date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-05-09 | 17,260 | Kəmaləddin Heydərov parkın açılışında - Fotolar | Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən təmizlənmiş keçmiş Bakı Yod Zavodunun Ramana istehsalat sahəsinin ərazisində istirahət parkının açılışı olub. "Axar.az"ın açılış mərasimində iştirak edən əməkdaşının verdiyi məlumata görə, tədbirdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, nazirliyin rəhbərliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri qatılıblar. Nazirə məlumat verilib ki, ərazidə həyata keçirilmiş tədbirlər nəticəsində buradan təbii radionuklid tərkibli kömür tullantıları, radionuklid tərkibli mazut, borular və məişət tullantıları 110000 kubmetr çıxarıldı. Onların əvəzinə 50000 kubmetr münbit torpaq gətirilib. Sahəsi 6.5 hektar təşkil edən parkda vətəndaşların istirahəti üçün hər cür şərait yaradılıb. Parkın ərazisində idman sahəsi və uşaqların istirahəti üçün xüsusi yerlər inşa edilib. Nazir K. Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, ərazidə təmizləmə işləri və parkın salınması prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilib: "Ərazi təmizləndikdən sonra orada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələri tərəfindən yoxlamalar aparıldı. Təmizləmə işləri xüsusi təhlükəsizlik qaydaları altında həyata keçirilib. Yoxlamalar zamanı beynəlxalq mütəxəssislər ərazidə radiasiyanın olmadığı rəyini verdilər". Nazir Ramana ilə yanaşı Suraxanı və Neftçala istehsalat sahələrində də təmizləmə işlərinin aparıldığını qeyd edib. Yaxın vaxtlarda Neftçalada işlərin başa çatacağını bildirən K. Heydərov həm Suraxanı, həm də Neftçalada təmizlənmiş ərazilərdə yaşıllıq sahələrinin salınacağını vurğulayıb. Qeyd edək ki, Bakı Yod Zavodunun Ramana istehsalat sahəsinin radionuklid tərkibli tullantılardan təmizlənməsi layihəsi "Ecoland" MMC tərəfindən FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin nəzarəti və rəhbərliyi altında həyata keçirilib. |
2014-05-09 | 17,261 | Sandıq arxasında gizlənən Hüseyn Cavid - Fotolar | Mən fəqət hüsnü-xuda şairiyəm, Yerə enməm də səma şairiyəm... Əsərlərindən və bir də fəlsəfi dünyasını əks etdirən şəkillərindən, heykəllərindən tanıdığımız Hüseyn Cavidin 17 il yaşadığı və bu illər ərzində dar mənzildə bütöv bir bəşəriyyətə sığmayan dərin mənalı əsərlər yazıb-yaratdığı evini tanımaq üçün üz tutduğumuz məkan "hüsnü-xuda şairi, səma şairi" olan Cavid əfəndinin ev-muzeyi oldu. Muzey 4 otaqdan ibarət olsa da, bizə bələdçilik edən elmi katib Firuzə Mustafayeva bildirdi ki, Cavid əfəndi öz ailəsi ilə yalnız iki kiçik otaqda yaşayıb. Bizim muzeylə tanışlığımız "Cavidin əbədiyyəti" adı verilən otaqdan başlayır. Otaq başdan-başa Cavid yaradıcılığını əks etdirir. Daxil olan kimi Hüseyn Cavidin əsərlərinin adının xronoloji ardıcıllıqla yazıldığı və teatr səhnəsini xatırladan lövhə ilə qarşılaşırsan. Lövhədə tamaşaya qoyulan əsərlərin afişalarına baxdıqca insan bir anlığa 100 il öncəyə - XX əsrin əvvəllərinə qayıdır. Bu otaqda həm də Cavidin sağ ikən və ölümündən sonra nəşr olunan kitabları, eyni zamanda Cavid əfəndi haqda yazılan kitablar toplanıb. Bu otaqdan ayrılıb "Cavidin şöhrəti" adı verilən otağa daxil oluruq. Otaqda müxtəlif şəkillər, saysız-hesabsız eksponatlar olsa da, diqqətimizi daha çox dahi sənətkarın böyük portreti cəlb edir. Cavid əfəndinin müəllifi olduğu əsərlərindəki obrazlar bu böyük söz ustadını mələklər cildində dövrəyə alaraq birlikdə Cavid dünyasını yaradıblar. Təsadüfi deyil ki, bu portretin adı da elə "Cavid dünyası"dır. Otaqdakı sekretarda isə 24 yaşında dünyasını dəyişmiş Ərtoğrul Cavidin əlyazmaları, qeydləri və şahmatla bağlı fikirlərini qeyd etdiyi kağızlar və bir də şahmat taxtası, üstündə də düzülmüş fiqurlar durur. Onlar sanki öz oyunçularının yolunu gözləyirlər. Firuzə xanım bildirir ki, muzeyin təşəbbüsü ilə Cavid əfəndinin bütün əsərləri toplanaraq beş cildlik kitabda nəşr olunub: "Digər ev-muzeylərdən fərqli olaraq Cavid əfəndinin ev-muzeyində həm də elmi-tədqiqat işləri aparılır. Sovet hakimiyyəti illərində Cavidin nəşr olunan əsərlərində müəyyən ixtisarlar olub. Sonradan qızı Turan xanım Cavidin bu əsərlərinin orijinal variantını tapıb. Muzeyin nəşr etdiyi bu beşcilddə həmin əsərlərin orijinal variantı toplanıb. Bundan əlavə, Hüseyn Cavidin "Şeyda" əsəri on dilə tərcümə edərək çap olunub". Bu otaqdan ayrılıb "Cavid ömrü" adı verilən otağa daxil oluruq. Bu otaq Cavid əfəndinin 17 il yaşadığı, yazıb-yaratdığı bir otaqdır. Otaqda qoyulmuş masa və ətrafındakı dörd kətil sanki öz sahiblərinin yolunu gözləyir. Burada hər şey sükut içindədir. Bu sükutu isə yalnız Firuzə xanımın həzin səsi pozur: "1937-ci ilin 4 iyungecəsi NKVD-nin əməkdaşları Cavidi həbs edib apararkən onun əlyazmalarını da müsadirə edib aparıblar. Ancaq nəyaxşı ki, onlar bu masanın altında çəkməcənin olduğunu unudublar və beləcə, bu masa Cavid əfəndinin bəzi əsərlərini qoruyub saxlayıb. Böyük Cavid gecələr yazdığı əsərlərini masanın altındakı bu çəkməcəyə atarmış..." 37-ci ilin iyun gecəsindən sonra bir-birindən ayrı düşən ailə sanki yenidən bu otağa toplaşıb. Ancaq indi bu otaqda dolaşan onların yalnız ruhudur, cisimləri isə əbədiyyətdə... Firuzə xanım danışdıqca otaqdakı sandıq diqqətimizi cəlb edir. Bunu görən Firuzə xanım sandıq haqqında maraqlı bir tarixçə danışır: "Cavid əfəndi Müşkünaz xanımı ilk dəfə bu sandığın arxasında gizlənərək görüb bəyənmişdi. Belə ki, bacısının təhriki ilə evlənməyə razılıq verən Cavid əfəndi Müşkünaz xanımı görmək üçün bu sandığın arxasında gizlənir". Düzdür, gizlənmək Cavid əfəndinin xarakterinə yad idi. Hətta Stalinin cəza maşını qarşısında gizlənməyən Cavid ömründə tək bir dəfə gizlənib – Müşkünaz xanımı görmək, bəyənmək və sevmək üçün... Növbədəki sonuncu otaq isə "Cavidin faciəsi" adlanır. Bu otaq ailənin yataq otağı olsa da hazırda ziyarətçilərə repressiya qurbanı Hüseyn Cavidin faciəsini xatırladır. Digər otaqlardan fərqli olaraq bu otaq bir qədər qaranlıqdır. Divardan asılmış böyük tabloda Cavid və digər repressiya qurbanları tikanlı məftillər arxasından sanki ziyarətçilərə baxırlar. Onların gözündəki dəhşət otağa qəribə bir abı-hava gətirir. Firuzə xanım bildirir ki, bu otağa "Cavidin faciəsi" adı verilib: "Əslində bu otaq ailənin yataq otağı olub. Ancaq Turan xanım istəməyib ki, muzeydə yataq otağı olsun. Ona görə də biz bu otaqda repressiya qurbanı olan Cavidin faciəsini əks etdirməyə çalışmışıq". Boş qalmış yazı masası. Üstündə yarımçıq qalmış yazı, qələm, mürəkkəbqabı. Masanın üstündə yarımçıq qalmış "Azər" poemasından parçalar. Cavid əfəndinin əlyazmaları... Sibirdən göndərdiyi məktublar və daha nələr... Hər şey öz yerində. Bircə Cavid və Cavidlər ailəsindən başqa... Masanın üstündəki yarımçıq qalmış əlyazmalardan gözümüzü ayırıb yuxarı baxanda yenə tikanlı məftillər arxasından Cavidin siması görünür və qulaqlarımızda bu böyük insanı bizdən birdəfəlik alıb aparan 30-cu illər repressiya qatarının fit səsləri, dəmir relslərdən qopan dəhşət dolu gurultulu səsləri eşidilir. Arxa fonda isə Sibir buzlaqları, həbs düşərgələri və repressiya qurbanlarının faciəsi göz önünə gəlir... Firuzə xanım deyir ki, Cavid əfəndi Sibirdən göndərdiyi məktublarda xüsusi vurğu ilə "Turan əmanəti, Turandan muğayət olun", - deyə yazırdı. Sanki böyük Cavid yaradıcılığını qoruyub-saxlamaq yükünün bu balaca qızcığazın, Turan xanımın zərif çiyinləri üzərinə düşəcəyini əvvəlcədən duyur, əvvəlcədən hiss edirmiş... Elə 1982-ci ilin oktyabrında Heydər Əliyevin təşəbbüsü ilə böyük Cavidin nəşi Bakıya gətiriləndə də onu qarşılayan Turan Cavid olur. Nəşə yaxınlaşan bu böyük ailənin yeganə üzvü gözləri dolmuş halda əlini xəfifcə nəşin üstünə qoyur və: "Baba, biz ayrılanda 4 nəfər idik, indi isə səni qarşılamağa tək gəlmişəm..." Dərin təəssüratlar içində gəldiyimiz kimi geri, əvvəlki otağa qayıdırıq. Firuzə xanım muzeyin yaranma tarixindən, muzeydəki eksponatlardan danışsa da, daha dinləmək gücündə deyildik. Qulaqlarımızda elə hey uzun-uzadı fit səsləri, gözlərimiz önündə isə faciəvi ailə tablosu. Kadr arxasında isə əzəmətli bir səs eşidilir, bu, Cavid əfəndinin səsi idi: Bəni öldürsələr də bən yaşaram, Tərk edib xəlqi xaliqə qoşaram... |
2014-05-09 | 17,262 | Erməni nazir Qarabağın Azərbaycana qaytarılmasından danışdı | "Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun heç biri Azərbaycan tərəfinə verilməyəcək". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Müdafiə naziri Seyran Ohanyan çıxış edib. O, Ermənistan tərəfinin siyasətdə olduğu kimi hərbi sahədə də uğurlar əldə etdiyini bildirib: "Uorlikin Qarabağın həlli ilə bağlı dediyi sözlərdə yeni heç bir şey yoxdur. Biz öz tərəfimizdən mümkün olan hər bir şeyi etməliyik ki, qarşımıza qoyduğumuz bütün hədəflərə çata bilək. Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun heç biri Azərbaycan tərəfinə verilməyəcək". |
2014-05-09 | 17,264 | Hörümçək adam yəhudidirmi? | "Hörümçək adam" filmindəki Piter Parker obrazı tipik bir yəhudinin prototipidir. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə filmin məşhur baş aktyoru Andryu Qarfild çıxış edib. "Şalom" qəzetinə müsahibə verən Qarfild bununla yəhudilərin xətrinə dəymək istəmədiyini deyib: "Hörümçək adam-2 filmindəkı Piter Parker xarakteri hər yönü ilə Nyu York və Nyu Cersi bölgəsində yaşayan. Kariyer və evlilik mövzusunda davamlı olaraq planlı olaraq planlar quran, gələcəyi haqqında tez-tez fikirləşən tipik amerikalı yəhudini xatırladır. Mən bununla heç bir yəhudinin xətrinə dəymək istəmirəm sadəcə bu faktdır". Qeyd edək ki, Andryu Qarfildin atası da yəhudidir. O, uşaqlığını bu dinə inanan şəxslər arasında keçirib. |
2014-05-09 | 17,265 | “Tour d`Azerbaidjan-2014”ün qalibi bəlli oldu | "Tour d`Azerbaidjan-2014" beynəlxalq veloyürüşünün üçüncü mərhələsi keçirilib. Bu gün "Tour d`Azerbaidjan-2014" beynəlxalq veloyürüşünün üçüncü mərhələsi keçirilib. Bu mərhələdə idmançılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 180 km məsafə qət ediblər. Finiş xəttinə hamıdan əvvəl Cənubi Afrika Respublikasının nümayəndəsi, "Qxubeka" komandasının üzvü Yusef Reqiqi çatıb. İkinci yeri sloveniyalı Matey Muqerli ("Adria Mobil" komandası, Sloveniya), üçüncü yeri İsveçin "Şimano" komandasının danimarkalı təmsilçisi Kristian Yensen tutub. Veloyürüşün bu mərhələsinin qaliblərinə və mükafatçılarına prizləri turun Təşkilat Komitəsinin rəhbəri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan veloyürüşçüsü Aleksandr Averin təqdim edib. Üç mərhələdən sonra avstraliyalı Uilyam Klark ("Drapac Professional Cycling" komandası) yenə də veloyürüşün lideri və göy maykanın sahibidir. Sloveniyalı Matey Maqerli ("Adria Mobil" komandası) iki mərhələnin yekunlarına əsasən sprintdə ən yaxşı nəticə göstərib. Primoz Roqliç "Dağ kralı" və qırmızı maykanın sahibidir. İsveçin "Giant-Şimano" komandasını təmsil edən isveçli Fredrik Lyudviqson isə gənclər arasında ən yaxşı nəticə göstərərək, bənövşəyi lider maykasına sahib olub. Əvvəlki mərhələdə olduğu kimi, bu gün də idmançıların marşrutu boyunca yerləşən yaşayış məntəqələrinin sakinləri veloyürüşçüləri alqışlayıblar. "Tour d`Azerbaidjan-2014" veloyürüşündə birincilik uğrunda dünyanın 22 ölkəsini təmsil edən 25 komanda mübarizə aparır. Onlardan 8-i – "MTN-Qhubeka" (Cənubi Afrika Respublikası), "Caja Rural-Seguros RGA" (İspaniya), "Neri Sottoli", "Androni Giocattoli" (İtaliya), "Drapac Professional Cycling" (Avstraliya), "Team Novo Nordisk" (ABŞ), "Rusvelo" (Rusiya) və "CCC Polsat-Polkowice" Polşa komandaları pro-kontinental lisenziya alıblar. Turnirdə Azərbaycanı "Synergy Baku Cycling Project" komandası təmsil edir. Hazırda dünyada pro-kontinental lisenziyalı cəmi 17 komanda var. Onlardan 8-i "Tour d`Azerbaidjan-2014" veloyürüşündə iştirak edir. Xatırladaq ki, turun birinci mərhələsində Niderland nümayəndəsi Kenni Van Hummel qalib gəlib. Vitali Buts (Ukrayna) ikinci, David Viqano (İtaliya) üçüncü yeri tutub. İkinci turda finiş xəttini birinci keçən Sloveniyanın "Adria Mobil" komandasının üzvü Primoz Roqliç olub. Avstraliyalı Uilyam Klark ("Drapac Professional Cycling") ikinci, italiyalı Rafael Andreato ("Neri Sottoli") üçüncü nəticə göstərib. Mayın 10-da "Tour d`Azerbaidjan-2014" beynəlxalq veloyürüşünün dördüncü turu keçiriləcək. Bu mərhələdə idmançılar Qəbələ-Şamaxı-Pirqulu marşrutu ilə 115 km məsafə qət etməlidirlər. /ANS/ |
2014-05-09 | 17,266 | ABŞ Putini sərt tənqid etdi | Ağ Ev Krımın qanunsuz olaraq Rusiyaya birləşdirilməsindən sonra Vladimir Putinin yarımadaya səfərini sərt tənqid edib. "Axar.az" xəbər verir ki, bu barədə BBC Ukrayna xəbər yayıb. Ağ Evin mətbuat katibinin sözlərinə görə, Putinin bu səfəri regiondakı gərginliyi daha da artıracaq. Xatırladaq ki, Putin Sevastopol şəhərində Böyük Vətən Müharibəsində qazanılan qələbənin 69-cu ildönümü ilə bağlı keçiriləcək təbdirlərdə iştirak etmək üçün Krıma gedib. |
2014-05-09 | 17,267 | Deputatlarımız futbol oynadılar - Video | Bu gün AFFA-nın və Futbol Veteranları İttifaqının təşkilatçılığı Heydər Əliyevin 91-ci ildönümünə həsr olumuş mini-turnir keçirilib. Mini-turnirdə AFFA-nın əməkdaşlarından, futbol veteranlarından, Milli Məclisin deputatlarından və incəsənət xadimlərindən ibarət dörd komanda iştirak edib. Deputatlarından Siyavuş Novruzov, Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Adil Əliyev və digərləri iştirak edib. /Azvision.az/ |
2014-05-09 | 17,268 | 200 qızı qaçıran “Boko Haram”ı Türkiyə silahlandırıb? - Şok video | Türkiyə bir müddət öncə Nigeriyadakı "Boko Haram" terror təşkilatına silah satıb. "Axar.az" xəbər verir ki, bu iddia ilə "ODA TV" yazarı Barış Terkoğlu çıxış edib. O bununla bağlı sadəcə olaraq 17 dekabr əməliyyatlarından bir müddət sonra yayılmış video səslərə diqqət etməyin lazım olduğunu bildirib: "Qısacası, AKP-Camaat koalisiyası zamanında tarixin bütün dövrlərində lənətlənən uşaq təcavüzkarları, sözlərinə güvənilən ən mötəbər şəxslər oldular. İndi sizi 17 dekabr hadisələrindən ölkəni sarsan məqamlara götürək. Baş nazirin məsləhətçisi Mustafa Varank ilə Türk Hava Yollar müdürü Məhmət Qaraqaşın telefon danışığı yayılmışdı. THY-dən Qaraqaş Varanka "onlarla material daşıyıram. Hazırda Nigeriyaya gedir. Müsəlmanları yox xristianları öldürəcəyini bilmirəm". Sizcə bizim vergilərimizlə, dövlətin hava yolu ilə daşınan o silahlar Nigeriyada kimə yollanırd?" Qeyd edək ki, Boko Haram terror təşkilatı yüzdən çox məktəbli qızı qaçırmaqda günahkar bilinir. Onlar bu qızları artıq satışa çıxaracaqlarını bildiriblər. Türkiyədə daxil olmaq demək olar ki, bütün dünya bu terror təşkilatına qarşı birləşib. "Axar.az" mart ayında yayımladığı həmin telefon danışığını yenidən təqdim edir: |
