id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
1,045,582
17.02.2024 08:00
Ölkə
Yenə narkoman sürücülər saxlanıldı - sürücülük vəsiqəsini necə alırlar...
Elməddin Muradlı: “Həkimlər 80-100 manata sağlamlıq arayışı verirsə, buna polis nə etsin?” Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmətdə olarkən bir neçə avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə nəzarət-yoxlama qaydasında saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həmin sürücülərdən bir neçəsinin narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan onlar tibbi müayinədən keçiriliblər. Müayinənin nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. Onların barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və məhkəmənin qərarına əsasən Hacı Ömərov və Dəyanət Müslümovun barəsində inzibati qaydada həbs, Murtuz Məmmədov və Vüqar Nəcəfi barəsində isə digər inzibati tənbeh növləri seçilib. Təəssüf ki, bu ilk belə fakt deyil. Azərbaycanda (Bakıda) taksi, hətta marşrut sürücüləri arasında da belələri var. Bir neçə gün öncə ailəsinin 5 üzvünü öldürən şəxsin sürücülük vəsiqəsi alması da neçə gündür ki, müzakirə olunur. Dəlilik kağızı olan birinin taksi sürücüsü olması, sürücülük vəsiqəsini necə əldə etməsi sual olunur. Ümumiyyətlə, bu cür hallar niyə azalmır? Onların kökünü kəsmək mümkünmü? Günahkar kim, hansı qurumdur? Narkoman adam necə sürücülük vəsiqəsi ala bilir? Elməddin Muradlı Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı mövzu ilə “Yeni Müsavat”a dedi ki, narkomanlıqla bağlı problemlər xəstəlik sayılır: “Bu xəstəlikləri də yol polisi, yaxud da nəqliyyat müfəttişi, digər strukturun əməkdaşları üzə çıxarmır. Narkomaniyanı və dəliliyi müəyyən edən həkimlərdir. Həkimlər 80-100 manata sağlamlıq arayışı verirsə, buna polis nə etsin. Bu gün poliklinikaların bir çoxunda açıq şəkildə bazarda olduğu kimi alver gedir. Sağlamlıq haqqında arayışları 80-100 manat müqabilində satırlar. Təbii ki, ora gedən sürücü şikayətinin olduğunu demir. Həkim də yazır ki, heç bir şikayəti yoxdur. 80 manatı alır, 40 manat dövlət rüsumunu ödəyir, qalanını da özünə saxlayır. Dünən baş prokuror Kamran Əliyev də dedi ki, burada neqativ hallar var, qanunvericilikdə boşluqlar var. Çox güman ki, bunu nəzərdə tutur. Taksi şirkətləri sürücüdən arayış tələb edir ki, həkimdən arayış alsınlar. Onlar da gedib pulla alıb gətirirlər. Buna taksi şirkəti nə etməlidir? Arayışı verən strukturdan soruşmaq lazımdır ki, bunu niyə verirsiniz? Vicdanınız haradadır? Əhməd kimi cinayətkarlar sizin kimi həkimlərin rüşvətxorluğunun nəticəsidir. Bu gün Əhməd kimi potensial cinayətkarlar taksi sürücüsü qismində aramızda gəzir. Onların da hissləri nə vaxt baş qaldıracaq, növbəti cinayət də onda baş verəcək. Nə qədər taksi sürücüsü qadına, qıza sataşır. Biabırçılıq buradan başlayır. Tibbi müayinə və tibbi sağlamlıq arayışı fərqli anlayışlardır. Sürücülərin tibbi müayinəsi gündəlik həyata keçirilməli olan prosedurdur. Amma sağlamlıq haqqında arayış ilkin sənəddir. Sürücü olmağa hazırlaşan şəxs sağlamlıq haqqında arayış almalıdır. Dövlət qanun qəbul edib. Prezidentin Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sərəncamı var. Milli Məclisdə bu məsələ müzakirə olundu. "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişikliklər qəbul edildi və sairə. Nazirlər Kabineti bu qədər əziyyət çəkir, sənəd imzalayır. Ortada hansısa bir mənəviyyatsız, yaramaz bir həkim, poliklinika saxta arayış verir, bu cür hadisələrin yaranmasına zəmin yaradır. Ölkə rəhbərindən tutmuş baş nazirə qədər, deputatlar, nazirliklər əziyyət çəkərək bu boyda məsələni qaldırdılar. Bu işin qarşısında bir həkim ölkəyə nə qədər ziyan vurur. Qurumlar buna nə etsin. Məsələnin kökü səhiyyədədir. Orada araşdırma aparmaq lazımdır. Kamera ilə izləmək lazımdır. Tez-tez əməliyyat keçirmək lazımdır. Baş həkim, digər həkimləri məsuliyyətə cəlb edəndən sonra bəlkə vəziyyət düzələ bilər". Ekspertlər bildirir ki, narkotiki yeni qəbul etməyə başlayan şəxsi müəyyənləşdirmək çətindir. Uzun müddət narkotik qəbul edən şəxslərin isə hətta dərisinin rəngində, görünüşündə bunu hiss etmək olur. Belə insanlar özlərinə daha az fikir verirlər. Səliqələri olmur. Eləcə də uzun müddət narkotik qəbul edən xəstələrin dərisində spesifik bir rəng yaranır. Dəridə solmuş, göyərmiş, saralmış rəng əmələ gəlir. Bununla belə, ekspertlərə görə, narkotik istifadəçiləri dəhşətli cinayət törədən insanlar olmur. Sadəcə olaraq, o, narkotik qəbul etmək halındadırsa, yəni dozasının vaxtıdırsa, həmin an təhlükəli ola bilər. Lakin qəbul etdikdən sonra sakit, ziyansız insana çevrilirlər. Ərşad Hüseynov Hüquqşünas Ərşad Hüseynov isə mediaya açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, sürücü peşəsində çalışan hər bir şəxs işə düzələrkən və sonra dövri olaraq tibbi yoxlanışdan keçməlidir: “Bu qaydalar qanunvericiliyimizdə var. Amma qanun yazıldığı kimi, vicdanla, şəffaf şəkildə icra olunsa, bu kimi halların qarşısı alınar. Mövcud qanunvericilik müəyyən parametrlərinə görə dünyada mövcud olan qaydalardan heç də geri qalmır. Çünki hüquqda belə bir qayda var, qanun hərfi mənada tətbiq edildikdən sonra onun təcrübədə hansısa boşluğunun olduğu ortaya çıxır. Qanun tətbiq edilməyəndə boşluğun olub-olmadığını müəyyənləşdirmək çətin olur. Qanunda qeyd edilib ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs yeni qaydalara əsasən buraxılış kartı əldə etməlidir. Bunun üçün həmin şəxsin sağlamlığı əhatəli olaraq yoxlanılmalıdır. Psixi-nevroloji yoxlanışdan keçdikdən sonra onun taksi fəaliyyətində çalışıb-çalışmaması müəyyənləşir. Sözsüz ki, bu qaydalar işləsə, müntəzəm tibbi yoxlamalar aparılsa, nəzarət olunsa, bu kimi hallar baş verməz. Eyni zamanda bu hal fəaliyyət prosesində də aşkarlana bilər. Hər hansı şəxsin müəyyən tarixdə sağlamlıq haqqında arayış alması onun tam və daim sağlam olması demək deyil. Elə xəstəliklər və psixi durum var ki, onları aşkara çıxarmaq uzunmüddətli müşahidə tələb edir. Kobud qayda pozuntuları, davranışları şəxsin normal olmadığına dəlalət etsə, onun təkrar yoxlanışa cəlb edilməsi ilə bağlı da mexanizm olmalıdır". Afaq MİRAYİQ,“Yeni Müsavat”
1,045,583
17.02.2024 10:35
Mədəniyyət
Uşaqlığın son gecəsinin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT
“Dublyaj çox çətin sahədir. “Azərbaycanfilm” kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. “Hələ bu sahəyə yeni ayaq döyürdük” demək daha doğru olar. Amma “Uşaqlığın son gecəsi”ndə Ənvər Həsənovun oynadığı Murad obrazı kinoda səsləndirdiyim ilk böyük rolum oldu, ondan sonra digər rejissorlar da mənə etibar etməyə başladılar”. Musavat.com xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Xalq artisti Rafiq Əzimov yaradıcılığında çox az bilinən faktla bağlı danışarkən deyib. Onun sözlərinə görə, aktyorlar belə nüansları açıqlamağı sevmirlər. “Təzə-təzə kinostudiyaya ayaqaçdı edəndə rejissor Arif Babayev mənə “Uşaqlığın son gecəsi” filmində fəhlə obrazını həvalə etmişdi. Amma hiss edirdim ki, mənə göz qoyur, hərəkətimə, danışığıma fikir verir. Günlərin bir günü dedi “Ay Əzimov, istəyirəm Muradı sən səsləndirəsən”. Bunu heç gözləmirdim. Sonra Muradı oynayan Ənvər Həsənovun bütün hərəkətlərinə, danışıq tərzinə, münasibətlərinə diqqət etməyə başladım. Ona görə də canla-başla çalışırdım ki, Ənvərin oynadığından bir az artıq Muradın danışığına, jestlərinə, sözsüz yerlərdəki münasibətlərinə daha dolğun öz yanaşmamı göstərim. Çox vaxt aktyorlar belə nüansları açıqlamağı sevmirlər. Başqa aktyorların onları səsləndirməsi bəzi aktyorların xoşuna gəlmir. Mənim obrazımı başqa aktyor səsləndirəndə içimdə hər zaman narahatlıq olur. Axı bu rolu mən ifa etmişəm, dəqiqliyini də özüm bilirəm. Ona görə həmin rollarımdan nigaran qalıram: başqasının danışığı ilə mənim danışığım, münasibətlərim üst-üstə düşəcəkmi? Amma Muradı səsləndirməyim Ənvərin də, rəhmətlik Arifin də çox xoşuna gəlmişdi. Görün neçə il keçib, çoxları inanmır və çoxları da bilmir ki, Muradı mən səsləndirmişəm. Əsas odur ki, obraz yaxşı təqdim olunsun. Film bu gün də sevilir, tamaşaçılar tərəfindən qəbul olunur, bunda mənim də balaca əməyim olduğuna görə sevinirəm”.
1,045,584
17.02.2024 08:13
Ölkə
Ölüm halları çox olan klinikalar bağlanacaq? - reaksiyalar
“Dünyanın elə bir klinikası yoxdur ki, orada ölüm halı baş verməsin, amma...” Gürcüstanda ölüm göstəricisi 6%-dən yuxarı olan klinikalar dövlət maliyyəsindən məhrum ola bilər. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Sputnik- Gürcüstan” xəbər verib. Bildirilir ki, müvafiq sənəd artıq Gürcüstan Milli Səhiyyə Agentliyi tərəfindən bir sıra tibb müəssisələrinə göndərilib. O da qeyd olunur ki, Gürcüstan Səhiyyə Nazirliyi hələlik bu məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Bəs Azərbaycanın özəl tibb sahəsində vəziyyət necədir? Ölüm faktları neçə faiz təşkil edir? Eyni cəza üsulunun bizim ölkədə də tətbiqi mümkünmü, əgər nəzərə alsaq ki, ölüm halları Azərbaycanın özəl tibb ocaqlarında da vaxtaşırı qeydə alınır, xüsusən də plastik cərrahi əməliyyatların aparıldığı tibb müəssisələrində. Belə halların statistikası varmı? Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin rəyini almağa çalışsaq da, qurumdan qısaca olaraq bildirildi ki, bu barədə yalnız Dövlət Statistika Komitəsi məlumat verə bilər. Dövlət Statistika Komitəsinin isə saytında qeyd olunub ki, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda ölümün əmsalı 6,5 olub. Bu, hər 1000 nəfər əhaliyə 6,5 nəfər ölüm halının düşdüyü deməkdir. Ölümün əsas səbəbi isə ürək və qan-damar xəstəlikləri olub. Bu xəstəliklər ölümlə nəticələnən xəstəliklərin 54,4 faizini təşkil edir. Azərbaycan səhiyyəsində ölüm faktlarının sayı həmçinin koronavirus pandemiyasından da təsirlənmişdir. Bu günədək ölkədə koronavirusdan ölüm faktının sayı 10400-dür. Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, əslində klinikalarda ölüm faktları nisbi göstəricidir: “Məsələn, pandemiya vaxtı ölüm göstəricisi çox yüksək idi və bu pandemiya, ağırlaşmalar və bundan qaynaqlanan problemlər idi. Bu baxımdan hesab edirəm ki, bu məsələ situasiya ilə bağlı olaraq dəyərləndirilməlidir. Adil Qeybulla Əgər doğrudan da xəstəxananın, hansısa tibbi səhlənkarlıqların, səhvlərin, bu kimi digər məsələlər ucbatından ölüm halı 6 faizdən yuxarıdırsa, yəni bu faktlar peşəkarlığa və təşkilatçılğa bağlıdırsa, bəli, bununla bağlı xəstəxana haqqında ölçü götürülə, məsələyə yenidən baxıla, hansısa cəza tədbiri görülə bilər. Bütün bunlar araşdırılmalıdır, yoxsa düzgün və ədalətli olmaz. Çünki xəstəxanaya eyni anda situasiya ilə, o cümlədən zəhərlənmə, yaralanma halları ilə xəstələr daxil ola və ölüm halı 6 faizdən yuxarı qalxa bilər. Bu, obyektiv səbəblərdir. Yox, əgər subyektiv səbəblər, qeyd etdiyim kimi, həkim peşəkarlığı və xəstəxana təşkilatçılığı, digər peşə yarıtmazlığı ilə bağlı ölüm halları artıbsa, mütləq şəkildə xəstəxananın işinə yenidən baxılsın, dəyərlədirilsin". “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov isə qeyd edib: “Burada iki məsələ var. Birincisi, özəl klinikalara dövlət maliyyəsi nədən ibarətdir, ikincisi, faiz kriteriyası nəyə əsasən götürülüb? Əlbəttə ki, 6 faiz ölüm göstəricisi baxımından böyük rəqəmdir. Zülfüqar Yusifov Bundan əlavə, özəl klinika dedikdə, bu, geniş bir məfhumdur. Çünki özəl klinikalar müxtəlif sahələr üzrə fəaliyyət göstərə bilir və ayrı-ayrı istiqamətlərin özündə baş verən ölüm riskləri və faizləri müxtəlif olur. Bu baxımdan bu məsələnin 6 faiz şəklində dəyərləndirilməsi doğru deyil. Dünyanın elə bir klinikası yoxdur ki, orada ölüm halı baş verməsin. Hətta ən aparıcı klinikalarda belə ölüm halı olur. Bu da məlumdur ki, əksər insanlar kritik vəziyyətdə olanda xəstəxanalara müraciət edir və ölüm riski yaranır. Lakin həkim səhvinə, tibbi personalın səhlənkarlığına bağlı ölüm halları da olur ki, bunun da həm hüquqi, həm də tibbi baxımdan araşdırılması vacibdir. Azərbaycanda bununla məşğul olan qurumlar, o cümlədən məhkəmə-tibbi ekspertiza var. Bu cür ölüm halları araşdırılandan sonra həmin klinikalara müvafiq tənbeh və digər cəza tədbirləri görülməsi lazım gəlir. Qeyd etdiyim kimi, bu, bizim ölkədə lazımi şəkildə həyata keçirilməkdədir. O ki qaldı bu məsələyə görə maliyyə yardımının kəsilməsinə, hesab edirəm ki, bu, problemin həll olunması anlamına gəlmir və klinika öz işlərinə davam edə bilər. Bu baxımdan tibbi personalın protokollara uyğun çalışmasına, sanitar-gigiyenik qaydalara əməl olunmasına nəzarət edilməlidir. Hesab edirəm ki, bütün bunlar olarsa, ölüm halları minimum səviyyəyə endirilə bilər". Xalidə GƏRAY,“Yeni Müsavat”
1,045,585
17.02.2024 08:25
Media
Gender balansı pozulan universitetlərimiz - rəylər
Qızlar bu səbəbdən həmin universitetləri seçmir... Azərbaycanda ali təhsil müəssisələrinin əksəriyyətində gender balansı qorunur. Statistika da onu göstərir ki, universitetlərdə qızların və oğlanların sayında fərq o qədər də böyük deyil. Lakin elə ali təhsil müəssisələri var ki, orada tələbə qızlara çox az halda rast gəlmək olur. Həmin universitetlər bunlardır: Polis Akademiyası, Fövqəladə Hallar Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası və Gömrük Akademiyası. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası artıq bir neçə ildir ki, qız müdavimlərin qəbulunu dayandırıb. Ötən il Daxili İşlər Nazirliyindən (DİN) bildirilmişdi ki, 2023-2024-cü il üçün də oğlan abituriyentlərin Polis Akademiyasına qəbulu aparılacaq. “Digər ali təhsil müəssisələrindən Polis Akademiyasına ali təhsilli qadınların işə qəbulu prosesi mövcuddur. Qadınlar təhsil aldığı universitetdən və ixtisasdan asılı olaraq vakansiyalar elan olunduğu təqdirdə Polis Akademiyasına işə qəbulda iştirak edə bilərlər. Ancaq abituriyent qızların ilkin fiziki hazırlıq imtahanı və seçmə komissiyalarında iştirak etməsinə icazə verilmir. Bu qayda öz keçərliliyini qorumaqdadır", - deyə açıqlamada qeyd olunurdu. Bu tədris ilində Fövqəladə Hallar Akademiyasına da heç bir abituriyent qız daxil olmayıb. Akademiya bu tədris ilində yalnız oğlan kursantları qəbul edib. Amma bu o demək deyil ki, akademiyadan qızlara qadağa qoyulub. Sadəcə, qəbulda qızlar akademiya üçün sənəd verməyiblər. Onu da qeyd edək ki, akademiya qız və oğlan tələbələrə eyni şərtlər və imkanlar təmin edir. Belə ki, akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir. Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar. Akademiyanın məzunlarına seçdikləri ixtisasa uyğun bakalavr ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər. Dövlət Sərhəd Xidməti Akademiyası da yalnız oğlan abuturiyentləri qəbul edir. O ki qaldı Dövlət Gömrük Komitəsi Akademiyasına, ali təhsil müəssisəsindən qəzetimizə verilən açıqlamada qeyd olundu ki, ötən illərə nisbətən builki qəbulda qızların sayı artıb: “2023-2024-cü il tədris ilində qəbul olunan tələblərin 64 faizini oğlanlar, 36 faizini qızlar təşkil edir. Yəni bu il 88 nəfər oğlan, 49 nəfər isə qız abituriyent qəbul olunub. Ötən illə müqayisədə bu il qəbul olunan qızların sayı 4 faiz artıb. Belə ki, ötən il qızların sayı 32 faiz təşkil edirdi. Qızlar əsasən Dövlət Gömrük Komitəsi Akademiyasının “Hüquqşünaslıq” ixtisasına maraq göstərir. Bu il ixtisas üzrə təhsil alan qız tələbələrin sayı oğlan tələbələrin sayından çoxdur". Kamran Əsədov Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Ölkəmizdə fəaliyyət göstərən 51 dövlət ali məktəbində 187 min tələbə təhsil alır. Təhsil müəssisələrində oxuyan tələbələrin 46,6 faizi qadınlar, 53,4 faizi isə kişilərdir. İxtisas seçiminə görə qadınlar təbiət elmləri üzrə 70,7 faiz, hümanitar və sosial yönümlü fakültələrdə 57,4 faiz, maarif sahəsində 88,2 faiz təşkil edirlər. Kişilər iqtisadiyyat və idarəetmə (79,8 faiz), təbiət-texniki (60,2 faiz), texniki (83,9 faiz), aqrar və balıq təsərrüfatı (69 faiz), ekologiya və təbiətdən istifadə (76,0 faiz) sahələrinə üstünlük verirlər. Maarif sahəsində oxuyan kişilərin sayının az olması onların daha gəlirli sahələri seçməsindən irəli gəlir. Rəsmi rəqəmlər göstərir ki, Azərbaycan həm qızlar, həm də oğlanlar üçün bərabər təhsil imkanlarını təmin edir. Tələbələrin təhsil almasına və ya təhsilini başa vurmasına mane ola biləcək gender əsaslı maneələr yoxdur. Həmçinin orta məktəb kurrikulum və tədris materiallarında gender bərabərliyini təşviq etmək üçün addımlar atılıb. Təhsil cinsindən asılı olmayaraq hər kəsə ictimai həyatın müxtəlif sahələrində, idarəçilikdə iştirak etməyə imkan verir və onları layiqli fəaliyyət şəraiti ilə təmin edir. Məhz bu səbəbdən də təhsili gender bərabərliyinə nail olmaq və qadınların imkanlarının genişləndirilməsinin mühüm vasitələrindən biri kimi qiymətləndirmək lazımdır. Ali təhsil müəssisələrinə qəbul olan oğlan və qız abituriyentlərin sayları arasında fərq kiçikdir. Onların 48.69%-ni (18589 nəfər) oğlanlar, 51.31%-ni (19589 nəfər) qızlar təşkil edib. Dövlət sifarişi üzrə ali təhsil müəssisələrinə qəbul olanların isə 53.48%-ni (9167 nəfər) qız və 46.52%-ni (7974 nəfər) oğlan abituriyentlər təşkil edib. Subbakalavrlar arasında qəbul olanların 36.16%-ni (1271 nəfər) oğlanlar, 63.84%-ni (2244 nəfər) qızlar təşkil edib. Dövlət sifarişi üzrə ayrılan yerlərə qəbul olanlar arasında isə oğlanların payı 43.20% (251 nəfər), qızların payı isə 56.80% (330 nəfər) olub. Cari ilin məzunları arasında da analoji vəziyyət müşahidə olunur. Belə ki, ali təhsil müəssisələrinə ümumilikdə qəbul olanların 49.14%-ni (17157 nəfər) oğlanlar, 50.86%-ni (17760 nəfər) qızlar, dövlət sifarişi əsasında qəbul olanların isə 46.93%-ni (7558 nəfər) oğlanlar, 53.07%-ni (8546 nəfər) qızlar təşkil edib. Təhsildə gender problemindən bəhs edərkən peşə seçimində gender balansının pozulmasının gələcək fəsadlarına da toxunmaq yerinə düşər. Ali təhsil sahəsində aparılmış tədqiqatlara əsasən aydın olmuşdur ki, oğlanların əksəriyyəti texniki və iqtisadi, qızlar isə humanitar və pedaqoji ixtisaslara üstünlük verirlər. Belə ki, sosiologiya, pedaqogika, psixologiya ixtisasları üzrə təhsil alanların böyük əksəriyyəti qızlardır. Pedaqogika və tibb sahələrinə qızların daha çox meyl etməsi, oğlanların bu peşələri “qeyri-kişi” peşələri kimi qəbul etməsi gələcəkdə məktəbəqədər və orta təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsində qadının rolunun güclənməsindən və təhsilin ilkin və sonrakı mərhələlərində gender balansının pozulacağından xəbər verir. Pedaqoji sahəni “qadın sahəsi” hesab edən oğlanlar cəmiyyətdə mövcud olan stereotiplər və bu sahədə iqtisadi çətinliklərin olması səbəbi ilə bu peşə üzrə təhsil almağa tərəddüd edirlər. Bu isə oğlanların şüurunda sosial rolların bölgüsünə dair gender stereotipinin mövcudluğundan xəbər verir. Müasir dünyagörüşə zidd olan köhnə baxışları inkar etmək və zəruri olanı təsdiq etmək təhsildə mövcud olan gender problemlərini aradan qaldırmaq üçün günün tələbidir. Bu baxımdan pedaqoji fikir tarixində, digər humanitar elm sahələrində tarixi-nəzəri ümumiləşdirmələr, tarixi-məntiqi təhlil aparmaq lazımdır. Çünki əldə etdiyimiz keçmiş sosial təcrübəyə, malik olduğumuz əxlaqi-mənəvi dəyərlərə istinad etdikdə bu sahədəki çətinlikləri asanlıqla aradan qaldıra bilərik. Bu gün gender təhsil və tərbiyəsi cəmiyyətin diqqət mərkəzində saxlamalı olduğu problemlərdən biridir. Ali təhsildə gender mədəniyyətinə nail olmağın meyarları aşağıdakılardır: - gənc oğlan və qızlar arasında qarşılıqlı hörmətə əsaslanan münasibətin yaranması; - qarşılıqlı anlaşma; - şəxsiyyətlərarası münasibətlərdə əməkdaşlıq və tərəfmüqabilliyi əsas götürmək; - şəxsiyyətə hörmət. Ali təhsildə gender mədəniyyətinin formalaşması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: tələbənin, valideynin, ictimaiyyətin və müəllimin mövqeyi. Bu 4 kateqoriyanı əhatə edən məsələlər genderlə bağlı tədqiqatlara daxil edilməlidir. Onun da əsasında aşağıdakılar durur: - oğlan və qızların arasında qarşılıqlı münasibətlər mədəniyyətində meydana çıxan çətinliklər; - kütləvi informasiya vasitələrinin gender tarazlığına mənfi təsiri; - kişi və qadın idealları haqqında mövcud olan bəsit təsəvvür, kişilərin gənc nəslin mənəvi tərbiyəsində passiv rolu, davranış mədəniyyətinin formalaşmasına olan laqeyd münasibət; - valideynlərin genderlə bağlı maarifləndirilməsi işinin və onlarla əməkdaşlığın zəif olması. İllər ərzində aparılan maarifləndirmələr çərçivəsində qadınların, eləcə də cəmiyyətin gender stereotiplərinə qarşı müqaviməti artmışdır. Lakin bu stereotiplər qadınları nisbətən yuxarı vəzifəli, yuxarı maaşlı işlərdə işləmək üçün əksərən humanitar və təhsil sahələrində işləməyə, onların bu işləri əldə etmələri üçün elmi dərəcələrini yüksəltməyə məcbur edir. Əlavə olaraq, qadınlar yuxarıdakı qrafikdə qeyd olunan doktoranturaya qəbul olduqdan sonra heç də çox vaxt bu dərəcəni almaq üçün təhsillərini davam etdirmirlər. Çünki onların qarşılarında ailə məsuliyyəti, ana obrazını layiqincə daşımaq durur. Hazırladı: Xalidə GƏRAY
1,045,586
17.02.2024 13:07
Şou-biznes
Elçindən boşanma xəbərlərindən sonra İLK PAYLAŞIM
Müğənni Elçin Cəfərov boşanma xəbərlərindən sonra ilk dəfə paylaşım edib. Sənətçi bununla bağlı instaqramda yazıb. “Haqqında haradasa danışırlarsa, üzülmə. Yaxşı insan olduğuna inanırsansa, Allah sənin haqqını müdafiə edən birini orada dilləndirəcək. Sən o adamı tanımasan belə”, - deyə Elçin bildirib. Qeyd edək ki, Elçinin 14 fevralda Aydan Cəfərovadan boşanması barədə məlumat yayılıb. Onu da xatırladaq ki, 7 ildir evli olan cütlüyün Can adlı oğlu var. (Sfera.az)
1,045,587
17.02.2024 08:40
Ölkə
Kremldən Qarabağ erməniləri ilə bağlı mübhəm açıqlama - reaksiya
Moskva Qaluzinin, Zaxarovanın dili ilə Bakıya nəyin anonsunu verir, hədəf nədir? “Moskva və Bakı arasında Rusiya sülhməramlılarının Qarabağda qalması və ora erməni əhalisinin qaytarılması məsələsi ilə bağlı yeni müzakirələr planlaşdırılır”. TASS xəbər verir ki, bu barədə fevralın 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. “Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bizim bu sahədə dialoqumuz müntəzəm və konstruktiv xarakter daşıyır. Müzakirə olunan məsələlər arasında erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmaqla Qarabağa qaytarılması, birgə patrulların təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi yer alır”, - diplomat əlavə edib. Xatırladaq ki, az öncə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də Qarabağın keçmiş erməni əhalisi ilə bağlı oxşar fikir söyləmişdi. Yəni rəsmi Moskva son zamanlar “erməni mövzusunu” tez-tez gündəmə gətirməyə başlayıb. O da maraqlıdır ki, M.Zaxarovanın yuxarıdakı açıqlamanı verdiyi gün Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi səfiri İqor Xovayev Bakıda olub. Onu Azərbaycanın xarici işlər naziri əvəzi Ceyhun Bayramov qəbul edib. Bəs Moskva Qaluzinin, Zaxarovanın dili ilə Bakıya nəyin anonsunu verir? Rusiyanın hədəfi, istəyi nədir? Abutalıb Səmədov Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, ötən ilin sentyabrında ermənilər könüllü olaraq Qarabağı tərk etdikdən dərhal sonra Azərbaycan hakimiyyəti Azərbaycan pasportunu qəbul edən ermənilərin geri qayıtması və təhlükəsiz yaşamaları üçün hər cür şərait yaratmağa hazır olduğu barədə bəyanat verdi: “Bundan öncə isə dəfələrlə çağırış edilmişdi ki, ermənilər köçməsinlər, Azərbaycan vətəndaşlığını qəbul edib qalıb yaşasınlar. Lakin ermənilər bu çağırışları dinləmədilər. İndi isə son günlər Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri bizim söylədiyimiz fikirləri təkrar edirlər və onlar da bu işə öz töhfələrini verməyə hazır olduqlarını deyirlər. Ancaq çox güman Rusiya rəsmiləri anlayırlar ki, ermənilərin geri qayıtmaq ehtimalı çox aşağıdır. Hətta qayıtmaq istəyənlər olsa da onların sayı ən yaxşı halda 2-3 mini keçməyəcək. Üstəlik, nəzərə almaq lazımdır ki, Qarabağı tərk edib Ermənistana gedən ermənilərin xeyli hissəsi artıq Ermənistanı da tərk edib və daha səfalı guşələr axtarışına çıxıblar. O baxımdan mən Rusiya xarici işlər naziri müavininin və mətbuat katibinin bəyanatlarını ciddi qəbul etməyin əleyhinəyəm. Ermənilərin geri qayıtmaq ehtimalı demək olar ki, yoxdur. Əgər belə bir istək ifadə olunsa, təbiidir ki, onlar ciddi şəkildə araşdırılandan sonra bəzilərinin qayıtmasına icazə veriləcək. Qarabağda əksəriyyət təşkil eləyən, özlərini həddən artıq həyasız aparan, silahlanmış erməni əhalisi bir daha Azərbaycan ərazisində olmayacaqlar. Sülməramlılar məsələsinə gəldikdə isə 10 noyabr bəyanatında aydın şəkildə göstərilib ki, 2025-ci ildə Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk eləməlidirlər. Əgər bu gün müzakirələr keçirilirsə və ya keçiriləcəksə, söhbət sülhməramlıların vaxtından əvvəl getmələri barədə ola bilər. Qarabağda erməni əhali yoxdur, hətta bir neçə min erməni geri qayıtsa belə, onların təhlükəsizliyini təmin edəcək Azərbaycanın hüquq-mühafizə orqanları, hakimiyyət orqanları var. Bu baxımdan Rusiya sülhməramlılarının növbəti beş il Azərbaycanda qalması məsələsi hesab edirəm ki, müzakirə olunmayacaq. Bizi müəyyən qədər narahat eləyən məqam ondan ibarətdir ki, ermənilərin geri qayıtmasını daha çox istəyən Qərb dövlətləri var. Onlar da təhlükəsizliyin təminatı məsələsindən danışırlar, Qarabağda hansısa missiyanın yerləşdirilməsi təkliflərini verirlər. Təbiidir ki, bu məqamlar bizi daha çox düşündürməli və narahat etməlidir. Heç bir missiyanın, heç bir sülhməramlı qüvvənin Qarabağa gəlməsinə bundan sonra ehtiyac yoxdur". Akif Nağı Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, Rusiya müxtəlif vasitələr axtarır ki, regionda hərbi kontingentini saxlasın: “Azərbaycan Qarabağ məsələsini kökündən həll edəndən sonra əslində Rusiya sülhməramlılarının ərazimizdə qalmasına ehtiyac qalmayıb. Rusiya da bunu bilir. Sadəcə, çalışır hansısa yollarla həmin hərbi qüvvələri regionda saxlasın. Bunun üçün isə Azərbaycanla danışıqlar aparırlar. Amma Azərbaycanın da mövqeyi artıq XİN səviyyəsində bildirildi ki, 2025-ci ildə vaxt bitir və bundan sonra bu məsələyə qayıtmağa ehtiyac yoxdur. Amma belə görünür ki, Rusiya danışıqlarda təkid edir. Maraqlıdır ki, Azərbaycan tərəfi Rusiya rəsmilərinin dedikləri danışıqları təsdiq eləmir. Rusiya XİN rəsmilərinin ermənilərin geriyə qaytarılmasına çalışdıqları barədə dedikləri isə diplomatik çərçivədən kənar açıqlamalardır. Çünki bu məsələnin Rusiyaya dəxli yoxdur. Azərbaycan ərazisində Azərbaycan vətəndaşı olan şəxslərin və mədəni, dini abidələrin təhlükəsizliyini Rusiya niyə qorumalıdır?! Bunun üçün Azərbaycan dövlətinin müvafiq strukturları mövcuddur. Rusiya öz səlahiyyətlərini aşmağa başlayıb bu məsələdə. Azərbaycanın daxili işlərinə heç kəs qarışa bilməz. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 14 fevralda andiçmə mərasimində də qəti şəkildə bəyan etdi. Bunu Rusiya da nəzərə almalıdır”. A.Nağı həmçinin hesab edir ki, Rusiya rəsmiləri həm də o cür bəyanatlar verməklə ermənilər arasında Rusiyaya münasibəti müsbətə dəyişməyə çalışırlar. Erməni cəmiyyətinin Qərbə meyllənməsi Rusiyanı vəziyyəti dəyişmək üçün nələrsə etməyə sövq edir: “Amma nə demələrindən asılı olmayaraq Rusiya sülhməramlı qüvvələri 2025-ci ildə Azərbaycan ərazisini tərk edəcəklər. Azərbaycan hər hansı bir başqa ad altında onların qalmasına razılığını verməyəcək. Həmin hərbi kontingent regionu tərk eləməlidir”. Etibar SEYİDAĞA,“Yeni Müsavat”
1,045,588
17.02.2024 12:16
Hadisə
Ödənişli yolda etdiyinə haqq qazandırmağa çalışdı, polis bağışlamadı - VİDEO
Bir neçə gün əvvəl ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət axınının əksinə avtomobil idarə edən şəxsin məsuliyyətə cəlb edilməsinə və bu kimi əməllərin ictimai qınaq obyektinə çevrilməsinə baxmayaraq, yenidən sosial mediada analoji qayda pozuntusunu əks etdirən videogörüntü yayılıb. Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən Ölkə.Az-a bildirilib ki, aparılan araşdırma zamanı həmin avtomobil yolunda “VAZ 2121” markalı, 27-BZ-071 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücünün Xaçmaz rayon sakini Namiq Ağayev olduğu məlum olub. Törətdiyi əməli avtomobildə yaranmış nasazlıq səbəbindən yolda qalan ailə üzvünə köməklik göstərməyə tələsməsi ilə əsaslandırmağa çalışan Namiq Ağayev, təəssüf ki, bu addımı atmazdan əvvəl həm özünün, köməyinə tələsdiyi doğmalarının, həm də neçə-neçə günahsız insanın həyatını təhlükəyə atmasının fərqinə varmayıb. Baş DYP İdarəsi kobud qayda pozuntularına yol verən Namiq Ağayev barəsində qanunvericiliyə uyğun tədbirlər görüldüyün bildirməklə yanaşı, bir daha sürücülərə müraciət edərək vəzifələrini sözsüz yerinə yetirməyə, bədbəxt hadisələrin baş verməməsi üçün məsuliyyətsiz davranışlardan çəkinməyə çağırıb.
1,045,589
17.02.2024 09:02
Siyasət
Paşinyanın konstitusiya oyunbazlığı - Bakı “dəyişməlidir!” deyir, İrəvan isə...
