date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-05-03
16,532
“Hababım sınıfı”nın Mahmud hocası ölməyib
Tanınmış aktyorun sağ olması haqda onun qızı yazıb. "Axar.az" xəbər verir ki, əfsanəvi "Yeşilçam" aktyorlarından olan "Kəl Mahmud" ləqəbli Münir Özqul sağdır. Bu barədə onun qızı Güner Özqul öz Tvitter profilində yazıb: "Münir Özqullar ölməz, bundan əlavə, atam hələ də yaşayır". 88 yaşlı aktyor Azərbaycanda "Hababam sınıfı" filmində canlandırdığı Mahmud hoca obrazı ilə məşhurdur. O, demans xəstəliyi ilə (məntiqin itməsi) yaşayır və 2003-cü ildən bu günə kimi evindən bayıra çıxmır. Aktyor xəstəliyi ilə əlaqədar hələ də Kamal Sunalın, Adilə Naşitin və bir çox dünyasını dəyişmiş sənət yoldaşlarının sağ olduğunu zənn edir və gerçəklə yalanı qarışdırır. Bu gün Azərbaycan mətbuatında aktyorun ölüm xəbəri yayılsa da o, hələ də həyatla mübarizə aparır.
2014-05-03
16,533
Əmrah ölkəni tərk edir - Foto
Keçən il müğənni Sibel Kirerlə gizlicə evlənən türk sənətçisi Əmrah ölkəni tərk etmək qərarına gəlib. "Axar.az" xəbər verir ki, oğlu ilə miras davasına görə stresli günlər yaşayan Əmrah artıq Los-Ancelesdə ev axtarmağa başlayıb. Müğənni yayda həmişəlik ora köçəcək.
2014-05-03
16,534
İntihar edən qadın dəmirə ilişdi - Video
Çində intihar etmək üçün pəncərədən sallanan qadın dəmirlərin üstünə düşüb. "Axar.az" xəbər verir ki, son günlərdə intihar hadisələrinin rekord qırdığı Çində bir hadisə daha yaşandı. İntihar üçün pəncərədən sallanan qadın dəmirlərin üstünə düşüb. Xilasedicilər dəmir qırıldığı anda qadını tutmağı bacarıblar. Həmin videonu təqdim edirik.
2014-05-03
16,535
Rus diversantlarına geri çəkilmək əmri verildi
Rusiya Baş Kəşfiyyat İdarəsinin diversantları Ukraynanın cənub-şərqindən geri çəkilmək əmri alıblar. "Axar.az" xəbər verir ki, bu barədə hərbi ekspert Dmitri Tımçuk özünün Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, diversantlara ölkə sərhədini keçərkən silahlı toqquşmalardan yayınmaq əmri verilib. "Rusiyameyilli terrorçulara Donbassda Ukrayna ordusuna qarşı təkbaşına və Rusiya xüsusi təyinatlılarının yardımı olmadan müqavimət göstərmək tapşırılıb", - deyə Tımçuk yazıb.
2014-05-03
16,536
Uşaqların böyüklərlə dəhşətli zarafatı – Video
Cənubi Koreyada məktəblilərin mobil telefonla çəkdiyi kadrlarda Titanikə oxşar qəzanın baş verdiyi görünür. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, məktəblilər bu kadrları 1997-ci ildə ekranlara çıxmış "Titanic" filmindən ruhlanaraq çəkiblər. Uşaqlardan biri digərinə qoruyucu jaketi niyə yerə qoyduğunu soruşur və onu axmaq adlandırır. Digəri isə sanki həqiqətən ölürmüş kimi, "Deyəsən mən həqiqətən ölürəm..." deyir. Bütün bu olayların qəhrəmanları isə 17 yaşlı Park Su-Hyeon və 16 yaşlı Sevoldur. Xatırladaq ki, aprelin 16-da Cənubi Koreyada göyərtəsində 476 sərnişin olan gəmi qəzaya uğramışdı. Onlardan yalnız 174 xilas edilib.
2014-05-03
16,537
Yaponiyada zəlzələ: sunami təhlükəsi elan olundu
Yaponiyanın Honsyu adasının mərkəzi hissəsində 4,3 bal gücündə zəlzələ baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, yeraltı təkanın episentri Qifu prefekturası ərazisində yerləşib. Zəlzələnin dərinliyi az olduğundan hiss olunma dərəcəsi çox olub. Yeraltı təkanlar qonşu Naqano və Toyama prefekturalarında hiss olunub. Yaponiyanın milli meteoroloji idarəsi dərhal sunami təhlükəsi elan edib, lakin bir neçə dəqiqədən sonra geri çağırıb. Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
2014-05-03
16,538
Türkiyə Rusiyanın qorxusundan Elçibəyə yardım etmədi - Şok
"Türkiyə hər zaman türk ölkələrinə qarşı çəkingən və ürkək siyasət yeridib". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Kəlbəcərin işğalı zamanı Türkiyənin məhz Rusiyaya görə Azərbaycana yardım etmədiyini bildirib: "Kəlbəcərin işğalı vədəsində doğrudan da ekstremal vəziyyət yaranmışdı. Əsas məsələ ondan ibarət idi ki, ordumuz pərakəndə halda geriyə çəkilirdi. Bu, ermənilərin sayəsində baş vermirdi. Sadəcə olaraq, rus komandosları Kəlbəcərin işğalı əməliyyatında yaxından iştirak edirdilər. Ona görə də orada həm ordunun təşkil olunmasında, həm də əhalinin daşınmasında problemlər yaranırdı. Həqiqətən o zaman prezident Əbülfəz Elçibəy Süleyman Dəmirələ müraciət edərək ondan iki vertolyot istəmişdi ki, mülki əhalini işğala məruz qalmış bölgələrdən çıxarsın. Süleyman Dəmirəl isə əvəzində demişdi ki, biz sizə bir patron belə versək, bu, Rusiyanın qəzəbinə səbəb olar və münasibətləri kökündən zədələyər. Açıq-aşkar demişdi ki, biz Rusiyadan çəkinirik. Bu da o zaman böyük Türkiyəpərəst olan Elçibəyi məyus etmişdi". Politoloq Heydər Əliyev zamanında belə, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək inkişaf etmədiyini söyləyib: "Heydər Əliyev zamanında münasibətlər yaxşılaşdı. Amma bu, iki fərd arasında münasibətlərin yaxşılaşması idi. Dövlətlərarası əlaqələrdə inkişaf o qədər də irəli getmədi. Yəni iki şəxs arasındakı münasibətlər əla idi. Onun bizim ölkələr arasındakı əlaqələrə sirayət etməsi alınmadı. Münasibətlər inkişaf edirdi, amma hərbi sazişin imzalanması səviyyəsinə gəlib çatmadı". Q.Hüseynli Türkiyənin hər zaman ürkək siyasət yeritdiyini deyib: "Türkiyədəki NATO dairələri Azərbaycanla münasibətlərin inkişafına mane olurdu. Çünki Türkiyə ilə hərbi müqavilənin imzalanması üçün NATO-nun bütün dövlətlərinin icazəsi olmalı idi. İkincisi isə Türkiyənin risk etməmək istəyi ilə bağlı idi. Türkiyə həmişə xarici siyasətində ürkək olub. O, Atatürkün "yurdda sülh, cahanda sülh" prinsipi ilə hərəkət etməyə çalışıb. Buna görə də Türkiyənin xarici siyasəti heç zaman hücumçu olmayıb. Elə türk ölkələrinə qarşı da çəkingən və ürkək siyasət yerinə yetiriblər". Politoloq məhz Qərbin yarıtmaz siyasəti nəticəsində Rusiyanın yenidən gücləndiyini qeyd edib: "Sözdə hər şey yaxşı idi. Qərb Azərbaycana canıyananlıq göstərirdi, haqlı olduğunu deyirdi. Amma əmələ gəldikdə konkret fəaliyyət yox idi. Bəli, 90-cı illərdə Amerika ciddi səhvə yol verdi. Guya nüvə silahının olduğunu bəhanə gətirərək, Rusiyanın parçalanmasının qarşısını alan hərəkətlər etdi. Çeçen müqavimət hərəkatının yatırılmasında ABŞ böyük rol oynadı. Dudayevin öldürülməsinin bəlkə də birinci baiskarı onlar idi. Tatarıstan xeyli dərəcədə müstəqillik əldə etmişdi. Başqırdıstan isə onun yoluyla gedirdi. Belə olan zamanda isə ABŞ Rusiyanın parçalanmasından çox onun qorunmasına müəyyən dəstək verdi. Sonralar da bundan istifadə etdilər".
2014-05-03
16,539
Azərbaycanda Feysbuk istifadəçilərinin sayı açıqlandı
2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanda Feysbuk istifadəçilərinin sayı 5,48 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə Feysbuk istifadəçilərinin sayı 3,15 faiz artıb. Feysbuk Azərbaycanda ən populyar sosial şəbəkədir. Onun sosial media bazarında payı 68,63 faizdir. Hesabat dövründə Tvitter sosial şəbəkəsinin istifadəçilərinin sayında azalma qeydə alınıb. Bu dövrdə Twitterin payı 22,74 faiz azalaraq 8,97 faiz təşkil edib. Bu da 2013-cü ilin analoji dövr göstəricisindən 23,92 faiz azdır. Yanvar-apreldə Yutub istifadəçilərinin sayı 30,54 faiz artıb. Yutubun Azərbaycanda bazar payı 8,59 faiz təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə Yutubun auditoriyası 33,93 faiz azalıb. 4,15 faiz paya sahib Tumbir siyahının dördüncüsüdür. Odnoklassniki sosial şəbəkəsinin istifadəçilərinin sayı 38,91 faiz azalıb. Bu sosial şəbəkənin bazar payı 3,47 faizdir. Sonrakı yerləri Pinterest (2,8 faiz) və Vkontakte (1,68 faiz) tuturlar /Trend/.
2014-05-03
16,540
ABŞ-ın daha bir ştatı Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər
Kaliforniya ştatının parlamenti mayın 5-də qondarma Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı səsvermə keçirəcək. "Axar.az" xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi məlumat yayıb. Komitədən bildirilib ki, Kaliforniya ştatının "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsinə rəsmi mövqe bildirməsi ilk haldır. Layihənin təsdiqlənəcəyi təqdirdə Kaliforniya parlamenti ABŞ prezidenti və Konqresini "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımağa çağıracaq.
2014-05-03
16,541
Müsəlmanlığı qəbul etdiyi üçün qızını öldürdü
İordaniyada xristian bir qız müsəlman olduğu üçün atası tərəfindən öldürülüb. "Axar.az" xəbər verir ki, məlumata görə, İordaniya Universitetində İslam dini ilə əlaqədar konfransda iştirak edən xristian qız müsəlmanlığı qəbul edəndən sonra atası tərəfindən başına daş vurularaq öldürülüb. Bu hadisəyə reaksiya verən bir qrup müsəlmanın kilsəyə basqın etdiyi bildirilib. Gənc qızın atası tərəfindən öldürülməsinə etiraz edən və kilsəyə hücum edən qrup təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. İordaniya hökumətə məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
2014-05-03
16,542
Abbas Abbasov “beşinci kolon”un nümayəndəsidir
"Necə oldu ki, bir zamanlar siyasətə qarışmadıqlarını deyən oliqarxlar bir günün içərisində birləşdilər?" Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O, Abbas Abbasovun "beşinci kolon"un nümayəndəsi olduğunu bildirib: "Bu adam "Milyarderlər İttifaqı"nın yaradılmasında mühüm rol oynayıb. İndi şübhələr var ki, Rusiya ondan istifadə edəcək. İkincisi isə Ukrayna məsələsində Putinin mövqeyini müdafiə etdi, amma susa da bilərdi. Bütün bu məsələlərə nəzər yetirəndə Abbas Abbasovu tənqid etməyə haqqımız çatır. Abbas Abbasovu "beşinci kolon"un nümayəndəsi adlandırmaq olar. Bir adam Putin etdiklərini düz hesab edirsə, yəni Krım yaxşı ki, işğal olunub söyləyirsə, Azərbaycan Rusiyanın maraqlarını nəzərə almalıdır deyirsə, ondan başqa nə gözləmək olar? Bu "beşinci kolon" deyilsə nədir?" Politoloq "Milyarderlər İttifaqı"nın ölkə üçün böyük təhlükə olduğunu söyləyib: "Saakaşvilinin müsahibəsindəki sözlərlə razıyam. Necə oldu ki, bir zamanlar siyasətə qarışmadıqlarını deyən oliqarxlar bir günün içərisində birləşdilər? Bunlar şübhələr, suallar yaratmırmı? Həmin oliqarxların Gürcüstanda toplaşmaları barədə də xəbərlər var idi. Suallar o qədər çoxdur ki, Abbas Abbasov bu suallara cavab verməkdə acizdir. Əksinə öz açıqlamaları ilə işi qəlizləşdirir. Abbas Abbasov "beşinci kolon"un ən güclü nümayəndələrindən saymaq olar. Bu gün Kremldəki bütün qapıları təpiklə açırsa, demək istəyir ki, Putinlə birbaşa əlaqəsi var. Putinin isə indi həyata keçirdiyi siyasət göz qabağındadır. Gürcüstan, Ukrayna parçalanır. Gələcək talelərinin nə olacağı bəlli deyil". Qeyd edək ki, dünən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də Putinin azərbaycanlı milyarderlərdən ittifaq yaratdığını və bunun ölkəmizə qarşı istifadə edəcəyini bildirmişdi.
2014-05-03
16,543
Ukrayna Slavyanska yeni ordu göndərdi
Xarkovdan Slavyanska doğru 13 zirehli transportyor, 3 URAL-dan ibarət hərbi maşın karvanı irəliləyir. "Axar.az" xəbər verir ki, bu barədə "Slavyansk deystvuy" qrupunun üzvləri yazıblar. "Xarkov tərəfdən Slavyanska doğru 13 zirehli transportyor, 3 URAL və içərisi silahlılarla dolu olan 8 avtobus irəliləyir. Yaxın blok-postların diqqətinə! Həyəcan siqnalı elan olunub!!!", - deyə müraciətdə bildirilib. Qeyd edək ki, bu gün Ukrayna Daxili İşlər naziri Arsen Avakov bildirib ki, səhər saatlarından anti-terror əməliyyatları yenidən aktivləşdirilib.
2014-05-03
16,544
Təlimdə iki əsgərimiz yaralandı
Azərbaycanın iki əsgəri təlim zamanı xəsarət alıb. Müdafiə Nazirliyindən "Axar.az"a verilən məlumata görə, mayın 2-də saat 19:00 radələrində cəbhə bölgəsində yerləşən təlim mərkəzində 2 hərbi qulluqçu - əsgər Əhlimanlı Mahir Ərşad oğlu və əsgər Əliyev Pərviz Həsən oğlu təlim zamanı yüngül xəsarət alıb. Hərbi qulluqçulara dərhal müvafiq tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.
2014-05-03
16,545
Ermənilərin təxribat cəhdi baş tutmadı
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-05-03
16,546
Xaçmazda 28 yaşlı oğlan qətlə yetirildi
Xaçmaz rayonunda qətl hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayonu, Ləcət kənd sakini, 1986-cı il təvəllüdlü Tağıyev İlkin Tağı oğlu qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
2014-05-03
16,547
Müdafiə Nazirliyi Bakıda hansı ərazinin davasını aparır? – Rəsmi
Müdafiə Nazirliyi Dövlət Əmlak Komitəsini məhkəməyə verdiyini təsdiqləyib. Bu barədə informasiya "Axar.az"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilib. Mətbuat Xidməti Dövlət Komitəsinin nazirliyin müraciətinə rədd cavabı verdikdən sonra məhkəməyə müraciət edildiyini bildirib: "Əvvəllər Müdafiə Nazirliyi balansında olmuş və sonradan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə verilmiş torpaq sahələrinin və həmin sahələrin üzərində yerləşən tikililərin yaranmış zərurətlə əlaqədar Müdafiə Nazirliyinə qaytarılması ilə bağlı Dövlət Komitəsinə müraciət olunub. Hazırda bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır". Mübahisələndirilən torpaqların harda yerləşməsinə isə Müdafiə Nazirliyindən aydın gətirilməyib. Qeyd edək ki, dünən Müdafiə Nazirliyinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsini məhkəməyə verdiyi haqqında informasiya vermişdik.