2014-05-09 | 17,269 | Ukraynanın şərqindəki münaqişənin səbəbi bəlli oldu | "Ukraynanın şərqində baş vermiş münaqişəyə səbəb kütləvi işsizlikdir". "Axar.az" xəbər verir ki, bu sözləri təcrübəli siyasətçi, bacarıqlı biznesmen Pyotr Poroşenko Polşa prezidenti Bronislav Komorovskiylə görüşündə bildirib. Onun sözlərinə görə, əhalinin işlə təmin olunması məsələsinin həllində Avropa Birliyi kömək edə bilər: "Ukraynanın bütün vətəndaşlarının AB ölkələrinə maneəsiz çıxışı Avropaya inteqrasiya prosesinə öz töhfəsini verəcək. Ukrayna vizasız rejimin tətbiqi üçün lazımi bütün şərtləri yerinə yetirməyə hazırlaşır və artıq gələn ilin yanvarın 1-dən sərbəst şəkildə AB ölkələrinə gedə biləcəklər". |
2014-05-09 | 17,270 | Mariupolda savaş başladı: 3 ölü, 25 yaralı – Video | Mariupolun küçələrində ağır döyüşlər gedir. "Axar.az" xəbər verir ki, Mariupolda bu gün ağır atımalar getdiyi təqdim olunan videodan da görünür. Yerli sakinlər isə bu görüntüdən heç də qorxmurlar. İnsanlar bu vəziyyəti çox yaxın məsafədən seyr edirlər. Xatırladaq ki, Mariupolda qarşıdurmalar zamanı 3 nəfər ölüb, 25 isə yaralanıb. |
2014-05-09 | 17,272 | Leyla Əliyeva bayram şənliyində | Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və dahi şəxsiyyətin adını daşıyan Fondun yaradılmasının 10 illiyi münasibətilə uşaq evləri və internat məktəblərinin sakinləri üçün bayram şənliyi keçirilib. Məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə uşaq evi və internat məktəblərinin 200-dən çox sakininə bayram süfrəsi açılıb. Leyla Əliyeva uşaqlarla süfrə ətrafında söhbət edib. Şənlikdə iştirak edən uşaqlar onlar üçün təşkil edilən konsert proqramından və müxtəlif viktorinalardan zövq alıb, cizgi filmlərinin personajları ilə yaxından tanış olmaq imkanı qazanıblar. Uşaqlara hədiyyələr təqdim olunub. Ümummilli Liderin adını daşıyan Fond müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb. 2004-cü ildə fəaliyyətə başlayan Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verir. /Trend/ |
2014-05-09 | 17,273 | "Qarabağ"ın ÇL rəqibləri bəlli oldu - Siyahı | Azərbaycan Premyer Liqasında sona iki tur qalmış çempionluğunu rəsmiləşdirən "Qarabağ" futbol klubu 2014/2015 mövsümündən ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq Ağdam təmsilçisinin potensial rəqiblərindən bəzilərinin kimliyi müəyyənləşib. I təsnifat mərhələsi Səpələnmişlər: "Levadiya" (Estoniya), "Havnar Boldfelaq" (Farer adaları), "Santa Koloma" (Andorra) Səpələnməmişlər: "Linkoln" (Cəbəllütariq), Ermənistan və San-Marino çempionları II təsnifat mərhələsi Səpələnmişlər: "Styaua" (Rumıniya), "Seltik" (Şotlandiya), BATE (Belarus), "Sparta" (Çexiya), "Dinamo" (Xorvatiya), "Ludoqorets" (Bolqarıstan), "Makkabi" (Təl-Əviv. İsrail), "Şerif" (Moldova), "Aktobe" (Qazaxıstan), "Ventspils" (Latviya), "Qarabağ" (Azərbaycan), HİK (Finlandiya) Səpələnməmişlər: "Sent Patriks" (İrlandiya), "Skenderbeu" (Albaniya), "Valletta" (Malta), "Zrinski" (Bosniya və Hersoqovina), "Kliftonvill" (Şimali İrlandiya), "Jalgiris" (Litva), Makedoniya, Monteneqro və Lüksemburq çempionları, I təsnifat mərhələsinin 3 qalibi Qeyri-müəyyənlər: "Malmö" (İsveç), "Reykravikur" (İslaniya), "Stromsqodset" (Norveç), TNS (Uels), Polşa, Serbiya, Slovakiya, Macarıstan, Sloveniya və Gürcüstan çempionları. /ANS/ |
2014-05-09 | 17,274 | Suriya hərəkətə keçdi: Türkiyəyə məxsus TIR vuruldu - Video | Türkiyəyə məxsus humanitar yardım daşıyan TIR Suriya hərbi təyyarələri tərəfindən vurulub. "Axar.az" xəbər verir ki, Humanitar Yardım Vəqfinin Reyhanlıda yerləşən ofisindən Hələbə yola düşən TIR yük maşını un aparırmış. Vəqfin Hələbdə yerləşən ofisindən verilən məlumata görə, TIR dünən axşam saatlarında Hələbdə vurulub. Hücum nəticəsində 1 nəfər ölüb, 1-i isə ağır yaralanıb. |
2014-05-09 | 17,275 | Pop ulduzunun adına kilsə tikildi | ABŞ-da məşhur pop ulduzu Beyons adına kilsə tikilib. "Axar.az" xəbər verir ki, bu, kilsədə ancaq pop ulduzunun mahnıları ifa edilir. Lakin kilsə təsisçisi Poulin Con Endryusun sözlərinə görə, çox az adam onların kilsələrini qəbul edir: "Biz çox məyus olmuşuq, çünki çox az adam Allahın Beyonsun cismində var olmasını qəbul edir. Beyons da öz missiyasını başa vurduqdan sonra o, bu dünyanı tərk edəcək". Qeyd edək ki, kilsə hətta "Beyons Biblyası" nəşr etdirməyə hazırlaşır. |
2014-05-09 | 17,276 | Tiflisdə ermənilərin tədbiri ləğv edildi | Gürcüstanda bir qrup erməninin Şuşanın işğalını bu gün bayram konsertilə qeyd etməsi burada yaşayan azərbaycanlıların etirazına səbəb olub. Məlumata görə, onlar elə bu dəqiqələrdə başlayacaq konsertdə Şuşa və ümumiyyətlə Dağlıq Qarabağla bağlı hər hansı bir şüarın səsləndirilməsinə əvvəlcədən öz etirazlarını bildiriblər. Gürcüstandakı erməni icması "9 May" Qələbə gününü qeyd etmək adı altında Şuşanın işğalını bayram tədbiri kimi keçirmək istəyirdi. Amma rəsmi Bakının müdaxiləsindən sonra ermənilərin bir sıra əsas tədbirləri ləğv edilib. /ANS/ |
2014-05-09 | 17,277 | ABŞ-dan bir addımla Suriya və Rusiyaya ağır zərbə | ABŞ Suriya rejiminə dəstək verdiyi üçün Rusiya bankına və bəzi suriyalı səlahiyyətli nümayəndələrə sanksiya tətbiq edib. "Axar.az" xəbər verir ki, ABŞ bu addımla həm Rusiyanı, həm də Suriyaya daha bir zərbə vurmuş olub. ABŞ Maliyyə Nazirliyi "Tempbank"ı və bankın idarəçilərindən olan Mixail Qaqloyevi, Suriya Mərkəzi Bankı və dövlət neft şirkəti "SYTROL" da daxil olmaqla, bu ölkə hökumətinə maddi dəstək verənləri sanksiyalar siyahısına əlavə edib. ABŞ həmçinin Suriya hökumətinin 6 ali nümayəndəsinə və Humus və Banyas şirkətlərinə sanksiya tətbiq edib. Sanksiyalara məruz qalan şəxslər bunlardır: Bəşər Əsədin məsləhətçisi Bessam Əl-Həsən, Cəmiyyət işləri naziri Hüseyn Arnus, Kənd təsərrüfatı naziri Əhməd Əl-Qədri, Maliyyə naziri İsmayıl İsmayıl, İctimai işlər naziri və BMT-nin sabiq Suriya nümayəndəsi Kinda Əl-Şammat və Əmək naziri Həsən Hicaz. ABŞ hökuməti qeyd edib ki, Bəşər Əsəd hökumətini hədəf almaqda davam edəcəyik. Xatırladaq ki, ABŞ bu günə qədər 200 suriyalı səlahiyyətli nümayəndələrə sanksiyalar tətbiq edib. |
2014-05-09 | 17,278 | Ermənilərin Azərbaycanda almaq istədiyi muzey – Axar TV | Yer kürəsinin ilk canlı orqanlarının toplandığı muzey yalnız Azərbaycandadır. Bu haqda Axar TV-yə muzeyin direktoru Tofiq Qarayev danışır: "Rusiyada təhsil almaq təklifi gəldi. Şparqalka hazırlayıb getdim imtahana. Ədəbiyyat birinci imtahanıydı və 5 aldım. İmtahan verənlərin hamısı katib uşaqları, nəvələri idi. Məni də onlarla bir qrupa saldılar. Gördüm ki, onlar köçürür, mən də çıxardıb köçürməyə başladım. Elə bil "kim yaxşı köçürdü" deyə imtahan verirdik. Tofiq Qarayevə xarici ölkələrdən gələn vətəndaşlıq təklifi, ermənilərin onun muzeyini almaq istəmələri və sərgilənən eksponatlar haqda daha ətraflı süjetimizdə. |
2014-05-09 | 17,279 | Yaçenyuk Putinin Krıma səfərindən danışdı | "Putinin Krıma gəlişi provakasiyadır". "Axar.az" xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Arseniy Yaçenyuk Putinin Krıma gəlişinə münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, Putinin Krıma gəlişi xarici prezidentin Ukrayna ərazisinə gəlməsidir: "Təbii ki, Putinin Krım yarımadasına gəlməsi provakasiyadan başqa bir şey deyil. Biz bunu hər hansı xarici prezidentin Krım ərazisinə gəlişi kimi dəyərləndiririk. Belə ki, Krım Ukrayna ərazisidir". |
2014-05-09 | 17,280 | Bakıda incəsənət sərgisi keçirilib - Video | Sərgidə rəssamlar "Qız Qalası"nın maketini müxtəlif formalarda bəzəyib. "Axar.az" xəbər verir ki, Bakıda Beynəlxalq İncəsənət Festivalı keçirilib. 7-9 may tarixlərində keçirilən festivalda dünyanın müxtəlif ölkələrindən gələn rəssamların əl işləri nümayiş olunub. "Qız Qalası"nın maketini müxtəlif formalarda bəzəyən rəssamların əl işləri böyük marağa səbəb olub. Xatırladaq ki, ənənə halını alan bu festival artıq 5-ci dəfədir paytaxtımızda keçirilir. |
2014-05-09 | 17,281 | İran-Ermənistan əməkdaşlığı genişlənir | 2013-cü ildə Ermənistanla İran arasında ticarətin həcmi artaraq 293 milyon dollara çatıb. Məlumata görə, bu barədə İranın Ermənistandakı səfirliyinin mədəniyyət üzrə attaşesi bildirib. Onun sözlərinə görə, ötən il İran Ermənistana 198 milyon dollar həcmində mal ixrac edib. Müsbət saldo isə 103 milyon dollar olub. Bundan az öncə Ermənistanın İrandakı səfiri Qrikor Arakelyan iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün zəmin hazırlandığını bəyan eləmişdi. /Musavat.com/ |
2014-05-09 | 17,282 | Donetskdə daxili qoşunların yerləşdiyi bina ələ keçirildi | Ukraynanın Donetsk şəhərində yüzdən çox silahlı "Şaxtyorskiye zori" sanatoriyasına hücum edərək ələ keçirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qısa müddət davam edən döyüşdən sonra daxili qoşunların əsgərləri silahlarını təhvil verərək avtobuslarla hadisə yerini tərk ediblər. Sanatoriya ərazisində 120-yə yaxın daxili qoşun əsgəri olub. |
2014-05-09 | 17,283 | Erməni naziri Azərbaycanın hüquqlarından danışdı | Mən Dağlıq Qarabağ torpaqlarının Azərbaycana qaytarılmasının əleyhinəyəm. "Axar.az" xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Ovik Abramyan Ceyms Uorlikin Qarabağ konfliktinin həlli ilə bağlı irəli sürdüyü müddəaları şərh edərkən deyib. O, bütün məsələlərin üç prinsip əsasında həll edilməsinin tərəfdarı olduğunu bildirib: "Mən Dağlıq Qarabağ torpaqlarının Azərbaycana qaytarılmasının əleyhinəyəm. Bütün suallar dəqiq öyrənilib: problem ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmə və güc tədbiq olunmaması prinsipləri əsasında həll olunmalıdır. Bunların hamısı bizim prinsiplər olacaq". |
2014-05-09 | 17,284 | Çox kitab oxu, həbsdə az yat - Eksperiment | İtaliyanın cənubunda Calabriya bölgəsində yerləşən və Avropanın ən böyük həbsxanalarından biri sayılan islah koloniyasında qəribə bir metod tətbiq olunacaq. "Axar.az" xəbər verir ki, bu həbsxanada olan məhkumlar hər oxuduğu kitaba görə 3 gün həbs endirimi qazanacaq. Cəza endirimi yalnız 6 aydan çox həbs cəzası alanlara tətbiq olunacaq və endirim ildə 48 günlə məhdudlaşdırılacaq. Beləcə, bu endirimlərdən yararlanmaq istəyənlər ildə 16 kitab oxumalıdır. Məhkumların kitab oxuyurmuş kimi davranmalarının qarşısını almaq üçünsə həbsxanada təhsilli işçilər məhkumlarla oxuduğu kitab haqqında söhbətlər edəcək. |
2014-05-09 | 17,285 | Marioupol polis rəisi qətlə yetirildi | Bu gün Ukraynanın Marioupol şəhərində milli qvardiya ilə separatçılar arasında gedən qanlı atışma zamanı şəhər dövlət avtomobil inspeksiyasının rəisi Viktor Saenko qətlə yetirilib. "Axar.az" xəbər verir ki, bu barədə xalq deputatı Oleq Lyaşko öz Feysbuk səhifəsində məlumat yerləşdirib. Lyaşko aşağıdakı sözləri qeyd edib: "Terrorçular Marioupol YPİ-nin rəisi Viktor Saenkonu qətlə yetirdi. Ukraynanın vətənpərvər övladına Allah rəhmət eləsin, qəbri nurla dolsun". Xatırladaq ki, bu gün Ukraynanın şərqində növbəti dəfə qanlı atışmalar gedib. |
2014-05-09 | 17,286 | Rusiyaya növbəti zərbə Şərqdən vuruldu | Yaponiya Kuril adaları ilə bağlı Rusiya ilə apardığı danışıqları dayandırıb. "Axar.az" xəbər verir ki, bu informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat Yaponiyanın belə bir addımı Ukrayna böhranı ilə əlaqədar atdığını bildirib: "Böyük Yeddilik ölkələri Rusiyaya qarşı əks mövqe tutub. Belə olan halda Yaponiyanın bu danışıqları aparması çətinləşir". Qeyd edək ki, Yaponiya mart ayında Rusiya ilə viza rejiminin sadələşdirilməsi üçün aparılan danışıqları dayandırmışdı. Bundan bir müddət sonra isə Ukrayna böhranı ilə əlaqədar rəsmi Moskvanın 23 məmuruna qarşı sanksiya tətbiq etmişdi. |
2014-05-10 | 17,287 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, mayın 10-da Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. |
2014-05-10 | 17,288 | Azərbaycanı işğal edən general qəhrəman seçildi | Rusiya tarixinin ən güclü sərkərdələrinin adları bəlli oldu. "Axar.az" xəbər verir ki, sərkərdələrin adları Rusiyada aparılan sorğuların nəticələrinə əsasən müəyyənləşib. Sorğu internet resurslarda noyabr ayından etibarən başladılıb. Ruslar tarixlərinin ən güclü sərkərdəsi kimi Suvorovu seçiblər. Məşhur generaldan sonra siyahıda Georgi Jukov, Aleksandr Nevski, Mixail Kutuzov, Konstantin Rokosovskinin adları yer alıb. Qafqaz və Azərbaycanı işğal edən məşhur general Aleksey Yermolov isə altıncı pillədədir. Qeyd edək ki, Yermolov Qafqazda müsəlmanlara qarşı amansız mövqeyi ilə seçilib. O, Azərbaycan xanlıqlarının ləğv edilməsi və xanlarının öldürülməsində əsas rol oynayan şəxslər sırasındadır. |
2014-05-10 | 17,289 | İsraildən inanılmaz iddia: "İranı bir gecədə məhv edərik" | İsrailin sabiq Baş naziri Ehud Barak İranın nüvə stansiyalarının bir gecədən daha qısa müddətə məhv edə biləcəklərini iddia edib. "Axar.az" xəbər verir ki, Barak bu barədə ABŞ-ın paytaxtı Vaşinqtonda bir araşdırma institutunda çıxış edib. Barak İranın son razılaşmadan sonra nüvə obyektlərini məhv etmək niyyətində olmadıqlarını deyib. İsrailin isə bir gecədə İranın sahib olduğu nüvə obyektlərini vura biləcəyini, bunun isə onlar üçün çox pis olacağını bildirib. İsrail Baş naziri Binyamin Netanyahu da dünən çıxışında İranın nüvə obyektlərinin hədəfdə olduğunu qeyd edib. |
2014-05-10 | 17,290 | Separatçılardan rus elit silahları tapıldı | Ukraynanın Daxili İşlər naziri Arseni Avakov separatçılara Rusiyanın köməklik etdiyini bildirib. "Axar.az"ın məlumatına görə, o, fikrini separatçılardan müsadirə etdikləri Rusiya istehsalı olan silahlarla, iri çaplı pulemyotlarla izah edib. Avakov qeyd edib ki, Ukrayna Milli Qvardiyasının üzvləri sözügedən avtomatları Slavyansk uğrunda gedən döyüşlərdə aşkar ediblər. Avakov əlavə edib ki, Ukraynada belə silahlar istehsal olunmur. Bu arsenal rus elit hərbi bölmələrində olur. Erməni əsilli nazir diqqətə çatdırıb ki, ukraynalı hərbçilərin məhz bu pulemyotlardan gülləbaran edilməsi hadisələrin Kreml tərəfindən idarə olunmasının əyani sübutudur. |
2014-05-10 | 17,291 | Lukaşenko prezidentlikdən getmək istəyir – Video | Belarusiya Prezidenti Aleksandr Lukaşenko özünə xələf axtarır. "Axar.az" xəbər verir ki, bunu Lukoşenko özü deyib. O özünü uzun müddət Belarusiyaya həsr etdiyini bildirib: "Siz mənə səs verməsiniz belə mənim xətrimə dəyməyəcək. Mən artıq bu vəzifədə çox çalışmışam. Yəqin, indi normal insan deyərdi ki, artıq özün üçün, uşaqların üçün yaşamaq lazımdır. Hər səhər təmiz başla yuxudan qalx və qarşında duran heç bir problem barədə düşünmə. Bütün bunlar elə də asan deyil. Bu təkcə iş deyil, bu həm də özünü qurban verməkdir". Qeyd edək ki, Lukaşenko Belarusiyanın ilk və hələlik yeganə prezidentidir. |