Erməni baş nazirin sözçüsü hikkəli şəkildə bəyan edib ki, sülh sənədini imzalamaq üçün qanunvericilikdə dəyişikliyə zərurət yoxdur, hətta sülh sazişi layihəsində belə bir bəndin razılaşdırıldığını iddia edir - rəy “Ermənistanın qanunvericiliyi onun daxili işidir”. “Yeni Müsavat” yazır ki, belə bir hikkəli iddia ilə baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı sülh sənədinin perspektivi ilə bağlı söylədiyi “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, sülh müqaviləsi olmayacaq” sözlərinə münasibət bildirərkən deyib. “Sülh müqaviləsinə gəlincə, Ermənistanla Azərbaycan arasında müzakirə olunan layihədə artıq razılaşdırılmış bənd var. Orada deyilir ki, tərəflər sülh müqaviləsinin hər hansı müddəasını yerinə yetirməkdən imtina etmək üçün öz qanunvericiliyinə (konstitusiyaya və s. - red.) istinad edə bilməzlər. Təkrar edirəm, Ermənistan və Azərbaycan artıq bu məsələdə razılığa gəliblər və rəsmi Bakının son bəyanatları bu razılaşmaya ziddir”, - Bağdasaryan bildirib. Yəni ki, Ermənistanın konstitusiyasını dəyişməyə lüzum yox, istəyərik dəyişərik, istəmərik yox. Bəs imzalanacaq sülh müqaviləsində Baqdasaryanın dediyi bəndin olması kifayətdirmi ki, Ermənistan konstitusiyası indiki vəziyyətdə qalsın? Çünki həm konstitusiyada, həm də gerbdə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Baş nazir Paşinyan, spiker Simonyan etiraf ediblər ki, bu dəyişikliklər zəruridir, qonşulara qarşı iddialara son qoyulmasa, regionda dayanıqlı sülh mümkün deyil. Başqa yandan, Paşinyanın sözçüsü düz deyirmi, tərəflər sülh sənədi layihəsində belə bir bəndi razılaşdırıbmı? Axı sənədin bəndləri, müddəaları tam açıqlanmayıb. İndiyə qədər də sülh mətnini razılaşdırmaq üçün danışıqlar gedir, qarşılıqlı şəkildə yenilənmiş sülh sazişi paketi bir-birinə təqdim olunur. O zaman Paşinyanın sözçüsü haradan bilir ki, bu məsələ dəqiqləşdirilib? Çingiz Qənizadə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Prezident andiçmədə Ermənistana açıq şəkildə növbəti xəbərdarlığını etdi: “Cənab İlham Əliyev bir daha xatırlatdı ki, qanunvericiliyə dəyişiklik etməsələr, sülh müqaviləsi olmayacaq. Amma İrəvanın belə cavab verməsi, daxili iş adlandırması göstərir ki, yanlış yanaşırlar. Onların daxili işləri olsa da, həm qanunvericilikdə, həm gerbdə, həm Müstəqillik Aktında ərazi iddiaları var. Ona görə də cənab Prezident qeyd etdi ki, bu iddialar qaldıqca, sülh sənədi necə imzalana bilər?! Yəni belə olan halda, sülh müqaviləsini tərəflər istənilən an poza bilər”. Ç.Qənizadə yada saldı ki, SSRİ ilə Almaniya sülh müqaviləsi imzalamışdı, amma Hitler onu pozub hücuma keçdi: “İndi Ermənistan həmin ərazi iddialarını əks etdirən müddəaları saxlayacaqsa, o zaman beynəlxalq ictimaiyyəti aldadan manevrləri davam etdirmiş olacaqlar. Bu məsələ Ermənistanın daxili işi ola bilməz. Beynəlxalq hüquq heç bir dövlətə əsas vermir ki, qonşu ölkənin ərazisinə iddianı öz qanunlarında saxlasın. Bu, beynəlxalq hüquqa hörmətsizlikdir və daxili iş sayılmır. Ona görə həmin müddəalar qanunvericilikdən çıxarılmalıdır. Ermənistan o başda və gücdə də deyil ki, meydan oxusun. Odur ki, fikirləşsinlər...” Xəzər Teyyublu Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu Paşinyan aparatının bu açıqlamasını növbəti spekulyasiya adlandırır və daxili auditoriyanı sakitləşdirməyə hesablanmış çıxış hesab edir. Hüquq müdafiəçisinin sözlərinə görə, Ermənistan hökuməti qanunvericiliyə dəyişikliklərin qaçılmaz olduğunu dərk edir, amma açıq mətnlə deməkdən çəkinirlər: “Paşinyan üstüörtülü etiraf edir ki, bu şəraitdə sülh sənədi imzalana bilməz. Türkiyənin 8 şəhərinə ərazi iddiası var və sonra quru sərhədlərin açılmasını gözləyir. Dünyanın heç bir dövlətinin konstitusiyasında və gerbində qonşu ölkələrin torpaqlarına ərazi iddiaları yoxdur, yalnız Ermənistan bu həyasızlığı davam etdirir. Təbii ki, Paşinyan və komandası reallığı dərk edir. Sadəcə, bu prosesi ağrısız həyata keçirmək üçün vaxtaşırı belə bəyanatlar səsləndirilir. Sonra müxalifət və tərəfdarları ittiham etməsinlər ki, hakimiyyət Azərbaycana görə məcbur qalıb qanuna dəyişiklik etdi. Bu, artıq daxildə ciddi etiraz doğura, Paşinyanı ikinci dəfə kapitulyant kimi göstərə, reytinqini daha da aşağı sala bilər”. X.Teyyublu tezliklə sülh müqaviləsi imzalanacağını gözləməsə də, bu istiqamətdə prosesin getdiyini düşünür: “Problem təkcə qanunvericiliyə dəyişiklik deyil, İrəvan sənədin harada imzalanmasında da mübahisə yaradır. Azərbaycan təklif edir ki, region dövlətinin iştirakı, Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsi bağlayaq. Necə ki, 10 noyabr bəyanatı da üç ölkə liderinin imzası ilə gerçəkləşdi. Paşinyanı isə qoymurlar ki, buna getsin və nəticədə danışıqlar uzanır. Ona görə də Ermənistan "daxili işi" hesab etdiyi konstitusiya məsələsinə yaxın aylarda əl gəzdirməli və sülh mətni tam razılaşdırılmalıdır ki, sonra hansı masada imzalanması dəqiqləşdirilsin. Bizim üçün fərq etməz, ikitərəfli qaydada ola bilər, Moskvada, Tiflisdə, Vaşinqtonda, Brüselldə..." Emil SALAMOĞLU,“Yeni Müsavat”
1,045,590
17.02.2024 09:52
Siyasət
COP29-a hazırlıq məsələləri müzakirə edilib FOTO
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) Prezidenti Ser Alok Şarma Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub. Bu barədə COP29-un Təşkilat Komitəsinin üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai "X" hesabında paylaşım edib. Bildirilib ki, görüş zamanı tərəflər COP29-a hazırlıq məsələlərini müzakirə edib. Qeyd edək ki, COP26 Şotlandiyanın Qlazqo şəhərində keçirilib. (Report)
1,045,591
17.02.2024 09:17
Gündəm
Edam cəzası bərpa olunsunmu? - körpə qatili də ömürlük almayacaqsa...
Hüquq müdafiəçisi: “Cəmiyyətdə yeni münasibətlər sistemi formalaşmalıdır” Bakıda Əhməd Əhmədovun ikisi uşaq olmaqla 5 insanı vəhşicəsinə qətlə yetirməsi şok reaksiya doğurmaqla yanaşı, yəqin ki, hələ uzun müddət cəmiyyətdə müzakirə mövzusu olacaq. Çünki bu, son dərəcə qəddar cinayət əməli ilə bağlı ictimai əhəmiyyət kəsb edən bir sıra aktual suallar var. Onlardan biri də qatilin “dəlilik kağızı”na görə ömürlük cəza alıb-almaması ilə bağlıdır. “Çox təəssüf ki, Azərbaycan uzun illərdir baş vermiş və baş verəcək cinayətlərin səbəb və şəraitini öyrənməklə bağlı elmi-tədqiqat laboratoriyaları, institut və ya şöbələri yoxdur. Nə Milli Elmlər Akademiyasında, nə Baş Prokurorluğun nəzdində, nə Ədliyyə və Daxili İşlər nazirliklərində belə tədqiqatlar aparılır”. Bunu hüquqşünas-kriminalist Şəmsəddin Əliyev deyib. Şəmsəddin Əliyev Onun sözlərinə görə, biz sadəcə baş vermiş cinayətlərin statistikasına diqqət yetiririk: “Amma "nə olub" və “nə etmək lazımdır ki, olmasın” suallarına cavab tapmaq lazımdır. Bunun üçün də AMEA və yaxud da adını çəkdiyim digər hüquq-mühafizə qurumlarının nəzdində elmi-tədqiqat şöbələri, qrup və laboratoriyalar yaradılmalıdır. Burada çalışan sosioloqlar, psixiatrlar, kriminoloqlar, həkimlər, peşəkar hüquqşünaslar cəlb olunmalı və cəmiyyətdə baş vermiş cinayətləri doğuran səbəb və şəraitlə bağlı müfəssəl konsepsiya ortaya qoyulmalıdır". Ş.Əliyevin fikrincə, Nazirlər Kabinetinin tərkibinə daxil olan hər dövlət qurumunun, bütün mərkəzi icra hakimiyyəti orqanlarının üzərinə vəzifələr qoyulmalıdır ki, belə ağır cinayətlər olmasın: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən problemli ailələr öyrənilməli, münaqişə doğuran səbəblər araşdırılmalıdır. Sovet vaxtında bu istiqamətində konsepsiya var idi. Məəttəl qalmışam, bu qədər alimimiz var, heç bir töhfələri də yoxdur. Niyə ölkəmizdə bu cinayətləri doğuran şəraitin aradan qaldırılması istiqamətində vahid konsepsiya ortaya qoyulmur? İnsan sosial varlıqdır. Hadisələri doğuran səbəblər də sosial səbəblərdir. Bu səbəblər sosial varlığı öz məhvərindən çıxmağa vadar edir. Sonradan cəza da sosial ədaləti bərpa etmək məqsədilə tətbiq olunur”. Kriminalist ölüm hökmünün bərpasını zəruri saydığını söyləyib. Ancaq ölüm hökmünün bərpası belə qandonduran cinayətlərin sayını azaldacaqmı? Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, cəmiyyətdən gələn edam cəzası tələbi başadüşüləndir, amma qəbuledilməzdir: “İnsanlar baş verən dəhşətli cinayətin şokundadır və bu baxımdan tələbləri haqlı görünə bilər. Gəlin baxaq, görək qonşu İranda edam cəzası belə cinayətlərin qarşısını alırmı? Hər kəs bilir ki, İranda oğurluğa görə əlin kəsilməsi cəzası var. Bu cəza İranda oğurluqların qarşısını alırmı? Əlbəttə ki, yox! Yəni edam cəzasının bərpasını tələb edənlər bilməlidirlər ki, bu, dəhşətli cinayətlərin qarşısını almayacaq. Qətlin qarşısını qətllə, edamla almaq mümkün deyil”. Hüquq müdafiəçisi deyir ki, Əhməd Əhmədov psixi xəstədir: “Əhməd Əhmədov məcburi müalicəyə göndərilməlidir. Onu 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirib saxlamalıdırlar. Onun törətdiyi cinayəti psixi xəstə, psixotrop, narkotik tərkibli maddələrin təsiri altında olan şəxs edə bilər. Ümumiyyətlə, psixi xəstələrə ciddi nəzarət etmək lazımdır. Bu gün Azərbaycan cəmiyyəti 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında nə baş verdiyindən xəbərsizdir. Orada həkimlər nə işlə məşğuldur, cəmiyyət bu barədə məlumatsızdır. Əhməd Əhmədov psixi xəstədir, onu edam etsələr də, etməsələr də ciddi fərq etmir. Anlaqlı biri ailə üzvlərinə qarşı belə bir cinayət törətməz”. Novella Cəfəroğlu Novella Cəfəroğlu baş verənlərdə sosial şəbəkələrin ciddi təsirinin olduğunu xüsusi olaraq vurğulayıb: “Sosial şəbəkələrdə qəddarlığı təbliğ edən oyunlar var. Bu gün hər kəs, uşaqdan böyüyə telefonun ekranına bağlıdır. Telefon ekranında dəhşətli, qəddar qətllərlə zəngin səhnələr yayılır. Uşaq oyunlarında aqressivliyi, bir-birinə qarşı kobudluq adi norma kimi göstərilir. Adicə uşaqların əlindən telefonu alan valideyn övladından çox kəskin reaksiya görür. Təsəvvür edin ki, belə uşağın küçədə ayağını kimsə tapdalasa, onu öldürməyə belə hazır olacaq. Bundan başqa, cavan oğlanların qız kimi tərbiyə olunması da, özlərini satmağı da sosial şəbəkə üzərindən gerçək olur. Tik-Tokda cavan oğlanların videosu var, qaşlar alınıb, dodaqlar boyanıb, üz pudralanıb. Və bu oğlanların profilinə böyük maraq olması, onların özlərini satması da adi bir məsələyə çevrilir. Bu cür münasibət təhrikedicidir və oğlanların özlərini bu cür qız şəklinə salmasına gətirib çıxarır. Halbuki həmin oğlanlar özlərini satmaq üçün üzlərini bu şəklə salırlar. Qızların da çox biabırçı videoları var. Bütün anormallıqlar norma kimi cəmiyyətə sırınır. Dünyagörüşü tam olaraq formalaşmayan oğlan və qızlar asanlıqla belə təbliğatın təsiri altına düşürlər. Nəticədə isə ölkədə qəddar qətllər meydana gəlir. Qardaş bacını, kişi arvadını öldürür. Azərbaycan cəmiyyətini bu məsələlər narahat etmir? Cəmiyyət edamı düşünmək əvəzinə, belə məsələləri saf-çürük etməli, nəticə çıxarmalıdır. Hər kəs düşünməlidir ki, cəmiyyət olaraq hara gedirik!” Hüquq müdafiəçisi deyir ki, cəmiyyətdə yeni münasibətlər sistemi formalaşmalıdır. Əhməd Qəşəmoğlu Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a deyib ki, belə bir vəhşiliyin baş verməsinin səbəbləri hamını düşündürməkdədir: “Fikrimcə, sosioloji baxımdan bu hadisənin baş verməsinin əsas səbəblərini aşağıdakı kimi şərh etmək olar: - Hər bir cəmiyyət özü də bir orqanizm kimidir. Belə bir hadisənin baş verməsinə bu orqanizmdə baş verən başqa proseslərin yekunu kimi baxmaq lazımdır. İndi elm aləmində uğurla yayılmaqda olan ahəngyol elmində ətraflı olaraq əsaslandırılmışdır ki, hər bir davranışın formalaşmasında 4 mühüm amil həlledici rol oynayır: - İnsanın öz fərdi, şəxsi psixoloji xüsusiyyətləri - fitrəti; - Onun yaşadığı mühit; - Aldığı informasiyaların məzmunu və intensivliyi; - Üstünlük verdiyi dəyərlər. Məlum olub ki, qatilin psixoloji problemləri var. Belə psixoloji problemləri olan insanlar bütün tarix boyu hər cəmiyyətdə olur. Amma mühitin xüsusiyyətləri elə ola bilər ki, həmin insanın bir çox arzu olunmayan, təhlükəli istəklərini, tələbatlarını bloklaya da bilər, yaxud əksinə, daha da inkişaf etdirər. Həmin insanın aldığı informasiyalar da, üstünlük verdiyi dəyərlər də bu şəkildə təsir edə bilər. Ona görə də günü-gündən mürəkkəbləşən, həssaslaşan cəmiyyətdə baş verən prosesləri başlı-başına qoymaq olmaz!" Sosioloq bildirib ki, hər bir işdə təkcə valideynləri günahlandırmaq olmaz: “Bizim əksər valideynlərimizin özlərinin maariflənməyə ehtiyacı var. Əgər qatilin valideylərinə tövsiyə edilsəydi ki, siz öz xəstə övladınıza ayrıca ev, avtomobil alınca onun mühitini, aldığı informasiyaların məzmununun dəyişməsinə, üstünlük verdiyi dəyərlərin dəyişməsinə çalışın, həm də bu calışmanın yolları göstərilsəydi, təhlükəsi haqda danışılsaydı, onlar bunu etməzdi. Öz uşaqlarının xilası üçün çalışardılar. Məsələn, uşaqlarının mənəvi dəyərlər aşılayan kitablar oxuması, filmlərə baxması, öz qabiliyyəti olan, ona zövq verən işlərlə məşğul olması üçün stimullaşdırardılar, şərait yaradardılar”. “Bəs bunu onlara kim deməliydi” sualına sosioloq belə cavab verib: “10 ildən artıqdır ki, müxtəlif təşkilatlara müraciət edirəm, KİV-lərə müsahibələr verirəm ki, hər bir məhəllədə indi təkcə sahə müvəkkilinin olması ilə kifayətlənmək olmaz. Hər bir məhəllədə həm də 3-4 nəfərdən ibarət sosial iş xidməti olmalıdır. Universitetlərdə indiki keyfiyyətdə yox, daha ciddi, məqsədyönlü şəkildə sosial işçilər hazırlayıb təcili şəkildə belə sosial iş xidmətləri yaradılmalıdır. O zaman həmin sosial iş xidmətinin nümayəndələri problemli ailələrdə mövcud olan problemlərin ortadan götürülməsi üçün həm valideynlərə, həm digər ailə üzvlərinə yaxından kömək edə bilər. Ehtiyac olduqda, onların müxtəlif təşkilatlarla əlaqəsini də yarada bilər, lazımi köməkliklər də edərlər. Bütün bu işləri görməmiz üçün də ölkədə humanitar siyasət dəyişməlidir. Həmin siyasət əsasında qanunvericilik bazası formalaşmalı, müxtəlif təşkilatların, KİV-lərin görəcəyi lazımi işlər konkret olaraq müəyyənləşməlidir. Bugünkü cəmiyyətdə bu, olduqca vacib məsələdir. Ehtiyac olarsa, aidiyyəti təşkilatlara bu sahədə görüləcək işlərlə bağlı mən də kömək edə bilərəm”. Elşən MƏMMƏDƏLİYEV,“Yeni Müsavat”
1,045,592
17.02.2024 09:24
İqtisadiyyat
Neft hasilatındakı azalmanın qarşısı alınacaqmı - rəy
Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında Azərbaycanda neft hasilatının azalmasına da toxunub. Dövlət başçısı bildirib ki, ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək: “Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir. Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq. Müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir”. Qeyd edək ki, son vaxtlar hasilatın azalması sürətindəki artım Azərbaycanda və ondan kənarda ciddi müzakirələrə səbəb olub. Bir çox ekspertlər belə azalmanın ölkəyə daxil olan gəlirlərin kəskin azalmasına gətirib çıxaracağını bildirirlər. Rəsmi məlumata əsasən, 2023-cü ildə Azərbaycanın xam neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir 2022-ci ildəki 19,5 milyard dollarla müqayisədə azalaraq 16 milyard dollardan bir qədər çox olub. Dövlət Gömrük Komitəsinin statistikası göstərir ki, hesabat dövründə Azərbaycanın ixracının ümumi həcmində xam neft və neft məhsullarının payı 2022-ci ildəki 51,08 faizlə müqayisədə azalaraq 47,91 faiz olub. Cari ilin yanvar ayında Azərbaycanın ümumi ixracında azalma qeydə alınıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın fevral sayına əsasən yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, yanvar ayında ölkənin ümumi ixracı 100 milyon dollar (ötən ilin yanvarında 1,9 milyard dollar olub), o cümlədə qeyri-neft ixracı 62,5 milyon dollar (284,5 milyon dollar) azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2024-cü ilin yanvar ayında neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalıb, qeyri-neft/qaz sektorunda isə 8,9 faiz artıb. Bildirilir ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artıb. Neft istehsalındakı azalma əsas hasilat mənbəyi olan “Azəri-Çıraq-Günəşli” yatağının təbii qocalmasından irəli gəlir. Energetika Nazirliyi bildirir ki, 2024-cü ilin yanvar ayında ölkədə 2,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 1,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 50 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib. Ay ərzində 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 1,8 milyon tonu konsorsiumun, 0,3 milyon tonu isə SOCAR-ın payına düşüb. Müqayisə üçün bildirək ki, 2023-cü ilin yanvar ayında ölkədə 2,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilmişdi. Respublika üzrə neft hasilatının 1,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib. Hesabat dövründə 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 2 milyon tonu konsorsiumun, 134 min tonu isə SOCAR-ın payına düşüb. Göründüyü kimi, AÇG-də neft hasilatı illik müqayisədə 200 min ton azalıb. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, yanvar ayında Azərbaycandan 10 ölkəyə 863 453,89 min dollarlıq 1 462 278,29 ton neft ixrac edilib. Maraqlıdır ki, ötən ay Azərbaycan neftinin ən böyük alıcısı statusunu əldə edən ölkə dəyişib: birinci olan İtaliyanı əvvəl ikinci olan İsrail əvəz edib. Ay ərzində Azərbaycandan İsrailə 296 milyon 946,74 min ABŞ dolları dəyərində 523 min 553,89 ton neft ixrac edilib. Neft ixracında ikinci yerin sahibi Tailand olub. Hesabat dövründə bu ölkəyə 115 milyon 322,09 min dollar dəyərində 189 min 175,53 ton neft ixrac edilib. Həmişə Azərbaycanın neft ixracı üzrə siyahısında birinci yeri tutan İtaliya isə üçüncü pilləyə düşüb: yanvar ayında bu ölkəyə 110 milyon 546,51 min dollar dəyərində 179 min 236,62 ton neft ixrac edilib. Neft ixracındakı azalma Dövlət Neft Fonduna (ARDNF) daxil olan gəlirləri də azaldır. Yanvar ayında fond AÇG yataqlar blokundan 387,645 milyon dollar gəlir əldə edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 237,429 milyon dollar və yaxud 38 faiz azdır. Xatırladaq ki, 2023-cü ilin yanvar ayında ARDNF AÇG-dən 625,074 milyon ABŞ dolları məbləğində gəlir əldə etmişdi. Prezidentin andiçmə mərasimində neft hasilatı ilə bağlı səsləndirdiyi fikirlərə diqqət yetirən iqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, onları neft hasilatına əlavə investisiya qoyuluşlarının anonsu kimi qiymətləndirir: ""Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq". Cənab Prezidentin andiçmə mərasimi zamanı işlətdiyi bu ifadə neft sektoruna xarici investisiya həcmlərinin artmasına və neft gəlirlərinin stabilliyinin saxlanılmasına dair ciddi anonsdur. Çünki sabit neft hasilatı üçün investorların yeni investisya layihələrinin icrasına başlamasına ehtiyac var. Eyni zamanda sabit neft hasilatı sabit neft gəliri deməkdir. Qaz və bərpa olunan enerji mənbələri ilə bağlı isə investisiya mühiti daha əlverişlidir. Bu sahədə hər hansı ciddi problem yoxdur". Enerji məsələləri üzrə ekspert İlham Şaban da hesab edir ki, Prezident neft hasilatında azalmanın qarşısının alınacağını vəd edib: “Söhbət təbii ki, hasilatın azalma templərinin zəiflədilməsindən gedir. Çünki 2022-2023-cü illərdə hasilat çox yüksək templə azalmağa başladı. Əgər 2022-ci ildə illik azalma tempi 1,93 milyon ton təşkil etmişdisə, 2023-cü ildə azalma tempi 2,46 milyon tona qədər artım nümayiş etdirdi. Bu sürətlə azalma tempi Azərbaycanda yalnız bir dəfə - 2011-2012-ci illərdə olmuşdu. Amma o zaman hasilatın pik həddindən enmə dövrü idi və müəyyən mənada başa düşülən idi, indiki periodda isə sanki cilovundan çıxmış prosesə bənzəyir. Ona görə də Prezident öz çıxışında bu hadisənin üzərində dayandı və cəmiyyətə mesaj verdi k, qara qızılın hasilat məsələlərini stabilləşmək məcrasına yönəltmək üçün danışıqlar aparılıb, görüləcək işlər müəyyənləşdirilib və bundan sonrakı orta müddətli dövr üçün azalma tempi narahatlıq doğura biləcək məcradan kənara çıxmayacaq. Qeyd edim ki, bunları BP şirkətinin anons edilən addımlarından da görmək mümkündür. Təkcə bu il üçün 18 quyunun qazılması planlaşdırılır ki, bunun da 12-si istismar quyuları olacaq. Bundan əlavə, “Abşeron” və “Ümid” yataqlarında kondensatın (maye karbohidrogen) hasilatı bu il artacaq. Ötən il “Şahdəniz” yatağında kondensat hasilatının 2,8 faiz azalması baş vermişdisə, bu il onun artımı proqnozlaşdırılıb". Ekspert beynəlxalq qurumların Azərbaycandakı neft hasilatı həcmlərinə dair proqnozlarına diqqət çəkir: “Əgər Beynəlxalq Enerji Agentliyinin və OPEC-in Azərbaycanda neft hasiları proqnozlarına nəzər yetirsək, hasilatın stabilləşəcəyini görmək mümkündür. Düzdür, mən bu təşkilatların proqnozlarını kifayət qədər pozitiv hesab edirəm, amma istənilən halda, azalma templəri bu il və gələn il hiss ediləcək səviyyədə aşağı düşməlidir”. Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına əsasən, cari ilin yanvar ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 470 min barel səviyyəsində olub. Agentliyin qiymətləndirməsinə görə, ötən ilin dekabrında Azərbaycanda neft hasilatı 480 min barel təşkil edib. Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində 2024-cü il üçün Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 551 min bareldir. Bu isə o deməkdir ki, Azərbaycan yanvar ayında “OPEC+” çərçivəsində kvotasından 81 min barel geridə qalıb. Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, ötən ilin dekabrında Azərbaycanda gündəlik xam neft hasilatı 482 min barel təşkil edib və ölkə bu dövrdə “OPEC+” çərçivəsində kvotasından 202 min barel geridə qalıb. Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin operatoru olan BP şirkətinin yaydığı məlumata görə, 2023-cü il ərzində ölkənin ən iri neft yatağı üzrə fəaliyyətlərə təqribən 504 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 518 milyon dollar əsaslı məsrəflər xərclənib. Bu, ümumilikdə 2 milyard 22 milyon dollar xərc deməkdir. 2022-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 470 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 624 milyon dollar əsaslı məsrəflər xərclənmişdi. Bu da ümumilikdə 2 milyard 94 milyon dollar xərc deməkdir. Dünya SAKİT,“Yeni Müsavat”
1,045,593
17.02.2024 11:13
İdman
Umtiti karyerasını bitirir - SƏBƏB
"Lill"in fransız müdafiəçisi Samuel Umtiti futbolla vidalaşmağa hazırlaşır. Bu barədə "Diario AS" məlumat yayıb. Xəbərə görə, 30 yaşlı mərkəz müdafiəçisi daimi zədələrdən çox yorulub və butslarını asmaq barədə düşünür. Futbolçu ötən çərşənbə günü əməliyyat olunub. "Lill"in baş məşqçisi Paulo Fonseka bildirib ki, futbolçu zədə səbəbindən mövsümün sonuna qədər meydana qayıtmaya bilər. Umtiti bu mövsüm "itlər"in heyətində cəmi 13 oyuna çıxıb, onlardan altısı UEFA Konfrans Liqasına təsadüf edib. Onun "Lill" ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. (fanat.az)
1,045,594
17.02.2024 09:55
İqtisadiyyat
5 faizlik iqtisadi artım necə əldə olundu? - təhlil
Ekspert: “Bu il ÜDM istehsalında 2,5 faiz civarında genişlənmə realdır” 2024-cü ilin yanvar ayında Azərbaycanda iqtisadi artımın sürətlənməsi qeydə alınıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar ayında ölkədə 9 milyard 131,0 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 5,0 faiz artım deməkdir. Ay ərzində iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 12,3 faiz artıb. ÜDM istehsalının 41,9 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8 faizi digər sahələrin payına düşüb. Əhalinin hər nəfərinə düşən ÜDM 896,7 manata bərabər olub. İqtisadiyyat naziri Mikayıl Cabbarovun verdiyi məlumata əsasən, ölkəmizdə neft-qaz hasilatının proqnozlaşdırılandan azalması, dünya bazarlarında qiymətlərin aşağı düşməsi fonunda ÜDM-in nominal həcminə təsirlər təbii və gözlənilən idi: “Buna baxmayaraq, biz prosesə hazır idik. Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri bu gün iqtisadi artımın dayanıqlığını təmin edir. 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7 faiz artım dinamikasına malik olub”. Azərbaycan hökuməti 2024-cü ildə ölkənin neft-qaz sektorunda 1,7 faiz azalma, qeyri-neft-qaz sektorunda isə 4,6 faiz artım proqnozlaşdırır. Xatırladaq ki, ötən ili Azərbaycan iqtisadiyyatı çox kiçik artımla başa vurub. İl ərzində ölkədə cəmi 1,1 faizlik iqtisadi artım qeydə alınıb. Rəsmi statistikaya görə, 2023-cü ildə iqtisadiyyatın neft-qaz sektorunda milli məhsul istehsalı 1,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,7 faiz artıb. Bundan əlavə, 2023-cü ildə Azərbaycanda əsas kapitala yönəldilən vəsaitlərin həcmində artım baş verib. Bu vəsaitlərin həcmi 20 milyard 296,6 milyon manat təşkil edib. Bu isə 2022-ci illə müqayisədə 9,8 faiz çoxdur. İl ərzində neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 faiz artıb. İstifadə olunmuş vəsaitin 12 milyard 485,2 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 6840,0 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 971,4 milyon manatı (4,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf oluub. Rəsmi statistikadan aydın olur ki, əsas kapitala investisiyalarda xarici investisiyaların payı azalır. Belə ki, 2023-cü ildə əsas kapitala yönəldilmiş vəsaitlərin 16 milyard 411,5 milyon manatını və ya 80,9 faizini daxili vəsaitlər təşkil edib. Ötən il daxili vəsaitlərin payı 80,6 faiz, məbləği isə 14 milyard 718,9 milyon manat olmuşdu. Ötən il həmçinin Azərbaycanda qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmində kəskin azalma qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin 3 rübündə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 910.9 milyon dollar təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 35 faiz azdır. Halbuki 2022-ci ilin 9 ayında qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2.4 dəfə artmışdı. Ötən ilin yanvarında ölkədə 1,5 faiz iqtisadi kiçilmə olduğu halda, bu il ilin ilk ayında 5 faizlik iqtisadi artımın qeydə alınması mütəxəssislər arasında müzakirələrə səbəb olub. Əsas maraq doğuran bu artımın nəyin hesabına əldə edilməsi ilə bağlıdır. İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, bu göstərici tikinti sektorunun sayəsində əldə olunub: “Artım əsasən tikinti sektoru hesabınadır - bu sektorda 67 faizlik böyümə qeydə alınıb. 2023-cü ilin yanvarında sektorun böyüməsi 28 faiz təşkil etmişdi. Bu ilin 1 ayının nəticələrinə görə, 5 faizlik iqtisadi böyümənin dörddə üçü məhz tikinti sektoru hesabına baş verib. Neft-qaz sektoruna investisiyaların həcmi 45 faizə yaxın artıb (ötən ilin yanvarında 8 faiz azalma olmuşdu). Sərmayələrin artımına baxmayaraq neft-qaz sektorunda hasilat azalmaqda davam edir. Bu ilin yanvarında əvvəlki ilin eyni dövü ilə müqayisədə xam neft hasilat 2,2 milyon ton (8,3 faiz azalıb). Qaz hasilatının həcmində isə 4 faizdən bir qədər çox artım qeydə alınıb". Ekspert iqtisadiyyata investisiyalarda dövlətin payının artdığını bildirir: “İqtisadiyyata investisiyaların böyük həcmdə artımı dövlət sektoru hesabına olub. Dövlət mənbələri hesabına sərməya qoyuluşları 65 faiz, özəl sektorun vəsaitləri isə 10 faiz artıb”. Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi dünya bazarında neftin orta qiymətinin 60 dollar təşkil etməsi şəraitində Azərbaycanda ÜDM artımını 2024-cü ildə 2,4 faiz, 2025-ci ildə 2,9 faiz, 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 3,6 faiz səviyyəsində proqnozlaşdırır. Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-nin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5,0 faiz intervalında olacağı gözlənilir. 2027-ci ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının 78,7 faizə, neft-qaz sektorunun payının isə 21,3 faizə bərabər olacağı proqnozlaşdırılır. Azərbaycan Mərkəzi Bankı isə bu il gözlənilən iqtisadi artımla bağlı hökumətdən daha nikbindir. Bankın cari ildəki pul siyasətinə dair bəyanatında qeyd olunur ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artım davam edəcək. Mərkəzi Bankın proqnozlarına görə, 2024-cü ildə real iqtisadi artım tempinin 3-3.5 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5-5.5 faiz civarında olacağı gözlənilir. Maraqlıdır ki, əksər beynəlxalq qurumların iqtisadi artım, neft və qeyri-neft sektorunda onun sürətinə dair proqnozları Azərbaycan hökumətinin göstəricilərinə çox yaxın, yaxud eynidir. Məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) 2024-28-ci illərdə Azərbaycanın orta illik ÜDM artımının ildə 2,3 faiz olacağını və sonra da artacağını gözləyir. Bu barədə 2023-cü ilin son rübündə BVF-nin Azərbaycan hakimiyyəti ilə IV Maddə üzrə məsləhətləşmələrinin yekunlarına dair sənədində deyilir. BVF-nin bu hesabatına əsasən, 2024-2028-ci illərdə Azərbaycan illik iqtisadi artım 2,3 faiz, 2029-30-cu illər ərzində orta hesabla ildə 2,4 faiz, 2031-2032-ci illərdə isə 2,5 faizə qədər sürətlənəcək. BVF-nin proqnozlarına görə, Azərbaycanın qeyri-neft ÜDM artımı 2023-cü ildə 4,2 faiz, 2024-cü ildə 3,6 faiz, 2025-2028-ci illərdə ildə orta hesabla 3,5 faiz təşkil edəcək. Neft sektorunda azalma 2023-cü ildə 1,5 faiz, 2024-2028-ci illərdə isə ildə orta hesabla 0,5 faiz olacaq. Asiya İnkişaf Bankı 2024-cü ildə Azərbaycanda 2,6 faizlik iqtisadi artım gözləyir ki, bu da hökumətin proqnozuna çox yaxındır. BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatından aydın olur ki, qurum ekspertləri 2024-cü il üzrə Azərbaycanda ümumi daxili məhsulun artımını (ÜDM) 2,6 faiz, 2025-ci ildə isə 2,8 faiz səviyyəsində proqnozlaşdırıblar. Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” hesabatına görə, Azərbaycanda ümumi daxili məhsul istehsalı bu il 2,4 faiz, 2025-ci ildə isə 2,5 faiz artacağı gözlənilir. Sənədə əsasən, bu göstəricilər 2023-cü ilin iyun ayında dərc olunan proqnozlarına nisbətən 0,1 faiz bəndi azdır, lakin oktyabr ayındakı gözləntilərə nisbətən eynidir. Yalnız Standard & Poors Beynəlxalq Reytinq Agentliyi Azərbaycanda iqtisadi artımla bağlı daha az nikbindir. Agentlik 2024-2026-cı illərdə Azərbaycanın real ÜDM artımının 1,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıb. Agentlik ekspertləri bildirirlər ki, Azərbaycan iqtisadiyyatı böyük ölçüdə karbohidrogen sektorundan asılıdır: “Neft və qaz ixracın 90 faizini və ÜDM-in təxminən 50 faizini təşkil edir. Hazırda ölkə əlverişli neft qiymətlərindən faydalanır, bu da öz növbəsində Azərbaycanın maliyyə vəziyyətini və tədiyə balansını dəstəkləyir”. Eldəniz Əmirov İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, 2024-cü ildə gözlənilən ÜDM artımına dair proqnozları daha etibarlı hesab etmək olar: “Əvvəllər bu göstərici üzrə beynəlxalq təşkilatlarla Azərbaycan hökumətinin proqnozları arasında kəskin fərqlər olurdu. Bu illə bağlı proqnozlar demək olar ki, əsasən üst-üstə düşür. Bu baxımdan, onların doğrulması ehtimalını yüksək hesab etmək olar”. Eskpert bildirir ki, ÜDM-in strukturunda dörd əsas komponent var: “Bunlardan birincisi istehlak, ikincisi investisiyalar, üçüncüsü, dövlət sifarişləri, dördüncüsü xalis ixracdır. Bu komponentlər üzrə müsbət vəziyyəti, eyni zamanda cari ildə gözlənilən bir sıra hadisələri nəzərə alsaq, yaxın və ortamüddətli dövrdə Azərbaycanda iqtisadi artım dinamikasının daha da artması gözləniləndir. Belə hadisə kimi sülh müqaviləsinin imzalanmasını göstərmək olar. Bu, baş verərsə, ölkəyə investisiya axını sürətlənə, azad olunan ərazilərə dövlət investisiyalarının həcmi arta bilər. Bunlar isə iqtisadi artımın 3 faizədək sürətlənməsinə gətirib çıxara bilər. Düşünürəm ki, hətta sülh müqaviləsi imzalanmasa belə, bu il Azərbaycan iqtisadiyyatında 2,5 faiz civarında böyümə tam realdır”. Dünya SAKİT,“Yeni Müsavat”
1,045,595
17.02.2024 10:02
Siyasət
“SSRİ-2" təhlükəsi ciddiləşir - daha iki xəbərdarlıq
