date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-05-02 | 16,431 | ABŞ Güləni hansı şərtlərlə geri qaytaracaq? – Təfərrüat | Türkiyə Fəthullah Gülənin ABŞ-dan ekstradisiyasını keçmiş prezident Kənan Evrənin 1980-ci ilin 5 noyabrında ABŞ ilə imzaladığı sazişə görə istəyəcək. "Axar.az" xəbər verir ki, geri qaytarılma istəyinə Ankara Baş Prokurorluğunun Gülən haqqında açdığı "hökuməti aradan götürməyə təşəbbüs və təşkilatlanma" istintaqının detalları da əlavə olunacaq. ABŞ qanunları ekstradisiya işinə nə deyir? ABŞ qanunlarına görə, cinayətkar təşkilat qurmaq və ya üzvü olmaq ölkədən xaric edilməsi üçün kifayətdir. Həmin adamın varlığı və ya hərəkətlərinin ABŞ-ın xarici siyasətinə mənfi təsir etməsi də geri qaytarmaq üçün səbəbdir. Kənan Evrənin imzaladığı 1980-ci il tarixli ABŞ-Türkiyə razılaşmasına görə, geri qaytarma tələblərinin rədd səbəbləri və ya qəbul şərtləri belədir: Rədd səbəbləri - Siyasi və hərbi cinayətlər; - İzn müddətinin ötməsi; - Geri qaytarılması istənilən adam ABŞ-da mühakimə olunaraq bəraət alıbsa; - İddia edilən cinayət əvvəllər ABŞ və Türkiyədə əfv mövzusu olubsa; - Həmin adamın geri istənilən ölkədə məhkməsi davam edirsə; - Geri qaytarılması istənilən adam haqqında yaşadığı ölkədə məhkəmə qərarı çıxarılıbsa; - Geri qaytarılması istənilən adam 3-cü ölkədə mühakimə olunub bəraət almış və ya məhkum olunmuşsa. Qəbul şərtləri ABŞ qanunlarına zidd davranmaq, qaçaqmalçılıq, saxta evlilik, əxlaqi cinayətlər, cinayət, cinsi cinayətlər, narkotik asılılığı, silahların cinayət üçün istifadə edilməsi, təxribat, casusluq, qiyama təhrik, dövlətə xəyanət, ailəiçi münaqişə, nizamı pozan davranışlar, uşaqlara yönəlik cinayətlər, uşaq istismarı, yalnış məlumatlandırma, ictimai və ABŞ milli təhlükəsizliyini pozacaq hər cür cinayət və cinayətə cəhd, terror hadisələrinə qatılmaq, cinayətkar təşkilatın üzvü olmaq, nasist təşkilatları təsis etmək, soyqırım və işgəncə günahı işləmə, din azadlığının pozulması. Qeyd edək ki, Türkiyə daha öncə İtaliyadan Abdullah Öcalanı, Belçikadan Özdəmir Sabancını, Fəxriyə Ərdalı, Avstriyadan isə cinayət təşkilatı lideri Ələddin Çaxıcını qaytarmasını istəmiş, ancaq tələblər qəbul edilməmişdi. |
2014-05-02 | 16,432 | Tanınmış jurnalistə itki | Tanınmış jurnalist, "Musavat.com"un baş redaktoru Xalid Kazımlıya ağır itki üz verib. Jurnalistin 26 yaşlı yaxın qohumu dünən gecə avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə jurnalist Feysbuk profilində yazıb: "Çox pis hadisə baş verdi: Şəkildə "təzyiqimi ölçən" bu 3 yaşlı körpənin 26 yaşlı atası dünən gecə yol qəzasında öldü... Sürət və ehtiyatsızlıq hər gün nə qədər körpəni yetim qoyur". /Aznews.az/ Həmkarımıza başsağlığı diləyirik! |
2014-05-02 | 16,433 | “Beşinci kolon” təhlükəlidir - Sorğu | Azərbaycanlılar "beşinci kolon"u özləri üçün böyük təhlükə hesab edirlər. Bu nəticə "Axar.az"ın keçirdiyi sorğunun nəticilərindən sonra bəlli olub. 1731 nəfərin iştirak etdiyi sorğuda oxuculara "Rusiyanın Azərbaycandakı "beşinci kolon"u ölkəmiz üçün təhlükədirmi?" sualı ilə müraciət edilib. İştirakçıların 60%-i "beşinci kolon"u ölkə üçün böyük təhlükə hesab etdiklərini bildiriblər. 22% şəxs ümumiyyətlə bu ifadə haqqında informasiyaya sahib olmadığını qeyd edib. Yerdə qalan hissə isə ölkədə "beşinci kolon"un mövcud olmadığını deyib. Qeyd edək ki, son günlər müxtəlif ekspertlər tərəfindən Rusiyanın Azərbaycanda "beşinci kolon"un mövcudluğu ilə bağlı proqnozlar verilir. Onlar bu qruplaşmanın Azərbaycanda dəyişiklik etmək üçün əmr gözlədiklərini bildirirlər. |
2014-05-02 | 16,434 | Nigeriyada terror - 70 ölü | Nigeriyanın Abuja əyalətində terror aktı nəticəsində ən az 70 adam ölüb. "Axar.az" xəbər verir ki, Əyalətin Nyanya şəhərində bu gün səhər saatlarında reallaşan partlayış nəticəsində yüzlərlə insanın yaralandığı bildirilir. Terror avtomobilə quraşdırılan bomba ilə həyata keçirilib. Hələlik terror hadisəsinin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib. |
2014-05-02 | 16,435 | “Azərsu”dakı maaş böhranına açıqlama | "Azərsu" ASC-yə daxil olan idarə və təşkilatların mart ayı üçün bütün əmək haqları verilib". Bu sözləri "Axar.az"a "Azərsu" ASC-nin mətbuat xidmətindən qurumun tabeliyində olan Bakı Birləşmiş Sukanal İdarəsinin işçilərinin maaşlarının verilməməsi barədə yayılan xəbərə münasibət bildirərkən dedilər. Qurumun mətbuat xidmətinin əməkdaşı qeyd etdi ki, mart ayının maaşları aprel ayında verilib: "Xəbəri qurumun mühasibatı ilə də dəqiqləşdirdik. Mühasibatdan bildirdilər ki, bütün maaşlar verilib. Əgər hansısa problem olsaydı, mühasibat bununla bağlı məlumat verərdi. Quruma daxil olan bütün idarələrin maaşları verilib. Ola bilməz ki, hansısa idarənin çalışanlarının əmək haqları verilsin, digər idarədə isə geciksin". Qeyd edək ki, "Azərsu" ASC-də maaş böhranı yarandığı deyilir. Məlumata görə, qurumun tabeliyində olan Bakı Birləşmiş Sukanal İdarəsinin işçiləri mart ayının maaşını ala bilməyiblər. |
2014-05-02 | 16,436 | ANS: "Nolsun ki, erməni mahnıları oxuduruq!?" | ANS ÇM-də səslənən erməni mahnıları ilə bağlı rəsmi cavab verilib. ANS rəhbərinin müşaviri Mais Məmmədov bildirib ki, burda qəribə heç nə yoxdur: "Nolsun ki, bir dəfə erməni mahnısı oxutmuşuq, ona qalsa İrəvanda hər gün Azərbaycan mahnıları oxudurlar. Hələ mahnı bir tərəfə, millət Ermənistana gedib-gəlir, dünyadan xəbəriniz yoxdur. İstəməyən qulaq asmasın, soyuq su içsin". Mais Məmmədov məsələ ilə bağlı onu da qeyd edib ki, MTRŞ bu işdən narazıdırsa, məktub yazıb əsaslanıdırsın. Xatrıladaq ki, mediada ANS ÇM radiosunda hər şənbə erməni mahnıları səsləndirilməsi haqda xəbərlər yayılıb. Publika.az |
2014-05-02 | 16,437 | Zakir Qaralov Cəlilabada gedir | Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov mayın 16-da saat 11:00-da Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl, İmişli və Neftçala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. "Axar.az"a Baş Prokurorluqdan verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Cəlilabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437 28 79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər. |
2014-05-02 | 16,438 | Jirinovski rus ordusunu dərhal Ukraynaya girməyə çağırdı | Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Kremli Rusiya Federasiya Şurasının "ordudan ölkə xaricində istifadə etmək" haqqında qərarını əldə əsas tutaraq Ukraynanın Cənub-şərq bölgələrinə müdaxiləyə çağırıb. "Axar.az" xəbər verir ki, Jirinovski bu barədə "Rossiya 24" kanalına verdiyi açıqlamasında deyib. |
2014-05-02 | 16,439 | Ermənistanın sabiq baş naziri ölkəni tərk etdi | Ermənistanın sabiq baş naziri Tiqran Sarkisyan ölkəni tərk edib. Bu barədə Ermənistan mətbuatı yazır. Xəbərdə bildirilir ki, böyük ehitmalla Tiqran Sarkisyan hazırda İspaniyadadır. Tiqran Sarkisyan Ermənistan Milli Bankının sədri vəzifəsində çalışarkən o, İspaniya sahillərində özü üçün böyük villa tikdirmişdi. Ermənistan mətbuatı yazır ki, sabiq baş nazir İspaniya sahillərində yerləşən təmtəraqlı villasından Ermənistan iqtisadiyyatının tamamilə çökməsini izləyəcək. Tezliklə digər sabiq nazirlər də Tiqran Sarkisyan kimi addım atacaq. Ölkədən qaçaraq ölkənin dağılmasına tamaşa edəcək. Bəlkə də sabiq nazirlərin hamısının dünyanın ən gözəl kurort məkanlarından birində və ya bir neçəsində təmtəraqlı villaları var. Axı ölkə üçün işləmək yox, istirahət etmək daha vacibdir. /ANSpress/ |
2014-05-02 | 16,440 | Müsəlman ölkəsi atom dövlətinə çevrildi – Şok | Səudiyyə Ərəbistan faktiki olaraq atom bombasına sahib olub. "Axar.az" Qərb mətbuatına istinadən xəbər verir ki, yeni raketləri Ərəbistan krallığına Pakistan satıb. Mətbuat Səudiyyə Ərəbistanında keçirilən hərbi təlimlərin sonunda nüvə başlıqları daşımağa malik olan ballistik raketlərin nümayiş etdirildiyini bildirib. "Şərq küləyi" adlanan raketlərin idarəçiliyinə Pakistan hərbçiləri nəzarət ediblər. Beləliklə, Səudiyyə Ərəbistanı Pakistandan sonra nüvə silahına sahib olan ikinci müsəlman ölkəsinə çevrilib. Qeyd edək ki, məhz Pakistanda da bir zamanlar nüvə proqramı Kral Feysalın maliyyəsi ilə həyata keçirilmişdi. Buna görə də onu indiyə qədər İslam nüvə bombasının atası hesab edirlər. Ərəbistanın maliyyəsi hesabına başa gələn layihə olduğu üçün o, Pakistandan istənilən vaxt nüvə bombası almaq ixtiyarına malik idi. Amma ABŞ-ın mövqeyi və bir sıra digər səbəblərə görə indiyə qədər buna cəhd edilməmişdi. |
2014-05-02 | 16,441 | Slavyansk separatçıları təslim olur | Ukrayna hərbçiləri anti-terror əməliyyatı çərçivəsində Slavyanskda separtçılarn bütün blok-postlarını darmadağın ediblər. "Axar.az" "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindəki mənbə məlumat verib. Onun sözlərinə görə, terrorçular və diversantlar hərbçilərə müqavimət göstərməkdən imtina edərək, silahlarını təhvil verməyə hazır olduqlarını bildiriblər. |
2014-05-02 | 16,442 | Azərbaycanda “nurçu ovu”nun yeni fazası başlayır | "Sadəcə, bizim maraqlarımız Ərdoğanın siyahısı ilə üst-üstə düşdüyündən bununla bağlı müvafiq addımlar atılacaq". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O, nurçulara qarşı mübarizədə əsas fəaliyyətin şəbəkəyə qarşı edilməli olduğunu bildirib: "Sözün açığı bu mübarizəni mən də anlamıram. Doğrudur, bir tərəfdən deyirlər ki, müəyyən kitablara icazə verilib. Əgər icazə verilibsə, o kitabları oxuyanların polis idarəsinə aparılmasını mən də anlamıram. Şəbəkə tamam başqa bir şeydir. İnsan müəyyən bir təriqətin üzvü olub, dövlət idarəsində də işləyə bilər. Təhlükə isə onların şəbəkələşməsindədir. Yəni insan məktəbi qurtardıqdan sonra onların əmrlərini yerinə yetirməyə başlayırsa bu, artıq təhlükədir. Yəni Elnur Aslanov niyə vəzifədən uzaqlaşdırıldı? O bu təriqətin üzvü olduğuna görə sərbəst fəaliyyət göstərə bilərdi. Amma Elnur Aslanov şəbəkənin bir hissəsi olub, dövlətin pullarını öz adamlarına payladığına görə təhlükə mənbəyinə çevrildi. Yəni əslində bu istiqamətdə fəaliyyət aparılmalıdır ki, belə insanlar dövlət aparatında yer almasınlar. Mübarizə şəbəkə ilə aparılmalıdır. Yoxsa beş-altı nəfər kitab oxuyur, polis gəlib onları tutur, sonra məlum olur ki, oradakı kitablar qadağan olunmayıb. Burada mən təhlükə görmürəm. Təhlükə dövlətin pullarından öz məqsədləri, şirkətləri üçün istifadə etməkdir. Bax, bu istiqamətdə müvafiq addımlar atılmalıdır". Politoloq Gülən hərəkatına qarşı müharibənin tədricən aparılacağını qeyd edib: "Bu o demək deyil ki, siyahı verildisə, onunla bağlı olan hər şey dərhal həyata keçirilməlidir. Ola bilsin, o siyahıda müəyyən addımların atılması üçün qrupların adı var. Bu, tədricən həyata keçiriləcək. Ola bilsin, dini ədəbiyyatla bağlı tutulan tələbələr gözə kül üfürməkdən ötrüdür. Bir məsələyə diqqət edin: əgər sizin sayt və digərləri də artıq bununla bağlı yeni məlumatlar yayırsa, demək, dövlət hələ də düşünür ki, bununla bağlı bir addım atsın. Ola bilsin ki, tələsmirlər. Əgər bu şəbəkə varsa və onun üzvləri dövlətin maraqlarını arxa plana ata bilirlərsə, demək, bizi öz təhlükəsizlik maraqlarımız düşündürməlidir. Sadəcə, bizim maraqlarımız Ərdoğanın siyahısı ilə üst-üstə düşdüyündən bununla bağlı müvafiq addımlar atılacaq. İndi atılmasa da, müəyyən fəaliyyət gedəcək. İki ay bundan əvvəl biz Elnur Aslanovun vəzifəsindən çıxarılacağını zənn etmirdik. Amma birdən-birə o, uzaqlaşdırıldı və üstəlik ona məxsus yerlərə qarşı fəaliyyət başlayıb. Əsas odur ki, düyməyə basılıb. Artıq proses başlayıb və bunun davamı da gələcək". Qeyd edək ki, hələ bir müddət öncə polis müxtəlif yerlərdə nurçulara qarşı əməliyyat həyata keçirmişdi. Nəticədə Gülən hərəkatının üzvü olmayan şəxslərin həbsi həyata keçirilmişdi. Polis tərəfindən atılan belə bir addım çoxları tərəfindən təəccüblə qarşılanmışdı. |
2014-05-02 | 16,443 | Komitə sədri mətbuata etiraz etdi | Mətbuatda parlamentin nüfuzuna xələl gətirən məlumatlar, materiallar dərc olunur. Bunu Milli Məclisin deputatı Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib. O bildirib ki, bu yazıların böyük əksəriyyətinin heç bir əsası yoxdur. "Onu da qeyd etmək istəyirəm ki, parlament açıq, şəffaf orqandır. İstənilən məsələni açıq şəkildə müzakirə etməyə hazırıq. Amma təəssüflər olsun ki, bir neçə gün bundan əvvəll Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycanla bağlı hesabatı dərc olunub. Hesabat layihəsində parlamentə aid olan hissədə qərəz dolu yalan böhtan məlumatlar dərc olunub. Milli Məclisin üzvü kimi qeyd etmək istəyirəm ki, şəffaflıq prosesini pozmaqda ittiham edən bu təşkilatın rəhbəri Rəna Səfərəliyevanın özü Azərbaycan dövlətçiliyinin əleyhinə yönələn korrupsiya əməlinə yol verib". Ə.Hüseynov hesab edir ki, qurumun baş ofisi Azərbaycandakı bu təşkilatla əməkdaşlığı dayandırmalıdır. /ANSpress/ |
2014-05-02 | 16,444 | Nazirlikdən doğuşda ölən aktrisa ilə bağlı açıqlama | Səhiyyə Nazirliyindən ötən gün Yevlax rayonunun Xaldan kənd xəstəxanasında baş verən ana və uşaq ölümü ilə bağlı açıqlama veriblər. Nazirliyin mətbuat xidmətiindən bildiriblər ki, Səhiyyə Nazirliyininin Doğuşa Yardım Komissiyası tərəfindən hadisə ilə əlaqədar araşdırma başlanıb. Araşdırmadan sonra ölümün səbəbləri barəsində açıqlama veriləcək. Xatırladaq ki, ötən gün Azərbaycanda yenə də doğuş zamanı ana və övladı ölüb. Hadisə Yevlax rayonunun Xaldan kənd xəstəxanasında baş verib. Belə ki, Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Pərvanə Vəli qızı Qurbanova doğuş üçün Xaldan kənd xəstəxanasına gətirilib. Doğuşu Qiyafət Məmmədova həyata keçirib. Doğuş təbii üsulla həyata keçirilib. Lakin bu zaman uşaq və ana dünyasını dəyişib. Məsələ ilə əlaqədar xəstəxananın mamaçası Qiyafət Məmmədova bildirib ki, uşaq həddindən artıq böyük olduğu üçün doğuş prosesi ləngiyib. Bu zaman uşaq havasızlıqdan boğulub. Ana isə çox qan itirdiyi üçün ölüb. Pərvanə Qurbanovanın Mingəçevir Dram Teatrının aktrisası olduğu bildirilir (ans). |
2014-05-02 | 16,445 | Prezident İlham Əliyev Gürcüstana gedir | Gələn həftə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfərə gedəcək. Səfər çərçivəsində Prezident İlham Əliyev mayın 5-də Tiflisdə keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçılarının üçtərəfli zirvə toplantısına qatılacağı gözlənilir. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının üçtərəfli zirvə toplantısı ilk dəfə olaraq Gürcüstanda təşkil olunacaq. Bu il fevralın 19-da Gəncə şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Publika.az |
2014-05-02 | 16,446 | Merkel Vaşinqtona gedir: Obama çətin durumda | Almaniya kansleri Angela Merkel ABŞ səfərində Prezident Barak Obama ilə bir araya gələcək. Görüşdə Ukrayna böhranı və Amerika kəşfiyyatının Almaniyadakı dinləmə fəaliyyətlərinin də gündəmə gəlməsi gözlənilir. "Axar.az" alman mətbuatına istinadən xəbər verir ki, Merkel ciddi şəkildə Barak Obamadan Amerika kəşfiyyatının Almaniyada telefon dinləmələrini dayandırmasını tələb edəcək. Məşhur "Die Velt" qəzeti bu görüşün Obama üçün çətin keçəcəyini yazır: "Almaniya Baş nazirinin Vaşinqton ziyarəti bu vaxta qədər belə çətin durumda reallaşmamışdı. Bu görüş çoxlu vədlər verir. Şərqi Asiyaya nüfuz etməyə çalışan ABŞ-ın Avropada əsas dayağı Almaniyadır. Bu ölkə ilə münasibətləri gərginləşdirmək Obama üçün fəlakətə səbəb ola bilər. Ona görə də Krımın ilhaqından bəri yaranan Şərq-Qərb böhranı müttəfiqləri zəiflədə, şərqdən gələn böyük təhlükə - Rusiyanı oyandıra bilər. Vəziyyətin Vaşinqton- Berlin arasında necə inkişaf edəcəyi önümüzdəki günlərdə bəlli olacaq". |
2014-05-02 | 16,447 | Separatçıların başçısı Slavyanskdan qaçır | Rus diversantlarının rəhbəri "Strelok" ləqəbli İqor Qirkin tabeçiliyndə olan separatçılarla birlikdə Slavyanskdan qaçmağa çalışır. "Axar.az" xəbər verir ki, bu barədə hərbi ekspert Dmitri Tımçuk Feysbuk səhifəsində yazıb. "Yerli separatçılara məlumat verilib ki, Rusiyanın məsələyə müdaxiləsi hələ tezdir. Terrorçuların qərargahı Qorlovkada yenidən formalaşdırılır". Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti İqor Qirkinin Rusiya Baş Kəşfiyyat İdarəsinin polkovniki olduğunu ortaya çıxarıb. |
2014-05-02 | 16,448 | “Xəstəxananın həkimi günahkardır ” | "Həyat yoldaşımın ölümündə Yevlax rayonunun Xaldan kənd xəstəxanasının həkimi günahkardır". Bu sözləri Mingəçevir Teatrının aktrisasının həyat yoldaşı Anar Qurbanov deyib:"Günorta saat 14 00 -da yoldaşımla xəstəxanaya getdik. Həkim məni əmin elədi ki, uşaqla bağlı hər şey yaxşıdır. Dedi axşam gələrsiniz. Evə qayıtdıq, axşama hazırlaşırdıq. Axşam saat 6-7 – radələrində yenidən xəstəxanaya qayıtdıq. Həkimlə söhbət etdik. Məni əmin elədi ki, hər şey yaxşı olacaq. Bizim əlimizdə müayinə kağızı var. Yoldaşım neçə dəfə müayinədən keçib. Bütün sənədlərdə uşağın sağlam olduğu bildirilir. Sənədləri həkimə göstərirəm, deyir xəstə olub. Sən necə həkimsən ki, məni arxayın edirsən. Sən məni arxayın sala bilərsən, amma öz həyatını arxayın sala bilməzsən". Onun sözlərinə görə, həkim artıq Bakıdadır: "Mənə dedilər ki, həkim Bakıya qaçıb. Qaça bilər, hətta pul verib özünü xilas edə bilər. Amma öz vicdanını rahatlada bilməz. Mənə onu da dedilər ki, həmin xəstəxana bu üçüncü belə ölümdür. Bunu bilsəydim, heç vaxt ora müraciət etməzdim". Qeyd edək ki, aktrisa Mingəçevir Teatrının Yevlax rayonunun Xaldan kənd xəstəxanasında doğuş zamanı ölüb. /Teleqraf.com/ |