2014-05-10 | 17,292 | Öpüşmə rekordu qırdılar - Foto | Kopenhagendə 375 adam eyni anda öpüşüb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Avroviziya musiqi yarışmasına ev sahibliyi edən Danimarkanın paytaxtı Kopenhagendə öpüşmə rekordunu qırmaq üçün aksiya təşkil edilib. Kopenhagenin məşhur alış-veriş məhəllələrindən biri olan Strogetdə zəncirvari şəkildə toplaşan 375 adam bir-birini öpərək Ginesin rekordlar kitabına düşməyi bacarıb. Danimarka AIDS fondu tərəfindən təşkil edilən aksiyaya satıcılar və xarici turistlər də dəstək verib. Zəncirin bir ucu Nytorv meydanında başlayıb, digər ucu isə KGS Nytorv meydanından keçərək Ginesin Dünya Rekordları Muzeyinin yanında bitib. Rekord Gines nümayəndələri tərəfindən də təsdiqlənib. |
2014-05-10 | 17,293 | Putini "Jiquli" ilə qarşıladılar - Foto | Krımın Rusiyaya birləşdirilməsindən sonra ilk dəfə yarımadaya səfər edən Vladimir Putin gözləmədiyi maraqlı hadisə ilə qarşılaşıb. "Axar.az" xəbər verir ki, Putin Böyük Vətən Müharibəsində əldə edilən qələbənin 69-cu ildönümündə iştirak edib. Təşkil edilən paradda bir nəfər Sovet dövrünün simvolu olaraq bilinən "Jiquli" avtomobili ilə iştirak edib. Maraqlı məqam isə avtomobilin üzərində tank lüləsinin yerləşdirilməsi olub. Həmin fotonu təqdim edirik: |
2014-05-10 | 17,294 | Bəşər Əsəd türkmənləri bombardman edir | Əsəd rejiminə aid qüvvələr Kəsəb qəsəbəsinə və Bayırbucaq türkmən bölgəsinə havadan hücumlar edir. "Axar.az" xəbər verir ki, Əsəd qüvvələri müxaliflərin əlində olan Kəsəbi təkrar ələ keçirmək istəyir. Rejim qüvvələri Kəsəbin ələ keçirilməsi üçün Bayırbucaq türkmən bölgəsindəki Qırx beş və Çalınan təpələrinə hücum edib. Son iki gündə bölgədə qarşıdurmalarda yaralanan 12 suriyalı sərhəddən Türkiyəyə gətirilib. Yaralılar Hataydakı müxtəlif xəstəxanalarda müalicə alır. |
2014-05-10 | 17,295 | Avstriyalı nazir: "Qızlarımızı geri gətirin" | Avstriya Daxili işlər naziri Conna Mikl-Laytner Nigeriyada ötən ay qaçırılan məktəbli qızların sərbəst buraxılması üçün davam etdirilən "Qızlarımızı geri gətirin" kampaniyasına dəstək verib. "Axar.az" xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın iştirakı ilə aparılan kampaniyada iştirak edənlərdən biri də avstriyalı nazir olub. Laytner Tvitter hesabında #BringBackOurGirls başlığıyla paylaşım edib. Qeyd edək ki, Boko Haram təşkilatının qaçırdığı orta məktəb şagirdlərinin qurtarılması üçün ardıcıl görüşlər keçirilir. |
2014-05-10 | 17,296 | Ədəbiyyat və prezidentlər – Obamadan Medvedyevə | Məşhur siyasətçilər nə oxuyurlar – həqiqətən oxuyurlarmı, yoxsa reklam agentləri belə deyirlər? Birinci şəxslərin oxuduqları (və ya guya oxuduqları) kitabların siyahısını tutmaq o qədər də çətin məsələ deyil. Ancaq bax, siyasətçini əlində kitab, həm də işi ilə əlaqədar deyil, adicə, sadəcə adam kimi kitaba baxan, onu oxuyan anda "yaxalamaq", demək olar ki, mümkün olan iş deyil. Prezidentlərin və baş nazirlərin şəxsi həyatları paparassilər üçün bağlı qapıdır. Ancaq mümkünsüz də heç nə yoxdur və budur, bizim az qala casus axtarışlarımızın nəticələri: Barak Obama İndi biz bilirik ki, ABŞ prezidenti barmaqlarının arasında Fərid Zaxarianın 116 səhfəlik "Post Amerika dünyası" ("The Post-American World") kitabını tutub. Bu kiatb son dövrlərin siyasi bestsellerlərindən biridir. Onun müəllifi Fərid Rafiq oğlu Zakaria (Fareed Rafiq Zakaria) – 1964-cü ildə Hindistanın Mümbai şəhərində müsəlman ailəsində anadan olub. O, Amerikanın ən nüfuzlu və məşhur siyasi analitiklərindən biri, beynəlxalq münasibətlər üzrə ekspert, həftəlik "Newsweek International" qəzetinin redaktorudur. İkinci Yelizaveta "Bax bu, əsl sürprizdir!" – lisenziya fəaliyyətindən bəhs edən LTW Magazine-nin əməkdaşları öz nəşrlərini əsilzadə xanımın əlində görəndə sevinclərindən qışqırırlar. "Biz elə firkiləşirdik ki, - LTW-nin naşirləri deyirlər, - Zati-aliləri kraliça yalnız Racing Post (at yarışları haqqında jurnal) jurnalını oxuyur, amma..." Çətin ki, ingilis kraliçası lisenziya almaqla məşğul olmağı qərara alıb. Çox güman, söhbət jurnalın səhifələrində təqdim edilmiş və onun idarə üsulunun brilyant yublileyinin təşkili ilə məğul olan şirkətin öyrənilməsindən gedir. Nikola Sarkozi Əlində tutduğu Marsel Prustun kitabı ilə diqqətləri cəlb edib. Bu seçim öz-özlüyündə bir qədər istehza doğurur. Bu isə tənbəl fransız jurnalistinin də nəzərlərindən yayınmayıb: Sarkozi "itirilmiş zamanın axtarışları" ilə məşğuldur. Amma öz aramızdır, adam ən yaxşı klassiki oxuyur! Dmitri Medvedyev Müasir texnologiyaların möhkəm tərəfdarı. Bu isə o deməkdir ki, tezliklə biz onu elektron rəhil və iPad-lə görəcəyik, nəinki "kağız" kitabla. Dmitri Anatolyeviç MDU-nun jurnalistika fakültəsinin tələbələrinə də deyib ki, (Tvitterlə yanaşı) eyni zamanda 5-7 elektron kitab oxuyur. Siyasətçinin bu qədər asudə vaxtının olmasına ancaq qibtə etmək olar. |
2014-05-10 | 17,297 | Baş redaktorun əmisi faciəli şəkildə öldü | Akif Canbaxışlı ağır tonnajlı yük maşının altında qalaraq dünyasını dəyişib Veteninfo.az saytının baş redaktoru Nahid Canbaxışlıya ağır itki üz verib. Baş redaktorun əmisi mayın 9-da İranın Culfa şəhərində ağır tonnajlı maşının altında qalaraq faciəli şəkildə dünyasını dəyişib. Məlumatda deyilir ki, Akif Canbaxışlı həmin maşını özü idarə edirmiş. Mərhumun cənazəsi hadisədən təxminən bir saat sonra avtomobilin hava balonunun altından çıxarılıb. Mərhum yaşadığı Kəngərli rayon, Qıvraq qəsəbəsində torpağa tapşırılıb. /Jam.az/ |
2014-05-10 | 17,299 | Kənan M. Kərbəladan vəhabilərə od püskürdü | Tanınmış rejissor Kənan M.M. (Mahmudov) Yaxın Şərqə - müqəddəs torpaqlara ziyarətə gedib. Azərbaycanlı məşhur rejissor və aktyor Kənan M.M. İranın Məhşəd şəhərində, daha sonra isə İraqın Kərbəla və Nəcəf şəhərlərində imamların qəbrini ziyarət edib. Rejissor ziyarət çərçivəsində çəkdirdiyi şəkilləri mütəmadi olaraq sosial şəbəkədən dostları ilə bölüşür. İzləyiciləri tərəfindən sevgi ilə qarşılanan fotoşəkillər bəzilərini qıcıqlandırıb. Kənan M.M. isə buna cavab olaraq sosial şəbəkədən həmin şəxslərə sərt ismarış göndərib. "Hə, deməli Kərbəladan bura şəkillər qoyuram. Əcəb edirəm. Bu profil mənimdir, yaxşı edirəm. Kimə ləzzət eləmirsə, getsin başqa yerə. Bu şəkillər hansısa vəhabiyə ləzzət eləmir və ağzına gələni yazır... Mən imamları canımdan çox sevirəm. Ağıllı olun, gələrəm Bakıya, ağzınızı kökündən cıraram. Heç kim mənim sevdiklərimi ələ sala bilməz, ziyarət edirəm, əcəb edirəm... Bir sözlə, çaşmayın, aşırdaram!" - deyə rejissor sosial şəbəkədən onun barəsində yazanlara cavab verib. Qeyd edək ki, rejissor artıq bir neçə gündür ki, ziyarətdədir. /ANS/ |
2014-05-10 | 17,300 | Avropa Birliyi “Cənub axını”ndan imtina edir | "Avropa Birliyi Vladimir Putinə qarşı cəsarətli addım atır?" Amerikalı ekspert Stiven Sestanoviç özünün "The Wall Street Journal"dakı məqaləsinin başlığına belə bir sual çıxarıb. "Cənub axın" qaz kəməri layihəsinin taleyinin sapdan asılı qaldığını qeyd edən ekspertin narazılığı ondandır ki, layihədən imtinanı AB-nin yalnız "müəmmalı" qaydaları diktə edib: "Özü də AB hələ bir neçə ay əvvəl "Cənub axını" üçün qaydalardan istisna halına hazır olub. İndi isə Avroparlament layihənin ləğvi haqda qərar çıxarıb (doğrudur, bu qərarın hüquqi qüvvəsi yoxdur), AB-nin energetika məsələləri üzrə komissarı Günter Ettinger isə "Financial Times"ə deyib ki: "Qazprom" üçün istisna halı tanımaq mənim prioritetlərindən deyil". Vəziyyəti təhlil edən müəllif belə bir qənaətə gəlir: "Avropanın Rusiya enerji daşıyıcılarından daha az asılı olmasına ABŞ-ın yardımçı olması üçün Amerikanın energetik kursu dəyişdirilməlidir. AB rəhbərliyindəki xırda şriftlərə etibar eləmək olmaz". /Musavat.com/ |
2014-05-10 | 17,301 | Sabirabadda dördotaqlı ev yandı | Sabirabad rayonu, Cavad kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 152 kv.m olan birmərtəbəli 4 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Sabirabad rayonu, Axısxa kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar kontruksiyaları yanıb. Evin qalan hissəsi və ona bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 02:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "MASERATI" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 06:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-05-10 | 17,302 | “Yazıçıoğlu öldürülüb, məlumatlar da İncirlidə gizlədilir” | 2009-cu il martın 25-də seçki səfəri zamanı helikopter qəzasında həyatını itirən Böyük Birlik Partiyasının lideri Möhsün Yazıçıoğlunun ölümüylə bağlı yeni məlumatlar ortaya çıxıb. "Axar.az" xəbər verir ki, AKP millət vəkili Səlçuq Özdağ Yazıçıoğlunun yaşadığını deyən əsgərlərin daha sonra valiyə təzyiq edərək əmniyyəti günahlandırdığını bildirib. Özdağ Yazıçıoğlunu 1978-ci ildən tanıdığını və ölənə qədər birlikdə çalışdıqlarını bildirib: "Kayseri yaxınlığında Yazıçıoğlunun helikopterinin qəza xəbərini eşitdiyim an Kayseri valisi Mövlud Bilicə zəng etdim. Bilici mənə bir əsgərin Yazıçıoğlunun yerinin təsbit edildiyini, bir ayağının sındığını dedi və o da Kayseriyə gətirilərsə, bütün imkanlardan istifadə ediləcəyini, müalicəsinin aparılacağını bildirdi. Mən də çox sevindim, BBP-yə zəng edib, məlumat verdim". Özdağ bu məlumatdan 1 saat keçdikdən sonra partiyadan onunla əlaqə saxlayaraq, Yazıçıoğlunun tapılmadığı məlumatını verdiklərini bildirir: "Yazıçıoğlunun tapılmadığı barədə məlumat aldıqdan sonra təkrar valiylə əlaqə saxlamağa çalışdım, amma iclasda idi. 15 dəqiqə sonra vali özü əlaqə yaradaraq, mənə verdiyi məlumatın dəqiq olmadığını dedi. Hadisədən bir gün sonra vali təkrar mənə zəng edərək, komandirin ona hədə-qorxu gəldiyini və çətin vəziyyətdə qaldığını vurğuladı. Daha sonra başqaları zəng edərək əsgərləri olaylara qarışdırmamağa çağırdılar. Mən isə mətbuata Yazıçıoğlunun telefonuna zəng çatdığını və yaralı olduğunu bildirdim". Helikopter qəsdən vuruldu Millət vəkili Yazıçıoğlunun öldürüldüyünü deyib: "Yazıçıoğlu demokratiya tərəfdarı idi, millətin iradəsindən yana idi. Onun öldürüldüyünü, qəsdən helikopterinin vurulduğunu düşünürəm. O, 1995-ci il seçkilərində Rifah Partiyasının hökumət yaratmasını istəməyən bəzi dairələrin təzyiqlərinə qarşı çıxıb. Prezident seçkilərində də Abdullah Gülün lehinə səs verib. Kürd dövlətinin qurulmasına icazə verməyəcəyini deyirdi. Bu səbəbdən də sui-qəsdə qurban getdiyini düşünürəm. 17 dəfə yol qəzasına uğramışdı. Hamısından da sağ-salamat qurtulmuşdu". Özdağ həmçinin ona müraciət edən 6 nəfərin də Yazıçıoğlunun ölümüylə bağlı məlumat vermək istədiklərini qeyd edib: "Bu şəxslər Yazıçıoğlunun vurulduğu helikopterə daha bir helikopterin yaxınlaşdığını, 4 nəfərin aşağı düşdüyünü, geri qayıdarkən isə 5 nəfər olduqlarını dedilər. Həmçinin bu şəxslər helikopterə karbonmonoksit qazının sızdırıldığını, nəticədə də pilotun huşunu itirdiyini bildirdilər. Hətta qəzanın peyk görüntüləri də var. Bu məlumatların İncirlikdə gizlin saxlanıldığını əldə etdim". |
2014-05-10 | 17,303 | Leyla və Arzu Əliyevalar avto yürüşdə - Fotolar | Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakıda klassik avtomobillərin yürüşü keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar mayın 9-da Bakıda klassik avtomobillərin yürüşü təşkil olunub. Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Azadlıq meydanında başa çatan yürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov iştirak ediblər. Klassik avtomobillərin yürüşü paytaxt Bakıda Azərbaycan Avtomobil Federasiyasının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə açılacaq sərgi çərçivəsində keçirilib. Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının böyük marağına səbəb olan bu avtoyürüş Ulu Öndərin xatirəsinə ehtiramın daha bir nümunəsi oldu. Güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixinə qızıl səhifələr yazan Ümummilli Liderin quruculuq salnaməsi, onun Azərbaycana rəhbərlik etdiyi illər milli intibah dövrü kimi əbədiləşib. Artıq hazırlıq işlərinə başlanmış "Klassik avtomobillər sərgisi"ndə müxtəlif illərdə və ölkələrdə istehsal olunmuş avtomobillər nümayiş etdiriləcək. Bildirilib ki, sərgi avtomobil həvəskarlarını bir araya gətirərək nostalji hisslər yaratmaqla yanaşı, avtomobil istehsalı tarixinə ekskursiya xarakteri daşıyır. Heydər Əliyev Mərkəzində maraqlı məkan dizaynı ilə fərqlənəcək sərgidə vətəndaşlar da öz şəxsi klassik avtomobillərini nümayiş etdirə bilərlər. Sərgi müddətində şəxsi klassik avtomobillərini nümayiş etdirmək istəyən vətəndaşlar avqustun 5-dək avtomobilləri barədə məlumatı Azərbaycan Avtomobil Federasiyasının [email protected] elektron ünvanına göndərə bilərlər. |
2014-05-10 | 17,304 | Ən bahalı futbol klublarının adı məlum oldu - Siyahı | Dünyanın tanınmış jurnalı "Forbes" hər il olduğu kimi bu il də dünyanın ən bahalı klublarının siyahısını tərtib edib. Siyahıya "Real Madrid" futbol klubu başçılıq edir. 3,44 milyard dollar dəyəri olan klubun son mövsümdə 4 faiz yüksəlmə olub. Növbəti - ikinci pillədə isə "Real Madrid" futbol klubunun əzəli rəqibi olan "Barselona" futbol klubu yer alıb. Bu klubun dəyəri isə 3,2 milyard dollar təşkil edir. Üçüncü yerdə isə onları 2,81 milyard dollar dəyərilə "Mançester Yunayted" futbol klubu izləyir. Qeyd edək ki, ən bahalı klubların ilk iyirmiliyində İngiltərənin 6, İtaliyanın 5, Almaniyanın 4, İspaniyanın 3 futbol klubu qərarlaşıb /ANS/. |
2014-05-10 | 17,305 | Reperlər söz deməkdə Şekspiri keçdilər | ABŞ-da aparılan bir araşdırmaya görə, reperlərin çoxunun mahnı sözlərində məşhur ingilis dramaturqu, dünya şöhrətli şair Uilyam Şekspirdən daha çox və fərqli sözlərdən istifadə olunur. "Axar.az" xəbər verir ki, Şekspirin əsərlərindəki ilk 35 min sözlə reperlərin mahnılarındakı ilk 35 sözün qarşılaşdırılmasıyla aparılan araşdırmadan çıxan nəticə reperlərin çoxunun söz xəzinəsinin məşhur drammaturqa nisbətən daha çoxşaxəli olduğunu göstərir. Yüz min söz ehtiyatı olduğu deyilən Şekspirin Hamlet, Romeo və Culyetta, Otello, Makbet və başqa əsərlərində 5170 fərqli sözdə isifadə etdiyi məlum olub. Nəticələrdən belə məlum olub ki, məşhur reper Bləkalisiusun 5480 fərqli söz istifadə edir. Digər məşhur reperlərin nəticələri isə belədir: Eminem 4494 söz, Niki Minaj 4162 söz, Snup Doqq 3974 və Cey Zi 4506 söz. |
2014-05-10 | 17,306 | Başqanın qardaşı oğlu rok albom çıxardı – Video | Türkiyədə MHP başqanı Dövlət Baxçalının qardaşı oğlu Saleh Baxçalı dostları ilə birlikdə bir rok qrupu yaradaraq albom çıxarıb. "Axar.az" xəbər verir ki, albomdakı bütün mahnıların sözləri və musiqisi Saleh Baxçalıya aiddir. S.Baxçalının kliplərindən birini təqdim edirik: |