“Rusiyanın NATO üzvü olan ölkəyə hücumu ehtimalını istisna etmək olmaz”. “Yeni Müsavat” xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Hoysqen bildirib. “Rusiya prezidenti Vladimir Putinin belə bir hücum əmri verə biləcəyini düşünürsünüzmü” sualına Heusgen belə cavab verib: “Əlbəttə. Axı Putin dəfələrlə deyib ki, Sovet İttifaqının dağılması 20-ci əsrin ən böyük fəlakəti olub, çünki çox sayda rus Rusiyadan kənarda qalıb”. Onun sözlərinə görə, Putin mövcud olmayan Sovet İttifaqının sərhədləri daxilində “Böyük Rusiyanı” - qlobal imperiyanı bərpa etməyə çalışır, hansını ki, çar kimi idarə edərdi. O ehtimal edib ki, Putinin hədəfi Moldova və ya Baltikyanı ölkələr ola bilər: “Lakin biz hər şeyi etməliyik ki, Ukrayna Rusiya qoşunları ilə uğurla mübarizə aparmaq və onları öz ərazisindən çıxarmaq üçün lazım olan silah və hərbi yardımı alsın”. Öz növbəsində Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Rusiya liderinin Ukrayna ilə dayanmaq fikrində olmadığını bildirib. “1930-cu illərdə Hitlerə etdiyimiz kimi zəiflik göstərməyimizi istəmirəm. 2008-ci ildə Gürcüstanı, 2014-cü ildə Krım və Donbasın böyük hissəsini işğal edəndə Putinə verdiyimiz inamsız cavabı 2022-ci ildəki təcavüz aktına münasibətdə təkrarlasaq, bu, bizə baha başa gələcək yeni təcavüz aktına yol açacaq”, - Kemeron deyib. “Bir tərəfdə öz imperiyasını genişləndirəcəyinə ümid edən Putin var. Bizim zəif olduğumuzu, təcavüzkar əməlinə görə cəzalandırılmayacağını düşünür. Digər tərəfdə isə bizik. Resurslarımız, iqtisadi gücümüz, biliyimiz var. İqtisadiyyatımız Rusiyadan 25 dəfə güclüdür. Onlar isə kömək üçün Pxenyana müraciət etməyə məcbur olurlar. Etməli olduğumuz şey gücümüzdən istifadə etməkdir”, - XİN başçısı əlavə edib. Postsovet ölkələrinə “SSRİ-2" təhlükəsinin artdığını söyləmək olarmı? Zaman Putinin xeyrinə işləyir, yoxsa ziyanına? Elçin Mirzəbəyli: “SSRİ-ni bərpa etmək postsovet məkanında heç kimə lazım deyil” BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli: “Kristof Hoysqenin mülahizələri birtərəflidir və Qərb ölkələri arasında mərkəzdənqaçma meyllərinin özünü daha qabarıq büruzə verdiyi bir vaxtda onların "Rusiya təhlükəsi" qarşısında birləşməsinə xidmət edir. Əks təqdirdə, Münhen Təhlükəsizlik Konfransının rəhbəri Rusiya prezidentinin SSRİ-nin süqutu ilə bağlı digər fikirlərinə də istinad edərdi. Məsələn, Rusiya prezidenti SSRİ-nin süqutunu geosiyasi qəza kimi də dəyərləndirib. Məgər belə deyil? Və yaxud məgər Kristof Hoysqenin gətirdiyi nümunədə qeyd edildiyi kimi, məgər SSRİ-nin dağılmasını XX əsrin ən böyük fəlakəti adlandırmasını yanlış yanaşma kimi dəyərləndirmək olar? Əlbəttə ki, yox. Söhbət məsələyə hansı kontekstdən yanaşılmasından getmir. SSRİ-nin dağılması və bu prosesin Mixail Qorbaçov kimi axmaq birisi tərəfindən həyata keçirilməsi nə qədər böyük faciələrə səbəb oldu. SSRİ totalitar dövlət idi? Bəli! Xalqlar həbsxanasıydı? Bəli! Amma burada söhbət SSRİ-nin necə dövlət olmasından, necə yaranmasından daha çox, onun süqutunun gətirdiyi faciələrdən gedir. Kristof Hoysqenin birtərəfli mövqe sərgilədiyi, onun Rusiya prezidentinin SSRİ-nin süqutu ilə bağlı fikirlərini natamam şəkildə ifadə etməsindən də görünür. Putin dəfələrlə bəyan edib ki, “Sovet İttifaqının bərpası mənasızdır, bir sıra səbəblərə görə qeyri-mümkündür və hətta keçmiş Sovet İttifaqının bir sıra respublikalarında baş verən demoqrafik prosesləri nəzərə alsaq, yersizdir”. “SSRİ-2" iddiaları təbliğat xarakterlidir və postsovet ölkələrinə, həmçinin keçmiş Varşava müqaviləsi ölkələrinə ünvanlanmış məqsədyönlü, onlarda müstəqilliklərini itirə biləcəkləri ilə bağlı qorxu yaratmaq və suverenliklərini qorumaq üçün kollektiv Qərbə sığınmalarını təmin etmək məqsədilə tirajlanır. Bu, həmçinin Avrasiya geosiyasi konsepsiyasına qarşı öz effektivliyini itirməkdə olan Avroatlantika nəzəriyyəsinin ideoloji mübarizəsinin tərkib hissəsidir. SSRİ-ni bərpa etmək postsovet məkanında heç kimə lazım deyil, o cümlədən Rusiyaya. Amma keçmiş SSRİ məkanında Avropa İttifaqı modelində və Avropa İttifaqının formalaşması prosesi, həmçinin mövcud hüquqi, siyasi, iqtisadi mexanizmlərdəki boşluqları da nəzərə almaqla, daha uğurlu, daha effektiv bir təsisatın yaranması mümkündür. Əgər belə bir modelin uğurlu tətbiqi mümkün olarsa, o zaman nəinki Şərqi, hətta Qərbi Avropa ölkələrinin bir hissəsi də bu təsisata qatıla bilər. Avropa İttifaqını öz uğursuz geosiyasi gedişlərinin girovuna çevirən və onları gah Çin, gah Rusiya, gah islam faktoru ilə bağlı təbliğatla təhdid edərək bir arada saxlayan ABŞ və Fransa kimi ölkələri də narahat edən bu amildir. İndi "demokratiya", “insan hüquq və azadlıqları” və bu xüsusda diqqəti geosiyasi iddialara qurban verilən yüz milyonlarla insanın taleyindən yayındırmaq üçün insanlığın fitrətinə zidd olan saxta, iyrənc “azlıq hüquqları”nın gözə soxulması bəşəriyyətin gözündən pərdə asmaq üçün yetərli deyil. Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun mülahizələrinə gəldikdə isə, doğrudur, onların iqtisadiyyatları Rusiya iqtisadiyyatından 25 dəfə güclü ola bilər, amma bu gücü saxlamaq üçün nəhəng resurslara ehtiyac var. Bu resurslar isə tükənməkdədir. Daha doğrusu, bu resursların əhəmiyyətli hissəsi kollektiv Qərbin dominantlığını qəbul etməyən ölkələrdə, o cümlədən Rusiyadadır. Geosiyasi savaş da bu resurslara sahiblənmək müstəvisində gedir. Digər tərəfdən, qənaətimə görə, Böyük Britaniya dünyada baş verən proseslərin hansı istiqamətdə cərəyan edəcəyini çox yaxşı bilir. Əgər belə olmasaydı, Avropa İttifaqını tərk etməz və Avropa İttifaqında mərkəzdənqaçma meyllərinin güclənməsinə zəmin yaratmazdı". E.Mirzəbəyli Prezidentin andiçmə mərasimindəki çıxışında yer alan bir nüansa da toxundu: “Zənnimcə, hazırda bizim üçün önəmli olan ölkəmizin xarici siyasət kursunun prioritetləridir və cənab Prezident andiçmə mərasimində bi məsələyə də aydınlıq gətirdi, qeyd etdi ki, bizim ailəmiz Türk dünyasıdır. Gələcək də Türk dünyasının, Türk Dövlətləri Təşkilatınındır və şübhə etmirəm ki, bu strategiyanın düzgün inkişaf etdiriləcəyi təqdirdə Türk Dövlətləri Təşkilatı təkcə Avrasiyanın deyil, çoxqütblü dünyanın ən güclü və ən perspektivli güc mərkəzlərindən birinə çevriləcək”. Rəşad Bayramov: “Gələcəkdə nələrin ola biləcəyini indidən proqnozlaşdırmaq çətindir” AMİP Ali Məclisinin sədri Rəşad Bayramov qeyd etdi ki, Putinin mütəmadi olaraq Rusiyanın imperialist maraqları baxımından çıxış etdiyi məlumdur: “Putin dəfələrlə özünü I-ci Pyotrla müqayisə edərək onun vəsiyyətlərinə sadiq olduğunu bildirib. Odur ki, Putinin keçmiş SSRİ-ni bərpa etməklə bağlı arzu və istəklərini bir kənara atmaq olmaz. Belə bir istək təbii ki, var. Amma məsələ burasındadır ki, Rusiyanın Ukraynaya hücumu və müharibədən keçən iki il göstərdi ki, nəinki NATO üzvü olan keçmiş SSRİ dövlətlərini, hətta hərbi alyansın üzvü olmayan ölkələri belə ram etmək elə də asan məsələ deyil. Əgər beynəlxaq birlik və xüsusilə də NATO Rusiyanın Ukraynaya hücumuna belə dirəniş göstərirsə, demək ki, hərbi alyansın üzvü olan dövlətlərə hücum Rusiyaya, ümumiyyətlə, baha başa gələr. Bunu Putin də, Rusiyanın hərbi siyasi rəhbərliyində təmsil olunan hər kəs də kifayət qədər yaxşı dərk edir. Elə bu səbəbdəndir ki, istər Putinin, istərsə də digər Rusiya rəsmilərinin açıqlamalarında tez-tez Rusiyanın müharibənin coğrafiyasını genişləndirmək fikrində olmadığı bəyan edilir. Keçmiş SSRİ ölkələrindən Pribaltika respublikalarının NATO üzvü olmasını, Moldova və Gürcüstanın da eyni Ukrayna kimi Avropa İttifaqı üzvlüyünə namizəd olmasını, Türk ölkələrinin Türk Dövlətləri Təşkilatına üzvlüyü və dolayısıyla NATO üzvü olan Türkiyə tərəfindən birmənalı olaraq dəstəkləndiyini nəzərə alsaq deyə bilərik ki, Putinin SSRİ 2 layihəsi indiki məqamda, sadəcə, xülyadır. Amma gələcəkdə nələrin ola biləcəyini indidən proqnozlaşdırmaq çətindir. Bu indi daha çox Rusiya-Ukrayna müharibəsinin taleyindən, Kollektiv Qərbin mövqeyindən asılıdır. NATO-nun gələcəyinin necə olacağından asılı olacaq. İndiki məqamda bu məsələ, ümumiyyətlə, aktual deyil. Çünki ortada artıq hər şeyə qadir və hər kəsi ram edə biləcək Rusiya yoxdur. Bu müddət ərzində Rusiya istər silah və texnika, istərsə də maliyyə imkanları baxımından xeyli zəifləyib. İkinci bir tərəfdən, keçmiş SSRİ-nin tərkibində olan və 30 ildir müstəqil dövlət olmuş ölkələrdən heç biri, Belarusu çıxmaq şərtilə öz gələcəyini Rusiya ilə vahid dövlətdə görmək istəmir. Ölkələr öz yerlərini və yollarını çoxdan cızıblar və müasir dünyada öz yerlərini tutmaq üçün müvafiq addımlar atıblar. Artıq nəinki SSRİ, hətta 30 il öncə yaradılmış Müstəqil Dövlətlər Birliyinin özü belə formal bir quruma çevrilib". Cavanşir ABBASLI,“Yeni Müsavat”
1,045,596
17.02.2024 11:26
İdman
Messinin həyat yoldaşı şam yeməyindən elə FOTO paylaşdı ki…
“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokkutso şam yeməyindən fotosunu sosial şəbəkədə yayımlayıb. Qız axşam paltarı, Lionel isə klassik kostyum geyinib. Foto onun izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Xatırladaq ki, Messi ötən yay PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Amerika klubuna keçmişdi. Argentinalının hazırkı müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur. Ötən mövsüm Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyun keçirib, 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. (Publika.az)
1,045,597
17.02.2024 11:38
Siyasət
Bakıya qarşı “Qarabağ planı” - Şuşa Bəyannaməsi işə düşə bilər
Ermənistanın məkrli ssenariləri olduğu üçün regionda yeni müharibə riski qalır, lakin bu dəfə hücuma keçsə, qarşısında həm də Türkiyəni görəcək - analitiklərin təhlili “Ermənistanın çox məkrli planları olduğu üçün regionda hələ də yeni müharibə riski qalır”. “Yeni Müsavat” bildirir ki, bunu türkiyəli tanınmış ekspert, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, professor Eray Guçluer deyib. “Bu ölkə silahlanır və sərhədlərin delimitasiyasını ləngidir. ABŞ, Fransa, Hindistan, qismən də İran və Rusiya ona silahlar verir. Səbəb isə sərhədlərin müəyyən edilməməsi, sülh müqaviləsinin şərtlərinin razılaşdırılmaması, Zəngəzur dəhlizinin hələ də açılmamasıdır. Təhlükələr var ki, sərhədlərin qeyri-müəyyənliyi bəhanəsi ilə Ermənistan gələcəkdə Azərbaycana yenidən hücum edə, Qarabağda muxtar bölgə yarada və bununla da yenidən Qarabağ problemini kəskinləşdirə bilər”, - ASAM rəhbəri xəbərdarlıq edib. Onun sözlərinə görə, Ermənistan Azərbaycana hücuma cəhd etsə, regionda konvension müharibə başlayacaq (iki və daha çox dövlət arasında açıq qarşıdurma şəraitində aparılan müharibə forması - red.) və Şuşa Bəyannaməsi ilə Türkiyənin bu müharibədə iştirakı legitimlik qazanacaq. Bunu nəzərə alan analitik Ermənistanın belə böyük riskə getməyəcəyinə inanır: “Eyni zamanda Ermənistana silah tədarükü ciddi narahatlıq doğurur. Çünki bu, silahlı münaqişənin mümkün bərpası üçün tətikləyici faktora çevrilə bilər. Normalda Ermənistan belə səhvlərə yol verməməlidir. Lakin erməni diasporunun təsiri altında radikal addımlar ata bilər”. Ekspert əlavə edib ki, Türkiyə artıq belə ssenarilərə hazırdır və “əgər Ermənistan nə vaxtsa belə axmaqlığa qol qoysa, ərazilərini itirə bilər”. Söhbət əlbəttə ki, ən əvvəl kapitulyant Ermənistanın əsas havadarı Fransadan gedir. Azərbaycan, onun lideri isə rəsmi Parisin bəd niyyətləri ilə bağlı xəbərdarlığını həm İrəvana, həm də onu qızışdıran xarici qüvvələrə dəfələrlə çatdırıb. Son olaraq Prezident İlham Əliyev fevralın 14-dəki andiçmə zamanı deyib: “Ermənistanın nə qədər havadarı olsa da, heç kim bizi dayandıra bilməz. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər”. “Ermənistanın hələ də öz dövlətçiliyini xilas etmək və Zəngəzur ərazisindən Azərbaycan üçün dəhliz açmaq şansı var. Əks halda, Azərbaycan Ordusu bunu özü edəcək". Bunu isə münaqişələr üzrə ekspert, erməni əsilli amerikalı Artur Martirosyan Ermənistan telekanalının siyasi tok-şousunda deyib. Onun sözlərinə görə, əgər Ermənistan Zəngəzur ərazisindən Naxçıvana dəhliz açılmasına könüllü razı olsa, o zaman bu yol üç ölkənin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatında göstərildiyi kimi, Rusiya hərbçilərinin nəzarətində olacaq: "Əks halda, yol zorla açılacaq. Və heç kim deməsin ki, Azərbaycan Ordusunun qarşısını ala biləcəklər. Paşinyanın nə Borrelə, nə də Makrona zəng etməyə vaxtı olacaq. Heç kim Ermənistana kömək etməyəcək". Ekspert hesab edir ki, Ermənistan Rusiya ilə münasibətlərində də diqqətli olmalıdır: “Ermənistan hakimiyyətinə məsləhət görə biləcəyim ikinci şey Rusiya ilə münasibətləri korlamamaqdır. Ukraynadakı müharibədən kimin qalib çıxacağını hələ heç kim deyə bilməz. Rusiya qalib gəlsə, Kreml İrəvanı diz çökdürəcək. Bütün risklər nəzərə alınmalıdır”. Aqşin Kərimov Siyasi şərhçi Aqşin Kərimova görə, Azərbaycan ona qarşı ölkə hüdudlarından kənarda qalaqlanan təhdid ocaqlarını aşkarlamaq, həmin mənbələrdən yola çıxaraq dövlətə qarşı koordinatlar quran qeyri-leqal şəbəkələrin işini iflic etmək çağırışı ilə üzləşir: “Azərbaycan bu məsələdə strateji müttəfiqi olan Türkiyənin verdiyi kəşfiyyat məlumatları və tərəfdaş ölkələrin bəzi məxfi hesabatları ilə tanış olmaqla üstün mövqeyə yiyələnə bilər. Prosesin böyükölçülü miqyası Yaxın Şərqdə genişlənən eskalasiya həyəcanı, ekstremizmin alovlanması, radikal təşkilatların "çiçəklənməsi" və bunun Cənubi Qafqaza təsirləri fonunda təhlil edilə bilər. İlham Əliyevin sərhədlərlə əlaqədar təqdim etdiyi istiqamətlərdən biri də Ermənistanla münasibətlərin normallaşması prosesinin işığında əhəmiyyət daşıyırdı. İlk olaraq, Əliyevin Azərbaycan-Ermənistan mövcud “sıfır nöqtələri”ni şərti sərhəd kimi xarakterizə etməsi Bakının öz şərtlərini yeni regional konyunktura uyğun böyüdəcəyinin anonsudur". Ekspert qeyd edir ki, Əliyev “əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq” deyərək, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi mövqeyi ilə fikrinin ardını gətirdi: “Gec-tez Ermənistanda konstitusiya dəyişikliklərinin qaçılmaz olduğu görünə bilər. Lakin bir sual dövriyyədə fırlanır - görəsən, erməni cəmiyyəti, müxalifəti mümkün dəyişikliklərə hansı formada reaksiya verəcək və onlar iğtişaşlara gedəcəkmi? Hər halda, Azərbaycan Ermənistana ana qanununu dəyişdirməyi məsləhət görürsə, onun mümkün praktiki nəticələrinə də hazırlıq ssenarilərinə malikdir”. Siyasi təhlilçi hesab edir ki, Əliyev andiçmə mərasimində çıxışı zamanı Azərbaycanın xarici siyasətdə yeni kursunu da elan etdi: “Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq. Bakı nə Qərb, nə Rusiya xəttini seçir, əksinə, bu iki qütb arasında manevr imkanlarını genişləndirmək və daha güclü mövqe tutmaq üçün öz cəbhəsini qurur. Paşinyanın son açıqlamaları isə o deməkdir ki, İrəvan sərhəddə mümkün təxribatlar öncəsi beynəlxalq ictimai rəyi "Azərbaycan müharibəyə başlayacaq" istiqamətində formalaşdırır. Əslində bununla Zəngilan istiqamətindəki təxribatın da hədəfini etiraf etmiş oldu. Bakını adekvat addımlara sövq edərək, hücum edən tərəf kimi göstərirlər, hazırda erməni snayperinin atəş açmasının arxa plana keçirilməsi və məsələni 4 erməni hərbçinin məhv edilməsi üzərində fokuslamaq cəhdləri də bunu isbat edir". Ekspertin fikrincə, Ermənistanın məqsədi sərhəddə vəziyyəti öz xeyirlərinə dəyişməkdir: “Paşinyan bunu açıq şəkildə dilə gətirir: sərhəddə "güzgü prinsipi" tətbiq edilməli - qoşunlar geri çəkilməlidir; sərhədin delimitasiyası SSRİ dağılanda mövcud xətlər üzərində aparılmalıdır. İrəvan anlayır ki, Bakı qoşunların geri çəkilməsini və sərhədin onların istədiyi formada müəyyən edilməsini qəbul etməyəcək. Məsələnin bu cür qalması Bakı üçün problem yaratmır, çünki sərhəddə üstünlük Azərbaycan Ordusunun əlindədir. İrəvan iki seçim qarşısında qalıb: ya sərhəddəki vəziyyətlə barışmalı və Bakının delimitasiyanı sonraya saxlayaraq, sülh sazişini imzalamaq təklifini qəbul etməlidir, ya da sərhəd delimitasiyasını sülh sazişi çərçivəsində aparmağa nail olmalıdır". Emil SALAMOĞLU,“Yeni Müsavat”
1,045,598
17.02.2024 10:37
Yazarlar
Qarğıdalı tarlasındakı osetrin
“Qış yuxusu haqda çərənləməklə gerçəkdə köstəbəyə çevrilib işığa çıxmaq arzusunu yerli-dibli öldürmək fərqli şeylərdir” (Kobo Abe, “Qumluqdakı qadın” romanından) Prezident seçkisinin bir müsbət cəhəti də, şübhəsiz, Nazirlər Kabinetinin tam heyətlə istefaya göndərilməsidir. Qanun belə tələb edir. Hər prezident seçkisindən sonra nazirlər hamısı qovulmalıdır. Lap sonradan hamısını bir nəfər kimi geri qaytarıb, təsdiq eləsinlər. Yenə xoşdur, əhaliyə yaxşı ovqat bəxş edir. “Filan nazir istefa verdi” - bu başlığı biz tez-tez oxumuruq ki? Oxuyanda da xarici xəbərlər kimi oxuyuruq. Özümüzdə az olur. Seçkidən seçkiyə. İndi də uca millətimiz bir neçə saatlıq olsa belə, gözünün-könlünün qurdunu öldürdü. O cümlədən Milli Məclisdə yeni-köhnə baş nazirimiz Əli müəllim təsdiq edilərkən deputat Qüdrət müəllim onu kəskin sorğu-suala tutdu. Məsələn, soruşdu ki, bir yeni baş nazir olaraq repetitorluqla necə mübarizə aparmaq fikrindədir. Həqiqətən, hazırda gündəmdə duran əsas, ümummilli, geopolitik problemlərimizdən biri repetitorluqla mübarizə tədbirlərinin səmərəsizliyidir. Bizə bu istiqamətdə dövlət proqramı lazımdır. “Necə edək ki, repetitorlara və ya uşaqlara sayğac taxaq” - sual təxminən bu şəkildədir. İnsafən, Qüdrət müəllim başqa suallara da toxundu. Soruşdu ki, quru sərhədləri haçan açılacaq, bir də yeni dövrə ayın neçəsindən qədəm qoyacağıq. Birinci suala cavab verməyə, heyf, spiker qoymadı, ikinci sual isə bəlkə də siyasi baxımdan düzgün deyildi, hansısa mənfi nəticələri ola bilər. Çünki yeni dövrə qədəm qoymağa ehtiyac yoxdur, artıq o dövr başlamışdır. Bəlkə Qüdrət müəllim köhnə dövrə qayıdıb, təzədən yeni dövrə girmək istəyir, bunu bilmirəm. Yeni dövrün əlamətlərindən biri kimi ədliyyə naziri Fikrət müəllimin növbəti dəfə nazir qoyulmamasını göstərmək olar. Yaxud Mübariz Qurbanlının dini idarədən uzaqlaşdırılması. Mübariz müəllim nə qədər dini soyad daşısa da, dindarlar arasında hər hansı nüfuzu yox idi. Vaxtı-vaxtında ortaya çıxıb fətvalar da vermirdi, sanki nədənsə, kimlərdənsə çəkinirdi. Üstəlik, onun personasında nəsə 90-cı illərdən qalma, AMİP-i xatırladan əlamətlər vardı. Şəxsən mən hər dəfə təsadüfən xəbər lentində Mübariz müəllimi görəndə elə bilirdim indicə Şaitdin Əliyev tribunaya çıxacaq, Nazim İmanov anekdot danışacaq, nə bilim, AXCP bəyanat verəcəkdir. İndi belə şeylərə heç zərurət qalmamışdır. Heç gənclər də Şaitdin müəllimin kim olduğunu bilmirlər. Bakı bulvarında Xəzər dənizinin suyunun azalması nəticəsində köhnə, batmış gəmilərin üzə çıxması da gələn xəbərlər sırasındadır. Doğrudan, Xəzər sürətlə qurumaqdadır. Hər dəfə dənizə daha uzaqdan giririk. Yayda qarğıdalı cecəyi atdığın qumluq bir ildən sonra qarğıdalı tarlası şəklində qarşına çıxır. Balıqlar da çaşıblar, bəziləri suda-quruda yaşayan canlılara çevrilmişdir. Keçən il avqustda mən Fatmayı çimərliyində qur-qur quruldayan osetrin balığı gördüm. Sahildə dincəlir, arada tutduğu milçəkləri gəvələyirdi. Belə getsə, yaxın zamanlarda Türkmənistana dəhliz açılacaqdır. Bütün Türk dünyasına rahat gedib-gələcəyik. Güman edirəm quru sərhədlərin bağlı qalması haqda qərar dənizin qurumasına aid edilməz. Hər bir halda qanunların qüvvəsi geriyə şamil olunmur. Sonda Xaçmazdan gələn xəbərlə yazını bitirirəm. Orada polis zəhmətkeşlərimiz bir zənən xeylağını tutubdur, əhaliyə fırıldaq gəlib 55 min manatlarını alıbmış. Mənə fırıldağın mahiyyəti maraqlı gəldi, axtaranda internetdə eyni zənənin 2009-cu ildə vətəndaşdan 2 min manat alıb dələduzluq etdiyini oxudum. Amma o zaman işə düzəltmək adıyla dələduzluq edibmiş. İndikini tapa bilmədim. Ümidvaram yenə işə düzəltmirmiş. Zamin HACI
1,045,599
17.02.2024 11:51
Ölkə
Novruz bayramı ərəfəsində əfv olacaq? - AÇIQLAMA
“Əfv sərəncamının imzalanması birbaşa ölkə başçısının müstəsna səlahiyyətindədir. Son günlər ölkədə əfv olacağı ilə bağlı fikirlərin səslənməsi adətən əvvəlki illərdə Novruz bayramı ərəfəsində həmin qərarın imzalanması ilə əlaqədardır. Amma bu il Novruz bayramı ərəfəsində əfv sərəncamının olması ilə bağlı ehtimallar o qədər böyük deyil”. Bu sözləri Teleqraf.com-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. “Novruz bayramına uzun müddət qalmayıb. Bu müddət ərzində Əfv Komissiyasının toplaşıb daxil olan sənədlərlə bağlı müzakirələrin aparılması üçün o qədər də çox müddəti yoxdur. Ona görə də Novruz ərəfəsində əfv sərəncamının olması ehtimalı azdır. Prezident seçkiləri yeni başa çatıb. Dövlət başçısının andiçmə mərasimi oldu, indi hökumətin formalaşması prosesi gedir. Nəzərə alaq ki, Əfv Komissiyasının üzvlərinin bir qismi hökumətdə yüksək vəzifə tutan şəxslərdir. Prezidentin sərəncamı ilə hazırkı hökumətə, yeni hökumətin formalaşdırılması ilə bağlı səlahiyyət və vəzifələrin icrası tapşırılıb. Düşünürəm ki, hökumət tam formalaşdıqdan sonra Əfv Məsələləri Komissiyasının iclaslarının keçirilməsi gündəmə gələ bilər”, - o bildirib. Əliməmməd Nuriyev vurğulayıb ki, hazırda Əfv Komissiyasının iclasları keçirilmir: “İclasların çağırılması məsələsi var. Daxil olan müraciətlərlə bağlı müvafiq sənədlər hazırlanaraq Əfv Komissiyasının sədrinə təqdim olunur. Sədr tərəfindən də iclaslar keçirilir. Hazırda ölkədə mühüm dəyişikliklərlə ciddi işlər gedir. Bütün bunlar başa çatdıqdan sonra bu məsələ gündəmə gələ bilər”.
1,045,600
17.02.2024 11:00
Şou-biznes
"Mənə ev alan olub, corabı neynirəm?" - VİDEO
Müğənni Dəniz Firudinli maraqlı açıqlaması ilə diqqət çəkib. O, qonaq olduğu "Elcanlı" verilişində aldığı hədiyyələrdən danışıb. Tamaşaçının yazdığı suala cavab verərkən sənətçi maraqlı etirafı ilə yadda qalıb. Sözügedən açıqlamanı təqdim edirik: milli.az
1,045,601
17.02.2024 12:03
Gündəm
Ermənistanın 1-2 ilə hücum ordusu olacaq? - yeni müharibə anonsu, yoxsa...
Azərbaycanla şərti sərhəddə uzun fasilədən sonra həftənin əvvəlində yaşanan qanlı olaylar Ermənistanın revanşist niyyətini bir daha ortaya qoydu. Eyni zamanda rəsmi İrəvanın Qərbin diktəsi ilə çox təhlükəli oyunun içində olduğunu təsdiqlədi. Təbii ki, tədricən sürət götürmək istəyən kövrək sülh prosesi və iki ölkə arasındakı zəif etimad mühiti də ağır zərbə aldı. Belə görünür ki, Paşinyan iqtidarı sözdə sülhdən dəm vursa da, havadarlarının diktəsi ilə Bakıya qarşı revanşist planlardan da əl çəkməyib. Demək, bədəlinə də hazır olmalıdır. “Bizdə hərbi sənayedə inqilabi dəyişikliklər var. Bu gün Ermənistanın özündə istehsal olunan silahları var”. Bunu hakim “Mülki müqavilə” fraksiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan deyib: “Bu silahlar bəlkə də 4-cü və ya 5-ci nəsildir və inkişaf etmiş ölkələr var ki, bu silahları belə istehsal etmir. Bu tempi qoruyub saxlasaq, 1-2 ildən sonra dünyada erməni nailiyyətləri kimi tanınan yüksək texnoloji nailiyyətlərimiz olacaq, təbii ki, hərbi məsələlərdə, hərbi texnika sahəsində və belə temp davam edərsə. Ermənistan kiçik ölkədir, hər şeyi istehsal edə bilmir, biz ultramüasir, daha çox problemləri həll edən texnika istehsal etməyə çalışırıq və bu hərbi texnika yüksək texnologiyalardan istifadə etməklə istehsal olunur. Əlbəttə, bütün bunları uzun müddət gizlətmək mümkün olmayacaq, amma indiki məqamda ən doğrusu çox işləmək, az danışmaqdır”. Deputat qeyd edib ki, pilotsuz təyyarələrin istehsalı ilə bağlı da planlar var və bu işlər davam etdirilir: “Azərbaycan və Türkiyə silahlanır, bütün bunları nəzərə alaraq biz qarşımızda duran çağırışların fərqindəyik və müvafiq tədbirlər görürük. Bir neçə ildən sonra bizim yüksək döyüş qabiliyyətinə malik, müasir ordumuz olacaq və yaxın illərdə Ermənistan məhsulları beynəlxalq bazarlarda yaxşı tanınacaq”. Rəsmi Bakı isə avantürist planlar quran İrəvana öz xəbərdarlığını dönə-dönə edib. “Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik. Bildirilmişdi ki, Ermənistanın üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir”. Bu sözləri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində söyləyib. Ancaq vaxt keçdikcə yenidən bizə qarşı ərazi iddialarının irəli sürüldüyünü, onların yenidən çirkin əməllərindən əl çəkmək istəmədiklərini gördüyümüzü vurğulayan dövlət başçısı bildirib: “Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu. Bəlkə kimsə onlara müəyyən məsləhətlər də verirdi ki, bu öhdəliklər yerinə yetirilməsin”. Prezident həmçinin vurğulayıb: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur oldular... Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış "Komando" silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək. Heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz". Doğrudanmı Ermənistanın 1-2 ilə “yüksək döyüş qabiliyyətli” ordusu ola bilər? Bu, müharibə anonsudurmu? Kapitulyant ölkənin silahlanma yarışında Azərbaycanla ayaqlaşması mümkünmü? Bakı nələrə diqqət etməlidir? Bəhruz Məhərrəmov: “Bu təhdidi aradan qaldıracağıq” Deputat Bəhruz Məhərrəmov Ermənistanın bundan sonra Azərbaycanla ayaqlaşa bilməsini tamamilə mümkünsüz sayır: “Prezident İlham Əliyevin andiçmə mərasimindəki tarixi nitqi, həmçinin inauqurasiyadan öncəki gün Azərbaycan və Ermənistan arasında şərti sərhədlərdə baş vermiş təxribata sərt və adekvat formada cavab verilməsi fonunda əslində Ermənistanın sürətlə silahlanması barədə xüsusi müzakirələrə ehtiyac qalmır. Azərbaycanın güc və imkanları bəllidir. Hər kəsə, o cümlədən Ermənistan və havadarlarına da aydındır ki, üçüncü dünya ölkəsi olan Ermənistanın bundan sonra Azərbaycanla güc və imkanlarını bərabərləşdirməsi, ümumiyyətlə, mümkünsüzdür. Lakin cənab İlham Əliyevin inauqurasiya mərasimində də dediyi kimi, “Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər, öz səylərini göstərmək istəyirlər, deməli, yorğanı öz tərəflərinə çəkmək istəyirlər, vasitəçi olmaq istəyirlər”. Ermənistan rəsmilərinin bu tip açıqlamaları da əgər bir tərəfdən İrəvanın revanşist niyyətlərindən qaynaqlanırsa, digər tərəfdən havadarlarının təşviqi ilə mövzunu gündəmdə saxlamaq məqsədindən irəli gəlir. Lakin müzəffər Ali Baş Komandanın Parlamentin ali kürsüsündən bəyan etdiyi kimi, “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!” Bu isə Bakıya özünün xarici siyasət kursunu daha rahat formada korreksiya etmək və yeni dövrün tələbinə uyğunlaşdırmaq imkanı verir. Məsələn, Azərbaycan artıq maskası yırtılmış beynəlxalq hüquq subyektlərinin riyakarlığına və ayırıcı xətlərdə ehtiva olunan selektiv siyasətinə dözmək niyyətində deyil. Dövlət başçımızın da qeyd etdiyi kimi, “biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik”. Lakin Bakı yeni dövrdə həmin ayırıcı xətləri keçmək üçün xüsusi cəhdlər niyyətində deyil. Yəni Azərbaycan artıq elə bir geosiyasi konfiqurasiya formalaşdırıb ki, həmişə lokal reallıqlara köklənməyə məhkum olan Azərbaycan məhz mövcud siyasi iradə sayəsində artıq qlobal oyunçu kimi davrana bilir. Daha aydın desək, üçüncü dünya dövləti olan Ermənistanla münasibət bizim nəinki prioritetimiz deyil, əksinə, 14 fevralda da açıq bəyan olunduğu kimi, “bu məsələnin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə lüzum yoxdur”. Bütün bunların fonunda İrəvan revanş niyyətində iddialı olacaqsa, yaxud silahlanmaqda davam edəcəksə və Azərbaycan prosesin gedişində özünün milli maraq və suveren haqlarına qarşı təhdid hiss edəcəksə, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş hüququmuzdan istifadə etməkdən çəkinməyəcək, dövlət başçısının 10 yanvar müsahibəsində də ifadə etdiyi kimi, bu təhdidi aradan qaldıracağıq". Emin Həsənli: “Bizi məcbur edirlər ki...” Hərbi ekspert Emin Həsənli Azərbaycan üçün Ermənistanın başqa yol buraxmadığını bildirdi: “Ermənistan hələ də xəstə ideyalarından əl çəkə bilmir. Onlar Cənubi Qafqaza 1828-ci ildəki Türkmənçay müqaviləsindən sonra gətirilmiş və bununla da bölgəyə qan-qada gəlib. Uzun illər Çar Rusiyasının əlində olublar. Sovet Rusiyasının da əlində alətə çevrildilər. Onlara Cənubi Qafqazda dövlət yaradılıb. Böyük güclər hər zaman onlardan istifadə ediblər. Ötən əsrdə onların etdikləri soyqırımlar, qətllər göz önündədir. Paşinyan daxil, ondan əvvəlki rəhbərlər heç zaman götürdükləri öhdəlikləri yerinə yetirməyiblər. 1918-ci il 29 mayda 9 min kvadrat kilometr veriləndə düşünülürdü ki, daha Azərbaycanla işləri olmayacaq. Ancaq proseslər əksinə cərəyan etdi. İndi də Ermənistanın 44 günlük savaşdan sonra nəticə çıxaracağı ehtimal edilirdi. Ordusu dağıldı, silahları Bakıdakı Qənimətlər Parkına gətirildi, iqtisadiyyatı tamam çökdü, amma yenə də düzəlmədilər. Ermənistan 2020-23-cü illər arası separatçıları dəstəklədi, müxtəlif bəhanələrlə sülh prosesini uzatdılar, 10 noyabr üçtərəfli bəyanatın şərtlərini yerinə yetirmədilər. Necə ki, bundan öncə BMT-nin dörd qətnaməsini yerinə yetirməmişdilər. Sonda bunu Azərbaycan özü yerinə yetirdi. Həmçinin 19-20 sentyabr tarixlərində bir günlük lokal antiterror tədbirləri ilə 10 noyabr üçtərəfli bəyanatının şərtlərinin bir hissəsini yerinə yetirdik. İndi yeganə çarə o qalıb ki, Qazaxdan Naxçıvana qədər Ermənistan ərazisində bufer zona yaradılsın. Necə ki, Türkiyə Suriya ərazisində yaratdı. Terrorçuların kökünü kəsmək üçün buna məcbur qaldı. İndi də bizim üçün başqa yol buraxmırlar. Ermənilər Cənubi Qafqazdan köçüb getməlidirlər. Onlar sağalmırlar. Dünya dəyişir, beynəlxalq şərtlər də həmçinin. Baxışlar da durmadan dəyişikliyə məruz qalır. Amma Ermənistanda nə kilsənin, nə diasporanın, nə rusiyameylli, nə də qərbmeylli qüvvələrin baxışı dəyişir. Bu, sona qədər davam edə bilməz. Ermənistan bu dəfə daha pis formada cəzalanacaq. Onlar 2020-ci ildə daha ağır cəza aldılar. Biz dediyimizi edirik. "Qisas əməliyyatları", eləcə də bir günlük antiterror tədbirimizlə onları ən ağır formada cəzalandırdıq. Yenə də bizi nələrsə etməyə məcbur edirlər. Ağıllarını başlarına yığmasalar, Türkmənçay müqaviləsinə qədər olduqları yerlərə qayıdacaqlar, ya da dünyanın müxtəlif ölkələrinə cəhənnəm olub gedəcəklər". Cavanşir ABBASLI,“Yeni Müsavat”
1,045,602
17.02.2024 10:15
Siyasət
Böyük Britaniyanın enerji təhlükəsizliyi naziri Azərbaycana səfər edəcək
Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri Qrem Stüart gələn həftə Azərbaycana səfər edəcək. “Report” xəbər verir ki, səfər çərçivəsində o, Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək. Q.Stüart fevralın 22-də ADA Universitetində mühazirə deyəcək, bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Böyük Britaniyanın COP26-ya dair təcrübəsindən danışacaq. Xatırladaq ki, COP26 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilib. Azərbaycanda COP-29-un keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
1,045,603
17.02.2024 10:16
Dünya
Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycanda yeni eranın əsasının qoyulduğunu bildirdi - ŞƏRH
Fevralın 7-də növbədənkənar Prezident seçkiləri – Zəfər seçkisi ilk dəfə olaraq müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçirildi. Prezident seçkilərinin bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçirilməsi mühüm əhəmiyyətə malikdir. Ölkənin tarixində əbədi olaraq qalacaq bu əlamətdar hadisədə mühüm hadisələrdən biri də Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsi oldu. Artıq bütün bunlar arxada qaldı və fevralın 13-də Konstitusiya Məhkəməsi Prezident seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələri təsdiq etdikdən bir gün sonra Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib. Hüquq müdafiəçisi bildirib ki, dövlətimizin başçısı andiçmə mərasimində söylədiyi nitqində ölkəyə rəhbərlik etdiyi dövrdə ölkəmizin keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verdi. Faktlar da təsdiqlədi ki, həmin dövr uğurlarla zəngin və qələbələr ili kimi yadda qalıb. Bu dövr həm də qarşıya çıxan çətinliklərin və problemlərin aradan qaldırılması, xalqımız üçün önəmli olan Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası kimi yadda qalacaq. Növbədənkənar prezident seçkiləri Azərbaycanda yeni eranın-inkişaf mərhələsinin əsasını qoydu. Xalqın gələcəyə olan inamı daha da artdı. Çünki Prezident əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”. Sonra möhtərəm Prezidentimiz müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi: “Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam”. Xalq böyük səs çoxluğu ilə seçdiyi, 20 ildir ki, etibar etdiyi Prezidentin ətrafında sıx birləşib. Ölkəmizin reytinqinin ildən-ilə yüksəldiyini, mövqeyinin möhkəmləndiyini görən xalqın dövlətimizin başçısına inamı daha da artdı. İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir. İlham Əliyev 2003-cü ildə ilk dəfə seçiləndə xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcək. Bu illər uğurlarla, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Dövlətimizin başçısının qarşıya qoyduğu prioritet vəzifə Ermənistan-Azərbaycan münaqişəsini yalnız ərazi bütövlüyümüz çərçivəsində öz həllinin tapması, doğma ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın isti ocaqlarına təhlükəsiz qaytarılması idi. Əsas vəzifələrdən biri də heç vaxt Azərbaycan xalqının öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyi idi. Artıq dövlət başçımız qarşısına qoyduğu vəzifələrə nail olub. Bütün bunlar barəsində andiçmə mərasimində də ətraflı məlumat verildi. Ç.Qənizadə vuğulayıb ki, dövlət başçımız Vətən müharibəsində qazanılan qələbədən danışarkən diqqətə çatdırıb ki, şəhidlərin və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, ərazi bütövlüyümüzü, öz ləyaqətini bərpa edən xalq kimi, şəhər və kəndlərimizi yenidən qururuq. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər, Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq olunsaydı, heç olmasa, böyük dövlətlər onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Təəssüf ki, bütün çağırış və xəbərdarlıqlarımız havada qaldı. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Biz isə nəyə qadir olduğumuzu döyüş meydanında göstərdik. Cəmi 44 gün ərzində döyüş meydanında Ermənistan ordusunu tamamilə darmadağın etdik. Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu. Çünki ondan sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur, bizim qarşımızda ağ bayraq qaldırmışdır, təslim olmuşdur və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı. Hüquq müdafiəçisi dövlət başçımızın nitqinə istinad edərək bildirib ki, müharibədən üç il sonra baş tutan antiterror tədbirinin də əsas səbəbkarı qanunsuz erməni hərbi birləşmələrinin terror aktlarını davam etdirməsi, separatçıların beynəlxalq hüquq normalarına riayət etməmələri oldu. Azərbaycan cəmi bir gün davam edən antiterror tədbirləri ilə ərazi bütövlüyün, suverenliyini tam bərpa etdi. O, sözünə davam edərək dövlət başçımızın növbədənkənar prezident seçkiləri haqqında dediklərinə də münasibət bildirib. Prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdi. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz Xankəndidə erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Hüquq müdafiəçisi deyib ki, artıq Azərbaycanda yeni dövr başlayır. Dövlətimizin başçısının dediyi kimi, biz bu dövrə alnıaçıq, üzüağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi: “Dövlətimizin başçısı Ermənistana, onun havadarlarına da ciddi mesaj göndərdi. Bildirdi ki, Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən söhbət açaraq dedi ki, bunlardan biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!”.
