date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-04-29
16,116
Fransa iki saata Leyla Yunusa 5 illik viza rəsmiləşdirib
"Aprelin 28-də iki saat ərzində Fransanın Azərbaycandakı səfirliyi Leyla və Arif Yunuslar üçün 5 illik viza rəsmiləşdirib". "Axar.az" APA-ya istinadən xəbər verir ki, Bu barədə APA-ya diplomatik mənbədən məlumat daxil olub. Məlumata görə, məqsəd Leyla və Arif Yunusları ölkədən çıxararaq, onları Fransada yerləşdirmək olub. Verilən məlumatda o da bildirilib ki, bu məsələdə Fransanın Azərbaycandakı səfirliyinə ABŞ-ın Azərbaycandakı səfirliyi də dəstək verib. Mənbə qeyd edib ki, həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, Yunus ailəsinin Azərbaycandan Dohaya yola salınması planlaşdırılıb: "Daha sonra isə onlar Parisə yola salınacaqlarmış". Qeyd edək ki, aprelin 28-də saat 23:00 radələrində L. Yunus və həyat yoldaşı Arif Yunus Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili, həmçinin "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəliblər. Lakin Azərbaycan hüquq-mühafizə orqanları onları hava limanında saxlayıb və geri qaytarıb.
2014-04-29
16,117
“Qazprom” çökür – şok etiraf
Rusiyanın "Qazprom" şirkəti Qərbin sanksiyaları səbəbindən dünya birjalarındakı səhm satışından gələn gəlirdən məhrum olacağını etiraf edib. "Axar.az" xəbər verir ki, bu barədə şirkətin yayılan bəyanatında bildirilib. "Ukraynadakı böhranın inkişafı, digər ölkələrin Rusiya ilə münasibəti və eyni zamanda tətbiq olunan sanksiyalar regionun, eləcə də rus iqtisadiyyatına mənfi təsir göstərəcək. Öz növbəsində bu, beynəlxalq sərmayəçilərin Rusiyaya olan inamının azalmasına gətirib çıxaracaq", - deyə şirkətin yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, Rusiya ilə digər dövlətlər arasındakı münasibətlərin pisləşməsi qazın Avropaya çatdırılmasında ləngimələrə səbəb olacaq.
2014-04-29
16,118
Ömərov İTV-nin mənimsəmə ittihamına cavab verdi
"Bunun mənə dəxli yoxdur, mənim rəhbərliyim dövründə belə şey olmayıb". Bu barədə İctimai Televiziya və Radio Yayımları şirkətinin keçmiş rəhbəri İsmayıl Ömərov açıqlamasında İTV rəhbərliyinin onu "Blue Water Shipping Caspian Ltd" şirkətinin pulunu ödəməməkdə ittiham etməsinə münasibət bildirərkən deyib. İ. Ömərov qeyd edib ki, o bu barədə daha danışmaq istəmir: "Müavinim hər şeyə aydınlıq gətirib. Onu deyə bilərəm ki, deyilənlərin mənə dəxli yoxdur". Qeyd edək ki, beynəlxalq daşımaçılıqla məşğul olan "Blue Water Shipping Caspian Ltd" şirkəti İTV-ni məhkəmə verib. Şirkət televiziyadan gördüyü işin müqabilində pul tələb edir. İTV isə bunun İsmayıl Ömərovun vaxtında baş verdiyini deyib. "Məhkəmə prosesinin indiki rəhbərliklə heç bir əlaqəsi yoxdur. Bu hadisə 2012-ci ildə Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsi ilə bağlıdır. O zaman İTV üzərinə bəzi öhdəliklər götürüb. Ancaq bunu yerinə yetirməyib. Hazırda işə məhkəmədə baxılır. Məhkəmənin verəcəyi qərara əsasən işimizi görəcəyik"-deyə bildirilib. /Publika.Az/
2014-04-29
16,119
Kansler ad gününü Piterdə Putinlə qeyd edib – Foto
Avropa Birliyi və ABŞ-ın tətbiq etdiyi sanksiyalar fonunda Almaniyanın sabiq kansleri Herhard Şröyder 70 illiyini Sankt Peterburqda qeyd edibmiş. "Axar.az" "Şpiqel"ə istinadən xəbər verir ki, dostunun ad gününü təbrik etmək üçün Rusiya Prezidenti Vladimir Putin Sank-Peterburqa uçmalı olub. Qeyd edək ki, bu hadisə "Şpiqel" tərəfindən ciddi tənqid olunub və Şröyderin belə addımı onun bütün sivil dünyaya qarşı çıxması kimi səciyyələndirilib. Şəkildən də göründüyü kimi, Şröyder dostu Putini "Yusupov" sarayının önündə qrşılayıb. Diqqət çəkən məqamlardan biri də Aleksey Millerin hamıdan tez hadisə yerinə gəlməsidir. Xatırladaq ki, Şröyder Vladimir Putinin ən yaxın dostlarından sayılır. Hətta keçmiş kansler Kremlin qaz müqavilələrinin Avropada ən böyük lobbiçilərindən biri kimi diqqətləri çəkib.
2014-04-29
16,120
Bakıda keçmiş prokurorluq işçisi intihara cəhd etdi
Bakıda keçmiş prokurorluq işçisi intihara cəhd edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Şəhidlər xiyabanının yaxınlığında qeydə alınıb. Keçmiş prokurorluq işçisi Fəxrəddin Məmmədov üstünə yanacaq tökərək özünü yandırmaq istəyib. Lakin hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində F. Məmmədov fikrindən daşındırmaq mümkün olub. Polisə aparılan F. Məmmədovun hansı səbəbdən intihar etmək istədiyi araşdırılır. F. Məmmədovun uzun illər əvvəl prokurorluq orqanlarında çalışdığı bildirilib.
2014-04-29
16,121
Ərdoğan: "ABŞ Güləni deportasiya etməlidir"
"ABŞ Fətullah Güləni deportasiya etməlidir". Məlumata görə, bu barədə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, 17 dekabr və 25 dekabrda atılan addımlar zərbə cəhdinə çevrilib. "Bu, bir zərbə cəhdi idi. Vətəndaş zərbəsi. Bunu etdilər. Əgər mən bu baş verənlərə qarşı səssiz qalmış olsaydım, hadisələr çox fərqli yerlərə gedə bilərdi. ABŞ bunları deportasiya etməlidir. Mən Amerikanın təhlükəsizliyini təhdid edənlərə nə edərsəm, strateji tərəfdaşımız olan ABŞ da bizim milli təhlükəsizliyimizi maraqlandıran addımlar atmalıdır". Ərdoğan həmçinin Twitter ilə bağlı da danışıb və şirkətin eyni ABŞ-dakı kimi Türkiyədə də vergi verməli olduğunu söyləyib. Twitterin türk məhkəmə qərarları ilə razılaşmadığını da vurğulayan Ərdoğan şirkətin yerli məhkəmənin vermiş olduğu qərara uyğun addım atmasının vacibliyini qeyd edib. /ANS/
2014-04-29
16,122
İlham Əliyev Olimpiya Agentliyinin rəhbərini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hiratanı qəbul edib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Yaponiya Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hirata Azərbaycana ötən səfərlərini və xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşünü böyük ehtiramla xatırladı. O, ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb. Görüşdə Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2014-04-29
16,123
Raket zərbəsi 12 insanın həyatına son qoydu
Dəməşqin mərkəzi rayonlarından birinin raket atəşinə məruz qalması nəticəsində ən azı 12 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. Məlumata görə, bu barədə RİA Novosti Suriyanın SANA agentliyinə istinadən xəbər yayıb. Agentlik xəbər verib ki, Əş-Şəqur rayonunu müxalifət silahlıları atəşə tutublar. Frans Press agentliyi xəbər yayır ki, raketlər bu rayonda yerləşən universitetin binasına düşüb. /Trend/ Digər təfərrüatlar açıqlanmır.
2014-04-29
16,124
Türkiyədə tutulan azərbaycanlı rəisdən xəbər var - Video
Türkiyədə keçirilən 17 dekabr rüşvət və korrupsiya əməliyyatında həbs edilən Sədərək gömrüyünün rəisi Mirməhəmməd Seyidov yaxın vaxtlarda azadlığa buraxılacaq. Bu barədə M.Seyidovun yaxınları məlumat verib. Bildirilib ki, hazırda gömrük rəisinin azadlığa buraxılması istiqamətində Türkiyə tərəfi ilə danışıqlar aparılır. Onun tezliklə şərti azadlığa buraxılaraq Azərbaycana veriləcəyi gözlənilir. Qeyd edək ki, M.Seyidov Türkiyədə keçirilən böyük rüşvət əməliyyatı çərçivəsində həbs edilib. O, dekabrın 17-də Qars aeroportunda tutulandan sonra İqdır polis idarəsinə aparılıb. M.Seyidov dekabrın 18-də gecə yarısına qədər dindirilib. Məhkəmənin hökmü ilə M.Seyidov barəsində 3 aylıq həbs-qətimkan qərarı çıxarılıb. Əldə etdiyimiz digər bir məlumata görə, Mirməhəmməd Seyidovun həbs edilənədək tutduğu Sədərək Gömrük-keçid məntəqəsinin rəisi postu hələ də boşdur. Yeni təyinat aparılmayıb. Qeyd edək ki, M.Seyidov və daha 16 şəxs Türkiyə polisinin bir ilə yaxındır apardığı izləmələrdən sonra həbs olunmuşdu. Bu ilin fevralında isə məhkəmənin qərarı ilə iş adamı Rza Zərrab da daxil olmaq həbs edilən bir neçə nazir övladı azadlığa buraxılıb /Azvision.az/.
2014-04-29
16,125
Ronaldo bu rekordla Messini geridə qoyacaq
"Real"ın ulduzu Ronaldo bu gün yeni rekord müəyyənləşdirə bilər. Buna görə də, ulduz futbolçu Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab matçında qol vurmalıdır. "Axar.az"ın verdiyi xəbərə görə, bu barədə ispaniya mətbuatı məlumat yayıb. Cari mövsüm ÇL-də 14 dəfə fərqlənən portuqaliyalı ulduz Münhen təmsilçisinin qapısına yol taparsa, Çempionlar Liqası tarixində bir mövsümdə ən çox qol vuran yeganə futbolçu olacaq. Hazırda Ronaldo Messi ilə birgə bu rekorda şərikdir. 29 yaşlı oyunçu "Bavariya" ilə görüşdə het-trikə imza atarsa, ÇL tarixinin indiyə kimi ən çox fərqlənən futbolçusu Messiyə çatacaq. Hazırda Ronaldo 67 qolla siyahıda üçüncü pillədədir.
2014-04-29
16,126
ATV-də rüşvət öz təsdiqini tapdı - Foto
"Bəli, bu xəbər doğrudur. Bu, gizlin deyil, açıq-aşkardır. Biz əvvəlcədən müqaviləyə qoy çəkirik. 600 manat iştirakçının səhnəyə çıxışı zamanı geyiminə və saçına sərf olunacaq". Bu sözləri "Axar.az"a ATV-də yayımlanan "Azərbaycanın səsi" verilişinin iştirakçılarından biri deyib. Onun sözlərinə görə, bu pul müqavilədə də öz əksini tapır. "Ancaq sponsorlarla necə müqavilə bağlanıb və onlar iştirakçıların geyim və saç dizaynını nəzərə alıblarmı və s. suallara mən cavab verə bilmərəm". "Azərbaycanın səsi" layihəsinin rəhbəri olan türkiyəli Kənan İçtən isə bu suallara yalnız ATV-nin cavab verməli olduğunu söylədi: ATV kanalı ilə əlaqə saxlayın. Mənim suallara cavab verməyə vaxtım yoxdur". ATV rəhbərliyi və departamentləri isə bu layihənin onlarab aid olmadığını, bütün məsuliyyətin layihənin icraçılarının üzərinə düşdüyünü söylədi. Xatırladaq ki, "Azərbaycanın səsi" yarışmasının iştirakçıları seçim turuna qatılmaq istəyənlərdən 600 AZN rüşvət yığıldığını sosial şəbəkədə öz profillərindən paylaşıblar. Bildirilir ki, əgər münsiflər həmin şəxsi seçsələr, o zaman ödənilmiş məbləğ geri qaytarılmır. Yarışda seçilməyənlərə isə həmin məbləğin 500 manatı qaytarılır.
2014-04-29
16,127
Rusiya ABŞ-a zəmanət verdi
Müdaxilə olmayacaq "Ukraynaya hərbi müdaxilə etməyəcəyik". "Axar.az" xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu ABŞ Müdafiə naziri Çuk Hagellə aralarında olan telefon danışığında deyib. Məlumata görə, Şoyqu öz həmkarına Ukrayna sərhədində hərbi müdaxilə edən rus ordusunun geri çəkildiyini və Ukraynaya hər hansı bir hərbi müdaxilə etməyi planlaşdırmadıqlarını bildirib: "Rusiya müharibənin qarşısını almaq üçün Ukrayna sərhədinə əsgər göndərib. Ötən günlərdə Kiyev rəhbərliyi bizə ordudan sivil xalqa qarşı istifadə etməyəcəyi barədə söz verib. Bu yeni şərtlər qarşısında biz də sərhəddəki ordularımızı geri çəkdik. Ukraynanın daxili işlərinə hərbi müdaxilə planlaşdırmırıq".
2014-04-29
16,128
Azərbaycanda dövlət məmuru seriala çəkilib - Video
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov teleseriala çəkilib. Bu barədə mətbuat katibi özü məlumat verib. N.Əzməmmədov bildirib ki, hazırda ATV telekanalında yayımlanan "Sonuncu fəsil" serialında, Mamed obrazında çəkilir: "Filmin rejissoru Rövşən İsaqdır, artıq 30 seriya yayımlanıb, mən isə 6 seriyada iştirak etmişəm". Qeyd edək ki, mətbuat katibi "Nəsimi", "Qara Volqa", "Asif, Vasif, Ağasif", "Od içində", "Yaramaz" və s. kimi filmlərdə rol alıb /Azvision.az/.
2014-04-29
16,129
Rusiya və Qazaxıstan müştərək internet yaradır
Rusiya Federal Şurasının üzvü Maksim Kavcaradze ölkə daxilində vahid kommunikasiya şəbəkəsinin yaradılmasını təklif edib. "Axar.az" məlumat verir ki, o, sözügedən şəbəkənin texniki immunitelərinin o səviyyədə hazırlanmasını istəyir ki, Avropa Birliyi və ABŞ-ın girişinə qadağa qoyulsun. Qeyd edək ki, Rusiyada ayrıca internet şəbəkəsinin yaradılması ideyası Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalardan sonra aktuallaşıb. Məsələn, sanksiyalardan irəli gələrək, Amerkanın nəhəng "Visa" və "Master Card" şirkətlərinin fəaliyyətlərini dayandırmasından sonra Rusiyada bank sistemində analoji milli şirkətlərin yaradılmasına qərar verilib. Diqqətə çatıraq ki, Kavcaradze belə bir şəbəkənin Kollektiv Təhlükəsizlik Təşkilatına (ODBK) daxil olan ölkələrlə - Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan, yaxud Asiya-Sakit okeanı regionu ilə yaradılmasını mümkün sayıb: "İndi bizdə Baş nazir həm Feysbuk, həm Tvitterdə qeydiyyatdan keçib və bu sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir. Amma maraqlı çevrələr pusquda duraraq, lazımı xəbərləri toplayırlar". Xatırladaq ki, Kavcaradze ilikin mərhələdə internetin Qazaxıstanla yaradlmasını daha real sayıb.
2014-04-29
16,130
İmişlidə bəy toy günü qəzada öldü
Bu gün İmişli rayonunda dəhşətli qəza baş verib. Bu barədə hadisənin şahidləri məlumat verib. Məlumata görə, rayonun Hacımuradlı kəndi ərzisində baş verən qəzada bir nəfər ölüb. Ölən şəxsin bu gün toyu imiş. Belə ki, bəyin nişanlısını gözəllik salonundan götürərək ata evinə qoyduğu və geri qayıdarkən qəzaya uğradığı bildirilir. Qeyd edək ki, qəzaya uğrayan maşın "Mersedes" markalı olub. Maşının nömrə yerinə "Biz evlənirik" yazılıb. Təqdim etdiyimiz fotoda həmin yazı da görünür. /Qafqazinfo/
2014-04-29
16,131
Leyla Yunus buraxıldı - Foto
Dünən Bakı Heydər Əliyev adına hava limanında saxlanılan hüquq müdafiəçisi Leyla Yunus sərbəst buraxılıb. "Axar.az" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Hüquq müdafiəçisi mediaya verdiyi açıqlamasında bildirib ki, hazırda onu evinə getməyə qoymurlar: "Evimdə axtarış aparmaq istəyirlər. Ona görə evə girməyimə icazə vermirlər".
