date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-05-01 | 16,328 | Elçin Şıxlının ofisindəki axtarışla bağlı açıqlama - Rəsmi | Baş Prokurorluq "Ayna-Zerkalo" qəzetinin redaksiyasında aparılan axtarışa rəsmi münasibət bildirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Yasamal Rayon Məhkəməsinin qərarı əsasında qəzetinin redaksiyasında axtarış aparılaraq oradan iş üçün əhəmiyyət kəsb edən sənədlər və əşyalar müvafiq qaydada maddi sübut kimi götürülüb. Xatırladaq ki, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı mətbuata açıqlama verərək qəzetin redaksiyasında prokurorluq tərəfindən axtarış aparıldığını və ona məxsus kompüterin də əməliyyatçılar tərəfindən götürüldüyü deyib. E. Şıxlı axtarışın qəzetin dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı olduğunu söyləyib. |
2014-05-01 | 16,329 | Abbas Lisani yenidən məhkəməyə çağırılıb – Foto | İran rejiminin məhkəmə orqanları ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin göstərişi və təsiri altında milli-mədəni fəallara, xüsusi ilə tanınmış fəallara qondarma dosyelər düzəldərək onların gələcək fəaliyyətlərini əngəlləməyə çalışır. "Axar.az"ın aldığı son xəbərə görə, Ərdəbil məhkəməsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani haqqında yeni qondarma dosye yaratmaq qərarına gəlib. Aprelin 29-da (ordibeheştin 9-da) Ərdəbilin inqilab məhkəməsi A.Lisaniyə yazılı çağırış göndərib. Çağırışa əsasən, azərbaycanlı fəal 2014-cü il iyunun 9-da (1393-cü il xordadın 19-da) məhkəmənin 1-ci şöbəsində olmalıdır. Məhkəmə məsulları tanınmış fəalın dinc və demokratik çərçivədə apardığı mədəni fəaliyyətləri önləmək üçün onu qondarma ittihamlarla suçlayıb. Çağırış məktubunda A.Lisani ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq və sistemin əleyhinə təbliğ etməkdə ittiham olunub. Və müxtəlif münasibətlərlə bildiri yaymaq ittihamlara əsas kimi göstərilib. Qeyd etmək lazımdır ki, sözügedən dosye yetərli dəlillər olmadığından dəfələrlə istintaq şöbəsinə qaytarılıb. Xatırladaq ki, adını çəkdiyimiz tanınmış azərbaycanlı milli-mədəni fəal son aylarda bir neçə dəfə təhlükəsizlik və məhkəmə məsulları tərəfindən çağırılıb və sorğu-suala tutulub. O, keçmiş illərdə də dəfələrlə tutuqlanıb və uzun müddətli həbslərə məruz qalıb. A.Lisani hər zaman təqib və təzyiqlərə məruz qaldığına görə, kütləvi informasiya vasitələri və beynəlxalq insan haqları təşkilatlarının diqqət mərkəzində olub. |
2014-05-01 | 16,330 | İran MİF nümayəndələri Bakıda | Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İctimaiyyətlə əlaqələr departamentinə istinadən xəbər verir ki, 28 aprel-1 may tarixlərində İran Milli İnkişaf Fondunun Direktorlar Şurasının üzvü və sədr müavini Bakıda rəsmi səfərdə olub. "Axar.az" xəbər verir ki, Seyid Qasem Hüseyninin başçılıq etdiyi nümayəndə heyəti ARDNF-nin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirilib. ARDNF İran rəsmilərinin Bakı səfərinin əsas məqsədi Neft Fondunun fəaliyyəti ilə daha yaxından tanımaq, Suveren Fondların Beynəlxalq Forumu çərçivəsində Neft Fondunun təcrübəsini öyrənmək, Santyaqo Prinsiplərinə əməl edilməsi və bu sahədə hesabatlılıq prosesi ilə daha yaxından tanış olmaqdır. Xatırladaq ki, İran Milli İnkişaf Fondu ölkənin ən böyük kredit təşkilatı hesab edilir. |
2014-05-01 | 16,331 | Dönərxanalarda eşşək əti verilməsinə son qoyulur | Azərbaycanda ilk dəfə olaraq heyvan ətlərinin mənşəyini DNT testləri ilə müəyyən ediləcək. Bu haqda "Axar.az"a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Bu sınaqlar satılan və istifadə olunan ətin hansı heyvan növünə aid olduğunu ayırd etməklə bu sahədə istehlakçı hüquqlarının qorunmasına kömək edəcək. Komitənin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) müxtəlif növ heyvanların ətinin DNT ekstraksiyası üsulu ilə təyini sınaqlarına başlanılib. İlk olaraq at, uzunqulaq, donuz və toyuq ətinin təyini üzrə reagentlər alınaraq istifadəyə verilib. Sınaqlar həm çiy, həm də bişmiş və ya emal olunmuş ətin üzərində aparılacaq. Artıq AzTEST-in Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasında at ətindən DNT ayrılaraq "Real-time PCR" cihazında sınaq aparılıb və müsbət nəticə əldə edilib. Sınaqlar üçün laboratoriyada, əsasən, Almaniyanın "QiaGen" şirkətinin istehsalı olan Ekstraktor (QiaCube) və "Real-Time PCR" cihazlarından, həmçinin, Almaniyanın test reagentlərindən istifadə olunacaq. |
2014-05-01 | 16,332 | 22 ölkənin alpinisti Bakı bulvarında toplaşacaq | Azərbaycanda 3-4 may 2014-cü il tarixlərində keçiriləcək növbəti İdman Dırmanması üzrə Dünya kuboku yarışında dünyanın 22 ölkəsindən 150-yə yaxın idmançı iştirak edəcək. "Axar.az"a Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 2 gün davam edəcək beynəlxalq yarışda idmançılar iki növ üzrə - çətinlik (boulderinq) və sürət üzrə qüvvələrini sınayacaqlar. Dünya Kuboku yarışının yeniyetmə və gənclərin daha sıx toplaşdığı Dənizkənarı Milli Parkda, Dövlət Bayraq Meydanında insanların sərbəst tamaşa edə bilməsi şəraitində keçirilməsi yarışların hər kəs tərəfindən izlənilməsinə şərait yaradacaq. Qeyd edək ki, İdman Dırmanması üzrə Dünya kuboku yarışı Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı ilə keçirilir. |
2014-05-01 | 16,333 | “Ermənistan putinizmin balaca peykidir” | "Manevr üçün olduqca balaca meydanı qalan Ermənistan putinizmin balaca bir satellitinə çevrilib". Bunu Rusiya baş nazirinin sabiq 1-ci müavini, Rusiya müxalifətinin liderlərindən və Putinin əsas opponentlərindən olan Boris Nemtsov erməni saytına müsahibəsində deyib. "Sizə məsləhət vermək mənə çox çətindir. Rusiya layihələrinə qoşulan Ermənistanın həqiqətən manevr imkanı, demək olar, qalmayıb. Çünki Ermənistanın iqtisadiyyatı bütünlüklə Rusiyadan asılıdır, coğrafi cəhətdən digər ölkələrin bazarlarından təcrid edilib. Ölkənizin halına yalnız acımaq qalır. Avtoritarizm yolu heç bir ölkəyə uğur gətirə bilməz. Ələlxüsus da ən iyrənc Rusiya diktaturası ilə uğur mümkün deyil", - deyə müxalifət lideri işğalçı ölkənin durumunu şərh edərkən söyləyib /Musavat.com/. |
2014-05-01 | 16,334 | Yük maşını ilə minik avtomobili toqquşdu, ölən var | İmişli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, İmişli rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gün Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Xəlfəli kəndindən keçən hissəsində qeydə alınıb. İmişli rayon sakini, 72 yaşlı Qərib Qurbanovun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə Beyləqan rayon sakini Səbuhi Şükürovun idarə etdiyi "KamAZ" markalı avtomobil toqquşub. Minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. |
2014-05-01 | 16,335 | Məşədi Kərimin toyda şıdırğı rəqsi yayıldı – Video | Müğənni Kərim toylardan birində özünün rəqs görüntülərini yayıb. "Axar.az" xəbər verir ki, bu yaxınlarda Məşhəd ziyarətindən dönən müğənni Kərim Abbasov toyların birində Emil Bədəlov ilə olan rəqsini şəxsi Feysbuk səhifəsində paylaşıb. Qeyd edək ki, müğənni Kərim Abbasov videonun başlığında "rəqs mənim ürəyimdə döyünən ritmimdir" sözlərini yazıb. Həmin videonu təqdim edirik. |
2014-05-01 | 16,336 | Şahin Sultanova 24 minlik rüşvət ittihamı | Bu yaxınlarda həbs edilən Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun konkret hansı məsələlərə görə ittiham olunması bəlli olub. "Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, Ş.Sultanov 24 min manat pul mənimsənilməsi və digər məsələlərdə ittiham olunur. Sabiq komandan Hərbi Dəniz Qüvvələrinin tikinti işlərinə rəhbərlik etmiş Elxan Hacıyev adlı şəxsin ifadəsilə istintaqa cəlb olunub. Belə ki, E.Hacıyev istintaqa ifadəsində Ş.Sultanova 2011-ci ildən etibarən 2013-cü ilədək 3 il müddətində hər il 8 min manat pul verdiyini deyib. Bu isə ümumilikdə 24 min manat vəsait olub. Onun iddiasına görə, ümumilikdə mənimsənilən 24 min manat pul Hərbi Dəniz Qüvvələrinə hər il ayrılan 50 min manat vəsaitdən oğurlanıb. Şahin Sultanov isə ona qarşı olan bu ittihamları qəti şəkildə rədd edib. Hazırda bu istiqamətdə istintaq araşdırması davam etdirilir. Hərbi Dəniz Qüvvələrinə hər il büdcədən ayrılan 50 min manatın 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində 10 gəminin rənglənməsi üçün boya alınmasına və digər bu kimi işlərə sərf olunması nəzərdə tutulubmuş. |
2014-05-01 | 16,337 | Rusiya Azərbaycan ermənisini hakimiyyətə gətirir – Şok iddia | "Arkadi Qukasyan Ermənistanda vəzifəyə gətirələcək". "Axar.az" xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat "Dağlıq Qarabağ"ın keçmiş liderinin Rusiyanın sifarişi ilə hakimiyyətdə yeni vəzifəyə gətiriləcəyini bildirib: "Arkadi Qukasyana Ermənistanda yeni vəzifə veriləcək. Onun Ermənistanın Təhlükəsizlik Şurasının sədri olacağı bildirilir. Artıq Sərkisyana bununla bağlı Rusiyadan göstəriş gəlib". Qeyd edək ki, Arkadi Qukasyan 1988-ci ildə Xankəndində Azərbaycana qarşı olan çıxışlarda xüsusi aktivliyi ilə seçilib. O, 1997-ci ildə "Dağlıq Qarabağ"ın rəhbərliyinə gətirilib. Sələfi Robert Köçəryanı əvəzləyən Qukasyan 2007-ci ilə qədər bu vəzifəni icra edib. |
2014-05-01 | 16,338 | Azərbaycanın İsraillə əməkdaşlığı məxfi səciyyə daşıyır | "Azərbaycan hakimiyyətinin İsraillə əməkdaşlığı az qala məxfi formadadır". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. Dünyanın düşüncə sahiblərindən və peşəkar diplomatlarından sayılan İsrail Xarici İşlər naziri Libermanın Azərbaycana 5 günlük səfərinə toxunan Ə.Oruclu bildirib ki, Azərbaycanla İsrail arasında çoxsaylı sənədlərin imzalanması mümkündür: "Biz bu sazişlər haqqında xəbər tutmaya bilərik. Bizim İsraillə əməkdaşlığımızda nələrinsə açıqlanmaması artıq normal qarşılanmağa başlayıb. Məsələn, illər keçəndən sonra biz bildik ki, Azərbaycan İsraillə silah almaq haqqında müqavilə imzalayıb. Ona görə də Liberman kimi siyasətçinin Azərbaycana genişmiqyaslı səfərini detallı şərh etmək çətindir. Azərbaycanın İsraillə münasibətləri kifayət qədər spesifikdir. Burada diplomatik və siyasi məxfilik qorunur. Təsəvvür edin ki, Liberman Azərbaycanda özünü evindəki kimi hiss etdiyini deyir, ancaq bizim İsraildə səfirliyimiz hələ də açılmayıb". Politoloq Libermanın rəsmi Bakının İsrailə qarşı mövqeyini bir daha dəqiqləşdirməyə çalışacağını deyib: "Azərbaycan Prezidentinin İrana səfəri ilə Libermanın buraya gəlişinin əlaqəsi ola bilər. Çünki Azərbaycan indi öz xarici siyasətinə bir qədər aydınlıq gətirməyə çalışır. İran səfərinin İsrailin müəyyən dairələrində narahatlıq yaratdığı hiss olunur. Libermanı ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı maraqların təminatı baxımından heç bir narahatlıq yaşanmadığına əmin olmaq istəyir. Etiraf edək ki, Azərbaycana daha çox töhfə verən İsraildir, amma İsrail Azərbaycanın qonşuları ilə, xüsusən, İranla münasibətlərini yüksək səviyyəyə qaldırmaqda pozitiv rol oynamır". |
2014-05-01 | 16,339 | Bakıda "Ferrari"nin satış nümayəndəliyi açılır | Azərbaycanda satılan bahalı və lüks sportkarların siyahısına tezliklə yeniləri əvəz olunacaq. İyunda Bakıda "Ferrari" və "Lamborghini" markalı maşınların satış nümayəndəliyi açılacaq. Hazırda marketinq şirkətləri nümayəndəliyin prezentasiyasına hazırlıq işləri aparırlar. Hər iki İtaliya istehsalı olan sportkarlar varlı və dəbdəbəli həyatın timsalı kimi tanınır. "Ferrari" 1947-ci ildən sürətli maşınların istehsalı ilə məşğuldu. "Lamborghini" şirkəti isə hazırda "Audi"yə məxsusdu və əsası 1963-cü ildə İtaliyada traktor istehsalçısı tərəfindən qoyulub. Şirkət təmsilçiləri Azərbaycanda bu cür bahalı maşınların satılacağına əmindirlər. Dünya bazarlarında ən bahalı avtomobillərin ilk sırasında dayanan "Ferrari" maşınları saatda 100 kilometri 3 saniyəyə, 200 km 7 saniyəyə, 300 km isə 15 saniyəyə yığır. "Lamborghini" saatda 350 kilometr sürət yığa bilir. Moskvada hər iki markalı maşınların qiymətləri bir neçə milyon dollar civarındadı. Bakıda da oxşar qiymətlərin qüvvədə olacağı şübhəsizdi. Qeyd edək ki, Bakıda "premium" sinfə daxil olan "Bentley", "Maserati", "Yaquar" kimi maşınların təmsilçiliyi artıq mövcuddur və bu "Crystal Motors"a məxsusdu. /Publika.az/ |
2014-05-01 | 16,340 | İstanbulda vəziyyət gərginləşdi: Uşaqlar boğulur - Fotolar | İstanbul Beşiktaşın Barbaros meydanında gərginlik davam edir. "Axar.az" xəbər verir ki, polislərin vurduğu bibər qazına məruz qalan vətəndaşlar evlərindən çıxarılıb. Beşiktaş küçələrinin üst tərəfində nümayişçilər polisə daş atarkən aşağı tərəfdən də polis vətəndaşlara qaz bombaları atıb. Gərginlik nəticəsində uşaqların vəziyyəti pisləşib. Vətəndaşların köməyi ilə evdən çıxarılan uşaqlara küçədə ilk yardım edilir. |
2014-05-01 | 16,341 | “Leyla Yunus istəyirdi ki, polis ona əl qaldırsın” | Çingiz Qənizadə: "QHT-lərin ermənilərlə əməkdaşlığı düşmən ölkəyə maliyyə daxil olmasına səbəb olur" Məlum olduğu kimi, aprelin 28-də Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus paytaxtın hava limanında saxlanılıb, ifadə alınması üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə gətirilib. Leyla Yunusdan aprelin 19-də həbs olunmuş jurnalist Rauf Mirqədirovla bağlı ifadə alınıb. Ancaq Leyla Yunus bütün bunları özünü mövqeyi və fəaliyyəti ilə əlaqələndirib. Bu mövzuda Milli Məclisin deputatı və hüquq müdafiəçisi Çingiz Qənizadə ilə söhbətləşdik. - Çingiz bəy, aprelin 28-də Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusla bağlı yaşanan hadisəni necə qiymətləndirirsiniz? - Əvvəla, mən hadisə zamanı videogörüntülərdə Leyla Yunusun hərəkətlərini gördüm. Heç bir Azərbaycan qadınına yaraşmayan davranış nümayiş etdirdi. Mən xüsusilə qeyd etmək istəyirəm ki, Leyla Yunusun yerə atdığı polis papağının üzərində Azərbaycanın gerbi, gerbin üzərində ay-ulduzu var. Leyla Yunus bu hərəkəti ilə polis papağını deyil, Azərbaycanın dövlət gerbini atmış oldu. Eyni zamanda mən polisin təmkinli davranışını da qeyd etmək istəyirəm. Sağ olsunlar ki, Leyla Yunusun təxribatına getmədilər. Leyla Yunus istəyirdi ki, polis ona əl qaldırsın, onu vursun. Leyla Yunus şou düzəltməyi bacaran adamdır. O, bu cür situasiyalardan hər zaman öz xeyrinə bəhrələnə bilir. Əslində həmin situasiyada Leyla Yunus az-çox nəyəsə nail ola bilsə də, istədiyinə maksimum nail ola bilmədi. Həm Yasamal Polis İdarəsinin rəisi, həm videoda görünən polis zabiti özünü təmkinli apardı və nəticədə təxribat Leyla Yunusun arzusuna uyğun gerçəkləşə bilmədi. - Aprelin 28-də Baş Prokurorluqda məsələnin mahiyyəti barədə açıqlama verib. Bir hüquqşünas kimi bunu necə dəyərləndirirsiniz? - Baş Prokurorluq dəfələrlə onları şahid qismində istintaqa dəvət edib. Daha sonra telefonla müraciət ediblər. Amma Leyla Yunus istintaqa gəlməkdən imtina edib. İmtina etməkdə əsas məqsəd də son nəticədə müşahidə etdiyimizin şounun yaranmasını təmin etmək idi. İstintaq orqanları da haqlı olaraq onun ölkədən çıxışına məhdudiyyət qoya bilərdi və qoyub da. Leyla Yunus şahid qismində istintaqa çağırılıb, dindirilib və sonra da sərbəst buraxılıb. İndi gələcəkdə nələr baş verəcəksə, bizdə buna münasibətimizi ifadə edəcəyik. Əslində Leyla Yunus həmişə deyirdi ki, hamı qanun qarşısında bərabər olmalıdır. Ancaq bu gün qanun bərabərliyini onun özünə tətbiq edəndə bundan şou düzəldir, sui-istifadə edir, özünün əzabkeş hüquq müdafiəçisi obrazını yaradır. Hesab edirəm ki, bu cür yanaşmalar və şoular məntiqsizdir. - Siz hüquqşünassınız. Ermənistana gedib-gəlmək, ermənilərlə iş birliyində olmaq nə dərəcədə doğrudur? - Bilirsinizmi, mən özüm də QHT rəhbəriyəm. Gürcüstanda, Rusiyada, eləcə də Avropa ölkələrində müəyyən tədbirlərdə oluram. Bu tədbirlərdə ermənilər də iştirak edir. Bəzən görürsən ki, ikitərəfli məsələnin müzakirəsi üçün başqa dövlətlər vasitəçilik edirlər, deyirlər ki, oturun müzakirə edin. Amma Qarabağ problemi yaranan gündən indiyə qədər özüm üçün bir deviz seçmişəm: o erməni ilə bir masa arxasında oturub müzakirə apara bilərəm ki, həmin erməni Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu görüşdən öncə rəsmən elan etsin. Belə olmadığı halda, əksinə torpağımıza iddialı və məkrli olduğunu deyən hər hansı bir erməni ilə əməkdaşlıq, "xalq diplomatiyası" adı altında layihələr reallaşdırmaq, Ermənistana gedib-gəlmək kimi tədbirlərdə iştirak etməyi doğru hesab etmirəm. Həm də hesab edirəm ki, bu cür tədbirlərdə iştirak etmək gəzinti xatirinə və layihələrdən mənfəət əldə etmək naminə edilən hərəkətlərdir. Prezident neçə illərdir dünyanı ayağa qaldırıb, Azərbaycanın ərazi bütövlüyünü tanınmasını və işğalçını öz adı ilə çağırılmasını istəyib. Ancaq görürsünüz ki, bu məsələdə ikili standart özünü açıq göstərir. Necə olur ki, Krım hadisələri zamanı bütün dünya dərhal Rusiyaya sanksiyalar tətbiq edə bilir, amma 20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupu fəaliyyət göstərsə də, Ermənistanı işğalçı adı ilə çağırmaqdan qorxur? Əgər bu cür səfərlərin Qarabağ probleminin həllinə zərrə qədər xeyri ola biləcəyini iddia edən kimsə varsa, onunla polemikaya hazıram. - Sizcə, lı səfərlər zamanı Ermənistana gedən azərbaycanlıların erməni xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunması mümkündürmü? - Əlbəttə, bizimlə müharibə aparan dövlətin maraq dairəsində olan şəxslər ola bilərlər. Eləcə də onları təxribata çəkə və şantaj edərək fakt qarşısında qoyaraq öz tərəflərinə çəkə bilərlər. Təbii ki, bu mümkündür və erməni xüsusi xidmət orqanları həmişə bundan bəhrələnməyə çalışırlar. Siz nəzərə alın ki, Azərbaycanda müəyyən terror hadisələri var idi və sonra bəlli oldu ki, icraçılar Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər. Bu baxımdan biz düşmən ölkəyə gediriksə, haradasa görüşürüksə, ilk növbədə bu, Azərbaycanın müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır. Daha sonra isə bu səfərdə diqqətli olmaq lazımdır. Şəxsən mənim subyektiv fikrim belədir ki, ümumiyyətlə belə səfərlər dayandırılmalıdır. Belə səfərlərə ancaq beynəlxalq təşkilatların təmsilçisi qismində və rəsmi şəxslər gedə bilər. Hər hansı bir özfəaliyyət, QHT və jurnalistlərin səfərlər etməsi məncə, ciddi vətəndaşlıq mövqeyi deyil. - Sizcə, Ermənistana səfərlərin dayandırılması ilə bağlı məsələ qanunvericiliyə daxil edilməlidirmi? - Bunun qanuna salınmasına ehtiyac yoxdur. Sadəcə, özünü vətəndaş hesab edən, bu vətəni və xalqı sevən hər bir kəs düşmən ölkə ilə əlaqəni dayandırmalı və Qarabağ problemi həll olunana qədər bu cür səfərləri etməməlidir. Belə səfərlər gizli edildikdə indi biz müzakirə etdiyimiz hadisə ortaya çıxır. Mirqədirov, Leyla Yunus və gələcəkdə də nələrin olacağını zaman göstərəcək. Vətən