1,045,604
17.02.2024 12:28
Ölkə
Ötən gün vətəndaşlardan 31 silah götürülüb
Ötən gün vətəndaşlardan 31 silah götürülüb. Musavat.com xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı rayonlarda 6 ədəd tüfəng, 13 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. Bundan başqa, fevralın 16-da qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 2 tapança, 22 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
1,045,605
17.02.2024 10:24
İqtisadiyyat
Manatın məzənnəsi ilə bağlı SON DƏQİQƏ məlumatı
Azərbaycan hökumətinin ortamüddətli perspektivdə daha çox çevikliyə icazə vermək məqsədini bəyan etməsinə baxmayaraq, ABŞ dolları/manat məzənnəsinin sabit saxlanması üçün hələ də güclü siyasi prioritet var. Bu barədə beynəlxalq kredit reytinq agentliyi olan "Fitch Ratings"dən bildirilib. "Fitch" həmçinin, zəif siyasət çərçivəsi olaraq qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta məzənnəsindən aralıq əməliyyat hədəfi kimi istifadə edir, valyuta bazarını və bank faizlərini yaxşılaşdırmaq üçün alətlər tətbiq edir. "Pul siyasəti - inkişaf etməmiş kapital bazarları, həddindən artıq likvidlik, aşağı maliyyə vasitəçiliyi və hələ də nisbətən yüksək maliyyə dollarlaşması ilə məhdudlaşır"- agentliyin açıqlamasında əlavə edilib. (APA)
1,045,606
17.02.2024 12:39
Şou-biznes
İkinci övladı dünyaya gələn Elnur açıqlama yaydı - VİDEO
"Övladım olmaq münasibətilə hamı məni təbrik etdi. Vaxt tapıb təşəkkür edə bilmədim. Çünki hələ də təbrik alıram". Bu sözləri müğənni Elnur Məmmədov deyib. İkinci övladı dünyaya gələn sənətçi ünvanına deyilən təbriklərə cavab verib. Videoaçıqlama yayan Elnur sevincini belə bölüşüb: "Allah hər birinizdən razı olsun. Arzusunda olanlara Allah nəsib etsin. Allah hər bir evə övlad bəxş etsin. Sağlam, vətəninə, dövlətinə yararlı övlad olsunlar. Tək istəyim budur". Qeyd edək ki, ifaçının İman və Muhamməd adlı iki övladı var. (Axşam.az)
1,045,607
17.02.2024 10:40
Ölkə
Arif Quliyevin oğlu: "5 gündür yatmırıq, çarə təkcə dualara qalıb"
Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar xanımın səhhətində problem yaranıb. Bu haqda Moderator.az-a sənətkarın oğlu Rövşən Quliyev məlumat verib. “Artıq 8 ildir ki, anam qaraciyər sirrozundan əziyyət çəkir. Beş-altı gün bundan öncə yenidən halı pisləşdi. Biz, onsuz da, onu həmişə müalicə edirdik. Həkim çağırdıq, dedi ki, insult keçirib. İnsultun ağır formasıdır. Qaraciyər xəstəliyi qalıb kənarda, insultu müalicə edirik. Sol tərəfi işləmir. Hələ ki ayağa qalxa bilmir, ev şəraitində müalicə alır. Vəziyyəti ağır olaraq qalır. Beş gündür, yatmırıq. Təkcə çarə dualara qalıb. Atamın dostlarından müalicəyə kömək edənlər var. Düzdür, dərmanları çox bahadır. Amma yenə də köməksiz qalmırıq. Atam bu gün həyatda olmasa da, adı bizə kömək olur. Özümüz də nələrsə etməyə çalışırıq”, - deyə aktyorun oğlu bildirib. Sənətkarın oğlu qeyd edib ki, atasının ölümündən sonra anasının xəstəliyi daha da şiddətlənib. “Atam üçün çox darıxır. Qismət olmur ki, məzarını ziyarət etsin. Anam, ümumiyyətlə, atamla nəfəs alırdı. Xasiyyətcə çox utancaqdır. Evə çəkiliş qrupu gələndə atam onu güc-bəla ilə yola gətirirdi ki, çəkilsin. Atam çox narahat insan idi. Anamın xəstələnəndə daim yanında oldu. Son gününə qədər anamı qorudu, özü xəstəxanaya düşdü. Anam deyir ki, atan evin bütün ruzi-bərəkətini də özü ilə aparıb getdi”, - deyə Rövşən Quliyev bildirib.
1,045,608
17.02.2024 12:50
Ölkə
Xankəndidə silah və sursatlar aşkarlanıb
Fevralın 16-da Xankəndi şəhəri ərazisində 7 silah aşkarlanıb. Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, ötən gün 2 ədəd avtomat silahı, 4 tüfəng, 1 tapança, 1 qumbaraatan, 9 ədəd qumbara, 19 qumbara alışdırıcısı, 11 ədəd patron darağı, 846 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
1,045,609
17.02.2024 11:05
Yaxın tarix
“Səhra reydi” - 6 general bu əməliyyat sayəsində rütbələrini qoruya bilib
Müharibə dövründə fəaliyyət göstərən Dövlət Müdafiə Komitəsi dörd il ərzində 9971 qərar qəbul edib. Stalinin sədrliyi ilə komitədə keçirilən bütün iclaslarda gərginlik müşahidə olunub. 1943-cü ilin aprelin 9-da isə komitədə cəbhələrdə xidmət edən 6 generalın rütbədən məhrum edilməsi müzakirəyə çıxarılıb. Marşal Georgi Jukovun Ukrayna və Belarusiya cəbhələrindəki əməliyyat şəraiti haqqında məruzəsindən sonra Stalin kəskin şəkildə narazılığını bildirib, həmin istiqamətdə xidmət edən generalların siyahısını tələb edib. Siyahı Stalinə təqdim ediləndən sonra Ali Baş Komandan 6 generalın adını çəkərək onların ünvanına sərt ifadələr işlədib: - Mən bu generalları yaxşı tanıyıram və belə anlayıram ki, onlar cəbhə bölgələrində komandanlıq etmək iqtidarında deyillər. Görünür, biz onlara ali hərbi rütbələr verməkdə tələskənliyə yol vermişik. General rütbələri onların çiyninə ağırlıq edir. Biz bu gün onların rütbədən məhrum edilməsi məsələsini də müzakirə etməliyik. Jukov generalları müdafiə etmək üçün müzakirələri “yumşaltmağa” cəhd etsə də, marşalın bu cəhdi nəticəsiz qalıb. Fasilədən sonra Stalin generalların rütbəsinin aşağı salınması məsələsinə yenidən qayıdıb. Bu dəfə müzakirəyə marşal Aleksandr Vasilevski müdaxilə edib: - Yoldaş Stalin, icazə versəydiniz fikrimi bildirərdim. - Buyurun, siz də bu yarıtmazları müdafiə etmək fikrindəsiniz? Marşal Vasilevski xəritənin qarşısına keçib: - Yoldaş Stalin, əslində vəziyyət o qədər də kritik deyil. Bütövlükdə götürsək, həmin cəbhələrdə üstünlük sovet qoşunlarındadır. Mövcud nöqsanlar isə qısa müddət ərzində aradan qaldırılacaq. Diqqətinizə onu da çatdırmaq istəyirəm ki, birləşmiş partizan dəstələri adları çəkilən generalların rəhbərlik etdikləri hərbi birləşmələrlə birlikdə “Səhra reydi” adı altında Belarusiya və Ukrayna cəbhələrində düşmənin arxasına keçərək 2379 kilometrlik məsafədə 300-dən artıq əməliyyat keçiriblər. Bu əməliyyatlar nəticəsində almanların qarnizonları, düşərgələri, sursat və əşya anbarları, körpülər dağıdılıb. Bu əməliyyat zamanı partizan dəstəsinin rəhbəri kapitan Mixail Naumov əsl peşəkarlıq nümayiş etdirib. Vasilevskinin məruzəsindən sonra Stalin bir neçə dəqiqə var-gəl edib: - Bir kapitan və altı general... Sonra o, üzünü iclasın katibinə tutub: - Protokolda qeyd edin ki, birləşmiş partizan dəstəsinin başçısı general-mayor Mixail Naumova Dövlət Müdafiə Komitəsinin təşəkkürü elan edilsin. Marşal Vasilevski Stalinin diktəsinə düzəliş etmək istəyib: - Naumovun rütbəsi kapitandır. - Yoldaş Vasilevski, kimin hansı rütbədə olduğunu mən yaxşı bilirəm. Bu gündən Naumov generaldır. 6 generalın çulunu sudan çıxaran kapitan ola bilməz. Həmin gün kapitan Naumova general-mayor rütbəsi və Sovet İttifaqı qəhrəmanı adı verilib. Generalların rütbələrinin aşağı salınması isə uğurlu “Səhra reydi”nə görə müzakirədən çıxarılıb. Qeyd edək ki, 1908-ci ildə Permdə anadan olan Naumov ilk əmək fəaliyyətinə çilingər köməkçisi kimi başlayıb. O, Qomel şəhərində Hərbi Kimya Məktəbində və Moskvada Ali Sərhədçilər Məktəbində təhsil alıb. Müharibə başlayanda 94-cü sərhəd dəstəsində xidmət edən Mixail Naumov partizan dəstələrinin yaradılması işinə qoşulub. Kurskda, Poltavada, Vinnitsada, Odessada, Jitomirdə, Kiyevdə keçirdiyi uğurlu əməliyyatlarla düşmən qüvvələrinə yetərincə böyük zərbələr endirib. Müharibədən sonrakı dövrdə Mixail Naumov xidmətini daxili işlər orqanlarında davam etdirib. Bir müddət Çernovtsıda və Leninqradda daxili işlər idarələrinin rəisi vəzifəsində xidmət etdikdən sonra 1953-cü ildə Ukrayna daxili işlər naziri vəzifəsini müvəqqəti icra edib. 1954-cü ildən Ukrayna Daxili İşlər Nazirliyinin daxili qoşunlarının komandanı təyin olunub. 1960-cı ildə xidmətdən tərxis olunan general Naumov Kiyevdə yaşayıb. 4 və 5-ci çağırışlarda Ukrayna Ali Sovetinin deputatı seçilib. Təqaüdə çıxdıqdan sonra Naumovun müharibə xatirələri ilə bağlı bir neçə kitabı işıq üzü görüb. O, Ukrayna Yazıçılar İttifaqının üzvü olub. 1974-cü ildə, 64 yaşında vəfat edən general Kiyevdə hərbi şərəflə dəfn edilib. İlham Cəmiloğlu, Musavat.com
1,045,610
17.02.2024 10:48
Yazarlar
Bir az dəstək tapan kimi...
Bir müddət idi ki, Azərbaycan–Ermənistan sərhədində nisbi hərbi sakitlik idi. Amma bu günlərdə ermənilər yenidən atəşkəs rejimini pozdular. Odur, dərhal sual yarandı: Axı nə olub? Nə baş verir? Bəlkə hər şey təzədən başlayır? Yoxsa gecə-gündüz sülhdən dəm vuran, guya bunun üçün ölkə qanunvericiliyində dəyişiklik etməyə çalışan, guya üçüncü ildir, vətəndaşlarını “sülhə hazırlayan” Ermənistan hökuməti hər şeyin üstündən xətt çəkərək yenidən müharibəyə başlayır?.. Desəm ki, bu sualların dəqiq cavabı yoxdur, buna qətiyyən təəccüblənməyin. Ona görə ki, əslində bu sualın bir məlum cavabı var: hər şey ona görə belə baş verir ki, bizim qarşımızda ermənilərdir. Bəli, bunların nə sözünə inanmaq olur, nə də imzasına, çünki bunların, necə deyərlər, nə qibləsi var, nə də ki, tövbəsi! Həm də qeyd olunan “problem”in bir tərəfi də ona bağlıdır ki, bunlar artıq bir neçə ildir sülh sazişi imzalamaqdan min cür bəhanə ilə qaçırlar və əgər sülh sazişi imzalamırlarsa, deməli, bunun da səbəbi var və yaxud da ki, bunların tamam başqa niyyəti mövcuddur. İlk ağla gələn budur ki, bunlar sülh sazişi imzalaya bilmirlər, cəmiyyətdən və yaxud da müxalifətdən ehtiyat edirlər. Amma o da var ki, erməni cəmiyyəti Paşinyan müharibədə məğlub olandan sonra da ona qarşı çıxmadı, müxalifətə dəstək vermədi. Deməli, səbəb bunda deyil. Bəs onda nədədir? Dəfələrlə demişik ki, Nikol da bütün ermənilər kimi “bəlkə qaytardılar” ovqatındadır. Ona görə də azacıq dəstək görən kimi silahı Azərbaycana qarşı çevirməyə tələsir. Hazırda isə elə bir vaxtdır ki, Qərb diplomatları ermənipərəst bəyanatlarla çıxış edirlər. Bütün bunlar da cənab Paşinyanda “dünya bizimlədir” təəssüratı yaradır və onda “dünya bizimlədirrsə, biz niyə Azərbaycana məğlub olmalıyıq?” kimi suallar yaradır. Bir daha deyirik ki, Paşinyan bu cür aldanışlardan qurtula bilmir, ona görə də sülh sazişini imzalamamaq üçün gündə bir bəhanə uydurur... Olsun! Bütün bunların bizə heç bir təsiri yoxdur. Bu yaxınlarda rəsmi Bakı öz mövqeyini bir daha bəyan etdi. Birincisi, Ermənistanın növbəti təxribatına layiqincə cavab verildi. Daha sonra bildirildi ki, sülh sazişi əslində İrəvanın problemidir, Bakı isə bütün problemlərini həll edibdir - ərazi bütövlüyünü bərpa edib və suverenliyini bütün ölkə ərazisində bərqərar edibdir. Bakı üçün daha “Dağlıq Qarabağa problemi” mövcud deyil, o, bu mövzudakı “müzakirə”lərə ehtiyac duymur, yağışdan sonra göbələk kimi çoxalan “vasitəçi”lərin xidmətlərinə lüzum görmür. Yəni hər şey bitib, qurtarıb... Ona görə də Qərb diplomatları gündə bir bəyanat verə bilərlər, fəqət, bütün bunların heç bir nəticəsi olmayacaq. Elə bu səbəbdən də erməni hakimiyyəti azacıq diplomatik dəstək görən kimi, haradansa bir-iki sınıq –salxaq silah tapan kimi xam xəyallara düşməməlidir, Paşinyan və komandası aldadıcı, çaşdırıcı fikirlərdən qurtulmalı və Ermənistanın real problemlərilə məşğul olmalıdır. Bu problemlər isə heç də az deyil. Ən birincisi, İrəvan region dövlətlərilə münasibətlərini yoluna qoymalıdır, Bakı və Ankara ilə normal münasibət qurmalı, öz ətrafında normal siyasi və iqtisadi fon yaratmalıdır. İkincisi, qoy, ermənilər “böyük Ermənistan” qurmağın yollarını aramaqdansa indiki Ermənistan hüdudlarında həqiqətən də müstəqil və suveren olmağın üsullarını tapsınlar, Rusiyanın və digər ölkələrin qoltuğunun altından çıxsınlar. Başa düşmək olmur, axı “böyük Ermənistan” bunların nəyinə lazımdır? Bunlar axı heç bugünkü kiçik Ermənistanı belə özləri idarə edə bilmirlər! Bunlar heç indiki Ermənistanda yaşamaq istəmirlər! Buradan qaçıb başqa ölkələrdə məskunlaşırlar! Yoxsa “böyük Ermənistan” bunlar üçün muzey kimi lazımdır? Yoxsa onlar bu muzeydə - “böyük Ermənistanda” öz dədə-babalarının sümüklərini nümayiş etidirəcəklər? Odur ki, rəsmi Bakının son bəyanatı haylar üçün daha bir siqnal olmalıdır – bəli, başda cənab Nikol olmaqla bütün haylar xülyalara son deməlidirlər. Bəli, Avropa da, ABŞ da gündə bir söz deyə bilərlər, amma ağıllı adam hər deyilənə inanmaz... Hüseynbala Səlimov
1,045,611
17.02.2024 10:56
Gündəm
Baydendən Navalnının ölümünə görə Putinə ittiham, Kremldən sərt REAKSİYA - “Ana Xəbər”
İlham Əliyev İrəvanla sülhdən danışdı Asryan Zəngilan və Naxçıvan sərhədinə gəldi Paşinyanla bağlı elə faktlar var ki… - Ermənistan qarışdı Bayden: Navalnının ölümündə Putin məsuliyyət daşıyır Saakaşvilidən Navalnının ölümünə reaksiya Əhmədin qətlə yetirdiyi bacısı haqda iddia Pentaqon Ukraynaya 211 milyard xərcləyib Xanımı Navalnının ölümündən danışdı Makron Kiyevə 3 milyard yardım edəcək Avdeyevkada rus bayrağı qaldırıldı BMT-dən Navalnının ölümü ilə bağlı çağırış ABŞ ittiham etdi, Rusiya cavab verdi TVMusavat-ın bu gün saat 10:56-da canlı yayımlanan “Ana Xəbər” buraxılışını aparıcı Emil Salamoğlu təqdim edir. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat
1,045,612
17.02.2024 11:21
Siyasət
İlham Əliyevin ortaya qoyduğu yeni hədəflər Türk dünyasına BÖYÜK GƏLƏCƏK vəd edir...
O, hamımızın arzusu, qəlblərimizin gizli-açıq amalı olan bu müqəddəs məqsədə addım-addım, səbrlə və təmkinlə, böyük strateji dühası və dövlət ağlı ilə yaxınlaşırdı. Türk xalqlarının min illik arzusu olan vahid ideoloji məkanda birləşmək arzusunu Türk millətinin fərdlərinin yaşadığı bütün coğrafiyaya, yəni Qafqazlardan Anadoluya, Mərkəzi Asiyaya, tarixi Ötükənə, ucsuz bucaqsızTürküstana yaymaq, Türk birliyini qurmaq və bunu dönməz etmək, onun ən böyük məqsədlərindən biridir. And içərkən belə “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” dedi. Dilindən bu sözlər çıxan an İlham Əliyevin nə qədər qəlbən sevinc və qürur hissləri keçirdiyini görməmək sadəcə mümkün deyildi. Həqiqət budur ki, Türk dünyasının böyük oğlu, Prezident İlham Əliyev bu kəlmələri deyərkən sadəcə Azərbaycan Lideri kimi çıxış etmirdi. Həmin vaxt qətiyyəti və sarsılmaz iradəsi ilə birmənalı şəkildə ifadə edirdi ki, artıq yolumuz hara istiqamətlənib və bu məqsədə çatmaq üçün indi yeni dövr başlayır. O, bu addımı xaricdən olan inanılmaz və ədalətsiz basqılara rəğmən atmaq cəsarətini göstərir ki, onun bu hünəri ilə bir Türk oğlu olaraq qürur duymamaq sadəcə mümkün deyil. Həm də xalqının mütləq əksəriyyətinin dəstəyini qazanan Lider öz tutduğu yolun doğru olduğunu mütləq dünyaya, dosta və düşmənə göstərməli idi və o, bunu çox böyük şücaətlə göstərdi də. Mən bu qətiyyəti və iradəni ancaq İstanbulu fəth etmiş Sultan Mehmet Fatehin, 14 yaşında İmperiya qurmuş Şah İsmayıl Səfəvinin, Türkiyəni necə deyərlər küllərindən dirçəltmiş Mustafa Kamal Atatürkün və Azərbaycanı dağılmaqdan xilas edərək dövlət qurmuş Heydər Əliyevin göstərdikləri, şanlı Türk tarixinə yazılmış əzmkarlıq və qorxmazlıqları ilə müqayisə edə bilərəm. İndi cənab Prezidentin tarixə yazılmış digər cümələlərinə diqqət edək: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. İlham Əliyevin bu sözləri o deməkdir ki, Türk Dövlətləri Təşkilatı (bundan sonra TDT) indiki statusundan daha ciddi və əhatəli, vahid mövqedən çıxış edən, eyni kökdən və soydan olan xaqların yaratdığı mühüm güc mərkəzi olacaq. Xüsusi ilə “Türk dövlətləri böyük hərbi gücdür!” ifadəsi yaxın perspektivdə TDT coğrafiyasında hansı mühüm proseslərin gedəcəyindən xəbər verən, bu strateji istiqamətə işarə vuran olduqca vacib və tarixi cümlədir. Fikrimcə, Türk dövlətlərinin birliyi tədricən Avropa İttifaqına bənzər modeldə formalaşma mərhələsinə qədəm qoyacaq. İnteqrasiya siyasi, iqtisadi, hətta hərbi istiqamətdə daha aydın və məqsədyönlü şəkildə həyata keçiriləcək. Düşünürəm ki, biz artıq TDT liderlərinin Naxçıvan zirvə toplantısında əsasını qoyduqları strateji hədəfə sürətlə yaxınlşamaqdayıq və ona görə də bu mənada da yeni dövrü başlatdığımızı indidən söyləyə bilərik. Burada əlbəttə ki, bütün Türk dövlətlərinin vahid mövqedən çıxış etməsi çox vacibdir. Məncə, artıq hər bir Türk dövlətində bu iradə və məqsəd var və biz yaxın zamanlarda bunun koknkret nəticələrini mütləq görəcəyik. Çünki indiyə qədər keçilmiş bir uğurlu və çətin yol var. Hamımız bu yolla bütün xarici təzyiqlərə və maneələrə rəğmən inamla və mətnliklə irəliləmişik. Bu həqiqətdir. Bütün Türk dünyası bunu yaxşı başa düşür. Bizi birləşdirən ortaq tarix, mədəniyyət, dil və sairə amillər artıq yeni dövrdə daha çevik qərar mexanizmlərinin mövcud olduğu strateji məna və əhmiyyət daşıyacaq. Cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu böyük coğrafiyadakı Türk dövlətlərinin potensialı haqqındakı fikirləri də əslində faktdır. Bu potensial artıq tərəfimizdən hərəkətə keçirilib. Böyük gələcəyi olan bu birlik sadəcə milli-mənəvi aspektdən bizə parlaq vədlər vermir, həm də siyasi, iqtisadi, geosiyasi və hərbi mənada da TDT çox da uzaq olmayan gələcəkdə öz sözünü deyəcəyini göstərir. Mənim nöqteyi-nəzərimcə bu mütləqdir. İndi dünyanın analitik dairələrinin təhlillərində də bu fakt çox qabardılır və əsaslandırılır. Digər tərəfdən unutmayaq ki, Türk coğrafiyası xüsusi ilə də Qarabağ münaqişəsinin tam həllindən sonra, həmçinin Ukrayna müharibəsi başlayandan bəri dünya üçün çox, hətta həyati əhəmiyyət kəsb edən önəm qazanıb. “Orta dəhliz” üzərindən keçən dəniz, dəmiryolu və avtomobil yolları, limanları və qovşaqları faktiki olaraq hazırda dünya iqtisadiyyatının xilası rolunu oynamaqdadır. Əmin olun ki, yaxın perspektivdə bu amil daha da güclü və bariz şəkildə özünü göstərəcək, həmin o qərb dövlətləri bu marşrutların əhəmiyyətini nəzərə alaraq real addımlar atacaqlar. Azərbaycan, Türkiyə başda olmaqla bütün Türk dövlətləri ilə daha sıx münasibətlərin qurulması və inkişafı onlar üçün həyati və vaz keçilməsi qeyri-mümkün olan reallıqdır. Zamanında nə deyirdik? 21-ci əsr “Türk əsr”i olacaq. Məncə biz artıq “Türk əsr”i haqqında tədricən felin gələcək zamanından daha çox, indiki zamanında danışmağa öyrəşməliyik. Bu gerçəklik məhz İlham Əliyev kimi böyük Türk liderinin sayəsində mümkün olub. Bir də mühüm bir məqamı özəlliklə vurğulamaq istərdim. Andiçmə mərasimində Prezident İlham Əliyevin dünyaya verdiyi mesaj olduqca açıq və aydın idi. Azərbaycan Respublikasının siyasəti tam müstəqil, milli maraqlara söykənən siyasətdir və ondan qəti surətdə geri çəkilməyəcəyik, heç kimə heç bir güzəşt də olmayacaq. Prezident İlham Əliyevin xalqın birmənalı dəstəyi ilə həyata keçirdiyi siyasətinin mahiyyəti məhz budur və biz bununla ancaq qürur duya bilərik. Cənab Prezident, Sizi bir daha Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə təbrik edirəm! Böyük və Milli davamızda Sizə, qardaşınız, bu kutlu yolda birlikdə addımladığınız Prezident Rəcəb Tayyip Ərdoğana və bütün Türk Liderlərinə uğurlar diləyirəm. Biz Türkiyədə müqəddəs amallar uğrunda yola çıxanda adətən belə deyirik: “Qəzamız mübarək olsun!” Hulusi Kılıç,Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi
1,045,613
17.02.2024 11:19
Yazarlar
Navalnını kim(lər) öldürə bilər?
Müxalifətçinin həbsxanada ölməsinin məsuliyyəti istənilən halda Putin hakimiyyətinin üzərindədir, amma... Rusiyanın dünya ilə qəliz münasibətləri olduğu indiki zamanda "Putinin düşməni"nin həbsdə hansısa səbəbdən ölməsinin doğuracağı reaksiya bəlli idi. NATO baş katibindən tutmuş, Ağ Evədək reaksiyalar var. Navalnının paytaxtdan 1900 kilometr uzaqdakı Yamalo-Nenets Muxtar Dairəsinin həbsxanasında ölməsinin məsuliyyəti əlbəttə ki, birbaşa Rusiya hakimiyyətinin üzərindədir. Qanun Moskvaətrafı Butın kəndində doğulmuş Navalnının qeydiyyatda olduğu şəhərə yaxın həbsxanada cəza çəkməsini yasaqlayır. Amma bu o demək də deyildi ki, müxalifətçini Moskvadan 1900 kilometr uzaqdakı Xarp yaşayış məntəqəsində yerləşən, “Qütb canavarı” adlandırılan həbsxanaya “etap” etməlisən. Bəllidir ki, bu həbsxana Rusiyanın ən sərt cəzaçəkmə müəssisələrindən biri hesab olunur və orada saxlanılan dustaqların çoxu ağır cinayətlər törətmiş şəxslərdir. Navalnı soyuqdan ölübsə, ağır şəraitə ürəyi dözməyibsə, ciddi stres altında olubsa Qərbin Kremlə yönəlik bütün tənqidləri haqlıdır. Amma o da gerçəkdir ki, Qərbin bəyanatlarına Rusiyanın diqqət yetirdiyi dövrlər çoxdan keçmişdə qalıb. Navalnının həbsxanada ölməsinin məsuliyyətinin Putin hakimiyyətinin üzərində olmasının səbəbi də sadədir. Navalnı məhz siyasi fəaliyyətinə görə, amma başqa bəhanələrlə həbs edilmişdi. Adamı siyasi fəaliyyətinə görə həbs edirsənsə, onun canı həbsdə saxlayan hakimiyyətə əmanətdir. Məsələn, Mixail Saakaşvili gürcü hakimiyyətini "ölürəm, məni öldürəcəklər”,- deyə çox şantaj etdi. Gürcü hökuməti də onu həbsxanaya həm də ona görə köçürmədi ki, sabiq prezident günlərin birində lap hökumətin “acığına ölüb” "Gürcü Arzusu"nu Qərbin ittihamları ilə üz-üzə qoymasın. Navalnı bir neçə il əvvələdək məsələn, Qriqori Yavlinski kimi “Qərbin adamı” statusunda deyildi, əksinə, onun milliyyətçi baxışları cinsi azlıqları da müdafiə edən Qərb dəyərləri ilə ziddiyyət təşkil edirdi. Putinin ətrafındakı sistem müxalifəti gücləndikcə, Navalnı da əvvəlki millətçi mövqeyinə ciddi korrektələr etdi, liberallara və sosial-demokratlara yaxınlaşdı, Avropa liderlərinin diqqətini özünə cəlb edə bildi. 2011-ci ildə Navalnı Korrupsiya ilə Mübarizə Fondunu yaratdı ki, bundan sonra rus xalqının rəğbətini də qazanmağa başladı. Onun məmurlar haqda hazırladığı korrupsiya hesabatlarında şübhəsiz ki, Qərb kəşfiyyatlarının da məlumatları vardı. Ona verilən ittihamların (son günlər yeni cinayət işi üzrə yenə məhkəməsi gedirdi) heç biri olmaya bilərdi. Onun da özü üçün rahat yaşamaq, Kremlin sistem müxalifəti sırasına qoşulub deputat mandatı almaq imkanı vardı. 2013-cü ildə Kreml hətta ona belə bir fürsət də yaratdı, Moskva meriyasına keçirilən seçkilərdə iştirakına razılıq verdi. Navalnı isə sistem müxalifəti sırasında olmaq istəmədi. Amerika nədənsə, ona məsafəli davrandı, Avropa isə əksinə, ona qucaq açdı, xüsusilə Fransa və Almaniya kəşfiyyatı onu himayəsinə aldı. Xaricdə yaxşı ev(lər) və pullar verdilər. Əslində, onun Rusiyanın içərisində olmasını istəmirdilər ki, günlərin birində ölkəsinə səs-küylə, təmtəraqla müxalifət lideri kimi qayıtsın. Navalnı köhnə işlər, qardaşı ilə bağlı olan biznesin vergidən yayınması və s. səbəblərə görə axtarılırdı. Yəni qayıdacağı halda, onun həbsi qaçılmaz idi. O da qayıtdı. Bəlkə də düşündü ki, Rusiya gəncləri arasında populyarlığı həbs ediləcəyi halda ölkədə ciddi qarışıqlıq yaradacaq, bəlkə də inqilab, xalq üsyanı olacaq. Bundan əvvəl Rusiyadan qayıdanda onu zəhərləmişdilər, Almaniyada bir müddət müalicə də aldı. 2021-ci ilin yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdan Navalnı hava limanında həbs olundu. Navalnının həbsi paytaxt Moskvada, Piterdə və bölgələrdə azsaylı qrupların aksiyalarından o tərəfə getmədi. Moskva Lefortovo Rayon Məhkəməsinin hökmü ilə Navalnı 9 il azadlıqdan məhrum edildi. 2023-cü ilin yayında isə ekstremist icma yaratmaq, ekstremist fəaliyyəti maliyyələşdirmək, internetdə ekstremizmə çağırışlar ittihamı ilə cəzası 19 ilə çatdırıldı. Navalnının indiki ərəfədə qəfil ölməsi (hələ ki, ilkin rəylər onun trombdan ölə biləcəyi üzərində cəmləşib) kimlərin marağında ola bilərdi? Bu hadisənin başvermə ərəfəsinə nəzər yetirək. Birincisi, amerikalı jurnalist Karlsonla müsahibəsində Putinin mesajları onun mövqeyinə bəzi müsbət təsirlər gətirdi. İkincisi, Navalnın Münhen Təhlükəsizlik Konfransı işə başlayan gün ölməsi diqqət çəkdi. Navalnının xanımının orada peyda olaraq çıxış etməsi, Kremlə yönəlik ittihamlar səsləndirməsi təsadüfi olmaya bilər. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanskiyə görə, ağlı başında olan adam prezident seçkilərinə az müddət qaldığı vaxtda Navalnının ölməsinin hakimiyyətin marağında olduğunu deyə bilməz. Ağlabatandır. Navalnı həbsxanada məhkəmə ittihamlarına müqavimət göstərir, ən müxtəlif üsullarla diqqəti üzərinə çəkmək istəyirdi. Martdakı seçkilər ərəfəsi onun ölümü Kremlə niyə lazım olsun? Navalnı dövlətə silah qaldırmış Priqojin deyildi və ölkədəki hadisələrə təsir imkanları yox səviyyəsində idi. O halda, əgər ölüm qəsdən həyata keçirilibsə, bu cinayətin açılmasında Putin özü maraqlı olmalıdır. Hakimiyyət isə özünü şübhəli aparır. Məsələn, rəsmi məlumatda deyilir ki, peşəkar həkim briqadası 7 dəqiqə sonra Labıtnanqidən həbsxanaya çatıblar. Rusiyanın müxalif nəşrləri isə yazır ki, Labıtnanqi ilə həbsxana arasındakı məsafə demək olar ki, 35 kilometrdir. 35 kilometri 7 dəqiqəyə qət etmək imkansızdır, həm də qalın qarda. Həqiqət həmişə olduğu kimi daha uzaq və daha dərindədir... Nazim SABİROĞLU,Musavat.com
1,045,614
17.02.2024 11:48
Yazarlar
"Braqada hər tərəf azərbaycanlı qaynayırdı, "Qarabağ" sədaları..." - Elnur Məcidli Portodan yazır VİDEO
"1 saat stadionda, polis nəzarəti altında qaldıq, amma..." "Qarabağ" futbol klubunun "UEFA Europa League 1/16" çərçivəsində Portuqaliyanın "Braqa" klubuyla oynayacağını bildikdə tətilimizi Portuqaliyada keçirmək və öz milli klubumuza dəstək olmaq qərarına gəldik. Fransadan ailəli-uşaqlı, 9 nəfərlik qrupla bayraqlarımızı götürüb, təyyarə biletimizi alıb, matçdan bir gün öncə Portoya uçduq. Matç günü, günorta saatlarında artıq Braqadaydıq, komandamıza dəstək nümayişi üçün "Qarabağ" FK-nun yerləşdiyi hotelə getdik. Braqada hər tərəf azərbaycanlı qaynayırdı. Küçələrdə, alış-veriş mərkəzlərində, kafe-restoranlarda dünyanın müxtəlif ölkələrindən gəlmiş azərbaycanlıları görmək olardı. Fransadan, Almaniyadan, İsveçrədən, Böyük Britaniyadan, Hollandiyadan, Belçikadan, Azərbaycandan və hətta uzaq ABŞ-dan gələn azərbaycanlılarla söhbətləşmək imkanımız oldu. Matç saatı yaxınlaşdıqca şəhərdə "Qarabağ" sədalarını duymaq olurdu. Azərbaycan bayraqlı və "Qarabağ"ın forma, şərflərini üzərində daşıyan azərbaycanlı azarkeşlərə şəhər əhalisi təbəssümlə baxırdı. Braqa eyni zamanda futbol şəhəridir. Şəhərin mərkəzində və bir çox rayonunda "Braqa" klubunun böyük mağazaları və fan klubları var. Hazırda Avropanın ən güclü 7-ci liqası sayılan Portuqaliya liqasında 4-cü sırada qərarlaşan "Braqa" klubunun davamlı çempionluğa oynayan, dəfələrlə Portuqaliya liqasının kubokunu qazanmış, İntertoto Kubokunun sahibi, UEFA kubokunun finalisti olmuş bir komanda olduğunu da unutmamalıyıq. Oyunçularının ümumi dəyəri 120 milyon avrodan artıqdır, heyətində keçmiş "Barselona"lı Abel Ruiz, Rodrigo Zalazar, 20 milyon avro dəyər biçilən Rikardo Horta kimi oyunçuların varlığı da bu klubun gücündən xəbər verir. Qarşılaşdığımız, danışdığımız braqalılar "Qarabağ"ı zəif rəqib kimi gördüklərini gizlətmirdilər, ancaq biz də ruhdan düşmürdük, pozitiv əhval-ruhiyyə ilə stadiona yollandıq. Azərbaycanlı azarkeşlərin böyük əksəriyyəti belə, qolsuz bərabərliyi ən optimal nəticə kimi görürdü. Tələsik axşam yeməyindən sonra 30 min azarkeşə evsahibliyi edəcək Braqa Bələdiyyə Stadionuna yollandıq. "Braqa" azarkeşlərinə 10-20 avro arasında satılan biletlər rəqib klubun azarkeşlərinə, yəni bizə, uşaq-böyük fərq etmədən 40 avro təyin edilmişdi. Biletlərimizi alıb "Qarabağ" azarkeşləri üçün ayrılmış qapıdan içəri daxil olduqdan sonra sürətli təhlükəsizlik yoxlanışının ardınca polislərin müşayiəti ilə oyunu izləmək üçün bizim üçün ayrılan sektora doğru yönəldik. Polislər bizim üçün ayrılmış tribunaya doğru gedərkən hər hansı qarşıdurma olmaması üçün bayraqları bağlı şəkildə tutaraq ancaq oturacağımız tribunada aça biləcəyimizi söylədilər. Bizim üçün ayrılan tribunada əsl Azərbaycan havası əsirdi. Bu cür oyunlarda iştirak xaricdə yaşayan azərbaycanlılar və onların övladlarında milli təəssübkeşlik ruhunun formalaşması üçün xüsusi əhəmiyyət daşıyır. Tribunada ingilisdilli, rusdilli, alman və fransızdilli gənclərimizlə və uşaqlarımızla qarşılaşmaq mümkün idi, ancaq hamısının əlində üçrəngli bayrağımızın olmasını görmək, Azərbaycan və "Qarabağ" sədalarını eşitmək, inanılmaz duyğular idi. Xaricdə, vətəndən kənarda hər nə qədər çalışsaq da, böyüyən övladlarımız təhsil aldıqları dili ana dilindən daha yaxşı mənimsəyirlər; bunun qarşısını almaq mümkün deyil, ancaq milli ruhu formalaşdırmaqla müəyyən balans qurmaq olar. Məsələn, Fransadakı ermənilərin böyük əksəriyyəti fransızlaşmış və erməni dilini bilməyənlərdir, onları yeganə birləşdirən amil erməni kilsəsidir. Yaxud biz ərəbin dilini bilməsək də, müsəlman olduğumuz üçün Məkkə bizə müqəddəsdir. Məhz xaricdə doğulan və böyüyən övladlarımızı da bənzər ruhda böyütməliyik. Onlar Azərbaycan dilində zəif danışsalar belə, Azərbaycanı öz Kəbələri kimi görməli, Azərbaycanın milli maraqlarını yaşadıqları və vətəndaşı olduqları ölkədə müdafiə etməlidirlər. Doğrudan da bu matç mənim 6 yaşlı oğlum Cəbrayıl və 5 yaşlı qızım Şükufə üçün çox gözəl təcrübə oldu, artıq "Qarabağ"ın Fransada iki balaca azarkeşi daha var. Matç başlayanda biz də təzahürata başladıq, matç boyu səsimiz nə qədər eşidildi deyə bilmərəm, ancaq biz demək olar ki, heç susmadıq. Mənim proqnozum 2-0 "Qarabağ"ın xeyrinə olacağıyla bağlı idi. Düzdür, 1 oyun əvvəl öz əzəli rəqibi "Sporting Lisbon"a 5-0 hesabıyla ağır məğlubiyyətə uğramışdı və bu matçda qalib gələrək öz azarkeşlərini sevindirmək, bu ağır məğlubiyyəti bir növ kompensasiya etmək istəyirdi. Matçın ilk dəqiqələrində proqnozumu bildirəndə yanımdakı azarkeşlərdən biri inamsız şəkildə bərabərliyin belə bizi qane etdiyini söylədi. "Qarabağ" isə mənim proqnozumdan 2 dəfə artıq qol vurdu, tarix yazdı və bizə də bu tarixi anlara canlı olaraq şahidlik etmək nəsib oldu. 2-4 hesabıyla əldə edilən bu qalibiyyət "Qarabağ" klubunu Avropa futbol aləmində manşetlərə çıxardı, 1 nömrəli gündəm mövzusu etdi. 3 və 4-cü qollardan sonra "Braqa" oyunçularının ŞOK içində olduğunu əyani şəkildə görmək mümkün idi və bu affekt halı yerli komandanın azarkeşlərinə də sirayət edirdi. "Qarabağ"ın 4-cü qolundan həmən sonra stadionda Azərbaycan dilində verilən anonsda "Qarabağ" azarkeşlərinin matçdan sonra stadionda gözləməsi gərəkdiyi və polis nəzarətiylə çıxacağı söyləndi. Matç bitdikdən sonra hər hansı qarşıdurma ehtimalına qarşı təxminən 1 saat polis nəzarətində tribunada gözləyəsi olduq və bu müddətdə isə təzahüratlarımıza davam etdik. Polis nəzarətində stadionu tərk edən azarkeşlərimizi bir şey daha çox birləşdirirdi: QÜRUR HİSSİ! Bizə bu qüruru yaşatdığın üçün bir daha təşəkkürlər, "Qarabağ!" Elnur Məcidli, Paris Elnur Məcidli
1,045,615
17.02.2024 11:34
Siyasət
Azərbaycan XİN Ermənistanı konstitusiyasında dəyişiklik etməyə çağırıb
Azərbaycan Xarici İşlər Nazirliyi sülh sazişi üçün Ermənistanı konstitusiyasında dəyişiklik etməyə çağırıb. Musavat.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşündə bildirib.