2014-04-29
16,132
Bank rəhbərlərinin cinayət işi məhkəməyə göndərildi
"Royalbank" Açıq Səhmdar Cəmiyyətinin Paytaxt filialının vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb". "Axar.az"a Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaq nəticəsində aydın olub ki, cəmiyyətin Paytaxt filialının müdiri Anar Həşimov, filialın baş mühasibi Xatirə Ağayeva və xəzinədarı İlqar İsmayılovla qabaqcadan razılaşaraq etibar edilmiş əmlakı talama məqsədilə faktiki rəhbərlik etdiyi "Poliqrafist" MMC-nin adına müxtəlif vaxtlarda 71 min manat, 124 min 440 ABŞ dolları və 180 min avro məbləğində kredit sənədləşdirərək həmin pulları, həmçinin müxtəlif təşkilatlara avadanlıqların alınması məqsədilə "Poliqrafist" MMC-nin hesabına köçürülmüş 1 milyon 668 min 682 manatı, "Royal Construction Technologies and Development" MMC-nin adına sənədləşdirilmiş 100 min manat məbləğində krediti, habelə filialın xəzinəsindən 64 min 939 manat vəsaiti, ümumilikdə isə 2 milyon 228 min 612 manat məbləğində külli miqdarda əmlakı ələ keçirməklə "RoyalBank" ASC-nin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilib". Məlumatda bildirilir ki, A.Həşimov və İ.İsmayılov barəsində həbs qətimkan tədbiri, X.Ağayeva barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. İstintaq zamanı vurulmuş ziyandan 1 milyon 771 min 331 manatının ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
2014-04-29
16,133
Ermənistan parlamentinə yeni spiker seçildi
Gizli səsvermənin nəticələrinə görə böyük səs çoxluğu ilə hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyan Ermənistan parlamentinin yeni sədri seçilib. Onun namizədliyinə 101 deputat, yeganə rəqibi - müxalifətdən olan deputat Qrant Baqratyana isə 3 parlamentari səs verib, iki bülleten etibarsız sayılıb. Səsvermədə 106 deputat iştirak edib. /Trend/
2014-04-29
16,134
Zakir Həsənov kollegiya iclası keçirdi
Aprelin 29-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, toplantıda Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə və müstəqil xidmət rəisləri, birlik komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak edib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən həyata keçirilən islahat və quruculuq işləri barədə, həmçinin dövlət rəhbərliyinin ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələr haqqında danışılıb, xidməti məsələlər müzakirə edilib. Kollegiyaya yekun vuran Müdafiə naziri hissə və bölmələrin döyüş qabiliyyətinin artırılaraq yüksək səviyyədə saxlanılması, müdafiə zolağının təkmilləşdirilməsi, nizam-intizamın, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, milli-mənəvi dəyərlərə üstünlük verilməsi və şəxsi heyətə döyüş ruhunun aşılanması, mənəvi-psixoloji vəziyyətinin öyrənilməsi məsələlərinə diqqətin artırılması ilə əlaqədar tapşırıqlar verib.
2014-04-29
16,136
Sevdiyi qızın 6 yaşlı bacısını öldürdü - Qisas
2 gün öncə Türkiyənin Adana şəhərində itkin düşmüş 6 yaşlı Gizəmin cəsədi tapılıb. "Axar.az" xəbər verir ki, itkin düşən qızcığazın axtarışı üçün Ankaradan Adanaya gələn xüsusi dəstə aparılan əməliyyat nəticəsində onun cəsədini tapıb. Qətldə şübhəli bilinən isə Gizəmin bacısıyla evlənmək istəyən S.A. adlı şəxs artıq tutulub. Cəsəd isə evlərindən 20 kilometr aralıda yerləşən Seyhan Baraj gölü yaxınlığında aşkar edilib. Nəşi Ədliyyə tibbi ekspertizasına gətirilən Gizəm Akdənizin zorakılıqla öldürüldüyü məlum olub. İlkin araşdırmalara görə, Gizəmin bıçaqlanaraq boğulduğu, daha sonra isə cəsədinin qismən yandırıldığı müəyyən olunub. Cinayətin qisas zəminində törədildiyi bildirilir. Belə ki, Gizəmin bacısıyla evlənmək istəyən şəxs razılıq ala bilmədiyi üçün bu cür qisas almaq qərarına gəlib.
2014-04-29
16,137
Ermənistan əvəzinə Kolumbiya bayrağı yandıran danışdı
"Türkiyədə erməni xəbər agentliyi əvvəlcə erməni bayrağının yandırılması ilə bağlı məlumat yayıb. Daha sonra o xəbəri dəyişdirib "Kolumbiya bayrağını erməni bayrağı sanıb yandırdılar" kimi veriblər". "Axar.az" xəbər verir ki, bunu açıqlamasında İğdırdakı Soyqırım Abidəsində Ermənistan bayrağını yandıran Dünya Azərbaycanlıları Konqresinin (DAK) təmsilçisi Samir Adıgözəlli deyib. S.Adıgözəllinin sözlərinə görə, bu cür yalan məlumat erməni mətbuatının uydurmasıdır: "Ermənilərin Türkiyə bayrağını yandırması bizdə hiddət doğurmuşdu. Biz də Ermənistan bayrağını yandırmaq qərarına gəldik. Kırtasiye (dəftərxana ləvazimatları satılan yer – A.Ə) dükanından böyük bayraq olmadığı üçün 3 dənə balaca bayraq aldıq. Məqsədimiz bayraqları Soyqırım Abidəsi qarşısında yandırıb içimizdə olan hirsi tökmək idi. Bu xəbəri kifayət qədər araşdırmışam. Türkiyədə erməni xəbər agentliyi əvvəlcə erməni bayrağının yandırılması ilə bağlı məlumat yayıb. Daha sonra o xəbəri dəyişdirib "Kolumbiya bayrağını erməni bayrağı sanıb yandırdılar" kimi veriblər. Bu, Türkiyə və Azərbaycana qarşı olan bir agentlikdir". S.Adıgözəlli iddia edir ki, onlar Kolumbiya bayrağı deyil, məhz Ermənistan bayrağı yandırıblar: "Kolumbiya bayrağı sarı, erməni bayrağı isə narıncı rəngdədir. Digər tərəfdən, sarı rəng Kolumbiya bayrağında daha böyük zolaqdadır. O saat hiss olunur ki, bu, Kolumbiya bayrağı deyil". Qeyd edək ki, Samir Adıgözəlli və DAK-ın digər üzvləri Türkiyənin İğdır şəhərində bir qrup erməninin aprelin 24-də İrəvanda türk bayrağı yandırmasına cavab vermək üçün Soyqırım Abidəsi qarşısında Ermənistan bayrağı yandırmaq qərarına gəliblər. Daha sonra məlum olub ki, aksiya iştirakçılarının yandırdıqları bayraq Ermənistanın deyil, Kolumbiyanın bayrağı imiş. Müqayisə üçün Kolumbiya, Ermənistan və S.Adıgözəllinin yandırdığı bayraqların fotosunu təqdim edirik (Fotolarda birinci Ermənistan, 3-cü Kolumbiya bayrağıdır):
2014-04-29
16,138
Kılıçdaroğlu səhvən şübhəli qismində istintaqa çağırıldı
CHP lideri Kamal Kılıçdaroğlu İstanbul Prokurorluğu tərəfindən şübhəli qismində istintaq idarəsinə çağırılıb. "Axar.az" xəbər verir ki, müxalifət liderinin nə səbəbdən prokurorluğa çağırıldığı haqda məlumat verilməyib. CHP-çi hüquq müdafiəçiləri faktla bağlı araşdırmaya başlayıb. Baş Prokurorluğun verdiyi açıqlamaya görə, Kiliçdaroğlu istintaqa səhvən çağırılıb. Müraciət geri götürülüb
2014-04-29
16,139
“Liverpul” Azərbaycana gəlir
29 may - 1 iyun tarixlərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçiriləcək III Qəbələ Kuboku beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub. "Fənərbağça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Liverpul" (İngiltərə), "Marsel" (Fransa) və "Anderlext"in (Belçika) ardından "Neftçi" (Azərbaycan) və "Udineze" (İtaliya) klubları da turnirdə yer alacaqlarını rəsmən təsdiqləyiblər. Bununla da III Qəbələ Kubokunda mübarizə aparacaq bütün komandalar dəqiqləşib. Xatırladaq ki, artıq ənənəyə çevrilən turnirin coğrafiyası ildən-ilə genişlənməkdədir. Builki yarışda ilk dəfə olaraq İngiltərə, Fransa, İtaliya və Belçika təmsilçiləri yer alacaqlar. Buna qədər İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri turnirdə çıxış etmişdilər /Trend/.
2014-04-29
16,140
Mirqədirov-Yunus olayı: Daha 15 nəfər həbs ediləcək - Özəl
"Qarşıdakı günlərdə kütləvi həbslər gözlənilir". Bu barədə "Axar.az"a Baş Prokurorluqdakı etibarlı mənbədən verilən məlumatda deyilir. Mənbənin sözlərinə görə, tanınmış jurnalist Rauf Mirqədirovdan sonra hüquq müdafiəçisi Leyla Yunusun həbsi təsadüfi deyil: "Rauf Mirqədirovla bağlı açılan cinayət işində daha 15 nəfərin adı keçir. Onlarla bağlı xeyli subutlar toplanılıb və hazırda onların ermənilərlə işbirliyi təftiş edilir". Mənbənin məlumatına görə, Leyla və Arif Yunusların ölkəni tərk etmə istəkləri bəzi dairələrdə xüsusi reaksiya doğurub: "Fransanın 2 saat içərisində Leyla və Arif Yunuslara 5 illik viza verməsi elə-belə məsələ deyil. İndi bu şəbəkənin xarici qüvvələr tərəfindən himayə altında ermənilərlə çalışması barədə şübhələr artıb. Nəzərə alsaq ki, Fransa ermənipərəst siyasəti ilə fərqlənir, onda bu şübhələr bir az da artır. Ona görə də Leyla Yunusun ofisi möhürlənəcək, daha 15 nəfər haqqında da həbs qətimkan tədbiri seçiləcək". Mənbə həmin şəxslər içərisində ictimaiyyətdə tanınan şəxslərin də olduğunu bildirdi.
2014-04-29
16,141
Aqşin Yeniseyin oğlu oldu: İlk ayaq izləri – Foto
Məşhur şair Aqşin Yenisey ikinci dəfə ata olub. Bu dəfə şair oğul atası olub. "Axar.az" xəbər verir ki, bu barədə şairin həyat yoldaşı Feysbuk sosial şəbəkəsindəki şəxsi hesabında status yazıb. Şairin həyat yoldaşı Turana Rəsulova Feysbukda uşaq ayaq izlərinin şəkilini paylaşaraq bu sözləri yazıb: "Oğlumun ilk ayaq izləri... Bu, hisslərin ən gözəli... Hər kəsə arzu edirəm..." Xatırladaq ki, Turana Rəsulova bir neçə aydır ki, Almaniyada yaşayır və uşaq da orada doğulub.
2014-04-29
16,142
Şəmsəddin Hacıyevin qızı işdən çıxarıldı - Yeniləndi
Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qudası və qızı işdən uzaqlaşdırılıb. Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Şəmsəddin Hacıyevin universitetdəki yaxın ətrafı ilə bərabər, qardaşının qudasını da işdən çıxarıb: "Şəmsəddin Hacıyevin qudası, daha dəqiqi, qardaşının qudası olan Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədovu da təzə rektor vəzifəsindən azad etdi. Yeni rektor keçmiş rektorun qudası ilə yanaşı, onun bir neçə həmyerlisini və Universitetdəki istedadlar qrupuna rəhbərlik edən qızı Çeşmə xanımı da işdən uzaqlaşdırıb". /Mia.az/ Məsələ ilə bağlı Ş.Hacıyev "Aznews.az"a açıqlamasında bildirib ki, hər kəs iş başındadır, yayılan məlumat doğru deyil.
2014-04-29
16,143
Elnarə Tofiqqızının qətlə yetirildiyi klinika bağlandı
Həkim terroru nəticəsində əməliyyat masasında dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının əməliyyat olunduğu "Medi Sina" Tibb Mərkəzinin fəaliyyəti dayandırılıb. Bunu "Axar.az"a açıqlamasında hüquqşünas Səməd Vəkilov deyib. Onun sözlərinə görə, aprel ayının əvvəllərində sözügedən cinayət işi Nəsimi Rayon Prokurorluğundan alınaraq yenidən araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna verilib. Hazırda işi müstəntiq Vaqif Süleymanov araşdırır. Onun təcrübəli müstəntiq olduğunu deyən S.Vəkilov sözügedən çinayət işinin obyektiv araşdırılaraq ədalətli qərar veriləcəyinə ümid etdiklərini vurğulayıb. Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. Çinayət işinin başlanmasından az sonra klinikanın baş həkimi Abbas Bağırov vəzifəsindən istefa verib. Bundan sonra Elman Səfərov "Medi Sina"ya baş həkim təyin edilib. Hazırda isə klinikanın ümumiyyətlə fəaliyyətini dayandırdığı təsdiqlənib. Tibb Mərkəzinin bağlanması məhz mərhum Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində həyatını itirməsinə səbəb olması ilə bağlıdır. Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinə müraciət cəhdlərimiz boşa çıxdı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli telefona cavab vermədi. Hadisəni diqqətdə saxlayacağıq.
2014-04-29
16,144
Azərbaycanda əlillər hərbi xidmətə aparılacaq
Aprelin 30-da respublikanın müxtəlif bölgələrindən olan sağlamlıq imkanları məhdud 30 nəfərə yaxın bir qrup gəncin bir günlük simvolik hərbi xidmət keçməsi təşkil ediləcək. Əlil gənclər bir gün ərzində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə gətiriləcək. Burada onlar hərbi geyim geyəcək, hərbi rejimə uyğun olaraq qidalanacaq, sıra təlimi keçəcək, silahlarla yaxından tanış olacaqlar. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər /Trend/.
2014-04-29
16,145
Azərbaycan 12 İran vətəndaşı ölkəsinə təhvil verdi
Bu gün Azərbaycan həbsxanalarında cəza çəkən daha 12 İran vətəndaşı Astara keçid məntəqəsindən İran məhkəmə sisteminin nümayəndəsinə təhvil verilib. Məhbusların təhvil verilməsi İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında baş tutub. Bunu İranın Azərbaycandakı səfirliyinin konsulu Möhsün Molayi bildirib. M.Molayi deyib ki, son aylarda iki ölkənin münasibətlərində müsbət ab-havanın yaranması, İranın Azərbaycandakı səfirliyinin səyi və Azərbaycan hökumətinin əməkdaşlığı ilə son bir ay ərzində Azərbaycan həbsxanalarında cəza çəkən 34 İran vətəndaşı ölkəyə qaytarılıb və daha 35 nəfərin yaxın bir ay ərzində İrana qaytarılması razılaşdırılıb. O, qeyd edib ki, bu gün qaytarılan məhbuslardan üçü qadındır. Konsul onu da əlavə edib ki, hazırda Azərbaycan həbsxanalarında təxminən 150-ə yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotiklərin satışı və daşınmasına görə həbs olunub. Qeyd edək ki, ötən həftələr ərzində İranda cəza çəkən 5 Azərbaycan vətəndaşı ölkəmizə qaytarılıb. /Trend/
2014-04-29
16,146
İmranın anası 1.5 milyon manat təzminat tələbindən danışdı
"Atam bir söz deyib, amma jurnalistlər tamam başqa söz yazıblar. Atamın dediyi 1.5 milyon manat İmranın bundan sonrakı müalicəsi üçün lazım olan vəsaitdir. Bu cür yazılara, həmin xəbərlərə yazılan şərhlərə görə, çox təəssüf edirik, buna görə əsəblərimiz korlanıb". "Axar.az" xəbər verir ki, bu sözləri İmran Cəfərzadənin anası Nuridə Cəfərova "Publika.az"a deyib. N.Cəfərovanın sözlərinə görə, 25 yaşına qədər ən azı ildə bir dəfə İmranın protezi dəyişdirilməlidir: "Xərclər bununla bitmir. Biz Almaniyaya beynəlxalq xəstə kimi getdiyimizə görə, qiymətlər çox bahadır. Prezident kömək etməsəydi, biz heç vaxt o xərcləri ödəyə bilməzdik. Əlimizdə Almaniyadan gətirilmiş sənədlər var. Protez firması, reabilitasiya mərkəzi, ayaqqabının hazırlanması - bunlar hamısı çox böyük xərc deməkdir. İmranın barmağı yoxdur, ona xüsusi ayaqqabı hazırlanır. Ayaqqabının indiki qiyməti 350 avrodur. Ayaq böyüdükcə, qiymət daha da artacaq. Bir tərəfdən də inflyasiya gedir, Almaniyadakı xəstəxanada da bizə xəbərdarlıq etdilər ki, qiymətlər qalxacaq. Amma biz yenə də uşağımız üçün bütün əziyyətə razıyıq". N.Cəfərova bildirib ki, yaşadıqları mənəvi çətinliklərə, bundan sonra İmranın müalicəsi üçün lazım olan vəsaitə və hadisənin necə bir şəraitdə baş verdiyini nəzərə alaraq həmin vəsaiti tələb etmək hüquqları olduğuna inanır: "Məsələ kompensasiya tələb etməkdən gedirsə, bizim buna haqqımız da var. Amma biz xəstəxanada olanda belə heç kimdən kömək istəməmişdik. İnsanlar özləri yardım edirdilər, buna çaşıb qalmışdıq. Buna görə də, Azərbaycan xalqına, Prezidentimizə minnətdaram. Həmin obyekt sahiblərindən bir nəfər belə gəlib bizimlə maraqlanmadı. Yalnız Prezident müalicə ilə bağlı qərar verəndən sonra, həmin obyektdən bir-iki nəfər gəldi, amma heç bir köməklik etmədilər. Bizə heç lazım deyil onların hər hansı yardımı. İndi bizi yalnız İmranın səhhəti maraqlandırır. Biz bu vaxta qədər halal zəhmətimizlə uşağımızı saxlamışıq, bundan sonra da onun sağalması üçün nə lazımdırsa edəcəyik. Uşağımın ayağı yoxdur, bundan sonra mənə heç nə lazım deyil". Anası bütün bu söz-söhbətlərin onlar qədər İmranın da psixologiyasına təsir etdiyini dedi: "Bu deyilənlər, yazılanlar bizim əsəblərimizi korlayıb. O şərhləri yazanlar bizim vəziyyətimizi bir az düşünsünlər. İmran 14 dəfə əməliyyat edilib və hər dəfə mən qol çəkirdim ki, ona bir şey olsa, heç kim məsuliyyət daşımır. Bunun ana üçün nə qədər çətin olduğunu anlayırsız? Bu cür söhbətlər bizim qədər İmrana da təsir edir. 18 dəfə narkoz alıb, çox əsəbidir, ona sakitləşdirici dərmanlar veririk. Düzdür, İmranın bu gün ayağa qalxmasına görə də Azərbaycan xalqına borcluyam, amma xahiş edirəm fikirlər yazarkən bizim vəziyyətimizi nəzərə alsınlar". Xatırladaq ki, İ.Cəfərzadə bu il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb. İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib. O hazırda Uşaq Reabilitasiya Mərkəzində müalicə edilir.