2014-05-02 | 16,449 | Spiker məmurların mətbuat savaşından danışdı | Milli Məclisin bugünki iclasında spiker Oqtay Əsədov ATƏT-in Minsk Qrupunun həmsədrlərini tənqid etdi: "Təzə bir məsələ çıxarıblar, Dağlıq Qarabağla tərəfdaşlıq... Əslində məsələ bu cür qoyulmalıdır ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunsun. Hətta bu yaxınlarda ABŞ-da bir tədbir hazırlanmışdı, orada amerikalı həmsədrin də iştirakı gözlənilirdi. Belə hallara yol vermək olmaz". Parlamentin sədri mətbuatdakı kompramat müharibəsi ilə bağlı da çağırış etdi: "İşimizi-gücümüzü qurtarmışıq, o bundan yazdırır, bu da ondan yazdırır. Qurtarmaq lazımdır, bunları... Bəzən mətbuatı açanda utanıram ki, bütün bunlar Azərbaycanda baş verir. Azərbaycan mətbuatında ürəkaçan heç bir şey, analitik material yoxdur. Elə bizimkilərə də aiddir. Bəsdir, bunlara son qoymaq lazımdır! Bizim yüz dərdimiz var, dünyada aləm bir-birinə qarışıb, onunla məşğul olmalıyıq". |
2014-05-02 | 16,450 | “İçəri girib gördüm ki, gəlinim...” – 16+ | Dərnəgül şosesində toz-torpağın qat-qat qalandığı bir yerdə tapdım onu. Köhnə fəhlə sırıqlısına bükülüb yaz küləyinin canına sindiyi soyuqdan və bu küləyin qovduğu toz-torpaqdan qorunurdu. Kirpiklərinin arası tozdan sırsıra bağlamış kimi görünürdü. İnsan cildindən çıxmış kimiydi. Ayaqlarına fikir verirəm. Köhnə, balağı qatlanmış cins şalvarın ətəyindən xora düşmüş dabanı görünür. Əlindən bəhs etməyə dəyməz. İnkişaf etmiş bir ölkənin paytaxtında belə acınacaqlı durumda olanların varlığı təəssüf doğurur. Ətrafdakılar öz işləri ilə məşğuldur. Bu adamın varlığı onları heç maraqlandırmır da. Verdiyim salamı dilucu alır. Bəlkə də heysiz olduğuna görə səsi belə çıxır. Baxışındakı yalvarış "sən Allah, qoy oturum yerimdə, mənimlə işin olmasın" deyir. Oturduğu, yaxud uzandığı bilinməyən karton parçasının bir küncündə özümə yer eləyirəm. Söhbətə girişməyin yolunu götür-qoy edirəm. Nədən başlayım? Özü köməyimə çatır: - Altına bir şey qoy, soyuq çəkər... Xeyirxahlıq edir, qayğıma qalır, özünün isə qayğıya daha çox ehtiyacı var. - Heç nə olmaz, öyrəncəliyəm, - deyirəm, gözlərimlə ətrafa nəzər salıram, taxta parçasını götürüb üstündə otururam. MƏNƏ KİŞİ DEMƏ - Sənin adını bilirəm, sənə Tağı kişi deyirlər. Baxışları kirpiklərinin arasında qartmaq bağlamış tozun arxasından gözümə dikilir. Mənim nə qədər ciddi olmağımın fərqindədir güman ki! Hıçqırıq idi, gülüş idi, istehza idi, nə idisə, ayırd edə bilmədiyim bir jestlə dilləndi: - Deyərdilər... Hə, əvvəllər mənə Tağı kişi deyərdilər. Onda kişi idim, kişilərin sırasında idim, evim vardı, hörmətim vardı... - Tağı kişi.. - Səni and verirəm səni əkən kişinin canına, mənə kişi demə. Elə Tağı de. Siqaret təklif edirəm. Özüm də birini yandırıb sinəmə çəkirəm. Burada qəribə bir qoxu var, tütün qoxusuna qarışıb ciyərlərimə "əl gəzdirir". Uşaq vaxtı kəndimizdə bu qoxunu çox hiss edərdim. Qəribəsi də o idi ki, mənə tanış gələn bu qoxu doğma, sevimli qoxu deyildi nəsə. - Mən siqaret çəkmirəm. Siqareti kişiliyimi atdığım gündən atmışam. Dərdlidir. Amma bu adamdan dərdlərini soruşmaq da düzgün olmazdı. Bu adam dərdin içində üzür. Həyat hekayəsini vərəqləmək yetər, dərdi düzülər ard-arda. Tağının həyat hekayəsi acınacaqlı olduğu qədər də ibrətamizdir. Onun hekayətini dinləyənlər, diqqət kəsilənlər buraxdığı səhvi təkrar etməzlər. Bu da bir alın yazısıdır. Qeyri-ixtiyari Tağının alnına baxıram - bəlkə orada yazılan yazını oxuya bilim. Alnındakı qırışlar da tozun, qartmağın içindədir. Hə, birdən ağlıma gəldi, bayaq mənə tanış gələn qoxu toz qoxusu idi. Yay aylarında kənd yolunda havalanan tozun belə qoxusu gələrdi. - Nə oldu axı sənə? Deyirlər, yeyib-içən kişi olubsan. "Yeyib-içən" kişi olmaq Azərbaycan erkəyinin çox xoşuna gələn ifadədir. Bu ifadə həmin adamın zənginliyindən, əliaçıq olmasından, başqasına diqqətindən, pul xərcləməyindən soraq verir. Tağını bu sözlə dilləndirə, könlünü ala, dərdlərini çözələyə bilərəm, düşünürəm və yanılmıram da... Mənimlə maraqlanır. Kimliyimi soruşur. "Allah adamıyam, - deyirəm, - səni gördüm, eləcə söhbət etmək istədim". Söhbətimiz, daha doğrusu, məni maraqlandıran mövzuya çox çətinliklə giriş edə bilirəm. Tağı əlini qoltuğunun arasına aparır, nəyi isə sıxıb öldürür, sonra barmaqlarını iyləyir. İstər-istəməz çimçişirəm, o isə sanki bu qoxunu qəlyanaltı edir. - Mənim iki oğlum var. Nəvələrimin də toyunu görmüşəm. Bu yaxınlarda olurduq. Yolu genişləndirdilər. Bizə yaxşı pul verdilər. Uşaqlarıma ev aldım. Kiçik oğlumla qalırdım. Gəlinim məni qovdu evdən. MƏNİ LAĞA QOYDU, ÜZÜMƏ TÜPÜRDÜ - Niyə? - Uzun söhbətdi. Başın ağrıyar. - Heç nə olmaz, sən yüngülləşərsən danışsan. - Mən, burda bir ayrım balası var, ona danışdım. Məni lağa qoydu, üzümə tüpürdü. - Tağı, sən öl, mən elə adam deyiləm, gəlinin səni niyə evdən qovdu axı? Bəs oğlun nə dedi? Böyük oğlun da var axı, gedəydin onun yanına. Arvadın hanı bəs? Sualları ard-arda düzməyim onu çaşdırır. Dırnaqları ilə dabanının qaysaq bağlamış yarasını qoparır. Baxışlarında ürkəklik, qorxu var. Hiss edirəm ki, danışmaq istəmir. Gəlininin yamını vermək istəmir. Amma mən də inadcılam. Özümdən bir əhvalat uydururam, guya nə vaxtsa qonşuluqda yaşayan bir kişinin gəlininə elədiyi zülmdən bəhs edirəm. Sözü fırlayıb gətirirəm onun ailə faciəsinin üstünə: - Bəlkə sən də belə olubsan? - Yox, mən elə olmamışam. Amma gəlinim təzə evə köçəndən sonra mənimlə yola getmədi. Dava salırdı, get o biri gəlinin yanına, deyirdi. Mən də evə ancaq axşamlar gəlirdim. İçkili olurdum, girib yatırdım. Bir dəfə isə gecədən keçmiş evdə hənirti eşitdim, keçdim, gördüm gəlinim, nə isə... pis yoldadır. MƏN GÖZÜYLƏGÖRMÜŞƏM - A kişi, bəs deyirsən oğlum, nəvəm var, bu, haradan çıxdı? - Oğlum maşın alveri edirdi. Gedir, 10 gün çəkir gəlməyi. Nə isə, gəlinə bir söz demədim, keçdim tualetə səs-küy saldım ki, "qonağını" yola salsın. Mənim adım gözüyləgörmüşdü... Sonra hiss etdim ki, sakitlikdir. Ayaqyolundan çıxdım. Gəlin əsəbi halda koridorda idi. Çımxırdı üstümə ki, niyə yatmırsan, bu nə səs küydür? Dedim bala, mane oldum, adamın getdi? Hay-küy saldı, dedi nə adam, "alkaş", nə danışırsan?! Qeyrət güc gəldi mənə, girdim bunun otağına, ardımca gəldi. Saçından tutub basdım yatağına, əynində nə vardısa dartdım cırdım, çıxartdım. Saxladım lüt-ətcəbala. Döydüm o ki var. Dedim ki, sabah açılan kimi çıx evdən. Düşdüm həyətə. Heç yarım saat keçməmişdi polislər gəldi. Qalxdılar yuxarı. Mən də bunların ardınca içəri keçdim. Gəlin dedi ki, guya mən onu döyüb zorlamaq istəmişəm. Axırım da belə. OĞLUM MƏNƏ DEDİ Kİ, SƏN OĞRAŞSAN - Amma sən onu zorlamağa cəhd etmədin heç... - Nə danışırsan, mənim qeyrətim buna yol verməz. Heç belə şey olmaz axı. Kişi də gəlinini... Tağının faciəsi bununla bitmir. Oğlu səfərdən gəldikdən sonra çox çalışsa da, hadisə necə olduğuna onu inandıra bilməyib: - Oğlum mənə dedi ki, sən oğraşsan, get burdan, gözüm görməsin. Yoxsa səni özüm üzdəniraq edərəm. Böyük oğlumgilə getdim, arvadı dedi ki, bu evə gəlmə, evdə gəlinim var, bizi biabır etmisən. - Sən demədin ki, uzun müddət bir yerdə yaşamışıq, mən heç elə adam deyiləm?.. - ... BACIN QIZI QONŞU KİŞİLƏRƏ GÖZ-QAŞ EDİR Tağının faciəsi doğrudan da ürək ağrıdıcıdır. Söhbəti burda da bitirmək istərdim. Lakin kiçik bir araşdırma aparmaq qərarına gəldim. Növbəti gün onun nişan verdiyi yerdə yaşayanların axtarışına çıxdım. Vaxtı ilə o ərazidə yaşamış xanım şairə mənə istiqamət verdi. Onun qonşuluğunda yaşayan Rafiqlə (adlar şərtidir) məni tanış etdi. Rafiq uzun-çək çevirdən sonra bəzi məsələlərə aydınlıq gətirdi: - Tağı oğraş adamdır. Onun arvadının ürəyi partladı öldü. O, yaxşı pul qazanırdı. Yaşı çox da olsa, gümrah idi. O, baldızının qızına sataşmışdı bir dəfə. Rayondan xalasıgilə gələn gənc qadın uşağını həkimə göstərəcəkmiş. Bir dəfə hamamda çiməndə sərxoş halda girib içəri, qadına təcavüz etmək istəyib. Baldızı qızı da bunu itələyib, yıxıb yerə, başı zədələnib. Hadisə böyüməsin deyə, Tağı arvadına hadisəni özünə sərf etdiyi kimi nəql edib: "Bacın qızını evdən çıxart, qonşu kişilərə göz-qaş edir, danlamaq istədim, itələdi, başım zədələndi". Arvad inanmayıb, bacısı qızı ilə söhbət edib. Qız deyib ki, bəs mən hamamda çiməndə ərin qapını açıb içəri keçib. Mən də özümü qorumuşam. Onda qonşular da bildi bu söhbəti. Amma abırlarını içlərinə saldılar. Onu məhəllədə heç kəs sevmirdi. YENİDƏN TAĞININ YANINDA Ertəsi gün Tağının yanına gəldim. Bu dəfə məni köhnə tanış kimi qarşıladı. Kefimi soruşdu. Dedim, kefim pisdi. Səbəbini soruşdu. Dedim ki, təsadüfən sənin baldızının qızı ilə qarşılaşdım. Uşağını həkimə gətirmişdi, o səndən heç də yaxşı olmayan söz-söhbət danışdı. MƏN NAKİŞİ DEYİLƏM... Tağı üzümə baxdı, toz-torpaqlı başını qaşıdı. Boynunu çiyinlərinin arasına qısdı, sanki başını gizləmək istəyirdi. Öskürdü. Qorxuqarışıq qəzəbi hiss etdim baxışlarında. Çömbələrək qarşısında oturdum. - Düzünü de, sənin gəlinin yanında yad adam olanda niyə otağa girib, onu, yaxud gəlinini öldürmədin? Niyə onları iş başında tutmadın ki, dilin uzun olsun? Nə fikirləşdin? Niyə gəlini döyməzdən qabaq onun əynindəkiləri cırdın? Dinmədi. Üzümə baxmaqda davam etdi. Mən: - Mənə hər şey aydındır. Sən gəlinini şantaj edib, onun yatağına girmək istəyibsən... Aralandım. Ardımca zəif səsini eşitdim: - Yox, düz demirsən, mən nakişi deyiləm... Amma kişi də deyiləm... |
2014-05-02 | 16,451 | Oksana azərbaycanlı olduğunu dedi | "Mən məşhur Ağabəyovlar nəslidənəm". Rəqqasə Oksana Rəsulova "Axar.az"a verdiyi açıqlamada başqa millətdən olmaması ilə bağlıona söz atanlara xəbərdarlıq etdiyini bildirdi: "İnanın ki, artıq bu suallara cavab vermək istəmirəm. Yoruldum hər kəsin məni başqa millətin vətəndaşı hesab etməsindən. Kimdirsə, söz yayıb ki, mən azərbaycanlı deyiləm. Xeyr, bu, heç də belə deyil, mən əslən azərbaycanlıyam və bunu da sübut etdim. Sadəcə, mən dünyaya gəlməmişdən əvvəl rəhmətə gedən nənəm anamın yuxusuna girib. Deyib ki, qızının adını Oksana qoyarsan. Mən məşhur Ağabəyovlar nəslidənəm. Mənə söz atanlara isə artıq xəbərdarlıq etmişəm". |
2014-05-02 | 16,452 | Putinin şəxsi nümayəndəsi Slavyanskda yoxa çıxıb | Rusiya tərəfi ATƏT nümayəndələrinin azad edilməsi üçün Ukraynanın cənub-şərqinə göndərilən Putinin şəxsi nümayəndəsi Vladimir Lukinlə əlaqə yarada bilmir. "Axar.az" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Peskovun sözlərinə görə, Slavyanskda hərbi əməliyyatların başlamasından sonra Lukinlə əlaqə yaratmaq mümkün olmayıb. Qeyd edək ki, ötən həftə Slavyanskda separatçılar ATƏT-in 11 hərbi müşahidəçisini girov götürmüşdülər. Danışıqlardan sonra onlardan biri – diabet xəstəliyindən əziyyət çəkən İsveç zabiti azad edilmişdi. |
2014-05-02 | 16,453 | “İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır” | Bu həftə də "Yağmurun qonaqları" rubrikasında yenə söhbət ədəbiyyatdan oldu. Tənqidçi Vaqif Yusifli ilə danışıb aydınlaşdırmaq istədik. Görəsən ədəbi tənqidimiz nə qədər səmimidir? - Vaqif müəllim, siz iki dönəmin ədəbi mühitini birləşdirən bir insansınız. Sövetlər zamanı bir əsər haqqında tənqidi fikir söyləmək asan idi, yoxsa indi? - Mənim uçun o zaman asan idi tənqid etmək. Hətta bəzən buna görə başım bəlalar da çəkib. Təhqir olunduğum vaxtlar belə olub. Bayram Bayramovun, Ələviyyə Babayevanın, Gəray Fəzlinin romanlarını tənqid etmişdim. Buna görə mənim əleyhimə bir neçə yazı da çap olundu. O zaman bərk həyəcan keçirirdim, amma sonra tənqid "qazanında" əməllicə bişdim, bərkidim. Ömrümdə daha bir neçə belə hadisə olub. Tənqidçi həmkarım Rəhim Əliyevlə də ədəbi qəhrəman mövzusunda bir mübahisəmiz düşdü. Mən Vaqif Nəsibin "Bilalın elçiliyi" hekayəsindən söz açmışdım. Hekayənin qəhrəmanı Bilal qonşuluqda bir qız sevir, amma qızın atası elçiləri rədd edir, iti Bilalın üstünə qısqırdır, amma it Bilalı tutmur. Bilal təmiz ürəkli bir oğlan idi. Ailə qurmaq istəyirdi. Rəhim Əliyev məni "tənqid" edirdi ki, sən Bilala haqq qazandırırsan. Mən belə tənqidlərə sonralar alışdım. İndi belə kəskin polemikalar da yoxdur. Yaxşı əsərlər də var, amma ortabab nəsr meydan sulayir - Necə bilirsiniz, indi hansısa əsər haqqında söz deyəndə səmimi deyilir, yoxsa dostluqlar, yoldaşlıqlar bu sözü adamın boğazına tıxayır? - Hər ikisindən var, amma qeyri-səmimi yazılar daha çoxdur. Mən səmimi yazıram. Ümumiyyətlə, hər bir tənqidçi üçün səmimiyyət müəyyən ölçü vahidi olmalıdır. Mənim yazılarımı oxuyanlar deyirlər ki, Vaqif Yusifli səmimi insan olduğu üçün səmimi yazır. - Bu gün Azərbaycan nəsrini necə dəyərləndirirsiniz? - Yaxşı əsərlər də var, amma ortabab nəsr meydan sulayır. Mən həmişə nəsrimiz haqqında nikbin düşünmüşəm. Son illərdə bizdə bir sıra maraqlı nəsr əsərləri meydana çıxıb. Məsələn, Kamil Əfsəroğlunun "İt qanı", "Çadır", Aqil Abbasın "Dolu", Mustafa Çəmənlinin "Ölüm mələyi", Elçin Hüseynbəylinin "Metro vadisi", Əlabbasın "Qaraqovaq çölləri", Natiq Məmmədlinin "Körpüdə ümid" romanları məni ümidləndirir ki, Azərbaycan romanları yeni bir mərhələyə qədəm qoyur. Zəif romanları isə oxumuram və oxumaq istəmirəm. Ədəbi mühitdə xaos hökm sürür - Bəs ədəbi mühit necə, sizcə, normal münasibətlər hakimdirmi bu mühitdə? Yoxsa saxtakarlıq, boğazdan yuxarı deyilən sözlər burdan da yan keçə bilməyib? - Ədəbi mühitdə xaos hökm sürür, heç kim heç kimin əsərini oxumur, tərif xirtdəyəcən, boz ədəbiyyat meydan sulayir. Ümumiyyətlə, bu, zamanın diqtəsidir. - Sözün dəyəri... Sizcə söz sahibi olanların hamısı sözünün sahibidir, yoxsa onların da çoxu adi yalançılar, sözü öz əməllərində qətl edənlərdir? - Sözü uca olanlar var, onlar özlərinə və sözlərinə qiymət verə bilirlər, azdırlar, amma ədəbiyyat onların çiyinlərindədir. Tənqiddə cəsarətli olmaq o deməkdir ki... - Gələk tənqid və tənqidçilərə. Necə bilirsiniz, bu gün əvvəllərə nisbətən tənqidçilər daha cəsarətli və səmimidirlər? - Səmimi olanlarda cəsarət, cəsarətli olanlarda səmimiyyət olmur. Mən cəsarət deyəndə hansı bir tənqidçininsə bir yazıçının külünü göyə sovurmağını başa düşmürəm. Tənqiddə cəsarətli olmaq o deməkdir ki, sən danışdığın əsər haqqında nə lazımdırsa, onu deyə bilirsən. - Bəs savad, sözə dəyər vermək baxımından necə, indi məsuliyyət daha çox hiss olunur, yoxsa əvvəllər çox idi diqqət? - Savadli tənqidçilər az deyil, məsuliyyətinsə savada aidiyyəti yoxdur. Bizdə savadlı tənqidçilər çoxdur. Savadlı olmağı mən hər kəsin öz peşəsinə, sənətinə daha artıq yiyələnməsində görürəm. Əgər bir tənqidçi poeziyadan söhbət açırsa, kiminsə şeirlərini təhlil edirsə, bəlkə o şəxs həmin şeri şairin özündən də artıq duymalıdır. Necə ki, Belinski Puşkini duyurdu. Tənqidimizdə şəxsi münasibətlərin rolu daha aydın hiss edilir - Bəzən tənqidçilər şəxsi münasibətlərin kölgəsindən çıxa bilməyib qərəzli məqalələr də yazırlar. Yoxsa heç belə olmur, mənə belə gəlir? - Həmişə belə olub, indi də bu davam edir. Bizim tənqidimizdə şəxsi münasibətlərin rolu daha aydın hiss edilir. Kiminsə, vəzifədə olan hansı yazıçınınsa bir əsəri çıxır və bu əsər haqqında tərifçi, tərənnümçü tənqidçilər ardıcıl 2-3 il "gözəl" məqalələr yazırlar. - Azərbaycan ədəbiyyatında sizcə şişirdilib böyük yazar olanların sayı çoxdur, yoxsa kiçildilib lazımı qiymətini ala bilməyənlərin? - Şişirdilmək, kimisə ərşi-əlaya qaldırma sovet dövründə adət idi, indi də var. Bu bizim ədəbi mühitin ən zəif cəhətidir. İndi necə deyərlər, ortabab bir şairdən Məmməd Araz, yaxud Əli Kərim zirvəsi düzəltmək çox asandır. Poeziyada biz hamıdan üstünük, nəsrdə yox - Müasir dövrdə yazan xarici yazarlar ilə heç Azərbaycan yazarlarının əsərlərini müqayisə etmisiniz? Əgər etmisinizsə, bizim ədəbiyyat uzaqlarda yazılan ədəbiyyatdan çoxmu geridə qalır, yoxsa vəziyyət heç də deyilən kimi deyil? - Poeziyada biz hamidan üstünük, nəsrdə yox. - Son olaraq... Özünüifadədə yazarlarımız nə qədər səmimi və gerçəkçidirlər? - Özünüifadə özünüdərkdən başlayır. Özünü dərk edəndən sonra səmimi olmaq başlıca şərtdir. Başqalarını bilmirəm, mən həmişə səmimi olmuşam. |
2014-05-02 | 16,454 | ANS-in jurnalisti Milli Məclisə buraxılmadı | Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasına ANS-in parlament müxbiri buraxılmayıb. Operator içəri buraxılsa da, müxbir, tanınmış jurnalist Ləman Ələşrəfqızı parlamentin binasına buraxılmayıb. Ona adının siyahıdan çıxarıldığı bildirilib. Adının niyə siyahıdan çıxarılması isə açıqlanmayıb. Qeyd edək ki, L. Ələşrəfqızı ötən iclasda deputatların bir – birlərinin, yaxud aparat əməkdaşının deputatların yerinə səs verməsi ilə bağlı tənqidi sujet hazırlamışdı /Qafqazinfo.az/. |
