date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-05-06 | 16,845 | ABŞ Qarabağa dair yeni həll planı hazırlayır | Dağlıq Qarabağ probleminin həll perspektivinə Qərb siyasi və ekspert dairələrində ənənəvi yanaşma tərzi tədricən və ciddi düzəlişlərə məruz qalmaqdadır. Bunu son zamanlar tanınmış amerikalı və avropalı siyasilərin, diplomat və konfliktoloqların rəylərindən açıqca görmək mümkündür. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının prezidenti və ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da bəyan elədilər ki, Ukrayna olayları demokratik Qərb üçün Qarabağ məsələsinin həllini sürətləndirmək imperativi yaradıb. Yəni tələsmək zamanı yetişib. ABŞ Siyasi Elmlər Assosiasiyasının üzvü, Amerika və İsrail alimi Brenda Şafferin bu xüsusda qeydləri də diqqət çəkir. Birləşmiş Ştatlarda nəşr olunan nüfuzlu "Foreign Affairs" jurnalındakı son məqaləsində Şaffer Güney Qafqazın ən qanlı, üzücü və açar konflikti ilə bağlı bir sıra məqamlara toxunaraq yazır: "Mayın əvvəllərində Obama administrasiyası Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ konfliktinin həlli üzrə yeni həll təşəbbüsünü elan edəcək. Bu, analoji qəbildən ilk belə səy deyil. Yəqin ki, axırıncı da olmayacaq. Ancaq Krımın Rusiya tərəfindən ilhaqından sonra Birləşmiş Ştatlar heç vaxt olmadığı qədər köhnə mübahisəni - Moskvanın regionda öz təsirini saxlamaq üçün üfürüb şişirdiyi konflikti çözməyə çalışacaq". Digər praqmatik təhlilçilər kimi, Brenda Şaffer də Dağlıq Qarabağın qeyri-müəyyən statusunun Rusiyanın Cənubi Qafqazı öz orbitində saxlamaq üçün bir vasitə olduğu qənaətindədir: "Çünki həlli tapılmayan konflikt yüz faizli zəmanət verir ki, Ermənistan Rusiya qoşunlarının bölgədən getməsini istəməsin, bunu ağlına belə gətirməsin. Və nə qədər ki, rus qoşunları Ermənistandadır, Kreml İrəvana təzyiq edə biləcək ki, sonuncu Qərbdən kifayət qədər uzaq dursun". Konfliktoloqa görə, Dağlıq Qarabağa dair sülh səyləri indiyədək o səbəbə uğur gətirməyib ki, ABŞ mübahisəli məsələdə Azərbaycanla Ermənistana əsas tərəflər kimi baxıb və Kremlin konflikti uzatmasında roluna diqqət yönəltməyib: "Amerikanın dövlət katibləri və xüsusi elçilər Azərbaycan və Ermənistan prezidentlərini zaman-zaman tənqid ediblər ki, "onlar öz xalqlarını sülhə hazırlamırlar" - Minsk Qrupu həmsədrləri də ötən il onlara bu iradı tutublar - həmçinin Ağ Ev prezidentləri razılığa gəlməməkdə qınayıb. Amerika iki icma arasında əlaqələrin qurulmasına milyonlarla dollar xərcləyib, di gəl, heç vaxt Moskva ilə nə etməklə bağlı strategiya formalaşdırmayıb, çünki Krıma qədər Vaşinqton heç zaman Rusiyanın etnik münaqişələrdən bölgədə təsir rıçaqı kimi nə dərəcədə yararlandığının fərqinə varmayıb, bu amili etiraf eləməyib". B.Şaffer məqaləsində daha sonra yazır: "Ancaq indi, nə vaxt ki, Rusiya başqa səbəblərdən Qərbin qəzəbinə tuş gəlib, bu amili boşuna buraxmaq olmaz. İş ondadır ki, Moskva hərbi gücdən istifadəyə (Ukraynada, Gürcüstandakı kimi), həmçinin, seçki prosesləri və vətəndaş cəmiyyətlərindən istifadə edib (Kreml Azərbaycanda, Gürcüstanda və Latviyada bu yaxınlarda keçirilən seçkilərdə Rusiya vətəndaşlarını müdafiə edib) istəyinə nail olmağa hazır olduğunu sübut edib. Odur ki, Qərb Moskvaya qarşı ciddi dirəniş göstərməlidir". Bəs yeni səylər və qarşıdakı danışıqlar uğurlu olacaqmı? Analitikin suala cavabı belədir: "Bəzi amillər əlverişlidir. Digərləri isə az əlverişli ola bilər. Putin Krımda əldə elədiyi uğurdan ruhlanıb və çətin ki, güzəştə getmək ovqatı sərgiləsin. Hərçənd Obama administrasiyasında bəziləri bununla razı deyil və hesab edirlər ki, Kreml başçısı Rusiya-Qərb münasibətlərini qaydaya salmaq istəyir və Güney Qafqazda güzəşt bunu reallaşdırmağın sadə yolu olardı. Fəqət, belə yanaşma arzu olunanı gerçək kimi təqdim etməyə daha çox oxşayır" /Musavat.com/. |
2014-05-06 | 16,846 | Bakı Metrosunda daha bir şok | Bu gün Bakı Metrosunda təşviş yaşanıb. Məlumata görə, buna səbəb "Elmlər Akademiyası" stansiyasında eskalatorun işləməməsi olub. Nəticədə 2000 mindən çox insan stansiyanı tərk edə bilməyib və onlar arasında təşviş yaranıb. Bildirilir ki, eskalator yarım saatdır ki, dayanıb, amma hələlik heç bir tədbir görülmür. /Aznews.az/ |
2014-05-06 | 16,847 | Qaçqınlar prezidentin malikanəsində yaşayacaq | Ukraynanın cənub-şərqindən olan qaçqınlar keçmiş prezident Viktor Yanukoviçin Mejiqoryedəki iqamətgahında yerləşdiriləcəklər. "Axar.az" xəbər verir ki, Kiyevdə qaçqınların yerləşdirilməsi ilə məşğul olan fəallar qərar veriblər. Avromaydan koordinasiya şurasının üzvü Hayde Rizayev bununla bağlı hökumətə ultimatum yollayıb. "Əgər sutka ərzində Krım, Donetsk, Luqansk, Kramatorskdan gələn qaçqınların yerləşdirilməsi məsləsi həll olunmasa sabahdan etibarən həmin insanları bizim keçmiş hökumətimizin malikanələrində yerləşdirəcəyik", - deyə Rizayeva bildirib. Qadın fəalın sözlərinə görə, qaçqınlar Yanukoviç, Pşonka və Zaxarçenkonun malikanələrində yerləşdiriləcəklər. |
2014-05-06 | 16,848 | Şirkət rəhbəri Baş nazirin müavini gətirilir – Özəl | "Dizayn Holdinq" şirkətinin rəhbəri Baş nazirin müavini gətirilir. "Axar.az"ın etibarlı mənbədən aldığı məlumata görə, Naxçıvan Muxtar Respublikasında Baş nazirin üçüncü müavini vəzifəsinə "Dizayn Holdinq"in hazırki rəhbəri İlqar Sadiqovun gətirilməsinə hazırlıq işləri gedir. Mənbə bildirir ki, hələ bu bərədə rəsmi məlumat olmasa da, bir neçə gün ərzində Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayacaq. İlqar Sadiqov 2006-cı ildən "Dizayn Holdinq"in rəhbəri vəzifəsini daşıyır. O, 2009 və 2014-cü illərdə prezident İlham Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. "Dizayn Holdinq" həm də Naxçıvanda məşhur Bayraq meydanının tikintisi ilə məşğul olan şirkətdir. Şirkət Naxçıvanda bundan başqa bir çox geniş lahiyələrə imza atıb. Xatırladaq ki, Naxçıvanda Baş nazirin sabiq üçüncü müavini Məmməd Abbasov 2013-cü il fevralın 4-də gözlənilmədən tutduğu vəzifədən azad olunmuşdu. Bu günə qədər onun yerinə yeni şəxs təyin olunmayıb. |
2014-05-06 | 16,849 | Mövqelərimiz atəşə tutuldu | Cəbhənin təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-05-06 | 16,852 | İlham Əliyev Gürcüstana getdi | Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, işgüzar xarakter daşıyan səfərin məqsədi bu gün Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçiriləcək sammitdə iştirak etməkdir. "2014 Tiflis sammiti" adlı beynəlxalq tədbir Gürcüstan parlamentinin Milli Kitabxanasında baş tutacaq. Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçiriləcək. Görüşü üç ölkə liderləri birlikdə açacaqlar. Gürcüstan, Azərbaycan və Türkiyə nümayəndə heyətləri sammitdə cari və planlaşdırılmış gələcək layihələri müzakirə edəcəklər. Sammit çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşləri planlaşdırılır. Xatırladaq ki, "2014 Tiflis sammiti" Georgi Margvelashvilinin Azərbaycan və Türkiyəyə səfərləri zamanı planlaşdırılıb. |
2014-05-06 | 16,855 | Avtoşlar Qənirə Ataşovaya hücum etdi | ANS telekanalının əməkdaşı, tanınmış teleaparıcı Qənirə Ataşova avtoxuliqanların təzyiqinə məruz qalıb. Məlumata görə, bir neçə gün öncə tanınmış teleaparıcı Sumqayıt şəhəri ərazisində şəxsi avtomobilini idarə edərkən avtoxuliqanlar ona "hücum" ediblər. Bildirilir ki, avtoxuliqanlardan biri tanınmış iş adamlarından birinin oğludur və ANS rəhbərliyinin ciddi təzyiqlərindən sonra o, hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılıb. Qənirə Ataşova hadisəni təsdiqləyib: "Bəli, Sumqayıtda avtoxuliqanların hücumuna məruz qaldım. Maşınımı sıxışdırdılar. Bu vaxt ərazidəki polislər onları saxlayıb tədbir görülməsi üçün aidiyyatı polis bölməsinə apardılar. Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır". /Aznews.az/ |
2014-05-06 | 16,874 | Leyla Əliyevanın oğlundan daha bir şeir - Video | Prezident İlham Əliyevin nəvəsinin sosial şəbəkədə yeni videosu yayılıb. Video Leyla Əliyevin feysbuk hesabında yerləşdirilib. Videoda prezidentin qızının əkizlərindən biri Mikayıl şeir deyir. /Qafqazinfo/ |
2014-05-06 | 16,851 | Fransa prezidenti Bakını razı salmaq üçün gəlir - Gizlinlər | Türkiyə və Ermənistan arasında 10 oktyabr 2009-cu ildə imzalanan, lakin sonradan Azərbaycanın ciddi etirazları, o cümlədən Türkiyə ictimaiyyətinin müqaviməti nəticəsində ratifikasiya olunmayan Sürix protokolları yenidən gündəmə gətirilib. Ancaq məsələnin özəlliyi ondadır ki, 5 il öncə olduğu kimi, Azərbaycan bu prosesdən, yəni Türkiyə-Ermənistan sərhədlərinin açılmasına hesablanmış Qərb layihəsindən kənarda deyil, birbaşa iştirakçı üç dövlətdən biridir. Özü də Azərbaycanın Ermənistan-Türkiyə sərhədlərinin açılması müqabilində Ağdam və Füzuli rayonlarının işğal altındakı ərazilərinin geri qaytarılması barədə anlaşmanın əldə olunacağı barədə məlumatlar var. Qərbdə hesab olunur ki, Bakı Ermənistanın güclənməsinə hesablanan sərhədlərin açılması planına yalnız müəyyən ərazilərinin azad olunması şərtilə gedə bilər və odur ki, İrəvanın qarşısına bununla bağlı təkliflər qoyulub. Türkiyə, Azərbaycan və Ermənistan arasında aparılan məxfi danışıqlarda Qərb moderatorluq etsə də, Ukrayna hadisələri ilə dünyanın hədəfinə gələn və təcavüzkar imicini təzələmiş Rusiya bu prosesdən kənarda saxlanılıb. Xatırladaq ki, son günlər bir-birinin ardınca Amerika və Avropanın ayrı-ayrı rəsmi şəxsləri "Ukrayna hadisələri göstərdi ki, Qarabağ məsələsini həll etmək, status-kvonun saxlanması ilə bağlı indiyə qədərki mövqeyə son vermək lazımdır" tipli bəyanatlarla çıxış ediblər. Bu mənada 2009-cu ildə İsveçrənin Sürix şəhərində ABŞ, Fransa, Rusiya, İsveçrənin iştirakı ilə imzalanan Türkiyə-Ermənistan razılaşmasının yenidən gündəmə gətirilməsi məntiqlidir. Qərb Qafqazın hər an alovlana biləcəyindən və iri layihələrin ciddi təhlükə altına düşəcəyindən narahat olduğu üçün hansısa yolla uzunmüddətli sülhü əldə etməyə çalışır. Ancaq Rusiyanın ofsaytda saxlanması şəraitində Türkiyə-Ermənistan-Azərbaycan anlaşmasının baş tutması o qədər də real görünmür. 1999-cu ildə İstanbul sammitində tərəflər anlaşmaya yaxın olanda da Ermənistan parlamenti gülləbaran edildi, rəsmi şəxslər aradan götürüldü və anlaşma pozuldu. Odur ki, Rusiyanın istənilən an təxribat planını icraya yönəldə biləcəyi ehtimalı ciddidir. "Ermənistanı Rusiyanın qapazının altından çıxartmaq üçün bir neçə dəfə cəhd olub. Qərb bunu çox arzulayır və hesab edir ki, burada Türkiyə həlledici rol oynaya bilər. Çünki Ermənistanın iqtisadiyyatı və maddi durumu bərbad vəziyyətdədir". Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bunu sözügedən anlaşma xəbərini şərh edərkən bildirdi. Onun sözlərinə görə, ermənilər çox gözəl başa düşürlər ki, yalnız Türkiyə ilə sərhədlərin açılması və Azərbaycanla sülhün imzalanması Ermənistanı normal dövlət edə bilər: "Vaxtilə bunu Ter-Petrosyan açıq-aşkar səsləndirmişdi və əvəzində cəzalandırıldı. Ter-Petrosyan mərhələli sülhü təklif edəndə və biz də buna razılıq verəndə Rusiya onu yerindən dəbərtdi və Köçəryanı gətirdi". Bu mənada V.Quluzadə inanmır ki, Rusiya Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasına icazə verəcək: "Üstəlik, bu dəqiqə birtərəfli qaydada Ermənistan-Türkiyə sərhədlərinin açılması Azərbaycanın mili maraqlarına toxunur. Deməli, bu sərhədlərin açılması Azərbaycanla sülhün imzalanmasına gətirib çıxarmalıdır. Ancaq əsas məsələ budur ki, görəsən, Qərb Ermənistanın Rusiyadan asılı olmamasını təmin edə bilərmi? Deyək ki, Sürixdə imzalanan kimi biz də protokolları imzaladıq. Ondan sonra Rusiya min cür fənd işlədərək bu protokolları tamamilə sıradan çıxaracaq. Məsələn, atəşkəs xəttində hər iki tərəfdən xeyli itkilərlə nəticələnən böyük bir təxribat törədilə, az qala müharibə vəziyyəti yaradıla bilər. Həmçinin, bütün rəhbər strukturlarında Moskva tərəfindən təyin olunan Ermənistanda istənilən təxribatların törədilməsi mümkündür. O təxribatlar da bu protokolların işləməsinə zərbə olar". Politoloq deyir ki, bu gün əsas məsələ Qərbin belə təxribatlar halında nə edə biləcəyidir: "Mənim əsəblərimə bir məsələ çox təsir edir, Qərbdə həmişə deyirlər qoy Azərbaycan və Ermənistan prezidentləri gedib öz aralarında danışsınlar, nəyə razı olarlarsa, biz də onu dəstəkləyərik. Bu, gülünc mövqedir. Qərb kor, ya kar deyil, bilir ki, Azərbaycan sülhə hazırdır, dəfələrlə Bakı sülhü əldə olunması üçün ciddi addımlar atıb, lakin Rusiya bunun hamısını heçə endirib. İndi Qərb Rusiyaya nə edə bilər? Rusiya aqressivləşib, Ukraynaya soxulub, Krımı ilhaq edib. İndi onlar Ermənistanı Rusiyadan ayıracaqlarsa, öz tranzit dəhlizlərinin Xəzərdən Avropaya aparılmasına nail olacaqlarsa, yəni Rusiya buna reaksiyasız qalacaq? Yaxud Rusiyanın əlinin altında qalan Ermənistan müstəqil addım atmağa qadirmi olacaq?" Bununla belə, politoloq hesab edir ki, cəhd etməyə dəyər: "Cəhd etsinlər, nəticəyə baxarıq. Azərbaycanın bu danışıqlarda iştirakı o deməkdir ki, rəsmi Bakı onun faydasına olmayan layihəyə imza atmayacaq. Azərbaycanın razılığı olmadan ortalıqda bir şey olmayacaq. Mən bu məsələni nə təqdir edə, nə də pisləyə bilərəm. Baxaq görək nə olur". V.Quluzadənin fikrincə, mümkündür ki, Fransa prezidenti Fransua Oland Bakıya Azərbaycanı bu məsələyə razı salmaq üçün gəlir: "Görünür, Azərbaycanı bu məsələyə razı salmaq, Azərbaycan, Türkiyə, Ermənistan, Qərbin iştirakı ilə Sürix protokollarına bənzər bir sənədin imzalanmasına nail olmaq istəyirlər. Ortaya elə bir layihə qoymaq istəyirlər ki, Azərbaycanı qane etsin. Çünki başa düşürlər ki, nə Olland, nə Obama Azərbaycanı milli maraqlarının ziyanına Ermənistanı böhrandan çıxaracaq, torpaqların isə işğal altında qalmasına hesablanan sənədə imza atmağa məcbur edə bilməz". Ekspert istisna etmədi ki, Tiflisdə keçiriləcək Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin görüşü də Qərbin bu layihəsi ilə əlaqəli ola bilər: "Bu dəqiqə gündəmdə tranzit dəhlizlərinin təhlükəsizliyidir. O da Azərbaycan və Ermənistan arasında sülh əldə olunmadan təmin edilə bilməz. Bu mənada onlar istəyirlər ki, Ermənistanı Rusiyadan bir az kənara çəksinlər, amma mümkünmü?" Məsələ ilə bağlı hələlik rəsmi Bakının mövqeyini öyrənmək mümkün olmayıb. /Musavat.com/ |
2014-05-06 | 16,853 | “İrəli”: Gənclər Fondunun qara siyahısında - Rəsmi | "İrəli" İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qara siyahısında olduğu və təşkilatın Gənclər Fondunun 5-ci qrant müsabiqəsinə təqdim etdiyi layihənin fond tərəfindən qəbul edilmədiyi rəsmən öz təsdiqini tapdı. "Axar.az"ın bu barədə aprelin 25-də "Gənclər Fondu Ceyhun Osmanlını qara siyahıya saldı" başlıqlı yazıdan sonra təşkilat sədri Rauf Mərdiyev açıqlama verərək, yazdıqlarımızın həqiqət olmadığını və Gənclər Fonduna təqdim edilən layihələrlə bağlı hələ heç bir qərar verilmədiyini demişdi: "Gənclər Fondunda layihələr Müşahidə Şurası tərəfindən seçilir. Ona görə də bu məlumatların heç bir əsası yoxdur. Biz indiyədək Gənclər Fondu ilə ən yüksək səviyyədə əməkdaşlıq etmişik. Əməkdaşlığımız indi də davam edir. Biz də hamı kimi bu il fonda layihələr təqdim etmişik. Ancaq hələlik heç kimə cavab gəlməyib. Fondun cavablarını gözləyirik". Gənclər Fonduna təqdim edilən layihələrin nəticələri 5 may tarixində açıqlandı. A, B və C kateqoriyaları üzrə qəbul edlmiş layihələrin heç birinin arasında nə İrəli İctimai Birliyinin, nə də Rauf Mərdiyevin adı keçir. Bu da onu göstərir ki, Gənclər Fondunda "İrəli"nin qara siyahıya salınması ilə bağlı qaynağın məlumatlı özünü doğruldur. Məsələ ilə bağlı İrəli İctimai Birliyinin sədri Rauf Mərdiyevlə əlaqə saxlamağa çalışsaq da, iki gün ərzində bu istəyimiz baş tutmadı. |