2014-04-29
16,147
İlham Əliyev 2 sərəncam imzaladı
Azərbaycan prezidenti İlham Əliyev "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" sərəncam imzalayıb. "Axar.az" prezidentin saytına istinadən xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti hər iki məsələ ilə bağlı təklifləri üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2014-04-29
16,148
Rusiya ABŞ-ın cavabını verəcək
"Biz ABŞ-ın sanksiyalarına sərt şəkildə cavab verəcəyik". "Axar.az" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ-ın sanksiya qərarları ilə bağlı sualları cavablandırarkən bildirib. Ryabkov bu sanksiyaları qeyri-qanuni adlandırıb: "Rusiyaya təzyiq üçün verilən sanksiya qərarlarını ciddi olaraq qınayırıq. Təktərəfli sanksiyalar təbii olaraq qanuni deyil. Bu qərarlar beynəlxalq hüququn tələblərinə zidd olduğu kimi, beynəlxalq münasibətlərə də ziddir. Biz ABŞ-ın sanksiyalarına sərt şəkildə cavab verəcəyik. Bunun üçün görüləcək tədbirlər olduqca geniş olacaq. Heç kim Rusiyaya diktə etmə haqqına sahib deyil. Bizə qarşı tətbiq edilən sanksiyalar onların zərərinə olacaq".
2014-04-29
16,150
Yəhudilər Fələstin məscidini dağıtdı
İsrail əsgərləri Nablusda 1 məscid və fələstinlilərə aid 4 evi dağıdıb. "Axar.az" xəbər verir ki, bunu Fələstin Xalq Müqavimət Komitələri üzvü Yusif Dariyə mətbuata açıqlamasında deyib: "İsrail əsgərləri Nablusun cənubundakı Ət-Tavil kəndində sənədsiz olduqları üçün 6 il əvvəl inşa edilmiş bir məscid və 4 evi dağıdıb". Komitə üzvü İsrail əsgərlərinin 2 il əvvəl məscid və evlərlə əlaqədar xəbərdarlıq olunduğunu və İsrailin illərdir eyni bəhanələrlə bir çox fələstinlinin evini dağıdaraq zərər yetirdiyini bildirib. İsrail rəsmi orqanları məsələ ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.
2014-04-29
16,151
Öcalan ev dustağı olmaq istəyir
Abdullah Öcalan bacısı Fatma Öcalan ilə görüşüb. Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Fatma Öcalan qardaşının ev dustağı olmaq istədiyini deyib. "Axar.az" xəbər verir ki, Fatma Öcalan qardaşının istəklərindən danışıb: "Qaçırılan əsgərlərlə bağlı heç bir şey danışmadı. Təkcə həbsini ev şəraitində davam etdirmək istədiyini dedi. Bundan başqa o, şəkər xəstəliyindən əziyyət çəkir. Həbsxana onun üçün cox çətindir". Qeyd edək ki, 2 gün öncə Diyarbəkirdə 2 əsgər naməlum silahlılar tərəfindən qaçırılıb. Silahlı şəxslərin PKK-nın üzvləri olduğu güman edilir. Xatırladaq ki, Abdullah Öcalan 1999-cu ildə vətənə xəyanət və silahlı terror qruplaşmaları yaratmaqda ittiham edilərək barəsində ölüm hökmü çıxarılsa da, Avropa Birliyinin işə qarışması nəticəsində hökm ömürlük həbs cəzası ilə əvəz olundu. Hazırda Abdullah Öcalan İmralı adasında həbsdədir.
2014-04-29
16,152
Naxçıvanda etiraz edən müəllimlər həbs olundu
Naxçıvanın Sədərək qəsəbəsində bir neçə müəllimi həbs ediblər. Bu haqda Qaynar.info-ya yerli mənbələr xəbər verib. Məlumata görə Sədərək qəsəbəsində məktəblərin birinə başqa rayondan olan yeni direktor təyin olunub. Direktoru kollektivə Muxtar Respublikanın təhsil naziri təqdim edib. Amma bu zaman bir gənc müəllim ayağa qalxaraq buna etiraz edib. Bu isə söz davasına çevrilib. Hadisənin aprelin ortalarında baş verdiyi bildirilir. Bundan sonra gənc müəllim saxlanılıb və barəsində 15 sutka azadlıqdan mərhumetmə qərarı çıxarılıb. Mənbə bildirir ki, bir neçə gün öncə buna etiraz edən daha 5 müəllim saxlanılıb. Onların da hər birinə 15 sutka həbs cəzası kəsilib. Sədərəkdəki mənbələr qeyd edirlər ki, bu müəllimlərlə bağlı Naxçıvan Təhsil Nazirliyinin kollegiyasında müzakirələr aparılır. Onların işdən azad edildiyi haqda da iddialar səsləndirilir. Məsələ ilə bağlı açıqlama aldığımız mənbə faktı "Axar.az"a təsdiqlədi. Etibarlı mənbə bildirdi ki, hadisə həqiqətən də 2 həftə əvvəl Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda olan bir məktəbdə baş verib. Təhsil naziri direktoru təqdim edib, lakin müəllimlər etirazını bildirib. Etiraz etdiklərinə görə 2 nəfər müəllim 15 sutka müddətində həbs edilib, 5 nəfər isə işdən uzaqlaşdırılıb. Etiraza səbəb olan direktor isə həmin məktəbdə fəaliyyətini davam etdirir.
2014-04-29
16,153
Zakir Həsənov Serbiyanın sabiq prezidentini qəbul etdi
Azərbaycanın Müdafiə naziri Serbiyanın keçmiş Prezidentini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, aprelin 29-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Serbiyanın keçmiş Prezidenti Boris Tadiçi qəbul edib. Müdafiə naziri qonaqla Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məsələləri müzakirə edib. Öz növbəsində, B.Tadiç ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu vurğulayıb, Serbiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə tərəfdar olduğunu qeyd edib.
2014-04-29
16,154
Azərbaycanda 73 avtomobil oğurlanıb
Bu il Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) 73 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 53-ü tapılıb. Cinayətkarlıqla mübarizə tədbirləri nəticəsində DYP əməkdaşları tərəfindən 2014-cü ilin ilk 3 ayı ərzində 1 ədəd avtomat ("Kalaşnikov" tipli), 1 ədəd tüfəng və 1 ədəd tank əleyhinə raket mərmisi aşkar edilərək istintaq orqanlarına təhvil verilib. Hesabat dövründə DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı axtarışda olan 22 avtomobil saxlanılaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Rüb ərzində polisin digər xidmətləri ilə birgə 17 fakt üzrə 7 kiloqrama yaxın (o cümlədən 515,06 qram marixuana, 2,25 qram heroin, 2,6 qram tiryək, 6 kq 77 qram həşiş qatranı, 0,7 qram kafein) narkotik maddə aşkar olunub. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 4 şəxs və 2 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 158 fakt və 54 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. /Trend/
2014-04-29
16,155
"Təklif olunan assosiasiya Azərbaycanın istəyini əks etdirmir"
Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı iqtisadiyyatına malik bir ölkə kimi Vişeqrad Qrupu (V4) ölkələrinin ən iri ticarət tərəfdaşıdır. Keçən il Azərbaycanın V4 ölkələri ilə ticarət dövriyyəsi 1 milyard ABŞ dollar təşkil edib və bu, artmaqda davam edir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Budapeştdə Vişeqrad Qrupu - Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib. "Axar.az" xəbər verir ki, məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Nazirin sözlərinə görə, sevindirici haldır ki, hər iki tərəf ticarət portfelinin şaxələndirilməsi üçün ənənəvi enerji sektorundan kənara çıxaraq və qeyri-neft sektorunun yaratdığı kənd təsərrüfatı, tikinti, ağır sənaye və əczaçılıq kimi sahələrdə də imkanlardan yararlanmaq mümkündür. Həmçinin Azərbaycan qeyri-neft sektoruna investisiyalar baxımından V4 ölkələri üçün olduqca cəlbedici bazar olaraq qalmaqdadır: "Bu o deməkdir ki, V4 ölkələri, eləcə də Aİ kontekstində bizim mühüm tərəfdaşlarımızdırlar. Bu yaxınlarda, biz Praqada Şərq Tərəfdaşlığının 5 illiyini qeyd etdik. V4 ölkələri iqtisadi, təhlükəsiz və siyasi sahələrdə bir çox məsələləri əhatə edən yeni öhdəlik mexanizmlərinin qurulması, inkişafı və möhkəmləndirilməsinə imkan yaradıblar". E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan Aİ ilə qarşılıqlı razılaşdırılmış prioritetlər və ümumi maraqlara əsaslanan münasibətlərin qurulmasında maraqlı olduğunu bildirən mövqeyinə sadiqdir. Bu əməkdaşlığın dəyəri Azərbaycan ilə Aİ arasında keçmiş və hazırkı uğurlu əməkdaşlıqla dəyərləndirilir. Nazirin sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşmasına imkan yaratmaqla, Avropanın enerji təhlükəsizliyinin təminatını dəstəkləmək üçün öhdəlik götürüb: "Azərbaycan ilə Avropa İttifaqı arasında 2011-ci ildə Cənub Qaz Dəhlizinə dair strateji baxımdan əhəmiyyətli birgə bəyannamənin qəbul olunmasından sonra bu xüsusda olan əzmimizin təzahürü kimi dəhlizin tez bir şəkildə inkişafı üçün tərəfimizdən əsas addım atılıb. Trans-Anadolu qaz kəməri, Cənub Qaz Dəhlizinin strateji orta komponenti kimi, tənzimləmə və kommersiya baxımdan müəyyənlik yaradaraq tərəfdaşlarımızı əmin edib ki, Azərbaycanın təbii qazı Avropaya çatdırılacaq. Keçən yay Azərbaycan qazının Avropadan olan tərəfdaşlara çatdırılması üçün Trans-Adriatik boru xətti seçilib. Son olaraq, keçən dekabrda "Şahdəniz-2" layihəsi ilə əlaqədar yekun investisiya qərarları qəbul edilib. Beləliklə, qarşıdan gələn 4-5 ildə istismara veriləcək Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri Cənubi Avropadan olan tərəfdaşlarımızın strateji enerji tələbatını qarşılayacaq və Mərkəzi Avropaya ixrac üçün gələcək yeni həcmləri müəyyən edəcək. "Şahdəniz-2" eləcə də Avropanın enerji infrastrukturunda qarşılıqlı bağlılığı artıracaq". Aİ-nin Şərq Tərəfdaşlığı məkanında olan həlli uzadılmış münaqişələrlə əlaqədar mövqeyinə dair bir məqamı vurğulayan nazir bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ciddi narahatlıq doğuran məsələ olaraq qalır. BMT TŞ-nın qətnamələri əsasında münaqişənin ədalətli və tezliklə həlli və bununla da beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası, eləcə də məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması sülh və sabitliyi gücləndirəcək və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar yaradacaqdır.
2014-04-29
16,156
Azərbaycanlı məhkumların əl işləri - Foto
Azərbaycanda məhkumların əl işləri və müəssisələrdə istehsal olunan məhsulların nümunələri təqdim olunub. "Axar.az" Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, onların arasında ağacdan nəfis şəkildə hazırlanmış müxtəlif məhsullar - mücrülər, kətillər, nərd taxtaları, mebel, məişətdə istifadə olunan qablar, dəmir məhəccərlər, geyim formaları, çarpayılar, təsbehlər, seyf, xalçalar və digər toxuculuq məhsulları və s. əl işləri var.
2014-04-29
16,157
Ərdoğanın əsgərlik şəkili yayıldı - Foto
Türkiyənin Rizə şəhərinin müftüsü Yusuf Doğan internetdə Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə olan əsgərlik fotoşəkilini paylaşıb. "Axar.az" xəbər verir ki, Rizə Müftülüyünə məxsus Feysbuk səhifəsində bu gün Baş nazir Rəcəb Tayyib Ərdoğanın da yer aldığı fotoşəkil paylaşılıb. Şəkildəki əsgərlərdən biri isə Rizə müftisi Yusuf Doğandır.
2014-04-29
16,158
Leyla Yunusun ofisindən erməni dilində kitab tapıldı - Foto
Leyla Yunusun ofisindən erməni dilində kitab tapılıb. Hazırda Leyla Yunusun yaşadığı şəxsi evində axtarış aparılır. Binanın həyətinə giriş polislər tərəfindən nəzarətə götürülüb. Son məlumata görə, Leyla Yunus artıq ofisdə axtarış prosesi sona çatdığı üçün jurnalistlərin qarşısına çıxıb. O, mətbuat nümayəndələrinə bildirib ki, ofisdən QAT sədri Akif Nağı tərəfindən nəşr olunmuş kitab, həyat yoldaşı Arif Yunusun 8 kitabı və 1994-cü ildə çap edilmiş erməni dilində bir kitab müsadirə olunub. Onu da qeyd edək ki, tanınmış psixoloq Azad İsazadəyə məxsus avtomobil ofisin qarşısından yoxa çıxıb. Avtomibilin kimlər tərəfindən hara aparılması hələlik məlum deyil. /Musavat.com/
2014-04-29
16,159
Göyçayda “VAZ-2107” “KamAZ”la toqquşdu: bir ölü
Bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 205-ci km-də, Göyçay rayonunun Qarayazı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Göyçay rayon sakini, 1983-cü il təvəllüdlü Ramal Ələsgərovun idarə etdiyi 90 JM 662 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili qarşı tərəfdən gələn Şuşa rayon sakini, 1966-cı il təvəllüdlü Nazir Hüseyn oğlu Abışova məxsus 55 BF 054 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq aşıb. Sürücü N.Abışov hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, hadisə baş verən zaman yük avtomobili bitumla dolu olub. Qəzadan sonra magistral yolda nəqliyyatın hərəkəti bir saat məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.
2014-04-29
16,160
Bakıda cücə sexi yandı
Bakıda cücə sexində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 800 kv.m olan cücə sexinin taxta konstruksiyalardan ibarət dam örtüyü 760 kv.m sahədə, içərisində olan avadanlıqlar yanıb, sexin içərisində sayı məlum olmayan 10 günlük cücələr tələf olub. Sexin qalan hissəsi və yaxınlıqda olan digər sexlər yanğından mühafizə olunub. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-29
16,161
Oğul atasının qatilini axtarır – Müəmma
"Əvvəl dedilər qəza törədən maşının dövlət nömrə nişanındakı seriya "AA" olub, sonra isə həmin seriyalı avtomobilin başqa yerdə qəza etdiyini dedilər". Bu sözləri atasının qatilinin hələ də tapılmaması ilə bağlı "Axar.az"ın redaksiyasına şikayətə gələn Hikmət Kazımov dedi: "Hadisə 2014-cü il martın 8-də baş verib. Atam 1953-cü il təvəllüdlü Kazımov Firudin Mirbağır oğlu Sabunçu rayonunda yerləşən "Emin" kafesinin qarşısandakı yolun qoşa xəttində dayanıb keçmək istəyərkən naməlum bir avtomobil tərəfindən vurulub. Həmin gün axşam saatlarında mənə atamın nömrəsindən zəng olundu. Zəng edən atamın xalası oğlu idi. O mənə dedi ki, atanı maşın vurub, gəl xəstəxanaya. Tez-tələsik getdim xəstəxanaya. Atama süni nəfəs aparatı qoşmuşdular. Təxminən 2 saat sonra həkimlər onun dünyasını dəyişdiyini dedi. O gündən bu günə qədər atamı vuran avtomobil tapılmır. Şikayətçi bildirir ki, Sabunçu rayonu 12-ci polis bölməsinə də dəfələrlə gedib, ancaq... "Orada əvvəlcə dedilər ki, qəza törədən maşının dövlət nömrə nişanındakı seriya "AA" olub, sonra isə həmin seriyalı avtomobilin başqa yerdə qəza etdiyini dedilər. Kafenin qabağında, hadisə olan yerdə isə heç bir kameranın olmadığını bildirdilər. Əslində yaxınlıqda kameralar var Hikmət Kazımov deyir ki, qəza atası öz xalası oğlu ilə "Emin" kafesindən çıxıb yolun qarşı tərəfinə keçmək istəyərkən baş verib: "Hadisədən məlum olur ki, avtomobil köhnə sabunçu dairəsindən Balaxanı- Zabrat istiqamətində hərəkət edirmiş. Qəza olan ərazidə olmasa da, ora müəyyən qədər yaxın olan yerlərdə kameralar var. Buna baxmayaraq, yenə də avtomobilin tapılmadığını deyirlər. Ən maraqlısı isə budur ki, atamı vuran avtomobilin hansı olduğunu nə kafedə işləyənlər, nə də atamla birgə yol keçən xalası oğlu görüb. Deyirlər ki, biz heç nə görməmişik. Hadisə axşam 19:30-da baş verib, həmin kafe də o saatlarda adamla dolu olur. Necə oldu ki, heç kim görmədi? Bu necə ola bilər axı? Yaxınlıqda olan marketin satıcısı polisə maşının "sedan" yox "cip" olduğunu demişdi, ancaq bu da maşının tapılmasına kömək olmadı. Artıq 2 aya yaxındır ki, heç bir nəticə yoxdur. O, bəlkə də atamı vurandan sonra maşını saxlayıb hər hansı yardım əlini uzatsaydı, onu bağışlayardıq. Ancaq o, vurub qaçıb. Mən atamın qatilinin tapılmasında hüquq mühafizə orqanlarından kömək istəyirəm. Kiçik qardaşım cinayətkarın tapılması yönündə cənab Prezidentə də elektron müraciət ünvanlayıb".
