Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Mənbə:kp.ru"10:28"Husilər Ədən körfəzində Barbados bayrağı ilə hərəkət edən “True Confidence” gəmisinə atəş açıblar. |
Məlumatı Böyük Britaniyanın Sənadakı səfirliyi də təsdiq edib. |
Öz növbəsində ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı da hücumu təsdiqləyərək üç dənizçinin öldüyünü, daha dörd dənizçinin xəsarət aldığını açıqlayıb. |
Qeyd edək ki, Yəmənin böyük hissəsinə nəzarət edən və İran tərəfindən dəstəklənən husilər daha əvvəl Qırmızı dənizdən keçərək İsrailə gedən istənilən gəmiyə hücum edəcəklərini bildiriblər. |
Husilər bu yolla HƏMAS qruplaşmasına dəstək verdiklərini bildiriblər. |
Tovuz rayonu Çobansığnaq kəndində yol-nəqliyyat hadisəsi olub. |
Nəticədə sürücü Ramiz Həsənov və nəvəsi 15 yaşlı Cavidan İlqar oğlu Həsənli aldığı xəsarətlərdən hadisə yerində ölüblər. |
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. |
“Araz” supermarketlər şəbəkəsi qadınların məşğulluğunun təmin olunmasına dəstək verən və bu sahədə həyata keçirilən tədbirlərdə aktiv iştirak edən şirkətlərdən biridir. |
Burada qadınlar işlə təmin olunmaqla yanaşı, onlar üçün təcrübə toplamaq və karyera inkişafı imkanları yaradılır. |
Bunun nəticəsidir ki, ötən il 4 minə yaxın qadın “Araz”da işlə təmin olunub. |
Hazırda “Araz”da çalışanların 51%-ni qadınlar təşkil edir. |
“Araz” peşəkar kadrlarla yanaşı, əmək fəaliyyətinə yeni başlayan və iş təcrübəsi olmayan qadınları da işlə təmin edir. |
Bu məqsədlə şirkətdə fəaliyyətə başlayan qadınların bilik və bacarıqlarının artırılması üçün mütəmadi olaraq təlimlər təşkil edilir, təkmilləşdirilmə proqramları həyata keçirilir. |
2023-cü ildə 500-ə yaxın qadın əməkdaş “Araz”ın təşkil etdiyi təlimlərə qatılıb. |
Eyni zamanda onların şəxsi inkişafı, peşəkarlıq göstəricilərinin yüksəldilməsi məqsədilə fərdi inkişaf planları hazırlanıb tətbiq edilir. |
Bunun nəticəsidir ki, əmək fəaliyyətinə kiçik vəzifələrdən işə başlayan qadınlar müvafiq sahələr üzrə zəruri bilik və bacarıqlar əldə edərək karyera yüksəlişinə nail olurlar. |
Hazırda “Araz”da 200-ə yaxın qadın mütəxəssis heyətində təmsil olunur. |
Rəhbər vəzifələrdə çalışanların isə 14,4%-i qadınlardan ibarətdir. |
Şirkət tərəfindən qadınların işlə təminatı sahəsində həyata keçirilən tədbir və təşəbbüslər müvafiq dövlət qurumları tərəfindən də yüksək dəyərləndirilir. |
Belə ki, 2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin (DMA) sosial tərəfdaşı olan “Araz” “Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyası üzrə əsas mükafata layiq görülüb. |
Bu gün saat 09:30-dan “Bərdə” ölçü qovşağından qidalanan daşıyıcı qaz kəməri üzərində olan siyirtmənin dəyişdirilməsi, saat 10:00-dan Samux şəhəri və Füzuli kəndində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, saat 10:30-dan isə Xətai rayonu, Cavanşir küçəsində yeni çəkilmiş yeraltı d325 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar qaz təchizatı dayandırılacaq. |
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri görülən müddətdə Bərdə rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, Samux rayon mərkəzinin və rayonun Füzuli kəndinin, Xətai rayonunun isə Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev, Sadıqcan, İlqar Zülfüqarov, Çingizxan Kərimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. |
Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərərvurma və xuliqanlıqda təqsirləndirilən Süleyman Camalovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. |
Məhkəmənin hökmü ilə Süleyman Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib. |
Qeyd edək ki, hadisə 27 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Tərtər rayonu, Səhləbad kəndi ərazisində qeydə alınıb. |
Belə ki, həmin kənd sakini, 1981-ci il təvəllüdlü Süleyman Camalov qohumuna məxsus fərdi yaşayış evinin həyətində əsgər yığıncağının keçirilməsi üçün qurulmuş ictimai yer hesab edilən mağarda olarkən münaqişə zəminində həmkəndlisi Azər Əhmədova bıçaqla xəsarət yetirib. |
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən Süleyman Camalov saxlanılıb. |
Ondan qanunsuz saxladığı “İj” markalı ov tüfəngi aşkarlanaraq götürülüb. |