2014-05-06 | 16,854 | Leyla Əliyeva: "Bu, böyük şərəf idi" | Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Moskovskiy komsomolets" qəzetinə eksklüziv müsahibə verib. - Siz Heydər Əliyev Fondunun vitse-prezidentisiniz və bir çox sosial layihələrdə iştirak edirsiniz. Sizi ictimai fəaliyyətlə məşğul olmağa nə sövq etdi? - Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Onun fəaliyyəti həyatın bütün sferalarını əhatə edir - təhsil, mədəniyyət, elm, xeyriyyəçilik, səhiyyə, indi isə ekologiya... Mənim üçün bu, ictimai fəaliyyətə öz töhfəmi vermək imkanıdır. Hesab edirəm ki, hər bir azərbaycanlı gənc bu işə öz töhfəsini verməyə çalışır. - Fondun əsas layihələri barədə danışardınız. Hansı layihələri fəxrlə qeyd edərdiniz? - Fond bir çox mədəni layihələr, sərgilər, mühazirələr təşkil edir. Mənim ən sevimli layihələrimdən biri "Bakıya uçuş"dur. Bu layihədə Azərbaycanın 21 müasir rəssamı iştirak edir. Layihə iki il əvvəl Londonda start götürüb, sonra Parisə, Romaya, Vyanaya, Moskvaya uçub və Bakıda yekunlaşıb. Bu sərgi müasir Azərbaycan incəsənətinə ilk dəfə dünya ictimaiyyəti qarşısına çıxmaq imkanı verdi. Mənim üçün fondun səhiyyə sahəsində və uşaqlarla iş sahəsində etdiklərinin hamısı mühümdür. Bu gün məni talassemiya layihəsi narahat edir. Fond regionda ən böyük talassemiya mərkəzi tikib. Yaxşı xəbər həm də odur ki, bu xəstəlik üzrə dövlət proqramı da bu yaxınlarda işə başlayıb. Tez-tez belə hallar olur ki, fond hansısa layihənin icrasına başlayır, sonra isə dövlət ona qoşulur və yeni dövlət proqramı yaranır. Fond "Yeni Azərbaycana - yeni məktəb" layihəsini başladıb. Bu layihə çərçivəsində 400-dən çox məktəb tikilib, təmir edilib. Proqramı dövlət davam etdirdi və Azərbaycanda daha 3 minə yaxın məktəb tikildi. Fond təkcə Azərbaycanda yox, həm də Türkiyədə, Rumıniyada, Misirdə, zəlzələdən sonra Pakistanda məktəblər tikib. Rusiyada, Ulyanovskda bu yaxınlarda yeni məktəb açılıb. - Fond bir çox ölkələrdə işləyir. Bu yaxınlarda siz Volqoqrad və Həştərxan vilayətlərinin həyatında fəal iştiraka görə medal aldınız. Bu mükafatların nəyə görə verildiyi və Rusiyanın daha hansı regionları ilə işləməyə hazırlaşdığınız barədə ətraflı danışardınız... - Mənim üçün "Müqəddəs Knyaqina Olqa" ordenini almaq böyük şərəf idi. Həştərxanda iki dəfə olmuşam. Bizim orda çoxlu layihələrimiz var - biz park açmışıq, məktəbi rekonstruksiya etmişik, Azərbaycanla Rusiya arasında dostluq körpüsü açmışıq. Bu yaxınlarda knyaz Vladimirə heykəl qoyduq. Həmçinin oradakı məbədin qayğısına qalırıq. Həştərxan Azərbaycana yaxındır. Bizi birləşdirən çox şey var. Hesab edirəm ki, bizim ölkələrimiz arasında dostluğu möhkəmləndirməyə yönələn daha çox tədbirlər təşkil etmək lazımdır. Bizim ölkələrimizi uzun illərin ortaq tarixi, xeyirxah qonşuluq münasibətləri bağlayır. Adi insani münasibətlər üzərində çox şeylər qurulur. Əlbəttə ki, mədəniyyət mübadiləsi də lazımdır. Azərbaycanda rus dilini, ədəbiyyatını, mədəniyyətini yaxşı bilirlər. Bizim ölkəmiz MDB-də yeganə ölkədir ki, məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb. Rus dövlət universiteti, Rus Dram Teatrı, Rusiya Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bu yaxınlarda Moskva Dövlət Universitetinin filialı da açılıb. Bu, olduqca qiymətlidir, çünki mənim fikrimcə, rus dili dünyanın ən zəngin dillərindən biridir. - Bu il fond 10 illiyini qeyd edir. Əgər səhiyyədən danışsaq, o zaman məlumdur ki, fond HİV virusunun profilaktikası ilə fəal məşğul olur. Bu istiqamətdə hansı nəticələr əldə etmək mümkün olub? - İnsanlar bu xəstəlik haqda məlumat almalı və həmişə bu barədə fikirləşməlidir. Fond "Uşaq sevinci" adlı layihə həyata keçirib və bu layihə çərçivəsində bütün uşaqlara HİV virusu haqda broşürlar paylayıb. Biz hepatit B və HİV müayinəsi aparan Vişnevski-Rostropoviç Fondunu dəstəkləyirik. Rusiyadakı azərbaycanlı gənclər təşkilatı "AMOR" da bu istiqamətdə fəal işləyir. Bizim fəallarımız Rusiyanın müxtəlif regionlarında müxtəlif universitetlərdə mühaziələr oxuyur və biz bu mövzuya dair konfrans da təşkil etmişik. Hər il "Qanın milliyyəti yoxdur" aksiyası keçiririk və bu aksiya çərçivəsində azərbaycanlı gənclər əvəzsiz olaraq Rusiyada qan verirlər. "Əmin ol ki, sağlamsan, de ki, xəstəliyin yoxdur" layihəsi olub. Həmin gün istənilən adam pulsuz müayinə imkanı əldə edib. - Bu ilin əvvəlində siz Nayrobidə olmusunuz və orada BMT baş katibinin müavini, təşkilatın ətraf mühit proqramının rəhbəri Ahim Ştaynerlə görüşmüşünüz. Bu səfərinizin yekunları və əldə etdiyiniz razılaşma barədə ətraflı danışardınız... - Bu, mənim Afrikaya ilk səfərim idi. Ekologiya ilə üç ildir, İDEA-nın (İnternational Dialogue for Environmental Action) yaranmasından sonra məşğul oluram. Bu kampaniyanın əsas məqsədi ətraf mühitin mühafizəsidir. Kampaniya regionumuzun gəncləri ilə işləməyə hesablanıb. Biz bütün layihələrdə kreativ yanaşma gətirməyə çalışırıq. Əgər əsas məsələlər haqda danışsaq, bura Azərbaycanda 3 milyon ağac əkilməsi daxildir. Ölkəmizdə 3 milyon gənc yaşayır. Daha bir layihə quşlar üçün yuvaların tikilməsidir. Binaların rekonstruksiyası başlayanda biz aşkar etdik ki, quşlar yaşaya bilmir. Ona görə də quşların köçə biləcəyi yuvalara malik art-obyektlər inşa etdik. Əsas istiqamətlərdən biri nəsli kəsilmək üzrə olan heyvanların mühafizəsidir. May ayında pişikkimilər nəslindən olan heyvanların mühafizəsi üzrə konfrans keçiriləcək. Azərbaycanda Qafqaz pələngləri yaşayır. Bu heyvanların nəsli kəsilmək üzrədir. Çətinlik ondan ibarətdir ki, onları yetişdirib dağlara buraxmaq olmur, çünki yeni şəraitə dözə bilmirlər. Ona görə də biz bütün dünyadan ekspertləri dəvət edərək bu problemin həlli üzərində fikir mübadiləsinin aparılmasını istəyirik. Biz Rusiyanın Vəhşi Təbiət Fondu ilə zubr və Qafqaz pələnginin qorunması üzrə fəal işləyirik. Keniyaya gəldikdə isə təəsüratım unudulmazdır. Bizdə 11 iqlimdən 9-u var. Olduqca mühümdür ki, insanlar bunun nə dərəcədə qiymətli olduğunu başa düşsünlər. /Virtualaz/ |
2014-05-06 | 16,856 | Qamət Süleymanovun müavini 20 sutkalıq həbs olundu | "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov məhkəmə qarşısına çıxarılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Zaqatala Rayon Məhkəməsindən verilən məlumata görə, A. Rəcəbov polisə müqavimət göstərməkdə təqsirli bilinərək 20 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib. Qeyd edək ki, A. Rəcəbov mayın 3-də Zaqatala rayonunun Muxax kəndində saxlanılıb. |
2014-05-06 | 16,857 | Daşaltı əməliyyatında planlar ermənilərin əlinə necə keçib? - Şahid | İsmayılov İlyas Hümmət oğlu ilə "Axar.az"ın redaksiyasında tanış oldum. Aviasiya akademiyasının tələbəsi olan oğlunun hansısa işindən ötrü gəlmişdi. Oğlu hansısa xəstəlik səbəb göstərilərək Akademiyadan çıxarılmışdı, ancaq başqa ali məktəbə qəbulu baş tutmurdu. Tanışlıq zamanı söz-sözü çəkdi və öyrəndim ki, İlyas bəy keçmiş hərbçidir. Həm də mühafizəçimiz Araz Hüseynovun komandiri olmuşdu. Azərbaycan Ordusu təzə formalaşanda könüllü olaraq cəbhəyə yola düşüb, batalyon komandiri kimi vuruşub. Onunla söhbətdən məlum oldu ki, Müdafiə Nazirliyinin ilk və uğursuz Daşaltı əməliyyatının iştirakçısı olub. Elə söhbətimizi də bu əməliyyat barədə qurduq. 1992-ci il yanvar ayının 26-da olan bu əməliyyatda xeyli sayda döyüşçümüz şəhid olmuşdu. İlyas bəyin yaddaşının bir küncündə qalan həmin günlərə birgə qayıtdıq. Qrupa bələdçi verildi - Müdafiə naziri general Tacəddin Mehdiyev əməliyyata özü rəhbərlik edirdi. Yanvarın 21-də biz artıq Şuşada idik. Mən o zamankı APİ-nin hərbi fakültəsini bitirmişdim. Leytenant idim. Qrup komandiri kimi əməliyyatda iştirak etdim. Nazir özü xəritənin üzərində işlədi. Qrupların haradan və necə, eyni zamanda saat neçədə harada olacağını müəyyən etdi. Hər qrupa bələdçi verildi. MN-in kəşfiyyat qrupunun komandiri vardı - Riyad Əhmədov. Onunla eyni qrupda idik. O, başqa oğul idi, inanın ki, 100 döyüşçüyə bərabər idi. Ağır yaralandı. Ölümündən sonra ona Milli Qəhrəman adı verildi. Ermənilər duyuq düşmüşdü "Biz Nəbilər tərəfdən girdik. Şuşikənddən gələn yolu bağlamalı idik. Nəbilərdən keçdik, Daşaltıya girdik. Oradan da keçib Topxanaya çatdıq. Ermənilər duyuq düşmüşdü. 6-ya 10 dəqiqə qalmış ermənilər başladı atmağa. Hər qrupun özünün mövqeyi vardı. Demək olar ki, bütün qruplar eyni zamanda atəşə tutuldu Riyad rəhmətlik mənə dedi ki, get gör, bu nə deməkdir. Axı atəş olmamalı idi. İrəli gedib kəşfiyyat apardım. Gəlib dedim ki, pulemyotdan atırlar. Qabaqdan, arxadan, qayanın üstündən aşağı, hər tərəfdən atırdılar. Düzdür, qarasına atırdılar, amma düz mövqelərimizə tərəf atırdılar. Hava işıqlananda ölüm başladı. Kapitan tapança ilə özünü vurdu - Riyad yaralandı. Atışa-atışa yerə uzandı. Yaxınlaşıb, təhlükəsiz yerə çəkdim. Dedi ki, heç kəsə demə vurulmağımı. Kapitan Musayev Vaqif Dursun oğlu ağır yaralandı. Onu döyüş yerindən çıxartdıq, göndərdik geriyə, "özünü xilas et", - dedik. Tapança ilə özünü ağzından vurdu. İki nəfər döyüşçüsü də öldü - Zeynalov Sahib, bir də şair Qaçay Köçərlinin oğlu Elcan. Kapitanı onlar çıxaracaqdılar. Ermənilərlə qeyri-bərabər döyüşdə hər ikisi şəhid oldu. Şaxtada dondular, yoxsa özlərini vurdular... - Ceyranbatanlı snayperimiz vardı – Andrey. Yaxşı vuruşdu. Sonra ağır yaralandı. Bir də leytenant Əliyev Elmar İnqilab oğlu, diz qapağından yaralandı. Talelərindən indiyə qədər heç bir xəbər yoxdur. Şaxtada dondular, yoxsa özlərini vurdular, bilmədik... Tacəddinin dedikləri düzdür - Hərbi sirr saxlanmadı. Rabitə vasitələri köhnə idi, nə danışırdıq, ermənilər tuturdu. Əməliyyatın hazırlanmasında güman ki, səhvlər oldu. Tələsdilərmi? Bəlkə də! Tabeçilikdə olan insanlar bir-birini tanımırdı. "Tanımaq istəmirdi də" demək olardı. Hər kəs özünü komandir görürdü. Tacəddinin dedikləri düzdür. Batalyonları bir yerə yığa bilmədi... İtkimiz 200-dən çox oldu. Riyad özü 100 nəfərə bərabər idi. Professional döyüşçü, çekist, kəşfiyyatçı idi. Afrikadan belə vuruşmuşdu. Yuxarıdan qarapaltarlılar gəldi. Bizə demişdilər ki, xüsusi təyinatlılar gələcək, qara geyimdə olacaqlar, onları tanıyın. Gələnlər isə ermənilər oldu. Ağır yaralandım. Əmircanlı döyüşçüm vardı - Qasımov Elşad. Məni o çıxartdı döyüşdən. 2-3 kilometr sürüdü. Özümü atdım çaya. Ferma tərəfdən çıxdım. əsgərə dedim ki, mənimlə işin olmasın, özünü xilas elə. Çıx, get. O isə getmək əvəzinə geri döndü. Girdi döyüşə. Bizimkilər artıq hamısı vurulmuşdu. Açıq yerdə yaxalamışdılar. Pusquya düşmüşdük. Bələdçilər haqda deyirlər ki, guya satqın çıxdılar. Yalandır. Onlar da döyüşdü. Birinci elə onları vurmuşdular... |
2014-05-06 | 16,858 | Tağı Əhmədovun oğluna qarşı məhkəmə iddiası | Qarabağ əlilləri Xətai Rayon Məhkəməsinin və Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. Bu barədə Vətən Müharibəsi Əlliləri Birliyinin sədri Firudin Məmmədov məlumat verib. F.Məmmədov deyib ki, onları bu aksiyanı keçirməyə vadar edən Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədovun oğlu Rauf Əhmədovdur. Təşkilat sədrinin sözlərinə görə, Xətai rayon Məhkəməsinin hakimi olan R.Əhmədov Qarabağ əlili Bəxtiyar Kazımovu aldadaraq külli miqdarda pulunu mənimsəyib: "Bəxtiyar Kazımov bizim təşkilata müraciət edib. Döyüşçü yoldaşımız müraciətində bildirir ki, "İnşaatçılar" metrosunda kiçik ticarətlə məşğul olurmuş. Tağının oğlunun pul yığanları köşklər yığışdırılmamışdan bir müddət əvvəl ondan 22 min manat pul alıblar. Metro ticarətinə həmin Rauf Əhmədov rəhbərlik edir. Adamlarını göndərir ticarətçilərdən pul yığırlar. Pul yığımı heç bir qayda ilə tənzimlənmir. Bəxtiyardan 22 min alanda deyiblər ki, bundan sonra da rahat şəkildə ticarətini davam etdirəcək. Bəxtiyar da 4 bangdan kredit götürüb, tələb olunan məbləği ödəyib ki, işləyib qaytaracaq. Bununla yanaşı hər ay 800-900 manat yer haqqı da verib". F.Məmmədov deyir ki, döyüş yoldaşı acınacaqlı durumdadı. Banglar kreditin faizini hesablamağa başlayıb. B.Kazımovun adına hər saat faiz cərimələri yazılır. Belə getsə, daha bir Qarabağ əlili intihar etməyə məcbur olacaq. /Azerfax/ |
2014-05-06 | 16,859 | Slavyanskda vuruşan çeçenlər öldürüldü | Slavyanskda keçirilən anti-terror əməliyyatı zamanı 30-dan artıq terrorçu öldürülüb. "Axar.az" xəbər verir ki, bunu Ukrayna Daxili İşlər naziri Arsen Avakov Feysbuk səhifəsində yazıb. "Bu gün bizim itkimiz 4 ölü və 20 yaralı olub. Hesablamalarımıza görə, terrorçular 30-dan çox insan itiriblər. Onlarla yaralı var. Onların arasında krımlılara və ruslara rast gəlinir. Bu gün isə çeçenlərə rast gəlinib", - deyə Avakov yazıb. |
2014-05-06 | 16,860 | Ruslar BMT-dən Ukraynaya müdaxilə icazəsi istəyir | Rusiyanın "Avaaz" qeyri-hökumət təşkilatı Birləşmiş Millətlər Təşkilatının rəsmi səhifəsinə müraciət edərək Rusiya qoşunlarının Şərqi Ukraynaya daxil olması üçün petisiya təşkil edib. Məlumata görə, artıq 100 min nəfər petisiyada iştirak edərək Ukraynanın şərqinə Rusiya sülhməramlalarının göndərilməsini istəyib. Petisiya təşkilatçıları Ukrayna xalqının yalnız rus sülhməramlılarını öz ölkələrində qarşılamağa müsbət yanaşdığını bildiriblər. Onların sözlərinə görə, Ukraynanın şərqinə rus ordusu gəlməyəcəyi halda, regionda müharibə təhlükəsi davam edəcək. /Avropa.info/ |
2014-05-06 | 16,861 | Hacı Şahindən şok fitva: “Kişi cinsini dəyişə bilər” | Azərbaycanda tanınmış din xadimlərindən olan, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli kişilərin cinsiyyətini dəyişməsi ilə bağlı ilginc fitva verib. Ruhani lider insanın cinsinin dəyişməsinin dini baxımdan yolverilən olduğunu bildirib. Hacı Şahinin dini təriqələr arasında narazılığa səbəb olan çıxışını təqdim edirik. /Azvision.az/ |
2014-05-06 | 16,862 | Nazirlik 8 saata 129 min adam müayinə edib? - Şok | "8 saatlıq iş gününü nəzərə alsaq, 1 saata 16.223 nəfər, 1 dəqiqəyə 270 insan bu proseduradan keçib". "Axar.az" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Səhiyyə Nazirliyinin 75 gündə 6 milyondan çox insanın tibbi müayinədən keçməsi ilə bağlı yaydığı məlumatı təhlil edərək öz Feysbuk səhifəsində paylaşıb: "Rəsmi məlumat: 75 günə ölkədə 6 milyon 230 min insan tibbi müayinədən keçib. Adi hesablama: guya, 75 günə 6 milyon 230 min insan müayinədən keçib. Fevralın 17-də başlayan aksiya mayın 5-də bitib. Bu zaman kəsimində 27 gün istirahət günü olub. Deməli, bu qədər insan cəmi 48 günə müayinədən keçib: bir günə 129.791 nəfər, 8 saatlıq iş gününü nəzərə alsaq, 1 saata 16.223 nəfər, 1 dəqiqəyə 270 insan bu proseduradan keçib. Ölkədə 14 min həkim var, belə çıxır ki, hər həkim 48 günə 445 nəfəri müayinə edib. Bu rəqəmlərə inanmaq mümkündürmü?" Ekspertin sözlərinə görə, onun ətrafında olan insanlardan heç biri tibbi müayinədən keçməyib: "Bundan əlavə, məlumatdan belə çıxır ki, ölkə əhalisinin 60-70%-i bu proseduradan keçib, ofisdə indi 9 nəfər var, biri də müayinədən keçməyib, maraq üçün 10 nəfər tanışıma da indi zəng etdim (siyasətdən uzaq), onlardan da heç kim müayinədən keçməyib". Xatırladaq ki, Səhiyyə Nazirliyi fevralın 17-dn etibarən əhalinin 6 milyon 230 min nəfərdən çoxu tibbi müayinədən keçirilib. Onlardan 545 mini ambulator müalicə alıb, 25 mindən çox insan stasionar müalicəyə qəbul olunub, 8 min nəfər isə Bakı şəhərinin tibbi müəssisələrinə müalicəyə göndərilib. |
2014-05-06 | 16,863 | Azərbaycanlı Peterburqda iki nəfəri güllələdi | Rusiyanın Sankt-Peterburq şəhərində, "Prospekt Veteranov" metro stansiyasının ətrafında baş verən atışmada 2 nəfər yaralanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə mayın 5-də saat 23.00 radələrində baş verib. Şahidlər bildiriblər ki, iki sürücü bir-birinə yol verməyib və nəticədə gərginlik yaranıb. Sürücülərdən biri - dağıstanlı olduğu bildirilən şəxs travmatik tapança ilə digərinə atəş açıb. Azərbaycan vətəndaşı olan digər sürücü isə əsl döyüş tapançası çıxararaq cavab atəşi açmağa başlayıb. Nəticədə dağıstanlı sürücü və münaqişəyə müdaxilə edən marşrut taksisinin sürücüsü yaralanıblar. Azərbaycanlı hadisə yerindən qaçıb. Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir. |