2014-05-02 | 16,455 | “ANS-də erməni musiqisi vermək tolerantlığın sübutudur” | "ANS ÇM radiosunda "Qafqaz top 20" verilişində Qafqaz ölkələrinin musiqiləri səslənir. Əgər söhbət Qafqaz ölkələrindən gedirsə, onlardan biri də Ermənistandır. Biz istəsək də, istəməsək də Ermənistan Qafqaz respublikasıdır". Bu sözləri "Axar.az"a dörd həftədir ANS ÇM-də yayımlanan "Qafqaz top 20" verilişinin aparıcısı Aytən Səfərova etiraza səbəb olan verilişində erməni musiqilərinin səsləndirilməsindən danışarkən bildirdi. Xanım aparıcı qeyd edir ki, bununla radio ANS ÇM-in və azərbaycanlıların ermənilərin təqdim etdiyi kimi vəhşi yox, tolerant olduğunu nümayiş etdirir: "Biz obyektiv insanlarıq. Ermənilərin bizə qarşı etdiyi vəhşiliyi hər kəs kimi mən də bilirəm. Xocalıda törətdikləri faciəni də görmüşəm, qız-gəlinlərimizin başına gətirilən oyunlardan da xəbərim var. Ancaq buna baxmayaraq, onlar bütün dünyaya bizim vəhşi olduğumuzu göstərməyə, sübut etməyə çalışırlar. Hər yerdə də bar-bar bağırırlar ki, biz qəddarıq, qatilik, vəhşiyik. Halbuki qəddarlığı da, vəhşiliyi də biz onlardan görmüşük. Amerikada da, Fransada da ermənilərin olduqca güclü diaspor təşkilatları var. Onlar öz diaspor təşkilatlarının sayəsində bizi bütün dünyaya vəhşi kimi tanıdırlar. Lakin biz həmişə sülhsevər xalq olmuşuq. Əgər belə olmasaydı, təcavüzkar biz olardıq. Ancaq onların Xocalıda, Qarabağ müharibəsində etdiyi vəhşiliyi biz onlara qarşı edə bilmərik. Biz elə vəhşiliyi edə biləcək xalq deyilik". A.Səfərova qeyd edir ki, ideya müəllifi Vahid Mustafayev olan və aparıcılığını etdiyi "Qafqaz top 20" verilişində erməni müsiqilərinin səslənməsi vətənə qarşı xəyanət demək deyil: "Mən Azərbaycanda Qarabağ müharibəsini əvvəldən axıradək əlində kamera ilə keçmiş Vahid Mustafayev qədər vətənpərvər ikinci jurnalist tanımıram. Qarabağ müharibəsi ərəfəsində kimlərsə stol altında gizlənəndə, Vahid Mustafayev müharibədə idi. İdeya müəllifi Vahid Mustafayev kimi bir insanın olduğu verilişin arxasında başqa səbəblər axtarmaq düzgün deyil. Musiqi sərhəd tanımır. Əgər belədirsə, o zaman Müslüm Maqomayev kimi korifeyin də bəzi mahnılarını dinləməməliyik?! Axı, onları da Mikayıl Tarıverdiyev və Arno Babacanyan yazıb. Bu gün Ermənistanda Röyanı da dinləyirlər, Üzeyir Mehdizadəni də, Vaqif Mustafazadəni də və bunu hətta reklam edib özlərini sülhsevər kimi təqdim edirlər". Aparıcının sözlərinə görə, dörd həftədir yayımlanan verilişin indi etiraza səbəb olmasını təəccüblə qarşılayır: "Veriliş bir aydır ki, efirə gedir və orada mən həmişə vurğulayıram ki, Azərbaycanın torpaqlarında yaşayan erməni sakinləri də nəzərə alırıq. Maraqlıdır ki, bu məsələni niyə indi şişirdirlər? Özü də məsələn, Fransa prezidentinin səfəri ərəfəsində? Yəqin burada Azərbaycanı sevməyən və bizi vəhşi kimi təqdim etməkdən xoşhallanan müəyyən qüvvələrin rolu var". Qeyd edək ki, "Qafqaz top 20" musiqili verilişi ANS ÇM radiosunda hər həftənin şənbə günləri saat 19.00 və 20.00 arası efirə gedir və burada Çeçenistan, Gürcüstan, Kabardin-Balkar, İnquşetiya, Dağıstan və digər Qafqaz respublikalarının mahnıları ilə yanaşı ermənistanlı ifaçının da mahnısı səsləndirilir. |
2014-05-02 | 16,456 | Nurçuların şirkəti “Azərsu”nun tenderində necə qalib gəldi? | Bu gün dövlət əhəmiyyətli layihələrə ayrılan vəsaitlərin podratçılar tərəfindən mənimsənilməsi geniş yayılmış tendensiyaya çevrilməkdədir. Xüsusilə ölkənin su, kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələrdə yayınmalar təhvil-təslim işlərinin illərdir ləngiməsinə gətirib çıxarıb. "Azərsu" ASC-nin nə köhnə, nə yeni rəhbərliyi layihələrin nəzərdə tutduğu məqsədi əhaliyə çatdıra bilməyiblər. Belə ki, ölkənin bir çox ərazilərinə hələ də su fasilələrlə verilir, nasaz vəziyyətdə olan kanalizasiya xəttlərindən çirkab sular küçələrə axır. Sual yaranır: bəs 3 il ərzində "Azərsu" və onun əsas podratçısı "Hidro-Lotus" MMC nə işlə məşğul olub?.. Əvvəlcə nəzərə çatdıraq ki, "Hidro-Lotus" Məhdud Məsuliyyətli Cəmiyyətin özünün hansı kriteriyalarla layihə podratçısı seçilməsi sual olaraq qalır. Çünki MMC 26.07.2011-ci il tarixdə Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınıb. Yəni Nazirlər Kabinetinin Bakı şəhərində və respublikamızın müxtəlif rayonlarında təmiz, çirkab su stansiyalarının inşaatı, su boru şəbəkələrinin yenidən qurulması ilə bağlı 2011-ci il 15 iyul tarixli 194s nömrəli sərəncamından sonra. Növbəti mərhələdə isə şirkət "Azərsu"nun keçirdiyi tenderin qalibi elan edilib. Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarında "Dövlət satınalmaları haqqında" qanunun 6-cı maddəsində (Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər) 50 min manatdan yuxarı dövlət sifarişlərinin bu sahədə ən azı 5 il təcrübəsi olan şirkətlərə verilə biləcəyi göstərilib. Bundan əlavə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılıq tələb edilib. Amma "Hidro-Lotus" adlı şirkətin varlığı cəmiyyətə tenderdən sonra bəlli olub. Onu da bildirək ki, "Hidro-Lotus" MMC-nin 70 faizi "Hidro-İnşaat Servis"ə, 30 faizi isə Türkiyənin "Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirkəti"nə (qısaca adı - "Lotus") məxsusdur. Əslində bu, normaldır. Çünki təcrübə göstərir ki, tenderin qalibi olmaq üçün sifarişçi əvvəlcə özünə podratçı şirkət yaradır. Şübhələri üzərindən atmaq məqsədilə layihənin icrası dövründə hansısa xarici anonim şirkətlə ortaq olur. Bu ortaqlıqsa bəzən layihə bitmədən pozulur… Məlumatlara görə, "Hidro-Lotus" MMC-də ilk vaxtlar şirkətin rəhbərliyində əsasən türklər, xüsusilə nurçular təmsil olunurmuş. Həmin ərəfədə layihələrin icrasında, məvaciblərin verilməsində heç bir problem yox imiş. Vəziyyət sifarişçinin köçürmələri azaltmasından və öz qohumunu rəhbərliyə gətirməsindən sonra dəyişib. Yəni əvvəllər layihələrin icrası uçun nəzərdə tutulan vəsait 2012-ci ildən etibarən, yəni "Azərsu" sədri Qorxmaz Hüseynov qaynı Namiq Cəbrayılovu şirkətin rəhbərliyinə təyin etdikdən sonra yarıbayarı azaldılıb. Buna adekvat olaraq maaşlar aşağı salınıb, layihələrin smetasında rəqəmlər dəyişikliyə uğrayıb. Öz ölkələrində İQ-ləri bir işə yaramayan, lakin Azərbaycanda mütəxəssis kimi 3-4 min manat maaş alan türklərin əksəriyyəti geri qayıtmağa başlayıb. Diqqəti çəkən məqamsa layihədə nəzərdə tutulan işlərin aparılmamasıdır. Ölkənin su, kanalizasiya sistemi 3 il əvvəl nə vəziyyətdə idisə, hazırda da eyni haldadır. "Azərsu" su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində çox iş gördüyünü, əhali isə içməyə su tapmadığını deyir. Halbuki "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası üçün 87 mln., Bakının 11 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası üçün 181,112 mln. manat vəsait nəzərdə tutulub. Konkret Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 2011-ci ilin dövlət büdcəsindən 3 054 066 manat, su təchizatı qurğularının istismarı və xidməti üzrə bələdiyyələrə göstərilən maliyyə yardımı ilə bağlı xərclərə isə 776 951 manat vəsait ayrılıb. Son 2 ilin (2012-2013) büdcəsindən isə "Azərsu" ASC-yə 20 000 000 manat verilib. Bütün bu vəsaitlər sifarişçi ilə podratçı arasındakı yolda "it-bata" düşüb. Hazırda "Hidro-Lotus" MMC-də yenidən ixtisarlar başlayıb. Türkiyə vətəndaşlarının demək olar ki, hamısı işdən çıxarılıb. Dövlət əhəmiyyətli layihəni icra edən şirkətin qapadılaraq sektordan çıxması məsələsi gündəmə gəlib. Etibarlı mənbədən aldığımız məlumata görə, bunun nurçulara qarşı kampaniya ilə heç heç bir əlaqəsi yoxdur. Sadəcə, korrupsiya faktlarını ört-basdır etmək üçün şirkətin müflis elan edilməsi planlaşdırılır. Layihələrin bundan sonrakı taleyi isə bəlli deyil. İndi sual yaradan bir məqam var: niyə "Azərsu" ASC-nin sifarişçi olduğu layihələrdə podratçı son anda fırıldaqçı elan edilir?.. Xatırladaq ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəklişində əsas podratçı olan "Turan Hazinadaroğlu" şirkətinin də aqibəti oxşar olmuşdu… |
2014-05-02 | 16,457 | Binə bazarında kütləvi narazılıq - Foto | Binə bazarında tacirlərin köçü başlayıb. Bu köç haqda "Axar.az"a bazarda çalışan Ramin Həsənov məlumat verib. Məlumatda deyilir ki, yer haqlarının süni şəkildə artırılması və qeyri-rəsmi rüsumların hər ay yığılması ticarətçiləri bezdirib. Binə yarmarkasında çalışanlar bazarı tərk edib, yaxınlıqdakı Karvansaray və Sədərk bazarlarına üz tuturlar. Onların sözlərinə görə, səbəb odur ki, burada yalnız rəhbərliyin cibinə işləyirlər. Ramin Həsənov rüsumların həddindən artıq çox olduğunu deyib: "Hər ay sayğac pulu, təhlükəsizlik kamerası pulu və bu cür onlarla heç yerdə görünməyən rüsum yığılır. Alverin zəif olduğu bir vaxtda da bu pulları vermək olmur. Müdiriyyətə dəfələrlə bu haqda demişik. Amma nə fayda? "Bu mənim problemim deyil, gətir pulu ver", - deyir. Biz də məcbur qalıb o biri bazarlara köçürük". |
2014-05-02 | 16,458 | Mourinyo qisas alır – “Atletiko”nu dağıdır | Çempionlar Liqasının yarımfinalında mübarizəni dayandıran "Çelsi" növbəti mövsüm üçün heyətin formalaşdırılmasına başlayıb. "Axar.az" xəbər verir ki, London klubu artıq 2 futbolçunun transferini gerçəkləşdirmək üzrədi. "Çelsi"nin transfer etmək istədiyi futbolçular ÇL-in yarımfinalında məğlub olduğu "Atletiko"ya məxsusdu. London klubu "Atletiko"dan Luis Filipe və Dieqo Kostanı heyətində görmək istəyir. "Çelsi"nin Filipe üçün 20 milyon avro təklif etdiyini və bu transferlə bağlı artıq razılıq əldə olunduğu bildirilir. Londonlular Kostanın da transferini reallaşdırmaq üçün danışıqları davam etdirirlər. Bundan əlavə, "Çelsi"nin "Atletiko"nun qapıçısı Tibo Kurtuanı da Londona qaytaracağı bildirilir. Qeyd edək ki, müqavilə ilə "Çelsi"yə məxsus olan Kurtua "Atletiko"da icarə əsasında çıxış edir. |
2014-05-02 | 16,459 | Zakir Həsənov Libermanla görüşdü | Mayın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin Xarici İşlər naziri cənab Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyindən "Axar.az"a verilən məlumata görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz da iştirak edib. |
2014-05-02 | 16,460 | “Hepatit”lə bağlı dövlət proqramı təklif edildi | Millət vəkili Qənirə Paşayeva bu gün parlamentdəki çıxışı zamanı sağlamlıqla bağlı ciddi porblemlərə toxunub. "Axar.az" xəbər verir ki, ölkəmizdə Hepatit B və C-nin getdikcə artdığını və bunun böyük insan sağlamlığı üçün böyük faciələr yaratdığını deyən millət vəkili Qənirə Paşayeva Hepatit C və B-nin artmasının qarşısının alınması, Hepatit B və C-dən əziyyət çəkən insanların müalicəsinə və əməliyyatına dövlət dəstəyini nəzərdə tutan dövlət proqramının qısa zamanda qəbul edilməsinin vacibliyini vurğulayaraq millət vəkillərini hərəkətə keçməyə çağırıb: "Mərkəzi Neftçilər Xəstəxanasında qaraciyərlə bağlı həyata keçirilən 58 qaraciyər köçürmə, transplantologiya əməliyyatı zamanı aydın olub ki, 58 xəstənin 45%-nin qaraciyərinin bu vəziyyətə düşməsi Hepatit C, təxminən 40% Hepatit B mənşəlidir. Təkcə son həftə Mərkəzi Neftçilər Xəstəxanasının transplantologiya şöbəsində həyata keçirilən qaraciyər köçürmə əməliyyatı zamanı məlum olub ki, xəstələrin 3-nün qaraciyərinin ağır vəziyyətə düşməsinə səbəb Hepatit C olub. Bu əməliyyatların qiyməti isə aşağı və orta əmək haqqlı Azərbaycan vətəndaşı üçün həddindən artıq bahadır". Hepatit C-li xəstələrin qaraciyər köçürmə əməliyyatının 45 min manata, Hepatit B-li xəstələrdə isə qaraciyər əməliyyatında immunoqlobilinə ehtiyacı olduğu üçün 60 min manata başa gəldiyini deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, dünyanın hər yerində, o cümlədən ölkəmizdə də bu əməliyyatların baha olduğunu nəzərə alaraq, eyni zamanda icbari tibbi sığortanın tətbiqinə hələ nail ola bilmədiyimizə görə və Hepatit B və C-nin getdikcə artdığını nəzərə alaraq bir çox məsələləri özündə əks etdirən dövlət proqramına ciddi ehtiyac var. Millət vəkili həmin proqramda öz əksini tapması vacib olan bəzi təkliflərini səsləndirib: 1. Hepatit B və C-yə yoluxma, ondan qorunma yolları, onun törətdiyi faciələr, zamanında müalicənin nə qədər önəmli olması ilə bağlı əhalinin geniş maarifləndirilməsi həyata keçirilməlidir. 2. Əhali arasında Hepatit B-yə qarşı peyvəndin dövlət tərəfindən geniş şəkildə aparılması. Bu peyvənd üçün tələb olunan 3 iynənin birinin bugünki satış qiymətləri ilə 17 manata, ümumilikdə isə 51 manata başa gəldiyini və dövlət proqramı şəkilində dövlət tərəfindən həyata keçirilərsə, daha ucuz başa gələcək və əhalimizi Hepatit B-yə qarşı geniş şəkildə peyvəndini həyata keçirmək lazımdır və əhalinin bunun vacibliyi ilə bağlı geniş maarifləndirilməlidir. Biz bu peyvəndi geniş şəkildə həyata keçirə bilsək, peyvənd olunmuş insanlarımızın 95%-ni bu xəstəlikdən qoruya bilərik. Millət vəkili çıxışında Tayvandda bu istiqamətdə həyata keçirilmiş proqramdan danışıb və bildirib ki, 2000-ci ildə qaraciyər xərçəngini araşdıran zaman görüblər ki, onların xeyli hissəsi Hepatit B qaynaqlıdır. Əhalinin kütləvi şəkildə peyvəndləşdirilməsindən bir neçə il sonra aparılan araşdırmalardan sonra məlum olub ki, qaraciyər xərçəngi sürətlə azalır və Azərbaycanda da bu işləri aparsaq, qaraciyər xərçəngindən əziyyət çəkən insanların sayı xeyli azalar. 3. Hepatit C ilə bağlı ciddi maarifləndirilmənin genişləndirilməsi və insanların Hepatit C ilə bağlı müəyyən bir müddətdə yoxlamadan keçməsinin təmin edilməsi. 4. Transplantologiya əməlıiyyatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması. Millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, vətəndaş üçün 45 min manata başa gələn qaraciyər əməliyyatı 18% ƏDV-dən azad edilərsə, onun qiyməti xeyli azalar. Ölkədə icbari tibbi sığortanın tətbiq olunmadığını və insanlarımızın əksər hissəsininin tibbi sığortasının olmadığını nəzrərə alsaq transplantologiya əməliyyatlarının 18% ƏDV-dən azad edilməsi əhali üçün çox vacibdir. 5. Qaraciyər köçürmə əməliyyatlarının qiyməti daxilində dərman preparatlarının alınması və qiymətləri xeyli yer tutur. Əgər bu dərmanlar dövlət tərəfindən alınaraq təmin edilərsə, əməliyyatların qiyməti xeyli aşağı düşər və ƏDV-dən azad olunmaqla bərabər, əməliyyatın qiymətini 40%-ə qədər azalda bilər. 6. Əhalinin bəzi təbəqələrinə qaraciyər əməliyyatlarının pulsuz və yarıqiymətinə keçirilməsi. Millət vəkili bildirib ki, insanların müxtəlif müəssisələrdə və prosedurlar zamanı Hepatit B və C-yə yoluxma hallarının qarşısını almaq üçün ciddi nəzarət mexanizmlərinin həyata keçirilməsinə ciddi ehtiyac var və bu məsələləri də özündə əks etdirən dövlət proqramının qısa zamanda qəbul edilməsi minlərlə azərbaycanlı ailəsinin dövlətimizdən xahişidir. Onlar cənab Prezident İlham Əliyevin və ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə əhalinin sağlamlığı sahəsində ölkəmizdə həyata keçirilən çoxlu sayda dövlət proqramı və layihələr arasında bu məsələnin də öz əksini və həllini tapacağına inanırlar. |
2014-05-02 | 16,461 | Həbs olunan admiralın Etibar Pirverdiyevlə müştərək layihəsi | Həbsdə olan vitse-admiral Şahin Sultanovun həyat yoldaşının Prezident İlham Əliyevə ünvanladığı məktubda həbslə əlaqədar "yaxşı münasibətlərdə olduğu" şəxslər sırasında yalnız "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyevlə əlaqə saxladığını deməsi araşdırmalara yol açır. "Axar.az" xəbər verir ki, vitse-admiralın həyat yoldaşı məlum müraciətində E.Pirverdiyevin onu arxayın saldığını bildirmişdi: "Etibar Pirverdiyevlə telefonla danışmışam. Mənə dedi ki, ürəyini buz kimi saxla, bizdə hər şey tər-təmizdir". Göründüyü kimi, söhbət Bayraq Meydanının tikintisində zabitlərin köçürülməsi zamanı maliyyə yeyintilərinə yol verilməsi prosesinin istintaqın araşdırdığı barədə mediaya sızan xəbərlərin heç də təsadüfən yaranmadığını təqdiqləyir. Maraqlıdır ki, mediada Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Şahin Sultanovla "Azərenerji" sədri Etibar Pirverdiyevin yalnız bir dəfə - Bayraq Meydanı tikilərkən müştərək çalışdığı barədə məlumat var. Dövlət Bayraq Meydanının yerləşdiyi ərazidə vaxtilə 28 hərbiçi ailəsinin yaşadığı mənzillər vardı. Həmin mənzillərin sökülməsinə və orada yaşayan Hərbi Dəniz Qüvvələrinin zabitlərinin yeni mənzillə təmin olunmalarına dövlət büdcəsindən 2 milyon manat ayrılmışdı. Bayraq Meydanının inşasına Etibar Pirverdiyevə məxsus olduğu iddia olunan "Azenko" şirkəti məsuliyyət daşıyırdı və Meydanın tikintisində də hesabatı E.Pirverdiyev verirdi. Ş.Sultanovun vəkili isə Bayraq meydanı ətrafında baş verən köçürülmə prosesi ilə bağlı mənimsəmə faktlarında Şahin Sultanovun adının hallanmasına münasibət bildirib: "Orada köçürülmə çox sürətlə həyata keçirilib. Ola bilər ki, layihə çərçivəsində kimsə kimisə aldadıb. Lakin Şahin Sultanovun bu məsələdə günahı olmayıb". "Azərenerji ASC-nin mətbuat xidmətinin rəhbəri Fəridə Behbudova Sultanovun xanımının dediklərinə münasubət bildirərkən "Axar.az"a deyib ki, bu hadisələrdən xəbərsizdir: "Mən idarənin mətbuat xidmətində çalışıram, fərd olaraq kiminsə haqqında danışmaq ixtiyarım yoxdur". Xatırladaq ki, Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. |