Süleyman Camalovun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərərvurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb. |
Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də bilavasitə avtoqəzaların baş verməsinə səbəb olan kobud qayda pozuntuları törədən şəxslərə qarşı mübarizə tədbirləri çərçivəsində cari ilin fevral ayı ərzində 1 090 şəxs sürücülük hüququ olmadan, 969 şəxs isə sərxoş halda avtomobil idarə etdiklərinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib. |
Bu barədə Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. |
Qeyd olunub ki, aparılmış təhlillər əsasında son zamanlar baş verən və ağır nəticələrə səbəb olan qəzaların əksəriyyətinin sürücülük hüququ olmayan şəxslər tərəfindən törədildiyi müəyyən edilib. |
“Sürücülük hüququ olmadan avtomobil idarə edən və ağır nəticəli qəzaların baş verməsinə səbəb olan, yaxud kobud qayda pozuntuları törədən şəxslər, təəssüf ki, cəmiyyətdə sürücü intizamının aşağı olması barədə yanlış fikir formalaşmasına şərait yaradırlar. |
Nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmadan avtomobil idarə etmək qayda pozuntusu olmaqla yanaşı, təhlükəli əməldir”, - deyə müraciətdə qeyd olunur. |
Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib. |
Diplomat həmçinin “Əbədi məşəl” abidəsi önünə əkil qoyub. |
Yasin Ekrem Serim “Türk şəhidliyi” abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb. |
09:52"Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim bu gün Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. |
Oxu.Az xəbər verir ki, o, Heydər Əliyevin məzarı önünə əklil qoyub. |
Daha sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. |
Azərbaycan xalqının nümayəndələri əsrlərdir tarixdə öz adlarını qızılı hərflərlə yazmağa davam edirlər. |
Elm, mədəniyyət, idman və digər bütün sahələrdə azərbaycanlılar hər zaman öz ilkləri ilə seçilib. |
Bəylərimiz kimi Azərbaycan xanımlarının da ölkəmizin adının dünyada tanıdılmasında olan mövqeləri əvəzsizdir. |
Fədakar, zəhmətkeş, güclü, savadlı, istedadlı xanımlarımızın uğurlarının arxasında dayanan sehrli güc isə onların özlərinə olan inamlarıdır. |
Bu inamı canlı saxlamaq və bəzən tək çatmayan özəlliyi yüksək motivasiya olan xanımlarımızı ilhamlandırmaq isə hər birimizin arzusudur. |
Bəzən kiçik bir toxunuş hər şeyi dəyişə, özünəinamı artıra və əngəlləri aşmağa kömək edə bilər. |
Uğurları ilə dünya tarixində izlər buraxmış Azərbaycan xanımlarının hekayəsinə baxmaq belə motivasiya qazanmaq üçün kifayət edir. |
İlk qadın şairəmiz Məhsəti Gəncəvi, şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundova, 1-ci Dünya Müharibəsi zaman tibbə başçılıq edərək minlərlə əsgəri sağlamlığına qovuşduran Nigar Şıxlinskaya və başqa minlərlə xanımlarımız bu siyahını qürurla genişləndirir. |
Onları unutmamaq, daim onları örnək götürərək öz arzularının arxasınca getməklə bütün qadınlarımız özlərinə uğurlu həyat yolu cıza bilərlər. |
Dünyadakı bütün zəhmətkeş, əməkçi xanımlara həsr olunan 8 Mart - Beynəlxalq Qadınlar Günü xanımlara özlərini daha özəl və dəyərli hiss etdirən bir gündür. |
Bu gün üçün hazırlanan tədbirlər, çəkilən videoçarxlar xanımlara “bir gün yox, hər gün dəyərlisiniz və siz hər şeyin ən yaxşısını bacararsınız”, - mesajını verir. |
Bu video çarxlardan biri də “Soliton”un Qadınlar Gününə özəl hazırladığı çarxdır. |
Onu sizinlə bölüşür, yaxşı izləmələr arzulayır və bütün xanımlara inamlı, güclü, ümidlə dolu olmağı arzu edirik. |
İşığınız heç sönməsin, əziz xanımlar, dünyamızın sizin sehrli toxunuşunuza hər zaman ehtiyacı var. |
Sizi həm təbrik, həm də təqdir edirik! |
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə Dünya İqlim Fondunun prezidenti Yens Nilsson arasında görüş olub. |
Bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. |
Bildirilib ki, görüşdə bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi müzakirə edilib və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. |
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi “Narkotələ-40” adlı əməliyyatlar keçirib. |
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. |
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi fevral ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 40-dan artıq əməliyyat keçirib. |