1,045,616
17.02.2024 11:36
Siyasət
Ceyhun Bayramov O’Braynı Ermənistanın son hərbi təxribatı barədə məlumatlandırıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qarşı tərəfin müraciəti əsasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşüb. XİN-dən Musavat.com-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda normallaşma prosesinin perspektivləri müzakirə olunub: "Nazir Ceyhun Bayramov 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Bununla yanaşı, Avropa İttifaqının Ermənistandakı missiyasının regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunmasının, onların apardığı “binokl diplomatiyasının” qəbuledilməzliyi diqqətə çatdırılıb". "Sülh sazişi layihəsinə gəldikdə Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb. Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb",- məlumatda qeyd olunub.
1,045,617
17.02.2024 12:15
Son xəbər
İrəvan QARIŞDI! Fevralın 20-si, HAMILIQLA meydana... Paşinyan DEVRİLİR - CANLI
“Paşinyan qanunsuz olaraq hakimiyyətdədir”. “Birgə” hərəkatının üzvü Edqar Kazaryan keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bütün problemlərin həllini 20 fevral mitinqindən gözləmək lazım deyil. Amma bu mitinq Nikol Paşinyanın istefasını tezləşdirəcək gələcək siyasi aksiyaların əsasına çevrilməlidir. Kazaryanın sözlərinə görə, məntiqi baxımdan Paşinyan öz istəyi ilə hakimiyyətdən getməlidir. Lakin bu, baş verməsə, onun iradəsindən asılı olmayaraq qərarlar qəbul olunmalıdır. Ukraynanın Avdeyevka şəhərində Rusiya bayrağı qaldırılıb. Teleqram kanalları məlumat paylaşıb. Bayrağı 55-ci briqadanın hərbçilərinin qaldırdığı bildirilib. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna bölmələrini Avdiyevkadan çıxarmaq qərarına gəldiyini bildirib. “Taktiki vəziyyətdən çıxış edərək bir qoşunları Avdeyevkadan geri çəkmək qərarına gəldik. Məqsədimiz hərbçilərin həyat və sağlamlığını qorumaqdır. Düşmən buranı ələ keçirsə belə heç bir taktiki üstünlük əldə etməyəcək” – Sırski bildirib. ABŞ Prezidenti Co Bayden isə rusiyalı siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı xəbərə münasibət bildirib. Musavat.com xəbər verir ki, dövlət başçısı Navalnının ölümü ilə bağlı xəbərlərə təəccüblənmədiyini deyib. Rusiya hakimiyyəti öz hekayələrini danışacaq. Səhv etməyin: Navalnının ölümündə Putin məsuliyyət daşıyır” – Putin bildirib. “Navalnının ölümündə Vaşinqton və Brüssel günahkardır”. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Teleqram kanalında rusiyalı müxalif lider, 47 yaşlı Aleksey Navalnının bu gün cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı yazıb. “Səbəbi məhkəmə-tibb ekspertləri və istintaq müəyyən edəcək. Ancaq nəticə gözləmədən siyasətçilərin və qeyri-dost dövlətlərin başçılarının ittihamları və bəyanatları eyninüsxə kimi səslənəndə ilk növbədə bu suala cavab vermək lazımdır: Bu gün Navalnının ölümü kimə sərf edir?” TVMusavat-ın bu gün saat 12:15-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla gündəmi dəyərləndirir. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat
1,045,618
17.02.2024 12:32
Siyasət
İlham Əliyev Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi ilə görüşüb- YENİLƏNİB
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub. Musavat.com xəbər verir ki, Con Kerri dövlətimizin başçısını prezident seçkilərində qələbə və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, Prezident İlham Əliyev ilə görüşlərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib. Azərbaycan, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək. Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına dörd il sədrlik edən dövlət kimi çox yaxşı təcrübəsi var. Eyni zamanda, Azərbaycan digər müxtəlif platformalarda fəal şəkildə iştirak edir ki, bundan da istifadə edərək qlobal həmrəyliyə nail olunmasına dəstək verəcəkdir. Dövlətimizin başçısı regional səviyyədə reallaşdırılan tədbirlər kontekstində Qara dənizin dibi ilə keçən layihəni qeyd etdi, həmçinin Xəzər dənizinin dibində bərpaolunan xəttin qurulması və bu xüsusda Mərkəzi Asiya dövlətləri ilə birgə işi diqqətə çatdırdı. Con Kerri iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu vurğuladı. O, hazırda yaşıl keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirdi. Prezident İlham Əliyev Con Kerrini COP29-da iştirak etmək üçün Azərbaycana səfər dəvət etdi. Con Kerri COP29-da məmnuniyyətlə iştirak edəcəyini diqqətə çatdırdı. *** Fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub. Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
1,045,619
17.02.2024 12:11
Siyasət
Münxendə Azərbaycan Prezidenti ilə İraq Kürdüstan Regionunun Başçısının görüşü olub
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzaninin görüşü olub. Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
1,045,620
17.02.2024 12:33
Qarabağ xəbərləri
30 ildən sonra Ağalıda ilk TOY keçirilir - VİDEO FOTO
Zəngilanın Ağalı kəndində 30 ildən sonra yenidən toy məclisi keçirilir. Ağalıda ilk toyun bəyi Qarabağ qazisi Xanoğlan Mirzəyevdir. Artıq toy üçün görülən hazırlıqlar yekunlaşıb və toy məclisi başlayıb. Bəyin atası, Ağalı sakini Baloğlan Mirzəyev Trend-ə açıqlamasında bildirib ki, bu günləri çoxdan arzulayıblar. "Bu kənddə toy olması bizim arzularımızın reallaşmasıdır. Sevincimizin həddi-hüdudu yoxdur. Qarabağ torpağına toy, şadlıq yaraşır. Bizim ən böyük arzumuz idi ki, öz torpağımızda yaşayaq", - bəy atası əlavə edib. Qeyd edək ki, Ağalı kəndində hazırda 871 sakin yaşayır.
1,045,621
17.02.2024 12:24
Şou-biznes
Azərbaycanlı məşhur SƏRXOŞ OLDU: Gecə başqa evə getdi - Qapını açan 3 nəfər... - VİDEO
Məşhur aktyor İlkin Misgərli "Utandım yerinə" layihəsinin qonağı olub. İstedadlı gülüş ustası başına gələn ilginc hadisədən danışıb. İlkin gecə saatlarına qədər bir içki məclisində iştirak etdiyini və sərxoş olduğunu bildirib. Sərxoş olan aktyor gecə onu məclisdən evinə aparmaq üçün hər zaman çağırdığı taksi sürücüsünə zəng etsə də, o, cavab verməyib. İlkin məcburiyyətdən yeni taksi sifariş verib. Evinin ünvanını düz desə də, aktyorun yaşadığı əraziyə başqa səmtdən daxil olan taksi onun mənzilinin yerini səhv salıb. Nəticədə İlkin gecə saatlarında qarşı binadakı eyni nömrəli mənzilin qapısını döyüb. Aktyor qapını tanımadığı 3 nəfərin açdığını deyib. İlk dəqiqələrdən evi səhv saldığını anlamayan aktyorun başına gələnlərlə bağlı açıqlaması VİDEODA: titul.az
1,045,622
17.02.2024 13:15
Ölkə
Sabah yağışlı və qarlı hava şəraiti davam edəcək
Fevralın 18-də havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidromoterologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
1,045,623
17.02.2024 12:42
Sosial
Əhaliyə BƏD XƏBƏR: Nəqliyyat qiymətləri bahalaşacaq, metro da...
Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrinin bir çoxunda ictimai nəqliyyat vasitələrində gediş haqqı məbləğlərinin artacağı ilə bağlı müzakirələr və xəbərlər dolaşır. Bir çoxları bunu aidiyyəti dövlət qurumlarının mütəmadi olaraq nəqliyyat xərclərinin baha olması və qiymət tarifinin olduqca aşağı olduğunu bildirməsi ilə əlaqələndirir. Xüsusilə metro qiymətlərində 40-50 faizə qədər bahalaşmanın olması ilə bağlı müxtəlif proqnozlar var. Bəs görəsən yaxın gələcəkdə ictimai nəqliyyat vasitələrində, o cümlədən metro və marşrutlarda qiymət artımı gözləniləndirmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu proqnozun reallaşması ehtimalı yüksəkdir: “Düşünürəm ki, nəqliyyat sahəsində bir müddət sonra qiymətlərdə yeni dəyişikliklər gözlənilə bilər. Bu, həm metro, həm də yerüstü nəqliyyatda gözlənilir. Çünki nəqliyyat sahəsində hələ də, rəsmilərin dediyi məlumata görə, böyük həcmdə dotasiyalar alınır. Bu, daim vurğulanırsa, deməli, bununla bağlı hansısa başqa qərarların ehtimalı da artır”. Ekspert qeyd edib ki, il ərzində baş tutması gözlənilən seçkilərdən dərhal sonra nəqliyyat qiymətlərinin bahalaşması gözlənilir: “Ola bilsin ki, bu artım yaxın vaxtlarda olmasın. Çünki qarşıda bizi parlament və bələdiyyə seçkiləri gözləyir. Yeni hökumət belə bir qərarın əhali arasında etiraz doğuracağını bildiyi üçün yaxın vaxtlarda bu addımı atmayacaq. Ancaq seçki dönəmindən sonra qiymət artımının mümkün olduğu ilk sahələrdən biri nəqliyyat sahəsi olacaq. Bu baxımdan ictimai nəqliyyat vasitələrinin qiymətləri ilə bağlı proqnoz nikbin deyil”.
1,045,624
17.02.2024 14:52
Kriminal
Bəraət alan Aydın 1 milyon manat istəmişdi - Bu qədər veriləcək
İki nəfərin qətlinə görə ömürlük məhkum edilərək 9 il sonra bəraət alan Aydın Qəhrəmanovun təzminat tələbinə baxılıb. Musavat.com-un “Qafqazinfo”ya istinadən məlumatına görə, Nəsimi Rayon Məhkəməsi iddianı qismən təmin edib. Qəhrəmanov həbsdə keçirdiyi 9 ilin maddi və mənəvi ziyanı üçün 1 milyon manat tələb edib. İddiaya cavabdeh kimi Maliyyə Nazirliyi və Baş Prokurorluq tanınıb. Hakim Əfsanə Heydərova iddiaçı və cavabdeh tərəflərin çıxışlarını dinlədikdən sonra qərarı elan edib. Qərara əsasən, Aydın Qəhrəmanova mənəvi ziyana görə 114 min manat təzminat kəsilib. Maddi ziyanla bağlı tələb isə rədd edilib. İddiaçı qərardan narazı qalıb. Qeyd edək ki, Aydın Qəhrəmanov birlikdə yaşadığı qadını və onun qardaşı qızını öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilib. 9 il sonra - 2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanova bəraət verib.
1,045,625
17.02.2024 13:40
Şou-biznes
"Hamıya soyunmaq olar, mənə yox?!" - VİDEO
Müğənni Mənzurə Musayeva Zaur Kamlın efirinin qonağı olub. Onun aparıcının açıq-saçıq geyim barədə sualına cavabı maraq doğurub. Hamının belə geyinməsini deyən sənətçi Zaurun bu iradını qəbul etməyib. Ətraflı videomaterialda: milli.az
1,045,626
17.02.2024 13:53
Region
Efirə maskalı çıxan qadından iyrənc etiraf - FOTO
Qalmaqallı aparıcı Esra Ezmecinin verilişinə qatılan qadın etirafı ilə müzakirələrə səbəb olub. Üzü maskalı halda efirə çıxan qadın şəxsi həyatı ilə bağlı etirafıyla gündəmi alt-üst edib. "Ərim əsgərlikdə olanda boşluqda hiss edirdim özümü. Qaynımın da arvadı ilə münasibətləri yaxşı deyildi, bu müddətdə onunla ərimi aldatdım", - deyən qadın studiyadakıların qəzəbinə tuş gəlib. Hər kəs onu əxlaqsızlıqda günahlandırıb. (milli.az)
1,045,627
17.02.2024 13:00
Analitika
Putinin rəqibləri niyə ölürlər? – Onları Əzrayıl dəryazı daima təqib edir
Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsxanada vəfat etməsi dünya miqyasında qalmaqala səbəb olan hadisədir. Artıq aparıcı Avropa dövlətlərinin rəhbərləri, beynəlxalq təşkilatlar bu ölümün təsadüfi olmadığını qeyd edir, müvafiq araşdırmanın nəticələrini gözləmədən Rusiya rəhbərliyini günahlandırırlar. Bu, ona görə belə olur ki, hələ illər öncədən həyatına nadir tapılan zəhərli maddə ilə qəsd edilən, daha sonra dəfələrlə sırf qurama işlərlə həbsə alınan, nəhayət, xarici agent adlandırılaraq məhkum olunan Navalnının başı üzərində Əzrayıl dəryazı çoxdan fırlanırdı. Bir neçə ilin içində cəzaçəkmə məkanı 20 dəfədən çox dəyişdirilən, hər dəfə daha ağır şəraitli həbsxanala köçürülən, son dəfə isə “dünyanın qurtardığı yerə” – Yamalo-Nenets Muxtar Rayonundakı Xarp türməsinə aparılan Aleksey Navalnının barəsəində son qara xəbərin gələcəyi hər gün gözlənilirdi. Budur, 47 yaşındaykən Rusiyanın 1 nömrəli siyasi dustağının ölüm xəbəri gəldi. Çox adam hiddətlənsə də, heç kəs təəccüblənmədi. Odur ki, xarici ölkələrdə artıq ənənəvi və demaqoji ifadələrdən istifadə etmir, “təhqiqatın sonunu gözləmədən dəqiq bir söz demək düzgün olmaz” demirlər, birbaşa Kremlə barmaq tuşlayıb qətl ittihamı irəli sürürlər. Bu miqyasda hadisə baş verib, dünya mediası Rusiyadan, Navalnının ölümündən yazır, ancaq Rusiyanın özünün aparıcı media qurumlar bu mövzuda kiçik, quru və rəsmi informasiyalar verərək, işlərini bitmiş sayırlar. Təkcə bu fakt göstərir ki, mediaya “bu hadisədən heç nə yazmayın” tapşırığı verilib. İndi xarici mediada son 20-22 ildə RF rezidenti Vladimir Putinlə toqquşan və zorakılıqla və ya şübhəli şəraitdə ölən şəxslərin personasına diqqət yönəldilir. Onlardan 10-12-si çox məşhurdur. Sergey Yuşenkov ad-soyadlı keçmiş ordu polkovniki 1999-cu ildə mənzildə baş verən partlayışlardan birinin arxasında Putin hökumətinin dayandığını iddia edir və sübutlar toplayırdı. O, liberal Rusiya hərəkatını siyasi partiya kimi qeydiyyatdan keçirəndən bir az sonra, 2003-cü ildə Moskvada evinin qarşısında güllələnib. Cinayət və korrupsiya haqqında yazan jurnalist Yuri Şekoçixin 1999-cu ildə “Novaya qazeta”nın redaksiyasına hücumu araşdırırdı. O, ABŞ-a getməsinə bir neçə gün qalmış qəflətən ölüb. Rusiya hakimiyyəti onun tibbi sənədlərini məxfi elan edib. “Novaya qazeta”nın müxbiri Anna Politkovskaya “Putinin Rusiyası” kitabında Kreml rəhbərini ölkəni polis dövlətinə çevirməkdə ittiham edib. O, Çeçenistandakı zorakılıqlar haqqında geniş yazıb və bir neçə dəfə Moskva radiosunda çıxış edib. 2006-cı ildə o, yaşadığı binanın liftində güllələnib. Putin Kremlin Politkovskayanın qətlində iştirakını inkar edərək deyib ki, onun “ölümü özü həm Rusiyada, həm də Çeçenistanda indiki hakimiyyətə... onun fəaliyyətindən daha çox ziyan vurur”. Rusiya rəhbərliyinin yüzlərlə insanın ölümünə səbəb olan bir sıra ev partlayışlarını təşkil etməkdə ittiham edən keçmiş DTK zabiti Alekander Litvinenko 2006-cı ildə Londondakı oteldə ölümcül polonium-210 ilə zəhərlənmiş bir fincan çay içdikdən üç həftə sonra ölüb. Britaniya təhqiqatı müəyyən edib ki, Litvinenko "ehtimal ki, prezident Putinin təsdiq etdiyi" əmrlərlə hərəkət edən rus agentləri Andrey Luqovoy və Dmitri Kovtun tərəfindən zəhərlənib. Rusiya onları ekstradisiya etməkdən imtina edib və 2015-ci ildə Luqovoy “Vətənə xidmətə görə” medalı ilə təltif olunub. Çeçenistanda adi hala çevrilmiş adam oğurluğu və qətlləri araşdıran jurnalist Natalya Estemirova 2009-cu ildə evinin yaxınlığında oğurlanıb, başından odlu silahla güllələnib və meşəyə atılıb. Onun qətlində heç kim mühakimə olunmayıb. Rusiya ordusuna qarşı insan haqları işlərində çeçen mülki vətəndaşlarını təmsil etməklə tanınan insan haqları üzrə vəkil Stanislav Markelov Putini tənqid edən məqalələr yazıb. Markelovu 2009-cu ildə Kreml yaxınlığında maskalı silahlı şəxs güllələyib. “Novaya qazeta”nın əməkdaşı olan Anastasiya Baburova ona kömək etmək istəyən zaman öldürülüb. Rusiya rəsmiləri qətllərin arxasında neonasist qrupunun olduğunu və onun iki üzvünün qətlə görə məhkum edildiyini bildirib. Vəkil Sergey Maqnitski 2009-cu ilin noyabrında ağır döyülüb, ona tibbi yardım göstərilməyib və o, həbsdə vəfat edib. Maqnitski polis əməkdaşlarının dələduzluqda əli olduğuna dair sübutlar aşkar etdikdən sonra həbs edilmişdi. 2012-ci ildə Maqnitski ölümündən sonra vergidən yayınmaqda təqsirli bilinib. ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalardan biri “Maqnitski aktı” adlanır. 1990-cı illərin sonunda president Yeltsinin yaxın çevrəsinə yerləşən, özünü maqnat adlandıran Boris Berezovski Putinlə münaqişə üzündən ölkəni tərk edib, Britaniyaya sığınsa da, Putini devirməyə söz vermişdi. O, həmçinin Kremli 2009-cu ildə zəhərlənmiş keçmiş kəşfiyyatçı Aleksandr Litvinenkonun qətlini təşkil etməkdə ittiham edirdi. 2013-cü ildə Berezovski İngiltərədəki evində kilidli vanna otağında, boynunda ilgəklə ölü tapılıb. Əvvəlcə bunun intihar olduğu qəbul edilsə də, istintaq ölümün səbəbini müəyyən edə bilməyib. 1990-cı illərdə baş nazirin müavini olan, gələcəkdə ölkə prezidenti seçiləcəyi ehtimal olunan Boris Nemtsov 2000-ci ildə Boris Yeltsini əvəz edən Putini dəstəkləsə də, sonradan onun qatı müxalifinə çevrilmiş, prezidenti və onun komandasını kəskin şəkildə tənqid edirdi. O, 2015-ci ilin fevralında Rusiyanın Ukraynadakı hərbi müdaxiləsinə qarşı nümayişə çağırış etdikdən bir neçə saat sonra naməlum şəxslər tərəfindən kürəyindən güllələnib. Putin Nemtsovun qətli ilə bağlı təhqiqatı “şəxsi nəzarətinə götürüb”, lakin qatilin azadlıqda olduğu bildirilir. 2016-cı ildə Rusiyadan qaçdıqdan sonra Putini kəskin tənqid etməyə başlayan Rusiya Kommunist Partiyasının keçmiş üzvü Denis Voronenkov Kiyevdə öldürülüb. O zaman Ukrayna prezidenti Petro Poroşenko bu qətli “Rusiyanın dövlət terroru aktı” adlandırıb. Ötən iin iyununda Rusiya rəhbərliyinə qarşı hərbi qiyam qaldıran, ertəsin gün niyyətindən vaz keçən və Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ölkəni tərk edən, sonra bağışlandığını güman edərək ölkəyə qayıdan biznesmen Yevgeni Priqojin 1 ay sonra yaxın ətrafı ilə birlikdə təyyarə qəzasında həlak olub. Bu işlə bağlı yekun qənaət budur ki, Priqojinin təyyarəsi qəsdən partladılıb. Bütün bu müəmmalı qətl və ölümlərə görə Aleksey Navalnının ölümünün qəsd nəticəsi olması çoxlarında şübhə doğurmur. Çünki siyasi rəqiblərin təsadüfi ölümü 1-2 ola bilər, əgər o, 10-dn çoxdursa, demək, ortada bir xətt var. Araz Altaylı, Musavat.com
1,045,629
17.02.2024 18:10
Dünya
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə səfərə yola düşür. İdarədən Musavat.com-a verilən məlumata görə, səfərdə məqsəd “Sülh quruculuğu və müxtəliflik üçün Mediada körpülərin qurulması və strateji tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli panel müzakirəsində iştirak etməkdir. KAICIID Beynəlxalq Dialoq Mərkəzinin təşkilatçılığı ilə Media Siyasəti Forumu Layihəsinin mühüm tərkib hissəsi olan tədbir “Səudiyyə Media Forumu” ilə əməkdaşlıq çərçivəsində baş tutur. Mərkəzin Direktorlar Şurasının üzvü olan A.Paşazadə KAİCİİD rəsmisi olaraq tədbirin dinlərarası və mədəniyyətlərarası dialoqu və anlaşmanı fəal şəkildə təşviq edən, nifrət nitqinin qarşısını alan təşəbbüslərdə öncüllük etmək məqsədini daşıyan panel müzakirəsinin açılışında çıxış edəcək. Tədbir 19-21 fevral tarixlərində baş tutacaq.
1,045,630
17.02.2024 15:28
Dünya
Özbəkistanın Baş naziri Əli Əsədovu təbrik edib
Özbəkistan Nazirlər Kabinetinin sədri Abdulla Aripov Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb. Bu barədə Musavat.com-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, A.Aripov Ə.Əsədovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Məktubda Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə dövlət başçıları tərəfindən iki ölkə hökumətləri qarşısında qoyulmuş mühüm vəzifələrin həyata keçirilməsində sıx əməkdaşlığa ümid ifadə olunur. A.Aripov, həmçinin nəqliyyat-logistika, energetika, sənaye, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əldə edilmiş razılaşmaların ardıcıl surətdə həyata keçiriləcəyinə əmin olduğunu qeyd edib.
1,045,631
17.02.2024 13:10
Ölkə
Hərbi Prokurorluq: Qaradağlı soyqırımını törətməkdə təqsirli bilinən şəxslərin axtarışları davam etdirilir.... – AÇIQLAMA
“Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dühası, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi, xalqın müdrikliyi və əzmkarlığı, hərbçilərimizin qəhrəmanlığı sayəsində düşmənə hərtərəfli layiqli dərs verilib. Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə, eləcə də digər cinayətlər törətmiş şəxslərin qanunvericiliyin və beynəlxalq hüququn tələblərinə uyğun cəzalandırılması istiqamətində kifayət qədər işlər görülür və görülməkdə davam edir”. Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. O qeyd edib ki, sözügedən qəbildən olan cinayətlərin istintaqının aparılması, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Baş prokurorun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb: “2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı öz təşəbbüsü əsasında ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun müavini, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilib. Bundan sonra cinayət işinin ibtidai araşdırılması cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb. Cinayət işi üzrə 5 əsas istiqamət - Azərbaycan xalqına qarşı soyqırımı, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə, terror, dövlətə və vətəndaşlara vurulmuş ziyan və müasir dövrdə milli ədavət və düşmənçilik niyyəti ilə törədilmiş xüsusilə ağır cinayətlər müəyyən edilib”, - deyə F.Əliyev vurğulayıb. Əliyalın, dinc əhaliyə qarşı törədilən Qaradağlı faciəsinin amansızlığından danışan F.Əliyev deyib: “Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda aparılmış istintaqla müəyyən edilmişdir ki, erməni silahlı birləşmələrinin üzvləri 1992-ci il fevralın 14-dən başlayaraq 17-si də daxil olan müddətdə Xocavənd rayonunun Qaradağlı kənd sakinlərindən 67 nəfəri xüsusi amansızlıqla qəsdən öldürülmüşlər. Böyük kədər və təəssüf hisləri ilə vurğulayıram ki, azğınlaşmış düşmən qoca, qadın, hətta azyaşlı uşağa belə fərq qoymamış və qətlə yetirilən şəxslərin 9-u azyaşlı, 10-u qadın, 14-ü yaşı 60-dan yuxarı olan insanlar olmuşlar. Həmçinin işgəncəyə məruz qalmış 2 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə onların sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurulub, 49 nəfər isə girov götürülüb. Eyni zamanda, yaşayış binaları və dövlət obyektləri qarət edilərək yandırılıb. Qeyd olunanlarla yanaşı, kəndin azərbaycanlı milliyyətindən olan 1008 nəfər əhalisindən 941 sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıb. Cinayət işinin istintaqı zamanı konkret olaraq Qaradağlı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 12 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışları elan edilərək təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış idarəsinə göndərilib”. Hazırda Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin nəzarətləri ilə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir və qanunvericiliyin, eləcə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək. Xalqımıza qarşı sülh və insanlıq əleyhinə və digər cinayətlər törətmiş hər bir şəxs mütləq layiqli cəzasını alacaq.
1,045,632
17.02.2024 13:13
Yazarlar
Navalnının ölümü kimə lazım ola bilərdi? - CAVAB YOX, YALNIZ SUAL!
Aleksey Navalnı öldü! …indi soyuqqanlı düşünmək vaxtıdır: Onun ölümü kimə lazım ola bilərdi? Rusiyada prezident seçkisinə təxminən bir ay qalır. Bu ərəfədə Vladimir Putin özünü kifayət qədər inamlı hiss edir. Müxalifət düşərgəsinin küçələrə, izdihamlı etiraz aksiyalarına çıxmasına bəhanə vermək, dövlət başçısının əleyhinə olan qüvvələri kütləvi hərəkata təhrik etmək Putinə nə üçün lazım olsun? Rusiya-Ukrayna müharibəsində vəziyyət NATO başda olmaqla Qərbin istədiyi kimi deyil, Ukrayna şiddətli müqavimətdən sonra-kvartal-kvartal, küçə-küçə, hətta kənd-kənd-öz mövqelərini itirir. Avdeyevkanı da tərk etdi… Qərb, ABŞ narahatdır. Kiyevi silah-sursatla, vasitə və vəsaitlə təmin etmək getdikcə daha çətin olur… …Bu arada Navalnının məşhur müsahibəsindən “Ölsəm, deməli, heç nədən qorxmayın, təslim olmayın, biz nəhəng qüvvəyik!” mesajının (jurnalistin “bu müraciəti rus dilində ayrıca səsləndirin!” çağırışı da ən azı qəribədir. Hansı günə hesablanmışdı o tərcümə-xahiş?) heyrətamiz surətdə, ildırım sürətilə tirajlanması bizə nə deyir? Rusiya Federasiyasının hüquq mühafizə orqanları hələ bir gün əvvəl məhkəmədə (zəiflədiyi hiss olunsa da) yaxşı əhval-ruhiyyədə çıxış edərək hakimlə zarafat edən, təbəssüm saçan Aleksey Navalnı ətrafında hər bir xırda detalı ciddi araşdırmalıdır. Ölüm faktı ərəfəsinə təsadüf edən hər nüansı… Qərb texnoloqlarının hadisəni dərhal Putinə qarşı çevirərək şərh etməsi də kifayət qədər maraqlıdır. Bəli, Navalnı müxalifət təmsilçisidir. Amma o, artıq Rusiyada elə bir gücə sahib deyildi. Necə deyərlər, Saakaşvililəşməkdə idi. Ötən il onun 19 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarılmışdı. Sokratasayaq sual: ölməkdə, öldürülməkdə məqsəd nə olub? Heç bir qənaətim, iddiam, verdiktim yoxdur. Sadəcə suallarım var. Mən indiki halda-hələlik cavab verməyin yox, sual verməyin tərəfindəyəm! Mir Şahin Ağayev,Real TV-nin rəhbəri
1,045,633
17.02.2024 13:19
Son xəbər
Türkiyə və Azərbaycanla bağlı KRİTİK QƏRAR: İrəvanda HAZIRLIQ BAŞLADI - Elxan Şahinoğlu CANLIda
Ermənistan Baş naziri Nikol Paşinyanın Konstitusiyada ciddi dəyişiklik edəcəyi gözlənilir. Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır. “Məlumata görə, yeni Konstitusiya layihəsində nəinki Müstəqillik Aktından imtina, soyqırımı iddiasını (qondarma – red.) çıxarmaq və parlamentdə çoxluq təşkil etmək müddəaları ilə bağlı dəyişiklik etmək istəyirlər. Ölkə rəhbərliyi Ermənistan üçün təhlükəli olan başqa bir məqsəd üçün də hazırlaşır. Bu, Ermənistanın yeni Konstitusiyada özünü bitərəf ölkə elan etməsi və ərazisində xarici silahlı qüvvələrin daimi əsasda yerləşdirilməsini qadağan etməsi ilə bağlıdır. Əlbəttə, bu, Rusiya bazaları və sərhəd qoşunlarına qarşı yönəlib”, - məlumatda deyilir.Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Aktında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var.Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində politoloq Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
1,045,634
17.02.2024 16:06
Ölkə
Azərbaycan ət idxalını 70 %-ə yaxın artırıb
Bu ilin yanvar ayında Azərbaycana 4 410 ton ət idxal edib. “Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 8 milyon 542 min ABŞ dolları olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 718 ton (63,8 %), dəyər baxımından isə 3 milyon 660 min ABŞ dollar (74,9 %) çoxdur. Ötən ay ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,75 %-ni təşkil edib.
