Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
O qeyd edib ki, Belçika müstəqil dövlət kimi, böyük ölçüdə Rusiyanın sayəsində yaranıb. |
“Belçika böyük ölçüdə Rusiyanın mövqeyi sayəsində dünya xəritəsində müstəqil dövlət kimi peyda olub. |
Amma hazırda bu, artıq əhəmiyyət kəsb etmir”, - deyə dövlət başçısı bildirib. |
Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan İslam Kərəmov qəribə hadisə ilə üzləşib. |
Belə ki, yeddi ildir istilik təhcizatından rəsmi qaydada imtina etsə də, ona 70 manat borc yazılıb. |
Aidiyyəti üzrə narazlığını bildirən vətəndaşa deyilib ki, “qonşunun divarlarından sənin evinə istilik keçir və buna görə də ödəniş etməlisən”. |
Daha ətraflı “ATV Xəbər”in süjetində: |
Şabran-Xaçmaz yolunda avtomobilin aşması nəticəsində xəsarət alanlar var. |
Qəza nəticəsində Xaçmaz rayon sakini, 1964-cü il təvəllüdlü Polaq Qasımov və Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Tural Zeynallı müxtəlif bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. |
Faktla bağlı araşdırma aparılır. |
Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə ünvanında yerləşən çoxmərtəbəli bina 18 ildir ki, sakinlərə təhvil verilmir. |
Hətta onlar iddia edirlər ki, bir mənzil iki-üç nəfərə eyni anda satılıb. |
Hazırda isə binanın aqibəti ilə bağlı yeni qərar verilib, lakin vətəndaşlar mövcud vəziyyətdən narazıdırlar. |
Daha ətraflı “ATV Xəbər”in süjetində: |
ABŞ administrasiyası İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid “Əl-Qüds” xüsusi təyinatlılarına yardımın çatdırılması ilə əlaqədar Çin və Marşal adalarından olan gəmi sahiblərinə qarşı sanksiyalar tətbiq edib. |
Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir. |
Onun sözlərinə görə, ABŞ iki gəmi sahibinə qarşı sanksiyalar tətbiq edib və “Əl-Qüds” qüvvələrinin maraqları naminə malların daşınmasında oynadıqları rola görə iki gəmini qara siyahıya salıb. |
Diplomat bildirib ki, nəqliyyat xidmətlərindən əldə olunan gəlirlər Yəmənin “Ənsar Allah” (husilər - red.) |
hərəkatını maliyyələşdirmək üçün istifadə olunur. |
Böyük Britaniyada ixtisaslaşmış internet saytlarından birində üzərində “Bar8ie” yazısı olan avtomobil qeydiyyat nişanının satışı ilə bağlı elan peyda olub. |
Məlumata görə, qeydiyyat nişanı 1,05 milyon funt sterlinq (təxminən 1,33 milyon dollar) dəyərində qiymətləndirilib. |
Bildirilib ki, nömrə 1967-ci il yanvarın birindən sonra qeydiyyatda olan istənilən avtomobilə quraşdırıla bilər. |
Əgər sövdələşmə baş tutsa, bu, Böyük Britaniyada ən bahalı avtomobil qeydiyyat nişanı olacaq. |
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən meşəlik ərazi baxımsız vəziyyətdədir. |
Belə ki, 70 ildir əkilən şam ağaclarına düzgün qulluq göstərilmədiyindən budaqları qırılıb və çürüyüb. |
Yaxınlıqda yaşayan sakinlər yerli icra orqanlarına müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. |
Daha ətraflı “ATV Xəbər”in süjetində: |
Dadlı yeməklər bişirmək üçün mətbəxin ən vacib tərkib hissəsi duzdur. |
Harvard Universitetinin araşdırmasına görə, çox duz istehlak etmək müxtəlif sağlamlıq risklərinə səbəb ola bilər. |
Mütəxəssislər bildirib ki, orqanizmdən duzu tamamilə çıxartmaq olmaz. |
Əksinə, onu az, miqdarında istifadə etmək lazımdır. |
İstehlak edilən duzun miqdarı hipertoniya ilə sıx bağlıdır. |
Çoxlu duz istehlak etdiyiniz zaman orqanizminiz daha çox su saxlayacaq. |
Bu, qan dövranı sisteminə əhəmiyyətli şəkildə təzyiq göstərəcək və qan təzyiqini artıracaq. |
Duzdan az istifadə etsəniz, qan təzyiqiniz azalacaq. |
Duzdan çox istifadə böyrək daşı yaradır. |
