Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Yəni bu müavinətin verilməsindən gec xəbər tutan və vəsaiti almaq hüququ olan vətəndaşlarımız əvvəlki üç il üçün hesablanmış pulu da almaq hüququna malikdirlər”, - deyə deputat bildirib. |
Azərbaycanda ali təhsil müəssisəsinə bərpa olunma qaydaları dəyişib. |
Yeni qaydalarda qeyd olunub ki, ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. |
Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunacaqlar. |
Təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisəsi istisna olmaqla) yenidən təşkil edildiyi və ya ləğv olunduğu halda, sabiq tələbə təhsil aldığı ali təhsil müəssisəsinin hüquqi varisi olan və ya Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisəsinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bərpa oluna biləcək. |
Təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçiriləcək. |
Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ixtisas və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, təhsil müəssisəsinə digər ixtisas və təhsilalma forması üzrə bərpa oluna bilər. |
Bu zaman tələbənin əvvəl təhsil aldığı və bərpa olunduğu ixtisaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. |
Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisaslaşması və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, öz təhsil müəssisəsinə ixtisası daxilində digər ixtisaslaşma və təhsilalma forması üzrə bərpa oluna bilər. |
Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində ixtisası üzrə kadr hazırlığı aparılmırsa, şəxs öz ixtisası, ixtisaslaşması və təhsilalma forması üzrə digər təhsil müəssisəsinə bu Qaydaların 2.12-ci bəndinin tələbləri nəzərə alınmaqla bərpa oluna bilər. |
Bərpa olunmaq istəyən şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtisaslaşma və təhsilalma forması üzrə heç bir təhsil müəssisəsində kadr hazırlığı aparılmırsa (ixtisas ləğv olunduğu halda), o, uyğun ixtisas və ixtisaslaşma üzrə (ixtisas və ixtisaslaşmaların uyğunluğu Nazirlik tərəfindən müəyyən olunur, bu zaman şəxsin əvvəl təhsil aldığı və bərpa olduğu ixtisasların eyni ixtisaslar qrupuna daxil olması nəzərə alınır) öz təhsil müəssisəsinə (təhsil müəssisəsi ləğv edildiyi halda digər təhsil müəssisəsinə) bərpa oluna bilər. |
Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na uyğun olaraq ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrlar təhsil müəssisəsindən xaric olunduqda yalnız qəbul olunduğu ixtisas və təhsilalma forması (qəbul olunduqları ixtisas və təhsilalma formasında kadr hazırlığı aparılmadığı halda həmin təhsil müəssisəsində digər ixtisas və təhsilalma forması) üzrə bərpa oluna bilərlər. |
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr təhsil müəssisəsindən xaric olunduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın 2-ci hissəsində göstərilən ixtisaslardan kənar ixtisasa bərpa üçün müraciət edə bilməzlər. |
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-3-cü maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr təhsil müəssisəsindən xaric olunduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin 6-cı hissəsi nəzərə alınmaqla bərpa oluna bilərlər. |
Təhsil müəssisəsinə bərpa barədə vətəndaşların müraciətlərinə bu Qaydaların 2.7-2.12-ci bəndlərinin tələbləri nəzərə alınmaqla baxılır. |
Xüsusi təyinatlı ali təhsil müəssisələrindən səhhətinə görə xaric olunan şəxslər uyğun ixtisaslar üzrə Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bu Qaydaların 4.3-cü, 4.4-cü və 4.9-cu bəndlərinə uyğun olaraq bərpa oluna bilərlər. |
Digər səbəblərdən xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunmuş şəxslərin mülki ali təhsil müəssisələrinə bərpası bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bu Qaydaların 4.3-4.9-cu bəndlərinə uyğun olaraq aparılır. |
Xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunan şəxslər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin tələbələri üçün müəyyən edilmiş qəbul şərtlərinə cavab verdikləri halda, əvvəl təhsil aldıqları, yaxud digər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. |
