date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-05-07 | 17,051 | "Laba" ləqəbli Mübariz Pənahov 10 ildən sonra vəzifə aldı | Sədərək gömrük-keçid məntəqəsinin keçmiş müdiri Mübariz Pənahov uzun fasilədən sonra dövlət qulluğuna qayıdıb. M.Pənahov ötən həftə ARDNŞ Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Azərbaycanda hamının "Laba" ləqəbilə tanıdığı M.Pənahov Naxçıvanın ictimai-siyasi, eyni zamanda idman həyatında mühüm rolu olmuş şəxslərdəndən biri olub. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu vaxtlarda onun mühafizəsinin təşkilində iştirak etmiş M.Pənahov etimad qazanaraq Sədərək gömrük-keçid məntəqəsinə müdir təyin olunmuş, 10 ilə yaxın bu vəzifədə çalışmışdı. 2004-cü ildə MR rəhbərliyi ilə münasibətlərində yaranmış anlaşılmazlığa görə vəzifəsindən istefa verərək Bakıya köçən M.Pənahovun burda yüksək vəzifəyə təyinatı gözlənilsə də, bu barədə çoxsaylı məlumatlar öz təsdiqini tapmamışdı. Əksinə, o, kölgəyə çəkilərək bizneslə məşğul olmağa başladı. Bununla belə, Azərbaycan mətbuatının M.Pənahova marağı heç vaxt tam itmədi – bu illər ərzində o, dəfələrlə mətbuatın gündəmində ön sıralarda yer almışdı. Bunun da bir səbəbi cənab Pənahovun kifayət qədər böyük kapitala sahib olmasilə bağlıdırsa, digər səbəbi özünün şəxsi keyfiyyətləri – xarizması və Naxçıvan camaatı arasındakı populyarlığı ilə əlaqəli idi. Bu baxımdan, onun yenidən dövlət işinə qayıdacağı müəyyən qədər gözlənilən idi. M.Pənahovun vəzifəyə təyinatı onunla Naxçıvan rəhbərliyi arasındakı münasibətlərdə gərginliyin tam aradan qalxdığını göstərir. Bizə verilən məlumata görə, Pənahovun qısa müddətdən sonra daha yüksək vəzifəyə təyinatı da istisna deyil. /AzPolitika.info/ |
2014-05-07 | 17,052 | "Neft Daşları" yatağında yeni quyu qazılır | "Neft Daşları" yatağındakı 2585 nömrəli platformadan 2600 nömrəli quyuda qazma işlərinə başlanılıb. "Axar.az" ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, layihə dərinliyi 2410 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına görə, quyudan sutkada 30 ton neft hasil ediləcək. Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən həyata keçiriləcək. |
2014-05-07 | 17,053 | Sənədləri onlayn imzalamaq mümkün oldu | Elektron sənədlərin onlayn imzalanması üçün "E-imzalayıcı" proqram məhsulu hazırlanıb. "Axar.az"ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, elektron sənədlərin imzalanması üçün təklif edilən mövcud "E-imzalayıcı" proqramı yalnız Windows əməliyyat sistemində işlədiyindən, bu digər əməliyyat sistemlərini istifadə edənlərə problemlər yaradır və istifadəçiləri ən yaxşı halda Windows əməliyyat sisteminə keçməyə məcbur edir. Qeyd olunan problemləri nəzərə alaraq, Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri yeni texnologiyaların istifadəsi ilə mövcud "E-imzalayıcı" proqramını yenidən qurmaq, əməliyyat sistemləri və brauzerdən asılı olmayan, onlayn imzalanma zamanı istifadəçidən minimal əməliyyat icrası tələb edən, rahat dizayna malik, eyni zamanda mövcud olan sistemə inteqrasiya edilmək imkanında olacaq tam yeni proqram məhsulu hazırlamışlar. Bu proqram məhsulunun köməyi ilə sənədlərin birbaşa olaraq veb üzərindən imzalanması mümkün olmaqla yanaşı, istənilən brauzerlərdə və əməliyyat sistemlərində istifadəsi, elektron sənəd mübadiləsi sistemlərinə tətbiqi mümkündür. Proqramın hazırlanmasında əsas məqsəd elektron imzanın tətbiq sahəsinin genişləndirilməsi, elektron sənəd dövriyyəsinin sürətləndirilməsi, "E-hökumət" portalı vasitəsilə istifadəçi sahəsinin daha da artırılması və onlara daha asan xidmətin göstərilməsidir. Proqram əlavəsindən istifadə etməklə, müxtəlif korporativ proqram və informasiya sistemlərində sənədlərin online, mühiti tərk etmədən imzalanma prosesi aparmaq mümkün olacaq. Bu isə son nəticədə e-imza həllərindən daha geniş spektrdə istifadəsinə yol açmış olacaq. Online imzalama həmçinin e-imza həllərinin kommersiyalaşmasına, bazarda müxtəlif proqram məhsullarının hazırlanaraq təklif olunmasını sürətləndirəcək. |
2014-05-07 | 17,054 | Ramil Usubov vətəndaşlarla görüşəcək | Azərbaycanın Daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən cari ilin may ayının 31-də Bərdə rayonunda vətəndaşların qəbulu keçiriləcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, nazir Naftalan şəhəri, Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan , Füzuli, Xocavənd, Goranboy və Xocalı rayonlarının sakinlərini qəbul edəcək. Vətəndaşların qəbulu saat 10:00-da başlayacaq. Bundan başqa, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, Naftalan şəhəri, Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy və Xocalı rayon sakinlərindən yaşı 20-dən az 30-dan çox olmayan aşağıdakı şərtlərə uyğun: - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan; - boy ölçüsü 180 sm-dən az (qadınlar üçün 170 sm) olmayan; - düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli; - yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən çox sürücülük təcrübəsi olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər; - "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları qəbulda iştirak edə bilərlər. |
2014-05-07 | 17,055 | Heydər Əliyevin qrup yoldaşları ilə yeni şəkilləri yayıldı - Foto | ADA (Azərbaycan Diplomatik Akademiyası) Universitetində təhsil alan Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin yeni fotoları yayılıb. Heydər Əliyevin tələbə yoldaşları ilə çəkdirdiyi fotolar sosial şəbəkələrdə yerləşdirilib. Xatırladaq ki bu yaxınlarda prezidentin oğlu jurnalistlərə müsahibə verərək universitet həyatı barədə sualları cavablandırmışdı. O müsahibəsində təhsil aldığı universitetlə xarici universitetlər arasında fərq olmadığını və boş vaxtlarını da dərsdən sonar universitetdə keçirdiyini bildirmişdi. /Azxeber.com/ |
2014-05-07 | 17,056 | İraqda hərbi əməliyyat – 7 ölü, 45 yaralı | İraqın Fəllucə şəhərində ordu tərəfindən hazırlanan əməliyyatda 7 nəfər ölüb, 45 nəfər yaralanıb. "Axar.az" xəbər verir ki, bu barədə Fəllucə Dövlət Xəstəxanası mətbuat katibi Visa əl-İsavi açıqlama verib. Mətbuat katibinin dediyinə görə, hələ kimə qarşı planlaşdırıldığı bilinməyən əməliyyatda top mərmilərinin evlərə düşməsi nəticəsində 7 cəsəd, 45 yaralı xəstəxanaya aparılıb. İsavi yaralananlar arasında qadın və uşaqların olduğunu da bildirib. Qeyd edək ki, əməliyyatla bağlı İraq rəsmilərindən hələ bir açıqlama gəlməyib. |
2014-05-07 | 17,057 | “Müdafiə naziri“ həbs olundu | Donetskin "müdafiə naziri" həbs olunub. Ukraynada 25 may prezident seçkiləri ərəfəsi beynəlxalq aləm diplomatik səylərini artırır. BMT Baş katibinin müavini J.Feltman Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turçinovla Kiyevdə danışıqlar aparır. Ukrayna liderləri ilə görüşmək üçün Britaniyanın xarici işlər naziri V.Hague Kiyevə gəlib. Mayın 7-də Ukrayna qoşunları Mariupola daxil olub və şəhər şurasının binasını azad edib, ancaq sonra rusiyapərəst yaraqlılar binanı geri alıb. Mariupolda Ukrayna qoşunları Donetskin "müdafiə nazirini" həbs etdikləri barədə məlumat yayıblar. Slavyansk ətrafında da döyüşlər gedir. /ANS/ |
2014-05-07 | 17,058 | Daş karxanalarında yoxlama: iş dayandırıldı | Mayın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən "NFT" MMC-yə və fərdi sahibkar Babayev Atabəy Mirbaba oğluna məxsus daş karxanalarında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə yoxlama aparılıb. Yoxlamada Sənaye və İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri də iştirak edib. Yoxlama zamanı daş karxanalarında işçilərlə ilə əmək müqaviləsinin bağlanılmadığı, avadanlıq və qurğuların işinin işçilərin sağlamlığı və həyatı üçün təhlükə törətdiyi, həmçinin işçilərin əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmadığı aşkar edilib. Aşkar olunan hüquq pozuntularına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 229-cu maddəsi rəhbər tutulmaqla daş karxanalarında daş kəsən maşınların fəaliyyəti qeyd olunan nöqsanlar aradan qaldırılanadək dayandırılıb. Əmək müqaviləsi bağlanmadan işçilərin işə cəlb edilməsi və əməyin mühafizəsi qaydalarının pozulması barədə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq göstərişlər verilib və protokol tərtib edilib. Qeyd edək ki, Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. /Publika.az/ |
2014-05-07 | 17,059 | Beş nüvə dövləti Orta Asiyaya zəmanət verdi | Beş nüvə dövləti – Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa Orta Asiya ölkələrinin təhlükəsizliyini nəzərdə tutan sənədə imza atıb. "Axar.az"ın məlumatına görə, sözügedən sənəd Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın 2009-cu ildə imzaladığı – regionda nüvə silahsızlığı müqaviləsinin məntiqi sonluğu sayılır. Sənədin tam qüvvəyə minməsi üçün sadəcə əlavə bir müqavilənin ratifikasiyasına ehtiyac qalır. Sənədə imza atmış Orta Asiya ölkələrinə nüvə silahı üçün nəzərdə tutulan komponentlərin hazırlanması qəti qadağan olunacaq. Bununla belə, nüvə maddələrindən dinc məqsədlərlə istifadə (alternativ enerjinin alınması) qadağan olunmur. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Qi Mun sənədin imzalanmasını rəğbətlə qarşılayıb. İmzalanma mərasində qarant ölkələrin BMT-dəki təmsilçiləri və qarşı tərəfin rəsmi nümayəndələri iştirak ediblər. Xatırladaq ki, Ukraynanın nüvə arsenalından imtina etməsi müqabilində də Rusiya, ABŞ və AB bu ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə qarant durmuşdu. Nəticə göz qabağındadır. |
2014-05-07 | 17,060 | Əbülfəz Elçibəyin Vaşinqton səfərinin gizlinləri | Xalq Hərəkatı öndərinin ölümündən 3 ay əvvəlki ABŞ səfərinin ayrıntıları ilk dəfə… Azərbaycan Xalq Hərəkatının öndəri, keçmiş prezident Əbülfəz Elçibəy məlum olduğu kimi ölümündən üç ay əvvəl ABŞ-ın paytaxtı Vaşinqtona səfər etmişdi. Azərbaycan mətbuatında tam şəkildə işıqlandırılmayan həmin səfəri Elçibəyi müşaiyət etmiş Toğrul Kəskingörənin dilindən ən xırda ayrıntıları ilə oxucularımıza təqdim edirik. "Rəhmətlik Elçibəy, vəfatından üç ay əvvəl Vaşinqtona gəlmişdi. 2000-ci il May ayının sonu idi. Elçibəyin təyyarəsi indi adı dəyişdirilən Pentaqonun yanındakı Reygan Hava Limanına endiyində, mənlə bərabər daha 5 dostumuz var idi. Bəy Nyu Yorkdan gəlirdi. Bizim 93-cü il istehsalı olan tör-töküntü avtomobilimizlə 5 yoldaş Elçibəyi qarşılayıb, qalması üçün rezervasiya edilmiş Arlingtondakı otelə yerləşdirmişdik. Yanında Elçibəyin köməkçisi, qiymətli dost, vəfalı insan Əli Mürsəloğlu da vardı və bizdən daha ucuz bir otel tapa bilib-bilməyəcəyimizi soruşdu. Biz də Vaşinqtonda bir oteldə işləyən və bizimlə birlikdə Elçibəyi qarşılamağa gəlmiş Türkçü bir dostumuzla birlikdə "ONA Omu Şoreham" otelində bir otaq ayırdıq. Həm daha ucuz, həm də daha keyfiyyətli bir otel idi. Elçibəy Vaşinqtondakı bütün görüşlərinə demək olar ki, 7 illik köhnə maşınımla getdi. Bir çox ABŞ rəsmisi ilə ikili, üçlü, bəzən də qrup görüşlərində müxtəlif siyasi fikir mübadilələri aparılırdı. Bir axşam yenə görüş üçün "Connecticut" prospektinin üzərindəki İrena Lasota adlı Polşa yəhudisi bir qadının mənzilinə getməliydik. Xatırlatmaqda fayda var, İrena Lasota KGB tərəfindən Varşavada FBI-a casusluq etdiyi üçün iki ay sorğulanmışdı. Görüş axşam saat 8-də idi. Mənzilin önünə getdiyimizdə bizi içəri dəvət etmədilər və içəri yalnız Elçibəy girdi. Biz də digər dostlarla birlikdə təxminən iki və ya üç saat qapının qarşısında gözləyərkən, içəri girənləri görə bilirdik. Hər halda ən əhəmiyyətlisi, daha sonralar NDI-a rəhbərlik edən, Klintonun Kipr üzrə xüsusi nümayəndəsi Nelson Ledski idi. "MƏNİ HEÇ KİM QUL EDƏ BİLMƏZ" Ledski haqqında internetdə araşdırma aparmanızdan əvvəl, sizə çox əhəmiyyətli bir detalı xatırladım: Nelson Ledski Ukrayna, Gürcüstan və Qırğısıztanda meydana gələn "Rəngli Soros inqilabları"nın baş memarlarından biridir. Ledski ilə birlikdə daha bir neçə yüksək vəzifəli şəxs yığıncağın reallaşdırıldığı mənzilə girdi. Təxminən iki və ya üç saat sonra Elçibəy mənzildən çıxdığında məclisin əvvəlində olduğu qədər sakit deyildi. Hətta əsəbi idi demək daha doğru olar. Bizim yanımıza gəldiyi zaman, o gözəl Azəri ləhcəsiylə, "haydı, uşaqlar, gedək" dedi. Nə baş verdiyini anlaya bilməmişdik, lakin bir şeyin tərs getdiyininin fərqindəydik. Avtomobilə mindikdən iki-üç dəqiqə sonra Bəydən bu barədə soruşduq. Elçibəy cavabında "Bunlar qul axtarır, məni heç kim qul edə bilməz" dediyində sanki soyuq bir duş qəbul etdim. Elçibəy ABŞ-da olan zaman reportaj hazırlayan Erməni xəbər agentliyi "Groong"un rəhbərləri belə açıqca etiraf edə bilməsələr də, Bəyə heyran qalmışdılar. ABŞ-DAKI TÜRKİYƏ SƏFİRİ ELÇİBƏYƏ QARŞI Məsələ burasında idi ki, yalnız NED deyil, digər amerikan təşkilatları da Elçibəylə yalnız öz mənfəətlərini güdmək üçün görüşmüşdülər. Elçibəylə görüşməyən yeganə tərəf isə Vaşinqtondakı Ağ Türklər olaraq adlandırılan və hər kəsə əmr verib "Elçibəylə qətiyyən görüşməyin" deyən, Ərəb mənşəli Türkiyə səfiri Baki İlkin idi. O zamanlar həyat yoldaşının FBI-la yaxın əlaqələr içində olduğu söz-söhbətləri ilə çalxalanan Vaşinqtondakı Türk quruluşu, ATAA-ya direktorluq edən Gülər Köknar da NED-in Elçibəylə görüşündən qeydlər götürmək üçün toplantıya gəlmiş, çıxışda da deyilənə görə, səfirliyə gedib Baki İlkinə bizlər və Elçibəy haqqında hesabat vermişdi. Həmin ərəfədə Corc Vaşinqton Universitetinin professoru Türkər Özdoğanın evində qonaq idik. 10 və ya 15 adamın qonaq olduğu yeməkdə Zeyno Baran və "Rəngli inqilablar" nəticəsində Gürcüstanda iqtidara gələn Mixail Saakaşvilinin yaxın dostu, Azərbaycanın Elçibəy dönəmindəki ABŞ səfiri olan Ceyhun Mollazadənin (Asim Mollazadənin qardaşı) yanında maraqlı bir qonaq daha vardı. Amerikan Atatürk Dərnəyi başçısı Xudai Yavalar. Xudai Yavalar məclis zamanı, Məhəmməd Peyğəmbər və İslam haqqında ağzına gələni danışmağa başladı. Bu zaman buna dözə bilməyən Elçibəy "Bəy, bəy". Biz Müsəlmanıq. Sən bizi nə zənn edib belə danışırsan?" dediyi anda məclisə ağır bir sükut çökdü. Rəhmətliyin, yerində və haqlı reaksiyasından sonra məclisi tərk etdik. ABŞ-DA PULSUZ QALAN EKS-PREZİDENT Elçibəy təxminən on gün Vaşinqtonda qalmışdı. Nyu Yorka yola saldığımızda Reygan Hava Lımanında köməkçisi Əli bizə dönərək, "Toğrul, pulumuz qutarıb" dedi və "Bir miqdar borc verərsinizmi?" deyə əlavə etdi. Nyu York-dan Türkiyəyə gedəcəkdilər və yolda bir problem olardısa, bir dövlətin keçmiş prezidenti hava limanında girov qala bilərdi. Elçibəyi yola salmaq üçün hava limanına gələn dostlarla 1500 dollara yaxın bir məbləğdə pul yığıb Elçibəydən gizlin köməkçisi Əliyə verdik. Bizlər hərəmiz bir restoranda pizza daşıyan gənc tələbələr idik – daha artıq pulumuz yox idi, təəssüf ki. Daha sonra Ərəb mənşəli Türkiyə səfiri Baki İlkin iki MHP millət vəkilinin də olduğu bir məclisdə "Elçibəyin Vaşinqtonda olduğunu bilmirdim, niyə səfirliyə gətirmədiniz?" dediyində beynim çöndü, iştə, dedim, Türkiyəni banan Respublikasına çevirənlərin gəldiyi nöqtə budur. Halbuki dövrün hərbi attaşesi Elçibəylə görüşmək üçün istəkli idi və Onu səfirliyə dəvət etmək istəmişdi. Təbii ki, bundan qürur duymuşduq, lakin daha sonra mənə təkrar zəng edərək, "Baki İlkin, Elçibəyin Türkiyə səfirliyinə gəlməsini istəmir" dediyini xatırladım. Həmin an Baki İlkinin üzünə qarşı hisslərimi izhar etməmək üçün dilimi necə dişlədiyimi hələ də xatırlayıram. Hiss etdiyim ağrı dilimi dişlədiyim üçün deyildi, qarşımdakı insanların dözülməz bəsitliyindən sıxılırdım. Daha sonra o günlərdə baş verən laqeydliklərin səbəbini Türkiyəni təmsil etdiyi deyilən, yenə ərəb əsilli və bu gün tam yerini tapmış İsrail elçisi, Namik Tandan bu barədə soruşduğumda, "Biz Elçibəyi Məhəmməd Saleh ilə birlikdə gəldi sanmışdıq" cavabını eşitdiyimdə şok yaşadım yenə. "Türkiyənin ən yüksək mövqeləri bu qədər cılızlaşdırılmamalıdır", – deyə düşündüm. Bu qısa hekayəni danışmağımın səbəbi Türk Dünyasının böyük bir öndərinə edilənləri və insanların bu mərhələlərdə nə vəziyyətlərə düşürüldüklərini Türkə, Türkiyəyə və bütün Türk Dünyasına əhəmiyyət verən adamlarla paylaşmaq istəyimdir. Elçibəy kimi adı tarixə yazılmış bir Türk böyüyü ilə birlikdə zaman keçirməyimdən qürur duyduğumu bildirmək üçündür. "Sorosa sarılırlar" deyə insanlara əsəbləşirik. Şəxsən imperializmi tənqid edirəm və tənqid etməyə də davam edəcəyəm. Çünki azadlıq, demokratiya, bərabərlik və hüququn üstünlüyü, işğal edilmiş bir ölkədə əsla gerçəkləşməz. Bu işğal bəzən xaricilərin hərbi gücləri ilə deyil, beyinlərin idarəsini və mədəniyyətlərin uğradıldıqları eroziya ilə də reallaşdırıla bilər. Beyinlərimizi müstəqilləşdirə bilmədiyimiz müddətdə nə demokratiya, nə ədalət, nə də bərabərlik utopiyasından kənara çıxa bilməyəcək. /Yalquzaq.com / |
2014-05-07 | 17,061 | Qarabağın həll yolu açıqlandı | Ceyms Uorlik Qarabağın həll yolunu açıqlayıb. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Vaşinqtonun Karnegi Fondunda çıxış edərək beynəlxalq vasitəçilərin Qarabağ münasqişəsinin tənzimlənməsi üzrə təkliflərini elan edib. Amerikalı diplomat tərəfləri sülhə nail olmaq üçün qətiyyətli addımlar atmağa çağırıb. Onun sözlərinə görə, tənzimlənmə üzrə təkliflər danışıqlar masası üzərindədir və tərəflər onları rəhbər tutmalıdır. Ceyms Uorlik deyib ki, bu təkliflər həmsədr ölkələrin prezidentlərinin əvvəlki bəyanatlarına əsaslanır və hazırda 6 təməl elementdən asılıdır. Bu elementlər hər-hansı birini prioritet olaraq götürmədən, paket halında qəbul edilməlidir. "Əks halda bu, danışıqları pozacaq" - deyə Uorlik bildirib. Birinci element tərəflərin Dağlıq Qarabağın müvəqqəti statusu ilə razılaşaraq, onun yekun hüquqi statusunun müəyyən edilməsini gələcəyə saxlayırlar. İkinci element ondan ibarətdir ki, bu müvəqqəti status minimum təhlükəsizliyə və keçmiş Dağlıq Qarabağ vilayətinə daxil olan ərazilərin özünüidarəsinə zəmanət versin. Üçüncü element: Qarabağ ətrafında işğal edilmiş ərazilər Azərbaycana qaytarılır. Dördüncü element: Laçından Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalıdır. Dəhliz əlaqələr üçün kifayət edəcək qədər olmalı, bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element: Qaçqınlar və köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdır. Altıncı element: Tənzimlənmə beynəlxalq sülhməramlı əməliyyat nəzərdə tutmalıdır, bunsuz sülhə zəmanət vermək mümkün deyil. Daha sonra Uorlik etimadın bərpa edilməsi üzrə tədbirlərin, hədə dilində danışıqdan imtinanın və tərəflərin xalq diplomatiyasını dəstəkləməsinin zərurətini vurğulayıb. Qeyd edək ki, Ceyms Uorlikin Qarabağ münaqişəsinin həllinə dair açıqladığı bu elementlər erməniləri qəzəbləndirib. Amerika Erməni Milli Komitəsi təcili bəyanatla çıxış edərək amerikalı həmsədrin mövqeyindən "məyus olduğunu" açıqlayıb. Təşkilatın bəyanatında bildirilir ki, Uorlikin bəyanatında yeni nəsə tapmaq çətindir: "Onun təqdim etdiyi çərçivə nə mənəvi baxımdan qəbul edilə bilməz, nə də praktiki baxımdan dayanıqlı deyil". Erməni təşkilatı amerikalı həmsədrin Qarabağın statusuna diqqət yetirməsini alqışlayır, ancaq əlavə edir ki, Uorlikin təqdim etdiyi plan "demokratik yolla öz müqəddəratını təyin etmənin Amerika ideallarına" ziddir. Erməni təşkilatı həmçinin həmsədrin çıxışında "işğal" terminini işlətməsindən qəzəblənib. Bildirilir ki, Uorlikin Ermənistanı və Qarabağı "daha davakar Azərbaycanın qeyri-müəyyən vədləri" qarşısında strateji güzəştlərə çağırması anlaşılmazdır. Xatırladaq ki, bundan əvvəl rəsmi Bakı C.Uorlikin fəaliyyətindən kəskin narazılıq ifadə edərək onun geri çağırılması məsələsini qaldırmışdı. Xarici işlər nazirinin müavini, prezidentin Qarabağ məsələsi üzrə xüsusi səlahiyyətli nümayəndəsi Araz Əzimov bəyanatla çıxış edərək bildirmişdi ki, C.Uorlik missiyasına zidd olaraq ermənilərə daha sıx əlaqədədir, Amerikadakı erməni diasporu ilə yaxındır və onun sosial şəbəkələr vasitəsilə yaydığı fikirləri münaqişəyə dair balanslı yanaşmadan xəbər vermir. Yada salaq ki, C.Uorlik Karnegi Fondunda çıxış etməzdən iki gün əvvəl Amerika Erməni Milli Komitəsinin rəhbərliyi ilə görüşmüş və Qarabağ münaqişəsinin həlli yollarına dair müzakirələr aparmışdı. /Turan/ |