2014-05-10 | 17,307 | Kannda yarışacaq filmimizin treyleri - Video | Azərbaycan kinosu tarixində ilk dəfə olaraq 67-ci Kann Beynəlxalq Kinofestivalının əsas müsabiqə proqramlarından biri olan "Qısa metr" proqramına daxil edilən "Sonuncu" qısametrajlı bədii filminin treyleri yayımlanıb. "Axar.az" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta Films" şirkətininin birgə istehsal etdikləri filmin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev, Müşfiq Hətəmovdur. İkinci dünya müharibəsinin veteranı barədə fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər. Qeyd edək ki, "Qısa metr" proqramının münsiflər heyətinin sədri dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostamidir. Xatırladaq ki, bundan başqa Elmar İmanovun ("Tabutçunun yelləncəyi" – tələbə Oskarı, 2012) və Engin Kundağın ("Ararat" – Berlinale, 2012) birgə işi olan "Torn" filmi Kann festivalının "Rejissor həftəliyi" proqramına salınıb. |
2014-05-10 | 17,308 | "Qırmızı Xaç"ın 7 üzvü girov götürüldü | Ukraynanın Donetsk vilayətində naməlum şəxslər "Qırmızı Xaç" beynəlxalq təşkilatının ofisinə hücum edərək 7 nəfəri girov götürüb. Ukraynanın "Ukrinform" agentliyinin verdiyi məlumata görə, girov götürülənlərin hamısı kişilərdir, ofisdə olan qadınlar isə sərbəst buraxılıb. Girov götürülənlərin 3-ü yerli sakin, 3-çü Kiyevdən gedən könüllü, 1-i isə Fransa vətəndaşıdır. "Qırmızı Xaç"ın əməkdaşları dərman və tibbi ləvazimat çatdırmaq üçün təşkilatın Donetsk ofisinə gəlibmiş. Girovların separatçıların ələ keçirdikləri Donetsk vilayəti dövlət administrasiyası binasında saxlandıqları bildirilir. |
2014-05-10 | 17,309 | Prezident Heydər Əliyevin məzarını ziyarət etdi | Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Heydər Əliyevin doğmaları, yaxınları Fəxri xiyabanda onun məzarını ziyarət ediblər. "Axar.az"-ın xəbərinə görə, Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib. Sonra prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri qoyublar. |
2014-05-10 | 17,310 | Fəthullah Gülən sözünün üstündə dayanmadı – Foto | "Xidmət" hərəkatının lideri Fəthullah Gülənin 2000-ci ildə yazdığı kitabda heç kimi məhkəməyə verməyəcəyinə dair söz verdiyi məlum olub. 17 dekabrdan sonra Fəthullah Gülənin jurnalistlərə qarşı təzminat tələbi ilə məhkəməyə 600-dən çox müraciəti olduğu məlum olub. Məlumata görə, bu məhkəmə iddiaları üçün yüzminlərlə lirə pul xərcləyən Gülənin, bu müraciətlərin əksəriyyətindən heç bir nəticə əldə etməyib. Bundan başqa F. Gülən yazdığı kitablardan birində heç kimi məhkəməyə verməyəcəyni də ifadə edib. 2000-ci ildə "Nil" nəşriyyatından çıxan, F. Gülənin müəllifi olduğu "İşığın gördüyü üfüq" kitabının 217-ci səhifəsində, "Allaha aid hüquqa qarışa bilmərəm, mənə aid heç bir haqqdan ötrü heç kimi məhkəməyə verməyəcəyimə söz verirəm" – yazılıb (Anspress). |
2014-05-10 | 17,311 | Heydər Əliyevin dərc olunmamış fotoları yayımlandı | Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-cı ildönümüdür. AzVision.az mərhum prezidentin heç yerdə dərc olunmamış fotolarını təqdim edir. Bu şəkilləri 1990-93-cü illərdə Milli Lider Heydər Əliyev Naxçıvanda olarkən onun fotoqrafı olan rəhmətlik Aftandil Qurbanov çəkib. Fotoqrafın qardaşı Fəxrəddin Qurbanov bu şəkilləri AzVision.az-a təqdim edib. Şəkillərin bəziləri çox məhşur olsa da, bəziləri ilk dəfə yayımlanır. Şəkillərdən bir şey aydın olur - Heydər Əliyev həmişə və hər yerdə xalqla birlikdə idi. |
2014-05-10 | 17,312 | "Böyük Yeddilik" Rusiya ilə qaz müharibəsinə start verir | "Böyük Yeddilik" Rusiyaya qarşı qaz müharibəsinə start verəcək. "Axar.az" xəbər verir ki, bu iddia ilə Böyük Britaniya mətbuatı çıxış edib. Mətbuat Rusiyaya qarşı qaz müharibəsinin başlanması anından Ukraynaya ediləcək dəstək planının yeddilik tərəfindən müzakirə edildiyi bildirilib. Böyük Britaniyanın Energetika nazir Eda Deyvi isə belə bir planın gələn aya hazır ola biləcəyini söyləyib. Qeyd edək ki, Ukrayna hadisələrindən sonra Qərb Rusiyanı iqtisadi blokadaya salmağa çalışır. Ekspertlər bunların içərisində ən mühüm işin Rusiyadan alınacaq neftdən imtina olduğunu bildirirlər. |
2014-05-10 | 17,313 | Türkiyə elektriklə işləyən ilk maşını nümayiş etdirdi | Dokuz Eylül Universiteti (DEU) Türkiyənin ilk elektriklə işləyən avtomobilini hazırlayıb. "Axar.az" xəbər verir ki, 4 təkərli 2 nəfərlik olan elektriklə işləyən avtomobil "demobil" adlandırılıb. Layihə reallaşdıran DEU-nun Sənaye Tətbiqləri və Araşdırmaları Mərkəzinin müdiri Prof. Dr. Abdurrahman Bayram həmin avtomobili tələbələri ilə birlikdə hazırladığını deyib. İzmir İnkişaf Agentlityi tərəfindən maliyyələşən layihə tam bitsə də avtomobillər 29 oktyabrdan sonra istifadəyə veriləcək. Demobillər saatda 80-100 kilometr sürətə malik olacaq. Xatırladaq ki, DEU və demobilin yaradıcısı olan professor indiyə qədər bir neçə genəş enerjisi ilə işləyən avtomobil hazırlayıb və həmin avtomobillər müxtəlif müsabiqələrdə yer tutublar. |
2014-05-10 | 17,314 | Prezident Gül bayramına qatıldı | Mayın 10-da Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə Bakıda, onun adını daşıyan sarayın qarşısındakı parkda Gül bayramı təşkil edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olublar. Prezident və ailə üzvləri H. Əliyevin abidəsini ziyarət edib, güllərlə bəzədilmiş parkı gəziblər. |
2014-05-10 | 17,315 | Nalbandyan Qarabağın "müstəqil" olmasından danışdı | "Ermənistan Kaliforniya ştatının Dağlıq Qarabağın "müstəqilliyini" tanımasını alqışlayır". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan çıxış edib. O, Ermənistanın Kaliforniyanın atdığı addımdan məmnun qaldığını bildirib: "Nə zamana qədər ki, Azərbaycan Ermənistan və həmsədrlərin Qarabağ konfliktinin həlli ilə bağlı səylərinə qarşı çıxacaq, o vaxta qədər də bu qərarlar qəbul olunacaq". Qeyd edək ki, mayın 8-də Kaliforniya ştatı rəsmən Dağlıq Qarabağı müstəqi dövlət kimi tanıdığını bəyan etmişdi. |
2014-05-10 | 17,316 | Elman Rüstəmov banklara qoyulan şərtdən danışdı | Mərkəzi Bank banklara kredit dərələrinin aşağı salınmasını tövsiyə edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. E. Rüstəmov bildirib ki, istehlakçılara müxtəlif təyinatlı istehlak kreditləri çox verildiyi üçün bank hərarəti yaranmışdı və bunu soyutmağa ehtiyac vardı: "Bu məqsədlə avtomobillərin alınması, o cümlədən istehlak kreditləri ilə bağlı qaydalar sərtləşdirilib, yeni avtomobillərlə bağlı ilkin ödənişin miqdarı artırılıb, eyni zamanda istehlak kreditləri üçün müraciət edən şəxslərdən iş yerindən arayış və digər sənədlərin istənilməsi, onların gəlirlərinin müəyyənləşdirilməsi tələbi qoyulub". Mərkəzi Bankın İdarə heyətinin sədri qeyd edib ki, əvvəllər banklar asan şərtlərlə, yüksək faiz dərəcələri ilə kreditlər veriblər. Yüksək faiz dərəcələri ilə kreditlərin verilməsi isə əhalinin ödəmə qabiliyyətinin yüksək olmaması ilə izah olunub: "İndi biz kredit dərəcələrinin aşağı salınması şərtini qoymuşuq. Bununla da bazarda kreditin alıcıları real ödəmə qabiliyyətinə malik müştərilər olacaq. Yəni banklar artıq əhalinin ödəmə qabiliyyətinin az olduğunu əsas gətirərək yüksək kredit dərəcələri tələb etməyəcəklər". E. Rüstəmovun sözlərinə görə, kredit dərəcələrinin nə qədər aşağı salınacağını isə hələ ki, rəqəmlə ifadə etmək mümkün deyil. |
2014-05-10 | 17,317 | Erməni keşişlərin Cəlilabaddan oğurladığı tarix - Fotoreportaj | Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Muğan, Bəcirəvan, Həməşərə, Qazan köşkü kimi məkanlar Cəlilabad ərazisindədir. Cəlilabadda arxeoloji baxımdan əvəzsiz maddi mədəniyyət abidələri olan kurqanlar (təpələr) mövcuddur. Uzuntəpə, Göytəpə, Həməşərətəpə, Əliköməktəpə və bu tipli arxeoloji maraq doğuran kurqanlar qeyri-adi bir nizamla Cəlilabad torpağının köksü üzərində qabarmaqdadır. Adamlar "Adsız Ocağ"a nəzir boyun olurlar ki... Cəlilabad rayon sakini, Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı Cəlilabadda tapılan qeyri adi əşyalar haqda məlumat verərək, həm bizi məlumatlandırdı, həm də rayonun keçmişindən bəhs etdi: - Cəlilabad rayonu özünün qədim yaşayış məntəqələri ilə seçilir. Burada tarixi qədim olan məscidlərin və hamamların mövcudluğu ilkin yaşayışın da tarixini çəkib əsrlərin arxasına aparır. Bütövlükdə dağətəyi bölgə kimi tanınan Cəlilabad yaxın keçmişədək maldar tayfaların aranlı-yaylaqlı oylağı olub. Bu yerlərdə həm də əkinçiliyin qədim tarixi vardır. Bunu qədim yaşayış məntəqələrindən tapılan çoxsaylı əkinçilik alətlərinin mövcudluğu da təsdiq edir. Şatırlı kənd orta məktəbinin tarix müəllimi Elşad Əmənov 500-ə qədər eksponatı təmənnasız olaraq Cəlilabad rayon tarix-diyarşünaslıq muzeyinə verib, yeni tapdığı daha 200 eksponatı hələlik ev şəraitində saxlayır. Onun Ləkin kəndinin köhnə qəbiristanlığından tapdığı "daş kitabə" oxunması çətin olan işarələrinə görə fərqlənir. Ancaq götürülməsi, daşınması mümkün olmayan abidələr də var. Buravarda "Ənov daşı" var ki, keçmişdə onu dalağı xəstə olanlar yalayarmışlar. Təəssüflər olsun ki, indi bu "Ənovdaşı"nın biri oğurlanıb. Buravar-Stəkəran deyilən yerdə "mikrolit daşlar" mövcuddur. Maraqlı bir hal da odur ki, tarixin müəyyən bir mərhələsində dəfn olunanların məzarları üzərində nərgiz gülləri basdırılarmış. Buna görə də Cəlilabadda bir neçə yerdə "Nərgiz təpəsi" adlı kurqan var. Ləkin kəndinin yuxarısında yerləşən "Adsız Ocağ"ın digər adı "Meşə Ocağı"dır. Burada palıd, nil, söyüd və başqa ağacların kölgəsində minillərin daş kitabələri- qəbirüstü abidələr yatır. "Adsız Ocaq"da üç kitabə qorunub saxlanılır Bilal Alarlı təəssüflə bildirdi ki, qəbiristanlıqdakı çoxlu daş abidəni və bir yatmış qoç heykəlini ötən yüzilliyin doxsanıncı illərində götürüb aparıblar, qazılıb torpaqdan çıxarılan daş kitabələrin çuxuru torpağın sinəsində yara kimi görünür: - Ləkin kəndi iki dağın döşündə salınıb, evlər dağın zirvəsinə doğru irəliləyir. Buradakı köhnə yurd yeri yastançada, daha doğrusu, dərədə yerləşir. Hansı qəza üzündənsə, kənd yerini dəyişib. İndi köhnə yaşayış yerindən tapılan əşyalar burada yaşayışın uzaq keçmişdə də olduğunu təsdiq edir. Bu kəndə məxsus üç qəbiristanlığın mövcudluğu isə Ləkinin yerində haçansa şəhər tipli yaşayış məntəqəsinin yerləşdiyini aşkarlayır. Çünki bizim üz tutduğumuz qəbiristanlıq indiki Ləkin kəndinin əhalisinə aid deyil və burada ölü basdırılmır. Lakin bu qəbiristanlıq "Ləkin ocağı" kimi tanınır. Qəbiristanlığın yuxarısı bərə, bəzən də bərə yolu adlanır. Bu yol Ləkinlə keçmiş Astraxanbazarı birləşdirən köhnə yoldur. Qəbiristanlıqdakı ağaclar (kiçik meşəlik) əhali tərəfindən qorunur, onlar müqəddəs sayılır. Maraqlıdır ki, adamlar ətrafdan tapdıqları üstü yazılı daşların bir neçəsini bu türbəyə gətirib. Üzərindəki "Allah" sözü gendən oxunur Daha sonra Bilal müəllim "Adsız Ocaq" barədə məlumat verir: - Ləkin qəbiristanlığındakı"Adsız Ocaq"da üç kitabə qorunub saxlanılır ki, bunlardan da yalnız biri ərəbcədir, üzərindəki "Allah" sözü gendən oxunur. Qəbrin başdaşı isə "pikto-mixi" işarələrlə zəngindir. Qalan daşlar Ləkin qəbiristanlığından tapılmış digər qəbir daşlarındakı işarələrə bənzəyir. "Adsız Ocağın" əsil inanc yeri isə onunla bağlıdır ki, arzuları həyata keçsin deyə adamlar bu pirə nəzir boyun olurlar. Buna görə də bu yerə "Meşə piri – Niyyət ocağı" da deyirlər. Sonuncu dəfə bu Ocaqda qələbəlik Dədə-baba günündə, yəni axır çərşənbədə olmuşdu, adamlar burada qurban kəsmiş, qazan asmış, xörək bişirmiş və ehsan paylamışlar. "Pir" adlı tikilinin içərisindəki çoxlu sayda olan qab-qacaq, iri qazanlar, döşənəcək və digər əşyalar burada tez-tez belə halların olduğunu göstərir. Daş kitabələrdə çoxlu günəş rəmzi olan işarələr və üçbucaqşəkilli işarələri olan kvadratlarda yenə günəş rəmzi olan şəkillər vardır. Bu yazılarda ifadə olunan fikirlər bir qədər də dini-mifoloji səciyyəlidir. Mənə elə gəlir ki, pikto xarakterli olduğu üçün bu yazını işarələr sistemi də adlandırmaq olar. Konkret fikir söyləmək çətindir, səhvə yol vermiş olaram. Ancaq buradakı işarələrin sirri xalçalarımızda da var. Üçbucağın zəncirvari düzülüşü qədim türk fəlsəfəsinin qanununu göstərən əlamətdir. Həyata, dünyaya, kainatın yaranışına olan ilahi eşq və məhəbbətin simvoludur. Tarixin sonrakı mərhələlərində bu üçbucağın necə "oğurlandığının" şahidi oluruq. Sadəcə, məlumatları ardıcıllıqla izah etmək gərəkdir. Qoç fiqurlar kimindirsə, "tarix" də onundur Bilal bəy bu abidələrin kim tərəfindən oğurlanmasını belə izah edir: - Məndə olan məlumatlara və faktlara görə, 1980-ci ildən 1993-cü ilə kimi təkcə Cəlilabad ərazisindən yüzlərlə müxtəlif formalı qoç fiqurlar oğurlanaraq İrandakı erməni keşişləri tərəfindən Ermənistana göndərilib. Qeyd edim ki, müasir sivilizasiyanın (Adəm nəslinin) fəlsəfi kökündə qoç fiqurlar dayanır! Ermənilərin dili ilə desək, qoç fiqurlar kimindirsə, "tarix" də onundur... Cəlilabad ərazisindən tapılmış qoç fiqurları tərkibinə görə iki cürdür: daşdan və gildən. Qoç fiqurları quruluşuna görə də iki cürdür: adi qoç fiqurları ilə yanaşı burnunun deşikləri çox olan qoç fiqurları da mövcuddur. Bunların hər biri bir inancla bağlıdır. Rəvayətə görə, ilk cənnət heyvanı qoç olub. Habil və Qabil qardaşları Allaha nəzir boyun olublar. Habil qoç verib, Qabil arpa-buğda. Allah tərəfindən qoç qəbul olunub. Hər bir tarixi materiala, tarixi abidəyə və bu tarixi abidələrlə bağlı rəvayətlərə də diqqətlə yanaşmalıyıq, ən başlıcası, onu qorumağı və yaşatmağı bacarmalıyıq. |
2014-05-10 | 17,318 | Rusiyadan Moldovaya son hədə: "Vəziyyətiniz ağır olacaq" | Rusiya Moldovanı Avropa İttifaqı ilə bağladığı müqavilədən sonra üzləşəcəyi ağır vəziyyətlə əlaqədar yenidən xəbərdar edir. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Rusiya baş nazirinin müavini Dmitri Roqozin çıxış edib. O, Moldovanın imzalayacağı bu müqavilə ilə iqtisadiyyatını tamamilə çökdürəcəyini deyib: "Moldovanın siyasi elitası elə fikirləşir ki, onlar üçün hər şey yaxşı olacaq. Doğrudur, ancaq onlar üçün hər şey əla ola bilər. Əksəriyyət isə bundan əziyyət çəkəcək. Biz birbaşa Moldovanı xəbərdar edirik ki, assosiativ saziş haqqında istənilən müqavilə onun üçün ağır nəticələr verəcək". |
2014-05-10 | 17,319 | Putinin belində sarkoma var, ömrünə az qalıb – Foto | Rusiya Prezidenti Vladimir Putinin onurğasında sarkoma olduğu və onun ömrünə az bir müddət qaldığı deyilir. "Axar.az"ın Ukrayna mediasına istinadən məlumatına görə, bu barədə tanınmış rusiyalı bloggerlər məlumat yayıblar. Məsələ o qədər ciddiləşıb ki, hətta onlar Ukrayna və Avropa Birliyinə üzv ölkələrə bu barədə lazımı dəlillər göndərməyə hazır olduqlarını bildiriblər. Onların sözünə görə, xəstəlik 100 faizdir və Putin 2015-ci ildən o yana yaşamayacaq. Bloggerlər müəyyən paralellər aparıblar və video, fotolar yerləşdiriblər. Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşən Putinin belindən necə əziyyət çəkdiyi şəkildə göstərilib. Daha sonra isə dünən Krıma gələn Putinin pencəyinin altında xüsusi qoruyucu karsetin aşkar göründüyü blogger tərəfindən vurğulanıb. Sözügerdən xəstəliyə – qığırdaqlararası bəd xassəli şişə insanların əsasən 50-60 yaş arasında tutulduğu deyilir. Bu zaman kəskin ağrılar meydana gəlir. Həkimlər bu xəstəliyə tutulan insanların 5 ildən sonra ölümə düçar olmasını proqnozlaşdırırlar. |
