date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-04-28 | 16,014 | Türk səfirliyi “Türkiyənin Azərbaycana xəyanəti”ndən danışdı | "Yayılan xəbərin dəqiq olub-olmaması haqqında hələ ki, heç bir məlumatımız yoxdur ". Bu sözləri "Axar.az"a Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyinin əməkdaşı Habil Əliyev Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin adının dəyişdirilməsi ilə bağlı xəbərə aydınlıq gətirərkən dedi. Onun sözlərinə görə, bu barədə Türkiyənin aidiyyəti qurumlarına müraciət edilib: "Biz Türkiyənin aidiyyəti qurumlarından xəbərlə bağlı dəqiq məlumat gəldikdən sonra bir söz deyə bilərik. Məlumatın yayılmasına baxmayaraq, əldə bunu sübut edəcək heç bir foto yoxdur. Bu səbəbdən səfirlik bununla bağlı bir söz deyə bilməz. Türkiyədən bu hadisə ilə bağlı rəsmi xəbər aldıqdan sonra münasibətimizi ictimaiyyətə çatdıracağıq". Qeyd edək ki, Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin adının dəyişdirildiyi barədə türk mediası "Türkiyə hökumətindən Azərbaycana xəyanət" başlığı ilə xəbər yayıb. Bildirilir ki, abidənin üzərində yazılan "soyqırım" sözü pozulub və o "qətliam" sözü ilə əvəz edilib. Məlumata görə, bu, Türkiyədə keçirilən seçkidən sonra yeni bələdiyyə başqanı seçilən Nurullah Cihanın qərarıdır. Səbəbin Türkiyədə yaşayan erməniləri incitməmək olduğu bildirilir. |
2014-04-28 | 16,016 | Xarkov-Bakı birbaşa aviareysi açılır | Ukraynanın "Dnepravia" şirkəti iyun ayında bu ölkənin Xarkov şəhərindən Bakıya birbaşa aviareyslər həyata keçirəcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu "Dnepravia" şirkətinin kommersiya və inzibati məsələlər üzrə direktoru Serqey Posılayev bildirib. Qeyd edilən istiqamət üzrə aviauçuşlar həftədə bir dəfə yerinə yetiriləcək. Xatırladaq ki, Ukraynanın "UTair-Ukraine" aviaşirkəti Xarkov-Bakı-Xarkov marşrutu üzrə birbaşa uçuşları mart ayından dayandırıb. |
2014-04-28 | 16,017 | Zakir Həsənov İordaniyaya gedir | Bu ilin mayında Azərbaycanın Müdafiə Nazirliyinin bir qrup rəhbər heyəti İordaniya Haşimilər Krallığına səfər edəcək. Bu barədə Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov məlumat verib. Onun sözlərinə görə, səfər zaman Azərbaycan nümayəndə heyəti Ukraynada bir sıra rəsmi görüşlər keçirəcək. Publika.az-ın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, sözügedən səfər tanışlıq xarakteri daşıyır. Belə ki, hərbi və müdafiə sənayesi sahəsində Azərbaycan ilə İordaniya Haşimilər Krallığı arasında müvafiq sənəd imzalanması gözlənilir. /Publika.az/ |
2014-04-28 | 16,018 | Obama: “NATO qoşunları Ukraynaya girə bilər” | Filippində rəsmi səfərdə olan Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın mətbuat konfransı keçirilib. "Axar.az"ın "Dojd" kanalına istinadən məlumatına görə, dövlət başçısı jurnalistlərin suallarına cavabında rusiyalı məmurlara qarşı yeni sanksiyaların tətbiq ediləcəyindən və Ukraynada baş verən hadisələrdən bəhs edib. Qeyd edək ki, Obama sanksiyalarla üzləşəcək şəxslərin yeni siyahısının hazırlanmasını deməklə, Ukraynaya NATO hərbi birləşmələrinin yeridilməsinin mümkünlüyünə də toxunub. |
2014-04-28 | 16,019 | Kəmaləddin Heydərov vətəndaşları qəbul etdi | Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 28-də Qəbələ rayonunda vətəndaşların qəbulunu keçirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qəbulda Qəbələ, Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşan məcburi köçkünlərin şikayət və təkliflərini dinlənilib. Şimal-qərb zonasında baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Qəbələ rayon Mədəniyyət Mərkəzində, digər məsələlərlə bağlı qəbul isə Fövqəladə Hallar Nazirliyinin Simal-Qərb Regional Mərkəzinin inzibati binasında aparılıb. Nazir K. Heydərov qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib. Qəbulda FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Bundan başqa, işlə təmin edilmə və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlar nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub. |
2014-04-28 | 16,020 | Müğənni 600 min dollara ev aldı - Foto | Yüksək kirayə haqqı ödəməkdən şikayət edən müğənni Hadisə nəhayət ki, özünə ev alıb. "Axar.az" xəbər verir ki, tanınmış türk müğənnisi 600 min dollara aldığı evdə bacısı ilə yaşayacaq. Qeyd edək ki, Hadisənin yeni aldığı evinin pəncərələrindən Fatih Sultan Məhmət Körpüsü və Boğaz mənzərəsi görünür. |
2014-04-28 | 16,021 | Ermənistan əvəzinə Kolumbiya bayrağı yandırdılar - Foto | Türkiyənin İğdır şəhərində bir qrup ermənilərin aprelin 24-də İrəvanda türk bayrağı yandırmasına cavab vermək qərarına gəliblər. "Axar.az" xəbər verir ki, həmin qrup İğdırdakı Soyqırım Abidəsinin qarşısında Ermənistan bayrağını yandırıb. Sonradan məlum olub ki, aksiyaçıların yandırdıqları bayraq Ermənistanın deyil, Kolumbiyanın imiş. |
2014-04-28 | 16,022 | Bolşevik işğalının 94-cü ili – Axar TV | Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 94 il ötür. 1918-ci il mayın 28-də Şərqdə ilk parlamentli respublika kimi qurulan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-nə qədər yaşaya bildi. Rusiya bolşevik hökumətinin Azərbaycan Demokratik Respublikasını tanımaq istəməməsi, XI Qırmızı ordunun 1920-ci ilin yazında yerli kommunistlərin dəstəyi ilə AXC-yə qarsı təcavüzü gənc dövlətin işğalı ilə nəticələndi. İşğal nəticəsində 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti devrilib, müstəqil dövlətin bütün atributları ləğv olundu və Azərbaycan ərazisi sovet imperiyasına birləşdirildi. Bununla da Azərbaycanda hakimiyyət bolşeviklərin əlinə keçdi. Amma təxminən 70 illik sovet əsarətindən sonra yenidən müstəqillik əldə etdik. Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə: |
2014-04-28 | 16,023 | “Bakı bu məsələyə dərhal reaksiya verməlidir” | "Rusiyanın varlığı Azərbaycan üçün təhlükədir". Bu sözləri "Axar.az"a politoloq Vəfa Quluzadə şimal bölgəsində vətəndaşlarımızın Rusiya pasportları alması xəbərinə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, bu, çox ciddi məsələdir: "Tarix boyu bu ölkə Azərbaycana işğalçı gözü ilə baxıb. Çar Rusiyası dövründən indiyədək torpaqlarımız rus təcavüzünə məruz qalıb. Son dönəmdə Sovet imperiyası dağıldı, Rusiya Ermənistanın arxasında gizlənərək torpaqlarımızı işğal etdi. Yəni Rusiya daimi təhlükədir". Politoloqun sözlərinə görə, bu hadisə ilə bağlı əməli addımlar atılmalıdır: "Hesab edirəm ki, Azərbaycanın hakimiyyəti bütün strukturları ilə bu təhlükəyə qarşı mübarizə aparmaq üçün gecə-gündüz işləməlidirlər. Putinin başında nə plan var, mən onu deyə bilmərəm. Amma Azərbaycan öz əhalisini, ərazi bütövlüyünü müdafiə etməli və buna hazır olmalıdır. Əgər şimalda bizim əhaliyə Rusiya pasportları paylanılırsa, bu barədə tədbir görülməlidir. Bu məsələyə həm də çox ciddi rəsmi reaksiya olmalıdır". Xatırladaq ki, Azərbaycanın şimal bölgəsinin sakinləri Rusiya vətəndaşlığını qəbul etmək üçün bu ölkənin Bakıdakı səfirliyinə sənədlərini təqdim etməyə başlayıb. Faktı Rusiyanın Azərbaycandakı səfirliyi təsdiqləyib. |
2014-04-28 | 16,024 | Baş Prokurorluq yanan redaktorla bağlı məlumat yaydı | Bakı şəhər Baş Polis İdarəsi və Şəhər prokurorluğu yanan baş redaktorla bağlı məlumat yayıb. "Axar.az"a daxil olan məlumatda deyilir ki, aprelin 26-da saat 08:00-da Suraxanı rayonunun Bülbülə qəsəbəsində Mehdiyev Natiq Qeyis oğluna məxsus evdə baş verən yanğın nəticəsində 1989-cu il təvəllüdlü Soltanov Sadiq Arazxan oğlunun ölməsi barədə daxil olan məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-texniki təhlükəsizlik, məhkəmə-tibbi ekspertlərinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunub, zəruri materiallar götürülüb və mərhumun meyiti Səhiyyə Nazirliyinin "MTE və PA" Birliyinin Suraxanı rayon şöbəsinə göndərilib: "S.Soltanovun qəsdən öldürülməsində şübhələr üçün əsaslar olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. İstintaqın tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Alyarova Gülnarə Allahyar qızının S.Soltanov tərəfindən 10 aprel 2014-cü il tarixdə zorlanması barədə ərizəsi əsasında Binəqədi rayon prokurorluğunda, eləcə də S.Soltanovun dələduzluq yolu ilə özgə əmlakını ələ keçirməsi barədə vətəndaşların müraciətləri əsasında Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində toplanan materiallar həmin cinayət işinə əlavə edilib. Hazırda iş üzrə Bakı şəhər prokurorluğunda istintaq davam etdirilir. |
2014-04-28 | 16,025 | “Yaşasın Ukrayna!” dediyi üçün cəzalandırılır | Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan üzvü Roman Xudyakov Belarusun məşhur "Lyapis Trubeçkoy" rok qrupunun solisti Sergey Mixalaka qarşı cinayət işinin açılması ilə bağlı Rusiyanın Baş prokuroru Yuri Çaykaya müraciət edib. "Axar.az"ın "İzvestiya"ya istinadən verdiyi məlumata görə, deputat iddia edib ki, müğənni İjevskidəki konsertindən sonra verdiyi açılamalarında Rusiyanın əleyhinə xoşgəlməz ifadələr işlədib. Bu səbəbdən də rokçunun cəzalandırılmasını istəyib. Qeyd edək ki, qrup üzvləri ukraynalı vətənpərvərlərin sayının ölkənin şərqində də çox olduğunu bildiriblər. Konsert gedişi zamanı isə qrup üzvləri bir ağızdan "Yaşasın Ukrayna!" deyə, yüksək səslə pərəstişkarlarına müraciət ediblər. Bundan başqa, deputat bildirib ki, Mixalok onların konsertinə gələn rusiyalı gəncləri "imperiya imbeçilası (zəiflər)" adlandırıb. Xatırladaq ki, bəzi rusiyalı mədəniyyət xadimləri də Kremlin Ukrayna siyasətini ciddi tənqid edirlər. |
2014-04-28 | 16,026 | Türkiyə: “Xocalı abidəsindən soyqırım sözünü silmişik” | "Xocalı qurbanlarının xatirəsinə qoyulan abidədən "soyqırım" sözünün götürülməsi xəbəri doğrudur. Ancaq bu qərarı bizim bələdiyyəmiz verməyib". Bu sözləri "Axar.az"a açıqlamasında Türkiyənin Uşaq vilayəti bələdiyyəsinin Park və bağçalar şöbəsinin rəhbəri Evrən Pür dedi. Xocalı qurbanlarının şərəfinə qoyulan "Xocalı soyqırımı" abidəsindən "soyqırım" sözünün silinməsindən danışan şöbə rəhbəri məlum qərarın Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən verildiyini bildirdi: "Bir neçə gün öncə türkiyə Xarici İşlər Nazirliyindən zəng edərək abidənin üzərindən "soyqırım" sözünün ləğv edilməli olduğunu bildirdilər. Bir gün sonra isə bununla bağlı Xarici İşlər Nazirliyindən rəsmi məktub aldıq. Biz də həmin qərarı icra etdik". Bələdiyyənin şöbə rəhbəri bu hadisənin səbəblərini də açıqlayıb: "Xarici İşlər Nazirliyindən bizə göndərilən məktubda rəsmi Ankaranın Xocalıdakı olayı soyqırım kimi tanımadığına görə abidənin üzərində "soyqırım" sözünün əks olunmasının doğru olmadığı və bunun beynəlxalq hüquq qaydalarına zidd olduğu bildirilib". Qeyd edək ki, Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin adının dəyişdirildiyi barədə türk mediası "Türkiyə hökumətindən Azərbaycana xəyanət" başlığı ilə xəbər yayıb. Bildirilir ki, abidənin üzərində yazılan "soyqırım" sözü pozulub və o "qətliam" sözü ilə əvəz edilib. Xatırladaq ki, abidənin açılışı fevral ayında edilib və açılışda Azərbaycandan olan millət vəkilləri də iştirak ediblər. |
2014-04-28 | 16,027 | Dağıstanlılarla osetinlər arasında kütləvi dava - Video | Soçidə keçirilən sərbəst güləş üzrə Rusiya çempionatında insident yaşanıb. "Axar.az" xəbər verir ki, Dağıstan və Osetiyadan olan idmançılar arasında kütləvi dava baş verib. Yarışlaraın keçirildiyi zalda başlayan dava tribunalara da sirayət edib. Polis araşdırmalara başlayıb. Kütləvi davadan görüntüləri təqdim edirik: |
2014-04-28 | 16,028 | “Ermənilər qarşısında utancımızı dilə gətirdik” | Almaniyanın prezidenti ilə görüşündən sonra mətbuat konfransında Abdullah Gül ermənilərə başsağlığı verilməsi ilə bağlı jurnalistlərin sualına cavab olaraq bildirib ki, biz günahımızı və utancımızı dilə gətirdik. "Axar.az" xəbər verir ki, mətbuat konfransında Ərdoğanın ermənilərə başsağlığı verməsini dəyərləndirən Gül bildirib ki, demokratik toplumlar həm də özünü sorğulamağı bacarmalıdır. Belə bir addım Almaniyanı gücsüz etmədi. Biz də günahımız və utancımızı dilə gətirdik. Bu da bizə zəiflik gətirmədi". Xatırladaq ki, Abdullah Gülün Türkiyəni Almaniya ilə müqayisə etməsi və Almaniyanın yəhudi soyqırımını etiraf etməsini xatırlatması birmənalı qarşılanmayıb. Bu, Türkiyənin qondarma erməni soyqırımını tanımağın bir addımlığında olmaq kimi də qiymətləndirilir. |
2014-04-28 | 16,029 | Kəmaləddin Heydərov kadr dəyişikliyi etdi | Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi həyata keçirilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Museyibov vəzifədən azad edilib, onun yerinə AzərTAc-ın Türkiyə üzrə xüsusi nümayəndəsi Oqtay Bayramov təyin edilib. Bu barədə "Aznews.az"ın yaydığı məlumatı "Axar.az"a təsdiqləyən O.Bayramov bildirdi ki, o, FHN-nin Mətbuatla əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat alıb və artıq vəzifəsinin icrasına başlayıb. Xatırladaq ki, uzun illər AzərTAc-da müxtəlif vəzifələrdə çalışan Oqtay Bayramov bir müddət İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətinin sədr müavini postunu tutub. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun digər sərəncamı ilə Tural Museyibov FHN-in Muğan regional şöbəsinin rəis müavini təyin edilib. |
2014-04-28 | 16,030 | Yuşşenko Rusiyanı təcavüzkar adlandırdı | "Bizim ərazi bütövlüyümüzün ən yüksək beynəlxalq zəmanəti bizim birliyimizdir. Bu, Rusiyanın özünün, o cümlədən ABŞ, Fransa, Böyük Britaniyanın və Çinin də zəmanətidir". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko deyib. O bildirib ki, əgər bu amil işləmirsə, o zaman beynəlxalq zəmanətin nədən ibarət olduğunu demək çətindir: "Budapeşt Memorandumunun da tələb etdiyi kimi, biz Avropa və ABŞ-ın birgə mövqeyini görmək istəyirik. Bu, təməl məsələdir". V. Yuşşenkonun fikrincə, konkret olaraq Rusiya prezidenti Vladimir Putinə və Moskvaya təsir edə biləcək vacib addımlardan biri onlara qarşı iqtisadi və valyuta məhdudiyyətlərinin tətbiq edilməsi olar: "Bu gün Putin iki amildən ehtiyatlanır: öz xalqının reaksiyası və dünyanın reaksiyasından. Dünyanın reaksiyası vahid və aydın olmalıdır. Bu gün belə bir aydınlıq yoxdur. Ona görə də belə bir fonda münaqişənin başqa bir həlli üsulundan danışmaq çətindir. Təsəvvür edin, belə bir böyük problem zamanı dünyanın verdiyi qarantiyalar işləmirsə, o zaman nəyə ümid bağlaya bilərik, nə işləyə bilər? O zaman İran, Şimali Koreya, Suriya və sair problemlər necə həll olunacaq? İmzalanmış sənəd heç bir məna kəsb eləmirsə, o zaman hansı beynəlxalq zəmanətdən söhbət gedə bilər?" Ukraynanın keçmiş dövlət başçısı hesab edir ki, problemin həlli yolu daha çox beynəlxalq kontekstdən asılıdır: "Ancaq Ukrayna üçün daxili imkanlar da var. Hansı ki, onlar bu problemin həllinə mobilizasiya edilməlidir". V. Yuşşenkonun sözlərinə görə, bu gün Ukrayna hələ də təcavüzkar, ölkə ərazisinin bir hissəsini işğal etmiş Rusiya kimi aqressiv dövlətlə diplomatik əlaqələri davam etdirir, bunu izah eləmək çətindir: "Bu, həm çoxsaylı ukraynalılar üçün, həm də dünya üçün anlaşılmazdır. Mən başa düşə bilmirəm ki, niyə bizim Rusiya ilə sərhədimiz açıqdır? Bu sərhədlərdən separatçılar, terrorçular, əməliyyatçılar keçir. Mən başa düşə bilmirəm niyə viza rejimi yoxdur? Ukrayna tərəfi təcili Rusiyaya viza rejimi tətbiq etməlidir. Niyə Ukrayna hərbi kömək üçün dünyaya müraciət eləmir, bu da qaranlıqdır. Ukrayna dünyaya aydın siqnallar ötürmür". |
2014-04-28 | 16,031 | “Xocalı soyqırımı” sözünün silinməsinə sərt etiraz | "Türkiyədə 100 min erməni var, 5 milyon azərbaycanlı. Necə olur ki, 100 min ermənini əsəbiləşdirmək istəmirlər, amma 5 milyon azərbaycanlını üzürlər?" Bu sözləri "Axar.az"a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Türkiyənin Uşaq bələdiyyəsində Xocalı qurbanlarının "soyqırım" sözünün silinməsinə münasibət bildirərkən dedi. "Biz hər il Türkiyə vasitəsilə Xocalı soyqırımını bütün dünyaya çatdırırıq. Xocalı soyqırımı ermənilərin iddia etdiyi kimi qondarma genosid deyil. Bütün dünyanın gözü qarşısında baş vermiş hadisədir. Ortada canlı şahidlər, dünyanın etiraf etdiyi, 1992-ci ildə bu faciədən yazan və Avropanın 12 ölkəsində dərc olunan məqalələr, videolar, fotolar var". Sədr müavinin sözlərinə görə, 20-ci əsrdə 1,5 milyon insan qətlə yetirilib, doğma ocağından qovulub, işğal olunan torpaqlarda etnik təmizlənmə aparılıb: "Bu gün Azərbaycanda 30 min erməni ailəsi yaşayır. 30 min təxminən Dağlıq Qarabağın erməni əhalisi qədərdir. Türkiyə bunu necə edə bilər? BAXCP olaraq biz buna kəskin etirazımızı bildiririk. Abidənin üzərindən "soyqırım"ı pozub, "qətliam" yazmaq nə deməkdir? Ermənilər buna etiraz edib deyə, dəyişdiriblər. Hamı da bilir ki, Türkiyə hökumətinin razılığı olmadan bu addımı atmaq olmaz". N.Orduxanlı qeyd etdi ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyə dövlətinə qarşı böyük addımlar atır: "Prezident daim Türkiyənin milli maraqlarının müdafiəçisi kimi çıxış edir. Bir xalq olaraq hər zaman Türkiyənin yanında olub, ona böyük dəstək vermişik. Bütün bunların müqabilində Türkiyə dövləti Azərbaycana nə edir? Biz həmişə arzulamışıq ki, İlham Əliyevin Türkiyəyə olan sevgisinin və münasibətinin qarşılığını Ərdoğan Azərbaycana etsin. Ərdoğan İlham Əliyevin Türkiyəni sevdiyi qədər Azərbaycanı sevsin. Düşünürəm ki, abidəyə olunan dəyişiklik tez bir zamanda aradan qaldırılacaq". |
