date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-04-27
15,913
İlham Əliyev Ehud Barakla görüşdü - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul edib. Görüşdə Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi vurğulanıb. Söhbət zamanı Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Prezident İlham Əliyev aprelin 27-də Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçini də qəbul edib. Görüşdə Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişafından məmnunluq ifadə edildi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə ediləcək məsələlərin ölkələrarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd olunub. Prezident İlham Əliyev bu gün həmçinin İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Barakı qəbul edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun ölkələrarası əməkdaşlığın davamlı inkişafı ilə bağlı müzakirələr aparılması üçün yaxşı imkan yaratdığı vurğulanıb.
2014-04-27
15,914
Daha bir general istintaqa cəlb ediləcək – Ekspert
Keçmiş korpus komandirinin istintaqa cəlb ediləcəyi gözlənilir. "Axar.az" xəbər verir ki, bu barədə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri, hərbi məsələlər üzrə ekspert Cəsur Sümərinli məlumat yayıb. Onun sözlərinə görə, keçmiş korpus komandiri Mahmud Həmzəyevin istintaqa cəlb ediləcəyi gözlənilir: "Səfər Əbiyev zamanında korpus komandiri vəzifəsini tutmuş şəxsin də qarşıdakı iki həftə ərzində istintaqa çağırılacağı barədə məlumat var. Söhbət Mahmud Həmzəyevdən gedir. Həmzəyev Beyləqandakı hərbi birləşməyə başçılıq etmişdi. Araşdırma qrupu bu generalın Silahlı Qüvvələrdə mövcud olan geniş miqyaslı yeyinti və mənimsəmələrdə rolunu aydınlaşdırmaq istəyir". Xatırladaq ki, bundan öncə ekspertin Müdafiə Nazirliyində ediləcək dəyişikliklərlə bağlı verdiyi bir çox proqnozlar öz təsdiqini tapıb.
2014-04-27
15,915
Bakı Metropolitenində kadr dəyişikliyi
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov növbəti dəyişiklik barədə müvafiq əmrlər imzalayıb. Metropolitenin baş mühasibi Larisa Xalafli tutduğu vəzifədən çıxarılıb. O, 1988-ci ildən bu vəzifədə çalışırmış. QSC sədrinin başqa bir əmri ilə Metropolitenin hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin rəisi Vidadi Tağıyev də vəzifəsindən azad edilib. V.Tağıyev isə 1999-cu ildən indiyədək şöbə rəisi vəzifəsini tuturdu. Rəis postundan azad edilən V.Tağıyev yanğınsöndürən vəzifəsinə keçirilib. "Bakı Metropoliteni" QSC-dən verilən açıqlamada hər iki faktı təsdiqləyiblər. Bildirilib ki, sədr Zaur Hüseynovun əmrinə müvafiq olaraq, baş mühasibin səlahiyyətlərinin icrası baş mühasibin müavini Həyat Gülmətovaya həvalə olunub. Digər əmrlə Rafiq Hüseynqulu oğlu Müvəffəq metropolitenin Hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin rəisi vəzifəsinə təyin edilib. "Bakı Metropoliteni"QSC-dən onu da bildiriblər ki, sədr Zaur Hüseynov qurumun rəhbərliyinə daxil olan şəxslərin iştirakı ilə müşavirə keçirib. Müşavirədə xidmət rəislərinin hesabatlarını dinləyən sədr nöqsanları müzakirə etdikdən sonra müvafiq tapşırıqlar verib. Tapşırıqlardan biri də metropoliten işçiləri üçün "Bilgəh" istirahət sahəsinin növbəti mövsümə hazırlığı ilə bağlı olub. Z.Hüseynov oradakı bütün köhnə binaların və avadanlıqların yenilərilə əvəz olunmasının zəruriliyini vurğulayıb /Modern.az/
2014-04-27
15,916
Telemüxbir çəkiliş zamanı uçurumdan yıxıldı - Video
Azərbaycanın Kanal S telekanalının müxbiri çəkiliş zamanı uçurumdan yıxılıb. "Axar.az" xəbər verir ki, hadisə rayonların birində baş verib. Müxbir aramsız yağan yağışlar səbəbilə sürüşməyə meyilli ərazilərdə aktivliyin qeydə alınması barədə material hazırlayan zaman anidən ayağı sürüşərək yıxılıb. Xoşbəxtlikdən hündürlük çox olmadığından müxbir elə də ciddi xəsarət almayıb. Qolu əzilən aparıcının yıxılma anı kameraya düşüb. Müxbir yıxıldığı zaman operator kameranı qoyaraq müxbirin yanına qaçır və ona qalxmaqda köməklik edir.
2014-04-27
15,917
Zümrüd Yağmurun “Yağış qadın”ı təqdim olundu
Bu gun tanınmış yazar Zümrüd Yağmurun "Adiloglu" nəşriyyatında çap olunmuş "Yağış qadın" kitabının təqdimat mərasimi keçirilib. "Axar.az" xəbər verir ki, təqdimat Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında təşkil olunub. Təqdimat zamanı VHP sədri Sabir Rüstəmxanlı, akademik Rafiq Əliyev, AXCP sədri Əli Kərimli, İbrahim İbrahimli, Nəsiman Yaqublu və yazarın digər dostları iştirak edib.
2014-04-27
15,918
Feysbukda problem yarandı
Feysbuk sosial şəbəkəsində problem yaranıb. Bu barədə istifadəçilər yazıblar. "Facebook.com" saytında istifadəçilər "Xəbər lenti"ni görə bilmədiklərini yazıblar. Problem təkcə Azərbaycanda yox, Avropa ölkələrində də yaşanır. Hələlik Feysbuk administrasiyası problemin səbəbi və nə vaxt aradan qaldırılacağı barədə heç bir açıqlama verməyib /Musavat.com/.
2014-04-27
15,919
Luçesku “Qalatasaray”a gətirlir?
"Qalatasaray"ın baş məşqçi postuna ən real namizdələrdən sayılan Mirça Luçesku Türkiyəyə gəlib. Dünən gecə saatlarında İstanbula çatan rumıniyalı mütəxəssis hava limanında böyük maraqla qarşılanıb. Luçesku ona ünvanlanan "İstanbula "Qalatasaray" üçün gəlmisiniz?" sualını təbəssümlə qarşılayıb. Qeyd edək ki, Luçesku 2000-2002-ci illər mövsümündə "Qalatasaray"ı çalışdırıb /Qol.az/.
2014-04-27
15,920
Obamanın səfəri ölkəni qarışdırdı
Cənub-Şərqi Asiya ölkələrində rəsmi səfərdə olan Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın Filippin səfəri ərəfəsində bu ölkədə anti-Obama aksiyası keçirilib. Paytaxt Manilada keçirilən aksiyada onlarla insan Barak Obama və onun çinli həmkarı Si Tzinpinin maskalarını taxıb. Etirazçılar anti-ABŞ şüarları səsləndirib və ABŞ bayrağını yandırıblar. Aksiya iştirakçıları Filippinlə ABŞ arasında mümkün təhlükəsizlik razılaşmasına qarşı çıxıblar. 10 illik razılaşma ABŞ qoşunlarına, gəmilərinə və təyyarələrinə müvəqqəti olaraq Filippin hərbi bazalarında yerləşmək imkanı verəcək /ANS/.
2014-04-27
15,921
“Putin sülhün təminatçısıdır”
"Turçinovun yerinə prezident Putin olsaydı, mənə daha rahat olardı". "Axar.az" xəbər verir ki, bu sözləri Slavyanskın meri Nelya Ştepa "Komsomolskaya pravda" qəzetinə müsahibə verərkən söyləyib. Onun sözlərinə görə, o Yatsenyuka əvvəlcədən xəbərdarlıq etmişdi: "Mən Yatsenyuka öncədən telefonla bildirmişdim ki, Kiyevdə baş verən hadisələr burda da öz əksini tapa bilər. Ona görə mütləq danışıqlar aparmaq lazımdır. Lakin indiki hökumət heç kimi eşitmək istəmirdi. İndiki zamanda da heç bir dəyişiklik baş verməyib. Düşünürəm ki, Krımın itirilməsini onlar "gülərək" qarşılayırlar. Cənub-şərq regionu əldən çıxanda da eynən belə "üzüləcəklər". Cənub-şərq regionları da Kiyev hökumətinə güvənmir. Mer Nelya Ştepa Putinə daha çox inandığını da vurğulayıb: "Mən prezident Putinə daha çox inanıram, nəinki Turçinova. Putin dediyi hər bir kəlməni yerinə yetirir. Bizim sakitliyimizin təminatçısı Putindir".
2014-04-27
15,922
Sabah hava necə olacaq?
Həftənin ilk iş günü Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək, temperatur nisbətən yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, aprelin 28-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində hava əsasən yağmursuz olacaq. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-12, gündüz 19-21 dərəcə isti təşkil edəcək. Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 10-25, dağlarda gecə 4-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək /Trend/.
2014-04-27
15,923
Fətullah Gülənin daha bir şok səs yazısı yayıldı
Gülən camaatının lideri Fətullah Gülənə məxsus olduğu iddia edilən daha bir qalmaqallı səs yazısı meydana çıxıb. Məlumata görə səs yazısında Fətullah Gülən Türkiyə Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıçın ölkə prezidenti olmaq istəməsindən bəhs edir. "Haşim Kılıç da prezident olmaq istəyir, Abdullah Gülün qulaqları kardır. Bu gedişlə xalqımız baş naziri seçməz. Haşim bəy aradan sıyrılıb çıxacağını fikirləşir. Ona görə də AKP-dəki nüfuzunu itirməmək üçün çıxan bütün qanunları təsdiqləyir. Türkiyə elə bir kritik seçim yaşamadı. Baş nazir kafirlərlə iş əlaqələri qurur. Bu tam bir münafiq tərifdir. Münafiqlər dara düşən kimi kafirlərə sığınırlar. Quran-Kərimdə bununla əlaqəli ayələr var".-deyə F.Gülən bu səs yazısında bildirir. /ANS/
2014-04-27
15,924
Putin nədən qorxur?
"Böyük mediaya çıxış Rusiyada ictimai rəyi tamamilə alt-üst edəcək. Putin də məhz bundan qorxur". "Axar.az" xəbər verir ki, bu sözləri Rusiya müxalifət lideri Boris Nemtsov bildirib. O, müsahibəsində putinizmin sonunun gələcəyi vaxtı açıqlayıb: "Putinin öz xalqına qarşı həyata keçirdiyi informasiya terroru cinayətdir. Mən əminəm ki, Mixail Xodorkovskinin, hətta mənim də efirlərdə görünməyim putinizmin sonu deməkdir. Məhz buna görə də biz efirlərdə yoxuq. Bizim fikirlərimizi Feysbukda yazmaq şansımız var və hələ ki, Rusiya ərazisində bu sosial şəbəkədən istifadə etmək imkanımız mövcuddur".
2014-04-27
15,925
Yardımlıda baş verən ağır yol qəzası ilə bağlı açıqlama - Foto
16:14 Yardımlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, bu gün saat 14.00 radələrində Yardımlı şəhərinin girişində yanacaq daşıyan 42 BJ 516 dövlət nömrə nişanlı ağır tonajlı avtomobillə yolun qarşı tərəfi ilə hərəkət edən "Mercedes" markalı minik maşını toqquşub. Hadisə zamanı yanacaq daşıyan maşın aşıb və benzin yol kənarına axıb. Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları yolu bağlayaraq, əlavə insidentin qarşısını almağa çalışırlar. Hazırda Yardımlı şəhərinə avtomobillərin giriş-çıxışına məhdudiyyət qoyulub. Qeyd edək ki, qəza ilə bağlı hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional İdarəsinin əməkdaşları, o cümlədən Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb olunub. /Aznews.az/ 22:54 Yardımlı rayonunda ağır yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Yardımlı rayonu, Köryədi kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşlara məxsus "MERCEDES" markalı minik avtomobili və "ZİL" markalı yanacaq daşıyan yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilaetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yük avtomobiliin aşdığı və yanacağın ətrafa dağıldığı məlum olub. Yanğın bölmələri yanğın təhlükəsiziliyini təmin etmək məqsədi ilə hadisə yerində soyutma işləri aparıb və dağılmış yanacaq yuyulub. Əməliyyat saat 15:00-da başa çatıb.
2014-04-27
15,926
Pedofillik terrorçuluq elan olundu
Böyük Britaniyada pedofiliya terrorizm kimi cəzalandırılacaq. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Böyük Britaniyanin Baş naziri Devid Kameron çıxış edib. Onun sözlərinə görə uşaqların təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər bir variantı dəyərləndirmək lazımdır: "Uşaqların təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni heç bir şeyi əsirgəməməliyik. Mövcud qanunvericilikdə dəyişiklik etmək lazımdır. Daha sərt cəzalar tətbiq edilməlidir".
2014-04-27
15,927
“Ginnes”ə düşən möhtəşəm montaj məhsulu – Video
Televiziyaya yaxın olan və əsl peşəkarlığı qiymətləndirən şəxslər təqdim edəcəyimiz kiçik çarxın necə ustalıqla hazırlandığının şahidi olacaq. Məlumdur ki, adətən peşəkar montaj məhsulu lakonik və anlaşıqlı şəkildə hazırlanmalıdır. Bu video da dediyimizə əyani sübutdur. "Axar.az" "Ginnesin rekordlar kitabı"na düşən bu möhtəşəm montaj məhsulunu təqdim edir:
2014-04-27
15,928
Ali Rada seçimi xalqdan almaq istəyir – Video
"Batkivşina"nın lideri, prezidentliyə namizəd Yuliya Timoşenko Ali Radada qarşıdan gələn prezident seçkilərinin ciddi olaraq təxirə salınmasının müzakirəsinin nəzərdən keçirildiyini dilə gətirib. "Axar.az" xəbər verir ki, o, bu barədə seçkilərlə bağlı yerli telekanalda çıxışında məlumat verib. Onun sözlərinə görə, əksər parlament üzvləri xalqdan seçkilərə getmək hüququnun alınmasını düşünür. Onlar hakimiyyətin idarəçiliyinin və nəzarət mexanizmlərinin parlamentin səlahiyyətlərinə verilməsini düşünürlər. Vahid namizədə dəstək verməməsi məsələsinə aydınlıq gətirən Timoşenko bilidirib ki, Ukraynada oliqarxlar öz adamını hakimiyyətə gətirmək istəyirlər və o, bu tip təşəbbüsün əleyhinədir. Pyotr Poroşenkonun seçilməsinin ölkədə müəyyən problemlər yaradacağını dilə gətirən qalmaqallı siyasətçi vurğulayıb ki, əgər opponenti qalib gələrsə, dərhal Konstitusiyanı öz xeyrinə dəyişəcək və digər siyasi institutların işləməsinə imkan verməyəcək.
2014-04-27
15,929
Obamadan Rusiyaya qarşı yeni sanksiyalar
"Rusiyanın Ukraynadakı hərəkətləri sabitiyə qarşı yönəlib və buna son qoyulmalıdır". Məlumata görə, ABŞ prezidenti Barak Obama bu gün Malayziyaya səfəri zamani bu bəyanatla çıxış edib. O, bildirib ki, Rusiyanı bu siyasətindən çəkindirmək üçün növbəti addımların atılması vacibdir. Obama həmçinin Rusiya rəhbərliyini fəaliyyətsizlikdə qınayıb: "Rusiya hakimiyyəti münaişənin həlli üçün əlini ağdan qaraya vurmur". Bununla əlaqədar olaraq, Obama növbəti dəfə Avropa Birliyi ökələrinə müraciət edib. O, avropalı həmkarlarından Rusiyaya qarşı sanksiyaları dəstəkləməyi xahiş edib. "Avropalıların dəstəyi olmadan bizim Rusiya iqtisadiyyatı sahələrinə qarşı sanksiyalar tətbiq etməyimiz o qədər də effektli olmayacaq. Bizim mövqeyimiz o zaman güclü olacaq ki, Putin bu münaişənin ABŞ-Rusiya münaqişəsi olduğunu deyil, bütün dünyanın, Avropa və ABŞ-ın bir olduğunu görəcək". /Teleqraf.com/
2014-04-27
15,930
Rus diversantlar Kiyevi dağıtmağa hazırlaşır
"Rus diversantların bir neçə xüsusi dəstəsi artıq Kiyevdədir". "Axar.az" xəbər verir ki, bu sözləri Ali Radanın deputatı Oleq Lyaşko öz Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, həmin xüsusi dəstələr əsir götürməyə, partlayışlar törətməyə hazırdırlar: "Əldə etdiyim məlumata görə, rus diversantların bir neçə xüsusi dəstəsi artıq Kiyev ərazisindədir. Onlar dövlət müəssisələrinə hücumlar təşkil etməyə, insanları öldürməyə, əsir götürməyə tam hazırdırlar".
2014-04-27
15,931
Müharibə başlayır - Avropa silahlanır
Amerika və Avropa ölkələri Rusiya ilə böran yaşadığı bir dövrdə Qərbi Avropada kütləvi silahlanma prosesi gedir. "Axar.az" xəbər verir ki, Polşadan sonra 150 Amerika əsgəri Litvada yerləşdirilib. Müqaviləyə əsasən, əsgərlər bu ilin axırına kimi Litvada qalacaq. Qeyd edək ki, Amerika Müdafiə Nazirliyi keçən günlərdə Polşaya da 150 desant qövvəsi göndərmişdi. Xatırladaq ki, Amerika Dövlət katibi Con Kerri rus həmkarı Sergey Lavrov ilə bir neçə dəfə telefon danışıqları aparsa da, vəziyyət dəyişməyib. Kerri Lavrova Ukrayna sərhədində rus qoşunlarının cəmlənməsindən narahat olduğunu dilə gətirsə də, rus diplomatı Ukrayna qoşun birləşmələrinin sərhəddən geri çəkilkməsinin vacibliyini bildirib.