2014-05-07 | 17,062 | "Bank of Azerbaijan"dan iflas xəbərinə cavab | "Son günlər mediada "Bank of Azerbaijan" haqqında həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən məlumatlar yayılır". Bu sözlər "Bank of Azerbaijan"ın Mətbuat xidmətindən "Axar.az"a daxil olan mətbuat açıqlamasında yer alır. Açıqlamada deyilir: "Anonim mənbələrə istinadən, "Son bir neçə gündə Bank of Azerbaijan"da kütləvi ixtisarlar aparıldığı və ötən həftənin cümə günündən başlayaraq bu günə qədər 100-ə yaxın şəxsin işdən çıxarıldığı və buna səbəb kimi bankın ciddi maliyə problemləri yaşadığı göstərilir". "Bank of Azerbaijan adından" rəsmi olaraq bildirmək istəyirik ki, dərc olunan bu məlumatlar və orada yer alan fikirlər həqiqətə uyğun deyil. "Bank of Azerbaijan"nın müflis olması üçün heç bir əsas yoxdur. Bankın vəziyyəti stabildir və adi qaydada öz fəaliyyətini davam etdirir. Bidirmək istəyirik ki, məlumatda yer alan iddialar tam əsassızdır. Nəzərinizə çatdırmaq istəyirik ki, "Bank of Azerbaijan" Mərkəzi Bankın tələblərinə uyğun olaraq nizamnamə kapitalını 50 milyon manata çatdıran banklar sırasındadır. Bankın məcmu kapitalı isə 50,426 milyon manat təşkil edir. 2013-cü il ərzində Bank 3,886 milyon manat mənfəət əldə edib və onun müqabilində 777,1 min manat mənfət vergisi ödəyib. 1 may 2014-cü il tarixinə isə əldə olunan mənfəət 9,638 milyon man təşkil edib. Cari ilin göstərilən dövründə büdcəyə 1,013 milyon manat vergi ödənilib. Qeyd etmək yerində olardı ki, son iki il ərzində "Bank of Azerbaijan" 4,409 milyon manat vergi ödəyib. Bank fəaliyyət göstərdiyi müddət ərzində mütamadi şəkildə beynəlxalq standartlara uyğun olaraq beynəlxalq audit şirkətləri tərəfindən yoxlanılıb və müsbət rəy alıb. Onu da əlavə etmək istəyirik ki, "Bank of Azerbaijan" Master Card əsasında nəqliyyat kartlarını buraxır. Hazırda 1 milyon ədəd kart buraxılıb. Satışa çıxarılan 300 min ədəd kartın 125 min ədədi artıq satılıb. Bunları nəzər alaraq bildirmək istəyirik ki, bankımız haqqında dərc olunan bu tipli məlumatlar şayiədən uzağa getmir. Bankımızn maliyyə vəziyyəti sabitdir. Biz müştərilərimizı tam əmin edirik ki, vahimə və təlaşa heç bir əsas yoxdur. 20 illik yubileyini ötən il qeyd edən "Bank of Azerbaijan" bundan sonra da artan xəttlə inkişaf edəcək, bazarda öz layiqli mövqeyini qoruyub saxlayacaq. Bank səhmdarları və pay bölgüsü üzrə məlumat: Məmmədov Kənan (43.63%), Məmmədov Sənan (43.63%), Məmmədov Mübariz (12.07%), NEM Holdinq (0.67%). |
2014-05-07 | 17,063 | KİV DF “Ayna-Zerkalo”ya yardımı dayandırdı | Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DF) "Ayna-Zerkalo" qəzetinə ayrılan maliyyə vəsaitini dayandırıb. Bu barədə "Axar.az"a qəzetin baş redaktoru Elçin Şıxlı məlumat verib. Onun sözlərinə görə, qəzet ötən həftə Fonda müraciət edərək may ayından etibarən müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəklərini bildirib: "Biz müraciət etdik ki, qəzet maliyyə çətinlikləri ilə əlaqədar həftəlik formata keçib. Lakin hazırda redaksiyaya ödənilən vəsaitlət qəzetin nəşrinə kifayət eləmir. Ona görə də öhdəliyi yerinə yetirə bilmirik". KİV DF isə bu məsələni müzakirə etdikdən sonra bu gün qərarını açıqlayıb: "Bu gün mənim e-mail poçtuma cavab göndərilib. Bildirilir ki, "Ayna-Zerkalo" qəzeti öhdəliyi yerinə yetirə bilmədiyi üçün qəzetə maliyyə yardımının ayrılması dayandırılır". Xatırladaq ki, qəzetin Türkiyədəki xüsusi müxbiri Rauf Mirqədirovun həbsindən sonra "Ayna-Zerkalo" qəzeti həftəlik fəaliyyətə keçib. Lakin E.Şıxlı maliyyə yardımının dayandırılmasının heç bir siyasi xarakter daşımadığını qeyd edib. Baş redaktor bunun sırf qəzetin fəaliyyətinin zəifləməsi ilə bağlı olduğunu bildirib. |
2014-05-07 | 17,064 | Zərdab rayon sakini Rusiyada öldürüldü | Zərdab rayon sakini Rusiyada öldürülüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu ilin may ayının 4 - də, Moskva şəhəri yaxınlığındakı restoranların birində baş verib. Moskva yaxınlığındakı restoranda gözətçi işləyən Zərdab rayon sakini 1981 – ci il təvəllüdlü Eminov Cahangir Rövşən oğlu güllələnərək öldürülüb. Məlumata görə, 2 qrup arasında baş verən silahlı insident zamanı C. Eminov baş və bədən nahiyəsindən bir neçə güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib. Mərhum bu gün doğulduğu rayonun Körpükənd kəndində torpağa tapşırılıb. |
2014-05-07 | 17,065 | Türkiyə Azərbaycana hərbi yardım edəcək – Tiflis gizlinləri | "İndiki şəraitdə NATO Türkiyəyə imkan yaradır ki, Rusiyadan təhlükə olduğu zaman bu iki ölkəni hərbi baxımdan dəstəkləsin". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Azərbaycanın Rusiyanın aqressiyasından özünü qoruyub saxlaya bilməsini uğur adlandırıb: "Mən demişdim ki, bu görüş Qafqazdan keçən tranzit koridorlarının, enerji dəhlizlərinin təhlükəsizliyini təmin etməyə yönəldiləcəkdir. Buna böyük ehtiyac var. Sözsüz ki, bunu təmin etmək üçün Azərbaycan, Gürcüstan və Türkiyənin əməkdaşlığına böyük ehtiyac var. Çünki Türkiyə əsgəri gücə malikdir və NATO-nun üzvüdür. Özü də indiki şəraitdə NATO Türkiyəyə imkan yaradır ki, Rusiyadan təhlükə olduğu zaman bu iki ölkəni əsgəri baxımdan dəstəkləsin. Əgər sammitdə biz buna nail olmuşuqsa, o zaman bu olduqca böyük əhəmiyyətli bir hadisədir. Qafqaz Birləşmiş Ştatları məsələsinə gəlincə isə, bunlar emosional ifadələrdir. Sözsüz ki, Gürcüstan da, Azərbaycan da müstəqil dövlətdir və elə də qalacaqlar. Biz heç bir birləşmiş ştatlar yaratmaq imkanında deyilik. Əgər biz müstəqilliyimizi qoruyub saxlaya və Avropaya inteqrasiya edə bilsək, bu özü böyük iş olacaq. Üstəlik indiki şəraitdə Rusiyanın aqressivliyindən özümüzü qoruya biliriksə, bu özü böyük uğurdur". Politoloq Qafqaz Birləşmiş Ştatları anlayışının mümkün olmayacağını bildirib: "Qafqaz Birləşmiş Ştatları anlayışı mümkün olan şey deyil. Hər hansı müstəqil dövlət öz suverenliyindən imtina edə bilər. Məsələn, ABŞ-da bunu amerikalılar yaradıb. Amma biz ermənilərlə, ya da gürcülərlə nə "birləşmiş ştatı" yaradacağıq? Biz hərəmiz ayrı millətik və müstəqil dövlətik. Aramızda əməkdaşlığı təmin edə bilsək, Gürcüstan rus ümumi işğalından öz ərazilərini qaytara bilsə, Azərbaycan isə ermənilərdən öz ərazilərini azad etsə, bu, böyük nailiyyət olacaq. Burada birləşmiş ştatlara heç bir ehtiyac yoxdur. Birləşmiş ştatlar, görünür, simvolik şəkildə adlandırılır". Qeyd edək ki, bu gün gürcü politoloqu Vaxtanq Maisaya Tiflis sammitinin yeni regional təhlükəsizlik sisteminin yaradılması üçün zəmin yaratdığını söyləmişdi. O, İlham Əliyevin irəli sürdüyü Qafqaz Birləşmiş Ştatları ideyasının bu sammitlə reallaşmağa başladığını qeyd etmişdi. |
2014-05-07 | 17,066 | İsraildən şok iddia: "Türkiyə İsraili işğal edəcəkmiş" | İsrail mətbuatı "Mavi Mərmərə" olayı ilə bağlı şok yaradacaq məqalə dərc edib. "Axar.az" xəbər verir ki, İsrail mətbuatı "Mavi Mərmərə" olayının yaşanmasından öncə "Türkiyə İsrailin daxili sularını işğal etməyi planlaşdırır", - başlığında məqalələr dərc etmişdi. İsrail mediası qeyd edir ki, buna səbəb 31 may 2010-cu ildə "Mavi Mərmərə" olayının yaşanmasından öncə Ankarada keçirilən toplantıda gəminin qorumalarla təmin edilməsi barədə xəbərlərin türk mediasında gündəmə gəlməsiydi. İsrail mətbuatı isə Türkiyənin işğal niyyətinin olduğunu ehtimal etmişdi. İsrail mətbuatı iddia edir ki, Ərdoğan hökuməti İsrail əleyhdarları olan qrupları dəstəkləməklə bir növ bu ehtimalların gerçək olacağına işarə edirdi. Sabiq Dəniz Qüvvələri komandiri Nüsrət Günər Ankaradakı toplantı zamanı gəminin mühafizə dəstələri ilə təmin edilməsinin İsraillə qarşıdurmalara səbəb olacağını vurğulamışdı. Türkiyə hökuməti isə əvvəlcə "Mavi Mərmərə" gəmisinin hərbi gəmilərlə müşayiət edilməsi barədə qərar versə də, İsraillə savaşa başlaya biləcəyi ehtimalını nəzərə alaraq bu fikrindən daşınmışdı. |
2014-05-07 | 17,067 | Rusiya Ukraynadakı seçkilərlə bağlı şərtlərini açıqladı | Rusiya prezidentinin mətbuat katibi Dmitdri Peskov Ukraynada mayın 25-də keçiriləcək prezident seçkilərinin legitimliyinin tanınması üçün Rusiyanın şərtlərini açıqlayıb. Peskov deyib: "Əgər Ukraynanın şərqində federallaşma tərəfdarları Putinin çağırışına əməl edib referendumu təxirə salsalar, Kiyev isə döyüş əməliyyatlarını dayandırıb dialoq üçün mexanizmi işə salsa, o zaman bu, Ukraynanı yalnız pisləşməyə meylli olan situasiyadan çıxara bilər". Onun sözlərinə görə, hazırda Kreml Kiyev hakimiyyəti ilə danışıqlar aparmır və Putinin "referendum"un vaxtını dəyişmək çağırışı da "Kiyevə yox, Ukrayna xalqına əl uzatmaq üçün atılan addımdır". /Musavat.com/ |
2014-05-07 | 17,068 | Ərdoğan azərbaycanlı jurnalistlə görüşdü | Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın tanınmış xanım jurnalisti ilə görüşüb. Məlumata görə, baş nazir Ədalət` qəzetinin baş redaktoru, yazıçı və publisist İradə Tuncayla Türkiyədə keçirilən mərasim zamanı görüşüb. Baş redaktor bu barədə özü Feysbuk səhifəsində məlumat yayıb. İradə Tuncay bildirib ki, mərasimdə çox sayda insan iştirak etsə də, Ərdoğan onlara vaxt ayıra bilib. /AzVision.az/ |
2014-05-07 | 17,069 | Gülən Ərdoğanı məhkəməyə verdi – 800 iddia | Türkiyənin Baş naziri Ərdoğanın tənqid hədəfi olan Fətullah Gülən özünə qarşı olan təhqirlərə görə bütünlükdə 800 məhkəmə iddiası ilə çıxış edib. Açılan təzminat davalarında ən yüksək rəqəm 100 min Tl Ərdoğandan istənilir. "Axar.az" xəbər verir ki, Əl-Cəzirə kanalına danışan Gülənin vəkili Adnan Şəkər bildirib ki, bundan sonra da bir çox iddialar qaldırılacaq və yəqin ki, onların sayı 1000-ə çatacaq. |
2014-05-07 | 17,070 | Ukrayna separatçıları Putinin sözünü yerə saldılar | Şərqi Ukrayna separatçılarının lideri Oleq Çaryov Rusiya prezidenti Vladimir Putinin 11 maya təyin edilən separatçı referendumun təxirə salınması istəyinə şərt kəsib. "Axar.az" Ukrayna mediasına istinadən xəbər verir ki, Ali Radanın deputatı olan Çaryov bunun üçün Ukrayna qoşunlarının hərbi əməliyyatları dayandırmasını tələb edib: "Danışıqların başlanması üçün şərt kimi insanların həlak olduğu hərbi əməliyyatların dayandırılması ola bilər. Əgər bu olmasa, biz hakimiyyətin razılaşma istəmədiyini düşünəcəyik". Onun sözlərinə görə, Donetsk və Luqansk vilayətlərində referendumun təyin olunması barədə qərar Ukraynanın öz daxili işidir. Xatırladaq ki, Vladimir Putin ölkəsinin Ukraynadakı rusmeyli separatçıların mayın 11-ə Şərqi Ukraynada keçirmək istədikləri referendumu təxirə salmaqla bağlı çağırış etmişdi. |
2014-05-07 | 17,071 | Ukrayna Baş naziri rusdilliləri müdafiə etdi | "Biz rusdilli əhalinin hüquqlarını qoruyuruq və qorumağa da davam edəcəyik". "Axar.az" xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Arseni Yasenyuk Xarkovda çıxışı zamanı ölkənin rusdilli əhalisinin maraqlarını qorumağa hazır olduqlarını bildirərkən söyləyib. A.Yasenyuk həmçinin onu da bildirib ki, xalq hakimiyyət sisteminin və konstitusiyasının dəyişdirilməsini tələb edir. |
2014-05-08 | 17,072 | “...Deyirdi ki, mən onun qollarında öləcəyəm...” | Onun ənənəvi rəqs formalarını saxlamaqla yanaşı yeni məzmun – səmimi poeziya və dramatizmlə zənginləşdirilmiş polonezləri (qədim polyak rəqsi və bu rəqs üçün yazılmış musiqi – tərc.), valsları, mazurkaları (milli polyak rəqsi – tərc.) Paris tamaşaçılarını dərhal ovsunlayır. Fridrix eyni zamanda həm də mahir pianoçu idi. O, dinləyiciləri təkcə texniki kamilliyi ilə deyil, bundan daha artıq ifasının dərinliyi və səmimiliyi ilə də heyran qoyur. Şopen zahirən də bəstələdiyi musiqiyə uyğunlaşmağı bacarırdı. O, həm də qadınları özünə məftun edən bəstəkar kimi məşhurlaşmışdı. Parisin ən gözəl qadınları belə onun qarşısında mətanətlərini itirirdilər. Bəstəkarn gücü yaraşıqlı olmasında, parlaq zəkasında idi. Hələ əsas məsələ – musiqi bir yana... Onun əsərlərini dinləyir və valeh olurdular. Əks cinsin qəlbini ehtizaza gətirməkdə şöhrət tapan daha bir sima - Avrora Düpenin, öz romanlarını Corc Sand təxəllüsü ilə yazan yazıçının da payına eynilə böyük hay-küylü məşhurluq həyatı düşüb. Şopen onunla görüşməmişdən hələ xeyli əvvəl yazıçının istedadı, məhəbbət əlaqələri və hər kəsdə təəccüb doğuran ədaları haqqında çox eştmişdi: o, sanki bütün ölçü və qaydaların acığına şalvar və frak geyir, siqaret çəkirdi. Onlar kübar dairələrinə məxsus məclislərin birində tanış olurlar və elə söhbətin ilk anlarındaca Şopen məftun olub: Düpenin qadın zərifliyi və lətafətini nə kişi geyimi, nə də yüngülcə xırıldayan zəif səsi korlaya bilmişdi. Əksinə, bütün bunlar onu daha füsunkar, daha cazibədar edirdi. Ancaq uzaqlaşan kimi bütün füsunkarlıq və cazibədarlığı tar-mar olurdu: dodaqlarının arasında siqaret tutmuş qayğısız dendi rolunda uzaqdan bir qədər gülməli görünürdü. Lakin bununla belə ertəsi gün onu ümumi tanışlarının evində görməyən Şopen çox kədərlənir... Tezliklə bütün Parisi bir xəbər başına götürür: Şopen və Corc Sand birgə səyahətə yollanıblar. Belə bir xəbər bütün ictimaiyyəti çalxalamaya bilməzdi, çünki hər ikisi həddən artıq üzdə idi. Konservatoriyanın tələbələri maestronun yeni romanını qızğınlıqla müzakirə edir, hansısa baronessanın ürəkkeçmə tutmaları başlayır, məşhur ədiblərdən biri isə üç gün meyxandan çıxmır... Parisli jurnalist Jül Düfur yazırdı: "Hansı ağıllı insan iddia edər ki, guya iki heykəlin məhəbbəti bir sutkadan çox sürə bilər"? Ümumi postamentdə onlar üçün son dərəcə darıxdırıcı olacaq. Yataqda isə heykəllər, sadəcə, gülməlidirlər..." Onore Balzakdan bu gurultu qoparan məhəbbət macərası haqqında nə düşündüyünü soruşanda yazıçı belə cavab vermişdi: "Madam Sandın məhəbbətdəki əvvəlki uğursuzluqları onun xoşbəxt sevgiyə sarsılmaz inamı ilə tamamlanıb. O, məhəbbətə bir qadın kimi inanır və onu gözləyir. Ancaq onu kişi kimi əldə edir..." *** Onları bir araya gətirən məhz nədir? – kənardan bunu anlamaq çətin idi, o qədər fərqli təsir bağışlayırdılar ki... Ancaq ümumi cəhətləri də yox deyildi. Corc Sandla görüşünədək Şopenin muzaları (qədim yunan mifologiyasında: incəsənət və elm ilahəsi; məc. ilham, ilham mənbəyi, yaradıcılıq, şeir – tərc.) ona ruh yüksəkliyinin gözəl anlarını bəxş edərək bir-birlərini əvəzləyirdilər: Konstansiya, Marılya, Delfina Pototskaya, Mariya Vodzinskaya... Onların hər biri öz-özlüyündə gözəl idilər, ancaq həmişə nə isə daimi münasibətə mane olurdu: ya fərqli sosial status, ya heysiyyət duyğusunun mübarizəsi, ya xəstəlik, ya da nəhayət, sadəcə hadisələrin gedişi... Yeni başlanan roman əvvəlkilərinə heç birinə bənzəmirdi. Corc Sandla onu bağlayan yalnız ehtiras deyildi. Ona qarşı dərin bir daxili bağlılıq, həqiqi və səmimi dostluq hiss edirdi. Fridrix heç kiminlə bu qədər açıq olmamışdı, özünün sənət problemlərini heç kiminlə belə dərindən müzakirə etməmişdi. O, Corc Sand ailəsinin bir üzvünə çevrilmişdi, yazıçının uşaqlarının - Moris və Solanj - hər bir problemi ilə yaxından maraqlanırdı. Ancaq xarakter etibarilə fərqli idilər. Corc Sand heç vaxt yorğunluqdan şikayət etməzdi. O, nəinki bütün gecə-gündüzü işləməyi, həm də dayanmadan şənlənməyi də bacarırdı. Gəncliyindən xəstəliklə mübarizə aparmalı olan Şopeni isə bu rejim hərdən çox üzürdü. Bütün bunlarla yanaşı hər ikisi çox böyük gərginlik tələb edən yaradıcılıqları ilə məşğul idilər və hər ikisi "yaradıcılıq gərginliyi", hətta nevrastenik tutmalar (əsəb sisteminin zəifləşməsi nəticəsində əmələ gəlib tez yorulma, əsəbilik, baş ağrısı və s. şəklində təzahür edən əsəb xəstəliyi – tərc.) keçirirdilər. Ancaq Corc Sand bu gərginliyi Şopenə nisbətən xeyli yüngül adladırdı. Təxminən on il, 1838-ci ildən 1847-ci ilədək Şopen Düpenlərin nəsildən-nəslə keçən qəsrinin daimi qonağı olub. Noan qəsri özünün qonaqpərvərliyi ilə məşhur idi. Yayda sahibənin və onun burada böyük hörmətlə Şopinetto adlandırılan sevgilisinin saysız-hesabsız dostları, qohumları, tanışları buraya öz evləri kimi gəlib-gedirdilər. Corc Sandın evində o, Balzak, Lui Blan, Pyer Leru... ilə tanış olur. Onların hamısı Şopenin böyük pərəştişkarlarına çevrilsələr də, burada, hər halda hökmranlıq Corc Sanda məxsus idi və Fridrix hərdən özünün mütiliyini rəf edə bilmirdi. O da kübar dairələrinə mənsub idi, lakin Paris bohemalarının (daimi gəliri olmayan, sərsəri həyat keçirən ziyalılar təbəqəsi: aktyorlar, şairlər, rəssamlar və b. tərc.) səs-küylü həyatı onu çox tez yorurdu. Şopen qəlbinin dərinliyində varşavalı idi, ömrünün sonunadək də vətən həsrəti onu tərk etmədi. *** Cütlük Mayorkda baxımsız qalmış kartezian (XVII əsrdə Fransada idealizm ilə materializmi birləşdirməyə çalışan Dekart fəlsəfi nəzəriyyəsi – tərc.) monastrı "Valdemoza"da keçirdikləri qış sanki hislərini bir daha sınağa çəkdilər. İnanılmaz gözəl olan bu yerdə hər ikisi qeyri-adi dərəcədə böyük ruh yüksəkliyi hiss edirdilər. Şopenin iyirmi dörd prelüdiyadan (kiçik musiqi əsəri – tərc.) ibarət silsilə əsərləri məhz orada yarandı. Hər bir əsər qəlbin ayrı-ayrı əhvallarını, müxtəlif çırpıntı və həyəcanlarını əks etdirsə də, onların hamısı bir nöqtədə birləşir: iliyə, cana işləmiş coşqun yaşamaq və sevmək arzusu. Bədbəxtlikdən işin ən qızğın çağında Şopenin hələ gəncliyindən mübtəla olduğu vərəm kəskin ağırlaşır, bəstəkarın böğazından qan gəlməyə başlayır. Corc Sand bütün yazı-pozu işini buraxıb gecə-gündüz sevgilisinin yanından ayrılmır... Bütün qərəzli dedi-qodulara baxmayaraq, yaşadıqları çətin anlar onların münasibətlərini nəinki sarsıtmadı, əksinə, daha da möhkəmləndirdi. Tez-tez Corc Sand və Şopenin qonağı olan ümumi tanışları Lui Eno yazırdı ki, bu iki sənətkar bir-birilərini çox yaxşı başa düşürdü, onlar birlikdə çox xoşbəxt idilər. Bir dəfə isti buxarının çevrəsində üçlükdə oturanda Corc Sand özünün Berridəki sevimli kəndini xatırlayır. O, elə poetik və obrazlı ifadələrlə danışırdı ki, vəcdə gəlmiş Şopen laqeyd qala bilmir. "Əgər söylədiklərim sizi bu qədər riqqətə gətiribsə, bəlkə mənim sözlərimi musiqidə dilləndirəsiniz?" – Corc Sand təklif etdi. Və belə məqamlar dəfələrlə baş vermişdi: onlar öz yaradıcılıq ilhamlarını bir-birlərinə yoluxdururdular. Özünün balaca küçüyü ilə oynamağı sevən Corc Sand bir dəfə Şopenə deyir: "Mən sizin yerinizdə olsaydım mütləq mənim itimin şərəfinə hasısa bir musiqili pyes yazardım..." Lui Eno xatirələrində qeyd edir ki, Şopen o dəqiqə fortepianoya yaxınlaşıb çox lətif musiqisi olan vals çalır. Sonralar bəstəkarın tələbələri və tanışları bu musiqini belə də adlandırırlar – "Balaca itin valsı..." *** Təbiətən musiqiyə həvəsli olan Corc Sand Şopenin musiqisini çox yaxşı anlayır və onun istedadı qarşısında baş əyirdi. Ədəbi prosesdən kənarda qalan Şopen isə sevgilisinin yaradıcılığı ilə az maraqlanırdı. Hətta deyirlər ki, Şopen Corc Sandın çox az əsərini oxumuşdu. Yazıçının belə bir laqeydliklə barışması çox çətin idi. İncikliklər damla-damla toplanırdı. Aralarındakı bu gizli "nifaq" Corc Sandın "Lukretsiya Floriani" əsəri işıq üzü görəndən sonra üzə çıxdı. Əsərin əsas süjet xəttini təşkil edən məhəbbət əhvalatı yazıçının özünün Şopenlə yaşadığı macəranı çox xatırladırdı. Corc Sand bunu nə qədər inkar etsə də, Fridrix hərəsi bir ərindən üç uşağı olan Lukretsiya obrazında onu, nərmə-nazik, şıltaq knyaz Karol rolunda isə özünü tanımışdı. Şopen şoka düşmüşdü: onların həyatı, yaşadıqları məhəbbət ümumun mühakiməsinə çıxarılmışdı. Həm də Corc Sand romanda Şopenin xarakterindəki özünə vurğunluq cizgilərini daha da gücləndirmiş, onun yanlış portretini, daha doğrusu, karikatura, şarj yaratmışdı. Şopen hesab edirdi ki, Corc Sand onların hər ikisinin mənəvi aləmini zənginləşdirən məhəbbətlərinə xəyanət edib. Kitabın səhifələrində gerçəkləşməyən arzularının faciəsini yaşayan Karol və Lukretsiya ayrılırlar. Bəstəkarın heysiyyətinə vurulmuş zərbə öldürücü idi, amma buna baxmayaraq, Şopen bu acı loxmanı uddu. Ancaq münasibətləri elə yerindən çatlamışdı ki, hər hansı bir əhəmiyyətsiz bəhanə yerli-dibli sınmaya səbəb ola bilərdi. Və bu bəhanə çox tezlikıə ortaya çıxdı. Corc Sandla qızının münasibətləri korlanmışdı: səbəb qızının evlilik məsələsi idi. O, Şopendən tələb edir ki, Solanj və onun əri ilə münasibətlərinə son qoysun. Şopen isə bu tələbi ədalətsiz hesab edir. Elə bu da onların ayrılmalarına səbəb olur. Sonralar Corc Sand xatırlayırdı ki, onlar heç vaxt küsüşməz, bir-birlərini heç vaxt təqsirləndirməzdilər və onların ilk ayrılıqları həm də sonuncu oldu. *** Məhəbbət münasibətləri – qaranlıq meşədir. Kənardan kimin günahı üzündən nakam qaldığını anlamaq çətindir. Yalnız üzdə görünənlərdən bəhs etmək olar. Şopenin bir çox dost-tanışları bəstəkarın Corc Sandla məhəbbət macərasından danışarkən həmişə onu iztirab çəkən tərəf kimi qələmə verir, bu münasibətin ona yalnız əzab və dərd gətirdiyini deyirdilər. Ancaq Corc Sandın ünvanına səsləndirilən ittihamların həddindən artıq şişirdildiyini göstərən xatirələr də vardır. Yazıçı ilə keçirdiyi illər bəstəkarın həyatının ən məhsuldar dövrü olub. Özünün qısa ömrü ərzində Şopen (39 il) iki konsert və çoxlu sayda fortepiano pyesləri – sonatalar (müxtəlif temp və xarakterdə olan üç və ya dörd hissədən ibarət instrumental musiqi əsəri – tərc.), noktürnlər (kiçik lirik musiqi əsəri – tərc.), skertsolar (cəld çalınan kiçik musiqi əsəri – tərc.), etüdlər, fantaziyalar (müəyyən forması olmayan bəzi musiqi əsərlərinin adı – tərc.), ekspromtlar (hazırlaşmadan təlif edilən və ya çalınan musiqi – tərc.), mahnılar... yazıb. Müasirlərinin xatirələrinə görə, ayrıldıqdan sonra Corc Sand əvvəlki tək fəal, çalışqan və ətrafındakılarla mehriban ünsiyyətdə idi. Şopen isə sanki havadan məhrum olmuşdu, o artıq musiqi bəstələyə bilmirdi, yalnız ifa edirdi. Ancaq bu müşahidələr də hər şeydə Corc Sandı günahlandırmağa əsas vermir. Məgər Şopen xəstə yatanda bütün uzun qış gecələrini onun yatağından ayrılmayan qadın hay-küylü uğurlar və ehtiramlara adət etmiş həmin bu xanım deyildimi? Neçə ki, bu sevgi yazıçının ilhamını qidalandırır və yaradıcılığı üçün güclü impuls verirdi Şopenə sədaqətinin hüdudu yox idi, hətta bu sevgidən aldığından daha çox bəxş etməsi onu zərrə qədər də mütəəssir etmirdi... Şopen çox böyük diqqət və qayğı tələb edirdi, ancaq sevgilisinin bəxş etdiyi fədakarlıqdan onun özündə əsər-əlamət belə yox idi. Ancaq axı onların hər ikisi çox istedadlı idilər və yaradıcılıq həmişə hər ikisinin həyatında başlıca amil idi. Fridrixlə ayrılan Corc Sand sanki özü öz boynuna keçirdiyi və düz doqquz il boyunca dinməz-söyləməz daşıdığı ağır bir yükdən azad oldu. Bəlkə də heç biri bu ayrılığı necə yaşayacaqlarını heç təsəvvürlərinə də gətirmirdilər. Corc Sand Şopenlə ayrılığı beləcə asanca qəbul edəcəyini, Şopen isə Corc Sanddan ayrı yaşaya və işləyə bilməyəcəyini heç ağlına da gətirməzdi. Şopen əzab çəkir, çırpınır və onun bir daha heç vaxt geri qayıtmayacağına inanmırdı. Tezliklə Şopen İngiltərəyə gedir. "Bundan daha ağır günlərim ola bilməz. Çoxdandır ki, ürəkdən sevinməmişəm... mən yalnız mənasız və məqsədsiz şəkildə sürünürəm... və sonu gözləyirəm... – bəstəkar oradan dostuna yazırdı. – Özümü çox zəif hiss edirəm, musiqi yaza bilmirəm... Heç vaxt heç kimə lənət yağdırmamışam, amma indi Lukretsiyaya da lənət etməyə hazıram". Şopen Londonda bir neçə konsert vermək istəyirdi, amma səhhəti imkan vermədi. Yalnız iki dəfə tanışlarının evində çıxış edə bildi. Parisdə xəstəliyi daha da kəskinləşdi. Həyatının son aylarında o qədər zəifləmişdi ki, danışa bilmir, jestərlə başa salırdı. Corc Sand bəstəkarın vəziyyətindən xəbər tutanda onun yanına can atır, lakin Şopenin dostları mane olurlar. Bu görüşün onu həddən artıq həyacanlandırıb vəziyyətini daha da ağırlaşdıra biləcəyindən qorxurdular. Şopen isə ölümündən bir neçə gün əvvəl dostu Franşoma gileylənmişdi: "O deyirdi ki, məni onsuz ölməyə qoymayacaq, deyirdi ki, mən onun qollarında öləcəm..." |
2014-05-08 | 17,073 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz saatlarında mülayimləşəcək. Havanın temperaturunun gecə 10-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Azərbaycanın rayonlarında mayın 8-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir. |
2014-05-07 | 17,074 | Rusiya Ermənistanda QHT-ləri hədəfə alır | "Rusiya Ermənistandakı varlığını informasiya sahəsində daha aktiv şəkildə göstərməlidir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin çıxış edib. O, Rusiyanın Ermənistanda daha da aktivləşməli olduğunu bildirib: "Ermənistan ərazisində Rusiya ilə münasibətlərə zərbə vuran QHT-ləri neytrallaşdırmaq üçün digər metodlardan da istifadə etmək lazımdır. Rusiyada qəbul olunmuş qanun əsasında QHT-lərin fəaliyyətinə tam nəzarət edilir. Sonda aydın görünür ki, rus-erməni dostluğuna qarşı fəaliyyətini yönəltmiş istənilən şəxs Rusiya və Ermənistan üçün xeyir arzulamır". |
2014-05-08 | 17,075 | Azərbaycanlı Rusiyada 4 nəfəri girov götürdü - Özəl | Rusiyanın Nijnevartovsk şəhərində azərbaycanlı cinayətkar 4 nəfəri, o cümələdən, bir südəmər körpəni girov götürüb. "Axar.az"ın məlumatına görə, bugün günorta saatlarında Nijnevartovsk şəhərində iki polis işçisinin küçədə sənədlərini yoxlamaq üçün saxlamaq istəyən zaman adı hələ ki açıqlanmayan azərbaycanlı onlara odlu silahdan atəş açıb. Nəticədə hər iki polis işçisi ağrı xəsarət alıb. Hüquq mühafizə orqanlarından yayınmağa çalışan cinayətkar yaxında yerləşən yaşayış binalarından birinə daxil olaraq iki qocanı, bir gənc qadını və onun südəmər körpəsini girov götürüb. Hadisə yeri mühasirəyə alınıb. Federal dairənin yüksək çinli polis işçiləri hadisə yerinə gəliblər. Hazırda girovların azad edilməsi üçün azərbaycanlı ilə danışıqlar davam etdirilir. |
2014-05-08 | 17,076 | Jirinovski Ermənistanın qalib olacağını dedi | Siyasətlə kifayətlənməyib mədəniyyət sahəsi üzrə proqnozlar verən Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski "Avroviziya-2014" qalibi qismində Ermənistan iştirakçısını gördüyünü dilə gətirib. "Axar.az" xəbər verir ki, qalmaqallı siyasətçi bu barədə "Rossiya" kanalında çıxışında deyib. Jirinovskinin sözlərinə görə, Aram qalib gələcək və hamı kimi, o da gələn il bərli-bəzəkli təyyarədə İrəvana Avroviziya-2015-i qeyd etməyə gedəcək. Xatırladaq ki, sözügedən beynəlxalq mahnı müsabiqəsinin artıq ilk yarımfinalı arxada qalıb və Azərbaycan inamla finala vəsiqə əldə edib. |
2014-05-08 | 17,077 | “Qalatasaray” Türkiyə kubokuna sahib oldu - Foto | Futbol üzrə Türkiyə kubokunun final qarşılaşması keçirilib. "Axar.az" xəbər verir ki, "Qalatasaray" finalda "Əskişəhərspor"la qarşılaşıb. Konyada keçirilən görüşdə "Qalatasaray" 1:0 hesabı ilə qələbə qazanaraq Türkiyə kubokunun sahibi olub. Görüşdə yeganə qolu matçın 70-ci dəqiqəsində Uesli Şnayeder vurub. "Qalatasaray" Türkiyə kubokunda ən çox çempion olan və ən çox final oynayan komandadır. Cim-Bom finalda 14-də kuboku qazanıb. Sonuncu dəfə isə finalda 9 il əvvəl – 2004/2005-ci illər mövsümündə "Fənərbaxça"nı 5:1 məğlub edərək kuboku qazanıb. Bu, "Qalatasaray"ın 15-ci ölkə kubokudur. "Əskişəhərspor" isə kuboku cəmi 1 dəfə 43 il əvvəl qazanıb. |
2014-05-08 | 17,078 | “Mən azərbaycanlıyam”ın qalibi bəlli oldu - Foto | Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş "Mən azərbaycanlıyam" adlı bədii qiraət müsabiqəsinin finalı keçirilib. "Axar.az" xəbər verir ki, "Hicaz production" təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə həyata keçirilən tədbirdə layihə rəhbəri Ayaz Məmmədov çıxış edib. O bildirib ki, noyabr ayının 9-da start götürən və 31 dekabr, 20 yanvar, 26 fevral, 31 mart kimi tarixləri əhatələyən tədbirin mayın 10-a doğru yekunlaşması simvollaşdırılıb. Əməkdar artistlər Yaqut Paşayeva və Ağalar Bayramov, Fikrət Məlikov, aktyor Azər Cəfər və Əbdül Məcidlinin münsifliyi ilə keçirilən finalda 5 iştirakçı yarışıb. Günəş Əliyeva (Slavyan məktəb-lisey) 1-ci, Nuranə Babazadə (2 saylı Texniki-humanitar lisey) 2-ci, Hüseynağa Aslanov (18 saylı məktəb) 3-cü yeri tutub. |
2014-05-08 | 17,079 | Putinin təbriki Gürcüstanı qarışdırdı | Rusiya Prezidenti Vladimir Putinin Böyük Vətən Müharibəsi ilə əlaqədar gürcü veteranlarını təbrik etməsi Gürcüstan cəmiyyətini bir neçə hissəyə bölüb. "Axar.az"ın məlumatına görə, sözügedən təbrik bəzi şəxsləri əməllicə hiddətləndirib. İki ölkə arasında diplomatik əlaqələr dondurulmuş vəziyyətdə olduğundan Putinin təbrik məktubu İsveçrə üzərindən çatdırılıb. Qələbə Günü münasibəti ilə gürcü veteranlarını təbrik edən Rusiya dövlət başçısı qeyd edib ki, gürcülər və ruslar dost xalqlardır, hər iki xalqı din və tarixdən gələn mənəvi dəyərlər bağlayır. Daha sonra Putin Gürcüstanla əməkdaşlıq etməyə hazır olduqlarını da diqqətə çatdırıb. Təbrik məktubundan dərhal sonra Gürcüstan cəmiyyətində əsl gərginlik yaşanıb. Ölkə ziyalıları dövlət başçısını qınayaraq, Gürcüstanın az qala 30 faizini zəbt etmiş bir şəxsin bu tonda təbrik yazmasına mənəvi və hüquqi haqqının çatmadığını söyləyiblər. |
2014-05-08 | 17,080 | Tansu Çillərin evi yağmalandı | Türkiyənin sabiq baş naziri Tansu Çillərin evi qarət edilib. Soyğunçular evdən pul və zinət əşyaları aparıblar. Bildirilir ki, mayın 6-na keçən gecə silahlı adamlar keçmiş Baş nazirin evinə soxulublar. Cinayətkarlar ev sahibinin və onun mühafizə işçilərinin yatmasından istifadə edərək mənzildən böyük məbləğdə pul və qiymətli əşyalar aparıblar. O da məlum olub ki, cinayətkarlar Tansu Çillərin tanınmış adamlar olan qonşularını da vaxtilə qarət ediblər. /Musavat.com/ |
2014-05-08 | 17,081 | Bill Qeyts taxtdan endi | "Maykrasoft"un yaradıcısı və sahibi Bill Qeyts artıq bu şirkətin ən böyük pay sahibi deyil. "Axar.az" xəbər verir ki, dünyanın ən zəngini olan Bill Qeyts bu günə qədər "Maykrasoft" konsernində ən çox paya sahib idi. Ancaq bir müddətdir ki, qurduğu şəbəkənin inkişafı üçün şirkətin hissələrini az-az satmağa başlayıb. İqtisadçıların fikrincə, Qeyts bir neçə ilə "Maykrasoft"dakı hissələrini tamamilə satıb şirkət ortaqlığından çıxa bilər. Qeyd edək ki, 4.6 milyon hissə satan Bill Qeyts beləcə 330.1 milyon hissəylə artıq şirkətin ikinci böyük ortağı mövqeyinə düşüb. Birinci isə 333 milyon hissə ilə Stiv Ballmerdir. Ancaq Qeyts hissələrini satsa da, başqa şirkətlərdəki ortaqlıqları və müxtəlif sərmayələri sayəsində hələ də dünyanın ən zəngin insanı mövqeyini qoruyur. |
2014-05-08 | 17,082 | Söyün Sadıqov prezidentin 2 ilindən danışdı | Rusiyada yaşayan azərbaycanlı siyasətçi Söyün Sadıqov Vladimir Putinin ikinci dəfə Rusiya prezidenti kürsüsündə əyləşməsinin nəticələrini dəyərləndirib. "Axar.az" xəbər verir ki, o, bu barədə fikirlərini öz Feysbuk səhifəsində qeyd edib. Sadıqovun sözlərinə görə, yola salınan il Prezident Putin üçün olduqca əlamətdar olub: "Putinin prezidentliyini qiymətləndirərkən bəzi məqamlara xüsusi diqqət yetirməyi vacib bilirəm. Əvvəla, Krın Rusiyaya birləşdirildi, bunu yalınız təqdir etmək lazımdır. Digər tərəfdən, bu amillə əlaqəli Rusiyanın və Prezident Putinin qarşısında böyük məsələlər durur. Bu, əvvəlcə ölkənin iqtisadi məsələlərdə necə dayanıqlı olması ilə bağlıdır. Yəni hazırda Rusiyaya qarşı nəhəng sanksiya dalğası tətbiq olunur. Bu, milyardlarla vəsait deməkdir. İkincisi, Rusiya iqtisadiyyatının ümumi ruhu hələ də kövrək şəkildədir. Üçüncüsü isə Putin bildirmişdi ki, Rusiyadan kənarda yaşayan bütün soydaşlarının hüquqlarının qorunmasında əlindən gələni edəcək. Ukraynanın şərqində baş verənlər dediyimə praktik nümunədir. Bir sözlə, görüləcək işlər hələ də çoxdu. Amma ötən ilə nəzər yetirsək, Vladimir Vladimoroviçin fəaliyyətini təqdir edərdim. Əminəm ki, hörmətli prezidentimiz həlli vacib məsələlərin öhdəsindən layiqincə gələcək". Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin prezidentliyinin növbəti ili başa çatır. |
2014-05-08 | 17,083 | Qafqazda yeni hərbi ittifaq yaranır - Tiflis gizlinləri | "Biz üçtərəfli hərbi əməkdaşlıq məsələlərini də müzakirə etdik". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Gürcüstan Təhlükəsizlik Şurasının rəhbəri İrina İmerlişvili çıxış edib. O, hərbi əməkdaşlığı üçtərəfli səviyyəyə keçirəcəklərini bildirib: "Bizim Türkiyə və Azərbaycanla hərbi əməkdaşlığımız var. Amma bunlar ikitərəfli əlaqələrdir. Münasibətlərin üçtərəfli səviyyəyə keçirilməsi haqqında danışıqlar oldu. Hələlik Müdafiə Nazirlikləri çox yaxından əməkdaşlıq etsə də, bu, təəssüf ki, hələ də ikitərəfli münasibətləri əks etdirir". Qeyd edək ki, Tiflis sammiti dünən keçirilib. Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyənin prezidentləri iştirak ediblər. |
2014-05-08 | 17,084 | Millət vəkilinin Ramil Usubovdan mükafat xahişi | Milli Məclisin deputatı Çingiz Qənizadə hüquq müdafiəçisi Leyla Yunusa görə Daxili İşlər naziri Ramil Usubova müraciət edib. Millət vəkilinin müraciətində deyilir: "Özünü hüquq müdafiəçisi adlandıran, əslində bu ad altında fəaliyyəti və yeganə marağı xarici təşkilatlar tərəfindən maliyyələşən müxtəlif layihələr reallaşdırmaqla özünə var-dövlət, sərvət əldə etmə olan Leyla Yunus son vaxtlar özü haqqında əzabkeş bir obraz yaratmaqla məşğuldur. İstintaqı aparılan cinayət işi ilə bağlı şahid qismində prokurorluq orqanlarına dəvət edilmiş L.Yunus qanunlara hörmət etmək əvəzinə istintaqın çağırışından yayınmağa üstünlük verib və daha uzağa gedərək, iki xarici ölkə səfirliyinin əməkdaşlarının müşayiəti ilə Bakı Beynəlxalq Hava Limanına gedərək ölkədən çıxmağa cəhd edib. İstintaq orqanı onun ölkədən çıxışına qadağa qoyduğu üçün L.Yunusun bu arzusu reallaşmayıb və o, geri qaytarılıb. Növbəti gün onun evində qanunauyğun olaraq axtarış aparmağa gələn istintaq əməkdaşlarına köməklik göstərən polis əməkdaşlarına qarşı hörmətsizlik nümayiş etdirməklə bərabər, Leyla Yunus onları təxribata çəkməyə cəhd edib, polisə böhtan atmaqla yanaşı, gənc polis baş leytenantını əli ilə itələyib, onun xidməti baş geyimi olan papağını başından götürərək yerə atıb". Müraciətdə qeyd olunur ki, L.Yunus bu hərəkəti ilə nəinki polis əməkdaşını təhqir edib, həm də üzərində dövlət gerbimiz olan papağı yerə atıb: "Leyla Yunus bu hərəkəti ilə dövlətimizə olan münasibətini, "sevgisini" bir daha nümayiş etdirib. Bütün bunları L.Yunus bilərəkdən, qəsdən ona görə edib ki, polis ona qarşı zorakılıqla müşahidə olunan hərəkətlər etsin. Sosial şəbəkədə yayımlanan məlum video-görüntüdə Leyla Yunusun təxribat xarakterli, qadına və əxlaqa sığmayan ifadələri və hərəkətləri qarşısında səbir və təmkin nümayiş etdirən həmin gənc polis baş leytenantının mükafatlandırılmasını Sizdən xahiş edirəm". /Teleqraf.com/ |
2014-05-08 | 17,085 | Kerri: "Rusiyanın iqtisadiyyat sektorunu vuracağıq" | ABŞ Dövlət katibi Con Kerri Rusiyanın apardığı ikili siyasəti anlaya bilmədiyini deyib. "Axar.az" xəbər verir ki, Kerri Rusiyanın Suriyadakı seçkiləri dəstəklədiyini, ancaq Ukraynada keçiriləcək prezident seçkilərinə qarşı çıxmasına bir anlam verə bilmədiyini söyləyib. Con Kerri qeyd edib ki, Ukraynanın şərq bölgəsində Rusiya tərəfdarlarının 11 mayda keçirməyi planlaşdırdıqları referendumun bu ölkəni daha da parçalayacağına inanırlar və qəti şəkildə burada baş verən qanunsuz əməlləri rədd edirlər. Dövlət katibi burada keçiriləcək referendumun Krım ssenarisinin təkrarı ola biləcəyinə də işarə edib. Kerri Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalardan da danışıb: "Ukraynada keçiriləcək prezident seçkilərinə hər hansı bir müdaxilə olacağı təqdirdə yeni sanksiyalar gündəmə gələcək. Budəfəki sanksiyalar iqtisadiyyat sektorunu hədəfə alacaq, daha çox sanksiyalar tətbiq ediləcək". Kerri bildirib ki, ayrıca olaraq Putinə qarşı sanksiyalar tətbiq edilməyəcək. |
2014-05-08 | 17,086 | Göydən balıq yağdı - Video | Şri Lankada qeyri-adi olay baş verib. "Axar.az" xəbər verir ki, Şri Lankanın Çilav şəhərində baş verən güclü fırtına yaxınlıqdakı çaydan balıqları havaya qaldırıb. Yerli sakinlər sabah yuxudan oyananda göydən balıq yağdığını görüblər. Boş durmayan sakinlər yol kənarlarındakı kolluqlardan 50 kiloqrama yaxın balıq toplayıblar. |
2014-05-08 | 17,087 | Bu keçinin 8 ayağı, 2 cinsiyyət orqanı var - Şok/Foto | Xorvatiyanın şimal-şərqindəki bir fermada doğulan səkkiz ayaqlı keçi görənləri şoka salıb. "Axar.az" xəbər verir ki, Kutjevo bölgəsində fermaları olan Zoran Paparicin Sarka adlı keçisinin yeni doğulan balası hadisənin şahidi olanları heyrətləndirib. Sarkanın yeni doğulan balasının tam olaraq 8 ayağı və iki nəsil artırma orqanı var. Baytarın apardığı araşdırmalar nəticəsində məlum olub ki, keçi əslində əkiz doğmalıymış lakin qarnında yaranan deformasiya nəticəsində dünyaya 8 ayaqlı, cüt cinsiyyət orqanlı gəlib. Bundan əlavə baytar keçinin 2-3 yaşa qədər yaşaya biləcəyini bildirib. |
2014-05-08 | 17,088 | Məşhur idmançı yenidən ata oldu | Məşhur tennis ustası Rojer Federer yenidən ata olub. "Axar.az" xəbər verir ki, böyük turnirlərin 17 qat qalibi olan Rojerin həyat yoldaşı Bazelya Miroslova 2 əkiz uşaq dünyaya gətirib. Məşhur cütlük körpələrinə Leo və Lenni adlarını qoyublar. Qeyd edək ki, 2009-cu ildə onların Mayla Rouz və Şarlin Riva adlı daha iki əkiz uşaqları dünyaya gəlmişdir. |
2014-05-08 | 17,089 | İlk ağlayan yarışmanı qazanır - Video | Yaponiyanın Hiroşima şəhərində Uşaq günü münasibətilə "ağlayan sumo" yarışması keçirilib. "Axar.az" xəbər verir ki, yarışmaya yaşları 6 ayla 18 ay arasında dəyişən 800 körpə qatılıb. Yarışmanı qazanmaq istəyən körpə rəqibindən öncə ağlamalıdır. Videonu təqdim edirik. |
