id
int64 43k
1.05M
| date
stringlengths 16
16
| category
stringclasses 47
values | title
stringlengths 1
19.1k
⌀ | text
stringlengths 13
518k
⌀ |
---|---|---|---|---|
1,046,017 | 19.02.2024 09:52 | Gündəm | “Akkord“ çökür: Milyonlarla borc, onlarla şikayət var | Azərbaycanın ən iri inşaat şirkətlərindən olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (ASC) böhranlı vəziyyətlə üzləşib. Musavat.com Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkətlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında 14 956 713, 92 manatlıq vergi borcuna görə məhkəmə çəkişməsi bitməmiş ASC kütləvi şəkildə məhkəməyə verilib. İddiaçılar arasında “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azəriqaz” İstehsalat Birliyi, “Texnikabank” ASC, “Azturmak” MMC, Dövlət Radiotezliklər İdarəsi, “Zəyəm Texnologiyaları” ASC, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti kimi iri biznes və dövlət qurumlarının adına da rast gəlinir. Ümumilikdə “Akkord”a qarşı 43 iddia qaldırılıb. Onların arasında şirkətin işçiləri də var. Tələb işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. Ayrı-ayrı vətəndaşların iddiaları isə borcla bağlıdır. Belə məlum olur ki, şirkətin onlara hansısa formada borcu var. İri şirkətlərin iddia tələbləri də əsasən borcla bağlıdır. Beləliklə, 14 milyon vergi borcu olan şirkətin əlavə borcları da var. Bu fakt artıq “Akkord”un son akkordlarını vurması ehtimalını artırır. Mümkündür ki, yaxın günlərdə şirkət iflas etdiyi açıqlasın. Baş verənlərlə bağlı “Akkord”dan mövqe öyrənmək mümkün olmayıb. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 26 dekabr 2006-cı ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 83 259 750 AZN-dir. ASC-nin qanuni təmsilçisi Ayhan Keskinkılıcdır. “Akkord” uzun illər mediada keçmiş baş prokuror Zakir Qaralovun şirkəti kimi tanınıb. Qaralovun sabiqlərin sırasına qoşulmasından sonra şirkətin fəaliyyətində axsamaların müşahidə edilməsi bu iddiaların əsassız olmadığı qənaətini yaradır. |
1,046,018 | 19.02.2024 10:55 | Ölkə | Havada toz müşahidə olunur | Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib. Onun sözlərinə görə, havada tozun miqdarı 1.7- 2 dəfə normadan artıqdır: "Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”.//"Report"a |
1,046,019 | 19.02.2024 10:10 | Ölkə | Emin Əmrullayevin arxiv fotosu | Elm və Təhsil naziri Emin Əmrullayevin arxiv fotosu yayılıb. Musavat.com BAKU.WS -ə istinadən xəbər verir ki, dövlət rəsmisinin şəkili 11 il əvvəl çıxış etdiyi konfranslardan birində lentə alınıb. |
1,046,020 | 19.02.2024 11:07 | Sosial | Kimlər pensiyaya daha tez çıxa bilər? | Pensiya yaşında işləmək istəyənlər olduğu kimi, erkən dövrdə pensiyaya çıxmağı arzulayanlar da var. Müəyyən sahələrdə çalışanların digərlərindən daha tez pensiyaya çıxmaq hüququ var. Söhbət güzəştli şərtlərlə pensiya almaqdan gedir. Musavat.com-un “Qafqazinfo”ya istinadən məlumatına görə, əmək pensiyaları haqqında qanuna əsasən, aşağıdakı sahələrdə çalışan şəxslərin güzəştli pensiya almaq hüququ mövcuddur: - Axırıncı iş yerindən asılı olmayaraq, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda (Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı) nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların pensiya yaşı 5 il azaldılmaqla; - Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılmaqla; - Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda pensiya yaş həddi 15 il azaldılmaqla; - Prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçilərinin; - Yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin; - Hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların; - Hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərin; - Hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərin; - Hərbi xidmət müddəti 15 il və daha çox olmaqla, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların; - Ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan şəxslərin. Bundan başqa, 5 və daha çox uşaq dünyaya gətirib, övladlığa və ya qəyyumluğa götürüb onları 8 yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Eyni zamanda, əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ mövcuddur. Həmçinin ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi olan uşağını növbəti nikah bağlamadan, təkbaşına 8 yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına 8 yaşınadək böyüdən ataların, eyni zamanda, 5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərin bu yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Qeyd edək ki, hazırda pensiya yaşı həddi kişilərdə 65 il, qadınlarda isə 63 il 6 aydır. Beləliklə, yaş həddi müvafiq göstəriciyə uyğun azaldıldıqda, bu rəqəmdən çıxılmaqla müəyyən olunur. Şəxsin güzəştli şərtlərlə pensiyaya çıxması onun gözlənilən pensiya ödənişi müddətinə təsir etmir. Yəni, şəxs 60 və ya daha erkən yaşda pensiyaya çıxmasına baxmayaraq, ona da digərləri kimi 12 il (144 ay) pensiya ödənilməsi nəzərdə tutulur. Lakin ölkə üzrə orta ömür müddətini (76 yaş) nəzərə alanda, belə şəxslərin daha çox müddətdə (ən azı 16 il) pensiya aldıqlarını demək mümkündür. |
1,046,021 | 19.02.2024 10:13 | Hadisə | Yeddinci sinif şagirdi vəfat edib - FOTO | Qusar rayonunda məktəbli qız vəfat edib. Şəhər 4 nömrəli tam orta məktəbin 7 A sinif şagirdi Naida Namiq qızı Yarəhmədova dünyasını dəyişib. Leykoz xəstəliyindən əziyyət çəkən məktəblinin bir neçə gün öncə vəziyyəti pisləşib. O, paytaxtdakı xəstəxanaların birinə yerləşdirilib. Amma onun həyatını xilas etmək mümkün olmayıb. Məktəbli ötən gün Qusar şəhərində dəfn olunub. Allah rəhmət eləsin! (İqtisadiyyat.az) |
1,046,022 | 19.02.2024 10:16 | Siyasət | Bu gün Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq, sənədlər imzalanacaq | Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş olacaq. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. R.T.Ərdoğan Beştəpədə yerləşən prezident iqamətgahında Azərbaycan liderini rəsmi mərasimlə qarşılayacaq. Sonra iki dövlət başçısı arasında əvvəlcə təkbətək, ardınca isə geniştərkibli görüş olacaq. Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, prezidentlər ikitərəfli əlaqələrin bütün istiqamətlərini nəzərdən keçirəcəklər, həmçinin əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparacaqlar. Rəcəb Tayyib Ərdoğan İlham Əliyev ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. Daha sonra prezidentlərin iştirakı ilə Türkiyə və Azərbaycan arasında sənədlər imzalanacaq. Ardınca İ.Əliyev və R.T.Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər. Səfərin sonunda Türkiyə Prezidenti azərbaycanlı həmkarının şərəfinə rəsmi şam yeməyi verəcək. Xatırladaq ki, Azərbaycan lideri R.T.Ərdoğanın dəvəti ilə Türkiyədə səfərdədir. Qeyd edək ki, bu, Prezident İlham Əliyevin fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlməsindən sonra xarici ölkəyə ilk rəsmi səfəridir./Report |
1,046,023 | 19.02.2024 10:31 | Ölkə | Fikrət Məmmədov onun yerinə TƏYİN OLUNACAQ | Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibində yer almayan keçmiş ədliyyə naziri Fikrət Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib. Çox güman ki, keçmiş nazir Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təsdiqlənəcək. Qeyd edək ki, hazırda Konstitusiya Məhkəməsinin 8 hakimi var: Fərhad Abdullayev (Konstitusiya Məhkəməsinin sədri);Sona Salmanova (sədr müavini);Humay Əfəndiyeva (hakim);Rövşən İsmayılov (hakim);Ceyhun Qaracayev (hakim);Rafael Qvaladze (hakim);İsa Nəcəfov (hakim);Kamran Şəfiyev (hakim). Amma Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarət olmalıdır. Konstitusiya Məhkəməsinin hakimlərindən biri - Əməkdar hüquqşünas Mahir Muradov 2023-cü il yanvarın 5-də 66 yaşında vəfat edib. O, 2012-ci ildən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdu. Bu isə o deməkdir ki, Konstitusiya Məhkəməsi bir ildən çoxdur ki, 9-cu hakimin təyinatını gözləyir. Fikrət Məmmədovun məhz mərhum Mahir Muradovun yerini dolduracağı istisna deyil. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin hakimləri Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin sədri və sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Fikrət Məmmədov 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdr. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyinat almışdı. 2024-cü il fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inaqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb. Həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə edilib. (modern.az) |
1,046,024 | 19.02.2024 11:30 | Dünya | Bu ilin ilk ayında dəyəri 22 milyon manatdan çox narkotik dövriyyədən çıxarılıb | 2024-cü ilin yanvar ayrı ərzində qanunsuz dövriyyədən götürülmüş 831 kiloqramdan çox narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 476 min AZN kimi qiymətləndirilir. Bu barədə Musavat.com-a narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat verib. Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1098 cinayət faktı aşkarlanmışdır. Onlardan 316-sı narkotik vasitələrin qanunsuz satışı, 782-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması ilə bağlı olmuşdur. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 831 kq 021,607 qr narkotik vasitələrin və psixotrop maddələrin 86 kq 213,9 qr-nı heroin, 681 kq 712,79 qr-nı marixuana, 16 kq 104,876 qr-nı tiryək, 22 kq 833,55 qr-nı həşiş, 23 kq 078,491 qr-nı psixotrop maddələr, 1 kq 078,255 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 690 ədəd həb metadon, 69,2 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür. Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 29 fakt aşkar edilmiş həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 422 kq 862,838 qr və 690 ədəd həb metadon müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır. Ümumilikdə, aşkar edilmiş cinayətlərin 27-si qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 187 kq 290,6 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. 109 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 133 kq 013,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. Təhlil göstərir ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 36, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 6, digər növ cinayət faktların sayı 8, qrup halında olan cinayətlərin sayı 5 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 170 nəfər azalmışdır. Aşkar edilən ümumi faktların sayı 48 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 2 fakt, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların cayı 98 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 156 kq 261,318 qr artmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasənhesabat dövründə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 6847 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 162 nəfərdən 124 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 1 ay ərzində İİV-ə 108 nəfər yoluxmuşdur. Onlardan 106 nəfəri Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 8 nəfəri (7,5%-i) İnyekson Narkotik İstifadəçiləri olmuşdur. “802” qaynar xətt telefon zəng xidmətinə 44 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 14-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 17-si narkotik asılılıqdan müalicə, 13-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 31 məktub ünvanlanmışdır. Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir. |
1,046,025 | 19.02.2024 12:26 | Astrologiya | Qışın sonunda inanılmaz sürprizlə qarşılaşacaqlar – 3 bürc üçün ŞAD XƏBƏR | Qarşıdakı həftələrin ulduz falı sizə bürclərdən hansının qışın sonunda dönüş nöqtəsi yaşayacağını və gözlənilməz, lakin çox xoş bir sürprizlə qarşılaşacağınızı söyləyəcək... Bu bürclər üçün qışın sonunda sürprizlər gözlənilir: Əkizlər İtkin acısını yaşamış sizlər üçün ulduzlar yenilənmə dövrü hazırlayıb. Keçmiş eşqinizlə barışmağın açarı özünü təhlildə və etdiyiniz səhvləri başa düşməkdədir. İstənilən bölmədə məsuliyyətin paylaşıldığını qəbul etmək vacibdir. Bu həqiqət birləşdirildikdən sonra dialoq bərpa oluna bilər və bu, həqiqi barışığa yol açır. Kainat sağalma prosesini asanlaşdırmaq üçün sizin xeyrinizə işləyəcək. Bu yola təvazökarlıqla və açıq fikirlə daxil olun, qəlb bağlarını islah etməyə və yeniləməyə hazır olun. Özünüzü bağışlamaq və yenidən kəşf etmək bacarığınız sizin gücünüz olacaq. Xərçəng Son vaxtlar bir çox şübhələr sizi əzablandırır. Qərarsızlığınız hiss olunur və irəliyə doğru ən yaxşı yolu seçmək çox vaxt keçilməz bir iş kimi hiss olunur. Bu tərəddüd bəzən həyatınızı dayandırmağınıza səbəb olur və bu vəziyyət ağrılı ola bilər. Bununla belə, üfüqdə bir möhlət görünür. Tezliklə tale sizə müdrik qərarlar qəbul etmək üçün güc verəcək. Bu yeni əzmlə silahlanaraq, layihələrinizi inamla həyata keçirə bilərsiniz. Buna nail olmaq üçün intuisiyanızı dinləməyə diqqət edin və etibar etdiyiniz insanlardan məsləhət almaqdan çəkinməyin. İstəklərinizi həyata keçirmək üçün bu keçid dövründə cəsarət sizin ən yaxşı müttəfiqiniz olacaq. Şir Xəyallarınıza çatmaq üçün sarsılmaz əzminizlə tanınırsınız. Uğur, şöhrət və bolluq varlığınızın hərəkətverici qüvvələridir. Sizin müstəsna fədakarlığınız indi sizin səylərinizi tanımağa hazır olan rəhbərlərinizin nəzərindən qaçmadı. Sizi layiqli bir mükafat gözləyir, bəlkə də avtomobil kimi əhəmiyyətli bir hədiyyə şəklində. Bu jest təkcə zəhmətinizin tanınmasını deyil, həm də mükəmməlliyə gedən yolda davam etməyə dəvəti simvollaşdırır. Bu qələbədən həzz alın, lakin böyümə və şəxsi inkişaf üçün yeni imkanlara hazır olun. (lent.az) |
1,046,026 | 19.02.2024 10:25 | Dünya | Baydenin əsas uğuru Trampı Ağ Evdən çıxarması olub | ABŞ prezidenti Co Bayden ən yaxşı Amerika liderləri reytinqində 14-cü yeri tutub, lakin o, bu pilləni sələfi Donald Trampa borcludur. Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Prezidentlər Günü sorğusuna əsasən, Baydenin aşağı reytinqi nəzərə alınmaqla ən böyük nailiyyəti sonuncu yerdə olan Trampı Ağ Evdən uzaqlaşdırmaq olub. Sorğunun müəllifləri Castin Von və Brendon deyiblər: "Baydenin ən mühüm nailiyyəti o ola bilər ki, o, prezidentliyi Trampdan xilas edib, daha ənənəvi rəhbərlik tərzini bərpa edib və həmin postun payızda sələfinin əlinə keçməsinin qarşısını almağa hazırlaşır". Nəşr qeyd edib ki, siyahıya, həmişə olduğu kimi, Avraam Linkoln, Franklin Ruzvelt, Corc Vaşinqton, Teodor Ruzvelt və Tomas Cefferson başçılıq edir, çünki partiya mənsubiyyətindən və şəxsi baxışlarından asılı olmayaraq tarixçilər, ümumiyyətlə, bir çoxlarının fəaliyyəti ilə bağlı oxşar fikirləri bölüşürlər. Musavat.com |
1,046,027 | 19.02.2024 11:11 | Şou-biznes | Məşhur azərbaycanlı sənətçinin rayondakı LÜKS VİLLASI: Qalaya bənzəyir - VİDEO | Sevilən gənc xanəndə, güclü səs sahibi Mirələm Mirələmovun Şamaxıdakı evi kameralara tuş gəlib. Musavat.com Titul.az-a istinadən Mirələmin valideynlərinin yaşadığı həmin lüks villadan görüntüləri təqdim edir: Qeyd edək ki, son illərin ən tələbatlı, ən arzulanan sənətçilərindən biri olan Mirələm Mirələmov ifası ilə yanaşı, xarakteri ilə də böyük hörmət qazanıb. |
1,046,028 | 19.02.2024 11:21 | Dünya | BƏƏ bankları Rusiya şirkətlərinə xidməti dayandırdı | Çin və Türkiyə banklarının ardınca Birləşmiş Ərəb Əmirliklərinin böyük bankları da Rusiyadan olan müştərilərlə işləmək üçün məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Musavat.com xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti rusiyalı iş adamlarına, vergi və hüquq məsləhətçilərinə, həmçinin “Delovaya Rossiya”nın nümayəndələrinə istinadən yazır. BƏƏ bankları Rusiyadan pul qəbulunu və rusiyalı müştərilərə ödəniş göndərməyi dayandırıb. Bundan əlavə, kredit təşkilatları sahibləri Rusiya vətəndaşı olan şirkətlərin hesablarını bağlayır. İş adamlarının sözlərinə görə, BƏƏ bankları ilə bağlı problemlər ABŞ prezidenti Co Baydenin 2023-cü ilin dekabrında ikinci dərəcəli sanksiyalarla bağlı fərman verməsindən xeyli əvvəl başlayıb. Ruslar 2023-cü il ərzində çətinliklər yaşayıblar, lakin sentyabr ayından etibarən problemlər daha da böyüyüb. Hazırda Rusiya şirkətlərinin BƏƏ banklarında hesab açması demək olar ki, mümkün deyil. Musavat.com |
1,046,029 | 19.02.2024 11:42 | İqtisadiyyat | Qazaxıstan ölkəyə ərzaqlıq yumurta idxalını qadağan edir | Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi may ayından 6 ay müddətinə respublikaya avtomobil yolu ilə toyuq yumurtasının idxalına qadağa qoyulması barədə qərar qəbul edib. İdarə tərəfindən müvafiq sərəncam layihəsi “Açıq normativ hüquqi aktlar” portalında yerləşdirilib. “Avrasiya İqtisadi İttifaqının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodu: 040721 olan təzə toyuq yumurtasının Qazaxıstan Respublikasının ərazisinə avtomobil yolu ilə Avrasiya İqtisadi İttifaqı ölkələri və digər ölkələrdən idxalına altı ay müddətinə qadağa qoyulsun”. Sərəncam mayın 1-dən qüvvəyə minir. Sənədin izahat hissəsində qeyd olunur ki, Qazaxıstanın daxili bazarında toyuq yumurtasına olan tələbatın 98 faizini yerli istehsalçılar təmin edir. Qazaxıstanın "APK News" nəşrinin məlumatına görə, bundan əvvəl Qazaxıstan Quşçular İttifaqı Rusiyadan Qazaxıstanın sərhədyanı rayonlarına qaçaqmal yumurta axını ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyini toyuq yumurtasının idxalına qadağa tətbiq etməyə çağırıb. Musavat.com |
1,046,030 | 19.02.2024 11:25 | Səhiyyə | “Peyvənd qızılcaya qarşı güclü immunitet yaradır” | - Nigar xanım, ilk öncə kəskin respirator virus infeksiyaları haqqında məlumat verərdiniz… - Kəskin respirator virus infeksiyaları (KRVİ) – kəskin yoluxucu virus xəstəliklərini özündə birləşdirir. Bu xəstəliklər zamanı əsasən yuxarı tənəffüs yollarının selikli qişası zədələnir. Kəskin respirator virus infeksiyalarının törədiciləri çox saylı viruslardır (qrip, paraqrip, adenovirus, respirator sinsitial, rinovirus, reovirus və s). KRVİ öz-özlüyündə o qədər də təhlükəli deyil. Təhlükəli sayılan onun ağırlaşmalıdır. Ağrlaşmalara bronxit, sətəlcəm, otit, angina aiddir. Kəskin respirator virus infeksiyaları əsasən hava-damcı yolu ilə yayılır. Lakin oyuncaqlar, əmzik, qulluq əşyaları vasitəsilə də yayıla bilər. Onu da qeyd etmək lazımdır ki, bu viruslar xarici mühitdə çox davamsızdır. Onlar otaq temperaturunda və günəş şüalarının təsirindən bir neçə saata məhv olurlar. Bu xəstəlik əsasən tənəffüs yollarına təsir edir. - KRVİ-nın əlamətləri hansılardır? - Kəskin respirator virus infeksiyasının əlamətləri hərarətin yüksəlməsi ilə başlayır. Uşaqda halsızlıq, əzələ və oynaq ağrıları, yuxu pozğunluğu, kataral əlamətlər, boğaz ağrısı, burun tutqunluğu və ya burun axması da ola bilər. Kəskin respirator virus infeksiyası çox hallarda öskürək və zökəmlə müşayiət olunur. Əgər virus mədə-bağırsaq sistemini də zədələyirsə, bu zaman qusma, ishal, qarında ağrı kimi əlamətlər qeyd olunur. Adətən KRVİ başladığı gündən etibarən 7-10 gündən sonra keçib gedir. - Kəskin respirator virus infeksiyalarının müalicəsi və profilaktikası necə aparılır? - Kəskin respirator virus xəstəliyi ilə yoluxan uşağın ictimai yerlərdə olması tövsiyyə edilmir. Xəstələrlə təmas mümkün qədər məhdudlaşdırılmalıdır. Bol maye verilməli, qaldığı otağın havası tez-tez dəyişdirilməlidir. KRVİ-dən qorunmağın güclü üsullarından biri də əllərinizin düzgün yumasıdır. Uşağa tərkibində vitamin və minerallarla zəngin olan qidalar verilməlidir. Valideynlərin nəzərinə çatdırmaq istərdik ki, virus xəstəlikləri zamanı övladlarını vaxtında pediatrın müayinəsinə aparsınlar ki, xəstəlik fəsadlaşmasın. Çünki profilaktika uşaqların sağlam gələcəyi üçün çox önəmlidir. - Doktor, istərdik ki, qızılca xəstəliyi haqqında da ümumi məlumat verərdiniz... - Qızılca hava-damcı yolu ilə yayılan və insandan-insana keçən virusdur. Qızılcaya əsasən uşaqlar yoluxur, lakin digər yaş qruplarından olan insanlar da bu virusa yoluxa bilər. Xəstə insan asqırdıqda, öskürdükdə və ya digər sağlam şəxslə fiziki təmasda olduqda xəstəliyin bir insandan digərinə ötürülməsi baş verə bilər. Sağlam insan qızılcaya yoluxmuş insanın istifadə etdiyi əşyalarla təmas edərsə və yaxud xəstəyə qulluq zamanı virus əllər vasitəsilə həmin şəxsə keçə bilər. Buna görə də, xəstə insana qulluqdan sonra əllər sabunla yuyulmalıdır. Qızılca xəstəliyinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır. Bu xəstəliyin inkubasiya dövrü 7-14 gün təşkil edir. - Qızılcanın əlamətləri hansılardır? - Xəstəlik soyuqdəymə əlamətləri ilə başlayır. Qızdırma, intoksikasiya, səpkilərlə xarakterizə olunur. Lakin xəstəlik gedişatına görə digər səpkili infeksiyalardan fərqlənir. Əsas əlamətlərdən biri səpkilərin mərhələli olmasıdır. Qızılcanın başlanğıc əlamətləri - burun axması, asqırma, öskürmə, yüksək hərarət, yuxululuq, boğaz ağrısı, ağzın selikli qişasında boz ləkələr, konyunktivit (qırmızı gözlər), işığa qarşı həssaslığın artmasıdır. Xəstəliyin 4-7-ci günləri arası səpgilər başlayır və mərhələlərlə olur. Səpkilər əvvəlcə üzdə, alında, qulaq və boyun arxasında başlayır, sonra bədənə, növbəti günlər isə qola və ayaqlara yayılır. Adətən dəridə qırmızı rəngdə, yüngül qabarıq olur. 50% xəstələrdə səpkilər ovcun içində və ayaq altında da görünür. Səpkilər 3-4 gün davam edir və ortaya çıxdığı yerdən başlayaraq təqribi 7 gün müddətində solmağa, tündləşməyə, qabıqlanmağa başlayır və tədricən keçirlər. - Qızılcadan necə qorunmaq olar? - Qızılca xəstəliyinə ancaq həkim dəqiq diaqnoz qoya bilər. Sağalana qədər uşaq həkim nəzarətində olmalıdır. Ağırlaşmalar baş verərsə, uşağı mütləq xəstəxana şəraitində müalicə etmək lazımdır. Yəni, bütün hallarda həkimə müraciət etmək ona görə vacibdir ki, ağırlaşmalar vaxtında müəyyənləşsin. Qızılcadan qorunmağın ən yaxşı və təhlükəsiz yolu xəstəliyə qarşı vaxtında peyvənd olunmaqdır. Qeyd edək ki, peyvəndlənmənin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkil edib. Peyvənd qızılcaya qarşı güclü immunitet yaradır və yoluxma riskini aradan qaldırır. Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar. Valideynlərə üzümüzü tutub demək istəyirik ki, övladlarınızı peyvəndlərdən yayındırmayın. Onların sağlamlığı və gələcəyi sizin əllərinizdədir! |