2014-04-28 | 16,032 | Hərbi ekspertdən admiralın vəkilinə sərt cavab | "Vəkil Adəm Məmmədov və müvəkkili Şahin Sultanov çox əsəbidirlər. Çünki Adəm Məmmədov uzun illər Şahin Sultanovdan vəkil kimi yüksək qonorar alıb. İndi də bilir ki, Sultanov həbsdədirsə, qonorarı kəsiləcək. Dəridən-qabıqdan çıxıb, çalışır ki, özünə yeni mövzular tapsın, qonorarını artırsın". Bu sözləri "Axar.az"a ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bildirdi. Ü.Cəfərov həbsdə olan sabiq vitse-admiral Şahin Sultanovun vəkili Adəm Məmmədovun ondan prokurorluğa şikayət etməsinə münasibət bildirərkən vurğuladı ki, vəkilin dedikləri gülüş doğurur: "Ona məsləhət görərdim ki, bir qədər ciddi olsun. Arzu edirəm ki, doğurdan da prokurorluğa müraciət etsin. Elə həmin gün mənə böhtan atdığına görə onu məhkəməyə verəcəyəm. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə müraciət edəcəyəm ki, belə bir vəkillə bağlı ciddi tədbirlər görülsün". Ü.Cəfərov qeyd etdi ki, Ş.Sultanovu vətənə xəyanətdə ittiham etməyib: "Mən səsləndirdiyim fikirlərin məsuliyyətini dərk edirəm. Adəm Məmmədov harada elə fikrimi görüb ki, onun müvəkkilini vətənə xəyanətdə ittiham etmişəm? Elə bir ifadə işlətməmişəm. Adəm Məmmədov əsəbi olmayan bir vaxtda otursun, həmin yazılanları bir də oxusun. Ümumiyyətlə Şahin Sultanovun adını çəkməmişəm. Ataların bir sözü var, "xain xoflu olar". Onlar nədən belə narahatdırlar? Mətbuatda yayılan fikirlərimdə bildirmişəm ki, Hərbi Dəniz Qüvvələrində bəzi yüksək rütbəli şəxslər son vəziyyət haqda düşmənə, o cümlədən Rusiyaya məxfi xəbərlər ötürürlər. Konkret şəxs adı çəkməmişəm". Ekspert həmin şəxslərin adlarını açıqlayacağının anonsunu verdi: "Əgər adlar açıqlanmayıbsa, niyə Adəm Məmmədov özündən belə xoflanır? Adəm Məmmədov getsin ciddi işlərlə məşğul olsun. Özünü biabır eləməsin. Heç kim Şahin Sultanovun şərəf və ləyaqətinə xələl gətirmir. Onlara qarşı arqumentlərimiz də var, cavablarımız da". Qeyd edək ki, Ş.Sultanovun vəkili Ü.Cəfərovdan prokurorluğa şikayət edəcəyini söyləyib. Vəkil deyib ki, Ü.Cəfərov müdafiə etdiyi şəxsi vətənə xəyanətdə ittiham edib. |
2014-04-28 | 16,033 | Qəza durumu nədir? – Polis çətinlik çəkir – Ekspert | Sürücülərin tez-tez rast gəldiyi hallardan biri qəza şəraiti yaratma ilə bağlı verilən cəzalardır. Yanacaqdoldurma məntəqəsindən, ikinci dərəcəli yoldan əsas yola çıxarkən gələn avtomobilə yol verilmədikdə DYP əməkdaşları həmin sürücüyə protokol yazır. Bunun cəriməsi isə 80 manatdır. Yəni, yol polisləri əksər hallarda adi yol verməməni də "qəza şəraiti yaratma" kimi qiymətləndirərək, sürücünü daha sərt məsuliyyətə cəlb edir. Əslində isə vəziyyət başqa çür də ola bilər. Sürücü də, polis də çıxılmaz vəziyyətdə Məsələyə aydınlıq gətirən hüquqşünas, yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov "Axar.az"a əksər hallarda sürücülərin günahsız yerə məsuliyyətə cəlb edildiyini deyib: "Ölkəmizdə mövcud olan yol hərəkəti qaydaları beynəlxalq konvensiyalar əsasında müəyyən edildiyindən bəzi texniki xarakterli problemlər nəzərə alınmasa, bu qaydalarda ciddi qüsurlar yoxdur. Lakin qayda pozuntularına görə məsuliyyət müəyyən edən qanunvericiliyimiz xeyli dərəcədə milli olduğundan burada qüsurlar bir az çoxdur. Belə qüsurlardan biri "qəza şəraiti yaratma" adlanan inzibati xəta ilə bağlıdır. Bu xətanın anlayışındakı kobud çatışmazlıq nəticəsində əksər hallarda sürücülər heç bir qəza şəraiti olmadığı halda həmin xətaya görə məsuliyyətə cəlb edilirlər". Ekspert cəzanı müəyyən edən DYP əməkdaşlarının da bu zaman ciddi çətinliklə üzləşdiyini istisna etmir. Onun sözlərinə görə, "qəza şəraiti yaratma" anlayışının mücərrədliyi hazırkı məzmunda bu inzibati xətaya görə qanun çərçivəsində məsuliyyətə cəlb etməni qeyri-mümkün edir. Qəza şəraiti üçün 2 şərt "İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsində "qəza şəraiti yaratma" anlayışı belə müəyyən edilib: hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsi. Deməli, qəza şəraiti yaratmanın mövcud olduğunu söyləmək üçün iki başlıca şərt tələb olunur: nəqliyyat vasitəsi sürücüsünün yol hərəkəti qaydalarının hər hansı bir pozuntusunu törətməsi; bu pozuntunun digər hərəkət iştirakçısını (və ya iştirakçılarını) hərəkətin sürətini və istiqamətini dəyişməyə məcbur etməsi". Bu şərtlərdən birincisi ilə bağlı heç bir anlaşılmazlıq mövcud deyil. Nəqliyyat vasitəsi sürücüsünün yol hərəkəti qaydalarına zidd olan istənilən əməl törətdiyi halda bu şərt mövcud ola bilər. Belə əməl qismində istənilən qayda pozuntusu – qəflətən hərəkətə başlama və ya bitişik ərazidən yola çıxma, sürət həddini aşma, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozma, ötmə, manevr etmə, dayanma, durma qaydalarını pozma və s. çıxış edə bilər. Hər hansı qayda pozuntusunun olmaması, yəni sürücünün hərəkətinin qaydalar çərçivəsində olması, bu, başqa hərəkət iştirakçısını sürəti və istiqaməti dəyişməyə məcbur etsə də, qəza şəraiti yaratma hesab edilə bilməz. İstənilən halda sürücü cərimələnir Lakin göstərilən şərtlərdən ikincisinin kifayət qədər qüsurlu olduğunu deyən Ə.Hüseynov onun "Yol hərəkəti haqqında" qanunun bəzi müddəalarına uyğun gəlməməsi səbəbindən təcrübədə bu inzibati xətanın bütövlükdə qanuna tam uyğun tətbiqinin mümkün olmadığını bildirib: "Qanuna əsasən, yol vermə şəraiti mövcud olduqda sürücünün hərəkəti davam etdirməsi və ya hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur etdiyi halda "yol verməmə" adlanır. Göründüyü kimi, hətta "yol verməmə" anlayışında hərəkət istiqamətini və ya sürəti sadəcə dəyişməyə yox, həmin hərəkət parametrlərini qəflətən dəyişməyə məcbur olma zəruri əlamət kimi göstərilib. Bu anlayışı əsas götürən DYP əməkdaşları yol verilmədiyi istənilən halda əməli qəza şəraiti yaratma sayır". Bəs xarici təcrübə nə deyir? Bu sahədə xarici ölkələrin təcrübəsinə toxunan Ə.Hüseynov deyir ki, əksər ölkələrdə "qəza şəraiti yaratma" adlanan yol hərəkəti qaydası pozuntusu mövcud deyil. Bildirib ki, bir sıra ölkələrdə isə eyni adlı yol hərəkəti qaydası pozuntusu nəzərdə tutulsa da, lakin həmin dövlətlərin qanunvericiliyində qəza şəraiti yaratmaya təxminən aşağıdakı kimi anlayış verilib: "Qəza şəraiti yaratma, yəni yol hərəkəti qaydalarını pozmaqla hərəkətin başqa iştirakçılarını özünün və ya yol hərəkətinin digər iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün hərəkət sürətini və ya istiqamətini qəflətən və kəskin dəyişməyə və ya başqa tədbirlər görməyə məcbur etmə". Məcəlləyə dəyişiklik lazımdır Beləliklə, sürətin və ya istiqamətin istənilən dəyişməsinə deyil, məhz qəflətən dəyişməsinə, özü də kəskin dəyişməsinə məcbur edilmə qəza şəraiti yaratma hesab edilə bilər. Hüquqşünasın fikrincə, qəza şəraiti digər hərəkət iştirakçısını adi manevr etməyə məcbur etmədə yox, onu xüsusi sayıqlıq və məharət göstərməklə yol-nəqliyyat hadisəsindən qaçmaq üçün manevr etməyə məcbur etmədə ifadə oluna bilər: "Ona görə də hesab edirəm ki, İXM-in 151.3-cü maddəsində qəza şəraiti yaratmaya verilmiş anlayış dəqiqləşdirilməli və bu xətaya görə məsuliyyət yalnız bundan sonra tətbiq edilməlidir, yaxud həmin inzibati xəta İXM-dən çıxarılmalıdır. Hərəkətin sürətini və ya istiqamətini qəflətən və kəskin olaraq dəyişmə dedikdə, yol hərəkəti iştirakçısının gözləmədiyi elə vəziyyətin yaradılması başa düşülür ki, bu zaman qəfil və sərt manevrlər edilməsə, qəza baş vermiş olacaq. Adi yol şəraitində normal manevrlərlə sürətin və ya istiqamətin dəyişməsi qəza şəraiti hesab edilə bilməz". Nəzərə almaq lazımdır ki, qəza şəraiti ən azı iki hərəkət iştirakçısı (biri təqsirkar sürücü, digəri qəza şəraitinə düşən hərəkət iştirakçısı) olduqda yarana bilər. Özü də bu xətanın rəsmiləşdirilməsinin özəlliyi də var. Qəza şəraiti yaratma ilə bağlı protokolda həm qəza şəraiti yaradan, həm də qəza şəraitinə düşən hərəkət iştirakçısı (konkret avtomobil və s.) göstərilməlidir. |
2014-04-28 | 16,034 | “Dərhal tapşırıq verdim: İş dayandırılsın” | Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına əsasən, hər il dünyada istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verir. 160 milyon nəfər isə xəsarət alır və peşə xəstəliyinə tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil edir. Digər tərəfdən, bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ÜDM-in 4 faizinin itirilməsinə səbəb olur. "Axar.az" xəbər verir ki, aprelin 28-i bütün dünyada əməyin mühafizəsi günü qeyd edilir. Bu günün qeyd edilməsi Amerika və Kanada zəhmətkeşlərinin 1989-cu ildə ilk dəfə bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin anım günü kimi başlanılıb. Sonradan bu təşəbbüs BƏT-də dəstəklənib və 2002-ci ildən Ümumdünya Əməyin Mühafizəsi günü kimi müəyyənləşdirilib. Hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda qeyd edilən bu günün məqsədi istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır. Nazirin gözü qarşısında acınacaqlı vəziyyət Çünki bu məsələ hazırda günün aktual problemlərindəndir. Son illərdə tikinti aparılan sahələrdə işçilərin qəzaya düşməsi, kimyəvi maddələrin istehsal olunduğu ərazilərdə zəhərlənmələrin baş verməsi ilə bağlı az qala hər gün xəbər alırıq. Tikintidə, xüsusilə hündür mərtəbəli binaların inşasında çalışan fəhlələrin təhlükəsizliyinin təmin olunması məsələsi ictimaiyyətdə ciddi müzakirə edilsə də, bu sahədə kifayət qədər problemlər qalıb. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov da görüşlərin birində səsləndirib: "Nazirlikdə oturduğum binanın 16-cı mərtəbəsi ilə üzbəüz bina tikilir. Baxıram ki, bir gün fəhlələr formalarını geyir, kaskalarını taxırlar. İkinci gün heç bir şey yoxdur. Üçüncü gün bellərində kəmərləri var, amma dördüncü gün yoxdur. Buna görə də dərhal tapşırıq verdim ki, iş dayandırılsın və göstəriş verilsin. Nazirin gözünün qarşısında belədirsə, görün başqa yerlərdə vəziyyət necədir". Bədbəxt hadisələr azalır Bu sahədə ölkəmizdəki vəziyyətə aydınlıq gətirən nazir hər il istehsalatda 250-yə qədər bədbəxt hadisənin baş verdiyini, nəticədə 80 nəfərin dünyasını dəyişdiyini vurğulayıb. Nazir 2009-cu illə müqayisədə 2013-cü ildə istehsalatda baş vermiş bədbəxt hadisələrin 40 faizədək azaldığını qeyd edib. "Ölkəmizdə son onillikdə hər 100 min nəfər işçiyə düşən bədbəxt hadisələrin sayında nisbi stabillik müşahidə olunub. 1997-2000-ci illərdə hər 100 minə düşən bədbəxt hadisə nəticəsində ölənlərin sayı 4 nəfər, 2009-2012-ci illərdə 4-6 nəfər olub. Eləcə də 1997-2000-ci illərdə hər 100 min nəfərə düşən istehsalatda xəsarət sayı 16 nəfər, 2009-2010-cu illərdə 15-16 nəfər, 2011-2012-ci illərdə isə 4-5 nəfər təşkil edib". Strategiya layihəsi NK-ya göndərilib Milli qanunvericiliyin əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var. 1999-cu ildə qəbul edilən "Azərbaycan Respublikasının Əmək Məcəlləsi"nin xeyli hissəsi də məhz əməyin mühafizəsinin norma, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə edir. Azərbaycan BƏT-in qəbul etdiyi əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasına qoşulub. Onlardan 21-i məhz əməyin mühafizəsi və təhlükəsizliyini nəzərdə tutan hüquqi aktlardır. Qeyd edək ki, 2011-2015-ci illər üçün nəzərdə tutulan Dövlət Proqramında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyanın hazırlanması nəzərdə tutulub. ƏƏSMN-dən verilən məlumata görə, artıq Strategiyanın layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Layihədə təhlillər əsasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə əsas məqsədlərə çatmaq üçün perspektiv tədbirlər əksini tapıb. Belə tədbirlərdən biri kimi, respublikada yaxın gələcəkdə Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, eləcə də əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması nəzərdə tutulur. Strategiyada əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsi, işçilərin sağlamlığının qorunması məqsədilə onların icbari tibbi sığorta olunmalarına dövlət və ictimai nəzarətin gücləndirilməsi işlərinə də yer ayrılıb. Əmək müqavilələri elektron qeydiyyata alınacaq Hazırda kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi məsələsinin son dərəcə aktual olduğu nəzərə alınaraq iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi laboratoriyaların yaradılması işləri aparılır. Bundan əlavə, bu il iyulun 1-dən etibarən əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sisteminin tətbiqinə başlanılacaq. Bu, əməyin mühafizəsi məsələlərinə dövlət nəzarətinin daha da güclənməsinə imkan verəcək. |
2014-04-28 | 16,035 | Salam Sarvan 1937-yə Baş redaktor gəldi | Azərbaycanın tanınmış şairi və publisisti Salam Sarvan "1937.az" saytına Baş redaktor vəzifəsinə gətirilib. Bu barədə "Axar.az"a tanınmış şair özü məlumat verib. Onun sözlərinə görə, sabahdan artıq fəaliyyətə başlayacaq: "Bu gün kollektivə təqdim olundum və ilk müzakirələr apardıq. Sabahdan ideyalarımızın icrası yönündə işə başlayacağıq". S.Sarvan dəyişikliklərlə bağlı anons da verdi: "Adından və formasından məzmununa qədər, hər şeyə göz atmaq niyyətimiz var. İnşallah, yaxın vaxtlarda müşahidə edəcəksiniz". Xatırladaq ki, Salam Sarvandan əvvəl "1937.az" saytına Aqşin Yenisey rəhbərlik edib. |
2014-04-28 | 16,036 | Bakının bir hissəsində su olmayacaq | Bakının bir hissəsində su olmayacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində yeni çəkilmiş 315 mm diametrli su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar "+110 Şərq" su anbarının 500 mm diametrli V-2 çıxış xətti bağlanılacaq. Bununla əlaqədar aprelin 29-da Babək və Gəncə prospektlərinə, S.Ə.Şirvani, M.Hadi, Neapol küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir. |
2014-04-28 | 16,037 | İmran Cəfərzadənin babası 1,5 milyon istədi | Nabranda 3 yaşlı İmran Cəfərzadənin ağır xəsarət alması ilə nəticələnən faciəyə görə tutulanların məhkəməsi başlayıb "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu gün Xaçmaz rayon Məhkəməsində ötən il iyulun 21-də "Nabran Holiday Village" istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan şəxslərin məhkəmə prosesi keçirilib. Hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin ifadələri dinlənilib. İfadə verənlərdən Rəşad Zərbəliyev dövlət tərəfindən təyin olunmuş vəkildən imtina edib. İmran Cəfərzadənin babası Cavanşir Baxşıyev məhkəmədən "Nabran Holiday Village"nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat ödəməsini istəyib. Növbəti məhkəmə prosesi may ayının 13-nə təyin olunub. Qeyd edək ki, hadisə bağlı 4 nəfər Xaçmaz rayonu Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov, obyektin icarədarı, Xaçmaz rayonu Xudat şəhər sakini İbrahimov Firdovsi Ağamusa oğlu, Əhmədov Ramiz Süleyman oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyev təqsirləndirilən şəxs qismində barələrində həbs qəti imkan tədbiri seçilib. Hadisədən sonra Respublika Baş Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, ötən il iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ. Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış "Akvapark" adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ. Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb. |
2014-04-28 | 16,038 | Bakıda 56 yaşlı kişi bıçaqlandı | Bakıda 56 yaşlı kişi bıçaqlanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zərifə Əliyeva küçəsi 29-un qarşısında qeydə alınıb. Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Fərhad İzzət oğlu Mirzəzadə naməlum şəxs tərəfindən bıçaqlanıb. F. Mirzəzadə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır. |
2014-04-28 | 16,039 | Azərbaycanlı tələbə Ukrayna çempionu oldu | Ukraynada təhsil alan azərbaycanlı tələbə İdris Gözəlov Ukrayna çempionu olub. Dnepropetrovsk Azərbaycanlı Gənclər Təşkilatının verdiyi məlumata görə, həmyerlimiz Ukrayna birinciliyi üzrə keçirilən əlbəyaxa döyüş çempionatında I yeri qazanıb. İdmançımız bu qələbəni 90 kiloqram çəkili idmançlılarla mübarizəsində əldə edib. Qeyd edək ki, İdris Gözəlov Oles Qonçar adına Dnepropetrovk Milli Universitetində təhsil alır. /ANS/ |