2014-05-08 | 17,090 | Dünyanın ən yüksək qonorar alan 10 yazıçısı | Bəzən naşirlər kitab müəlliflərinə yüksək qonorar ödəyirlər ki, onlar daha məhsuldar və öz işlərinə daha böyük məhəbbətlə yazıb-yaratmağa başlasınlar. Çünki bu əsərlər oxucuları əyləndirir, onları həyəcanlandırır, sevindirir, bəzən isə düşünməyə vadar edir. "Axar.az" dünyanın ən yüksək qonorar alan 10 müəllifini təqdim edir. Maraqlı burasıdır ki, ən çox qonorar alan yazıçıların reytinqi XX-XXI yüzilliklərin Qabriel Qarsia Markes, Haruki Murakami, Edna O'brayen, Con İrvinq, Kormak Makkarti, Enni Pru, Filip Rot, Don Delillo, Martin Emis, Salman Rüşdi, Cennifer İqan, Mario Barqas Losa və Orxan Pamuk kimi yazarlarının yer aldığı ən görkəmli və nüfuzlu müəllliflərin siyahısı ilə üst-üstə düşmür. 10. DİN KUNTS - 19 mln $ Din Kuntsın romanları elmi fantastika, qorxulu əsərlər və hətta satira janrlarına uyğun gəlsə də, onları triller adlandırmaq olar. Bu əsərlər "Nyu York Tayms"ın bestsellerlər siyahısının daimi iştirakçısıdır. Yazıçının 14 qalın və eyni sayda nazik cildli kitabı ən yüksək yerləri tutur. Kunts Pensilvaniyada anadan olub. 1967-ci ildə Şippenburq universitetini bitirib və bir müddət ingilis dili müəllimi işləyib. Onun ən məşhur əsərləri "Qəribə Tomas" və "Frankenşteyn" seriyasından olan bədii nümunələrdir. 9. STİVEN KİNQ - 20 mln $ Stiven Kinq özündə fentezi (mifik və əsatiri motivlər – tərc.) elementlərini və elmi fantastikanı ehtiva edən dəhşət saçan əsərlərin mahir ustası və kəskin süjetli trillerlər müəllifi kimi məşhurdur. Onun ən məşhur romanları "Kerri", "Parıltı", "Püşk", "Qarşıdurma" əsərləri və "Qaranlıq qala" silsiləsidir. Yazıçının 350 mln. nüsxə kitabı satılıb, onlardan bəziləri ekranlaşdırılıb. Kinq 50 roman və 200-ə yaxın hekayə yazıb. Çoxlu sayda mükafatlara layiq görülüb. Məşhur "Qaranlıq qala" televiziya kinoteatrların ekranlarına yol tapan kimi Kinqin gəliri daha çox artacaq. 8. NORA ROBERTS - 23 mln $ Nora Roberts 209 kitab yazıb, ümumiyyətlə, "Nyu York Tayms"ın bestsellerlər siyahısında düz 861 həftə yer alıb. Onun 176 həftəsini isə reytinqin zirvəsində olub. 7. CANET İVANOVİÇ - 24 MLN $ Canet İvanoviç kolleçi bitirdikdən sonra yazıçı kimi fəaliyətə başlayır, lakin ilk vaxtlar nəşriyyatlar onu nəşr etməkdən imtina edirlər. Bununla belə, ilk qazancını cəmi 2 min $ qonorar aldığı sevgi romanından əldə edir. Bu janrda 12 kitab yazdıqdan sonra İvanoviç detektiv yazmağa başlayır. Bunun üçün isə ciddi hazırlıq işləri aparmalı olur, o cümlədən cinayət aləmi ilə ünsiyyətə girir, jarqonları öyrənir və s. Nəticədə əsas qəhrəman - Stefani Plam obrazı meydana çıxır. 6. CEFF KİNNİ - 24 MLN $ Ceff Kinni – ilk dəfə 2004-cü ildə elektron variantda meydana çıxan məşhur "Zəif adamın gündəliyi" əsərinin müəllifidir. Əsər 2007-ci ilədək 20 mln. dəfə oxunur, sonra isə kitab şəklində nəşr olunur. Ümumiyyətlə, yazıçının cəmi 9 kitabı çıxıb. Kinni kitaba əsaslanan onlayn-oyunların da müəllifidir. 5. DANİELA STİL - 25 MLN $ Daniela Stil bütün zamanların və hazırda yaşayan ən çox satılan kitab müəlliflərinin beşliyinə daxildir. Satılmış kitablarının ümumi miqdarı 800 milyonu ötür. O, həmçinin "Nyu York Tayms"ın bestsellerlər siyahısında ən davamlı yer tutan müəlliflərdəndir. Diqqətəlayiqdir ki, Stil romanlarının davamını yazmır, çünki orijinal əsərlərlə müqayisəni sevmir. Onun romanlarının 22-si ekranlaşdırılıb. 4. BİLL О'REYLİ - 28 MLN $ Bill О'Reyli – Amerika jurnalisti və mühafizəkar görüşləri ilə məşhur olan siyasi şərhçi. Onun "О'Reyli Amili" verilişi Amerika Kabel Televiziyasında ən məşhur xəbər proqramı hesab olunur. ABŞ prezidentləri Avraam Linkoln və Con Kennedinin qətlinin araşdırlımasına həsr olunmuş kitabları sayəsində ən çox satılan kitab müəlliflərindən birinə çevrilib. 3. SÜZAN KOLLİNZ - 55 MLN $ Amerika yazıçısı Süzan Kollinz "Yeraltının salnaməsi" və "Ac oyunlar" kimi hit əsərlərin müəllifidir. "Ac oyunlar" romanı 60 həftə "Nyu York Tayms"ın bestsellerlər reytinqinə başçılıq edib. Süzan "Yeraltının salnaməısi"nin ilk beş kitabını "Alisa möcüzələr ölkəsində" kitabını oxuyandan və uşaq layihələri üzərində işləyəndən sonra yazıb. İndi bu kitablar silsiləsi ən məşhur və ən çox satılan əsərlərdir. 2. CEYMS PATTERSON - 94 MLN $ Ceyms Patterson triller və detektiv janrında yazır. Müfəttiş Aleks Krosse haqqındakı silsilə romanları sayəsində məşhurluq qazanıb. Həmçinin "Qətlləri araşdıran qadın klubu" silsiləsindən olan 11 romanı və detektiv Maykl Bennet haqqındakı silsiləsi də məşhurdur. "Nyu York Tayms"ın bestsellerlər siyahısında 19 romanı ilk sıraları tutub. 1. ERİKA LEONARD CEYMS - 95 MLN $ Erika Leonard Ceyms ən varlı müəlliflər siyahısına 2013-cü ildə daxil olub və dərhal da birinci yeri tutub. Həddən artıq məşhurluq qazanmış "Bozun əlli çaları" romanı hələ ki ekranlaşdırlmayıb. Əgər bu layihə baş tutarsa, Ceymsə 5 milyon dollaradək əlavə gəlir gətirə bilər. Əvvəlcə o, fanfiklər (məşhur orijinal ədəbi əsərlərin motivləri əsasında yazılmış həvəskar qələminə məxsus bədii nümunələr – tərc.) yazırdı, sonra isə bütün əsərləri romanlara çevrilib yazıçıya dünya şöhrəti qazandırıb. |
2014-05-08 | 17,091 | Nokia polisi ölümdən qurtardı | Braziliyada San Paolada meydana gələn bir hadisədə "Nokia Lumia 520" 24 yaşındakı bir polisi ölümdən qurtarıb. "Axar.az" xəbər verir ki, polis valideynlərinə baş çəkməyə gedəndə gözlənilməz hadisə ilə qarşılaşıb. Evə girmiş oğrular onu görəndə valideynlərini əsir alıblar. Polis olduğunu biləndəsə ona atəş açılıb. Güllələrdən biri boşa çıxsa da, digəri onun yan cibinə tuş gəlib. Amma polisin cibindəki telefon onu qoruya bilib. Güllə "Nokia Lumia 520"-nin ekranına dəydiyindən polis yaralanmayıb. Xatırladaq ki, 2013-cü ildə "Nokia Lumia 920"-nin də test zamanı 24 tonluq zərbəyə dayandığı ortaya çıxıb. |
2014-05-08 | 17,092 | Bu savaşı da uduzacağıqsa... | Keçən gün mətbuatda yayıldı ki, Türkiyədə erməni şairi Sayat Novanın serləri kitab şəklində dərc olunub. Yəqin ki, Türkiyə bu addımı ona görə atıb ki, ermənilərin xoşuna gəlsin. Nə deyə bilərik? Xarici də, daxili də siyasət onların. Amma məsələ ondadır ki, Türkiyə ermənilərin könlünü almaq istəyəndə bizim haqqımıza girməkdən çəkinmir. Çünki adı çəkilən şairin kitabı dərc olunanda Əhməd Cavadın Türkiyədə məşhur olan, hər il ən azından on dəfə bu ölkədə tədbir və tv-lərdə səsləndirilən "Çırpınırdı qara dəniz" şeiri də necə deyərlər, Sayat Novaya "hədiyyə" edilib. Bu xəbər yayılandan sonra Azərbaycan Mədəniyyət nazirliyinə zəng vurduq. Bu məsələ ilə bağlı nazirliyin münasibətini öyrənmək istədik. Bəlli oldu ki, nazirliyin bu məsələdən heç xəbəri yoxdur. Halbuki xəbər artıq necə saat idi ki, mətbuatda yayılmışdı. Yaxşı bunu da keçdik. Xəbəri verdik və ondan sonra öyrənmək istədik ki, yaxşı, indi nə kimi tədbir görüləcək. "Siz bir azdan zəng edin" deyib dəstəyi asdılar. Sonra da etdiyimiz zənglərə cavab verən olmadı. Bir müddət öncə Türkiyədə olarkən oradakı jurnalist və yazar dostlarla söhbət zamanı mən Azərbaycanda olan ilklərdən - Şərqdə ilk musiqinin nota köçürülməsindən, Üzeyir Hacıbəyovdan, ilk teatrın burda yaranmasından, qəzetin burda dərc olunmasından danışdım. Bəlli odu ki, bu adi məlumatlardan orda kimsənin xəbəri yoxdur. Amma bizim 10 yaşlı uşaq az qala Osmanlı imperiyasının tarixini bilir. Özü də bu təbliğatı sadə türk vətəndaşı aparmır. Bu işi Türkiyə TV kanalları edir. Hər gün izlənilən tarixi və müasir dövrü əks etdirən seriallar, dinlənilən musiqilər demək olar ki, bizi öz mədəniyyətimizdən uzaqlaşdırıb. Amma buna görə Türkiyəni qınamağa dəyməz. Buna qarşı biz Türkiyə kanallarının burda izlənməsini qadağan edə bilmərik. Sadəcə, öz mədəniyyətimizi bu "savaşda" daha yaxşı təqdim edib onun öncəliyini təmin etməliyik. Mədəniyyətlərin "savaşında" da savaşmağı bacara bilməyəcəyiksə, daha bəhanələri səbəbə çevirməkdən vaz keçib özümüz-özümüzə bəzi şeyləri etiraf etməliyik. Ən adi proqramdan tutmuş, xəbərə qədər Türkiyədən asılı vəziyyət salınmış Azərbaycan izləyicisi məncə, öz ölkəsində də normal verilişlərə baxmaqdan imtina etməz. İllərdir ki, Azərbaycanın tanıdılması və varlığının dünyaya duyurulması haqqında özümüz deyib özümüz də eşidirik. Bizim haqqımızda deyilən, danışılan hər şeyə elə ölkə içində odlu-odlu cavablar verib az qala dünyanı o sözü deyənin başına uçururuq. Amma burda, ölkənin içində... Öz kölgəmizlə danışırıq sanki... Sonra da qalxıb deyirik ki, ermənilər yaman saxtakar və yaramaz millətdir. Yaxşı, onları saxtakar elan etməklə biz daha səmimi oluruq? Onları abırsız elan etməklə biz daha abırlı oluruq? Sadəcə, öz bacarıqsızlığımızı və tənbəlliyimizi başqasının işgüzarlığında gizlədib etmədiklərimizin səbəbini və səbəbkarlarını kənarda axtarmaqla özümüzü sakitləşdirməyə çalışırıq. Bu bir növ etdiyinin əzabından xilas olmaq üçün vicdanına təsir etmək kimidir. Ya da bəlkə biz öz vicdanımıza xitab etməmək üçün bu bəhanələri uydurub həqiqətləri yalanımızın kölgəsindən çıxmağa imkan vermirik. Beləcə, hər şeydə və hər savaşda uduzuruq. Sonra da bu məğlubiyyətlə barışıb uduzmanın səbəblərini "tapıb" ah-zarla işimizi bitmiş bilirik. Biz nəyisə əvvəldən bilə bilmirik, nədirsə, elə cavab verən durumunda oluruq. Əleyhimizə baş verən hər şeydən sonra xəbər tuturuq, amma dərd ondadır ki, heç bundan sonra da düz-əməlli bir reaksiya olmur. Məsələn, Rusiyada kulinariya kitabı çıxır, orda milli yeməklərimiz ermənilərin adına yazılır. İş işdən keçəndən sonra elə burda, ölkənin içdə bir- iki söz deyib otururuq. ABŞ-da xəritə yayınlanır, orda Qarabağ Ermənisatanın sərhədləri içində göstərilir, yenə də eyni şey... Türkiyədə erməni şairinin kitabı çıxır və Əhməd Cavadın az qala hamıya bəlli olan müəlliflik haqqı tapdanır, bir söz deyən yox! Çünki bizim iş prinsipimiz budur, arxadan daş atmaq... Hələ onu da ata biliriksə... |
2014-05-08 | 17,093 | Azərbaycanda hər 75 nəfərdən biri dəlidir - Statistika | "Ölkədə 124 mindən artıq ruhi xəstə var". Bu rəqəmi "Axar.az"a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. Onun sözlərinə görə, ölkə üzrə 11 ruhi xəstəxana və dispanser mövcuddur. "Bundan əlavə 2 böyük xəstəxananın tərkibində psixiatriya şöbəsi var". Nazirlik rəsmisi bildirdi ki, xəstələrin bir qismi stasionar müalicədən keçərək ambulator müalicə alır: "Həkim nəzarətində olan da çoxdur. Mütəmadi olaraq həkim müayinəsindən keçirlər". Xırda riyazi hesablama aparsaq görərik ki, ölkədə hər 75 nəfərə 1 ruhi xəstə düşür. |
2014-05-08 | 17,094 | Lizinq xidmətləri gündəmə gəldi, amma... - Ekspert | Mərkəzi Bankın istehlak kreditləri ilə bağlı banklara məlum tapşırığından sonra avtomobil satışında lizinq şirkətləri təşəbbüsü ələ aldı. Lakin bu dəfə Vergilər Nazirliyi kreditlə avtomobil almaq istəyən fiziki şəxslərin əl-qolunu bağlamağa qərar verdi. Belə ki, Nazirlik Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətlərinə lizinq əməliyyatlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə üstünlük verilməsini tövsiyə edib. Başqa sözlə, VN-dən lizinq şirkətlərinə göndərilən tövsiyə məktubunda mal satılarkən VÖEN alaraq fəaliyyət göstərən və gəlirləri barədə bəyannamə təqdim etməyi bacaran şəxslərə üstünlük verilməsi tapşırılıb. Burada məqsəd lizinqlə avtomobil alan şəxslərin aylıq ödənişləri həyata keçirməklə bağlı problemlərinin olmamasını aydınlaşdırmaqdır. Yəni, lizinqlə maşın almaq istəyənlər ən azı VÖEN-i olan taksi sürücüləri olmalıdır. Lizinq xidmətləri gündəmə gəldi, amma ... Ekspertlər VN-nin bu addımının avtomobil bazarını məhdudlaşdıraçağı qənaətindədir. İctimai Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə "Axar.az"a açıqlamasında lizinq fəaliyyətinin çərçivələrinin müəyyən edilməsinə, bu sahədə qanunvericiliyi təkmilləşdirilməsinə ehtiyac olduğunu deyir: "Mərkəzi Bankın məlum tövsiyəsindən 2 ay sonra bankların verdiyi avtomobil kreditlərini bərpa edildi. Bəlli oldu ki, əgər əvvəl ilkin ödənişlər 15-20 faiz idisə, dəyişiklikdən sonra yeni avtomobillər üçün bu rəqəm 40-50 faiz, köhnə maşınlar üçün isə 80 faiz oldu. Bu şərtlər əlverişli deyildi. Ona görə lizinq xidmətləri gündəmə gəldi". Qeyd edək ki, əvvəllər istehlak kreditləri ilə müqayisədə nəqliyyat vasitələrinin lizinqlə alınması baha başa gəldiyindən vətəndaşlar daha çox birinciyə üstünlük verirdi. Ancaq avtomobil kreditləri dayandırılandan sonra bu xidmətə tələb artdı. Avtomobili lizinq yolu ilə almaq üçün ilkin ödəniş 15-20 faiz, illik ödəniş isə 16-17 faiz təşkil edir. Bu şərtlərin vətəndaşların minik avtomobillərinə əlçatanlığını müəyyən qədər kompensasiya etdiyini deyən S.Əliyev sonradan onun məhdudlaşdırması qərarının vacib olmadığını vurğulayıb: "Vergilər Nazirliyinin bu addımına müəyyən qədər haqq qazandırmaq da olar. Lizinq bir qayda olaraq sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulub. Yəni, sahibkar həmin nəqliyyat vasitələrini icarəyə götürür ki, məsələn, kənd təsərrüfatında və ya başqa sahələrdə istifadə etsin, ondan gəlir əldə etsin. Sahibkarlıqla məşğul olmaq üçün isə mütləq həmin şəxsin VÖEN-i olmalıdır. Və ya fiziki şəxs avtomobili lizinqdən əldə edib taksi xidməti göstərəcəksə, bu sahibkarlıq fəaliyyəti sayılır və VÖEN-ni olmalıdır. Bu baxımdan Nazirliyin bu addımına haqq qazandırmaq olar". VÖEN-nə ehtiyac olmaya da bilər Digər tərəfdən ekspert şəxsi istifadə üçün alınan minik maşınlarının lizinqlə əldə edilməsinə də toxunub: "Əgər avtomobil sahibkarlıq məqsədilə deyil, şəxsi istifadə üçün alırsa, bu zaman onun vergidə qeydiyyatının olması vacib deyil. Maşın alan adam deməli, haradasa işləyir və bunu təsdiq etmək üçün iş yerindən arayış kifayət edir. Bu onu göstərir ki, həmin fiziki şəxs işləyir və vergi ödəyir. VÖEN-nin tələb olunmasına ehtiyac yoxdur". Problemin köklü həllinə gəlincə, S.Əliyev bunun qanunvericiliklə bağlı olduğunu deyib. Başqa sözlə, lizinq fəaliyyətinin çərçivələrinin müəyyən edilməsi və tənzimlənməsi üçün ayrıca qanuna ehtiyac var. "Hazırda bizdə lizinq xidmətləri "Mülki Məcəllə" ilə tənzimlənir. Rusiya və digər bu kimi ölkələrdə isə bu xidmət "Lizinq fəaliyyəti haqqında" ayrıca qanunla tənzimlənir. Eyni zamanda ölkəmizdə lizinq xidməti lisenziyalaşmayıb. Bu o deməkdir ki, istənilən adam hüquqi şəxs yaradaraq lizinq xidməti ilə məşğul ola bilər. Ona görə də burada icra orqanlarının onların fəaliyyətinə təsir mexanizmi yoxdur. Bu isə o deməkdir ki, lizinq şirkətlərinə qarşı hər hansı tələbin irəli sürülməsi yolverilməzdir. Vergilər Nazirliyinin bu tövsiyəsi qazancı onsuz da zəif olan, inkişaf etmək istəyən insanlar üçün zərbə olacaq". Lizinq xidmətini çərçivəyə salmaq vacibdir Lizinq fəaliyyətinin genişlənməsinə ehtiyac olduğunu qeyd edən ekspert bunun üçün həmin fəaliyyəti tənzimləyən qanunun qəbulunu vacib sayıb. Onun fikrincə, həmin sənəddə lizinq fəaliyyətinin predmeti, lizinq şirkətlərinin hüquq və vəzifələri öz əksini dəqiq tapmalıdır: "Bu gün əsas problem ondadır ki, lizinq fəaliyyətinin çərçivələri müəyyən edilməyib. Digər ölkələrdə olduğu kimi bizdə bu xidmətlə məşğul olmaq hüququ sırf sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə verilməlidir. Bu qaydalar tənzimlənmədiyinə görə lizinq şirkətləri lombardlar kimi necə gəldi fəaliyyət göstərirlər". Xatırladaq ki, bu, Azərbaycanda avtomobil kreditləşməsi ilə bağlı ilin əvvəlindən bəri atılan sayca ikinci addımdır. Bu ilin yanvar ayında Mərkəzi Bankın kommersiya banklarına göndərdiyi tövsiyə xarakterli məktubdan sonra banklar avtomobil kreditləşməsini dayandırmışdılar və sonradan yeni şərtlər əsasında bu xidməti bərpa etdilər. |
2014-05-08 | 17,095 | Britaniya Xarici işlər naziri Gürcüstandadır | Böyük Britaniyanın XİN rəhbəri Uilyam Heyq dünən axşam Tiflisə gəlib. Britaniya baş diplomatının təyyarəsi Tiflis hava limanına yerli vaxtla saat 20:00-da enib. Böyük Britaniyanın Gürcüstandakı səfiri Aleksandra Holl naziri qarşılayan jurnalistlərə bildirib ki, Britaniya tərəfi bu səfərdən iki ölkə arasında münasibətlərin yaxınlaşmasını gözləyir. "Biz Gürcüstanın beynəlxalq terrorizmlə mübarizədə, NATO missiyalarında iştirakında səylərini yüksək qiymətləndiririk və Gürcüstanın Aİ ilə assosiasiya barədə müqavilənin imzalanmasını tamamilə dəstəkləyirik. Biz bu prosesin sürətləndirilməsinin təşəbbüskarlarından biri olmuşuq və düşünürük ki, gələcəkdə əlaqələrimiz daha da sıx olacaq", - səfir qeyd edib. Böyük Britaniyanın xarici işlər naziri bu gün səhər rəsmi görüşlərə başlayacaq. O, əvvəlcə Gürcüstanın Xarici İşlər naziri Mayya Pancikidze ilə görüşəcək. Sonra isə Baş nazir İrakli Qaribaşvili və prezident Qiorqi Marqvelaşvili ilə görüşlər keçiriləcək. Sonra müxalifətlə görüş keçiriləcək /Trend/. |
2014-05-08 | 17,096 | Avtomobil kanala düşdü, sürücü öldü | Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ağdaş rayonu, Qoşaqovağ kəndində "VAZ" markalı minik avtomobili Şirvan kanalına düşüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və su kanalına düşüb. Xilasedicilər sürücünün meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər. Əməliyyat saat 03:40-da başa çatıb. |
2014-05-08 | 17,097 | Rus milyarderlər bu il nələr itirdi – Tam siyahı | Ötən ilin sonlarından başlayan Ukrayna olayları və Krımın Rusiyaya ilhaq edilməsi dünyanın siyasi xəritəsi ilə yanaşı, iqtisadi mənzərəsini də dəyişdi. Bu hadisələrin çevrəsində dünya milyarderləri də müəyyən itkilərlə üzləşdilər. İqtisadi sanksiyaların tətbiq edilməsi isə rusiyalı varlıların gəlirlərinin azalmasına səbəb oldu. "Axar.az"ın "Blomberq"dən aldığı rəsmi məlumata görə, mayın 6-na qədər 19 rusiyalı milyarderin ümumi sərvəti 214 milyard dollardır. Həmişə olduğu kimi, siyahıya 16,3 milyard dollarlıq varidatla Alişer Usmanov başçılıq edir. Dünya üzrə dövlətlilər siyahısında 49-cu olan Rusiyanın məşhur dəmir istehsalçısı həm də İngiltərənin "Arsenal" futbol klubunun səhmlərinin 30 faizinə sahibdir. Əlavə olaraq 4,8 milyard dollar hesablanmamış borcu olan Usmanov son bir ildə ancaq pul itirməklə məşğuldur. Ötən ilin mayın 5-dən bu tərəfə pullarının 19,3 faizini, yəni 3,9 milyard itirən rusiyalı milyarder son dəyişikliklər nəticəsində daha 0,2 faiz, yəni 31,7 milyon dollar puldan məhrum olub. Dünyanın 62-ci milyarderi olan Leonid Mikelsonun isə 15,1 milyard dollar sərvəti var. Gəlirinin 25 faizi enerji istehsalı və satışından əldə edən Mikelson Rusiyanın ikinci qaz istehsalçısı "Novatek" şirkətinin prezidentidir. Həmçinin "Pervobank"ın valyuta ehtiyatının 64,1 milyardı Leonid Mikelsona məxsusdur. Bir il ərzində 2,8 milyard dollar (15,7%) itki ilə üzləşən milyarder Ukrayna olayları başlayandan sonra daha 2,5 milyon dollar (təxminən 0,01 %) puldan məhrum olub. 15 milyard dollarla dünya 64-cüsü olan Viktor Vekselberq son bir il ərzində gəlirlərini 0,7 faiz, yəni 103 milyon dollar artırsa da, son hadisələr onun 0,3 faiz, yəni 43,2 milyon dollar itirməsi ilə nəticələnib. Onun hələ tam hesablanmamış borcu isə 3,2 milyard dollardır. İl boyu heç bir sent belə itirməyən rusiyalı milyarderlərdən biri Roman Abramoviçdir. 2013-cü ilin may ayının 5-dən 250,4 milyon dollar (03%) qazanan Abramoviçin ümumilikdə sərvəti 14,4 milyard dollardır. Son hadisələr dünya 69-cusu olan bu milyarderə qazanc gətirib. Belə ki, təkcə son 6 ayda o 6,2 milyon dollar pul qazanıb. Onun hələ tam hesablanmamış borcu 2,8 milyard dollardır. 14,2 milyrd dolları olan Mixail Fridman isə dünya milyarderləri arasında 75-ci yeri tutur. Son bir ildə kifayət qədər böyük məbləğ – 1,9 milyard dollar (11,6%) itirən Fridman Ukrayna hadisələrinin təsirindən də qaça bilməyib. Ümumi valyuta sərvətinin 06%-nə, yəni 82,2 milyon dollarına əlvida deyən milyarder həmçinin "Rosneft"in dövriyyədə olan kapitalının 5,1 milyard dollarlıq hissəsinin sahibidir. Milyarderlərin siyahısında 78-ci olan Vladimir Potanin 13,9 milyardın sahibidir. Son 365 gündə 332,9 milyon dollar itirən Potanın 6 ayın statistikasına görə 3,8 milyon dollar qazanıb. Soçi Qış Olimpiadası dövründə tikilən otellərin ona məxsus olduğu deyilir və onun da hələ tam hesablanmamış borcunun 1,5 milyard dollar olması iddia olunur. Rusiyanın adı siyahıda olan digər milyarderi Andrey Melniçenkodur. Onun 13,5 milyard dolları var ki, son bir ildə 1,2 milyard (8,3%), Ukrayna hadisələrinin nəticəsində isə 362,3 milyon dollar (2,6%) itirib. Xatırladaq ki, Melniçenko dünya milyarderlərinin siyahısında 81-cidir. Mixail Proxorov isə dünyanın 90-cı pullu adamıdır. 