1,046,031 | 19.02.2024 12:05 | Siyasət | Baş nazir: Finlandiyada ABŞ-nin nüvə silahlarını yerləşdirməyə ehtiyac yoxdur | Finlandiya ABŞ-nin nüvə arsenalını öz ərazisində yerləşdirməyə ehtiyac görmür. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Finlandiya NATO çərçivəsində vəzifələrini yerinə yetirməyə hazırlaşır və artıq adi silahlardan istifadə etməklə alyansa qarşı potensial təhlükələrin qarşısının alınmasında iştirak edir: “Amma ABŞ-nin nüvə silahlarının Finlandiyada yerləşdirilməsinə ehtiyac yoxdur, çünki NATO nüvə silahlarından istifadən çəkinməyi təmin edir. Nüvə silahları alyansın bir neçə ölkəsində yerləşdirilib və bu kifayətdir”. |
1,046,033 | 19.02.2024 11:32 | Ölkə | Xalq yazıçısı süni tənəffüs aparatına qoşuldu | Xalq yazıçısı Mövlud Süleymanlının ümumi vəziyyəti ağırdır. Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. Qeyd edilib ki, o, süni tənəffüs aparatına qoşulub, huşsuz vəziyyətdədir. "Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika qeyd olunur", - deyə əlavə edilib. Qeyd edək ki, Mövlud Süleymanlı fevralın 15-də insult keçirib və həmin gün Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. |
1,046,034 | 19.02.2024 11:53 | Kriminal | Politoloqa ağır cəza – 10 il azadlıqdan məhrum edildi | Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrayıl Fərzəliyevə hökm oxunub. Hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə Cəbrayıl Fərzəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Musavat.com xəbər verir ki, müttəhim “Paşa Bank”dan müxtəlif işlər görmək adı ilə ümumilikdə 527 min manat kredit alıb. Gənclər Birliyinin üzvü olan Cəbrayıl Fərzəliyev “Paşa Bank”dan pulu “Gənclər Fondu”ndan müxtəlif işlər görmək adı ilə götürüb və mənimsəyib. 1990-cı il təvəllüdlü Cəbrayıl Fərzəliyev hazırda həbsdədir. Ona külli miqdarda mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına görə cinayət məsuliyyəti nəzərdə tutan maddələrlə ittiham irəli sürülüb. O, saxlandığı Bakı İstintaq Təcridxanasında bir neçə dəfə intihara cəhd göstərib. Bu səbəbdən məhkəmədə vəkili onun psixiatrik ekspertizadan keçirilməsi üçün vəsatətlə çıxış etmişdi. Hakimlər istintaq dövründə Cəbrayıl Fərzəliyevin ekspertizadan keçirildiyini bildirməklə vəsatəti təmin etməmişdilər. Cinayət işinin materiallarından məlum olur ki, ittihamda göstərilən 527 min manatın 342 minlik hissəsinin “Paşa Bank”dan götürüldüyü iddia edilir. Cəbrayıl Fərzəliyevin adına həm də bir neçə şirkət olub. İttihama əsasən, o, həmin şirkətlərdən biri olan “Universal” MMC-yə avadanlıqların alınması, dövriyyəsinin artırılması və s. adlarla müxtəlif vaxtlarda bankdan kreditlər götürüb və qaytarmayıb. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində (BMAM) sədrin beynəlxalq əlaqələr üzrə müşaviri kimi fəaliyyət göstərən Cəbrayıl Fərzəliyev həmçinin bir sıra başqa təşkilatlarda da təmsil olunub. O, Gənclər Fondu ilə müəyyən layihələr həyata keçirmək üçün qrant müqavilələri bağlayıb. Onların arasında “Qayıdışın izi ilə” adlı filmin hazırlanması da daxil olmaqla müxtəlif işlərin görülməsi olub. Cinayət işinin materiallarında iddia olunur ki, Cəbrayıl Fərzəliyev “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin üzvü Nail Şükürovun adından sənədləri imzalayıb, ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib və s. Məhkəmədə hakimin “özünüzü təqsirli bilirsinizmi, yoxsa yox?” sualına Fərzəliyev öncə cavab vermək istəməyib. Daha sonra isə “xeyr” cavabını verib. Zərərçəkmiş qismində isə həm “Paşa Bank”, həm də Gənclər Fondu tanınıb. Məlumata görə, Cəbrayıl Fərzəliyev istintaq dövründə dəymiş ziyanın - 527 min manatın bir hissəsini ödəyib. Cəbrayıl Fərzəliyev YAP-ın rəsmi saytına tez-tez müsahibələr verib. Politoloq olaraq ölkədəki prosesləri şərh edib. E.MƏMMƏDƏLİYEV,Musavat.com |
1,046,035 | 19.02.2024 13:28 | Rəsmi | İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib FOTO | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib. Sonra xatirə şəkli çəkdirilib. Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb. *** Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib. Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. |
1,046,036 | 19.02.2024 12:15 | Dünya | Almaniya Kansleri Hanaudakı terror aktının ildönümü ilə bağlı paylaşım edib | Almaniya Kansleri Olaf Şolts dörd il əvvəl Hanau şəhərində dördü Türkiyə əsilli olmaqla irqçi terror aktının qurbanı olan doqquz nəfərlə bağlı paylaşım edib. "Report" xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb. Almaniya Kansleri "Onların adını de" (Say their names) həştəqi ilə terror qurbanlarının xatirəsini yad edib. Qeyd edək ki, 2020-ci il fevralın 19-da irqçi terror aktı nəticəsində Fatih Saraçoğlu, Gökhan Gültəkin, Sedat Gürbüz, Ferhat Unvar, Said Nesar Haşemi, Mercedes Kierpacz, Hamza Kurtoviç, Vili Viorel Paun, Kaloyan Velkov həyatını itirib. |
1,046,037 | 19.02.2024 12:39 | Ölkə | Bakıda bu ünvanda binalar söküləcək - Sakinlərə 500 AZN kirayə pulu və mənzillər veriləcək | Bakıda daha bir ərazidə binaların söküntüsünə başlanılacaq. Musavat.com baku.ws-ə istinadən bildirir ki, paytaxtın Nizami rayonu, "Qara Qarayev" metro stansiyasının ətrafındakı qəzalı vəziyyətdə olan ikimərtəbəli binalar da plana düşüb. Həyata keçiriləcək pilot layihə nəticəsində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binalar söküldükdən sonra yerində hündürmərtəbəli binaların inşa olunacaq. Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlara başlayıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunur. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar. İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kavdratından asılı olaraq sakinlər 400-500 manat arasında kirayə pulu alacaqlar. Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq. Digər rayonlarda bəzi vətəndaşların həddən artıq kompensasiya tələbi tikinti işlərinin yarıda qalması ilə nəticələnb. Buna görə, pilot layihənn icra edilməsi üçün 100 faiz sakinlərlə razılıq əldə olunması gərəkdir. |
1,046,038 | 19.02.2024 11:51 | Dünya | Navalnının ölümünün əks-sədası davam edir | Rusiya Federasiyasının müxtəlif regionlarında koloniyada vəfat edən Aleksey Navalnının tərəfdarları müxalifətçinin xatirəsinə mitinqlər təşkil etməyə davam ediblər. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Moskvadakı səfiri Lin Treysi və Böyük Britaniya səfiri Naycel Keysi, Aİ-nin Rusiyadakı səfiri Roland Qalaraq Moskvada, Lubyankada siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyublar. Xatırladaq ki, Aleksey Navalnının Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı “Qütb canavarı” islah koloniyasında ölməsi barədə fevralın 16-da Federal Penitensiar Xidmət (FSIN) məlumat yayıb. Məlumata görə, müxalif siyasətçi gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Müxalifətlə əlaqəli media nümayəndələri Rusiyanın 36 şəhərində Navalnının xatirəsinə keçirilən mitinqlərdə 400-dən çox adamın saxlanıldığını bildiriblər. Saxlanılanlar “mitinqin təşkili və ya keçirilməsinin müəyyən edilmiş qaydasını pozma” və “Polis əməkdaşının qanuni əmrinə tabe olmama” maddələri ilə ittiham olunurlar. Onları 50 min rubla qədər cərimə və 15 sutkalıq inzibati həbs cəzası gözləyir. Eyni zamanda, nə mətbuatda, nə də DİN-in saytlarında saxlanılan və azadlığa buraxılan vətəndaşların sayı barədə məlumat yoxdur. Navalnının həm tərəfdarları, həm də əleyhdarları müxalifət liderinin dul arvadı Yuliya Navalnayanın Rusiyaya gəlib-gəlməyəcəyi və ərinin yaratdığı strukturlarda hər hansı rol oynayıb-oynamayacağı ilə maraqlanırlar. O, artıq Münxen Təhlükəsizlik Konfransında çıxış edərək ərinin başına gələnlərə görə məsuliyyəti Rusiya hakimiyyətinin üzərinə qoyub. Oxşar bəyanatlar Rusiyanın qeyri-dost hesab etdiyi bir sıra ölkələrin rəhbərləri tərəfindən də səslənib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva Qərb siyasətçilərinin Navalnının ölümü ilə bağlı bəyanatlarını quduz və qəbuledilməz hesab edir, çünki dəqiq məlumat, həkimlərin və məhkəmə ekspertlərinin açıqlamaları yoxdur. Musavat.com |
1,046,039 | 19.02.2024 12:11 | Yaxın tarix | “Biz partiyanın qurultaylarında teatr göstərmirik...” – Xruşovla Bulqaninin saray davası | 1961-ci ilə qədər SSRİ-də Kommunist Partiyasının böyük siyasi tədbirləri, o cümlədən qurultaylar Böyük Teatrda və İttifaqlar Evində keçirilib. Ölkədə vahid və hakim partiyanın ali tədbirlərinin keçirilməsi üçün ayrıca bir binanın olmaması hələ 1920-ci illərin əvvəllərindən müzakirə edilib. Ancaq fərqli səbəblərdən bu məsələnin həlli hər dəfə təxirə düşüb. Nəhayət, Nikita Xruşovun hakimiyyəti dövründə kommunistlər üçün yeni sarayın inşası yenidən gündəmə gəlib. 1958-ci ilin yanvar ayında Xruşov Nazirlər Sovetinin iclasında ölkə kommunistləri adından müraciət səsləndirib: - Mən Kommunist Partiyasının lideri kimi Nazirlər Sovetinə tövsiyə edirəm ki, kommunistlər üçün ayrıca bir saray tikilsin. Nəyə görə biz öz siyasi tədbirlərimizi, qurultayları teatr binasında keçirməliyik? Axı biz bu qurultaylarda teatr göstərmirik, ölkəmizin müqəddəratını həll edirik. Bu məsələ ilə bağlı mənim bir neçə dəfə Bulqaninlə söhbətim də olub. Mən hələ də anlaya bilmirəm, Bulqanin aktyordur, yoxsa kommunist? Nazirlər Soveti hər şeyə pul tapır, yeni teatr və kinoteatrların inşasına pul ayırır, amma partiyamızın fəaliyyəti üçün şərait yaratmaq istəmir. Cavab verin, yoldaş Bulqanin. Kommunizmin qurucuları kimlərdir, məzhəkə göstərən aktyorlar, yoxsa kommunistlər? Bəlkə bundan sonra fəaliyyətinizi teatrda davam etdirəsiniz? Bulqanin Xruşovun sualını cavabsız qoymayıb: - Nikita Sergeyeviç, mən aktyor deyiləm, kommunistəm. Sarayın tikintisi isə nəzərdə tutulub. Hələ ki, buna vəsait yoxdur. Xruşov əlini yelləyərək Bulqaninə əyləşməyi işarə edib: - Mən vəsait tapacam və bununla da sübut edəcəyəm ki, siz yerinizdə deyilsiniz. Qeyd edək ki, həmin ərəfədə Bulqanin SSRİ Nazirlər Sovetinin sədri olub. Bu iclasdan təxminən bir il sonra, 1959-cu ildə, artıq Xruşov həm partiyanın lideri, həm də Nazirlər Sovetinin sədri olanda məsələ öz həllini tapıb. Mərkəzi Komitənin geniş tərkibli iclasında Xruşov kommunistlər üçün sarayın inşası ilə bağlı müvafiq qurumlara konkret tapşırıqlar verib. Əvvəlcə yeni sarayın hansı ərazidə tikiləcəyi haqqında müzakirələr başlanıb. Fikirlər müxtəlif olsa da, sonda Xruşovun təklifi qəbul olunub: saray Kremlin ərazisində tikilməlidir. Bəzi memarlar, inşaatçılar, tarixçilər yeni müasir binanın Kremlin arxitektura ansamblına uyğun gəlmədiyini izah etsələr də, təklif qüvvəsində qalıb. Yeni sarayın layihələndirilməsi və tikintisi həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədr müavini, Dövlət Plan Komitəsinin sədri Aleksey Kosıginə həvalə edilib. Amma təbii ki, “əsrin tikintisi” adını alan sarayın inşasına birbaşa Xruşov nəzarət edib və əvvəlcədən də onun təşəbbüsü ilə saraya Qurultaylar sarayı adının verilməsi planlaşdırılıb. Onu da qeyd edək ki, bu ideya Xruşovda 1958-ci ildə Çinə ikinci səfərindən sonra yaranıb. Belə ki, sovet lideri Ümumçin Xalq Nümayəndələri toplantıları üçün nəzərdə tutulmuş 10 min nəfərlik tutumu olan zalı gördükdən sonra öz qərarını qətiləşdirib. Sarayın tikilməsi ilə bağlı yaradılmış xüsusi komissiyaya 12 layihə təqdim olunub. Ciddi araşdırmalardan sonra Mixail Posoxinin rəhbərlik etdiyi qrup qalib olub. 22 il Moskva şəhərinin baş memarı olan Posoxin həm də SSRİ rəhbərlərinin bağ evlərinin “müəllifi” kimi də məşhur olub. Əvvəlcədən çox da böyük olmayan bir sarayın tikintisi nəzərdə tutulsa da, sonradan layihə böyüyüb. Belə ki, 4 min nəfərlik əsas zal Xruşovun tələbi ilə dəyişdirilərək 6 min nəfərliyə çevrilib. Bundan əlavə, layihədə kiçik zal və diplomatlar zalı da nəzərdə tutulub. Müzakirələr zamanı bu sarayda partiya tədbirləri ilə yanaşı, teatr və konsertlərin keçiriləcəyi də nəzərə alınaraq bir neçə səhnənin quraşdırılması da layihəyə salınıb. Xruşovun təklifi ilə sarayda böyük ziyafət zalı da tikinti işlərinə əlavə olunub. Restoran, kafe, tibb məntəqəsi, qarderoblar, xüsusi görüşlər üçün qonaq otaqları, sanitar qovşaqlar, administrasiyanın kabinetləri və digər xidməti otaqlar kifayət qədər böyük bir kompleksin layihəsinə çevrilib. Bunlarla yanaşı, saray üçün ayrıca istilik, ventilyasiya, su, kanalizasiya, elektrik, rabitə sistemi də layihəyədə öz əksini tapıb.Sarayın texniki avadanlıqlarla təchiz olunması da xüsusi diqqət mərkəzində olub. Eyni vaxtda 12 dilə tərcümə edə biləcək xüsusi avandanlıqların zallara quraşdırılması da nəzərdə tutulub. Beləliklə, layihə təsdiq olunub. Xruşov olduqca böyük həcmli bu işin icrasına 16 ay vaxt verib. 1961-ci ilin yazında partiyanın 22-ci qurultayının bu sarayda keçirilməsi nəzərdə tutulub. Tikinti işləri 3 növbədə aparılıb. Xruşov mütəmadi olaraq tikinti meydançasında görünüb. İşlərin gedişində maliyyə problemi ilə üzləşmə olmayıb. 22-ci qurultayın 1961-ci ilin yazından payızına keçirilməsi inşaatçılara bir az da vaxt verib. İşlər planlı şəkildə yekunlaşıb. Sarayın açılışı 17 oktyabr 1961-ci ildə olub. Partiyanın 22-ci qurultayının başlanması ilə Kremlin Qurultaylar sarayı ilk qonaqlarını qəbul edib. Yeni sarayda keçirilən ilk ali siyasi tədbirdə ən yaddaqalan hadisə isə İosif Stalinin nəşinin mavzoleydən çıxarılması ilə bağlı qəbul edilmiş qərar olub. Xruşov kommunistlər üçün saray tikməyə nail olsa da, bu sarayın dəhlizlərində çox da gəzə bilməyib. Üç il sonra, 1964-cü ilin oktyabr ayında Mərkəzi Komitənin plenumunda onu elə bu saraydan birdəfəlik yola salıblar... İlham Cəmiloğlu, Musavat.com |
1,046,040 | 19.02.2024 12:50 | Şou-biznes | Azərbaycanlı müğənni iş adamına ƏRƏ GEDİR - VİDEO | Müğənni Mehriban ikinci dəfə ərə getməyə hazırlaşır. Bunu Tarix Əliyevin (Tolik) verilişində qonaq olan aşıq Mübariz bildirib. Eyni verilişdə qonaq qismində iştirak edən Mehriban Mübarizin sözünü təsdiqləyib. O, bir iş adamı ilə ailə qurmağa hazırlaşdığını sözlərinə əlavə edib. Bunu eşidən Tolik təəccübünü "Zarafat edirsən?", - deyərək bildirib. Qeyd edək ki, bu, Mehribanın ikinci ailə həyatıdır. İfaçı açıqlamalarının birində ilk həyat yoldaşının narkotik aludəçisi olduğundan onunla münasibətlərə son qoymaq məcburiyyətində qaldığını bildirmişdi. Açıqlama daha ətraflı videoda: Titul.az |
1,046,041 | 19.02.2024 13:01 | Hadisə | Bakıda qəribə qəza - VİDEO | Bakıda qəribə yol-nəqliyyat hadisəsi baş verib. Bakıxanov qəsəbəsində zəncirvari qəza baş verib. Maşın buksirlənmiş iki avtomobili əzib. Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik: milli.az |
1,046,042 | 19.02.2024 13:10 | Region | İrandan Zəngəzurla bağlı məkrli təklif - Abramyan açıqladı | İranda Zəngəzuru Qarabağla eyni müstəvidə hesab edənlər az deyil. Təsadüfi deyil ki, Qarabağın Azərbaycanın nəzarətində olması da Tehranda İranın maraqlarına böyük zərər kimi qəbul edilir. Bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib. “Ermənistan, xüsusilə də Zəngəzur ətrafında yaranmış vəziyyət (böhtandır - red.) İranı çox narahat edir. İranlılar bu riskləri (qondarma iddia - red.) neytrallaşdırmaq üçün Ermənistanla müxtəlif formatlarda, ilk növbədə hərbi sahədə dərin əməkdaşlığa hazırdırlar”, - deputat bildirib. Abramyanın iddiasına görə, İranın müxtəlif dairələri ilə bu mövzular barədə ətraflı müzakirələr aparıb. “Hraparak” qəzeti bundan əvvəl İran Prezidenti İbrahim Rəisinin Ermənistana Zəngəzurda hərbi bazanın yerləşdirilməsini təklif etdiyini yazmışdı./Teleqraf.com |
1,046,043 | 19.02.2024 13:33 | Son xəbər | Prezident Ankarada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib FOTO | Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Musavat.com-un məlumatına görə, dövləti başçısı Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi. Qeyd edək ki, ərazisi təxminən 10 min kvadratmetr olan Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri görülüb. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. Parkın girişində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr var. Bu istirahət məkanındakı şərait - mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin zövqlərinə uyğun istirahət etmələri üçün imkanlar yaradır. Heydər Əliyev Parkında 1200 nəfərlik amfiteatr fəaliyyət göstərir ki, burada müxtəlif bədii-kütləvi tədbirlər və konsertlər təşkil olunur. Parkın ərazisində tikilən “Buta” Azərbaycanı Təbliğ Evi milli mədəniyyətimizin qardaş ölkədə təbliğinə öz töhfəsini verir. *** Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Türkiyənin paytaxtı Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. |
1,046,044 | 19.02.2024 12:01 | Ölkə | Orxan Lökbatanlının maşınından GÖRÜN NƏ TAPILDI - Meyxanaçı BİABIR OLDU - VİDEO | Nanə Ağamalıyevanın aparıcısı olduğu verilişdə maraqlı hadisə yaşanıb. Musavat.com titul.az-a istinadən xəbər verir ki, canlı efir zamanı müxbir verilişin qonağı olan meyxanaçı Orxan Lökbatanlının telekanalın həyətində saxlanılan avtomobilinə daxil olub. Kameranın çəkdiyi canlı efir zamanı müxbir avtomobilin bir neçə yerində axtarış aparıb. Bu zaman birdən gözünə vərəqlər sataşıb. Müxbir həmin kağız parçalarına baxarkən bunların öncədən yazılıb, hazır saxlanılan qafiyə olduğunu görüb. Meyxana bədahətən deyilən bir sənətdir. Məhz meyxanaçı tamaşaçıların onu yalnış anlayacağını düşündüyü üçün öncədən yazılan bu qafiyələrin ona məxsus olmadığını bildirməyə çalışsa da inandıra bilməyib. Sözügedən hadisə və daha ətraflısı videoda: |
1,046,045 | 19.02.2024 13:20 | Dünya | Əfqanıstanda torpaq sürüşməsi nəticəsində azı 25 nəfər ölüb | Əfqanıstanın şərqində yerləşən Nuristan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı 25 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb. Bildirilib ki, ölənlərin əksəriyyəti qadın və uşaqlardır. Təbii fəlakət nəticəsində ümumilikdə 25-ə yaxın ev dağılıb, axtarış-xilasetmə işləri davam etdirilir. Xatırladaq ki, torpaq sürüşməsi fevralın 19-na keçən gecə baş verib. |
1,046,046 | 19.02.2024 12:06 | Dünya | “Şimal axını-2” ilə bağlı məxfi sirlər mediaya necə və niyə sızıb? - Araşdırma aparılır | Almaniya Baş Prokurorluğu “Şimal axını-2” qaz kəmərinin planlaşdırılması zamanı dövlət sirlərinin mümkün açıqlanması ilə bağlı araşdırmaya başlayıb. Musavat.com xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. 2018-ci ilin yanvar ayında “Stralsund” mədən idarəsi öz saytında qaz kəməri üçün planlaşdırma icazəsini dərc edib. Sənədin 556-cı səhifəsində Almaniya Müdafiə Nazirliyinin “gizli, yalnız rəsmi istifadə üçün” qrifli məxfi məlumatları olub. Almaniya Baş Prokurorluğu qeyd edib ki, bu, xüsusilə NATO sualtı qayıqlarının fəaliyyət göstərdiyi ərazilərə dair məlumatlardır. Məxfi məlumatların açıqlanmasına görə məsuliyyət daşıyanları 5 ilə qədər həbs gözləyir. Qeyd edək ki, “Şimal axını -2”-də baş verən diversiya aktının, qaz kəmərinin partladılmasının sifarişçilərinin və icraçılarının axtarışı davam edir. Rusiya tərəfi bu məsələdə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini ittiham edir. Ayrıca RF prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə Almaniyanı bu diversiya aktıyla bağlı susqunluqda qınayıb. Musavat.com |
1,046,047 | 19.02.2024 12:08 | Ölkə | Milli Məclisdə bələdiyyələrlə bağlı illik məruzə müzakirə edilir | Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunur. Musavat.com xəbər verir ki, məruzə parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasının gündəliyinə daxil edilib. Sənədi ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir. Qeyd olunub ki, ötən il bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri daim diqqət mərkəzində olub, dövlət büdcəsindən bələdiyyələrə dotasiya və subvensiya ayrılmaqla göstərilən maliyyə dəstəyinin məbləği artırılaraq ilk dəfə 7 milyon manatı ötüb. Azərbaycanın builki dövlət büdcəsində bu məqsəd üçün 8 milyon manatdan çox vəsait nəzərdə tutulub. Həmçinin bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirilmiş, vətəndaşların hüquqlarının təmin olunması məqsədilə dövlət başçısının sənədsiz tikililərin rəsmiləşdirilməsi barədə tapşırıqlarından, eləcə də bərpa olunan enerji mənbələrindən istifadə sahəsində böyük layihələrin həyata keçirilməsi ilə bağlı fəaliyyətdən irəli gələrək bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə keçirilmədən birbaşa bələdiyyə qərarı ilə ayrılmasını nəzərdə tutan istisna halların dairəsi genişləndirilib. |
1,046,048 | 19.02.2024 12:10 | Ölkə | Bakıda silahlı şəxslərə qarşı ƏMƏLİYYAT: Tutulanlar var - FOTO | Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 51 yaşlı Kamran Abuzərov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb. K.Abuzərov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq niyyəti ilə özündə saxladığını bildirib. Nəsimi rayon Polis İdasərinin 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 33 yaşlı Məmməd Vəliyev saxlanılıb. Ondan satmaq məqsədi ilə əldə etdiyi 1 kiloqram 950 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Eyni zamanda Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının son günlər keçirdiyi tədbirlər zamanı müxtəlif şəxslərdən ümumilikdə 2 ədəd “Kalaşnikov” avtomatı, 5 ədəd “Makarov” konstruksiyalı tapança, 60 ədəd patron, 7 ədəd patron darağı əməliyyat yolu ilə aşkar edilərək götürülüb. |