2014-04-27
15,932
15 yaşlı yeniyetmə Araz çayında batdı
Araz çayının Beyləqan rayonu ərazisindən keçən hissəsində ("Aran" sularda xilasetmə məntəqəsindən, təxminən, 200-210 km məsafədə, nəzarət olunmayan ərazidə) 1999-cu il təvəllüdlü İbrahim Fərhad oğlu Ağayev batıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. İ. Ağayevin cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
2014-04-27
15,933
Putin rejiminin sonu ukraynalılardan asılıdır
"Mən Rusiya vətəndaşıyam. Təbii ki, Rusiya üçün çox narahatam. Lakin eyni zamanda Ukraynaya görə də narhatam. İstəyirəm ki, sizdə hər şey alınsın". "Axar.az" xəbər verir ki, bu sözləri Rusiyanın sabiq siyasi məhbusu Mixail Xodorkovski Xarkovda çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, əgər ukraynalılarda hər şey alınsa, o zaman ruslar da onlardan ilhamlanacaq: "Əgər Ukraynada hər şey planlaşdırıldığı kimi olsa və Avropa standartlarına uyğun yaşamağa başlasa, o zaman ruslar da həyatlarını yaxşılaşdırmaq istəyəcəklər. Bax o zaman Putin rejiminin sonu olacaq".
2014-04-27
15,934
Bakının mərkəzində yanğın hadisəsi baş verdi
Bakının Nizami rayonu, Qoqol küçəsində 4 mərtəbəli binanın qarşısında yanğın hadisəsi baş verib. Məlumata görə, binanın qarşısına yığılmış taxta konstruskiyalar hələ bilinməyən səbəblərə görə alovlanıb. Hadisə yerinə dərhal FHN yanğından mühafizə əməkdaşları gəlib. Baş vermiş yanğının qarşısı qısa müddət ərzində alınıb. /Musavat.com/
2014-04-27
15,935
Türkiyə atom stansiyasını Ermənistanla birgə işlədə bilər
Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız Ermənistan hökumətinin bu ölkənin Türkiyə ilə sərhədində yerləşən və istifadə müddətini başa çatdıran Metsamor Atom Elektrik Stansiyasının istifadə müddətinin daha 10 il uzadılması ilə bağlı qərarına münasibət bildirib. "Axar.az" xəbər verir ki, Türkiyəli nazir sözü gedən stansiyanın yaratdığı təhlükənin aradan qaldırılması üçün Ermənistanla əməkdaşlığa və müzakirələrə hazır olduqlarını, hətta stansiyanın birgə istifadəsi imkanlarını nəzərdən keçirə biləcəklərini də söyləyib. "Biz, Çernobl fəlakətinin bir daha təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə bəzi qərarlar qəbul etmişik. Həmin qərarları Akkuyu, Mersin və Sinopdakı mövcud stansiyalarda da tətbiq edəcəyik. Bununla da, bir daha fəlakətin yaşanmaması üçün, daha təhlükəsiz bir atom elektrik stansiyası yaratmış olacağıq".
2014-04-27
15,936
Səudiyyədə yoluxucu xəstəlik yayılıb
Daha 2 nəfər MERS-dən ölüb. "Axar.az" xəbər verir ki, bu barədə Röyters agentliyi (Reuters) xəbər yayıb. Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən bu gün MERS-ə (Yaxın Şərq Respirator Sindromu) yoluxmuş 2 nəfər də vəfat edib. Xəstəliyin onlardan birində hava limanında aparılan yoxlamalar zamanı aşkar edildiyi deyilir. Nazirlik hazırda 10 nəfərin də bu xəstəlikdən əziyyət çəkdiyini deyir. Qurumun məlumatına əsasən aprelin əvvəlindən bu tərəfə isə 122 nəfərdə infeksiya aşkar edilib ki, onların da 65 faizində vəziyyət ağırdı. Xatırladaq ki, Səudiyyə Ərəbistanı MERS virusunun yayıldığı 3 ən təhlükəli ölkə sırasındadır. Bundan öncə verilən həyəcan siqnalında 323 infeksiyaya yoluxmuş insan tapılmışdı ki, onlardan 94 ölümcül idi.
2014-04-27
15,937
Necat İşlərlə Berrak Tüzünataç evlənir?
96 gün reanimasiyada qalandan sonra yenicə xəstəxanadan çıxan Türkiyənin məşhur və sevilən aktyoru Necat İşlər haqqında indi də evlilik xəbərləri yayılıb. "Axar.az" xəbər verir ki, aktyorun köhnə sevgilisi aktrisa Berrak Tüzünataçla evlnəcəyi deyilir. N.İşlər xəstəxanada olduğu günlərdə onu tək qoymadığı üçün belə şaiyələr yayılıb. Xəstəxanadan çıxdığı gün Türkiyənin Cahangir səmtində görüşən köhnə sevgililər söhbət əsnasında da bu barədə danışıblar. Məlumata görə, B.Tüzünataç N.İşlərə "Bundan sonra tək yaşamağın doğru olmaz. Ya sən mənim evimdə qal, ya da mən səninlə qalım", - deyib. Bundan sonra köhnə sevglilərin yenidən evlənmə fikrinə düşməsi haqda iddialar ortaya çıxıb. Lakin yayılan xəbərləri aktrisa Tvitter səhifəsində yalanlayıb. Berrak bu barədə yazıb: "Telli-duvaqlı mesajlarınız üçün təşəkür edirəm. Ancaq yayılan xəbərlər yaxın dostlarımızın qurduğu xəyaldır".
2014-04-27
15,938
Millət vəkili Bakıda yarış keçirir
Bu gün Bakıda Azərbaycan Kikboksinq üzrə beynəlxalq turnir öz işinə başlayacaq. Bu barədə məlumatı Azərbaycan Kikboksinq Federasiyasının baş katibi Rüstəm Rüstəmov bildirib. Onun sözlərinə görə,yarış Kikboskinqin K-1 versiyasiyası üzrə Fihht-vision 3 peşəkarlar arasında keçirilir. Ümumilikdə 11 döyüş üzrə keçirilkəcək turnirə Azərbaycan, Almaniya, Hollandiya, Gürcastandan 22 idmançı qatılacaq. Yarışda ölkəmizin idman şərəfini kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandamızın üzvləri qoruyacaq. Təmsilçilərimiz arasında Zöhrab Əzimov, Vüsal Abbsov, Edvard Məmmədov, Xəyal Əhmədov, Sərxan Oruclu, Azər Abbasov, Araz Pirməmmədov, Təbriz Balaxanov, Vabid Astapuk və digər idmançılarımız da yer alır. Yarışda döyüşəcək ən gənc idmaçımız Niçat Nəcəfzadə -38 kq, xanım idmaçımız isə Şəhla Allahverdiyeva da var. Xatırladaq ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevdir.
2014-04-27
15,939
ATƏT-in Baş katibi təcili Kiyevə gəlir
ATƏT-in baş katibi Lamberto Zanyer bu gün axşam Kiyevə gələcək. Məlumat görə, bu barədə ölkənin xarici işlər naziri Andrey Deşitsa bildirib. "ATƏT müşahidəçilərinin azad edilməsi ilə bağlı situasiya mürəkkəbdir. Kiyevə qayıdıram. ATƏT baş katibi də axşam Kiyevə gəlir" – nazir Tvitter səhifəsində belə yazıb. Xatırladaq ki, təşkilat təmsilçiləri aprelin 25-də Slavyansk şəhərinə giriş zamanı separatçılar tərəfindən girov götürülüb. Qərbin, ABŞ-ın çağırışlarına baxmayaraq hələ də azad edilməyiblər. Amerika Moskvanı bazar ertəsindən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyib. /Musavat.com/
2014-04-27
15,940
Azərbaycan sportinq üzrə nəmizədliyini irəli sürüb
Bu il mayın 1-5-də Fransada atıcılığın sportinq növü üzrə Avropa çempionatı keçiriləcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Azərbaycan Atıcılıq Federasiyasının (AAF) mətbuat xidmətindən verilən məlumata görə, federasiyanın vitse-prezidenti Rasim Rzayev komandanın çempionatda 10 atıcı ilə təmsil olunacağını bildirib: "Onlardan ikisi atıcılığa yeni başlayan idmançılardır, amma onların da uğurlu nəticələr əldə edəcəyinə ümid edirik. Komandamızın tərkibindəki idmançılar arasında idman ustası və idman ustalığına namizədlər də var. Digər idmançılarımızın nailiyyətləri də az deyil. Bu yarışda idmançılarımızdan qələbə gözləyirik ". Vitse- prezident qeyd edib ki, Azərbaycan sportinq idman növü üzrə Kipr, Rusiya, Macarıstan, İspaniyada keçirilən çempionatlarda iştirak edib: "Sportinq üzrə Avropa çempionatının 2016-cı ildə Azərbaycanda keçiriləcəyini ümid edirik. Biz namizədliyimizi irəli sürmüşük və müsbət cavab alacağımıza inanırıq".
2014-04-27
15,941
Avtomobil sürən qadına 150 şallaq, 8 ay həbs
Səudiyyə Ərəbistanında sükan arxasına keçən qadına yol polisi 150 şallaq və 8 ay həbs cəzası verib. "Axar.az" xəbər verir ki, qadınların avtomobil sürməsi qadağan olan bu ölkədə qadına verilən cəzanın bu qədər ağır olmasına səbəb onu saxlayan yol polisinə etiraz etməsi olub. Əslində Səudiyyə Ərəbistanında qadınların avtomobil istifadə etməsini qadağan edəcək xüsusi qanun yoxdur. Ancaq qadınların sürücülük vəsiqəsi almaları üçün lazimi qurumlara müraciət etmələrinə izn verilmir. 2011-ci ildə ölkədə bir qrup qadın "Women2Drive" adıyla internet üzərindən sükan qadağasının qaldırılması üçün kampaniya başlatmışdı. Kampaniyaya dəstək verən Səudiyyə qadınlarından bəziləri avtomobil sürərkən çəkdirdikləri video və fotoşəkillərini ictimai mediada yaymışdı. Bundan sonra həmin qadınlar da müxtlif şəkildə cəzalandırılmışdı. Uzun illər əvvəl də bu ölkədə qadınlar sükan arxasına keçmək qadağasının qaldırılması üçün müxtəlif cəhdlər ediblər. Ancaq onlar da hər dəfəsində mühafizəkarların və səlahiyyətli şəxslərin sərt etirazı ilə qarşılaşıblar və cəzalandırılıblar. Ancaq bu dəfə ki, cəza isə bu günə qədər avtomobil sürən qadına verilən ən ağır cəza hesab olunur.
2014-04-27
15,942
Ruslar Ukrayna zabitlərinə dəhşətli işgəncə verir - Video
Ukrayna Təhlükəsizlik Xidməti Rusiya kəşfiyyatının zabiti İqor Strelkovu axtarışa verib. Ukraynanın şərqində diversiya əməliyyatlarına başçılıq edən İqor Strelkov separatçı "Donetsk Xalq Respublikası"nın silahlı qüvvələrinin komandanı təyin olunub. Bu barədə qondarma rejimin rəhbəri Denis Puşil açıqlama verib. Ukrayna Təhlükəsilik Xidməti İqor Strelkovun Rusiya kəşfiyyatı ilə apardığı telefon danışıqlarını qeydə aldığını açıqlayıb. Ukrayna mətbuatı İqor Strelkovun Krımdakı məlum hadisələrdə də iştirak etdiyini iddia edib. İqor Strelkov Rusiya mətbuatına verdiyi açıqlamasında Ukrayna ordusuna meydan oxuyub. Bildirib ki, "Donetsk Xalq Respublikası"nın özünümüdafiə qüvvələrinin kifayət qədər silahı və təcrübəli döyüşçüləri var. Onun sözlərinə görə, Ukrayna "Donetsk Xalq Respublikası"na qarşı hücumları dayandırmasa, əlindəki ukraynalı əsirləri öldürəcək. İqor Strelkov qeyd edib ki, "Donetsk Xalq Respublikası"na qarşı vuruşanlar arasında millətçi ekstremsitlər də var: "Vəziyyətin gərginləşməsi üçün onlar təxribatlar törədirlər. Biz ekstremistlərə və muzdlulara atəş açmalı olsaq istər-istəməz Ukrayna ordusunun əsgərlərini də öldürmüş olarıq". Rusiya mətbuatının verdiyi xəbərə görə, "Donetsk Xalq Respublikası"nın silahlı qüvvələri Ukrayna kəşfiyyatının 3 zabiti əsir götürüb. Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin zabitləri Qorlovka şəhərinə daxil olaraq yerli milis idarəsinə nəzarət edən İqor Bezleri həbs etmək əmri aldıqlarını bildiriblər. Əsir götürülmüş zabitlərə işgəncələr verildiyi təqdim etdiyimiz görüntülərdə yer alıb. /Publika.az/
2014-04-27
15,943
Çində itlərə qarşı görünməmiş vəhşilik
Çinin şimalında sahibsiz itlərin böyük bir qəbiristanlığı aşkar edilib. O da məlum olub ki, 100-ə yaxın heyvan orada diri-diri basdırılıb.Məlumata görə, mütəxəssislər müəyyən edib ki, itlərin çoxu tənəffüs yollarına torpağın düşməsi nəticəsində ölüb. Hüquq-mühafizə orqanları tərəfindən heyvanlarla qəddar davranışla bağlı cinayət işi açılıb. Təhqiqat aparılır. Yerli hakimiyyət orqanları təmsilçiləri hadisənin onlara heç bir dəxli olmadığını bildiriblər. /Musavat.com/
2014-04-27
15,944
Türkiyədə qadağan edilmiş roman Azərbaycan dilində
"Qanun" Nəşriyyatı türk yazıçısı Enis Baturun qalmaqallı "Alma" romanını Azərbaycan dilində çap edib. On il qabaq üz qabığındakı rəsmə görə Türkiyədə qadağan edilən, amma sonradan bəraət alan romanda çıxış nöqtəsi fransız rəssamı Gustave Courbet-in "Dünyanın başlandığı yer" əsəridir. Türkcə ilk nəşrində kitabın üz qadığında da yer almış həmin rəsmdə qadın cinsiyyət orqanı təsvir edilir. İlk dövrlərdə rəssamın bu əsəri Qərbdə "təsviri provakasiya" sayılsa da, 120 il əldən-ələ keçsə də, nəhayət sənət əsəri kimi muzeydə sərgilənməyə başlanıb. Rəsmin isə Gustave Courbet-ə 1866-cı ildə türk diplomatı Xəlil bəy tətəfindən sifariş edildiyi deyilir. O bununla öz erotik rəsm kolleksiyasını zənginləşdirmək istəyirmiş... Romanda təkcə Xəlil Şərif Paşa və Kourbet-dən bəhs edilmir, həm də yaradılışın alışılmayan bir təfsirindən danışılır. Kitab Türkiyədə dəfələrlə təkrar nəşr olunub. /Azadlıq.org/
2014-04-27
15,945
"Qarabağ" "Neftçi"nin müqavimətini qıra bilmədi
Bu gün Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları keçirilib. "Sumqayıt" öz meydanında "Bakı"nı qəbul edib. Oyunda tərəflər hərəyə bir dəfə fərqlənib - 1:1. "Qəbələ" isə "Simurq"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Bakı"nın xal itirməsindən yararlanan "Qəbələ" turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib. "Rəvan" öz meydanında AZAL-la qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. "Xəzər Lənkəran" səfərdə "İnter"lə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Burada çempionatın lideri "Qarabağ" klubu "Neftçi"ni sınağa çəkib. Bu oyun 1:1 hesabı ilə başa çatıb. 27 aprel (bazar) Azərbaycan Premyer Liqası, 32-ci tur "Qarabağ" - "Neftçi" - 1:1 (İkinci hissə) Qollar: Flavinyo, 40 (0:1), Muarem Muarem,51 (1:1) Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Teymur Fərhadov Əlavə köməkçi hakimlər: Alik Yunusov, Orxan Məmmədov Tofiq Bəhramov adına Respublika stadionu. "İnter" - "Xəzər Lənkəran" - 3:0 Qol: Arif Daşdəmirov, 4 (1:0), Abdulla Abatsiyev, 75 (2:0), Derlis Meza Kolli, 84 (3:0) Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov "Şəfa" stadionu. AZAL - "Rəvan" - 0:0 Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Tahir Əhmədov "AZAL Arena" stadionu. "Qəbələ" - "Simurq" - 1:0 Qol: Dodo, 58 (1:0) Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov Qəbələ şəhər stadionu. "Sumqayıt" - "Bakı" - 1:1 Qollar: Fərcad-Azad, 47 (1:0), Risto Ristoviç, 69 (1:1) Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança. /Trend/
2014-04-27
15,946
Dahi yazıçının ölümsüz eşq məktubu - Foto
İstər ayrılığı, istər xoşbəxtliyi göstərdin, fərq etməz. Bitmiş bir münasibətdən geridə qalan ən gözəl xatirə bəlkə də məktublardır. Bir şairin və ya yazıçının sevdiyi qadına yazdığı eşq məktublarını oxuyub heyran olmamaq mümkün deyil. "Axar.az" məşhur ictimai-siyasi xadimlərin sevimli qadınlarına yazdığı məktubları silsilə şəklində təqdim edir. Viktor Hüqodan Culyetta Droyetə məktub "Bütün bu qaranlıq və şiddət dolu günlər boyunca möhtəşəmdiniz, Culyettam. Sevgi istədim gətirdiniz, sağ olun! Gizləndiyim yerlərdə, davamlı olaraq təhlükədə gözləməklə keçən gecələrin sonunda, qapımda barmaqlarınızda titrəyən açarın səsini eşidəndə bütün pisliklər və qaranlıqlar yox olurdu. İçəriyə işıq girirdi! Ölkədəki qarşıdurmalara ara verildiyində yanımda olduğunuz o qorxunc, amma müdhiş saatları əsla unutmamalıyıq. O kiçik qaranlıq otağı, tavandan, divarlardan sallanan o köhnə əşyanı, yan-yana dayanan iki kreslonu, masanın bir küncündə yediyimiz yeməyi, gətirmiş olduğunuz soyuq toyuğu həyatımız boyunca unutmayaq. Sizinlə keçən şirin söhbətlərimizi, əvəzedilmız sığalınızı, qayğı və oxşamalarınızı, özünüzü bütünlüklə mənə həsr etmyinizi həmişə xatırlayaq. Məni sakit və dinc gördüyünüzdə təəccüblənməyin. Bu sakitlik və dinclik haradan gəlir, bilirsinizmi? Sizdən ..."