2014-05-06 | 16,864 | Rus tankları Meydanda | Rusiyanın paytaxtı Moskvada 9 May Qələbə Bayramına görə Qırmızı Meydanda hərbi texnikanın keçid mərasiminin məşqləri olub. "Axar.az" xəbər verir ki, Rusların II Dünya müharibəsində faşist ordusuna qarşı qazandıqları qələbəyə görə hər il Qırmızı Meydanda keçirilən hərbi paradın hazırlıqları davam edir. Axşamdan başlayan və təxminən bir saat davam edən hazırlıqda tanklar, mərmi daşıyıcıları və başqa hərbi vasitələr görsənib. Qeyd edək ki, 9 Mayda Qırmızı Meydanda keçiriləcək hərbi paradda rus hərbi vasitələrinin ən dəbdəbəli tank və raket sistemlərinin sərgilənməsi ilə birlikdə, təyyarə və helikopterlərin də uçması gözlənilir. |
2014-05-06 | 16,866 | Baş nazir istefa ərizəsini yazdı | Sloveniya Baş naziri Alenka Bratusek istefa verib. "Axar.az" xəbər verir ki, Bratusek parlament başçısına istefa ərizəsini təqdim edib və gələn ay erkən seçki keçirilməsini istəyib. Bratusek Müsbət Sloveniya Partiyasının liderliyini Zoran Yankoviçə məğlub olduğundan partiyasının dəstəyi olmadan hökuməti idarə edə bilməyəcəyini deyib. Slovenyalı millət vəkillərinin Bratusekin istefasını rəsmən qəbul etmələri gözlənilir. |
2014-05-06 | 16,867 | Mobil operatorların qiyməti aşağı salınacaq | Rabitə və Yeni Texnologiyalar naziri Əli Abbasov mobil operatorların qiymətlərinin aşağı salınması barədə danışıb. "Axar.az" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, bu barədə mobil operatorlarla müzakirələr aparılıb: "Yanvar ayının kollegiyasının qərarları ilə onları tanış etdik. Mən artıq gələcəyə optimist baxıram. Onlar ucuzlaşdırılmış vahid operatorlar qiyməti üzərində danışıqları bitirirlər. Bundan sonra onların imkanı olacaq ki, qiymətləri müəyyən qədər aşağı salsınlar". Nazir onu da vurğulayıb ki, hazırkı qiymətlər bazar qiymətləridir: "Onlara çox təzyiq də etmək olmaz. Qiymətlərin həddən artıq aşağı düşməsi də inkişafa mənfi təsir göstərir. Amma hər halda qiymətləri azaltmaq üçün koridor var". Əli Abbasov eyni zamanda internetin də keyfiyyətindən danışıb. O, vurğulayıb ki, bu yaxınlarda Dünya İqtisadi Forumunun qlobal texnoloji hesabatında Azərbaycan 7 pillə irəliləyərək dünya ölkələri arasında 49-cu yer tutub: "Bununla belə ölkəmiz 20-dən çox göstərici üzrə MDB ölkələri arasında liderlik pozisiyasını tutub. Mobil telefon xidmətinin əlçatanlığına görə isə dünyada birinci yerdədir. İnternetin keyfiyyətinə gəlincə isə, gələn il Azərbaycanda Olimpiya oyunları keçiriləcək. Bununla əlaqədar olaraq bir neçə şirkətə müraciət etmişik. Yaxın vaxtlarda ümumiyyətlə Azərbaycanda rabitənin keyfiyyəti xüsusi standartlarla yoxlanacaq. Bu yoxlama bir-iki ay çəkəcək. Yoxlamanın nəticələrinə əsasən, müəyyən tədbirlər görüləcək". |
2014-05-06 | 16,868 | NATO Suriyaya hücuma hazırlaşır - Döyüş planı | Yaxın vaxtlarda ABŞ başda olmaqla NATO-ya üzv olan ölkələr Bəşər Əsədin devrilməsi məqsədilə Suriya ərazisinə iri miqyaslı hücum planlaşdırırlar. NATO hərbiçiləri Suriya ərazisinə iri miqyaslı hücum etmək üçün artıq döyüş planını da tərtib edib. Plana görə, Bəşər Əsədin devrilməsi üçün artıq Avropa ölkələrinin xüsusi xidmət orqanları əsasən, postsovet dövlətlərindən Avropaya gəlmiş və daimi yaşayış statusu ala bilməyən, eləcə də müəyyən hərbi hazırlığa malik olan şəxslərdən ibarət muzdlu döyüşçülər seçirlər. Birinci mərhələdə seçilmiş muzdlu döyüşçülər Hollandiyanın Utrext şəhərində yerləşən təlim düşərgəsinə toplanılır və onların hansı istiqamətdə istifadə olunacağı barədə qərar qəbul olunur. Qeyd olunan prosesdən əvvəl isə muzdlulara İslam dini və ərəb dili kursları təşkil olunur, onların məxfiliyə riayət olunmasına dair müqavilələr bağlanılır və "vəhhabi" təriqətinə aid olan ləqəblər verilir. Bundan əlavə, muzdlulara 2500 ABŞ dolları həcmində aylıq təzminat da veriləcək və döyüş bölgəsində bu məbləğ iki qat artırılacaq. İkinci mərhələdə muzdlular NATO-nun Belçikadakı hərbi təlim bazasına gətirilərək, qrup halına salınır, onlara partlayıcı maddələrlə iş və döyüş taktikasına dair biliklər aşılanır. Üçüncü mərhələdə isə qrup halına salınmış muzdlular Türkiyə-Suriya sərhədindən keçərək, döyüş bölgələrinə daxil olur və Türkiyənin "İncirlik" bazasından, eləcə də döyüş bölgələrində yaradılmış mobil mərkəzlərdən onlara tapşırıqlar verilir. /Publika.az/ |
2014-05-06 | 16,869 | Azərbaycan bu gün Avroviziyada çıxış edəcək - Video | Avroviziya-2014 yarışmasındakı təmsilçimiz Dilarə Kazımova ilk çıxışını bu gün ifa edəcək. "Axar.az" xəbər verir ki, bu gün Avroviziya-2014 musiqi yarışmasının ilk yarımfinalı baş tutacaq. Azərbaycanı təmsil edən Dilarə mahnısını 8-ci nömrə altında oxuyacaq. Azərbaycan təmsilçisi 1-ci yarımfinalın birinci hissəsində Ermənistan, Latviya, Estoniya, İsveç, İslandiya, Albaniya, Rusiya, Ukrayna, Belçika, Moldova, San-Marino, Portuqaliya, Niderland, Çernoqoriya və Macarıstan kimi ölkələrin nümayəndələri ilə mübarizə aparacaq. Xatırladaq ki, müsabiqənin 2-ci yarımfinalı mayın 8-i, böyük final isə mayın 10-u Kopenhagenin "B&W Hallerne" arenasında keçiriləcək. |
2014-05-06 | 16,870 | Kaliforniya "Dağlıq Qarabağ"ın müstəqilliyini tanıdı - Şok | ABŞ-ın Kaliforniya ştatında parlament komitəsi Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış separatçı rejimin "müstəqiliyini" tanıyıb. Sözügedən ştatın qanunverici orqanı Dağlıq Qarabağa demokratik dəstəyi inkişaf etdirmək üçün məsələ də qaldırıb. Kaliforniya Məclisinin hər iki palatasında səsvermə isə may ayının 8-də olacaq. Qeyd edək ki, "Dağlıq Qarabağ Respublikası"nın tanınması üçün qanun layihəsini Kaliforniya parlamentinə Los-Anceles şəhərindən olan deputat Mayk Qato təqdim edib /Modern.az/. |
2014-05-06 | 16,871 | Azərbaycan üzünü Rusiyaya çevirir | "Ehtimal etmək olar ki, Azərbaycan üzünü Rusiyaya çevirəcək". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Azərbaycanın artıq balanslaşdırılmış siyasətdən üz çevirmək niyyətində olduğunu bildirib: "Görünür, Azərbaycan artıq Qoşulmayanlar Alyansından çıxmaq niyyətindədir. Yəni artıq balanslaşdırılmış siyasət yürütməyəcək. İranla və Rusiya ilə intensiv danışıqlar gedir. Ola bilsin ki, artıq xarici siyasətdə yeni rakurslar müəyyənləşdirilir. Bunun necə həyata keçiriləcəyi hələ ki, açıqlanmır. Amma ehtimal etmək olar ki, Azərbaycan üzünü Rusiyaya çevirəcək. Avropa Birliyinə daxil olmaq üçün müəyyən razılaşmalar əldə edilməlidir, bunun üçün NATO-ya daxil olmaq lazım gələcək və bu da uzun bir prosedurdur. Ölkədə ciddi islahatlar həyata keçirilməli, qanunvericilik tamamilə Avropa standartlarına uyğunlaşdırılmalıdır. Ən əsası isə siyasi islahatlar tətbiq edilməlidir. Mən bizim ölkənin bu xəttə hazır olduğu qənaətində deyiləm. Zənnimcə, Mahmud Məmmədquliyev bunu deyəndə heç də Qərbi nəzərdə tutmayıb". Qeyd edək ki, bu gün Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın Avropa Birliyindən assosiasiya sazişindən daha yüksək müqaviləni istədiyini bildirib. |
2014-05-06 | 16,872 | Kaspşik “Qarabağ lideri" ilə görüşdü | Anjey Kaspşik dünən Qarabağa səfər edib. "Axar.az" xəbər verir ki, bu informasiyanı Ermənistan mətbuatı yayıb. Mətbuat ATƏT sədrinin şəxsi nümayəndəsinin "Dağlıq Qarabağ prezidenti" tərəfindən qəbul edildiyini yazıb. Görüşdə danışıqlar prosesindəki hazırkı situasiya, həmçinin cəbhənin təmas xəttindəki durum müzakirə olunub. |
2014-05-06 | 16,873 | Erməni nazir: “Bizə qarşı çeçenlər savaşır” - Video | Ukraynanın şərqində antiterror əməliyyatları aparan ölkənin güc strukturlarının rəhbərləri prosesin nəticələri ilə bağlı jurnalistlərə açıqlama veriblər. "Axar.az" xəbər verir ki, Daxili İşlər naziri Arseni Avakov diqqət çəkən məqama toxunub. Əməliyyatların aparılmasının çətinlik yaratdığını deyən erməni əsilli nazir onlara qarşı yüksək hazırıqlı hərbi birləşmələrin savaşdığını dilə gətirib: "Doğurdanda bu əməliyyatları aparmaq olduqca çətindir. Çünki Ukrayna Milli Qvardiyası dinc vətəndaşların arxasında gizlənən terrorçulara güllə ata bilmir. Düşmən bu məsələlərdən məharətlə istifadə edir. Başqa bir məqam - hər şeyi öz adı ilə demək lazımdır - Ukraynanın şərqində Milli Qvardiyaya qarşı çeçenlər savaşır". Avakov həm jurnalistlərdən, həm də siyasi fiqurlardan məsələnin təfsilatı ilə beynəlxalq ictimaiyyətə çatdırlması üçün kömək istəyib. |
2014-05-06 | 16,875 | Ərdoğan əmr imzaladı: Azərbaycana həqarət - Foto | Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ermənilərə verdiyi başsağlığı qalmaqalı gündəmdən itməmiş AKP iqtidarı Ermənistanı məmnun etmək üçün yeni addım atıb. Məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi erməni şair Səyat Novanın əsərlərini həm erməni, həm də türk dilində çap edəcək. Artıq nazirlik erməni tərcüməçilərlə də razılığa gələrək, bir kitabda S.Novanın şeir və mahnıları erməni, eləcə də türk dilində dərc ediləcək. Nazirlikdən bildirilir ki, kitab iyun ayında hazır olacaq. Eyni zamanda Türkiyənin məşhur "Sabah" qəzeti sözləri Əhməd Cavad, musiqisi Üzeyir Hacıbəyova məxsus olan "Çırpınırdı Qara dəniz" mahnısının erməni şairi Sayat Novaya məxsus olduğunu iddia edib. /Azvision.az/ |
2014-05-06 | 16,877 | Rus silahlıları Ukrayna sərhədini keçdi - Video | Dünən gecə saatlarında rus kazaklarından ibarət avtomobil karvanı Antraçitov rayonundan Ukrayna sərhədini keçib. "Axar.az" xəbər verir ki, Rusiya bayraqları ilə bəzədilmiş minik və yük maşınlarından ibarət karvan yerli milis tərəfindən müşayiət olunub. Videoda şəhər sakinlərinin silahlı şəxsləri necə qarşıladıqları aydın görünür. Kazakların özləri silahlı müqavimət üçün kifayət qədər təchizat gətirdikləri bildirilir. Qeyd edək ki, mayın 3-də gecə Antraçitov dövlət administrasiyasının həyətinə içərisi silahla dolu olduğu güman edilən iki "Ural" markalı maşın daxil olmuşdu. |
2014-05-06 | 16,878 | Sosial şəbəkələr özünəqəsdin səbəbkarı sayıldı – Hesabat/Foto | Bu gün "Fairmont Hotel"də "İnsan Alverinə qarşı mübarizə: səylər, addımlar, nəticələr (2004- 2014)" adlı ictimai müzakirə keçirilib. "Axar.az" xəbər verir ki, Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin əməkdaşı Fuad Əliyev son 10 ildə görülən işlər barədə hesabat verib. Onun sözlərinə görə, son 10 ildə 566 insan alveri və 14 məcburi əmək faktı qeydə alınıb. Bu əməllərə görə 385 nəfər cinayət məsuliyyətinə cəlb olunmuş 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib. İnsan alverinin qurbanı olan 529 şəxsin isə cəmiyyətə reinteqrasiyası təmin edilib. İdarə rəsmisi müəyyən olunan qurbanlar daha çox Türkiyə, BƏƏ, Rusiya, İran İslam Respublikasına aparılmaqla, 5 qurban isə ölkə daxilində istismara məruz qalıb. Tədbirdə iştirak edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycandakı missiyasının direktoru xanım Bruk İşam bildirdi ki, son illər ölkədə insan alverinə qarşı aparılan mübarizə nəticəsində Azərbaycan ABŞ- ın İnsan Alverinə Qarşı Hesabatında "Tier 2 Müşahidə Siyahısından" "Tier 2" səviyyəsinə yüksəlib. Daha sonra tədbirdə çıxış edən Ailə Qadın və Uşaq problemləri Üzrə Dövlət Komitəsinin sərdi Elgün Səfərov ölkədə qadınlar arasında özünəqəsd hadisəsi haqqında hesabat verdi. Onun sözlərinə görə, 2012-ci ildə bu hadisə rekord sayda - 71 nəfər arasında qeydə alınsa da, ötən il bu hadisə 28 dəfə qeydə alınıb. Son dövrlərdə bu tendensiyaların artmasına əsas səbəb isə sosial şəbəkələrin gənclər arasında geniş yayılmasıdır. |
2014-05-06 | 16,879 | Şöbə müdirinin evindən 260 min oğurlandı – Özəl | Martın 23-də Masallı rayon torpaq şöbəsinin müdir müavini Soltan Nəsirovun evi qarət olunub. Bu barədə etibarlı mənbədən "Axar.az"a verilən xəbərdə deyilir ki, rayonun Tatyanoba kənd sakini olan müdir müavinin mənzilindən 160 min manat pul və 100 min manat dəyərində zinət əşyaları aparılıb. Evi qarət edən şəxs və ya şəxslər hələ də tapılmayıb. Mənzildən aparılan 160 min manatın yarısının şöbə müdiri Hamil Hadiyevə məxsus olduğu iddia edilir. Hadıyev müavinindən öz pulunu tələb edir. Faktla bağlı Masallı rayon polis şöbəsində cinayət işi açılıb, amma həmin şəxslər hələ də tapılaraq istintaqa cəlb olunmayıb. |
2014-05-06 | 16,880 | İranda “Land of fire Azerbaijan”ı sildilər - Foto | "Cəm Cəm" adlı İran qəzeti Çempionlar Liqası yarımfinal mərhələsi çərçivəsində keçirilən "Atletiko"Madrid "Çelsi" matçı barədə verdiyi xəbərdə Azərbaycana qarşı böyük hörmətsizlik edib. Məlumata görə, xəbərdə yer alan fotoda "Atletiko"Madrid futbolçularının formalarında olan "Land of Fire Azerbaijan" yazısı silinib. Sosial şəbəkələrdə yayılan bu foto cidi etiraza səbəb olub. Həmin fotonun orijinalı isə aşağıdakı kimidir. /Qafqazinfo/ |
2014-05-06 | 16,881 | Əli Əhmədovdan Gülər Əhmədovanın azadlığına reaksiya | "Hesab edirəm ki, istənilən insanı bağışlamaq olar. Hüquqi baxımdan hadisəyə qiymət verilib. Necə deyərlər hüquq öz işini görüb". "Axar.az" xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov deyib. O, bildirib ki, qadın kimi, azyaşlı uşağı olması və digər yüngülləşdirici hallar nəzərə alınmaqla belə qərar qəbul olunub: "Hesab edirəm ki, belə qərarın qəbul olunması məhkəmənin səlahiyyətləri çərçivəsindədir. İnsanpərvərlik hisslərindən çıxış edərək belə qərar qəbul olunub. Ümumiyyətlə, istənilən insanın cəzaçəkmə müəssisələrinə göndərilməsində yeganə məqsəd onun cəzalandırılması deyil. Baxmayaraq ki, törədilən əmələ hüquqi baxımdan qiymət verilir, amma digər məqam da insanın islah olunmasıdır. Bütün bunlar nəzərə alınaraq səlahiyyəti olan insan cəzaçəkmə müəssisəsində olanlarla bağlı ya əfv, ya da bağışlanma aksiyaları olur. Məsələyə bu kontekstdən baxmaq lazımdır". Bəraət tələbinə gəlincə isə icra katibi vurğulayıb ki, istənilən vətəndaşın məhkəmə çəkişməsi aparmaq haqqı var: "Bu, vəkillərə də şamil oluna bilər, məhkəmənin hansısa hökmünə tuş gəlmiş insanlar da bu hüquqlarından istifadə edə bilər. Haqlı olduğunu sübut edə biləcəksə, müvafiq qərar qəbul olunacaq. Qeyd etdiyim kimi, törədilən əmələ hüquqi qiymət verilib, hazırda insani aksiya həyata keçirilir. Gülər Əhmədovanın yenidən hansısa vəzifəyə gətirilməsi və YAP-a qayıtması ehtimalı ilə bağlı sualı Əli Əhmədov belə cavablandırıb: "Gəlin, hadisələri qabaqlamayaq. İndi düşünmürəm ki, bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan ibarətdir. YAP üzvlüyündən insanın çıxarılması da, onun yenidən üzvlüyə bərpa olunması da hüquqi məsələdən daha çox mənəvi, əxlaq məsələsidir. Hesab edirəm ki, biz YAP olaraq məsələyə bu cür qiymət verəcəyik. Hüquqi baxımdan qiymət verilib, YAP isə öz nizamnamə tələblərinə uyğun şəkildə lazım gələcəyi anda istənilən şəxs haqqında qərarlarını qəbul edir. Bir daha qeyd edim ki, hesab etmirəm bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ YAP-ın üzvü olmaqdan ibarətdir. Bu məsələ nə onu düşündürür, nə də bizi". |
2014-05-06 | 16,882 | Obamanın qardaşını işdən qovdular | ABŞ-ın birinci ledisi Mişel Obamanın qardaşı Kreyq Robins işdən azad olunub. Məlumata görə, Oreqon univeristetinin basketbol komandasının baş məşqçisi olan Robins müqaviləsinin bitməsinə 3 il qalmış vəzifədən kənarlaşdırılıb. Onun vəzifəsindən azad olunmasına səbəb isə komandanın son dövrlərdə pis təsir bağışlamasıdır. Qeyd edək ki, komanda rəhbərliyi Kreyq Robinsi işdən müqaviləsinin bitmədən azad etməsinə görə 4 milyon dollar təzminat ödəməli olacaq. Komandanın azarkeşləri isə Robinsin işdən azad olunmasına sevindiklərini bildiriblər və qeyd ediblər ki, məşqçi Mişel Obamanın qardaşı olmasaydı vəzifəsindən çoxdan azad edilərdi. /Avropa.info/ |
2014-05-06 | 16,883 | Nazir ilahiyyat dərslərinin keçirilməsindən danışdı | Təhsil naziri Mikayıl Cabbarov şagirdlərin sinifdən-sinfə keçirilməsi ilə bağlı imzalanan yeni əmrə münasibət bildirib. "Axar.az" xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, burada bir məqsəd var, bu da təhsilin keyfiyyətinin təmin olunmasıdır: "Burada məntiq çox sadədir. Bu qərara əsasən bir sıra fənlər üzrə qeyri-kafi qiymət alan şagirdlərin növbəti sinfə keçirilməsi məqsədəuğyun hesab edilmir. Fərz edin ki, əgər şagird 8-ci sinif proqramını mənimsəmirsə, onun 9-cu sinifdə uğurla təhsil alması təbii olaraq sual doğurur. Formallıq hesabına şagirdi sinifdən-sinfə keçirməklə biz nə şagirdə, nə təhsil sisteminə, nə də nəticə eitbarilə vətəndaş kimi həyatda yer tapmasına xidmət edirik". Nazirin sözlərinə görə, Təhsil Nazirliyinin təşəbbüsü ilə 9-11-ci siniflərdə istər attestatların, istərsə də şəhadətnamələrin verilməsi təmin olunur: "Bu nöqteyi-nəzərdən liberal yanaşmanın tərəfdarıyıq. Bu təbii olaraq təhsilin keyfiyyətinin azaldılması hesabına həyata keçirilə bilməz. Təhsil sistemi keyfiyyətli təhsil verməyə xidmət etməlidir. Qərarın arxasında duran fəlsəfə də budur". Mikayıl Cabbarov eyni zamanda məktəblərdə ilahiyyat dərslərinin keçirilməsinə də münasibət bildirib. O, qeyd edib ki, bu məsələ gündəmdə deyil. |