2014-04-28 | 16,040 | Ukraynanı qarışdıran agentin kimliyi ortaya çıxdı - Video | Ukrayna Təhlükəsizlik Xidməti bu ölkədə İqor Strelkov adı altında fəaliyyət göstərən Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat idarəsinin zabitinin kimliyini ortaya çıxarıb. "Axar.az" xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidmətinin nümayəndəsi Marina Ostapenko xəbər yayıb. 1970-ci il dekabr 17-də Rusiyada anadan olan polkovnik İqor Vsevoldoviç Girkin Moskvada qeydiyyatdadır. Onun pasport nömrəsi 4506460961-dir. Vsevoldoviç dəfələrlə Ukraynaya səfər edib, hətta Krıma da getdiyi təhlükəsizlik qüvvələri tərəfindən müəyyən edilib. ATƏT-in nümayəndələrinin oğurlanmasında Vsevoldoviçin əli olduğu bildirilir. Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya kəşfiyyatının zabiti İqor Strelkovu axtarışa verib. Həmçinin İqor Strelkov separatçı "Donetsk Xalq Respublikası"nın silahlı qüvvələrinin komandanı təyin olunub. |
2014-04-28 | 16,041 | Türkiyədə gərginlik - Rus gəmiləri Çanaqqalada - Foto | Rusiya donanmasına məxsus 2 gəmi Çanaqqala boğazından keçib. "Axar.az" xəbər verir ki, hərbi gəmilər Egey dənizindən gələrək Mərmərə dənizində doğru irəlilədilər. Egey dənizindən gələrək Marmara dənizinə irəliləyən "Georgiy Pobedonosets" və "Novocherkassk" adlı hərbi gəmilər Çanaqqala boğazından keçib. Gəmilərin gedəcəyi liman haqqında məlumat verilməyib. |
2014-04-28 | 16,042 | 3 PKK-çı qadının qətlinin təfərrüatları üzə çıxır | Keçən il 3 PKK-çı qadının Parisdə qətlə yetirilməsində şübhəli bilinən Ömər Güneyin kimlərlə və nə zaman əlaqə saxladığı MİT tərəfindən müəyyən edilib. Bu şəxslərin izahatları alınıb və materiallar bir neçə gün ərzində Paris prokurorluğuna göndəriləcək. "Axar.az" xəbər verir ki, ötən ilin yanvarında Parisdə törədilmiş cinayətin təfərrüatları artıq aydinlaşmağa başlayıb. Şübhəli şəxs hesab edilən Ömər Güneyin Türkiyəyə gələndə kimlərlə görüşdüyü və əlaqə saxladığı müəyyən edilib. Artıq cinayəti aydınlaşdıracaq materiallar hüquqi yardım qismində yaxın günlərdə Parisə göndəriləcək. 2013-cü il yanvarın 9-da PKK üzvü Səkinə Cansız, Fidan Doğan, Leyla Söyləməz Parisdə öldürüldükdən sonra cinayətlə bağlı istintaqı aparan Paris Hüquq Məhkəməsi və Terrorla Mübarizə Təşkilatı hüquqi yardım tələb edərək sifariş sənədləri hazırlayaraq Ankara Cümhuriyyət Baş Prokurorluğuna göndərmişdi. Konstitusiya Cinayətlər Bürosunun prokuroru Sadık Bayındırın da cinayəi aydınlaşdıracaq telefon nömrələrini araşdırılması üçün MİT-ə göndərdiyi deyilir. Bundan sonra şübhəli şəxs Ömər Güneyin kimlərlə danışdığı, bu danışıqların haradan aparıldığı, nömrələrin kimlərə məxsus olduğu, onlar vasitəsilə kimlərlə əlaqə saxlandığı, bütün bağlantılar, yaxınlıq analizləri ilə bağlı genişmiqyaslı istintaq araşdırmaları aparılıb. Müstəntiq S.Bayandır bütün bu şəxslərdən izahat alaraq ətraflı materiallar hazırlayıb. Parisdə və Ankarada davam edən istintaqda önəmli rol oynayacaq bu sənədlər bir neçə gün ərzində Parisə göndəriləcək. Xatırladaq ki, qətl hadisəsindən sonra Ankara Cümhuriyyət Baş Prokurorluğu da istintaq araşdırmalarına başlamış, Fransa ilə aparılan yazışmalar nəticə vermədikdən sonra Parisdən hüquqi yardım çərçivəsində göndərilən telefon nömrələri cinayət işinin gedişində yeni mərhələ yaratmışdı. Müəyyən edilən nömrələrin təşkilati əlaqələrin araşdırılıb öyrənilməsində böyük rol oynayacağı və istintaqın böyüyəcəyi məlum olub. Prokurorluq isə hələ ki, heç bir açıqlama vermir. |
2014-04-28 | 16,043 | Rusiya təhlükəsi ilə bağlı Azərbaycan xalqına müraciət edildi | Rusiya təhlükəsi haqqında ziyalılar, siyasi partiya və vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan xalqına müraciət ediblər. Həmin müraciətdə deyilir: Azərbaycanın Rusiya tərəfindən 2-ci işğal günü olan 28 aprel ərəfəsində dünyada və regionda baş verən prosesləri dəyərləndirərək, bu proseslər nəticəsində Azərbaycan istiqlalı və milli təhlükəsizliyi üçün təhdidlərin kəskin şəkildə artdığından narahatlıq ifadə edərək bu müraciətlə çıxış etmək qərarına gəlinmişdir. "Rus təhlükəsi" real geosiyasi hadisədir. Putin və onun Gomrük-Avrasiya İttifaqı formasında həyata keçirilən Rusiya ekspansionizmi və Ukraynaya hərbi təcavüzü beynəlxalq təhlükəsizlik və ilk növbədə SSRİ məkanında yaranmış müstəqil dövlətlər, o cümlədən Azərbaycan Respublikasının müstəqillik və demokratik inkişafı üçün təhlükədir. Azərbaycanı hərbi müdaxilə, federallaşma, Qarabağ problemi və analoji xarakterli digər problemlərin yaradılacağı ilə hədələmə yalnız şantaj olmayıb rus ekspansionizmi və müstəmləkəçi revanşın uğur qazanacağı halda dövlətçiliyimizin məhv edilməsini şərtləndirən perspektivdir. Azərbaycanın bu şantajlara boyun əyib Gömrük İttifaqı və Avrasiya İttifaqına qoşulması onu nəinki təhlükələrdən xilas edər, əksinə bu təhlükələri daha da dərinləşdirər. Gömrük-Avrasiya ittifaqı Qarabağın və federallaşma adı altında digər ərazilərimizin itirilməsi, Azərbaycanın türk–islam dünyasından təcrid edilməsi, çağdaş mədəniyyətlər səviyyəsinə çatma, demokratikləşmə perspektivinin birdəfəlik və ya uzunmüddətə ləngidilməsidir. 1920-ci ildə Rusiya bütün bu əraziləri kommunizm utopiyası, bolşevik bayrağı altında işğal etmişdisə, hazırda Gomrük və Avrasiya İttifaqı ideyası SSRİ-nin bərpası olmayıb müstəmləkəçi rus imperiyasının yenidən zühuru cəhdidir. Bu günkü Rusiyada artıq kosmopolit kommunizm yox, rus şovinizmi ideologiyası hakimdir. Proletar həmrəyliyi və sinfi bərabərlik ideyaları "rusların əsrarəngiz ruhu" ideyası ilə əvəzlənmişdir. Rusiyada qeyri-ruslara qarşı açıq, gizlədilməyən irqçi münasibət formlaşmışdır və rəsmi hakimiyyət tərəfindən himayə olunan bu proses getdikcə güclənir. Nəzərə alınmalıdır ki, müasir Rusiya bir çox ictimai-siyasi və sosial-iqtisadi inkişaf parametrlərinə görə hətta bəzi postsovet ölkələrindən, o cümlədən Azərbaycandan geri qalır. Belə bir şəraitdə Rusiyaya doğru hərəkət, Rusiyaya inteqrasiya geriyə olan hərəkətdir, faktiki olaraq unversal, ümumbəşəri və milli dəyərlərdən imtina deməkdir. Gömrük-Avrasiya İttifaqında azərbaycanlıları ikinci sort xalqa çevrilmə taleyi gözləyir. Rus təhlükəsi Azərbaycandakı daxili ictimai- siyasi situasiyadan irəli gələn səbəblərlə qat-qat artır. Ənənvi sovet nostaljisi ölkədə aparıcı tendensiya potensialına malik olmasa da mövcud rejim və onun yeritdiyi siyasi kursdan və onun nəticələrindən – korrupsiya, kəskin sosial bərabərsizlik və ədalətsizlik, hakimiyyətin dinc seçkilərlə əvəzlənməsi və xalqın real siyasi iradəsinin siyasi hakimiyyətdə gerçəkləşməsini təmin edəcək azad seçki şəraitinin olmaması, klançılıq və avtoritar oliarxik üsulu-idarə, cəmiyyətdə məyusluğa səbəb olur, müstəqil dövlətçilik, milli kimlik şüurunu, vətəndaş ləyaqət hissini zədələyir və xarici təhlükələr qarşısında müqavimət gücünün zəifləməsinə, bəzi dairələrdə xilas yolunu xarici qüvvələrdə axtarmaq meylləri doğurur. Belə bir vəziyyət xarici güclərə xidmət edən xainlərin, kollaborasionistlərin, seperatçıların əl-qol açması üçün əlverişli şərait yaradır. Yaranmış situasiyada ölkədə qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, bunun üçün də köklü demokratik islahatların aparılması və azad ədalətli seçkilər vasitəsi ilə hakimiyyət strukturlarının formalaşdırılması milli təhlükəsizliyin zəruri məsələsinə çevrilmişdir. Toplantı iştirakçıları dünyada, regionda və Azərbaycanda yaranmış vəziyyəti dəyərləndirərək xalqımıza müraciət edir: 1. Yaranmış situsiyada istər hakimiyyət, istərsə də qeyri dövlət dairələrindəki 5-ci kolon və təslimçi, kollaborasionist fəaliyyət subyektlərinə və əhval- ruhiyyəyə qarşı açıq və prinsipial ideoloji, psixoloji, informasyon, hüquqi savaş aparılmalıdır. Ölkədə Rusiya vətəndaş pasportları paylamaq şəklində təxribatçı əməliyyatların aparılması haqqında faktlara ciddi yanaşılmalı və potensial təhlükənin neytrallaşdırılması üçün zəruri tədbirlər görülməlidir. Rus təhlükəsinin tarixən müstəqilliyimizə və ərazi bütövlüyümüzə vurduğu ziyanlara dair ictimai məlumatlandırma, bu istiqamətdə vətəndaş cəmiyyəti və medianın iştirakı ilə siyasi müzakirələr genişləndirilməlidir. 2. Mövcud xarici təhlükəyə və daxili xəyanət meyllərinə qarşı ümumxalq müqavimətinin təşkili məqsədi ilə ilk addımlardan biri olaraq siyasi mənsubiyyət, meyl və simpatiyalardan asılı olmayaraq Rusiya təhlükəsi reallığını qəbul edən qüvvələrin konsolidasiya platforması (Milli Böhran Masası, Ümummilli Müqavimət Hərəkatı və s. formalarda) yaradılmalıdır. 3. Milli konsiolidasiya milli barışıq və daxili siyasi qarşıdurmaların mümkün olan bütün sahələrdə yumşaldılmasını tələb edir. Bunun üçün böyük siyasi amnistiyanın elan edilməsi, bütün siyasi məhbusların dərhal və şərtsiz azad edilməsi məsələsi həll edilməlidir. Sosial bərabərsizliyin aradan qaldırılması üçün sistemli və davamlı islahatlar işlənib hazırlanmalı və tətbiq edilməlidir. 4. Mövcud hakimiyyət öz legitimlik və ictimai etimad dərəcəsini yüksəltmək niyyətindədirsə, bu məqsədlə köklü demokratik dəyişiliklərə getməli, ilk növbədə azad ədalətli seçkilər həyata keçirilməsi şəraiti yaratmalıdır. Vaxtılə ictimai–siyasi qüvvələrin hazırladığı, hakimiyyətə və cəmiyyətə iki il əvvəl təqdim edilmiş "Azərbaycanda Demokratiyaya keçidin Yol Xəritəsi" yeni şərtlərə görə nəzərdən keçirilməklə islahatlar proqramının hazılanması üçün baza sənədi kimi əsas götürülə bilər. 5. Geosiyasi orientirlər konkretləşməli və müəyyənləşməli, Azərbaycanın avroatlantik inteqrasiyası istiqamətində konkret addımlar atılmalı, beynəlxalq aləmdə rus ekspansionizminə qarşı çıxan qüvvələrlə, dövlət və qeyri dövlət subyektləri ilə təmaslar və əlaqələr intensivləşdirilməli, Rusiya təcavüzünün obyekti olan GUAM (Ukrayna, Gürcüstan, Moldova) və digər ölkələrlə birlik və həmrəylik gücləndirilməlidir. 6. Türk dünyası ilə əlaqələrin güclənməsinə diqqət artırılmalıdır. Azərbaycan Türkiyə ilə xarici təcavüzə qarşı qarşılıqlı hərbi yardım haqqında müqavilə məsələsi nəhayət həll edilməlidir. 7. Azərbaycan hakimiyyətindən tələb edilməlidir ki, xalqlar arasında sülhün qorunması və təcavüzlərin önlənməsi üçün beynəlxalq təhlükəsizlik sistemi və beynəlxalq hüququn təkmilləşdirilməsi istiqamətində səyləri daha qətiyyətlə müdafiə etsin, o cümlədən BMT Təhlükəsizlik Şurasında veto hüququnun, ATƏT-də konsensus qaydasının ləğv edilib qərarların səs çoxluğu qaydası ilə əvəzlənməsi təşəbbüslərini dəstəkləsin. /Musavat.com/ Bakı, 28 aprel 2014-cü il |
2014-04-28 | 16,044 | İraqda seçki məntəqələrində partlayışlarda 20 nəfər ölüdü | İraqda terrorçu kamikadzelər seçki məntəqələrində partlayışlar törədiblər. "Axar.az" APA-ya istinadən xəbər verir ki, terror aktları nəticəsində ən azı 20 nəfər ölüb. Qeyd edək ki, aprelin 30-da İraqda parlament seçkiləri keçiriləcək. Təhlükəsizlik, penitensiar xidmətləri və tibb işçiləri seçki ərəfəsi səs verirlər. Bu, ABŞ qoşunlarının ölkəni tərk edəndən sonra keçiriləcək ilk parlament seçkiləridir. İraqın prezidenti Cəlal Talabani Berlində səs verib. O, keçirdiyi insultdan sonra Almaniyanın paytaxtında müalicə alır. |
2014-04-28 | 16,045 | Avropa Birliyi də Rusiyaya sanksiyaları sərtləşdirdi | Avropa Birliyi (AB) ölkələri ərazisinə girişi qadağan edilən və Avropa banklarında hesabları dondurulan Rusiya vətəndaşlarının siyahısı genişləndirilib. Məlumata görə, buna səbəb Kremlin Ukraynadakı gərginliyin aradan qaldırılmasında yetərli səy göstərməməsidir. Yeni siyahıya Rusiya rəhbərliyinə yaxın daha 15 nəfərin adı daxil edilib. AB üzvü olan ölkələrin 28 diplomatının bu ortaq qərarı "üçüncü dərəcəli" sanksiyalar sayılır və Rusiyanı maliyyə bazarlarından təcrid eləməyə yönəlib. Bu sanksiyaların ölkə iqtisadiyyatına ciddi təsir edəcəyi gözlənilir. Qərar milli hökumətlər tərəfindən təsdiqlənəndən dərhal sonra qüvvəyə minəcək. /Musavat.com/ |
2014-04-28 | 16,046 | Türkiyə dünyaya önəmli çağırış etdi | Türkiyə Xarici İşlər Nazirliyi Misirdə Mursi tərəfdarlarının edam edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib. "Axar.az" xəbər verir ki, Xarici İşlər Nazirliyi 683 nəfər barədə verilən edam qərarına etiraz edib. Çağırışda insan hüquqlarının kobudca pozulduğu və bunun qəbul edilməz olduğu vurğulanır. Həmçinin beynəlxalq ictimaiyyətə müraciət edilərək, bu qərarların qəbul edilməz olduğu qeyd olunur. Türkiyə bu addımın Misir xalqının dincliyinə və rifahına mənfi təsirə edəcəyini, böyük bir mədəniyyətə sahib Misirin beynəlxalq nüfuzuna zərər verəcək qərarların Misir məhkəmə orqanları tərəfindən təkrar nəzərdən keçirilməsini xahiş edib. |
2014-04-28 | 16,047 | Erməni qız pizzaçı tərəfindən öldürüldü - Foto | Rusiyanın Tümen şəhərində 26 yaşlı erməni qadın Nune Sarkisyanın meyiti tapılıb Ad günündə öldürülmüş qıza 40 bıçaq zərbəsi vurulduğu məlum olub. Qətl barədə cinayət işi qaldırılıb. Xəbər yayılan kimi qızın tanışları sosial şəbəkədə bildiriblər ki, həmin gün qız ad gününü qeyd edirmiş və bunun üçün pizza sifariş veribmiş. Məlum olub ki, qızı evə pizza gətirən 22 yaşlı tümenli Zaxar Kovriqin öldürüb. Polisdən verilən məlumata görə, pizza gətirən zaman evə girən Zaxar Kovriqin qızın əşyalarına sahib olmaq istəyib. Buna görə də yenidən evə qaydıb və ödənilən məbləği yoxlamaq istədiyni bildirib. Qız onu içəri buraxandan sonra Zaxar Kovriqin bıçağı çıxararaq qızdan pul və qiymətli əşyalar tələb edib. Pulu və qızıl üzüyü götürdükdən sonra onun polisə xəbər verəcəyindən ehtiyat edib və ona 40 bıçaq vurub. Nune Sarkisyan sosial şəbəkələrdə aktiv olub və mütəmadi şəkillərini yayıb. /ANS/ |
2014-04-28 | 16,048 | Əfqanıstanlı nazirlər Şahin Mustafayevlə görüşdü - Foto | İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikasının iqtisadiyyat naziri Abdul Hadi Arxandival və bu ölkənin ticarət və sənaye naziri Şaker Kargar ilə görüşüb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Əfqanıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, əməkdaşlığın inkişafında keçirilən görüşlərin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulayıb: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Əfqanıstan ölkəmizin haqlı mövqeyini daim dəstəkləyir. Azərbaycan və Əfqanıstan arasında iqtisadi əlaqələrin gensişləndirilməsi üçün böyük imkanlar var və bu potensialın reallaşdırılması üçün müqavilə-hüquqi baza yaradılmalı, sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair saziş imzalanmalıdır. Ticarət sahəsində də iki ölkə arasında əlaqələr genişlənir". Mümkün əməkdaşlıq istiqamətləri barədə məlumat verən Ş.Mustafayev təhsil, səhiyyə, neft-qaz, eləcə də sahibkarların maarifləndirilməsi sahəsində Azərbaycanın geniş təcrübəyə malik olduğunu və bu sahələrdə ölkəmizin Əfqanıstana dəstək ola biləcəyini diqqətə çatdırıb. Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, ölkəmizin regionun siyasi, iqtisadi və mədəni mərkəzi olduğu, Azərbaycanda siyasi və makroiqtisadi sabitliyin təmin edildiyi bildirilib. Əfqanıstanlı nazirlər Azərbaycana səfərlərindən məmnunluqlarını ifadə edib, ölkəmizin qısa müddətdə böyük iqtisadi uğurlar qazandığını xüsusi vurğulayıb, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndiriblər. Qonaqlar Əfqanıstanın dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın, iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıblar. Ölkələrinin təbii resurslarla zəngin olduğunu qeyd edən əfqanıstanlı nazirlər bu sahənin inkişafında Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını vurğulayıb, iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd ediblər. Onlar Azərbaycanın iqtisadiyyat və sənaye nazirini ölkələrinə dəvət ediblər. |
2014-04-28 | 16,049 | 683 nəfərə edam hökmü çıxarıldı - Foto | Misirdə daha 683 adama edam cəzası verilib. Cəzalananlar arasında "Müsəlman qardaşlar" təşkilatının lideri Məhəmməd Bedii də var. "Axar.az" xəbər verir ki, məhkəmə keçən ay edama məhkum edilən 529 adamdan 492-nin cəzasını ömürlük həbslə əvəz edib. 37 adam haqqında verilən edam qərarı isə qəbul olunub. Edam qərarları Misirdəki çevriliş əleyhdarları və "Müsəlman qardaşlar"ın dəstəkçiləri ilə birgə beynəlxalq aləmin də böyük reaksiyasına səbəb olub. Qeyd edək ki, Misir qanunlarına görə, edam qərarları məhkəmə hökmündən sonra ölkədəki ən yüksək dini nüfuzu olan müftiyə gedir. Müftinin fikri alındıqdan sonra isə qərar təkrar məhkəməyə göndərilir və hökm verilir. |
2014-04-28 | 16,050 | Türkiyə İlham Əliyevin çıxışına reaksiya gəldi | Prezident İlham Əliyevin Avropa Birliyinin "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyana verdiyi cavaba, Türkiyə hökumətindən reaksiya gəlib. Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun müsahibəsində deyib ki, İlham Əliyev bununla Azərbaycanla-Türkiyənin qardaşlığının sarsılmaz olduğunu bir daha göstərdi. Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqunun sözlərinə görə, Türkiyə bütün sahələrdə güclənir: "Eyni zamanda Türkiyə ilə birlikdə Azərbaycan da artıq güclü bir dövlət oldu. Azərbaycan prezidenti İlham Əliyevin "Şərq tərəftaşlığı" sammitində Ermənistan prezidenti Serj Sarkisyana verdiyi cavab bizi çox sevindirdi. Dünya bilməlidir ki, ortaq türk tarixinə ləkə gətirə biləcək nə varsa, Azərbaycanla birlikdə çiyin-çiyinə mübarizə aparacağıq". Türkiyə mediyası qəzet və internet portallarının baş xəbərinə çevrilən həmin açıqlamada isə İlham Əliyev Ermənistan prezidentinə belə demişdi: "Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz, amma mən buradayam, sizə cavab verirəm". /ANS TV/ |
