id
int64 43k
1.05M
| date
stringlengths 16
16
| category
stringclasses 47
values | title
stringlengths 1
19.1k
⌀ | text
stringlengths 13
518k
⌀ |
---|---|---|---|---|
1,045,873 | 18.02.2024 16:38 | Şou-biznes | Lalə Məmmədova tanınmaz halda - FOTOLAR | İmicində dəyişiklik edən müğənni Lalə Məmmədova yeni saç və makiyajla fotolarını paylaşıb. Müğənninin yeni görünüşü diqqət çəkib. Lalə Məmmədovanın yeni görünüşlü fotoları izləyiciləri tərəfindən bəyənilib. (big.az) |
1,045,874 | 18.02.2024 17:29 | Son xəbər | Sürücülərə CİDDİ XƏBƏRDARLIQ | Sinoptiklərin məlumatına görə, ölkənin dağlıq və dağətəyi rayonlarında qarlı və şaxtalı hava şəraitinin fevralın 21-dək davam edəcəyi gözlənilir. Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də yol örtüyünün buz bağlaması avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da artırır. DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, belə yol şəraiti mövsümə uyğun təchiz edilməmiş, xüsusilə şinləri tələblərə cavab verməyən avtomobillərin sürücüləri üçün daha təhlükədir. “Unutmaq olmaz ki, avtomobil sürüşməyə başladıqda adətən sürücülərdə çaşqınlıq hissi yaranır ki, bu da idarəetmənin, ətraf mühitə reaksiyanın itirilməsinə və nəticədə toqquşma, aşma, və ya maneəyə vurma kimi qəzaların baş verməsinə zəmin yaradır. Dəyərli sürücülər! İnanırıq ki, yol və hava şəraiti, sürət həddi, avtomobillərin qışa hazırlıq səviyyəsi, eləcə də sizin təhlükəsizliyiniz üçün verilmiş digər tövsiyələrə əməl etməklə qış fəslinin gətirdiyi çətinliklərin öhdəsindən gələcək, doğmalarınıza nigaranlıq hissi yaşatmayacaqsınız”, - nazirlikdən bildirilib. |
1,045,875 | 18.02.2024 16:50 | Son xəbər | Erməni komandirlərin “yaxın günlərdə MÜHARİBƏ” tapşırığı… | Ermənistan Müdafiə Nazirliyi ordunun komandir heyətinin əsgərlərə yaxın günlərdə müharibə olacağı və hazırlaşmaq lazım gəldiyi barədə tapşırıq vermələri ilə bağlı yayılan informasiyanı təkzib edib. Bu barədə Ermənistan MN-in məlumatında deyilir. Bildirilib ki, mediada saytında yayılan xəbərdə “Çəmbərək hərbi hissəsində əvvəlcə mümkün müharibə elan edilib, sonra xəstələrə hərbi hissəni tərk etməyi qadağan ediblər” iddiası həqiqəti əks etdirmir. “Müdafiə Nazirliyi bildirir ki, heç bir hərbi hissədə xəstəliyin yayılması halı qeydə alınmayıb”, - məlumatda vurğulanıb. Qeyd edək ki, “Oragir.news” saytı öz mənbələrinə istinadla komandir heyətinin açıq şəkildə yaxın gələcəkdə müharibə gözlənildiyi və ordunun hazır olması ilə bağlı göstəriş verdiyini yazıb. (Axar.az) |
1,045,876 | 18.02.2024 17:03 | Şou-biznes | Ebru Gündeş dördüncü dəfə ərə gedir | Türkiyənin tanınmış ifaçılarından olan Ebru Gündeş iş adamı Murat Özdemirlə eşq yaşayır. 2022-ci ilin iyulunda əvvəlki həyat yoldaşı Selindən boşanan Murat Özdemirin ötən ilin sonlarına doğru Ebru Gündeşlə görüşməyə başladığı deyilir. Özdemir davamlı olaraq müğənninin konsertlərinə gedib və ortaq dostları vasitəsilə sənətçi ilə tanış olub. Birinci həyat yoldaşından iki, ikinci həyat yoldaşından isə bir övladı olan iş adamının bir qız anası Gündeşlə evlənmək qərarına gəldiyi bildirilir. Cütlüyün tezliklə evlənməyə hazırlaşdığı iddia edilir. (Oxu.az) |
1,045,877 | 18.02.2024 16:08 | Yazarlar | “Heç kim bizi dayandıra bilməz” XƏBƏRDARLIĞI və Avropada Bütöv Azərbaycanın de-fakto qəbul edilməsi | Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına getməzdən öncə, 14 fevralda əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq AND içmişdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”. Dövlətimizin başçısının andiçmə mərasimində olduqca vacib mesajları olmuşdu, bu barədə yazıldıqca yazılacaq, ən azı qarşıdakı 7 il ərzində hər dəfə məqamı gəldikcə istinad olunacaq, necə ki, ötən seçkilərdən sonrakı andiçmə mərasimlərindəki çıxışlardan zaman-zaman bəhs olunurdu. Həmin mərasimlərdəki çıxışın məğzində işğal altındakı torpaqlarımızın azad olunması hədəfi dayanırdı. Budəfəki çıxışda isə artıq azad edilən Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuqdan, sərhədlərimizin əmin əllərdə olacağından, milli və dövlət təhlükəsizliyimizin xarici risklərdən qorunması zərurətindən və digər önəmli məsələlərdən bəhs olundu. Prezident ölkəmizin və xalqımızın həyatında yeni dövrün başladığını rəsmən elan etdi. Məmnunluqla bildirdi ki, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Eyni əminliklə bu dövrün böyük nailiyyətlərinin olacağını söylədi. Çünki “son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi”. Əminlik, qətiyyət, siyasi iradə, milli həmrəylik uğura çatmağın əsas reseptidir, bunu 44 günlük müharibədə bütün dünya gördü. Azərbaycan və Ermənistan rəhbərliyi Münxendə olduğu zaman Azərbaycanda Prezident İlham Əliyevin qalib görkəmindən qürurla, fəxarətlə danışılmaqdadır. Azərbaycanın dövlət başçısı ölkə ərazisində separatizmin kökünü hər hansı beynəlxalq təşkilatın, başqa bir dövlətin hərbi dəstəyi olmadan kəsərək, 35 il ərzində separatizmin beşiyi olmuş Xankəndidə keçirilən seçkidə səs verməklə xunta rejiminin tabutuna mismar vuraraq Münxenə yollanmışdı. Qalibiyyətin memarı ilə istər-istəməz hesablaşmalı oldu anti-Azərbaycan mövqeyi sərgiləyən bir sıra dairələr də. Hamısını gördük. Azərbaycan Prezidenti ilə görüşmək, müzakirələr aparmaq üçün şəxsi müraciətlərin heç birinə “yox” cavabı verilmədi, təklifləri geri qaytarılmadı, bu, Azərbaycanın, Türk liderin böyüklüyü idi. Hətta vaxtaşırı sərsəmləməyə meyilli olan Nikol Paşinyanla üçtərəfli formatda görüşdən də imtina olunmadı. Çünki Türk yaradılışdan basdığını kəsmir, hətta bir sıra hallarda bu böyüklüyünün qarşısında namərd hücumlara məruz qalıb, kürəyindən xəncər vurulub, oxlanıb, bütün bunlara rəğmən, Türk böyüklük nümunəsini daim nümayiş etdirib. Prezident İlham Əliyev andiçmə mərasimində açıq mətnlə bəyan etmişdi ki, bizim bir ailəmiz var – Türk dünyası. Sitat: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir... Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Yeni dönəmdə əsas strategiya elan olunub: öncə Türk dünyası, amma beynəlxalq aləmlə də normal əməkdaşlıq davam etdiriləcək, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində. Lakin yetər ki, kimsə Azərbaycana diktə etməyə çalışmasın. Sonrakı fikirlər də olduqca mühüm tarixi əhəmiyyət kəsb edir: “Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir”. Naxçıvan Muxtar Respublikasında hələ 2000-ci illərin ilk onilliyində təməli qoyulan böyük Türk təşkilatının daha böyük və sarsılmaz quruma çevrilməsi istiqamətində mətin addımların atılması, Türk dövlətlərini bir çətir altında birləşdirən qurumun Avropa İttifaqı miqyasında təşkilata çevrilməsi anti-Türk çevrələri də bizimlə hesablaşmağa vadar edəcək heç şübhəsiz. Azərbaycan dövlətinin Türk dövlətlərini bir araya gətirmək istiqamətində qardaş Türkiyə ilə birlikdə nə qədər çətin və şərəfli yol keçdiyi tarixi faktdır. Tezliklə daha bir hədəfə çatacağıq: Türk dövlətləri arasında önəmli körpü olan Turan yolunun – Zəngəzur dəhlizinin açılması ilə. Qarşımızı kəsə bilməyəcəklər, buna şübhəmiz yoxdur, çünki bu vaxta qədər qarşıya qoyulan hədəflərə çatmışıqsa, məntiqi ardıcıllıqla Türk dünyasının uğurlarının davamı gələcək! Bunu Münxendə qəbula yazılanların siyahısı da təsdiqləyir, de-fakto zəfərlərimizi qəbul etdilər, 1919-cu ilin Paris Sülh Konfransındakı kimi! O zaman Azərbaycan Xalq Cümhuriyyətinin varlığını qəbul etmək istəməyən, nümayəndə heyətimizi İstanbulda aylarla gözlədib, viza verməyənlər, Azərbaycanın tarixi torpaqlarında, Cümhuriyyət qurucularının güzəştə getdiyi İrəvan mahalında dövlətlərini elan edən erməniləri bağrına basanlar sonda Azərbaycanın varlığını dana bilmədilər, müstəqil dövlətimizi de-fakto qəbul etdilər! Münxen yolçuluğuna qədər də Azərbaycana qarşı olmazın pisliklərə əl atıldı, Fransanın başçılığı ilə Avropa İttifaqının Ermənistandakı missiyası bölgədə təxribatlar törətdi, Fransa generalı sərhədlərimizdə peyda oldu, elə Almaniya Bundestaqının deputatı Şvabenin ideya müəlliflərindən olduğu anti-Azərbaycan qətnamə AŞPA-da qəbul olundu, Fransanın Strasburqu bu dəfə Türkə qarşı ədalətsiz savaş elan olunan ünvana çevrildi. Amma sonda Almaniya kansleri Azərbaycan Prezidentinin qalib əlini sıxmalı, reallıqla barışmalı oldu. Rəhbərlik etdiyi ordusu işğala son qoyan, terrorun kökünü kəsən Qalib Prezident növbəti dönəm üçün Xalqının haqq etdiyi möhtəşəm dəstəyi və səsi ilə Avropaya səfər etmişdi. Təbii ki, aldığı dəvəti dəyərləndirərək. Öncədən 7 fevral seçkisində tarixi qələbə qazanan İlham Əliyevə təbrik zəngləri edən avropalı liderlər onu Münxendə görməkdən məmnun olacaqlarını söyləmişdilər və dövlət başçımız bu məmnunluğu onlara çox görmək istəmədi, yenə də böyüklük nümayiş etdirərək. Baxmayaraq ki, uzun illər boyunca çox ədalətsizliklər etmişdilər Azərbaycana qarşı. Prezident əsas gücü xalqından aldığını dəfələrlə bəyan edib. Elə sonuncu andiçmə zamanı da söylədi ki, Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Sitat: “Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik”. Qələbənin əsasında, məğzində dayanan düstur! Yeri gəlmişkən, Azərbaycanda Prezidentin Münxen görüşü məmnunluqla izlənildiyi saatlarda İrəvanda Paşinyan əleyhinə müxalifətin növbəti etiraz mitinqlərinin anonsu verildi. Savaş meydanında məğlub olan Ermənistan lideri Avropada çətin anlar yaşadığı gündə öz ölkəsində hədəfə alınmışdı, istefa tələbilə. Azərbaycan sülh prosesinə sadiqdir, dəfələrlə mövqeyini ifadə edib. Amma Ermənistanın və onun himayədarlarının davranışları bizi ordumuzu daha da gücləndirmək hədəfindən yayındıra bilməz. Etiraf etməliyik, tarixən Türkün başına nə gəlibsə, arxayınçılıqdan gəlib. Torpağı azad edəndən sonra onu əkməklə yanaşı, daha ciddi şəkildə qorumaq gərəkdir! Prezident məhz bu səbəbdən növbəti illərin ilkin hədəflərindən birincisi olaraq ordunun gücləndirilməsini önə çəkdi: “Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir”. Ölkə başçısı qeyd etdi ki, Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır: “Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək. Heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz!” Bu qətiyyətli mesaj-xəbərdarlıq həm də Ermənistandakı revanşizmi körükləyənlərə ünvanlanmışdı. Və… Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər!” Bəli, heç kim dayandıra bilməz, anlamalıdırlar! Bizim iddiamız yoxdur, amma qondarma konstitusiyaları ilə üstümüzə gəlməkdə davam edəcəklərsə, görəcəkləri də olacaq, bunu da unutmasınlar! Azərbaycan əsgəri Qafanın, İstisunun başı üzərindədir, Qərbi Azərbaycan ovcumuzun içindədir. Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsində əksini tapmış və Fransada da təsdiqlənmiş tarixi ərazilərimiz. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan Azərbaycan Respublikasının həmin ərazilərə iddia etməyə kifayət qədər əsası var: xüsusilə ona görə ki, Ermənistan 106 ildə verdiyi sözlərə, götürdüyü öhdəliklərə əməl etməyib! Öhdəliyinə əməl etməyəni isə cəzalandırırlar, birmənalı şəkildə! BMT-nin sərhəd bütövlüyünü tanımasına gəldikdə, beynəlxalq hüquq birtərəfli qaydada tətbiq oluna bilməz, Azərbaycan da bu quruma daxilində keçmiş Dağlıq Qarabağ olmaqla üzv qəbul edilmişdi, amma Ermənistan nəinki Yuxarı Qarabağı, hətta Şərqi Zəngəzuru və digər əraziləri də işğalda saxladı. Odur ki, Əliyevin xəbərdarlıqlarını qəribçiliyə salmasın, nə Qərb, nə digər havadarlar, nə də haylar! Bakıda içilən ANDdan sonra Avropada, Münxen şəhərində Azərbaycanın BÜTÖVLÜYÜ de-fakto yenidən qəbul edildi, ABŞ və Avropa ölkələrinin dövlət rəsmiləri tərəfindən! Budəfəki Münxen Konfransı Paris Sülh Konfransı qədər önəmliydi. İnşallah Paris yolçuluğunda əzablara qatlaşıb, hədəflərinə nail olan Əlimərdan bəy Topçubaşov və digər cümhuriyyətçilərin də ruhu şaddır, Müstəqil, Bütöv Azərbaycanın Prezidenti İlham Əliyevin qalib görkəminə görə! Elşad PAŞASOY |
1,045,878 | 18.02.2024 17:16 | Hadisə | Məşhur astroloqun meyiti tapıldı - FOTO | Moskva hotellərindən birində məşhur astroloq Aleksandr Kolesnikovun meyiti tapılıb. Meyiti "Kiyevskaya" hotelinin otağında tapılan 62 yaşlı astroloqun ölüm səbəbi hələ ki, məlum deyil. Aleksandr Kolesnikov ezoterizmlə bağlı bir sıra məqalələrin, proqramların və kitabların müəllifidir, təxminən 30 ildir astrologiyanı öyrənir və öyrədirdi. (lent.az) |
1,045,879 | 18.02.2024 16:25 | Ölkə | Əhmədin öldürdüyü bacısının TOY GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO | Amansızlıqla qətlə yetirilən Elmira Əhmədovanın toy görüntüləri yayılıb. Sözügedən görüntülər "TikTok"da öz əksini tapıb. Qeyd edək ki, 25 yaşlı Əhməd Əhmədov bacısını, onun 5 yaşlı qızını öldürdükdən sonra atasını, anasını və 9 yaşlı qardaşını da amansızlıqla qətlə yetirib. (Sonxeber.az) |
1,045,880 | 18.02.2024 17:41 | Ölkə | Novruz çərşənbələrinin tarixi AÇIQLANDI | Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayacaq. Bu il Novruz bayramının ilk çərşənbəsi olan - Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edəcək. Od çərşənbəsi isə martın 5-i qeyd ediləcək. Martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək. Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək. Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib. Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq. |
1,045,881 | 18.02.2024 16:26 | Rəsmi | Prezident İlham Əliyev Armin Laşetlə görüşüb FOTO | Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Bundestaqın Xristian-Demokrat / Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının üzvü Armin Laşetin görüşü olub. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. |
1,045,882 | 18.02.2024 17:11 | Rəsmi | İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb - YENİLƏNİB FOTO | Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü olub. Musavat.com xəbər verir ki, Kriştof Xoysqen Münxen Təhlükəsizlik Konfransına dəvəti qəbul etdiyinə və iştirakına görə dövlətimizin başçısına təşəkkürünü bildirdi, COP29-un Azərbaycana keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına dəvətə görə təşəkkürünü və COP29 ilə əlaqədar təbriklərə görə minnətdarlığını ifadə etdi. Kriştof Xoysqen qeyd etdi ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizliyə münasibətdə əhatəli və müfəssəl bir yanaşma var, ona görə iqlim dəyişikliyi də təhlükəsizlik konsepsiyasının bir hissəsi hesab olunur. O, bu xüsusda, Münxen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğuladı. Bu təklif dövlətimizin başçısı tərəfindən məmnunluqla qəbul edildi. Azərbaycanın COP Təşkilat Komitəsi tərəfindən Münxen Təhlükəsizlik Konfransının Katibliyi ilə bu istiqamətində birgə işin aparılacağı diqqətə çatdırıldı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan COP29-un mahiyyət üzrə nəticəyönümlü sessiya olması üçün bütün beynəlxalq tərəfdaşlarla birgə işləməyə hazırdır. Hazırda COP çərçivəsində üçlük mexanizmi yaradılıb ki, bu, Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Braziliyanı bir araya gətirir. Görüşdə, həmçinin regional məsələlər müzakirə olundu. Dövlətimizin başçısı bu xüsusda Azərbaycanın sülh gündəliyini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini dedi. Bu istiqamətdə Almaniya Kansleri Olaf Şotsun təşəbbüsü ilə təşkil olunan görüşün səmərəli və konstruktiv şəraitdə keçdiyini diqqətə çatdırdı. *** Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü olub. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. |
1,045,883 | 18.02.2024 17:53 | Son xəbər | Fərid Fəttahov Ermənistanda intihar etdi | Rusiya və Türkiyə vətəndaşı Fərid Fəttahovun İrəvanda evdə meyiti tapılıb. 32 yaşlı Fərid Fəttahov İrəvanın Davitaşen rayonunda binanın 2-ci mərtəbəsində özünü asıb. Kişinin meyitini həyat yoldaşı aşkar edib. (APA) |
