date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-05-05
16,738
Bakıda ağır yol qəzasında taksi sürücüsünün ayaqları sındı
Abşeron rayonu Masazır qəsəbəsində taksi ilə minik maşını toqquşub. Məlumata görə, bu barədə "Facebook" sosial şəbəkəsindəki kriminal qruplardan birində məlumat verilib. Məlumata görə, "Mercedes" markalı avtomobil sürətlə hərəkət edərkən qarşısında dayanan "Tofaş" markalı taksiya çırpılıb. Zərbənin təsirindən avtomobil maneyə dəyib. "Mercedes" markalı avtomobil isə daha sonra işıq dirəyinə çırpılıb. Qəza nəticəsində taksi sürücüsünün ayaqları sınıb. Onu xəstəxanaya yerləşdiriblər. Faktla bağlı araşdırma aparılır. /ANS/
2014-05-05
16,739
NATO Rusiya sərhədində irimiqyaslı təlimlərə başlayır
NATO Estoniyada 6 min hərbçinin iştirak edəcəyi irimiqyaslı hərbi təlimlərə start verir. "Axar.az" xəbər verir ki, "Yaz hücumu" adlı hərbi təlimlər mayın 5-indən 23-nə kimi davam edəcək. Builki hərbi təlimdə NATO-nun rekord sayda hərbçisi – Böyük Britaniyanın Lankaster hersoqluğu polkunun piyada bölüyü, Latviyanın piyada bölüyü, ABŞ-ın 173-cü hərbi-desant briqadasının bölüyü, Litva ordusunun kəşfiyyat tağımı iştirak edəcək. Polşa Tallinin Emari hərbi bazasının müdafiəsi üçün özünü 3 SU-22 qırıcılarını və SA-8 hava hücumundan müdafiə raketlərini göndərəcək. Bundan başqa Belçikanın zenit kompleksləri də təlimlərə qatılacaq. Təlimlərdə ilk dəfə olaraq Fransanın kibermüdafiə mütəxəssisləri də iştirak edəcək.
2014-05-05
16,740
Prezident Milli Ensiklopediya Mərkəzinin açılışında - Foto
Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediya Mərkəzinin açılışında iştirak edib. "Axar.az" xəbər verir ki, prezident İlham Əliyevin açılışını etdiyi Azərbaycan Milli Ensiklopediya Mərkəzi beş mərtəbədən ibarətdir. Mərkəzin birinci və ikinci mərtəbələri kitabxana və oxu zalları kimi fəaliyyət göstərəcək. Üçüncü və dördüncü mərtəbələr isə işçilər üçün nəzərdə tutulub. Burada iş otaqları və vəzifələr üzrə bölünmüş kabinetlər yerləşir. Mərkəzin sonuncu, beşinci mərtəbəsi isə akt zalı kimi fəaliyyət göstərəcək ki, bu da xüsusi tədbirlərin və görüşlərin keçirilməsi üçündür.
2014-05-05
16,741
Osetin desantlar Ukraynaya gedir – Qisas almağa
Rusiyanın Şimali Osetiya Respublikasının Desantlar İttifaqı və "Vahid Osetiya" Partiyasnın üzvləri Ukraynanın cənubi-şərqində savaşmağa hazır olduqlarını bəyan ediblər. "Axar.az"ın məlumatına görə, onlar iddia edblər ki, Ukraynada dinc əhaliyə qarşı silah tətbiq olunub və veteran desantlar bu məsələlərə biganə qala bilmızlər. Bəyanat 2008-ci ilin Gürcüsran-Rusiya müharibəsinə də yer ayrılıb. Onlar iddia edib ki, məhz "Sağ sektor"un üzvləri Gürcüstan ordusunun tərkibində Cənubi Osetiyada osetin qardaşlarına qarşı cinayət aktı törədiblər. Bu üzdən qisas vaxtı çatıb. Qeyd edək ki, hər iki qurum Ukraynaya gedəcək könüllülərin üzv qəbul olunması üçün artıq xüsüsi məntəqə də yaradıb.
2014-05-05
16,742
Hesablama Palatası Kamal Abdullanı yoxlayır
Hesablama Palatası aprel ayının 10-da kollegiya iclası keçirib və iclasda dövlət büdcəsindən Bakı Slavyan Universiteti (BSU) üzrə vəsaitlərin istifadəsinə dair audit proqramları müzakirə edilərək təsdiq olunub. "Axar.az" xəbər verir ki, BSU-da yoxlamalara artıq ötən həftədən başlanılıb. Məhz bu səbəbindən universitetdə keçirilməsi planlaşdırılan bir çox tədbirlər təxirə salınıb. Bakı Slavyan Universitetində yoxlamaların bitmə tarixi ilə bağlı Hesablama Palatası dəqiq tarix deməkdən imtina etdi. Xatırladaq ki, bu ilin martın 1-də ölkə başçısının sərəncamı ilə Kamal Abdulla Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsindən azad edilib, onun yerinə isə universitetin prorektoru Asif Hacıyev təyin olunub. Digər sərəncamla isə Kamal Abdulla Azərbaycanın millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilib. Qeyd edək ki, rektor dəyişikliyi ilə bağlı Hesablama Palatasının BSU-da auditi rəsmi prosedurdur.
2014-05-05
16,743
YAP-ın təşkilat sədri işdən çıxarıldı
Az öncə Dövlət İqtisad Universitetində tələbələrlə iş üzrə prorektor təyin edilən Səadət Qəndilova yeni vəzifəsində YAP universitet təşkilatının sədri Zəfər Bayramovu əvəzləyib. Məlumata görə, yeni rektor Ədalət Muradov Zəfər Bayramovun icra etdiyi İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor vəzifəsini ləğv edib: "Yeni rektor "İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor" vəzifəsinin səlahiyyətlərindən "ictimaiyyətlə" sözünü çıxardı. Daha sonra isə Hazırlıq fakültəsinin dekanı, iqtisad elmləri namizədi və Menecment kafedrasının dosenti Səadət Qəndilovanı tələbələrlə iş üzrə prorektor təyin etdi. Onun təyinatında maraqlı gedişlərlə yanaşı, keçmiş rektor Şəmsəddin Hacıyevin bir neçə "söyüşlü-davalı qrup toplantı"larında iştirakı haqda da informasiyalar var…" Verilən məlumata görə, Zəfər Bayramov keçmiş rektor Şəmsəddin Hacıyevin ən etibarlı adamlarından olub: "Şəmsəddin Hacıyev tarix elmləri namizədi Zəfər Bayramovu həm İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor, həm də YAP-ın universitetdəki özək təşkilatına sədr gətirdi. Zəfər Bayramov həm də keçmiş rektorun rəhbərlik etdiyi Beynəlxalq Münasibətlər kafedrasının dosenti olmaqla, onun ən sadiq tərəfdarlarından idi. Görünür, bu amil də onun hazırkı karyerasına təsir edib". Bildirilir ki, Ə.Muradov yaxın günlərdə Z.Bayramovun YAP-ın universitetdəki təşkilatının sədri postundan da uzaqlaşdıracaq: "Artıq yeni rektorun hakim partiya təşkilatına namizədi də müəyyənləşdirilib". Yeri gəlmişkən, onu da qeyd edək ki, yeni prorektor S.Qəndilova Prezident yanında İdarəçilik Akademiyasının sabiq rektoru, mərhum Seyfəddin Qəndilovun bacısıdır /Mia.az/.
2014-05-05
16,744
Metropolitendən Tağı Əhmədovla bağlı sərt sözlər
"Tağı müəllim öz işini normal görsəydi, işdən çıxarılmazdı". Bu sözləri "Axar.az"a danışan Metropolitenin sözçüsü Nəsimi Paşayev Tağı Əhmədovla bağlı yayılan korrupsiya hallarından danışarkən deyib. Lakin N.Paşayev bildirib ki, deyilənlər açıq-aydın şişirdilib: "Metropolitenin nə qədər işçisi var ki, min nəfər də əlavə olaraq yazılsın? Əslində bizim burda hər hansı bir açıqlama verməyimizə ehtiyac yoxdur. Tağı müəllim öz işini normal görsəydi, işdən çıxarılmazdı. Təbii ki, nöqsanlar var. Amma Metropoliten rəhbərliyinin bu barədə hər hansı açıqlama verməsindən xəbərim yoxdur". Xatırladaq ki, Bakı Metropolitenin yeni rəisi Zaur Hüseynov sələfi Tağı Əhmədovu keçirdiyi iclasda ağır ittiham edib. O, T.Əhmədovun dövründə ciddi nöqsanların olduğunu bildirib. Yeni rəisin sözlərinə görə, mindən çox "ölü can"a qeyri-qanuni maaş yazılıb. Hətta bu adamların içində doğurdan da həyatını itirmiş şəxslər var.
2014-05-05
16,745
Vitse-prezident ANS-i qərəzkarlıqda ittiham etdi
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yerlərdə yeni olimpiya komplekslərinin inşası zamanı korrupsiya hallarına yol verilməsi barədə yayılan məlumatları şərh edib. Vitse-prezident Ç.Hüseynzadə açıqlamasında deyib ki, bu barədə yayılan məlumatlar doğru deyil: "Olimpiya komplekslərinin inşası zamanı yeyinti halları olması barədə mənim əlimdə heç bir informasiya yoxdur. Bu barədə yayılan məlumatlar inandırıcı deyil. Mən bu barədə ANS TV-də yayımlanan süjeti də izləmişəm. Orada çox şeylər doğru deyilməyib və faktlar təhrif olunub. Bu obyektlərin hamısı dövlət tərəfindən inşa olunub. Digər tərəfdən isə mənim elə səlahiyyətim yoxdur ki, bu obyektlərlə bağlı nəyisə araşdırım". Ç.Hüseynzadə həmçinin qeyd edib ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarına hazırlıq işləri hazırda yüksək səviyyədə həyata keçirilir. Gənclər və idman naziri Azad Rəhimovun vəzifədən çıxarılacağı barədə yayılan məlumatlara da toxunan Ç.Hüseynzadə deyib: "Bunların hamısı boş-boş söhbətlərdir". /Publika.az/
2014-05-05
16,746
Leyla Yunus ABŞ səfirliyindədir
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus hazırda ABŞ-ın Azərbaycandakı səfirliyindədir. Hüquq müdafiəçisinin səfir Riçard Morninqstarla görüşü planlaşdırılıb. Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bu barədə açıqlamasında bildirib. Onun sözlərinə görə, səfir ABŞ-Azərbaycan əməkdaşlığı ilə bağlı Vaşinqtonda keçirilən tədbirlərdə iştirak etmək məqsədilə ölkəsində olduğu üçün Bakıya dönəndən sonra L.Yunusla bağlı baş verənlərlə şəxsən maraqlanıb. Odur ki, hüquq müdafiəçisi elçiliyə dəvət olunub. Xatırladaq ki, jurnalist Rauf Mirqədirovun həbsindən sonra adları "erməni işi"ndə hallandırılan Leyla və Arif Yunus hava limanından geri qaytarılıb və onların da həbs oluna biləcəyi barədə xəbərlər dolaşır. /Müsavat.com/
2014-05-05
16,747
Slavyanskda qanlı döyüşlər başladı – xəsarət alanlar var
Bu gün səhər saatlarından etibarən Ukrayna KİV-ləri və sosial şəbəkələrdə Slavyanskda hərbi əməliyyatlara yenidən start verildiyi yayılıb. "Axar.az" xəbər verir ki, separatçılar "Slavyansk deystvuy" adlı qrupunda döyüşlərin şəhərin mərkəzində getdiyi yazılıb: "İri kalibrli pulemyotlardan açılan atəş səsləri və partlayışlar eşidilir. Hər kəsin diqqətinə!" Hücum başlanıb!! Döyüşlər şəhərin mərkəzinə keçib", - deyə qrupda bildirilib. Separatçılar arasında ölən və yaralananların olduğu deyilir. Dörd nəfər ağır yaralı xəstəxanaya çatdırılıb. Separatçılar ölən şəxsin mülki vətəndaşın snayperdən açılan atəş nəticəsində həlak olduğunu iddia edirlər.
2014-05-05
16,748
Azərbaycan oliqarxı Rusiyada terminal və otel aldı - Özəl
Azərbaycanlı oliqarx İsgəndər Xəlilov Rostov vilayətində neft terminalı alıb. Bu barədə "Axar.az"a mötəbər mənbədən xəbər daxil olub. Mənbənin dediyinə görə, "Kurqanneftprodukt" ASC-yə məxsus olan Taqanroq Neft terminalı 1 milyard 600 milyon rubla (təxminən 50 milyon ABŞ dolları) "İSR Trans"a satılıb. Mənbənin məlumatına görə, İsgəndər Xəlilov Rostov şəhərindəki "Redisson" otelini də mülkiyyətinə çevirmək üzrədir. Artıq bu istiqamətdə alğı-satqı başa çatıb, otelin İSR Şirkətlər Qrupuna daxil olan "İSR Trans"ın adına sənədləşdirilməsi prosesi gedir.
2014-05-05
16,749
Günel Bəhramqızı ATV-dən ayrıldı
ATV-nin məşhur siması, "ATV Xəbər"in aparıcısı Günel Bəhramqızı telekanaldan ayrılıb. Teleaparıcı bildirib ki, 10 ildir çalışdığı ATV-dən ayrılmaq ona asan olmayıb: "İllər boyu ana xəbərin aparıcısı olmuşam. Öz həyat fəaliyyətimi düşünüb qərarlaşdırdım, fəaliyyət istəqamətimi dəyişdim. ATV-də həmişə mənə yüksək münasibət olub. Kanaldan ayrılmağımın əleyhinə olublar. Lakin hər kəsin həyatda arzuları, istəkləri olur. Mən də dəyişiklik etmək istədim, şükürlər olsun ki, hələ ki, işlər arzuladığım istiqamətdə gedir. Ümid edirəm ki, bundan sonra da belə olacaq. Mənə maraqlı təklif gəldi, dəyərləndirməli oldum. Hazırda fəaliyyətimi nazirliklərin birində davam etdirirəm. ATV-nin kollektvi və rəhbərliyi ilə münasibətim yüksək səviyyədədir. Elə işdən ayrılanda da razılıqla, xeyir-dua ilə vidalaşdım. Bütün ATV-çilərə uğurlar arzulayıram". /Qafqazinfo/
2014-05-05
16,751
Putindən jurnalistlərlə bağlı gizli fərman - İddia
Rusiya Prezidenti Krım hadisələrindən yazan jurnalistləri mükafatlandırıb. "Axar.az" "Vedmosti" qəzetinə istinadən xəbər verir ki, Vladimir Putin "Krımda baş verən olayları peşəkar və obyektiv işıqlandırdıqlarına görə" 300-dən artıq jurnalistin dövlət ordeni və medallarla təltif edilməsi haqda sərəncam imzalayıb. Bu haqda fərman 22 apreldə imzalansa da, hələ də gizli saxlanılır və Prezidentin rəsmi saytına yerləşdirilməyib. Fərmanda 300-dən çox ad və 90-dan artıq nəşrin yer aldığı bildirilir. Mükafatlandırılanların 100-ə yaxınının RTR-in, 60-dan artığı ORT-nin, NTV, "Russia Тoday" və "Layf Nyus"un əməkdaşları olduğu iddia olunur. Siyahıda Dojd TV-nin və "ExoMosvka"nın əməkdaşları yer almayıb. Mənbə mükafatların görünməmiş miqyasda olduğunu bildirir. Ən yüksək mükafatın NTV kanalının direktoru Vladimir Kulistikovaya veriləcəyi bildirilir. O, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunacaq. Mənbə bildirir ki, eyni zamanda, teleaparıcı Vladimir Solovyovun "Aleksandr Nevski" ordeni, "Layf Nyus"un direktoru Aram Qabrelyanovun isə "Şərəf medalı" ilə təltif ediləcəyi bildirilir. Oxşar fərmanı Cənubi Osetiyada 2008-ci il hadisələrindən sonra Prezident Dmitri Medvedev imzalamış və cəmi 11 jurnalisti təltif etmişdi.