2014-04-28 | 16,051 | ATV-də rüşvət yığılır – Foto | ATV-də yayımlanacaq "Azərbaycanın səsi" verilişində iştirak etmək üçün müraciət edənlərdən 600 AZN istəyirlər. "Axar.az" xəbər verir ki, bu barədə məlumatı həmin verilişə qatılmaq istəyən gənclər sosial şəbəkədə paylaşıblar. Onlar bildiriblər ki, adi seçim turunda iştirak etmək istəyənlərdən 600 AZN tələb olunur. Əgər münsiflər həmin şəxsi seçsələr, o zaman ödənilmiş məbləğ geri qaytarılmır. Yarışda seçilməyənlərə isə həmin məbləğin 500 manatı qaytarılır. Bu xəbər sosial şəbəkədə geniş etiraza səbəb olub və həmin yarışmaya qatılmaq istəyən gənclərin əksəriyyəti rüşvət istənildiyinə görə verilişə getməkdən imtina ediblər. Qeyd edək ki, layihənin eynisi Rusiyada "Qolos", Türkiyədə "O səs Türkiyə", Böyük Britaniyada "Voice" adıyla həyata keçirilir. Layihə rəhbərləri ilə gün ərzində əlaqə saxlamaq mümkün olmadı. Sosial şəbəkədəki statusların skrinşotunu təqdim edirik. |
2014-04-28 | 16,052 | Könüllü sosial sığorta sistemi yaradılacaq | Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təsdiqlənmiş və benefisiarı Dövlət Sosial Müdafiə Fondu (DSMF) olan "Tvinninq" layihəsi üzrə müqavilə qüvvəyə minib. "Axar.az" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib. Nazir bildirib ki, qeyd edilən layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaq. DSMF sədri onu da bildirib ki, ictimaiyyətin daha ətraflı məlumatlandırılması məqsədilə layihənin Avropa İttifaqı tərəfindən geniş təqdimatının keçirilməsi nəzərdə tutulur. Hazırda həmin tədbirin təşkili ilə bağlı qarşı tərəflə müzakirələr aparılır. Xatırladaq ki, Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində "Sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna dəstək" adlı layihənin ilkin danışıqları 2010-cu ildə başlayıb. Əldə edilən razılığa əsasən, "Tvinninq" layihəsi Latviyanın Rifah Nazirliyi və Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi ilə birgə həyata keçiriləcək. |
2014-04-28 | 16,053 | Bakıda çay evi yandı, xəsarət alan var - Yeniləndi | 22:38 Bu axşam Bakıda yanğın hadisəsi qeydə alınıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə,Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 612 kv.m olan ikimərtəbəli çay evinin taxta konstruksiyalardan ibarət çardağı 250 kv.m sahədə yanıb. Hadisə zamanı çay evinin işçisi üzündən yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək, Təcili Tibbi Yardm xidmətinə təhvil verilib. Çay evinin qalan hissəsi və 1-ci mərtəbə yanğından mühafizə olunub. Yanğın saat 20:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 23:34 Bakının Xətai rayonu, Səməd bəy Mehmandarov 8 ünvanında yerləşən ikimərtəbəli çay evində güclü yanğın baş verib. Məlumata görə, "555 " adlı çay evində baş verən yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində güclənən alovun qarşısı tez bir zamanda alınıb. Yanğın zamanı çay evində olan müştərilərin veridiyi məlumata görə, yanğına qaz balonunun partlaması səbəb olub. Partlayış baş verən zaman çay evində olan müştərilər cəld özlərini çölə atıblar. Onlardan ikisi xəsarət alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Eyni zamanda yanğınsöndürənlər rahat işləməsi üçün Səməd bəy Mehmandarov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. |
2014-04-28 | 16,054 | Netanyahu Türkiyə ilə razılaşmadan imtina edir | Ankara və Təl-Əviv arasında "Mavi Mərmərə" olayları ilə bağlı razılaşmanın İsrail Baş naziri Benyamin Netanyahu tərəfindən gecikdirildiyi məlum olub. "Axar.az" xəbər verir ki, diplomatik qaynaqlar Netanyahunun Fələstinlə aparılan sülh danışıqları səbəbindən müqavilənin ratifikasiyasında tərəddüd etdiyini bildirirlər. Əldə edilən məlumatlara görə, tərəflər arasındakı təzminat razılaşması tamamlanıb. Razılaşma mətninin hər iki ölkə Baş nazirinə göndərildiyi, ancaq müqaviləni iki aydır təsdiqləməkdən şəkinən liderin Netanyahu olduğu vurğulanıb. Baş nazir müavini Bülənt Arınç mart ayının sonunda açıqlamasında İsrail ilə "Mavi Mərmərə" məsələsində təzminat müzakirələrində son mərhələyə gəlindiyini, bələdiyyə seçkilərindən sonra razılaşmanın imzalanma ehtimalının yüksək olduğunu qeyd etmişdi. Qeyd edək ki, İsrail bir neçə gün öncə Fələstinin Həmasla razılığından sonra bu ölkə ilə də razılaşmanı təxirə saldığını açıqlamışdı. |
2014-04-28 | 16,055 | “Ayıldım ki, qarmağa düşən balıq məni Kürə çəkir” - Reportaj | Balıqçılıq peşəsi qədimliyi ilə yanaşı, həm maraqlı, həm də insan sağlamlığı üçün olduqca faydalıdır. Bununla məşğul olarkən insanın əsəbləri sakitləşir, beyinə dinclik gəlir. Hətta həkimlər də bunun faydasını nəzərə alaraq stress, yuxusuzluq, yorğunluq və yüksək təzyiqdən əziyyət çəkən pasiyentlərinə balıq ovu ilə məşğul olmağı məsləhət görürlər. Biz də bir günümüzü bu maraqlı peşə sahibləri ilə birgə keçirmək qərarına gəldik. Bayraq meydanının yaxınlığında tilov atan, əksəriyyəti təqaüdçü olan bu insanlar günlərinin çox hissəsini dəniz kənarında keçirirlər. Aralarında peşəkar balıqçılarla yanaşı, sadəcə, vaxtını keçirən, öz dilləri ilə desək, ruhən dincələn, istirahət edən insanlar da var. Belə insanlardan biri də iş adamı Ceyhun Əliyevdir. Dünənin iş adamı, bu günün isə balıqçısı olan bu insanla söhbətimiz maraqlı oldu. Həyatda həmişə qalib olduğunu söyləyən Ceyhun Əliyev bu sahədə bəxtinin heç də yaxşı gətirmədiyindən gileyləndi: - Uşaqlıqdan ova böyük həvəsim var, demək olar ki, hobbimdir. Hətta oğlum Həsənağa da bu xüsusiyyəti ilə mənə bənzəyir. O da uşaqlıqdan ta bu günə kimi mənimlə balıq ovuna gəlir (əlini oğluna tərəf uzadaraq onu bizə göstərir). Mən ən böyük zövqü ovda olarkən alıram. Balıq ovu isə mənim ən sevimli məşğuliyyətimdir, ancaq bəzən bu sahədə bəxtim heç də yaxşı gətirməyib. Maraqlıdır, həyatda çox şanslı olsam da, balıqçılıq sahəsində bəxtim gətirməyib. Bir müddətdir bura gəlirəm, bəzən heç nə tuta bilmirəm. Bu gün də evdən çıxanda dedilər ki, əliboş gəlsən, evə qoymayacağıq (gülür). Ona görə də gecə burda yatmalı olsam da, gərək balıq tutam. Suyun mazutlu, çirkli olduğunu göstəririk: belə yerdə balıq ovlamaq olarmı? - Yuxarıdan baxanlar da bizim şəhər haqqında eyni sözü deyə bilərlər. Bakıda atmosfer həddindən artıq çirklənib, nəfəs almaq mümkün olmasa da, biz yaşayırıq. Dənizdə balıqların da vəziyyəti belədir, amma yaşayırlar. Hər bir canlı düşdüyü mühitə uyğunlaşır. Söhbətimizin bu yerində tilov bir neçə dəfə dartınır. Balıqçı sevincək tez-tələsik tilovu dartır, ancaq tilovu yenə də boş çıxır. Balıq qarmağa keçirilmış yemi götürüb gedib. Müsahibim deyinə-deyinə, bəxtindən gileylənə-gileylənə qırmağa yenidən yem keçirir. Onun bu hərəkəti mənə nədənsə Ernest Hemenqueyin "Qoca və dənizçi" əsərini xatırladır. Deyəsən, bizim qəhrəmanın bəxti doğrudan da, bu sahədə gətirməyib. Ancaq o öz işini davam etdirir: - Nədənsə qarmağa keçirdiyim bu yemi rüşvətə bənzədirəm. Biz özümüz rüşvətxor olduğumuz kimi, heyvanları da rüşvət hesabına rahat yaşamağa öyrədirik. Tilovdan yemi çıxaran o balıq da lap rüşvət sahəsində peşəkarlaşmış məmurlar kimidir. Bayaqdan gəlib yemi aparır, heç vaxt da tilova düşmür. Bizim bəzi məmurlarımız da belədir, həmişə rüşvət alırlar, amma heç vaxt da tilova düşmürlər. Əvəzində günahsızın biri gəlib tilova keçir. Peşəkar balıqçı O, tilovu yenidən suya atır. Biz isə ona uğurlar arzulayıb digər balıqçıya, 73 yaşlı Əlövsət Babayevə yaxınlaşırıq. Əvvəlki müsahibimizdən fərqli olaraq Əlövsət kişi peşəkar balıqçıdır, bütün həyatını da bu sahəyə həsr edib. Elə tilovuna düşən balıq da onun peşəkarlığından xəbər verirdi: - Bütün ömrümü balıqçılığa həsr etmişəm. Cavan vaxtlarımda qayıqla dənizə çıxardım, amma indi daha qocalmışam, açıq dənizə çıxmağa gücüm çatmaz. Həm də daha əvvəlki balıq da dənizdə qalmayıb. Əvvəllər dənizdə balıq çox idi. İndi neft tullantıları hesabına dəniz həddən artıq çirklənib. Buna görə də balıqların çoxu məhv olub. Sağ qalanlar isə şimala köç ediblər. Böyük çayların və şimal küləklərinin hesabına o tərəflərin suyu xeyli təmizdir. Əlövsət dayı balıq tutmağın faydasından və bu sahədə aldığı zövqdən danışır: - Mən balıq ovundan aldığım zövqü heç nədən almamışam. Balıq ovu çox gözəldir. Burda olanda ruhən dincəlirəm sanki. İnsan özünü burda bütün qayğılardan, problemlərdən azad, təbiətin bir hissəsi kimi hiss edir. Axşamlar isə öz zəhmətinin hesabına tutduğun balığı qızardıb yeməyin başqa bir ləzzəti var. Müsahibim daha sonra balıqçılıq peşəsində başına gələn maraqlı və təhlükəli bir əhvalatı danışmağa başladı. - Bir dəfə çox maraqlı bir hadisə ilə qarşılaşmışdım. Təxminən 10 il bundan əvvəl Kürə balıq ovuna getmişdik. Biz ora çatanda artıq gecə idi. Çox yorulmuşdum. Ona görə də tilovu suya atdım, ayağıma bağlayıb yatdım. Gecənin bir vaxtı oyandım ki, məni nə isə sürüyür. Dərhal başa düşdüm ki, tilova böyük balıq düşüb. Amma bəxtim gətirdi, yaxınlıqda olan uşaqlar məni tutub saxladılar, balıq isə tilovu qırıb getdi. Ondan sonra daha tilovu ayağıma bağlamıram (gülür). O vaxt uşaqlar yaxınlıqda olmasaydı, o balıq məni Kürdə boğacaqdı. Bu vaxt müsahibimizin tilovu ağır-ağır tərpənir. Bunu görən balıqçı tilovu boşaldır: - Bu, deyəsən, böyük balıqdır. Ona görə də tilovu ağır-ağır tərpədir. Böyük balıqlar bic olurlar, onların belə oyunları bəzən saatlarla davam edir. Mən də tilovu boşaltdım ki, o bütün oyununu göstərsin. Burda balıqçı bizimlə söhbəti kəsir. Qoca dənizdən öz balığını gözləyəcək… |
2014-04-28 | 16,056 | “Qubada heç kim Rusiya təbliğatı apara bilməz” | "Mən şənbə günü Qubada və Xaçmazda olmuşam. Belə bir hal olsaydı, mütləq xəbərim olardı". Bu sözləri "Axar.az"a Quba seçki dairəsindən deputat seçilmiş millət vəkili Vahid Əhmədov şimal zonasının bəzi sakinlərinin Rusiya vətəndaşlığı alması üçün Rusiya səfirliyinə müraciət etmələri barədə yayılan xəbərlərə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, yayılan xəbərlər həqiqəti əks etdirmir: "Yanlış məlumatdır. Belə bir hal yoxdur. Sizdən eşidirəm bu barədə. Mən daim rayonda olan adamam. Belə bir hal olsaydı, bu barədə xəbər tutardım. Bu yaxınlarda Qubada, Xaçmazda, Siyəzəndə, Şabranda da oldum. Ancaq bu haqda heç bir xəbər eşitməmişəm. Ola bilər ki, həmin rayon sakinlərindən kimlərsə daimi olaraq Rusiyaya gedib-gəldiyindən, Rusiyanın vətəndaşlıq almaq üçün şərtləri sadələşdirməsi kimi fürsətdən istifadə etmək istəyir. Ancaq siz dediyiniz kimi, bu, kütləvi halda olsaydı, mən də məlumatlı olardım. Qəti şəkildə sizi əmin edirəm ki, belə bir şey yoxdur". V.Əhmədovun sözlərinə görə, bunun üçün şimal regionunda heç kəs təbliğat apara bilməz: "Ola bilməz ki, kimlərsə bunun üçün təbliğat aparsın və vətəndaşlar bu haqda məni məlumatlandırmasınlar". Qeyd edək ki, Quba və Xaçmaz rayonlarında yaşayan sakinlər arasında Rusiya səfirliyinə müraciət edənlərin sayı artıb. Şimal zonasının çox sayda sakini Rusiya vətəndaşlığını qəbul etmək üçün bu ölkənin Bakıdakı səfirliyinə sənədlərini təqdim etməyə başlayıb. Səbəb isə Rusiyanın vətəndaşlıq almaq üçün şərtləri sadələşdirməsi və Gömrük İttifaqı layihəsini reallaşdırmaq üçün fəaliyyətini genişləndirməsidir. Xatırladaq ki, faktı Rusiyanın Azərbaycandakı səfirliyindən də təsdiqləyiblər. |
2014-04-28 | 16,057 | Dünya bu tükürpərdən görüntüdən danışır – Şok/Foto | Əslən çinli olan bu şəxs xəstəxanaya gətirildiyində bu görüntüləri ilə hər kəsi təşvişə salıb. "Axar.az" xəbər verir ki, Çində bir nəfər dəhşət saçan bir hadisə ilə üzləşib. Yerli xəstəxanaya gətirilən və dərhal həkimlər tərəfindən rentgen müayinəsinə göndərilən şəxsin müayinə cavabı hər kəsi şoka salıb. Çinli adamın başında 3 böyük ölçülü mismarın olduğu məlum olub. Dərhal əməliyyat olunan adamın başındakı mismarlar tək-tək çıxarılıb. Aparılan araşdırmada bədbəxt hadisə ilə üzləşən adamın evini təmir edərkən mismar tapançası ilə yaralandığı ortaya çıxıb. Ən dəhşətlisi isə budur ki, həmin adam başına çaxılan mismarlardan 2 gün sonra xəbər tutub və həmin şəxsin cərrahiyyə əməliyyatından sonra sağlamlığında heç bir problemin olmadığı deyilir. |
2014-04-28 | 16,058 | Beynəlxalq miqyaslı fırıldaqçının Azərbaycandakı 1,5 milyardı | Avstraliya mətbuatı qalmaqallı maliyyəçi, adı beynəlxalq miqyaslı maliyyə fırıldaqlarında keçən Roland Blerlə bağlı yeni araşdırma yayıb. Roland Blerin Azərbaycanda 2012-ci ildə bağlanan "Royal Bank"la əlaqələrinə dair yeni fakt məlum olub. Məqalədə bildirilir ki, "Hayman Private Equity" adlı investisiya fondunun rəhbəri olan Bler amerikalı iş adamı Ross Qliksmana qarşı 400 milyon dollarlıq fırıldağın təşkilində "Royal Bank"dan da istifadə edib. Xatırladaq ki, "virtualaz.org" saytı Avstraliya mediasına istinadən R.Bler və onun etirafları barədə geniş araşdırmanı dərc edib. Həmin araşdırmada göstərilir ki, Roland Bler Avstraliyanın Qiymətli Kağızlar Komitəsinin suallarına cavab olaraq özünü "Royal Bank"ın maliyyə komitəsinin direktoru kimi təqdim edib. Həmçinin məlum olub ki, Roland Bler Çikaqodan (ABŞ) olan biznesmen Ross Qliksmanla ortaq biznes layihəsini müzakirə edərkən Avstraliyadan Azərbaycana, "Royal Bank"a 200 milyon dolların transferindən də bəhs edirmiş. R.Qliksman bu yazışmaları ABŞ Federal Məhkəməsinə təqdim edib. Hazırda ABŞ məhkəməsi bu işlə bağlı araşdırma aparır. R.Bler amerikalı biznesmenə 400 milyon dollar "atdığı" barədə iddiaları rədd edir. Kenqurular ölkəsinin keçmiş turizm naziri Con Braunun da Blerlə ortaqdır. Məlum olub ki, Con Braun 2009-cu ildə "Hayman Private Equity Australia" şirkətinin yeganə direktoru təyin edilib. Bildirilir ki, əvvəlcə R.Bler R.Qliksmana qarşı ABŞ-ın İllinoys ştatının dairə məhkəməsində iddia qaldırıb. İddiaya əsasən Qliksman Blerin "Superkite" adlı şirkətinə 900 min dollar kredit borcunu ödəmir. Daha sonra Qliksman cavab iddiası qaldıraraq Blerin onu 400 milyon dollar məbləğində aldatdığını bildirib. Məhkəmə sənədlərinə əsasən Qliksman 2009-cu ildə ABŞ-da böyük həcmdə daşınmaz əmlak almaq istəyən və "böyük sərvətə və geniş investisiya əlaqələrinə" malik Blerin nəzarət etdiyi "Hayman Private Equity" şirkəti ilə təmas qurub. Tərəflər qlobal maliyyə böhranı nəticəsində kəskin ucuzlaşan daşınmaz əmlaka yatırım qoymaq üçün birgə müəssisə yaradıblar. Bler maliyyə fırıldağına görə 90-cı illərdə ABŞ-dan qaçdığı üçün tərəflər danışıqları Sürixdə aparıblar. Qərara alınıb ki, "Hayman Private Equity" yaradılacaq birgə müəssisə üçün öz tərəfindən 500 milyon dollar ayıracaq. Sonrakı yazışmalarda Bler amerikalı ortağına bildirib ki, HSBS bankından 6 milyard avroluq kredit qarantiyası alıb və kredit xəttinin açılması üçün ortaqlar depozit olaraq 400 milyon dollar qoymalıdır. Məhkəmə sənədlərinə əsasən 2010-cu ildə birgə müəssisəni maliyyələşdirmək üçün Blerin Avstraliyadakı bankından "Royal Bank" vasitəsilə 200 milyon dollar köçürülməsi qərarlaşdırılıb. "Lakin "Hayman Private Equity" investisiya şirkətinin 1,5 milyard dollarlıq aktivlərinin yerləşdirildiyi Azərbaycan bankı ilə bağlı problem meydana çıxıb və maliyyələşmə təxirə salınıb" - deyə qəzet yazır. Xatırladaq ki, İran və ABŞ pasportları daşıyan Fuad Cam və qardaşı Əli Cama məxsus olan "Royal Bank"ın lisenziyası iri həcmdə şübhəli maliyyə transferləri həyata keçirdiyinə görə geri alınıb. Bank müflis elan edilərək bağlanıb və əmanətçilərin 58 milyon manat pulu batıb. Bankın İrana aid pulların beynəlxalq sanksiyalardan yayındırılaraq transferini də həyata keçirdiyi məlum olmuşdu. Hazırda bankın rəhbərləri axtarışdadır. Livanın keçmiş baş naziri Rafiq Həriri və digər xarici hökumət rəhbərləri ilə əlaqələrinin olduğunu deyən avstraliyalı maliyyəçinin investisiya fondunun "Royal Bank"da saxladığı 1,5 milyard dollarlıq aktivlərin sonrakı taleyi məlum deyil. |
2014-04-29 | 16,059 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında aprelin 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərində zəif duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 9-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. |
2014-04-29 | 16,060 | Peşəkar boksçu Rusiyadan imtina etdi | Olimpiya çempionu, hazırda isə peşəkar bokçu Aleksandr Usik Rusiya vətəndaşlığından imtina edərək, Krımdakı evindən getməli olub. "Axar.az" xəbər verir ki, o, açıqlamasında belə qərara gəlməsini ukraynalı olması ilə izah edib. Məsələyə munasibət bildirən peşəkar boksçu bunları deyib: "Doğrudur, mən Krımı tərk etmək məcburiyyətində qaldım. Amma qətiyyən Simferopola, öz doğma evimə gəlməkdən qorxmuram. Çunki burada mənim yaxınlarım, valideynlərim yaşayır. Evim buradadır, uşaqlarım burada doğulublar. Pasportumu da dəyişmək fikrində deyiləm. Çunki mən ukraynalıyam, Krım isə Ukraynaya məxsusdur". Xatırladaq ki, peşəkar boksda debüt edən Usik keçirdiyi 3 qarşılaşmanın hər birində qalib gəlib. Kliçko qardaşlarının ona böyük dəstəyi var. |
