id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
1,045,365
16.02.2024 16:36
Analitika
Avropadan gələn məktublar - Azərbaycanın Qərb üçün əhəmiyyəti böyükdür
Böyük Britaniyanın Baş naziri Rişi Sunak fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda ötən 30 ildən artıq müddətdə London və Bakı arasında münasibətlərin daha da gücləndiyi yazılıb. R.Sunak son 12 ayda Azərbaycanla Britaniyanın Ukraynaya dəstək vermək üçün birgə fəaliyyət göstərdiklərinə diqqət çəkib: “Londonda strateji dialoqumuzu aparmışıq, minalardan təmizlənmə üzrə təcrübəmizi bölüşmüşük və ticarət əlaqələrimizi qurmağa davam etmişik”. Hökumət başçısı bununla Azərbaycanın qlobal əhəmiyyətli məsələlərdə dünya gücləri ilə birlikdə fəaliyyət göstərdiyinə işarə edib. Rəsmi Bakının Ukrayna məsələsində tutduğu mövqeyə diqqət yetirdiklərini bildirib. O, Londonun Azərbaycan torpaqlarının minalardan təmizlənməsinə dəstək verdiyini, bu sahədə əməkdaşlığın davam edəcəyini vurğulayıb. Yeri gəlmişkən, ötən il Böyük Britaniya hökuməti Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq çərçivəsində BMT-nin İnkişaf Proqramına 500 min funt sterlinq ayıracağını açıqlamışdı. Krallıq 2020-ci ildən başlayaraq 2023-cü ilədək Azərbaycanda minalarla mübarizəyə təqribən 1,5 milyon funt sterlinq yardım göstərib. Britaniyanın dəstəyi ilə reallaşdırılan layihələr çərçivəsində Tərtər, Füzuli, Ağdam və Goranboy rayonları ərazisində minatəmizləmə işləri görülüb. Baş nazir 2024-cü ilin Azərbaycan üçün daha çox əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirib: “Çünki siz noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşırsınız”. O, bununla Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə xüsusi diqqət yetirdiklərini qeyd edib. Baş nazir COP26-nın ev sahibi kimi rəsmi Bakı ilə təcrübələrini bölüşməyi, başqa sözlə bu sahədə də əməkdaşlıq təklif edib. Azərbaycanı bu istiqamətdə də dəstəkləyəcəklərini vurğulayan R.Sunak bildirib: “COP29-un uğurla keçirilməsi üçün sizə dəstək verəcəyimizə əmin ola bilərsiniz”. O, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi sahəsində tutduğu rola önəm verdiklərindən bəhs edərək vurğulayıb: “Enerji keçidlərini irəliyə aparmaq və qlobal emissiyaları azaltmaq baxımından bu, həyati əhəmiyyətli bir məqamdır”. Baş nazir Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq qeyd edib ki, tərəflər arasında münaqişəyə son qoymaq üçün tarixi bir şans var: “Davamlı sülhə nail olunmasında hər iki ölkəyə Böyük Britaniyanın davamlı dəstəyini bir daha vurğulayıram”. Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, sabitlik və əməkdaşlıq tərəfdarıdır. Bu istiqamətdə rəsmi İrəvana təkliflər paketi təqdim edib. R.Sunak Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətdə görülən işlərə diqqət çəkərək bildirib: “Mən davamlı müqavilənin hər iki ölkənin və ümumilikdə bütün regionun rifahı və sabitliyi üçün gətirəcəyi böyük faydaları yüksək qiymətləndirirəm”. Yeri gəlmişkən, 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra İlham Əliyev Londonda Britaniyanın o zamankı hökumət başçısı Tereza Meylə görüşmüşdü. T.Mey İ.Əliyevi qələbə münasibətilə təbrik edərək səfərə belə qiymət vermişdi: “Bu səfər iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq”. O, Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirmişdi. R.Sunak və T.Meyin təbriklərindən də göründüyü kimi Britaniya Azərbaycanla əməkdaşlığa, münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Hər iki məktubda rəsmi Bakının qlobal əhəmiyyətli məsələlərdə iştirakı, rolu müsbət qiymətləndirilir. R.Sunak Azərbaycanın Ukrayna ilə bağlı tutduğu mövqeyi xüsusi olaraq qeyd edibsə, T.Mey o vaxt üçün aktual sayılan Əfqanıstanla bağlı məsələni vurğulamışdı. Krallığın indiki Baş naziri enerji sahəsindən söz açmaqla rəsmi Bakının bu istiqamətdə yürütdüyü siyasəti təqdir etdiyini bildirib. Almaniya kansleri Olaf Şolts da İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik edib. O da Azərbaycanla əməkdaşlığa hazır olduqlarını vurğulayıb: “Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır”. Ötən gün ABŞ-nin Bakıdakı səfiri Mark Libbi jurnalistlərə açıqlamasında Azərbaycanın həyata keçirdiyi layihələrin Avropanın enerji təhlükəsizliyini artırdığını deyib. Onun sözlərinə görə, ABŞ və Azərbaycan əsas diqqəti bərpa olunan enerji mənbələrinə yönəldərək enerji sektorunda əməkdaşlığı davam etdirəcək: “Mən bir amerikalı kimi Cənub Qaz Dəhlizi (SGC), Bakı-Tbilisi-Ceyhan kimi layihələr vasitəsilə Azərbaycanla birlikdə gördüyümüz işlərlə fəxr edirəm. Bunlar Avropanın enerji təhlükəsizliyini artıran, Azərbaycanda rifahın və təhlükəsizliyin artmasına töhfə verən layihələrdir”. Diplomat əlavə edib ki, Bakı və Vaşinqtonun enerji sektorunda yaxşı əməkdaşlıq tarixi var. Dünyanın əsas aparıcı güclərindən biri olan Britaniya Baş nazirinin təbrik məktubu Prezident İlham Əliyevin ötən dövrdə gördüyü işlərə verilən beynəlxalq səviyyəli qiymətdir, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Birləşmiş Ştatlar səfiri Mark Libbi də Azərbaycanın iştirakçısı olduğu layihələrin uğurlarını vurğulamaqla rəsmi Vaşinqton və Bakı arasında bu istiqamətdə əməkdaşlığın davam edəcəyini təsdiqləyib. Avropa İttifaqının üzvü olan İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloni, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Jelko Komşiç, Litvanın Prezidenti Gitanas Nausedaya, Malta Prezidenti Corc Vella, Slovakiyanın Baş naziri Robert Fitso, Polşa Prezidenti Andjey Duda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və başqaları da Prezident İlham Əliyevi qələbə münasibəti ilə təbrik ediblər. R.Sunak, O.Şoltsun, Avropanın başqa liderlərinin məktubları, zəngləri, M.Libbinin açıqlamaları bir daha Azərbaycanın Qərb ailəsinin üzvü olduğunu təsdiqləyir. Rəsmi Bakı Avropanın təhlükəsizliyi, enerji təminatı, qlobal miqyaslı münaqişələrin həllində mühüm rol oynayır və bu sahədə Avropa liderləri ilə eyni mövqedədir. Sədrəddin İsmayılovReport
1,045,366
16.02.2024 16:46
Siyasət
Abdullah Ağar: "Azərbaycan müharibə imtahanından alnıaçıq çıxıb"
"Azərbaycan müharibə imtahandan alnıaçıq çıxıb". Musavat.com bildirir ki, bu sözləri Türkiyənin tanınmış hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar "Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" adlı beynəlxalq paneldə çıxışında bildirib. Abdullah Ağar qeyd edib ki, II Qarabağ savaşı təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də bəşəriyyət üçün çox dəyərlidir: "Çünki haqqın necə alınacağını öyrədir. Bütün məzlumların haqqının necə bərpa olunduğunu göstərir". Xalidə GərayMusavat.com
1,045,367
16.02.2024 16:56
Siyasət
Serj Sərkisyandan yerli müxalifətə: "Ermənistan boşboğazların ölkəsinə çevrilib"
“Mənim heç kimlə problemim yoxdur. Problemim olsaydı, bütün tədbirlərdə ən aktiv şəkildə iştirak etməzdik”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan fevralın 16-da jurnalistlərlə söhbətində deyib.Yerli media mənsubları ona “müxalifət daxilində fikir ayrılıqlarının olub-olmaması” və “digər müxalifət qüvvələri ilə problemlərinin olub-olmaması” ilə bağlı suallar ünvanlayıblar.“Mən bir şey deyən kimi onlar dərhal “yox” cavabı verirlər. Təəssüf ki, Ermənistan boşboğazlar ölkəsinə çevrilib. Onları hərəkətlərinə və addımlarına görə mühakimə etmirlər, kim nə istəyir onu da edir”, - deyə Sərkisyan bildirib.Musavat.com
1,045,368
16.02.2024 16:48
Siyasət
Fərid Şəfiyev: "Ermənistan bizim üçün təhdid deyil"
"Ermənistan bizim üçün təhdid deyil, Qərbdəki bəzi qruplar münasibətlərin normallaşmasına əngəl olmağa çalışırlar". Musavat.com bildirir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" mövzusunda keçirilən beynəlxalq paneldə deyib. "Qərbdə Azərbaycanı əsassız yerə ittiham edir, Ermənistanı isə silahlandırırlar. Ermənistan qanunvericiliyində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Belə olan halda ilk növbədə konstitusiya məsələsi həll olunmalıdır. Biz özümüzü Qərbdən təcrid etmirik. Amma onların bizə qarşı olan yanaşmasında problem var. Bu gün Azərbaycan Qərblə əməkdaşlığı davam etdirir. Biz özümüzü təcrid etməmişik. Amma Avropa İttifaqının Türkiyə və Azərbaycana qarşı qərəzli münasibətini göstərən açıq faktlar da var", - deyə Fərid Şəfiyev qeyd edib. Xalidə GərayMusavat.com
1,045,369
16.02.2024 17:07
Kriminal
"Pul əlindəki çantada idi, dedim ki..." - Elnarənin atasının qətli ilə bağlı yeni detallar
Bakınının Sabunçu rayonunda modelyer Elnarə Bəkirovanın atası Kamran Bəkirovu öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov vəNamiq Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxs Mustafa Zeynalovun istintaq zamanı verdiyi ifadələr elan olunub. İfadənin elan olunmasına səbəb Mustafa Zeynalovun məhkəmədə verdiyi ifadəsi ilə istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlərin olmasıdır. Mustafa Zeynalov istintaq zamanı verdiyi ifadəsində qətl hadisənin Namiq Əliyev tərəfindən törədildiyini deyib: "Kamranla maşında Nardaran istiqamətinə gedirdik. Dedi ki, pulu gətirib. Pul əlindəki çantada idi. Dedim ki, pulu ver, dedi ki, göstərməyə gətirmişəm. Maşını mən sürürdüm. Kamran yanımda, Namiq isə arxada oturmuşdu. Namiq əsəbləşdi. Maşında Kamranın başının arxasına şampan butulkası ilə vurdu. Maşını saxladım. Kamranla Namiq maşından düşdü. Namiq Kamrana vurmağa başladı. Maşından butulkanı götürüb Kamranın alnından vurdu. Sonra yıxıldı, gördük ki, ölüb. Yaxınlıqda quyuya üstünə daş qoyub atdıq. Namiqlə mənim Kamranı öldürmək barədə planımız olmayıb. Hadisə hardasa yarım saar çəkdi ". Mustafa Zeynalov sərbəst ifadəsi zamanı bu sözləri demədiyini bildirib. Prokuror Mustafa Zeynalova niyə ifadəni oxumadan imzaladığını soruşub. Təqsirləndirlilən şəxs belə cavab verib: "Müstəntiqə güvəndim deyə ifadəmi oxumadım. Birbaşa imzaladım". Daha sonra Mustafa Zeynalovun təqsirləndirilən şəxs kimi istintaqa verdiyi ifadə elan edilib. O, həmin ifadəsində deyib: "Kamranı Solmaz adlı xanıma görə tanımışam. Kamran dedi ki, bir iş var, gəl birlikdə gedək, ikimiz də pul qazanaq. Xaricdən 10 milyon dollar pul gəlməlidi idi. Biz o pulu aşağı faizlə nağdaşdırmalıydıq. Məni tanımadığım başqa miılətdən olan iki nəfərlə tanış etdi. Birinin adı Viktor idi. Kamranda Viktorun 200 min pulu vardı. Kamran mənə də puk verməli idi. Ondan pul istəyəndə fırladırdı. Aramız dəydi. Bir neçə dəfə Namiq, Kamran və mən üçümüz görüşdük. Kamran deyirdi ki, pulu verəcəm. Bir dəfə Kamran mənə dedi ki, 200 min varımdı. Ancaq başqa işə görə lazımdır. O pulu gətirib göstərə bilərəm. Namiq Nardaranda bağ almaq istəyirdi. Görüşəndə ona görə Namiqin bağ almaq istədiyu yerə tərəf sürdüm. Axırıncı dəfə görüşəndə Namiqə dedim Kamran pulla gələcək. Sonra Namiqlə Kamran dalaşdı. Namiq Kamranı vurdu. Sonra pulu götürdüm. 121 min manatı Namiqə verdim. Öz bağıma gəldim. Hadisə zamanı paltarım patmışdı deyə dəyişdirdim". Daha sonra prokuror Mustafa Zeynalovunistintaq zamanı verdiyi ifadələrdə ziddiyyət təşkil etdiyini deyib. Mustafa Zeynalov başqa bir ifadəsində isə Kamran Bəkirovu öldürdüyünü etiraf edib:"Bir dəfə Kamran mənə dedi ki, Viktor bağ almaq istəyir. Dedi ki, ancaq sənədləri tam olsun. Mən də bu barədə Namiqə dedim. Namiq 70 minə bağ tapdı.Kamrana dedi ki, 70 mindi bağ sən Viktora 130 min de. Kamran Viktora bağın qiymətini 130 min dedi. Viktorla Gənclikdə görüşdük. Məndən 200 mini istədi. Dedi fərq etmir ya Kamran ya da sən verməlisən. Kamrana zəng elədim ki, gəl görüşək. Telefonda Kamran dedi ki,gəl Viktoru öldürək. Sonra onu görüşə çağırdım. Mənə pulu olduğunu və mənə göstərə biləcəyini dedi. Mən də o gələndə başını aldadıb pulu almaq istəyirdim. Pulu alıb Viktora verməyi planladım. Kamranı Maştağadan götürdüm. Görüşə Namiqin gəldiyi maşınla getdik. Namiq telefonla danışırdı. Kamranla mən qabaqda, Namiq arxada oturmuşdu. Kamrana dedim, pulu Viktora verək borcumuzu bağlayaq. O dedi vermək istəmirəm. Məni söydü. Mən də onu söydüm. Mənə dedi ki, düş aşağı səni öldürəcəm. Mənə əl qol atdı. Maşından düşəndə mənim başıma daşla vurdu. Mən də maşında özümü qorumaq üçün şampan butulkasını götürdüm. Alnına iki dəfə sərt vurdum. Yerə yıxalnda başı birinci kubikə dəydi. Sonra da çay daşına dəydi. Sonra gözlüyümü ağzına tutdum. Gördüm yaşamır. Namiqə dedim kömək elə aldığımız bağ evinin həyətinə aparaq. O pis oldu. Kamranı quyuya tək başına atdım. İstintaqda verdiyim digər ifadələrdə Kamranı Namiqin vurduğunu demişdim. Ancaq yalan demişəm. Bütün hadisəni mən etmişəm". Növbəti məhkəmə proses martın 7-də davam edəcək. İttihama görə, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirov qətlə yetirilib. İstintaq sənədlərinə görə, bu ilin aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub. Polis tərəfindən keçirilən əməliyyat-axtarıştədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb. İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib. Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır./Teleqraf.com
1,045,370
16.02.2024 17:17
Dünya
Ermənistanda separatçı rejimin maşınlarına həbs gətirilir?
Nikol Paşinyan hökuməti Qarabağda işğal illərində qurulan qondarma və oyuncaq qurumun avtomobillərini öz nəzarəti altına almaqdan imtina edir. Əvəzində Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinə Qarabağ ermənilərinə məxsus avtomobilləri müsadirə etmək tapşırılıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, məsələ burasındadır ki, Qarabağ erməniləri Ermənistana gələrkən qondarma qurumun “müdafiə nazirliyinin” balansında olan bəzi avtomobillər özəlləşdirilib. Guya məqsəd bu maşınların Azərbaycanın əlinə keçməməsi olub. Daha sonra həmin avtomobillər üçün yoxlama talonları və tranzit nömrələri təqdim edilib. Lakin Ermənistana köçdükdən sonra Ermənistan Müdafiə Nazirliyi bu avtomobillərə əl qoyub. “Özəlləşdirilən” avtomobillərin yiyələri buna görə məhkəməyə müraciət ediblər. “Digər idarələrin “havada üzən” maşınlarına gəlincə, Paşinyan gec-tez onları da, bəzilərinə görə, şou yolu ilə müsadirə edəcək. Bütün bunların Azərbaycanın tapşırığı ilə, yoxsa könüllü şəkildə edildiyini görmək lazımdır”,-deyə müxalif qəzet yazıb. Musavat.com
1,045,371
16.02.2024 16:53
Siyasət
Səfir Zəngəzur dəhlizindən DANIŞDI
"Qlobal mexanizmlər nə Qarabağda, nə Fələstində, nə də Şimali Kiprdə ədaləti bərpa edə bilib". Musavat.com bildirir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" mövzusunda keçirilən beynəlxalq paneldə deyib. "Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir. Yeni reallıq ondan ibarətdir ki, qlobal miqyasda etibar sarsılıb, qlobal aktorlar regional məsələlərə öz məcralarından baxırlar. Qlobal idarəetmə sistemi reformasiya edilməlidir. Qlobal mexanizmlər problemlərin həlli istiqamətində lazımi avadanlıqlara sahib deyillər. Tarixə baxanda da görürük ki, qlobal mexanizmlər nə Qarabağda, nə Fələstində, nə də Şimali Kiprdə ədaləti bərpa edə bilib. Mövcud olduğumuz region bizə rəqabətdən daha çox əməkdaşlığa meyil etməli olduğumuzu göstərir", - deyə səfir qeyd edib. Cahit Bağçı vurğulayıb ki, Türkiyə Cənubi Qafqazda, Fələstin və Ukraynada da daimi sülhün bərqərar edilməsi üçün əlindən gələni edir: "Xəzər keçidli Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir. Bölgədə təşkil ediləcək sülhün böyük işlərin görülməsinə zəmin yaradacağına əminik. Zəngəzur dəhlizinin regional əlaqələri inkişaf etdirəcəyinə inanırıq". Xalidə GərayMusavat.com
1,045,372
16.02.2024 17:28
Kriminal
Abşeronda tapança satmaq istəyən şəxs saxlanılıb
Abşeron rayonu Məmmədli kəndində “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Məmmədli kənd sakini əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Həbib Bayramov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. H.Bayramov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.