1,046,049 | 19.02.2024 12:20 | Hadisə | 6 yaşlı uşaq qızılcadan öldü | 05.02.2008-ci il təvəllüdlü Lənkəran rayon Veravul kənd sakini Qurbanlı Xədicə Bəbək qızı axşam 23:35 radələrində "Kəskin tənəffüz çatışmamazlığı, dəqiqləşdirilməmiş qıcolma tutmaları" diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub. Musavat.com xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, xəstənin vəziyyətinə uyğun olaraq dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Saat 23:55 radələrində ölüm faktı qeydə alınıb. Qeyd edək ki, xəstədə anadangəlmə kvadroplegiya, spastik tetraplegiya diaqnozları olub. |
1,046,050 | 19.02.2024 12:32 | Dünya | Rusiyada Puqaçova və Qalkinin qəsrini müsadirə etməyi planlaşdırırlar | Dövlət Duması Alla Puqaçova və Maksim Qalkinin qəsrini dövlətin xeyrinə müsadirə etməyi planlaşdırır. Musavat.com xəbər verir ki, “Shot Telegram” kanalı deputat Dmitri Qusevə istinadla hüquq-mühafizə orqanlarının əməkdaşlarından Rusiya ordusuna aid saxtakarlıqlara görə əmlakın müsadirə edilməsi haqqında yeni qanuna əsasən cütlüyün daşınmaz əmlakını yoxlamaq tələb olunduğ barədə məlumat yayıb. “Estrada ulduzları öz əməlləri ilə xalqın əleyhinə getdiklərini göstəriblər”. Bu səbəbdən belə sənətkarların artıq “xalq artisti” adlanmağa haqqı yoxdur, - deputat deyib və bildirib ki, bunları nəzərə alaraq, hakimiyyət, Puqaçova və Qalkinin Moskva vilayətindəki əmlakına həbs qoya bilər. Kanalın məlumatına görə, Qryaz kəndindəki qəsr Maksim Qalkinin adına qeydiyyatdan keçib və təxminən bir milyard rubl dəyərində qiymətləndirilir. Yanvarın sonunda deputat Yevgeni Fyodorov artıq sənətçi cütlüyün əmlakının müsadirəsini tövsiyə edib. O qeyd edib ki, məhkəmə müvafiq qərar çıxara bilər. Musavat.com |
1,046,051 | 19.02.2024 12:22 | İqtisadiyyat | “Çirkli pulların leqallaşdırılmasının qarşısını almaqla..." - iqtisadçı ekspert MONEYVAL-ın qiymətləndirməsindən danışdı | Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycanın 5-ci raund qarşılıqlı qiymətləndirmə hesabatını dərc edib. Hesabatda Avropa Şurasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə mübarizə orqanı MONEYVAL-ın Azərbaycanın Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən müəyyən edilmiş standartlarla uyğunluq səviyyəsinin hərtərəfli qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmə prosesinə 10 dövlət qurumunun, eləcə də özəl sektorun Cinayət yolu ilə Əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə ( bundan sonra ƏL / TMM) sahəsində 2015-2023- cü illəri əhatə edən fəaliyyəti nəzərdən keçirilib. Hesabatda ölkənin effektivlik göstəriciləri yüksək və uğurlu qiymətləndirilib. Azərbaycanda müvafiq qurumların terrorçuluğun maliyyələşdirilməsinə (TM) qarşı effektiv mübarizə apardığı qeyd olunub, eləcə də beynəlxalq əməkdaşlıq, digər ölkələrin maliyyə monitorinqi və hüquq-mühafizə orqanları ilə operativ məlumat mübadiləsi müsbət qiymətləndirilib. Ölkələr üçün yüksək məsuliyyətli proses olan MONEYVAL 5-ci raund qiymətləndirilməsi çərçivəsində qiymətləndirilmiş 29 ölkənin 9-u beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab vermədiyi üçün FATF-ın xüsusi monitorinqi rejiminə cəlb edilib və onlardan 6-sı (Bolqarıstan, Xorvatiya, Cəbəllütariq, Albaniya, Malta, Serbiya) bir il ərzində nöqsanları aradan qaldıra bilmədiyi üçün problemli ölkələrin “boz siyahı”sına daxil edilib. Azərbaycan isə müvafiq sahədə düzgün əlaqələndirmə və aparılan islahatlar nəticəsində bu ağır prosesdən uğurla keçərək beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab verən ölkələr sırasında yer alır. Azərbaycan Respublikası Auditorlar Palatası Şurası yanında Cinayət yolu ilə Əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə ( bundan sonra ƏL TMM) komitəsinin yeni sədri (iqtisadçı ekspert) Elçin Qurbanov Musavat.com-a açıqlamasında Avropa Şurasının MONEYVAL Komitəsinin bu dəyərləndirməsini müsbət hal kimi qiymətləndirib. O həmçinin qeyd edib ki, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi yalnız beynəlxalq reytinq üçün deyil, özümüz üçün daha çox lazımdır. “ƏL TMM haqqında qanunvericiliyin təkmilləşdirilməsi, qanunun tətbiq dairəsinin genişləndirilməsi , dövrün tələblərinə daha müfəssəl şəkildə uyğunlaşdırılması, hüquqi-siyasi diskriminasiya hallarının aradan qaldırılması və məqsədə çatmaq üçün münasibətlərin müfəssəl şəkildə hüquqi nizama salınması işi bu gün də öz həllini gözləyən məsələdir. İqtisadi nəticələrə köklənən fəaliyyətlərin sferası genişləndikcə həm qanunvericiliyin , həm də icra mexanizminin təkmilləşdirilməsinə zərurət yaranır. Lakin problemin daimi işə çevrilməsi ilə həll edilməsi arasında çox böyük fərqlər var”, - deyə Elçin Qurbanov bildirib. İqtisadçı ekspert xatırladıb ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında Azərbaycan Respublikası Qanunun tətbiq subyekti dairəsi monitorinq olunmalı əməliyyatların subyektlərini özündə ətraflı ehtiva edir: “Təcrübə göstərir ki, çirkli pulların leqallaşdırılması ilə mübarizə aparmaq üçün yalnız əmlakın əldə edilməsi ilə deyil, həm də həmin əmlakdan istifadə imkanları ilə mübarizə aparmaq lazımdır. ƏL TMM məqsədləri üçün mən hansısa gömrük orqanı əməkdaşının xarici ölkədən qayıdan vətəndaşımızın öz övladı üçün gətirdiyi oyuncağa görə izahat almağının deyil, rüşvət alan məmurun əldə etdiyi qanunsuz gəlirin ( əmlakın) təhlükəliliyini, sosial iqtisadi inkişafa nə qədər mənfi təsir göstərdiyini, əsas diqqət yönəldilməli problem olduğunu, qarşısının alınması yollarını diqqətə çatdırmaq istəyirəm. Nəzərə almaq lazımdır ki, çirkli pulların əsas yaranma mənbələrindən biri rüşvət və korrupsiyadır. Hətta narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah alveri ( kütləvi qırğın silahları) bu və ya digər cinayətləri araşdırsaq arxasında rüşvətlə alınmış , vəzifə və səlahiyyətlərindən sui istifadə edən məmur kütləsi olduğuna şahid olarıq. Çirkli pullar münbit şəraitin olduğu yerdə leqallaşdırılır. Bildirmək istəyirəm ki, ƏL TMM məqsədləri üçün əsas obyekt rüşvət və korrupsiya hüquqpozmalarıdır. Çirkli pulların leqallaşdırılması sxemləri isə bəlli fəaliyyət sferasını əhatə edir. Əgər cinayət üçün zəmin və şərait varsa, bu hökmən baş verəcək. Ona görə də baş vermiş cinayətin nəticələri ilə mübarizə aparmazdan əvvəl zəmin və şəraitin aradan qaldırılması vacibdir”. Elçin Qurbanovun fikrincə, yalnız nəticələrlə mübarizəni dövlətin daimi işinə çevirmək sağlam fəaliyyət ola bilməz: “Çünki belə mübarizə forması cinayətlərin halqasını daha da genişləndirir. Hüquq obyekti olaraq həmişə konkret ictimai münasibətlər nəzərə alınır, onlar isə nəticələrlə xarakterizə olunur. Məsələ birdəfəlik həll olunmalıdır. Məsələni obrazlı şəkildə təsvir etsək problemə “xəstəlik varsa, dərman da var” prizmasından yanaşmaq düzgün yanaşma deyil. Əhəmiyyətli olan odur ki, nə xəstəlik olsun, nə də dərman. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması üçün şərait yoxdursa zəmin də öz təsirini itirər. Təsəvvür edin ki, bir yaramaz rüşvətxor məmur qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə topladığı pul vəsaitlərini nə xərcləyə, nə biznes sferasında leqallaşdıra, nə hər hansı daşınan və daşımaz əmlak şəklində istifadə edə, nə də xaricə daşıya bilir, deməli belə əmlakın əldə edilməsi heç bir məna kəsb etməyəcək”. Bəs gəlir və xərclər barədə hesabatlılıq tətbiq olunana qədər nə etmək lazımdır? Həmsöhbətimizin bununla bağlı konkret təklifləri var: “Əvvəla, azad biznesin, liberal iqtisadiyyatın, İnvestisiya mühitinin təmin edilməsi çirkli pulların leqallaşdırılması üçün münbit şərait yaratmamalıdır. Təcrübəmə əsaslanaraq qeyd etməliyəm ki, cinayət yolu ilə əldə edilmiş əmlakın biznes sferasında istifadəsi üçün onlar adətən kapital xarakterli əməliyyatlara yönəldilir. Bəzən iri həcmli layihələrə şərti dəyər ifadə edən ilkin kapitalla başlayırlar. Aralıq dövrlərdə cəlb olunan investisiyaların isə nə mənbələri bəlli olur, nə də hesabatlılığı təmin edilir. İstənilən şəxs çirkli pullarını leqallaşdırmaq imkanı qazanır. Ona görə də istənilən investisiya monitorinq olunmalı, əməliyyatlara aid edilməlidir. Əlbəttə ki, maliyyə resursları və kapitalı barədə rəsmi hesabatlı olan hüquqi və fiziki şəxslərə aid deyil. Digər hallarda isə investisiya əməliyyatları monitorinqdə iştirak edən digər şəxslər hesab olunan auditorlar tərəfindən yoxlanmalıdır. Auditorların geniş məlumat əldə etmək, investiysiyalar barədə öz rəylərini qanuni və iqtisadi əsaslarala təsbit etmək üçün informasiya resurslarına çıxış imkanları təmin edilməlidir. İstənilən investisiya auditin subyekti olmalıdır. Əgər investisiyalar rəsmiləşdirilərsə, monitorinq olunarsa, ölkədə qiymətli kağızlar bazarında da ciddi canlanma baş verər. Belə olarsa kommersiya subyektlərinin iri layihələrinə geniş ictimaiyyət də qoşula biləcək. Çirkli pulların dövriyyəyə buraxılmasının qarşısını almaqla emitentlərin artmasına və çoxsaylı müəssisələrin səhmləşmə prosesinə start verilə bilər. Məhdud məsuliyyətli cəmiyyətlər ictimai əhəmiyyətli kommersiya qurumlarına çevrilə bilər. Mülkiyyət və təşkilati hüquqi formasının səhmdar cəmiyyətə çevrilməsi isə maliyyə vəziyyəti barədə məlumatlarının ictimailəşdirilməsi məcburi olan kommersiya təşkilatlarının meydana gəlməsi deməkdir. Bu da ölkədə biznes sferasında şəffaflığın və hesabatlılığın təmin edilməsi , həm də vətəndaşların biznes sahəsində divident gəlirləri üçün şərait yaratmış olar. Qoy öz kommersiya imkanlarını genişləndirmək üçün təşkilatlar daha çox ictimai maliyyə resurslarında faydalansınlar. Ölkə iqtisadiyyatına ictimaiyyət də töhfə versin. İctimai nəzarət də artsın. Belə hallarda şəffaflığın təbii formada bərpa olunması üçün də şərait yaranır. Çünki payçılar şəffaflığın təmin olunmasına maraqlıdırlar və hesabatlılığın təmin olunmasını kütləvi tələb edəcəklər. Hesab edirəm ki, cinayət yolu ilə əldə edilmiş əmlakın dövriyyəyə giriş imkanlarının məhdudlaşdırılması həm korrupsiya cinayətlərinin kökünün kəsilməsinə, həm vətəndaşların biznes sahəsində fəaliyyətinin təşviq edilməsinə, sosial vəziyyətinin yaxşılaşmasına, dövlətin sosial yükünün azalmasına, qiymətli kağızlar bazarının canlanmasına, gələcəkdə divident gəlirlərindən vergi daxilolmalarının artmasına, beləliklə şəffaf iqtisadi mühitin formalaşdırılmasına şərait yaranmış olar. Əlbəttə gələcəkdə mülkiyyətə deyil, mənəviyyata, əxlaqa və həqiqi yaradılış məqsədinə xidmət edən daha kamil cəmiyyət və ictimai quruluş təşəkkül tapana qədər”. Elçin Qurbanov fikrini belə yekunlaşdırıb: “Biz çirkli pulların leqallaşdırılmasının qarşısını almaqla sıçrayışlı sosial iqtisadi inkişafa nail ola bilərik”. E.MƏMMƏDƏLİYEV,Musavat.com |
1,046,052 | 19.02.2024 12:28 | Son xəbər | SON DƏQİQƏ! İranla sərhəddə ATƏŞ açıldı - FOTOLAR | Fevral ayının 19-da saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 (üç) nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Musavat.com-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq sərhəd pozucuları əmrə tabe olmayıb, havanın qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar. Aparılmış axtarış tədbirləri nəticəsində ərazidən ümumi çəkisi 15 kq 600 qram narkotik vasitə marixuana, 30 ədəd Prostahealth və 1000 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M-40 həbləri aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. |
1,046,053 | 19.02.2024 12:32 | Ölkə | Ruhiyyə Əliyeva: "Onlara dəstək verməyə hazırıq, çünki..." FOTO | 17 fevral - beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi günü münasibətilə “Yer Üzünün Günəşidir Xeyirxahlıq”adlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri iştirak edib. Tədbirdə çıxış edən “Liatris Holding”in baş direktoru Ruhiyyə Əliyeva bildirib ki, uşaqlar bizim gələcəyimizdir və onlara qarşı həssas yanaşmalıyıq: "Bu günkü tədbirin keçirilməsi mənim üçün çox həssas bir mövzudur. Çünki uşaqlar bizim gələcəyimizdir. Burda iştirak edən övladlarımızın hər biri xüsusi bir istedada sahibdir. Əminəm ki, siz gələcək həyatınızda istədiyiniz peşəyə yiyələnəcəksiniz. Biz də holdinq olaraq, digər təşkilatçılarla birlikdə istedadlı uşaqlara dəstək verməyə daim hazırıq. Əziz balalar, siz xoşbəxtsiniz ki, bu gün bütöv Azərbaycanda yaşayırsınız. Sizin gələcəyiniz daha da işıqlı olacaq. Mən buna səmimi qəlbdən inanıram. Çünki dövlət başçımız, möhtərəm prezidentimiz İlham Əliyev və vitse-prezidentimiz Mehriban xanım Əliyevanın diqqət və qayğısı həmişə sizin üzərinizdə olacaq. Hər birinizə uğurlar arzulayıram". Daha sonra Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova, millət vəkilləri Jalə Əhmədova və Ceyhun Məmmədov çıxış ediblər. Çıxışlardan sonra 59 saylı uşaq bağçası və 229 saylı tam orta məktənin şagirdlərinin ifası dinlənilib. Qeyd edək ki, tədbir "Liatris Holding"in, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin, Səssiz Ünsiyyət İcitmai Birliyinin, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının, Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyinin rəsmi tərəfdaşlığı ilə keçirilib./News24.az |
1,046,054 | 19.02.2024 13:30 | İqtisadiyyat | Dollar bahalaşacaq? - AÇIQLAMA | Bugünədək keçirilən hərraclarda rekord məbləğdə dolların satılması bazarda bu valyutaya tələbin artdığını təsdiq edir. Maraqlıdır, tələbin artması dolların qiymətinin yüksəlməsinə səbəb ola bilərmi? Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Elşad Məmmədov Bakupost.az -a açıqlamasında deyib ki, Azərbaycanın xarici ticarətində ixrac idxalı xeyli dərəcədə üstələyib. Yəni, ölkəyə xarici ticarətdən daxil olan valyutanın həcmi ölkədən çıxan valyutadan çoxdur. Ona görə də müvafiq adekvat pul kredit siyasəti, makro siyasət çərçivəsində dolların bahalaşması üçün heç bir əsas yoxdur: “Əgər ölkədən sürətli şəkildə böyük həcmdə valyutanın çıxarılması baş verməsə, onda milli valyutanın dəyərdən düşməsi, devalvasiya üçün ən azı yaxın və orta müddətli perespektivdə heç bir təhlükə görmürəm”. |
1,046,055 | 19.02.2024 14:24 | Ölkə | Qar yağacaq, 10 dərəcə şaxta olacaq - Kəskin soyuqlar gəlir | Fevralın 20-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında da əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. |
1,046,056 | 19.02.2024 12:50 | Sosial | Xərçəngdən, şəkərdən qoruyan sehrli qida - doktorlar toplandılar və danışdılar FOTO | "Zeytun Bağları" markasının təşkilatçılığı ilə "Liv Bona Dea" Hospitalda "Zeytun yağının faydaları" mövzusunda sosial xarakterli tədbir keçirilib. Musavat.com xəbər verir ki, tədbirdə zeytun yağının növləri, faydaları, xərçəng xəstəliyindən qorunmada müsbət rol oynaması haqqında mövzulara toxunulub. Hospitalın həkimi, terapevt Nəzrin Namazova mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb. Belə ki, zeytun yağı dəri xərçənginin qarşısını alır və dərinin sağlam qalmasını təmin edir, çox güclü nəmləndiricidir və ona görə ən sağlam təbii kosmetik vasitə hesab olunur. Bununla yanaşı tərkibində olan böyük miqdarda mono doymamış yağ turşuları və antioksidant maddələr sayəsində artıq çəki yaratmır. Həmçinin zeytun yağı həzm sistemində yaranan bir çox problemləri (qəbizlik, köp və s.) aradan qaldırmağa kömək etməklə yanaşı həzm prosesində metabolizmi sürələndirir. Qeyd edək ki, qanda şəkərin miqdarının artmasının və ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır. Damarların divarına yapışan pis xolesterolun (LDL) miqdarını aşağı salır, müsbət xasiyyətli xolesterolu isə (HDL) yüksəldir. Eləcə də, qanda laxtalanmanı azaldaraq, damarlarda tıxanma riskini aşağı salır. Zeytun yağı yüksək təzyiqin qarşısının alınması baxımından da müsbət təsirə malikdir. Zeytun yağından istifadə edən insanlarda qan təzyiqinin normal olduğu bilinir. Sərbəst radikalları zərərsizləşdirərək xərçəng xəstəliyin yaranmasın da qarşısını alır. Musavat.com |
1,046,057 | 19.02.2024 14:40 | Dünya | Ahıl şəxs bıçaqla məsciddə uşaqlara hücum etdi - VİDEO | Türkiyənın Diyarbəkir şəhərindəki məscidlərin birində xoşagəlməz hal yaşanıb. Bağlar rayonundakı məsciddə Quran dərsi keçən uşaqlar bıçaqlı şəxsin hücumuna məruz qalıb. Hadisə məsciddəki təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Görüntülərdən məlum olur ki, əlində bıçaq olan şəxs məscidə daxil olaraq azyaşlıları qorxudub və onların üstünə qışqırıb. Hadisə ilə bağlı yerli polis araşdırmalara başlayıb. Məscidə bıçaqla daxil olan şəxs uşaqların nalayiq hərəkətlər etməsini əsas gətirib. /BAKU.WS |
1,046,058 | 19.02.2024 15:10 | Region | Ermənistanda qızılcaya yoluxanların sayı artıb | Ermənistanda qızılcaya yoluxanların sayı artıb. Bu ölkədə ötən həftə qızılcaya 12 yeni yoluxma faktı qeydə alınıb. “Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb. Bildirilib ki, hazırda bu xəstəliyə yoluxanların hamısı uşaqlardır. Bu il qızılcaya yoluxanların ümumi sayı 81 nəfərə çatıb: 62 uşaq və 19 böyük. Ermənistanda qızılcaya yoluxma hallarının ümumi sayı 621-ə yüksəlib. |
1,046,059 | 19.02.2024 14:15 | Dünya | Gürcüstan XİN: Münxen konfransının İvanişvili ilə bağlı hesabatı qərəzlidir | Münxen Təhlükəsizlik Konfransında hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvilinin “rusiyayönümlü oliqarx” adlandırılması reallığı əks etdirmir və siyasi cəhətdən qərəzlidir. “Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri İlya Darçiaşvili deyib. Konfransın hazırladığı 2024-cü il hesabatında bildirilib ki, milyarder İvanişvili “rusiyayönümlü oliqarx”dır və gürcü cəmiyyətinin əksəriyyətinin istəklərinə zidd olaraq Gürcüstanın demokratiya kursundan geri çəkilməsinə və ölkənin Avropa İttifaqından uzaqlaşmasına görə məsuliyyət daşıyır. “Bir neçə gün əvvəl dərc olunmuş hesabatla bağlı icraçı direktorla (Benedikt Franke) danışdım. Konkret hesabatda verilən və ekspert rəyinə əsaslanan bu qiymətləndirmə reallığı əks etdirmir və siyasi cəhətdən qərəzlidir”, - o bildirib. |
1,046,060 | 19.02.2024 13:19 | Dünya | Rusiya FTX ukraynalı agenti zərərsizləşdirib - DETALLAR | Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) terror aktının qarşısını alıb. Belə ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) agenti Zaporojye siyasətçilərindən birinə qarşı terror aktı hazırlayırmış. Departamentin mərkəzi idarəetmə mərkəzinin yaydığı məlumata görə, terror aktı əldəqayırma partlayıcıdan istifadə edilməklə həyata keçirilməli imiş. Musavat.com xəbər verir ki, bu barədə TASS-a Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib. "Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən işə götürülən və 2024-cü il seçki dövrü ərəfəsində Zaporojye vilayətinin siyasi xadimlərindən birinə qarşı terror aktı hazırlayan Rusiya vətəndaşı Vitali Dyatlenkonun fəaliyyəti aşkar edilib və qarşısı alınıb. Terror aktının əldəqayırma partlayıcı qurğudan istifadə edilərək həyata keçirilməsi planlaşdırılıb, fəaliyyətləri UTX əməkdaşları koordinasiya edib və diversantı partlayıcılarla təchiz ediblər. Vitali Dyatlenkonu saxlamağa cəhd edərkən o, təhlükəsizlik əməkdaşlarına silahlı müqavimət göstərib və nəticədə zərərsizləşdirilib. Mülki əhali və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itki yoxdur", - deyə FTX qeyd edib. Məlumata görə, hadisə yerinə baxış zamanı 1 ədəd "Makarov" tipli tapança, onun üçün patronlar və işlənmiş patronlar aşkar edilib. Hazırda kompleks əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir. Cinayət işinin başlanması məsələsi həll edilir. Nigar HƏSƏNLİ,Musavat.com |
1,046,061 | 19.02.2024 14:20 | Dünya | Hicablı qadından küçədən keçənlərə qeyri-adi təklif - VİDEO | Türkiyədə fenomen maraqlı addımı ilə diqqət çəkib. Əminə Nur adlı şəxs dəniz kənarında dayanaraq əlində "hicab yoxlamaq istəyirsən?" yazılmış lövhə ilə ömründə hicab taxmamış şəxslərə hicab taxmağa şərait yaradıb. Görüntülər sosial şəbəkələrdə minlərlə dəfə bəyənilib, yüzlərlə şərh yazılıb. Görüntüləri təqdim edir: Milli.Az |
1,046,062 | 19.02.2024 13:23 | Gündəm | Əhmədin qohumları mikrofon görən kimi üstünə cumurlar - VİDEO | "Biz varlı görəndə ona düşmən gözüylə baxırıq. Rəhmətliyin taksiyə buraxdığı 20-dən çox maşını, restoranları, Moskvada böyük biznes sistemi, həmin yaşadığı binada çoxlu evləri var idi. Direktor işləyən xanımında yəqin ki,nələrisə var". Bu sözləri Space TV telekanalında yayımlanan "Gəl Danış" verilişində Əhmədin qohumları deyib. Verilişin aparıcısı Amil Xəlil isə sözlərə qarşılıq "Bizimdə müəllim qohumlarımız var da, onların niyə ən azından heç bir sot torpaqları yoxdur? Bir evləri yoxdur?" deyib. Həmçinin verilişdə Əhmədin 15 yaşında törətdiyi cinayətdən də söhbət düşüb. "O zaman Əhmədə dəlilik kağızı verən həkimin, onu saxlayan prokrorun, polisin vicdanı olsa idi, bu gün bunlar olmazdı". Verilişdə Əhmədin qohumları və aparıcı Amil Xəlil arasında mübahisə get-gedə şiddətlənib. Daha ətraflı video-süjeti təqdim edirik: |