2014-05-02 | 16,462 | Bakıda solçu gənclərə həbs cəzası verildi | 1 Mayı qeyd edənlərdən 3 nəfərə 10-15 sutka inzibati cəza kəsildi. Mayın 1-də Bakının Sabir bağında keçirilən aksiyada saxlanan 4 solçu gənclə bağlı məhkəmə qərar çıxarıb. Səbayel Rayon Məhkəməsi Aqşin Mustafayev və Taleh Rzaxanov barəsində 15 sutka, Sənan Güləhmədova isə 10 sutka həbs cəzası kəsib, Ümid Alışov barədə 180 saat məcburi əmək qərarı verib. Bakıda 1 May, Dünya Əməkçilər gününü qeyd etmək istəyən solçu gənclərin aksiyasının qarşısı alınıb. Paytaxtın Sabir bağında toplaşan gənclərin aksiyasına imkan verilməyib. Aksiyada iştirak edən 20-25 gəncin əllərindəki plakatlar alınıb, 6 nəfər saxlanıb. Onlardan ikisi - Fəxri Hacıyev və Kənan azyaşlı olduğu üçün sərbəst buraxılıb. Aksiyanın keçirilməsi barədə əvvəlcədən "facebook" sosial şəbəkəsində 1 Mayla bağlı "event" yaradılmışdı. Eyni tarixdə Azərbaycan Kommunist Partiyası (AKP) bayram piketi keçirib. /Musavat.com/ |
2014-05-02 | 16,463 | Bakıda hündürmərtəbəli bina yanır | Bakının Yasamal rayonu ərazisində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə Şərifzadə küçəsi 48 ünvanında qeydə alınıb. Daxil olan məlumata əsasən həmin ərazidə hündürmərtəbəli binanın girişində güclü yanğın başlayıb. Hadisə yerinə 2 yanğınsöndürənlər cəlb olunub. Hadisə şahidlərinin verdikləri məlumata görə, yanğın baş verən binadakı sakinlər evakuasiya olunub. Hazırda hadisə yerində yanğınsöndürən işləyir. /ANSpress/ |
2014-05-02 | 16,464 | Azərbaycanın yeni zirehli texnikaları - Foto | Ədliyyə Nazirliyi Penitensiar xidmətin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmət Mühafizə Alayının döyüş hazırlığının artırılması, şəxsi heyətin xüsusi texnikadan istifadə qabiliyyətinin təkmilləşdirilməsi və eləcə də mümkün kütləvi iğtişaşların qarşısının alınmasında istifadə olunması məqsədilə iki zirehli maşın alıb. Zirehli maşınlar Azərbaycan istehsalıdır və Müdafiə Sənayesi Nazirliyinin Cihazqayırma zavodunda istehsal edilib /Trend/. |
2014-05-02 | 16,465 | Putinin başına 100 milyon pul qoyuldu - Foto | Ukraynanın Dnepropetrovsk vilayətinin rəhbəliyi ətrafdakıları təəccübləndirməkdə davam edir. Belə ki, bu gün vilayət rəhbərinin müavini Boris Filatov yeni bəyanatla çıxış edərək, Rusiya prezidenti Vladimir Putinin fiziki məhvinə görə 100 milyon dollar vəsait ödəməyə hazır olduqlarını bildirib. "Axar.az" xəbər verir ki, Filatov alternativ variant da təklif edərək, Rusiya dövlət başçısının fiziki məhvi alnmayacağı təqdirdə onun hakimiyyətdən getməsinə cəhd edənlərə də analoji civarda qonorar ödəməyə hazır olduğunu dilə gətirib. Qubernator müavini Filatov isə fikrini belə əsaslandırıb ki, iki qardaş xalqın üz-üzə gəlməsinin, günahsız əsgər və zabitlərin gərginlik altında qalmasının təkcə bir günahkarı var – o da Vladimir Putindir. Yeni təklifin şərtləri və tezisləri mayın 5-nə qədər bəyan ediləcək. Qeyd edək ki, ilk bu tip addımlar vilayət qubernatoru İqor Kolomoyski tərəfindən atılmışdı. O, separatçıları və müxtəlif çaplı silahları təhvil verənlərə müəyyən miqdarda pul ödəyəcəyini demişdi. |
2014-05-02 | 16,466 | “Real” Avropanın birincisi oldu | UEFA 2013-2014 mövsümü üzrə Avropa klublarının yeni reytinq cədvəlini açıqlayıb. Axar.az UEFA-nın rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, siyahıya Çempionlar Liqasının final mərhələsinə yüksələn və ölkə çempionluğuna iddiasını davam etdirən "Real Madrid" 159,456 xalla başçılıq edir. Bu il uğursuz çıxışlar edən "Barselona" 157,456 xalla 2-ci , "Bavariya" isə 154,328 xalla 3-cü yerdədir. 4 və 5- ci yerləri müvafiq olaraq, "Çelsi" və "Mançester Yunayted" klubları bölüşürlər. İlin sürpriz komandası Madridin "Atletiko" klubu isə UEFA-nın sıralamasında 119,456 xalla 7-ci sıradadır. Azərbaycan klublarından "Qarabağ" 7.575 xalla 210-cu, "Neftçi" 219-cu, "İnter Bakı" 286-cı, "Bakı" isə 289-cu sırada qərarlaşıb. "Xəzər Lənkəran" isə UEFA-nın reytinqində 3.825 xalla 307-ci sıradadır. |
2014-05-02 | 16,467 | Azərbaycan döyüş təyyarələri havaya qaldırıldı | Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən mayın 1-də Hərbi Hava Qüvvələrinin uçuş hazırlığı yoxlanılıb. Müdafiə Nazirliyindən "Axar.az"a verilən məlumata görə, döyüş hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə aviasiya poliqonunda SU-25 tipli döyüş təyyarələrinin tətbiqi üzrə çalışmalar yerinə yetirilib. Təlim-məşq uçuşlarında müxtəlif aviasiya silahlarından yerüstü hədəflərə atəş açılıb. Döyüş tətbiqi üzrə qiymətləndirmə metodikasına uyğun olaraq, təlimlərdə iştirak edən uçuş heyətinin hazırlığı, praktiki fəaliyyəti və peşəkarlıq səviyyəsi yüksək qiymətləndirilib. |
2014-05-02 | 16,468 | Leyla Yunus: Antalyada ev və yarım milyon pul - Fotofakt | Eynulla Fətullayev "...Mən tumanımı aşağı çəkib unitazda oturmuşdum, "pipi" eləmək istəyirdim... O isə mənə baxırdı, imkan vermirdi ki, "pipi" eləyim..." "...Tualetə getmək istəyirəm. Cəhənnəm ol! Qarnım ağrıyır..." "...Sidik kisəm partlamağa qalır..." "...O, mənə dedi ki, səni ərinin gözünün qabağında zorlayaram. Ərimi də butılka ilə zorlamaqla hədələdilər..." Və sair və ilaxır. Azərbaycanlı dissident-hüquq müdafiəçisi Leyla Yunusun dilindən çıxmış bu qanadlı sözlər son günlər bütün dünyanı dolaşaraq pritçaya çevrilib. Bizim ənənəçi cəmiyyətimiz isə yaşlı qadının heç bir sıxıntı olmadan, utanıb-çəkinmədən işlətdiyi bu sözlərdən heyrətə gəlib, çaşıb qalıb. Leyla Yunus öz şəxsi həyatına dair məhrəm detalları bu cür açıq-açığına dilinə gətirəndə bunun həmvətənlərinə necə təsir göstərəcəyi barədə düşünmüşdümü? Açığına qalsa, şəxsən mən polis əməkdaşının 60 yaşlı Leyla Yunusun tumanının altındakı nəsnəyə baxmaq üçün sinov getdiyinə inanmıram. Heç ona da inanmıram ki, kimsə Leyla Yunusu zorlamaq, özü də ərinin gözünün qabağında zorlamaq istəyə. Özü də bunu kim edə, kim etməyə - Azərbaycanın ən əsil-nəcabətli Ləmbəranskilər nəslinin nümayəndəsi... Siz ziyalı Ləmbəranskinin qarışıq qanlı Yunusu Osventsimdə olduğu kimi zorlamasını özlüyünüzdə təsəvvür edirsinizmi? Aşkar iftiradır... Bir dəfə belə şey olmuşdu. Əbdürrəhman Vəzirov Azərbaycan KQB-sinin sədri Vaqif Hüseynovun Azərbaycan Xalq Cəbhəsi İdarə Heyəti üzvlərinin intim həyatını əks etdirən videokadrlar əlavə olunmuş hesabat xarakterli məruzəsini oxuyandan sonra öz iş otağında özbaşınalığı ilə tanınan azərbaycanlı Roza Lüksemburqu qəbul etmiş və söhbətdən isterikaya düşmüşdü. "Onlar öz qərargahlarında nə işlə məşğul olurlar? Bundan sonra da I katibin qəbuluna gəlirlər. Utanmazlar..." - deyə Vəzirov L.Yunusun iştirakı ilə keçirilən partiya iclaslarından çəkilmiş və ona KQB sədri tərəfindən təqdim olunmuş videoyazılara baxandan sonra emosional tərzdə bildirmişdi... Mən bütün bunlara inanmıram. Çünki indiki videokadrlarda tamamilə soyuqqanlı bir qadın görürük. O, burnunu çəkə-çəkə əlindəki almanı dişləyib çeynəyir, mahiyyətcə iyrənc, forma etibarilə isə sirk tamaşası qururdu. Leyla Yunus Azərbaycan polisinin üstündə mənim dövlətimin simvolikası olan papağını qudurmuşcasına, azğıncasına çıxarıb ayaqlar altına atanda isə özlüyümdə düşündüm: bu qudurğan qadın məsələn, Almaniyada, yaxud ABŞ-da polisin papağını bu cür utanıb-çəkinmədən, həyasızcasına çıxarıb yerə atsaydı, orada onun başına nə oyun açardılar görəsən?! Alman polisinin sərt hərəkətlərini, güc tətbiqi zamanı yol verdiyi amansızlığı dəfələrlə müşahidə etmiş biri kimi sizi əmin edirəm ki, frau Yunus alman polis zabiti ilə belə davransaydı, onu tumanını isladınca döyərdilər. Rusiyalı hüquq müdafiəçilərinin (bu, istər rus inqilabının nənəsi Lüdmila Alekseyeva olsun, istərsə də Svetlana Qannuşkina) açıq mühakimə olunduğunu, təzyiqlərə məruz qaldığını da dəfələrlə görmüşük. Amma müqavimətin yunusvari formasına əl atmaq bu ziyalı liberalların heç ağlına da gəlməz. Dekabrın 31-də, Moskvada narazıların marşı zamanı 80 yaşlı Lüdmila Alekseyevanın necə həbs olunduğunu yadınıza salın. Rusların Qar qızı formasını geymiş Alekseyeva "Marselyoza" oxuya-oxuya rus OMON-un qurduğu kordonun üstünə yeridi. Bu qoca nənənin arıq və kövrək qollarını burub tutsalar da o, gülümsəyirdi. Ləyaqətlə, məğrur dayanmış, başını dik tutmuşdu. Mitinq meydanını da belə məğrur halda, şərəflə tərk etdi. Əgər Alekseyeva papertidən olan əzabkeşdirsə, Yunus Parapetdən olan "manka-obleqasiya"dır. Yunus özü necədirsə, müdafiə elədiyi hüquqlar da elədir... Bəlkə mən yanılıram?! Ola bilər ki, başına pələng dərisini xatırladan ləçək bağlamış, ürəyi də xəstə olan bu yaşlı qadını sadəcə olaraq affekt vəziyyətinə gətiriblər?! Aclıq hissi və cənnət alması gəvələmək həvəsi də elə bu vəhşanə gərginlik və mənəvi əzablardan irəli gəlib?! Onu Qaralovun opriçnikləri və Usubovun skuratovçularımı bu həddə gətirib çıxardı?! Qətiyyən belə deyil, əsla inanmıram! L.Yunus öz növbəti rollarından birini oynadı. "Zəmanəmizin qəhrəmanı"nın aktyorluq məharətini tam miqyası ilə anlamaq üçün Yunusun qalmaqallı əməllərinin xronikasına nəzər salaq. Birinci pərdə. Falstart "Ayna-Zerkalo" qəzetinin icmalçısı Rauf Mirqədirovun həbsindən dərhal sonra ayağa qalxıb səsini çıxaran ilk adam L.Yunus oldu. Niyə də yox? Mirqədirovu Ermənistanın xeyrinə casusluqda ittiham edirlər. Bəs L.Yunus nə edir? O, jurnalisti açıq müdafiə etmək və istintaqa irad tutmaq əvəzinə çox şübhəli və qəribə bir bəyanat verir: "Məni də həbs edin!" Səni xeyir ola? Səni hansı məqsəd və əsasla həbs etməli idilər? Nə Arzu Abdullayevanı, nə Zərdüşt Əlizadəni, nə də xalq diplomatiyasının digər fəal iştirakçılarını, erməni-azərbaycanlı münaqişəsi ilə bağlı sülhyaradıcı proqramlara dəxli olan digərlərini yox, niyə məhz səni?! Axı Mirqədirovun konkret nədə ittiham olunduğu bu günə qədər də bəlli deyil, belə deyilmi?! Bəs onda bu "qarğa, məndə qoz var" məntiqi nədir?! Yoxsa xoruzun quyruğu görünür?! Bəlkə bu "pipi" eləmək məsələsi adamın başına vurub, ağlını çaşdırıb?! İkinci pərdə. Praqa baharı və "partiyanın qızılı" Baş Prokurorluq L.Yunusun məsləhətini nəzərə alaraq onu istintaqa çağırır. Şahid qismində. Özü də aprelin 28-də! Bəs bundan əvvəl hakimiyyəti onu həbs etməyə çağıran hüquq müdafiəçisi nə edir?! Ər-arvad Arif və Leyla Yunuslar bank hesablarından iri məbləğdəki pullarını tələm-tələsik çıxarmağa başlayırlar. Mirqədirov aprelin 20-də həbs olunur. Yunuslar ailəsi isə bundan 4 gün sonra Praqa banklarının birindəki hesablarına iri məbləğdə pullar köçürməyə başlayır. Və birdən, aprelin 28-də - Leyla Yunusun Baş Prokurorluqda şahid qismində ifadə verməli olduğu gün səhər tezdən hüquq müdafiəçisi 5 illik Şengen vizası alır. Bu sənəd ona Avropa İttifaqı ölkələrinin ərazisində yaşamaq hüququ verir. Və Yunuslar ailəsi aprelin 28-də istintaqın çağırışına getmək əvəzinə təcili surətdə aeroporta yollanır və faktiki olaraq başını aşağı salıb ölkədən qaçmağa cəhd edir. Amma Yunuslar nəyə görəsə çox axmaq bir marşrut seçirlər. Onlar Bakıdan Qətərin paytaxtı Dohaya, oradan isə Parisə uçmaq qərarı verirlər. Sual olunur: Bakıdan Parisə birbaşa reys ola-ola, yaxud Bakıdan İstanbula, oradan isə Parisə hər gün reys ola-ola (mən onu da öyrənmişəm ki, həmin gün türk aviaşirkətlərinin İstanbul-Paris reysi olub) Yunuslar nəyə məhz Dohaya, oradan Parisə uçub daha sonra da Brüsselə gəlməyə çalışıb? Leyla Yunus az sonra bu suala kameralar qarşısında belə cavab verəcəkdi ki, "məqsədi bir konfransda iştirak etmək idi". Sual olunur: hansı konfransda? Brüsseldə keçiriləcək bu konfrans nə tədbir idi ki, L.Yunus yazın axır-axırında ora bütün qış paltarlarını çamadanlara doldurub, pullarını Praqa banklarına köçürüb, 5 illik viza alıb gedir, titrətmə içində aeroporta tələsirdi? Hələ bu da hamısı deyil. L.Yunus bileti nəyə görəsə Bakı aviakassalarından almayıb. Bileti onun üçün Moskvanın "OZON travel" agentliyindən alıblar! Nəyə görə məhz Rusiya turizm agentliyindən? L.Yunus üçün bu bileti kim alıb, onun ölkədən getmək planınıns sxemini kim çəkib? Buyurun, bu da sizə fotofaktlar: Nəhayət, L.Yunus 5 illik vizanı Fransa səfirliyindən alıb. Az əvvəl burada ona Fransanın ali mükafatı - "Fəxri legion" ordeni təqdim olunmuşdu. Çox maraqlıdır, L.Yunus Fransanın - siyasətinin formalaşmasında güclü erməni disporunun rolunun çoxdan bəri həlledici olduğu (az qala "ikinci skripka" səviyyəsində!) bir dövlətin ali mükafatını hansı xidmətlərinə görə almışdı? L.Yunus erməni isteblişmentinin nümayəndələri ilə birgə "sülhyaradıcı layihələr" işləyib hazırlayır. Onu həmişə həm Ermənistanın özündən, həm də erməni diasporundan olan adamların əhatəsində görərsən. Laura Bağdasaryan, David Şahnazaryan (Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri), Riçard Kirakosyan (Vaşinqton), Qrant Baqratyan (keçmiş nazir, indiki deputat), Vaaqn Xaçatryan (İrəvanın sabiq meri), Arnold Stepanyan, Marina Karapetyan (erməni diasporunun nümayəndəsi), İqor Martirosyan (Ermənistan XİN), Lilit Petrosyan (Vaşinqton), Mari Titizyan (Kanada), Karine Stepanyan, Qarabağ separatçısı Samvel Babayan və digərləri L.Yunusun "sülhyaradıcı ziyafətləri"nin daimi iştirakçılarıdır. Sual edə bilərsiniz ki, mən hüquq müdafiəçisinin sülhyaratma təşəbbüslərini niyə dırnaq işarəsi arasında yazdım. Çünki bu cəhdlərin səmimiliyinə qətiyyən inanmıram. Çünki polkovnik Yunus uzaq 1992-ci ildə digər hüquq müdafiəçisi Arzu Abdullayevanı erməni hüquq müdafiəçiləri ilə görüşdüyünə görə cəzalandırmışdı. Məsələn, A.Abdullayeva erməni ombudsman və ictimai xadim Anait Bayandurla görüşlərdən sonra L.Yunusun şəxsi əmri ilə iki dəfə saxlanmışdı. Sual yaranır: L.Yunusu qırğı cildini bu sürətlə atıb sülhyaradıcı libasına bürünməyə nə vadar etdi? Üçüncü pərdə: qaçışı Fransa səfiri təşkil edir Fransa səfirliyinin həmin gün Baş Prokurorluqda şahid ifadəsi verməli olan L.Yunusa 5 illik vizanı bir neçə saatın içində verməsi azmış kimi işə hətta birbaşa Fransa səfirinin özü qarışır. L.Yunus aeroporta Fransa diplomatik nümayəndəliyinə məxsus avtomobildə gedir. Yəni şahidin ölkədən qaçışını faktiki olaraq səfir özü - cənab Paskal Monye təşkil edir. ABŞ-ın müvəqqəti işlər vəkili də buradadır (görünür, gözə görünməməyə qərar verən səfir Morninqstar bu çirkin "detektiv tarixçə"yə bulaşmaq istəməyib). Və Fransa səfirinin iştirakı ilə yaşanan bütün bu qalmaqallı əhvalat birbaşa Fransa prezidenti Ollandın Azərbaycana səfəri ərəfəsində baş verir. Səfirliyin və şəxsən səfirin özünün məqsədi nədir? Onlar Fransa televiziyasının Moskvada akkreditə olmuş müxbiri Yelena Voloşinanın L.Yunusun ilk zəngindən sonra Bakıya gəlişi barədə doğrudanmı heç nə bilmirdilər? Fransa prezidentinin səfəri ərəfəsində faransız KİV-lərində bu qalmaqal kimə lazım idi, kimin maraqlarına xidmət edirdi? Məsələ də budur. Buyurub baxın, ər-arvad Yunuslar bu vizanı Fransa səfirliyindən alıblar: Dördüncü pərdə: vasitəçi şəxs Nadejda Atayeva Leyla Yunus yalan danışırdı. Özü də bu çirkin əhvalatın lap əvvəlindən. Və olduqca xoşagəlməzdir ki, "bütün əzilmiş xalqların azadlığı uğrunda mübarizin" iştirakı olmadan baş tutması mümkün olmayan hansısa anlaşılmaz konfrans barədə iddialarla çıxış edərkən xarici diplomatlar da yalan danışırdılar. Allah bilər, günahları öz boyunlarına! L.Yunus Parisə uçurdu, heç bir Brüsseldən söhbət belə getmirdi. Və qaçqınları aeroporta qədər müşayiət edən diplomatlar da bu barədə xəbərdar idilər. Parisdə isə Yunusları mənşəcə özbək olan Nadejda Atayeva adlı biri gözləyirdi. O, 2000-ci ildə atasına - "Uzxlebprodukt" korporasiyasının rəhbərinə korrupsiya ittihamı ilə cinayət işi qaldırılandan sonra Özbəkistandan Fransaya qaçıb. Yeri gəlmişkən, N.Atayeva Özbəkistanın özündə qiyabi olaraq 6 il həbsə məhkum edilib. Hazırda isə o, əri Sergey İqnatovla birlikdə Parisdə yaşayır. Yunusların Parisə getməli olduğu həmin gün Nadejda Atayeva sosial şəbəkələrdə onların müdafiəsi üçün səs-küylü kampaniya başladı. O, erməni KİV-lərinə (panorama.am) istinadən başqa rezonans doğuran kampaniya da başlayıb və olduqca maraqlıdır ki, burada bizim köhnə qəhrəmanımızın - Vaşinqtondan olan "Miledi"nin də adı keçir. Yəni çoxları izah etməyə çalışır ki, informasiyanı məhz ledi Vinsentə çatdırmaq lazımdır. Həmin ledi Vinsentə - ötən il Azərbaycandan deportasiya olunan Amerika xüsusi xidmətlərinin məxfi əməkdaşına. Maraqlı təsadüfdür, elə deyilmi?! Beşinci pərdə: Antalyada mənzil Tutaq ki, bütün bu yuxarıda yazılanlar jurnalistin uydyurması və xəstə təxəyyülünün