date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-05-10
17,363
"Türkiyənin Azərbaycana dəstəyilə məğlub olacağıq"
"ABŞ indən belə bizim regionda müharibənin qarşısını almaq üçün heç bir səy göstərməyəcək". Məlumata görə, bu barədə erməni şərhçi İqor Muradyan bu gün yazdığı məqaləsində ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikin son bəyanatını şərh edərkən bildirib. Digər erməni müəlliflərindən fərqli olaraq öz məqaləsində Ermənistanı təhqiramiz şəkildə "zona", Dağlıq Qarabağı isə "mübahisəli ərazilər" adlandıran Muradyan qeyd edib: "Artıq "zona"ya başa saldılar ki, Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşdırılması, ərazi güzəştləri nisbi suverenliyin qorunmasının, ümumiyyətlə "zona"nın bir etnik ocaq kimi saxlanmasının əsas şərtidir". Muradyan daha sonra Qərbin əsas strateji niyyətlərindən birinin Türkiyə ilə Rusiya arasında qarşıdurmanın gücləndirilməsi olduğunu vurğulayır. "Plan, gerçəkdən, aydındır və "zona"nın Türkiyənin dəstəklədiyi Azərbaycanla müharibədə məğlubiyyətini, Rusiyanın və KTMT-nin siyasi yararsızlığının nümayiş etdirilməsini nəzərdə tutur. Bu, Rusiya sisteminin iflasının effektiv rıçaqı ola bilər",- deyə şərçi bildirib. /ANS/
2014-05-10
17,364
Dünyanın ən heyrətamiz tryukları - Video
Ərəb ölkələrindən birində avtomobil sürücülərinin təhlükəli tryukları hamını heyrətə gətirib. "Axar.az" xəbər verir ki, ərəb sürücüləri avtomobilləri iki təkər üzərində sürərək təhlükəli tryuklar ediblər. Ərəb sürücülərin təhlükəli tryukları Yutub şəbəkəsində izlənmə rekordu qırıb. Həmin videonu təqdim edirik:
2014-05-10
17,365
Mehriban Əliyeva Prezidentə təşəkkür etdi
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Əvvəlcə Heydər Əliyev Fondunun 10 illik fəaliyyətinə həsr edilən film nümayiş etdirilib. Mərasimdə çıxış edən Prezident İlham Əliyev çoxşaxəli fəaliyyəti ilə nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə böyük nüfuz qazanan Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi ilə ötən 10 ildə silsilə uğurlar əldə etdiyini vurğuladı. Dövlətimizin başçısı "Yeniləşən Azərbaycana yeni məktəb", "Xocalıya ədalət!", həmçinin səhiyyə, mədəniyyət və digər sahələri əhatə edən çoxlu sayda layihənin ötən illərdə müvəffəqiyyətlə həyata keçirildiyini bildirib. Məhdud sayda əməkdaşının peşəkarlığı ilə seçilən Fondun ötən illərdə Ulu Öndərin adını şərəflə təmsil etdiyini deyən Prezident İlham Əliyev Azərbaycan dövləti adından səmərəli fəaliyyətinə görə Fondun kollektivinə dərin minnətdarlığını çatdırıb. Dövlətimizin başçısı bir-birinə tamamilə zidd olan dövrlərdə ümummilli lider Heydər Əliyevin Azərbaycanı yüksək zirvələrə qaldırdığını vurğulayıb. Keçmiş ittifaq dövründə ən geridə qalan respublikalardan biri olan Azərbaycan cəmi 12 il ərzində Ulu Öndərin rəhbərliyi ilə özünü tam təmin edən iki donor respublikadan birinə çevrilib. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində, çətin bir dövrdə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin Azərbaycanı böyük bəlalardan xilas etdiyini, ölkəmizin əsaslı inkişaf yoluna qədəm qoyduğunu deyib. Dövlətimizin başçısı ən ağır dövrlərdə Azərbaycanın Heydər Əliyevin şəxsi keyfiyyətləri, onun Vətəninə və xalqına dərindən bağlılığı hesabına bütün çətinlikləri dəf edərək hərtərəfli inkişafa nail olduğunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev hazırda da Ulu Öndərin siyasi kursunun uğurla davam etdirildiyini, respublikamızda yeni 10 illik inkişaf dövrünün başlandığını bildirib. Ötən illərdə Azərbaycanın beynəlxalq nüfuzunun durmadan möhkəmləndiyini qeyd edən dövlətimizin başçısı 2023-cü ilə qədər nəzərdə tutulan bütün tədbirlərin də uğurla reallaşdırılacağına, Azərbaycanın indikindən də qat-qat güclü olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev müstəqil siyasət yürüdən Azərbaycanın bundan sonra da Ulu Öndərin strateji xəttinə sadiq qalacağını, Ümummilli Liderin ideyalarını rəhbər tutan xalqımızın dövlətimizi daim irəli aparacağını vurğulayıb. Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib. Mehriban Əliyeva Heydər Əliyev Fondunun bütün əməkdaşları adından Fondun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. "Fond fəaliyyətinin ilk günündən Heydər Əliyevin adını daşımağa layiq olmağa çalışıb", - deyən Mehriban Əliyeva bildirib ki, bu illər ərzində ən böyük uğur Azərbaycan xalqının etimadının qazanılması olub. Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın Azərbaycanda çoxəsrlik köklərə malik xeyriyyəçilik ənənəsini bərpa etməyə çalışdığını vurğulayıb. Fondun çoxşaxəli fəaliyyətindən, icra etdiyi layihə və proqramlardan danışan Mehriban Əliyeva onu da qeyd edib ki, 10 il ərzində Fond tərəfindən icra olunan layihələr ölkəmizin həyatının bir çox sahələrini əhatə edib, əldə olunan nəticələr isə çox genişdir. Reallaşdırılan proqramları sadalayan Mehriban Əliyeva bildirdi ki, bu gün bütün bu layihələrin nəticələri göz qabağındadır və onlar Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir. Heydər Əliyev Fondunun prezidenti "Yeniləşən Azərbaycana yeni məktəb", "Talassemiyasız həyat naminə", Azərbaycanın zəngin irsinin qorunub saxlanılması, dini abidələrin bərpa olunması, dünyanın müxtəlif ölkələrində Azərbaycan günlərinin keçirilməsi, digər ölkələrin mədəniyyətlərinin qorunmasına dəstəklə bağlı icra edilən layihələri qeyd edib, Fondun nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurduğunu bildirib, Fondun müxtəlif ölkələrdəki nümayəndəliklərinin uğurlu fəaliyyətinə diqqət yetirdi. Vurğulayıb ki, təşkilatın təşəbbüslərinə geniş şəkildə Azərbaycan gəncləri də qoşulur. Bundan başqa, Fondun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyəti də artıq nəticəsini verir. Sonra 2009-cu ildə Fond tərəfindən təsis edilən "Qızıl Çinar" mükafatının 2014-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Ümummilli lider Heydər Əliyevin doğum gününə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr edilən mərasim bədii proqramla davam edib. /AzərTac/
2014-05-10
17,366
Ukrayna hərbi texnikasını Luqanska yeridir
Luqansk vilayətinin statusu barədə referendum ərəfəsində Ukrayna öz hərbi texnikasını şəhərə yaxınlaşdırır. Məlumata görə, bu barədə özünü regionun "xalq qubernatoru" adlandırmış Valeri Bolotov bu gün bildirib. Donetsk və Luqansk vilayətlərində mayın 11-də regionların statusu haqqında referendum keçirilməlidir. Luqansk vilayətində bülletenlərə aşağıdakı sual yazılıb: "Luqansk Xalq Respublikasının dövlət müstəqilliyi aktını dəstəkləyirsinizmi?". "Məlumat var ki, Starobelsk şəhəri tərəfdən 40-a yaxın zirehli döyüş maşını gəlir. Yəni hər tərəfdən qüvvələr gətirilir", - deyə Bolotov bildirib. /ANS/
2014-05-10
17,367
İsrail sabiq naziri ABŞ-a çağırış etdi: "Sisini dəstəkləyin"
İsrail sabiq Baş naziri Ehud Barak Vaşinqtondan Misirdə keçiriləcək olan prezident seçkilərində Əbdülfəttah Sisini dəstəkləmələrini istəyib. "Axar.az" xəbər verir ki, Barakın ABŞ-a çağırışının İsrailin rəsmi mövqeyini əks etdirib-etdirməməsi müzakirə mövzusu olub. Qeyd edək ki, Ehud Barak 3 iyul 2013-cü ildə də Məhəmməd Mursinin həbs olunmasından məmnunluq duyduğunu bəyan etmişdi.
2014-05-10
17,368
İran və Türkiyə arasında saziş imzalandı
İran və Türkiyə arasında məhbusların ekstradisiyası barədə saziş imzalanıb. Sazişə əsasən, məhkumlar öz ölkələrinin həbsxanalarında cəza çəkməlidirlər. Sazişin icrasına dair ilk addım kimi, İstanbul həbsxanasında cəza çəkən iranlı İrana ekstradisiya olunacaq. /Trend/
2014-05-10
17,369
Daha bir namizəd yarışdan çəkildi
Ukraynada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş Zoryan Şkiryak seçki yarışından geri çəkilib. "Axar.az" xəbər verir ki, bu barədə namizədin özü dövlət kanalında bəyan edib. Şkiryak namizədliyini geri götürdüyünü bildirib və qanunvericiliyə uyğun olaraq, bülletenlərdən onun adının çıxarılmasını xahiş edib. Onun sözlərinə görə, prezidentliyə namizədliyini geri götürməsi siyasətdən çəkilmək anlamına gəlmir: "Mən siyasətdə qalıram, baş nazirə, gələcək prezidentə, Ukrayna hakimiyyətinə yardım etməyə hazıram", deyə Şkiryak bildirib. Xatırladaq ki, bundan əvvəl keçmiş sosial-siyasət naziri Natalya Korolevskaya və deputat Oleq Sarev namizədliyini geri götürmüşdü.
2014-05-10
17,370
Səfirlər nurçular haqqında gizli sənəd hazırladı
Türkiyədə Gülən hərəkatı ilə bağlı yeni siyahı tərtib edilib. "Axar.az" xəbər verir ki, bu informasiya ilə Türkiyə mediası çıxış edib. Mətbuat bu barədə əmrin şəxsən Ərdoğan tərəfindən verildiyini bildirib: "Toplanan şəxslərin hamısının adları Daxili İşlər naziri Efkan Alaya təqdim edilib. Bu işdə səfirlərdən tutmuş millət vəkillərinə qədər, hər kəs raport yazıb. Gülənlə əlaqədar hər kəs incələnib. Özəlliklə də kurslar və məktəblər yoxlanılıb. Nazirliyin isə hələlik təqdim edilən sənədlərdən sonra nə iş görəcəyi bəlli deyil".
2014-05-11
17,371
Rusiya Ukraynaya "sülhməramlı" ordu yeridir
Rusiya Ukrayna ərazisinə sülhməramlı qoşun yeritməyi planlayır. "Axar.az" xəbər verir ki, bu iddia ilə "İnformasiya Müqaviməti" qrupu çıxış edib. Qrup son bir neçə gün ərzində Donetsk və Luqansk ərazilərində bununla bağlı təbliğatın aparıldığını bildirib: "Artıq bir neçə gündür ki, terrorçular yaratdıqları vəziyyətlə bərabər insanlara bura rus sülhməramlılarının gələcəyi hissini aşılayırlar. Onlar bunun üçün yalnız referendumun keçirilməsinin vacib olduğunu bildirirlər. Rusiyada da bununla bağlı iş görülür. Gizli şəkildə "Qazprom"un maliyyələşdirdiyi Moskva Strateji Mədəniyyət Fondu, Geosiyasi Problemlər Akademiyası və digərləri rus sülhməramlıların bura yeridilməsi üçün müəyyən tezislər hazırlayırlar".
2014-05-11
17,372
Mariupolda hərbi hissə və prokurorluq yanır
Mariupolda hərbi hissə və şəhər prokurorluğunun binası yanır. "Axar.az" yerli mediaya istinadla xəbər verir ki, yanğının səbəbi və zərərçəkənlər barədə heç bir məlumat yoxdur. Bildirilir ki, dünən hərbi hissəni əsgərlər tərk ediblər. Xatırladaq ki, Mariupol Ukraynanın ən qaynar ərazilərindən biridir. Ötən gün federallaşma tərəfdarlarına qarşı aparılan xüsusi əməliyyat nəticəsində 7 nəfər ölüb, 39 nəfər yaralanıb. Ukraynanın Daxili İşlər naziri Arseni Avakov isə bildirib ki, əməliyyat zamanı 20 təxribatçı öldürülüb. Bu gün isə 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı barədə rəsmi məlumat verilib.
2014-05-11
17,373
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.Temperaturun gecə 13-16°, gündüz 26-31° isti, Bakıda gecə 14-16°, gündüz 27-29° isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, mayın 11-də Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.
2014-05-11
17,374
NATO: “Rusiya Dnesteryanına görə cavabını alacaq”
NATO Rusiyanın Dnesteryanı ilə olan istənilən yaxınlığına lazımi cavab verəcək. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibinin müavini Aleksandr Verşbou çıxış edib. O, Ukrayna hadisələrindən sonra Moldovanın Rusiya tərəfindən təzyiqə məruz qaldığını bildirib: "Ukrayna hadisələrindən sonra Rusiya tərəfindən ən çox təzyiqə məruz qalan Moldovadır. Mən bir müddət sonra Moldovaya səfər edəcəm və burada biz Rusiya Baş nazirinin müavinin Dnesteryanına səfərini müzakirə edəcəyik. NATO Rusiyanın Dnesteryanı ilə olan istənilən yaxınlığına lazımi cavab verəcək. Doğrudur, Moldova NATO-nun üzvü deyil, amma o, bizimlə 1994-cü ildə Sülh Tərəfdaşlığı layihəsini imzalayıb".
2014-05-11
17,375
“Ruminıyanın üzərindən bombardmançılar uçacaq” - Foto
Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin təyyarəsinin Moldovadan geri qayıdarkən Ukrayna və Rumıniya ərazilərindən keçməsinə imkan verilməyib. "Axar.az" xəbər verir ki, bu informasiyanı Rusiya mətbuatı yazıb. Mətbuat Roqozinin təyyarəsinin yenidən Kişnyova qayıtdığını və Tu-160 təyyarəsi ilə yenidən Moskvaya uçduğunu bildirib. Ukrayna tərəfi Roqozinin öz ərazisindən keçə bilməməsini onun təyyarəsinin Simferopolda eniş etməsi ilə əlaqələndirib. Rumıniya isə bunun Roqozinin Avropa İttifaqının tədbiq etdiyi sanksiya ilə bağlı olduğunu bildirib. Onun ən təhlükəli 23 şəxs sırasında olduğuna görə Rumıniyaya buraxılmadığı deyilib. Dmitri Roqozin Rumıniyanın bu addımının ABŞ-ın vasitəsiylə edildiyini bildirib. O, bu barədə fikirlərini öz Tvitter səhifəsində yazıb. Daha sonra isə Baş nazirin müavini gələn dəfə bu ölkənin üzərindən bombardımançı təyyarələrin uçacağını yazıb. Rəsmi Buxarest məhz bu məsələ ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyindən açıqlama verməsini tələb edib.