1,046,063 | 19.02.2024 19:37 | Səhiyyə | Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun! | Xərçəngin bəzi xəbərdarlıq əlamətləri adətən səhərlər özünü büruzə verir. Onlar aşkar edilərsə, ən qısa zamanda həkimə müraciət etmək lazımdır. Birincisi, səhərlər öskürək onkologiyanın göstəricisi ola bilər. Əgər iki həftədən çox öskürərəklə oyanırsınızsa, mütəxəssislə məsləhətləşməlisiniz. İkincisi, səhər yorğunluğu. Xüsusən də bağırsaq vərdişlərində dəyişiklik və qanaxma kimi digər simptomlarla müşayiət olunarsa, diqqətdən kənarda qalmamalıdır. Səhərlər yorğunluq hiss etmək normaldır, lakin bu sizin üçün qeyri-adidirsə və ya gün ərzində yorğunluğun davam etdiyini hiss edirsinizsə, mütləq həkimə müraciət etməlisiniz. Üçüncüsü, gecə tərləmələri xəbərdarlıq əlamətidir. Səhər tərlə oyanırsızsa, bu, bəzi xərçəng növlərinin, xüsusən də qan xərçəngi lenfomasının çox erkən simptomu ola bilər./BAKU.WS |
1,046,064 | 19.02.2024 14:00 | Hadisə | Azərbaycanda baş direktoru döydülər - ANBAAN VİDEO | Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb. Həmin şəxslər baş direktordan ağır ağrıkəsici dərman istəyiblər. O da "yox" cavabı verdiyi üçün döyülüb. Rauf Yəhyayev Oxu.Az-a açıqlamasında bildirib ki, bir neçə şəxs xəstəxanaya gəlib, ağır ağrıkəsici dərman tələb ediblər: "Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada olanını tələb etdilər. Bildirdim ki, onsuz da o dərmanlar ağrıkəsicidir. Onlar dedilər ki, o dərmanlar kömək etmir. Ondan ağırı narkotikdir, mən onlara narkotik verəcəkdim? Dedim ki, təcili yardım şöbəsinə getsinlər. Münaqişə başladı və bıçaqla hücum etdilər". Qeyd edək ki, məsələ barədə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır./Oxu.Az |
1,046,065 | 19.02.2024 13:28 | Ölkə | TƏCİLİ: Ermənilər müharibə ANONSU VERDİLƏR: "Bu istiqamətdə, bu tarixdə... BAŞLANACAQ" - CANLIda | Yaxın gələcəkdə Ermənistan yeni müharibə ilə üzləşəcək. Bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib. Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın yanlış siyasəti Azərbaycanla müharibəyə səbəb olacaq. “Ermənistanı yeni itkilər və faciələr gözləyir. Müharibənin baş verəcəyi coğrafiya Sünik (Zəngəzur), mövzu dəhlizdir”, - Zakaryan bildirib. Sabiq nazir müavini iddia edir ki, Ermənistan müharibədən sonra növbəti kapitulyasiya paketini imzalamağa məcbur qalacaq.Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 09.15-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Səhər Xəbər” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/NewMusavat Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat |
1,046,066 | 19.02.2024 14:50 | Dünya | Almaniya XİN: Aİ-nin Rusiyaya qarşı yeni sankiyaları PUA sektoruna təsir edəcək | Avropa İttifaqının (Aİ) yeni sanksiyalar paketi, digər məsələlərlə yanaşı, Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) tədarükünə təsir göstərəcək. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib. “Biz hazırda 13-cü sanksiyalar paketini, xüsusən də PUA-larla bağlı qərar qəbul etmək yolundayıq”, - o qeyd edib. Almaniyalı nazir sanksiyalar paketinin demək olar ki, razılaşdırıldığını vurğulayıb. Xatırladaq ki, bu gün Aİ ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər. |
1,046,067 | 19.02.2024 15:01 | İdman | Rəşad Sadıqovdan müəmmalı "Neftçi" paylaşımı: Nə demək istəyir? - VİDEO | Azərbaycan Premyer Liqasının 23-cü turunun "Neftçi" - "Zirə" matçından sonra (1:0) qonaqların baş məşqçisi Rəşad Sadıqov sosial şəbəkə hesabında maraqlı paylaşım edib. O, qarşılaşmanın keçirildiyi "Neftçi Arena"nın dəhlizindən görüntülər paylaşıb. Sadıqov xüsusilə bu klubla çempionluq sevinci yaşadığı 2004 və 2005-ci illəri və divarda əks olunan fotosunu qeydə alıb. Qeyd edək ki, Rəşad Sadıqov 3 dönəm (2001-2002, 2003-2005 və 2006-2008) "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"la 2 dəfə çempion olub və 2 ölkə kubokunu qazanıb. Son dönəmdə isə Zaur Tağızdə ilə birlikdə "Neftçi"nin kapitanı olub. Futbolçu karyerasının sonlarında "Neftçi"dən baş məşqçi olmaqla bağlı təklif alsa da, qəbul etməyib. (Publika.az) |
1,046,068 | 19.02.2024 13:50 | Dünya | Putinin BU AÇIQLAMASI dünyada əks-səda yaratdı: "Türkiyə artıq..." | Rusiya prezidenti Vladimir Putin dövlət kanalına müsahibəsində Avropanın iqtisadiyyatda dönməz bir yola girdiyini bildirib və Türkiyənin enerji sahəsində ən etibarlı tərəfdaş olduğunu bəyan edib. Putin Almaniyanın Rusiya karbohidrogenlərinə arxa çevirdiyi vaxtdan bəri Türkiyəni Rusiyanın ən etibarlı enerji tərəfdaşı adlandırıb. “Onlar daim deyirdilər ki, Rusiya enerji resurslarını vermir, məhdudlaşdırır. Biz heç nəyi məhdudlaşdırmırıq, hər şeyi veririk. Artıq ən etibarlı tərəfdaş Türkiyə olub. Daşıma “Türk axını” ilə həyata keçirilir” - Rusiya lideri vurğulayıb. Musavat.com xəbər verir ki, Putinin bu açıqlamaları dünyada geniş əks-səda doğurub. Yunanıstanın “Proto Thema” nəşri Rusiya liderinin Türkiyənin Almaniyanı əvəzlədiyi barədə açıqlamasına diqqət çəkib: “Rusiyanın ən etibarlı enerji tərəfdaşı artıq Almaniya deyil, Türkiyədir. Rusiya prezidenti Almaniya rəsmilərinin siyasi daxili ziddiyyətlərlə məşğul olduğunu və onların siyasətlərinin ölkə iqtisadiyyatına ziyan vurduğunu söylədi”. "Middle East Monitor" nəşri də Rusiya liderinin açıqlamalarına yer verib. “Putin Berlinin hazırkı siyasətinin onun iqtisadiyyatının gələcəyinə “böyük ziyan” vurduğunu bəyan edib və Almaniya rəsmilərinin hazırda daxili siyasi mübarizələrlə məşğul olduğunu iddia edib” - xəbərdə qeyd edilib. Musavat.com |
1,046,069 | 19.02.2024 15:21 | Şou-biznes | Onlarınkı sevgi deyil - Könül Kərimova OD PÜSKÜRDÜ | "İndiki cavanlarda sevgi əl-ələ tutub dənizkənarında gəzmək demək deyil. Mənimlə çoxları razılaşar. Çox fərqlidir". Bu sözləri Əməkdar artist Könül Kərimova "Xəbər-ətər" proqramında deyib. Sevgidən danışan müğənni gəncləri tənqid edib: "Bu gün nişanlanır, evlənir, sabah ayrılırlar. Əsl sevgi 5 günə, 5 aya bitməz. Özü də elə adi problemlərdən münasibət pozulur ki. Baxıb görürsən ki, o iki gəncin arasında əsl sevgi olmayıb. Tamam başqa bir duyğudur. Onun adı heç bilmirəm nədir". (Axşam.az) |
1,046,070 | 19.02.2024 15:34 | İdman | “Bakıda bunun əvəzini çıxacağıq”- “Braqa”nın baş məşqçisi | “Artıq diqqətimizi Bakıya yönəltmişik. 2:4 hesabı ilə məğlub olsaq da, səfərdə bunun əvəzini çıxacağıq”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Braqa”nın baş məşqçisi Artur Jorje “Qarabağ”la keçiriləcək cavab oyunu haqqında danışarkən deyib. Baş məşqçi bildirib ki, onun seçimləri “Qarabağ”la oyuna təsir edəcək: “Biz uğur qazanmağımıza kömək ola biləcək oyunçuları seçdik. Çempionatda “Farense” üzərində qələbə inam və motivasiyanı artırmaq üçün vacib idi”. Təcrübəli məşqçi qeyd edib ki, hazırda bütün diqqəti “Qarabağ” a yönəldiblər : “Bərabərliyi bərpa etmək üçün son dəqiqəyə qədər mübarizə apararacağıq”. Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. |
1,046,071 | 19.02.2024 15:46 | Yaşam | Bu qidalar böyrəkləri məhv edir | Xroniki böyrək xəstəliyinin təzahürü əsasən insanın həyat tərzindən asılıdır. BAKU.WS-in xəbərinə görə, nefroloq Mixail Eliseev "gazeta.ru"ya bildirib ki, böyrəklər orqanizmin təbii filtrasiya sistemlərindən biridir, ona görə də potensial zərərli məhsulların istehlakı onlara çox təsir edir. İlk növbədə, onun fikrincə, bu, duzlu qidaların bolluğudur. Çox duz istehlak etdikdə, böyrəkləriniz bədəndən artıq natrium çıxarmaq üçün daha çox işləməli olur. Bu, bədəndə mayenin tutulmasına və nəticədə ödem və yüksək təzyiqə səbəb ola bilər. Həkim qeyd edib ki, duzlu xiyarların, hazır qidaların tərkibində çoxlu duz var. "Böyrəklərə zərərli olan digər məhsul spirtdir. Sidik sistemi bədəndən əlaqəli zəhərli maddələri çıxarır. Eyni zamanda, böyrəklərə yük çox artır. Asetaldehid (etanolun parçalanma məhsulu) böyrək boru hüceyrələri üçün xüsusilə zərərlidir. Zamanla böyrək strukturları zədələnir, filtrasiya çətinləşir və xroniki böyrək çatışmazlığı inkişaf edir", - o deyib. Bundan əlavə, çox ət yemək böyrək problemlərinə səbəb ola bilər. Heyvan zülallarını həzm etmək daha çətindir, bu da tullantıların çıxarılması prosesini çətinləşdirir. Heyvan zülalları ilə zəngin bir pəhriz böyrək daşlarının əmələ gəlməsinə kömək edir. Ətin tərkibində sidik turşusu istehsalını stimullaşdıran çoxlu miqdarda purinlər də var. "Bildiyiniz kimi, süd məhsulları kalsium mənbəyidir. Ancaq onları çox istehlak etsəniz, yüksək konsentrasiyalarda kalsium sidikdə görünməyə başlayacaq. Bu, urolitiyazın inkişaf ehtimalını əhəmiyyətli dərəcədə artırır", - həkim əlavə edib. O, həmçinin yüksək miqdarda xolesterin və yağ mənbəyi olan müxtəlif növ yağların həddindən artıq istehlakının orqana vura biləcəyi zərərləri diqqətə çatdırıb. Zamanla onların aktiv istifadəsi ürək-damar sisteminin işinə təsir göstərir, bu da böyrək patologiyasının inkişafına səbəb ola bilər. "Bundan əlavə, banan və avokadoları qeyd etmək lazımdır. Bu meyvələrdən çox yemək, tərkibindəki kalium səbəbindən təhlükəli ola bilər. Həddindən artıq kalium, natrium kimi, bədəndən çıxarmaq çətindir. Nəticədə, bu, böyrək problemlərinə, əzələ spazmlarına və ürək problemlərinə (məsələn, aritmiya) səbəb ola bilər", - nefroloq əlavə edib. |
1,046,073 | 19.02.2024 16:09 | Şou-biznes | “Sənətimə xəyanət etməmək üçün susdum, orada...” - Almaniyaya köçən İlahə Fəda - FOTO | Musavat.com bildirir ki, tanınmış müğənni İlahə Fəda Moderator.az-ın suallarını cavablandırıb. -İlahə xanım, səsiniz-sorağınız gəlmir, haralardasınız? -Mən Almaniyadayam. Yaxşıyam. Səsim-sorağım necə gəlsin ki? Nə edim? O qədər oxudum səsimi eşidən oldu ki? -Müvəqqəti getmisiniz yoxsa? -Xeyr, yaşamağa gəlmişəm. Birdəfəlik köçmüşəm. Burada yaşayıram. Mənim üçün bura xoşdur. -Hər şeyi yarım qoyub getmək sizin üçün çətin olmadı ki? -Mən heç nəyi yarım qoymadım. Mən bir işi görmək istəyəndə, onu tamamlamamış əl çəkmərəm. Bilsəm ki, sonunda məğlub olacam, yenə də o işi axıra çatdıraram. Elə də etdim. Mən oxumağa başladım. Gördüm ki, oxumaq çox məsuliyyətli bir işdir, sonra konservatoriyanı bitirdim. Yəni sənətin nəzəriyyəsini öyrəndim. Sonra gözəl mahnılar yazdırdım. Peşəkar bəstəkarlarla çalışdım. Professional musiqiçilərlə birgə konsertlər verdim. Üzeyir Hacıbəyovun yaratdığı o möhtəşəm yolun bir yolçusu oldum. O yolun da sonu yoxdur. Məndən sonra da sənətə gələnlər dünya durduqca o yolla gedəcəklər. -Almaniyada müğənnilik fəaliyyətinizi davam etdirirsiniz? -Bəzi layihələr var ki, öncədən demək istəmirəm, amma birini deyəcəm. Əlbəttə ki, mən musiqi ilə, sənətimlə məşğulam. Gələn ayın 9-da Almaniyanın Köln şəhərində çox möhşətəm konsert olacaq, orada iştirak edəcəm. Avropanın başqa şəhərlərindən də dəvətlərim var. Gözəl proqramlarım olacaq. Sənətimlə, sevdiyim işlə məşğulam. Gözəl, zövqlü musiqiləri dinləyən insanlar dünyanın harasında olsam da gəlib məni tapdılar. -Bacınız Fədayə xanım da Moskvada fəaliyyətini davam etdirir. Sanki övladlarından ayrı yaşamaq ananızın taleyinə yazılıb.. -Anamın 67 yaşı var, mənim də 50. Anamla mən eyni yaşıd kimiyik. Anamın bizdən başqa 2 qızı da var. Hətta o biri bacım da Türkiyədə yaşayır. İndi internet əsridir. Allah etməsin, yanımızdan yel ötən kimi bir-birimizə yetişirik. Anam da ziyalı xanımdır. Bu gün dünyanın hansısa yerində yaşamaq 30-40 il öncəki kimi çətin deyil.. Əlimizdə telefonlarımız var, görüntülü danışırıq. Anam mənə "yox" desəydi həqiqətən də getməzdim. O gördü ki, mən burada xoşbəxt deyiləm. Valideynlər var ki, övladlarını öz çıxarlarına görə böyüdürlər. Amma bizdə belə bir şey olmayıb. Mən neçə illərdir Avropaya gəlib gedən biri idim. Bir də Azərbaycanda səhnəyə gedən yol tıxacdır. Gördüm ki, yox, mən girən kol deyil. Anam da bu vəziyyəti görüb dedi ki, "qızım, sənin ürəyin harada xoşdursa orada da yaşa". -Həm də siz axı "Gedəcəyəm" mahnısı ilə illər öncə o zirvyə qalxıb, şöhrəti yaşamışdınız.. O şöhrəti görən müğənniyə bu günki şou-biznes də, səhnə də adi görünməlidir.. -Əslində mənim üçün şou-biznes deyilən bir anlam yoxdur. Mən bu sənətə gələndə heç bilmirdim ki, oxuyub pul qazana bilərsən. Mən sənətə pul qazanmaq üçün gəlməmişdim. Sonra gördüm ki, həm oxuyursan, həm də pul qazanırsan. Özümü xoşbəxt hiss etməyə başladım. Bu xoşbəxtlikdən çaşmadım, başım gicəllənmədi. Mən sənətin dərinliyini gördüm. Oxumağa başlayandan sonra anladım ki, oxumaq, sənət nə deməkdir. Sonra getdim konservatoriyada 4 il oxudum. Elələri var idi ki, pulunu verib diplom alırdı. Mən elə etmədim. 4 il gedib-gəldim, bütün dərslərdə iştirak etdim. O vaxt çox gözəl, sağlam rəqabət var idi. Hər kəs gözəl mahnılar yazdırırdı. O zaman bir neçə mahnı da mən yazdırdım. Əlimdən gələni etdim. Sonra gördüm ki, yox, at izi ilə it izi qarışdı. Bəzi üzdəniraq, məntiqsiz, sənətdən başqa hər şeyi olan insanlar ortaya gəldi. Pul, rüşvət, sponsor söhbətləri aktuallaşdı. Qadın olduğuna görə bunun daha ağır bədəlləri var idi. Mən elə şeylərin altına girə bilməzdim. Adım-sanım, nəslim, köküm var. Tək deyiləm. Məndən sonra nəslimdə gənclər gəlir. Sənətə xəyanət etməmək üçün susdum. O susqunluğumu da heç kim qəbul etmədi. Hətta məni danlayanlar da oldu. Dedilər ki, stilini dəyiş, geyiminə "razrez" qoy, sağ çiynini aç və s.. Siz təxmin etdiniz mən nə demək istəyirəm. Belə şeylər mənlik deyildi. Yenə də çabaladım. AZTV-yə, Mədəniyyət kanalına, İctimai tv-yə müraciət etdim, zəng etdim, qəbullarına getdim, amma düşə bilmədim. Məqsədim də verilişlərə çıxmaq idi. Dövlət konsertlərinin heç birinə məni dəvət etmədilər. Gördüm ki, belə davam edə bilməyəcəm. Sınmayacam da. Məni bəyənməyən AZTV-nin qızıl fondunda mənim lent yazılarım qorunub saxlanılır. Onu istəsələr də poza bilməzlər. Ulu öndər Heydər Əliyevin sifarişi ilə dövlət televiziyasında "Dədə Qorqud" adlı film-tamaşa çəkilib. Orada mahnıları mən oxumuşam. Mən yüngüllük etmədim, özümə və sənətimin adına xələl gətirmədim deyə məni verilişlərinə dəvət etmədilər. Xalqa olan hörmətimdən dolayı sənətimə xəyanət etmədim. Gördüm ki, yaşaya bilmirəm. Əlimdə iki diplomum ola-ola pulsuz-parasız qaldım. Ona görə də çıxıb bura gəldim. Burada çox gözəl yaşayıram, sənətimlə məşğul oluram. Mən Tofiq Quliyevdən, Üzeyir Hacıbəyovdan, Fikrət Əmirovdan oxuyuram. Əgər xalqım mənə yox, o musiqilərə qulaq asırsa, demək ki, mən o xalqdan deyiləm. Milli.Az |
1,046,074 | 19.02.2024 16:20 | Şou-biznes | Kübra Əliyevadan Aydın Xana XƏBƏRDARLIQ: "Mənimlə belə zarafat etmə" - VİDEO | Əməkdar artist Kübra Əliyeva və yazıçı, kulturoloq Aydın Xan Əbilov arasında efirdə qalmaqal yaşanıb. Musavat.com bizim.media-ya istinadən bildirir ki,hadisə ikilinin ekspert qismində iştirak etdiyi "Elgizlə izlə" ictimai-sosial verilişində yaşanıb. Aktrisa kulturoloqla aralarında baş verən olayı efirdə danışmasa da amma üstü örtülü canlı efirdə qarşı tərəfə xəbərdarlıq edib:"Mən elə ekspert deyiləm ki, ekspertlərlə mübahisə edim. Sən Aydın Xan mənim yaşımı da, xasiyyətimi də bilirsən, mənliyimi də tanıyırsan. Bilirsən necə anayam, nənəyəm, böyük nənəyəm. Övladlarıma və yaxınlarıma necə bir insan olduğumu da bilirsən. Sözlərinə diqqət elə. Allaha and olsun, yerimdə başqa bir qadın və ekspert olsa səninlə ayrı cür danışar. Həqiqətən də sənin bu sözlərindən çox incidim. Bədənim titrədi...Bu nə sözlərdir sən deyirsən?Mən sənin o sözlərinə layiq insan deyiləm. Aydınxan bu sözləri mənə reklam fasiləsində söylədi. Təzə gəlmişdik heş veriliş başlamamışdı. Bu zarafat sözlər də deyil idi və mənə də o sözlərin heç bir adiyyatı yoxdur. Sən mənimlə elə bir zarafat etmə. Siz də xahiş edirəm. Aydın sənin xətrini çox istəyirəm. Sənin o dediyin sözlər bir həftədir ki, içimdə bulanır. Çox pis oldum. Söz elə bir şeydir ki, nə qədər ağzının içindədirsə sənindir, ağzından çıxdısa artıq sənin deyil. Önündə olana o sözlər dəyə bilər. Yaxşı şey deyil. Mən bu qədər bu verilişdəyəm... Bura o qədər insanlar gəlir ki, hansısa bir söz deyib onların xətirlərinə dəymək istəmirəm. Onlara yalnız doğruları söyləyirəm".Aydın Xan isə diqqətlə K.Əliyevanın sözlərinə qulaq asaraq onu sevdiyini və demiş sözləri zarafat mənasında söylədiyini bildirib. |
1,046,075 | 19.02.2024 16:33 | Şou-biznes | Elgizdən həmkarlarına: "O qədər yaltaqlanır ki, baxanda insanın "əti tökülür" - VİDEO | "Bəzi aparıcılar verilişlərinə gələn qonağa o qədər yalaqlıq, yaltaqlıq edirlər ki, insanın "əti tökülür". Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu "Elgiz izlə" ictimai-sosial verilişində deyib. Elgiz qonağını hədsiz şəkildə tərifləyən həmkarlarını "yaltaq" adlandırıraq, onları sərt şəkildə tənqid edib."Qonağa xoş söz demək olar, onu gözəl qarşılayıb və gözəl şəkildə təqdim etmək olar. Amma hər şeyin də bir həddi var. Bəzi aparıcılar bunu o qədər yaltaq və yalaq formasında edirlər ki... Kənardan çox pis görsənir. Şəxsən mən bunları görən kimi kanalı dəyişirəm. Çünki bu kimi şeylər mənim heç xoşuma gəlmir".E.Əkbər bəzi xanım aparıcılarını paxıl adlandırıb:"Mənə söyləyiblər ki, bir xanım aparıcı var ki, verilişinə özündən gözəl qonaq gələndə başlayır onu "iynəməyə". Başlayır onu acılamağa ki, sən niyə məndən gözəlsən. Bunları da eşitmişəm (gülür). |
1,046,076 | 19.02.2024 16:44 | Son xəbər | Diaspor üzvünün Paşinyana ŞOK sualı | “Getməyimi tələb edən çoxlu siyasi qüvvə var, amma biz xalqdan mandat almışıq”. Bunu Ermənistanın Baş naziri Paşinyan Münhen və ətraf rayonlardakı erməni icmasının nümayəndələri ilə görüşündə “Qarabağın itirilməsindən, bu qədər uğursuzluqdan sonra istefa vermək cəsarəti sizdə varmı” sualına cavab verərkən deyib. “Amma biz bunu sadə bir səbəbdən edə bilmərik, xalqdan səlahiyyət və mandat almışıq, getsək, bu mandatı kimə buraxacağıq?” - o bildirib. Paşinyan əlavə edib ki, onlar mandatı iki dəfə geri qaytarıb, amma yenidən alıblar: “İndi vəzifəmiz “itirilmiş Vətən” haqqında sonsuz baxışlara uymamaq, dövlətə sahib olmağa diqqət etməkdir. Bütün bunları niyə deyirəm və edirəm? Mən satqınam, hansısa torpağı kiməsə vermək arzusunda olan xarici agentəm? Əlbəttə, belə düşünə bilərsiniz, amma bunu ona görə edirəm ki, eyni ruhda davam etsək, Vətənimizi itirəcəyik”. (Axar.az) |
1,046,077 | 19.02.2024 13:55 | Müsahibə | “İslam yalnız imkanı olanların Həccə gedəcəyi, sanki pulla cənnəti satın alacağı bir din deyil” – MÜSAHİBƏ | Artıq bir neçə gündür Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları (9 945 manat) təşkil edir. Ziyarətin vahid formada təşkil olunacağı və hava nəqliyyatı ilə həyata keçiriləcəyi bildirilib. İslamda Həcc, bu ziyarətin təşkili, möminlərin bir sıra inancları, sosial mediada buna dair müzakirələr və sair məsələlərlə bağlı dinşünas Elşad Miri Medianews.az-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik: – Elşad bəy, istərdim əvvəlcə Həcc ziyarəti qiymətlərinə münasibət bildirəsiniz. Bir nəfər üçün bu qədər məbləğ çox deyilmi? – Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsinin monopoliyasındadır. Qiymətləri də onlar istədikləri kimi tənzimləyirlər. Bununla bağlı hesabat da vermirlər. Səudiyyə Ərəbistanı da Kəbəni öz monopoliyasına götürüb və müsəlman dövlətlərin orada söz haqqının olmadığını əsas gətirir. Bununla da oranı özü üçün böyük bir biznes halına gətirib. Misal üçün, sabah o ölkənin neft ehtiyatı olmasa, bu Həcc ziyarəti biznesindən dövlətin saxlanılması üçün məharətlə istifadə edəcəklər, büdcənin müəyyən bir hissəsini formalaşdıracaqlar. Əslində bunu indi də edirlər. Bu məqsədlə müxtəlif ayinlər uydurublar. Misal üçün, “Qurani-Kərim”də rast gəlinməyən şeytana daş atma mərasimi və sair bu kimi rituallar həyata keçirirlər. Beləcə proses davam edir. Yaxud, Kəbənin üzünü qara parça ilə örtürlər, üzərinə qızılı saplarla bəzi hərflər yazıb mistik hava əsdirirlər. Bu qara parça ildə bir dəfə kəsilərək müəyyən yerlərə paylanır və sair. Halbuki Kəbə sadə daşlardan tikilmiş və heç bir özəl memarlıq üslubu olmayan tikilidir. Təəssüflər olsun ki, bu gün Həcc ziyarəti, Kəbə ilə bağlı fərqli məlumatlar təqdim edilir, insanların dini hisslərinə toxunaraq, onların həvəslə, müəyyən duyğularla Kəbəyə gedib müəyyən vəsaitlər xərcləməsinə səbəb olurlar. Orada kəsilən qurbanlar insanların qidalanması üçün nəzərdə tutulur. Hətta əvvəllər yerli ərəblər bu qurban ətlərini yemirdilər ki, bunlar müşriklərin kəsdikləridir. Ora isti olduğu üçün vaxtilə Həcc ziyarətində kəsilən qurbanlar üzəri torpaqla örtülür, məhv edilirdi. Sonradan Türkiyə şirkətləri orada yeraltı soyuducu anbarlar inşa etdilər və şoklama vasitəsilə ətləri dondurdular. Orada saxlanılan, qablaşdırılan qurban ətləri bir çox ölkələrə göndərilərək, qurban əti kimi ehtiyacı olanlara paylanılır. – Həcc ziyarətinin fəlsəfəsi, hədəfi nədir? – Həcc ziyarətinin fəlsəfi hədəfi dünyanın müxtəlif ölkələrində yaşayan söz sahibi insanların bir araya gəlməsi, müzakirələr aparması, problemlərin aradan qaldırılmasıdır. Bir növ Həcc qlobal məsələlərin həlli üçün bir məkan olaraq nəzərdə tutulub. Təsəvvür edin, Birləşmiş Millətlət Təşkilatı (BMT) 1945-ci ildə qurulub, lakin Allah ilk dövrlərdən bunu bizdən tələb edib. “Qurani-Kərim”in gəldiyi dövrdə Həcc anlayışı BMT kimi bir mötəbər quruma bənzər səviyyədə təşkilatlanaraq müəyyən bəşəri problemləri həll etmək üçün nəzərdə tutulduğu halda, müsəlmanlar oraya din adı altında turistik səfərlər edirlər. Buna da məhdudiyyət qoyublar ki, təkcə müsəlmanlar oraya daxil ola bilərlər. Sonra da oradan geri qayıdan qadınlara Hacıxanım, kişilərə Hacı deyilir, onlar günahları yuyulmuş, sanki süddən çıxmış ağ qaşıq kimi qəbul olunurlar. Hətta onlar arasında ticarətlə məşğul olan elə insanlar var ki, “Mən Hacı adamam, saxta araq satmaram”, – deyərək, Həcc ziyarətində olduğunu qabardır, bu yolla ticarətini artırmağa çalışır. Belə misallar çoxdur. Yəni bəzi bu cür insanlar 10-12 min manatı ona görə xərcləyirlər