1,045,373
16.02.2024 17:02
Dünya
Şarl Mişeldən Navalnı AÇIQLAMASI
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Aleksey Navalnının ölümünə görə Rusiya hakimiyyətinin məsuliyyət daşıdığını söyləyib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb. “Aİ bu faciəli ölümə görə yalnız Rusiya rejiminin məsul olduğunu bildirir”, - Şarl Mişel qeyd edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO ölkələri liderlərinin Aleksey Navalnının ölümü ilə bağlı reaksiyalarını özünifşa adlandırıb. Onun sözlərinə görə, hələlik məhkəmə ekspertizasının rəyi yoxdur, lakin Qərbin nəticələri artıq hazırdır. Musavat.com
1,045,374
16.02.2024 17:04
Siyasət
Qərb “parçala və hökm sür” siyasətini indi də davam etdirir
"Qərb “parçala və hökm sür” siyasətini indi də davam etdirir. Ehtimal olunan təhdidlərin qarşısını almaq üçün Türk dünyasının birliyi və güclənməsi çox önəmlidir". Musavat.com bildirir ki, bu sözləri jurnalist Sevil Nuriyeva “Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz” mövzusunda keçirilən beynəlxalq paneldə bildirib. "Azərbaycanın və Türkiyənin Mərkəzi Asiyadakı fəaliyyəti Türk dünyasının birliyini yenidən gündəmə gətirdi, həmin dövlətləri fəallaşdırdı. Prezident İlham Əliyevin andiçmə mərasimində dediyi kimi, Türk dünyasının birliyi vacib əhəmiyyətə malikdir",- deyə Sevil Nuriyeva çıxışında vurğulayıb. Xalidə GərayMusavat.com
1,045,375
16.02.2024 17:18
Siyasət
Bakıda keçirilən mühüm konfransda SENSASİON açıqlamalar - FOTOLAR, VİDEO
Fevralın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində "Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" adlı beynəlxalq panel təşkil olunub. Musavat.com bildirir ki, Türkiyə Birlik və Həmrəylik Əsri Platformasının təşkil etdiyi tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, İqtisad Universitetinin rəhbərliyi, akademiklər, tələbələr iştirak edib. İlk olaraq vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Tədbiri giriş sözü ilə açan İqtisad Universitetinin rektoru Ədalət Muradov qeyd edib: "Türk dünyasının gələcəyi ilə bağlı keçirilən tədbirə evsahibliyi etməkdən çox məmnunuq. Tarix bizə göstərdi ki, türkün türkdən başqa dostu yoxdur. Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında "Azərbaycan yurdu türk dünyasıdır" mesajını verdi. Türk dünyasının gələcəyi ilk növbədə təhsil və elmdən asılıdır. Türk dünyası təhsil və elmi potensialını daha sürətlə inkişaf etdirməlidir". Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında Türkiyənin bölgədə, xüsusilə Cənubi Qafqazda, Fələstin və Ukraynada daimi sülhün bərqərar olması üçün böyük səylər göstərdiyini vurğulayıb: "Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir. Yeni reallıq ondan ibarətdir ki, qlobal miqyasda etibar sarsılıb, qlobal aktorlar regional məsələlərə öz məcralarından baxırlar. Qlobal idarəetmə sistemi reformasiya edilməlidir. Qlobal mexanizmlər problemlərin həlli istiqamətində lazımi avadanlıqlara sahib deyillər. Tarixə baxanda da görürük ki, qlobal mexanizmlər nə Qarabağda, nə Fələstində, nə də Şimali Kiprdə ədaləti bərpa edə bilib. Mövcud olduğumuz region bizə rəqabətdən daha çox əməkdaşlığa meyil etməli olduğumuzu göstərir". Cahit Bağçı bildirib ki, Türkiyə Cənubi Qafqazda, Fələstin və Ukraynada da daimi sülhün bərqərar edilməsi üçün əlindən gələni edir: "Xəzər keçidli Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir. Bölgədə təşkil ediləcək sülhün böyük işlərin görülməsinə zəmin yaradacağına əminik. Zəngəzur dəhlizinin regional əlaqələri inkişaf etdirəcəyinə inanırıq". Çıxışlardan sonra panel müzakirələri başlayıb. Xəzər Universitetinin müəllimi, professor Telman Nüsrətoğlunun moderatorluğu ilə keçən paneldə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkiyənin tanınmış hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar, jurnalist Sevil Nuriyeva çıxış edib. "Ermənistan bizim üçün təhdid deyil, Qərbdəki bəzi qruplar münasibətlərin normallaşmasına əngəl olmağa çalışırlar". Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O qeyd edib ki, Qərbdə Azərbaycanı əsassız yerə ittiham edir, Ermənistanı isə silahlandırırlar: "Ermənistanın qanunvericiliyində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Belə olan halda ilk növbədə konstitusiya məsələsi həll olunmalıdır. Biz özümüzü Qərbdən təcrid etmirik. Amma onların bizə qarşı olan yanaşmasında problem var. Bu gün Azərbaycan Qərblə əməkdaşlığı davam etdirir. Biz özümüzü təcrid etməmişik. Amma Avropa İttifaqının Türkiyə və Azərbaycana qarşı qərəzli münasibətini göstərən açıq faktlar da var". "Qərb "parçala və hökm sür" siyasətini indi də davam etdirir. Ehtimal olunan təhdidlərin qarşısını almaq üçün Türk dünyasının birliyi və güclənməsi çox önəmlidir". Bu sözləri isə jurnalist Sevil Nuriyeva deyib. "Azərbaycanın və Türkiyənin Mərkəzi Asiyadakı fəaliyyəti Türk dünyasının birliyini yenidən gündəmə gətirdi, həmin dövlətləri fəallaşdırdı. Prezident İlham Əliyevin andiçmə mərasimində dediyi kimi, Türk dünyasının birliyi vacib əhəmiyyətə malikdir", - deyə Sevil Nuriyeva çıxışında vurğulayıb. "Azərbaycan müharibə imtahanından alnıaçıq çıxıb". Bu sözləri Türkiyənin tanınmış hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar deyib. O qeyd edib ki, II Qarabağ savaşı təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də bəşəriyyət üçün çox dəyərlidir: "Çünki haqqın necə alınacağını öyrədir. Bütün məzlumların haqqının necə bərpa olunduğunu göstərir". Xalidə GərayFotolar müəllifindirMusavat.com
1,045,376
16.02.2024 19:08
Şou-biznes
Məşhur müğənninin son halı tənqid edildi - FOTO
Türkiyəli müğənni Ceylanın son halı görənləri təəccübləndirib. Musavat.com xəbər verir ki, "Küçük Ceylan" adı ilə tanınan müğənninin üz cizgiləri botokslardan sonra tanınmaz hala düşüb. Sənətçinin görünüşü sosial media istifadəçiləri tərəfindən bəyənilməyib və tənqid olunub. Sözügedən fotonu təqdim edirik: Musavat.com
1,045,378
16.02.2024 17:31
Kriminal
Ləğv edilən “Gəncəbank” rəhbəri ilə bağlı nazirə ŞOK müraciət – FOTOLAR, VİDEO
Ləğv olunan “Gəncəbank”ın Müşahidə Şurasının sabiq rəhbəri Pərvanə Novruzovanın Gəncədə törətdiyi qanunsuz əməllərdən daxili işlər naziri Vilayət Eyvazova müraciət ünvanlanıb. Müraciət müəllifi Natalya Kərimova nazirə ünvanladığı məktubun surətini Musavat.com-a yollayıb. Natalya Kərimova məktubunda yazır ki, Pərvanə Novruzova 2023-cü il Novruz bayramı tətili günlərində ona məxsus olan Gəncə şəhəri, Heydər Əliyev prospekti 271 ünvanında yerləşən gözəllik salonunda əvvəlcə işçisinin əli ilə yanğın törədib. Yanğını yaxınlıqdakı “ASAN xidmət” mərkəzinin mühafizəçiləri görüb və yanğınsöndürmə briqadası çağırılıb, yanğının qarşısı alınıb: “Bundan sonra 10 gün tətil günlərində Pərvanə Novruzova mənim gözəllik salonumun talanı ilə məşğul oldu. Cənab nazir, sizin Azərbaycan vəıtəndaşlarının əmin-amanlığının qorunması yolunda atdığınız addımları görürük. Lakin Gəncə şəhərində Pərvanə Novruzovanın qarşısını alan yoxdur. Həmin günlərdə 102 xidmətinə dəfələrlə, 40 dəfədən artıq zəng edib talançılığın, özbaşınalığın, əmlakımın dağıdılmasının, oğurlanmasının qarşısının alınmasını tələb etdim. Pərvanə Novruzovanı dayandıran olmadı. Obyektim darmadağın ediləndən sonra Gəncə Şəhər Baş Polis İdarəsinə dəvət olundum, dedilər ki, cinayət işi başlayıb, Pərvanə Novruzovanı cinayət məsuliyyətinə cəlb edəcəklər. 1 ilə yaxındır ki, istintaq apardıqlarını deyirlər, ekspertiza təyin ediblər. Orada da yazdırıblar ki, guya obyektimə 7500 manat ziyan dəyib. Halbuki, Pərvanə Novruzova obyektdən ələ gələn nə varsa, talan edib, divarlardan elektrik naqillərinə qədər çıxarıb, qapı-pəncərəni belə söküb aparıblar. Bu gün obyektim ermənilərin Gəncə şəhərinə atdıqları bombanın təsirindən uçub-dağılmış evlərdən, obyektlərdən fərqli durumda deyil. Hörmətli cənab nazir, Sizdən dönə-dönə xahiş edirəm ki, mənim mülkiyyət hüququma olan qəsdlə bağlı hərtərəfli araşdırmanın aparılması, Pərvanə Novruzovanın mənə qarşı cinayətlərinə müvafiq qiymət verilməsi üçün Gəncə Şəhər Baş Polis İdarəsində başlanmış cinayət işinin istintaqını şəxsi nəzarətinizə götürəsiniz. Təsəvvür edin ki, əmlakımı yandıran şəxsi tutub istintaqa təhvil vermişdilər. O şəxs Pərvanə Novruzovanın fermasında işləyirdi. İstintaq həmin şəxsin barəsində heç bir tədbir görmədi. Əmlakı yandırmaq ağır cinayətdir. Buna baxmayaraq, araşdırmadılar”. Natalya Kərimova müraciətində qeyd edir ki, Pərvanə Novruzova “Gəncəbank” rəhbəri olarkən ona məxsus gözəllik salonu ilə yanaşı, evini də əlindən alıb, özünü isə hədə-qorxu ilə Azərbaycandan didərgin salıb. Sonradan ölkəyə qayıdaraq barəsindəki qondarma cinayət işinə xitam verilməsinə nail olub. Əmlakları ilə bağlı isə 8 illik məhkəmə çəkişmələrindən sonra Pərvanə Novruzovadan ala bilib. Bununla barışmayan P.Novruzova onun şəxsi mülkiyyətinə qəsd edib. Natalya Kərimova redaksiyamıza Gəncə şəhərinin mərkəzində yerləşən, Pərvanə Novruzova tərəfindən darmadağın, talan edilən gözəllik salonunun foto və videolarını da göndərib. Həmin foto və videoları da təqdim edirik. P.S Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq. E.MƏMMƏDƏLİYEV,Musavat.com
1,045,379
16.02.2024 17:23
Son xəbər
Navalnı HƏBSDƏ öldü, dünya AYAĞA qalxdı: Kreml onu vəhşicəsinə... - “Ana Xəbər”
Ordumuzun mövqeləri atəşə tutulub Navalnının ölüm səbəbi açıqlanıb Nazir və komitə sədri kənarda qaldı Müharibəni bitirmək üçün hər şeyi edirik – Zelenski Nikol Paşinyanın istefası tələb olunub Rus ordusu Avdeevkada mövqeləri nəzarətə götürüb Prezident: Kreml Navalnını vəhşicəsinə öldürdü Sərkisyan: Ermənistan boşboğazlar ölkəsinə çevrilib Zaxarova: Qərb Navalnı ilə bağlı özünü ifşa edir Almaniya 1,1 mlrd. avroluq paket hazırlayır Şarl Mişeldən Navalnı açıqlaması gəldi TVMusavat-ın canlı yayımlanan “Ana Xəbər” buraxılışını aparıcı Emil Salamoğlu təqdim edir. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat
1,045,380
16.02.2024 17:30
Dünya
Almaniyada ukraynalı basketbolçunun qətli ilə bağlı 3 nəfər həbs edilib
Almaniya polisi Oberhauzen şəhərində ukraynalı basketbolçu Vladimir Yermakovun qətli ilə bağlı aparılan istintaq çərçivəsində üç yeniyetməni həbs edib. Musavat.com xəbər verir ki, bu barədə cümə günü, fevralın 16-da “Spiegel” məlumat yayıb. Jurnalın məlumatına görə, şübhəlilər arasında Herndan olan 14 yaşlı oğlan və Qalsenkirxendən olan 14 və 15 yaşlı iki məktəbli var. Onların hamısı ilə bağlı araşdırma aparılır. Ukraynanın “Strana.ua” nəşri öz Telegram kanalında yazır ki, əsas şübhəli ukraynalı basketbolçunun qətlindən bir gün sonra saxlanılan 15 yaşlı almandır. İstintaq hesab edir ki, məhz o, Yermakova bıçaqla xəsarətlər yetirib və bu, ölümcül zərbələr olub. Alman jurnalı onu da aydınlaşdırır ki, cinayətin motivləri hələ müəyyən edilir. Hüquq-mühafizə orqanlarında bunun ksenofobiya zəminində törədilə biləcəyinə dair konkret sübutlar yoxdur. Ukraynalı 17 yaşlı basketbolçu Yermakov fevralın 12-də Düsseldorf regionunda yerləşən Oberhauzen şəhərində qətlə yetirilib. Ukrayna mətbuatı xəbər verir ki, növbəti matç ərəfəsində gənc həmkarı Artyom Kozaçenko ilə birlikdə idman ayaqqabısı almağa gedib və orada ərəb ölkələrindən birindən olan miqrantların hücumuna məruz qalıb. “Bild” qəzeti xəbər verir ki, avtobusda idmançılarla bir qrup tələbə arasında münaqişə başlayıb və Yermakov əsas şübhəli olan 15 yaşlı alman-türk əsilli məktəbli tərəfindən bıçaqlanıb. Onunla eyni zamanda bıçaq xəsarəti alan Kozaçenko isə hazırda reanimasiyadadır. Musavat.com
1,045,381
16.02.2024 17:27
Siyasət
Qafqaz uğrunda savaş qızışır: Cənub qonşumuz nədən narahatdır?
Rusiya və İran Qərbin Cənubi Qafqazda təsir imkanlarının artmasından və bu regiondakı proseslərə müdaxiləsindən narahatdır. Qeyd edək ki, İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Ermənistan Baş nazirinin müavini Mher Qriqonyanla görüşündə Cənubi Qafqazda kənar dövlətlərə aid qüvvələrin olmasına qarşı çıxıb: “Biz problemlərin həllinə kömək etdiklərini bəhanə gətirərək bölgədə əcnəbilərin mövcudluğu ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemlərin öhdəsindən gəlməyə kömək etməyəcək, əksinə, regionun xalqları və hökumətləri üçün daha böyük problemə çevriləcək”. Görünür İbrahim Rəisi bununla Ermənistanın dövlət rəsmisinə İranın İrəvanın ABŞ, Fransa və Avropa İttifaqına daha da yaxınlaşmasından narahatlıq keçirdiyini demək istəyib. Eyni zamanda, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin regiondakı hazırkı vəziyyətlə bağlı bəyanatına da diqqət yetirmək lazımdır. Patruşev bəyan edib ki, Qərb Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olmağa çalışır. Nikolay Patruşev daxil olmaqla, Rusiyanın dövlət rəsmilərinin son çıxışlarına nəzərdən keçirərkən görərək ki, Qərbin Cənubi Qafqazdakı siyasi proseslərə müdaxiləsi Moskva tərəfindən qəbuledilməz hesab olunur. Məsələ ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, İran Prezidenti İbrahim Rəisinin əsas narahatlığı Ermənistanla yox, Azərbaycanla bağlıdır. “İbrahim Rəisi Ermənistanın hansı gücə malik olduğunu yaxşı bilir. Ermənistanın Azərbaycanla sərhəd ərazilərində Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti, xüsusilə orada Fransa hərbçilərinin olması İran hakimiyyətini narahat etmir. Əslində Tehran Ermənistanda həmin qüvvələrin fəaliyyət göstərməsini istəyir. İran Ermənistana bütün formalarda dəstək göstərilməsinin tərəfdarıdır. Ona görə də İran Prezidenti İbrahim Rəisini Ermənistanın hansı ölkə ilə necə dostluq etməsi maraqlandırmır. İran Ermənistanın ABŞ, Avropa İttifaqı, Fransa və digər Qərb ölkələri ilə münasibətlərini özü üçün təhlükə hesab etmir. Məhz İranın hərbi-siyasi rəhbərliyi ABŞ və Fransa ilə eyni mövqeyi bölüşür”. Politoloqun sözlərinə görə, İran hakimiyyəti Azərbaycanın Qərb və İsrail ilə münasibətlərini özü üçün təhlükə hesab edir: “Rusiya sülhməramlı kontigenti və Türkiyənin müşahidə missiyasını çıxmaq şərti ilə Azərbaycanda kənar ölkələrin hərbi qüvvələri yoxdur. Amma İran hakimiyyəti Azərbaycanın ABŞ, NATO, Avropa İttifaqı və İsrail ilə münasibətlərindən narahatlıq keçirir. Tehran Azərbaycanın Qərb və İsrail ilə münasibətlərini inkişaf etdirməsini həzm edə bilmir”. Nikolay Patruşevin bəyanatına gəlincə, Sədrəddin Soltan vurğulayıb ki, Rusiya ilə Qərb arasında Cənubi Qafqaz üzərində ciddi geosiyasi mübarizə gedir: “Rusiya ona qarşı tuşlanan hədəflərdən uzaqlaşmaq üçün baş verən hadisələrdə birmənalı olaraq Qərbi ittiham edir. Əgər belədirsə, o zaman Rusiyanın rəhbərliyinə belə bir sual ünvanlamaq lazımdır. Qarabağ münaqişəsinin meydana çıxmasında və Qarabağda müharibənin baş verməsində kimdir günahkar? Ermənistanda yerli azərbaycanlıların öz doğma torpaqları – İrəvan, Göyçə və Zəngəzurdan zorla qovulub çıxarılmasında əsas baiskar kimdir? Əlbəttə ki, Kreml. Rusiya SSRİ-nin varisi olduğundan bu münaqişənin alovlanmasında mühüm rol oynayıb. Sonrakı mərhələdə Qərb bu münaqişəyə müdaxilə etməyə başlayıb. “Soyuq müharibə” dövründə olduğu kimi, hazırda Rusiya ilə Qərb arasında bir çox istiqamətlərdə fikir ayrılıqları və siyasi ziddiyyətlər yaşanır. Bu ziddiyyətlər fonunda Cənubi Qafqazda hazırkı proseslər gərginləşməyə doğru gedir. Bildirim ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olan ölkələrdən biri Fransa olduğu halda digəri Rusiyadır. Odur ki, Patruşevin bu məsələdə Qərbi birmənalı şəkildə ittiham etməsi məntiqə sığmır”.
1,045,382
16.02.2024 18:00
Kriminal
Bakıda 16 yaşlı tələbə buna görə öldürülüb - Detallar MƏLUM OLDU
Ötən ilin 8 fevral tarixində saat 02 radələrində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Liseyinin yataqxanasında 16 yaşlı Əliəkbər Mərəyevi qətlə yetirən tələbə yoldaşının məhkəməsi başa çatıb. Musavat.com publika.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hadisəni törədən həmin təhsil müəssisəsinin tələbəsi, 21 yaşlı Rəşad Muxtarov Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə təqsirli bilinib. Məlum olub ki, Rəşad Mingəçevir şəhər sakinidir və hərbi xidmətini başa vurandan sonra Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Liseyinə qəbul olunub. Əliəkbər isə Lənkəranda məktəbi 9-cu sinifdən bitirərək Bakıda təhsil almağa başlayıb və onların hər ikisi mərkəzin birinci kurs tələbəsi olub. Əliəkbər və Rəşad digər 2 tələbə yoldaşları ilə birgə liseyin yataqxanasındakı 204 saylı otağı kirayə götürərək birgə qalmağa başlayıblar. Lakin hadisədən bir neçə gün əvvəl Əliəkbərlə Rəşad arasında sözlü mübahisə olub. Həmin gecə isə Rəşad Əliəkbərə telefonunun səsini azaltmasını bildirib və yatmağa mane olduğunu deyib. Lakin Əliəkbər Rəşadın tələbinə əməl etməyib. Nəticədə gecə saat 02 radələrində Rəşad bıçaq götürərək, otaq yoldaşına hücum edib. O, 16 yaşlı tələbəyə ümumilikdə 21 bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Məhkəmədə Rəşad Muxtarov hadisəyə otaq yoldaşı Əliəkbərin səbəb olduğunu deyib və peşmanlıq hiss yaşadığını bildirib: “Əliəkbərin hərəkətsiz qalmasını görərək təcili yardım xidmətinə zəng etdim, hadisə haqqında məlumat verdim. Daha sonra atama və anama zəng edərək adam bıçaqladığımı dedim. İşıqları söndürüb həkimlərin gəlməsini gözlədim. Etdiyim əməldən peşmanam”. Məhkəmə prosesi fevralın 13-də başa çatıb. Rəşad Muxtarov 19 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
1,045,383
16.02.2024 18:15
Analitika
Əliyev yeni dövrün “yol xəritəsi”ni elan etdi: Qərbə sığınan İrəvan sülh sazişi üçün tezliklə yalvaracaq
Prezident İlham Əliyev bütün dünyaya Azərbaycanın Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi olduğunun açıq mesajını verdi... Rəsmi Bakı Ermənistanla münasibətlərə əhəmiyyət vermədiyinə eyham vurmaqla, kənar müdaxilə “pəncərə”sini qapatdı, sülh və savaş arasında seçimi qarşı tərəfin öhdəsinə buraxdı... Azərbaycan müstəqil dövlət olaraq, 30 illik ağır bir dövrü arxada buraxdı. İndi Azərbaycanın önü açıqdır, gələcəyə daha fərqli və perspektivli hədəflərlə hərəkət etmək şansı qazanıb. Rəsmi Bakı Azərbaycanın gələcək inkişaf perspektivlərini, daxili və xarici siyasət prioritetlərini artıq yeni dövrün şərtlərinə uyğunlaşdırmağa başlayıb. Və bundan sonra Azərbaycanın dünyada beynəlxalq siyasi iradə sahibləri sırasında yer almaq iddiası gözlənilməz xarakter daşımayacaq. Azərbaycan Prezidenti İlham Əliyev son 30 illik ağır dövrün təhlili üzərindən önəmli mesajlar verməklə, əslində, gələcəyə yönəlik yeni dövrün “yol xəritəsi”ni də böyük ölçüdə təsvir edib. Dövlət başçısı vurğulayıb ki, əsas milli hədəf Ermənistanla hərbi münaqişənin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdan ibarət idi. Və Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan vermədi. Ancaq Ermənistan Azərbaycana qarşı ərazi iddialarından hələ də tam imtina etməyib. Rəsmi İrəvan öz imzasıyla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən israrla yayınmağa cəhd göstərir. Üstəlik, Ermənistanın biabırçı hərbi məğlubiyyətindən zaman keçdikcə, rəsmi İrəvan Azərbaycana qarşı dolayısı ilə ərazi iddiaları irəli sürməyə çalışırlar. Və bu, onu göstərir ki, Azərbaycan ordusu daim güclü, yüksək döyüş qabiliyyətli olmalıdır. Ona görə də, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan ordusunun lokal antiterror əməliyyatları qaçılmaz xarakter daşıyırdı. Ötən ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı nəticəsində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu döyüş meydanında məğlub edildi və bununla da Azərbaycan ərazisində erməni separatizminin kökü birdəfəlik kəsildi. Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam şəkildə bərpa etmiş oldu. Təbii ki, indi artıq Azərbaycanın yeni inkişaf dövrünün konkret istiqamətlərini müəyyən etmək üçün geniş imkanlar açılıb. Azərbaycan ərazisində bundan sonra Cənubi Qafqaza heç bir aidiyyatı olmayan kənar güclərin “erməni layihəsi” daha mövcud olmayacaq. Rəsmi Bakı “erməni layihəsi”ni tamamilə və birdəfəlik sıradan çıxartdı. Və Cənubi Qafqazda geopolitik maraqları olan bəzi beynəlxalq güclər hazırda əsas regional alətini itirmiş durumdadırlar. Böyük ehtimalla Azərbaycanın yeni inkişaf dövrünün mühafizəsi ordunun üzərində düşəcək. Ermənistanın törətdiyi son hərbi təxribatlar da bu ehtimalı gücləndirir. Rəsmi İrəvanı Azərbaycanla yeni hərbi münaqişəyə cəsarətləndirən xarici güclərin hələ də öz məkrli niyyətlərində israrlı olduğunu nəzərə aldıqda, ordumuzun yeni inkişaf dövründə önəmli rol oynayacağı qətiyyən şübhə doğurmur. Və bu baxımdan, Ermənistanın hərbi təxribatlarına Azərbaycan ordusunun verdiyi sərt reaksiya həm də beynəlxalq ermənipərəst mərkəzlərə də xəbərdarlıq mesajıdır. Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanla yanaşı, onu dəstəkləyən xarici güclərin də Azərbaycana qarşı məkrli hərbi planların baş tutmayacağını, “Dəmir yumruğun” sarsıdıcı zərbəsi ilə dərhal pozulacağını artıq anlamalıdırlar. Ermənistanın öz mövcudluğunu qorumaq üçün Azərbaycanla yekun sülh sazişinin imzalanmasından başqa çıxış yolu yoxdur. Və rəsmi İrəvan hazırda Azərbaycana qarşı hərbi təxribatlar törətməklə, əslində, ilk növbədə Ermənistanın gələcək taleyini böyük risk altına atmış olur. Ancaq Azərbaycanla yekun sülh sazişinin imzalanması da Ermənistana ümid etdikləri qədər asan başa gəlməyəcək. Belə ki, rəsmi İrəvan ilk növbədə Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində təklif etdiyi beş şərt-tələbi qeyd-şərtsiz qəbul etməlidir. Eyni zamanda, yekun sülh sazişinin imzalanmasından əvvəl rəsmi Bakının prinsipial əhəmiyyət verdiyi bəzi hüquqi prosedurları da mütləq yerinə yetirməlidir. Azərbaycan Prezidenti İlham Əliyev birmənalı şəkildə vurğulayıb ki, əgər, rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarına son qoymazsa və Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Yəni, rəsmi Bakı Ermənistandan öz konstitusiyasını dəyişməsini tələb edir. Çünki Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alır. Və həmin iddialar ləğv edilmədən sülh sazişinin imzalanması heç bir əhəmiyyət daşımır. Maraqlıdır ki, baş naziri Nikol Paşinyan rəsmi Bakının bu tələbini Ermənistanın daxili işlərinə qarşımaq kimi dəyərlənidirb. Onun fikrincə, Ermənistan qanunvericiliyinin məzmunu daxili məsələdir və dünyanın heç bir ölkəsinə, o cümlədən də, qonşu dövlətlərə aidiyyatı yoxdur. Halbuki, erməni baş nazirin bu “yanaşma”sı tamamilə məntiqsizdir. Çünki əgər, Ermənistanın konstitisiyasında qonşu ölkəyə - Azərbaycana qarşı ərazi iddiası varsa, bu, artıq daxili məsələ olmaqdan çıxmış olur. Və rəsmi İrəvan əgər, sülh istəyirsə, bu problemi ən qısa zamanda mütləq həll etməlidir. Məsələ ondadır ki, Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normallaşdırılmasını Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyan məsələ hesab etmir. Dövlət başçısının fikrincə, Azərbaycan-Ermənistan münasibətlərinin əhəmiyyəti süni şəkildə şişirdilib. Çünki məhz Ermənistanın xarici havadarları daim bu məsələni müzakirə etmək və vasitəçi olmaq istəyirlər. Halbuki, bitərəf mövqe tutmayan ermənipərəst dairələrin vasitəçiliyi artıq heç vaxt mümkün olmayacaq. Ona görə də, Prezident İlham Əliyev tərəfli vasitəçilərə mesaj göndərib ki, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Onların qərəzli vasitəçiliyinə heç bir ehtiyac yoxdur. Əgər, Ermənistan əsassız iddialarından imtina etməzsə, sülh sazişi imzalanmayacaq və Azərbaycan üçün heç nə dəyişməyəcək. Yəni, bundan Azərbaycan deyil, məhz Ermənistan ziyan çəkəcək. Və sülh prosesi ilə bağlı bütün məsələlərin kənar müdaxilə olmadan iki ölkə arasında birbaşa müzakirələrlə həll edilməsinin də alternativi yoxdur. Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistanın himayədarı olan beynəlxalq vasitəçiləri sülh prosesinə yaxın buraxmaq niyyətində deyil. Rəsmi Bakı hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi artıq beynəlxalq gündəlikdən düşməlidir. Cənubi Qafqazdakı sülh prosesində vasitəşilik etməyə can atanların çoxluğu absurd və qəbuledilməzdir. Azərbaycan öz hədəflərinə artıq çatdığı üçün beynəlxalq vasitəçilərə də qətiyyən ehtiyac duymur. Və indi sülh sazişinin imzalanıb-imzalanmayacağı barədə Ermənistan düşünməlidir. Göründüyü kimi, Prezident İlham Əliyev öz prinsipial mövqeyi ilə əslində, Cənubi Qafqazda Azərbaycanın şəriksiz geopolitik iradə sahibi olduğunun mesajını verir. Azərbaycan lideri həm ölkəmizin, həm də ümumiyyətlə, regionun yeni dövrə qədəm qoyduğunu xüsusi olaraq, qabartmağa üstünlük verir. Çünki yeni dövrdə Azərbaycan da, Cənubi Qafqaz da rəsmi Bakının müəyyən etdiyi “yol xəritəsi” üzrə inkişaf edəcək. Və hər hansı kənar müdaxiləyə imkan verilməyəcək. Elçin XALİDBƏYLİ, Siyasi ekspert, “Yeni Müsavat” Media Qrupu
1,045,384
16.02.2024 18:11
Dünya
Qərbin sanksiya siyahısına düşənlərə Özbəkistanda hesab açmaq qadağan olunur
Özbəkistan parlamenti iqtisadi sanksiyalara məruz qalan şəxslərin ölkənin banklarında və ödəniş təşkilatlarında hesab açmasını qadağan edən qanun layihəsinə baxır. Qanunvericilik Palatasının mətbuat xidmətindən bildirilib ki, qanun layihəsi heç bir ölkəyə qarşı yönəlməyib: “Dünyanın demək olar ki, bütün ölkələrində layihədə nəzərdə tutulan prosedur var ki, onun məqsədi milli maliyyə institutlarının özlərinə qarşı ikinci dərəcəli sanksiyaların qarşısını almaqdır”. Musavat.com xəbər verir ki, fevralın 14-də Qanunvericilik Palatası bu qanun layihəsini birinci oxunuşda qəbul edib. Mətbuat xidməti bəzi KİV və sosial şəbəkələrdə parlamentdə baxılan qanun layihəsinin mahiyyətini və əhəmiyyətini yanlış və təhrif olunmuş şəkildə şərh etdiyinə diqqət çəkib. Belə ki, bəzi internet nəşrləri qanun layihəsinin müzakirəsini şərh edərək, Özbəkistanın “Rusiyaya qarşı maliyyə sanksiyalarına qoşulduğu” qənaətinə gəliblər. Aşağı palatanın mətbuat xidməti bildirir ki, qanun layihəsində nəzərdə tutulan prosedur demək olar ki, dünyanın bütün ölkələrində mövcuddur. Onun məqsədi milli maliyyə qurumlarını onlara qarşı ikincili sanksiyaların tətbiqindən qorumaqdır. Özbəkistanın mövcud qanunvericiliyində kredit və ödəniş təşkilatlarının fəaliyyətində iqtisadi sanksiyalarla bağlı riskləri tənzimləmək və nəzarət etmək üçün hüquqi baza yoxdur. Qanun layihəsi bütün kredit, ödəniş təşkilatları və ödəniş sistemlərinin operatorları üçün iqtisadi sanksiyalarla bağlı risklərin idarə edilməsi məqsədilə vahid tələblərin müəyyən edilməsi üzrə Respublika Mərkəzi Bankına səlahiyyətlərin verilməsini nəzərdə tutur. Qanun layihəsi yekunlaşdıqdan sonra qanunvericilik palatasında ikinci oxunuşda baxılacaq. Musavat.com
1,045,385
16.02.2024 18:19
Dünya
Rusiyalılar Türkiyədə mənzil alan xaricilər arasında birinci yerdədir
“2023-cü ildə Rusiya Federasiyasının vətəndaşları Türkiyədə 10 mindən çox mənzil alıblar”. Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Statistika İnstitutu məlumat yayıb. Məlumatdan aydın olur ki, bu ilin yanvar ayında Rusiya vətəndaşları Türkiyədə 555 mənzil alıb və beləliklə, iki il dalbadal respublikada daşınmaz əmlak alışında lider olublar. Ümumilikdə, son bir ayda əcnəbilər respublikada 2061 daşınmaz əmlak alıb ki, bu da 2022-ci illə müqayisədə 50,5 faiz azdır. Xaricilər ən çox Antalya kurortunda mənzil alıblar - 747 ədəd. Ondan sonra İstanbul (710) və Rusiyanın Akkuyu atom elektrik stansiyasını tikdiyi Aralıq dənizi əyaləti Mersin (211) gəlir. Statistikaya görə, yanvarda Türkiyədə mənzil alanlar arasında ikinci yerdə İran vətəndaşları (208), üçüncü yerdə isə Ukrayna vətəndaşları (127) olub. İdarənin məlumatına görə, yanvar ayında Türkiyədə ümumilikdə 80 308 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz azdır. Musavat.com
1,045,386
16.02.2024 18:29
Dünya
Aşkelonda hava hücumu xəbərdarlığı elan edilib
İsrailin cənubunda yerləşən Aşkelon şəhərində hava hücumu ilə bağlı həyəcan siqnalı verilib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “İsrailin cənubundakı Aşkelon şəhərində siren səsləri eşidilib”, - məlumatda qeyd edilib.