2014-05-10 | 17,320 | Müdafiə Nazirliyi çağırışçılar üçün güzəştlər edəcək - Özəl | Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məcburi köçkünlərlə bağlı hərbidə bəzi güzəştlər tətbiq edəcək. "Axar.az"ın hərbi mənbəyə istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin bu yaxınlarda tətbiq edəcəyi güzəştlər ödəniş və təqaüdlə bağlıdır. Belə ki, bu güzəştlər məcburi köçkünlərin hərbiyə marağını artırmaq üçündür. Rəsmi statistikaya görə, məcburi köçkünlərin hərbiyə marağı o qədər də yüksək səviyyədə deyil. Bildirilir ki, nazirlikdə hərbiyə marağı artırmaq üçün tələbə olmaq istəyən məcburi köçkünlərə sağlamlıq komissiyasından keçmək şərti ilə Azərbaycanda yerləşən Hərbi Akademiya və Ali Hərbi məktəblərdə imtahansız təhsil almaq hüququ da vermək haqqında müzakirə aparılır. Xatırladaq ki, bu il həmin akademiyalara qəbul balları artırılıb. Onu da qeyd edək ki, bu yaxınlarda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlərin hərbi məktəblərə marağının yüksək səviyyəyə qaldırılmasının vacibliyi haqda çıxış etmişdi. |
2014-05-10 | 17,321 | Pentaqon: Rus ordusu Ukrayna sərhəddindədir | Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirilyi (Pentaqon) rus qoşunlarının Ukrayna sərhədi yaxınlığındakı manevrlərinə dair yeni açıqlama verib. "Axar.az"ın məlumatına görə, Pentaqonun mətbuat katibi Con Kirbi bildirib ki, bu yöndə vəziyyət ürəkaçan deyil, ruslar hələ də sərhəddədir və onlar hər an əmr gözləyirlər. Pentaqonda jurnalistlərlə brifinq keçirən Kirbi bunları deyib: "Biz rus qoşunlarının Ukrayna sərhədlərindən çəkilməsi barədə hər hansı irəliləyiş görmürük. Onlar hələ də oradadırlar və sayları çoxdur. Bizdə olan məlumata görə, onlar yetirincə döyüş qabiliyyətinə gətirirliblər". Xatırladaq ki, bir neçə gün bundan öncə Rusiya prezidenti Vladimir Putin ordunun sərhəddən çəkilməsi ilə bağlı göstəriş verdiyini, federellaşma tərəfdarlarını isə 11 may referendumudan çəkinməyə çağırdığını dilə gətirmişdi. |
2014-05-10 | 17,322 | Azərbaycanda general vəfat etdi | İstefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev vəfat edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 76 yaşında dünyasını dəyişən Dağlar Abdullayevlə vida mərasimi bu gün saat 14.30-dan 15.30-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olacaq. Dəfn mərasimi 2-ci Şəhidlər xiyabanında keçiriləcək. Müdafiə Nazirliyi rəhbərliyi Dağlar Məmməd oğlu Abdullayevin vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda qeyd olunub ki, Dağlar Abdullayev 1938-ci il avqustun 15-də Ağdaş rayonunda anadan olub. 1961-ci ildə Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilib. 1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank diviziyasında "həkim-stomotoloq" kimi xidmət edən Dağlar Abdullayev sonralar Zaqafqaziya Hərbi Dairəsi motoatıcı diviziyasında xidmətini davam etdirib, 1968-ci ildən isə alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət edib. 1978-1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi olub. 1983-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə xidmətini davam etdirmək üçün yenidən Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilib və Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin edilib. 1985-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hərbi kafedrasının tədris hissə üzrə rəisi təyin edilib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb və Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət edib. 2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirib. 2014-cü il mart ayının 7-də Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb. Dağlar Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 08 oktyabr 1994-cü ildə "tibb xidməti general-mayoru" ali hərbi rütbəsi verilib. 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar həkimi" fəxri adına layiq görülüb və bir sıra medallarla təltif olunub. Nekroloqu Zakir Həsənov, Nəcməddin Sadıkov, Çingiz Məmmədov, Qorxmaz Qarayev, Ramiz Tahirov, Natiq Əliyev imzalayıb. |
2014-05-10 | 17,323 | Ruslar Gürcüstan səfirliyini təhqir etdi | Yüzlərlə rusiyalı xokkey azarkeşi Belarus paytaxtı Minsk şəhərində Gürcüstan səfirliyinin divarına bir neçə Rusiya bayrağı sancıblar. "Axar.az"ın məlumatına görə, insidentlə əlaqədar yaxınlıqdakı polis əməkdaşları hər hansı tədbir görməyib. Şahidlər bildirib ki, vəhşiləşən azarkeş kütləsinin nəzarətsizliyini görən polis əməkdaşları adekvat addım atmaqdan çəkiniblər. Xatlrladaq ki, buzüstü xokkey üzrə dünya çempionatının açılışına gələn rusiyalı azarkeşləri Qələbə günü ilə əlaqədar Minskdə düzənlənən bayram şənliklərinə buraxmayıblar. Hazırda bu xoşagəlməz hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır. |
2014-05-10 | 17,324 | Hacıbala Abutalıbov: "Müsavata qurultay üçün yer veriləcək" | "Müsavat Partiyasına qurultay keçirmək üçün yer veriləcək". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. H. Abutalıbov bildirib ki, Müsavat Partiyasına bir neçə dəfə yer ayrılıb: "Sadəcə, onlar qurultay keçirmək istəmirlər. İstənilən vaxt onlara yer ayrılıb. Ancaq həmişə qurultayı keçirməmək üçün bəhanə tapırlar. Deyirlər, 600 nəfərlik yer ver, 650 nəfərlik yer verirəm. Sonra deyirlər, "yox, bizim 1000 nəfərlik nümayəndəmiz var". 1000 nəfərlik yer verirsən, deyirlər, "yox 1500 nümayəndəmiz var". Qurultay keçirmək istəyən 100 nəfərlik yerdə də keçirər. Sadəcə, insanın ürəyində gərək mələk yaşasın, şeytan yox. Nə vaxt onların ürəyində bu şeytanı mələk edəcəyəm, onlar qurultay da keçirəcək, Azərbaycan xalqına da xidmət edəcəklər. Əmin olun ki, mən bunu edəcəyəm". H. Abutalıbov qeyd edib ki, 1 həftə ərzində Müsavat partiyasına 650-700 nəfərlik yer ayrılacağıq: "Ancaq əmin olun ki, onlar qurultay keçirməyəcəklər". |
2014-05-10 | 17,325 | Şamaxı yolu bağlandı: "Şəhərə giriş dayanıb" - Foto | Şamaxının girişindəki şosse yol 1 saata yaxındır ki, bağlıdır. Bu barədə "Axar.az"a hadisə yerində olan əməkdaşımız məlumat verib. O, artıq Ağsu, İsmayıllı, Pirqulu istiqamətindəki bütün yolların tamamilə bağlandığını bildirib. Yolların keçirilən velosiped yarışı ilə əlqədar bağlandığı deyilib. Velosipedçilərin məhz bu yol vasitəsiylə Pirqulu istiqamətində hərəkət edəcəyi söylənilib. Bunun nəticəsində isə Şamaxının girəcəyində dəhşətli tıxac yaranıb. Yolların nə vaxt açılacağı haqqında heç bir məlumat verilməyib. |
2014-05-10 | 17,326 | ABŞ səfiri: "Putin yenə yalançı çıxdı" - Foto | Putinin Ukrayna sərhədindən qoşunlarını çəkməsi ilə bağlı verdiyi bəyanat yalan çıxdı. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payet öz Tvitter səhifəsində çıxış edib. O, Rusiyanın Ukrayna sərhədində yerləşdirilmiş qoşunlarının peyk vasitəsilə çəkilmiş şəkillərini paylaşıb. Fotonu təqdim edirik. |
2014-05-10 | 17,327 | Putin niyə geri çəkildi? | Əsas problem odur ki, Rusiyanın arzuları onun imkanlarına adekvat deyil, bir daha qeyd edirik ki, iqtisadiyyatı Rusiyaya imperialist siyasət yürütməyə imkan vermir… V.Putinin Ukraynadakı separatçılara referendumu təxirə salmaqla bağlı müraciətindən (bəzi bölgələr buna rədd cavabı versə də…) sonra rusiyalı təhlilçilər bu sual üstündə baş sındırır. Onlardan biri həmin suala orijinal cavab verib. Onun fikrincə, Putin özünün və separatçıların biabır olmasından, referendumun baş tutmayacağından qorxub. Çünki Kırımdan fərqli olaraq şərq bölgələrində hətta referendumu təşkil etmək belə o qədər də asan məsələ deyil… Referendumun təşkilati məsələlərilə bağlı fikir deməkdə acizik. Amma elə ilk gündən diqqətimizi bir məsələ cəlb edib ki, şərq bölgələrindəki (Ukrayna) etirazlar kütləvilikdən çox-çox uzaqdır. Bu etirazlar həqiqətən də bir qrup təxribatçının hərəkətinə bənzəyir. Amma güman edirik ki, V.Putini müəyyən mənada geri çəkilməyə məcbur edən onun Qərbin təzyiqlərini hiss etməsi oldu. Bəli, iqtisadiyyat artıq bu təzyiqləri "duyur", hətta ən böyük iqtisadi strukturların belə səhmləri düşür və bütövlükdə iqtisadi güc ölkənin neoimperialist siyasətinə adekvat deyil… V.Putin həm də başa düşür ki, şərqi Ukrayna məsələsində ona güzəşt olmayacaq. Demirik ki, Qərb bu məsələlərə görə Rusiyaya hərbi güc tətbiq edəcək. Yox, belə olmayacaq. Əsas problem odur ki, Rusiyanın arzuları onun imkanlarına adekvat deyil, bir daha qeyd edirik ki, iqtisadiyyatı Rusiyaya imperialist siyasət yürütməyə imkan vermir… Ruslar nə qədər desələr də ki, V.Putin Rusiyanı xoşbəxt uşaqlıq cağına qaytardı və yaxud da ki, Rusiyaya təzədən superdövlət statusunu verdi, bütün bunlar ciddi təhlildən uzaq, bayağı və məsuliyyətsiz çağırışlardır. Necə deyər, adamı elə bu cür, tərifləyə-tərifləyə gözdən və diqqətdən salır, uçuruma itələyirlər… Bu çağırışlarda təəccüb doğuran həm də odur ki, onlar həm də rus ziyalısının tarixi kredosuna, daim hakimiyyətin opponenti olmaq kredosuna ziddir. Amma dərindən düşünəndə görürsən ki, elə bunun özü də müəyyən mənada ziyalıların uydurmasıdır - ən azı son yüz ildə rus ziyalısı özünün və cəmiyyətin həyatı üçün məsuliyyət hissini itirib… Demirik ki, hamı bütünlüklə ümumi xorun içində əriyib, ona qarışıb, yox, arabir fərqli çıxışlar da eşidilir. Amma onlar olduqca seyrək və zəifdir. Onları-rus ziyalılarını qınamaq fikrindən uzağıq. Ən azı görə ki, bizə də "Bir özünüzə baxın!" deyə bilərlər. Azərbaycan ziyalısı orta statistik rus ziyalısından daha fəaldırmı? Əlbəttə ki, yox. Bu bir neçə gündə-mayın bu çağında ziyalılarımızın əvəzinə əməlli-başlı utandım... Həm də bir məsələni duydum. Bəli, ziyalılarımız özləri istəyir ki, onlara "yuxarılar"dan tapşırıqlar verilsin, onlar da təbliğat aparsınlar... "Təbliğat maşını"nın mühüm vinti olmaq, özünü siyasi hakimiyyətə gərəkli hiss etmək-Azərbaycan ziyalısının da ümdə arzusu budur... Özü də bunu "xalqın xidmətində durmaq" kimi təqdim edirlər. Halbuki xalq onlardan tamam başqa şey umur, onların dilindən problemlərinin səslənməsini istəyir, əvəzində isə yüksək mənsəb sahibləri haqda təriflər eşidir... Bəli, rusların, daha çox da meşşan düşüncəli insanların həm də belə bir fikri də var ki, hakimiyyətlə yalnız dostluq etmək lazımdır. Bu fikri də qəbul edə bilərdik, əgər bu dostluğun məqsədini-qayəsini anlaya bilsəydik. Bu dostluq cəmiyyət və onun problemləri naminə, hakimiyyətin və mənsəb sahiblərinin yürütdüyü siyasətə müsbət mənada təsir etmək naminə olsaydı bunu başa düşmək olardı... Amma bu dostluq tamam başqa məqsədlər üçündür, ziyalıların "özlərinə gün ağlaması" üçündür... Bəli, V.Putindən başladıq, ondan rus ziyalısına, oradan da Azərbaycan ziyalısına keçdik. Düşünməyin ki, bu, bir fikir dağınıqlığıdır. Yox, belə deyil. Mənim fikrimcə, həmişə bir ücbucaq olub-onun bir başında hakimiyyət, o biri başında ziyalılar, digər başında isə cəmiyyət qərar tutub... Mexanikada üçbucaq ən möhkəm fiqurdur deyiblər. Bir şərtlə ki, onun təpələrini birləşdirən tellər güclü olsun. Amma həmişə belə olurmu? Təəssüf. Ən azı cəmiyyətdə heç də həmişə belə olmur. Bəli, bir də görürsən ki, ictimai ücbucağın iki təpəsi-hakimiyyət və ziyalılar cəmiyyətdən xeyli uzaq düşüblər. Düzdür, Rusiya bir qədər fərqli məsələdir. Orada imperializm bəlkə də hakimiyyəti, ziyalını və cəmiyyəti birləşdirən yeganə teldir. Amma hesabla "yeni ruslar" da olmalı idi. Bəs haradadır onlar? Niyə səsləri eşidilmir? Yoxsa onlar da elə bizim bəzi "yenilər" qədər yenidirlər?.. |
2014-05-10 | 17,328 | Polşadan tələb: "Qərb niyə Rusiyaya qarşı susub?" | Polşa Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsini tələb edib. "Axar.az" xəbər verir ki, Polşa Prezidenti Bronislav Komorovski Almaniyadan Rusiyaya qarşı daha sərt tədbirlərin görülməsini istəyib. Bronislav Komorovski bildirib ki, Ukraynada baş verən hadisələrə görə birbaşa cavabdehlik daşıyan Rusiya ən sərt cəzalara layiqdir: "Mən hələ də başa düşə bilmirəm ki, almaniyalı bəzi siyasətçilər Rusiyaya qarşı niyə sərt addımlar atmırlar? Onların bu seçimi məndə şübhə doğurur. Başlamış yanğını indi söndürmək lazımdır, əks halda yanğın başqa ölkələrə keçəndə onu söndürmək artıq gec olacaq". |
2014-05-10 | 17,329 | AYB-də qurultay qalmaqalı davam edir | AYB-nin Lənkəran bölməsindəki qalmaqal barədə xəbər vermişdik. Məsələyə AYB üzvü Bilal Alarlı yenidən münasibət bildirib. O, açıqlamasında deyib: "AYB-nin Lənkəran bölməsinin sədri İltifat Saleh mətbuata verdiyi açıqlamasında mənim ittihamlarımı əsassız sayır. Lənkəran bölməsində yaşanan qalmaqal bənzərsiz olmayıb. Həm də İltifat müəllimə xatırlatmaq istəyirəm ki, yığıncaqdan çəkilmiş şəkillərə bir də baxsın, orada 28-29 nəfər görünmür. Nizamnaməyə görə, bölmələrdən qurultaya hər 5 üzvdən bir nümayəndə seçilir. Əgər bölgədə 40 üzv varsa, sadə hesabla, nümayəndənin sayı 8 olur. Amma məsələ başqa cürdür. İltifat Saleh sədrlik etdiyi bölmədə təmsil olunan AYB üzvlərinin konkret sayını bilmir. Bəlkə də bilir, amma indi ona bu sayı bilərəkdən azaltmaq sərf edir. Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarının hər birində 20 nəfərdən çox AYB üzvü var. Bölgədə yaşayanlar bir-birlərini yaxşı tanıdığından İltifat Salehə 100 nəfərlik siyahını asanlıqla tərtib edib verə bilər. Mənim rəhbəri olduğum "Nöqtələr" ədəbi qrupunun 12 AYB üzvündən 11-i əyalətdə yaşayır və işləyir. 12 AYB üzvünü təmsil edən bir ədəbi qrupdan bircə nəfərin də qurultaya nümayəndə seçilməməsi biabırçılıqdır. Qurultay AYB üzvlərinin ən ali məclisidir. Qurultaya nümayəndə seçilməyənlər seçmək və seçilmək hüquqlarını itirirlər. AYB-nin sədri, katiblər, 31 nəfərdən ibarət İdarə Heyətinin üzvü, 21 nəfərdən ibarət Gənclər Şurasının tərkibi, 5 nəfərdən ibarət təftiş komissiyasının üzvü, Ağsaqqallar Şurasının üzvləri, bölmə və seksiya rəhbərləri, həmçinin ədəbi orqanların redaksiya heyətləri Qurultayda seçilir. Qurultaya nümayəndə seçilməkdən məhrum edilmiş AYB üzvləri Birliyin seçkili orqanlarında təmsil oluna bilmirlər". 1937.az |
2014-05-10 | 17,330 | Turçinov şərqi Ukrayna ilə bağlı etiraf etdi | Mariupol əhalisinin çoxu terrorçuları dəstəkləyir. "Axar.az" xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov canlı yayım zamanı söyləyib. Onun sözlərinə görə, bu günün ən çətin problemi yerli əhalinin terorrçuları dəstəkləməsidir: "Mariupol əhalisinin böyük əksəriyyətinin dəstəyi ilə dəhşətli terror baş verir. İndiki halda Rusiya Federasiyasının geniş təbliğatı ilə yerli əhalinin terrorçuları dəstəkləməsi ən ağır problemimizdir. Ukraynanın şərq bölgələrində vətənpərvərlərin az olması buna əyani sübutdur". |