Nəticədə 52 nəfər və 3 mütəşəkkil dəstənin üzvü saxlanılıb. |
Onlardan 10-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan şəxslərdir. |
Əməliyyatlarla “qara bazar”da dəyəri 5 milyon manat olan 151 kiloqram (heroin, tiryək, marixuana, metamfetamin) narkotik vasitə və 4751 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib. |
İlkin dindirilmə zamanı saxlanılan şəxslərin əksəriyyətinin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri əsasən paytaxt ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub. |
Masallı rayonunda keçirilən əməliyyat zamanı saxlanılan dəstə üzvləri müqavimət göstərərək qaçmağa çalışsalar da, polis əməkdaşlarının sayıqlığı nəticəsində bu cəhdin qarşısı alınıb. |
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. |
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir. |
“Avropa İttifaqının yeni müdafiə strategiyası Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə imkan yaradacaq ki, Aİ-nin vahid ordusuna rəhbərlik etsin”. |
Bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” hesabında paylaşım edib. |
Onun sözlərinə görə, Ursula fon der Lyayen özünü elə məhz silahlı qüvvələrin baş komandanı kimi görür. |
Ursula artıq özünü “Avropanın kraliçası” hesab edirdi, indi silahlı qüvvələrin ali baş komandanı olduğunu düşünür”, - deyə Filippo paylaşımda qeyd edib. |
“O, indicə “Avropa müdafiə proqramı” barədə bəyanat verdi ki, bu da “Aİ icra hakimiyyətinə üzv dövlətlər adından hərbi texnikanın alınmasını təşkil etməyə imkan verir. |
Avropa Komissiyası “bizim adımızdan” hərbi texnika ala biləcək! |
Və təsəvvür edirsiniz ki, Ursula bütün bunları SMS vasitəsilə müzakirə edəcək?! |
Avropa ordusundan özünüzü qoruyun! |
Gəlin milli müstəqilliyi və sülhü seçək!” - deyə Florian Filippo vurğulayıb. |
Rəqəmsal transformasiyanın astanasında bir çox qurum düzgün idarəetmə həllərinin tapılması və tətbiq edilməsində uğurlara imza ata bilmir. |
Əsasən xarici şirkətlərin məhsullarına üz tutan yerli müəssisələr bir müddət sonra bu addımın yanlış olduğunun qərarına gəlirlər. |
Belə ki, tətbiq edilən həllər adətən proseslərə uyğunlaşdırılmır, dəstək xidməti isə lazımi anda yardıma çatmır. |
Artıq 8 ildən çoxdur ki, yerli bazarda fəaliyyət göstərən “Cubics Technology” şirkəti müxtəlif müəssisələri Rəqəmsal Transformasiyaya keçid ilə təmin edir. |
“Cubics” həlləri təklif edilən digər məhsullar ilə müqayisədə çox qabaqcıldır. |
Buna görə də adıçəkilən şirkətin həlləri ilə rəqəmsallığa keçid prosesi daha asan baş verir. |
Gəlin “Cubics Technology” müəssisəsinin üstünlüklərinə nəzər yetirək. |
Hər sistemə uyğun"“Cubics” Rəqəmsal Həlləri fərdi qaydada hər müəssisənin proseslərinə uyğun olaraq hazırlanır və tətbiq edilir. |
Belə olan halda, Rəqəmsal Transformasiyaya keçid asanlaşır. |
Sadə İnterfeys"İnterfeysin sadə olması ümumi effektivliyi artırır, çünki tələb olunan əməliyyatlara minimum vaxt sərf edilir. |
Təhlükəsizlik"" "İdarəetmə sistemi müəssisələr barədə bütün məlumatları özündə topladığı üçün bu tip həllərin təhlükəsizliyi 1 nömrəli prioritetdir. |
Məhz bu səbəbdən “Cubics” adıgedən məsələlərə maksimum diqqət yetirir. |
Belə ki, sistemdə bütün təhlükəsizlik tədbirləri ilə yanaşı istifadəçilərin etibarlı girişi üçün ikimərhələli doğrulama da tətbiq edilir. |
Yerli Dəstək Xidməti"" "“Cubics” Həllərini istifadə edən müəssisələr hər hansı çətinlik yaranmasından qorxmurlar, çünki istənilən zaman bir zənglə dəstək komandası ilə əlaqə saxlaya bilirlər. |
Geniş portfolio""Fəaliyyət göstərdiyi illər ərzində 100-dən çox müəssisə ilə əməkdaşlıq edən və həmin şirkətləri Rəqəmsallığa doğru aparan “Cubics” şirkəti bu gün də müştərilərinin sayını artırmaqdadır. |
Bu, şirkətin etibarlı olmasının göstəricisidir. |
Ətraflı məlumat üçün:https://cubics.technology/ |
“Allah onsuz da mənim cəzamı verib, bundan sonra da veriləcək bütün cəzalara razıyam”. |
Oxu.Az xəbər verir ki, bu sözləri bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirli deyib. |
N.Şakirli bildirib ki, özünü tam təqsirli bilir:"“Sonsuza qədər ürəyimdə bu cəzanı çəkəcəyəm. |
Rəhmətə gedən şəxsi mən öz qardaşımdan ayırmırdım. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.