2014-05-11
17,376
Daşkəsəndə avtomobil dərəyə aşdı: xəsarət var
Daşkəsəndə avtomobil dərəyə yuvarlanıb, xəsarət alan var. Ötən gün axşam saat 21:00 radələrində Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun Yuxarı Daşkəsən qəsəbəsi ərazisindən keçən hissəsində yol qəza hadisəsi baş verib. Daşkəsən sakini 22 yaşlı Ramil Hüseynov idarə etdiyi VAZ 2109 markalı avtomobillə hərəkətdə olarkən anidən qarşısına iri buynuzlu heyvan çıxıb. Bu zaman idarə etməni itirən sürücü avtomobili dərəyə aşırıb. Hadisə vaxtı sayıqlığı əldən verməyən sürücü Ramil Hüseynov avtomobili tez tərk edib. Buna baxmayaraq Hüseynov xəsarətdən qaça bilməyib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onu səhhətinin qənaətbəxş olduğunu deyirlər. "Xəstədə bədəninin müxtəlif yerlərində əzniy və sıyırmalar var. Yaralı dərhal şöbədə rentgen müayinədən keçirilib və ona ilkin tibbi yaradım göstərilib. Hazırda stasionar müalicəsi davam etdirilir. Vəziyyəti kafidir", - həkim Rəfail Əsədov bildirib. /Kəpəz TV/
2014-05-11
17,377
Avstriya Avroviziya-2014-ün qalibi oldu - Yenilənib
00:50 Bu gün Avroviziya musiqi yarışmasının final mərhələsi keçirilir. "Axar.az" xəbər verir ki, final mərhələsində 26 ölkə mübarizə aparır və artıq səsvermə başlayıb. Musiqi yarışması Danimarkanın paytaxtı Kopenhagendə keçirilir. Azərbaycan da final mərhələsinə vəsiqə qazanıb və təmsilçimiz Dilarə Kazımova 26 ölkə arasında 3-cü səhnəyə çıxıb. Final mərhələsində iştirak edən 26 ölkəyə iştirakçı olan 37 ölkə səs verdi. Səsvermənin nəticələri: 1. Ukrayna - təmsilçi Mariya Yaremçuq, mahnı: "Tick-Toc". - 113 2. Belarus - təmsilçi "Teo" qrupu, mahnı: "Cheesecake". - 43 3. Azərbaycan - təmsilçisi Dilarə Kazımova, mahnı: "Start a Fire" - 33 4. İslandiya - "Pollapönk" qrupu, mahnı: "No Prejudice" - 58 5. Norveç - təmsilçi Karl Espen, mahnı: "Silent Storm" - 88 6. Rumıniya - təmsilçi Paula Selinq & OVI, "Miracle" - 72 7. Ermənistan - təmsilçi Aram, "Not Alone" - 174 8. Monteneqro - təmsilçi Sergey Çetkoviç, "Moy svijet" - 37 9. Polşa - təmsilçi Donatan və Kleo, "We Are Slavic" - 62 10. Yunanıstan - təmsilçi Freaky, "Fortune" - 35 11. Avstriya - təmsilçisi Konçita Vurst. - 290 12. Almaniya - təmsilçisi Elaiza, "Is It Right" - 39 13. İsveç - təmsilçisi Sanna Nielson, "Undo" - 218 14. Fransa - təmsilçi TWIN TWIN qrupu, "Moustache" - 2 15. Rusiya - təmsilçi Tolmaçova bacıları, "Shine" - 89 16. İtaliya - təmsilçi Emma-Эмма, "La mia città" - 33 17. Sloveniya - təmsilçi Tinkara Kovaç, "Round and round" - 9 18. Finlandiya - təmsilçi Softengine, "Something Better" - 72 19. İspaniya - təmsilçi Rut Lorenso-Dancing, "Rain" - 74 20. İsveçrə - təmsilçi Sebalter, "Hunter Of Stars" - 64 21. Malta - təmsilçi Firelight, "Coming Home" - 32 22. Macarıstan - təmsilçi András Kállay-Saunders - "Running" - 143 23. Danimarka - təmsilçi Basim, "Cliché Love Song" - 74 24. Hollandiya - təmsilçi "The Common Linnets", "Calm After The Storm" - 238 25. San-Marino - təmsilçi Valentina Monetta, "Maybe (Forse)" - 14 26. Böyük Britaniya - təmsilçi Molli, "Children Of The Universe" - 40
2014-05-11
17,378
Milli Parkda atəşfəşanlıq - Fotolar
Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti mayın 10-da Dənizkənarı Milli Parkda rəngarəng bayram konserti təşkil ediblər. Bir neçə saat davam edən konsertdə şəhərimizin minlərlə sakini və qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləyib, gözəl rəqslərə tamaşa ediblər. Milli Parka toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gündən-günə gözəlləşən və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində son vaxtlar getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr ediblər.
2014-05-11
17,379
AB: "Rusiya işğalı davam edəcək, çünki..."
Ukrayna böhranı NATO-nun dərin narahatçılığına səbəb olmaqdadır. "Axar.az" xəbər verir ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyası rəhbəri Elmar Brok bölgədəki vəziyyətlə bağlı maraqlı mülahizələr irəli sürüb. Brok Ukraynanın böyük bir hissəsinin Rusiyaya birləşdiriləcəyinə və bundan sonra da növbənin Moldovaya gələcəyinə diqqət çəkib. Ehtimal edilən ssenarilər gerçəkləşərsə, NATO və Avropa Birliyinin sərhədləri Rusiya ilə əhatə olunmuş olacaq. Almaniyalı şərhçi NATO-nun Rusiya qarşısında hazırlıqsız olduğunu və hərbi təşkilatda islahatların aparılmasının vacibliyini qeyd edib: "NATO-nun bu durumda açıq bir öhdəliyi var və Rusiyanın riskə girməsi halında bu öhdəliyə aydınlıq gətirilməsi lazımdır. Bu səbəbdən də yeni fikirlər ortaya qoymalıyıq. Diplomatik vasitələr dövrəyə girməli və Rusiyanın aqressiv siyasətindən imtina etməsinə ümüd etməliyik". Brok həmçinin bildirib ki, Krımın ilhaq edilməsində istifadə edilən vasitələr Baltik ölkələri üçün də şamil ola bilər. Tutaq ki, Rusiya Estoniyaya müdaxilə etsə, NATO buna qarşı maneə törədə biləcəkmi?"
2014-05-11
17,380
ABŞ həyacan təbili çaldı
Hava gəmisi pilotsuz təyyarə ilə toqquşmadan son anda yayınıb və bu, heç də ilk hadisə deyil ki, sərnişinlərin həyata təhlükə altına düşür. "Axar.az" "Blomberq"ə istinadla bildirir ki, insident mart ayında baş versə də, açıqlama bu gün verilib. Kanadanın "Bambardier" şirkətinə məxsus 50 nəfərlik CRJ2 təyyarəsi Tallaxas aeroportuna 8 kilometr qalmış, 700 metr hündürlükdə pilotsuz uçan aparatla toqquşma təhlükəsi yaşayıb. Bu barədə ABŞ Mülki Aviasiya idarəsi xəbər yayıb. "Pilotun sözlərinə görə, pilotsuz aparat birbaşa sərnişin təyyarəsi istiqamətində uçub və o qədər yaxın məsafədən keçib ki, hamı toqquşmanın artıq baş verdiyini düşünüb", - deyə CNN məlumat verib. ABŞ Mülki Aviasiya idarəsi xəbərdarlıq edib ki, pilotsuz aparatlarla bağlı ciddi tədbirlərin görülməməsi böyük qəzaları qaqçılmaz edəcək.
2014-05-11
17,381
Naxçıvan illərdən sonra Gül bayramı keçirdi - Foto
Bu gün Naxçıvan şəhərində yeni tikilən AVM parkında və Köhnəqalada Heydər Əliyevin ad günü (Gül bayramı) ilə bağlı tədbir keçirilib. "Axar.az" xəbər verir ki, tədbir Naxçıvan Şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə baş tutub. Tədbirə Muxtar Respublikanın Naxçıvan şəhərindən və başqa şəhərlərindən xeyli insan axışıb. Qeyd edək ki, belə tədbir Naxçıvan Muxtar Respublikasında illərdən sonra ilk dəfə olaraq keçirilirdi. Fotolar Köhnəqalada keçirilən tədbirdən çəkilib.
2014-05-11
17,382
Putinin separatçılara çağırışının gizli məqamları
Avropalı siyasətçilər Rusiya prezidenti Vladimir Putinə güvənmirlər. "Axar.az" xəbər verir ki, Moskvanın təbliğat maşınının çalışdığını bildirən Almaniya Federal Məclisinin sədri Qunter Krikbaun Putinin referendumu təxirə salınması barədə çağırışını da bu təbliğatın bir parçası hesab edir. Krikbaun separatçıların referendumdan imtina etməsinin mümkünsüz olduğunu vurğulayıb. Referendumun qarşısını almaq üçün əlavə gücə ehtiyacın olduğunu deyən Krikbaun qeyd edib ki, Rusiya nə Ukraynadakı separatçıları, nə də Qərbdən gələn xəbərdarlıqları nəzərə alır. Krikbaun həmçinin separatçılarla dialoqun mümkün olmadığını bildirib.
2014-05-11
17,383
Bəşər Əsəd qələbə çaldı: əhali Homsa çağırılır
Bu gün Bəşər Əsədə bağlı hökumət qüvvələri Homs şəhərini silahlı üsyançılardan tam təmizlədikdən sonra Suriya prezidenti qaçqınlara müraciət edib. "Axar.az" xəbər verir ki, Homs artıq təhlükəsiz şəhər elan edilib və Bəşər Əsəd şəhəri tərk edən əhalini öz evlərinə dönməyə çağırıb. Məlumata görə, Homsu üsyançıların 2183 döyüşçüsü tərk edib və şəhər başdan-başa hökumət qüvvələrinin əlinə keçib. Bu, Suriyada müharibə başlayandan bəri Bəşər Əsədin ən böyük qələbəsi kimi qəbul edilir. Xatırladaq ki, şəhər uğrunda iki ildir müharibə gedir. Bu müddət ərzində Homs demək olar ki, büsbütün dağılıb. Müharibədən ziyan görməyən bir yaşayış evi tapmaq mümkün deyil.
2014-05-11
17,384
Avroviziya-2014-ün qalib mahnısı - Video
Bu gün Avroviziya-2014 musiqi yarışmasının final mərhələsi keçirilib. "Axar.az" xəbər verir ki, bu ilki müsabiqənin qalibi Avstriyanı təmsil edən Konçita Vuts olub. İfaçı səsləndirdiyi "Rise Like a Phoenix" adlı mahnıyla 290 səs toplayaraq yarışmanı ilk pillədə başa vurub. Avstriyadan sonrakı pillədə Hollandiya 238 səslə 2-ci, İsveç isə 218 səslə 3-cü yeri tutub. Qeyd edək ki, növbəti Avroviziya musiqi yarışması Avstriyada keçiriləcək. Xatırladaq ki, bu ilki müsabiqədə Azərbaycanı təmsil edən Dilarə Kazımova "Start a fire" mahnısı ilə 33 səs toplayıb.
2014-05-11
17,385
Britaniya qoşunları Əfqanıstandan tamamilə çıxarılıb
Britaniya qoşunları Əfqanıstanın Gilmənd vilayətində bütün bazalarını buraxıb, yalnız özündə bu ilin sonunda hərbçilər tərk edəcəkləri Kemp Bastion baş düşərgəsini saxlayıb. Əfqanıstanda taliblərlə mübarizənin qızğın çağında Britaniyanın 137 bazası olub. Əfqanıstan torpağında 453 nəfər britaniyalıların böyük əksəriyyəti məhz Gilmənddə həyatını itirib - əməliyyat əyalətdə səkkiz ilə qədər uzanıb. Böyük Britaniyanın müdafiə naziri Filip Hemmond iztirablı regiona səfər edib və əmin olduğunu bildirib ki, çoxsaylı qurbanlara baxmayaraq hərbçilər məqsədlərinə çatıb./Trend/
2014-05-11
17,387
Şəmkirdə partlayış: xəsarət alan var - Foto
Şəmkirdə mənzillərin birində partlayış baş verib. Hadisə nəticəsində ev sahibi ağır yaralanıb. Hadisəyə ilkin səbəb kimi mənzildə olan qaz sızması göstərilir. Hadisə gecə saat 5:00 radələrində Şəmkir rayonunun Təzəkənd kəndində Qurban Abdullayevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Partlayışdan sonra ev tamamilə yararsız hala düşüb. Bundan başqa ev sahibi 45 yaşlı Qurban Abdullayevdə ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralı dərhal yaxınlarının köməkliyi ilə ilkin olaraq Şəmkir Mərkəzi rayon Xəstəxanasına aparılıb. Həkimlərin ilkin tibbi yardımdan sonra zərərçəkmişin vəziyyəti ağır olduğundan Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına göndərilib. Hazırda reanimasiya şöbəsində həkim nəzarətində olan Abdullayevin həyatı təhlükədədir. İlkin ehtimala görə, hadisəyə mənzildə olan qaz sızması səbəb olub. Belə ki ev sahibi Qurban Abdullayev gecə saatlarında daxildəki işığı yandırıb həyətə çıxmaq istəyib. Bu zaman qaz xəttlərində sızma olduğundan partlayış baş verib. Faktla Şəmkir rayonunun hüquq mühafizə orqanları tərəfindənaraşdırma aparılır./Kəpəztv/
2014-05-11
17,388
Putin xokkey oynadı - Video
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Soçidə təşkil edilən xokkey festivalının final matçında iştirak edib. Rusiya prezidenti Putin xokkey meydançasına "Gecə Xokkey Liqası Ulduzları" komandasının əsas oyunçusu olaraq çıxıb. Bu barədə "R-Sport" qəzeti xəbər yayıb. Putindən başqa meydançaya Rusiyanın bir sıra vəzifəli şəxsləri də çıxıblar. Bir çox idman növlərində məharətini göstərən Rusiya prezidenti xokkeydə də bacarıqlı olduğunu nümayiş etdirib. Qeyd edək ki, 3-10 may tarixləri arasında keçirilən həvəskar komandalar arasındakı "Gecə Xokkey Liqası" çempionatı 2011-ci ildə Putinin təşəbbüsü ilə yaradılıb./Ans/
2014-05-11
17,389
Bakı-Şabran yolunda ağır qəza: ölən var
Bu gecə Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib. Şabran rayonunda Bakı-Şabran avtomobil yolunun 129-cu kilometrliyində "Mercedes" və "Nissan" markalı 2 minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, iki avtomobildə birlikdə 5 nəfər sıxılaraq qalıb və "Mercedes" markalı avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış 5 nəfər yaralıları, habelə "Mercedes" markalı avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Hüseynov Nəriman Mənsur oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər./Ans/
2014-05-11
17,390
Tərtərdə erməni hücumu: 4 hərbçimiz şəhid oldu - Yeniləndi
09:52 Ermənistan silahlı qüvvələri işğal altında olan Qarabağ torpaqlarında təxribatlar törətməkdə davam edir. Dünən gecə ermənilər növbəti dəfə Tərtər istiqamətində atəşkəsi pozublar. Xəbərdə deyilir ki, düşmən cəbhə xəttini keçərək, Azərbaycan Ordusunun postlarını ələ keçirməyə cəhd edib. Düşmənin qarşısı alınsa da, əks-hücum itkisiz olmayıb. Baş verən atışmada 4 hərbçimizin şəhid edildiyi bildirilir. Məlumatı dəqiqləşdirməyə çalışırıq /Jam.az/. Əldə etdiyimiz məlumata görə, şəhid olan hərbçilərimiz bunlardır: Fərid Əliyev - 19 yaş Cahangiz Muradov - 19 yaş (manqa komandiri) Ramazan Abdullayev - 23 yaş (leytenant) Qurban Həsənov - 24 yaş (leytenant). Müdafiə Nazirliyi yayılan məlumatı təkzib edib və heç bir hücum olmadığını, xəbərin təxribat xarakteri daşıdığını bildirib.
2014-05-11
17,391
Avropa Rusiyanı yenə hədələdi
Ukraynada prezident seçkiləri plana uyğun şəkildə keçmədiyi təqdirdə Fransa və Almaniya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək. Bu barədə sözügedən ölkələrin liderləri Fransua Olland və Angela Merkel görüşlərindən sonra bəyan ediblər. Onlar birgə bəyanatlarında Ukraynada qeyri-sabitliyin daha da dərinləşəcəyindən ehtiyat etdiklərini bildiriblər. Bəyanatda eyni zamanda Ukraynanın Kiyevdəki hökumətini 25 mayda keçiriləcək prezident seçkilərinədək hərbi addımlardan çəkinməyə çağırış edilib. Bütün tərəfləri zorakılığa son qoymağa və qeyri-rəsmi qüvvələrin ATƏT nəzarətilə 15 mayadək tərksilah edilməli olduğu bildirilir. Avropa liderləri öz bəyanatlarında bazar günü Ukraynanın şərqində keçiriləcək muxtariyyət referendumlarının qanuna zidd olduğunu qeyd ediblər. Olland və Merkel Rusiyaya Ukrayna sərhədindəki Rusiya qoşunlarını geri çəkməyə çağırıb. Qeyd edək ki, NATO Rusiyanın Ukrayna sərhədində 40 minlik qoşun yerləşdirdiyini bildirsə də, Moskva hərbi qüvvələrini geri çəkdiyini deyir. Xatırladaq ki, Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sankisyalarını elan ediblər./Ans/
2014-05-11
17,392
Siyəzəndə yol terroru: piyada öldü
Siyəzən rayonunda yük avtomobili yol kənarında duran piyadanı vurub. Hadisə gecə saatlarında Bakı-Quba yolunun 98-ci kilometrliyində, Rusiya ilə sərhəddə yaxın ərazidə baş verib. İmişli rayon sakini Elvin Mirzəyevin idarə etdiyi "Hova" markalı markalı yük maşını yoldan çıxaraq kənarda duran "Mersedes" markalı minik avtomobilinə dəyib. Daha sonra isə yük avtomobili yol kənarında dayanan rayon sakini Quliyev Səxavət Nazim oğlunu vurub. Qəza nəticəsində ağır bədən xərətləri alan piyada hadisə yerindəcə keçinib. Hadisə baş verən əraziya rayon yol polis idarəsinin əməkdaşları gəliblər. Onların sözlərinə görə, Elvin Mirzəyevin gecə saatlarında yolu yaxşı görməməsi nəticəsində qəza baş verib. Hadisə ilə bağlı araşdırma aparılır. /ANS/
2014-05-11
17,393
Ukrayna parçalanır: referendum başladı - Yenilənir
10:37 Ukraynanın Luqansk və Donetsk vilayətlərində separatçılar "referendum" keçirirlər. Vilayətlərin statusu ilə bağlı səsvermə yerli vaxtla saat 8.00-da (Bakı vaxtı ilə 10.00) başlayıb. Səsverməyə vilayətin dövlət müstəqilliyi haqqında aktın dəstəklənib-dəstəklənmədiyi ilə bağlı sual çıxarılıb. Səsvermə yerli vaxtla saat 20.00-a (Bakı vaxtı ilə 22.00) qədər davam edəcək. "Referendum"un nəticələri sayın 12-13-də elan ediləcək. /Musavat.com/ 11:34 Rus mediasının məlumatına görə, səsvermədə xüsusi aktivlik müşahidə olunur, "Hətta məntəqələr açılmamışdan əvvəl gəlib növbə tutan seçicilərin olduğu" barədə xəbər verilir. Luqanskda 2,4 milyon əhalinin yşadığı, seçicilərin sayının isə 1,7 milyin olduğu və səsvermə üçün lazım olan bülletenlərin, demək olar ki, bütün məntəqələrə çatdırıldığı deyilir.