2014-05-10 | 17,331 | Tanınmış amerikalı döyüşçü Rusiyanı dəstəklədi - Foto | Qaydasız döyüş üzrə tanınmış amerkalı döyüşçü Ceff Monson Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləyib. "Axar.az"ın "Sports.ru"ya istinadən məlumatna görə, o, Kremlin mövqeyini əlində "Georgievski" lentini nümayiş etdirməklə bildirib. Xatırladaq ki, Monsondan başqa Stiven Seqal kimi digər tanınmış Hollivud ulduzları da Moskvanın yanında olduqlarını açıqlamışdılar. 1971-ci ildə Vaşinqtonda doğulan Monson qaydasız döyüş növü üzrə titullu idmançılardan sayılır. Rusiyada keçirlən müxtəlif turnirlərə qatılan idmançı dəfələrlə Rusiyanı və rus mədəniyyətini sevdiyini dilə gətirib. |
2014-05-10 | 17,332 | Şumaxerə danışmağı və yemək yeməyi yenidən öyrədəcəklər | Alp dağlarında keçirdiyi ağır qəzadan sonra komaya düşən "Formula-1" əfsanəsi Mixael Şumaxer haqqında səslənən fikirlər hamını şoka salıb. Kembric Universitetinin professoru Peter Hatçinson Şumaxerin əvvəlki kimi olmayacağını deyib: "Şumaxer komadan ayılanda gəzməyi, danışmağı və yemək yeməyi yenidən öyrənmək məcburiyyətində qalacaq. Artıq əvvəlki Şumaxer olmayacaq. Onun üçün asan olmayacaq, bu şərtlərlə mübarizə aparmaq məcburiyyətində qalacaq" deyib. /Publika.az/ |
2014-05-10 | 17,333 | Krıma turist axını olmadı - Video | Krımın may bayramlarına turistlər gəlmədi. "Axar.az" xəbər verir ki, bu barədə yerli sakinlərdən biri video vasitəsilə bunu sübut edib. O, bildirib ki, adətən, hər ilin bu vaxtı Yalta kurortlarında çoxlu turistlər olardı. Çünki məhz may ayından kurort mövsümünə start verilirdi. Lakin Krımın Rusiyaya birləşdirilməsindən sonra heç bir turist nə səyahət etmək üçün, nə də adi istirahət günlərini keçirmək üçün Krıma gəlmək istəmir. |
2014-05-10 | 17,334 | "Qabusnamə" iki dildə nəşr edildi | Heydər Əliyev Fondu bir çox Şərq ölkələrində məşhur olan "Qabusnamə" kitabını Azərbaycan və rus dillərində nəşr etdirib. Kitabın bu nəşri Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunub. Qeyd edək ki, "Qabusnamə" tərbiyəyə və etikaya aid mühüm məsələləri özündə ehtiva edən etik-didaktik əsərdir. Bu əsəri 1082-1083-cü illərdə Azərbaycanın cənubunda, indiki İranın şimalında yerləşən Gilan dövlətinin padşahı Ünsürülməali Keykavus oğlu Gilanşaha müraciətlə yazıb. Nəsihət janrında yazılmış əsər üslubu sadə olmaqla yanaşı, canlı və əyləncəli ifadə edilmiş hekayələrdən, müdrik müəllif kəlamlarından ibarətdir. "Qabusnamə" orta əsrlərdə hökmdarların, din xadimləri, elm adamları və müəllimlərin masaüstü kitabı olub. Bu əsər mənəviyyat qaynağı olaraq əsrlər boyu gənc nəslin tərbiyəsində mühüm rol oynayıb. /Trend/ |
2014-05-10 | 17,335 | Əhalisi 820 dildə danışan ölkə - Maraqlı | Ən çox meşəyə sahib olan, ərazisində bir dənə də ağacı olmayan, həbsxanalarında ən çox məhbus yatan, vətəndaşlarının böyük hissəsini uşaqlar təşkil edən, əhalisi 820 dildə danışan ölkələri tanımaq sizin üçün də maraqlı olar. "Axar.az" dünya ölkələrinin maraqlı cəhətləri barədə silsilə yazını oxuculara təqdim edir. 1. Ən çox tanka sahib ölkə - Rusiya Rusiya dünya üzrə ən çox tanka sahib olan ölkədir. Tankların sayı nə az, nə çox, düz 21.000 ədəddir. Ancaq bunlardan çoxu köhnə olduğu üçün ən son texnologiyalara malik 16.000 tanka sahib ABŞ bu baxımdan Rusiyanı geridə qoyur. 2. Ərazisində heç çay olmayan ölkə - Səudiyyə Ərəbistanı Qəribə səslənir, elə deyilmi? Ancaq Səudiyyə Ərəbistanı kimi geniş torpaqları olan bir ölkədə axar su tapmaq mümkün deyil. İçməli suyu dəniz suyunun təmizlənməsindən və yeraltı qaynaqlardan əldə edirlər. 3. Əhalisi ən gənc olan ölkə - Nigeriya Ümumiyyətlə, dünyanın ən gənc ölkələri yaşı 15-dən aşağı olan insanlarının sayı hesablanaraq müəyyən edilir. İndiki zamana bu hesablama Afrikanın Nigeriya ölkəsi üçün daha çox uyğun gəlir. Nigeriyada demək olar ki, əhalinin tam yarısını 15 yaşından aşağı olan uşaqlar təşkil edir. Orada əhalinin 49 faizi yetkinlik yaşındadır. 4. Ölkə vətəndaşlarının sayı ən tez azalan ölkə - Ukrayna Əhali arasında illik təbii azalma 0,8 faiz olan Ukraynada vəziyyət belə davam edərsə, 2050-ci ildə əhalisinin 30 faiz azalacağı gözlənilir. 5. Əhalisinin böyük hissəsi xaricdə yaşayan ölkə - Malta Sərt iqtisadi böhran üzündən Malta əhalisinin böyük hissəsi köç edərək ölkədən gedib. Bu səbəblə bu gün çox sayda maltalı həyatını ölkəsindən kənarda davam etdirməkdədir. 6. Ən sıx meşələrə sahib olan ölkə - Surinam Torpaqlarının 91 faizi hələ də balta səsi eşitməmiş meşələrlə örtülüdür. Bu səbəbdən əhlinin böyük hissəsi sahil zolaqlarında yaşamaqdadır. Əhalinin cəmi 5 faizi sıx meşələrdə ömür sürür. 7. Heç ağacı olmayan ölkə - Haiti Surinamın əksinə, Haitidə bir dənə də ağac yoxdur. Burada meşələri elə vəhşiliklə məhv ediblər ki, ölkəyə peykdən baxdığınızda Haitinin başqa ölkələrlə olan sərhədini aydın görmək olur. Ətraf ölkələrin hamısı ağaclarla zəngin olduğu halda arada heç bir ağac olmayan ölkəni müəyyən etmək elə də çətin deyil. 8. Ən çox dil müxtəlifliyinə sahib ölkə - Papua Yeni Qvineya Burada ingilis dili rəsmi dil olsa da, əhalinin yalnız 1% bu dildə danışır. Buradakı əhali ümumilikdə 820 dildə ünsiyyət saxlayır. Bu da dünya dillərinin 12 faizini təşkil edir. 9. İnsanları ən təhsilli olan ölkə - Kanada Burada əhalinin 50 fazidən çoxu tam təhsilli və savadlıdır. Ondan sonra əhalisinin 45 faizi tam təhsilli olan İsrail gəlir. 3-cü yerdə isə Yaponiya gəlir ki, onun da əhalisinin 44 faizi tam təhsillidir. 10. Səhralar ölkəsi - Liviya Ölkənin 99 faizi çöldən-səhradan ibarədir. Liviya dünyanın ən quraqlıq ölkəsidir. Bura on illərlə yağış yağmır. 11. Sülhə həsrət qalan ölkə - Somali Hər nə qədər son üç ildə sülhə möhtac qalan ölkə adını İraq alsa da, Qlobal Sülh indeksinə görə, Somali dünyanın ən çox müharibə şəraitində yaşayan ölkəsidir ki, illərdir sülhə möhtac qalıb. 12. Dünyanın ağ ciyəri hesab olunan ölkə - Rusiya Dünyadakı meşələrin təxminən 25 faizini Sibirdəki ağacar təşkil edir. Bu meşələr Rusiyanı dünyanın ən böyük oksigen istehsal edən ölkəsinə çevirib. 13. Dünyanın ən böyük tiryək istehsalçısı - Əfqanıstan Dünyadakı tiryək istehsalının 95 faizi bu ölkənin payına düşür. Amerikanın 10 ildir buna qarşı apardığı mübarizə isə heç bir nəticə vermir. 14. Həbsxanalarında ən çox məhbusu olan ölkə - ABŞ Amerika Birləşmiş Ştatları həbsdəki insan sayına görə birinciyili illərdir əldən vermir. ABŞ həbsxanalarında 2,2 milyon adam yatır. Bu da dünya əhalisinin 0,4 faizini, bütün dünya üzrə həbsxanada yatan insan sayının 25 faizini təşkil edir. 1.5 milyonluq məhbus sayına görə Çin ikinci, 870.000 məhbus sayına görə isə Rusiya üçüncü yerdədir. |
2014-05-10 | 17,336 | İlham Əliyev sərəncam imzaladı | Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Heydər Əliyev Fondunun 10 illik yubileyi münasibətilə sərəncam imzalayıb. Sərəncamda bildrilir ki, Heydər Əliyev Fondunun 10 illik yubileyi münasibətilə və Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər: Əhmədova Tamilla Tofiq qızı Əliyeva Afət Əlixan qızı İsmayılova Pərvinə Fəzail qızı Quluzadə Ramin Namiq oğlu Mehdiyeva Məhəbbət İsa qızı Mustafayev İlqar Əziz oğlu |
2014-05-10 | 17,337 | Ərdoğan əsəbiləşərək zalı tərk etdi - Video | Türkiyənin baş naziri toplantıdan yarımçıq çıxıb. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan qatıldığı bir mərasimdə əsəbləşərək salonu tərk edib. Məlumata görə, Türkiyə Barolar Birliyi başçısı Mətin Feyzioğluna kəskin reaksiya göstərən Ərdoğan salonu tərk edib. Baş nazir Ərdoğan Mətin Feyzioğlunun nitqinin çox uzun olduğunu söyləyib. Daha sonra Feyzioğluna "səhv danışırsan'' deyə səslənib. Ərdoğanın bu hərəkətinə cavab olaraq M. Feyzioğlu "Nəyi səhv danışıram hörmətli Baş nazir''-deyə sual ünvanlayıb. Ərdoğan bu sualdan sonra özünədən çıxıb. Baş nazir Feyzioğluna "belə bir ədəbsizlik olmaz ki''-deyib. Qarşılıqlı münaqişəyə Feyzioğlu cavabsız qalmayıb: "Mən ədəbsizlik etmədim, kiməsə də ədəbsizlik edirsən deməyi özümə yaraşdırmaram" -deyə M. Feyzioğlu söyləyib. Qeyd edək ki, baş nazir Ərdoğan mərasim yekunlaşmamış salonu tərk edib. /ANS/ |
2014-05-10 | 17,338 | Yanan “Maserati” azərbaycanlı oliqarxın imiş - Foto | Bu gün səhər Bakıda yanıb külə dönən "Maserati"nin sahibi məlum olub. Məlumata görə, avromobilin sahibi Azad Abdullayev azərbaycanlı oliqarx, "Baghlan Group" şirkətlər qrupunun prezidenti Hafiz Məmmədovun şərikidir. Hadisə baş verən anda sükan arxasında olmuş Rüfət Abdullayev (Azad Abdullayevin oğlu) "Hafka"nın oğlu Kənan Məmmədovla yaxın dostdur. Rüfət Abdullayevə məxsus olan və bu gün səhər saatlarında Rəşid Behbudov küçəsində yanan "Maserati"nin 10 LL 010 dövlət nömrə nişanının bir neçə maşına bağlanması üzə çıxıb. Həmin nömrə ayrı-ayrı vaxtlarda "BMW" və "Range Rover" markalı avtomobillərə vurulub. Qeyd edək ki, bu gün səhər saatlarında Rəşid Behbudov küçəsində "Maserati" markalı avtomobil qəzaya uğrayaraq yanmışdı. Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, həmin avtomobil Rüfət Azad oğlu Abdullayevə məxsusdur. Maşının dövlət nömrə nişanı isə 10 LL 010-dur. Hadisə şahidlərinin verdikləri məlumata görə, "Maserati"nün sükanı arxasında çox gənc sürücü olub. Maşının yandığını görən kimi ondan düşüb, heç söndürməyə cəhd belə etmədən hadisə yerini tərk edib /Virtualaz.org/. |
2014-05-10 | 17,339 | Fikrət Məmmədov rəis təyin etdi | Mayın 10-da 45 nəfər vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar Xidmətdə kiçik rəis heyəti vəzifələrinə təyin olunublar. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 35 nəfəri Şəki Penitensiar müəssisəsinə, 10 nəfəri isə digər cəzaçəkmə müəssisələrinə təyinat alıblar. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev ümummilli lider Heydər Əliyevin doğum günündə qulluğa qəbul olunmuş gənc əməkdaşları ədliyyə naziri Fikrət Məmmədovun adından təbrik edib, onlara ədliyyə orqanlarında qulluq keçərkən uğurlar arzulayıb. Gənc əməkdaşlar Penitensiar Xidmətin Tarix muzeyinə baxış keçiriblər. Muzeyin Heydər Əliyev guşəsində ümummilli liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə, eləcə də xidmətin fəaliyyətinə aid olan eksponatlarla tanış olublar. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Penitensiar Xidmətin kiçik rəis heyətində xidmət edən 210 nəfər əməkdaşa növbəti rütbələr verilib. /Trend/ |
2014-05-10 | 17,340 | Ermənistan Avroviziyada qalib olacaq? - Ekstrasens | Bu gün Danimarkanın paytaxtı Kopenhagendə Avroviziya-2014 mahnı müsabiqəsinin finalı baş tutacaq. Hər kəsin həyəcanla gözlədiyi bu yarışmada yalnız bir sual maraq doğurur. Bu il hansı ölkə qalib olacaq? "Axar.az" olaraq bu sualla ekstrasens Aqil Məhərrəmova müraciət etdik. Onun sözlərinə görə, builki Avroviziya mahnı müsabiqəsində Ermənistanla Avstriya arasında güclü rəqabət olacaq: "Əsas rəqabət Ermənistanla Avstriya iştirakçıları arasında olacaq. Qalib ölkənin bayrağında və ya geyimində qırmızı rəng görürəm. Çox güman ki 190-200-ə yaxın balla Avstriya qalib olacaq. Ermənistan isə ilk üçlükdə yer alacaq. Azərbaycanı təmsil edən Dilarə Kazımova 6-cı yerdə qərarlaşacaq". |
2014-05-10 | 17,341 | Daha bir erməni əsgəri öldü | Ermənistan ordusunun əsgəri ölüb. "Axar.az" erməni mətbuatına istinadən xəbər verir ki, hadisə İcevan rayonundakı hərbi hissələrin birində baş verib. Ölən əsgər Nerses Kazaroviç Karapetyanın nədən öldüyü bildirilmir. Hadisə ilə bağlı araşdırma aparılır. |
2014-05-10 | 17,342 | Xoşbəxt olmaq üçün nə etməli? – Məsləhət | İndi xoşbəxt olmaq elə də çətin deyil. Sadəcə bunu bacarmaq lazımdır. Alimlər müasir insanın xoşbəxt olması üçün sizə ip ucları verir. "Axar.az" xoşbəxt insanların etməli olduğu vərdişləri sizə təqdim edir. 1. Kin və nifrətdən xilas olun Bu həm sizi qocaldır, həm də xoşbəxt olmanıza əngəl yaradır. Ən yaxşısı pozitiv olmaqdır. Gülümsəyin! 2. Hər kəsə yaxşı davranın Ətrafınızdakı insanlara qarşı pis rəftarınız sizin də əhvalınızı pozacaq. Üstəlik, onların da sizinlə pis olmasına səbəb olacaq. Odur ki, kimisə acılamağa dəyməz. Xoşbəxt olmaq üçün hər kəsə yaxşı davranın! 3. Problemlərinizi üstünlük olaraq görün Heç də həmişə problem özü ilə əlavə problem gətirmir. Çətinlik yaşadığınızda da bunu üstünlük kimi görün. Bu sizi növbəti çətinliklərə hazırlayır. Üstəlik, qazandığınız uğurlardan dad çıxarmağınza da səbəb olur. 4. Şükür etməyi bacarın Əlinizdəkilərin qədrini bilin. Əldə etdiklərinizə görə naşükürlük etməyin. Hər şeyə görə şükür etməyi öyrənmək elə də çətin deyil. 5. Xəyallarınız böyük olsun Olduqca böyük xəyallar qurun ki, fəth etdiyiniz zirvələr də yüksək olsun. Nə qədər az və kiçik xəyallar qursanız, əldə etdikləriniz də bir o qədər kiçik olacaq. Yüksəkliyə qalxmaq üçün ideyaların aliliyi mütləqdir. 6. Hər şeyə əhəmiyyət verməyin Hər şeyin fikrini etməyin. Nə qədər ki, hər şeyi özünüzə problem etsəniz, bir o qədər tez qocalacaqsınız. Hər şey haqqında çox düşünmək sizə xoşbəxt olmağa imkan verməyəcək. 7. Başqaları haqqında yaxşı danışın Birinin yanında digəri haqqında pis danışmağa dəyməz. Çünki bu onu deyil, sizi danışdığınız adamın yanında pis edəcək. Özünüzə və ətrafınızdaklara qarşı nə qədər pozitiv olsanız bir o qədər xoşbəxt olarsınız. 8. Bəhanə axtarmayın Nə isə etmək üçün gec qalmayın. Hansısa işi görməmək üçün bəhanəyə ehtiyac yoxdu. Bəlkə də bəhanələrlə sabaha saxladığınız şeylər xoşbəxtliyinizə səbəb olacaq. 9. Hər səhər eyni saatda oyanın Tənbəllikdən hələ ki, xeyir görən olmayıb. İşinizin olub-olmamasından asılı olmayaraq, hər səhər eyni saatda yuxudan durmaq əhvalınıza müsbət təsir edəcək. Bəli, bu, o qədər də asan deyil. Ancaq xoşbəxtlik üçün vacibdir. 10. Pozitiv insanlarla vaxtınızı keçirin Ətrafınızda nə qədər pozitiv insan olsa, sizin üçün bir o qədər yaxşıdır. Bəlkə də göydəndüşmə şansdır. Pozitiv dostlarınızın olması xoşbəxtliyiniz üçün bir vasitədir. 11. Başqalarının fikrinə ehtiyac duymayın Bir iş görmək üçün başqalarının rəyini gözləməyin. Kiminsə sizin gördüyünüz işi bəyənməməsi əhvalınızı korlamasın. Əsas olan sizin o işi bəyənməyinizdir. Başqalarının deyil, özünüzün istədiyiniz şeyləri edin. 12. Sosial çevrənizi genişləndirin Maraqlı və fərqli insanlarla münasibət qurun. Sosial dostlar qazanın. Hər yaşdan və kateqoriyadan olan insanlarla dostluq etməkdən qorxmayın. 13. Dinləməyi öyrənin Xoşbəxt olmaq üçün vacib olan əsas məqamlardan biri də budur. Danşmaqdansa dinləməyə üstünlük versəniz, bunun sizə necə müsbət təsir etdiyini görəcəksiniz. 14. Qidanıza fikir verin Nə qədər keyfiyyətli qidalansanız, səhhətinizlə bərabər, əhvalınıza da müsbət təsir edəcək. Unutmayın ki, hər şeyin başında sağlamlıq gəlir. 15. İdmanla məşğul olun İdman sizin gümrahlığınızı artıracaq. Əzgin bədən və əhvalla siz heç vaxt xoşbəxt ola bilməyəcəksiz. 16. Dürüst olun Yalan danışmaq daimi olaraq narahatlıq yaradacaq sizdə. Bu cür həyat yaşamaq maraqsızdır. Özünüzə və ətrafınızdaklara qarşı dürüst olun. 17. Dəyişə bilmədiyiniz şeyləri qəbul edin Həyatda hər şey insanın istədiyi kimi olmur. Vaxt və enerji sərf edib onları dəyişməkdənsə, olduğu kimi qəbul etməyə çalışın. |