2014-04-29 | 16,061 | Leyla Yunus və əri aeroportda həbs edildi | Tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də saat 23-30 radələrində Bakı hava limanında Qətərin Doha şəhərinə gedərkən saxlanılıb. Sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər. Amma Leyla və Arif Yunusu müşayiət edən Qərb diplomatları – Fransa səfiri və Amerika səfirinin müavini prezident administrasiyasının müavini Novruz Məmmədovla danışdıqdan sonra, onları sərhəddən buraxıblar. Daha sonra Leyla Yunus və əri təyyarəyə minərkən yenidən saxlanılıblar. /Turan/ Xatırladaq ki, tanınmış jurnalist Rauf Mirqədirovun həbsindən sonra Ermənistanla əlaqələrdə Leyla və Arif Yunusların da adı keçirdi və L.Yunus mediaya açıqlamasında özünün həbs ediləcəyinə dair şübhələrini ifadə etmişdi. |
2014-04-29 | 16,062 | Hitlerin bələkdəki fotolenti... | Yeva Lipska Yeva Lipska 1945-ci il oktyabrın 8-də Krakovda dünyaya gəlib. Hələ lisey zamanı (1961) "Krakov qəzeti"ndə şairə kimi debüt edib. 1963-cü ildə İncəsənət Akademiyasında təhsil almağa başlayıb. 1964-cü ildən "Ədəbi həyat" və "Polşa gündəliyi"ndə şeirlərini çap etdirib. Dörd il sonra o, Polşa Yazıçılar Birliyinin sırasına qoşulub, 1989-cu ildən Polşa Yazıçılar Assosiasiyasının təsisçisi və üzvüdür. 1991-2001-ci illərdə Vyanada Polşanın səfiri kimi çalışıb və həmçinin Polşa İnstitutuna rəhbərlik edib. Hazırda Krakovda yaşayır və işləyir. Polşa və Avstriya PEN Klublarının və Polşa Elmlər Akademiyasının üzvüdür. Ünlü ədəbiyyat mükafatları laureantıdır. Beynəlxalq poeziya festivallarının iştirakçısıdır. Onun şeirləri bir çox Avropa dillərinə tərcümə edilib. Bayramlarda Bayramlarda nəhayət, istəsən telefon sönər. Əgər Tanrı doğulsa, qonşu qız qapını döyər. "Kasablanba" kinofilmində sujetdən kənara çıxmalara baxıram həmişəki şakərimlə. Tənhalığımla əylənirəm. Üstəgəl ballı isti süd. Mənim altıncı barmağım hərfləri taqqıldadır. Heç nə yazmaram daha. Gecənin davamı toxunulmazdı. Çəkdiyi portret üçün poza verən qadın Çəkdiyi portret üçün poza verən qadın üç saata qırx beş zlot alacağı haqda düşünür. Baharın gəlişinə yaşıl plaş, yaşıl uzunboğaz corab almağa. Məncə, qadının qırx yaşı olar və onun üzünboğaz corabı axır ki, imkan verdi mənə zəhər qoxusu verən zümrüd yaşıldan istifadə etməyə. Amma mənim çəkdiyim rəsmdə onun ilk üz qırışları (açıq oxra) pozalardakı uzun fasilələrdə gözlənilmədən dağılır. Zoomağazalar Zoomağazalar. Mənim uşaqlığımın tədric olunmuş düşərgəsi. Tutuquşular. Sarı bülbüllər. Məhbəsin xəstə qoxusu. Dirilər günündə Dirilər günündə ölülər onların məzarı üstünə gəlirlər - şamlar yandırırlar məzarların çoxpilləli damlarında mərkəzi istilik sisteminin köməyi ilə payızgülü əkirlər Sonra liftlərlə öz gündəlik işlərinə gedirlər ölümə... Cəhd Bir-birimizlə danışmağa cəhd edəndə başa düşdük ki, fərqli dillərdə danışırıq Ortaq dildə danışmağa başlayanda danışığımız əlimizdən alındı Yuxarıya qalxanda isə artıq bizi yalnız ölülərin kölgələri birləşdirirdi. * * * Ölümə inanmayan şeirlər üçün əlbəttə ölməyə dəyər Belə Elə yazılsın ki, kasıb desin: - bax, bu puldu. Can verənsə: Bax - ad günüdü. Bəlkə yaxşı olacaq Bəlkə mən bu evə qayıtsam yaxşı olar. Yeddinci mərtəbəyə qalxaram. Həmin mənzilə zəng edərəm. - Onlar çoxdan köçüblər. - Hə - dedim - amma unudublar onları birləşdirən yatağı götürməyi. Daimi çıxışı olan otağı. Əl görüşmələrinin həniri. Unudublar skripkanın melodiyalarını. Unudublar dəhliztək uzun gecələri. Tuneldə hökm sürən gecə haqqında. Unudublar on yeddi il bundan qabaq hər səhər saat səkkizdə məktəbin birinci "B" sinfinə gedən uşağı. Həmişə dolabın sol küncündə qalan qəzetə bükülmüş ümidi. Və yağış keçirməyən plaşı. Axı siz özünüz anlayırsınız-yağış. Və ən çox da bu yağış... Nömrə bir Nə olsun ki bizim planet rezervasiya olunub. Ay torpaq kadastrına yerləşdirilib. Günəş notarial aktda qeyd olunub. Şəhərlər nömrələnib. Küçələr borcdadı. Tale-çoxmənalı rəqəmdi. Yeni müharibələr Onsözlük daşınmaz əmlak altında sığortalanıb. Ümidin ağlasızmaz qiyməti açıq hərracdadır. Nə olsun ki sevgi həmişə külək əsdirən NÖMRƏ BİR budaqdı və həmişə bizə tərəf əyilir. Biz şəkilləri gözdən keçiririk Sənin baban kimdir və bundan nə nəticə çıxartmaq olar? Cümə və şənbə günlərinin yaranışının biri-birinə nə dəxli var? Hardan peyda oldu sənin qulağına pıçıldayan göyərçin? Niyə sənin yuxuların belə uzaqlara gedib çatır? Bizim zamandan çox-çox uzaqlara. Biz Hitlerin bələkdəki fotolentini gözdən keçiririk. Bu dünyanı silkələyən başqa körpələrin fotolentini gözdən keçiririk. Sabun operası Kişi deyir, varam Qadın deyir ki, yox. Qadın deyir, varam. Kişi deyir, yox. "Söhbət nədən gedir? - Soruşurlar poeziyasevərlər. - - Məhəbbət haqqında? Ya Tanrı haqqında?" David Bekhemin ətrafında Sabun operası. "Mançester Yunayted" ariyası. Cərimə zərbəsi heç nəyi həll etmir. Həyatın sona çatmayan oyunu. "Söhbət nədən gedir?" - Soruşurlar poeziyasevərlər. "Məhəbbət haqqında. - barmen dilucu söz atır - onların əmlakıdır, onlar da talan edir". Tərcümə etdi: Rafail Tağızadə |
2014-04-29 | 16,063 | Məşhur terror təşkilatı Krımı tərk etdi | "Hizb ut-Təhrir əl-İslam" təşkilatı fəalları və üzvləri Rusiyanın işğalından sonra Krımı tərk etməyə başlayıblar. "Axar.az" xəbər verir ki, bu barədə Ümumdünya Tatar Konqresinin sədri Renat Valiullin bildirib. "Krımda və Simferopolda kifayət qədər məscid var. Bundan başqa Ukraynada kifayət qədər geniş yayılmış "Hizb ut-Təhrir" partiyası da fəaliyyət göstərir. Bu təşkilat Ukraynada qadağan olunmasa da, Rusiya tərəfindən terrorçu təşkilat elan olunub" deyə Valiullin bildirib. Onun sözlərinə görə, Krımın işğalından sonra İslam təşkilatının fəallarının əksəriyyəti Krımı tərk edib. Buna baxmayaraq, Valiullin konkret rəqəm söyləmək istəməyib. "Hizb ut-Təhrir" təşkilatı 1953-cü ildə Şərqi Qüdsdə yaradılıb. Təşkilat Avropa Birliyi, eləcə də Rusiyada terrorçu təşkilat kimi qadağan olunub. |
2014-04-29 | 16,064 | Putin Kiyevi necə işğal etmək istəyir? - Plan | Qafqaz Əmrliyinin yaydığı məlumatlarda rus ordusunun mayın 9-na qədər Kiyevi zəbt etmək istədiyi deyilir. "Axar.az" "Kavkaz çentr"ə istinadən bildirir ki, Kreml əsas zərbəni Kiyevə hazırlayır. Qeyd edək ki, hətta hücum taktikası ilə bağılı ilkin ssenarinin hazırlandığı da deyilir. Əvvəlcə havadan Kiyevə desantlar endirilir. Əsas hədəf dövlət strukturlarının binalarının ələ keçirilməsi, dövlət rəsmilərinin - Turçinov, Yaçenyuk və Parubinin saxlanılmasıdır. Eyni vaxta quru dəhlizlərdən ağır texnikanın – tankların Kiyev küçələrinə yeridilməsi planlaşdırılır. Bütün bunların sonunda Yanukoviçin Kiyevə gətirilərək legetimliyinin bəyan edilməsi nəzərdə tutulur. |
2014-04-29 | 16,065 | Pankisidən Tiflisə səsləniş: Utancverici addım atmayın! | Gürcüstanın dağlıq ərazisi olan Pankisi dərəsinin əhalisi Gürcüstan hakimiyyətinə səslənib. "Axar.az" xəbər verir ki, buna səbəb mərkəzi hakimiyyətin saxladıqları rusiyalı vətəndaşları Şimalı Qafqaz məhkəməsinə təhvil vermək istəyidir. Qeyd edək ki, söhbət Dağıstan sakini Mikail Kadiyev və çeçen Yusup Lakayevin Rusiyanın güc strukturlarına təhvil verilməsindən gedir. Əlavə edək ki, Rusiya hüquq mühafizə orqanları Gürcüstandan hər iki şəxsin ekstradisiyasını istəmişdi. Kadiyev deputatın qətlində, Lakayev isə Abxasiyada rusiyalı diplomata qarşı sui-qəsddə təqsirli bilinir. Pankisi əhalisi bildirib ki, Gürcüstan hər iki şəxsi üç gürcüyə dəyişmək istəyir. Sonuncular Tiflisin xeyrinə məxfi xəbərlər ötürməkdə suçlu bilinirlər: "Bizdə olan məlumata götə, Gürcüstan bizim gəncləri Rusiyaya təhvil vermək istəyir. Buna getmək olmaz. Hamı bilir ki, onların başına Kreml hansı oyun açdıracaq. Biz bu səbəbdən Gürcüstanın Baş prokurorundan belə addım atmamağı istədik. Bu utancverici addım onların karyerasında qara ləkə olardı". |
2014-04-29 | 16,066 | Nazarbayevdən şok: Bakı su altında qala bilər | Moskva Dövlət Universitetinin tələbələri qarşısında çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev region dövlətlərinə, o cümlədən Azərbaycana ciddi təsir edə biləсək layihələrdən danışıb. Təklifini nəqliyyat dəhlizləri ilə bağlayan qazax lider öncə Minsk, Moskva, Astana və Almatı şəhərlərini birləşdirən sürət qatarından danışıb. Daha sonra o, Qara dənizlə Xəzəri birləşdirən "Avrasiya" gəmiçilik kanalının çəkilməsinin vacibliyini bildirib. "Yeri gəlmişkən, Qara dəniz - Xəzər kanalının layihəsi hələ çarın vaxtından işlənib, amma gerçəkləşdirilməyib", - deyə Nazarbayev vurğulayıb. Qeyd edək ki, hələ Pyotrun zamanlarından bu kanalı çəkmək barədə layihələr düşünülür. Bu layihələrdə hər iki dənizi vaxtı ilə birləşdirilmiş Kuma - Manıç çökəkliyinin yenidən kanal halına salınması nəzərdə tutulur. Uzunluğu 500 kilometrə çatan çökəklik ən yüksək nöqtəsində dəniz səviyyəsindən 20 metr yüksək olur. Yəni çox xırda bir hissədə 20 metrdən bir az dərin kanal çəkməklə Xəzərlə Qara dənizi yenidən birləşdirmək mümkündür. Çökəklikdə 170-ə yaxın göl var ki, kanal çəkillərsə, bu göllər təbii yola birləşəcək. Amma bu kanalın ən mənfi xüsusiyyəti ondadır ki, o, Qara dənizlə Xəzər dənizinin səviyyəsini bərabərləşdirə bilər. Bu, gerçəkləşdirilərsə, Xəzər sahilində yerləşən bir çox şəhərlər, məsələn Qazaxıstanın Aktau, Türkmənistanın Türkmənbaşı, Rusiyanın Mahaçqala kimi iri şəhərləri su altında qala bilər. Sular Bakının mərkəzi tarixi hissəsini də götürə bilər. O cümlədən Yevlaxa qədər Azərbaycanın Mərkəzi Aran rayonları su altında qala bilər /ANS/. |
2014-04-29 | 16,067 | Saatlıda 18 yaşlı qız intihar etdi | Saatlı rayon sakini özünü asaraq intihar edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Saatlı rayonunun Mustafabəyli kənd sakini, 1996-cı il təvəllüdlü Şəmmədova Rəmziyyə Əlibala qızı aprelin 28-də, səhər saatlarında yaşadığı həyətdə ağacdan asılmış vəziyyətdə qohumları tərəfindən aşkar edilib. İntiharın səbəbi istintaq tərəfindən araşdırılır. Kənd sakinlərindən birinin bildirdiyinə görə, Rəmziyyə Şəmmədovanı sevmədiyi oğlanla nişanlanmaq istəyiblər. Elə bu səbəbdən də onun özünü asaraq intihar etdiyi ehtmal olunur. Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır. |
2014-04-29 | 16,068 | Şahzadənin 5 dostu öldürüldü | Ötən il Əfqanıstanda xidmət edən Britaniya şahzadəsi Harrinin 5 hərbçi yoldaşı vertolyot qəzasında ölüb. "Axar.az" xəbər verir ki, İngiltərənin "Sunday" qəzeti Harrinin ölən yoldaşları üçün yas saxladığını bildirib. Qəzada ölən əsgərlər örən il Harri ilə birlikdə "Army Air Corps" bölüyündə xidmət aparıblar. Bu bölüyün SAS komandosları tərəfindən hazırlandıqları bildirilib. |
2014-04-29 | 16,069 | Mətanət Əsədova ərə gedir | "Ailə qurmaq istəyəndə hamıya özüm deyəcəyəm". Bu sözləri Mətanət Əsədova ailə qurması və toy mərasiminə hazırlaşması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən "Axar.az"a deyib. Müğənni xəbərin yanlış olduğunu bildirib: "Mənə ailə qurmağımla bağlı dəfələrlə sual verilib. Hələ ki, qəti qərara gəlmədiyimi demişəm. Mən ailə qurmaq istəyəndə hamıya özüm deyəcəyəm, hətta sizlər və bütün media əhli biləcəksiniz". |
2014-04-29 | 16,070 | Rusiya ABŞ-ı hədələdi | ABŞ-ın Rusiyanın kosmik sənayesinə qarşı sanksiyaları cavabsız qalmayacaq. Bunu Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin Tvitter-də yazıb. "ABŞ bizim kosmik sənayeyə qarşı sanksiya tətbiş edib. Allah görür ki, biz xəbərdarlıq etmişik: bəyanata bəyanatla hərəkətə hərəkətlə cavab verəcəyik", - Roqozin yazıb. Xatırladaq ki, ABŞ 7 Rusiya vətəndaşı və 17 Rusiya şirkətinə qarşı sanksiyaların tətbiq edildiyini bildirib. Sanksiya siyahısıda "Rostex"in rəhbəri Sergey Çemezov da var. /Musavat.com/ |
2014-04-29 | 16,071 | Haaqada “erməni soyqırımı” abidəsinə etiraz | Türk və Azərbaycan diaspor təşkilatları Hollandiyanın Almelo şəhərində erməni kilsəsinin önündə qondarma erməni soyqırımına xatirə kompleksi tikilməsinə etiraz olaraq Hollandiya Nümayəndələr Palatası qarşısında etiraz aksiyası keçirib. "Axar.az" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, mitinq zamanı iştirakçılar müxtəlif şüarlar səsləndirib, əllərində ermənilərin bu hərəkətini pisləyən plakatlar, eləcə də Azərbaycan və Türkiyə bayraqları tutublar. Aksiyada Hollandiya Türk Kültür Dərnəkləri Federasiyasının sədri Arif Yakışır və Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın bildiriblər ki, türk ictimai təşkilatları olaraq erməni icmasının Hollandiyada insanlar arasında xaos yaradacaq qanunsuz olaraq tikdiyi kompleksin sökülməsi üçün Almelo bələdiyyəsi və müvafiq qurumları hərəkətə gətirmək üçün çağırış edirik. Diaspor təşkilatlarının rəhbərləri bu tarixi hadisələri tarixçilərdən ibarət qrupun araşdırmalı olduğunu deyiblər. Mitinqdə Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi, TOVER, UETD, Türk İslam Kültür Dərnəkləri Federasiyasının və digər təşkilatların təmsilçiləri iştirak ediblər. Ciddi təhlükəsizlik tədbirləri altında keçən aksiya insidentsiz başa çatıb. |
2014-04-29 | 16,072 | ABŞ Türkiyənin çağırışına dəstək verdi | ABŞ Misirdə 683 nəfər barəsində alınan edam qərarından narahat olduğunu bildirib. "Axar.az" xəbər verir ki, bununla bağlı olaraq Ağ Ev bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, ABŞ alınan edam qərarları ilə bağlı son dərəcə narahatdır. Ötən ay olduğu kimi bu ildə alınan qərar beynəlxalq hüququn təməl prinsiplərinə ziddir. ABŞ alınan qərarların ləğv edilməsi barədə də çağırış edib. Bəyanatda həmçinin məhkəmə sisteminin müstəqilliyin, demokratiyanın bir hissəsi olmasına baxmayaraq, bu gün alınan edam qərarlarının qeyri-sabitliyin hökm sürməsinə şərait yaratmış olacağı qeyd olunur. |
2014-04-29 | 16,073 | Baş redaktorun yanan qalıqlarının görüntüləri yayıldı - Video | İşçisini zorladığı iddia edilən "Mizan Tərəzi" qəzetinin baş redaktorunun istintaq videosu yayılıb. Mobil telefona çəkilmiş kadrlarda "Mizan Tərəzi" qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyitinin qalıqları əməliyyatçılar tərəfindən aşkarlanıb. Kadrlardan belə bəlli olur ki, Sadiq Soltanov yandırıldıqdan sonra basdırılıb. Ehtimala görə, baş redaktorun meyidi yandırıldıqdan sonra tikilinin altında qalıb. Kadrlardan görünür ki, redaktorun yanmış meyidinin qalıqları yerdən qazılaraq götürülür. S.Soltanovun qəsdən öldürülməsində şübhələr üçün əsaslar olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. /ANS/ |
2014-04-29 | 16,074 | Məşhur aktyoru “bomj” zənn etdilər - Foto | Amerikanın ən öndə gedən aktyorlarından biri, Qızıl Qlobus mükafatına layiq görülmüş Riçard Giri səfil insan zənn ediblər. "Axar.az" xəbər verir ki, Nyu Yorkda baş verən maraqlı hadisədə zibil qabına yeməyin qalıqlarını atmaq üçün yaxınlaşan turist ona doğru gələn Riçard Giri səfil insan zənn edib və əlindəkiləri ona uzadıb. Maraqlı hadisə "Nyu York Post" qəzetində yayımlanıb. 42 yaşlı italyan turist səfil sandığı aktyor haqqında belə deyib: "Bir səfilin restoranın ətrafında yemək axtardığını görüncə ona əlimdəkiləri uzatdım, o çox ac idi". Bu sözləri italyan turist bir neçə gün sonra onun 62 yaşlı məşhur Riçard Gir olduğunu öyrənəndən sonra deyib. Və onun məşhur aktyor olduğunu bildikdən sonra şoka düşdüyünü bildirib. Qeyd edək ki, məşhur aktyorun küçədə səfil kimi gəzməyinin səbəbi yeni rol aldığı filmdir. Filmdə səfil obrazını canlandıracaq aktyor insanlarda oynadığı obrazın canlılığını yaratmaq üçün bu üsuldan istifadə edib. |
2014-04-29 | 16,075 | Xəzər Gəmiçiliyində dənizçilər etiraza qalxdı | Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bir qrup əməkdaşı işdən imtina edərək, rəhbərliklə görüşməyi tələb edib. "Axar.az" xəbər verir ki, kütləvi etiraza səbəb maaşların az olması, dənizdə üzən heyətin kütləvi şəkildə ixtisar olunmasıdır. Etirazçılar iddia edir ki, yararsız hala düşmüş onlarla gəminin istismardan çıxarılaraq doğranmasının qurbanına çevrilməli deyillər: "Keçmiş rəsi Aydın Bəşirovun zamanında hansısa yanlışlıq olubsa və şəxsi maraqlara görə gəmilər yararsız hala düşübsə, indi məcburi şəkildə doğranan o gəmilərin heyəti niyə ixtisara salınmalı, maaşları azaldılmalıdır?" - etirazçılar bildiriblər. Etirazın səbəblərindən biri də təmirdə dayanan gəmilərin üzən heyətinə ərzağının verilməməsi və ağır şəraitdə işləyən dənizçilərin əməkhaqqının az olmasıdır. Xəzər Gəmiçiliyi QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Sadıqov "Axar.az"a bildirdi ki, dənizçilərlə idarədə geniş tərkibli görüş keçirilib: "Bir qrup gəmiçi ilə QSC-nin sədri Rauf Vəliyev görüş keçirdi. Amma deyim ki, bu, etiraz deyildi, sadəcə, işçilər sədrlə görüşüb, müəyyən problemlərə aydınlıq gətirmək istəyirdilər. Görüşün məqsədi maaşların 30 % artırılması ilə bağlı idi. Qeyd edim ki, gəminin təyinatı, kateqoriyasından asılı olaraq üzən heyətin maaşları bir-birindən fərqlənir. Biz də onlara məsələni izah etdik, niyə maaşların fərqli şəkildə olduğunu dedik. Bildiyiniz kimi, qurum yeni yaradılır, belə proseslərin olmağı normal haldır. 1-2 aydan sonra maaşlar kompüterlə hesablanacaq. O zaman ortada heç bir problem qalmayacaq". |