2014-05-11
17,394
Qvardiola çempionluq titulunu yerə saldı - Foto
Almaniya Bundesliqasında bir neçə həftə əvvəl çempionluğunu elan edən "Bavariya" ötən günlərdə çempionluq titulunu əldə edə bilib. "Axar.az" xəbər verir ki, çempionluq mərasimində maraqlı olay yaşanıb. Çempionluq mərasimində iştirak edən "Bavariya" baş məşqçisi Pep Qvardiola əlindəki çempionluq titulunu yerə salıb. Bu, isə ətrafdakıların gülüşünə səbəb olub.
2014-05-11
17,395
İmişlidə 10 otaqlı ev yandı
İmişli rayonunda ev yanıb. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, rayonun Qaradonlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli (hər mərtəbəsi 200 kv.m) 10 otaqlı evin dam örüyünün yanar konstruksiyaları 200 kv.m, 8 otağın yanar konstruksiyaları və ev əşyaları 350 kv.m sahədə yanıb Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb
2014-05-11
17,396
Ərdoğan: "Adnan Menderes kimi mühakimə ediləcəkdik"
Türkiyə Baş naziri Ərdoğan hökumətə qarşı aparılan əməliyyatlarla bağlı önəmli açıqlamalar verib. "Axar.az" xəbər verir ki, Ərdoğan 27 may və 17 dekabr hadisələrinin eyni ssenari olduğunu, Adnan Menderes kimi mühakimə olunma təhlükəsinin olduğunu qeyd edib: "Hökumətə qarşı aparılan əməliyyatlar uğurlu olsaydı, mən və iş yoldaşlarım məhkəmələrdə mühakimə edilmiş olacağdıq. Pensilvaniya da bu olaylara qanaq vermiş oldu". Ərdoğan 17 dekabr əməliyyatını tarixin Türkiyə hökumətə qarşı son cəhdi kimi dəyərləndirib.
2014-05-11
17,397
Dünyani dəyişən 10 “rəngli” yazar
Həftəlik elektron qəzet "Vikers Vekli" dünyanın ədəbiyyat simasını dəyişən 10 yazarın adını açıqlayıb. "Axar.az" həmin adları təqdim edir. 1,2) Artur Rembo (1854-1891) və Pol Varlen (1844-1896) — fransız şairləri, ədəbi impressionizm və simvolizmin yaradıcılarından. Rembo on yeddi yaşında Parisdə Pol Varlenlə tanış olur. Bir müddət intim münasibətdə yaşayırlar. 1873-cü ildə aralarındakı növbəti mübahisə zamanı Varlen Rembonu biləyindən güllə ilə vurur. Lakin sonra çox peşman olur və hətta Rembodan xahiş edir ki, onu öldürsün. Rembo imtina edir və Varlen iki il həbsdə yatır. 3) Oskar Uayld (1854-1900) — irland mənşəli ingilis filosofu, estet, yazıçı, şair, dramaturq, publisist, jurnalist. Böyük Britaniya və İrlandiya kraliçası Viktoriyanın hökmranlığının son dövrlərinin məşhur dramaturqlarından, dövrünün tanınmış simalarından biri. Hələ 1891-ci ildə Uayld özündən 16 yaş kiçik olan Alfred Duqlasla tanış olur. Onların münasibətləri pul və Duqlasın şıltaqlıqları üzərində qurulmuşdu. Uayld onun hər tələbini itaətlə yerinə yetirir, sözün əsl mənasında Duqlası saxlayırdı. Ancaq təəssüf, Bozi (lord Duqlası nəvazişlə belə adlandırırdılar) böyük dahinin məhəbbətini layiqincə qiymətləndirə bilmir. 4) Virciniya Vulf (1882-1941) — Britaniya yazıçısı, ədəbi tənqidçi. Vulf 1922-ci ildə yazıçı Vita Sekvill-Uestə vurulur. Bir müddət sonra onların arasında roman başlayır və təxminən 20 il boyunca davam edir. 1928-ci ildə Vulf Vitanı əsas qəhrəmanı gah kişi, gah da qadın olan "Orlando" romanında əks etdirir. 5) Jan Kokto (1889-1963) — sürrealizmin (XX əsr ədəbiyyatı və incəsənətində: yaradıcılıqda idrak və təcrübənin rolunu inkar edən və mənbəsini təhtəlşüur sahəsində axtaran avanqardist cərəyan – tərc.) meydana gəlməsini qabaqcadan görən fransız yazıçısı, rəssam və rejissor. Bu günədək məşhur aktyor olan Jan Mare ilə Kokto 1937-ci ildə tanış olur. O, aktyoru "adam arasına çıxarır", ən yaxşı rolları verdirir, şeirlərində mədh edir. Onlar uzun müdddət – yaş öz işini görənədək bir yerdə yaşayırlar. Sonra Mare daha gənc kişilərə meyil edir. 6) Frederiko Qarsiya Lorka (1898-1936) — musiqiçi və qrafik-rəssam kimi də tanınmış ispan şairi və dramaturqu. Milyonlarla insanın pərəstiş etdiyi böyük ispan şairinin homoseksual meyilləri haqqında çox yazılıb. Lorka həmcinslərinə bağlılığını gizlətmirdi, bu isə homofobiya tərəfdarlarının və klerikalların (ölkənin siyasi və mədəni həyatında dini təşkilatların hakimiyyətini möhkəmlətməyə çalışan siyasi cərəyanın nümayəndələri – tərc.) nifrətinə səbəb olurdu. Onun sevgililəri arasında Salvador Dali də var idi. 7) Tenessi Uilyams (1911-1983) — Amerika nasiri və dramaturqu. Özünün meyilləri haqqında tam səmimi olduğu "Memuarlar"ında yazıb. Frenk Merloya qarşı böyük bağlılığı var idi. Onunla 14 il birgə yaşadıqdan sonra, 1963-cü ildə Frenkin ölümü yazıçının psixoloji durumuna çox pis təsir göstərmişdi. 8) Trumen Kapote (1924-1984) — Amerika yazıçısı, nasir, "Tiffanigildə səhər yeməyi" romanının müəllifi. Bütün həyatının məhəbbəti 1948-ci ildə tanış olduğu yazıçı Cek Danfi idi. Təəssüf ki, bu bağlılıq ona xoşbəxtlik gətirə bilməmişdi. Trumen həmişə qeyri-adi davranışları ilə fərqlənirdi, məsələn, o öz kabrioletində qadın şortikində, pencəyində və tuflilərində getməyi çox sevirdi. Bir dəfə belə münasibətsiz hərəkəti hətta ona həbs cəzasına başa gəlmişdi. 9) Allen Ginzberq (1926-1997) — XX əsrin ikinci yarısında yaşamış Amerika şairi, bit-nəslin əsas nümayəndələrindən biri. O, heç vaxt özünün qeyri-ənənəvi seksual meylini gizlətməmiş və yazıçı Piter Orlovski ilə 30 ildən artıq faktiki nigahda yaşamışdı. 10) Qor Vidal (1925-2012) — Amerika yazıçısı, esseist, kino və teatr dramaturqu, XX əsrin ikinci yarısındakı Amerika ədəbiyyatının tanınmış klassski. ABŞ-ın mədəni və siyasi həyatının görkəmli simalarından biri. Onun "Şəhər və kolonna" romanı həyəcan gətirən şedevrə çevrilmişdi, ancaq tənqidçilər seksual açıqlığına görə əsəri yıxıb sürüdülər. Vidal romanı hələ də unuda bilmədiyi Cimm Triblə - İvodzima uğrundakı döyüşlərdə həlak olmuş sevgilisi və sinif yoldaşına həsr etmişdi.
2014-05-11
17,398
“Alfo Romeo” yenilənir – 5 milyard kapital
"Fiat Chrysler Automobiles" şirkəti "Alfa Romeo" brendinə 5 milyard avro kapital qoymağı planlaşdırır. "Axar.az" xəbər verir ki, bu vəsait İtaliya istehsalçısının model sırasının genişləndirilməsi üçün nəzərdə tutulur və bunun nəticəsi olaraq hazırda səkkiz yeni modelin istehsalı gözlənilir. Model sırasının genişlənməsi sayəsində "Alfa Romeo" illik satış həcmini 400.000-ə qədər artırmağa ümid edir. Modellərin istehsal tarixi haqqında məlum olan yalnız odur ki, onlardan biri 2015-ci ilin sonuna, qalanları isə 2016-2018-ci illər arası hazır olacaq.
2014-05-11
17,399
ABŞ-da təyyarə qəzaya uğradı
ABŞ-ın Arizona ştatında bir nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib. "Axar.az"ın məlumatına görə, kiçik "Cessna 207" modelli təyyarədə cəmi 7 sərnişin olub. Təyyarə Arizona hava limanına enərkən idarəetməni itirib və zərblə yerə çırpılaraq aşıb. Nəticədə bir fransız turist ölüb, bir nəfər isə ağır xəsarət alıb. Həkimlər xəstənin vəziyyətini stabil sayırlar. Arizona polisi faktla bağlı araşdırma aparır. İlkin ehtimala görə qəzaya səbəb güclü küləkdir.
2014-05-11
17,400
Səbinə Babayeva belə çaşdı - Video
Dünən Azərbaycanın Avroviziyada verdiyi səslər elan olunarkən aparıcı Səbinə Babayeva çaşıb və ölkələri qarışdırıb. /AzVison.az/ Həmin məqamın videosunu təqdim edirik:
2014-05-11
17,401
Fransa prezidentinin Bakıya səfəri başladı
Bu gün Fransa Prezidenti Fransua Ollandın Bakıya səfəri başlayır. "Axar.az"ın "Lemonde.fr" saytına istinadən xəbərinə görə, Ollandın səfərinin əsas prioret istiqaməti 3 keçmiş Sovet ölkəsini Avropa İttifaq ilə yaxınlaşmağa təşviq etmək və bu ölkələrlə iqtisadi artıma nail olmaqdır. Cənubi Qafqaza 3 günlük səfərə gələn Fransua Olland mayın 12-də Gürcüstana, bir gün sonra isə Ermənistana səfər edəcək.
2014-05-11
17,403
Masazırda gənc sevdiyi qıza görə intihar etdi - Foto
Bu gün səhər saatlarında Masazırda intihar hadisəsi baş verib. "Axar.az"ın məlumata görə, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsinin sakini, ali məktəb tələbəsi olan Nurlan Məmmədov yaşadığı evdə özünü asıb. İlkin ehtimala görə, intiharın səbəbi Nurlanın sevdiyi qız olub. Onun sosial şəbəkədə axırıncı statusunun "S`ON" olduğu bildirilir. Sevdiyi qıza görə (qızın baş hərfinin "s" olduğu güman edilir) özünü öldürən gəncin intiharının təfərrüatı açıqlanmır.
2014-05-11
17,404
Konçita əslində kimdir? - Video/Foto
Danimarkanın paytaxı Kopenhagendə keçirilən 59-cu "Eurovision" mahnı müsabiqəsi başa çatdı və mavilərin qələbəsi kimi tarixə düşdü. Məlumata görə, qalib avstriyalı transseksual müğənni Konçita Vurst oldu. Onun ifa etdiyi "Rise Like a Phoenix" ( Simurq quşu kimi yüksəl) mahnısı 290 balla birinci oldu. "Saqqallı xanım" kimi tanınan müğənni Konçita Vurst əslində kimdir? Çoxlarının dünyanın sonu əlaməti kimi qəbul etdiyi Konçita (Conchita Wurst) bundan əvvəl kişi musiqi qrupunun lideri Tom Noyvirt (Tom Neuwirth) kimi tanınıb. Sonralar isə özünə Konçita Vurst səhnə adı götürüb. Tom Noyvirt 6 noyabr 1988-ci ildə Avstriyanın Qmunden şəhərində doğulub. Hazırda Venada yaşayan 26 yaşlı Konçita, yəni Tom uşaq yaşlarından "Eurovision"un fanatı olduğunu deyir. 2006-cı ildə pop ifaçıların yarışlarına qatılıb və ikinci yeri tutub. 2007-ci ildə pop-rok "Jetzt anders" kişi qrupunu yaradıb. Bu qrupun fəaliyyəti bir neçə ay davam edib. 2011-ci ildə Moda məktəbini bitirib. /ANS/
2014-05-11
17,405
Barak Obamanın sözünü kəsdilər - Video
ABŞ Dövlət başçısı Barak Obama dünən Kaliforniyanın San Jose şəhərində çıxış edərkən salonda əyləşən bir etirazçı onun sözünü kəsib. "Axar.az" xəbər verir ki, Obama Milli Demokratik Komitədə çıxış edərkən bir etirazçı onun sözünü kəsib. Aktivist dövlət başçısının çıxışına müdaxilə edərək, "Prezident Obama, Efiopiyaya azadlıq, Efiopiyaya azadlıq!" - deyə şüarlar səsləndirib. Gülüş yaradan sözlərin ardınca aktivist, "Obama, Səni sevirəm", - deyə qışqırıb. Obama etirazçıya "Mən də səni sevirəm" cavabını verib və "Nitqimin sonunu məhv etdin. Amma olsun, faciə deyil. Çünki ABŞ-da ifadə azadlığına sahibik", - deyə bildirib.
2014-05-11
17,407
Ukraynada hərbi əməliyyatlara yenidən start verildi
Donbasda separatçlara qarşı anti-terror əməliyyatları yenidən aktivləşib. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Siyasi Araşdırmalar mərkəzinin rəhbəri Dmitri Tımçuk məlumat yayıb. "Aktiv əməliyyatları güc strukturları nəinki Slavyanskda, həmçinin, rusiyameyilli separatçıların fəaliyyət göstərdiyi digər regionlarda da aparır. Hazırda anti-terror əməliyyatı başlanğıc mərhələdədir və plana uyğun gedir", - deyə Tımçuk bildirib.
2014-05-11
17,408
Canavar uşağa belə hücum etdi - Video
Belqradda 2 yaşlı uşaq canavarın hücumuna məruz qalıb. "Axar.az" xəbər verir ki, mayın 9-da Serbiyada xoşagəlməz hadisə baş verib. Paytaxt parklarının birində anası ilə gəzən 2 yaşlı uşağa canavar hücum edib. Belqradda yerləşən zooparkların birində baş verən olay zamanı yaralanan 2 yaşlı qız təcili xəstəxanaya çatdırılıb. Şahidlərin sözlərinə görə canavarı zooparkda işləyən könüllülərdən biri gəzdirirmiş və ani diqqətsizlik məlum hadisənin baş verməsinə gətirib çıxarıb. Zoopark rəhbərliyi həmin canavarın 10 aylıq olduğunu və hər həftənin cümə günü heyvanların balalarını gəzintiyə çıxardıqlarını açıqlayıb.