2014-05-05
16,752
Türkiyə yeni Gülən zəlzələsi astanasında – Şok sənədlər
HSYK-da bir hakimin yandırmağa çalışdığı Fətullah Gülənlə bağlı olan bir sıra sənədlər və görüntülər ələ keçirilib. Dövlət içində dövlət qurmaq istəyənlərin iç üzünü açan bu sənədlərdə Gülənə də aid olan və indiyə kimi ortalığa çıxarılmayan qeydlər var. "Axar.az" xəbər verir ki, Anakarada HSYK-da (Hakimlər, savcılar yüksək kurulu) çalışan bir hakimin əlində çox önəmli sənədlərin olduğu və yandırılacağı ilə bağlı dövlət orqanlarına vətəndaşlardan gələn telefon zəngləri və e-maillər daxil olub. Bundan sonra Sevilay Yüksəlir, Fidel Okan və Əbdürrəhman Şimşək tərəfindən həmin sənədlər məhv edilmədən ələ keçirilə bilib. Bir hard disk və bir neçə CD-dən ibarət olan bu sənədlər dövlət içində dövlət qurulması planlarnı isbat edəcək səviyyədədir. Ələ keçən CD-lərin bir çoxu qırılsa da, 4 CD-dəki bütün məlumatlar tamamilə xilas edilə bilib. Bu CD-lərdə Fətullah Gülənə aid səs yazılarının olduğu da dəqiqləşib. Bununla yanaşı təşkilat üzvlərinə və Gülən hərəkatına aid məktəblərdə oxuyan şagirdlərlə bağlı da önəmli məlumatlar aşkar olunub. Son dönəmdə Türkiyənin gündəmini zəbt edən telefon dinləmələri, şantaj tərkibli səs yazılarının Gülənin hansı fitvasına əsaslanaraq icra edildiyi də aydınlaşıb. Gülən təşkilat üzvlərilə söhbətində onlara deyib: "Gücdən istifadə etmədiyin yerdə texnika əsasdır, rəqibləri texniki nokauta salmaq lazımdır". Ələ keçən bəzi sənədlərdə Gülən hərəkatın aid məktəblərdə qalan uşaqlara Kılıçaslanlar kitabı oxutdurulduğu və kitabdakı hansı qəhrəman olmaq istədikləri soruşulub və uşaqların bir hissəsinin Hasan Sabbah olmaq istədiyi məlum olub. Video görüntülərində diqqət çəkən məqamlardan biri də Gülənin Sultan Məhmət haqqında söylədiyi fikirlər olub. Bu fikirlərin İslam dünyasında böyük mübahisəyə səbəb olacağı gözlənilir. Bundan başqa videoyazıda Gülənin əsəbiləşəndə qəribə bir üslubdan istifadə etdiyi açıqca görünür.
2014-05-05
16,753
“Elmlər Akademiyası”nın çıxışında yanğın - Foto
Elmlər Akademiyası metro-stansiyasının çıxışında yanğın başı verib. "Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğın bu gün saat 11 radələrində metro-stansiyanın çıxışındakı zibil qutusunda baş verib. Zibil qutusu qəfildən alovlanıb, ətrafı tüstü bürüyüb. Xeyli keçəndən sonra metropoliten işçisi olduğu zənn edilən qadın vedrəylə su daşıyaraq yanğını söndürüb. Yanğın ətrafda çirkin görüntü yaradıb və vətəndaşların nəfəs almasına çətinlik törədib. Yanğından fotoları təqdim edirik.
2014-05-05
16,754
Avtomobillərin lizinqlə satışı da qadağan olundu
Azərbaycanın ən iri avtomobil dilerlərindən olan "Auto Azerbaijan" avtomobillərin lizinqlə satışını dayandırdığını elan edib. Məlumta görə, bu barədə şirkətin təqdim etdiyi avtomobillərin lizinqlə satışını həyata keçirən "Qafqaz lizinq" şirkətindən məlumat yayılıb. Xəbərdə bildirilir ki, "Auto Azerbaijan" Azərbaycanda ən çox populyar olan markalardan "Hyundai" avtomobillərinin, eləcə də "Jeep", "Dodge", "Chrysler", "Peugeot" və "Geely" avtomobillərinin lizinqlə satışını həyata keçirməyəcək. Şirkətin rəhbərliyi lizinq şərtlərinə yenidən baxmaq niyyətindədir. Ehtimal olunur ki, ölkənin ən iri avtomobil dilerlərindən birinin bu qərarı Vergilər Nazirliyinin göstərişi ilə bağlıdır. Bundan əvvəl Vergilər Nazirliyi lizinq şirkətlərinə öz əməliyyatlarında yalnız vergiödəyicisi kimi qeydiyyatdan keçmiş və VÖEN-ə malik olan, öz gəlirləri barədə bəyannamə təqdim edə bilər sahibkarlara üstünlük verməli olduğu barədə tövsiyə göndərib. Gözlənilir ki, "Auto Azerbaijan"ın ardınca digər avtomobil dilerləri də lizinqlə avtomobil satışını dayandıracaqlar. Qeyd edək ki, Azərbaycanda son vaxtlara qədər avtomobillərin lizinqlə satışı populyar deyildi və əhali əsasən kreditlə avtomobil almağa üstünlük verirdi. Lakin ölkədə ödənilməyən kreditlərin həcminin durmadan artmasından narahat olan Mərkəzi Bank kommersiya banklarının əhaliyə istehlak kreditləri verilməsini məhdudlaşdıran qərar verib. Bu qərara görə, kommersiya bankları yalnız aylıq gəlirləri barədə arayış təqdim edən müştərilərə istehlak kreditləri, o cümlədən avtomobil kreditləri verə bilər. Eyni zamanda avtomobil kreditlərinin həcmi avtomobilin dəyərinin 20 faizindən çox ola bilməz. Bu qaydanın tətbiqindən sonra ölkəyə avtomobillərin idxalı və satışı kəskin aşağı düşüb. Eyni zamanda avtomobil satışı salonları kəskin müştəri qıtlığı ilə üzləşib. Vəziyyətdən çıxmaq üçün avtomobil satışı dilerləri və salonları lizinqlə satışa keçmişdilər. Ancaq indi lizinq də faktiki qadağan olunur. Lizinqə avtomobili ancaq o şəxslər ala bilər ki, leqal sahibkarlıq fəaliyyəti ilə məşğul olsun və gəlirləri barədə bəyannamə təqdim edə bilsin. Beləliklə, ölkədə avtomobil, xüsusən də yeni avtomobil almaq artıq hər kəsin işi deyil... /fins.az/
2014-05-05
16,755
Azərbaycandan qaçan generalda hərbi sirlər var
"Rusiyaya qaçan general-mayor Bağır Yusif oğlu Fətullayevlə bağlı Azərbaycan xüsusi xidmət orqanları araşdırmaya başlayıb". Bu sözləri "Axar.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, B.Fətullayevlə bağlı Silahlı Qüvvələrin yuxarı eşalonunda hər kəsin məlumatlı olduğunu bildirib: "Bağırov Silahlı Qüvvələrin Akademiyasında xidmətdə olub. Sadəcə olaraq, Moskvada yaşayan ailəsinin yanına getmək üçün icazə istəyib. İcazəni gecikdiriblər, o da Azərbaycanı iznsiz tərk edib və bu günə qədər geri qayıtmayıb". Hərbi ekspert generalın hərbi sirlərə sahib bir şəxs olduğunu xatırladıb: "Məndə olan məlumata görə, B.Fətullayev məxfi məlumatlara malikdir və onun ölkədən icazəsiz getməsi, hələ də qayıtmaması ciddi hadisədir. Belə məsuliyyətsiz adamın Azərbaycan Silahlı Qüvvələrinə necə daxil olması araşdırılmalıdır və bildiyim qədərilə araşdırılır da. O, həm də dövlətdən kifayət qədər böyük vəsait alıb". Ü.Cəfərov bu şəxsin Azərbaycanda olan məxfi sənədlərə əli çatdığını qeyd edib: "Ciddi məqamlardan biri də odur ki, azərbaycanlı olsa da, Azərbaycan vətəndaşı olmayan bu şəxs "tam məxfi" qrifli hərbi xəritələrlə işləyib. Ona görə də Azərbaycanda olan hərbi sirlərə əli çatıb və heç kim də istisna eləyə bilməz ki, onu bura göndərən adamlar həmin hərbi sirləri onun vasitəsiylə əldə etməyiblər". Qeyd edək ki, bir müddət öncə azərbaycanlı generalın Rusiyaya qaçdığı haqqında məlumat yayılıb. Müdafiə Nazirliyi isə Azərbaycan ordusunda B.Fətullayevin hazırda xidmətdə olmadığını açıqlayıb.
2014-05-05
16,756
Maldivdə adalarında olan ilk müğənnimiz - Foto
Əməkdar artist Ədalət Şükürov rəsmi Feysbuk səhifəsində Maldiv adalarında çəkilmiş şəkillərini paylaşıb. "Axar.az" xəbər verir ki, müğənni şəklin başlığında "yeganə azərbaycanlı insanam ki, ilk olaraq mən olmuşam orda" sözlərini yazıb. Şəkil 1996-ci ildə çəkilib. Həmin şəkili təqdim edirik.
2014-05-05
16,757
Viktor Yanukoviç 200 milyon dollar itirdi - Sanksiya
İsveçrə Viktor Yanukoviçə məxsus hesabları dondurdu. "Axar.az" "Röyter" agentliyinə istinadən xəbər verir ki, İsveçrə orqanları Viktor Yanukoviçə məxsus 173 milyon İsveçrə frankını (193 milyon dollardan çox) və səhmləri dondurub. Bu qərarın çirkli pulların yuyulması və varlıqları şübhəli bilinən 5 şəxsə qarşı araşdırma ilə bağlı verildiyi bildirilib. İsveçrə Ukrayna vətəndaşlarına sanksiyaları ilk olaraq fevralın sonlarında başlatdığını açıqlayıb. Daha sonra Azarovun və keçmiş məmurların, Baş nazirin müavini Sergey Arbuzov, Daxili İşlər naziri Vitali Zaxarçenko və Prezident Administrasiyasının rəhbəri Andrey Klyuyevin hesablarının dondurulacağı bildirilib. Növbəti mərhələdə Viktor Yanukoviçin oğullarının, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Yakimenko, Baş nazir Nikolay Azarov və keçmiş Baş prokurur Viktor Pşonka daxil olmaqla 9 məmurun bank hesabı dondurulub. İsveçrə mart ayında köhnə Ukrayna hökumətinə qarşı sanksiyaları Avropa Birliyinə təqdim edib. Burada Viktor Yanukoviç də olmaqla 18 məmurun adı yer alıb. İsveçrədən sonra ukraynalı məmurlara Böyük Britaniya, Hollandiya və Latviya da sanksiyalar tətbiq etməyə başlayıb.
2014-05-05
16,758
Rusiya daxili parçalanmanın astanasında
Şimali Qafqazda Rusiyanın vəhhabilərə qarşı əməliyyatı genişlənəcək. "Axar.az" xəbər verir ki, bu informasiya ilə Qərb mətbuatı çıxış edib. Mətbuat son bir neçə gün ərzində Dağıstan və Çeçenistanın bir neçə rayonunda bu əməliyyatların həyata keçirildiyini yazıb: "Rusiya daxili parçalanmadan qorxur. Ona görə də əməliyyatların həcmini daha da artıracaq. Amma bir gün bu hərəkətlər onun özünə qarşı çevriləcək. O zaman Rusiyanın daxilində parçalanma daha da genişlənəcək. Nəzərə alsaq ki, partizanlarla bərabər yerli əhali də hökumətdən narazıdır o zaman bunun daha sürətli gedəcəyi söyləmək olar. Bu zaman isə nə Kadırov, nə də Putinin dəstələri mübarizənin qarşısını ala bilməyəcəklər". Qeyd edək ki, bir neçə həftə bundan öncə Rusiya Dağıstan və Çeçenistan ərazisindəki vəhhabilərə qarşı əməliyyata başlayıb.
2014-05-05
16,759
Çelyabinsk ermənisi Çubarovu ölümlə hədələdi - Foto
Krım Tatar Məclisinin hüquq şöbəsinin rəhbəri Teyfuk Qafarov öz Feysbuk səhifəsində sensasiyon xəbər paylaşıb. "Axar.az"ın məlumatına görə, o, parlament sədri Refat Çubarovun David Kaayan adlı Çelyabinsk ermənisi tərəfindən ölümlə təhdid olunduğunu diqqətə çatdırıb. Krım tatarlarının hər iki liderini nalayiq ifadələrlə təhqir edən Kaayan vəkil Teyfuk Qafarovun internet ünvanına bu sözləri göndərib: "İnanmıram ki, sən vəkil olasan, başınla güllə saxlaya bilərsən! Öz it dəstənizin hər üzvünə çatdır – sakit yaşayın, suları bulandırmayın! Krımda sizin üçün ikinci maydan olmaycaq". Xatırladaq ki, son günlər Krım tatarları təzyiqlərlə üz-üz qalmaqdadır.
2014-05-05
16,760
Ordumuzun əsgəri özünü yaraladı
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü yaralayıb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün baş verib. "N" saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Rəsulov Kamran Rafiq oğlu siqnal tapançası ilə davranış zamanı təhlükəsizlik qaydalarına düzgün riayət etməyib və təsadüfü atəş nəticəsində ayaq nahiyəsindən yaralanıb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
2014-05-05
16,761
Əfsanəvi komandirimiz haqda film – Eksklüziv video
​Bir gündə 102 erməni əsgərini öldürən əfsanəvi komandir Məhərrəm Seyidovun xatirəsinə həsr edilmiş sənədli filmin ilk görüntüləri yayılıb. "Axar.az" xəbər verir ki, yeni filmin rejissoru jurnalist Etibar Məmmədovdur. Filmdə mərhum kapitan Məhərrəm Seyidovun yaxınları, dostları, əsgər yoldaşlarının qəhrəman haqqında fikirləri yer alıb. Filmin yaradıcıları onun 30 dəqiqədən ibarət olduğunu bildiriblər. Qeyd edək ki, kapitan Məhərrəm Seyidov Tərtər taborunun komandiri olub. O vaxta qədər isə Göytəpədəki hərbi hissənin komandiri vəzifəsində çalışıb. Qondarma "Talış Muğan Respublikası"nı Azərbaycan ərazisində yaratmağa cəhd edən Ələkrəm Hümbətova qarşı ilk çıxış edən, onun əmrinə girməyən zabit də məhz Məhərrəm Seyidov olub.