2014-04-29
16,162
Şəhid ailəsi prezidentə müraciət etdi
Şəhid ailəsi Şükufə Abbasova prezident İlham Əliyevdən və birinci xanım Mehriban Əliyevadan ağır xəstə olan qızı üçün kömək istəyir. "Axar.az"a xəbər verir ki, 1992-ci ildə Şuşada Daşaltı əməliyyataında şəhid olan Sabir Rüstəmovun həyat yoldaşı Şükufə Abbasova xərçəngə meyilli vitilgiya xəstəliyinə düçar olan qızı Nilufər üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun sədri Mehriban Əliyevaya müraciət ünvanlayıb. Müraciətdə deyilir: "Möhtərəm cənab prezident! Çox hörmətli Mehriban xanım! Bu müraciəti sizin humanistliyinizə və qayğınıza sığınaraq yazıram. Mən Şükufə Abbasova ailəmlə birlikdə 1992-ci ildə Şuşa şəhərindən qaçqın düşmüşəm. Həyat yoldaşım Sabir Rüstəmov 1992-ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olub. Hazırda Bakı şəhərində kirayədə yaşayıram. Şuşa Humanitar Kollecində müəllimə işləyirəm, aylıq əmək haqqım 150 manatdır. Bundan başqa, prezident tərəfindən şəhid ailələrinə təyin edilən 200 manat təqaüd alıram. İki uşağımı min cür əziyyətlə böyütmüşəm. Hazırda qızım Nilufər xərçəngə meyilli vitilgiya xəstəliyinə düçar olub. Həkimlər bildirirlər ki, qızımın müalicəsi ancaq xaricdə mümkündür. Möhtərəm prezidentimiz, çox hörmətli Mehriban xanım! Sizin humanistliyiniz və qayğıkeşliyiniz hər kəsə bəllidir. Bir aciz ana kimi sizə müraciət edirəm. Mənim qızımın müalicəsi üçün yardımlarınızı əskik etməyin. Qızımın həyatını xilas etməniz üçün onun xaricdə müalicəsini təmin etməyinizi xahiş edirəm. Mənim bir ana kimi son ümid yerim Allah və Sizlərsiz". Ünvan: Yasamal rayonu, H.Cavid prospekti 500, ev-4 mənzil-53. Əlaqə telefonu: (051) 741-01-64, (055) 693-94-93.
2014-04-29
16,163
Türkiyəyə məxsus hərbi helikopter atəşə tutuldu
Türkiyənin Diyarbəkir şəhərində kənd məktəblərindən aldığı imtahan nəticələrini aparan hərbi helikopterə PKK tərəfindən atəş açılıb. "Axar.az" xəbər verir ki, helikopterə iki güllə dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Təhlükəsizlik qüvvələri atəş açanları həbs etmək üçün bölgədə axtarış əməliyyatına başlayıb.
2014-04-29
16,164
Qarabağda vuruşan erməni fədai dəstələrinin - Siyahısı
1992-1994-cü illərdə Qarabağ müharibəsi zamanı erməni fədai dəstələrinin savaş meydanında olması təsdiqlənib. Ərciyə Universitetinin Ermənişünaslıq bölümünün rəhbəri Qafar Çaxmaqlı əldə etdiyi fədai dəstələrinin siyahısını "Axar.az"a təqdim edib. Onun sözlərinə görə, müharibə vaxtı dünyanın hər yerindən fədailər – terrorçular Qarabağa axışıblar. Döyüşlərdə öldürülən beynəlxalq terrorçu Monte Melkonyan da fədailərin ən məşhur simalarından olub: "Erməni fədailiyi əslində terror deməkdir. Onun terrorizmlə heç bir fərqi yoxdur. Bir neçə erməni fədaisini tanıtdırmaqla biz onların əsil terrorçu kimliyinə də işıq salmaq istədik". Aşağıda Qarabağda vuruşan erməni fədai- terrorçu dəstələrin hələ tam olmayan siyahısıdır. 1. "ALA" - 5000 nəfər 2. "Tigran Metz" - 400 nəfər 3. "Sasuntsi David" - 500 nəfər 4. "Andranik Zoravar" - 400 nəfər 5. "Vrizharuner" - 200 nəfər 6. "Dashnaktsakanner" - 200 nəfər 7. "HyeDat" - 200 nəfər 8. "Mush" - 300 nəfər 9. "Nork-Marash" - 200 nəfər 10. "Sassoon" "Սասուն" - 100 nəfər 11. "Ashot Erkat" - 250 nəfər 12. "Malatya-Sebasia" - 200 nəfər 13. "Arabo" "Արաբո" - 200 nəfər 14. "Parapats martikner" - 300 nəfər 15. "Razdan" - 200 nəfər 16 ."Crusaders" 17 ."Tsegakron" 18. "Sasna tsrer" 19. "Suicide Squad" 20. "The Deers" 21. "Ossetian detachment" 22. "Shushi" 23. "Yerkrapah" 24. "Nart" 25. "Black Panther" 26. "Cobra" 27. "The Eagle Kamikazes" 28. "Aknalich" 29. "Echmiadzin detachment" 30. "Hadrut detachment" 31. "Sisian detachment" 32. "Kapan detachment" 33. "Martakert detachment" 34. "Nikol Duman" Bu dəstələr Azərbaycan ərazisində cinayətlər törətmişlər. Onların cavab verəcəkləri gün uzaqda deyil və bu dəstələrin hərbi cinayətlər törətmələri ilə bağlı sənədlər mövcuddur. Erməni fədaizmi və terrorizm Fədai - ərəbcədən tərcümədə din naminə, ideya naminə özünü qurban verən deməkdir. Yaxın və Orta Şərqin müsəlman ölkələrində işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. Ermənilər də bu kəlməni işlədirlər. "Hay Fədai" kimi tanınan qeyri-qanuni silahlı dəstələr, hərbi briqadalar erməni tarixində xüsusi rol oynayır. Fədai ermənilər nəzarətdə olmayan cinayətkarlardan ibarət qruplar halında dağda-daşda dolaşmış və kənd-kənd gəzərək, qəsəbə və şəhərlərə girərək talançılıqla məşğul olmuşlar. Osmanlı İmperiyasında II Əbdülhamid dövründə onlar dağınıq formada yaşayıblar. Onlar Erməni xalqının mübarizəsində ölməyə and içərək ən ağır döyüşlərə sorğu-sualsız gedən könüllülərdən ibarər terrorçulardı. Fədailər İlk erməni legioner birliklərinin təşkil olunmasında da fəal rol oynayıblar. İlk erməni legionlarından olan Fransız legionunun da əsas hədəfi Osmanlı dövləti idi. Fədai legonlar necə yarandı? Erməni fədai legionlarının tarixindən danışan Q.Caxmaqlı ilk belə dəstənin I Dünya Müharibəsi əsnasında, 1916-cı ildə Fransız ordusunu dəstəkləyən bir güc olaraq yaradıldığını deyib. "Fransızlar Amerikaya daha əvvəldən yerləşmiş erməniləri və suriyalıları da birliklərə almaq istəsələr də buna tam müvəffəq olmamışlar. Bu Fədai Birliyi 1918-ci ildə Mondros Müqaviləsindən sonra fransızların yanında Kilikiya bölgəsinin işğalına qatılıb. Türk xalqına çox böyük faciələr yaşatmışlar, qırğınlar, dağıntılar, yağmalamalar törətmiş və oğurluq etmişlər. 1920-ci il yanvar ayının ilk günlərində Henri Gouraud Parisə göndərdiyi telegramında Şərq legionunun bağlanılması lazım olduğunu söyləyərək erməni fədailərinin azğınlığından şikayət edib". Türkiyə hökuməti ilə Fransa arasında 1921-ci ildə imzalanan Ankara müqaviləsi ilə legion ləğv edilib. Bunu indiyə qədər də ermənilər Fransanın xəyanəti kimi qiymətləndirirlər. Bu fədai legionunu ləğvindən sonra onlar dünyanın müxtəlif yerlərinə dağılaraq antitürk fəaliyyətlərinə start veriblər. Almanlarla eyni irqdən olduqlarını iddia edirlər "Fədai hərbi dəstələrini daha sonra II Dünya müharibəsi illərində SSRİ-yə qarşı döyüşlərdə iştirak ediblər. Nasistlərlə ermənilər, xüsusilə, daşnaklar arasındakı əməkdaşlığın ideoloji zəmini 1930-cu illərdə qoyulub. Hətta 1934-cü ildə Rozenberq Hitlerə ermənilərin almanlarla eyni irqdən-ari irqdən gəldiyini göstərən bir hesabat təqdim edib. Bu arada faşist erməni gənclik təşkilatları da qurulub. 1944-cü ilin fevralında Rozenberqin əmri ilə Birləşmiş Erməni Qərargahı yaradılıb"-deyə Q.Caxmaqlı vurğulayıb. Əsrlərlə davam edən bu hərəkat tarix boyu türk və azərbaycanlılara qarşı bütün hərbi və ideoloji mübarizədə fəal iştirak edib. Fədailik Qarabağ savaşında da ermənilərin əsas ideologiyasına çevrilib və terrorçuların adına fədai dəstələri qurulub.
2014-04-29
16,165
İrəvan ayağa qalxdı - Etiraz/Foto
Ermənistanın paytaxtı İrəvanda müxtəlif məktəblərin müəllimləri Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. "Axar.az" APA-ya istinadən xəbər verir ki, etirazçılar təhsil naziri Armen Aşotyandan müəllimlərin əmək haqlarından yeni tətbiq olunan icbari pensiya ödənişlərinin tutulmamasını tələb ediblər. Məlumata görə, müəllimlərə "Mən əleyhinəyəm" vətəndaş hərəkatının üzvləri də qoşulub. Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Onlar inzibati binanın qarşısında canlı sədd yaradaraq etirazçıların binaya daxil olmalarına mane olublar. "Bu biabırçılıqdır. Mən cəmi 32 min dram maaş alıram, bu məbləğdən 2 min dram tutulacaq. Bizim maaşların məbləğini nəzərə alsaq, bu çox böyük məbləğdir", deyə etirazçılardan biri "NEWS.am"a bildirib.
2014-04-29
16,166
Bu təkayaqlı hind rəqqası dünyanı kövrəltdi - Video
Hindistanda keçirilən bir musiqi yarışmasından çəkilən kadrlar hər kəsin heyrətinə səbəb olub. "Axar.az" xəbər verir ki, bir ayağı olmayan Şub Kaur Gumman səhnəyə əsalarla çıxıb. Təəccübünü gizlədə bilməyən münsiflər özlərindən asılı olmayaq heyrətlə "bu qız necə rəqs edəcək?" sualını mikrafona deyiblər. Şub Kaur Gumman iki dəqiqəqədən çox davam edən musiqi sədaları altında bir ayağı ilə rəqs edib. Heç bir büdrəmə, axsama olmadam performansını uğurla başa vuran qızı hamı ayaqüstə alqışlayıb. Sonda münsiflərin təkidi ilə ona bu işdə dəstək olan anası da səhnəyə çıxıb. Göz yaşlarını gizlədə bilməyən ana fərəhlə tamaşaçıları salamlayıb. Video sosial şəbəkələrdə izlənmə və paylaşma sayına görə rekord qırır.
2014-04-29
16,167
Leyla Yunus bankdan külli miqdarda pul çıxarmaq istəyib - Rəsmi
Baş Prokurorluq hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunusun saxlanılması faktı ilə bağlı rəsmi məlumat yayıb. Qurumun mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq edilən konkret cinayət işi ilə bağlı yaranmış zərurətlə əlaqədar Bakı şəhərində fəaliyyət göstərməklə hüquqi qeydiyyatdan keçməyən "Sülh və Demokratiya İnstitutu" adlı qurumun sədri Leyla Yunusova və həmin institutda ekspert qismində çalışan Arif Yunusovun şahid qismində dindirilməsi nəzərdə tutulub. Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq onların iş üzrə dindirilmələri üçün istintaqa gəlmələri məqsədilə çağırış vərəqələri şəxsən təqdim edilməsinə, həmçinin dəfələrlə telefon əlaqəsi yaradılmasına baxmayaraq, hər iki şəxs üzrlü səbəb olmadan qəsdən istintaqdan yayınıblar. Arif Yunusov aprelin 25-də "Hipertoniya xəstəliyi III dərəcəli, hipertonik kriz" diaqnozu ilə xəstəxanaya daxil olaraq aprelin 28-də xəstəxanadan buraxılsa da, ifadə vermək üçün istintaqa gəlməyib və bankların birindən külli miqdarda pul vəsaitini çıxarmağa cəhd edib. Aprelin 28-də Leyla və Arif Yunusovlar bəzi xarici ölkə səfirliklərinin əməkdaşlarının köməyi ilə respublikanı birdəfəlik tərk etmək niyyəti ilə saat 23:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək, Bakı-Doha aviareysi ilə Avropa ölkələrindən birinə getmək istəyərkən istintaqdan yayınmalarının qarşısı alınıb. Yasamal Rayon Məhkəməsinin qərarı əsasında onların şəxsi yük baqajına baxış keçirilərkən oradan iş üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, o cümlədən Leyla Yunusovanın xarici ölkədə adına olan mülkə dair sənədlər, informasiya daşıyıcıları və digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb. Eyni zamanda, həmin məhkəmənin qərarı əsasında onların yaşadıqları və işlədiyi ünvanlarda axtarış aparılıb. Leyla Yunusova iş üzrə şahid qismində dindirilmiş, Arif Yunusov isə səhhətinin pisləşməsi ilə əlaqədar müalicəsinin davam etdirilməsi üçün yenidən xəstəxanaya yerləşdirilib. Həyata keçirilən bütün istintaq hərəkətlərində Leyla Yunusovanın özünün dəvət etdiyi müdafiəçinin iştirakı təmin olunub və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
2014-04-29
16,168
Türkiyə ermənilərlə “üzləşməyə” hazırdır
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı etdiyi çıxışı zamanı Türkiyənin üzləşməyə hazır olduğunu deyib. "Axar.az" xəbər verir ki, Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Millət Məclisindəki çıxışı zamanı ermənilərin soyqırım iddialarına cavab verib. Onun sözlərinə görə, Türkiyə arxivləri açmağa hazırdır: "Onlar iddialar səsləndirir. Öncədən fikir səsləndirmək lazım deyil. İnanırıq ki, Ermənistan və erməni diasporu bizim necə cəsarətli olduğumuzu görməyi bacaracaq". Baş nazir həmçinin Türkiyədə bir həftə müddətində rəsmi səfərdə olduğu vaxt insan haqlarının pozulması ilə bağlı iddialar səsləndirən Almaniya Prezidenti Joaçin Qeyuku da tənqid etməyi unumayıb. Xatırladaq ki, ermənilərin iddiasına görə, 1915-ci ildə 1,5 milyon nəfər erməni türklər tərəfindən öldürülüb və onlar bunu dünyada soyqırım kimi qələmə vermək istəyirlər.
2014-04-29
16,169
Ukraynada hökumət evini beysbol ağacı ilə ələ keçirdilər
Nümayişçilər beysbol ağacları ilə daha bir binanı ələ keçirib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Ukraynada nümayişçilər aprelin 29-da beysbol ağacları vasitəsi ilə həyata keçirilən yürüş zamanı Luqanskdakı hökumət evini ələ keçirib. Öncə 1000-ə yaxın etirazçı binanın qarşısına yığılıb, daha sonra isə beysbol ağacları vasitəsi ilə silahlanmış 150-yə yaxın maskalı şəxs binaya hücum edib. Bina işğal edildikdən sonra nümayişçilər içəridə qalan polislərin çıxması üçün dəhlizdə yol açıblar. Hazırda Ukraynada etirazçıların 10-dan artıq şəhəri ələ keçirdiyi deyilir. Xatırladaq ki, Rusiya ilə 25 kilometrlik sərhədə malik olan Luqanskda 450 mindən artıq əhali yaşayır.
2014-04-29
16,170
Hitlerin 81 yaşlı xidmətçisi danışdı – İlk dəfə
Hitler və Yeva Braun haqqında ən kiçik məlumat belə, yenə də insanları maraqlandırır. "Axar.az" bildirir ki, Almaniya qəzetlərindən birinə müsahibə verən, Hitler və Yeva Braunun xidmətçisi olmuş Elizabet Kalhammer nəhayət ki, susqunluğunu pozub. 1943-cü ildə qəzet elanı ilə Hitlerin yaşadığı evə gələn, ancaq iş görüşməsində kimə xidmət edəcəyini öyrənən Elizabet anasının bütün etirazlarına baxmayaraq, işə başlayıb. Kalhammer bildirib ki, işlədiyi müddətdə Hitlerin yanında bir dəfə də olsun danışmayıb, çünki bu, yasaq olub. Amma o, Hitlerin hərəkətlərinə və yediyinə diqqət edə bilib. Hitler xəstəliyinə görə hər zaman dieta saxlayırmış. Elizabetin xüsusi işlərindən biri də hər gün Hitlerə tort hazırlamaq olub. Hitler hazırlanan tort evdə hamı yatandan sonra faşist rəhbərinin qalxıb gizlincə yeməsi üçün bir kənara qoyulurdu. Alma, fıstıq, kişmişdən hazırlanan bu tortun adı "Fürer tortu" olub. Xidmətçi qadın onu da vurğulayıb ki, Hitlerin şirniyyata qarşı zəifliyi olub. "Hitler çayını ancaq Nürnberq çinsindən olan bir fincanda içərdi. Bir gün mən o fincanı sındırdım və buna görə tətilimdən kəsilərək cəzalandırıldım", - deyən Elizabet Yeva Braun haqında xoş sözlər deyib. O, bildirib ki, evli olmasa da, o, tam ev sahibəsi kimi davranırdı və bizimlə xoş rəftar edirdi. "Yeva Braun gözəl geyinməyi sevirdi və bizimlə də xoş davranırdı. O, demək olar ki, bizimlə dost idi. Hətta o bir dəfə yeni ildə mənə yun ip gətirdı və onlardan alman əsgərlərinə corab toxumamı istədi". Elizabet Kalhammer hal-hazırda 81 yaşındadır və müharibədən sonra hər zaman susqunluğunu qoruyan qadın yalnız indi bildiklərini danışmaq qərarına gəlib.