2014-05-11
17,409
İngiltərə və ABŞ-ın gizli işbirliyi: Nigeriyada xaos planı
Neft və uranla zəngin olan Nigeriya uğrunda İngiltərə və ABŞ ortaq plan hazırlayıb. "Axar.az" xəbər verir ki, bu ölkələrin kəşfiyyat təşkilatları SİA və Mİ-6-nın Nigeriyada xaos yaratmaq üçün Boko Haramaya yardım etdiyi ortaya çıxıb. Nigeriyada 200 məktəbli qızın Boko Haram tərəfindən qaçırılması dünya gündəmində yer almaqda davam edir. İraqda yüz minlərlə qız ABŞ tərəfindən öldürülür, Suriyada 100 min uşaq və qadın olmaq üzrə 200 min adam qətlə yetirilərkən, Əfqanıstan, Pakistan və Yəməndəki hadisələrə səssiz qalan ABŞ və İngiltərə Nigeriyadakı hadisəni öz məsələləri olaraq dünyaya elan edib. ABŞ prezidenti Obama və həyat yoldaşı Mişel İngiltərə Baş naziri Devid Kameron Nigeriyaya özəl əsgərlərini göndərib. Ancaq əslində hadisənin qarışıq olduğu məlum olub. Amerika Mərkəzi Kəşfiyyat Təşkilatının Boko Haramla birlikdə ölkədə xaos yaratmaq üçün razılaşdığı bildirilir. Eyni zamanda da İngiltərə MI-6 təşkilatının da Boko Haram və digər təşkilatlara silah və maddi yardım etdiyi ortaya çıxıb. Dünyada neft istehsalında ilk 10-luqda yer alan Nigeriyada gələn gəlirlərin hara xərcləndiyi barədə məlumatlar da gizli saxlanılır.
2014-05-11
17,410
Bakıda nazir müavini dəhşətli qəzaya düşdü - Foto
Mayın 10-na keçən gecə Heydər Əliyev prospektində iki nəfərin ölümü ilə nəticələnmiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. VAZ 2107-nin yolun əks hərəkət zolağına çıxması və yüksək sürətlə hərəkət edərək "Lexus"a çırpılması nəticəsində "Lexus"un sürücüsü, Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev ağır xəsarət alıb. 53 yaşlı F.Əliyevlə yanaşı, onun həyat yoldaşı Arifə Əliyeva da müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqını aparan Nizami rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibov bildirib ki, qəzadan sonra nazir müavini və həyat yoldaşı Bakıdakı özəl klinikalardan birinə yerləşdiriliblər. Hadisəni törədən "VAZ 2107"nin sürücüsü Tural Rəhimov isə 3 saylı şəhər xəstəxanasında müalicə olunur. Qeyd edək ki, T.Rəhimovun sərnişini olan iki gənc oğlan isə hadisə yerindəcə keçinib /Lent.az/.
2014-05-11
17,411
Rus pilotlar Ukrayna hava məkanını pozacaq - Əmr
Rusiya hərbi pilotları Ukraynanın hava məkanını pozmaq əmri alıblar. "Axar.az" xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Agentliyi əldə etdiyi radioqrammalara əsasən məlumat yayıb. Məlumata görə, rus hərbi pilotları rəhbərlikdən Ukraynanın hava məkanını pozmaq əmrini alıblar. Eyni məlumatı fevralın 29-da Almaniya Federal Kəşfiyyat Xidməti də yaymışdı. Rus hərbi rəhbərliyinin ələ keçirilən məlumatları almanlar tərəfindən amerikalı həmkarlarına ötürülmüşdü. Pentaqon hələ aprelin 26-da Rusiyanı bu cür təxriatlarda ittiham etsə də, rəsmi Moskva bu ittihamları təkzib etmişdi.
2014-05-11
17,412
Prezident nikah şahidi oldu - Foto
Türkiyə prezidenti Abdullah Gül Kayseri Böyükşəhər Bələdiyyə Başçısı Məhmət Özhasəkinin qızı Mərvə Özhasəki ilə Məhmət Karacanın toyunda nikah şahidi olub. "Axar.az" xəbər verir ki, toya qardaşı Macit Gül ilə gələn prezident Gülü girişdə gəlin və bəyin valideynləri qarşılayıb. Məlikgazi Bələdiyyə Başçısı Məmduh Büyükkılıçın kəsdiyi nikahda cütlüyün şahidliyini prezident Abdullah Gül, Kayseri valisi Orxan Düzgün, Kayseridən olan millət vəkili Əhməd Öksüzqaya, Samsun Böyükşəhər Bələdiyyə Başçısı Yusif Ziya Yılmaz, Konya Böyükşəhər Bələdiyyə Başçısı Tahir Ağyürək və Məhmət Özhasəkinin böyük qardaşı Əli Özhasəki edib. Prezidentin toy salonuna girişi zamanı maraqlı hadisə də yaşanıb. Etmədiyi bir cinayət səbəbilə 4,5 il cəza alan Hakan Satılmış adlı biri toy salonunun qapısında A.Güldən kömək istəyib. O, günahsız olduğunu bildirərək prezidentdən ona yardım etməsini istəyib. O, bildirib ki, günahsız olduğum üçün prezidentin ayağına qədər gəlmişəm.
2014-05-11
17,413
Bu gün Tour d’Azerbaidjan 5-ci mərhələyə start verdi
Bu gün Tour d'Azerbaidjan-2014-də sonuncu, 5-ci mərhələyə start verilib. İştirakçılar saat 09.00-da Azadlıq Meydanından start götürməklə paytaxt və Abşeron yarımadasının küçələri ilə 6 dövrə vurmaqla ümumilikdə 202 km məsafə qət edəcəklər. Mərhələnin təxminən saat 13.35-də Hökumət Evinin qarşısında başa çatacağı gözlənilir. Azərbaycan Velosiped İdmanı Federasiyası velosiped həvəskarlarını Azadlıq Meydanına yarışa baxmağa dəvət edir. /Trend/
2014-05-11
17,414
FSB-nin Ukraynada xaos yaratmaq planı ələ keçdi
Ukraynanın Donetsk və Luqansk şəhərlərində vəziyyət gərginləşib. Separatçılar Donetsk və Luqanskda evlərə hücum edib insanları əsir götürürlər. Götürdükləri əsirlərin sayı 5-i keçib. Əsirlərin harada saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur. Polisə qaçırılma ilə bağlı 100-dən çox müraciət olunub. Bunu "Axar.az"a NATO Əməkdaşlıq İnstitutunun Azərbaycan üzrə nümayəndəsi Fərrux Məmmədov məlumat verib. F.Məmmədov bildirib ki, Ukrayna güc strukturlarının apardığı əməliyyat nəticəsində 20-yə yaxın separatçı ələ keçirilib: "Əməliyyat 1 saat əvvəl keçirilib. Luqansk yaxınlığında keçirilən əməliyyatda separatçıların üzərindən FSB tərəfindən onlara verilmiş plan və xəritələr götürülüb. Plana görə onlar Ukranadakı xaosu davam etdirməli və prezident seçkisinin qarşısını almalıdırlar. Saxlanılan separatçılar Rusiyadan gəldiklərini etiraf edirlər. Dindirilmə zamanı onların üzərlərindən gecə görmə cihazları və digər hərbi vasitələr götürülüb".
2014-05-11
17,415
İsrail silahları Suriya müxalifətinin əlində
İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının sədr müavini İsgəndər Vetut İsraili İraq Şam İslam Dövləti ( İŞİD ) adlı terror təşkilatına silah verməklə ittiham edib. "Axar.az" xəbər verir ki, Vetut İŞİD-dən ələ keçirilən bəzi silahların İsrail istehsalı olduğu təsdiqləndiyini deyib. Vetut İraqın İsraillə heç bir diplomatik əlaqəsi olmadığını və Fələstin torpaqlarında qurulmuş bir İsrail dövlətini tanımadıqlarını söyləyərək, İŞİD-in də sionist olduğunu deyib: "Onların məqsədi İraq və bir çox Ərəb ölkələrini zəiflətmək, İslamı yıxmaqdır". Sədr müavini ildirib ki, bir çox ölkələr İraqdan döyüş meydanı kimi istifadə edir: "Bəzi ölkələr üçün İraq döyüş meydanıdır. Buranı həmçinin, silah qaçaqçılığı üçün bir dəhliz olaraq da istifadə edirlər".
2014-05-11
17,416
Mövqelərimiz atəşə tutuldu
Cəbhənin təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-05-11
17,417
ABŞ muzdluları Ukraynaya gətirildi
Ukraynanın cənub-şərqində separatçılara qarşı mübarizə aparan qüvvələr arasında 400-ə yaxın amerikalı xüsusi təyinatlı var. "Axar.az" xəbər verir ki, bu barədə Almaniyanın "Der Spigel" jurnalı məlumat yayıb. Jurnalın məlumatına görə, döyüşənlərin əksəriyyətini əvvəllər "Blackwater" kimi tanınan muzdlu təşkilatın elit əsgərləri təşkil edir. Məlumat Almaniya Federal Kəşfiyyat Xidməti tərəfindən təsdiqlənib. Muzdluların kim tərəfindən Ukraynaya gətirildiyi məlum deyil. Qeyd edək ki, bir neçə ay əvvəl də rus mətbuatı Amerika muzdlularının Ukraynanın cənu-şərqində fəaliyyət göstərdiklərini yazmışdı.
2014-05-11
17,418
Jirinovski "saqqalı qız"dan danışdı - Video
Rusiyanın qalmaqallı siyasətçisi Vladimir Jirinovski "Eurovision" mahnı müsabiqəsinin qalibi olan avstriyalı transseksual müğənni Konçita Vurstun qələbəsinə münasibət bildirib. Məlumata görə, Jirinovski qeyd edib ki, yarışmada Rusiya 176 xal toplayaraq 4-cü yerə sahib olub amma Avstriya isə saqqallı transseksual müğənni ilə yarışın qalibi olub: "Qoy məhkumluğun və yalnızlığın simvolu olan saqqal Avropada qalsın. Avropa çürüdü! Onlarda kişi və qadın yoxdur! Biz Avstriyanı nahaq azad etdik. Bu dəhşətli alov, apokalipsisin bu alovudur. Oradakı saqqalı gənclər yalnız deyillər". /ANS/
2014-05-11
17,419
Səsvermə zamanı atışma oldu
Ukraynanın Donetsk vilayətində naməlum şəxs referendum səsverməsinin getdiyi seçki məntəqəsində atəş açıb. Məlumata görə, bu barədə Rusiya mətbuatı yazıb. Onlar bu xəbəri qondarma Donetsk xalq respublikasının Mərkəzi Seçki Komissiyasına istinadən veriblər. Məlumata görə, hadisə Donetskin Proletarsk rayonunda baş verib. Silahlı şəxs seçki məntəqəsinin tavanına bir neçə dəfə atəş açdıqdan sonra zərərsizləşdirilib. Onun motivləri barədə məlumat yoxdur. /ANS/
2014-05-11
17,420
Nəqliyyat Departamentinin avtomobili yandı
Bakıda avtomobil yanıb. "Axar.az" FHN-in saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda Nəqliyyat Departamentinə məxsus MAN markalı avtomobilin 6 təkəri, akkumulyatoru və banına yığılmış məişət tullantıları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-05-11
17,421
ABŞ Dağlıq Qarabağ probleminin həllində fəallaşıb
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda aktiv mərhələyə girib. "Axar.az" xəbər verir ki, bunu erməni politoloq Manvel Sarkisyan bildirib. Onun sözlərinə görə, bu, geopolitik əhəmiyyət daşıyır: "Krım problemi Dağlıq Qarabağ məsələsinin həllinin vacibliyini artırır". ABŞ tərəfi xüsusilə, ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri Ceyms Uorlikin şəxsən bunu təsdiq etdiyini bildirən Sarkisyan bunları deyib: "Bunun nə məna ifadə etməsi öz işləridir, ancaq son aylarda amerikalıların aktivliyi olduqca aşkar görünür. Amerika tərəfi həqiqətən Dağlıq Qarabağ məsələsinin həllində üç ekvivalent ola biləcək alternativ təqdim etmiş vəziyyətdədir ( müzakirələr , davamlı və qəbul edilə bilməz status-kvo və ya döyüş ). Bir az fərqli təkliflər söyləyə bilərdilər. Məsələn qarşılıqlı güzəştə və ya müharibə, görünür daha geniş imkanların seçilməsinə üstünlük verilir". Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin, Dağlıq Qarabağ probleminin həllinə istiqamətini açıqlamasını tənqid edənlərə ABŞ-ın İrəvan səfirliyi Tvitterdə bunları yazmışdı: "Üç çıxış var: Müzakirələr vasitəsilə həll , davamlı və qəbuledilə bilməz status-kvo və ya müharibə. Dağlıq Qarabağ üçün sülhü seçin".
2014-05-11
17,423
Polis rəisinin cəsədi tapıldı
Mariupol rayonunun polis rəisi Valeri Androşkunun cəsədi asılmış vəziyyətdə tapılıb. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ukrayna mətbuatı hüquq mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb. Mətbuat polis rəisinin meyitinin dünən gecə tapıldığını bildirib. Artıq Androşkunun yerinə təyin olunan şəxsin adı haqqında da informasiya yayılıb. Onun Oleq Morqun olduğu qeyd edilib. Qeyd edək ki, Mariupol polis rəisi bir müddət öncə seperatçılar tərəfindən ələ keçirilmişdi. Donetskdəki referendum ərəfəsində onun cəsədinin tapılması seperatçıların hakimiyyətə mesaj göndərilməsi kimi anlaşılıb.
2014-05-11
17,424
Ukrayna ölkənin ən varlı adamı qarşısında çarəsizdir - Şok
Rinat Axmetovun seperatçıları maliyyələşdirməsi haqqında heç bir sübutumuz yoxdur. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Administrasiyasının sədri Sergey Paşinski çıxış edib. O, Rinat Axmetovla bağlı etdikləri bütün axtarışlardan sonra heç bir sübut tapmadıqlarını bildirib: "Bizim Axmetovla bağlı etdiyimiz bütün axtarışların hər bir nəticəsizdir. Amma bir şey var ki, biz separatistlərlə əlaqəsi olan onlarla şirkət bağlamışıq. İndi mənim cənab Axmetovdan bir ricam var. Əvvəlki kimi Ukraynanın ərazi bütövlüyü haqqında çağırışlar etdiyi anlara qayıtsın". Qeyd edək ki, Rinat Axmetov ölkənin ən varlı şəxsi hesab edilir. O, həmçinin Yanukoviçin ən yaxın adamı kimi tanınır.
2014-05-11
17,425
Ruslar sülhməramlı kimi Ukraynaya girməyə hazırlaşır
"Biz bilirik ki, Rusiya sərhəddə BMT-nin sülhməramlılarının formasında rənglənmiş hərbi texnikaları yerləşdirib". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Administrasiyasının sədri Sergey Paşinski çıxış edib. O, Rusiya ordularının hələ də sərhəd ərazilərdə hazır vəziyyətdə dayandığı haqqında informasiyaya malik olduğunu bildirib: "Biz bilirik ki, Rusiya sərhəddə BMT-nin sülhməramlılarının formasında rənglənmiş hərbi texnikaları yerləşdirib. Biz həmçinin bilirik ki,orada hərbi hissələrdə qalıb. Ona görə də biz istənilən addımı hərbi aqressiya kimi qəbul edəcəyik". Qeyd edək ki, dünən də Donetsk və Luqanskdakı "referendum"dan sonra Rusiya ordusunun bura sülhməramlı ordu kimi gətiriləcəyi ilə bağlı informasiya yayılmışdı.
2014-05-17
17,426
Binəqədi partlayışında yaralananlardan ikisi öldü - Yeniləndi
2014-05-11 18:01 Binəqədi rayonunda partlayış baş verib. Hadisə İbrahim Paşazadə küçəsi 68 ünvanında yerləşən çörək bişirmə sexində qeydə alınıb. Davamlı təkrarlanan partlayışın əsas səbəbi qaz sızması olub. Yanan ərazinin ümumi sahəsi 150 kv mt-dir. Hadisə nəticəsində ölən olmasa da sex işçilərindən 4 nəfər bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan 3-ü kişi biri isə qadındır. Hadisə yerinə Binəqədi və Nərimanov Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafisə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır. *** 2014-05-17 14:00 "Axar.az" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Mahrux Hüseynova və İran vətəndaşı Murtuza Əlizadə mayın 16-da xəstəxanada ölüb.
