date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-04-25 | 15,699 | Rokfellerdən şok etiraf: Atom niyə Yaponiyaya atıldı? | ABŞ vətəndaşı, yəhudi əsilli iş adamı Devid Rokfellerin son yüz ilin ən böyük etiraflarının iki hissəsini yayımlamışdıq. Bu dəfə isə Rokfellerin Yaponiyaya atılan atom bombası ilə bağlı şok yaradacaq etiraflarını təqdim edirik. "Axar.az" xəbər verir ki, Rokfeller atom bombasının Almaniyaya atılmamasının səbəbini açıqlayıb. Milyonçu bildirib ki, Almaniyaya atom bombası atıla bilməzdi, çünki burada yəhudilər yaşayırdı. Bu üzdən Yaponiya hədəf seçildi". Rokfeller daha sonra atom bombasının atılması mərhələlərindən danışıb: "Almanlara nifrət edən o zamankı sionist prezidentimiz Eynşteyn ABŞ Prezidenti Ruzveltə bir təklif göndərdi. Qısa müddətdə işə başlanıldı və tez bir zamanda da nəticə əldə olundu. Amma bir problem var idi: bu bomba çox güclü idi və sınaq üçün ABŞ xalqının dəstəyinə ehtiyac vardı. Həmçinin Almaniya şəhərlərində çoxlu sayda yəhudi yaşayırdı, bu ölkəyə atom bombası atıla bilməzdi. Bu səbəbdən yüzlərlə Amerika əsgərlərinin "Pearl Harbor"da öldürülməsinə göz yumuldu ki, xalqın dəstəyi qazanılsın. Bu problem də belə həll olundu". |
2014-04-25 | 15,700 | İran prezidenti Türkiyəyə səfər edəcək | İran prezidenti Həsən Ruhani rəsmi səfərlə mayın sonunda Türkiyəyə gedəcək. Səfərin dəqiq tarixi hələ müəyyən edilməyib. Səfər zamanı Türkiyəyə verilən İran qazının qiyməti barədə məsələnin müzakirəsi planlaşdırılıb. /Trend/ |
2014-04-25 | 15,701 | İqtisad Universitetində yeni təyinatlar | Azərbaycan Dövlət İqtisad Universitetində kadr islahatları davam edir. Universitetdən verilən məlumata görə, rektorun imzaladığı əmrə əsasən, Zöhrab İbrahimov "Maliyyə" fakültəsinin dekanı, Həmid Həmidov isə Doktorantura şöbəsinin müdiri təyin edilib. Rektorun digər əmri ilə Raqif Qasımov Magistratura mərkəzinin qiyabi təhsil üzrə direktor müavini təyin edilib. /Trend/ |
2014-04-25 | 15,702 | Tağı Əhmədovun həbsi gözlənilir | Bakı Metropolitenində həbslər dalğası gözlənilir. "Azadlıq" qəzetinə daxil olan məlumatlara görə, metropolitendə aparılan yoxlamalardan sonra həbslərə start veriləcək. Məlumatda deyilir ki, aparılan yoxlamalar metropolitenin keçmiş rəisi Tağı Əhmədovun fəaliyyəti dövrünü əhatə edir. Artıq bir sıra ciddi korrupsiya əməliyyatları üzə çıxıb. Həmçinin metrodakı ticarətlə bağlı da ciddi faktlar var. Məlumatda deyilir ki, yoxlamalar hələ davam edir. İddialara görə, əsasən Tağı Əhmədovun kadrları və metropolitendə çalışan yaxınlarına həbs təhlükəsi yaranıb. Hətta Tağı Əhmədovun özünün də məsuliyyətə cəlb olunma ehtimalı var. |
2014-04-25 | 15,703 | Rusiya Ukraynanı öz ordusu ilə hədələdi | Ukraynanın cənub-şərqində baş verən gərginlər davam edərsə Rusiya bu ölkənin öz silahlı qüvvələrini Ukraynada istifadə etmək məcburiyyətində qalacaq. "Axar.az" xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin "Rossiya1" kanalına açıqlamasında deyib. "Belə bir imkan həmişə bizim əlimizdə var" deyə Çurkin bildirib. Çurkinin sözlərinə görə, Rusiya belə bir ssenarinin baş tutması ilə heç vaxt razılaşmayacaq. Rusiyalı diplomat beynəlxalq ictimaiyyəti də hədələyib: "Əgər Ukraynanın cənub-şərqində təcavüz dayandırılmasa Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağıracaq". |