2014-05-06 | 16,884 | Nalbadyan Qarabağa görə İrana təşəkkür etdi | Ermənistan Xarici İşlər naziri Eduard Nalbandyan Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə görə İrana təşəkkür edib. "Axar.az" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər naziri Eduard Nalbandyan ötən gün Tehranda iranlı həmkarı Məhəmməd Cavad Zarif ilə keçirdiyi görüş zamanı danışıb: "Mən Azərbaycanla Ermənistan arasında olan anlaşılmazlıq üzündən uzanan münaqişənin həlli yolunda İranın tutduğu mülayim və "balanslı" mövqeyini anlayıram və bu mövqeyə görə təşəkkür edirəm". Xatırladaq ki, ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın işğalçı siyasətinin nəticəsində başlanmış münaqişə nəticəsində 30 mindən artıq azərbaycanlı öldürülüb. |
2014-05-06 | 16,885 | Baş nazirin müavini həkim terrorundan danışdı | Baş nazirin müavini Əli Əhmədov son günlər doğuş zamanı baş verən ana-uşaq ölümlərinə münasibət bildirib. "Axar.az"ın əməkdaşının verdiyi məlumata görə, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib ki, bu hallar araşdırılır: "Biz buna təəssüflənirik. Belə şeylər olmamalıdır, amma həyatdır, görünür, bizim istəyimizdən asılı olmayaraq belə şeylər baş verir. Bu hallar araşdırılır, qarşısını almaq üçün müvafiq tədbirlər görülür. Heç bir belə hal diqqətdən kənarda qalmır". Ə.Əhmədov vurğulayıb ki, bu gün prezidentin tələbi ondan ibarətdir ki, Azərbaycanda səhiyyə xidmətinin keyfiyyəti yaxşılaşdırılsın: "Bu cür ana-uşaq ölümlərinin qarşısı kəskin surətdə alınmalı, belə şeylər baş verməməlidir. Hər bir Azərbaycan vətəndaşının yüksək tibbi xidmət almaq hüququ var. Bu hüququn təmin olunması istiqamətində işlər görülüb, infrastruktur yenilənib, dünya standartlarına uyğun xəstəxanalar tikilib istifadəyə verilib. Həkimlərin peşəkarlıq səviyyəsi yüksəlib o səviyyəyə çatmalıdır ki, Azərbaycan kənarda mülaicəyə gedənlər olmasın". Baş nazirin müavini dərmanların qiymətinin süni artırılmasına da münasibət bildirib. Əli Əhmədov qeyd edib ki, bu, çox aktual məsələdir: "Satılan dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir. Bu bəzi dərman satanların vəziyyətdən sui-istifadə etməsinin nəticəsidir. Biz bunu aradan qaldırmağa çalışırıq". O bildirib ki, Səhiyyə Nazirliyi ilə İqtsadi İnkişaf Nazirliyinin Nazirlər Kabinetinə dərman preparatlarının qiymətlərinlərinin azaldılması ilə bağlı birgə müraciəti üzərində iş aparılır: "Hesab edirik ki, Azərbaycanda satılan dərman preparatları çox da baha olmamalıdır. Digər tərəfdən isə Azərbaycanda real bazar münasibətləri mövcuddur. Apteklər də, dərman gətirənlər də, dərman ticarəti ilə məşğul olanlar da bazar münasibətləri çərçivəsində fəaliyyət göstərirlər. İndi bizim məqsədimiz ondan ibarətdir ki, bir tərəfdən azad bazar münasibətlərinin pozulması baş verməsin, ikinci tərəfdən isə dərmanların qiymətləri süni şəkildə şişirdilməsin. Azərbaycan vətəndaşlarının büdcəsinə dərman alması ilə bağlı böyük xərclər düşməsin. Bunun yolları axtarılır, gümna edirəm ki, tapılacaq. Yaxın zamanlarda hesab edirəm ki, dərmanla bağlı süni qiymət artımının qarşısı alınacaq". |
2014-05-06 | 16,886 | Günün videosu – namus üstündə işgəncə | Bu videolent Azərbaycanda çəkilib. Paytaxtdamı, rayondamı - bilinmir. Adam kimdir, nəçidir - məlum deyil. Məlum olan odur ki, o zina edib. Ərli qadınla, dostunun arvadıyla ... ya intim münasibətdə olub, ya da tamahsılanıb, təklif edib - bu da səhihliyi ilə bilinmir. Hər halda, adam ələ keçib və günü budur. Onu xeyli döyüblər, tam sındırıblar, paltarlarını son sapına qədər çıxarıblar. Sap demişkən, adama qədim dövrlərdəki kimi, bu cür hallarda edilən hərəkəti ediblərmi, etməyiblərmi, kadrlarda görünmür, amma o artıq öz namusunu qoruyacaq halda deyil. Prinsipcə, əgər ortada bir xəyanət, yasaq eşq söhbəti vardısa və o, qısqanc ər tərəfindən yaxalanıbsa, qisas daha ağır olmalıydı. Yox, ortada ciddi bir şey yoxdursa, adamı bu hala qoymağın özü ağır cnayətdir. Bu görüntüləri yayanlar, şübhəsiz ki, zinakara işgəncə verənlərin özləri olub. Onlar öldürməyib sağ buraxdıqları adamdan bu cür qisas alırlar. Onu biabır etməklə. Görünür, bu adam şikayətçi olmayıb və canını qurtardığına sevinir. Ancaq ona da şübhə yoxdur ki, srağagün itə əzab verildiyinə görə axtarışa başlayan polislər bu epizoda görə də arama-sorma işi aparmalıdır. Bu xüsusda fikirlər çox haçalanacaq. Heç kəs lüt soyundurulmuş, yerlərdə sürünən, ağzının üstündən təpik tutuzdurulan bu oğlanın etdiyinə haqq qazandırmayacaq. Amma ona edilənə də haqq qazandırmaq mümkün deyil. Hərçənd "ona bu da azdır" deyənlər çox olacaq /Musavat.com/. |
2014-05-06 | 16,887 | “Bu, təhsilin səviyyəsinə mənfi təsirlər göstərir” | Təhsil naziri Mikayıl Cabbarov dərs ilinin uzadılması ilə bağlı jurnalisltərə açıqlama verib. "Axar.az"ın əməkdaşının verdiyi məlumata görə, Təhsil naziri dərs ilinin uzadılmasının iki əsas səbəbi olduğunu deyib və həmin səbəbləri açıqlayıb: "Birincisi, müasir təhsil sistemləri ilə müqayisədə Azərbaycan şagirdləri təxminən 8 həftə az tədris keçirlər. Akademik tədrisdə 8 həftə çox uzun müddətdir. Təbii olaraq biz tədris ilinin 8 həftəlik uzadılmasını nəzərdə tutmuruq. Amma aydındır ki, dərs ilinin bu qədər qısa olması nəticə etibarilə şagird nailiyyətlərinə təsirsiz ötüşmür. Bu, təhsilin səviyyəsinə mənfi təsirlər göstərir. İkinci səbəb bundan ibarətdir ki, eyni fənlərin və ya akademik proqramların keçirilməsi tədris ili qısa olduğu zaman bir günə və ya bir akademik həftəyə toplanır, bu da şagirdlərin daha çox yüklənməsinə səbəb olur. Tədris yükünün optimallaşdırılması üçün qəbul edəcəyimiz qərar bu istiqamətdə müsbət təsir göstərəcək". |
2014-05-06 | 16,888 | Bəşər Əsədin qərargahı partladıldı: 50 ölü | Suriyada prezident Bəşər Əsədin əsgərlərinin qərargahı partladılıb. Məlumata görə, Suriyanın İdlib şəhərində müxaliflər əvvəlcədən ordu qüvvələrinin qərargahına yerləşdiridiyi bombanı partladıb. Nəticədə qərargah yerlə bir olub. 50 əsgər isə ölüb. Qeyd edək ki, Suriyada müxalif qüvvələr Bəşər Əsəd rejimini dəstəkləyən orduya qarşı genişmiqyaslı hücumlara başlayıb. Hazırda Dera şəhəri uğrunda döyüşlər gedir. Paytaxt Dəməşqdə isə müxalif qruplar Suriya ordu qüvvələrinin istifadə etdiyi Elmi Araşıdırma Mərkəzini ələ keçirib. /ANS/ |
2014-05-06 | 16,889 | Timoşenkonun ofisini yandırdılar | Bu gün gecə saatlarında naməlum şəxslər Batkivşina Partiyasının sədri Yuliya Timoşenkonun Lvovdakı ofisini yandırıblar. "Axar.az" xəbər verir ki, bu barədə Timoşenkonun mətbuat xidmətindən məlumat verilib. Naməlum şəxslər yanğından əvvəl mühafizəçilərin yanğınsöndürənlərə xəbər verməsinin qarşısını almaq üçün telefon xəttini kəsiblər. Yanğın nəticəsində xəsarət alan olmasa da, fisin bütün əşyaları yanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. |
2014-05-06 | 16,890 | “Qadının həbsə düşməsi arzulanan deyil” | Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı sabiq deputat Gülər Əhmədovanın şərti azadlığa buraxılması məsələsinə münasibət bildirib. YAP-çı deputat M.Qurbanlı açıqlamasında deyib ki, Gülər Əhmədova məhkəmənin hökmü ilə şərti olaraq azadlığa buraxılıb. Onun sözlərinə görə, məhkəmənin hökmü müzakirə olunmur: "Məhkəmə bu hökmü verərkən müxtəlif nüansları nəzərə alıb. Məhkəmə qadın və azyaşlı uşağının olmasını nəzərə alaraq Gülər Əhmədovanı şərti azadlığa buraxıb. Biz məhkəmənin çıxardığı bu qərara hörmətlə yanaşırıq. Hesab edirəm ki, qadının həbsdən azad olunmasına hər kəs dəstək verməlidir. Qadının həbsə düşməsi arzuolunan deyil. Qadınlarımız heç vaxt həbsə düşməsin. Çünki qadın həm də anadır. Bütün bunlara görə də Gülər Əhmədovanın şərti azadlığa çıxmasını kimsə başqa cür qarşılayırsa, mən onları anlamıram. Gülər Əhmədovanın şərti azadlığa buraxılması barədə kimlər nə deyirsə, bunu özləri bilərlər. Bu, məhkəmənin qərarıdır". M.Qurbanlı gələcəkdə G.Əhmədovanın YAP sıralarına qəbul edilib-edilməməsi məsələsini də şərh edib: "Bu məsələ Yeni Azərbaycan Partiyasının nizamnaməsi çərçivəsində həll olunur. Əgər Gülər Əhmədovanın məhkumluğu olmasa və o öz cəzasını tam başa çatdırandan sonra bu məsələyə baxıla bilər. Gülər Əhmədova ilk təşkilat kimi hara müraciət edərsə, həmin təşkilatda onun üzvlüyünə baxıla bilər. Ancaq mən indidən deyə bilmərəm ki, Gülər Əhmədova YAP-a üzv olmaq üçün müraciət edəcək və ya yox". Xatırladaq ki, mayın 5-də Bakı Apellyasiya məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçmiş millət vəkili Gülər Əhmədovanın apellyasiya şikayətinə baxılıb. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb. Prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib. Onu da bildirək ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. /Publika.az/ |
2014-05-06 | 16,891 | Azərbaycan daha bir ermənini ölkəsinə qaytardı | Azərbaycan daha bir Ermənistan vətəndaşını öz ölkəsinə qaytarıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, 20 aprel 2014-cü il tarixdə Azərbaycanın Füzuli rayonu, Əbdürrəhmanlı kəndi istiqamətində saxlanılan erməni, 1956-cı il təvəllüdlü Mayelyan Vaqif Rubenoviç bu gün Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfə qaytarılıb. İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. |
2014-05-06 | 16,892 | “Nida”çıların hökmündən qarşıdurma - Yeniləndi | 13:57 Bakı Ağır Cinayətlər Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Təqsirləndirilənlərdən Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, prokuror məhkəmədən Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundovun 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizovun 8 il, Üzeyir Məmmədlinin 7 il 6 ay, Şahin Novruzlunun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş edib. "Nida"çılar dövlət ittihamçısının bu çıxışına etiraz olaraq aclıq aksiyasına başladıqlarını elan ediblər. Xatırladaq ki, "Nida"nın 7 üzvü həbs edilib. Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan "Molotov kokteyli" adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. Eyni zamanda 1995-ci il təvəllüdlü, "Odlar Yurdu" Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd "Molotov kokteyli", 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb. Həmçinin 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində "Təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan" sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb. Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və "Nida" üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar. İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub. 14:45 Həbsdəki nidaçılara hökm oxundu. Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çılara hökm oxunub. Rəşad Həsənov - 7.6 il. Zaur Qurbanlı - 8 il. Üzeyir Məmmədli - 7 il. Rəşadət Axundov - 8 il. İlkin Rüstəmzadə - 8 il. Bəxtiyar Quliyev - 7 il. Məmməd Əzizov - 7.6 il. Şahin Novruzlu - 6 il. Hazırda polis gənclərin yaxınlarını məhkəmə binası qarşısından uzaqlaşdırır. Ərazidə hər hansı xoşagəlməz olayın baş verməməsi üçün məhkəməyə əlavə polis qüvvələri gətirilib. Buna baxmayaraq polislə gənclər arasında qarşıdurma yaranıb. 6-7 nəfər saxlanılıb. Qarşıdurma davam edir. Ətrafdakı binaların şüşələri sındırılıb. Aksiyaçılar üzü Nizami küçəsinə tərəf axışır. Polis bir neçə nəfəri saxlayıb. Onların arasında media nümayəndələri də var. "Yeni Müsavat", "Dəyərlər" və "Turan" agentliyinin müxbirləri fiziki zorakılığa məruz qalıblar. Məhkəmə qarşısındakı adamların dağıdılmasında polislərə mülkigeyimli şəxslər də yardım edir. Polis məhkəmə binası ətrafından adamları uzaqlaşdırır. Aksiyaçılar üzü Nizami küçəsinə tərəf axışır. Polis bir neçə nəfəri saxlayıb. Onların arasında media nümayəndələri də var. Məhkəmə qərarından sonra fəalları dəstəkləyən onlarla gənc "azadet" şüarları səsləndirməyə başlayıb. Ağır Cinayətlərə Dar İşlər üzrə Məhkəmənin qarşısında təcili yardım maşını var. Polis binanı əhatəyə alıb. Yaxınlıqdakı Nizami kinoteatrının qarşısına çoxlu sayda polis toplaşıb. Burdakı adamlardan ərazini boşaltmaq tələb olunur. Polis media nümayəndələrinin çəkilişlərinə də maneçilik törədir. Saxlananları aparanda ətrafdakılar "Azadlıq" şüarları səsləndirir. 8 NİDA-çı ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar. Vəkillərinin söylədiyinə görə, həbsdəki 8 NİDA-çı ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi ilə aprelin 17-dən aclıq aksiyasına başlayıblar. Aprelin 20-də onların valideynləri də övladlarının buraxılması üçün aclıq elan etmişdilər. Ancaq övladlarının "siz dayandırmasanız, biz quru aclığa başlayırıq" mesajından sonra valideynlər aprelin 24-də aclığı müvəqqəti dayandırdıqlarını bildiriblər. YAP icra katibinin müavini Mübariz Qurbanlı valideynlərin və 8 NİDA-çının aclıq aksiyalarını məhkəməyə təzyiq adlandırıb. Penitensiar Xidmət təcridxanada aclıq aksiyası saxlanmasını yalanlayıb. Dövlət ittihamçısı məhkəmədə NİDA-çılara 6 il yarımdan 8 il yarımadək həbs cəzası istəyib. Onlar elə həmin gündən aclıq aksiyası elan ediblər. 15:10 Həbs edilənlərin siyahısı: Nazmin Kamilsoy Hüseyn Qarasulu Ofa Rәsulzadә Rәsul Mürsәlova Cavid Hacıbәyli Tural Abbaslı Kәmalә Bәnәnlarlı Şamil Beydulla Sarvan Әbdülәzimov Turan İbrahim Türkel Azәrtürk Xalid Qarayev Amid Süleymanov Hacı Zeynallı Orxan Eyyubzadә Sәnan Әlioğlu Orxan Rüstәmzadә Seyran Nәbiyev Kamran Orxan Rza Şәfi Şәfiyev Nicat Mәmmәdbәyov Mirseymur Məmmədov Məhəmməd Qurbanov |
2014-05-06 | 16,893 | Ruslar Kişinyovda Moldovaya meydan oxudu - Video | Dünən minlərlə rusiyameylli qüvvə Moldovanın paytaxtı Kişinyov şəhərinin mərkəzi küçələrində geniş aksiya keçirib. "Axar.az" xəbər verir ki, əllərində uzunluğu 200 metrə yaxın "Georqevski" bayrağı daşıyan mitinq iştirakçıları dövlət strukturlarının binasının önünə yürüş ediblər. Qeyd edək ki, sözügedən şəxslər "Faşizm keçməz!", "Yaşasın qəhrəmanlarımız!" və bu tipli şüarlar səsləndirərək media mənsublarının diqqətini özlərinə çəkiblər. Xatırladaq ki, Moldovada separatçılıqdan əziyyət çəkən ölkələrdəndir. Dnestryanı qondarma qurumun Moskvaya meylli siyasəti rəsmi Kişinyovun Avropaya inteqrasiyasına ciddi zərbə vurur. |
2014-05-06 | 16,894 | İlham Əliyev: “Çox xoşbəxtəm” | Gürcüstanda işgüzar səfərdə olan prezident İlham Əliyev Türkiyə-Azərbaycan-Gürcüstan arasında baş tutan üçlü görüş çərçivəsində çıxış edib. İlham Əliyev bu görüşün həm bölgə, həm də dünya üçün önəmli olduğunu vurğulayıb: "Qardaş Gürcüstan torpağına yenidən gəldiyim üçün çox xoşbəxtəm. Əminəm bu zirvənin çox gözəl nəticələri olacaq. Ölkələrimiz arasındakı əlaqələrin tarixdə önəmli yeri var. Qarşılıqlı münasibətlərimiz yüksək səviyyədə davam etməkdədir və bu gün Türkiyə-Azərbaycan-Gürcüstan arasında baş tutan bu üçlü zirvə bölgəmiz və dünya üçün böyük önəm daşıyır. Çünki bizim işbirliyimizin təməlində ortaq məqsədlər var və bunlar regional deyil, dünyəvi xarakterlidir. Əlbəttə, bu gün müzakirə edəcəyimiz mövzular çox önəm daşıyır və əminəm ki, bu üçlü zirvədə regional məsələlər, beynəlxalq təhlükəsizlik, enerji təhlükəsizliyi, humanitar məsələlər haqqında müzakirələr aparacağıq və gələcək haqda danışacağıq". /Qafqazinfo/ |