1,045,635
17.02.2024 13:28
Siyasət
Qərb Ermənistanın iştirakı ilə təxribat hazırlayır - oyuna "Qırmızı xaç" da daxildir
“Azərbaycan hücuma hazırlaşır” - insanlar belə düşünməlidirlər ki, Qərb dövlətlərinin Ermənistandakı addımları haqlı görünsün. Hamını buna inandırmaq üçün təbii ki, “neytral və qərəzsiz” təşkilatlardan istifadə olunur. Məsələn, BQXK (Beynəlxalq Qırmızı Xaç Komitəsi). Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın "İki major" teleqram kanalı məlumat yayıb. Məlumatda deyilir ki, BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru vəzifəsini tutan Ariane Bauer Komitənin qapalı iclaslarından birində tamamilə neytral olmayan və çox qərəzli açıqlamalar verib. Onun fikrincə, Azərbaycan təhlükəsi səbəbindən BQXK Qarabağda fəal olmalıdır. Xanım Ariane yeri gəlmişkən, təkcə Komitənin üzvü deyil, həm də Fransa xüsusi xidmət orqanlarının əməkdaşıdır. Onun İraq, Ukrayna da daxil olmaqla qaynar nöqtələrdə iki onillik iş təcrübəsi var və o, 2020-ci ildə Ermənistanla müharibə zamanı Azərbaycanda da işləyib. Yəni o, nə etdiyini yaxşı bilir və tapşırıqları icra edir. Məlumatda bildirilir ki, vəziyyətin bu cür gərginləşməsinin məqsədi açıq şəkildə Rusiya üçün başqa cəbhə yaratmaqdır. Ermənistanda Qərbin dost kimi qiymətləndirilməsi üçün bu qədər işlər görülməsi əbəs deyil. Rəsmilərin və hərbi rəhbərlərin tez-tez qarşılıqlı səfərləri, beynəlxalq forum və görüşlərə dəvətlər, birgə hərbi təlimlər və getdikcə genişlənən Aİ missiyası: Ermənistan Qərbin Rusiya Federasiyası ilə mübarizəsində növbəti piyada olmağa tam hazırdır. Bu o deməkdir ki, BQXK ictimaiyyəti Azərbaycan tərəfindən məcburi təxribatlara hazırlayarkən, biz tezliklə Qərbin Ermənistanın əli ilə təşkil etdiyi təxribatların şahidi olacağıq. Musavat.com
1,045,636
17.02.2024 13:35
Dünya
Milyarder Oleq Tinkov Rusiyada “xarici agent” elan edilib
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin yenilənmiş “xarici agentlər” siyahısına aktyor Nikita Kukuşkin, ədəbiyyatşünas və muzey kuratoru Anna Narinskaya, filosof Yuliya Sineokaya və çeçen hüquq müdafiəçisi Aslan Artsuyev daxil edilib. Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, fevralın 16-da Rusiya Ədliyyə Nazirliyi bu siyahıya daha beş nəfəri daxil etməklə “xarici agentlər”in reyestrini yenidən genişləndirib, departamentin saytında yerləşdirilən mesajda deyilir. İş adamı, milyarder Oleq Tinkov da “xarici agent” statusu qazanıb. Ədliyyə Nazirliyinin saytındakı məlumatda onların hamısının "xüsusi hərbi əməliyyata qarşı olduqları" bildirilir. Rusiya agentliyinin məlumatına görə, Artsuyev istisna olmaqla, onların hamısı “Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıblar”. Artsuyevin isə Rusiyanın "mənfi imicini yaratmağa yönəlmiş yalan məlumat yaydığı" bildirilir. Narinskaya "LGBT münasibətlərini təbliğ etdiyi" üçün “agent” elan edilib. Bütün yeni “xarici agentlər”in Rusiya Federasiyasından kənarda yaşadığı vurğulanır. Fevralın əvvəlində Berlində Kreml tərəfindən “xarici agent” elan edilmiş şəxslərin, o cümlədən qalereya sahibi Marat Gelmanın, sənədli filmlər çəkən kinorejissor Vitali Manskinin və jurnalist Anna Monqeytin iki günlük görüşü baş tutub. Təhlükəsizlik baxımından konqresin yeri son anda açıqlanıb. Qurultayda iştirak edənlər arasında hüquq müdafiəçisi Svetlana Qannuşkina, Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov, Rusiya Federasiyasının keçmiş baş naziri Mixail Kasyanov, hüquq müdafiəçisi Lev Ponomaryov, siyasətçi Mixail Xodorkovski, ekoloji fəal Yevgeniya Çirikova və başqaları olub. Bəzi “xarici agentlər” konqresdə iştirak edənlərlə onlayn əlaqə vasitəsi ilə əlaqə saxlayıblar. Rusiyada "xarici agentlər" haqqında qanun 2012-ci ildə ortaya çıxıb. O vaxtdan bəri bir neçə yüz təşkilat və şəxs qadağan siyahılarına salınıb. 2022-ci ilin dekabr ayından etibarən qanun, Rusiya hakimiyyətinin fikrincə, “xaricdən dəstək alan” və eyni zamanda “xarici təsir altında olan” şəxsləri “xarici agent” elan etməyə imkan verir. Musavat.com
1,045,637
17.02.2024 13:43
Dünya
Navalnının ölümünə görə o məsuliyyət daşıyır - SENSASİYA
"Navalnının ölümünə görə Putin məsuliyyət daşıyır". Musavat.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden rusiyalı müxalifətçi Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı açıqlamasında deyib. O, hadisəni "Putinin amansızlığının başqa bir sübutu" olaraq xarakterizə edib. Bayden qeyd edib ki, Navalnı həyatını sürgündə təhlükəsiz keçirə biləcəyi halda, həbs olunmağı və ya öldürülməyi gözə alıb, ölkəsinə və xalqına olan inancı ilə Rusiyaya qayıtmışdı. ABŞ-ın vitse-prezidenti Kamala Harris isə Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib: "Əlbəttə, bu, dəhşətli xəbərdir. Bu, Putinin amansızlığının növbəti əlamətidir. Gəlin açıq deyək: Rusiya məsuliyyət daşıyır". ABŞ dövlət katibi Antoni Blinken də hadisəyə münasibət bildirib: “Navalnının Rusiya həbsxanasında ölməsi, tək adamın vəsvəsəsi və qorxusu Putinin qurduğu sistemin qəlbində zəiflik və çürümə olduğunu vurğulayır. Rusiya buna görə məsuliyyət daşıyır". Musavat.com
1,045,638
17.02.2024 13:45
Siyasət
Münxendə İlham Əliyevin Olaf Şoltsla görüşü olub - YENİLƏNİB FOTO
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşü olub. Musavat.com xəbər verir ki, Olaf Şolts Azərbaycan dövlət başçısını qarşılayıb. *** Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşü başlayıb. Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
1,045,639
17.02.2024 17:33
Siyasət
Azərbaycan generalları komandoların sərt qış şəraitində hazırlığını izləyib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti komando hərbi hissələrindən birində olublar. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildeirilib ki, hərbi hissənin komandir-rəis heyəti ilə görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuz qarşısında qoyduğu tapşırıqları onlara çatdırıb, müvafiq göstərişlər verib. Baş Qərargah rəisi hərbi hissənin gündəlik fəaliyyəti, döyüş hazırlığının vəziyyəti və xidmət şəraiti ilə maraqlanıb. Məruzə olunub ki, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və çətin şəraitdə tapşırıqları yerinə yetirməsi üçün lazımi şərait yaradılıb, müxtəlif tədbirlər keçirilir. Sonra general-polkovnik K.Vəliyev komandoların yüksək dağlıq ərazi və sərt qış şəraitində keçirilən döyüş və xüsusi hazırlığı üzrə praktiki məşqlərini izləyib. Komandoların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub. Hərbi hissənin qarşısında duran tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bu kimi təlim və məşqlərin keyfiyyətinin daha da artırılmasına dair komandanlıq qarşısında konkret tapşırıqlar qoyulub.
1,045,640
17.02.2024 15:45
Siyasət
Münxendə İlham Əliyevlə Paşinyanın görüşü olub - YENİLƏNİB VİDEO
Fevralın 17-də Münxendə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts ilə görüşü olub. Sonra Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub./Report *** Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü başlayıb. Bu barədə APA-nın Münxenə ezam olunmuş əməkdaşı xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşünün ardından Almaniya Kansleri Olaf Şolts otağı tərk edib. Görüş ikitərfli formatda davam edir. *** Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü başlayıb. Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
1,045,641
17.02.2024 14:05
Dünya
TƏCİLİ! Putinin yeni planı DƏHŞƏTƏ GƏTİRİR: "Hətta müttəfiqləri də..."
"Putinin yeni planı təkcə ABŞ və Avropanı deyil, həm də Rusiyanın müttəfiqləri Çin və Hindistanı dəhşətə gətirəcək". Musavat.com xəbər verir ki, bu iddia ilə nüfuzlu "Daily Mail" nəşri çıxış edib. Rusiyanın kosmosa yerləşdirmək istədiyi nüvə bombasını "qiyamət silahı" adlandıran nəşr bu bombanın bütün rabitə şəbəkələrini, hərbi müdafiə sensorlarını və silahları məhv edə biləcəyini yazır. "Daily Mail" qeyd edir ki, bu, Yer kürəsində müasir həyatı, demək olar ki, qeyri-mümkün edə bilər: "Kosmosda müharibə baş verərsə, partladılmış peyklərin hissələrinin Yerə düşmə riski böyükdür və bu hissələr əhalinin sıx məskunlaşdığı ərazilərə düşsə, nəticə dəhşətli olacaq. Rusiya belə bir addım atarsa, hərbi sistemləri kosmik texnologiyaya əsaslanan Hindistan və ya Çin də bunu birbaşa onlara qarşı hücum kimi qəbul edə bilər". Nəşr yazır ki, kosmosda başlanacaq müharibə “dəlilik”dir və lakin Rusiya prezidenti Putin "qiyamət silahı"nın təhlükə ilə üz-üzə qaldığı zaman əl atacağı “son və ən yaxşı ümid” olduğuna inanır. Qeyd edək ki, Rusiya kosmosa nüvə silahı yerləşdirməyi planlaşdırır. ABŞ Kəşfiyyatı bu barədə sənədlər ehtiva edən məxfi məlumatlar əldə edib. Kremlin sözçüsü Dmitri Peskov isə iddianı “uydurma” kimi qiymətləndirib. Musavat.com
1,045,642
17.02.2024 14:16
Siyasət
Con Kerri Bakıda keçiriləcək COP29-a dəvət olunub
Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşüb. Dövlət başçısının saytının məlumatına görə, Kerri Əliyevi prezident seçkilərində qələbəsi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi qərarının qəbul edilməsi münasibətilə təbrik edib. Əliyev öz növbəsində qeyd edib ki, Azərbaycan “iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini bir daha nümayiş etdirib”. Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji və yaşıl keçid prosesi sahəsində milli səviyyədə ciddi tədbirlər həyata keçirilir. Və bu istiqamətdə Bakı regional və qlobal səviyyədə tədbirləri yaxından dəstəkləyir. Buna misal olaraq, Əliyev alternativ mənbələrdən hasil edilən enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabel çəkilişi layihəsini adlandırıb. Azərbaycan Xəzər dənizinin dibi boyunca oxşar enerji kommunikasiyasının qurulması üçün də Mərkəzi Asiya ölkələri ilə işləyir. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək. Con Kerri iqlimin maliyyələşdirilməsinin gündəmdə yüksək yer tutduğunu vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, yaşıl keçidlə bağlı texnoloji inkişaf çox sürətlə gedir və bu istiqamətdə yaxşı nəticələr əldə edilir. Prezident Əliyev Kerrini COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib. Kerri dəvəti məmnuniyyətlə qəbul edib.
1,045,643
17.02.2024 14:09
Ölkə
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilir
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verib.Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, təqdimata parlamentdə müvafiq qaydada baxılacaq. Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir. Qeyd edək ki, F.Məmmədov uzun illər Ədliyyə naziri vəzifəsində işləyib. Musavat.com
1,045,644
17.02.2024 14:20
Siyasət
Qarabağda kabab yedilər, kef çəkdilər… - İlham Əliyev “LƏĞV EDİN!” dedi
Xəbər verdiyimiz kimi, fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub. Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib. Dövlət başçısı bildirib ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimi zamanı bildirib ki, müharibə olmaya bilərdi: “Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa əməl etsəydilər, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik göstərirdi, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər. O inamı onlara verənlər Ermənistan rəhbərliyi ilə bərabər bütün məsuliyyəti daşıyırlar və bölüşürlər”. Mövzuya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Musavat.com-a açıqlamasında deyib ki, Azərbaycan Prezidentinin ATƏT-in sədri İan Borqla görüşü bir sıra yeni fikirləri də ortaya çıxarıb: “Məsələn, Avropada sülhün və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan təşkilat bu gün Avropada baş verən real müharibələrdə ciddi mövqe sərgiləyə bilmir. Bu, Qarabağ müharibəsində də belə oldu. ATƏT Rusiya-Ukrayna münasibətlərində və sonra müharibəyə çevrilmiş formatdakı əlaqələrdə də eyni missiyanı davam etdirməyə başladı. “Soyuq müharibə”dən fərqli olaraq hazırda Avropada müharibə sülhün və demokratiyanın qat-qat önündə dayanan bir faktordur. İkincisi, regional təşkilatlar beynəlxalq hüquqa hörmət göstərirsə, onun prinsiplərinin reallaşmasına dəstək göstərirsə, birinci növbədə həqiqətən ATƏT “Soyuq müharibə” qalığı olan bəzi fəaliyyət proqramlarından imtina etməlidir. Konkret olaraq bunlara baxış ortaya qoymalıdır – 1) Müharibələrdən qaçmağın ən yaxşı yolu ədalətin bərpa olunmasıdır. Niyə ATƏT ədaləti görməzdən gəldi? Qarabağ müharibəsinin həlli kontekstində ciddi addımlar ata bilmədi. 2) Azərbaycan ərazi bütövlüyünü təmin edib. “Böyük Qayıdış” və bərpa prosesində niyə ATƏT-in hansısa rolunu, mövqeyini görmədik? O presedenti yaratmaq olmazdımı ki, ATƏT bu gün həmin addımları ataydı. 3) ATƏT real, amma müvəqqəti monitorinqlə bölgədə digər qurumların Ermənistanın nöqteyi-nəzərindən etdiyi çıxışı rahat şəkildə təkzib edəcək addımlar ata bilərdi. Bu, niyə mövcud deyil? Bu kimi məsələlər var”. Ekspert ATƏT-in Minsk qrupunun vaxtilə göstərdiyi diplomatik turizm fəaliyyətindən, yeyib-içmək məclislərindən də xatırlatma edib: “Bilirsiniz ki, ATƏT-ə üzv dövlətlər bu qurumun həyati fəaliyyətinə görə üzvlük haqqı ödəyirlər. Çox təəssüf ki, ATƏT sözün əsl mənasında yeyib-içmək, kabab məclisləri ilə, Azərbaycanın işğal altında olmuş ərazilərinin səfalı guşələrində kef məclislərilə yadda qaldı. 30 il ərzində ATƏT-dən söz düşəndə biz ancaq sanki turist proqramları çərçivəsində gəlib-gedən, hazır yeyən obrazlı diplomatlardan başqa kimsələri görmədik”. Aytən NovruzMusavat.com
1,045,645
17.02.2024 14:28
Kriminal
Qaradağda əməliyyat: külli miqdarda narkotik aşkarlanıb
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində külli miqdarda narkotik aşkarlanıb. Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında sözügedən ərazidə həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Emin Vəliyevdən 5 kiloqram 369 qram marixuana, 245 qram tiryək və psixotrop tərkibli 100 ədəd metadon həbi götürülüb. E.Vəliyev ondan aşkar olunan narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb.
1,045,646
17.02.2024 15:05
Astrologiya
Gələn həftə bu 2 BÜRCÜ BƏXTƏVƏR edəcək - 3 bürc isə...
Bu həftə "Dolça ziyafəti" olacağını söyləyə biləcəyimiz bir tarix var. Bu tarix məhz bu gün - fevralın 17-dir. Fevralın 17-dən etibarən həyata baxışımız daha da dəyişə bilər. Musavat.com xəbər verir ki, türkiyəli astroloq Benan Topbaşın sözlərinə görə, daha bir mühüm tarix 19 fevraldır. Bu tarixdə Günəş Balıq bürcünə keçəcək, amma "Dolça ziyafəti" də paralel olaraq fevralın 24-nə kimi davam edəcək. Fevralın 24-də isə "Bütöv Ay" hadisəsi baş verəcək. B. Topbaş bildirib ki, Dolça və Balıqlar bu həftə ən yüksək məhsuldarlığı əldə edəcək və uğur qazanacaqlar. Ay həftənin əvvəlində Xərçəng bürcündə səyahətə başlayacaq, 22-23 fevralda Şir bürcündə, 24-25 fevralda Qız bürcündə olacaq. Xərçəng, Şir və Qız bürcləri də üçün mühüm həftə ola bilər. Bəs yeni həftə - 19-25 fevral tarixləri bürclərə necə təsir edəcək? Musavat.com astroloqun açıqladığı məlumatı təqdim edir: QOÇ: Ən faydalı BUĞA: Ən hesablı ƏKİZLƏR: Ən düşüncəli XƏRÇƏNG: Ən introvert ŞİR: Ən mehriban QIZ: Ən çalışqan TƏRƏZİ: Ən çox gəzən ƏQRƏB: Ən qərarlı OXATAN: Ən qəmgin OĞLAQ: Ən planlı olanı DOLÇA: Ən flirt edən BALIQLAR: Ən rahat Musavat.com
1,045,647
17.02.2024 14:25
Siyasət
Bizi ya eşidəcəksiniz, ya da... eşidəcəksiniz! – Münxendə ayağını yerə ən bərk basan ölkə
Qalibi mühakimə etmirlər, illah da o haqlı olanda. Münxen Təhlükəsizlik Konfransının yubiley tədbirinə Azərbaycan nümayəndə heyəti ilk dəfə çox güclü bir mövqe ilə, alnıaçıq və özünəinamlı, 92.12%-lik legitimliyə malik Prezidenti ilə, ən önəmlisi, ərazi bütövlüyü və suverenliyini öz potensialı hesabına bərpa etmiş statusda qatılıb. Artıq “Dağlıq Qarabağ məsələsi” tarixdə qalıb. Qərbin bəzi məkrli ermənipərəst və anti-Türk çevrələri bunu tam həzm edə bilməsə də. Ermənilərin Qarabağa qayıdışı, “erməni mədəni irsinin mühafizəsi” və s. bu qəbil bəhanələrlə uydurma mövzunu qlobal gündəmə qaytarmaq üçün dəridən-qabıqdan çıxsalar da. Şübhəsiz ki, Münxendə də buna cəhdlər olacaq. Ələlxüsus, Fransa rəsmiləri timsalında... Aydındır ki, belə cəhdlər erməniyə sevgidən qat-qat çox, Türkə ənənəvi nifrətdən, Azərbaycanafobiyadan və islamofobiyadan qaynaqlanır. Eyni zamanda, təzyiq yolu ilə Bakıdan dividentlər qoparmaq niyyəti güdür. Fəqət, zaman artıq bambaşqadır. Bütün bu geosiyasi oyunların mahiyyətini, qayəsini isə hamıdan yaxşı elə Prezident İlham Əliyev bilir. Odur ki, deyəcəkləri nəsə olacaqsa, mütləq eşidəcəkləri də olacaq. Biz buna çoxdan hazırıq. Azərbaycan heç vaxt olmadığı qədər Münxendə uğurlu, hücum diplomatiyası ilə təmsil olunur... Ancaq tədbirin elə birinci günü İlham Əliyevlə görüşmək üçün xarici qonaqlar tərəfindən müraciətlərin sıralanması, ardınca bir-bir reallaşması göstərdi ki, hamı, özəlliklə Qərb Azərbaycanı dinləmək istəyir, nəinki ona nəsə diktə etməyi, yaxud ağıl öyrətməyi. Hər halda, ilkin təəssürat belədir. Gerçək budur ki, Azərbaycanı ya eşidəcəksiniz, ya da... eşidəcəksiniz! Hesablaşmaq da öz yerində. Bizim daha kimsənin məsləhətinə ehtiyacımız, kimsənin torpağında gözümüz yox. “Müdrik”, “uzaqgörən” məsləhətlərinizi, öyüd-nəsihətinizi özünüzə saxlayın. Azərbaycanı isə sakit buraxın. İlham Əliyevin andiçmə mərasimində söylədiyi kimi, biz öz məsələmizi artıq həll etmişik, vasitəçilərə ehtiyacımız yox. “Getsinlər, öz işləri ilə məşğul olsunlar”. Əlbəttə ki, bu, həm Qərbə (ABŞ + Avropa Birliyi), həm də Rusiyaya ünvanlı tarixi bir ismarış idi. Haqqımız da çatır. Azərbaycan ATƏT-in üzdəniraq Minsk Qrupunun üç “vasitəçi” həmsədr ölkəsindən (ABŞ, Rusiya, Fransa) çəkdiyini çəkib. Artıqlaması ilə. Ən uğurlu dialoq formatı isə birbaşa dialoqdur... Enində-sonunda zavallı Ermənistan da bunu anlayacaq. Başqa yol(u) yox. Çünki acı təcrübə sübut edib ki, ABŞ, Rusiya və Fransa kimi dövlətlər vasitəçiliyi qərəzsiz, boşuna etmir, mütləq tərəflərdən nəsə umur, çox vaxt hətta suverenliyə toxunacaq dərəcədə. Unutmayaq, Rusiyanın özü hələ də ən yüksək səviyyədə Nikol Paşinyanı qınayır ki, niyə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla “Qarabağ problemi”ni qapadıb? Həmçinin digər iki “vasitəçi” dövlət indiyədək ərazi bütövlüyü və suverenliyimizin bərpasına gətirən hərbi qələbəmizi tam olaraq, qəbullanmayıblar. Təsadüfi deyil ki, Bakı xalqımızın yaddaşında çox pis xatirə, qara ləkə kimi qalan Minsk Qrupunun rəsmi ləğvi, onu bütün “izlərinin” silinməsi məsələsini də qoymağa başlayıb. Dünən Münxendə, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüşü zamanı İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - Minsk Qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların rəsmi qaydada ləğv edilməsinin vacibliyini” bildirib. ATƏT çərçivəsində büdcənin daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib. Sirr deyil ki, erməni tərəfi zaman-zaman bu ölü qurumu (MQ) gündəmə gətirməklə, həmsədrlərin adını çəkməklə nə vaxtsa onun xortlayacağına ümid edir. Kim bilir, Ukrayna müharibəsi olmasaydı, “üçlük” bəlkə günü bu gün də qır-saqqız kimi yaxamızdan yapışıb qalmışdı. O səbəbə nə qədər gec deyil, MQ-nin rəsmi (formal) ləğvinə də nail olub yerini yaxşıca “dezinfeskiya” etmək gərəkdir. Ki, bir də Azərbaycan əleyhinə qayəsində belə yaramaz formatların durduğu xain planlar qurulmasın... Siyasət şöbəsi,Musavat.com
1,045,648
17.02.2024 14:32
Siyasət
“Qırmızı Xaç”ın Xankəndidə nə işi var...
Dünən Rusiyanın “Əməliyyat Hesabatları” və “İki Major” adlı ictimai səhifələrində təhlükəsizlik qüvvələri ilə bağlı BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Ariane Bauerin bəzi bəyanatları barədə diqqətəlayiq məlumatlar dərc olunub. Musavat.com-da da bu barədə məlumat yer alıb. Nəticə ondan ibarətdir ki, qapalı görüşdə Bauer həmkarlarına Azərbaycanın guya Ermənistanın cənubuna hücum planlaşdırdığı barədə xəbərdarlıq edib və bu kontekstdə BQXK-nın Qarabağda və Ermənistanda fəaliyyətində daha fəal olmasını qətiyyətlə müdafiə edib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi BQXK-nın diqqətini digər strateji əhəmiyyətli sahələrdən yayındırmamalıdır. Məsələ ilə bağlı “Caliber” teleqram kanalında qeyd olunur ki, onlar da xüsusi araşdırma ediblər. Və təsdiqləyici məlumat alıblar. Ekspertlər İsveçrə əsilli, beş dildə səlis danışan Bauerin özünün də Qərbin təcrübəli kəşfiyyatçısı hesab edirlər. Təbii ki, belə mövqe “Qırmızı Xaç”ın mandatına heç bir şəkildə uyğun gəlmir. BQXK-nın Xankəndindəki ofisinin prinsipcə niyə hələ də fəaliyyət göstərməsi də bizə tam aydın deyil. Qarabağ münaqişəsi bitdi, on nəfəri çıxmaq şərti ilə ermənilər könüllü olaraq bölgəni tərk etdilər - lakin BQXK inadla orada qalmaqda davam edir. Mişa dayının hər gün nə qədər səhər yeməyi yediyini niyə yoxlayırsan? Bir sıra KİV-lərdə BQXK əməkdaşının 44 günlük müharibə zamanı Fransa kəşfiyyatına məlumat ötürməsi - bundan sonra onun ölkəmizdən qovulması ilə bağlı tamamilə doğru xəbərləri necə xatırlamaq olmaz? Nə üçün bütün bunlardan sonra Bakı BQXK-nın Xankəndində olmasına hələ də dözür?... Musavat.com
1,045,649
17.02.2024 14:40
İqtisadiyyat
Dollar və avro GÖRÜN NEÇƏYƏ OLDU
Son və rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Musavat.com xəbər verir ki, avronun məzənnəsi artaraq 1,8274 manat, 1 Rusiya rublunun məzənnəsi azalaraq 0.0184 manat, 1 Türkiyə lirəsinin məzənnəsi ucuzlaşaraq 0.0552 manat təşkil edib. Bundan başqa, 100 İran rialının məzənnəsi sabit qalaraq 0.0040 manat, 1 Gürcüstan larisinin məzənnəsi isə artaraq isə 0.6432 manat olub. Musavat.com
1,045,650
17.02.2024 14:59
Yazarlar
Ev tapşırığına əməl etməyən ATƏT-in Minsk Qrupuna “Münxen mismarı”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ənənə halını almış Münxen Konfransı çərçivəsində keçirilən debat və müzakirələrdə Ermənistan rəhbərliyinə necə dərs keçdiyini düşmənlər çətin ki, unutsun. Özü də bu dərslər hələ Qarabağa, Şərqi Zəngəzur işğal altında olduğu zamana təsadüf edirdi. Bu mənada növbəti görüş ərəfəsində Nikol Paşinyan və havadarlarının nə qədər həyəcanlı olduğunu bir anlıq təsəvvür edək...Amma bu, başqa müzakirə mövzusudur... Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub. Rəsmi məlumatda deyilir ki, İan Borq dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib. Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı öz növbəsində Maltanın ATƏT-in fəaliyyətdə olan sədrliyi münasibətilə təbriklərini çatdırıb. Daha sonra dövlət başçımız olduqca vacib olan məsələləri yeni sədrin diqqətinə çatdırıb. Məlumata görə, Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib. Prezident bildirib ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Kifayət qədər aydın mövqe qısa şəkildə, qətiyyətlə, prinsipiallıqla və məntiqi izahı ilə ifadə olunub. Bundan sonra hər hansı suala yer qalmır və əgər yenə də ATƏT-in Minsk Qrupu adlı nimdaş qurumun hərəkətə gətirilməsi cəhdi göstəriləcəksə, onda təşəbbüskarlar ağlına dua yazdırmalı, yaxud da özlərini həkimə göstərməlidirlər. ATƏT-in Minsk Qrupu nə üçün yaradılmışdı? Qarabağ məsələsinin həll olunmasına vasitəçilik missiyasını yerinə yetirməkdən ötrü. Missiyasının öhdəsindən gələ bildimi? Əsla! Ötən illərdə dövlətimizin rəhbəri Minsk Qrupu haqqında qiymətini verib, sözünü deyib. Hətta qrup üzlərinin özlərinə, üzlərinə! Yəqin xatırlayırsınız, Prezident İlham Əliyev Vətən Müharibəsindən az sonra, 2020-ci ilin 12 dekabrında ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdi, onların israrlı xahişindən sonra. Torpaqlarımızın azadlığına Azərbaycan əsgərinin canı-qanı bahasına nail olunmasından sonra Bakıya gələn “çağırılmamış qonaqlar”a Müzəffər Ali Baş Komandan dərs vermişdi. “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”-deyən dövlət başçısı bildirmişdi ki, beləliklə, Azərbaycan bu məsələni özü həll etdi, Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur elədik. Prezident Əliyev həmin görüş zamanı illər boyunca Qarabağa sadəcə “turistik səfərlər” ünvanı kimi baxan həmsədrlərə DƏRS verməmişdi, həm də Minsk Qrupunun həmsədri olan ölkələrin prezidentlərinə ünvanlı vacib mesajlar səsləndirmişdi. Bildirmişdi ki, illər öncə həmsədr ölkələrin prezidentlərinin bəyanatları olub. Sitat: “Məncə, bu, təxminən on il əvvəl baş verib. Biz həmin bəyanata dəstək verdik, çünki o, müəyyən ümidlər yaratdı. Onlar birgə bəyannamə ilə çıxış etdilər və bildirdilər ki, status-kvo qəbuledilməzdir. Biz dedik: “Bəli. Yaxşı bəyanatdır. Gəlin onun üzərində işləyək”. İndi isə bunu Ermənistana deyin. Mən sizə və sələflərinizə nə qədər deyirdim ki, gedin, deyin ermənilərə çıxsınlar. Onlara təzyiq göstərin. Mən ölkələrinizin yüksək rütbəli rəsmilərinə bunu dəfələrlə deyirdim: “Gedin, deyin onlara, təzyiq göstərin, hələ ki, gec deyil!” Lakin nə baş verdi? Müəyyən vaxt keçdi, ölkələrinizin liderləri bu sözləri dəyişməyə başladılar. Onlar artıq status-kvonun qəbuledilməzliyi barədə danışmadılar. Onlar dedilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo onlar üçün qəbul ediləndir”. Dövlət başçısı diplomatların üzlərinə demişdi ki, Minsk Qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər ediblər və Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olublar, şəhərlərimizin tam dağıdılmasına şahidlik ediblər. “Söhbət yalnız Ağdam və Füzulidən getmir, Cəbrayıl da eyni vəziyyətdədir. Kəlbəcər və Laçında onlar bəzi evlərdən yalnız məskunlaşmaq üçün istifadə edirdilər. Qubadlı ilə Zəngilanda onlar suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var”-demişdi Prezident. Yəni həm də o demək idi ki, bu vandalizmə dolayı və birbaşa dəstək verən həmsədrlər olub. Nəhayət, necə deyərlər, nə üzlə yenə gəlmisiniz?! Başqa bir xatırlatma: “Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər”. Bütün bu həqiqətlər həmsədrlərin sifətinə deyilmişdi və gözlənilirdi ki, nəticəsi olacaq...Hətta ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti demişdi ki, “cənab Prezident, biz Sizi diqqətlə dinlədik... Mən, əlbəttə ki, sizin indi açıq şəkildə söylədiyiniz fikirləri öz hökumətimə məruzə edəcəyəm... Mən sözlərinizi lazımi qaydada Prezidentimə və hökumətimizə çatdıracağam”. Çatdırdı, çatdırmadı, bilmirik. Amma “nəticə”sini gördük: Makronun azı üç dəfə BMT TŞ-də anti-Azərbaycan qətnamə qəbul etdirmək cəhdini, Fransa Milli Assambleyası və Senatının Azərbaycana qarşı əclafcasına davranmasını, Fransanın bölgədə gərginliyi tətikləmək üçün davamlı cəhdlərini, Laçın yolu ilə həyata keçirmək istədiyi “TIR siyasətini”, Aİ missiyası çətiri altında “binokl siyasəti”ni, AŞ PA-da apardığı anti-Azərbaycan müharibəsini, daha nələri...Bundan sonra hansı üzlə və ən əsası niyə gəlirlər? Bitdi məsələ! Azərbaycan Prezidenti andiçmə mərasimində sözünü dedi: “Biz öz məsələmizi həll eləmişik! Gedin öz işinizlə məşğul olun!” Və onu da dedi ki, “Biz Xankəndidəyik!” Yəni həmsədr ölkələrin, elə həmsədrlərin 30 ildən artıq müddətdə separatizmin, xunta rejiminin beşiyi kimi bəslədiklərinin başını əzərək, beynəlxalq ədaləti təmin etmişik. Prezident sözügedən görüşdə keçmiş həmsədrlərə ev tapşırığı vermişdi. Heç biri tapşırığa əməl edə bilmədi, hər hansı müsbət addımlar atılmadı, nə diplomatlardan, nə də onların ölkələrindən. Prezident demişdi ki, bizim üçün Naxçıvanla quru əlaqəsinin yaradılması həyati əhəmiyyət kəsb edir. “Biz buna siyasi yollarla nail olduq və Paşinyan bunu Bəyanat vasitəsilə imzaladı. Bununla da Naxçıvanın Azərbaycanın digər hissəsi ilə əlaqəsi təmin ediləcək”-deyən Prezidentimizin mövqeyini müdafiə etdimi həmsədrlər? Əksinə, azı iki ölkə Zəngəzur dəhlizinin açılmaması üçün var gücü ilə çalışır, yaxud özlərinin bu istiqamətdə varlığını təmin etməyə çalışırlar. Son təxribatlardan bir neçə gün əvvəl ABŞ-ın İrəvandakı səfirinin “Azərbaycanla sərhədə getməyin”, çağırışı, Fransa generalının Ermənistandan Azərbaycan tərəfə boylanması kimi addımlar həmsədr ölkə adına heç cür uyğun gəlmir. Bunlar qarışdıran həmsədrlərdir, barışdıran deyil, ona görə də öz işləri ilə məşğul olsunlar! Bütün bunlar yəqin ki, daha geniş şəkildə ATƏT sədrinin nəzərinə çatdırılıb. Prezident Münxenə Azərbaycanın bütün ərazilərində ilk dəfə keçirilən seçkilər zamanı ona etimad göstərən milyonların mandatını alaraq gedib. Bunu da kimsə unutmasın! Həm də dövlət başçımız andiçmə zamanı “Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi”, demişdi. Tabut mismarlandı, xunta rejiminin qalıqları basdırıldı, keçmiş həmsədrlər isə pensiya ömrünü yaşasın, amma öz ölkələrində... İnanaq ki, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq və onun xələfləri daha bu mövzu ilə bağlı nə özünə, nə də Azərbaycan rəhbərliyinə əziyyət vermək barədə düşünməyəcəklər... Prezident Əliyev həmsədrlərə çox vaxt sərf etmişdi, qızıl vaxtını onlara ayırmışdı. Dəfələrlə dərs demişdi, ev tapşırıqları vermişdi. Amma Qarabağda tut arağına aludə olan bu turistlər dərs almaq, oxumaq, öyrənmək istəmədilər, ev tapşırıqlarına əməl etmədilər. Beləcə, Prezident Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinə Münxen mismarı vurdu! Söhbət bitmişdir!!! Elşad PAŞASOY
1,045,651
17.02.2024 15:17
Səhiyyə
Qaraciyəri təmizləyən MÖCÜZƏVİ QARIŞIM - Həftədə 1 dəfə içmək kifayətdir
Qaraciyərimiz bizim üçün həyati əhəmiyyət kəsb edən orqan olduğundan onu həmişə qorumalı və təmizləmək üçün detoks suları içməliyik. Detoks sularının məqsədi bədənimizi toksinlərdən təmizləməkdir. Musavat.com Türkiyə mediasına istinadən qaraciyəri aktivləşdirən və zərərli maddələrdən təmizləyən möcüzəvi qarışığı təqdim edir: Tərkibi: 1 limon, 1 xiyar, bir ovuc cəfəri, bir ovuc ispanaq yarpağı, bir parça zəncəfil kökü. Hazırlanması: Limonu dilimləyin və toxumlarını çıxarın. Xiyarın qabığını soyun və doğrayın. Cəfəri və ispanağı yuyub süzün. Bütün inqrediyentləri blenderdə yaxşıca qarışdırın. Zəncəfil əlavə edib yenidən qarışdırın. Yaranan qarışımı süzərək təkcə suyunu içə, yaxud qarışımı tam şəkildə istehlak edə bilərsiniz. Bu qarışımda qaraciyərin sağlamlığını dəstəkləyən antioksidanlar, vitaminlər və minerallar var. Həftədə 1, yaxud 2 dəfə içməyiniz tövsiyə edilir. Ancaq hər hansı bir sağlamlıq probleminiz varsa və ya hər hansı bir pəhrizə riayət edirsinizsə, bu resepti sınamazdan əvvəl həkiminizlə məsləhətləşməyiniz vacibdir. Musavat.com
1,045,652
17.02.2024 15:12
Siyasət
Qərbdə Azərbaycana yeni təzyiq planları hazırlanır...
Arzuman Abdulkərimov: “Azərbaycan əhalisində ruh düşkünlüyü yaratmaq istəyən xarici xüsusi xidmət orqanlarının planlarını puça çıxarmaq üçün bütün lazımi tədbirlər görülməlidir və görülür” İlham Əliyevin andiçmə mərasimindəki çıxışının çox əhəmiyyətli bir hissəsi ideoloji risqlər, xarici təhdidlər və təhlükəsizlik məsələləri ilə bağlı idi. Bütün mümkün olan potensial risqlərin ölkəmizin hüdudlarından kənarda yerləşdiyini və formalaşdığını bildirən İ.Əliyev fiziki və ideoloji risqlərdən qorunmağın vacibliyini önə çəkərək, bu istiqamətdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini əsas prioritet məsələ kimi müəyyənləşdirmiş oldu: “Bütün mümkün olan potensial risqlər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur. Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”. Azərbaycana xaricdən hansı ideoloji təhlükələr var? “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri, siyasi şərhçi Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün regionumuzda, dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmalar, müharibələr, əlbəttə ki, bizi çox narahat edir: “Çünki biz təcrid olunmuş vəziyyətdə yaşamırıq, bizim bölgəmizdə əgər vəziyyət gərginləşirsə, risqlər artırsa, əlbəttə ki, bizə də bunun mənfi təsiri ola bilər. Ona görə bizim əsas vəzifəmiz ölkəmizi, xalqımızı mövcud olan və gələcək risqlərdən qorumaqdır və biz buna nail oluruq. Biz əlbəttə ki, ölkəmizdə mövcud olan təhlükəsizliyi daha da möhkəmləndirməliyik. Azərbaycanda daxili risqlər, təhlükələr demək olar ki, yoxdur. Xarici risqlərdən isə biz özümüzü qoruyuruq. Biz özümüzü həm fiziki risqlərdən, həm mümkün olan ideoloji risqlərdən qoruyuruq. Həqiqətən də ölkəmizə qarşı müxtəlif xarici və ideoloji risqlər var. Ölkəyə həm irimiqyaslı müharibə formasında təzyiq elementləri var, şantaj xarakterli təhdidlər mövcuddur, həm də başqa dövlətə yardım göstərərək onun əli ilə Azərbaycana təzyiq göstərmək təhdidləri var. Bütün bunların hamısı Azərbaycan üçün xaricdən olan real fiziki risqlərdir. Özü də bu təhlükələr hər gün bir az da artır və daha açıq formada təzahür etməyə başlayır. Bu nöqteyi-nəzərdən Azərbaycanın təhlükəsizlik sisteminin hər gün bir az da işini təkmilləşdirməsi işin xeyrinə olar. Azərbaycan bu faktorları önləməyi bacarır və özü üçün möhkəm siyasi immunitet formalaşdırmağa nail olub. Biz ayıq-sayıq olmalıyıq. Müxtəlif təxribatlar törətməklə Azərbaycan əhalisində ruh düşkünlüyü yaratmaq istəyən xarici xüsusi xidmət orqanlarının planlarını puça çıxarmaq üçün bütün lazımi tədbirlər görülməlidir və görülür. Prezident çıxışında xaricdən gələn ideoloji risqlərdən qorunmağın ən cacib yolunu da izah etdi və dedi ki, bunun üçün ilk növbədə gənclərimizi milli və vətənpərvər ruhda tərbiyə etməliyik. Ölkəmiz indiki dövrdə əvvəlkindən qat-qat güclü bir dövlətə çevrilib. Özünün ərazi bütövlüyünü öz gücünə bərpa edib. Bax bu səbəblərdən ölkəmizə ideoloji basqıların artacağı gözlənilir. Bu həm dini radikalizm, həm Qərbdən gələn və milli mənəviyyatımızla uzlaşmayan təmayüllər formasında özünü göstərə bilər. Hesab edirəm ki, ideoloji sahədə çalışan bütün qurumlar Prezidentin bu çıxışından nəticə çıxarmalıdır. Öz işlərini daha yüksək səviyyədə qurmalıdılar ki, Azərbaycan vətəndaşına xarici təsirlərin miqyası azalsın. Yaxud da onlara layiqli cavab verilsin”.