2014-05-03
16,548
"Moskvaya bel bağlamaq olmaz"
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Azərbaycan-Rusiya münasibətlərinin hansı səviyyədə qurulmasının vacibliyindən danışıb . Məlumata görə, BQP başqanı qeyd edib ki, Rusiya ilə bağlı siyasətdə müəyyən dəyişikliklərin edilməsi, münasibətlərin normallaşdırılması həmişə aktualdır: "Bütövlükdə Rusiya ilə münasibətləri Türkiyə ilə münasibətlərə paralel götürmək olmaz. Türkiyədə bu gün ola bilsin ki, hökumətin addımları səhvdir, bilmədiyimiz təzyiqlərin nəticəsində bizə uyğun olmayan addımlar da atılır, bunları etiraf etmək lazımdır. Türkiyənin kritik anda hansı addımlar atacağı və Azərbaycanın yeganə dəstək yeri olduğu faktını da unutmamalıyıq. Biz bu faktı unudarıqsa çox şeylər itirərik. Buna görə də məsələyə dar çərçivədən baxmaq olmaz. Türkiyə ilə münasibətləri zədələyən addımdan çəkinməliyik. Nə qədər problemlər yaşamağımıza baxmayaraq, ümüd yerimiz Türkiyəni unuda bilmərik. Bizim Rusiya ilə münasibətlərimizin inkişaf etdirilməsi Türkiyə ilə münasibətlərimizə mane olmamalıdır. Bizim Rusiyaya yaxınlaşmağımız o demək deyil ki, Rusiya bizə hörmətlə yanaşacaq. Rusiya həmişə olduğu kimi bizə qarşı spesifik siyasətini daha da artıra bilər. Rusiyaya ən çox yaltaqlanan ölkəyə belə daha böyük zərbə vurma ehtimalı böyükdür. Çünki Rusiyanın siyasətində sabitlik müşahidə olunmur. Moskvaya bel bağlamaq olmaz". /Teleqraf.com/
2014-05-03
16,549
SOS: Hədəfdə Azərbaycan və Qazaxıstandır - Video
"Krımdan sonra Azərbaycan və Qazaxıstanın taleyi həll olunacaq". "Axar.az"ın təqdim edəcəyi videoda Qarapapaq türkləri Milli Radasının sədri Daşqın Gülməmmədovun Krımın işğalından sonra verdiyi proqnozlar yer alıb. O, Rusiyanın Krımla yetinməyəcəyini, Azərbaycan və Qazaxıstanda da bu tip aqressiyalara başlayacağını bildirir: "Krımda təkcə Ukraynanın deyil, həm Azərbaycan, həm də Qazaxıstanın taleyi həll olunur. Krımın tam işğalı zamanı Rusiya dünya ictimaiyyətinin bunun qəbul etdiyini görən kimi belə tip aqressiyanı Azərbaycanda, daha sonra isə Qazaxıstanda başladacaq". Daha ətraflı videoda:
2014-05-03
16,550
Mətbuat bu gün bayram edir
Bu gün Ümumdünya Mətbuat Azadlığı günüdür. "Axar.az" xəbər verir ki, 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda jurnalistlər "Vindhuk Bəyannaməsi"ni qəbul etdilər. Bəyannamənin məqsədi dünya hökumətlərini mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağırmaq idi. Tezliklə BMT-nin Baş Assambleyası 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara alır.
2014-05-03
16,551
“Mersedes” 66 min avtomobilini geri çağırır
Dünyanın lüks avtomobil istehsalçılarından ən məşhuru olan "Mersedes" şirkəti Çindəki 66 min 692 avtomobilini geri çağırıb. "Axar.az" xəbər verir ki, Çinin Keyfiyyətə Nəzarət etmə və Karantin İdarəsinin açıqlamasına görə, vasitələrin geri çağırılma səbəbi avtomobillərin arxa stoplarıdır. Nasaz arxa stopların avtomobil qəzaların riskini artırdığı da qeyd edilib. Geri çağırma əməliyyatı "Mersedes"in 2007-2011-ci illər arası C sinfi modellərini əhatə edir.
2014-05-03
16,552
“Biz Nuşirəvan Məhərrəmova (!) xidmətçimiz kimi baxırıq”
Bu gün ölkə mətbuatının gündəmində yer alan əsas xəbərlərdən biri məhz ANS-lə bağlıdır. Xəbər bundan ibarətdir ki, ANS ÇM radiosu bir müddətdir efirə "Qafqaz top onluğu" daxilində erməni mahnısı verib. Bu da elə suallar yaradıb ki, indi həmin suallara ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev cavab verəcək. - ANS ətrafında ajiotajın səbəbi nədir? - Səbəb çox sadədir. Patriotlar canlanıblar. Son zamanlar Azərbaycanda bəzi kütləvi-informasiya vasitələrində, sayt və portallarda ANS-ə münasibətdə Roma Papasından artıq katolik olmaq həvəsi özünü büruzə verməkdədir. Ən qəribəsi də burasıdır ki, bu qüvvələr ANS-in məhz ana xəttini - vətənpərvərlik ruhunu şübhə altına almağa yönəlik mövqe sərgiləyirlər. Məsələn, dünənədək nurçuların ruporu olan informasiya vasitəsi bu gün xütbəsini baş məqaləyə dəyişir və ANS-ə ittihamlar yağdırmağa cəsarət edir. ANS-ə - məhz o şirkətə ki, onun yaradıcıları bütün müharibəni birinci gündən sonuncu günədək çiyinlərində kamera və avtomatla keçiblər, bütün dünya məhz ANS-in operatorlarının çəkdiyi kadrlar vasitəsilə Azərbaycanın təcavüzə məruz qaldığının şahidi olub, məhz ANS-in əməkdaşlarının zəhməti sayəsində Qarabağ həqiqətlərindən xəbər tutub. ANS-çilər yaralanıblar, itkilər veriblər. ANS-i bu gün öz aləmlərində guya ittiham etdiklərini düşünənlər elə ANS-in cəbhədən verdiyi qaynar reportajlar altında böyüyüblər. - Mirşahin müəllim, bəs söhbət nədən gedir və üzdəniraq həmkarlarımızı qıcıqlandıran səbəb nədir? - Azərbaycanın birinci FM stansiyası, özü də Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan radiostansiyada iki aya yaxındır ki, Qafqaz musiqisindən ibarət hit-parad efirə gedir. Təbii ki, burada hər bir Qafqaz xalqı kimi ermənilərin də təmsilçisi iştirak edir, onun da ifasında mahnı səslənir. Həmişə öndə getməsi ilə seçilən ANS bu dəfə də qabaqlayıb, Dağlıq Qarabağ əhalisini məhz Azərbaycan vətəndaşları saydığından onların nümayəndəsinin ifasını hit-parada daxil edib. Bu adicə bir radio-layihədir və onu yaradanlar heç bir siyasi məqsəd güdmürlər. Əksinə, Azərbaycanın özəl radiostansiyası erməni mahnısını səsləndirəndə Ermənistanın uzun müddətdir ki, dünyaya Azərbaycanı vəhşi, ermənifob, qəddar bir millət kimi tanıtmaq siyasətini ifşa edir. - Bəs ANS-in məqsədi nədir? - ANS ÇM bu addımı ilə bizi sivil, mədəni, hətta düşməni belə mədəniyyətdən ayırmağı bacaran bir millət kimi dünyaya çıxarır. Bu günlərdə qaçqın Azərbaycan ailəsinə sığınacaq verdiyini dünyaya hayqıran,bar-bar bağıran, eləcə də İqtisadi İnkişaf nazirimiz haqqında pozitiv film çəkən ermənilər özlərini əslində məxsus olmadıqları humanist qiyafədə təqdim edirsə, biz niyə irsi alicənablığımızı nümayiş etdirməyək? Azərbaycan radiosu dünya dinləyicisi üçün hər gün saat 13-dən 14-dək erməni dilində verilişlər hazırlayır, onların musiqisini səsləndirir, Azərbaycanın SBS kanalı hər gün saat 16-dan 17-yə qədər erməni dilində proqramlar hazırlayır, Azərbaycanda ermənidilli sayt var və işləyir. "Armenia.az" və sair... və sair... Bu baxımdan ANS ÇM də dövlətin apardığı ideoloji siyasətdə yaxından iştirak edir. MTRŞ-nin sədrinin verdiyi açıqlamanı isə adekvat hesab etmirəm. Ona görə ki, onun dediyi kimi, ANS heç kimin heysiyyatına toxunmur, adi radio layihələrindən birini təqdim edir. - Mirşahin müəllim, bu layihə də təxminən iki aydır efirdədir. Amma niyə məhz indi bu məsələ xüsusi olaraq qabardılır? Nə baş verib? - Bu, mənim özümə də maraqlıdır. Amma hər halda Milli Televiziya və Radio Şurasının münasibətindən təxminən bəzi şeylər anlayıram. Eyni zamanda da anlamıram. Anladığım odur ki, biz Şuranı məhkəməyə vermişik və qurum əsəbidir. Yeri gəlmişkən, Prezidentin ayırdığı vəsaiti almağımıza da süni əngəllər yaradılır. Olsun. Milli Televiziya Şurası hakimiyyətə yaxın dairələrdə bizim təmsilçimiz ola bilmirsə, bu bizim günahımız deyil. Biz Milli Televiziya Şurasına rəisimiz, müdirimiz kimi baxmırıq. Əksinə, xidmətçimiz kimi baxmaq istəyirik. Prezidentin təbirincə desək, xalqın xidmətçisitək. Milli Televiziya və Radio Şurasını da məhkəməyə ona görə vermişik ki, ANS-lə bağlı verdiyi qərarlarla razı deyilik. Sivil ölkədə yaşayırıq, mübahisələri də qanun müstəvisində həll edəcəyik. Şura isə öz səlahiyyətlərindən sui-istifadə edərək əslində məhkəməyə təzyiq göstərir. Şəxsən mən Nuşirəvan müəllimin yerində olsaydım, bu günlər hətta ANS-lə bağlı əvvəlcədən planlaşdırılan tədbirləri təxirə salardım. Ən azı ona görə ki, ortada məhkəmə məsələsi var və Nuşirəvan Məhərrəmovun bəyanatları, fikirləri də ilk növbədə tutduğu postun mövqeyi kimi qəbul olunur. Hakimlərin də hamısı bir deyil. Onlar bəzən sözlərə qulaq asırlar. Hətta qorxularından. Amma biz hər şeyi düz etdiyimizə əminik. Məhkəməyə inanırıq və əminik ki, ANS-in hüquqları qanun çərçivəsində qorunacaq. Müşahidələrimə əsasən deyə bilərəm ki, ANS barədə neqativ rəy yaratmağa çalışan saytlar, kütləvi informasiya vasitələri MTRŞ-ya yaxın olan, ya da onun təsiri altında olanlardır. Biz 25 ildir informasiyanın işindəyik və kimin hansı yuvanın quşu olduğunu çox gözəl bilirik. Xahiş edirik, hər kəs öz işi ilə məşğul olsun. Bu, sizin bildiyiniz və girə biləcəyiniz kol deyil. Maraqlı həm də burasıdır ki, biz gözləyirdik ki, ermənilər etiraz edəcək, hit-paradda onların təmsilçisinə yer verməyimizi süngüdə qarşılacayaqlar. Amma əksi baş verir. Baxmayaraq ki, "Avroviziya" mahnı müsabiqəsində artıq Azərbaycan neçənci dəfədir ki, iştirak edir və bu müsabiqədə onun rəqibləri arasında Ermənistan təmsilçiləri də olur. Bəlkə yaddan çıxarmışıq: "Avroviziya" Bakıda keçirilərkən ermənilərin bu yarışa qatılmamasına necə əsəbiləşirdik. Bakıda çıxış etməyin təhlükəli olduğunu, ermənifobiyanın mövcudluğunu söyləyənləri təkzib edirdik ki, yalan danışırlar, qələt eləyirlər, başlarını daşa döyürlər. Azərbaycan mədəniyyətdə düşmən axtarmır, buyurub gəlsinlər - deyirdik. Ermənistanda keçirilən "Qızıl Ərik" kinofestivalına "Bakıfilm"in "Xoca" filminin iştirakına yol verilmədiyi üçün erməniləri asıb kəsmirdik? Bizdən nümunə götürməyə çağırırdıq. İndi nə oldu birdən? Təkrar edirəm, Qafqaz musiqisi hit-paradı iki aya yaxındır ki, başlayıb, amma ağzıgöycəklər bu mövzunu məhz indi qabardır. ANS-ə hücumların yəqin ki, alt qatı da var. Belə olmasaydı, bir az əvvəl Kəlbəcər qaçqınlarının adından sui-istifadə etməklə üzərimizə gəlməz, bu gün isə adi bir radio layihəsi ətrafında şivən salmazdılar. Deməli, bu, kimlərəsə lazımdır. Amma dəqiq bilirəm ki, heç bir halda dövlətin maraqlarına lazım deyil. ANS bu gün Sumqayıtda, Bakıda və başqa şəhərlərdə yaşayan 40 minə yaxın erməni kimi Dağlıq Qarabağda yaşayan 100 mindən çox ermənini də Azərbaycan vətəndaşı sayır və onlarla, eyni zamanda, mədəniyyət dili ilə danışmağı təklif edir. Maraqlıdır: Azərbaycanlı idmançı İrəvanda erməni güləşçisinə qalib gəlməyi şərəf sayır və Azərbaycan bayrağını qaldırdığına görə ona abidə ucaltmağı təklif edirik, əla. Amma radio hit-paradında azərbaycanlı müğənninin öz erməni həmkarına qalib gəlməsinə sevinə bilmirik. Niyə? Unutmayaq ki, Ermənistan Azərbaycanı həmişə ermənifobiyada günahlandırır. ANS ÇM-in Qafqaz musiqisi hit-paradı sırf bu məqsədə işləyir. Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Kamal Abdulla və başqalarının Qarabağa getməsi tək, bu da bir yoldur. Nə qədər çətin olsa da, biz bu yolu keçməliyik. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra neyləyəcək? Öz erməni vətəndaşlarının hamısını güllələyəcək? Biz onları görəcəyik də, "JEK"də arayış verib arayış da alacağıq, bir komandaya azarkeşlik də edəcəyik, uşaqlarımız onlarla birlikdə eyni məktəbə də gedəcək. Biz bütün bunlara hazır olmalıyıq. MTRŞ-da çalışanların xəbəri olmalıdır: dünya çoxdan dəyişib. Yeni texnologiyalar var. Artıq heç kim belə işləmir. Prezidentdən nümunə götürmək lazımdır. Görün, o, neçə dəfə Ermənistan prezidenti ilə görüşür, əlindən gələni edir ki, münaqişə sülh yolu ilə, istənilən yolla həll olunsun. Ən yaxşılarımızı cəbhədə itirməyək. Ermənilərlə birgə yaşayış qaçılmazdır. Amma bütün bunlar tədricən baş verəcək, yəni birdən problem həll olunan kimi hər şey qəflətən dəyişməyəcək. Feya çubuğu yalnız nağıllarda olur. - Sonuncu sualıma vitse-prezident kimi yox, istərdim bir vətəndaş kimi, peşakar jurnalist kimi cavab verəsiniz. Həmkarlarımıza nə demək istəyərdiniz? - Azərbaycan düşmənlə müharibə aparır, mədəniyyətlərlə yox və bizə vətənpərvərliyi öyrətmək lazım deyil. Biz kimin kim, nəyin nə olduğunu yaxşı bilirik. Elə dövlətimiz də bizi başqalarından yaxşı tanıyır və bizə inanır. Bilir və inanır ki, ANS nə edirsə, düz edir. Biz ANS olaraq bütün həyatımızı bu işə həsr etmişik. Həsr etmişik ki, torpaqlarımız qayıtsın, qaçqınlarımız öz doğma yurd-yuvasına qayıtsın. Şəhidlərimizin, o cümlədən qardaşımız Çingizin şəhid olduğu yerlərə əklil qoymaq üçün. Və bunun üçün gərəkən nə lazımsa, edəcəyik. Yeri gəlmişkən, mən başqalarından fərqli olaraq həmin günü özüm görmək istəyirəm. Görünür, Azərbaycanda elə adamlar var ki, sülh və müharibə şəraitindən istifadə eləməyə öyrəşiblər. Onlar artıq bu vəziyyətə adətkar edib. Amma mən bununla barışmaq niyyətində deyiləm. Mən istəyirəm Ağdama, Şuşaya, Cəbrayıla, Fizuliyə öz ayağım dəysin. Fürsətdən istifadə edib bəzi həmkarlarımıza da o xoş günləri arzu etmək istəyirəm. Demək istərdim ki, hər yuxarıdan gələn sifarişə boyun əyməyin, çünki əyri görünürsünüz. Bugünün sabahı var. Mən bir daha Azərbaycanın Ali Baş Komandanının, cənab prezident İlham Əliyevin Azərbaycan ərazi bütövlüyü uğrunda apardığı mübarizəni bir əsgər kimi dəstəklədiyimizi elan edirəm və buna heç kəsin şübhəsi olmasın.