sevgisi hissini daşıyan hər kəsin özü ermənilərlə görüşməyin mənası olub-olmadığını müəyyən etməlidir. Əgər bunun mənası yoxdursa, nə üçün onunla görüşür, düşmənin imicini qaldıran layihələrdə iştirak edirsən? İkincisi, ola bilsin ki, bu layihələrin mənbəyi hansısa beynəlxalq təşkilatdır. Və belə çıxır ki, bundan həm erməni tərəfi, həm də sən bəhrələnirsən. Bir tərəfdən biz istəyirik ki, dünya Ermənistanı iqtisadi-siyasi blokadaya salsın və onu işğal etdiyi ərazilərimizi boşaltmağa məcbur etsin. Digər tərəfdən QHT olaraq başqa dövlətlərdən layihələr əldə edirik və ermənilərlə birgə işləyirik. Bu yenə də 5-10 erməninin maliyyə dəstəyi almasına xidmət edir. Biz ABŞ Konqresini pisləyirik ki, Ermənistana yardım edir, amma bu tərəfdən özümüz ermənilərlə hansısa layihədə iştirak edirik, Ermənistana müəyyən qədər maliyyənin daxil olmasına şərait yaradırıq. Hesab edirəm ki, burada vətəndaşlıq mövqeyi ortaya qoyulmalıdır. Qanunla bunları tənzimləmək mümkün deyil. - Təklif edirsiniz ki, Azərbaycan QHT-ləri, hüquq müdafiəçiləri, ictimai xadimləri və jurnalistləri "xalq diplomatiyası"ndan imtina etsin? - Mən bütün həmkarlarımı, jurnalistləri, eləcədə digər təşkilatların nümayəndələrini erməni QHT-ləri ilə əlaqələrini kəsməyə dəvət edirəm. Nə zaman torpaqlarımız azad olunar, o zamanda ölkə səviyyəsində siyasi kursa uyğun olaraq münasibətlərin tənzimlənməsi müəyyən olar və onda da bu əlaqələrin genişlənməsi üçün addımları genişləndirə bilərik. Amma indi xalq diplomatiyasını yüz dəfə gerçəkləşdirsən də bu mənasız olacaq. Həm də nəzərə almaq lazımdır ki, biz erməni xalqı ilə müharibə aparmırıq. Bu xalqda indi erməni siyasi hakimiyyətində olanların əlində oyuncağa çevrildi. Qarabağ kartından istifadə edərək hakimiyyətə gəldilər və indi də hakimiyyətdədirlər. Bizim erməni xalqı ilə problemimiz yoxdur, problemimiz Ermənistanın siyasi hakimiyyəti ilədir. Onlar hakimiyyətdə qalmaq üçün Qarabağ kartından istifadə edirlər. Bilmək olmaz ki, bu xalq diplomatiyasını reallaşdıran şəxslər öz-özlüyündə Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşlarıdır, ya yox. - Əslində "xalq diplomatiyası" layihələrini beynəlxalq xarici təşkilatlar maliyyələşdirir. Doğurdanmı onların məqsədi bölgədə sülhün və əmin-amanlığın əldə olunmasıdır? - Qətiyyən. Onların yeganə məqsədi problemi uzatmaq, bunu erməni xeyrinə tənzimləmək və gələcəkdə bu prosesi unutdurmaqdır. Necə olur ki, Minsk qrupu 1994-cü ildən indiyə qədər Ermənistana qəsbkar deyə bilmir? Odur ki, mən onların çaldığı havaya deyil, milli ruhda olan öz havamıza oynamağı vacib hesab edirəm. - Avropa Şurasının baş katibi yaxın günlərdə Azərbaycana səfər edəcək. Eləcə də Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etmək ərəfəsindədir. Bu şəraitdə Leyla Yunusla bağlı yaşananlar və digər bu kimi hallar Azərbaycana qarşı istifadə oluna bilərmi? - Mən sizə təsadüfən demədim ki, yaranan bu situasiyadan Leyla Yunus bəhrələnməyə cəhd etdi və müəyyən qədər də bəhrələndi. Çünki iyun ayında Azərbaycan prezidentinin Avropa Şurasında çıxışı nəzərdə tutulub. Eləcə də Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik edəcək. Belə bir ərəfədə səs-küylü şouların düzəldilməsində, daha sonra bəyanatların verilməsində maraqlı dövlətlər və beynəlxalq təşkilatlar var, bunların hamısı məqsədyönlüdür. Hesab edirəm ki, bu cür şouların baş verməsi üçün əvvəlcədən zəmin hazırlanıb. Bu hadisə ilə bağlı müəyyən qüvvələr Azərbaycanın xeyrinə olmayan mövqelər nümayiş etdirməklə Azərbaycanın imicinə zərər vurmağa cəhd edəcəklər. Sadəcə, demək istəyirəm ki, bəzən biz Leyla Yunus kimi adamlarla hüquq dilində danışanda şou düzəldir. Mən hesab edirəm və onun tərəfdarıyam ki, olduqca qanuna uyğun formada hərəkətlər olunsun ki, sabah Leyla Yunus bunu əlində bayraq edib Azərbaycan əleyhinə istifadə edə bilməsin. Teleqraf.com |
2014-05-01 | 16,342 | Masallıda 16 yaşlı qız 8 yaşlı uşağa 17 bıçaq vurdu | Masallıda dəhşətli cinayət hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərəb kəndində qeydə alınıb. Rayonun Xırmandalı kənd sakini, 1998-ci il təvəllüdlü Nərminə Ağasəf qızı Şıxıyeva şəxsi münaqişə zəminində bibisi oğlu, 2006-cı il təvəllüdlü Həsən Mahir oğlu Vəliyevə 17 bıçaq zərbəsi vurmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. H.Vəliyev təcili Masallı Mərkəzi Rayon Xəstəxanasına gətirilib və həkimlərin səyləri nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilən H.Vəliyev xəstəxanada həkimlərin nəzarəti altındadır. Hadisəni törətmiş Nərminə Şıxıyeva yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29 və 120.1 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. |
2014-05-01 | 16,343 | Bakıda evakuator daha bir maşını aşırdı – Foto | Artıq neçənci dəfədir ki, paytaxt ərazisində maşın saxlamaq qadağan olan yerlərdən evakuator vasitəsilə aparılan avtomobillərin aşırıldığının şahidi oluruq. "Axar.az" xəbər verir ki, bu dəfə də eyni hadisə paytaxtın Yasamal rayonunun İnşaatçılar metrosuna yaxın ərazisində qeydə alınıb. "Mersedes" markalı minik avtomobilini daşıyan 90-JM-007 dövlət nömrə nişanlı evakuator avtomobili yolda aşırıb. |
2014-05-01 | 16,344 | Azərbaycanda biznesmenə qarşı cinayət işi açıldı | "Elite Travel" MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa olunub. Bu barədə "Axar.az"a Baş Prokurorurluqdan məlumat verilib. Məlumatda cəmiyyətin təsisçisi Xalıq Sadıxova qarşı cinayət işi başlanıldığı bildirilib: "Aparılmış araşdırmalarla cəmiyyətin təsisçisi Xalıq Sadıxovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib 2012-ci ildə cəmiyyətlə "Azər-Türk Bank" ASC arasında bağlanmış kredit müqaviləsi əsasında bankdan götürdüyü 410 min manat məbləğində pul vəsaitinin 135 min manatını şifahi razılığa əsasən kredit şəklində Sumqayıt və Bakı şəhər sakinlərinə verməklə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb olunduğu halda belə razılıq almadan təsisçisi olduğu müəssisənin bank kimi qanunsuz fəaliyyət göstərməsində, eyni zamanda həmin şəxslərə verilən vəsaitlərdən cəmiyyətə ödənilmiş pulun 88 min manatını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 192.2.1 (qanunsuz sahibkarlıq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır". Prokurorluq MMC-nin qanunazidd əməllərinə məruz qalmış digər şəxslərin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələri xahiş edib: "Hazırda cinayət işi üzrə "Elite Travel" MMC-nin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur". |
2014-05-01 | 16,345 | Bakıda intihar: özünü 5-ci mərtəbədən atdı | Bakının Nizami rayonunda intihar hadisəsi baş verib. "Axar.az"ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, metronun Qara Qarayev stansiyasının yaxınlığında yerləşən binaların birində 40-45 yaşlarında bir şəxs özünü 5-ci mərtəbədən atıb. Hadisə nəticəsində intihar edən şəxs yerindəcə keçinib. Hadisə yerinə polis əməkdaşları gəlib. Əlavə məlumatlar veriləcək. |
2014-05-01 | 16,346 | Azərbaycan cəbhə bölgəsində hərbi təlimlərə başladı - Fotolar | Azərbaycan Silahlı Qüvvələrinin birlik hissə və bölmələri cəbhə bölgəsində aprel ayının 28-dən növbəti təlim məşqləri keçirir. "Axar.az" bu barədə Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir. Təlimlərə 4000-dək şəxsi heyət, 60-dan çox zirehli texnika, raket-artilleriya qoşunlarının 120-dən artıq qurğusu, aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub. May ayının 1-dən təlimlərin praktiki hissəsi başlayıb. Təlimlər zamanı zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib. Təlimlərdə iştirak edən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilib. |
2014-05-01 | 16,348 | Azərbaycanlı aktrisa doğuş zamanı öldü | Yevlax rayonunun Xaldan kənd xəstəxanasında doğuş zamanı ana və körpəsi ölüb. Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Pərvanə Vəli qızı Qurbanova 3-cü övladını dünyaya gətirmək üçün həmin xəstəxanaya gətirilib. Xəstə qəbul edilərkən, vəziyyəti orta ağır olub. Dünyaya gələn oğlan uşağı ölü olub. Bundan sonra ananın vəziyyəti pisləşib. Həkimlərin səyinə baxmayaraq, onu həyatda saxlamaq mümkün olmayıb. Yevlax rayon prokurorluğundan verilən məlumata görə, fakt üzrə araşdırma aparılır /Trend/. Qeyd edək ki, Pərvanə Qurbanova Mingəçevir Dövlət Dram Teatrının aktrisası idi. Aktrisa mayın 1-də Mingəçevir şəhərində dəfn edilib. Allah rəhmət eləsin! /Olaylar/. |
2014-05-01 | 16,349 | Mixail Saakaşvili: “Azərbaycan öz müstəqilliyini itirsə...” | "Azərbaycanlı milyarderlər reallıqla hesablaşıb Kremllə kompromisə getdilər". "Axar.az" xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili "Haqqın.az" saytına müsahibəsində deyib. O, Putinin azərbaycanlı milyarderlərdən indiki hakimiyyətə qarşı istifadə etməyə çalışdığını bildirib: "Putin Gürcüstan texnologiyasını Azərbaycana münasibətdə də tətbiq etməyə çalışdı. O, Moskvada yaşayan azərbaycanlı milyarderləri bir mərkəzə topladı. Bu arada onlar orada daha çoxdurlar və gürcü milyarderlərindən daha nüfuzludurlar. Azərbaycanlı milyarderlər reallıqla hesablaşıb Kremllə kompromisə getdilər. Onlar öz güclərini toplamağa başladılar. Ən əhəmiyyətlisi isə bu güclərin öz yığıncaqlarını Gürcüstanda keçirmələridir. Bu, rus pulları və maraqları ilə əlaqəli idi. Əgər biz demokratiyadan danışırıqsa, bu insanların heç biri onunla ortaq nöqtəyə sahib deyildilər. Ən azı ona görə ki, Putin Rusiyasında demokratiya yoxdur. Hazırda Gürcüstanda vəziyyət ağırdır. Əgər Azərbaycan öz müstəqilliyini itirsə, o zaman bizim ölkə tükdən asılmış vəziyyətdə qalacaq. Əgər Putin Gürcüstanda etdiklərini Azərbaycanda təkrarlasaydı, o zaman bizim regionun ölkələri real müstəqilliklərini itirmiş olardılar". Qeyd edək ki, Mixail Saakaşvili ukraynalılar qarşısında etdiyi çıxışlar zamanı Azərbaycanda xarici qüvvələrin dövlət çevrilişi etməyə hazırlaşdıqlarını dəfələrlə xatırladırdı. |
2014-05-01 | 16,350 | ABŞ-dan növbəti hücum: Bayden Putinə qarşı | Ukrayna hadisələri ətrafında hadisələr gərginləşdikcə ABŞ və Rusiya rəsmiləri arasında söz dueli artan xətt üzrə inkişaf edir. "Axar.az" ukraynalı jurnalist Miroslav Qonqadzeyə istinadən ABŞ vitse-prezidenti Cozef Baydenin Rusiya Prezident Vladimir Putinlə bağlı bəzi fikirlərini diqqətə çatdırır. Qeyd edək ki, Qonqadze özünün Feysbuk səhifəsində ABŞ-ın vitse-prezidentinin Vaşinqtonda keçirilən brifinqdə səsləndirdiyi bu tezisini yerləşdirib: "Yaranmış bugünkü krizis Kremldə, prezident Vladimir Putinin başında doğulub. Rusiya nəinki Ukraynanın müstəqilliyini pozdu, hətta Avropanın ən təməl prinsiplərinə xələl gətirdi, universal qaydaları zədələdi". Xatırladaq ki, bundan az öncə ABŞ Dövlət katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrovun davranışlarını "vəhşilik, yadplanetli təfəkkürü" adlandırıb. |
2014-05-01 | 16,351 | “Abidədən soyqırım sözünü silmək Türkiyəyə yaraşmır” | "Xocalı abidəsinin üzərindən soyqırım sözünün silinməsi Türkiyəyə yaraşan hərəkət deyil". Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı, Türkiyənin Uşaq vilayətində Xocalı qurbanları üçün qoyulmuş abidənin üzərindən soyqırım sözünün silinməsi məsələsindən danışarkən dedi. Deputat bildirdi ki, bu məsələ ilə bağlı türkiyəli deputatlarla görüşüb və onlar bu məsələ ilə məşğul olacaqlar: "Qondarma erməni soyqırımı ilə bağlı Türkiyədə konfransda olan zaman sizinlə telefonda danışarkən həmin abidənin üzərindən soyqırım sözünün silindiyini öyrəndim. Həmin konfransda abidənin qoyulduğu Uşaq vilayətindən olan chp-çi millət vəkili iştirak edirdi. Məsələnin nə yerdə olduğunu ona deyəndən sonra xanım deputat söz verdi ki, vilayətə qayıdandan sonra məsələni araşdıracaq və zəng edərək bizə məlumat verəcək. Siz ondan qabaq məlumat verdiniz və aydın oldu ki, bu qərarı Türkiyənin Xarici İşlər Nazirliyi verib və Uşaq Bələdiyyəsi sadəcə qərarı icra edib". Deputat, bu kimi halların iki ölkə arasındakı münasibətlərə yaraşmadığını və qısa zamanda aradan qaldırılmasının zəruri olduğunu bildirdi. O vurğuladı ki, bu kimi hallarla bərabər Türkiyənin daxilində ermənilərlə və təhdid ünsürü olan digər qüvvələrlə münasibətlər düzgün tənzimlənmir: "Yəqin ki, abidənin üzərindən soyqırım sözlərinin silinməsi Türkiyənin Ermənistan da daxil olmaqla digər qonşuları ilə gərginliyin azaldılması siyasətinin davamıdır. Əslində isə, bu siyasət heç də doğru aparılmır. Bir tərəfdən Suriya ilə sərhəddə müharibə gedir, digər tərəfdən şərq sərhədlərində saxta atəşkəs elan edilib və guya terorçuların dağdan endirilməsi siyasəti davam etdirilir. Əslində isə, Türkiyənin doğusunda yaranmaq üzrə olan Kürdistan dövlətinin konturları cızılıb. Universitetlər açılıb, yollar nəzarətə götürülüb, həmin ərazilərdə Türkiyənin hərbi obyektlərini yerləşdirməsinə əngəl olan qüvvələr ortaya çıxıb, müxtəlif təxribatlar aparıblar. Bunun arxasınca da Türkiyənin Baş naziri qondarma erməni soyqırımı iddiaları ilə bağlı 24 aprel tarixində ermənilərə başsağlığı verir. 1915-ci ildə incidilmiş ermənilərin nəvə-nəticələrindən üzrxahlıq edir. Halbuki həmin ildə ermənilərdən 2 dəfə çox türk və kürd dünyasını dəyişib. Həm də ermənilərin bir yerə yığılması nəyə görə soyqırım sayılmalıdır ki? Müharibə gedən zaman insanların eyni yerə köçürülməsi bütün dünyada var. ABŞ Yaponiya ilə savaşan zaman yaponların hamısını bir yerə yığmışdılar. Bu, olduqca normal haldır. Türkiyə də savaş gedən zaman erməniləri ölkənin içəri vilayətlərinə köçürüb". Xalq şairi Azərbaycanla Türkiyə arasındakı münasibətlərin daha da yaxınlaşmasının zəruri olduğu bir dönəmdə belə bir hərəkətin heç də düzgün olmadığını və məsələ ilə bağlı Azərbaycan XİN-nin rəsmi Ankara ilə məsələnin həlli istiqamətində danışıqlar aparmasının gərəkli olduğunu da dedi: "Azərbaycanın Türkiyəyə göstərdiyi münasibətin yanında, abidənin üzərindən soyqırım sözünün silinməsi iki ölkə arasındakı münasibətlərin pisləşməsinə səbəb ola biləcək bir haldır. Hər iki dövlət bir-birinə yaxınlaşmalıdır. Bu cür hallar məqbul sayılmır. Həmin abidənin qoyulmasında təşkilatçı olan Türkiyə Milliyətçi Hərəkat Partiyası həmin ölkənin Xarici İşlər Nazirliyi ilə danışıqlar aparmalı və abidənin üzərindəki soyqırım sözünün bərpa edilməsinə nail olmalıdır. Bizim Xarici İşlər Nazirliyi də rəsmi Ankara ilə bununla bağlı danışıqlar aparmalıdır". |
2014-05-01 | 16,352 | Azad Rəhimov “Formula-1” ilə müqavilə imzaladı | Yarışların keçirilməsi ilə bağlı müqavilə imzalanıb. "Axar.az" xəbər verir ki, "Formla-1" yarışları 2016-cı ildə Azərbaycanda keçiriləcək. "Avropa Qran-Pri"sinin keçirilməsi ilə bağlı artıq Berni Ekklstounla müqavilə bağlanıb. Bu barədə Gənclər və İdman naziri Azad Rəhimov "Insidethegames"ə verdiyi açıqlamada bildirib: "Biz cənab Berni Ekklstounla da müqavilə bağladıq. Tezliklə "Formula-1" yarışları Bakıda keçiriləcək". Xatırladaq ki, Berni Ekklstoun məşhur ingilis biznesmenidir və hazırda "Formula-1" yarışlarının baş meneceridir. |
2014-05-01 | 16,353 | Merkel Putindən xahiş etdi | Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. "Axar.az" xəbər verir ki, telefon danışığı zamanı Merkel Putindən Ukraynanın şərqində separatçılar tərəfindən saxlanılan 7 ATƏT nümayəndəsinin azad edilməsində yardımçı olmağı xahiş edib. Almaniya kanslerinin mətbuat katibi Kristian Virtç bildirib ki, tərəflər arasındakı danışıq Merkelin xahişi ilə baş tutub. Onun sözlərinə görə, Merkel Putini gərginliyi azaltmaq üçün öz imkanlarından istifadə etməyə çağırıb. Putin isə cavabında bildirb ki, ilk növbədə Ukrayna öz ordusunu ölkənin şərqindən çıxarmalı və milli dialoqun başlanmasına start verməlidir. |
2014-05-01 | 16,354 | Bakıda polis 1 May aksiyasını dağıtdı | Şəhərin mərkəzində solçu gənclərin təşkil etdiyi 1 May aksiyasını polis dağıdıb. "Axar.az" xəbər verir ki, bir qrup gənc 1 May Beynəlxalq Zəhmətkeşlər Günü münasibəti ilə şəhərin mərkəzindəki M.Ə.Sabir bağında icazəsiz aksiya keçirməyə çalışıb. Aksiyaya polis müdaxilə edib və gənclərin fləşmobuna imkan verməyib. Qeyd edək ki, bir qrup solşu gənc bu gün saat 17:30-18:00 arası Sabir bağında Beynəlxalq Zəhmətkeşlər Günü münasibəti ilə fləşmob formatında aksiyanın keçirilməsi planlaşdırırdı. Bu məqsədlə gənclər Feysbuk sosial şəbəkəsində yaradılan "event"də hər bir işçini bu tədbirə dəvət etmişdilər. |
2014-05-01 | 16,355 | Türk dünyası Bakıya toplaşdı - Foto | Türk ölkələrindən müxtəlif incəsənət adamları ölkəmizdə səfərdədir. Məqsəd 3 May Türkçülük Bayramı münasibəti ilə paytaxtda keçiriləcək konsertdə iştirak etməkdir. "Axar.az"ın əməkdaşının verdiyi məlumata görə, konsertin təşkilatçısı olan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı qonaqlarla görüşlər keçirib. Partiyanın qərargahında baş tutan görüşdə Azərbaycanla digər türk dövlətlərinin incəsənət sahəsindəki əməkdaşlığının önəmindən bəhs edilib. Qonaqlar arasında özbək, türkmən, Yakut, Altay və Sibir türkləri, həmçinin tatar, qazax, qırğız, uyğur və s. var. Qeyd edək ki, 3 May Türkçülük Bayramı münasibəti ilə mayın 2-də, saat 18:00-da Opera və Balet Teatrında "Türklük Şöləni" adlı konsert keçiriləcək. Türk respublikalarından xeyli sayda söz-sənət adamlarının iştirakı ilə baş tutacaq konsertə giriş sərbəstdir. 3 May Bayramı türkçülüyün ideoloqlarından hesab edilən Hüseyn Nihal Adsız və onun tərəfdarlarının 3 may 1944-cü ildə həbs edilməsi ilə nəticələnən məhkəmə prosesindən sonra qeyd edilməyə başlayıb və türkçülərin birliyini simvolizə edir. |
2014-05-01 | 16,356 | Əməkdar artist xəstəxanaya yerləşdirildi | Musiqili Komediya Teatrının aktrisası Xanım Qafarovanın səhhəti yenidən pisləşib. "Axar.az" xəbər verir ki,aktrisa Xanım Qafarovanın səhhəti ağırlaşıb. Onun qana ehtiyacı olduğu bildirilir. Aktrisa ev şəraitində həkimlər tərəfindən müayinə olunduqdan sonra Milli Onkoloji Mərkəzə yerləşdirilib. Xatırladaq ki, Xanım Qafarova xərçəng xəstəliyindən əziyyət çəkir. Onun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb və əməkdar artist Türkiyədə müalicə kursu keçib. |
2014-05-01 | 16,357 | Almaniyadan: Ərdoğan söyüşcül və tərbiyəsizdir | Almaniya Prezidentinin Türkiyədə sosial şəbəkələrin yasaqlanması ilə bağlı dediyi sözlərə qarşılıq olaraq Baş nazir Ərdoğan "ağlını özünə saxla" deyə cavab verəndən sonra münasibətlər gərginləşib. "Axar.az" xəbər verir ki, Ərdoğanın bu sözlərinə Almaniyanın prezidenti münasibət bildirib: "Mən bir toplumda danışılan ən kritik halları dilə gətirdim. Hətta hələ az dedim". Rəsmi Berlin də Ərdoğanın sözlərindən narahatlığını ifadə edib. "Di Velt" qəzeti Xarici İşlər naziri M.Rothun açıqlamasını yayıb. Nazir Roth Rəcəb Tayyib Ərdoğanın sözlərinə sadəcə təəccübləndiyini deyib: "Bir siyasətçinin bu tərzdə danışmasına başımı yelləyib keçirəm". Nazir müavini Klaudiya Rotsa isə A.Gülü tam bir demokrat, Ərdoğanı isə "söyüşcül" adlandırıb. "Bu da özlüyündə Ərdoğanın siyasi tərbiyə, demokratik düşüncə və mədəniyyətinin əskikliyini göstərir", - deyə Rotsa bildirib. |