2014-05-05
16,762
“Putin əsl təxribatçıdır”
Ölkənin şərqində keçirilən anti-terror əməliyyatları tamamilə qanunidir. "Axar.az" xəbər verir ki, bu sözləri Ukrayna prezidentliyinə namizəd, Vətəndaş Mövqeyi Partiyasının sədri Anatoli Qriçenko verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, anti-terror əməliyyatları başlasa da, davam etdirilmir: "Ötən həftə mən Luqanskda, Donetskdə oldum. Orada anti-terror əməliyyatı yox, imitasiya gördüm. Geri alınmış yerlər möhkəmləndirilmədi, heç kim suyu, işığı kəsmədi, ərzaq tam sərbəst şəkildə daşınır. İndi gecikmə ilə hökumət əlində silahla ölkəni diversant və terrorçulardan təmizlədiyini göstərir. Mən elə bir ölkə tanımıram ki, orada terrorçular əllərində PZRK ilə döyüşsünlər. Bu, yolverilməzdir. Bu şərəfsizlər özlərini qadın və uşaqların arxasında gizlədirlər". Prezidentliyə namizəd Putini də tənqid edib: "Əgər təhlükəsizlik xidmətlərinin qüvvəsi çatmasa, sərhədçilər, Milli Qvardiya, Daxili Qoşunlar, Silahlı Qüvvələrin bölmələrindən istifadə etmək lazımdır. Kremlin bütün qışqırıqları isterikadır. Əsl təxribatçı Putindir".
2014-05-05
16,763
Azəryolservisdə “Avtoş Zaur Bağırov” narahatlığı – Rəsmi
"Azəryolservis" ASC Zaur Bağırov barədə məlumat verməkdən qorxur. Adı Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovla bağlı qalmaqalda adı hallanan Zaur Bağırovun uzun müddətdir çalışdığı "Azəryolservis"dən çıxarılması ilə bağlı əmr imzalanıb. Lakin adı çəkilən ASC bununla bağlı məlumat verməkdən ehtiyat edir. "Azəryolservis"in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev "Axar.az"a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirdi. Mətbuat xidmətinin rəhbəri "Azəryolservis" ASC-nin Ümumi şöbəsi ilə əlaqə saxlamalı olduğumuzu bildirdi. Ümumi şöbədən də bu məlumatı yalnız ASC-nin Kadrlar şöbəsinin təsdiqləyə biləcəyini söylədilər. Kadrlar şöbəsinin xanım əməkdaşı sualdan kifayət qədər həyacanlandı və bu məsələnin onsuz da ASC üçün başağrısına çevrildiyini, bir həftədən artıqdır xüsusi narahatlıq yaratdığını bildirdi və əlavə etdi ki, ondan heç nə soruşmayaq: "Onsuz da bu məsələ bir həftədir ki, "Azəryolservis"in iş ahəngini pozub, gərginlik, əsəb yaşayırıq. Daha məndən heç nə soruşmayın". Qeyd edək ki, Zaur Bağırovun adı deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovla bağlı qalmaqalda hallanırdı. Sosial şəbəkələrdə A.Məmmədovun Zığ-Aeroport yolunda sürət yarışına çıxdığını əks etdirən videokadrlar yayılmışdı. Həmin videokadrlarda əks olunan və Aynar Məmmədova məxsus olduğu bildirilən 10 LZ 100 dövlət nişanlı "Nissan Skyline GT-R35" markalı avtomobilin "Azəryolservis"in işçisi Zaur Bağırova aid olduğu məlum oldu. Bu videokadrların yayılmasından sonra isə "Azəryolservis"in rəhbəri Cavid Qurbanovun Z.Bağırovu işdən çıxarması ilə bağlı media özəl mənbələrə istinadla xəbər tirajlayıb. Xatırladaq ki, videokadrlardakı digər avtomobil – "Mersedes S Klass"ın üstünə bağlanmış 10 AZ 458 dövlət nömrə nişanının "Porşe KN" markalı avtomobilə aid olduğu da müəyyənləşib. Həmin "Porşe KN" avtomobili isə icarə xidmətindədir və hüquqi şəxs kimi Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən "Bakı XXI əsr" MMC-yə məxsusdur. "Bakı XXI əsr" MMC isə millət vəkili Elton Məmmədovun prezidenti olduğu məhdud nəsuliyyətli cəmiyyətdir. Dövlət Yol Polis İdarəsindən hələlik bu barədə heç bir açıqlama verilməyib.
2014-05-05
16,764
Baş prokurorun müavininə ağır itki
Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubova ağır itki üz verib. Generalın anası Adilə xanım bu gün dünyasını dəyişib. /Modern.az/ Allah rəhmət eləsin.
2014-05-05
16,765
Bakıdakı nurçu məktəblərdən biri bağlanır
Bakı-türk Dəyanət Vəqfi Liseyi bağlanacaq. Bu barədə "Axar.az"a etibarlı mənbələrdən məlumat daxil olub. Mənbə liseyə iki ay vaxt verildiyini bildirib: "Artıq bununla bağlı əmr Prezident Administrasiyasından gəlib. Lisey Gülənçilər tərəfindən maliyyələşdirilir. Administrasiya uzun müddətli yoxlamalardan sonra məktəbin sağlam əsaslar üzərində fəaliyyət göstərmədiyini görüb və bu barədə qərar verib. Hələlik məktəbin qapadılması üçün iki ay vaxt verilib. Verilən vədədən isə 20 gün keçib. Buradakı məktəb sahibləri gülənçilərlə xüsusi əlaqədə ittiham olunurlar". Qeyd edək ki, Bakı-Türk Dəyanət Vəqfi Liseyi 1994-cü il avqustun 3-dən etibarən Bakıda fəaliyyət göstərir. Lisey Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Dəyanət Vəqfi arasında bağlanan müqavilədən sonra fəaliyyətə başlayıb. Liseyin hazırkı direktoru Kadir Bektaşoğlu Gülən hərəkatının üzvü olan, məşhur din alimi Osman Nuri Topbaşla birbaşa əlaqəyə malikdir. Onu da xatırladaq ki, lisey Bakı Dövlət Universitetinin yataqxanalarının yaxınlığında yerləşir. Məktəb bu ərazidə yerləşdiyindən onun da sökülən obyektlər sırasına düşdüyü ehtimal olunur
2014-05-05
16,766
General Ramiz Zeynalovun qardaşına təzə vəzifə verildi
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalov təzə vəzifəyə təyinat alıb. Səhiyyə Nazirliyindən verilən məlumatda bildilib ki, Fikrət Zeynalov Sabunçu rayonunda yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasına baş həkim təyin olunub. Fikrət Zeynalov bu yaxınlaradək Fuad Əfəndiyev adına 4 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi vəzifəsini tuturdu. Lakin 4 saylı şəhər Klinik Xəstəxanası bir müddət öncə səhiyyə nazirinin müvafiq əmrinə uyğun olaraq bağlandığından Fikrət Zeynalov işsiz idi. Qeyd edək ki, Zeynalovların daha bir qardaşı yüksək vəzifədə çalışır. Bu, Tovuz rayonu İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovdur. Hər üç qardaş uzun illərdir yüksək vəzifələrdə çalışırlar. Belə ki, general-mayor Ramiz Zeynalovun artıq 20 ildir Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Tofiq Zeynalov isə 7 ildir Tovuz rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini tutur./Modern.az/
2014-05-05
16,767
İnsan alverilə mübarizənin 10 illiyi qeyd ediləcək
Mayın 6-da 2004-2014-cü illərdə İnsan alverinə qarşı aparılan mübarizənin nəticələri müzakirə ediləcək. "Axar.az" xəbər verir ki, "Alov qüllələri" ("Fairmont") hotelində keçiriləcək tədbirdə müxtəlif dövlət və hökumət qurumlarının, eləcə də ictimai birlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq tədbir "Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə" ilə bağlı mühüm sənədlərin qəbul edilməsinin 10 illiyinə həsr ediləcək. İctimai müzakirələr zamanı Mərkəzin rəhbəri Əlövsət Əliyev, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin rəisi Şərif Əsədullayev, ABŞ Beynəlxalq İnkişaf Agentliyi Azərbaycan üzrə missiyanın rəhbəri Bruk İşam, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin rəisi Elgün Səfərovun çıxış edəcəyi gözlənilir. Xatırladaq ki, "İnsan Alverinə Qarşi Mübarizə: səylər, addımlar, nəticələr" 10 il (2004 – 2014) adlanan tədbirdə "Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrasına dair" hesabatının təqdimatı olacaq.
2014-05-05
16,768
“Admiral həbsdə kiminlədir? - vəkili bilir”
"Şahin Sultanovun hansı kamerada, kimlərlə birgə saxlanılması barədə məlumat verə bilmərik". Bu sözləri "Axar.az"a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən vitse-admiral Şahin Sultanovun Kürdəxanıdakı istintaq təcridxanasında "Space" telekanalının aparıcısı İlham Mirzəyevlə eyni kamerada saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən dedilər. İctimaiyyətlə əlaqələr şöbəsi məlumatı təsdiq etməsə də, inkar da etmədi. Qurumdan bildirdilər ki, bu kimi məlumatları açıqlamaq səlahiyyətləri yoxdur: "Biz bu cür informasiyaları açıqlaya bilmərik. Kimin kimlə bir yerdə saxlanılmasını öyrənmək istəyirsinizsə, həmin şəxslərin vəkili ilə əlaqə saxlayın". Xatırladaq ki, sözügedən məlumat həbsdə saxlanılanlardan birinin vəkilinə istinadla yayılıb.
2014-05-05
16,769
Prezident yeni sədr müavini təyin etdi
Prezident İlham Əliyev aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsasnaməsinə dəyişiklik edib. Dəyişiklik nəticəsində komitə sədrinin müavinlərinin sayı 3-ə çatıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yeni – üçüncü müavini də təyin edilib. Ölkə başçısının müvafiq sərəncamı ilə Siyavuş Heydərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin olunub. Dövlət Komitəsindən aldığımız məlumata görə, bu gün Siyavuş Heydərovun kollektivdə təqdimatı olub. Təqdimat mərasimini prezidentin müşaviri Kamal Abdulla keçirib. Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov bir neçə gün öncə - mayın 2-də vəzifədən azad edilib. Hazırda sədrin səlahiyyətlərini müvəqqəti olaraq birinci müavini Səyyad Aran icra edir. Komitə sədrinin daha bir müavini isə Gündüz İsmayılovdur./modern.az/
2014-05-05
16,770
Kəmaləddin Heydərova yeni müavinlər təyin olundu
Azərbaycan Prezidenti İlham Əliyev Teymur Ramiz oğlu Mehdiyevin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edilməsi haqqında sərəncam verib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Teymur Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini təyin edilib. Prezidentin digər sərəncamı ilə Teymur Ramiz oğlu Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib. Xatırladaq ki, Teymur Mehdiyev buna qədər Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini olub. 16:07 Prezidentin digər sərəncamı ilə Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun oğlu Tapdıq Əhliman oğlu Əmiraslanov Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin müavini təyin edilib. Qeyd edək ki, bu gün Prezident sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib və nazirin müavinlərinin sayı 4-dən 6-ya qaldırılıb.
2014-05-05
16,771
Şimali Koreya rəhbərliyi ABŞ-ı topa tutdu
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları İstintaq Komissiyasının dövlət əliylə sistematik işgəncə, kölələşdirmə, cinsi şiddət, ağır siyasi təzyiq və dini ayrı-seçkiliklə günahlandırdığı Şimali Koreya rəhbərliyi ABŞ-a ağır ittihamlar yönəldib. "Axar.az" xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi KNCA "ABŞ ən əsas insan hüquqlarının mərhəmətsizcə pozulduğu bir cəhənnəmdir" adı altında bir xəbər yayımlayıb. "Daily Beast" xəbər saytı Şimali Koreya rəhbərliyinin iddiasının "əsassız" olduğunu bildirsə də, ABŞ-la əlaqədar bəzi mövzularda haqlı olduqlarını yazıb. Milli Təhlükəsizlik Agentliyinin (NSA) qeyri-qanuni şəkildə vətəndaşları izlədiyi, keçən il kasıblıq içərisində yaşayan amerikalıların sayının 46.5 milyona çatması Şimali Koreyanın haqlı olduğunu göstərib. Qeyd edək ki, BMT Şimali Koreyada insan hüquqlarının pozulmasının çatdığı həddin indiyədək dünyada bir ilk olduğunu bildirmişdi.
2014-05-05
16,773
“Ukraynanın şərqindəki milisin hamısı separatçıdır”
Donbas və Luqansk vilayətinin milis bölmələrinin üzvlərinin başdan-başa dəyişdirilməsinin vaxtı çatıb. "Axar.az"ın məlumatına görə, bunu Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov deyib. Onun sözlərinə görə, belə qərara gəlmələrinə səbəb milis əməkdaşkarının separatçılarla əməkdaşlıq etməsidir: "Həmin yerlərdə son 20 il ərzində milis əmıkdaşları tamam başqa ruhda təlimatlanıblar - reketlə, sahibkarlardan pul qoparmaqla məşğul olublar. Bu səbəbdən də konstitusiya borclarını verə bilmirlər. Bu, böyük bəladır. Bundan başqa, onların böyük əksəriyyəti separatçılarla əməkdaşlıq ediblər. Nəzərə alsaq ki, onların bir qismi "Berkut"un üzvləri olublar, deməli, vəziyyəti təsəvvür etmək olar. Odur ki, tezliklə böyük islahatlara başlayacağıq".