2014-05-03
16,553
Bakı-Şamaxı yolunda avtomobil yanır
Bakı-Şamaxı yolunun 70-ci kilometrliyində 10 BN 330 dövlət nömrə nişanlı "Qaz 3110" markalı avtomobil yanır. "Axar.az" xəbər verir ki, avtomobilin hansı səbəbdən yanması məlum deyil. Hadisə yerinə Fövqəladə Рallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub.
2014-05-03
16,554
Odessada 3 günlük matəm elan edildi
Separatçılarla vahid Ukraynanın tərəfdarları arasındakı toqquşmada öldürülənlərlə əlaqədar Odessada 3 günlük matəm elan edilib. Məlumata görə, şəhər sovetinin informasiya və ictimaiyyətlə əlaqələr deportamentinin bəyanatında faciə ilə əlaqədar 3, 4 və 5 may tarixlərinin Odessada matəm günləri elan edildiyi bildirilir. Şəhərin bütün idarə və təşkilatlar, dövlət binalarının üstündə Ukraynanın Dövlət Bayrağı və Odessa şəhərinin bayrağı matəm lentı ilə asılacaq. Müəissələrə, təşkilatlara musiqidən istifadə və əyləncəli tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulması tövsiyyə edilib. Unian agentliyinin məlumatına görə, Odessada 2 mayda odlu silahlarla silahlanmış separatçılar və ukraynayönlü fəallar arasında toqquşma baş verib. Faciədə bir neçə fəal həyatını itirib. Bundan sonra vahid Ukrayna tərəfdarları Kulikovo düzündə Həmkarlar binasında barrikadalar qurmuş separatçıların düşərgəsini məhv etdilər. Binada yanğın başladı və nəticədə insanlar həlak oldu. 170 nəfərdən çox yanğından xəsarət alan insan xəstəxanalara müraciət edib, onlardan 25-nin vəziyyəti ağırdır. /ANS/
2014-05-03
16,555
Baş Polis İdarəsinin əməkdaşını maşın vurub
Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin binası qarşısında yolu keçmək istəyən piyada, 52 yaşlı Solmaz Zeynalovanı "Hover" markalı, 99 GF 993 dövlət nömrə nişanlı avtomobil vurub. S. Zeynalova çanaq sümüklərinin hər iki qapağının sınığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Avtomobilin sürücüsü hadisə yerində olsa da, qəza barədə məlumat vermək istəməyib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. S. Zeynalovanın BŞPBİ-də mülki işdə çalışdığı, hadisənin də işə getmək üçün yolu keçmək istəyərkən baş verdiyi bildirilir.
2014-05-03
16,556
"Mir Şahinin açıqlaması məndə gülüş doğurdu"
"ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin həmin kanalın radiosunda efirə gedən "Qafqaz Top 10" verilişində erməni mahnısının verilməsinə haqq qazandırması təəssüfedicidir və bu, məndə gülüş doğurur". Bunu Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Mirşahin Ağayevin "ANS nə edirsə, düz edir" fikirlərinə cavabında deyib. ANS-in vitse-prezidentinin "Milli Televiziya və Radio Şurasını anlayıram. Ona görə ki, biz Şuranı məhkəməyə vermişik və qurum əsəbidir" sözlərinə isə Şura sədrinin cavabı belə olub: "Bu ANS kanalının iş üslubudur və onlardan bundan artıq heç nə gözləmirəm. ANS öz nöqsanını gizlətmək üçün ucuz vasitələrdən istifadə edir. Bu təəssüfedici bir haldır". O qeyd edib ki, MTRŞ dövlət qurumudur və Şuranın bütün işləri də dövlət tərəfindən onlara verilən səlahiyyət çərçivəsində həyata keçirilir: "Biz bununla bağlı öz sözümüzü qurum olaraq, ictimaiyyətin diqqətinə çatdırımışıq. Bilirsiniz, erməni mahnısının Azərbaycan tele-radio məkanında səsləndirməsi cəmiyyət tərəfindən haqlı olaraq narazılıqla qarşılanır". N.Məhərrəmli əlavə edib ki, ANS ÇM radiosunda erməni mahnısının verilməsi və bunun ANS-in "mədəniyyətin sərhədi olmur" kimi təqdim etməsi normal düşüncə deyil və absurddur: "Azərbaycan və Ermənistan müharibə vəziyyətindədir. Bu məntiqə görə, gərək Azərbaycan teatrlarında da erməni əsəri tamaşaya qoyulsun, ölkəmizin sərgilərində isə erməninin hazırladığı incəsənət nümunələri nümayiş etdirilsin. Hesab edirəm ki, bu düşüncə və yanaşma yanlışdır". /Aznews.az/
2014-05-03
16,557
Generalı döyə-döyə öldürdülər
Ukraynanın Kirovoqrad şəhərində vergi müfəttişliyinin generalını öldürüblər. "Axar.az" xəbər verir ki, 48 yaşlı general Vladimir Teslenko hadisədən əvvəl səhər saat 5-ə qədər kafedə dostları ilə dincəlirmiş. Kafedən çıxıb evə gedən generalın meyiti şəhərin başqa bir əyləncə mərkəzinin yaxınlığında tapılıb. Ehtimal olunur ki, onu təpik və kərpiclə ölümcül döyüblər. Hüquq-mühafizə orqanları faktı təsdiqləyiblər.
2014-05-03
16,558
Xaricə qaçan Azərbaycan generalının adı açıqlandı
Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bir neçə gün öncə açıqlamasında bildirib ki, azərbaycanlı generallardan biri Rusiyaya qaçıb. Ü.Cəfərov ilk açıqlamasında adını gizli saxladığı generalın kimliyini açıqlayıb. Hərbi jurnalistin sözlərinə görə, həmin şəxs general Bağır Fətullayevdir. O, Rusiyada ordu komandanının müavini vəzifəsində çalışıb. Ü.Cəfərov bildirib ki, həmin şəxs Səfər Əbiyevin vaxtında Rusiya Silahlı Qüvvlərində xidmətdən təxris edildikdən sonra ona Silahlı Qüvvələrin Akademiyasında yüksək vəzifə verilib: "Bu yaxınlarda, onunla MN-nin rəhbər şəxslərindən biri arasında baş verən münaqişədən sonra general Bağır Fətullayev heç kimə demədən, icazəsiz Moskva şəhərinə gedib. May ayının 2-nə kimi xidmət yerinə qayıtmayıb. Sonda onu da qeyd edim ki, bu gün Azərbaycan SQ-nin ən məxfi məlumatlarına malik olan bəzi yüksək postları tutan şəxslər də vardır ki, onların ailəsi Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq və digər şəhərlərində yaşayırlar. Özləri isə burda min hoqqalardan çıxaraq əlləri çirkli işlərə bulaşıb, rüşvət və korrupsiya əməlləri ilə məşğuldurlar. Onların da adlarını çox yaxın vaxtlarda açıqlayacam". /Hafta.az/
2014-05-03
16,559
“Putin ya geri çəkiləcək, ya da hər şeyi itirəcək”
"Ukraynanın qətiyyətliliyi Putinin bütün planlarını alt-üst edəcək". "Axar.az" xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili öz feysbuk profilində yazıb. Onun sözlərinə görə, ukraynalılar bundan sonra geri çəkilməməlidir: "Ukraynalılar geri çəkilə bilməzlər, əks halda hər şeyi itirə bilərsiz. Ukraynanın cənub və qərb əhalisinin əksəriyyəti Ukraynanı dəstəkləyir. Ona görə də heç bir halda az da olsa zəiflik göstərməməlisiz. Düşmənə qarşı var-gücünüzlə vuruşmalısınız. Sizin qətiyyətliliyiniz Putinin bütün planlarını alt-üst edəcək. Putin nə qədər xox gəlsə də, o ya geri çəkiləcək, ya da hər şeyi itirəcək. Mən nəinki Ukraynanı sevirəm, həm də ona inanıram".
2014-05-03
16,560
Separatçılar 11 nəfəri öldürdü
Hindistanın Şimal-Şərqində maskalanmış üsyançılar müsəlman məhəlləsinə daxil olaraq onların yaşadığı məhəllələri yandırmağa başlayıblar. Polisin məlumatına görə, separatçılar yerli Bodo qəbiləsindən olan Bodoland Milli Demokratik Cəbhəsinin fəallarıdır. "Axar.az" ABC News-a istinadən xəbər verir ki, hadisə nəticəsində aralarında 6 qadının və 3 uşağın olduğu 11 nəfər həlak olub. Hindistanın gənclər və insan hüquqları sahəsində fəaliyyət göstərən təşkilatları bir çox beynəlxalq təşkilatlara müraciətlər ediblər. Xatırladaq ki, son hesablamalara görə, son 3 ildə Hindistanda baş verən bu kimi dini qarşıdurmalar nəticəsində 10 mindən artıq insan həlak olub.
2014-05-03
16,561
Putinlə danışandan sonra özünü güllələdi
Rusiyanın "Birinci kanal"ının direktoru Konstantin Ernstin "Qazprom" direktoru Aleksey Miller və Prezident Vladimir Putinlə uzun-uzadı telefon danışıqlarından sonra özünü güllələdiyi bildirilir. "Axar.az"ın Rusiya mediasına istinadən məlumatına görə, bu barədə xəbər kanal daxilindəki mənbədən sızıb. Qeyd edilir ki, Rusiya dövlət başçısı və "Qazprom" şırkətinin rəhbəri ilə həyacan dolu danışıqlardan sonra öz evinə gələn və şəxsi otağına girən Ernst özünü güllələyib. Güllə səsini onunla bir evdə yaşayan Larisa Sinelşikova eşidib. Konstantin Ernstin Kliniki Xəstəxanaya yerləşdirilib. Çənə və dil nahiyələrindən güllə yarası alan Baş direktor hazırda hüşsuz vəziyyətdədir. Xatırladaq ki, "Birinci kanal"ın mətbuat katibi və həkimlər hadisəni şərh etməkdən imtina ediblər. Onu da qeyd edək ki, Soçidə keçiriilən qış olimpiya oyunlarının açılış mərasiminin quruluşu məhz Konstantin Ernstə həvalə olunmuşdu.
2014-05-03
16,562
Slavyansk separatçılarının lideri öldürüldü
Ukrayna xüsusi təyinatlıları və Milli Qvardiyanın həyata keçirdikləri anti-terror əməliyyatları zamanı Slavyanskdakı separatçıların rəhbəri "Strelok" ləqəbli İqor Strelkov öldürülüb. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Strelkov snayperdən açılan atəş nəticəsində həlak olub. Məlumata görə, onunla birgə separatçıların liderlərindən olan Vyaçeslav Ponomoryov da öldürülüb. Separatçılar isə Strelkovun öldürülməsi xəbərini təkzib edib.
2014-05-03
16,563
Ukraynalı milyarder separatçıların başına pul qoydu
"Nibulon" Məhdud Məsuliyyətli Müəssisənin direktoru Aleksey Vadaturski rusiyameyilli diversantlar və separatçıların başına pul mükafatı qoymağa hazır olduğunu bildirib. "Axar.az" xəbər verir ki, o, Nikolayev vilayətində xüsusi növbətçi batalyonlar yaratmağa və onları maliyələşdirməyə də söz verib. Məsələ ilə əlaqədar Vadaturski deyib: "Mən pul ödəyəcəyəm. Bəli, mən Kolomoyski deyiləm və ondakı səlahiyyətlər məndə yoxdur. Lakin biz müəssisə rəhbəriyik, pul ödəməyə, mübarizə aparmağa borcluyuq". Xatırladaq ki, Vadaturski Ukraynanın 20 ən varlı şəxsindən biridir. 2012-ci ildə onun şəxsi varidatı 810 milyon dollar civarında dəyərləndirilirdi. O, Dnepropetrovsk vilayəti qubernatorunun nümunəsini təkrarlamaq əzmindədir və Nikolayevdə separatçılara qarşı səlib yürüşünə hazırlaşdığını bəyan edib.
2014-05-03
16,564
Hadisə Gül bayramına gəlir
Türkiyəli müğənni Hadisə Azərbaycana gələcək. "Axar.az" xəbər verir ki, bu haqda prodüser Tolik İnstaqram səhifəsində xəbər verib. O, ifaçının mayın 7-də Gəncədə konsert verəcəyini bildirib: "Gəncə Şəhər İcra Hakimiyyətinin keçirdiyi "Gül bayramı" və ulu öndərimiz Heydər Əliyevin 91 illiyi münasibətilə türkiyəli pop ulduz Hadisə canlı performansı, rəqqasları ilə birlikdə Gəncə sakinlərinin qonağı olacaq".
2014-05-03
16,565
Nazirlik: "Elnarə Tofiqqızının ölümündə həkimlər günahkardır"
"Elnarə Tofiqqızının ölümündə həkimlər günahkardır". Bunu "Aktual.az"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli həkim səhlənkarlığı nəticəsində həyatını itirən tənqidçi Elnarə Tofiqqızı barədə danışarkən deyib. Onun sözlərinə görə, həmin əməliyyatda narkoza ehtiyac olmayıb: "Amma həkimlərin qeyri-peşəkarlığı nəticəsində Elnarə Tofiqqızı həyatını itirib". Anar Qədirli həmçinin deyib ki, tibbi ekspertiza bu barədə də qərar verib, amma verilən qərar Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyevi qane etmədiyi üçün bununla bağlı yenidən ekspertiza keçirilməsi üçün müraciət olunub: "Onu da qeyd edim ki, bizim tibbi ekspertiza orda həkimin günahı olduğunu təsdiqləyib". Xatırladaq ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.
2014-05-03
16,566
Odessanın milis rəisi istefaya göndərildi
Ukraynanın daxili işlər naziri Arsen Avakov Odessada baş verən qanlı hadisələrdə sonra xidməti təhqiqat aparılmasına dair göstəriş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Eyni zamanda DİN-in Odessa Baş idarəsinin rəisi Pyotr Lutsyuk da vəzifəsindən azad edilib. Qeyd edək ki, mayın 2-də Odessada baş verən iğtişaşlarda 41 nəfər ölüb, 200 nəfər, o cümlədən 22 milis əməkdaşı xəsarət alıb. Faciəli olaylarla əlaqədar şəhərdə üç günlük matəm elan olunub.
2014-05-03
16,567
Sovet maşını yarışda BMV-ni ötdü – Video
BMV və "Niva" markalı avtomobil yarışa başlayır. "Axar.az" xəbər verir ki, Rusiyada təşkil olunan qısa məsafəli avtomobil yarışında tamaşaçıların təəccübünə səbəb olacaq hadisə baş verib. Start xəttində dayanan BMV və "Niva" markalı avtomobil yarışa başlayır. Azərkəşlərin gözləntilərinin əksinə olaraq Rusiya istehsalı "Niva" markalı avtomobil BMV-ni ilk andan etibarən geridə qoyur. Bu maraqlı videonu təqdim edirik.
2014-05-03
16,568
Buzovnada avtomobil yolu çökdü
Bu gün Bakıda Zabrat dairəsi-Maştağa-Buzova avtomobil yolunun 15-ci km-də (Buzovna ərazisində) bir neçə hissədə çökmə baş verib. "Axar.az" APA- ya istinadən xəbər verir ki, hazırda kommunikasiya işləri ilə bağlı qazıntı işləri aparılır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev qeyd edilən ərazidə bir neçə hissədə çökmə baş verdiyini təsdiqləyib O əlavə edib ki, hazırda ərazidə müvafiq işlər görülür.
2014-05-03
16,569
Slavyanskda girov saxlanılan müşahidəçilər azad edildi
Slavyanskda girov saxlanılan ATƏT-in hərbi müşahidəçiləri azad olunub. "Axar.az" xəbər verir ki, bu barədə Rusiya prezidentinin şəxsi nümayəndəsi Vladimir Lukin məlumat verib. "Mənim siyahımda olan 12 nəfərin hamısını azad ediblər", - deyə Lukin bildirib. Qeyd edək ki, aprelin 25-də Slavyanskda separatçılar ATƏT-in hərbi müşahidəçiləri və onlarla birlikdə olan Ukrayna ordusunun zabitlərini girov götürmüşdülər.
