id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
1,045,062
15.02.2024 18:25
Kriminal
Adnan Oktar daha 43 il həbs cəzası ala bilər - Həbsxanada etdiyinə görə...
8 min 658 il müddətinə azadlıqdan məhrum edilən Adnan Oktarın həbsxana şəraitində daha bir cinayət törətdiyi iddia olunub. BAKU.WS "haberler.com"a istinadən xəbər verir ki, elə bu səbəbdən A.Oktarın həbs müddətinin 43 il 6 ay müddətinə uzadılması tələb edilib. İddiaya görə, Adnan Oktar qurduğu cinayətkar şəbəkənin fəaliyyətini həbsxana şəraitində davam etdirib. O, xüsusilə vəkilləri və digər təşkilat rəhbərləri Meltem Daban və Ferhunde Eda Babuna vasitəsilə cinayətkar təşkilatı ayada saxlamağa çalışıb, təlimatlarının həbsxana xaricinə yayılmasını təmin edib, özü barəsində ictimai rəy formalaşdırıb və siyasi lobbi dəstəyi almaq üçün digər təşkilat rəhbərlərinə müraciətlər edib. Adnan Oktarın həbsxanada olduğu son 15 gün ərzində 200-ə yaxın vəkillə görüşdüyü, hüquqi yardım adı altında görüşlər keçirdiyi bildirilir. Qeyd edək ki, Adnan Oktar cinayətkar şəbəkə yaratmaq və ona rəhbərlik etmək, cinsi istismar, təhsil haqqına maneçilik, işgəncə, azadlıqdan məhrum etmə və səsyazma kimi müxtəlif cinayətlərdə təqsirli bilinib.
1,045,063
15.02.2024 21:50
Şou-biznes
Gülyanaqdan həyat yoldaşına: "Yaşlandıqca..." - FOTO
Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşı Ziya bəyi doğum günü münasibəti ilə təbrik edib. Musavat.com xəbər verir ki, Gülyanaq Məmmədova həyat yoldaşı ilə fotosunu paylaşaraq "Bir il qocaldın deyə gileylənsən də, şadam ki, bir il də yanımda qocaldın. Yaşlandıqca hər şey daha da yaxşılaşır. Doğum günün mübarək, ömür-gün yoldaşım", - deyə qeyd edib. Musavat.com
1,045,064
15.02.2024 18:50
Son xəbər
İstanbulda məhkəmə binasında törədilən terrorun təlimatını bu qadın veribmiş
İstanbul Ədliyyə Sarayında terror aktının sifarişçisi olduğu iddia edilən mərkəzi komitə üzvü deyilən Fahriye Erdal da daxil olmaqla 4 şübhəli barəsində həbs qərarı çıxarılıb. Musavat.com baku.ws-ə istinadən bildirir ki, fevralın 6-da İstanbul Ədliyyə Sarayı qarşısındakı polis məntəqəsinə edilən terror hücumundan sonra Emrah Yayla və Pınar Birkoç adlı 2 terrorçu öldürülüb. Hücum nəticəsində təsadüfən yoldan keçən Dilfiraz Karataş həyatını itirib, 3-ü polis olmaqla 6 nəfər yaralanıb. İstintaq çərçivəsində nəzarətə alınan 96 şübhəli sağlamlıqları yoxlanıldıqdan sonra İstanbul Ədliyyə Sarayına göndərilib. 96 şübhəlidən 48-i həbs edilərkən, digər 48 şübhəli isə məhkəmə nəzarəti qərarı ilə sərbəst buraxılıb. Ədliyyə naziri Yılmaz Tunç hücumla bağlı aparılan istintaq çərçivəsində həbs edilən şübhəlilərin ümumi sayının 54 olduğunu açıqlayıb. İstintaq çərçivəsində İstanbul Respublika Baş Prokurorluğu hücum əmrini terror təşkilatın mərkəzi komitə üzvləri adlandırılan qaçaq şübhəlilər Fahriye Erdal, Zerrin Sarı, Seher Demir və Musa Aşoğlu tərəfindən verildiyini müəyyən edib və 4 şübhəli barəsində həbs qərarı çıxarıb. Digər tərəfdən, Fahriye Erdal 9 yanvar 1996-cı ildə Leventdə 2 nəfərin öldürüldüyü, ictimaiyyət arasında Sabancı sui-qəsdi kimi tanınan hücumun təşəbbüskarı kimi də tanınır. Silahlı terror təşkilatı DHKP-C-nin rəhbərlərinin verdiyi təlimata uyğun olaraq, Emrah Yayla və Pınar Birkoç silahla ədliyyə binasına daxil olaraq, özləri ilə gətirdikləri materiallarla daha əvvəl məhkəmə qərarı ilə həbs olunan və terror üçün hazır gözləyən Elif Ersoy, Diyar Ersoy, Necla Birkoç və Ercan Güneşin köməyi ilə bəzi məmurları girov götürmək istədikləri bildirilib. Terrorçuların terror təşkilatından məhkum olan Əli Osman Köse və Ercan Kartalın azadlığa buraxılmasını tələb edəcəkləri öyrənilib.
1,045,065
15.02.2024 19:02
Kriminal
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər TUTULDULAR - VİDEO
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmətdə olarkən bir neçə avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə nəzarət-yoxlama qaydasında saxlayıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həmin sürücülərdən bir neçəsinin narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan onlar tibbi müayinədən keçiriliblər. Müayinənin nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. Beləliklə onların barələrində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və məhkəmənin qərarına əsasən Hacı Ömərov və Dəyanət Müslümovun barəsində inzibati qaydada həbs, Murtuz Məmmədov və Vüqar Nəcəfi barəsində isə digər inzibati tənbeh növləri seçilib.
1,045,066
15.02.2024 21:12
Dünya
Tramp: “ABŞ cəhənnəmə sürüklənir”
ABŞ-nin keçmiş prezidenti Donald Tramp ölkənin hazırkı lider Co Bayden administrasiyasının siyasəti ucbatından cəhənnəmə sürükləndiyini bildirib. “Bu gün ölkəmiz cəhənnəmə sürüklənir... ABŞ Bayden vəzifəyə gəlməzdən əvvəl daha güclü, daha zəngin, daha təhlükəsiz və daha inamlı ölkə idi”, - deyə o bildirib. Tramp qeyd edib ki, Bayden administrasiyasının siyasətləri səbəbindən milyonlarla insan ölkəyə axışır. Keçmiş ABŞ lideri indikini ölkə tarixinin ən pis prezidenti adlandırıb. Mənbə: Gazeta.ru
1,045,067
15.02.2024 16:35
Dünya
Belarus müxalifətçilərinin mənzilləri sahiblərinin razılığı olmadan hərraca çıxarıldı
Belarus müxalifətçilərinin daşınmaz əmlakı sahiblərinin razılığı olmadan hərraca çıxarılmağa başlayıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” qəzeti məlumat yayıb. Gələn məlumatlara görə, Belarusun rəhbəri vəzifəsinə keçmiş namizəd Valeri Tsepkalonun mənzili hərraca çıxarılıb. Siyasətçinin həyat yoldaşı qeyd edir ki, bu barədə onlara məlumat verilməyib. Onun sözlərinə görə, Minskdəki yaşayış sahəsi də ona və iki azyaşlı uşağına məxsusdur. Onları evsiz qoymaq qanunsuzluqdur. Bundan əlavə, Tsepkalonun həyat yoldaşı "mənzilin dağıdılması, eləcə də şəxsi əmlakın oğurlanması" ilə bağlı araşdırma aparılmasını tələb edir. Qeyd edək ki Tsepkalonun ailəsi uzun müddətdir Belarusu tərk edib. Lukaşenko keçmiş rəqibini terror fəaliyyətində iştirak edən şəxslərin siyahısına salınıb. Apreldə məhkəmə onu korrupsiya işi üzrə qiyabi olaraq 17 il müddətinə azadlıqdan məhrum edib. İyul ayında prezidentliyə digər keçmiş namizəd Svetlana Tixanovskayanın mənzili hərraca çıxarılıb. O da mühacirət etdi. Tixanovskayanın şəriki Pavel Latuşkonun əmlakına - torpaq sahəsinə, evinə və bank hesablarına həbs qoyulub. Həm Tixanovskaya, həm də Latuşko Belarusda terrorçular siyahısına əlavə edilib. Tixanovskaya qiyabi olaraq 15 il, Latuşko isə 18 il müddətinə azadlıqdan məhrum olunub. Hərracda 2020-ci il seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi hesab edilən Viktor Babarikonun əmlakı da satılır. Keçmiş bankirin avtomobili, qol saatı və optik nişangahı hərraca qoyulub. 2021-ci ildə Viktor Babariko rüşvətxorluqda təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Musavat.com
1,045,068
15.02.2024 19:27
Şou-biznes
“Əlinə pul gələndə həftə ilə yoxa çıxırdı” -VİDEO
Ötən ilin sentyabrın 19-da dünyasını dəyişən müğənni Emil Rəhmanoğlunun anası Ulduz xanımın ARB TV-nin “Günə Son” verilişində müsahibəsi efirə gedib. Ölkə.Az xəbər verir ki, Ulduz xanım oğlu haqqında danışıb. Onun pis vərdişə başlamasını müğənniliklə əlaqələndirib. “Əlinə pul gələndə həftə ilə yoxa çıxırdı, evə gəlmirdi. Artıq evə pul verməməyə başlamışdı. Onda bilirdik ki, pis vərdişi var. Atası onu dəfələrlə müalicə etdirdi, lakin o, düzəlmək istəyəndə köhnə “kruq” onu tapırdı. Hamı onun qazancından istfadə edirdi”, - deyərək ağlayıb. Daha ətraflı video məlumatı təqdim edirik:
1,045,069
15.02.2024 16:41
Siyasət
Rusiya Ermənistanın KTMT-dən çıxacağından narahatdır?-Mixail Qaluzin cavab verdi
“Rusiya Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından KTMT mexanizminə alternativ görmür” Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində danışıb. “Bizə görə, KTMT-də qalmaq və təşkilat daxilində tam hüquqlu məsləhətləşmələrə, müzakirələrə qayıtmaq ilk növbədə Ermənistan xalqının və Ermənistan dövlətinin maraqlarına cavab verir. Obyektiv olaraq, fikrimizcə, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından KTMT mexanizminin görünən alternativi yoxdur. Üstəlik, KTMT-yə üzv ölkələr həmişə İrəvana yardım göstərməyə açıq olub və belə də qalır. Vaxtilə Ermənistana hərbi-texniki xarakterli yardımlar, ixtisaslaşmış kadrların hazırlanması ilə bağlı dəstəklər, Ermənistanla Azərbaycan arasında sərhədyanı rayonlara KTMT-nin monitorinq missiyasının göndərilməsi təklif edilmişdi. Amma təəssüflər olsun ki, həmin mərhələdə bu ideya və təkliflər bəyənilmədi və həyata keçirilmədi. Biz ondan çıxış edirik ki, Cənubi Qafqazın gələcəyi bu regiona aid ölkələr tərəfindən müəyyən edilməlidir. Nə ABŞ, nə Fransa, nə də Aİ ölkələri həmin ölkələrə aid olunmur. Müvafiq olaraq, biz qeyri-regional qüvvələrin, regiona cəlb edilməsini istəmirik. Qərbin maraqları Cənubi Qafqazda Ermənistana Azərbaycanla münasibətləri normallaşdırmağa, davamlı sülh və sabitliyə nail olmaqda kömək etməklə deyil, Rusiyanı bu prosesdən sıxışdırıb çıxarmaq və onun sərhədlərinin bilavasitə yaxınlığında növbəti gərginlik mənbəyi yaratmaqla bağlıdır”,-deyə Rusiya rəsmisi qeyd edib. Musavat.com
1,045,070
15.02.2024 19:49
Dünya
Rişi Sunak: Ermənistanla münaqişəyə son qoymaq üçün tarixi bir şansdır
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoymaq üçün tarixi bir şans olduğunu bəyan edib. Bunu Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdə qalib gəlməsi münasibətilə göndərdiyi təbrik məktubunda yazıb: “Mən, Ermənistanla sülh əldə etmək istiqamətində göstərilən səylər barədə də məlumatlıyam. Bu, münaqişəyə son qoymaq üçün tarixi bir şansdır. Mən davamlı müqavilənin hər iki ölkənin və ümumilikdə bütün regionun rifahı və sabitliyi üçün gətirəcəyi böyük faydaları yüksək qiymətləndirirəm. Davamlı sülhə nail olunmasında hər iki ölkəyə Böyük Britaniyanın davamlı dəstəyini bir daha vurğulayıram”./Report
1,045,071
15.02.2024 16:43
Son xəbər
Əhmədov harada saxlanılır? -Vəkili DANIŞDI
Əhməd Əhmədov hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Bu sözləri Axar.az-a açıqlamasında Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov deyib. O, istintaq getdiyi üçün detalları açıqlaya bilməyəcəyini bildirib. Qeyd edək ki, istintaqı Xətai Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə aparır.
1,045,072
15.02.2024 16:44
Siyasət
Böyük Britaniyanın Baş naziri İlham Əliyevi təbrik edib
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib. Musavat.com-un məlumatına görə təbrikdə deyilir: "Hörmətli Prezident Əliyev. Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səlahiyyətlərinizin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Ötən 30 ildən artıq müddətdə ölkələrimiz arasındakı münasibətlər daha da güclənib. Təkcə son 12 ay ərzində biz Ukraynaya dəstək vermək üçün birgə işləmişik, Londonda strateji dialoqumuzu aparmışıq, minalardan təmizlənmə üzrə təcrübəmizi bölüşmüşük və ticarət əlaqələrimizi qurmağa davam etmişik. 2024-cü il Azərbaycan üçün daha çox əhəmiyyət kəsb edir, çünki siz noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşırsınız. Enerji keçidlərini irəliyə aparmaq və qlobal emissiyaları azaltmaq baxımından bu, həyati əhəmiyyətli bir məqamdır. Məmnuniyyətlə bildirmək istəyirəm ki, biz artıq COP26-nın ev sahibi kimi öz dəstəyimizi və təcrübəmizi təklif edirik. COP29-un uğurla keçirilməsi üçün sizə dəstək verəcəyimizə əmin olar bilərsiniz. Mən, həmçinin Ermənistanla sülh əldə etmək istiqamətində göstərilən səylər barədə də məlumatlıyam. Bu, münaqişəyə son qoymaq üçün tarixi bir şansdır. Mən davamlı müqavilənin hər iki ölkənin və ümumilikdə bütün regionun rifahı və sabitliyi üçün gətirəcəyi böyük faydaları yüksək qiymətləndirirəm. Davamlı sülhə nail olunmasında hər iki ölkəyə Böyük Britaniyanın davamlı dəstəyini bir daha vurğulayıram. Yeni səlahiyyət müddətinizdə Sizə uğurlar arzulayır və tərəfdaşlığımızı daha da möhkəmləndirmək üçün Sizinlə işləməyi səbirsizliklə gözləyirəm".
1,045,073
15.02.2024 16:46
Dünya
Türkiyədən SON DƏQİQƏ açıqlaması: BAŞLAYIRIQ!
Xəbər verdiyimiz kimi, Türkiyənin ABŞ-dan tələb etdiyi 40 blok 70 F-16 döyüş təyyarəsi və 79 təyyarə üçün modernləşdirmə dəstləri tələbi ilə birlikdə minlərlə sursat, proqram və avadanlıqdan ibarət paketin Konqresdə 15 günlük nəzərdən keçirilməsi və etiraz prosesi başa çatıb. Bununla da satış Konqres tərəfindən rəsmən təsdiqlənib. Musavat.com xəbər verir ki, RT Haber proseslə bağlı Türkiyə Müdafiə Nazirliyindəki mənbələrindən məlumat əldə edib. "Türkiyə ABŞ-dan F-16 döyüş təyyarələrinin alınması ilə bağlı müqavilənin icrasına iyun-iyul aylarında başlayacaq. Fevral ayının sonlarına qədər isə Vaşinqton lazımi sənədləri Ankaraya təqdim edəcək" - mənbə bildirib. Musavat.com
1,045,075
15.02.2024 16:45
Dünya
“2024-cü ildə Ermənistan Bakı və Moskvanın güclü təzyiqi altında qalacaq“-ekspert
“Qarabağ əməliyyatı son ana qədər münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışan Azərbaycanla Qərb arasında münasibətlərin soyumasını sürətləndirdi. Bu, Ermənistanla Rusiya arasında münasibətlərin möhtəşəm çatın ortasında olduğu və Aİ-nin Ermənistanla əməkdaşlığını gücləndirdiyi bir vaxta təsadüf edir. Əksinə, Əliyevin etimadı onun iki böyük qonşusu ilə ikili sığorta siyasətindən irəli gəlir: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla sıx ittifaq və Rusiya prezidenti Vladimir Putinlə qarşılıqlı faydalı tərəfdaşlıq. Diqqət öz ölkələrindən daha çox iki liderə - eyni güc və pul dilində danışan insanlar arasındakı şəxsi əlaqələrə yönəlib”. Musavat.com bildirir ki, Karnegi Beynəlxalq Sülh Fondunun analitiki Tom de Vaal fondun saytı üçün yazdığı məqalədə bunları qeyd edib. Ekspert xatırladıb ki, Brüssel və Vaşinqtonda Qərbin köməkliyi ilə aparılan danışıqlar ötən ilin yayından dayandırılıb. O qeyd edib ki, Bakı ilə İrəvan arasındakı sülh prosesi ötən ilin 7 dekabrında Ermənistanın 2024-cü ilin sonunda COP29 iqlim sammitinə ev sahibliyi edəcək Azərbaycana vetosunu ləğv etməsi müqabilində erməni məhbusların azadlığa buraxılması ilə yaxşı nəticələr vermiş ciddi gedişatdır. “Vasitəçilərin olmadığı ikitərəfli sülh prosesinin üstünlüyü var ki, heç bir xarici gündəm və ya eqoizm razılaşmaya mane ola bilməz. Amma erməni tərəfi həm də ehtiyat edir ki, asimmetrik vəziyyətdə Bakı güc tətbiq etməklə hədələyərək, güzəşt tələb edərək öz gündəmini tətbiq edə bilər. Bildirilir ki, razılığa gəlmək üçün üç əsas maneə var. Bunlardan biri Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsidir ki, burada sovet dövrünün müxtəlif dövrlərinə aid çoxsaylı xəritələrdə xətlərin hara çəkilməli olduğu barədə müxtəlif şərhlər verilir”- müəllif daha sonra bildirib. Tomas de Vall iddia edib ki, Azərbaycanın əsas hissəsini onun Türkiyə ilə həmsərhəd Naxçıvan anklavı ilə birləşdirən 43 kilometrlik Ermənistan ərazisindən uzun müddətdir bağlı olan dəhliz və ya tranzit marşrutunun açılması ilə bağlı məsələ olduqca mübahisəlidir. Azərbaycan öz ərazisinin Ermənistandan mümkün qədər az nəzarətə malik olacaq iki hissəsi arasındakı marşrutun yenidən birləşdirilməsində maraqlıdır. Ermənistan strateji əhəmiyyətli cənub sərhəd ərazisinin suverenliyini və təhlükəsizliyini vermək istəmir. İkinci məqamda Qərbin güclü strateji marağı var, hətta üçüncü məqamda - Zəngəzur dəhlizi deyilən məsələdə. Təhlükəsizlik cəbhəsində Azərbaycan təkid edir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) sərhədçiləri dəmir yolu və avtomobil yollarını qoruyur. Onlar 2020-ci ilin noyabrında imzalanmış Ermənistan-Azərbaycan-Rusiya üçtərəfli atəşkəs bəyanatına istinad edirlər ki, bu bəyanatda açıq şəkildə qeyd olunur, baxmayaraq ki, həmin razılaşmanın qalan hissəsi artıq qüvvədən düşüb. Yanvarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir daha bəyan edib ki, sazişin bu hissəsi həyata keçirilməlidir. Ermənistan tərəfi də öz növbəsində Rusiyanın təsirindən, o cümlədən Sovet İttifaqı dağılandan sonra orada yerləşdirilən sərhədçilərdən xilas olmağa çalışır. Əgər ruslar Azərbaycanın istəyi ilə qalsaydı, bu, ciddi strateji zərbə olardı”-ekspert daha sonra vurğulayıb. Ekspert Ermənistandakı ab-havanı belə təsvir edib: “Ermənistanda belə bir fərziyyə var ki, Bakı ilə Moskva arasında Ankaranın razılaşdığı razılaşma var. Bunu dəstəkləmək üçün ən azı ikincil dəlillər var. Ruslar üçün tranzit marşrutuna nəzarət böyük uğur olardı. Rusiya və İranı birləşdirən və onilliklər ərzində ilk dəfə olaraq Fars körfəzinə aparan dəmir yolunun bir hissəsinə nəzarət onlara rəsmi olaraq veriləcək. Bu, Rusiyanın Yaxın Şərqlə əlaqələrini bərpa edə biləcəyi əsas şimal-cənub dəmir yolu marşrutu olacaq, çünki Ukrayna ilə müharibə və Qərblə qarşıdurma uzun müddət davam edəcək”. Tomes de Vaalın proqnozuna görə, narahatedici ssenari ondan ibarətdir ki, Azərbaycan Ermənistanın cənubunda istədiyini almayana qədər sülh sazişi imzalanmayacaq. “Yəni 2024-cü ildə Ermənistan çox güman ki, Bakı və Moskvanın güclü təzyiqi altında qalacaq, onlar müxtəlif üsullardan istifadə edərək nə İrəvanın, nə də Qərb dövlətlərinin razı olmadığı Zəngəzur dəhlizi planını həyata keçirməyə can atacaqlar. Buna görə də yerli zorakılıq hadisələri, məsələn, Nerkin Xand yaxınlığında baş verən insident çox diqqətlə izlənilməlidir. Bu kimi kiçik toqquşmalar yeni münaqişəyə və bütün region üçün ölümcül nəticələrə gətirib çıxara bilər”- ekspert fikirlərini yekunlaşdırıb. E.Paşasoy,Musavat.com
1,045,077
15.02.2024 20:12
Dünya
Rusiya yalnız bu şərtlə Ukrayna ilə sülh danışıqlarına başlayacaq - NATO generalı
NATO Hərbi Komitəsinin keçmiş sədri, istefada olan general Harald Kujat Rusiyanın Ukrayna ilə sülh danışıqlarına hansı şərtlə hazır olacağını açıqlayıb. Sfera.az-ın rus mediasına istinadən məlumatına görə, o, danışıqların Qərbin Kiyevə dəstəyi dayandırmasından sonra mümkün olacağını diqqətə çatdırıb. Kujat Rusiya Prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə dediklərini xatırladıb: "Putin bildirdi ki, Rusiya həmişə danışıqlara hazır olub və indi də hazırdır.Təbii ki, bunun üçün ilkin şərt Ukraynaya hərbi dəstəyin dayandırılmasıdır". Xatırladaq ki, fevralın 6-da jurnalist Taker Karlson Putindən müsahibə alıb. Söhbət zamanı Rusiya lideri bildirib ki, Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyir.
1,045,078
15.02.2024 16:48
Ölkə
Unibank UPOS xidmətini biznes sahibləri üçün komissiyasız etdi
“Unibank”ın POS-terminalı əvəz edən UPOS xidmətinə qoşulmaq indi daha sərfəli olub. Fevralın 15-dən martın 31-dək davam edən kampaniya çərçivəsində UPOS xidmətinə qoşulan sahibkarlar üçün qoşulma haqqı və əməliyyatlar üzrə komissiyalar 0% təşkil edəcək. UPOS ödənişləri mobil telefon vasitəsilə qəbul etmək üçün yaradılan POS-terminal xidmətidir. UPOS-un əsas üstünlükləri: Əlavə POS-terminal cihazına ehtiyac yoxdur; 7/24 onlayn şəkildə qoşulma imkanı; Asanlıqla daşınabilən mobil cihazlardan istifadə edirsiniz; Xidmət haqqı və aylıq ödəniş tələb olunmur. UPOS-a qoşulmaq da çox asandır. Xidmətə istənilən vaxt qoşula bilərsiniz. Telefonunuzdakı UBank Biznes mobil əlavəsinə daxil olaraq, “UPOS” bölümündə ümumi məlumatları daxil edib, ödənişləri qəbul edəcəyiniz hesabı seçirsiniz. Elektron müqaviləni imzaladıqdan sonra sorğu tamamlanır və bankın təsdiqinin ardınca ödənişləri istər öz mobil cihazınızda, istərsə də seçiminizə uyğun digər əməkdaşlarınızın mobil cihazlarından qəbul edə biləcəksiniz. Xidmət haqqında ətraflı bankın saytından (https://unibank.az/az/corporatemenus/585/upos) məlumat almaq olar. Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”, “Sədərək” Biznes Mərkəzi, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar. Unibank - Sənin Bankın!
