Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Onun ailəsindən bir daha üzr istəyirəm. |
Bundan sonra da veriləcək hər cəzanı çəkməyə razıyam”. |
ABŞ-nin Filadelfiya şəhərində dayanacaqda avtobus gözləyən orta məktəb şagirdləri güllə yağışına tutulublar. |
Bu barədə yerli polis idarəsindən məlumat verilib. |
Bildirilib ki, 15-17 yaş arasında səkkiz məktəbliyə 30-dan çox atəş açılıb. |
Yaralılardan birinə doqquz güllə dəyib. |
Onun vəziyyəti ağır qiymətləndirilir. |
Qalan yaralıların - altı oğlan və bir qızın vəziyyəti stabildir. |
Polis atəş açan üç naməlum şəxsin axtarışlarına başlayıb. |
Yerli medianın məlumatına görə, bu, Filadelfiyada avtobus dayanacağında dörd gündə dördüncü atışmadır, onlardan üçü ölümlə nəticələnib. |
Bir gün əvvəl analoji hadisə zamanı 17 yaşlı oğlan həlak olub, daha dörd nəfər - iki azyaşlı və iki yetkin qadın yaralanıb. |
Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. |
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, görünüş məsafəsi Bakı və Abşeron yarımadasında, Qobustan, Quba, Qusar, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Lənkəranda 500 metrədək məhdudlaşıb. |
Xidmət rəisinin sözlərinə görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır:""“Duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. |
Dumanlı hava şəraitinin bu gün gündüz saatlarınadək davam edəcəyi gözlənilir”. |
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-yə rəsmi səfərə yollanıb. |
Sabah Türkiyənin XİN başçısı ABŞ dövlət katibi Antoni Blinkenlə görüşəcək. |
Türkiyənin XİN başçısının səfər əsnasında Birləşmiş Ştatlarda fəaliyyət göstərən mətbuat qurumlarının və beyin mərkəzlərinin rəhbər şəxsləri ilə də görüşlər keçirəcək. |
Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər saxlanılıblar. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “Opel” markalı avtomobilin sürücüsü Anar Zamanov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib. |
Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. |
Müayinənin nəticəsinə əsasən, A.Zamanovun narkotik vasitə olan marixuana istifadə etdiyi üzə çıxıb. |
Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. |
Son bir ayda bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sərxoş vəziyyətdə və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 33 sürücü barəsində intizam tədbiri görülüb. |
“X” sosial şəbəkəsində tezliklə paylaşımların altında bəyənməni və paylaşmaları gizlətmək mümkün olacaq. |
Bu barədə İlon Mask məlumat yayıb. |
“Hər paylaşım üçün bəyənmə və paylaşmaların sayını gizlətmək üçün “X” sosial şəbəkəsi imkanları nəzərdən keçirir”, - deyə Mask bildirib. |
Bundan əlavə, Maskın sözlərinə görə, “X” bir neçə aydan sonra Nyu-Yorkda əməliyyat lisenziyası ala bilər ki, bu da ona digər istifadəçilərə ödənişlərin göndərilməsi funksiyasını əlavə etməyə imkan verəcək. |
Yaz mövsümünün başlanması və Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 9-da paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməciliyi keçiriləcək. |
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb. |
BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırıb. |
“Respublikaçılar Partiyasının ABŞ-nin keçmiş prezidenti Donald Trampın yeni prezidentlik müddətinə namizədliyini irəli sürməsi barədə qərarı bütün ölkə üçün faciədir”. |
Bunu “The New York Times” qəzeti praymerizin nəticələrinə həsr olunmuş məqaləsində yazıb. |
Nəşr qeyd edir ki, ilkin seçkilərin nəticələrinin açıqlanmasından sonra Tramp 1215 nümayəndə həddi - siyasi birliyə namizəd irəli sürmək üçün lazım olan rəqəmə yaxınlaşıb. |
“Bu, Respublikaçılar Partiyası və onun xidmət etdiyi ölkə üçün faciədir”, - qəzet yazır. |
Qeyd olunur ki, onlar Donald Trampın prezident seçkisində partiyanı ardıcıl üçüncü dəfə təmsil edəcəyinə şübhə etmirlər, lakin nəşrin müəllifləri hesab edirlər ki, respublikaçılar ondan öz ambisiyalarını həyata keçirmək üçün alət kimi istifadə edirlər. |
Bu gün Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Bayer” dünən gecə saatlarında Bakıya gəlib. |
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Leverkuzen təmsilçisinin düşərgəsinə sürpriz səfər edib və rəqib komandanın baş məşqçisi Xabi Alonso ilə görüşüb. |
Bu barədə klubun rəsmi saytında məlumat verilib. |
Bildirilib ki, Qurban Qurbanov uzun yol qət etmələrinə baxmayaraq, görüşməyə razılıq verdiyi üçün Alonsoya təşəkkür edib. |
O, “Bayer”in Bakıya uçuşunun necə keçdiyi ilə maraqlanıb, onları Bundesliqada dəstəklədiklərini qeyd edib. |