2014-05-03
16,570
Saakaşvili Bakıda həkim müayinəsindən keçib
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Azərbaycana səfəri çərçivəsində Bakının Əhmədli qəsəbəsində olub. Sabiq prezidentin Əhmədliyə getməsinin səbəbi Bakı Kinoteatrı yaxınlığında yerləşən "Diaqnoz Tibb Mərkəzinə" baş çəkməsidir. Belə ki, M.Saakaşvili klinikada işləyən LOR ( burun-boğaz həkimi-red) Cərrah Qəmbər Hacıyevlə görüşüb və onun müayinəsindən keçib. Əldə etdiyimiz digər məlumata görə, Q.Hacıyev 1988-2009-cu illərdə Tiblisi 7 saylı şəhər klinik xəstəxanasında işləyərkən Mixail Saakaşvili onun xəstəsi olub. Bakıya səfəri zamanı sabiq prezident keçmi. həkiminə baş çəkərək müayinədən keçib. Qeyd edək ki, M. Saakaşvili aprelin 27-də Bakıda keçirilən II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gəlmişdi. Bu, Saakaşvilinin prezidentlik müddəti başa çatdıqdan sonra Azərbaycana ilk səfəri idi./Azvision.az/
2014-05-03
16,571
Azərbaycanın xalq artisti vəfat etdi - Video
Azərbaycanın xalq artisti, Dövlət Mükafatı Laureatı, tanınmış bəstəkar Aqşin Əlizadə vəfat edib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin APA-ya verdiyi məlumata görə, bəstəkar bu gün səhər yuxudan ayılmayaraq dünyasını dəyişib: "Hazırda hamımız onun evindəyik. Aqşin Əlizadənin vəfatı Azərbaycan incəsənətinə, bəstəkarlıq məktəbinə ağır itkidir". Firəngiz Əlizadə deyib ki, mərhumla vida mərasimi mayın 4-də saat 12:00-dan 15:00-a kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutacaq. Mərhum I Fəxri Xiyabanda dəfn olunacaq. Qeyd edək ki, Aqşin Əlizadə 1937-ci il, 22 may tarixində Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib. Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır. Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qаfqаzа səyаhət" baleti, "Ümid vаlsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s. 50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb. Azərbaycanın "Şöhrət" ordeni (1997) və "Şərəf" ordeni (2012) ilə təltif edilib.
2014-05-03
16,572
Suriya vəhabilərindən qandonduran görüntülər – Video/23+
Suriyada Əsəd rejiminə qarşı döyüşən sələfi vəhabilərin yeni dəhşətli videosu yayımlanıb. "Axar.az"ın məlumat verir ki, yayılan videoda sələfi döyüşçülərin Suriyada onlara qarşı savaşan müsəlman əsirləri sıraya düzərək amansızcasına güllələdiyi görünür. Videodan da görünür ki, əsirlər öləndən sonra sələfilər onların cəsədini də güllə-boran edib. Əsəbi və ürəyi zəif olanların videoya baxmaması tövsiyə olunur.
2014-05-03
16,573
Tvitterdə mühüm yenilik
Sosial şəbəkə nəhəngi Tvitterin yeni dizayna keçməsi ilə bərabər hamını heyrətə salacaq bir yenilik edəcək. "Axar.az" bu haqda xarici mətbuata istinadən xəbər verir. Tvitterdə istifadəçilər izləmək istədikləri adamları "izlə" düyməsi ilə izləməyə başlayır və izlənilən istifadəçinin hər yazdığı tvit ard-arda ekrana düşürdü. Atılan tvitlərdən narahat olan istifadəçi isə izləməyi buraxmaq vəziyyətində qalırdı. Ancaq Tvitterin hələ üzərində çalışdığı "Mute" yəni "Səssizə al" tətbiqi istifadəçiləri bu mənada olduqca sevindirəcək. Bu düyməyə basan istifadəçilər hər hansı bir şəxsin atdığı tvitləri artıq görməyəcək. İstəndiyi vaxtda isə "Mute" tətbiqetməsini passiv mövqeyə gətirərək digər istifadəçinin tvitlərini almağa davam edəcək. Tvitterin bunu etməsində ən əhəmiyyətli faktor isə budur ki, istifadəçinin ekranının bir anda dolmasının qarşısını alır və bir növ həmin şəxslərin də xəbəri olmadan onların tvitlərini gizlədilməsini təmin edir.
2014-05-03
16,574
Hüquq müdafiəçisinin evində axtarış aparılır
Hüquq müdafiəçisi, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarış aparılır. "Axar.az" xəbər verir ki, bu barədə jurnalist Natiq Cavadlı Feysbuk səhifəsində məlumat verib.
2014-05-03
16,575
Əks-inqilabçılara qarşı silahlı müdaxilə - 8 ölü
Misirin Hilvan bölgəsində polisin təbii güllə və göz yaşardıcı qazla müdaxilə etdiyi iğtişaşlarda ölənlərin sayı 8-ə çatıb. "Axar.az" xəbər verir ki, Daxili İşlər Nazirliyi Media Sənayesi direktoru Eymen Hulmi mətbuata açıqlamasında Hilvan bölgəsində təbii güllələrdən istifadə edildiyini təkzib edib. Qeyd edək ki, Qahirədə əks-inqilabçılara qarşı polisin silahlı müdaxiləsi nəticəsində 5 adamın öldüyü, onlarla adamın yaralandığı bildirilmişdi.
2014-05-03
16,576
Torpaq sürüşməsi 2100 can aldı
Əfqanıstanda ölkənin şimal-şərqindəki Bədəxşan vilayətindəki bir dağın yaxınlığında yerləşən Hobo Barik kəndində torpaq sürüşməsi baş verib. "Axar.az" Anadolu Agentliyinə istinadən xəbər verir ki, ilkin hesablamalara görə, torpaq sürüşməsi nəticəsində 2100 adamın həyatını itirib. Bədəxşan qubernatoru Şah Veliyullah Ədib təxminən 300 evin torpaq altında qaldığını və 4000 nəfərin evsiz qaldığını bildirib.
2014-05-03
16,577
Qamət Süleymanovun sağ əli həbs edildi
"Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov polis tərəfindən saxlanılıb. "Axar.az" xəbər verir ki, bu barədə APA-ya dindarlar məlumat verib. Onların sözlərinə görə, bu gün A. Rəcəbovun Zaqatala rayonunun Muxax kəndində yerləşən mənzilində əməliyyat aparılıb. Əməliyyat nəticəsində A. Rəcəbov saxlanılıb. Zaqatala Rayon Polis Şöbəsindən A. Rəcəbovun saxlanılması təsdiqlənib. Lakin bu barədə əlavə açıqlama verilməyib.
2014-05-03
16,578
NATO Türkiyə-Azərbaycan hərbi əməkdaşlığına izn verəcək
"NATO-ya maraqlı olacaq ki, Türkiyə tranzit və enerji dəhlizlərinin təhlükəsizliyini təmin etsin". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Azərbaycan Prezidentinin Gürcüstana səfərini siyasi aktivlik adlandırıb: "İndiki zamanda belə siyasi aktivliyə böyük ehtiyac var. Azərbaycanın çox əhəmiyyətli qonşuları var. Bunu həm siyasi, həm də iqtisadi baxımdan adlandırmaq olar. Onun Azərbaycanla yanaşı dünya siyasətində də böyük çəkisi var. Azərbaycan, Gürcüstan, Türkiyə eyni milli maraqlarla bir-biriylə sıx əlaqədədir. Bu üç ölkə bütün regionun varidatının Avropa bazarlarına axınını təmin edir. Ən əhəmiyyətli məsələ isə burada enerjidir. Ona görə də bu üç ölkə özlərinin hər tərəfli əməkdaşlıqlarını təmin etməlidirlər. Bu səfərdə belə əməkdaşlığa xidmət edir. Üstəlik, hər üç ölkə maraqlıdır ki, stabil vəziyyətdə yaşasınlar. Əməkdaşlıq da bu stabilliyin təmin olunmasına xidmət edir". Politoloq Türkiyənin Azərbaycana dəstək verməsinə NATO-nun da razılıq verəcəyini qeyd edib: "Türkiyə digər iki dövlətin hər birindən böyükdür. Ona görə də o, hər iki ölkənin təhlükəsizliyinə böyük töhfələr verə bilər. İndiki çətin şəraitdə Türkiyə bu əməkdaşlığın hərbi qanadını təşkil edə bilər. Əgər əsgəri təminat verilsə, biz öz maraqlarımızı doğru şəkildə həyata keçirə bilərik. Gürcüstan və daha sonra Türkmənistana səfər əhəmiyyətlidir. Bunlardan əvvəl isə Türkiyə prezidentinin Azərbaycana gəlişi böyük məna kəsb edir. Mən hesab edirəm ki, artıq vəziyyət dəyişib. Əgər Ukrayna hadisələrində əvvəl Türkiyə Azərbaycana əsgəri yardım vermək fikrində olsaydı, ona çətinlik yaradardılar. Amma indi NATO maraqlı olacaq ki, Türkiyə tranzit və enerji koridorlarının təhlükəsizliyini təmin etsin. Mən hesab edirəm ki, Türkiyə artıq NATO-nun dəstəyinə arxalanıb hərəkət edə bilər". Qeyd edək ki, İlham Əliyev mayın 5-də Gürcüstana səfər edəcək. Səfər ərəfəsində Türkiyə, Gürcüstan, Azərbaycan liderlərinin görüşü nəzərdə tutulur.
2014-05-03
16,579
Qamət Süleymanov həbs olunan köməkçisindən danışdı
"Belə bir şəxs bizim polis idarəsinə gətirilməyib". Bu barədə "Axar.az"a Zaqatala Rayon Polis İdarəsindən məlumat verilib. Polis İdarəsindən ümumiyyətlə Adil Rəcəbov adlı şəxsin həbs olunmadığı bildirilib: "Bizdə belə bir məlumat yoxdur. Ümumiyyətlə, idarəyə bu adda şəxs gətirilməyib". Zaqatala rayon Muxax kəndinin sahə rəisi kapitan İsayev Zaur isə keçirilən əməliyyatla bağlı sadəcə "xəbərim yoxdur" deməklə kifayətləndi. Məsələ ilə bağlı Əbu-Bəkr məscidinin imamı-camaatı Qamət Süleymanov "Axar.az"a verdiyi açıqlamasında bildirib ki, köməkçisinin həbs edilməsindən xəbəri var, yaxın zamanda azad ediləcəyinə inanır: "Mən də bir qədər əvvəl məlumat almışam. Adil Rəcəbovun həbs ediləcəyinə inanmıram. Çünki, o radikallığa qarşı adamdır və heç zaman dövlətin maraqlarına zidd hərəkət edən birisi olmayıb". "İnamıram ki, ciddi bir şey olsun. Çünki, Adil heç bir zaman dövlətimizin maraqlarına zidd hərəkət edəcək birisi deyil. Narahat olmayın, buraxarlar", - deyə Q.Süleymanov bildirib. Qeyd edək ki, Qamət Süleymanovun müavini Adil Rəcəbov bu gün Zaqatala rayonunda saxlanılıb. Onun Muxax kəndindəki yerləşən evində yoxlanış aparıldığı bildirilib.
2014-05-03
16,580
Ukrayna Kramatorskda hərbi əməliyyatlara başladı
Ukrayna ordusu Kramatorskda separatçıların müqavimətinə baxmayaraq anti-terror əməliyyatlarını davam etdirirlər. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər naziri Arsen Avakov Feysbuk səhifəsində yazıb. "Kramatorskda terrorçuların güclü atəşi altında Kramatorska tərəf irəliləyirik. Döyüş gedir", - deyə Avakov yazıb. Bundan başqa Avakov bildirib ki, terrorçulara qara forma geyinmək və dinc əhaliyə atəş açmaq tapşırığı verilib: "Kramatorsk və Slavyanskın bütün sakinlərdən xahiş edirəm ki, küçəyə çıxmasınlar. DİN xüsusi təyinatlılara təxribatları ləğv etmək komandası verib".
2014-05-03
16,581
Jirinovski MDB ölkələrinə hücuma çağırdı
"SSRİ sərhədləri bərpa edilməlidir". "Rusiya Dövlət Duması 1996-cı ildə Belovejsk sazişini ratifikasiya etməkdən imtina edib. Rusiya SSRİ sərhədlərini bərpa etmək üçün bütün huquqlara malikdir". Bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski tərəfdarlarının qarşısında çıxışı zamanı deyib. Rusiya liberal-demokratlarının lideri bildirib ki, bu hüquqla Moskva Rusiya imperiyasının sərhədlərini də bərpa etmək səlahiyyəti əldə edib. "Biz başqasına aid olan şeyi götürmürük. Biz rus xalqına öz milli sərhədlərində yaşamaq imkanı verməliyik",-deyə V.Jirinovski vurğulayıb. O, Rusiyanın əsas düşməninin Qərb olduğunu bildirib. "Əsas düşmənimiz Qərbdir. Brüssel, London, Vaşinqton... Onlar həmişə bizə qarşı inqilab və müharibə ediblər. Öz vtənimizi işğalçılardan azad etməliyik",-deyə Jirinovski gurultulu çıxışını bitirib. Xatırldaq ki, 15 may 1996-cı ildə Rusiya Dövlət Duması MDB-nin yaradılması barədə sazişi qeyri-qanuni elan edib və tanımayıb. /Modern.az/
2014-05-03
16,583
“Nyu York Tayms” Ərdoğanı təhqir etdi
"Nyu York Tayms" Ərdoğanı təhqir edib. "Axar.az" xəbər verir ki, qəzetin "Buraxın Ərdoğan öz döyüşünü özü etsin" başlıqlı məqaləsində Ərdoğanın Güləni Türkiyəyə qaytarmaq cəhdi "axmaq və gülünc" adlandırılıb. Məqalədə yazılır ki, Ərdoğan ABŞ-la əlaqələri və eksdradisiya haqqında qanunu sui-istifadə etməyə çalışır: "Gülənlə Ərdoğanın münasibətləri o dərəcəyə çatıb ki, hətta Ərdoğan ABŞ hökumətinə rəsmi surətdə müraciət edəcək. Bu halda hökumət tələbi qiymətləndirmək məcburiyyətində qalacaq. ABŞ buna müsbət cavab verməyə də bilər. Buna səbəb kimi, 1997-ci ildən Pensilvaniyada yaşayan Gülən barədə heç bir cinayət hadisəsinin olmamasıdır. Gülən 1990-cı illərdə dünyəvi hökumət təbliğatına görə Türkiyəni tərk edərək barəsində çıxarılan bütün cinayətləri rədd etmişdi. Bu günahlandırmalar Ərdoğanın hakimiyyətə gəlməyindən sonra başlandı". Məqalədə bildirilir ki, rəsmi Vaşinqton Güləni təhdid olaraq görmür: "Elə olsaydı, ölkədə qalmağa davam etmiş ola bilməzdi. Obama Hökuməti Türkiyə ilə münasibətlərə kifayət qədər xələl gətirə biləcək növü olan Gülən barədə ictimaiyyət qarşısında indiyədək hər hansı mövqe açıqlamayıb. Türkiyədə çox böyük nüfuza sahib olan Gülən barədə Obama administrasiyası düzgün qərar verməlidir". Yazı Obamanı qanundan siyasi məqsədlər üçün istifadə etməməyə çağırır.
2014-05-03
16,584
Toronto meri narkoman çıxdı
Ötən həftə sosial şəbəkələrdə Toronto şəhərinin meri Rob Fordun bacısının evində narkotik maddə olan krek çəkdiyini əks etdirən qalmaqallı video çarx paylaşılıb. "Axar.az"ın "The Australian" qəzetinə istinadən məlumatına görə, krek çəkmək və kuryoz hadisələr düşkünü olan sözügedən Kanada şəhərinin rəhbərinin hazırda müvafiq tibbi prosedur keçdiyi bildirilib. Qeyd olunub ki, şəhər merliyinə namizədliyini ikinci dəfə irəli sürən Fordun şansı onun barəsində növhbəti video çarxdan sonra olduqca aşağı həddə dəyərləndirilib. Demək olar ki, hazırda onun bütün səlahiyyətləri əlindən alınaraq, şəhər şurasına verilib. Xəstəxanada narkotik maddəllərdən asılılığı üzrə müalicə alan Fordun işlərinin icrasına onun müavini - Norm Kelli rəhbərlik edir. Xatırladaq ki, Toronto meri Rob Ford dəfələrlə qalmaqallı hadisələrin episentrində olub.