ki, nüfuzları artsın, cəmiyyətdə onlara əsl müsəlman, Hacı deyə hörmət edilsin, rəğbət bəslənilsin. Bu cür Həcc anlayışı Allahın istədiyi Həcc deyil. İnsanların Həcc adı altında paralel formalaşdırdıqları, din biznesi olan Həcc ziyarətidir. – Sosial media istifadəçiləri, bəzi ekspertlər təklif edirlər ki, mömin vətəndaşlar həqiqətən də savab yiyəsi olmaq istəyirlərsə, bu vəsaiti xaricdə deyil, Azərbaycanda ehtiyacı olan insanlara xərcləsinlər, imkansız gənclərin təhsil haqqını qarşılasınlar, yaxud YAŞAT Fonduna ianə etməklə şəhid ailələrinə dəstək olsunlar. Bu barədə Siz nə düşünürsünüz? – Rəsmi yayılan məlumata görə, bir nəfərin Həcc ziyarətinə getməsi üçün on min manat vəsait tələb olunur. VİP kateqoriyada gedənlər üçün isə bu məbləğ bəzən 30 min manata yaxın olur. Təbii ki, bir şəxs Həcc ziyarətinə getdiyi zaman, orada qalacağı 3 həftə, yaxud 20 gün ərzində xərcləyəcəyi əlavə vəsait də olmalıdır. Çünki Həcc ziyarəti üçün ödənilən pulun müqabilində ziyarətçilərin qaldığı hoteldə onlara yalnız səhər yeməyi verilir. Səhər yeməyini orada bir dəfə yeyəndən sonra, ümumiyyətlə orada yemək yemək istənilmir. Üstəlik, ziyarətdən evinizə qayıdanda xatirə hədiyyəsi, yaxud sizi ziyarətə gələcək şəxslərə bağışlamaq üçün nələrsə alınır. Buna görə də Həcc ziyarətində üzərinizdə əlavə bir neçə min dollara yaxın vəsait də götürmək lazım gəlir. Bəzi insanlar ömür boyu özlərini buna hazırlayırlar. Onlar Həcc ziyarətinə getməyi, oraları görməyi, orada ibadət etməyi arzulayırlar. Amma Həcc ziyarətinə gedən insanlara “orada olduğunuz hər günün 24 saatının nə qədərini ziyarətgahda keçirmisiniz” sualını versək, deyəcəklər ki, yalnız namaz vaxtlarını. Gəlin görək, məqsəd budurmu? Dinimiz, dinimizin yeganə mənbəyi olan “Qurani-Kərim”də Allahımız bizdən bunu tələb edirmi? Əlbəttə ki, xeyr. Nəzərə alaq ki, Həcc ziyarətinə gedəcək bir nəfərin digər xərclərlə birlikdə, ən azı 12 min manata ehtiyacı yaranır. Əgər Azərbaycanda bir tələbə ödənişli qaydada ali təhsil alırsa, onun illik təhsil haqqı iki min manatdır. Beləliklə, bir nəfərin 20 günlük Həcc ziyarətinə xərclədiyi 12 min manatla Azərbaycanda 6 tələbənin illik təhsil haqqını ödəmək mümkündür. Yaxud 3 tələbənin illik təhsil haqqını ödəyib, yerdə qalan məbləğlə də onların digər xərclərini qarşılamaq olar. Həcc ziyarətindən yalnız təşkilatçılar böyük mənfəət qazanırlar. Bundansa tələbələrin təhsil haqqını ödəmək, kurslarının ödənişini etmək, onlara dəstək olmaq, təhsilli insan yetişdirmək daha böyük savab işdir. Belə bir sual ortaya çıxa bilər ki, başqa istirahət yerlərinə gedib daha çox pul xərcləyənlər üçün niyə bu məsələni qaldırmırsınız? Əlbəttə, heç kim başqasının nəyə, hara, kimə nə xərclədiyinə qarışa bilməz. Lakin Həcc anlayışı Allah adından edilir, İslam dininin vacib şərti sayılaraq həyata keçirilir. – Həcc ziyarətinə gedənlər arasında savab işlərlə, xeyirxahlıqla məşğul olanlar yox deyil. Belə yanaşma ilə onların haqqına girmiş olmuruqmu? – Kimsə irad tuta bilər ki, Həcc ziyarətinə gedən ziyarətçilər Azərbaycanda xeyir işlərlə, savab əməllərlə məşğul olur, hətta hansısa tələbənin təhsilhaqqını ödəyirlər. Heç də belə deyil. Həcc ziyarətinə gedənlərin, o cümlədən azərbaycanlıların hamısı imkanlı insanlar deyil. Ailə büdcəsinə qənaət edən, yeməyinə, geyiminə pul xərcləməyib Həcc ziyarəti üçün pul toplayan insanlar var. “Qurani-Kərim”də konkret qeyd olunmasa da peyğəmbərimizə istinad edilən hədislərdə, rəvayətlərdə belə bir ifadə işlədilir ki, İslam beş prinsip üzərində dayanır. Bunlar kəlmeyi-şəhadət gətirmək, namaz qılmaq, oruc tutmaq, zəkat vermək, Həcc ziyarətinə getməkdir. İlk üç prinsipə varlı-kasıb fərqi olmadan hamı riayət edə bilir. Dördüncü şərtə görə, müəyyən bir miqdara sərvətə, qazanca sahibsənsə, onun 40-da 1-i həcmində zəkat verməlisən. “Qurani-Kərim”də bu da yoxdur. Ən nəhayət, beşinci prinsip budur ki, imkanlı müsəlmanlar heç olmasa ömründə bir dəfə Həcc ziyarətinə getməlidirlər. Belə məntiqi nəticə çıxarmaq olar ki, İslamın bu peş prinsipinin ilk üçü hər kəsə, o cümlədən kasıblara, sonuncu ikisi imkanlı müsəlmanlara aid edilib. Yaxud bunu belə yoza da bilərlər ki, çalışıb zəngin olmaq, digər iki şərti də yerinə yetirmək lazımdır. Gəlin görək, Allah bizdən bunu istəyirmi? Əsla! İslam yalnız imkanlı olanların Həccə gedəcəyi, zəkat verəcəyi, sanki pulla cənnəti satın alacağı bir din deyil. Bizə təqdim və təlqin olunan bu din anlayışı İslam deyil. Allahın endirdiyi din deyil, insanların uydurduqları dindir. – Həcc ziyarətində olan insanların günahları bağışlanırmı? – Bu, uydurmadır. İddia olunur ki, guya Həcc ziyarətinə gedib orada ibadət edən, ziyarəti doğru-düzgün yerinə yetirən insanların günahları bağışlanır, sanki yeni anadan olubmuş kimi günahsız olurlar. Ona görə də zəngin insanlar hər il Həcc ziyarətinə getməyə çalışırlar. Hətta korrupsionerlər də Həcc ziyarətinə gedirlər ki, günahları təmizlənsin. Sanki ora günah yuma mərkəzi və ya məntəqəsidir. Halbuki Həccin olduğu ölkədə yaşayan insanlar oranı görməyə bu qədər həvəsli deyillər. Amma bizdən Həccə gedənlər oraları görmək, gəzmək marağı, günahlarının təmizlənəcəyi inamı ilə yaşayırlar və gedirlər. Bir çoxları belə yanaşmalarıma görə mənim Həcci inkar etdiyimi iddia edirlər. Əsla belə deyil. Mən Həccin mahiyyətindən, Allahın bizə buyurduqlarından kənara çıxanlara qarşıyam. Allah “Qurani-Kərim”də bizdən ağlımızı işlətməyi, düşünməyi, təhlil etməyi, məsələlərə dərindən yanaşmağı istəyir. Bizdən əvvəl belə olub, belə deyilib prinsipi ilə yaşamaq, dünyaya kor-koranə baxmaqla, təqlidçiliklə ömrü başa vurmaq olmaz. Misal üçün, Kəbəyə baxdığımız zaman onun kub şəklində bir bina olduğunu görürük. Bunun bir özəlliyi, möhtəşəmliyi, möcüzəsi yoxdur. Ziyarətə gedənlər orada əlini Kəbəyə, qara daşa vurmaq, onu öpmək üçün az qala bir-birini məhv edirlər. Halbuki bunlar heç biri “Qurani-Kərim”də yoxdur. Yaxud Kəbəni yeddi dəfə dövrə vurur, “Zəmzəm” adlı adi suyun möcüzəvi təsirinə inanırlar və sair. Allah bizdən bunu istəmir. Təbii ki, insanların dünyanın istənilən ölkəsinə getməsi, istədiyi məkanı gəzməsi qadağan deyil. Hər kəs gəzmək, görmək, tanımaq istəyində azaddır. Lakin bu istəyini din adı altında həyata keçirməsi düzgün yanaşma deyil. Cənnətdən gəldiyi iddia olunan, guya İbrahim Peyğəmbərin oğlu ilə birlikdə Kəbəni inşa edərkən lift kimi yararlandığı qara daşı öpmək üçün başqalarına əziyyət verməyə ibadət demək nə dərəcədə düzgündür? Hələ peyğəmbərə istinadla bir uydurma da ortaya atıblar ki, guya Həcərül-əsvada toxunan şəxs Rəhmanın – Allahın əlinə toxunmuş olur. Allahla onu müqayisə ediblər ki, guya beləliklə Allaha toxunmuş olur. Budurmu bizim Həcc anlayışımız, dindarlığımız? Səhv təsəvvür, yanlış məqsəd insanı bilmədən düzgün olmayan yola salır. Həccə gedənlər turizm məqsədi ilə oraya getməsələr belə, bu, təşkilatçılar üçün bir biznesdir. Oraya gedib-gələn insanların hansının həyatı dəyişib müsbətə doğru? Məgər Məkkədə yaşayanlar dünyanın ən dürüst, mömin, gözəl və günahsız insanlarıdırmı? Təsəvvür edin ki, Həccə gedən, özlərini şiə adlandıran insanlar yeni təvaf anlayışı “icad” ediblər. Bu, “Nisə təvafı”dır. Bu, qadın təvafı deməkdir. Belələrinin məntiqinə görə, Həcci bitirəndən sonra mütləq “Nisə təvafı” etməlisən. Bunu həm kişilərə, həm də qadınlara aid edirlər. Maraqlıdır, bunu qadınlar “kişi təvafı” olaraq yerinə yetirirlərmi? Bu uydurmanı ortaya atanlara görə, əgər “Nisə təvafı”nı yerinə yetirməyən olarsa, həyat yoldaşı – kişidirsə arvadı, qadındırsa əri ona haramdır. “Nisə təvafı” etməyənə qədər yeni kəbin kəsdirmək də qadağan edilir. Həcc anlayışını bax bu səviyyəyə gətirib, əslindən, məqsədindən uzaqlaşdırıblar. “Qurani-Kərim”in “Həcc” surəsinin 27-ci ayəsində Həccin elan edilməsi buyurulub. Amma bu gün belə bir fikir formalaşdırılıb, qərar verilib, hökm çıxarılıb ki, müsəlman olmayanlar Kəbəyə gedə, oraya daxil ola bilməzlər. Halbuki Allah “Qurani-Kərim”də müsəlmanlar deyil, insanlar deyir. Bu kimi misallar Həcc məsələsində “Qurani-Kərim”dən nə qədər kənara çıxdığımızı aydın göstərir. – Müsəlmanlara Həccə ilin hansı ayında getmək və ya neçə gün ərzində ziyarəti tamamlamaq buyurulub? – İndiyə qədər bizə öyrədilib ki, Həccin cəmi 3 fərzi var. Bunlar ehrama girmək, Ərafatda vəqfə dayanmaq, Kəbəni təvaf eləməkdir. Bunları edən insanın Həcci kifayətdir. Bütün bu üç fərzi bir günün içində etmək mümkün olduğu halda, milyonlarla insanı Səudiyyə Ərəbistanına aparıb 3 həftə, bir ay orada saxlayırlar. Bunun bir faydası, əhəmiyyəti, xeyri varmı? Bu qədər vaxt israfına dəyərmi? Yaxud Həccə gedən insanlar nə üçün bu qədər vaxt ərzində orada qalırlar? “Qurani-Kərim”in “Bəqərə” surəsinin 197-ci ayəsində deyilir ki, Həcc məlum, bilinən, elan edilən aylardadır. Halbuki həcci 1-cə ayla məhdudlaşdırıblar. Həcci ilin 12 ayının cəmi bir ayına salaraq məhdudlaşdırmaq doğru yanaşma deyil. Hər il milyonlarla insan könüllü olaraq, böyük məbləğdə, özü də dollarla ödəniş edərək Məkkəyə gedir. Bəşər tarixində bu qədər insanın ilin müəyyən vaxtında bir yerə toplaşdığı ikinci məkan və ya mərasim yoxdur. Bu toplaşmağın bəşəriyyətə, insanlığa faydası nədir? Bu yığıncaqdan, qələbəlikdən sonra taleyimizdə, həyatımızda nə dəyişir? Təəssüf ki, heç nə. Səudiyyə Ərəbistanının statistika institutu 1968-ci ildən bu yana Həcc ziyarətinə gələnlərlə bağlı məlumat yayıb. Aydın olub ki, 55 il ərzində 100 milyondan çox insan Məkkəyə səfər edib. Bu, ildə 2 milyona yaxın insanın Məkkəyə səfər etməsi deməkdir. Bu qədər insanın bir məkanda toplanması bəşəriyyətə hansı töhfəni verib? Allah “Qurani-Kərim”də bizə buyurur ki, yer üzünü gəzin, səyahət edin, insanlarla ünsiyyət qurun, onların başına gələnləri bilin, olanlardan nəticə çıxarın, yaradılışı görün. Bunun üçün konkret il, ay, gün, saat müəyyən olunmayıb. |
1,046,078 | 19.02.2024 13:56 | Siyasət | Abramyan: "Ermənistan ətrafındakı vəziyyət İranı narahat edir - onlar hərbi əməkdaşlığa hazırdırlar" | “İranın müxtəlif dairələri ilə görüşlərim və müzakirələrim zamanı Süniklə (Zəngəzur-red.) geniş söhbətlər apardım”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.Onun sözlərinə görə, İran rejimində Zəngəzur mövzusunu həm coğrafi, həm də siyasi baxımdan Qarabağ məsələsi ilə eyni müstəvidə hesab edənlər çoxdur. “Təsadüfi deyil ki, Qarabağın Azərbaycanın nəzarətində olması da İranın maraqlarına böyük ziyan vurmaq kimi qəbul edilir. Orda belə bir fikir var ki, Ermənistan və İran Zəngəzurun təhlükəsizliyi və sabitliyi üçün addımlar atsalar da, Qarabağ azərbaycanlıların əlində olduğu müddətdə İran daim təhlükəsizlik təhdidi altında olacaq. Ermənistan və xüsusən də Zəngəzur ətrafında yaranmış hərbi-siyasi vəziyyət İranı hədsiz dərəcədə narahat edir və bu riskləri neytrallaşdırmaq üçün Ermənistanla müxtəlif formatlarda, ilk növbədə hərbi sahədə dərin əməkdaşlığa hazırdırlar”,-deyə revanşist siyasətçi bildirib.Musavat.com |
1,046,079 | 19.02.2024 15:57 | Mədəniyyət | Özbəkistanda azad Qarabağa dair fotolarından ibarət sərgi keçiriləcək FOTO | Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” adlı poemanın və Özbək məşhur fotomüxbir Husniddin Atoevin Azərbaycana, Qarabağa reallaşdırılmış mediatur zamanı çəkdiyi fotolardan ibarət “Qarabağda yenidən doğan günəş” adlı foto-sərgisi keçiriləcəkdir. Tədbir 20 fevral tarixində Daşkənd şəhərindəki tarixi Turan kitabxanasında keçirilicəkdir. Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2020-ci ilin fevral ayında elan etdiyi “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” adlı müsabiqənin qalibləri olmuş mərhum azərbaycanlı şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” və Özbəkistanın tanınmış şairəsi, yazıçı-publisist Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” poemaları hazırlanmışdır. Sözügedən poemalar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qarşılıqlı olaraq Azərbaycan və özbək dillərinə tərcümə edilərək çap edilmişdir. “Mələklərin soyqırımı” adlı poemanın təqdimatı ilə yanaşı, Turan kitabxanasında Özbəkistanın tanınmış fotomüxbiri Hüsniddin Atoevin “Qarabağda yenidən doğan günəş” adlı foto-sərgisi də təqdim ediləcəkdir. Qeyd edək ki, sərgidə nümayiş olunacaq fotolar Özbəkistanlı jurnalistlərin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən işğaldan azad olunmuş torpaqlara təşkil edilmiş media-tur çərçivəsində Hüsniddin Atoevin çəkdiyi kadrlardır. Fotolarda Ağdam, Şuşa, Füzuli şəhərlərinin, kənd və qəsəbələrimizin erməni işğalı nəticəsində dağıdılmış vəziyyəti və işğaldan sonra sözügedən ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan quruculuq işləri əks olunmuşdur. Sözügedən sərginin cari ilin fevral ayının 26-a qədər Daşkənd şəhərindəki tarixi Turan kitabxanasında sərgilənməsi nəzərdə tutulmuşdur. |
1,046,080 | 19.02.2024 14:03 | Ölkə | Azərbaycandakı qəbiristanlıqların sayı AÇIQLANDI | “Azərbaycanda 4204 qəbiristanlıq var ki, onların da 3268-i bələdiyyələrə təhvil verilib”. Bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə Regional məsələlər komitəsinin fevralın 19-da keçirilən iclasında çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, 900-dən artıq qəbiristanlıq isə hələ təhvil verilməyib: “Bunun da təxminən bir neçə səbəbləri var. Əsas səbəb də xəritələrin tam dəqiq olmamasıdır. Ona görə də bu işi başa çatdırmaq düzgün deyil. Bundan başqa, orada əmlakların bəzilərinin mülkiyyət sənədləri yoxdur. Bu günə kimi də alınmayıb. Ona görə də belə çətinliklər bu gün var. Tək-tük rayon icra hakimiyyətləri var ki, orada komissiyalar yaradılsa da, təhvil-təslim işləri bir az dayanıb. Bu işlər diqqət və nəzarətdədir”. (Report) |
1,046,082 | 19.02.2024 14:05 | Dünya | Yuliya Navalnaya ərinin ölümünə sevinir və... - ŞOK VİDEO | Dünya şöhrətli psixoloq və fəxri professor Paul Ekman rusiyalı müxalif Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya barədə diqqət çəkən açıqlama verib. Musavat.com xəbər verir ki, psixoloq ərinin ölümündən danışan Navalnayanın mimikalarını təhlil edib. Paul Ekman qeyd edib ki, Yuliya Navalnayanın üzündə “qəribə təbəssüm” olub və bundan belə anlamaq olar ki, qadın ərinin ölümünə sevindiyini və yüngülləşdiyini gizlədə bilmir. Professor iddia edib ki, Yuliya Navalnaya ərinin ölümündən sonra bütün diqqəti öz üzərinə çəkməyi bacarıb: "Onun reaksiyası sevimli ərinin ölümündən xəbər tutan qadının reaksiyası deyil. Qarşımızda ərinin ölümündən sonra dünyanın diqqətini öz üzərinə çəkən, güclü qadın var. O istəyirdi ki, dünya yalnız onun haqqında danışsın”, - Ekman qeyd edib. Qeyd edək ki, Paul Ekman emosiyaların və onların üz ifadələri ilə əlaqəsinin tədqiqində qabaqcıl olan San-Fransisko, Kaliforniya Universitetində amerikalı psixoloq və fəxri professordur. O, XX əsrin ən çox istinad edilən 100 psixoloqu arasında 59-cu yerdə qərarlaşıb. Ekman "Bacarırsansa, məni aldat" kitabının müəllifidir. |
1,046,084 | 19.02.2024 14:10 | Yazarlar | Qoşqaroğlunun unikal adı – 20 ildən sonrası maraqlıdır | Təvazökarliqdan Xantı-Mansı muxtar dairəsinin Nijnevartovsk şəhəri qədər uzaq olsa da, qürur duya-duya deyim ki, Rusiyada yeni doğulmuş körpəyə Vladimir-Putin adı qoyan adamın bizimkilərdən olacağından şübhələnmişdim. İlk informasiyada yalnız bir ipucu vardı, türkün sözü. Uşağın soyadı, milliyyəti göstərilmirdi, amma dərc olunmuş doğum şəhadətnəmizsinin ata adı qrafasında “Qoşqaroviç” yazılmışdı. Düzdür, bu, yəhudilərin “Qerşkoviç”inə də oxşayır, amma bilənlər bilir ki, “Qoşqar” adı bizlikdir – Savalan, Altay, Elbrus, Kazbek və s. digər dağlardan götürülmə adlar kimi. (Yeri gəlmişkən, Qoşqar zirvəsi Daşkəsəndə dikəlir). Doğrusu, nədən uşaqlara Kəpəz adı qoyulmur, bilmirəm, amma Laçında Keyti adlı adamlar varmış. Qazaxlı qardaşlar Göyəzənlə fəxr edirlər, amma oğlan uşaqlarına o adı vermirlər. Allah tərəfi, Göyəzən də götürüləsi addır. O gün ölkəmizdə bu il doğulan körpələrə verilən adların siyahısı verilmişdi, çox biabırçı adlar vardı. Onu daşıyan uşaqlar gələcəkdə bu adları onlara qoyanlara söyəcəklər, yüz faiz. Xüləs, bu başqa söhbətdir. Mən Nijnevartovskda doğulan oğlan uşağına Vladimir-Putin adı qoyan adamın bizdən olmasın təkcə “Qoşqar”a görə təxmin etməmişdim. Bizdə qədimdən belə bir adət-ənənə olduğunu bildiyimdən düşünmüşdüm ki, bu iş çıxsa-çıxsa bizdən çıxar. Hərçənd kim bilir, bəlkə elə bir şakər xantılarda, mansılarda, buryatlarda, tuvalılarda, xakaslarda da var. Bizdə belə bir adətin olduğu qədimlərdən bəllidir. Biz hələ inqilabın ilk illərində uşaqlara Marksın və Leninin adını birləşdirərək Marlen adı qoymuş camaatıq. Vladlen (yəni Vladimir Leninin ad-soyadının qısaldılıb birləşdirilməsi) adını SSRİ məkanında biz icad etmişik. Ayrıca sovet dövründə bu ölkədə Marks, Engels, Voroşil (SSRİ-nin müdafiə naziri Kliment Voroşilovun şərəfinə) kimi adlar olub. O vaxt beynəlmiləçi idik. Hər millətdən ad götürə bilərdik. Məsələn, almaniyalı kommunist Ernest Telmanın faciəvi ölümündən sonra ölkəmizdə minlərlə uşağa Telman adı qoyulmuşdu. Hər kənddə ən azı iki Telman vardı. Bu təmayül, bəlkə də o adın milli adımız “Elman”a, “Fərman”a, “Dilman”a yaraşması üzündən idi. Almanların məhbəsində ölən çex şairi Yulius Fuçikin adını da götürmüşdülər. Hələ yaxşı ki, o vaxt Konqoda Moskvaya meylli baş nazir Patris Lumumda öldürüləndə və sovet təbliğatı onun adını göylərə qaldıranda bizimkilər qızışıb öz uşaqlarına Patris və ya Lumumba adı qoymadılar. (Bəlkə də az-az var). Biabırçılıq olardı, camaat “Petris-Petros” deyərdi. Özü heç, övladları adam içinə çıxa bilməzdilər. Yadıma gəlir ki, 1977-ci ildə Çili kompartiyasının baş katibi Luis Korvalan diktator Pinoçetin gülləsindən qaçıb Moskvaya gələndə yeni doğulmuş bir uşağa Korvalan adı vermişdilər. Allahdan, sonradan məlum oldu ki, uşağın adı sənəddə başqa cürdür, milli addır. Amma o oğlan əsgərliyə gedənə qədər qonşular, tanış-bilişlər onu “Karvalan” çağırdılar. Heç bilirsiniz, ölkədə 1990-91-ci il təvəllüdlü nə qədər Səddam var? N qədər. Bizimkilər bu adı oğlan övladlarına İraq diktatoru Səddam Hüseynin şərəfinə vermişdilər, çünki o, o vaxtlar ABŞ-a möhkəm dirəşirdi və bu, sovet adamı olaraq bizə ləzzət edirdi. Söz yox ki, bunlar dövrün konyukturasına uyğun adlardır. Baxın, daha övladına İndira, Raciv, Fidel, Raul, Soyuz, Qaqarin adı qoyan yoxdur. Dövr dəyişib. İndi yeni konyukturaya uyğun adlar qoyulsa da, daha çox milli adlar qoyulur. Müsbət yanaşaq, deyək ki, bu, rəğbətdən, riqqətdəndir. Görünür, Qoşqar Piriyev də Nijnevartovskda doğulan oğluna Vladimir-Putin adını RF prezidentinə rəğbətindən qoyub. Sağ-salamat böyüsün. Ancaq Vladimir-Putin yekəlib yekə kişi olanda, onun ad-soyaddaşı hakimiyyətdən getmiş və “xalq düşməni” çıxarılmış (Rusiyada belə şeylər həmişə olur) ola bilər, bax, onda Qoşqar bəyin oğluna adıyla bağlı müəyyən problemlər yaranacaq. Samir SARI |
1,046,085 | 19.02.2024 14:09 | Ölkə | Xocalıda azərbaycanlı əsir və girovların saxlanıldığı yerdən görüntülər - VİDEO | Erməni işğalından azad olunan Xocalı rayonunun Malıbəyli (2023-cü ilin dekabrınadək Şuşa rayonunun inzibati ərazi vahidi olub) kəndində azərbaycanlı əsir və girovların saxlanıldığı tikili aşkarlanıb. İşğaldan əvvəl - 1992-ci ilədək yaşayış məntəqəsinin ərazidən keçən Ağvan çayının sahilində qədim su dəyirmanı və onun yardımçı binası olub. İşğal dövründə separatçılar oranı azərbaycanlı əsir və girovları qanunsuz saxlama yerinə çeviriblər. Bunun üçün dəyirmanın yardımçı tikilisinin qapı və pəncərələrinə dəmir barmaqlıqlar vurublar, üzərinə qalın beton töküblər. Eyni zamanda, içəridə dəmir arakəsmələr yerləşdirərək, qəfəs formasına salıblar. Bundan başqa, əsir və girovlara nəzarət edənlər üçün ayrıca otaq yaradıblar. Tikilidə aşkarlanan izlər orada azərbaycanlı əsirlərin saxlanıldığını, onlara işgəncələr verildiyini deməyə ciddi əsas yaradır. Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları zamanı kənd işğaldan azad edilib. Azərbaycanlı əsirlərin saxlanıldığı və işgəncələr verildiyi tikilinin görüntülərini təqdim edirik: “Report” |
1,046,086 | 19.02.2024 17:07 | Son xəbər | Vardanyanın bankı SATILDI | "Bank of Georgia Group" (BOGG) Ermənistan bankı "Ameriabank" QSC-nin 303.6 milyon ABŞ dollarına satın alınması ilə bağlı razılaşma əldə edib. Bu barədə BOGG-nin press-relizində bildirilib. Qeyd olunub ki, tranzaksiyanın edilməsindən sonra bankın səhmlərinin 90%-i BOGG-yə, 10%-i isə Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) qalacaq. Qeyd edək ki, korporativ, investisiya və pərakəndə bank xidmətləri göstərən "Ameriabank"ın baş qərargahı İrəvanda yerləşir. Bankın Ruben Vardanyanın nəzarətində olduğu bildirilir. "Bank of Georgia" isə Gürcüstanın ən böyük kommersiya banklarından biridir və Böyük Britaniyada qeydiyyatdan keçib. (APA) |
1,046,087 | 19.02.2024 14:16 | Siyasət | Bakıya 40 ölkənin parlamentarları gəlir-səbəb? | Fevralın 21-dən 24-dək Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçiriləcək. Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.“Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edəcək.Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaqdır.Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.Musavat.com |