1,045,884 | 18.02.2024 17:13 | Rəsmi | Prezident Aksel Trotsenburqla görüşüb - YENİLƏNİB FOTO | Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburqun görüşü olub. Musavat.com xəbər verir ki, Aksel Trotsenburq Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdı, bunun ölkəmizin yaşıl keçidə və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəyin təzahürü olduğunu bildirdi. O, Dünya Bankının Azərbaycanla bu istiqamətdə əməkdaşlığa hazır olduğunu qeyd etdi. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu. Azərbaycanın xarici borcunun hazırda 7 faiz civarında olmasının çox müsbət göstərici olduğu və bütövlükdə iqtisadi göstəricilərin çox müsbət xarakter daşıdığı vurğulandı. COP29-un iqlim maliyyələşdirilməsi mövzusuna həsr ediləcəyi nəzərə alınaraq, bu mühüm tədbir çərçivəsində də Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yaxşı imkanların olduğu diqqətə çatdırıldı. Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələri haqqında məlumat verdi. Bunların, ilk növbədə, milli və regional səviyyədə layihələr olduğunu dedi, bu xüsusda, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsi və Xəzər dənizində Azərbaycanın bərpaolunan enerji potensialının 157 qiqavatdan artıq olduğu, ölkəmizin yaxın müddətdə yaşıl enerji ixracatçısı olacağı qeyd edildi və bütün bunlar müsbət addım kimi qiymətləndirildi. *** Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburqun görüşü olub. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. |
1,045,885 | 18.02.2024 17:39 | Rəsmi | Azərbaycan Prezidenti və ATƏT-in Baş katibi Münxendə görüşüblər - YENİLƏNİB FOTO | Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşü olub. Musavat.com xəbər verir ki, ATƏT-in Baş katibi prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. Söhbət zamanı Azərbaycanla ATƏT arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq, bu xüsusda birgə tədbirlərin keçirilməsi məsələlərinə toxunuldu. Həmçinin regional məsələlər barədə fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Almaniya Kanslerinin təşəbbüsü ilə təşkil olunan görüşün konstruktiv və faydalı mühitdə keçdiyini qeyd etdi, artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırdı. Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan dövlətimizin başçısı regionda de-fakto sülhün mövcud olduğunu bildirdi. COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi diqqətə çatdırıldı. Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırdı. *** Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşü olub. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. |
1,045,886 | 18.02.2024 18:06 | Ölkə | Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ | Dağlıq ərazilərdə fevralın 21-dək şaxta olacağı, gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır. Musavat.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bununla bağlı öz feysbuk səhifəsində paylaşım edib. Nazirlik rəsmisi sürücüləri ehtiyatlı olmağa çağırıb: “Sinoptiklərimizin məlumatına görə, əvvəlcədən xəbər verdildiyi kimi, dağlıq və dağətəyi rayonlarda qarlı hava şəraiti müşahidə olunur. Hazırda qar örtüyünün hündürlüyü Şahdağ, Qrızda 10 sm, Qusarda 9 sm, Xınalıqda 6 sm, Qubada 3 sm, Xaltan, İsmayıllı, Şabran, Göygöl, Altıağacda 2 sm-dir. Müşahidə olunan yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması istisna olunmur. Əsasən də Quba-Qusar, İsmayıllı, Şamaxı-Ağsu aşırımı istiqamətlərində. Gecə və səhər saatlarında şaxtalı hava şəraiti fevralın 21-dək davam edəcək. Bununla əlaqədar olaraq sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir”. |
1,045,887 | 18.02.2024 18:19 | İdman | Şahruddin səhv etdi, baş məşqçi onu meydandan çıxardı - VİDEO | Türkiyə Super Liqasının 26-cı turunda Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” “Alanyaspor”u qəbul edib. Matç zamanı Şahruddin Məhəmmədəliyev səhvə yol verib. Komandanın baş məşqçisi fasilə zamanı onu əvəzləyib. Qeyd edək ki, Şahruddinin əvəzlənməsindən sonra “Adana Dəmirspor” 0:2 olan hesabı bərabər edib. (Qafqazinfo) |
1,045,888 | 18.02.2024 18:31 | Ölkə | Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO | Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Musavat.com nazirliyə istinadən icmalı təqdim edir: |
1,045,889 | 18.02.2024 19:21 | Yaşam | Bu da şəkər xəstələrinin xilaskarı – MÖCÜZƏ BİTKİ | El arasında şalfey kimi çox tanınan dərman bitkisi sürvə şəkər və diabetə bağlı xolesterin, damar problemlərinin çarəsi ola bilər. Alimlər sürvə ekstraktının qanda şəkərə təsir etdiyini araşdırıb. Nəticələr göstərib ki, bu çayı içdikdən sonra xəstələrdə aclıq şəkəri daha aşağı olub. Eləcə də xolesterin, triqliseridlər, lipid səviyyəsi də düşmüş olub. Alimlər qərara gəlib ki, sürvə yarpaqları diabet xəstələrinə antihiperqlikemik təsir edir, ona görə də bu xəstələrə xüsusən, aclıq şəkərini salmaq üçün sürvə ekstraktının yüksək dozalarını içmək tövsiyə olunur. (Publika.az) |
1,045,890 | 18.02.2024 18:56 | Hadisə | Doğduğu uşağı zibil qutusuna atdı | Novosibirsk sakini zibil qutusunda ədyala bükülmüş körpə tapıb. Kişi körpəni evinə gətirib, təcili yardım və polis çağırıb. Müstəntiqlər müəyyən ediblər ki, uşağı zibil qutusuna onun öz anası, 22 yaşlı yerli sakin atıb. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına izah edib ki, bu yolla hamiləlik və doğuş faktını valideynlərindən gizlətmək istəyib. Qeyd olunur ki, o, körpəni ədyala bükərək evinin yaxınlığındakı zibil qutusuna qoyub. Uşağın bəxti gətirib - onu iki saat sonra 36 yaşlı yerli sakin aşkar edib. Körpə sağ qalıb, lakin ümumi soyuqdəymə ilə xəstəxanaya aparılıb. Uşağın vəziyyəti qənaətbəxşdir. (lent.az) |
1,045,891 | 18.02.2024 17:54 | Yazarlar | Prezidentin PORTRETİNƏ ştrixlər | Bu il fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkiləri tarixə düşdü! Nadir dinamizm, yüksək səviyyəli təşkilatçılıq və seçicilərin misilsiz mənəvi impulsu ilə möhkəmləndirilmiş prezident seçkilərinin aşkar şəffaflığı dövlətimizin gələcək taleyinin müəyyənləşdirilməsində öz iradələrini ifadə etmək üçün uzun növbələrə düzülərək gün boyu fasiləsiz insan axını yaratdı. Ən yüksək vəzifə uğrunda mübarizə aparan 7 namizəddən yalnız birinin - Əliyev İlham Heydər oğlunun şəxsiyyətinin möhtəşəmliyinin mütləq üstünlüyünə demək olar ki, heç kimin şübhəsi yox idi! Bu seçkilərin nəticələrini oxucuya xatırlatmağa ehtiyac yoxdur, belə ki, onlar bütün dünyaya yalnız xalqın son iki onillikdə həm daxili, həm də xarici siyasətdə saysız çətinliklərlə, toqquşmalarla sınanan ümumilli liderinə olan ən yüksək güvənini yox, həmçinin qədim, sevimli Azərbaycanımızı yüksəltdiyi bəşəriyyətin planetar inkişafının bu hipostazına görə açıq-aşkar sevinc, dərin minnətdarlıq nümayiş etdirdi... Bununla yanaşı, seçkidə qalib gələn və onun keçirilməsi zamanı vəzifədə olan Prezident İlham Əliyevin şəxsiyyətinə dönərkən, onun triumfual uğurunun təməl daşlarına diqqət yetirmək məsədəuyğundur – uzun illər işğalda qalan Azərbaycan Respublikası ərazilərinin 20%-nin azad edilməsi, ölkənin dövlət-ərazi kompleksinin bərpası üçün hərtərəfli zəmin yaradan şəxsin reputasiyası! Bir sözlə, öz xalqını kiçikdən ən böyük, möhtəşəm qələbələrə aparan, Ermənistanın təcavüzünə qarşı uzun, israrlı tarixi dramatizmlə dolu mübarizədə mütləq Qalib. Lakin qədim latın ifadəsində “Amat victoria curam”, yəni “Qələbə hazırlığı (səyləri, qayğını) sevir” deyilir. İlham Əliyev Azərbaycan xalqının məkrli, güzəştsiz, qəddar düşməni - erməni militarizmi üzərində, beynəlxalq aləmdə ən mürtəce siyasi qüvvələrin və hər cəhətdən cinayətkar xarici erməni diasporunun körüklədiyi böyük Qələbəni təmin etmək yoluna haradan başlayıb? XX-XXI əsrlərin kəsişməsində Azərbaycanda hərbi-siyasi və sosial-iqtisadi vəziyyət 90-cı illərin əvvəllərində yenidən yaradılmış Azərbaycan müstəqil dövlətçiliyinin hərtərəfli inkişafına mane olan ziddiyyətli amillərin konqlomeratı idi. Demokratik sistemin və bazar iqtisadiyyatının formalaşdırılmasının bütün yükü, müasir tarixin ən böhranlı illərində, faktiki olaraq suveren dövlət anlayışının özünü bərpa edən, ona vətəndaş qarşıdurması uçurumuna düşməyə və etnosiyasi zəmində parçalanmağa imkan verməyən Böyük Lider, planetar miqyaslı dövlət xadimi və siyasi xadim Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan xalqının öz çiyinləri üzərinə düşdü. Unutmaq olmaz ki, dövlətçiliyimizin inkişafının o mərhələsi ciddi hərb-siyasi toqquşmalar fonunda baş verirdi. Respublikanın ərazi bütövlüyünə, bir milyona yaxın qaçqına səbəb olan qəsd, cəmiyyətdə müəyyən sosial gərginlik yaratmaya bilməzdi. Heydər Əliyevin, sonradan isə onun davamçısı İlham Əliyevin Azərbaycanın dövlət-ərazi bütövlüyünün bərpası yönündə sülh yolu seçmək üçün prinsipial arzusu ilə aşılanmış istənilən danışıqlar prosesi, ilk növbədə, güclü müdafiə qabiliyyətinə, Silahlı Qüvvələrimizin güclənməsinə dayanmalı idi. Müxalifət qüvvələri respublikada ictimai-siyasi sabitliyi sistemli şəkildə pozmağa çalışırdılar. Onlar Qərbin ən mürtəce siyasi qüvvələrinin iştirakı ilə, Qərb modeli üzrə “bazar demokratiyası cənnəti”nə nail olmaq üçün faktiki olaraq “zərbəçi kommunist əməyi” zərurətində israrla respublika rəhbərliyini demokratik islahatların aparılmasında fəaliyyətsizlikdə ittiham edirdilər. Eyni zamanda, onların kritik nəsihətləri respublikanın geosiyasi, sosial-iqtisadi və hətta mental xüsusiyyətlərini nəzərə almaqdan tamamilə məhrum edilmişdi. Dövlətin siyasi sisteminin və sosial-iqtisadi modelinin islahatının embrional inkişafı vəziyyətində siyasət, diplomatiya və iqtisadiyyat sahəsində ən dərin nəzəri biliyə, o cümlədən neft-qaz, nəqliyyat-enerji strategiyalarının həyata keçirilməsində, respublika üçün əhəmiyyətli xarici siyasət tədbirlərinin həyata keçirilməsində təcrübəyə malik olan İlham Əliyev 2003-cü ildən müasir dövlətçiliyinin böyük heykəltəraşı Heydər Əliyev tərəfindən müəyyən edilmiş Azərbaycanın tərəqqisi və sivilizasiyanın intibahına aparan dahiyanə yolu davam etdirdi. Kifayət qədər məntiqli və məqsədyönlü şəkildə Respublika Prezidenti kimi fəaliyyətinə, siyasi və iqtisadi düşüncəsinin konstruktivliyini nümayiş etdirərək, Azərbaycan dövlətçiliyinin Heydər Əliyev tərəfindən yaradılmış optimal inkişaf ənənələrinin həyata keçirilməsinin innovativ formalarının işlənib hazırlanmasından başlayır. AŞPA-nın ən mühüm sənədlərini formalaşdıran, nəhayət ki, o zaman Qarabağ separatizmini və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıyan və bu məsələni BMT Baş Assambleyasının müzakirə obyektinə çevirən xarici siyasət arenasında danılmaz uğurları daxili siyasət xarakterli pozitivə çevrilmək potensialına da malik idi. Üstəlik, bunun təməli artıq qoyulmuşdu. Prezidentin respublikada korrupsiyanın qarşısının alınması, ölkənin qanunvericilik və maliyyə bazasının möhkəmləndirilməsi istiqamətində atdığı addımlar daxili siyasətdə uğur qazanmaq üçün real ilkin şərait yaradırdı. Amerikalı esseist Edvard Abbey düzgün qeyd edirdi ki, “Siyasətdə olduğu kimi tarixdə də “gələcək” dövlət adamlarının əməlləri ilə doldurulmasını gözləyən zaman boşluğudur”. İlham Əliyevin uzun illər prezidentlik fəaliyyətindən sonra cəsarətlə deyə bilərik ki, o, bu boşluğu təkcə Azərbaycanın deyil, həm də beynəlxalq münasibətlər tarixinin salnaməsinə dərin iz buraxmış əməllərlə doldurur. Bu əməllərin əhatə dairəsi dövlət idarəçiliyi anlayışının özünün diapazonunun genişliyinə dair heç bir təsəvvürlərə uymur. Transmilli, regionlararası yanacaq-energetika layihələrindən, Silahlı Qüvvələrin hərbi-texniki modernləşdirilməsindən tutmuş, Azərbaycan cəmiyyətinin müasir simasını simvolizə edən Azərbaycan xalqının tarixi, mədəni və mənəvi-psixoloji ənənələrinə əsaslanan multikulturalizmin yetişdirilməsinədək. Eyni zamanda, Prezidentin dövlətçilik təfəkkürünün uzaqgörənliyi və miqyaslılığı respublikanın neft və qaz ixracından əldə etdiyi milli gəlir, o cümlədən iqtisadiyyatın neft-qaz sənayesi ilə əlaqəli olmayan və Azərbaycan iqtisadiyyatı üçün çox vaxt qeyri-ənənəvi olan sənaye sahələrinin və yüksək texnologiyalı sektorlarının yaradılması vektorunda nəqliyyat və enerji layihələrinin fəaliyyətindən əldə etdiyi gəlirlər istiqamətində təcəssüm olundu. İlham Əliyevin qeyd olunan maliyyə-sənaye strategiyası, şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının inkişafının əsaslarının fundamentallığının və diversifikasiyasının möhkəmləndirilməsinə töhfəsini verir, respublikanın enerji ehtiyatları tükəndiyi halda onun neft-qaz kompleksindən asılılığını azaldır, gələcək tərəqqinin yüksək templərini təmin etmək imkanını saxlayırdı.İlham Əliyevin fəaliyyətinin diplomatik sahəsi, başqa sözlə desək, təhsilinin təməl peşəkarlığı, şübhəsiz ki, Amerika tarixində əfsanəvi prezident Avraam Linkolnun çıxartdığı formulda öz əksini tapmışdır: “Mən düşmənlərimi dosta çevirməklə məğlub edirəm”. Bu isə dəyişməz həqiqətdir, Prezidentin rəhbərlik etdiyi illərdə misli görünməmiş bir zirvəyə yüksəlmiş bütün Azərbaycan diplomatiyasının alfası və omeqasıdır! Axı bir vaxtlar Azərbaycanla informasiya-təbliğat qarşıdurmasında üstün olan erməni dezinformasiya fəaliyyəti dövlətlərarası münasibətlər və o vaxtkı başıbəlalı Qarabağ probleminə baxışlar sferasında xalqımızın ətrafında mənfi ab-hava yaradırdı. Müasir Azərbaycan Respublikasının əsl yaradıcısı Heydər Əliyevin Qarabağ erməni separatçılarının qondarma “dövlət müqəddəratını təyinetmə” və "Dənizdən dənizə Böyük Ermənistan” ideyası tərəfdarlarının uydurmalarının ifşası üçün başladığı son dərəcə dəqiq işi Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla təkmilləşmiş və səmərəli şəkildə davam etdirilmişdir. Azərbaycan xalqının dünya ictimaiyyətinin şüurunda əvvəllər erməni tarixi saxtakarlıqları ilə yönünü itirmiş siması erməni informasiya təxribatının hiyləgərliyi nəticəsində yaranan irinli təbəqələrdən təmizlənməyə, Qarabağ problemi isə öz həqiqi obyektiv məzmununda aydınlaşmağa başladı. Azərbaycanın dövlət başçısının beynəlxalq nüfuzu gündən-günə artdı və digər dövlətlərin rəhbərlərinin əksəriyyəti tərəfindən həqiqi dövlət müstəqilliyinin qorunub saxlanması, ərazi bütövlüyünün davamlı şəkildə müdafiəsi, dünyanın bütün ölkələri ilə hərtərəfli dövlətlərarası qarşılıqlı faydalı əməkdaşlıq mövqeyi ilə şərtləndirilmiş nüfuzunun tanınması aydın şəkildə özünü göstərdi. Bu kontekstdə maraqlı olan odur ki, məşhur yamaykalı hüquq müdafiəçisi, ictimai xadim Markus Qarvinin fikrincə, «... indiki dövlət xadimləri bütün bəşəriyyətə qarşı bərabərlik və ədalət olmadan hər hansı bir sülhün mümkün olduğuna inanırlarsa, dövrlərinin ən böyük səhvini edirlər». Lakin İlham Əliyev dünya siyasi fikrinin inkişafındakı bu tendensiyanın əksinə olaraq, beynəlxalq aləmdə istənilən vəziyyətdə məzlum xalqların müdafiəsi, ərazisinin böyüklüyü və əhalisinin sayından, beynəlxalq siyasi və iqtisadi həyatdakı yerindən və rolundan asılı olmayaraq dünyanın bütün dövlətləri arasında ədalətli, qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövqeyində dayanan dövlət xadimi ruhunda çıxış edir. Bu, onun Qoşulmama Hərəkatında aparıcı rolunu müəyyənləşdirdi. Təbii ki, bütün bunlar bütövlükdə Azərbaycan dövlətinin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və beynəlxalq qüvvələrin Dağlıq Qarabağ problemi ətrafında yerləşdirilməsində Azərbaycanın xeyrinə olan köklü dəyişikliyə təsir etməyə bilməzdi.Eyni zamanda, İlham Əliyevin respublikanın dövlət-ərazi kompleksinin bərpası üçün seçdiyi strategiyanın konstruktivliyi, ona təkcə diplomatik münasibətlər sahəsində deyil, həm də hərbi-texniki və siyasi əməkdaşlıq sahəsində müttəfiqləri və strateji tərəfdaşları düzgün və dəqiq seçməyə imkan verirdi. Bu rakursda ikitərəfli əsasda səmərəli şəkildə qurulmuş əlaqələr qardaş Türkiyə, Cin , Rusiya, İsrail, Pakistan, BƏƏ və Səudiyyə Ərəbistanı ilə müttəfiqliyi və strateji tərəfdaşlığı təmin etdi. İlk iki dövlətlə qarşılıqlı münasibətlər “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsi və “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” 2022-ci il 22 fevral tarixli Bəyannamənin imzalanması yolu ilə sonradan hərbi-texniki və siyasi müttəfiqliyə çevrildi. İlham Əliyevin Respublika Prezidenti postunda bütün fəaliyyətinin apofeozunun onun rəhbərliyi və titanik səyləri ilə otuz ilə yaxın qədim əzəli Azərbaycan torpaqlarını əlində saxlayan təkəbbürlü işğalçı, Azərbaycanın çoxəsrlik sivilizasiyasının bütün irsini məhv edən ölümcül qasırğa üzərində Azərbaycan xalqının parlaq, dönməz, mütləq qələbəsində təcəssüm etdiyinə heç kəs şübhə edə bilməz. Təbii ki, ölkəmizin ərazi bütövlüyünün və bütün torpaqları üzərində suverenliyinin bərpası naminə xalqımızın arzusu və məqsədi, qarşısıalınmaz qətiyyəti, İlham Əliyev tərəfindən ciddi təşkilati, zəfərli qalibiyyətlə yekunlaşmasını metodik olaraq müəyyən edən istiqamətə yönəldilmişdir. Əyani olaraq dövlət xadimi üçün əvəzsiz xarakter keyfiyyəti üzə çıxdı: xalqa verilən vədləri dəqiq və sarsılmaz bir şəkildə yerinə yetirmək! Axı hələ böyük Napoleon Bonapart qeyd etmişdi ki: “Döyüşü yaxşı məsləhət verən yox, onun yerinə yetirilməsinin məsuliyyətini öz üzərinə götürən və yerinə yetirən uddu”. 