1,045,387
16.02.2024 18:33
Siyasət
Məmurun yeni dövrdə yeri... -"Zəfər hökuməti"nin sirri
Fevralın 16-da ölkənin yeni Baş naziri təyin olundu və Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi.Zəfər seçkisindən sonra istefaya göndərilmiş Nazirlər Kabinetinin tərkibində olmuş nazir, komitə və agentlik sədrləri, ikisi - ədliyyə naziri olmuş Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Komitənin sədri olmuş Mübariz Qurbanlı istisna olmaqla, yeni tərkibdə yer alıblar. Prezidentin kimlərlə işləyəcəyi, kimdən razı qalması, kimi yeniləməsi müstəsna hüququ və səlahiyyətidir. Bu baxımdan yeni hökumətdə əsasən əvvəlki komanda üzvlərinin təsdiqlənməsi müzakirə obyekti ola bilməz. Ancaq istəsək də, istəməsək də xüsusən sosial şəbəkələrdə və pıçıltılarda “axı Prezident yeni dövr başladığını bəyan etmişdi, nazirlərin çoxu qaldı” kimi fikirlərə rast gəlirik. Təbii, ağzı olan danışacaq və buna adekvat təhlillər də aparmaq ziyanlı deyil, faydalı olar. Bu kontekstdə ilkin olaraq onu qeyd edə bilərik ki, əslində, Prezidentin komandasında indiki halda radikal dəyişiklik edəcəyini gözləmək naşılıq olardı. Əvvəla ona görə ki, nazir, komitə və agentlik sədrlərinin çoxu yaxın illərdə təyin olunmuş şəxslərdir: Baş nazirinin müavini Şahin Abdulla oğlu Mustafayev, daxili işlər naziri Vilayət Süleyman oğlu Eyvazov, elm və təhsil naziri Emin Eldar oğlu Əmrullayev, gənclər və idman naziri Fərid Fazil oğlu Qayıbov, xarici işlər naziri Ceyhun Əziz oğlu Bayramov, kənd təsərrüfatı naziri Məcnun Qadir oğlu Məmmədov, mədəniyyət naziri Adil Qabil oğlu Kərimli, müdafiə sənayesi naziri Vüqar Valeh oğlu Mustafayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyev, səhiyyə naziri Teymur Yusif oğlu Musayev, dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl Qorxmaz oğlu İbrahimov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Rauf oğlu Mikayılov... Azsaylı "köhnələrdən" isə ikisi kabinetdə yoxdur, bu postlara yeniləri təyin olunacaq. İkincisi, Baş Nazir Əli Əsədov kifayət qədər səriştəli, bacarıqlı və özünü doğrultmuş şəxsdir. Üçüncüsü, Zəfərimiz, ərazi bütövlüyümüzün təmini bu komanda ilə birlikdə əldə olunub. Bu ağır sınaqda Prezident komandasını daha yaxşı tanıya bilib, təbii olaraq. İndi bu komanda yeni tendensiyanı, vəziyyətə uyğun davranışları daha dərinliklərdən bilir. Çünki hələ davam edən gərgin proseslərin birbaşa içərisindədirlər...Görünən budur ki, Prezident İlham Əliyevin inauqurasiya zamanı söylədiyi kimi, başlayan yeni dövrdə bu komanda ilə işləməklə hədəflərə daha sürətli çatmağın mümkünlüyünü Dövlət Baba daha dəqiq bilir. Dördüncüsü və ən vacibi: Məmur yeniləmək “yeni dövr”, yaxud yeni məmur “yeni dövr atributu, ölçüsü, meyarı” demək deyil. Yeni dövr siyasi, təhlükəsizlik, iqtisadi, sosial sahələrdə atılacaq inkişafa yönəlik addımlardır. Faktiki dövlət başçısı ölkəmizin yeni dövründə, yeni mərhələsində özünü doğrultmuş və püxtələşdirdiyi Zəfər komandası ilə davam etməyi daha məqsədəuyğun sayıbsa, bu, müzakirə mövzusu olmamalıdır. Çünki Prezident komandasını müəyyən edərkən bütün hədəflərinə uyğun, tam hesablanmış bir qərar verib – sınanılmış hökumətlə, dəngələri, dərinlikləri dəqiq bilən kadr bazası ilə məqsədlərə daha tez nail olmaq mümkündür. Məmur sadəcə bütün situasiyalarda və dövrlərdə ona tapşırılan işi icra edir, bacarmayan uzaqlaşdırılır, sabotaj edən sərt cəzalandırılır. Təcrübə bunu deyir. Yeni dövrdə bölgədə, dünyada və Azərbaycana münasibətdə yaranmış tendensiyalara uyğun siyasət aparılacaq, paralel olaraq ölkədə sistemli islahatlar həyata keçiriləcək, bunlar daha çox hüquqi, sosial, təhlükəsizlik sahələrini və iqtisadi inkişafı əhatə edəcək. İslahat isə kadr dəyişikləri demək deyil və biz atılan köklü, sistemli addımların nələrdən ibarət olacağını qısa müddətdə müşahidə edəcəyik. Elşad MƏMMƏDLİ,“Yeni Müsavat” Elşad MƏMMƏDLİ
1,045,388
16.02.2024 18:43
Dünya
Ukrayna qoşunları Avdievkadan geri çəkilir
Ukrayna qoşunları Avdievkadan geri çəkilir. “Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri, briqada generalı Aleksandr Tarnavski deyib. Onun sözlərinə görə, aylarla davam edən döyüşlərdən sonra bu barədə qərar qəbul edilib.
1,045,389
16.02.2024 18:53
Siyasət
Əli Əsədov qırğızıstanlı həmkarı ilə telefonla danışıb
Azərbaycanın Baş naziri Əli Əsədov qırğızıstanlı həmkarı Akılbek Japarola telefonla danışıb. Bu barədə Musavat.com-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, o, Əli Əsədovu Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Telefon danışığı zamanı Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub. Tərəflər, həmçinin Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
1,045,390
16.02.2024 22:00
Dünya
Ukrayna ordusu geri çəkildi - Şəhər ruslara təslim olur
Aylarla davam edən döyüşlərdən sonra Avdiv şəhərinin cənub-şərq ətrafındakı mövqelərdən geri çəkilmək barədə qərar qəbul edilib. Bu barədə Ukrayna ordusunun “Tavriya” qoşun qrupunun komandanı, briqada generalı Aleksandr Tarnavski məlumat verib. “Düşməni effektli şəkildə ram edərək məhv etməyə imkan verdiyi müddətcə bu mövqelərdə idik”, - general deyib. Tarnavski əlavə edib ki, geri çəkilmə qərarı şəxsi heyəti qorumaq və əməliyyat vəziyyətini yaxşılaşdırmaq məqsədilə verilib. “Taktiki olaraq bu mövqelərin işğalı düşmənə strateji üstünlük vermir və Avdivin müdafiə əməliyyatı çərçivəsində vəziyyəti dəyişmir. Hazırda qoşunların yenidən qruplaşdırılması, təchizatın artırılması və bölmələrin yeni mövqelərə yerləşdirilməsi işləri aparılır. Bölmələr planlaşdırılmış şəkildə gücləndirilir”, - general vurğulayıb./Teleqraf.com
1,045,391
16.02.2024 21:19
Siyasət
Azərbaycan lideri Münxendə ABŞ Prezidentinin xüsusi koordinatoru ilə görüşüb - YENİLƏNİB
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub. Musavat.com xəbər verir ki, Amos Hoxşteyn COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru hələ 1990-cı illərdən Azərbaycan ilə ABŞ arasında əməkdaşlığı və Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasını ehtiva edən layihələrdə Prezident İlham Əliyev ilə birgə tərəfdaşlığı məmnunluqla xatırladı, Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırdı. Görüşdə Orta Dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın bu prosesdə rolu müzakirə olundu, COP29 çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu. Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparıldı. *** 19:21 Münxendə fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub. Musavat.com-un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub. Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.
1,045,392
16.02.2024 19:23
Rəsmi
İlham Əliyev Yohan David Vadeful ilə görüşüb
Fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadefulun görüşü olub. Musavat.com-un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub. Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.
1,045,393
16.02.2024 19:33
Dünya
Rusiyadan bəşəriyyətə ŞOK təhdid – Kosmosda nüvə silahı...
Ekspert: “Kosmosa nüvə bombası yerləşdirilsə, sivilizasiya yer üzündən silinə bilər” Rusiya kosmosa nüvə bombası yerləşdirmək istəyir. Belə bir sensasion xəbəri ABC News özəl mənbələrə istinadən yayıb. Telekanal bildirir ki, Amerika kəşfiyyatının məlumatları da bunu sübut edir. Bilgilərə görə, mənbələr Rusiyanın kosmosa nüvə silahı buraxmaq istədiyini bildirir. Söhbət bu silahın Yerə atılmasından yox, başqa peyklərə qarşı mümkün istifadəsindən gedir. Qeyd olunub ki, ABŞ Konqresi bununla bağlı “milli təhlükəsizliyə ciddi təhdid” mövzusunda qapalı təcili brifinq keçirəcək. ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Nümayəndələr Palatasının üzvlərinə şəxsən məlumat verəcəyini təsdiqləyib. Lakin o, hansı təhlükədən danışdığını dəqiqləşdirməkdən imtina edib. Rusiya niyə məhz indi bu fikrə düşüb? Bəllidir ki, kosmosda Türkiyənin, Azərbaycanın, neçə-neçə başqa ölkənin də peyki var (Rabitə peykləri həm də döyüş əməliyyatları aparmaq üçün önəm kəsb edir). Rusiyanın belə bir planı reallaşarsa, aydındır ki, ABŞ, Çin, hətta İran da geri qalmayacaq, kosmos nüvə başlıqları ilə zibillənəcək. Rəsmi Moskva sözügedən iddiaya cavab verib. Kreml bu məlumatı Ukraynaya yardımı təsdiqləmək üçün hiylə adlandırıb. ABŞ kəşfiyyatı Rusiyanın orbitə peykləri məhv edə biləcək nüvə silahı buraxmağı planlaşdırdığından şübhələnirdi. Konqres bu məsələni fevralın 15-də müzakirə edəcək. Rusiyanın kosmosa nüvə silahı buraxmaq planları ilə bağlı xəbərlər Vaşinqtonun hiyləsidir və Konqresi Ukraynaya yardımın ayrılması layihəsinə səs verməyə inandırmaq məqsədi daşıyır. Prezidentin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında deyib: “Bu barədə heç bir şərh verə bilmərəm. Gəlin bu brifinqi gözləyək, görək hər hansı məlumat olacaq. Ancaq açıq-aydın görünür ki, Ağ Ev pul ayırmaq üçün Konqresi qanun layihəsinə səs verməyə sövq etməyə çalışır, bu, göz qabağındadır. Ağ Evin hansı hiylələrdən istifadə edəcəyini görəcəyik" dedi. Bəs bu başlıqlardan hər hansı birinə və ya bir neçəsinə nəzarət itirilərsə, Yer kürəsi fəlakətlə üzləşməzmi? Kim zəmanət verə bilər ki, onlar Yerə çırpılmayacaq? Bəs kosmosun zibillənməsi Yerin ekologiyasına, iqliminə hansı təhlükələri yaradır? Xatırladaq ki, raket və kosmos tarixinin özü hərbçilərin planetin istənilən nöqtəsinə yükü çatdıra biləcək nüvə bombası daşıyıcısına sahib olmaq istəyindən qaynaqlanır. Bununla belə, kosmosa ilk raket uçuşları dinc idi: ilk peyk, ilk heyvan, ilk insan. İlk nüvə bombası 27 avqust 1958-ci ildə ABŞ tərəfindən yüksək hündürlükdə partladıldı. Təcrübə Argus adlanırdı. 1,7 kiloton trotil hasilatı olan döyüş başlığı Yer səthindən 170 km yüksəklikdə partladılıb. Məlum idi ki, nüvə partlayışı təkcə enerji və partlayış dalğası deyil, həm də elektromaqnit impuls yaradır ki, bu da rabitə və cihazların elektrik sistemlərində nasazlıqlara, habelə insan sağlamlığına təsir edən radioaktiv hissəciklərə səbəb ola bilər. Kosmosda atmosferin olmadığı yerdə partlayış dalğası əmələ gəlmir, lakin elektromaqnit dalğası potensial düşmənin raketlərinin elektrik cihazlarını sıradan çıxarmaq üçün əla üsul ola bilər. Beləliklə, kosmosda nüvə partlayışı Sovet raketlərinin qarşısını almağa və sıradan çıxarmağa, düşmənin danışıqlarını dayandırmağa və eyni zamanda yer üzündə dağıntı yaratmamağa imkan verəcəkdi. Bu hipotez təsdiqləndi. Qurğular sıradan çıxıb, partlayışdan 80 km aralıda isə rabitə olmayıb. Düzdür, təsir hərbçilərin gözlədiyi qədər güclü olmadı. Daha sonra, eyni təcrübə zamanı zərərverici amilləri müqayisə etmək üçün üç gün fasilələrlə müxtəlif hündürlüklərdə (300 və 800 km) daha iki döyüş başlığı partladıldı. Nüvə sınağından əvvəl kosmosda radiasiyaya nəzarət etmək üçün Explorer 4 peyki buraxıldı. O, Yerin maqnit sahəsi ilə hərəkət edən radioaktiv hissəciklərin kəmərlərinin əmələ gəlməsini kəşf etdi. Buna görə də, auroralar cənub enliklərində və təkcə Conson Atoll yaxınlığındakı sınaq bölgəsində deyil, həm də Yerin əks nöqtəsində - Fici adasının yaxınlığında müşahidə edildi. İlk üç həftə “kəmərlər” aydın şəkildə qeyd edildi, lakin sonra onların intensivliyi zəiflədi. Partlayış qeyri-adi mənzərə-atəşfəşanlıq kimi qırmızı və bənövşəyi parıltılar yaradır. Bu parlaqlığın hətta korluğa səbəb ola biləcəyi ilə bağlı narahatlıqları artırdı. Həmçinin 1958-ci ildə bir sıra yer və atmosfer partlayışlarından sonra Birləşmiş Ştatlar nüvə sınaqlarının dayandırılmasına dair müvəqqəti moratoriuma qoşuldu. Bu 33 ay davam etdi. 1961-ci ildə Kubada baş verən münaqişədən sonra SSRİ rəhbərliyi müqavilədən çıxdı və sınaqlara başladı. Kosmosda SSRİ-ə aid ilk bomba 27 oktyabr 1961-ci ildə partladı. R-12 ballistik raketi 150 km yüksəkliyə 1,2 kiloton TNT yükü atıb. Bir saat sonra eyni bomba 300 km yüksəklikdə partladıldı. Eksperimentə “K əməliyyatı” adı verildi. Nüvə partlamalarının təsiri Amerika təcrübəsinə yaxın idi. Vəziyyəti izləmək üçün Qaqarinin “Vostok” kosmik gəmisinin bazasında hissəcik detektorlarının əlavə edilməsi ilə yaradılmış “Kosmos-3” peyki orbitə buraxılıb. “K əməliyyatı” bununla bitmədi. Bir il sonra 300 kilotonluq daha güclü yüklər hazırlandı. Bu partlayışları izləmək üçün “Kosmos-5” və “Kosmos-7” peykləri orbitə buraxılıb. Onlar vasitəsilə iyulun 9-da ABŞ-ın nüvə sınağının nəticələrini müəyyən etmək mümkün oldu. “Starfish Prime” kod adlı layihə çərçivəsində “Tor” daşıyıcı raketi 400 km yüksəkliyə 1450 kiloton gücünə malik bomba atıb. Bu, həm keçmiş, həm də gələcək bütün digər kosmik partlayışlardan beş dəfə güclü olan dəhşətli partlayış idi. Eyni zamanda, heç bir səs, titrəmə yox idi. Lakin partlayışın yaratdığı parıltı hətta 6 min kilometr məsafədə göründü. Havayda bütün elektrik cihazları söndü. Sakit Okeanın demək olar ki, bütün ərazisində bir neçə gün ərzində Qütb parıltısı göründü. Radiasiya “kəmərləri” daha beş il ərzində qeydə alınıb. Partlayış təkcə Yer kürəsində deyil, kosmosda da cihazların sönməsinə səbəb olub. Bütün mövcud peyklərin üçdə biri orbitdə sıradan çıxıb. Beləliklə, “Explorer-14”, “Traac”, “Tranzit 4B”, “Ariel-1” və hətta SSRİ-də gələcək sınaqları müəyyən etməli olan “Kosmos-5” peyki sıaradan çıxdı. Bu sınaqların nəticələrinin bu gün də ionosferdə elektrik boşalmaları və atmosferin yüksək təbəqələrində fon radiasiyasının kəskin artması şəklində müşahidə edildiyini iddia edən bir neçə elmi əsər var. Bu yerlərdə bombalarda istifadə olunan Cd-109 kadmiumunun konsentrasiyasında da artım qeydə alınıb. 1000 km yüksəklikdə başqa oxşar partlayış da planlaşdırılsa da, peyklərlə əlaqədar böyük problemlərin qarşısını almaq üçün Urraca adlı bu layihə ləğv edildi. ABŞ-ın növbəti uğurlu nüvə partlayışı Checkmate adlanır. Bu, daha kiçik bir yük idi - cəmi 7 kiloton. O, 1962-ci il oktyabrın 20-də 147 km yüksəklikdə partladılıb. İki gün sonra, 1962-ci il oktyabrın 22-də sovet proqramı çərçivəsində üçüncü partlayış baş verdi və bu, SSRİ-də ən güclü partlayış idi. Bu partlayışın özəlliyi ondan ibarət idi ki, Qazaxıstanın çöl bölgəsində həyata keçirilib. Yerli sakinlərin gözlərində yanmanın qarşısını almaq üçün partlayış ABŞ-da olduğu kimi gecə deyil, gündüz və buludlu havada həyata keçirildi. Flaş effekti hətta buludların arasından da nəzərə çarpırdı, lakin vizual müayinə aparılmadı. O vaxtdan bu günə kimi nüvə sınaqları keçirilməyib, lakin o zamankı sınaqların nəticələri bəzən indi də qeydə alınır. Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, Rusiya kosmosda təkcə, nüvə bombası yox, xüsusi meydança yaratmaq istəyir. Politoloqun sözlərinə görə, bu nüvə silahını yerləşdirmək üçündür: “Bu adi kosmik stansiya deyil. Rusiyanın buna nail olub-olmayacağı barədə indidən proqnoz vermək çətindir. Xeyli ağırlığı olan nüvə silahını, ona uyğun raketləri kosmosda yerləşdirmək çox böyük vəsait tələb edir. Şəxsən mən bunun reallaşacağına inanmıram. Bildiyim qədər ABŞ 10 il öncə kosmosda nüvə silahını yerləşdirilməsinə dair kosmik aparatını quraşdırıb. Rusiya sadəcə olaraq ABŞ-yə çatmaq istəyir. Hər iki plan bəşəriyyəti tələb edən plandır”. Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev “Yeni Müsavat” a açıqlamasında vurğuladı ki, bu məsələ illər əvvəl də gündəmdə olub: “Kosmosa nüvə silahı yerləşdirilməsi ilə bağlı xəbərlər əvvəllər də yazılıb. Dünyada bunu planlaşdıra biləcək qüvvə yoxdur. Nəyin sivilizasiya üçün təhlükə olub-olmadığını praktiki olaraq əsaslandıra bilmirlər. Hər dövlətin öz həqiqəti var. Antarktida elmi-tədqiqat işləri üçün nəzərdə tutulub. Amma kosmos üçün bu keçərli deyil. Hələ ki, kosmosla bağlı elmi məqalələrdə kosmosun zibillənməsi barədə yazırlar. Bütün bunlar kosmosa göndərilən aparatlara ciddi təhlükədir. Bəlkə də ABŞ hərəkətə keçib. Kim bilir? İstənilən halda digər ölkələr də bundan təsirlənəcək. Vaxtilə atom bombası bir neçə böyük ölkədə var idi, indi isə əksər ölkələr buna malikdir. Zamanla kiçik ölkələr də atom bombası əldə edə bilərlər. Bunun qarşısını almaq qeyri-mümkündür. Nəzarətsizlik sonda böyük faciələrə gətirib çıxara bilər. Pakistanın ərazisində nüvə qəbiristanlığı var. Deyilənə görə, bu əvvəlki sivilizasiyadan qalıb. Bu barədə Aristotel yazıb ki, biz 3-cü sivilizasiyayıq. Bəziləri hesab edir ki, bizdən öncəki sivilizasiyalar nüvə silahını əldə ediblər. Nəzarətsizlik ucbatından Yer kürəsində fəsadlar yaranıb və bütün sivilizasiyalar məhv olub. İnsan gec-tez öz yaratdığının qurbanı olur. Kosmosa nüvə bombası yerləşdirilsə, nəticə yaxşı olmaz. Bu yerdə deyil ki, nəzarət etmək mümkün olsun. İstənilən toqquşma nəhəng partlayışa səbəb ola bilər. Nüvə reaksiyası qarşısıalınmaz və fantastik qüvvəyə malikdir. Bu həqiqətən sivilizasiyanı yer üzündən silə bilər. Hətta 80-ci illərdə deyirdilər ki, SSRİ-nin planeti məhv etmək gücündə silahı var. Hazırda isə bir çox ölkənin dağıdıcı gücə malik silaha malik olduğu məlumdur. Hər bir halda faciədən sığortalanmamışıq”. Nigar HƏSƏNLİ,Musavat.com
1,045,394
16.02.2024 19:45
Gündəm
Psixi pozğunluqdan əziyyət çəkən Əhməd Əhmədov sürücülük vəsiqəsini necə alıb?