məhsuludur. Bu halda Leyla Yunus digər elementar suala - Brüsselə beynəlxalq konfransa getdiyi halda Antalyadakı mənzilinin mülk sənədlərini niyə özü ilə götürdüyünə necə cavab verə bilər? Axı onun çamadanında axtarış zamanı Antalyadakı daşınmaz əmlaka aid sənədlər çıxmışdı! Həm də təkcə onlar yox!!! Mən sualları və gəlirlər haqda bəyannamənin təqdim olunması barədə ədalətli tələbi, "işğalçı rejimin pəncəsi altında əzab çəkən" zavallı, yetim hüquq müdafiəçisində başqa ölkələrdə mənzil almaq üçün bu qədər pulun haradan olduğu barədə izahatı bir kənara qoyuram. Yunus nə zadəgan deyil, nə Hacı Zeynalabdin Tağıyevin nəvəsi deyil, təsəvvür edin, onun hətta azərbaycanlı oliqarxlara da qohumluğu çatmır. O zaman sual olunur: "pullar haradandır, Zin"?! Və bir də, Yunusların mənzillərinin "kupça"ları Brüsseldəki konfransda kimə lazım idi? Hə? Cavab vermirsiniz ki? Altıncı pərdə: 155 min manat, 230 min dollar, 100 min avro L.Yunus kifayət qədər böyük pul axınlarını idarə edib. Məsələn, təkcə hansısa anlaşılmazlıqdan (belə hesab edək!) "Transparency Azərbaycan" təşkilatına başçılıq edən korrupsiya ilə, qohumbazlıqla baş mübariz Rəna Səfərəliyevanın başçılıq etdiyi (oliqarxlara qarşı digər mübariz Mirvari Qəhrəmanlının qızı Mətanət Əzizova ilə birlikdə) "Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda" QHT-si vasitəsilə Leyla Yunus son bir neçə il ərzində 155 min manatı, 230 min dolları və 100 min avronu şəxsən alıb və bank hesabından çıxarıb. Əgər xanım Yunus istəsə, biz böyük məmuniyyətlə onun demokratiya uğrunda mübarizə, NKVD-yə qarşı savaş və ermənilərlə dostluq üçün daha hansı QHT-lər vasitəsilə başgicəlləndirici məbləğdə pullar aldığını göstərən siyahını da dərc edərik. Və bütün görünən odur ki, bu pulların böyük hissəsi Antalyaya gedib! Bəs R.Səfərəliyeva hara baxırdı? Axı korrupsiya və qanunazidd əməlin törədilməsinə dair şübhələr açıq şəkildə ortadadır. Bəs necə, "Transparency"nin hamisi, "krışa"sı müqəddəsdir! Maraqlıdır, NKVD-yə, Beriya və Yaqodaya qarşı əsl mübariz qismində xanım Yunus R.Səfərəliyevanın QHT-sinə hansısa aidiyyəti olmadığı halda bu təşkilatın hesabından böyük məbləğdə pulları necə çıxara bilib? Burada bank sənədlərinin saxtalaşdırılması olmadan keçinmək mümkün deyil və L.Yunus bunun köməyi ilə göstərilən tranşları nəqdiləşdirib. Və çox güman ki, bu qanunsuz maliyyə əməliyyatları Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə çağıran QHT-nin rəhbərliyinin razılığı olmadan həyata keçirilə bilməzdi! Yeddinci pərdə: pullar haradan gəlirdi? Görünən odur ki, hüquq-mühafizə orqanları tezliklə bu suala da cavab tapacaqlar. Ancaq indidən aydındır ki, L.Yunus bu pulları Böyük Britaniya və Kanada səfirliklərindən, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı NED fondundan alırdı. Maliyyə axınları Rəna Səfərəliyevanın QHT-sinin "UniBank"dakı hesabına daxil olurdu. Pullar Fransanın "Societe Generale" bankı, Amerika bankları "Citibank" və "Wells Fargo Bank" Avstriya bankı "Raiffeisen Bank" və alman bankı "Commerzbank"dan köçürülürdü. * * * Bax, indi mən Yunus cütlüyünə sual verirəm: bu QHT-lər vasitəsilə nəqdləşdirilən pullar hara xərclənirdi? Əgər onlar bu pulların qəpiyinə qədər hesabını verə bilsələr, məndə başqa QHT-lər və banklar üzərindən həyata keçirilən digər böyük maliyyə fırıldaqları, nəqdləşdirilən pul axınları barədə suallar yaranacaq. Və əlbəttə ki, Praqa banklarındakı hesablar barədə... Ancaq biz bu barədə növbəti məqaləmizdə bəhs edəcəyik. İndi siz başa düşdünüzmü ki, Leyla Yunus bütün dünyanın gözü qarşısında o sirk tamaşasını niyə göstərirdi? Bax, görürsünüzmü, imkan vermirlər ki, adam "pipi" eləsin... |
2014-05-02 | 16,469 | Media ekspertindən MTRŞ sədrinə sərt cavab | "Yayım Şurası varsa, ikinci bir bədii şura yaratmağa nə ehtiyac var?" Bu sözləri "Axar.az"a açıqlamasında media eksperti Zeynal Məmmədli bildirib. O, dövlətdən maliyyələşən televiziyalarda bu funksiyanı yerinə yetirən şuraların olduğunu qeyd edib: "İctimai TV-də Yayım şurası, Azərbaycan televiziyasında isə bu funksiyanı direktorlar şurası həyata keçirir və onlar menecment qrupu formalaşdıraraq bu işə nəzarət edirlər. Əgər Yayım Şurası varsa, ikinci bir bədii şura yaratmağa nə ehtiyac var? Əgər televiziyalar sosioloji sorğu apararaq tamaşaçının nə istədiyini öyrənmirlərsə, o zaman bədii şuralar tamaşaçının da marağında deyil. Əgər bazar sərbəst deyil və monopoliya varsa, bu şəraitdə bədii şura öz fəaliyyətini təbii ki, doğrultmayacaq". O, "Xəzər" televiziyasında vəziyyətin ürəkaçan olmasını isə kanalın menecment qrupunun işlərini səliqəli görməsi ilə əlaqələndirib. Qeyd edək ki, bu gün MTRŞ sədri Nuşirəvan Məhərrəmli Televiziya kanallarında Bədii şuraların fəaliyyəti doğrultmamasıyla bağlı açıqlama verib. O, televiziyalar sırasında tək ürəkaçan vəziyyətin "Xəzər" telekanalında olduğunu qeyd edib. |
2014-05-02 | 16,470 | Şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı dəyişiklik | Milli Məclisin bugünkü iclasında şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edildi. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev çıxış edərək bildirib ki. bundan sonra vətəndaşların şəxsiyyət vəsiqəsini 10 gün müddətinə verilməsi və ya dəyişdirilməsinə görə 5 manat, 3 gün müddətində 25, bir iş gün müddətində isə 35 manat dövlət rüsumu nəzərdə tutulur. Millət vəkilinin sözlərinə görə, dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 16 may 2013-cü il sərəncamnın 1.2-ci bəndini icra etmək məqsədilə təklif edilir. "Yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə, dövlət rüsumunun məbləği və onun hazırlanmasına xərclər nəzərdə tutur. Qanun 2005-ci ilin dekabrın 1-dən qüvvəyən minib. Təklif olunan dəyişikliklər komitədə müzakirə olunub və yekdilliklə qəbul olunub"/Modern.az/. |
2014-05-02 | 16,471 | Elşad İskəndərov vəzifədən çıxarıldı - Sərəncam | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov vəzifəsindən azad edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb. |
2014-05-02 | 16,472 | Ukraynalılar ayağa qalxdı – rus ordusu çağırılır | Ukrayna güc strukturlarının ölkənin şərqindəki Slavyansk şəhərində separatçılara qarşı apardığı antiterror əməliyyatı hadisələri pik həddə gətirə bilər. "Axar.az"ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, sözgedən şəhərdə artıq Krım hadisələrinin təkrarlanmasının üstündə baş sındırılmağa başlanıb. Qeyd edək ki, şahidlər Slavyansk şəhərinin rusiyameyyli sakinlərinin mərkəzi küçələrə toplaşaraq, Rusiya prezidenti Vladimir Putindən ordunun Ukraynaya yerdilməsini video müraciət şəkilndə etməyə hazırlaşdığını paylaşıblar. Hətta hadisə yerindən canlı reportajlar edən Saymon Şuster adlı jurnalist də faktı təsdiqləyib. Onun sözlərinə görə, sakinlər bunu ona məlum olmayan daxili radioəlaqə ilə edirlər. Xatırladaq ki, hazırda Slavyansk şəhərində qanlı döyüşlər gedir. |
2014-05-02 | 16,473 | Suriyadakı azərbaycanlıların baş kəsmə anı - Video 22+ | Suriyada döyüşən azərbaycanlı vəhabilərin dəhşəli videosu yayılıb. "Axar.az" xəbər verir ki, "Allahu əkbər" nidaları ilə 30-35 yaşlarında bir kişinin başına necə kəsməsi lentə alınıb və Yutuba yerləşdirilib. Öz aralarında Azərbaycan dilində danışan azərbaycanlı vəhabilər düşmən hesab etdikləri dini cərəyan və qruplaşmaya məxsus olan kişinin başına amansızca kəsirlər. Başkəsilmə hissəsinin montajla üzərini bağlasalar da, ürəyi zəif olanlara videoya baxmamağı tövsiyə edirik. |
2014-05-02 | 16,474 | Slavyansk separatçılardan təmizləndi – Nəticə | Ukrayna Milli Qvardiyasının döyüşçülərinin apardığı professional əməliyyat nəticəsində Slavyansk şəhəri tamamilə separatçılardan təmizlənib. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının komandanı Stepan Poltorak məlumat verib. Onun sözlərinə görə, Milli Qvardiyanın döyüşçüləri hazırda Slavyanskdadılar və yeni döyüş tapşırıqlarına hazırlaşırlar. Poltorak bildirib ki, Slavyanskda aparılan əməliyyat zamanı Milli Qvardiya döyüşçüləri arasında ölən və yaralanan yoxdur. |
2014-05-02 | 16,475 | Bakıda kapitana hökm oxundu | Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus "İslam Səfərli" yük gəmisinin kapitanı Həşim Həsənov, kapitanın köməkçisi Səyyad İbadullayev və gəmi heyətinin digər üzvü Ayməddin Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə hökm oxunub. Hökmə əsasən, hər üç şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Baş Prokurorluğun mətbuat xidmətinin həmin şəxslərlə bağlı yaydığı məlumatda bildirilir ki, gəmidə yol verilmiş qanun pozuntularına dair məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. "İslam Səfərli" yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvü 7 aprel 2013-cü il tarixdə Rusiya Federasiyasının bayrağı altında üzən "Kuban" gəmisinin kapitanı ilə aralarındakı şifahi razılaşmaya əsasən 3 800 ABŞ dolları müqabilində "Kuban" gəmisinə 40 ton xam neft və 18 ton mazut yüklənməsi, həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını 1 800 ABŞ dollarına qeyd olunan gəmi heyətinə satmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb. H. Həsənov, S. İbadullayev və A. Əmiraslanov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. /APA/ |
2014-05-02 | 16,476 | Sürücülərə şad xəbər: Bal həddi qaldırıldı | Azərbaycanda inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitələrindən istifadə hüququnun məhdudlaşdırılmasına səbəb olan il ərzində toplanan balın minimum həddi qaldırılıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə təklif olunan dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında təsdiq olunub. Dəyişikliyə əsasən, məcəllənin 151.4-cü maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsindəki digər dəyişiklilərə görə, məcəllənin 151.5 və 152-1.1-ci maddələrində nəzərdə tutulan xətaların törədilməsinə görə şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xətalar 5 balla qiymətləndirilir. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 il müddətində qüvvədə olur /Trend/. |
2014-05-02 | 16,477 | Avtoş məmur övladlarına rep yazıldı – Video | "Bu repdə mən millət vəkillərinə, həm də insanlara səsləndim". Bu sözləri "Axar.az"a məmur övladlarının müxtəlif magistral yollarda avtomobil yarışları təşkil etməsinə rep yazan Kabus klipindən danışarkən deyib. Gənc repçi Kabus (Həbib Rüstəm) "Millət vəkili" adlı repində millət vəkillərinə səslənərək, onlara oğullarının və qohumlarının vəkili yox, millətin vəkili olduqlarını xatırladıb: "Bir müddətdir ki, biz media vasitəsilə millət vəkillərinin qeyri-adi çıxışları, yaxın qohumlarının qanunsuz hərəkətləri haqqında xəbərlər oxuyuruq. Bu xəbərlər cəmiyyətdə Azərbaycanın 3 hakimiyyət qolundan birinə qarşı ciddi inamsızlıq yaradır. Əgər o millət vəkillərini biz seçmişiksə, onlar yaxınlarını və özlərini müdafiə etmək yerinə, öz seçicilərini düşünməlidirlər. Onlar bizdən daha çox övladlarının vəkilidir. Bu repdə mən onlara səsləndim". "Axar.az" həmin mahnını oxucularına təqdim edir: |
2014-05-02 | 16,478 | Rusiya Ukraynanı növbəti dəfə hədələdi | Əgər Ukrayna may ayında ilkin ödənişi etməsə "Qazprom" iyun ayında bu ölkəyə verilən qazı azalda bilər. "Axar.az" xəbər verir ki, bunu Rusiya Energetika naziri Aleksandr Novak deyib. "16 may iyuna görə ödəniləcək məbləğin tarixidir və bu 31 maya kimi ödəməyə imkan verir. Əgər ödəniş olmasa "Qazprom" faktiki olaraq Ukraynaya verdiyi qazı azaldacaq", - deyə Novak bildirib. Qeyd edək ki, bu gün Varşavada Rusiya, Avropa Birliyi və Ukrayna arasında qazın nəqli ilə bağlı üçtərəfli danışıq keçirilib. Bu ay danışıqların daha raundunun keçirilməsi gözlənilir. |
2014-05-02 | 16,479 | Məclisə buraxılmayan jurnalist danışdı | "Məncə bu mənim uğurumdur". Bu sözləri "Axar.az"a Milli Məclisin binasına buraxılmayan ANS TV-nin jurnalisti Ləman Ələşrəfqızı dedi. Parlamentin bu günkü iclasına buraxılmayan jurnalist bu haqda danışmaq istəmədiyini bildirdi: "Faciə baş verməyib ki? Allah canlarını sağ eləsin. Məncə, bu mənim uğurumdur". Qeyd edək ki, jurnalist bundan sonra Feysbuk səhifəsində maraqlı status paylaşıb: "Hə... Sabir necə demişdi? Niyə bəs böylə bərəldirsən a qare gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü? Allah sənə rəhmət eləsin Mirzə Ələkbər. Biz hələ də güzgüdə nə qədər eybəcər göründüyümüzü qəbul etmirik. Vurub güzgünü qırırıq. Təəssüf..." Xatırladaq ki, L. Ələşrəfqızı parlamentin ötən iclasında deputatların bir–birlərinin, yaxud aparat əməkdaşının deputatların yerinə səs verməsi ilə bağlı tənqidi süjet hazırlamışdı. |
2014-05-02 | 16,480 | Rövnəq Abdullayev “Atletiko”nu finala yüksəltdi | Britaniyanın məşhur "Qardian" ("Guardian") qəzeti İspaniyanın "Atletiko Madrid" futbol klubunun uğurlu çıxışında Azərbaycanın rolu olduğunu iddia edib. Yazıda qeyd olunur ki, İspaniyanın "Atletiko Madrid" klubu futbol üzrə Çempionlar Ligasının finalına yüksəlib. Bundan başqa, klub İspaniya çempionu adını da qazana bilər. Bütün bu uğurlarda Atletiko Madridin sponsoru olan bir ölkənin - Azərbaycanın rolu böyükdür. 2013-cü il yanvar ayında iki tərəf arasında imzalanan sponsorluq müqaviləsinin dəyəri 12 milyon avrodur. Atletiko komandası öz idman formasının üzərində "Land of Fire" yazısı ilə Azərbaycanı bir növ təbliğ edir, bundan başqa gənc azərbaycanlı futbolçular Madrid klubunda təcrübə keçmək imkanını qazanırlar. Məqalədə vurğulanılır ki, bu əməkdaşlıq Azərbaycanın həyata keçirmək istədiyi ambisiyalı layihələrin yalnız bir hissəsidir. Neftlə zəngin olan bu ölkə artıq "Eurovision" müsabiqəsinə ev sahibliyi edib və 2015-ci ildə Birinci Avropa Oyunlarını keçirtməyə hazırlaşır. /Azvision.az/ |
2014-05-02 | 16,481 | Odessada kütləvi iğtişaşlar başladı - Video | Odessanın mərkəzində Ukraynanın bütövlüyünün tərəfdarları ilə ölkədə federallaşma tərəfdarları arasında toqquşmalar başlayıb. "Axar.az" xəbər verir ki, ölkənin bütövlüyünün tərəfdarları və "Çernomorets" futbol klubunun fanatları şəhərin mərkəzində yürüş keçiriblər. Əllərində dəyənək, qalxanlar tutan yüzlərlə antimaydançılar onlara mane olmağa çalışıblar. Məhz bundan sonra tərəflər arasında toqquşma baş verib. Polis futbol fanatları və Ukraynanın bütövlüyünün tərəfdarlarını ərazidən uzaqlaşdırmağa çalışır. Antimaydançılar küçənin aşağı hissəsində - zibil konteynerlərinin yanında gizlənməyə çalışırlar. Qarşıdurma zamanı bir nəfər ağır yaralanıb. |
2014-05-02 | 16,482 | Ukraynalı idmançı Rusiya üçün döyüşəcək | Ukraynanın atıçılıq üzrə tanınmış idmançısı Anna Buryak 2014-cü ildə beynəlxaq yarışlarda Rusiya bayrağı altında çıxış etmək üçün Rusiya atıçılıq fedarasiyasına müraciət edib. Fedarasiya ukraynalı idmançının təklifini dərhal qəbul edib. "Axar.az" xəbər verir ki, Anna Buryak atıçılıq növündə ən ümidverici idmançıdır. O, keçən il Avropa çempionatında gümüş medal alıb. 2012-ci ildə isə eyni idman növü üzrə Anna Buryak dünya çempionatında qızıl medal qazanıb. |
2014-05-02 | 16,483 | Ərdoğan: “Bu işin haqqı edamdır” | Türkiyənin Baş naziri Ərdoğan son vaxtlar Türkiyədə artan uşaq cinayətlərinə münasibət bildirərkən deyib ki, ölkədə edam hökmü yoxdur, amma uşaq öldürənlərin cəzası edamdır. "Axar.az" xəbər verir ki, Türkiyə Cümhuriyətinin prezidenti Abdullah Güllə görüşdən ayrılan və jurnalistlərin suallarını cavablandıran Ərdoğan ölkəsində edam hökmünün olmadığına görə son dövrdə baş verən uşaq ölümləri ilə bağlı müəyyən təlimatlar verdiyini dilə gətirib. O, bildirib ki, bu kimi hallarda xüsusi ağırlaşdırılmış maddələrə ehtiyac var və bu istiqamətdə dəyişikliklər üçün tapşırıqlar verib. Xatırladaq ki, son zamanlar Türkiyədə bir-birinin ardınca azyaşlı uşaqların qaçırılaraq öldürülməsi halları çoxalıb. |
2014-05-02 | 16,484 | Ermənilər Slavyanska döyüşə gedir - Video | Rusiya Baş nazirinin müavini, qalmaqallı siyasətçi Dmitri Roqozin bir neçə dəqiqə bundan öncə diqqət çəkən video çarx paylaşıb. "Axar.az" xəbər verir ki, video müraciətdə bir qrup krımlının Ukraynanın şərqinə - Slavyansk şəhərinə yola düşməyə hazırlaşdıqları qeyd olunur. Diqqətə çatdıraq ki, öndə duraraq "Sağ sektor"a müraciət edən və bu dəstənin üzvlərini ölümlə hədələyən şəxs milliyətcə ermənidir. Xatırladaq ki, Krım hadisələri ərəfəsində müxtəlif video çarxlarda bu şəxsi tez-tez görmək mümkündür. Tanınmış ukraynalı tənqidçi Gennadi Balaşovla onun söz dueli hələ də göz önündədir. |