12,3 milyard dollar sərvətə malik bu şəxs 365 gündə 557,3 milyon (4,3%), son 180 gündə isə 35, 5 milyon dollar (0,3%) itki ilə üzləşib. Bu qədər itki ilə yanaşı, onun hələ tam hesablanmamış borcu 4,8 milyard dollar civarındadır. Rusiyalı milyarderlər sırasında 10,5 milyard sərvətlə 9-cu olan həmyerlimiz Vahid Ələkbərov isə dünya milyarderlərinin siyahısında 108-cidir. O, son bir ildə 1,9 milyard dollar (15,2%) itirsə də, Krım olayları onun 1 sent belə itirməsinə təsir etməyib. Həmyerlimizin hələ tam hesablanmamış borcunun 1,5 milyard olması açıqlanır. Həmyerlimizdən 100 milyon dollar az vəsaitə sahib olan Vladimir Lisin dünya 111-cisidir. Putinin uğursuz islahatlarından ən çox ziyan görənlərdən biri məhz bu milyarderdir. Son 1 ildə sərvətinin 28,6%-ni, yəni 4,1 milyardını itirən Lisinın gəlirlərinə Ukrayna-Krım olayları təsir edə bilməyib. Bu müddət ərzində gəlirlərini 18,1 milyon dollar (0,2%) artıran milyarder hazırda Rusiya Olimpiya Komitəsinin vitse-prezidentidir. O, 3,2 milyard dollar məbləğində tam hesablanmamış borca sahibdir. Dimitri Ribolovlev – 10,3 milyard dollarla dünyanın 112-ci, Rusiyanın 11-ci varlısı olan bu şəxs son bir ildə 21,2 milyon dollar (0,2%) pul itirib. Son olaylar müddətində isə yalnız 0,6 milyon manat qazanıb və hazırda 605 milyon dollar borcu var. 10,1 milyard dollarla dünya 116-cısı olan Sergey Qalitskiy son bir ildə gəlirlərinin 27%-ni yəni 3,7 milyard dollarını itirib. Məlum olaylar isə onun gəlir və çıxarına heç bir təsir göstərə bilməsə də 250 milyon dollar tam hesablanmamış borcu var. Ötən ilin mayın 5-dən bu günə qədər 1,8 milyard dollar (15,6%) itirən Aleksey Mordaşov 9,9 milyard dollarla dünya 119-cusudur. Kiyev olayları isə onun 26,8 milyon dollar (0,3%) itirməsinə gətirib çıxarıb. Ötən ilin sonlarından bu günə qədər 56,4 milyon dollar (0,6%) pul itirən German Xan 9,8 milyard dollarlıq sərvətə malikdir. Bir ilin statistikasına görə 1,2 milyard dollar (11,3%) itirən Xan dünya milyarderləri siyahısında 121-ci yerə xanlıq edir. Dünya milyarderləri siyahısında 145-ci olan İskəndər Maxmudovun hazırda 8,6 milyard dollar varidatı var. O, Ukrayna olayları dövründə 52,4 milyon (0,6%), ümumilikdə il ərzində isə 175,2 milyon dollar (2,0%) itki ilə üzləşib. Bundan əlavə Maxmudovun 200 milyon dollarlıq tam hesablanmamış borcunun olması ilə bağlı fikirlər var. 7,8 milyard dolları olan Qennadi Timçenko dünya 161-ci olaraq il ərzində 3,2 milyard (28,8%) dollar, son 6 ayda isə 104 milyon (1,3%) dollar itirib. Hesablamalar Timçenkonun hələ tam hesablanmamış 10,8 milyard dollara qədər borcunun olduğu deyilir. İl ərzində 2,6 milyard dollar (25,5%) pul itirən, amma Ukrayna olaylarında heç bir itki ilə üzləşməyən Vladimir Yevtuşenko hazırda 7,5 milyard dollarla dünya milyarderlərinin siyahısında 172-ci yerdədir. Ukrayna-Krım olaylarında 43,1 milyon dollar (0,6%), 365 gündə isə 1,1 milyard dollar (12,3%) itirən növbəti milyarder Aleksey Kuzmiçevdir. Hazırda onun 7,5 milyard vəsaiti var və məlum siyahıda 173-cüdür. Dünya milyarderlərinin siyahısına adı düşən sonuncu rusiyalı sərvət sahibi Oleq Deripaskadır. İl ərzində 242,2 milyon dollar (3,7%) qazanan Deripaska 6,8 milyard dollar pulu var. Amma məlum olaylarda 91 milyon dollarından (1,3%) məhrum olan bu sonuncu mogikanın tam hesablanmamış 4,7 milyard dollar borcunun olduğu deyilir. Hazırda o varlı insanların adları yer alan siyahıda 197-cidir. |
2014-05-08 | 17,098 | 62 terrorçu həbs olundu | Səudiyyə Ərəbistanında Əl-Qaidə terror təşkilatı ilə əlaqəli olduğu iddia edilən 62 adam həbs olunub. "Axar.az" xəbər verir ki, mövzu ilə bağlı detalları Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi Təhlükəsizlik sözçüsü Mansur min Sultan Əl-Türki keçirdiyi mətbuat konfransında açıqlayıb. Əl-Türki həmin şəxslərin aylarla davam edən istintaq nəticəsində ələ keçirildiyini qeyd edib: "İstintaq və təhlükəsizlik araşdırması bu geniş şəbəkənin Suriya ilə Yəməndəki radikal ünsürlərlə əlaqəli olduğunu ifşa etdi. Biri Yəmənli, biri Pakistanlı və qalanları Səudiyyə Ərəbistanlı olmaqla 62 şübhəli Əl-Qaidə terror təşkilatı ilə əlaqəli olduğu üçün həbs olundu". Əl-Qaidəyə aid olduğu iddia edilən evə təşkil edilən basqında çoxlu qiymətli əşya, pul, telefon, planşet və çoxlu sayda sursat tapıldığı bildirilib. |
2014-05-08 | 17,099 | Erməni yazar Ərdoğana təşəkkür etdi | Türkiyədə həftədə bir nəşr olunan ermənilərə məxsus "Luys Magazin" qəzetinin erməni əsilli köşə yazarı Aram Kuran Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana 1915-ci il hadisələri üçün verdiyi başsağlığı mesajına görə təşəkkürünü bildirib. Erməni yazar fikirlərini özünəməxsus sözlərlə ifadə edib. "Biz duadan sonra məzara su tökürük. Bu, torpağın bəsitcə sulanması deyil. Ruhların şad olması üçün rəmzi mənası olan bir əməldir. Cənab baş nazirim, siz də 23 apreldə verdiyiniz mesajla bütün dünyadakı ermənilərin ürəyinə su səpdiniz". Xatırladaq ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri ilə əlaqədar ermənilərə başsağlığı mesajı vermişdi. Baş nazirin bu hərəkəti birmənalı qarşılanmamış, bu mesaja görə, Ərdoğana təşəkkür edənlərlə yanaşı, ona kəskin etirazlarını bildirənlər də olmuşdu /ans/. |
2014-05-08 | 17,100 | Gül bayramına hazırlıq ərəfəsi | 10 may Gül bayramına hazırlıq prosesindən fotosessiyanı təqdim edirik. |
2014-05-08 | 17,101 | Ədliyyə naziri istefa verdi | İrlandiyada Ədliyyə naziri Alan Şater istefa verib. "Axar.az" xəbər verir ki, Alan Şaterin istefası haqqında məlumat verən İrlandiya Baş naziri Endi Kenni istefanın bir polis tərəfindən Şaterə qarşı iddialar haqqındakı bir hesabatdan sonra gəldiyini bildirib. Kenni hesabatın xüsusilə polis təşkilatı və Ədliyyə Nazirliyi kimi bir sıra təşkilatların hərəkətlərinin qeyri-kafiliyi haqqında iddiaları ehtiva etdiyini yazaraq belə deyib: "Şater qərarını və istefasını verib, mən də istəməyərək də olsa qəbul etdim". Şater istefa məktubunda hesabatın bu ay keçiriləcək Avropa Parlamenti və yerli seçkilər qabağı hökumət daxilində problem yaratmasını istəmədiyini bildirib. |
2014-05-08 | 17,102 | Rusiya Qarabağ problemini Azərbaycana qarşı yönəldir | Rəsmi Bakının xarici siyasətdəki son gedişləri situasiyaya adekvat olsa da, daxili siyasətdəki addımları haqda bunu demək olmur... Putin Rusiyasının meydan oxuyan siyasi demarşı və aşkar neoimperiya revanşı (Krımım ilhaqı, Ukraynaya təcavüz, qonşulara ünvanlı hədələr, Qərblə kəskin konfrontasiya) mahiyyət etibarilə Azərbaycan-Ermənistan münaqişəsində əvvəlki diplomatik, prosessual-hüquqi konseptual fonu darmadağın etmiş oldu və problemin həlli üçün qeyri-müəyyən və riskli bir situasiya yaratdı. Bir yanda bilavasitə "Krım presedenti"nin təhlükəli kontekstindən və Rusiya-Ukrayna qarşıdurmasından doğan birbaşa risklər və təhdidlər, başqa yanda isə geosiyasi kontekstin və dünyadakı, postsovet məkanındakı və Güney Qafqaz regionundakı situasiyanın inkişaf tendensiyalarının şərtləndirdiyi dolayı hədələr özünü aydın göstərməkdədir. Birbaşa təhlükələr Son vaxtlar Kremlə yaxın politoloqlar və siyasilər (Duqin, Jirinovski, Seleznyov, Kolerov, Kiselyov və digərləri) ölkəmizin "Ukrayna məsələsi"ndə tutduğu mövqeyə, o sırada BMT Baş Məclisinin sessiyasında Krımın ilhaqına görə Rusiyanı ittiham edən qətnaməyə səs verdiyinə görə Azərbaycanın ünvanına tez-tez hədələr səsləndirirlər. Hətta Kremlin ölkəmizdə reallaşdıra biləcəyi konkret hədələrin konturları da təsvir edilir - əgər Bakı təbii ki, öz mövqeyini tezliklə dəyişməsə və Moskvanın pressinqi qarşısında güzəştə getməsə. Bu hədələr aşağıdakılardır: - Dağlıq Qarabağı tanımaq və ya Krım variantı üzrə, formal referendumla "DQR"i Rusiyaya birləşdirmək; - Dağlıq Qarabağ ətrafında işğal altında olan Azərbaycan rayonları ilə istədiyi kimi manipulyasiya eləmək, onları ya özgəninkiləşdirilən ərazi arealına daxil etmək, ya da "heç kiminki" statusu ilə möhkəm şəkildə öz nəzarətində saxlamaq; - Bütün cəbhə xətti boyu hərbi əməliyyatları qızışdırmaq və Azərbaycanın yeni ərazilərini işğal eləmək təhdidi ilə "Qarabağ faktoru"ndan Azərbaycandakı vəziyyəti qəfil qarışdırmaq üçün istifadə eləmək; - Azərbaycanın şimalında ("ləzgi kartı") və cənubunda ("talış kartı") "yeni" separatçı ocaqlar yaratmaq, həmçinin, zərurət olarsa, ölkədə "rusların hüquqlarının pozulması" kimi uydurulmuş faktora əl atmaq; - Azərbaycanda öz təsir agentlərindən ("5-ci kolon") istifadə eləməklə vəziyyəti qarışdırmağın və ya hakimiyyəti dəyişməyin müxtəlif ssenarilərinə rəvac vermək; - Rusiyadakı həmvətənlərimizdən ibarət milyonluq ordudan Azərbaycana təzyiq göstərmək və ölkəmizdə gərginliyi artırmaq üçün yararlanmaq; - Təxribatlar və real hədələrin nümayişi üçün Azərbaycanın quru və dəniz sərhədləri boyu hərbi mövcudluğu kəskin artırmaq. Göründüyü kimi, bu və ya başqa şəkildə olsa da, çoxsaylı birbaşa hədələrin reallaşması zamanı Kremlin planlarında mühüm yer yenə də Azərbaycana ən effektli rıçaq kimi Qarabağ probleminə ayrıla bilər. Rusiyanın birbaşa hədələri isə ölkəmiz üçün müəyyən ölçüdə hansısa fors-major təhlükəsi daşıyır. Yəni belə hədələrin miqyasını, formasını, işə salınma zamanını proqnozlaşdırmaq çox çətin, bundan da çətini isə onlara qarşı hazırlaşmaq və ya onlardan sığortalanmaqdır. Lakin tam mümkündür ki, Qarabağın suverenləşməsi və ya özgəninkiləşdirilməsi, yaxud bölünməsi, Azərbaycanda hakimiyyətin dəyişdirilməsi Kremlin hazırkı planlarına daxil deyil və öz-özlüyündə əsas hədəf anlamı daşımır. Amma bu, məhz o şantaj hədələridir ki, onların vasitəsilə Kreml Azərbaycanı qərbyönlü kursdan imtina etdirməyə, onun Gömrük və Avrasiya ittifaqlarına girməsinə və özünün bütün addımlarını Rusiya ilə koordinasiya etməsinə çalışır. Şübhəsiz, Azərbaycan inad göstərərsə, hədələrdən bəziləri reallaşa bilər. Bu zaman çox şey Qərblə Rusiyanın geosiyasi qarşıdurmasının yekunlarından, həmçinin Moskva ilə Kiyevin dövlətlərarası konfrontasiyasının nəticələrindən asılı olacaq. Əgər Kreml bu qarşıdurmalar zəncirindən heç olmasa nisbi qalib kimi çıxsa, o zaman o, yəqin ki, özünün postsovet məkanının təzədən formatlaşdırılmasına yönəlik aqressiv neoimperiya kursunu özünə sərfəli məcrada davam etdirəcək. O halda - növbəti mərhələdə məhz Azərbaycan Putinin bu və ya digər hədələrinin tam reallaşmasını vəd edən olduqca sərt şantajçı pressinqi ilə üzləşə bilər - əgər təbii ki, rəsmi Bakı Moskvanın əsas tələblərini qulaqardı eləsə. Dolayı təhlükələr Dolayı hədələr ilk baxışda elə də görünmür, ancaq eyni zamanda daha realdır. Bu, onunla bağlıdır ki, sonraya saxlanan və "Moskvanın iştahı"ndan, "Ukrayna hadisələri"ndən asılı olan birbaşa hədələrdən fərqli olaraq dolayı hədələr bilavasitə mövcud situasiyanın və Qərb-Rusiya münasibətlərinin konfrontasiya kontekstinin geosiyasi kolliziyalarından qaynaqlanır. Məsələ ondadır ki, Rusiya-Ukrayna böhranının sürdüyü sayılı aylar ərzində Qarabağ probleminin geosiyasi fonu da, münaqişənin nizamlanması ilə bağlı normativ-konseptual yanaşmalar da əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Mən artıq dəfələrlə yazmışam ki, danışıqlar prosesinin gedişində və qarşılıqlı sərfəli həll modelinin tapılması bazasında konfliktin çözümü bir-birinin ardınca aşağıdakı üç səviyyədə konsensus əldə olunmasına gedib dirənir: 1) geosiyasi səviyyə (ABŞ, AB və Rusiya arasında), 2) münaqişədə olan ölkələri dövlət başçıları səviyyəsində (Azərbaycan və Ermənistan), 3) bu ölkələrin siyasi elitaları və cəmiyyətləri səviyyəsində. Son vaxtlar Qarabağ nizamlanması üçün və məsələdə nisbi geosiyasi konsensus əldə eləmək üçün ABŞ, AB və Rusiyanın (Minsk Qrupu həmsədrlərinin) mövqelərini yaxınlaşdırmağa yönəlik aktiv səylər göstərilib. Həmsədr ölkələrin hər il verdiyi birgə bəyanat və onlar tərəfindən razılaşdırılan "Madrid prinsiplərinin yenilənmiş variantı" ilk baxışda "konsensus dəhlizi"ni növbəti daha vacib səviyyəyə - konflikt tərəfləri olan dövlət başçıları səviyyəsində anlaşmaya nail olmaq üçün perspektiv açırdı. Paralel surətdə Azərbaycan və Ermənistan ictimaiyyətləri səviyyəsində "konsensus atmosferi"nə nail olmaq üçün hər iki ölkədə Qarabağ nizamlanmasına dair vətəndaş dinləmələri prosesi aktivləşmişdi. Belə təəssürat yaranırdı ki, nəticəsiz danışıqlar prosesində hansısa ümidverici perspektivlər işıldamağa başlayıb. Fəqət, Krımın işğalı və Ukraynaya qarşı davam edən təcavüz mahiyyət etibarilə Qarabağ məsələsində nisbi geosiyasi konsensusu pozdu və dövlət başçıları, ictimaiyyətlər səviyyəsində konsensusa gəlməyə yönəlik prosesləri xeyli dərəcədə geri atdı. Məsələ təkcə ABŞ-AB bir tərəfdə, Rusiya isə başqa tərəfdə olmaqla bu tərəflər arasında konfrontasiyalı qarşıdurmanın güclənməsində deyil, hansı ki, öz-özlüyündə bu səviyyədə geosiyasi konsensusu artıq mümkünsüz edir. Həm də ondadır ki, Krımın işğalı ilə dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri arasında kövrək balans – hansı ki, "Madrid prinsipləri"nin əsasında durdurdu - pozulmuş oldu. Rusiya Krımda vurğunun yerini açıq-aşkar müqəddəratı təyinetmənin xeyrinə dəyişdi. Belə bir yanaşmanı həmsədr ölkə kimi o, Qarabağ probleminin nizamlanması prosesində də maddiləşdirmək təhlükəsi vəd edir. Bundan əlavə, münaqişə tərəflərinin özlərinin geosiyasi, xarici siyasət yanaşmaları və oriyentasiyaları daha da uzaqlaşmış oldu. Rusiyanın forpostu olan Ermənistan Gömrük İttifaqına girdiyini bəyan elədi və Kremlin anti-Ukrayna demarşını birmənalı şəkildə dəstəklədi. Qarabağ probleminin yükü altında qalan Azərbaycan isə obyektiv olaraq separatçılığı dəstəkləyə bilməzdi. Bakı Ukraynanın ərazi bütövlüyünü müdafiə elədiyini bildirdi və indi Rusiyanın təzyiqlərinə qarşı əks-tədbirlər axtarıb tapmaq zorundadır. Belə ifrat assimetrik fonda təbii ki, münaqişədə olan ölkələrin başçıları səviyyəsində konsensusun əldə edilməsi daha qəliz məsələyə çevrilir və danışıq prosesinin perspektivi tamamilə dumanlı şəkil alır. Münaqişədə olan dövlətlərin siyasi elitaları və ictimaiyyətləri səviyyəsində konsensusun perspektivinə gəlincə, geosiyasi konsensusun pozulduğu və Azərbaycanla Ermənistanın dövlət başçıları səviyyəsində mövqelərin prinsipial şəkildə fərqləndiyi şəraitdə bu, tamamilə irreal görünür. Üstəlik, mövcud vəziyyətdə əks tendensiyanı – vətəndaş təşəbbüslərinin tormozlanmasını və hər iki ölkədə konfrontasion ovqatın güclənməsini gözləmək lazım gəlir. Söz düşmüşkən, Azərbaycandakı son olaylar, o sırada Rauf Mirqədirovun həbsi, Leyla və Arif Yunusların ünvanına səslənən hədələr, habelə konfliktin həlli yönündə erməni həmkarları ilə əməkdaşlıq edən vətəndaş cəmiyyəti nümayəndələrinə təzyiqlər deyilənləri təsdiq edir. Bu mənada axır vaxtlar (yeni hədələr kontekstində) Qarabağ probleminin dinc həll prosesində imkanlar pəncərəsi qaçılmaz şəkildə daralmaqdadır. Bununla bahəm, münaqişənin alternativ – hərbi yolla həlli üçün də hələlik müvafiq şərtlər və ümidverici perspektiv yoxdur. Rusiyadan gələn real hədələri nəzərə alanda və ABŞ, AB və NATO-dan etibarlı təhlükəsizlik zəmanətlərin olmadığı vaxtda hərb variantı Azərbaycan üçün daha mürəkkəb və riskli görünür. Sadalananlardan qənaət hasil olur ki, hazırkı zamanda Azərbaycanın Qarabağ nizamlanmasında pozitiv irəliləyişlərə ümidlənməsi çox çətindir. Daha aktual olan indi ölkəyə, Qarabağa Rusiyadan gələn birbaşa və dolayı hədələrə qarşı duruş gətirmək məsələsidir. Bu planda rəsmi Bakının son günlər və həftələrdəki fəal "siyasi gedişlərini" anlamaq olar. Azərbaycan ölkənin suverenliyi və ərazi bütövlüyünə mümkün təhlükələrdən qorunmaq, həmçinin, gələcəkdə Qarabağ məsələsinin dinc və ya hərbi yolla həlli perspektivini təmin etmək işində öz mövqeyini gücləndirmək üçün təkcə qardaş Türkiyə ilə deyil, həm də İranla, İsraillə və s. sıx tərəfdaşlığın etibarlı körpülərini qurmağa çalışır. Bakının xarici siyasət mövqeyi, addımları və axtarışları anlaşılandır və ümumən mövcud situasiyaya adekvatdır. Əfsus ki, artan təhlükələr kontekstində rəsmi Bakının daxili siyasi mövqeyi və hərəkətləri heç də həmişə situasiyaya adekvat görünmür. Hansı hərəkətlər ki, ölkədə ümummilli həmrəyliyin, barışın və yekdilliyin təmin edilməsinə əsla yardım eləmir. Bu sahədə hələ sonsuz sayda problem qalır /Musavat.com/. |
2014-05-08 | 17,103 | Türmə əhvalatları - Gürcülər və güneyli məhbuslar | "TÜRMƏ ƏHVALATLARI" LAYİHƏSİNDƏ Nə qədər ağrıdıcı və darıxdırıcı günlər olsa da, dustaq həyatının da xoş xatirələrlə yadda qalan günləri az olmur. Buranın müvəqqəti sakinlərinin fantaziyasının bəhrəsi olan o qədər danışılası hadisələr olub ki... bu dəfə dustaq həyatının zarafatlarla izlənilən anlarından bəhs edəcəyəm. Onu da deyim ki, türmədə kimliyindən aslı olmayaraq, hər kəs zarafatı sevir, amma gərək həddi aşmaya və baxır kimin kiminlə söhbəti tutur. Elə çöldəki kimi. Tibb məntəqəsində "kirəkeş" olduğum üçün buranın həkim və feldşer heyəti ilə də münasibətlərim normal idi. Bütün günü bir yerdə olardıq. Cəza Çəkmə Müəssisəsinin başqa əməkdaşları ilə müqayisədə tibb personalının işçiləri daha münasib insanlar idilər. Baxmayaraq ki, onların da gəlir mənbəyi dustaqlardı. Lakin onlara münasibət heç vaxt aqressiv olmur. Tibb məntəqəsinin baş həkimi mayor Bəhram idi və dustaqlardan palatadakı kirayəyə görə aldığı pulun yarısını demək olar ki, nərddə dustaqların özünə uduzardı. Məsələn, mən iki ayımın kirə haqqını onunla nisyə oynayıb udmuşdum. Uduzduğu adamdan əl çəkməz, onu narahat edər, daima nərd oynayardı. Olmuşdu ki, bir neçə dəfə evə getməsin, gecəni "sançast"da olan dustaqlarla "interes"ə nərd çırpsın. Kapitan rütbəli Səttar həkimlə isə münasibətimizi dostluq həddinə qədər çatdıra bilmişdik. Səttarın çox böyük yumor hissi vardı. Ona müraciət edən pasiyent dustaqlar əslində həkimin şux zarafatlarına görə bura gələrdi, desəm, yanılmaram. Yaxşı da səsi vardı. Bir də gördün, pəsdən hansısa mahnını zümzümə etdi. Arada ona, "səsini bir ağız qaldır", - deyə, xahiş edərdim. "Ayıbdır, bura "zon" yeridi, düşər-düşməzi olar", – cavab verərdi. Səttar həkimin dustaqlarla etdiyi zarafatlar ilk baxışdan çox ciddi olardı. Amma baxır kiminlə və hansı situasiyada. Sözünün, hərəkətinin yerini bilərdi. Bir dəfə Astaradan olan gənc dustaq özünü hövlnak həkimin otağına atdı: - Doktor, özümü pis hiss edirəm, üç gündür ürəyim bulanır, öyümə tutub məni. Səttar həkim həyəcanla oturduğu yerdən qalxdı, canıyananlıqla soruşdu: - Kimdən şübhələnirsən?.. Xəstə dustaq çaşıb qaldı. Həkimin gözlərinin içinə baxıb: - Nə bilim vallah, uşaqlarla bir yerdə olmuşam. Bəlkə çipsidəndir? - gözlərini döydü. Səttar bizə göz vurdu: - "Cipsi"? Mən beləsini tanımıram. Hansı əhldəndir, 149-la tutulub? (149-cu maddə zorlamadır) - sən niyə onunla "salam-məlik" etdin ki? Etimad adlı bu oğlan doktorun nə dediyini bu zaman başa düşdü və gülərək: -Yekə kişisən, bax gör, zəhərlənib-eləməmişəm? - dedi. Xeyli gülüşdük. Səttardan heç kəs incimirdi. Çox təcrübəli həkim idi. Uzun illər həbsxanada işləməsi, dediyinə görə, dəfələrlə yanlış diaqnozların təcrübəsi onu peşəkar həkim etmişdi. İçərinin qanunlarını da gözəl bilirdi. "Şmon" vaxtı bizim bəzi əşyalarımızı qoruduğu da olmuşdu. Hər ikimiz zarafat etməyi xoşladığımızdan mənimlə daha səmimi idi. İlk zarafatı belə olmuşdu: nə üçünsə ona müraciət etdim. Qulaq asdı və dedi: - Kişi, - sonra da ciddi, həm də hansısa qəbahətli işi tuturmuş kimi utancaq görkəm alıb, – "kişi" deməyim xətrinə dəymədi ki? Tutulduğumu və əsəbiləşməyimi görüb güldü, əlini