2003-cü ildə prezidentlik karyerasının hələ lap əvvəlində dövlətin ərazi bütövlüyünü bərpa edəcəyinə söz verərək, Azərbaycan Prezidenti İlham Əliyev, 2021-ci ilin noyabrında Şuşada Qarabağın azad edilməsi uğrunda Vətən Müharibəsində Qələbə Günü şərəfinə Azərbaycan hərbçiləri qarşısında çıxış edərkən verdiyi sözün nəticələrini təntənəli şəkildə xülasə etdi: “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu”. Dünyada bəşər sivilizasiyasının mövcudluğunun ən yüksək məqsədlərini müəyyən edən dəyərlər var. Onların məzmunu, ödənilməsi cəmiyyətin normal fəaliyyəti və inkişafı üçün ayrılmaz şərt olan əsas insan ehtiyacları meyarı ilə qiymətləndirilir. Siyasi dəyərlərin dəyər piramidasının zirvəzsində humanizm dayanır. Respublika Prezidenti dünyanın, humanizmi incəliklə, ardıcıl və dönməz şəkildə siyasətə daxil edən, nadir dövlət başçılarındandır. Rəhbərlik etdiyi dövlətin milli təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sferalarda apardığı siyasətin sərtliyi və barışmazlığı, sosial-mədəni sahədə, insan və vətəndaş hüquqları ilə bağlı məsələlərdə, yaradıcılığı və əməyində rifahı və özünü ifadə etməsi üçün çoxşaxəli şəraitin yaradılmasında, mükəmməl humanizmlə ahəngdar şəkildə uzlaşır. Hesab edirəm ki, Prezident İlham Əliyevin illərlə işləyib hazırladığı və təkmilləşdirdiyi sosial siyasətin mahiyyətini, motivasiyasını və əldə etdiyi nailiyyətləri üzə çıxaran statistik rəqəmlərlə oxucunu bezdirməyə ehtiyac yoxdur. Ölkəmizə gələn hər bir qonağın Azərbaycan cəmiyyətinin rifah səviyyəsinin sistematik şəkildə yaxşılaşdığına əmin olmaq üçün real imkanları var ki, yeri gəlmişkən, xarici qəzet, jurnal və elektron nəşrlərin səhifələri bu məlumatlarla doludur. Buna Prezidentin siyasəti ilə müxalifətin ictimai-siyasi fəaliyyəti üçün, hətta onun azğın destruktivliyinə baxmayaraq, tamamilə plüralist şəraitin təmin edilməsi, eləcə də etnik və ya dini zəmində hər hansı terror və seqreqasiya təzahürlərinin qarşısının alınması müddəasının əlavə edilməsi məqsədəuyğundur. Bütün bunlar isə ölkəmizdə, BMT-nin mənəvi relativizmi fonunda, yarandığı dövrün mənəvi aydınlığı ilə indiki deqradasiyaya uğramış dövlət arasında baş vermiş soyqırım və terrorizmin dünyada aşkar təzahürləri qarşısında baş verir. Yeri gəlmişkən, İlham Əliyev bu fikri dəfələrlə və müxtəlif səviyyəli beynəlxalq forumlarda dünya ictimaiyyətinin diqqətinə çatdırır. Təsvir edilən mənzərəni fəaliyyətində qərarların qəbulu prosesində qərəzliliyin aydın şəkildə göründüyü, açıq anti-islamizm və Azərbaycan da daxil olmaqla bir sıra ölkələrə qarşı ayrı-seçkiliklə dolu olan AŞPA tamamlayır. Şübhəsiz ki, Lion Feyxtvangerin məşhur “İstedadlı insan hər şeydə istedadlıdır” aforizminin mənbəyi ona insan intellektinin, ağlının və üfüqlərinin tam gücünün dərk edilməsindən gələn ilham olub! İstedad – Allah vergisidir! Xəlvət və gizli bəxşişdir! Məhz elə o, istedadlı musiqiçiyə eyni dərəcədə istedadlı şeir yazmağa, musiqi yaradıcılığından və şeir sənətindən asudə vaxtlarında parlaq rəsmlər yaratmağa imkan verir. Uca Yaradanın səxavəti haqqında düşünəndə isə doğma Azərbaycan torpağının nə qədər istedadla zəngin olduğuna heyrətlənməkdən vaz keçmirsən! Bəli, Respublika Prezidenti İlham Əliyev milli istedadlarımızın ən parlaq təcəssümüdür! Çünki onların təzahürü Azərbaycan tarixində son iki onillikdə əldə edilmiş bütün nailiyyətlərin əsasını təşkil etmişdir. Bununla belə, xalqın inamı, İlham Əliyevin görkəmli şəxsiyyəti ilə bağlı bütün arzu və diləkləri Azərbaycan dövlətçiliyinin inkişafında yeni dövr – bütün dünya nizamının qlobal konvergensiya şəraitində onun daha da çiçəklənməsi dövrünü yaradır. Respublika Prezidenti təbii ki, istənilən qlobal toqquşmalara və ziddiyyətlərə baxmayaraq Azərbaycanın dinamik, münaqişəsiz, hərtərəfli ahəngdar inkişafının əsas təminatçılarından biridir. Bunun təminatı Azərbaycan dövlətinin həqiqi müstəqilliyi haqqında milli ideyaların maddi təcəssümündə onun mükəmməl təcrübəsi, sosial-iqtisadi və mədəni tərəqqisi; təbii zəkasının və əqli mükəmməlliyinin dərinliyi, geniş iş qabiliyyəti; dünya tarixinin nadir şəxsiyyətlərinin panteonunu bəzəyən dahi Heydər Əliyev şəxsiyyətindən, Sovet dövründə Azərbaycanın görkəmli dövlət xadimi və siyasi xadim kimi milli tarixə düşmüş, o çətin, ziddiyyətli dövrün ən sərt şəraitində xalqının mənafeyini güzəştə getmədən müdafiə edən ana babası Əziz Əliyevdən irsən keçmiş əsas genetik təbiətidir. Bu kontekstdə hindistanlı ictimai xadim, milyarder Adi Qodreyin “Dünyada olduqca çox siyasətçi və olduqca az dövlət xadimi var” fikri maraq doğurur. Xalqımızın isə fəxr etməyə haqqı var ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyev, eyni sağlam düşüncəni dünya siyasətinə gətirən, bəşər cəmiyyətinin deqradasiyasına yol verməyən və müasir sivilizasiyanın gələcək inkişafının ümidverici perspektivi ilə vəd verən əsl dövlət xadimləri sırasındadır. Adəm İsmayıl, fəlsəfə doktoru |
1,045,892 | 18.02.2024 18:09 | Analitika | ABŞ-dan İrəvana "revanşı unut" məsləhəti: Azərbaycan hərəkətə keçsə, Paşinyan heç Makrona zəng imkanı da tapmayacaq | Amerikalı ekspertin fikrincə, Rusiya Ukrayna savaşında qalib gəlsə, Ermənistanı dərhal diz çökdürəcək... Onun digər ehtimalına görə, əgər, rəsmi İrəvan Zəngəzur dəhlizini könüllü açmasa, bunu Azərbaycan ordusu edəcək... Cənubi Qafqazda regional sülh prosesi uzun müddətdən bəridir ki, böhranlı situasiya ilə üzləşib. Hər halda, "sülh masası"nda durğunluq yaşanır. Halbuki, Cənubi Qafqazda geopolitik maraqları olan beynəlxalq siyasi iradə mərkəzlərinin kobud müdaxiləsi olmasaydı, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi artıq çoxdan imzalanmış da ola bilərdi. Və Fransanın patronajlığı altında olan bəzi Avropa Birliyinin törəmə qurumları buna açıq-aşkar əngəl törətməkdə davam edirlər. Ona görə də, son dövrlərdə sülh sazişinin imzalanmasından nə qədər çox danışılırsa, danışıqlar prosesi də bir o qədər pozitiv sonluqdan uzaqlaşmış olur. Çünki Fransa və onun beynəlxalq "siyasi peyk"ləri Ermənistanı silahlandıraraq, revanş niyyətinə cəsarətləndirir. Bu səbəbdən də, həm rəsmi İrəvanın, həm də Ermənistanın beynəlxalq himayədarlarının sülhə yönəlik mövqeləri siyasi manipulyasiyalardan uzağa getmir. Və bu baxımdan, uzun müddətdən bəri yüksək səviyyədə görüşlərin baş tutmaması da qətiyyən gözlənilməz xarakter daşımır. Təbii ki, Münhen Təhlükəsizlik Konfransında baş verənlər müəyyən mənada, istisna təşkil edir. Çünki məhz Münhendə Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti dəfə yüksək səviyyədə görüş baş tutub. Almaniya kansleri bu görüşü anlaşmaya uyğun olaraq, qısa müddət ərzində tərk etdiyi üçün müzakirələr rəsmi Bakının istədiyi formatda - ikitərəfli modeldə aparılıb. Və bu, sülh prosesini kənar müdaxilələrdən yayındırmağa üstünlük verən Azərbaycanın olduqca önəmli siyasi-diplomatik uğurudur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Münhen görüşünə dünyanın önəmli dövlət və beynəlxalq qurumlarının liderlərinin müraciətləri ilə baş tutmuş ikitərəfli əməkdaşlıq müzakirələrindən sonra qatılmışdı. Fransa və onun "siyasi peyklər"indən başqa heç kimə lazım olmayan Ermənistanın baş naziri Nikol Paşinyan isə yalnız israrlı xahişlər sayəsində çox məhdud çərçivədə görüşlər keçirə bilmişdi. Və həmin azsaylı görüşlərdə də erməni baş nazir Ermənistanın xarici əməkdaşlıq imkanlarını genişləndirməyə cəhd göstərmək əvəzinə yalnız Azərbaycandan şikayət etməklə, kifayətlənməli olmuşdu. Düzdür, Azərbaycan və Ermənistan liderlərinin Münhen görüşündə sülh sazişinin mətninin hazırlanması məqsədilə ikitərəfli təmasların davam etdirilməsi barədə anlaşma əldə olunub. Ancaq rəsmi İrəvanın sülh prosesi ətrafında siyasi manipulyasiyaları davam etdirəcəyi də qətiyyən şübhə doğurmur. Çünki Ermənistan baş naziri Nikol Paşinyan mövqeyini tez-tez dəyişən sürüşkən siyasətçi olduğunu artıq birmənalı şəkildə təsdiqləyib. Onun açıqlamaları və davranışları arasında kəskin ziddiyyətlər artıq adi hala çevrilib. Məsələ ondadır ki, erməni baş nazir bir müddət öncə Ermənistan konstitusiyasında yer alan bəzi müddəaların sülh sazişinin imzalanmasına əngəl törətdiyini bəyanlanışdı. Ancaq indi baş nazir Nikol Paşinyan iddia edir ki, bu məsələ ilə bağlı rəsmi Bakının tələbləri Ermənistanın daxili işlərinə qarışmaqdır. Halbuki, hər hansı dövlətin qanunvericiliyində qonşu dövlətə qarşı ərazi iddiaları mövcuddursa, bu həmin ölkənin daxili işi hesab edilə bilməz. Və bu, erməni baş nazirin sülh prosesini dalana salmaq cəhdindən başqa bir şey deyil. Digər tərəfdən, baş nazir Nikol Paşinyan qoşunların bugünkü mövqelərindən geri çəkilmələri üçün Ermənistan və Azərbaycan sərhədini xəritədə və yerdə əks etdirmək lazım olduğunu vurğulayır. Onun fikrincə, bunun üçün ilk addım məhz qoşunların "güzgü prinsipi" ilə geri çəkilməsi ola bilər. Yəni, erməni baş nazir mübahisəli gündəm yaratmaqla, əslində, sülh prosesini əngəlləmək niyyəti güdür. Məsələ ondadır ki, Azərbaycan və Ermənistan sərhədlərini delimitasiya etmək üçün istifadə olunacaq xəritələr belə, razılaşdırılmayıb. Belə olduğu təqdirdə, Azərbaycan və Ermənistan arasında sərhədlər hələlik şərti xarakter daşıyır. Bu baxımdan, erməni baş nazirin qoşunların "güzgü prinsipi" ilə geri çəkilməsi ilə bağlı təklifi məntiqsiz və absurddur. Ümumiyyətlə, rəsmi İrəvanın yekun sülh sazişi və sərhədlərin delimitasiya prosesini paralelləşdirmək cəhdi məkrli mövqe olmaqla yanaşı, həm də sülh prosesindən uzaqlaşmaq məqsədi güdür. Bütün bunları nəzərə aldıqda, bəzi beynəlxalq siyasi iradə mərkəzlərinin Cənubi Qafqazda sülh prosesini dəstəklədiklərini bəyan etmələri indiki situasiyada effektiv yanaşmadan uzaqdır. Çünki həmin beynəlxalq siyasi iradə mərkəzləri əgər, doğrudan da bu regionda sülhü dəstəkləyirlərsə, onda deməli, ilk növbədə konstruktiv mövqe tutmağa məcbur qalması üçün Ermənistana təzyiq göstərməlidirlər. Əks halda, NATO baş katibinin xüsusi nümayəndəsi Havyer Kolominanın "Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin tezliklə imzalanmasına hər cür dəstək verməyə hazırıq" kimi açıqlamalar ən yaxşı halda, "növbətçi bəyanat" xarakteri daşıyacaq və müsbət nəticələrdən uzaq qalacaq. Əsl həqiqət isə tamamilə fərqli məzmun daşıyır. Belə ki, Ermənistan açıq-aşkar sülh prosesindən uzaqlaşmağa və revanş almaq üçün yeni müharibəyə hazırlaşmağa çalışır. Rəsmi İrəvan bu məsələdə Fransadan tam dəstək almağa nail olub. Daha doğrusu, rəsmi Paris Ermənistanı Azərbaycana qarşı yeni savaşa sürükləməyə çalışır. Paşinyan hakimiyyəti yeni savaş planlarını məhz Fransanın dəstəyi və təlimatları ilə qurmaqdadır. Halbuki, bu, sülh sazişinə Azərbaycandan daha çox ehtiyacı olan Ermənistan üçün ən təhlükəli və uğursuz variantın seçilməsi anlamına gəlir. Maraqlıdır ki, bu reallığı hətta erməni mənşəli ABŞ eksperti Artur Martirosyan belə, Ermənistan mətbuatına açıqlamasında birmənalı şəkildə etiraf edib. Onun fikrincə, rəsmi İrəvan Zəngəzur dəhlizini açmaqla, Ermənistanın dövlətçiliyini xilas etmək şansını hələlik saxlayır: "Ancaq bu məsələnin uzadılması və qarşı tərəflə hərbi gərginliyin artırılması böyük təhlükə vəd edir. Çünki rəsmi İrəvan Zəngəzur dəhlizini könüllü açmasa, bunu Azərbaycan ordusu edəcək. Halbuki, Paşinyan hakimiyyəti Zəngəzur dəhlizini könüllü açsa, üçtərəfli anlaşmaya görə, ona Rusiya nəzarət edəcək. Ancaq bunu Azərbaycan ordusu etsə, onda situasiya dəyişəcək və böyük ehtimalla dəhliz yalnız rəsmi Bakının nəzarətində qalacaq". Amerikalı erməni ekspert Paşinyan hakimiyyətinə Rusiya ilə münasibətləri korlamaq taktikasından imtina etməyi də məsləhət görüb. Onun fikrincə, Ukrayna savaşından kimin qalib çıxacağını heç kim deyə bilməz: "Ona görə də bütün riskləri nəzərə almaq lazımdır. Əgər, Rusiya Ukrayna savaşından qalib çıxarsa, Kreml rəsmi İrəvanı diz çökdürəcək. Eyni zamanda, Azərbaycana qarşı revanş niyyətindən də dərhal imtina edilməlidir. Çünki yeni savaş başlayarsa, Paşinyan hakimiyyətinə cəsarət verənlər Azərbaycan ordusunun qarşısını alıb, onu dayandıra bilməyəcək. Baş nazir Nikol Paşinyan hətta Jozep Borrelə və yaxud Emmanuel Makrona zəng etməyə belə, imkan tapmayacaq. Hətta belə bir imkan olsa belə, heç kim Ermənistana kömək etməyəcək". Göründüyü kimi, okeanın o tayından, birbaşa ABŞ-dan, hətta böyük ehtimalla Ağ Evin səhnəarxası təlimatları üzərindən Paşinyan hakimiyyətinə mövcud reallıqları, yanlış siyasətin doğurduğu təhlükələri anlatmağa çalışırlar. Ancaq rəsmi İrəvan hazırda Fransa prezidenti Emmanuel Makrondan başqa heç kimi eşitmək istəmir. Halbuki, Emmanuel Makronun səsi Ermənistanı çıxa bilməyəcəyi "qaranlıq tunelə" çağırır. Elçin XALİDBƏYLİ, Siyasi ekspert, "Yeni Müsavat" Media Qrupu |
1,045,893 | 18.02.2024 18:02 | Rəsmi | Prezidentdən Minsk qrupu ilə bağlı SON DƏQİQƏ açıqlaması | "ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtı çoxdan yetişib". Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşündə bildirib. Dövlət başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırıb. |
1,045,894 | 18.02.2024 18:07 | Dünya | SON DƏQİQƏ! Bəşər Əsədin qardaşı öldürüldü - ŞOK | Suriya prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsəd İsrail kəşfiyyatı tərəfindən həyata keçirilən sui-qəsd nəticəsində öldürülüb. Musavat.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Qeyd edək ki, Mahir Əsəd Suriya Kəşfiyyat İdarəsinin rəhbəri idi. Musavat.com |
1,045,895 | 18.02.2024 19:08 | İdman | Türkiyəli futbolçu 29 yaşında vəfat edib | Türkiyənin "Serik Belediyespor" futbol klubunun müdafiəçisi Mümin Talip Pazarlı 29 yaşında vəfat edib. BAKU.WS bu barədə "NTV Spor"a istinadən xəbər verir. İstanbulda özəl xəstəxanada müalicə alan Mümin Talipi xilas etmək mümkün olmayıb. Qeyd olunur ki, 1 ay əvvəl "Ankara Dəmirspor"dan "Serik Belediyespor"a transfer olunan müdafiəçi sonuncu dəfə yanvarın 31-də keçirilən "Yeni Mersin İdmanyurdu" matçında komandasının formasını geyinib. O, həmçinin futbolçu karyerasına "Bəylərbəyi"də başlayıb. Daha sonra "Y. Çorumspor", "24 Erzincanspor", "Düzcespor", "Orduspor 1967" komandalarında forma geyib. |