Ailə üzvlərini qətlə yetirməklə ölkə ictimaiyyətini şoka salan Əhməd Əhmədov psixiatriya xəstəxanasında qeydiyyatda olub və bir neçə dəfə müalicə alıb. Bütün bunlara baxmayaraq, o, sürücülük vəsiqəsi üçün lazım olan tibbi arayışları necə əldə edib? Musavat.com Media.Az-a istinadən xəbər verir ki, bununla əlaqədar I kateqoriyalı həkim, psixiatr Abdulla Şıxlinski ilə danışıb. Ekspertin sözlərinə görə, sürücülük vəsiqəsinin alınması prosesi dövlət tibb müəssisəsinin psixiatr və narkoloqunun məcburi rəyini tələb edir. “Yəni özəl klinikanın belə sənədləri vermək səlahiyyəti yoxdur. Bu o halda mümkündür ki, tibb müəssisəsinin ekspert rəyi verməyə imkan verən xüsusi lisenziyası mövcuddur, həmçinin bu cür arayışların yoxlanılması və verilməsi üçün ixtisaslaşdırılmış komissiya var”, - deyə o vurğulayıb. Həkim təəssüflə bildirib ki, bizim dövlət klinikalarında belə müayinə düzgün aparılmır və bu, böyük problemdir. “Hər şey, bir qayda olaraq, çox formaldır: Həmin şəxsin dispanser müşahidəsində olub-olmadığı yoxlanılır. Cavab mənfi olarsa, ona arayış verilir”, - deyə A.Şıxlinski bildirib. Ekspert vurğulayıb ki, hazırda bütün məlumatlar elektron sistemdədir və əgər yoxlama zamanı bir şəxsin dispanser müşahidəsində olduğu, ya bir dəfə psixiatriya xəstəxanalarında stasionar müalicə aldığı üzə çıxarsa, ona arayış verilməməli idi.O, xatırladıb ki, qətldə şübhəli bilinən Əhməd Əhmədov beş dəfə Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olub. “Təbii ki, o qeydiyyatda olduğu yerdə psixiatrın daimi dispanser nəzarətində qalmalı idi. Lakin buna baxmayaraq, həmin şəxsə sürücülük vəsiqəsi almaq üçün rəy verilib”. A.Şıxlinski bütün bu sənədlər və tibbi arayışların Daxili İşlər Nazirliyi orqanlarında saxlanıldığını deyib. “Bu sənədlər əsasında Ə.Əhmədova hansı tibb müəssisəsinin rəy verdiyini rahatlıqla yoxlamaq mümkündür”, - deyə o əlavə edib. Ekspert onu da qeyd edib ki, Ə.Əhmədova arayış verən həkimlər cinayət məsuliyyəti daşımalıdırlar. “Psixi cəhətdən sağlam olmayan adamın maşın sürməsi ilə yanaşı, onun vəziyyətinə heç kim nəzarət etməyib. Bu onun müalicə alan həkiminin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verir”, - deyə A.Şıxlınski vurğulayıb.
1,045,395
16.02.2024 21:47
Rəsmi
Prezident İlham Əliyev Münxendə israilli həmkarı ilə görüşüb - YENİLƏNİB
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun görüşü olub. Musavat.com xəbər verir ki, İsrail Prezidenti İsxak Hersoq dövlətimizin başçısına prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirdi və bununla bağlı İsxak Hersoqdan rəsmi məktub formasında da təbrik aldığını məmnunluqla qeyd etdi. Söhbət zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu, iqtisadi-ticari, mədəni, humanitar əlaqələrə toxunuldu. Həmçinin Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişafına təkan verdiyi bildirildi. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı. *** 19:57 Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun görüşü olub. Musavat.com-un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub. Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.
1,045,396
16.02.2024 20:10
İdman
Şah İsmayıldan sonra Qurbanın “köhlən atları” Avropanı fəth etdilər
“Qarabağ” rüzigarı Pireney yarmadasında əsdi-Cristiano Ronaldonun vətənində qazanılan qələbə... Fevralın 15-i gecəsi Avropada Azərbaycan adına bir rüzigar əsdi. Bu “Qarabağ” rüzigarı adlandı. Son 10 ildə ölkəmizin adını Avropada qürurla təmsil edən, şərəflə daşıyan “Qarabağ” futbol komandamız sözün həqiqi mənasında bütün dünyanı mat vəziyyətində qoydu. Ardıcıl 10 dəfə avro liqalarda qruplarda oynamağı bacaran və son iki ildə qruplardan üst mərhələyə çıxan “Köhlən atlar” daha bir ilkə imza atmaq üçün futbol əfsanəsi Ronaldonun vətəni Portuqaliyada tarixi bir oyuna çıxdılar. Rəqib bu ölkənin ən güclülərindən sayılan son çempion “Braqa” idi. Komandamız Avropa Liqasında ilk dəfə qruplardan çıxmışdı və bunun üçün də təcrübə baxımından rəqib üstün tərəf kimi göstərilirdi. Bu, bukmekerlərin proqnozlarında da özünü göstərirdi. Amma “Qarabağ” hər kəsi şok, proqnozları isə alt-üst etdi, oyuna üstün tərəf kimi başlayıb, üstün tərəf kimi də bitirdi. Futboldakı “Qarabağ fatehi”miz 4-2 hesabı ilə qalib gəldi. Oyunda sadəcə heyfsləndiyimiz bir məqam son dəqiqələrdə qapımıza təyin olunan penalti qolundan sonra aradakı fərqin 2-yə endirilməsi oldu. Bir də son dəqiqələrdə gənc futbolçumuz Nəriman Axundzadənin qapıçı ilə üzbəüz qalması və yüz faizlik qolu tordan keçirməməsi hamını həm qəzəbləndirdi, həm də məyus etdi. Avropada hər zaman haqsızlıqla üzləşən, saysız-hesabsız həlledici məqamlarda qolları hesaba alınmayan “Qarabağ”ımızın inamlı qələbəsində “VAR” sistemi də öz ədalətli qərarı ilə az rol oynamadı. Təsəvvür edin ki, adi bir futbol azarkeşi kimi “VAR”a iki dəfə gediləndə yüz faiz qolun təmiz olduğuna inandığım halda, hakimlər ofsayd qeydə almışdılar. “VAR” olmasaydı, ən yaxşı halda Portuqaliyadan heç-heçə ilə dönəcəkdik. İndi xalqımız ancaq hakimi söyməklə məşğul idi...Necə ki, bunu dəfələrlə etmişik. Əslində Ağdam təmsilçimiz ən çox da 2016-ci ildə yeyilən haqqını geri qaytardı. Xatırlayaq ki, 8 il öncə Bakıda qrupun son oyununda İtaliya nəhəngi “İnter”in qapısına son saniyələrdə vurduğu qolla Avropa Liqasının qruplarından çıxmağımıza hakim izn verməmişdi. Gülməli bir şəkildə qolumuzu qeydə almamışdı. O zaman “VAR” olsaydı, biz indi yox, 8 il öncə bu mərhələdə ilk dəfə oyuna çıxmışdıq. “Qarabağ” Portuqaliyada elə bir zəfər qazandı ki, “Braqa”nın nədənsə şikayət etməyə sözləri qalmadı. Bu, onların məşqçisinin və oyunçularının açıqlamalarında özünü açıq şəkildə göstərdi. "Günümüz deyildi. Bunu qəbul etməli və ona uyğun davranmalıyıq. İstədiyimiz oyun deyildi, "Qarabağ" üstümüzdən keçdi".Bu sözləri "Braqa"nın kapitanı Abel Ruis oyundan sonra deyib. "Barselona"nın yetirməsi olan ispaniyalı hücumçu Bakıdakı oyunda çox şeyi dəyişmək lazım olduğunu bildirib: "Cavab matçında hər şeyi dəyişməliyik. Qarşıda 90 dəqiqə var. Əvvəlcə diqqətimizi çempionatdakı oyuna yönəldəcəyik. Bundan sonra "Qarabağ" haqda düşünəcəyik. Revanşda çox şeyləri fərqli etməliyik". "Braqa"nın məşhur futbolçusu Joao Moutinyo: “Biz fərqli oyun göstərmək istəyirdik. Yaxşı nəticə əldə etməli idik, amma alınmadı. Biz nə qələbəyə, nə də heç-heçəyə layiq deyildik. Cavab matçında gücümüzü 100 faiz ortaya qoymalıyıq. Bu, təkcə keyfiyyətlə bağlı deyil, həm də iradə və ruhla bağlıdır. 2:4 hesablı məğlubiyyət vəziyyəti çox çətinləşdirəcək. Amma məqsəd varsa, ümid də var. Bunun öhdəsindən gəlmək üçün mən də daxil olmaqla cavab matçına fərqli münasibət göstərməliyik”. "Braqa"nın baş məşqçisi Artur Jorje oyun haqqında danışarkən bu məğlubiyyətin çox ağır olduğunu söyləyib: “Əslində bunu izah etmək çox çətindir. Ağır bir məğlubiyyətdir. Həqiqət budur ki, bəzi narahatlıqlar hiss etdik. Bir araya gəlməliyik, qopmamalıyıq. Biz dərhal bu yanaşmanı tətbiq edəcəyik. Uduzduq və ümumi hesabda geridəyik. Lakin gələn həftənin cümə axşamı günü cavab oyunu var. Biz buna psixoloji cəhətdən hazırlaşmalıyıq". Azərbaycan futboluna “Qarabağ”a baş məşqçilik etdiyi 16 ildə sözün həqiqi mənasında can verən, onu ölməyə qoymayan əfsanəvi məşqçimiz Qurban Qurbanov isə, hər zaman olduğu kimi öz sadəliyində qalıb. Onun oyundan sonrakı fikirlərindən sitat: “Azarkeşlər üçün çox maraqlı oyun oldu. Özümüz üçün də vacib idi ki, bu rəqibə qarşı sona kimi mübarizə aparaq, meydanda düzgün yerləşib, düzgün oyun sərgiləyək. Şükürlər olsun ki, hər şey tərəfimizdə oldu. Qələbə futbolçulara böyük inam verdi. Futbolçularım üçün çox sevindim ki, azarkeşlərin basqısına, rəqibin sürətli oyununa davam gətirdilər. Hələ cavab oyunu var. Cavab oyununda çalışacağıq ki, daha da diqqətli olaq”. Q.Qurbanov qeyd edib ki, 4:2 hesablı qələbəyə aldanmaq lazım deyil: "Qarşımızda "Braqa" kimi komanda var. Oyundan əvvəl də demişdim ki, bu rəqib istənilən oyunda, istənilən komandaya qalib gələcək gücdədir. Çox bacarıqlı və keyfiyyətli oyunçuları var. Qapımıza təyin edilən penalti zamanı gördünüz, "Braqa" futbolçusunun fərdi ustalığı, sürətli olması gətirib penaltiyə çıxardı. Bu nəticəyə aldanmalı deyilik. Bakıda daha məsuliyyətli və diqqətli olmalıyıq". Baş məşqçi bildirib ki, cavab matçında da ənənəvi oyun prisiplərinə sadiq qalacaqlar: "İlk növbədə vəzifəmiz öz oyunumuzu qoruyub-saxlamaqdır. Ondan əl çəkməyəcəyik. Amma hansısa detalları dəyişməyə gəlincə, bu oyuna baxacağıq. Tam analiz etdikdən sonra ola bilər ki, oyunun gedişatında hansısa dəyişiklik edək". "Qarabağ"ın direktoru Emrah Çelikel də öz sevincini bölüşüb: “Çox sevincliyik, gözəl nəticədir. Səfərdə 4:2 hesablı qələbə hamımızın ürəyincə oldu. Bundan sonra təmkinli, diqqətli olmalıyıq. Cavab matçında daha çox dəstək lazımdır. Bu gün sevincliyik, amma sabahdan hazırlıqlara başlamalıyıq". E.Çelikel komandalar arasında Bakıda keçiriləcək cavab oyununun daha çətin olcağını qeyd edib: "Artıq komandalar bir-birini tanıyır. Qurban müəllim indi daha məlumatlıdır. Onu bilirəm ki, təmkinli olmalıyıq. Bakıdakı oyundan da qələbə gözləyirəm, bunu arzulayırıq və istəyirik. Hamı kimi əlimizdən gələni edəcəyik". Vurduğu 2 qol və bir qol ötürməsi ilə oyunun əsas qəhrəmanına çevrilən, bu mərhələnin ən yaxşı oyunçusu seçilməyə namizəd olan "Qarabağ"ın futbolçusu Abdullah Zubir: “Nəticə yaxşıdır, amma bizim də ambisiyalarımız var. Bura qələbə qazanmaq üçün gəlmişdik. Amma bu hələ son deyil. Bir həftə sonra Bakıda cavab oyunu var. Evdə daha yaxşı oynayacağıq. İnanırıq ki, ikinci görüşdə də sərfəli nəticə qazanıb mərhələ adlayacağıq. Bakıdakı oyun daha çətin olacaq. Onlar cavab görüşünə qələbə qazanmaq üçün gələcəklər. Diqqətli olmalı və 2 topluq üstünlüyümüzdən yararlanmalıyıq. Bu görüşü təhlil etməli, Bakıdakı oyuna hərtərəfli hazırlaşmalıyıq. Ehtiyatlı olmalıyıq. Böyük turnirdə böyük komandaya qarşı oynayacağıq. İki qol vurduğuma görə xoşbəxtəm. Amma əsas komandanın nəticəsidir”. "Çox xoşbəxtik. Buraya müsbət nəticə qazanmağa gəlmişdik. Hər şey istədiyimiz kimi alındı". Bu sözləri vurduğu bir qolla qələbədə pay sahibi olan "Qarabağ"ın hücumçusu Juninyo Portuqaliyaya ezam olunmuş QOL.az əməkdaşına verdiyi açıqlamada deyib: “Açığı, bu hesabı gözləmirdim. Amma qələbə qazanacağımızı bilirdim. Bakıda azarkeşlərimizin qarşında eyni istəklə oynayacağıq və növbəti qələbə üçün meydana çıxacağıq”. Futbol mütəxəsissi Kənan Məstəliyev bu qələbənin inanılmaz olduğunu söylədi: “Qarabağ" yeni bir tarix yazdı. Üstəlik, bu tarix elə bir oyun, elə bir gözəlliklə gəldi ki, adam hələ də inana bilmir. Özündən 10 dəfə bahalı heyəti olan, avrokuboklarda həmişə iddialı olmuş, bir dəfə Avropa Liqasının finalında oynamış "Braqa"ya onun meydanında 4 top vurmaq, iki top fərqlə qalib gəlmək sadəcə inanılmaz bir şeydir. Bu tarix deyil, tarixdən daha üstün bir nəsnədir. Normal futbol çempionatı olmayan, elitasında stadionsuz, infrastruktursuz komandaların yarışdığı bir yerdən belə bir qələbəni çıxarda bilmək üçün inanılmaz bir işin öhdəsindən gəlmək lazımdı, "Qarabağ" da bunu etdi. Fantastikadır. Qurban Qurbanov oyuna yaxşı hazırlaşmış, rəqibi yaxşı analiz eləmişdi, necə oynamaq lazım olduğunu düzgün müəyyənləşdirmişdi. Bilirdi ki, arxaya oturmaq olmaz, güc sərf etmək, pressinqi azaltmamaq, hücumda olmaq lazımdı. Elə də etdi. "Braqa" isə buna hazır deyildi və özünə gələndə artıq iş-işdən keçmişdi. Son saniyələrdə Nəriman Axundzadə qol vursaydı, daha rahat olardıq, amma iki topluq fərq də superdir. Nəinki superdir, əladır, möhtəşəmdir. Portuqaliya təmsilçisi Bakıda hücuma getməli və boşluqlar verməli olacaq, bundan da istifadə etmək lazım olacaq. Əminəm ki, "Qarabağ" tur keçəcək. Buna zərrə qədər də şübhəm yoxdur. Çünki Qurban Qurbanovun komandasında eyforiya, arxayınlıq olmur, rəqibdən, nəticədən asılı olmayaraq köklənmə yüksək səviyyədə olur. Ona görə də inanırıq. "Qarabağ"a bizə bu möhtəşəm hissləri, böyük sevinci yaşatdığı üçün bir daha təşəkkür edirik. Yaxşı ki, varsınız”. Tanınmış idman yazarı Natiq Muxtarlı “Qarabağ”ın əsl Avropa komandası olmasını qəbullanmağın zamanının çoxdan keçdiyini qeyd etdi: “Qarabağ”ın Portuqaliyada sanballı qələbəsi gözlənilməzdirmi? Qətiyyən. “Qarabağ” çoxdan Avropada ciddi klub kimi qəbul edilir. Bu komanda Avropa səviyyəlidir. Bunu hər kəs qəbul edir, amma azərbaycanlılardan savayı. Bizə hər dəfə elə gəlir ki, “Qarabağ” qarşılaşdığı rəqibdən zəifdir. Niyə belə düşüncəyə sahibik? Bizi belə düşünməyə vadar edən Azərbaycan futbolunun ümumi mənzərəsidir. Bu futbolun içindən “Qarabağ”ı çıxardın. Yerdə nə qalacaq? Heç nə. Milyardlar xərclənir, amma ortada “Qarabağ”dan savayı heç nə yoxdur. Üstəlik, milyardları xərcləyənlər də “Qarabağ”a mane olmaqla məşğuldurlar. Ona görə də cəmiyyətin baxışı Azərbaycan futbolunun real durumu ilə formalaşır. Azərbaycan futbolunun ümumən zəif olması “Qarabağ”ın real gücünü qiymətləndirməyimizə mane olur. Amma Avropada “atlar”ın gücündən xəbərdardırlar, “Qarabağ”a olduqca ciddi münasibət göstərirlər. Bizim “Qarabağ”ın gücünü qiymətləndirməyimiz üçün isə Azərbaycan futbolunun real mənzərəsi dəyişməlidir. Ölkədə “Qarabağ”dan savayı da komanda olmalıdır, milli komanda rəqabətə davamlı səviyyəyə yüksəlməlidir. “Qarabağ” Azərbaycan futbolu deyil. Bu həqiqəti qəbul etmək lazımdır”. Cavanşir ABBASLI"Yeni Müsavat"
1,045,397
16.02.2024 22:36
Dünya
Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ
Afrika ölkəsi Çadda ərzaqla bağlı fövqəladə vəziyyət elan edilib. Musavat.com xəbər verir ki, bu barədə fevralın 16-da yerli “Tchadinfos” nəşri məlumat yayıb. Qeyd olunub ki, dövlət əhalinin ən həssas təbəqələrini qidalandırmaq üçün humanitar yardımdan istifadə edəcək. Bunun üçün ərzaq yardımının göstərilməsinə nəzarət edəcək bölmə də yaradılıb. Musavat.com
1,045,403
16.02.2024 20:22
Rəsmi
İlham Əliyev: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq zəminində inkişaf edir
Prezident İlham Əliyev Azərbaycan-İtaliya əlaqələrinin həqiqətən mükəmməl xarakter daşıdığını və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini bildirib. Musavat.com-un xəbərinə görə, bu sözləri dövlət başçısı fevralın 16-da Münxendə İtaliyanın "Leonardo" şirkətinin baş həmdirektoru Lorenzo Mariani ilə görüşü zamanı deyib. Prezident İlham Əliyev Azərbaycan ilə “Leonardo” şirkəti arasında əməkdaşlıqdan məmnunluğunu bildirib. Dövlət başçısı qeyd edib ki, prezident seçkilərində qələbə qazanması münasibətilə İtaliya Prezidenti tərəfindən göndərilmiş təbrik məktubunda İtaliya-Azərbaycan əlaqələrinin mükəmməl səviyyədə olduğu xarakterizə edilib. Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-İtaliya əlaqələrinin həqiqətən mükəmməl xarakter daşıdığını və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini bildirib.