1,046,089 | 19.02.2024 17:20 | Kriminal | Azərbaycanda dəhşətli cinayət: Qızı əxlaqsızlıq etdi, oğlu isə... – Şok təfərrüat | Abşeron rayonunda 1964-cü il təvəllüdlü Muxtar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qızı Vüsaləni (adlar şərti verilib – red.) öldürüb. Muxtarın birinci nikahdan olan 1987-ci il təvəllüdlü qızı Vüsalə əxlaqsız həyat tərzi yaşayıb, ondan hər dəfə pul tələb edib, pul vermədikdə isə ailə üzvləri, qohumları haqqında sosial şəbəkələrdə mütəmadi məlumatlar və fotokollajlar, o cümlədən bədəninin intim yerində atasının, qohumlarının şəkillərini yerləşdirib, barələrində ağır söyüş və təhqiredici ifadələr olan yazılar paylaşıb. Muxtar qızına əxlaqsızlıq etməməsi, sosial şəbəkədə onun, ailə üzvləri və qohumları barəsində rüsvayedici foto və yazılar yaymaması barədə növbəti dəfə xəbərdarlıq edib. Vüsaləni əməllərinə görə öldürmək qərarına gəlib. Bu məqsədlə əvvəlcədən Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən mağazaların birindən bıçaq alıb. 3 iyun 2022-ci ildə qızının kirayədə yaşadığı Masazır qəsəbəsi, Yeni Bakı" yaşayış kompleksinə gəlib. Muxtar qızının yaşadığı mənzildən çıxmasını gözləyib. Təxminən 30 dəqiqə sonra, yəni saat 12 radələrində Vüsalənin mənzildən çıxdığını görüb. Qızına yaxınlaşaraq onun və qohumları haqqında rüsvayedici məlumatları yayması, əxlaqsızlıq etməsinə görə iradını bildirib. Ondan belə hərəkətləri dayandırmasını tələb edib. Vüsalə atasının sözlərinə nümayişkaranə məhəl qoymayıb və pilləkənlə 3-cü mərtəbəyə düşüb. Muxtar da iradını bildirə-bildirə qızının arxasınca gələrək 3-cü mərtəbəyə çatıb. Bu zaman Vüsalə “sizi rüsvay etməkdə davam edəcəm” deyərək, atasını nalayiq sözlərlə təhqir edəndə onu öldürmək niyyətini qətiləşdirib. Əvvəlcə yumruqla qızının burnundan zərbə vurub. Zərbənin təsirindən qızın burnu qanayıb. Daha sonra Muxtar corabının içərisində gizlətdiyi bıçağı çıxararaq Vüsaləni vurmaq istəyib. Vüsalə əliylə atasının bıçaq saxlayan əlindən vurub. Zərbənin təsirindən bıçaq mərtəbələr arasındakı boşluqdan birincə mərtəbənin döşəməsinə düşüb. Muxtar Vüsalənin qaçmasının qarşısını almaq üçün saçından tutaraq özü ilə birinci mərtəbəyə düşürüb. Orada bıçağı götürərək qızına çoxsaylı zərbələr vurub. Vüsalə aldığı zərbələr nəticəsində kəskin qan itirməsindən dünyasını dəyişib. “Qızımla əlaqə yaratmaqdan imtina elədim” İstintaq orqanı tərəfindən Muxtarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə ifadə verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Vüsalə onun birinci nikahdan olan övladıdır: “Boşandıqdan sonra məhkəmə aliment təyin etdi. Cəmi 1-2 ay aliment verdim. Sonra Vüsalənin anası Zəminə ərə getdi. Zəminənin əri aliment lazım olmadığını, Vüsaləni özü böyüdəcəyini bildirdi. Böyüyəndən sonra Vüsalə özü mənə zəng elədi. Lakin barəsində pis sözlər eşitdiyimə görə onunla əlaqə qurmaq istəmədim”. “Lüt şəkillərimi paylaşdı” Təqsirləndirilən şəxs qeyd edib ki, Vüsalə 2018-2019-cu ildən onu təhdid etməyə başlayıb: “Ona haqqı olanı verməsəm, məni biabır edəcəyini bildirdi. Neçə ildir bizə əziyyət verirdi. Sosial şəbəkələrdə məni və ailəmi təhqir edirdi. Sosial şəbəkələrdə lüt şəkillərimi paylaşır, ayıb yerinin üzərinə şəkillərimi qoyur, qızlarımı, nəvələrimi aşağılayırdı. Hətta bir dəfə Zaur Baxşəliyevin verlişinə çıxaraq məni biabır elədi. Daha sonra Türkiyəyə getdi, oradan paylaşımlar etməyə başladı”. “Polisə şikayət etdim, nəticəsi olmadı” Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ildə Vüsaləni Türkiyədən gətirdib: “Təyyarə biletini aldim, gələn gün ona ev tutdum. Amma tutduğum evi bəyənmədi. Onu otelə yerləşdirdim. Vüsalə məndən 150 min manat pul tələb etdi. Paylaşdıqlarını silsin deyə ona hər gün 20 manat, hər ay 300 manat kirayə pulu göndərdim. Eyni zamanda mənə hədə-qorxu gəlməsi ilə bağlı 34-cü Polis Bölməsinə müraciət etdim. Lakin heç bir nəticəsi olmadı. Bütün qohumların, qonşuların yanında biabır olduğumuzdan neçə dəfə Vüsaləyə xəbərdarlıq etdim. Oğlum Vüsalənin anasının yanına getdi, onun hərərkətləri barədə xəbərdar etdi. Mən də Vüsalənin yaşadığı ünvana getdim. Liftdən çıxanda qarşılaşdıq. Qorxutmaq məqsədi ilə özümlə bıçaq da götürmüşüm. Ancaq onu öldürmək məqsədim yox idi. Vüsalə məni görən kimi qışqır-bağır saldı. Həm mənim, həm də oğlumun ünvanına ağır sözlər dedi. Çox qışqırdığını gördükdə bıçağı çıxartdım. Vüsalə bıçağı əlimdən alaraq pilləkanların arasından aşağıya atdı. Blokdan çıxanda Vüsalə yenə qışqırdı. Bu vaxt özümdən asılı olmayaraq bıçağı yerdən götürdüm və Vüsalənin boyun nahiyəsinə bir zərbə vurdum. Bıçağı tullayıb blokdan çıxdım. Törətdiyim əməldən peşmanam. Hadisəni törətdikdən sonra polisə getdim, könüllü təslim oldum. Özümü Cinayət Məcəlləsinin 122-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilirəm. Hadisəni affekt vəziyyətində törətmişəm”. Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. Həmin ifadədən məlum olur ki, təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmir. “Boşanıb hər ikimiz ailə qurduq” Muxtar ifadəsində göstərib ki, 1986-cı ildə Zəminə ilə ailə qurub: “Bu nikahdan 1987-ci ildə qızımız Vüsalə anadan oldu. Sonradan Zəminə ilə aramızda ailədaxili narazılıqlar başladı. Bir evdə yola gedə bilmədiyimizə görə Vüsalə doğulduqdan 2 ay sonra rəsmi qaydada boşandıq. Vüsalə anası ilə birlikdə Şəki rayonunda yaşadı. Boşandıqdan sonra 1989-cu ildə Zəminə ərə getdi, mən özüm isə 1991-ci ildə Günel adlı qadınla ailə qurdum. Bu nikahdan da mənim 2 qız, 1 oğlan olmaqla 3 övladım dünyaya gəldi. Günellə evləndikdən sonra Bakı şəhərinə gələrək müxtəlif mağazalarda, kafelərdə işləyərək ailəmin dolandırmağa başladım. 2018-ci ilədək qızımla demək olar ki, heç vaxt əlaqə saxlamamışam. Çünki onun anası Zəminə ikinci dəfə ailə qurduqladm sonra əri mənim Vüsaləyə aliment verməyimə etiraz etdi. Keçmiş arvadımın və qızımın mənimlə hər hansı formada əlaqə saxlamasını istəməmişəm”. “Dedim ki, məndən sənə ata olmaz” Muxtar qeyd edib ki, 2018-ci ildə Vüsalə onun mobil telefonuna zəng edib, “sən mənim atamsan, mənə maddi kömək et, maddi vəziyyətim çox aşağıdır” deyib: “Dedim, qulağıma Şəki camaatından çatıb ki, sən düz yolda deyilsən, pozğunluq edirsən, başqa kişilərlə qeyri-rəsmi münasibət qurursan, səni kimisindən mənə qız, məndən də sənə ata olmaz. 2022-ci ilin fevralında Vüsalə özünün “zərərçəkmiş şəxs” adlı “İnstagram” səhifəsində dəniz geyimində və çılpaq şəkillərlə paylaşımlar etdi. Həmin paylaşımlardan onun Türkiyədəki otellərdən birində olması açıq-aydın göründü. Vüsalə bununla kifayətlənmədi, mənim ikinci evliliyimdən olan övladlarımın şəkillərini həmin şəbəkədə paylaşaraq, şəkillərin altından təhqiramiz ifadələr yazdı. Oğlum Vüqara dedim ki, oğul, sən Vüsalə ilə danış, qoy Bakıya gəlsin. O, Bakıya gələndən sonra polisə şikayət edəcəm ki, Vüsalə məni və ailə üzvlərimizi “İnstagram”da təhqir edir, mənim bu şikayətimdən sonra da polislər onu tutacaq. Bunu deyəndən sonra oğlum Vüsalə ilə telefonla danışdı. Oğlumun səyləri nəticəsində Vüsalə 2022-ci ilin martında Bakı şəhərinə gəldi. Onu əvvəlcə Novxanı yolunda adını bilmədiyim otelə yerləşdirdim. Vüsalə təxminən 2-3 gün həmin oteldə qalandan sonra Xətai rayonu, NZS qəsəbəsində kirayədə yaşadığıma görə Vüsalənin məni və ailə üzvlərimi təhqir etməsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət etdim. Vüsaləni də NZS qəsəbəsində olan başqa bir otelə yerləşdirdim. Şikayət etdiyimi biləndə Vüsalə yenidən övladlarımın şəkillərini “İnstagram”da paylaşaraq altında təhqiramiz sözlər yazmağa başladı. Tək yaşayan qızlara ev verilmədiyinə və Vüsalə tək olduğuna görə ona kirayə ev tuta bilmədim. Vüsalənin qaldığı otellərin pulunu özüm ödəmişəm”. “Pulu qurtaran kimi başlayırdı” Muxtar qeyd edib ki, daha sonra Zəminə Şəki rayonundan gələrək qızı ilə birlikdə Xırdalan şəhərində kirayənişin olaraq yaşamağa başlayıb: “Təxminən bir ay sonra həmin mənzilin sahibi də onları evdən qovdu. Ev sahibi oğlum Vüqara zəng edərək Vüsalənin yaşadığı mənzilə başqa kişilərlə birlikdə gəldiyini dedi. Buna görə oğlum məcbur qalaraq 2022-ci ilin may ayında Vüsaləyə Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış kompleksində mənzil kirayə tutdu. Vüsalə həmin mənzildə tək yaşamağa başladı. Həm Xırdalan şəhərində, həm də Masazır qəsəbəsində Vüsaləyə tutduğumuz mənzillərin kirayə pulunu əvvəlki kimi özüm ödəmişəm. Lakin Vüsalə yenə də məni və ailə üzvlərimi “İnstagram”da təhqir edirdi. Məndən digər xərclərini ödəmək üçün əlavə pul istəyirdi. Mən də ona gündəlik olaraq ən azı 20 manat, müxtəlif vaxtlarda 50, 100, 200, sonuncu dəfə isə 300 manat vermişəm. Pulu qurtaran kimi o, “İnstagram”da məni və ailə üzvlərimi təhqir edirdi. Dəfələrlə Vüsalənin yaşadığı “Yeni Bakı” yaşayış kompleksinə getmişəm. Ona xəbərdarlıq edərək “məni və ailə üzvlərimi biabır eləmə, insanlar içərisinə çıxa bilmirik” desəm də, sözümə məhəl qoymurdu. Pulu qurtaran kimi yenidən başlayrdı”. “Qızıma “səni öldürəcəm” dedim” Təqsirləndirilən şəxs bildirib ki, sonuncu dəfə 29 may 2022-ci ildə təxminən saat 20 radələrində Vüsalənin kirayə qaldığı Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış kompleksinin 7-ci mərtəbəsində yerləşən evə gedib: “Əvvəlcə Vüsalə qapını açmaq istəməs də, ona “qızım, qapını aç, ata-bala kimi səninlə danışım” deyəndən qapını açdı. Söhbət zamanı ona dedim ki, qızım, bizim ailəni biabır eləmisən, ATV-də Zaurun verlişinə çıxıb məndən aliment istəmisən, xahiş edirəm, bu əməllərindən əl çək, yoxsa səni öldürəcəm. Həmin vaxt qızım məni nalayiq sözlərlə təhqir etdi, evdən qovmağa çalışdı. Mən də əsəblərimi cilovlaya bilmədim, onu yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə, o cümlədən sifətinə yumruq-təpiklə vurdum. Mayın 30-da Abşeron Rayon Polis İdarəsinə çağırıldım. Orada məndən izahat alınaraq Vüsaləınin məndən şikayət edib ekspertizadan keçdiyi və mənim əməlimə qanunvericiliyə uyğun hüquqi qiymət veriləcəyi deyildi. Qızımın polisə şikayət etməsi məni daha çox əsəbləşdirdi. Eyni zamanda polisə şikayətdən sonra qızım “İnstagram”da daha da fəallaşdı. Məni və ailə üzvlərimi daha böyük hirslə təhqir etməyə, oğlu Vüqarın, yeznəm Əlinin və nəvəm Sevilin şəkillərini öz hesabında paylaşaraq şəkillərin altından təhqiramiz ifadələr yazmağa başladı”. “Liftin qarşısına gəldik” Təqsirləndirilən şəxsin sözlərinə görə, Vüsalənin son hərəkətləri onu daha da hirsləndirdiyinə görə iyunun 3-də, təxminən saat 11 radələrində kirayənişin yaşadığı 4-cü mikrorayondakı evindən çıxıb və dəqiq xatırlamadığı dükandan təxminən 2-3 manata bıçaq alıb: “Bıçağı corabımın içinə qoydum. Sonra Vüsalənin yaşadığı “Yeni Bakı” yaşayış kompleksinə gəldim. Binanın 7-ci mərtəbəsinə qalxdım və liftin yanında dayanaraq Vüsalənin evdən çıxmasını gözlədim. Bıçağı alaraq Vüsalənin yaşadığı evə gələndə onu öldürmək fikrində deyildim. Bir ata olaraq yenə də Vüsalənin məni və ailə üzvlərimi təhqir etməməsi, bütün qohum-tanış arasında biabır etməməsi üçün qorxutmaq istəmişəm. Təxminən yarım saat 7-ci mərtəbədə liftin yanında gözlədim. Təxminən saat 12 radələrində Vüsalə evdən çıxaraq pilləkənlərlə 7-ci mərtəbədə olan liftin yanına yaxınlaşanda olduğum yerdən çıxdım və Vüsalənin arxasında dayandım. Ona “qızım əl çək bu şantaj və təhqirlərindən, mənim sənə verməyə pulum qurtaran kimi bizim ailənin hər bir üzvünü təhqir edirsən” dedim. Vüsalə qışqıra-qışqıra məni təhqir etməyə başladı. “Səndən sonra oğlun Vüqarı da biabır edəcəm, onsuz Vüqarı da biabır etmişəm, amma indən sonra daha çox biabır edəcəm ki, ailəlikcə rüsvay olasınız” söylədi. “Qızımı öldürdüm, polisə təslim oldum” Muxtar qeyd edib ki, Vüsalə yenə də təhqirlərə davam edib: “Məni təhqir edə-edə birlikdə binanın 3-cü mərtəbəsinə qədər endik. Təhqirlərə dözə bilmədim. Əvvəlcə yumruqla onun burun nahiyəsinə zərbə endirdim. Sonra corabımın içərisində olan bıçağı götürdüm, qızımın boğazına zərbə endirmək istəyəndə o, bıçağı əlimdən aldı. Pilləkən qövsünün orta hissəsi ilə binanın blokunun 1-ci mərtəbəsinə atdı. Vüsalənin saçından tutaraq pilləkənlərlə onu binanın blokunun 1-ci mərtəbəsinə endirdim. Birinci mərtəbənin döşəməsində olan bıçaqla Vüsalənin boğaz nahiyəsinə var gücümlə bir dəfə xəsarət yetirdim. Həmin nahiyədən zərbə vursam, Vüsalənin tez öləcəyini bilirdim. Mənə müqavimət göstərməyə çalışsa da, onun bədəninin başqa hansı nahiyələrinə zərbə endirməyim yadımda qalmayıb. Ola bilər, özümdən asılı olmayaraq Vüsalənin bədəninin başqa nahiyələrinə də xəsarət yetirmişəm. Vüsaləni öldürdükdən sonra onu vurduğum bıçağı üzərinə atdım, binanın blokundan çıxdım. Yaxınlıqdakı meyvə dükanında əllərimi yudum. Amma dükanın sahibinə hadisə barədə heç bir söz demədim. Yalnız “su verin, zəhmət olmasa, əllərimi yuyum, barmağımı kəsmişəm” dedim. Orada dayanmış tanımadığı taksi sürücüsünün maşınına əyləşdim və Abşeron Rayon Polis İdarəsinə sürməsini xahiş etdim. Növbətçi hissəyə yaxınlaşaraq qızım Vüsaləni öldürməyim barədə məlumat verdim, polisə təslim olum”. “Qızıma atası əxlaqsız hərəkətlər edib” İş üzrə zərərçəkmiş Vüsalənin hüquqi varisi, anası Zəminənin sözlərinə görə, qızı Vüsalə ilə münasibətləri normal olub: “Mən 18 yaşımda Muxtarla evlənmişəm, 19 yaşımda boşanmışam. Biz ayrılanda Vüsalə 2 aylıq idi. Vüsalə 10-cu sinifdə oxuyanda Muxtar onunla görüşüb, pul verib. Vüsalə 4-cü kursda oxuyanda atasıyla görüşməyə başlamışdı. Muxtar 2018-ci ildə qızıma qarşı əxlaqsızlıq edib. Qızım Muxtarın oğlunun onunla ər-arvad kimi yaşadığını deyirdi. Təqsirləndirilən şəxs düz deyir, Vüsalə ona zəng edib. Lakin hər şeyin bir səbəbi olur. Muxtar Vüsalə üçün kirayə ev tutub. Vüsaləni marketə işə düzəldib. Vüsalə mənə Muxtarın ona əxlaqsız sözlər dediyini bildirirdi. İyulun 3-də “İnstagram”da qızımın atası tərəfindən öldürüldüyü xəbərini eşitdim. Tez qızıma zəng vudrum, ancaq cavab gəlmədi”. Məhkəmənin hökmü ilə Muxtar 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com |
1,046,091 | 19.02.2024 17:32 | Ölkə | "Oğlumun ölümünü internetdən öyrəndim, onları bağışlamayacağam" - VİDEO | Əməkdar artist Rəhman Rəhmanovun birinci həyat yoldaşı, müğənni Emil Rəhmanoğlunun anası Ulduz Əhmədova övladı ilə münasibətlərindən danışıb. "O üz" proqramına danışan U.Əhmədova oğlunun xəstəliyi haqda ona xəbər verilmədiyini deyib. O bildirib ki, övladının dünyasını dəyişməsindən sosial şəbəkədən xəbər tutub: "Əzab-əziyyətim çox olub. O biri övladım 9 il xəstə olub, mən yanına gedib-gəlmişəm. Halal xoşu olsun. Hamı balasının komadan çıxmasını gözləyəndə, mən İlhamın ürəyinin dayanmasını gözləyirdim. Emil isə məni yandırdı. Övladımın xəstəxanaya düşməsini, reanimasiyada olmasını mənə xəbər etməyiblər. İmkan verməyiblər yataqda üzünü görüm. Bunu Allah götürər? Bunu heç kimə bağışlamayacağam. Bacım oğlu instaqramda göstərdi ki övladımın yasıdır. İmkan vermədilər onun xəstə yatağında üzünü görüm. Kim deyir başımı itirmişdim, boş söhbətdir. Uşağıma yaxınlaşıblar, üzünü o yana, bu yana çevirib. Bəlkə, məni axtarıb. 37 il Emilə baxmışam. Bu kirayədən o kirayəyə köçə-köçə övladlarımı saxlamışam. Oğlum həbsxanada olanda evlərdə işləyib ona yemək aparırdım. Aramızda inciklik olub, Emil küsülülük saxlayan deyildi. Gecələr yuxumdan çıxmır. Balalarımın ikisi də yuxuma girmişdi". (Axşam.az) |
1,046,093 | 19.02.2024 14:27 | Dünya | Peskov: “Rusiya və Ermənistanın mövqeyi diametral şəkildə fərqlənir” | “Ukrayna məsələsində Moskva ilə Ermənistan tərəfinin mövqeləri diametral şəkildə fərqlidir”. Musavat.com TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov bu gün jurnalistlərlə söhbəti zamanı bildirib. "Rusiya və Ermənistanın Ukrayna ilə bağlı mövqeləri tamamilə fərqlidir, Rusiya Federasiyası bunun düzgün olduğunu israrla izah etməyə davam edəcək", - Peskov bildirib. Qeyd edək ki, ötən gün Ermənistan hökumətinin başçısı Nikol Paşinyan İrəvanın Ukraynada aparılan müharibədə Rusiyanın müttəfiqi olmadığını bildirib. Musavat.com |
1,046,094 | 19.02.2024 14:36 | Dünya | Tramp Putinin adamıdır? | ABŞ-ın Respublikaçılar Partiyasının keçmiş sözçüsü Liz Çeyni eks-prezident Donald Trampı Kremlin təbliğatını aparmaqda suçlayıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Donald Trampın Aleksey Navalnının müəmmalı ölümü ilə bağlı heç bir söz söyləməməsi və Putinin adını çəkməkdən qaçması öz partiyasında ciddi tənqidlərə səbəb olub. Liz Çeyni hətta onu Respublikaçılar Partiyasının “Putin qanadı” adlandırıb. “Biz “Putin qanadı”nın Ağ Evi ələ keçirməsinə yol verə bilmərik”, - deyə Çeyni qeyd edib. Liz Çeyni həmçinin üçüncü tərəf kimi prezidentliyə namizəd olub-olmayacağına hələ qərar vermədiyini bildirib, lakin Donald Trampın məğlub olması üçün əlindən gələni edəcəyini söyləyib. Xatırladaq ki, Liz Çeyni ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyninin qızıdır. Musavat.com |
1,046,095 | 19.02.2024 14:46 | Ölkə | Fazil Mustafa: “Azərbaycanda erməni-fars ideologiyasının qalib gəlməsinə icazə verilməyəcək” | Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa ona qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə keçirilən növbəti məhkəmə prosesində A.Səricanovun əməlini etiraf etməsinə münasibət bildirib. F.Mustafa Pravda.az-a açıqlamasında deyib ki, o, məhkəmə istintaqının tamamlanmasını gözləyir: “Təbii ki, məhkəmədə deyilənlər kifayət qədər əsaslı deyil. Çünki mənim açıqlamalarım, həqiqətən də, bütün “ermənilərin” qəzəbinə səbəb olur. Həm xaç çevirən ermənilərin, həm də “namaz qılan ermənilərin”. Bu ermənilər bütövlükdə Azərbaycana düşməndirlər. İstər fars-erməni qarışığı olsun, istərsə də təmiz erməni olsun, bizim üçün bunların fərqi yoxdur. Təkcə mənə nifrət etmirlər, ümumilikdə, Azərbaycan dövlətinə nifrət edirlər. Əməllərinə diqqət edin - “Qumda oldum, Qumda gedib görüşdüm, orada söhbət apardım ki, Fazil Mustafanı öldürməliyik...” Bütün bunların hamısı niyə Qumda cərəyan edir? Sizin kəbininiz Qumdamı kəsilib? Hamısı Azərbaycan dövlətinə qarşı çevrilmiş qüvvələrdir, fars-erməni terrorunun uzantısıdır və bu uzantının da bir xətti bizə qarşı çevrildi. Bir sözlə, bu etiraflar, açıqlamalar əsaslı deyil. Çünki onlar savadsız və dini başa düşməyən militanlardır. Əgər dindarsansa... Orucluq vaxtı eməniyə, yunana, hansısa ateist şəxsə desən ki, oruc tutan adamı vurmalıyıq, o deyər ki, qoy orucluq bitsin, sonra edək. Kim deyib ki, orucluq vaxtı müsəlmanı öldürməlisən? Bu cür alçaqlığı hansı dindən öyrənmisən? Bu, Məhəmməd Peyğəmbərin dinində yoxdur. İmam Əlinin, Hüseynin dinində yoxdur! Yəni bu, din, əqidə məsələsi deyil, ümumilikdə, tapşırıq icra edən agentura məsələsidir. Başqa ölkənin maraqlarına xidmət edən, vətənini satmağa hazır olan, vətəni erməniyə, farsa bütün istiqamətlərdə sataraq həyatını bunun üzərində quran, bundan mənfəət götürən bir şəbəkədən söhbət gedir. Buna görə də əməllərini nə ilə əsaslandırmalıdırlar? “Fazil Mustafanın fikirləri bizim xoşumuza gəlmədi...” Kiminsə fikri kiminsə xoşuna gəlmirsə, onu öldürməlidir? Hansı din bunu əmr edib? İslam dinində axı bu yoxdur. Deməli, bu cür vəhşilik mühitində yetişmək elə-belə, səbəbsiz deyil, dinlə əlaqəsi yoxdur ki. Bu adamların bütün açıqlamaları bir daha ifşa edir ki, hansı mənbədən qidalanıblar, terroru həyata keçirəndə haradan tapşırıq alıblar. Əlbəttə, bilirlər ki, Azərbaycan dövləti hələ ayaqdadır və Azərbaycan dövlətini bu formada hədələmək mümkün deyil. İfadələrində də göstəriblər ki, ayrı-ayrı dövlət obyektlərinə hücum çəkib, oralarda da cinayət törətməli, qarşılarına çıxanı öldürməli idilər. Bunlar tipik fars terrorçularıdır, Qumdan təlimat alaraq fəaliyyət göstərən şəbəkədir”. Fazil Mustafa hazırda necə mühafizə edilməsindən, təhlükə hiss edib-etməməsindən də danışıb: “Mühafizəmizin təşkili ilə bağlı dövlət qurumları istənilən səviyyədə bütün işləri görüb. Təhlükəsizlik baxımından bir narahatlıq yoxdur. Davamız can davası deyil ki. Milli düşmənlərə, satqınlara, Vətənə xəyanət etmiş bu cür ünsürlərə qarşı mübarizəmiz bundan sonra da davam edəcək. Bu, bir deyil, iki deyil. Belə şəbəkələrə qarşı hamımız sussaq, Azərbaycanı vəhşi metodlarla qan gölünə çevirəcəklər. Buna görə də cəzaları lazımi səviyyədə verilməlidir. Azərbaycan dövləti nə qədər ki ayaqdadır, bu torpaqda erməni-fars ideologiyasının qalib gəlməsinə icazə verilməyəcək! Bu cür ünsürlər zamanında zərərsizləşdiriləcək”. |
1,046,096 | 19.02.2024 14:51 | Dünya | İsrail Braziliya prezidentini persona non-qrata elan edib | Braziliya lideri Qəzza zolağında baş verənləri soyqırım adlandırdıqdan və Holokostla müqayisə etdikdən sonra İsrailin xarici işlər naziri İsrael Katz Braziliya prezidenti Luiz İnasio Lula da Silvanı persona non qrata elan edib. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Fələstin məsələsi İsrail üçün həyati əhəmiyyət daşıdığından İsrail dövləti bu xüsusda ona qarşı çıxan ölkələrə və siyasətçilərə olduqca sərt reaksiya verir. Musavat.com |