2014-05-06 | 16,895 | Elşad Miri Hacı Şahini savadsız adlandırdı | "İlahiyyat təhsili olmayan biri öz fikirlərini millətə sırıyanda belə olacaq da, bundan artıq heç nə gözləmək olmaz". Bu sözləri "Axar.az"a ilahiyyatçı Elşad Miri Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahinin bu gün yayılan videosunda səsləndirdiyi "şəriət kişinin cinsini dəyişməsinə icazə verir" fikrinə münasibət bildirərkən deyib. İlahiyyatçı Hacı Şahinin bu sözlərini absurd adlandırıb: "Fikirləşin, insanın yaradılışına, kişiliyinə, mənliyinə uyğun olmayan bir şey İslamda necə ola bilər? Bu, elə bir absurd biabırçılıqdır ki, başqa söz demək olmur. İslamda bir qayda var, əgər bir kəs nəyinsə halallığına girirsə, o, sübut etməlidir. Bu gün bu adam belə bir fikir irəli sürübsə, bunu sübut etməli idi". Qeyd edək ki, Hacı Şahin Həsənli kişilərin cinsiyyətini dəyişməsi ilə bağlı ilginc çıxış edib. Bu çıxış dini təriqətlər arasında narazılığa səbəb olub. |
2014-05-06 | 16,896 | Tiflis görüşü: fərqli siyasi kursların sammiti | "Türkiyə Rusiyaya qarşı ittifaqda iştirak etməyəcək". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O, Tiflis sammitində ümumi siyasi maraqlara dair müzakirələrin olacağına ümid etmədiyini bildirib: "Məlum deyil ki, hansı istiqamətlərdə birgə fəaliyyət məsələləri müzakirə olunacaq. İlk növbədə iqtisadi əməkdaşlıq və qarşılıqlı mütəşəkkil cinayətkarlıq formalarına dair məsələlər ətrafında danışıqlar aparılacağını təxmin edirəm. Çünki hər üç dövlətin xarici siyasət kursu fərqlidir. Türkiyə daha çox ərəb ölkələrinə, Yaxın Şərqə meyllidir. Azərbaycan son günlər daxili səylərin hesabına Rusiyaya meyllənir. Gürcüstan Avropa Birliyi ilə assosiativ saziş imzalayıb. Yəni burada hansısa ümumi xarici maraqlardan söhbət gedə bilməz. Fikrimcə, əsas önəmli məqam iqtisadi məsələlər olacaq. Ümumi siyasi maraqlar görünmür". Politoloq Türkiyənin Rusiyaya qarşı hansısa ittifaqda iştirak etməyəcəyini deyib: "Tiflis sammitinin Rusiyanın iqtisadi blokadaya salınmasında mühüm rol oynayacağını güman etmirəm. Azərbaycan və Gürcüstan Rusiyaya qarşı ehtiyatlı siyasət aparır. Türkiyə isə son zamanlar Rusiya ilə yaxınlaşma siyasəti içindədir. Mən Türkiyənin bu işdə iştirak edəcəyini təsəvvür etmirəm". Qeyd edək ki, bu gün Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan liderlərinin görüşü planlaşdırılır. |
2014-05-06 | 16,897 | Azərbaycanda bəzi bələdiyyələr ləğv edilir | Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Məlumata görə, iclasın gündəliyində 2 məsələnin - "Azərbaycan Respublikasının bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsinin və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə və dəyişikliklər haqqında layihəsinin müzakirəsi yer alıb. Qanun layihələri barədə məlumat verən komitənin sədri Arif Rəhimzadə bildirib ki, Azərbaycanda bələdiyyələrin yaradılması üçün iki şərt var: "Şərtlərdən biri odur ki, bələdiyyələrin fəaliyyəti üçün ərazi olmalıdır. İkincisi, həmin ərazidə 5 nəfər də olsa, insan yaşayırsa, o zaman bələdiyyə yaradılması üçün əsas var. Bu da ən demokratik yoldur. Ona görə də Azərabycanda bələdiyyələrin sayı çox idi". Komitə sədri onu da əlavə edib ki, ilk vaxtlar 2757 bələdiyyə fəaliyyət göstərirdi: "Sonradan bu qənaətə gəlindi ki, kiçik bələdiyyələr özlərini lazımi səviyyədə göstərə bilmir. Buna görə də 2009-cu ildə mayın sonlarında bələdiyyələr birləşdirilərək sayı 1716-ya endirildi. Yeni qanuna əsasən, 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da 110 bələdiyyə ləğv edilir". A.Rəhimzadə qeyd edib ki, bu gün bələdiyyələrə torpaq xəritələrinin verilməsində müəyyən problemlər mövcuddur: "Bu, əsasən Bakıda böyük problemdir. Bunun da əsas səbəbi burada dövlət və bələdiyyə əmlakının ayrılmasında çətinliyin olmasıdır". Qeyd edək ki, Ağcəbədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonu üzrə 1, Ağdaşda 15, Astara, Xaçmaz, Qax, Samux, Balakən üzrə 2, Fizulidə 3, Goranboy, Quba, Şəmkir, Tərtər üzrə 4, Zaqatalada 6, Şamaxıda 8, Gədəbəydə 11, Qəbələ rayonu üzrə 19 bələdiyyə birləşdirilib. Hər iki qanun layihəsi müzakirələrin sonunda parlamentin plenar iclasına tövsiyə olunub. /Trend/ |
2014-05-06 | 16,898 | Rusiya müqaviləni ləğv etdi: Litva şokda | Rusiya Fedrasiyası "Etibarın artırılması haqqında" Litva ilə 2001-ci ildə bağladığı qanun layihəsini birtərəfli qaydada ləğv edib. "Axar.az"ın "Azadlıq" radiosuna istinadən məlumatına görə, Moskva artıq sözügedən qanun layihəsinə əməl etməyəcəyini rəsmi Vilnüsün diqqətinə çatdırıb. Bu vaxta qədər qanunun tələblərindən irəli gələn şərtlərdə Litva Kalininqrad vilayətində mənzillənən rus hərbi bölmələrinin sayını inspeksiya edə bilirdi. Məsələyə reaksiya verən ABŞ hərbçiləri bunu Rusiyanın Sakit Okean regionunda gücünü artırmaq istəyi ilə əlaqələndiriblər. ABŞ-ın Sakit okeandakı Hərbi Hava Qoşunlarının generalı Herbert Karlayl bildirib ki, Rusiya bununla həm güc göstərmək istəyir, həm də NATO-nun Baltikyanı regionda hərbi təlimlərindən ətraflı məlumat toplamaq məqsədi güdür. |
2014-05-06 | 16,899 | Əhəd Abıyev 200 minlik maşın alıb? | Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev yeni və bahalı maşın alıb. "Axar.az"a adının çəkilməsini istəməyən rayon sakininin bildirdiyinə görə, başçının yeni aldığı maşının qiyməti 200 min dollar civarındadır. Qaynağın sözlərinə görə, Əhəd Abıyev maşın həvəskarıdır: "İcra başçısı maşın həvəskarıdır, avtohobbisi var. Yeni aldığı 200 minlik maşını da bir dəfə Daşkəsən Rayon İcra Hakimiyyətinin binası qarşısına gətirib, yerli camaat da görüb". Qeyd edək ki, mənbə Ə.Abıyevin son aldığı maşının markasının "Mersedes GL- 63" olduğunu iddia edir. "Axar.az"a açıqlama verən Əhəd Abıyev xəbəri birmənalı təkzib elədi: "Mənim dövlətin verdiyi bircə maşınım var, illərdir onu işlədirəm, əlavə bir dənə də maşınım yoxdur. Nə kolleksiya, nə bahalı maşın? Bunu yayanlar fəaliyyətimizi gözü götürməyənlərdir". |
2014-05-06 | 16,900 | Ukraynada kommunistləri parlamentdən qovdular | Ukrayna Ali Radası separatçı çıxışlarına görə, Ukrayna Kommunist Partiyasının fraksiyasını ləğv edib. "Axar.az" xəbər verir ki, bu barədə ukraynalı deputat Oleq Lyaşko Feysbukda yazıb. Mənim təklifimlə Ali Radada kommunist fraksiyasının zaldan çıxarılmasına səs verdi. Tarixi hadisədir. Ümid edirəm ki, tezliklə bu satqın partiyanı bağlayacağıq", - deyə Lyaşko yazıb. |
2014-05-06 | 16,901 | “Qara dəniz” erməniləşdi: Nazirlik xəbərsizdir | "Əgər bu fakt varsa, bununla bağlı Nazirlik və müvafiq qurumlar tədbir görəcək". Bu sözləri "Axar.az"a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi İntiqam Hümbətov "Çırpınırdı Qara dəniz" şeirinin Türkiyədə "Sabah" qəzeti tərəfindən erməniləşdirilməsinə münasibət bildirərkən deyib: "Xeyr, mənim xəbərim yoxdur, heç eşitməmişəm. Ancaq maraqlanaram. Yəqin ki, nazirliyin xəbəri var. Əgər bu fakt varsa, bununla bağlı Nazirlik və müvafiq qurumlar tədbir görəcək". Xatırladaq ki, "Sabah" qəzeti "Çırpınırdı Qara dəniz" şeirinin sözlərinin erməni klassik şairi Sayat Novaya məxsus olduğunu yazıb və erməni mahnısı kimi təqdim edib. |
2014-05-06 | 16,902 | Ziya Məmmədovun bankı çökür | Son bir neçə gündə "Bank of Azerbaijan"da kütləvi ixtisarlar aparılıb. Ötən həftənin cümə günündən başlayaraq bu günə qədər 100-ə yaxın şəxs işdən çıxarılıb. Səbəb kimi isə bankın ciddi maliyə problemləri yaşadığı göstərilir. "Bank of Azerbaijan"dakı mötəbər mənbə məlumat verib ki, bankın baş ofisindən yerli şöbələrə işçiləri öz hesablarına məzuniyyətə göndərmək barədə tapşırıq verilib. "Artıq xeyli müddətdir ki, əməkdaşlara məvaciblərin veriləməsi ləngiyir. İşçilərə böyük məbləğdə borc yaranıb. Baş ofis maliyyə probleminin olduğunu gizlətmir. Açıq şəkildə deyirlər ki, bank atıq ayaqda dura bimir, kim istəyir özünə yeni iş tapsın. Aydındır ki, hərə özünə bir iş tapacaq. Problem işçilərə məvaciblərin verilməməsindədir. Fakt odur ki, bankımız müflis olmaq üzrədir. Bunun göstəriciləri artıq ortadadır". Mənbə əlavə edib ki, əməkdaşların məvacibi verilməsə onlar pullarını bankın sahibindən tələb edəcəklər. Qeyd edək ki, "Bank of Azerbaijan" nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altındadır. Onu da qeyd etmək yerinə düşər ki, bir müddət əvvəl mətbuatda "Bank of Azerbaijan"dakı şübhəli maliyyə əməliyyatları barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda müğənni Abbas Bağırovun da adı hallanırdı. Bildirilirdi ki, A.Bağırovun adına böyük məbləğdə kredit rəsmiləşdirilsə də o, bu vəsaiti geri qaytarmayıb və nəticədə müğənniyə qarşı məhkəmə iddiası qaldırılıb. Mənbə onu da bildirib ki, bankın yerli filiallarının fəaliyyətinin dayandırılacağı da gözlənilir. "Bank of Azerbaijan"ın səhmlərini böyük hissəsi "Bağlan Group"un rəhbəri, Nəqliyyat naziri Ziya Məmmədovun şəriki "Hafka" ləqəbi ilə tanına iş adamı Hafiz Məmmədovun oğlanlarına məxsusdur: Məmmədov Kənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Sənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Mübariz Məcid oğlu 6,030.000 AZN(12.07%) NEM Holdinq 335.000 AZN(0.67%) Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur. Bu dəqiqələrdə "Bank of Azerbaijan"la bağlı daha bir ilging məlumat əldə etdik. Xəbər yayına hazırlanır. Bir neçə dəqiqədən sonra diqqətinizə çatdıracağıq. /Azərfaks/ |
2014-05-06 | 16,903 | Ukraynada 9 May Qələbə Günü ləğv edildi | Kiyevdə mayın 9-da keçirilməsi planlaşdırılan Qələbə Gününə həsr olunmuş parad ləğv olunub. "Axar.az" xəbər verir ki, bu barədə TSN kanalı məlumat yayıb. Paradın ləğv edilməsinə isə həmin gün gözlənilən təxribatlar olub. Kiyev meriyasından bildirilib ki, mayın 9-da paytaxtda keçiriləcək tədbirlər məhdudlaşdırılacaq, yalnız Kiyevin rayonlarında konsert proqramları keçiriləcək. "Məlumat var ki, Rusiya telekanallarında veteranların döyülməsi, ordenlərinin əllərindən alınması görüntüsünü vermək istəyilər. Bu kadrları da çəkib dünyaya göstərərək səs salmaq istəyirlər. Biz heç kimin döyülməsinə icazə verməyəcəyik", - Kiyevin meri Vladimir Bondarenko bildirib. Qeyd edək ki, Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərini icra edən Aleksdandr Turçinov mayın 9-da Qələbə Günündə Kiyev və digər şəhərlərdə təxribatlar törədiləcəyini bildirmişdi. |
2014-05-06 | 16,904 | Moskvada azərbaycanlının 3 milyon dolları oğurlandı | Moskvanın Şeremetyevo aeroportunda Azərbaycan vətəndaşının 3 milyon ABŞ dolları oğurlanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumatda bildirilib ki, dünən 8:50-də Dubay-Moskva reysi ilə gələn Azərbaycan vətəndaşı Abidinli A. Z.-yə məxsus 3 milyon ABŞ dolları qarət olunub. Hadisənin təfərrüatları barədə məlumat verən hüquq-mühafizə orqanındakı mənbə bildirib ki, Azərbaycan vətəndaşı özünə məxsus böyük məbləğdə pulu daşımaq üçün inkassator firması ilə anlaşıb. Lakin aeroportdan çıxan zaman inkassator avtomobilinin qarşısını OMON formasında olan şəxslər kəsib və 3 milyon dolları aparıblar. Hazırda faktla bağlı araşdırma aparılır. |
2014-05-06 | 16,905 | Suriyada daha bir azərbaycanlı öldürüldü | Suriyada daha bir azərbaycanlının öldürülməsi barədə xəbər yayılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Şuşa şəhər sakini, 1990-cı il təvəllüdlü Şirazi Şakir oğlu Hüseynov Əsəd qüvvələri tərəfində vuruşurmuş. O, Azad Suriya Ordusu tərəfindən öldürülüb. Ş. Hüseynov öldürüldükdən sonra onun üzərindən tapılmış şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş pasportunun və digər şəxsi əşyalarının fotosu yayılıb. Atası Şakir Hüseynov açıqlamasında oğlunun iki ay əvvəl Türkiyəyə müalicə üçün getdiyini deyib: "Hazırda onun harada olduğunu bilmirik. İki ay əvvəl müalicə üçün Türkiyəyə getdi, o vaxtdan da ailəsi ilə əlaqə saxlamayıb" Ş. Hüseynov oğlunun dinə meylli biri olduğunu da bildirib: "Oğlum namaz qılan idi. Lakin heç vaxt Suriya ilə bağlı evdə danışmayıb. Nə məsələdir, başa düşə bilmirəm" |
2014-05-06 | 16,906 | Odessanın qubernatoru vəzifəsindən çıxarıldı | Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov Odessanın qubernatorunu vəzifəsindən azad edib. "Axar.az" xəbər verir ki, bu barədə informasiya Ukrayna Prezidentinin rəsmi saytında yerləşdirilib. Vladimir Nemirovski qubernator vəzifəsinə bu ilin mart ayında təyin edilmişdi. Vladimir Nemirovskinin yerinə Ali Radanın deputatı İqor Paliçu təyin edilib. Dəyişikliyin Odessadakı 2 may hadisələri ilə əlaqəli olduğu bildirilib. Qeyd edək ki, mayın 2-də Odessada baş verən iğtişaşlarda 46 nəfər həlak olmuşdu. |
2014-05-06 | 16,907 | Rusiyada azərbaycanlını öldürüb zibilliyə atdılar | Rusiyanın Moskva vilayətində azərbaycanlı qətlə yetirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, 32 yaşlı azərbaycanlının Kostroma vilayətində yaşadığı bildirilib. Mayın 4-də Rusiya Daxili İşlər Nazirliyinin Moskva Vilayətinin Sıçovski rayonu Şöbəsinin növbətçi hissəsinə Nikolski-Jornovka avtomobil yolunun kənarında yerləşən zibillikdə üzərində zorakılıq əlamətləri olan kişi cəsədinin olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları odlu silahdan qətlə yetirilən kişi cəsədi aşkarlayıblar. Cəsədin üzərindən heç bir sənəd tapılmayıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları qətlə yetirilən şəxsin kimliyini müəyyən ediblər. Məlum olub ki, ki, qətlə yetirilən şəxs Rusiyanın müxtəlif regionlarında əmək fəaliyyəti ilə məşğul olan 32 yaşlı azərbaycanlıdır. Əməliyyatçılar qatilin yaxınlıqda yerləşən Nikolski kəndinin 52 yaşlı sakini olduğunu müəyyən ediblər. Belə ki, qətldə şübhəli bilinərək saxlanılan şəxsin arvadı rəfiqəsi ilə birlikdə azərbaycanlını evə dəvət edib. Onlar gecə birlikdə yeyib-içiblər. Səhər evə gələn kişi evdə yad kişinin olduğunu görərək, arvadı ilə mübahisə etməyə başlayıb. Bu zaman azərbaycanlı arvadı müdafiə etmək istəyib. 52 yaşlı Rusiya vətəndaşı evdə olan Böyük Vətən müharibəsindən qalmış tüfənglə azərbaycanlını sinəsindən atəş açmaqla öldürüb. Daha sonra o, qətlə yetirdiyi şəxsi avtomobilinə qoyaraq kəndin kənarında yerləşən zibilliyə atıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. |
2014-05-06 | 16,908 | Orxan Zeynalovun cinayət işi yekunlaşır | Ötən ilin oktyabrında Moskvada Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlə yetirilməsindən sonra Qərbi Biryulyova rayonunda başlamış iğtişaşlarla bağlı cinayət işinin istintaq mərhələsi başa çatıb. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin çıxış edib. O, yaxın vaxtlarda işin məhkəməyə təqdim ediləcəyini bildirib: "Qətl qısa müddətdə həll edilib. Cinayətdən sonra Orxan Zeynalov Kolomnaya qaçıb və burada həbs edilib. İstintaq zamanı Orxan Zeynalov qətli törətdiyini inkar edib və hadisə yerində olmadığını bildirib. Bıçaq zərbəsindən əlavə Orxan Zeynalovun Şerbakova ən azı 20 yumruq vurduğu ortaya çıxıb. Məhkəmə tibbi ekspertiza komitəsi də artıq cinayətin özünümüdafiə olduğunu təkzib edib". O.Zeynalova qarşı "Xuliqanlıq və cinayət törətmək" maddəsi ilə cinayət işi açılıb. Artıq Orxan Zeynalov və onun vəkili cinayət işinin materialları ilə tanış olmağa başlayıblar və tezliklə iddianamə təsdiq üçün prokurorluğa göndəriləcək. Qeyd edək ki, cinayət hadisəsi keçən ilin oktyabrında baş vermişdi. Məhz bundan sonra Rusiyada miqrantlara münasibət pisləşməyə başlamışdı. Nəticədə Rusiya hakimiyyəti miqrantlar haqqında yeni qanun qəbul etmək məcburiyyətində qalmışdı. |
2014-05-06 | 16,909 | Hacıbala Abutalıbov köşkləri yığışdırır | 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına kimi paytaxtda yerləşən bütün köhnə qəzet köşkləri yeniləri ilə əvəzlənəcək. Bunu açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətin rəhbəri Əliabbas Bağırov bildirib. O vurğulayıb ki, BŞİH paytaxtda keçiriləcək bu idman yarışına kimi üzərinə düşən bütün işləri həyata keçirəcək: "Bu məsələ də İcra Hakimiyyətinin nəzarətində saxlanılır. İndiyənə kimi müasir standartlara uyğun, şəhərin tarixi memarlıq üslubuna uyğun gələn 165 yeni qəzet köşkü Bakıya gətirilərək köhnələri ilə əvəzlənib". Xatırladaq ki, 2011-ci ilin sentyabrından Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi ilə paytaxtda yeni qəzet köşkləri gətirilərək, köhnələri ilə əvəzlənir. /Aznews.az/ |