1,045,405
16.02.2024 21:12
Dünya
Məşhur futbolçu beynəlxalq axtarışa verildi
Moskvanın "Spartak" klubunun futbolçusu Kvinsi Promes narkotik qaçaqmalçılığına görə beynəlxalq axtarışa verilib. Musavat.com "REN TV"yə istinadən xəbər verir ki, bu barədə fevralın 16-da Amsterdam prokurorluğu məlumat yayıb. Prokurorluğun mətbuat katibi Franklin Vattimen bildirib ki, məhkum olunmuş futbolçu beynəlxalq axtarışa verilib: "Prokurorluq onu Niderlanda gətirməyə çalışıb və bunun üçün tədbirlər görüb. Hələ ki, onun ekstradisiyası baş tutmayıb". Xatırladaq ki, Moskvanın “Spartak” futbol klubunun hücumçusu Niderlandda narkotik qaçaqmalçılığı ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. İdmançı məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir. İttiham tərəfinin fikrincə, K.Promes narkotik vasitələrin daşınması ilə məşğul olan cinayətkar şəbəkənin üzvü olub. 2020-ci ildə Belçikanın Antverpen limanında çəkisi təxminən 1,37 ton olan kokain ələ keçirilib. Prokurorluq hesab edir ki, bunda Promesin əli olub. Musavat.com
1,045,407
16.02.2024 20:35
Rəsmi
Prezident İlham Əliyev "Leonardo" şirkətinin baş həmdirektoru ilə görüşüb - YENİLƏNİB
Fevralın 16-da 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyanın Münxen şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İtaliyanın "Leonardo" şirkətinin baş həmdirektoru Lorenzo Marianinin görüşü olub. Musavat.com xəbər verir ki, görüşə görə təşəkkürünü bildirən Lorenzo Mariani dövlət başçısını prezident seçkilərində qələbə münasibətilə “Leonardo” şirkəti ailəsi adından səmimi qəlbdən təbrik etdi. Vurğuladı ki, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıqdan irəli gələrək, şirkətin ölkəmiz ilə əməkdaşlığı uğurla inkişaf edir. Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə “Leonardo” şirkəti arasında əməkdaşlıqdan məmnunluğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, prezident seçkilərində qələbə qazanması münasibətilə İtaliya Prezidenti tərəfindən göndərilmiş təbrik məktubunda İtaliya-Azərbaycan əlaqələrinin mükəmməl səviyyədə olduğu xarakterizə edilmişdir. Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-İtaliya əlaqələrinin həqiqətən mükəmməl xarakter daşıdığını və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini bildirib. Söhbət zamanı Azərbaycan ilə “Leonardo” şirkəti arasında müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik və kosmik sahələrdə, eyni zamanda, SOCAR ilə “Leonardo” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, bu əməkdaşlıqdan məmnunluq ifadə olundu. *** Fevralın 16-da 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münxen şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İtaliyanın "Leonardo" şirkətinin baş həmdirektoru Lorenzo Marianinin görüşü olub. Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
1,045,408
16.02.2024 20:31
Rəsmi
Azərbaycan Prezidenti Münxendə ATƏT sədri ilə görüşüb - YENİLƏNİB
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub. Musavat.com xəbər verir ki, İan Borq dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik etdi. Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı öz növbəsində Maltanın ATƏT-in fəaliyyətdə olan sədrliyi münasibətilə təbriklərini çatdırdı. Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırdı. Görüşdə Maltanın xarici, Avropa işləri və ticarət naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, Maltanın da kiçik ada ölkələrinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə həssaslıqla yanaşdığını və bu xüsusda Azərbaycan ilə birgə əməkdaşlığa hazır olduğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan COP çərçivəsində inklüziv konsepsiyanın tərəfdarıdır və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə çox həssaslıqla yanaşır. Görüşdə Azərbaycanın sədrliyi dövründə bu məsələyə xüsusi diqqət yetiriləcəyi və bu xüsusda da Malta ilə, həmçinin ATƏT platformasından istifadə edilərək birgə əməkdaşlığa hazırlıq ifadə olundu. *** Azərbaycan Prezidenti İlham Əliyev ilə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun fevralın 16-da Münxendə görüşü olub. Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub. Qeyd edək ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.
1,045,409
16.02.2024 21:36
Rəsmi
Yaponiyanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
Yaponiyanın Baş naziri Fumio Kişida Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Musavat.com-un xəbərinə görə, təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycan Respublikası Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə Yaponiya hökuməti və Yaponiya xalqı adından səmimi təbriklərimi çatdırıram. Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi üçün önəmli rola malik ölkə olmaqla yanaşı, regionun sabitliyinin və inkişaf açarının sahibidir. 2022-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd edilmişdir. Diplomatik münasibətlər qurulandan sonra hökumətlərarası dialoqlar başda olmaqla, yüksək səviyyəli səfərlər, parlamentlərarası, həmçinin regionlarda yerli özünüidarəetmə orqanları arasındakı münasibətlər, iqtisadi və ekoloji sahədə əməkdaşlıq və digər istiqamətlərdə əlaqələr fəallaşmaqdadır. Yaponiya və Azərbaycan arasındakı önəmli münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi üçün Zati-alinizlə əməkdaşlıq etmək niyyətindəyəm. Azərbaycana, eləcə də Azərbaycan xalqına ürəkdən firavanlıq arzu edirəm".
1,045,410
16.02.2024 21:00
Dünya
Almaniyada İrana qarşı ETİRAZ AKSİYASI - VİDEO
Almaniyanın Münhen şəhərində İranın Milli Müqavimət Şurasının tərəfdarları Münhen Təhlükəsizlik Konfransı zamanı etiraz aksiyası keçirib. Musavat.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Etirazçılar Qərbdən İran hökumətinə qarşı sərt siyasət yürütməyi tələb ediblər. Etiraz zamanı İran bayraqları ilə bərabər Ukrayna bayraqları da dalğalandırılıb. Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 16-dan 18-dək keçirilir. Burada 50-yə yaxın dövlət və hökumət başçısının, eləcə də 100-ə yaxın nazirin iştirak edəcəyi gözlənilir. Musavat.com
1,045,411
16.02.2024 20:47
Rəsmi
Prezident: ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin ləğv edilməsi vacibdir
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib. Musavat.com-un xəbərinə görə, bu sözləri dövlət başçısı fevralın 16-da Münxendə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə görüşü zamanı deyib. Azərbaycan lideri ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib.
1,045,412
16.02.2024 21:24
Gündəm
Əhmədin psixoloji xəstə olduğunu düşünmürəm - hadisə düşünülmüş şəkildə edilib! Psixoloq ANALİZ ETDİ
Bir ailənin 5 üzvünün qətlə yetirildiyi cinayətlə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta Əhmədin bu qətli törətməyinə psixoloji problemlərin səbəb olmadığını iddia edənlər də var. Məsələyə münasibət bildirən psixoloq İlahə Dəmirbəy “Yeni Sabah”a bir sıra vacib məqamlardan danışıb. Musavat.com xəbər verir ki, aparıcı Sevinc Telmanqızı TV Musavat-ın canlı efirində psixoloqun fikirlərini səsləndirib. Ətraflı videoda: Musavat.com
1,045,413
16.02.2024 22:24
Rəsmi
Prezident İlham Əliyev Mixael Harms ilə görüşüb - YENİLƏNİB
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın görüşü olub. Musavat.com xəbər verir ki, görüşdə alman iş adamlarının Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməkdə maraqlı olduqları bildirildi. Xüsusilə nəqliyyat, logistika, sənaye, bərpaolunan enerji və digər sahələrdə marağı olan şirkətlərin nümayəndələrinin fevral ayında Azərbaycana səfərinin həyata keçirilməsi barədə Prezident İlham Əliyevə məlumat verildi. Qeyd edildi ki, bu səfər Azərbaycan Prezidentinin ötən il Almaniyaya səfəri çərçivəsində işgüzar dairələrlə keçirdiyi görüşün nəticəsidir və bu, indiyədək həm təmsilçilik, həm də say baxımından iş adamlarının ən böyük nümayəndə heyəti olacaq. Görüşdə ölkəmizdə COP29-un keçirilməsinin öz növbəsində daha geniş miqyasda iqtisadi layihələrin reallaşdırılması potensialının gücləndirilməsi işinə xidmət etdiyi qeyd olundu. *** 20:50 Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın görüşü olub. Musavat.com-un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub. Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.
1,045,414
16.02.2024 20:57
Siyasət
İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb - YENİLƏNİB FOTO
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Bassonun görüşü olub. Musavat.com xəbər verir ki, Odil Reno-Basso dövlət başçısına prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib. Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin həm Xəzər dənizində, həm də Qara dənizdə gəmi donanmasının artırılması layihələrində iştirakından məmnunluğunu ifadə etdi. Həmçinin AYİB-in Orta Dəhliz layihəsinə böyük əhəmiyyət göstərdiyini və bu çərçivədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək, bu kimi layihələrdə iştirak etməyə hazır olduğunu bildirib. Odil Reno-Basso vurğulayıb ki, AYİB, eyni zamanda, su resurslarının idarə edilməsi sahəsində də Azərbaycanın tərəfdaşı rolunda çıxış edir və bu istiqamətdə hökumətin həyata keçirdiyi layihələrə dəstək verməyə hazırdır. O, həmçinin COP29 çərçivəsində də AYİB–lə Azərbaycan arasında əməkdaşlıq məsələlərinin, bu xüsusda ölkəmizin bərpaolunan enerji layihələri və yaşıl keçid istiqamətində siyasətinin də AYİB tərəfindən təqdir edildiyini və dəstəkləndiyini diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycanla AYİB arasında əməkdaşlıqdan məmnunluğunu bildirib. Prezident İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyi ilə, həmçinin Orta Dəhliz və su resurslarının idarə edilməsi sahələrində əməkdaşlığın mühüm əhəmiyyətini qeyd edərək, Azərbaycanda yaşıl keçid və bərpaolunan enerji resurslarının inkişaf etdirilməsi layihələrinə böyük əhəmiyyət verildiyini, artıq ölkəmizin yaxın dövrlərdə bərpaolunan enerji resurslarının ixracatçısı qismində çıxış edəcəyini vurğulanıb. Görüşdə iqlim dəyişikliyinin artıq Cənubi Qafqaz regionuna da öz təsirlərini göstərdiyi, bu xüsusda Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi, Azərbaycanda, həmçinin çaylarda suyun həcminin azalması və digər fəsadların hiss olunduğu qeyd edilib. Söhbət zamanı Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihələrində də AYİB ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunulub. *** Münxendə fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun görüşü olub. Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub. Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.
1,045,416
16.02.2024 21:06
Siyasət
Normallaşma prosesi ikitərəfli xarakter daşıyır - İlham Əliyev
Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırıb. Musavat.com xəbər verir ki, bu sözləri dövlət başçısı fevralın 16-da Münxendə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə görüşü zamanı deyib. Dövlət başçısı bildirib ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib.
1,045,430
16.02.2024 22:24
Ölkə
"Məlum oldu ki, ölkədə pulla hər haqsızlığı etmək olar" - Natiq Cəfərli Əhmədin törətdiyi qətldən DANIŞDI
Aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişinin qonağı REAL Partiyasının icra katibi Natiq Cəfərli olub. Musavat.com xəbər verir ki, Natiq Cəfərli Əhməd Əhmədovun törətdiyi dəhşətli cinayətdən danışıb. "Məlum oldu ki, ölkədə pulla hər haqsızlığı etmək olar", - o deyib. Ətraflı videoda: Musavat.com
1,045,431
16.02.2024 21:40
Siyasət
Prezident Hakan Fidanla görüşdü - FOTOLAR
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın görüşü olub. Musavat.com xəbər verir ki, Hakan Fidan dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik etdi. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi. Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulandı, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirildi. Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə bağlı danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə olundu.
1,045,432
16.02.2024 22:12
Hadisə
Cəlilabadda 9 yaşlı uşağı avtomobil VURDU
Cəlilabad rayonunda 9 yaşlı uşağı avtomobil vurub. Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, N. Ağayev idarə etdiyi "Honda" markalı minik avtomobili ilə rayon sakini, 2015-ci il təvəllüdlü Z. Abbasovanı vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlını sürücü rayon xəstəxanasına çatdırıb. Faktla bağlı araşdırma aparılır.//Report
1,045,433
16.02.2024 23:00
Maraqlı
109 yaşlı qadının uzunömürlük sirri – 30 ildir boşanıb
ABŞ sakini Jenni Libertini 109 yaşını qeyd edib. Budəfəki ad gününü ahıllar evində keçirən təqaüdçü uzun ömürlülüyün sirrini açıb. 109 yaşlı qadın müntəzəm olaraq binqo oyunu oynayır, hətta yarışlara da qoşulur. Qadının rəfiqəsi onun daha bir sirrini açıb. Rəfiqəmin çox yaşamasının sirri ərinin olmamasıdır. “30 ildir boşanıb, heç bir stresi yoxdur. Qadını qocaldan evlilikdir”. Libertini 1915-ci ildə immiqrantlar ailəsində doğulub, 18 yaşında ailə qurub. Bir oğlu 83 yaşında vəfat edib. Ötən il yıxılan qadın o vaxtdan əlil arabasındadır. Ad gününü rəfiqələri və qocalar evinin sakinləri ilə qeyd edən qadın az danışır, amma mehribandır.//Medicina.az
1,045,438
16.02.2024 22:48
Ölkə
YAP-çı deputat sərhədlərin bağlı qalmasına aydınlıq gətirdi - "Daha təhlükəli xəstəlik gəlir!"
YAP-çı deputat Elman Nəsirov TV Musavat-ın efirində Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində qonaq olub. Musavat.com xəbər verir ki, deputat sərhədlərin bağlı qalmasına aydınlıq gətirib. O bildirib ki, bu, təhlükəsizlik məsələləri ilə bağlıdır. Ətraflı videoda: Musavat.com
1,045,440
16.02.2024 22:30
Ölkə
İsxak Hersoq İlham Əliyevi təbrik etdi
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Musavat.com-un xəbərinə görə, təbrikdə deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizin liderliyinizlə Azərbaycan 20 il ərzində sabitliyi, iqtisadi inkişafı və dini azadlığı təmin etməyə və qorumağa nail olub. Əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz ölkəniz üçün bundan sonra da parlaq və firavan gələcəyi təmin edəcək. İsrail Dövləti Azərbaycan Respublikası ilə münasibətləri yüksək dəyərləndirir. Bizim ikitərəfli əlaqələrimiz çox vacib iqtisadi, təhlükəsizlik və siyasi faydalar təmin edir. Biz bu möhkəm və davamlı tərəfdaşlığa sadiqliyimizi bildiririk. Mən Azərbaycan və İsrail arasında əlaqələrin daha da inkişafı və möhkəmlənməsi üçün Sizinlə birgə işləmək imkanına görə şəxsən minnətdarlığımı bildirirəm. Keçən il Sizin gözəl ölkənizə səfərimiz zamanı Mixala və mənə göstərdiyiniz səmimi qonaqpərvərliyi yüksək qiymətləndirirəm. Gələcək illərdə qarşılıqlı maraqlarımıza dəstək olaraq ölkələrimiz arasındakı münasibətləri dərinləşdirməyə davam etmək istiqamətində Sizinlə işləməyi səbirsizliklə gözləyirəm".
1,045,445
16.02.2024 22:39
Şou-biznes
Məşhur müğənni Əlikram Bayramova 11 min manatlıq saat hədiyyə etdi - VİDEO
ATV-nin “7 Tamam” proqramında maraqlı hadisə yaşanıb. Müğənni Samir Abbasov həmkarı, tanınmış müğənni Əlikram Bayramova bahalı hədiyyə verib. Belə ki, canlı efir zamanı sənətçi, qolundakı 11 min manat dəyərində olan saatı Əlikram Bayramova hədiyyə edib.//Baku.ws
1,045,455
16.02.2024 23:18
Astrologiya
Bu bürclər asan pul qazana bilir
Hansı bürc işarəsi altında doğulan şəxslər daha asan pul qazana bilir? Bunu öyrənmək üçün aşağıdakı bürclər haqqında məlumatı oxuyaq. Qoç Qoç riski sevir. Gələcəyini və həyatını qumar oynayacaq qədər sevir. Sahibkar olduğu üçün yeni sərmayələr qoymaq və riskli yollarla pul qazanmaq imkanlarına sahibdirlər. Buğa Bürcün bankir arxetipi kimi tanınan Buğa, maliyyə məsələlərində çox ehtiyatlı, səbirli və planlıdır. Borc almağı sevməyən Buğadan borc istənilməsi də narahat olur. Heç kimə borc verməz. Buğa bürcü nə qədər pul qazansa da, özünü göstərməyi sevmir. Əkizlər: Əkizlər həyatlarının digər sahələrində olduğu kimi uzun-uzadı düşünməyi və pulla bağlı planlar qurmağı sevmirlər. Uyğunlaşma qabiliyyəti çox yüksək olduğundan, dəyişən maliyyə vəziyyətlərinə asanlıqla uyğunlaşa bilirlər. Əkizlər, istəsələr, büdcələrini çox yaxşı idarə edə bilərlər. Əkizlər bürcünün büdcə dalğalanmaları gərgindir, çünki onlar kor-koranə qəfil xərclər edə bilərlər. Xərçəng Xərçəngin intuisiyası və instinktləri çox güclü olduğundan, iqtisadi meyllərdəki dəyişiklikləri əvvəlcədən hiss etmək potensialına malikdir. Həyatının maliyyə sahəsində planlaşdırma və həyata keçirməkdə həmişə uğur qazanır. Xərçəngin ən tipik investisiya vasitəsi daşınmaz əmlakdır. Tərəzi: Balans elementi olan Tərəzi, həyatında maliyyə sabitliyinə də ehtiyac duyur. Tərəzilər qiymətli daşlara, metallara, sənət əsərlərinə və əntiq əşyalara investisiya qoymağa üstünlük verir. Pul qazanmaqda mahirdirlər. Özlərinə istənilən sahədə iş qura və pul qazana bilərlər. Əqrəb: Qətiyyətli bürc olan Əqrəb, qarşısına məqsəd qoyanda heç vaxt geri dönməz. Bürcün maliyyə məsələləri ilə bağlı təzadlı məqamlar yaşayırlar. Əqrəb heç bir şeydə olmadığı kimi, maddi məsələlərdə də həyatın rahatlığını gözləmək lüksünə malikdirlər. Pul qazanmaqda onlar da ustadırlar. Baku.ws
1,045,458
16.02.2024 23:30
Region
İranda Həcc və Ümrə ziyarəti rəsmi olaraq ləğv edilib - FOTO
Bu il iranlıların Həcc və Ümrə ziyarəti rəsmi olaraq ləğv edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib. İranın Həcc və Ziyarət Təşkilatı xəbər verib ki, 30 mindən çox iranlının qeydiyyat haqqı fevralın 17-də bank hesablarına qaytarılacaq. Məlumata görə, iranlı zəvvarların ilk qrupu Tehranla Ər-Riyad arasında diplomatik münasibətlərin kəsilməsindən sonra, yanvarın 3-də səhər saatlarında Həcc ziyarəti üçün getməli idi, lakin İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmayili texniki səbəblərdən səfərin baş tutmadığını iddia edib. Qeyd olunub ki, həmin gün “İran Air” şirkətinin sözçüsü Hüssam Qurbanəli bununla bağlı açıqlama verib. “Lazımi son icazələrin alınmaması səbəbindən İran təyyarəsi Səudiyyə Ərəbistanına və Ciddə hava limanına gedə bilməyəcək”, - deyə Hüssam Qurbanəli bildirib.
1,045,461
16.02.2024 23:03
Ölkə
“Prezidentin andiçmə mərasimindəki çıxışı gəncliyin qarşısında duran vəzifələri dəqiq müəyyən etdi” - Fərid Şahbazlı
“Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində Azərbaycan gəncləri ilə bağlı səsləndirdiyi fikirlər həm gənclərimizə göstərilən böyük etimad, həm də gənclərimizin gələcək həyat və fəaliyyəti üçün əsl yol xəritəsidir. Bu proqram xarakterli çıxış eyni zamanda bu tarixi mərhələdə gəncliyin qarşısında duran vəzifələri dəqiq müəyyən etdi”. Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, uzun illərdir Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin mahiyyətində gəncliyimizi dövlətçilik ruhunda, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, eyni zamanda dünyadakı gərgin rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır: “Prezident İlham Əliyev andiçmə mərasimində bu məqama növbəti dəfə xüsusi diqqət ayıraraq, gəncləri zərərli ideoloji təsirlərdən qorumağın vacibliyinə toxundu. Prezident gənclərimizin intellektual və vətənpərvər ruhda tərbiyəsinin ölkəmizin gələcəyi üçün son dərəcə həlledici olduğunu diqqətə çatdırdı. Ölkə başçısı bu məsələdə ailə institutunun və təhsil sisteminin üzərinə böyük vəzifələrin düşdüyünü xüsusi qeyd etdi”. F.Şahbazlı bildirib ki, Azərbaycan Prezidenti hər zaman ölkə gəncliyinə böyük diqqət və qayğı ilə yanaşıb: “Prezident İlham Əliyev hər zaman gənclərin yaxın dostu və himəyədarı kimi gəncliyin özünü ifadəsi üçün bütün zəruri addımları atıb. O, Azərbaycan gəncliyinin 44 günlük Vətən Müharibəsindəki fəaliyyətinə yüksək qiymət verərək, müharibənin zəfərlə yekunlaşmasında gənclərimizin ön cəbhədə və informasiya savaşında qəhrəmanlığının mühüm rol oynadığına diqqət çəkib. Bu gəncliyimizə göstərilən böyük etimaddır. Azərbaycan gəncliyi hər zaman dövlətin bu etimada layiq olmağa çalışıb. Təsadüfi deyil ki, 7 fevral Prezident seçkilərində gənclərimiz ölkəmizin gələcəyi naminə böyük fəallıq nümayiş etdirdilər”.//Editor.az
1,045,463
16.02.2024 23:06
Ölkə
Aygün Muradxanlı bəraət aldı
Bakı Şəhər Səbail Rayon Məhkəməsi tanınmış jurnalist Aygün Muradxanlı ilə bağlı hökm çıxarıb. Məhkəmə iclası hakim Azər Tağıyevin sədrliyi ilə keçirilib. Hökmə əsasən, jurnalist bəraət alıb. Bu barədə TNS-ə Aygün Muradxanlı özü məlumat verib. Qeyd edək ki, iddiaçı Vahidə Əzizova EAST Residansın Bakı şəhərinin Nərimanov rayonunun Qarabağ küçəsində yeni bina tikmək məqsədilə 2021-ci ilin oktyabrında sökdüyü binanın zirzəmisinə 2021-ci ilin noyabrında özəlləşdirmə sənədi alıb. Onun şirkətdən külli miqdarda – 1 milyon 250 min manat tələb etməsi nəticəsində 200-ə yaxın ailə evsiz, tikinti şirkəti isə çarəsiz qalıb. Onlarla sakin, şirkətin vəkili bildirir ki, bu qadını ümumiyyətlə tanımırlar, sözügedən zirzəmi istifadəyə yararsız, pandemiya dönəmində bomjların yaşadığı məkan olub. Kanalizasiya sularının axdığı antisanitariya yuvasına qarşılıq şirkət hər şeyə göz yumaraq Vahidə Əzizovaya yeni tikili binanın yarızirzəmisində 100 kv yer təklif edib, üstəlik təmiri də boynuna götürüb. Qadın isə deyib ki, ona ya Nizami küçəsindən ev alınmalı, ya da 1 milyon 250 min nağd pul verilməlidir. Bu problemi ictimailəşdirən Aygün Muradxanlı Vahidə Əzizova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilmiş, jurnalist Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilmişdi. Məhkəmə hökmü sübut edir ki, jurnalist haqlıdır və heç bir cinayət törətməyib.