1,045,896 | 18.02.2024 18:43 | Şou-biznes | “Qızılcıq şərbəti” izləyicilərinə MÜHÜM XƏBƏR – Məşhur aktyor qayıdır? FOTO | Ötən həftələrdə beyin qanaması keçirən və xəstəxanaya yerləşdirilən aktyor Settar Tanrıöğenin “Show TV”də yayımlanan “Qızılcıq şərbəti” serialına qayıdıb-qayıtmayacağı bəlli olub. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, dünən “Qızılcıq şərbəti”nin 51-ci bölümü yayımlanıb. Ssenarinin tamamilə dəyişdiyi üzə çıxıb. Belə ki, serialda Abdullah Ünal obrazını canlandıran Settar Tanrıöğenin taleyi bəlli olub. Aktyorun səhhətinə uyğun olaraq onun canlandırdığı obrazın koronavirus ştamına yoluxduğu və bu səbəblə karantinə alındığı yayımlanıb. Beləliklə, “Qızılcıq şərbəti”ni sevərlər bu gedişlə bir müddət Settar Tanrıöğenin yolunu gözləməli olacaqlar. Musavat.com |
1,045,897 | 18.02.2024 19:33 | Şou-biznes | Aygün Kazımovanı bir də belə görün… – ŞOK OLACAQSIZ | Xalq artisti Aygün Kazımova sosial mediada paylaşımı ilə diqqət çəkib. İfaçı "instagram"da yeni videosunu yayımlayıb. Xalq artisti cazibədar görünüşü ilə diqqət çəkib. Görüntülərə çoxsaylı bəyəni gəlib. Həmin videonu təqdim edirik: big.az |
1,045,898 | 18.02.2024 19:46 | Təhsil | Dövlət qulluğu vəzifələri üzrə imtahan verən şəxslərin NƏZƏRİNƏ | 18 fevral 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib. Musavat.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 11 binada təşkil olunub. İmtahanın idarə olunması üçün 11 ümumi imtahan rəhbəri, 30 imtahan rəhbəri, 258 nəzarətçi, 39 buraxılış rejimi əməkdaşı ayrılıb. Fevralın 19-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələri yaxın iki gün ərzində elan olunacaq. Qeyd edək ki, Naxçıvanda xarici dil üzrə fəlsəfə doktoru ali təhsil müəssisələrinin l-IV ixtisas qruplarına hazırlaşan abituriyentlər üçün qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq, B növü üzrə dövlət qulluğuna qəbul imtahanları keçirilib. İmtahanlar Naxçıvan şəhər 14 və 5 nömrəli tam orta məktəb binalarında təşkil edilib. Fəlsəfə doktoru imtahanında yeddi doktorant (dissertant), sınaq imtahanında 135 abituriyent, dövlət qulluğuna qəbul imtahanında isə 299 namizəd iştirak edib. İmtahanların idarə olunmasına, ümumilikdə, 45 nəzarətçi, yeddi imtahan rəhbəri cəlb edilib. İmtahanların rahat keçməsi üçün hər cür şərait yaradılıb. |
1,045,899 | 18.02.2024 23:59 | Yaşam | Bədən qoxusunu dəyişən xəstəliklər | Qalxanabənzər vəz, qaraciyər, böyrəyin işinin pozulması və şəkərli diabet bədən qoxusunun dəyişməsinə səbəb ola bilər. Bu barədə Rusiyanın tanınmış həkimi Olqa Ulankina xəbərdarlıq edib. Onun sözlərinə görə, qaraciyər və böyrək xəstəlikləri dəridən və nəfəsdən ammonyak qoxusunun gəlməsinə səbəb ola bilər. "Aseton qoxusu isə diabetin əlamətlərindən biridir. Bu xəstəlikdə insulinin qeyri-kafi miqdarda olması və ya ona qarşı müqavimət səbəbindən orqanizm qlükozanı qəbul etmir, ona görə də özünü enerji ilə təmin etmək üçün yağları və zülalları emal etməyə başlayır. Bu maddələrin parçalanması nəticəsində keton cisimləri əmələ gəlir - onlar kəskin qoxuya cavabdehdirlər", - deyə həkim bildirib. Ekspert sirkə qoxusunun endokrin xəstəlikləri, vərəmi və D vitamini çatışmazlığını göstərə biləcəyini qeyd edib."Fiziki fəaliyyətdən və bol tərləmədən sonra tərin turş qoxusu normaldır, ancaq duş qəbul etdikdən sonra təmiz bədəndən sirkə iyi gəlirsə, narahat olmalısınız", - deyə Ulankina izah edib. Həkim, həmçinin vurğulayıb ki, qalxanabənzər vəzin işinin pozulması tərləmənin artmasına və nəticədə bədən qoxusunun kəskinləşməsinə səbəb ola bilər. "Çox miqdarda ədviyyatlı ərzaqların, yarımfabrikatların və hazır şirniyyatların istehlakı da bədən qoxusuna təsir edə bilər", - deyə Ulankina sözlərini yekunlaşdırıb. (oxu.az) |
1,045,900 | 18.02.2024 20:12 | Maraqlı | Ölümdən sonra tükürpədici 10 gerçək: İnsan ölür və 20 dəqiqə sonra… | Hər kəs bir gün öləcək. Bu həqiqəti hər birimiz qəbul edirik. Müxtəlif inanc sistemlərini öyrənən metafizik təcrübələrin nəticələri davamlı şəkildə açıqlanır. İnsan bədəninin ölümdən sonra nə olacağını isə elm açıqlayıb. Ölümdən sonra yaşanacaq 10 tükürpədici gerçəyi təqdim edirik: 1.Ölüm baş verdikdən sonra dərhal ilk saniyədə oksigen sürətlə tükənər və beyin fəaliyyəti birdən yüksələr. Neyronlar əməliyyatları dayandırır və beyin bir neçə dəqiqə daha davam edə bilsə də bədənin fərqli funksiyalarını təşkil edən hormonları verməyi kəsər. 2. Ölüm əsnasında böyük ehtimalla sidik, ya da nəcis meydana gəlir. Çünki həyat enerjisini təmin edən ATP, əzələlər boşalmağa başlayır. Bura sfinkter əzələsi də daxildir. 3. Cəsəddə soyuq bir dəri meydana gəlir. Bu, xüsusilə açıq bədənli insanlarda görülür. Bu, qan axınının olmaması nəticəsində meydana gələr və adamın ölümündən 15-20 dəqiqə sonra baş verir. 4. Ürək artıq fəaliyyətini dayandırdığından və qan dövranı kəsilir. Bu səbəblə də sanki cazibə qüvvəsi ilə qan bədənin ən aşağı hissəsinə yığılır. Bir neçə saatdan sonra isə qan bədəndə qırmızı və bənövşəyi rəng qarışığına çevrilir. 5. Ölümdən 12 saat sonra isə bədən pozulmağa başlayır. Buna adətən "livor mortis” adı verilir. Livor mortis ölüm ləkələri deməkdir. 6. Ölümdən 3-6 saat sonra "riqor mortis” prosesi başlayır. Bu, əzələ dəyişikliyi deməkdir və 24-48 saat davam edir. 7. Dəfn olunduqdan sonra isə əgər cəsəd mumyalanmazsa, və ya kimyəvi maddələr vurulmazsa, qan axını dayanır və bədən çürüməyə başlayır. 8. Funksiyalar pozulmağa başladığı vaxtdan isə bakteriyalar yaşamaq üçün qarın boşluğunu yeməyə başlayır. 9. Bu, çürümə olaraq bilinən pis qoxulu bir müddətdir. Amin turşularının parçalanması nəticəsində pis qoxu leş böcəkləri və qurd ağcaqanadları də daxil olmaqla həşəratları özünə çəkər. Qurd ağcaqanadları yumurtalarını çürüyən cəsədə buraxırlar. Yetişən sürfələr, böcəklər bədəni yeməyə başlayır. 10. Qurdlar bir neçə həftə içində bədən toxumasının 60 faizini məhv edir. (sfera.az) |
1,045,901 | 18.02.2024 20:25 | Hadisə | Kürdəmirdə ağır qəza: Yaralılar var - FOTOLAR | Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var. Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Cəyli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ 2103" markalı minik avtomobilinin sürücüsü, Şamaxı rayon sakini Şirinov Arif Hacısoltan oğlu Ağsu istiqamətində hərəkətdə olarkən rayonun Cəyli kəndindən magistral yola çıxmaq istəyən kənd sakini Abdullayev Nəriman Sərdar oğlunun idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb. Qəza zamanı hər iki sürücü - Arif Şirinov və Nəriman Abdullayev müxtəlif dərəcəli xəsarətlər alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır. (Report) |
1,045,902 | 18.02.2024 20:38 | Region | FİLM KİMİ OLAY: oğurladığı telefonu bəyənmədiyi üçün geri qaytardı - ANBAAN VİDEO | Türkiyənin İstanbul şəhərində bir cibgirin törətdiyi əməlin videogörüntüləri sosial şəbəkədə trendə çevrilib. Söhbət Beşiktaşın Dolmabahçe məhəlləsində avtobusda edilən telefon oğurluğundan gedir. Belə ki, özündən öncə avtobusa minən qadın sərnişinin telefonunu cibindən götürən cibgir onu bəyənmədiyi üçün geri qaytarmağa çalışıb. Həmin dayanacaqda olan və uzun müddət onu izləyən təhlükəsizlik qüvvələrinin əməkdaşları onu avtobustan çıxarıblar. Araşdırmalar nəticəsində məlum olub ki, Cəlal.A adlı həmin şəxs 37 oxşar cinayət törədib. Hazırda onun digər əməlləri araşdırılır. (Publika.az) |
1,045,903 | 18.02.2024 20:51 | Şou-biznes | Araş ailəsi ilə xizək sürmək üçün Azərbaycana GƏLDİ - FOTO/VİDEO | Dünyaca məşhur müğənni Araş istirahət üçün Azərbaycana gəlib. Müğənni Şahdağda dincəlir. Araş əkizləri Darian və Doni ilə olan fotolarını instaqram izləyiciləri ilə bölüşüb. Sənətçi fotolara "Azərbaycanda xizək sürmək" qısa şərhini yazıb. Qeyd edək ki, Araş Aysel Teymurzadə ilə birlikdə 2009-cu ildə Azərbaycanı "Avroviziya"da təmsil edib. (Axşam.az) |
1,045,904 | 18.02.2024 19:15 | Ölkə | XƏBƏRDARLIQ! Fevralın 19-u saat 12:00-dan başlayaraq... - FOTO | Fevralın 19-da Azərbaycanda maqnit qasırğası müşahidə olunacaq. BAKU.WS xəbər verir ki, bu gün və sabah havada kiçik pozuntular olacaq. Sabah günortadan etibarən isə havada zəif maqnit qasırğası müşahidə olunacaq. Qasırğa saat 12:00-dan etibarən aktivləşəcək. Maqnit qasırğası saat 15:00-adək davam edəcək. 15:00-dan etibarən isə səngiyəcək. Qeyd edək ki, güclü maqnit qasırğası insanların səhhətinə mənfi təsirdən elektronika cihazlarında nasazlığın yaranmasınadək gətirib çıxara bilir. |
1,045,905 | 18.02.2024 21:03 | İdman | Daha bir cüdoçumuz qızıl medal qazandı | Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazanıb. Yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) finalda macarıstanlı Krisztian Tothu məğlub edərək birinci olub. Eyni çəkidəki Vüqar Talıbov isə bürünc medal uğrunda fransalı Aleksis Mateyuya qalib gəlib. Bu gün, həmçinin, millinin digər üzvü - Camal Qamzatxanov (+100 kq) qızıl mükafat qazanmağa çalışacaq. Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar. (Report) |
1,045,906 | 18.02.2024 23:09 | Dünya | Bu ölkənin paytaxtında maskalar və papaqlar qadağan edilib | Somalinin paytaxtı Moqadişoda təhlükəsizlik baxımından maska və papaqdan istifadə qadağan edilib. Moqadişu Bələdiyyəsinin sözçüsü Salah Dheere mətbuata verdiyi açıqlamada cinayət törədənlərin şəxsiyyətini gizlətdikləri üçün maska və papaqlardan istifadənin qadağan edildiyini açıqlayıb. Dheere ictimai nəqliyyatda silah gəzdirməyin də qadağan olunduğunu bildirib. Yaşlıların taxdıqları papaqlara bənzər papaqlar qadağadan azad edilib. Bildirilib ki, Somali prezidenti Həsən Şeyx Mahmudun da qatıldığı təhlükəsizlik toplantısında alınan qərarlar son vaxtlar artan bomba hücumlarına qarşı alınan yeni tədbirlərdən bəziləri olub. (valyuta.az) |
1,045,907 | 18.02.2024 21:29 | Dünya | Titanikin ulduzunu kim təhqir edib? - "Mənimlə çox kobud davrandı" | "Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. Aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu, çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyimi xatırlayıram. Bir gündən o biri günə gecə və gündüz kimi fərqli idi. Fiziki və şəxsi olaraq çox araşdırılırdım. İngiltərə mətbuatı mənimlə çox kobud davrandı", - deyə Keyt bildirib. (Publika.az) |
1,045,908 | 18.02.2024 21:40 | Şou-biznes | 22 ildir ət yemirəm - 50 yaşlı aktrisanın gənclik düsturu açıldı | Türkiyəli müğənni-aktrisa Şevval Sam gözəllik sirrini bölüşüb. 50 yaşlı aktrisa 20 ildən çoxdur ət və ət məhsulları yemədiyini açıqlayıb: "Artıq 22 ildir ət və toyuq əti yemirəm. Çoxlu su içirəm. Gün ərzində daima hərəkətdəyəm". Qeyd edək ki, Şevval hazırda "Yandaki oda" serialında rol alır. (Axşam.az) |
1,045,909 | 18.02.2024 21:53 | Dünya | Osmanlı sultanının nəvəsi ailə qurdu - FOTO/VİDEO | Osmanlı sülaləsinin yaşayan 14 qadın üzvündən biri olan Berna Sultan Osmanoğlu 25 yaşında ailə qurub. O, İstanbulda özünə toy edib. Toy mərasimi Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra mehtər qrupunun marşları ifa edilib. Bəy və gəlin maraqlı geyimlərilə diqqət çəkiblər. Gəlinin atası Orxan Osmanoğlu dördüncü övladının ailə qurmasına çox sevindiyini bildirib. Qeyd edək ki, Berna Sultan Osmanoğlu 1998-ci ildə İstanbulda anadan olub. O, 34-cü Osmanlı sultanı II Əbdülhəmid Xanın beşinci nəsildən olan nəvəsidir. (Oxu.az) |
1,045,910 | 18.02.2024 22:06 | Siyasət | Azərbaycanla bağlı durum dəyişməyə başladı - Geri çəkildilər | "Münxendə Azərbaycan dövlət başçısı ilə görüşmək istəyənlər sırada gözləyirdilər". Bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakını şərh edib: "Dünyada bir neçə ənənəvi konfrans və forum o birilərindən fərqlənir, liderlərin və medianın bu toplantılara marağı daha çox olur. Bunlardan biri Münxen Təhlükəsizlik Konfransıdır. Liderlər Münxendə açıq müzakirə aparır, panellərdə müxtəlif təhlükələrin miqyasını təsvir etməyə çalışırlar. Bu toplantılarda bəzi liderlər gələcək planları barədə də mesaj verirlər. Məsələn, Rusiya Prezidenti Vladimir Putin Kremlin xarici və təhlükəsizlik siyasətinin sərtləşəcəyini ilk dəfə 2007-ci ildə Münxen Təhlükəsizlik Konfransındakı çıxışında bəyan etmişdi. Dediyi kimi də oldu, Rusiya bir il sonra Gürcüstan ərazilərini işğal etdi, 7 il sonra Krımı ilhaq edərək Ukraynanın şərqinin işğalını planlaşdırdı. Qərb dövlətləri 2007-ci ildə Putinin çıxışını diqqətə alıb zəruri tədbirlər görsəydilər, bəlkə də bugünkü faciələr baş verməzdi. Məsələn, Gürcüstan və Ukrayna elə həmin ərəfədə NATO-ya üzv qəbul edilsəydi, Rusiya alyansa yeni üzv olan ölkələrə hücuma risk etməzdi. Azərbaycan Prezidenti İlham Əliyev üçün də Münxen Təhlükəsizlik Konfransında iştirak vacibdir. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etməsindən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı idi. Münxendə Azərbaycan dövlət başçısı ilə görüşmək istəyənlər sırada gözləyirdilər. Halbuki Ermənistanın ümidi onaydı ki, Qarabağda antiterror tədbirlərindən sonra Qərb ölkələrinin Azərbaycana münasibəti dəyişəcək, Bakıya təzyiq artacaqdı. Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu Münxen Təhlükəsizlik Konfransı da göstərdi. Qərbdə bəziləri Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışsalar da, belələrinin sayı getdikcə azalır, qərar verən mərkəzlər Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlıdırlar. Ukrayna Prezidenti Vladimir Zelenski Münxendə İlham Əliyevlə görüşdə ölkəsinə humanitar dəstəyi davam etdirdiyinə görə Azərbaycan dövlət başçısına bir daha minnətdarlığını bildirdi. ABŞ və Avropa Birliyi (AB) Rusiya işğalı qarşısında Ukraynaya dəstəkdən imtina etməyən, Kiyevə yanacaq və zəruri avadanlıqlar göndərən Azərbaycanın bu rolunu da nəzərə almaq məcburiyyətindədir". |
1,045,912 | 18.02.2024 19:59 | Son xəbər | Rusiya ilə sərhədyanı rayonlarda polis postları quruldu - XÜSUSİ ƏMƏLİYYAT - VİDEO | Azərbaycanla Rusiyanın sərhədində “Sərhəd-Sipər” şərti adlı birgə kompleks əməliyyat-axtarış tədbirləri keçirilir. Musavat.com-un RTV-yə istinadən məlumatına görə, bir həftə davam edəcək əməliyyat həm də profilaktik xarakter daşıyır. Əsas məqsəd sərhədyanı əməkdaşlıq sahəsindəki qərarların icrası, transmilli mütəşəkkil dəstələr və terrorçu qrupların üzvlərinin zərərsizləşdirilməsi, eləcə də silah-sursat, partlayıcı, narkotik vasitələrin keçirilməsi və digər hüquqazidd əməllərin qarşısının alınması, qeyri-leqal maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilməsidir. Qeyd edək ki, bu kimi tədbirlər insan hüquq və azadlıqları və milli maraqların qorunması, habelə qanunçuluğa ciddi riayət olunması məqsədilə mütəmadi olaraq icra olunur. |
1,045,913 | 18.02.2024 19:49 | Gündəm | Erməni komandirlərin “yaxın günlərdə müharibə” tapşırığı – müharibəyə HAZIRLIQ başladı – “Bazar Xəbər”də | Karlson nümunəsi: Kiselyov da Baydenə müraciət etdi Prezidentdən Minsk qrupu ilə bağlı SON DƏQİQƏ açıqlaması Brazliya lideri İsraili qınadı: Yalnız Hitler belə etmişdi! Erməni komandirlərin “yaxın günlərdə müharibə” tapşırığı… TƏCİLİ: Bəşər Əsədin qardaşı öldürüldü Münhendə bu məsələ də müzakirə olunub – Erməni ekspertdən SENSASİYA Tovuz tərəfdə nə baş verir? – Ermənistan MN-dən TƏCİLİ açıqlama Əliyevin Paşinyanla görüşü: Makron “ofsaytda” qaldı Bu geyimlə Münhenə gedərlər, Paşinyan?! - Korotçenko İlham Əliyev Blinkenlə görüşdü Navalnıya görə sanksiyalar olacaq - Kemeron Ukrayna ordusu: Avdiivkanın işğalı Rusiyaya 50 minə yaxın itkiyə başa gəlib SON DƏQİQƏ! Şərtlər açıqlandı - Müharibə yalnız bu halda dayana bilər Baydendən Zelenskiyə KRİTİK ZƏNG: "Ukraynanı dəstəkləmək..."Bu və gündəmdəki digər xəbərləri bu gün saat 20.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Bazar Xəbər" verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. |