2014-05-10 | 17,343 | Merkel və Olland Putinə qarşı | Merkel və Olland Rusiyaya yeni sanksiyalar tətbiq edəcəklər. "Axar.az" xəbər verir ki, Almaniyanın konsleri Merkel və Fransanın prezidenti Olland Ukrayna hadisələrinə görə Rusiyanı yeni sanksiyalar tətbiq edilməsi ilə bağlı təhdid ediblər. Onlar bildiriblər ki, mayın 25-də Ukraynadakı prezident seçkiləri baş tutmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyalar genişləndiriləcək. Fransa və Almaniya münaqişənin hər iki tərəfdarını danışıqlara çağırıblar. |
2014-05-10 | 17,344 | Nazirliyin rəhbərliyi Fəxri xiyabanı ziyarət etdi | Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib. |
2014-05-10 | 17,345 | Ukraynalılar Rusiyadakı tarixi torpaqlarını istəyir – Foto | Sosial şəbəkələrdə "Kolomoyski xəritəsi" adı altında paylaşılan xəbər ruslarda əsl şok effekti yaradıb. "Axar.az"ın verdiyi məlumata görə, sözügedən xəritədə ukraynalıların hazırda Rusiyanın tərkibində olan tarixi torpaqlarının geri alınması qeyd olunub. Öz maraqlı gedişləri ilə diqqətləri çəkən Dneproperovsk vilyəti qubernatoru Kolomoyskinin adının xəritəyə verilməsi isə təsadüfi seçilməyib. Ruslar artıq bu xəritənin işıq üzü görməsindən və qubernatorun iş bacarığı, nüfuzundan əndişələnərək, Kiyevin Rusiya torpaqlarını ələ keçirəcəyindən ehtiyatlanırlar. Bəzi ekspertlər isə bu xəritənin müəyyən planlara xidmət etdiyini dilə gətiriblər. Onların qənaətinə görə, Krımda birtərəfli qaydada referendumun keçirilməsi, əslində, Rusiyanın öz əleyhinə çevriləcək. Yaxın vaxtlarda Rusiyanın Rostov və Belqorod vilayətlərində Ukraynaya birləşmə ilə bağlı referendumun keçirilməsi qaçılmaz olacaq. Çünki bu presedenti elə Putinin özü qoyub. Ekspertlər bildirib ki, iqtisadi böhrana düçar olacaq Rusiyanın bu məsələləri nəzarətdə saxlaması mümkünsüzləşəcək. Xəritədə Rusiyanın bir neçə vilayətinin Ukraynaya birləşdirilməsi planlaşdırılır. |
2014-05-10 | 17,346 | Generalla vida mərasimi keçirildi - Foto | 2014-cü il may ayının 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində istefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev ilə vida mərasimi keçirilib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, üzərinə Azərbaycan Respublikasının dövlət bayrağı sərilmiş tabutun qarşısında mərhumun təltif olunduğu medallar qoyulmuşdu. Müdafiə Nazirliyinin rəhbərliyi, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, hərbi hissələrin şəxsi heyəti, veteranlar cənazə yanında fəxri qarovulda dayanaraq ona ehtiram bildiriblər. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə yaradılmış dəfnin təşkili üzrə komissiyanın sədri mərhum general D.Abdullayevin həyat və xidmət yolundan danışıb, vəfatı ilə əlaqədar Müdafiə Nazirliyi rəhbərliyinin nekroloqunu vida mərasimi iştirakçılarının nəzərinə çatdırıb. Sonra hərbi orkestrin müşayiətilə izdiham 2-ci Şəhidlər Xiyabanına yola düşüb. Əsgəri ənənələrə uyğun olaraq Azərbaycan Respublikasının dövlət himninin ifası, yaylım atəşlərindən sonra mərhum general-mayor D.Abdullayev son mənzilə yola salınıb. Mərasimin sonunda cənazənin üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib. |
2014-05-10 | 17,347 | Onun-bunun qapısında dilənən adam - Yazıçı | "GERÇƏKLƏŞMƏYƏN ARZULAR" LAYIHƏSİNDƏ Bu dəfə tanınmış yazar Aslan Quliyevi redaksiyaya dəvət etdik. Razılaşdı. Görüşdük, onun uşaqlıq, yeniyetməlik illərinə "baş çəkdik". "Gerçəkləşməyən arzular"ını öyrəndik. Həm də məlumumuz oldu ki, Yardımlıda yaşayıb-yaradan yazıçının Bakıda bir neçə günlük işi var. Bu günlərdə yazıçının "Qanun" nəşriyyatında yeni kitabı dərc olunacaq. Elə söhbətimizə körpünü də yeni kitadan salıq. ARZUNUN ADI AĞRI... - Deyəsən kitabınız çıxmalıdır, adını nə qoydunuz? - "Ağrı". - Bu "Ağrı" hansısa əsərin adıdır, yoxsa ümumiyyətlə, ümumilikdə ağrıların toplusudur? - Azərbaycan insanının, vətəndaşının, hər bir azərbaycanlının qəlbində gəzdirdiyi ağrıdır. Bizim də borcumuz o ağrıları yazmaqdır. - Deməli, o ağrıları qələmə almaq bir qələm adamı kimi sizin yazıçı görəvinizdir. Özünüz də vətəndaşsınız, demək, bu ağrıları hiss edirsizsə, nə isə bağlı arzularınız gərçəkləşməyib. Gərçəkləşsəydi adını "Ağrı" qoymazdınız. - Yox, bunun arzuya dəxili yoxdur. Biz bunu indi yazırıq, danışırıq. Ancaq Azərbaycan xalqının əsrlər öncə başlayan faciəsinin kökündə nələr dayanır? Hər şey rus çarının 1828-ği ildə fərman verib İrəvan və Naxçıvan xanlıqlarını ləğv eləməsi, yerində "Erməni vilayəti" yaratması ilə başladı. ERMƏNİLƏŞDİRİLƏN TÜRKLƏR - Yəni xalqın bundan əvvəl heç ağrısı olmayıb? - Yox, təbii, olub. Masştabına, miqyasına görə bu səviyyədə olmayıb. İndi biz Xocalı faciəsindən danışırıq, amma mən sizə bütün məsuliyyətilə, bütün əminliyi ilə deyirəm ki, miqyasına, qəddarlığına görə də bu faciədən dəfələrlə ağır olan, yüzlərlə, minlərlə Xocalı faciəmiz olub. Ərəblər bu torpaqlara ayaq açandan sonra xalqımızın bir qismi islamı qəbul elədi, bu faciə deyildi, faciə onların islamı qəbul eləməyənləri dışlaması, onları erməni, kafir adlandırmaları oldu. - Yəni türkü erməniləşdiriblər? - Bəli, əgər sən müsəlman deyilsənsə, demək, ermənisən. Murad Adci "Qafqaz Albaniyası haqda ağı" adlı əsərində yazır: "Qafqaz Albaniyası çökdü, Rusiya Əlahəzrət Sərəncamı ilə Alban Apostol Avtokefal kilsəsini ləğv elədi. Onun tarixini, əmlakını, adamlarını erməni kilsəsinə verdi. Parçalamağa! Bu Qafqaz türkləri üçün ən qara günlər idi, əsl genosid idi. Güclə bizi boğaraq əcdadlarımızdan, Tanrıdan ayırdılar. Bir qismini ayırdılar, islamı qəbul elətdirdilər və zaqafqaziya tatarları, ləzgilər, kumıklar, avarlar (avarçılar) adlandırdılar…" BİZİMLƏ BİR YERDƏ QOYUN OTARAN - Deyəsən əvvəl şeirlə başlamısınız ədəbiyyata? - Yox, mən elə əvvəldən nəsr yazmağa başladım. Sabir Rüstəmxanlıdan təsirlənmişəm. Atam Əlibayramlıdan onun kəpənək qanadı nazikliyində "Tanımaq istəsən" adlı ilk kitabını alıb gətirmişdi. Kitabdakı şeirlərdə səmimilik, təbiilik, Yardımlı torpağının ətri, qoxusu var idi. Mənə ən çox da qəribə gələn o idi ki, bizimlə bir yerdə qoyun otaran, eyni meşədə dolaşan, bizimlə eyni havanı udan, eyni çöldə gəzən biri bunları yaza bilərmiş. NƏNƏMİN DİVLƏRİ - O vaxta qədər mütaliə etmişdiniz? - Çox. Siz inanmazsınız ki, kənd kitabxanasında yüzlərlə kitab var idi, beşinci sinfə qədər onların hamısını oxumuşdum. - Və heç vaxt da ağlınıza gəlməmişdi ki, yazıçı olacaqsınız? - Yox, heç vaxt. Yazıçılara peyğəmbər kimi baxırdıq. Sabir Rüstəmxanlının kitabı çıxandan sonra ondan təsirlənib yazmağa başladım. Sonra xoşbəxtçilikdən Rəhim Əliyevlə görüşdüm, onun mənim yaradıcılığımda böyük təsiri oldu. Nənəm bizə nağıllar, dastanlar danışaırdı. Onun nağıllarının sonu uşaqların xoşuna gəlməzdi, orda mütləq ya div öldürməlidir, ya şeytan. Mən o nağıllardan şeytanı, divi qovurdum, ora mələklər, xoş üzlü insanlar gətirirdim. - Uşaqlar da bu nağıllara inanardı? - Əlbəttə. Onların xoşuna daha çox mənim danışdığım nağıllar gəlirdi. O nağıllar mənim arzularımın dünyası idi. - Sonra nağıllardan gərçək ədəbiyyata keçdiniz. Uşaq vaxtı yaşadığınız, yaşatdığınız, yaratdığınız nağılların gərçəkləşməsi ilə qarşılaşa bildinizmi? - Yox əstəğfirullah, onunla heç bir yazıçı rastlaşa bilməz. Mənim ilk yazılarım da elə nağıllar kimi idi. Bu yazılarda daş da, ot da, ağac da, ay da, quş da danışırdı. Yazılarımı gətirirdim redaksiyalara, məni lağa qoyurdular. Bir dəfə günəbaxan tarlası yazmışdım, dedilər, bu nədir, bizdə günabaxan tarlası da olur/ - Bəlkə "plantasiya" yazaydınız, o cür qəbul edərdilər? - "Plantasiya" bizim sözümüz deyil. Günəbaxan zəmiləri. Deyirdim, mənim elə də maddi imkanlarım yoxdur, amma sizi tarlaya aparmağa pulum çatar, gedəyin göstərim... Nə o arzular gerçəkləşmədi, nə də xəyalımda yaşatdığm o dünyanı görə bilmədim. YAZIÇI - ONUN BUNUN QAPISINDA DİLƏNƏN ADAM - Gənclik illərində yazıçı kimi özünüzü harada görürdünüz, hara dartınırdınız? - Bizim vaxtımızda yazıçı müqəddəs bir şey idi, biz belə baxırdıq. Özümü müqəddəs iş görən insanların sırasında görürdüm. - Bəs nə vaxt yazıçıya müqəddəs kimi baxmadılar? - Azərbaycan televiziyasında Anarın "Evləri köndələn yar" pyesi göstərilən gündən. Orda bir bambılı, alasəfeh, yerində olmayan şair obrazı vardı. Azərbaycan xalqı dəhşətə gəldi. Məlum oldu ki, yazıçı avara, başdan xarab, səfeh, yerində olmayan, bambılı, özünə hörmət eləməyən, qəpik-quruş üçün onun bunun qapısında dilənən adamdır . - Deməyinizdən belə başa düşmək olur ki, Azərbaycan yazıçısını Anar gözdən saldı? - Gözdən salmadı, sındırdı. Azərbaycan xalqı o tamaşaya qədər yazıçıya peyğəmbər kimi baxırdı, sabah yuxudan duranda isə artıq bambılı kimi baxmağa başladı.. O günə yazarları barmaqla göstərirdilər. İlk kitabım çıxanda barmaqla göstərilməyim yadımdadı. - Bəlkə Anar müəllim onu o məqsədlə yazmayıb, Azərbaycan yazıçısının gərçək durumunu qələmə alıb. - Gerçəklik çoxdur, onda Həmin dövrdə gerçəklik nə idi, kimləri lağa qoyardılar - alverçiləri, taksi sürücülərini, mollaları, falçıları... Müəllimi, həkimi, partiya işçisini, vəzifə sahibini lağa qoymazdılar. Anar yazıçıları da qatdı o cərgəyə. Cəmi bir telekanalımız var idi, orda nə gedirdisə, xalqın düşüncəsini, fikrini o formalaşdırırdı. QIRMIZI İŞIQLAR - Bəlkə yenilik deyək buna? - Anar o qədər istedadsız, yerində olmayan adam deyil ki, nə etdiyini bilməyə. O bunu bilərəkdən edirdi. Çünki o artıq bütün adları almışdı, SSRİ Ali Sovetinin deputatı, AYB-nin sədri idi. Yəni onun nə düşməyə, nə sınmağa yeri yox idi. Ona ağır gəlirdi, görürdü ki, istedadlı adamlar gəlir. Onun şöhrətinə şərik ola bilərlər. Onları yerində oturtmaq üçün bu pyesi yazdı. Məni niyə çap etmirdilər, hə? Onlar özlərindən pis yazan hər bir adam üçün yaşıl işıq yandırdılar. Özlərindən yaxşı yazan hər kəsi düşmənləri kimi görür və qarşılarında qırmızı işıq yandırırdılar. olurdular. - Özləri deyəndə ki, kimlər? - Hamısı. Anar, Seyran Səxavət, Mustafa Çəmənli, Yusif Səmədoğlu, Mövlud Süleymanlı və başqaları... - Sizinlə razılaşmıram. Dağda, aranda yazıçıya peyğəmbər kimi baxırdıq, çünkü biz onlarıN əsərlərin də görürdük. Amma Anarın müasiri olan və doğrudan da əsərdə özünün əksini tapan yazarlar vardı axı, indi də var. - Anarın özünün ətrafında bir nəfər də olsun o tip yazıçı yox idi. Amma danmıram ki, ümumiyyətlə elə yazıçı-şair olmayıb. Olub, yüzündən ikisi elə idi. - Yazmağa başlayanda kumiriniz kim idi, kim olmaq istəyirdiniz? - O vaxt mən Yazmağa başlayanda qarşımda Sabir Rüstəmxanlını görürdüm. Mən təzə sözü, təzə nəfəsi Sabir bəydə gördüm. Amma düzünü deyim, sonra öz ədəbiyyatımızdan qidalanmadım. - Sizə məlum oldu ki, ədəbiyyatın hansı məqamı boşluq, hansı yüksəklikdir. Və özünüzü o yüksəklikdə görürdünüzmü? - Görürdüm. Mən bizim ədəbiyyatla rus ədəbiyyatını müqayisəli şəkildə oxuyanda dəhşətə gəlirdim. XALQ YAZIÇISI OLMAQ İSTƏMİRDİM - Aslan müəllim, yenə də həmin mövzuya qayıdaq ki, özünüzü harada görürdüz və gerçəkdə hara qədər gəlib çıxa bildiniz? Xalq yazıçı olmaq istəyirdinizmi? - Xalq yazıçısı olmaq istəmirdim. İstəyirdim mənim əsərlərimi oxusunlar. İstəyiridim ki, Mark Tvenin qəhrəmanları oxucuya necə doğmadırsa, mənim də qəhrəmanlarım oxucularıma eləcə doğma olsun. Mənim 80-ci ildə "Bahar küləkləri" kitabım çıxanda yüzlərlə məktub aldım, haqqımda elə danışırdılar ki, düşünürdüm, doğurdanmı bu kitabı mən yazmışam? Xalq yazıçısı olmaq istəmirdim, ancaq tanınmaq, pul qazanmaq istəmişəm, dolanmaq istəmişəm, təbii. - Bəs nəyə nail ola bildiniz? - Yazıçılıqla heç nəyə nail ola bilmədim. ÖZLƏRİNDƏN ZƏİFLƏRƏ TƏQAÜD VERİRLƏR - Seyran Səxavətin adını çəkdiniz, oxumusunuz onu? - Oxumuşam. - Belə başa düşdüm ki, onun əsərləri sizi qane etməyib... - Konkret deyim də, mənim yazıçım deyil. Yalandan deyim ki, Seyran Səxavət dahi, böyük yazıçıdır, yox, orta səviyyəli Azərbaycan yazıçısıdır. Azərbaycanda əlli şair, yazıçı varsa, biri də mənəm, Özlərindən zəiflərə təqaüd verirlər, mənə yox. - Təqaüd almaq da gerçəkləşməyən bir arzu idi? - Yox, arzu deyil. Nə arzu? Sadəcə, o vaxt maddi ehtiyacım var idi. Müraciət elədim, vermədilər. aldım nə olasıdı, almadım nə?.. - Birdən oxucular elə düşünər ki, Aslan müəllim təqaüd davasını döyür?.. -"Onlar məni öldürdülər" adlı bir yazı yazdım, o zaman təqaüd-filan ortalıqda yox idi ki... Bu adamların hamısının bir-bir, - nə iş görüblər, necə görüblər, - adlarını çəkdim o yazıda. Təqaüd son illərin söhbətidir. - Bəlkə bununla bağlı müraciət edəsiniz, ya da yada salmaq lazımdır? - Bir naxçıvanlı yazıçı dostumla birlikdə Anarın yanına getmişik. Azərbaycan ədəbiyyatında mənim qəbul etdiyim gözəl yazıçılardan biridir həmin adam. Vəziyyəti danışdıq. O, həmən il təqaüd aldı, mənə isə verilmədi. Dostuma təqaüdü yaxşı yazıçı olduğuna görə yox, Naxçıvanlı olduğuna görə verdilər. Mənsə Yardımlıdandım MƏNI DÖYMƏK, ƏZMƏK TƏHLÜKƏSIZ OLDU - Deyirsiniz, Yardımlıdan yox, qarabağlı olsaydınız təqaüdü ala bilərdiniz? - Onu bilmirəm. Yardımlı ucqar, adamsızdır . İlk kitabım çıxanda Vilayət Quliyev məni tənqid etdi, özü də nə cür tənqid etdi! "21-ci əsrin astanasında oxuculara yumruq davası, göz yaşı, ekzotik koma " təqdim eləyən yazıçıya lazımınca divan tutdu . Çünki məni döymək, əzmək təhlükəsiz idi. YARDIMLININ SİMASI - Sizin üçün Yardımlının siması kimdir? - Bir dəfə Məmməd Aslan dedi: "Bir Yardımlı burdadır, bir Yardımlı da var, o da dünyanı gəzib-dolaşır. O, Sabir Rüstəmxanlıdır". - Sabir bəyin də şeirində var, "sənə ucqar dedilər", siz də bayaq dediniz, kimsəsiz regiondur. Doğurdanmı kimsəsizliyi hiss etmək olar? - Çox kimsəsizdir. - Aslan müəllim, gənclik arzularınızın hansı gerçəkləşdi, hansı yox? - Mən yazmaq istəyirdim. - Yazmaq arzunuz gerçəkləşdi, yazı sizin əlinizdən tutub o yerə ki aparmalıydı, bildimi? - Yox ora apara bilmədi. AZƏRBAYCAN SƏNİN ÜÇÜN AMERİKA DEYİL - Yenə apara biləcəyinə ümid qalıbmı? - Yox, yox. İndi daha ədəbiyyatın o vaxtı deyil ki, durub kimisə harasa apara... - Məsələn, o zaman sizi hara apara bilərdi ədəbiyyat? - Təbii ki, Bakıda da otura bilərdim, dünyanı da gəzə bilərdim, yaxşı pullar qazanardım ədəbiyyatın hesabına, hər şey ola bilərdi. - İçinizdən bu hisslər keçdi, özünüz özünüzə mane oldunuz? - Onda Rəhim Əliyev mənə məktub yazdı ki, sən bu arzularla yaşama, Azərbaycan sənin üçün Amerika deyil. MƏĞLUB OLDUĞUMU ETİRAF ETDİYİMƏ GÖRƏ - Arzularınızla bağlı heç olmasa istədiyiniz bir yeri tuta bildiniz? - Əslində, heç yazılarımı da ürəyim istəyən kimi yaza bilmədim. Heç nəyə nail ola bilmədim. Azərbaycanda olub böyük ideallarla yaşamaq, böyük əsərlər yazmaq mümkün deyil. İstədiyim kitabları yaza bilmədim. Qoymurdular yazılarımı çap eləməyə. İyirmi beş il bir yazıçının yazılarını çap eləməyələr, necə ola bilər? Sonda yoruldum, yazmağım mənasızlığını başa düşdüm çap edilməyən bir çamadan əlyazmamı yandırdım. Onların içərisində Sabir Rüstəmxanlının da oxuyub bəyəndiyi yazılar var idi. Məğlub olduğumu etiraf etdiyimə görə yandırdım. Yandırmaqla heç nəyin qisasını almadım, sadəcə, gördüm ki, nahaq yerə özümü yormuşam. - Bəs bu Azərbaycan oxucusuna xəyanət deyildi? O əsəri ki, Seyran Səxavət, digər naşirlər, jurnal rəhbərləri oxumuşdu, nə vardı bilirdilər, daha yandırmaq niyə? - Mən onları yandıranda oxucunu yox, bəzi ədəbiyyat məmurlarını yox, özümü düşünürdüm. Düşündüm ki, bəsdir. İnsan məğlub olduğunu etiraf etməlidir. Mən bunlara dedim ki, siz məni məğlub etdiniz. Məni öldürdünüz. - Aslan müəllim, sonda bunu da soruşum da: bəs sizin gerçəkləşən arzularınız hansılardı? - Mən arzularıma çatmış insan deyiləm... |