2014-05-05
16,774
Odessada separatçılar dövlət simvollarını məhv edir - Foto
Cənubi Ukraynanın ən böyük şəhəri olan Odessadakı nümayişlərdən və rusmeyilli qüvvələrin şəhər polis idarəsinə hücumundan sonra şəhər mərkəzi hakimiyyətin nəzarətindən çıxıb. "Axar.az" xəbər verir ki, dünəndən etibarən genişlənən küçə nümayişlərindən sonra etirazçılar şəhərin polis baş idarəsinin pəncərələrini yenidən sındırıb və mühafizə postunu dağıdıb. Aksiya iştirakçıları polisə məxsus yük maşınını itələyərək darvazaları açmağa müvəffəq olublar. Etirazların başladığı cümə günündən etibarən Qara dəniz limanında baş verən aksiyalardan sonra regional polis rəhbərinin əmri ilə 67 nəfər həbs edilib. Odessada küçə nümayişləri bu dəqiqələrdə də davam edir. Rusiyameyilli qüvvələr ələ keçirdikləri dövlət obyektlərinə Rusiya bayraqlarını sancaraq Ukyrana bayrağı və simvollarını məhv edir. Küçə nümayişləri Slavyansk vilayətində də davam edir. Fotoda görünən əlisilahlı qadın da məhz bu bölgədəki nümayişlərin iştirakçısıdır. Qərb analitikləri qarşıdurmanın dayanmadan böyüyəcəyindən və proseslərin bu gedişlə tamamilə nəzarətdən çıxacağından ehtiyat edirlər.
2014-05-05
16,775
Slavyanskdakı terrorçular tamamilə məhv edilib
Ukrayna xüsusi təyinatlıları Slavyanskda mühasirəni yarmağa cəhd edən terrorçu qruplaşmanı tamamilə məhv edib. "Axar.az" xəbər verir ki, bu barədə "censor.net" saytının baş redaktoru Yuri Butusov özünün Feysbuk səhifəsində yazıb. "Dörd Ukrayna hərbçisi həlak olub, 1 nəfərin vəziyyəti çox ağırdır. 20 nəfərə yaxın isə yaralanıb. Terrorçular böyük itkilər verərək onlara köməyə gələnlərdən xeyli uzaqlaşdırılıblar. Döyüş meydanında Rusiya Baş Kəşfiyyat İdarəsinə məxsus xeyli sayda silah-sursat tapılıb", - deyə Butusov yazıb.
2014-05-05
16,776
“İsa Muğanna həftəsi” elan olundu
Hədəf Nəşrləri bu həftəni (5-11 may) "İsa Muğanna həftəsi" elan edib. "Axar.az"a Hədəf Nəşrlərindən verilən məlumata görə, nəşriyyat aprel ayının birində dünyasını dəyişən yazıçı İsa Muğannanın (Hüseynov) xatirəsinə "Kitabevim.az" mağazalar şəbəkəsi ilə birlikdə bu həftəni "İsa Muğanna həftəsi" elan edib. Oxucular bu həftə mərhum yazıçı İsa Muğannanın Hədəf Nəşrlərində nəşr edilmiş bütün kitablarını "Kitabevim.az" kitab mağazalar şəbəkəsindən 30 faiz endirimlə əldə edə biləcək. Eyni zamanda yazıçı dünyasını dəyişdikdən sonra haqqında yazılan nekroloqların və ədəbi-bədii yazıların yer aldığı "Ölümdən sonrakı həyat" kitabı mərhumun qırx mərasimində və "Kitabevim.az" kitab marketində oxuculara pulsuz paylanacaq.
2014-05-05
16,777
İTV-nin direktor müavini ağır qəza törətdi
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini, "Həftənin yekunu" verilişinin aparıcısı avtomobil qəzası törədib. Məlumata görə, Sumqayıtda gecə saat 2-də baş verən hadisə zamanı Şaiq Məmmədovun idarə etdiyi 90 AF 501 nömrə nişanlı, İTV-yə məxsus olan "Honda Accord" markalı avtomobil yararsız hala düşüb. Qəzaya düşən avtomobildə direktor müavini ilə yanaşı İTV-nin başqa departament rəhbərlərindən biri də olub. Gecə saat 2 radələrində İTV-nin rəhbər şəxslərinin xidməti avtomobillə Sumqayıta nə üçün getdikləri isə hələlik bəlli deyil. Qəza Daxili İşlər Nazirliyinin yol-hərəkəti qaydalarının pozulması ilə bağlı xronikada yer almadığından rəsmi qurumlar qəza ilə bağlı heç bir açıqlama verməyiblər. /Aznews.az/
2014-05-05
16,778
Avroviziya-2014-dən Krımla bağlı siyasi qərar
Mayın 6-da baş tutacaq Avroviziya-2014 musiqi yarışmasında Krım əhalisinin səsi Ukrayna dövlətinin hesabına sayılacaq. "Axar.az" xəbər verir ki, buna səbəb Krımın Ukrayna telefon kodlarına və mobil operatorlarına malik olmasıdır. Qeyd edək ki, bu ilki Avroviziya musiqi yarışmasında 37 ifaçı iştirak edəcək. Onu da xatırladaq ki, Ukrayna təmsilçisi olan Mariya Yaremçuk Avroviziyanın açılışına matəm rəmzini bildirən qara lentlə gəlib.
2014-05-05
16,779
Rusiya Qarabağı Azərbaycana qaytarmaq istəyir
Rusiyalı politoloq, 2012-ci il seçkilərində Vladimir Putinin etibarlı şəxsi olmuş Sergey Markov bir qədər əvvəl Rusiya telekanallarından birinə verdiyi müsahibə Ermənistanda böyük narahatçılıq yaradıb. Məlumata görə, Markov deyib: "Azərbaycan rəhbərliyi heç vaxt Dağlıq Qarabağdan imtina etməyib. Ora məhz Azərbaycanın ərazisidir və Azərbaycanın yurisdiksiyası altına verilməlidir. Aydındır ki, məhz ABŞ Qarabağın Azərbaycanın yurisdiksiyasına verilməsinin başlıca əleyhdarıdır. ABŞ güclü erməni lobbisinin təsiri altında Qarabağın üzərində Ermənistanın nəzarətini dəstəkləyir". Erməni mətbuatı Markovun sözlərindən çox narahat olub. Erməni şərhçi Akop Badalyan Rusiya Federasiyasının İctimai Palatasının üzvü Maksim Şevçenkonun Dağlıq Qarabağ barədə dediklərini xatırladıb: "Buna qədər Qarabağı Azərbaycana məşhur Maksim Şevçenko qaytarırdı. Rusiyanın "ekspert" isteblişmenti çoxdan Qarabağı Azərbaycana qaytarmağa cəhd edir - bütövlükdə və hissə-hissə, Qarabağın müstəqilliyi üçün keçirilmiş referendumu qeyri-legitim saymaqla və minlərlə qurban verib tutduğumuz torpaqları statusa dəyişməklə". /ANS/
2014-05-05
16,780
Separatçılar Ukraynaya kütləvi qırğın silahı gətirdilər
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Dnestryanıdan ölkəyə 1.5 kiloqram radioaktiv maddə gətirən 9 nəfəri saxlayıblar. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Marina Ostapenko bildirib. Onun sözlərinə görə, saxlanılanlardan 8-i Ukrayna, biri isə Rusiya vətəndaşıdır. Şübhəlilər separatçı Dnestryanı respublikasına aid qeydiyyat nişanlı avtomobillə 1.5 kiloqram uran keçirmək istəyərkən yaxalanıblar. UTX-nin araşdırması nəticəsində məlum olub ki, cinayətkar qruplaşma uranı bomba düzəldərək kütləvi aksiyalarda istifadə etmək üçün ölkəyə keçiriblər.
2014-05-05
16,781
Ordumuzda cinsi azlığın nümayəndəsi varmış
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov hərbi hissədə monitorinq aparıb. "Axar.az"ın APA-ya istinadən məlumatına görə, Elçin Behbudov açıqlamasında deyib ki, Müdafiə Nazirliyinin Salyan rayonunun Xıdırlı kəndi ərazisində olan intizam xarakterli "N" saylı hərbi hissəsində keçirdiyi monitorinq zamanı orada 52 şəxsin saxlandığı məlum olub: "Həmin şəxslər əsasən fərariliyə görə ittiham olunan və hərbi xidmət zamanı əsgər yoldaşları ilə insident törətmiş şəxslərdir. Hərbi hissədə keçirilən monitorinq nəticəsində əsgərlər arasında işgəncə və qeyri-insani rəftarla bağlı müraciət edən olmadı. Eyni zamanda, son illərdə ölüm halının qeydə alınmadığı məlum oldu. Hərbi hissədən bir əsgər cinsi azlığın nümayəndəsi olduğuna görə tərxis edilib". E.Behbudov Müdafiə naziri Zakir Həsənovun göstərişi ilə hərbi hissənin bu yaxınlarda əsaslı təmir olunacağını da bildirib.
2014-05-05
16,783
Bakıda avtoşlara minalanmış ərazidə meydança tikilir - Rəsmi
"Belə bir meydança avtoxuliqanların sayının azalmasına gətirib çıxara bilər". Bunu "Axar.az"ın Güzdəkdə avtoxuliqanlar üçün tikilməli olan meydançanın tikintisinin yubanması məsələsinə aydınlıq gətirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi: "Bir neçə il bundan qabaq bu məsələ ətrafında gəzən söhbətləri mən də eşitmişdim. Açığı, bu qurumun mənim işlədiyim idarə ilə əlaqəsi yoxdur. Bildiyimə görə, Güzdəkdə 6 hektara qədər ərazinin Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) nəzdinə verilməsi və bu ərazidə xüsusi meydançanın yaradılması nəzərdə tutulmuşdu. Burada təkcə avtomobil yarışları deyil, həm də paraşütdən tullanma, atıcılıq və başqa yarışların keçirilməsi mümkün olacaq. Bir polis işçisi kimi istərdim ki, həmin meydança tezliklə yaradılsın. Belə bir meydança avtoxuliqanlıqla məşğul olmaq istəyənlərin sayının azalmasına gətirib çıxara bilər. Bizim peşəkar sürücü gənclərimiz var. İstərdim ki, onlar gedib həmin yerdə öz məharətlərini göstərsinlər. Məhz belə bir qapalı məkanda həmin sürücülər öz avtomobil yarışlarını keçirə bilərlər". Məsələ açıq olaraq qalır KHVTİC 14 iyun 2012-ci il tarixindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə birləşdirilib. Xidmətin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri kapitan Nurəddin Heydərov həmin qurumun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin balansına verildiyini təsdiq etdi: "KHVTİC ləğv edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qatılıb. Qeyd etdiyiniz meydançanın tikintisi ilə bağlı məsələ isə hələ də açıq qalır. Strukturda təkmilləşmə ilə bağlı proseslər getdiyi üçün işlər dayandırılıb". Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin mövcud olduğu vaxt qurumun mətbuat xidməti meydança tikiləcək ərazinin partlamamış hərbi sursatlardan və minalardan təmizlənməsi prosesinin başa çatmadığını və tikintinin bu səbəbdən gecikdiyini bildirmişdi. Heç bir müraciət daxil olmayıb ANAMA-nın İctimaiyyətlə əlaqələr departamentindən "Axar.az"a verilən məlumata görə, onlara həmin ərazinin minalardan təmizlənməsi ilə bağlı heç bir müraciət daxil olmayıb: "Bizə bu barədə məktub daxil olmayıb. Ona görə də heç bir məlumat verə bilmərik". Xatırladaq ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, avtoxuliqanlıqla məşğul olan şəxslər əsasən 18-22 yaşlı gənclərdir. Gənclərin bu tələbatını vazkeçilməz olduğunu qəbul edən rəsmi qurumlar avtoşlar üçün xüsusi meydan tikilməsi ideyasını dəstəkləyiblər. Lakin bu meydan Bakının Güzdək qəsəbəsində yerləşən və Sovet ordusu tərəfindən dağıdılmış Aviasiya Mərkəzinin ərazisində olmalıdır. Ərazidə isə minalar basdırılıb və onlar indiyədən təmizlənməyib.
2014-05-05
16,784
Gülər Əhmədova azadlığa buraxıldı
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kiminəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib.
2014-05-05
16,785
ATV-nin daha bir verilişi bağlandı
"Azad Azərbaycan" Müstəqil Teleradio Şirkətinin (ATV) efirində bir neçə dəyişiklik edilib. ATV-nin efirində yayımlanan "ATV Aktual" proqramı bağlanıb və bu proqramın yerində tanınmış jurnalist Orxan Fikrətoğlunun aparıcısı və müəllifi olduğu "Nə xəbər" verilişi yer alıb. Bundan əlavə, "ATV İqtisadiyyat"ın aparıcısı Alidə Mustafayevanın verilişi isə başqa birisi ilə əvəzlənib. Belə ki, bundan sonra Alidə Mustafayeva "ATV Dünya" proqramını aparacaq. "ATV İqtisadiyyat" proqramına isə aparıcılıq işi Nuranə Əliyevaya həvalə olunub./publika.az/
2014-05-05
16,786
Yunanıstan Türkiyə ilə viza rejimini ləğv edir - Şok
Yunanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Konstantinos Kutras Türkiyə ilə viza rejimin ləğv edildiyini bəyan edib. "Axar.az" xəbər verir ki, Kutrasın sözlərinə görə, Yunanıstan Türkiyənin Avropa Birliyinə daxil olmasını istəyən birinci dövlətdir: "Vizanın aradan qaldırılması işlərini tamamlamaq üzrəyik. Bu kimi maneələrin həll olunması ilə iki ölkə yaxın gələcəkdə təkcə iqtisadiyyat və turizm sahəsində deyil, ümumi əlaqələrin inkişafında da mühüm nailiyyətlər əldə edəcək". Kutras Türkiyə ilə Yunanıstan arasındakı əlaqələrin çox yaxşı səviyyədə olduğunu, Türkiyənin Yunanıstan üçün strateji ortaq olduğunu söyləyib.
2014-05-05
16,787
İsveç Şərqi Ukraynada viza idarəsini bağladı - Foto
İsveç səfirliyinin Şərqi Ukraynada konsulluq və viza işlərini görən "VFS Global" şirkəti Simferopolda öz fəaliyyətini dayandırıb. "Axar.az" xəbər verir ki, bu barədə şirkətin Tvitter hesabında məlumat yayılıb. Məlumata görə, şirkət öz ofisinin bağlanması ilə bağlı qərarın mayın 1-dən etibarən verildiyini açıqlayıb. Bu qərarın verilməsinə Simferopol da daxil olmaqla, digər şərq vilayətlərində baş verən hadisələrin səbəb olduğu bildirilir.
2014-05-05
16,788
"Bu gecə rus qoşunları Ukraynaya yeridiləcək"
Bu gecə rus qoşunlarının Ukraynaya yeridiləcəyi gözlənilir. "Axar.az" xəbər verir ki, belə bir iddia ilə Ukraynanın "Azadlıq" Partiyasının üzvü, Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Yuri Sirotyuk Tvitter səhifəsində yazıb. "Məlumat var ki, saat 19:00-da Rusiya ordusu Antraçit tərəfdən Ukrayna ərazisinə daxil olacaqlar. Həmin ərazidə sərhəd təmizlənib, rus silahlı kazaklar kütləvi şəkildə yerləşdiriliblər", - deyə Sirotyuk yazıb. Bir müddət əvvəl Sirotyuk bildirmişdi ki, Luqansk vilayətinin Antraçitov rayonunun administrasiya rəhbəri şəhərin idarəçiliyini kazaklara verib.