Belə hallarda xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa həmin təhsil müəssisələrinin tabe olduqları qurumların razılığı ilə, bu Qaydaların 4.1-ci bəndinin ikinci cümləsində və 4.3-4.9-cu bəndlərində göstərilən qaydada, lakin ən çoxu müvafiq ixtisasın normativ təhsil müddətindən sonrakı 3 il ərzində (müddətli həqiqi hərbi xidmət dövrü nəzərə alınmamaqla) həyata keçirlir. |
Bu zaman xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunaraq müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu saxlayan sabiq kursantlar həmin möhlət hüququnun qüvvədə olduğu müddətdə, müddətli həqiqi hərbi xidmətə göndərilən sabiq kursantlar müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra, hərbi və xüsusi rütbəli şəxslərlə komplektləşdirilən dəyişən heyətin sırasından xaric edilmiş digər şəxslər isə xidməti fəaliyyətlərini davam etdirdikləri müddətdə (qanunla müvafiq heyətlər üçün müəyyən edilmiş xidmətkeçmənin yaş hədləri daxilində) xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa olunurlar. |
Bərpa olunmuş tələbənin şəxsi işi bərpa edilir. |
Bu şəxsi işə bərpa olunma haqqında əmrdən çıxarış, ölkə daxilində digər ali təhsil müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir. |
Azərbaycanda tələbələrə akademik məzuniyyətinin verilməsi hallarının siyahısı genişləndirilib. |
Tələbəyə (xüsusi təyinatlı ali təhsil müəssisələrinə münasibətdə yalnız həmin müəssisələrdə təhsil alan mülki şəxslərə) akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:""- müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə (2 ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə - xidmətdən tərxis edilənədək;"- ailə vəziyyətinə görə (təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən edilmiş hallar üzrə)"- 2 il müddətinədək;"- səhhətinə görə - həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışında (və ya qərarında) göstərilən müddətə (2 ildən çox olmamaqla);"- sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;"- dövlət proqramları və təhsil sahəsində Azərbaycanla xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrə təhsil almağa getdikdə - bakalavriat proqramlarında təhsil alanlara münasibətdə 1 (bir) ildən, magistratura proqramlarında təhsil alanlara münasibətdə 6 (altı) aydan çox olmamaqla;"- xaricdə öz hesabına təhsil aldıqda - 1 (bir) il müddətinədək. |
Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti tədris semestrindən (yaz və ya payız semestrindən) buraxılırlar. |
Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası (magistraturada təhsil alanlara münasibətdə ixtisaslaşması) və təhsilalma forması üzrə kadr hazırlığı aparılmadıqda tələbə həmin müəssisədə mövcud təhsilalma formasında və ali təhsil müəssisəsi tərəfindən müəyyən olunan uyğun ixtisasda (magistraturada təhsil alanlara münasibətdə ixtisas daxilində digər ixtisaslaşmada) təhsilini davam etdirə bilər. |
Bu zaman bu Qaydaların 2.7-2.12-ci bəndlərinin tələbləri nəzərə alınır. |
Magistratura səviyyəsində akademik məzuniyyətdən qayıdan şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtisaslaşma və təhsilalma forması üzrə heç bir təhsil müəssisəsində kadr hazırlığı aparılmırsa, o, Nazirlik tərəfindən müəyyən olunan uyğun ixtisas və ixtisaslaşma üzrə (bu zaman şəxsin əvvəl təhsil aldığı və bərpa olduğu ixtisasların eyni ixtisaslar qrupuna daxil olması nəzərə alınır) öz təhsil müəssisəsində təhsilini davam etdirə bilər. |
“Məhkum olunmuş şəxslərin islah edilməsi və onların cəmiyyətə qazanılması isə vacib məsələlərdən biridir. |
Hazırda penitensiar sahədə müxtəlif istiqamətlər üzrə tədbirlər həyata keçirilir. |
Narahatlıq yaradan məsələ isə təkrar cinayətkarlıq hallarındakı ciddi artım tendensiyasıdır. |
Hesab edirəm ki, məhkumların islah edilməsi, həm də onların azadlığa çıxdıqdan sonra cəmiyyətə inteqrasiyasına dəstək ola biləcək ən mühüm amil əməklə məşğul olmalarıdır. |
Məhkumlarla müvafiq peşə kursları keçirilir, onlar müxtəlif ictimai faydalı əməklə məşğuldurlar. |