1,045,079
15.02.2024 16:53
Ölkə
Abşeronda Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibovun anadan olmasının 35-ci il dönümü qeyd edilib
Abşeron rayonunda xalqımızın tarixi qələbə qazandığı Vətən Müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə yüksələn, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülmüş şəhid kəşfiyyatçı kapitan Musibov Veysəl Yadulla oğlunun anadan olmasının 35-ci ildönümü qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və məktəblilər iştirak edib.İştirakçılar Xırdalan şəhərindəkı Şəhidlər Xiyabanına gələrək qəhrəmanımızın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər. Tədbirdə RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli iradəsi və rəhbərliyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı ilə xalqımız döyüş meydanında düşmənə qalib gəldikdən sonra Qarabağa həyat yenidən qayıdıb. İşğaldan azad olunan rayon və kəndlərimizin surətli şəkildə bir-birinin ardınca bərpa olunduğunu, soydaşlarımızın öz yurdlarına geri döndüyünü vurğulayan RİH başçısı fevralın 7-də Qarabağda azad və demokratik Prezident seçkilərinin təhlükəsizlik şəkildə keçirildiyini bildirib. RİH başçısı qeyd edib ki, ilk dəfə olaraq bütöv Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində Möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, o cümlədən ailə üzvlərinin Xankəndidə səs vermələrinin çox böyük əhəmiyyəti vardır. Bu, həm də Qarabağın əsl sahiblərinin kimlər olduğunun sübutu, “Qarabağ Azərbaycandır!” devizinin təzahürüdür. RİH başçısı şəhidlərimizin, qazilərimizin, ümumilikdə ordumuzun sayəsində dədə-baba torpaqlarımıza döndüyümüzü xatırladaraq, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib. Abdin Fərzəliyev bildirib ki, Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibovun həyat və fəaliyyəti yetişməkdə olan gənc nəsil üçün nümunədir və onun həyata keçirdiyi qəhrəmanlıqlar vətənpərvərlik ruhunun aşılanmasında müstəsna əhəmiyyətə malikdir. Daha sonra tədbir qəhrəmanımızın adını daşıyan Xırdalan şəhər Musibov Veysəl adına 5 saylı tam orta məktəbdə davam etdirilib. Burada məktəblilər tərəfindən hazırlanan və şəhidlərimizə, vətənimizə aid şeir və mahnılar təqdim olunub. Şəhid kapitan Veysəl Musibovun anası Səməngül Musibova da öz növbəsində dövlət tərəfindən şəhid ailələrinə yüksək diqqət və qayğının göstərildiyini bildirərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
1,045,080
15.02.2024 16:56
Dünya
“The Guardian”: Qərb alimləri İrana pilotsuz uçan aparatların hazırlanmasında kömək ediblər
“Qərbin aparıcı təhsil ocaqları İrana pilotsuz uçan aparatları hazırlayan ekspertlərin yetişdirilməsində birbaşa iştirak ediblər”. Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb. Qəzet burada İngiltərənin Sauthempton, ABŞ-ın Hyuston və Avstraliyanın Yeni Cənubi Uels Universitetinin adını çəkib. Həmin universitetlərin İranın əsas texnologiya məktəbi sayılan Şərif universiteti ilə əməkdaşlıq etdiyi ortaya çıxıb. Bununla bağlı jurnalistlər PUA-larla bağlı araşdırmalarda iranlılara kömək edən universitetlərə müraciət ediblər. Southempton Universiteti onlara "İran ilə bütün rəsmi və qeyri-rəsmi tədqiqat əməkdaşlığını" dayandırdığını bildirib. Hyuston Universiteti, sözügedən tədqiqatla bağlı heç bir qeydiyyatın aparılmadığını və sözügedən elm adamlarının "hazırda universitetdə işləmədiyini çatdırıb. Yeni Cənubi Uels Universiteti hər şeyi tamamilə inkar edib. Məsələn, onlar tədqiqatın maliyyələşdirilməsində iştirak etmədiklərini bildirdilər. Lakin digər məlumatlar bunun tam əksini göstərir. Musavat.com
1,045,081
15.02.2024 16:57
Ölkə
Bank Respublika mikro kredit kampaniyasının müddətini uzatdı
Ölkəmizdə real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri Bank Respublika, daha öncə sahibkarlar üçün start verdiyi “İkiqat Dəstək” adlı sərfəli mikro kredit kampaniyasının müddətini 1 mart 2024 tarixinədək uzadıb. 2024-cü ildə biznesinizi böyütmək və yeni məqsədlərə çatmaq üçün dəstəyə ehtiyacınız varsa bu kampaniyadan faydalana bilərsiniz. Kampaniya çərçivəsində Bankdan mikro və aqro kredit götürən müştərilərə ikiqat dəstək edilərək həm kredit faizində, həm də komissiyada endirim ediləcəkdir. Belə ki, müştərilər mikro kreditlərdə faiz dərəcəsində min. 20% ENDİRİM, komissiyada min. 24% ENDİRİM əldə etmək imkanı qazanacaq! Kreditin maksimal məbləği - 50.000 manatadək, müddəti - 48 ayadək, illik faiz dərəcəsi isə, min. 10% təşkil edir. Kampaniyanın digər özəllikləri: Zaminsiz və tranşla kredit götürmək imkanı; Təminatdan asılı olaraq kreditin komissiyasız təqdim edilməsi imkanı; Kredit xətti açılması imkanı; 12 ayadək güzəşt müddəti; Sərbəst ödəniş qrafiki; Sığorta tələbi və qiymətləndirmə xərci yox. Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur. Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
1,045,082
15.02.2024 16:57
Ölkə
“Türkiyədə Qərbi Azərbaycan izləri” sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR
“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qərbi Azərbaycan Türklərindən və onların yurd həsrətindən bəhs edən “Türkiyədə Qərbi Azərbaycan izləri” sənədli filmin təqdimat mərasimi keçirilib. “World Business Center”də baş tutan təqdimat mərasimində millət vəkilləri, QHT, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə öncəliklə Azərbaycan himni səsləndirilib, daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natavan Abbaslı ekran işinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Gənclər Fonduna təşəkkürünü bildirib. Birlik sədri filmdən bəhs edib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmriylə gerçəkləşən Qarabağ Zəfəri hər birimizin içindəki Qərbi Azərbaycan atəşini yenidən alovlandırdı. Bizim yenidən Rəvandan Zəngəzura qədər o torpaqlara qayıda biləcəyimiz ümidini oyandırdı ki, xəyalı belə gözəldir. Və biz artıq o xəyalın gerçək olacağına inanırıq. Filmimiz də bu həsrətdən bəhs edir”. Layihə rəhbəri Aqil Ələsgər filmlə bağlı fikirlərini bölüşüb: “Cənab Prezident, Müzəffər Ali Baş Komandanın 30 illik Qarabağ həsrətinə son verməsi Azərbaycan xalqının qələbə ruhunu özünə qaytardı. Bu zəfər bizim üçün digər zəfərlərin də mündəricatı sayıla bilər. Hesab edirik ki, öz dədə-baba torpaqlarımızda qədim Azərbaycan torpaqlarını birləşdirmək, o torpaqlara qayıtmaq bizim ən təbii haqqımızdır. Bu baxımdan İrəvan, Göyçə, Zəngəzur bizim üçün bir xəyal deyil, bir hədəfdir. Hesab edirik ki, filmdə bu yurd həsrəti ilə dünyasını dəyişən, harada olmalarından asılı olmayaraq məzarları qədim Qərbi Azərbaycan torpaqlarına tərəf basdırılan insanların həyatından bəhs edir. Bu filmdə Türkiyədə yaşayan, orada Cümhuriyyətin qurulmasında və inkişafında xidmətləri olan Azərbaycanlılarla bağlı məlumatlara yer vermişik. Onların cəmiyyətdə tanınması üçün bu işi həyata keçirmişik… Çünki bu insanlar həm Qurtuluş savaşında qəhrəmanlıq göstərən, həm də cümhuriyyətin təməllərini Mustafa Kamalla birgə atan insanlardır”. Daha sonra film nümayiş olunub. Nümayişdən sonra ekran işi barədə fikirlər səsləndirilib. Tədbirdə iştirak edən Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov filmlə bağlı təəssüratlarını bölüşüb: “Tarixi faktlara əsaslanan və gələcəkdə Türk dünyasında akademik araşdırma kimi istinad mənbəyi olan bir sənədli filmin nümayişini izlədik. Qürürverici haldır ki, Azərbaycan Gənclər Fondu bu layihənin ərsəyə gəlməsi üçün “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinə maliyyə vəsaiti ayırıb. Sevindirici haldır ki, tamaşaçılar arasında gənclər üstünlük təşkil edir”. Millət vəkili Hikmət Babaoğlu belə bir sənədli filmin ərsəyə gəlməsində layihə rəhbərinə minnətdarlığını ifadə edib: “Allaha şükürlər olsun ki Azərbaycan Prezidenti və dəmir yumruq sayəsində qaçhaqaçdan da, qaçqınlıqdan da qurtulduq, indi köç geri qayıdır. Azərbaycan Prezidenti andiçmə mərasimindəki çıxışında tarixi mesajlar verdi. Cənab Prezident çıxışının sonunda belə bir fikir səsləndirdi ki, bizim ailəmiz türk dünyasıdır. Bu gün Qərbi azərbaycanlılar Türk dünyasının müxtəlif bölgələrinə səpələniblər. Elə iki babamdan biri Qazaxstana sürgün olunub. Sonra 1952-ci ildə kəndimizə qayıdıb”. Millət vəkili Naqif Həmzə filmlə bağlı fikirlərini səsləndirib: “Bu gün həqiqətən də tarixi günlər yaşayırıq. Ard-arda sevindirici xəbərlər alırıq. Bu, da bizim 44 günlük Vətən savaşından sonra qazandığımız zəfərlə əlaqədardır. Zəfər zəfər gətirir. Bu gün artıq Qərbi Azərbaycana getməyin yollarını axtarırıq. Özü də döyüşərək yox, sülh yolu ilə. Aqil Ələsgərə və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin bütün komandasına , Gənclər Fonduna təşəkkürümü bildirirəm ki, Qərbi Azərbaycanlıarın məhz Türkiyədə araşdırılmasına dair belə bir film ərsəyə gətiriblər”. Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı qeyd edib ki, “Belə layihələri maliyyələşdirdiyinə görə Gənclər Fonduna təşəkkürümü bildirirəm. Mən də filmdə sözümü demişəm. Bu mövzu çox önəmli mövzudur. Uzun müddət bu mövzuya müraciət olunmayıb. Prezident İlham Əliyevin Qərbi Azərbaycanlılara ayırdığı diqqətdən sonra Azərbaycanın ictimai, siyasi həyatında araşdırılmalar başlandı və bu mövzuya çox ciddi şəkildə diqqət ayrıldı. Bu faciələr bizim faciəmizdir, bunuunutdurmamalıyıq”. Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqarlı filmin əhəmiyyətini yüksək dəyərləndirib: “Bir filmin ərsəyə gətirilməsi çox böyük əziyyət tələb edir. Biz 30 il ərzində necə ki, hər birimiz Qarabağlı olduq, indi də hər birimiz Qərbi Azərbayacanlıyıq”. Sonda xatirə şəkili çəkilib./Yenicag.az
1,045,083
15.02.2024 16:58
Ölkə
Müstəqil Azərbaycanda dəniz nəqliyyatının dünəni, bu günü və sabahı
Müstəqil Azərbaycanın dəniz nəqliyyatının zəngin tarixinin yazılmasında müasir Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Dəniz nəqliyyatı sahəsinin inkişafında həlledici rol oynayan “Əsrin müqaviləsi”nin imzalanması, Böyük İpək Yolunun bərpası və Birləşmiş Millətlər Təşkilatının dəniz nəqliyyatı sahəsində ixtisaslaşmış agentliyi olan Beynəlxalq Dəniz Təşkilatına üzvlüyümüz məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Əminliklə demək olar ki, iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı sahəsi bu gün yeni inkişaf mərhələsindədir. Belə ki, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin formalaşdırılması dəniz nəqliyyatı ilə daşımalar həyata keçirən şirkətlərin, dəniz limanlarının, habelə gəmilərin inşası, modernləşdirilməsi və təmiri müəssisələrinin fəaliyyətinin intensivləşməsinə, funksionallığının artmasına səbəb olub. Dövlət Dəniz və Liman Agentliyinin yaranma tarixi Dəniz nəqliyyatı sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra orqanı – Dövlət Dəniz Administrasiyası 2006-cı ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb. Sözügedən Sərəncama əsasən, dəniz nəqliyyatı sahəsində aparılan dövlət siyasətinin müəyyən edilməsi, habelə Beynəlxalq Dəniz Təşkilatı, müvafiq sahə üzrə digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrasına nəzarətin həyata keçirilməsi səlahiyyətləri Dövlət Dəniz Administrasiyasına tapşırılıb. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi, 2021-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılıb. Dövlət Dəniz və Liman Agentliyinin keçdiyi inkişaf yolu 1995-ci ildən etibarən Beynəlxalq Dəniz Təşkilatına üzv olan Azərbaycan Respublikası dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulub. 2004-cü ildən Xəzər dənizinin dəniz naviqasiya xəritələrinin, 2007-ci ildən isə Beynəlxalq Hidroqrafiya Təşkilatının standartlarına uyğun olaraq müasir proqram təminatları vasitələri ilə elektron dəniz naviqasiya xəritələrinin hazırlanmasına başlanılıb. 2011-ci ildən Dövlət Dəniz Administrasiyasında Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi (hazırkı Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi) fəaliyyət göstərməyə başlayıb. Sözügedən mərkəz ölkəmizin qoşulduğu “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyanın (SOLAS) tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycanda yaradılıb. Ötən dövr ərzində dənizçilərin hazırlanması və onlara diplomların verilməsi sahəsində həyata keçirilən effektiv fəaliyyətin nəticəsidir ki, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış yoxlamalar zamanı dənizçilərə verilmiş diplom və sertifikatların Avropa İttifaqı tələblərinə uyğunluğunun tanınması haqqında 2011-ci ildə müvafiq qərar qəbul edilib. Dənizçilərin hazırlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də sertifikatlaşdırılması sahəsində fəaliyyət ilk dəfə 2016-cı ildə Beynəlxalq Dəniz Təşkilatının mütəxəssisləri tərəfindən yoxlanılıb, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olması ilə bağlı adı çəkilən təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 96-cı sessiyasında müvafiq qərar qəbul edilib. Bu qərardan sonra həyata keçirilən səmərəli və effektiv fəaliyyətin göstəricisi olaraq Azərbaycan Respublikası Beynəlxalq Dəniz Təşkilatının “Ağ siyahısı”nda yer alıb. Bu isə Dövlət Dəniz və Liman Agentliyinin dənizçilərə verdiyi sertifikat (diplom) və xüsusi hazırlıq şəhadətnamələrini bütün dəniz dövlətlərinin tanımasına səbəb olub. 2017-ci ildə Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Audit Sxeminə əsasən, adı çəkilən təşkilatın Audit Ekspert Qrupunun ölkəmizə səfəri zamanı apardığı yoxlamaların nəticəsində Azərbaycan 174 dünya dəniz dövləti sırasında ən qabaqcıl Avropa ölkələrini geridə qoyaraq statistika üzrə ön sırada yer tutub. 2022-ci ildə Dövlət Dəniz və Liman Agentliyinin dənizçilərin hazırlığı sistemi ikinci dəfə Beynəlxalq Dəniz Təşkilatının audit yoxlamasından uğurla keçib. Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 105-ci sessiyasında qəbul edilmiş qərarla Azərbaycan Respublikası “Ağ siyahı”da yer alıb. Bu isə öz növbəsində Agentliyin dənizçilərə verdiyi diplom və sertifikatların Beynəlxalq Dəniz Təşkilatının üzvü olan 175 dövlət tərəfindən tanınmasına yol açıb. Beynəlxalq müstəvidə əldə olunan nailiyyətlər Azərbaycan 2022-ci ilin sonlarında həyata keçirilməsinə başlanılan və hazırda davam edən Qara dəniz və Xəzər regionu üzrə ikinci layihədə iştirak edən benefisiar ölkələrdən biridir. Qeyd edək ki, bu layihə çərçivəsində Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin təsdiq etdiyi fəaliyyət planı üzrə benefisiar ölkələrə kadr potensialının gücləndirilməsi istiqamətində texniki dəstək göstərilir. Sözügedən sahədə bugünkü münasibətlər sisteminin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Dövlət Dəniz və Liman Agentliyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətlərində böyük uğurlara nail olub. Təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və NATO kimi digər mühüm beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirib. Dövlət Dəniz və Liman Agentliyi öz fəaliyyətində çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, dünya dəniz dövlətləri ilə ikitərəfli münasibətlərə də xüsusi diqqət ayırıb. Belə ki, hesabat dövrü ərzində dəniz nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlıq nəticəsində Türkiyə, İtaliya, Yunanıstan, Polşa, Bolqarıstan, Serbiya, Qazaxıstan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya Haşimilər Krallığı və Koreya Respublikası ilə müvafiq sənədlər imzalanıb. Dövlət Dəniz və Liman Agentliyi Beynəlxalq Mobil Peyk Təşkilatı, Dəniz Naviqasiya Avadanlıqlarına dair Beynəlxalq Təşkilata (hazırkı Dəniz Naviqasiya Avadanlıqları və Mayaklar üzrə Beynəlxalq Assosiasiya) üzv olmaq istiqamətində də məqsədyönlü işlərin icrasına başlayıb. Gəmilərdən havaya atılan tullantıların illik miqdarının 2050-ci ilədək 2008-ci illə müqayisədə ən azı 50% azaldılması istiqamətində Beynəlxalq Dəniz Təşkilatı və Norveç Krallığının təqdim etdiyi “Yaşıl səfər – 2050” layihəsində Azərbaycan yeni pilot ölkə qismində iştirak hüququ qazanıb. Azərbaycan layihəyə 174 üzv dövlət sırasından seçilən 7 ölkədən biridir. Azərbaycan gəmiçiliyi 2024-cü ilin 1 yanvar tarixinə olan məlumata görə, ümumi olaraq Dövlət Dəniz və Liman Agentliyi Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və berbout-çarter reyestrində 500 gəmini qeydiyyata alıb. Qeydiyyata alınan gəmilərin sayı 2003-cü il üzrə göstəricidən 39% çoxdur. 2023-cü il üzrə yalnız Beynəlxalq Dəniz Təşkilatının identifikasiya nömrəsinə sahib və müvafiq kriteriyalara cavab verən 246 gəmi üzrə ümumi tonnaj 817705 GT olub. Bu göstərici bütün dövrlər üzrə Dövlət Dəniz və Liman Agentliyi tərəfindən Beynəlxalq Dəniz Təşkilatına təqdim edilən ümumi tutum hesabatına görə ən yüksək nəticədir. Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və digər xarici sularda üzən gəmilərdə illik orta hesabla 100 yoxlama keçirilib. Azərbaycan Respublikasının 2006-cı ildə qoşulduğu “Beynəlxalq gəmiçiliyin asanlaşdırılması haqqında” Konvensiyanın tələblərindən irəli gələrək 2024-cü il yanvarın 1-dən tətbiq edilməsi məcburi olan “Vahid dənizçilik pəncərəsi” sisteminin 2023-cü ildə demo versiyası hazırlanıb. Azərbaycanda dəniz limanları Ötən 20 il ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişafında müstəsna rolu olan nəqliyyat infrastrukturunun inkişafı, ölkənin tranzit potensialının daha da artırılması istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilib, Azərbaycanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün münbit şərait yaradılıb, tranzit yükdaşımaların həcmi və keyfiyyəti yüksəlib. 2014-cü ildə “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanunu, 2015-ci ildə isə “Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin Aparılması Qaydası” təsdiq edilib. Qərar qəbul edildikdən sonra “Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin Aparılması Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Dəniz Limanları Reyestri yaradılıb. Sözügedən reyestrdə 2016-cı ildə 5, 2022-ci ildə isə 2 dəniz limanı qeydiyyata alınıb. Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikasının sahilboyu ərazilərində fəaliyyət göstərən 21 digər liman infrastrukturuna malik dəniz əməliyyatları obyektləri mövcuddur. Milli kadrların idarəetməsi Son 20 ildə dəniz nəqliyyatı sahəsi üzrə gənclərin və istedadlı milli kadrların irəli çəkilməsi, onların bilik və bacarıqlarının artırılması üçün xaricdə təhsil almaları, yerli və beynəlxalq təlimlərdə iştirak etmələri məsələlərinə də xüsusi önəm verilib. Belə ki, həmin ərzində dəniz nəqliyyatı sahəsində çalışan 10-dan çox gənc Beynəlxalq Dəniz Təşkilatının müvafiq sahə üzrə ixtisaslaşmış təhsil müəssisələri olan Dünya Dənizçilik Universiteti (WMU) və Beynəlxalq Dəniz Hüququ İnstitutunda (IMLI) təhsil alıb. Hazırda sözügedən təhsil ocaqlarında Dövlət Dəniz və Liman Agentliyinin 3 əməkdaşı təhsil alır. Vaxtında atılan mühüm strateji addımlar, əldə olunmuş uğurlar, eyni zamanda planlaşdırılan işlər sübut edir ki, Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat və logistika qovşağına, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində vacib tranzit ölkəyə çevrilib.
1,045,084
15.02.2024 17:00
Ölkə
UNEC-də akademik etika ilə bağlı yeni qərar qəbul edilib
UNEC-də akademik etikanın təmin edilməsi məqsədilə müzakirələr keçirilib. Müzakirələr zamanı UNEC-də hazırda tətbiq edilən antiplagiat proqramının digər antiplagiat proqramları ilə səmərəlilik baxımından müqayisəsi aparılıb. Proqramların müsbət və mənfi tərəfləri təhlil olunduqdan sonra UNEC-dəki antiplagiat sisteminin təkmilləşdirilməsinə, dünyanın aparıcı universitetlərinin də üstünlük verdiyi proqramın tətbiqinə qərar verilib. Həmçinin plagiat hallarının qarşısının alınması, akademik dürüstlük prinsiplərinə əməl olunması məqsədilə tələbələrin və doktorantların UNEC-in təsdiqlədiyi “Təhsilalanların Etik Davranış Kodeksi” barədə maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb.