1,045,914 | 18.02.2024 22:31 | Maraqlı | Dərsdən əvvəl şagirdləri ilə rəqs edir - VİDEO | Türkiyədə son günlər Şule adlı ibtidai sinif müəlliminin hərəkəti gündəm olub. Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, müəllim dərsdən əvvəl şagirdləri ilə məktəb həyətində rəqs edib. Eyni hadisənin hər səhər təkrarlandığı və uşaqlar tərəfindən sevildiyi bildirilir. Həmin görüntüləri təqdim edirik: Qafqazinfo |
1,045,915 | 19.02.2024 00:23 | Son xəbər | “Putinin yeni sevgilisi var” - FOTO | Britaniya mətbuatı Rusiya prezidenti Vladimir Putinin ölkədə fəaliyyət göstərən “Təhlükəsiz İnternet Liqası”nın rəhbəri Yekaterina Mizulina ilə eşq macərası yaşadığını iddia edib. 71 yaşlı dövlət başçısı ilə 39 yaşlı qurum rəhbərinin son zamanlar yaxınlaşdığı bildirilib. Qeyd olunur ki, senator Yelena Mizulinanın qızı olan Yekaterina Londonda təhsil alıb və hazırda Rusiyada internet senzurasına başçılıq edir. Xatırladaq ki, əvvəllər Putinin tanınmış bədii gimnast, 40 yaşlı Alina Kabaeva ilə birlikdə olduğu iddia edilirdi. (Oxu.az) |
1,045,916 | 18.02.2024 22:57 | İdman | Daha bir cüdoçumuz qızıl medal qazandı | Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə”də qızıl medal qazanıb. Musavat.com xəbər verir ki, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) finalda macarıstanlı Krisztian Tothu məğlub edərək birinci olub. Eyni çəkidəki Vüqar Talıbov isə bürünc medal uğrunda fransalı Aleksis Mateyuya qalib gəlib. Bu gün, həmçinin, millinin digər üzvü - Camal Qamzatxanov (+100 kq) qızıl mükafat qazanmağa çalışacaq. Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar. |
1,045,925 | 18.02.2024 20:14 | Gündəm | Rusiya müxalifətinin “dəfni” | Navalnının ölümünə bu qədər “dərin sükut” Rusiya üçün yaxşı heç nə vəd etmir, insanların daxilindəki narazılıq enerjisini bu qədər sıxmaq nə deməkdir? İki gündür Navalnının nədən vəfat etməsi və cəsədinin harada saxlanılması kimi ilk baxışdan sadə görünən suallara rəsmi cavab yoxdur. Kremlə yaxın media mövzu haqda ancaq rəsmi xəbərlər yazır. Moskva və Peterburqda isə Navalnını güllərlə belə anmağa imkan verməyiblər, bir az fəallıq göstərənləri həbsə atıblar. Əlbəttə ki, Rusiya özünü yandıran göysatana görə inqilab edən və 30 illik prezidenti bir neçə günə ölkədən didərgin salan Tunis deyil, heç Liviya səhrasında xalqdan oğurladığı neft milyardlarını gizlədən və sonu ağır olan Qəddafi rejiminə də bənzəri yoxdur. Rusiya atom bombası olan fövqəldövlətdir və Qərbin ağlı başında olan dairələri birdən-birə dağılmasını istəməz, hətta buna imkan verməz. Rusiyada baş verənlərə diqqət ona görə lazımdır ki, istəsək də, istəməsək də Azərbaycanın həm daxili, həm xarici siyasətinə təsir edə biləcək qonşumuzdur. Rusiyanın dağılmasının guya bizə xeyiri olduğunu deyənlər yanılırlar, bu ölkənin zəifləməsi ayrı hadisədir, dağılması tam fərqli. Dağılması bizi elə bəlalara ürcah edər ki, erməni məsələsi yalan olar. Amma dağılarsa, biz onun qarşısını ala da bilmərik, çünki bu bizim işimiz deyil. Putinin prezident seçkisinə 1 aydan da az zaman qalır. Hakimiyyətdə və Ukrayna ilə müharibədə fövqalədə hadisələr baş verməzsə, biz Bakıda Novruz şəkərburası yeyəndə Rusiya (15-18 mart tarixlərində) yeni prezidentini seçəcək. Putin ağıllı adamdır, amma zaman gələcək ki, Rusiyanın siyasi sistemindən real müxalifəti silməsinin bədələni ağır ödəməli olacaq. 1991-1992-ci illərdə o zamankı parlamentə rəhbərlik edən Xasbulatovla vitse-prezident Rutskoy tərəfdarlarının Rusiya prezidenti Boris Yeltsinə qarşı çıxması müasir Rusiya müxalifətçiliyin başlanğıc tarixi hesab oluna bilər. Onlar Yeltsinin Ali Soveti ləğv etməsi fərmanın tanımamış və nəticədə ölkədə siyasi və hüquqi böhran yaranmış, Rusiya prezidenti və parlamenti arasındakı qarşıdurma 1993-cü ilin oktyabrında Moskvada tankların iştirakı ilə silahlı toqquşmalarla sona çatmışdı. Məhz 1993-cü il oktyabr hadisələrindən sonra Rusiyada siyasi və ideoloji müxtəlifliyi legitimləşdirən ikipalatalı parlament yaradılmasını özünü əks etdirən konstitusiya qəbul edildi. Əgər 1995-ci ildə Dumaya ilk demokratik seçkilərdə Rusiya kommunistləri 157 mandata sahib idilərsə, zamanla real müxalifət sıradan çıxarıldı, sistem müxalitətinə çevrildilər. 2003-cü ildən bəri isə Rusiyada faktiki olaraq təkpartiyalı(“Vahid Rusiya”) rejim qurulub. Navalnının ölümünə bu qədər “dərin sükut” Rusiya üçün yaxşı heç nə vəd etmir, insanların daxilindəki narazılıq enerjisini bu qədər sıxmaq nə deməkdir? Rusiyanın müxalif(xarici agent)saytlarını birində Navalnın ölümü ilə bağlı belə bir başlıq gördüm: “Ağlamaq istəyirəm, amma bacarmıram...” İnsanlarda qəzəb, kədər və qəzəb var, Rusiya hakimiyyəti isə sevənlərinin belə ağlamasına imkan vermir. Aydındır, həssas zamandır, Rusiyada qarışıqlıq, gərginlik yaratmaq istəyən daxili və xarici qüvvələr var. Amma bu gərginlik bir yerdəın vurub çıxmalıdır nə zamansa, o vaxt nəticələr daha ağır ola bilər... Rusiyadakı indiki sükuta görə sistemdənkənar müxalifətin də suçu böyükdür.Br neçə dəfə birləşməyə cəhd etdilər, 2012-ci ildə hətta Rusiya liberalları müxalifətinin Koordinasiya Şurasını formalaşdıra da bildi.Məhz müxalifətin birləşməsi sayəsində 2012-ci ilin fevralında “Bolotnoya meydanı”nda Dumaya seçkilərin saxtalaşdırılmasına etiraz olaraq ən izdihamlı aksiya keçirildi, böyük şəhərlərdə və əyalətlərdə də on minlərin iştirakı ilə mitinqlər təşkil olundu. İndi bir anım mərasimi belə mümkün deyil... Müxalifət sonralar da birləşməyə bir neçə dəfə cəhd etsə də, buna nail ola bilmədi. Boris Nemtsovun qətlindən sonra isə müxalifət daha da zəiflədi, bəziləri fəaliyyətini dayandırdı, bəziləri qorxub ölkədən qaçdı. Navalnıya gəldikdə isə o, korrupsiya ilə bağlı araşdırmanı hələ 2012-ci ildə “Həqiqət maşını” adlı projekti ilə sınaqdan çıxarmışdı, amma sonra nədənsə, geri çəkildi. 2017-2018-ci illərdə hakimiyyətə yaxın şəxslərin korrupsiya əməlləri haqda araşdırma materiallar yayımlandı, Navalnının çağırışı ilə bir neçə aksiyalar keçirildi. Navalnı obrazı belə yarandı... Xarici qüvvələr isə onun personası ətrafında dərhal təşkilatlandı, ona fokslandı. Həyatdan nakam getmiş Navalnı haqda yaxşı danışmaq lazımdır, ya da heç danışmamaq. Navalnın arvadının Münhendəki çıxışında deyib ki, Putin və ətrafı həm Rusiyaya, həm onun ailəsinə yaşatdıqlarına görə tezliklə cavab verəcəklər. Navalnın bir neçə il əvvəl müsahibəsində öldürüləcəyi halda nə etmək lazım olduğunu deyib, indi o hissə də tirajlanır. Navalnı deyib ki, öldürülsə, təslim olmamaq, şərə qarşı mübarizə aparmaq lazımdır. Navalnı canını qurtardı, Rusiyanı gələcəkdə nə gözlədiyi isə demək çətindir... Rusiya tarixən o vaxt sarsılıb, o vaxt ərazilər itirib ki, daxildə inqilablar baş verib. Bu yaxınlarda yazmışdım ki, “Rusiyanı rusdan başqa kimsə yıxa bilməz”, yenə o fikrimdə qalıram... Nazim SABİROĞLU, Musavat.com |
1,045,936 | 18.02.2024 20:21 | Gündəm | Rusiya ilə sərhədyanı rayonlarda polis postları quruldu - XÜSUSİ ƏMƏLİYYAT - VİDEO | Azərbaycanla Rusiyanın sərhədində “Sərhəd-Sipər” şərti adlı birgə kompleks əməliyyat-axtarış tədbirləri keçirilir. Musavat.com-un RTV-yə istinadən məlumatına görə, bir həftə davam edəcək əməliyyat həm də profilaktik xarakter daşıyır. Əsas məqsəd sərhədyanı əməkdaşlıq sahəsindəki qərarların icrası, transmilli mütəşəkkil dəstələr və terrorçu qrupların üzvlərinin zərərsizləşdirilməsi, eləcə də silah-sursat, partlayıcı, narkotik vasitələrin keçirilməsi və digər hüquqazidd əməllərin qarşısının alınması, qeyri-leqal maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilməsidir. Qeyd edək ki, bu kimi tədbirlər insan hüquq və azadlıqları və milli maraqların qorunması, habelə qanunçuluğa ciddi riayət olunması məqsədilə mütəmadi olaraq icra olunur. |
1,045,947 | 18.02.2024 20:36 | İqtisadiyyat | Türkiyə bankları Rusiya ilə ticarəti maliyyələşdirməni bərpa etməyib: Səfir “işləyirik” deyir... | Moskva bank əməliyyatları ilə bağlı problemlərin aradan qaldırılması üçün Türkiyə hakimiyyət orqanları ilə işləyir. Bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Erxov “Rossiya-24” telekanalının efirində deyib.Səfir qeyd edib ki, Rusiya ilə Türkiyə arasında bank köçürmələri ilə bağlı problem, ötən ilin sonunda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) anti-Rusiya sanksiyalarını sərtləşdirməsi nəticəsində yaranıb , “hələ də mövcuddur” və “çox ciddidir”: "Biz öz növbəmizdə bu tədbirlərin həm Rusiya, həm də Türkiyə xarici iqtisadi fəaliyyətin vicdanlı iştirakçılarına zərər verməməsi üçün Türkiyə hakimiyyət orqanları ilə işləyirik. Hazırda iş gedir".Diplomatın sözlərinə görə, türk bankları Amerika tərəfinin qərarını nəzərə almağa məcburdur: “Bununla onlar, bizdə deyildiyi kimi, hətta soyuq olanda belə suyu üfürürlər, həddindən artıq uyğunluq əməli tətbiq edirlər”. Musavat.com |
1,045,948 | 18.02.2024 20:41 | İqtisadiyyat | Fransanın iqtisadi artım proqnozu kəskin azaldılır | Fransa hakimiyyəti 2024-cü ildə ölkənin iqtisadi artım proqnozunu 1,4 faizdən 0,9 faizə qədər azaldacaq. “Le Figaro” qəzetinin bununla bağlı yazdığına görə, Fransada ÜDM-in 1,4 faiz artımına dair ilkin proqnoz 2024-cü ilin büdcə layihəsində əksini tapmışdı. O vaxtkı baş nazir Elizabet Born hökuməti layihəni 2023-cü ilin noyabrında Milli Assambleyada (parlamentin aşağı palatası) səsvermədən yan keçərək qəbul etmişdi. Lakin o vaxtdan bəri Beynəlxalq Valyuta Fondu və Avropa Komissiyası Fransa iqtisadiyyatının artım perspektivləri ilə bağlı daha mühafizəkar qiymətləndirmələr səsləndiriblər və indi Paris öz proqnozlarını aşağıya doğru dəyişmək niyyətindədir.Proqnozdakı dəyişiklik haqqında məlumatı TF1-də Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Maire elan etməlidir. Həmçinin medianın məlumatına görə, o, büdcə xərclərini ən azı 10 milyard avro azaltmalı olan qənaət tədbirlərini elan edə bilər. Musavat.com |
1,045,954 | 18.02.2024 20:49 | Hadisə | Naxçıvanda bəzi ərazilər subasmaya məruz qaldı - VİDEO | Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan səhərinə intensiv yağışlar nəticəsində bəzi fərdi evlərin və həyətyanı sahələrin subasmaya məruz qalması barədə daxil olub. Məlumat əsasında əraziyə Mülki müdafiə alayının müvafiq qüvvələri cəlb olunub. Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir. Ətraflı məlumat veriləcək. |
1,045,962 | 18.02.2024 21:16 | Dünya | Borrel: "Ukraynadakı müharibənin qalibi üç aya bəlli olacaq" | Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Ukraynadakı münaqişə üç ay ərzində həll olunacaq. Onun sözlərinə görə, müttəfiqlər Kiyevə yardımı artırmalıdır. O, həmçinin qeyd edib ki, Ukraynadakı münaqişədə qalib ənənəvi döyüş üsulları ilə deyil, pilotsuz təyyarələrin və süni intellektin geniş tətbiqi ilə müəyyənləşəcək.Borrell Münhen Konfransı zamanı müttəfiqləri daha sürətli qərarlar qəbul etməyə çağırıb: “Mən düşünmürəm ki, ən yüksək siyasi, orta səviyyəli insanlar və ictimai rəy çox fərqli yanaşma tələb edən vəziyyətdə olduğumuzu başa düşür. “Gələn ay Xarici İşlər Nazirləri Şurasında buna baxaq” deməklə iş bitmir. Xeyr, üç aydan sonra vəziyyət döyüş meydanında artıq həll olunacaq”.O, həmçinin bildirib ki, Avropa ölkələri Kiyevə yeni silah növləri tədarük etməkdə tərəddüd edir. Borrelin fikrincə, Avropa İttifaqı daha qətiyyətli hərəkət etsəydi, müharibə zonasında vəziyyət başqa cür inkişaf edəcəkdi: “Mən bir neçə gün əvvəl Kiyevdə idim, pilotsuz təyyarələr zavodunu ziyarət etdim və əminəm ki, bu müharibənin gələcəyini pilotsuz uçuş aparatları və döyüş meydanında süni intellektin effektivliyi müəyyən edəcək”. Musavat.com |
1,045,963 | 19.02.2024 00:35 | Dünya | “YouTube”un keçmiş rəhbərinin 19 yaşlı oğlu ölü tapıldı - FOTO | “YouTube”un keçmiş rəhbəri Syuzan Voycitskinin 19 yaşlı oğlu Marko Troper yataqxanada ölü tapılıb. Gəncin nənəsi Ester Voyçitski ölüm səbəbinin həddindən artıq dozada narkotikin qəbulu ola biləcəyini ehtimal edir. “Sevimli nəvəm 19 yaşlı Marko Troper dünən dünyasını dəyişdi. Ailəmiz ağlasığmaz dərəcədə sarsılıb”, - Ester sosial şəbəkədə yazıb. “Dəqiq bildiyimiz bir şey var: buna səbəb narkotik idi”, - Troperin nənəsi bildirib. Lakin gəncin təhsil aldığı Berklidəki Kaliforniya Universitetinin nümayəndəsi Canet Gilmor narkotik ilə bağlı məlumatı təsdiqləməyib. O, bu cür ifadə vermək üçün toksikologiya ekspertinin rəyini gözləmək lazım olduğunu qeyd edib. Troperi məktəb müəllimləri və universitet professorları həvəsli riyaziyyatçı, kompüter alimi və dahi kimi təsvir edirlər. Troperin anası oğlunun ölümü ilə bağlı açıqlama verməyib. Mənbə: Daily Mail |
1,045,964 | 19.02.2024 00:47 | Ölkə | Utilizasiya haqqı ilə bahalaşan avtomobil bazarında SON VƏZİYYƏT - VİDEO | Son günlərdə avtomobillərin qiyməti artıb. Musavat.com-un Xezerxeber.az-a istinadən məlumatına görə, satıcılar bunu ölkəyə gətirdikləri avtomobillər üçün ödədikləri utilizasiya haqqı ilə əlaqələndirir. Qiymət artımının olmasını alıclar da təsdiqləyib. Qiymətlərin yüksəlməsi alıcıların azalmasına səbəb olub. Ümumilikdə isə ən çox tələbat Yaponiya və Koreya istehsalı olan avtomobillərədir. Satıcılar bildirir ki, qiymətləri ən çox artan ili daha köhnə olan avtomobillərdir. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: |
1,045,965 | 19.02.2024 01:24 | Şou-biznes | "Cəmi 2 ay ailəli olmuşam, məni döyürdü" | "Cəmi iki ay ailəli olmuşam. Toydan 2 ay sonra ayrıldım". Bu sözləri Əməkdar artist Sevinc Əliyeva "Zaurla Günaydın" proqramında deyib. "O vaxt elə deyildi ki, kimsə kimisə tanısın. Gözüyumulu ailə qururduq. Evdən deyirdilər ki, getməlisən, vəssalam. Qız toyum oldu. Ayrıca da oğlan toyu oldu. Hadisələr baş verdi. Özü də bəy uzaq qohum idi. Mənə şərt qoydu ki, ya atanın evi, ya bura. Mən də ata-anamı atmazdım. Döydü məni, ayrıldım. Onda 19 yaşım var idi".//Axşam.az |