1,045,468
16.02.2024 23:42
Ölkə
"Bu, bizim üçün iki qat AYIBDIR!" - Natiq Cəfərlidən sərhədlərin bağlı qalmasına REAKSİYA
Aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişinin qonağı REAL Partiyasının icra katibi Natiq Cəfərli olub. Musavat.com xəbər verir ki, Natiq Cəfərli sərhədlərin bağlı qalmasından danışıb. O bildirib ki, "bu, bizim üçün iki qat ayıbdır". Ətraflı videoda: Musavat.com
1,045,471
16.02.2024 23:54
Dünya
Avropa Komissiyası Çin şirkətinə qarşı rüşvət ittihamı ilə araşdırmaya başladı
Avropa Komissiyası (AK) Çinin vaqon və lokomotiv istehsalçısı “CRRC Qingdao Sifang Locomotive Co” şirkətinə qarşı araşdırma başladır. Musavat.com xəbər verir ki, bu barədə AK mətbuat xidməti məlumat yayıb. Məlumata görə, şirkət 20 elektrovozun alınması üçün Bolqarıstan hökumətinin tenderində istehsalçıya üstünlük verə biləcək “əsassız xarici subsidiyalar” ayırmaqda şübhəli bilinir: “Avropa Komissiyasının bu gün başlatdığı təhqiqat Bolqarıstanın Nəqliyyat və Rabitə Nazirliyi tərəfindən 20 elektrovozun alınması və onlara 15 il müddətinə texniki xidmət göstərilməsi üçün elan edilmiş tenderlə bağlıdır, müqavilənin təxmini dəyəri 610 milyon avrodur”. Məlumatda qeyd olunur ki, Avropa İttifaqında 2024-cü ildə qüvvəyə minmiş xarici investisiyalara nəzarət standartlarına əsasən, həcmi 250 milyon avrodan çox olan tenderlərdə iştirak edən bütün şirkətlər son üç ildə hər hansı xarici dövlətdən 4 milyon avrodan çox vəsait əldə edibsə, bu barədə Avropa Komissiyasına məlumat verməlidir. Avropa Komissiyası “CRRC Qingdao Sifang Locomotive Co”nun tender üçün həddindən artıq gəlirli təklif verməyə imkan verən əsassız subsidiyalar alıb-almadığını araşdıracaq. Musavat.com
1,045,472
16.02.2024 23:26
Siyasət
Keniya Prezidenti: Azərbaycan ilə əlaqələri genişləndirmək üçün bir çox sahələrdə əməkdaşlıq imkanları mövcuddur
Fevralın 16-da Keniya Prezidenti Uillyam Samoei Ruto Azərbaycanın bu ölkədəki səfiri Sultan Hacıyevi qəbul edib. Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Prezident Ruto Azərbaycanda növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və dövlətimizin başçısı İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə bir daha təbrik edib. O, ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Uillyam Samoei Ruto bildirib ki, iki ölkə arasında səmimi münasibətlər daha da inkişaf etməkdədir və əlaqələri genişləndirmək üçün bir çox sahələrdə əməkdaşlıq imkanları mövcuddur. O, bu işbirliyinin hər iki xalqın mənafeyinə xidmət etdiyini vurğulayıb. Keniya Prezidenti iqlim dəyişikliyi ilə mübarizənin, xüsusilə Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkələrimiz arasında sıx və məhsuldar əməkdaşlıq istiqamətlərindən biri olacağına əminliyini vurğulayıb. Səfir Sultan Hacıyev öz növbəsində dövlətimizin başçısı İlham Əliyevin salamlara və təbriklərə görə təşəkkürünü Keniya Prezidentinə çatdırıb. Diplomat bildirib ki, cari ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün qeyd olunması dinamik inkişaf edən əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün münbit zəmin yaradır. O, 2024-cü ildə iki ölkə arasında qarşılıqlı münasibətlərin davamlı inkişaf edəcəyinə inandığını bildirib. S. Hacıyev Azərbaycanın 2024-cü ildə COP29-a, 2026-cı ildə isə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Görüş zamanı bildirilib ki, Keniya Afrikada ətraf mühit məsələlərində aparıcı rol oynayan ölkələrdən biridir. Qeyd edilib ki, Keniyanın 2023-cü ildə Afrika İqlim Sammitinə uğurla ev sahibliyi etməsini, Afrika Dövlət və Hökumət Başçılarının İqlim Dəyişikliyi üzrə Komitəsinin sədri olmasını nəzərə alaraq, COP29 müstəvisində həm ikitərəfli, həm də çoxtərəfli istiqamətlər üzrə əməkdaşlıq ölkələrimiz arasındakı münasibətlərə xüsusi töhfə verəcək.
1,045,474
17.02.2024 00:06
Dünya
Trampa qarşı ilk cinayət məhkəməsinin başlanacağı tarix AÇIQLANDI
ABŞ tarixində keçmiş prezidentə qarşı ilk cinayət işinə - Donald Trampa qarşı cinayət işinə baxılmasına martın 25-də münsiflər heyətinin seçimi ilə başlanacaq. Musavat.com xəbər verir ki, bu qərar Nyu York məhkəməsi tərəfindən fevralın 15-də Trampın vəkillərinin məhkəmənin onun seçki kampaniyasına mane ola biləcəyi əsası ilə təxirə salmaq xahişini rədd edərək qəbul olunub. Müvafiq qərar Manhetten Cinayət Məhkəməsinin saytında dərc edilib. Trampın vəkilləri həmçinin israr edirdilər ki, bu məhkəmədə ədalətli mühakimə olunma ehtimalı azdır, çünki münsiflər heyəti qərəzsiz olmaya bilər. Bütün bu iddialar da rədd edilib. Bu, ABŞ-ın keçmiş prezidentini və 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə ABŞ Respublikaçılar Partiyasının potensial namizədini təhdid edən dörd cinayət məhkəməsindən birincisidir. Bu işin bir hissəsi olaraq Donald Tramp keçmiş porno ulduz Stormi Danielsə susmaq müqbailində pul ödəməklə maliyyə fırıldaqçılığında ittiham olunur. O, 2006-cı ildə Trampla intim münasibətdə olduğunu iddia edib. 2016-cı il prezident seçkilərindən bir müddət əvvəl Daniels susqunluq razılaşması çərçivəsində Trampın vəkillərindən 130 min dollar alıb. 2018-ci ildə ödəniş faktını Trampın keçmiş vəkili Maykl Koen etiraf edib. Siyasətçi özü həm Daniels ilə əlaqəsini, həm də onun aldığı ödənişlərlə əlaqəsini inkar edir. Üstəlik, bu cür ödənişlər özlüyündə qanunsuz deyil, lakin ittiham tərəfinin onların necə rəsmiləşdirildiyi ilə bağlı şikayətləri var - prokurorluq bunu maliyyə hesabatlarının saxtalaşdırılması kimi qiymətləndirir. Donald Tramp Amerika tarixində cinayət ittihamı ilə üzləşən və bununla bağlı mühakimə olunan ilk keçmiş prezident olacaq. Onun barəsində başqa cinayət işlərinin nə vaxt başlaya biləcəyi hələlik dəqiq bilinmir. Musavat.com
1,045,476
17.02.2024 00:29
Dünya
Keçmiş Özbəkistan prezidentinin qızı malikanəsini 36 milyon dollara SATDI
Özbəkistanın birinci prezidentinin kiçik qızı Lola Kərimova-Tillyayeva və onun əri Timur Tillyayevlə əlaqəli şirkət Beverli Hillsdəki “Le Palais” malikanəsini 36 milyon dollara satıb. Musavat.com xəbər verir ki, “The Wall Street Journal”ın yazdığına görə, alıcının adı məlum deyil. Təxminən 4450 kvadratmetr sahəsi olan malikanə 2013-cü ildə alınıb. “Variety”nin məlumatına görə, cütlük onu 33 milyon dollara alıb: “Məhəmməd Hadidin tikdirdiyi bu nəhəng malikanənin qapalı hovuzu, 200 qonaqlıq bal zalı, 40 nəfərlik kinoteatrı, 10-dan çox avtomobil tutumu olan yeraltı qarajı və masaj otağı var”. Lola Kərimova-Tillyayeva və Timur Tillyayev “The Wall Street Journal”ın sorğularına cavab verməyiblər. Lola Kərimovanın Los-Ancelesin ən dəbli və məşhurlar tərəfindən sevilən Bel Air bölgəsində dörd dəbdəbəli sarayın sahibi olması faktı 2015-ci ildə məlum olub. 2020-ci ildə üç villanın satıldığı bildirildi. Bu villalar 2014-cü ildə 16,1 milyon dollara alınıb və icarəyə verilib. Lola Kərimova və Timur Tillyayev “Variety”nin məlumatına görə, Beverli Hillsdəki “Le Palais” malikanəsində yaşayırdılar. Malikanədən Lola Kərimovanın "The Harmonist" adlı ətir mağazasına piyada az məsafə var. Bu ev onların ən bahalı mülkü deyil. Nəşr yazıb ki, ailə Beverli Hills, Paris və İsveçrə arasında yaşayır. Onların Cenevrədə 47 milyon dollara aldıqları ev var. Musavat.com
1,045,480
17.02.2024 01:05
Dünya
Navalnının xanımı Putini hədələdi: Cavab verəcəksən
Bu gün həbsdə ölən rusiyalı müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Münhen Təhlükəsizlik Konfransında çıxış edərək ərinin ölümü ilə bağlı xəbərləri şərh edib. Onun çıxışı siyasətçinin Yutub kanalında yayımlanıb. “Yalnız Rusiya hökumət mənbələrindən aldığımız bu dəhşətli xəbərə inanıb-inanmayacağımı bilmirəm. Biz uzun illərdir ki, Putinə və Putin hökumətinə etibar edə bilmirik. Həmişə yalan danışırlar. Amma əgər bu doğrudursa, mən istəyirəm ki, Putin və onun ətrafındakı hər kəs bilsin ki, ölkəmizə, mənim ailəmə qarşı etdikləri hər şeyə görə məsuliyyət daşıyırlar və cavab verəcəklər. Və o gün çox yaxındadır”, - Navalnaya bildirib. O, beynəlxalq ictimaiyyəti birləşməyə və “şəri məğlub etməyə” çağırıb. Qeyd edək ki, bu gün Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır. (Axar.az)
1,045,483
16.02.2024 23:55
Şou-biznes
“Zaza dayı”ya qarşı külli miqdarda DƏLƏDUZLUQ FOTO
Türkiyəli aktyor Əli Sürməliyə iki illik sevgilisi dələduzluq edib. Aktyor hazırda Kader adlı xanımdan şikayətçi olduğunu deyib. O, oğurlanan instaqram hesabında barəsində yayılan "vergisini ödəmir", "narkotik maddə istifadə edir" kimi iddiaların da həmin şəxs tərəfindən paylaşıldığını söyləyib: "Ortaq hesabımız var idi, kassa almışdıq. Orada bütün işlərimdən əldə etdiyim pullar vardı. Kassanın açarı da onda idi. Hər şeylə o maraqlanırdı. Kassanı boşaltdı, mən də küsdüm. Bir müddət sonra barışdıq. İndiyə kimi əldə etdiyim mal varlığımı geri qazanmaq üçün barışmış kimi etdim. Aktyor olduğum üçün həyat bəzən aktyorlara kömək edir. Kassanın açarlarını ondan aldım. Sonra sosial şəbəkə hesabımdan o paylaşımlar edildi. Məyus olduğum məqam isə ətrafımdakı insanları, oğlumu, menecerimi, dostlarımı günahlandırmasıdır. Psixologiyam ilə də oynamaq istədi, amma mən icazə vermədim. Keçirdiyim beyin əməliyyatından sonra müayinəm var idi. Travma keçirdiyimi deyib, məni həkimə apardı. Həkim də mənə sakitləşdirici verdi. Onlar da məni çox sakitləşdirdi. Bu böhtanlar, təhqirlər mənim imtahanımdır. Amma yaxşılıq gözəldir. Yaxşı tərəfimi qoruyacağam. Bir qadın əsəbiləşəndə nələr edə bilir onu gördüm".//Axşam.az Qeyd edək ki, 63 yaşlı Ali Sürmeli daha çox “Kurtlar Vadisi Pusu” serialında Zaza dayı, “Eşkiya Dünyaya Hükümdar Olmaz”da isə Doğan baba obrazı ilə məşhurlaşıb. Hazırda “Adım Farah” serialında Orhan Koşaner obrazını canlandırır.
1,045,486
17.02.2024 00:18
Yaşam
Yodun bilinməyən ZƏRƏRLƏRİ - VİDEO
Hər bir evin dərman qutusunda yod adlanan məhsulu tapmaq mümkündür. Yod ilk tibbi yardım vasitəsi kimi həm açıq yaralarda, həm də soyuqdəymə və ya qrip olarkən ağıla gələn ilk tibbi ləvazimatdır. Lakin yod düşünülən qədər funksional deyil. Faydaları olduğu qədər zərərləri də var. Terapevt Nərminə Abbasova bildirib ki, dəridə “yod setka”sının tətbiqi, həmçinin boğazı yaxalamaq üçün yoddan istifadə məqsədəuyğun deyil: “Çünki hərarəti olan insan yoddan istifadə edəcəyi təqdirdə temperaturu daha da yüksələ bilər. Yod daxildə selikli qişanı, tənəffüs yollarını, qida borusunu da yandırır. Yod məhlulunun satışı reseptlə olsaydı, yaxşı olardı. Çünki ondan istifadə həddən artıq olarsa, bir çox fəsadlara səbəb ola bilər”.
1,045,492
17.02.2024 02:06
Region
Ermənistanda Afrika vəbası baş qaldırıb - VİDEO
Ermənistanın Kəmrəz kəndində yerləşən donuz təsərrüfatlarında kütləvi tələfat hadisəsi qeydə alınıb. Fermerlər bunun səbəbinin Afrika vəbasının yayılması ilə əlaqələndirirlər. Fermerlər hökumət qurumlarının məsələyə müdaxilə etməməkdə günahlandırırlar. Qeyd edək ki, donuzlarda Afrika vəbası xəstəliyi keçici xəstəlik sayılır. İnsanların bu xəstəliyə yoluxma təhlükəsi yoxdur.//Oxu.az
1,045,498
17.02.2024 00:41
Hadisə
Türkiyədə batan gəmidən ŞOK GÖRÜNTÜLƏR - ANBAAN VİDEO
Xəbər verdiyimiz kimi, fevralın 15-i yerli vaxtla saat 20.30 radələrində Türkiyənin Marmara dənizində karqo gəmisi batıb. Hadisə Balıkesir şəhəri yaxınlığında baş verib. Gəmidəki 6 ekipaj üzvündən hələ də xəbər yoxdur. Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, yük gəmisinin batdığı anın yeni görüntüləri əldə edilib. Məlumata görə, gəmidəki 6 ekipaj üzvündən biri olan Hüseyn Tutuk hadisədən bir neçə dəqiqə əvvəl video çəkərək yaxınlarına göndərib. Belə ki, videoda Tutukun “Allahım, yardım et. Gəmi batır”, - dediyi eşidilir. Qeyd olunub ki, Hüseyn Tutuk hadisədən 4 gün əvvəl sözügedən gəmidə işə başlayıbmış. Musavat.com D
1,045,506
17.02.2024 00:53
Gündəm
Əhmədlə bağlı yeni ŞOK İDDİA: Qətlə yetirdiyi bacısı…
5 nəfər ailə üzvünü öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovla bağlı yeni şok detallar məlum olub. Musavat.com Oxu24.com-a istinadən xəbər verir ki, Əhməd Əhmədovun qətlə yetirdiyi bacısı onun doğma bacısı olmayıb. Bu barədə Space TV-də yayımlanan Amil Xəlilin müəllifi olduğu “Gəl danış” verilişində məlumat verilib. Verilişə qatılan Əfsanə adlı qonşu qadın bildirib ki, onun öldürdüyü şəxs Əhmədin doğma bacısı olmayıb. Qız atanın birinci ailəsindən olan övlad imiş. Əhməd isə Bikəxanımın birinci həyat yoldaşından olan övladı olub. Ətraflı video məlumatı təqdim edirik:
1,045,518
17.02.2024 01:17
Ölkə
Qaradağlı faciəsindən 32 il ötür
Bu gün Qaradağlı faciəsinin ildönümüdür. Faciədən 32 il ötür. Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 32 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi. Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub. 1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutulub, 1 nəfər öldürülüb, 4 nəfər yaralanıb. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişib. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırılıb. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutulub. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak olub. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparılıb. 1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırılıb. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı. 1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı. Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil. Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb. Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib, “Qaradağlı soyqırımı şahidlərin dili ilə” adlı kitab hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb. Qeyd edək ki, kənd 17 fevral 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaradağlı kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçib. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.//Report
1,045,519
17.02.2024 08:01
Yazarlar
Moskva Marksdan sitata niyə hiddətləndi? - Kreml vətənpərvər rektora cəza tələb edir
Özbəkistanla Rusiya arasında “dil qalmaqalı” yaranıb. Özbəkistanda jurnalistika universitetinin rektoru Şerzodxon Kudratxoca bir neçə gün öncə ölkədə yaşayan rusdillilərin özbək dilini öyrənmək istəməməsi barədə danışarkən Karl Marksdan sitat gətirib və vaxtilə Marksı SSRİ xalqlarının əziz-giramisi edən, heykəllərini qoyan, hər şəhərdə adını küçələrə, müxtəlif müəssisələrə verən, əsərlərini dərsliklərə salan Moskva möhkəm hiddətlənib. Öncə onu deyək ki, K.Marksın məşhur ifadəsi belədir: “Yaşadıqları ölkənin dilini bilməyənlər ya qonaqdır, ya dili assimilyasiya etmək istəyən işğalçıdır, ya da lal axmaqdır”. Rektor Kudratxoca həmin sitatdan sonra ölkəsindəki rusdillilərə xitab edərək soruşub: “Kimliyinizi müəyyənləşdirin, işğalçısınız, yoxsa axmaq?” Bu sözün üstündə Özbəkistanın Moskvadakı səfirini Rusiya XİN-ə çağırıb danlayıblar, daha sonra ultimatuma oxşayan bir bəyanat yayıblar, “rusofob” rektora cəza tələb ediblər. Bu, azmış kimi, Özbəkistanda yaşayan rusları və rusdilliləri Şerzodxan Kudratxocaya qarşı qaldırıblar və onun əleyhinə peşəkar və sosial mediada miqyaslı bir kampaniya başladıblar. Bloger və ictimai fəal İslam Kaparzo Küdratxocaya cavab olaraq özbək dilini öyrənməyin vacibliyini qeyd edib, lakin sözünün “əmma”sını da deyib: “Bu məsələdə çoxlu nüanslar var. Əlifbanın hərfləri bir neçə dəfə dəyişibsə, dili necə öyrənmək olar? Kiril əlifbası vardı, indi də latın əlifbası türk hərfləri üzərində qurulub. Yaşlı nəsil latın əlifbasını oxuya bilmir, gənc nəsil də kiril qrafikasını oxuya bilmir”. Sanki latın əlifbası Çin, yapon ieroqlifləri və ya ərəb əlifbası kimidir ki, onu öyrənmək çətin olsun. Belə çıxır ki, Özbəkistandakı və başqa ölkələrdəki rusdillilərin yeganə öyrəndikləri dil rus dilidir. Başqa heç nə. Yox, əgər onlar ingilis, alman, fransız dillərini öyrənirlərsə, demək, latın əlifbası ilə artıq tanışdırlar. Bu isə bloqer Kaparzonu “çətin əlifba” arqumentini puç edir. Rusiyanın mərhum dövlət xadimi Yevgeni Maksimoviç Primakovun nəvəsi, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Aleksandroviç Primakov isə bu məsələ ilə bağlı Özbəkistana ultimatum verib. O bildirib ki, rəhbərlik etdiyi təşkilat Kudratxoca üzr istəyənə qədər onunla, eləcə də onun rəhbərlik etdiyi strukturlarla hər hansı ünsiyyəti və əlaqəni istisna edir. Bəli, velikorus şovinizminin müasir propoqondistləri dil məsələsində bu qədər həssasdırlar, kim rus dilinə qarşı güldən ağır söz desə, dərhal hərəkətə gəlir, əllərindəki bütün rıçaqları işə salırlar. Ona görə də rektor Kudratxocanın işi çətin olacaq, o, bu, həmlələrə yalnız özbək ziyalıların həmrəyliyi nəticəsində tab gətirə bilər. Dünən rektorun müdafiəsinə qalxanlardan biri də Azərbaycanın böyük dostu, tərcüməçi-publisist Rüstəm Cabbarov (İqbol) olub. O, öz fikirlərini sosial şəbəkədə paylaşıb. R.İqbol yazıb: “Əslində Latviyada, Ukraynada, Gürcüstanda və ya Azərbaycanda hansısa məmur bunu desəydi, belə hay-küy olardımı? Çox güman ki, olmazdı. Çünki “böyük ağalar” hamıdan belə gərginlik gözləsələr də, bizdən gözləmirlər”. R.İqbol daha sonra yazıb: “Biz bir məclisdə 200 nəfərlə rusca danışırıq ki, iclasa qatılan rusdilli iştirakçını incitməyək. Onların şərəfinə məbəd tikirik ki, ölkəmizi işğal edən işğalçıların atları əbədi yaşasın. Övladlarımızı rus məktəbinə yerləşdiririk ki, sabah rusca daha yaxşı danışsın. İşə girmək istəyiriksə, ilk növbədə rus dilini bilməyimiz tələb olunur, amma etiraz etmirik, “başəmız, gözümüz üstünə” deyib qayıdırıq”. Göründüyü kimi, bu məsələ bizdəki durumla aşağı-yuxarı eynidir. Son illərdə “rusdillililik”, heç demə, bütün postsovet məkanında paralel şəkildə trend olub, sadəcə, bir ölkədə çox, o birində az təpki doğurur. İncələsək, yaxın tarixə ekskurs etsək, bu təmayülün 2014-cü ildən sonra güclənməyə başladığını görərik. Bu, Kremlin postsovet ölkələrinə münasibətdə “hamını yenidən eyni çətir altına yığmaq” siyasətinə start verildiyi dönəmdir. Krımı, Donbası işğal edən Rusiya keçmiş SSRİ respublikalarında rus dilini inkişaf etdirməklə, qorumaqla, ona xüsusi status almaqla yenidən bu məkanlara dönmək fikrindədir. (Bizdə bir yanlış fikir var ki, Putin SSRİ-ni bərpa etmək istəyir, əslində isə o, SSRİ-nin sərhədləri daxilində çar Rusiyasını – “xalqlar həbsxanası”na çevrilən, heç bir xalqın muxtrayiyyat statusu olmadığı dövranı bərpa etmək fikrindədir). Ölkəmizdə rusdilli məktəblərin artması, Azərbaycandilli məktəblərdə rus bölmələrinin xüsusi çəkisinin ağırlaşması həmin vaxtdan sonraya təsadüf edir. Bu gün artıq övladlarını rusca təhsil almağa yönəltmiş valideynlərin sayı-hesabı yoxdur. Məktəblərdə rus bölməsinə şagird yerləşdirmək müşkül məsələdir, çünki istəyən çoxdur, yerlər isə tələbatı ödəmir. Paytaxtda isterik bir “rusdilli olmaq” ehtirası var. Açıq-aydın görünür ki, bütün bunlar təsadüfən belə alınmayıb. Bu, Rusiyanın yeritdiyi açıq-gizli siyasətin nəticələridir. Təsəvvür edin, hazırda Rusiyanın özündə onsuz da pis-yaxşı rusca danışa bilən əmək miqrantlarından rus dili və ədəbiyyatı, hətta rus tarixi üzrə imtahan götürmək nəzərdə tutulur. Bunu ona görə edirlər ki, onlar dili daha yaxşı öyrənsinlər və “rusdilli” olsunlar. Özbəkistan, Qırğızıstan, Tacikistan və Qazaxıstanda isə heç kəs slavyan mənşəli insanlardan yaşadıqları ölkənin dövlət dilini öyrənməyi tələb edə bilməz. Mütləq bəhanə tapılır: “Əlifba fərqlidir”; “yaşlı nəslin dil öyrənməsi çətindir”; “işinin spesifikası elədir ki, rusca yazmağa, danışmağa məcburdur”; “lazımi tədris vasitələri, ədəbiyyatlar, xüsusi kurslar yoxdur” və s. Dövlət dilinin öyrənilməsinin vacibliyi qanunvericilik sənədində nəzərdə tutulduğu halda isə Moskvadan ultimatumlar gəlir, parlamentlərdən tələb edirlər ki, belə bir qanun qəbul edilməsin, qəbul edilibsə, düzəliş olunsun. Ona görə də Rüstəm İqbol kimi ziyalılar bu gün belə deyirlər: “Əslində bunu təkcə Şerzodxan Kudrattxoca deyil, hamımız deməliyik. Bu, millətçilik deyil. Öz haqqını tələb etmək millətçilikdirsə, o zaman şimal ölkəsində anasıyla özbəkcə danışan qaragözlü adamı döyüb öldürməyin adı nədir?” Doğrudan da, başqa ölkədə yaşayan adamın ana dilində danışması vazkeçilməz hüquqdursa, özbək qardaş niyə öldürülüb? Qafqazda və Mərkəzi Asiyada heç kəsi rusca danışdığına görə döymür, öldürmürlər, eləcə, “yaşadığınız ölkənin dilini öyrənin” deyirlər, o da onların xətrinə dəyir. Xalid KAZIMLI
1,045,520
17.02.2024 01:42
Kriminal
Taksi sürücüləri müştəri üstündə bir-birini BIÇAQLADI
Gəncə şəhərində müştəri üstündə taksi sürücüləri arasında mübahisə düşüb, onlar bir-birlərinə kəsici alətlə xəsarət yetirib. Gəncədən Bakıya sərnişin daşıyan taksi sürücüləri arasında müştəri üstə mübahisə düşüb. Nəticədə onlar bir-birlərinə kəsici alətlə xəsarət yetiriblər. Xəsarət alan - 1980-ci il təvəllüdlü Samir Arif oğlu İsmayılov və Nadir adlı digər şəxs Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş hesab edilir. Faktla bağlı araşdırma aparılır.//Report
1,045,523
17.02.2024 01:30
Dünya
Tramp REKORD MƏBLƏĞDƏ cərimələndi
Nyu-York məhkəməsi ABŞ-ın sabiq prezidenti Donald Trampı dələduzluqda təqsirli bilib. Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Məhkəmənin qərarına görə sabiq prezident daşınmaz əmlak sənayesində fırıldaqçılıq ittihamı ilə 354,9 milyon dollar, uşaqların hər biri 4 milyon dollar, şirkətin keçmiş maliyyə direktoru isə 1 milyon dollar cərimələnib. Bundan əlavə, Trampa üç il, övladlarına isə iki il müddətinə Nyu-Yorkdakı şirkətlərində yüksək vəzifələrdə işləmək və banklardan kredit götürmək qadağan edilib. Musavat.com
1,045,540
17.02.2024 01:54
Ölkə
Qadın uşaqlarını rayona göndərdi, kişilərlə əlaqədə oldu, sevgilisi isə...