1,045,085
15.02.2024 17:00
Siyasət
Mark Libbi: COP29 diqqəti Azərbaycana yönəldəcək
Bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) diqqəti Azərbaycana yönəldəcək. Bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib. “Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bu tədbirlə ölkənin, ilk növbədə, maliyyələşdirmə məsələlərinə diqqət yetirəcəyi qənaətindəyəm. Bu, “yaşıl” iqtisadiyyata keçidi necə idarə etdiyinizi nümayiş etdirəcək. Əvvəllər BƏƏ-yə diqqət yetirildiyi kimi, karbohidrogen hasil edən ölkə kimi Azərbaycana da böyük diqqət yetiriləcək. Bundan başqa, Azərbaycanın ölkənin və dünyanın enerji infrastrukturunda öz roluna dair yeni baxışını necə formalaşdıracağına diqqət yönəldiləcək", - o bildirib.\Report
1,045,086
15.02.2024 17:01
İdman
“Qarabağ” azarkeşləri üçün yeni marş hazırlandı
30 ildir nəfis dadı və yüksək keyfiyyəti ilə klassikaya çevrilmiş “Final” çay növbəti dəfə maraqlı layihəyə imza atıb. Ölkəmizi Avropada təmsil edərək mükəmməl nəticələr nümayiş etdirən “Qarabağ”ın rəsmi dəstəkçisi olan adıçəkilən marka, “köhlən atlar”ın azarkeşləri üçün yeni marş hazırladıb. Vətənimizin bütövlüyü uğrunda canından keçmiş, Ağdamın əfsanəsi və “Qarabağ” futbol klubunun baş məşqçisi olmuş Milli Qəhraman Allahverdi Bağırovun adı ilə başlayan marşın hər sətrində milli-mənəvi dəyərlərimizə yer verilib. Dəqiq ritmləri və təntənəsi ilə tribunalarda coşqu yaradacaq bu musiqi əsəri, daşıdığı vətənpərvərlik mesajları ilə ruh yüksəkliyinə səbəb olacaq. Sevilən bəstəkar Turan Manafzadə tərəfindən ərsəyə gətirilən “Finalda qazandıq” marşının musiqisinin emosionallığı ilə vətənpərvər sözləri mükəmməl vəhdət təşkil edir. İlk dəfə Xankəndi şəhərində təşkil edilən “Qarabağ”- MOİK görüşündə səsləndirilən marş azarkeşlər tərəfindən maraqla qarşılanıb.Qeyd edək ki, “Final” çay dekabr ayında Xankəndi şəhərində təşkil edilən ölkə kubokunun ¼ mərhələsinin “Qarabağ”-MOİK qarşılaşması zamanı bütün qonaqları ödənişsiz olaraq çaya qonaq edib. Marşı aşağıdakı keçiddən dinləyə bilərsiniz: https://www.youtube.com/watch?v=nRQNBx7pEY4
1,045,087
15.02.2024 17:05
Ölkə
Ali qurumun Baş katibi Patrisiya Janet: “Azərbaycanın yanındayıq”
Bu sözləri Millətlər Birliyinin (The Commonwealth) baş katibi Patrisiya Janet Skotland tanınmış iş adamı, “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel və Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovu qəbulu zamanı deyib. Görüş Londonda yerləşən Marlboro Hausda (Marlborough House) baş tutub. Baronessa Patrisiya Janet Azərbaycanı dünya və ekologiya üçün əhəmiyyətli olan “COP 29” kimi böyük layihəyə ev sahibi olduğuna görə təbrik edib. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Baş katib Millətlər Birliyinə üzv 56 ölkənin belə böyük və qlobal əhəmiyyətli layihədə Azərbaycanın yanında olduğunu bildirib. O qeyd edib ki, qurum olaraq təmənnasız bütün kadr və imkanlarını xoş arzu və xoş məramla ölkəmizə dəstək üçün səfərbər etməyə hazırdırlar. Patrisiya Janet həmçinin “COP 29”un uğurlu keçməsi üçün bütün dəstəyi verməyə hazır olduqlarını bəyan edib. İş adamı Tahir Gözel Azərbaycanın aqrar sahədə, xüsusilə toxumçuluq sahəsində yüksək sürətlə inkişaf etdiyini və bu sahədəki bilgiləri, təcrübələri 56 ölkə arasında paylaşa biləcəklərini vurğulayıb. O bildirib ki, Azərbaycan Genetika və toxum islatmaq prosesi texnologiyalarında böyük təcrübəyə malikdir və ölkədə bu sahədə kifayət qədər mütəxəssis var. Tahir Gözel bu təcrübədən daha çox Afrikada inkişaf etməkdə olan ölkələrin yararlana biləcəyini vurğulayıb. İş adamı qeyd edib ki, bu ölkələrin inkişafı üçün toxumçuluq, toxum genetikası sahəsindəki ən qabaqcıl yenilikləri, Azərbaycanın nou-hau texnologiyalarını paylaşmağa hazırdırlar. O, bu təcrübəni Birlik ölkələrində də inkişaf etditməyə maraqlı olduqlarını da deyib. Tahir Gözel toxumçuluq təsərrüfatı sahəsində iş birliyi razılaşmasının irəliyə doğru uğurlu addım olduğunu, bu əməkdaşlıq çərçivəsində Azərbaycandan Birlik ölkələrinə dəstək olunacağını vurğulayıb. Birgə əməkdaşlığa dair qarşılıqlı anlaşmadan məmnun qaldıqlarını bildirən iş adamı bu görüşün hər iki tərəf üçün faydalı olduğunu deyib Qeyd edək ki, Millətlər Birliyi 1946-cı ilədək Britaniya Millətlər Birliyi kimi tanınan hökumətlərarası bir qurumdur. Bu təşkilat 56 müstəqil dövlətin bir-birinə dəstək verdiyi, demokratiya və inkişafı hədəfləyən ortaq məqsədlər üzrə əməkdaşlıq etdiyi bir platformadır. Birliyin tərkibi, dünyanın ən zəngin və ən yoxsul, həmçinin ən böyük və ən kiçik ölkələrini əhatə edir, müxtəlif dinlərə və etnik kökənlərə sahib iki milyard insanı bir araya gətirir. Millətlər Birliyinə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının monarxı III Çarlz (Charles Philip Arthur George Mountbatten-Windsor) rəhbərlik edir. Baş katib vəzifəsini isə Aştal Baronessası Patrisiya Janet Skotland (Patricia Janet Scotland, Baroness Scotland of Asthal) icra edir. O, Böyük Britaniya və Dominikanın siyasi və dövlət xadimidir.
1,045,088
15.02.2024 17:17
Son xəbər
Bu nazirlər VƏZİFƏDƏN GEDİR – DETALLAR
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti bu gün istefa verəcək. Belə ki, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisində qalib gələn İlham Əliyev 14 fevral tarixində and içib. Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir. Musavat.com xəbər verir ki, "TV Müsavat"ın baş redaktoru Sevinc Telmanqızı moderatoru olduğu "Canlı Debat" verilişində nazirlərin istefası ilə bağlı məlumatı açıqlayıb. Ətraflı videoda:
1,045,089
15.02.2024 17:15
Son xəbər
Bakı, London və Vaşinqtondan EYNİ GÜNDƏ sərhəddə savaş açıqlamaları - “Ana Xəbər”
İlham Əliyev ilk səfərə gedir Bakı Paşinyana cavab verib ABŞ-dan sərhəd gərginliyinə reaksiya Prezident vətənə xəyanət etdi - Qaribaşvili Sunak: Münaqişəyə son qoymaq üçün tarixi şansdır Əhmədin bıçaqladığı idmançının videosu yayıldı Rus ordusu 500-dən çox hərbçisini itirdi Ərdoğan: Danışıqlara ev sahibliyi edə bilərik Belarus antiterror əməliyyatı rejimi tətbiq edib Belqorodda ölənlərin sayı 9-a çatıb Qərb Rusiyanı bu prosesdən çıxarmaq istəyir Blinken bizim adamdır, fakt var – Putin TV Musavat-ın canlı yayımlanan “Ana Xəbər” buraxılışını aparıcı Emil Salamoğlu təqdim edir. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat
1,045,090
15.02.2024 17:15
Siyasət
Son DƏQİQƏ! Milli Məclisin iclası çağırıldı
Sabah Milli Məclisin növbəti iclası keçiriləcək. Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir. Gündəlikdəki məsələlər açıqlanmasa da yayılan xəbərlərə görə, ölkə Prezidentinin təqdimatı əsasında Baş nazirin təsdiqlənməsi məsələsi müzakirəyə çıxarılacaq. Musavat.com
1,045,091
15.02.2024 17:27
İqtisadiyyat
Azərbaycanda işləyən iki şirkət Misirdə birləşir
Böyük Britaniyanın BP və Birləşmiş Ərəb Əmirliklərinin dövlət şirkəti Abu Dhabi National Oil Co. (ADNOC) Misirdə qaz aktivlərini inkişaf etdirmək üçün yeni birgə müəssisə yaradır.BP-nin bununla bağlı yaydığı açıqlamada qeyd olunur ki, Britaniya şirkəti müştərək müəssisəyə üç mədən konsessiyasındakı (Şoruk, Şimali Damietta və Şimali El Burq) öz payını, həmçinin Misirdə geoloji kəşfiyyat işlərinin aparılmasına dair razılaşmalar verəcək. ADNOC isə proporsional qaydada gələcəkdə birgə müəssisənin inkişafı üçün istifadə ediləcək maliyələşməni təmin edəcək. Şirkətlər 2024-cü ilin ikinci yarısında lazımi normativ təsdiqləri almağı və birgə müəssisənin yaradılmasını başa çatdırmağı gözləyirlər. Musavat.com
1,045,092
15.02.2024 18:00
Dünya
Xərçəngə tutulduğu deyilən Putindən SENSASİON AÇIQLAMA: "Yaxında..."
Rusiyanın paytaxtı Moskvada keçirilən Gələcəyin Texnologiyaları Forumunda çıxış edən ölkə prezidenti Vladimir Putin xərçəngə qarşı peyvənd araşdırmaları haqqında məlumat verib. Musavat.com xəbər verir ki, onun sözlərinə görə, rus alimləri xəstələrin istifadəsinə verilə biləcək xərçəng peyvəndi istehsal etməyə yaxındırlar. "Xərçəng peyvəndi kimi tanınan və immunitet sistemini tənzimləyən yeni nəsil dərmanlar istehsal etməyə yaxınıq. Ümid edirəm ki, tezliklə fərdi müalicə üsulları kimi effektiv istifadə olunacaq” - Rusiya lideri qeyd edib. Putin vurğulayıb ki, Rusiyada xərçəng hadisələrinin nəzarət altına alınması üçün işlər davam etdirilir və 500-dən çox xərçəng klinikası bu mövzuda aktiv şəkildə çalışır. Lakin Rusiya lideri peyvəndin hansı xərçəng növünə qarşı təsirli olduğuna dair heç bir məlumat verməyib. Qeyd edək ki, uzun müddətdir Qərb mediası Rusiya prezidenti Vladimir Putinin mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyini iddia edir. Hətta ingilis nəşrləri ötən illərdə Kremldəki mənbələrinə istinadən Putinin xərçəng müalicəsi çərçivəsində əməliyyat olunduğunu da yazıblar. Lakin Rusiya bu məlumatları təsdiqləmir. Musavat.com
1,045,093
15.02.2024 17:43
İqtisadiyyat
Avrozonada iqtisadi artım proqnozu pisləşdirildi
Avropa Komissiyası (AK) 2024-cü ildə avrozona iqtisadiyyatı üçün artım proqnozunu əvvəllər gözlənilən 1,2 faizdən 0,8 faizə endirib. Avropa İttifaqı üzrə iqtisadi artım proqnozu isə 1,3 faizdən 0,9 faizə endirilib. Musavat.com xəbər verir ki, Avropa Komissiyasının hesablamalarına görə, 2023-cü ildə avrozona və Aİ-nin ÜDM-i hər biri 0,5 faiz artıb. Tənzimləyicinin proqnozuna görə, 2025-ci ildə avrozona iqtisadiyyatının artım tempi 1,5 faizə, Aİ-də isə 1,7 faizə qədər sürətlənəcək. Noyabrda tənzimləyici müvafiq olaraq 1,6 faiz və 1,7 faiz artım proqnozlaşdırmışdı. Komissiyanın icmalına əsasən Avropa iqtisadiyyatında durğunluq əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, xarici tələbin azalması, pul siyasətinin sərtləşdirilməsi, həmçinin 2023-cü ildə fiskal stimullaşdırmanın qismən dayandırılması ilə əlaqələndirilir: "İqtisadiyyat keçən ilin ikinci yarısında texniki tənəzzüldən cüzi şəkildə qaçdı və birinci rübdə onun perspektivləri qeyri-müəyyən olaraq qalır". Eyni zamanda inflyasiya proqnozları ilə bağlı müsbət cəhətlər də var: “Enerji qiymətlərinin kəskin düşməsi inflyasiya təzyiqlərinin geniş yayılmış və gözləniləndən daha kəskin azalmasına səbəb olub. Regional enerji təchizatı tələbi üstələməyə davam etdiyi üçün neft və xüsusilə qaz qiymətləri noyabrda gözlədiyimizdən xeyli aşağıdır". AK qeyd edir ki, Qırmızı dənizdəki vəziyyətlə əlaqədar yükdaşıma xərclərinin artması ilə bağlı kiçik risklərə baxmayaraq, Avropada baza inflyasiyası davamlı olaraq yavaşlamağa davam edir: “Ümumiyyətlə, bu il iqtisadi fəallığın tədricən sürətləndirilməsi üçün şərait qalmaqdadır”. Avropa Komissiyasının proqnozuna görə, bu il avrozonada inflyasiya (HICP indeksi) 2023-cü ildəki 5,4 faizdən 2,7 faizə, 2025-ci ildə isə 2,2 faizə qədər zəifləyəcək. Noyabr ayında 2024 və 2025-ci illər üçün inflyasiya dərəcələri müvafiq olaraq 3,2 faiz və 2,2 faiz səviyyəsində proqnozlaşdırılırdı. AK qlobal ÜDM-in (Aİ istisna olmaqla) 2024-cü ildə 3,3 faiz, 2025-ci ildə isə 3,5 faiz artacağını proqnozlaşdırır. 2023-cü ildə artım tempi, tənzimləyicinin hesablamalarına görə, 3,5 faiz təşkil edib. Komissiyaya görə, Almaniya iqtisadiyyatı bu il 0,3 faiz və gələn il 1,2 faiz, Fransa - 0,9 faiz və 1,3 faiz, İtaliya - 0,7 faiz və 1,2 faiz, İspaniya - 1,7 faiz və 2 faiz artacaq. Musavat.com
1,045,094
15.02.2024 17:47
Yazarlar
İnam və güvən
Fevralın 14-də hamı tərəfindən gözlənilən o möhtəşəm an baş verdi. İlk növbədə, Azərbaycan xalqı və bütün beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin andiçmə mərasiminə şahidlik etdi. Əminəm, biz Prezidentin mərasimdəki çıxışına hələ çox müraciət edəcəyik. Şübhəsiz ki, buna böyük ehtiyac var. Səsləndirilmiş bir çox mesajın mənaları və açıqlamaları yalnız zamanla və müvafiq hadisələr baş verəndən sonra bizim üçün aydın olacaq. İnsanlar ölkəmizin həyatında yaşanmış bu gözəl hadisənin ilhamverici aurasının təsiri altında sabaha yeni və böyük ümidlərlə baxdığı zaman öz xəstə xislətlərinin təsiri altında yata bilməyən siyasətciklər həmin gecə xain və çürümüş içlərini ifşa edən qərəz dolu statuslar yazıblar. Kaş ki, bunların başları dövlətin və cəmiyyətin xeyrinə olan məsələlərdə də bu cür “sürətlə” işləyəydi. Ancaq bu, mümkünsüzdür, çünki bunların arzu və niyyətləri dövlətin, xalqın rifahı deyil, əksinə, cəmiyyətdə nifaq salmaqdır. Odur ki, yaramaz və obyektiv həqiqətdən çox uzaq qərəzli mülahizələri qabaqlamaq üçün dərin məzmunlu bəzi məqamları qısaca vurğulamaqda fayda var. Bu fikirlər politoloq A.Adilin “İnam və güvən” sərlövhəli yazısında yer alıb. Musavat.com məqaləni təqdim edir. Razılaşaq ki, “Prezidentin çıxışı proqram xarakterli olubdur” kimi ifadələrdən istifadə çox kiçik səslənir və orada səsləndirilmiş fikirlər bu ifadəyə sığışmır. Çəkinmədən deyə bilərik ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi təsəvvür etdiyimiz proqramlardan çox-çox üstündür. Proqram xarakterli nitqləri isə dövlət başçısı əsasən hökumətin iclaslarında konkret hədəfləri müəyyən etdiyi zamanı səsləndirir. Prezidentin budəfəki nitqi daha çox öz xalqı ilə üz-üzə edilmiş səmimi söhbətə bənzəyirdi. Milli Məclisin tribunasından çıxış edən Prezident sanki öz xalqına həm hesabat verir, narahatçılıq doğan məqamları səsləndirir və həm də gələcəklə bağlı niyyətlərini qeyd edirdi. Ailə başçısı öz övladları ilə səmimi söhbət edirmiş, onlara nəsihətlər verirmiş kimi sanki böyük bir ailənin üzvləri sevincli günü bir yerdə qeyd edirdilər. Azərbaycan mentallığının gözəlliyi və üstünlüyü budur. Milli birliyin kökündə duran dəyərlər budur. Təsadüfi deyil ki, Prezident andiçmə mərasimi zamanı əlini müqəddəs “Qurani-Şərif”ə basaraq məhz bu sözləri dedi: “Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.” İnsanların diqqətini həqiqətdən uzaqlaşdıran, daha çox əyləncəli şouya bənzəyən və keçirilməsi üçün fantastik maliyyə vəsaitləri ayrılan Qərb ölkələrində təşkil olunan andiçmə mərasimlərindən fərqli olaraq Prezident İlham Əliyevin andiçmə mərasimi yenə də öz təvazökarlığı ilə seçildi. Yalnız mənəvi kasıblıq və düşüncə kasadlığı səbəb ola bilər ki, Prezidentin təvazökarlığının növbəti təzahürü olan bu cür andiçmə mərasimi “gizli mərasim” kimi dəyərləndirilsin. Bəzilərinin özləri üçün örnək hesab etdikləri ABŞ-da təşkil olunan inauqurasiya mərasimlərini xatırlayaq: bir neçə gün davam edən konsertlər, ardı kəsilməyən ziyafətlər, məşhurların libas yarışları, təşkil olunan əyləncələr, televiziya məkanında ardı kəsilməyən bahalı tok-şoular, bahalı hədiyyələr və daha nələr-nələr. Gözə kül üfürmək üçün təşkil olunan bütün bu “parıltıların” tək hədəfi hansısa həqiqətləri gizlətməkdir. Odur ki, Prezidentin bütün bu “şoubazlıq”dan uzaq olan andiçmə mərasiminin “gizli mərasim” adlandırılmasının mənəviyyatsızlıq və siyasi əxlaqsızlıqdan başqa adı yoxdur. Kontrastı daha aydın təsəvvür etmək üçün populist siyasətçilərin mövcud kontekstdəki ritorikalarının klassik vurğularına diqqət yetirək: demaqoq vədlər, ucuz populizm, əsassız iddialar, hamını hamıya qarşı mübarizəyə çağıran şüarlar, total şübhələr və s. Bunların əvəzinə biz cənab Prezidentin nitqində yalnız birlik, həmrəylik və xalqa güvən motivləri eşitdik. Heç birimiz üçün təəccüblü deyil ki, məhz elə bu amillər və cənab Prezidentin bu cür yanaşması düşmənlərimizi daha çox narahat edir. Mövcud konteksti inkişaf etdirərək dövlətimizin başçısının çıxışında əksini tapmış növbəti sözlərə diqqət yetirək: “Bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter daşımırdı, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq”. Bəli, budur cənab Prezidenti fərqləndirən cəhət. Milli Məclisin tribunasından çıxış edən Prezidentin hər bir cümləsi bizə sabaha güvən və inam hissi bəxş edirdi. Zaman və yaşadığımız hadisələr bizə sübut edir ki, dövlətimizin başçısının siyasəti məhz güvən bəxş edən etibarlı siyasətdir. Övlad öz valideyninə güvəndiyi kimi, Azərbaycan xalqı da öz Liderinə güvənir. Bu güvən amili Azərbaycan dövlətinin və xalqının gücüdür. Təsadüfi deyil ki, bütün təxribatçı qüvvələrin demaqogiyalarının hədəfində qeyd etdiyimiz bu önəmli amillə bağlı şübhələrin yaradılmasıdır. Mövcud kontekstdə olduqca əlamətdar məna daşıyan Prezident İlham Əliyevin çıxışından daha iki sitatı diqqətə çatdırmaq yerinə düşər: “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır” və “Bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu gündəlik həyatda görürük”. Dövlət başçısının qeyd olunan fikirlərində iki açar ifadə müəyyən oluna bilər: milli birlik və ideoloji təxribatlar. Azərbaycanla güc dilində danışmağın artıq mümkünsüzlüyünü anlayan Qərb cəmiyyətimizdə mövcud olan milli birliyə məhz ideoloji təxribatlar vasitəsilə zərər vurmağa çalışacaq. Qeyd olunanlar bir daha Prezidentin siyasi dialoqa nə qədər önəm verərək böyük diqqət ayırmasının və əksinə, radikalların niyə bütün vəchlə bu dialoqdan qaçmasının səbəbini bizə aşkar edir. Musavat.com
1,045,095
15.02.2024 20:50
Siyasət
Hakan Fidandan Azərbaycan mesajı: “Ən qısa müddətdə...”
Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada gürcü həmkarı İlya Darçiaşvili ilə görüşündən sonra birgə mətbuat konfransında çıxış edib. Türk nazir həmkarı ilə Abxaziya və Cənubi Osetiya münaqişələrini müzakirə edib. “Bu regionlardakı problemlərin Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin tərəfdarıyıq. Bu gün bu məsələdə qətiyyətli mövqeyimizi bir daha təsdiqlədik. Türkiyənin problemlərin həllinə verə biləcəyi töhfələrdən də danışmaq fürsətimiz oldu”, - Fidan bildirib. Türkiyənin baş diplomatı Darçiaşvili ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinə də toxunub: “Bölgədə ən qısa müddətdə sabitliyə nail olmaq istəyimizi və konstruktiv mövqeyimizi bir daha bəyan etdik”. Qara dənizin təhlükəsizliyinin də müzakirə olunduğunu deyən Hakan Fidan bu məsələnin təkcə əməkdaşlıq sahəsi yox, həm də iki ölkə üçün həyati maraq dairəsi olması fikrinin təsdiqləndiyini vurğulayıb. “Bir daha Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı dəstəyimizi vurğuladıq. Bu müharibəni beynəlxalq hüquq əsasında ədalətli sülh yolu ilə bitirmək üçün nələr edilə biləcəyi barədə fikir mübadiləsi apardıq”, - Hakan Fidan əlavə edib./Teleqraf.com
1,045,096
15.02.2024 17:50
Ölkə
Qızılcadan vəfat edən 14 yaşlı Nurayın yaxınları danışdı: "Uşaq dedi ki, ana, ölürəm..."- FOTO
Bakıda qızılcadan vəfat edən 8-ci sinif şagirdi Nuray İbrahimovanın peyvənd olunmadığı məlum olub. Bu barədə Musavat.com-a Nurayın yaxınları məlumat veriblər. Bildirilir ki, ailədə Nuraydan başqa böyük bacısı və qardaşı da qızılcaya yoluxublar, hazırda qardaşının vəziyyəti ağırdır:"Nurayın babası rəhmətə getdiyinə görə ailə Ağdaşa getməli olub. Ata-anasının başı yas mərasiminə qarışdığına görə, vəziyyəti ağırlaşıb. Uşaq dayanmadan qusub, qızdırma yüksək olub. Nuray özü dilə gəlib deyib ki, ana, çox pisəm, ölürəm. Amma ona əhəmiyyət verməyiblər. Yalnız uşağın qulağından qan gələndən sonra Bakıya modul tipli xəstəxanaya çatdırıblar. Nuray bir gün sonra xəstəxanada komaya düşüb. Axşam saat 8-də isə aparatdan ayırıblar". Yaxınları onu da bildirir ki, uşaqlar heç biri peyvənd olunmayıblar.Nuray İbrahimova Ağdaşda dəfn edilib. Qeyd edək ki, Nuray İbrahimova Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi idi. Afaq Mirayiq,Musavat.com
1,045,097
15.02.2024 18:03
Mədəniyyət
“Muzeydə musiqi” adlı yeni layihə başlayıb
Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə musiqi” adlı yeni layihəyə başlayıb. Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə həyata keçirilən layihənin hər bir mərhələsi musiqi və təsviri sənətin müəyyən epoxasına həsr olunacaq. Tamaşaçılar konsertdə musiqi dinləməklə yanaşı, həm də həmin dövrün sənət əsərləri ilə onları yaxından tanış edəcək tematik ekskursiyada iştirak etmək kimi unikal imkan əldə edəcəklər. Nəticədə isə bu və digər epoxanın mədəniyyəti ayrılmaz vəhdətdə qavranılacaq. Ölkəmizin aparıcı musiqi ocaqları ilə əmakdaşlıq əsasında hər ay yeni proqram tərtib olunacaq. Tamaşaçılara həm dünya klassik musiqisindən, həm Azərbaycan bəstəkarlarının yaradıcılığından əsərlər, həm də milli, caz, etnik musiqi təqdim ediləcək. Layihə çərçivəsində görkəmli alman bəstəkarı İ.S.Baxa həsr olunmuş “Siz Baxı sevirsinizmi?” adlı ilk konsert 14 fevralda təqdim olunub.Tamaşaçılar qarşısında Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu, Səidə Tağızadənin solistliyi ilə Bakı Kamera Orkestri çıxış edib. Konsert “PAŞA Holding”in dəstəyi ilə keçirilib.