1,045,966 | 18.02.2024 21:34 | Yazarlar | Navalnının xatirəsinə | Coğrafiya taledir və Rusiya müxalifətinin şək-şübhəsiz yeganə lideri Aleksey Navalnı Şimal qütbü yaxınlığındakı Harp türməsində 16 fevralda qətlə yetiriləndə hansı coğrafiyada yaşadığımızı bir daha bizə xatırlatdı. Əlbəttə, şəxsən mən unutmamışdım, çünki orta məktəbdə coğrafiyanı çox yaxşı oxuduğumu deyə bilərəm. Tanrının qarğışına tuş gəlmiş bu coğrafiyada isə gah jurnalisti konsulluq binasında odun kimi mişarlayırlar, gah kəkili azca açıq qaldığı üçün qadınları heyvancasına döyüb öldürürlər. Navalnı maraqlı adam idi, mən onun Youtube platformasındakı məşhur “Navalnı live” kanalını davamlı izləyərdim. İncə yumoru, kəskin satirası, sadə insanlarla dil tapmaq qabiliyyəti, jurnalist keyfiyyətləri, liderlik gücü... Navalnıda bunların hamısından var idi. “Gələcəyin gözəl Rusiyası” – onun əsas siyasi şüarlarından biri bu cür idi və belə görünür həmin gələcək ən azı yaxın onilliklərdə gəlməyəcək. Ən əsası, Navalnı heyrətamiz cəsarətə malik idi və bütün dünya bu qorxmazlığı canlı olaraq müşahidə etdi, bəlkə əhvalatın mənasını başa düşmədik. Məncə onun həyatında və ölümündə nəsə mistik, dini süjet vardı. Dini rəvayətlər bəlkə də elə bu cür yaranır, onların hər birinin kökündə kiminsə gerçək həyatı durur. Mümkündür ki, İbrahimin oğlunu qurban kəsmək istəməyi, İsanın çarmıxı, qeybə çəkilməsi, ölüləri diriltməyi, lap elə Qabilin öz qardaşı Habili öldürməyi real həyatda olubdur. Axırıncıya əslində heç şübhəmiz yoxdur – hər gün real görməkdəyik... Navalnının həyatı məncə İovanın, müsəlmanlar demişkən, Əyyub peyğəmbərin əhvalatına bənzəyir. Bibliyada, Quranda belə personaj var. Tanrı və İblis Əyyubun üzərində az qala mərcə girirlər. Əyyub varlı, xoşbəxt və çoxuşaqlı ailəsi olan bir nəfərdir. Üstəlik, dindardır və hər gün Tanrıya şükür edir. Şeytan deyir ki, əgər xoşbəxt olmasa Əyyub sənə şükür etməzdi, Tanrı Əyyubu sınamağa başlayır. Onu sağalmaz xəstəliklərə düçar edir, ailəsini qırır, var-dövlətini əlindən alır. Lakin Əyyub yenə şükür edir. Axırda Tanrı bu səbrinə, dözümünə, şükranlığına görə Əyyubu ikiqat qiymətləndirir: onun var-dövlətini artıqlamasilə geri qaytarır, xəstəliyini sağaldır, eyni sayda uşağı olur və 140 il xoşbəxt ömür sürür. Əyyubun əhvalatı xristian əxlaqına, Qərb mədəniyyətinə böyük təsir etmişdir. Rus yazıçılarından Dostoyevskinin əsərlərində də (xüsusilə “Karamazov qardaşları” romanında) əzabkeş Əyyub peyğəmbər teması ciddi müzakirə olunur. Lakin Navalnı təqiblərə, sui-qəsdlərə, min cür əzab və işgəncəyə məruz qoyulsa da bu əhvalat xoşbəxt sonluqla bitmədi. Görünür müasir Rusiyada Tanrının yurisdiksiyası artıq ümumiyyətlə qalmamışdır. Navalnı Şimaldakı, hətta adı da qəribə şəkildə hansısa kosmik obyekti xatırladan Harp cəza düşərgəsinə (oxu: ölüm düşərgəsi) göndəriləndə bunu zarafatla “kosmik səyahət” adlandırmışdı. “Elə bilin mən kosmik gəmidə uzun səyahətə çıxmışam. İzolyasiya olunmağım da buna görədir”. Ancaq təəssüf ki, Navalnının kosmik səyahəti Stenli Kubrikin “2001: kosmik Odisseya” filmindəkinə oxşar bitdi. Orada HAL-9000 adlı robot gəmidə anabioz vəziyyətində saxlanan astronavtları qətlə yetirirdi. Şimal qonşumuzu insan sifətindən çıxmış robot(lar) idarə edir. Hər gün Ukraynaya ölüm yağdıran, bütün planeti nüvə savaşıyla təhdid edən də həmin robotdur. Keçmişdəki bəzi ziddiyyətli, pis açıqlamalarına baxmayaraq Navalnı inkişaf etməyi bacaran, üzərində işləyən, fikrini, dünyagörüşünü müsbətə doğru dəyişdirən adam idi. Çağdaş dünyamızda, çoxlarının pisliyə yuvarlandığı zəmanədə neçə belə adam tanıyırıq? Olduqca az. Yaxşılıq, mərdlik, cəsurluq deyil, pislik və qorxaqlıq trendə çevrilir. Navalnı, şübhəsiz, ölümün gözünün içinə dik baxmağıyla qəhrəman idi və mən də orijinallıq etmədən o məşhur şablonu burada təkrar yazıram: “Qəhrəmana ehtiyacı olan xalq bədbəxtdir”. Qəhrəmanını qətlə yetirən xalq isə, yəqin ikiqat bədbəxtdir. Zamin HACI |
1,045,967 | 18.02.2024 22:19 | Son xəbər | Türkiyə süni intellektdən istifadə edərək lazer silahları hazırlayıb | Türkiyə süni intellektdən istifadə edərək lazer silahları hazırlayıb. Onun növlərindən biri ROKETSAN şirkəti tərəfindən hazırlanan “ALKA” (yönləndirilmiş enerji silah sistemi) lazer silahıdır. Bu barədə “Report” “TRT Haber” kanalına istinadən xəbər verir. Qeyd olunub ki, ALKA süni intellekt arxitekturası ilə hazırlanmış innovativ silah sistemidir. Belə ki, asimmetrik təhlükələrə qarşı elektromaqnit və lazer texnologiyalarından istifadə edən hibrid hava hücumundan müdafiə sistemidir. ALKA sistemi ilk dəfə İstanbulda keçirilən IDEF-2019 müdafiə sərgisində təqdim edilib. İxtisaslaşdırılmış hərbi nəşrlərə görə, bu silah növü zirehli maşınlara və stasionar obyektlərə quraşdırıla bilər, o, əsasən pilotsuz təyyarələrin məhv edilməsi, həmçinin minaların və əldəqayırma partlayıcı qurğuların uzaqdan partladılması üçün nəzərdə tutulub. Silah üçün maksimal məsafə 4 km, dronun effektiv məhvetmə məsafəsi 1 km-ə qədərdir. “Alka” fərqli hədəflərə zərbə endirə bilər. Beləliklə, obyektlərin PUA hücumlarına qarşı müdafiəsi vahid quruluşa malik olacaq. |
1,045,968 | 19.02.2024 01:12 | Son xəbər | İstanbulda axtarışda olan 25 mindən çox şəxs tutulub | İstanbulda son ay yarım ərzində aparılan işlər çərçivəsində müxtəlif cinayətlərə görə axtarışda olan 25 027 nəfər tutulub. Şəhərin Asayiş Şöbə Müdirliyi Axtarılan Şəxslər Bürosundan verilən məlumata görə, müvafiq əməliyyatlar yanvarın 1-dən fevralın 15-dək olan dövrü əhatə edib və vilayət daxilində keçirilib. Saxlanılanlar arasında dələduzluğa görə 68 il 6 ay həbs cəzası alan bir şəxs də var. Şübhəlilərdən 7 397 nəfərin qaçaq hökmlü olduğu təyin olunub. Müxtəlif polis bölmələrində qeydiyyatları tamamlanan şübhəlilər ədliyyə orqanlarına təhvil veriliblər. Mənbə: Haber Global |
1,045,969 | 18.02.2024 22:43 | Ölkə | Sən kimsən ki, ermənilərin qayıtmasına təminat verirsən? - Elçin Alıoğludan rus rəsmilərinə SƏRT cavab | Siyasi ekspert Elçin Alıoğlu TV Musavat-ın canlı efirinin qonağı olub. Musavat.com xəbər verir ki, Elçin Alıoğlu Qarabağdakı Rusiya sülhməramlılarından danışıb. O, bəzi rus diplomatlarını sərt tənqid edib. Ətraflı verilişdən təqdim etdiyimiz hissədə: Musavat.com |
1,045,970 | 18.02.2024 23:21 | Ölkə | Uşağını TikTok-da diləndirənlər, heç utanırsız? - aparıcı ÜSYAN ETDİ | Aparıcı Sevinc Telmanqızı TV Musavat-ın canlı efirində mühüm məqama toxunub. Musavat.com xəbər verir ki, aparıcı TikTok sosial şəbəkəsində 9 yaşlı Adəmin atası ilə canlı yayım açmasından danışıb. Aparıcı bildirib ki, bu, pis nümunədir, hamı belə məsələlərdə həssas olmalıdır. Ətraflı videoda: Musavat.com |
1,045,971 | 18.02.2024 23:06 | Hadisə | İki yeniyetmə dəm qazından ZƏHƏRLƏNDİ | Şəmkir rayonunda bir gündə iki yeniyetmə dəm qazından zəhərlənib. Hadisələrdən biri Şəmkir rayon Göyməmmədli kəndində, digəri Çinarlı qəsəbəsində qeydə alınıb. Belə ki, Göyməmmədli kənd sakini, 2009-cu il təvəllüdlü H. Cəfərova və Çinarlı qəsəbə sakini, 2009-cu il təvəllüdlü A.Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər iki şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.//Report |
1,045,972 | 18.02.2024 23:34 | Yaşam | Ürək xəstələri üçün ən təhlükəli saat | Ürək-damar xəstələri üçün günün ən təhlükəli saatı səhərdir. Səhər saatlarında trombositlərin aktivliyi artır, bir-birinə yapışır. Məhz bu saatda insult və infarktların sayı artır. Elmi araşdırmalara görə, qanın trombositlərin fəaliyyəti orqanizmin daxili bioritmi və saatı ilə tənzimlənir. Trombositlər aktivləşəndə qanın laxtalanması prosesi də artır və nəticədə damarı tromb tuta bilir. Hətta inkişaf etmiş ölkələrdə də infarkt və insutların çoxu səhər saatlarına təsadüf edir. Əksər hallarda axşam xəstə normal olur, səhər birdən baş verir. Alimlər səhərlər trombositlərin funksiyası ilə sirkad ritm arasındakı mexanizmi öyrənib, vəziyyəti nəzarətə almaq istəyir. Orqanizmin daxili sirkad ritminin ürək-damar xəstəliklərinə təsiri də araşdırılmalıdır.//Medicina.az |
1,045,973 | 18.02.2024 23:18 | Siyasət | İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib FOTO | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfərə gedib. Musavat.com xəbər verir ki, Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər qarşıladılar. |
1,045,974 | 18.02.2024 23:47 | Dünya | Bu ölkə bütün artilleriyasını Ukraynaya VERDİ | Danimarka silahlı qüvvələri bütün artilleriyasını Ukraynaya təhvil verib. Musavat.com “Jyllands-Posten” qəzetinə istinadən xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında deyib. "Danimarka tərəfində biz bütün artilleriyamızı təhvil vermişik, amma hələ də Avropada anbarlarda döyüş sursatları var", - o deyib. Baş nazir müharibənin başlamasının ikinci ildönümündə Ukraynaya hərbi ləvazimatların çatdırılmasına çağırıb. Söhbət döyüş sursatı, artilleriya, uzaqmənzilli raketlər, pilotsuz təyyarələr, F-16 qırıcılarından gedir. Mette Frederiksen vurğulayıb ki, qısa müddətdə Avropa İttifaqı Ukraynaya ehtiyacı olanı verməli, uzunmüddətli perspektivdə isə Ukrayna Aİ və NATO-nun müdafiə alyansına qəbul edilməlidir. Musavat.com |
1,045,975 | 18.02.2024 23:50 | Hadisə | Cəlilabadda evdə yanğın - VİDEO | Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, hadisə Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğın yerinə FHN-nin Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Buna baxmayaraq, ümumi sahəsi 100 kvadratmetrə yaxın olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. |
1,045,976 | 19.02.2024 00:11 | Dünya | Narkotikin ən çox istifadə edildiyi ÖLKƏLƏR | "World Population Review" analitikləri hər il qadağan olunmuş maddələrin istehlakına görə ölkələri sıralayır. Musavat.com xəbər verir ki, narkotik vasitələrin ən çox istifadə edildiyi ölkələr arasında ABŞ birinci yerdədir. Mütəxəssislərin hesablamalarına görə, amerikalıların təxminən 6 faizi narkotik istifadəçiləridir. İkinci yeri Estoniya tutur. İlk üçlüyü Belarus tamamlayır. Sonrakı yerləri Monqolustan, Kanada, Qrenlandiya və Rusiya tutub. Qazaxıstan 8-ci yerdədir. Analitiklərin fikrincə, 9-cu və 10-cu yerlərdə Birləşmiş Ərəb Əmirlikləri və Danimarka gəlir. Musavat.com |
1,045,977 | 19.02.2024 00:24 | Hadisə | Tanınmış aktrisa 81 yaşında VƏFAT ETDİ | Türkiyəli aktrisa Sevda Ferdağ 81 yaşında dünyasını dəyişib. "Yeşilçam" ulduzlarından olan Ferdağ Cihangirdəki evində vəfat edib. O, uzun müddətdir xəstəliklərlə mübarizə aparırdı. Ferdağ 2009-cu ilədək 150 filmə çəkilib. Qeyd edək ki, aktrisanın ən çox tanınan filmi "Kapıcılar Kralı"dır. O, bu filmdə mərhum Kemal Sunalla birlikdə rol alıb.//Baku.ws |
1,045,978 | 19.02.2024 01:00 | Dünya | Çindən Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK AÇIQLAMA | Çin Rusiya-Ukrayna müharibəsində münaqişə tərəflərinə silah satmayacaq. Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Münhen Təhlükəsizlik Konfransı (MSC 2024) üçün getdiyi Almaniyada ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündə deyib. O, beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Ukrayna ilə münasibətlərini normal şəkildə inkişaf etdirmək istədiklərini bildirib. “Çin münaqişə zonalarına və ya münaqişə tərəflərinə öldürücü silahlar satmayacaq”, - çinli nazir deyib. Vanq Yi konfransdakı çıxışında Çinin Ukrayna müharibəsindən qazanc əldə etməyə çalışmadığını vurğulayıb. Qeyd edək ki, Çin Ukrayna böhranında neytrallığını vurğulasa da, Pekinin Moskvanı müharibəyə görə qınamaqdan çəkinməsi, bu prosesdə Rusiya ilə strateji tərəfdaşlığını dərinləşdirməsi ABŞ və Qərb ölkələrinin tənqidinə səbəb olur. ABŞ Çinin Rusiyaya silah verməyi nəzərdən keçirdiyini iddia edib. Xatırladaq ki, ötən həftə Aİ Komissiyası Rusiyaya ikili təyinatlı məhsullar ixrac etdiyinə görə üç Çin şirkətinə sanksiya tətbiq etməyi təklif edib. Macarıstanın əleyhinə səs verməsi ilə bu təklif rədd edilib. Musavat.com |
1,045,979 | 19.02.2024 01:36 | Astrologiya | Üç bürc üçün "ağ zolaq" yaranmağa başlayır - şanslılar AÇIQLANDI | Üç bürcün həyatında xoşbəxt bir dövr başlayır. Musavat.com Lent.az istinadən bildirir ki, onlar nəhayət başa düşəcəklər ki, “qara zolaq” başa çatıb və bunun əvəzinə onların həyatına sevinc və xoş hadisələr gələcək. Xərçəng Xərçəngin ən həssas bürc olduğu bilinir. Emosional təhlükəsizlik axtarışında özünü yumşaqlıq və rahatlıqla əhatə edir. Xərçəng çətinliklərlə qarşılaşdıqda, sanki qoruyucu bir qabığın içinə çəkilir. Bu, təhlükəsiz görünə bilər, amma əslində bu, yalnız istədiyinizi əldə etməyinizə mane olur. Özünüzə yeni bir şəkildə baxmağı öyrənə biləcəyiniz bir zaman gəlir. Daim başqalarının emosiyalarına diqqət yetirmək əvəzinə, özünüzə dəyər verməyi öyrənməyiniz vacibdir. Və sonra həyatınızda həqiqətən "ağ zolaq" başlayacaq. Qız bürcü Qız bürcü mükəmməllik arzusu ilə tanınır. Bu bürcün nümayəndələri həmişə etdikləri hər şeydə ən yaxşısı olmağa çalışırlar. Və ən kiçik səhvlərə görə tez-tez özlərini tənqid edirlər. Bu mükəmməllik özünü məhv etməyə və tükənmə hisslərinə səbəb ola bilər.Ancaq indi özünüzü bu qandallardan azad edə bilərsiniz. Mükəmməl olmadığınız üçün özünüzü cəzalandırmaq lazım deyil. Və ətrafınızdakı şeylərə fərqli baxmağa başlayan kimi həyatınıza inanılmaz xoşbəxtlik gələcək; sevinclə dolu yeni bir dövrü qarşılayın. Əqrəb Çox vaxt Əqrəblər güclü və möhkəmdirlər. Amma qalib olmağı o qədər sevə bilirlər ki, ən kiçik səhv belə itkiyə çevrilir. Əgər belədirsə, xoşbəxtlik və harmoniya tapmağın nə qədər çətin olduğunu dəqiq bilirsiniz. Tale sizə özünüzə inanmağı öyrənməyə və dünyanın sizi sındırmağa qadir olmadığına kömək edəcək. İnsanlara güvənməyə və ruhunuzu onlara açmağa başlayın. Bu o demək deyil ki, siz zəif bir insan olacaqsınız. Siz xoşbəxt və canlı bir insan olacaqsınız. |
1,045,980 | 19.02.2024 02:13 | Dünya | İsrailə qarşı NAMƏLUM TƏHDİD: 250 sərnişini olan təyyarəni qaçırmaq istədilər | Naməlum şəxslər İsrailin "El Al" aviaşirkətinə məxsus təyyarənin rabitə sisteminə nəzarəti ələ keçirməyə cəhd ediblər. Bu barədə “Kan” radiostansiyası məlumat yayıb.Bildirilib ki, hadisə təyyarə Somali üzərində Taylandın Phuket adasından İsrailin Ben Qurion hava limanına uçarkən baş verib.Təyyarədə 250 sərnişin və ekipaj üzvü olub. Bildirilir ki, naməlum şəxslər təyyarəni təyinat yerindən başqa istiqamətə keçirmək istəyiblər. Rabitə sistemi üzərindən heyətə verilən təlimatlar marşrutdan marşruta dəyişib. Nəyinsə səhv olduğunu anlayan pilotlar onlara tabe olmayaraq alternativ rabitə vasitələrinə keçib, ərazidəki digər hava hərəkəti dispetçerləri ilə yoxlama aparıb və onları çaşdırmağa çalışdıqlarını anlayıblar."El Al" rəsmiləri, Somalinin yerli mülki aviasiya idarəsinin bu yaxınlarda bütün beynəlxalq hava yollarına bölgədə gözlənilən əlaqə kəsilmələri ilə bağlı yenilənmiş məlumat verdiyini söyləyib. "EL Al" pilotlarına bu problemlə bağlı məlumat verilib və belə bir vəziyyətdə alternativ rabitə vasitələrindən istifadə etmək tapşırılıb.//Publika.az |
1,045,981 | 19.02.2024 02:37 | Dünya | Husilər sualtı pilotsuz aparatdan istifadə edirmiş... | ABŞ ordusu husilər arasında ilk dəfə sualtı pilotsuz aparat aşkar edib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb. Komandanlığın məlumatına görə, ABŞ silahlı qüvvələri husilərə məxsus gəmi əleyhinə qanadlı raketlərə və bir pilotsuz sualtı, həmçinin bir pilotsuz suüstü gəmiyə beş zərbə endirib. “Bu, husilərin oktyabrın 23-də hücumlar başlayandan bəri sualtı pilotsuz aparatdan istifadəsi ilə bağlı müşahidə edilən ilk hadisədir”, - deyə məlumatda bildirilir.//Azərtac |
1,045,982 | 19.02.2024 01:48 | İqtisadiyyat | Türkiyənin 70 yaşlı qida nəhəngi İFLAS ETDİ FOTO | Son zamanlar müflisləşən nəhəng şirkətlər sırasına yenisi əlavə edilib. Belə ki, 30-dan çox ölkəyə 150-dən çox məhsul ixrac edən 70 yaşlı türk qida nəhəngi "Tamtad Konserve" iqtisadi balanssızlıq səbəbindən fəaliyyətini davam etdirə bilməyib və müflis elan edib. Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, 1958-ci ildə Tire sənaye sahəsində konservləşdirilmiş tərəvəz istehsalı ilə fəaliyyətə başlayan "Tamtad Konserve" 30-dan çox ölkəyə 150-dən çox məhsul ixrac edirdi. Bildirilib ki, ləğvetmə və müflisləşmə prosesi 02.06.2024-cü il tarixində başlayıb. Musavat.com |
1,045,983 | 19.02.2024 02:25 | Dünya | Nadir avtomobil hərraca çıxarılır: Dünyada cəmi üç nüsxədir - FOTO | Son dərəcə nadir “Koenigsegg Agera RSR” hiperkarı martın doqquzunda Dubayda keçiriləcək “RM Sotheby's” tədbirində hərraca çıxarılır. Bu avtomobil üç nüsxədə sırf Yaponiya bazarı üçün hazırlanıb, lakin indi hər kəs tərəfindən satın alına bilər. Lotun gözlənilən qiyməti 2,8-3,4 milyon dollardır. Avtomobilin kapotunun altında 1160 at gücü hasil edən 5 litrlik V8 mühərriki var. O, 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir və 450 km/saat sürət həddinə çatmağa qadirdir. Dubay hərracında daha bir diqqət çəkən lot 2023-cü ilin “Aston Martin Valkyrie” hiperkarı olacaq. Bu avtomobil “Red Bull Advanced Technologies” və məşhur mühəndis Adrian Nyuveyin iştirakı ilə hazırlanıb. Lotun gözlənilən qiyməti 2,9-3,3 milyon dollardır. Həmçinin, iddiaçılara iki “Lamborghini” də təklif olunacaq. Mütəxəssislər 2009-cu il “Murciélago LP640-4 Roadster”i 250-300 min dollar dəyərində qiymətləndirirlər, lakin mövcud iyirmi avtomobildən biri olan 2017-ci il “Centenario LP770-4 Coupe”nin 2-2,5 milyon dollara satılacağı gözlənilir. Bundan əlavə, hərraca üç “Ferrari” çıxarılır. “812 Competizione”nin 1,1-1,3 milyon dollara, “360 Challenge Stradale”nin 200-250 min dollara, mexaniki transmissiyalı 1997-ci il “F355 Spider”in isə 140-160 min dollara satılacağı planlaşdırılır. Bununla yanaşı, “A 675LT Spider”, BMW Z8 və iki “Porsche 911 Carrera” da lotlarının siyahısındadır.//Oxu.az |