2014-05-11
17,427
Olland Əliyev və Sərkisyanla Qarabağı müzakirə edəcək
Fransua Olland səfəri zamanı İlham Əliyev və Serj Sərkisyanla Dağlıq Qarabağ konfliktini müzakirə edəcək. "Axar.az" xəbər verir ki, bu informasiyanı Fransanın "Le Proqres" qəzeti yayıb. Qəzet bu müzakirələrdən sonra isə nə isə uğurlu nəticənin olmayacağını bildirib: "Fransua Ollandın səfəri iqtisadi məqsədlər naminə edilmiş bir addımdır. Fransa prezidenti bölgə dövlətləri ilə əlaqələri daha da genişləndirmək niyyətindədir. Lakin burada maraqlı olan əsas məqam ondan ibarətdir ki, prezident Rusiyanı da hiddətləndirmək niyyətində deyil. Fransua Ollanda İlham Əliyev və Serj Sərkisyanla Dağlıq Qarabağ konfliktini müzakirə edəcək. O, tərəfləri Krımın Rusiya tərəfindən anneksiya edilməsindən sonra Qarabağ konfliktinin həll edilməsi istiqamətində yenidən aktivləşməyə çağıracaq. Lakin bu danışıqlarda mühüm sıçrayışın olacağını gözləmək olmaz".
2014-05-11
17,428
Fransua Olland Bakıya gəldi - Son dəqiqə
Fransa Respublikasının Prezidenti Fransua Olland mayın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. F.Ollandı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. /Trend/
2014-05-11
17,429
Həmyerlimiz Avroparlamentə namizəddir - Özəl
Cənubi Azərbaycandan olan həmyerlimizin Avropa Birliyi ölkələrinin vahid parlamentinə namizədliyi rəsmən təsdiqlənib. Bu barədə "Axar.az"a namizədliyi qeydə alınan Araz Yurtsevənin yaxınları məlumat verib. Məlumata görə, həmyerlimizin namizədliyi İngiltərədən olan Milli Liberal Partiyası (NLP - National Liberal Party) tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınan Araz Yurdsevən İranda yaşayan Azərbaycan türklərinin milli-mədəni haqlarını qoruması və bu isiqamətdə gördüyü işlərlə tanınır. Həmyerlimizin namizədliyi seçkilərin maraqla izləndiyi paytaxtdan - Londondan qeydə alınıb.
2014-05-11
17,430
“Bakıda açılan lisey Fransanın ikinci parçası olacaq”
Fransa prezidentinin Azərbaycana ilk səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyinə əminəm". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Bakı Fransız Liseyinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. Prezident İlham Əliyev deyib ki, ölkələr arasında çox sıx əlaqələr var və bu rəsmi səfər də bunu təsdiqləyir: "Daim fikir mübadiləsi aparır, beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. Siyasi əlaqələrimizin yüksək olması digər sahələrə də təsir göstərir. Sabah iqtisadi əlaqələrə təkan vermək üçün biznes forum keçiriləcək. Fransadan da çoxlu sayda iş adamı gəlib, ticari əlaqələrin daha da genişlənəcəyinə inanıram". Dövlət başçısı iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişaf etdiyini də bildirib. Prezidentin sözlərinə görə, yüzlərlə Azərbaycan gənci Fransada təhsil alır: "Səfərinizin bu liseydən başlaması Sizin də təhsilə böyük önəm verdiyinizi göstərir. İnanıram ki, bu liseydə təhsil alan gənclər iki ölkə arasında əlaqələri inkişaf etdirəcəklər. Burada fransız uşaqlar öz dilində təhsil alacaq, Vətənlərinə bağlı ocaq, azərbaycanlı uşaqlar isə fransız dilini öyrənəcəklər". Prezident İlham Əliyev qeyd edib ki, dünya mədəniyyətini Fransasız təsəvvür etmək mümkün deyil: "Bu təhsil müəssisəsində bir-birinə hörmətlə yanaşan gənclər yetişəcəklər. Bu lisey Fransa-Azərbaycan dostluğunun mərkəzi olacaq. Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Bu gün Bakıda açılan lisey isə Fransa səfirliyindən sonra Fransanın ikinci parçası olacaq". Dövlət başçısı nəzərə çatdırıb ki, Ağ Şəhərdə Paris məhəlləsi yaradılır: "Əminəm ki, Fransa prezidentinin Azərbaycana səfəri uğurlu olacaq".
2014-05-11
17,431
İslam alimi Krımın Rusiya tərəfindən işğalını dəstəklədi - Şok
"Tacikistan Rusiyanı müdafiə etməlidir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Tacikistandan olan islam alimi Xoca Əkbər Turadjonzadə çıxış edib. O, Krımın Rusiya tərəfindən anneksiyasının haqq iş olduğunu bildirib: "Krım heç bir zaman Ukrayna ərazisi olmayıb. Bundan əvvəl Osmanlı torpağı idi, sonradan isə Rusiyanın əlinə keçdi. Bu, sadəcə olaraq, Sovet dövründə formal olaraq torpaqların Ukraynaya verilməsi idi ki, Rusiya bu haqqı yenidən özünə qaytardı. Rusiya bizə dost ölkədir. Biz onu hər zaman müdafiə etməliyik. Necə ki, avropalılar ABŞ-ı müdafiə edir". Qeyd edək ki, Xoca Əkbər Turadjonzadə ölkəsində kifayət qədər məşhur şəxsdir. Tacikistanda vətəndaş müharibəsi zamanı o, bu məşhurluğa yiyələnib.
2014-05-11
17,432
Türkiyə nurçulara görə Konstitusiyasını dəyişir
"Gülən hərəkatıyla mübarizənin tək yolu Konstitusiyada dəyişikliyin edilməsidir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Daxili İşlər naziri Efkan Ala çıxış edib. O, hazırda bu dəyişikliklə bağlı işlərin getdiyini bildirib: "Gülən hərəkatıyla mübarizənin tək yolu Konstitusiyada dəyişikliyin edilməsidir. Dövlət içində dövlət yaratmaqla bağlı istintaq davam edir. Bununla bağlı nəzərdə tutulan qanuni hərəkətlərin hər biri yenidən nəzərdən keçiriləcək".
2014-05-11
17,433
Donetsk ordusu referendumdan sonra yaradılacaq
"Donetskdə ordu referendumdan dərhal sonra yaradılacaq". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə tanınmamış Donetsk Xalq Respublikasının liderlərindən biri Denis Puşilin çıxış edib. O, referendumdan sonra Donetsk ərazisində olan bütün Ukrayna ordusu bölmələrinin hər birinin işğalçı elan ediləcəyini bildirib: "Biz artıq öz üzərimizə qısa müddətdə dövlət orqanları və hərbi strukturları yaratmaq məsuliyyətini götürmüşük. Referendumun rəsmi nəticələri elan olunduqdan sonra Donetsk ərazisində yerləşən bütün hərbi qüvvələr qeyri-qanuni və işğalçı hesab olunacaqlar". Qeyd edək ki, bu gün Donetsk və Luqansk ərazilərində qeyri-qanuni referendum keçirilir. Referendumda Donetsk və Luqanskın müstəqil dövlət olması məsələsi səsverməyə çıxarılıb.
2014-05-11
17,434
Rusiya Krıma müsəlmanlardan ibarət kəşfiyyatçı dəstə göndərir
"Krım tatarları Rusiya pasportlarını almaq üçün şantaj edilir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Krım tatarlarının lideri Mustafa Cəmilov çıxış edib. O, artıq tatarların hər yerdə şantaj edildiyini bildirib: "Krım tatarları Rusiya pasportlarını almaq üçün şantaj edilir. Onlara iş yerlərindən qovulacağı və digər şeylər söylənilir. Rusiya mənim xalqım arasında parçalanma aparmağa çalışır. Bunu hətta Krım Tatar Məclisinin içinə də salmağı bacarıb. Doğrudur, sona qədər heç kim dayana bilməyəcək. Amma hazırda tatarlardan yalnız barmaqla sayılacaq qədər insan rus pasportunu qəbul edib. Rusiya Tatarıstan, Başqırdıstan, Çeçenistandan bura müsəlman emissarlar göndərir. Onlar xalqa Rusiyadakı gözəl vəziyyətdən danışırlar. Hətta hər ölkəyə bir şəhər təhkim edilib".
2014-05-11
17,435
Naxçıvanda bayram konsertində beton pillələr uçdu - Yaralılar var
Naxçıvan Muxtar Respublikasında "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunmuş bayram konsertində beton pillələrin çökməsi nəticəsində bədbəxt hadisə baş verib. Yaralılar olduğu bildirilir. "Axar.az" "Aktual.az"a istinadən xəbər verir ki, hadisə təxminən saat 21.30 radələrində baş verib. Məlumatda bildirilir ki, yeni təmirdən çıxmış Tarix-Memarlıq Kompleksinin keçidində dayanıb konsertə tamaşa edən şəhər sakinlərinin ayağının altından beton pillələr uçub. Nəticədə bir neçə şəhər sakini ciddi xəsarət alıb. Baş vermiş bədbəxt hadisədən sonra konsert yarımçıq dayandırılıb. Hadisədə yaralananlar Naxçıvan Diaqnostika Mərkəzinə və Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.
2014-05-11
17,436
ABŞ Ukrayna hadisələrinə görə Qarabağın həllində aktivləşib
"ABŞ-ın Qarabağ konfliktində fəallaşması Ukraynadakı böhranla bağlıdır". "Axar.az" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə politoloq Sergey Minasyan çıxış edib. O, Qərblə Rusiya arasında gərginliyin artmasının da bu aktivləşmədə mühüm rol oynadığını deyib: "ABŞ-ın Ermənistandakı səfiri açıqlamalarının birində bu aktivliyin atəşkəs müqaviləsinin 20 illiyi ilə əlaqədar olduğunu deyib. Doğrudur, bu birinci səbəbdir. Xeffernin söyləmədiyi ikinci səbəb isə məhz Ukrayna böhranı ilə bağlıdır. Məhz bu hadisələr Qarabağda ABŞ-ın mövqeyinin aktivləşməsinə kömək edib".
2014-05-11
17,437
Kitabxanalar cavab zərbəsi endirirlər
İstənilən kitabı evdən çıxmadan tapıb oxumağın mümkün olduğu internet əsrində oxu zalları kimə lazımdır? Elə mütaliəyə olan marağın ümumdünya səviyyəsində aşağı düşmə tendensiyası da kitabxanaların bir qurum kimi aradan çıxmaq üzrə olduğunu ehtimal etməyə əsas verir. Təsssüf ki, bir çox ölkələrdə, o cümlədən də Azərbaycandakı vəziyyət bu ehtimalı təsdiqləməkdədir. Ancaq budur bu da paradoks: ABŞ-da kitabxana işi, əksinə, çiçəklənmə mərhələsinə daxil olub. "Axar.az" bu sahəyə aid yalnız bəzi rəqəmləri təqdim edir: • Filadelfiyada kitabxanalara gedənlərin sayı 2005-ci ildən bu yana 11% artıb. • 2005-ci ildən Brooklyn Public Library-nin dövriyyəsi 31% yüksəlib. • Baltimorda və Sietledə isə son beş ildə kitabxanalardan istifadə edənlərin sayı müvafiq olaraq 25 və 22 % artıb. ABŞ-ın ictimai şəhər kitabxanaları heç vaxt indiki kimi məşhur olmayıb. Lap möcüzədir. Bəs bunun sirri nədədir? Bügünkü oxucu şəhər kitabxanasında kitab alıb-qaytarmaqdan başqa çox iş görə bilər. Detroytda sakinlər beş kitabxananı xilas edə biliblər Son illərin iqtisadi böhranı kitabxanaların təmin etdiyi müxtəlif ödənişsiz xidmətlərə tələbatı artırıb. Kitabxanalara davamiyyətin artması... kompüterlərin istfadəsi ilə əlaqədardır. İnternetdən ödənişsiz istifadə kitabxanaları elə bir məkana çevirib ki, şəhər sakinləri burada çox vaxt kitabxanaçıların köməyi ilə kompüterdə bir çox məsəllələri həll edə bilirlər. Halbuki bunun üçün əmək birjasına, klinikaya, bələdiyyəyə və s. getmək lazım gələrdi. Gəlirləri və təhsilləri məhdud olan "müştərilər" üçün bu - iş tapmaq, səhiyyə müəssisələri, dövlət subsidiyaları haqqında məlumat alamaq üsuludur. Kitabxanaların daha bir funksiyası - "kölgə mandatı" adlanır. Yəni digər dövlət və qeyri-dövlət orqanlarının işini dəstəkləmək və tamamlamaq. Uşaqları dərsdən sonra kitabxanalara cəlb etmək üçün onlara uyğun proqramların işlənib hazırlanmasına, ictimai tədbirlərin keçirilməsinə, mühacirlər üçün dil məşğələlərinin təşkilinə çox böyük diqqət verilir. Burada təqaüdçüləri də unutmayıblar, onlar üçün də xüsusi proqramlar hazırlanır. Gözlənilmədən Birləşmiş Ştatların bütün şəhərlərinin hökümət orqanları öyrəniblər ki, kitabxanalrın filiallarının bağlanılması elə də asan məsələ deyil. Onlara yeni vəsait qoymaq isə yerli hakimiyyət orqanlarının heç də ürəyindən deyil. Ancaq ictimaiyyət kitabxanaların bağlanılmasına açıq etirazlar edir, bəzi yerlərdə nümayişlər keçirilir, hətta məhkəməyə şikayətlər də edilirdi. Məsələn, Detroytda şəhər kitabxanalarının altı filialını ləğv etmək planlaşdırılmışdı. Amma cəmi birini bağlaya bildilər. Yerdə qalanlarını sakinlər qorumağa müvəffəq oldular. Əlbəttə, məhdud maliyyə ehtiyatları dövründə kitabxanalar dəyişən tələblərlə ayaqlaşmalıdırlar. Onlar çox çətin seçimlə üzləşiblər: hansı xidmətlərə üstünlük versinlər, hansıları isə ləğv etsinlər? Kitabxanalar çevik, yaradıcı şəkildə və ustalıqla işlədilməli, daima köhnə ilə yeni arasında tarazlığı saxlamağı bacarmalıdırlar. Sözsüz ki, zaman keçdikcə hazırda kitabxanaların təqdim etdikləri bir çox xidmətlər ləğv ediləcək. Ola bilsin ki, kitabxanaların iş üsulları dəyişəcək, ancaq məzmunu heç vaxt... Kitabxanalar bir qurum kimi həmişə yaşayacaq, lakin cəmiyyətin həyatında nə kimi rol oynayacaqlarını isə heç kim bilmir.
2014-05-11
17,438
200 qızın qaçırılma təklifini ABŞ kəşfiyyatı verib - İddia
Boko Haram terror təşkilatına əsas dəstəyi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Böyük Britaniyanın Mİ-6-sı verib. "Axar.az" xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. Mətbuat buna əsas səbəb kimi bölgənin kifayət qədər zəngin olmasını göstərib: "MKİ və Mİ-6-nın əsas hədəfləri qaçırılan qızlar deyil. Əgər elə olsaydı, Əfqanıstan, İraq, Suriya, Yəmən və digər ölkələrdə də oğurlananlara diqqət edərdi. Məqsəd tamam başqadır. Elə məhz bu iki kəşfiyyat orqanı "Boko Haram"a qızları qaçırmaq əmrini veriblər. Daha sonra isə bölgədə qeyri-sabitlik yaradaraq, neft üzərində nəzarəti təmin etmək istəyirlər. Bu ölkələrin xüsusi təyinatlılarından öncə bura gizli agentləri "Boko Haram"la danışıqlara gəlmişdilər". Qeyd edək ki, "Boko Haram" terror təşkilatı bir müddət öncə 200 məktəbli qızı qaçırmışdı. Sonradan verilən bəyanata əsasən isə bu qızlar satışa çıxarılacaqdı. Qərb ölkələri terror təşkilatının bu addımından sonra dərhal hərəkətə keçəcəklərini bəyan etmişdilər.