1,045,098
15.02.2024 18:04
Siyasət
Adil Əliyev: Prezident İlham Əliyev dövlətimizin gələcək perspektivlərini müəyyən etdi
Dünən ölkəmizdə yeni dövrün başlanğıcının əsası qoyuldu. Prezident İlham Əliyev Azərbaycan xalqının yekdil səsini toplayaraq növbəti dəfə dövlətimizin başçısı seçilmişdir. Dövlət başçısı 14 fevral tarixində and içərək öz vəzifə səlahiyyətlərinin icrasına başladı. Konstitusiyaya əsasən əlini ali qanunverici aktın üzərinə və milli-mənəvi dəyərlərimizə uyğun olaraq “Qurani-Şərifə” and içən dövlət başçımız növbəti tarixi və taleyüklü missiyanın icrasını üzərinə götürdü. Andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyev həm də qarşıdakı dövlət siyasətimizin əsas kontorlarını səsləndirdi və növbəti illərdə ölkəmizi gözləyən məsələlərə, həlli vacib olan prosesslərə diqqət çəkdi. Dövlət başçısı onu yenidən Azərbaycan Prezidenti seçmiş xalqımıza – hər birimizə minnətdarlığını bildirdi, məhz andiçmə mərasimindəki nitq cənab İlham Əliyevin həm uğurlu 20 illinin hesabatı, həm də ki, qarşıdakı illərdə hədəflərimizə fokuslanmışdır. Dövlət başçısı ilk olaraq rəhbərlik etdiyi Rəşadətli Azərbaycan ordusu tərəfindən həyata keçirilən və 44 gün davam edən Vətən müharibəsinə toxunaraq, şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad etdi. Məhz 2020-ci ilin 27 sentyabr tarixində başlamış və 44 gün davam edən Zəfər yürüşümüz ərazi bütövlüyümüzün bərpa olunması, eləcə də, Ermənistanın məğlub olaraq kapitulyasiya aktına imza atması ilə yekunlaşdı. Ermənistan 30 il kimi uzun müddət ərzində torpaqlarımızı işğal altında saxlamaqla münaqişənin unudulması, həllinin tarixə qovuşması arzusunda idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev dünənki çıxışında bir daha elan etdi ki, müharibəsiz münaqişənin həlli imkanı var idi. Azərbaycan dəfələrlə sülh yolu ilə Ermənistandan tarixi torpaqlarımızdan çıxmağı tələb etməsinə baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkməmiş, əksinə təxribatlara davam etmişdir. Düşmən ölkə ilə bərabər, bu ölkəyə dəstək verən xarici qüvvələr, münaqişənin həlli üçün mandat almış ölkələr sülhə dair heç bir addım atmamışlar. Yalnız ölkəmiz tərəfindən həyata keçirilən sülhə məcburetmə tədbirləri nəticəsində Ermənistan ordusunun üzərində tarixi qələbə qazanılmış, düşmən döyüş meydanından qaçmağa məcbur olmuş və sonda kapitulyasiya aktını imzalamışdır. Təəssüf ki, Ermənistan imza atdığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəliklərin bir qismini sonradan icra etməmiş, əksinə mütəmadi təxribatlar törətməklə ölkəmiz tərəfindən 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatlarını qacınılmaz etmişdir. Nəticədə Azərbaycan ordusu yüksək peşəkarlıqla 23 saat ərzində düşməni məhv edərək, sıradan çıxarmış, seperatçılar təslim almaqla ölkəmizin suverenliyi bərqərar olunub. Məhz xalqımıza tarixi Zəfər bəxş etmiş Prezident İlham Əliyevin tarixi missiyasını xalqımız yüksək dəyərləndirdi. İlk dəfə bütöv Azərbaycan ərazisində keçirilən seçkilərdə öz Liderinə ən yüksək etimadi nümayiş etdirərək, dəstəklədi və onu yenidən dövlət başçısı seçdi. Prezident İlham Əliyevin seçkidə ailəsi ilə birlikdə Xankəndi şəhərində səs verməsi isə dünyaya vahid və anlamlı mesaj idi. Məhz vaxtı ilə xalqımıza qarşı amansız işgəncələrin, repressiyaların, soyqırımın hazırlandığı Xankəndi şəhəri bütün tarixi torpaqlarımız kimi düşmən işğalından birdəfəlik azad olunduğunu və torpağın əsl sahiblərinin geri dönməsi bir daha dünyaya nümayişi olundu. Prezident İlham Əliyevin təbilincə desək “Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi” Dövlət başçısının andiçmə mərasimindəki nitqində xüsusilə vurğuladığı bir neçə məqam var idi. Birincisi, şəhid ailələri və qazilərin qayğılarına diqqət çəkərək, bu vaxta qədər 14 800 şəhid ailəsinin və qazinin evlə təmin olunmasını qeyd etdi. Habelə, bu il və gələn ildə bu prosesslərin davam edəcəyini bildirməklə, qəhrəmanlarımızın ailələrinə göstərilən diqqətin təzahürü idi. İkincisi, ordumuzun peşəkarlığına toxunan dövlət başçısı bu gün Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində olduğundan daha güclü olmasına diqqət çəkərək, rəsmi Bakının istənilən vəziyyətə hazır olmasını bildirdi. Dünyanın gözünün Cənubi Qafqazda olduğu bir məqamda Azərbaycanın qətiyyətli mövqeyini göstərirdi. Eləcə də, ordumuzun silah arsenalının zənginləşməsindən, hərbi qulluqçuların peşəkarlığının artırılmasına diqqət çəkən Müzəffər Ali Baş Komandan “Komando” briqadalarından bəhs etdi. Məhz Xüsusi təyinatlı birliklərinin sayının artması və bu prosesin uğurla və sürətlə davam etməsinin önəmini vurğuladı. Üçünçüsü, Ordu ilə bərabər Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidən qurma işlərindən bəhs edərək, yeni infrastrukturun yaradılmasından, şəhərlərin, kəndlərin salınmasından və uzun illər Vətən həsrəti çəkmiş həmyerlilərimizin evə dönüşündən, “Böyük Qayıdış” missiyasından bəhs etdi. Quruculuq işlərinin bu ildə böyük uğurla davam etməsinə diqqət çəkərək, işğaldan azad olunmuş ərazilərə həyatın döndüyünü bildirdi. Dördüncüsü, dövlət başçısı nitqində tranzit sahəsinin inkişafı ilə bağlı məsələrin vacibliyini qeyd edərək, bu gün ölkəmizin Şimaldan-Cənuba, Şərqdən-Qərbə daşımaların əsas ünvanına çevrildiyini, məhz nəqliyyat infrasturukunun önəminə diqqət çəkdi, bu məsələlərin vacibliyindən bəhs etdi. Ölkəmizin tranzit əlaqələri, nefti, qazı dünyada sözümüzün daha da keçərli olmasına xidmət edən vasitələrdir. Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətdə söz sahibi olan dövlətlərdən biridir, məhz “COP-29” kimi mühüm tədbirin keçirilməsinin ölkəmizə həvalə olunması sözügedən halın sübutudur. Eləcə də, ölkəmizin Qoşulmama Hərəkatı kimi dünyanın ən böyük ikinci təşkilatına rəhbərlik etməsi və Hərəkatın Parlament Şəbəkəsinin yaradılması, Hərəkatın fəaliyyətinə verdiyi ən mühüm töhfələrdən biridir. Türk Dövlətləri Təşkilatları çərcivəsində qardaş dövlətlər arasında həm ikitərəfli həm də çoxtərəfli əlaqələrin genişlənməsi, münasibətlərin daha da dərinləşməsi istiqamətində addımlar atan Azərbaycan həm ikirətəfli həm də çoxtərəfli münasibətlərə töhfə verir. Bu əməkdaşlıqlar məhz dövlətlərimizin qüdrətlənməsinə xidmət edir. Bizim türk dövlətləri ilə münasibətlər prioritet təşkil edir, dövlət başçısının təbilincə desək elə Bizim ailəmiz Türk dünyasıdır. Azərbaycan bütün beynəlxalq təşkilatlarla eləcə də, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində münasibətlərini müsəlman ölkələri ilə dostluğa, qardaşlığa əsaslanaraq qurub. Rəsmi Bakıya hər zaman bu təşkilatlar tərəfindən diqqətlə yanaşılır, münasibətlərin inkişafına xüsusi önəm verilir. Bu gün dövlətimiz güclüdür, qüdrətlidir, xalq-dövlət birliyi tarixin ən yüksək səviyyəsindədir. Xalqımız Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı altında birləşib, bütün maneələrin qarşısını almağa hazırıq və tariximizin ən qüdrətli dövrünə şahidlik edirik. Qarşıdakı illərdə ölkəmiz üçün vacib olan siyasi kontorlar müəyyənləşib və əminik ki, dövlətimizin nüfuzu, qüdrəti hər keçən il daha da artacaqdır. Adil Əliyev,Milli Məclisin sədr müavini
1,045,099
15.02.2024 18:23
Ölkə
Milli Məclisin sabahkı plenar iclasının gündəliyi açıqlanıb
Milli Məclisin sabahkı plenar iclasının gündəliyi açıqlanıb. Musavat.com xəbər verir ki, fevralın 16-da keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 2. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 5. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 6. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
1,045,100
15.02.2024 18:25
Siyasət
BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib
Fevralın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib, Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bir daha vurğulayıb və yüksək səviyyədə həyata keçirilən təmasların əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verdiyini bildirərək Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin bu ilin yanvarında ölkəmizə rəsmi səfərinin əhəmiyyətini qeyd ediblər. Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini COP28-in uğurla keçirilməsi münasibətilə təbrik edib və eyni zamanda COP29-un Azərbaycanda keçirilməsi üçün göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Telefon söhbəti zamanı əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.
1,045,101
15.02.2024 18:37
Astrologiya
Bu tarixdə həyatınız TAMAMİLƏ DƏYİŞƏ BİLƏR
Bu həftə "Dolça ziyafəti" olacağını söyləyə biləcəyimiz bir tarix var. Bu tarix fevralın 17-dir. Fevralın 17-dən etibarən həyata baxışımız daha da dəyişə bilər. Musavat.com bu barədə CNN Türk-ə istinadən xəbər verir. Əlavə edilib ki, daha bir mühüm tarix 19 fevraldır. Bu tarixdə Günəş Balıq bürcünə keçəcək, amma "Dolça ziyafəti" də paralel olaraq fevralın 24-nə kimi davam edəcək. Fevralın 24-də isə "Bütöv Ay" hadisəsi baş verəcək. Yazıda qeyd edilir ki, martın 25-i və aprelin 8-də biz ardıcıl olaraq tutulmalarla qarşılaşacağıq və bu, həyatımızı çox dəyişəcək. Bəs "Dolça ziyafəti" astroloji baxımdan nə deməkdir? "Qeyd edilən tarixdə bərabərlik və azadlıq ideyası hakim olacaq. Daha fərqli olacağıq, qəlibləri qıracağıq. Biz ilk növbədə daha cəsarətli və qorxmaz olacağıq. Lakin diqqətli olun, çünki üsyankar bir münasibət sərgiləyə bilərik. Bu müddət ərzində fərqli və bənzərsiz dostluqlar qura bilərik. Hər şeydən əvvəl əlaqələrdə həyəcan axtaracağıq. Öz üslubunu ortaya qoyan və fərq yaradan insanlar diqqətimizi daha çox çəkə bilər. Bu müddət ərzində heç kəsi mühakimə etməmək, heç kimi dəyişdirməyə çalışmamaq tövsiyə olunur. Bu günlərdə hər kəsin müstəqillik hissi güclü olacaq", - deyə məqalədə bildirilib. Musavat.com
1,045,105
15.02.2024 19:10
Analitika
Bakının hərbi mesajı İrəvanda xof yaradıb: "Dəmir yumruq" bir sərt zərbə ilə məkrli planı pozdu
Hətta erməni hərbi ekspertlər belə, etiraf edirlər ki, Ermənistanın Hindistan, Fransa və digər ölkələrdən aldığı silah-sursat və hərbi texnika müasir keyfiyyət standartlarından çox-çox geri qalır, növbəti savaşda onlar heç bir işə yaramayacaq... Azərbaycanın sahib olduğu "Dəmir Yumruq" isə müasir tələblərə tamamilə uyğun gəldiyini artıq birmənalı şəkildə təsdiqləyib, üstəlik, rəsmi Bakı son vaxtlar onu ən müasir hərbi texnika ilə daha da gücləndirib... Ermənistanın Azərbaycana qarşı törətdiyi sərhəd təxribatı Cənubi Qafqazda hərbi-siyasi gərginliyi son həddə çatdırıb. Rəsmi İrəvan bu hərbi təxribatla əslində, məhz Cənubi Qafqazda regional sülh prosesinə birbaşa atəş açmış oldu. Ona görə də, indi regionda savaş riski növbəti dəfə ən aktual reallığa çevrilməyə başlayıb. Və hazırda yaranmış vəziyyətin bütün hərbi-siyasi məsuliyyəti məhz silahlı təxribatı törətmiş Ermənistanın üzərinə düşür. Ancaq nə qədər qəribə də olsa, rəsmi İrəvan Ermənistanın məsuliyyətini qəbul etmək niyyətindən çox-çox uzaqdır. Paşinyan hakimiyyəti öz hərbi təxribatına dolayısı ilə haqq qazandırmağa və günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir. Hər halda, rəsmi İrəvanın son açıqlamaları və davranışları belə düşünməyə tamamilə əsas verir. Və buna əmin olmaq üçün Ermənistan baş naziri Nikol Paşinyanın son hadisələrə münasibətinə diqqət yetirmək tamamilə kifayətdir. Məsələ ondadır ki, erməni baş nazir Ermənistanın müdafiə nazirinin atəşkəsi pozmamaq, təxribatlara uymamaq üçün göstəriş olduğunu bildirib. Onun dediyinə görə, əgər, nizam-intizam pozulubsa, bunun araşdırması və nəticəsi olacaq. Erməni baş nazir iddia edir ki, buna baxmayaraq, Azərbaycan araşdırmaların nəticələrini gözləmədən güclü cavab atəşı ilə reaksiya verib. Yenə də absurd və məntiqsiz erməni yanaşma tərzi açıq-aşkar müşahidə olunur. Birincisi, Ermənistanın müdafiə naziri atəşkəs kobud şəkildə pozulduqdan sonra hansısa göstərişlər vermiş olması heç nəyi dəyişmir. Üstəlik, həmin göstərişdə məhz birtərəfli qaydada təxribatı törətmiş erməni hərbçilərə "təxribatlara uymamaq barədə tələb"in özü absurd xarakter daşıyır. Və Azərbaycanın dolayısı ilə ittiham edilməsi isə ümumiyyətlə, heç bir məntiqlə izah edilə bilməz. Baş nazir Nikol Paşinyan deyəsən, çox sadə bir reallığı anlamır ki, erməni nazirlərin göstərişləri yalnız Ermənistan ərazisində keçərli ola bilər. Halbuki, Ermənistanda Paşinyan hakimiyyətinin verdiyi qərarların keçərli olub-olmadığı da hazırda kifayət qədər ciddi şübhələr doğurur. Azərbaycan isə Ermənistan müdafiə nazirinin göstərişinin hansı səviyyədə icra olunduğunu müşahidə edərək, onun nəticələrini gözləmək məcburiyyətində deyil. Rəsmi Bakı üçün yalnız bir hərbi reallıq önəm daşıyır. Azərbaycan ərazisinə başqa ölkədən atəş açılıb və ona mütləq uyğun reaksiya vermək lazımdır. Azərbaycan da məhz bu hüququndan istifadə edib. İndi rəsmi İrəvan Ermənistanın törətdiyi hərbi təxribatı, onun qaçılmaz nəticələrini bundan sonra da istədiyi qədər araşdırmaqda davam edə bilər. Ancaq buna baxmayaraq, hərbi təxribat məhz Ermənistan tərəfindən törədilsə də, baş nazir Nikol Paşinyan buna görə üzr istəyib, günahkarları cəzalandırmaq əvəzinə, Azərbaycanın reaksiyasını yenə də bəsit "erməni məntiqi" ilə izah etməyə çalışır. Erməni baş nazirin fikrincə, "hadisələrin təsviri" guya Azərbaycanın niyyətlərinin dəyişməz qaldığını göstərirmiş. Rəsmi Bakı guya Ermənistana qarşı hərbi zorakılıq siyasəti yürüdürmüş: "Bizdə belə bir təəssürat yaranır ki, Azərbaycan sərhədlərin sabitliyini və təhlükəsizliyini təmin etməkdə maraqlı deyil". Göründüyü kimi, baş nazir Nikol Paşinyan hər şeyi yalnız ermənicə təqdim etməyə çalışır. Birincisi, erməni baş nazir ilk atəşin məhz Ermənistan tərəfindən açılmasının üzərindən keçir. Azərbaycanın hərbi təxribata reaksiya vermək hüququnu Ermənistana qarşı hərbi zorakılıq kimi izah edir. Yəni, erməni baş nazir nəyə görəsə, hesab edir ki, Ermənistan Azərbaycana qarşı hərbi təxribat törətməkdə sərbəstdir. Ancaq Azərbaycanın Ermənistan tərəfindən törədilən hərbi cinayətə reaksiya verməsi hərbi zorakılıq siyasətidir. Baş nazir Nikol Paşinyan hələ də anlamır və yaxud da anlamaq istəmir ki, Azərbaycanın Ermənistana verdiyi reaksiya məhz rəsmi Bakının sərhədlərin sabitliyini və təhlükəsizliyini təmin etmək məqsədi güdür. Rəsmi Bakı tam dəqiqliyi ilə bilir ki, əgər, Ermənistanın hərbi təxribatlarına dərhal sərt reaksiya verilməzsə, qarşı tərəf sərhəd bölgəsində silahlı insidentlərin davam etdirilməsini özü üçün vərdişə çevirə bilər. Və rəsmi Bakı Ermənistana belə təxribatçı "vərdişlər" üçün şans tanımaq niyyətində deyil. Baş nazir Nikol Paşinyan iddia edir ki, Azərbaycan “Mənə istədiyimi danışıq yolu ilə ver, əks halda, onu müharibə yolu ilə götürəcəm” siyasətini davam etdirir. Erməni baş nazir unudur ki, Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır. Rəsmi İrəvan həmin kəndləri öz həqiqi sahibinə - Azərbaycana mütləq qaytarmalıdır. Rəsmi Bakı belə problemlərin məhz danışıqlar yolu ilə həll edilməsinə tərəfdardır. Ancaq rəsmi İrəvan danışıqları qəlizləşdirirsə, Azərbaycanın ərazilərini geri qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmağa çalışırsa, deməli, bunun hərbi nəticələrinə də hazır olmalıdır. Və rəsmi Bakı haqlı olaraq, Azərbaycan ərazilərini Ermənistanın nəzarətində buraxmaq fikrində deyil. Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan öz ənənəvi qeyri-kostruktiv mövqeyinə hələ də sadiqdir. Paşinyan hakimiyyəti ABŞ, Avropa Birliyi və Fransanın Ermənistana verdiyi dəstəyə ümid bəsləyir. Rəsmi İrəvan hesab edir ki, Ermənistanın beynəlxalq himayədarları Azərbaycan ilə növbəti hərbi münaqişədən xilas edə biləcək. Halbuki, bu, Ermənistan üçün ən təhlükəli seçim variantları sırasına daxildir. Çünki ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı müdafiə etməyə həvəs göstərməyəcək. Və hətta buna heç imkan da tapmayacaq. Digər tərəfdən, Ermənistanın aldığı silahlar da növbəti hərbi münaqişədə işə yaramayacaq. Hətta erməni hərbi ekspertlər belə, etiraf edirlər ki, Ermənistanın Hindistan, Fransa və digər ölkələrdən aldığı silah, sursat və hərbi texnikalar müasir keyfiyyət standartlarından çox-çox geri qalır. Azərbaycanın sahib olduğu "Dəmir Yumruq" isə müasir tələblərə tamamilə uyğun gəldiyini artıq birmənalı şəkildə təsdiqləyib. Üstəlik, son vaxtlar rəsmi Bakı "Dəmir Yumruğu" ən müasir hərbi texnika ilə daha da gücləndirib. Və bu səbəbdən, rəsmi İrəvan Azərbaycanın son hərbi mesajından doğru nəticələr çıxarmağa çalışsa, Ermənistan üçün daha təhlükəsiz situasiya yarana bilər. Elçin XALİDBƏYLİ, Siyasi ekspert, "Yeni Müsavat" Media Qrupu
1,045,108
15.02.2024 18:46
Siyasət
Slovakiya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Slovakiya Prezidenti Zuzana Çaputova Azərbaycan Prezidenti İlham Əliyevə seçkilərdə qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib. "Report" xəbər verir ki, məktubda Zuzana Çaputova Prezident vəzifəsinə seçilməsi münasibətilə dövlətimizin başçısını Slovakiya vətəndaşları adından və şəxsən öz adından təbrik etdiyini bildirib. Slovakiya Prezidenti müasir dünyanın bir sıra çağırışlarla üzləşdiyini qeyd edərək, həll yollarının qarşılıqlı əməkdaşlıq, dialoq, çoxtərəflilik və beynəlxalq hüququn prinsiplərinə, o cümlədən suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında tapılmasının önəmini vurğulayıb. Slovakiya ilə Azərbaycan arasında uzunmüddətli dostluq əlaqələrinin mövcud olduğunu bildirən Prezident Zuzana Çaputova qarşılıqlı olaraq səfirliklərin açılması sayəsində ölkələrimizin əməkdaşlığının daha da dərinləşəcəyini qeyd edib. Prezident Zuzana Çaputova Prezident İlham Əliyevə möhkəm cansağlığı və vəzifəsinin icrasında uğurlar, Azərbaycan vətəndaşlarına sülh, firavanlıq arzulayıb.
1,045,120
15.02.2024 19:15
Kriminal
DİN və Penitensiar xidmət birgə əməliyyat keçirdi
Fevralın 15-də Ədliyyə Nazirliyi Penitensiar xidməti əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Elşən Zeynəddin oğlu Orucova məxsus bir ədəd “Kalaşnikov” markalı avtomat silah və 1 ədəd həmin silaha aid daraq Balakən rayonu Mahamalar kəndi ərazisində aşkar edilərək götürülüb. Bu barədə Musavat.com-a Penitensiar xidmətdən bildirilib. Faktla bağlı araşdırma aparılır.
1,045,145
15.02.2024 19:22
Ölkə
Bakıda mühüm konfrans - Abdullah Ağar çıxış edəcək
Sabah Bakıda "Qlobal sistemin dəyişməsi, güc mübarizələri və Cənubi Qafqaz" mövzusunda konfrans keçiriləcək. Musavat.com xəbər verir ki, Türkiyənin tanınmış hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar konfransda çıxış edəcək. Tədbir 16 fevral saat 14:30-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) konfrans zalında baş tutacaq.