2014-04-29 | 16,076 | “Buqatti” əfsanəsi geri qayıdır - Foto | Fransız lüks avtomobil istehsalçısı 2-ci Dünya müharibəsindən öncəyə aid əfsanə avtomobili sayılan "Type 18"-in müasir versiyası olan "Veyron 16.4 Qrand Sport -Blak Bess"i təqdim edib. "Axar.az" xəbər verir ki, vaxtı ilə dünyanın ən sürətli yol avtomobillərindən biri olan "Type 18-Blak Bess" bu gün dünya sürət rekordunu əlində saxlayan "Buqatti Veyron"un sələfi olma xüsusiyyətini daşıyır. "Edition"da iştirak edən bütün modellər kimi kimi yeni "Legends" modeli də 2.15 milyon avro satış qiymətinə sahibdir. 1.200 at gücünə sahib 8 litrlik W16 mühərriki bənzərsiz güc hasil edir. Tavanı bağlıykən saatda 408.84 km sürət toplayan yeni "Buqatti" bu günə qədər istehsal edilən üstüaçıq avtomobillərin ən sürətlisidir. |
2014-04-29 | 16,077 | Xatirə İslam burnunu kəsdirəcək | "Çoxları elə bilir ki, mən üz cizgilərimi dəyişmək üçün əməliyyat elətdirmişəm". Bu sözləri "Axar.az"a açıqlamasında müğənni Xatirə İslam burun əməliyyatı xəbəri ilə bağlı açıqlamasında dedi: "Çoxları elə bilir ki, mən üz cizgilərimi dəyişmək üçün əməliyyat elətdirmişəm. Bu belə deyil. Bildiyiniz kimi, mən bir dəfə burun əməliyyatı keçirmişəm və burun əməliyyatı sifət cizgilərini istər-istəməz dəyişir. Belə də ki, mən estetik əməliyyata pis baxmıram. Lazım gəlsə, üz cizgilərimdə dəyişiklik etmək istəsəm, əməliyyat üçün hər hansı bir həkimə müraciət edərəm. Lakin bu yaxınlarda yenidən burun əməliyyatı elətdirəcəyəm. Özümü yaxşı hiss etmirəm, burnumda məni narahat edən nəsə var". |
2014-04-29 | 16,078 | Zir-zibildən sənət əsəri yaradan rəssam - Axar TV | "İncəsənət öyrədilmir, insanın ruhunda olur" – Təəssüf ki adını xatırlamadığım dahilərdən biri deyib bu sözləri. Mən də bunu hədər yerə söyləmədim – Bu günkü həmsöhbətim adi armatur, metal parçalarından sənət əsərləri yaratmaq kimi qeyri-adi istedada malik olan Rəşad Ələkbərovdu. İstedadlı rəssam hər birimizin lazımsız hesab edərək atdığımız bu cür metal vasitələrdən maraqlı və maraqlı olduğu qədərdə qeyri-adi instalyasiyalar yaradır. Özünün dediyinə görə tullantı materiallarindan istifadə həm rahat, həm də daha ucuz baha başa gəlir və bu cür kompozisiyaların hər kəsin gərəksiz əşya hesab etdiyi materialların köməyilə ərsəyə gəlməsi insanlarda maraq yaradır. İnistalyasiyaları hazırlamaq üçün bahalı alət və avadanlıqlara ehtiyac yoxdu. Belə desək onu əsas aləti işiq və kölgədir Dünyada kölgə ilə işləyən rəssamların az olduğunu deyən Rəşad Ələkbərov hələlik Azərbaycanda bu işlə məşğul olan yeganə insandı. Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə: |
2014-04-29 | 16,079 | Qəzada türk vətəndaşı öldü | Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 326-cı kilometrliyində "TIR" markalı yük avtomobili idarəetməni itirərək qarşısında hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində yol nəqliyyat qəzası baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ağır deformasiyaya uğramış "TIR" markalı yük avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Hasan Ayan İsmət oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər H.Ayanın cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 01:35-də başa çatıb. |
2014-04-29 | 16,080 | Nazirlikdə Belçika nümayəndə heyəti ilə görüş keçirildi | Energetika Nazirliyində Belçika nümayəndə heyəti ilə görüş keçirilib. "Axar.az"ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, Belçikanın Valoniya regionunun İxrac və İnvestisiyalar Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan şirkət nümayəndələrindən ibarət heyəti qəbul edən energetika nazirinin müavini Natiq Abbasov ölkəmizin son illər əldə etdiyi iqtisadi uğurlar barədə məlumatlar verib. O, Azərbaycanın Avropa İttifaqının etibarlı ticarət tərəfdaşına çevrildiyini qeyd edib və belçikalı iş adamlarının Azərbaycandakı fəaliyyətini təqdir edib. Nazir müavini Azərbaycanın əsas makroiqtisadi göstəriciləri, cari və perspektiv iqtisadi potensialı, investisiya imkanları və infrastruktur layihələri barədə də ətraflı məlumatlar verib. Belçikanın "Tractebel engineering" şirkətinin nümayəndəsi Thierry Cardinael səmimi qəbula görə təşəkkürünü bildirib. O, bir sıra təkliflərlə çıxış edib. Görüş ölkəmiz və ümumilikdə qarşılıqlı maraq kəsb edən layihələrlə bağlı sual-cavablarla davam etdirilib. |
2014-04-29 | 16,081 | "Titanik"dən son məktub: “Burada hər şey çox gözəldir” | Məşhur "Titanik" gəmisindən sağ çıxan bir sərnişinin gəmi batmamışdan bir neçə saat əvvəl yazdığı məktubu İngiltərənin "Henri Olric & Son" Hərrac Evinin təşkil etdiyi hərracda 101 min funta (təxminən 170 min dollar) satılıb. "Axar.az" xəbər verir ki, hərrac dünən İngiltərənin cənubundakı Viltşirdə keçirilib. "Titanik"in sərnişini Ester Hartın Londonda yaşayan anasına yazdığı bir məktub hərraca çıxarılıb. Məktub gəmi sərnişinlərinə aid sonuncu sənəd hesab olunur. Məktubun "Titanik"in aysberqə çırpılaraq batmamışdan səkkiz saat əvvəl yazıldığı bildirilir. Hərrac Evi məktubu 80-100 min funta satmağı planlaşdırırdı. Məktubun qeyri-adi olduğunu bildirən satıcı Endrü Olric belə deyib: "Bu, gəminin Atlantik okeanında batdığı gün yazılan tək məktubdur". Burada hər şey möcüzədir Ester anasına yazdığı məktubda gəmidə keçirdiyi günlərlə bağlı məlumatlar çatdırıb: "Burada hər şey çox gözəldir. Sabah gecə gəmidə konsert veriləcək". Qəzadan 7 yaşlı qızı Həvva ilə birlikdə xilas olmağı bacaran Esterin bu sətirlərindən bir saat sonra Titanikin batdığı qeyd edilir. Ester və qızı qəzadan qurtulsa da, bu, həyat yoldaşı Bencaminə qismət olmayıb. |
2014-04-29 | 16,082 | Ömrümüzün yarısını yuxuda keçiririk | Ömürünüzü necə keçirdiyinizi heç düşünürsünüz? Ortalama ömrünüzü nəyə xərcləyirsiz? Bu nəticələri görəndə, əslində yaşamaq üçün nə qədər az vaxtınızın olduğunun fərqinə varacaqsınız. İnsan həyatı boyu nə qədər yol gedir, nə qədər söz danışır, nə qədər yatır, gəzir neçə il işləyir? Alimlər əslində yalnız beş il yaşadığımızı iddia edir. Baxın insanın ortalama həyatı necə keçir - 2 üzmə hovuzu dolduracaq qədər tüpürcək ifraz edir. - 25 min at gücü enerji xərcləyir. - 300 ton ağırlıq qaldırır. - 105 gün suda qalır. - 26 il yatır. - Ortalama 2 ilini telefonla danışaraq keçir. - 130 min km yol gedir. - 90 milyon söz danışır. - 18 il ayaqüstə dayanır. İnsanın maddi dəyərlərinə gəlincə isə: - Bir insanda 7 qəlib sabun hazırlayacaq qədər yağ var. - Orta boy mismar edəcək qədər dəmirə sahibdir. - Bir qəhvə fincanını dolduracaq qədər şəkər var. - Kiçik bir toyuq hinini dolduracaq qədər çirk var. - 2000 kibrit hazırlayacaq qədər fosfor var. - Kiçik bir topun atımına çatacaq barıt üçün kalium var. Bir insan ortalama 70 il yaşayar. Bunun yarısını gecə yaşayar və bu müddətdə ümumiyyətlə yatar. Geriyə 35 il qalır. Bu 35 ilin 5 ili uşaqlıqdaykən keçər və aydın olmaz. 5 ili də yaşlanınca gedər və həyatın bu qisimindən də çox bir şey aydın olmaz. Geriyə 25 il qalar. Bu 25 ilin 15 ili işləyərək keçir, geriyə 10 il qalır. Bir də tualet və duş kimi ihtayaclar var ki bunlara da 5 il sərf olunur /ANS/. |
2014-04-29 | 16,083 | Cəbhədə atışma: atəşkəs 27 dəfə pozuldu | Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 27 dəfə pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında, Göygöl və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-04-29 | 16,084 | Libermanın Bakı səfəri: niyə 5 gün? | "Azərbaycan və İsrail artıq münasibətlərini bəlli bir bünövrə üzərində qurmağa başlayır və inkişaf etdirir". Bu sözləri "Axar.az"a politoloq Qabil Hüseynli İsrail Xarici İşlər naziri Avidqor Libermanın Bakıya 5 günlük səfəri ilə bağlı açıqlamasında deyib. Politoloq Libermanın səfərinin heç kimin zərərinə olmadığını düşünür: "Bu inkişaf hər iki dövlət üçün olduqca əhəmiyyətlidir. Çünki münasibətlərin inkişafı İsrail haqqında formalaşmış anti-müsəlman əhvalını dağıtmaqla yanaşı, onun həm də postsovet məkanına çıxışına və Azərbaycanda möhkəmlənməsinə gətirib çıxarır. Bu baxımdan, Azərbaycan İsrail ilə iqtisadi və hərbi sahədə əməkdaşlıqdan bəhrələnə bilər. Digər tərəfdən, son zamanlar İranın Azərbaycana müəyyən jestləri, xüsusilə İran-Azərbaycan münasibətlərindəki tərəqqi İsrailin müəyyən dairələrində təşviş hissi yaradır. Və onlar bilirlər ki, bu tərəqqi anti-İsrail cəbhəsinə yeriyir. Ancaq onlar yenə də münasibətlərin inkişafı ilə bağlı real təhdidlərlə üz-üzədirlər. Həm də onlar münasibətlərin inkişaf etdirilməsinə baxış etmək fikrindədir". Politoloqun fikrincə, Azərbaycan ölkələrlə ikitərəfli münasibətləri öz qurur və bu münasibətlərin birinin digərinə heç bir təsiri yoxdur: "Azərbaycanın hansısa ölkəylə münasibətləri onun digər ölkələrlə münasibətlərinə qətiyyən zərər vura bilməz. Hesab edirəm ki, Liberman kimi bir şəxsin ölkəmizə səfəri İsrail-Azərbaycan münasibətlərinə çox pozitiv təsir göstərəcək və əhəmiyyətli rol oynayacaq. Bu görüş yalnız həm İsrail, həm də Azərbaycan üçün müsbət hadisədir". Qabil Hüseynli həm də Libermanın Azərbaycanda bir diplomat üçün kifayət qədər böyük zaman sayılan 5 günlük səfərinin mahiyyətinə də toxundu: "Libermanın Azərbaycanda 5 gün qalması olduqca maraqlıdır. Böyük ehtimalla, Bakıda ciddi danışıqlar gedəcək. O, səfəri zamanı Azərbaycandakı yəhudi diasporası ilə də yaxından maraqlanacaq. Yəqin ki, yəhudilərin çox olduğu Qubaya da səfər edib onların qonağı olacaq. Bilirsiniz ki, yəhudi pasxası da başlayır. Ehtimal ki, bu bayramda dağ yəhudiləri ilə birgə olacaq və bayramı onlarla birgə qeyd edəcək. Səfərinin məqsədinin də sırf bununla əlaqədar olduğunu dünyaya nümayiş etdirməyə çalışacaq. Həmçinin Liberman bununla soydaşlarının qəlbini oxşamaq üçün prinsipial bir addım atmış olacaq". Xatırladaq ki, təkcə öz ölkəsində deyil, bütün dünyada xarici siyasət və diplomatiya sahəsində nüfuzlu düşüncə sahiblərindən sayılan Liberman Türkiyəyə yönəli sərt mövqeyi ilə seçilir və siyasi dairələrdə "türk düşməni" kimi tanınır. Onun Azərbaycana səfəri və bu səfərin 5 gün çəkməsi həssaslıqla izlənilir. |
2014-04-29 | 16,085 | Ermənipərəst konqresmen həbs edildi | Nümayəndələr palatası üzvünün qanunsuz olaraq fast-fud restoranı işlətdiyi aşkarlanıb. ABŞ-ın Nümayəndələr Palatasının ermənipərəst konqresmeni Maykl Grimin adı qalmaqalda hallanıb. Məlumata görə, qalmaqal onun konqresə seçilənə qədər işlətdiyi "Healthalicious" adlı fast-food restoranı ilə bağlı yaranıb. Konqresmen ötən gün həbs edilib. Buna səbəb isə onun adıçəkilən restoranı qanunsuz olaraq işlətməsi olub. 4 əvvəl seçkilər ərəfəsində restoranda maliyyə problemləri baş vermişdi və bununla əlaqədar qanun pozuntularına yol verildiyi bildirilmişdi. /ANS/ |
2014-04-29 | 16,086 | Xəzər dənizində zəlzələ oldu | Xəzər dənizində zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verirlən məlumata görə, bu gecə yerli vaxtla saat 01:51:32-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanların maqnitudası 3,5, dərinliyi isə 58 km olub. Zəlzələ hiss olunmayıb. |
2014-04-29 | 16,087 | “Azercell” abunəçilərini aldadan fırıldaqçılar peyda olub | "Azercell" abunəçilərini aldadan fırıldaqçılar peyda olub. Bu barədə adıçəkilən mobil operatorun istifadəçiləri "Axar.az"a məlumat verib. Aldadılan abonentlərin əsasən "Azercell"in abunə xidmətindən istifadə edənlər olduğu qeyd edilir. Fırıldaqçılar xidmətlərində olan, ancaq başqa adamın adına qeydiyyata alınmış nömrələrdən (sonradan nömrə ilə onları rahat tapmaq mümkün olmasın deyə) fakturalı xətt nömrələrinə sms yazaraq, onların balansına müxtəlif məbləğdə pul yükləndiyi bildirişini göndərirlər. Mesajın mətni bir nömrədən digərinə kontur yüklənən zaman "Azercell" şirkətindən gələn mesajla tam eynilik təşkil edir. Azacıq diqqətsizlik etmək kifayətdir ki, aldanasan. Belə ki, həqiqətən balansa pul yüklənilməsi barədə mesaj alarkən mesaj "Azercell" ünvanından gəlir. Göz aldanışı ilə "Azercell"dən gələn mesajlara vərdiş etmiş abonentlər isə bəzun mesajın mətninə baxır, "göndərən" ünvanın kimliyinə diqqət etmir və beləliklə də fırıldağın qurbanına çevrilirlər. "Sim" nömrələrdən fərqli olaraq, fakturalı xətt nömrələrinin balansından istənilən zaman pul köçürməsini həyata keçirmək mümkün olduğu üçün fırıldaqçılar mesaj göndərdikləri abonentə zəng edərək, guya "yanlış olaraq" onların balansına pul köçürdüklərini bildirir və məbləğin geri göndərilməsini xahiş edirlər. Fırıldaq nəticəsində ziyana düşən abonentlər telefonlarına gələn mesajların əslində kontur yükləməsi barəsində "Azercell"in göndərdiyi məlumat olmadığını və fırıldağın qurbanı olduğunu bildikdə artıq gec olur. SMS gələn nömrələrdən onların zənglərinə və mesajlarına cavab verilmir və aldanmış nömrələr fırıldaqçılar tərəfindən filtrləmə vasitəsi ilə qadağan olunmuş zənglər siyahısına əlavə edilir. Mövzunu davam etdirəcəyik. |
2014-04-29 | 16,088 | Türkiyə qondarma soyqırımı tanımağa məcbur edildi | Türkiyədə səfərdə olan Almaniya prezidenti Yoahim Qauk Abdullah Güllə keçirdiyi görüş zamanı qondarma erməni soyqırımı ilə bağlı maraqlı açıqlamalar verib. "Axar.az" xəbər verir ki, Qauk görüş zamanı Baş nazir Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı verdiyi başsağlığı açıqlamasını təqdir etdiyini deyib. Qauk Türkiyənin Ermənistan məsələsi ilə bağlı ağır xatirələri olduğunu və millətin öz keçmişi ilə üzləşməsinin əhəmiyyətli olduğunu xatırladıb: "Biz günahımızı, utancımızı dilə gətirdik və bu bizə zəiflik gətirmədi və bu səbəbdən Türkiyənin belə bir addımı pozitivlik gətirdi. Hörmətli Baş nazir kimi mühafizəkar bir siyasətçinin yeni tərzi səsləndirməsi məncə yeni səhifədir. Bu mənə çox maraqlı gəldi". |
2014-04-29 | 16,089 | Yanukoviç Rusiyaya 32 milyard dollar aparıb | Ölkədən qaçan Ukraynanın keçmiş prezidenti və onun yaxın ətrafı Rusiyaya azı 32 milyard dollar pul aparıb. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, bunu Britaniyanın nüfuzlu "Financial Times" qəzetinə açıqlamasında Ukraynanın baş prokuroru Oleq Maxnitski deyib. O. Maxnitski bildirib ki, Rusiya Federasiyası V. Yanukoviç, eləcə də keçmiş baş prokuror Viktor Pşonka və keçmiş daxili işlər naziri Vitali Zaxarçenkonu rəsmən gizlədir: "Rusiyanın baş prokuroru Yuri Çayka açıq bəyan edib ki, Rusiya onları təhvil verməyəcək. Son operativ məlumatlara əsasən təkcə Rusiyaya bu şəxslər tərəfindən 32 milyard ABŞ dolları aparılıb". Baş prokuror qeyd edib ki, Avstriya, Lixtenşteyn və İsveçrə kimi ölkələr oğurlanaraq ölkədən kənara çıxarılan pullarla bağlı Ukrayna tərəfinin sorğularına cavab verib. İsveçrə tərəfinin bildirdiyinə görə, 2012-ci ilin sonuna olan məlumata əsasən bu ölkə banklarında Ukrayna mənşəli 2 milyard dollar pul saxlanılır. O. Maxnitski aparılan istintaq çərçivəsində Ukrayna bank sistemində şübhəlilər Viktor Yanukoviçə, prezident administrasiyasının sabiq rəhbəri Andrey Klyuyevə, sabiq aqrar siyasət və ərzaq naziri Nikolay Prisyajnyuka aid 1 milyard 300 milyon qrivna, 9,6 milyon dollar və 214 min avro vəsaitə, eləcə də bu şəxslərin əmlakına həbs qoyulduğunu söyləyib. O. Maxnitski Yanukoviç və ətrafının oğurladığı pulların ölkədə separatizmin və qətllərin maliyyələşdirilməsinə sərf olunduğunu açıqlayıb. |
2014-04-29 | 16,090 | Novruz Məmmədov Mehman Əliyevi təxribatda günahlandırdı | Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Administrasiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Leyla Yunus və həyat yoldaşı ölkəni tərk edərkən onun təsiri ilə saxlanılmasına münasibət bildirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, N. Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu, xəbəri yazan agentliyin təxribatıdır. Şöbə müdiri qeyd edib ki, onun tərəfindən belə bir göstəriş, təsir olmayıb və yayılan xəbərlərin əsası yoxdur: "Səhv etmirəmsə bunu "Turan" agentliyi yaymışdı. Bu xəbər məni çox təəccübləndirdi. Guya onlar təyyarə ilə xaricə gedən zaman mən kiməsə demişəm ki, onları təyyarəyə buraxıb sonra isə saxlasınlar. Bu tamamilə yalandır, bu xəbəri yayan agentlik birbaşa təxribatla məşğuldur. Bu, bilərəkdən ictimaiyyəti çaşdırmaqdır". Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunusla həyat yoldaşı Arif Yunus aprelin 28-də Bakı aeroportunda saxlanılıblar. Hazırda Leyla Yunus Baş Prokurorluqda ifadə verir. |