Duz həm də, ürək xəstəlikləri, iflic riskini və baş ağrılarını çoxaldır. |
Gündəlik duz istifadəsini 1 200 milliqrama endirmək ürək xəstəlikləri riskini azaldır. |
1 500 milliqrama endirmək isə şişkinlikləri azaldacaq. |
İşğaldan azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxılması nəzərdə tutulub. |
Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. |
Qeyd edilib ki, bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış məntəqələrinin bərpası və yenidən qurulması ilə bağlı təsdiq olunmuş planlara baxıla bilər. |
Mövzu ilə bağlı danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev hesab edir ki, vətəndaşları da bərpa quruculuq işlərinə cəlb etməklə Qarabağa qayıdışı və bölgənin inkişafını daha da sürətləndirmək olar. |
Millət vəkili bildirib ki, vətəndaşlar işğaldan azad olunmuş ərazilərdə yalnız müasir şəhərsalma qaydalarına uyğun evlər inşa edə biləcəklər. |
Bu, büdcə vəsaitinə qənaət edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. |
Çünki hazırda bölgədə bütün layihələr demək olar ki, dövlət hesabına icra olunur. |
Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı martın 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq. |
Ətraflı “Xəzər Xəbər”in süjetində: |
Müğənnilər - Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasındakı qalmaqal davam edib. |
Oxu.Az xəbər verir ki, Vəfa Şərifova “Instagram”ın hekayə bölümündə Şəbnəm Tovuzlunun ünvanına xoşagəlməz sözlər yazıb:""“Daha bəsdir, bu qədər reklam. |
İllərdir mahnın tutmur, reklamın da yox idi.Ödənişli paylaşımlarından başqa. |
Videoları montaj edən zaman utanmadın, amma zil oxuyanda mənim pərt olacağımı düşündün? |
Gəl və dövranının getdiyini qəbullan”. |
Şəbnəm Tovuzlu isə “Instagram” da video paylaşaraq həmkarını sərt şəkildə tənqid edib:""“Deyirsən ki, indi dövran mənimdir. |
Əslində, dövran heç vaxt sənin olmayıb. |
Nə sənətin, nə danışıq qabiliyyətin var. |
Sən kiməsə reklam vermirsən, sən reklamlı insanlardan yapışırsan. |
Mənə təklif edilən toylardan imtina edəndən sonra sənə deyilir. |
Sadəcə səni efirdə pərt etmək istəmədim. |
Həddini aşma, özünü mələk kimi aparma. |
Əslində, sənin heç bir mahnın tutmur. |
Şəbnəmin hitləri bir ömür ona bəsdir. |
Yerini, danışığını bil, elə etmə önünə keçim. |
“Azərbaycan vətəndaşlarının Rusiyada fəaliyyəti dayandırılmış “QIWI Bank”ın pul cüzdanlarında qalan pullarının aqibəti xarici yurisdiksiya ilə həll olunacaq”. |
“QIWI” pul cüzdanı xarici yurisdiksiyaya aid olduğundan ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması məsələləri də müvafiq yurisdiksiya çərçivəsində tənzimlənir. |
Məlum olduğu kimi, ölkə daxilində elektron pul təşkilatlarının fəaliyyəti və elektron pulun emissiyası ilə bağlı münasibətlər 2023-cü ilin doqquz noyabr tarixində qüvvəyə minmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunu ilə tənzimlənir və həmin qanunda elektron pul cüzdanlarında olan pul vəsaitlərin hüquqi rejimi ilə yanaşı hazırda beynəlxalq təcrübədə tətbiq olunan vəsaitlərin qorunma mexanizminin tətbiqini zəruri edən təhlükəsizlik normaları da yer alıb”, - deyə AMB bildirib. |
Tənzimləyici qurum vurğulayıb ki, Azərbaycanda elektron pul təşkilatları tərəfindən qəbul edilmiş pul vəsaitlərinin ayrıca bank hesabında saxlanılması, müvafiq miqdarda sığortaçıda mülki məsuliyyətinin sığortalanması, zəmanət ilə təmin olunması kimi tədbirlər həyata keçirilə bilər. |
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı fevralın 21-də “QIWI Bank”ın lisenziyasını ləğv etdikdən sonra “QIWI” pul cüzdanları vasitəsilə əməliyyatlar bloklanıb və istifadiçələrin vəsaitlərinin hesabdan çıxarılması dayandırılıb. |