1,045,153
15.02.2024 19:26
Dünya
ABŞ dənizçiləri İranın husilərə göndərdiyi silahları ələ keçirib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Ərəb dənizində Yəmən husilərinin Ənsar Allah hərəkatına gedən İran silah yükünün ələ keçirildiyini açıqlayıb. Musavat.com xəbər verir ki, bu barədə məlumat qurumun X sosial şəbəkəsindəki səhifəsində dərc olunub. Məlumatda qeyd olunur ki, ABŞ Sahil Mühafizəsinin kateri Yəmənə doğru hərəkət edən naməlum gəmini görüb və onu ələ keçirib. Amerika dənizçiləri gəmidə orta mənzilli ballistik raketlərin komponentləri, partlayıcı maddələr və pilotsuz sualtı aparatların komponentləri olan 200-dən çox bağlama aşkar ediblər. CENTCOM-un komandiri Maykl Erik Kurilla deyib: “Husilərə qabaqcıl adi silahların davamlı tədarükü beynəlxalq hüququn birbaşa pozulmasıdır və beynəlxalq gəmiçilik təhlükəsizliyini pozur”. O, baş vermiş hadisəni İranın bölgədəki təxribat fəaliyyətinin nümunəsi adlandırıb. Komandanlıq həmçinin BMT Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsinin pozulduğunu qeyd edib. Musavat.com
1,045,162
15.02.2024 19:54
İqtisadiyyat
Türkiyə ilə bağlı MÜHÜM AÇIQLAMA: "Onlar olmadan mümkün deyil"
Macarıstan Türkiyəsiz təbii qaz idxalı imkanını görmür. Musavat.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlardan sonra deyib. Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri birgə mətbuat konfransında deyib: "Türkiyəsiz təbii qazın tədarükü bizim üçün mümkün deyil. Türkiyə bu baxımdan bizim ən etibarlı və proqnozlaşdırıla bilən tranzit tərəfdaşımızdır". Macarıstan qazın əsas hissəsini hələ də Rusiyadan alır. 2021-ci ilin sentyabrında Macarıstanın MVM şirkəti “Qazprom”la Ukraynadan yan keçməklə Serbiya və Avstriyadan keçən boru kəmərləri vasitəsilə cəmi 4,5 milyard kubmetr qaz tədarükünü nəzərdə tutan iki uzunmüddətli müqavilə bağlayıb. “Şimal axını” qaz kəmərinin istifadəsi dayandırıldığı üçün 2022-ci ilin oktyabrında Rusiya qazının cənub marşrutu – “Türk axını” və onun Bolqarıstan və Serbiya ərazisindən keçən qolu boyunca nəqlinin artırılmasına dair razılıq əldə olunub. 2022-ci ildə bu marşrutla Macarıstana 4,8 milyard kubmetr, 2023-cü ildə 5,6 milyard kubmetr qaz nəql olunub. Bununla yanaşı, ölkə hökuməti enerji mənbələrinin və təchizatının şaxələndirilməsi siyasətini davam etdirir. Siyarto Ankaraya səfəri zamanı İqtisadi Əməkdaşlıq üzrə Birgə Macarıstan-Türkiyə Komissiyasının iclasında tərəflərin bu ilin ikinci rübündə başlayacaq 275 milyon kubmetr təbii qazın tədarükü ilə bağlı yekun razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, qazın alınması üzrə Macarıstanın MVM enerji şirkəti və Türkiyənin Botaş şirkəti arasında imzalanacaq müqavilə yekunlaşıb. Musavat.com
1,045,163
15.02.2024 22:36
Dünya
Sərnişinin təyyarədən qovulmasının qəribə səbəbi - Qadın evə...
Meksikada qadın sərnişin təyyarədə tez-tez tualetə getdiyi üçün uçuşdan qovulub. Bu barədə kanadalı qadın özü sosial şəbəkələrdə yazıb. Belə ki, Joanna Çiu Meksikadan Kanadaya uçmaq üzrə olub. Qadının sözlərinə görə, uçuşdan əvvəl mədəsi pisləşib, lakin biletini qaytarmayıb. Sərnişin təyyarəyə mindikdən sonra havaya qalxmazdan əvvəl bir neçə dəfə tualetə gedib və bu, onun təyyarədən çıxarılmasına səbəb olub. O, sosial mediada "mədəm narahat olduğu və uçuşdan əvvəl çox tualetə getdiyim üçün uçuşdan qovuldum" deyib.Bundan əlavə, Çiu ona otel otağı və ya başqa reys üçün bilet təklif olunmadığını bildirib. Qadın evə sağ-salamat çatıb./BAKU.WS
1,045,164
15.02.2024 20:37
Gündəm
Əhməd buna görə əsgərliyə aparılmayıb
Bakıda 5 ailə üzvünü amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun hərbi xidmətə nəyə görə aparılmamasına dair suala aydınlıq gəlib. Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, suala cavabı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov verib. "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində qeydiyyatda olan 15.01.1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilmiş və göndəriş əsasında 1 nömrəli "Respublika Psixiatriya Xəstəxanasına" əlavə tibbi müayinəyə göndərilib. Xəstəxananın "Sağlamlıq vəziyyətinin müayinə olunması" aktına əsasən çağırışçıya "Şizofrenəbənzər pozuntu" diaqnozu təyin edilib. Nəticədə Əhmədov Əhməd Mehman oğlu Nazirlər Kabinetinin 59 saylı qərarının "Xəstəliklər cədvəli"nin 15-ci maddəsinə əsasən "həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız" hesab edilib" - qurum rəsmisi bildirib.
1,045,165
15.02.2024 22:48
Dünya
Lukaşenkodan Türkiyə açıqlaması: “Sizdən bunu gözləyirəm”
Türkiyə Belarusun strateji müttəfiqidir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Türkiyə ələ əlaqələrin önəminə diqqət çəkən Belarus lideri bildirib: “Türkiyə və Belarus uzun tarixə malik strateji müttəfiqlərdir. Minsk və Ankaranı milli maraqların prioritetləri, milli təhlükəsizliyin təmin edilməsi, ənənəvi ailə dəyərlərinə verilən önəm, tarixi irsin qorunması və sair birləşdirir”. Lukaşenko Türkiyədən hər iki dövlətin maraqlarına uyğun təkliflər və təşəbbüslər gözlədiyini vurğulayıb./Teleqraf.com
1,045,166
15.02.2024 20:40
Siyasət
NATO Ukraynaya bir milyon PUA tədarük edəcək
Müttəfiqlər qrupu Ukraynaya bu il ərzində bir milyon PUA toplayıb tədarük etməyə hazırlaşır. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə bildirib. Onun sözlərinə görə, NATO-nun 20 müttəfiq üzvü Ukraynanın minalardan təmizlənməsi üçün koalisiya yaratmaq məsələsində də razılığa gəlib: “Bunlar Ukrayna əhalisinin qorunmasına yardım edəcək”.//Report
1,045,167
15.02.2024 22:00
Kriminal
“Ya Hüseyn" adlı səhifə açaraq canlı yayıma çıxdı, bunu bilən əri isə... - ŞOK
O bunu şəxsiyyətini aşağılayıcı hərəkətlər kimi qiymətləndirib və qısqanclıq zəminində Südabəni öldürmək qərarına gəlib. Musavat.com teleqraf-a istinadən xəbər verir ki, Əfqan hadisə günü saat 19 radələrində Südabənin yaşadığı evdən çıxaraq dükana getdiyini görüb. Qadının arxası ilə irəliləyərək bıçaqla onun kürək və boyun nahiyəsinə zərbələr vurub. Südabə yerə yıxdıqdan sonra bıçaqla sifət nahiyəsinə də zərbələr endirib. Növbəti bıçaq zərbələri ilə Südabəni həyatdan məhrum etmək istəsə də, birgə nikahdan olan qızı Səidə oğlu Əli ilə hadisə yerinə çatıb, onun qarşısına kəsiblər. Vaxtında xəstəxanaya çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində Südabənin həyatını xilas etmək mümkün olub. İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib. "Bu məni qısqandırıb" Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, tutulana qədər Görədil kəndindəki evində tək yaşayıb, rəsmən heç bir yerdə işləməyib: "1991-ci ilin yanvarından 2017-ci ilin axırına qədər Xəzər dəniz gəmiçiliyində sürücü işləmişəm. 2017-ci ildə işdən azad olunmuşam. Həmin vaxtdan 2018-ci ilə qədər müxtəlif iş yerlərində çalışsam da, 2018-dən işsizəm. Ağdam rayon sakini Südabə ilə 1987-ci ildə ailə həyatı qurmuşam. Həmin nikahdan 2 övladım dünyaya gəlib. 1987-ci ildən 2018-ci ilə qədər bir evdə yaşamışam. Evliliyimizin ilkin və sonrakı dönəmlərində münasibətlərimiz normal olub, axır illər ailə-məişət zəminində münaqişələrimiz olub. Münaqişələr 2018-ci ildən etibarən bizi ayrı yaşamağa vadar edib. Münaqişələrin əsas səbəbləri işdən azad olunmağımdan sonra Südabənin işləyərək dolanışığı təmin etməsi, özünü ailədə məndən üstün tutması, məni saymaması olub. İşlədikdən sonra onun geyimində, davranışlarında dəyişikliklər yarandı, öz xarici görünüşünə daha çox fikir verdi. Özünü yaşına uyğun olmayan şəkildə aparır, daha qısa geyimlər geyir, evə bəzən gec gəlirdi. Bu da məni əsəbləşdirir və qısqandırırdı". "Söhbəti böyütmək istəmədim" Təqsirləndirilən şəxs qeyd edib ki, beləcə, ailə-məişət zəminində çoxsaylı mübahisələr ediblər, 2018-ci ildə Südabə evdən çıxıb və qızı Səidənin evində qalmağa başlayıb: "Biz Görədil kəndində qonşu həyətlərdə yaşayırdıq. Bu səbəbdən Südabəni tez-tez görürdüm. Südabə bundan sonra mənə məhəl qoymur, öz xarici görünüşü və hərəkətləri ilə mənə acıq verirdi. Hətta tanımadığım maşınlarla evə gəlirdi. Bu da məndə belə bir fikir yaratmışdı ki, onun hansısa kişi ilə şəxsi münasibəti var və ya əxlaqsız həyat tərzi keçirir. Südabə "TikTok" sosial şəbəkəsində səhifə işlədir, canlı yayımlar da açırdı. Südabə ilə ayrı yaşasaq da, rəsmən hələ də nikahda olduğumdan bütün bunları özümə sığışdırmadım. Beləcə Südabəni öldürmək qərarına gəldim. Bir neçə dəfə bu fikir beynimdə dolaşdı, sonra imtina etdim. Hadisədən təxminən 2-3 ay öncə qızım Səidənin yaşadığı evin həyət qapısını döydüm və Südabənin harada olmasını soruşdum. Bu hərəkətləri ilə bağlı onunla yekun söhbət aparmaq istəyirdim. Hətta söhbət əsnasında Südabəni öldürə də bilərdim. Qızım həmin zaman Südabənin evdə olduğunu dedi. Mən isə evə girmək istəmədiyimi bildirdim, Südabəni çölə çağırdım. O, çölə çıxmadı. Səidənin böyük oğlu, yəni nəvəmi gördüm. Onlara ürəyim yandığı üçün bu söhbəti böyütmək istəmədim və oradan getdim". "Mən axı sənə nə etmişəm?" Əfqanın sözlərinə görə, bütün günü evdə olub, axşam saat 19 radələrində siqareti olmadığı üçün dükana getmək istəyib: "Üzərimdə boz rəngli paslanmış bıçaq da vardı. Bıçağı adətən üzərimdə gəzdirirdim. Onu təxminən 5-10 il əvvəl tanımadığım şəxsdən təsərrüfatda işlətmək məqsədilə almışdım. Görədil kəndində evimin qarşısında olan zaman Südabənin evdən çıxıb yol ilə harasa getdiyini gördüm. Həyət qapımdan bir neçə metr uzaqlaşarkən onun nalayiq hərəkətləri, özünü cəmiyyət içərisində normal aparmaması, bu hərəkətləri ilə məni daim qıcıqlandırması yadıma düşdü. Bıçaqla xəsarət yetirərək onu öldürmək istədim. Sağ əlimdə bıçaqla Südabənin arxasıyca gedərək onun kürək və boyun nahiyəsindən, səhv etmirəmsə, 3 bıçaq xəsarəti yetirdim. Zərbələrin təsirindən o, yerə yıxıldı. Yerdə olarkən Südabə "mən axı sənə nə etmişəm?" dedi və qışqır-bağır salmağa başladı. "Bundan artıq nə etməli idin ki?" deyərək ölməsi üçün onun bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi də endirmək istədim. Südabə yerdə uzanılı vəziyyətdəydi, mən onun üzərinə çıxdım. Bıçaq zərbəsinin gözünün altından tutduğunu və "xarç" səsi gəldiyini eşitdim". "Məqsədim öldürmək idi" Əfqan bildirib ki, hadisə zamanı Südabənin sifət nahiyəsinə bir zərbə endirdiyi yadındadır: "Ola bilsin, daha çox xəsarət yetirmişəm. Südabə növbəti zərbələrdən qorunmaq üçün əlini sifətinə tərəf tutdu. Qışqırıq səslərinə kənardan qızım və nəvəm qaça-qaça gəldilər. Onlar mənim qarşıma keçdilər. Növbəti zərbələri endirmək niyyətim olsa da, qızım və nəvəmi görərək bıçağı arxamda gizlətdim. Sonra isə bıçağı yerə atdım. Bu zərbələrdən Südabənin öləcəyini düşünərək evə getdim. Hadisə zamanı ətrafında kimsə yox idi. Qızım və nəvəmin gözü önündə Südabəni bıçaqlamamışam. Südabəyə bir neçə bıçaq zərbəsi endirmişəm, yəni məqsədim onu öldürmək olub". "Guya fahişəliklə məşğul olurdum" Zərərçəkmiş Südabənin sözlərinə görə, hadisə baş verən günə qədər Ayna Sultanova parkının yaxınlığında yerləşən kənd təsərrüfatı malları dükanında xadimə işləyib: "Həmçinin üç ildir "Tik Tok" sosial şəbəkəsində "Ya Hüseyn" adlı səhifə işlədir, canlı yayımlar açaraq gəlir əldə edirdim. Görədil sakini Əfqanla 1987-ci ildə evlənmişəm. Həmin nikahdan iki övladımız dünyaya gəldi. Evliliyimizin ilk dövründə ailə-məişət zəminində xeyli mübahisələrimiz olurdu. Əfqan məni dəfələrlə döymüşdü. Lakin ailəmin dağılmaması xatirinə bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişəm. Əfqan əvvəllər rəsmi olaraq işləsə də, qazancından ailəyə heç bir məbləğ vermirdi. İşdən çıxdıqdan sonra isə spirtli içkilərdən istifadə edir, tüfeyli həyat tərzi sürürdü. Belə olduqda məcbur qalıb işləməyə başlamışam. Ailənin dolanışığını özüm təmin etmişəm. Lakin qazandığım pulları Əfqan məndən alaraq özü üçün xərcləyirdi. Sonralar Əfqan mənə evdə normal yaşamağa imkan vermədi. Mənim guya fahişəliklə məşğul olduğumu bildirirdi. Xarici görünüşümə və geyimimə fikir verdiyim üçün mənim başqa kişilərlə şəxsi və intim münasibət saxladığımı düşünürdü. Vəziyyətin dözülməz hala gəldiyini görüb bir neçə il əvvəl birgə yaşadığımız evdən çıxdım. Qızım Səidənin evi çəpər qonşuluğunda yerləşdiyi üçün onunla qalmağa başladım. Bundan sonra Əfqanla əlaqəm kəsildi. Əfqan evində tək qalırdı. Yəni rəsmi olaraq boşanmasam da, faktiki ər-arvad kimi də yaşamamışam". "Dedi, səni öldürəcəm" Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat təxminən 17 radələrində işdən icazə alaraq çıxıb: "Təxminən saat yarım sonra evə çatdım. Qızım Səidə və nəvəm evdəydi. Həmin gün maaş da almışdım. Kənddə yaşayan Musa adlı şəxsin dükanına 150 manata yaxın borcum olduğundan borcu ödəmək istədim. Təxminən yarım saat sonra, yəni axşam saat 19 radələrində evdən çıxdım. 20-30 metr getdikdən sonra Əfqanın evinin yanındakı dalandan ayrıldım. O, arxadan məni səsləyərək "bir dəqiqə dayan" dedi. Arxaya dönüb məndən nə istədiyini soruşdum. Bu zaman Əfqan "səni öldürəcəm" dedi və digər nalayiq ifadələr işlətdi, mənə tərəf gəlməyə başladı. Üzü dükana tərəf qaçmaq istədim. Bu zaman Əfqan məni arxadan tutaraq boyun və kürək nahiyəmdən bıçaqla bir neçə zərbə vurdu. Zzərbələrin sayını bilmədim, yerə yıxıldım. Kürəyi üstə yerdə uzanılı şəkildə olarkən Əfqan bir əli ilə saçımdan tutdu, ayaqları ilə qarnımı sıxaraq üzərimdə oturdu". "Səsimə qızım və nəvəm gəldilər" Zərərçəkmiş bildirib ki, qışqıraraq qızını, ətrafdakı insanları köməyə çağırmağa çalışıb: "Əfqan əllərimi ayaqlarının arasına alaraq sol əli ilə boğazımdan tutdu. Sağ əlindəki bıçaqla isə sifət nahiyəmə zərbələr endirməyə başladı. Bıçaq sol qaşımın üstünə dəydi və içəri girdi. Növbəti zərbələri vurmağa çalışanda əlimlə sifət nahiyəmi tutdum. Əfqan macal taparaq mənim sol gözümün alt hissəsinə də güclü bıçaq zərbəsi endirdi. Qışqırıq səsinə qızım və 10 yaşlı nəvəm evdən çıxaraq qaça-qaça gəldilər. Əfqan növbəti zərbələrini endirməyə çalışanda qızım onu itələdi, üstümdən yerə yıxdı. Əfqan mənim öləcəyimi düşünərək üstümə gəlmədi. Oradan uzaqlaşdı. Bir anlıq huşumu itirdim. Qızım məni silkələyərək ayıltdı. Üzbəüz qonşunun həyətinə saldı və qapını bağladı. Vəziyyətimin ağır olduğunu görüb çölə çıxdı, yoldan keçən maşını saxlatdırdı və məni "Semaşko" xəstəxanasına apardı. Orada bir gecə müalicə aldım. Sonra evə buraxıldım. Müalicəmi evdə davam etdirdim". Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqan 7 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.
1,045,168
15.02.2024 20:52
Ölkə
Nazirlər Kabinetinin tərkibində ciddi dəyişikliklər gözlənilmir
Azərbaycan Prezidentinin Sərəncamı ilə Nazirlər Kabineti istefaya göndərilib. Yeni tərkib formalaşanadək hökumət üzvləri öz səlahiyyətlərini icra edəcəklər. APA xəbər verir ki, Prezidentin yaxın günlərdə hökumətin yeni tərkibini formalaşdıracağı bildirilir. Məlumata görə, Nazirlər Kabinetinin tərkibində ciddi dəyişikliklər gözlənilmir. Belə ki, hazırda fəaliyyətdə olan hökumət üzvləri Prezident İlham Əliyev tərəfindən öz vəzifələrinə təyin ediliblər və zərurət yarandıqda, dövlət başçısı müvafiq dəyişikliklər həyata keçirir. Bundan başqa, hesab olunur ki, əksər hökumət üzvləri tutduqları postlara son zamanlarda təyinat alıblar və qarşılarına qoyulan vəzifələrin öhdəsindən gəlirlər. Xatırladaq ki, Konstitusiyanln 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefasını təqdim edir.
1,045,169
15.02.2024 21:15
Siyasət
Hərbi ekspert sülhməramlıların çıxacağı DƏQİQ TARİXİ açıqladı - "2025-ci ilin bu ayında..."