2014-04-27
15,947
Bakıda inzibati bina və avtomobil yandı
Bakıda inzibati bina və minik avtomobili yanıb. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 600 kv.m olan birmərtəbəli 14 otaqdan ibarət inzibati binanın 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "DAEWOO" markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-27
15,948
İsrail dövləti necə yaranıb? - Əsrin möhtəşəm etirafı
ABŞ vətəndaşı, yəhudi əsilli iş adamı Devid Rokfellerin son yüz ilin ən böyük etiraflarının üç hissəsini yayımlamışdıq. Bu dəfə isə onun İsrail dövlətinin hansı şəkildə yaradıldığı barədə etiraflarını təqdim edirik. "Axar.az" xəbər verir ki, Rokfeller İsrail dövlətinin Rotşildlər ailəsinin maliyyə dəstəyi ilə qurulduğunu bildirib. Beləliklə, böyük İsrail imperatorluğunun təməlini meydana gətirən İsrail dövləti 1948-ci ildə Rotşild ailəsinin maliyyə dəstəyi ilə yaradılıb. Müharibədə çökmüş iqtisadiyyatlarını ayağa qaldırmaq üçün bir çox ölkələr Harriman, Rokfeller, Vanderblit və Rotşild təşkilatlarından borc pul almışdılar. Geri qaytarılan pullar vasitəsi ilə İsrail dövlətinin qurulması üçün ilk addımlar atılırdı. Bu minvalla, yuxarıda sadalanan iş adamlarına borclanan ölkələr İsrail dövlətinin yaradılmasına böyük dəstək verməyə başladılar. Rokfellerin qeyd etdiyi kimi, bu gün dünyanın 11-ci ən güclü ordusuna sahib olan İsrail dövləti 3-4 təşkilatın hesabına yaradılmış oldu.
2014-04-27
15,949
Mir Şahin: "Mən öz qanıma belə şübhə ilə baxıram" - Video
İş elə gətirib ki, artıq neçənci dəfədir biz "Hesabat"ı Rusiyanın post sovet məkanında fəallaşmasının səbəbləri və mümkün nəticələrinə həsr etdiyimiz şərhlə başlayırıq. Bu həftə, həm də onunla maraqlı oldu ki, Putin Rusiya vətəndaşlığına qəbul edilmənin şərtlərini asanlaşdırdı. Və bu elə qəribə sənəddir ki, adam Rusiyanı başqa dövlətlərin daxili işlərinə qarışma cəhdində günahlandırmaq istəyir. Qəribədir, hələ bir neçə ay əvvəl gözümüzü rusca mazol etmiş bu ağrılı-ağır mənzərələr hara yoxa çıxıb. Bəlkə Rusiya miqrantlarla bağlı siyasətini dəyşib?! Bəlkə bu çernomazıların, qaraların basılması deyildi, sadəcə bir qara basma idi ki, onu da biz qaralar görə bilirdik. Rusiya niyə belə dəyişdi? Hanı Rusiya telekanallarının göstərdiyi antimiqrant, antiözbək, antitacik, antiazərbaycan reportajlar. Hardan peyda oldu bu qəfil sovet məhəbbəti? Rusiya Federasiyası ərazilər uğrunda mübarizəni əhalilər uğrunda mübarizə ilə əvəz edib. Rusiya vətəndaşlığının qəbul edilmə qaydalarının sadələşdirilməsi, tək ilk baxışdan baş tovlayan bir priyom əslində ilk növbədə qoca sovet adamlarına, onların hələ ki, yaddaşında bəzən romantik duyğuların xarabalıqlarına hesablanmayıb ki. Baxmayaraq ki, Rusiyanın bu addımı özü də kifayət qədər ziddiyyətlidir. Məsələn, yaxşı ki, Birləşmiş Ştatların, Fransanın, Böyük Britaniyanın, Almaniyanın ağlına oxşar ideyalar gəlmir. Gəlin bir anlığa bu sizə başqa bir Rusiya təqdim edim, o Rusiya ki, gözdən uzaq, könüldən iraqdır, necə deyərlər cənnətlərin reklam rolikinə daxil edilməyib. Baxaq? İndi təsəvvür edək ki, Birləşmiş Ştatların, Fransanın, Böyük Britaniyanın, Almaniyanın vətəndaşı olmaq üçün vəziyyət sadələşdirilir. Və bax elə bu zavallıya deyirlər ki, vətəndaşlıq üçün lazım olan cəmi bir-iki kağızdır. Onda Rusiyanın aqibəti necə olacaq. Rusiya Federasiyası bu addımı tilov kimi, qarmaq kimi atır. Yəni tilov atır tutaq ki, Ukraynaya bir-iki vətəndaş transfer edir, sonra da bu oyuncaq vətəndaşlardan tutub dövləti çəkib çıxarır. Bir halda ki, belədir, onda gərək hər bir dövlət özünü qorumaq barədə düşünsün. Vətəndaşı öz başına qoysan ya halvaçıya gedər, ya da zurnaçıya. Parlamentlər təkcə dövləti yox, həm də vətəndaşı qorumaq üçün baza yaratmalıdırlar. Məsələn, necə etməli ki, Rusiyanın qəbul etdiyi hər hansı bir qanun qeyri Rusiyanın vətəndaşını burnunun ucundan götürüb aparmasın?! Baxın: Azərbaycanda ikili vətəndaşlıq yasaqdır. Bu vətənə vətəndaşlıq etmək istəmirsən, istəmə, şələ-küləni yığışdır köç, təşrif apar, buyur, ya da rədd ol vətəndaşı olmaq istədiyin vətənə. Məncə, Rusiyanın o qədər də dərin olmayan bu gedişi sadəcə düşündürməlidir. Çünki, ortada vətəndaş müharibəsinin başqa bir şəkli var. Kağız üzərində vətəndaş müharibəsi. Kağız isə bildiyiniz kimi tez alışır. Sovet İttifaqının cazibədarlığı barədə rus xalqı nağıllarını da bir tərəfə atmaq lazımdır, həqiqəti söyləmək, göstərmək lazımdır. Sanki separatçılıq, səfilik, aclıq, yağ-ət talonları Sovet İttifaqının cəhənnəm odabaşılarının əl əməyinin nəticəsi deyilmiş. Sanki milli münaqişələrin əsasını o lənətə gəlmiş Sovet İttifaqı qoymamışdı. Məşhur sovet yumoristi Vinokur Bakıya gəlir. Deyəcəksiz nə olsun?! O olsun ki, konsert verəcək. Yenə nə olsun hə! O olsun ki, konserti Heydər Əliyev adına sarayda verəcək. Nə olsun? Hə??? Heç nə konsert aprelin 28-də olacaq. Azərbaycanda lənətlənmiş Sovet Hakimiyyətinin qurulduğu gün. Vinokur isə bunu bilir. Saraydakılardan fərqli olaraq. İncəməyin. Amma mən indi hətta öz qanıma belə qırmızı olduğu üçün şübhə ilə baxıram. Yaxşı da eliyirəm!
2014-04-27
15,950
"Fənərbaxça" Türkiyə çempionu oldu - Foto
Futbol üzrə Türkiyə liqasının 31-ci turunda ölkə çempionunun adına aydınlıq gəlib. "Axar.az" xəbər verir ki, öz meydanında "Çaykur Rizəspor"u qəbul edən "Fənərbaxça" rəqibi ilə bərabərə qalıb, 0-0. Sıralamada 2-ci pillədə qərarlaşan "Beşiktaş"ın səfərdə "Sivasspor"a məğlub olması çempionatın sonuna 3 tur qalmış "Fənərbaxça"nı vaxtından əvvəl çempion edib. Bununla da "Fənərbaxça" 19-cu çempionluğunu qeyd edib.
2014-04-27
15,951
Şok: İtlər ağır xəstəliyi sağaldır - Video
Ailələrdə saxlanılan itlər alzeymer xəstələrinin sağalmasına kömək edir. "Axar.az" xəbər verir ki, ABŞ-da maraqlı tədqiqat aparılıb. Bu təcrübəni ABŞ-ın Yeni Meksika Ştatının (New Mexico) Alburkurkue əyalətində yaşayan Çarlz Sasser adlı xəstə öz üzərində aparıb. Alzeymer xəstəsi olan Çarlz son altı ay ərzində öz iti Rosko ilə danışıb. İlk olaraq qırıq-qırıq sözlər işlədən xəstə həmin müddətin sonunda sürpriz nəticə ortaya qoyub. Videodan da göründüyü kimi xəstə çox rahat danışa bilir. Kadrlar xəstənin qızı Liza Abeyta tərəfindən lentə alınıb. Çarlz Sasser 5 il öncə dövlət səhiyyə idarəsi tərəfindən alzeymer xəstəsi kimi qeydiyyatdan keçib. Xatırladaq ki, alzeymer xəstəliyi insan genotipindəki 14-cü xromosomun pozulması zamanı yaranır. Bu isə adətən qarışıq qidalanma zamanı ortaya çıxır. Xəstəlik ilk dəfə 2000-ci ildə kəşf edilib. Həmin videonu təqdim edirik:
2014-04-27
15,952
Nişanlısına 15 milyon dəyərində ada alır
Məşhur Hollivud aktyoru Coni Dep nişanlısı 28 yaşında olan model və aktrisa Amber Hörd üçün 15 milyon dollar dəyərində ada alması barədə iddialar ortaya atılıb. "Axar.az" xəbər verir ki, Dep Havay adalarının dördüncü ən böyük adası Kauayı almaq üçün hərəkətə keçib. Əldə edilən məlumata görə, Depin məqsədi Hördün okean sahilində şəkil çəkdirməyi sevməsidir. Qeyd edək ki, fransız müğənni və aktrisa Vanessa Paradis ilə 14 il birlikdə yaşadıqdan sonra 2012-ci ildə ayrılan Dep ötən ay təxminən 1 il 6 aydır əlaqəsi olduğu Hörd ilə nişanlanmışdı.
2014-04-27
15,953
Hüseyn Dəryanın 40 mərasimi - Video
Məşhur repçi Hüseyn Dəryanın 40 mərasiminin videosu yayılıb. Məlumata görə, ailəsi və fanatları mərhumun məzarını ziyarət edib. Qeyd edək ki, Hüseyn Dərya martın 15-də avtomobil qəzasında dünyasını dəyişib. Reperin baş daşının üzərində "Məşhədi, Kərbəlayi Hüseyn Muradov Cahangir oğlu" yazılıb. /Teleqraf.com/
2014-04-27
15,954
İranda “Ebtekar” qəzetinin nəşri dayandırıldı
İranda daha bir qəzetin nəşri dayandırılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə nəşrinə qadağa qoyulmuş "Ebtekar" qəzetinin baş redaktoru Məhəmmədəli Vəkil açıqlama verib. Onun sözlərinə görə, mətbu orqanın nəşri İranın "Kütləvi informasiya vasitələri haqqında" qanununun 6-cı maddəsinin 11-ci bəndi əsas götürülərək yalan, şayiə və təhrif məzmunlu xəbərlər dərc etmək ittihamı ilə dayandırılıb: "Bununla bağlı Tehran Şəhər Prokurorluğunun ikinci şöbəsi mənə məktub göndərsə də, ancaq qəzetinin nəşrinə nə qədər qadağa qoyulması barədə heç bir məlumat verilməyib. Bu addım mətbu orqanda "İran Həbsxanalar Təşkilatı rəisinin vəzifəsindən uzaqlaşdırılması" başlıqlı məqaləyə görə atılıb. Bu da 2014-cü il aprelin 17-də Tehranın Evin həbsxanasının 350-ci bəndində baş vermiş toqquşmadan sonra İran Həbsxanalar Təşkilatı rəisi vəzifəsindən azad edildiyinə görə yazılıb". Qeyd edək ki, Həsən Ruhaninin avqustun 4-də İranda hökumət başına gəlməsindən sonra "Bahar" və "Asiman" qəzetlərinin nəşri dayandırılıb.
2014-04-28
15,955
AB İsrailə xəbərdarlıq etdi
Fələstinlə sülh danışıqlarını təxirə salan İsrailə Avropa Birliyindən xəbərdarlıq gəlib. "Axar.az" xəbər veri ki, Katerine Eşton açıqlamasında iki ölkə arasındakı sülh prosesinin gedişatından narahat olduğunu bildirərək, tərəflərdən müzakirələrin davam etdirilməsini istəyib. Eşton həmçinin tərəflərdən sülhü təhlükə altına alacaq addımlardan çəkinməyə çağırıb. Qeyd edək ki, İsrail Fələstin və Həmas arasında əldə edilən razılaşmadan narahat olduğunu, bu səbəbdən də Fələstinlə sülh danışıqlarını təxirə saldığını bəyan etmişdi.
2014-04-28
15,956
Azərbaycanlı bəstəkar azadlığa buraxıldı
İranda 72 yaşlı tanınmış azərbaycanlı bəstəkar azadlığa çıxıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Həsən Dəmirçi (Həsənağa Azərbaycan) aprelin 27-də günorta saatlarında həbs cəzasını bitirdikdən sonra Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb. Qeyd edək ki, H. Dəmirçi 2013-cü il noyabrın 4-də səhər saatlarında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları tərəfindən evində həbs edilib. Azərbaycanlı bəstəkara həbsdə saxlanıldığı müddətdə ailə üzvləri ilə görüşə maneə yaradılıb, vəfat etmiş bacısının dəfn mərasimində iştiraka icazə verilməyib. Yaşının çoxluğuna görə bir neçə xəstəlikdən əziyyət çəkən H. Dəmirçi müxtəlif psixi təzyiq və təhqirlərə də məruz qoyulub. O, Azərbaycan milli kimliyinin və milli musiqisinin təbliği uğrunda apardığı dinc fəaliyyətə görə indiyədək bir neçə dəfə tutulub. Ötən ilin iyulunda Təbriz məhkəməsi H. Dəmirçini Güney Azərbaycanda baş vermiş son zəlzələdə ziyan çəkən ailələrə maddi yardım toplamaqda, qanunsuz yollarla Azərbaycan musiqisinin tədrisi ilə məşğul olmaqda, ölkədə və xaricdə separatçı qruplarla əlaqə saxlamaqda, azərbaycanlı fəallarla görüşməkdə və dövlət quruluşuna qarşı təbliğatda təqsirli bilərək 6 ay müddətinə şərti həbs cəzasına məhkum etmişdi. Həmas və Əl - Fəth 23 Apreldə Fələstində tək rəhbərlik mövzusunda uzlaşmağa varmış, 5 həftə içində milli birlik hökuməti qurulması və 6 ay ərzində seçkilərə gedilməsi mövzusunda uzlaşmıştı. İsrailin bu sürpriz inkişafa cavabı müzakirələri təxirə almaq olmuşdu.
2014-04-28
15,957
"Koroğlu"da avtomobil körpüdən aşdı: ölənlər var
Bakının Koroğlu metrosunun yaxınlığında dəhşətli qəza olub. Hadisə şahidlərinin verdiyi məlumata görə, bir avtomobil "Əzizbəyov" dairəsində körpünün üstündən aşaraq, yerə düşüb. Şahidlərin dediyinə görə, qəzada bir neçə nəfər dünyasını dəyişib. Hadisə yerinə çoxsaylı adamlar toplaşıb. Avtomibilin "Hunday" markalı olduğu bildirilir /ANS/
2014-04-28
15,958
Ərəb şeyxlərinin göz qamaşdıran təyyarələri – Foto
Təbii ehtiyatları zəngin olan Səudiyyə Ərəbistanın imkanlı şəxsləri həmişə israfçı həyat tərzləri ilə dünyanın gündəmini zəbt edirlər. Bu dəfə isə onların unikal təyyarələrinin şəkilləri təqdim edilib. Bu gözqamaşdıran şəkillər hamını heyrətə gətirib. Dəbdəbəli həyat tərzi və qiymətli metallara meyli ilə seçilən ərəb şeyxləri hətta təyyarələrində də bu vərdişlərindən və istafçılıqlarından imtina etməyiblər. "Axar.az" həmin şəkilləri təqdim edir:
2014-04-28
15,959
Ukraynada 60 yaşadək səfərbərlik - Müharibə başlayır
18 yaşdan 60 yaşadək şəxslər orduya çağırılır. Rusiyanın Krıma müdaxiləsindən sonra Ukraynada elan olunmuş ümumi hərbi səfərbərlik davam edir. 45 gün müddətinə elan olunmuş hərbi səfərbəlik öncə 18-35 yaş arası gənclərə şamil olunsa da, hazırda 60 yaşa qədər şəxslər də orduya çağırılır. Ancaq bu, rəsmi şəkildə açıqlanmır. Orduya çağırılanlara hərbi təlimlərin keçirildiyin deyən həmyerlilərimiz bildiriblər ki, Ukraynada ciddi müharibə hazırlığı gedir. Çox güman ki, Ukrayna hökuməti Rusiyanın yeni müdaxilələrini nəzərə alaraq hazırlığa başlayıb. Özünün 49 yaşı olduğunu deyən həmyerlimizdən biri bildirib ki, mülki şəxsdir və hazırda ordu sıralarında təlimlərdə iştirak edir. Qeyd edək ki, səfərbərliyə Ukrayna vətəndaşı olan bütün millətlərin nümayəndələrinin cəlb olunduğu deyilir. Xatırladaq ki, Ukrayna hökuməti ötən ay Milli qvardiya yaradılması, habelə daxili və sərhəd qoşunları da daxil olmaqla silahlı qüvvələrinin sıralarının artırılması üçün ehtiyyatda olan 40 min nəfəri hərbi xidmətə çağırmaqla bağlı qərar vermişdi. /Qaynar.info/
2014-04-28
15,960
Gürcü nazir yanıldı və partiyasını yıxıb-sürüdü
Gürcüstan Baş nazirinin müavini, ölkənin İqtisadiyyat naziri Kaxa Kaladze seçkiqabağı çıxışında çaşaraq təmsil etdiyi iqtidar komandasını ciddi tənqid edib. "Axar.az"ın məlumatına görə, hadisə bu gün "Gürcü arzusu" koalisiyasının Tiflisdəki mərkəzi idman sarayında təşkil etdiyi tədbirdə baş verib. Söz alan Kaladze çaşaraq, təmsil olunduğu yeni hakimiyyət komandasının ölkədə güc və ədalətsizlik mühitini bərpa etdiyini vurğulayıb: "İl yarım bundan öncə biz ölkədə güc və ədalətsizlik mühitini bərpa etdik. Klançılıq və yalan vədlər məsələsinə nöqtə qoyduq". Kaladzenin bu cür çıxışı gürcü ictimaiyyətində gülüşlə qarşılanaraq, keçmiş futbolçudan növbəti avtoqol kimi dəyərləndirilib. Xatırladaq ki, İtaliyanın titullu klublarında çıxış etmiş Kaladze həm də futbol üzrə Gürcüstan milli yığmasının müdafiə sütunlarından biri sayılıb. Seçmə oyunların birində Kaladze öz qapılarına qol vurub. Bu avtoqol uzun illər onun başağrısına çevrilib. Belə ki, Saakaşvili vaxtı ilə ölkə vətəndaşlarına müraciət edərək, öz qapısından qol keçirənlərdən ibarət bir siyasi komandanın onu əvəz etmək istədiyini vurğulamışdı. O üzdən də Kaladzenin belə yanlışlığa yol verməsi onun növbəti avtoqola imza atması kimi dəyərləndirilib.