2014-05-01 | 16,358 | Mətanət İsgəndərli saytları məhkəməyə verdi | Əməkdar artist Mətanət İsgəndərli narkotik maddələrdən istifadə etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Onları məhkəməyə vermişəm Əməkdar artist Mətanət İsgəndərli "Axar.az"a verdiyi açıqlamasında ona böhtan atanları məhkəməyə verdiyini bildirdi. "Bu suallara cavab verə bilmərəm. Ancaq doğrudur, onları məhkəməyə vermişəm. Kimləri verdiyimi açıqlaya bilmərəm. Məhkəmədən sonra bu xəbərin hansı məqsədlə yayıldığını açıqlayacağam. İndi heç özüm də bilmirəm ki, nə üçün belə böhtan atıblar mənə". Qeyd edək ki, bir müddət əvvəl mediada müğənni Mətanət İsgəndərlinin narkoman olması ilə bağlı xəbər yayılmışdı. |
2014-05-01 | 16,359 | Berluskoni qocalar evində sanitar işləyəcək | İtaliyanın 77 yaşlı keçmiş Baş naziri Silvio Berluskoni qocalar evindəki yeni işinə may ayının 9-dan başlayacaq. "Axar.az" xəbər verir ki, bu barədə qocalar evinin direktoru Paolo Pinyi məlumat verib. O, qeyd edib ki, Berluskoni xəstə pasiyentlərə kömək edəcək. Xatırladaq ki, eks-nazir 9 ay işləməlidir. Bundan əlavə ona Romada vaxt keçirmək, xaricə səfər etmək və gecə evdən çıxmaq qadağandır. |
2014-05-01 | 16,360 | Liberman: “Səfirliyin açılması Azərbaycandan asılıdır” | "Azərbaycan bizim üçün dostdur. Azərbaycan tolerant bir ölkədir. Azərbaycan tolerantlıq nümunəsidir. Azərbaycanda yaşayan yəhudilər hər zaman, hətta Holokost zamanı burada özlərini rahat hiss ediblər". Bu barədə İsrailin Xarici İşlər naziri Aviqdor Liberman keçirilən mətbuat konfransında bildirib. Nazir bildirib ki, Azərbaycanla bugünkü münasibətlər ən yüksək səviyyədədir. Münasibətlər hər sahədə pozitiv dinamikada inkişaf edir: "Biz ikitərəfli münasibətləri müzakirə etdik. Əsas prioritetlər kənd təsərrüfatı və energetikadır". İsrailin Minsk qrupunda iştirakı məsələsinə dair sualı cavablandırarkən nazir bildirib: "İnanmıram ki, İsrailin Minsk qrupunda iştirakını kimsə bizə təklif edə. Amma təklif olsa, biz onu ciddi müzakirə edərik. Lakin bu təklifin hansı tərəfdən gəldiyini bilməliyik". Azərbaycan-İran münasibətlərinə dair suala cavab verən nazir bildirib ki, İsrail başqa ölkələrin daxili işlərinə qarışmır: "Hər bir ölkənin öz maraqları var". Nazir bildirib ki, bir çox şirkət o cümlədən Ticarət Palatası ikitərərfli münasibətlərin inkişafı istiqamətində çalışır. Nazir həmçinin bildirib ki, sərnişinlərin sayı çox olduğundan, Bakı-Tel Əviv-Bakı aviareyslərinin sayı artırılacaq. İsraildə Azərbaycan səfirliyinin açılmasına gəlincə, nazir bildirib ki, bu, Azərbaycan hökumətindən də asılıdır /Trend/. |
2014-05-01 | 16,361 | Ukraynalılar kütləvi şəkildə partizan dəstələrinə yazılırlar - Video | Ukraynalılar kütləvi şəkildə xalq könüllü dəstələrinə yazılmağa başlayıblar. Bu barədə Ukraynanın TSN telekanalı xəbər yayıb. Xəbərdə deyilir ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar ukraynalılar kütləvi şəkildə xalq könüllü dəstələrinə, ehtiyat ordulara qoşulmağa qərar veriblər. Onların bor çoxu özlərini açıq şəkildə partizan adlandırır, hansılardan ki, hərbi ekspertlərin rəyincə, ən çox Rusiya prezidenti Putin qorxur. Məşqlər əsasən meşələrdə keçirilir. Könüllülər arasında qadınlar da var. Hər kəs pulsuz şəkildə bu dəstələrə qoşula bilər. /Musavat.com/ |
2014-05-01 | 16,362 | Donetsk ayağa qalxdı: prokurorluq binası ələ keçirildi - Yeniləndi | 19:16 Ukraynanın Donetsk şəhərində separatçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma getdikcə gərginləşməkdədir. "Axar.az" xəbər verir ki, Donetsk Prokurorluğunun qarşısında mindən artıq insan toplaşıb. Separatçılar rus bayrağını və qondarma Donetsk respublikasının bayrağını prokurorluğun binasından asıblar. Qarşıdurma zamanı hər iki tərəfdən xəsarət alanlar olub. Rus hərbi birləşmələri və rusiyameylli insanlar isə əllərində rus bayraqları prokurorluğun binasının qarşısında durublar. Separatçılar binada olan sənədləri və prokurorların formalarını tonqalda yandırırlar. 21:55 Separatçılar binanı mühafizə edən milis əməkdaşlarını daş-qalaq ediblər, asayiş keşikçiləri isə buna cavab olaraq gözyaşardıcı və səs qumbaralarından istifadə edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, inzibati binanı ələ keçirən separatçılar milis əməkdaşlarını tərksilah edib, onlardan bir neçəsi müxtəlif xəsarətlərlə xəstəxanalara göndərilib. Məlumata görə, prokurorluq binasının mühafizəsi silahsız milis əməkdaşları tərəfindən həyata keçirilib. Separatçılar hücum zamanı Milli Qvardiyanın əsgərlərinə qarşı odlu silahdan istifadə ediblər. Asayiş keşikçiləri arasında bir yaralının olduğu bildirilir. Yaralı xəstəxanaya yerləşdirilib. Donetsk Şəhər Səhiyyə Departamentinin məlumatına görə, hücum zamanı 15 nəfər xəsarət alıb. "Xəsarət alanlar şəhərin müxtəlif tibb məntəqələrinin neyrocərrahiyyə və travmatoloji bölmələrinə yerləşdirilib. Güllə yaraları daxil olmaqla, xəsarətlər müxtəlif xarakterlidir", - deyə qurumdan bildirilib. |
2014-05-01 | 16,363 | Almaniya Ərdoğanla dueldə prezidentinə sahib çıxdı | Türkiyəyə səfəri zamanı Baş nazir Ərdoğan tərəfindən tənqid olunan Almaniya prezidenti Yoaxim Qauka ölkəsi tərəfindən dəstək verilib. "Axar.az" xəbər verir ki, Almaniya hökuməti Qaukun Türkiyəyə səfəri çərçivəsində səsləndirdiyi fikirlərlə razı olduğunu bildirib. Prezident ilə federal hökumətin fikirləri arasında heç bir fərqin olmadığını deyən Angela Merkelin sözçüsü Şteffen Şaybert Almaniyanın türk xalqının ortaya qoyduğu mövqeyə hörmət etdiyini vurğulayıb. Şaybert qeyd edib ki, türklərə göstərilən hörmət milyonlarla türkün Almaniyada yaşamasından qaynaqlanmır. Xatırladaq ki, Almaniya prezidenti Yoaxim Qauk Türkiyədə yaşanan gərginliklər zamanı insanlara qarşı istifadə edilən sərt addımlardan qorxduğunu, Türkiyədə fikir və mətbuat azadlığının boğulduğunu bildirmişdi. |
2014-05-01 | 16,364 | Azərbaycanda yüksək rütbəli hərbçi ağır qəzaya uğradı | Azərbaycanda hərbi hissə komandiri əvəzi ağır qəzaya uğrayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Sumqayıt şəhər ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin komandir əvəzi, polkovnik-leytenant Fuad Məmmədov idarə etdiyi "Nissan" markalı avtomobili yol kənarındakı maneəyə çırpıb. Nəticədə ağır yaralanan hərbçi hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. |
2014-05-01 | 16,365 | Xatirələrdə yaşayan böyük insan - Foto | Yunis Rzayev – 90 Hörmət və ehtiramla, sevilə-sevilə insanların qəlbində və xatirələrində məğrur, yaraşıqlı görkəmi, işıqlı üzü, dərin mənalı nüfuzedici baxışları, gur səsi ilə yadda qalan Yunis Qəhrəman oğlu Rzayev, yaşasaydı, 90 yaşı tamam olardı. O, 1924-cü il mayın 2-də Qərbi Azərbaycanda qədim Göyçə mahalının Şişqaya kəndində anadan olub. Bilik, istedad və bacarığına güvənib, onu orta məktəbi bitirdikdən dərhal sonra həmin məktəbə müəllim təyin edirlər. 2 il şagirdlərə həm mənəvi, həm əxlaqı cəhətdən örnək olan müəllim Böyük Vətən müharibəsində iştirak edir. 1950-ci ildə Azərbaycan KP MK yanında 2 illik partiya məktəbini, 1953-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirir. Basarkeçər Rayon Partiya Komitəsində təlimatçı, şöbə müdiri, 1953-1957-ci illərdə rayon soveti icraiyyə komitəsinin sədri, 1957-1960-cı illərdə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışır. 1960-1962-ci illərdə Moskvada Ali Partiya Məktəbində oxuyur. 1963-1965-ci illərdə Basarkeçər-Martuni-Kamo Rayonları Ərazi İstehsalat İdarəsi partiya komitəsinin katibi, Rayon inzibati-ərazi bölgüsü bərpa olunduqdan sonra 1965-1968-ci illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 1968-1970-ci illərdə Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifələrində işləyib. 1959-cu ildən Ermənistan KP MK–nın üzvü, 3 çağırış Ermənistan Ali Sovetinin və VII çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. Şübhəsiz ki, dərin ağıla, xüsusi xarizma və bacarığa, fərqli üstün qabilliyyətə, işgüzarlığa malik olmasaydı, bir azərbaycanlını, xüsusilə də, Ermənistanda ermənilərin içərisində pillə-pillə bu cür sürətlə yüksəlməsinə və irəli getməsinə mane olardılar. O vaxt kəndə əsgərliyə gedən gənci qohumlar qonaq dəvət edər, onun şəninə süfrə açardılar. Müəllimlik etdiyi müddətdə davranışı, qabiliyyəti, işgüzarlığı ilə böyük hörmət qazanan 19 yaşlı Yunisi bütün kənd camaatı öz evlərinə qonaq dəvət edib, hörmətlə əsgərliyə yola salmışdılar. Artıq illərin təcrübəsi ona erməni xislətini yaxşı tanıtmışdı. Buna görə də onun qəlbində ermənilərə dərin nifrət yaranmışdı. O, yaxşı görürdü ki, ermənilər qeyri-millətləri, xüsusilə də azərbaycanlıların yüksək vəzifə tutmalarına mane olurlar. Qərbi Azərbaycanlıların guman yerinə, müdafiəçisinə, fəxrinə və sevimlisinə çevrilməsi erməniləri milli siyasətinə mane olduğu üçün onu sevmirdilər. Ermənilərin pərəstiş etdiyi, Varpet adlandırdıqları Ermənistanın Xalq yazıçısı S.Xanzadyanı Ermənistan KP Mərkəzi Komitəsinin iclasında millətçi şovinist yazıçı kimi tənqid etməsi ermənilər tərəfindən xüsusi narazılıqla qarşılanmışdı. Məhz bunlara görə də üzdə özlərini Yunis Qəhrəman oğluna dost kimi, yoldaş kimi göstərən erməni millətçiləri öz aralarında onu Ermənistanın qoynunda yetişmiş bir türk sultanı adlandıraraq fiziki cəhətdən məhv etmək üçün min bir tələ qurur, alçaq hərəkətlərlə onu ləkələməyə çalışırdılar. Yalnız Azərbaycan xalqının ümumilli lideri, ulu öndər Heydər Əliyev Yunis Rzayevi erməni məkrindən, şantajından xilas etdi və 1970-ci ildə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi təyin etdi.1970 ─1973-cü illərdə bu vəzifədə işləyən Yunis Rzayev ümumilli lider Heydər Əliyevin kənd təsərrüfatını inkişaf etdirməklə bağlı qarşıya qoyduğu vəzifələri müvəfəqqiyyətlə yerinə yetirilməsini təmin etmək, H.Əliyevin ona göstərdiyi yüksək etimad və inamı doğrultmaq üçün var gücü ilə çalışdı. Əldə edilən konkret nəticələr ilə kənd təsərrüfatı sahəsində mahir təşkilatçı olduğunu yenidən sübuta yetirdi. Şamaxı rayonu qısa müddət ərzində üzümçülük, taxılçılıq, heyvandarlıq sahəsində ön cərgəyə çıxdı, aparıcı rayona çevrildi. Aradan xeyli vaxt keçməsinə baxmayaraq, indi də bu rayonun zəhmətkeşləri Yunis Rzayevi minnətdarlıqla xatırlayırlar. Y.Rzayevə göstərilən etimadı doğrultmaq üçün göstərdiyi bacarıq, iş keyfiyyəti və təcrübəsinə inanıb, ona daha mühüm vəzifə etibar edilir. O, 1973-cü ildə Azərbaycan Respublikası Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri təyin olunur. Bu vəzifədə 1985-ci ilə, ömrünün son gününədək vicdanla çalışır, dahi Heydər Əliyevin bu sahəyə məhz Yunis Rzayevi rəhbər təyin etməsi təsadüfi deyildi. Heydər Əliyev kimi böyük siyasət korifeyi tərəfindən edilmiş bu seçimdə, xüsusilə, SSRİ dönəmində üzümçülük və şərabçılığın respublikamızın iqtisadiyyatındakı prespektiv imkanları və çox gəlirli olan bu sahənin inkişaf etdirilməsi zərurəti nəzərə alınmışdı. Heydər Əliyev bu işi məhz təcrübəli, bacarıqlı, işə yaradıcı münasibətinə və dövlətə sonsuz sədaqətinə inandığı bir adama etibar edir və öz seçimində yanılmadığına əmin olur. Tezliklə, üzümçülük və şərabçılıq Azərbaycanda misli görünməmiş dərəcədə inkişaf edərək büdcənin gəlirlərinin 40%-ni təşkil edir. Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra Respublikadan qəbul edilən ilk şəxs məhz onun rəğbətini qazanmış Yunis Rzayev oldu. Keçmiş Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin əməkdaşları onun haqqında belə deyirlər: "Yunis Rzayev çox yüksək şəxsi keyfiyyətlərə malik bir şəxsiyyət, mədəniyyət və etik davranış nümunəsi idi. O, təsərrüfatın bir sıra sahələrindən gözəl baş çıxaran təşkilatçı idi, yorulmaq nə olduğunu bilməzdi. Respublikamızda və o zamankı SSRİ məkanında çox böyük nüfuza, hörmətə malik idi. Onunla işlədiyimiz uzun illər ərzində Moskvada, keçmiş SSRİ Yeyinti Sənayesi Nazirliyində ona qarşı olan hörmətin, diqqətin dəfələrlə şahidi olmuşuq. Özünə və tabelliyində olanlara, eyni dərəcədə tələbkar idi. Nə qədər ciddi, zəhmli idisə, o qədər də kövrək, həssas və qayğıkeş idi. İnsanlara əl tutmaq, onların qayğısına qalmaq, dərd–sərinə hayan olmaq onun həyat amalı idi. İnsanlarda həmişə dürüstlüyü, səmimiliyi və etibarı sevərdi, çünki özü də düz, səmimi və etibarlı adam idi. İnsanlarda xoş ünsiyyət, onların arasında səmimiyyət görmək istəyirdi. Həyatı yaxşı bilirdi, hadisələrə analitik fəlsəfi təhlil verməyi bacarırdı. İşi işbilənə, bacarana tapşırırdı, gənc kadrlara diqqət və qayğı ilə yanaşırdı. Əsl ağsaqqal idi, xeyirxah və sədaqətli insan, gözəl ailə başçısı idi, həyatda ondan öyrəniləsi çox şey vardı". Yunis Rzayevi digər vəzifə sahiblərindən fərqləndirən bir çox üstün cəhətlər olub. O, müxtəlif illərdə, müxtəlif vəzifələrdə çalışarkən həmişə ön planda ona rəhbərlik tərəfindən tapşırılan işin yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilməsi olubsa, digər cəhət onun insan amillinə verdiyi böyük dəyər olub. İstər Şamaxıda birinci katib işləyərkən, istərsə də Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində sədr olarkən onun tabeliyində işləyənlər, əməkdaşlıq edənlər Y.Rzayevi çox yüksək dəyərləndirir, nəcib insani keyfiyyətləri misilsiz iş bacarığı, prinsipial və təmənnasız mövgeyi olan vəzifə sahibi kimi, eyni zamanda ətrafındakılara münasibətdə xoş simalı, mülayim, həyatsevər bir insan kimi xarakterizə edirlər. İnsan var ki, rəhbərliyin tapşırıqlarını yerinə yetirərkən ətrafdakılara əhəmiyyət vermir, vəzifəsindən asılı olmayaraq, ancaq doğulduğu kənddə el-oba tərəfindən tanınıb, qismən sevilir. İnsan da var ki, oturduğu kreslodan asılı olmayaraq, ürəyində dərin xalq məhəbbətini, tükənməz el-oba sevgisini şərəflə daşıyır. Y.Rzayev belə şəxsiyyətlərdən idi. Müəllimliyi dövründə bütün kəndin sevgisini qazanan bu dəyərli insan, birinci katib işləyərkən bütün Qərbi Azərbaycanlıların, daha sonra Şamaxıda, Bakıda yüksək vəzifələrdə çalışarkən bütün respublikanın dərin hörmət və təmannasız sevgisini qazanır. Y.Rzayev təkcə bütöv ziyalı nəslinin çox dəyər verdiyi bir insan deyil, bütün Azərbaycanda tanınıb-sevilən biri olub. Buna görə də fədakar əməyi o dövrlər üçün çox yüksək sayılan "Lenin", "Oktyabr İnqilabı", üç dəfə "Qırmızı Əmək Bayrağı" ordenləri, digər medallar və fəxri fərmanlarla giymətləndirilib. O, 1971-ci ildən Azərbaycan KPMK–nın üzvü, VIII, IX, X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Yunis Qəhrəman oğlu Rzayev kimi şəxsiyyətlər heç vaxt unudulmur, daim xatirələrdə yaşayır, xoş sözlərlə yad edilir, ruhuna dualar oxunur. O öz əməlləri ilə tarixdə, onu tanıyan insanların qəlblərində, yaddaşlarında silinməz izlər, xatirələr qoyub. |
2014-05-01 | 16,366 | "Putin Azərbaycandakı etirazlara pul ayıracaq" | Pol Qobl: "Əgər hadisələr indiki sürət və ardıcıllıqla davam etsə, bir müddətdən sonra dünyanın yarısı Rusiyanın hakimiyyəti altında olacaq" Rusiya prezidenti Vladimir Putinin Qərbdən çəkinmədiyini ən azı Rusiya cəmiyyətinə nümayiş etdirdikcə həm Avropada, həm də Rusiyanın özündə Putinə əks mövqedə dayanan liberalları bir sual düşündürməyə davam edir: əcaba, Putinə qarşı Qərbin əlində hələ ki, real qüvvəsi ortaya çıxmayan iqtisadi sanksiyalardan əlavə daha nə var? Qərbin anti-Putin arsenalı yalnız bundanmı ibarətdir və Qərb liderləri nə zaman yalnız bəyanatlarla kifayətlənməyib əməli işə keçəcəklər? Bu düşüncələrdə bulunan Qərb liderlərindən fərqli olaraq Putin real işlər görür. O, başa düşür ki, Qərbin iqtisadi sanksiyaları qarşısında bir müddət duruş gətirə bilər - meşə ehtiyatı, qızılı, qazı və nefti bol olan ölkənin təbii ki, maliyyə ehtiyatı olmamış deyil. Amma Putin də gözəl anlayır ki, ehtiyatlarını tükədəcək bir sıra amillər var. Qarşıdan qış yox, məhz yay gəlir və Avropanın Rusiyadan enerji asılılığı qış mövsümündəki kimi tam deyil. Soyuqlar düşənə qədər Qərb Putinin imperiya ambisiyalarının cilovlanması prosesi ilə aktiv məşğul olacaq. Rusiyanı iqtisadi cəhətdən çökdürməyin ən real yollarından biri onun enerji bazarından sıxışdırılması, ortaya alternativ mənbələrin qoyulması ola bilər. Yalnız bu zaman Rusiya bazar itirdiyinə görə, Putinin də dünya dövlətləri ilə saymazyana danışıq tonu aşağı düşə bilər. Bunlar gələcəkdə Qərbin ələ alması gözlənilən ehtimallardır, amma hələ ki, Putin hücuma keçir, hətta son Cenevrə anlaşmasına belə məhəl qoymur. Əvəzində Qərb liderləri dünya düzəninin artıq xeyli dəyişdiyini anlasalar da, aktivlik nümayiş etdirməyə tələsmirlər. Beynəlxalq siyasət beynəlxalq müqavilələr əsasında tənzimlənirsə, rasional gözləntilər və hərəkətlər əsasında işləyir. Əgər bu sahədəki gözləntilər yanlış olursa, deməli, mövcud dünya düzəni ciddi dəyişikliklərə məruz qalır. Ukraynada baş verənlər buna bariz nümunə oldu. Ötən materialların birində qeyd etmişdik ki, bu zamana qədər Qərb liderləri elə hesab edirdilər ki, Putin nə qədər revanşizm və cəmiyyətin keçmiş qüdrətə nostalji hisslərindən bəhrələnərək, keçmiş SSRİ məkanında nüfuz sahibi olmaq istəsə belə, bunun üçün silah gücündən istifadə etməyəcək. Əvvəlcə Gürcüstan, sonra isə Ukrayna hadisələri sübut etdi ki, Qərb dövlətləri nəinki yanılırdılar, hətta bu yanlış fikirlərə ayrılan qızıl vaxtı belə israf ediblər. Qərb daha bir yanlışının acısını çəkməkdədir. Yanlış gözləntilərin bərqərar olduğu bir şəraitdə - Rusiyanın Krımla kifayətlənmədiyinin gün keçdikcə daha aydın göründüyü halda indi Qərb əks-addımlar axtarışındadır. Aydındır ki, NATO təyyarələrinin Baltikyanı ölkələrin üzərində uçuşları, həmçinin Rusiya qoşunlarının Ukrayna sərhədində təcili irimiqyaslı təlimlər keçirməsi əzələ nümayişindən başqa bir şey deyil. Bu vaxta qədər Qərb belə düşünürdü, amma indi onlar Putinin təlim keçən əsgərlərini "sülhməramlı kontingent" adı altında Ukraynanın separatizm məngənəsində boğulan Şərq və Cənub vilayətlərinə yeritməyəcəyindən əmin deyillər. Fikir veririsinizsə, əgər əvvəllər Donetsk, Odessa, Mariupol, Luqansk vilayətlərinin "xalq qubernatorları" rəsmi Kiyev hakimiyyətinə qarşı gəlmək üçün öz qüvvələrinin olduğunu bildirirdilərsə, indi açıq şəkildə Rusiyadan, Putindən məhz hərbi yardım istəyirlər. Təbii ki, rəsmi Kreml üçün bu çağırışlar Ukraynaya qoşun yeritmək üçün əla bəhanədir. Ukraynanın