Bakının Suraxanı rayonunda 1978-ci il təvəllüdlü Seymur 1985-ci il təvəllüdlü sevgilisi Ləmanı (adlar şərti verilib – red.) öldürüb. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Seymur 3 iyul 2022-ci ildə saat 14 radələrində sevgi münasibətlərində olduğu Ləmanın son günlər onunla əlaqələrini kəsərək başqa şəxslərlə görüşməsini qısqanıb, həmçinin onun və ailə üzvlərinin ünvanına mobil telefonda nalayiq ifadələr işlətməsindən qəzəblənib. Seymur Ləmandan qisas almaq məqsədilə bıçaqla onun yaşadığı Zığ qəsəbəsindəki binanın qarşısına gəlib. Ləmanın qapını açmasından istifadə edərək boğazından tutub, içəriyə doğru itələyib. Mənzilin dəhlizinin döşəməsi üzərinə yıxaraq bıçaqla bədənin müxtəlif nahiyələrinə zərbələr vurub. Qadın aldığı zərbələrdən vəfat edib. “Ya evində, ya hoteldə görüşürdük” İstintaq orqanı tərəfindən Seymurun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham elan edilib. Təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, evlidir, iki övladı var, ailəsi ilə birlikdə yaşayıb: “2002-ci ildə qəsdən sağlamlığa ağır zərər vurmaya görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmuşam. 5 il 10 ay azadlıqdan məhrumetmə növündə cəza çəkmişəım. Zərərçəkmiş Ləmanı təxminən 3 ildir tanıyıram. Onunla həmin vaxt eyni binada yaşamışıq. Ləmanın əri ölüb, 2 oğlu ilə birlikdə bizimlə eyni binada yaşayıb və Nizami rayonunda gözəllik salonlarının birində işləyib. O vaxtdan biz görüşməyə başladıq. Ləmanın evində, yaxud hoteldə görüşürdük”. “Çox kişilərlə münasibətdə olmuşdu” Təqsirləndirilən şəxs qeyd edib ki, Ləman hadisədən 1 il əvvəl övladları ilə Suraxanı rayonunun Zığ qəsəbəsinə köçüb: “Biz yenə görüşməyə davam etdik. Ləman kafedə ofisiant işləyirdi. Ona ayda təxminən 200-300 manat pul verir, arabir evinə ərzaq alırdım. Uşaqları Vüsal və Adil də məni tanıyırdılar. Ayda bir neçə dəfə Ləmanın evinə gedirdim. Onda Ləman uşaqları həyətə oynamağa göndərirdi. Mənimlə birlikdə olduğu vaxt başqa heç kimlə münasibət saxlamadığını desə də, onun başqalarıyla da münasibəti olduğundan şübhələnirdim. Ləman isə bunu boynuna almırdı. Görüşdükləri kişilərin dostları olduğunu deyirdi. Məndən öncə o, çox kişilərlə münasibətdə olmuşdu”. “Qapını açan olmadı” Seymurun sözlərinə görə, iyulun 15-də Rusiyaya getməyi planlaşdırdığından Ləmana tez-tez görüşməyi təklif edib: “Ləman uşaqları Yevlax rayonuna göndərsə də, bunu mənə bildirməmişdi. Ləmanın oğlu Adillə danışdığından başa düşdüm ki, onu qardaşı ilə Yevlaxa yollayıb. Bunu bildiyimi Ləmana demədim. İyulun 1-də Ləmana mesaj yazaraq səhəri gün saat 18.00-da evinə gələcəyimi bildirdim. O da mənə gəl, ya gəlmə demədi. Səhəri gün saat 11 radələrində yenidən axşam Ləmana onun evinə gələcəyimi dedim. Axşam saat təxminən 19 radələrində Zığa getdim. Qapını döysəm də açan olmadı. Ləmanın yatdığını düşündüm, bir qədər gözlədikdən sonra həyətə düşdüm. Həyətdə gəzişdikdən sonra yuxarı qalxdım, yenə qapını açan olmadı”. “Vuracağımdan qorxdu” Seymur qeyd edib ki, saat 21.00-a qədər Ləmanın yaşadığı binanın həyətində gəzişib, bir neçə dəfə qalxaraq qapını döyüb: “Dəfələrlə telefonuna zəng vursam da, cavab vermədi. Sonradan Ləman mənə "WhatsApp"da mesaj yazaraq rayonda olduğunu bildirdi. Yenidən zəng vurduqda ona zəng çatmadı, telefonu söndürmüşdü. Ləmanın oğlu Adilə zəng vurdum, telefonu Ləmanın anası götürdü. Ləmanın iş yerindən zəng vurduğumu dedim, Ləmanın Yevlax rayonunda olub-olmadığını soruşdum. Qadın qızının rayona gəlmədiyini dedi. Ləmanın mənə yalan danışdığını anladım. Binanın həyətində Ləmanın gəlməyini gözlədim. Saat təxminən 00.00-da həyətdə olarkən Ləmanın ağ rəngli “Kia Rio” markalı maşından düşdüyünü gördüm. Maşının sürücüsü kişi idi. Ləmandan haradan gəldiyini, maşını sürənin kim olduğunu soruşdum. O da müştərisinin saçını düzəltməkdən gəldiyini, gəldiyi maşının taksi olduğunu dedi. Ləmandan niyə yalandan Yevlaxda olduğunu söyləməsinin səbəbini soruşdum. Mənim əsəbi olduğumu görüb, onu vuracağımdan qorxdu”. “Mühafizəçilərin yanına qaçdı” Təqsirləndirilən şəxsin sözlərinə görə, onlar həyətdəki oturacaqda oturublar: “Ləman qorxduğu üçün məndən sakitləşməyimi xahiş elədi, evə qalxıb orada söhbət etməyimizi təklif etdi. O, evin açarının mühafizədə olduğunu deyib, mühafizəçi olan köşkə getdi. Tez içəri girərək, mühafizəçidən kömək istədi, polisə xəbər verməyi bildirdi. Mühafizəçi məndən yaşca böyük olardı. O, buranı tərk etməyimi tələb etdi. Bir nəfər gənc oğlan da vardı. Oğlan mənə əsəbi olduğumu söylədi, sakitləşmək üçün getməyimi məsləhət bildi. Ləmanın həmin şəxslərin yanından uzaqlaşmadığını gördüm, taksi çağıraraq öz yaşadığım evə getdim. Gecə təxminən saat 1 radələri olardı”. Təqsirləndirilən şəxs bildirib ki, səhər işə getməyib: “Saat 10.30-da Ləman mənə mesaj yazdı. Ona 10-15 dəqiqə sonra yazmasını, evdə olduğumu dedim. Lakin Ləman mənə artıq-əksik sözlər yazdı, səs ataraq “sənin ailənin, arvadının başına oyun açdıracam, 3-4 adamla evinə gəlib sənin və sənin arvadının başına oyun açdıracam” dedi. Bu sözlər məni əsəbləşdirdi. Saat təxminən 11 radələrində taksi ilə Ləmanın yaşadığı evə doğru getdim. O, "WhatsApp"da yenə mənə təhqiramiz sözlər dedi. Mən də eyni cavabı verdim. Ləmanın yaşadığı evə çatdım. Bir qədər binanın həyətində gəzişə-gəzişə Ləmanla danışdım. O, yenə mənim ailəmi təhqir eldi”. “Əlimdə bıçaq, üst-başım qan içində olub” Təqsirləndirilən şəxs bildirib ki, liftlə binanın 4-cü mərtəbəsinə, Ləmanın yaşadığı mənzilə qalxıb: “Çox əsəbiydim. Ümumi dəhlizdə Ləmanın mənzilinin içərisindən səs gəlirdi, o, kiminləsə telefonla danışırdı. Bir qədər gözləyib qapını döydüm. Qapı açıldı. Dərhal Ləmanın boğazından tutub itələdim, o, yerə yıxıldı. Evin içinə girərək Ləmanın üzərinə hücum etdim. Özümlə gəzdirdiyim bıçağı çıxardaraq bədəninin müxtəlif nahiyələrinə zərbə endirməyə başladım. Daha çox Ləmanın bədəninin yuxarı hissəsinə, döş qəfəsi və qarın nahiyəsinə zərbə vururdum. Ləman yerdə olarkən əli ilə mənə mane olmağa, bıçaq zərbələrinin qarşısını almağa çalışırdı. Bıçaqdan tutaraq “vurma, qələt eləmişəm, balam var, məni öldürmə” deyə yalvarırdı. Mən isə “balanı fikirləşirdinsə, belə hərəkət eləməzdin” deyərək yenidən Ləmana bıçaq zərbəsi endirdim. Ləman qışqıraraq kömək istəyirdi, qapı açıq idi. Səsə bir nəfər qonşu qadın gəldi. Məni görəndə qorxdu. Ona getməsini dedim. O da uzaqlaşaraq getdi, kömək üçün qışqırdı. Evdən çıxıb liftə tərəf yönəldim. Liftə çatanda qonşu qadını gördüm, qışqıraraq köməyə adam çağırırdı. Əlində telefon tutmuşdu. Ya həkimə, ya da polisə zəng vurduğunu düşündüm. Liftin qarşısında olarkən Ləman arxamca gəldi. Nəsə desə də, nə söylədiyini anlamadım. Bıçaqla kürək nahiyəsindən vurdum. Bundan sonra liftə minərək aşağı düşdüm. Əlimdə bıçaq, üst-başım qan içindəydi. Həyətdən çıxıb yola tərəf getdim. Avtobusa əl eləsəm də, sürücü məni görərək saxlamadı. Yolu keçib getdikdə arxamdan gələn tanımadığım adamlar qışqıraraq təslim olmağımı istədilər. Onlara burdan gedin dedim. Cəld tərpənib bir qədər oradan uzaqlaşdım. Yanımda bir maşın saxladı. Maşından polis olduğunu deyən mülki geyimdə bir şəxs düşdü. Məndən bıçağı yerə atmağımı və ya onlara təhvil verməyimi tələb eldi. Bıçağı polis əməkdaşına təhvil verdim. Post patrul xidmətinin maşını gələrək məni polis bölməsinə apardı”. Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Seymur 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1,045,545
17.02.2024 04:21
Ölkə
Sürücü yolu keçən qadınları təhlükə altında qoydu - VİDEO
Bakı-Ələt yolunda sürücünün təhlükə saçan hərəkəti kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 14-də, Lökbatan dairəsində baş verib. Belə ki, KIA markalı avtomobilin sürücüsü keçiddə dayanaraq piyadaların keçməsini gözləyib. Üç nəfər keçdikdən sonra maşınların dayandığını görən iki qadın yolu qaçaraq keçməyə başlayıb. Bu zaman sürücü hərəkət edərək onları təhlükə altında qoyub. Sözügedən videonu təqdim edirik:
1,045,551
17.02.2024 02:31
Hadisə
Qadın ona sataşan sürücünü videoya çəkərək özünü işə saldı
Sumqayıtda marşrut avtobusu sürücüsünü şantaj edərək pul tələb etməkdə ittiham edilən 40 yaşlı Nübar Quliyeva (şərti) cinayət məsuliyyətinə cəlb edilib. Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılmış qadına hökm oxunub. Araşdırmalar zamanı məlum olub ki, N.Quliyeva 19 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Sumqayıtda 7 saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusa minib. Yolda olarkən sürücü Qurban Aslanov (şərti) ona yaxın dayanmış sərnişin Nübarla tanış olmaq məqsədilə öz nömrəsini telefonunun ekranına yazaraq nümayiş etdirib. Bu zaman Nübar Quliyeva öz telefonu ilə sürücünün ona nömrə vermək istəməsini və mobil cihazın ekranına əlaqə nömrəsini yazmasını videoya çəkib. Daha sonra N.Quliyeva çəkdiyi videonu sosial şəbəkə səhifəsində paylaşıb və bir neçə sayta göndərib. O, həmçinin Qurbana mesaj yazaraq ondan dövlət qurumlarına şikayət etdiyini bildirib və sürücünün ünvanına nalayiq ifadələr yazıb. N.Quliyeva əlavə olaraq sürücünün vatsap profilində yerləşdirdiyi övladlarının şəkillərini də götürərək fotonun üzərinə təhqiramiz sözlər yazıb. Bundan sonra Qurban Nübarla əlaqə saxlayaraq yaydığı videonu silməsini xahiş edib. Həmçinin bir neçə digər şəxs də görüntüləri görərək Nübara yaydığı videonu silməsini bildiriblər. Lakin o, Qurbanın 500 manat pul verməsini tələb edib, əks təqdirdə onu biabır etməyə davam edəcəyini deyib. Hadisə ilə bağlı polisə müraciət edildikdən sonra Nübar Quliyeva barəsində cinayət işi başlanılıb, istintaq müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Məhkəmənin 9 fevral tarixli hökmü ilə N.Quliyevaya 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
1,045,554
17.02.2024 02:18
Region
Navalnının həbsdən son görüntüləri yayıldı - VİDEO
Xəbər verdiyimiz kimi, 19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalifətçi Aleksey Navalnı vəfat edib. Musavat.com xəbər verir ki, həbsxanada həyatını itirən müxalifətçinin son görüntüləri yayılıb. Həmin görüntüləri təqdim edirik: Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken və bəzi siyasətçilər Navalnının ölümündə Rusiya hakimiyyətini günahlandırıblar və məsuliyyət daşıdığını bildiriblər. Musavat.com
1,045,555
17.02.2024 02:55
Dünya
BMT baş katibindən Navalnının ölümü ilə bağlı ÇAĞIRIŞ
BMT-nin Baş katibi Antoniu Quterriş rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı tam və şəffaf təhqiqatın aparılmasına çağırıb. Bu barədə dünya təşkilatı rəhbərinin rəsmi nümayəndəsi Stefan Dyujarrik brifinq zamanı məlumat verib. “Baş katib müxalifət lideri Aleksey Navalnının həbsdə ölməsi ilə bağlı xəbərlərdən şoka düşüb. Baş katib Navalnının ailəsinə başsağlığı verir və Navalnının ölümünün tam, etibarlı və şəffaf şəkildə araşdırılmasına çağırır”, - deyə Dyujarrik bildirib. Xatırladaq ki, fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidmət Navalnının koloniyada öldüyü barədə məlumat yayıb. Qurumun məlumatına görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Həkimlər dərhal məhbusa kömək etməyə başlayıb və yarım saatdan çox onu reanimasiya etməyə çalışıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.//Oxu.az
1,045,556
17.02.2024 03:07
Dünya
Müəllim etdiyi paylaşıma görə işdən çıxarıldı
ABŞ-da ibtidai sinif müəllimi "OnlyFans" platformasındakı hesabına görə işdən azad edilib. Bu barədə "LADBible" yazır. Mediada yayılan məlumata görə, işdən çıxarılan qadın müəllimin adı Raşel Dolezaldır. O, 2023-cü ilin avqustundan bu müəssisədə işləyir. Məktəb direktoru bildirib ki, işçinin çılpaq foto və videolarını sosial şəbəkələrdə satmasından xəbəri olmayıb. Raşelin onlayn platformada hər birini min dollara satdığı 600-dən çox şəkli olub.//Lent.az
1,045,557
17.02.2024 02:43
Gündəm
Ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədov doqquz aydan sonra azadlığa çıxacaq? - VİDEO
Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən 25 yaşlı Əhməd Əhmədovla bağlı müzakirələr səngimir. Psixoterapevt Elmir Əkbər deyir ki, Əhməd Əhmədovun cinayəti anlaqsız vəziyyətdə etdiyi sübut olunsa, doqquz aylıq məcburi müalicədən sonra sərbəst buraxıla bilər. Psixiatr Orxan Fərəcli isə həmkarı ilə razılaşmır. Hesab edir ki, ağır cinayəti törətmiş şəxsin bir neçə aydan sonra azadlığa buraxılması mümkünsüzdür. Hüquqşünas deyir ki, əgər şəxsin qətli anlaqsız vəziyyətdə törətdiyi sübut olunarsa, o, sağalandan sonra sərbəst buraxılır. Yəni, şəxs cinayət törədərkən anlaqsız vəziyyətdə olubsa, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəlilik dərəcəsini dərk etməyibsə, o, sonradan müalicə nəticəsində sağalsa da, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qeyd edək ki, Əhməd Əhmədovun uzun müddətdir psixi xəstəlikdən əziyyət çəkdiyi, həmçinin buna görə müalicə aldığı iddia edilir. Xatırladaq ki, Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.//Oxu.az
1,045,558
17.02.2024 03:56
Mədəniyyət
Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkilir - FOTO
“Emmy”nin 10 mükafatına sahib olan “Çernobıl” serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Bildirilir ki, filmdə baş rolu “Saltburn” və “The Banshee of İnisherin” filmlərinin ulduzu Barry Keogan canlandıracaq. O, diktatorun məhkəməsi və sonrakı edamından əvvəl bir neçə ay Hüseyni mühafizə edən amerikalı əsgəri canlandıracaq. Film Uill Bardenverperin “Öz sarayının məhbusu: Səddam Hüseyn, onun amerikalı mühafizəçiləri və tarixin danışılmamış qalanları” (“The Prisoner in His Palace: Saddam Hussein, His American Guards, and What History Leaves Unsaid”) kitabının sərbəst adaptasiyası olacaq. “Amo Səddam” adlı filmin çəkilişlərinin payızda başlaması planlaşdırılır, premyeranın 2025-ci ildən tez olmayacağı ehtimal edilir. Yohan Renk 2006-cı ildə Bağdad hisslərini başqa müharibə filmlərindəki stereotiplərdən istifadə etmədən orijinal şəkildə çatdırmağı planlaşdırır. Oxu.az
1,045,559
17.02.2024 03:44
Mədəniyyət
Makedoniyalı İskəndərin atasının qalıqları tapıldı
Arxeoloqlar 1977-ci ildə qədim yunan məqbərəsində tapılan qalıqların Makedoniyalı İskəndərin atası kral II Filippə aid olduğunu təsdiqləyiblər. Bu barədə məlumatı Daily Mail yayıb. Əvvəlcə məzarda Makedoniyalı İskəndərin atasının, oğlunun və böyük ögey qardaşının qalıqlarının olduğu güman edilib. Lakin əlavə araşdırmalardan sonra elm adamları ata və ögey qardaşın səhv identifikasiyası olduğu qənaətinə gəliblər. Artıq ekspertlər əmindirlər ki, əvvəllər ögey qardaşın qalıqları hesab edilən skelet əslində Makedonskinin atasına, atanın skeleti isə ögey qardaşın qalıqlarına aiddir. II Filipp (e.ə. 383 və ya 382 - e.ə. 336) Makedoniyanın Argead kralı olub, eramızdan əvvəl 359-336-cı illərdə hökmranlıq edib. O, kral III Amintasın üçüncü oğlu idi və qardaşı III Perdikkanın ölümündən sonra hakimiyyətə gəlib. II Filipp güclü ordu yaradaraq iqtisadiyyatı inkişaf etdirərək ölkədə vəziyyəti sabitləşdirə bilib.//Lent.az
1,045,560
17.02.2024 03:32
Hadisə
Nuray qızılcaya babasının yasında yoluxubmuş VİDEO
Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi Nuray İbrahomova qızılcadan vəfat edib. Məlumata görə, Nuray qızılcaya rəhmətə gedən babasının yas mərasimində yoluxubmuş. Məlum olub ki, Nurayın 16 yaşlı qardaşı İbrahim İbrahimli də bu xəstəliyə yoluxub. Onun müalicəsi isə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Yeniyetmənin vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə ilə bağlı Xəzər TV-nin süjetini təqdim edirik:
1,045,561
17.02.2024 04:09
Yaşam
Bu qidaları soyuducuda saxlamaq orqanizmi zəhərləyir
Bir çoxumuz qidaları soyuducuda saxlamağın sağlamlıq üçün daha faydalı olduğunu düşünürük. Soyuducular yeməklərimizi soyuq və təzə saxlamaq üçün çox vacibdir, lakin bəzən gizli risklər də gətirə bilər. Mütəxəssislər bəzi qidaların soyuducuda saxlanılmasının zəhərli olduğunu bildiriblər. Bəs həmin qidalar hansılardır? Sarımsaq - Bir çox yeməklərə dad vermək üçün istifadə edilən məşhur bitki olan sarımsaq soyuducuda kiflənə bilər. Heç vaxt soyulmuş sarımsaq almayın və soyuducuda saxlamayın, çünki o, çox tez kiflənməyə başlayır. Sarımsaq kiflənəndə isə xərçəng riskini artırır. Həmişə qabıqlı olan təzə sarımsağı seçin. Yalnız bişirməyə hazır olanda qabığını soyun və həmişə soyuducudan kənarda saxlayın. Soğan - Onu soyulmuş halda soyuducuda saxlamaq təhlükəlidir. Soğan aşağı istiliyə həssas bir məhsuldur. Soyuducuya qoyduğunuz zaman nişasta şəkər və kif halına gəlməyə başlayır. Bir çox insan soğanın yarısını doğrayıb bişirib, digər yarısını isə soyuducuda saxlamaqla bu səhvə yol verir. Zəncəfil - Bu tərəvəz də kiflənməyə meyillidir. Həm də soyuducuya qoyanda tərkibindəki vitaminləri ölür. Köhnə zəncfil böyrək və qaraciyər çarışmazlığı yarada bilər. Düyü - Bir çox insanlar nişastaya davamlı olduğuna görə bişmiş düyüləri soyuducuda saxlamağa başlayıblar. Bunun xolesterin və qan şəkərinin səviyyəsini artırdığını bilirsiniz? Amma əslində düyü qəlibi ən tez tutan maddələrdən biridir. Əgər onu soyuducuda saxlayacaqsınızsa, 24 saatdan çox yerində qalmadığından əmin olun.//Axşam.az
1,045,562
17.02.2024 08:55
Hadisə
Azərbaycanda toy yasa döndü: ölənlər var
İLK YAYIM SAATI: 03:20 Göyçayda toya dəvət alan qonaqlardan ikisi ölüb. Hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Şahsoltanlı kənd sakini mərasimdə özünü pis hiss edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb. Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə il idi ki, ürək xəstəliyindən müalicə alırdı. Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan həmkəndlisi, 37 yaşlı Vilayət Məmmədov toydan çıxaraq evə gedib. Özünü pis hiss etdiyi üçün o, xəstəxanaya çatdırılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, o, xəstəxanada vəfat edib. İlkin ehtimala görə, gənc ürəktutmasından vəfat edib. (AZƏRTAC)
1,045,563
17.02.2024 04:33
Yaşam
Öd kisəsindəki daşlar xərçəngə səbəb olur?