çiynimə qoydu, "zarafat edirəm də", - dedi. Və bundan sonra artıq mənim zarafatlarımın təzyiqinə davam gətirməklə məşğul oldu. Onun yanına gələn xəstə dustaqlar bizi birlikdə gördükdə zənn edərdilər ki, mən də azadlıqda olanda həkim işləmişəm. Çünki Səttar onları müayinə etdikdə üzünü mənə tutar, doktor, düşünürəm ki, bunun xəstəliyi filan şeydir, siz nə məsləhət görürsüz? – deyərdi. Mən də onun diaqnozunu təsdiqləyər və xəstəyə əlavə "məsləhətlər" verərdim. Çox vaxt iş zamanı başa çatdıqdan sonra ağrıkəsici və digər həbləri mənə verərdi. Axşam hansı xəstə gələcəksə, ona verməyi xahiş edərdi. Həm də bu baxımdan bəziləri məni həkim kimi qəbul edrdi. Zarafatlarımız isə çox vaxt gürcülər və İrandan olan dustaqlarla effektli alınardı. Gürcülərdə bir şeyi müşayiət etmişdim; onlar məqsədlərinə çatmaq üçün adama özlərini anlaqsız kimi də göstərirdilər. Bilərəkdən özlərini gülüş obyektinə çevirirdilər. İranlılar isə hər şeyə inanırdılar. Əlbəttə ki, hamısı yox. Təbrizli dustağın xəstəliyi Bir gün axşam yoxlanışından sonra İrandan olan Pərviz adlı dustaq bizim qaldığımız otağa gəldi. Aqillə oturub çay içir, "dağı arana, aranı dağa" daşıyırdıq. Ədəblə salam verdi, cənublu şivəsi ilə: - Doxtur Fayiq, Araz dedi ki, öskürürəm, mənə biseptol versin. Araz Cəlilabad əhlindən olan dustaq idi. Narkotik maddələrin daşınması və dövlət sərhədini qanunsuz olaraq keçməsinə görə günahkar bilinib həbs olunmuşdu. Sakit və "özünü tanıyan" adam idi. Dərmanı verdim. Pərviz üzümə baxdı, nə isə demək istədi. Çəkindi. Həmən ağlımdan keçdi ki, bununla bir zarafat edim: Baba, məni kəsəcəksizmi? - Pərviz, bir yerin ağrımır ki, dərmana ehtiyacın olar birdən, de, utanma. - Ağrımayan yerim varmı, baba, hər yerim zoqquldayır mənim. Mənə də dərman ver. - Otur, - dedim. Aqildən xahiş etdim ki, Pərvizin çiyinlərini sıxıb ovuşdursun ki, mən onun gözlərinə baxıb xəstəliyini "müayinə edə bilim". Aqil pıçıltı ilə, "yox başın qənimisən" - deyib, qonşu otaqdan naxçıvanlı Mehmanla laçınlı Ramizi də çağırdı ki, bəri gəlin, Faiq iranlını müayinə edir, birdən köməyiniz lazım olar. Nigeriyadan olan dustaq Samsundan belə hamı bizim palataya topalaşdı. Ramiz dedi ki, Aqilin ürəyi yuxadır, qoy onun çiyinlərini mən ovum. Pərvizin halını təsəvvür etmək gərəkdir. Gözlərində, sifətində qorxuqarışıq təlaş "yuvaladı": - Baba, məni kəsəcəksizmi? Demək istəyirdi ki, bu qədər adamın bura topalaşması nəyə görədir, əməliyyat olunacam? ALLAH, SƏN ÖZÜN SAXLA! Ramiz onun çiyinlərini möhkəm sıxdıqca Pərvizin iniltisi ətrafı bürüdü. Alışqanın işığnı "xəstəmin" gözlərinin içinə tutub dərindən nəfəs almasını, yavaşca öskürməsini tələb edirdim. Arada Samsuna dedim ki, sən də onun topuqlarını ovxala. Zənci zarafatımızı başa düşmədiyinə görə, "bu yanlış müalicədir, niyə belə edirsən?" - dedi. Əsəbi halda ona: - Sən Afrikadan gəlib bizə müalicəmi öyrədəcəksən, - dedim. Aqil Pərvizin dizlərini sıxdı. Bir də "xəstənin" gözlərinə baxıb, çölə necə çıxdığı ilə maraqlandım. Bir neçə sual da verdim. Dostlar mənə dəstək olurdu, onun xəstəliyinin "fəsadlarını" söylədikcə içlərini çəkir, "Allah, sən özün kömək ol, cavandır, qədibçilikdədir, heç Kafirə də bu bəlanı, dərdi vermə" deyə dua edirdilər. Pərvizə dəxli olmayan suallar verirdim. Məsələn, yatanda xoruldayırsanmı, xoruldayırsansa, ayaqların keyləşmir ki? Yuxulu olarkən yerini batırırsanmı? Fit çalanda boynunun ardı qaşınırmı, qulağında tıxac olurmu və sair. Hər cavaba da dostlar ah çəkib, "Allah, özün saxla"! deyib, ah-fəğan edirdilər. Pərvizi tanımaq olmurdu. Baxışları ilə dil olub mənə yalvarırdı ki, onda nələri aşkarlamışamsa, özünə dəqiq deyim. Müayinə başa çatdıqdan sonra bir qədər dərindən nəfəs aldım. Stolun üstündə vitamin həbləri və gicitkən yağı vardı. Evdən mənim üçün gətirmişdilər. Bir qaşıq yağ içirdib, sonra da həbdən ikisini verdim ki, atsın. Amma həbi atdıqdan sonra mütləq 10 dəqiqə boynunu sola qıssın, sağ ayağını qaldırıb, tək ayaq dayansın. Danışmasın. 10 dəqiqədən sonra bu dəfə əksini təkrara etsin, boynunu sağa qıssın və sol ayağını qaldırsın. Bütün bunlardan sonra rahat yatmağa çalışsın. Üstünü möhkəm örtsün ki, tərləyə bilsin. Pərviz dediyimi etdi. Sonra da mənə dua edərək yatmaq üçün barakına getdi. Xeyli güldük. MƏNİM SƏNƏ NƏ PİSLİYİM KEÇİB Səhəri meydanda yoxlanış zamanı mənə yaxınlaşıb, təşəkkürünü bildirdi, gecəni rahat yatdığını dedi. Ona hələ müalicənin bitmədiyini söylədim. "Sənə elə dərman verəcəyəm ki, - dedim, - bədəninin bütün ağrıları, mikrobları sidik kanalından çıxacaq". Axşam palatamıza gəldi. Gündüz Səttardan 4 gilə sidikqovucu həb götürmüşdüm. Bunun biri bəs edir ki, müntəzəm olaraq insan sidiyə getsin. Pərvizə 4 ədəd həbi verdim və dedim ki, çoxlu maye qəbul et ki, bədənin su ehtiyatı tükənməsin. Növbəti gün Pərviz yorğun, yuxusuz, gözlərinin altı şişmiş halda mənə yaxınlaşdı, bu dəfə hirslə: - Baba doxtur, Fayiq şair, mənim sənə nə pisliyim keçib? Səhəri tualetdə dirigözlü açmışam. Əsəbi idi. Halımı pozmadan: - Sən nə danışırsan, istəyirdin ayaqyolunda gözü bağlı qalasan? Sonra onu inandırdım ki, sənin bəxtin gətirib sidiyə getmisən, xəstəliyin canından çıxıb, əks halda bunun fəsadları çox pis olardı. Sən demə, gecə o hər çarpayıdan düşüb ayaqyoluna getdikcə səs küy salırmış və narahat dustaqlar onunla mübahisə edib. Pərviz: - Yaxşı mənim xəstəliyim nə idi axı? - Bu, həkim sirridir, demək olmaz, ağzından çıxar, biabır olarsan, - dedim və aralandım. Müəmmalı baxışlarla ardımca baxa-baxa qaldı. YASAMALLI TEYMUR Cəza Müəssisəsinin "promzon"unda emalatxanalar vardı. Burada əsasən sənətkarlar işləyir və qazandıqları pulla həm özləri dolanır, həm də türmə rəhbərliyinə aylıq ödəyirdilər. Bu haqda növbəti dəfə daha geniş bəhs edəcəyəm. Lakin indilərdə taxta sexlərindən birindəki başagəldini söyləməyə ehtiyac var. Şıxovlu Çingiz usta vardı və Aqillə mən çölə göndərdiyimiz hədiyyələrin əksəriyyətini ona hazırladardıq. Vaxtı ilə dənizdə işlədiyindən həmkar kimi hörmətimi saxlayardı. Başqaları ilə müqayisədə güzəştlər olardı. SƏNİN XƏSTƏN OLMUŞAM AXI Aqillə sifariş verdiyimiz əşyaların ardınca getmişdik. Emalatxanaya girər-girməz Çingiz bizi hörmətlə qarşıladı. Köməkçisi olan "bedalaq"a dustaqlara bizə çay süzməsini tapşırdı. Ayağını ayağının üstünə aşıraraq təsbeh fırlayan və qədeş-qədeş danışan tanımadığımız yeni dustaqlardan da bir nəfər vardı içəridə. Hiss etdik ki, bizə olan diqqət qardaşın heç xoşuna gəlmədi. Aqillə gözləşdik. Çingizin mənə "şair" deməsi dostumuzun qırışığını açdı: - Qədeş, yazansan? - soruşdu. - Yox dedim, həkiməm. Adım Şairdir, dedim. Fikir verdim, bu adamın başı keçəl idi və mən ömrümdə ilk dəfə idi ki, belə keçəl baş görürdüm. Elə bil, xətkeş qoyub dördbucaq şəklində başının ortasının saçını götürmüşdülər. Söhbətə girişdi, gözümün içinə baxdı: - Doktor, sən məni tanımadın? Sənin xəstən olmuşam axı, Semaşkoda işləyirdin də, - lap həyasızlıq etdi. Və eyni zamanda mənim necə hörmətli həkim olmağımdan ağız dolusu danışdı. - Səhv edirsən, görünür, məni kiminləsə səhv salırsan, ya da mənim qardaşımla. O da orada işləyir. Mən dəri-zöhrəvidə işləyirdim. Tökülmüş saçların bərpası kafedrasının dosenti idim. ALƏ, QƏDEŞ, QARPIZ ALMIRSAN E... Həbsimlə maraqlandı. Dedim, xəstədən rüşvət alıb müalicə etmişdim. Saçı başına bir az seyrək gəlmişdi deyə, acığa düşüb şikayətçi oldu. Sonra da izah etdim ki, o adamın başı tamam keçəl idi. Əgər sənin başındakı kimi tükü olsaydı, nə vardı onun saçını bərpa etməyə. Axı sənin başında olan saçın toxumasını genişləndirmək çox asandır. O adamda isə elə bil ki, yoxdan nəyi isə "rasplantasiya" etməliydim. Əlavə etdim: - Məni buna görə həbs etdilər, indi onun başında mənim tüklərim, azadlıqdadır, mən isə burda... Dostlarla mövzunu bir qədər də geniş müzakirə etdik və Yasamallı Teymur nəhayət ki, əlini başına çəkib, saçlarının bərpa olunmasını istədiyini dedi. Qulaqardına vurdum. Axır ki, Aqilin "tənəli" sözləri ilə Teymurun başının müalicəsini boynuma götürəsi oldum. Onun başını işığa çəkib bir qədər sıxdım. – Alə, qədeş, qarpız almırsan e... Acığa düşdüm, heç baxmıram, dedim və Aqillə Çingizin emalatxanasını tərk etdik. Aqil: - Gərək bir az dolayaydıq onu. - Narahat olma, hələ burdayıq, gələcək yanımıza, - dedim. Elə də oldu. Teymur "sançast"a gəldi. Xeyli söhbət etdik. Dedim, sənin içindəki mikrobları təmizləməliyəm. Ona 8 ədəd sidikqovucu həb verdim. - Bunların dozası azdır, ona görə 8-də at ki, effekti olsun. Yarım saatdan sonra Teymurun ümumi ayaqyolunun qapısına söykənərək halsız halda təsbehini fırlamasını, 2-3 dəqiqədən bir tələsik ayaqyoluna qaçmasını kənardan müşahidə edib gülüşürdük... |
2014-05-08 | 17,104 | Quldurlar prezidentin arvadını zorlayıb | Cənubi Afrika Respublikası prezidenti Yakob Zuma "seçki taktikası" kimi qəbul edilən bir açıqlama verib. Dövlət başçısı və bələdiyyə seçkilərinin birlikdə keçirildiyi CAR-da hazırkı prezident Yakob Zuma gözlənilməz çıxış edib. O, seçkilərlə bağlı söylədiyi son çıxışda şəxsi təhlükəsizliyi üçün dövlət xəzinəsindən xərclənən pulların çox şişirdildiyini bildirib. Prezident Yakob Zuma həmçinin, dörd arvadından birinin 10 il əvvəl evlərinə daxil olan quldurlar tərəfindən zorlandığını və prezident üçün təhlükəsizliyinin hər şeydən vacib olduğunu vurğulayıb /ans/. |
2014-05-08 | 17,105 | Sumqayıtda yanğın: bir nəfər yaralandı | Sumqayıtda binanın zirzəmisində yanğın olub, bir nəfər xəsarət alıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ikimərtəbəli inzibati binanın zirzəmisində 12 kv.m sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Bina yanğından mühafizə olunub. Yanğın saat 07:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-05-08 | 17,106 | Mövqelərimiz atəşə tutuldu | Cəbhənin təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə,erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-05-08 | 17,107 | Silahlı Qüvvələrimiz beynəlxalq tədbirdə | Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 10-dan 16-dək Almatı şəhərində (Qazaxıstan) "Gizir və çavuşların birgə təlimləri" mövzusunda təlimi, mayın 12-dən 13-dək Brüssel şəhərində (Belçika) "Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi" (e-PRIME) üzrə kursu, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən mayın 12-dən 16-dək İstanbul şəhərində (Türkiyə) 17-ci beynəlxalq dənizçilik yarışları, Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq planına əsasən mayın 12-dən iyulun 4-dək Buxarest şəhərində (Rumıniya) Orta səviyyəli ingilis dili kursu və mayın 12-dən 30-dək Predeal şəhərində (Rumıniya) Dağa dırmanma təlimatçıları kursu keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər. |
2014-05-08 | 17,108 | Rus politoloq: “Rusiyanın vəziyyəti ağırlaşacaq” | Rəsmi Moskva üçün situasiya dəfələrlə ağırlaşacaq. "Axar.az" xəbər verir ki, bu sözləri rusiyalı politoloq Qriqori Trofimçuk öz Feysbuk səhifəsində yazıb. O, Putinin açıqlamasından sonra Rusiyaya qarşı təzyiqin artırılacağını bildirib: "Putinin Donetskdə keçiriləcək "referendum"la bağlı açıqlamasından sonra Qərb Rusiyaya qarşı təzyiqini artıracaq. Situasiya Moskva üçün dəfələrlə ağırlaşacaq". Qeyd edək ki, dünənki açıqlamasında Rusiya Prezidenti Vladimir Putin separatçıları Donetskdə keçiriləcək referendumu təxirə salmağa çağırmışdı. |
2014-05-08 | 17,109 | Ukraynanın separatçılara qarşı əməliyyatı anbaan - Video | Ukrayna güc strukturlarının Donetsk və ətraf şəhərlərdə separatçılara qarşı keçirdiyi anti-terror əməliyyatların videosu yayılıb. "Axar.az" xəbər verir ki, görüntülərdə separatçılara qarşı döyüş səhnələri, terrorçuların həbsi yer alıb. Qeyd edək ki, Ukrayna güc strukturları ölkənin cənub-şərqində federallaşmanın tərəfdarı olan separatçılara qarşı mübarizə aparır. |
2014-05-08 | 17,110 | Bakıda ABŞ vətəndaşı döyülərək qarət edildi | Bakıda ABŞ vətəndaşı soyulub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Neftçilər prospekti 25 də yerləşən "Hilton" otelinin qarşısında qeydə alınıb. ABŞ vətəndaşı, 1957-ci il təvəllüdlü Meknelli Kent Davidi 2 nəfər naməlum şəxs döyərək içərisində 300 manat olan pul kisəsi götürüblər. ABŞ vətəndaşına xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır. |
2014-05-08 | 17,111 | Məşhur model başını avtobusa çırpdı - Video | Bir makiyaj firmasının reklam çarxına çəkilən məşhur braziliyalı top model Adriana Lima kameralara gülümsəyərək gedərkən başını avtobusun güzgüsünə çırpıb. "Axar.az" xəbər verir ki, 32 yaşlı gözəl hadisədən sonra özünü tez-tələsik toplayaraq avtobusun içərisinə girib. Həmin videonu təqdim edirik: |
2014-05-08 | 17,112 | II və III qrup abituriyentləri bazar günü imtahan verəcək | Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 11-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. "Axar.az" TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 33 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 6-dan etibarən TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Abituriyentlər imtahana özləri ilə 2 sənəd-şəxsiyyəti təsdiq edən sənədin əslini, "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar. İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 16:00-da "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək. |
2014-05-08 | 17,113 | Zakir Həsənovdan təxris olunan generallarla bağlı - Şok qərar | Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir müddət əvvəl ordudan təxris olunan bir qrup generalı "Usta dərəcəsi"ndən məhrum edib. Bu barədə əmr Zakir Həsənov tərəfindən verilib və səbəb kimi isə onların xidmət zamanı nöqsanlara yol verildiyi göstərilib. Ehtiyatda olan generallardan biri bu xəbəri təsdiqləyərək, bildirib ki, yüksək rütbəli zabitlərin "Usta dərəcəsi"nin alınması ədalətsilikdir: "İlk növbədə bu xidmət zamanı əldə olunan nəaliyyətdir. Bunun üçün Silahlı Qüvvələrin komissiyası qarşısında hərbi nəzəriyyə, idman və döyüş hazırlıqları üzrə imtahanlarda iştirak etmişik. İllər ərzində bir neçə istiqamət üzrə verilən imtahanların yekunu olaraq, zabitlərə, yəni bizə "Usta dərəcəsi" verilib". Etirazını bizimlə bölüşən ehtiyatda olan general əlavə edib ki, "Usta dərəcəsi"nin vəzifə səlahiyyəti və birbaşa xidmətlə heç bir əlaqəsi yoxdur. Yəni xidmətdə olan istənilən zabit bu dərəcələri qazanmaq üçün müvafiq vaxtlarda imtahanda iştirak edə bilər. Bizimlə - orduda uzun illər xidmət edən, silahlı qüvvələrin quruculuğunda az-çox əməyi olan Azərbaycan generallarına qarşı belə cılız hərəkət düzgün deyil və Müdafiə Nazirliyinə başucalığı gətirmir. İkicisi, bu, qanun pozuntusudur. Həmin dərəcələr imtahan verə bilmədikdə azaldıla bilər. Bizsə imtahanda i.tirak etməmişik". Adının şəkilməsini istəməyən general deyib ki, bu dərəcənin alınması həm də onların təqaüdlərinin azalmasıdır: "Bizə qaşı belə cılız hərəkətlər başadüşülən deyil. Hər şeyin bir əndazəsi var. Ümumiyyətlə generalların o şəkildə təxris edilməsi belə düzgün deyildi. Gərək nazir generalları şəxsi heyyət qarşısından hörmətlə yola salardı. Axı bizim xidmətimiz var. Bunu etmədilər. Hələ bu azmış kimi dərəcəmizi də alırlar". Bununla bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrənmək üçün qurumun mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirdi ki, təxris olunan generalların dərəcələrinin alınması ilə bağlı məlumatı yoxdur. O, deyib ki, bu cür xəbərlər tamamilə əsassızdır və təxribat xarakter daşıyır. Xatırladaq ki, Zakir Həsənovun müdafiə naziri vəzifəsinə təyinatından sonra sabiq nazir, general-polkovnik Səfər Əbiyev başda olmaqla 8 general - Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Silahlı Qüvvələrin Hərbi Akademiyasının sabiq rəisi, general-mayor Nəcəf Qəmbərov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və tibb xidməti general-mayoru Dağlar Abdullayevdir (Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi) Silahlı Qüvvələrdən ehtiyata göndəriliblər. /Aznews.az/ |
2014-05-08 | 17,114 | Mahaçqalada atışma: 3 ölü, 1 yaralı | Dağıstanın paytaxtı Mahaçqalada polis əməkdaşları ilə döyüşçülər arasında atışma baş verib. Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, atışma zamanı 3 döyüşçü öldürülüb, 1 nəfər dinc sakin isə yaralanıb. Atışma polislər şübhəli avtomobili saxlamağa çalışarkən baş verib. Avtomobildə olanlar polisə silahlı müqavimət göstəriblər. Hazırda zərərsizləşdirilənlərin şəxsiyyəti və hansısa terror aktı ilə əlaqəli olub-olmadığı müəyyənləşdirilir. /ANS/ |
2014-05-08 | 17,115 | Azərbaycanda gedişhaqları bahalaşıb | null |
2014-05-08 | 17,116 | Həmsədrlər Azərbaycana gəlir | null |
2014-05-08 | 17,117 | Namus məsələsinə dair videonun detalları - Video | Srağagün Azərbaycanda namus ləkəsinin vəhşicəsinə "yuyulması" ilə bağlı yayılan videokadrlardakı hadisə ilə bağlı təfərrüatlar aydınlaşıb. Dəhşətli kadrların çəkildiyi hadisə Tərtər rayonunda ötən ilin iyul ayında törədilib. Döyülən Eldar adlı şəxs dostunun arvadı ilə mobil telefon vasitəsilə yazışıb. Bunu bilən gəlinin qaynı Zaur və qardaşı Ruslan Eldarı meşəyə aparıblar. Orada döyərək videoya çəkiblər. Tərtər Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Elvin Kərimov bildirdi ki, həmin işlə bağlı iki nəfər tutulub və hazırda onların işi məhkəmə baxışındadır. Bölmə rəisi əlavə etdi ki, tərəflər arasında ilk olaraq barışıq olmuşdu. Lakin sonradan videonun yayılması zərərçəkmiş tərəfin qəzəbinə səbəb olub və cinayət işi başlanıb. /Milli.az/ |
2014-05-08 | 17,118 | Daha bir konqresmen Qarabağın “müstəqilliyini” müdafiə etdi | "Mən uzun müddətdir "Dağlıq Qarabağ xalqı"nın öz müqəddəratını həll etmək haqqını müdafiə edir və Reqlament Məsələləri üzrə Komitənin müstəqilliklə bağlı qəbul etdiyi qərarı tam dəstəkləyirəm". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Şiff çıxış edib. O, Qarabağın "müstəqilliyi" ilə bağlı qəbul olunmuş layihəni müsbət qiymətləndirib: "Mən uzun müddətdir "Dağlıq Qarabağ xalqı"nın öz müqəddəratını həll etmək haqqını müdafiə edir və Reqlament Məsələləri üzrə Komitənin müstəqilliklə bağlı qəbul etdiyi qərarı tam dəstəkləyirəm. Mən Azərbaycanın təsiri olmadan "Qarabağ xalqı"na öz taleyini həll etmək üçün göstərilən yardımı alqışlayıram və Assambleyanı müstəqillik haqqında qərarı təsdiqləməyə çağırıram". Qeyd edək ki, mayın beşində Kaliforniya Ştatının Reqlament Məsələləri üzrə Komitəsində Qarabağın müstəqilliyini tanıyan sənəd qəbul olunmuşdu. Sənədi ermənipərəst deputat Mayk Qatto hazırlamışdı. Bu vaxta qədər isə Mayk Qatto "erməni soyqırımı"nın Kaliforniya məktəblərində keçirilməsi ilə bağlı hazırlanmış layihəni ştat parlamentinə təqdim etmişdi. Onu da xatırladaq ki, bu vaxta qədər Qarabağın "müstəqilliyi"ni dörd ştat tanıyıb. Bunlar Rod-Aylend, Men, Masaçusest və Luiziana ştatlarıdır. |
2014-05-08 | 17,119 | Çexiya Rusiyanın təklifini rədd etdi | Çexiya Prezidenti Miloş Zeman ruslarla Qələbə gününü qeyd etməkdən imtina etdi. "Axar.az" xəbər verir ki, Çexiya Prezidenti Miloş Zeman Praqada Rusiya səfirliyinin Qələbə gününün 69 illiyinə həsr olunmuş qəbula gəlməyəcək. Bu barədə prezidentin mətbuat katibi İrji Ovçaçek məlumat yayıb. Qeyd edək ki, Zeman bundan əvvəl Rusiyanın Ukraynanın şərqinə müdaxilə edəcəyi təqdirdə NATO-nun Ukrayna ərazisinə qoşun yeritməli olduğunu bildirmişdi. |