2014-05-11
17,439
"Qarabağın həll variantı əvvəl daha yaxşı idi" - Liparityan
"Amerikalı həmsədr Ceyms Uorlikin 6 bəndlik təklifi 1997-ci ilin sənədi ilə müqayisədə bizim üçün qat-qat pisdir, o sənəd ki, ona görə Levon Ter-Petrosyanı istefa ərizəsi yazmağa məcbur elədilər". Bunu Ter-Petrosyanın xüsusi tapşırıqlar üzrə səfiri işləmiş, hazırda ABŞ-da yaşayan tarixçi-professor Jirayr Liparityan amerikalı həmsədrin son məruzəsini şərh edərkən deyib. "Birincisi, həmin sənədə görə, biz Laçın rayonunu tam şəkildə əldə saxlayırdıq. İkincisi, təhvil verəcəyimiz ərazilər silahsız olacaqdı. Yəni qaçqınlar qayıdacaqdı, ancaq orada Azərbaycan ordusu, tank-top heç nə yerləşdirilməyəcəkdi. Yalnız yüngül silahlı polis qüvvələri olacaqdı. Uorlikin sənədində buna bənzər heç nə yoxdur. 97-ci il sənədində həmçinin, yeni aralıq status söhbəti yox idi. Yəni Dağlıq Qarabağın və Laçının o zamankı statusu, yəni bizim ora tam nəzarətimiz yekun statusun danışıqlarla müəyyən edilməsinədək dəyişməz qalırdı. Bu isə çox mühüm dəlildir ki, biz 1997-ci ildən bu günədək hansı yolu keçmişik, hansı durumdayıq və 10 ildən sonra harada ola bilərik", - deyə Liparityan qeyd edib. /Musavat.com/
2014-05-11
17,440
"Donbasda keçirilən referendum Kremlin fırıldağıdır”
"Donbasda keçirilən qondarma referendum Kremlin fırıldağından başqa bir şey deyil". "Axar.az" xəbər verir ki, bu sözləri Batkivşina partiyasının sədri, prezidentliyə namizəd Yuliya Timoşenko söyləyib. Onun sözlərinə görə, referendumun əsas məqsədi Ukraynanı parçalamaqdır: "Bu referendumun bir səbəbi var: ölkəmizi parçalamaq, Ukraynadakı sabitliyi pozmaq. Hərçənd ki, bizə hal-hazırda sülh, birlik, sakitlik, iqtisadi böhrandan çıxmaq üçün vaxt lazımdır. Mən əminliklə deyə bilərəm ki, heç nəyə baxmayaraq mayın 25-də prezident seçkiləri keçiriləcək. Ukraynalıları birgə mübarizəyə səsləyirəm. Məhz o zaman biz ölkəmizdə sülh və sakitçiliyi əldə edəcəyik".
2014-05-11
17,441
"Mançester Siti" çempion oldu
"Mançester Siti" futbol klubu İngiltərə çempionu olub. Bu gün İngiltərə Premyer Liqasının 2013/2014-cü il mövsümü başa çatıb. Çempionatın həlledici görüşü Mançesterdə baş tutub. "Mançester Siti" doğma meydanda "Vest Hem"i qəbul edib. 39-cu dəqiqədə Samir Nəsri hesabı açıb. İkinci hissənin əvvəlində Kompani şəhərlilərin ikinci - sonuncu qolunu vurub - 2:0. Beləliklə, "Maçester Siti" 38 oyundan 81 xal toplayaraq İngiltərə Premyer Liqasının qalibi olub. "Liverpul" ikinci, "Çelsi" isə mövsümü üçüncü sırada başa vurub. /Trend/
2014-05-11
17,442
ABŞ-ın baş xəfiyyəsi gizli Ukrayna səfərindən danışdı
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan bu gün Fusion televiziyasında maraqlı açıqlama ilə yadda qalıb. Con Brennan deyib ki, o, gizli olaraq Ukraynanın paytaxtı Kiyevə gedib. "Mən Kiyevdə bir neçə həftə bundan öncə olmuşam. Orada Ukraynalı həmkarlarım və dostlarımla müzakirələr aparmışam", - deyə ABŞ-ın Baş agenti bildirib. Onun sözlərinə görə, belə görüşlər Ukraynada hökm sürən siyasi ab-havanın düzəlməsinə köməklik göstərəcək. Fusion televiziyasının aparıcısının "Siz Rusiyanı ABŞ-ın düşməni hesab edirsinizmi?" sualına isə Baş agent özünəməxsus tərzdə cavab verib: "Rusiya böyük və güclü ölkədir. Rusiya öz bölgəsində güclü sözə və təsiredici qüvvəyə malikdir". Xatırladaq ki, Con Brennan Ukraynaya aprel ayında gəlib. O, Ukraynanın güc strukturlarının rəhbərlərilə bir sıra gizli görüşlər keçirib. /ANS/
2014-05-11
17,443
Həsən Ruhanidən Qərbə mesaj: "Geri çəkilməyəcəyik"
İran prezidenti Həsən Ruhani nüvə texnologiyası məsələsində geri addım atmayacaqlarını bildirib. "Axar.az" xəbər verir ki, Ruhani bu barədə nüvə layihələrinin tanıtım mərasimində deyib. Ruhani təkcə elm sahəsində inkişafla nələrəsə nail olmağın mümkünsüzlüyünü bildirib: "Yalnız elm və texnologiya sahəsində inkişafa nail olmaqla iş bitmir. Siyasi və təbliğat sahələrində aktiv olmasanız, bəzi bəhanələrlə sizə problem çıxara bilərlər və beynəlxalq ictimaiyyətdə əleyhinizə mənfi bir rəy formalaşdıra bilərlər. Siyasi sahədə bütün bu fəaliyyətlərimizi balanslı bir şəkildə inkişaf etdirməliyik, niyyətimiz texnologiya sahəsində bir addım belə geri çəkilmək deyil, hüquqi sahəsində irəli doğru yeni addımlar atmaqdır".
2014-05-11
17,445
İsraillə Suriya arasında gərginlik: sərhədə ordu yeridilir
İsrail Suriya sərhədini birtərəfli şəkildə bağlayaraq, hərbi bölgə elan edib. "Axar.az" xəbər verir ki, İsrailin Suriya rejimi və müxalifəti arasında davam edən qarşıdurmalar səbəbindən sərhədi bağladığı bildirilir. İsrail qüvvələri bundan əvvəl Kuneytra sərhəd məntəqəsinin Nusra cəbhəsinin əlinə keçdiyini elan etmiş və bölgədəki hərbi varlığını artırmaq barədə qərar vermişdi.
2014-05-11
17,446
Ukrayna qvardiyası Krasnoarmeysk şəhərinə daxil oldu
Donetsk vilayətinin Krasnoarmeysk şəhərinə Ukrayna Milli qvardiyanın hissələri daxil olub. Hökumət qoşunları yerli şəhər sovetinin və polis bölməsinin binalarını nəzarətə götürüblər. Separatçı "Donetsk xalq respublikasının" nümayəndəsi Miroslav Rudenko bildirib ki, şəhərdə referendum təşkil edənlər bütün sənədləri və bülletenləri gizlədə biliblər. Bəzi Ukrayna mətbuatı isə yazır ki, təhlükəsizlik qüvvələri bülletenləri müsadirə ediblər. İstənilən halda, Krasnoarmeyskdə referendum dayandırılıb. Separatçıların nümayəndəsinə əsasən, baş verənləri narazılıqla qarşılayan şəhər sakinləri kortəbii mitinqə toplaşırlar. Xatırladaq ki, mayın 11-də Donetsk və Luqansk vilayətlərində yaraqlı separatçıların təşəbbüsü və təşkilatçılığı ilə Ukraynanin bu şərq bölgələrinin müstəqilliyi haqda referendum keçirilir. Rəsmi Kiyev referendumları qanuna zidd adlandırır, referendum təşəbbüskarları olan silahlı qruplaşmalara qarşı xüsusi əməliyyatlar həyata keçirir. Son günlər Slavyansk, Kramatorsk və Mariupol şəhərlərində yaraqlılarla hökumət qoşunları arasında silahlı toqquşmalar verib, bu toqquşmalarda hər iki tərəfdən və dinc əhali arasında onlarla adam həlak olub, çoxlu yaralananan var. /ANS/
2014-05-11
17,447
Bakıda dəhşətli qəza: yaralanan var
Bakının Fəhlə prospektində ağır yol nəqliyyat hadisəsi baş verib. Mənbənin bildirdiyinə görə, qəza hadisəsi "Mercedes" markalı avtomobillə "Jiqulu" markalı "2107" maşınının toqquşması nəticəsində baş verib. Şahidlər bildirir ki, hadisə zamanı maşında olanlar yaralanıb, ətrafda isə tibbi xidmətin maşınları gözə dəymir. Hadisə yerində, daha doğrusu asfaltda çox qan izlərinin olduğu haqda da məlumat verilib. Hadisənin gedişatı haqda ətraflı məlumat veriləcək. /ANS/
2014-05-11
17,448
Rokfeller: "Əkiz qüllələrə hücumu biz təşkil etdik"
Yəhudi əsilli ABŞ vətəndaşı, məşhur iş adamı Devid Rokfellerin son yüz ilin ən böyük etiraflarının səkkizinci hissəsi dünya dövlətlərinin idarə edilməsi ilə bağlıdır. "Axar.az" xəbər verir ki, Rokfeller dünyanın bütün ölkələrinin rəhbərlərini nəzarət altında saxladıqlarını bildirib. Rokfeller vəziyyətin nəzarət altından çıxdığı halda terror hadisələrini dövrəyə saldıqlarını deyib: "Avropa ölkələrində yaradılan İtaliya Qladiosuna bənzər kəşfiyyat təşkilatları sayəsində bütün ölkələrin rəhbərliklərini nəzarət altında saxlamalıyıq. İstanbuldakı sinaqoqlara edilən hücumlar və Madriddəki qatarların bombalanması bu ölkələrə bizim istəklərimizi görməzlikdən gəldiklərini xatırlatmaq üçün edilirdi. Nyu Yorkdakı Əkiz qüllələr, Pentaqona hücum, Kenya və Səudiyyə Ərəbistandakı bombalanma hadisələri isə tamamilə bizim planlarımız istiqamətində icra edildi. Mən "Dünyada əl atmadığımız başqa ölkə qaldımı görəsən?" deyə düşünürdüm". Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da Dünya Ticarət Mərkəzinin əkiz binalarına və Pentaqona teraktlarla bağlı bu cür etiraf illərdən bəridir dilə gətirilən şübhələri bir daha artırdı. Hələ o zaman teraktları ABŞ-ın özünün təşkil etdiyi söylənir və dünyada yeni işğala haqq qazandırmaq üçün bu addımı atdığı ehtimal edilirdi.
2014-05-12
17,449
Stalin nədən Hitlerin ölümünə sonacan inanmadı? - Faktlar
Dünyada heç bir lider onun qədər sirli olmayıb. Adolf Hitlerin 1945-ci ildə öz sığınacağında özünü öldürməsi rəsmən təsdiq olunsa da, ortada bitib-tükənməyən müəmmalı faktlar var. Müharibədən sonra Hitler, dedikləri olmasa Qərbi terrorla hədələyibmi? Günümüzdə baş verən terror hadisələrinin Hitlerlə nə əlaqəsi ola bilər? Bunu Glenn B. İnfield araşdırıb. 1945-ci ildə Hitlerdən çox, Martin Bormanın və yaxın qohumu General Fegeleynin ölüb-ölmədikləri daha çox maraq doğururdu. Hitlerin və ailəsinin son aylarını keçirtdiyi Berlindəki yeraltı sığınacağın tapıldığı ərazi ruslar tərəfindən işğal olunduqdan sonra ingilis və amerikalı araşdirmaçılar yalnız icazə verilən yerlərdə araşdırma apara bilərdilər. Ruslar Hitlerin və son günlərdə arvadı olan Eva Braunun kömürləşmiş meyitlərini tapdıqlarını və dişlərindən kimliklərini təyin etdiklərini elan etdilər. Ancaq rusların ortaya qoyduğu dəlillər yetərsiz idi. Bununla da Hitlerin öldüyü qəbul edilmədi. Hətta Stalin buna inanmırdı. Onun fikrincə, Hitler aradan çıxa bilmişdi və bəlkə də yaşayırdı. İNANILMAZ FAKTLAR Nəhayət, ilk ciddi araşdırma mayor Trevor-Roperin başçılığı ilə bir qrupa verildi. Araşdırma 1945-ci ilin sentyabr-oktyabr aylarında ingilis, fransız və ABŞ-ın işğal etdiyi ərazilərdə aparıldı. Mayorun raportunda önəmli bir bölüm var idi. Halbuki bu bölüm sonralar yaddan çıxarılacaqdı. Müttəfiq ölkələrin araşdırmaçıları tərəfindən sorğulanan şahidlər arasında Karl Heinz Spaez adlı bir doktor inanılmaz faktlar danışmışdı. Doktor Adolf Hitlerin 1 may 1945-ci ildə sığınacaqdan çöldə yaralanaraq öldüyünü, intihar etmədiyini bildirirdi: "Saat üç olardı. Bir nəfər gəlib Fürerin bayırda olduğunu deyincə ora getməyi qərara aldım. Orada mənim komandirim Qraf von Raiffenşteyn, leytenant Kurt Uhlik və onların yanında Fürer var idi. Qarşı küçədə tapılan bir tank baryerinə tərəf getmək istəyirdilər. Bu zaman xəbərdarlıq edildi və atəş səsləri gəldi. Qarşı küçədə ruslar var idi. Hitler nədənsə xəbərdarlığa qulaq asmadı və irəliləməyə davam etdi. Bu zaman onun vurularaq yıxıldığını öz gözlərimlə gördüm. Ətrafda SS əsgərlər var idi. Onlar atəş açaraq yaralanməş Fürerə tərəf irəlilədilər. Bir neçə dəqiqədən sonra məni səyyar xəstəxanaya çağırdılar. Hitleri ora aparmışdılar. 10 sm uzunluğunda 8-10 mm enindəki mərmi parçası köksünə batmışdı. Vəziyyətini yoxladıqda gördüm ki, ağır yaralanıb. Yara dərin idi və hər iki ciyərini deşmişdi. Sarğı çox az qalmışdı. Yarasını sarıdım. Əlimdən gələcək bir şey yox idi. Hitler dayanmadan inildəyirdi. Ağrısını azaltmaq üçün normaldan iki dəfə çox morfi vurdum və oturub gözləməyə başladıq. Yarım saatdan bir nəbzini yoxlayırdım. Saat yarımdan sonra gördüm ki, artıq nəfəs almır. Ürək döyüntüləri 3 dəqiqə davam etdi və Fürer öldü. Sonra rəhbərliyə dönərək onun öldüyünü bildirdim". HİTLER BİR QƏHRƏMAN KİMİ Doktor daha sonra ifadəsində bildirirdi ki, Hitler öləndən sonra əsgərlər cəsədi götürüb apardılar və 2.5 kq partladıcı ilə Hitlerin cəsədini havaya uçurub parça-parça etdilər. Daha sonra rusların gəldiyini və yaralıların müalicəsi ilə məşğul olduğunu bildirir. Araşdırmaçılar birmənalı olaraq doktorun fikrini rədd etdilər və onun yanıldığı qənaətinə gəldilər. Onlar doktorun Adolf Hitleri bir qəhrəman kimi təsvir etdiyini, sona qədər döyüşdüyünü deməsinə inanmaq istəmirdilər. Çünki Hitlerin döyüşdə ölməsi onlara sərf etmirdi. SS-ÇİLƏRIN SON İŞİ Trevor-Roperin raportuna görə isə doktor Speazın dediklərinə inanmaq çətindir. Üstəlik, doktor özü də faşistdir. Bəlkə də Hitlerin qaçdığını gizlətmək üçün bu hekayəni uydurub. Hər iki halda sığınacaqda intihar etməsi, cəsədin yandırılması və yaralanaraq ölüb cəsədinin havaya uçurulması fərziyyə olaraq qaldı. Görəsən, Hitler doğurdan da qaçıbmı? Bir versiyaya görə, SS-çilərin son işi Hitlerin imicini qorumaq idi. Hər kəs ölə bilərdi. Amma Fürerdən başqa. Çünki vaxtı gələndə yeni hərəkatın başlanılması üçün Fürerin varlığı əsas şərt idi. Dünya Adolf Hitlerin ölmədiyini bilməli və qorxmalı idi. Əslində, SS-çilər bunu bacardılar. Uzun illər boyu araşdımaçılar və mükafat uğrunda çalışanlar Hitleri axtardılar. Bu vaxt ərzində bir SS zabiti Hitlerin Me-109 qırıcı təyyarəsi ilə Berlindən İspaniyaya uçduğunun şahidi olduğunu israrla deyirdi. Araşdırmaçılar bu iddianın mümkün olub-olmayacağını ABŞ Hərbi Hava Qüvvələrindən soruşdular. Cavab isə nə "hə", nə də "yox" oldu. Nürnberq məhkəməsində eyni sual Mussolinini bir dağın başından qaçırtmağı bacaran məşhur SS generalı Otto Skorzeniyə verildi. Hitlerin şəxsi komanda birliyinin komandiri olan Skorzeni sualı eşidincə gülümsəyərək belə cavab vermişdi: "Bu, mümkün olmayan bir şeydir. Bizim Messersşmitt təyyarələrimiz uzaqmənzilli deyil. Bundan başqa, biz müharibəni uduzmuşduq". Müharibədən sonra Miami, Floridanın "Norman Stineman", "Çikaqo Deyli Tayms" qəzetlərində belə bir yazı yazılmışdı: "Argentina hökuməti faşistlərin köməyi ilə uzaqmənzilli raketlər hazırlayaraq Braziliya və ABŞ-ı vumağı planlaşdırır. Hitler dərin bir yeraltı bunkerdə saxlanılır. Berlində tapılan cəsədlər isə Hitler və Evanın oxşarlarıdır". Yazıda qeyd olunurdu ki, bu gizli yer Argentinanın paytaxtı Buenos Ayresdən 450 mil uzaqlıqda yerləşən ərazidədir. Məktub xüsusi xidmət orqanlarına yollandı. İki ay sonra gələn cavabda FTB başçısı J.Edqar Hooverin imzası var idi: "Hitlerin harada olduğunu göstərən daha bir məktub Orlandiyadan doktor Landovn tərəfindən bizə yollanıb. Amma sonradan 97 yaşlı doktorun ruhi xəstə olduğu aydın oldu. Nəticədə Hitlerin Argentinada olduğunu təsdiq edən hər hansı bir dəlilin tapılmadığını bildiririk", - deyə məktubda qeyd olunurdu. HİTLER MÜHARİBƏDƏN SONRA AMERİKANI TƏHDİD EDİB 1947-ci ilin aprelində ortaya yeni bir məktub çıxdı. Məktub Verner Eckers adlı keçmiş bir SS zabiti tərəfindən Berlinin ABŞ bölgəsinin başçısı olan General Claya xitabən yazılmışdı: "Hitlerin sığınacaqdan qaçarkən yaralandığı doğru idi, amma ölməmişdi. Sadəcə, bir qolunu itirərək Almaniyadan qaçmağı bacarmışdı. Sonradan geri qayıdaraq gizlənmiş və kimsənin bilməməsini tapşırmışdı". Ecker həm də Hitlerin yanında olduğunu və 17 səhifəlik bir müraciəti Fürerin diktəsi ilə yazdığını bildirir. Müraciət prezident Trümana yazılmışdı və 12 maddədən ibarət idi. Müraciətdə Hitler SS birliklərinin hələ də mövcudluğunu və yeraltı terror qrupu olaraq təhlükəli olduğunu bildirərək, təkliflərinin qəbul edilməsinin zəruriliyini diqqətə çatdırmışdı. 