Hərbi ekspert Elxan Şıxəliyev TV Musavat-ın canlı efirinin qonağı olub. Musavat.com xəbər verir ki, Elxan Şıxəliyev Rusiya sülhməramlılarının bölgədən çıxmasından danışıb. O qeyd edib ki, böyük qüvvələrin bir çox planları pozulub. Ətraflı videoda: Musavat.com
1,045,170
15.02.2024 21:24
Hadisə
Bakıda avtomobil yanıb - ANBAAN VİDEO
Bakının, Xətai rayonu, Babək prospektində avtomobil yanıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb. Belə ki, “Mercedes-Benz” markalı minik avtomobili anidən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Baş verən hadisə nəticəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Həmin görüntüləri təqdim edirik: Oxu.az
1,045,171
15.02.2024 21:37
Region
“Bu cür addımlardan çəkinməyə çağırırıq" - Qaluzin
Rusiya tərəfi həmişə Ermənistan-Azərbaycan nizamlanmasının hər iki iştirakçısını təmas xəttində və sərhədyanı ərazilərdə maksimum təmkinli olmağa çağırıb. Musavat.com bildirir ki, bunu Rusiyanın “İzvestiya” nəşrinə müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. “Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə bağlı bir daha demək istəyirəm ki, biz hər iki tərəfi heç bir insidentin baş verməməsi üçün qarşılıqlı təmkinli olmağa çağırırıq, xüsusən də atışma, ölüm və yaralanma halları olmasın”, Qaluzin Ermənistan və Azərbaycan sərhədində son zamanlar vəziyyətin gərginləşməsini şərh edərkən deyib. O qeyd edib ki, bu cür hadisələr obyektiv olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının təşviqi üçün müsbət atmosferin yaradılmasına kömək edə bilməz. Qarşıdurmanın hər hansı “isti” mərhələsinin başlanması, əlbəttə ki, münasibətlərin normallaşdırılması və sülh prosesinin təşviqi istiqamətində birgə addımlar üçün atmosferə kömək etmir. Biz insanları bu cür addımlardan çəkinməyə çağırırıq", diplomat əlavə edib. Musavat.com
1,045,172
15.02.2024 21:27
Siyasət
İlham Əliyev Azərbaycanın yeni dövr hədəfini bəlirlədi: Texnoloji inkişafa, yaşıl enerjiyə əsaslanan iqtisadiyyat
Azərbaycanın qarşıdakı yeddi ildə bəlirlədiyi iqtisadi hədəflər, onlara çatım yollarını ehtiva edən tezislər ölkə ictimaiyyətinə açıqlanıb. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışında bu hədəf və tezisləri xalqa elan edib. Bildirib ki, Azərbaycanın dövlət büdcəsinin ən böyük xərc maddələri müdafiə və azad olunan ərazilərin bərpası olaraq qalır: “Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır”. 44 günlük Vətən Müharibəsi, ardınca 2023-cü ilin sentyabrında gerçəkləşən antiterror əməliyyatından sonra dövlətimiz yüz illərlə Azərbaycanın qanayan yarasına çevrilmiş erməni separatizmindən azad olub. Bu tarixi qələbənin memarı olan Prezident İlham Əliyev yaxın və ortamüddətli dövrdə dövlətin qarşısında duran ən mühüm vəzifənin məcburi köçkünlərin öz yurdlarına qaytarılması olacağını elan edib. Vətəndaşının rifahını, inkişafını, firavanlığını prioritet sayan bir dövlət üçün bu, təbii görünən vəzifədir. Lakin 30 ilə yaxın müddətdə dağıdılann, viran qoyulan ərazilərin bərpası, özü də ən yüksək səviyyədə, müasir tələblərə cavab verən səviyyədə bərpası külli miqdarda vəsait, əmək tələb edir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu iqtisadi siyasət bu vəsaitlərin əldə olunması üçün geniş fürsətlər yaradır. Məhz bu siyasətin nəticəsində indiyədək 5400 keçmiş köçkün beş yaşayış məntəqəsinə qaytarılıb. Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Prezident bildirib ki, bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir: “Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”. Azad olunan ərazilərdə bütün sosial infrastruktur inşa edilir: “Xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq”. Uğurlu iqtisadi siyasət bu ilin ilk ayında əldə olunan nəticələrdə özünü açıq büruzə verir: Yanvarda Azərbaycanın Ümumi Daxili Məhsulu 5 faiz, qeyri-neft sektoru isə 12 faizdən çox artıb: “2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Bütün bunlar bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq. Sosial sahədə görülmüş işlər göz qabağındadır. 2003-cü ildə bizim minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır”. Ölkə başçısı yoxsulluq və işsizliyə qarşı mübarizənin hökumətin əsas hədəflərindən biri kimi qalacağını qeyd edib. Bildirib ki, bunun üçün ölkə iqtisadiyyatının yeni iş yeri yaratma imkanları genişləndirilməlidir: “Yoxsulluqla və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun. Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq”. Aydın məsələdir ki, məkrli qüvvələrin daim hədəfində olan Azərbaycan həm də öz təhlükəsizliyini təmin etmək üçün ən müasir orduya sahibliyini davam etdirməlidir. Bu isə irihəcmli vəsait tələb edir. Bu şəraitdə ölkənin azad olunan əraziləri bərpa etmək üçün xarici investisiyalara ehtiyacı yaranır. Bu ehtiyacı təmin etmək üçün xarici investorlara əlverişli mühitin yaradılmasına artıq başlanıb: Rəqabət Məcəlləsi qəbul edilib, azad olunan ərazilərdə çalışacaq investorlara münasibətdə kompleks güzəşt və imtiyazlar müəyyənləşdirilib. Eyni zamanda azad olunan ərazilərdə biznesin fəaliyyəti üçün zəruri olan şərtlər sürətlə yaradılır: yollar çəkilir, enerji və digər təminat şəbəkələri qurulur. Prezident bu məsələyə öz çıxışında xüsusi yer ayırıb: “Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq”. Müasir dünyada iqtisadiyyatın inkişafı texnologiyalardan kənarda təsəvvür belə edilmir. Dünya texnologiyalar sahəsində böyük sürətlə irəliləməkdədir. Qarşısını iqtisadiyyatının dayanıqlı inkişafını qoyan Azərbaycan nəinki bu prosesdən kənarda qalmamaq, onun aktiv iştirakçısı olmaq istiqamətində sürətlə irəliləməkdədir. Bu proses Prezident İlham Əliyev tərəfindən son dərəcə səruri vəzifə kimi qarşıya qoyulur: “Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı hər kəs bunu gördü. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir. Sadəcə olaraq, dövlət siyasəti burada yetərli deyil. Biz əlbəttə ki, yeni texnologiyaları alırıq, texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Son 1-2 il ərzində böyük inkişaf mövcuddur. Kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək. Son müddət ərzində bir neçə min Azərbaycan gənci treninqlərdən keçib, xüsusi proqramlardan keçib. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar”. Son 10 ildə Azərbaycan beynəlxalq yükdaşımaların öz ərazisindən həyata keçirilməsini təmin etmək, regional transit mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atıb: həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə artan yük həcmlərini maneəsiz və sürətli ötürülməsi üçün zəruri olan infrastruktura milyardlarla manat sərmayə yatırılıb. Bunun nəticəsidir ki, yeni geosiyasi reallıqların yaratdığı şərtlər fonunda hər iki dəhliz üçün Azərbaycan vazkeçilməz ölkəyə çevrilib. Dövlət başçısı bu sahədə fəaliyyətlərin davam etdirilməsini daha bir hədəf kimi qarşıya qoyub: “ Nəqliyyat sahəsində işləri davam etdirəcəyik. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq; Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik. Həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir. İlk dəfə olaraq, o zavod işə salınanda sifarişlər onu 100 faiz işlə təmin edib. Səkkiz beynəlxalq aeroportumuz var, doqquzuncu Laçında inşa edilir; Azərbaycan o ölkələrdəndir ki, açıq dənizlərə çıxışı yoxdur. Ancaq buna baxmayaraq, bu gün biz nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Getdikcə rolumuz artacaq, bizə müraciətlər də çoxalacaq, necə ki, bu gün xahişlə müraciət edirlər ki, “bizə qaz verin, bizə qaz verin, bizdə qaz çatmır” və sair, burada da eyni mənzərə olacaqdır”. Ənənəvi enerjidaşıyıcılarının hasilatçısı və ixracatçısı olan Azərbaycan dünyada sürətlə irəliləyən yaşıl enejiyə keçid prosesinin də aktiv iştirakçısına çevrilməkdədir: “Vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq, artıq işlərə start verildi. Bizim planlarımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro – su elektrik stansiyaları. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Bərpaolunan enerji layihələri xarici investorlar tərəfindən icra edilir və ediləcək. Biz indi xarici investorların rəqabət prosesini də görürük. Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki, yoxdur. Halbuki Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib”. Musavat.com
1,045,173
15.02.2024 21:42
Ölkə
Antonio Quterreş İlham Əliyevi təbrik edib
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Musavat.com xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırıram. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfransına 2024-cü ildə ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim böhranı ilə bağlı beynəlxalq təşəbbüslərə rəhbərlik etməkdə xüsusi rol oynayacaq. Mən Sizin rəhbərliyinizlə Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini, o cümlədən regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olunmasını səbirsizliklə gözləyirəm. Birləşmiş Millətlər Təşkilatı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda və çoxtərəfliliyin gücləndirilməsində Azərbaycan Hökumətinə və xalqına, Bakıdakı nümayəndəliyi vasitəsilə dəstək verməyə hazırdır. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin".
1,045,174
15.02.2024 21:45
Region
Rəsmi İrəvan “hazırıq” deyir
Biz Azərbaycana Praqada əldə edilmiş razılaşmalar əsasında sərhədlərin delimitasiyası prosesini sürətləndirməyi və Ermənistan Respublikasının hazır olduğunu təsdiq etməyi təklif edirik. Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib. Xatırladılır ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın fevralın 15-də hökumətin iclasındakı çıxışını şərh edib. “Bununla əlaqədar xatırladmağı zəruri hesab edirik ki, 2022-ci il oktyabrın 6-da Azərbaycan və Ermənistan Praqada yazılı şəkildə razılaşdılar ki, 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyacaq və Alma-Ata Bəyannaməsi demarkasiya prosesinin siyasi əsasına çevriləcək”, - deyə bəyanatda bildirilir. Musavat.com
1,045,175
15.02.2024 22:12
Dünya
ABŞ-da hipersəs silahlarının vurma məsafəsini 3 dəfə artıran yanacaq kəşf olunub
Birləşmiş Ştatlar hipersəs silahları üçün istifadə dairəsini üç dəfə artıra bilən yeni yanacaq hazırlayıb. Musavat.com xəbər verir ki, bu barədə Pentaqonun tədqiqat və inkişaf işlərinə nəzarət edən ABŞ müdafiə nazirinin müavini Haydi Şu bildirib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən hərbi idarənin rəis müavini bildirib: “Tədqiqatçıların irəlilədiyi istiqamətlərindən biri hipersəs silahlarının vurma məsafəsini üç dəfə artırmağa imkan verən yüksək səmərəli yanacaqdır. Bu, universitet tədqiqat layihəsinin nəticəsidir”. Bundan əlavə, Şu, Pentaqonun 2023-cü ildə "hipersəs silahların sınaq infrastrukturuna" 1,5 milyard dollar sərmayə qoyduğunu qeyd edib: "Bu 1,5 milyard dollar hesabına hipersəs silahların sınaq tempi üç dəfə artacaq ki, bu da çox gözəldir". Musavat.com
1,045,176
15.02.2024 22:24
Dünya
ABŞ-ın bu qərarı qaz bazarında kəskin ucuzlaşmanın qarşısını ala bilər
Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesablamalarına görə, ABŞ səlahiyyətliləri tərəfindən yeni maye qaz - LNG layihələri üçün icazənin uzun müddət dayandırılması 124 milyon tona qədər gücə təsir göstərə bilər. Musavat.com xəbər verir ki, qurum bildirir ki, icazələrin verilməsində fasilə ABŞ-da prezident seçkilərinə qədər davam edə bilər, lakin qısa müddətdə bazara minimal təsir göstərəcək: "LNG ixrac icazələrinin müvəqqəti dayandırılması ABŞ-da 2029-cu ildən sonra işə düşəcək ildə 124 milyon tona qədər yeni mayeləşdirmə gücünə təsir göstərə bilər. ABŞ-ın mayeləşdirmə layihələrinə təsiri onların həyata keçirilmə mərhələsindən asılı olaraq dəyişəcək". Beləliklə, artıq qəbul edilmiş investisiya qərarları ilə ABŞ-da tikilməkdə olan LNG ixrac layihələri (ildə 85 milyon ton) təsirlənməyəcək. Tamamilə təsdiqlənmiş, lakin hələ də investisiya qərarından keçməmiş layihələr(65 milyon ton) qismən təsirlənə bilər, çünki onların əksəriyyəti ABŞ Energetika Nazirliyinə LNG ixrac icazəsinin uzadılması üçün müraciət etməli olacaqlar. Hələ təsdiqini gözləyən layihələrə (ildə 59 milyon ton) lisenziyaların alınmasının gecikməsi birbaşa təsir edəcək və buna görə də tikintinin başlanması ləngiyəcək. GECF qeyd edir ki, "LNG ixracına icazə verilməsində müvəqqəti fasilənin qısa və orta müddətli perspektivdə minimal təsir göstərəcəyi gözlənilir, lakin uzunmüddətli perspektivdə LNG tədarükünə təsir göstərə bilər ki, bu da əsasən fasilənin müddətindən asılı olacaq". Eyni zamanda, icazələrin verilməsinin dayandırılması ABŞ-da 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkiləri öncəsi siyasi addımdır və çox güman ki, yalnız ondan sonra bitəcək: "Mövcud administrasiya seçkidə qalib gələrsə, 2025-ci ilin əvvəlində yenilənmiş icazə prosesi buraxıla bilər və ona edilən potensial dəyişikliklər tamamlanmamış LNG layihələrinə təsir göstərə bilər. Əgər administrasiya seçkiləri uduzsa, müvəqqəti fasilə çox güman ki, heç bir sənayeyə əhəmiyyətli təsir göstərmədən başa çatacaq". Bununla belə, GECF-ə görə, bu fasilə qaz ixrac edən ölkələrə müsbət təsir göstərə bilər. 2025-2027-ci illərdə 160 milyon ton təşkil edən yeni LNG tutumunun istismara verilməsi qaz qiymətlərinə salıcı təzyiq göstərə bilər, çünki təklif artımı LNG-yə tələbin artımını üstələyir. Beləliklə, ABŞ layihələrinin başlanmasının ləngiməsi 2028-ci ildən sonra qlobal LNG bazarının yenidən balanslaşdırılmasına gətirib çıxara bilər ki, bu da ortamüddətli perspektivdə potensial tədarükün qarşısını alır. Musavat.com
1,045,177
16.02.2024 09:11
Gündəm
Dəhşətli qətldən sonra Əhmədovlar ailəsinin mirası kimə qalacaq? - Vəkildən AÇIQLAMA VİDEO
İlk yayımlanma saatı: 05.02.2024 (22:17) Bütün ailə üzvlərini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 25 yaşlı Əhməd Əhmədov barəsində ilkin olaraq dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun günahı sübuta yetiriləcəyi təqdirdə gənc adam ömürlük azadlıqdan məhrum edilə bilər. Belə olan halda ailənin mirasına kim sahib çıxacaq? Vəkil Hikmət Əliyev bildirib ki, Əhməd Əhmədova ittiham olunduğu maddələrin sanksiyası əsasında 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmək cəzası nəzərdə tutulub: “Mülki Məcəlləyə əsasən, ləyaqətsiz vərəsə nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz. Onun barəsində hökm çıxdıqdan sonra qohumlarının iddiası əsasında Ə.Əhmədov ləyaqətsiz vərəsə hesab olunacaq”. Vəkil onu da bildirib ki, vərəsə olmadığı halda cinayət törədən şəxsin ləyaqətsiz vərəsə olması ilə bağlı dövlət çıxış edir. Bu zaman miras dövlətin hesabına keçir. Ətraflı Baku TV-nin süjetində:
1,045,178
15.02.2024 23:00
Dünya
Almaniyadan Ukraynaya təcili yardım: 100 milyon avroluq paketə nələr daxildir?
Bundesverin (Almaniya Silahlı Qüvvələri) baş müfəttişi Karsten Breuer keçən həftə Kiyevə səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinin (AFU) yeni baş komandanı Aleksandr Sırskiyə 100 milyon avrodan artıq dəyərində qısamüddətli hərbi dəstək vəd edib. Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib. Breuerin Ukraynaya səfəri zamanı Sırski ilə görüşdüyü bildirilir. Pistorius vurğulayıb ki, Bundesver baş müfəttişi “ukraynalı həmkarına 100 milyon avrodan çox dəyərində qısamüddətli dəstək vəd edə bilib”. Yardım paketinə minalardan müdafiə sahəsində gücləndirilmiş zirehli maşınlar, kiçik dronlar üçün bombalar, 77 MULTI 1A1 yük maşını, tibbi ləvazimatlar, həmçinin müxtəlif silah sistemləri üçün ehtiyat hissələri dəstləri daxildir. Fevralın 14-də Brüsseldə Kiyevə hərbi yardım üzrə təmas qrupunun növbəti iclasına (Ramşteyn formatı) gəldikdə, Almaniyanın müdafiə naziri bildirib ki, bu il Ukraynaya əvvəlkindən 3-4 dəfə çox artilleriya mərmisi ötürüləcək. Onun sözlərinə görə, Almaniya büdcəsində 2024-cü ildə sursat istehsalı üçün 3,5 milyard avro nəzərdə tutulub. Onun sözlərinə görə, Ukraynadakı münaqişə həm də “yığım konveyerlərində” həll ediləcək.2022-ci ilin fevralından bəri Almaniyadan Ukraynaya humanitar, maliyyə və hərbi yardımın ümumi məbləği 27 milyard avronu ötüb. Bu il Almaniya Kiyevi silah təchizatı ilə dəstəkləmək üçün 7 milyard avrodan çox vəsait ayıracaq. Musavat.com
1,045,179
15.02.2024 23:04
Gündəm
Qapı gözlüyündən videonu çəkən qadın gördüyü dəhşəti danışdı - "Həmin an 102-ə zəng etdim, sonra ..."
Aparıcı Sevinc Telmanqızı TV Musavat-ın canlı efirində Əhməd Əhmədovun ölkəni sarsan dəhşətli cinayətindən danışıb. Musavat.com xəbər verir ki, aparıcı cinayətlə bağlı bir sıra mühüm detalları açıqlayıb. O bildirib ki, cinayət zamanı hadisənin videosunu qonşu qadın çəkib. Ətraflı videoda: Musavat.com
1,045,180
15.02.2024 23:12
Dünya
Fransada biabırçılıq: Təcili yardımda 10 saat gözlədilən yaşlı xəstə VƏFAT ETDİ
Fransanın şimalındakı Val d'Oise departamentinin sakini vaxtında həkim müayinəsini ala bilmədiyinə görə təcili yardım otağında dünyasını dəyişib. Musavat.com BFMTV-yə istinadən xəbər verir ki, xəstə Eaubonne şəhərindəki Simone Weil xəstəxanasına qarnında ağrılar olması şikayəti ilə gəlib. Onun ayaqları şişibmiş. On saatdan çox gözləmə zalında gözləyən xəstəyə bu müddət ərzində yalnız sadə ağrıkəsici verilib. Xəstə bütün gecəni gözləmə zalında oturub və vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşib. Yalnız bundan sonra o, nəhayət, terapiya şöbəsinə yerləşdirilib, lakin yarım saat sonra vəfat edib. 66 yaşlı mərhumun qızı şikayət edərək bildirib ki, xəstəxana işçiləri öz hərəkətsizliklərini simptomlara baxmayaraq, xəstənin "xəstəliyin ciddiliyinə dair heç bir əlamət göstərmədiyi" ilə izah ediblər. Xəstəxana rəhbərliyi isə yaydığı açıqlamada "tibb işçilərinin həddindən artıq yüklənməsinə" işarə edərək, hadisənin araşdırıldığını qeyd edib. Telekanalın məlumatına görə, bu xəstəxanadan şikayət ilk dəfə deyil. Belə ki, 2023-cü ilin dekabrında əlli yaşlı fransız həkimə müraciət etməzdən əvvəl 44 saat gözləmə otağında gözlədilib. Bundan sonra xəstə prokurorluğa müraciət edib. Musavat.com
1,045,181
15.02.2024 23:36
Region
“Vahan Kerobyana qarşı ittiham irəli sürülüb” - Erməni mediası
Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyana qarşı ittiham irəli sürülüb. Musavat.com-un məlumatına görə, bunu məlumatlı mənbə yerli mediaya bildirib. Qeyd olunub ki, bir neçə saat ərzində məhkəmə sabiq nazir barəsində həbs-qətimkan tədbiri seçəcək. Kerobyan artıq bir neçə saatdır ki, İstintaq Komitəsindədir. Bildirilir ki, istintaqın uzanması İqtisadiyyat Nazirliyində rezonans doğuran hadisə ilə bağlıdır. “Bildiyiniz kimi, bu iş üzrə Energetika Nazirliyinin keçmiş rəis müavini Ani İspiryan da ev dustaqlığındadır. Parlament sədrinin gəlini Ani Gevorkyanın da eyni işdə əli olub, lakin o, bu yaxınlarda həbsdən evə buraxılıb”, məlumatda deyilir. Qeyd edək ki, nazir müavini bir gün əvvəl istefa verib. Musavat.com
1,045,182
16.02.2024 00:11
Dünya
Niger Fransadan yüz illik talana görə təzminat tələb edəcək
Nigerin hərbi hökumətinin başçısı general Abdurrahman Tçiani ölkənin təbii sərvətlərini yüz ildən artıq müstəmləkə və neokolonial yolla talan etdiyinə görə Fransadan təzminat tələb edib. Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısı RTN dövlət televiziyasına müsahibəsində bildirib. “Fransa müstəmləkə və neokolonial idarəçilik dövründə yüz ildən çox müddət ərzində bizim resurslarımızı nəzarətsiz şəkildə talan etdi. Bunu bizə tam ödəyəcəklər, fransızların bizə olan bütün borcları ödəmək üçün ətraflı cədvəl tərtib edəcəyik və biz onlardan əbədi olaraq azad olacağıq. Biz öz suverenliyimizi tam bərpa etmək niyyətindəyik və bunun üçün Afrikanın ən yaxın tarixi ilə bağlı bütün arxiv məlumatlarını nəzərdən keçirib öyrənəcəyik”, - deyə o bildirib. Musavat.com
1,045,183
15.02.2024 23:48
Dünya
Dünya bazarına çıxarılan neft həcmləri kəskin azalıb
2024-cü ilin yanvar ayında dünya bazarına gündəlik neft təklifi 1,4 milyon barel azalaraq 101,45 milyon barel təşkil edib. Musavat.com xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) analitiklərinin statistik məlumatlarında deyilir. Agentlik bildirir ki, qlobal tədarükün azalmasının səbəblərindən biri əlverişsiz hava şəraiti olub. Belə ki, Şimali Amerikada kəskin soyuqlar nəticəsində neft hasilatında fasilələr qeydə alınıb. Nəticədə yanvarda ABŞ-da orta gündəlik hasilat 540 min barel, Kanadada isə 360 min barel azalıb. Bundan əlavə, qlobal xammal tədarükünün kəskin azalmasına OPEC+ sazişində iştirak edən bir sıra ölkələrdə hasilatın əlavə könüllü azaldılmasının qüvvəyə minməsi də təsir edib. Bu, dünya tədarük həcmindən gündə təxminən 300 min barel itkiyə səbəb olub. Qlobal tədarükün azalmasına səbəb olan digər amil Qırmızı dənizdə geosiyasi gərginliyin artmasıdır. Musavat.com
1,045,184
15.02.2024 23:59
Dünya
Yaponiya dünya üçüncüsü statusunu itirdi
Yaponiyanın nominal ümumi daxili məhsulu (ÜDM) 2023-cü ilin sonunda dollar ifadəsində 4,21 trilyon dollar təşkil edib. Musavat.com xəbər verir ki, bu göstəriciyə görə o, dünyanın üçüncü böyük iqtisadiyyatı statusundan dördüncüyə geriləyib. Üçüncülüyü isə 4,46 trilyon dollarlıq nominal ÜDM-lə Almaniya əldə edib. 2022-ci ildə Yaponiyanın dollar ifadəsində nominal ÜDM-i 4,26 trilyon dollar təşkil edib. Eyni zamanda 2023-cü il üçün yen ifadəsində bu rəqəm 1,2 faiz artıb. Bu tendensiya son 30 ildən artıqdır ki, ən aşağı səviyyədə olan Yaponiya milli valyutasının zəifliyi ilə bağlıdır. Ölkənin real ÜDM-i 2023-cü ildə 1,9 faiz artıb. Yaponiya iqtisadiyyatı zəif istehlak və aşağı korporativ sərmayə səbəbindən 2023-cü ilin oktyabr və dekabr ayları arasında illik müqayisədə 0,4 faiz kiçilib. “Kyodo”ya görə, ÜDM məlumatları hökumət və Yaponiya Bankı üçün problem yaradır, çünki onlar daxili tələbi stimullaşdırmaq və əmək haqqını artırmaqla iqtisadi artımı gücləndirməyə çalışırlar. Bundan əlavə, Yaponiya şirkətləri uzunmüddətli investisiyalar sahəsində son dərəcə ehtiyatlı davranmağa davam edir ki, bu da inkişaf üçün mənfi faktora çevrilir. Musavat.com
1,045,185
15.02.2024 22:53
Ölkə
Ustad şair Məmməd İsmayılın vəziyyəti ağırdır
Ustad şair Məmməd İsmayılın vəziyyəti pisləşib. Musavat.com xəbər verir ki, bu barədə publisist Bahəddin Həzi məlumat yayıb. O bildirib ki, şairin səhhətində problemlər yaranıb və ona kömək lazımdır. “Ustad şair Məmməd İsmayılın ailəsinə yaxın olan şair Ehtiram İlhamla bir az əvvəl danışdıq. Şairin halı pisləşib. Ehtiram İlham deyir ki, Məmməd İsmayıla dövlətin diqqəti və dəstəyi lazımdır. Bəli, türk dünyasının böyük söz adamı, nəhəng şair, alim Məmməd İsmayılı itirmək qorxumuz var. Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi hərəkətə gəlməlidir. Ziyalılar bu məsələni qaldırmalıdırlar, xəstə, yaşlı şairə kömək etməliyik”, - deyə B.Həzi qeyd edib.
1,045,186
15.02.2024 23:24
Ölkə
Bu adam adi DƏLİ deyil, qətlləri PLANLI, düşünərək edib! - Kamran Həsənli ANALİZ ETDİ
Aparıcı Kamran Həsənli TV Musavat-ın efirində "Kamranla 1" verilişində Bakıda baş verən dəhşətli cinayətdən danışıb. Aparıcı bildirib ki, bu adam dəli deyil, qətlləri planlı, düşünərək edib. Musavat.com verilişdən həmin hissəni təqdim edir: Musavat.com
1,045,187
15.02.2024 23:40
Ölkə
Qətldən 24 saat əvvəl Əhmədi polis saxlayıb, amma atası... - ŞOK hadisənin SİRLƏRİ açılır
Aparıcı Sevinc Telmanqızı TV Musavat-ın canlı efirində mühüm məqama toxunub. Musavat.com xəbər verir ki, aparıcı Bakıda ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirən Əhməd Əhmədovun hadisədən bir gün əvvəl polis tərəfindən saxlanıldığını deyib. Ətraflı videoda: Musavat.com
1,045,188
15.02.2024 23:56
Ölkə
Əziz Məmmədov vəfat etdi - FOTO
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Əziz Məmmədov vəfat edib. Musavat.com xəbər verir ki, bu barədə BDU-dan bildirilib. Əziz Məmmədov 1939-cu ildə anadan olub. 1955-ci ildə orta məktəbi qızıl medalla bitirib, təhsilini BDU-nun Fizika fakültəsində davam etdirib. 1967-ci ildə "Müasir fizikada məkan-zaman problemi" mövzusunda dissertasiya müdafiə edərək, fəlsəfə elmləri namizədi, 1994-cü ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsi alıb. Əziz Məmmədov 1965-ci ildən BDU-nun Fəlsəfə kafedrasında işləyib, 1995-ci ildən kafedranın professoru olub. Fizika, təbiətşünaslığın fəlsəfi problemləri, dialektika və idrak nəzəriyyəsi, idrak nəzəriyyəsi və metodologiya, sinergetika və məntiqşünaslıq üzrə görkəmli mütəxəssis olub. 43 irihəcmli monoqrafiya və dərsliyin, 400-dən artıq elmi məqalənin müəllifi idi. O, elmlər namizədi və elmlər doktorluğu üzrə yazılmış 18 dissertasiyanın elmi rəhbəri olub. Allah rəhmət eləsin!