2014-05-06 | 16,910 | “Qalatasaray” Mançini ilə bağlı son qərarını verdi | "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini ilə bağlı rəhbərlik son qərarını verib. "Axar.az" xəbər verir ki, "sarı-qırmızılı" klub bir müddətdir gələcək taleyi qaranlıq qalan italyan məşqçi ilə iş birliyini davam etdirəcək. Mövsümün 5-ci həftəsində Fatih Terimi Mançini ilə əvəzləyən "Qalatasaray"ın qısa müddət ərzində daha bir məşqçi dəyişikliyi edəcəyi gündəmdə idi. Klub rəhbərliyi, hər açıqlamasında "komandanı özünün qurmamışam" deyən Mançiniyə daha bir şans vermək niyyətindədir. İddialara görə, "cim-bom"un prezidenti Ünal Aysal yeni mövsümün ilk 4-5 həftəsində komandanın nümayiş etdirəcəyi futbola görə Maniçini haqqında qərar verəcək. |
2014-05-06 | 16,911 | Tağı Əhmədovun Qazaxdakı otel tikintisi yarımçıq qaldı | Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədov işdən çıxarılandan sonra onun bir sıra obyektləri əlindən alınıb, bəzi layihələri isə yarımçıq qalıb. T. Əhmədovun Qazaxda tikdirdiyi böyük otelinin və istirahət mərkəzinin də inşası dayandırılıb. Tikinti işləri bir ay öncə dayandırılıb. Otelin tikintisinin yarımçıq qalması T. Əhmədovun vəzifədən getməsi ilə əlaqələndirilir. Qazax rayon sakinlərinin dediyinə görə, obyektinin tikintisinə böyük işçi qüvvəsi cəlb edilibmiş. İşçi sayının çox olmasında məqsəd obyektin tikintisini tez başa çatdırmaq olub. Amma obyekdə artıq tikinti işləri tamamilə dayandirilib. Yarımçıq otelin ərazisində bir neçə mühafizəçidən savayı heç kimin olmadığı bildirilir. Qeyd edək ki, T.Əhmədovun həyat yoldaşı əslən Qazax rayonundandır. Metropolitenin sabiq rəisinin Qazaxa sərmayə qoyması və iş qurması da bununla bağlıdır. /Gunxeber.com/ |
2014-05-06 | 16,912 | Donetsk hava limanı bağlandı | Donetsk Beynəlxalq Sergey Prokofyev adına hava limanı 12 saat boyunca bütün uçuşları ləğv edilib. "Axar.az" xəbər verir ki, bu barədə hava limanının rəsmi saytında məlumat verilib. Dövlət Aviasiya İdarəsinin əmriylə təyyarələrin qəbulu və uçuşu təxirə salınsa da, səbəbləri ilə bağlı heç bir açıqlama verilməyib. |
2014-05-06 | 16,913 | Azərbaycan ordusu cəbhədə hərbi təlimlər keçirir | Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsindəki hərbi hissələrində döyüş hazırlığı üzrə təlim məşğələləri keçirilir. "Axar.az" bu barədə Müdafiə nazirliyinin rəsmi saytına istinadən xəbər verir. Təlim məşğələləri müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən keçirilir. Cəbhənin Beyləqan istiqamətində döyüş hazırlığının təşkili üzrə səhra şəraitində keçirilən nümunəvi taktiki məşğələlərə bölük və tabor səviyyəsində şəxsi heyət cəlb olunub. |
2014-05-06 | 16,914 | Azərbaycanlı iş adamına daha bir zərbə | İranda korrupsiya ittihamı ilə həbs olunan və əmlakına əl qoyulan İranın məşhur iş adamı Babək Zəncaninin ölkə daxilindəki daşınmaz əmlakları da dövlətin hesabına keçirilir. "Axar.az" xəbər verir ki, İran parlamentinin millət vəkili Məhəmməd Əli Purmuxtar Zəncaniyə aid mülkiyyətin borcuna qarşılıq olaraq dövlətə veriləcəyini bildirib. Bundan əlavə, iranlı millət vəkili məşhur milyarderin hava yolu şirkəti "Qeshm Air" və paytaxt Tehranda inşası davam edən "İran Zəmin" adlı nəhəng ticarət mərkəzinin Zəncanidən alınacağını deyib. Qeyd edək ki, İran aidiyyəti qurumları 30 dekabrda həbs olunan Zəncaninin dövlətə 2 milyard 350 milyon avro borcunun olduğunu açıqlamışdı. |
2014-05-06 | 16,915 | Rusiya Azərbaycanda ikinci Ukrayna yaradacaqmı? - Rəy | "Azərbaycan üçün siyasi vəziyyət daha çox Rusiya tərəfindən balanslaşdırılır". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq İlqar Vəliyev deyib. O, son günlər həyata keçirilən həbslərin Rusiyanın istəyi ilə baş tutması fikrinin absurd olduğunu söyləyib: "Son günlər ölkədə həyata keçirilən həbslərdə Rusiyanın heç bir rolu yoxdur. Bəziləri deyirlər ki, bizim xüsusi xidmət orqanları Rusiyanın faktları və təlimatı ilə həbslər həyata keçirirlər. Bu absurd bir şeydir. Nə Rusiya, nə də ABŞ burada heç bir tapşırıq verə bilməz. Açıqlamaların bəzilərinə baxıb dəhşətə gəlirsən. Rusiyada milli qüvvələr artıq aktivləşirlər. Onlar açıq-açığına SSRİ-nin bərpasından danışırlar. Cürbəcür ideyalar irəli sürürlər. Bu ideyanın özü Rusiya üçün təhlükəlidir. Rusiyanın bu proyekti həyata keçirməyə başlaması onun üçün son deməkdir. Rusiya iflasa uğrayacaq". Politoloq Rusiyanın Azərbaycanda yeni Ukrayna yaratmaqda maraqlı olmadığını bildirib: "Ekspertlərin hansısa siyasi dairələrdən qaynaqlanıb dəstək almaqlarına baxmayaraq, obyektiv vəziyyəti nəzərə almadan söylədikləri fikirlər vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. Siyasi proseslərin özü bir az başqa cür inkişaf edir. Azərbaycan üçün onu demək olar ki, siyasi vəziyyət daha çox Rusiya tərəfindən balanslaşdırılır. Rusiyaya maraqlı deyil ki, Azərbaycanda ikinci Ukrayna yaransın. Bu Rusiyanın həm strateji, həm siyasi marağında deyil. Bütün sərhəd boyunca yeni Ukraynaların yaradılması Rusiya üçün məqsədəuyğun deyil". |
2014-05-06 | 16,916 | Ukraynada referendum təxirə salındı | Bu qərarın ölkənin şərq vilayətlərində keçirilən əməliyyatlarla əlaqədar verildiyi bildirilib. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ali Radada 25 mayda keçirilməsi planlaşdırılan referendum qətnaməsinin qəbulu üçün yetərli səs toplana bilməyib. Müvəqqəti prezident vəzifəsini icra edən Aleksandr Turçinov bu qərarın ölkənin şərq bölgələrində aparılan hərbi əməliyyatlarla əlaqəli olduğunu və bu şəraitdə referendum keçirməyin mümkün olmadığını bildirib. "Batkivşina" Partiyasından deputat Andrey Sençenko isə hüquq-mühafizə orqanlarının seçki komissiyaları üzvlərinin və seçicilərin öz təhlükəsizliyini təmin edə bilməyəcəyini açıqlayıb. |
2014-05-06 | 16,917 | Ərdoğan namizədliyini mayın 29-da açıqlayacaq | Baş nazir Ərdoğan prezidentliyə namizədliyini İstanbulun fəthi günü – mayın 29-da açıqlayacaq. "Axar.az" xəbər verir ki, bir müddət öncə Baş nazirin köməkçisi Bülənt Arınç öz açıqlamasında may ayının axırında Ərdoğanın öz namizədliyini irəli sürəcəyini demişdi. Qeyd edək ki, bu tarixin seçilməsi təsadüfi deyil. Türk mətbuatı Ərdoğanın məhz mayın 29-da İstanbulun fəthi tarixində öz namizədliyini elan etməsini müxtəlif rakurslardan şərh edirlər. Qeyd olunur ki, son zamanlarda Ayasofya Camisinin ibadətə açılmağı gözlənilir. Görünən odur ki, Baş nazir Ərdoğan mayın 29-da Ayasofyanı ibadətə açıb, orada öz namizədliyini irəli sürəcək. |
2014-05-06 | 16,918 | Fövqəladə Hallar naziri və 6 müavini - Tərcümeyi-hal | Dünən Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyi haqqında əsasnamədə dəyişiklik edərək qurumda nazir müavinlərinin sayını 4-dən 6-ya qaldırıb. Ölkə başçısı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova iki yeni müavin də təyin edib. Prezidentin Sərəncamı ilə Teymur Ramiz oğlu Mehdiyev və Tapdıq Əhliman oğlu Əmiraslanov Fövqəladə Hallar nazirinin müavini vəzifəsinə təyinat alıb. Prezidentin digər sərəncamı ilə Teymur Ramiz oğlu Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib. Hazırda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun 1 birinci müavini və 6 müavini var. Birinci müavin Rəfail Mirzəyevdir. Nazir müavinləri Faiq Tağızadə, Etibar Mirzəyev, Ragim Lətifov, Orucəli Hacıyev, Teymur Mehdiyev və Tapdıq Əmiraslanovdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov general-polkovnik rütbəsindədir. 1961-ci ilin iyulun 15-də Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universiteti (keçmiş Azərbaycan Dövlət Universiteti) və Azərbaycan Universitetini bitirib. Kəmaləddin Heydərov Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun oğludur. Ailəlidir, 2 övladı var. Nazirin birinci müavini Rəfail Xalid oğlu Mirzəyev general-leytenant rütbəsinə sahibdir. R.Mirzəyev 1959-cu ilin fevralın 19-da Gürcüstanın Marneuli rayonunda anadan olub. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Ailəlidir, 3 övladı var. *** Faiq Cavad oğlu Tağızadə general-leytenantdır. F.Tağızadə nazirin tibb xidməti üzrə müavini vəzifəsini icra edir. O, 1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir. Faiq Tağızadə 1951-ci ildə noyabrın 17-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Ailəlidir, 3 övladı var. Etibar Böyükbəy oğlu Mirzəyev general-leytenant rütbəli digər müavindir. 1958-ci ilin noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Universiteti) bitirib. Ailəlidir, 2 övladı var. General-leytenant Ragim Əhəd oğlu Lətifov 1963-cü ilin mayın 23-də Qəbələ şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var. Orucəli Məmməd oğlu Hacıyev 1959-cu ildə aprelin 20-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutu və Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var. Teymur Mehdiyev 1975-ci ildə iyunun 25-də Gürcüstanın Suxumi şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib. 1997-1999-cu illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışıb. O, 1999-2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyib. T.Mehdiyev 2001-2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləyib. 2004-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006-2011-ci illərdə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini, 2011-2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində işləyib. 2011-ci ildə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğludur. Tapdıq Əhliman oğlu Əmiraslanov 1978-ci ilin fevralın 7-də Moskva şəhərində anadan olub O, ABŞ Hyuston Universiteti və St.Thomas Universitetini bitirib, iqtisad elmləri namizədidir Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovun oğludur. Ailəlidir, 2 övladı var. |
2014-05-06 | 16,919 | Marqvelaşvili prezidentlərin şərəfinə ziyafət verdi | Tiflisdə üçtərəfli görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Türkiyə Respublikasının Prezidenti Abdullah Gül mətbuata bəyanatlarla çıxış ediblər. "Axar.az" xəbər verir ki, daha sonra Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə rəsmi nahar verilib. |
2014-05-06 | 16,920 | “İgid əsgər” mahnısını yazan müəllifdən soraq var – Müsahibə | "SORAQ" LAYİHƏSİNDƏ Kimdən eşitmişdim, harada oxumuşdum, bilmirəm, amma özümə qapılanda, özüm-özümü ovudanda çox vaxt bu misraları pıçıldamışdım: İndi özümün özümlə sonuncu davam çatışmır. İçimdə dərd nəfəs alır, çölümdə havam çatışmır... Şeirin sonrakı misraları da dodaqlarımın dilimdən "oğurlayıb" qulaqlarıma ötürəcəyi qədər həzinlikdə eşidilərdi: Yenə də dərsə gedirəm, Ömrümü tərsə gedirəm. İt hürən səsə gedirəm Bir xeyir-duam çatışmır... Bu şerin məni ovsuna salmasında isə ötən günlərimin bir daha oxuna – geriyə qaytarılmayacaq anlarını yaşadıqca dadıma çatan misralarıydı: Ömrü saralı varağam, Qəlbi yaralı bulağam, mən elə həmin uşağam – Ay, anam, atam çatışmır. Şeirdə sonuncu misra "Anamla atam çatışmır" kimidir. Müəllifi yaxından tanımadığımdan heç bu redaktəyə görə ondan üzrxahlıq etmək də könlümdən keçməyib. "Axr.az"ın "Soraq" layihəsinin imkanlarından istifadə edib bu şeirin müəllifinin kimliyini aradım. Şair dostumuz Ehtiram İlham köməyimə çatdı. Sən demə, bu müəllifin qələmə aldığı digər yazılar da hər kəsin dilinin əzbəri imiş. Təsadüfən əzbərdən söylədiyim şeirin müəllifinin adını çəkdi: - Bu, Şahin həkimin şeiridi. Öyrəndim ki, "İgid əsgər möhkəm dayan" və onlarla hərbi vətənpərvərlik mövzusunda yazılan mahnıların, hərbi marşların sözlərinin müəllifi Şahin Musaoğlu həm də gözəl həkimdir. Ehtiram bəyin vasitəsi ilə həkim-şair Şahin Musaoğlu ilə əlaqə saxladıq. Vədələşdiyimiz zamanda görüşdük. O bir qədər tez gəlmişdi və bu onun dəqiqliyindən xəbər verirdi. Adətən şairlər xəyalpərəst olduqlarından vəd verdikləri yerə ya gecikər, ya da heç gəlməzlər. Şahin Musaoğlunun bu dəqiqliyi isə görünür onun həkimliyindən və hərbi mövzuda yazmasından irəli gəlirdi. Şairlə görüşə foto-reportyorumuz İsminin telefonunun yaddaşında olan, sözləri Şahin Musaoğluna məxsus "İgid əsgər, möhkəm dayan" mahnısı ilə getdik... Söhbətimiz şəhərimizin ən xoşagəlimli kafelərinin birinin arxasında çay süfrəsinin arxasında başladı... bitəndə isə... Hələ tələsməyək. Şahin həkim işlərinin çox olmasına baxmayaraq mütaliə etməyə vaxt tapır. Söhbətimiz çağdaş ədəbiyyatımızdan, ədəbiyyatımızın bu günü, dünəni haqda davam etdi. Dövrü mətbuatı da müntəzəm izləyir. Saytımız haqda xoş sözlərini də əsirgəmədi: - Saytınızda kifayət qədər dolğun, operativ xəbərlər yer alır. Layihələrinizi maraqla oxuyuram. Söhbəti onun yaradıcılığına yönəldirəm: - "Cənab leytenant" mahnısının da sözləri sizindir? - Bəli. Bir çox hərbi vətənpərbvərlik janrında mahnılarım var... Söhbətimiz yenə də məcrasından çıxır. Mahnılarının ona gətirdiyi uğurdan bəhs edirəm. Özünə necə təsir etməsini soruşuram. - Cavan vaxtlarımda hiss eləmirdim. Adam yaşlanınca dərk edir ki, səni həm də sənətinə görə tanıyırlar. Heç vaxt reklamımla məşğul olmamışam. Bəlkə də pasiyentlərim bilsəydilər ki, həmin mahnıların müəllifi mənəm... Sözünü yarımçıq kəsir. Həkimliyin ali sənət olmasından bəhs edir. - Həkimlik ümumiyyətlə, şərəfli peşədir, müqəddəs peşədir. Həkim xəstə ilə kontakta olub, ona doğru diaqnoz qoyanda, elə bil dünyanı kəşf edir. Bunu ona görə etmirik ki, xəstə sənin müalicənə, qoyduğun diaqnoza "sağ ol" deyəcək, yoxsa yox. Biz öz peşəmizə davam edirik. Həkimlik elə sənətdir ki, illərin təcrübəsi ilə formalaşır. Çox yerlərdə işə götürmək üçün cavan kadr axtarırlar, bizdə isə püxtələşmiş kadrlara üstünlük verilir. - Həkimlikdən belə ürəklə danışırsız, yorğunluq hiss etməzsiz bu sənətdə. - Yorğunluq olur. Bir də görürsən ki, xəstə gəlib, müayinə edirsən. İki nəfər yaxınlaşır, xəstənin halını soruşur. Danışırsan, bir də görürsən ki, daha iki nəfər gəldi. Eyni sual, eyni izahat. Gedirlər. Az keçir ki, daha iki-üç nəfər otağa girir, məlum olur ki, indi gələnlər xəstənin yiyələridir. Bayaqkılar onu gətirən sürücü, iş yoldaşı, qonşusu və sairlərdir. - Bu, həkimlərə necə təsir edir? - Əlbəttə, mənfi. Vaxtını alır, enerjini aparır. Bu vaxta qədər xəstəyə hansısa yardım etmək olar... Yanlış qərarlar! - Təcrübədən, cavan kadrlardan danışdınız. Çoxmu olur gənc kadrların yanlış diaqnoz qoyması? Təcrübənizə söykənib nə deyə bilərsiniz? - Bir ustaddan soruşurlar ki, bu qədər uğurlar əldə edibsən, bunu sirri nədədir? Ustad iki kəlmə ilə cavab verir: "Doğru qərarlar". Soruşurlar ki, bəs doğru qərarları necə verirsən? Bu dəfə bir kəlmə ilə cavab verir: "Təcrübə!" Yenə də sual verirlər: "Bəs o təcrübəni necə əldə edirsən?" Ustad dərindən ah çəkir: "Yanlış qərarlar!" Hə bizdə də olur. - İçimdən bir səs gəlir ki, sizin həkimlikdən öncə şeirə marağınız olub. - Radioda "Çapar" uşaq verilişi var idi. Beşinci sinifdə oxuyanda orda iki şeir oxumuşdum. O vaxtdan yazırdım. Düzdür, bizim ana tərəfin hamısı həkimdir. Ata tərəfim isə yox. Amma sözsüz, o vaxt həkim olmaq barədə heç fikirləşmirdim, şeirlər yazırdım. Atam anamın işləməsinə icazə vermirdi - Şeirlər əlinizdən tutdu. Günlərin bir günündə qərara gəldiniz ki, şeirlərlə insanın ovqatını müalicə etdiyiniz kimi, gedib həkim kimi səhhətinin də keşiyində durum, yoxsa dolanışıq üçün seçdiniz bu sənəti? - 70-80-ci illərdə oxumuşam. Gənclik, yetkinlik dövrüm o illərə təsadüf edib. Bir az şəhər mühitində, sonra kənd mühitində oxumuşam. Mən orta məktəbdə oxuyanda kəndimizdən Tibb Universitetində heç kəs oxumurdu. Ailədə də həkilmlər vardı, fikir formalaşırdı da, istər-istəməz. Babamı, anamı, dayımı görürdüm, ağ xalatda, hamı hörmətlərini saxlayırdı. Düzdür, atam anamın işləməsinə icazə vermirdi, amma həkim olmamda bütün bunların da rolu olub. Əmim isə ticarət işçisi idi, mənə deyirdi ki, hökmən OBXS olmalısan. - Sizin OBXS işçisi olmanızı arzulamaqla özünə bir müdafiəçi istəmirdi ki? - Ticarət işçisi idi də, bəlkə də onun üçün ideal o idi, o işin qulpundan yapışmaq (gülür). Həkimin üç aləti var: sözü, dərmanı, bıçağı - Siz həm həkimliyi, şeiri, paralel aparırsınız, həm də bəstəçisiniz… - Onların da obyekti insandır, həkimliyin də. O da xeyirxahlığa xidmət edir, bu da. Musiqi ruhun qidası olduğu kimi, həkimlik də ruhun müalicəsidir. Həkim olmağım məni incəsənətə yaxınlaşdırıb. Bunların vəhdətində mən özümü tapdım. Qədim şərq sözüdür: "Həkimin üç aləti var. Sözü, dərmanı, bıçağı". İlk