12 maddə bunlardan ibarət idi: 1. Bütün faşist liderlərinin mühakimə olunması dayandırılmalıdır. 2. 1 aprel 1933-cü ildən bəri çalışan faşist partiyasının üzvləri və Gestapo mənsubları dərhal azad olunmalıdır. 3. Qadağan olunan ordu, polis və mühafizə alayları bərpa olunmalıdır. 4. Oder-Niesse xətti sərhəd olmayacaq və torpaq tələbləri rədd ediləcək. 5. Alman xalqının ehtiyacı olan ərzaq və digər vəsaitlər təcili verilməli, almanlar bolşeviklərə təslim olmağa məcbur edilməməlidir. 6. Keçmiş faşist qüvvələri bolşeviklərə qarşı birləşmək üçün toplanmalıdır. 7. Əsir düşərgələrində olan faşist məmurları dərhal azad olunmalıdır. 8. Faşist konsentrasiya düşərgələri yaradılması səbəbi ilə günahlandırılan faşistlər müttəfiqlər tərəfindən mühakimə olunmamalı, sivil məhkəmələrə təhvil verilməlidir. 9. Müttəfiqlərin qurduğu məhkəmələrdə yalnız Almaniyaya xəyanət edən von Papen, Şaşt və von Seydlitz kimi insanlar mühakimə edilməlidir. 10. Bütün xarici vətəndaşlar və yəhudilər dərhal Almaniyanı tərk etməlidir. 11. Başqa ölkələrdə əsir tutulan bütün alman əsgərlər dərhal azad edilməlidir. 12. Köhnə alman koloniyaları geri verilməli, həmin koloniyalara alman immiqrantlar yollanmalı və alman xalqının xaricə getməsinə məhdudiyyət qoyulmalıdır. Hitlerin yaşadığı doğru idisə, bu təhdid təhlükəli ola bilərdi. Ağ Ev bu müraciəti aldı, amma heç bir reaksiya vermədi. Amma bu müraciət nəticəsində bir çox SS lideri sərbəst buraxıldı və ya axtarışı dayandırıldı. Hətta faşist günahkarları axtaran yəhudi təşkilatlarına belə dəstək azaldıldı. Bəlkə də bu müraciətə görə günümüzə kimi gəlib çıxmış terrorun arxasında Hitlerin çox gizli SS təşkilatı və maliyyəsi durur. ŞAHİDLƏR NECƏ YALAN SÖYLƏDİ? Adolf Hitlerin ölü və ya diri olması haqda mülahizələr qalın-qalın kitabları doldura bilər. 1945-ci ilin mayında rusların Strausberq düşərgəsində əsir olan alman Dr. General Valter Şreiberin dedikləri doğurdan da inandırıcı idi. O, 29 aprel 1945-ci ildə Reyxstaqın yeraltı bunkerində cərrah olub. Ruslar tərəfindən əsir alınıb düşərgəyə gətirildikdən sonra orada Hitlerin şəxsi mühafizəçisi olan Otto Günşe ilə qarşılaşıb. Günşe Hitlerin cəsədini gördüyünü və yandırılmasının ona həvalə edildiyini deyib. Şreiber Hitlerin şəxsi pilotu Hans Baur ilə danışıb. Baur Hitlerin öldüyündən əmin idi. Amma cəsədi görməmişdi. Ancaq eyni düşərgədə olan Hitlerin övladı Heinz Linge Fürer və Evanın cəsədlərinin yandırılmasına kömək etdiyini rəsmən açıqlamışdı. Şreiber bu sirri tapmaq istəyirdi. Buna görə də Lingeni öz barakına gətirməyi bacardı. Bir neçə həftədən sonra Linge danışmağa başladı. O, Fürerin və Evanın cəsədlərini heç vaxt görməmişdi. Öldüklərini söyləsə də, sadəcə xalçalara bükülmüş iki cəsədin sığınacaqdan bayıra aparıldığını görmüşdü. Xalçaların içində kimin olduğunu isə bilmirdi. Linge, Günşe və başqa bir neçə şahid 1956-cı ildə Moskvadakı Lubyanka həbsxanasından sərbəst buraxıldıqdan sonra köhnə hekayəni təkrarlamağa davam edirdilər. 1953-cü ildən sonra yayılan "Yalan maşını"nın bu barədə işlədildiyi hamıya aydındır. ABŞ mütəxəssisləri bir neçə nəfər üzərində bu testi keçirtsələr də, cavablar ictimaiyyətdən gizli saxlanıldı. Bundan əlavə, 23 il sonra 1968-ci ildə Sovet İttifaqının Hitler barədə açıqlamasının səbəbi də məlum deyil. Açıqlamada cəsədin yandırıldığı bildirilirdi. Hitlerin Berlində öldüyü, Cənubi Amerikaya qaçdığı, son günlərdə arvadı olan Eva Braunun yanında olduğu barədə konkret nə dəlil, nə də sübüt var idi, çünki ortada cəsəd də, məzar da yoxdu. Bu sirr həmişəlik sirr olaraq qalacaq. Qaçdığı, ya da öldüyü heç vaxt aydınlaşmayacaqdı. Həqiqəti yalnız keçmiş SS-çilər bilirdi və onlar heç vaxt bu həqiqəti açıb demədilər. Bir, ya da ikisi xaric, hazırda hamısı ölüb. Bütün zamanların ən sirli lideri Adolf Hitler yaşasa belə, artıq bu gün yüz yaşı keçmiş olardı. Deməli, o, artıq yaşamır. Bəlkə də iddialar doğrudur. Bəlkə də 1990-cı illərdə Qərbə qarşı yürüdülən terror hadisələrinin arxasında Hitlerin və ya sadiq SS-çilərin intiqamı dururdu? Ola bilərmi? Yenə də hər şeyin zamana ehtiyacı var…
2014-05-12
17,450
Atəşkəsin elan edilməsinin 20 ili tamam olur
Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 20 il ötür. "Axar.az" APA-ya istinadən xəbər verir ki, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb. Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub. Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq "Böyük sülh sazişi"nə imza atmalı idilər. Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb. Qeyd edək ki, 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları keçirməyə başlayıb. Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad edib. Lakin Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları istənilən nəticəni verməyib. Ermənistan Ordusu bütün ehtiyat qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə və şimalına yönəltməklə, Azərbaycan Ordusunun hücumunu dayandırmağa müvəffəq olub. Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan Ordusunun əsas ehtiyat qüvvələri məhv edilib. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verilib. Atəşkəsdən ötən 20 il ərzində müxtəlif məlumatlara görə, cəbhə xəttində 6 mindən artıq Azərbaycan hərbçisi düşmən gülləsi, mina partlayışları, qar uçqunu və digər səbəblərdən həlak olub.
2014-05-12
17,451
Kürdlər Türkiyədə söz sahibi olur - Daha bir partiya
1965-ci ildə Səid Elçi və dostları tərəfindən yaradılan Kürdüstan Demokrat Partiyası 48 il sonra fəaliyyətini bərpa edir. "Axar.az" xəbər verir ki, Kürdüstan Demokratlar Platforması adı altında aparılan kampaniyalar çərçivəsində fəaliyyətə başlayacaq partiyanın adının əvvəlinə Türkiyə sözü əlavə edilməyəcək. Kürdüstan Demokrat Partiyası rəhbərliyinə vaxtilə partiyanın sədri olmuş Faiq Bucağın oğlu Sərtaç Bucağın gətirilməsi gözlənilir. Daha əvvəl Daxili İşlər Nazirliyi partiyanın fəaliyyəti barədə qərarı təsdiq etmişdi. Partiya Türkiyə Kürdüstan Demokrat Partiyası adı altında Diyərbəkirdə fəaliyyət göstərmişdi.
2014-05-12
17,452
Kissincer Putini müdafiə etdi
ABŞ dövlət xadimi, məşhur analitik Henri Kissincer Rusiya prezidenti Vladimir Putini müdafiə edib. "Axar.az" xəbər verir ki, Kissincer əvvəlcə dünya birliyinin Ukrayna konflikti üzərində baş sındırmasının vacib olduğunu, yalnız bundan sonra Kiyevlə Moskva münasibətlərinə qarışmasını əhəmiyyətli sayıb. Kissincerin sözlərinə görə, son zamanlar Rusiya proqressiv şəkildə inkişaf edirdi və bu səbəbdən də bu ölkənin Ukrayna məsələsində qızışdırıcı mövqe tutması anlamı inandırıcı deyil. CNN-ə müsahibəsində Kissincer həmçinin aşağıdakı sözləri deyib: "Öz-özümüzə bu sualları verməlik: bilməliyik ki, o, Soçi Olimpiadasına 60 milyard dollar vəsait xərcləyib. Bu oyunların açılış və bağlanış mərasimi də əslində Rusiyanın necə inkişaf edən ölkə olduğunun göstəricisiydi. Fikrimcə, nəzarətindən çıxan Ukrayna məsələsinə Putin reaksiya verməli idi. O, Ukraynanı iqtisadi müflisləşmə həddinə gətirmək istəyirdi. Ancaq hadisələr başqa istiqamətdə inkişaf etdi. Odur ki, birinci, problemdən çıxış yolları axtarılmalı, yalnız bundan sonra Ukrayna-Rusiya münasibətləri müzakirə olunmalıdır". Sonda Kissincer Qərb tərəfindən Rusiya prezidentinin şər qüvvə adlandırılmasının əleyhinə olduğunu dilə gətirib.
2014-05-12
17,453
Şröyder Rusiyaya sanksiyalara son qoymağa çağırdı
Almaniyanın sabiq kansleri Herhard Şröyder Qərbə səslənərək, Rusiyaya qarşı sanksiyalara son qoymağa çağırıb. "Axar.az" xəbər verir ki, bundan başqa o, rəsmi Kiyevi də tənqid edib və ölkənin şərqindəki əməliyyatlara son qoymağa, problemin həlli üçün dinc yollardan istifadə etməyə səsləyib. Şröyder sanksiyalardansa, təhlükəsizlik məsələlərində Qərbin Rusiya ilə əməkdaşlıq etməsini əhəmiyyətli sayıb. Keçmiş kansler hətta sanksiyalar məsələsində Avropanın Amerikaya qarşı çıxmasını vacib bilib. O deyib ki, Rusiya və Almaniya müttəfiq ölkələrdir, Avropada böyük gücə malikdirlər. Bu nüanslardan mütləq istifadə olunmalıdır. Ukrayna məsələsinə toxunan Şröyder rəsmi Kiyevi milli birlik, qarşılıqlı anlaşmanı bərpa etmək yolunda hərəkətsizlikdə qınayıb. Şröyder çıxışının sonunda vurğulayıb ki, Ukrayna krizisindən çıxış açarı təkcə Moskvada deyil, həmçinin Brüssel, Vaşinqton və Berlindədir.
2014-05-12
17,454
Bakıda piyadaları maşın vurdu: 1 ölü, 2 yaralı
Bakının Səbail rayonu ərazisində minik maşını üç piyadanı vurub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Salyan şossesində baş verib. Yüksək sürətlə hərəkətdə olan 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə piyadalardan 1-i ölüb, 2-si isə Şəhər Kliki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, xəsarət alanlar Zəfər Xəlilov və Xalid Cəbrayılovdur. Yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
2014-05-12
17,455
Beren Saat o şəxsin adını açıqladı
Məşhur aktrisa Beren Saat İnstaqram hesabında uşaqlıq eşqinin şəklini paylaşıb. "Axar.az" xəbər verir ki, aktrisa 2004-cü ildə yol qəzasında həyatını itirən uşaqlıq eşqinin şəklini paylaşıb. Şəklin aşağısında isə "Yaxşı ki doğuldun. Sənsiz keçən 10-cu il" şərhini yazıb. Xatırladaq ki, məşhur aktrisa pop ifaçısı Kənan Doğulunun nişanlısıdır.
2014-05-12
17,456
“9 may qanunu” qüvvəyə mindi
Krımın anneksiya olunduğunu deyənlərə 5 il həbs cəzası veriləcək. "Axar.az" xəbər verir ki, Rusiya Federal Şurası tərəfindən Krımla bağlı yeni qanun layihəsi qüvvəyə minib. Mayın 9-da qəbul olunan sənəddə bildirilir ki, bundan sonra kim Krımın Rusiya tərəfindən anneksiya olunduğunu deyərsə, həmin şəxsi 5 ilə qədər həbs cəzası gözləyir. Məsələyə artıq Ukrayna tərəfi öz etirazını bildirib. Bəzi vəkil və hüquqşunaslar isə bundan sonra insanları ifadələrinə fikir verməyə və emosiyalarına diqqət yetirməyə çağrıblar. Onların qənaətinə görə, əks halda önlərində sözügedən qanunun tələblərini görəcəklər.
2014-05-12
17,457
İlham Əliyev və Fransua Olland İçərişəhərdə - Fotolar
Azərbaycan və Fransa prezidentləri İlham Əliyevlə Fransua Olland mayın 11-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Fransa prezidentinə İçərişəhər barədə məlumat verilib, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun dünya mədəni irs siyahısına daxil edildiyi bildirilib. İçərişəhərlə tanışlıqdan sonra prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa prezidenti Fransua Olland birgə nahar ediblər.
2014-05-12
17,458
Tayland kabelsiz elektrik dövrünə keçdi
Taylandda dünyanı heyrətə gətirəcək olan kabelsiz elektrik dövrü başlayır. "Axar.az" xəbər verir ki, taylandlı mühəndislər telefon və leptopların "Wireless" vasitəsiylə enerji yığacağı kabelsiz elektrik sistemi qururlar. Beləliklə, Taylandda "Wireless" elektrik dövrü başlayır. Tayland Enerji Nazirliyindən verilən açıqlamada yeni sistemin paytaxt Banqkok başda olmaqla, bir çox bölgə və şəhərlərdə tətbiq ediləcəyi bildirilib. Kabelsiz elektrik sisteminin ən yaxın zamanda bütün ölkəyə yayılması planlaşdırılır.