2014-04-28
15,961
Erməni iş adamı Ərdoğana təşəkkür etdi - Foto
Erməni iş adamı Leon Armanlı Türkiyə Baş naziri Ərdoğanın ermənilərə başsağlığı mesajına təşəkkür edib. "Axar.az" xəbər verir ki, Türkiyədə yaşayan erməni iş adamı Leon Armanlı Ərdoğan üçün Azadlıq qəzetinə bir təşəkkür elanı verib. Armanlı siyasətdən anlayışı olmadığını, 1915 hadisələrini isə yalnız eşitdiyini bildirdiyi elanda Baş nazir Ərdoğan üçün "Siz həqiqətən adam kimi adamsınız və mərdsiniz. Atatürkdən sonra ən böyük dövlət adamısınız". 2 uşaq atası iş adamı Leon Armanlı daha əvvəl də soyqırım iddialarına reaksiya vermişdi. Leon "Bu iddialar üzündən bizə qarşı qərəzli münasibət göstərilməyə başlandı. Bu ölkədə əsgərliyimi çəkdim. Uşaqlarım Türk məktəblərində təhsillərini davam etdirirlər. Babam Leon Aqopyan Atatürkün diş həkimiydi. Əsassız iddialarla dincliyimizi pozmasınlar. Türkiyədə yaşayan erməni vətəndaşlar çox xoşbəxtdilər. Burada olmaqdan ötəri qürur duyuruq. Soyqırım deyə bir şey olmayıb" Erməni iş adamı Armanlının təşəkkür mesajını təqdim edirik:
2014-04-28
15,962
“Rusiya ilə Ukrayna arasında nifaq ABŞ-ın arzusu idi"
Rusiya parlamentinin "Ədalətli Rusiya" fraksiyasının üzvü İlya Ponamaryov ölkə prezidenti Vladimir Putinin dünyanı cana gətirdiyini dilə gətirib. "Axar.az" məlumatına görə, Ponamaryov hazırda Qərbin əsas məqsədinin Ukraynanın müdafiəsinin təşkili deyil, onlarda qıcıq hissləri yardan Putini hakimiyyətdən devirmək olduğunu deyib. Onun sözlərinə görə, Qərb üçün əsas məqsəd Putinə qarşı birləşməkdir: "Bilirsiniz, Qərb artıq Ukraynaya diqqət ayırmır. Onların əsas məqsədi Putinə qarşı birləşməkdir. Fikrimcə, Rusiya dövlət başçısının hədəf seçilməsi onun munasibətinin və davranışlarının məhsuludur. Başqa bir məqam - əminəm ki, Ukrayna ilə Avropa deyil, daha çox Amerika maraqlanır. Xatırlayırsınıza, hələ bir müddət öncə Zbiqnev Bzejinski də hədəflərinin Rusiya ilə Ukrayna arasında nifaq salmaq olduğunu vurğulamışdı". Ponamaryov Qərbin Rusiyaya qarşı sanksiyalarına da toxunub: "Fikrimcə, bu, düzgün yanaşma deyil, çünki sadə rusların gözündə sankisiyalar tətbiq edən ölkələr düşmən qismində görünəcək və onlar bir-birinə daha şıx şəkildə bağlı olacaqlar".
2014-04-28
15,963
Ukrayna separatçılara qarşı hücuma hazırlaşır
Ukrayna hökumət qüvvələri ölkənin şərqindəki Rusiya tərəfdarı separatçıların əlində olan Slavyansk şəhəri yaxınlığında nəzarət məntəqələri yaratmağa başlayıb. "Axar.az" xəbər verir ki, Slavyansk şəhəri Rusiya tərəfdarı separatçıların ən fəal olduğu bölgələrdən biridir. Hökumət qüvvələri şəhərin 20 kilometrliyində, Donetsk və Xarkov sərhədində olan Dolina kəndi yaxınlığında nəzarət məntəqələri yaradıblar.
2014-04-28
15,964
Obama 48 il sonra bir ilkə imza atdı
48 il sonra Malaziyaya ziyarət edən ilk Amerika prezidenti Obama olub. "Axar.az" xəbər verir ki, ABŞ prezidenti Barak Obama Asiyaya səfəri çərçivəsində Malaziyada görüşlərini davam etdirir. Obama səfəri çərçivəsində Malaziya Baş naziri Nəcib Reza ilə də bir araya gəlib. ABŞ-ın Malaziyaya və digər ölkələrə Trans-Sakit okean Tərəfdaşlıq sazişini imzalamaları üçün də təzyiq etdiyi bildirilir. Obamadan öncə Malaziyaya 48 il əvvəl ziyarət edən Lindon Konsonun də xatirəsi yad edilib. Obama bu ölkənin kralı ilə də görüşüb. Malaziya kralı Tuanku Abdülhalim itkin düşən təyyarənin axtarışlarında dəstək olan ABŞ-a təşəkkür də edib.
2014-04-28
15,965
Daha bir qondarma respublika - Ukrayna parçalanır
Şərqi Ukraynada Kremlin dirijor çubuğu ilə hərəkət edən separatçılar daha bir qondarma qurum elan ediblər. Luqanskda federallaşma tərəfdarları "Luqansk Xalq Respublikası" yarandığını bəyan ediblər. Onlar mərkəzi hökumətə ultimatum da veriblər: Şərqi Ukraynada bütün separatçılara amnistiya vermək, rus dilini dövlət dili kimi təsbit eləmək, regionun öz müqəddəratını təyin eləməsi üçün referendum keçirmək. Hansı tələblər ki, rəsmi Moskvanın şərtləri ilə tam üst-üstə düşür. /Musavat.com/
2014-04-28
15,966
CXP sədrini güllələdilər
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının Sancaqtəpə bölgə başqanı Hüseyn Tosun bu gün axşam saatlarında Paşaköydə yol kənarında güllələnmiş vəziyyətdə tapılıb. "Axar.az" xəbər verir ki, ayağından iki güllə yarası alan Tosun Ürmaniyyə Təhsil və Araşdırma xəstəxanasına yerləşdirilib. Çoxlu qan itirdiyi üçün CXP bölgə başqanını gecə ilə Siyami xəstəxanasına götürüblər. Tosun ilk ifadəsində başqa bir yerdə vurulduqdan sonra maşına mindirildiyini və bir az getdikdən sonra yol kənarına atıldığını söyləyib. Polis cinayətkarların tapılması istiqamətində araşdırmalara başlayıb.
2014-04-28
15,967
"Atletiko" çempionluğa doğru mühüm addım atdı
İspaniya La Liqasının növbəti turunun qarşılaşmaları keçirilib. "Axar.az" xəbər verir ki, həftənin əsas qarşılaşması "Valensiya"da yerli klubla "Atletiko" arasında keçirilib. Lider "Atletiko" çətin də olsa, qələbə qazanmağı bacarıb. "Azerbaijan Land of Fire" yazısını gəzdirən "Atletiko"nun 88 xalı var. Ən yaxın izləyicisi "Barselona"nı 4 xal qabaqlayır. "Villarreal" - "Barselona" oyunu isə daha gərgin məcrada keçib. Matçda 0-2 hesabı ilə geri qalan kataloniyalılar sonda qələbə qazanmağı bacarıb. Maraqlıdır ki, "Villarreal" 2-3 hesabı ilə uduzduğu oyunda 4 qol vurub. Onlardan ikisi "Barselona"nın qapıçısı Pintonun (45-ci dəqiqə, Cani, 55-ci dəqiqə Manuel Triqueros), ikisi isə avtoqolla (64-cü dəqiqə, Qabriel Paulista, 77-ci dəqiqə, Mateo Pablo Musakcio) "Villareal"ın qapısına daxil olub. Oyunda qələbə qolunu isə argentinalı ulduz Lionel Messi 83-cü dəqiqədə rəqibin qapısından keçirib. Liderlərdən bir oyun az keçirən və La Liqada 3-cü yerdə qərarlaşan "Real Madrid"in isə 82 xalı var. Valencia vs Atletico Madrid 0-1 Highlights... by luckypro2207
2014-04-28
15,968
Qəzzafinin oğlu məhkəmə qarşısına çıxdı
Liviyada ölkənin sabiq dövlət başçısı Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslamın məhkəməsi olub. Məhkəmə prosesi paytaxt Tripolidə baş tutsa da, müttəhim hazırda saxlanıldığı Zintan şəhərində həbsxanadan videolink vasitəsilə məhkəməyə qatılıb. 2011-ci il noyabr ayında həbs olunan Seyf əl-İslam vətəndaş müharibəsi zamanı qətllər törətməkdə ittiham olunur. Məhkəmədə Seyf əl-İslam hakimin suallarını cavablandırıb. Proses Tripoli ilə yanaşı, Zintan və Misrata şəhərlərində canlı yayımlanıb. Seyf əl-İslamın Tripoliyə ekstradisiya edilməsi məsələsi də proses zamanı müzakirə olunub. Lakin Zintan rəhbərliyi ilə danışıqlar uğursuz olub. Seyf əl-İslam ilə yanaşı sabiq hökumət tərəfdarlarından hazırda 37 nəfər mühakimə olunur. Onların arasında, eyni zamanda, ölkənin sabiq kəşfiyyat rəisi Abdullah əs-Sənusi də var. Prosesin növbəti sessiyası isə may ayına keçriləcək.
2014-04-28
15,969
Nizami Gəncəvinin sərgisi açılacaq
Azərbaycan Rəssamlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, şəhər mədəniyyət və turizm idarəsinin təşkilatçılığı ilə Gəncədə tanınmış rəssam Məhər Məhərrəmovun dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunan "Xəmsə" adlı fərdi sərgisi açılacaq. Sərgidə rəssamın Nizami Gəncəvi yaradıcılığının ölməz inciləri olan "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" poemalarının vitraj üslubunda (şüşə üzərində rəsm) işlədiyi 40-dək əsəri təqdim olunacaq.
2014-04-28
15,970
Fələstin Holokostu tanıdı
Mahmud Abbas Holokustu müasir dövrün ən iyrənc cinayəti adlandırıb. "Axar.az" BBC-yə istinadən xəbər verir ki, Fələstin lideri Mahmud Abbas Holokost hadisələri ilə bağlı fikrini bölüşüb. Məşhur İsrailli fəal Rabbi Mark Şneyerin sualına cavab verən Mahmud Abbas Holokostun irqi ayrıseçkiliyin bir nümunəsi olduğunu bildirib. Onun sözlərinə görə fələstinlilər irqi ayrıseçkiliyə qarşı çıxaraq buna qarşı mübarizədə bütün dünya xalqlarına nümunə göstərdi. Mahmud Abbas 1983-cü ildə yazdığı doktorluq dissertasiyasında Holokostu inkar etmişdi və bunu yəhudi fantaziyasının nümunəsi adlandırmışdı: "6 milyon yəhudi harada öldürülüb? Bu sadəcə sionist fantaziyasıdır. Onların yalanıdır. Sadəcə 890 min adam nasistlər tərəfindən öldürülüb". Xatırladaq ki, 28 aprel Ümumdünya Holokost Qurbanlarının anım günüdür.
2014-04-28
15,971
Çox pul istədiyi üçün filmə çəkmədilər
Yunan rejissor Nina Maria Paşalidounun Türk serialları haqqında çəkəcəyi sənədli filmində məhşur aktyor Halit Ergenç, Beren Saat və Məryəm Üzərli pulsuz iştirak etdiyi halda, Kıvanc Tatlıtuğ sənədli film üçün pul tələb edib. "Axar.az" xəbər verir ki, bu səbəbdən K.Tatlıtuğu həmin sənədli filmə çəkməyiblər. Halbuki yunan rejissorun çəkdiyi sənədli filmə məhşur aktyorlar Halit Ergenç, Bergüzar Korel, Beren Saat, Məryəm Üzərli, Songül Ödən könüllü olaraq dəstək veriblər. Yunan rejissor Nina Maria ərəb ölkələrində böyük tamaşaçı kütləsi qazanmış K.Tatlıtuğa da sənədli filmdə iştirak etməsi üçün təklif göndərib. Ancak Tatlıtuğ sənədli filmdə iştirak etmək üçün külli miqdarda pul tələb edib. Rejissorun büdcəsi məhdud olduğundan çox istəməsinə baxmayaraq Kıvança filmdə yer verməyib. 1 saat 58 dəqiqəlik sənədli film 12 ölkədə çəkilib. Film bir çox festivalda da nümayiş etdiriləcək.
2014-04-28
15,972
Zorlamada suçlanan qəzet redaktorunun sirli qətli
Aprelin 26-da Bakıda yaşayış binası yanıb. Suraxanı rayonunda yanan birmərtəbəli binadan yanğınsöndürənlər kişi cəsədi aşkar ediblər. Tapılan cəsədin 1989-cu il təvəllüdlü Sadiq Arazxan oğlu Soltanova məxsus olduğu bildirilir. O da məlum olub ki, mərhum indiyədək adı çoxlarına məlum olmayan "Mizan-tərəzi" qəzetinin baş redaktoru imiş. Bu hadisəni daha çox diqqətə gətirən qəzetin qadın işçisinin bir neçə gün əvvəl zorlama şikayəti ilə bağlı polis bölməsinə şikayət etməsidir. Xatırlayırsınızsa, təxminən on gün əvvəl-aprelin 19-da mediada qadın jurnalistin baş redaktoru tərəfindən zorlanması barədə məlumat yayılmışdı. Vesti.az-a Binəqədi Rayon Polis İdarəsindən bildirilmişdi ki, 5-ci bölməyə 28 yaşlı Sevinc Rəhmanova (ad etik səbəblərdən dəyişdirilib -red.) müraciət edərək aprelin 10-da Ziya Bünyadov prospektində yerləşən "M..." qəzetinin 25 yaşlı baş redaktoru tərəfindən zorlandığını bildirib. S Rəhmanova şikayət ərizəsində həmin qəzetdə işlədiyini və elə qəzet redaksiyasında zorlandığını qeyd edib. Polis idarəsindən verilən məlumata görə, hələlik baş redaktorun günahkar olduğu sübut edilməyib. Bundan başqa, müstəntiq niyə qızın məhz 9 gündən sonra müraciət etdiyini araşdırır. Zorlama faktının sübut olunmasının çətin olduğu bildirilir. Çünki iddia olunan cinayət hadisəsindən 9 gün keçib. Məlumatda bildirilirdi ki, sözügedən qəzetin, zərərçəkənin və təqsirləndirilənin adı bəllidir. "Teleqraf.com" hüquq-mühafizə orqanlarına istinadən isə bildirib ki, zorlama hadisəsi "Mizan-tərəzi" qəzetinin redaksiyasında baş verib. Aprelin 18-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinə müraciət edən 25 yaşlı xanım jurnalist zorlandığını bildirib. O, işlədiyi redaksiyanın baş redaktoru Azər Əliyev tərəfindən zorlandığını deyib. "İddia olunur ki, baş verən hadisə redaksiyada xanımla qəzet rəhbərliyi arasında olan narazılıqdan doğan münasibətlərdən qaynaqlanan şər-böhtan da ola bilər. Baş verən hadisələr aparılacaq təhqiqat araşdırmasının sonunda məlum olacaq" deyə, sayt yazıb. Ancaq qəzetin adı açıqlanandan bir neçə gün sonra Suraxanı rayonunun Bülbülə qəsəbəsində yanan evdəki meyitin də "Mizan-tərəzi" qəzetinin baş redaktoruna aid olduğu məlum olub, ancaq ad fərqlidir. Ölən şəxsin Azər Əliyev yox, Sadiq Soltanov olduğu bildirilir. Mətbuatda hadisə ilə bağlı müxtəlif məlumatlar yayılıb və versiyalar səsləndirilib. Bunlardan ən çox diqqətçəkəni isə evin və baş redaktorun qəsdən yandırılması versiyasıdır. ANS xəbər verib ki, Ağdam sakini Sadiq Soltanovun üzərinə benzin tökərək od vurulduğu müəyyən olunub. Onun cəsədi artıq doğulduğu Üçoğlan kəndinə aparılaraq torpağa basdırılıb. Polis hazırda 22 yaşlı gəncin hansı səbəbdən və kim tərəfindən qətlə yetirildiyini araşdırır. "Musavat.com" məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çalışıb və dəqiqləşdirmə aparıb. Binəqədi rayon Polis İdarəsinin bir neçə inspektoru danışmaqdan imtina etsə də, idarənin 5-ci bölməsindən baş redaktorun adını bildiriblər: "Şikayət "Mizan-tərəzi" adlı qəzetin baş redaktoru Sadiq Soltanovdan edilib. Xəbərlərdə Azər Əliyevin adının keçməsi yanlışdır". Həmçinin bildirildi ki, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda istintaq aparılır. Prokurorluqdan isə bu barədə hər hansı məlumat vermədilər. Ehtimal edilən qətl hadisənin törədildiyi əraziyə nəzarət edən Suraxanı rayon Polis İdarəsindən isə bildirildi ki, S.Soltanov yanan evdə müvəqqəti yaşayırmış, ev başqasının adınadır. İş isə müstəntiq Şamil Şəmmədliyə həvalə olunub. İdarənin 31-ci bölməsindən verilən məlumata görə, iş artıq Suraxanı Prokurorluğuna verilib və araşdırma aparılır. ANS-in Qarabağ bürosunun müxbirinin məlumatına görə, Sadiq Soltanovun qardaşı Namiq Soltanov hadisənin baş vermə səbəblərinin onlara məlum olmadığını bildirib: "Bildiyim odur ki, artıq ölüb. Nədən olduğunu hüquq-mühafizə orqanları araşdırır". S.Soltanov ailəli olub. Azyaşlı uşağı var. Ekspertlər isə hadisə ətrafında bir neçə versiya irəli sürürlər. Onların fikrincə, evin bədbəxt hadisə nəticəsində yanmadığı dəqiqdir. Yəni evin yandırılması məlum zorlama hadisəsindən qaynaqlanır. Ehtimal edilir ki, yanğın zorlandığı bildirilən qadının yaxınlarından biri, yaxud bir neçəsi tərəfindən törədilə bilər. Amma bu barədə son sözü istintaq deməlidir. Ev yandırıldığından, əl izlərinin qalması ehtimalı yoxdur və görünür, yanğın törədən şəxs bunu nəzərə alıb. Bildirilir ki, hadisədən sonra daha çox həmin qadının yaxınları da istintaqın diqqət mərkəzinə düşüblər. Ehtimallardan biri isə həmin şəxsin yazdığı, yaxud hansısa faktla bağlı yazacağını təhdid etdiyi şəxs tərəfindən öldürülməsidir. Hərçənd, həmin qəzeti köşklərdən də tapa bilmədik. Reket qəzetlərin ayrı-ayrı məmurlardan şantaj yolu ilə pul tələb etdiyi sirr deyil. Hətta bununla bağlı Mətbuat Şurasının uzun bir siyahısı da var. Bu səbəbdən də baş redaktorun yandırılması ilə bağlı müəmmalar çoxdur. Yeri gəlmişkən, "Mizan-tərəzi" qəzeti barədə bir neçə mənbədən dəqiqləşdirmə aparsaq da, nə qəzeti, nə də baş redaktoru tanıyan olmadı. Onun adına Mətbuat Şurasının reket jurnalistlərin "qara siyahısı"nda da rast gəlmədik. Öyrəndik ki, heç Mətbuat Şurasında bu qəzet barədə məlumat yoxdur. Qurumun icraçı direktoru Rəhim Hüseynov bildirdi ki, indiyə kimi həmin qəzetdən onlara heç bir şikayət gəlməyib və qəzetin adı "qara siyahı"da da yoxdur. Onun sözlərinə görə, ölkədə çap edilən qəzetlər bir nüsxələrini onlara gətirməli olsalar da, bəziləri buna əməl etmirlər və bu səbəbdən qurum həmin qəzetdən tamamilə xəbərsizdir: "Belə bir qəzetin olub-olmadığı barədə heç bir məlumatımız yoxdur. Fəaliyyəti barədə bir şey deyə bilməyəcəm". Məsələni diqqətdə saxlayacağıq /Musavat.com/.