2014-05-03
16,586
Fransalı tanınmışlar Bakıda konsert verəcək
Mayın 12-də Heydər Əliyev adına Sarayda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə fransız estrada ulduzlarının böyük konsert proqramı keçiriləcək. "Axar.az" xəbər verir ki, "Parisdən məhəbbətlə" adlanan konsertdə Dani Brillant, Jüli Zenatti, Hyuges Ofrey, Çimene Badi, Jerar Lenorman və Jülyen Dassin kimi tanınmış estrada ulduzları iştirak edəcəklər. Qeyd edək ki, saat 20:00-da baş tutacaq konsertin biletlərinin qiyməti 10 manatdan 30 manata qədərdir.
2014-05-03
16,588
Putinin adamı Ukraynanı hədələdi
"Sonuncu dəfə Ukraynanı vəziyyəti sabitləşdirməyə çağırırıq". "Axar.az" xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin nümayəndəsi Dmitri Peskov BMT Təhlükəsizlik Şurasını çağırmaq tələbi ilə çıxış edərkən deyib. Onun sözlərinə görə, Moskva iki həftə əvvəl imzalanmış Cenevrə razılaşmasına əməl edir. Amma Ukrayna silahlı birləşmələri bu razılaşmanın şərtlərini pozub: "Rəsmi Kiyev sülh uğrunda atılan addımları nəzərə almayaraq hərbi hava qüvvələrini hərəkətə gətirdi. Sonuncu dəfə ümid edirik ki, Kiyev Cenevrə razılaşmasının yerinə yetirilməsi üçün səy göstərəcək. Bu, Ukraynaya deyəcəyimiz son sözümüzdür". Hazırda Ukraynanın cənubunda Odessa şəhərində ruslarla vahid ölkə tərəfdarları arasında gedən toqquşmalarda 30-dan çox adam öldürülüb. Ukrayna silahlı qüvvələri anti-terror əməliyyatlarına başlayaraq Kramatorsk şəhərinə daxil olublar, ərazinin rus separatçılarından təmizlənməsi xeyli sayda insan tələfatına səbəb olub. Daxili İşlər naziri Arsen Avakov deyib ki, silahlı qüvvələr slavyançı qüvvələri Kramatorskda məğlub edib, televiziya qülləsini ələ keçiriblər. Amma hadisələr heç də Avakovun dediyi şəkildə cərəyan etmir. Odessanın Sovet həmkarlar ittifaqı binasının yandırılması ölkənin təcavüzlə üz-üzə qaldığını deməyə əsas verir. Bu arada isə ABŞ prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel arasında görüşdə Rusiyaya qarşı sanksiyalar müzakirə olunub. Liderlər Rusiya üçün sanksiyaların qaçılmaz olduğunu bəyan ediblər. Obama Putini Ukrayna ilə bağlı siyasətində dəyişiklik etməyə çağırıb: "Rusiyanın Ukraynanın ərazi bütövlüyünə və daxili siyasətinə qarışmaq hüququ yoxdur".
2014-05-03
16,589
Müxaliflər Əsədin sursat anbarını ələ keçirdi
Azad Suriya Ordusu (ASO) paytaxt Şamın şimalında yerləşən Kalamun bölgəsindəki rejimə aid sursat anbarlarının idarəsini ələ keçirib. "Axar.az" xəbər verir ki, bölgədə yaşanan qarşıdurmalarda ASO tank hücumuyla çox sayda Əsəd güclərinə aid hərbi vasitəsi məhv edilib. Baş verən qarşıdurmalarda onlarla rejim tərəfdarı milisin silahlı qruplar tərəfindən öldürüldüyü qeyd edilir.
2014-05-03
16,590
ARDNŞ-dən “Günəşli”dəki partlayışla bağlı açıqlama
"Bu haqda yayılan məlumatlar doğru deyil". Bunu "Axar.az"a "Günəşli" yatağında qaz sızması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirdi: "Deyilənlər doğru deyil. Belə bir hadisə baş verməyib. Digər tərəfdən də onu bildirmək istəyirəm ki, bu mədən sənayesidir. Mədən sənayesində qaz sızması normal haldır. Belə xəbərləri bu sistemdən başı çıxmayan adamlar yayır". Xatırladaq ki, sosial şəbəkələrdə "28 May" NQİÇ-ə məxsus "Günəşli" yatağındakı bloklardan birində qaz sızması nəticəsində partlayış olduğu deyilirdi.
2014-05-03
16,591
“Burada 30 mindən çox erməni, 90 mindən çox erməni uşağı var”
"Bu məsələdə ANS ÇM-in üzərinə gedilməsinin tamamilə əleyhinəyəm". Bu sözləri "Axar.az"a millət vəkili Zahid Oruc ANS ÇM-in efirində yayımlanan "Qafqaz top 20" verilişində erməni musiqilərinin səslənməsi barədə danışarkən dedi. Millət vəkili bu məsələdə ANS-in vitse-prezidenti Mir Şahin Ağayevin fikirləri ilə həmrəy olduğunu bildirdi: "Mənim bu məsələyə yanaşmam Mir Şahin bəyin dünən ANS-in efirdən söylədiyi fikirlərə prinsipcə yaxındır. Mən düşünmürəm ki, azərbaycanlılar erməni mədəniyyətinə, onların adı ilə bağlı olan hər hansısa məsələyə qarşı çıxmaq kompleksi yaşayır. Sadəcə, insanlar bütövlükdə müharibə sona çatmadan, torpaqlar işğaldan azad olunmadan ermənilərlə bu və ya digər əlaqə, əməkdaşlığı qəbul edə bilmir. İnsanlar bunun unutqanlıq yaradacağından ehtiyat edir. Bunun sonradan Çənbərəkənd qəbiristanlığının üzərindən salınmış asfaltın təkrarına çevrilməsini istəmir. Bu qorxu əslində anlaşılan və başa düşüləndir". Deputat özü erməni musiqilərini dinləməsə də qeyd edir ki: "Bir erməni musiqinin Azərbaycan mədəniyyətini və heysiyyətini aşağıladığını düşünmürəm. ANS ÇM-in efirində yayımlanan həmin verilişi dinləməmişəm, nə vaxtsa qarşıma çıxsa da dinləmərəm. Hər kəs musiqini öz zövqünə uyğun seçir. Zorla kiməsə nəyisə təlqin etmək mümkün deyil". Z.Orucun fikrincə, bu gün dünyada klassik savaş modelləri canını tapşırıb. Önəmli məsələ mədəniyyətlərin davasıdır ki, bu da çox böyük istilah silahıdır, təfəkkürlərin tutulmasıdır: "ANS ÇM-in tez-tez erməni musiqiləri verməsi ölkənin informasiya məkanını erməniçiliyə bağlamır. Biz bununla onların haqqını tanıdığımızı göstəririk. Dünyaya bununla humanizm mesajı veririk. Əgər biz iki ölkə arasındakı problemli məsələni səngərdə həll etmiriksə, bu şəkildə aradan qaldırmağa çalışmaq daha yaxşıdır". Qulaq asaram görüm nə oxuyur bunlar? Qarabağlı millət vəkili Aqil Abbas bu məsələnin bu qədər böyüdülməsinin əleyhinədir: "Mən bir qarabağlı kimi buna çoxdan münasibət bildirmək istəyirdim. Bu məsələ bu qədər şişirdilməməlidir. Niyə unudursunuz ki, Azərbaycanda təkcə azərbaycanlılar yaşamır. Burada 30 mindən çox erməni var. 90 mindən çox da ermənidən doğulan uşaq. Bunları niyə nəzərə almırlar?". A.Abbas qeyd edir ki, onun üçün erməni musiqilərini dinləmək maraqlı olardı: "Radio dinləmədiyim üçün sözügedən verilişdə səslənən musiqiləri də eşitməmişəm. Ancaq qarşıma çıxsa dinləyərəm. Bir qulaq asaram, görüm, necədir, nə oxuyur bunlar? Öz mahnılarıdır, ya yenə bizdən nə isə oğurlayıblar? Elə televizorda da görsəm çevirmərəm. Əksinə diqqətlə baxaram. Qafqaz musiqiləri bir-birinə çox oxşayır. Milli rəqslərimiz, musiqilərimiz çox bənzərdir. Bir regionun insanlarıyıq hamımız. Eyni havanı uduruq hamımız". Millət vəkili əlavə edir ki, ANS ÇM-də erməni musiqisinin səslənməsinə etiraz edənlər Azərbaycan Dövlət Radiosundakı erməni dilində verilişlərə də etiraz etsinlər: "Azərbaycan Dövlət Radiosu illərdir erməni dilində verilişlər verir. Narazılıq edənlər buna da etirazlarını bildirsinlər də. Erməni musiqisinin radioda yayımlanmasını sevmirlərsə, bu dildə olan verilişə niyə etiraz etmirlər? Burada heç bir faciəvi şey yoxdur". A.Abbasın fikrincə, ANS ÇM-də erməni musiqilərinin səslənməsi onların işinə heç bir xələl gətirmir: "ANS-in bu ölkə üçün xüsusi xidmətləri olub və davam edir. Qarabağ haqqında ən dəyərli filmləri, materialları, verilişləri onlar hazırlayır. Bu onların uğurudur". Burada heç bir anormallıq yoxdur Media eksperti Qulu Məhərrəmli də mədəniyyətlərin, musiqilərin sərhəd tanımadığını deyir: "Hindistanla Pakistan arasında Kəşmir uğrunda 50 ilə yaxındır müharibə gedir. Lakin İslamabad küçələrində indi də hind mahnıları oxudurlar. Mədəniyyət üçün sərhəd yoxdur. Musiqi bir dəyərdir. Onu dinləmək mədəniyyəti var. Həmin mahnıların kökünün Azərbaycana, ya ermənilərə bağlı olduğunu da bilmirik. Cənubi Qafqazda xalqlar bir-biri ilə daim sıx əlaqədə olub və bu şəkildə də yaşayıb, bir-birindən bəhrələnib. Ancaq istənilən halda burada heç bir anormallıq yoxdur. Bunu qəti şəkildə pisləmək, qadağan etmək doğru deyil". Qeyd edək ki, "Qafqaz top 20" musiqili verilişi ANS ÇM radiosunda hər həftənin şənbə günləri saat 19.00 və 20.00 arası efirə gedir və burada Çeçenistan, Gürcüstan, Kabardin-Balkar, İnquşetiya, Dağıstan və digər Qafqaz respublikalarının mahnıları ilə yanaşı ermənistanlı ifaçının da mahnısı səsləndirilir.
2014-05-03
16,592
Batumda Əli və Ninonun öldürülməsi – Foto/Video
- Salfet neçəyədir? - 1 manat… Satıcının verdiyi bu cavab gün ərzində yaşadığım ilk şok idi. Adi dükanlarda 10 qəpik olan salfeti Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 1 manata verirdilər. Ürəklər şəhərinə səfərin belə başlaması heç də xoş deyildi. Dohadan gələn təyyarənin hava limanına enişinin gecikməsi isə növbəti narazılığın yaranmasına səbəb oldu. YAĞIŞLI, AMMA QURU TİFLİS Bakıda hava günəşli olsa da, Tiflis bizi yağışla qarşıladı. Amma bu yağış heç də yollarda hiss edilmirdi. Bakıdan fərqli olaraq bu tarixi şəhərin kanalizasiya sisteminin standartlara uyğun qurulması yağış sularının şəhərin mənzərəsini korlamasına mane olurdu. Tiflisin bir özəlliyi də ondadır ki, şəhər genişlənsə də, öz tarixiliyini qoruyub saxlayıb. Demək olar ki, bütün qədim binalar olduğu kimi saxlanılıb. Yalnız məscidləri çıxmaq şərti ilə. Vaxtilə 10-dan artıq məscidi olan şəhərdə yalnız bir müsəlman ibadət yeri qalıb. Tiflis şəhəri dağlar və yaşıllıqla əhatələnməsinə baxmayaraq, çirklidir. Burada daha çox pivə və çaxır şüşələrinə rast gəlmək olar. 6 SAATLIQ YOL VƏ BATUMİ Tiflisə gələnlər heç şəhəri gəzməsə belə, Dəmiryolu Vağzalını görməklə hiss edərlər ki, ölkə çox kasıbdır. Tiflis-Batumi qatarına daxil olanda ilk düşündüyüm öz vaqonlarımızdakı vəziyyətin şükürlü olmasıdır. "Ekspress qatarı" (sürət qatarı) adlansa da, onda ekspresslikdən heç bir əlamət yox idi. Hər stansiyada dayanır və sanki şəhərin natəmizliyi vaqonlara keçirdi. Təxminən 370 kilometrlik yolu 6 saata getdik. Batumi görünüşü və müasirliyinə görə Tiflisdən xeyli fərqlənir. Paytaxtın əksinə olaraq, daha çox müasir elementləri özündə əks etdirən Batuminin simvolu delfindir. Təmizliyi ilə fərqlənən bu Qara dəniz incisi ölkənin əsas turizm mərkəzlərindən biridir. Şəhərdə reallaşdırılan bütün infrastruktur layihələrinin hamısı turistlərin cəlb edilməsinə hesablanıb. BATUMİDƏ GÖRMƏLİ ƏSAS YERLƏR Batumiyə gələn turistlərin ilk olaraq baş çəkməli olduğu məkan Batumi Botanika Bağıdır. Ərazisinə görə dünyada ikinci yeri tutan bağın əsası 1880-ci ildən sonra qoyulub. Bağda 120 mindən artıq ağac var və il ərzində orta hesabla 60 min adam bu bağı ziyarət edir. "Aşağı bağ", "Yuxarı bağ" və Giorgi Kapriçidze adına dənizkənarı bağ"dan ibarət olan parkın ümumi sahəsi 10 hektara bərabərdir. ​ BATUMİ BULVARI Əsası 1881-ci ildə qoyulan Batumi Bulvarının təxmini uzunluğu 7 kilometrdir. Köhnə və yeni hissələrdən ibarət olan bulvar da müxtəlif fiqurlu heykəllər onun mənzərəsinə rəngarənglik qatır. Dənizkənarı parkda müxtəlif formalı sxem-heykəllərin tərkib hissəsi kimi göstərilən ürək fiqurları isə ecazkar mənzərə yaradır. BAŞIBƏLALI UNİVERSİTET Batumidə ən uca binalardan biri də keçmiş prezident Mixail Saakaşvilinin vaxtında ucaldılan və universitet kimi fəaliyyət göstərməsi nəzərdə tutulan binadır. Batumini bizimlə tanış edən taksi sürücüsünün sözlərinə görə, Mişa (Saakaşvili) həmin binanı öz adına universitet kimi fəaliyyət göstərməsini istəyirmiş. Amma hakimiyyətin dəyişməsi keçmiş prezidentin arzularını ürəyində qoyub. Hazırda həmin tikili istifadəsiz qalır. "ƏLİ VƏ NİNO"YA SEVGİ ABİDƏSİ Batumini bizimlə bağlayan bağlardan biri də "Əli və Nino" romanının qəhrəmanlarının şərəfinə ucaldılan "Sevgi heykəli"dir. Hündürlüyü 7 metr olan heykəlləri Tamar Kvesitatze hazırlayıb. Heykəllər hər 10 dəqiqədən bir biri-birinin içindən keçir. Heykəllərə baxanda yanımızda dayanan rusdilli turistlərə "Əli və Nino" əsəri haqqında məlumat verən bələdçi qadının uydurduğu yalanları eşdəndə ilk ağlımıza gələn söhbətə müdaxilə etmək oldu: - Əsərin sonunda Əlini Ninonun atası xəncərlə kürəyindən vurub öldürür! - Ay xanım, axı elə olmur, siz niyə yanlış informasiya verirsiniz?! – deyirəm. - Siz yalan deyirsiniz. Elə olur! Mübahisə uzansa da qadını inandırmaq olmadı. Hiss olunurdu ki, qadın turistlərə əlinin məhz rus əsgərləri tərəfindən öldürüldüyünü demək istəmir. Ümumilikdə Batuminin paytaxtımızla oxşarlığı çoxdur. Ən böyük ortaq nöqtə hər ikisinin dənizlə əhatələnməsi və turizm əhəmiyyətli olasıdır. Məhz bu baxımdan Bakı rəhbərliyinin Batumidən öyrənməli olduğu çox xüsusiyyətlər var.