1,046,097 | 19.02.2024 14:48 | Siyasət | İrəvana Münxen şapalağı – Ermənistan öz yerini bilməyincə... | Nikol Paşinyanın Münxen səfəri tam fiasko və ya özünü antireklam sayıla bilər. Yenə də burnu daşa dəydi. Bu dəfə Avropada - dünyanın ən nüfuzlu təbliğat platformalarından birində. Necə deyərlər, Paşinyan dedi, Paşinyan və Mirzəyan (xarici işlər naziri) eşitdi. Almaniyada onun Bakıya qarşı nə “Azərbaycan genişmiqyaslı müharibəyə hazırlaşır” şantajı, nə də bu tipli digər sərsəmləmələr ciddiyə alındı. Onun Qarabağdan olan erməni köçkünlərdən danışarkən “öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət tərəfindən müdafiə olunmamasını” sanki təəssüflə vurğulaması da eyni xanədən idi. Beləcə, İrəvan ikiüzlü, riyakar siyasətinə ən yüksək səviyyədə sadiqdir, siyasi boşboğazlıqlara rəğmən, separatizmdən hələ də tam imtina etməyib. Sadəcə, beynəlxalq birlik “ikinci erməni dövləti” ideyasını qəbul etmir deyə, “qınlarına” çəkiliblər... Hər şey qırağa, bununla N.Paşinyan bəlkə heç özü də istəmədən Ermənistanın “barıt qoxulu” konstitusiyasının beynəlxalq hüquqa uyğunlaşdırııması vacibliyinə diqqət yönəltmiş oldu. Nə barədə ki, Azərbaycan XİN-in gecikməyən bəyanatında bir daha vurğulanır. Sitat: “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəlincə, göründüyü kimi, baş nazir Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir. Bu isə bir daha erməni tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan Ermənistanın konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir”... Əlbəttə, Nikolun Münxen uğursuzluğu Ermənistana vurulan növbəti şapalaqdır. Əsas səbəb isə Azərbaycanın öz mövqeyini Qərbdə təsdiqlətməsi ilə birbaşa bağlıdır. Görünən budur ki, daha ağlı yerində olan avropalı, qərbli siyasətçi və ya dövlət xadimi Bakı ilə münasibətləri kapitulyant və haqsız tərəfə görə korlamaq, risk altına qoymaq istəmir. Siyasət praqmatizmi sevər. Eyni səbəbdən ABŞ dövlət katibi Entoni Blinken də Prezident İlham Əliyev və Nikol Paşinyanla görüşlərdə Azərbaycanın küsdürəcək, Ermənistanı isə revanşizmə şirnikləndirəcək heç bir söz işlətmədi. Bundan sonra belə olacaq. Odur ki, Ermənistan nəhayət, öz dərsini götürməli, yerini bilməli, boyundan yuxarı iddialarla yaşamamalı, heç vaxt reallaşmayacaq planlar qurmamalıdır. “Miatsum” qatarı, “status” vaqonu geridönməz şəkildə gedib. “Timsah göz yaşları” kömək etməyəcək. Eləcə də Bakıya qarşı “etnik təmizləmə”, hətta “soyqırımı” yalanları ayaq tutsa da, yeriyə, qaça bilməyəcək. Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin yox, haranın üzvü olur-olsun. Çünki istənilən düz əyrini kəsər... “Azərbaycan indiyədək onu erməni əhalisini “soyqırım”da suçlayacaq bircə əsas da yaratmayıb. Qarabağ erməniləri əvvəllər özlərininki elan etdikləri Qarabağı 3-5 gün ərzində özləri, könüllü tərk ediblər. Amma baxın, öz torpaqlarının əsl sahibi olan fələstinlilər necə davranır, dirəniş göstərirlər. Ərazini vətən hesab etdikləri üçün oranı tərk etmirlər”. Bu fərqi əcnəbi politoloqlardan biri qeyd edib. Haqlı. Əlavə şərhə lüzum qalmır. Amma Münxen rəzilliyindən qaçmaq da olardı, əgər Nikol Vovayeviç ora absurd, irreal və davakar ritorika ilə yox, kapitulyant ölkənin izləməli olduğu, ona “yaraşan” sülh gündəliyi ilə getsəydi. Düz yolu nə qədər barmaqla göstərmək olar... Musavat.com |
1,046,098 | 19.02.2024 14:50 | Dünya | SON DƏQİQƏ! İran hərəkətə keçdi: Genişmiqyaslı müharibə... | "İran ABŞ-la birbaşa qarşıdurmanın və Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq üçün dəstəklədiyi silahlı birləşmələrə təxribatdan çəkinmək mesajı verib". Musavat.com xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Washington Post (WP) nəşri və Reuters xəbər agentliyi ABŞ, İraq və İran rəsmiləri ilə apardığı müsahibələrə əsasən yayıb. Bildirilib ki, İordaniyada 3 ABŞ əsgərinin həyatını itirdiyi baza hücumundan bir gün sonra İran İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandanı İsmayıl Kani İraqın paytaxtı Bağdada gedərək oradakı milis qüvvələrinin nümayəndələri ilə görüşüb. Qeyd olunub ki, Kani buradakı milis nümayəndələrinə ABŞ-a qarşı bu cür sərt hücumların regionda kritik infrastruktura hücumlara, yüksək səviyyəli komandirlərin öldürülməsinə və İrana birbaşa müdaxiləyə səbəb ola biləcəyi ilə bağlı narahatlığını çatdırıb. Rəsmilər İranın mesajının təsirli olduğunu düşünür. ABŞ-ın İraqda “Kətaib Hizbullah”ın yüksək rütbəli üzvünə hücum etməsinə baxmayaraq, fevralın 4-dən bəri ABŞ ünsürlərinə qarşı heç bir hücumun olmadığı bildirilir. İsrail-HƏMAS müharibəsi başlayandan sonra Tehranın dəstəklədiyi qruplar ABŞ-ın Yaxın Şərqdəki bazalarına çoxlu hücumlar həyata keçirib. Musavat.com |
1,046,099 | 19.02.2024 17:45 | Şou-biznes | Ağamirzə mərhum meyxanaçıdan danışdı: "Həkimlərdən çox xahiş etdim" - VİDEO | "Bir pis xəbər gəldi. Dedilər ki, qəzaya düşüb. Mən ömrümdə heç vaxt maşını elə sürməmişdim. Özümü xəstəxanaya çatdırdım. Həkimlərdən çox xahiş etdim ki, bir dəqiqəlik Bayramın yanına girim. Getdim gördüm uzanıb. Heç danışmırdı. Bu bir dəqiqə ərzində ona baxdım. Sağ əlinin bir barmağını tərpədirdi. O da deyəsən sınmışdı". BAKU.WS xəbər verir ki, bu sözləri həmkarı Bayram Kürdəxanlının vəfatından danışan Ağamirzə Məmmədov deyib. "Yollar bizi ayırmasın" verilişinə açıqlama verən Ağamirzə meyxanaçının yanından çıxdıqdan bir saat sonra onun dünyasını dəyişdiyini bildirib: "Çox ürək ağrısı ilə oradan çıxdım. Heç kimin əlindən heç nə gəlmirdi. Bir saat sonra Bayram rəhmətə getdi". Xatırladaq ki, Bayram Kürdəxanılını 2017-ci ildə avtomobil vuraraq öldürüb. Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən, Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avtomobil onu vurub. Nəticədə meyxanaçı ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. |
1,046,100 | 19.02.2024 14:57 | İdman | Məhəmməd Abdullasoy rəqibinə boğucu fəndlə QALİB gəldi FOTO | Azərbaycanlı MMA idmançısı Məhəmməd Abdullasoy dünyada tanınmış döyüş liqalarından olan "Octagon" təşkilatında ağır çəkidə növbəti reytinq döyüşünü keçirib. Musavat.com xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən döyüşdə qazaxıstanlı rəqibini 2 dəfə noqdauna salan Abdullasoy 2-ci raundda rəqibinə boğucu fəndlə qalib gəlib. Musavat.com |
1,046,101 | 19.02.2024 14:50 | Dünya | Kremendə QIRĞIN gedir, Ukrayna kəşfiyyatından DƏHŞƏTLİ basqın - CANLI | Ukrayna Silahlı Qüvvələri Kremen istiqamətində bir qrup rus hərbçisini məhv edib. "Telegram" kanallarında video yayılıb. Paylaşımda qeyd olunub ki, Ukrayna kəşfiyyatçıları düşmənin arxasına keçərək rus hərbçilərin olduğu mövqelərə basqınlar ediblər. Əməliyyat zamanı neçə rus hərbçisinin öldürüldüyü ilə bağlı məlumat verilməyib. Siyasi məhbus Aleksey Navalnının saxlandığı İK-3 “Qütb canavarı” cəzaçəkmə müəssisəsində gərgin hadisələr fevralın 15-də axşam saatlarında başlayıb, bu isə o deməkdir ki, müxalifətçi Rusiyanın bildirdiyindən xeyli tez ölmüş ola bilər. “Novaya qazeta” (Europe) nəşri həmin cəzaçəkmə müəssisəsindəki məhbusa istinadən yayıb.“Navalnının ölüm şəhadətnaməsində müxalifətçinin fevralın 16-da cümə günü saat 14:17-də öldüyü bildirilir. Federal Penitensiar Xidmət bu barədə inanılmaz sürətlə, elə həmin gün saat 14:19-da rəsmi açıqlama yayıb. Çox güman ki, siyasi məhbus bir gün əvvəl dünyasını dəyişib. İK-3-də cəza çəkən məhbus iddia edir ki, fevralın 15-nə keçən gecə cəzaçəkmə müəssisəsində “anlaşılmaz ajiotaj” başlayıb. Onun sözlərinə görə, məcburi axşam yoxlaması “çox sürətləndirilib” və bundan sonra məhbuslar ağır mühafizə altında kazarmalara yollanıblar. Həmin gecə zonaya çoxlu avtomobilin daxil olduğu da eşidilib. Məhkumun dediyinə görə, fevralın 16-da səhər, yoxlamanın gözlənilmədən gəlməsi ilə əlaqədar olaraq, cəzaçəkmə müəssisəsinin işçiləri “ümumi axtarış” aparıblar. Koloniya üçün nəzarət tədbirləri adi haldır, lakin əvvəllər onlara ən azı bir ay əvvəldən məlumat verilirdi. Mənbə iddia edir ki, onlar Navalnının ölümü barədə danışmağa fevralın 16-da səhər saat 10-da başlayıblar. Hakimiyyət müxalifətçinin öldüyünü rəsmən elan etdikdən sonra “Qütb canavarı”nda təcili yardım maşını peyda olub.Federal Penitensiar Xidmətin məlumatına görə, guya Navalnı fevralın 16-da gəzinti zamanı özündən gedib və həkimlər onu xilas edə bilməyiblər. Rəsmi versiyaya görə, həkimlər zəngdən 7 dəqiqə sonra qonşu şəhərdən cəzaçəkmə müəssisəsinə gəliblər. Bu mümkün deyil. Belə məsafəni 7 dəqiqəyə qət etmək üçün təcili yardım maşını 300 km/saat sürətlə getməlidir. Rəsmi versiyadakı bu cür məqsədyönlü uyğunsuzluqlar göstərir ki, Moskva onların sözlərinə etimad göstərməkdən çəkinməyib. Navalnının ölümünün bütün dünya elitasını bir araya gətirən Münhen Təhlükəsizlik Konfransının başlanğıcında açıq şəkildə elan edilməsi də vacibdir...” - məlumatda deyilir.TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə Navalnının ölümü və Ukrayna cəbhəsini müzakirə edir. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat |
1,046,102 | 19.02.2024 17:57 | Gündəm | Azərbaycanda maska rejimi tətbiq ediləcək? - AÇIQLAMA | Qış aylarında respirator infeskiyaların sayı artır. Bu infeksiyalara qrip, COVID-19, eyni zamand, qızılca virusunu göstərmək olar. Musavat.com xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev deyib. O qeyd edib ki, Azərbaycanda maska rejimin tətbiqi gözlənilmir. "Maskadan istifadə hər bir şəxsin öz məsuliyyəti daxilində olan bir haldır. İstənilən şəxs virusdan qorunmaq üçün maskadan istifadə edə bilər. Eyni zamanda, gigiyena qaydalarına əməl edilməsi, ara məsafə gözlənilməsi xəstəliyə yoluxma riskini azaldan hallardır. Maska istifadəsi də məcburi deyil. Sadəcə, ehtiyat tədbir kimi istifadə edilə bilər. Zaman-zaman insanlara maskadan istifadənin zərurətini daimi olaraq xatırladırıq. Düşünmürəm ki, maska rejimi tətbiq edilsə, xəstəlikdən tam qoruna bilərik. Qrip, qızılca, COVID-19-dan qorunmağın yeganə vasitəsi peyvənd olunmaqdır. Sadəcə, bu yolla viruslardan qoruna bilərik. Digər gigiyenik qaydalar, ara məsafə saxlanılması, maskdan istifadə isə yalnızca yoluxma riskini azalda bilər", - deyə o bildirib. Xatırladaq ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub. |
1,046,103 | 19.02.2024 18:09 | Hadisə | Şəkidə 6 avtomobil toqquşdu - VİDEO | Şəkidə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Musavat.com oxu.az-a istinadən xəbər verir ki, hadisənin videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb. İlkin məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı altı avtomobil toqquşub. Ölən və yaralananlar barədə məlumat yoxdur. Nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib. Həmin görüntüləri təqdim edirik: |
1,046,104 | 19.02.2024 18:10 | Hadisə | Azərbaycanlı iş adamı Rusiyada öldü | Rusiyada yaşayan azərbaycanlı iş adamı, 1957-ci il təvəllüdlü Rahim Rüstəm oğlu Cəfərov dünyasını dəyişib. Musavat.com xəbər verir ki, bu barədə Axar.az-a mərhumun yaxın qohumu məlumat verib. Bildirilib ki, onun hansı səbəbdən öldüyü məlum deyil: "Mərhumun nəşi ölkəmizə gətirilməyib, Rusiyada dəfn olunub". Qeyd edək ki, R.Cəfərov Cəlilabaddandır. O, uzun illər Rusiyada yaşayıb. Mərhum bir neçə restoranın və ticarət mərkəzinin sahibi idi. |
1,046,105 | 19.02.2024 18:22 | Son xəbər | Separatçı ermənilərin fəaliyyətini işıqlandıran müxbir Moskvada tutuldu | İkinci Qarabağ müharibəsi zamanı separatçı ermənilərin fəaliyyətini işıqlandıran rusiyalı hərbi müxbir Andrey Kots Moskvada narkotik vasitə olan marixuana ilə saxlanılıb. Musavat.com APA-ya istinadən bildirir ki, "RİA Novosti"nin jurnalisti Andrey Kots fevralın 10-na keçən gecə saxlanılıb. Polis əməkdaşları Kotsu Dekabristov küçəsində saxlayıb. Jurnalist nəzərəçarpacaq dərəcədə özünü əsəbi aparıb. Polis onun üzərində axtarış aparmağa qərar verib. "RİA Novosti" əməkdaşının üzərində naməlum maddə olan bağlama aşkar edilib Daha sonra müayinə zamanı onun 2 qram ağırlığında marixuana olduğunu məlum olub. Rusiya mətbuatı hərbi müxbirin özünün cinayət işi ilə üzləşməsi ehtimalının az olduğunu yazıb. Belə ki, onun üzərindən aşkar olunan narkotik vasitəsinin çəkisi çox az olub. Lakin müstəntiqlər Andrey Kotsa marixuana satan naməlum şəxsə qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi açmağa hazırlaşırlar. Qeyd edək ki, Kots qardaşları Andrey Kots "RİA Novosti" agentliyini, qardaşı Aleksandr Kots isə "Komsomolskaya Pravda" qəzetinin hərbi müxbiri kimi) İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlar zonasında hərbi jurnalist kimi fəaliyyət göstəriblər. |
1,046,106 | 19.02.2024 14:59 | Region | Ermənistanda keçmiş iqtisadiyyat naziri Paşinyana qarşı savaş açır? | Xəbər verildiyi kimi, Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyan barəsində araşdırma aparılır. Məhkəmə onunla bağlı ev dustaqlığı növündə həbs qətimkan tədbiri seçib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Kerobyan hüquqi mübarizəyə başlamaq qərarına gəlib. Xatırladaq ki, ötən həftə sabiq nazir barəsində açılan cinayət işində siyasi motivin olmadığını demişdi. Lakin Vahan Kerobyanın vəkili Tiqran Yeqoryan artıq müvafiq ərizəni təqdim edəcəklərini yerli mediaya çatdırıb. Xatırladaq ki, Kerobyan “Synergy” şirkəti ilə bağlı cinayət işində əsas fiqurant olaraq keçir. Sabiq nazir rəsmi səlahiyyətlərdən sui-istifadə etməkdə, onları aşmaqda, və ya bir qruplaşmanın tərkibində qabaqcadan əlbir olaraq təsir imkanlarını işə salmaqda suçlanır. Musavat.com |
1,046,108 | 19.02.2024 15:02 | Dünya | Yuliya Navalnaya: “Mən Alekseyin işini davam etdirəcəm” VİDEO | “Rusiyada həbsxanada müəmmalı şəkildə ölən müxalifətçi Aleksey Navalnını xanımı Yuliya Navalnaya rəsmi müraciət yayımlayıb”. Musavat.com xəbər verir ki, müraciət Aleksey Navalnının Youtube kanalı vasitəsilə translyasiya olunub. Yuliya Navalnaya həyat yoldaşının ölümündə birbaşa Rusiya prezident Vladimir Putini suçlayıb. Bundan başqa o, “Alekseyin işini davam etdirəcəyini” söyləyib. Musavat.com |
1,046,109 | 19.02.2024 15:07 | Ölkə | Azercell Füzulidə! | Lider mobil operator Qarabağda xidmət mərkəzləri şəbəkəsini genişləndirir “Azercell Telekom” MMC azad edilmiş ərazilərin yenidən qurulması və bərpası istiqamətində aparılan işlərə öz töhfəsini verməyə davam edir. Şirkət Füzulidə telekommunikasiya xidmətləri göstərən ilk və yeganə rəsmi mağazanı təqdim edir. Füzuli şəhərinin mərkəzində, Heydər Əliyev prospektində yerləşən Azercell-in satış və xidmət məntəqəsində nömrə ilə bir çox əməliyyatları rahatlıqla həyata keçirmək mümkündür. Ən müasir avadanlıqla təmin edilmiş mağazada həmçinin, gündəlik istifadə üçün nəzərdə tutulmuş bir sıra cihazları, eləcə də smartfonları kredit və ya nağd şəkildə əldə etmək də olar. Xatırladaq ki, Qarabağda ilk mobil şəbəkə infrastrukturunu qurmaqla yanaşı, burada müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını açan ilk mobil operator məhz Azercell olub. Şirkət Şuşa şəhərində Eksklüziv ofisini, Zəngilanın Ağalı kəndində və Laçında isə diler mağazalarını istifadəyə verib. Eyni zamanda, Azercell bu günə kimi azad edilmiş ərazilərdə 150-yə yaxın 4G baza stansiyasını və bir neçə günəş enerjisi ilə çalışan “yaşıl” stansiyaları işə salıb. |
1,046,110 | 19.02.2024 15:18 | Son xəbər | Paşinyanın deputatından Azərbaycan AÇIQLAMASI | “Ümid edirəm ki, tezliklə Azərbaycan-Ermənistan müzakirələri yenidən başlayacaq”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyanın sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Gevorq Papoyan deyib. Papoyan bununla Münxendə Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı mövzuya da toxunub. Erməni deputat yenə də Azərbaycanı əsassız yerə suçlamağı unutmayıb. “Ümid edirəm ki, əvvəlcə xarici işlər nazirlərinin görüşü olacaq, ondan sonra proses bərpa olunacaq”, - deyə Gevorq Papoyan bildirib. Musavat.com |
1,046,111 | 19.02.2024 15:17 | Kriminal | Canlı yayımda ŞOK İDDİA: 5 il əvvəl Əhməd bu şəxsi... - VİDEO | Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı iddialar davam edir. Musavat.com xəbər verir ki, həmin iddialardan bir neçəsi Speys TV-nin efirində yayımlanan “Gəl, danış” verilişində səsləndirilib. Belə ki, efirə telefon zəngi vasitəsilə qoşulan Nadir adlı şəxs Əhməd Əhmədovun illər əvvəl ona xəsarət yetirdiyini iddia edib: “4-5 il bundan öncə Muşfiqabad qəsəbəsində Əhməddən saatı soruşmuşdum. O da məni boğmağa başladı. Mən yarım saat huşsuz vəziyyətdə qaldım. Həmin vaxt o, mənim cibimdəki pulları və telefonumu da götürmüşdü. O zaman Əhmədin 19-20 yaşları olardı. Yanında da başqa bir oğlan vardı”. Qeyd edək ki, bundan əvvəl Ə.Əhmədovun qeyri-qanuni əməlləri ilə bağlı bir neçə iddia yayılıb. |
1,046,112 | 19.02.2024 15:33 | Sosial | 1 aylıq narkostatistika AÇIQLANDI - ŞOK GÖSTƏRİCİLƏR | Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu 2024-cü ilin yanvar ayının yekununa dair məlumat yayıb. Musavat.com-un xəbərinə görə, məlum olur ki, 2024-cü ilin yanvar ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə narkotiklərlə əlaqəli 1098 cinayət faktı aşkarlanıb. Onlardan 316-sı narkotik vasitələrin qanunsuz satışı, 782-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması ilə bağlı olub. Məlumatda aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 831 kiloqram 021,607 qram narkotik vasitələrin və psixotrop maddələrin 86 kiloqram 213,9 qramı heroin, 681 kiloqram 712,79 qramı marixuana, 16 kiloqram 104,876 qramı tiryək, 22 kiloqram 833,55 qramı həşiş, 23 kiloqram 078,491 qramı psixotrop maddələr, 1 kiloqram 078,255 qramı digər narkotik vasitələrin təşkil etdiyi qeyd olunur. 1 ay ərzində 690 ədəd həb metadon, 69,2 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb. Qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 476 min manat qiymətləndirilib. Məlumatda qeyd olunur ki, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 29 fakt aşkar edilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 422 kiloqram 862,838 qram və 690 ədəd həb metadon müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb. Ümumilikdə, aşkar edilmiş cinayətlərin 27-si qrup halında törədilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 187 kiloqram 290,6 qram narkotik vasitə və psixotrop maddə müsadirə olunub. 109 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 133 kiloqram 013,1 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib. İşçi Qrupunun apardığı təhlil göstərir ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 36, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 6, digər növ cinayət faktların sayı 8, qrup halında olan cinayətlərin sayı 5 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 170 nəfər azalıb. Aşkar edilən ümumi faktların sayı 48 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 2 fakt, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların cayı 98 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 156 kiloqram 261,318 qram artıb. Səhiyyə Nazirliyinin məlumatına əsasən, hesabat dövründə Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Narkoloji Mərkəzə 6 min 847 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 162 nəfərdən 124 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 1 ay ərzində İİV-ə 108 nəfər yoluxub. Onlardan 106 nəfəri Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 8 nəfəri İnyekson Narkotik İstifadəçiləri olub. “802” qaynar xətt telefon zəng xidmətinə 44 vətəndaş müraciəti daxil olub ki, onların 14-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 17-si narkotik asılılıqdan müalicə, 13-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 31 məktub ünvanlanıb. Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri başlanıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb. Narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib. E.MƏMMƏDƏLİYEV,Musavat.com |
