Search is not available for this dataset
text
stringlengths
10
518k
Artıq bəzi ölkələrdə mübahisələrin başladığı qeyd edilir.
Belə ki, İspaniyada quraqlıqdan əziyyət çəkən Kataloniya siyasi gərginliyi alovlandıraraq, ölkə hökumətini çay suyunu qonşu Araqondan kənarlaşdırmaq üçün yola gətirməyə çalışır.
2023-cü ildə isə Fransada su anbarlarının yaradılması planları üzərində şiddətli toqquşmalar baş verib.
Avropa Ətraf Mühit Agentliyinin (EEA) hesabatı martın 11-də dərc olunacaq və AK-nın mesajı ilk Avropa iqlim riskinin qiymətləndirilməsini müşayiət edəcək.
İndiyədək Avropa üçün 36 əsas risk müəyyən edilib, onlardan bəziləri artıq kritik səviyyədədir və yüksək dərəcədə aktualdır.
Abşeron rayonunun Saray qəsəbəsinin elektrik təminatında problem yaranıb.
Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.
Bildirilib ki, qəsəbənin elektrik verilişi ötən gün saat 23:09-da dayandırılıb.
Hazırda Saray qəsəbəsinin 60%-dən çox hissəsində elektrik enerjisi yoxdur.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-nin Mətbuat Xidməti faktı təsdiqləyib.
Bildirilib ki, problem həqiqətən var və hazırda ərazidə təmir briqadası işləyir.
Qeyd olunub ki, işlərin yekunlaşması haqda əlavə məlumat veriləcək.
“Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmənin hökmü ilə Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov AzVision.az-a açıqlamasında məhkəmənin oğlu ilə bağlı ədalətli qərar verdiyini deyib:""“Dövlətin qəbul etdiyi qanunlar çərçivəsində məhkəmə qərar qəbul edib.
Bu qərarla da razıyıq və apellyasiya şikayəti verilməyəcək.
Nicat məhkəmənin qərarı əsasında cəzasını çəkəcək”.
Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil yük maşınına (TIR) çırpılıb.
Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib.
Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.
Ali təhsil müəssisəsindən xaric olunma ilə bağlı qaydalar dəyişib.
Tələbələr aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir:""- öz arzusu ilə;"- ali təhsil müəssisəsini dəyişdikdə;"- ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda;"- səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən);"- növbəti tədris ilinə qeydiyyatdan keçməyib, həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda;"- əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ya həmin icazənin ləğv edildiyi halda;"- əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının təhsil müəssisəsinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazənin verildiyini təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə;"- yekun dövlət attestasiyasından keçmədikdə (təqvim ilinin sonuna qədər yekun dövlət attestasiyasında iştirak etmədikdə).
Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən ali təhsil müəssisəsindən xaric edilmiş Azərbaycan vətəndaşı (qanunla müəyyən edilmiş hallarda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilərək müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilənlər istisna olmaqla) 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat 7 gün müddətində ali təhsil müəssisəsi tərəfindən tələbələrin hərbi qeydiyyatda olduqları dövlət qurumuna verilir.
Ali təhsil müəssisəsindən xaric edilmiş şəxsə “Təhsil haqqında” Qanunun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və şəxsi işində saxlanılan təhsil haqqında dövlət sənədinin əsli (olduğu halda) verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır.
Xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin həmin müəssisədən xaric olunması həmin müəssisənin nizamnaməsində nəzərdə tutulan əsaslarla həyata keçirilir.
“Kəpəz” klubunun heyətində 3 dəfə çempion, 1996/1997 mövsümündə 23 qolla komanda yoldaşı Fazil Pərvərovla birgə Azərbaycan çempionatının bombardiri olmuş Rövşən Əhmədov 56 yaşında futbolçu karyerasını bərpa edib.
Bununla da o, bir daha yaş amilinin əsas olmadığını göstərib.
O, Region Liqasında çıxış edən “VT Gəncə” klubundan dəvət alıb.
Həmin müsahibəni təqdim edirik:""- 56 yaşında futbolçu karyeranızı bərpa etdiniz.
Yenidən meydana çıxmaqla bağlı təəssüratlarınız necədir?
- Təəssüratlarım, təbii ki, xoşdur.
Məni komandaya baş məşqçi dəvət etmişdilər.
Həm də “Kəpəz”in U-12 komandasını çalışdırdığımdan “VT Gəncə”nin heyətində oyunçu kimi meydana çıxdım.
Orada məşqi də özüm keçirəm, həm də futbolçu kimi meydana çıxıram.
Çoxdandır ki, futbolçu kimi çıxış etmək istəyirdim.
Bir ay məşq etdikdən sonra meydana çıxdım.
Komandamız bir o qədər də güclü olmayan, gənclərdən ibarət kollektivdir.
Rəhbərliklə danışmışıq, komandanı peşəkar liqaya çıxaracağıq.
May ayından etibarən yeni kollektiv formalaşdıracağıq.
- “Kəpəz” komandasının Azərbaycan Premyer Liqasında çıxışı bir gəncəli mütəxəssis olaraq sizi qane edir?
- Vəziyyət o qədər də xoşagəlməz deyil.
Gəncə klubuna sponsor lazımdır.
Gəncə veteranları, azarkeşlər, rəhbərlik daim komandaya dəstək olurlar.
“Kəpəz”i Premyer Liqada saxlamağa çalışırıq.