2014-04-29
16,171
Rusiya ABŞ-ı rədd etdi
Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ və AB-nin ölkəsinə tətbiq etdiyi sanksiyaları rədd etdiklərini deyib. "Axar.az" xəbər verir ki, Lavrov böhranın dialoq yolu ilə həll edilməsinin tək yol olduğunu bildirib. Lavrov qeyd edib ki, bütün tərəflərin fikirləri nəzərə alınmalıdır. Qeyd edək ki, ABŞ Cenevrədə əldə edilən razılaşmaya riayət etməyən Rusiyaya qarşı sanksiyalar siyahısına Putinin ən yaxın adamlarından ikisinə, 7 rusiyalı səlahiyyətli nümayəndəyə və 17 şirkətə sanksiyalar tətbiq etmişdi. Avropa Birliyinin sanksiyalar tətbiq etdiyi son siyahıda isə aşağıdakı şəxslər yer alıb: Krım naziri Oleq Savelyev, Sevastopol valisi Sergey Manyailo, Federasiya Şurasının üzvü Olqa Kovatidi, Duma Rəhbərliyinin müaviləri Ludmila Şetsova və Sergey Neverov. Bununla da AB-nin sanksiyalar tətbiq etdiyi nümayəndələrin sayı 48-ə çatıb.
2014-04-29
16,172
Prezident Ərdoğana “despot”, Ərdoğan ona “rahib” dedi
Türkiyənin Baş naziri Rəcəb Tayip Ərdoğan Almaniya prezidenti Yoakim Qaukun onu tənqid etməsinə münasibət bildirib. "Axar.az" xəbər verir ki, partiyasının qrup yığıncağında danışan Ərdoğan Almaniya dövlət başçısını obyektiv olmamaqda ittiham edib: "Dünən Alman dövlət başçısı gəlib mənimlə danışdığı şeylərdən sonra ODTÜ-yə (Orta Doğu Texnik Universiteti) gedir, qəribə-qəribə şeylər danışır. Özlərinə nələr öyrədilibsə, onu da danışır. Bunu bizimlə paylaşdığın kimi niyə eynilə ODTÜ-də əks etdirmədin? Pis olan nədir, bilirsinizmi - ODTÜ-də ona ev sahibliyi edənlərin gerçəkləri söyləməmələridir". Baş nazir Ərdoğan Almaniyada bir qrup müsəlman təriqət qruplaşmalarının Alman dövlət başçısına təzyiq etdiyini də bildirib: "Onların təzyiqi ilə gəlib burada danışırlar. Bu, yaraşan iş deyil. Özü ilə təxminən iki saat baş-başa olduq. Onunla naharda bunları açıq danışdıq. Özünə konkret nümunələr göstərdik. Almaniyada sənə izah edilənləri gedib orada danış. Güclü hökumətsiniz, doğrudur, amma bizim kimsədən qorxumuz yoxdur". Hər halda özünü rahib zənn edir Ərdoğan nitqinə bu sözlərlə davam edib: "Ölkəmizin daxili işlərinə qarışılmasına əsla yol verə bilmərik. Hər halda özünü hələ rahib zənn edir. Bunların çirkin işlər olduğunu izah etdik. Azlıqlara qarşı davranışlarımızı başa saldıq. Buna baxmayaraq, belə bir yanaşma məni məyus edir. Başqasının azadlıqlarını pozmadığın müddətcə, bütün azadlıqlardan yararlanmaq hər kəsin haqqıdır. Bundan kimsənin çəkinməsinə ehtiyac yoxdur". Xatırladaq ki, Almaniyanın dövlət başçısı Ərdoğanı sərt tənqid edib: "Son aylarda Türkiyə Baş naziri R.T. Ərdoğan dünyaya özünü demokrat kimi yox, despot olaraq təqdim edib. Bu baxımdan hazırki vəziyyətə uyğun olaraq Ərdoğan siyasi iradəsini ortaya qoymalıdır". Dövlət başçısının Ərdoğanı tənqid etməsi məşhur alman dərgisi "Stuttgarter Zeitung"də "şans" kimi qiymətləndirilib: "Yoakim Qaukun Ərdoğanı dəqiq və obyektiv şəkildə tənqid etməsi Baş nazir üçün böyük bir şansdır. İndi Ərdoğanın bu şansı istifadə edib-etməyəcəyi maraqlıdır. O, bu günə qədər özünü tənqid edənləri ya siyasi arenadan yox edib, ya da onları görməməzlikdən gəlib. Qauk isə topu ona atdı. İndi özündən əmin Baş nazir Ərdoğanın ölkəsi seçim qarşısındadır".
2014-04-30
16,173
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 9-13, günün birinci yarısında 20-24, günün ikinci yarısında 16-18 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
2014-04-30
16,174
Obama Ukraynaya niyə silah göndərmir?
Prezident Obama Ukraynaya silah göndərməməsinin səbəbini açıqlayıb. "Axar.az" xəbər verir ki, Respublikaçılar Partiyası üzvlərinin tənqidinə cavab olaraq ABŞ prezidenti Barak Obama Rusiyanın Ukraynaya qarşı təcavüzü məsələsində daha sərt addımlar atmamasının səbəbini açıqlayıb. Barak Obama açıqlamasında belə hallarda əsasən diplomatik təzyiqlərin tətbiq olunmasını daha effektiv saydığını vurğulayıb: "Axı nəyə görə elə fikirləşirsiniz ki, Ukraynanı əlavə silah-sursatla təmin etməklə Rusiya ordusuna müqavimət göstərə bilərik? Bizim diplomatik təzyiqlər və iqtisadi sanksiyalar tətbiq etməklə daha çox şansımız var".
2014-04-30
16,175
FTB Putinin 40 milyardının mənbəyini araşdırır
ABŞ xüsusi xidmət orqanlarının Rusiya Prezidenti Vladimir Putinin sərvəti ilə bağlı hazırladığı 7 il əvvələ aid gizli sənəd ortaya çıxıb. "Axar.az"ın xəbərinə görə, açıqlanan sənəddə qeyd edilir ki, Putin 40 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı lideridir. "Nyu York Tayms" qəzeti Putinin sərvəti ilə bağlı FTB-nin 7 il əvvəl gizli bir hesabat hazırladığını, ancaq bu günə qədər həmin hesabatı açıqlamadığını qeyd edib. Məqalədə Krımın işğalı və Ukraynadakı hadisələrlə bağlı ABŞ-ın Rusiyaya qarşı başladığı sanksiyaların məqsədinin xüsusilə Putinə və yaxın ətrafına maliyyə cəhətdən zərər vermək olduğunu iddia edilir. Qəzetdə Putinin sərvəti ilə bağlı ABŞ-ın əlində konkret məlumatların olmadığı da vurğulanır. Bildirilir ki, əldə olan yalnız Kremlin Rusiya liderinin illik qazancının 102 min dollar olması ilə bağlı hesabatıdır. Ancaq Vaşinqton 40 milyardın toplanmasında Putinin enerji şirkətləri "Surqutneftqaz", "Qunvor" və "Qazprom" ilə əlaqələrindən şübhələnir. Bu şirkətlərdən gələn nağd gəlirlərlə bağlı söz-söhbətlər isə ABŞ-ı çaşbaş qoyub. "Nyu York Tayms" həmçinin qeyd edir ki, Putinin 40 milyardlıq gəlirində 2003-cü ildə İraqın edam edilən sabiq diktatoru Səddam Hüseynlə Moskva arasındakı ticarət əlaqələrinin də böyük payı olub.
2014-04-30
16,176
ABŞ rəsmisindən Leyla Yunusun saxlanması ilə bağlı ilk açıqlama
ABŞ Dövlət Departamentinin rəsmisi Leyla Yunusla bağlı hadisələrdən xəbədar olduqlarını, baş verənləri narahatlıqla izlədiklərini deyir. ABŞ Dövlət Departamentinin demokratiya və insan haqları üzrə rəsmisi Tom Malinovski bildirib ki, "Leyla Yunusun başına gələnləri həyəcanla izləyir və istər formal, istərsə də qeyri-formal ünsiyyətləri zamanı öz münasibətlərini Azərbaycan hökumətinin diqqətinə çatdıracaqlar". Azərbaycanda vətəndaş cəmiyyətinə münasibətlə bağlı suala cavab verən Malinovski bildirib: "Bizim Azərbaycanla sıx əməkdaşlıq əlaqələrimiz var və bu münasibətlərin daha da yaxınlaşmasını istəyirik. Çünki hesab edirik ki, regionda sülhün və sabitliyin əsas şərtlərindən biri belə əməkdaşlıqdır. Lakin biz Azərbaycan hökumətinin diqqətinə aydın şəkildə çatdırmışıq və baş verənlərdən sonra növbəti dəfə bunu təkrar edəcəyik ki, sabitliyi əldə etməyin yolu vətəndaş cəmiyyətinə, hökumət haqda tənqidi fikirlər ifadə edən dinc adamlara qarşı basqılar deyil. Əksinə, bunlar cəmiyyətdə əmin-amanlığı daha da azaldır." Sülh və Demokratiya İnstitunun direktoru, tanınmış insan haqları müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunus aprelin 28-də gecə Bakıda hava limanında saxlanıblar. Onlar bir neçə Qərb ölkəsinin Bakıdakı diplomatı ilə birlikdə beynəlxalq tədbirdə iştirak etmək üçün Brüsselə gedərkən saxlanıb, üstlərində, ofislərində və evlərində axtarış aparılıb. /Azadlıq Radiosu/
2014-04-30
16,177
Ukrayna rus saytlarına qadağa qoymaq niyyətindədir
Ukrayna höküməti bəzi rus saytlarına girişi qadağan etmək niyyətindədir və bundan sonra da Ukrayna ərazisində rus kanallarının yayımının bərpasının qarşısını almaq üçün hər şey edəcək. "Axar.az" xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Viktoriya Syumar bu gün təşkil olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Rusiyada artıq 10 Ukrayna saytlına giriş qadağan olunub: "Hal-hazırda Ukraynada 4 rus kanalının yayımı dayandırılıb. Biz də əlimizdən gələni edirik ki, yayım yenidən bərpa olunmasın. Rusiya da öz növbəsində 10 Ukrayna saytına girişi qadağan edib".
2014-04-30
16,178
Bakıda 86 yaşlı kişinin meyiti aşkarlandı
Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1928-ci il təvəllüdlü kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. "Axar.az" FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən Cavadov Rasim Hüseynağa oğlu hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində R.Cavadovun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
2014-04-30
16,179
Skiflərdən Putinə qədər Ukrayna 1 dəqiqədə - Video
Ukraynada hadisələrin gərginliyinin artdığı bir vaxta yerli media strukturları ölkələrinin sərhəddinin 1.400 il ərzində necə dəyişdiyini təsvir ediblər. Hazırlanan kiçik çarxda Ukrayna ərazilərinin skiflərdən başlamaqla Sovetlər Birliyi və nəhayət Putinin prezidentliyi dövründə Krımın alınması əks olunub. Qeyd edək ki, ən diqqət çəkən məqamlardan biri illər ərzində Moskva şəhərinin Kiyev Rusiyasının tərkibində olmasıdır. "Axar.az" həmin videonu təqdim edir:
2014-04-30
16,180
Özbəkistan və Türkmənistan Türk PA-ya qoşulur
Türkdilli ölkələrin Parlament Assambleyası Özbəkistan və Türkmənistanın da tezliklə bu quruma üzv olacağına inanırlar. "Axar.az" xəbər verir ki, bu barədə Astanada jurnalistlərin suallarını cavablandırarkən qurumun Baş katibi Jandos Asanov deyib: "Türk PA-nın qapıları digər türkdilli ölkərin də üzünə açıqdır. İnanıram ki, yaxın gələcəkdə Özbəkistan və Turkmənistan da qurumda təmsil olunacaqlar. Məndə olan məlumata görə, hazırda Daşkənd və Aşqabadda bunun mümkünlüyünün müzakirəsi aparılır". Xatırladaq ki, hazırda Türk PA-da 4 ölkə - Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan təmsil olunur.
2014-04-30
16,181
Son 50 ildə tətbiq olunan ən uğurlu 7 sanksiya
Ukrayna hadisələrinə görə Qərbin və Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar ortaya bəzi suallar çıxarıb. Məlumdur ki, 1965-ci ildən bəzi ölkələrə qarşı tətbiq olunan iqisadi sanksiyalar bir müddətdən sonra həmin dövlətlərin xarici siyasətinin köklü şəkildə dəyişməsinə gətirib çıxarıb. "Axar.az" 50 il ərzində həyata keçirilən 7 ən təsirli sanksiyanın siyahısını təqdim edir. Ekspertlər istisna etmir ki, 8-ci ölkə məhz Rusiya olacaq. Beləliklə, 1965-ci ildə kənd təsərrüfatı ilə bağlı siyasətində köklü dəyişikliklər etməsi üçün Amerika bir müddət Hindistana yeyinti məhsullarının təchizatına fasilə verdi. Təzyiqlər qarşısında qalan İndira Qandi hökuməti bir ildən sonra aqrar sahədə əsaslı islahatlar etmək məcburiyyətində qaldı. Yalnız bundan sonra ABŞ yardımını bərpa etdi. Növbəti təsirli sanksiya: 1975-ci ildə Cənubi Koreyanın Fransadan nüvə yanacağı almağa hazırlaşdığından şübhələnən ABŞ bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq etdi. Nəticədə Seul fikrindən daşınmalı oldu. Daha bir qadağa 1976-cı ildə Amerika tərəfindən Tayvana qarşı tətbiq olunub. Tayvanın nüvə silahı əldə etməyə hazırlaşdığını duyan Birləşmiş Ştatalar Tayvana məhsulların təchizatını dayandırdı. Nəticədə Tayvan iqtisadiyyatı iflic vəziyyətinə düşdü. Daha sonra ardıcıllıq belədir: 1982-ci ildə Cənubi Afrika Republikasının Lesotaya, 1992-ci ildə ABŞ-ın Malavaya, bir il sonra Vaşinqtonun Qvatemalaya, 1994-cü Yunanıstanın Avropa Birliyi vasitəsi Albaniyaya tətbiq etdiyi sanksiyalar qarşı tərəfə milyardlarla dollara başa gəlib. Ekspertlər hesab edir ki, Rusiya 8-ci sanksiyaya doğru inamla hərəkət edir.
2014-04-30
16,183
Məşhur futbolçu karyerasını başa vurdu
"Yuventus"un və "İtaliya" yığmasının keçmiş yarımmüdafiəçisi olan Mauro Kamoranezi karyerasını başa vurub. "Axar.az" xəbər verir ki, futbolçu argentinanın "Rasinq" klubu ilə müqaviləni ləğv etdikdən sonra bu nəticəyə gəlib. Gələcəkdə isə məşqçi olmaq niyyətindədir. Qeyd edək ki, Kamoraneziyə 19 illik futbol karyerasında "Meksika" və "İtaliya" çempionluğunu yaşamaq, 2 dəfə İtaliyanın superkubokunu qazanmaq və 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının qalibi olmaq qismət olub.
2014-04-30
16,184
"Real Madrid" 12 illik fasilədən sonra finalda
Bu gün Çempionlar Liqasının yarımfinalında ilk cavab oyunu keçirilib. "Axar.az" xəbər verir ki, Almaniyanın "Bavariya" klubu İspaniyanın "Real Madrid" klubunu qəbul edib. Qarşılaşmada ispanlar almanları 4-0 hesabı ilə darmadağın edib. Xatırladaq ki, bu komandalar arasında ilk görüş aprelin 23-də keçirilmişdi. Həmin görüşdə Kərim Benzemanın vurduğu yeganə qol "Real"a qələbə qazandırmışdı. İki görüşün nəticəsinə görə, 5-0 hesablı qələbəyə sevinən "Real Madrid" 12 ildən sonra Çempionlar Liqasının finalına yüksəlib. Liqanın ikinci finalçısının adına bu gün 23:45-də keçiriləcək "Çelsi" - "Atletiko Madrid" qarşılaşmasından sonra aydınlıq gələcək.