1,046,113 | 19.02.2024 15:24 | Analitika | Ukrayna müharibədə uduzur - Qərb isə yardımı hələ müzakirə edir - ŞƏRH | Ukrayna-Rusiya cəbhəsi dünyanın ən qaynar bölgələrindəndir. Fevralın 24-də bu müharibənin ikinci ili tamam olacaq. Bu müddət ərzində kim hansı üstünlüklər əldə edib? Müharibə bir daha sübut etdi ki, milli, "5-ci kolon"a mənsub olmayan kadrlar dövlətin müstəqilliyində əsas rol oynayır. Ukrayna müstəqil dövləti 2014-cü ildən, Maydan hərəkatından sonra qurulmağa başlayıb. Rusiyanın Krımı ilhaqı Ukrayna ordusunun döyüş qabiliyyətinin, eləcə də Qərbin ona dəstəyinin göstəricisi sayıla bilər. Rusiya yarımadanı çox sürətlə ələ keçirdi. Ukraynalı hərbçilər onları gözləyirmiş kimi mövqe və postlarını təhvil verdilər. Sübut olundu ki, Ukraynada hərbi sahədə milli kadrlar azdır. Prezident Volodimir Zelenskinin yerli həbi komissarların hamısının çağırışçıları hərbi xidmətdən yayındırmaq üçün korrupsiya ilə məşğul olduqları barədə açıqlamaları da bunu təsdiqləyir. Ukrayna Silahlı Qüvvələrində Baş komandanın dəyişməsi, Valeri Zalujnını Aleksandr Sırskinin əvəz etməsi ordu başçısının güclü və iradəli olmasının uğur üçün kifayət etmədiyini təsdiqlədi. Orduda yeyinti hallarının mövcudluğu müdafiə nazirinin dəyişməsi ilə nəticələndi. Aleksey Reznikovu Rüstəm Ömərov əvəzlədi. Bu, Ukrayna Silahlı Qüvvələrinin yenidən formalaşması anlamına da gəlir. Müharibənin gedişində yeni rəhbərliklə yeni ordu qurulur. Yeni rəhbərliyin hərbçilər arasında nüfuzunun artması da bir qədər vaxt aparacaq. Ukrayna torpaqlarının azad edilməsi istiqamətində ciddi uğur əldə etməyib. Bununla belə, dövlət aparatı, ordu, parlament, təhlükəsizlik xidməti və s. "5-ci kolon"dan təmizlənir. Bunun perspektivdə cəbhədə də özünü göstərəcəyi ehtimal olunur. Ukrayna Silahlı Qüvvələri Rusiyanın sürətlə irəliləməsinin qarşısını ala bilib. Ukrayna hava hücumundan müdafiə sistemləri, qırıcılar, raketlər, bir sözlə, Rusiyanın malik olduğu hərbi texnika silah-sursata tam malik deyil. Bu da döyüş bölgələrində özünü göstərir. Ukrayna Silahlı Qüvvələrinin məlumatına əsasən, fevralın 19-da Rusiya hərbçilərinin Zaporojye istiqamətində hücumunun qarşısı alınıb. Fevralın 16-da onlar Avdeyevkaya nəzarəti ələ keçiriblər. Bu şəhər 2014-cü ildə Rusiya hərbçiləri tərəfindən işğal olunmuşdu. Onlar bu şəhərə 4 ay nəzarət edib. 2021-ci ildə ilk dəfə Ukrayna hakimiyyəti Dnepr-Avdeyevka arasında dəmiryolu marşrutunu istismara vermişdi. Avdeyevkanın itirilməsi Ukrayna Silahlı Qüvvələri üçün imtahan da sayıla bilər. Belə ehtimal etmək olar ki, qarşı tərəf ordu rəhbərliyini nüfuzdan salmaq üçün bütün gücünü Avdeyevkanın yenidən ələ keçirilməsi istiqamətində sərf edib. Rusiya isə Ukrayna ərazilərini ilhaq etməklə müharibədə üstünlüyünü göstərə bilir. Bu mənada, Ukrayna ərazilərinin azad edilməsi baxımından elə də ciddi üstünlüyə malik deyil. Rusiya isə bu istiqamətdə güclü təsiri bağışlayır. Ukrayna niyə böyük uğur əldə edə bilmir, yaxud savaşı uduzur? Sirr deyil ki, bu hərbi qarşıdurmada Kiyevi ABŞ-Avropa İttifaqı (Aİ) bloku, eləcə də Böyük Britaniya, Yaponiya, NATO və s. dəstəkləyir. NATO-nun baş katibi Yens Stoltenberq ötən gün bildirib ki, ABŞ-nin Ukraynaya yardımla bağlı qərar qəbul etməməsi döyüş şəraitinə təsir göstərib. Qeyd edək ki, o, ötən həftə Ukraynaya 2024-cü il ərzində bir milyon pilotsuz uçuş aparatı tədarük edəcəklərini bildirmişdi. Deməli, müharibədə baş verənlərə Qərbin yardımı ləngitməyi də az təsir etmir. Yeri gəlmişkən, 2023-cü ildə ABŞ Ukraynaya 24 milyard dollar məbləğində yardım edib. Cari il üçün isə bu məbləğin 60 milyard dollar olacağı gözlənilir. Ancaq qanunvericilər sənədi hələ qəbul etməyib. Bu istiqamətdə bürokratiya Ukraynaya yardımın gecikməsinə mane olmaqla yanaşı, torpaqların yenidən itirilməsinə də yol açıb. Ukraynanın sponsoru Avropa İttifaqı isə 2023-cü il üçün 18 milyard avro ayırmışdısa, bu il üçün 50 milyard avro nəzərdə tutulub. Bəzi hesablamalara əsasən, Rusiya müharibəyə 211 milyard dollar xərcləyib. Bu isə o deməkdir ki, federasiya savaşa sponsorları ilə birlikdə Ukraynadan çox pul xərcləyib. Bir çoxları Rusiya-Ukrayna müharibəsində dünyanın gələcək inkişafının taleyinin həll olduğunu bildirirlər. Bu baxımdan, Rusiya dünyanın aqibətini düşünənləri hələ udur. ABŞ, Avropa İttifaqı ölkələri, NATO bu müharibədə iştirak etmir. Rusiya NATO sərhədlərini pozmasa, yaxın dövrdə onların savaşa qatılacağı da gözlənilmir. Rusiya Federal Gömrük Xidməti başçısının səlahiyyətlərini icra edən Ruslan Davıdovun sözlərinə görə, 2023-cü ildə Avropa İttifaqı ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 15 faizədək düşüb. Deməli, müharibənin gedişinə təsir göstərən başlıca amillərdən biri də bu ölkənin Avropa İttifaqı ilə ticarət əlaqəsinin tam kəsilməməsidir. Bu isə Rusiya iqtisadiyyatını ayaqda saxlayan məsələlərdəndir. Düzdür, Rusiya Qərbdəki ticarət tərəfdaşları ilə itkilərini Çin və Hindistanın hesabına ödəməyə çalışır. Ancaq ölkənin neft-qaz sektoruna sanksiyaların sərtləşdirilməsi onu həmin bazarlardan da mərhum edə bilər. Beləliklə, taktiki uğurları nəzərə almasaq, Ukrayna müharibədə hələ ki Rusiyaya uduzur. Rəsmi Kiyev torpaqları tam azad edənədək müharibə aparacağını bildirir. Belə çıxır ki, Rusiya da ilhaq edilmiş bölgələrin ərazi bütövlüyünü təmin etmək üçün savaşı davam etdirir. Bu isə tərəflər arasında müharibənin hələ bitməyəcəyini deməyə əsas verir. İndiki şəraitdə sülh və ya atəşkəslə bağlı razılaşma daha çox Rusiyanın xeyrinə ola bilər. Belə halda dünyanın taleyini düşünənlərin irəli sürdüyü tezis təmin olunmur. Onda dünyanın iki qütbə yenidən bölünməsi reallaşar. Tərəflər arasında ziddiyyət kəskinləşər. Ukrayna məsələsi isə daha çox uzanar. Bu ziddiyyətlər dünyanın o biri qütbündə güclərin Çin ətrafında toplanmasına şərait yaradar. Belə olduqda Avropa İttifaqı və NATO da mənasızlaşar. ABŞ, Avropa İttifaqı, NATO və Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu - “Ramştayn”ın yardımı gecikdirməsi isə Çinin yeni qütb kimi ulduzunun doğmasını tezləşdirər. Hələ ki Ukrayna müdafiə olunur, Rusiya yeni hücumlara cəhd edir, ABŞ və Avropadakı müttəfiqlər müzakirələr açır, tərəddüdlər edirlər. Aİ ilə Rusiya arasında 85 faizlik ticarət əlaqəsi isə hələ qüvvədədir... Sədrəddin Soltan,"Report" |
1,046,114 | 19.02.2024 18:47 | İdman | Tanınmış azərbaycanlı futbolçu sürücü işləməyə başladı - FOTO | Azərbaycan yığmasının sabiq müdafiəçisi Vüqar Quliyev «futbolun daşını atıb». Uzun illər Premyer Liqanın iddialı klublarının formasını geyinmiş veteran indi sürücü işləyir. «Sprinter» sürən Quliyev müxtəlif rayonlara sifarişləri qəbul edir. O, Sumqayıt futbol məktəbinin yetirməsidir. Yerli «Xəzər»lə yanaşı, «Qarabağ», «MKT-Araz» və «Bakı»ın formasını geyinib. İkincilərin heyətində Çempionlar Liqasında çıxış edib. Son iş yeri «Sumqayıt» olub. Doğma şəhərinin təmsilçisinin akademiyasında məşqçi kimi çalışıb. Akademiyanın baş koordinatoru Hakan Sünalla yaşadığı problem üzündən sevimli peşəsindən uzaq düşüb. |
1,046,115 | 19.02.2024 16:48 | Son xəbər | İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi - YENİLƏNİB + FOTO/VİDEO | Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib. Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib. Sonra rəsmi foto çəkdirilib. *** Azərbaycan Prezidenti İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi keçirilir. Həmin görüntülər: |
1,046,116 | 19.02.2024 15:39 | Siyasət | Paşinyanın açıqlaması növbəti çirkin siyasi texnologiyadır-Millət vəkili | Ermənistanın baş naziri Nikol Paşinyan Münxendə erməni icması ilə görüşdə bildirib ki, Ermənistanın “Qarabağın” öz müqəddəratını təyinetmə hüququnun reallaşması ilə müstəqil olması istiqamətində səyinə beynəlxalq ictimaiyyət dəstək göstərmədiyi üçün bu münaqişəni yalnız Azərbaycana qarşı deyil, beynəlxalq ictimaiyyətə qarşı aparırdıq. Ancaq bu, ağılsızlıq idi”. Bununla yanaşı, baş nazir Azərbaycanın üçtərəfli bəyanatın ilk 8 bəndini pozduğunu qeyd edib. Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən açıqlamanı şərh edib. “Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları təəssüf doğurur. Baş nazirin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəldikdə, göründüyü kimi, baş nazir Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir. Bu isə, bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan, Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir. Ermənistan Baş nazirinin fikirləri həm də göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün beynəlxalq birliyin təzyiqi vacib əhəmiyyət kəsb edir. Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasına gəldikdə bunun heç bir əsasının olmadığı, məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xətlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”. Baş nazir Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir. Bu isə, bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayı yolla sübut edir. Millət vəkili Aydın Mirzəzadə Musavat.com-a açıqlamasında vurğulayıb ki, Ermənistan baş naziri hər zaman ziddiyyətli danışır: “Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, digər tərəfdən isə açıq və ya gizli şəkildə torpaqlarımıza göz dikdiyini bildirir. Ən maraqlısı budur ki, o, Ermənistanın sonuncu məğlubiyyəti və erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasından sonra hələ də torpaqlarımıza geri qayıtmasına ümid edir. Ermənistanda çoxdan Qarabağ müharibəsində uduzmağa dair müzakirələr aparılır. Lakin onlar hələ də məğlubiyyətin səbəbinin qonşu torpaqlara iddia olduğunu açıq bildirməkdən imtina edirlər. Hələ də hesab edirlər ki, buraxdıqları bu və ya digər taktiki səhv onların Azərbaycan ərazisindən qovulmasına səbəb olub. Ermənistan indiki tarixinin Azərbaycan torpaqları üzərində yarandığını, hər zaman kənar qüvvələrin dəstəyi ilə Azərbaycan torpaqlarına sahib çıxdığını unudur, bəlkə də etiraf etmək istəmir. Birinci Qarabağ müharibəsində müvəqqəti qələbə Ermənistanın güclü olmasına görə deyil, Azərbaycana qarşı əslində, Ermənistan və onu dəstəkləyən xarici qüvvələrin səlib yürüşü nəticəsində əldə edildi. Əlbəttə, Ermənistandakı müzakirələrin necə davam edəcəyinin Azərbaycan üçün əhəmiyyəti yoxdur. Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin igidliyi ilə torpaqlarının azad edilməsinə və suverenliyimizin bərqərar edilməsinə nail olub. Bu, əbədidir. Cənab Prezidentin andiçmə mərasimində Xankəndində səsverməsinin erməni separatçılarının tabutuna vurulan sonuncu mismar olduğunu elan etməsi Azərbaycanın öz ərazi bütövlüyündən heç zaman əl çəkməyəcəyini bir daha göstərir. Azərbaycan ərazisində separatizmin baş qaldırmasına imkan verilməyəcək. Ermənistanın Azərbaycanla münasibətlərini beynəlxalq hüquq normaları ilə qurmasından başqa çıxış yolu yoxdur”. Aydın Mirzəzadə bildirib ki, Paşinyanın üçtərəfli bəyannaməni özünəməxsus interpretasiya etməsi isə növbəti erməni çirkin siyasi texnologiyasıdır: “İndiyə qədər kimin nə etdiyi göz önündədir. Azərbaycan danışıqlarda ərazi bütövlüyünə hörmətlə yanaşılmasını, Azərbaycana qarşı torpaq iddialarına son qoyulmasını və Azərbaycanla normal qonşuluq münasibətlərinin qurulmasını təklif edir. Ermənistan isə öz çirkin oyunlarından əl çəkərək nəhayət münasibətləri bu prinsiplər üzərində qurmaq barədə düşünməlidir. Bu, ilk növbədə Ermənistanın özünə lazımdır”. Nigar HƏSƏNLİ,Musavat.com |
1,046,117 | 19.02.2024 15:38 | Son xəbər | TƏBİB sədrindən YENİ TƏYİNATLAR - FOTO | TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər. Bu barədə qurumun sosial media hesabında paylaşım edilib. Belə ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Namiq Həsənov, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıblar. Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktoru İntiqam İbrahimov ixtisasca otolorinolarinqoloqdur. O, bu təyinatadək Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim vəzifəsini icra edib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Namiq Həsənov ixtisasca cərrahdır. Yeni təyinatınadək Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri kimi fəaliyyət göstərib. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov ixtisasca terapevtdir. O, bundan əvvəl Ağdaş Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Tofiqi Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində çalışıb. Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar. |
1,046,118 | 19.02.2024 15:39 | Son xəbər | ABŞ səfirinin xanımı ilə Bakı gəzintisindən yeni FOTOLAR | ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi həyat yoldaşı ilə Bakının görməli yerlərinə səfərlərini davam etdirir. Musavat.com xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Bakıdakı Səfirliyi öz feysbuk hesabında paylaşıb. “Mən və həyat yoldaşım Danuşa gözəl Bakı şəhərini kəşf etməyə davam edirik. Bu yaxınlarda biz Mərkəzi və Qış parkları ətrafında yerləşən gəzməli yerləri görməkdən zövq aldıq”, - deyə səfir qeyd edib. Səfir, həmçinin paylaşımına Bakıda lentə alınan fotolar da əlavə edib. Xatırladaq ki, səfir daha əvvəl Ayna Sultanova heykəlini və Atatürk parkını, eləcə də Milli Tarix Muzeyini ziyarət edib. |
1,046,119 | 19.02.2024 19:50 | İdman | Polşa mətbuatı Rahil Məmmədovu günahkar saydı | Polşa mətbuatı “LKS Lodz”klubunun azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun ölkə çempionatının 21-ci turunun “Vidzev”ə qarşı keçirilmiş oyundakı (0:2) çıxışını qiymətləndirib. “Qafqazinfo” Polşa mətbuatına istinadən xəbər verir ki, polşalı həmkarlarımız milli komandamızın üzvünün buraxılan ilk qolda günahkar olduğunu yazıblar: “Rahil ilk hissədə bu ümidsiz matçın ən parlaq oyunçularından biri idi. O, çox ağıllı oynadı. Lakin ikinci hissədə Məmmədov daha qısa olan Jordi Sançesə onun üzərindən tullanaraq qol vurmasına icazə verdi. İlk buraxılan qolun əsas günahkarı Məmmədovdur”. Qeyd edək ki, “LKS Lodz” 10 xalla 18 komanda arasında sonuncu pillədədir. |
1,046,121 | 19.02.2024 15:58 | Rəsmi | Prezidentlərin təkbətək görüşü başladı - VİDEO FOTO | Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü başlayıb. Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. |
1,046,122 | 19.02.2024 16:43 | Yazarlar | Vədlərinə əməl etməyən baş nazirin Azərbaycan və Rusiyaya kəllə atmaqlığı | Qozbeli qəbir düzəldər, misalı tam yerinə düşür. Münxendə, Almaniya kanslerinin təşəbbüsü ilə keçirilən görüşdən sonra yenə də bəzi optimistlər güman edirdilər ki, Nikol Paşinyan nəhayət, bundan sonra sülhün əldə olunması üçün normal mövqe ortaya qoyacaq. Axı, həm də Almaniyaya səfər etməzdən öncə Zəngilan istiqamətində əl atdıqları xain təxribatın cavabını artıqlaması ilə almışdılar. Amma görünür, yenə də dərs olmayıb… Dərs olsaydı, Nikol Paşinyan Münxendə erməni diasporası ilə görüşdə 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın artıq işləmədiyini bəyan edərkən “Azərbaycanı öz öhdəliklərini yerinə yetirməməkdə” ittiham eləməzdi. Bu adam 10 noyabr bəyanatını – kapitulyasiya aktını bilinmədi qorxusundan harada imzaladı, masanın altındamı, ya… İmzaladı, öhdəlik götürdü ki, Qarabağdakı ordusunu dərhal çıxaracaq. Amma sonra iddia etdi ki, mənim ordum deyil. Hansı ki, “bəyannaməni imzalamasaq, 25 min nəfərlik ordumuz mühasirəyə düşəcəkdi”, deyən də Paşinyan idi. Üstündən 3 ilə yaxın vaxt keçdi, nəinki Ermənistan ordusunun qalıqlarını çıxartmadı, hətta ərazilərimizə silah-sursat, mina daşınmasını sürətləndirdi. Üstəlik, Ermənistan büdcəsindən hər il yarım milyon dollar vəsait ayırdı cinayətkar rejimi saxlamaqdan ötrü. Nəhayət, Azərbaycan imzalanan sənədin 4-cü bəndini də təkbaşına reallaşdırmalı oldu, xunta rejiminin kökünü kəsdi, Paşinyanın hərbçilərini ağ bayraq qaldırmağa vadar etdi. Öz gözündə tiri görməyən Nikol Azərbaycanı günahlandırır. Hələ sözügedən bəyannamənin sonuncu bəndi icra olunmayıb bu günədək, Naxçıvana quru yolumuzun açılması məsələsi həllini tapmayıb. Normallaşma ilə bağlı addım atmalı olduğu halda, Azərbaycana şər atır Paşinyan! Özü də təkcə Azərbaycana şər atmır, Rusiyanı da ittiham edir. Erməni baş nazir iddia edib ki, Qarabağdan ermənilərin köçməsinə görə Rusiya sülhməramlıları günahkardır. Adam nə qədər utanmaz olar ki, bu sözləri deyər. Bəli, Rusiya hərbi kontingenti günahkardır, amma bunu Ermənistanın deməyə haqqı yoxdur, bunu söyləməyə Azərbaycan haqq edir. Çünki məhz Rusiya hərbi kontingentinin nəzarəti altında Qarabağın erməni ordu hissələrinin mövcud olduğu hissələrinə Laçın yolu ilə silah-sursat və mina daşındı uzun müddət. Azərbaycan bu günlərədək mina terroruna görə əziyyət çəkir, buna şəraiti yaradan rus hərbçilər oldu, pul qarşılığında separatçı-terrorçu qüvvələrə hər cür cinayət törətmək imkanı yaratdılar. Əslində üçtərəfli sənədə görə, Rusiya hərbi kontingenti Qarabağa daxil olduğu andan buradakı erməni hərbçilər ərazidən çıxarılmalı idi. Amma bu, baş vermədi, bir çox hallarda Rusiya hərbi texnikasının müşayiəti ilə Xəlfəli, Kosalar yolundan silah-sursat, yanacaq, mina daşındığını gördük, toqquşmalar zamanı qəhrəman hərbçilərimiz şəhid oldu, yaralandı. Hətta bir sıra hallarda, məsələn, Fərrux əməliyyatı zamanı Rusiya hərbi komandanlığı Azərbaycan ordusuna mane olmağa cəhd göstərmişdilər. Bütün bunları unutmamışıq. 2020-ci ilin 10 noyabrından sonra bölgəni tərk edən erməniləri sonradan avtobuslara doldurub yenidən Qarabağa daşıyan da Rusiya hərbi komandanlığı olmuşdu. Paşinyanın yaddaşı bu qədərmi gedərmiş? Azərbaycan dövləti 3 il ərzində Qarabağdakı mülki ermənilərə qanunlarımız çərçivəsində, təhlükəsiz şəraitində yaşamağı təklif etdi, Azərbaycan vətəndaşı olaraq, amma onlar kimlərinsə fitnə-felinə uyub, bundan imtina etdilər, çıxıb getdilər. Rusiya hərbçiləri erməniləri bir-bir ağacamı bağlayıb saxlamalıydı? Doğrudanmı erməni baş nazir bu qədər bəsit düşünür? Axı, onun özü də ötən il etiraf etmişdi ki, Qarabağdakı erməni sakinlərə Azərbaycan tərəfdən hər hansı təzyiq olmayıb, özləri gediblər. İndi nə baş verdi? Bəlkə Münxen havası Paşinyana pis təsir edib, anti-rus havasına girib? Özü də Paşinyan Ukrayna məsələsinə görə də Kremlə qarşı mövqe sərgiləyib, hətta Moskvada qıcıq doğurub bu yanaşma. Yeri gəlmişkən, Paşinyanın Münxendəki anti-rus davranışları 2016-cı ilin aprelini xatırlatdı. O zaman Aprel döyüşlərində sarsıdıcı zərbələr aldıqdan sonra Serj Sərkisyan özünü Almaniyaya yetirib, kansler Merkelə Rusiyadan şikayətlənmişdi, bildirmişdi ki, onların başını köhnə sovet silahları ilə aldadıblar. İndi də Paşinyan. Bunlar təzə ağa tapanda “köhnəsini doğrayıb ulduz edirlər”, köhnə adətləridir. Bununla işimiz yox, o Rusiya, o da Ermənistan özləri bilər. Amma Paşinyanın məhz Azərbaycan Prezidenti ilə görüşdən, məhz bu görüşün ardınca XİN başçılarına qarşılıqlı təmaslarla bağlı təlimat verilməsindən sonra prosesi “0” nöqtəsinə qaytarmaq cəhdi qəbulolunmazdır! Artıq rəsmi Bakı mövqeyini bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə N.Paşinyanın Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib ki, Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirməsi təəssüf doğurur. Ermənistan baş nazirinin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi”nə dair sərsəm yanaşmasına da cavab verilib. Sitat: “Bu isə bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir”. Bəli, Ermənistanla dayanıqlı sülhün əldə olunması üçün ilkin şərt sülh müqaviləsinin imzalanması olmamalıdır, əvvəlcə Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiyası dəyişdirilməli, Azərbaycana, o cümlədən Türkiyəyə qarşı ərazi iddiaları çıxarılmalıdır! Paşinyan Azərbaycanı, yaxud Rusiyanı ittiham etməklə suları bulandırmağa, diqqəti əsas hədəfdən yayındırmağa çalışır. Xülasə, götürdüyü öhdəliyə əməl etməyən erməni baş nazir Azərbaycan və Rusiyaya kəllə atmaqla nəyəsə nail olmağa çalışır. Dəmir Yumruq üçün darıxan adama çox bənzəyir... Elşad PAŞASOY |
1,046,123 | 19.02.2024 16:05 | Son xəbər | Paşinyanla Rusiya arasında GƏRGİNLİK artır - Kamran Həsənli CANLIda | Kreml Ukrayna hadisələri ilə bağlı Rusiya və Ermənistanın mövqelərinin fərqli olduğunu təsdiqləyib. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı vəziyyətlə bağlı Moskva və İrəvanın mövqelərindəki fərq barədə danışan Paşinyanın bəyanatını şərh edərkən deyib. “Həqiqətən də Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral şəkildə əks mövqelərimiz var. Bu sirr deyil. Bu, məlum mövqedir”, - o bildirib. Peskov vurğulayıb ki, Rusiya İrəvanın bu mövqeyi ilə razı deyil və israrla haqlı olduğunu izah etməyə davam edəcək. Qeyd edək ki, Nikol Paşinyan 1991-ci il Almatı Bəyannaməsini Rusiyanın da imzaladığını vurğulayaraq, bu bəyannamə əsasında Ukraynanın ərazi bütövlüyünün tanınmasının Kremlin öhdəliyi olduğunu bildirib. Başqa sözlə, Paşinyan Rusiyanın Ukraynada işğalçı müharibə apardığını təsdiqləyib. Bu və gündəmdəki digər xəbərləri aparıcı Kamran Həsənli ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. |
1,046,124 | 19.02.2024 16:27 | Region | “Ermənistan Konstitusiyasını xalq dəyişəcək” - Papoyan | “Ermənistanın Konstitusiyasını dəyişib-dəyişməməyimiz bizim daxili işimizdir”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərlə söhbətində “Vətəndaş sazişi” partiyasından olan deputat Gevorq Papoyan deyib. “Ermənistan Respublikasının Konstitusiyasına düzəlişlər etmək üçün çox subyektlər var. Onlar bəzi hallarda bu düzəlişləri təqdim edə bilər. Bu, şübhəsiz ki, Ermənistanda daxili məsələlərin təşkili və tənzimlənməsi ilə bağlıdır. Bu, heç bir ölkənin tələbləri ilə bağlı ola bilməz, bu, sadəcə olaraq qəbuledilməzdir. Ermənistanda səsvermə hüququ olan insanların ən azı 25%-i toplaşarsa və bu kütlə səsvermə zamanı 50%-dən çox “lehinə” alarsa, o zaman Ermənistan Konstitusiyasına düzəlişlər edilə bilər. Bu o deməkdir ki, Ermənistan Konstitusiyasını yalnız xalq dəyişəcək”, - deyə Papoyan qeyd edib. Musavat.com |
1,046,125 | 19.02.2024 19:12 | Son xəbər | Bakı-Sumqayıt yolundan istifadə edən şəxsləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni yol... | Nəqliyyat eksperti Aslan Əsədov mövcud Bakı-Sumqayıt-Bakı yoluna alternativ "Yeni yol" layihəsini təklif edib. Layihənin əsas məqsədi şəhər yollarında tıxac məsələsinin həllinə dəstək olmaqdır. Müəllifi bildirib ki, Bakının təpəlik reylef ərazidə yerləşməsi şəhərin giriş çıxış yollarının yaradılmasına maneə törətməkdədir. Layihə üç mərhələli olaraq Bakı șəhəri Binəqədi və Abşeron rayonu ərazilərini əhatə edir: "1-ci mərhələdə Binəqədi rayonu 9 mikrorayon ərazisində tikintisi aparılacaq tunel və ya dolayı yol çəkilişi nəzərdə tutulub. Bu, Abşeron rayonu Masazır, Saray qəsəbələrini, Binəqədi rayonu Biləcəri, Binəqədi qəsəbələrini əhatə edəcəkdir. 2-ci mərhələ üzrə küçələrin genişləndirilməsi, ərazi üzrə yaşayış və qeyri-yaşayış evlərinin satın alınması və plana düșəcək yaşayış və ya qeyri-yaşayış sahələrinin təyin edilməsi və sökülməsi işləri nəzərdə tutulub. 3-cü mərhələ isə yol ilə kəsişəcək yol və qovşaqların tikilməsi və təyini ilə bağlıdır. İlkin mərhələdə yolun 2 gediş, 2 gəliş olmaqla, 4 zolaqlı olması, perespektivdə isə 8 zolağadək genişləndirilməsi mümkün ola bilər. Layihənin icra müddəti 3 il planlaşdırılıb". A.Əsədov qeyd edib ki, təklif etdiyi "Yeni yol" layihəsi çərçivəsində həyata keçirilməsi planlaşdırılan məsələlərin əhali üçün bir sıra üstünlükləri olacaq: "Yeni yol çəkilərsə, ərazidə Biləcəri, Binəqədi, Novxanı, Masazır ərazisində mənzil qiymətləri dəyişəcək, torpaq və yaşayış sahələrinin qiymətləri bahalaşacaq. Bundan əlavə ərazidə məşğulluq artacaq, yeni iş yerləri açılacaq, kanalizasiya, içməli su, internet və s. kimi sosial layihələrin tipik həllərində sıçrayış olacaq. Həmçinin layihə Biləcəri, Masazır, Saray, Novxanı qəsəbələrinin Nəsimi metrosuna əlçatanlığını təmin edəcək, kanat, funklyor inşası ilə ərazidə şəhər turizminin inkişafı və turizmin digər elementlərini bariz göstərəcək. Yeni marşurut xətlərinin çəkilməsi həm də ərazidə sərnişindaşımanın rahatlılığına zəmin yaradacaq. Ərazidə yerləşən Biləcəri dəmiryolu stansiyasının əhəmiyyəti artacaq, digər şəhər və rayonlara gediş-gəlişi asanlaşdıracaq". |