Mart ayından sonra klubun sponsorunun olacağı gözlənilir.
Bununla bağlı danışıqlar aparılır.
Komandaya dəstək olmalıyıq ki, ilk 5 yerdən birini tuta bilsin.
- “Kəpəz”də baş məşqçi dəyişikliyi baş verdi, üstəlik, öz meydanında oynaya bilmir.
Bu məqamlar komandanın çıxışına necə təsir göstərir?
- İstərdik ki, ev oyunlarımız Gəncədə baş tutsun.
Stadionumuzun yenidən qurulması dövlətimizin qərarıdır.
Buna görə dövlət başçısı İlham Əliyevə öz təşəkkürümü bildirirəm.
Gəncədə akademiya istifadəyə verildi.
Stadion da hazır olandan sonra hər şey yaxşı olacaq.
Başqa komandanın stadionunda çıxış etmək bizi qane etmir.
Biri var Gəncə stadionuna 3-4 min azarkeş gəlsin, biri də var cəmi 2 avtobus azarkeş başqa bir klubun stadionuna “Kəpəz”ə azarkeşlik etmək üçün getsin.
Bununla belə, “Kəpəz” Qəbələdə çıxdığı ev matçlarında olduqca baxım futbol oynayır.
Hətta əsas rəqiblərimizdən “Qəbələ”ni məğlub edə bildik.
- “Kəpəz”in cari mövsüm 9-cu pillədə olmasının əsas səbəbkarı kimdir?
- Sponsorun olmaması və zəif maliyyələşmə bu cür nəticələrə gətirib çıxarıb.
Komandaya futbolçu gətirmək mümkün deyil.
Heyətdəki oyunçular bütün güclərini ortaya qoyurlar.
Amma istərdik ki, gələn futbolçular onlardan daha güclü olsunlar.
- “Kəpəz”lə 3 dəfə Azərbaycan çempionu, həmçinin çempionatın bombardiri olmusunuz.
Hazırda azərbaycanlı futbolçuların bombardirlər yarışında ön planda olmamasının səbəbini nədə görürsünüz?
- Azərbaycan futbolunda hücumçu çatışmazlığı var.
Yerli futbolçular həddindən artıq zəif çıxış edirlər.
Uşaq futbolunda inkişaf yoxdur.
Sponsor və şərait olandan sonra Gəncədə yaxşı hücumçular yetişəcək.
Yerli futbolçuların bombardir olmasını mən də istərdim.
Hara baxırsan, legionerlər qol vurur, bombardir olurlar.
Yəqin ki, gələcəkdə klublarımız uşaq futbolunun inkişafına daha çox diqqət edəcəklər.
- Azərbaycan Premyer Liqasında cari mövsümü necə dəyərləndirirsiniz?
- “Qarabağ”ı nəzərə almasaq, digər klublar arasında güclü rəqabət var.
“Qarabağ” hazırda Azərbaycanın bir nömrəli klubudur.
Digər komandalar arasında 3-4 xal fərq var.
Çempionatımız çox maraqlı davam edir.
Gələcəkdə bundan da maraqlı olmasını istəyirəm.
Çempionatda 10 yox, 12-13 komandanın olmasını istərdim.
Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) ilə bağlı yeni qaydalar təsdiqlənib.
Qərarla əvvəlki qaydalar ləğv edilib.
Elm və Təhsil Nazirliyinin Aparatının Elm və ali təhsil siyasəti şöbəsinə, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə qərardan irəli gələn vəzifələrin icrasını təmin etmək tapşırılıb.
Qeyd edək ki, təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma və ya akademik məzuniyyətdən sonra təhsilini davam etdirmə tələbənin əvvəl təhsil aldığı tədris dilinə (tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisna olmaqla) uyğun aparılır.
“Hərbi qulluqçuların uşaqlarına verilən aylıq müavinətin məbləği 120 manatdır”.
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, “Sosial müavinətlər haqqında” qanuna son dövrlər edilən dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının uşaqlarına müavinətin verilməsidir.
“Belə ki, həmin qanunun 4-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq müavinətin verilməsi həyata keçirilir.
Hazırda aylıq müavinətin məbləği 120 manatdır.
Bu müavinət hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olduğu müddətdə ödənilir.
Qeyd edək ki, bu müavinət hərbi qulluqçuların ailə üzvlərinin sosial dəstəklənməsi baxımdan vacib olsa da, aparılan monitorinqlər göstərir ki, həmin ödənişlər barədə ictimai məlumatlandırma yüksək deyil.
Müraciət etmə qaydalarına gəldikdə isə bu müavinəti almaq üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edilməlidir.
Müavinət yalnız Azərbaycan vətəndaşlarına şamil edilmir.
Eyni zamanda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər də müraciət etmək hüququna malikdirlər.
Müraciət üçün tələb edilən sənədlərin sayı da çox deyil.
Müraciət edənin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi, həmin vətəndaşımızın müddətli həqiqi hərbi xidmətdə olmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı ilə müraciət etməsi mümkündür.
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, beş gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.
Müraciət edən şəxsin bu qərardan məhkəməyə şikayət etmək hüququ var.
Bir mühüm məqam da ondan ibarətdir ki, əgər hərbçimiz bu müavinət barədə gec məlumat əldə edibsə, o zaman ona müraciət edildiyi tarixdən əvvəlki üç il üçün də vəsait ödənilir.