şərq və cənub regionlarının federalizasiya təkliflərinin arxasında məhz bölgədə real söz sahibi olmaq istəyi durur. Putin bu regiona nəzarət edirsə, bu, o deməkdir ki, artıq rəsmi Kiyev qaz kəmərini bağlamaqla onu təhdid edə bilməyəcək. Çünki federallaşmanın arxasında regionların qazandığı pulların özləri tərəfindən bölüşdürülməsi məsələsi də var. Əgər qərbi Ukraynadan keçən kəmər bağlanarsa, onda Moskvanın istəyi ilə Qərbdən xeyli varlı sənaye regionları sayılan şərq regionları Kiyevin büdcəsinə pul keçirməkdən imtina edə bilərlər. Odur ki, Qərb üçün bu bölgələri Rusiyanın nəzarətinə verməmək, təkcə Ukraynanın ərazi bütövlüyünün qorunması və beynəlxalq hüquq normaları baxımından əhəmiyyət daşımır. Amma Ukrayna hadisələri Putinin aqressiv siyasətinin təkcə bu ərazi lə nəticələnməyəcəyindən xəbər verir. Proseslər hansı məcrada cərəyan edəcək? Ukraynadan sonra hədəfdə kimdir və bu siyahıda Azərbaycan da varmı? "Bizim yol" bu kimi suallara cavab tapmaq məqsədilə sözün əsl mənasında bütün dünyada tanınmış bir simaya müraciət etdik. O, məsləhətlərinə birbaşa Ağ Evdə qulaq asılan bir neçə əhəmiyyətli ekspertlərdən biridir. Beləliklə, həmsöhbətimiz dünyada tanınmış amerikalı siyasi təhlilçi, geosiyasi məsələlər üzrə araşdırmaçı, pososvet məkanı üzrə ekspert Pol Qobldur. - Bəlkə də bugünkü hadisələr baxımından sualımız bir qədər qəribə gələ bilər. Amma sizcə, Putinin yadına niyə məhz Krım düşdü? - Bu situasiyada onun atdığı addımları dəstəkləməsəm də, etiraf etmək lazımdır ki, Putin özü krizis şəraiti yaratdı və bu reallıqdan özünə sərf edən şəkildə bəhrələnməyi bacardı. Nahaq yerə hesab edirsiniz ki, sualınız qəribə görünə bilər. Bu gün qərb analitikləri hələ də "niyə məhz Krım" sualının cavabını tapa bilmirlər. Mən hesab edirəm ki, Putini bu addımı atmağa vadar edən ölkədə yaranan və günü-gündən ağırlaşan iqtisadi şəraitdir. Belə çətin iqtisadi durumda Putinin vətəndaşların patriotik tellərinə vurmaqdan başqa çıxış yolu yox idi. İndi camaat iqtisadiyyatdan yox, məhz xilaskar Putinin bir zamanlar Rusiyanın olmuş torpağı necə rəşadətlə qaytarmasından danışır. Bu şəraitdə onu hansısa regionun iqtisadi şəraitinin acınacaqlı olmasında kim günahlandıra bilər ki? Odur ki, dediyim kimi, Putin ölkəsindəki iqtisadi çətinlikləri ustalıqla qələbə maskası arxasında gizlədə bildi. Bununla yanası, Krımın anneksiyası ilə Putin Ukraynanı Maydana görə cəzalandırdı, həmçinin nə vaxtsa SSRİ-nin tərkibində olmuş bütün dövlətlərə göstərdi ki, Qərblə qədərindən artıq yaxınlaşma ciddi şəkildə cəzalandırılacaq. Bu şəraitdə Putin Qərbin, əsasən də ABŞ-ın zəif tərpənməsindən istifadə edərək, özünü "Rusiyanın xilaskarı" elan edə bildi. - Bu gün çoxlarının haqqında danışdığı "soyuq müharibə" bərpa oluna bilərmi və bu qarşıdurma nəyə gətirib çıxara bilər? - Əgər əvvəllər "soyuq müharibə" ideoloji qarşıdurma müstəvisindən bəhrələnirdisə və bu situasiyada ölkələrin başında kimlərin durmasından asılı olaraq, müəyyən əməkdaşlıq ümidləri vardısa, indi Qərb milliyyətçi, hətta bəzən faşizm siyasətinə üstünlük verən biri ilə üz-üzə qalıb. Nə qədər kobud səslənsə də, mən 20 il müstəqil dövlət kimi tanıdığı qonşusunun torpağını bir andaca zəbt edən insana başqa ad verə bilmirəm. Milliyyətçilik və ksenofobiya məsələsində Putin hətta keçmiş SSRİ rəhbərliyində olanları belə geridə qoydu. O, açıq şəkildə bəyan edir ki, beynəlxalq normaları tanımır. Odur ki, Qərb bacardıqca aktiv şəkildə, özü də qısa zaman kəsiyində bütün resurslarını səfərbər etməli və keçmiş SSRİ ölkələrini Putinin aqressiyasından qorumalıdır. Əgər hadisələr indiki sürət və ardıcıllıqla davam etsə, bir müddətdən sonra dünyanın yarısı bir aqressorun hakimiyyəti altında olacaq. - Kreml sahibini əsas məqsədi nədir? - Putinin məqsədləri çoxdur. Mənim proqnozuma görə, Ukrayna kampaniyasını başa vurduqdan sonra Putin bir müddət pauza götürəcək. Hitler də o zaman Polşanın işğalından sonra taym-aut götürmüşdü. Bu taym-aut onun təbliğat maşını vasitəsi ilə Qərbdəki müttəfiqlərində belə bir fikir formalaşdıracaq ki, Qərb Putinə problemlər yarada bildi və o dayandı. Onun siyasi fəaliyyəti gündəlik dozaya ehtiyacı olan narkomanı xatırladır. Onun növbəti hədəfi Dnestryanı və Baltikyanı ölkələrdir. Əsas məqsəd isə NATO-nu "sındırmaqdır". Nə qədər ki, bu insan Kremlin sahibidir heç bir keçmiş SSRİ respublikaları təhlükədən sığortalanmayıblar. - Keçmiş SSRİ respublikaları deyəndə Azərbaycanı da təhlükə gözlədiyini nəzərdə tutursunuz? - Kremlin gəlib-getmiş bütün sahibləri kimi, Putin də Azərbaycanı Cənubi Qafqazın prizi sayır. Əgər əvvəllər qərbyönümlü Azərbaycana təzyiq vasitəsi kimi Ermənistan dəstəklənir, Gürcüstana qoşun yeridilirdisə, indi fikrimcə, Putin daha sərt addımlara gedəcək. Əvvəlcə o, Azərbaycana "kökə və qamçılardan" ibarət yeni proqram təqdim edəcək, etnik azlıqların protestlərini maliyyələşdirəcək, İlham Əliyev hökumətinə isə Qərblə əməkdaşlıqdan birdəfəlik imtina şəraitində tam dəstək söz verəcək. Bununla belə, Azərbaycanın bu gün yeritdiyi sistemli və iradəli siyasət, bu ölkənin heç də "asan loxma" olmadığını göstərir. Azərbaycan rəhbərliyinin indiki təhlükəli situasiyada çox təmkinlə və düşünülmüş addımlar atması, istənilən halda Rusiyanın təsir rıçaqlarını zəiflədir. - Bəs bu şəraitdə Azərbaycan nə etməlidir? Bir tərəfdən Azərbaycan müstəqilliyini itirib, Ermənistan kimi Rusiyanın satelliti olmaq istəmir, digər tərəfdən, rəsmi Bakı əsas problemi hesab etdiyi Dağlıq Qarabağ probleminin həlli istiqamətində Qərbdən gözlədiyi dəstəyi görmür... - Təssüflər olsun ki, Minsk qrupu həmsədrlərinin fəaliyyəti effektiv deyil. Burada rusiyalı həmsədrin olması faktoru bu fəaliyyətsizliyi səciyyələndirən heç də sonuncu amil sayıla bilməz. Rusiya münaqişənin həllini istəmir və status-kvo onun üçün əsl hədiyyədir. İki dövlət arsında ərazi mübahisəsi yalnız Bakı ilə Yerevanın birbaşa danışıqları vasitəsi ilə həll edilə bilər. Bu danışıqlar erməni silahlılarının Azərbaycan ərazisindən çıxarılması, qaçqınların öz dədə-baba torpaqlarına geri qayıtması və sonda Qarabağda yaşayan ermənilərə geniş muxtariyyat verilməsi ilə nəticələnməlidir. Amma, nə qədərki, Ermənistan Rusiyanın müttəfiqidir, bu tipli danışıqların ədalətli sülhə gətirib çıxaracağına inanmaq sadəlöhvlükdür. Ola bilər ki, Putinin aqressiv siyasəti Qərb və ABŞ-ın bu münaqişənin Rusiyasız həlli yollarını axtarmağa sövq etməsi ilə nəticələnsin. /Bizim Yol/ |
2014-05-01 | 16,367 | Şahin Mustafayev ərəbistanlı nazir müavini ilə görüşdü - Foto | Mayın 1-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin iqtisadiyyat və mədəniyyət işləri üzrə müavini Yusif bin Tarrad əs-Sədan ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurla davam etdiyini, əlaqələrimizin genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamış, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında Müştərək Komissiyanın səmərəli fəaliyyətini qeyd edib. Görüşdə bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitlik təmin edilib, Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Şahin Mustafayev Səudiyyə Ərəbistanın ölkəmizin hüquq normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəklədiyini vurğulayıb. Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanların olduğu, keçirilən görüşlərin və biznes forumların Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyi qeyd edilib. Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin iqtisadiyyat və mədəniyyət işləri üzrə müavini Yusif bin Tarrad əs-Sədan Azərbaycana ilk dəfə gəldiyini və ölkəmizdə gördüyü dinamik sosial-iqtisadi inkişafdan məmnunluğunu ifadə edib. Ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirən qonaq əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb. Yusif bin Tarrad əs-Sədan may ayında Ər-Riyadda Ərəb ölkələri ilə Orta Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlıq və iqtisadiyyat üzrə I Forumun keçiriləcəyini qeyd edib, tədbirin bu ölkələr arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb. |
2014-05-01 | 16,368 | Mənsimov “Xəzər Lənkəran”ın pulunu kəsdi | Lənkəranın "Xəzər Lənkəran" klubunun rəhbərliyi futbolçularının maaşını kəsib. Klub rəhbərliyi aprel ayı üçün oyunçularına maaş verməyəcək. Bunun konkret səbəbi bəlli deyil. Çox güman ki, ötən ayda komandanın uğursuzluğa düçar olması, pis nəticələr göstərməsi klub rəhbərliyinin də səbrinin tükənməsinə gətirib çıxarıb. Xatırladaq ki, "Xəzər Lənkəran" klubunun sahibi Türkiyədə yaşayan iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovdur. Milyarder klubun fəxri prezidenti postunu tutur. Klubun prezidenti isə onun qardaşı Mais Mənsimovdur. Onu da yada salaq ki, Mübariz Mənsimov "Xəzər Lənkəran" klubuna ildə 20 milyon dollar sərmayə yatırmasına rəğmən komandanın çox pis oyun nümayiş etdirməsindən narazılığını bir neçə dəfə açıq mətnlə bəyan edib. /Futbolinfo.az/ |
2014-05-01 | 16,369 | Azərbaycanda dəhşətli qəza: "KAMAZ" körpüdən aşdı | Xaldan-Ağdaş magistralının üstündə yerləşən təzə inşa edilmiş körpüdən "KAMAZ" markalı yük avtomobili çaya aşıb. Qəza nəticəsində magistral yol bağlanıb. Sürücülər alternativ yollardan istifadə edir. Hadisə yerində olan FHN-nin texnikası çaya düşən "KAMAZ" markalı yük avtomobilini çaydan çıxartmağa çalışır. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırmalar davam edir. /ANS/ |
2014-05-01 | 16,370 | Mənsimov “Şövkət Ələkbərova“ tankerini suya buraxdı - Foto | "Palmali" Şirkətlər Qrupu "Şövkət Ələkbərova" tankerini suya buraxıb. Gəminin suya endirilməsi mərasimində görkəmli müğənni Şövkət Ələkbərovanın oğlu Bəşir Səfərov da iştirak edib. "Palmalı" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun təşəbbüsü ilə gəmiyə Azərbaycanın SSR-i xalq artistinin adı verilib. RST22M tipli gəmi layihəsi ilə hazırlanan gəminin texniki xüsusiyyətlərinə gəldikdə, gəminin ümumi uzunluğu 139,95 metr, eni isə 16,6 metr, bortun hündürlüyü 6,0 metrə bərabərdir. Gəmi "Volqa-Don maks" tankeri sinfinə aiddir. "Armada" tankeri ilə müqayisədə yeni layihə gücləndirilmiş dəniz funksiyasına malikdir, dəniz şəraitində 750 tonn dedveyt yük götürür, yükgötürmə qabiliyyətini çaylardan keçərkən daha da artıra bilir. Volqa-Don bərə keçidindən və Volqa-Baltiysk su yollarından keçmə qabiliyyətinə malikdir. Gəmi yenilənmiş beynəlxalq tələblərə tam cavab verməklə yanaşı, həm də bitki yağlarının daşınmasında batmamağa təminat verir. Layihə hazırlanarkən Rusiya və dünya neft şirkətlərinin tələbləri nəzərə alınıb, layihəyə "ЭКО ПРОЕКТ" (ECO-S) tipli Rusiyanın gəmi reqistrinin ekoloji məhdudiyyət sinfi də əlavə olunub. "Şövkət Ələkbərova" tankeri RST22M layihəsinə uyğun olaraq 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Gəminin suya endirilməsi mərasimində görkəmli müğənni Şövkət Ələkbərovanın oğlu Bəşir Səfərov, "Palmalı" Şirkətlər Qrupunun vitse prezidenti Marif Mənsimov, şirkətin rəhbərləri və əməkdaşları, yerli və xarici qonaqlar iştirak ediblər. Şövkət Ələkbərovanın oğlu Bəşir Səfərov öz çıxışında anasının adını daşıdığı gəminin bütün dünyanın dəniz və okeanlarında üzəcəyinə görə fəxr hissi duyduğunu deyib. Bəşir Səfərov "Palmalı" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova minnətdarlığını bildirib. Qeyd edək ki, "Palmali" donanmasının əksər gəmiləri tanınmış azərbaycanlıların və Azərbaycanın müxtəlif guşələrinin adını daşıyır. Məlum olduğu kimi məşhur müğənni Şövkət Ələkbərova sağlığında dünyanın 20-dən çox ölkəsində qastrollarda olub. O özünün gözəl səsi, ifası ilə Avropada, Asiya ölkələri və Afrikada insanları valeh edə bilib. İndi isə onun adını daşıyan tanker dünyanı gəzəcək. "Palmalı" şirkətlər qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında əsasən SOCAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır, həmçinin digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir. /Modern.az/ |
2014-05-01 | 16,371 | Azərbaycandakı rusların Jirinovskiyə - Açıq məktubu | Azərbaycanda yaşayan ruslar Jirinovskiyə açıq məktub yazdılar. Məktubu olduğu kimi dərc edirik: "Şübhəsiz, siz özünüzü çox erudisiyalı və savadlı adam hesab edirsiniz. Görünür, Rusiyada da əhalinin müəyyən qismində bu cür səhv fikir yaranmışdır. Hətta siz "Poyedinok" proqramının teleefirində çıxışınızda Şimali Qafqazın üç respublikasının – Dağıstanın, Çeçenistanın və İnquş Respublikasının xalqları barəsində çox xoşagəlməz ifadələr işlədəndən, bunun cavabında Çeçenistan rəhbəri Ramzan Kadırov Sizi "miskin, vecsiz kloun" adlandırandan, habelə Sizin haqqınızda "İti zəncirdə saxlayırlar, o isə hürür. O da belədir, onu tutub saxlayırlar, o isə həmişə hürür. Lakin nahaq yerə özünə əziyyət verir. O, nə barədə danışdığını heç özü də bilmir" ifadələrini işlədəndən sonra da çoxları fikirləşirdi ki, bütün bunlar çılğınlıq anında deyilmiş sözlərdir. Lakin görünür, bu da sizə təsir etmədi. Az sonra siz rəhbərlərindən biri olduğunuz Dövlət Duması kimi ciddi qanunvericilik orqanında çıxış edərkən, görünür, Ukrayna rəhbərliyinə bir növ sataşmaq üçün "ümumiyyətlə ukraynalı" anlayışını təhlil etməyə başladınız, sonra isə bu barədə əsla söhbət getmədiyi halda bəyan etdiniz ki, "azərbaycanlılar deyilən millət yoxdur". Özü də bu fikrinizi sizin sərbəst tərcümənizin məhsulu olan mənasız söz yığımı ilə təsdiq etməyə çalışırsınız. Məsələn, deyirsiniz ki, "azər" – xəzər, yəni Xəzər dənizi, "baca" isə diyar deməkdir. Buradan özünüz üçün belə nəticə çıxarırsınız ki, azərbaycanlılar Xəzər dənizinin sahillərində yaşayan insanlardır, yəni "xəzərilər və ya xəzərlilər deməkdir!". Dərhal da patetik şəkildə qışqırırsınız: "Məgər bu millətdir?". Görəsən siz bu sözləri necə tərcümə etdiyinizi və nə alındığını heç olmasa özünüz anladınızmı? Özünüzün özünüzə gülməyiniz gəlmirmi? İcazə verin, sizə tarixdən və etnoqrafiyadan kiçik bir dərs keçək. Nəzərinizə çatdırırıq ki, cənab Jirinovski, sizin bu qədər saymazyana münasibət bəslədiyiniz "xəzərilər" adlı qədim xalqa Böyük Sovet Ensiklopediyasında qədim Roma və yunan alimlərinin əsərlərinə istinadla çox ciddi bir məqalə həsr edilmişdir. Həmin alimlər qeyd edirdilər ki, eramızdan əvvəl birinci minillikdə Cənubi Qafqazın cənub-şərq və mərkəzi hissəsində qədim Xəzər qəbilələri məskunlaşmışdır. Sonradan dəniz həmin qəbilələrin şərəfinə Xəzər dənizi adlanmışdır. Məhz bu qəbilələr şimaldan Qafqaz Albaniyasının və Cənubdan Atropatenanın ən qədim xalqları arasında əlaqələndirici vəsilə olmuşdur, bütün bu xalqların məcmusu isə Azərbaycan xalqının qədim kökləridir. Hamıya məlumdur ki, dünya xalqlarının çoxu aborigen və gəlmə əhalinin simbiozu nəticəsində yaranmışdır. Bəşər tarixi antropoloji, dil və mədəni mənsubiyyət üzrə müxtəlif qrupların kontaktları və qarışması tarixi olmuşdur, dünyada çoxsaylı başqa xalqların keyfiyyətini mənimsəməmiş heç bir "xalis" xalq yoxdur. Azərbaycan xalqı da bu prosesdən kənarda qalmamışdır. III-IV əsrlərdən başlayaraq yuxarıda adları çəkilən ərazilərə həm şimaldan (xəzərlər, qıbçaqlar, sonra isə Qızıl Orda tatarları), həm də Cənubdan (farslar, ərəblər) və İrandan keçməklə Şərqdən (səlcuq türkləri və monqol-tatarlar), sonrakı dövrdə yenidən iranlılar və türklər axın-axın köçüb gəlmişlər. Burada xüsusi qeyd etmək lazımdır ki, türk dilinin təbii yayılması məhz oğuz mənşəli türk qəbilələrinin kütləvi şəkildə buraya gəlməsi ilə başlanmışdır. XI-XIII əsrlərdə türk dili başqa dillər arasında üstünlük qazanır, bu da müasir Azərbaycan xalqının formalaşması işində müstəsna əhəmiyyətli bir məqam olmuşdur, çünki hər hansı xalqın və millətin birinci əsas əlaməti dildir. Azərbaycanın neçə min illik tarixi belədir. Azərbaycan xalqının qədim əcdadları xəzərlərdən, mannalılardan, atropatenlərdən və albanlardan təşəkkülü, irandilli miqrantlarla, xüsusən türkdilli tayfalarla müəyyən dərəcədə qarışması nəticəsində vahid Azərbaycan xalqı formalaşmış, lakin bu xalq öz qədim antropoloji cizgilərini əsasən saxlamışdır. Azərbaycan xalqı bununla çox fəxr edir və bu cizgiləri qoruyub saxlayır. Yeri gəlmişkən, siz artıq neçənci dəfədir ki, Azərbaycan xalqına qarşı hücuma keçirsiniz. İcazə verin soruşaq, bu nəzakətli və sakit xalq sizə nə pislik edib? Məhz Azərbaycan xalqının gözəl keyfiyyətləri, onun respublikada yaşayan başqa xalqlara və millətlərə hörmətli, xeyirxah, dostcasına münasibəti sayəsində Azərbaycandakı ruslar öz milli bənzərsizliyini, öz dilini və mədəniyyətini, təhsilin rus dilində olduğu orta və ali məktəbləri, habelə Azərbaycan xalqı tərəfindən bərpa edilmiş bizim pravoslav məbədlərini qoruyub saxlamışlar. Məhz bu keyfiyyətlər sayəsində ruslar Azərbaycanı özünün vətəni hesab edərək burada qalıb yaşayırlar. Sizə donorluq edən, ruporu siz olduğunuz və rus əhalisinin çoxdan sıxışdırılıb çıxarıldığı ölkədən fərqli olaraq Azərbaycanda 120 mindən çox rus yaşayır. Bu, bütün Cənubi Qafqazda ən böyük rus diasporudur. Siz unudursunuz ki, sizin tox və firavan yaşamağınız üçün 300 mindən çox azərbaycanlı, Qafqazda, Orta Asiyada və Rusiyada yaşayan 600 mindən çox başqa müsəlman əhali 1941-1945-ci illərin Böyük Vətən müharibəsi dövründə cəbhələrdə vuruşmuşdur; bu müharibədə qələbə xeyli dərəcədə Azərbaycan neftinin sayəsində qazanılmışdır, sizin kimilərin doğulması üçün arxa cəbhədə milyonlarla əməkçi fədakarlıqla çalışmış, əsl qəhrəmanlıq göstərmişdir. Təkcə buna görə Azərbaycana və Azərbaycan xalqına hörmətlə yanaşmaq tələb olunur. Biz sizin kimi düşüncəsiz siyasətçiləri görmüşük, Onlar Sovet İttifaqını dağıtdılar və milyonlarla həmvətənlərini Rusiya hüdudlarından kənarda qoydular. Siz özünüzü rus millətinin müdafiəçisi kimi təqdim edirsiniz. Bu cür bəyanatlar boş piar və özünüreklamdır. Siz özünüzün düşünülməmiş hərəkətləriniz və boşboğazlığınızla millətlərarası ayrıseçkiliyi yalnız qızışdırır, millətlər arasında nifaq toxumu səpirsiniz. Rus xalqının nümayəndəsi heç vaxt belə hərəkət etməz, o bilir ki, bu, rusiyalı həmvətənlərinə, öz tarixi vətəninin hüdudlarından kənarda yaşayan ruslara ziyan vura bilər. Biz başa düşürük ki, öz millətinə (istər Napoleon mənasında, istər Enşteyn mənasında, istərsə də hüquqi mənada) hörmət etməyən insan başqa xalqlara və millətlərə hörmətlə yanaşa bilməz. Siz təbiətən qurucu deyil, dağıdıcısınız. Siz öz nitqləriniz və hərəkətlərinizlə rus və Azərbaycan xalqlarının yaratdığı dəyərləri dağıdırsınız. Ayrı-ayrı siyasətçilərin bu cür təhrikçilik və aqressiv bəyanatlarla məşğul olduğu ölkələr az deyil, belələri özlərini guya dövlətlərinin mənafelərinin keşikçiləri və müdafiəçiləri hesab edərək həm öz xalqını, həm də başqa ölkələrin xalqlarını qorxudurlar. Təəssüf ki, bu fakt Rusiyadan da yan keçməmişdir. Onun da İndi nifrət, kobudluq və bədxahlıq toxumu yayılmış, alaqotu və qanqal basmış bostanında öz müqəvvası vardır". /AzNews.az/ |