2014-04-28
15,973
Əsədin qaçan generalları geri qayıtdı
Suriyada vətəndaş müharibəsi başlayandan bəri ordunu tərk edib müxalifətin tərəfinə keçən generallar yenidən Bəşər Əsədin yanına qayıdıblar. "Axar.az" xəbər verir ki, bu barədə İngiltərənin "Tayms" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, geri qayıdanlar arasında general Məhəmməd əbu Zaid, polkovnik Mərvan Mahila və polkovnik Əbu əl-Vəfa da var. Azad Suriya Ordusunun qərb cəbhəsində vuruşan Fadi Deeb isə hələ ötən ay müxalifətin Lazkiyədəki məğlubiyyətindən sonra yenidən ordu sıralarına qayıdıb.
2014-04-28
15,974
Suriyada daha bir azərbaycanlı öldürüldü
Suriyada döyüşlərdə daha bir azərbaycanlı qətlə yetirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Təbriz şəhər sakini azərbaycanlı Məhərrəm Əlipurun Suriya prezidenti Bəşər Əsəd hökumətinə dəstək vermək məqsədilə bu ölkəyə göndərildiyi, müxaliflərlə döyüşdə öldürüldüyü bildirilir. Onun hansı təşkilata mənsub olduğu ilə bağlı heç bir məlumat yoxdur. Qeyd edək ki, bundan əvvəl Suriyada iki təbrizli qətlə yetirilib. Onlardan biri İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") üzvü, 26 yaşlı Mahmud Beyzayidir (Hüseyn Nüsrəti). Onun Suriyada Həzrəti Zeynəbin (ə) müqəddəs ziyarətgahı uğrunda gedən döyüşlərdə həlak olduğu açıqlanıb. M. Beyzayinin ailəsi Təbrizdə yaşayır və bir yaşlı qızı var. Onun cənazəsi 2014-cü il yanvarın 22-də Təbrizə gətirilərək dəfn edilib. Suriyada döyüşlərdə həlak olan digər təbrizli isə Kənani soyadlı şəxsdir. İran öz hərbçilərini Həzrəti Zeynəbin (ə) müqəddəs ziyarətgahını qorumaq məqsədilə Suriyaya göndərdiyini iddia edir. B. Əsədə müxalif qüvvələr onlardan 48 nəfərini girov götürüb. Həmin iranlı hərbçilər arasında SEPAH-ın Qərbi Azərbaycan bölməsinin baş komandanı Abidin Xürrəm də var.
2014-04-28
15,975
İlham Əliyev: “Bu, böyük bir məsuliyyət və çağırışdır“
Aprelin 27-də Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının - AİPS-nin 77-ci konqresinin iştirakçılarının şərəfinə ziyafət verilib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edərək Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvlərini bu təşkilatın 90 illiyi münasibətilə təbrik edib. Qurumun 77-ci konqresinin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu deyən Prezident İlham Əliyev bunun ölkəmizi təqdim etmək imkanını artırdığını diqqətə çatdırıb. İyirmi iki illik müstəqillik dövründə Azərbaycanın böyük uğurlara imza atdığını deyən Prezident İlham Əliyev bu dövrdə ölkəmizdə idman və Olimpiya hərəkatı sahəsində də mühüm nailiyyətlərin qazanıldığını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, indiyə qədər Azərbaycanda çoxsaylı beynəlxalq yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. İdmançılarımız beynəlxalq yarışlarda yaxşı nəticələr əldə ediblər. Dövlət başçısı vurğuladı ki, 1996-cı ildə Azərbaycan Atlanta Yay Olimpiya Oyunlarında 1 medal qazanılmışdısa, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanmışlar və onlardan 2-si qızıldır. Azərbaycan bu göstəriciyə görə, 200 ölkə arasında 30-cu yeri tutub. Bütün bunların ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən qayğının təzahürü olduğunu deyən Prezident İlham Əliyev hazırda respublikamızın ərazisində böyük bazaya malik idman infrastrukturunun yarandığını, 40-dan çox Olimpiya İdman Kompleksinin tikildiyini vurğulayıb. Dövlət başçısı gələn il Azərbaycanda ilk Avropa Oyunlarının keçiriləcəyini və ölkəmizin bu mötəbər idman tədbirinə xüsusi hazırlaşdığını qeyd edib. "Bu, böyük bir məsuliyyət və böyük çağırışdır, lakin eyni zamanda, bu, ölkəmizi təqdim etmək üçün bir fürsətdir", - deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək niyyətindədir. Azərbaycan Prezidenti deyib: "Fürsətdən istifadə edərək hamınızı gələn il açılış mərasimində iştirak etmək üçün Bakı Olimpiya stadionuna dəvət edirəm. 2016-ci ildə Dünya Şahmat Olimpiadasını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik və bu da bizim coğrafi yerləşməmizin, mədəniyyətimizin və bugünkü Azərbaycanın göstəricisidir. İki il ərzində biz həm Avropa Oyunlarını, həm də İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Azərbaycan müsəlman ölkəsidir, lakin Avropa ilə güclü əlaqələri olan ölkədir. Bunun da tarixi XIX əsrə gedib çıxır və indi bu əlaqələr daha da güclüdür. Çünki bu əlaqələrin əsasını tərəfdaşlığımız təşkil edir". Prezident İlham Əliyev ölkəmizdə əsrlərdən bəri yaranıb formalaşan multikulturalizm ənənələrinin Azərbaycanda dövlət siyasəti olduğunu, möhkəm əsaslara malik tolerantlığın ölkəmizin vizit kartına çevrildiyini bildirib. Sonra AİPS-nin prezidenti Canni Merlo çıxış edərək bildirib ki, qurumun 90-ci ildönümünün və 77-ci konqresinin Bakıda keçirilməsi böyük uğurdur. Dörd il əvvəl Bakıda olduğunu, burada gedən inkişafdan məmnun qaldığını deyən Canni Merlo rəhbərlik etdiyi təşkilatın idmanın inkişafı istiqamətində bir çox işlər gördüyünü, vacib sosial layihələr həyata keçirdiyini diqqətə çatdırıb. O, gələn il Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. Sonra Canni Merlo Prezident İlham Əliyevə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının xüsusi xatirə hədiyyəsini təqdim edib.
2014-04-28
15,976
Rayonlarımız atəşə tutuldu: itki yoxdur
Cəbhənin təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-04-28
15,977
Məhkəmədə eks-prezidentin halı pisləşdi
Məhkəmədə prosesində Misirin eks-prezidenti Hüsnü Mübarəkin halı pisləşib. "Axar.az" xəbər verir ki, Qahirədəki Polis Akademiyasının binasında Mübarək, iki oğlu, keçmiş Daxili İşlər naziri Həbib Əl-Adili və 6 köməkçisinin "nümayişçiləri öldürmək" cinayəti ilə mühakimə olunduğu məhkəmə prosesi başlayıb. Məhkəmə prosesində halı pisləşən Mübarəkə ilk tibbi yardım göstərilib və hakim məhkəməyə fasilə verib. Eyni cinayət işində bütün adı çəkilənlər 25 yanvar tarixində "nümayişçilər öldürmək", səlahiyyətlərdən sui-istifadə etmək, Misirin təbii qazını İsrailə ucuz qiymətlə satma cinayəti ilə mühakimə olunur.
2014-04-28
15,978
Şeyx ABŞ-a gedir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 aprel tarixlərində "ABŞ-Azərbaycan Konvensiyası: Gələcəyə baxış" mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfər edəcək. QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycandakı dini konfessiya rəhbərlərinin - pravoslav icmanın rəhbəri Arxiyepiskop Aleksandr İşeyin, dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və katolik icmanın ordinatoru Vladimir Feketenin daxil olduğu nümayəndə heyəti tədbirin "Dialoqun möhkəmləndirilməsi - tolerantlığın təşviq olunması" mövzusunda IV sessiyasında iştirak edəcək. Sessiyanın panel iclasında QMİ sədri A.Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək /Trend/.
2014-04-28
15,979
Rəis Rəsulzadə: “Babam Stalini ölümün caynağından almışdı”
Bu gün Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından nə az, nə çox, düz 94 il ötür. Bu tarix müstəqil Azərbaycanın banisi olan M.Ə.Rəsulzadənin adı ilə sıx bağlıdır. Belə bir gündə ulu öndərin oğul nəvəsi ilə müsahibənin tam yerinə düşəcəyini düşündük. Onunla həm dövlətimizin banisi haqda, həm də öz həyatı ilə bağlı söhbət etdik. - Rəis bəy, ilk sualım rəssamlıq sənəti ilə bağlı olacaq. Bu həvəs sizdə necə oldu yarandı? - Bu məndə sadəcə xəstəlikdir. Bunu hələ uşaqlıqdan hiss etmişəm. Sanki bir tilsim kimidir bu. Ola bilərdi ki, mən tam başqa sahədə fəaliyyət göstərə bilərdim. Buna mənim potensialım da olub. Amma bu tilsimdən çıxmaq istəməmişəm. Hər zaman məni ən irəliyə çəkib, deyirdilər ki, ən başda sən olmalısan. Amma mən hər zaman özümü kölgəyə çəkirdim. Heç vaxt göz önündə olmağı sevməmişəm. Hərdən buna görə məni qınayırlar da. Sənətimə gələndə isə, mən tabloları işləyərkən ondan gələn mənfəət haqqında heç vaxt düşünmürəm. Bu, sənətdir. Kimsə buna düzgün qiymət verməyə bilər, amma sən öz qiymətini bilməlisən. - Bəs həyat tərziniz? - Fəaliyyətimdə daim aktivəm. Bildiyiniz kimi, Əməkdar rəssamam. 2001-ci ildən Fəxri Prezident təqaüdçüsüyəm. Dünya Azərbaycanlıları Konqresinin və Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentiyəm. Beynəlxalq Rəssamlar Konfederasiyasının üzvüyəm. Bununla yanaşı olduqca sadəliyi sevən insanam. Xəzər Universitetinin nəzdində Beynəlxalq elmi şüranın üzvüyəm. Tələbələrimin əksəriyyəti bu gün əməkdar, dünya şöhrətli rəssamlardır. Eyni zamanda mən əsasən yaradıcılıqla məşğul oluram. Hər zaman tablolarımda Azərbaycanla bağlı çalarlar əlavə edirəm. Ölkədə Azər adı ilk dəfə mənim atama qoyulub - Gəlin, bir az M.Ə.Rəsulzadə haqqında bildiklərinizdən danışaq. Əminəm ki, oxucularımız üçün bu çox maraqlı olacaq. - O vaxt 27-28 aprel məsələləri zamanı M.Ə.Rəsulzadə gizlənməyə məcbur idi. Hamıya məlumdur ki, onu həbs etmişdilər. M.Ə.Rəsulzadənin köhnə dostu olan Stalin həbs barədə eşidər-eşitməz onu özü ilə aparır. Çünki onun potensialından xəbərdar idi. Eyni zamanda babam onu bir neçə dəfə ölümün caynağından almışdı. Görünür, o da buna görə ondan əvəzini çıxırmış. M.Ə.Rəsulzadə Stalinlə getməzdən əvvəl ailəsini də özü ilə birgə aparmaq istədi, amma buna nənəmin atası mövcud şəraitlərə görə icazə vermədi. Atam həmişə danışırdı ki, babam iki aylıq oğlunu (atamı) qucağına ilk dəfə alıb, onun adını soruşanda nənəm ona Əliheydər olduğunu söyləyib. M.Ə.Rəsulzadə isə, "yox, sənin adın Azərdir", - deyib, üç dəfə bu adı təkrarlayıb və sonda ona bu adı verib. Bəlkə də bunu çoxları bilmir, amma Azər adı ilk dəfə mənim atama qoyulub. O vaxta qədər bizdə bu addan istifadə etmirdilər. Şərt təkcə partiya qurmaqdan ibarət deyil - Müsahibələrinizdən birində demişiniz ki, siyasətdən kənardan durmağa çalışırsınız. M.Ə.Rəsulzadə qədər siyasətə yaxın olan bir şəxsiyyətin nəvəsini siyasətdən uzaq salan səbəblər hansılardır? - Bilirsiniz, siyasət elə bir şeydir ki, sən ondan uzaq dursan, o özü sənə yaxınlaşacaq. Siyasət mədəniyyətin ən yüksək nöqtəsidir. Mədəniyyətin inkişaf etdiyi ölkələrdə siyasət daim irəlidə olur. O da asılıdır ictimai şüurun səviyyəsinin hansı mərhələdə inkişaf etməsindən. Mən 30 ildən artıqdır burada fəaliyyət göstərirəm. Neçə-neçə tələbələr yetişdirmişəm. Pedoqoq olaraq, rəssam olaraq beynəlxalq sərgilərdə tez-tez çıxış edib, ölkənin mövqeyindən, ideologiyasından danışmışam. Bu özü də bir növ siyasətdir. Şərt təkcə partiya qurub, fəaliyyət göstərməkdən ibarət deyil. AzTV haqqımda süjet hazırladı, efirə icazə vermədilər - Bir dəfə AzTV-nin müxbiri haqqımda geniş süjet hazırladı. Üstündən bir neçə müddət keçəndən sonra müxbir mənə zəng edib bildirdi ki, Rəis bəy, üzrlü hesab edin, amma efirə getməsinə icazə vermədilər. Sonra o müxbirin işindən istefa verdiyini eşitdim. Sonra da mənim siyasətdən niyə uzaq durduğumu soruşursunuz. Hələ mən siyasətdən uzağam, mənimlə bağlı süjetin efirdə getməsinə icazə vermirlər. Gör hələ siyasətə yaxın olsam, nələr olar, dəmir barmaqlıqlar arasında olaram. (Gülür) - Sizcə, efirə getməməsinin əsas səbəbi nə ola bilər? - Mən də anlamıram ki, nəyə görə efirə vermirlər. Axı buna səbəb nə ola bilər? Burada qeyri-adi nə var axı, bunu anlaya bilmirəm. Bizim üçün Rusiya təhlükəsi daha böyükdür - Bir az mövzunu dəyişmək istəyərdim. Son zamanlar bütün dünyanın gündəmi Ukraynada baş verən hadisələr fonunda cərəyan edir. Hətta bəzi politoloqlar Azərbaycanın da bənzər təhlükə ilə üz-üzə olduğunu deyirlər. Bəs sizcə? - Ukrayna nədir, ruslar hələ Qazaxıstanı da özlərinə birləşdirmək istəyirdilər. Bu da o deməkdir ki, Rusiyanın iştahası böyükdür. Təbii ki, hər an hər şey baş verə bilər. Ukraynanın 56 milyon, bizimsə 9 milyonluq əhalimiz var. Bu isə o deməkdir ki, bizim üçün təhlükə daha böyükdür. Buna görə də biz hər zaman ayıq sayıq olmalıyıq. Özüm üçün yalançı tribuna düzəldirdim - Qayıdaq əməkdar rəssam Rəis Rəsulzadəyə. Gənclik illərinizdə M.Ə.Rəsulzadənin nəvəsi olmaq digər gənclərlə sizin aranızda nə kimi fərqlər yaradırdı? - Gənc yaşlarında hətta orta məktəbdə oxuyan zaman idmanla məşğul olurdum. Təhsilimi güclü inkişaf etdirirdim. Çox sahələrə maraq göstərirdim. Hətta şahmat üzrə çempion idim. Bir oyuna 10 nəfərə qalib gəlirdim. 