növbə də söhbət sözdən gedir. - Həkimin, sözsüz ki, dərmanı acı olsa da, dili şirin olmalıdır. - Əlbəttə. Xəstəni sözlə də müalicə etmək lazımdır. - Hit mahnılarınız var, hamısı da vətənpərvərlik ruhunda, adam qulaq asanda döyüşə can atır. Lirik mahnılarınız yoxdur? - "Qəlbin payızı" adlı lirik mahnım var. Sevgi haqqında şeirlərim var, ancaq mahnı bəstələməmişəm. - Niyə? - Yaradıcılığımın mahnı bəstələmək dövrü müharibə vaxtına təsadüf etdi. Sifarişlə yazmırdım, elə o dövrün, o günün tələbi idi. Məsələn, həkim olduğuma görə, düşünmürdüm ki, mahnı yazmalıyam, şeir yazmalıyam. Professionallıq baxımından həkiməm. İstəyirdim ki, xalqıma qulluq edəm. Mən həmin dövrdə hiss edirdim ki, həkimlikdən kənar da nəsə deməyə sözüm var. O nöqteyi-nəzərdən şeiri yazdım. Şeiri də yazdım, gördüm ki, hisslərimi, anlada biləcəyim şeyləri çatdıra bilmədim, dedim bəlkə mahnı ilə çatdırım. - Bəs, müğənni seçimində? - Müğənni kimi Şəmistan Əlizamanlının üstündə dayanmaq sırf təsadüf oldu. Ona qədər bir neçə müğənni ilə danışmışdım. Onlardan biri də Faiq Ağayev idi. O da söz verdi ki, Sankt Petrburqa gedib gəlim, sonra baxarıq. Məmməd İsmayıl dedi ki, sənə olmaz - Siz də tələsirdiniz? - Yox, tələsmək yox idi. Şou-biznes o vaxt yox idi. Ancaq tanışlarım az idi, müraciət edəcəyim elə də bir adam tanımırdım. Mənim kontaktım Faiqlə idi, amma Şəmistanla da təzə tanış olmuşduq. İnanmırdım ki, o mahnı oxuya bilər. Sizə bir şey də deyim, bu, tarixdir. Şəmistan Məmməd İsmayıla, - o zaman Məmməd İsmayıl Az TV-nin sədri idi, - deyəndə ki, mən mahnı oxumaq istəyirəm, musiqisini şair-həkim yazıb. Məmməd müəllim ona deyib ki, sənə olmaz, alınmaz. Sonra birlikdə görüşdük. Rəhmətlik Ağalar Mirzəni çağırdı, dedi ki, "İgid əsgər, möhkəm dayan"ın sözlərini redaktə elə. Redaktədən sonra gördüm ki, bu mənim şeirim deyil. Tamam dəyişilib. Dedim, Şəmistan, bunu qoyaq qırağa, yazırıqsa, ilkin variantı yazırıq, yazmırıqsa yox. Məmməd İsmayıl zəng eləyib, bizi Az TV-nin səsyazma studiyasına tapşırdı. Getdik. Orda Adil Bəbirov vardı, bizə yardımçı oldu. Fitlə bu məsələ həll olunur - Çox vaxt apardı mahnını yazmaq? - Yox. Biz o mahnını xəstəxana dəhlizlərində hazırlamışdıq. Milli qəhrəman Yusif Mirzəyev yaralıydı, xəstəxanadaydı. Şəmistan da o zaman xəstəxanada yatırdı. Bu mahnını Azərbaycanın ilk batalyonuna və Yusifə həsr etdik. Yusif rəhmətlik palatada gəzəndə, özü-özünə oxuyurdu bu mahnını. Artıq onu biz özümüz üçün o qədər məşq eləmişdik ki… Şəmistan təxminən yarım saat ərzində oxudu və Adil Bağırov nəqarət yerində dedi ki, sən bu yerdə fit çal. Sonra orkestrlə yazarıq. Elə də etdi, fit çaldı. Sonra qulaq asanda da gördük ki, fitlə bu məsələ həll olunur. Əlavə heç nəyə ehtiyac qalmadı. Bir də "Cənab leytenant" - Maraqlıdır, yuxudan oyananda, boş olanda özünüzün hansı mahnınızı zümzümə edirsiniz, hansı şeirinizi oxuyursunuz ki, sizi ovundurur? - Öz mahnılarımdan? - Bəli. - Bəzən olur ki, mən öz mahnılarıma qulaq asmıram. Amma mən musiqini çox sevirəm. Evdə də, işdə də, yolda da demək olar ki, musiqi ilə nəfəs alıram, öz mahnılarımla. Mənim üçün bəlkə də, ilk olduğuna görə daha çox "İgid əsgər" mahnısına qulaq asıram. Mənim bəstəkar kimi, ictimaiyyət arasında tanınmağımda əsas o mahnının rolu olub. Bir də "Cənab leytenant". Ay həkim, bunları siz yazmısınız? - Siz bəstəkar kimi, şair kimi tanınandan sonra pasiyentlərinizin sayı artdı? - Olub ki televiziyada, ya qəzetdə hansısa müsahibədən sonra, xəstələrim zəng edib və deyib ki, "ay həkim, bunları siz yazmısınız?". Mən həkimliyimi onun üzərində qurmamışam ki, bununla özümü reklam edəm. Üstündən illər keçib, yanıma gələn xəstə heç bilməyib ki, mən həm də bəstəkaram və ya şairəm. Bu yaxınlarda tədbirdə idik. Qulu Məhərrəmli, professor Rafiq Əliyev, Ramiz Rövşən də orada idilər. Ramiz Rövşən mənə dedi ki, sənin belə istedadın var, bu işlər sənin çiynindədir, bu missiya sənin üzərindədir, gərək üzə çıxasan, arada görünəsən. Nə edim mən beləyəm də… - Doğurdan da mahnılarınız görünür, hər kəsin əzbərindədir. Hətta döyüş mahnıları olsa da, toylarda da ifa olunur. Amma siz özünüzü gizlətmisiz. Niyə? Təvəzökarlıq edirsiz, yoxsa işiniz çoxdur, başınız pul qazanmağa qarışıb? - 4-5 ay bundan qabaq Qənimət adlı dostumuz mənə bir şey danışdı. Şəmistan ona deyib ki, bəs mən görüşə getmişdim. Orda dedilər ki, bu mahnıların müəllifi rəhmətə gedib. İnsan bu qədər də səssiz olmaz, ona de ki, arada görünsün. Dostlarım da bunu mənə dedilər. Ancaq nə edim, mən də beləyəm də… - Elə biz də elə deyirik. Sorağınızı güclə aldıq… |
2014-05-06 | 16,921 | Ruslar Putinə qarşı: İnqilab vərəqələri paylandı | Rusiyada prezident Vladimir Putin və onun işğalçılıq siyasətinə qarşı çıxanların sayı artır. "Axar.az" xəbər verir ki, artıq Moskvada paytaxtın mərkəzi meydanına çağırışla bağlı vərəqələr paylanılır. Bu barədə rusiyalı fəal, Moskva Maydanının təşkilatçılarından biri "elise.com" saytına verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, rus vətəndaşlarının 69 faizinin Putini dəstəkləməsi ilə bağlı yayılan statistika tamamilə yalandır: "İnsanlar Ukrayna ilə müharibə istəmir. Müqavilə ilə orduda xidmət edənlər raport yazırlar. Prokurorluq və Federal Təhlükəsizlik Xidməti (FTX) insidentlərin çoxluğundan cinayət işi açmağa macal tapa bilmirlər. İnsanlar çox hirslidirlər. Biz inqilabın bir addımlığındayıq. Moskva Maydanı Rusiya tarixində ən böyük aksiya kimi tarixə düşə bilər. Mən bilirəm, Moskva Maydanına ölkənin ucqar şəhərlərindən də insanlar gəlir. Onlar sutkalarla aksiya keçirməyə qadirdilər. Özlərinə lazım ən vacib şeyləri gətirirlər. Rusiya xalqı müharibəyə və Ukraynanın işğalına qarşıdır". |
2014-05-06 | 16,922 | “Dini Komitədə yoxlama başlaya bilər” – Rəsmi | "Hesablama Palatasının hansı qurumlarda yoxlamalar aparması iş planı üzrə ilin əvvəlindən bəlli olur və müəyyən etdiyimiz xronoloji ardıcıllıqla aparılır. Hazırkı iş planımızda Dini Qurumlarla iş üzrə Dövlət Komirəsində yoxlamalar aparılması nəzərdə tutulmayıb". Bu sözləri "Axar.az"a açıqlamasında Hesablama Palatasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nailə Qazıyeva Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad isgəndərovun vəzifədən alınmasından aonra idarədə yoxlamaların başlayacağı barədə xəbəri şərh edərkən dedi. Onun sözlərinə görə, Hesablama Palatası plandan kənar da yoxlamalar apara bilir: "Hesablama Palatasının növbədənkənar yoxlamalar səlahiyyəti var. Amma buna əsas olmalı, sorğu verilməlidir. Qanuna görə, Milli Məclis və Prezident tərəfindən hər hansı bir dövlət qurumunda yoxlamalar aparılması üçün Hesablama Palatasına sorğu verilə bilər. O zaman biz bu sorğulara əsasən həmin qurumlarda müvafiq yoxlamalar aparırıq. Bu baxımdan, hər hansı bir qurumda yoxlamaların aparılma ehtimalı istisna edilmir". Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov vəzifəsindən alınandan sonra idarənin son iki illik fəaliyyətinin təftiş ediləcəyi barədə redaksiyamıza məlumat daxil olub. |
2014-05-06 | 16,923 | Krımoğlu Rusiyanı güc ilə hədələdi | Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlunun Krıma girişinə icazə verilməməsi Krımdakı yeni rəhbərlik ilə Krım tatarları arasında gərginliyi daha da artırıb. "Axar.az" xəbər verir ki, bundan sonra mətbuat konfransı keçirən Krımoğlu Rusiyanın Krım Tatar Xalq hərəkatının üzvlərinə qarşı təzyiqi davam etdirəcəyi təqdirdə tatarların sülh müqaviləsindən imtina edəcəyini bildirib: "İşğalçı iqtidar kobud rəftar etsə, buna qeydsiz qala bilmərik. Bu vəziyyətdə onlar üçün iş çətinləşəcək. Lazım olsa, gücdən istifadə edərik". Qeyd edək ki, Krımoğlu Moskvada Şeremetyevo Aeroportunda Rusiyaya buraxılmadıqdan sonra Krım sərhədindən də geri qaytarılmışdı. |
2014-05-06 | 16,924 | “Avroviziyada finala çıxacağımız real deyil” - Rəylər | Bu gün "Avroviziya-2014" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. Azərbaycanı təmsil edən Dilarə Kazımova 8-ci nömrə altında çıxış edərək, finala çıxmaq uğrunda mübarizə aparacaq. Görəsən, şou əhli mahnımızı necə dəyərləndirir? Finala çıxmaq şansımız varmı? "Axar.az" olaraq məsələni araşdırdıq. Şoumen, bəstəkar Murad Arifin fikrincə, qalibiyyətimiz siyasi-iqtisadi maraqlardan asılıdır: "Finala çıxarıq. Proqnoz etmək çətindir… Qalib olmaq siyasi, iqtisadi maraqlardan asılıdır. Ona görə də əsas şərt heç olmazsa, yadda qalan olmaqdır. Dilarə gözəl müğənnidir. Mahnısı isə kütləvi deyil, düşünənlər üçündür. Görək nə olur. Maraqlı səhnə görmək istərdim..." İfaçı İlhamə Qasımovanın sözlərinə görə, mahnı Avroviziya standartlarına uyğun deyil: "Mahnı da mənim xoşuma gəlir, ifa da, lakin mahnı Avroviziya standartlarına uyğun deyil. Finala çıxmağımız barədə isə dəqiq deyə bilmərəm. Hər halda ümid edirəm ki, finala çıxacaq, çünki ən azından maraqlı mahnıdır. Bugünkü çıxışdan çox şey asılıdır". Müğənni Abbas Bağırova görə, mahnı düzgün seçilməyib: "Mən Dilarənin oxumağına bir söz demirəm, çox gözəl ifaçıdır. Sadəcə olaraq, finala çıxmağımız real deyil. Doğrusu, mahnı o qədər də xoşuma gəlmədi. Avroviziya üçün deyil o mahnı. Daha dinamik, daha pozitiv bir janrda mahnı olsaydı, bəlkə də yaxşı yer tuta bilərdik. Bu mahnı ilə o qədər rəqibin içərisində birinci yerə çıxmaq ancaq möcüzə ola bilər". |
2014-05-06 | 16,925 | İlham Əliyev Abdullah Gül ilə görüşdü | İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gül ilə görüşüb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ilə görüşüb. Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında həyata keçirilən qlobal layihələrin böyük önəm daşıdığı qeyd edilib. Tbilisi Sammitinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə xidmət etdiyi diqqətə çatdırıldı, ikitərəfli əlaqələrimizin regional əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olunub. Söhbət zamanı qarşılıqlı maraq doğuran, eləcə də regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. |
2014-05-06 | 16,927 | Müğənninin bacısı oğlu qəzaya düşdü - Foto | Müğənni Xatirə İslamın bacısı oğlu avtomobil qəzasına düşüb. İfaçı bu haqda sosial şəbəkədə məlumat yayıb və bacısı oğlunun fotosunu paylaşıb. "Heç kefim yoxdur, bacımın oğlunu iki gündür maşın vurub. Allah kömək olsun, Amin" X.İslam bildirib ki, hazırda xəstənin vəziyyəti normaldır: "Təhlükə sovuşub. Hər şey qaydasındadır". X.İslam qəza barədə ətraflı məlumat vermək istəmədiyini bildirdi. /Teleqraf.com/ |
2014-05-06 | 16,928 | Bakı-Qazax yolunda terror: 1 ölü, 5 yaralı | Bakı-Qazax avtomobil magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 59 yaşlı Gəncə şəhər sakini İlyas Qurbanovun idarə etdiyi "VAZ 2109" markalı avtomobil "Hyundai" markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ-ın sürücüsü və sərnişinləri İ.Qurbanov, Seymur Qurbanov, Rahilə Qurbanova, Pərvanə İsmayılova, Qəyxanım Mehdiyeva və Aysu Qurbanova yaralanıblar. Xəsərat alanlar dərhal Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. "VAZ 2109"-un sürücüsü İ.Qurbanovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır. /Kəpəz TV/ |
2014-05-06 | 16,929 | Rusiya Xəzərdə də hərbi təlimlərə başladı | Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanması Xəzər dənizində hərbi təlimlərə başlayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, təlimlərin bir hissəsi Azərbaycanın dəniz sərhədləri yaxınlığında – Mahaçqala atış sahəsində keçirilir. Əvvəlcədən planlaşdırılmamış təlim qəfil verilmiş göstəriş əsasında başlayıb. Rusiyanın Xəzər Donanmasının komandanı, vitse-admiral Sergey Alyokminskinin rəhbərliyi altında keçirilən təlimə 20 hərbi gəmi və təminat gəmisi cəlb edilib. Donanmanın raket və artilleriya gəmilərinin heyəti dəniz, sahil və hava hədəfləri üzrə müxtəlif raket və artilleriya atışları, tral gəmiləri isə mina maneələrinin aradan qaldırılması ilə qarşıya qoyulan məsələləri yerinə yetirəcək. |
2014-05-06 | 16,930 | Dənizdə batan 17 yaşlı oğlanın meyiti tapıldı | Dənizdə batan şəxsin cəsədi taplıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Liman şəhərində dənizdə ("Lənkəran" sularda xilasetmə məntəqəsindən təxminən 16 km məsafədə, nəzarət olunmayan ərazidə) 1997-ci il təvəllüdlü Nahid Rasim oğlu Ağayev batıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. N.Ağayevin cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. |
2014-05-06 | 16,931 | Azərbaycanlı iş adamına aid şirkətlərin vergiləri açıqlandı | Türkiyə Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu Rza Zərrabla bağlı önəmli faktları açıqlayıb. "Axar.az" xəbər verir ki, CXP-nin iclasında bu ölkənin 4 sabiq naziri ilə bağlı müzakirələr aparılıb. İclas zamanı Rza Zərrabla bağlı məsələlərdən də danışılıb. Kılıçdaroğlu dövlətə vergi verənlərin siyahısında Rza Zərrabın adının olmadığını deyib: "Rza Zərrab Türkiyə büdcəsinin çatışmayan məbləğini ödədiyini deyirdi. Siyahıda adı varmı? Amma gözəl bir iş gördüm. Zərrabın ortaq olduğu şirkətlərin nə qədər vergi verdiyini ortaya çıxardım". Kılıçdaroğlu həmin şirkətlərin dövlətə ödədiyi vergi siyahısını elan edib: Royal Dənizçilik: 7 milyon TL. Royal Holding: 360 TL. Volga Qida: 1 milyon 300 min TL. Safir Qızıl: 1 milyon 900 min TL. Kroyal mebel: 0 Arca Otelçilik: 0 Aviasiya şirkəti: 0 Kılıçdaroğlu bu sadalanan şirkətlərin vergi ödədiyini, ancaq vergi dairəsində nə qədər ödəməli olduqlarından xəbərsiz olduqlarını bildirib. |
2014-05-06 | 16,932 | Çöhrəqanlı: “Azərbaycana gəlmək istəyirəm” | "Mən yenidən Azərbaycana gəlmək istəyirəm. Amma bu səfərimin tarixi ilə bağlı qəti qərar verməmişəm". Bunu Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri Mahmudəli Çöhrəqanlı deyib. O bildirib ki, Bakı aeroportundan 2013-cü ilin avqust ayında geri qaytarıldıqdan sonra Azərbaycana gəlmək üçün rəsmi müraciətlər etməyib. "Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev müsahibələrində bildirib ki, mənim gəlməyimdə problem yoxdur. Ancaq mən hələ də Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət etməmişəm". GAMOH lideri ABŞ-ın İranla bağlı siyasətindən də söz açıb. "ABŞ İranla dialoq halındadır. Hər iki tərəf də əlaqələri normallaşdırmağa çalışır. ABŞ-ın Əfqanıstan və İraqda böyük yanlışları və itkiləri olub. Bundan sonra ABŞ-ın İranla bağlı hər hansı siyasi mübarizəyə və ya müharibəyə başlayacağı real görünmür". M.Çöhrəqanlı Güney Azərbaycan türklərinin apardığı mübarizənin haradan koordinasiya edildiyi barədə sualı da cavablandırıb. "Güneydəki mücadilə ən məzlum, pak, hərəkatlardan biridir. O, xaricdən heç bir pul almır. Onu heç bir xarici dövlət koordinasiya etmir. Güney Azərbaycan türk millətinin əmrindədir",- deyə GAMOH lideri vurğulayıb. Qeyd edək ki, 2013-cü ilin avqust ayında Çöhrəqanlı Bakıya gəlsə də, viza problemi səbəbi ilə geri qaytarılmışdı. /Modern.az/ |
2014-05-06 | 16,933 | Uorlik Qarabağla bağlı məruzə edəcək | ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik sabah Vaşinqtondakı Kornegi Mərkəzində Qarabağa dair məruzə ilə çıxış edəcək. Məlumata görə, bu barədə diplomat tivttrerdəki mikrobloqunda yazıb. Məruzə "Dağlıq Qarabağ: nizamlanma açarları" adlanır. "Bu, Amerika siyasətinin təqdimatı olacaq" - əlavə edib diplomat. /Musavat.com/ |
2014-05-06 | 16,934 | 19 ölkə ilə viza rejmi ləğv edildi - Türkiyə hələ də gözləyir | Avropa Birliyi Karib dənizi və Sakit okean bölgələrində yerləşən 19 ada və yarımada ölkəsinə viza rejimini qaldırıb. "Axar.az" xəbər verir ki, Şengen viza tətbiqinin aradan qaldırılması ilə bağlı qərar bu gün təsdiqlənib. Türkiyənin 50 ildir Avropa Birliyi ölkələri ilə viza rejiminin qaldırılması istiqamətində etdiyi cəhdlər boşa çıxmaqda davam edir, ancaq 19 ada ölkəsi üçün rahatlıqla viza rejimi qaldırılıb. Həmin 19 ölkə bunlardır: Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Kolumbiya, Dominikan, Qrenada, Kiribati, Marşal Adaları, Mikroneziya, Nauru, Palau, Peru, Saint Lusia, Saint Vinsent və Qrenadin, Samoa, Solomon Adaları, Şərqi Timor, Tonqa, Trinidad və Tobaqo, Tuvalu və Vanuatu. Qeyd edək ki, bu ölkələrlərin vizadan azad olunması ilə bağlı məsələ 2012-ci ildə gündəmə gətirilmişdi. |