2014-05-01 | 16,372 | Evakuator maşın aşırdısa, zərəri kim ödəyir? | "Bütün məsuliyyət daşınmanı həyata keçirən qurumun üzərinə düşür". Bunu "Axar.az"a Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib: "Evakuasiya (təxliyə) zamanı aşan, yaxud əzilən avtomobilə dəymiş ziyanı daşınmanı həyata keçirən şirkət, yaxud da sığorta şirkəti ödəyir. Bu prosesdə bütün məsuliyyət daşınmanı həyata keçirən qurumun üzərinə düşür". Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov da hesab edir ki, ödənişi təxliyəni həyata keçirən şirkət həyata keçirməlidir: "Evakuasiyanı həyata keçirən konkret şirkət var və bütün cavabdehlik ona məxsusdur. Bu cavabdehlik təkcə daşınmadan ibarət deyil. Həm də həmin nəqliyyat vasitəsinin təhlükəsiz şəkildə çatdırılması da məsuliyyətli işdir. Hətta elə vaxtlar olur ki, təxliyə fəaliyyətini həyata keçirən avtomobil özü aşır. Bu zaman məsuliyyət kimin üzərinə düşür? Əlbəttə ki, evakuasiya şirkəti əsas məsuliyyəti daşıyır". Ekspertin fikrincə, bu prosesdə maraqlı olan digər məsələ həmin pulun hansı mənbədən ödəniləcəyidir: "Bu, çox maraqlı məsələdir. Belə məqamlarda ilk sual bu olur ki, görəsən, evakuasiya şirkəti pulu hansı mənbədən ödəyir? Təbii ki, sığorta şirkətləri həmin funksiyanı reallaşdırmalıdır. Azərbaycanda KASKO sığorta sahəsində müəyyən əməliyyatlar aparılır. Məhz bu sığortanın növlərindən biri sırf nəqliyyat vasitələrinin daşınması zamanı dəyən ziyanın ödənməsi ilə bağlıdır. Hesab edirəm ki, daşınma ilə məşğul olan şirkətlər KASKO sığortanın bu üstünlüyündən istifadə etməlidilər. Bu prosesdə digər məsələ isə məsuliyyətli və bacarıqlı sürücünün seçilməsidir. Məhz daşınma zamanı avtomobilin təhlükəsiz və tez bir vaxtda mənzil başına çatdırılması sürücüdən asılı olan məsələdir". Xatırladaq ki, artıq neçənci dəfədir ki, qadağan olunmuş yerdə saxlanan avtonəqliyyat vasitəsini cərimə meydançasına aparan evakuatordan həmin nəqliyyat vasitəsi aşaraq sahibinə zərər vurur. Bu gün də oxşar hadisə paytaxtın Yasamal rayonunun "İnşaatçılar" metrosuna yaxın ərazisində qeydə alınıb. 90-JM-007 dövlət nömrə nişanlı evakuator daşıdığı "Mersedes" markalı minik avtomobilini aşırıb. |
2014-05-01 | 16,373 | Saakaşvilinin Azərbaycana gəlişinin pərdəarxası | "Saakaşvilinin əsas məqsədi hazırda Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymaqdan ibarətdir". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O, Saakaşvilinin hansısa qüvvələrin sifarişini yerinə yetirdiyini bildirib: "Saakaşvilinin özü hansısa qüvvələrin sifarişini yerinə yetirir. Onun dediklərinin hamısını ciddi bir şey kimi qəbul etmək düzgün deyil. Hazırda onun da arxasında heç kəs dayanmır. Vaxtı ilə xaricdə onu dəstəkləyən qüvvələr vardı. İndi də onun vasitəsilə mesajlar ötürmək istəyirdilər. Saakaşvilinin əsas məqsədi hazırda Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymaqdan ibarətdir. Mən inanmıram ki, bizim rəhbərliyimiz buna gedə". Politoloq Saakaşvilinin Azərbaycanın Rusiyaya qarşı ssenaridə yer almağa çalışdığını qeyd edib: "O, "Madrid klubu"nun üzvüdür. Buna görə də onun üzvü olan keçmiş prezidentlər Azərbaycana gəlirlər. Bu, ənənəvi formatdır. Azərbaycanı da dialoq meydançası kimi saxlayırlar. Onlar cürbəcür insanlardır və müxtəlif fikir mübadiləsi aparırlar. Onunla Yuşşenkonun bir məqsədi var. Onların müəyyən rolları var və bunu prezident olanda da həyata keçirirdilər. Gürcüstan və Ukraynada biz onları gördük. Gürcüstan 20% torpağını Saakaşvilinin vaxtında itirib. İstəyirlər ki, Azərbaycan da bu ssenaridə iştirak etsin. İnanmıram ki, bu alınsın". Qeyd edək ki, Saakaşvili Azərbaycan mətbuatına müsahibəsində Putinin əsas məqsədinin Azərbaycanda hakimiyyət dəyişikliyi etmək, öz təsiri altına almaq niyyətində olduğunu bildirmişdi. Xatırladaq ki, "Madrid klubu" bu il Gəncədə toplaşıb. O 2002-ci ildə təsis edilib. Qeyri-kommersiya təşkilatı olmaqla, hökumətlər, hökumətlərarası təşkilatlar, vətəndaş cəmiyyətləri, alim və işgüzar dünyanın nümayəndələri ilə birlikdə işləyir. Klubun daha bir missiyası sosial-siyasi dəyişikliklər zamanı dialoqları genişləndirməkdir. |
2014-05-01 | 16,374 | Azərbaycanlı əsgərin qalıqları tapıldı - Foto | 71 il əvvəl itkin düşmüş azərbaycanlı əsgərin qalıqları tapılıb. 2014-cü il martın əvvəllərində Rusiyanın Kuban bölgəsində, Krım rayonunun Sauk Dərə kəndində Qızıl Ordu əsgərinin qalıqları aşkar edilib. Əsgərin qalıqları arasında tapılan su qabının ustündə "Mahmudov" yazılıb. Bu yazı da əsgərin kimliyinin tapılmasında böyuk rol oynayıb. Yerli sakinlər əsgərin şəxsiyyətini təyin etmək üçün müvafiq orqanlara müraciət edib. Arxiv və ekpertiza araşdırmaları nəticəsində əsgərin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, bu 1912-ci il Azərbaycanın Siyəzən rayonunda doğulmuş Mahmudov Hacıverdi Canəhməd oğludur.1941-ci il 29 yaşında Qırmızı orduya çağırılan Mahmudov Hacıverdini müharibə 1943-cü ilin yayında artıq Kubana gətirib çıxarıb. Ölümündən bir gün qabaq Mahmudov böyük qəhrəmanlığa imza atıb. Təkbaşına düşmən səngərinə girən Mahmudov Hacıverdi avtomatla 1 alman zabitini və 6-ya yaxın əsgərini məhv edib. 1943-ci il avqustun 13-də Mahmudova "Qırmızı Ulduz" ordeni verilib. Onun ölümü barədə arxivdə məlumatlar tapılmayıb. Həmin vaxt Mahmudov Hacıverdinin itkin düşməsi barədə Siyəzəndə yaşayan həyat yoldaşına məktub yollanıb. Hacıverdinin 71 ildən sonra aşkar edilməsi barədə məlumatı onun oğluna rusiyalı jurnalistlər verib. Mahmudov Hacıverdinin oğlu 72 yaşlı Canəhməd Mahmudovun atası haqda məlumat əldə edilib. Canəhməd Mahmudovun bildirdiyinə görə bütün ömrü boyu atasını axtarıb: "Xəbər alanda çox kövrəldim. Biz yalnız onun itdiyini bilirdik. Daim onu axtarmışam. Ruslar atamın nəşinin bura gətirib dəfn edilməsi barədə mənim fikrimi soruşdu. Mən onun doğma torpağında dəfn edilməsini istədiyimi onlara bildirdim". Xatırladaq ki, böyük bir ailə sahibi olan Canəhməd Mahmudov beş uşaq və 15 nəvə sahibidir. /ANS/ |
2014-05-01 | 16,375 | Etibarını itirən erməni nazir əməliyyatdan uzaqlaşdırıldı | Ukraynanın şərqində separatçılara qarşı anti-terror əməliyyatlarının aparılması Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Valentin Nalivayçenkoya həvalə olunub. "Axar.az"ın məlumatına görə, xidmət qarşısında nəyin bahasına olursa-olsun, mayın 3-ə qədər Luqansk vilayətində nəzarətin ələ alınması tapşırığı verilib. Qeyd edək ki, erməni əsilli Daxili İşlər naziri Arseni Avakovun işinin yarıtmazlığına əmin olduqdan sonra ölkə prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov onu əməliyyatlardan kənarlaşdırıb. Hazırda bu yöndə bütün tapşırıqlar SBU rəhbəri Valentin Nalevayçenkoya həvalə olunub. Ukrayna mediası etibarlı mənbəyə əasən xəbər verir ki, işinin öhdəsindən gəlməsi üçün SBU-ya yetərincə səlahiyyət verilib. Bundan başqa, Turçinovun hərbi əməliyyatların aparılmasını "Sağ sektor"un rəhbəri Dmitri Yaroşla da məsləhətləşdiyi məlum olub. |
2014-05-01 | 16,376 | İlham Əliyev sükan arxasında - Foto/Video | Mayın 1-də Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Son on ildə ölkəmizin yol-nəqliyyat infrastrukturunda baş verən əsaslı dəyişikliklər regionlarda da özünü büruzə verməkdədir. Ölkə ərazisində beynəlxalq əhəmiyyətli magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulub. Paytaxt Bakının və rayon mərkəzlərinin küçə və yolları əsaslı surətdə abadlaşdırılır. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi diqqət regionlarda kənd və qəsəbələri, həmçinin yaşayış məntəqələrini birləşdirən daxili yolların təmirinə yönəldilib. Bu tədbirlər iqtisadiyyatımızın getdikcə güclənməsinin göstəricisi olmaqla yanaşı, dövlətimizin ölkənin istənilən nöqtəsində yaşayan vətəndaşlara göstərdiyi qayğı və diqqəti əks etdirir. Bu proses Ağdaş rayonunda da geniş vüsət alıb. Rayondakı Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu tamamilə yenidən qurulub. Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendə baxdı. Məlumat verildi ki, uzunluğu 34 kilometr olan avtomobil yolunun əsaslı yenidən qurulmasına ötən ilin iyununda başlanılıb. Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu 11 yaşayış məntəqəsini birləşdirir və ümumilikdə, 20 mindən çox əhaliyə xidmət göstərəcək. Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi, yeni yolda avtomobili idarə etdi. Sonra Prezident İlham Əliyev sakinlərlə görüşdü. Sakinlər dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar. Sonda xatirə şəkli çəkdirildi. |
2014-05-01 | 16,377 | Barmağıyla buldozerin işini görən süpürgəçi... - Foto | Nə olsun ki... Xətai rayonunda yerləşən Cavanşir küçəsi genişliyinə və səliqəsizliyinə görə seçilir. Küçənin "Qaçqınlar bazarı" kimi tanınan hissəsində nəinki qış fəslində, heç yayda da hərəkət mümkün deyil. Yolda yaranan çalalar və bazardan tökülən zir-zibil adamı bu küçənin paytaxt küçəsi olması fikrindən daşındırır. Küçədə hər gün təmizlik işləri aparılsa da, çirkab yenə dizdən olub, gözə girir. "Kommunxozun" dalandarları, küçə təmizləyənləri tör-töküntünün qarşısını almaqda acizdir. Səhər saatlarıdır. İş yoldaşım fotoreportyor İsmini götürmək üçün adı çəkilən küçədəyəm. Dayanacağın yaxınlığında daşlaşmış palçığı yalın əli ilə qaşıyan qadın nəzərimi çəkir. Yaxınlaşıram. Dodağının altında deyinir. - Əlinlə niyə qoparırsan, bel götürəydin də, - deyirəm. Başını qaldırıb baxır. Yaşı 40-ı ancaq keçmiş olar. Açıqda qalan birçəyi toz-torpaq içindədir. Söhbətcildir. Alnına səpələnmiş saçlarını yana verir: - 5-10 manat vermirlər ki, traktor gəlib bunu qaşısın, təmizləsin. Dırnağımla eşirəm, neçə gündür. Bir qədər də söhbət etdikdən sonra adı Toma olan bu qadının dilinin kilidini tam açıram. - Kimdir axı sizin müdir? - Adını deməyim də... Biz ERJ-nin işçiləriyik. Hamısının 5-10 dənə evi var, yer qoymayıblar, hər yeri satıblar. Bura isə 5 manat ayırmırlar. - Adlarını de, yazaq, mətbuatdanam. Sizə yardımçı olarlar. - Yox, yazmayın, pis adam deyillər, hamısı yaxşı adamdır. Amma xəsisdirlər. Maaşımızı vaxtında verirlər. Bayramlarda mükafat da verirlər. Hiss edirəm ki, dəyişilib, rəhbərlik haqda mülayim danışmaq istəyir. - Mən özüm burdanam, "kombinatiskiyəm". Pis–yaxşı evim də var. Ailəni dolandırmaq lazımdır. İşləyirəm də, oğurluq etmirəm ki... Pis yolda deyiləm ki. Adam var, heç işi də yoxdur. Buna da şükür. Görürsən, nə qədər kisəni doldurmuşam? Amma traktor bunu 1 dəqiqəyə yığacaqdı bir yerə. Bir az da söhbət edirəm. Məlum olur ki, işlədiyi müəssisədə pis adam yoxdur. Amma "hansını dindirirsən, kömək istəyirsən, bu iş üçün texnika lazımdır deyirsən, qulaq ardına vururlar". - Elə bil biz ayrı planetdənik, - Toma ümid edir ki, hər şey yaxşı olacaq, - adamların da zayı çıxıb. Görürlər ki, buranı süpürürəm, əllərindəkiləri təmizlənmiş yerə atırlar. Ay başuza dönüm, nə olsun zibil təmizləyənik, daha bizi zibil yerinə qoymayın da... Giley-güzardan sonra bir qədər toxtamış kimi görünür. Sonra: - Deyirsən, mətbuatda işləyirəm, yaxşı adamsan, bir iş düzəlt, gəlim orda işləyim. - Nə işləyəcəksən? - Silib-süpürərəm, çayınızı verərəm... Nə olsa, işləyərəm, təki küçədən canımı qurtarım... |
2014-05-01 | 16,378 | Rokfeller: “Çin idarə edə bilmədiyimiz tək ölkədir” | ABŞ vətəndaşı, yəhudi əsilli məşhur iş adamı Devid Rokfellerin son yüz ilin ən böyük etiraflarının beşinci hissəsi Çinə aiddir. "Axar.az" xəbər verir ki, Rokfeller dünyada idarə edə bilmədikləri tək ölkənin Çin olduğunu bildirib. Onun etirafına görə, Çini hələ də idarə edə bilmirlər, ancaq bu ölkə ABŞ iqtisadiyyatına böyük töhfə verir: "Çin ABŞ-ın "BECHTEL Corporation" şirkətinin verdiyi texnologiya və beyin gücüylə super güc halına gəldi. Bu ölkə hələ də dünyada idarə edə bilmədiyimiz tək ölkədir. Lakin Amerika iqtisadiyyatı Çinin sayəsində böyük inkişafa nail oldu, çünki bizi ayda 30 dollara çalışacaq işçi qüvvəsi ilə təmin edirdi. Bu isə ABŞ üçün bir növ şirin yuxu idi". |
2014-05-01 | 16,379 | Kadırov bir vaxtlar Rusiyaya qarşı döyüşənlərlə idi - Tarixi foto | Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun səhra komandiri mərhum Şamil Basayevlə birgə şəkili paylaşılıb. Məlumdur ki, birinci Çeçenistan müharibəsində Ramzanın atası Əhməd Kadırov İçkeriya Respublikasının din xadimlərindən biri olub. Təqdim edəcəyimiz şəkil də məhz həmin illərə təsadüf edir. Olduqca gənc yaşlı Ramzan Kadırov federal qoşunlara qarşı mücadilə aparan əfsanəvi simaların əhatəsində şəkil çəkdirib. Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırov hazırda Rusiyanın ən sadiq adamlarından sayılır. "Axar.az" həmin şəkili təqdim edir: |
2014-05-01 | 16,380 | Mərkəzi Bank uçot dərəcəsini niyə endirdi? | "Azərbaycanın əksər aparıcı banklarında mərkəzləşdirilmiş kreditlərin payı ya cüzidir, və ya ümumiyyətlə yoxdur". "Axar.az" xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov öz Feysbuk səhifəsində yazıb. Ekspertin fikrincə, uçot dərəcələrinin endirilməsinin müxtəlif səbəbləri var: "Mərkəzi Bank bu gündən uçot dərəcəsinin 4.75%-dən 4.25%-ə faiz dəhlizinin yuxarı həddini 7%-dən 6%-ə, aşağı həddini isə 1%-dən 0.5%-ə endirdi. Bankın məlumatına görə, bu inflyasiyanın optimal səviyyədə olmasını nəzərə almaqla faiz dərəcələrinin daha da enməsinə şərait yaratmaq və bu yolla qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək üçündür. Bankdan bildiriblər ki, manatın məzənnəsinin sabitliyi qorunub, pul kütləsi inflyasiya hədəfinə uyğun templə artıb. Makroiqtisadi sabitlik möhkəmlənmiş, inflyasiyanın daha da azalması müşahidə olunmuş, orta illik inflyasiya rüb ərzində cəmi 2% təşkil edib. Mərkəzi Bank bu addımın sektorda və eləcə də monetar siyasətdə baş verən dəyişikliklər ilə əlaqələndirsə də, bank sistemində reallıqda bu ilin birinci rübündə daha çox "oyun qaydalarına" inzibati müdaxilə müşahidə olunub. Əvvəla, bankların vəsaitlərin cəlb edilməsi mənbələrində ciddi şaxələnmə yoxdur, təklif edilən kredit faizləri yüksək, cəlb edilən əmanətlər üzrə divident ödənişləri isə aşağı olaraq qalmaqdadır. İkincisi, mərkəzləşdirilmiş kredit resursları bankların cəlb etdiyi bütün mövcud vəsaitlərin yenə əhəmiyyətli rəqəm ilə ifadə edilmədiyindən uçot stavkasının aşağı salınması nəinki ciddi hətta hiss edilən faiz endirimlərinə və ya bankların ucuz vəsaitlər ilə təmin edilməsinə səbəb ola bilməz. Üçüncüsü, mərkəzləşdirilmiş kreditlərdən heç də bütün bankların istifadə imkanları olmadığından bu qərar bütün bank sektorunu əhatə edə bilmir. Azərbaycanın əksər aparıcı banklarında mərkəzləşdirilmiş kreditlərin payı ya cüzidir və ya ümumiyyətlə yoxdur. Dördüncüsü, Mərkəzi Bankın bu tip kreditləri adətən sağlamlaşdırıcı kreditlər kimi bölüşdürür ki, bəzi hallarda bu zaman bankların seçim meyarları tam aydın olmur. Beşincisi, uçot stavkasının aşağı olmasına baxmayaraq, mərkəzləşdirilmiş kreditlərin verilməsi şərtlərinin ağır olması (kreditin müddəti, girov şərtləri və s.) bankların bu vəsaitlərdən istifadə meyllərini azaldır. Nəhayət, sonuncusu, bir sıra digər ölkələrdən fərqli olaraq mərkəzləşdirilmiş kreditlərə müraciət açıq pəncərə əsasında formalaşmadığı üçün kommersiya banklarının həmin vəsaitlərdən istifadə imkanlarını məhdudlaşdırır". Kredit bazarında vəziyyət necədir? İqtisadçı alim hesab edir ki, Azərbaycan kredit bazarında hissediləcək dəyişiklik müşahidə edilməyib: "Bu ilin birinci rübündə ildə bank sektorunda cəlb edilən vəsaitlərin strukturunda ciddi dəyişikliklər baş vermədiyi üçün kredit bazarında hiss edilən dəyişikliklər müşahidə edilmədi. Kredit faizləri yüksək olaraq qalmaqdadır və bunun aşağı salınması istiqamətdə Mərkəzi Bankın təşviqedici fəaliyyətindən daha çox inzibati müdaxiləsi müşahidə olunur. Əksinə, indi bank sektorunda cəlb edilən əmanətlər üzrə dividentlər ilə təklif edilən kreditlərin faiz dərəcələri arasında kəskin uçurum var. Vətəndaşlardan əmanətləri orta hesabla illik 8 faizlə alan banklar kreditləri 25 faizlə bölüşdürür. Bu isə 3 dəfədən artıq fərq deməkdir. Sadə dillə desək, vətəndaşdan 8 faizlə pulu alan bank həmin vəsaiti digər vətəndaşa 25 faizlə verir. Hətta dividentləri banklar üçün yeganə maliyyə mənbəyi olmadığını nəzərə aldıqda belə, bu isə iqtisadi baxımdan normal hal kimi qiymətləndirilə bilməz. Əslində Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması, bu sektordakı haqsız rəqabəti aradan qaldırılması və eləcə də sektorun liberallaşması istiqamətində addımlar atması daha məqsədəuyğun olardı. Hal-hazırda ölkənin kommersiya bankları MDB-də ən bahalı kredit siyasətlərindən birini yürüdürlər, problemli kreditlərin bank aktivlərindəki payına görə bank sektorunda vəziyyət heç də yaxşı deyil. Bunlar isə bank sektorunda ciddi islahatların aparılmasını qaçılmaz edir. |
2014-05-01 | 16,381 | Məşhur Dolçe və Qabbana həbs olundu | Moda dünyasının tanınmış dizaynerləri Domeniko Dolçe və Stefano Qabbana vergidən yayınmaqda ittiham olunaraq hər biri 18 ay müddətində azadlıqdan məhrum edilib. "Axar.az" xəbər verir ki, İtaliya apellyasiya məhkəməsi ötən ilin iyununda çıxarılan məhkəmə qərarını dəstəkləyib və dizaynerləri 1 milyard dollar vəsaiti vergi orqanlarından yayındırlmaqda günahkar bilib. Onların bu məbləği Lüksemburqda gizlətdikləri müəyyən edilib. "Dolçe Qabbana" Şirkəti isə günahsız olduqlarını və qərardan yeni şikayət verəcəklərini bəyan edib. Xatırladaq ki, müqəssir hesab olunduğu halda belə dizaynerlər həbsxanaya yerləşdirilməyəcəklər. İtaliya qanunlarına əsasən, 3 ilə qədər azadlıqdan məhrum edilən şəxslər cəzalarını ev dustağı kimi, yaxud ictimai əsaslarda işləməklə əvəzləyə bilərlər. |
2014-05-01 | 16,382 | Göyçayda parkı niyə məhv edirlər? – Video | "Axar.az" xəbər verir ki, sosial şəbəkələrdə Göyçayda ağacların kəsilməsi ilə bağlı video yayılıb. Kadrlarda danışan şəxs parkdakı ağacları 1983-cü ildə əkdiyini və rayonun memarı İntiqam Süleymanovun bağı satmaq istədiyini deyir: "İntiqam Süleymanov ağacları kəsib bağı satmaq istəyir. Məni aldadır ki, Mehriban xanımın təşəbbüsü ilə bağça tikiləcək. Amma bu, yalandır". Digər şikayət edən şəxslər də bağın satıldığını iddia edirlər. Onlar dövlətin məsələyə diqqət ayırmasını istəyirlər. Əldə etdiyimiz məlumata görə, parkın yerində şadlıq sarayının tikilməsi planlaşdırılır. Xatırladaq ki, Prezident İlham Əliyev keçirdiyi sonuncu müşavirədə ağacların kəsilməsi ilə bağlı ciddi iradlarını bildirib və səbəbkarların cəzalandırılmasını tələb edib. |