2014-05-05
16,789
İlham Əliyev Əfqanıstan Prezidentinə başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaiyə başsağlığı verib. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Başsağlığında deyilir: "Ölkənizin şimal-şərqində baş vermiş irimiqyaslı təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"
2014-05-05
16,790
Cavad Zərif ölkəsinin Qarabağla bağlı mövqeyini açıqladı
İran və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Məhəmməd Cavad Zərif və Edvard Nalbandyan görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələləri müzakirə ediblər. M.C.Zərif İranla Ermənistan arasında əlaqələrin güclü dostluq, dərin mədəni və ictimai əlaqələr, həmçinin qarşılıqlı hörmət və yaxın qonşuluq kontekstində ortaq maraqlar əsasında formalaşdığını bildirib: "Hər iki ölkənin vacib regional və qlobal məsələlərdə mövqeləri bir-birinə yaxındır və beynəlxalq arenada bir-birilərini qarşılıqlı şəkildə dəstəkləyirlər. İran hökumətinin xarici siyasətində qonşu ölkələrlə əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdəndir. Bu baxımdan İranla Ermənistan arasında əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir". İran rəsmisi deyib ki, siyasət, iqtisadiyyat, mədəniyyət və parlamentlərarası əməkdaşlıq, eləcə də nəqliyyat, enerji və bank sektoru da daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi vacibdir. M.C.Zərif həmçinin Azərbaycanla Ermənistan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, bu problemin sülh yolu ilə həllini dəstəklədiklərini vurğulayıb. E.Nalbandyan isə öz növbəsində Ermənistanla İran arasındakı əlaqələrin tarixinə toxunaraq, ölkəsinin müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduğunu söyləyib: "Müsbət atmosferdə aparılan danışıqlar buna əlverişli şərait yaradır. İki ölkə arasında münasibətlər qarşılıq maraqlar çərçivəsində daha da genişləndirilməlidir". O, iranlı həmkarını Ermənistana rəsmi səfərə də dəvət edərək, İranla "altılıq" ölkələri arasındakı nüvə müzakirələrinin bütün tərəflərin xeyrinə nəticələnəcəyinə ümidvar olduğunu bildirib. Hər iki nazir həmçinin regionda baş verən proseslər, o cümlədən Ukrayna və Suriyadakı vəziyyətlə də bağlı fikir mübadiləsi aparıblar. Qeyd edək ki, E.Nalbandyan səfər çərçivəsində bu gün İran prezident Həsən Ruhani, parlamentin sədri Əli Laricani və bu ölkənin digər rəsmiləri ilə görüşəcək. O, həmçinin Ermənistan prezidenti Serj Sərkisyanın məktubunu iranlı həmkarına çatdıracaq. Səfər İran xarici işlər nazirinin rəsmi dəvəti əsasında baş tutub.
2014-05-05
16,791
Egeydə gəmi batdı: 22 ölü
Egey dənizinin Samos adası yaxınlığında 60-dan çox immiqrantı daşıyan gəminin aşması nəticəsində 22 nəfər ölüb, 36-ı xilas edilib. "Axar.az" xəbər verir ki, Samosun 4,5 mil şimalında küləyin təsiriylə yarıya qədər batmış gəmidən digər immiqrantların axtarışı davam etdirilir. Qəza yerinə gedən yunan sahil təhlükəsizlik gəmiləri və bir yunan döyüş gəmisi qaçaq immiqrantlardan 36-nı xilas edib. Qeyd edək ki, 4 cəsəd dənizdən, 18-i isə sahilə gətirilən gəmidən tapılıb.
2014-05-05
16,792
Gülər Əhmədovanın müdiri danışdı
Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müdiri, deputat Bəxtiyar Əliyev sabiq deputat Gülər Əhmədovanın azadlığa buraxılmasından danışıb. Bəxtiyar Əliyev açıqlamasında məhkəmənin qərarına hörmət etdiyini söyləyib: "Buraxılıb, görünür, məhkəmə belə hesab edib. Biz həmişə məhkəmənin qərarına hörmətlə yanaşmalıyıq". G.Əhmədovanın yenidən B.Əliyevin rəhbərlik etdiyi kafedrada müəllim işləyib-işləməyəcəyinə gəlincə, millət vəkili deyib: "Bu məsələni Gülər Əhmədova və universitet həll edəcək. Bizim səlahiyyətimizdə olan məsələ deyil". /Teleqraf.com/
2014-05-05
16,793
İlqar Mikayıloğlu bacısının azadlığından danışdı
ANS telekanalının aparıcısı İlqar Mikayıloğlu bacısı, sabiq millət vəkili Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirib. İlqar Mikayıloğlu bu günkü məhkəmə prosesində iştirak etdiyini deyib: "Hadisələr gözümün önündə baş verdi. Bacım şərti olaraq 70-ci maddə ilə azadlığa buraxılıb. Hazırda hisslərimi tam ifadə edə bilmirəm. Bu elə bir haldır ki, nə sevinə, nə də kədərlənə bilirsən". Xatırladaq ki, bu gün Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi sabiq millət vəkilinin üç il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarmışdı. /Axsam.az/
2014-05-05
16,794
İrandan inanılmaz iddia: "Türkiyə savaşa hazırlaşır"
Türkiyə, ABŞ, Fransa və Qatar iş birliyi apararaq Suriyaya qarşı yeni bir hücuma hazırlaşır. "Axar.az" xəbər verir ki, bu iddia ilə Fars xəbər agentliyi çıxış edib. Qərb və Körfəz Əməkdaşlıq Şurası ölkələri Suriya hökumətini seçkilərdə uğursuzluğa düçar etmək üçün qarşılarına məqsəd qoyub. Fars xəbər agentliyinin verdiyi məlumatda bildirilir ki, Suriyaya yaxın kəşfiyyat mənbələri amerikalı və fransız səlahiyyətli nümayəndələrin Suriyaya qarşı yeni bir hücumun koordinasiyası üçün Ankara və Dohaya səfərlər edir. Xəbərdə həmçinin qeyd edilir ki, qərb qüvvələri və Körfəz Əməkdaşlıq Şurası ölkələri Suriyada narahatçılıq yaratmaq üçün terrorçuları sərhəd bölgələrini bombalamağa təşviq edir və bununla da prezident seçkilərini Suriya hökumətinin qazanmasının qarşısının alınmasına çalışır.
2014-05-05
16,795
Zakir Həsənov müharibə iştirakçıları ilə görüşdü - Foto
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 9 May - faşizm üzərində Qələbənin 69-cu ildönümü ərəfəsində 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, müdafiə naziri görüş iştirakçılarını salamlayaraq, qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənimizin qələbə naminə canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, o cümlədən veteranların döyüşlərdə və arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini diqqətə çatdırb. General-polkovnik Z.Həsənov veteranlarımızın bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməməsini yüksək qiymətləndirib. Ümummilli lider Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhramanlığına verilən qiymətin göstəricisidir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncamı xüsusi vurğulanıb. Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev və digər qonaqlar dəyirmi masa arxasında ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətinə, Prezidentinə, Ali Baş Komandanına həmişə sadiq olan bütün müharibələrin veteranlarının müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən bəhs edib, Böyük Vətən müharibəsində tarixi qələbənin 69-cu ildönümü ilə əlaqədar Azərbaycanda keçiriləcək tədbirlər barədə söhbət aparıblar. Sonda Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupuna pul mükafatının verilməsi haqqında müdafiə nazirinin əmri elan edilib və görüş iştirakçıları xatirə şəkili çəkdiriblər.
2014-05-05
16,796
Aktyordan Obamaya ağır söz onu güldürdü
ABŞ prezidenti Barak Obama ənənəvi Ağ Ev müxbirlərinin axşam məclisində iştirak edib. "Axar.az" xəbər verir ki, məclisdə maraqlı anlar yaşanıb. Obama zarafatları ilə gecəyə damğa vurarkən özünə ünvanlanan tənqidlərə də gülərək cavab verib. Belə ki, Obama "Qonaqlara bu günki zarafatları bəyəndinizmi?" sualını ünvanlayarkən, ABŞ aktyorlarından biri Obamaya "Mənim ən bəyəndiyim zarafatınız Quantanamo həbsxanasını bağlatdıracağınızla bağlı verdiyiniz vəd idi. Həqiqətən bu gülməli idi", - deyib. Amerikalı akytor Obamanın üzünə baxaraq çox gülməlisiniz deyib. Obama isə öz növbəsində gülərək cavab verib. Xatırladaq ki, Barak Obama prezidentliyə namizəd olduğu vaxt Quantanamo həbsxanasını bağlatdıracağını söz vermişdi, ancaq bu sözünə xilaf çıxıb.
2014-05-05
16,797
Prezident yeraltı keçidin açılışında iştirak etdi
Mayın 5-də Azərbaycan prezidenti İlham Əliyev Bakının Heydər Əliyev prospektində - "Şəfa" stadionunun qarşısında avtomobillər və piyadalar üçün yeni tikilmiş yeraltı keçidin açılışında iştirak edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, prezident İlham Əliyev əvvəlcə "Şəfa" stadionu qarşısında piyadalar və avtomobillər üçün yeraltı keçidin mövcud vəziyyətini əks etdirən sxemə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov yeni qurğunun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib. Sonra Prezident İlham Əliyev piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsib. Piyada keçidi ilə yaxından tanış olan dövlət başçısına məlumat verildi ki, ümumi uzunluğu 214 metr, eni 16,5 metr, hündürlüyü 3 metr olan qurğu Heydər Əliyev prospektinin bu hissəsində piyadalar üçün indiyədək mövcud olmuş keçid probleminin tamamilə həllinə hesablanıb. Bu keçid təhlükəsiz hərəkəti təmin etməklə yanaşı, daxili dizaynı və dövrün tələblərinə cavab verən infrastrukturu ilə də diqqəti cəlb edir. Müasir işıqlandırma sistemi, açıq havada qurulmuş eskalator piyadaların rahatlığını təmin etməyə yönəlib. Sonra Prezident İlham Əliyev "Şəfa" stadionunun qarşısındakı yeni avtomobil keçidinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısına qurğunun texniki göstəriciləri barədə məlumat verilib. Qeyd edilib ki, keçidin ümumi uzunluğu 224 metr, eni 16,5 metr, hündürlüyü isə 5,5 metrdir. Bu göstəricilər nəqliyyatın intensiv hərəkətinə əlavə imkanlar yaradacaqdır. İcra olunmuş layihəyə əsasən keçidin açıq hissəsinin uzunluğu 441 metrdir. Layihənin icrası zamanı 1480 metr uzunluğunda yeni yan yollar salınıb. Yeni qurğu ilə tanışlıqdan sonra prezident İlham Əliyevə Heydər Əliyev prospektində tikilmiş mövcud yeraltı avtomobil tunelindən keçərək Babək və Ziya Bünyadov prospektlərini birləşdirən avtomobil yolunun sxemi təqdim olunub. Dövlət başçısı yol tikinti layihələrinin icrası ilə bağlı tapşırıq və tövsiyələrini verib.
2014-05-05
16,798
Rus prokuror Krım Tatar Məclisinə cinayət işi açdı
Rusiyanın ilhaq etdiyi Krımda prokurorluq Rifat Çubarovun başçılığı ilə Krım Tatar Milli Məclisi haqqında istintaqa başlayıb. "Axar.az" xəbər verir ki, Rusiyanın Krıma təyin etdiyi prokuror Natalya Poklonskaya Krım tatarlarını 3 mayda Kırımoğlunun qarşılanması zamanı "qeyri-qanuni kütləvi hərəkətlər" etməkdə günahlandırıb. Krım prokuroru Poklonskaya Çubarov Krım tatarlarının sabitləşməyini təmin etməsə, Krım Tatar Milli Məclisinin bağlanacağını bildirib. Qeyd edək ki, Krım tatarlarının lideri və Ukrayna millət vəkili Mustafa Əbdülcəmil Krımoğlu Ukraynadan Krıma keçmək istəyərkən Rusiya qüvvələri buna imkan verməmişdi. Nəticədə ciddi reaksiya verən tatarlar sərhəddə etiraza qalxmışdılar. Xatırladaq ki, bu barədə Çubarov özü sosial şəbəkədə məlumat vermişdi.