Öd kisəsində iri daş çox təhlükəlidir. Məşhur həkim Aleksandr Myasnikov öd kisəsi daşlarının hansı halda xərçəngə səbəb olduğunu bildirib. “Bədxasəlli şiş təhlükəsi daşın ölçüsündən asılıdır. Daş nə qədər iridirsə, bir o qədər xərçəng təhlükəsi var. Öd daşı xəstəliyi hər 10 nəfərdən 2-sində var. Çox xəstələr simptomsuz daş gəzdirənlər olur, onların öd kisələrində daş olmasından xəbəri olmur. Öd daşı xəstəliyinin əlaməti sağ qabırğaaltında ağrı, ağızda zəhər dadıdır, insan gəyirir. Amma çox xəstələrdə bunlar olmur. Daş böyük olduqda və öd yollarını tutduqda, artıq şiddətli ağrı tutmaları və ürəkbulanma olur. Əslində öd xırda daşları, qumu özü kənara ata bilir. Öd şirəsi hasil etdikdə kisə yığılıb açılır, məhz bu zaman öd şirəsi ilə birgə mikroskopik daşlar da kisəni tərk edir. Əgər daş çox iridirsə, öd yollarından keçə bilmir və orda ilişir. Məhz burda ilişib qalan daş orda iltihab yaradır, mədəaltı vəzi təhlükəyə atır, bu zaman xroniki panktreatit və gələcəkdə mədəaltı vəz, öd kisəsi xərçəngi riski yarana bilir”, - o qeyd edib.//Medicina.az
1,045,564
17.02.2024 04:46
Dünya
Onun gedişi Ukraynanı parçalayıb: Kimisi yas tutur, kimisi də...
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının istefası Ukraynanı iki yerə bölüb. Bu barədə İspaniyanın "Mundo" qəzetinin materialında deyilir. Nəşrdə vurğulanıb ki, ukraynalıların bir hissəsi Zalujnının istefasını düzəlməz səhv hesab edərək kədərlənir. Digərləri onun böyük xarizmasını xatırlayaraq istefasına yas tutur, lakin etiraf edirlər ki, münaqişə dondurulmazdan əvvəl bəzi hərəkətlərə ehtiyac var idi. 54-cü briqadadan olan ukraynalı serjant ispan jurnalistlərə müsahibəsində deyib ki, kimin üstün olduğunu deyə bilməz, vəzifədən qovulmuş Zalujnı, yoxsa yeni baş komandan Sırski, lakin bu, hərbi deyil, siyasi qərardır.//Publika.az
1,045,565
17.02.2024 05:00
Region
Mis dağındakı quldurlar – VİDEO
Ermənistanı “daşlar ölkəsi” adlandırırlar. Bu ifadə ilə dərhal boz qaya daşları və çay daşları təsəvvür edirsinizsə, onda yalnız qismən haqlı olacaqsınız. Fakt budur ki, Ermənistan əsasən bolşeviklərin vaxtilə ona verdiyi Azərbaycan Zəngəzuru sayəsində digər daşlarla - faydalı qazıntı yataqları ilə də zəngindir. Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetində deyilir. “Onların çox olduğunu deyə bilmərəm, amma bu, Ermənistanın və ya xarici kapitallı törəmə müəssisələrin sahiblərinə və onlarla korrupsiya sxemləri ilə bağlı məmurlara pul qazandırmaq üçün kifayət qədərdir. Təsadüfi deyil ki, Ermənistanda məhz dağ-mədən sənayesi inkişaf edib. Lakin bu prosesi sözün tam mənasında inkişaf adlandırmaq çətindir. Sənaye, ehtimal ki, gəlirlilik səbəbiylə, ən primitiv şəkildə istismar olunurdu. Nəticə isə ətraf mühitə böyük ziyan vurur. Ancaq bu, hamısı deyil. Transsərhəd çayların üzərində və ya yaxınlığında yerləşən mədən sənayesi müəssisələrinin bu su anbarlarına zəhərli istehsal tullantıları atması qonşu dövlətlərin - Gürcüstan, İran və Azərbaycanın ekologiyasını çirkləndirir. Dəyən zərərin səviyyəsinə görə ölkəmiz bu kədərli siyahıda birinci yerdədir. Buna əmin olmaq üçün ən sadə statistika ilə tanış olmaq kifayətdir”, - deyə materialda qeyd olunur. Daha ətraflı süjetdə:
1,045,566
17.02.2024 08:11
Son xəbər
İran yenə də Ermənistanın "xalası" kimi danışdı: Razı ola bilmərik ki...
“Region ölkələrinin ərazi bütövlüyünə hörmət edilməlidir və bu, İranın son mövqeyidir”. Bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mediasına açıqlamasında Tehranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi sualına cavabında deyib. “İranın yekun mövqeyi ondan ibarətdir ki, biz heç bir şəkildə ərazi dəyişikliklərinə razı ola bilmərik. İstənilən ərazi dəyişikliyi iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında baş verməlidir və bu, bizim yekun mövqeyimiz olacaqdır”, - səfir vurğulayıb. Diplomatın sözlərinə görə, İran üçün Ermənistan ətrafında gərgin vəziyyətin müşahidə edilməsi qəbuledilməzdir: “Biz bütün tərəfləri mümkün qədər tez isti və sülh münasibətləri qurmaqda dəstəkləyirik. Biz əminik və inanırıq ki, yeganə yol sülh münasibətləri və mehriban dialoqdur. Bizim regionda sülhü bərqərar etmək üçün bütün tərəflərlə əlaqələrimiz və dialoqumuz var”. (Publika.az)
1,045,567
17.02.2024 08:22
Şou-biznes
Elçinlə Aydan boşandı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızı boşanıb. Millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nikahın pozulması məqsədilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edilib. Məhkəmənin qərarı ilə Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasındakı rəsmi nikah ləğv edilib. Xatırladaq ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nikahdan bir oğlan övladları var. (Metbuat.az)
1,045,568
17.02.2024 08:34
Kriminal
“Ülviyyə Alovlu öz yalanlarının üzə çıxmasından qorxmursa...” – Hacıyev danışdı
İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Bəxtiyar Hacıyev öncə vəsatət qaldırıb. B.Hacıyev xətşünaslıq ekspertizasının keçirilməsini istəyib. Onun sözlərinə görə, cinayət işinin materiallarında bir sıra şəxslərin ifadə və imzaları saxtalaşdırılıb. Bəxtiyar Hacıyev müstəntiq Pünhan Əbilov, həkim-ekspert Cahangir İsmayılovun adlarını çəkib. Deyib ki, iş materiallarında bu adamların müxtəlif protokollarda imzaları var və imzalar bir-birinə uyğun gəlmir: “Cinayət işinin başlanması haqda qərarda Pünhan Əbilovun imzası var. O imza ilə onun Bakı şəhər Baş Polis İdarəsində şahid qismində dindirilməsi barədə protokoldakı imza tamam fərqlidir. Eləcə də Cahangir İsmayılovun adından atılmış imzalar. Bunlar o qədər fərqlidir, kitabla qələm kimi, alma ilə banan kimi”. Amma hakimlər xətşünaslıq ekspertizası keçirmək barədə vəsatəti təmin etməyiblər. Bəxtiyar Hacıyevin işində zərərçəkmiş qismində tanınan iki nəfər - bloger Ülviyyə Muradova (Alovlu) və Yasamal rayon Məhkəməsinin icra məmuru Orxan Abdullayev yenə də məhkəməyə gəlməyib. İctimai fəal və vəkili vəsatət verib ki, onlar haqqında məcburi gətirilmə qərarı çıxarılsın. Hakim Əli Məmmədov deyib ki, bir daha onlara məhkəmə bildirişi göndərəcəklər, yenə gəlməsələr, məcburi gətirilmə məsələsinə baxıla bilər. Ülviyyə Alovlunun məhkəmədə nümayəndəsi Sevda Məhərrəmova vəsatət qaldırıb ki, təmsil etdiyi şəxs dindiriləndə məhkəmə qapalı keçirilsin. Bildirib ki, onun şəxsi həyatına aid məsələlərin mediaya çıxmasını istəmirlər. Buna Bəxtiyar Hacıyev etiraz edib. Deyib ki, məhz Ülviyyə Alovlu onun şəxsi həyatına aid bir çox məsələləri ictimailəşdirib, ona qarşı qarayaxma kampaniyasının iştirakçısı olub, vəfat etmiş yaxını haqda nalayiq fikirlər yayıb. Hətta onun valideynlərilə telefon danışığı zamanı səslərini gizli şəkildə yazıb, saytlara ötürüb: “O, zərərçəkən deyil, zərərvurandır, məni şərləyib. O, öz yalanlarının üzə çıxmasından qorxmursa, gəlsin bura. Mən də çalışacağam ki, səbrlə ona suallarımı verim”. Hakimlər də Ülviyyə Alovlu dindiriləndə məhkəmə iclasının qapalı keçirilməsinə əsas görməyib. Bu məsələlərin müzakirəsindən sonra Bəxtiyar Hacıyev ətraflı ifadə verib. Onun sözlərinə görə, Yasamal rayon Məhkəməsində Ülviyyə Alovlu ilə aralarında baş vermiş insidentdən onu cəzalandırmaq məqsədilə istifadə olunub. O deyib ki, o hadisədə heç bir təqsiri yox idi və bu, videogörüntülərdən də aydın görünür: “Bu hadisə ilə əlaqədar cinayət işi başlanmış, sonra xitam verilmişdi. Məni həbs eləmək məsələsi ortaya çıxanda yenilədilər. Bu məsələ ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərovla dəfələrlə görüşlərim olmuşdu. O bildirmişdi ki, görüntüləri yaxınlaşdırıb baxıblar, günah onda yox, Muradovadadır. Amma qadındır deyə, ona qarşı addım atmaq istəmirlər. Çünki nazirin də göstərişi var ki, xanımlarla bağlı məsələdə daha həssas yanaşılsın”. Bəxtiyar Hacıyev vurğulayıb ki, həbsdə olduğu müddətdə ona qarşı irəli sürülmüş qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması kimi ittihamlar da əsassızdır. Növbəti proses martın 1-də davam edəcək. Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib. İyunun 16-da Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib. Noyabrda isə ona daha bir ittiham verilib. Ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb. Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Bəxtiyar Hacıyevin işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb – bloger Ülviyyə Muradova (Alovlu) və Orxan Abdullayevdir. Adları çəkilən şəxslərin hər ikisi Yasamal rayon Məhkəməsində baş vermiş insidentlə bağlı zərərçəkmiş qismində tanınıb. (Teleqraf.com)
1,045,569
17.02.2024 08:46
Kriminal
DƏHŞƏT: 14 fevralda sevgilisini öldürüb quyuya atdı - FOTO
14 fevralda Türkiyədə qətl hadisəsi olub. Hadisə Adana şəhərinin Yumurtalık qəsəbəsində baş verib. Yaşar B. mübahisə etdiyi sevgilisi 20 yaşlı İpek Akgülü tapança ilə başından vuraraq öldürüb. Daha sonra meyiti yaxınlıqdakı suvarma quyusuna atıb. Cinayətkar özü hadisə barədə polisə məlumat verərək təslim olub. (herbiand.az)
1,045,570
17.02.2024 08:57
Kriminal
DİN TƏCİLİ məlumat yaydı - FOTOLAR
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Xəyal Hüseynov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis şöbəsində X. Hüseynovun üzərinə baxış keçirilən zaman bir ədəd qundağı və lüləsi kəsilmiş, 16 kalibirli “TOZ” markalı tüfəng aşkar edilərək götürülüb. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki boş sahələrin birində içərisində bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 96 ədəd 5.45 mm-lik patron aşkar edilərək götürülüb. Polis əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktiki tədbirləri nəticəsində 5 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb. Həmin silahlar müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
1,045,571
17.02.2024 09:07
Şou-biznes
Əcəb edib evlənmirəm - Vüqar aparıcılara ƏSƏBİLƏŞDİ
"Musiqiçi istədiyini sənə verəndə, sən də rahat oxuyursan. Çox vaxt deyirəm ki, şikəstəm. Çünki bir "zu" ilə oxuya bilmirəm. Yaxşı olanda yaxşı oxuyuram. Hərdən toya gedirəm, kefim yerində. Gəlirəm ki, musiqiçilərin ifası yerində deyil, həmin an səs batır, oxuya bilmirsən". Bu sözləri müğənni Vüqar Muradov "Bu axşam" proqramında deyib. Sənətçi verilişlərdə aparıcıların verdiyi suallardan əsəbiləşib: "Televiziyada televiziya sahəsini bilən insan olanda hər şey yaxşı alınır. Peşəkarlarla işləmək, onların hazırladığı verilişə gəlmək adama ləzzət edir. Çünki hər şey düzülüb-qoşulur. Buna görə Lamiyə Ələkbərovaya təşəkkürlər. Gedirəm sual verirlər "niyə evlənmirsən". Əcəb edirəm, özüm bilərəm. Mahnı oxumaq istəyirəm, sən mənim şəxsi həyatıma niyə müdaxilə edirsən?" (Axşam.az)
1,045,572
17.02.2024 08:35
Son xəbər
Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıtdı
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Musavat.com xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub. Təyyarə yerli vaxtla saat 08:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.
1,045,573
17.02.2024 08:39
Kriminal
Amil Şərifov 4 kiloqram narkotiklə tutuldu - FOTO
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər də narkotiklərə görə cinayət məsuliyyətinə cəlb edilmiş Amil Şərifov şəhər ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı əlində olan sellofan torbadan çəkisi 2 kiloqramdan artıq olan heroin və 1 kiloqram 870 qram olan marixuana, eləcə də narkotik tərkibli həblər aşkar edilərək götürülüb. Dindirilmə zamanı A.Şərifov sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə kuryerlik etdiyini, ondan aşkarlanan narkotikləri bir miqdar narkotik vasitə qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib. Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
1,045,574
17.02.2024 09:20
Şou-biznes
"Müşviq sizin çörək ağacınızdır, utanmırsınız?" - Afaq Bəşirqızı VİDEO
"Bu şəhərdə" komandasının üzvləri - Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərov "Şən gənc" proqramında qonaq olub. Verilişdə aktyorlara "Təsəvvür edin, Müşviq (prodüser Müşviq Abbasov - red.) dünyasını dəyişib və ikinizə miras qoyub. 1 milyon Rafaelə, 3 manat Coşquna verib" sualını ünvanlayıb. Coşqun isə gülərək "Yasin oxtdurardım. Nə olacaq ki..." sözlərini deyib. Proqramda qonaq olan Xalq artisti Afaq Bəşirqızı isə həmin an "Allah iraq eləsin. Ayıb olsun, bu verilişdir, siz nə danışırsınız? Ayıbdır sizin üçün, Müşviq sizə pis olub? Müşviq sizin çörək ağacınızdır. Utanmağınız, qızarmanız yoxdur. Çörəyi dizində olanlar" deyərək, əvvəlcə sərt reaksiya verib. A.Bəşirqızı daha sonra "Heç olmasa mənim üçün miras qoyardı" deyərək, zarafat etdiyini bildirib. (Axşam.az)
1,045,575
17.02.2024 08:50
Kriminal
Qarlı havada avtoxuliqanlıq edən sürücülər həbs edildi - FOTOLAR
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, Akif Məmmədov və Fərəc Əmirov idarə etdikləri avtomobil ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib və görüntüləri videoçəkiliş edərək sosial şəbəkələrdə paylaşıblar. Onların barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib. Bundan başqa keçirilən monitorinqlər zamanı “Niva” avtomobilin sürücüsünün qanunla qadağ edilmiş səs siqnalından istifadə etməsi müəyyən olunub. Sürücü barəsində tərtib olunan protokol və səs siqnalı müsadirə edilməsi üçün məhkəməyə göndərilib.
1,045,576
17.02.2024 09:33
Yaşam
Bütün xəstəlikləri 60 faiz yox edən bu meyvənin qabığıdır - Azərbaycanda var
Dünyanın kabusuna çevrilən koronavirus səbəbilə ölənlərin sayı durmadan artır. Mütəxəssislərin fikrincə, virusdan qorunmaq üçün öncə boğazınızı qorumalısınız. Çünki bu virusla mübarizə boğazdan başlayır. Nar qabığını qaynadıb içsəniz, çayın tərkibindəki maddə birbaşa mədənizə gedəcək, ağız, qida borusu və mədədəki virus təhlükəsini ortadan qaldıracaq. Beləliklə, antivirus rolunu oynayacaq. Mütəxəssislər qeyd edir ki, virus yayıldıqdan 48 saat sonra nar qabığından istifadə onun qarşısını almaqda xeyli müsbət təsirə malikdir. Bundan əlavə, zerdəçal və zəncəfillə də virusdan qoruna bilərsiniz. (Sonxeber.az)
1,045,577
17.02.2024 09:45
Hadisə
Azərbaycanda qorxunc olay: zirzəmidə çürümüş meyit tapıldı
Sumqayıtda binanın zirzəmisindən çürümüş kişi meyiti tapılıb. Hadisə 11-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, ərazidə yerləşən binalardan birinin zirzəmisindən təxminən 45-50 yaşlarında kişi meyiti aşkarlanıb. Meyitdə çürümə prosesinin başladığı müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. (Report)
1,045,578
17.02.2024 09:09
Kriminal
Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs saxlanıldı FOTO
Özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edərək dələduzluq yolu ilə Lənkəran sakininin 40 min manatdan artıq pulunu mənimsəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vuraraq dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tural Əliyev saxlanılıb. Belə ki, həmin şəxs Lənkəran rayon sakini olan bir nəfərə özünü hüquq-mühafizə oqranlarından birinin əməkdaşı kimi təqdim edərək övladını həbsdən azad etdirmək və digər məsələlər barədə yalan vədlər verərək dələduzluq yolu ilə ümumilikdə 40 min manatdan artıq pulunu mənimsəyib. Bundan başqa, T.Əliyevin digər bir nəfər Lənkəran sakinini iş yerini dəyişməyə kömək edəcəyi adı ilə aldadaraq 5 min manata yaxın pulunu mənimsədiyi müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.
1,045,579
17.02.2024 09:57
Şou-biznes
Manaf arvadından danışdı: “Mənə deyir ki, “görməmişsən””
Müğənni Manaf Ağayev həyat yoldaşı barədə danışıb. Geyimlərindən söz salan ifaçı həyat yoldaşının onun geyimlərinə etiraz etdiyini bildirib. Müğənni bahalı geyimlər geyindiyini deyib: "Arvadım deyir ki, "sən görməmişsən". Mənim geyimlərdən xoşum gəlir. Sevirəm geyinməyi. Vacib deyil ki, bahalı olsun. Adam var ki, elə kostyuma elə pul verir, mən onu etmərəm. Çünki o geyimi 2-3 dəfə geyinirəm də, nə dəyər. Ondan sonra da verirəm dostlarıma, qardaşım oğluna, qohumlarıma". (bakıvaxtı.az)
1,045,580
17.02.2024 10:09
Texnologiya
Bu smartfon istifadəçilərinə XƏBƏRDARLIQ edildi
“Group-IB” informasiya təhlükəsizliyi şirkəti “iOS” əməliyyat sistemi üçün hazırlanmış “GoldPickaxe.iOS” adlı yeni virus aşkar edib. O, üzün tanınması, şəxsiyyət vəsiqəsi, SMS məlumatlarını və qurbanların bank hesablarını sındırmaq üçün istifadə edilə bilən digər məlumatları oğurlaya bilir. Qeyd olunur ki, virus əvvəllər “Android” əməliyyat sistemi üçün hazırlanmış “GoldDigger” ailəsinə aiddir. Tətbiq “Apple” servisindən silindikdən qısa müddət sonra fırıldaqçılar onu korporativ cihazları idarə etmək və konfiqurasiya etmək üçün istifadə olunan MDM profili vasitəsilə yaymağa başlayıblar. “Group-IB”nin məlumatına görə, virus qurbanlarının əksəriyyəti Vyetnam və Tailanddandırlar, lakin onun təsirindən digər ölkələrdən olan istifadəçilər də zərər çəkə bilərlər. Mütəxəssislər artıq müəyyən edilmiş problemlə bağlı “Apple” şirkətini məlumatlandırıblar. (Oxu.az)
1,045,581
17.02.2024 10:22
Şou-biznes
Məşhur müğənni albom üçün soyundu - FOTO
Zara Larsson yeni albomu "Venus" üçün soyunub. 26 yaşlı isveçli müğənni yeni albomu üçün çılpaq poza verib. Həmin fotonu təqdim edirik: milli.az