2014-05-10 | 17,348 | Pirquluda film kimi qəza – Foto | Bir neçə dəqiqə öncə Şamaxı-Pirqulu yolunun Nağaraxanadan (keçmiş Kirovka) keçən hissəsində dəhşətli qəza baş verib. "Axar.az"ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, 99 EO 556 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil yüksək sürətlə Pirquludan Şamaxı istiqamətində enərkən, Nağaraxana ərazisində sərt döngəni kəsə bilməyib və bir neçə dövrə vuraraq, yolun kənarına dığırlanıb. Xoşbəxtlikdən, avtomobildə olanlar xəsarət almayıb və maşından düşərək, dərhal hadisə yerini tərk ediblər. Qısa müddətdən sonra hadisə yerinə gələn avtomobil sahibinin yaxınları dövlət nömrəsini açaraq, toplaşanların yardımı ilə maşını təkərləri üstə çeviriblər. Şahidlər ehtimal edir ki, sürücü və sərnişinlər sərxoş olduğu üçün hadisə yerindən qaçıblar. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları hələ gəlib çıxmayıblar. |
2014-05-10 | 17,349 | Azərbaycan Ordusu and içdi | Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Silahlı Qüvvələrin birlikləri və Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət himni oxunub və tədbir açıq elan edilib. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər. Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak ediblər. Andiçmə mərasimində çıxış edən hərbi qulluqçular, valideynlər və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini artırmaları, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmağı tövsiyə ediblər. Rəsmi mərasim bağlı elan olunduqdan sonra şəxsi heyətin qarşısında konsert proqramı təşkil edilib, əsgərlərin valideyinləri ilə görüşləri və hərbi hissələrdə yaradılmış şəraitlə tanışlıq olub. |
2014-05-10 | 17,350 | Heydər Əliyev FHN-də anıldı | Mayın 10-da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, nazirliyin əməkdaşları tədbirdə iştirak ediblər. Əvvəlcə nazirliyin əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, onun önünə gül dəstələri qoymuşlar. Fövqəladə hallar naziri, general-polkovnik K.Heydərov və tədbir iştirakçıları ulu öndərin abidəsinin önünə gül dəstələri qoydular, onun əziz xatirəsini ehtiramla yad etdilər. Tədbirdə çıxış edən fövqəladə hallar naziri K.Heydərov bildirib ki, ulu öndərin anadan olmasının ildönümünü qeyd etmək üçün toplaşdığımız bu Akademiya, nazirliyin digər strukturları və obyektləri, həmçinin ölkəmizdə aparılan quruculuq işləri konteksində görülmüş digər mühüm işlər Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir: "Ümummilli liderimiz hələ Sovet İttifaqı dövründə başqa respublikalarda olmayan möhtəşəm obyektlərin istifadəyə verilməsinə nail olmuşdu. 2005-ci ildə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkəmizdə təbii fəlakətlərin və texnogen mənşəli qəzaların nəticələrinin aradan qaldırılması, neft-qaz sənayesi, kənd təsərrüfatı və digər sahələrin təhlükəsiz fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin bu siyasətini uğurla davam etdirir. Bu gün ölkəmizdə iqtisadiyyatda əldə olunmuş böyük nailiyyətlər, hərbi, kosmik və digər sənaye sahələrinin dinamik inkişafı Azərbaycanı dünyada nüfuzlu ölkələrdən birinə çevirmişdir. Bir çox ölkələr bizə həsəd aparır, bədnam qonşumuz işğalçı Ermənistan isə təşviş içərisindədir. Mən cənab Prezident İlham Əliyevi əmin edirəm ki, Fövqəladə Hallar Nazirliyi və onun strukturları gələcəkdə də Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcək, vətəndaşların təhlükəsizliyi və rahat həyatını təmin edəcəkdir. Bütün Azərbaycan xalqı kimi, biz də inanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın tezliklə azad olunacağı gün uzaqda deyildir". Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Ə.Hüseynov çıxışında bildirdi ki, FHN kollektivinin ulu öndər Heydər Əliyev haqqında söz deməyə ona görə haqqı var ki, bu nazirlik onun ideyalarının həyata keçirilməsində öndə gedən ən mühüm qurumlardan biridir. Ə.Hüseynov müasir Azərbaycan dövlətinin qurucusu və banisi olan ulu öndərin demokratik və hüquqi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən ətraflı bəhs edib. |
2014-05-10 | 17,351 | Prezidentliyə namizəd partizan dəstəsi yaradır | Ukraynada prezidentliyə namizəd, Radikal Partiyasının sədri Oleq Lyaşko ölkənin şərqindəki vəziyyəti nəzarət altına almaq üçün özünümüdafiə batalyonu yaradır. "Axar.az" xəbər verir ki, bu barədə Lyaşko özünün Feysbuk səhifəsində elan verib. "Bu ölkədə milis yoxdur. Bu milis deyil, utancdır. Mariupoldakı hadisələrdən sonra milis əməkdaşları işdən qaçaraq özləri ilə kompüter və digər avadanlıqları götürüblər. Mariupolda separatçılar bütün gecəni oğurluqla məşğul olurlar. Hər yeri talayırlar: ofis, mağaza, dövlət idarələri. Bilirsiniz ən çox nə aparırlar? Spirtli içki", - deyə Lyaşko bildirib. Partiya lideri Ukrayna xalqını separatçılara qarşı döyüşə çağırıb: "Biz milisin fəaliyyətsizliyini açıq şəkildə görürük. Ukraynanın bütün ümidi könüllülərədir. Bu, xalq müharibəsidir". Lyaşko istəyənləri öz dəstəsinə yazılmağa çağırıb və əlaqə üçün öz telefon nömrəsini yazıb. |
2014-05-10 | 17,352 | Məşhur teleaparıcıdan möhtəşəm qol - Video | Türkiyənin "Survivor" yarışmasının aparıcısı Acun Ilıcalı növbəti dəfə maraq dairəsinə düşüb. Aparıcı çimərlik futbolunda vurduğu gözəl qolla hər kəsi heyran edib /Qol.az/. |
2014-05-10 | 17,353 | Terrorçular 80 məktəbi ələ keçirməyə hazırlaşır | Donetsk Vilayət Dövlət Administrasiyasına 11 may "referendum"u üçün Donetskdəki təhsil müəssisələrinin ələ keçirilməsinə hazırlıqla bağlı informasiya daxil olub. Məlumata görə, 80-dən çox təhsil müəssisəsi (məktəb) terrorçuların silahlı hücumuna məruz qala bilər. Məlumatlara görə, departament 11 mayda "referendum" keçirilməsi üçün məktəb binalarından istifadəyə icazə verməyib. /Musavat.com/ |
2014-05-10 | 17,354 | Lerik sakini Gəncədə qəzaya düşdü | Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub. Məlumata görə, 45 yaşlı Lerik rayon, Kürdəsər kənd sakini Cəlal Xosrofov Gəncə şəhər sakini, 24 yaşlı Rza Məmmədova məxsus "Kia Rio" markalı avtomobil tərəfindən vurulub. Sürücü tərəfindən Gəncə şəhər TTYX-yə aparılan yaralı travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin sözlərinə görə, C.Xosrofovun sağ bud-çanaq oynağı əzilib və vəziyyəti kafidir. Qeyd edək ki, C.Xosrofov şəhərin N saylı hərbi hissəsində xidmət edən oğlunun andiçmə mərasimində iştirak etmək üçün Gəncəyə gəlibmiş. Faktla bağlı araşdırma aparılır. /Trend/ |
2014-05-10 | 17,355 | Polisin qovduğu avtoş 2 nəfəri öldürdü - Video | Bakının Nizami rayonu, Heydər Əliyev prospektində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Tural Rəhimovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Hava Limanı şossesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt "Jiquli" qarşıdan gələn və 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi "Leksus" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində VAZ-2107 markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də "Leksus"un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar. "Jiquli"də dünyasını dəyişən şəxslərin meyitini çıxarmaq üçün əraziyə FHN-nin xilasediciləri cəlb olunub. VAZ-2107-nin sürücüsünün yaxınlarının sözlərinə görə, Tural Rəhimov yol polisi əməkdaşlarının təqibindən qaçmağa çalışırmış. Metronun "Koroğlu" stansiyasının qarşısında Yol Patrul Xidmətinə məxsus avtomobil Heydər Əliyev prospektini bağlayaraq Rəhimovun avtomobilinin qarşısını kəsib. Tural Rəhimov isə geriyə dönüş edərək əks istiqamətdə hərəkət edib və nəticədə toqquşma qaçılmaz olub. Yol qəzasının təfərrüatlarını Nizami Rayon Polis İdarəsinin istintaqçıları araşdırır. İdarənin müstəntiqi Nicat Naibov qeyd edib ki, VAZ-2107 markalı avtomaşının YPX əməkdaşları tərəfindən təqib edilməsi ilə bağlı iddialar araşdırılır /Musavat.com/ |
2014-05-10 | 17,356 | Nazir Yeni Zelandiyanın səfirini qəbul etdi | Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yeni Zelandiyanın Türkiyədəki və eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Taha Makfersonu qəbul edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüşdə Əbülfəs Qarayev Yeni Zelandiya ilə Azərbaycan arasında mədəniyyət və turizm əlaqələrinin hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında danışıb, iki xalq arasında əlaqələrin genişləndirilməsi üçün mədəniyyət sahəsində qarşılıqlı tədbirlərin təşkilinin, həmçinin turizm sahəsində hər iki ölkənin turizm şirkətləri arasında birbaşa təmasın yaradılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Nazir Taha Makfersonu 2015-ci ildə Bakıda təşkil olunacaq III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etmək niyyətində olduğunu bildirib. Səfir Taha Makferson nazirə qəbul üçün minnətdarlığını bildirərək bu görüşün ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əlaqələrin bundan sonra daha da inkişaf etməsi istiqamətində uğurlu bir addım olduğunu diqqətə çatdırıb. |
2014-05-10 | 17,357 | İranlı qadınlar kütləvi halda çadraya etiraz etdilər - Foto | "Mənim gizli azadlığım" adlı Feysbuk səhifəsində iranlı qadınlar ictimai yerlərdə başları açıq şəkildə çəkdikləri fotoşəkillərini paylaşıblar. "Axar.az" xəbər verir ki, iranlı qadınlar bununla da ölkədəki rejimə etirazlarını bildiriblər. 56 min üzvü olan "Mənim gizli azadlığım" səhifəsində iranlı qadınlar dilədikləri kimi geyinə bilmədikləri ilə bağlı narahatçılıqlarını bəyan etmiş olublar. İranlı qadınlar heç bir siyasi hərəkata mənsub olmadıqlarını, yalnız ölkədəki məhdudiyyətlərə etiraz etdiklərini qeyd ediblər. |
2014-05-10 | 17,358 | NATO-dan Ukraynaya hərbi yardım - Müharibə anonsu | Ukrayna Müdafiə Nazirliyi NATO-dan kömək alacaq. Məlumata görə, Ukrayna hərbçiləri ilə NATO ölkələrinin mütəxəssisləri mayın 12-də birgə iclas keçirəcək. İclasda Ukrayna Silahlı Qüvvələri üçün xüsusi avadanlıq göndərilməsi məsələsi müzakirə ediləcək. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Boqdan Butsa keçirdiyi mətbuat konfransında bildirib: "Biz Avropa ölkələrinin hərbi attaşeləri ilə iş aparırıq. Bazar ertəsi NATO ölkələrindən logistika məsələləri üzrə mütəxəssislər qrupu ilə iclas keçiriləcəkdir. Bir qayda olaraq, onlar hələ ki, yardım göstərməyə hazırdırlar, bu yardım qırğın vasitələrinə aid deyildir. Biz onlara təkliflərimizi göndərərək, nə almaq istədiyimizi bildirmişik: zirehli jiletlər, qaranlıqda istifadə olunan müşahidə cihazları, kameralar, digər xüsusi texnika. Onların göndərilməsi üçün bu ölkələrin icazəsi olmalıdır". /ANS/ |
2014-05-10 | 17,359 | Hindistanda avtobus dərəyə aşdı, 17 nəfər öldü | Hindistanın Uttarakhand ştatında sərnişin avtobusu qəzaya uğrayıb, nəticədə 17 nəfər həlak olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində daha 5 nəfər ağır xəsarət alıb. Yerli polisin məlumatına görə, yüksək sürətlə hərəkətdə edən avtobus yoldan çıxaraq 300 metr dərinliyi olan dərəyə aşıb. Qeyd edək ki, qəza avtobusun mənzilbaşına 500 metr qalmış baş verib. Qəzanın səbəbləri araşdırılır. |
2014-05-10 | 17,360 | Ərdoğanın tərk etdiyi toplantılar - Video | Bu gün Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Dövlət Şurasının 146-cı ildönümündə Vəkillər Kollegiyasının rəhbəri Mətin Feyzioğlunun çıxışına hirslənib və yığıncağı tərk edib. "Axar.az" xəbər verir ki, bu, Ərdoğanın tərk etdiyi ilk toplantı deyil. Bundan öncə də Ərdoğan daha dörd toplantını yarımçıq qoyub. Baş nazir Ərdoğanın tərk etdiyi toplantılardan biri Davosda olub. Ərdoğan Dünya İqtisadi Forumunda Şimon Pereslə gərginlik yaşamışdı və Peresin tənqidlərinə çox sərt cavab verərək iclası tərk etmişdi. 2005-ci ilin noyabr ayında isə Danimarkada mətbuat konfransını tərk etmişdi. 2005-ci ildə Türkiyə ilə Danimarka arasındakı ən böyük problemlərdən biri bu ölkənin PKK-ya məxsus Roj TV-yə lisenziya verməsi idi. Baş nazir Rəcəb Tayyib Ərdoğan daha bir yarımçıq tərk etdiyi toplantı ötən il Gəzi olayları ilə bağlı Baş Nazirlik binasında sənətçilərin iştirakı ilə keçirilən iclasdır. DİSK Baş katibi Arzu Çərkəzoğlunun "Gəzi olayları ictimai və sosioloji məsələdir" sözlərinə Ərdoğan əsəbləşərək "Siz kimsiniz bizə sosiologiya öyrədirsiniz?" deyərək iclası tərk etmişdi. Baş nazir Ərdoğan 5-ci imtinası ötən ay Konstitusiya Məhkəməsinin ildönümü çərçivəsində təşkil edilən yığıncaqdır. AYM rəhbəri Həşim Kılıncın çıxışına qəzəblənən Baş nazir yığıncağı yarımçıq qoymuşdu. |
2014-05-10 | 17,361 | 3 nəfər hava şarında yandı | ABŞ-ın Virciniya ştatında dünən hava şarında turist gəzintisi zamanı yanğın baş verib. Məlumata görə, yanğın zamanı şarda olan 3 nəfər həlak olub. Hava şarında yananların birinin cəsədi meşəlikdə tapılıb. Digər iki cəsədin axtarışları davam edir. Yanğının səbəbləri hələlik bilinmir. /Milli.Az/ |
2014-05-10 | 17,362 | Bakıda möhtəşəm Gül bayramı keçirilib - Fotolar | Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri siyasi xadim Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə gül bayramı keçirilib. "Axar.az" xəbər verir ki, gül bayramı Heydər Əliyevin adını daşıyan sarayın qarşısındakı parkda təşkil edilib. Bu gün səhər saat 10-dan axşam 10-a kimi parkda böyük izdiham yaşanıb. Minlərlə insan Heydər Əliyev sarayı qarşısındakı parkda toplaşaraq, bayramı qeyd edirlər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.