2014-04-25 | 15,704 | Qarabağ həll olunsa ermənilərə pasport veriləcək | Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri zamanı ölən ermənilərlə bağlı açıqlamasından sonra ortaya yeni bir iddia atılıb. "Axar.az" xəbər verir ki, Türkiyənin Dağlıq Qarabağ probleminin həll ediləcəyi və "soyqırım" iddialarından imtina ediləcəyi təqdirdə 1915-ci il hadisələrindən sonra ölkəni tərk edən ermənilərin nəvələrinə Türkiyə vətəndaşlığı verəcəyi bildirilir. Ərdoğanın tarixi açıqlaması AKP-nin toplantısı zamanı da müzakirə olunub. Ərdoğan toplantı zamanı, "Artıq top onlarda. İnsanlıq və vicdan açılımlarımız davam edəcək" deyib. Məsələ ilə bağlı Türkiyə Mədəniyyət Nazirliyində hazırlıqlar başlayıb. Nazir Ömer Çelik bir müddət əvvəl yanlış addımlar nəticəsində ölkəni tərk etmiş xristian və yəhudilərə səslənərək, "Hamısına deyirik ki, ölkənizə dönə bilərsiniz. Türkiyə artıq o Türkiyə deyil" demişdi. |
2014-04-25 | 15,705 | İlham Əliyev Sarkisyanın cavabını verdi | Azərbaycan Prezidenti Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan Prezidenti Serj Sarkisyanın Şərq Tərəfdaşlığı sammitindəki çıxışına öz Tvitter səhifəsində münasibət bildirib. "Axar.az" xəbər verir ki, N.Məmmədov Sarkisyanın sammitdə bütün çıxışını qondarma "soyqırım"la bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr etdidiyini deyib. Məmmədov yazıb ki, S.Sarkisyanın çıxışından sonra Azərbaycan Prezidenti İlham Əliyev ona cavabında bildirib: "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!". |
2014-04-25 | 15,706 | General Beydullayev istintaqa çağırılmasından danışdı | Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, general-mayor Məmməd Beydullayev istintaqa çağırılması barədə yayılan məlumatlara münasibət bildirib. "Axar.az" "Publika.az"a istinadla xəbər verir ki, sabiq rəis M.Beydullayev açıqlamasında deyib: "Mən bu cür yazıların heç birini oxumuram və reaksiya da vermək istəmirəm. Təbii ki, mənim barəmdə yazılanlar yalandır". General-mayor M.Beydullayev "İstintaqa çağırılmısınız?" sualına isə cavab verməyib: "Mən indi başqa yerdəyəm, danışa bilmirəm". Xatırladaq ki, ötən gün Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov həbs edilib. Onun barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov, HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev həbs olunub. Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb ediliblər. Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar. Yayılan məlumatlara görə, ötən gün həmçinin general-mayor Məmməd Beydullayev də istintaqa cəlb edilənlər sırasında yer alıb. |