2014-05-02 | 16,485 | İlham Əliyevdən 3 sərəncam - Yenilənib | 18:51 Azərbaycan prezidenti İlham Əliyev Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. "Axar.az" prezidentin saytına istinadən xəbər verir ki, Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Ağdaş Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb. Sərəncamda qeyd olunub ki, Maliyyə Nazirliyi nəzərdə tutulan məbləği müəyyən olunmuş qaydada təmin etsin. *** Azərbaycan prezidenti İlham Əliyev Novruz Nəcəf oğlu Novruzovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. N.Novruzov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib. 19:43 Azərbaycan Prezidenti İlham Əliyev Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 2014-cü ilin dekabr ayında Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, xalq şairi Hüseyn Arifin (Hüseyn Camal oğlu Hüseynzadənin) anadan olmasının 90 illiyi tamam olur. Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirmiş və milli ədəbiyyata töhfələr vermişdir. Şairin əsas qayəsi vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır. |
2014-05-02 | 16,486 | Elçin Əfəndiyevin qardaşı işdən çıxarıldı – Sərəncam | 18:54 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yeni rektoru təyin edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Xatırladaq ki, F.Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində filologiya elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Timuçin Əfəndiyevi əvəz edib. Timuçun Əfəndiyev Baş nazirin müavini və Azərbaycanın görkəmli yazıçısı Elçin Əfəndiyevin qardaşı, İlyas Əfəndiyevin oğludur. Yazıçılar Birliyinin üzvü olan 1945-ci il təvəllüdlü T.Əfəndiyev 1987-ci ildən, 27 il ADMİU-nə rektorluq edib. Yeni rektor F.Əliyeva jurnalistikanın ağsaqallarından olan Şirməmməd Hüseynovun qızıdır. |
2014-05-02 | 16,487 | DİN-də geniş kollegiya iclası keçirildi | Bu gün Daxili İşlər Nazirliyində "Mülkiyyət əleyhinə törədilən cinayətlərin, o cümlədən şəxsi əmlak oğurluqlarının qarşısının alınması və açılması" və "Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi" sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini bildirib. Daha sonra nazir deyib ki, mülkiyyət əleyhinə olan hüquqazidd əməllər respublika üzrə qeydə alınan cinayətlərin orta hesabla 30 faizini təşkil etdiyinə, onların qarşısının alınması, açılması, vətəndaşların hüquqlarının bərpası və dəymiş zərərin ödətdirilməsi sahəsində görülən işlər mühüm əhəmiyyət kəsb etdiyinə görə müvafiq sahədə fəaliyyət gündəlik nəzarətdə olub, kollegiya iclaslarının və əməliyyat müşavirələrinin müzakirəsinə çıxarılaraq bir sıra zəruri qərarlar qəbul edilib. R.Usubov yol hərəkəti təhlükəsizliyinin təminini insanların həyatının, sağlamlığının və mülkiyyətinin qorunması sahəsində çox vacib funksiyalardan biri olmaqla ictimai qaydanın qorunmasında ən mühüm istiqamətlərdən biri adlandıraraq, dövlət yol polisinin qarşıya qoyulmuş vəzifələrin öhdəsindən ümumilikdə məsuliyyətlə gəldiyini, vətəndaşlarla ən çox təmasda olan xidmət kimi onun gündəlik fəaliyyətindən polisin imicinin xeyli dərəcədə asılı olduğunu diqqətə çatdırıb, görülmüş müsbət işlərlə yanaşı, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edərək onların tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb. Müzakirələrdə çıxış edənlər görülmüş işlər, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə danışıblar. İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib. Daxili işlər naziri son illər ölkə həyatının bütün sahələrində qazanılmış uğurların, respublikada sabit və dayanıqlı hüquqi-siyasi sistemin, güclü iqtisadi potensialın yaranmasının, xalqımızın rifah halının yüksəlməsinin əsasında ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının dayandığını vurğulayıb. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilən quruculuq proseslərində daxili işlər orqanlarının da yaxından iştirak etdiyi, cinayətkarlıqla uğurlu mübarizədə, insan hüquq və azadlıqlarının, ictimai asayişin, əmin-amanlığın etibarlı şəkildə qorunmasında şəxsi heyətin Vətənə, dövlətə, anda fədakar və sədaqətli xidmətinin dövlətimizin başçısı tərəfindən dəfələrlə yüksək qiymətləndirildiyi xüsusi qeyd olunub. Nazir deyib ki, 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqi hər bir əməkdaş üçün proqram xarakterli sənəd olmalıdır. General-polkovnik R.Usubov gələn il ölkəmizdə Birinci Avropa Olimpiya Oyunlarının keçiriləcəyini xatırladaraq bu möhtəşəm beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşdüyünü, həmin vaxt ictimai qaydanın nümunəvi qorunması və ictimai təhlükəsizliyin etibarlı təmini üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğulayıb. Nazir vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi riayət olunmasının vacibliyini, yol-nəqliyyat hadisələrinin profilaktikasının səmərəliliyinin artırılmasını, daha çox nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə olunması, ötmə qaydalarını pozma və nəqliyyat vasitələrini yüksək sürətlə idarə etmə kimi inzibati xətaların aşkarlanmasına diqqət yetirilməsini tələb edib. Daxili işlər orqanlarında pəşəkar özəyin formalaşdığını deyən R.Usubov ərazi polis orqanlarının rəislərinə kadrların düzgün seçilib-yerləşdirilməsinə ciddi fikir verməyi, Azərbaycan Polisinin şanlı ənənələrinin layiqincə davam etdirilməsi üçün sıralarımıza fiziki cəhətdən sağlam, savadlı, bilikli, geniş dünyagörüşünə malik intellektual gəncləri cəlb etməyi tapşırıb, bu xüsusda özünün sonuncu dəfə Göyçay şəhərində vətəndaşlarla bərabər, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan şəxsləri qəbul etdiyini xatırladaraq onların arasından ən layiqlilərinin seçilməsinin cəmiyyətdə asayiş keşikçilərinin nüfuzunun daha da yüksəlməsinə müsbət təsir edəcəyini deyib. Nazir hüquq-mühafizə orqanlarının birgə səyləri ilə cari ilin ötən dövründə də cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində uğurlu nəticələrin qazanıldığını, əldə olunmuş müsbət təmayüllərin qorunub-saxlanıldığını vurğulayıb. O, əmin olduğunu bildirib ki, şəxsi heyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu məsul vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, ali diqqət və qayğıya cavab olaraq sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək. |
2014-05-02 | 16,488 | İlham Əliyev Polşa Prezidentini təbrik etdi | Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskiyə təbrik məktubu ünvanlayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Təbrikdə deyilir: "Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Polşa xalqına əmin-amanlıq və firavanlıq diləyirəm". |
2014-05-02 | 16,489 | Şirvanda VAZ yandı: sürücü xəsarət aldı | Şirvanda VAZ markalı avtomobil yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şirvan şəhərində vətəndaşa məxsus VAZ markalı mink avtomobilin yanar hissələri yanıb. Yanğın zamanı sürücü yanıq xəsarəti alaraq yanğınsöndürənlər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım xidməti tərəfindən aparılıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-05-02 | 16,491 | Mustafa Krımoğlunun Krıma buraxılmamasının səbəbi bilindi | "Ukrayna parlamentinin deputatı, Krım-Tatar Məclisinin keçmiş sədri Mustafa Krımoğlu (Cəmilov) Simferopola uçmağa cəhd eləməklə Krımda vəziyyəti qarışdırmağa çalışırdı". Bunu separatçı Krım hökumətinin başçısı Sergey Aksyonov deyib. "Heç bir şübhə yoxdur ki, bu adama Qərb xüsusi xidmətləri tərəfindən yarımadada vəziyyəti qarışdırmaq tapşırığı verilib. Ölənlərin və yaralananların olduğu Slavyanskdakı hadisələrlə pərdələnərək o, yalnız öz şəxsi məqsədləri haqda fikirləşir", - deyə Moskvanın Krımdakı marioneti bildirib. Təxribatçının ən yekəsi olan Aksyonov əlavə edib ki, "Krım hakimiyyəti heç kimə təxribat yaratmağa imkan verməyəcək və ona görə də Cəmilov Krım Respublikası ərazisinə buraxılmayacaq". /Musavat.com/ |
2014-05-02 | 16,492 | Rusiya BMT TŞ-nin təcili iclasını çağırtdırdı | Rusiya BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasını çağırtdırmaq qərarına gəlib. Bu barədə Rusiyanın BMT TŞ-dəki daimi nümayəndəliyindən bildirilib. Moskva bunu Ukraynanın cənub-şərqində rəsmi Kiyevin antiterror əməliyyatına başlamasından sonra yaranan situasiya ilə əlaqələndirib. Toplantının gecə saatlarında başlayacağı gözlənilir. /Musavat.com/ |
2014-05-02 | 16,493 | "Qarabağ" xal itirdi, "Neftçi" məğlub oldu | Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulub. Turun ilk oyununda çempionatın lideri "Qarabağ" klubu "Bakı"nın qonağı olub. Görüşdə qapılara qol vurulmayıb - 0:0. Ağdam təmsilçisi artıq ardıcıl üçüncü oyundur ki, xal itkisi ilə üzləşir. "Neftçi" öz meydanında "Qəbələ"ni qəbul edib. 50-ci dəqiqədə Cavid İmamverdiyev hesabı açsa da, qonaqlar 13 dəqiqə sonra Dodonun qolu ilə tarazlıq yaradıblar. Oyunun son dəqiqəsində isə Ebesilio "Qəbələ"nin qələbə qolunu vurub - 1:2. "İnter" "Bakıda "Sumqayıt"la qarşılaşıb. "Bankçılar" Aleksandr İaşvili və Vaqif Cavadovun qolları ilə 2:0 hesablı qələbə qazanıblar. AZAL səfərdə "Simurq"un qonağı olub. Oyunda qol qeydə alınmayıb - 0:0. "Rəvan" isə Lənkəranda darmadağınla üzləşib. "Xəzər Lənkəran" E.Ribeiro, D.Blajevski, E.Abdullayev və Etame Mbillanın qolları ilə rəqibini 4:0 hesablı ağır məğlubiyətə uğradıb. /Trend/ |
2014-05-02 | 16,494 | Əli Hüseynov: "Leyla Yunus yüzminləri nağdlaşdırıb..." | Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun xarici donorların ayırdığı maliyyə vəsaitini hansı yolla qəbul etdiyi məlum olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Sülh və Demokratiya İnstitutunun (SDİ) qeydiyyatdan keçməməsi səbəbindən "Transparency İnternational" təşkilatının Azərbaycandakı milli bölməsi olan "Şəffaflıq Azərbaycan" İctimai Birliyi (İB) SDİ-nin tərəfdaşı kimi çıxış edib və xarici donorların L. Yunus üçün ayırdığı vəsaitin bir hissəsi müxtəlif vaxtlarda "Şəffaflıq Azərbaycan" İB-nin hesabına köçürülüb. L. Yunus isə sonradan həmin vəsaiti nağdlaşdırıb. Qeyd edək ki, bu gün Milli Məclisin iclasında da "Şəffaflıq Azərbaycan" İB-nin fəaliyyəti müzakirə olunub. Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Şəffaflıq Azərbaycan" İB-nin boykot edilməsi təklifi ilə çıxış edib. O bildirib ki, bu günlərdə Leyla Yunusun 100 minlərlə manat vəsaiti nağdlaşdırmasında "Şəffaflıq Azərbaycan" İB-nin icraçı direktoru Rəna Səfərəliyevanın özü də iştirak edib: "Hesab edirəm ki, təşkilatın baş ofisi Azərbaycanda fəaliyyətini dayandırmalı və Azərbaycan parlamentinin nümayəndələri də onların tədbirlərində iştirak etməməlidir". Rəna Səfərəliyeva isə açıqlamasında bu iddia ilə razılaşmayaraq, 100 minlərlə manat vəsaitin nağdlaşdırılması prosesində iştirak etmədiyini bildirib. |
2014-05-02 | 16,495 | Türkiyə ilə İsrail arasında razılaşma - Şərtlər | Türkiyə ilə İsrail arasında yaşanan "Mavi Mərmərə" olayları ilə bağlı razılaşmanın iki həftə ərzində açıqlanacağı gözlənilir. "Axar.az" xəbər verir ki, bu barədə israilli nümayəndələrdən biri "Yedioth" qəzetinə açıqlamasında deyib. Məlumatı verən qaynaq bildirir ki, Baş nazir Ərdoğan bir neçə gün öncə müsahibəsi zamanı müqavilənin imzalanmasına yaxın olduğunu deyib. Eyni zamanda da İsrail Baş naziri Binyamin Netanyahu müqaviləni təsdiqi üçün Nazirlər Kabinetinə təqdim edib. Əldə olunan məlumatda qeyd edilir ki, Ərdoğan İsrail ilə barışmaq və münasibətləri normallaşdırmaq üçün doğru zamanın olduğunu hiss etdiyini, İsrail ilə əlaqələrin yenidən yaradılmasının əhəmiyyətli olduğunu bildirib. Razılaşmaya görə, İsrail "Mavi Marmara" olayları zamanı öldürülən və yaralanan əsgərlərin ailələrinə 21 milyon dollar təzminat ödəyəcək. İsrailli komandirlər barədə isə hüquqi tədbirlər görülməyəcək. Həmçinin vurğulanır ki, müqavilədə Qəzzanın mühasirəsi müzakirə mövsuzu deyil, ancaq Türkiyəyə Qəzzada xəstəxanalar inşa etməyə imkanlar yaradılacaq. |
2014-05-02 | 16,496 | Qobustanda ağır yol qəzası: xəsarət alan var | Qobustanda ağır yol qəzası baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Qobustan rayonu Bakı-Şamaxı avtomobil yolunun 86-cı kilometrliyində "Prado" markalı minik avtomobilinin "Hundai" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, deformasiya uğramış "Hundai" markalı minik avtomobilinin sürücüsü sıxılmış vəziyyətdə aşkarlanıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 1 nəfər yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:27-də başa çatıb. |
2014-05-02 | 16,497 | İlham Əliyevin sərəncamı türk mediasında - Foto | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun vəzifəsindən azad edilməsi Türkiyə mətbuatının da gündəmini zəbt edib. "Axar.az" xəbər verir ki, Türkiyə mətbuatı bir müddət əvvəl paralel quruluşla əlaqədə olduğu iddia edilən İskəndərovun prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad olunduğunu yazıb. Türkiyə mediası Elşad İskəndərovun vəzifədən kənarlaşdırılması xəbərini "Azərbaycan paralel quruluş üçün ilk addımını atdı" başlığında yayımlayıb. Qeyd olunur ki, İskəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrliyinə 31 may 2012-ci ildə gətirilmişdi. |
2014-05-02 | 16,498 | Bakıda keçmiş polis həyat yoldaşını öldürdü | Bakıda dəhşətli qətl hadisəsi törədilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün, H.Zərdabi küçəsi, 71, mənzil 176-da qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Dilavər Nadir oğlu Əhmədov həyat yoldaşı, 1989-cu il təvəllüdlü Günay Eldar qızı Əhmədovanı boğaraq öldürüb. Hadisəyə ailəyə daxili münaqişə səbəb olub. Dilavər Əhmədov könüllü olaraq polisə təslim olub. Faktla bağlı Yasamal rayon prokurorluğu istintaq aparır. D.Əhmədovun keçmiş polis işçisi olduğu bildirilir. |
2014-05-02 | 16,499 | Səddam Hüseynin tank məzarlığı tapıldı - Fotolar | Səddam Hüseynin Küveyt ərazisində yerləşən tank və top məzarlığı tapılıb. "Axar.az" xəbər verir ki, 1991-ci ildə Körfəz müharibəsi zamanı Küveyt ərazisində müharibə aparan İraq ordusunun tankları müharibə bitdikdən sonra da elə buradaca qalıb. Bunun səbəbi hələ də heç kimə məlum deyil. Qeyd edək ki, aşkar olunan bu qəbiristanlığa gəlmək istəyənlərin sayı gündən-günə artır. Amma maraqlı olan odur ki, bu tanklara maksimum 20 dəqiqə baxmaq olar. Çünki həmin ərazidə temperatur 50 dərəcəyə çatır. Bundan başqa metalın da qızdığını nəzərə alsaq, orada durmaq müşkül məsələyə çevrilir. Son günlərdə aşkarlanan bu məzarlığın fotolarını təqdim edirik. |
2014-05-02 | 16,500 | Messi haqqında 10 inanılmaz fakt | Dünya mətbuatı "Barselona" və Argentina millisinin ulduz futbolçusu Lionel Messi ilə bağlı maraqlı faktları toplayıb. Bu məlumatlar hər kəsin diqqətini çəkib. Argentinalı ulduz haqqında ən maraqlı 10 faktı təqdim edirik: 1. Messinin uşaq vaxtı ciddi xəstəliyi olub. 9 yaşına qədər onun boyu sadəcə 124 sm olub. "Barselona"ya gələndə onun boyunda bir az artım olsa da 136 sm-lik Messi yaşıdları ilə müqayisədə çox qısaboy idi. O vaxt Messinin xəstəliyinin müalicəsi üçün 700-1000 avroya ehtiyac vardı. Çoxuşaqlı ailə üçün bu məbləğ olduqca böyük idi. Argentinanın "River Pleyt" klubu futbolçunu müalicə etməkdən imtina edir. Amma "Barselona" nümayəndələri gənc istedadla tanış olmaq üçün onun vətəninə gedir. Kataloniya klubunda Messi ilə ayrıca fiziki hazırlıq məşqçisi Xuanxo Brau məşğul olurdu. 2. "Barselona" ilə Messinin ilk müqaviləsi salfet üzərində bağlanıb. Bu barədə xatirələrində klubun uşaq məktəbinin məşqçisi Karles Reksaç məlumat verib: "Kafedə Messi, atası və böyük qardaşı ilə oturmuşduq. Həmin vaxt yanımızda kağız yox idi. Ona görə də müqaviləni salfet üzərində bağladıq". 3. Kataloniyada nəşr olunan qəzetlərdəki yazıların 70 faizi Messi ilə bağlı olub. 4. Messinin evinin və özünün görünüşü ilə sevgilisi Antanella məşğul olur. Bunu özü də etiraf edib. 5. İspan qadınlarının diqqətini Messidən çox Ronaldo çəkir. İspan qadınları Ronaldoya daha çox aşiqdirlər. Ancaq Latın Amerikasındakı qadınlar demək olar ki, tam bir Messi dəlisidir. Karakasda keçirilən Argentina və Venesuela yığmaları arasında görüşdə bir qadın fanat 5 metr hündürlükdən tullanaraq Messini öpmək istəyib və ondan oğlunun xaç atası olmasını xahiş edib, ancaq futbolçu bu təklifi rədd edib. 6. Messi Aqueronun oğlu, Maradonanın nəvəsi Benjaminin xaç atasıdır. Qeyd edək ki, Maradonanın qızı futbolçu Serxio Aquero ilə bu yaxınlarda boşanıb. 7. Peşəkar karyerasında Messi bir dəfə - Macarıstan-Argentina görüşündə meydandan qovulub. 8. Doğma ölkəsində Messiyə münasibət bir qədər soyuqdur. Buna sübut kimi onun 2012-ci ildə Argentinada "İlin idmançısı" seçimində boksçu Serxio Martinesə məğlub olması göstərilir. 9. Messi özü də avtoqraf alıb. O, tennisçi Roje Federerdən avtoqraf istəyib. 10. Messi 4 dəfə "Qızıl top" mükafatına layiq görülüb. /Publika.az/ |
2014-05-02 | 16,501 | FHN əməkdaşının Kürdə batmasını təkzib etdi | 22:17 Ötən gün axşam saatlarında Şəmkir rayonunda bədbəxt hadisə baş verib. Kür çayının üzərindəki Su Elektrik Stansiyasında mövcud sızmanı aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görmək istəyən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı ehtiyatsızlıqdan çayda batıb. Axtarış tədbirləri bu gün saat 19-da onun cəsədinin suda tapılmasıyla yekunlaşıb. Cəsədi sudan çıxarılaraq məhkəmə tibbi ekspertiza və anatomiya birliyinin Şəmkir rayon şöbəsinə verilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. /Kəpəz TV/ 23:30 Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonunda, Kür çayının üzərindəki Su Elektrik Stansiyasında sızmanı aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görəndə Fövqəladə Hallar Nazirliyinin əməkdaşının çayda boğulması haqqında xəbərlər yer alıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, "Kəpəz TV"-yə istinadən yayılan bu xəbər həqiqətə uyğun deyil. Məlumatda qeyd olunub ki, çayda batan və cəsədi çıxarılan vətəndaş Fövqəladə Hallar Nazirliyinin əməkdaşı deyil. |