1,045,190
16.02.2024 00:23
Dünya
Estoniyanın baş prokuroru: “Kaya Kallas Rusiyaya ekstradisiya oluna bilər”
“Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilmiş Estoniyanın Baş naziri Kaya Kallas hansısa dövlət tərəfindən Rusiyaya ekstradisiya oluna bilər”. Bu sözləri Estoniyanın baş prokuroru Andres Parmas deyib. Onun sözlərinə görə, bu, bir siyasətçi üçün əsas risklərdən biridir. “Əgər hər hansı ölkə öz öhdəliklərindən imtina etmək qərarına gəlsə və məsələn, Rusiya ilə bağlanmış ekstradisiya müqaviləsinə istinad etsə, o zaman bizə ancaq qanuna etiraz etmək qalacaq”, - deyə Parmas bildirib. Onun sözlərinə görə, Kaya Kallas beynəlxalq diplomatik hüquqla qorunmalıdır, lakin Tallin üçüncü ölkələrdən belə müdafiəni tələb edə və ya gözləyə bilməz. Parmas əlavə edib ki, Kallas vəzifəsini tərk edərsə və qeyri-siyasi fiqur kimi səyahət edərsə, risk artacaq. Xatırladaq ki, Estoniya Baş naziri Kaya Kallas və dövlət katibi Taymar Peterkop Rusiya Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi üzrə axtarışa verilib. Bu səbəbdən Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ondan yazılı izahat tələb olunub.//Oxu.az
1,045,191
16.02.2024 02:05
İdman
"Qarabağ" "Braqa" üzərində zəfər çaldı, Avropa fatehi oldu - YENİLƏNİB VİDEO
"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olub. Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə bitib - 4:2. "Köhlən atlar"ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar. Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (pen) fərqləniblər. Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. *** 01:39 Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda beşinci qol vurulub. Azərbaycan təmsilçisi 69-cu dəqiqədə hesab arasındakı fərqi daha da artırıb - 4:1. Abdullah Zubir özünün ikinci, "köhlən atlar"ın dördüncü qoluna imza atıb. *** Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda dördüncü qol vurulub. Azərbaycan təmsilçisi 65-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb - 3:1. "Köhlən atlar"ın heyətində Olavio Juninyo fərqlənib. *** Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üçüncü qol vurulub. Azərbaycan təmsilçisi 54-cü dəqiqədə yenidən hesabda önə keçib - 2:1. Abdullah Zubir adını tabloya yazdırıb. *** Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə start götürüb. Hələlik hesab bərabərdir - 1:1. Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç 21-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 44-cü dəqiqədə meydan sahiblərində Simon Banza tarazlığı bərpa edib. *** 00:52 Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb. Tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1 21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. 44-cü dəqiqədə meydan sahiblərində Simon Banza tarazlığı bərpa edib. *** 00:00 Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb. Qarşılaşma saat 00:00-da start götürüb. Görüşü Danimarkadan olan Morten Kroq idarə edir. Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.//Report
1,045,192
16.02.2024 00:39
Yaşam
Uşaqlarda xərçəngin əsas 10 əlaməti
Bu gün uşaqlarda Xərçənglə mübarizə günüdür. Təəssüf ki, uşaqlar arasında şiş xəstəlikləri artır. “Medicina” xəbər verir ki, həkim Svetlana Varfolomeyeva uşaq onkologiyasının ən əsas əlamətlərini sadalayıb. “Valideynlər daimi yorğunluq, zəiflik və iştahsıqlıqdan şübhələnməlidir. Mütləq bu əlamətlərlə həkimə gedib, skrininq, çek-ap olunmaq lazımdır. Bu müayinələrə qan analizləri, USM, rentgen, MRT aiddir. Çox hallarda uşaqda qrip və soyuqdəymə olmadan qızdırma qalxır. Bu çox zaman limfoma, leykozlar və iltihabi proseslərdə olur. Uşaqlarda ən çox rast gəlinən xərçəng növləri: leykemiya, neyroblastoma, osteosarkoma – sümük xərçəngi, retinoblastoma, nefroblastoma – böyrək, qaraciyər xərçəngi, yumşaq toxuma sarkoması”.
1,045,193
16.02.2024 02:28
Yaşam
Xərçəngin dərmanı – “Qreçka” çayının faydası
Qarabaşaq dəmləməsi içmək antioksidant təsiri ilə xərçəngə qarşı təsir edir. Qastroenteroloq Yekaterina Kaşux heç vaxt eşitmədiyiniz qarabaşaq çayı barədə danışıb: “Qarabaşaq tərkibində olan rutin flavanoidləri sərbəst radikallarla mübarizə aparır. Rasionunuza qarabaşaq çayı əlavə etmək lazımdır. Bu çay üçün tatar qarabaşaq toxumları lazımdır. Məhz onda iltihab və xərçənglə mübarizə aparan amin turşuları var. Qarabaşaqda P vitamini çoxdur, hüceyrə səviyyəsində sərbəst radikalları zərərsizləşdirir. Bu çay sayəsində allergik reaksiyalar, iltihab azalır. Rutin damarların elastikliyini artırır, təzyiqi normallaşdırır. Çay immuniteti möhkəmlədir. Çayı hazırlamaq üçün 95 dərəcə qaynar su istifadə olunur, sonra 4-5 dəqiqə soyudulur və süzülür. Amma nəzərə alın ki, bu çay dərman deyil, sadəcə profilaktika üçün faydalıdır”.//Medicina.az
1,045,194
16.02.2024 00:51
Ölkə
Bakıda camış əti dana əti adı ilə satılır? - İDDİA VİDEO
Sosial şəbəkələrdə mal əti adı ilə camış əti satılır. Üstəlik, bununla bağlı yayımlanan videoçarxda məhsulun camış əti olduğu qeyd olunmur. İnsanlar isə həmin məhsulu dana əti bilərək alırlar. Baku TV məsələ ilə bağlı sözügedən məhsulun satıldığı ünvanda olub. Satışı həyata keçirən şəxs öncə camış əti olduğunu bildirməyib. Müvafiq sertifikatlar əldə edildikdən sonra isə məhsulun camışın qol əti olduğunu etiraf ediblər. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb. Qeyd edilib ki, vətəndaşlar ət və ət məhsulları alarkən satıcıdan mənşə sənədini tələb etsinlər və bu məsələdə diqqətli olsunlar. Ətraflı süjetdə:
1,045,196
16.02.2024 01:15
Şou-biznes
İlham Mirzəyevi xəstə edən səbəb: İlhamə Bədəlovaya…
Bir neçə gün öncə aparıcı İlham Mirzəyev sosial media hesabında səhhətinin pisləşdiyi zaman lentə alınan görüntüləri bölüşüb. Sözügedən video İlham Mirzəyevin efir saatının əlindən alınıb həmkarı İlhamə Bədəlovaya verildiyi üçün stressdən xəstələnməsi barədə iddiların yayılmasına aəbəb olub. News24.az iddialara cavab almaq üçün aparıcı İlhamə Bədəlova ilə əlaqə saxlayıb. Aparıcı məlumatların həqiqəti əks etdirmədiyini bildirib: “İlham Mirzəyevlə biz dostuq, belə söhbətlər əsassızdır. Özü ilə də əlaqə saxladım. Dediklərimi o da təsdiq edə bilər”.
1,045,197
16.02.2024 02:15
Siyasət
Meksika KİV-i: Budəfəki prezident seçkiləri Azərbaycanın bütün ərazisini əhatə edib
Meksikanın “Contra Replica” qəzetində Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində müşahidəçi statusunda iştirak etmək məqsədilə ölkəmizə səfər etmiş tanınmış siyasi şərhçi Federiko Lamontun müəllifliyi ilə “Qarabağ Azərbaycandır, demokratiya zəfər çaldı” (“Triunfó la democracia porque Karabaj es Azerbaiyan”) başlıqlı məqalə dərc olunub. Azərbaycanın Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, müəllif məqalədə ilk öncə Prezident İlham Əliyevin inamlı qələbəsi ilə yekunlaşan prezident seçkilərindən bəhs edərək bu dəfəki seçkilərin Azərbaycanın bütün suveren ərazilərimizi əhatə etdiyini bildirib. Daha sonra F.Lamont ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovla müsahibəsindən söz açıb. Məqalədə nazir müavini E.Məmmədova istinadən işğaldan azad edilmiş ərazilərimizdə bu gün mövcud mina problemi məsələsinə toxunularaq, Azərbaycanın dünyada minalarla ən çox çirklənmiş ölkələrdən olduğu bildirilib. Bu xüsusda, mina qurbanlarının sayının hər ötən gün daha da artdığı təəssüflə qeyd olunaraq sözügedən ərazilərin təmizlənməsi üçün mina xəritələrinin təqdim edilməsinin vacibliyi vurğulanıb. Habelə, 2020-ci ildən sonra belə minaların yerləşdirilməsi prosesini davam etdirən Ermənistanın bu məkrli siyasətinin Azərbaycanlılara qarşı onilliklərlə davam edən etnik təmizləmə kampaniyasının davamı olduğu diqqətə çatdırılıb. Məqalədə həmçinin sözügedən müsahibəyə istinadən Ermənistan-Azərbaycan normallaşma prosesindən bəhs olunub. Bu xüsusda, Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğal dövrünün başa çatdığı, ölkəmizin doğma torpaqlarını işğaldan azad etdiyi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, habelə münaqişənin arxada qalması üçün bü gün sülh sazişinin imzalanması istiqamətində əməli addımların atıldığı bildirilib. Daha sonra məqaləsində ölkəmizin ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından xeyli uzaq məsafədə yerləşən Gəncə şəhərinə səfəri zamanı şəhər sakini ilə müsahibəsindən söz açan müəllif Vətən Müharibəsi zamanı Ermənistanın mülki şəxslərə, infrastruktura qarşı həyata keçirdiyi raket hücumlarının nəticəsində onlarla dinc sakinin, o cümlədən 6 aylıq körpənin şəhid olduğunu bildirib.
1,045,198
16.02.2024 01:03
Hadisə
Bakıda qəza törədən xanım sürücü HUŞUNU İTİRDİ
Bakının Yasamal rayonunda xanım sürücü qəza törədib. Hadisə Abbas Mirzə Şərifzadə ilə Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb. Qadın sürücü “ KIA” markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib. Nəticədə avtomobil yolayırıcındakı beton arakəsməyə çırpılıb. Avtoqəza zamanı xanım huşunu itirib. Sürücü əraziyə çağırılan təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılıb. Hadisə ilə bağlı yolda sıxlıq yaranıb. Qəzaya uğramış nəqliyyat vasitəsi evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib. Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.//APA
1,045,199
16.02.2024 08:01
Analitika
And anı, vəd vədəsi – Prezident qarşıdakı 7 ildə yeni hədəflərə yetmək əzmindədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il fevral ayının 14-də keçirilən andiçmə mərasimində etdiyi çıxış ölkənin yaxın gələcəkdəki inkişafı üçün yol xəritəsi sayıla bilər. 2003-cü ildən etibarən dövlət başçısı postunda fəaliyyət göstərən İlham Əliyev bundan əvvəlki andiçmə mərasimlərində xalq qarşısında verdiyi vədləri ləyaqət və şərəflə yerinə yetirdiyi üçün hazırda ictimaiyyət arasında böyük əminlik var ki, o, prezidentliyinin yeni dönəmində də qarşıda duran bütün vəzifələri icra edəcək. Zatən, İlham Əliyevin 7 fevral seçkisində xalqdan fenomenal şəkildə yeni etimad votumu almasının başlıca səbəbi öncələr verilən vədlərin yerinə yetirilməsi, xalqın həllolunmaz müşkül saydığı başlıca problemin həll olunmasıydı. İndi qarşıda görüləsi işlər çoxdur, amma onların heç biri dövlət başçısının və onun komandasının öhdəsindən gələ bilməyəcəyi problemlər deyil. Əksinə, 100 illik Qarabağ münaqişəsinin uğurla həll edilməsinin fonunda onların hamısı qola daha qolaydır. Əsas məsələ ortada həlledici iradənin, əzmin olmasıdır. Bu isə Prezident İlham Əliyevdə var. O, qurub-yaratmağı, Azərbaycanı qüdrətli dövlətə çevirməyi həyatının kredosu elan edib və bu istiqamətdə irəliləyir. Prezident andiçmə mərasimində son illər qazandığımız uğurların müəllifliyini paylaşaraq belə bir söz deyib: “ Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”. Bu, doğrudan da belədir. Ancaq xalqın ayrı-ayrı təmsilçiləri, istedadlı oğul-qızları nə qədər əzmkar, məqsədyönlü, bacarıqlı olsa da, əsas amil mərkəzdə bir toparlayıcı, təşkilatçı şəxsiyyətin olmasıdır. O şəxsiyyət ortada olmasa, bütün istedadlı və bacarıqlı adamları öz ətrafında birləşdirməsə, heç bir böyük uğur qazanıla bilməz və o cəmiyyət sadəcə, hərəsi üzünü bir tərəfə tutan, hərəsinin ağzından bir avaz gələn istedadlar toplusuna dönər. 5 min adamın parakəndə şəkildə körpüdən keçməsi ilə bir o qədər əsgərin nizami addımlarla körpüdən keçməsi eyni şey deyil. İkinci variantda o nizami addımlar körpünü uçurmaq gücündədir. 1938-ci ildə, SSRİ dönəmində rejissor Qriqori Aleksandrovun çəkdiyi bir filmdə el birliyinə dair ibrətamiz epizod var. Məlum olduğu kimi, Volqa çayı çox enlidir, bu tərəfindən o tərəfinə xəbər, mesaj çatdırmaq üçün qışqırmaq lazımdır və bu da hər istəyəndə alınmır. Filmdə bir nəfər kolxozçu çayın o tərəfinə vacib tapşırıq çatdırmaq istəyir, amma səsi gedib çatmır. Nəhayət, o, çıxış yolu tapır, 20-30 nəfəri toplayır, onlar lazımi tapşırığı çayın o tayına xorla qışqıraraq deyirlər. Bu dəfə polifonik səs çayın o tərəfindəkilərə çatır. Sözü bir yerə qoymaq kimi səsi də, biləyin, biliyin gücünü də bir yerə qoyanda uğura yetişmək olur. Prezident İlham Əliyev bunu 2020-ci ildə effektiv şəkildə sübut etdi, 2023-cü ildə isə son möhürünü vuraraq təsdiqlədi, özünün də dediyi kimi, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı idi və elə də oldu. İndi qarşıda duran əsas məsələlərdən biri on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru sıfırdan başlayaraq yenidən qurmaqdır. Bundan ötrü böyük maliyyə vəsaiti, çoxsaylı işçi qüvvəsi, effektiv layihələr, həvəs və əzm lazımdır və onların hamısı mövcuddur. Bir də işğaldan azad olunmuş və ya qorunmuş torpaqlarda tikinti-quruculiq işləri aparmaq, əkib-becərmək üçün dövlətin güclü ordusu olmalıdır, ordu güclü olmasa, dövlətin sərhədlərini qoruya bilməsə, o təqdirdə o torpaqlara milyardlarla vəsait yatırmağa dəyməz. Şükür ki, artıq ordumuz ölkəmizin sərhədlərini xarici aqressordan qorumağa hazır və qadirdir. İlham Əliyev Ali Baş Komandan olaraq ordu quruculuğuna böyük diqqət və önəm verir Azərbaycan dövlətinin və gələcəkdə də ordunun modern silahlarla təchizatının qayğısına qalacağını öz çıxışlarında dəfələrlə bəyan edib. Ona görə də bu bu gün böyük əminlik və arxayınçılıqla keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla aparılır. Xəbər verildiyi kimi, bu günə qədər təxminən 5400 köçkün artıq beş yaşayış məntəqəsində məskunlaşdırılıb. Bu il ən azı 20 yaşayış məntəqəsinə insanlar qayıdacaq. Prezident deyib ki, azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünün yerləşdirilməsi planlaşdırırlır. “Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”, - dövlət başçısı andiçmə mərasimində bildirib. Bir sözlə, yaxın illərdə ölkədə ciddi quruculuq işləri aparılacaq, insanların həyat şəraiti yaxşılaşdırılacaq, yeni istehsal sahələri yaradılacaq, ölkənin öz resursları hesabına ərzaq təminatı yaxşılaşacaq. Təki sağlıq və salamatlıq olsun. Ağır illər geri dönməsin. Musavat.com
1,045,200
16.02.2024 01:04
Hadisə
Xəzərdə içərisində sərnişinlər olan gəmi BATDI
Əlverişsiz hava şəraiti səbəbindən Xəzər dənizində göyərtəsində iki sərnişin və bir kapitanın olduğu kiçik gəmi batıb. Bu barədə fevralın 15-də Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin Mətbuat Xidməti məlumat yayıb. “İlkin məlumatlara görə, Xəzər dənizində sahil zolağından təxminən yeddi kilometr aralıda hərəkət edərkən gəmi pisləşən hava şəraiti səbəbindən batıb”, - deyə qurumun “Telegram” kanalında yayımlanan məlumatda deyilir. Bildirilib ki, təxminən üç saat suda qaldıqdan sonra bir nəfər sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda itkin düşən iki nəfərin axtarışları davam etdirilir.//Oxu.az
1,045,201
16.02.2024 02:03
Dünya
ABŞ bu ölkədə 5 hərbi baza QURUR
ABŞ “Əş-Şəbab” terror təşkilatına qarşı mübarizə aparmaq üçün Somalidə 5 hərbi baza quracağını açıqlayıb. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Somali Müdafiə Nazirliyi ilə ABŞ-ın Moqadişudakı səfirliyi arasında anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimində hər iki tərəfdən yüksək səviyyəli rəsmilər, o cümlədən Somali prezidenti Həsən Şeyx Mahmud və ABŞ dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Molli Fi iştirak edib. İmzalanan anlaşma memorandumu çərçivəsində ABŞ Somalidə “Əş-Şəbab”la mübarizədə 5 hərbi baza quracaq. Somali ordusunun “Danab” briqadası ilə əlaqəli olacaq hərbi bazalarda, ABŞ əsgərlərinin yerləşdirilməsi ilə yanaşı, Somali əsgərləri üçün hərbi təlim fəaliyyətləri də həyata keçiriləcək. ABŞ-ın baza yaratmaq qərarının Afrika İttifaqının Keçid Missiyasının (ATMIS) Somalidən çıxarılması planından sonra gəlməsi diqqət çəkir. Qeyd edək ki, “Əş-Şəbab” 2007-ci ildən Somali hökumətinə və Afrika İttifaqı qüvvələrinə hücum edir, tez-tez şəhərlərdə və kənd yerlərində terror hücumları təşkil edir. Musavat.com
1,045,202
16.02.2024 01:27
Hadisə
SON DƏQİQƏ! Sumqayıtda güclü YANĞIN
Sumqayıtda sexdə güclü yanğın başlayıb. Musavat.com “Report”a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğının təxminən 400 kvadrat metr ərazini əhatə etdiyi bildirilir.
1,045,203
16.02.2024 01:39
Siyasət
Ərdoğan yeni səfirlər TƏYİN ETDİ - SİYAHI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 ölkəyə yeni səfirlər təyin edib. Musavat.com xəbər verir ki, təyinat qərarları Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Resmi Gazete"də dərc olunub. Belə ki, Tunis, Şimali Makedoniya, Slovakiya, Portuqaliya, Cibuti, Səudiyyə Ərəbistanı, Dominikan Respublikası, Somali, Çad və Qambiyaya səfirlər təyin edilib: Ahmet Misbah Demircan - Tunis Fatih Ulusoy - Şimali Makedoniya Erkan Özoral - Slovakiya Haldun Koç - Portuqaliya Erdal Sabri Ergen - Cibuti Emrullah İşler - Səudiyyə Ərəbistanı Emriye Bağdagül Ormancı - Dominikan Respublikası Alper Aktaş - Somali Cem Utkan - Çad Fahriye Türker Oba - Qambiya Musavat.com
1,045,204
16.02.2024 01:51
Ölkə
Leyla Əliyeva babası ilə bağlı paylaşım edib - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva babası Arif Paşayevi 90 illik yubileyi ilə bağlı təbrik edib. Musavat.com xəbər verir ki, o, babası, bacısı Arzu Əliyeva, xalası Nərgiz Paşayevanın qızları Ülviyyə Rəhmanova və Aida Mahmudovanın da yer aldığı fotonu “Instagram” hesabında paylaşaraq bu sözləri yazıb: “Sevimli babamızı doğum günü münasibəti ilə təbrik edirəm! Sən yaxşıların yaxşısısan! Biz səni çox sevirik! Allah bütün böyüklərimizə can sağlığı və uzun ömür nəsib etsin”. Qeyd edək ki, akademik Arif Paşayev Milli Aviasiya Akademiyasının rektorudur.