2014-05-03
16,593
Tanınmış jurnalist KİV Fondunu tənqid etdi
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) bu gün keçirilən qurultayında çıxış edib. S.Verdizadə gündəlikdə duran məsələlər barədə danışdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinə toxunub. Tanınmış jurnalist deyib kİ, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mütərəqqi addımdır. Amma Fond fəaliyyət konsepsiyasına yenidən baxmalıdır: "Cənab Prezident KİVDF-ni ayrı-ayrı qəzetlərin baş redaktorlarının rifah halını yaxşılaşdırmaq üçün yaratmayıb. KİV Fondunun fəaliyyəti bütövlükdə mətbuatın inkişafına xidmət etməlidir. Ötən il 10-a yaxın qəzet KİVDF-dən üst-üstə 120 min manat qrant və yardım alıb. Araşdırsaq görərik ki, həmin qəzetlərin real olaraq 200-300 oxucusu yoxdur, abunə hesabına ayaqda dururlar. Amma Azərbaycanda Musavat.com, Lent.az, Qafqazinfo.az, Modern.az, Azxeber.com, Aznews.az, Axar.az və digər saytlar var ki, onların gündəlik ziyarətçi sayı 20-50 min arasında dəyişir. Təklif edirəm ki, KİV Fondu bu saytlar üçün də maliyyə yardımı ayırsın. O cümlədən, APA, "Trend", Azadinform, MİA və digər nüfuzlu informasiya agentlikləri də Fondun imkanlarından yararlanmalıdır". S. Verdizadə jurnalist təşkilatlarının fəaliyyətinə də toxunub. Qeyd edib ki, KİV-lərlə yanaşı, informasiya agentliklərinin da inkişafına diqqət ayrılmalıdır: "Ölkədə fəaliyyət göstərən jurnalist təşkilatları yalnız Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə vəsaiti ala bilirlər. Jurnalist təşkilatları ayaqda qaldıqları üçün QHT Şurasının sədri, millət vəkili Ayaz Quliyevə minnətdar olmalıdırlar. Əvvəllər KİVDF də jurnalist təşkilatlarının mətbuatla bağlı layihələrini maliyyələşdirirdi. Amma nədənsə son illər bu məsələyə barmaqarası yanaşılır. Təklif edirəm ki, qəzetlər üçün nəzərdə tutulan illik 120 min manat vəsaitin heç olmasa 10 faizi jurnalist təşkilatları üçün ayrılsın. Jurnalist təşkilatlarının güclənməsi ölkədə KİV-lərin inkişaflna töhfə verə bilər".
2014-05-03
16,594
Milli Məclis və Müdafiə Nazirliyi bir araya gəlir
Azərbaycan Müdafiə Nazirliyi və Milli Məclis arasında hərbi qanunvericilik sahəsində analizlərin aparılması ilə bağlı müzakirələr keçiriləcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, müzakirələr nazirliyin rəhbər heyəti ilə Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin rəhbərliyi arasında aparılacaq. Müzakirələr zamanı hərbi qanunvericilikdə hansı yenilik və dəyişikliklərin aparılmasının mümkünlüyü aydınlaşdırılacaq. Nəticə olaraq hərbi qanunvericilik sahəsində yeniliklər gözlənilir.
2014-05-03
16,595
Dövlət məmurunun oğlu Suriyada öldürüldü - Şok
Türkiyənin Diyarbəkir şəhərinin Sur ilçəsi bələdiyyə sədri Seyid Narının 22 yaşındakı oğlu Əli Narın Suriyada kürdlərin yaşadığı bölgədə öldürülüb. "Axar.az" xəbər verir ki, PKK-ya bağlı saytlardan birində Narının qarşıdurma zamanı öldürüldüyünü qeyd edilib. Narının öldürüldüyünü təsdiq edən Surun sabiq bələdiyyə sədri hadisənin nə vaxt baş verdiyi barədə məlumatlı olmadığını deyib. Oğlunun ölüm xəbərini alan bələdiyyə sədri başsağlıqlarını qəbul edib. Qeyd edək ki, Suriyada kürdlərin yaşadığı Rojava bölgəsində yerli əhali ilə İŞİD arasında kəskin qarşıdurmalar davam edir.
2014-05-03
16,596
Dırmanma üzrə Dünya Kubokuna start verildi
Bu gün Bakıda idman dırmanması üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Dövlət Bayraq Meydanı yaxınlığında təşkil olunan yarışın açılışında gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Beynəlxalq İdman Dırmanması Federasiyasının rəsmisi, yarışların baş hakimi Qremi Alderson, idmançılar və azarkeşlər iştirak ediblər. İdmançılar parad şəklində meydana daxil olduqdan sonra, A.Rəhimov çıxış edərək ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Nazir ölkəmizdə təşkil olunmuş beynəlxalq yarışlardan söz açaraq, Azərbaycan idmanının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb. O, bu gün start verilən İdman Dırmanması üzrə Dünya Kubokunun əhəmiyyətindən söz açıb və idmançılara uğurlar arzulayıb. Daha sonra çıxış edən Hüseynqulu Bağırov iştirakçıları salamlayaraq, Azərbaycanın möhtəşəm idman yarışlarının təşkilində dünyanın nümunəvi ölkələrindən biri olduğunu bildirib. Onun sözlərinə görə, ötən il keçirilən Dünya Kubokunun möhtəşəm təşkil olunması beynəlxalq federasiyanın diqqətindən yayınmayıb: "İkinci dəfədir ki, Dünya Kuboku Azərbaycanda keçirilir. Ötən il beynəlxalq federasiya bu tədbirin Azərbaycanda keçirilməsində tərəddüd edirdi. Ancaq yarış ölkəmizdə keçiriləndən sonra məlum oldu ki, Azərbaycan Dünya Kubokunu yüksək səviyyədə təşkil edib. Yarışın həm məkan, həm də təşkilatçılıq cəhətdən möhtəşəmliyini, ölkəmizdə idmana göstərilən diqqət və qayğını görən beynəlxalq federasiya bu dəfə özü Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün müraciət etdi". Nazirin sözlərinə görə, FAİREX yarandığı qısa zaman ərzində böyük uğurlara imza atıb. Federasiya prezidenti vurğulayıb ki, ölkəmizə təşrif buyurmuş peşəkar idmançıların reaksiyasından onların yarışın təşkilatçılığından razı olduqları bəlli olur: "Əvvəllər idman dırmanması Azərbaycanda çox zəif idi, ancaq qısa zaman ərzində bu sahədə idmançılarımız sürətlə yetişdi və müxtəlif beynəlxalq səviyyəli yarışlarda iştirak edirlər. Ölkəmizdə bu idman növünün inkişafı üçün struktur yaradılır, bazalar inşa olunur və bunun nəticəsidir ki, bu gün bizim yaxşı komandamız var. Ümid edirik ki, bu yarışda da komandamız yaxşı yerlərdən birini tutacaq". Beynəlxalq İdman Dırmanması Federasiyasının rəsmisi, yarışların baş hakimi Qremi Alderson Dünya Kubokunun yüksək səviyyədə təşkil olunduğunu deyərək, Azərbaycanın Gənclər və İdman Nazirliyinə və FAİREX-ə minnətdarlığını bildirib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və mərasim bədii hissə ilə davam etdirlib. Daha sonra yarışalara start verilib. Qeyd edək ki, yarışda dünyanın 22 ölkəsindən 150-yə yaxın idmançı iştirak edir. İki gün davam edəcək Dünya Kubokunda idmançılar iki növ - çətinlik (boulderinq) və sürət üzrə qüvvələrini sınayırlar. /Trend/
2014-05-03
16,597
Bakıda motosiklet “Cip”lə toqquşdu - Yaralanan var
Hüseyn Cavid prospektində yol-nəqliyyat qəza baş verib. "Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, 10 A 690 dövlət nömrə nişanlı motosiklet "Cip"lə toqquşub. Motosikletin sürücüsü "Cip"lə toqquşmanın təsirindən metrələrcə kənara düşüb. Ağır yaralanan sürücü xəstəxanaya aparılıb. "Cip" markalı minik maşınının sürücüsü isə xəsarət almayıb. Qəzadan fotoları təqdim edirik.
2014-05-03
16,598
Mustafa Cəmilov Krıma girə bilmədi - Mitinq gözlənilir
Krımın bütün bölgələrindən olan tatarlar yarımadaya buraxılmayan Mustafa Krımoğlunu (Cəmilov) dəstəkləmək üçün Xerson vilayəti ilə sərhədə axışır. Hazırda Armyansk qəsəbəsində etirazçıların sayı 5 minə yaxındır. Qeyd edək ki, Krım Tatar Məclisi Krım tatarlarını Mustafa Krımoğlunun yarımadaya buraxılmamasına etiraz olaraq əsas trasları kəsməyə çağırıb. Yeli vaxtla saat 16:00-da sözügedən məntəqədə, blok-postu yaxınlığında kütləvi mitinq gözlənilir. Armyanska OMON-çular da axışdığı bildirilir. /Musavat.com/
2014-05-03
16,599
Türkiyə ordusu gülənçilərdən təmizlənir
Milli Təhlükəsizlik Şurası Silahlı Qüvvələrdəki gülənçilərə qarşı ciddi qərarlar verib. "Axar.az" xəbər verir ki, hərbçisinin qarşısında iki seçim var: Gülən hərəkatı ilə əlaqəsi aşkar olan kadr ya Yüksək İntizam Heyətinin (YİH) qərarı ilə ordudan uzaqlaşdırılacaq, ya da, avqust ayında təşkil olunacaq Yüksək Hərbi Şuranın (YHŞ) qərarı ilə xaric ediləcək. Türkiyə Silahlı Qüvvələrinin bu addımında YİH-nin 9-cu maddəsini (Dövlətin gizli məlumatlarının açıqlayan, ideoloji və siyasi fəaliyyətləri olan və intizamsızlıq göstərən şəxslər aşkar olunduğu təqdirdə YHŞ-nın qərarına ehtiyac olmadan YİH tərəfindən silahlı qüvvələrdən uzaqlaşdırılacaq) əsas götürüb.
2014-05-03
16,600
Bzejinski Obamanı Ukraynanı silahlandırmağa çağırdı
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi, dünyaca tanınmış politoloq və sovetoloq Zbiqnev Bzejinski prezident Barak Obamanı Ukraynanı silahlarla, o cümlədən şəhər mühitində döyüşlər üçün minaatanlarla təmin eləməyə çağırıb. Politoloq "Politiko" qəzetindəki məqaləsində yazıb: "Ukraynalılar döyüşəcəklər, əgər bilsələr ki, son nəticədə Qərbdən öz şəhərlərinin müdafiəsi üçün zəruri hərbi-texniki kömək alacaqlar". Bzejinski bir daha Rusiyanın Ukraynaya təhlükə olduğunu vurğulayıb və qeyd edib ki, ukraynalıların qələbəsini məhz onlara silah verilməsi ilə təmin edə bilər. Barak Obama isə Birləşmiş Ştatların Ukraynaya hərbi xarakterli kömək göstərmək niyyətində olmadığını bir neçə dəfə bəyan edib. /Musavat.com/
2014-05-03
16,601
Müxalifət liderinin əmisi öldü - Foto
Türkiyənin Cümhuriyyət Xalq Partiyası lideri Kamal Kılıçdaroğlunun əmisi dünyasını dəyişib. "Axar.az" xəbər verir ki, CXP lideri Tuncəlidə əmisinin cənazə mərasiminə qatılıb. Kılıçdaroğlunun əmisi Antalyada müalicə aldığı xəstəxanada 75 yaşında vəfat edib. Cənazə mərasimində iştirak edən Kılıçdaroğlu başsağlıqlarını qəbul edib.
2014-05-03
16,602
Davudoğlu: "Ermənilər Ərdoğanın liderliyini qəbul etməlidir"
Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlu Baş nazir Ərdoğanın "erməni soyqırımı" ilə bağlı çıxışını cəsarətli bir addım kimi dəyərləndirib. "Axar.az" xəbər verir ki, Davudoğlu 1915-ci il hadisələri ilə bağlı "Qardian" qəzetində çağırış edib. Davudoğlu Ərdoğanın "erməni soyqırımı" ilə bağlı çıxışının bənzəri olmadığını, türk-erməni münasibətlərinin yenidən qurulmasında önəmli addım kimi qiymətləndirib. "Qardian" qəzetində yayımlanan "Türklər və ermənilər Baş nazir Ərdoğanın liderliyini təqib etməli və ortaq acımızı görməliyik" başlıqlı məqaləsində Davudoğlu iki xalq arasındakı əlaqələrin əsrlərə söykəndiyini bildirib.
2014-05-03
16,603
Piramidaların gizli tarixi aşkar edildi – Foto
Amsterdam Universitetinin araşdırma qrupu sirli Misir piramidalarında apardıqları araşdırmalar nəticəsində yaş qum aşkar ediblər. Bu komponentin piramida istehsalında əhəmiyyətli vasitə olduğu bildirilir. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, araşdırma qrupu müəyyən miqdar qum və suyun müəyyən təzyiq altında sıxılması nəticəsində sərtləşdiyini ortaya çıxarıb. Tədqiqatçıların sınaqları su qatılmış çöl qumunun adi torpaqdan fərqli olaraq 2 qat daha tez bərkidiyini təsdiqləyib. Araşdırma qrupu hesab edir ki, qədim misirlilər areometrə vasitəsi ilə ölçü aparmırlar.
2014-05-03
16,604
Kramatorskda xüsusi əməliyyat: 2 ölü, 12 yaralı
Ukrayna hakimiyyətinin apardığı xüsusi əməliyyat nəticəsində Kramatorskda 2 nəfər ölüb, 12 nəfər yaralanıb. "Axar.az" xəbər verir ki, bu barədə Donetsk vilayətinin dövlət adminstrasiyasından məlumat verilib. Qeyd edək ki, ölənlərdən biri 21 yaşlı yerli qadın, o biri isə şəxsiyyəti hələ də bəlli olmayan gənc oğlandır.
2014-05-03
16,605
Ərdoğan Qəzzaya gedir
Baş nazir Ərdoğanın uzun zamandır gözlənilən Qəzzaya ziyarəti üçün hazırlıq işləri aparıldığı iddia edilib. "Axar.az" xəbər verir ki, Ərdoğanın ötən il planlaşdırdığı, ancaq müəyyən səbəblərdən ötrü təxirə salınan səfəri yaxın günlərdə reallaşacaq. "Star" qəzeti müdiri Səadət Oruc Yaxın Şərqdəki olaylarla bağlı təxirə salınan Ərdoğanın səfəri ilə bağlı hazırlı işləri aparıldığını iddia edib: "Baş nazir Rəcəb Tayyib Ərdoğanın Qəzzaya səfər etməsi gözlənilir. Uzun zamandır bu istiqamətdə işlər aparılsa da, hələ də bu ziyarətin tarixi dəqiqləşməyib".
2014-05-03
16,606
İsrail alimləri Musa peyğəmbərin əhvalatını uydurma saydı
Zeev Hersoq: "Kiçik bir saxsı parçası belə yəhudi padşahlığının olmasını isbat etmir" İsrail arxeoloqları uzun illər apardıqları qazıntılardan sonra nəhayət bu qərara gəliblər ki, Tövratda bəhs edilən əhvalatlar heç zaman baş verməyib. Məlumata görə, professor Zeev Hersoq bildirib ki, israillilər heç zaman Misirdə olmayıblar, heç zaman səhrada köç etməyiblər və Fələstin torpaqlarını yəhudilərin 12 tayfası üçün işğal etməyiblər. "Yəhudi tarixinin əsas hadisələrinin heç biri bizim tapdıqlarımızla təsdiq edilməyib", - deyə professor vurğulayıb. Alimlər iddia edir ki, İsrail rahibləri tərəfindən şeypur səsi ilə dağıdılmış Eriha divarları da olmayıb. Zeev Hersoqun fikrincə, Bibliyada təsvir edilənlər Romul və Rem əfsanəsinə bənzər uydurma əhvalatlardır. İsrail alimlərinin dedikləri tarix elmi üçün inqilabi yeniliklərdir və adamlar bunu qəbul etmək istəmir. "Kiçik bir saxsı parçası belə yəhudi padşahlığının olmasını isbat etmir. Bu, o demək deyil ki, arxeoloqlar düzgün yerdə axtarmayıblar. Onların əldə etdiyi çox saylı sübutlar göstərir ki, Davud və Süleymanın zamanında Qüds çox böyük yaşayış məntəqəsi olub, amma orada nə mərkəzi məbəd, nə də padşah sarayı olmayıb",- deyə Hersoq aparılan işlər barədə bildirib. /ANS/
2014-05-03
16,607
Lavrov: “Ukraynada qardaş qırğını başlayacaq”
"Ukraynanın cənub şərqində aparılan əməliyyatlar qardaş qırğınına gətirib çıxardacaq". "Axar.az" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Con Kerriyə telefon danışığında bildirib. Məlumata görə, Lavrov telefon danışığında ABŞ-ın himayəsi altında olan, öz xalqına müharibə elan etmiş Kiyev rejiminin təcili olaraq hərbi əməliyyatları dayandırmağı, qoşunları geri çəkməyi və etirazçıları azad etməyi məsləhət gördüyünü deyib. Rusiya tərəfindən qeyd olunub ki, gərginliyin azaldılması konstutisiya reformalarına və milli dialoqa gətirib çıxardacaq.