2014-05-02 | 16,502 | Əfqanıstanda dəhşətli yağış: 2 min insan itkin düşdü - Video | Əfqanıstanın şimal-şərqindəki bir kəndə həddindən artıq yağış yağması səbəbindən sürüşmə baş verib. "Axar.az" xəbər verir ki, kənd torpaq altında qalıb. 300 ev torpaq altında qalıb. 2 mindən çox insan itkin düşüb. İlkin məlumatlara görə, 400 nəfər həyatını itirib. |
2014-05-02 | 16,503 | Ağaoğlu 2 stəkan çaya 100 lirə ödədi | Uzun müddətdir mediadan uzaq qalan məşhur iş adamı Əli Ağaoğlu yenidən gündəmə gəlib. "Axar.az" xəbər verir ki, Ağaoğlu İstanbulda Floryada yerləşən restoranlardan birində dostu ilə görüşərək çay içib. Ağaoğlu iki stəkan çaya görə 100 lirə (təxminən 37 AZN) pul ödəyib. Onunla şəkil çəkdirmək istəyənlərin qəlbini qırmayan Əli Ağaoğlu daha sonra "Rolls Royce Phantom" markalı maşınına oturaraq Floryadan ayrılıb. |
2014-05-02 | 16,504 | Şimali Koreya lideri ölkənin ikinci adamını işdən çıxardı | Şimali Koreyanın ali rəhbəri Kim Çen In ölkə rəhbərliyində apardığı siyasi təmizləmə çərçivəsində hərbi rəis, vitse-marşal Çxve Ren Xeni işdən çıxarıb. Şimali Koreya ierarxiyasında ölkə lideri Kim Çen Indan sonra gələn vitse-marşal Çxve Ren Xe ordunun siyasi idarə rəisi vəzifəsini tuturdu. Artıq onun varisinin kim olacağı da məlumdur. Bu vəzifəyə aprelin sonunda vitse-marşal rütbəsi verilmiş partiya funksioneri Xvan Ben So gətiriləcək. Keçən ilin dekabr ayından Şimali Koreya lideri Kim Çen Inın bibisinin əri Çan Son Txekin edamından sonra Çxve Ren Xe ölkənin ikinci adamı sayılırdı. /ANS/ |
2014-05-02 | 16,505 | Milli Məclisdə Xoşqədəm Hidayətqızı söhbəti | Deputatlar "Səni axtarıram"a baxır. Bu gün parlamentin iclasında millət vəkili Siyavuş Novruzov maraqlı fikirləri ilə yadda qalıb. Televiziya və mətbuatı tənqid edən deputat tamaşaçıların maraq dairəsinə də toxunub: "İndi Xoşqədəmin verilişinə hamı baxır, hərə də bir yerdə ağlayır. Cəmiyyətin tələbatı nəbzlə bilinir. Biri qazanc, digəri təhlükəsizlik haqda düşünür. Lap burada qızıl xırdala, əgər vətəndaşa maraqlı deyilsə, bunu qəbul etməyəcək. Biz siyasi partiya kimi mətbuatla ünsiyyətdəyik. Hərə bir portal açıb, 5-6 uşağı da yığıb ora. Zəng edirlər, başlayırlar bilmədiyi məsələ haqda suallar verməyə. Bu yolla çalışırlar gündəmdə qalsınlar və s. Əlbəttə, savadlı və peşəkar jurnalistlər var". /Publika.az/ |
2014-05-02 | 16,506 | Əsədə gözdağı: hərbi təyyarənin görüntüləri yayıldı - Video | Suriyalı müxaliflər ötən il Hələbdə ələ keçirdikləri rus istehsalı bir "MİQ" hərbi təyyarəsinin görüntülərini ilk dəfə yayımlayıblar. "Axar.az" xəbər verir ki, "Əl Ərəbiyə" televiziyasında yayımlanan görüntülərdə təyyarədə üzərində əks olunan rejimə məxsus loqolar silindikdən sonra sınaq uçuşu həyata keçirilir. Aerodromun ötən aylarda İraq Şam İslam Dövlətinin əlinə keçməsiylə təyyarənin də təşkilatın nəzarətinə keçməsi ehtimal edilir. |
2014-05-02 | 16,507 | Slavyanskda vəziyyət gərginləşdi: atışma gedir | Ukraynanın Slavyansk şəhərində vəziyyət kəskin gərginləşib. Şəhərdə atışma başlayıb. "Rossiya 24" telekanalı xəbər verir ki, separatçılarının qərargahı yerləşən ərazidə atəş səsləri eşidilir. Məlumata görə, avtomat silahlardan və pulemyotlardan atəş açılır. /Musavat.com/ |
2014-05-03 | 16,508 | Kadırov: "Biz Ukraynaya girməliyik" | Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukraynanın Slavyansk şəhərində baş verənlərlə bağlı sərt bəyanat verib. "Axar.az" xəbər verir ki, o, Ukrayna güc strukturlarının sözügüedən antiterror əməliyyatlarını ciddi tənqid edərək, dinc sakinlərin, qocaların öldürlməsini sakit şəkildə izləyə bilməyəcəklərini açıqlayıb. Qeyd edək ki, özünün kremlyönlü mövqeyi ilə seçilən Kadırov bu dəfə də Ukrayna milli ordusunun tanklardan, ağır texnikadan istifadə etdiyini iddia edib və bunu görünməmiş hal kimi dəyərləndirib. O, Kiyev iqtidarını cinayətkar adlandırıb və onu ölkə daxilində vətəndaş müharibəsi yaratmaqda suçlayıb: "Heç kimdə şübhə yoxdur ki, Kiyev birbaşa ABŞ və NATO-dan təlimat alır. Bu, o qurumlardır ki, vaxtı ilə onların köməyi ilə Çeçenistanda minlərlə günahsiz sakin qətlə yetirildi. Biz sakit dura bilmərik. Əminəm ki, Prezident Vladimir Putin ordu yeritməklə bağlı Federal Şuranın ona verdiyi səlahiyyətlərdən yararlanaraq, Ukrayna şəhərlərində günahsız insanların ölümünün qarşısını alacaq. Biz sutkanın hər bir anı Ali Baş Komandanın əmrini gözləyirik. Rusiya qısa bir müddət ərzində bu məsələlərin öhdəsindən gəlməyə hazırdır". |
2014-05-03 | 16,509 | Obama və Merkel Rusiyanı hədələdi | ABŞ-da səfərdə olan Almaniya kansleri Angela Merkel Prezident Barak Obama ilə birgə Rusiyanı yeni sanksiyalarla hədələyiblər. "Axar.az" xəbər verir ki, Ağ Evdə birgə mətbuat konfransı keçirən iki dövlət başçısı Rusiyanın Ukraynada destruktiv siyasətini davam etdirəcəyi təqdirdə sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində sanksiyalar tətbiq olunacağını bəyan ediblər: "Bizim məqsədimiz Rusiyanı cəzalandırmaq deyil, Rusiyaya daha yaxşı seçim etməsi üçün stimul verməkdir", - Barak Obama deyib. Angela Merkel isə hazırkı Ukrayna hakimiyyətini dəstəklədiyini və prezident seçkilərinin mayın 25-də baş tutması üçün əlindən gələni edəcəklərini bildirib. Xatırladaq ki, bu gün səhər saatlarında Ukrayna təhlükəsizlik qüvvələri ölkənin şəqrindəki Slavyansk və Krematorsk şəhərlərində antiterror aksiyalarına başlayıb. Toqquşmalar nəticəsində azı 2 nəfərin öldürüldüyü təsdiqlənib. Rusiya hadisə ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. |
2014-05-03 | 16,510 | Odessada separatçılar binaların üstündən güllə atır - Foto | Bir neçə saat bundan öncə Odessada baş verən qarşıdurmalar bəzi faktlarla yadda qalıb. "Axar.az" xəbər verir ki, ukraynalı jurnalistlər qoluna "Georgevski" lenti bağlayan separatçıların şəhərdəki "Afina" ticarət mərkəzinin damından sakinləri güllə atəşinə tutmasının şəkillərini çəkə biliblər. Verilən məlumata görə, separatçılar digər evlərin damından da əhaliyə atəş açıblar. Xatırladaq ki, Odessada bu gün axşam saatlarında baş verən qarşıdurmalar nəticəsində bir neçə nəfərin öldüyü, onlarla şəhər sakininin isə ciddi xəsarət aldığı bildirilir. |
2014-05-03 | 16,511 | Ukrayna şərq torpağını itirsə, daha çox pul alacaq | Əgər şərq vilayətləri itirilsə, Ukraynaya daha çox kredit veriləcək. "Axar.az" xəbər verir ki, bu informasiyanı Ukrayna mətbuatı yayıb. Mətbuat bu barədə informasiyanın Beynəlxalq Valyuta Fondunun Ukrayna ilə bağlı raportunda yer aldığını bildirib. Raportda həmçinin Donetsk və Luqansk vilayətlərinin Ukrayna üçün böyük əhəmiyyət daşıdığı qeyd edilib. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu Ukraynaya 17 milyard dollar kredit ayırıb. Onun 3,2 milyardının bu yaxınlarda rəsmi Kiyevə təqdim edilməsi nəzərdə tutulub. |
2014-05-03 | 16,512 | Rus tərəfdarlarına Kulikovo çölündə od vurdular - Video | Odessada Ukraynanın bütövlüyünün tərəfdarları və futbol fanatları Kulikovo çölündə Rusiya tərəfdarlarının düşərgəsinə od vurublar. "Axar.az" xəbər verir ki, azsaylı müdafiəçilər düşərgəni söndürməyə çalışsalar da, Ukraynanın bütövlüyünün tərəfdarları buna imkan verməyiblər. Yanğından qorunmaq üçün bəziləri Həmkarlar İttifaqının binasına sığınıblar. Lakin binaya da Molotov kokteyli atılıb. Məlumata görə, yanğın zamanı 30-dan çox insan ölüb. |
2014-05-03 | 16,513 | ABŞ: “Rusiyanın ərazisi işğal edilsə…” | "Rusiya ərazisi işğal edilsə, Moskva belə dözümlülük göstərərdimi?" "Axar.az" xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın BMT-dəki nümayəndəsi Samanta Pauer çıxış edib. O, Rusiyanı Ukrayna hadisələrini yaratmaqda ittiham edib: "Rusiya gərək narahat olmasın, çünki Rusiyanın özü bu situasiyanı yaradır. Ukrayna hakimiyyəti əvvəldən problemin sülh yolu ilə həll olunması üçün addımlar atıb. Ukrayna inanılmaz dözümlülük nümayiş etdirir. O, BMT tərəfindən irəli sürülən bütün təkliflərin hər birini yerinə yetirib. Təsəvvür edək ki, Rusiya ərazisini işğal ediblər. Moskva belə dözümlülük göstərərdimi?" |
2014-05-03 | 16,514 | Kalininqrada müstəqillik istəyənlər cəzalandı - Foto | Federal Təhlükəsizlik Xidmətinin (FSB) Kalininqrad vilayəti bölməsinin binasına Almaniya bayrağı asan yerli fəallar həbs olunublar. "Axar.az" xəbər verir ki, gənclər bununla vilayətin Rusiya Federasiyasından ayrılaraq, Avropa Birliyinə birləşməsini simvolizə ediblər. Qeyd edək ki, şəhər məhkəməsi 3 nəfər fəala – Qleq Savvin, Mixail Feldman və Dmitri Fonaryova qarşı iki ay müddətə həbs qərarı verib. Fəallar ölkəyə qarşı iftira atmaq maddəsi ilə təqsirli bilinirlər. Çıxarılan qərardadda deyilir ki, ölkənin ərazi bütövlüyünü şübhə altına alan addımlara Rusiya Cinayət Məcəlləsi ilə ciddi cəza veriləcək. Xatırladaq ki, hadisə Krım hadisələri fonunda baş vermişdi. |
2014-05-03 | 16,515 | Ulvira: “Namusdan danışanlardan uzaq qaçıram” | "Qadınların özlərini namuslu kimi təqdim etməsi məndə qıcıq yaradır. Əgər bu namus səndə varsa, bunu niyə bayraq edirsən". Bu sözləri tanınmış teleaparıcı Ulvira Qarayeva "Axar.az"a insanların sosial şəbəkələrdə özlərini reklam etməsinə münasibət bildirərkən dedi. Ulviranın sözlərinə görə, bəzi insanlar öz hərəkətləri ilə onu qıcılandırır: "Müğənnilər və ya tanınmışlar nəsə edəndə onları qınayırlar. Onlar şou yaratmalıdır da. Ümumiyyətlə, maşınını göstərsə də, hər nədən danışsa da şou yaratmalıdır. Çünki onun çörəyi şoudan çıxır. Amma sıravi insan səhərdən axşama qədər sosial şəbəkədə bahalı maşınının şəklini paylaşanda, qadınlar namusdan danışanda, adam qıcıqlanır. İnsan öz maşını ilə özünü reklam edir, namussuz da namusdan danışır. İnsan ən dəyərsiz şeyini özü ilə reklam edər də, əgər özünü sevirsə. Məsələn, Odri Höpbörn getdi Afrikaya, ac-yalavac uşaqları yedirtdi. O öz gözəlliyi və nümunəsi ilə heç kimə maraq doğurmayan şeyi populyar etdi və gündəmə gətirdi. Durub maşının yanında şəkil çəkdirir, sonra da paylaşırlar. Ayıbdır, vallah, adama deyərlər, bu nə görməmişlikdir. Hamının çörəyi də var, maşını da. Bu görməmişlik nəyə lazımdır? Qaldı namus məsələsinə, o kim ki deyirsə mən namusluyam, elə ən namussuzu odur. Namus məsələsində bir-iki nəfər var ki, onların əvəzinə and içmək olar. Bir deyim var, "oğru əlidüzlükdən danışar, namussuz da namusdan". Əgər bu namus səndə varsa, bunu niyə bayraq edirsən? O insanlar ki, səhərdən axşama namusdan danışır, onlardan uzaq dururam". |
2014-05-03 | 16,516 | Amerikada dəhşətli sürüşmə - Video | Amerika Birləşmiş Ştatlarının Maryland ştatının ən böyük şəhəri olan Baltimorda güclü sürüşmə hadisəsi baş verib. "Axar.az" xəbər verir ki, güclü yağışların səbəb olduğu sürüşmədə 19 ailə evakuasiya edilib. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, evlərə və avtomobillərə ciddi ziyan dəyib. Hadisə şahidlərinin bildirdiyinə görə, sürüşmə səhər saatlarında baş verib. Sürüşmənin dəhşətli görüntüləri lentə alınıb. Həmin kadrları təqdim edirik: |
2014-05-03 | 16,517 | Marsa “selfie” göndərməyin qiyməti - 1 dollar | ABŞ-ın Duke Universitetinin tələbələri Marsa buraxdıqları peyk üçün maraqlı maliyyə mənbəyi tapıblar. "Axar.az" xəbər verir ki, şagirdlər internet vasitəsi ilə kampaniyaya başlayıblar. Marsa göndərməyi planlaşdırdıqları peykin içinə 2 terabayt həcmində bir yaddaş yerləşdirəcəklərini və layihə üçün 1 dollar hədiyyə edən hər kəsin özünün "selfie" fotoşəkilini bu yaddaşa yükləyəcəklərini açıqlayıblar. Daha çox hədiyyə edərək yaddaşın içinə videolar yerləşdirmək də mümkün olacaq. Qeyd edək ki, "Marsa zaman kapsulası" layihəsində dünyanın hər yerindən iştirakın mümkün olduğu bildirilir. Layihənin həyata keçməsi üçün 30 milyon dollar və ya başqa cür desək 30 milyon "selfie" fotoşəkili lazımdır. Layihəni gerçəkləşdirməkdə olan tələbələr gələcək 3 il ərzində peyki Marsa buraxmağı planlaşdırırlar. Əgər layihə uğurlu alınsa, Duke tələbələri Marsa peyk göndərən ilk özəl təşəbbüskarlar olacaqlar. Layihənin internet səhifəsində zaman kapsulası fikri bu şəkildə bildirilir: "Bu layihə dünyanın dörd bir tərəfindən insanları əhatə edəcək. Bu zaman kapsulası ilə hər kəs gələcəkdə Marsa gedəcək insanlara bir mesaj vermək şansı əldə etmiş olacaq. Kapsulada yerləşdirilən mesajlar Marsda koloniya qurmağa gedən ilk insanlar üçün çox mənalı olacaq". |
2014-05-03 | 16,518 | Türkiyə tarixində ilk dəfə ən biabırçı siyahıya düşdü | 1980-ci ildən bəri ölkələrin mətbuat azadlığını araşdıran "Freedom House" təşkilatı 2014-cü il hesabatında Türkiyəni ilk dəfə "qismən azad ölkələr" siyahısından "azad olmayan ölkələr" kateqoriyasına salıb. "Axar.az" xarici mediaya istinadən xəbər verir ki, Gəzi parkı olaylarından sonra işdən qovulanlar, mediada tətbiq edilən müxtəlif senzuralar, dövlətin mediaya müdaxiləsi və s. kimi hallar nəzərə alınaraq bu qənaətə gəlinib. Türkiyə bu il 14 sıra geriləyib və dünya ölkələri arasında 134-cü sırada qərarlaşmaqla bərbər, siyahıda 42 Avropa ölkəsinin arasında mətbuatı azad olmayan tək ölkə olaraq qalıb. Ölkələrin media azadlığını dünya xəritəsindəki rənglərlə göstərən təşkilat medianın azad olduğu ölkələri yaşıl, qismən azad olanları sarı, azad olmayan ölkələri isə bənövşəyi rənglə kateqoriyalaşdırıb. Media azadlığına görə Türkiyəni qabaqlayan bəzi ölkələr Banqladeş, İndoneziya, Monqolustan, Uqanda, Keniya, Tanzaniya, Livan, Tunis, Əl-Cəzayir, Küveyt, Makedoniya, Bosniya-Herseqovina, Kosovo , Albaniya, Gürcüstan və Moldava bu siyahıda Türkiyəni qabaqlayan ölkələr sırasındadır. Bütün dünyada medianın vəziyyəti yaxşı deyil "Freedom House"un bu gün açıqlanan hesabatında dünya üzrə də media azadlığının aşağı düşdüyü qeyd edilib. Ermənistanla eynı sırada Nəticə olaraq Türkiyə medianın boğulmasına verilən 100 baldan 62 faizini - 62 balı toplayaraq, media azadlığı mövzusunda Ermənistan, Ekvador, Liviya və Cənubi Sudan ilə eyni sırada dayanıb. 197 ölkə siyahında 97 bal ilə ən sonuncu Şimali Koreyadır. Media üzrə ən azad ölkələr isə Hollandiya, İsveç və Norveçdir. |
2014-05-03 | 16,519 | Bakı polisi gücləndirilmiş rejimdədir – Usubovdan göstəriş | Hazırda Bakı ərazisində polis gücləndirilmiş iş rejimində çalışır. "Axar.az" əməkdaşının müşahidələrinə görə, gecə saatlarında yol polisi əməkdaşlarının fəallığı və patrulu gücləndirdiyi hər addımda hiss olunur. Növbədə olan yol polislərindən birinin verdiyi məlumata görə, bu gün Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib və həmin iclasda nazir Ramil Usubov qəti tapşırıqlar verib: "Nazirin sərxoş sürücülərə və avtoşlara heç bir halda güzəşt edilməməsi barədə ciddi göstərişi var. Başqa hər hansı yol hərəkəti qaydası pozmağa güzəşt oluna bilər, amma sərxoşluq və sürət həddinin artırılması, avtoşluğun dərhal və qəti şəkildə cəzalandırılması barədə göstəriş almışıq", - deyə polis əməkdaşı bildirib. Sərxoş sürücünün və ya avtoşun həbsi, sürücülük hüququndan məhrum edilməsi birmənalıdır: "Tapşırıq verilib ki, kimliyindən asılı olmayaraq, dərhal tədbir görək". Əməkdaşımız yol polisinin sürət həddini azacıq da olsa qaldıran sürücülərin arxasınca anında hərəkətə keçdiyi, sərxoşluğu şübhə doğuran sürücünün isə dərhal saxlanıldığını müşahidə edib. Polis bəzən saxladığı sürücünün sənədini də yoxlamır, sadəcə, sərxoş olub-olmadığını müəyyənləşdirərək, ona uyğun addımlar atır. Maraqlıdır ki, əməkdaşımız yol polislərinin bir yerdə dayanmadığı və saxladığı sürücü ilə ənənəvi olaraq uzun-uzadı danışmadığı, müzakirə açmadığını və çox vaxt itirmədiyini də müşahidə edib. |
2014-05-03 | 16,520 | Zaur Baxşəliyev küçədə rəqs etdi - Video | Sosial şəbəkələrdə Zaur Baxşəliyevin küçədə rəqs etdiyini əks etdirən video yayılıb. "Axar.az" xəbər verir ki, tanınmış aparıcı Zaur Baxşəliyev və onun həmkarı Mətanət Əliverdiyeva qızmar günəş altında küçənin ortasında rəqs ediblər. Həmin videonu təqdim edirik: |
2014-05-03 | 16,521 | Qazaxıstan Leninə heykəl qoydu - Foto | Qazaxıstanın Rusiya ilə həmsərhəd vilayəti olan Kustanayda kommunistlərin lideri Vladimir Leninə heykəl qoyulub. "Axar.az"ın Qazaxıstan mediasına istinadən məlumatına görə, abidə "Kostanayşinservis" istehsalat müəssisəsinin işçilərinin təşəbbüsü ilə ucaldılıb. Müəssisənin rəhbəri Valeri Manqulinin sözlərinə görə, bu, onların arzularının gerçəkləşməsidir. Əlavə edib ki, təmsil etdiyi vilayətdə rus dilinə və mədəniyyətinə böyük hörmət var. Müəssisə rəhbəri bu cür tarixi şəxslərin abidələrinin ucaldılmasını xalqların birləşdirlməsinin faktoru sayıb. |