2014-05-01 | 16,383 | Son xəbərdarlıq: “Rusiya üçün yeni Çeçenistan hazırlamışıq” | "Rusiya Ukraynaya daxil olsa, yeni Çeçenistan qazanacaq". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ukraynanın məşhur ictimai-siyasi xadimi Yuri Şuxeviç çıxış edib. O, Rusiyanın Ukraynaya qoşun yeridəcəyi halda onu daxildən parçalayacaqlarını bildirib: "Ukrayna Radası ölkənin cənub-şərqinə müdaxilə edə bilmir. Bu, aydındır. Bəs Ukrayna xalqı nə etməlidir? Yuxarıdakı yalnız "ağıllı" danışmağı bacarırlar. Amma Ukraynanın tam işğalına bir ay qalıb və tamam başqa mübarizəyə başlamaq lazımdır. Əgər Rusiya Ukraynaya daxil olsa, yeni Çeçenistan qazanacaq. Ona görə ki, burada 45 milyon insan var. Ukraynanın partizan müharibəsi aparmaq təcrübəsi böyükdür. Bu detonator olacaq və biz Rusiyanı daxildən parçalayacağıq". |
2014-05-01 | 16,384 | Rusiya və Çin ordularını birləşdirir | Ukrayna hadisələrinə görə Qərb ölkələri ilə qarşıdurma vəziyyətinə düşmüş Rusiya Çinlə hərbi əməkdaşlığı gücləndirir. Mayın sonlarında hər iki ölkə birlikdə Şərqi Çin dənizində birgə təlimlər keçirəcəklər. Çin həmin təlimlərin Yaponiyadan almaq istədiyi mübahisəli Senkaku (Dyoyuydao) adalarının yaxınlığında keçiriləcək. Adalar məsələsində ABŞ Yaponiyanı dəstəkləyir. Təlimlər Vladimir Putinin Çin səfəri ilə eyni vaxtda keçiriləcək. Səfər zamanı "Qazprom" Çinə ildə 38 milyard kubmetr qaz satmaq barədə saziş bağlayacaq. /ANS |
2014-05-02 | 16,385 | Prezident təqaüdü 100 manat oldu | Böyük Vətən müharibəsi iştirakçılarına təyin olunan Prezident təqaüdü 55 manatdan 100 manata qaldırılıb. "Axar.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" 30 aprel 2014-cü il tarixli sərəncamı şərh edərkən deyib. Nazir vurğulayıb ki, son sərəncamlar Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə verilən Prezident təqaüdünün əhəmiyyətli şəkildə artırılmasını və Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsini nəzərdə tutur. Səlim Müslümovun sözlərinə görə, sərəncam Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan 667 nəfərə və Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş 11 nəfərə şamil edilib. Bu artımların təmin olunması üçün dövlət büdcəsindən əlavə olaraq ayda 30 min 510 manat, bu ilin 8 ayı ərzində isə 366 min 120 manat vəsait yönəldiləcək. Nazir həmin kateqoriyadan olan şəxslərin xüsusi minik avtomilləri ilə təmin edilməsi üçün imzalanan sərəncam barədə də məlumat verib. "Artıq növbədə olan Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin də qısa müddətdə xüsusi avtonəqliyyatla tam təmin edilməsi üçün Sərəncam imzalandı. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 30 aprel 2014-cü il tarixli Sərəncamına əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilədək növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat ayrılacaq". Qeyd edək ki, bu ilin əvvəlinədək növbədə olan Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin sayı 858 nəfərdir. Onlardan 293 nəfəri Böyük Vətən müharibəsi əlilləri, 141 nəfəri hərbi xidmət, 424 nəfəri isə Çernobıl əlilləridir. Nazir vurğulayıb ki, Sərəncamın icrası nəticəsində növbədə dayanan bütün Böyük Vətən müharibəsi əlilləri ilin sonuna kimi avtomobillərlə təmin ediləcək. |
2014-05-01 | 16,386 | Rusiya oğru dünyasına qarşı qanun hazırlayır | Rusiya Dövlət Dumasının üzvü Oleq Mixeyev ölkə ərazisində oğru dünyasının nümayəndələrinin, onlara aid ədəbiyyat kitablarının, şensonye müsiqilərinin müsbət şəkildə göstərilməsini yasaqlayan qanun layihəsini parlamentə təqdim edib. "Axar.az"ın məlumatına görə, bununla deputat ölkə ərazisində milli və mənəvi dəyərlərin artırılmasına nail olmaq istədiyini bildrib. Mixeyevin sözlərinə görə, bu yöndə o qədər problemlər yaranıb ki, hətta oğru dünyası anlayışı sadə vətəndaşların evlərinə soxulub, uşaqların və gənclərin məfkurəsini zədələyib. Qeyd edək ki, deputatın təklif etdiyi qanunun tələblərində qaydaları pozan sadə vətəndaşlara 2,5 min rubl, hüquqi şəxslərə isə 500 min rubl cərimənin kəsilməsi nəzərdə tutulub. Maraqlıdır ki, oğru dünyasının yaşam tərzini qələmə alan yazıçı və siyası xadim Eduar Limonov rusiyalı deputatın təklif etdiyi qanun layihəsinin tətbiqini qeyri-real sayıb. Onun sözlərinə görə, Dövlət Duması yenə bu məsələləri məzlum Daxili İşlər Nazirliyinin əməkdaşlarının üzərinə atmaq istəyir. |
2014-05-02 | 16,387 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, cənub küləyi günün ikinci yarısında və axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 10-13, gündüz 21-26, günün birinci yarısında yarımadanın bəzi yerlərində 29 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında mayın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 25-30, bəzi yerlərdə 33, dağlarda gecə 6-11, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. |
2014-05-02 | 16,388 | İnsan düşüncələrinə nüfuz edən - Video | 13 Noyabr 2011-ci ildə paylaşılan bu video günümüzə qədər öz aktuallığını qorumağı bacarıb. Təqdim etdiyimiz videoda təbiət möcüzəsinə aid bütün incəliklərə yer verilib. 19 000 nəfər tərəfindən izlənilən və 59.986 nəfər tərəfindən paylaşılan video 4.59 saniyədən ibarətdir. Hazırlanması üçün böyük estetik zövq tələb edən videoda bütün canlıların həyat tərzinə həsr olunmuş kadrlara rast gəlinir. "Axar.az" insan düşüncələrinə dinclik və yaşamaq üçün sonsuz enerji verən videonu təqdim edir. |
2014-05-02 | 16,389 | Brilyantı Türkiyədə ancaq dükanlarda tanıyırlar | "Brilyant Dadaşova 15 ildir Türkiyəyə gedir, lakin tanınmır. Onu sadəcə Türkiyədə dükanlarda tanıyırlar. B.Dadaşova "Müleyli" şousuna zəng edib dedi ki, Amerikada mükafat qazanmışam, amma getmirəm, gotürməyəcəm, istəmirəm, gah da dedi ki, qasırğa oldu, gedə bilmədim. Əgər belə təvazökarsansa, niyə bunu çıxıb efirdə deyirsən? Elə gizli saxla da". "Axar.az" xəbər verir ki, prodüsser Tarıx Əliyev bu sözləri televiziya kanallarının birində Brilyant Dadaşova haqqında deyib. Brilyant xanım isə Tolikin onun haqqında dediyi sözlərə cavab olaraq əməkdaşımıza bunları bildirib: "Bu, Tarıx Əliyevin fikirləridir, demək ki, onun düşüncə qabiliyyəti o cürdür. Mən heç nə deməyəcəm ona, kim necədirsə, elə də düşünür. Tolik getsin işi ilə məşğul olsun. Məni dükanda tanıyırlarsa, demək ki, tanıyırlar. O özü dediyinin əksini deyir". |
2014-05-02 | 16,390 | Gül bayramı bu gün qeyd olundu – Foto | Mayın 1-də Bakının Nizami rayonunda yerləşən Heydər Əliyev parkında tədbir keçirilib. "Axar.az" xəbər verir ki, Gül bayramı mayın 10-da olsa da, park rəhbərliyi bayramı bu gün keçirmək qərarına gəlib. Tədbir səhər saatlarında başlayıb. Güllərdən düzəldilmiş ekzotik mənzərəni tədbir təşkilatçıları məşhur sənətçilərin ifası ilə rəng qatıblar. Qeyd edək ki, hər il mayın 10-da Heydər Əliyevin doğum günü ilə bağlı Gül bayramı keçirilir. |
2014-05-02 | 16,391 | “Bütün müsəlmanlar terrorçudur” - Qalmaqal | İnternet ensiklopediyası Vikipediyanın İngiltərə təmsilçiləri hökumət işçilərinə məxsus kompüterlərdən saytda edilən bəzi dəyişikliklərə etiraz edib. "Axar.az" xəbər verir ki, BBC bu kompüterlərdən birindən Vikipediyada "bütün müsəlmanlar terrorçudur" cümləsinin yazıldığını təsdiqləyib. Bu yazıdan 6 dəqiqə sonra Vikipediya könüllüləri yazını silib. Vikipediya üzvü Stiv Benton BBC-yə verdiyi müsahibədə "Vikipediyanın belə pis niyyətlər üçün istifadə edilməsini dəhşətverici hesab edirik",- deyib. İngiltərədə müsəlman təşkilatının sözçüsü Nasima Begüm də BBC-yə verdiyi açıqlamada bildirib ki, hökumət üzvlərindən birinin belə qıcıqverici bir yazını yazması çox təhlükəlidir. |
2014-05-02 | 16,392 | İran köhnə təyyarələrdən can qurtarmaq istəyir | İrana 1979-cu ildən tətbiq edilən iqtisadi sanksiyalar ləğv olunacağı təqdirdə islam respublikasi Qərb şirkətlərindən 400 yeni sərnişin təyyarəsi almaq niyyətindədir. Bu barədə İran Mülki Aviasiya Xidməti açıqlama verib. Qurum İranın ildə 40 təyyarə olmaqla yaxın 10 ildə aviasiya parkını 400 yeni təyyarə ilə təmin etmək niyyətində olduğunu bildirib. Məsələ ilə bağlı Aviasiya Xidmətinin "Boienq" və "Airbus" şirkətləri ilə bir neçə milyard dollarlıq müqavilələrin imzalanmasını müzakirə etdiyi də bildirilir. Xatırladaq ki, Cenevrə razılaşmasına əsasən, İran tərəfi uranın zənginləşdirilməsini 20%-ə qədər azaltmaq və bu sahədə araşdırmalarını dayandırmaq barədə öhdəlik götürüb. 6 aylıq müddətdən sonra isə uranın zənginləşdirilməsi 5%-ə qədər azaldılmalıdır. Əgər MAQATE-nin bu tələbləri yerinə yetirilərsə, dünya birliyi İrana neft-kimya və aviasiya sahəsində tətbiq etdiyi sanksiyaları yumşaldacaq. Mülki aviasiya daşımaları sahəsində sərnişin təyyarələri üçün ehtiyat hissələrinin idxalına da icazə veriləcək. Qeyd edək ki, İran aviasiya sahəsindəki sanksiyalar səbəbindən dünyada ən köhnə və təhlükəli sərnişin təyyarəsi parkına sahibdir. |
2014-05-02 | 16,393 | İlham Əliyevdən Ziya Məmmədova irad | Prezident İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak edib. Dövlət başçısı vağzal binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxıb. Burada Azərbaycan Prezidentinə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edilib. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, 28 kilometr uzunluğunda yol yenidən qurulacaq və dördzolaqlı olacaq. Z. Məmmədovun təqdimatına reaksiya verən İ. Əliyev deyib: "Dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm". /Qafqazinfo.az/ |
2014-05-02 | 16,394 | Velosipedlə işə gedənlər vergidən azad olacaq | Fransanın Nəqliyyat Nazirliyi qəribə bir layihə həyata keçirməyi planlaşdırır. "Axar.az" xəbər verir ki, böyük şəhərlərdə işə velosipedlə gedən adamlara ya kilometrə 25 sent pul ödəniləcək, ya da maaşından dövlətə ödənən vergi azaldılacaq. Bu layihə ölkədə benzin xərclərini azaltmaq, eyni zamanda ekologiyanı qorumaq üçün nəzərdə tutulub. Qərarın həyata keçirilməsi üçün özəl şirkətlərlə razılaşdırma əldə olunmalıdır. Şirkətlərinsə bu layihəyə dəstək verəcəyi gözlənilir. Çünki bu layihə gerçəkləşərsə, şirkətlər işçilərinə ödədiyi yanacaq və dayanacaq pulundan da azad edilmiş olacaq. |
2014-05-02 | 16,395 | Tanınmış müğənni yerə yıxılan oğlunu qaldırmadı | Kolumbiyalı müğənni Şakira ötən gün bir ticarət mərkəzində paparatsilərə tuş gəlib. "Axar.az" xəbər verir ki, müğənni təzə-təzə addım atmağa başlayan oğlu Milanla birlikdə olub. Rahat geyimi ilə diqqət çəkən ulduz yerə yıxılan oğlunu qaldırmayaraq özünün qalxmağını gözləyib, sonra da uşağın əlindən tutaraq gəzintisinə davam edib. |
2014-05-02 | 16,396 | Bu namaz izlənmə rekordunu qırdı – Video | Türkiyədə lentə alınan bu video görüntünü izləyənlər gülüşlərini gizlədə bilmir. "Axar.az" xəbər verir ki, bir müddət öncə Yutub şəbəkəsində çox maraqlı bir video paylaşılıb. Videoda bir müsəlmanın namaz qıldığı və bu vaxt ərzində 2-3 yaşlı bir uşağın namaz qılan şəxsin üstünə dırmanması və onun üzərində müxtəlif gülüş doğuran hərəkətlər etdiyi görünür. Namaz qılan şəxs uşağın ona mane olmasına baxmayaraq, namazını pozmadan ibadətinə davam edir. Videonu təqdim edirik. |
2014-05-02 | 16,397 | Mayın 2-dən etibarən “Ayfon”lar yığılacaq | "Əpl" yalnız düymələri dəyişdirir, telefonları deyil. "Axar.az" xəbər verir ki, "Əpl" şirkəti 2 may tarixindən etibarən mərkəz düyməsi sıradan çıxan "Ayfon"ların düyməsini dəyişdirəcəyini açıqlayıb. Şirkət yeni proqram çərçivəsində mərkəz düymənin işləməsi ilə əlaqəli çətinlik yaşayan istifadəçilərin cihazlarının ödənişsiz olaraq təmir ediləcəyini və düymənin dəyişdirələciyini bildirib. Qeyd edək ki, bu layihə yalnız "Ayfon 5"-lərə şamil edilir. |
2014-05-02 | 16,398 | Tolikdən müğənniyə sürpriz - Foto | Prodüser Tolik birlikdə çalışdığı müğənni Sevda Yahyayeva üçün sürpriz hazırlayıb. "Axar.az" xəbər verir ki, prodüser Tolik sənətçinin fotosunu böyütdürərək çərçivəyə salıb. Daha sonra hədiyyəsinin şəklini çəkərək İnstaqram səhifəsində paylaşıb. Qeyd edək ki, şəkilin altında "Sevaya sürpriz etdim, məncə, xoşuna gəldi", - sözlərini yazıb. |
2014-05-02 | 16,399 | Göy balina hər an partlaya bilər – Video | Qəsəbə sahilinə çıxan nəhəng göy balinanın hər an partlaya biləcəyi ehtimal olunur. "Axar.az" xəbər verir ki, Kanadanın Nyufoundland adasında qəsəbə sahilinə çıxan nəhəng balina gövdəsinə dolan metan qazı səbəbindən təhlükə mənbəyinə çevrilib. Qəsəbə bələdiyyəsində çalışan Emili Budlar balinanın çürümə səbəbindən metan qazı ilə dolub şişdiyini, pis qoxu yaymağa başlayacağını və partlaya biləcəyini bildirib. Yerli səlahiyyətli şəxslər ölü balinanı kimin ortadan götürəcəyi mövzusunda hələ bir qənaətə gələ bilmir. Emily Budlar isə balinanı dənizə itələyəcəkləri təqdirdə bunun gəmilər üçün böyük təhlükə meydana gətirəcəyini deyib. Qeyd edək ki, 25 metr uzunluğunda olan nəhəng balinanın həddindən artıq soyuq hava şəraiti səbəbindən öldüyü təxmin edilir. |
2014-05-02 | 16,400 | Unitazda uşaq doğub, sifonu çəkdi - Şok | Çində hamilə olduğunu anlamayan və qarın ağrısı şikayəti ilə getdiyi xəstəxananın tualetində uşaq doğan qadın körpəsini üstünə tualetin suyunu çəkib. "Axar.az" xəbər verir ki, Çində doğulan həmin körpə son anda xilas edilib. Qadın tualetdə doğduğu uşağı unitaza atıb üstündən suyu buraxan zaman qorxudan qışqırıb. Elə bu qışqırıqlar da yeni doğulmuş körpənin həyatını qurtarıb. Həmin vaxt xəstəxanada növbətçi qalan həkim Qao Yuven gecə 01:00-da qışqırıq səsi eşidib. Dərhal səs gələn tərəfi tapmağa çalışan həkim, səsin tualetdən gəldiyini müəyyən edib. Başqa bir tibb bacısı isə ayaqyolunun qabağında dayanaraq içəridə doğan qadından qapını açmasını istəyib. Həkimlərin müdaxiləsindən sonra uşaq xilas edilib. |
2014-05-02 | 16,401 | BVF rəhbərinin adını fahişəxanaya verdilər | Həyatında baş verən seks skandalından sonra vəzifəsini tərk etmək məcburiyyətində qalan Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominike Straus-Kanın adı Belçikada yeni açılan bir fahişəxanaya verilib. "Axar.az" xəbər verir ki, məsələyə sərt reaksiya verən Straus-Kan məhkəməyə müraciət edəcəyini açıqlayıb. Qeyd edək ki, Nyu-Yorkda bir oteldə vəzifəli şəxsə təcavüz etməklə günahlandırılan Straus-Kan barəsində qaldırılan iddiaya cavab olaraq o, qadının razılığıyla cinsi əlaqəyə girdiyini etiraf etmişdi. |
2014-05-02 | 16,402 | Röya Ayxan: “Yayın hiti gəlir” | "Konsert üçün məşqlərə başlamışıq". Bu sözləri "Axar.az"a Röya Nəcəfova öz yeniliklərindən danışarkən dedi: "Yeni mahnılar üzərində çalışıram. Hazır olan kimi sevənlərimə təqdim edəcəyəm. Məni dinləyənlər üçün yayın hiti gəlir. Onu da deyim ki, Bakıda konsert proqramına hazırlaşıram. Artıq məşqlərə başlamışıq, sadəcə konsertin dəqiq vaxtı hələ bəlli deyil". |
2014-05-02 | 16,403 | “Benfika” ilə “Seviliya” finalda | İspaniyanın "Sevilya" və Portuqaliyanın "Benfika" klubları finala vəsiqə qazanıblar. Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. İspaniyanın "Sevilya" və Portuqaliyanın "Benfika" klubları finala vəsiqə qazanıblar. İspaniya duelində meydan sahibləri səfərdə buraxdıqları 2 topun əvəzini çıxmalı idilər. 10 il əvvəl UEFA kubokunu qazanan "Valensiya" öz meydanında "Sevilya"yanın qapısından 3 top keçirib. Amma "Sevilya" əlavə edilmiş vaxtda 1 qol vuraraq "Valensiya"nın arzularının üstündən xətt çəkib. "Sevilya" rəqib meydanında vurduğu qol hesabına finala yüksəlib. "Yuventus" isə mayın 14-də doğma şəhərində keçiriləcək həlledici qarşılaşmaya vəsiqə qazana bilməyib. Oyundan əvvəl məhz turinlilər favorit sayılsalar da, "Benfika"nın etibarlı müdafiəsi italiyalılara heç bir şans verməyib. Hətta portuqaliyalıların iki oyunçusunun 67-ci və 89-cu dəqiqələrdə qırmızı vərəqə alaraq meydandan qovulması belə "Yuventus"a kömək etməyib. "Benfika" öz meydanındakı qələbə sayəsində finala yüksəlib. Avropa Liqası Yarımfinal, cavab oyunları 1 may "YUVENTUS" (İTALİYA) – "BENFİKA" (PORTUQALİYA) - 0:0 Qırmızı vərəqə: Perez, 67 ("Benfika") Baş hakim: Mark Kalattenburq (İngiltərə) Turin. "Yuventus" stadionu İlk oyun – 1:2 "VALENSİYA" (İSPANİYA) – "SEVİLYA" (İSPANİYA) - 3:1 Qollar: Feghouli, 14; Beto, 26; Mathieu, 70 - M Bia Baş hakim: Milorad Majiç (Serbiya) Valensiya. "Mestalya" stadionu İlk oyun – 0:2 /Apasport.az/ |
2014-05-02 | 16,404 | Gülüşün yaratdığı möcüzə - Araşdırma | ABŞ-ın Loma Linda Universitetinin elm adamlarının apardığı araşdırmadan bəlli olub ki, yaşlı insanlar onları güldürən hadisələri daha yaxşı xatırlaya bilirlər. "Axar.az" xəbər verir ki, araşdırma zamanı elm adamları bəzi iştirakçılara 20 dəqiqəlik komediya filmi izlətsə də, bəzilərindən sadəcə səssiz oturmaları xahiş olunub. Daha sonra hər iki qrupa yaddaş testi edilib. Məlum olub ki, komediya filmi izləyənlərin yaddaş testi daha müvəffəqiyyətli və stress səviyyəsi daha aşağıdır. Qeyd edək ki, araşdırmadan gülməyin yaddaşa mənfi təsir edən stress səviyyəsini azaltdığı, xoşbəxtlik hormonu səviyyəsini yüksəltdiyi, beləcə yaddaşın müsbət istiqamətdə təsirləndiyi vurğulanıb. |
2014-05-02 | 16,405 | Lopez cazibədar bədənini nümayiş etdirdi - Foto | Dünya şöhrətli ulduz Cennifer Lopez hər zaman cazibədar və zərif bədən quruluşu ilə göz qamaşdırır. "Axar.az" xəbər verir ki, bu günlərdə ifaçı televiziya proqramlarından birinə qatılıb. Qeyd edək ki, ulduz ağ mini libası ilə hər kəsin diqqətini cəlb edib. Öz bədən quruluşu ilə fəxr etdiyini deyən Cennifer açıq-saçıq libaslar geyinməkdən də çəkinmədiyini söyləyib. |
2014-05-02 | 16,406 | “Brabus”dan “Mersedes S500-B50” - Foto | "Brabus" komandası lüks sedan "Mersedes-Benz S500"ü özünün "B50" tüninq paketi ilə təchiz edərək avtomobili yeniləyib. "Axar.az" xəbər verir ki, alman tünerləri tərəfindən hazırlanan avtomobil "S-Class" versiyaları arasında nisbətən zəif mühərrikə sahibdir. Lakin istənilən halda "S500-B50" baza modellərindən daha güclü və cəlddir. 455 at gücünə və 4,7 litrlik benzin tvin-turbo V8 tipli mühərrikə sahib "Brabus" mütəxəssislərin etdiyi yeniliklər sayəsində indi 540 at gücünə qədər artıb. Amma avtomobilin dinamik xarakterinin nə dərəcədə dəyişdiyi barədə hələ ki, məlumat verilmir. |
2014-05-02 | 16,407 | “Nokia” - “Selfie” üçün xüsusi telefon istehsal edir | "Nokia"nın "Superman" adıyla istehsal etdiyi yeni mobil telefonun ən əhəmiyyətli xüsusiyyəti açıqlanıb. "Axar.az" xəbər verir ki, "Nokia"nın son model telefonları yüksək keyfiyyətli kameraları ilə önə çıxıb. Yeni bir hesabata görə, hazırda Finlandiya şirkəti 5 meqa piksellik bir "selfie kamerası" istehsal etməyi planlaşdırır. Haqqında danışılan yeni "Superman" modelinin 4.7 düym ekran və 5 meqa piksellik ön kameraya sahib olduğu deyilir. |