2014-05-03
16,608
Snouden: “MKİ hətta kimi sevdiyimizi də bilir”
ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı, hazırda Rusiyada siyasi sığınacaq alan Edvard Snouden yeni açıqlama ilə çıxış edib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, total nəzarətlə bağlı Kanadanın Toronto şəhərində keçirilən debata Rusiyadan öz video çıxışını göndərən Snouden Mərkəzi Kəşfiyyat İdarəsinin bütün vətəndaşları nəzarət altında saxladığını bildirib: "Söhbət ancaq cinayət törətməkdə şübhəli bilinən şəxslərin ənənəvi izlənilməsidən getmir. Söhbət telefon zənglərini, yazışmaları, alış-veriş etdiyiniz tarixləri əhatə edən total izləmədən gedir. Onlar sizin dostlarınız, bugün hara getdiyiniz və kimi sevdiyinizi bilirlər". Xatırladaq ki, 2013-cü ilin iyununda Edvard Snouden "Vaşinqton Post" və "Qardian" qəzetlərinə Amerika Təhlükəsizlik Agentliyinin 200 min məxfi sənədini gizli yolla göndərərək ABŞ və Britaniya xüsusi xidmət orqanlarının dünyadakı gizli fəaliyyətini ifşa etmişdi".
2014-05-03
16,609
Azərbaycan Silahlı Qüvvələri təlim keçirəcək
Bakıda mayın 5-8-də Azərbaycan Respublikasının NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi keçiriləcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, Azərbaycan 2004-cü ilin aprel ayından NATO-nun ƏİK proqramına qoşulub. Azərbaycan Respublikası Silahlı Qüvvələri ƏİK proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı bölüyü təqdim edib, 2010-cu ilin avqust ayından isəc.
2014-05-03
16,610
Qorbaçovun dəfnini Şoyqu öz üzərinə götürdü
Rusiyanın müdafiə naziri Qorbaçovun dəfn olunacağı qəbristanlıqda olub. Moskva əyalətində Rusiyanın görkəmli vətəndaşlarının basdırılması üçün nəzərdə tutulmuş yeni qəbristanlıq açılıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu keçmiş SSRİ-inin ilk və son prezidenti Mixail Qorbaçovun həmin qəbristanlıqda dəfnini öz üzərinə götürüb. Buna görə o, Qorbaçovun dəfn olunacağı qəbristanlıqda olub. Tanınmış insanların dəfn olunması üçün nəzərdə tutulan qəbristanlığın açılışında müdafiə naziri Serqey Şoyqu iştirak edib. Məmurlar bildirib ki, nekropol 55 hektar sahəni tutur və 30 min ölünün basdırılıması üçün hesablanıb. Burada keçmiş SSRİ-in və Rusiyanın qəhrəmanları, SSRİ prezidenti, Rusiya prezidentləri, ölkənin baş nazirləri, nazirlər, tanınmış hərbçilər öz son sığınacaqlarını tapacaqlar. Xatırladaq ki, Moskvada Novodeviçye qəbristanlığı yer olmadığından adlı-sanlı mərhumları daha qəbul etmir. Bu səbəbdən Mixail Qorbaçov cox guman ki, vəfat etdikdən sonra Raisa Maksimovnadan uzaq Moskva əyalətində yerləşən yeni qəbristanlığda dəfn olunacaq. /ANS/
2014-05-03
16,611
Ərdoğan prezident, Gül Baş nazir olacaq
Hakim partiyanın 3-cü dövr qaydalarının müdafiə etməsi qərarına görə partiyanın ağır artilleriyaları namizəd olmayacaq. Partiya 2015-də yeni komanda ilə xalqın qarşısında çıxacaq. "Axar.az" xəbər verir ki, Türkiyənin hakim partiyası AKP, Baş nazir R.T.Ərdoğan və bəzi nazirlər daxil olmaqla 3-cü dövr qaydalarında ilişəcək. Bu qaydaya əsasən 3 dəfə millət vəkili olan funksionerlər 2015-ci ildəki seçkilərdə namizəd olmayacaq. Partiyanın ağır artireliyalarından olan Baş nazir müavini Bülənt Arınc, Baş nazir müavini Əli Babacan, Baş nazir müavini Bəşir Atalay, AKP-nin sözçüsü Hüseyn Çəlik, keçmiş Nəqliyyat naziri Binəli İldırım, Ədliyyə naziri Bəkir Bozdağ, Gömrük və Ticarət naziri Həyati Yazıçı, Enerji naziri Tanər Yıldız, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Faruk Çəlik, Spiker Cəmil Çiçək kimi şəxslər 2015-ci ildə namizəd olmayacaq. Ərdoğan prezident olacaq Mübahisələrə rəğmən, Baş nazir Ərdoğanın 3-cü dövr qaydalarını müdafiə etməsi özünün prezident olması üçündür. Ərdoğanın prezident seçilməsi və Abdullah Gülün Baş nazir olacağı ssenarisi çərçivəsində AKP-nin Bayburt millət vəkili Bünyamin Özbək istefa verəcək və şəhərdə Gülün namizəd olması üçün təkrar seçkilər keçiriləcək. Və beləliklə, Gül üçün Baş nazir olmaq yolu açıqlacaq.
2014-05-03
16,612
Filmlərdəki “A 113”-ün sirri ortaya çıxdı - Foto
"İtmiş Balıq Nemo" və "Oyuncaq hekayəsi" kimi bir çox məşhur animasiya filmlərində görünən "A 113" yazısının sirri ortaya çıxıb. "Axar.az" xəbər verir ki, bu günə qədər 14 fərqli "Pixar" istehsalı animasiya filmi başda olmaqla 45 ayrı filmdə görülən "A 113" əslində Kaliforniya İncəsənət İnstitutunda olan sinfin qapı nömrəsi imiş. Burada təhsil alan bir çox "Disney" və "Pixar" işçisi öz sədaqətini göstərmək üçün hər hansı bir səhnəyə "A 113"ü yerləşdirir. Digər bir deyişlə "A 113"ü hər hansı bir animasiya filmində görsəniz (ki bundan sonra da görməyə davam edəcəksiniz), o filmin prodüserlərindən birinin mütləq "A 113" sinfindən yolunun keçdiyini demək olar. Qeyd edək ki, "Oyuncaq hekayəsi", "Avtomobillər", "Monstrlar", "İtmiş balıq Nemo" və başqa filmlərin müxtəlif səhnələrində "A 113" yazısı var.
2014-05-03
16,613
ABŞ-da Dağlıq Qarabağ münaqişəsindən danışdılar
ABŞ-Azərbaycan Konvensiyası yekunlaşıb. Məlumata görə, ABŞ-Azərbaycan Konvensiyasi 2 ölkə arasında mühüm əməkdaslıq sahələrində - siyasi, iqtisadi, humanitar, təhlükəsizlik sahələrində səmimi muzakirəsi üçün imkan yaradıb. Tədbir Azərbaycan həqiqətlərinin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin ABŞ-ın siyasi, ictimai dairələrinə çatdırılması üçün mötəbər platforma olub. Qafqazın Şeyxi Allahşükür Paşazadə: "Qafqaz regionunun həllini tapmayan problemlərindən biri də Azərbaycanın 20 ildən bəri üzləşdiyi, ərazisinin 20 faizinin erməni qəsbkarları tərəfindən işğal olunması və 1 milyon insanımızın etnik təmizləmə siyasətinə məruz qaldığı Qarabağ münaqişəsidir. İşğal olunmuş ərazilərimizdə müsəlman, xristian və yəhudi dini abidələri dağıdılıb. Bu isə dinlərarası qarşıdurma təhlükəsinə yol aça bilər". Konvensiyanin işində çıxış edən amerikali qonaqlar Azərbaycan-ABŞ əlaqələrinin Ukrayna hadisələri fonunda əhəmiyyətinin daha da artdığını vurğuladılar. Texas senatının nümayəndəsi Dennis Kec: "Azərbaycan ABŞ üçün strateji əhəmiyyətə malikdir. ABŞ heç şubhəsiz ki, Azərbaycanın gözəl partnyorudur. Biz basa düşürük ki, Azərbaycanın yerləşdiyi yer dünyanın çətin bölgələrindəndir. Bizim möhkəm ikitərəfli əlaqələrə malik olmağımız hər iki ölkə üçün vacibdir, belə ki, bölgədə və dünyada sülh və sabitliyə xidmət edir. Mənim 2 il əvvəl ABŞ-dan olan siyasətçilərlə birgə Azərbaycana səfər etmək imkanım olub. Bu, sözün əsl mənasında gözləri açan bir səfər oldu". Tədbirdə çıxış edən ABS-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ikitərəfli əlaqələrdə yaranan böhranlı məqamlara da toxundu. Amerika səfiri Ukraynada vəziyyətin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini göstərdiyini deyərək, Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin nizamlanması məqsədilə konkret addımların atılması üçün birgə işləməli olduğunu və bunun Rusiyanın tam əməkdaşlığı olmadan çətin olacağını bildirdi. Çıxış eden Konvensiya uzvləri yerləşdiyi çətin qonşuluqda Azərbaycanın strateji partnyor rolundan razılıq ifadə etdilər. Beləliklə, sayca 3-cu olan Azərbaycan-ABŞ Konvensiyasi ölkənin regionda artmaqda olan nüfuzunun daha bir göstəricisi oldu. /ANS/
2014-05-03
16,614
Selda Bağcan Gülənin müdafiəsinə qalxdı
Türkiyənin məşhur xalq musiqiçisi Selda Bağcan Fəthullah Gülənin Amerikadan istənilməsinin "çox ayıb və çirkin" olduğunu bildirib. "Axar.az" xəbər verir ki, bu barədə sənətçi Belçikanın paytaxtı Brüsseldə konserti zamanı deyib. Selda Bağcan Fətullah Güləni Ərdoğandan müdafiə edib: "Son 10-12 ildir ki, birlikdə hərəkət etmiş iki islam qrupunun indi bir-birlərinə demədiyi söz qalmayıb. Yaşananları böyük kədər hissi ilə qarşıladım. Fəthullah Gülən dünyada möhtərəmliyi olan bir insandır. Baş nazirin dediyi sözlər qəbuledilməzdir. Qəbul etsək də, etməsək də, bu insanın dünyada bir möhtərəmliyi var". Selda Bağcan paralel dövlətlə bağlı ittihamlar barədə də danışıb: "Bəlkə də bu quruluş var, ancaq yaxşı ki var. Bütün oğurluğu onlar ortaya çıxardı. Olmasaydılar, biz hələ də yuxuda olacaqdıq".
2014-05-04
16,615
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında havanın tutulacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər yağışın tədricən kəsiləcəyi, havanın gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-15, gündüz 20-24 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, mayın 4-də Azərbaycanın bölgələrinin bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 11-16, gündüz 22-28, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti proqnozlaşdırılır.
2014-05-04
16,616
Atatürkün bu şəkili müzakirələrə səbəb oldu - Foto
Türkiyənin əfsanəvi lideri Mustafa Kamal Atatürk Tvitterdə mübahisə mövzusu olub. "Axar.az" xəbər verir ki, Atatürkə aid edildiyi iddia edilən uşaqlıq şəkili yayımlanıb. Belə ki, "Atatürkün uşaqlıq fotoşəkili" başlığında yayımlanan şəkil müzakirələrə səbəb olub. Fotoşəkilin müzakirələrə yol açmasına səbəb şəkilin üzərində istiqlal qazisi Məhmət Zeytinlinin adının əks olunması göstərilir.
2014-05-04
16,617
Kinimin məhsulu: axı, nə istəyirsiz?
Doğrusu, bu yazı kinimin məhsuludur. Bəllidir ki, hər dövrdə yaşlı nəsillə gənc nəsil arasında probləmlər olur. Yəni bir-birini bəyənməmək problemi. Bu problem hər zaman olacaq. Səbəbi isə yaşlılarla gənclərin dünyagörüşünün fərqli olmasıdır. Gənclərin müasir hərəkətləri həmişə yaşlıları qıcıqlandırır, onlar gəncləri öz dövrləri ilə müqayisə edir, fəqliliyi gördükcə gəncləri tənqid etməyə başlayırlar. Mənə maraqlıdır, insanlarda bu xüsusiyyət nədən və niyə yaranıb? Bütün işləri gənclər görməlidir?! Bütün səhvləri ancaq gənclər edir?! Hansı ahılın ağzını arayırsan, üzünə od püskürür, "bizim gəncliyimiz zaydır!""- sonluğunu elə qoyur ki, elə bil, düşməni haqqında danışır. Bizlərlə probləminiz nədir axı? Bilirik, bizi daha yaxşı, daha bacarıqlı, daha işgüzar görmək istəyirsiniz. Amma inanın, biz nə qədər yaxşı olsaq da sizi qane etməyəcək. Sizdə bəhanələr çoxdur. Gənc həm oxumalıdır, işləməlidir, az gəzməlidir, çox danışmamalıdır, fəal olmalıdır, az pul xərcləməlidir (hara xərcləsək, "israfçılıq" sayılır), kompüterlə məşğul olmamalıdır, əks cinsin nümayəndəsiylə gəzməməlidir… Saydıqlarımın bəzilərinə fikir verin: bir-birinin əksinədir. Bunu etsəm, o birini şərt qoyacaq, onu etsən, bu birini. Sizin bizdən bu qədərini tələb etməyinizin səbəbi nədir? Niyə bu qədər məsuliyyət yükləyirsiniz üzərimizə? Niyə bizi bəzi istəklərimizdə sərbəst buraxmırsınız? Özümüz olmağımıza niyə icazə vermirsiniz? Biz həmişə böyüklərimizə hörmətlə yanaşdığımız halda, böyüklərimizin əksərindən hörmətsizlik görürük. Anlamaq istəmirlər ki, indiki gənclik daha savadlı, intellektual, bu dövrü, bu dövrün tələblərini onlardan daha yaxşı bilən gənclikdir. Hamısı deyir, bizim vaxtımızda gənclər belə deyildi. Axı, niyə qəbul etmək istəmirsiz ki, o, sizin dövrünüz idi, sizin dövrün tələbi o idi. Axı bu reallıqdır ki, siz geri qalırsınız, zamanla ayaqlaşa bilmirsiniz. Bizdə elə qorxu yaratmısız ki, istəsək də özümüz ola bilmirik, bu dövrü daha yaxşı yaşaya bilmirik, bu dövrün problemlərini həll edə bilmirik. Buna siz icazə vermirsiniz. Bizə yol göstərin - sizi dinləyəcəyik, tövsiyyələrinizə diqqət edəcəyik. Amma məcbur etməyin, bizə ikiüzlü olmağı öyrətməyin. Yaşa önəm verməyin, başa önəm verin. Gənclər danışanda onları yola verməyin, dinləyin, fikirlərinə hörmətlə yanaşın. Qarşınıza hansı yaşda insanın çıxmasına yox, hansı başda insanın çixmasına fikir verin! Unutmayın ki, hər bir insan özünə görə unikaldır!
2014-05-04
16,618
Qəriblər kəndində əxlaqsızlıq yuvası aşkarlandı
Masallı rayonunda əxlaqsızlıq yuvası aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib. Əxlaqsızlıq yuvası rayonun Qəriblər kəndində aşkar olunub. İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qəriblər kənd sakini Nəsirağa Hüseynovun əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib. Keçirilmiş əməliyyat nəticəsində Nəsirağa Hüseynovun Qəriblər kənd ərazisində yerləşən "Nil bağı" istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.