İctimai faydalı əmək məhkumların islah edilməsinin əsas vasitələrindən biri olsa da, digər vasitələrdən ayrıca səmərəli ola bilməz”. |
“Unikal” xəbər verir ki, bu barədə deputat Kamal Cəfərov Milli Məclisdə çıxışı zamanı deyib. |
K.Cəfərov bildirib ki, digər əsas islah vasitələrindən olan cəzaçəkmə müəssisələrində rejim, tərbiyə işi və sair digər alətlərin effektiv tətbiqi üçün belə müəssisələrin əməkdaşları ilə məhkumların faiz nisbətini uyğunlaşdırmaq lazımdır:""“Penitensiar Xidmətin rəhbərliyinin apardığı araşdırmaya əsasən, azadlığa buraxılmış şəxslərin çox az faizi işə götürülür. |
İşəgötürənlər ən yaxşı halda ya restoranda ofisiant işləyirlər, ya da taksi sürücüsü kimi fəaliyyət göstərirlər. |
İş tapa bilməyənlər, sosial-iqtisadi vəziyyəti aşağı olanlar isə inteqrasiya oluna bilmirlər, əksinə cinayət törətməyə meyilli olurlar. |
Cəmiyyət azadlığa çıxmış şəxslərin həm inteqrasiya olunmasını arzulayır, həm də ən sadə işləri onlara qıymır, yaraşdırmır”. |
Deputat qeyd edib ki, bu məsələdə ictimai təfəkkürü dəyişməyin vaxtıdır:""“Bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətinə yeni baxış lazımdır”. |
“Rusiya hərbi sahədə müxtəlif parametrlərdə, o cümlədən hava hücumundan müdafiə sahəsində ABŞ-dən xeyli üstündür”. |
Bu qənaətə Pentaqonun rəhbərinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor gəlib. |
Ekspertin fikrincə, Rusiya Federasiyası son 40 ildə hərbi sahədə gücün zirvəsindədir. |
O, həmçinin ABŞ-nin tətbiq etdiyi anti-Rusiya sanksiyalarının uğursuzluğunu qeyd edib. |
“Artıq bundan yan keçə bilmərik. |
Rusiya hava hücumundan müdafiə sahəsində daha hazırlıqlıdır”, - deyə Makqreqor özünün “X” hesabında yazıb. |
Reality check, We don't have many air defenses. |
We rely heavily on our Air Force to shoot missiles and drop bombs without impunity. |
Impunity is just not the case anymore. |
Russia is much more prepared in the realm of air defenses. |
İran Parlamentinə və Ekspertlər Şurasına son seçkilər rekord dərəcədə aşağı seçici fəallığı (dövlət mediası bu göstəricinin 41% olduğunu bildirir), çoxlu korlanmış bülletenlər və 2020-ci ildən parlamentə nəzarət edən mühafizəkar qüvvələrin növbəti qələbəsi ilə yadda qalıb. |
Bu, İranın müasir tarixində ən aşağı göstəricidir. |
İran indi seçkilərin ikinci turunu gözləyir və onun nəticələri parlamentdə qalan 45 yerin taleyini həll edəcək. |
İranlı analitik, Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) baş müəllimi Əhməd Vahşiteh Oxu.Az-a bununla bağlı şərh verib. |
O, 10 il əvvəli xatırladaraq prezident Mahmud Əhmədinejadın səlahiyyət müddəti başa çatdıqdan sonra insanların seçki kampaniyasında fəal iştirak etməyə başladıqlarını, prezident və parlament seçkilərində səs verdiklərini və Həsən Ruhanini iki dəfə seçdiklərini xatırladıb. |
“Yaxşılığa doğru dəyişikliklərə ümid var idi.Amma hətta Ruhaninin dövründə də sərt şəkildə dağıdılan etirazlar oldu. |
Daha sonra, 2019-cu ildə ölkədə benzinin qiyməti iki dəfə artdı. |
İnsanlar küçələrə çıxdılar, onlara qarşı zorakılıq tətbiq edildi, bu isə xeyli etirazçının ölümünə səbəb oldu. |
Son prezident seçkisi (2021) olanda artıq hamı başa düşürdü ki, elita, ölkə rəhbərliyi mühafizəkar, Ali Məhkəmənin sədri İbrahim Rəisini seçib. |
Elə isə seçkiyə getməyin nə mənası var? |
Buna görə çox aşağı fəallıq (48% - red.) |
2020-ci il parlament seçkisində seçici fəallığı 42% təşkil edib. |
İndiki seçkidə islahatçılardan praktiki olaraq heç bir namizəd yox idi, yalnız radikallar və fundamentalistlər var idi.Nəticədə 41% seçici fəallığı əldə etdik. |
İranlılar dövlətlərindən inciyiblər, səs vermək istəmirlər. |
Hakimiyyət, o cümlədən ölkənin ali dini lideri ayətullah Əli Xamenei xalqı anlamır”. |
Ekspert ilyarım əvvəl Məhsa Əmininin ölümü ilə başlayan genişmiqyaslı itaətsizlik aksiyalarını xatırladıb, “Qadın, həyat, azadlıq” və s.şüarlar altında küçələrə axışan insanlar arasında da xeyli sayda aksiyaçının öldürüldüyünü vurğulayıb. |
“İran dövləti həddindən artıq qəddarlıq edir, bu, hakimiyyət və idarəçilik xəstəliyinin göstəricisidir. |