1,045,653
17.02.2024 15:20
Yazarlar
Amerika və Hollivudla döyüşən, tabutu oğurlanan, XX əsrin ən böyük aktyoru
Mavi gözlü Çarli Albert Eynşteyni necə heyran qoydu? Balaca İsveçrənin görməli yerləri çoxdur. Tarixə, mədəniyyətə xüsusi həssaslığı ilə seçilən bu ölkədə yüzlərlə muzey var. Bu yazımda İsveçrənin 26 kantonundan biri olan fransızdilli Waadt-da yerləşən “Chaplin`s World” (Çaplin dünyası) adlı muzeydən söhbət açacam. 20 ildir ki İsveçrədə yaşayıram. Ancaq heç vaxt bu muzeydə olmamışdım. Bu dəfə qərarımız qəti idi. Mən, xanımım və 10 yaşlı oğlum Lozannaya yollandıq. Oradan isə yaxınlıqdakı muzeyə gedəcəkdik. Əlbəttə, mən onun haqqında çox oxumuşdum. Bilirdim ki, Londonda doğulan Çarli Çaplin (1889-1977) əyyaş Çarlz Çaplin və psixi problemlərdən əziyyət çəkən Hanna Çaplinin oğludur. Rejissor, aktyor, ssenari müəllifi, komediya ustası, bəstəkar kimi tanınan Çaplin öz karyerasına 5 yaşında İngiltərədə teatrda başlayır. Burada o, küçə uşağı rolunu uğurla oynayır. Sonradan dünyaca məşhur olan Tramp rolu da küçə ilə assosiasiya olunur. Tramp rolu Çaplini bütün dünyaya sevdirir. 88 yaşında dünyasını dəyişən aktyor ömrünün 83 ilini qısa fasilələrlə səhnədə keçirir. Balaca Çarli öncə içkidən dolayı ciyərləri sıradan çıxan 38 yaşlı atasını itirdi. Bir il sonra-14 yaşında anası dəlixanaya yerləşdirilən Çaplin 19 yaşında “Fred Karno” şirkəti ilə müqavilə bağlayır və aktyorluq fəaliyyətini davam etdirmək üçün ABŞ-a yola düşür. Elə o vaxtdan da kasıblıq və səfalətlə vidalaşır. 1918-ci ildə- o vaxt onun 30 yaşı vardı- Çarli Çaplin dünyanın bir nömrəli aktyoru kimi şöhrət qazanır. Boyu balaca olan Çaplin aktyor kimi səssiz filmlər erasının ən nəhəngi idi. 1977-ci ilin oktyabrında Çarli Çaplinin səhhəti o dərəcədə pisləşdi ki, yanında günün 24 saatı ərzində tibb bacısı olmalıydı. Onun daimi qayğıya ehtiyacı yarandı. 25 dekabr 1977-ci il səhər tezdən Çaplin yuxusunda insult keçirərək evində vəfat etdi. Dekabrın 27-də keçirilən dəfn mərasimi onun istəyinə uyğun olaraq kiçik və anqlikanlara xas mərasimlə yekunlaşdı. Çaplin İsveçrənin “Corsier-sur-Vevey” qəbiristanlığında dəfn edildi. Film sənayesinin öndərlərindən olan rejissor René Clair yazırdı: "O, kinonun bütün ölkələrdə və bütün zamanlarda abidəsi idi... kinonun bizə verdiyi ən gözəl hədiyyə də onun özü idi". Aktyor Bob Hope: "Biz onunla eyni dövrdə yaşadığımız üçün çox şanslıyıq”. Çaplin dul qadınına 100 milyon dollardan çox vəsait qoyub bu dünyadan getdi. Çaplinlə bağlı bu fakt isə unikal hesab oluna bilər: 1 mart 1978-ci ildə Çaplinin tabutu iki polyak fəhlə-Roman Vardas və Qanço Qanev tərəfindən qazılaraq məzarından oğurlandı. Cəsədin onun dul arvadı Oona Çaplindən pul qoparmaq qarşılığında geri verilməsi nəzərdə tutulurdu. Cinayətkar cütlük may ayında böyük bir polis əməliyyatı zamanı tutuldu və Çaplinin tabutu yaxınlıqdakı Noville kəndindəki tarlada torpağa basdırılmış vəziyyətdə tapıldı. Çarli Çaplinin tabutunu əvvəlki yerinə qaytardılar. Gələcəkdə bu kimi oğurluqların qarşısını almaq üçün tabutu dəmir-beton materiala bələyib əvvəlki yerinə qoydular. Mavi gözlü Çaplin "Böyük Diktator" filmində canlandırdığı Adolf Hitlerdən 4 gün böyük idi. Deyilənlərə görə, Hitler bığının formasını Çaplindən götürüb. Solaxay olan Çaplin fotosu “Time” jurnalının üz qabığında çıxan ilk aktyor idi. O, Amerikada 40 ildən çox yaşasa da oranın vətəndaşlığını qəbul etməyib. Özünü dünya vətəndaşı adlandırıb və həmişə Böyük Britaniya vətəndaşı olub. Həyatında çox qadın olan Çaplin 4 dəfə evlənib və 11 uşaq atası olub. 12-ci uşağı məhkəmə vasitəsi ilə ona sırımağa çalışsalar da, ekspertiza aktyorun uşağın atası olmadığını təsdiq edib. Aktyorun sonuncu övladı o 73 yaşında olanda doğulub. 18 sentyabr 1952-ci ildə Çarli Nyu-Yorkda öz ailəsi ilə birlikdə “Queen Elizabeth” gəmisinə mindi. Ertəsi gün Amerika Birləşmiş Ştatlarının Baş prokuroru Ceyms P. Makqreneri Çaplinin Amerikaya giriş icazəsini ləğv etdi və bildirdi ki, o, ABŞ-a yenidən daxil olmaq üçün siyasi baxışları və əxlaqi davranışları ilə bağlı istintaqa ifadə verməli olacaq. McGranery mətbuata "Çaplinə qarşı əlimizdə olduqca tutarlı faktlar var" desə də, bu, sadəcə, yalan idi. Belə ki, 1980-ci illərdə açıqlanan Federal Təhqiqat Bürosunun üzərindən məxfilik götürülən sənədlərinə əsasən, ABŞ hökumətinin Çaplinin yenidən ölkəyə daxil olmasının qarşısını almaq üçün heç bir tutarlı sübuta malik olmayıb. Çox güman ki, Çarli Çaplin Amerika dövlətinə rəsmən müraciət etsəydi, o, Amerikaya yenidən daxil ola bilərdi. Bununla belə, Çaplin bu xəbəri ona bildirən bir teleqram aldıqdan sonra ABŞ-la əlaqələrini kəsmək qərarına gəldi: “O bədbəxt ölkəyə yenidən daxil olub-olmamağım mənim üçün az əhəmiyyət kəsb edir. Mən onlara demək istərdim ki, mən bu nifrət dolu atmosferdən nə qədər tez qurtulsam, bir o qədər yaxşıdır, Amerikanın təhqirlərindən və mənəvi lovğalığından bezmişəm”. Bütün əmlakı Amerikada qaldığı üçün Çaplin mətbuata insidentlə bağlı mənfi bir şey söyləməkdən çəkindi. Dünya miqyaslı qalmaqal böyük çaxnaşma yaratdı. Lakin Çaplin və onun filmi Avropada hərarətlə qarşılanmaqda idi. Amerikada isə ona qarşı düşmənçilik davam edirdi. O vaxt yerli mətbuat yazırdı ki, Amerikanın ulduz aktyorlarının tarixində ən dramatik hadisə Çaplinlə bağlıdır. FBİ-ın şefi C. Edqar Huver Çaplinin əleyhdarlarından biri idi, o Çaplini Amerikada yaşamaq hüququndan məhrum etmək istəyirdi. Onu da qeyd edək ki, hələ 1947-ci ildə Çaplin ingilis həftəlik qəzetində "Mən Hollivuda müharibə elan edirəm!" adlı məqaləsini çap etdirdi. Bu, məqalə də ona olan rəsmi münasibətin daha da pisləşməsinə təkan verdi. Çarli Çaplinə Amerikada rəsmi münasibətin bu qədər kəskinləməsi onun liberal siyasi baxışları ilə bağlı idi. Bəziləri hətta onu kommunist adlandırırdı. SSRİ ilə ABŞ arasında yaşanan “soyuq müharibə” dönəmində Çaplin kimi meqa-populyar birisinin solçu baxışlara malik olması Amerika üçün məqbul sayıla bilməzdi. Çarli Çaplinin kommunistlərin nəzarətində olan Ümumdünya Sülh Şurası tərəfindən Beynəlxalq Sülh Mükafatına layiq görülməsi, Çinin baş naziri Zhou Enlai (1949-1976) və SSRİ-nin rəhbəri Nikita Xruşşovla (1953-1964) görüşməsi kapitalist Qərbin ona olan inamsızlığını gücləndirdi. Siyasi baxışlarına aydınlıq gətirmək istəyən Çaplin deyirdi: "Siyasətə gəlincə, mən anarxistəm. Mən hökumətə, qaydalara və buxovlara nifrət edirəm... İnsanlar azad olmalıdır”. Albert Eynşteyn 1931-ci ildə Çarli Çaplinlə görüşəndə ona deyir: “Sizin sənətinizdə məni heyran edən odur ki, siz çatdırmaq istədiyiniz fikri sözlə dilə gətirmirsiz, ancaq bütün dünya sizə çox gözəl başa düşür”. Buna cavab olaraq Çaplin Albert Eynşteynin “Nisbilik nəzəriyyəsi”nə işarə edərək deyir: “Bu, həqiqətən də belədir. Bütün dünya sizə də heyrandır. Ancaq heç kəs sizin nə dediyiniz başa düşmür”. İlk dəfə olduğumuz ərazidə xeyli çətinliklə üzləşdik. Muzeyə bileti dəmir yolu vağzalından almışdıq. Orada bizə gedəcəyimiz ünvana hansı marşrutla vara biləcəyimizi əks etdirən xüsusi vərəq verilmişdi. Saat neçədə, hansı dayancaqda hansı marşruta minəcəyimiz qeyd olunmuşdu. Biz avtobusdakı sərnişinlərdən birindən soruşduq ki, Çaplin muzeyinə gedirik. Bizə enəcəyimiz dayanacağı nişan verərsinizmi? Dedilər ki, elə biz də ora gedirik. Həvəslə sizə kömək edərik. Sonra məlum oldu ki, onlar da bu əraziyə bizim kimi ilk dəfədir ki, gəlirlər. Ona görə də muzeydən xeyli kənarda avtobusdan düşməli olduq. Gəldiyimiz yolu bu dəfə piyada addımlamalıyqdıq. Az sonra əks istiqamətdə gələn başqa bir avtobus bizim yanımızda saxladı. Sürücü soruşdu ki, siz muzeyəmi gedirsiz. “Bəli” sözünü eşidən kimi “gəlin, aparım”, dedi. Çox təəccüb etdim. Çünki İsveçrədə heç vaxt avtobus dayanacaqdan kənarda avtobusu saxlamaz. Ancaq bura kənd yeridir. Ola bilər ki, turistlərə yardım məqsədi ilə sürücülərə belə bir göstəriş verilib. Az sonra biz artıq muzeyin qarşısında dayanmışdıq. Çaplin muzeyi iki mülkdən ibarətdir. Muzeyin əsas hissəsi hesab olunan bina əvvəl balaca olub. Layihənin müəllifləri vəziyyətdən çıxmaq üçün mülkün üst hissəsini olduğu kimi saxlayıblar. Döşəmənin altından isə 4 mərtəbəli əlavə otaqlar tikiblər. Əlbəttə, bunun üçün xüsusi texnologiyadan istifadə olunub. Nəticədə 500 kv.metrlik muzey sahəsi yaranıb. Orada Çaplinin çəkildiyi filmlərin dekorasiyasından tutmuş mini-kino zalına qədər hər şey var. Hər şey o qədər peşəkarlıqla yaradılıb ki, insan özünü başqa bir dünyada-Çaplin dünyasında hiss edir. Çaplinin müxtəlif materiallardan hazırlanmış onlarla fiquru ilə tamaşaya gələnlər həvəslə foto çəkdirir. Dünyanın dörd tərəfindən gələn insanların sıxlığı diqqət çəkir. Çünki bu muzey ucqar bir kənddə yerləşir. Buna baxmayaraq, turistlər, elə yerli sakinlər də Çaplini görmək üçün ora axışırlar. İkinci mülk isə tamam fərqlidir. Sahəsinə görə daha böyük ikinci mülk olduğu kimi saxlanılıb. Sadəcə, oradakı hər şey indi muzey eksponatı sayılır. O da maraqlıdır ki, muzeyə Çarli Çaplinin oğlu və qızı rəhbərlik edir. Muzeyin yerləşdiyi mülkləri əhatəyə alan divarlara isə Çarli Çaplinin qanadlı ifadələri yazılıb. Məsələn, “Gözü həmişə ayağının altında olan insan asimana gözəllik verən göy qurşağını heç vaxt görə bilməz”. "Qadın istənilən kişi milyarderi milyonçu edə bilər". Muzeydən çıxdıqdan sonra Çarli Çaplinin dəfn olunduğu qəbiristanlığı da ziyarət etmək istədik. Muzeyin işçiləri bizə gedəcəyimiz ünvanı anlatdılar. Həmin dayancaqda avtobusdan endik. Yerli poçtalyon qadınla qarşılaşdıq. Fransız dilindən başqa dil bilməyən qadınla anlaşmaq zor idi. Onun dediklərindən belə başa düşdük ki, səhv gəlmişik. Piyada getsək qəbiristanlıq buradan ən azı 20 dəqiqəlik məsafədədir. Kor-peşman geri dönməyə qərar verdik. Bu vaxt bizə yaxınlaşan avtobus sürücüsü fransızca bizi anlatdı ki, poçtalyon qadın bizim Çaplinin məzarını ziyarət etmək istədiyimizi deyib. “Qəbiristanlıq elə buradadır. Paçtalyon səhv anladıb. Buradan qəbiristanlığa 2 dəqiqəlik yoldur”, dedi. Biz göstərilən istiqamətə yollandıq. Tezliklə qəbiristanlıqda idik. Adi kənd qəbiristanlığı. Əlbəttə, İsveçrənin səliqə-səhmanı buarada da aşkar görünürdü. Çaplinin qəbrini axtarıb tapdıq. Yaşlı kişi ilə qadın qəbirin qarşısında durub xəyallara dalmışdı. Kim idi onlar? Narahat etmək istəmədik. Çaplinin dəfələrlə kitablarda gördüyüm qəbrinin qarşısında biz də foto çəkdirdik. XX əsrin ən böyük aktyoru balaca kənd qəbiristanlığında öz xanımı ilə yan-yana uyuyurdu. Elbəyi HƏSƏNLİ, SÜRİX
1,045,654
17.02.2024 15:40
Siyasət
Prezident İlham Əliyev Zelenski ilə görüşdü - FOTO
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub. Musavat.com xəbər verir ki, Prezident Volodimir Zelenski dövlətimizin başçısını seçkilərdə qələbə münasibətilə təbrik etdi, Azərbaycan Prezidentinə fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi, Volodimir Zelenskidən təbrik məktubu aldığını da məmnuniyyətlə qeyd etdi. Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olundu. Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
1,045,655
17.02.2024 15:43
Siyasət
Azərbaycan və Ermənistan XİN başçılarına TAPŞIRIQ VERİLDİ
Azərbaycan və Ermənistan liderlərinin Münxendə keçirilmiş ikitərəfli görüşündə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər. APA-nın Münxenə ezam olunmuş əməkdaşı xəbər verir ki, eyni zamanda, xarici işlər nazirlərinə sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdirilməsi ilə də bağlı tapşırıq verilib.
1,045,656
17.02.2024 15:53
Analitika
İlham Əliyevin Münxen səfəri - Azərbaycanın nüfuzunun göstəricisi - ŞƏRH
Almaniyanın Bavariya Federal Torpağının paytaxtı Münxen şəhərində təhlükəsizlik üzrə 60-cı beynəlxalq konfrans keçirilir. Fevralın 18-dək davam edəcək dünyanın təhlükəsizlik üzrə bu nüfuzlu tədbirində - Münxen Təhlükəsizlik Konfransında 180 dövlətin yüksək vəzifəli nümayəndəsi, o cümlədən 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Konfransın gündəliyində Ukrayna və Yaxın Şərq, eləcə də Somali, Sudan və Haitidəki müharibələr, birgəyaşayış üçün əsas kimi beynəlxalq hüququn aliliyi, BMT Təhlükəsizlik Şurasının mümkün islahatı və iqlim dəyişikliyinə dair məsələlər yer alır. Konfransda Prezident İlham Əliyev də iştirak edir. Ötən müddət ərzində rəsmi Bakının təmsilçiləri bu tədbirə dəfələrlə qatılıb, ərazi bütövlüyünün pozulduğunu, bu hadisənin dünya üçün xoşagəlməz nümunə olduğunu bildirib. Azərbaycan həm də terrorçuluğun təhlükəsizliyi təhdid edən başlıca amillərdən biri olduğunu vurğulayıb. Ərazi bütövlüyü və suverenliyini təmin edəndən sonra Prezident İlham Əliyevin bu konfransda ilk iştirakıdır. Ölkə başçısı həm də yenidən Prezident seçiləndən sonra bu toplantıya qatılmaqla Azərbaycanın təhlükəsizlik, o cümlədən gündəlikdə olan məsələlərə önəm verdiyini nümayiş etdirib. COP29-a ev sahibliyi edəcəyindən bu tədbir Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev konfrans çərçivəsində bir sıra görüşlər keçirir. O, qarşı tərəfin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla da görüşüb. Yəhudi dövlətinin başçısı Azərbaycan Prezidentinin seçkilərdə qələbə qazanması münasibətilə təbriklərini çatdırıb. Söhbət zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub, iqtisadi-ticari, mədəni, humanitar əlaqələrə toxunulub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevlə, həmçinin qarşı tərəfin müraciətinə əsasən, ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub. Dövlət başçısı görüşdə ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacibliyini bildirib. Prezident İlham Əliyev Qarabağ münaqişəsinin artıq həll olunduğunu, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb. Dövlət başçısı Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını da diqqətə çatdırıb. Görüşdə ikitərəfli ticarət əlaqələri və COP29-un Azərbaycanda keçirilməsi, iqlim dəyişikliyi nəticəsində əmələ gələn problemlərdən də bəhs edilib. COP29 və Azərbaycanın ev sahibliyi etdiyi və edəcəyi digər qlobal tədbirlər ölkəmizin dünyada nüfuzunun böyük dərəcədə artdığını göstərir. Prezident İlham Əliyevin də andiçmə mərasimində qeyd etdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur. Bu nüfuzun formalaşmasının əhəmiyyətli tarixçəsi də var. Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə ölkəmiz dünyanın müxtəlif regionlarını bir araya gətirdi və konsensusu inkişaf etdirdi. COP29 dünyanın gündəliyində dayanan, ən mühüm problemin həllinə həsr olunan qlobal tədbirdir. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsinin dünya ölkələri tərəfindən dəstəklənməsi effektiv, çoxtərəfli danışıqlar aparmaq, dünyanın ayrı-ayrı regionlarında fərqli baxışları bir araya gətirmək, konsensus əldə etmək, qlobal problemlərin həllinə töhfə vermək bacarığının, güclü potensialına olan inamın nəticəsidir. Onun bu bacarığı, əzmi dünya ictimaiyyəti tərəfindən təqdir olunur. Azərbaycan Cənubi Qafqaz, Xəzər dənizi, Qara dəniz, Mərkəzi Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa və digər regionlarla geniş əlaqələrə malikdir, bu bölgələrin bir çox ölkələri ilə yaxın tərəfdaşlıq əlaqələri qurub, səmərəli qarşılıqlı əməkdaşlığın inkişafına nail olub. Buna görə də ölkəmiz qlobal səviyyədə öz siyasətini həyata keçirməyi bacaran etibarlı tərəfdaş imicini qazanıb. Uzun illər Azərbaycanın bu potensialını ortaya qoymasına Ermənistan-Azərbaycan münaqişəsi mane olurdu. Artıq dünya ölkələri ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, təmaslarını gücləndirmək üçün Qarabağ problemi yoxdur. Yeri gəlmişkən, fevralın 14-də Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimi zamanı beynəlxalq vasitəçilər və danışıqlar prosesinə də toxunmuşdu: “Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağı ərazimizin hər bir yerində dalğalanacaq”. Keçmiş və artıq həll edilmiş münaqişədə beynəlxalq vasitəçilərin rolunun yarıtmaz olduğu 30 il ərzində təsdiqləndi. 44 günlük müharibə Azərbaycan dövlətinin və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etdi. Bu, istiqamətdə vasitəçilərin danışıqların heç bir önəmli rolu olmadı. Prezidenti vasitəçilik iddiasında olanlara da həmin tədbirdə ismarış göndərmiş, bildirmişdi ki, vasitəçi olmaq istəyən Ermənistanın havadarları “yorğanı öz tərəflərinə çəkməklə, vasitəçi olmaq istəyirlər”. O, bu missiyanın daşıyıcısı olmaq istəyənlərin ilk növbədə “heç olmasa, üzdə bitərəf olmasının” vacibliyini vurğulayıb: “Amma heç olmasa, üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil”. Prezident Azərbaycanın məsələni özü həll etdiyini bildirmişdi: “Sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”. Qeyd edək ki, Prezident 2020-ci il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dən olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edən zamanı bu qurumun fəaliyyətsizliyini açıq-aşkar onlara çatdırmışdı: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki, bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”. Doğrudan da bu qrup fəaliyyətdə olduğu müddət daha çox status-kvonu qoruyub saxlamaq istiqamətində əlindən gələni edib. Onların fəaliyyətdə olduğu dövrdə ermənilər Azərbaycanın işğal olunmuş kənd, şəhər və rayonlarını xarabazara çevirib, tarixi, dini, mədəni abidləri dağıtmışlar. Ancaq həmsədr ölkələr və nümayəndələri ermənilərin bu özbaşınalığına, vandalizminə göz yumub, onu görməzlikdən gəliblər. İndi isə həmin qüvvələr Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasına vasitəçilik etmək iddiası ilə çıxış edirlər. Ona görə də rəsmi Bakı Ermənistanla ikitərəfli birbaşa, vasitəçilərin iştirak olmadan danışıqların keçirilməsi təklifini irəli sürür. Bu halda oyundan və bölgədən kənar qalan həmin qüvvələr ara qarışdırmaq, Ermənistanı Azərbaycana qarşı yenidən qoymaq üçün planlar cızırlar. Fevralın 12-də iki ölkə arasında sərhədyanı bölgədə ermənilər törətdiyi təxribatın da buna nümunə olaraq göstərmək olar. Münxendə dövlət başçısının qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn ilə də görüşü olub. O, Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırıb. Amos Hoxşteyn COP29-a ev sahibliyi etməsi münasibəti ilə Azərbaycanı təbrik edib. Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev ilə Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadefulun görüşü olub. Bu görüş də qarşı tərəfin müraciətinə əsasən baş tutub. Həmçinin, Prezident İlham Əliyevlə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın da görüşü olub. Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə bağlı danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə edilib. Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şolts, ABŞ Prezidentin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, İraqın şimalındakı regional hökumətin başçısı Neçirvan Barzani və başqaları ilə də görüşlər keçirib. Prezident Münxendə keçirdiyi görüşlərlə rəsmi Bakının qlobal məsələlərə, iqlim dəyişikliyinə və münaqişələrin həllinə münasibətini bir daha nümayiş etdirib. Bu, onu da isbatlayır ki, Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıyır. O, andiçmə zamanı çıxışında bildirib ki, Azərbaycan xarici siyasət istiqamətində yeni üfüqlər açmalıdır: “Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ, demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir”. Prezident Azərbaycanın dünyanı narahat edən problemlərin, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar məsələlərin həllində daha fəal olacağını vurğulayıb: “Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq”. Dövlət başçısı qeyd edib ki, Azərbaycan neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıdır: “Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik”. Azərbaycan sülhsevər ölkədir, qonşu ölkələr, başqa bölgələrlə sülh gündəliyini təşviq edir. Azərbaycan bundan sonra da öz xarici siyasətini bu prinsiplər və parametrlər əsasında quracaq və inkişaf etdirəcək. İlham Əliyevlə görüşlərlə bağlı müraciətlər də Azərbaycanın qlobal səviyyədə artan nüfuzu və hörmətinin, xüsusilə Prezident İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir. Münxen Təhlükəsizlik Konfransı beynəlxalq arenada Azərbaycanın yeri və çəkisini də nümayiş etdirib. Sədrəddin Soltan,"Report"
1,045,657
17.02.2024 16:00
Analitika
Kələyi və kələfi çözülən qrup – ATƏT tarixə gömülmüş qurumu ləğv etməli olacaq
Azərbaycan Prezidenti İlham Əliyev Münxendə ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla görüşündə qurumun keçmiş fəaliyyətinə dair bir sıra tənqidi fikirlər səsləndirib. Prezident qeyd edib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlər - ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturlar rəsmi qaydada ləğv edilməlidir. Əslində ATƏT-in 3 il yarımdan bəri fəaliyyəti olmayan Minsk qrupunu hələ də saxlaması təəccüb doğurur. Azərbaycan Prezidentinin də dediyi kimi, artıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib, həmsədrlərin görəcəyi bir iş qalmayıb. İndi Ermənistan və Azərbaycan arasında birbaşa danışıqların vaxtıdır və vasitəçilər olmadan da normallaşma prosesini aparmaq mümkündür. Onsuz da 1990-cı illərin əvvəlindən ta 2020-ci ilin sentyabrına qədər ATƏT-in Minsk qrupunun amerikalı, rusiyalı, fransalı həmsədrləri ortada su bulandırmaqla məşğul idilər. Dövlət başçıları onları nəzakət qaydaları çərçivəsində qəbul edərək dinləsə də, son illərdə ictimaiyyətin onlardan heç bir gözləntisi qalmamışdı. Hətta xalq arasında həmsədrlərin fəaliyyətinə ikrahamiz münasibət vardı, onları “diplomat-turistlər”, “yeyib-içib kef edən vasitəçilər” adlandırırdılar. Həmsədrlərin heyəti üzv ölkələrin rəhbərliyi tərəfindən vaxtaşırı dəyişdirilsə də, yeni təyin edilən diplomatlar da öz sələflərindən heç nə ilə fərqlənmirdi. Aydın məsələydi ki, onlar öz ölkələrinin rəhbərliyinin, xarici siyasət idarələrinin təmsilçiləridir və ali kabinetlərdə verilən direktivlər üzrə hərəkət edir, açıqlamalar verirlər. Ancaq yeni həmsədrlər öz sələflərindən ziyafət estafetini ikiəlli alırdılar və gah İrəvana, gah Bakıya baş çəkərək ən lüks otellərdə yaşayır, lüks restoranlarda dilekates qidalarla bəslənirdilər. Heç bir məsuliyyətləri də yox idi. Heç kim onlardan “bu zaman kəsiyində ortaya effektiv nəticə qoymalısınız” tələbi etmirdi. Hətta əksinəydi, ABŞ da, Fransa da, Rusiya da Qarabağ münaqişəsinin tənzimlənməsinin uzandıqca uzanmasının tərəfdarıydı. Çünki belə bir qənaət vardı ki, hər keçən gün Qarabağı Azərbaycandan uzaqlaşdırır, Ermənistana yaxınlaşdırır. Ermənistan rəhbərliyi də bu düşüncədəydi, ona görə də həmsədrlərin iki-üç ildən bir ortaya atdığı “mərhələli həll planı”nı əlinin dalıyla rədd edirdi və bu mənfi səciyyəli maksimallistlik, höcətlik həmsədrlərin xətrinə dəymirdi. Azərbaycanlı siyasətçilər, politoloqlar, jurnalistlər, eləcə də ictimai-siyasi fəallar ATƏT həmsədrlərinin, Ermənistan rəhbərlərinin kələyini və kələfini çoxdan çözmüşdülər, bilirdilər ki, bütün gəliş-gedişlər, söz-söhbətlər Qarabağı de-yure Azərbaycandan qoparmaq üçündür. Həmsədrlər sonu görünməyən danışıqlarla rəsmi Bakını yoraraq, bezdirərək, qondarma “DQR”-in müstəqilliyinin tanınmasına, daha dəqiqi, Ermənistana birləşdirilməsinə nail olmaq istəyirdilər. Həmsədrlərin boş və mənasız səfərlərinin, monitorinq adı altında o vaxtkı status-kvonun qorunub saxlanılması istiqamətində fəaliyyətlərinin yalnız Ermənistana faydası vardı. Ancaq bu plan baş tutmadı. 21-ci əsrin 2-ci onilliyinin əvvəlində Azərbaycan rəhbərliyi ATƏT-dən ümidini tamamilə kəsdi və öz başının çarəsinə baxmaq üçün yeni istiqamətlərə meylləndi. Bu, ordu quruculuğunun inkişafına nail olmaq və əlverişli geosiyasi vəziyyətin yetişməsini gözləməkdən ibarət idi. 2020-ci ildə o gün yetişdi. Ağılları ötən əsrin 90-cı illərinin əvvəlində qalmış, həmişə xarici havadara güvənərək yekə-yekə danışan ermənilər yenidən köhnə hava ilə oynamaq istəyəndə başlarının üzərində dron səsi eşitdilər, tutarlı zərbə aldılar və toparlana bilmədilər, gec oldu. 2020-ci ilin payızında, artıq Şuşa azad olunandan az sonra həmsədrlər özlərini yenidən Bakıya çatdırdılar. Həmin vaxt onları sonuncu dəfə qəbul edən Prezident İlham Əliyev onlara nəzakət qaydaları çərçivəsində ağır sözlər dedi, başlarını aşağı salıb dinlədilər, deyəcək sözləri yox idi. Və suları süzülə-süzülə getdilər. Bakıdan mədəni şəkildə qovulduqdan sonra həmsədrlər ölkələrinə qayıdıb istefa verməli ikən, ATƏT-də Minsk qrupunun buraxılması barədə məsələ qaldırılmalıykən, nəyəsə ümid edə-edə bunu etmədilər. Həmin faydasız qurum hələ də saxlanılır. Rəsmi İrəvan da Minsk qrupunun buraxılmamasını istəyir. Paris, Vaşinqton və Moskva da o fikirdədir. Ancaq Bakı dediyini deyib və birmənalı demək olar ki, fikrini dəyişməyəcək, bir daha o formatda heç bir vasitəçilər qrupu ölkəmizə gəlməyəcək. Hər üç üzvü ermənilərə tərəfdar olan vasitəçilər qrupu tarixə gömülüb, məsələ bitib. Musavat.com
1,045,658
17.02.2024 16:55
Analitika
Azərbaycan və Ermənistan liderlərinin danışığı - vasitəçisiz yeni görüşlərə təkan - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra görüşlər keçirib. Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüşü olub. Bu tədbirə rəsmi Berlin vasitəçi kimi deyil, yalnız ev sahibi kimi təşkilatçılıq edib. Yeri gəlmişkən, bu, iki ölkə liderinin Münxendə keçirdikləri ilk görüş deyil. 2020-ci il fevralın 15-də də Prezident İlham Əliyev baş nazir Nikol Paşinyanla məhz burada görüşmüşdü. Ötən illərin və münaqişələrin həlli ilə bağlı tarixi təcrübə belə danışıqların daha səmərəli olduğu deməyə əsas verir. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı Azərbaycanla Ermənistan arasında vasitəçiyə ehtiyac olmadığını vurğulamışdı. Çünki vasitəçilər bir qayda olaraq münaqişə tərəflərinin deyil, daha çox öz maraqlarının təmin olunmasına çalışırlar. Bu amil Qarabağın işğal altında olduğu dövrdə də özünü dəfələrlə büruzə verib. Dövlət başçısı çıxışında onların diplomatik qaydalara belə əməl etmədiklərini qeyd edib: “Bizə bu məsələdə vasitəçi lazım deyil”. Azərbaycan Prezidenti yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də bu məsələyə toxunaraq demişdi ki, Ermənistan bu sülh müqaviləsinin zəmanətçiləri olmasını istəyir: “Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır”. Prezident Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək istəyənlərə rəsmi Bakının etiraz etmədiyini də vurğulamışdı: “Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin”. Odur ki, Münxendə reallaşan bu görüş Prezidentin irəli sürdüyü “vasitəçi lazım deyil” şərtinə beynəlxalq tədbirlər çərçivəsində də əməl edildiyinin göstəricisidir. Rəsmi Bakı belə görüşləri keçirməklə irəli sürdüyü təşəbbüslərə, təkliflərə, şərtlərə əməl etdiyini bir daha nümayiş etdirib. Bu baxımdan, Prezident İlham Əliyevin Münxendə Nikol Pşainyana son zamanlar Ermənistanın törətdiyi təxribatlara rəsmi İrəvanın aydınlıq gətirməsi üçün şərait yaradır. Bundan başqa, ikitərəfli görüşlərin davam etməsi üçün zəmin hazırlayır. Bütün bunlar Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan arasında yeni görüşün keçirilməsinə təkan verə bilər. Qeyd edək ki, onlar arasında sonuncu danışıq yanvarın sonunda olub. Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın görüşü münasibətlərin yaranmasına, davam etməsinə, ikitərəfli etimad mühitinin yaranmasına mane olanlara da cavab kimi dəyərləndirilə bilər. Rəsmi Bakı bir daha sübut edir ki, iki suveren dövlət problemlərini müzakirə yolu ilə həll etməyə qadirdir. Bir sözlə, Ermənistanın kənardan vasitəçi tutub danışıqlara cəlb etməsi təşəbbüsü münasibətlərin normallaşmasına yardım deyil, maneədir. Sədrəddin Soltan,"Report"
1,045,659
17.02.2024 16:18
Siyasət
Münxendəki görüşlərin qarşı tərəfin müraciəti ilə reallaşması Azərbaycanın üçün NƏ DEMƏKDİR?
"Münxendəki görüşlərin qarşı tərəfin müraciəti ilə reallaşması Azərbaycanın “middle power” kimi özünü təsdiqləməsinin göstəricisidir" Münxen Təhlükəsizlik Konfransı ötən dövr ərzində müxtəlif cür adlanmasına baxmayaraq son nəticədə vahid bir hədəfə, sülhün təmin edilməsi üçün beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, sülh üçün risklərin aradan qaldırılması, yaxud proseslərin mümkün inkişaf ssenarisi istiqamətində təsəvvürlərin və hətta yol xəritəsinin formalaşdırılmasına xidmət edib. Demək olar ki, bütün dövlətlərin təmsil olunduğu Konfransda bir qayda olaraq dəyişməz kilid fiqurlar olur və sonrakı dövr üzrə təsəvvürlərin formalaşdırılması istiqamətində bu subyektlərin fikirləri əhəmiyyətli xarakter daşıyır. Azərbaycan özünün şaxələndirilmiş enerji siyasəti ilə dünya təhlükəsizliyində önəmli rol oynasa da, xüsusən 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin panel müzakirələrindən sonra Bakı məhz Prezident İlham Əliyevin personası fonunda bu tədbirin favorit söz sahiblərindən birinə çevrilə bilib. Ardınca Vətən müharibəsindəki Qələbə ilə Azərbaycan beynəlxalq təhlükəsizlik platformasında mövqeyini kifayət qədər möhkəmləndirə bildi. Lakin məlumdur ki, istər Vətən müharibəsi, istərsə də antiterror tədbirlərində Ermənistan və havadarlarının iki dəfə kapitulyasiyaya məcbur edilməsi və Azərbaycanda separatizmə birdəfəlik son qoyulması ilə qlobal miqyasda özünü beynəlxalq ictimaiyyət adlandıran bir qrup riyakar beynəlxalq subyektin Bakıya qarşı səlib yürüşü başlandı. Ötən dövr ərzində bütün təzyiq cəhdlərinin zərərsizləşdirilməsi, hətta bu kampaniyaya rəhbərlik edən Fransanın Şərqi Avropadan Orta Asiya və Yaxın Şərqə qədər uzanan nəhəng casus şəbəkəsinin ifşa edilməsi fonunda Prezident İlham Əliyev nümayiş etdirdi ki, Azərbaycan artıq hesablaşılan və dünyanın təhlükəsizlik arxitekturasında rəyi nəzərə alınmalı olan güc mərkəzidir. Bu mənada Azərbaycan Prezidentinin 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirakı və səfərin ilk günündə reallaşan 10-a yaxın görüşün hər birinin Bakının yox, məhz qarşı tərəfin müraciətinə əsasən reallaşması hər şeydən öncə yeni düzəndə Azərbaycanın “middle power” kimi özünü təsdiqləməsinin göstəricisidir. Bu prosesdə, heç şübhəsiz ki, açar faktor olaraq İlham Əliyevin şəxsi nüfuzu çıxış edir. Musavat.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib. Görüşlərin xarakterinə diqqət çəkən deputat deyib: “Yaxın dövrə qədər Azərbaycana ittihamlar yağdırmaqda ehtiva olunan ritorikadan fərqli olaraq Münxendə İlham Əliyevin daha çox yeni reallıqları diktə edən qlobal lider kimi qarşılandığı aydın formada görünür. Görüş təşəbbüskarları üçün dünyanın süni gündəminə çevrilməsinə çalışılan saxta mövzular ətrafında yox, daha çox İlham Əliyevin əməkdaşlıq və regional təhlükəsizlik məsələlərində baxışları önəm daşıyır. İstər dövlət rəsmiləri, istərsə də qlobal iqtisadi güc subyektləri kimi tanınan özəl sektor nümayəndələri ilə görüşdə daha çox müstəqil, suveren Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməkdə maraq ifadə olunur. Əlbəttə, bu, Azərbaycan ətrafında Fransanın təhriki və rəhbərliyi ilə formalaşan süni çənbərin – Bakıya münasibətdə sanksiya təşəbbüslərinin fiaskosu deməkdir. Qlobal subyektlərin İlham Əliyevlə iqtisadi-ticari, mədəni, humanitar əlaqələrin genişləndirilməsi barədə müzakirələrə cəhd etməsi, heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq hüququ rəhbər tutaraq özünün ərazi bütövlüyü və suveren haqlarını bərpa etməsində ehtiva olunan yeni status-kvonun sözsüz qəbullanması deməkdir. Bir sözlə, 60-cı Münxen Təhlükəsizlik Konfransının ilk günü İlham Əliyevin son bir il ərzində yaratdığı reallıqların bəyan edilməsi və qlobal subyektlər tərəfindən qəbullanması ilə xarakterizə olundu. Bu mənada, əvvəllər qərəzi ilə gündəmə gələn qlobal güc mərkəzlərinin bu gün diqqəti daha çox ənənəvi enerji siyasətinə fokuslaması, Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasını ehtiva edən layihələrdə birgə tərəfdaşlığın perspektivləri, kibertəhlükəsizlik və kosmik sahələrdə əməkdaşlıq barədə danışmağa üstünlük verməsi kifayət qədər pozitiv məqamlardır. Yəni, mübaliğəsiz olaraq deyə bilərik ki, tədbir Azərbaycanın yeni dövr üzrə müəyyən etdiyi prioritetlərin realizəsi istiqamətində əlavə imkanlar platformasına çevrilməkdədir. Bildiyiniz kimi, fevralın 14-də Milli Məclisdə baş tutmuş andiçmə mərasimindəki çıxışında Prezident İlham Əliyev yeni dövr üzrə prioritetlərimizi, o cümlədən daxili və xarici siyasət kursunun sərhədlərini aydın formada müəyyən etmişdi. Xarici siyasət kursuna fokuslanan dövlətimizin başçısı açıq formada bəyan etmişdi ki, Bakı artıq daha çox qlobal oyunçu kimi çıxış etmək niyyətindədir. Bu dövrə qədər Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkənin isə bizi Qoşulmama Hərəkatına sədr seçməsi, habelə COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunması göstərir ki, İlham Əliyev artıq Azərbaycanı qlobal oyunçuya çevirib. Bu mənada, Münxen Təhlükəsizlik Konfransı həm də beynəlxalq hüquq subyektlərinin Azərbaycanın yeni xarici siyasət prioritetlərini qəbullanması baxımdan mühümdür. Bu mənada, qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüş yeni dövrdə Azərbaycanın niyyətlərinin bir daha rəsmən bəyan edilməsi baxımdan əhəmiyyətli oldu”. Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycanın bu sahədə ən kritik şərti artıq bölgəyə Ermənistan-Azərbaycan münasibətləri çərçivəsində baxılmamasıdır. Bildiyiniz kimi, Prezidentin inauqurasiya mərasimindəki çıxışından da göründüyü kimi, yeni dövr üçün İlham Əliyevin bu istiqamətdə yol xəritəsi kifayət qədər aydındır. Azərbaycan bu məsələdə qlobal spekulyasiyalara meydan verməyəcək və bu məsələnin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə lüzum yoxdur. ATƏT sədri ilə görüşdə də ifadə olunduğu kimi, “Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesi isə qlobal məsələ deyil, ikitərəfli xarakter daşıyır”. Yəni, faktiki olaraq İlham Əliyevin iradəsi o yöndədir ki, qalib tərəf olaraq bizim Ermənistan kimi üçüncü dünya dövləti ilə münasibətlərə xüsusi vaxt ayırmaq niyyətimiz yoxdur. Andiçmə mərasimində də deyildiyi kimi, “İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, sülh müqaviləsi imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”. Ona görə də İlham Əliyev açıq formada bəyan etdi ki, indiki halda ATƏT də bu reallıqları qəbul etməli, bu qurum çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlər - ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturlar rəsmi qaydada ləğv edilməli və qurumun büdcəsi də daha məqsədyönlü və vacib layihələrə istiqamətlənməlidir. “Uzun illər məqsədli formada davam etmiş regional problemlər ucbatından daha çox lokal reallıqlara köklənməli olmuş Azərbaycan İlham Əliyevin liderliyində artıq iqlim dəyişiklikləri, islamofobiyaya və neokolonializmə qarşı mübarizə kimi dünyanı narahat edən problemlərin həllində, habelə bərpaolunan enerji siyasətini inkişaf etdirməkdə nəticələrə fokuslanıb. Münxendə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun ölkəmizin bərpaolunan enerji layihələri və yaşıl keçid istiqamətində siyasətinin də AYİB tərəfindən təqdir edildiyini və dəstəkləndiyini bəyan etməsi, habelə digər müzakirələrdə, COP29-un keçirilməsinin daha geniş miqyasda iqtisadi layihələrin reallaşdırılması potensialının gücləndirilməsi işinə xidmət etməsi barədə fikirlərin səslənməsi bunu bir daha sübut edir. Müəyyən aradan sonra, nəhayət, Vaşinqtonun da ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin qismində Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğuna bir daha diqqət çəkməsi Bakının yeni prioritetlərinin qlobal miqyasda qəbul edildiyini göstərməkdədir”, - deyə deputat vurğulayıb.