1,045,984 | 19.02.2024 02:00 | Ölkə | Əhalinin NƏZƏRİNƏ: Fevralın 19-u saat 12:00-dan... | Fevralın 19-da Azərbaycanda maqnit qasırğası müşahidə olunacaq. Məlumata görə, havada kiçik pozuntular olacaq. Fevralın 19-u günortadan etibarən havada maqnit qasırğası müşahidə olunacaq. Qasırğa saat 12:00-dan etibarən aktivləşəcək. Maqnit qasırğası saat 15:00-dək davam edəcək.//Trend |
1,045,985 | 19.02.2024 03:13 | Dünya | İsrail bu ölkədəki səfirini GERİ ÇAĞIRDI | İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında yəhudi dövlətinin hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin cinayətləri ilə müqayisə edən Braziliya prezidenti Luis İnasio Lula da Silvanın bəyanatından qəzəblənib və ölkənin Braziliyadakı səfirini geri çağırıb. Bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb. Netanyahu deyib ki, Braziliya prezidenti İsraili nasistlərlə və Hitlerlə müqayisə etməklə “qırmızı xətti” keçib. Onun sözlərinə görə, bu, Holokostu əhəmiyyətsizləşdirmək və yəhudi xalqına və İsrailin müdafiə hüququna zərər verməyə cəhd etməkdir. Netanyahu Braziliya prezidentinin sözlərini “utancverici və qeyri-ciddi” adlandırıb. O, İsrailin beynəlxalq hüquqa riayət etməklə öz təhlükəsizliyi və tam qələbəyə qədər gələcəyini təmin etmək üçün mübarizə apardığını vurğulayıb. İsrailin baş naziri xarici işlər naziri İsrael Katsla ciddi qərarlar qəbul etmək üçün Braziliyadakı səfiri dərhal çağırmaq qərarına gəliblər. İsrailin xarici işlər naziri Katz X sosial şəbəkəsindəki səhifəsində Braziliya səfirinin fevralın 19-da Xarici İşlər Nazirliyinin ofisinə çağırılacağını təsdiqləyib. İsrailin xarici işlər naziri də “X” sosial şəbəkəsindəki səhifəsində Braziliyadakı səfirin fevralın 19-da Xarici İşlər Nazirliyinə çağırılacağını təsdiqləyib.//Report |
1,045,989 | 19.02.2024 03:01 | Dünya | Kosmosda nüvə partlayışı bütün peykləri məhv edə bilər | ABŞ dövlət katibi Antoni Blinken Münhen Təhlükəsizlik Konfransında Çin və Hindistanın xarici işlər nazirlərindən xahiş edib ki, Rusiya prezidenti Vladimir Putini kosmosda nüvə silahı yerləşdirmək planlarından çəkindirsinlər. Bu barədə “New York Times“ məlumat yayıb. Nəşrin yazdığına görə, Blinken bildirib ki, Çin liderləri Si Cinpin və Hindistanın baş naziri Narenda Modi Rusiya prezidenti Putini “fəlakətə çevrilə biləcək şeylərdən” çəkindirməlidirlər. Mənbələr qeyd edib ki, həmkarları ilə söhbətində Blinken əlavə edib ki, kosmosda baş verən nüvə partlayışı təkcə ABŞ-ın deyil, Hindistan və Çinin peyklərini də sıradan çıxara bilər.//APA |
1,045,990 | 19.02.2024 02:49 | Dünya | ŞOK AÇIQLAMA - "Nüvə silahları Ukraynaya qaytarılmalıdır" | "Mən nüvə silahının Ukraynaya qaytarılmasının tərəfdarıyam. Və inanıram ki, bu, yaşamaq üçün yeganə seçimimizdir”. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Həmrəyliyi Partiyasından Ali Radanın deputatı Aleksey Qonçarenko teleqramda yazıb. Onun sözlərinə görə, əgər NATO Ukraynanı Alyansa qəbul etmək niyyətində deyilsə, o zaman Kiyev raketlər hazırlamalıdır. Qonçarenko hesab edir ki, Kiyevə min döyüş başlığı lazım deyil, 20 başlıq kifayət edəcək. O vurğulayıb ki, Kiyev mümkün sanksiyalara dözməli olacaq, çünki başqa çıxış yolu yoxdur: "Sanksiyalar olacaqmı? Dözək. Başqa çıxış yolu yoxdur". Musavat.com |
1,045,991 | 19.02.2024 03:25 | Dünya | ABŞ-da qazın qiyməti son 30 ilin ən aşağı səviyyəsinə düşüb | İsti qış və qaz hasilatının artması fonunda ABŞ-da təbii qazın qiyməti təxminən 30 ilin ən aşağı səviyyəsinə düşüb. Bu barədə “Financial Times” qəzeti yazıb. Qeyd olunub ki, evlərin qızdırılması üçün enerji sərfiyyatının daha çox olduğu ABŞ ərazisində bu qış isti keçir. Paralel olaraq, ABŞ-da qaz hasilatı 2023-cü ilin dekabrında gündəlik 105 milyard kub fut (2,97 milyard kubmetr) ilə rekord həddə çatıb. Nəşr bildirib ki, bu cür faktorlar təbii qazın qiymətlərinin sürətli enməsinə səbəb olub. Belə ki, təkcə 2024-cü il yanvar ayının ortalarından etibarən təbii qaz 50% ucuzlaşıb.//Report |
1,045,992 | 19.02.2024 03:38 | Siyasət | Paşinyan: "Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil" | İrəvan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə deyib: “Mən çoxdan deyirəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu da bizim səmimi mövqeyimizdir. Bu vəziyyətə təsir edə bilməməyimiz bizi çox ağrıdır. Ukrayna xalqı bizim üçün dost xalqdır”. Paşinyanın xatırladıb ki, 1991-ci ildə keçmiş Sovet İttifaqı respublikaları, o cümlədən Rusiya və Ukrayna bir-birinin sərhədlərini tanıyan Alma-Ata Bəyannaməsini imzalayıb. Paşinyan bu sənədi “respublikaların ərazi bütövlüyünün tanınması” adlandırıb. “Eyni məntiq Ukrayna məsələsinə də aiddir. Bəyannamə hər kəsə aiddir. Əgər biz onu məhv etsək, hər şey çökə bilər”, - Paşinyan qeyd edib.//APA |
1,045,993 | 19.02.2024 03:50 | Dünya | Amazon meşələri məhv ola bilər: Planetimiz üçün HƏYƏCAN TƏBİLİ - VİDEO | Amazon tropik meşələri Qlobal ekosistem üçün fəlakətli nəticələrə səbəb ola biləcək kritik həddə yaxınlaşır. Bunu Beynəlxalq Alim Qruplarının yeni araşdırmaları sübut edir. Onlar belə qənaətə gəliblər ki, 2050-ci ilə qədər Amazon meşələrinin 47%-i yox olma təhlükəsi ilə üzləşə bilər. Daha ətraflı İTV-nin süjetində: |
1,045,994 | 19.02.2024 04:02 | Dünya | Eyfel qülləsi ziyarətçilər üçün bağlı olacaq | Fransanın paytaxtı Parisin əsas görkəmli yerlərindən biri olan Eyfel qülləsi işçilərin tətili səbəbindən fevralın 19-u bazar ertəsi bağlanacaq və qülləyə elektrik enerjisi verilməyəcək. Qeyd olunur ki, işçilər Paris bələdiyyəsinin qülləyə xidmət edilməsi üçün ayırdığı vəsaitin artırılmasını tələb edirlər. Hər il təxminən altı milyon insan Eyfel qülləsini ziyarət edir və Olimpiya Oyunlarının ziyarətçi sayını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.//Oxu.az |
1,045,995 | 19.02.2024 04:14 | Yaşam | Şəkər xəstələrinin xilaskarı - Möcüzə bitki | El arasında şalfey kimi çox tanınan dərman bitkisi sürvə şəkər və diabetə bağlı xolesterin, damar problemlərinin çarəsi ola bilər. “Medicina” xəbər verir ki, alimlər sürvə ekstraktının qanda şəkərə təsir etdiyini araşdırıb. Nəticələr göstərib ki, bu çayı içdikdən sonra xəstələrdə aclıq şəkəri daha aşağı olub. Eləcə də xolesterin, triqliseridlər, lipid səviyyədi də düşmüş olub. Alimlər bu qərara gəlib ki, sürvə yarpaqları diabet xəstələrinə antihiperqlikemik təsir edir, ona görə də bu xəstələrə xüsusən aclıq şəkərini salmaq üçün sürvə ekstraktının yüksək dozalarını içmək tövsiyə olunur. |
1,045,996 | 19.02.2024 04:26 | Mədəniyyət | “Oppenhaymer” “Ən yaxşı film” seçildi | Kristofer Nolanın bioqrafik dramı “Oppenhaymer” “Ən yaxşı film” nominasiyasında Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatını qazanıb. Film Britaniya Akademiyası tərəfindən “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ikinci plan aktyoru”, “Film üçün ən yaxşı musiqi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı redaktə” nominasiyalarında mükafat alıb.//Teleqraf.com |
1,045,997 | 19.02.2024 04:39 | Dünya | “Apple” şirkəti yarım milyard avro cərimələnə bilər | “Apple” şirkəti Avropa İttifaqında ilk dəfə olaraq musiqi axını xidmətlərinə girişlə bağlı qanunları pozduğuna görə cərimələnə bilər. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, pozuntu ondan ibarətdir ki, “Apple” musiqi xidmətlərinin istifadəçilərə “App Store” mağazasından kənar abunə haqqını ödəməyə imkan verən alternativ ödəniş üsullarının reklamını qadağan edir. Buna görə Amerika İT korporasiyasını 500 milyon avro cərimə gözləyir. Belə ki, “Spotify” musiqi xidmətinin “Apple”ın hərəkətlərindən şikayət etməsindən sonra araşdırma başlayıb. Qeyd olunub ki, Təxminən 500 milyon avro təşkil edəcək və gələn ayın əvvəlində elan oluna biləcək cərimə “Apple”ın öz xidmətlərini rəqiblərinkindən üstün tutmaq üçün öz platformasından istifadə edib-etməməsi ilə bağlı Avropa Komissiyasının antiinhisar araşdırmasının kulminasiya nöqtəsidir. Avropa Komissiyası “Apple”ın hərəkətlərini qanunsuz və rəqabət qaydalarına zidd kimi tanımaq niyyətindədir. Xüsusilə, “Financial Times”ın yazdığına görə, Brüssel İT nəhəngini bazardakı dominant mövqeyindən sui-istifadə etməkdə və rəqabətə zidd təcrübələr tətbiq etməkdə ittiham edəcək.//Report |
1,045,998 | 19.02.2024 04:51 | Şou-biznes | Hülya Avşarın yerinə imza atan kuryerə qarşı həbs cəzası | Türkiyəli aktrisa Hülya Avşara çatmalı olan icra sənədini qızı Zehra Çilingiroğluna çatdıran, qadağan olduğu halda özü imzalayan kuryer cinayət məsuliyyətinə cəlb edilib. Avşar və Çilingiroğlunun vəkili müttəhimin hərəkətinə görə müvəkkillərinin maddi və mənəvi cəhətdən çətin günlər yaşadıqlarını bildirərək, müttəhimin cəzalandırılmasını istəyib. Bank hesablarına həbs qoyulduqdan sonra icra sənədinin çatdırılmasını göstərən kağızın kuryer tərəfindən doldurulduğunu öyrənən Avşar özündən çıxıb. Avşarın 6 iyul 2023-cü ildə bank hesablarına həbs qoyularkən sözügedən icradan xəbər tutduğu ifadə edilib. Şübhəli İbrahim K. müdafiə çıxışında "Bizə bildirişlərin paylanması ilə bağlı heç bir məlumat verilmədi. İşə başlayanda yalnız yük paylayacağımı düşünürdüm. Ancaq işə başlayanda bunun belə olduğunu gördüm. Hülya Avşara daha əvvəl xəbər vermişdim. Oraya getdim, dedilər ki, Hülya xanım orada deyil, qızı Zəhra Çilingiroğlu evdədir. Ona yaxınlaşdım, telefonla danışırdı və tələsirdi. Sənədi verdim, imza almağı unutdum" sözlərini söyləyib. Təqsirləndirilən şəxs etdiyi işin cinayət olduğunu bilmədiyini ifadə edib. Müttəhimin hərəkətinə görə Hülya və qızının xeyli ziyana düşdüyü bildirilib. Onların bəzi əmlaklarına həbs qoyulub. Məhkəmə qərarını açıqlayaraq, müttəhim İbrahim K.-nı "rəsmi sənədləri saxtalaşdırma" cinayətinə görə 2 il müddətinə azadlıqdan məhrum edib. Komitə təqsirləndirilən şəxsin dinləmələr zamanı davranışını nəzərə alaraq cəzanı 1 il 8 aya endirib. Məhkəmə təqsirləndirilən şəxsə qarşı əvvəllər məhkum olunmaması səbəbindən hökmün elanının təxirə salınmasına qərar verib. Təqsirləndirilən şəxs 5 il ərzində qəsdən hər hansı cinayət törətməzsə, ona qarşı cinayət işinə xitam veriləcək.//Axşam.az |
1,045,999 | 19.02.2024 05:03 | Maraqlı | İnsanın fərdi xüsusiyyətləri yuxuya necə təsir edir? - ALİMLƏRDƏN ARAŞDIRMA | Avstriyanın Qraz Tibb Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma yuxunun keyfiyyəti ilə fərdi şəxsiyyət xüsusiyyətləri arasındakı mühüm əlaqənin olmasına aydınlıq gətirib. “Frontiers in Psychology” jurnalında dərc olunan hesabata görə, alimlər psixiatrik diaqnozu olan xəstələr də daxil olmaqla 657 tədqiqat iştirakçısının məlumatlarını təhlil ediblər. Araşdırmanın nəticələri göstərib ki, yuxu problemləri təkcə psixikası pozulan insanlarla məhdudlaşmır. Yuxu rejimləri ilə fərdi şəxsiyyət xüsusiyyətləri arasında da əhəmiyyətli bir əlaqə müəyyən edilib. Xüsusilə, özünü yüksək qiymətləndirmə və özünə heyranlıqla təzahür edən narsisistik meyilləri olan insanlar yuxuya getməkdə və yuxu keyfiyyətində çətinlik çəkiblər. Oxşar problemlər öz məqsədlərinə çatmaq üçün tez-tez manipulyasiyadan istifadə edən makiavellistlər arasında da tapılıb. Alimlər antisosial davranış, eqoizm və qəddarlıqla xarakterizə olunan psixopatik xüsusiyyətlərə malik şəxslərə xüsusi diqqət yetiriblər. Bu psixoloji xüsusiyyətlər sahiblərində yuxuya getməyə və keyfiyyətli yuxuya əhəmiyyətli dərəcədə maneə müşahidə olunub. Bu əlaqənin mexanizmləri tam başa düşülməsə də, mütəxəssislər fərdi şəxsiyyət xüsusiyyətlərindən qaynaqlanan yuxu problemi ilə üzləşən insanların psixoloqlardan kömək istəmələrini, davranış və xarakterlərini düzəltmək üçün fəal işləməyi tövsiyə edirlər.//Oxu.az |
1,046,000 | 19.02.2024 08:56 | Hadisə | Bakıda oteldə baş verən yanğın söndürülüb, 25 nəfər təxliyə edilib - YENİLƏNİB | Fövqəladə Hallar Nazirliyi Bakıda oteldə baş verən yanğın barədə məlumat yayıb. FHN-dən Musavat.com-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən Mont Inn Hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 5250 kv.m. olan altımərtəbəli otelin 3-cü mərtəbəsində yerləşən otaqlardan birində baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək otel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın üçüncü mərtəbəsində bir otağın yanar konstruksiyaları 42 kv.m. sahədə yanıb. Hadisə zamanı FHN qüvvələri tərəfindən oteldə olan 25 nəfər təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib. *** Bakıda tanınmış oteldə yanğın baş verib. Hadisə paytaxtın Nərimanov rayonundakı MONT INN otelində qeydə alınıb. Alovlanma otelinin restoranının yerləşdiyi üçüncü mərtəbədə başlayıb. Yanğın zamanı binada köməksiz vəziyyətdə qalan 2 otel işçisi xilas edilib. Yanğın lokallaşdırılıb. Hadisə ilə əlaqədar Ağa Nematulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.//apa |
1,046,001 | 19.02.2024 08:13 | Dünya | Trampın NATO ilə bağlı sözləri Estoniyanı qorxudub | ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ölkələrinə hücumlarını təşviq etmək planları ilə bağlı açıqlamaları Avropa siyasətçiləri, xüsusilə Estoniyada narahatlıq yaradıb. Bu barədə “The Times” nəşri yazıb. Mənbənin məlumatına görə, Estoniya kəşfiyyatının rəhbəri Kaupo Rosin Trampın sözlərini şərh edərkən bildirib ki, bu cür bəyanatlar heç vaxt fayda verməyib. Yanvarın sonunda Estoniya Müdafiə Qüvvələrinin komandanı Martin Herem isə bildirib ki, Rusiya Ukraynada məqsədlərinə çatdıqdan sonra özünü bərpaya cəmi bir il sərf edəcək. Onun sözlərinə görə, Rusiya Federasiyası gec-tez Estoniyaya hücum edə bilər ki, Baltikyanı ölkə buna hazır deyil.//report |
1,046,002 | 19.02.2024 08:25 | Dünya | Papua-Yeni Qvineyada qəbilə toqquşmalarında 64 nəfər ölüb | Papua-Yeni Qvineyanın Enqa əyalətində qəbilələr arasında baş verən toqquşmalarda ölənlərin sayı 64 nəfərə çatıb. Bu barədə yerli “PNG Post-Courier” nəşri polisə istinadən məlumat yayıb. Belə ki, fevralın 19-u günorta saatlarında polis əməkdaşları qəbilələr arasında silahlı qarşıdurma nəticəsində həlak olan daha 11 nəfərin cəsədini aşkar edib. Bununla da ölənlərin ümumi sayı 64-ə çatıb. Polis Enqadakı silahlı toqquşmaların Ambulin və Sikin qəbilələri arasında davam edən mübarizə olduğunu təsdiqləyib.//“Report” |
1,046,003 | 19.02.2024 08:38 | Dünya | Rusiyada bu gülün becərilməsinə QADAĞA QOYULDU | Rusiya hökuməti üçrəngli səhər gülünün becərilməsinə görə cinayət məsuliyyəti müəyyən edib. Müvafiq sənədi baş nazir Mixail Mişustin imzalayıb . Qeyd olunur ki, qanun 10 və ya daha çox səhər gülü yetişdirənlər şamil ediləvək. Cinayət Məcəlləsinin 231-ci maddəsi (tərkibində narkotik vasitələr və ya psixotrop maddələr olan bitkilərin qanunsuz becərilməsi). 10-dan 100-ə qədər gül kolunun yetişdirilməsi geniş miqyasda, 100-dən çox kol - xüsusilə böyük miqyasda cinayət hesab ediləcək. Dövlət Dumasının deputatı, Moskva vilayətinin Yay Sakinləri Birliyinin sədri Nikita Çaplinin sözlərinə görə, səhər gülü üçrəngli bitki dövlət nəzarəti altında olan bitkilər siyahısına daxil edilib.//Publika.az |