Qurbanov qonağa ölkəmizin gözəllikləri, təbiəti, görməli yerləri haqqında məlumat verib, onu gələcəkdə qeyri-rəsmi səfərə dəvət edib. |
Alonso səmimi münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. |
İspan mütəxəssis də “Qarabağ”ın ölkə çempionatındakı çıxışını izlədiyini vurğulayıb. |
Qurbanov ispaniyalı çalışdırıcıya “Azərxalça” tərəfindən xüsusi hazırlanmış əl işi olan ipək “Qarabağ” xalçası hədiyyə edib. |
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. |
Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq. |
Rusiyalı sənətçi Alla Puqaçovanın xarici agent kimi tanınması istənilib. |
Bununla bağlı “Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə üzrə federal layihə”nin fəalları Rusiya Baş Prokurorluğuna müraciət ediblər. |
Onların fikrincə, bunun üçün kifayət qədər səbəblər var. |
Səbəblər sırasında müğənninin Ukrayna ilə müharibədən sonra İsrailə getməsi, anti-Rusiya mövqeyini ifadə etməsi və Rusiyada xarici agent kimi tanınan əri Maksim Qalkinə dəstək olması göstərilib. |
Həmçinin ötən gün Alla Puqaçova Stas Mixaylova müraciətində bəyan edib ki, “normal insanlar Rusiyaya qayıtmaq fikrində deyillər”. |
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkənin əməliyyat təlimləri üçün nəzərdə tutulan hərbi bazasına baş çəkib və təlim obyektlərinə baxış keçirib. |
Ölkə başçısı hərbçilərə müharibə vəziyyətində döyüş hazırlığını sürətlə artırmaq üçün təlimləri gücləndirməyi tapşırıb. |
Onu Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam və Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Yonq Gil müşayiət edib. |
xüsusilə vurğuladı ki, bütün səviyyələrdə bütün ordu hazırkı vəziyyətin tələblərinə uyğun olaraq müharibə hazırlığını sürətləndirmək üçün yeni inkişaf dövrünü aktiv şəkildə açmalıdır”, - deyə bəyanatda deyilib. |
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən respublikada yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. |
Məlumata görə, bu çərçivədə, ölkədə kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar baş vermiş yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili göstərir ki, sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibət və ya məsuliyyətsiz davranış sonda yanğınlara, acı nəticələrə gətirib çıxarır:""“Belə ki, Nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, mal-qaranın qidalandırılması üçün kənd yerlərində həyətyanı sahələrdə və fermer təsərrüfatlarının ərazilərində ot və ya küləş tayalarının yığıldığı məkanların yaxınlığında açıq alovdan istifadə, o cümlədən siqaret çəkilməsi, alışqan və ya kibritin yandırılması tezalışan xassəyə malik ot və ya küləşin anidən alovlanmasına, ağır zəhmət və böyük əziyyət bahasına başa gəlmiş məhsulun məhvinə səbəb olur. |
Ot tayalarında başlayan yanğının həm də çox qısa vaxtda yaxınlıqdakı tikililərə keçmə və beləliklə, böyük faciələrə səbəb olma riski yüksək olur. |
Belə ki, yalnız ötən 10 gün ərzində kənd və qəsəbələrdə 44 belə yanğına çıxış qeydə alınıb, nəticədə 50 tona yaxın ot, 1200 kvadratmetrə yaxın tikili yanıb. |
Yalnız FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənlərinin gərgin əməyi və səriştəli fəaliyyəti sayəsində bu kimi yanğınların geniş ərazilərə yayılmasının qarşısının alınması mümkün olur. |
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən ot və ya küləş tayalarının yerləşdiyi məkanların yaxınlığında açıq alovdan qəti şəkildə istifadə etməməyə çağırır”. |
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abit Mərdanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməllərinə görə həbs edilib. |
Oxu.Az xəbər verir ki, bu barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib. |
Belə ki, Abit Mərdanov terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törətməkdə təqsirləndirilir. |
İqtisadiyyat naziri Mikayıl Cabbarov Antonella Bassanini ilə görüşüb. |
O, bu barədə öz “X” hesabında məlumat verib. |
Bildirilib ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ikitərəfli əməkdaşlığın prioritetlərini nəzərdən keçiriblər. |
Dünya Bankının (#DB) (@WorldBank) Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti xanım Antonella Bassaninin (@anbassani) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ikitərəfli əməkdaşlığın prioritetlərini nəzərdən keçirdik:– DB tərəfindən hazırlanan Ölkə Tərəfdaşlıq… pic.twitter.com/OJzOqd2bH2 |
Şabran rayonunun Kilvar kəndində yerləşən tarixi Alban kilsəsi məhv olmaq üzrədir. |