2014-05-12
17,459
Əziz Yıldırım azarkeşləri söydü: "... köpəklər!" - Video
Türkiyənin "Fənərbaxça" klubununa çempionluq kubokunun təqdim edilməsi mərasimində qanqaraldıcı hadisə baş verib. "Fənərbaxça" prezidenti Əziz Yıldırım çıxış edərkən azarkeşlərin bir qrupu komandanın keçmiş oyunçusu Aleks de Souzanın lehinə şüarlar səsləndirib. Bundan hirslənən Əziz Yıldırım azarkeşlərə üzünü tutaraq "Əxlaqsızlar! Tərbiyəsizlər! Pullu köpəklər!" deyib. /Musavat.com/
2014-05-12
17,460
Roqozinin təyyarəsindən separatçı imzalar tapıldı - Foto
Moldova kəşfiyyatı Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin, Mədəniyyət naziri Vladimir Medinskinin, Dövlət Dumasının üzvlərinin və dövlət nümayəndələrinin uçduğu təyyarədə separatçı Dnestryanı bölgənin əhalisinin Rusiyaya birləşdirlməsi ilə bağlı 4 qutu imza aşkar edib. "Axar.az" xəbər verir ki, xəfiyyələr separatçı imzaları Rusiya dövlət təyyarəsinin Kişinyovda məcburi enişi zamanı aşkar ediblər. Qeyd edək ki, 9 may Qələbə Günü ilə əlaqədar qondarma quruma səfər edən rusiyalı rəsmilərin təyyarəsinə qayıdan zaman nə Rumıniya, nə də Ukrayna hava koridoru verib. Hadisə də məhz hava laynerinin Kişinyova məcburi geri dönməsi zamanı baş verib. Təyyarədə olan rusiyalı deputatlardan biri qeyd edib ki, imzalar bütün bölgənin sakinlərini əhatə edib. Xatırladaq ki, məsələyə öz kəskin reaksiyasını bildirən Roqozin Kişinyovu hədələyərək, növbəti dəfə bölgəyə bombardmançı təyyarədə gələcəyini demişdi.
2014-05-12
17,461
Ərdoğanın mübahisəsi dünya mediasında - Video
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Dövlət Şurasının 146-cı ildönümündə Vəkillər Kollegiyasının rəhbəri Mətin Feyzioğlunun çıxışına hirslənməsi və zalı tərk etməsi dünya mətbuatının gündəmini zəbt edib. "Axar.az" xəbər verir ki, Mətin Feyzioğlunun 1 saatdan artıq çıxış etməsi və daha sonra prezident seçkiləri ilə bağlı siyasi mülahizəsi Ərdoğanı özündən çıxarmışdı. Bu olay dünya mediasının hədəfinə çevrilib. Belə ki, Ərdoğan və Feyzioğlunun toplantı öncəsi bir-biriylə səmimi görünməsi və daha sonra qarşıdurması heç də normal şəkildə qarşılanmayıb. Həmin videonu təqdim edirik:
2014-05-12
17,462
Şəmkirdə ikimərtəbəli ev yandı
Şəmkir rayonu, Qaracaəmirli kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan (hər mərtəbəsi 120 kv.m) ikimərtəbəli evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 80 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Yasamal rayonunda "Kasco-RCP" şirkətinə məxsus "Kamaz" markalı avtomobilin banında 3 kv.m sahədə məişət tullantıları yanıb. Avtomobil yanğından mühafizə olunub. Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-05-12
17,463
Gülər Əhmədovanın azadlıqda ilk geniş müsahibəsi - Video
Bu həftə Gülər Əhmədova məhkəmə zalından evə buraxıldı. O, cəzasının qalan hissəsini öz evində çəkəcək. Keçmiş millət vəkili yəqin ki, indi şərti azadlıqda, həm də Elşad Abdullayevin həbsini gözləməli olacaq. Gülər xanıma axşam tərəfi baş çəkdik. Azadlığı ilk baxışdan hiss olunurdu. - Gülər xanım, dostlar, tanışlar bu sınaqdan necə çıxdı? Yaxınlar bu sınaqdan necə çıxdı? - Belə gündə əlbəttə ki, saf-çürük olur, amma mən dostlarımdan razıyam. Demək olar ki, hamıdan razıyam. Mən cinsiyyətindən asılı olmayaraq kişi bildiyim adamlar kişi çıxdılar. - Hər-halda bir il 3 ay. Az bir müddət deyil. Kim üçün daha çox darıxırdınız və kimin sizin üçün çox darıxdığını hiss elədiniz? - Əlbəttə ki, ailəm. Çox xoşbəxtəm ki, belə bir ailəm var. Bəlkə dünyadan qazandığım ən böyük şey budur. Ən böyük nigarançılığım anam idi. Məni üzən məhz bu idi ki, birdən anamı görmərəm, halallaşa bilmərəm, nə isə baş verər. Anam kifayət qədər xəstə bir insandır. Amma Allaha çox şükür. Hər gün gözləyirdim bu günü. Elə bir gün yoxdur ki, mən bu günü gözləməyim. Yəni hər gün inanırdım ki, belə bir şey baş verməlidir. - Qaldığınız yerdə nə ilə məşğul olurdunuz və günü neçə keçirirdiniz? Neçə başlayırdı vaxt və necə bitirdi? - Bilirsiniz, mən bu şeyləri deməyi xoşlamıram. Əlbəttə ki, bir daxili aləm var. Yaradanla bir münasibətləri var. O münasibətlər üçün kifayət qədər vaxt ayrılmışdı. - Biz səni "Dəmir" qadın kimi tanıyırdıq. Elə millət vəkilləri arasında da, dostlar arasında da. Gülər xanımı ağlayan yerdə təsəvvür eləməmişdim və görməmişəm. Ya siz bunu məharətlə gizlətmisiniz, ya da ümumiyyətlə ağlamırsınız? - Yox orada da ağlamırdım. Hətta, orda olan xanımlar vardı. Mənə deyirdilər ki, ağla, ağlamaq yaxşı şeydir. Onlara deyirdim ki, ağlaya bilmirəm, nətəhər ağlayım. Amma sonra onlar bir dəfə mənə dedilər ki, yuxuda ağlayırsan. - Həmişə görmüşük ki, qadının əli hər yerdən üzüləndə ağlayır? - Mənim əllərim üzülməmişdi. Ümumiyyətlə, həmişə orda olan qadınlara da deyirdim. Mənim ora gəlməyim kifayət qədər qadınlara dəstək oldu. Onlar, hətta belə bir zərb məsəlinə çevirmişdilər. Deyirdilər ki, əşi bizim nə dərdimiz var. 3 dəfə millət vəkili seçilmiş adam yatırsa, bizə nə gəlib, biz də rahat oturmalıyıq. O, vaxtdan mən əlimi üzməmişdim. Mən həmişə o xanımlara deyirdim ki, ümidsiz şeytandır. - Bilmirəm, bəlkə də bu, hər yerdə belə deyil. Amma mənim anlayışımda "qadın azad oldu" ifadəsinin bir mənası var. Qadın dünyaya uşağ gətirəndə deyirlər "azad oldu". Sizin situasiyada "qadın azad oldu" , Gülər Əhmədova azad oldu. Bu, həm də azadlıqla bağlıdır. Eyni zamanda analıqla da bağlıdır. Çünki, sizin azad olmağınıza hamıdan çox sevinən birinci Tamerlan idi. Sizin oğlunuz. Neçə qarşıladı və siz onunla görüşəndə neçə apardınız özünüzü, çünki biz o kadrları görməmişik? - Məni ayaqda saxlayan şeylərin biri də bu idi ki, Tamerlan uşaq olsa da, ona ikiqat zərbə dəymişdi. Belə ki, məhz Tamerlanın ad günündə mən həbs olunmuşdum. Yəni, bu Tamerlan üçün də, mənim üçün də ağır zərbə idi. Tamerlan məni yanıma gəlirdi və həmişə deyirdi ki, ad günümü gəl dəyişək, sən buradan çıxasan. O, elə hesab edirdi ki, ad gününün vaxtını dəyişəndə mən tez çıxacam. - Çox orijinal yanaşmadır. Ona görə də Tamerlanı bura çağırmaq istəyirəm. Tamerlan, bundan sonra sən nə etməlisən ki, anan bir daha heç yerə getməsin. - Bu barədə fikirləşməmişəm. - Hər halda ananın yanında olmaq lazımdır. Gülər xanım deyir ki, gedir-gəlir qısılır, gedir-gəlir qısılır. Özümə də birtəhər gəlir. Bu, belə uşaq deyildi. Balaca vaxtında həmişə tez-tez ezamiyyətlərə gedib-gəlmişəm. Bu hadisədən sonra çox qəribə olub, duyğusal olub. - Amma Tamerlan yəqin bilir ki, sizin azad olmağınızda onun böyük rolu var. Məhz himayənizdə azyaşlı uşağın olması. Belə ki, Gülər xanım azadlığına görə Tamerlana borcludur, necə ki, Tamerlan da dünyaya gəlməsində sizə borcludur. - Hamımız Allaha borcluyuq. /ANS/
2014-05-12
17,464
Suriyada soyqırım davam edir: 20-si uşaq olmaqla 70 ölü
Suriyada illərdi davam edən vətəndaş müharibəsi səngimək bilmir. "Axar.az" xəbər verir ki, Suriyada heç bir qaydaya əməl edilməyən və soyqırıma çevrilən vətəndaş müharibəsində hökumət qüvvələri dünən 70 suriyalını öldürüb. Ölənlərin 20-sinin uşaq olması Suriyadakı vəziyyətin müharibə deyil soyqırım olduğunu açıq-aşkar göstərir. Dünən yayımlanan hesabatda rejim həbsxanalarında işgəncə ilə 17 adamın ölməsi də diqqət çəkib. Hesabata görə, Hələbdə 23, Şamda 22, Həmada 7, İdlibdə 5, Dərada 7, Dey Əz-Zorda 3, Xümsdə 2 adam olmaqla 70 nəfər öldürülüb.
2014-05-12
17,465
“Şahin Sultanovun dedikləri yalandır”
Hərbi Dəniz Qüvvələrinin (HDQ) vitse-admiralı Şahin Sultanovun həbsindən sonra onun vəkili Adəm Məmmədov məktubla müraciət edərək müvəkkilinin Dövlət Bayraq Meydanı ətrafında aparılan tikinti işləri zamanı qanunsuzluqlara yol vermədiyini iddia edib. O qeyd etmişdi ki, vitse-admiral ərazidəki qeyri-yaşayış sahələrini təmir etdirərək hərbçi ailələrinin istifadəsinə verib. Vəkil zabitlərdən tələb olunduğu vaxt həmin mənzilləri tərk etmələri haqda iltizamın varlığını da bildirmişdi. Həmin ərazidə mənzili olmuş HDQ zabiti Emil Əzizov məsələ ilə bağlı redaksiyamıza müraciət edib. Təqaüddə olan zabit deyib: "Şahin Sultanov deyir ki, guya bizə ev tikib verib. Belə bir şey olmayıb. 28 nəfər hərbçi həmin evləri öz hesabımıza, öz pulumuzla işdən sonra gecələr yatmayıb tikmişik. 6 il biz orada yaşamışıq, bütün kommunal xidmətlərin haqqını da ödəmişik. Şahin Sultanov yalan danışır". Təqaüddə olan zabit deyir ki, Ş.Sultanov onu evdən çıxmadığına görə hədələyib: "Deyirdi səni tutduracağam. Ərizəni yaz təqaüdə çıx. Mən bundan imtina etmişəm. Bunu hamı bilir. 290 min manatı orada olanlara "Azvirt" şirkəti verib. Sənədlər üzərində həmin pul sentyabrın 30-da verilib. Faktiki isə pulu sentyabrın 12-də veriblər. Sentyabrın 12-də Şahin Sultanov Türkiyədən gəldi. Məni kabinetinə çağırdı. Telefonumdakı diktafonu açıb kabinetinə girdim. Orada Şahin Sultanov mənə hədə-qorxu gəldi. Deyirdi ki, niyə görə evdən çıxmırsan, pulu götürmürsən. Həmin gün hamıya hədə-qorxu gəldi ki, pulu götürüb evləri tərk edin. 26 ailə gedib həmin 10 min manatı götürüb evlərindən çıxdı. Bu gün də kirayələrdə yaşayırlar. Mən - 2-ci dərəcəli kapitan Emil Əzizov, polkovnik-leytenant İlqar Allahverdiyev və Ramiz adlı məcburi köçkün 10 min manatı götürməkdən imtina etdik". E.Əzizov bunun səbəbini də izah etdi: "Axı 10 min manata biz ev ala bilməzdik. Bizə niyə 10 min verib kirayələrdə yaşamağa məhkum etməlidirlər? 30 il dövlətimizə qulluq etmişik ki, bizə çatası kompensasiyanı kimsə özünə götürsün? Axı necə ola bilər ki, həmin ərazidəki 9 mərtəbəli binalarda sənədsiz yaşayan hərbçi ailələrinə hər kvadrata görə 1500 manat verilir, bizə isə öz halal zəhmətimizlə tikdiyimiz evə görə 10 min manat təklif olunurdu? 9 mərtəbəli binanı həmin hərbçilər tikməyib, amma kvadrata görə onlara 1500 manat ödənilib. Bizə isə 50-60 kvadratlıq evlərimizə görə 10 min manat verilməsi ədalətlidirmi? Bizim evlərimiz həmin 9 mərtəbəli binaların 5 addımlığında idi. Biz həmin 10 min manatı götürməyib evlə təmin olunmağımızı və ya ədalətli kompensasiya verilməsini tələb etdik. Şahin Sultanov mənə deyirdi ki, gözlə, sənə yeni baza tikiləndə ev verəcəyik. Həmin bazadan bu gün də əsər-əlamət yoxdur. 3 ildir ki, kirayələrdəyik". E.Əzizov bildirdi ki, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov onların hüquqlarını müdafiə etdiyi üçün şərlənərək həbs olunub: "Biz hansı vəkilə müraciət edirdiksə, Dövlət Bayraq Meydanının adını eşidib qaçırdı. Elə bir vaxtda Bəxtiyar Məmmədov bizə kömək etməyə başladı, Allah onun qapısını açsın, şərləyib tutdurdular". E.Əzizov deyir ki, Hərbi Prokurorluqda Ş.Sultanovun işi üzrə artıq ifadə verib: "Şahin Sultanovu Səfər Əbiyev müdafiə edirdi. Şahin Sultanovdan prezidentə yazdığım şikayətləri Səfər Əbiyev onun özünə göndərirdi. O da məni yanına çağırıb deyirdi ki, nə edim? Bizə, 30 il dövlətimizə qulluq edən zabitlərə qarşı bu adamın münasibəti bax belə idi. Təsəvvür edin, yoldaşım da hərbçidir və 20 il dövlətə qulluq edib. Şahin Sultanovun sifarişi ilə mənə görə onu da incidirdilər. Məni təqaüdə çıxmağıma 1 il qalmış Ali Hərbi Məktəbdə aşağı maaşlı işə "perevod" elədi. Onun bu hərəkətinə görə mən təqaüdə çıxandan sonra hər ay 200 manat az təqaüd alıram. Üstəlik Ali Hərbi Məktəbə "perevod" eləyəndən sonra da bizə orada təzyiqlər vardı. Çalışırdı ki, aşağı vəzifəyə salsın ki, mən 20 il qüsursuz xidmət edən zabit kimi ev ala bilməyim". E.Əzizov polkovnik-leytenant İlqar Allahverdiyevin rütbəsinin heç bir qüsuru olmadan mayora endirildiyini də açıqladı: "O, Şahin Sultanovun bu əməlindən Səfər Əbiyevə şikayət edirdi. Amma buna baxan yox idi. Şahin Sultanov onu döyüş bölgəsinə göndərmək istəyirdi. Rütbəsini alıb uyğunsuzluqla ordudan çıxardı. İlqar Allahverdiyevin heç bir qüsurlu hərəkəti yox idi ki, onu bu cür ordudan qovsunlar. Bu gün də onun tapdanmış hüquqları bərpa olunmayıb. Şahin Sultanovun vəkili ondan elə danışır ki, sanki günahsız biridir. Əgər biz hərbçilərin evlərimizdən çıxarılmasında onun marağı olmasaydı, vitse-admiral kimi deyərdi ki, bu adamlar mənim zabitlərimdir, onları da mənim kimi evlə təmin edin, sonra evlərini sökün. Yoxsa bizə evlərimizdən çıxmağa təzyiq etməzdi. İndi mən bu yaşımda kirayələrdə yaşayıram, 1 ay dənizdə işləyirəm ki, birtəhər dolanım, övladlarıma şərait yarada bilim". E.Əzizov prezidentə müraciət hazırladığını da söylədi /müsavat.com/.
2014-05-12
17,466
Cəbhədə gərginlik davam edir: itki yoxdur
Cəbhənin təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-05-12
17,467
Silahlı Qüvvələrimiz beynəlxalq tədbirdə
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər veirir ki, mayın 13-dən 21-dək Qrafenvoher şəhərində (Almaniya) Gürcüstan Silahlı Qüvvələri sülhməramlı bölüyünün1-ci səviyyəli NATO qiymətləndirməsi kursu, Azərbaycan-ABŞ iş planına əsasən may ayının 14-dən 2015-ci ilin aprel ayının 24-dək San-Antonio şəhərində (ABŞ) Mühəndis kapitanlarının karyera kursu keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.