Abadlaşan Xankəndidən yeni görüntülər yayılıb. |
Oxu.Az xəbər verir ki, bu barədə kadrlar “İTV Xəbər”in efirində yayımlanıb. |
Quruculuq işlərinin sürətlə davam etdiyi şəhərdən xüsusi görüntüləri təqdim edirik: |
Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik orqanı olan Əks-inqilab ilə mübarizə təşkilatının (Dövlət Tərəisi vəzifəsində işləmiş Nağı bəy Şeyxzamanlının nəvəsi Belma Keykurun vəfat edib. |
B.Keykurun xərçəng xəstəliyindən dünyasını dəyişib. |
O, müsahibəsində ailəsinin öncə Türkiyəyə, sonra isə ABŞ-yə köç hekayəsindən danışmış, babasının və atasının Azərbaycanın azadlıq mübarizəsində ön sıralar yer aldığından bəhs etmiş və ABŞ-də Azərbaycanın təbliği üçün ailəsinin səylərindən danışmışdı. |
Bakıda, Teymur Elçin küçəsi, Teleteatrın qarşısı, Mehdi Hüseyn küçəsi istiqamətində qazıntı işləri səbəbindən yolda qoyulan məhdudiyyət aradan qaldırılıb. |
Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb. |
Xatırladaq ki, həmin hissədə nəqliyyatın hərəkəti martın 6-da, axşam saatlarında məhdudlaşdırılmışdı. |
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silahlar təhvil götürülüb"Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. |
Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən daha 3 ədəd müxtəlif kalibrli odlu silah təhvil götürülüb. |
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir. |
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Zamir Ağaliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. |
Məhkəmənin hökmü ilə Z.Ağaliyev 16 il müddətinə azadlıqdan məhrum edilib. |
Qeyd edək ki, 2022-ci il aprelin 30-u saat 23 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 1963-cü il təvəllüdlü Gülağa Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. |
Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən qəsəbə sakini, 1993-cü il təvəllüdlü Zamir Ağaliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülağa Əliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. |
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. |
Zamir Ağaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. |
O, məhkəmədə deyib ki, zərərçəkmiş Gülağa Əliyev həm narkotik vasitə istifadəçisi, həm də satıcısı olub. |
Bildirib ki, hadisədən əvvəl zərərçəkmiş şəxs ona yaxınlaşaraq salamlaşıb və:“Əlimdə nəşə və patı var, sən də “srok” görmüş oğlansan, razılaşaq, verim sənə, sat”, - deyib. |
Zamir isə həmin vaxt Gülağaya:“Gələrəm, söhbət edərik”, - deyə cavab verib. |
Dediyinə görə, o, elə həmin vaxt Gülağanı öldürmək fikrinə gəlib. |
Sonra Zamir onunla görüşüb, söhbət edib və xəncərlə zərərçəkmişin ürək və digər nahiyələrinə ümumilikdə 13 zərbə endirib. |
Daha sonra polisə gedərək könüllü təslim olub. |
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi futbol azarkeşlərinə müraciət edib. |
Qurumdan verilən məlumata görə, müraciətdə deyilir:""“Bu gün “Qarabağ” və “Bayer Leverkuzen” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur. |
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb. |
Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunun nəzərə alaraq, ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur”. |
Hindistan Hərbi Dəniz Qüvvələri Ədən körfəzində husilərin hücum etdikləri və üç nəfərin həlak olduğu “True Confidence”dən xilasetmə əməliyyatının videosunu yayıblar. |
Bildirilir ki, yük gəmisinin heyəti dünən raketli hücuma məruz qaldıqdan sonra qəza siqnalı verib. |
O da vurğulanır ki, Barbados bayrağı ilə hərəkət edən “True Confidence” Liberiyaya məxsusdur. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.