1,045,205
16.02.2024 03:54
Dünya
Bu ölkə Türkiyədən KAAN qırıcılarını ALACAQ FOTO VİDEO
Ukrayna Türkiyənin beşinci nəsil KAAN qırıcılarını almaq istəyir. Musavat.com xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar CNN TÜRK-ə müsahibəsində bildirib. "Biz onu təkcə almayacağıq, istifadə edəcəyik. Harada istifadə edəcəyimizi də bilirik", - deyə Bodnar bildirib. "Bu, bizim strateji tərəfdaşlığımızın hərəkətverici qüvvəsidir. Türkiyədən çoxlu sayda "Bayraktar TB2" və digər avadanlıqlar aldıq və bu gün "Bayraktar TB2" Ukrayna müharibəsinin veteranı oldu", - səfir deyib. Səfirin sözlərinə görə, "Bayraktar" üçün mahnılar yazılır, hətta bəzi uşaqlara "Bayraktar"ın adı verilir: "Haluk və Səlcuq Ukraynanın qəhrəmanlarıdır, amma yenə də işlərini davam etdirirlər". Vasil Bodnar Musavat.com
1,045,206
16.02.2024 02:23
İdman
Qarabağ "Braqa" oyunundan EKSKLÜZİV GÖRÜNTÜLƏR FOTO VİDEO
Xəbər verdiyimiz kimi, Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu keçirilib. Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə bitib - 4:2. "Köhlən atlar"ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar. Stadiondan azərbaycanlı azarkeşlərin Musavat.com-a göndərdiyi eksklüziv foto və videogörüntüləri təqdim edirik: Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Musavat.com
1,045,207
16.02.2024 02:40
Dünya
“Hizbullah” İsrailin şimalına zərbələr endirib
“Hizbullah” qüvvələri İsrailin Livanla sərhədindən 2,5 km məsafədə yerləşən Kiryat Şmona şəhərinə zərbələr endirib. Bu barədə “Əl-Cəzirə” televiziyası məlumat yayıb. Radikallar bu sərhəd yaşayış məntəqəsinə çoxsaylı raket sistemlərindən azı 40 mərmi atıblar. Hücumun nəticələri barədə ətraflı məlumat verilməyib. “The Times of Israel”in məlumatına görə, Kiryat Şmona şəhərinə 20-yə yaxın raket atılıb. Raket hücumu nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb. BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin sözçüsü Andrea Tenenti Livan-İsrail sərhədində artan münaqişədən ciddi narahatlığını bildirib: “Son bir neçə gün ərzində çoxlu sayda insanın ölümü ilə nəticələnən yaşayış binalarına və iqtisadi infrastruktura hücumların şahidi olduq. Biz tərəfləri mülki şəxslərə hücumlara qarşı xəbərdar edirik. Bu, beynəlxalq hüquq normalarının pozulmasıdır”. Tenentinin sözlərinə görə, sülhməramlılar çətinliklərə baxmayaraq, regionda hərbi gərginliyi azaltmaq üçün səylərini davam etdirirlər.//Report
1,045,208
16.02.2024 02:53
İdman
Qurban Qurbanov: "Cavab matçında daha məsuliyyətli olmalıyıq"
Cavab matçında daha məsuliyyətli olmalıyıq. Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis çox ciddi rəqibə qarşı oynadıqlarını bildirib: "Futbolçuları təbrik edirəm, çox əziyyət çəkdilər. Rəqibin sürətli oyunçuları var. Bu cür kollektivlər cavab görüşlərində istənilən nəticəni xeyirlərinə dəyişə bilirlər". Qurbanov matçlardan əvvəl proqnozlara fikir vermədiyini söyləyib: "Bizim də xeyli təcrübəmiz var. İnanırdıq, bəlkə də dörd qol vurarıq deyə düşünmürdük. Futbolçulardan hər hücumda keyfiyyətli olmağı tələb edirik. Bu gün oyunumuz pis alınmadı. Amma cütün taleyi hələlik həll olunmayıb. Şanslar bərabərdir. Belə turnirlərdə böyük geridönüşlər görmüşük. Daha soyuqqanlı olmalıyıq". Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.//Report
1,045,209
16.02.2024 03:06
İdman
"Braqa"nın baş məşqçisi: "Bizim üçün ağır məğlubiyyətdir"
Bizim üçün çox ağır məğlubiyyətdir. Bunu "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliyada "Qarabağ"a 2:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra "Sport TV"yə açıqlamasında deyib. Mütəxəssis komanda olaraq bir araya gəlməli olduqlarını bildirib: "Dərhal bunu tətbiq edəcəyik. Növbəti həftə bizi cavab qarşılaşmasının gözlədiyini bilirik. Bu, istədiyimiz nəticə deyil. Səfərdə 3:0 hesablı qələbə lazımdır. Çox çətindir. Üzərimizə böyük məsuliyyət düşür". Baş məşqçi azarkeşlərin narazılığı haqqında da danışıb: "Onları başa düşürəm. Narazılıq, məyusluq, hətta kədəri də hiss edirəm. Daha çox çalışmalıyıq və iş görməliyik. Fanatlarımızın bizim yanımızda olmasını istəyirik". Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.//Report
1,045,210
16.02.2024 03:18
Hadisə
Psixi xəstə yaşlı kişini qəddarcasına bıçaqladı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində vərəm dispanserində ölümlə nəticələnən bıçaqlanma hadisəsi olub. Dəhşətli hadisənin görüntüləri müəssisənin müşahidə kamerası tərəfindən qeydə alınıb. Bildirilir ki, 36 yaşlı pasiyent 60 yaşlı kişiyə bıçaqla hücum edib və onu ağır yaralanıb. Həkimlər qocanın həyatını xilas edə bilməyiblər. Hücum edən şəxs saxlanılıb. Onun anlaqlı vəziyyətdə olmadığı deyilir. Hadisə ilə bağlı cinayət işi açılıb.//Oxu.az
1,045,211
16.02.2024 03:30
Region
Qroznıda yeni rayona Putinin adı veriləcək
Qroznıda Rusiya Prezidenti Vladimir Putinin adını daşıyacaq yeni rayon yaradılacaq. Bu haqda Çeçenistan rəhbəri Ramazan Kadırov teleqram kanalında yazıb. Kadırovun sözlərinə görə, yeni rayon şəhərin mərkəzi hissəsində yaranacaq. Genişmiqyaslı tikinti başa çatdıqdan sonra əraziyə Putinin adı veriləcək. “Qroznı şəhərinin yeni rayonunun Vladimir Putinin şərəfinə adlandırılması qərarı çeçen xalqının dərin minnətdarlığının və onun adının əbədiləşdirilməsi istəyinin əlaməti kimi qəbul edilib”, - deyə respublika rəhbəri qeyd edib.//Qafqazinfo
1,045,212
16.02.2024 03:41
Dünya
Yunanıstan parlamenti eynicinsli evlilik qanununu təsdiqlədi
Yunanıstan parlamenti eynicinsli cütlüklərin nikahını və uşaqları övladlığa götürməsini qanuniləşdirən qanun qəbul edib. Musavat.com TASS-a istinadla xəbər verir ki, bu barədə parlamentin sədri məlumat verib. "Səsvermədə 254 deputat iştirak edib. Qanunun qəbulunun lehinə 176 deputat, əleyhinə 76 deputat səs verib, 2 deputat bitərəf qalıb. Qanun qəbul olunub", - deyə sədr bildirib. Səsvermə parlamentin “Vouli TV” telekanalı tərəfindən canlı yayımlanıb. Səsvermə iki günlük müzakirədən sonra baş tutub. Qanunu hakim Yeni Demokratiya partiyası, müxalifətdəki SİRİZA - Proqressiv Alyans, PASOK, Yeni Solçu və parlamentin eks-spikeri Zoe Konstantopulunun Azadlıq Kursu dəstəkləyib. Yunanıstan Kommunist Partiyası (KKE), sağçı Yunan Həll və Niki (Qələbə) partiyaları təklifə qarşı çıxıb. Yunanıstan hakimiyyətinin eynicinsli cütlüklərin nikahını və onların uşaqları övladlığa götürməsini qanuniləşdirmək planları ABŞ tərəfindən fəal şəkildə dəstəklənir. Musavat.com
1,045,213
16.02.2024 04:05
İdman
Həmin epizod... - VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” tarixi qələbə qazanıb. Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşan Azərbaycan təmsilçisi 4:2 hesabı ilə rəqibini məğlub edib. Oyun zamanı “Qarabağ”ın futbolçusu Nəriman Axundzadə qol şansını əldən verib. Müzakirələrə səbəb olan həmin görüntüləri təqdim edirik: Qafqazinfo
1,045,214
16.02.2024 04:22
Region
Türkiyədən MARAQLI GÖRÜNTÜLƏR - 5 metrlik qar tuneli FOTO
Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda aramsız yağıntılar nəticəsində qarın qalınlığı 5 metri ötüb. Bu barədə Musavat.com “Haber Global”a istinadən xəbər verir. Vilayətin aidiyyəti orqanlar tərəfindən ərazidə təmizlik işlərinə başlanılıb. Belə ki, səhər saatlarından başlayan güclü qar səbəbilə, qruplar rayonun İran sərhədində yerləşən Çobanpınar kəndinə gedən yolda işlərini davam etdirir. Musavat.com
1,045,215
16.02.2024 04:50
Dünya
“Hizbullah”ın hərbi bazalarına zərbələr endirildi
İsrail qırıcıları Livanda “Hizbullah”ın üç hərbi bazasına hücum edib. Bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb. "Bir müddət əvvəl İsrail ordusunun döyüşçüləri Livanın cənubundakı Kantara, Yarin və Taybe ərazilərində “Hizbullah”ın üç hərbi bazasına hücum edib", - məlumatda deyilir. Bundan əlavə, ordu “Livanın cənubundakı Labune bölgəsində “Hizbullah”ın daha bir terror obyektinə zərbə endirib”, - mətbuat xidməti əlavə edib.//Report
1,045,241
16.02.2024 08:14
İdman
Qurban Qurbanov: "Cavab matçında daha məsuliyyətli olmalıyıq" - VİDEO
Cavab matçında daha məsuliyyətli olmalıyıq. Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis çox ciddi rəqibə qarşı oynadıqlarını bildirib: "Futbolçuları təbrik edirəm, çox əziyyət çəkdilər. Rəqibin sürətli oyunçuları var. Bu cür kollektivlər cavab görüşlərində istənilən nəticəni xeyirlərinə dəyişə bilirlər". Qurbanov matçlardan əvvəl proqnozlara fikir vermədiyini söyləyib: "Bizim də xeyli təcrübəmiz var. İnanırdıq, bəlkə də dörd qol vurarıq deyə düşünmürdük. Futbolçulardan hər hücumda keyfiyyətli olmağı tələb edirik. Bu gün oyunumuz pis alınmadı. Amma cütün taleyi hələlik həll olunmayıb. Şanslar bərabərdir. Belə turnirlərdə böyük geridönüşlər görmüşük. Daha soyuqqanlı olmalıyıq". Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
1,045,242
16.02.2024 08:26
Ölkə
Bölgələrin inkişafına verilən yeni vədlər...
Azər Badamov: “Bərpaolunan enerji mənbələrinin yaradılması həm regionların, həm də ölkə iqtisadiyyatının inkişafına yeni impuls verəcək” Xəbər verildiyi kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP 29 bu il Azərbaycanda keçiriləcək. COP 29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla yanaşı, Prezident ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində də bu məsələyə xüsusilə nəzər salıb: “Digər vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq, artıq işlərə start verildi. Bizim planlarımıza görə, 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro - su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Biz iqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi vermiş olacağıq, xüsusilə nəzərə alsaq ki, Azərbaycan bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcək. Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır. Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək. Əgər belə demək mümkündürsə, biz indi xarici investorların rəqabət prosesini də görürük. Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki yoxdur. Halbuki Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib”. Bəs görəsən, beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsi regionlara öz təsirini necə göstərəcək? “Yaşıl enerji” ilə bağlı regionlarda nə kimi işlər görülür? Azər Badamov İqtisadçı millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, COP 29 Beynəlxalq Konfransı qlobal əhəmiyyətli bir tədbirdir: “Bu tədbirə ev sahibliyi etməyimiz ilk növbədə ölkəmizin beynəlxalq arenada olan nüfuzunun göstəricidir. Bu gün dünyada baş verən qlobal proseslərə qarşı mübarizəyə könüllü şəkildə qoşulmuş Azərbaycan Respublikası var. Ölkəmiz hər zaman dünyanı narahat edən məsələlərin aradan qaldırılması üçün öz üzərinə könüllü öhdəlilkılər götürməklə bu problemlərin həll olunmasına öz töhfəsini verir. O cümlədən 2030-cu ilə qədər ölkəmiz 5 min meqavatt enerjisinin istehsalını bərpa olunan enerji resurslarının üzərinə keçirmiləməsini hədəfləyib. COP 29-un ölkəmizdə keçirilməsi bərpaolunan enerji potensialının reallaşdırılmasına öz töhfəsini verəcək. Bu gün ölkəmizin bərpaolunan enerji potensialı sahəsinə investisiyalar yatırmaq istəyən şirkətlərin sayı günü-gündən artır. Deyə bilərik ki, bu sahə üzrə investisiyaların yatırılmasına bir rəqabətlilik mühiti yaranıb. Hesablamalara görə, ölkəmiz 200 Qiqavat bərpaolunan enerji pöotensialına malikdir. Bu enerji potensialının 157 Qiqavatı dənizdə, qalan hissəsi isə quruda dəyərləndirilib. Quruda dəyərləndirilən bərpaolunan enerji potensialı əsasən regionların payına düşür. Artıq bərpaolunan enerji potensialının mövcud əraziləri üzrə xəritəsi tərtib olunub. Bu gün Qaradağda böyük günəş elektrik stansiyası istifadəyə verilib. İşğaldan azad olunmuş ərazilərdə günəş və külək stansiyalarının tikintisi ilə bağlı işlər davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə kiçik hidroelektrik stansiyaların bərpası prosesi sürətlə davam etdirilir. Digər regionlarda da hidro, külək və günəş elektrik stansiyaların tikintisi ilə bağlı işlər görükəcəkdir. Bu, ilk növbədə ekoloji təmiz enerjisinin istehsalı deməkdir. Digər tərəfdən də yeni iş yerlərin açılması deməkdir. Hər bir bərpaolunan enerji stansiyasının tikintisini həyata keçirən ərazidə yeni infrastruktur yaradılır. Bu infrastruktur eyni zamanda o ərazidə yaşayan insanların rahat yaşayışına xidmət edəcək. Digər tərəfdən, açılan hər bir yeni müəssisə vergi ödəyicisi olur və həmin regionun büdcəsinə vəsaitlər ödəyəcək. Bu baxımdan bərpaolunan enerji mənbələrinin regionlarda inşası o regionların iqtisadiyyatına da müsbət təsir göstərəcək. Bərpaolunan enerjinin istehsalının artması həm də ümumi ölkə iqtisadiyyatının artmasına töhfə verir. Belə ki, bərpaolunan enerjinin istehsalı artdıqca onun ixracı da artacaq. Bu da ölkəmizə yeni mənbələrdən valyuta daxil olmasına yol açacaq. Beləliklə, deyə bilərik ki, bərpaolunan enerji mənbələrinin yaradılması həm regionların, həm də ölkə iqtisadiyyatının inkişafına yeni impuls verəcəkr". Yazını hazırladı: Afaq MİRAYİQ
1,045,243
16.02.2024 08:39
Ölkə
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Musavat.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Babək prospekti, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
1,045,244
16.02.2024 08:52
Ölkə
Bakıda sürücüləri təngə gətirən dairə qəza şəraiti yaradır - İDDİA + VİDEO
Bakının, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində üç yolun kəsişməsində çəkilən dairə yolda hərəkəti iflic edir. Sürücülər bildiriblər ki, sözügedən dairə çəkildikdən sonra ərazidə hər gün yol-nəqliyyat hadisələri baş verir: “Bu dairə çəkiləndən yol bərbad haldadır. Orada işarə də var, heç kim fikir vermir. Camaat çox əziyyət çəkir. Üçtərəfli yoldur, piyada keçidi də var. Dairə burada heç nəyə lazım deyil, fikir verən də yoxdur. Kim gəldi keçir”. Maraqlıdır ki, ərazidə dairəvi hərəkəti göstərən heç bir nişan yoxdur, amma geriyə dönmək qadağandır nişanı quraşdırılıb. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qeyd edilən ərazidə hərəkətin təşkili məqsədilə müvafiq yol nişanları qoyulub və nişanlanma xətləri çəkilib. Sürücülər də hərəkətdə olarkən ərazidə quraşdırılan yol nişanlarının tələblərini rəhbər tutmalıdırlar. Ərazidə asfalt örtüyünə çəkilən dairəyə gəldikdə isə qurumdan bildirilib ki, orada dairəvi hərəkəti göstərən heç bir nişan quraşdırılmadığı üçün yerə çəkilən dairənin də heç bir qüvvəsi yoxdur. Ətraflı Baku TV-nin süjetində:
1,045,245
16.02.2024 09:09
Sosial
İşsizlik və maaş problemi: elə dəyişikliklər olacaq ki...
Ekspertlər Prezidentin andiçmə mərasimindəki çıxışını belə qiymətləndirdilər Fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi nitqində Prezident İlham Əliyev iqtisadiyyatdakı hədəflər haqda da danışıb. Dövlət başçısı deyib ki, bu ilin yanvar ayının nəticələri ümidvericidir: “Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artıb. Bu, ümidverici göstəricidir və onu göstərir ki, biz indi yavaş-yavaş öz iqtisadi templərimizi bərpa edirik. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir”. Dövlət başçısı deyib ki, 2003-cü ildə Azərbaycanda minimum əmək haqqı 9, indi 345 manatdır: “Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əmək haqqı 940 manatdır. Əlbəttə ki, bu, bizi qane edə bilməz”. Prezidentin sözlərinə görə, Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaradılıb: “Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək”. Prezident yoxsulluqla mübarizə haqda bunları deyib: “Biz əlbəttə ki, yoxsulluqla və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun. Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq”. Prezident onu da deyib ki, ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək: “Bizə sabit neft hasilatı lazımdır və investorlar qarşısında bu vəzifəni qoymuşuq. Müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir. Təbii qazla bağlı. Biz artıq səkkiz ölkəyə təbii qaz ixrac edirik. Tələbat daha böyükdür, ilk növbədə, təbii ki, Avropa İttifaqı məkanından. Bizdən xahiş edənlərin sayı artır ki, biz kömək edək. Bax, bizə edilən xahişlər bu məqsədi daşıyır. Biz isə etibarlı tərəfdaş kimi həmişə ehtiyacı olanlara kömək etməyə hazırıq və bu köməyi göstəririk, bu da qiymətləndirilir, prinsip etibarilə bu vəziyyət bizi qane edir. Gələcəkdə bizim ixrac coğrafiyamız artacaq, təbii ki, Avropa istiqaməti üzrə. Bu yaxınlarda bizim yeni resurs bazamız işə salınıb. “Şahdəniz” yatağından sonra ikinci resurs bazamız “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılıb və yəqin ki, biz yaxın gələcəkdə bu yatağın işlənilməsinin ikinci mərhələsinə də başlayacağıq. Gələn il “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasilatı nəzərdə tutulur. Bu da bizim resurs bazamızı artıracaq. Ondan başqa, “Ümid”, “Babək”, “Şəfəq”, “Asiman”, “Qarabağ” neft və qaz-kondensat yataqlarından hasilata başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflər var. Vaxtilə bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda neft yoxdur. Azərbaycan 1997-ci ildən bəri neft hasilatını yüksək səviyyədə saxlayır və bir çox ölkələrə neft ixrac edir. Sonra deyirdilər ki, Azərbaycanda qaz yoxdur. Təbii ki, bu da cəfəngiyyatdır, bax, sadaladığım bu yataqlar onu əyani şəkildə göstərir. Vüqar Bayramov İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, ölkə Prezidenti çıxışında yeni dövr üçün yeni hədəfləri bəyan edib: “Yeni dövrdə iqtisadi islahatların daha da dərinləşməsi, investsiyası mühitinin daha da yaxşılaşdırılması, rəqabətin yaxından müdafiəsi, monopoliyaya qarşı mübarizə və eləcə də sosial-təminat tədbirlərinin daha da gücləndirilməsi kimi hədəflər var. İşğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması öz prioritetliyini qorumaqla yanaşı, 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 min vətəndaşımızın məskunlaşması gözlənilir. Bu, Qarabağ iqtisadiyyatının yenidən formalaşması və reinteqrasiyası deməkdir. Bu ərazilərimiz Azərbaycan üçün 10 milyard manatdan artıq yeni dəyər formalaşdıra biləcək. Bu kontekstdən Qarabağ yeni dövrdə Azərbaycanın iqtisadi inkişafının yeni drayverlərindən birinə çevriləcək". Millət vəkilinin fikrincə, yeni dövrdə sosial təminat tədbirlərinin gücləndirilməsi özünü əmək haqqı və pensiya artımlarında da göstərəcək: “Azərbaycan Prezidenti son 20 ildə iqtisadi və sosial göstəricilərdəki artımları qeyd etməklə yanaşı, bu sahədə işlərin daha da genişləndiriləcəyini bildirdi. Bu o deməkdir ki, yeni mərhələdə sosial təminat tədbirləri ünvanlılığı ilə seçilməklə yanaşı, həssas qrupların daha yaxından müdafiəsinə imkan yaradacaq. Bütövlükdə, Azərbaycan yeni mərhələyə qədəm qoyur. Bu, yeni inkişaf dövrü olacaq”. Elman Sadıqov İqtisadçı-ekspert Elman Sadıqovun fikrincə, ölkə Prezidentinin andiçmə mərasimindəki çıxışında verdiyi əsas mesajlardan biri bu idi ki, biz iqtisadiyyatımızı inkişaf etdirməliyik: “Biz danışıqlar yolu ilə işğal olunmuş ərazilərimizin geri qaytarılmasının mümkün olmayacağını gördükdə müharibə variantını düşünməyə başladıq. Müharibənin də köhnə yanaşmalarla aparılmasının ciddi risklər, itkilərlə nəticələnəcəyi test edildi, hesablamalar aparılaraq yeni yanaşmalar (texnologiyaların tətbiqi və sair) tətbiq edilməklə müvəffəqiyyətli bir şəkildə işğal olunmuş ərazilərimizi geri qaytardıq. Hamımız etiraf edirik ki, bugünkü vəziyyəti (ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanı) 2020-ci il sentyabrın 26-da (II Qarabağ müharibəsi başlamazdan bir gün əvvəl) xəyalımızda belə canlandırmaqda çətinlik çəkirdik. İqtisadiyyatda da eyni vəziyyətdir. Güclü iqtisadiyyat güclü dövlət, güclü ordu, rifah, yəni əslində hər şey deməkdir. Bunun üçün də biz Qarabağ məsələsində tətbiq etdiyimiz tamamilə yeni yanaşmalar tətbiq edəcəyik. Burada yeni düşüncə tərzi, fərqli yanaşma, məsələlərin köklü qoyuluşu əsas prioritet məsələlərdəndir”. Ekspert bildirir ki, növbəti illərdə həll olunacaq bir çox məsələlər var: “Dövlət müəssisələrinin rentabellə işləməsi, qurumlararası borcların bağlanması, Ələt Azad İqtisadi Zonasının səmərəli bir şəkildə fəaliyyətə başlaması, Qarabağdakı infrastruktur layihələrindən özəl sektorun genişlənməsinə keçid və sair. Düşünürəm ki, bir neçə önəmli və fundamental məsələyə yeni baxışların da formalaşacağı gözləniləndir. Əvvəla, öncəki ilin büdcə xərcləmələrinin növbəti ilin büdcə gəlirlərində geridönüş effektinin hesablanması və bu effektin artırılması üçün tədbirlərin görülməsi. Bu məsələnin ilbəil effektiv həlli Neft Fondundan büdcəyə transfertin ilbəil bir neçə faiz (ilk illərdə 3-5 faiz, növbəti illərdə kumulyativ təsirini də nəzərə alaraq 7-8 faiz azalma mümkündür. Nəzərə alaq ki, bu azalma ilk baxışda az görünə bilər. Lakin bu azalmanın ilbəil artan büdcə xərcləri, nəticədə böyüyən büdcə fonunda çox böyük olduğu aydın olur) azalması önəmli və əsas prioritet məsələlərdən biridir. İkincisi, ixrac, ixraca yanaşma tərzi və artırılmasına yeni fundamental yanaşmaların olacağı gözləniləndir. Biz aydınlaşdırmalıyıq ki, gömrük fiskal siyasətin tərkibində qalmalıdır, yoxsa fərqli yanaşma və siyasət müəyyən olunacaq? Üçüncüsü, kənd təsərrüfatı sahəsində kiçik təsərrüfatların önəmi, kənd təsərrüfatı təyinatlı hər bir hektar torpağın iqtisadi dəyəri və onun artırılmasına yeni yanaşmanın olacağı gözləniləndir. Hazırda taxıl məsələsində dünyanı gözləyən təhlükənin müəyyən edilməsi və nəzərə alınması gözləniləndir (yəni anbarlarda yığılıb qalmış ucuz Rusiya və Ukrayna taxılı həm MDB, həm də Avropa ölkələrinin fermerlərinin taxıl satışlarına cidd mənfi təsir edir. Bu mənfi təsir növbəti illərin taxıl əkinlərində özünü göstərsə, bir neçə mənfi və arzu olunmayan təsirlərini təsəvvür etmək çətin deyil). Fikrimcə, istehsala və istehsalda idxalın payının azaldılmasına yeni yanaşma və baxışın olacağı, brend məhsulların yaranması üçün fundamental addımların atılacağı və yeni yanaşmaların formalaşacağı, holdinqlərin böyüməsi və genişlənməsi, lakin bununla belə, kiçik və orta sahibkarlığın genişlənməsinə təkan verəcək peyk şirkətlərin formalaşması və inkişafı istiqamətində ciddi təhlillərin olacağı və addımların atılacağı gözləniləndir". Dünya SAKİT,“Yeni Müsavat”