Bundan sonra Tehranda seçicilərin 20%-dən, bəzən isə 10%-dən azının seçkidə iştirak etməsinə necə təəccüblənmək olar? |
Bu, indiki hakimiyyət modelinin iranlıların maraqlarına cavab vermədiyinin göstəricisidir. |
İnsanlara necə yaşamalı olduqları barədə göstərişlər verilir. |
Qadınlar hicablı olmalıdırlar, ailədə uşaqların sayı çox olmalıdır... |
Bu, insanların şəxsi həyatına müdaxilədir! |
İran xalqı Türkiyə və Azərbaycanda olduğu kimi, sekulyarizm (dövlətin dindən ayrılması - red.) |
istəyir”, - deyə Vahşiteh əlavə edib. |
O, Azərbaycanda fevral ayında keçirilən prezident seçkisində yüksək fəallığı xatırladıb:""“Niyə belə oldu? |
Azərbaycanlılar Prezident İlham Əliyevə güvənir, nəticəsini görür, dövlət başçısının onlar üçün nə etdiyini başa düşürlər. |
İranda isə insanlar öz liderlərinə güvənmirlər, ona görə də seçkilərə getmirlər”. |
Ekspert mühafizəkarların, fundamentalistlərin qələbəsinin qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətlərdə nələrə təsir edə biləcəyinə də toxunub. |
Onun sözlərinə görə, Bakı ilə münasibətlərdə müəyyən istiləşmə ola bilsə də, köklü nəsə dəyişəcəyinə inanmır. |
“Mühafizəkarlar və fundamentalistlər mövcud şəraitə uyğunlaşaraq əvvəlki xarici siyasətlərini davam etdirəcəklər. |
Amma iranlılar bu modeli bəyənmirlər. |
İnsanlar çoxdan çaşqındırlar - Tehran niyə qonşularından düşmən obrazı yaradır? |
Niyə onların İsrail, ABŞ, Azərbaycan, Türkiyə, ərəb ölkələri, Əfqanıstandakı “Taliban”la və s.ilə münaqişəsi olmalıdır? |
Nə üçün fələstinlilərlə israillilər arasında münaqişə varsa, iranlılar bu qarşıdurmanın pulunu öz ciblərindən ödəməlidirlər? |
İran bütün dünya ilə, bütün qonşuları ilə münaqişə edə bilməz, bu, başadüşüləndir. |
Lakin İran hakimiyyətinin bir özəlliyi var:vəziyyəti gərginləşdirir, təhlükə görüntüsü yaradır, lakin nadir hallarda sona qədər gedir”, - deyə Vahşiteh sözlərini yekunlaşdırıb. |
Ötən ay Bakıda yanan məscidin təmiri üçün pul yığılır. |
Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrə paylaşım edilib. |
Bildirilib ki, Sabunçu rayonunda yerləşən Cümə məscidində baş verən yanğın nəticəsində ibadət yeri yararsız vəziyyətə düşüb. |
Məscidin təmiri üçün lazım olan vəsaitin yığılması üçün kampaniya başladılıb. |
Oxu.Az saytı məscidin təmiri üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən niyə pul ayrılmaması ilə bağlı quruma sorğu ünvanlansa da, heç bir cavab verilməyib. |
Orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları təsdiqlənib. |
Qeyd edək ki, kolleclərlə bağlı müvafiq qaydalar əvvəllər müvəqqəti xarakter daşıyıb. |
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yüksək dərəcədə inklüzivliklə, vətəndaş cəmiyyətinin fəal iştirakı ilə, azlıqların fikirlərinə diqqət yetirilməklə və gənclərin təşəbbüslərinin stimullaşdırılması ilə fərqlənən tədbir olacağını vəd edir”. |
Onun sözlərinə görə, Bakıda keçiriləcək konfrans əvvəlki, yəni Dubayda təşkil olunan COP28 kimi asan olmayacaq:""“Lakin Nayrobidə Azərbaycanın COP29 komandası ilə görüş bizə iddialı məqsədlərin uğurla həyata keçirilməsinə ümid etməyə imkan verir”. |
“Azərbaycan (Azərbaycan hökuməti) COP29 Təşkilat Komitəsinin nümayəndələrinin qətiyyətinin şahidi olduğum üçün inanıram ki, biz COP28-in nailiyyətlərinə əsaslanan iddialı nəticələrə nail ola bilərik. |
Hər zaman yadda saxlamaq lazımdır ki, dayanıqlı gələcəyə yalnız hazırkı dövrdə ekoloji, sosial və iqtisadi baxımdan davamlılığın təmin edilməsi yolu ilə nail olmaq olar”, - deyə F.Korvaro vurğulayıb. |
O qeyd edib ki, COP28-in nailiyyətlərinə əsaslanan və Braziliyada keçiriləcək COP30-a doğru irəliləyən COP29-da ilk növbədə iqlim maliyyələşdirilməsi ilə bağlı məsələlərə diqqət yetiriləcək:""“Bir müddətdir ki, iqlim maliyyələşdirməsinə dair islahatların aparılmasının zəruriliyi haqqında müzakirələr gedir. |
Bununla maksimum şəffaflıq təmin ediləcək və maliyyə vəsaitləri ehtiyacı olan inkişaf etməkdə olan ölkələr üçün getdikcə daha əlçatan olacaq. |
Bugünkü sistem həddən artıq bürokratikdir və ətrafımızdakı hipersürətli dünyaya uyğun gəlmir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.