2014-05-02 | 16,408 | Meyxanaçı Samirə: “Mənim Oqtaya ən qatı söyüşüm...” | "Toyxana" layihəsinin budəfəki qonağı "Toylar kraliçası" musiqi yarışmasının qalibi, son vaxtlar dediyi meyxanalarla gündəmə gələn Samirə Yusifqızıdır. Əvvəl meyxana deməyimə pis baxırdılar - Bir çoxları sizi müğənni kimi tanıdı. "Toylar kraliçası" yarışmasının qalibi oldunuz. İndi meyxanaçı xanım kimi məşhursunuz. Şairə, bəstəkar, müğənni. Necə oldu ki, meyxanaçı kimi fəaliyyətə başladınız? Bir az bu haqda danışaq. - Meyxana elə bir peşədir ki, onun nə məktəbi, nə müəllimi, nə də diplomu var. Axırda deyəsən ki, mən bu məktəbi oxuyub bitirmişəm və ali savadlı meyxana deyənəm. Elə bir təhsil yoxdur, yəqin vaxt gələcək o da olacaq. Meyxana insanda fitri istedaddır ki, insanın daxilindən gələn bir şeydir, onu da hər adam bacarmır. Hətta deyərdim ki, kişilər üçün daha çətindir, nəinki qadınlar üçün. Məndə də bu istedad var, özü də mən çoxdan deyirəm meyxananı. İlk dəfə mən meyxananı 1994-cü ildə Ağasəlim Çıldaqla demişəm. Sadəcə olaraq o vaxt müəyyən televiziya kanallarımız var idi ki, indi onlar fəaliyyət göstərmir. Həmin dövrdə o kanallar məni çox dəvət edirdilər, sadəcə, mən ali savadlı estrada müğənnisi olduğum üçün qəti etiraz etmişdim. Həm də o vaxt pis baxırdılar, lakin sonra gördüm ki, normal qarşılanır və insanlar sevir meyxananı. Toylara min manata gedirəm - Toylara müğənni kimi gedirsiniz, yoxsa meyxanaçı kimi? - Daha çox mənə müğənni kimi müraciət edirlər. Sadəcə, müğənni kimi getdiyim toylarda da məndən meyxana deməyi istəyirlər (gülür). - Gizli deyilsə, toylara hansı məbləğə gedirsiniz? - Açığını desəm, bəlkə də Respublikada toya gedən ən ucuz müğənni mənəm. Bütün toyu min manata oxuyuram, özü də canlı. Mən heç bir toyu fonoqramla ifa etmirəm. Belədə isə yarım saatı 300-500 manata gedirəm. - Meyxana sənəti kişilərə aiddir və meyxana çevrəsi kişilərdən ibarətdir. Çətin deyil sizə onlarla dil tapmaq? - Çox çətindir, hətta elə məqamlar olub ki, həmkarım elə bir söz deyib, mən acıq edib çıxmışam, məclisdirsə əgər, məclisi tərk eləmişəm. Mənə çox pis təsir edib, amma sonra öz-özümə demişəm ki, əşi... artıq bu meydana girmişəmsə, gərək heç nədən inciməyim. Meyxana sənəti elədir ki, sataşmasan olmur. - Sataşmaq dediniz. Bəs meyxanada söyüşə necə baxırsınız? - Yox, yaxşı baxmıram. Oqtay meymuna oxşayır - Sizdə heç olmayıb ki, yüngül formada da olsa, söyüş işlədəsiniz? - Yüngül formada olub. Özüm də hərdən Oqtaya ilişirəm, sadəcə, Bakıda demək olar ki, olmayıb. Burdan kənarda, Rusiyada və başqa yerlərdə olur. Mənim Oqtaya qarşı ən qatı söyüşüm "meymun" olar. Çünki onsuz da Oqtay meymuna oxşayır (gülür). - Oqtayın adını çəkdiniz. Toylara tək gedirsiniz, yoxsa Oqtayla? - Daha çox Oqtayla gedirik. - Toy sahibi belə istəyir yoxsa necə? - Bəli, tələbat çoxdur. Tamaşaçı bizi bir yerdə görməyə alışıb deyə, dəvət edəndə də birgə çağırırlar toylara. - Həyat yoldaşınızın buna münasibəti? - Mənim üçün ailə hər zaman birinci dərəcəlidir. Mənə elə gəlir ki, kişi qadınına inanırsa və yaxud qadın kişisinə inanırsa, heç vaxt həmin ailədə söz-söhbət olmamalıdır. Çünki əgər bir insanın canında varsa, heç Oqtay olmasın, başqa birisi olsun, o adam öz bildiyini edəcək. Bizim evdə əksinə, toylara, xarıcı səfərlərə Oqtayla gedəndə rahat olurlar. İcazə verirlər, bilirlər ki, Oqtay yanımdadırsa, bir adam mənə artıq-əskik bir söz deyə bilməz. - Çox dedilər ki, Oqtay sizin sevgiliniz və ya yoldaşınızdı. Sizi qınayanlar da oldu. Yoldaşınız qısqanmır o zaman? Utanmır ee... düşüb kişilərin yanına gəlir - Təbii ki, bu ona təsir edir. Adətən biz məclislərə gedəndə o da gedir bizimlə. Durur kənarda insanların fikirlərini dinləyir: kim nə danışır bizim haqqımızda. Belə bir söz də eşidib ki, deyiblər, "bu dee... gəldi sevgilisi ilə" və yaxud deyiblər ki, "utanmır e, düşüb kişilərin yanına gəlir". Təbii ki, beş barmağın beşi də bir deyil və yaxud da bir insanı hamı sevə bilməz. Məni sevməyənlər də var, nifrət edənlər də, hətta təzyiq edənlər də. Mən bunlara normal baxıram. - Bu cür hallar evdə söz-söhbətə səbəb olurmu? - Müəyyən vaxt olur ki, səbir kasası daşır və əsəbiləşir. Bacardığım qədər tez yoluna qoyuram. - Oğlunuzun bütün bunlara münasibəti necədir? - Yaxşı. Oğlum özü bütün meyxanaçılar ilə dostdur. Mən Oqtayla verilişdən-verilişə, toydan-toya görüşürəmsə, oğlum hər gün görüşür. Oğlumla məndən daha yaxın dostdur. Mənim rəqibim yoxdur - Meyxana aləmində özünüzə kimi rəqib görürsünüz? - Heç kimi. Mənim rəqibim yoxdur. Əgər söhbət kişi meyxana deyənlərdən gedirsə, hamısı mənə rəqibdir. - Kimdir həmin rəqib dediyiniz şəxslər? - Çoxdur, maşallah. Elə ən birinci rəqibim Oqtaydır. Daha sonra Mehman Əhmədli, Elşən Xəzər, Ağamirzə, Kərim və sair. Hamısı da mənim üçün güclü rəqibdir. Toylarda hətta xanım olduğum üçün mənə çox güzəşt edirlər. Mehman Əhmədlini seçərdim - Verilişlərin birində 14 yaşlı bir xanım meyxana deyərək, sizə qarşı xoş olmayan söz işlətdi. Sizcə bu, düşünülmüş bir addım idi, yoxsa söz olaraq ağzından çıxdı? - Onun aldığı tərbiyə odur. O qız evdə gözünü açıb görüb ki, kiçik böyüyə ağzına gələni deyir. Böyük-kiçik münasibətləri olmayıb. Şəxsən mən özümdən böyük kiməsə ağır söz desəm, elə bilərəm ki, öz anama deyirəm. Olmaz elə şeylər, sadəcə olaraq uşaqdır, nə deyim? Allah hidayət etsin onu. - Meyxana deyişməsində kiminlə deyişmək istəyərdiniz, daha çox kiminlə maraqlı olardı sizə? - Kiminlə? (düşünür). Mən çox istəyərdim ki, Aydın Xırdalanlı ilə deyişim. O, indi xəstədir, Allah şəfa versin. Aydında olan söz bazası, mən deyərdim ki, bir çoxlarında yoxdur. Amma yarışma olsa, özümə tərəf müqabili kimi, Mehman Əhmədlini seçərdim. - Meyxananı, kişilərin qol güləşinə bənzətmisiz heç? - Bəli, haradasa hərfi mənada, hə. Orda qol gücü ilə qalib olurlar, meyxanada da söz savaşıdır. Bu fikir döyüşüdür, beyin döyüşüdür. Haradasa oxşarlıq var (gülür). - Bir neçə duetiniz olub, hamısı da Oqtayla. Yeni bir duet ortağınız ola bilərmi? - Bəli, artıq Kərimlə duetim oldu. Çox gözəl də qarşılandı. Hətta o mənə qoca qarı dedi (gülür). Təbii ki, cavabın verdim onun. Mənə elə gəlir ki, bunun hələ əks-sədası bir çox yerdən gələcək. |
2014-05-02 | 16,409 | Krım Qarabağın gününə düşəcək - Ekspert | "Krıma lazım olan dotasiyanın məbləği 3 milyard dollardır". "Axar.az" xəbər verir ki, bu sözləri Krımın turizm potensialının artırılması ilə bağlı rəsmi Moskvanın addımlarını şərh edən iqtisadçı-ekspert Samir Əliyev söyləyib. Onun sözlərinə görə, Krımın dirçəlməsi üçün böyük məbləğdə vəsait lazımdır: "Krım daha çox siyasi ərazi olduğuna görə digərlərindən fərqlənir. Çünki Rusiyaya xarici sanksiyalar tətbiq olunur və bu da o deməkdir ki, həmin əraziyə xarici investisiyalar qoyulmayacaq. Nəticədə, əsas güc daxili investisiyaların payına düşəcək. İlkin hesablamalara görə, Krıma lazım olan dotasiyanın məbləği 3 milyard dollardır. Bundan başqa, Rusiyadan Krıma quru yol yoxdur, ancaq dəniz yoludur. Rusiyanın özünün də problemləri çoxdur. Bu səbəbdən Rusiya Krımı saxlaya bilməyəcək. Krımda maaşlar da, pensiyalar da aşağı idi və onu Rusiya səviyyəsində qaldırmaq üçün kifayət qədər vəsait lazımdır. Bu baxımdan açığını deyim ki, Krımın perspektivini elə də uğurlu görmürəm. Ən azı ona görə ki, xarici dəstək olmayacaq. Oliqarxlar da daha çox biznesi düşünür, onların vəsaitləri xaricdə yerləşir. Ona görə də onlar da Krıma sərmayə qoymaqdan boyun qaçıracaqlar. Krım vətəndaşlarının demək olar ki, Avropaya gedişi mümkün olmayacaq. Krım təxminən Qarabağın gününə düşəcək və yəqin ki, getdikcə Krımdakı əhali boşalacaq". Xatırladaq ki, Sevastopol şəhər məclisinin deputatı Vasili Zelençuk Krımda turizm sahəsinin artıq məhv olduğunu və rusların Krımın iqtisadiyyatını gələcəkdə dirçəltməsi xəbərinin yalan olduğunu bildirmişdi. |
2014-05-02 | 16,411 | “Rimac” markalı maşın artıq satışda - Foto | Xorvatiyanın "Rimac Automobile" şirkəti 2011-ci ildə debüt etmiş və potensial olaraq "Bugatti Veyron" ilə rəqabət aparmaq imkanında olan 1088 güclü "Concept-One" modelinin istehsalını işə salmaq üçün lazım olan məbləği, nəhayət ki, toplaya bilib. "Axar.az" xəbər verir ki, kifayət qədər maliyyə dəstəyi qazanan şirkətin banisi və başçısı Meyt Rimaç yaxın zamanda "Concept_One" avtomobilinin seriya buraxılışını istehsal etməyə hazırdır. Qeyd edək ki, 4 elektrik mühərriki ilə təchiz edilən tam ötürməli super-kupe ilk 100 km/saatda sürətlənməni 2,8 saniyəyə həyata keçirir. Onun maksimal sürəti saatda 305 km, ehtiyat hərəkət məsafəsi 600 km-dir. Superkarın qiyməti təxminən bir milyona yaxındır. |
2014-05-02 | 16,412 | Kolçak - xalq düşməni haqda gerçəklər | Aleksandr Vasilyeviç Kolçak dəniz topçu-zabitinin ailəsində doğulmuş, Moskva Kadet Korpusunu (çar Rusiyasında: orta hərbi məktəb – tərc.) bitirmişdi. O, 1900-cu ildə 27 yaşında baron Tollun (Baron Eduard Vasilyeviç Toll (1858-1902) – rus geoloqu, Arktika tədqiqatşısı – tərc.) — Elmlər Akademiyası tərəfindən Şimal Buzlu okeanda qütb dənizlərinin öyrənilməsi üçün hazırlamış təhlükəli ekspedisiyasında iştirak etməyə dəvət olunur. 1903-cü ildə isə Kolçak artıq özü Benneta torpağına baron Tollun itkin düşmüş dəstəsinin axtarışı məqsədilə təşkil olunmuş ekspedisiyaya başçılıq edir. Ekspedisiya son dərəcə təhlükəli idi. Bəzi yerlərdə şlyubkalarla (xüsusi qayıqlar – tərc.), bəzi yerlərdə isə itlərlə irəliləmək lazım gəlirdi. Azuqə qurtardıqda əllərinə keçəni ovlamaqla kifayətlənməli olurdudlar. Nəhayət, Tollun gündəliyi – dolayısıyla onun həlak olmasını təsdiqləyən sənəd tapıldı. Ancaq Kolçak buz qalaqları arasında axtarışı davam etdirirdi. O, Baronun həlak olduğuna (başqa bir versiya istisna idi) qəti əmin oluncayadək geri çəkilmədi. Elmlər Akadmiyası bu ekspedisiyaya görə onu böyük qızıl "Konstantinovski medalı" ilə təltif etdi. O zaman Rusiyada yalnız üç səyyah bu mükafata layiq görülmüşdü. Onun ekspedisiyasının nəticəsi "Qars və Sibir dənizlərinin buzu" adlı elmi əsər oldu. Qəhrəmanın özünü isə "Kolçak-Polyarnıy" ("Qütb Kolçakı") adlandırmağa başladılar. 1904-1905-ci illər rus-yapon müharibəsi illərində Kolçak Port-Arturdakı mina və top gəmilərinə komandanlıq edir. Kontuziya alaraq əsir düşür. Qorxmazlıq və cəsurluğuna görə Kolçaka xüsusi hörmət bəsləyən yaponlar onun əsirlikdə silah gəzdirməsinə icazə vermişdilər. Bu ixtiyar isə çox az adama nəsib olurdu. Sonra isə müharibənin bitməsini gözləmədən onu azadlığa buraxmışdılar. Birinci dünya savaşında Kolçak Baltik donanması gəmilərinin mina dəstəsinə komandanlıq edir. O zaman onun dəstəsinin uğurlu fəaliyyəti almanların Riqa və Petroqrada soxulmasına imkan verməmişdi. 1917-ci ildə Kolçak vitse-admiral rütbəsində Qara dəniz donanmasının komandanı təyin edilir və Rusiya Qara dənizdə donanmanın xilası üçün məhz ona borcludur. Fevral inqilabı Kolçakı Qara dənizdə yaxaladı. Siyasətdən uzaq olan admiral qarmaqarışıqlığa baxmayaraq, vətəninə sədaqətlə xidmət etməyi özünə borc bilirdi. 1917-ci ilin iyununda gəmidəki komitə üzvləri əllərində həbs haqqında qərarla flaqmanın (eskadra komandiri – tərc.) kayutuna soxularaq şəxsi silahını təhvil verməyi tələb edirlər. Admiral əlini onun kortikinə (dəniz və hava donanması komandirlərinin gödək qılıncı – tərc.) uzatmış bosmanın düz gözünün içinə baxaraq qətiyyətlə deyir: "Onu mənə sən veməmisən, sən də alasan". Və kortik havanı yararaq vıyıltı ilə açıq illüminatora doğru uçdu... "O özünə qarşı çox tələbkar idi, başqalarının da insani meyillərinə iltifatla yanaşaraq heç kimi alçaltmazdı. O, heç vaxt xırda işlərlə məşğul olmazdı və onunla dəyərsiz məsələlər barədə danışmaq mümkün deyildi – bu, insana hörmətsizlikdirmi?" - Anna Vasilyevna Timiryeva – Kolçakla qorxunc və təhlükəli həyatı bölüşən, ancaq bir dəfə də olsa bundan şikayətlənməyən qadın onun haqqında belə yazırdı. Аnna Timiryeva (qızlıq familiyası - Safonova) Moskva konservatoriyasının direktoru, görkəmli rus pianoçusu, pedaqoq və dirijor, çoxlu görkəmli pianoçular nəsli yetişdirmiş (onun ən sevimli tələbəsi bəstəkar Aleksandr Skryabin idi) Vasili İliç Safonovun qızı idi. Bu romantik qız 18 yaşına kimi musiqi və kitablar aləmində böyüyür. Sonra Port-Arturun qəhrəmanı 43 yaşlı admiral Timiryevə ərə gedir. Bu nikahdan bir oğlu dünyaya gəlir. Kolçakla görüşənədək ahəngdar, xoşbəxt və firavan həyat yaşayırdı, etibarlı ailəsi var idi, oğlu böyüyürdü... "Həmin Qütb-Admiralı budur", — əri yanından keçən dənizçi ilə salamlaşarkən Anna Vasilyevnanın qulağına pıçıldadı. Onların tanışlığı beləcə başladı. Ertəsi gün isə təsadüfən dostlarıgildə rastlaşdılar və birdən-birə hər ikisi hiss etdi ki, bu, taledir. Taledən isə qaçmaq olmur. — Mən lap çoxdan idi ki, səni axtarırdım. — Məgər bu, belə çətin idi? — Buna mənim bütün ömrüm sərf olunub. — Ancaq sənin hələ qabaqda çox illərin var! — Bizim. — Doğru deyirsən: bizim. Bu gündən görüş həsrəti ilə yaşamağa başladılar. Ayrı olanda isə bir-birilərinə yazırdılar. Onların məktubları, kağız parçalarındakı qısa xatirələr indiyədək qorunub saxlanılır: "Helsinqforsa yaxınlaşanda və biləndə ki, Sizi görəcəm, mənə elə gəlirdi ki, bu şəhər dünyanın ən gözəl şəhəridir"; "Mən daima Sizin haqqınızda düşünürəm"; "Mənim sizə olan hislərim sevgidən daha ucadır"... Bu arada ölkədə vəziyyət gərginləşmişdi. Şəhər küçələrində zabitlərin görünməyi təhlükəli idi. Matroslar paqonları dartıb qopara və ya sadəcə güllələyə bilərdilər. Onlar əmrləri yerinə yetirməkdən imtina edirdilər. Komandanlıqdan istefa verdikdən və Qara dənizlə vidalaşdıqdan sonra Kolçak dünyanı dolaşır: amerikalılara və yaponlara minalama işini öyrədir, İngiltərə, Fransa, Çin, Hindistan və Sinqapurda olur. Ancaq xaricdə qalmaq təklifindən imtina edir. Bu həyəcanlı günlərdə Kolçakdan ayrı qalmaq Anna üçün xüsusilə çətin idi. O, yalnız məktub həsrətilə yaşayırdı. Məktub alanda isə bağlı qapı arxasına çəkilb oxuyur və ağlayırdı... "Əziz, füsunkar Anna Vasilyevna, Siz məndən o qədər uzaqdasınız ki, hərdən hansısa röya təsiri bağışlayırsınız. Bu iztirablı gecədə tamamilə yad və tamamilə lüzumsuz bir şəhərdə Sizin portretiniz qarşısında oturub bu sətirləri Sizə yazıram. Hətta Sizi düşünərək baxdığım ulduzlar belə - Cənub Xaşı, Əqrəb, Sentavr (göyün cənub yarımkürəsi bürcü – tərc.), Arqo – hamısı yaddır. Neçə ki, varam öz ulduzum haqda – Anna Vasilyevna, Sizin haqqınızda düşünəcəyəm". Yeni hökumət Sakit okean donanmasını təsviyyə etmək üçün Anna Vasilyevnanın ərini Uzaq Şərqə ezamiyyətə göndərəndə o, oğlunu anasının yanına, Kislovodska yollayıb əri ilə bərabər getdi. O, Kolçakın Harbində - ağların qoşunları orada cəmləşmişdi - olduğunu bildiyindən bütün qəlbilə Vladivostoka can atırdı. Vladivostoka çatan kimi Anna ingilis səfirliyi vasitəsilə ona məktub göndərdi. Cavab alar-almaz ərinə qayıdacağının vəd edərək Harbinə tələsdi… — Anna, mənə elə gəlir ki, sanki bir ildir görüşmürük. — Məncə, daha çox. — Doğrudanmı, bir-iki gündən sonra yenə bir il qədər uzun ayrılıq? — İndi hər günümüz – bir ömür qədər uzun olacaq, əzizim. — Elə isə getməyin. — Elə zarafat etməyin, Aleksandr Vasilyeviç. — Heç də zarafat etmirəm. Mənimlə qalın, mən sizin köləniz olaram, çəkmələrinizi təmizləyərəm… Timiryeva ərinə yazdı ki, qayıtmayacaq. O, arxaya baxmadan bütün körpülərə od vurdu. Yalnız oğlu Volodyanı xatırlayanda qəlbi göynəyirdi. Bu arada Sibirdə vətəndaş müharibəsi alovlanırdı. Direktoriya (bəzi hökumətlərin adı; məs.: 1795-1799-cu illərdə Fransa burjua inqilabı zamanında Fransa hökuməti direktoriya adlanırdı – tərc.) və Nazirlər Sovetinin yerləşdiyi Omsk Sibirin paytaxtı elan olumuşdu. Əksəriyyəti eserlərdən ibarət olan Direktoriya getdikcə artmaqda olan özbaşınalığın, xaosun öhdəsindən gələ bilmirdi. 18 noyabr 1918-ildə hərbçilər çevriliş edərək hakimiyyəti bütünlüklə admiral Kolçaka verdilər. Sonra onu diktator adlandıracaqlar, ancaq bu, ədalətlimi olacaq? O, hakimiyyətə can atmırdı, xaraktercə də despot – zalım, müstəbid deyildi. Kolçak özündən tez çıxırdı, çılğın idi, amma kin-küdurətdən uzaq idi, tez hirsləndiyi kimi, tez də soyuyurdu. Bütün güclü insanlar kimi açıq danışan, eyni zamanda xeyirxah və sadə qəlbli idi. Zahirən sərt, ancaq tez inanan, bəzən hətta sadəlövh idi. Və prinsiplərindən geri çəkilmirdi. Bu isə siyasi mübarizədə ona mane olurdu. Əgər Kolçak bolşeviklər kimi elan etsəydi ki, kəndlilərə torpaq verəcək, onun ordusunu xilas etmək olardı. O, hesab edirdi ki, torpaq məsələsi onun sərəncamında olan məsələ deyil və bu işi ancaq xalqın seçdiyi Təsis Yığıncağı həll edə bilər. Əgər Kolçak Finlandiyaya azadlıq vəd etsəydi – baron Mannergeym onun qarşısında belə bir şərt qoymuşdu – hərbi kömək alardı. Ancaq admiral imtina etdi. O, yenə hesab edirdi ki, bu məsələni də yalnız Təsis yığıncağı həll edə bilər. O, demokratik adam idi, qanunlara hörmətlə yanaşırdı, hakimiyyət uğrunda və anarxiya ilə mübarizədə isə belə mövqe məğlubiyyətə məhkumdur. Ağ ordunun Sibirdə darmadağın edilməsindən sonra Kolçaka əsgər görkəmində xaricə qaçmaq təklif olunur, ancaq o, bu təklifi də rədd edir və həbs edilir. Аnnanın da qismətinə eyni pay düşür. Onlar bir həbsxanada yatırlar və hərdən gəzinti zamanı bir-birilərini görürlər. Dindirilərkən Kolçak heç vaxt Annanın adını çəkməzdi, bununla o, sevgili qadınından təhlükəni uzaqlaşdıra biləcəyini, onu xilas edə biləcəyini zənn edirdi. Yalnız güllələnmədən öncə onunla görüşməyə icazə vermələrini xahiş etmiş, ancaq rədd cavabı almışdı. 7 fevral 1920-ci ilin səhərində Kolçakı güllələməyə apardılar. O, gözlərini bağlamaq təklifindən imtina etdi və atəş açılması haqda əmri də özü verdi. Kolçakın cəsədini donmuş çayda açılmış yarığa atdılar. Anna üçün isə bundan sonra fasiləsiz həbslər, zindanlar, düşərgələr, sürgünlər başlandı: Butırka, Karaqanda, Zabaykalye, Yeniseysk... Həbslərarası müddətdə o, kitabxanaçı, çertyojçu, rəngsaz, uşaq bağçalarında tərbiyəçi işləyirdi. 