2014-04-29 | 16,091 | Markesin ölümü Fidel Kastronu sarsıdıb | Əfsanəvi inqilabçı, Kubanın keçmiş lideri Fidel Kastro ilk dəfə Qabriel Qarsiya Markesin ölümü barədə danışıb. "Axar.az" xəbər verir ki, Markesin ölümündən sonra F.Kastronun bu barədə heç bir açıqlama verməməsi kubalı liderin sağlamlığı haqqında müəyyən şübhələr yaratmışdı. Kubalı liderin yaxın dostu Markesin ölümü haqqında şərhi özünü çox gözlətməyib. Ancaq bu barədə Kastronun köməkçisi Mişel Diaz danışıb. Onun sözlərinə görə, Markesin ölümü Kastroya dərindən təsir edib: "Markesin ölümündən sonra ümidsizliyə qapılıb. Fidel çox həssas bir insandır. İndi onun dost itirən yaşı deyil. Yoldaşlarının ölüm xəbəri ona çox pis təsir edir. Fidel hər dəfə Markesin Kuba inqilabı ərəfəsində ona olan dəstəyindən danışır". 87 yaşlı F.Kastro Markesin ölümü ilə bağlı şəxsən özü bir açıqlama verməsə də, yazıçı ilə vida mərasiminə gül çələngi göndərməyi unutmamışdı. Qeyd edək ki, Fidel Kastro digər iki ən yaxın dostları Nelson Mandela və Uqo Çavesin ölümündən sonra da sükutunu pozmamışdı. Köməkçisinin sözlərinə görə, o, yoldaşlarının ölümündən sonra heç kəslə nə danışmaq, nə də görüşmək istəyir. |
2014-04-29 | 16,092 | "Ramil Səfərovun təhlükəsizliyi təmin olunur" | Hərbçi Ramil Səfərovun bütün təhlükəsizliyi təmin olunur. Bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. PA rəsmisinin sözlərinə görə, Ermənistan tərəfindən müxtəlif mənbələr istədikləri informasiyanı mətbuata gətirirlər: "Bizim onların hamısına reaksiya verməyimizə ehtiyac yoxdur. Ramil Səfərov Azərbaycan vətəndaşıdır, onun bütün təhlükəsizliyi qorunur və düşünürəm ki, ona heç bir təhlükə yoxdur"/Trend/. |
2014-04-29 | 16,094 | Rus ordusu Ukrayna sərhədindən çəkildi | Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Pentaqon rəhbəri Çak Heygel arasında telefon danışığı baş tutub. "Axar.az" xəbər verir ki, tərəflər Ukraynada baş verən prosesləri müzakirə ediblər. Rusiyalı nazir bildirib ki, Kreml Kiyevlə döyüşmək istəmir və artıq gərginliyin azaldılması istiqamətində addımlar atır. Onun sözlərinə görə, artıq təlimlər başa çatıb və rus ordusu öz daimi yerinə qayıdıb. Şoyqu telefon danışığı zamanı Ukrayna tərəfini sərhəddə vəziyyəti gərginləşdirməkdə ittiham edib: "Rusiyanın hərbi təlimlərə başlamasından əvvəl Ukrayna "terrorizmlə mübarizə" adı altında sərhəd bölgələrinə 80 tank, 130-dan çox PDM və zirehli transportyorlar, 60-a yaxın artilleriya və minomyotlar, hətta döyüş təyyarələri yığdı. Ukrayna hərbçilərinin sayı 15 mini keçmişdi. Kiyevin bu addımı Rusiyanı sərhəddə hərbi təlim keçirməyə məcbur etdi". |
2014-04-29 | 16,095 | “Real”ın ölüm-qalım savaşı | Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək. "Axar.az" xəbər verir ki, ilk qarşılaşma Münhendə keçiriləcək. "Bavariya" səfərdə məğlub olduğu (0:1) "Real"ı qəbul edəcək. Sabah isə Madriddə qolsuz bərabərliyə razılaşan komandalar – "Çelsi" və "Atletiko" Londonda üz-üzə gələcək. |
2014-04-29 | 16,096 | Vergilər Nazirliyi nurçulara cavab verdi - Rəsmi/Yeniləndi | 11:05 "Çağ" Öyrətim İşlətmələri Şirkəti Vergilər Nazirliyini məhkəməyə verib. Bu barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən məlumat verilib. Bildirilib ki, artıq bununla bağlı iki iclas keçirilib. Hakim Fəqan Əhmədovun sədrliyi ilə iclasa baxış aprelin 2-də, növbəti iclas isə aprelin 25-də baş tutub. Sonuncu proses zamanı məhkəmə təxirə salınıb. "Çağ" Öyrətim İşlətmələri Şirkətinin nazirliyi məhkəməyə verməsinin səbəbi isə qurumun şirkət haqqında çıxardığı qərarla bağlıdır. Şirkət nazirlikdən vergi qərarının ləğv edilməsini istəyir. "Çağ" Öyrətim İşlətmələri Şirkəti olayla bağlı "Azvizion"a bildirib ki, mətbuata şifahi açıqlama verilmir, məlumat almaq üçün rəsmi sorğu göndərmək lazımdır. Xatırladaq ki, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Fətullah Gülən "camaatına" məxsus olduğu iddia edilir. 12:28 "Nazirliyə belə bir sorğu daxil olub. Lakin bunu şişirtmək lazım deyil. Güman ki, onlar nazirliyin hansısa vergi yoxlamaları ilə razılaşmadıqları üçün məhkəməyə müraciət ediblər". Bu barədə Vergilər Nazirliyinin Mətbuat xidməti "Publika.Az"ın "Çağ" Öyrətim İşlətmələri Şirkətinin nazirliyi məhkəməyə verməsi ilə bağlı sorğusuna cavab olaraq bildirib. Məlumatda deyilir ki, şirkətin məhkəməyə müraciət etməsi onların hüququdur: "Təkcə bu şirkət deyil, onlarla şirkət var ki, əlavə vergi hesablanıb, cərimə kəsilib. Bununla razılaşmaya bilərlər və məsələnin məhkəmə qaydasında həll edilməsi onların hüququdur. Məsələləri məhkəmə müəyyən edəcək. Əslində bu sıradan olan hadisədir. Sadəcə olaraq bu şirkət son günlər diqqət mərkəzində olduğu üçün məsələ bu qədər gündəmə gəlib". Məlumatda o da bildirilib ki, nazirlik bu məsələni tam aydınlaşdırdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək. |
2014-04-29 | 16,097 | Salyanda ər və arvad naməlum şəkildə qətlə yetirildi | Azərbaycanın Salyan rayonunda dəhşətli qətl törədilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb. Kənd sakinləri, 1939-cu il təvəllüdlü Zəkulla Nəzər oğlu Rəcəbov və onun həyat yoldaşı, 1940-cı il təvəllüdlü Gülnarə Emrul qızı Rəcəbovanın yaşadıqları evdə qətlə yetirilmiş meyitləri tapılıb. |
2014-04-29 | 16,098 | Azərbaycanda bəzi kitabxanalar bağlanacaq | "Azərbaycanda dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinə qənaət etmək üçün işləməyən kitabxanalar bağlanacaq. Belə kitabxanalar buna hazır olmalıdır". Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Kitabxanaçılarının Ümumrespublika Konfransında çıxışı zamanı deyib. Nazir kitabxanaları daha aktiv fəaliyyət göstərməyə çağırıb: "Bizə lazımsız, bərbad binada yerləşən kitabxanalar lazım deyil. Belə binalar insanları kitabxanalardan uzaqlaşdırır. Kitabxanalar insanlara ona görə lazımdır kı, buraya gəlib yaxşı, isti otaqlarda kitablar, qəzetlər oxusunlar". Ә.Qarayev deyib ki, yerlərdəki insanlar öz işlərini normal qura bilməsələr, kitabxanalar da öz labüdlüyünü getdikcə itirəcək. Nazirin sözlərinə görə, kitabxanalarda lazımsız ədəbiyyatların silinməməsi, lazımlı ədəbiyyatların məhv edilməsi halları da olur. Ә.Qarayev deyib ki, Azərbaycanda kitabxanalar şəbəkəsi vəhdətləşdirilməlidir. Kitabxanalar öz şəbəkələri hesabına bir-biriləri ilə əlaqələr qurmalıdır: "Mən nazir ola-ola mənim saytıma ancaq Milli Kitabxanaya yeni nəşrlərin gəlməsi barədə məlumat daxil olur, başqa heç bir kitabxanaya yeni nəşrin gəlməsi barədə məlumat daxil olmur. Kitabxanaların saytlarında hansısa ədibin qeyd edilmiş yubileyi barədə məlumatlar olur. Bu informasiyaları saytlarında illərlə saxlayırlar. Köhnə yeməyi yemək olar?! İnformasiya da belədir. İnsanlar yeni informasiya almaq istəyirlər. Әgər şəbəkə bunu edə bilmirsə, demək, şəbəkə müflisləşib"/Trend/ |
2014-04-29 | 16,099 | Azərbaycanlı müğənni xəstəxanaya yerləşdirildi | Müğənni Azəri Günel Zeynalova dünən gecə xəstəxanaya aparılıb. Bu barədə sosial şəbəkədə yazan sənətçi özünü pis hiss etdiyini bildirib. O, miqrendən əziyyət çəkdiyini, həkim müdaxiləsindən sonra vəziyyətinin yaxşılaşdığını vurğulayıb /Axşam.az/. |
2014-04-29 | 16,100 | Əhmədlidə çayxana yanır – Video | Yanğın Əhmədli qəəbəsi general Mehmandarov küçəsində yerləşən "555" adlı çay evində olub. "Axar.az" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən və bir Təcili Tibbi Yardım briqadası cəlb olunub. Xəsarət alanlar barədə məlumat yoxdur. Hadisə ilə bağlı daha ətraflı məlumat veriləcək. |
2014-04-29 | 16,101 | Saakaşvili Bakıda yenə Rusiyanı vurdu | "Krımla Qarabağ arasında oxşar cəhtlər var". Məlumata görə, bunu Bakıda səfərdə olan Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, əslində, Rusiya bununla Krımda separatizmi leqallaşdırır. M.Saakaşvili deyib: "Biz özümüz də bununla üzləşmişik. Cavaxetiyada baş verənlər Rusiyanın bilavasitə iştirakı ilə olur. Cavaxetiyada dəmir yolu mövcuddur. Rusiya bu dəmiryolunu öz nəzarətinə keçirməyə çalışır. Rusiyanın separatizm siyasəti nəticəsində Cavaxetiyadakı dəmiryolu blokada vəziyyətinə düşəcək. Bu isə Azərbaycanın və Gürcüstanın Avropaya çıxışını bağlayacaq. Rusiyanın əsas məqsədi də budur". Publika.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, əslində, Rusiya bununla Krımda separatizmi leqallaşdırır. M.Saakaşvili deyib: "Biz özümüz də bununla üzləşmişik. Cavaxetiyada baş verənlər Rusiyanın bilavasitə iştirakı ilə olur. Cavaxetiyada dəmir yolu mövcuddur. Rusiya bu dəmiryolunu öz nəzarətinə keçirməyə çalışır. Rusiyanın separatizm siyasəti nəticəsində Cavaxetiyadakı dəmiryolu blokada vəziyyətinə düşəcək. Bu isə Azərbaycanın və Gürcüstanın Avropaya çıxışını bağlayacaq. Rusiyanın əsas məqsədi də budur". /Publika.az/ |
2014-04-29 | 16,102 | "Bu ölkədə mənə heç kim heç nə edə bilməz" | Polis mayoru ictimai fəalı ona "torba tikməklə" hədələyib. İctimai-siyasi fəal Bəxtiyar Hacıyev məruz qaldığı dələduzluq (onun 30 min manat pulunu etibardan sui-istifadə edib alıblar və geri qaytarmırlar) faktı ilə bağlı polis bölməsində olarkən başına gələnləri yazaraq, sosial şəbəkədə paylaşıb. Onun qeydlərini kiçik ixtisarlarla (bidədəb ifadələri çıxarmaqla) oxuculara təqdim edirik: "Bu gün səhər telefonuma zəng gəldi və məni Sabunçu RPİ, 13-cü polis bölməsinə izahat vermək üçün dəvət etdilər. Günorta saat 3 radələrində ora getdim, izahat yazmağa başlayanda dedilər ki, qalxın ayağa, rəis gəlir. Polis mayoru İltimas Yusifli otağa girdi, girən kimi üstümə gəlib dedi: "Ə, gi....., ə sən kimsən ki, kimisə narahat edirsən?"i. Mən ondan soruşdum ki, bu nə danışıqdır? O isə eyni tərzdə, təhqir, səviyyəsizlik, əxlaqsız ifadələrlə danışmağa davam elədi, sinəmdən, qolumdan tutub itələməyə başladı. Mən də "eybi yox, siz nə deyirsiniz, deyin, nə edirsiniz, edin, mən də müraciət edərəm" dedim. O isə "kimə müraciət edəcəksən, kimə güvənirsən ə?" dedi. Mən ona bildirdim ki, onun davranışından prezidentə şikayət edəcəm. O isə cavabında "get kimə istəyirsən, şikayət elə, nə p.. yeyirsən, ye, bu ölkədə mənə heç kim bata bilməz, kimə arxalanırsansa, kimə güvənirsənsə, hamısı mənim ... dedi. Mən bu sözlərdən dəhşətə gəldim. Onunla danışmağın mənasız olduğunu görüb, bu gün əlaqə saxlamalı olduğum bir rəsmi şəxslə danışmaq istədim. O isə telefonu əlimdən dartıb alıb, atdı bir kənara. Başladı yanındakı polis işçilərinə tapşırmağa ki, aparın bunu narkoloji dispanserə, oradan bir rəy alın ki, bu narkomandır, gəldi bizi təhqir etdi, şöbəni dağıtdı, həm də cibinə də bir şey atın, tutun basın içəri. Özü də telefonumu götürüb getdi. Mən bir xeyli gözlədim, həmin müddətdə polis əməkdaşları məni həbs etdirmək üçün raport tərtib edirdilər. Bir neçə dəfə telefonla danışmaq, vəkilimlə əlaqə saxlamaq istəsəm də, nə telefonla danışmağa, nə də çıxıb getməyə icazə vermədilər, binadan uzaqlaşmaq istəyəndə qolumdan tutub dartır, içəridə qalmağı əmr edirdilər. Bir müddət sonra rəis yenidən ora gəldi. Başladı ki, sən nurçusan, "Nida"çısan, sənə istədiyim şeyi "yapışdıra" bilərəm və səni tutduraram. Sonra aktrisa Mətanət Əhmədovanı çağırtdırdı, gətirdi və onun, mənim və polis əməkdaşlarının yanında Mətanətə tapşırdı ki, Mətanət "Bəxtiyar Hacıyev məni özünü öldürmə həddinə çatdırıb" məzmunlu ərizə yazsın. Rəis dedi ki, narkotika ilə olmasa da, bununla səni tutduracam, sən müxalif düşüncəli adamsan, nurçusan, nə istəsəm edəcəm, heç kim də mənə heç nə edə bilməz, heç kim də səni müdafiə etməyəcək. Mən isə ona təkrar "eybi yox, əvvəl-axır mən vəkilimlə və ya kiminləsə əlaqə saxlayacam, bu addımlarınıza görə cavab verməli olacaqsınız, prezidentə də şikayət edəcəm" dedim. İltimas Yusifli yenə eyni ədəbazlıqla, yekəxana tərzdə kresloda qışqıraraq "dedim axı, nə istəyirsən elə, bu ölkədə mənə heç kim heç nə edə bilməz, kimsə nə etmək istəsə,...(biədəb ifadələr)" dedi. Sonra axşam saat 8 radələrində məni iki polis əməkdaşı Sabunçu Rayon Məhkəməsinə apardılar. Orada hakim Mehriban Qarayevaya raport təqdim etdilər ki, mən guya polis şöbəsinə gəlib, onları təhqir etmişəm. Hakimə bildirdim ki, mən öz vəkilimlə iştirak etmək istəyirəm. Hakim əvvəl prosesi sabaha təxirə saldı. Sonra isə bildirdi ki, raport düzgün təqdim edilməyib, ona görə də məhkəmə filan yoxdur, polis işçilərinə tapşırdı ki, mənim telefonumun şöbədə saxlanması qanunsuzluqdur və dərhal qaytarılmalıdır. Maraqlıdır, dələduzları qoruyan, onlara görə məni təhqir edən, qanunsuz olaraq telefonumu əlimdən alan və ən nəhayət, dəfələrlə Prezidentə müraciət edəcəyimi deyəndə hər dəfə "kimə arxalanırsansa ..." ilə başlayan təhqirləri edəcək qədər özünə güvənən bu mayor kimə arxalanır? Bu ölkədə lazım gələndə general da həbs edirlər, generalın bacısı oğlunu da, nazir də, deputat da. İndi görək, bu məsələyə rəsmi orqanlar necə münasibət bildirəcəklər? "Prezidentə müraciət edəcəm" deyəndə o ifadələri işlədən şəxsi polis orqanlarına layiq biləcəklərmi?" /Musavat/ |
2014-04-29 | 16,103 | Yanukoviçə məxsus malların sərgisi açıldı – Foto | Kiyev şəhərində keçmiş prezident Viktor Yanukoviçin Mejiqoryedəki bağ evində aşkarlanan nadir eksponatlardan, qiymətli şəkillərdən və bahalı zinət əşyalardan ibarət sərgi açılıb. "Axar.az" xəbər verir ki, təqdim olunan 518 adda eksponatın ümümi dəyəri 50 miyon dollar civarında dəyərləndirilir. Xatırladaq ki, dövlət başçısı kürsüsündən devrilən sabiq prezident Viktor Yanukoviç hazırda Rusiyadadır. |
2014-04-29 | 16,104 | Ukrayna - Rusiya sərhədində Azərbaycan vətəndaşı saxlanıldı | Ukrayna- Rusiya sərhədini saxta pasportla keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, adı açıqlanmayan Azərbaycan vətəndaşı Belqorod vilayətindəki sərhəd-keçid məntəqəsində tutulub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Belqorod və Voronej vilayətləri üzrə İdarəsinin yaydığı məlumatda Azərbaycan vətəndaşının Ukraynadan Rusiyaya keçmək istədiyi bildirilir. Aparılan araşdırmalar zamanı məlum olub ki, Azərbaycan vətəndaşının pasportundakı məlumatlar saxtadır. Azərbaycan vətəndaşı pasportu 2010-cu ildə 1000 ABŞ dollarına aldığını etiraf edib. O, saxta pasportu Rusiya ərazisində yaşamağı leqallaşdırmaq üçün əldə etdiyini söyləyib. |
2014-04-29 | 16,105 | Tanınmış şairənin məşhurlarla sevgi xatirələri – 16+ | Tanınmış xanım yazarlarımızdandır. Gözlərinin dərinliklərində daima qüssə gizlənir. Aramızda uzun illərin dostluğu, zarafatı var. Yaradıcılığı keçdiyi həyat yolunun ifadəsidir sanki. Sevincli anları çox az olur. Amma ona uğursuz, talesiz demək olmaz. Baxmayaraq ki, o özünü belə xarakterizə edir. Söhbətimiz təsadüfdən alındı və qadın yazarımızın xatirə dəftərini vərəqləməyə nail oldum. Dayandurun fikri Qayğılı görünürdü, fikirli olmasının səbəbini soruşdum. - Belə də... Dayandurun fikri məni götürüb. - Dayandura nə olub ki? - Allah bilir, fikrin hardadır. Bu bazar onun oglunun toyudur... Bir az işlərim var, gərək hədiyyəsini göndərəm, qorxuram getməyəm, inciyə... - Bəs sən o "Güest"iydi, nəydi, onunla da məşğul idin, nə oldu? - Deyəsən, sözü düzgün tələffüz etmirəm, təəccüblə üzümə baxır.. - Nə deyirsən, kişi kimdi? - Ay qız, sən elə kişi fikirləş. Firmanı nəzərdə tuturam da... - Ora ilə coxdan qurtarmışam... Anladım ki, dostum yoxmuş... bu işdə dost gərəkdir. Sevili ölməsin, yetimləri var... Aldatdı məni, əlimdən çox şeyi aldı. Qurumuş içimi cücərdə bilmirəm - Mənə inanmırdın, deyirdim, çəkil, boş şeydi. Nə isə, nə yazırsan, nə pozursan? Qəzetə gedib-gəlirsən? - Hə, demək olar ki, hər gun. O nə sözdü dedin, mən kişi fikirləşən olsam, niyə həmişə yalnız olardım? - Kişilərlə alınmır səndə? - Mən hələ qurumuş içimi cücərdə bilmirəm, – deyir və gözlərimin içinə baxır, - yazı mənasında deyirəm. Sən də yozma. Nə kişi, kişi var yəni? - Bəs kişi mənasında necə? İçində sevgi cücərirmi? - Mən coxdan budağından qopmus çiçəyəm… - Bəs nədir səni duyğulandıran? - Bir turk mənə yazır ki, "kalbini bana verirmisin?" Yazdım ki, mənim kalbim yox ki, coxdan rahmetlik olmuş, - gülür və birdən ciddi görkəm alır. - O nəydi o gun yazmışdin - Yorğun atları dincə qoyurlar. Guya indi şifrəli danısırsan?.. Ölmədin elə yazanda? - Sən nə başa düşdün? - Canına azar basa düşdüm... camaat ta çörəyi qulagına yeyir... - Sən də özünü yorğun düşmüş hiss edirsən? Mən yorğun-zad deyiləm, narahat olma. - Get, ədə... özünü bicliyə qoyub... - Sən axı hardan bilirsən mən yorulmuşam? Kim deyib sənə? - Mənim qəlbim yorğundur… dərddən, azardan… Bəsdi, sən Allah, xasiyyətini it aparsın, kim nə deməlidir ki… - Sənin həyatında neçə kişi olub? - düz de! Yarızarafat dediklərimi tam zarafat kimi qəbul edir. - O-o! Saymaqla bitməz... O öləndə hamısını yığıb aparıb, – haqq dünyasında olan şair dostumuzun adını çəkir. - Onların hansını çox xatırlayırsan? - Faiq, sənin tanıdığın və tanımadığın qadınların içində ən məsumu mənəm… elə ona görə də bədbəxtəm. Onu çox istədim, amma heç sevmədim - Yuxuna ən çox kim