2014-05-08 | 17,120 | Peterburqda azərbaycanlı tələbə narkotacir çıxdı | Peterburqda orta məktəb şagirdlərinə həşiş satan azərbaycanlı tələbə saxlanılıb. "Axar.az"ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Bəhruz Baxışzadə adlı həmyerlimiz Peterburq Universitetinin Hüquq fakültəsinin tələbəsi imiş. O, neçə vaxtdır şəhər orta məktəblərinidə həşiş satmaqla məşğul olurmuş. Baxışzadə Peterburqun Bloxin küçəsi, ev 19 ünvanının həyətində narkotik satarkən yaxalanıb. 19 yaşlı tələbə etiraf edib ki, bu işlə bir ildən çoxdur ki, məşğul olur. Məhkəmənin qərarı ilə Baxışzadə barəsində həbs qətimkan tədbiri seçilib, onu 4 ilə qədər həbs gözləyir. |
2014-05-08 | 17,121 | “Putin geopolitik tələyə düşüb” | İndi Ukraynada baş verənləri proqnozlaşdırmaq çətindir. Əgər Vladimir Putin Ukraynanın işğalı əməliyyatını davam etdirsə nəticədə Rusiyanın özü dağılacaq. "Axar.az" xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Aleksandr Skipalski keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırki vəziyyətdə ancaq Putin Ukraynada gələcəkdə nələrin baş verəcəyini anlaya bilər: "Ancaq Putinin yaxın ətrafı onun başında nələri çevirdiyini anlaya bilər. Ukraynada baş verənlər və Yanukoviçin qaçmağı onun Ukrayanı Gömrük İttifaqına qoşmaqla bağlı planlarını alt-üst elədi". Skipalski əmindir ki, Putin hələ də Ukraynanın cənub-şərqini işğal etmək fikrindən imtina etməyib: "Hadisələrin analizi Putinin cənub-şərqi Ukraynanı işğal planından əl çəkdiyini deməyə əsas vermir. Bununla belə Putin geopolitik tələyə düşüb. Çünki bir az sonra Rusiya zəif oyunçu ilə deyil, daha güclü ilə qarşılaşacaq". |
2014-05-08 | 17,122 | Kadırov ərəb şeyxinin önündə nazirə ayaqqabısını sildirdi – Video | Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov çeçenlərin sərt tənqidinə tuş gəlib. "Axar.az" xəbər verir ki, buna səbəb onun öz xalqını aşağılamasıdır. Qeyd edək ki, Kadırov ərəb mesenantının yanında öz nazirinə ayyaqabılarını sildirməyi rəva bilib. Diqqətə çatdıraq ki, video-çarxın paylaşılmasından sonra sadə çeçenlərin məsələyə reaksiyası dayanmaq bilmir. Onlar hesab edir ki, respublika rəhbəri başqa xalqın nümayəndəsinin yanında bir çeçeni belə aşağılamamalıydı. |
2014-05-08 | 17,123 | Azərbaycan Rusiyaya tank sifarişi verdi | Azərbaycan Rusiyaya T-90S döyüş tankları üçün simulyatorlar sifariş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Bu barədə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzindən (TTM) bildirilib. Ötən il sifariş verilmiş simulyatorlar TTM zirehli texnika tədris sinfində qurulacaq. T-90S tanklarını idarə edən heyət təlimlərin bir qismini bu simulyatorda keçdikdən sonra praktik olaraq döyüş maşınlarının idarəetməsinə cəlb olunacaqlar. Simulyatorların cari il içində Azərbaycana çatdırılması və TTM-də qurulması planlaşdırılır. Artıq tədris zalında bu simulyatorlar üçün yerlər hazırlanıb. Qeyd edək ki, Azərbaycan Rusiyaya 100-ə yaxın T-90S tankı sifariş verib. Ötən il Azərbaycana çatdırılmış bu tankların bir qismi sonuncu hərbi paradda və aprel ayında Naxçıvan Muxtar Respublikasında hərbi texnikaların təqdimatında nümayiş olunub. |
2014-05-08 | 17,124 | Ermənistanla atəşkəs bitir: Müharibə başlayacaqmı? – Ekspert | "Hərbi əməliyyatların yenilənmə təhlükəsi nə Azərbaycandan, nə də Ermənistandan asılıdır". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O, artıq atəşkəs haqda Bişkek müqaviləsinin qüvvəsini itirdiyini bildirib: "Müqavilənin bəndləri dəqiq yadımda deyil, amma bildiyim qədər ilə, o 20 illiyə imzalanmışdı. Elə bu müddət ərzində də sülh prosesinin həyat keçirilməsi nəzərdə tutulmuşdu. Belə yanaşsaq görürük ki, artıq müqavilənin müddəti başa çatıb. Əgər bunun vaxtının uzadılması ilə bağlı xüsusi saziş imzalanmırsa, o, qüvvəsini itirmiş sayıla bilər. O ki qaldı atəşkəsin sırf Bişkek müqaviləsindən asılı olmasına, mən buna inanmıram. Mətbuatda tez-tez fikir səslənir ki, guya atəşkəsin saxlanması, hərbi əməliyyatların başlanmaması məhz Bişkek müqaviləsi ilə tənzimlənir. Bu hardasa birtərəfli yanaşmadır. Məsələ burasındadır ki, həm Azərbaycan, həm Ermənistan ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlara üzv olan zaman Dağlıq Qarabağda hərbi əməliyyatların başlamayacağı ilə bağlı öhdəliklər götürüb. Bir sıra yerlərdə bu, sənədlərdə əks olunub, bəzilərində fəxri xarakter daşıyır və xüsusi əlavələr qəbul olunub. Bildiyim qədər ilə, həm Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramında, həm də NATO ilə Sülh Tərəfdaşlığı Proqramında hər iki tərəf bunu öhdəlik kimi öz üzərinə götürüb". Politoloq hər iki tərəfin Qarabağda hərbi əməliyyatlara özlərinin verdiyi qərarla başlamayacığını deyib: "Hərbi əməliyyatların yenilənmə təhlükəsinə gəlincə isə, yaxşı bilirik ki, bu nə Azərbaycandan, nə də Ermənistandan asılıdır. Bu, münaqişənin arxasında duran böyük maraqlardan asılıdır. Biz gördük ki, həmin böyük maraqlardan biri olan Rusiyanın burada daha çox marağı var. O, Ukraynada cəsarət tapıb çox dərinə gedə bilmədi. Bu gün ya birbaşa, ya dolayısı ilə hərbi əməliyyatlara qatılmaq böyük itkilər vermək deməkdir. Rusiya Ukraynanın şərqində bunu özünə rəva görə bilmədi və Krımla kifayətlənərək böyük iddialarından əl çəkdi. İndi onun ikinci bir bölgədə hərbi tərəfdaşının, yəni Ermənistanın vasitəsilə müharibəyə gedəcəyini düşünmək sadəlövhlük olardı. Bu gün hərbi qarşıdurma heç kimə lazım deyil. Azərbaycan və Ermənistan bu məsələdə söz sahibi olmasına inanmıram. Dediyim öhdəliklərdən heç biri imkan vermir ki, bu ölkələr özbaşına qərar versinlər. Bu gün hər iki tərəfdən hərbi əməliyyatlar haqqında deyilən sözlər reallığa dayanmır". Qeyd edək ki, mayın 12-də Bişkek müqaviləsinin imzalanmasının 20 ili tamam olacaq. |
2014-05-08 | 17,125 | Gəncənin icra başçısı Hadisənin 1 saatına 300 min verib? - Video | Xəbər verdiyimiz kimi, ötən gecə Gəncə şəhərində keçirilən mərhum prezident Heydər Əliyevin 91 illiyinə həsr olunmuş bayram konsertində Türkiyənin məşhur müğənniləri Hadisə və Mustafa Ceceli iştirak ediblər. Yayılan məlumatlara görə, türkiyəli müğənnilər Gəncəyə konsert vermək üçün 1 saatı 300 min dollara gəliblər. Sözügedən məsələ ilə əlaqədar "Publika.az" Gəncə şəhər İcra Hakimiyyətinə sorğu ilə müraciət edib. İcra Hakimiyyətindən sorğuya cavab olaraq bildirilib ki, Türkiyənin tanınmış müğənniləri Hadisə və Mustafa Ceceli Gəncədə havayı konsert veriblər. Sorğumuza cavab olaraq o deyilir: "Hələ bir müddət öncə Gəncə şəhər gəncləri arasında ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunan konsertə hansı müğənnilərin arzu olunması barədə sorğu təşkil edilib. Həmin sorğunun nəticələrinə görə, daha çox Hadisə və Mustafa Ceceli istək qazanıb. Məhz, buna görə də qərara alınıb ki, ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunan konsertdə Hadisə və Mustafa Ceceli olsun. Onu da qeyd etməliyik ki, Hadisə və Mustafa Ceceli ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunan konsertdə çıxış etməyi özləri də çoxdan arzu etdiklərini bildiriblər və bu dəvətdən çox məmnun qalıblar. Gəncə şəhər İcra Hakimiyyəti olaraq biz də Hadisə və Mustafa Cecelinin və onların heyətinin yalnız qonaqlama, gediş-gəliş, yemək-içmək xərclərini ödəmişik". Qeyd edək ki, Hadisə və Mustafa Ceceli Türkiyəyə bu gün səhər Gəncə Şəhər Hava Limanından yola düşüblər. |
2014-05-08 | 17,128 | 6 aydır komada olan jurnalist vəfat etdi | Ötən il noyabrın 1-də maşın vurması nəticəsində komaya düşən Avropa.info-nun əməkdaşı Sahib İslamov bu gün səhər saatlarında dünyasını dəyişib. Bu haqda Sahib İslamovun qardaşı xəbər verib. Qeyd edək ki, ağır yol qəzası keçirən Sahib İslamov 6 ay idi ki, komadaydı. Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb. Dərhal da qəza törədən avtomobil sürücüsü onu Musa Nağıyev adına xəstəxanaya çatdırıb. S.İslamov ağır müştərək qapalı beyin travması, baş beynin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin son rəyi nəticəsində bəlli olmuşdu ki, Sahib İslamovun beyin hüceyrələri ölüb və dünyanın heç bir yerində bu xəstəliyin müalicəsi yoxdur /Avropa.info/. Allah rəhmət eləsin! |
2014-05-08 | 17,129 | Azərbaycanlılar Suriyada neft yatağını ələ keçirdi - Foto | Suriyada "Əl-Qaida"nın müstəqil qanadı kimi fəaliyyət göstərən "İraq və Şamda İslam Dövləti" (İŞİD) terrorçu təşkilatının rəhbərliyi döyüşçülərinə Suriya Azad Ordusu və digər müxalifət qüvvələrinə qarşı döyüşlərin fəallaşdırılmasına dair göstəriş verib. Məlumata görə, İŞİD Rusiya, İran və Suriya tərəfindən müştərək idarə olunur. Belə ki, hazırda bu təşkilat Bəşər Əsəd hakimiyyətinə qarşı deyil, məhz Qərb ölkələrinin dəstəklədikləri müxalifət qüvvələri ilə döyüşür. Təşkilatların naməlum mənbələrdən maliyyələşdirilməsi və silah-sursatla təchiz olunması da yaxşı səviyyədə təşkil olunub. Cari ilin fevral ayının əvvəlində azərbaycanlı ekstremistlərin də təmsil olunduğu və İŞİD-in tərkibində fəaliyyət göstərən dəstələrdən biri Suriyanın şimal-şərqində yerləşən neft yataqlarından birini ələ keçirib və oradan çıxarılan neftin satışını təşkil edib. Hazırda İŞİD bu yataqdan hər gün üçün 150 000 ABŞ dolları qazanır. Ehtimallar görə, güya neft satışından mənfəətin əldə edilməsi təşkilatın xüsusi xidmət orqanları tərəfindən yüksək səviyyədə maliyyələşdirilməsini pərdələmək məqsədilə təşkil edilib. Qeyd olunmalıdır ki, əvvəllər İŞİD tərkibində fəaliyyət göstərmiş azərbaycanlı ekstremistlərə Sumqayıt şəhər sakini "Əbu Yahya" ləqəbli Nicat Aşurov başçılıq edib. Onun 2011-ci ildə İranda yerli xüsusi xidmət orqanlarına məxsus düşərgədə azərbaycanlı, dağıstanlı və çeçen ekstremistləri ilə birlikdə xüsusi təlim keçdiyi məlumdur. Suriyada olduğu müddətdə də Nicat Aşurov şimali qafqazlı əlaqələrindən yararlanıb, çeçen və dağıstanlı ekstremistlərin birləşdiyi və "Abu Ömər Şişəni" ləqəbli çeçenin başçılığı ilə fəaliyyət göstərən "Ceyşül Mühacirin və Ansar" briqadasına qatılıb, sonra isə həmin briqadanın tərkibində İŞİD-ə qoşulub. /Publika.az/ |
2014-05-08 | 17,130 | Kadırov çeçenlərin Ukraynada döyüşdüyünü təkzib etdi | Çeçenistan rəhbəri Ramzan Kadırov çeçen döyüşçülərinin Ukraynada vuruşması xəbərini təkzib edib. "Axar.az" xəbər verir ki, bu barədə Kadırov özünün İnstaqram səhifəsində yazıb. "Bizim Ukraynada döyüşmək kimi istəyimiz yoxdu. Amma biz orada baş verənlərə biganə qala bilmərik. Biz Ukrayna xalqına yardım etmək və dostluq əlaqələrini möhkəmləndirmək istəyirik. Əsas odur ki, Ukrayna hakimiyyəti ölkənin cənub-şərqində yerli əhaliyə qarşı güc tətbiqinə son qoysun. Cəza əməliyyatları ilə onlar heç nəyə nail olmayacaqlar", - deyə Kadırov yazıb. Kadırov çeçen döyüşçülərinin Ukraynada döyüşmələri ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Ukraynada heç bir çeçen batalyonu yoxdur. Özünün Slavyanskda keçirdiyi cəza əməliyyatlarını hakim xunta çeçenlərin üstünə yıxmaq istəyir. Bu, absurddur. Əgər biz orda olsaydıq, sizi əmin edirəm ki, onlar nəinki Slavyanskdan, hətta Kiyevdən qaçardılar". Qeyd edək ki, çeçen xüsusi təyinatlılarının Donbas vilayətində, xüsusilə Slavyanskda separatçılarla birgə vuruşduqları ilə bağlı videolar yayılıb. |
2014-05-08 | 17,131 | Hərbi Dəniz Qüvvələrinin daha iki hərbçisi həbs edildi | Azərbaycan Hərbi Dəniz Qüvvələrində (HDQ) aşkarlanmış qanun pozuntuları ilə bağlı daha iki hərbçi həbs edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, HDQ-nin Yanacaq Xidmətinin rəisi, polkovnik-leytenant Kazım Əsgərov və HDQ-nin yanacaqdoldurma məntəqəsinin rəisi, baş miçman Kamandar Paşayev Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Respublika Hərbi Prokurorluğu bir müddət əvvəl HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. |
2014-05-08 | 17,132 | Separatçıların iki maşını məhv edildi | Ukrayna güc strukturları Slavyanskda onların blok-postuna atəş açan separatçıların iki avtomobilini vurublar. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Daxili işlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Anti-terror əməliyyatı aparan güc strukturlarının Slavyanskdakı 6-cı postuna gecə saatlarında hücum olub. Posta hücum edən iki avtomobil RPQ-dən açılan cavab atəşilə məhv edilib", - deyə məlumatda bildirilib. Hadisə zamanı ölən və yaralananlar barədə məlumat verilməyib. |
2014-05-08 | 17,133 | Üzeyir Cəfərova Müdafiə Nazirliyində vəzifə verilir | Müdafiə Nazirliyinin yüksək çinli rəhbər heyətinin iştirakı ilə keçirilən iclasda nazir, general-polkovnik Zakir Həsənovun təklifi toplantı iştirakçılarında şok effekti yaradıb. Məlumata görə, bir neçə gün əvvəl Z.Həsənovun sədrliyi ilə keçirilən yığıncaqda Müdafiə Nazirliyindəki kadr islahatları və boş qalan yerlərə təqdimatlar məsələsi müzakirə edilib. Müzakirə predmetlərindən biri də "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru vəzifəsinə təqdimatla bağlı olub. "Azərbaycan Ordusu" qəzetinin fəaliyyətini və onun keçmiş baş redaktorlarının siyahısını nəzərdən keçirdikdən sonra nazirin təklif etdiyi şəxsin kimliyi təəccüblə qarşılanıb. Hətta bəziləri Z.Həsənovun onların mövqeyini öyrənmək üçün bu şəxsin namizədliyini irəli sürdüyünü düşünüblər. Ancaq nazir mövqeyində israrlı olduğunu və həmin jurnalistə onun təklifinin çatdırılmasını istəyib. İclasda şok yaradan amil isə bu namizədin Müdafiə Nazirliyi strukturu ilə bağlı daim tənqidi fikirləri ilə tanınan hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyr Cəfərov olması olub. Z.Həsənov müvafiq şəxslərə Üzeyir Cəfərovla danışmalarını və onun razılıq verəcəyi təqdirdə baş redaktor vəzifəsinə çağırılması barədə tapşırıq verib. Z.Həsənovun təklifi bir nazir müavini və idarə rəisi tərəfindən etirazla qarşılanıb. Onlar deyiblər ki, Ü.Cəfərov bu günə qədər Müdafiə Nazirliyinin əleyhinə danışıb və bundan sonra da mövqeyini dəyişməyəcək. Z.Həsənov isə arqumentləri əsassız hesab edərək deyib ki, zamanında ona qarşı lazımsız təzyiqlər edilib və günahkar tək Ü.Cəfərov deyil. Nazir tapşırıb ki, Ü.Cəfərovla əlaqə saxlanılsın və qəzetin rəhbərliyi ona tapşırılsın: "O, həm qəzeti normal səviyyəyə gətirər, həm də məsələ birdəfəlik həll olunar". Qeyd edək ki, Ü.Cəfərov bir müddət əvvəl Nazirlikdə ona vəzifə təklif edildiyini açıqlamışdı. /Aznews.az/ |
2014-05-08 | 17,134 | Narkomanlar Bakıxanova niyə axışır? | "Arzu" şadlıq evinin yanında narkotiki açıq satırlar Bir neçə gün əvvəl baş nazirin müavini, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov sensasion açıqlama verdi. Komissiya sədri dedi ki, ötən il narkotik vasitələrin dövriyyədən çıxarılması zamanı nöqsanlara yol verilib, bəzi qurumlar dövriyyədən çıxarılan narkotik vasitələr - heroin əvəzinə "poroşok" yandırıblar. Ə.Həsənov faktiki olaraq dövriyyədən çıxarılan narkotiklərin yenidən dövriyyəyə qaytarıldığını açıqladı, amma bunu konkret kimin etdiyini söyləmədi. Azərbaycanda Ə.Həsənov kimi yüksək ranqlı məmurun belə bir faktı açıqlaması həm də onun durumunu açıq göstərən məqamdır. Belə görünür ki, Ə.Həsənov səlahiyyətlərindən istifadə edərək müvafiq qurumlara müraciətlər edib. Nəticə isə özünün istədiyi kimi olmayıb və o, "evin içinin söhbətini çölə çıxarıb". Ə.Həsənovun açıqlamasını xatırlatmağımız səbəbsiz deyil. "Yeni Müsavat"ın ötən ilin iyun saylarından birində "Bakıda açıq narkotik satılır" sərlöhvəli yazı dərc etmişdik. Həmin yazıda Xətai rayonu ərazisindəki Neyrocərrahiyyə xəstəxanasının qarşısındakı aptekdə "Tramadol" adlı nəşə verən dərmanın açıq şəkildə satılmasından söhbət açılırdı. Həmin yazıdan sonra qeyd edilən aptekdə qeyri-rəsmi yoxlamalar aparıldı və bir müddət orada "Tramadol" satmadılar. Hazırda həmin aptekdə narkotik satılıb-satılmaması haqda məlumat yoxdur. Redaksiyamıza daxil olan məlumata görə, "Tramadol"u narkomanlar Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Arzu" şadlıq evinin yanındakı aptekdən alırlar. Uyuşdurucu maddə "Panol-300 mq" adı ilə Türkiyədə, "Tramadol" adı ilə İranda istehsal edilir. Bu dərman prepapatı həkimin resepti əsasında şiş xəstəliklərindən əziyyət çəkənlərə yazılır və ancaq resept əsasında satıla bilər. Qeyd olunan aptekdə isə "Panol" və "Tramadol" açıq satışdadır. Həkim-narkoloqlardan biri dərmanın təyinatı haqda bunları deyib: "Bu preparat güclü ağrıkəsicidir. Bununla yanaşı, uyuşdurucu təsirə malikdir. İstifadə etdikdən sonra süstlük yaranır, reallıq hissi itir, hərəkət ləng olur, ətrafda baş verənlərə reaksiya vermək qabiliyyəti əhəmiyyətli dərəcədə azalır. Uzun müddət istifadə edən şəxslərdə psixi və fiziki qüsurlar əmələ gətirir. Əsasən bədxassəli şişdən əziyyət çəkən xəstələrə təyin olunur. Reseptsiz satışı qanunla qadağandır. Çünki narkotik vasitələrə aid bu preparat dozadan azca artıq istifadə edildikdə nəşələndirici təsir göstərir. Dövlət xəstəxanalarında bu dərman ağır xəstələrə pulsuz verilir". Qeyd edək ki, hazırda şəhərin hər yerindən narkomanlar Bakıxanovdakı aptekə axışır. Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən bildiriblər ki, "Panol" "Tramadol" "Narkotik vasitələrə aid reseptlərin yazılması" qaydası ilə aptekdən buraxılan dərmandır. "Tramal"- "Tramadol" güclü narkosərxoşluq və asılılıq yaradan narkotik vasitə kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub. /Musavat.com/ |
2014-05-08 | 17,135 | ABŞ desantları hələ bu cür məsxərəyə qoyulmamışdı – Video | Rusiya Baş nazirinin müavini, öz qalmaqallı çıxışları ilə seçilən Dmitri Roqozin bu dəfə Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrini məsxərəyə qoyub. "Axar.az" xəbər verir ki, rusiyalı siyasətçi bunun üçün video çarx yerləşdirib. Qeyd edək ki, videoda sahilə yaxınlaşan amerikalı hərbçilər dəniz qumsallıqda batırlar. Roqozin isə bunu gülüş obyektinə çevirərək, " budurmu sizləri müdafiə edəcək xüsusi təyinatlılar?" başlıqlı status saxlamaqla rusların üstün olduğunu göstərməyə çalışıb. |
2014-05-08 | 17,136 | Üzeyir Cəfərov vəzifə təklifinə razı olduğunu bildirdi | "Mən düşünürəm ki, bu informasiyanı məqsədyönlü şəkildə dövriyyəyə buraxıblar". Bu sözləri "Axar.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O özünü hər zaman xidmətə hazır hesab etdiyini və belə bir qərar olarsa, ona hörmətlə yanaşacağını bildirib, lakin: "Qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Belə bir məsələ haqqında mənimlə heç kim danışmayıb. Düşünürəm ki, bunu məqsədyönlü şəkildə dövriyyəyə buraxıblar. Mən yenə də deyirəm, həmin Üzeyirəm. Şükürlər olsun ki, Azərbaycan mətbuatı da bilir ki, mənim mövqeyim, amalım nədir. Mən heç vaxt vəzifə üçün müraciət etməmişəm və heç kimlə dava aparmamışam. Mən ilk azərbaycanlı hərbi jurnalistəm və bununla fəxr edirəm. Azərbaycanda ilk hərbi jurnalist diplomunun sahibiyəm. İndiyə qədər də kifayət qədər böyük vəzifələrdə çalışmışam. Kim nə yazır, nə deyir, söyləyə bilmərəm. Özümü hazırda xidmətə hazır bir şəxs kimi hesab edirəm. Əgər belə bir təklif olarsa, o qərara hörmətlə yanaşaram. Mən o qəzetin ilk baş redaktoru və yaradıcısı olmuşam. Bu məlumatın haradan qaynaqlandığını bilmirəm? Yenə də deyirəm, özümü xidmətə hazır hiss edirəm, amma onun hansı şəkildə olacağını Müdafiə Nazirliyinin rəhbərliyi həll edə bilər". Qeyd edək ki, bu gün mətbuatda Üzeyir Cəfərovun "Azərbaycan Ordusu" qəzetinin rəhbərliyinə gətiriləcəyi haqqında informasiya yayılmışdı. |