2014-04-30
16,185
Özünüzü Hollivud ulduzları ilə müqayisə edin
Texnologiyanın yüksək inkişaf etdiyi, innovasiyanın bütün sahələrə tətbiq edildiyi dövrdə kitab oxuyan insana rast gəlmək asan məsələ deyil. Hələ-hələ məşhurların, Hollivud ulduzlarının kitab oxuduğuna inanmaq çətin məsələdir. Amma inanmaq məcburiyyətindəyik, çünki Amerikanın məşhur elektron qəzetlərindən biri Hollivud ulduzlarının hansı kitabları oxuduğu barədə xəbər hazırlayıb. "Axar.az" "Wikers Weekly" (Həftəlik elektron qəzet) qəzetinə istinadən məşhur Hollivud ulduzlarının hansı tip kitab oxuduğunu təqdim edir. Ancelina Coli: M.C.Trou "Vlad Sepeş. Gerçək Drakulların axtarışında" Xeyriyyəçilik və uşaq doğmaq kimi həvəsləri ilə məşhurlaşmamışdan əvvəl Ancelina Hollivudun üsyankar və "qara frik" (parlaq, qeyri-adi, ekstravaqant zahiri görkəmi və abırsız (çox vaxt biabırçı) davranışları ilə seçilən, eləcə də sosial stereotiplərdən imtinanın nəticəsi olan qeyri-adi dünyagörüşünə malik insan – red.) kimi tanınırdı. Odur ki, seçim bizi heç də təəccübləndirmir. Ancaq baxmayaraq ki, məşhur Hollivud gözəlinin özünün həyatı indi artıq xeyli dəyişilib, görünür, hələ keçmişini ona daha çox xatırladacaq bir kitab tapa bilməyib. Ancelinaya həsəd aparırıq – onun hələ oxuya biləcyi o qədər maraqlı kitab var ki... Natali Portman: A.Frank "A.Frankın gündəliyi" Aktrisanın seçimi təbiidir. O, eyniadlı filmdə çəkilib, nasistlərin əlindən xilas olan gənc qızın həyatının tarixçəsini nəinki sadəcə oxumalı, həm də onun başına gələn dəhşətləri yaşamalı olub. Buradan belə bir ehtimal etmək olar ki, Natali yalnız işi ilə bağlı mütaliə edir. Ketrin Zeta-Cons: F.Skott Fitscerald "Böyük Getsbi" Biz Ketrinə də qarşı eyni ittihamı irəli sürürük - amma yox, o, 2012-ci ilin 3D filmində çəkilməyib. XX əsrin ən yaxşı romanlarından birini seçdiyinə görə ziyalı və ağıllı xanım aktrisanı ancaq tərifləmək lazımdır. Nikol Kidman. K.S.Lyüis "Narninin Salnaməsi" Görünür, "Qızıl kompas" filmində çəkilən Nikol uşaq fantaziyasına vurulub və onu dərindən sevib. Keyt Uinslet: Emil Zolya - "Tereza Raken" Klassik janr: məhəbbət, qətl, gözlənilməzlik: yeri gəlmişkən, Hollivud aktrisasının seçimi də gözlənilməzdir. Bu gün Zolyanı heç də hər kəs oxumur. Denzel Vaşinqton: Herman Hesse - "Siddhartha" Povestin qəhrəmanı – tarixi Hautama Buddanın "aydınlarından" (işıqlı simalarından) biridir. Bu klassik kitab mötəbər budda kitablarını mütaliə edərkən olduğu kimi sizi mənəviyyat yoluna yönəldəcək. Müəllif – Nobel mükafatı laureatıdır, bu isə o deməkdir ki, biz cənab Vaşinqtona deyə bilərik: "Afərin! Yaxşı seçimdir". Alek Bolduin: Harper Li - "Masqaraçını öldürmək" Ola bilsin ki, bu kitab aktyora ona görə dərin təsir edib ki, o özü də cənubludur və ədalətsizliyi, irqi ayrı-seçkiliyə dair mühakimələri yalnız kitablarda görməyib. Alekin seçimini bəyənirik. Uill Smit: Paulo Koelyo - "Əlkimya" Aktyorun seçimində qeyri-adi heç nə yoxdur. Koelyo indi çoxlarının zövqünü oxşayır. Ən azından, Smit eyniadlı filmdə çəkilməyib və deməli, kitabı sadəcə istəyinə görə oxuyur. Mel Gibson: Rey Bredberi - "Farengeyt üzrə 451 dərəcə" Keyfiyyətli klassik fantastika… Yaxşı seçimdir. Bircə, Gibsonun 56 yaşı olması adamı pərt edir… Kevin Speysi: Rayner Mari Rilke "Gənc şairə məktublar" Kicik cildə daxil edilmiş məktublar dərin emosiyalar doğuran əsərdir. Rilkenin bütün geniş və əhatəli yazışmaları arasında bu məktublar çox möyük məşhurluq qazanıb. Onlarda şəxsi, xüsusi heç nə yoxdur. Rilke poeziyadan, poetik yaradıcılığın təbiətindən, həyatdakı qəribə təsadüflərdən, tənhalıqdan, sevgidən... yazır. Speysi yaxşı zövqü və təhsili olduğunu göstərir.
2014-04-30
16,186
Səməd Behrəngi Türkiyədə - Foto
Güney Azərbaycanın tanınmış yazarı Səməd Behrənginin əsərləri Türkiyədə dərc olunub. "Axar.az" xəbər verir ki, kitab "Toplu məsəllər" adlanır. Yazarın kitabı "Sehirli fənər" adlı nəşriyyat tərəfindən dərc edilib.
2014-04-30
16,187
Rasim Balayev: “Bura mənim bazarım deyil”
1937.az-ın təqdimatında: Rasim Balayev Aktyor, 66 yaş, şir bürcü, siçan ili. "Son dövrlər çəkilən filmlərə pul xərcləməkdənsə, həmin pulu aparın verin qaçqın-köçkünə. Onsuz da o filmlərə baxan yoxdur" Mətbuatdan qaçmıram. Sadəcə, bəzən danışmağa ovqatım olmur. Tamaşaçını yormaqdan qorxuram və düşünürəm ki, əgər yeni bir iş görmürəmsə, filmə çəkilmirəmsə, müsahibə verməyə, gündəmə gəlməyə mənəvi haqqım yoxdur. Serial təkliflərindən imtina edirəm. Bugünkü serialların nə səviyyəsi, nə də iş prosesi məni qane edir. Biz başqa cür vərdiş etmişik. Əvvəl ssenarini oxumaq, rola adaptasiya olmaq lazımdır. Yoxsa bir seriyaya çəkilim, axşam ssenari yazılsın, mən də səhər oynayım, bu mümkün deyil. Nə qədər canımda can var, çəkilmək istəyirəm, amma iş yaxşı iş olsun. Seriallar "xaltura"dır və mən "xaltura"nı sevmirəm. Erotik və ya açıq-saçıq səhnələrə qarşı deyiləm. Bu gün film və seriallarımızdakı açıq-saçıq səhnələrin tamaşaçıya təqdim edilməsi məni qane etmir. İran filmlərində də qadağa var. Amma elə gözəl məhəbbət səhnələri çəkilir ki... Çılpaqlığın olması şərt deyil, bədii təfəkkür lazımdır. Erotika ilə tamaşaçı toplamaq istəyən rejissura həmişə məğlub olub. "Film dövlətdən asılıdır və biz istədiyimizi çəkə bilmirik" deyən rejissorlar öz istedadsızlıqlarını pərdələmək istəyirlər. Mən də ideologiyaya xidmət edən filmlərdə rol almışam, ancaq görülən işin səviyyəsi göz qabağındadır. Kinoya dövlət qayğısı olmalıdır. Bizim SSRİ kimi böyük bir məkanımız, meydanımız vardı və bu məkan vasitəsilə dünyanı gəzirdik. Ən pis filmimiz belə öz auditoriyasını, tamaşaçısını tapırdı. Bu gün filmdən gəlir yoxdur, buna görə də müstəqil prodüser mərkəzləri və sponsorlar filmə pul qoymaqda maraqlı deyil. Təkrar olunmamağa, həmişə müxtəlif xarakterləri oynamağa çalışmışam. Müxtəliflik olanda mən də bir aktyor kimi yetişib, yeni düşüncə tərzi və yeni ştrixlər qazanmışam. Həmişə müsbət qəhrəman oynayanda tamaşaçı bezir, mən özüm də yoruluram. Bu gün ən böyük arzum tragikomik rol oynamaqdır. O rolun konkret adı yoxdur, ancaq bu mənim arzumdur. Azərbaycan tamaşaçısı həmişə aktyordan oynadığı rola bənzəməsini istəyir, ancaq bu mümkün deyil. Özümü nə Babək, nə Nəsimi, nə də Cavid hesab edirəm. Mən qəhrəman deyiləm. Bu gün kino da biznesdir və filmlər əvvəlki kimi insan taleyini ön plana gətirmir. Dublyaja getmirəm, çünki səviyyəsiz işdə iştirak etmək istəmirəm. İkisəsli dublyaj və redaktəsiz mətn görəndə başa düşürəm ki, bu, sadəcə, yola verməkdir. Dublyaj olunmuş türk filmlərinə baxanda utanıram. "İşdə məhəbbət" filminə baxın və əsl dublyaj necə olmalıdır, görün. Allaha inanıram. Dini kitablar oxuyuram, biliklərimi artırmağa çalışıram. Səhhətim oruc tutmağa imkan verməsə də, namaz qılmağa hazırlaşıram. Maşında axmaq mahnılara deyil, ancaq "Qurani-Kərim"ə qulaq asıram. Ona görə yox ki, onu mən səsləndirmişəm, ona görə ki, Allah kəlamıdır və bu kəlamlar məni qoruyur. Özümü teatrda görmürəm. O repertuar, o rejissura, o mühit mənlik deyil. Məişət səviyyəsində əsərlər və primitiv quruluş məni qətiyyən qane etmir. Avqusta 66 yaşım tamam olacaq. Ömrünün 40 ildən çoxunu Sovet dövründə, cəmi 22 ilini müstəqil Azərbaycanda yaşayan insan kimi deyə bilərəm ki, mən SSRİ-də daha xoşbəxt idim. Bəlkə, cavan və sağlamıydım, çəkilişlər də çox idi ona görə. İndi xatırlayanda həyat daha işıqlı görünür. Müstəqillik gözəl nemətdir, ancaq kapitalizm və bazar iqtisadiyyatı insanları da, mühiti də çox dəyişdi. "Nəsimi"yə çəkiləndə bir erməninin evində kirayədə yaşayırdım. "Nəsimi"nin çəkilişlərinə gələndə üç avtobus dəyişirdim, ancaq işə böyük bir məsuliyyət və sevgi var idi. Kinostudiyanın düz yanındakı binada yaşayırdıq, Şahmar Ələkbərov və Həsən Məmmədovla qonşu idik. Bir də görürdün minirdik taksiyə, deyirdik, gedək şəhəri gəzək. O illərdə bizim üçün həyat yalnız kinodan və kinostudiyadan ibarət idi. Azərbaycanın mənəvi mənzərəsini görə bilmirəm. İnsanların arasındakı səmimiyyət, ünsiyyət itib, insanlar bir-birinə qarşı laqeyd və qəddar olub. İndi maddi vəziyyətim, imkanım da əvvəlkindən yaxşıdır, amma hamı qapılıb özünə və sanki hamı özü üçün yaşayır. Yas mərasimlərimizdə bircə araq çatmır. İmkanın varsa, o mərasimə çəkdiyin xərcin yerinə beş qoyun kəs, ver uşaq evinə. Ya da beş uşağın təhsil xərcini çək. Sanki yas mərasimi yox, özününümayişdir. Din xadimləri bu məsələdə qətiyyət göstərməlidir. Kinostudiyanın həyətində onlarla filmə çəkilmişəm. O vaxt ölkə Prezidentinə müraciət etdim və xahiş etdim ki, bu həyətə dəyməsinlər. Çünki Kinostudiyanın həyəti yalnız gül-çiçək üçün deyil, həm də çəkiliş meydançasıdır. Amma gətirib həyətdə bir ev tikdilər, indi də birini tikirlər. Fikirləşirəm ki, əsas binanı da sökəcəklər və bir ofis verəcəklər ki, "bu da sizin Kinostudiya". Ssenari və rejissor problemi var. Gənclər kinoya gəlir, görür ki, pul yoxdur və qaçır klip dalınca. Bir həftəyə on mini alıb qoyur cibinə, böyük filmdə o cür asan pullar yoxdur. Böyük filmdə böyük əzab-əziyyət və böyük eşq var. Eldar Quliyevin "Dərvişin qeydləri" filmi tamaşaçı toplaya bilmirsə, deməli, çəkə bilmirlər. Habil Əliyev demiş, "kontur qurtarıb". Yaş öz sözünü deyir və bu gün sənin üçün maraqlı olan mövzu cəmiyyət üçün maraqlı deyil. Sənətdən də üzüsulu getmək lazımdır. Mən artıq sənətdən getmiş kimiyəm, necə deyərlər, "bura mənim bazarım deyil". İnanın, 15-20 ildir ki, arxasınca gözüm qalan bir rol olmayıb. Halbuki 70-ci illərdə getdiyim sınaqlar uğursuz nəticələnəndə, istədiyim rolları ala bilməyəndə elə sarsıntı keçirmişəm ki, xəstəxanaya da düşmüşəm. Son illər çəkilən filmlərin heç birində özümü görmürəm. "Sübhün səfiri"ndə Axundovu mən yox, bir başqası oynasaydı, nə isə dəyişəcəkdimi? "Sübhün səfiri" bədii-sənədli filmdir və gənc nəslin Axundovu tanıması baxımından əhəmiyyətlidir. Azərbaycan tamaşaçısının zövqü korlanıb. Əvvəllər kino, teatr tamaşaçını öz arxasınca aparırdı, indi isə əksinə. Bu gün öz bədən quruluşu, fiziki çatışmazlıqları ilə tamaşaçını güldürən düşüklər populyardır. Aralarında istedadlı uşaqlar var, ancaq material yoxdur. Televiziyada xəbərlərə, bəzən heç dilini də bilmədiyim əcnəbi filmlərə və bir də heyvanat aləminə baxıram. Çünki heyvanat aləmində hər şey realdır, maska yoxdur. Orada şir şirdir, tülkü də tülkü. Şir yeyib doyur, tülkü də onun artığıyla dolanır. Ancaq cəmiyyətə baxanda görürəm ki, tülkü gəlib şiri dirəyir divara və öz payını tələb edir. Köhnə Azərbaycan və rus filmlərinə baxmaqdan zövq alıram. Nostalji hisslər məni sakitləşdirir. Film niyə çəkilir? Əsər niyə yazılır? Yazılır ki, ibrət olsun, kimlərsə ondan dərs götürsün. Bir əsərdən və ya filmdən nələrisə əxz edə bilmirsənsə, onda niyə sən o əsəri yazırsan və mən niyə o əsəri oxuyuram? Bu gün kinoda da, teatrda da tənqidin səviyyəsi sıfırdır. Kimi tənqid edirsən, düşmən olursan. Adam abrını gözləmək üçün susmalı olur. Təsəvvür edin, siz kostyumu tikirsiniz, ancaq geyinən yoxdur. Bu gün çəkilən filmlərimiz də bax, beləcə, öz istehlakçısını – tamaşaçısını tapa bilmir. Məncə, o filmlərə xərclənən pulları qaçqın və köçkünlərə, ehtiyacı olan insanlara versinlər. Onsuz da onlara baxan yoxdur. Özümü qətiyyən seks-simvol hesab etmirəm. Heç gənc olanda da özümü yaraşıqlı hesab etmirdim. "Nəsimi"yə çəkiləndən sonra o marağı hiss etmişəm, yüzlərlə sevgi məktubu almışam. Bu diqqət xoşuma gəlib, ancaq heç vaxt o məktublara cavab yazmamışam. Həm vaxtım az idi, həm də məşhurlaşanda mən artıq ailəli idim. Xoşbəxtliyim ondadır ki, o uğur, diqqət və sevgi məni azdırmayıb. Mən şöhrətə də təbii baxmışam.
2014-04-30
16,188
Azərbaycanı dəhşətə gətirən terrordan 5 il ötür
Dövlət Neft Akademiyasında baş vermiş terror nəticəsində 12 nəfər ölüb, 13 nəfər yaralanıb Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 5 il ötür. Bütün Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verdi. ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub. Ali təhsil ocağındakı qətliamın qarşısını almaq üçün hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsi, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları göndərilib. Ərazidə olan silahlanmış polis əməkdaşları faktı törətməkdə təqsirli bilinən şəxsi zərərsizləşdirmək üçün xüsusi əməliyyat keçirsə də, hadisə itkisiz ötüşməyib. Qanlı hadisə nəticəsində 1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü 2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü 3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu , 1946-ci il təvəllüdlü 4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü Tələbələr 5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü 6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü 7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü 8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü 9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü 10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü 11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü 12. Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı , 1957-ci il təvəllüdlü Öldürülüb Neft qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Rüstəmbəyov Faiq Bəhram oğlu, Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası Hüseynli Zemfira Seyidi qızı, Tələbələr İsayev Kənan Tələt oğlu, Suriya vətəndaşı olan Daas Muavviyya, Sudan vətəndaşları Mustafa Məhəmməd Qasim, Seyid Əhməd Əmru, Şirəliyev İlkin Azər oğlu, Mustafayev Elşən Elbəyi oğlu, Axundov Rəhman Sahib oğlu, Cəmiyev Elvin Azər oğlu, 1989 Qurbanova Səbinə Əşrəf qızı, Məmmədov Elşən Xanlar oğlu, Cəfərov Bəxtiyar Aydın oğlu Atılmış güllələrin hədəfi olsalar da, xoşbəxtlikdən sağ qalıblar. Adlarını çəkmədiyimiz bir neçə tələbə isə Fərda Qədirovun atdığı güllələrdən yayına bilib. Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurmuşdu. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur. Onun üzərindən şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, "Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edildi. Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib. /Musavat.com/
2014-04-30
16,189
Müsəlman idmançı çılpaq qız görüncə - Video
Rusiyada düzənlənən qol güləşi yarışmasında qəribə hadisə yaşanıb. "Axar.az" xəbər verir ki, mükafatlandırma əsnasında müsəlman idmançı Zəlimxan Zankarxanov yarıçılpaq qızı görüncə təkkəsi ilə üzünü qapayıb. Həmin videonu təqdim edirik.
2014-04-30
16,190
Spirtli içki həvəskarlarının menyüsünə
Alkoqol, spirtli içkilər deyəndə yəqin ki, hamının ağlına ilk olaraq sərxoş olmaq, o sərxoşluğun təsirində edilən bəzi və bir çoxlarına da bəlli olan nizamsız hərəkətlər, daha sonra isə əksəriyyətin də çox gözəl bildiyi orqanizm üçün olan zərərlər və s. gəlir. Bəs əslində necədir? Yəni alkoqol yalnız bədənimizə, sağlamlığımıza ziyan vururmu? İnandırıcı görünməsə də, bəzən düzgün şəkildə içilən içkilər insana nəinki ziyan vurmaz, hətta müsbət təsir edə bilər. Elə isə alkoqolun faydaları hansılardır? Təbii ki, söhbət qədərində qəbul edilən alkoqoldan gedir. - İlk növbədə damarları genişləndirir. - İnsanın əhvalını yüksəldir. - Alkoqol həm də, dezinfeksiya edici xüsusiyyətə malik olduğundan mikrobları öldürür. - Qanda laxtalanmaya müsbət təsir edir və ən önəmlisi, stressə qarşı müqavimət yaradır. - Sümüklərdə ərpin yaranmasının qarşısını alır. - Təzyiq və qan şəkərini aşağı salır. - Ürək və xolesterinə müsbət təsir edir. - Bağırsaq və döş xərçəngi riskini azaldır. - Qanda estrogenin səviyyəsini yüksəldir. - Pivə xüsusilə B vitamini ilə zəngindir. Təbabətdə isə alkoqol əsasən tibbi təmizliyin təmin olunması, mikrobların yayılmasının qarşısının alınması və sterilizasiya üçün vacibdir. Bəs ideal alkoqol qəbulu necə olmalıdır? Əvvəlcədən deyək ki, bu, qadınlara və kişilərə görə eyni deyil. Bir həftə ərzində ideal alkoqol qəbulu kişilərdə 140-210 qr, qadınlarda isə 85-140 qr təşkil edir. Hamilə və süd verən qadınlarınsa az alkoqol qəbul etməsi daha məqsədəuyğundur.