1,046,004 | 19.02.2024 08:51 | Gündəm | Türkiyədən SƏRT GEDİŞ: Təhsil müəssisələrində Qərb bayramları QADAĞAN EDİLDİ | Artıq Türkiyədə özəl məktəblərə ölkənin milli dəyərlərinə uyğun gəlməyən Qərb bayramlarını qeyd etmək qadağan edilib. Ölkənin Təhsil Nazirliyi hökumətin qərarına əsasən, özəl təhsil müəssisələrində Hellouin, Pasxa və Katolik Milad bayramlarının qeyd olunmasını qadağan edib. Şöbədən verilən məlumata görə, türk millətinin milli, əxlaqi, insani, mənəvi və mədəni dəyərlərinə zidd olan tədbir və şənliklərin keçirilməsi tələbələrin psixososial inkişafına töhfə vermir. Qadağa valideynlərin Qərb bayramlarının məktəblərdə qeyd olunması ilə bağlı şikayətlərindən sonra qoyulub. 2023-cü ilin dekabrında Türkiyənin milli kimliyinə uyğun gəlməyən bayram tədbirləri ilə bağlı təhsil müəssisələrinə xəbərdarlıq edilib. Bundan başqa, qərara əsasən, tələbələrin akademik tərəqqi ilə yanaşı, sosial, mədəni, incəsənət və idman inkişafına təkan vermək məqsədi daşıyan “İctimai fəaliyyət və inkişaf mərkəzləri” yaradılacaq.//Publika.az |
1,046,005 | 19.02.2024 09:03 | Ölkə | Bakıda tıxac yaranan yolların adları açıqlanıb | Bakıda tıxac yaranan yolların adları açıqlanıb. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 5. Koroğlu Rəhimov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 9. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər; 10. Şəmsi Bədəlbəyli küçəsi, Qış parkının qarşısından Mərkəzi Bank istiqamətində; 11. Bül-Bül prospekti, "Sahil" metrostansiyasının qarşısında; 12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində sıxlıq müşahidə olunur. |
1,046,006 | 19.02.2024 09:16 | Hadisə | Türkiyədə 4,3 bal gücündə zəlzələ oldu | Türkiyənin Muğla əyalətinin Marmaris şəhərində 4,3 bal gücündə zəlzələ baş verib. Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 11,3 kilometr dərinlikdə baş verən zəlzələ ətraf əyalətlərdə də hiss olunub. |
1,046,007 | 19.02.2024 09:26 | Kriminal | “Elə işlər var, mütləq həll olunmalıdır” - Fazil Mustafaya qarşı terror törədəndən şok sözlər | Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən prosesdə iclasda təqsirləndirilən Azər Səricanov dindirilib. O, Fazil Mustafanın sosial şəbəkələrdə işlətdiyi ifadələrdən xoşu gəlmədiyini və bundan qəzəbli olduğunu bildirib: "Fazil Mustafadan xoşum gəlmədiyinin bir çox səbəbləri var. O, Aşuranı təhqir edib. Aşurada məclislərdə insanlara ulaşır, mələşir deyirdi. Mən bunu necə qəbul edə bilərəm? Onun "Facebook" səhifəsini açın və hər şeyi özünüz görəcəksiniz. Mənlə birgə oturan təqsirləndirilən şəxslərin günahı yoxdu. Silah isə mənə məxsus idi". Təqsirləndirilən Rəşad Əhmədov ifadəsi zamanı bildirib ki, təqsirləndirilən şəxslərdən təkcə Azər Səricanovu tanıyır: "Azəri məsciddən tanıyıram. Onunla xırda biznesimiz olub, yağ satırdıq. Onun verdiyi silahı saxlamışam. Fazil Mustafaya qarşı hər hansı bir planının olması ilə bağlı məlumatım yox idi. Dostum Valehə gəldikdə isə o mənim uşaqlıq dostum olub. Suriyada döyüşüb, ordan da səhv etmirəmsə İrana keçərək yaşayır. R.Əhmədovun sözlərinə görə silahı ona hadisədən qabaq təqsirləndirilən şəxs Azər Səricanov verib: "Azər silahı saxlamağımı xahiş etdi. Mən də öz növbəmdə silahı Xəyyam adlı şəxsə verdim. Çünki o silahı Azərə verməli idi.Hərbiyə böyük marağım olub və daha çox arzum pilot olmaq idi. Ona görə də telefonumda bəzi yerlərin fotoların çəkib saxlayırdım. Azərin həbs olunmasını eşidib qorxdum və İrana - Qum şəhərinə getdim". Məhkəmə növbəti iclası martın 1-nə təyin edilib.//"Report" Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər. |
1,046,008 | 19.02.2024 09:37 | Kriminal | Şəkidə avtomat və tapançanı satmaq istəyən şəxs saxlanılıb FOTO | Şəki Şəhər –Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, rayonun Turan qəsəbə sakini, əvvəllər də dəfələrlə oğurluq cinayətlərinə görə məhkum olunmuş Sahib Yaqubovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı satmaq məqsədilə aparan zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən atəşə yararlı “Makarov” markalı tapança, sərnişin qismində olduğu taksidən isə ona məxsus bağlamada gizlətdiyi “Kalaşnikov” avtomatı, eləcə də həmin silahlara məxsus daraqlar, 17 ədəd patron və süngü-bıçaq aşkar edilərək götürülüb. S.Yaqubov ifadəsində silahları bir müddət əvvəl tapdığını və 3200 manata satmaq məqsədilə Mingəçevir şəhərinə aparmaq istədiyini bildirib. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Məhkəmənin də qərarı ilə S.Yaqubov barəsində |
1,046,009 | 19.02.2024 09:59 | Gündəm | Bakıda yanacaqdoldurma məntəqələrində sürücülər aldadılır? - İDDİA + VİDEO | Bakıda bir çox sürücülər yanacaqdoldurma məntəqələrindən şikayətçidirlər. Onlar bildiriblər ki, sayğacda yanacağın litrinə dair görülən rəqəmlər gedilən yolun kilometrajı ilə üst-üstə düşmür. Bundan əlavə, sürücülər yanacağın çox sürətlə vurulmasından narazıdırlar. Onların fikrincə bu halda aldadılmış olurlar. Bəs, avtomobilə hansı sürətlə benzin vurulmalıdır? Məsələ ilə bağlı ATV-nin “İqtisadi zona” verilişi süjet hazırlayıb. Daha ətraflı videoda: |
1,046,010 | 19.02.2024 11:19 | Dünya | Çin və ABŞ viza və narkotiklərlə mübarizə mövzusunda danışıqlar aparıb | Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin rəhbəri Van Syaoxunq Vyanada ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Mayorkas ilə görüşdə amerikalı həmkarlarını Çin vətəndaşlarının hüquq və ləyaqətinə hörməti təmin etməyə, Pekini amerikalılar üçün əsas narkotik mənbələri siyahısına daxil etməkdən imtinaya çağırıb. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Çinli nazir Alexandro Mayorkasa bildirib ki, rəsmi Vaşinqton Çin vətəndaşları üçün ədalətli giriş şərtlərini təmin etməli, çinli tələbələrin əsassız təqiblərini dayandırmalı, ABŞ-da Çin diplomatik və konsulluq qurumlarının və işçilərinin təhlükəsizliyini təmin etmək üçün təsirli tədbirlər görməli və bir sıra Çin qurumların işçiləri üçün viza məhdudiyyətlərini aradan qaldırmalıdır. 2023-cü ilin noyabrında San-Fransisko dövlət başçılarının görüşündə narkotiklərə nəzarət və hüquq-mühafizə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün əldə edilmiş konsensusun həyata keçirilməsi üçün hər iki tərəf səmimi, dərin və konstruktiv danışıqlar aparıb. Qurum rəhbərləri qarşılıqlı hörmət, fikir ayrılıqlarının nəzərə alınması, faydalı əməkdaşlıq əsasında narkotiklərə nəzarət, hüquq mühafizəsi sahəsində dialoq və əməkdaşlığı davam etdirmək, ümumilikdə Çinlə ABŞ arasındakı münasibətlərin sabit inkişafına kömək etmək barədə razılığa gəliblər. (Report) |
1,046,011 | 19.02.2024 09:12 | Yazarlar | Kremldən Kadırov örnəyi – “Ömürlük hakimiyyət istəyən Moskvaya sadiq olsun” | Bəzən terminləri düz seçmir, gerçəkliyi doğru ifadələrlə təsbit etmirik. Məsələn, neçə vaxtdır ölkə mediasında Rusiyanın neoimperiya siyasətindən bəhs edərkən Moskvanın “SSRİ-2 planları”ndan danışırıq və bu, yanlış söhbətdir. Moskvanın, Kremlin belə bir planı yoxdur. O mənada ki, indiki Kreml strateqlərinin Rusiya başda olmaqla keçmiş SSRİ respublikalarında kommunistləri hakimiyyətə gətirmək, bütün hakimiyyəti sovetlərə, torpağı kəndlilərə vermək, 31 ildən bəri müstəqil yaşayan ölkələri sosializm quruluşuna qaytarmaq kimi planları yoxdur. Neoimperiya ambisiyasına dolan və əksəriyyəti milyonçu və milyarderlərdən ibarət olan bu güruh, sadəcə, dağılmış SSRİ-nin ərazisini son sovet-rus imperiyasının ərazisi sayır, bu ərazi daxilində çar üsul-idarəsini, yəni mütləqiyyəti bərpa etmək istəyirlər. Yəni niyyət budur ki, cəmiyyət ağalar-qullar formatı davam etsin, keçmiş müttəfiq respublikalar, indiki müstəqil ölkələr Moskvanın satelliti, daha yaxşı olar ki, federal subyekti olsun, hər birində daha güclü klanın ömürlük hakimiyyəti bərqərar olunsun. Amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə Putinin Lenin və Stalinə qarşı səsləndirdiyi fikirlərə diqqət edin. Putin onları indiki müstəqil dövlətlərə - keçmiş müttəfiq respublikalara muxariyyat və SSRİ-dən ayrılmaq hüququ verməkdə qınamışdı. Yarımmüstəqil satellitlərdəki ömürlük klan hakimiyyətinin parlaq nümunəsi artıq Çeçenistanda bərqərar edilib. 30 ildir ki, bu muxtar respublika Kadırov ailəsi tərəfindən idarə olunur. Respublikanın indiki rəhbəri Ramzan Kadırov Çeçenistanda hüdudsuz hakimiyyətə malikdir, istədiyi kimi davranır, övladlarına, qohumlarına vəzifə, dövlər orden-medalları paylayır. Bu günlərdə o, 18 yaşlı oğlunu nazir təyin edib. Bu, gəncin vunderkind tay-tuşları dünyanın hər yerində hələ təhsil alırlar, 3-4 ildən sonra ali məktəbi bitirəcək, magistr təhsili alacaq, praktika keçəcək, ilk pillədən işə başlayacaqlar. Ancaq Kadırovun sarıdimdik oğlu artıq nazirdir və atası hakimiyyətdən gedəcək olsa, Çeçenistan prezidenti məhz o olacaq. Bu, o deməkdir ki, prezident Putin Çeçenistanı kadırovlara verib. Bu şəxsin başqa postsovet ölkələrinə yanaşması da çox fərqli deyil. Putinə, eləcə də Kremldəkilərə hansısa ölkədə hakimiyyətin seçki yolu ilə formalaşması lazım deyil. Hətta Moskva bütün varlığı ilə demokratik seçkilərə qarşıdır. Rusiyanın Gürcüstanla münaqişəsinin, Ukrayna ilə müharibəsinin, hazırda isə Ermənistanla intriqasının başlıca səbəbi hakimiyyətin seçki yolu müəyyənləşməsi, bu zaman xalqın iradəsi ilə dövlət başına gələnlərin qüdrətli xarici dövlətlərin təsiri altına düşərək, Moskvadan üz döndərməsi olub. Rusiyaya 4-5 ildən bir hansısa postsovet ölkəsində sırf seçkiyə görə başlanacaq siyasi təlatümlər lazım deyil, o, sabitlik istəyir. Ölkə tiraniya olsun, amma sabitlik olsun, Qərbə rəğbət bəsləyən siyasi qüvvələr ya yerli-dibli olmasın, ya da dissident klubları kimi olsunlar, özləri üçün yığışıb intellektual polemikalar təşkil etsinlər, amma adi bələdiyyə şurasına seçilə bilməsinlər. Putin Rusiyada bu rejimi bərqərar edib. Bu ölkədə artıq heç bir siyasi qüvvə hakimiyyətin ən adi instansiyasına iddia edə bilməz. Hakimiyyətə qarşı müxalif fikir söyləyən istənilən görkəmli ziyalı, məşhur sənətkar isə çox çəkmədən “xarici agent” elan edilir. Putin istəyir ki, postsovet ölkələrinin hamısında belə olsun. Bir çoxları da sadəlövhcəsinə düşünür ki, “SSRİ-2” layihəsi yaxşı şeydir, elə bilirlər ki, rusiyalı generallar və onların müşayiəti ilə postsovet ölkələrə daraşan siyasi canişinlər gələn kimi kolxoz-sovxozlar bərpa olunacaq, istehsal müəssisələri milliləşdiriləcək, alış-veriş, xidmət-iaşə obyektləri dövlət sərəncamına keçəcək, milyonçular ötən əsrin əvvəlindəki kimi ölkədən qovulacaq, mülkədarlar qolçomaq elan ediləcək, hökumətlə hökumətlik edən, milli dövlətçilikdən-filandan danışanlar repressiya olunaraq Sibirə göndəriləcəklər. Əslində isə bu sonuncudan başqa heç biri olmayacaq. İmperiya ambisiyası daşıyan millətçi rusların ən zəhləsi gedən adamlar məhz sonunculardır. Keçmiş SSRİ-yə daxil olan 15 respublikanın 14-də “mənim xalqım” və ya “bizim xalq” deyən, öz dilinin inkişafını istəyən hər kəs millətçidir, cəzaya layiqdir. Bu ifadəni yalnız ruslar işlədə bilər, yalnız onlar rus xalqının möhtəşəmliyindən, rus dilinin zənginliyindən danışanda millətçi deyillər, sadəcə, vətənpərvərdirlər. Düşüncə budur. Bu günlərdə məşhur rus nəşrlərindən biri SSRİ-nin hərbi kontingentinin Əfqanıstandan çıxmasının 35-ci ildönümünə həsr olunmuş geniş reportaj dərc etmişdi. Reportajın ümumi ruhu bundan ibarət idi ki, əfqanlar “şurəvi”lərin bu ölkədə olmasını, orada çoxlu bənd, məktəb, xəstəxana, yaşayış binaları tikməsini nostalji ilə xatırlayır və Qorbaçovu qınayırlar ki, rus ordusunu Əfqanıstandan nahaq çıxardı. Yəni Kreml hətta Əfqanıstandan da gözünün birini çəkməyib. Çətin dövlətdir Rusiya. Onunla məsafə saxlamaq lazımdır – nə çox uzaqlaşmaq, nə də çox yaxınlaşmaq. Xalid KAZIMLI |
1,046,012 | 19.02.2024 10:10 | Dünya | Qəzzada İsrail ordusunun daha bir hərbçisi ölüb | Qəzza zolağında ötən il oktyabrın 7-də müharibə başlayandan bəri İsrail Müdafiə Qüvvələrinin itkiləri 574 nəfərə çatıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, daha bir İsrail hərbçisi səhər saatlarında Qəzza zolağının cənubunda HƏMAS hərəkatı ilə döyüşlərdə həlak olub. Qəzza sektorunda yerüstü əməliyyatlar başlayandan bəri həlak olan İsrail hərbçilərinin sayı 236 nəfərə çatıb. |
1,046,013 | 19.02.2024 10:20 | Ölkə | Gəncədə itkin düşən ata və oğlu tapılıb | Gəncə şəhərində fevralın 12-də itkin düşən 1971-ci il təvəllüdlü Nəriman Süleyman oğlu Əliyev və oğlu, 2008-ci il təvəllüdlü Rəvan Nəriman oğlu Əlizadə tapılıblar. "Report"un Qərb bürosunun məlumatına görə, onların yeri Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri axrarış tədbirləri nəticəsində müəyyənləşib. N.Əliyev və R.Əlizadə Bakı şəhərində tapılıblar. |
1,046,014 | 19.02.2024 09:43 | Gündəm | Erməni generallar sərhəddə: İrəvan yeni hücuma hazırlaşır? | Ermənistanda yaxın dövrdə yeni müharibə hazırlığına dair informasiyalar peyda olub. “Oragir.news” saytının erməni ordusunun komandir heyətinə müharibəyə hazırlaşmaqla bağlı göstəriş verildiyinə dair məlumatı Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib olunub. Təbii ki, müharibəyə hazırlıqla bağlı informasiyalar rəsmi şəkildə təsdiq olunmayacaq. Burada əsas məqam Ermənistanın hərbi rəhbərliyinin praktiki müstəvidə hansı addımlar atmasıdır. Ermənistan MN məlumatları təkzib etsə də, erməni generalların Azərbaycan sərhədinə səfəri xüsusilə diqqət çəkir. Rəsmi məlumata görə, Ermənistan ordusunun Baş qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-leytenant Edvard Arsyan ötən həftənin sonu “sərhədin cənub-şərq və cənub-qərb hissələrinə baş çəkib”. Bir neçə hərbi hissədə olan Arsyan sərhəddəki postlara çıxıb, hərbçilərlə müzakirələr aparıb, mühəndislik işləri ilə tanış olub, daha sonra bölmə komandirlərinin iştirakı ilə iclas keçirib. Arsyanın səfər etdiyi “sərhədin cənub-şərq və cənub-qərb hissəsi” Azərbaycanla sərhədin hər iki istiqamətidir: cənub-şərq Zəngilan-Qubadlı, cənub-qərb isə Naxçıvanla sərhəd ərazisinə düşür; Arsyanın məhz indi bu istiqamətə səfər etməsinin bir neçə mümkün səbəbi ola bilər. Birincisi, Ermənistan son təxribatını sərhədin cənub-şərq hissəsində - Zəngilan istiqamətində etmişdi və Azərbaycan ordusunun adekvat cavabı nəticəsində ağır itkilər verdilər: görünür, Arsyan vəziyyəti birbaşa yerində yoxlamaq qərarına gəlib; İkincisi, sərhəddə təxribatların davam edəcəyi gözləntisi var, xüsusilə Zəngəzur dəhlizi layihəsinin olduğu Zəngilan istiqaməti mümkün toqquşma zonalarından biridir: Arsyanın növbəti təxribat planı ilə bağlı erməni hərbçiləri yerində təlimatlandırmaq üçün sərhədə gəldiyi istisna edilməməlidir;//Publika.az |
1,046,015 | 19.02.2024 09:48 | Gündəm | XİN Paşinyana cavab verdi | Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları təəssüf doğurur. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə N.Paşinyanın Münhendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib. Baş nazirin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəldikdə, göründüyü kimi, baş nazir Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir. Bu isə, bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan, Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir. Ermənistan Baş nazirinin fikirləri həm də göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün beynəlxalq birliyin təzyiqi vacib əhəmiyyət kəsb edir. Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasına gəldikdə bunun heç bir əsasının olmadığı, məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xəttlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir. |
1,046,016 | 19.02.2024 10:43 | Son xəbər | Naftalanda əcnəbiyə qarşı dələduzluq edən şəxs saxlanılıb | Naftalanda əcnəbi şəxsə qarşı dələduzluq edən şəxs saxlanılıb. Naftalan Şəhər Polis Şöbəsinə müraciət edən Rusiya Federasiyasının vətəndaşı K.Qafurova fevral ayının 12-də onu Bakı şəhərindən Naftalan şəhərində yerləşən sanatoriyaya gətirən şəxsə 100.000 rus rublu məbləğində nağd pulu (1820AZN) valyuta mübadiləsi etməsi üçün verdiyini, lakin sonuncunun pulu geri qaytarmadığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Qafurovanın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Rövşən Bağıyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. |