10-cu sinifdə oxuyarkən yay tətillərində beton zavodunda beton qarışdıran işləyirdim, həm də ardıcıl olaraq dörd növbə. Mənim üçün "boş qalmaq olmaz" prinsipi var idi. Hərdən düşünürəm ki, mən bu qədər işi bir anda necə çatdırırdım? (Gülür) Beton zavodunda işləyəndə özüm üçün yalançı tribuna düzəldib, çıxışlar edirdim... (Gülür) Hərdən iş yoldaşlarım deyirdi ki, bu uşaq danışır, biz də oturub buna qulaq asırıq... Məni partiyalara cəlb etməyə çalışırdılar - Mən xalq qarşısında bu böyük məsulliyəti hiss edib, o ada hər hansı bir xələl gəlməməsi üçün xoşagəlməz təkliflərdən uzaq durmağa çalışmışam. Elə olub ki, məni müəyyən partiyalara cəlb etməyə çalışıblar. Mən isə uzaq dururdum və indi də uzağam. Elə amillər var ki, onda böyük məsuliyyətlər cəmlənib. Hacıbala Abutalıbov dedi ki... - M.Ə.Rəsulzadəyə aid olan evin qaytarılması, ona aid ev muzeyi, büst, heykəl və.s tarixi abidələrin yaradılması, həmçinin məzarının ölkəyə gətirilməsi barədə nə deyə bilərsiniz? - Dörd otaqlı evin iki otağını atama sərəncamla verdilər. Yanmış, tavanı sıradan çıxmış evi təmir etmələrini istədim, ancaq hələ heç nə yoxdur. Mən müəllim adamam. Nə maaşımız olur ki, nə də təmir edim axı... Sonradan eşitdim ki, orada məcburi köçkünlər məskunlaşıb. Hazırda isə ora lövhə vurub, üzərinə yazıblar ki, burada hansısa ərəb şirkətinin nəzdində olaraq treninqlər keçirilir. Hacıbala Abutalıbov dedi ki: "Oranı ya alıb, ya da ki, satıblar. Nəvəsinin xəbəri yoxdur". Necə yəni nəvəsinin xəbəri yoxdur?! Hansı ki, bütün sənədlər məndədir. Ora nə alınıb, nə də ki, satılıb. Pal-paltar muzeyi də yaradırlar, amma... - Bilirsiniz, bu ev, büst, heykəl məsələsi təkcə mənə aid məsələ deyil. Artıq 20 ildir ki, müstəqil Azərbaycan dövlətimiz AXC-nin varisi kimi inkişaf edir. Məncə, bu barədə danışmaq artıq lazım deyil. Vaxtı ilə Heydər Əliyev də bu barədə göstəriş vermişdi. Mən ümid edirəm ki, tezliklə bütün məsələlər öz həllini tapar. Qaydalara görə dövləti yaradanın bir nişanəsi olmalıdır. Onun harada necə, hansı şəraitdə yaşaması əlbəttə ki, öz əksini tapmalıdır. Yeganə reallıq budur ki, çörək muzeyi, pal-paltar muzeyi də yaradırlar, amma... Rəsulzadənin heykəli ucaldılmalıdır - O, BDU-nin təməlini qoyub. Ən başlıcası, onun ədəbi irsini qorumaq lazımdır. Bunu məktəblərdə, universitetlərdə tətbiq etmək lazımdır. Gərək bu mövzuda geniş təbliğat aparılsın. Yalnız bütün bu məsələlər həll olunandan sonra M.Ə.Rəsulzadənin məzarı ölkəyə gətirilə bilər. Tarix nə qədər dərin olsa, bir o qədər şərəflidir. Bu gün Rusiya Akademiyasının alimi M.Ə.Rəsulzadənin rolundan yazır, amma biz nə alveri edirik, heç özümüz də bilmirik, qalmışıq kənarda. Nazirlərdən biri dedi ki... - Müsahibələrinizdən birində demişiniz ki, məzarın Bakıya gətirilməsi ilə bağlı rəsmi qurumlara müraciət etməyəcəksiniz. Buna səbəb nədir? - Yox, bu mövzu heç vaxt gündəmdə olmayıb. Müraciətə gəlincə, mən heç vaxt müraciət etmək fikrində olmamışam. Axı mən nəyə görə müraciət etməliyəm ki? Bu məgər tək mənim öhdəliyimə düşən bir məsələdir? Onun 110 illiyi keçiriləndə dəvətnamələr gecikdirilmişdi. Mən də varis olaraq maraqlanırdım. Onda nazirdən biri dedi ki: "Sizi bu mövzular niyə narahat edirki? Həll olunacaq da". Bilirsiniz, bu mövzuya bu cür laqeyd yanaşmaq xalqın problemidir. Əgər dövlət məmurlarından biri bu cür reaksiya verirsə, mən nə edə bilərəm. M.Ə.Rəsulzadə tək mənim babam deyil, o həm də sizin babanızdır. Gərək ictimaiyyət özü bu mövzuya diqqət göstərsin. - M.Ə.Rəsulzadənin nəvəsi olaraq küçədə gəzərkən insanlardan gördüyünüz maraq, diqqət necədir? Heç tanımayanlar olubmu? - Bu yaxınlarda qonaq gedirdim, uşaqlara hədiyə almaq lazım idi. Satıcı məni tanıdı. Dedi ki, mən sizi tanıyıram, siz M.Ə.Rəsulzadənin nəvəsi olmalısınız və oyuncaqlardan istədiyim birini seçməyimi xahiş etdi. Bu cür hadisələr tez –tez baş verir. Nə az, nə çox, 27 ilin avtomobilini sürürəm. Artıq onları da yığışdırırlar. (Gülür) Bir dəfə yol patrul xidmətinin əməkdaşı məni saxlayıb dedi ki, Rəis bəy, bu maşın sizə layiq deyil, bunu dəyişin. (Gülür) Hələ bir də dəfə metroda maraqlı əhvalat baş vermişdi. Valideynlərdən biri övladına məni göstərib, kim olduğumu dedi. Uşaq isə dedi ki: "Ola bilməz, M.Ə.Rəsulzadənin nəvəsi metro ilə getməz". (Gülür) Gərək həyatın tempinə uyğunlaşasan - Bildiyim qədəri ilə hazırda müəyyən maddi sıxıntılarınız var. Bu gün müstəqil Azərbaycan Respublikasının banisi olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsinin maddi sıxıntılar içində yaşamağı nə dərəcədə doğrudur? - M.Ə.Rəsulzadənin nəvəsi olmaq təbii ki, böyük şərəfdir. Buna görə qürur hissi duyuram. Eyni zamanda bu, böyük məsuliyyətdir. Hər an bu məsuliyyəti üzərimdə hiss edirəm. Bu o demək deyil ki, mən çərçivədəyəm, sərbəst hərəkət etmirəm. Sadəcə, bu böyük məsuliyyətin fərqindəyəm. Maddi sıxıntılara gəlincə, bunun nə dərəcədə doğru olub-olmayacağı barədə bir söz deyə bilməyəcəm. Mənə imtiyazlar tanıyırlar, amma mən… - Rəsmi insanlar M.Ə.Rəsulzadənin nəvəsinə hansısa imtiyazlar veribmi? - Bəli, müəyyən imtiyazları tanıyırlar, amma mən heç vaxt bundan istifadə etməmişəm və etmirəm də. Hərdən mənə deyirlər ki, sənin imkanların böyükdür, amma sən bunlardan istifadə etmirsən. Mən isə onlara anlatmağa çalışıram ki, mən heç vaxt bundan sui-istifadə etmərəm. Rəis bəy, müsahibəyə əlavə etmək istədiyiniz nələrsə varsa, buyura bilərsiniz. - Son olaraq onu demək istəyirəm ki, M.Ə.Rəsulzadənin qeyri-qanuni olaraq alındığı evlərindən heç olmasa biri geri qaytarılsın ki, haqq-ədalət bərqərar olunsun. Bu gün nə qədər mənzillər tikilir, hətta xaricdən gələn insanlara da biz mənzillər ayıra bilirik, amma bu məsələni həll edə bilmirik. Hansı ki, bunun çox sadə bir yolu var. Mövcud imkanlar da var, sadəcə, bir sərəncam lazımdır. Rəsulzadə sadə bir adam deyil, onunla bağlı problemləri başqalarının problemləri ilə bir tutmaq olmaz. Müsahibənin sonunda Əməkdar rəssamın həmkarları və tələbələri ilə də qısaca söhbətimiz oldu. Onlar sanki Rəis bəy haqqında dünyanın ən gözəl sözlərini demək üçün yarış keçirirdilər. Aslan Həşimov (müəllim və keçmiş tələbə yoldaşı): "Mən Rəis müəllim haqqında çox söz deyə bilərəm. Onunla bizim tanışlığımız 1972-ci ilə təsadüf edir. Tələbə yoldaşı olmuşuq. Onun təmizliyi, sadəliyi mənə hər zaman doğma gəlib. Hələ onda bir dənə də olsa şərə-şur işlərə rast gəlməmişəm. Bəlkə də bu gendən gələn xarakterdir. Olduqca oxumuş, savadlı insandır. Bilirsiniz, universitet, kollec qurtarmaq oxumuş olmaq demək deyil. O, həqiqətən də hər şeydən xəbərdardır. Üstəlik, gözəl rəssam, Prezident təqaüdçüsü. Mən onun haqqında ancaq yaxşı sözlər deyə bilərəm. O böyük ziyalıdır, həm də böyük hərflərlə yazılan ziyalı. Fərahim Zeynalov (Kafedra müdiri): "Rəis müəllim bizim kafedranın ən sayılıb-seçilən müəllimlərindəndir. O, kafedramızın əvəzolunmaz dossentidir. Onun əmək fəaliyyəti, müəllim bacarığı, təvəzökarlığı xüsusi qiymətləndirilir. Bütün müəllimlərdən öz səviyyəsi, elmi ilə irəlidə gedə bilir. Biz fəxr edirik ki, bizim kafedramızın bu cür müəllimi var. İstər xasiyyəti, istər tərbiyyəsi, istərsə də elmi bütünlüklə ziyalı insan, ziyalı müəllim adını əhatə edir. Onun haqqında çox qiymətli sözlər demək olar…" Səkinə Həsrətova (tələbəsi): "O, ürəyimin dərinliklərində olan ən dəyərli müəllim, çox mədəni insandır. Onun dünyası tamamilə başqadır. Çox istəyərdim onunla heç olmasa bir gün şəhəri gəzim. Mənə bildiklərini, gördüklərini öyrətsin". Xatirə Əzizova (tələbəsi): "O, tanıdığım, bildiyim müəllimlərin içində həqiqətən də çox mədəni olan bir şəxsiyyətdir. Onunla vaxt keçirmək, onu müşahidə etmək olduqca maraqlıdır".
2014-04-28
15,980
Libermanın Bakıya səfər tarixi məlum oldu
İsrailin Xarici İşlər naziri Aviqdor Liberman aprelin 29-da Azərbaycana rəsmi səfər edəcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfər çərçivəsində A.Libermanın Azərbaycan Prezidenti İlham Əliyev, Xarici İşlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədov, habelə yəhudi icması ilə görüşləri nəzərdə tutulur. Səfər mayın 4-dək davam edəcək.
2014-04-28
15,981
Biləsuvarda qadınlar təkərləri yandırdı, yolu kəsdi - Fotolar
Biləsuvar rayonunun Arazbarı kəndində əsasən qadınlardan ibarət 50-ə yaxın sakin yolu kəsərək etiraz aksiyasına çıxıblar. Bu barədə "Axar.az"a rayondakı mənbədən məlumat verilib. Mənbənin məlumatına görə, sakinlər maşın təkərlərinə od vuraraq yola atıblar, nəqliyyatın hərəkətini dayandırıblar. Kənd sakinlərinin əsas tələbi İmişli-Biləsuvar, habelə Arazbarı kəndinin yolunun təmir edilməsidir. Sakinlər Nəqliyyat naziri Ziya Məmmədov və "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanovun hadisə yerinə gəlməsini tələb ediblər: "Bu kəndin sakinləri Nəqliyyat Nazirliyinə, habelə "Azəryolservis"ə dəfələrlə yollarının düzəldilməsi barədə müraciət ediblər. Amma onların şikayətinə baxılmayıb. Sonuncu dəfə "Azəryolservis"in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev sakinlərə deyib ki, "Cavid müəllimin vaxtı yoxdur, nə vaxt imkan olsa, onda da baxarıq". Sakinlər də bu sözdən sonra ümidlərini hər yerdən üzüblər və aksiyaya əl atıblar", - deyə mənbə bildirir. Hadisə yerinə gələn polislərin normal davranışı sakinlərin ürəyincə olub. Polis sakinlərin tələblərinin yüksək instansiyalara çatdırılması vədini verib və yolun açılmasını xahiş edib. Aksiya keçirənlər razılaşıblar və yolda hərəkət bərpa olunub.
2014-04-28
15,982
ABŞdan Rusiyanın ən böyük şirkətlərinə sanksiya
BŞ Rusiya iqtisadiyyatının iki nəhəngi - "Rosneft" dövlət neft-qaz şirkəti və "Qazprom" Açıq Səhmdar Cəmiyyətinin rəhbərləri İqor Seçin və Aleksey Millerə qarşı sanksiya tətbiq etməyə hazırlaşır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Sanksiyalar bu şəxslərin ABŞ yurisdiksiyasında olan aktivlərinin dondurulmasını nəzərdə tutur və ABŞ vətəndaşlarının və şirkətlərinin bu şəxslərlə biznes əlaqələri qurmasını qadağan edir. ABŞ-ın qərarının bu gün açıqlanması gözlənilir. Vaşinqton Rusiya müdafiə sektoru üçün yüksək texnologiyaların ixracına da qadağa qoyacaq. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Toni Blinken deyib. "Mən hələlik bunu demək istərdim. Biz bəzi xəbərləri bazar ertəsinə saxlayırıq", - deyə o, aprelin 27-də "NBC News"a müsahibəsində söyləyib. T. Blinken Rusiya prezidenti Vladimir Putinə yaxın şəxslərə və şirkətlərə sanksiya tətbiq edəcəklərinin bildirib. Müşavir Krımın ilhaqından sonra Rusiyaya tətbiq olunan sanksiyaların artıq bu ölkə iqtisadiyyatına ciddi zərbə vurduğunu bəyan edib: "Onların maliyyə bazarı ilin əvvəlindən bəri 22 faiz azalıb, rubl isə ən aşağı səviyyədədir". Qeyd edək ki, ABŞ-la bərabər Avropa Birliyi də Rusiyaya yeni sanksiyalar tətbiq edəcək.
2014-04-28
15,983
Gürcüstan Ukraynaya könüllü dəstələr göndərir
Gürcüstanın keçmiş prezidenti Zviad Qamsaxurdiyanın keçmiş cangüdəni Qoça Baxiya Ukraynada separatçılarla döyüşmək üçün yerli millətçilərdən ibarət könüllü dəstələr yaradır. "Axar.az" xəbər verir ki, könüllü dəstələr əsasən Tiflisdə yaradılır. Dəstələrə əsasən radikal qruplara yaxın olan millətçi və anti-rus meyilli gənclər daxil edilir. Könüllü dəstələrin yaradılması "Azad zona" qeyri-hökumət təşkilatı və keçmiş prezident Mixail Saakaşvilinin rəhbərli olduğu "Vahid Milli Hərəkat" Partiyası maliyyələşdirir.
2014-04-28
15,984
Bəşər Əsəd prezidentliyə namizəd oldu - Yenilənib
Suriyada 4 nəfər prezidentliyə namizədliyini irəli sürüb, onlardan biri xəbər verdiyimiz kimi qadındır. "Axar.az" xəbər verir ki, bunu Suriya Milli Məclis sədri Məhəmməd Cihad əl Lahham mətbuata açıqlamasında bildirib. Prezidentliyə namizədlərin içində mühəndis Sevsən Ömər əl-Həddad, Samir Əhməd Mala, Məhəmməd firas Yasin Rucuh, Abdussəlam Yusif Selame var. Digər yandan indiki prezident Bəşər Əsədin hələ ki, namizədliyini irəli sürmədiyi maraq çəkib. Əsədin hansı səbəbdən namizədliyini irəli sürməməsi haqda məlumat yoxdur. Qeyd edək ki, Suriyada iyunun 3-də keçirilməsi gözlənilən seçki üçün namizədlərin aprelin 22-sindən mayın 1-inə kimi irəli sürülə biləcəyi bildirilmişdi. 15:07 Bu dəqiqələrdə Suriya Milli Məclisinin sədri Məhəmməd Cihad əl Lahham canlı yayımda Bəşər Əsədin müraciət ünvanladığını açıqlayıb. Əsəd öz müraciətində parlamentin qəbul etməsi ümidiylə üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürdüyünü bildirib.