2014-05-08 | 17,137 | Hafka və “Nurgün”ə ağır zərbə - Özəl | Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. "Axar.az"ın məlumatına görə, toplantıda 2014/15 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun sənədlərinə baxılıb. "Sumqayıt"dan başqa bütün klublar - AZAL, "Bakı", "Qarabağ", "Qəbələ", "İnter", "Xəzər Lənkəran", "Neftci", "Rəvan", "Simurq"un avrokuboklarda oynamaq istəyini nümayiş etdirib. Komissiya "UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"nın 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra yekun qərar verib. Nəticədə AZAL, "Qarabağ", "Qəbələ", "İnter", "Xəzər Lənkəran", "Neftci"yə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilib. "Bakı", "Rəvan" və "Simurq" isə göstərdiyi nəticələrdən asılı olmayaraq qitəmiqyaslı turnirlərdə oynaya bilməyəcək. "Axar.az"a sızan məlumata görə, "Bakı" klubunun qələmi qırılmaqdadır. Buna səbəb isə ümumiyyətlə klubun sahibi Hafiz Məmmədovun uğursuzluq zolağına düşməsidir. Onun sahibi olduğu "Baglan Qrup"un Avropada iflası, habelə, "Bank of Azərbaycan"ın qapadılması yönündə xəbərlərin yayılması elə bundan xəbər verir. Məlumata görə, gələn mövsümdən "Bakı" klubu ümumiyyətlə fəaliyyətini dayandıra bilər. Ən maraqlısı odur ki, "Bakı" ilə bərabər Hafkanın qudası, "Nurgün" şirkətinin prezidenti Nuru Əliyevin sahibi olduğu "Rəvan"a da lisenziya verilməyib. |
2014-05-08 | 17,138 | Jurnalistlərin binası yaxınlığında böyük yanğın - Foto | 13:55 Bakıda uşaq bağçası yanır. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, yanğın Bibiheybət məscidinin yaxınlığında fəaliyyət göstərməyən uşaq bağçasında qeydə alınıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin dörd yanğınsöndürən avtomobili və canlı qüvvəsi alovun söndürülməsi istiqamətində iş aparır /APA/. 14:25 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda ona məxsus məktəbdə yanğının baş verməsi ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirib. Şirkətdən bildirilib ki, ARDNŞ-yə məxsus heç bir təhsil müəssisəsində yanğın baş verməyib. Təhsil müəssisəsinin binasının arxasında - tikinti aparılan sahədə tullantılar yandırılıb. Həmin yanğının tüstüsü isə binaya tərəf gəlib. Buna görə də ARDNŞ-yə məxsus təhsil müəssisəsindəki şəxslər evakuasiya ediliblər. Yanğın artıq lokallaşdırılıb. /Trend/ Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda inzibati binada yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. |
2014-05-08 | 17,139 | "Nazir"i lüt soyundurdular - Video | 14:30 Ukrayna Radikal Partiyasının sədri, prezidentliyə namizəd Oleq Lyaşko ölkənin cənub-şərqində separatçılara qarşı döyüşür. "Axar.az" xəbər verir ki, güc strukturları ilə birlikdə separatçılara qarşı keçirilən əməliyyatlarda iştirak edən prezidentliyə namizəd fəaliyyətini sosial şəbəkələrdə də yayır. Hətta sonuncu dəfə Donetsk separatçılarının müdafiə naziri İqor Hakimzyanovun həbs olunmasında birbaşa iştirak edib. Keçirilən əməliyyat zamanı Lyaşkonun dəstəsi separatçılardan xeyli sayda silah-sursat götürmüşdü. 15:38 Lyaşko anti-terror əməliyyatı zamanı İqor Hakimzyanovun həbs olunmasının videosunu öz Feysbuk səhifəsində paylaşıb. Videoda "nazir"lə yanaşı daha bir nəfərin avtomobilə salınaraq sorğu-sual edildiyi görünür. |
2014-05-08 | 17,140 | Şuşanın işğal günü toya getməyə kimlər razılaşdı - Adlar | Rəsmi matəm günlərində və torpaqlarımızın işğal günündə müğənnilərimizin müxtəlif bayram və toy şənliklərində iştirak etməsi məsələsi dəfələrlə gündəmə gəlib. Bu cür vəziyyətlərdə hər dəfə tənqid edilən incəsənət adamları görəsən bundan nəticə çıxarıbmı? "Axar.az"ın əməkdaşı bununla bağlı layihə təklif etdi və: Azərbaycanın tacı Şuşanın işğal günü - 8 may tarixində müğənnilərimizi "axşam saatları üçün xeyir işə" – guya toyda bir neçə mahnı oxumağa dəvət etdik. Əməkdar artist, Aybəniz Haşımova "Gələrdim, ancaq görürsünüz ki, səsim batıb. Güclə danışıram, belə halda necə mahnı oxuyum?" Manaf Ağayev: "Niyə oxumuram? Mənim işim elə gəlib oxumaqdır da! Hansı restoranda olacaq? 1000 manat verərsiniz, gəlib oxuyaram". Cavanşir Məmmədov: "Bu gün Şuşanın işğal günüdür. Bu tarixdə heç yerə getmirəm və sizə də məsləhət görürəm ki, bu gün toy etməyəsiz". Ağadadaş Ağayevin köməkçisi Telefon zəngimizə müğənninin özü deyil, köməkçisi cavab verdi və bildirdi ki, 3 min manat qarşılığında Ağadadaş Ağayev məclisimizdə yarım saatlıq iştirak edə bilər: "Yarım saat üçün 3 min manat versəniz, mümkündür, özünə deyib, vaxt ala bilərəm". Vasif Məhərrəmli "2.500 manat verərsiz, gəlib oxuyaram". Zəruri qeyd: Vasif Məhərrəmli jurnalist olduğumuzu biləndən sonra təkrar bizi aradı və... Onun nə dediyi və səs yazısını bir azdan təqdim edəcəyik. |
2014-05-08 | 17,141 | Köməkçisi: “Putin benzin tökdü, kibrit çəkdi, amma...” | Rusiya prezidentinin keçmiş köməkçisi Andrey İllarionov növbəti dəfə diqqət çəkən açıqlama verib. "Axar.az"ın məlumatına görə, o, Ukraynanın cənub-şərq ərazilərinin ayrılmaq ideyasını dəstəkləyənlərin sayının azlığından Putinin şok vəziyyətində olduğunu dilə gətirib. Onun sözlərinə görə, Putin bunun üçün əlindən gələn hər şeyi edib: "Ukraynanın elə bir vilayəti, şəhəri yoxdur ki, Putin dəstəkləməsin. Amma hətta separatçıların zəbt etdikləri şərq vilayətlərində belə ayrılmaq istəyənlərin sayının azlığı Putini şok vəziyyətinə salıb. Aparılan son sorğuların nəticəsində "Novrossiya" ideyasının iflasa uğradığı aydın göründü və Moskva bundan məyus oldu. Bu arada Putin nələr etmədi ki? Avantürist separatçı meyllərə dəstək, günahsız insanların qətli, daha nələr... Putin benzin tökdü, barıt yerləşdirdi və kibrit çəkdi - amma və amma onun istəyi baş tutmadı, Ukrayna alovlanmadı. Hətta Putinin separatçı "yanacağı" da kifayət etmədi". İllarionovun qənətinə görə, bütün bu olaylardan sonra Putinin ümidi yalnız diplomatik variantlara qalıb. Keçmiş köməkçi sonda xatırladıb ki, "Novorossiya" ideyasının iflasa uğraması bir daha bu yanlış təşəbbüsün Krım hadisələrinə bənzəməsini göstərdi. |
2014-05-08 | 17,142 | Səyyad Aran daha yüksək vəzifəyə gətirilir | Mərhum prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabana gələn millət vəkilləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini, tanınmış yazıçı və filoloq-alim Səyyad Aranı təbrik ediblər. "Axar.az" xəbər verir ki, PA məmurlarının da uğurlar arzuladığı Səyyad Aran səmimi şəkildə təbriklərə cavab verib. Təbriklərin səbəbi ilə maraqlanan "Teleqraf.com" əməkdaşına Sayyad Aran bildirib ki, bu, heç də yeni vəzifə alması və yaxud Dini Komitəyə sədr təyin ediləcəyinin yəqinləşməsi ilə bağlı deyil. Kimin sədr təyin olunacağının Prezidentin səlahiyyətində olduğunu diqqətə çatdıran Sayyad Aran qeyd edib ki, təbriklər yeni müavin təyinatı və onun sədri əvəz etməsi ilə bağlıdır: "Mən sadəcə, sədrin səlahiyyətlərini icra edirəm, təbriklər də məhz buna görə ünvanlanır. Komitə sədri vəzifəsinə kimin təyin olunacağı barədə isə heç bir məlumatım yoxdur, bu, Prezidentin səlahiyyətindədir". Xatırladaq ki, cəmiyyətdə kifayət qədər müsbət imicə malik, ictimaiyyətlə geniş əlaqələri və diplomatik təcrübəsi olan tanınmış yazıçı Sayyad Aranın işlədiyi Komitəyə sədr təsdiqlənəcəyi barədə ehtimallar səslənməkdədir. Bu ehtimalları gücləndirən dəlillər sırasında onun YAP-ın yarandığı ilk gündən sədaqətli xidmət və bacarıq müqabilində heç bir təmənna ummaması göstərilir. |
2014-05-08 | 17,143 | Jirinovskinin 35 silahlısı Ukraynaya girdi - Video | Rusiyalı deputat Vladimir Jirinovskiyə məxsus "Tiqr" zirehli avtomobili 35 silahlı şəxslə birlikdə Ukrayna sərhədini keçərək Luqansk şəhərinə daxil olub. "Axar.az" xəbər verir ki, zirehli avtomobil Jirinovskidən hədiyyə olaraq separatçılara təqdim olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Luqansk şöbəsindən məlumat verilib. "Dünən saat 18:00 radələrində İzvarino sərhəd keçid məntəqəsi yaxınlığında 30-35 nəfər maskalanmış silahlı şəxslər 4 mikroavtobusda sərhədin 200 metrliyində dayanıblar. Saat 20:30 radələrində isə Rusiya tərəfdən mavi rəngli "Tiqr" avtomobili dövlət sərhədini pozaraq Ukrayna ərazisinə daxil olub", -deyə DİN-in yaydığı məlumatda bildirilir. Qeyd edək ki, iki gün əvvəl Jirinovski jurnalistləri başına yığaraq qarajındakı Rusiya istehsalı olan "Tiqr" tipli hərbi maşınını nümayiş etdirmişdi. Hərbi maşının texniki üstünlüyündən ətraflı məlumat verən Jirinovski sözgedən texnikanı Ukraynadakı "sülhsevər" qüvvələrə hədiyyə etdiyini bildirmişdi. |
2014-05-08 | 17,144 | Putin İlham Əliyev və Azərbaycan xalqını təbrik etdi | Rusiya prezidenti Vladimir Putin Azərbaycan, Belorus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan Özbəkistan, Abxaziya, Cənubi Osetiya, Ermənistan liderlərini, eləcə Ukrayna və Gürcüstan xalqlarını Böyük Vətən Müharibəsində Qələbənin 69-cu ildönümü münasibətilə təbrik edib. "Axar.az" xəbər verir ki, bununla bağlı rəsmi məlumat Kremlin saytında yerləşdirilib. Prezident bildirib ki, Böyük Qələbə haqqında xatirələr həmişə xalqlar arasında dostluğun möhkəmlənməsinə, konstruktiv əməkdaşlıqların inkişafına və regional sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək. |
2014-05-08 | 17,145 | Yuliya Timoşenko Rusiya ilə danışıqların şərtini açıqladı | "Ukrayna Putinin heç bir ultimatumunu qəbul etməyəcək". "Axar.az" xəbər verir ki, bu sözləri "Batkivşina" partiyasının lideri, Ukraynanın prezidentliyinə namizəd olan Yuliya Timoşenko söyləyib. Onun sözlərinə görə, Ukrayna Vladimir Putinlə danışıqlara gedə bilər: "Rusiya əleyhinə hazırlanmış sanksiyalar artıq özünü göstərməyə başlayıb. Bu da Putinin planlarını alt-üst edə bilər. İndi o, yalnız öz simasını qorumağa çalışır. Biz indiki şəraitdə Vladimir Putinlə danışıqlara gedə bilərik, ancaq bir neçə şərt daxilində. Bunun birinci şərti isə rus qoşunlarının Ukrayna sərhədindən çıxarılmasıdır. Ancaq bu zaman biz Rusiya ilə danışıqlar apara bilərik". |
2014-05-08 | 17,146 | Azərbaycanda telejurnalistə ölüm diaqnozu qoyuldu | Eyvazov Nizami Xəlil oğlunda kəskin Hepatit-B virusu aşkarlanıb. Bu barədə onun yaxınları məlumat verib. Məlumata görə, həkimlər, təcili əməliyyat olunmazsa, onun 2 aylıq ömrünün qaldığını bildirir. Xəstənin qaraciyəri tamamilə sıradan çıxıb. Xəstənin yaxınları deyir ki, vəziyyəti ağırlaşan Nizami Eyvazovun köməyə ehtiyacı var: "Əməliyyat Türkiyə və Almaniyada mümkündür. Xeyirsevər insanlar, imkanınız çatan qədər bir gəncin həyatını xilas etmək üçün kömək edin! Onun həyatda qalması sizlərin edəcəyiniz yardımdan asılıdır". Qeyd edək ki, İnterAz televiziyasının əməkdaşı olan 25 yaşlı Nizami Eyvazov Cəlilabad rayonundandır. /Publika.az/ |
2014-05-08 | 17,147 | Kim doğru deyir: FHN, yoxsa SOCAR? | "FHN-nin məlumatını təkzib etmirəm. Ola bilər ki, zibillikdə başlayan yanğın binaya da keçib". Bu sözləri "Axar.az"a Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Bakının Bibiheybət qəsəbəsində ARDNŞ-in nəzdində olan məktəbin həyətindəki yanğınla bağlı danışarkən dedi. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin yanğının inzibati binada baş verməsi ilə bağlı açıqlamasından fərqli açıqlama verməsinin səbəbi ona daxil olan məlumatla bağlıdır: "Yanğını artıq FHN söndürüb və əsas da budur. Mən yanğının bizim binada baş verdiyini qətiyyən istisna etmirəm. Sadəcə, hadisə yerində bizim əməkdaşlar da olub. Mənə də rəsmi şəkildə bildirilib ki, binanın arxasında zibillikdə yanğın baş verib, binamıza heç nə olmayıb, sadəcə külək tüstünü binanın içəri hissəsinə doldurub. Məndə bundan başqa məlumat yoxdur. Ola bilər ki, binanın arxasında zibillikdə başlayan yanğından qığılcım binaya da düşüb, orada da yanğın baş verib. Səhih məlumat əlbəttə ki, FHN-nin yanğınsöndürmə briqadasındadır." Qeyd edək ki, bu gün Bakının Bibiheybət qəsəbəsində Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin həyətində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı açıqlamasında yanğının inzibati binada baş verdiyini bildirib. ARDNŞ-in mətbuat xidməti isə yanğının Təhsil Kompleksinə heç bir aidiyyəti olmadığını deyərək, yanğının binanın arxasındakı məişət tullantılarının yığıldığı ərazidə baş verdiyini açıqlayıb. |
2014-05-08 | 17,149 | ABŞ-la Rusiyanın Azərbaycanda casus oyunu - “Taym” | "Putinin arsenalında bir çox vasitələr var. Onlardan biri də tanınma nişanı olmayan qüvvələrdən istifadədir və Viktor Yanukoviçin hakimiyyətinin sürətlə çöküşündən sonra Qərb bunu Ukraynada gördü". Bu barədə Amerikanın "Taym" ("Time") jurnalı yazır: "Lakin Putinin regiondakı səyləri daha sistemlidir və daha diqqətlə düşünülüb. Qərb dövlətlərinin və region ölkələrinin vəzifəli şəxsləri deyirlər ki, son 10 ildə Putin Baltik dənizinin sahilindəki Estoniyadan tutmuş Qafqazdakı Azərbaycana qədər geniş çevrədə qonşu ölkələrdə yaxşı təşkil olunmuş, yaxşı maliyyıələşən, olduqca incə şəkildə açıq və məxfi fəaliyyət həyata keçirib", - deyə jurnal bildirir. "Taym" yazır ki, yerli kəşfiyyatçılar tez-tez Putinin hərəkətlərini "sərt kənarlara malik yumşaq güc" adlandırırlar. Belə ki, Baltik dövlətlərinin bildirdiyinə görə, Rusiya prezidenti onlara etnik rusları qızışdırmaq üçün agent-təxribatçılar göndərib. Etnik ruslar Latviyada əhalinin 40 faizini, Estoniyada 25 faizini təşkil edir. Estoniyanın ABŞ-dakı səfiri Marina Kalyurand deyir ki, Putinin məqsədi rusların yaşadığı torpaqlarda bu və ya digər formada Rusiyanın hakimiyyətini bərpa etməkdir. Əməliyyatın daha böyük məqsədi Qərbin gücünü dağıtmaqdır. Jurnal yazır ki, hələ Putinin NATO ilə birbaşa münaqişəyə risk edəcəyi ağlabatan deyil, ancaq onun alyansın nisbətən zəif üzvlərinə qarşı casus səyləri döyüş əməliyyatları qədər effektiv ola bilər. Bildirilir ki, Rusiyanın keçmiş sovet respublikalarına qarşı casusluq fəaliyyəti 2007-ci ildən sonra xüsusilə güclənib. Məqalədə deyilir ki, ABŞ-da beynəlxalq casus oyunlarında əlini yanına salıb oturmur. Amerika hökuməti Putin üçün maraq kəsb edən ölkələrdə qərbmeyll qruplar formalaşdırmaq və onlara təsir göstərmək üçün üçün həm açıq, həm də mahiyyəti tam açıqlanmayan üsullardan istifadə edir. ABŞ mədəni və diplomatik kanallarla bütün dünyada agentləri ələ alır, o cümlədən Şərqi Avropada. Mərkəzi Kəşfiyyat İdarəsinin mətbuat katibi Din Boyd deyir ki, onların bütün region üzrə mövcud olan möhkəm tərəfdaşlıq əlaqələri bir sıra kəşfiyyat məsələlərinin həllinə kömək edir. /Virtualaz.org/ |
2014-05-08 | 17,150 | Azərbaycanda doğulan körpəni zibil qabına atdılar - Foto/22+ | Fizuli rayonunun Horadiz qəsəbəsində yerləşən xəstəxanada ölü doğulan körpəni zibil qabına atıblar. "Axar.az" xəbər verir ki, bu barədə "Sancaq" Feysbuk səhifəsində informasiya yerləşdirib. Məlumata görə, Horadiz xәstәxanasında ölü doğulan uşağı hәkimlәr yaxındakı zibil qutusuna atıblar. Hadisə ilə bağlı polislər bu əməli törədənlərə müraciət edib. Həkimlər bildirib ki, uşağın valideynlərinə ölü doğulan körpəni aparıb basdırmalarını desələr də, ata imtina edib. Ata bildirib ki, gedin, özünüz basdırın: "Mәnim başqa işlәrim var". Bu səbəbdən də həkimlər xəstəxanada qalan ölü doğulmuş körpəni zibil qabına atıblar. |
2014-05-08 | 17,151 | AFFA bu klublara lisenziya vermədi | Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. İclasda 2014-2015-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun (AZAL PFK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Xəzər Lənkəran" FK, "Neftci" PFK, "Rəvan" FK, "Simurq" PİK) sənədlərinə baxılıb. AFFA-nın Lisenziyalaşdırma Komissiyası "UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə Qaydalar"ın 9-cu maddəsinə (Buraxılış 2013) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb: - UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: AZAL PFK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Xəzər Lənkəran" FK, "Neftci" PFK. - UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: "Bakı" FK, "Rəvan" FK, "Simurq" PİK. Həmçinin iclasda 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən 8 klubun ("Ağsu" FK, "Araz-Naxçıvan" PFK, "Kəpəz" PFK, "Qaradağ Lökbatan" FK, "Neftçala" FK, "Sumqayıt" FK, "Şuşa" FK, "Turan-T" İK) sənədlərinə ilkin baxış keçirilib və qərara alınıb: - Lisenziya iddiaçısı olan klublara 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilib-verilməməsi ilə bağlı qərarın çıxarılması üçün əlavə sənədlərin araşdırılması tələb olunduğuna görə həmin qərarlar növbəti iclasda qəbul olunsun. - Müvafiq klublar əlavə araşdırma üçün tələb olunan sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna 14.05.2014-cü il tarixinədək təqdim etməlidir ki, Lisenziya Komissiyası tərəfindən araşdırılıb müvafiq qərarlar qəbul olunsun. - 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klublara ("Ağsu" FK, "Araz-Naxçıvan" PFK, "Bakı" FK", Kəpəz" PFK, "Qaradağ Lökbatan" FK, "Neftçala" FK, "Rəvan" FK, "Sumqayıt" FK, "Simurq" PİK, "Şuşa" FK, "Turan-T" İK) lisenziyaların verilib-verilməməsi ilə bağlı qərarlar Lisenziya Komissiyasının 15.05.2014-cü il tarixdə keçiriləcək iclasında qəbul olunsun. |
2014-05-08 | 17,152 | Nəqliyyat Nazirliyinin iki qurumu Rabitəyə verilir | "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi təəssüf ki, hələ də özünü doğrultmayıb. Bu sistemi yenidən təşkil edib ayağa qaldırmaq lazımdır. Bunu isə yalnız Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bacarar. Çünki bu onların işidir". Bu sözləri "Axar.az"a nəqliyyat eksperti Məzahir Rüstəmov Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdinə veriləcəyi barədə xəbərlərə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, NİİM yarandığı ilk gündən Nəqliyyat Nazirliyinə verilməsi səhv və yanlış addım idi: "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə Nəqliyyat Nazirliyi deyil, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzarət etməlidir, çünki bu sahənin mütəxəsisləri də ordadır, o nazirliyin kurasiyasıdır. Mərkəzin bu günə qədər nəqliyyatda heç bir dəyişikliyə nail ola bilməməsinin səbəbi də budur. Nəqliyyatın intellektual idarəsi sırf rabitə və texnologiya, ötürülmə, texniki məsələlərlə əlaqədardır. Burada əsas məqsəd operativliyi təmin etməkdir". M.Rüstəmov hesab edir ki, NİİM-in işlək vəziyyətdə olmamasının bir başqa səbəbi yolların pis vəziyyətdə olmasıdır: "Sistem işə başlayan zaman biz bildirmişdik ki, ağıllı nəqliyyata keçməyin zamanı deyil. Əvvəlcə yolları yüksək səviyyəyə çatdırmaq lazımdır. Bakı yolları nəqliyyatın intellektual idarəsinə hələ tam uyğunlaşmayıb, paytaxtın bütün yolları tam istifadəyə verilməyib. Təmir və bərpa işləri aparılır. Belə olduğu təqdirdə ağıllı nəqliyyat sisteminin hansısa inqilabi dəyişiklik edəcəyini gözləmək sadəlöhvlük olardı". Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə "Axar.az"a açıqlamasında NİİM-in sözçüsü olduğu nazirliyə verilməsindən məlumatsız olduğunu bildirdi: "Bu barədə heç bir məlumatım yoxdur. Ona görə də bir söz deyə bilmərəm. Belə bir qərar olacağı təqdirdə rəsmi açıqlama veriləcək". Qeyd edək ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və "Avto FM" radiosunun Nəqliyyat Nazirliyindən alınaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə veriləcəyi barədə xəbər yayılıb. |
2014-05-08 | 17,153 | “Unibank”dan sərfəli kredit | "Unibank" müştəriləri üçün kreditin maksimal məbləğini 7.500 AZN-dən 10.000 AZN-ə qaldırıb. Bankdan "Axar.az"a verilən məlumata görə, üstəlik, "Unibank"dan kredit götürən müştərilərə 6%-dək endirim kampaniyası da davam edir. Bank filiallarına müraciət edən müştərilər cəmi 20 dəqiqə ərzində kredit ala bilirlər. Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə, "Unibank"dan 10.000 AZN-dək və 48 ay müddətədək kredit götürə bilər. "Unibank" hazırda 36 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud feysbuk səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar. "Unibank" – hər kəsin bankı. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.