1938-ci ildə o, oğlunun, gənc rəssam Vladimir Timiryevin həbs edildiyini öyrəndi. On il sonra isə Karakandanın cəza düşərgə məntəqəsində Vladimirin qətlinin dəhşətli hekayətini eşitdi. Cinayətkarlar onu düşərgənin hamamında ölüncəyədək döymüş, cəsədini isə zonanın arxasındakı ümumi xəndəyə atmışdılar. Bütün bunlardan sonra necə yaşayasan? Ancaq Anna Timiryevanın daxilində onu sınmağa qoymayan hansısa bir qüvvə var idi. Bu qadın zadəganlardan tutmuş cinayətkarlaradək hamını təəccübləndirirdi. Fransız hərbi missiyasının (ikinci dərəcəli diplomatik nümayəndəlik - tərc.) Sibirdəki nümayəndəsi hələ Kolçakın sağlığında Anna haqqında belə yazırdı: "Həyatda gözəllik, füsunkarlıq və ləyaqətin bir-birini belə tamamlamasına nadir hallarda rast gəlmişəm. Hətta o, danışılanlar kimi, sadə kazaklardan olsa da, bu xanımda nəsillərin cilaladığı zadəganlıq əsil-nəcabəti özünü göstərirdi. Mən əminəm ki, zadəganlıq sosial deyil, ilk növbədə ruhi-mənəvi anlayışdır. Həyatım boyu o qədər əyalət meyxanaçılarına bənzəyən titullu kretinlərə (ağılsız qadın – tərc.) və əsil qrandlara (İspaniya zadəganı – tərc.) xas qəlbləri olan meyxanaçılara rast gəlimişəm ki!.. Mən "möhkəm əqidəli" subayam. Ancaq nə vaxtsa, günlərin bir günü ailə həyatı məni cəlb edərsə, onun kimi bir qadına rast gəlmək istəyərdim. Mənə məlum olduğu kimi, o, hələ ailəli ikən Admiralla yaxın olub, ancaq hətta indi, həyatın özü onu bütün "öhdəliklərindən" azad etdiyi və onları birləşdirdiyi bir vaxtda belə öz münasibətlərini yad gözlərdən elə ədəb və nəzakətlə mühafizə edirlər ki, bu cütlüyün əlaqələri heç kimin "gözünə girmir". Onları ikilikdə görmək nadir haldır. Anna onun işlərindən kənarda qalmağa çalışır. Onu tez-tez ordu üçün hərbi paltar tikən dərzi emalatxanasında və ya Amerika qospitalında xəstələrə qulluq zamanı ən ağır işləri yerinə yetirərkən görmək olar. Ancaq hətta belə şəraitdə də ona xas olan zərif əzəmət və şahanəlik bu qadını tərk etmir..." Anna Vasilyevna 37 il həbsxana həyatı yaşamasına baxmayaraq, bu füsunkar qürurunu qocalığınadək qoruyub saxlamışdı. 70-ci illərin əvvəllərində yazıçı Q.V.Yeqorov Annanın Moskvanın qədim Plüşixe küçəsindəki kommunal şəraitli evində olarkən qarşısında səksən yaşlı zərif, gümrah qadını görərkən çox təəccüblənir. "O, həyatının yarısını sovet cəza düşərgələrində keçirib, həm də cinayətkarların arasında. Ancaq bununla belə, 37 il ərzində onun leksikonuna bir kəlmə də olsa "düşərgə sözü" nüfuz etməyib – nitqi olduqca mədəni idi, bütün ədalarında yüksək zadəgan tərbiyəsi duyulurdu". Ümumi təəssürata kölgə salan yeganə məqam – ucuz siqaret çəkməsi idi. Çox uzun, əldə hazırlanmış müştüklə ara vermədən çəkirdi. Geyimi də yoxsul idi. Çox yoxsul idi. Ancaq mühakimələri özünəməxsus və cəsarətli idi. Bəzən elə sanırsan ki, 37 il həbs həyatı yaşamaq nəinki təkcə cəsarətin, həm də şəxsiyyətin itirlməsinə səbəb ola bilər. Ancaq o özünü çox yaxşı saxlamışdı. O, ölkənin, ölkənin olmasa da, hər halda paytaxtın mədəni həyatından xəbərdar idi. İşıqlı, aydın düşüncələri var idi..." Həqiqətən də, həyatının qürub çağında, 82 yaşında qəlbi otuz yaşındaymış kimi gənc idi. Əvvəlki kimi, itirdiyi insanları sevirdi, onların sevgisini qəlbində yaşadırdı, onlar haqqında şeirlər yazırdı... Yarım əsrdir qəbul edə bilmirəm, Heç nə ilə kömək etmək olmur, Və hələ də o məşum gecədə Sən yenə gedirsən... Ancaq əgər taleyin acığına Mən hələ sağamsa, O da yalnız sənin məhəbbətin kimi Və sənin haqqında xatirələr tək. (Sətri tərcümə) |
2014-05-02 | 16,413 | Məşhur futbolçunun ayaqqabıları görənləri şoka saldı – Fotolar | Romanın ulduzu Qervinyo geydiyi ayaqqabı ilə hamını diqqətini çəkib. "Axar.az" xəbər verir ki, İtaliyada bir tədbirə dəvət olunan məşhur futbolçu Qervinyo geydiyi dikdaban ayaqqabı ilə haqqında ən çox danışılan adam olub. Qadın ayaqqabı geyinməsi ilə medianın diqqətini çəkən idmançının bu hərəkəti hələ çox danışılacaq. |
2014-05-02 | 16,414 | Afaq Bəşirqızı mükafat aldı | "İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq səhnə fəaliyyəti ilə bağlı bir sıra aparıcı incəsənət xadimlərinə mükafatlar verilib. "Axar.az" xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrının 7 nəfər tanınmış sənətçisi – xalq artistləri Afaq Bəşirqızı, Ramiz Məmmədov, əməkdar artistlər – Xanım Qafarova, Nərgiz Kərimova, Əkbər Əlizadə, əməkdar incəsənət xadimləri Nazim Hacıəlibəyov, Əsgər Əsgərov Prezident mükafatına layiq olanlar sıyahısındadır. |
2014-05-02 | 16,415 | Ukrayna ordusu Slavyanskın yarısını aldı - Yeniləndi (3) | Donetsk vilayətinin Slavyansk şəhərində yenidən döyüşlər başlayıb. "Axar.az" xəbər verir ki, bu barədə deputat Oleq Çarev özünün Feysbuk səhifəsində yazıb. "Hökumət qüvvələri hücumda zirehli transportyorlar və hərbi aviasiyadan istifadə edirlər. Slavyanska hücum səhər saat 4-dən başlayıb. Hər şey faşistlərin 41-ci ildə etdiklərinə oxşayır. İnsanlar mənə xəbər verirlər ki, bir neçə müqavimətçi qrup döyüşə başlayıblar. Uşaqlar deyir ki, sağ təslim olmayacaqlar. Allah onları qoru!", - Çarev yazıb. 09:03 Slavyanskdakı separatçıların komandiri bildirib ki, Uklrayna hərbçiləri şəhərin girişindəki blokpostu və şəhər telemərkəzini tutublar. "Orada bizim qumbaraatanlarımız yox idi, təkcə avtomatlar idi. Avtomatlarla zirehli transportyorlara heç nə etmək olmur., ona görə də bir bir az atışıb geri çəkildik. İndi onları ikinci blok-postda gözləyirik", - deyə separatçı komandir deyib. Sparatçılar Ukrayna ordusuna aid vertolyotun vurulduğunu bildiriblər. Onların sözlərinə görə, əllərində vertolyotun necə vurulması ilə bağlı videogörüntü var. 10:01 Ukrayna ordusu Slavyansk şəhərinin yarısını separatçılardan təmizləyib. Bu barədə Hərbi Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Timçuk özünün Feysbuk səhifəsində yazıb. |
2014-05-02 | 16,416 | Musiqili Teatra dəvət SMS vasitəsilə olacaq | Azərbaycan Dövlət Musiqili Teatrı və "BIMTEK Mobile Solutions And Marketing" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə imzalanıb. "Axar.az" xəbər verir ki, müqaviləyə əsasən, "BIMTEK" göstərdiyi toplu SMS xidməti vasitəsilə tamaşaçıları mütəmadi olaraq Azərbaycan Dövlət Musiqili Teatrının həftəlik repertuarı haqda məlumatlandıracaq. Bu xidmətdən bəhrələnməkdə məqsəd, insanları Musiqili Teatra cəlb etmək, onları teatr sənətinin gündəmində gedən yeniliklərlə daim bilgiləndirməkdir. |
2014-05-02 | 16,417 | Kenquru idmançını məğlub etdi – Video | Avstraliyada maraqlı hadisə baş verib. Sirklərin birində uşaqlara əyləncə nümayiş etdirmək üçün kenquru boks oynayıb. "Axar.az" xəbər verir ki, boks əlcəkləri geyinmiş heyvanın döyüşü real oyunu xatırladıb. Boksun ənənələrinə zidd olaraq rəqibini təpikləyən kenquru sonda qalib olub. Oyunun müəyyən hissəsində isə o sözünə baxmayan hakimi də yumruqlamağı unutmayıb. Xatırladaq ki, məhz oyunun belə keçməsi tamaşaçılarda böyük maraq oyadıb. Həmin kadrları təqdim edirik: |
2014-05-02 | 16,418 | 62 məktəbli həbs edildi – Foto | ABŞ-da orta məktəbin yuxarı sinfində təhsil alan şagirdlərin zarafatı onların həbsi ilə nəticələnib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da 62 məktəbli həbs edilib. Tinek orta məktəbində (Teaneck High School) təhsil alan yuxarı sinif şagirdləri məktəb rəhbərliyi ilə zarafat etmək qərarına gəlir və məktəbin dəhlizlərinə, neft, vazelin, jele və sidik tökürlər. Bergen bölgəsinin polisləri yoxlamaya başlayır və 62 təqsirkar şagird həbs edilir. Polisin verdiyi məlumata görə şagirdlər gecə saat 2-dən sonra stolları sındırıb, məktəbin divarlarına əcaib və tərbiyəsiz yazılar yazıblar. Elə bu zaman polisə həyəcan siqnalı daxil olub və məktəbə gələn polislər təqsirkarları öncə tutmaqda çətinlik çəkiblər. Daha sonra xüsusi əhilləşdirilmiş itlərdən istifadə edən qanun keşikçiləri məktəbin müxtəlif yerlərində gizlənən şagirdləri tutmağa müvəffəq olublar. Polis rəisi tutulan gənclərin bir neçəsinin qorxduğunu, qalanların isə davamlı olaraq vəziyyətdən həzz alaraq güldüyünü açıqladı. O, təqsirkarların bunun hər il təkrarlanan şənliklərin bir hissəsi olmasını dediklərini, amma bu iddianın real səslənmədiyini bildirib. Həbs edilənlərdən 24-u 18 yaşına çatmış şəxslərdir. Hansılar ki, onlara qarşı söyüş və təhqir maddəsi ilə cinayət işi qaldırılacaq. Qalan 38 nəfər isə həddi buluğa çatmayan gənclərdir və onların əvəzinə valideynləri cərimələnəcək. Xatırladaq ki, Teanek orta məktəbinin yerləşdiyi Yeni Cersi (New Jersey) ştatında 13 mindən artıq məktəbli var və onlar hər il bayram keçirirlər. |
2014-05-02 | 16,419 | NATO Rusiyanı rəqib elan etdi | Şimali Atlantika Alyansı bundan sonra Rusiyanı özünün rəqibi hesab edəcək. "Axar.az" xəbər verir ki, bunu NATO baş katibinin müavini Aleksandr Verşbou deyib. "Ruslar NATO-nu öz rəqibi elan ediblər, buna görə də biz Rusiyaya partnyor kimi yox, rəqib kimi baxacağıq", - deyə Verşbou bildirib. Onun sözlərinə görə, Alyans Rusiya ilə sərhəd dövlətlərinin suverenliyini və sərbəst seçki keçirməsini qorumağı qarşısına məqsəd qoyub: "Rusiya öz hegemonluğunu yenidən bərpa etməyə çalışır və qonşu dövlətləri rus müdafiəsi adı altında işğal edir". NATO rəsmisi eyni zamanda bildirib ki, Alyans Şərqi Avropada yeni hərbi qüvvələr yerləşdirməyi də düşünür. |
2014-05-02 | 16,420 | Cəbhədə gərginlik davam edir | Cəbhənin Füzuli və Goranboy istiqamətlərində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-05-02 | 16,421 | Rus vətəndaşlığı məsələsi “beşinci kolon”un işidir | "Şimal rayonlarını Rusiyaya bağlamaqla biz öz insanlarımızı özümüzdən uzaqlaşdırırıq". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O, ölkənin şimalındakı Azərbaycan vətəndaşlarının Rusiya səfirliyinə vətəndaşlıq üçün müraciət etmək məsələsinə inanmadığını bildirib: "Mən Azərbaycanın şimalında yerləşən rayonların müəyyən hissəsinin Rusiya səfirliyinə vətəndaşlıq üçün müraciət etməsi haqda informasiyanın səlisliyinə etibar etmirəm. Burada bir qızışdırıcılıq amili var. O informasiyanı məqsədyönlü şəkildə ortaya atıblar. Niyə məhz şimal rayonları nəzərdə tutulur? Rusiyaya Azərbaycanın əksər rayonlarından insanlar köçüb gedirlər. Bunu aparıb təkcə şimal bölgəsinə bağlamaq düzgün deyil. Burada məqsədli bir yanaşma var. Axı söhbət təkcə şimal bölgəsindən getmir. Mənim rayonumun iş, əmək qabiliyyətli əhalisinin 80%-i Rusiyadadır. Şimal bölgəsindən də daha çox, Azərbaycanın qərb ərazisinin əhalisi Rusiyadadır. Bunu şimal bölgəsinə bağlamağın özü elə Rusiyanın siyasətinə oynamaq kimi bir şeydir. Bu, Rusiyanın "beşinci kolonu"nun gördüyü işdir. Aparıb avtomatik olaraq şimal rayonlarını Rusiyaya bağlamaqla biz öz insanlarımızı özümüzdən uzaqlaşdırırıq. Bu, ancaq Rusiyanın məqsədlərinə xidmət etmək deməkdir. Bunu yayanlar, tirajlayanlar ancaq Rusiyanın əlinə oynayan təxribatçılardır". |
2014-05-02 | 16,422 | Ordumuzun itkiləri: 30 ölü, 40 yaralı | "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi manitorinqin nəticəsini açıqladı. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 30 nəfər təşkil edib. "Doktrina" JHAM direktoru Cəsur Sümərinli 2014-cü il, yanvar-may ərzində baş verən itkiləri açıqlayıb. O, bildirib ki, ötən müddətdə 40 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd etdi ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 6-ı döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 21-i isə qeyri-döyüş itkiləridir. 4 – nəfər avtoqəzadan, 1 – nəfər naməlum səbəbdən, 3 – nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3- nəfər xəstəlikdən dünyasını dəyişib. 10 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 26-sı Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır. Yaralılara və xəsarət alanlara gəlincə (40 nəfər) C.Sümərinli bildirdi ki, onların 14-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 4-ü intihara cəhddən, 5-i erməni gülləsindən, 8- nəfər mina partlayışından, 8-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 37 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar. Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib. Ötən dövrdə Azərbaycanın üç mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda iki Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər ikisi qaytarılıb). Ümumilikdə, aprelin 30-na olan məlumatlara görə, Azərbaycanda bir erməni əsir və 5 mülki şəxsə saxlanılır. Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər. Azərbaycanda saxlanılan digər şəxs isə hərbi əsirdir. Erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan ötən ilin avqustun 7-dən 8-nə keçən gecə qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib. /ANSpress/ |
2014-05-02 | 16,423 | Azərbaycan Feysbukda saxtakarlarla mübarizəyə başlayır | Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Feysbuk sosial şəbəkəsində feyk-akkauntlarla (saxta hesablar) mübarizəyə başlayıb. Nazirlikdə hazırda bununla bağlı sənəd hazırlanır. Sənəddə Feysbuk sosial şəbəkəsində təhlükəsizlik məsələsinə və arzuolunmaz hallarla mübarizə metodlarına xüsusi diqqət yetiriləcək. Nazirlikdən bildiriblər ki, sənəd yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq və ETM-in internet səhifəsində yerləşdiriləcək: "Təəssüf ki, bir çox istifadəçi mövcud problemin ciddiliyini dərk etmir. İstifadəçilər çox vaxt hətta bilmirlər ki, onların akkauntu cinayətkarlar tərəfindən ələ keçirilib və ya onların adından saxta səhifələr yaradılıb" /Trend/. |
2014-05-02 | 16,424 | Gəncə Karamel fabriki yanır | Gəncədə yanğın hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Gəncə Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, Gəncə Karamel Fabrikində yanğın saat 10 radələrində başlayıb. Hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğının fabrikin müdirinin otağından başladığı bildirilir. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır. 10:26 Gəncə Qənnadı fabrikində başlayan yanğın söndürülüb. "Axar.az" Kəpəz TV-yə istinadən xəbər verir ki, fabrikin 3-cü mərtəbəsində naməlum səbəbdən mətbəxdən başlayan alov getdikcə güclənib. Nəticədə dörd inzibati otaq (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) yanaraq tam yararsız hala düşüb. Alov ümumilikdə 178 kv.m sahəni əhatə edib. Mətbəxdə alovun mənbəyi aşkar edilərək söndürülüb və yanğının binanın 4-cü mərtəbəsinə keçməsinin qarşısı alınıb. FHN-nin Yanğından Mühafizə Xidməti hazırda alovu tamamilə söndürüb. |
2014-05-02 | 16,425 | Müdafiə Nazirliyi torpaq savaşına başladı - Əmlakkomla | Müdafiə Nazirliyi (MR) Əmlak Məsələləri üzrə Dövlət Komitəsini məhkəməyə verib. 1 saylı Bakı İqtisad Məhkəməsindən verilən məlumata görə, nazirliyin dövlət komitəsini məhkəməyə verməsinin səbəbi torpaq iddiası ilə bağlıdır. Belə ki, MR dövlət komitəsindən tələb edir ki, nazirliyə məxsus torpaq sahəsi geri qaytarılsın. Məhkəmə prosesinin ilk hazırlıq iclası hakim Müseyib Bayramovun sədrliyi ilə aprelin 29-də keçirilib. Dövlət qurumları arasında məhkəmə çəkişməsinin təfərrüatlarını dəqiqləşdirməyə çalışacağıq. / Azvision.az/ |
2014-05-02 | 16,426 | Putin təcili toplantı çağırdı | Rusiya prezidenti Vladimir Putin Slavyanskda baş verənlərlə bağlı təcili toplantı çağırıb. "Axar.az" xəbər verir ki, bu barədə Slavyansdakı separatçıların "Vkontakte"dəki səhifəsində məlumat yerləşdirilib. Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Ukrayna ordusu separatçıların əlində olan Slavyanska total hücuma başlayıb. |
2014-05-02 | 16,427 | Müdafiə Nazirliyi 171 xəstə çağırışçını geri qaytarıb | Geri qaytarılmış gənclərin 37-də vərəm, 62-də nevrotik reaksiya, 72-də isə digər xəstəliklər aşkarlanıb Aprel ayının 1-dən 30-dək Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılmış 171 çağırışçıda xəstəlik aşkarlandığından geri qaytarılıb. "Axar.az" xəbər verir ki, bu barədə APA-ya sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Çağırışçılar Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində təkrar tibbi baxışdan keçiriliblər. Geri qaytarılmış gənclərin 37 nəfərində vərəm, 62 nəfərində nevrotik reaksiya, 72 nəfərində isə digər xəstəliklər aşkar edilib. Bundan əvvəl, yanvarın 1-dən 31-dək Silahlı Qüvvələrin hərbi tibb müəssisələrində təkrarən yoxlanılan gənc çağırışçılardan xəstəlik aşkarlanmış 157 nəfər geri qaytarılıb. Qeyd edək ki, yanvar ayının əvvəlində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçirilir. |
2014-05-02 | 16,428 | ANS ÇM-də erməni mahnısı - MTRŞ-dən sərt bəyanat | Təvəkkül Dadaşov: "ANS ÇM-də erməni mahnılarının səsləndirilməsi və aparıcının bunu açıq şəkildə bəyan etməsi barədə arayış hazırlanaraq rəhbərliyə məlumat verilib". ANS ÇM radiosunda hər həftənin şənbə günləri saat 19.00 və 20.00 arası efirə gedən "Qafqaz top 20" musiqili verilişində mütəmadi olaraq erməni müğənnilərin mahnıları səsləndirilir. Mahnını təqdim edərkən aparıcı aşağıdakı fikirləri ifadə edir: "Qafqaz respublikalarından biri də Ermənistandır. Qafqaz adı gələndə bu ölkəyə aid mahnını çarxımıza daxil etməyə bilməzdik. Hər halda obyektivliyi qorumaq lazımdı. Digər tərəfdən isə biz çalışırıq ki, ümumiyyətlə musiqidə, mədəniyyətdə sərhəd qoymayaq. Beləliklə də Ermənistanın və Azərbaycanın Dağlıq Qarabağ ərazisinin sakinlərinin ən çox dinlədiyi Markos və onun "Yari jantues" mahnısı …". Qeyd edək ki, verilişin 06, 12, 19 və 26 aprel 2014-cü il tarixlərdə eyni hal müşahidə edilib. "Movqe.az" məsələyə Milli Televiziya və Raido Şurasının da münasibətini öyrənib. MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov açıqlamasında faktı təsdiqləyib. MTRŞ səlahiyyətlisi bildirib ki, ANS ÇM-də erməni mahnılarının səsləndirilməsi ilə bağlı Şuranın rəhbərliyinə arayış hazırlanaraq təqdim edilib: "ANS ÇM-də erməni mahnılarının səsləndirilməsi və aparıcının bunu açıq şəkildə bəyan etməsi barədə arayış hazırlanaraq rəhbərliyə məlumat verilib. Qanuna müvafiq şəkildə tədbirlər görüləcək". Xatırladaq ki, verilişin layihəsini ANS telekanalının məşhur siması Aytən Səfərova yeni layihə hazırlayıb. Aparıcı "Qafqazın TOP-20 mahnısı" adlı verilişdə "səsləndiriləcək mahnılar içərisində erməni musiqilərinin də yer alacağını" əvvəldən qeyd etmişdi. Bu barədə sosial şəbəkələrdə məlumat verən aparıcı belə yazmışdı: "Bu gün ANS ÇM radiosunda "Qafqazın TOP-20 mahnısı"nın çartı başlanır. Burada bütün Qafqaz respublikaları, o cümlədən, Ermənistandan da nümayəndələr var. Aparıcı: Aytən Səfərova, ideya müəllifi: Vahid Mustafayevdir". |
2014-05-02 | 16,430 | Ukrayna ordusunun 3 vertolyotu vuruldu - Video | Slavyanskda Ukrayna ordusuna aid daha iki vertolyot vurulub. "Axar.az" xəbər verir ki, bu barədə Slavyanskdakı separatçılar məlumat yayıblar. "Radioefirdən verilən məlumata görə, blok-postların birində düşmənin daha bir vertolyotu vurulub. Hələ ki, vurulmuş vertolyot göydə fırlanır, ancaq düşmən yerə çırpılacaq. Bu artıq 3-cü vertolyotdu", deyə separatçılar bildirib. Qeyd edək ki, əməliyyatlar başlayan vaxt separatçılar Slavyansk səmasında bir vertolyotun vurulduğunu bildirmişdilər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.