1,045,660
17.02.2024 16:30
Qalmaqal
Afaq Bəşirqızıdan SƏRT SÖZLƏR: "Artıq-əskik sözlər yazma, rədd ol, get teatrdan"
“Daxili baxışda tamaşa haqqında nəticə çıxartmaq olmaz. Söhbət “Qadınım” tamaşasından gedir. Tamaşaçıların öhdəsinə buraxılmazdan əvvəl biz tamaşaya daxili baxış edirik ki, orada hər kəs öz fikrini bildirsin. Sonda isə əlbəttə ki, bu fikirlərlə rejissor razılaşır və tamaşaya əl gəzdirir. Ona görə də daxili baxışda tamaşa haqqıda resenziya yazmazlar” Musavat.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib: “Mən istərdim ki, su içdikləri quyuya tüpürməsinlər. Bu, sizin teatrınızdır. Siz bu teatrdan məvacib alırsınız, teatrın halallığını almalısınız. Ayıbdır! Hərənin öz fikri var, mən bunlara əhəmiyyət vermirəm. Mən gözümlə gördüyümə əhəmiyyət verirəm. Teatrşünas Aydın Talıbzadənin fikirləri də mənim üçün çox önəmlidir. Bir çoxları “Qadınım” tamaşası haqqında yüksək fikirdədir. Əmrah da, Gültac da böyük ürəklə oynayırlar. Biz bu dəqiqə özümüzə Qərbi örnək bilirik. Amma dünya mədəniyyətini Şərqlə öyrəniblər. Şərqin mədəniyyəti qat-qat Qərbin mədəniyyətindən üstündür, varlıdır və gözəldir. Əgər biz dünya ilə hesablaşmaq istəyiriksə, bu tip tamaşaların olması normaldır. Bu, türk pyesidir, özünüz də görürsünüz ki, aktyorlar orada canlı oxuyurlar, çıxış edirlər, canlarını qoyurlar. Onların zəhmətini yerə vurmaq olmaz. Əgər o uşaqlardan hansısa sənin tələbən olubsa, müəllim birdən-birə o sözü tələbəsinə deyə bilməz. Deməli, sən pis öyrətmisən ki, tələbə belə pis olub. Ama tələbə çox gözəl oynayır. Rejissor İradə Gözəlova da tamaşaya möhtəşəm quruluş verib. O, birinci dəfə deyil ki, teatrda tamaşa hazırlayır. Tamaşa mənim çox xoşuma gəldi. İki dəfə tamaşaçı qismində izləmişəm. Əmrahla Gültacın oyununu, musiqi seçimini çox bəyənirəm. Onların zəhmətini qiymətləndirirəm. Teatrda “Paris Notrdam kilsəsinə ithaf”, “Anamın kitabı”, “Psix”, “Mənim günahım” və s. tamaşalar olduğu halda “Qadınım” tamaşasının olması da çox vacibdir. Bu cür müasir tamaşaların oynanılması vacibdir, mütləqdir. Bütün bunlara hazır olmaq lazımdır, bu, teatrdır. Teatr aləmdir. Teatr başqa bir dünyadır. Əgər sən ora təsadüfi daxil olmusansa və orada gördüklərini anlamırsansa, çox xahiş edirəm rədd ol, çıx oradan. Nəinki başqa artıq-əskik sözlər yazasan”. Xalq artisti “Şən gənc” layihəsində münsif olaraq iştirak etdiyini qeyd edib: “Bu layihəyə görə Gənclər və İdman Nazirliyinə öz minnətdarlığımı bildirirəm. “Bu şəhərdə” komandası ilə birgə hazırlanır. Rafael də, Coşqun da, Müşfiq də hər zaman incəsənətimiz üçün, teatrımız üçün çalışan insanlardır. Belə bir durğunluq, həyəcan vaxtında biz yeni tapıntılardan, yeni kəşflərdən, gələcəyin aktyorlarından danışırıq. Biz həm də orada narkomaniyadan, gənclərin pozulmasından, cəmiyyətdə özlərini apara bilməmələrindən danışırıq. Bu, tərbiyəli, əhəmiyyətli verilişdir. Mən “Bu şəhərdə” komandasına və Gənclər və İdman Nazirliyinə xüsusi minnətdarlığımı bildirirəm. Layihə çox gözəldir. Onlar hələ cavandırlar, gəncdirlər. Ona görə də onlara ehtiyatlı yanaşmaq lazımdır. Onlarla elə davranmaq lazımdır ki, sabah canlarından artıq sevdikləri, çox maraq göstərdikləri sənətə tüpürüb getməsinlər. Münasibətdən çox şey asılıdır. Onlar bu dəqiqə intizarla bizim gözümüzə baxırlar ki, görsünlər, bu sənətkarlar nə irad tutacaqlar? Biz onlara zarafatla, könüllərini oxşamaqla cavab veririk. Bunun da nəticəsi odur ki, onlar yarışmadan sanki mükafat alıb çıxırmışlar kimi gedirlər. Mükafatın təsis olunması da gözəldir. Biri var idi, soruşdum ki, qızım, sən qalib olsan nə edəcəksən?! Dedi ki, mənim musiqi təhsilim var, amma pianinom yoxdur. Pianino alıb, mahnılar bəstələmək istəyirəm. Biri deyir ki, mən kompyuter almaq istəyirəm. Mən onların bu istəklərini Gənclər və İdman Nazirliyinə çatdırdım. İmkan daxilində bu istəkləri, arzuları yerinə yetirmək lazımdır”.
1,045,661
17.02.2024 16:42
Siyasət
Zelenskidən AZƏRBAYCAN açıqlaması: "Yüksək qiymətləndiririk"
Ukraynda Prezidenti Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini deyib. Bu barədə V.Zelenski fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib. "Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlar yüksək qiymətləndirilir", - Prezident vurğulayıb. Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olunub./Report
1,045,662
17.02.2024 16:55
Mədəniyyət
Xocalı faciəsindən bəhs edən “13” filminin premyerası olacaq
Xocalı faciəsindən bəhs edən “13” adlı bədii-sənədli filmin premyerası olacaq. 26 fev­ral 1992-ci il­də Xo­ca­lı şə­hə­ri er­mə­ni si­lah­lı bir­ləş­mə­lə­ri tə­rə­fin­dən iş­ğal olu­nanda əha­li ətrafdakı qar­lı me­şə­lə­rdə gizləniblər. İki gün or­da qal­dıq­dan son­ra böyük bir dəs­tə ilə Əs­gə­ra­nın Dəh­raz kən­di­ni Ağ­da­mın Gü­lab­lı kən­di bi­lib, hə­min tə­rə­fə üz tu­tublar və er­mə­ni­lə­rin əv­vəl­cə­dən ha­zır­la­dıq­la­rı mü­ha­si­rə­yə dü­şüb­lər. Er­mə­ni­lər on­la­rı Dəh­raz kən­din­də­ki fer­mada sax­la­dıq­ları zaman girovların arasından 13 cavan oğlanı seçib apa­rmışlar. Bu gü­nə ki­mi hə­min gənc­lə­rin sonrakı ta­le­yi haq­qın­da heç bir mə­lu­mat yoxdur. “13” adlı bədii-sənədli film bu faciəli hadisə haqqındadır. Filmdə əhalinin erməni silahlıları tərəfindən təqib olunması, mühasirəyə düşərək girov götürülməsi və fermada onlara verilən işgəncələr səhnələşdirilir. 13 gəncin öz doğmalarından- ata-anasından, övladlarından zorla ayrılması da filmin ən həyəcanlı anlarından olacaq. Həmin gənclərin obrazları fotoşəkillərinə oxşar aktyorlar tərəfindən canlandırılır. Əsirlikdə həmin günlərin əzabını yaşamış və bu hadisələrin şahidi olmuş insanların acı xatirələri də filmin təsirli məqamlarındandır. Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Obyektiv” milli dəyərlərin təbliğinə dəstək ictimai birliyi tərəfindən hazırlanır. Filmin müəllifi əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri Xəyyam Abdulla və operatoru Əhməd Barasovdur.
1,045,663
17.02.2024 17:07
Reportaj
"Ermənistanın sərhəddə təxribatları davam edəcək, əgər..." - Abdullah Ağar VİDEO
Bakıda səfərdə olan Türkiyənin tanınmış hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar TV Musavat-a danışıb. Musavat.com xəbər verir ki, Abdullah Ağar müsahibəsində Ermənistanın Azərbaycan sərhəddində törətdiyi təxribatlara münasibət bildirib, Cənubi Qafqazda münaqişə yaratmaqda maraqlı ilan dövlətlərdən söz açıb, Türkiyənin bu bölgədəki təsirlərini şərh edib. Hazırladığımız videomüsahibəni təqdim edirik: Xalidə Gəray,Rafət Şahbazov,Musavat.com
1,045,664
17.02.2024 17:45
Dünya
Kişi ailəsinin 12 üzvünü amansızlıqla QƏTLƏ YETİRDİ
İranın cənub-şərqindəki Kirman əyalətində kişi 12 qohumunu güllələyərək qətlə yetirib. Bununla bağlı məlumatı İranın rəsmi xəbər agentliyi olan İRNA yayıb. Agentliyin rəsmi dairələrdən aldığı məlumata görə, Kirman vilayətinin Faryab rayonunda kişi ailə-məişət münaqişəsi zəminində müxtəlif evlərdə olan atası və qardaşı da daxil olmaqla 12 ailə üzvünü güllələyərək qətlə yetirib. Qətliamı “Kalaşnikov” avtomatı ilə həyata keçirən və hadisə yerindən qaçan 30 yaşlı şəxs polisin keçirdiyi əməliyyat nəticəsində öldürülüb./Sfera.az
1,045,665
17.02.2024 18:47
Hadisə
Azərbaycanlı məşhurun həyat yoldaşı zəhərləndi - FOTO
Tanınmış repçi "Qurd"un (Fərid Eminov) həyat yoldaşı Leyla Eminova dönərdən zəhərlənib. O bu barədə sosial şəbəkə hesabında bildirib. Leyla qeyd edib ki, dönəri yedikdən sonra temperaturu 35 dərəcəyə düşüb və özünü narahat hiss etməyə başlayıb: "İndi bir az daha yaxşıyam. Sistem, dərman etdim, düzəldi. Son zamanlar çoz az yemək yeyirəm. Bu da məni zəiflədib. Dünən iş vaxtı ac olduğum üçün dönər yedim. Hava da soyuq idi. Evə gələndə temperaturum 35 dərəcəyə düşmüşdü. Dönər mənə zəhərlənmə vermişdi (dönər bilinən yerdən idi, adını çəkmək istəmirəm)". Xatırladaq ki, Leyla Eminova repçi "Qurd"la 2021-ci ilin noyabrında ailə həyatı qurub. Cütlüyün bir qız övladı var./BAKU.WS
1,045,666
17.02.2024 17:20
Gündəm
Əhmədin anası tiktoker Ləmanı niyə polisə veribmiş? - ŞOK DETALLAR
Ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovla bağlı yeni detallar üzə çıxıb. Əhmədin anası Pikəxanım ikinci dəfə ailə qurduğundan Əhmədin qətlə yetirdiyi bacılığı ögey olub. Ailəni yaxından tanıyan şəxsin məlumatına görə, onların ailəsində hər zaman mübahisələr olurmuş. Əfsanə adlı qonşunun sözlərinə görə, Əhmədin anası Pikəxanım tiktoker Ləmandan da dəfələrlə polisə şikayət edibmiş. Bu səbəbdən də onlar arasında hər zaman mübahisələr olurmuş. Tiktoker Ləman onlarla eyni binada, üzbəüz mənzildə yaşayırmış. Məlumata görə, Ləman bir neçə dəfə Əhmədin maşınından taksi kimi istifadə edib. Oxu24.com
1,045,667
17.02.2024 18:22
Hadisə
Tofiq İsmayılovun qızı VƏFAT ETDİ - FOTO
Mərhum dövlət katibi Tofiq İsmayılovun qızı Səbinə İsmayılova vəfat edib. Musavat.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb. Mərhumun vəfat səbəbi açıqlanmayıb.
1,045,668
17.02.2024 18:35
İdman
Nail Kərimova vəzifə verildi - FOTO
"Qarabağ"da yeni təyinat rəsmiləşib. Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Nail Kərimov klubun futbol akademiyasının meneceri təyin olunub. Qeyd edək ki, Kərimovun son iş yeri "Qəbələ" İdman Klubu olub. O, 2006-24-cü illərdə çalışdığı klubda mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.
1,045,669
17.02.2024 17:57
Ölkə
DYP-dən TƏCİLİ MƏLUMAT: Həftəsonu...
Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) əlverişsiz hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Musavat.com xəbər verir ki, bu barədə İdarə məlumat yayıb. Bildirilib ki, BDYP əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, xüsusilə gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi, avtomobillərinin texniki sazlığından əmin olmağı, mövsümə uyğun təchiz edilməyən, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir. "Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onlardan daha diqqətli olmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyi xahiş edirik", - deyə məlumatda vurğulanıb. Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, həftəsonu Abşeron yarımadasında yağışın sulu qarla qarışıq, ölkənin dağlıq və dağətəyi ərazilərdə isə qar yağacağı gözlənilir.
1,045,670
17.02.2024 19:00
Şou-biznes
Elgizlə izləyə çıxmaq istəyən müğənni bu qədər ödəməlidir - MƏBLƏĞ
Aparıcı Elgiz Əkbər verilişinə qatılmaq üçün müğənnilərdən istənilən reklam qiymətini açıqlayıb. O bu haqda proqramında danışıb. Elgiz bildirib ki, bunun üçün 2 min manat ödənilməlidir. "Kommersiyadır, bizdə də var. "Elgizlə izlə"də reklam olunmaq istəyən 2 min manat ödəməlidir. Heç 1999 manat da olmaz" deyə, Elgiz əlavə edib./axsam.az
1,045,671
17.02.2024 18:25
Analitika
Əliyev Münhendə Qərbə Azərbaycanın siyasi iradəsini qəbul etdirdi: Bakı "sülh masası"nı təkbaşına nəzarətə götürdü
Prezident İlham Əliyev Cənubi Qafqazda sülh prosesinin formatını dəyişdirdi, bəzi qərəzli ermənipərəst beynəlxalq siyasi iradə mərkəzləri vasitəçilikdən kənarlaşdırıldı... İndi Azərbaycan həm regional sülh prosesinin şərtlərini, həm də onun formatını məhz təkbaşına müəyyən edir, Qərb isə bu reallığı qəbul etmək məcburiyyətində qalıb... Azərbaycanın beynəlxalq məkanda mövqeyi güclənməkdə davam edir. Son vaxtlar baş verən hadisələr də bunu birmənalı şəkildə təsdiqləyir. Belə ki, Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərindən öncə rəsmi Bakıya təzyiq göstərməyə çalışan, əsassız və qərəzli ittihamlar irəli sürən Qərb ölkələrinin qısa müddət ərzində mövqelərini dəyişməsi qətiyyən təsadüfi deyil. Çünki Prezident İlham Əliyevin seçki qələbəsindən sonra Qərb ölkələri bir-birinin ardınca Azərbaycan liderini təbrik etməyə başladılar və intensiv əməkdaşlığa ümid bəslədiklərini vurğuladılar. Məsələ ondadır ki, erməni narrativlərini dəstəkləsələr də, Qərb ölkələrinin, xüsusilə də, Avropa Birliyi üzvlərinin Azərbaycana ehtiyacı var. Azərbaycan dünyanın ən önəmli enerji qaynaqlarından biridir. Coğrafi mövqeyinə və geopolitik əhəmiyyətinə görə Azərbaycan Qərb ölkələri üçün vazkeçilməz ölkə kateqoriyasına aiddir. Azərbaycan hazırda Avropa Birliyi üçün enerji təhlükəsizliyi üzrə olduqca önəmli tərəfdaşdır. Üstəlik, Azərbaycan yaxın gələcəkdə Avropa və Asiya qitələri arasında əsas nəqliyyat-kommunikasiya qovşağına çevrilmək potensialına da sahibdir. Təbii ki, Azərbaycanın digər geopolitik və geoiqtisadi üstünlüklərini də nəzərə aldıqda, rəsmi Bakı ilə pozitiv dialoq Qərb ölkələrinin maraq dairəsinə daxildir. Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında keçirdiyi yüksəksəviyyəli görüşlər də bu istiqamətdə müəyyən təsəvvürlərin formalaşmasına münbit şərait yaradır. Bu baxımdan, ən önəmli məqamlardan biri ondan ibarətdir ki, Qərb siyasi dairələrinin nümayəndələri ilə görüşlərin təşəbbüskarı qətiyyən Azərbaycan tərəfi deyil. Belə ki, verilən məlumata görə, Prezident İlham Əliyev ilə görüş təklifləri qarşı tərəflərdən gəlib. Azərbaycan lideri bəzi Qərb qurumlarının ermənipərəst mövqeyinə əks zərbə ilə cavab vermək imkanını da reallaşdırmağı bacarıb. Belə ki, Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdə Minsk Qrupunun ləğv edilməsinin vacibliyini qabardıb. Azərbaycan lideri vurğulayıb ki, Qarabağ problemi artıq həll edilib və bu qurumun mövcudluğuna artıq heç bir ehtiyac qalmayıb. Və bununla da rəsmi Bakı Qərb siyasi dairələrinə Azərbaycanın, eləcə də, Cənubi Qafqazın problemlərinin həllində onların hər hansı əhəmiyyətinin olmadığına dair mesaj verib. Əslində, bu, o qədər də təəccüblü deyil. Rəsmi Bakı Münhen konfransına qədər də Qərb siyasi dairələrinin sülh prosesindən kənara çəkilməli olduğuna eyham vururdu. Hətta Prezident İlham Əliyev açıq mətnlə bəyan etmişdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı məsələ beynəlxalq gündəmdən çıxarılmalıdır. Çünki əksər beynəlxalq siyasi iradə mərkəzlərinin vasitəçilik missiyasını ələ keçirməyə can atdığı bu məsələ yalnız Azərbaycan və Ermənistan arasında ikitərəfli təmaslarla həll olunmalıdır. Və Azərbaycan lideri prinsipial mövqe tutduğu bu məsələdə tamamilə haqlıdır. Maraqlıdır ki, Münhen Təhlükəsizlik Konfransında da Prezident İlham Əliyev prinsipial mövqeyindən geri çəkilməyib. Belə ki, ilkin məlumatlara görə, Azərbaycan lideri iki ölkə arasında keçirilən görüşlərdə vasitəçi formatına qayıdışa imkan verməyib. Düzdür, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün təşəbbüskarı Almaniya kansleri Olaf Şolts olub. Ancaq Olaf Şolts Azərbaycan və Ermənistan liderlərinin görüşünün yalnız başlanğıcında iştirak edib. Daha sonra Almaniya kansleri görüş məkanı tərk edib, Azərbaycan və Ermənistan liderləri birbaşa müzakirələr aparıblar. Belə anlaşılır ki, Almaniya kanslerinə vasitəçilik şansı tanımayıb. O, sadəcə, görüşün təşəbbüskarı olmaqla, kifayətlənmək məcburiyyətində qalıb. Nəticədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhendə keçirilən görüşdə iki ölkənin xarici işlər nazirləri iştirak ediblər. Bu baxımdan, Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsinin beynəlxalq gündəmdən çıxarılması və kənar vasitəçilərsiz ikitərəfli təmaslar formatında müzakirələr qərarı artıq reallığa çevrilir. Rəsmi Bakı əmindir ki, öz geopolitik maraqlarını ön plana çıxaran beynəlxalq vasitəçilər olmadan Azərbaycan-Ermınistan münasibətləri daha effektiv şəkildə nizamlana bilər. Üstəlik, Azərbaycan bu məsələni artıq özü üçün xüsusi əhəmiyyət daşıyan prinsipial hədəf də hesab etmir. Rəsmi Bakı münasibətlərin normallaşmasının Ermənistan üçün daha böyük əhəmiyyət daşıdığını düşünür. Azərbaycan üçün isə bu məsələnin nə vaxt, hətta ümumiyyətlə, həll edilib-edilməyəcəyi artıq prinsipial əhəmiyyət daşımadığı qənaətindədir. Ancaq bütün bunlara baxmayaraq, Münhen görüşünün pozitiv nəticələri barədə danışmaq üçün də müəyyən əsaslar olmamış deyil. Belə ki, ilkin məlumatlara görə, Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşündə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yaxın zamanda yenidən görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər. Eyni zamanda, sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların danışıqları davam etdirilməsi ilə bağlı da tapşırıqlar verilib. Və bu, onu göstərir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində məhz ikitərəfli təmaslar format daha effektiv xarakter daşıyır. Belə anlaşılır ki, Prezident İlham Əliyev beynəlxalq dairələrə Azərbaycanın siyasi iradəsini qəbul etdirməyə artıq nail olub. Hər halda, rəsmi Bakı Cənubi Qafqazda sülh prosesinin formatını dəyişdirdi. Qərəzli ermənipərəst mövqe tutan bəzi beynəlxalq siyasi iradə mərkəzləri sülh prosesindən demək olar ki, kənarlaşdırıldı. İndi həm regional sülh prosesinin şərtlərini, həm də onun formatını məhz Azərbaycan müəyyən edir. Və beynəlxalq siyasi iradə mərkəzlərinin rəsmi Bakının dəqiq diplomatik manevrlərindən qaynaqlanan bu reallığı qəbul etməkdən başqa çıxış yolu qalmayıb. Elçin XALİDBƏYLİ, Siyasi ekspert, "Yeni Müsavat" Media Qrupu
1,045,672
17.02.2024 17:59
Son xəbər
Bəstəkar Cavanşir Quliyevin son durumu AÇIQLANDI
Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb. Bu barədə “Report”un Ankara bürosuna İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib. O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu xəstəxanada intensiv şəraitdən stasionar müalicəyə köçürülüb: “Reanimasiyadan palataya gətirilib. Bir neçə dəfə əməliyyat olunub, hazırda həkimlər səhhətinin yaxşılaşdığını və müalicələrə çox müsbət reaksiya verdiyini bildiriblər”. Qeyd edək ki, fevralın 5-də İstanbulda işgüzar səfərdə olan sənətkarın səhhəti qəflətən pisləşib və o, əvvəl bir xəstəxanaya, daha sonra isə digərinə nəql edilib. Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.
1,045,673
17.02.2024 19:12
Kriminal
Narkoşəbəkənin Bakıdakı təbliğatçıları SAXLANILDI
Paytaxtda yaşayış binalarının, məhəllələrin divarlarına narkotik vasitələri təbliğ edən şüarlar yazan şəxslər müəyyən ediliblər. DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin əməli törədənlər - 1999-cu il təvəllüdlü İ.E, 2002-ci il təvəllüdlü, C.E, 2004-cü il təvəllüdlü Ə.Ə, 2003-cü il təvəllüdlü, A.H saxlanılıblar. Müəyyən edilib ki, həmin şəxslər 2024-cü ilin yanvar ayından paytaxtın müxtəlif ünvanlarında "Telegram" platformasında xaricdən idarə olunan kanalların birindən pul qarşılığında verilən sifariş əsasında həmin şüar-çağırışları yazmaqla çəkilişlər aparıb sifarişçiyə göndəriblər. Hər bir fotoya görə icraçılara narkoşəbəkə adminləri tərəfindən kriptovalyuta formasında müxtəlif məbləğlərdə pullar köçürülüb. Sonradan icraçılar həmin vəsaitləri nağdlaşdıraraq aralarında bərabər bölüblər. DİN-in müvafiq Baş İdarəsində xaricdən verilən sifarişlərin icrasını təşkil edən şəxslər ətrafında araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onlar barəsində məsuliyyət tədbirləri görüləcəkdir. "Telegram" platformasında həmin informasiya mənbələrinin məhdudlaşdırılması ilə bağlı müvafiq təqdimatlar alınaraq aidiyyəti üzrə göndərilib.
1,045,674
17.02.2024 19:25
Dünya
ABŞ vitse-prezidenti: Ukraynaya yardımımız dayanmayacaq
ABŞ-nin Ukraynaya dəstəyi dəyişməz olaraq qalır və bundan sonra da davam edəcək. “Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib. “ABŞ Prezident Cozef Bayden və mən sizə, Ukrayna xalqına yardım məsələsində qətiyyətliyik”, - o deyib. Xatırladaq ki, fevralın 13-də ABŞ Senatında Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardımın nəzərdə tutulduğu qanun layihəsinin alternativ variantını qəbul edib.
1,045,675
17.02.2024 20:37
Dünya
Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkilir - FOTOlar
"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Musavat.com oxu.az-a istinadən bildirir ki, filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin" filmlərinin ulduzu Barry Keogan canlandıracaq. O, diktatorun məhkəməsi və sonrakı edamından əvvəl bir neçə ay Hüseyni mühafizə edən amerikalı əsgəri canlandıracaq. Film Uill Bardenverperin "Öz sarayının məhbusu: Səddam Hüseyn, onun amerikalı mühafizəçiləri və tarixin danışılmamış qalanları" ("The Prisoner in His Palace: Saddam Hussein, His American Guards, and What History Leaves Unsaid") kitabının sərbəst adaptasiyası olacaq. "Amo Səddam" adlı filmin çəkilişlərinin payızda başlaması planlaşdırılır, premyeranın 2025-ci ildən tez olmayacağı ehtimal edilir. Yohan Renk 2006-cı ildə Bağdad hisslərini başqa müharibə filmlərindəki stereotiplərdən istifadə etmədən orijinal şəkildə çatdırmağı planlaşdırır.
1,045,676
17.02.2024 19:50
Dünya
“Navalnı öldü, növbədə mənəm” - Saakaşvili
Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili rusiyalı müxalifətçi Aleksey Navalnının ölümündən təəssüfləndiyini bildirib. Musavat.com teleqraf.com-a istinadən bildirir ki, eks-prezident Rusiyadakı digər siyasi məhbusların azadlığa buraxılmasına çağırıb. "Aleksey Navalnı Putin rejiminə müqavimətin böyük qəhrəmanı idi. Ölümü böyük faciədir, amma bu labüd təhlükə çoxdan vardı. Əvvəllər Alekseylə aramızda fikir ayrılıqları olub, amma onun cəsarəti və böyük istedadına heyran olmuşam, Putinin dəstəklədiyi oliqarx Bidzina İvanişvili rejimi tərəfindən həbsxanada mənimlə pis rəftar edildiyi vaxt mənimlə həmrəyliyini çox yüksək qiymətləndirmişəm. İndi Qərbi Rusiyadakı digər siyasi məhbusları xilas etməyə çalışmağa çağırıram. Məni də xilas etməyə çalışın", - Saakaşvili vurğulayıb.
1,045,677
17.02.2024 18:06
Siyasət
Münxendə İlham Əliyev ilə Antoni Blinkenin görüşü olub FOTO
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub. Musavat.com xəbər verir ki, dövlətimizin başçısını salamlayan Antoni Blinken deyib: Hər vaxtınız xeyir, cənab Prezident. Prezident Əliyevlə görüşmək imkanını çox yüksək qiymətləndirirəm. Son bir neçə ildə bizim görüşmək və söhbət etmək üçün bir çox imkanımız olub. Hesab edirəm ki, indiki zaman kəsiyi Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacibdir. Biz bu məsələni ciddi dəstəkləyirik. Bu tədbirin uğurlu olması, eyni zamanda, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcəkdir. Danışılacaq çoxlu mövzular var. Cənab Prezident, bu gün bizimlə görüşə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Prezident İlham Əliyev deyib: Təşəkkür edirəm, cənab Dövlət katibi. Siz də qeyd etdiyiniz kimi, COP29 bizim ikitərəfli gündəliyimizin önəmli bir hissəsidir. Bu, gündəliyimizdə duran məsələlərin mövzularını genişləndirir və biz cari ildə bütün təşəbüslərimizlə bağlı hökumətinizin dəstəyinə ümid edirik. Cənab Dövlət katibi qeyd etdiyi kimi, gündəlimiyizdə daha bir məsələ var və bu da Qafqazda regional vəziyyətdir, xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının perspektivləridir. Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir. Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm. x x x Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı İlham Əliyev öz növbəsində vurğuladı ki, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var. ABŞ Dövlət katibi COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu dedi. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğuladı ki, COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaradır. Dövlətimizin başçısı ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini vurğuladı, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd etdi və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirdi. Artıq regionda de-fakto sülhün olduğunu bildirən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir. Söhbət zamanı regional bağlantılar, nəqliyyat, Orta Dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
1,045,678
17.02.2024 18:14
Siyasət
Münxendə Prezident İlham Əliyev ilə Avropa Komissiyasının İcraçı vitse-prezidentinin görüşü olub
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və nəzarət üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçin görüşü olub. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
1,045,679
17.02.2024 17:12
Siyasət
Azərbaycan və Ermənistan XİN-lərinə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi təlimatı verilib
Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinə tezliklə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. Bu barədə fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü zamanı bildirilib. Qeyd olunub ki, görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib./Report
1,045,680
18.02.2024 08:00
Dünya
Ronaldonun həyat yoldaşı İranda qalmaqala səbəb oldu - FOTO
İran rejiminin mətbuata senzurası təsirsiz ötüşmür. İranda qadın haqları ilə bağlı məqalələr dərc edilən bir qəzet Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodrigezlə bağlı mübahisələrə səbəb olan şəkil yayımlayıb. Belə ki, şəkildə məşhur model bədən formasına görə senzuraya məruz qalıb. Ronaldo 39 yaşını övladları və həyat yoldaşı Corcina ilə birlikdə qeyd edib. Səudiyyə Ərəbistanında klubu "Al-Nassr"ın ulduzu sevgi mesajlarına pərəstişkarlarına təşəkkür üçün "İnstaqram" səhifəsində paylaşım edib və fotolardan birində model də görünüb. Ancaq İran rejiminin qəzeti olan "Həmşəhri" fotoda qara dar don geyinən modelin arxasının qabarıq hissəsini "əridib". Bu hadisəni görən və sərt tənqidlə yayan Belçika parlamentinin üzvü Dərya Səfainin şikayətindən sonra sözgedən detal böyük müzakirələrə səbəb olub. Səfai X sosial şəbəkəsində şəklin orjinalı ilə kəsilmiş hissəsini müqayisə edərək yayımladığı postda "İslamçıların qadın bədəninə nə qədər xəstə olduğuna bir misal. İran rejiminin mətbuatı Ronaldonun həyat yoldaşı Corcina Rodrigezin arxasını senzuraya məruz qoyub. Onlar modelin arxasının böyük bir hissəsini çıxardıqları şəkil dərc ediblər. Bu, tam olaraq belədir. İslamçılar qadınlara necə xəstə baxırlar. Buna görə də onları örtük və ya çarşaf altında görünməz etməyə üstünlük verirlər" - sözlərini yazıb. Kriştianonun İran rejimi ilə bağlı mübahisəyə qarışması ilk dəfə deyil. Portuqaliyalı Asiya Çempionlar Liqasında "Persepolis"ə qarşı oynamaq üçün ötən ilin sentyabrında "Al-Nassr"ın heyətində İranın paytaxtı Tehrana səfər edib. Matçdan əvvəl portuqaliyalı superulduz iranlı rəssam Fatimə Hamami ilə görüşüb və o, ona pərəstişkarı olduğu CR7-nin rəsmini hədiyyə edib. Hamaminin xahiş etdiyi bu görüşdə Ronaldo təşəkkür əlaməti olaraq fiziki qüsurlu qadını qucaqlayıb. Bu görüşün videosu tezliklə sosial şəbəkələrdə yayılıb və futbolçu üçün gözlənilməz nəticələrə səbəb olub. İranda yerli KİV-in məlumatına görə , çoxsaylı hüquqşünaslar bu hərəkətlə bağlı şikayətlər veriblər. Çünki İran qanunlarına görə, subay qadına toxunmaq qadağandır. KİV-in məlumatına görə, İran ədliyyə sistemi cəld reaksiya verib və Ronaldonu 99 şallaq cəzasına məhkum edib. Portuqaliya növbəti dəfə İrana səfər edərsə, cəza tətbiq olunacağı bildirilib. Sonradan İran portuqaliyalı ulduzu qınamaq niyyətini inkar etdiyi üçün sanksiya nəticəsiz qalıb./Sfera.az
1,045,681
17.02.2024 20:12
Dünya
Navalnının cəsədi itib - FOTO
Rusiyalı müxalifətçi Aleksey Navalnının cəsədi itib. Bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib. Onun sözlərinə görə, Navalnının anasına oğlunun cəsədinin Yamalo-Nenetsk Muxtar Dairəsinin Salexard şəhərində olduğu barədə rəsmi bildiriş verilib. “Alekseyin anasına göndərilən rəsmi bildirişdə göstərilir ki, onun ölümü fevralın 16-da yerli vaxtla saat 14:17-də baş verib. Koloniyanın əməkdaşı Navalnının cəsədinin Salexardda olduğunu bildirib. İstintaq Komitəsinin müstəntiqləri onu aparıblar. Onlar hazırda bununla bağlı araşdırma aparırlar”, - deyə o, özünün “X” hesabında qeyd edib. Yarmışın sözlərinə görə, Navalnının vəkili və anası Salexard morquna getsələr də, ora bağlı olub. “Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng etdi. Ona dedilər ki, vəkil bu gün zəng edən yeddinci şəxsdir. Onların morqunda Alekseyin cəsədi yoxdur”, - deyə Yarmış əlavə edib. Xatırladaq ki, fevralın 16-da günortadan sonra Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti Navalnının 3 saylı cəzaçəkmə koloniyasında ölməsi barədə məlumat yayıb. Məlumata görə, o, gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib, gələn həkimlər reanimasiya tədbirlərindən sonra onun öldüyünü müəyyən ediblər /Redaktor.az
1,045,684
17.02.2024 19:37
Son xəbər
Türkiyədə 16 vilayətdə antiterror əməliyyatı: 100-dən çox saxlanılan var
Türkiyənin 16 vilayətində keçirilən “Bozdoğan-2” antiterror əməliyyatı çərçivəsində 120 nəfər saxlanılıb. Bu çarədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib. O qeyd edib ki, saxlanılan şəxslər Suriyada terrorçu qruplarla əlaqədə olmaqda, terrorizmi təbliğ etməkdə və qanunsuz küçə aksiyaları təşkil etməyə çağırışlarda şübhəli bilinirlər. Əməliyyat zamanı təhlükəsizlik qüvvələri saxlanılanlara aid silah və rəqəmsal materiallar da müsadirə ediblər. Mənbə: CNN Türk