliyev saxlanılaraq istintaq təhvil verilib. |
Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə cinayət işi başlanılıb və onlara qeyd olunan maddələr ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib. |
Hazırda həmin dəstənin qeyri-qanuni fəaliyyətinə dair halların dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. |
ABŞ-li qastroenteroloq Donna Pauell bildirib ki, mədədə qurultu həzm prosesinin aktivləşməsini göstərə bilər. |
Həmçinin qazlı içkilər, lobya və kələm istehlakı səbəbindən artıq qazlarla əlaqələndirilə bilər. |
Həkimin sözlərinə görə, yeməkdən dərhal və ya bir az sonra mədədə qurultunun olması həzm sisteminin aktiv olmasından xəbər verir. |
Müxtəlif səslər mədə və bağırsaqların əzələlərinin daralması nəticəsində yaranır ki, bu da həzm prosesində yeyilənlərin hərəkətinə kömək edir. |
Pauell bu fizioloji prosesin kənar nəzarətə tabe olmadığını bildirib. |
Qurultunun intensivliyini azaltmaq üçün qastroenteroloq daha tez-tez, lakin kiçik hissələrlə yeməyi tövsiyə edir. |
Mütəxəssis, həmçinin gün ərzində daha çox su içməyi məsləhət görür. |
Qurultu səsinin qarşısını almaq üçün rasionunuzda köp əmələ gətirən qidaların nisbətini məhdudlaşdırmaq lazımdır. |
Bunlara soda, kələm, brokoli və paxlalılar daxildir. |
Göyərtəsində 167 sərnişinin olduğu ABŞ-nin “United Airlines” şirkətinə məxsus təyyarənin mühərriki havaya qalxdıqdan yarım saat sonra yanıb. |
Yanğın anının əks olunduğu video yerli KİV-də yayılıb. |
Hadisənin bazar ertəsi, martın 4-də Hyustondan Fort Mayersə uçan təyyarədə baş verdiyi bildirilir. |
İnternetdə yayımlanan və şahidlər tərəfindən lentə alınan görüntülərdə mühərrikdən alovun çıxdığı görünür. |
“Yadımdadır, pəncərədən parlaq yanıb-sönən işıq görünürdü, bomba partlamasına bənzər səs gəldi, sonra isə sadəcə alov parladı”, - deyə təyyarənin sərnişinlərindən biri xatırlayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.