2014-04-30
16,191
Uşaq poliklinikası yandı
Bakı şəhəri, Suraxanı rayonunda Səhiyyə Nazirliyinə məxsus Uşaq poliklinikasının ümumi sahəsi 30 kv.m olan məişət avadanlıqları saxlanılan anbarının dam örtüyü 10 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, anbarın qalan hissəsi və ona bitişik laboratoriya yanğından mühafizə olunub. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-30
16,192
Prezident üçün məzar qazan uşaq – Video
Suriyada davam edən müharibə ən çox uşaqlara təsir edir. "Axar.az" xəbər verir ki, müharibə başlayandan bu yana minə yaxın uşağın qətlə yetirildiyi Suriyada uşaqların xəyal və arzuları da dəyişib. Üç ildən çoxdur ki, davam edən döyüşün yaşatmış olduğu psixoloji zərbə uşaqlar üzərindəki böyük təsirini hər gün daha aydın şəkildə göstərməkdədir. Suriyada çəkilən bir videoda bir uşağın yer qazmaqda olduğunu görən bir adam uşağa suallar verib: - Nə edirsən, ay uşaq? - Məzar qazıram. - Kimə? - Bəşər Əsədin məzarı, onu burada basdıracağam. - Bəşər Əsədi niyə basdırmaq istəyirsən? - Çünki o bizə atəş açır. Video çəkilən vaxt helikopterin səsini eşidən uşaq "Bu nədir" sualına çox mənalı cavab verib: "Bu, helikopterdir, bizi bombalayır, bizi öldürür".
2014-04-30
16,193
Hökumət daha 14 məhbusu İrana təhvil verib – Foto
Azərbaycan həbsxanalarında cəza çəkən daha 14 iranlı məhbus İrana təhvil verilib. İRNA məlumat verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin konsulu Seyid Möhsün Molayi açıqlama yayıb. Onun sözlərinə görə, proses aprelin 29-da İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqaviləyə əsasən həyata keçirilib: "Bu mübadilə son aylarda iki ölkə arasında yaradılmış müsbət əlaqələrin təzahürü və İranın Azərbaycandakı səfirliyinin səylərinin nəticəsidir. Azərbaycan hökuməti də bu məsələdə İranla yaxşı əməkdaşlıq edir. Ötən bir ay ərzində Azərbaycan 34 iranlı məhbusu İrana təhvil verib. Növbəti aylarda Azərbaycan həbsxanalarında cəza çəkən daha 35 iranlı məhbusun İrana təhvil verilməsi müvafiq qurumlarla razılaşdırılıb". M.Molayi deyib ki, Azərbaycan hökumətinin İrana təhvil verdiyi 14 iranlı məhbus arasında 3 qadın da var: "Bu məhbuslar narkotik maddələrin alqı-satqısı və ya daşınması ittihamı ilə həbs edilərək azadlıqdan məhrum olunublar. Bundan sonra onlar həbs cəzalarının qalan hissəsini İran həbsxanalarında çəkəcəklər" /APA/.
2014-04-30
16,194
Hollivud ulduzu türkləri təriflədi – Video
Cem Yılmaz Tvitter sosial şəbəkəsindəki şəxsi hesabında "The Water Diviner" (Su ilahəsi) filminin kamera arxası görüntülərini paylaşıb. "Axar.az" xəbər verir ki, Rassel Krounun film ilə əlaqədar bütün məlumatları danışdığı videoda Yılmaz Ərdoğan və Cem Yılmazın çəkildiyi səhnələr də görünür. Cem Yılmazın filmi ingiliscə şərh etdiyi hissə və Rassel Krounun Cem Yılmaz ilə Yılmaz Ərdoğana tərfilər yağdırması diqqət çəkib. Çəkilişlərinin böyük hissəsi Türkiyədə həyata keçirilən filmin rejissoru Rassel Krou türkiyəli aktyorlar haqqında bu sözləri deyib: "Türkiyəli aktyorlardan böyük təcrübə qazandım. General Həsən rolundakı Yılmaz Ərdoğan möcüzə yaratdı. Camalı oynayan Cem Yılmaz müdhiş aktyordur. Xarakterin içinə tamamilə girə bildi. Xarakter nə istədisə, onu əks etdirməyi bacardı". Cem Yılmaz isə bu sözləri deyib: "Hər savaş filmində qəhrəmanlıq əhvalatlarından istifadə edirlər. Bu filmdə elə şey yoxdur. Xarakterlər, insanlar, hadisələr, vəziyyətlər... Hamısı yaşanmış hadisələrdir".
2014-04-30
16,195
Yəhudi əsilli alman yazar Stefani Sveyq öldü
81 yaşlı yəhudi əsilli məşhur alman yazarı Stefani Sveyq Frankfurtda dünyasını dəyişib. "Axar.az" xəbər verir ki, qadın yazar nasist soyqırımından qaçan ailəsindən bəhs etdiyi "Afrikanın heç yerində" ("Nirgendwo en Afrika") adlı romanı ilə məşhur olmuşdu. 1932-ci Almaniyada doğulan Sveyqin nasist soyqırımından Keniyaya qaçan ailəsinin xatirələrindən bəhs edən kitabı dünyanın müxtəlif dillərinə tərcümə olunub. Bu romanı nəşr edən "Heyn Nəşriyyatı" kitabın 7.5 milyon nüsxə satıldığını bildirib. Bu əsər əsasında rejissor Karolin Linkin çəkdiyi film Oskar mükafatı qazanıb. Yazarın "Haradasa Almaniyada", "Ağız dolusu torpaq", "Lakin arzular Afrikada qalır" adlı əsərləri də var. II Dünya Müharibəsindən sonra 1947-ci ildə Almaniyaya qayıdan qadın yazar Franfurtda təhsilini alıb və həyatının sonuna qədər bu şəhərdə yaşayıb.
2014-04-30
16,196
Şabranda "Mercedes" yandı
Şabran rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-30
16,197
İraqda parlament seçkiləri keçiriləcək
İraq vətəndaşları çərşənbə günü nümayəndələr Şurasına (parlamentə) deputatlığa namizədlərə səs vermək üçün seçki məntəqələrinə gedəcəklər. ABŞ qoşunlarının 2011-ci ilin dekabrında çıxarılmasından bəri bu ölkədə ilk parlament seçkiləridir. Ümumilikdə 48 mindən artıq seçki məntəqəsi açılacaq. Respublikada cəmi 20 milyon nəfər səsvermə hüququna malikdir. İraqın müstəqil ali seçki komissiyasının məlumatına görə, 276 siyasi partiya və təşkilatlardan 9039 namizəd, eləcə də özlərini irəli çəkənlər də qeydə alınıblar. 18 əyalətdən 320 deputat proporsional əsasla seçilir, daha səkkiz yer dini azlıqların (beş - xristianlara və hərəsinə bir - yezidlərə, mandeylərə və şabaklara) nümayəndələrinə verilir. Qadınlar üçün 82 yer ayrılıb. /Trend/
2014-04-30
16,198
Mövqelərimiz atəşə tutuldu
Cəbhənin təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Baş Qərvənd, Şıxlar kəndləri yaxınlığında, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-04-30
16,199
Şimali Koreya hərbi təlimlərə başladı
Şimali Koreya mübahisəli qərb sərhədlərində hərbi təlimlərə başlayıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya rəsmiləri məlumat yayıb. Onların sözlərinə görə, Şimali Koreya BMT tərəfindən tanınan Sarı dənizdən keçən sərhəd xəttində toplar vasitəsi ilə təlimlərə başlayıb. Cənubi Koreyaya məxsus adalara istiqamətlənmiş atəş zamanı hədəfi vura bilməyiblər. Ümumilikdə təlimlərin uğursuz keçirildiyi deyilir. Xatırladaq ki, bu ərazidə sonuncu dəfə 2010-cu ildə bu tipli hərbi təlimlər keçirilib. Cənubi Koreyanın təlimlərinə cavab olaraq Şimali Koreaya rəqibinə məxsus adaları toplardan atəşə tutmuşdu. İnsident nəticəsində 4 Cənubi Koreya vətəndaşı həlak olmuşdu.
2014-04-30
16,200
“Türkiyə ermənilərə görə Xocalıdan imtina edirsə...”
"Türkiyə bizə aid olan problemin yükünü çəkmək istəmirsə, biz də öz siyasətimizdən əl çəkməməliyik". Bu sözləri "Axar.az"a millət vəkili Fazil Mustafa Türkiyənin Uşaq vilayəti bələdiyyəsinin Xocalı qurbanlarının xatirəsinə qoyulan abidədən "soyqırım" sözünün silinərək "qətliam" sözü ilə əvəz edilməsinə münasibət bildirərkən dedi. Deputatın fikrincə, Türkiyənin bu addımını qınanılmalıdır: "Azərbaycan xüsusilə Xocalı soyqırımı məsələsini Türkiyə ilə kordinasiyalı şəkildə illərdir davam etdirir. Bu gün Türkiyənin ermənilərə görə bu siyasəti dəyişməsi əlbəttə ki, çox yanlış addımdır. Bu isə Türkiyə üçün fayda gətirəcək bir nəticə ortaya qoymayacaq. Əvvəlcədən də bu aydın şəkildə görünür. Elə məsələlər var ki, orada güzəştli davranmaq qətiyyən olmaz. Erməni soyqırımı məsələsinin ən gözəl və dəqiq sübutu Xocalı hadisələridir. Onlar bunu təəssüf ki, dərk etmirlər. Bu, onlar üçün gələcək təbliğatda çox ciddi problemlər yaradacaq. Mən əminəm ki, Türkiyə ictimaiyyətində də bu addım müsbət qarşılanmayacaq". F.Mustafanın fikrincə, Türkiyənin bu addımından sonra da Azərbaycan öz kursunu davam etdirməlidir: "Biz ayrı dövlətik, Türkiyə ayrı dövlət. Sadəcə, Türkiyə əgər bizə aid olan bir problemin yükünü çəkmək istəmirsə, bu o demək deyil ki, biz də öz siyasətimizdən əl çəkməkliyik. Biz öz kursumuzu yenə də davam etdirməliyik. Həmçinin, buna öz iradımızı da bildirməliyik". Qeyd edək ki, Türkiyənin Uşaq vilayətində Xocalı soyqırımına ucaldılan abidənin üzərindən "soyqırım" sözü silinib. Uşak bələdiyyəsindən "Axar.az"a verilən məlumata görə, "soyqırım" sözünün silinməsi və onun "qətliam" sözü ilə əvəzlənməsinin səbəbi Türkiyə Xarici İşlər Nazirliyindən göndərilən rəsmi məktubla əlaqəlidir. XİN göndərdiyi məktubda Xocalı qırğınının soyqırım kimi tanınmamasını əsas gətirərək, bu sözlərin yazılmasını "beynəlxalq hüquq prinsiplərinə zidd addım" kimi qiymətləndirib. Xatırladaq ki, dünyanın bir neçə ölkəsi, o cümlədən ABŞ-ın 15 ştatı Xocalı qətliamını soyqırım kimi tanıyıb.
2014-04-30
16,201
Ərdoğan ermənilərə verdiyi başsağlığından danışdı
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan qondarma erməni soyqrımının ildönümü münasibəti ilə ermənilərə verdiyi başsağlığından danışıb. Ərdoğan ermənilərə verdiyi başsağlığının əvəzində onlardan da cəsur və ürəkli addımlar gözlədiklərini söyləyib. O, bildirib ki, Ermənistan dövləti Türkiyənin bu addımını görməlidir: "Mustafa Kamal kinli olmadı, qorxuların üzərinə cəsarətlə gedək. Ümid edirəm ki, Ermənistan dövləti və erməni diasporası bizim bu ürəkli addımımızı görür, eyni cəsarətli, cəsur addımların atılmasını onlardan da gözləyirik". Ərdoğan daha sonra ermənilərin qondarma soyqrımı iddialarından danışıb: "Bu mümkün deyil. Əgər elə bir şey olsaydı, bu gün Türkiyədə erməni vətəndaşlarımız yaşayardımı?" /ANSpress/.
2014-04-30
16,202
Azərbaycan Dövlət İqtisad Universitetində yeni təyinat
Azərbaycan Dövlət İqtisad Universitetində kadr islahatları davam edir. Universitetin rektorunun imzaladığı əmrə əsasən Səadət Qəndilova ali təhsil ocağının tələbələrlə iş üzrə prorektoru təyin edilib. Bu barədə institutun mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, Səadət Qəndilova 1988-ci ildən ADİU-da fəaliyyət göstərir, 1994-cü ildən "Menecment" kafedrasının dosentidir. /Trend/
2014-04-30
16,203
Fətullah Gülənə cinayət işi açıldı
Fətullah Gülənə qarşı Ankara Baş prokurorluğunda cinayət işi başlanıb. "Axar.az" xəbər verir ki, bu, Baş nazir Ərdoğanın Gülən haqda hüquqi prosedurun başlayacağını deməsindən sonra baş verib. Qeyd edək ki, Fətullah Gülən bundan əvvəl Terrorla Mübarizə Qanununun (TMK) 10-cu maddəsiylə iddiham olunurdu.
2014-04-30
16,205
Ordumuzun əsgəri hərbçi yoldaşını güllələdi
Azərbaycan Ordusunda silahlı insident olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Cavid Mirzəyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş onun əsgər yoldaşı Nəsimi Rüstəmova dəyib. Güllə yarası alan N. Rüstəmov hospitala yerləşdirilib. Yaralı əsgərin vəziyyəti orta-ağır qiymətləndirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
2014-04-30
16,206
Ekstrasensdən bəd proqnozlar – Şok
"Zülfiyyə Xanbabayeva ailəsindən daha bir nəfəri itirəcək", "Aygün Kazımovanın boğazında şiş əmələ gələcək", " Ramal boşanacaq", "Rəqsanə qəzaya düşəcək", "Röya isə..." Bu sözləri bir neçə il Moskvada yaşamış məşhur ekstrasens Aqil Məhərrəmov "Axar.az"a bu il ərzində məşhur simaları nələrin gözlədiyi ilə bağlı proqnozlarını dilə gətirərkən dedi: Xalq artisti Aygün Kazımova Bu xanım ona yaxın olan bir nəfəri qısa müddət ərzində itirəcək. Səsi ilə bağlı ciddi problemlər olacaq, boğazında şiş yaranacaq. Oxumağına fasilə verəcək. Diqqət yetirməsə, bu şiş daha ağır xəstəliyə çevrilə bilər. Müqavilə imzalayan zaman diqqətli olsun. Böyük maliyyə problemi yarana bilər. Yeni layihəsi uğursuz olacaq. Xalq artisti Zülfiyyə Xanbabayeva Bu qadında çoxlu cadu görürəm. Planlarının 90%-i reallaşmayacaq. Ailəsinə çox cadu olunub. Ailəsində anasından sonra bir nəfəri də itirəcək. Röya Ayxan Onun həyatında yaşıl işıq yanır, yeni ev alacaq və böyük bir layihəyə imza atacaq. Böyük bir mükafat görünür. Onun yuxusuna bu yaxınlarda ruhlar girəcək. Ayağını qazan insan haqqında ona məlumat verəcəklər. Özünü dost kimi qələmə verən insanın adını açıqlayacaqlar. Röya ikinci dəfə ana olacaq. Natavan Həbibi Bir homoseksual tərəfindən çox sıxışdırılır. Ehtiyatlı olmalıdır. İki sevgilisi olacaq. Biri keçmişdən qayıtma, digəri isə yeni tanıdığı bir insan. İkisi arasında seçim qarşısında qalacaq. Yeni tanıdığı insanı seçsə, yaxşı olar. Anasının sağlamlığından ehtiyatlı olsun. Qadında qaranlıq görürəm. Konserti çox uğur gətirəcək. Bu konsertdən sonra yeni konserti də olacaq. Bu konsert onun həyatını dəyişdirəcək. Rəqsanə İsmayılova Bir kişidən ehtiyatlı olmağı məsləhət görürəm. Həmin qəddar şəxs pul barəsində ona sənətində ciddi problemlər yaradacaq. Həyatında yeni sevgi görürəm. İş həyatında uğur qazanmayacaq. Avtomobil sürərkən ehtiyatlı olsun, bu yaxın zamanlarda qəzaya düşəcək. Bu xanımda cadu görürəm. Günay İbrahimli Ailə arasında böyük qalmaqal baş verəcək. Xarici ölkə vətəndaşı ilə sevgili olacaq. Səhhətində problemlər yarana bilər, qadın xəstəliyinə tutula, bu da sonsuzluqla nəticələ bilər. Ramal İsrafilov Çox yaxın vaxtlarda ailəsi dağılacaq. Maddi cəhətdən çox problemli görürəm. Külli miqdarda borcu var. Xatırladaq ki, Aqil Məhərrəmov tamaşaçılara TV-dən çox yaxşı tanışdır və əsasən rus elitası ilə işlədiyi bilinir.