girir? - Birini xatırlayanda diksinrəm... birini xatırlayanda aglayıram... İndi yenə də... – nəsə demək istəyir, amma susur. - Nədir onlardakı o xüsusiyyət ki, səni belə haldan-hala salır? - Sən bilirsən axı… Əslində, onu çox istədim, amma heç sevmədim… - Kimi? O, kimdir? - Mən həmişə dünyamın üstündə birini gəzdim, amma olmadı, – yenə həmin rəhmətlik şairin adını çəkir. - Onunla münasibətini uşaqların bilirdi? - Birdən götürüb qəzetə-zada verərsən ha-a! - Qəzetə yox, amma "Axar.az"ın "Xatirə dəftəri" layihəsi üçün hazırlayıram. - Onda "naməlum qadınla" elə də adını. Hə... uşaqlar da onu çox istəyirdi. Balaca idilər, həm də ata sevgisinə ehtiyacları vardı… Bu da maraqlı olar, amma adım bilinməmək şərti ilə... tam səmimi olacam... - Oldu… - Sən çox pis adamsan, Faiq, mənim ürəyim dolub. Uşaqlarımı deyirsən, hə, dediyim kimi, onların ata sevgisinə ehtiyacı vardı. Ayrılıq başqa səbəbdən baş verdi - Amma deyəsən axı bu sevgini o uşaqlara sən çox görmüşdün. O uşaqları sevəcək başqa kişi vardı həyatında, onların atası vardı… - Mən dözdüklərimi sən bilsən, sual verməzdin. O ayrılıq başqa səbəbdən baş verdi, o haqda danışmayaq... - Danışmayaq, eybi yox. Sən birdən-birə rəhmətliyə sevdalandın? - Sənin çox şeydən xəbərin yoxdur. O, mənə təmənna güdmədən yardımçı oldu. Özümün özümə vurduğum qatil damğası var - Və bu yardım nakam bir sevginin cücərməsinə səbəb oldu? Buna nakam sevgi demək olardı? - Yadındadır da, biz tez-tez toplaşardıq... o mənim üzümə baxanda anlayardı. Hamının gözünün qarşısında ağacdan bir yarpaq qoparar, arasına pul büküb verərdi mənə. Heç kim bilməzdi bu yarpaq oyununu… Bəlkə inanmazsan, mən cox istədim... amma bu, sevgi deyildi... Ona qarşı olanlar minnətdarlıq idi… Susur. Mən də onun xəyalında vərəqlərini çevirdiyi "xatirə dəftəri"nin oxunmasına diqqət kəsilirəm. Yaşıl gözlərinin gilələri tənha ada kimi suyun içində boğulur. - Amma 2003-cü ildən içimdə özümün özümə vurduğum qatil damğası var. Faiq, nə olub ey sənə, bu nə suallardı verdin? Bəlkə mən ölmüşəm, inkir-minkir də sənsən? - Yox, sual verirəm də. Sən yaraşıqlı xanımsan, yəqin sənə nəzər salanlar kifayət qədər olub. - Olsun da... mən əhəmiyyət verməyəndən sonra ha baxsınlar. - Bəs necə oldu? O iki daşın arasında səni ovsunladı, xeyirxahın oldu, sərvi boyunla onun əsiri oldun? Onun belə mərdliklərini sevdim, özünü yox.. - Nə olub, keçibsən ölənlərə qısqanmağa? - Qısqanmıram, sadəcə, yoxlayıram, görüm bu məmləkətdə etiraf etməyi bacaran ziyalı xanımımz var, yoxsa yox. - Çunki o sizin tayınız deyildi... bir gün cox dərdli, üzgün, bitkin idim. Həm də ac və yorğun... üzümə baxdı və yazıq-yazıq, "burda bir ev var, gedək dincəl, həm də çörək yeyərik", - dedi. "Olar, - dedim, - amma mən ora girsəm, Qəşəm kimi girib, Qəşəm kimi çıxacam". Razılaşdı. Biz orada neçə saat olduq... Mən ağladım, ürəyim boşaldı və yatdım. O gün mənim ən ağır günüm idi… sonra o bunu belə yazmışdı: "ağladı-agladı, üzü üstə yatdı, mələklər kimi…" Onun belə mərdliklərini sevdim, özünü yox. - Necə yəni - Qəşəm kimi? - Özünü keyliyə qoyma... Yəni aramızda hec nə olmadı! ...Sən indi buna inanmazsan. Yer üzündə bir sən, bir də mən - Yəni Qəşəmlə hardasa, nə vaxtsa, nəsə… və Qəşəm sənin kimi, sən onun yanından çıxdığın kimi çıxıb? - Allahım! Mənə səbr ver, yəni kişi kimi girib, kişi kimi çıxdım… Bu qızlar sənin nəyinə asiq olub, bilmirəm. Boy-buxun da yox. Faiq, adları yazma... - Yazmaram, amma düz de, mənə vurulmaq ürəyindən keçirdi? - Sənə? Adə, yer üzündə bir sən, bir mən olam, ürəyimdən keçməzsən… - Sözdü də deyirsən, heç mən də sənə tərəf baxmadım. Ancaq sən dul qadın idin də… - Yaziq dul qadınlar! Ərlilər elə edir, dullar baxa-baxa qalır. Yadından cıxıb, sən demişdin ki, onun gözləri maraqlıdı. - Sənin gözlərin yaşıldı. Sadəcə, çoxdan idi dənizə çıxmırdım, çimmirdim dənizdə, istəyirdim baxışlarında üzdürəsən məni. Sonra gördüm boğularam, baxmadım. Başa düşmədim, siz şeir yazırdız, ya sevişməyə gedirdiz? - Ay səni... mən indi gurultulu bir ah cəkəcəm… bu yazıq gözlərə o qədər şeirlər yazılıb ki! O da yazmışdı: "dünya gözümdən düşmüşdü, sənin gözündə tapdım" demişdi… Amma mən o gözlərlə həp agladım... Faiq, bilmirəm niyə sənnən danışıram indi. - Bilirsən, məni sevən qadınlar məndən tərpəniş görməyəndə, səmimi ürək dostu olublar, yəqin sən də elə… - Ey, bura bax, gic-gic danışma, tərpənib neynəyəcəkdin ki! Üzünə demək olmasın, sən o məlum yerdə olanda çox darıxdım. Sən adamın elə bil qardaşısan, bacısısan. Sənsiz bir günümüz olmasın. - Yəni türmədə olanda demək istəyirsən də. Nə isə, mübahisə etməyək, həyatında nakam sevgi çoxmu oldu? - Nə nakam sevgi, mənim həyatım nakamdır da... Neynirsən mənim nakam sevgilərimi? Kimləri nəzərdə tutursan? İlyas Tapdığın bura nə dəxli? - İlyas Tapdıqla aran necədir? Onunla görüşmüsən? - Başa düşmədim, İlyas Tapdığın bura nə dəxli? Ona bir şair, bir insan, bir ata kimi hörmətim var... Onu niyə soruşdun ki? - Deyirlər, guya onunla sənin aranda isti münasibət olub. Sevibsən onu. Mən inanmıram amma… - Nəə? Allah səni güldürsün... evimidə bəlkə on dənə Quran var, onu da məni vursun ki, elə bir şey olmayıb... - Bilirəm də olmayıb. Amma sənə ləzət elədi hə? - Dəlisən sən... mən özümdən çox böyüklərə "atam", balacalara oğlum kimi baxıram, nə ləzzət, qanım dondu, belə ağ yalan olar? - Amma sən o rəhmətlik şairə layiq deyildin, onun sevgisinə… - Niyə dedin bu sözü mənə? Neçə gün özümə gələ bilməyəcəm… - O, sənsiz öldü. Səndən aralanmışdı axı, amma sən heç ona bir şeir də yazmadın. - Yazmışam. Mən bu dünyada ən layiqli birinə də layiqəm. Biz evlənmək üçün ərizə də vermişdik. Amma mən getmədim. VVAQ-ın müdirinə deyib, o da zəng vurmuşdu. Niyə gəlmirsən, dedi, mən heç nə demədim, ağladım elə. - Lap hind kinosundakı kimi danışırsan. - Tərs kimi həmin ərəfədə televizorda bir hadisə göstərdilər. Bir kişi öz qardaşı qızına təcavüz etmişdi. Baxdığım anda mənə zəng vurmuşdu. Səsimdən hiss etdi ki, pisəm. Dedi nə olub? Danışdım. Qayıtdı ki, boş şeydi, bəlkə qız özü əmisinin yatağına girib? Qanım dondu və münasibətim dəyişdi ona. Həm də başqa söhbətlər də vardı. Beləcə ayrıldıq. Mən Anarı yox, "Gün kecdi"dəki Oqtayı sevmişəm - Sən yeniyetmə olanda Anar müəllimə məktublar yazmısan. O zamanlar heç ürəyindən keçib ki, o sənin sevgilin olaydı? O vaxtlar e, onda sən hələ Yazıçılar İttifaqında deyildin. - Faiiiq! Bu suallarını yığışdır! - Burda nə var axı, mən də yeniyetmə olanda Leyla Bədirbəyliyə, Amalya Pənahovaya vurulmuşdum. - Anar mənim üçün sadəcə, çox sevdiyim Nigarın oglu və mənim sevimli yazıçım idi... Mən Anarı yox, "Gün keçdi"dəki Oqtayı sevmişəm. Mənim ağ atlı oglanım ona oxşayırdı... Oqtayı - Muşfiqi sevə-sevə bəxtiyar olammadım. Faiq, mənim bir sözüm var... "içimdə bir qız aglayır, xəbəri yoxdu ki, saçı ağarıb". Bir türk mahnısı var: "Güz gülleri gibi hec bahar yaşamadım... ya sevmeyi bilmedim, ya sevince gec qaldım..." Mənim də səhvim olub təbii... həyatnan kitabı səhv salmışam. - "Gün keçdi" filmində Əsmər olsaydın, kimi görərdin Oqtayın yerində? - Bir Oqtayı da mən bədbəxt elədim zatən... - Bədbəxt etdiyin şairin qəbrini neçə dəfə ziyarət etmisən? - Yox, bu o şair deyil, başqasıdır. O mənim gənclik illərimdə qalıb. Amma o şairin ölümündə məni günahlandırırlar. Qəbrini bir neçə dəfə ziyarət etmişəm, yas məclisi qurmuşam ona. Bir söz deyim, tək bir nəfər olub, peşman olmuşam ki, onu seçməmişəm. O da uzaq 1985-ci ildə qalıb. Düz sözümdü, adı xoşuma gəlməmişdi… Mən ad xəstəsiyəm axı… - De o adı, necə idi? - Mürşüd. Onu sevməmişdim, amma onu bütün qızlar bəyənirdi. Onu sevsəydim, Bakıda 21 dəfə kirayə ev dəyişməzdim. |
2014-04-29 | 16,106 | Yaponiya Rusiyaya sanksiya tətbiq etdi | Yaponiya hökuməti Ukraynada baş verən hadisələrlə bağlı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib. "Axar.az" xəbər verir ki, sanksiyalar Rusiyanın rəsmi dairələrinin 23 nümayəndəsi və digər şəxslərə şamil olunub. Sanksiya tətbiq olunan şəxslərin siyahısı daha sonra açıqlanacaq. Qeyd edək ki, Yaponiya Krımın müstəqilliyini tanıdığı üçün martın 18-də Rusiyaya qarşı sanksiyalar tətbiq etmişdi. |
2014-04-29 | 16,107 | DİN Bəxtiyar Hacıyevin şikayətini araşdıracaq | Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Bəxtiyar Hacıyevin polis idarəsundə təzyiqə və təhqirə məruz qaldığı haqda iddialarından danışıb. DİN rəsmisi açıqlamasında bildirib ki, məsələ araşdırılacaq: "Bu barədə bizdə məlumat var. Günortadan sonra bu işi araşdıracağıq. Məsələni dəqiqləşdirək, ehtiyac olarsa, açıqlama verəcəyik". Qeyd edək ki, B.Hacıyev bildirib ki, Səbail rayon polis idarısi 13-cü polis bölməsində polis mayoru İltimas Yusifli tərəfindən təhqir olunub və fiziki təzyiqə məruz qalıb. / Hafta.az/ |
2014-04-29 | 16,108 | Ukrayna xüsusi təyinatlılarının komandiri girov götürüldü | Ukraynanın Luqansk şəhərində separatçılar xüsusi təyinatlıların komandirini girov götürüblər. "Axar.az" xəbər verir ki, Temur Yoldaşev gənc əsgərlərlə birlikdə Luqansk yaxınlığındalı Şastya şəhərinə gələrkən naməlum silahlıların hücumuna məruz qalıb. Milisdən bildirilib ki, Yoldaşevin azad edilməsi üçün səy göstərirlər. |
2014-04-29 | 16,109 | Araz Kəsəmənli son söz deməkdən imtina etdi | Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Araz Kəsəmənlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Axar.az" xəbər verir ki, Məhkəmə prosesinin gedişi zamanı A.Kəsəmənlini saxlayan əməliyyat qrupu dindirilmədə bir-birini təkzib edib. Polislərdən biri ifadəsi zamanı A.Kəsəmənlinin üzərində heç bir narkotik maddə aşkar edilmədiyini bildirib. Digər polis isə A.Kəsəmənlinin hadisə baş verdiyi gün tək olduğunu, bir başqa polis isə ifadəsində onların 3 nəfər olduqlarını deyib. Cavid Hüseynovun sədrliyi ilə keçən məhkəmə prosesi may ayının 7-si saat 15:00–a təyin edilib. Prosesin gedişi zamanı A.Kəsəmənlidən son söz deməyi istənilib. O isə açıqlamasında belə absurd vəziyyətdə söz deyə bilməyəcəyini bildirib. A.Kəsəmənlinin qardaşı Reşat Kəsəmənli isə "Axar.az"a qardaşının qanunsuz həbsi ilə bağlı psixoloji durumunun yaxşı olmadığını bildirdi. Onun sözlərinə görə, A.Kəsəmənli son sözünü may ayının 7-nə təyin edilmiş məhkəmə prosesi zamanı deyəcək: "İnanırıq ki, müraciət etdiyimiz aidiyyəti qurumlar və hörmətli prezident İlham Əliyev qardaşımın qanunsuz olaraq həbs edilməməsi üçün bizə yardım edəcək. Qardaşım günahsızdır. Bunun sübut edilməsini istəyirik. Bundan başqa heç bir qərar bizi qane etmir. Mənim qardaşım əslində zərərçəkmiş tərəfdir". Qeyd edək ki, Araz Kəsəmənli şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb. Həbsdən çıxdıqdan 3 ay sonra isə yenidən həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur. |
2014-04-29 | 16,110 | “Bu, Türkiyənin Azərbaycana xəyanəti deyil” | "Xocalı abidəsinin üzərindən "soyqırım" sözünün silinməsini məhz Türkiyənin Azərbaycana xəyanəti kimi təqdim olunmasını qəbul etmirəm. O cür təqdimatlar iki qardaş ölkənin münasibətlərinə zərbə vurmaqdan başqa bir şey deyil". Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Zahid Oruc Türkiyənin Uşaq vilayəti bələdiyyəsinin Xocalı qurbanlarının xatirəsinə qoyulan abidədən "soyqırım" sözünün silinməsinə münasibət bildirərkən dedi. Millət vəkili bu insidentin 24 aprel qondarma soyqırım günü ərəfəsində baş verməsinə də münasibət bildirdi: "İlk olaraq həmin məlumatlar Türkiyənin müxtəlif media qurumlarında çıxdı. O məsələ ilə bağlı Türkiyə mediasından öz ölkələrinin siyasi iqtidarını qınayan, idarəçilik qurumunun ünvanına hiddət dolu baxışları əks etdirən münasibətlər yer aldı. Sonradan Azərbaycan mediası bu prosesə qoşuldu və belə demək mümkünsə, bir sinxronlaşma baş verdi. Bugünün özündə də Türkiyənin müxtəlif saytları bu məsələni gündəmdə saxlamaqda davam edir. İnanmaq istəmirəm ki, Türkiyə hökuməti Azərbaycana qarşı Xocalı soyqırımının törədilməsini dəfələrlə dilə gətirdiyi halda soyqırım abidəsindən hər hansı bir sözün silinməsi ilə ermənilərlə münasibətdə hər hansı bir yumşalmaya nail olmaq istəsin". Millət vəkili abidənin üzərindən "soyqırım" sözünün silinməsinin Azərbaycan parlamentində müzakirə mövzusu olmasının da əleyhinədir: "Bu məsələnin Azərbaycan Parlamentində qaldırılmasının əleyhinəyəm. Düşünürəm ki, məsələ məhdud diplomatik çevrələrdə həll edilməlidir. Məsələni başqa yollarla da həll etmək olar. Onu ictimai qınaq və medianın nüfuzu ilə həll etmək mümkündür". Xatırladaq ki, Türkiyənin Uşak vilayətində Xocalı soyqırımına ucaldılan abidənin üzərindən "soyqırım" sözü silinib. Uşak bələdiyyəsindən "Axar.az"a verilən məlumata görə, "soyqırım" sözünün silinməsi və onun "qətliam" sözü ilə əvəzlənməsinin səbəbi Türkiyə narici İşlər Nazirliyindən göndərilən rəsmi məktubla əlaqəlidir. XİN göndərdiyi məktubda Xocalı qırğınının soyqırım kimi tanınmamasını əsas gətirərək, bu sözlərin yazılmasını "beynəlxalq hüquq prinsiplərinə zidd addım" kimi qiymətləndirib. Qeyd edək ki, dünyanın bir neçə ölkəsi, o cümlədən ABŞ-ın 15 ştatı Xocalı qətliamını soyqırım kimi tanıyıb. |
2014-04-29 | 16,111 | Bakıda bir ailənin 7 üzvü tortdan zəhərləndi | Bakıda tortdan kütləvi zəhərlənmə faktı qeydə alınıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Hadisə Binəqədi rayonu M. Ə. Rəsulzadə qəsəbəsində baş verib. Qəsəbə sakinləri Ramiz Hüseynov, arvadı Səmayə, qızı Minayə, gəlini Familə, nəvələri Məleykə, Kənan və Səmayə qidadan (tortdan) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır. |
2014-04-29 | 16,112 | Oliqarxımız fransızlara pul tökür, bakılılara isə maaş vermir | "Baglan Qrup"un prezidenti Hafiz Məmmədov Fransanın "Lans" klubuna 2 milyon avro mükafat vəd verib. Bu barədə "Axar.az"a kluba yaxın mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, Fransanın 2-ci divizionunda yarışan "Lans" son turda "Nansi"ylə 1:1 bərabərliyə qalaraq, yuxarı diviziona çıxmaq şansını təhlükəyə atıb. Klub hazırda 4-cü yerdədir. Məhz bu səbəbdən Hafka səxavət kisəsinin ağzını açıb. O, klubun yuxarı diviziona çıxacağı halda 2 milyon avro mükafat vəd verib. Mənbənin dediyinə görə, Fransa klubuna qarşı əliaçıqlıq göstərən Hafiz Məmmədovun doğma klubu "Bakı"da isə 2 aydır əməkhaqları və mükafatlar verilmir. Son oyunda, autsayder "Sumqayıt"la matçda oyunçular 90 dəqiqəni sanki yola verməklə məşğul idilər. Dünən isə məlum olub ki, Məmmədov Azərbaycan çempionatının 1-ci dəstəsində oynayan və sponsorluq etdiyi "Lokomotiv" klubunu ümumiyyətlə buraxıb. Məlumata görə, "Lokomotiv"in oyunçularına Məmmədovun 3 aylıq borcu yaranıb. |
2014-04-29 | 16,113 | Nəqliyyat müfəttişlərinin daha bir qoçuluğu - Video | Nəqliyyat Nazirliyinin müfəttişlərinin aprelin 23-də "Yeni Avtovağzal Kompleksi" yaxınlığında taksi sürücüsünü döymələri ilə bağlı sosial şəbəkələrdə video yayılıb. Xatırladaq ki, Baş Prokurorluqda baş vermiş hadisədə şübhəli bilinən Nəqliyyat Nazirliyinin "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin əməkdaşları Əhmədov Rəşad Yahuzər oğlu, Həsənov Fərid Kamil oğlu və qeyriləri haqqında cinayət işi açılıb. "Axar.az" həmin videonu təqdim edir: |
2014-04-29 | 16,114 | Sumqayıtda 31 yaşlı qadın intihar etdi | Sumqayıtda 31 yaşlı qadın intihar edib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki," 112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfər qadının intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli binanın 7-ci mərtəbəsinin pəncərəsindən 1983-cü il təvəllüdlü qadın yıxılaraq 1-ci mərtəbənin dam örtüyünə düşüb və vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qadının meyitini aşağı endirib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 11:12-də başa çatıb. |
2014-04-29 | 16,115 | Mayda Azərbaycanda böyük əfv olacaq | "May ayında böyük əfv olacaq". Bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, hazırda əfv siyahısı üzərində iş gedir. Əfv sərəncamının Heydər Əliyevin ad günü, ya da Respublika Günündə imzalanacağı gözlənilir. "May ayında böyük əfv və ya amnistiyanın olacağı gündəmdədir. Hüquq müdafiəçiləri olaraq biz də müraciətlərimizi etmişik. Müraciətimizə siyasi məhbuslar daxildir. Siyahıya "OMON"-dan iki nəfər, sabiq səhiyyə naziri Əli İnsanov, Tofiq Yaqublu, "NİDA"çı gənclər, İlqar Məmmədov, Nemət Pənahov və hazırda həbsdə olan jurnalistlər daxildirlər. İstərdik ki, onların hamısı rəsmi əfv siyahisına düşsün və Azərbaycanda siyasi məhbus məsələsi birdəfəlik həll olunsun", - deyə hüquq müdafiəçisi bildirib. Sabiq millət vəkili Gülər Əhmədovanın da əfv üçün müraciət edib-etməməsinə gəlincə, N. Cəfəroğlu bildirdi ki, onun məhkəməsi davam etdiyindən bu məsələ gündəmdə deyil. "Gülər Əhmədovaya qarşı irəli sürülən ittihamlar təsdiqlənərsə, onun siyahıya daxil edilməsi nəzərdən keçirilə bilər". /Modern.az/ |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.