2014-05-03 | 16,522 | Ermənistanda “ən kasıb” qadın - Sarkisyanın xanımı | Ermənistanda yüksək vəzifəli məmur arvadlarının sərvətləri açıqlanıb. "Axar.az" xəbər verir ki, Ermənistanın "SivilNet" telekanalı milyonları olan məmur arvadlarının siyahısını tərtib edib. Rəsmi məlumatlara görə, 27,4 milyon dollarla birinci yeri respublikaçı Samvel Aleksanyanın həyat yoldaşı Şoqer Mkrtıçyan tutur. Sonuncu sırada isə 259 min dollarlıq vəsaitə sahib Ermənistanın birinci xanımı Rita Sarkisyan qərarlaşıb. "SivilNet"in hazırladığı siyahıda ikinci yeri Ərazi İdarəsi naziri Gagik Beqlaryanın xanımı Nune Nikolyan tutur. Onun sərvəti 3,7 mln dollardır. Baş nazir Hovik Abrahamyanın xanımı Culiet Abrahamyan 3,6 milyon dollar vəsaitlə üçüncü sırada qərarlaşıb. Deputat Hakob Hakobyanın həyat yoldaşı Hasmik Hakobyan ($ 3,5 milyon), maliyyə naziri Qaqik Xaçaturyanın həyat yoldaşı - Laura Epremyan ($ 3,2 mln ), Mərkəzi Bankın sədri Artur Cavadyanın xanımı - Hasmik Manukyan (1,2 milyon dollar), deputat Ara Babloyanın xanımı - Manuşak Yeritzyan ($ 1 milyon), Fövqəladə Hallar Nazirni Armen Erityanın xanımı Mari Erityan ($ 364 min), deputat Volodya Badalyanın həyat yoldaşı Azatuhi Nalbandyan ($ 270 min) sərvətə sahibdirlər. Siyahını sonuncu sırada 259 min ABŞ dolları ilə Ermənistan prezidenti Serj Sərkisyanın xanımı Rita Sərkisyan tamamlayır. Qeyd edək ki, "SivilNet" telekanalı Ermənistanın "Sivilitas" fondu tərəfindən yaradılıb və ona keçmiş Xarici İşlər naziri Vardan Oskanyan rəhbərlik edir. |
2014-05-03 | 16,523 | "Cənab Obama, sözlə tankı saxlamaq olmaz" - Video | "Siz elə hərəkət edirsiniz, sanki Putin yerdə deyil, Marsdadır". "Axar.az" xəbər verir ki, bu barədə Ruslana Vaşinqtonda "mədəni lider" nominasiyasında mükafat alarkən söyləyib. Mükafat alandan sonra ifaçı və aktivist 6 dəqiqəlik nitq söyləyib. Həmin nitqin qısa mətnini təqdim edirik: "Mən Amerikaya müraciət edirəm. Cənab prezident Obama, sözlərlə tankları saxlamaq mümkün deyil. Lider olun. Müharibəni dayandırın. Ukraynanın müstəqilliyini qorumağa kömək edin. Amerika, güclü ol. Dünyanı öz arxanca apar. Avropa və bütün dünya sənin arxanca gələcək. Bu sizin sonuncu şansınızdır. Əgər siz bunu etməsəniz, o zaman biz əbədi olaraq demokratiya, təhlükəsizlik, beynəlxalq münasibətlər sistemini itirəcəyik. Siz elə hərəkət edirsiniz ki, sanki Putin yerdə deyil, Marsdadır". |
2014-05-03 | 16,524 | ANS-in optimist kosmopolitliyi | Qloballaşan dünyada kosmopolitizm çox da qorxulu bir tendensiya deyilidir; həyata yeni rənglər qatır. Bunu mədəniyyətdə, geyimdə, ümumiyyətlə folklorda daha çox görmək mümkündür. Həmçinin musiqidə. Mən bakılıyam, şəhərdə doğulub böyümüşəm. Rus məktəbini bitirsəm də, Bokanı heç vaxt dinləməmişəm, dinləmərəm də. Peşmançılıq çəkməyən Xocalı qatillərinin nümayəndələrini 100 il keçsə də, bağışlamaram. ANS ölkə mediasında özünəməxsus, vizuallığa rəng qatan bir kanaldır. Varlığı önəmlidir. Ən azı, müstəqil və ayrı bir KİV olaraq, vətəndaş cəmiyyətinin qurulması və möhkəmlənməsində vacib rolu vardır. ANS ölkəmizdə bir çox media mütəxəssisinin yetişib püxtələşməsində böyük bir rol oynamışdır. Bu tərifləri və qeydləri tərəfsiz təhlil apardığımı sübut etmək üçün yazdığımı da düşünə bilərsiniz. Həm də ANS-də hörmət etdiyimiz jurnalist və aparıcı mütəxəsisslər var. Lakin ANS ÇM-də erməni mahnılarının səslənilməsinə gəldikdə, bunun yolverilməz olduğunu anlamaq üçün Xocalıda yolun kənarında nəşi yatan bir türk qızının şəklini yada salmaq kifayətdir (O şəkilə aşağıda baxın, diqqətlə baxın!) Rəhmətlik Çingizin də - o ürəyi vətən yanğını ilə közərən Çingizin də - öz adını daşıyan bir radioda xalqına min bir zülm etmiş və torpaqlarını hələ də işğal altında saxlayan ermənilərin mahnılarının səsləndirilməsinə razı olacağına heç inanmamazdım. Qonşu millətlər arasında heç bir ədavət uzun sürməz, sürməməlidir. Lakin bunun üçün tarixi ədalətsizliklər düzəldilməli, səhv edənlər də səhvini etiraf edib peşmançılıq çəkməlidir. Bağışlamaq olar, kinlə yaşamaq müsbət hal deyildir; lakin peşman olmayanı bağışlasanız mərhəmət anlayışını çox ucuza satmış olarsınız. Odur ki, alınlarına döyüş yazılanlara düşmən mahnılarını yox, hərbi marşı səsləmələri daha münasib olardı, bizim də onlardan gözlədiyimiz budur. ANS ÇM bu yayıma bir an əvvəl son qoysa döyüşün alnımıza yazıldığına dair şübhələrimizə də son qoyardı. Bil ki dönəcəyik, dönəcəyik biz; Dağları, dərələri sancar səsimiz, Lap bu döyüşlərdə dursa ürəyim, "Vətənim" deyərək atacaq nəbzim... Bil mən baş qoyaram, anam yolunda, Anamın vətəni, qalıb girovda. Gəlsin muğam səsi, göz yumulanda, Bülbül olar mənə, güllə səsləri... |
2014-05-03 | 16,525 | Cərrah, yoxsa gilyotin bıçağı | Dünən Yevlaxda faciəvi hadisə baş verib. Doğuş zamanı ana və uşaq dünyasını dəyişib. Səhiyyə nazirliyi hələ ki, araşdırma aparıldığını bildirib. Ola bilsin ki, nazirlik adından nəsə deyilsin. Bu cür faciəvi hallara münasibət həmişə elə olur ki, sanki insan iradəsindən kənar, qeyri-ixtiyari bir qəza baş verib və nəticədə də bədbəxt hadisə meydana gəlib. Halbuki, heç bir həyati təhlükəsi olmayan xəstəliklərə və ya tibbi əməliyyatlara görə ölkənin səhiyyə sistemi bütövlükdə məsuliyyət daşıyır. Çünki səhlənkarlıq və ya qeyri-peşəkarlıq üzündən əgər bir insanın həyatına son qoyulursa, bu, artıq qatillik, insana qarşı vandal münasibətin nəticəsidir. Bu gün mədəni saydığımız dünyada səhiyyənin məqsədi xəstəliklərin yaranmasının qarşısını almaq, onu ilkin vaxtda aşkara çıxarıb aradan qaldırmaqdır. Bu təkcə həkimlərin peşəkarlığı, dərmanların keyfiyyətli olması məsələsi deyil, həm də səmərəli işləyən tibbi sığorta sisteminin yaradılması ilə bağlıdır. Vətəndaşın məsuliyyətliliyindən asılı olmayaraq tibbi sığorta şirkəti məyyən etdiyi vaxtda öz müştərisinin qarşısında vaxtlı-vaxtında müayinə olmaq şərti qoyur və beləcə, hər kəs bundan faydalanır. Ancaq keçmiş sovet səhiyyəsinin mirasını daşıyan bu günkü səhiyyəmiz xəstəliklərin qarşısını almaq məqsədi ilə deyil, insan xəstələnəndən sonra onun müalicə etmək prinsipi əsasında fəaliyyət göstərir. Müalicə də ki, nə müalicə... Bu yaxınlarda öyrəndim ki, İran bizim Biləsuvar keçid məntəqəsinə yaxın ərazidə böyük xəstəxana kompleksi inşa etməyə başlayıb. Məqsəd Azərbaycandan gələn xəstələri qəbul etməkdir. Çünki bu sahədə sifarişlər o qədər böyükdür ki, artıq İran hökumətinin diqqətini cəlb edib. Bu fakt bizi çox ciddi düşündürməlidir. Səhiyyəmiz niyə bu qədər insanların nəzərində etibar və güvənini itirib? Çeşidili səbəblər var. Həkimlərin peşəkarlığının aşağı olmasından tutmuş dərmanların keyfiyyətsizliyinə qədər çoxsaylı məsələlərin hər biri üzərində ayrıca durmaq olar. Ancaq həm də məsuliyyət çatışmazlığı bu məsələdə çox neqativ təsir göstərir. Deyək ki, həkim səhlənkarlığı üzündən xəstə dünyasını dəyişib. O halda müvafiq qurumların bu məsələni araşdırıb səhlənkarlığı ilə neçə insanı bədbəxt etmiş həkimi məsuliyyətə cəlb etmək əvəzinə himayə etməsi insan həyatının dəyərini və həkim məsuliyyətini arxa plana keçirir. Bir faktı xatırlatmaq istərdim… Son aylar oxucularımız həkimlərin səhlənkarlığı üzündən dünyasını dəyişmiş iki uşaq anası, Elnarə Tofiqızının qətli barədə çox yazıb. Ancaq öz səhlənkarlığı ilə bir insanın ölümünə, iki uşağın anasız qalmasına səbəb olmuş həkimlərin günahkar olması ilə bağlı ekspertiza rəyi olmasına baxmayaraq, onlar bu günə qədər cəzalandırılmırlar. Bir çox reallıqları başa düşdük, axı bunlar ki, "toxunulmazlar" zümrəsinə daxil deyillər. Bu cəzasızlıq insan həyatına etinasız və məsuliyyətsiz yanaşmaq üçün bir mühit yaradır. Əgər etdikləri səhvlər üzündən insanlara zərər vurmuş həkimlər bu gün qanun qarşısında məsuliyyətə cəlb olunsalar, o zaman savadsız və səhlənkar şəxslər insanların həyatını bu qədər təhlükəyə atmaqdan çəkinərlər. Ya özlərinə başqa peşə tapar, ya da ki, daha məsuliyyətli olarlar. Ancaq hələ ki, insanlarımız əllərdəki cərrah bıçağını gilyotin bıçağına çevirmişlərin güdazına getməkdədirlər. Bu üzdən dünyasını dəyişənlərin və onların arxasınca gözü yaşlı qalanların ahı pafoslu çıxışların gurultusu içində itib-batmaqdadır. |
2014-05-03 | 16,526 | Müğənniyə brilyantı kim bağışlayıb? - Foto | Dünən müğənni Mənzurə Musayevanın ad günü olub. Müğənni Mənzurə Musayeva "Axar.az"a verdiyi açıqlamasında dünən ad gününü qeyd etdiyini və rəfiqəsinin ona brilyant boyunbağı hədiyyə etdiyini bildirdi: "Dünən "Romance Palace"da çox möhtəşəm doğum günü qeyd etdim, hətta qonaqlara yer çatmadı... Yüz iyirmi nəfərlik yer bağlatdırmışdıq, təxminən iki yüz otuz nəfər qonağım oldu. Həmkar dostlarımdan Teymur Mustafayev (əmi), Niyaməddin Musayev, Elton Hüseynov, Əflatun Qubadov, Manaf Ağayev, Ruhəngiz Allahverdiyeva, Nüşabə Ələsgərli, Əlikram Bayramov, aşıq Samirə və s. ıştirak edirdi. Brilyant boyunbağı isə yaxın rəfiqəm Dövlət televiziyasının əməkdaşı Vəfa xanımın qızı Çinarə tərəfindən hədiyyə olunub". |
2014-05-03 | 16,527 | Büdcədən 10 minə qədər oğurlamaq olar, artıq yox | "İllərdir nazirliklərin büdcələri əsassız şəkildə o qədər şişib ki, belə məsələlər onlara "xırda" görünür". Bunu "Axar.az"a hesablama Palatasının araşdırmalarının nəticələrindən narazı qalan qurumların mövqeyini şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi. Onun sözlərinə görə, nöqsanların "xırda" və "iri" kimi təsnifatlandırılması doğru deyil: "Qanunvericiliyə görə 50 manatdan yuxarı verilən hədiyyə artıq korrupsiya faktı sayılır. 7 min manatdan yuxarı mənimsəmələr dövlət büdcəsinə külli miqdarda ziyan vurma maddəsi ilə cinayət işinin başlanmasına əsas verir. Burda digər məsələ vergidən yayınma ilə bağlıdır. Əgər 3 gündən artıq vergidən yayınma olarsa, bu, artıq cinayət işinin açılması üçün zəmin yaradır. İllərdir nazirliklərin büdcələri əsassız şəkildə o qədər şişib ki, onlara belə məsələlər "xırda" görünə bilər. Amma xərclənən büdcə vəsaitinin hər manatının hesabatını vermək sadəcə, onların vəzifə borcudur. Onların fikrindən belə çıxır ki, 10 min manata qədər oğurlamaq olar, amma bundan yuxarı yox. Büdcədən bütün xərcləmələr qanunla həyata keçirilir və qanuna əsasən də Hesablama Palatası vəzifəsini yerinə yetirir. Sadəcə, illərdir Hesablama Palatasında bu səviyyəli məsələlərə fikir vermirdilər, bu da nazirliklərə rahat hərəkət etməyə şərait yaratmışdı. İndi Hesablama Palatasında rəhbərlik dəyişikliyi edildi və bu ola bilsin ki, yeni rəhbərliyin "güc göstəricisi"dir. Amma faktiki olaraq büdcə vəsaitlərinin xərclənməsində problemlər var, bunun "xırdası", "irisi" olmaz və sadəcə, onların hamısı təsbit edilməlidir". Ekspertin fikrincə, narazı qurumlar qanunun imkan verdiyi çərçivədə öz hüquqlarını qorumalıdırlar: "Hesablama palatasının araşdırmalarının nəticələrindən narazı qalan qurumlar qanunvericiliyi verdiyi imkanlardan yararlanaraq Hesablama Palatasını məhkəməyə verə bilərlər. Amma mən inanmıram ki, indi hansısa qurum bu addımı atsın". Balonya bəyannaməsi ilə ziddiyyət Son zamanlar müxtəlif KİV-lərdə haqqında maliyyə nöqsanlarının mövcudluğu ilə bağlı məlumatlar yer alan Azərbaycan Turizm İnstitutunun (ATİ) Tədris İşləri üzrə Prorektoru Eldar Aslanov bu ittihamları qəbul etmir. Prorektor "Axar.az"a açıqlamasında ATİ-də Hesablama Palatası tərəfindən heç bir maliyyə nöqsanı aşkar edilmədiyini, amma jurnalistlərin həqiqəti əks etdirməyən informasiyalar yaydıqlarını qeyd edir: "Hesablama Palatası tərəfindən Azərbaycan Turizm İnstitutunda aşkar etdiyi bir neçə xırda nöqsan həll edilib və bu da yekun aktında özünü göstərib. Bu nöqsanlar nə ilə bağlı olub?! Azərbaycan Balonya bəyannaməsinə qoşulub və bu bəyannamənin tələblərinə uyğun fəaliyyət həyata keçirmişik. Amma Azərbaycanda olan köhnə əsasnamələr var ki, həmin əsasnamələrlə Balonya bəyannaməsi ziddiyyət təşkil edir. Məhz bunlarla bağlı biz izahatlar vermişik. Burda heç bir maliyyə nöqsanından söhbət belə gedə bilməz. Bilirsiniz ki, Azərbaycan Turizm İnstitutu müxtəlif yerli və beynəlxalq layihələr reallaşdırır. Bunun üçün isə müəyyən sayda kompüter, şkaf, stol və stullar alınıb. Sadəcə, bizim təsərrüfat onları diqqətdən yayındırıb uçota almayıb. Məhz Hesablama Palatasının iradından biri bu avadanlıqların uçota alınmaması ilə bağlı idi. Biz də həmin avadanlıqları inventarlar siyahısına əlavə etdik. Bu və bu kimi inzibati xarakterli nöqsanlar aşkar olunub. Hesablama Palatası bizimlə bağlı olan hesabatı Milli Məclisə təqdim edəndə və bizimlə bağlı yazdığı irad və nöqsanları nədənsə jurnalistlər mənimsəmə faktı kimi qələmə veriblər. Hətta rəqəm də söyləyiblər. Biz isə buna etiraz etmişik". Xatırladaq ki, Hesablama Palatası müxtəlif dövlət və hökumət qurumlarında apardığı araşdırmaların nəticələrini açıqlayıb. Hesabata əsasən 75 audit tədbiri həyata keçirilib, 254 nəfər məsul şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada intizam tənbehi tətbiq edilib, 13 nəzarət obyektində 99 ştat ləğv edilib. Hesablama Palatasının bu hesabatına əsasən, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Səhiyyə Nazirliyi və başqa bu kimi qurumlarda ciddi nöqsanlar aşkar edilib. Nöqsanların aşkar edildiyi bildirilən qurumların bəzilərində bu, etirazla qarşılanıb və onlar bu nöqsanların "xırda" səhvlər olduğunu qeyd edərək faktların şişirdildiyini qeyd ediblər. |
2014-05-03 | 16,528 | Müğənninin qonorarı rekord vurdu | Yeni seriala çəkilmək üçün "Qaragül"dən ayrılan türkiyəli müğənni Özcan Dənizin bu işə görə alacağı qonorarın məbləği türk mediasında əməlli-başlı hay-küyə səbəb olub. "Axar.az" xəbər verir ki, müğənninin yeni çəkiləcəyi serial "Taleyimin yazıldığı gün" adlanır. Baş rolu "Kəpənəyin yuxusu", "Məhəbbət təsadüfləri sevir" filmləri ilə məşhurlaşmış aktrisa Belçim Bilginlə paylaşan Özcan Dəniz bu layihənin hər seriyası üçün nə az, nə çox, 96 min TL (36 min manat) alacaq. |
2014-05-03 | 16,529 | Bu ağaca yaxınlaşanlar ölür – Şok/Foto | Bədən ağac üzərində olan zəhərə qısa müddət içində reaksiya verir. "Axar.az" xəbər verir ki, Ginnes Rekordlar Kitabına girəcək qədər təhlükəli olan və dünyanın ən zəhərli ağacı olaraq tanınan "Manchineel" ağacı, Florida, Bahama, Orta Amerika və Cənub Amerika bölgəsində rast gəlinən nadir bir növdür. Ağac ən kiçik bir toxunuşda belə dəri üzərində yanıqlar meydana gətirəcək təsirə sahibdir. Bədən ağac üzərində olan zəhərə qarşı qısa müddət içində reaksiya verir və dəri üzərinə qabarcıqlar halında su toplanmağa başlayır. Əgər bu ağaca yağış yağarkən yaxınlaşsanız və yaxud ağacdan üstünüzə bir yağış damlası sıçrasa bu, yenə sizin təhlükə altında olduğunuzu göstərir. Yanan bir "Manchineel" ağacının tüstüsü də gözə təmas etsə, bu, insanın kor olmasına gətirib çıxarır. Ağacın üzərinə tanımayan kəslərin zərər görməməsi üçün xüsusi "xəbərdarlıq" işarələri vurulur. |
2014-05-03 | 16,530 | Kann festivalının münsiflər heyəti açıqlandı | Kann festivalının münsiflər heyətinin siyahısı açıqlanıb. "Axar.az" xəbər verir ki, 67-ci Kann kinofestivalının münsiflər heyətinin siyahısında bu adlar yer alıb: Ceyn Kempion – rejissor (Yeni Zellandiya) Karol Buke – aktrisa (Fransa) Sofiya Koppola – rejissor (ABŞ) Leyla Xatami – aktrisa (İran) Çon Do Yen – aktrisa (Cənubi Koreya) Uillem Defo – aktyor (ABŞ ) Qael Qarsiya Bernal – aktyor (Meksika) Çzya Kjanke – rejissor (Çin) Nikolas Vindinq Refn – rejissor (Danimarka) Xatırladaq ki, 67-ci Kann kinofestivalı 14-25 may çərçivəsində keçiriləcək. |
2014-05-03 | 16,531 | İsrail Azərbaycanı Rusiyadan müdafiə etməyəcək – İddia | "Şübhə etmək olmaz ki, Təl-Əviv rejiminin Azərbaycana yaxınlaşması taktiki xarakter daşıyır və sionistlər Azərbaycanı Ermənistan və ya Rusiyadan gələn təhlükələr qarşısında müdafiə etməyəcəklər". "Axar.az" xəbər verir ki, bu iddia ilə İran mətbuatı çıxış edib. Mətbuat İsrailin heç bir zaman Azərbaycanla münasibətlərində Rusiya faktorunu yaddan çıxartmayacağını bildirib: "Burada Sionist rejimin Azərbaycanla münasibətlərində Rusiya faktorunu daim diqqətdə saxlayacağını unutmamalıyıq. Belə ki, İsrail postsovet respublikaları ilə əlaqələrində həmişə olduğu kimi bundan sonra da mütləq Moskvanın həssasiyyətlərini nəzərə alacaq. Bunun səbəblərinə gəlincə, İsrail və Rusiyanın dövlət maraqlarının bir çox məsələlərdə üst-üstə düşməsini və İsrailin Rusiya ilə xüsusi əlaqələrə malik olduğunu göstərmək olar. Bu əlaqələr SSRİ dağılandan sonra yüksələn xətlə inkişaf etməyə başladı və 100 minlərlə rusiyalı yəhudi İşğal olunmuş Fələstin ərazilərinə köçürüldü, siyasi hakimiyyətdə onlara etibar edildi. İsrail gələcəkdə postsovet məkanında baş verə biləcək mümkün münaqişələrdə Rusiyaya və eyni zamanda onun Ermənistan kimi oyuncaqlarına tam məharətlə dəstək verəcək". |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.