2014-04-30
16,207
Səfirlik Xocalı soyqırımı abidəsinə açıqlama verə bilmir
Türkiyə Xarici İşlər Nazirliyi açıqlama vermədən Türkiyə səfirliyi bir söz deyə bilməz. Bu sözləri "Axar.az"a Uşaq vilayəti bələdiyyəsinin Xocalı qurbanlarının xatirəsinə qoyulan abidədən "soyqırım" sözünün silinməsi məsələsi ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyindən gözlədiyimiz açıqlamanın gecikmə səbəbinə aydınlıq gətirən keçmiş diplomatlardan biri deyib. Keçmiş diplomat qeyd edib ki, indi bu məsələ ilə bağlı səfirlik Türkiyə XİN-in cavabını gözləyir: "Prosedur belədir. Gərək Türkiyənin Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı bir açıqlama versin ki, Türkiyə səfirliyi də bu barədə məlumat yaysın. Türkiyə XİN-i açıqlama vermədən səfirlik bir söz deyə bilməz. Yəqin ki, artıq səfirlik müraciət göndərib və cavab gözləyir. Cavab alınan kimi açıqlama yayacaqlarına inanıram". Xatırladaq ki, Türkiyənin Uşaq vilayətində Xocalı soyqırımına ucaldılan abidənin üzərindən "soyqırım" sözü silinib. Uşaq bələdiyyəsindən "Axar.az"a verilən məlumata görə, "soyqırım" sözünün silinməsi və onun "qətliam" sözü ilə əvəzlənməsinin səbəbi Türkiyə Xarici İşlər Nazirliyindən göndərilən rəsmi məktubla əlaqəlidir. XİN göndərdiyi məktubda Xocalı qırğınının soyqırım kimi tanınmamasını əsas gətirərək, bu sözlərin yazılmasını "beynəlxalq hüquq prinsiplərinə zidd addım" kimi qiymətləndirib.
2014-04-30
16,208
Kerri Avropanı rus asılılığına qarşı birləşməyə çağırdı
"Avropa bazarlarına çıxışı olan enerji diversifikasiyasına kömək edə bilsək, biz enerji təhlükəsizliyini daha çox təmin edə bilərik. Avropa ölkələrinin Rusiyadan asılı olmaması üçün əlimizdən gələni etməliyik". "Axar.az" xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Con Kerri Vaşinqtonda çıxışı zamanı söyləyib. Qeyd edək ki, ABŞ Avropa İttifaqının Rusiyadan aldığı qazı ödəmək üçün hazır olduqlarını bildirib. Lakin ABŞ hələ ki, öz ərazisindən enerji resurslarının ixracına başlamayıb.
2014-04-30
16,210
Azərbaycanda nəhəng yol salınır - Foto
Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, Muğanlı-Yevlax avtomobil yolu Bakı-Şamaxı avtomobil yolunun tərkib hissəsidir. Onun sözlərinə görə, yolun uzunluğu Ağsu dolayları və rayona düşən yol sahəsi istisna olmaqla, 115,5 km-dir. Yolun torpaq yatağının eni 12,5 metr, hərəkət hissəsi isə 7,5 metrdir. "Yolboyu 6 körpü var ki, onların 5-i sökülərək yenidən tikiləcək, birinin isə əsaslı təmir edilməsi nəzərdə tutulub. Bundan əlavə, 260 ədəd müxtəlif diametrli suötürücü borunun 210-u artıq tikilib. Yolun 6 hissəsində dairəvi yol kəsişmələrinin salınması nəzərdə tutulur. Onların ikisi artıq tikilib. Torpaq işləri 98 faiz yerinə yetirilib", - deyə P.Mürsəliyev bildirib. Qeyd edək ki, bu layihə 2014-cü ildə yekunlaşacaq. /ANSpress/
2014-04-30
16,211
Putin ABŞ və AB-yə sanksiya tətbiq edəcək
"Hökumət ABŞ və AB-yə cavab verilməsi üçün bəzi qarşı sanksiyalar təklif etdi, amma mən hələlik belə bir şeyə ehtiyac olduğunu düşünmürəm". "Axar.az" xəbər verir ki, Putin bunu Belarusiyanın paytaxtı Minskdə mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib. O, yalnız Qərbin bu rəftarlarında israrlı olacağı təqdirdə cavab verəcəyini bildirib: "Əgər belə hadisələr davam etsə, biz də Rusiyada enerji sahəsi başda olmaq üzrə ən vacib sahələrdə kimin nə bacardığını düşünmək məcburiyyətində qala bilərik". Putin ABŞ-ın birinci sanksiya paketinı dostca olmayan və Rusiya-ABŞ əlaqələrini iflasa uğradan bir hücum olaraq qiymətləndirib, ikinci sanksiya paketinin səbəbini isə anlamadığını bildirib. Rusiya prezidenti həm də Ukraynada yaşananların Rusiya ilə heç bir əlaqəsinin olmadığını irəli sürüb: "Həmkarlarımız Ukrayna böhranının həllində güc istifadə etməyi seçdi və sonra bunun hara apardığını fərqinə vardı. İndi isə günahkar axtarırlar. Amma Rusiyanın bununla əlaqəsi yoxdur".
2014-04-30
16,212
Kiyevdə masqalılar bir-biri ilə toqquşdu
Ukraynanın paytaxtı Kiyevdə Müstəqillik Meydanında təşkilat üzvləri arasında qarşıdurma yaranıb. "Axar.az" xəbər verir ki, qarşıdurma etiraz aksiyaları zamanı həyatını itirənlərin xatirəsinə məşəllərlə getmək istəyən 200-ə yaxın maskalı gəncə icazə verilmədiyi üçün yaranıb. Tərəflər əllərindəki çubuq və partlayıcı maddələrlə bir-birlərinə hücum edib. Bir neçə saat davam edən qarşıdurmadan sonra tərəflər arasında razılşama təmin edilib. Razılaşmadan sonra ölənlərin xatirəsinə məşəllərlə getmək istəyən gənclərin maskalarını çıxardaraq meydandan keçmələrinə icazə verilib. Qarşıdurmada bir neçə adamın yaralandığı bildirilir.
2014-04-30
16,213
Anar Məmmədov təqdimat keçirdi - Foto
"Məqsəd Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakdır". Bu gün Azərbaycanın Qolf Federasiyasının inzibati binasında bu il ölkəmizdə baş tutacaq qolf üzrə iki möhtəşəm tədbirin təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib. A.Məmmədovun sözlərinə görə, Azərbaycan Qolf Federasiyası 2012-ci ildə təsis edilib, 2013-cü ilin sentyabr ayında inzibati binasının rəsmi açılışından sonra isə tam gücü ilə fəaliyyətə başlayıb. "Bu il yaradılmasının iki illiyini qeyd etdiyimiz Federasiya çox qısa bir vaxt ərzində böyük uğurlara imza atdı. Qısa bir müddətdə Qubada ilk Milli Qolf Klubu yaradıldı. Bundan əlavə, Federasiyanın nəzdində Bakı Qolf Akademiyası təsis edildi. Ölkəmizdə qolf idmanının sıfırdan yarandığını nəzərə alan Federasiya gənclərin təlimi sahəsində də mühüm addımlar atıb. Bakının müxtəlif məktəblərində keçirilən təlimlərdə 1000-dən çox şagirdə qolf idmanının əsasları öyrədilib. Qolf Akademiyasının yaradılması isə görülən mühüm tədbirlər sırasındadır. Tikintisinə 2012-ci ildən başlanılan və sahəsi 2400 kvadratmetr olan Akademiya ötən ilin oktyabrında istifadəyə verilib. Binanın tikintisi zamanı Avropanın aparıcı qolf akademiyalarının təcrübələrindən istifadə olunub. Bu gün çoxlu sayda gənclərin Qolf Akademiyasına gələrək, burada qolfun əsaslarını öyrənmələri sevindirici haldır", - deyə, A.Məmmədov vurğulayıb. Bundan başqa, Anar Məmmədov həmçinin bildirib ki, hazırda Federasiyanın dəstəyi ilə 5 nəfər azərbaycanlı gənc xaricdə qolf üzrə təlim keçir: "Bundan başqa, Binə qəsəbəsində və Qəbələ rayonunda qolf meydançaları inşa olunur". Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışlardan danışan A.Məmmədov vurğulayıb ki, bu il ilk dəfə olaraq, Azərbaycan Qolf Federasiyası tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyacaq qolf üzrə Azərbaycan Turniri keçiriləcək. "Heydər Əliyev adına Azərbaycan Turniri 6-7-8 iyun 2014 tarixlərində Quba Milli Qolf Klubunda keçirilməsi nəzərdə tutulur. Tədbirə dünyanın müxtəlif ölkələrindən həvəskar qolfçular qatılacaqlar. Ölkə miqyasında belə bir yarışların keçirilməsi əlbəttə ki, qolfun idmanın bir növü kimi daha da populyarlaşdırılması ilə nəticələnəcək". Federasiya prezidenti AQF-in xarici əməkdaşlığa da böyük üstünlük verdiyini xatırladıb: "Federasiyanın dəvəti ilə bu il fevralın 15-də Beynəlxalq "European Tour"un rəhbəri Nick Tarratt ilk dəfə Azərbaycana səfəri çərçivəsində Bakı Qolf Akademiyası, Qubadakı Milli Qolf Klubu ilə yaxından tanış olub. Və bu səfərin nəticəsi kimi, Avropanın ən mötəbər qolf yarışlarının rəsmi təşkilatçısı olan "European tour" ilə bu ilin yay mövsümündə Azərbaycanda "Challange Tour"-un keçiriləcəyi haqqında razılıq əldə olunub. "European Tour" Avropada professional zəmində qolf yarışlarının keçirilməsinə 1986-cı ildən etibarən başlayıb və bu yarışlar müasir dövrümüzün ən mötəbər qolf yarışlarından hesab olunur. "Challange tour" dünya çərçivəsində çox mötəbər bir qolf yarışı statusunu qazanıb. Yarışlarda qalib gələn yüksək pillələri qazanmış 15 oyunçu "European tour"-un növbəti mərhələsində oynamaq hüququ qazanır və bu silsilədən olan oyunların keçiriləcəyi ölkələrdən biri olmaq, bu yarışlardan birinə ev sahibliyi etmək Azərbaycanda qolfun inkişafının bariz nümunəsidir. Qeyd edim ki, "Challange tour" yarışının dünyaya tanıtdığı adlar sırasında Henrik Stenson, Martin Kaymer, İan Poulter kimi qolf ulduzları var. Azərbaycan Qolf Federasiyası bu mötəbər qolf yarışının 2014-cü ilin 30 iyul – 3 avqust 2014 tarixlərində keçiriləcəyini sizlərə elan etməkdən qürur duyur. Bu mötəbər beynəlxalq tədbir Quba şəhərində, 18 dəlikli, dünya standartlarına cavab verən Milli Qolf Klubunda baş tutacaq". A.Məmmədovun bildirdiyinə görə, tədbirə dünyanın müxtəlif ölkələrindən gəlmiş 72 qolfçu qatılacaq. "Bundan əlavə, bu tədbir çərçivəsində Azərbaycan Qolf Federasiyasının dəvəti ilə Avropa ölkələrindən mötəbər qonaqlar doğma Azərbaycanımızı ziyarət edəcəklər". Federasiya prezidenti həmçinin Azərbaycan qolfunun qarşısında duran vəzifələrdən də danışıb: "Mən əvvəllər də çıxışlarımda dəfələrlə vurğulamışam ki, məqsədimiz 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında azərbaycanlı qolfçulardan ibarət komandanın iştirakıdır. Bildiyiniz kimi, qolf 2012-ci ildən Olimpiya oyunları siyahısına düşüb. Və buna görə də, Azərbaycanın Qolf Federasiyası həmçinin yeniyetmələrdən ibarət milli yığmanın və Olimpiya yığmasının yaradılması istiqamətində ciddi şəkildə iş aparır. İnanırıq ki, bu sahədə apardığımız işlər səmərəli olacaq və qısa bir müddətdə Azərbaycanda qolf idmanı üzrə tanınmış simalar yetişəcəklər". /Oxu.az/
2014-04-30
16,214
Rusiyada güclü partlayış: 11 ölü, 34 yaralı
Rusiyanın şərqində yerləşən Zabaykalye kəndindəki hərbi cəbhəxanada ard-arda baş verən partlayışlarda 11 nəfər həlak olub. Mənbə deyib: "Dəqiqləşdirilmiş məlumatlara görə, ümumilikdə 34 nəfər xəsarət alıb, 11 nəfər həlak olub. Daha 11 nəfər xəstəxanaya yerləşdirilib, yerdə qalanlara ambulator tibbi yardım göstərilib". Son məlumatlara görə, Böyük Turdakı hərbi hissənin ərazisindəki bütün yanğın ocaqları söndürülüb. Yerli hakimiyyətin məlumatına görə, 20 partlayış qeydə alınıb. Anbarda trotil, tank və piyadalar əleyhinə minalar saxlanılırmış. Alovun yanacaq anbarına keçməsi təhlükəsi olub. Partlayışlar kənddəki yaşayış evlərinin bir hissəsini zədələyib, məktəbin damı və şüşələri qismən dağılıb. Baş verənlərlə bağlı cinayət işi açılıb. /Trend/
2014-04-30
16,216
Növbəti zərbə: azərbaycanlı miqrantlara rus pasportu paylanır
"Şərtlər o qədər sadələşdirilib ki, bundan sonra Rusiyada qeyri-qanuni miqrant qalmayacaq". Bu sözləri "Axar.az"a Rusiyada yaşayan həmyerlilərimiz bildirib. Onların sözlərinə görə, şərtlər həddindən artıq sadələşdirilib. Moskva şəhərində ticarətlə məşğul olan Aqil Həbibov əməkdaşımıza deyib ki, onlara avqust ayına qədər vaxt verilib: "Bu vaxt ərzində sənədləri toplayıb təqdim etməliyik. Çox sənəd tələb olunmur. Əgər əvvəllər Rusiyada yaşamısansa və ya burada qohumun yaşayırsa, bu, vətəndaşlıq almağa kifayət edir. Bundan sonra rus dilindən imtahan verəcəyik. İmtahanı uğurla keçənlər özlərini Rusiya vətəndaşı hesab edə bilər". Qeyd edək ki, miqrantlara verilən rus pasportları 5 illikdir. Azərbaycan olan miqrantların böyük əksəriyyəti Rusiya vətəndaşlığını almağa hazırlaşır. Xatırladaq ki, bir neçə gün öncədən Azərbaycanın şimal rayonlarının sakinləri də Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edərək, rus vətəndaşlığı almağa başlayıblar.
2014-04-30
16,217
Putin və Medvedev Krıma gedir
Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev 9 mayda Krıma səfər edəcək. Yarımadaya uçmazdan əvvəl ənənəyə uyğun olaraq prezident Moskvada Qırmızı meydanda paradı qəbul edəcək. Adətən paraddan dərhal sonra dövlət başçısı qələbə günü münasibəti ilə qəbul keçirir. Amma bu dəfə qəbul 8 may axşam keçiriləcək. Çünki Qırmızı meydandakı tədbirdən sonra dövlət başçısı baş nazirlə birgə səfərə çıxacaq. Məlumatlara görə, prezident və baş nazir ilk növbədə Sevastopola yollanacaqlar. Rusiya rəsmilərinin səfəri çərçivəsində Simferopola baş çəkmələri də planlaşdırılır./ANS/
2014-04-30
16,219
Polislər Leyla Yunusun evində azana durdular: namaz qılındı – Foto
Hüquq müdafiəçisi Leyla Yunusun evində axtarış aparılması üçün mənzilə daxil olan zaman maraqlı hadisə yaşanıb. "Axar.az" xəbər verir ki, axtarış aparmaq istəyən polislər hüquq müdafiəçisinin evinə girmək istəyən ərəfədə sübh namazı üçün azan verilib. Axtarış aparmaq istəyənlər azan səsindən sonra sakit dayanaraq kənara çəkiliblər. L.Yunusun yaşadığı binanın nəzarətçisi isə özünə aid balaca otaqda namaz qılmağa başlayıb. Həmin anın fotosunu da fotoqraf Turxan Kərimov çəkərək öz Feysbuk səhifəsində paylaşıb.
2014-04-30
16,220
Gələn həftə 3 gün iş olmayacaq
Gələn həftə üç gün qeyri-iş günü olacaq. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib. O, bildirib ki, 9 may tarixi Qələbə Günü olduğu üçün həmin gün qeyri-iş günü olacaq. Onun sözlərinə görə, 10-11 may tarixləri şənbə və bazar günlərinə təsadüf edir./Azvision.az/
2014-04-30
16,221
Nazirin yeni açdığı yarmarka söküldü
Nərimanov rayonunda, Kənd Təsərrüfatı Nazirliyinin yeni açdığı kənd təsərrüfatı məhsullarının satış yarmarkası sökülüb. Məlumata görə, kənd təssərrüfatı naziri Heydər Əsədovun metronun "Gənclik" stansiyasının Tofiq Bəhramov adına Respublika Stadionu tərəfdən çıxışında təşkil etdiyi yarmaka şəhərin görünüşünə, eləcə də stadiona girişdə maneə yaratdığı üçün sökülüb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, yarmarka sökülsə də, Gənclikdə yanacaq doldurma məntəqəsi tərəfdə yenidən qurulur: "Yarmarka stadiona girişdə problem yaradırdı. Söküldü o biri tərəfdə yenidən qurulıur. Belə üstüörtülü yarmarkalar, Yasamal rayonunda, Həzi Aslanov metrostansiyasının çıxışında da var. Üstüörtülü yarmarkaların təşkilində məqsəd yağışlı və günəşli günlərdə də kənd təssərrüfatı istehsalçılarına öz məhsullarını münasib qiymətə satmaq üçün şəraitin yaradılmasından ibarətdir".
2014-04-30
16,222
Ali məktəblərə sənəd qəbulu başa çatır
2014-2015-ci tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak üçün indiyədək 94 109 abituriyent sənəd verib. Ərizəsini təsdiqlədənlərin 85 502-si Azərbaycan, 8607-si rus bölməsinin abituriyentləridir. Abituriyentlərin 34 164-ü I, 22 771-i II, 25 420-si III, 11 754-ü IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün sənəd verib. Qeyd edək ki, ali və orta ixtisas məktəblərinə sənəd qəbuluna aprelin 1-dən başlanılıb. Sənəd Qəbulu Komissiyalarında sənədlərin qəbulu və təsdiqi bu gün saat 17.00-da başa çatır. Sənədlərini internet vasitəsilə özləri təsdiq etdirmək istəyən abituriyentlər isə saat 23.59-a kimi sənədlərini təsdiq etdirə bilərlər. /Trend/