2014-05-06 | 16,935 | İrəvanda müəllimlər də ayağa qalxdı - Foto | İrəvanın müxtəlif məktəblərində çalışan müəllimlər Ermənistanın hökumət binası qarşısında toplaşaraq aksiya keçirib. Onlar Təhsil və elm naziri Armen Aşotyandan maaşlarından məcburi pensiya yığımını dayandırmağı tələb edirlər. Müəllimlərin məcburi pensiya yığma sisteminə qarşı etiraz aksiyasına "Mən əleyhinəyəm" vətəndaş təşəbbüs qrupunun üzvləri qoşulub. Aksiyanın keçirildiyi əraziyə böyük sayda polis toplaşıb. Etiraz edən müəllimlərdən biri Ofeliya Artünyan müxbirlə söhbətdə bunları bildirib: "Bu, biabırçılıqdır. Mən 32 min dram maaş alıram. Bundan 2000 dram məcburi pensiya üçün çıxırlar. Bizim maaşımızı nəzərə aldıqda bu, böyük məbləğdir". Onun sözlərinə görə, əgər bu qərar ləğv edilməsə, müəllimlər tətil keçirəcək. /ANS/ |
2014-05-06 | 16,936 | Mətbuat xidmətlərinin press-relizləri nədən bərbad gündədir? | "Bütün jurnalistlər, redaksiyalar, hazır bişmiş materiallar istəyirlər. Təəssüf ki, press-relizlər gələndə onun dili, üslubu, strukturu pozuq vəziyyətdə olanda redaktorlar üçün əlavə iş çıxır. Onu yenidən işləmək lazım olur". "Axar.az" xəbər verir ki, bu sözləri media eksperti Qulu Məhərrəmli indiki press-relizlərin dilinin qəliz və anlaşıqsız olması məsələsinə münasibət bildirərkən söyləyib. Media ekspertinin fikrinə görə, press-relizlərin qəliz olmasının səbəbi qeyri-peşəkarlıqdan irəli gəlir: "Press-relizlər niyə bu şəkildə olur?! Bunun bircə səbəbi var. Yazan adamlar, sadəcə olaraq, Azərbaycan dilini və press-relizə verilən tələbləri yaxşı bilmirlər. Hər yerdə peşəkarlar iş başında olmalıdır. Əks halda bu cür press-relizlər, sarsaq müsahibələr, mənasız çıxışlar paylanılır. İnsan bacardığı işlə məşğul olmalıdır. Press-relizə verilən konkret tələb var ki, hər hansı hadisəni və ya fikri çox yığcam, anlaşıqlı şəkildə mediaya çatdırır". "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, bu çoxdankı problemdir və mürəkkəb cümlələrdən istifadə edənlər özlərini ağıllı göstərməyə çalışırlar: "Azərbaycan mətbuatında bu problem çoxdandır. Təkcə mətbuatda deyil, eyni zamanda, Azərbaycanda elmi kitabların, dərsliklərin dilində də eyni problemlər var. Cümlə daha çox mürəkkəbləşdirilib. Bu da ondan xəbər verir ki, bir çox hallarda elmi araşdırmalarla məşğul olan insanların, yaxud dərsliklərə yazan şəxslərin Azərbaycan dilindən bir o qədər də xəbərləri yoxdur. Yaxud cümlələri mürəkkəbləşdirməklə daha çox ağıllı görünməyə çalışırlar. Əslində, press-relizlərin dili olduqca sadə olmalıdır ki, insanlar onunla daha rahat şəkildə tanış olmağı bacarsınlar. Sovet dövründən qalmış stereotiplərdir, 60-cı illərin publisistikasının dili necədirsə indiki press-relizlərin də dili eynidir. Bir çox hallarda mətbuat xidmətlərinin bu məsələlərdə o qədər də günahı olmur. Çünki press-relizlər hazırlanarkən nazirliklərin, yaxud dövlət qurumlarının ayrı-ayrı məsul şəxslərinin redaktəsinə məruz qalır. Məmurların isə əksəriyyəti necə danışırsa, mış, miş, muş və s. sonluqlarla, nə qədər mürəkkəb cümlələr qurmağa çalışırlarsa, sağ qulaqlarını sol əlləri ilə tuturlarsa press-relizlər də ona bənzəyir. Prinsip etibarı ilə bir çox hallarda məndə olan məlumata görə və keçmiş məmur kimi deyə bilərəm ki, bu məsələlərdə mətbuat xidmətlərinin bir o qədər də günahı olmur". Elçin Mirzəbəyli, mövcud problemdən çıxış yolunu mətbuatla mətbuat xidmətlərinin arasındakı ünsiyyətin genişləndirilməsində görür: "Məncə, bu məsələnin çözülməsinin çox rahat yolu var. Bir müddət öncə Mətbuat Şurası mətbuat xidmətləri üçün treninqlər təşkil edirdi. Məncə, bu treninqlər dilçi mütəxəssislərin iştirakı ilə davam etdirilməlidir. Eyni zamanda, mətbuatla mətbuat xidmətləri arasındakı ünsiyyət genişlənməlidir .Qarşılıqlı əməkdaşlıqla bu problemi həll eləmək olar. Bu, əslində böyük faciə deyil. Amma təbii ki, daha yaxşısını arzulayırıq". |
2014-05-06 | 16,937 | Sergey Lavrov: “Ukrayna Əfqanıstan deyil” | "Ukrayna Əfqanıstan deyil". Bunu jurnalistlərə açıqlamasında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib. O, Ukrayna ilə bağlı böhranın müzakirəsi üçün ikinci dəfə Cenevrə konfransının keçirilməsini zəruri hesab etməyib: "Ukrayna ətrafında yaranan böhrandan çıxış yolu üçün lazımı olan təkliflərimizi irəli sürmüşük. Artıq aprel ayının 17-də görüş keçirilib. Əgər burada Ukraynanın hazırki iqtidarına müxalifət iştirak etməyəcəksə, heç bir irəliləyişdən danışmağa dəyməz". Qeyd edək ki, Cenevrədə II Beynəlxalq Konfransın keçirilməsi təklifini Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer edib. O, bunula bağlı Avropa İttifaqının xarici siyasət rəhbəri Ketrin Eşton, ABŞ Dövlət katibi Con Kerri və ATƏT-lə razılaşma əldə olunduğunu demişdi. /Modern.az/ |
2014-05-06 | 16,938 | "Rusiya Ukraynaya girmədən məqsədinə çatacaq" | NATO komandiri general Filip Bridlav Rusiyanın Ukraynanı işğal etməyəcəyini bildirib. "Axar.az" xəbər verir ki, Bridlav bir həftə öncəyə qədər Rusiyanın Ukraynanın şərqini işğal edəcəyini düşündüyünü söyləyib: "Moskva Ukrayna sərhəddini keçmədən də bu ölkədəki məqsədlərinə çata bilər. Rusiya Ukrayna hakimiyyətinin etibarını itirməsini təmin edə, ölkədəki etiraz dalğasını qızışdırmaqla separatizmə şərait yarada bilər". Bridlav Ukraynaya məxsus helikopterin kim tərəfindən vurulması ilə bağlı da məlumat verməyin hələ erkən olduğunu qeyd edib. |
2014-05-06 | 16,939 | Ruslar Donetskdə döyüşə hazırlaşır - Şok | Təxminən 50-yə yaxın rusiyameyilli separatçı Donetskdə yerləşən daxili qoşunların hissəsinə hücum etməyə hazırlaşır. Bu haqda "İnterfaks-Ukrayna" agentliyi xəbər verib. Xəbərlərə əsasən, hərbi hissənin rəhbərliyi hərbi qulluqçulara hücuma hazır olmağı əmr edib. Əsgərlər döyüşə hazırlıq vəziyyətində hissənin qapısı arxasında mövqe tutub. Yerli insanların verdiyi xəbərlərə görə, terrorçular gülləkeçirməz jiletlər geyinərək bir-birinə Kalaşnikov avtomatlar paylayır. Hazırda vəziyyət gərgin olaraq qalır. Qeyd edək ki, Ukraynanın Slavyansk şəhərində bu gün keçirilmiş antiterror əməliyyatı nəticəsində 8 nəfər ölüb, 16 nəfər güllə yarası ilə xəstəxanalara yerləşdirilib. Yaralıların vəziyyəti ağır və orta ağır qiymətləndirilir. Ukrayna DİN rəhbəri Arsen Avakovun verdiyi açıqlamaya əsasən, ötən gün keçirilmiş antiterror əməliyyatı nəticəsində 30-dan çox terrorçu öldürülüb. /ANS/ |
2014-05-06 | 16,940 | Hüquq müdafiəçisinin evində axtarış aparıldı | Baş Prokurorluq hüquqmüdafiəçisi Mətanət Əzizovanın evində aparılan axtarışla bağlı məsələyə aydınlıq gətirib. Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Hüquqi qeydiyyat keçməyən Qadın Krizis Mərkəzi adlı Qeyri-Hökümət Təşkilatının rəhbəri Mətanət Əzizovanın qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanda Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən məhkəmənin qərarı əsasında axtarış aparılıb. Mənzildən iş üçün əhəmiyyət kəsb edən sənədlər və elektron daşıyıcıları aşkar edilərək maddi sübut kimi götürülüb. |
2014-05-06 | 16,941 | İlham Əliyev Georgi Marqvelaşvili ilə görüşdü - Foto | Mayın 6-da Tiflisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin görüşü olub. Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, münasibətlərimizin regional əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olunub. Ölkələrimizin birgə səyləri ilə həyata keçirilən irimiqyaslı layihələrin bölgə və dünya üçün önəmi vurğulanıb. Söhbət zamanı Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Tiflisdə keçirilən üçtərəfli sammitinin əhəmiyyəti qeyd edildi, ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyindən əminlik ifadə olunub. /AzərTac/ |
2014-05-06 | 16,942 | Polis qəzaya səbəb oldu: Hadisə yerində gərginlik – Özəl | Az öncə Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində, Qobustan qoruğu istiqamətindən Bakı-Qobustan şosesinin birləşdiyi körpünün üstündə qəza baş verib. Qəsəbə sakinlərindən olan hadisə şahidlərinin "Axar.az"a verdiyi məlumatına görə, 60 DN 945 dövlət nömrə nişanlı "Mersedes" markalı maşın körpünün üstündə qəsəbə sakini Elçin Güləliyevə məxsus 90 LO 204 dövlət nömrə nişanlı "Jiqulu" avtomobilinə çırpılıb. Daha sonra isə avtomibil körpüdən aşaraq Arif Qədirova məxsus evin həyətinə düşüb. Şahidlərin bildirdiyinə görə, hadisəyə Qaradağ Rayon Polis Şöbəsinin 11-ci polis bölməsinin əməkdaşı səbəb olub. Belə ki, tanışı olan xanımla Qobustan qoruğuna gedən "Mersedes" avtomobilinin sahibini polis saxlayıb və mübahisə yaranıb. Yekunda polis gənc xanımı şəxsi avtomobili olan 10 xx 610 (seriyası bəlli deyil) dövlət nömrə nişanlı qara rəngli "Kia" (Cip) maşınına mindirib və "Mersedes" sahibindən ardınca polis bölməsinə gəlməsini tələb edib. "Mersedes"i idarə edən gənc oğlan isə polis bölməsinə getməkdən imtina edib və Qobustan qəsəbəsində yerləşən evlərinə doğru istiqamət alıb. Ancaq şəxsi avtomobilində olan polis əməkdaşı "Mersedesi" qovub, nəticədə qəza baş verib. Hazırda hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları və qəsəbə sakinləri toplaşıb. "Mersedes" markalı avtomobilin sahibinin "102" Qaynar Xəttinə müraciət etdiyi və DİN-dən nümayəndələrin gəlməsini xahiş etdiyi bildirilir. Şahidlərin sözünə görə, qara rəngli 10 xx 610 nömrəli "Kia"nın sahibi olan polis işçisi hadisə yerində yoxdur. Onun polis bölməsində də olmadığı bildirilir. Hadisə yerində gərginlik yaşanır. Dövlət Yol Polisinin əməkdaşları qarşı tərəfin iddia etdiyi "Kia"nı tapmağa və hadisəni yerindəcə aydınlaşdırmağa çalışırlar. |
2014-05-06 | 16,943 | İranın ölkəmizə sərmayə qoyur: Səbəb? | "İran istehsalı olan kənd təsərrüfatı məhsulları Azərbaycan bazarına daxil olur və əksər hallarda yerli məhsullar onlarla rəqabət apara bilmir". Bunu "Axar.az"a İranın Milli İnkişaf Fondu baş direktorunun müavini Qasem Hüseyninin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaqla bağlı fikirlərini şərh edən iqtisadçı – alim Vüqar Bayramov bildirdi: "Bu sərmayə qoyuluşu birmənalı şəkildə İranla Azərbaycan arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoymasına şərait yaradacaq. Məhz bu baxımdan İran iş adamlarının Azərbaycan iqtisadiyyatına sərmayə qoyması praktik olaraq mümkündür. İranın spesifik olaraq ixtisaslaşdığı sahələr var, hansı ki, həmin sahələr üzrə ölkəmizə yatırım etməsi mümkündür. Əvvəla, biz kənd təsərrüfatı sahəsinin adını çəkə bilərik. İran istehsalı olan kənd təsərrüfatı məhsulları Azərbaycan bazarına daxil olur və əksər hallarda yerli məhsullar onlarla rəqabət apara bilmir. Məhz bu fakt Azərbaycanın aqrar sektoruna cənub qonşumuzun investisiya imkanlarını genişləndirir. Bundan əlavə İran iş adamları qeyri-neft sektorunun müxtəlif aspektlərinə də sərmayə qoya bilər. Məsələn, xidmət sahəsi və inşaat sektorunu demək olar. Çünki İran bu sektorda ucuz və keyfiyyətli məhsulları ilə tanınır". İran "biz də varıq!" demək istəyir İran məsələləri üzrə ekspert Sədrəddin Soltan isə İranın özünün sərmayəyə ehtiyacı olduğunu hesab edir. Onun fikrincə, rəsmi Tehranın bu addımı onun Azərbaycanla dost olmaq istəməsini göstərir: "Öncə İranın hansı sahələrə sərmayə qoyacağı müəyyən etmək lazımdır. İranın özünün sərmayə qoyuluşuna ehtiyacı var. Özəlliklə də qaz və neft sənayesinin inkişafına sərmayə qoyuluşuna ehtiyac daha çox hiss edilməkdədir. Ölkələr arasında olan iqtisadi münasibətlərdə yatırımların olması normaldır. 2014-cü ilin ilk rübünün statistikasına görə İranla Ermənistan arasında ticarət dövriyyəsi 20,4 faiz az olub. Ermənistan həmin kəsiri Rusiya, Avropa Birliyi ölkələri, Qazaxıstanla ticarət əlaqələri nəticəsində aradan qaldıra bildi. Rəsmi Tehranın Azərbaycanla iqtisadi münasibətlərin genişləndirilməsində belə israrlı olması normal qarşılanmalıdır. Çünki İran istəyir ki, ölkə iqtisadiyyatını gücləndirsin. Bildiyimiz kimi, İran iqtisadiyyatı sanksiyalara görə böhranlı həddə çatmışdı. İran Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq istəməsi ilə özünün xoşməramlı olduğun göstərmək istəyir". S. Soltanın İsrailin Azərbaycana sərmayə qoymaq istəməsindən sonra İranın bu addımı atmaq niyyətinin siyasi məqsədlərdən irəli gəldiyini açıqladı: "İran elə əvvəllər də tikinti şirkətlərinə sərmayə qoyurdu. Hazırda da Azərbaycanda əsas sərmayə qoyulacaq sahə yol-tikinti sahəsidir. "Astara-Astara" yolunun tikintisi üçün İran 2000-ci ildən kredit qoyur. Amma hələ də bir nəticə yoxdur. Güney Astarası ilə Astara rayonu arasında dəmiryolu və avtomobil yolu çəkilməli idi. 14 il keçməsinə baxmayaraq, hələ də İran bir nəticə hasil edə bilməyib. Əgər sərmayə qoya bilirsə, bu kimi layihələrə sərmayə qoysun. İran gördü ki, İsrail Xarici İşlər naziri Bakıya gələndə kənd təsərrüfatının durumu ilə maraqlanır, o dəqiqə belə etdi. Yəni demək istəyir ki, "biz də varıq!"". Xatırladaq ki, İranın Milli İnkişaf Fondu baş direktorunun müavini Qasem Hüseyni Azərbaycana etdiyi rəsmi səfər zamanı ölkəmizin maliyyə bazarına, eləcə də hazırda ölkədə İran şirkətlərinin iştirakı ilə reallaşdırılan layihələrə sərmayə yatırmağa hazır olduğunu deyib. |
2014-05-06 | 16,944 | İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü | Mayın 6-da Tiflisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. "Axar.az" Prezidentin rəsmi saytına istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib. |
2014-05-06 | 16,945 | Jirinovski hərbi formada: maşınını separatçılara bağışladı – Video | Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski qəribə təkliflə çıxış edib. "Axar.az" xəbər verir ki, Jirinovski bu gün jurnalistləri başına yığıb və qarajındakı Rusiya istehsalı olan "Tiqr" tipli hərbi maşınını nümayiş etdirib. Qeyd edək ki, hərbi maşının texniki üstünlüyündən ətraflı məlumat verən Jirinovski sözgedən texnikanı Ukraynadakı "sülhsevər" qüvvələrə hədiyyə etdiyini dilə gətirib. Onun sözlərinə görə, bu arsenal indi - hadisələrin bu çağında Ukrayna yollarında hərəkət etməyə lazımdır. Ənənəsinə sadiq qalan qalmaqallı siyasətçi bu dəfə də rəsmi Kiyevi və Qərbi top atəşinə tutub. Jirinovski həm də əynindəki hərbi forma ilə diqqət çəkib. Dumanın vitse-spikeri müharibəyə hazırlaşdığını gizlətməyib. |
2014-05-06 | 16,946 | Timoşenko hədələdi: “Məni seçməsəniz…” – Video | Seçkiqabağı görüşlər üçün Ukraynanın Nikolayev vilayətinə üz tutan prezidentliyə namizəd Yuliya Timoşenko yenə hamını təəccübləndirib. "Axar.az"ın məlumatına görə, hərarətli çıxışlarında Timoşenko bildirib ki, ondan başqa ölkədə korrupsiyanın qarşısının heç kim ala bilməz - nə Pyotr Poroşenko, nə də digər namizədlər. Çıxışılarını Poroşenkonu hədəfə almaqla davam etdirən Timaşenko onda rüşvətxorluğun kökünü kəsmək üçün tutarlı proqramların olduğunu, lakin bu sənədlərə rəqiblərinin marağının olmadığını diqqətə çatırıb. Hamının diqqətinə səbəb olan isə an onun çıxışının ikinci hissəsində baş verib. Timoşenko aşkar şəkildə seçiciləri hədələyərək, ona səs verməyə çağırıb. Bildirib ki, əgər onlar Poroşenkoya səs verərsə, Ukraynada üçüncü inqilaba başlayacaq. Timoşenkonun hədə dolu bəyanatları təəssüf hissi doğurub. |
2014-05-06 | 16,947 | İlham Əliyevin Tiflis səfəri başa çatdı | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri mayın 6-da başa çatıb. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tiflis Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. |
2014-05-06 | 16,948 | Güney Azərbaycanda güclü partlayış: 50 yaralı | Güney Azərbaycanın Qəzvin şəhərində güclü partlayış baş verib. Məlumata görə, partlayış anbarda qeydə alınıb. İranın "Fars" agentliyi xəbər verir ki, partlayış nəticəsində 50-yə yaxın adam xəsarət alıb. "İRNA" agentliyi isə partlayışın neft bazasında baş verdiyi barədə məlumat yayıb. Partlayışdan sonra güclü yanğın başlayıb və hazırda davam edir. Qəzvin Güney Azərbaycanın ən böyük şəhərlərindən biridir. 330 min nəfərə yaxın əhalisi olan Qəzvin İranın ən vacib sənaye mərkəzlərindən biri sayılır. /Musavat.com/ |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.