Oxu.Az xəbər verir ki, məşhur jurnalist Həmid Həmidovun sosial şəbəkədə etdiyi paylaşımdan bunu əyani şəkildə görmək mümkündür. |
Kilsənin son vəziyyəti onu deməyə əsas verir ki, Mədəniyyət Nazirliyinin ümumiyyətlə belə bir tarixi-dini abidənin mövcudluğundan xəbəri yoxdur. |
Tarixi abidənin ətrafı hasara alınmayıb, tikilinin tarixi əhəmiyyəti barədə məlumat verə biləcək lövhəsi mövcud deyil. |
Görünür kilsənin son vəziyyəti yerli əhalini də narahat etmir. |
Belə ki, kilsənin yaxınlığında mal-qara üçün tövlə tikilib. |
Bir sözlə, yalnız onu deyə bilərik ki, tarixi abidə tarixin ümidinə qalıb. |
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC korporativ sosial məsuliyyət və dayanıqlı inkişafla bağlı daha bir önəmli tədbirə dəstək olub. |
Şirkət növbəti dəfə “II Bakı Beynəlxalq ətraf mühit, sosial və korporativ idarəetmə üzrə konfrans”ın (ESG) baş sponsoru qismində çıxış edib. |
“Yaşıl Dünya Uğrunda Həmrəylik İli” və Bakı şəhərində baş tutacaq COP29-a həsr edilən konfransın keçirilməsində əsas məqsəd iqtisadiyyatın müxtəlif sahələrində və cəmiyyətdə dayanıqlı inkişafın reallaşdırılmasına nail olmaq üçün qabaqcıl təcrübə və innovativ ideyaların mübadiləsi üzrə platformanın yaradılmasıdır. |
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri, aparıcı ekspertləri, deputatları, sənaye liderlərini bir araya gətirən konfransda Korporativ Sosial Məsuliyyət (KSM), biznes etikası, yaşıl iqtisadiyyata keçid və ESG təcrübələrinin tətbiqi, iqlim dəyişikliyi və digər aktual mövzular müzakirə olunub. |
Konfransda “Azərlotereya”nın ölkəmizin inkişafında önəmli rola malik uğurlu KSM təcrübəsi paylaşılıb, şirkətin həyata keçirdiyi “Hər şey Qarabağ üçün” və “Əmanətə sədaqət” layihələri iştirakçıların marağına səbəb olub. |
Qeyd olunan layihələr əsasında işğaldan azad edilən ərazilərin bərpasına və dirçəlişinə dəstək göstərilməsi, vətən uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarının təhsil və yaşam xərclərinin qarşılandığı vurğulanıb. |
Tədbir “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş çıxış edərək müxtəlif prioritet mövzular üzrə örnək olan KSM təşəbbüslərin icra olunması üçün konfransın məqsədlərini və fəaliyyətini yüksək qiymətləndirib. |
Vurğulayıb ki, “Azərlotereya” fəaliyyətində hər zaman sosial və ictimai məsuliyyət prinsiplərinə riayət edərək cəmiyyətin inkişafına nail olmaq üçün strateji layihələr hazırlayır, ölkə əhəmiyyətli tədbirlərin təşkilinə daim dəstək olmaq yolunda addımlayır. |
Konfrans müxtəlif maraqlı panel çıxışları ilə davam edib. |
Quba rayonunun Zizik kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. |
APA-nın Şimal bürosu xəbər verir ki, “Toyota Land Cruiser Prado” markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. |
Qəza zaman beş nəfər - Rəşid Məmmədov, Rövşən Mustafayev, Elmin İsayev, Rizvan Mustafayev və Şəmsəddin Xələfov müxtəlif dərəcəli xəsarətlər alıblar. |
Onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. |
Faktla bağlı araşdırma aparılır. |
“Azercell” abunəçiləri balanslaşdırılmış mobil internet və danışıq dəqiqələrini yeni “SuperSən” tarifində əldə edəcəklər. |
Mobil rabitənin trendlərini nəzərə alan “Azercell” mütəmadi olaraq abunəçilərə daha əlverişli və rahat istifadə imkanı təmin edir. |
Lider mobil operator 06.03.2024-cü il tarixindən etibarən fakturasız xətt sistemində yeni “SuperSən” tarif paketlərini istifadəyə verir. |
“SuperSən” paketində müxtəlif qiymət aralıqlarını əhatə etmək məqsədilə daha çox internet, ölkədaxili zəng və daha çox seçim imkanı təqdim olunur. |
Müştərilər rabitə xərclərinə qənaət edərək bütün mobil xidmət tələblərinin qarşılandığı tarif çərçivəsində rahat ünsiyyətdən yararlana biləcəklər:"""“SuperSən” paketləri daxilində “WhatsApp” və “Facebook Messenger” tətbiqlərində mətn yazışmaları üçün 1GB qədər internet təqdim olunur. |
“SuperSən” tarifinə bütün cari və yeni fakturasız xətt (SimSim) abunəçiləri abunə ola bilər. |
Paketi istənilən qoşulma kanalları (“Kabinetim” tətbiqi, USSD, SMS) üzərindən aktiv etmək mümkündür. |
Su qıtlığı qlobal istiləşməyə hazır olmayan Avropa İttifaqı (Aİ) dövlətləri arasında münaqişəyə səbəb ola bilər. |
Bu barədə Avropa Komissiyasının (AK) məxfi sənədində bildirilir. |
AK su qıtlığını həyatın demək olar ki, bütün aspektlərini təhdid edən problem kimi müəyyən edir:ərzaq istehsalı, infrastruktur, iqtisadiyyat və insan sağlamlığı. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.