2014-05-05
16,799
Ermənistan da Rusiyaya birləşmək üçün ayağa qalxdı
İrəvanda keçirilən 1 may mitinqi əslində Rusiyaya birləşmək mitinqi olub. Yüzlərlə insan küçəyə çıxaraq "Biz Putinin tərəfdarıyıq" plakatları qaldırıblar. Onların səsləndirdiyi şüarlarda vurğulanıb ki, Ermənistanın müstəqilliyi heç kimə lazım deyil və Ermənistan Rusiyanın bir hissəsi olmalıdır. Mitinqdə jurnalistlər də olub, lakin onlar utandıqlarından öz işlədikləri media qurumlarında bu barədə məlumat yerləşdirməyiblər. "Özləri, öz ölkələri, tamaşaçıları və oxucuları qarşısında utanıblar… İndi Rusiya ilə Ermənistanın münasibətlərində maraqlı vəziyyət formalaşıb. Hakimiyyətin oyuncaq olmasına baxmayaraq, müxalifətdə də, əsas KİV-lərdə də Rusiyanın ünvanına tənqid yoxdur. Amma hər bir adamın - siyasətçinin, jurnalistin qəlbində adi insani utanc, sırtıqlığa və satqınlığa küt bir etiraz böyüyür. Ermənistanda rəsmi opponentləri olmayan Rusiya bütöv bir xalqı ələ keçirib ki, bu, bəzən nifrətə çevrilən küt narazılığa səbəb olub", - deyə erməni şərhçi Naira Ayrumyan bu gün yazdığı məqaləsində vurğulayıb. /ANS/
2014-05-05
16,800
İsrailin azadlığı Bakıda qeyd edildi
Bu gün Bakıda İsrailin müstəqilliyinin 66-cı ildönümü münasibətilə tədbir keçirilib. Məlumata görə, tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz qonaqları salamlayaraq ölkəsinin müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlər barədə danışıb: "Biz Azərbaycanı öz yaxın tərəfdaşlarımız arasında görməkdən şadıq. Bizim münasibətlərimiz səmimi dostluq və qarşılıqlı anlaşma əsasında qurulub". Səfir qeyd edib ki, Azərbaycan tolerantlıq nümunəsidir: "Azərbaycanla əməkdaşlığımızı yeni sahələr üzrə genişləndirmək niyyətindəyik". Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tədbirdə çıxış edərək İsrail Dövlətini milli bayramı - Müstəqillik günü ilə əlaqədar Azərbaycan Prezidenti adından təbrik edib. Nazir bildirib ki, Azərbaycan və İsrail dostluq nümunəsidir: "Azərbaycanda tarixən yəhudi icması yaşayıb və yaşayır. Biz Azərbaycanda dini, milli, mədəni müxtəlifliklə, dözümlülüyümüzlə fəxr edirik". O, hər iki ölkə arasında yüksək səviyyəli görüşləri vurğulayıb. Ə.Abbasov qeyd edib ki, Azərbaycan və İsrail arasında 6 sənəd artıq imzalanıb, 8 sənəd isə hazırlanma mərhələsindədir. Nazirin sözlərinə görə, Azərbaycan-İsrail ticarət münasibətlərinin inkişafında İsrail-Azərbaycan Ticarət Palatası böyük rol oynayır: "İsrail Dövlətinə Azərbaycanı beynəlxalq qurumlar çərçivəsində, xüsusən, ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığımızı bildiririk". /Trend/
2014-05-05
16,801
Karateçilərimiz Avropa çempionu oldu - Video
Azərbaycan kaarteçiləri Avropa çempionu olub. Məlumata görə, Azərbaycan milli komandası Finlandiyanın Tampere şəhərində 39-cu Avropa çempionatının qalibi olub. Baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov və onun köməkçisi Rəşad Hüseynovun rəhbərliyi ilə Asiman Qurbanlı, Niyazi Əliyev, Tural Ağalarzadə, Şahin Atamov, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət milli komandamız çempionluq yolunda dörd güclü rəqibinə qalib gəlib. Latviya komandasını 3:0, dünya çempionatının finalında hakimlərin dəstəyi ilə milli komandamıza qalib gəlmiş Serbiyanı 2:1, yarımfinalda isə Hollandiyanı 2:0 hesabı ilə məğlub etmiş idmançılarımız finalda favoritlərdən olan Türkiyəli rəqiblərini məğlub edərək tarixində ilk dəfə komanda kumite yarışlarının Avropa çempionu olublar. Fərdi kumite yarışlarında Şahin Atamov (-84 kq) və Niyazi Əliyev (-67 kq) gümüş medalları, Nuranə Əliyevanın isə (-50 kq) bürünc mükafatı ilə birlikdə ümumi nəticədə Azərbaycan 23 medal qazana bilən ölkə arasında 4-cü pilləyə yüksəlib. Milli komandamız 6 may tarixində vətənə dönəcək. /ANS/
2014-05-05
16,802
Kiyev: "Rusiya işğala hazırlaşır"
Ukrayna Xarici işlər naziri Andrey Deşçitsa ölkənin şərqinə rus xüsusi birliklərinin sızdığını iddia edib. "Axar.az" xəbər verir ki, Deşçitsa Rusiyanın Ukraynanın bəzi bölgələrini işğal etməyi planlaşdırdığını deyib. Deşçitsa Rusiya tərəfdarı milislərin ölkənin şərqində artaraq Ukraynada gərginliyi artırdığını, 10 şəhər və qəsəbələrdə üsyanı yatızdırmağın mümkünsüz olduğunu bildirib. Ukrayna prezidenti Aleksandr Turçinov da Donetsk və Luqanskda vəziyyəti ələ almaqda təhlükəsizlik qüvvələrinin çarəsiz olduğunu vurğulayıb. Rusiya isə bu ittihamları qəti şəkildə rədd edir. Rusiya prezidenti Vladimir Putin ötən gün Minskdə təşkil etdiyi mətbuat konfransında Ukraynada rus hərbi birliklərinin olmadığını bildirib.
2014-05-05
16,803
Ağdamın eks-başçısı nəhəng biznesini satışa çıxartdı - Siyahı
Ağdamın sabiq icra başçısı Nizami Sadıqov əmlakını satışa çıxarıb. "Axar.az"ın mötəbər mənbədən əldə etdiyi xəbərdə deyilir ki, keçmiş başçının Bakıda yeni tikililərin birinci mərtəbəsində, hər biri 300-400 kv m olan obyektlərinin hamısını satmağa başlayıb. Bildirilir ki, keçmiş başçı bu obyektləri yaxın qohumlarına həvalə edibmiş. Lakin vəzifəsindən alınan başçının azart oyunlarda borclanması səbəbindən obyektlərini satışa çıxarmağa məcbur olduğu deyilir. Qeyd edək ki, obyektlər toplam olaraq 10 milyon manat civarında qiymətləndirilir. Xəbərdə həmçinin N.Sadıqovun Quzanlı qəsəbəsinin girişində yerləşən "Yaşıl market", "Kapitalbank"ın yanındakı silsilə obyektləri, Soltanbud meşə zolağı ərazisində bacısı oğlanlarının çalışdırdığı restoranlar, kəhriz quyularının suyunun qarşısında tikilən balıq vətəgələri, Səfərbərlik və Çağırış üzrə Dövlət qurumu yaxınlığında yerləşən yeməkxana, Təcili Tibbi Yardım xəstəxanasına bitişik evi, Topdansatış Tikinti mağazası ilə üzbəüz tikilməkdə olan iki obyekt, Quzanlı-Xındırıstan yolunun üstündə fəaliyyət göstərən maşın yuma sexi və s. də satışa qoyulub. Telefonları qapalı olduğundan, məsələ ilə bağlı sabiq başçının münasibətini öyrənmək mümkün olmadı. Xatırladaq ki, N.Sadıqov ötən ay tutduğu vəzifədən azad edilib.
2014-05-05
16,804
NATO Ukraynaya üzvlük təklif etdi, qərar Kiyevindir
NATO Baş katibinin müavini Aleksandr Verşbou quruma üzvlüklə bağlı qərarın rəsmi Kiyevin tərəfində olduğunu bildirib. "Axar.az"ın Ukrayna mediasına istinadən xəbər verir ki, o, üzvlüklə bağlı Şimali Atlantik Alyansının qərarının hələ də qüvvədə qaldığını bildirib. Vilnüs şəhərində Litvanın NATO-ya üzv qəbul olunmasının 10 illiyinə həsr olunmuş tədbirdə çıxışında Verşbou diqqətə çatdırıb ki, əməkdaçlşıqla bağlı təmsil etdiyi təşkilat rəsmi Kiyevə həmişə aydın siqnallar göndərib. O, əlavə edib ki, digər ölkə - Gürcüstanın da üzvlük məsələsinə rəsmi Tiflis üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyi halda müsbət baxıla bilər: "Rusiyanın etiraz və vetolarına baxmayaraq, biz öncədən müəyyənlədirdiyimiz prinsiplərə sadiqik və Ukrayna da daxil olmaqla qurumun tələblərinə cavab verən ölkələri mütləq üzv qəbul edəcəyik".
2014-05-05
16,805
Gülər Əhmədovanın azadlıqda ilk müsahibəsi - Video
Sabiq deputat Gülər Əhmədova azadlığa buraxıldıqdan sonra bir başa evinə yollanıb. G.Əhmədovanın qardaşı İlqar Mikayıloğlunun da işlədiyi televiziyaya - ANS-ə qısa müsahibəsini təqdim edirik: /Musavat.com/
2014-05-05
16,806
AAK-dan İlham Mirzəyevin elmi işinin saxtalığına reaksiya
"İlham Mirzəyevin elmi işinin saxtalığını sübut edəcək sənəd yoxdursa, heç bir halda araşdırma aparıla bilməz. Ali Attestasiya Komissiyasına onun elmi işinin saxtalığını sübut edəcək heç bir sənəd daxil olmayıb". Bu sözləri "Axar.az"a Ali Attestasiya Komissiyasının katibi dələduzluqda ittiham edilərək həbs olunan aparıcı İlham Mirzəyevin elmi işinin saxta olması ilə bağlı açıqlama verərkən bildirdi. Adının qeyd olunmasını istəməyən katib əlavə etdi ki, elmi dərəcənin saxta olub-olmadığını müəyyən etmək üçün həmin ixtisas üzrə alimlərdən ibarət komissiya təşkil edilməlidir: "Həmin komissiyanın araşdırması nəticəsində elmi işin saxta olub-olmaması müəyyənləşdirilir. Bu, təşkil edilmiş xüsusi komissiyanın gəldiyi nəticəyə əsasən sübut edilə bilər. İxtisaslaşmış alimlər mütəxəssis rəyi vermədən heç kəs hansısa elmi işin saxta olub-olmadığını deyə bilməz. Ümumiyyətlə, bir elmi işin saxtalığını göstərəcək heç bir sənəd yoxdursa, bu haqda əlavə söz demək düzgün deyil. İlham Mirzəyev həbs edildikdən sonra onun elmi işinin saxta olması haqqında yazmağa başladılar. O, azadlıqda olduğu zaman bu barədə xəbər yayılsaydı, bunu haradasa təbii qarşılamaq olardı. Ancaq həbsdə olan insanın elmi işinin saxta olduğunu iddia etmək normal deyil". Ali Attestasiya Komissiyasından bildirdilər ki, İ.Mirzəyevin elmi işinin saxta olması ilə bağlı onlara heç bir sənəd daxil olmayıb: "İlham Mirzəyevin elmi işinin saxta olduğunu biz də mətbuatdan eşitmişik. Bu barədə hələ ki, Ali Attestasiya Komissiyasında heç bir araşdırma aparılmır. Komissiya o vaxt araşdırma apara bilər ki, ortada bu iddiaları sübut edəcək ən az bir fakt və ya sənəd olsun. Elmi dərəcənin saxtalığını sübut edəcək sənəd yoxdursa, heç bir halda araşdırma aparıla bilməz. Ali Attestasiya Komissiyasına da bununla bağlı heç bir sənəd daxil olmayıb". Qeyd edək ki, məşhur aparıcı İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Bildirib ki, İ. Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq tutulub.
2014-05-05
16,807
Gəncənin bir hissəsi elektriksiz qaldı
Gəncədə yüksəkgərginlikli kabellərdə yaranan yanğın nəticəsində şəhərin bir hissəsi elektrik enerjisiz qalıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, şəhərin Kəpəz rayonu, Tağı Aranı küçəsindən keçən 35 min kilovoltluq yeraltı yüksək gərginlikli elektrik kabellinin 60 paqon metr hissəsində yanğın olub. Əraziyə cəlb edilən yanğınsöndürənlər və elektrik şəbəkəsinin əməkdaşları tərəfindən yanğın söndürülüb. Nəticədə Gəncənin bəzi ərazilərinə saat 12-dən 18-ə kimi elektrik enerjisinin verilişi dayandırılıb.
2014-05-05
16,808
Ruslar “Naftalan”ı Bakıya, kapitanı isə türməyə göndərir
Ötən ilin avqust ayında Rusiya sərhədçiləri və FTX (FSB) tərəfindən qaçaqmalçılıqda şübhəli bilinərək saxlanan "Naftalan" gəmisi geri qaytarıla bilər. Bu barədə informasiya "Axar.az"a Xəzər Dəniz Gəmiçiliyi QSC-dən daxil olub. Xəbərdə bildirilir ki, artıq məsələ həll edilmək üzrədir. Gəminin yüklərinin də maşınlara boşaldıldığı qeyd olunur. Ancaq ikili sənədləşmədə təqsirli bilinən və Rusiya qanunları ilə 8 il müddətinə azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulan kapitan Asif Məhərrəmovla bağlı heç bir tədbir görülməyib. Xəzər Dəniz Gəmiçiliyi QSC sədrinin köməkçisi Vüqar Sadıqov bildirdi ki, hazırda məsələ ilə bağlı istintaq bitməyib: "İstintaq prosesi yekunlaşmayıb. İstintaq bitən kimi hər şey aydınlaşacaq. Asif Məhərrəmov azadlıqdan məhrum olunmayıb. Ona qarşı sadəcə ittiham irəli sürülüb. Məhkəmədə hər şey araşdınlaşacaq, baxılacaq, müvafiq sənədlər təqdim olunacaq". Qeyd edək ki, "Naftalan" tankeri saxlanandan sonra faktla bağlı FTX-nin Dağıstan üzrə idarəsi tərəfindən 2013-cü il avqustun 4-də Rusiya Cinayət Məcəlləsinin 226.1-ci (strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı) maddəsi ilə cinayət işi başlanıb. Hazırda "Naftalan" tankeri Mahaçqala dəniz limanına çəkilib. Tankerin kapitanı ilə köməkçisi Mahaçqala istintaq təcridxanasında həbsdə, 15 heyət üzvü isə tankerdə girovluqdadırlar. 10 ay həbsdə olan "Naftalan" gəmisi hər ay 30.000 manat ziyana düşür. Onu da xatırladaq ki, bir müddət öncə Rusiya qaçaqmala görə müsadirə etdiyi gəminin dəyərini istəmişdi. Lakin sabiq rəis Aydın Bəşirov bunu verməkdən imtina etmişdi.
2014-05-05
16,809
Separatçıların Ukrayna helikopterini vurma anı – Video
Bu gün Slavyansk şəhəri ətrafında antiterror əməliyyatlarında iştirak edən Ukrayna silahlı qüvvələrinə məxsus Mİ-24 tipli helikopter saat 15:30 radələrində separatçlar tərəfindən vurulub. "Axar.az"ın Ukrayna mediasına istinadən məlumatına görə, faktı Ukrayna Müdafiə Nazirliyi təsdiqləyib. Havadaykən vurulan helikopter yaxınlıqdakı çaya düşüb. Hərbi maşını idarə edən pilotlar qəzadan sağ çıxıblar. Antiterror əməliyyatı aparan dəstələr təcili şəkildə onları evakuasiya edə biliblər. Xatırladaq ki, ilkin məlumatlarda helikopterin iriçaplı pulemyotdan vurulduğu deyilir.
2014-05-05
16,811
Abdullatipov: “Ukraynada vuruşmağa hazırıq”
Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov antiterror əməliyyatlarına görə rəsmi Kiyevi ciddi tənqid edib. "Axar.az" xəbər verir, bu barədə onun mətbuat katibliyi bəyanat yayıb. Bəyanatda Dağıstan rəhbəri Abdulatipovun Ukrayna hadisələrindən narahat olduğu vurğulanır. Onun sözlərinə görə, hadisələri dinc yollarla nizama salmaq istəyində olmayan iqtidar komandası faktiki olaraq Ukraynanı vətəndaş müharibəsinə sürükləyir: "Ən üzücü an hadisələrin ümümi vətənəmiz uğrunda vuruşduğumuz Böyük Qələbə günü ərəfəsində baş verməsidir. Vaxtı ilə babalarımız çiyin-çiyinə vahid düşmənə qarşı savaşırdı. Hazırda isə Ukrayna Qərbin və ABŞ-ın ikili standartının qurbanına çevrilib. Xalqla ünsiyyət formasında, qarşılıqlı razılıq əsasında danışmaq lazımdır". Bəyanatın sonunda Abdulatipov Kiyev iqtidarını faşıst rejimi adlandırıb və əlavə edib ki, dağıstanlılar həmin ünsürlərə qarşı savaşmağa hər an hazırdılar: "Əksər dağıstanlı faşıstlərdən qisas almağa hazırdır. Dağıstanlılar olaraq biz cəllad iqtidara qarşı xalqın tərəfində savaşmağa hər an əmr gözləyirik". Xatırladaq ki, bu vaxta qədər Şimalı Qafqazın digər respublikaları da Kiyevə qarşı öz etirazlarını bildirmişdilər.