2014-04-28
15,985
SOCAR-da çaxnaşma: büro ləğv olundu
"Azəriqaz" İstehsalat Birliyinin tərkibindəki layihə konstruktur bürosu ləğv olunub. "Axar.az" xəbər verir ki, qaz çəkilişlərinin layihələndirilməsi işinə baxan büroda çalışan 250-yə yaxın işçinin aqibəti hazırda sual altındadır. Qeyd edək ki, Layihə konstruktur bürosu əvvəllər "Azəriqaz" QSC-nin tərkibində institut kimi fəaliyyət göstərib. "Azəriqaz" Azərbaycan Dövlət Neft Şirkətinə daxilinə istehsalat birliyi kimi daxil edildikdən sonra Layihə İnstitutu büroya çevrilib. Bununla da fəaliyyəti məhdudlaşdırılan büronun önəmi də aşağı düşmüş oldu. Bu, özünü həmçinin işçilərin əməkhaqlarında da göstərməyə başladı. 3 ay əvvəl isə Layihə konstruktor bürosunda attestasiya keçirilib və büronun 50-dək əməkdaşı attestasiyadan keçə bilmədiyi üçün ixtisara salınıb. Artıq bir həftədir ki, ümumiyyətlə büro ləğv edilib və orda çalışan 250 işçinin taleyi bilinmir. Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev "Axar.az"a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin müvafiq əmri ilə "Azəriqaz" İstehsalat Birliyinin layihə konstruktor bürosunun ləğv olunduğunu təsdiqlədi. Onun sözlərinə görə, məqsəd "Azəriqaz" İstehsalat Birliyinin idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərəliyinin artırılmasıdır: "Azəriqaz"ın idarəetmə aparatında layihə konstruktur bürosunun funksiyalarını yerinə yetirən başqa bir struktur bölmə yaradılır". A.Ağayevin sözlərinə görə, işçilərin ixtisara salınması barədə deyilənlər yanlış məlumatdır: "Həmin işçilərin yenidən yerləşdirilməsi məsələlərinə baxılacaq. Sərbəstləşən işçilər də Dövlət Neft Şirkətinin müvafiq proqramına qoşula bilərlər". Layihə konstruktur bürosunun funksiyalarını yerinə yetirən struktur bölmədə çalışanların maaşlarının nə qədər olacağı isə məlum deyil: "Bu barədə isə bir söz deyə bilmərəm. Bunlar idarəetmə aparatında yaradılacaq və bir çox məsələlər kimi buna da baxılacaq". Xatırladaq ki, "Azəriqaz" İstehsalat Birliyində hazırda Hesablama Palatası yoxlamalar aparır və külli miqdarda qaz itkisi narahatlığı yaşanır. "Azəriqaz"ın ümumiyyətlə taleyinin necə olacağı bilinmir. SOCAR-dakı mənbələrdən aldığımız məlumata görə, hər şey Hesablama Palatasının apardığı yoxlamanın yekun nəticəsindən asılıdır. Qeyd edək ki, ötən həftə Hesablama Palatası bir neçə nazirlik və müəssisədə korrupsiya faktı ilə bağlı hesabat yaymışdı.
2014-04-28
15,986
Deputat nəvəsinin nişanından möhtəşəm görüntülər – Video
Dünən "Mala Praqa" restoranında bəstəkar, Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının baş müəllimi Aygün Səmədzadənin qızı Ülkər Mirbağırlının nişan mərasimi keçirilib. "Axar.az" xəbər verir ki, 1988-ci il təvəllüdlü Ülkər və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Əmrulla Səfərov adı gəncin nişanı məşhurların iştirakı ilə baş tutub. Xatırladaq ki, Aygün Səmədzadə deputat Ziyad Səmədzadənin qızıdır. Başda şairə Sevinc Çılğın və gəlinin anası Aygün Səmədzadə olmaqla, nişanda iştirak edən xanımlar tortkəsmə anında möhtəşəm "bıçaq rəqsi" ediblər. Həmin rəqsin videosunu təqdim edirik: ​
2014-04-28
15,987
Rusiyada Ukrayna saytlarına giriş qadağan edildi
Rusiya İnformasiya Texnololgiyaları Federal Xidməti bir sıra Ukrayna saytlarına girişi qadağan edib. "Axar.az" xəbər verir ki, qadağan olunan saytlar arasında Rusiyaya qarşı kütləvi aksiyalara çağırışlar edən saytlar əksəriyyət təşkil edir. Qadağan edilmiş saytlar barədə hələlik məlumat verilmir.
2014-04-28
15,988
Kadırov Ukraynaya “Ölüm eskadronu"nu göndərir – Video
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukraynanın cənubi-şərqində yaranmış gərgin vəziyyətlə əlaqədar təcili toplantı keçirib. "Axar.az" xəbər verir ki, iclasda bir çox məsələlər müzakirə olunub. Verilən məlumata görə, vəziyyətin normallaşdırılması üçün Kadırov rəsmi Kiyevə 72 saat vaxt verib, əks halda, Çeçenistan Respublikasının həmin ərazilərə qeyri-rəsmi adı "Ölüm eskadronu" olan xüsusi təyinatlı briqadanın göndəriləcəyi ilə bağlı qərar qəbul edildiyini açıqlayıb. Bununla bağlı sosial şəbəkələrdə xüsusi video çarxlar da yerləşdirilib.
2014-04-28
15,989
“Kişi arvadına təcavüz edilməsinə icazə verməlidir”
Misir sələfilərin nümayəndəsi Yasir Burhami qalmaqallı fitvası ilə gündəmə gəlib. "Axar.az" xəbər verir ki, Burhami verdiyi fətvasında, "Kişinin həyatı təhlükədədirsə, arvadına təcavüz edilməsinə icazə verməlidir", - deyib. Onun bu açıqlaması ölkədə böyük qalmaqala səbəb olub. Misirli sələfi eyni zamanda arvadını başqası ilə yataqda yaxalayan kişinin qadını öldürə biləcəyini də bildirib. "Anasalafy" saytında yayımlanan fitva ölkədəki din alimləri və fəallar tərəfindən sərt tənqid olunub. "Əl Əzhər" təşkilatının keçmiş rəhbəri Şeyx Əli Əbu əl Həsən bu fitvanın İslam şəriətinə aid olmadığını deyib: "Bir qadının namusunu qorumaq ərinin və yaxınlarının vəzifəsidir".
2014-04-28
15,990
Azad Rəhimovdan yeyinti faktları ilə bağlı açıqlama
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Olimpiya komplekslərinin tikintisi zamanı yeyinti faktlarına yol verildiyi barədə yayılan məlumatlara aydınlıq gətirib. Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı bəzi KİV-lərdə yayılan məlumatlar tam şəkildə qeyri-peşəkarlıq nümunəsidir: "Məlumat yayanda nazirliyə, mətbuat katibliyinə zəng vurub rəqəmləri soruşmaq və heç bir problem olmadan o rəqəmləri əldə etmək olardı. Əksinə, hansısa mətbuat orqanları özləri öz tərəfindən hansısa naməlum mənbədən rəqəmlər tapırlar, onu səsləndirirlər, sonra həmin rəqəmlərlə bağlı bizə sual verirlər. Biz belə hallarda yalnız gülməli vəziyyətdə qalırıq. Məsələn, Sabirabad Olimpiya Kompleksi 8 milyon 370 min manata tikilib. Həmin mətbuat orqanı deyir ki, 837 minə tikilib. Bu, onun öz səhvidir. Sonra öz səhvinin üstündə başlayır ki, niyə o birilərinə nisbətən bu rəqəm belə azdır? Bu, gülməli məqamdır və biz buna fikir vermirik". /Trend/
2014-04-28
15,991
Donuz qripi geri döndü: 50 ölü
Tailandda təxminən 30 min adam yenidən donuz qripinə tutulub. Qripə yoluxanlardan 50-si həyatını itirib. "Axar.az" məlumat verir ki, virus durmadan yayılma arealını genişləndirir. Tailandın Səhiyyə naziri mediaya açıqlamasında bildirib ki, 30024 nəfər H1N1 virusu ilə bağlı xəstəxanalara müraciət edib. Səhiyyə naziri Naronq bu virusun digərlərinə nisbətdə çox güclü olduğunu və tailandlıların xalq olaraq immunitetin aşağı olması səbəbi ilə təlaşlandığını dilə gətirib. Virusun digər ölkələrə də yenidən yayılması ehtimalının böyük olduğu bildirilir.
2014-04-28
15,992
Rus milyarderlər Londonu alır
Rusiya və Ukrayna milyarderləri beynəlxalq sanksiyalar səbəbindən Londonda daşınmaz əmlaklara sərmayə qoymağa başlayıblar. "Axar.az" xəbər verir ki, belə bir iddia ilə "Faynenşl Tayms" qəzeti çıxış edib. JLL şirkətinin eksperti Adam Çallisin sözlərinə görə, sözügedən tendensiya 2014-cü ilin əvvəllərində başlayıb. "Savills" agentliyinin qiymətləndirməsinə görə, 2013-cü ildə ruslar London daşınmaz əmlak bazarına 180 milyon funt-sterlinq yatırıblar. Əksər agentlər bu il rəqəmlərin sürətlə qalxdığını deyiblər. "Property Vision" şirkəti isə bildirib ki, son iki ildə rus müştərilər satışları öyrənirdilərsə, indi Britaniya paytaxtında onlar bu məsələ ilə daha aktiv məşğul olmağa başlayıblar. "Faynenşl Tayms" bildirib ki, Londonda daşınmaz əmlak alan əksər şərqi avropalı milyarderlər öz anonimliyini qoruyur və satınalma əməliyyatları zamanı offşor şirkətlərinin xidmətlərindən istifadə edirlər.
2014-04-28
15,993
Bakıda məhkəmə sədrinin qardaşını qətlə yetirdilər
Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayevin qardaşı həkimlərin qurbanı olub. "Axar.az" xəbər verir ki, T.Paşayevin 45 yaşlarında peşəkar bank işçisi olan qardaşı ödündə yaranmış problem üzündən hərbi hospitalda əməliyyat olunub. Əməliyyatdan öncə həkimlər bunun olduqca asan və yüngül əməliyyat olduğunu bildiriblər. Lakin xəstə əməliyyat başladıqdan 14 dəqiqə sonra vəfat edib. Həkim səriştəsizliyinin növbəti qurbanı olan 45 yaşlı mərhumun iki azyaşlı övladı olduğu deyilir. Mərhumun yas mərasimində hüquq-nühafizə və məhkəmə strukturunun əməkdaşları iştirak edirlər.
2014-04-28
15,994
Generalların həbsi ilə bağlı nazirlikdən cavab - Rəsmi
"Mahmud Həmzəyev ordu sıralarından artıq ehtiyata buraxılıb. Çingiz Şəfiyev isə xidmətdədir. Bu şəxslərin istintaqa çağırılması, yaxud belə bir istəyin olması kimi proses yoxdur". Bu barədə Müdafiə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, sabiq nazir Səfər Əbiyev və onun dövründə işləmiş zabitlərlə bağlı hər-hansı istintaq aparılmır: "Kimsə həbs edilən də siz də biləcəksiniz, biz də. Hazırda belə bir şey yoxdur". Qeyd edək ki, Səfər Əbiyevin dövründə nazirlikdə mənimsəmələrin olduğuna dair xəbərlər yayılıb və hazırda bu iş üzrə istintaq gedir. Məlumatlara görə, iki həftə ərzində general Çingiz Şəfiyev və Mahmud Həmzəyev də istintaqa çağırılacaq. /Publika.Az/
2014-04-28
15,995
Kliçko rəqibini nokauta saldı
Aprelin 26-da Almaniyanın Oberhauzen şəhərində superağır çəkidə ukraynalı boksçu Vladimir Kliçko avstraliyalı rəqibi Aleks Leapayla qarşılaşıb. "Axar.az" xəbər verir ki, döyüş Kliçkonun üstünlüyü ilə keçib. Döyüşün 5-ci raundunda Kliçko rəqibini nokautla cəzalandırıb. Bununla da ukraynalı dünya çempionu növbəti qələbəsini qazanıb.
2014-04-28
15,996
DİN ANS-in xəbərini yalanladı
Bakının Nəsimi rayonunda fəhlənin hündürmərtəbəli binadan yıxılaraq ölməsi xəbəri təsdiqlənmədi. DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Axar.az"a açıqlamasında Həsən Əliyev küçəsində belə bir hadisənin baş vermədiyini bidiridi: "Bu haqda məlumatım yoxdur. Əgər dövlət qurumu təkzib edirsə, deməli, məlumat yalandır ". Həmçinin hadisənin baş verdiyi deyilən Nəsimi və Nərimanov rayon Polis İdarəsi də onlarda belə bir məlumatın olmadığını bildirdi. Qeyd edək ki, "anspress" saytında Həsən Əliyev küçəsində fəhlə Rahim Cabbarovun hündürmərtəbəli binadan yıxılaraq ölməsi ilə bağlı məlumat verilib. Sayt Nəsimi rayon Polis İdarəsindən bu məlumatı təsdiq etdiyini qeyd edib.
2014-04-28
15,997
Heydər Əliyev müsahibə verdi - Video
13:04 ADA Universitetində təhsil alan Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev dərsləri barədə jurnalistlərə müsahibə verib. "Axar.az" "SalamNews"a istinadən xəbər verir ki, o, hər səhər saat 7:30-da yuxudan durmağın bir qədər çətin olduğunu deyib: "Təzə-təzə universitetə daxil olanda çox maraqlı olmuşdu. Çünki məktəblə fərqi çox böyükdür. Xeyli vaxtdır burada oxuyuram. Dərslər maraqlıdır. Məktəbdən daha çox maraqlıdır, oxumaq istəyirəm. Mən imtahan verib, bura daxil olanda ingilis dilini bilirdim. Dedim ki, burada oxuyub biliyimi daha da möhkəmlətmək istəyirəm. Bu, məndə deyəsən alındı və indi ingilis dilini daha yüksək səviyyədə bilirəm." Gələcəkdə daha maraqlı dərslərin olacağını deyən H.Əliyev bir neçə xarici ölkələrdə olduğunu söyləyib: "Burada təhsil sistemi xaricdəki təhsilə bənzəyir və heç bir fərqi yoxdur. Orta məktəbdə bir qədər fərqli idi. Amma burada elə bil xaricdə oxuyuram. Praktik olaraq fərq yoxdur. Burada heç kim özünü ağır hiss etmir. Dərsə gələndə kiminsə özünü pis hiss etdiyini görməmişəm. Hər kəs normal gəlir dərsə. Boş vaxtlarım olanda, dərslərdən sonra burada qalıram. Dostlarımla gəzirəm, yemək yeyirəm, sonra da evə gedirəm. Dincəlirəm, dərslərə hazırlaşıram." Prezidentin oğlu qiymətləri ilə bağlı verilən suala səmimi cavab verib: "Qiymətlərim yaxşıdır. Razıyam, amma əla deyil. Gələcəkdə yüksəldəcəm. Atam dərslərimlə hər gün maraqlanır. Hər gecə məndən soruşur, dərslərin necə keçib, dostlarınla necə gəzmisən? Hara getmisən? Dərslərin ağırdır? Çətindir? O da mənə çox yaxşı təsir edir. Çünki məni fikirləşir." 16:38
2014-04-28
15,998
DİN-dən baş redaktorun ölümü ilə bağlı - Açıqlama
Daxili İşlər Nazirliyi baş redaktorun ölümü ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, aprelin 26-da saat 09 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Natiq Mehdiyevə məxsus evdə yanğın baş verib. Nəticədə 70 kv/m sahədə yanar konstruksiyalar və əşyalar yanıb. Yanğın kəşfiyyatı zamanı evdə müvəqqəti yaşayan "Mizan Tərəzi" qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun
2014-04-28
15,999
Elmar Məmmədyarov Budapeştə getdi
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Macarıstanın paytaxtı Budapeştə yola düşüb. "Axar.az" APA- ya istiadən xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib. İki günlük səfər çərçivəsində nazir E. Məmmədyarov Vışeqrad Qrupu və Avropa Birliyi (AB) "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Görüşdə Vışeqrad ölkələri və AB "Şərq Tərəfdaşlığı" ölkələri arasında münasibətlər, AB ilə Assosiasiya Sazişi çərçivəsində aparılan müzakirələr və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Tədbir çərçivəsində təşkil ediləcək GUAM ölkələri xarici işlər nazirlərinin görüşündə iştirak edəcək E. Məmmədyarovun Macarıstanın xarici işlər naziri Yanoş Martoni və AB-nin genişlənmə və Avropa Qonşuluq siyasəti komissarı Ştefan Fülle ilə görüşləri də planlaşdırılır.