2014-05-04
16,619
İran Vatçapı da qadağan etdi
İran milyonlarla istifadəçisi olan qısa mesaj xidməti Vatçapı qadağan edib. "Axar.az" xəbər verir ki, məsələylə bağlı Əbdusamet Hürrəmabadi açıqlmasında Vatçapın qadağan olmasına səbəb kimi ABŞ sionisti Mark Zukerberqin bu şəbəkəni almasını göstərib. İRNA-ya danışan Rabitə naziri Mahmud Mehr hökumətin Vatçapın bağlanmasına qətili şəkildə qarşı olduğunu bildirib. Qeyd edək k, Feysbuk sosial şəbəkəsi 2 ay əvvəl 19 milyard dollara Vatçapı almışdı.
2014-05-04
16,620
Mironov da Ukraynaya ordu yeridilməsini tələb etdi
Rusiya Dövlət Dumasının üzvü, Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov tez bir zamanda Ukraynaya ordu yeridilməsini tələb edib. "Axar.az" xəbər verir ki, o, bəyanatını Ukraynadakı rus qardaşlarına kömək edilməsi ilə əsaslandırıb. Səsləndirdiyi tələblə kifayətlənməyən Mironov Tvitter səhifəsində qarşı tərəfi "faşist", "alçaq" və s. bu tip ifadələrlə təhqir edib. Mironovun bu cür çıxış etməsinə səbəb məlum Odessa hadisələri səbəb olub. Qeyd edək ki, Dövlət Dumasının vitse-spikeri, qalmaqallı siyasətçi Jirinovski də Ukraynaya qoşun yeridilməsinin qızğın tərəfdarıdır.
2014-05-04
16,621
Futbol tarixi boyu görünməmiş qol - Video
Xarici ölkələrin birində keçirilən futzal matçında azarkeşlər əsrarəngiz bir qolun şahidi olub. "Axar.az" xəbər verir ki, "Incrivel" futzal klubu ilə "Jogo Amigos"un qarşılaşdığı oyunda Incrivelli oyunçu Falkaro qeyri-adi cərimə zərbəsi yerinə yetirərək rəqib komandanın qapısından qol keçirib. Videonu "Axar.az" oxucularına təqdim edirik.
2014-05-04
16,622
Ernstin özünü güllələməsi müəmmaya çevrilir
Rusiyanın "Birinci Kanal"ının baş direktoru Konstantin Ernst özünü güllələməsi ilə bağlı xəbərləri öznəməxsus tərzdə təkzib edib. "Axar.az" xəbər verir ki, təkzibi mətbuat katibi Larisa Krımova səsləndirib. Öz Feysbuk səhifəsində Ernstin şəklini yerləşdirən Krımova bildirib ki, baş direktor "arzularınız elə ürəyinizdə qalacaq!" ifadəsini çatdırmağı məsləhət bilib. Diqqətə çatdıraq ki, məsələnin müəmmalı tərəfi nəhəng bir televiziyaya rəhbərlik edən bir şəxsin ən azı mavi ekrandan xəbərin yanlış olduğunu bildirməməsidir. Ona görə də suallar doğur: niyə efirdən, canlı şəkildə bu qalmaqallı xəbər təkzib olunmur, yalnız mətbuat katibinin Feysbuk səhifəsindən bir cümləlik qınaq yayılır? Xatırladaq ki, bir neçə saat bundan öncə Prezident Vladimir Putinlə gərgin danışıqlardan sonra Konstantin Ernstin özünü güllələdiyi xəbəri yayılmışdı.
2014-05-04
16,623
Mustafa Cəmilovun Krıma qayıtmasını Ərdoğan təşkil edib
Krım tatarlarının lideri Mustafa Cəmilovun Krıma qayıtması ilə bağlı problemin həll ediləcəyinə Türkiyə rəhbərliyi söz verib. "Axar.az" xəbər verir ki, bu barədə Cəmilov "5-ci kanal"a verdiyi açıqlamasında deyib. "Baş nazir Rəcəb Ərdoğan dedi ki, yaxın günlərdə Putinlə görüşəcək və məsələnin sülh yolu ilə həll edilməsinə çalışacaq. Bundan başqa Ərdoğan mənə qan tökülməsinin qarşısını almaq üçün Kiyevə qayıtmağı məsləhət gördü", - deyə Cəmilov bildirib.
2014-05-04
16,624
ABŞ Fətullah Güləni ölkədən çıxara bilər
"A" xəbər proqramına qatılan "Yeni Akit" qəzetinin yazarı Həsən Qaraqaya Fətullah Gülənlə bağlı önəmli açıqlamalar verib. "Axar.az" xəbər verir ki, Qaraqaya Fətullah Gülənin 110 məhkəmə davası açdığını, qəzetdən 1 trilyon 110 milyard lirə tələb etdiyini deyib. Qaraqaya Gülənin ABŞ-dan ekstradisiyasının istənilməsi ilə bağlı da danışıb: "Elə ehtimal edirəm ki, Amerika Gülənə "mən qovmuram, sən öz könlünlə get" deyə bilər. Cənubi Afrika ölkələrindən birinə, ya da Kanadaya gedə bilər. Mən bu istintaqlar nəticəsində ciddi irəliləyişlərin olduğu təqdirdə Gülənin Pensilvanyada qalacağına inanmıram".
2014-05-04
16,625
Mariupol uğrunda qanlı savaş gedir – Video/Son dəqiqə
Bir neçə dəqiqə bundan öncə Donbas vilayətinin Mariupol şəhərində qanlı savaş başlandığı xəbəri gəlib. "Axar.az" Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə barədə xəbəri sosial şəbəkələrdə şəhər sakinləri paylaşıblar. Onların sözlərinə görə, şəhərin hər yerindən atəş səsləri və sürətlə hərəkət edən təcili tibbi yardım maşınlarının sirenaları eşidilməkdədir. Küçələrdə təkərlər yandırılır. Yuliyana Slepova adlı Feysbuk istifadəçisi separatçıların havaya "Molotov kokteyli" atdıqlarını vurğulayıb. Xatırladaq ki, Ukrayna milli qvardiyası ölkənin şərqindəki separatçılara qarşı amansız mübarizəyə başlayıb.
2014-05-04
16,626
Təbiəti xilas etmənin qeyri-adi yolu – Yasaq video
İzlənən hər 100 video üçün 1 ağac əkiləcək. "Axar.az" xəbər verir ki, ABŞ-da pornoqrafiya saytlarından biri maraqlı kampaniya başladıb. Kampaniyaya əsasən saytın müəyyən bölmələrində izlənən hər 100 videoya görə 1 ağac əkiləcək. Portalın quraşdırdığı sayğaca əsasən bu vaxta qədər izlənən kadrların nəticəsində 13 mindən artıq ağacın əkilməsi nəzərdə tutulub. Ağacların sayı hər dəqiqə artmaqdadır. Saytın nümayəndəsi Mayk Vilyams Maşabl bunu saytı daha çox tanıtmaq və cəmiyyətin marağını artırmaq üçün etdiklərini bildirib. 2012-ci ildə də sayt oxşar layihə reallaşdırıb. Döş xərçəngi xəstəlikləri ilə bağlı aparılan araşdırmalara yardım edə biləcəyini açıqlayan portal bunun üçün yerləşdirdikləri videolara minimum baxış limiti qoymuşdu. Kampaniyanın mayın 2-də bitəcəyi və yekun nəticənin açıqlanacağı deyilir.
2014-05-04
16,627
“İzzət Bağırov qaz vurub, qazan doldurur”
Müğənni olmaqla villa tikdirib. Bu sözləri "Axar.az"a gənc müğənni Orxan Dəniz İzzət Bağırovun "müğənnilik bekara sənətdir" dediyi sözlərə münasibət bildirərkən dedi: "İzzət Bağırov qaz vurub, qazan doldurur. Sonra da deyir ki, müğənnilik bekara sənətdir. Bəs necə olur, iyirmi ildən çoxdur bu sənətdədir, kliplər çəkdirir, konsertlər verir, pul qazanıb villa tikdirir, bahalı maşın sürür və sonra da deyir ki, bekara sənətdir. Vallah, ayıbdır belə demək. Sən bu sənətin çörəyini yeyirsənsə, heç olmasa danışma belə, uşaq başı aldadırsan?"
2014-05-04
16,628
Ərəb tünerlərin əl işi – “Ferrari F12-Berlinetta”
"ByDesign Motorsports"dan olan ərəb tünerlər növbəti möhtəşəm superkarı tamamlayıblar. Bu dəfə hədəfdə "Novitec Rosso" firmasından paket alan kupe "Ferrari F12 Berlinetta" oldu. "Axar.az" xəbər verir ki, Ferrarini yeni ban detalları və böyük ölçülü eksklüziv disklərlə təchiz ediblər. Yenilənmiş eksteryer xarici dəyişiklikləri tamamlayıb. İtalyan sportkarı öz tanınan dizaynını və standart texniki hissəsini saxlayıb. Ağ ban ilə yaxşı təzad yaratmaq üçün "Novitec Rosso NF4" diskləri tutqun qara rəngə boyanıb. "ByDesign Motorsports" komandası çoxlu sayda aksessuarlar əlavə edib. Bunlara arxa şüşədə qırmızı yapışqanlar, arxa fənərlərin qara haşiyəsi və s. daxildir.
2014-05-04
16,629
Türkiyə ilə İraq sərhəddində gərginlik: 4 yaralı
Türkiyənin Hakkari vilayətinin İraqla sərhədində əsgərlərlə bir qrup qaçaqmalçılar arasında gərginlik baş verib. "Axar.az" xəbər verir ki, qarşıdurma zamanı hər iki tərəfdən xəsarət alanlar olub. Nəticədə 1 əsgər və 4 mülki vətəndaş yaralanıb. İraqdan geri dönən 4 mülki şəxs əsgərlər tərəfindən saxlanılıb. Bundan sonra hər iki tərəfdə gərgin anlar yaşanıb. Bölgə əhalisinin sərhədə gəlməsi gərginliyi daha da artırıb. Hadisə nəticəsində yaralananlar Şəmdinli Dövlət Xəstəxanasına aparılıb, yaralı əsgər isə Hakkari Hərbi Xəstəxanasına yerləşdirilib.
2014-05-04
16,630
Elit star Cəmilədən yeni mahnı
"Klip çəkilişinə hazırlaşıram". Bu sözləri "Axar.az"a müğənni Elit star Cəmilə yeniliklərindən danışarkən dedi: "Yeni mahnı üzərində çalışıram. Mahnının musiqisi və sözləri Elçin İmanova məxsusdur. May ayının sonuna kimi "Ad günü" adlanan bu mahnıya klip çəkdirəcəyik".
2014-05-04
16,631
Krım onu qarşıladı, amma sərhəddən buraxmadı - Video
Mayın 3-də Kiyevdən vətəni Krıma yola düşən Krım tatarlarının lideri Mustafa Krımoğlu rus sərhədçilərinin təzyiqi ilə üzləşib. "Axar.az"ın məlumatına görə, təxminən min nəfər tərəfdarının sərhəd məntəqəsinə gəlməsinə baxmayaraq, xalq deputatı yarımadaya buraxılmayıb. Xatırladaq ki, sərhəddə müsahibə verən Krımoğlu Kremlin Krım tatarlarına yönəlik siyasətini tənqid edib və bundan sonra etirazlarını daha da gücləndirəcəklərini bildirib. Bu arada Krımın separatçı Baş naziri Aksyonov bildirib ki, nəyin bahasına olursa-olsun, Krımoğlu yarımadya buraxılmayacaq.
2014-05-04
16,632
Bu gündən qəbul imtahanlarına start verilir
Bu gün Azərbaycanda 2014-2015-ci tədris ili üzrə qəbul kampaniyası çərçivəsində ilk qəbul imtahanının keçirilməsinə başlanılır. "Axar.az" komissiyanın saytına istinadən xəbər verir ki, bu gün rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə imtahan keçirilir. İmtahanda 8215 abituriyent iştirak edəcək. Abituriyentlərin 3676 nəfəri oğlan, 4539 nəfəri qızdır. 5863 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 2352 nəfər isə əvvəlki illərin məzunlarıdır. 35 abituriyent ali təhsil müəssisələrinin məzunları, 363 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1999-cu il təvəllüdlüdür. İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində keçiriləcək. Bakı şəhərində 5367 , Naxçıvanda 27 , Gəncədə 865, Sumqayıtda 524, Şəkidə 357, Ağcabədidə 102, Göyçayda 206, Şirvanda 128, Lənkəranda 134, Xaçmazda isə 505 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub. İmtahan Bakı şəhərində 9 , Naxçıvanda 1 , Gəncədə 2 , Sumqayıtda 1, Şəkidə 1 , Ağcabədidə 1 , Göyçayda 1 , Şirvanda 1 , Lənkəranda 1 , Xaçmazda 1 binada keçirilir. Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün "Azərbaycan" dili fənni üzrə ikinci imtahan iyulun 3-də keçiriləcək.
2014-05-04
16,633
İran və Azərbaycan iqtisadi komissiyasının iclası keçiriləcək
İran və Azərbaycan müştərək iqtisadi komissiyasının növbəti (doqquzuncu) iclasınının Bakıda keçirilməsinə hazırlıq məqsədi ilə İranın aidiyyatı qurumları və müxtəlif nazirliklərin nümayəndələrinin iştirakı ilə ötən gün iclas keçirilib. Bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bildirib. Səfirin sözlərinə görə, İran və Azərbaycan müştərək iqtisadi komissiyasının doqquzuncu iclası cari ilin avqust ayında Bakıda keçirilməsi nəzərdə tutulub. M.Pakayin deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İrana səfəri zamanı müştərək iqtisadi komissiyanın iranlı sədri İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi təyin oldu və elə buna görədə ölkənin müxtəlif qurumları arasında ilk əlaqələndirici iclas Tehranda rabitə və informasiya texnologiyaları nazirliyinin binasında keçirilib. "İranın müxtəlif nazirlik və qurumlarının iştirakı ilə keçirilən bu iclas ölkəmizin Azərbaycan Prezidenti cənab İlham Əliyevin İrana səfəri zamanı əldə olunmuş razılıqların icrasında nə qədər ciddi olduğunun göstəricisidir", - deyə M.Pakayin bildirib. O, əlavə edib ki, iclasda İranın Xarici İşlər, Neft, Energetika, Nəqliyyat, Kənd Təsərrüfatı, Ticarət, Sənaye və Mədənlər nazirlikləri, eləcə də Mərkəzi Bank, Ticarət Palatası və Araz Azad İqtisadi Zona Təşkilatının nümayəndələri iştirak edirdi. Onlar İran və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün öz təklifləri müzakirə etdi və Iclasda qərara alındı ki, bütün qurumlar və nazirliklər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın artırılması üçün təkliflərini komissiyaya təqdim etsinlər. Pakayin deyib ki, İran qonşu ölkələrlə xüsusi ilə azərbaycanla əlaqələrini inkişaf etdirilməsi siyasətini yürüdür və hazırda iki ölkənin iqtisadi potensiallarını tanımaq və ondan yaxşı istifadə etmək üçün əlverişli şərait yaranıb. /Trend/
2014-05-04
16,634
Krımda matəm elan olundu
Odessada və Ukraynanın digər cənub-şərq bölgələrində ölənlərin xatirəsinə Krımda 3 günlük matəm elan edildi. Respublikanın rəhbəri Sergey Aksenovun bu sərəncamı şənbə günü axşam saatlarında imzalayıb. Sərəncamda qeyd edilir ki, 3, 4, və 5 may günləri Krımda matəm günləri elan olunur. Matəm bu bölgələrin qəhrəmancasına öz həmrəyliklərini göstərərkən həyatlarını itirən günahsız sakinlərin xatirəsinə hörmət əlaməti olaraq elan edilir. Ölənlərin yaxınlarına və əzizlərinə isə dərin hüznlə baş sağlığı verilir. Krımın bütün ərazisində respublikanın bayraqları endirlib. Hakimiyyət orqanlarına, yerli idarəetmə orqanlarına, teleradio şirkətlərinə və mədəniyyət müəssisələrinə Zəhmətkeşlərin həmrəylik günü ilə bağlı planlaşdırılmış bayram tədbirlərini, habelə əyləncəli verilişləri təxirə salmaq göstəriş verilib. /ANS/