2014-05-05
16,813
Ukraynada müharibə Ahiska türklərini də bürüdü
Hökumət qüvvələrinin nəzarətdə saxladığı Slavyansk şəhəri yaxınlığında yerləşən Semenevka qəsəbəsində yaranan qarşıdurmada ilkin məlumatlara görə, hökumət qüvvələrindən 4, separatçılardan 3 nəfər həyatını itirib. Hər iki tərəfdən 30-dan artıq yaralının olduğu bildirilir. "Axar.az" xəbər verir ki, bir hərbi vertolyotun vurulduğu qarşıdurmada mülki əhalidən də ölənlərin olduğu bildirilir. Onu da qeyd edək ki, Slavyansk şəhərində hökumət qüvvələri bu gün bölgədəki separatçılara qarşı yenidən əməliyyatlara başlayıb. Qarşıdurmada hər iki tərəfin itkilərinin artacağı bildirilir. Nəzərinizə çatdıraq ki, Ahıska türklərinin də yaşadığı Semenevka qəsəbəsində meydana gələn qarşıdurmada şahidlərin dediklərinə görə, hər iki tərəf müxtəlif odlu silahlardan istifadə edib. Şahidlər onu da bildiriblər ki, yerli vətəndaşlardan da ölənlər var. "Ahıska Türkləri Vətən Cəmiyyəti" Donetsk nümayəndəsi Nəbican Basatovun verdiyi məlumata görə Semenevkada 150- yə yaxın Ahıska türkü yaşayır. Onun sözlərinə görə qarşıdurmada Ahıska türklərinin evlərinə ciddi ziyan dəyib, heyvanları tələf olub. Slavyansk Xəstəxanasının Baş həkim köməkçisi Galina Jerebenko bu gün yaranan qarşıdurmada yaralanan 15 adamın Slavyanskdakı xəstəxanaya gətirildiyini bildirib. Bir o qədər adamın da hadisə yerinə yaxın xəstəxanalara yerləşdirildiyini vurğulayıb. Həkim xəstəxanaya gətirilən yaralılardan ikisinin xəstəxanada həyatını itirdiyini, onlardan birinin 24 yaşlı qadın olduğunu deyib. Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyindən verilən məlumata görə, bu gün yaranan qarşıdurmada separatçılar tərəfindən Müdafiə Nazirliyinə məxsus Mİ-24 hərbi vertolyotu vurulub.
2014-05-06
16,815
İllarionov: Putin NATO-dan qorxur
Rusiya Prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi Andrey İllarionov növbəti dəfə Ukrayna hadisələrinə toxunub. "Axar.az" xəbər verir ki, Rusiya dövlət başçısı Ukraynaya qarşı müharibəyə hazırdı. İllarionov qeyd edib ki, bu məqamda Qərb sözdə deyil, əməldə rəsmi Kiyevin yanında olmalıdır: "Rusiya prezidenti müharibəyə hazırdır, ancaq Ukraynaya qarşı. Belə olan təqdirdə Qərb koordinasiyalı davranmalıdır. Vacibdir ki, NATO qüvvələrinin bir qismi Ukrayna ərazisində yerləşdirilsin. Baxın, bu zaman Putin heç barmağını belə qaldıra bilməyəcək". Keçmiş məsləhətçinin qənaətinə görə, Putin heç vaxt NATO ordusuna qarşı atəş açmağı əmr verməz: "Putin ömründə NATO-ya qarşı aşkar konfrantasiyaya getməz. Çünki qurumun qüvvəsini dərk edir. O ki qaldı onun "Yenirusiya" (Novirossiya) adlandırdığı Ukrayna vilayətlərinin ana Rusiyaya birləşdirilməsi bəyanatına – inanın o, bu istəyini vətəndaşlarının qanı və canı bahasına etmək fikrindədir".
2014-05-06
16,816
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, cənub küləyinin sürəti 8-13 m/s, gündüz arabir 16 m/s-dək güclənəcək, axşam şimal-qərb küləyinin sürəti 10-15 m/s təşkil edəcək. Azərbaycanın rayonlarında mayın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, mayın 07-08-də arabir güclənən xəzri küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
2014-05-06
16,817
Dövlət vergiləri artırdı, bazar bağlandı - Foto
İranın yalnış və ayrı-seçkilik siyasəti aparması Güney Azərbaycanda iqtisadi vəziyyəti getdikcə gərginləşdirir. "Axar.az" xəbər verir ki, rejim tərəfindən vergilərin artırılması Marağanın quru meyvə tacirlərinin bazarı bağlamalarına səbəb olub. Məlumata görə, mayın 3-ü (ordibeheştin 13-ü) günü bölgənin quru meyvələr bazarı hesab edilən Marağanın Xaminə sərası tətil elan edib. Səbəb isə dövlət tərəfindən iki il öncə (hicri-şəmsi təqvimi ilə 1391-ci il) üçün yenidən əlavə verginin nəzərdə tutulmasıdır. Marağa tacirləri bir neçə gün öncədən icra hakimiyyəti (fərmandari), və Vergi işləri üzrə idarələrə müraciət etməklə dövlətin vergini artırmasına etirazlarını bildiriblər. Lakin onlar qaneedici cavab ala bilmədiklərinə görə, tətil etməyə başlayıblar. Qeyd edək ki, keçən illərdə də oxşar vəziyyət Təbriz və Marağanın qızıl bazarında baş vermişdi.
2014-05-06
16,818
Küçədə Saakaşvilidən milyardların hesabını sordular – Video
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Kiyev küçələrinin birində başına gələn kurioz hadisə sosial şəbəkədə paylaşılıb. "Axar.az" xəbər verir ki, Maydan hadisələrindən sonra Ukraynaya səfər edən Saakaşvili bir sıra görüşlər keçirib. Tələbələrlə məlum görüşündən sonra o, Kiyevin mərkəzi küçələrində sadə insanlarla da ünsiyyətdə olmağa və bir aqressor ölkə kimi Rusiyanın mahiyyətini çatdırmağa qərar verib. Kurioz hadisə də məhz bu zaman baş verib. Ona yaxınlaşan yaşlı kiyevli sabiq prezidenti top atəşinə tutub. Həmin şəxs sualla belə müraciət edib: "Ey, bandit, de görüm, bu boyda milyardları haradan almısan?" Xatırladaq ki, diqqət çəkən məqam Saakaşvilinin məsələni səbrlə və sakit tərzdə qarşılaması olub. Videonu diqqətinizə çatdırırıq:
2014-05-06
16,819
Putin “MakDonalds”ı sıxışdırmağın yolunu göstərdi
Rusiya prezidenti Putin qəribə bir təkliflə çıxış edib. O, əsasən Amerika restoranlarının Rusiyada sıxışdırılması üçün orijinal bir üsul təklif edib. "Axar.az" "RİA novosti"yə istinadən xəbər verir ki, Putin xüsusən "MakDonalds"ın Rusiya ərazisində sıxışdırılması üçün milli mətbəxin həm ucuz, həm də keyfiyyətli şəkildə restoranlarda təqdim olunması fikri ilə çıxış edib. Putin bu təkliflə çıxış edəndə bir sıra yeməklərin, məsələn, Osetin piroqunun adını çəkib. Qeyd edək ki, Putindən əvvəl bu təkliflə V. Jirinovski çıxış edib.
2014-05-06
16,820
Emin Musəvi Yeni Zellandiyada - Foto
Aparıcı Emin Musəvi bal ayına yollanıb. "Axar.az" xəbər verir ki, tanınmış teleaparıcı Emin Musəvi İnstaqram səhifəsində istirahət məqsədilə getdiyi Yeni Zellandiyada çəkdirdiyi fotoları paylaşıb. Onların arasından Vanaka şəhərində çəkilən şəkilləri sizə təqdim edirik. Qeyd edək ki, Emin Musəvi aprelin 18-də ikinci dəfə ailə qurub.
2014-05-06
16,821
Nərgiz Paşayeva sərginin açılışında - Foto
Bu gün Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam, heykəltəraş, dizayner, şair, fəlsəfəçi və nəzəriyyəçi Çingizin "Gerçək mənalar" adlı fərdi sərgisi açılıb. Açılış mərasimində "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova çıxış edərək Çingizin özünəməxsus yaradıcılıq axtarışlarından, bənzərsiz sənət dünyasından söz açıb. Bildirilib ki, Çingiz öz yolu, üslubu olan sənətkardır. Onun sənət inciləri nəinki Azərbaycanda, hətta dünyanın bir çox yerlərində maraqla qarşılanır. O, yaradıcılığında müasir konseptual incəsənətdə fəlsəfi və nəzəri araşdırmalarına əsas yer verib. Vurğulanıb ki, Çingiz əsərləri ilə 1986-cı ildən etibarən müxtəlif beynəlxalq sərgi, simpozium, biennale, konfrans və digər mədəniyyət tədbirlərində iştirak edir. Onun rəsmləri müxtəlif ölkələrdə nümayiş olunmuşdur və şəxsi kolleksiyalarda saxlanılır. İştirakçılara minnətdarlığını bildirən Çingiz sərginin mahiyyətindən, tamaşaçılara verəcəyi mənəvi zövqdən və öz sənət üslubunun xüsusiyyətlərindən söz açıb. Sərginin hazırlanmasına böyük vaxt sərf etdiyini söyləyən müəllif vurğulayıb ki, mən burada düşündüklərimi sənətin gücü ilə tamaşaçıya çatdırmağa çalışmışam. Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar. Sərgidə müxtəlif tərzdə və materiallarda icra olunmuş iyirmiyə yaxın yeni əsərlər nümayiş olunub. Sərgidə nümayiş olunan "Divarların müəllifi bizim beynimizdir" əsəri daha çox diqqəti cəlb edib. Bu əsərdə rəssam kiçik girişi olan daş divar hörür və divarın arxasında təbii ölçüdə yaradılmış özünün avtoportreti olan mum fiqurunu quraşdırır. Müəllifin fikrincə, həqiqi divardan başqa, eyni zamanda, beyinin məhsulu olan və adət-ənənə, stereotip, ön mühakimələrdən yaranan, ideoloji divarlar da var. Maya 31-dək davam edəcək sərgi maraqla qarşılanıb. /AzərTac/
2014-05-06
16,822
Kapitan şəxsi heyətdən 2 nəfəri öldürüb dənizə atdı - Şok
Tailandın Trat şəhərində bir kapitan gəminin şəxsi heyətindəki iki nəfəri öldürüb və cəsədlərini dənizə atıb. "Axar.az" xəbər verir ki, kapitan bundan əlavə daşıdıqları dizel yanacağını qaçaq olaraq satmaqda ittiham olunur. Gəmi tankeri 300 min litr dizel yanacağı ilə dolu halda Koh Kud adası yaxınlarında polis tərəfindən saxlanılıb. Gəminin Malaziyadan götürdüyü yanacağı Tailandın cənubundakı Sonqkla bölgəsinə apardığı məlum olub. Məlumata görə, basqın edilən gəmidə üç adam tutulub və verdikləri ifadəyə əsasən, onlara rəhbərlik edən kapitan gəminin şəxsi heyətindən iki nəfəri öldürüb və dənizə atandan sonra qaçıb. Polis qaçaq dizel yanacağının satışından əldə edilən təxminən 167 min dolları götürüb qaçan kapitanın Koh Kood adasında gizləndiyini güman eləyir.
2014-05-06
16,823
İnsanların yaşaya biləcəyi 9 planet kəşf olundu - Video
Sonsuz kainatda hələ də kəşf ediləcək çox şey var. "Axar.az" xəbər verir ki, elm adamları kosmosa göndərdikləri böyük teleskoplar sayəsində yeni planetlər tapmağa nail olub. Son illərdə aparılan araşdırmalar nəticəsində daha 9 planet tapılıb. İlkin araşdırmalara görə, insanların bu yeni tapılan planetlərdə yaşamasının mümkünlüyü irəli sürülüb.
2014-05-06
16,825
Futbolçu hakimə qarğış yağdırdı – Video
Futbolçu hakimə etiraz edərək ona dəhşətli qarğışlar yağdırmağa başlayıb. "Axar.az" xəbər verir ki, Türkiyədə Sincan Bələdiyəspor – Dərsimspor arasında keçirilən futbol matçında xoşa gəlməz mənzərə yaranıb. 90 dəqiqəlik əsas oyun vaxtında 2-2 hesabı ilə bitən matça vaxt əlavə olunub. 116-cı dəqiqədə isə hakim Dərsimsporun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və rəqib komanda bundan yararlanaraq 3-2 hesab ilə qələbə qazanıb. Hakimin final fitinin ardınca Dərsimsporlu tərəfdarlar meydana axın edib və klubun bir futbolçusu hakimə etiraz edərək ona dəhşətli qarğışlar yağdırmağa başlayıb. Videonu "Axar.az" oxucularına təqdim edirik.
2014-05-06
16,826
“Odessada milis Timoşenkonun əmrini yerinə yetirib”
Müxalif mövqeli tanınmış rusiyalı telejurnalist Ksenya Sobçak Odessada baş verən hadisələrlə bağlı maraqlı fikir səsləndirib. "Axar.az" xəbər verir ki, o, sosial şəbəkədə faciədə yerli milisin hərəkətsizliyini, onların məsələnin qarşısının alınmasında öz vəzifə borclarını yerinə yetirməməsini Timoşenko amili ilə əlaqələndirib. Onun sözlərinə görə, prezidentliyə namizəd Yuliya Timoşenko maraqlıdlr ki, mümkün qədər daha çox insan qətlə yetirilsin və prezident seçkiləri təxirə salınsın. Odessadakı Həmkarlar İttifaqının binasında baş verənlər buna bir nümunədir. Sobçak bir qədər də irəli gedərək ölkə boyunca milisin defakto Timoşenkoya tabe olduğunu dilə gətirib: "Seçkilərin təxirə salınmasında Timoşenko olduqca maraqlıdı. Çünki bu gün rəy sorğuları göstərir ki, o, Poroşenkoya məğlub olur. Seçkilərin uzanması köhnə dostların - Putin və Timoşenkonun xeyrinə oynayır. Odur ki, ukraynalılar diqqətli olmalıdırlar".
2014-05-06
16,827
Zaqatalada 3 nəfər bıçaqlandı
Üç nəfər Zaqatala rayon sakini naməlum şəraitdə bıçaqlanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, may ayının 5-i, axşam saatlarında rayonun Kebeloba kənd sakinləri, 1996-cı il təvəllüdlü Zəngiyev Süleyman Rauf oğlu, 1988-ci il təvəllüdlü Bölöyev Həbib Rəşid oğlu və rayonun Car kənd sakini Abdullayev Aydın Məhərrəm oğlu bədənlərinin kəsilmiş və deşilmiş bıçaq yarası ilə xəstəxananın qəbul şöbəsinə daxil olublar. Bədənin sağ kürək nahiyyəsindən daxilə nüfuz edən iki kəsilmiş və deşilmiş bıçaq xəsarəti alan Süleyman Zəngiyevin üzərində əməliyyat aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Süleyman Zəngiyevin vəziyyətinin ağır olduğu bildirilir. Həbib Bölöyevin və Aydın Abdullayevin xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Üç nəfərin nəməlum şəraitdə bıçaqlanması faktı ilə bağlı Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, baş vermiş hadisə ilə əlaqədər rayon PŞ-də cinayət işi başlayıb, yuxarıda adıları qeyd olunan şəxslərin harda və hansı şəraitdə, kim və yaxud kimlər tərəfindən bıçaqlanması araşdırılır.