2014-04-28
16,000
Gülər Əhmədovanın məhkəməsində mübahisə düşdü
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı olub. Məlumata görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən baxış iclasında Gülər Əhmədovanın hüquqlarını üç vəkil müdafiə edib. Vəkillər iddia edib ki, ekspertizaya təqdim edilən CD və DVD-lərdə kəsilmələr var. Onlar videomontaj olunublar. Eksperlər Hörmət Vəliyev, Lətif Əliyev isə bildiriblər ki, təqdim edilən disklərdə heç bir montaj yoxdur. Daha sonra Gülər Əhmədova çıxış edib. O, qeyd edib ki, məhkəmə zalında pmrokuroro özünü daha çox "komvoy" kimi aparır. Onun sözlərinə görə, onun vəkillərini məhkəmədə iştirak edən ekspertlərə verdiyi suallara prokuror etiraz etməklə məşğuldur. Bu isə G.Əhmədova ilə dövlət ittihamçısı arasında mübahisəyə səbəb olub. Hakim tərəfləri sakitliyə riayət etməyə çağırıb. Daha sonra sabiq millət vəkili ekspertləri vəkillərinin verdiyi suallardan yayınmamqda ittiham edib. "Ekspertizaya təqmin edilən CD və DVD-lərdə vəkillər kəsilmələrin olduğunu deyir. Eksperlər isə ancaq "bu mənim sahəm deyil və ya videoda texniki səhvlər var" deyə cavab veririlər". Vəkil Fazil Neymətov Lətif Əliyevə sualla müraciət edib. Ondan "sizə təqdim edilən hər 3 diskdə Gülər Əhmədovaya pul təqdim edildiyini gpörmüsünüz?", deyə soruşub. Ekspert isə suala "xeyr" deyə cavab verib. Bundan sonra məhkəmə saat 15:00-a kimi fasiləyə çıxıb. Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sadiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi, fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirlli bilinib. /ANS/
2014-04-28
16,001
Bakı meriyası ilə DYP birləşir - Parkinq
"Bundan sonra qanunsuz hesab edilən parkinqlərin qarşısını almaq üçün Bakı meriyası ilə DYP birgə çalışacaq". Bu sözləri bakı İcra Hakimiyyətində yeni yaradılmış Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həşən Abdullayev "Axar.az"ın avtomobillərin park edilməsində diqqət çəkən problemlərlə bağlı suallarını cavablandırarkən bildirdi. İdarə rəisi sualları cavablandırmazdan əvvəl qurumun yaranma tarixi haqda bilgi verərək dedi ki, rəhbərlik etdiyi qurumun yeni yaradılmasını demək düzgün olmazdı: "Bizim idarə əslində 2013-cü ilin sonuna yaxın yaradılıb. "Azadlıq" meydanı yaxınlığında yeraltı keçidlər inşa edilərkən artıq bizim idarə fəaliyyət göstərirdi. Ancaq doğrudur ki, məlum sərəncamlardan sonra bizim idarənin işi ön plana keçib". Şəhərin müxtəlif küçələrindəki parketmə yerlərindən danışan Həşən Abdullayev həmin yerlərin ləğvi üçün Dövlət Yol Polisi ilə Bakə meriyasının birgə fəaliyyət göstərəcəklərini və bu istiqamətdə işlərin görülməsinə artıq başlanıldığını dedi: "Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin mənsubiyyəti ilə bağlı məlumatların əldə edilməsi üçün "Nəqliyyat vasitələrinin qeydiyyatı" bazasından istifadə etməyə müvafiq şərait yaradacaq. Bununla bağlı İcra Hakimiyyəti adından DİN-ə xahiş məktubu da göndərilib. Ümumiyyətlə, bundan sonra qanunsuz hesab edilən parkinqlərin qarşısını almaq üçün Bakı İcra Hakimiyyəti ilə DYP birgə çalışacaq". Həşəm Abdullayev məlum sərəncamlardan sonra yeraltı dayanacaqların məcburi və alternativsiz olduğunu bildirsə də, küçələrdə müəyyən şəxslərə maşın saxlamağa icazə veriləcəyini də dedi: "Məsələn, kimlərsə hər hansı sənədləşmə işi ilə bağlı və ya bir neçə dəqiqəlik hər hansı banka və ya başqa yerə getmək üçün maşını küçədə saxlayırsa, ona icazə veriləcək. Təxminən 30 dəqiqə civarında küçə parklaması mümkün olacaq. Ancaq heç kim küçədə saatlarla maşın saxlaya bilməz. Yeraltı dayanacaqlar ona görə inşa edilib ki, hər kəs maşınını orda saxlasın, bizim də şəhərdəki tıxaclardan canımız qurtarsın". Departament rəhbəri evlərinin qarşısında, küçədə maşın saxlamaq istəyənlərin də nəzərə alınacağını bildirdi: "Əgər kimsə yaşadığı evin qarşısında maşın saxlamaq istəyirsə, bunun üçün həmin ünvana aid Mənzil İstismar Sahəsindən qeyd edilən küçədə yaşaması ilə bağlı arayış almalı və bizə təqdim etməlidir. Bundan sonra həmin şəxsin yaşadığı evin qarşısında maşın saxlamağına icazə veriləcək". Departament rəhbəri yeraltı dayanacaqlardan əldə ediləcək gəlirlərin miqyası və cəmiyyətə açıqlanması ilə bağlı da sualları cavablandırdı: "Şəhərdə fəaliyyət göstərən yeraltı dayanacaqların arasında həm özəl, həm də dövlət dayanacaqları var. Dövlətin balansında olan yeraltı dayanacaqlardan əldə edilən gəlirlər birbaşa BŞİH-in büdcəsinə daxil ediləcək. Özəl dayanacaqlardan əldə edilən gəlirlərlə bağlı isə heç nə deyə bilməyəcəyəm". Yeni parkomatlar gəlir İdarə rəisi onu da dedi ki, parkinq üçün Fransadan yeni parkomatlar sifariş edilib və göstəriləcək xidmətin qiymətini Tarif Şurası müəyyən edəcək: "Fransadan xüsusi parkomatlar sifariş edilib. Saxlama qiymətini Tarif Şurası müəyyənləşdirəcək. Avadanlıqlar paytaxtımıza mərhələli şəkildə gətiriləcək. 1-2 aya avandlıqların gətirilməsinə başlanılacaq. O vaxta qədər isə yerüstü dayanacaq yerləri təyin ediləcək. Ödəniş nağd olmayacaq və park müddətinin başa çatması barədə sürücülərə SMS göndəriləcək". Xatırladaq ki, Prezident İlham Əliyevin dayanacaqlar və şəhərdaxili sərnişindaşıma xidmətinin Nəqliyyat Nazirliyindən alınaraq Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyinə verilməsi ilə bağlı sərəncamından sonra BŞİH rəhbəri Hacıbala Abutalıbov 16 aprel tarixində sərəncam imzalayıb və BŞİH-də yeni idarə yaradılıb.
2014-04-28
16,002
Ukrayna zenit raketləri döyüş vəziyyətinə gətirildi
Ukraynanın cənub vilayətlərində Hava Hücumundan Müdafiə Qüvvələrinin (HHQ) hərbi hissələri döyüş hazırlığına gətirilib. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, zenit-raket kompleksləri dövlət obyektlərini qorumaq üçün müəyyən olunmuş ərazilərə göndəriliblər. "HHQ-nin döyüş tapşırıqlarını dəqiq yerinə yetirməsi üçün döyüş maşınları və xidmət yerlərində mütəmadi olaraq məşqlər keçirilir", - deyə, nazirlikdən bildirilib.
2014-04-28
16,003
İran - Türkiyə sərhədində 56 əcnəbi vətəndaş saxlanılıb
Ötən həftə Xos şəhərində yerləşən sərhəd keçid məntəqəsində qanunsuz sərhədi keçməyə cəhd göstərən 56 əcnəbi vətəndaşı həbs olunub. Bunu İranın Sərhəd Qoşunlarının Xoy şəhəri üzrə alay komandiri general Həsən Məhəmmədzadə deyib. Məlumata görə, H.Məhəmmədzadə deyib ki, həmin şəxslər Türkiyə, Pakistan, Özbəkistan və Əfqanıstan vətəndaşlarıdırlar. H.Məhəmmədzadə bildirib ki, saxlanılan şəxslər məhkəmə sisteminə təhvil verilib. Xoy şəhəri İranın Qərbi Azərbaycan əyalətinin 140 kilometr şimalında yerləşir və Türkiyənin Van şəhəri ilə həmsərhəddir. /Trend/
2014-04-28
16,004
Göydə gəzən avtomobillər
Mirzə Ələkbər Sabir bir vaxtlar özünə əməlli-başlı dərd etmişdi ki, əcnəbilər göydə balonlarda gəzir, bizsə hələ avtomobil minmirik. Amma indi, ilin–günün bu vaxtı baxıb görürsən ki, Sabirin rahatsız olmasına heç gərək yoxmuş... Allaha şükür avtomobil də minirik, hələ üstəlik onu göydə balon kimi də xəyal edirik. Yerdə sürülmək üçün nəzərdə tutulan avtomobili kosmik sürətlə sürüb, sanki göyə çıxmağa çalışan "qəhrəmanlarımız" var maşallah! Son vaxtlar mətbuatda bir-birinin dalınca məmur balalarının "avtoşluq" sevdası haqqında xəbərlər eşidirik. Sən demə, bahalı maşınlarda adi sürətlə getmək daha bu balalara bəs etmir, onlar yerdə sürülmək üçün nəzərdə tutulan maşınlara qanad taxmaq istəyirlər, bu da alınmayanda onu elə bir sürətlə sürürlər ki, maşının təkərləri yerdən üzülür. Bir vaxtlar maşın sürən əcnəbiyə həsəd aparan Sabirin açığına indi nəinki maşını sürürük, hətta onu təyyarə kimi də istifadə etməyə qalxırıq. Və beləcə, dünyaya da, Sabirə də sübut etmiş oluruq ki, biz cahil-filan deyilik, əməllicə inkişaf etmişik. Özü də hər sahədə... Məmur balalarını niyə tənqid edirik, bilmirəm, nə pis iş görürlər ki... Hətta onlara təşəkkür belə düşür. Çünki Sabirin rahatsızlığını aradan qaldırıblar. Digər tərəfdən də axı bu yazıqlar gənclik enerjisini bir yerə xərcləməlidirlər, ya yox! İndi deyirsiniz ki, bunlar belə cavan vaxtlarında vətən, millət düşünsünlər, ya da ciddi-ciddi oturub elmlə, mədəniyyətlə məşğul olsunlar. Heç belə də iş olarmı? Nələrinə lazımdır bunlar, adam niyə elm öyrənir, yaxşı iş tapmaq üçün, yaxşı işi nə edir, yaxı pul qazanmaq üçün. Bunlarınsa yaxşı ataları var, əvəzlərinə də yaxşı pul qazanır. İndi bunların pulu və yaxşı ataları varsa, onları qınamalıyıqmı?! Yox, vallah, bu əməllicə paxıllıq etməkdir. Paxıllıq edirik ki, onların heç bir problemi yox, toxdurlar, nə istəyirlərsə, anında əldə edirlər. Belə yaşamaq olar, adamın sıxılmaqdan bağrı çatlayar. Bir adam ki, hər gün qalxanda dərd çəkmədi, nə yeyəcəyini, övladlarının gözünə necə baxacağını, xəstədirsə, hansı pula dərman alacağını düşünmədisə, onun darıxmaqdan bağrı çatlayar axı... İnsan ki, bütün günü əlləşib-vuruşmadı, nə etsin, darıxmaqdan, toxluqdan canını necə qurtarsın? Axı biz onlardan tələb edə bilmərik ki, pulunuz varsa, bir uşaq evi açdırın. Kasıba əl tutun, yoxsulu sevindirin, ya da ən pis halda bir tələbənin təhsil pulunu ödəyin. Edə bilərikmi, yox, adama deməzlərmi ki, sənə nə mənim pulumdan, xalqın pulu deyil ki, atamın halal yolla qazandığıdır, necə istəyirəmsə, elə də xərcləyirəm. Ya da mədəni şəkildə həyəcan yaşamağın yollarını öyrədək bəlkə bu gənclərə? Məsələn, deyək ki, həyəcan yaşamaq istəyirsən, get Afrikaya, Misirə, dünyanı öyrən, müxtəlif insanlarla tanış ol, nələrisə bilməyə çalış. Ya da enerjini elm öyrənməyə sərf et. Beləmi deyək? Olmur axı, biz bu gəncləri qorumağa çalışmalıyıq, çünki onlar məmur atalarının idarəetmə təcrübəsini yaxşı öyrəniblər və Azərbaycanın gələcəyi də bu gəncliyin əlindədir. Yoxsa istəyirsiniz ki, gələcəyimiz elmli, mədəni, rüşvət almağı bacarmayan, "avtoşluq" etməyənlərin əlində olsun da, ermənilər bizi lağa qoysunlar ki, əfəl millətik?! İndi deyirsiniz ki, "Aldanmış Kəvakib"dəki kimi Yusif Sərrac gəlsin, daha kəsilmiş baş, asılmış adam görməyək? Əstəğfirullah, bunlar nə idi dilimə gəldi? Demək istəyirəm ki, hər gün qəzetləri, saytları açıb "avtoşluq" edən, həyəcan yaşayan gəncliyimizi görməyək.
2014-04-28
16,005
İki təyyarə toqquşdu – xəsarətsiz qurtulan var
Havada nadir hallarda rast gəlinən hadisə bu dəfə ABŞ-da baş verib. San Fransisko körfəzi üzərində iki təyyarə toqquşub. "Axar.az" xəbər verir ki, Federal Aviasiya İdarəsinin sözçüsü İan Qreqor təkmühərrikli "Cessna 2010" tipli təyyarə ilə eyni modeldən olan "Havker TMK 20" təyyarəsinin hələ ki, müəyyən olunmayan səbəbdən havada toqquşduğunu bildirib. Qreqor toqquşma nəticəsində "Cessna"nın dənizə çırpıldığını, pilotun isə itkin düşdüyünü bildirib. O biri təyyarədə olan 3 nəfər isə qəzadan xəsarət almadan xilas ola biliblər. İtkin düşmüş pilotun axtarışı üçün əməliyyatlar davam edir. Qeyd edək ki, təyyarələr hər il keçirilən festival çərçivəsində havaya qalxıb.
2014-04-28
16,006
AST Telman bacısı oğlu ilə dalaşdı: yarım milyard itirdi
Azərbaycan əsilli milyonçu Telman İsmayılov öz varidatının bir hissəsini itirib. "Axar.az" xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb. Məlumata görə, AST Şirkətlər Qrupunun payının 25 faizini o, bacısı oğlu Zaur Mərdanova satıb. AST Qrupdan faktı təsdiqləsələr də, əlavə şərh verməyiblər. AST Şirkətlər Qrupunun səhmləri 2 milyard dəyərləndirilir. Zaur Mərdanovun gedişi ilə Şirkətin yarım milyard itirdiyi qeyd olunur. Amma mətbuata sızan məlumata görə, Qrupda payı olan Zaur Mərdanovun dayısı ilə münasibətləri kəskindir. Bunun əsil səbəbləri bilinməsə də, Mərdanovun hələ ötən il öz payını götürüb şirkətdən getmək istədiyi deyilirdi. Mərdanovun, ümumiyyətlə, Rusiya bazarından birdəfəlik getmək istədiyi və sərmayəsini xaricə daşımaq niyyətində olduğu bildirilir.
2014-04-28
16,007
İlham Əliyev iki ölkənin eks-prezidentlərini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenkonu qəbul edib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olunub, Forumun regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib. Prezident İlham Əliyev bu gün həmçinin Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini qəbul edib. Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə edilən məsələlərin əhəmiyyətindən danışılıb, Forumun ölkələr arası əməkdaşlığın inkişafındakı rolu vurğulanıb.
2014-04-28
16,008
Xarkovda şəhər meri güllələndi
Xarkov şəhərinin meri Gennadi Kernesə qarşı sui-qəsd edilib. "Axar.az" xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 12:00 radələrində baş verib. "Xarkov şəhər meri odlu silahdan açılan atəş nəticəsində kürəyindən ağır yara alıb. Hazırda o, xəstəxanaya yerləşdirilib. Həkimlər onun yaşaması üçün səy göstərirlər", - deyə məlumatda bildirilib.
2014-04-28
16,009
Azərbaycanda bir yaşlı uşaq yanğında öldü
Azərbaycanda bir yaşlı uşaq yanaraq ölüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Axısxa kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı ev 70 kv.m sahədə yanıb. Yanğın zamanı 2013-cü il təvəllüdlü Davitadze Hüseyn Rasim oğlu yanıq xəsarətləri ilə valideynləri tərəfindən xəstəxanaya aparılarkən yolda keçinib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-28
16,010
Məşhur aktyor İslamı qəbul etdi: sünnət olunacaq
Məşhur Hollivud ulduzu Corc Kluni İslamı qəbul edib. "Axar.az" xəbər verir ki, 36 yaşlı müsəlman vəkil Əmal Əlamuddinlə ailə qurmağa hazırlaşan Kluni gələcək həyat yoldaşının dinini qəbul etməyə hazır olduğunu deyib. "Sevgiyə görə mən hər şeyə hazıram", -deyə aktyor bildirib. Hətta aktyor öz soyadını da dəyişdirərək Əlamuddin edib. Kluninin gələcək həyat yoldaşı da bildirib ki, aktyor gələn həftə sünnət olunduqdan sonra Məkkəyə gedəcək.
2014-04-28
16,012
Azərbaycan vətəndaşları rus pasportu almağa başladı – Şok
Quba və Xaçmaz rayonlarında yaşayan sakinlər arasında Rusiya səfirliyinə müraciət edənlər var. Şimal zonasının çox sayda sakini Rusiya vətəndaşlığını qəbul etmək üçün bu ölkənin Bakıdakı səfirliyinə sənədlərini təqdim etməyə başlayıb. "Axar.az"a mötəbər qaynaqdan verilən xəbərdə iddia olunur ki, Rusiyanın bir neçə gün öncə vətəndaşlıq almaq üçün şərtləri sadələşdirməsi, o cümlədən Gömrük İttifaqı layihəsini reallaşdırmaq üçün fəaliyyətini genişləndirməsi MDB ölkələrində, eləcə də Azərbaycanın şimal bölgəsində insanları hərəkətə gətirib. Mənbənin sözlərinə görə, Putinin SSRİ-ni bir başqa modeldə bərpa edəcəyi barədə deyilənlər Quba-Xaçmazda sakinlərini bu ölkənin vətəndaşlığını qəbul etmək üçün təbliğatın başlanmasına səbəb olub. Belə ki, Rusiya bazarlarında çörək pulu qazanan həmin adamlar elə bu ölkənin vətəndaşı olmaq qərarına gəliblər. Sənədlərini təqdim edənlərin əksəriyyəti Rusiyada qeyri-qanuni yaşayan azərbaycanlı miqrantlardır. Onların fikrincə, leqallaşma həm dövlətə, həm də onlara sərf eləyir: "Bu vaxta kimi Rusiyada qeyri-qanuni qalsaq da, vergi vermirdik, həm də rus vətəndaşının sahib olduğu imtiyazlardan məhrum idik. Bu qərar bizim üçün yaxşı oldu". Rusiya səfirliyindən "Axar.az"a faktı təsdiqlədilər: "Rusiya vətəndaşlığını qəbul etmək istəyən Azərbaycan vətəndaşlarının olması doğru xəbərdir və bizə həddən artıq çox müraciətlər var. Dəqiq statistikanı isə hazırda verə bilmərik, çünki rəqəmlər hər an dəyişir".
2014-04-28
16,013
Deputatın oğlu nazirin müşaviri təyin edildi
Azərbaycan "Odlar Yurdu" Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyevin oğlu Samir Vəliyev təhsil naziri Mikayıl Cabbarovun müşaviri təyin edilib. Təhsil naziri Mikayıl Cabbarov Samir Vəliyevlə bağlı sərəncam imzalayıb. Təhsil nazirinin müşaviri İlham Pirməmmədov sayta açıqlamasında artıq Samir Vəliyevin bir neçə gündür ki, işə çıxdığını deyib. İlham Pirməmmədov yeni müşavirin konkret hansı işlərlə məşğul olacağını bir qədər sonra müəyyənləşəcəyini bildirib /Xəbərdar.az/