2014-05-06
16,828
Rafətin konsertinə satılan biletlərin qiyməti açıqlandı - Foto
Türkiyəli müğənni Rafət El Romanın iyunun 7-də baş tutacaq konsertinə biletlərin qiyməti bəlli olub. "Axar.az" xəbər verir ki, Rafət El Roman may ayının 7-si Bakıda konsert verəcək. Gecənin təşkilatçısı Nahid Emiloğludur. O, biletlərin fərqli qiymətə olduğunu, qonaqların rahatlığı üçün hər şeyin yüksək səviyyədə hazırlandığını bildirdi: "Konsertdə ayaq üstə izləyənlər üçün biletlər 70 manatdır. Qalan yerlər isə 150-200 manat arası dəyişir. Bura yemək də daxildir". "Ramada Hotel and Resort"da gerçəkləşəcək konsertdə müğənni Günay İbrahimli də səhnəyə çıxacaq. Gecənin aparıcısı Zaur Nəbioğlu olacaq.
2014-05-06
16,829
II Dünya müharibəsindən qalma avtomobillər – Fotolar
"Antikvar avtomobil" şousu klassik avtomobil həvəskarlarını ABŞ-ın Perris şəhərində görüşdürüb. "Axar.az" xəbər verir ki, dünyanın dörd bir yanından xüsusi olaraq gətirilən yüzlərlə avtomobilin sərgiləndiyi şouda II Dünya müharibəsindən qalma və üzərində ağır silahlar olan tanklar böyük diqqət cəlb edib. Şouda lentə alınan ən maraqlı avtomobillərin fotosunu təqdim edirik.
2014-05-06
16,830
Şakira gözəl qalmasının sirrini açıqladı
Kolumbiyalı müğənni Şakira gözəlliyinin sirrini açıb. "Axar.az" xəbər verir ki, davamlı şəkildə idmanla məşğul olub yediklərinə diqqət edən müğənni qadınları idman və rəqslə məşğul olmağa çağırıb. Şakira "Dümdüz qarına sahib olmaq üçün ən başda sağlam həzm sistemi və sağlam qidalanmaya nail olmaq lazımdır. Bunun üçün yediklərimizin siyahısına mütləq qatıq, qoz, badam, yulaf kəpəyi, buğdalı qidalar, zəncəfil kimi bitkilər daxil etməliyik", - söyləyib. Qatıqdan daha çox istifadə etməyi məsləhət görən Şakira: "15 gün ərzində nizamlı qaydada qatıqdan istifadə edərək qəbizliyin, köpün, həzm problemlərinin qarşısını ala bilərsiniz", - söyləyib.
2014-05-06
16,831
Hər ofisdə qarşılaşacağınız 10 qadın tipi
Demək olar ki, hər ofisdə rast gələ biləcəyimiz 10 qadın tipi vardır ki, onu əsasən aşağıdakı kimi sıralaya bilərik. 1. Hamıdan çox özünün işlədiyini iddia edənlər Sanki, hər zaman hamıdan çox çalışan odur, əksini söylədiyiniz andan etibarən isə gördüyü bütün işləri saymağa başlayacaq. 2. Dedi-qoduçular. Dedi-qodu edilməyən iş yeri yoxdur. Hətta 3 nəfər işçisi olan müəssisədə də dedi-qodu olur. Ona görə də bu cür qadınlar nəinki özlərini gizlətməyə ehtiyac duymur, hətta adamların gözünün içinə baxa-baxa bunu edirlər. 3. Tez-tez telefonla danışanlar Bu qadınların əlindən telefon yerə düşmür. Yalnız müdiri gördükdə özlərini ələ alırlar. 4. Yaşadığı hər şeyi iş yoldaşlarına danışanlar Bu cür qadınlar digər işçilər üçün çox dəhşətlidir və bütün günü susmadan hər şeyi danışmağı sevirlər. 5. Xəbərçilər Demək olar ki, hər mühitdə bu cür qadınlar var və onların aşkarlanması çox çətin olur. O cür insanlar aşkarlandıqda isə işçilər onlardan qaçır və söhbət etməməyə çalışırlar. 6. Aradüzəldənlər Əsasən orta yaşlı olan bu tip qadınlar yaraşdırdığı insanları bir-biriylə tanış etməyə çalışırlar. 7. Aldığı məvacibi bəyənməyənlər Bu qadınlar daima işdən çıxmaq istəyirlər və aldıqları maaşdan şikayət edirlər. 8. Daima nəsə yeyənlər Bu tip qadınlar həmişə ac olduqlarını və tezlikə pəhrizə başlayacaqlarını deyirlər. 9. Daim çalışan, bir dəqiqə boş dayanmağa səbr etməyən tiplər. Hər iş yerində mütləq belə işçi var. 10. Daima bər-bəzəkli olanlar Bu tip qadınlar isə bir qayda olaraq işə makiyajsız gəlmir və aldıqları maaşın böyük bir hissəsini paltar və aksessuara xərcləyirlər.
2014-05-06
16,832
“Durnalar uçur”un Belkası öldü
Rusiyanın Xalq artisti Tatyana Samaylova 81 yaşında vəfat edib. "Axar.az" xəbər verir ki, aktrisa bir gün əvvəl doğum gününü qeyd edib və may ayının 5-də dünyasını dəyişib. Xatırladaq ki, Tatyana Samaylovanı hamımızın sevdiyi və müharibədən bəhs edən filmlər içində ən təsirlisi sayılan, hətta Sovet dönəmində xaricdə belə populyarlaşan "Durnalar uçur" filmində Belka rolundan tanımışdıq.
2014-05-06
16,833
Qurd: “Kef elə, Hüseyn Dərya…” - Video
Reper Qurd mərhum reper Hüseyn Dəryanın xatirəsinə "Kef elə"mahnısını yeni sintezdə oxuyub. "Axar.az" xəbər verir ki, reper Qurd Hüseyn Dəryanın "Kef elə" repini sintez edib, mahnıya yeni nəfəs verib. Bu haqda Qurd şəxsi Feysbuk səhifəsində yazaraq mahnını paylaşıb. Həmin mahnını təqdim edirik:
2014-05-06
16,834
Məşhur müğəni dünyaya it gətirib?..
Məşhur müğənni Ledi Qaqa pərəstişkarlarını təəccübləndirməkdə davam edir. "Axar.az" xəbər verir ki, məşhur ulduz ana olduğunu söyləyib. Ledi Qaqa İnstaqram səhifəsində yeni itinin şəklini paylaşaraq ana olduğunu yazıb: "Onun adı Asiyadır. Mən onu sevirəm və anasıyam". Qeyd edək ki, ulduzun uşağı yoxdur və o, heyvanlara olan sevgisi ilə seçilir.
2014-05-06
16,835
“Range Rover”dən yeni model – “Lumma CLR R”
"SR Auto Group" Kanada tüninq-atelyesi Vankuverdə CLR-R paketi ilə təchiz olunan ilk narahat yol avtomobili "Range Rover Vogue"u təqdim edib. "Axar.az" xəbər verir ki, avtomobilə yeni aerodinamik asma və böyük ölçülü təkər diskləri əlavə olunub. Bir sözlə, avtomobilin eksteryeri yenilənib. Bu yenilik onu "Land Rover" markasının seriya modelləri sırasında daha da cəlbedici edib. Aşağı hissədəki splitteri və çox sayda LED-işıq texnikası olan qabaq bamper, ventilyasiya olunan karbon kapot, qanadlarda genişləndirilmiş təkər və ikili rombşəkilli ucluqları olan arxa bamper, həmçinin arxadakı spoyler möhtəşəm narahat yol avtomoblinə birbaşa idman üslubu verib.
2014-05-06
16,836
Sirkdə dəhşətli anlar yaşandı: 9 yaralı - Video
"Axar.az" xəbər verir ki, ABŞ-da bir sirkdə dəhşətli anlar yaşanıb. 9 qadın akrobatın üzərində durub proqramdaxili hərəkətlər etdiyi plotforma qəfildən çöküb. Bədbəxt hadisə nəticəsində qadın akrobatların doqquzunun da yaralanıb xəsarət aldığı bildirilir. Videonu təqdim edirik.
2014-05-06
16,837
“Onun əri yoxdur, taksi şoferi ilə yaşayır”
"Heç kimi aldatmaq lazım deyil". Bu sözləri "Axar.az"a gənc müğənni Orxan Dəniz meyxanaçı Samirə Yusifqızının ailəsi haqqında danışdıqlarına münasibət bildirərkən dedi. "Samirə taksi şoferini aparıb salıb evinə, adını da qoyub ki, ərimdir. Hansı ərdən danışır?! Onun əri yoxdur, taksi şoferi ilə yaşayır, özü də özündən neçə yaş balaca. Əgər mənə inanmırsınızsa, bu sözlərimi bütün musiqiçilər təsdiq edə bilər. Bu faktdır və hamı bunu bilir. Heç kimi aldatmaq lazım deyil". Xatırladaq ki, meyxanaçı Samirə Yusifqızı "Axar.az"ın "Toyxana" layihəsində ailəsi haqda danışmışdı.
2014-05-06
16,838
“Samsunq” “Əpl”dən oğurluq edib – Məhkəmə
"Əpl" şirkəti "Samsunq"un özünə aid patentləri oğurladığına görə qaldırdığı məhkəmə iddiasında qələbə qazanıb. "Axar.az" xəbər verir ki, hakim San Jose "Samsunq"un "Əpl" şirkətinə 119.6 milyon dollar təzminat ödəməsi qərarını verib. Təzminat ödənilməsinə səbəb isə "Samsunq"un məhsullarında olan "sürətli əlaqələr" və "kilidi açmaq" funksiyalarının məhz "Əpl"dən oğurlanması göstərilir. Ancaq məhkəmə qərarına əsasən təkcə "Samsunq" yox, eləcə də "Əpl" şirkəti özü də cəzalandırılıb. Qərara əsasən 2 "Əpl" modeli "Samsunq" funksiyalarını oğurlayıb. Buna görə şirkət 158.400 dollar cərimə olunub.
2014-05-06
16,839
Xaçmazda mebel sexi yandı
Xaçmaz rayonu, Yergüc kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan talvar tipli mebel sexində yanğın olub. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, sexin dam örtüyünün yanar konstruksiyası 20 kv.m sahədə, sexin içərsində 20 kv.m sahədə taxta qırıntıları və mebel sexinə bitişik ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyası 3 kv.m sahədə yanıb. Evin və mebel sexinin qalan hisssəsi yanğından mühafizə olunub. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-05-06
16,840
Maraqla gözlənən filmin fraqmentləri yayıldı – Video
Tanınmış türk rejissor Nuri Bilgə Ceylanın Kann Film Festivalında "Qızıl Palma" mükafatı üçün yarışacaq sonuncu filmi "Qış yuxusu"nun fraqmentləri yayımlanıb. "Axar.az" xəbər verir ki, məşhur türkiyəli aktyorlar Haluk Bilginer, Melisə Sözən və Demət Ağbağın baş rollarını oynadığı film Türkiyənin Kapadokya əyalətində inzivaya çəkilən təqaüdçü bir aktyorun həyatından bəhs edir. Kinomanlarım maraqla gözlədiyi filmin fraqmentlərini təqdim edirik:
2014-05-06
16,841
Deputatı 25 kisə quma dəyişdilər
Kramatorsk şəhər şurasının deputatı, tramvay-trolleybus idarəsinin rəhbəri Serqey Şaçko separatçılar tərəfindən girov götürülərək 1 sutkadan çox onların əlində qalıb. "Axar.az" xəbər verir ki, Şaçko separatçılarla aparılan danışıqlardan sonra azad edilib. Mayın 4-də silahlı şəxslər idarəyə gələrək Şaçkodan onlara yük maşını verməsini tələb ediblər. Yük maşınını yerində tapa bilməyəndən sonra silahlılar sədri də özləri ilə apararaq onu azad etmək üçün qum kisələri tələb ediblər. Şaçkonun işçiləri tələbi yerinə yetiriblər və 25 kisə qumla öz rəhbərlərini dəyişiblər.
2014-05-06
16,842
Dünyanın ən bahalı evi satışa çıxarılır
Dəyəri 147 milyon dollar olan ev ABŞ-ın Şərqi Hampton əyalətində yerləşir. "Axar.az" Forbes-ə istinadən xəbər verir ki, 2 həftə yarımdan sonra dünyanın ən bahalı evi satışa çıxarılacaq. Konnektikut ştatından yerləşən əmlak ticarəti ilə məşğul olan ofis sonuncu dəfə qeydə alınan 120 milyon dollarlıq rekordu təzələmək istəyir. Risklərin İdarə edilməsi Fondunun nümayəndəsi Barri Rosensteynin verdiyi məlumata görə bu rəqəm 2012-ci ildən sonra qeydə alınan ən yüksək rəqəmdir.
2014-05-06
16,843
Putin erotik əsərləri qadağan etdi
Mediada, incəsənətdə, televiziya verilişlərində və filmlərdə erotik kadrlar yayımlayan şəxs cərimə ediləcək. "Axar.az" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin yeni qərar imzalayıb. Bundan sonra kim erotik məzmunlu kadrlara baxsa və ya yayımlasa cərimə ediləcək. Cərimələr fərdi şəxslər üçün 2500 rubl (50 manat), təşkilatlar üçün isə 50 min rubla (1000 manat) bərabərdi. Qərar iyulun 1-dən qüvvəyə minir. Statistikaya əsasən Rusiyadakı idarələrin 3-də ikisində müraciət zamanı söyüş söyürlər. Xatırladaq ki, layihənin müəlliflərindən biri məşhur rejissor Stanislav Kovoruxindir.
2014-05-06
16,844
Prezidentin mühafizəçisini güllələdilər
Karakasda Venesuela prezidenti Nikolas Maduronun mühafizəçisini öldürüblər. "Axar.az" xəbər verir ki, leytenant Marko Kortes mayın 4-də paytaxtın rayonlarının birində güllələnib. Şahidlərin sözlərinə görə, hadisə Kortesin öz avtomobilində getdiyi vaxt baş verib. Silahlılar onu elə maşınında güllələyiblər. "El Universal" qəzeti leytenantı onun maşınını əlindən almaq istəyən cinayətkarların öldürdüyünü yazıb. Kortes 6 il idi ki Venesuela prezidentinin şəxsi mühafizəçisi işləyirdi. O Madurodan qabaq mərhum Uqo Çavesi də qoruyurdu.