2014-04-25 | 15,707 | Qalina və Sergey Yesenin – ölümlə bitən sevgi | Sergey Yesenin həyatında çoxlu əyləncə və romanlar yaşayıb, ancaq onlardan birinin tarixçəsi ayrıca qeyd olunmağa dəyər. Mənim üçün ən əziz olan hər şey bu qəbirdədir 1926-cı ilin bir dekabr səhəri açılar-açılmaz Moskvanın Vaqanskov qəbiristanlığının gözətçisi güclə eşidiləcək güllə səsinə oyandı. Sonra yenə daha bir güllə açıldı. Gözətçi komasından bayıra atılan kişi səs gələn səmtə - Sergey Yeseninin qəbrinə sarı qaçdı... Orada gördükləri gözətçinin yaddaşına ömürlük həkk olunacaqdı: şairin qəbrinin üstündə damalı kepka və tünd nimdaş palto geymiş gənc bir qadın ölümcül konvulsiya (qıcolma – tərc.) vəziyyətində qıvrılırdı. Kişinin gözlərinin önündəcə qadının düşdüyü qarın üstü qandan tünd qırmızı rəngə boyanırdı... O, hələ huşunu itirməmişdi, bir əlində tapançanı, o birində isə əzilmiş kağış parçasını möhkəm sıxaraq sakitcə inildəyirdi. Yanında ucuz siqaret qutusu yerə dağılmışdı... Gözətçi titrək əlləri ilə ölümün qucağında qıvrılan qadının ovcundakı kağızı çıxarıb oxudu: "Özümü öldürürəm. Bilirəm ki, bundan sonra Yesenini daha çox töhmətləndirəcəklər. Ancaq nə onun, nə də mənim üçün bunun heç bir əhəmiyyəti olmayacaq. Mənim üçün ən əziz olan hər şey bu qəbirdədir". Bu qadın Qalina Benislavskaya idi. O, Sergey Yesenini ilk dəfə 19 sentyabr 1920-ci ildə Politexnik muzeyindəki tədbirdə görür. Şair orada öz şerlərini oxuyurdu. Gənc qız gündəliyində bu görüşü belə təsvir edir: "Birdən həmin gənc səhnəyə çıxır: yaxasıaçıq qısa gödəkçədə, əlləri şalvarının cibində, büsbütün qızılı saçlı. Qəddini çəkib başını yüngülçə geri ataraq şeir deməyə başlayır: "Ey külək, qucaq-qucaq yarpaqlar püskür. Mən də sənin kimi dələduzam". O, şeiri deyəndən sonra nələr baş verdiyini sözlə ifadə etmək çətindir. Hamı qəfildən bir-bir yerindən sıçradı və səhnəyə, onun üzərinə atılmağa başladı. Ona nəinki səslənirdilər, ona yalvarırdılar: "Yenə nə isə oxu". Və bir neçə dəqiqədən sonra o, artıq bu dəfə samur dərisindən xəz haşiyəsi olan papaqda çıxaraq uşaq kimi yenə "Püskür, ey külək" şeirini dedi. Özümə gələndə gördüm ki, mən də səhnəyə qalxmışam. Ora necə çıxdığımı xatırlamırdım. Görünür, bu külək məni də ağuşuna almış, başdan çıxarmış və..." O vaxt Yeseninin 25, Qalina Banislavskayanın isə 23 yaşı var idi. O, artıq məşhur şair və Moskvanın birinci frantı (modabaz, moda ilə geyinən adam, qəşəng geyinən adam – tərc.), Qalina isə o qədər də təmtəraqlı zahiri görkəmi olmayan sadə bir qız idi. Lakin Qalya gənc olmasına baxmayaraq, artıq həyatın bir çox amansız sınaqlarından keçməli olmuşdu. Onun anası gürcü, atası isə Karyer familiyalı ruslaşmış fransız idi. Karyer biləndə ki, arvadı hamilədir, ailəsini bir qara qəpiksiz qoyub qaçır. Qız ana nəvazişi və qayğısına həsrət böyüməli olur: anası ərinin xəyanətinə və satqınlığına dözə bilməyib ağlını itirir. Balaca Qalyanı qohumları tərbiyə edir, körpəyə öz familiyalarını verirlər. Beləcə o, Qalina Benislavckaya olur. 1917-ci ildə Peterburqda gimnaziyanı qızıl medalla bitirir. Bolşevizm ideyalarına coşqun meyil göstərən gənc qız artıq həmin ilin mayında bolşevik partiyasına daxil olur. Buna görə ögey valideynləri ilə arasında söz-söhbət yaranır və qız sərbəst həyata başlamaq arzusu ilə Xarkova gedir. Ancaq şəhəri tezliklə ağlar tutur. Qalina qırmızıların yanına keçmək üçün cəbhə xəttini təkbaşına keçməyə cəhd edir, ancaq yolda tutulur. "Bolşevik casusu" kimi güllələnməyə məhkum olunur. Lakin tale bədbəxt qıza acıyır: ağqvardiyaçıların qərargahında ögey atası doktor Benislavski ilə rastlaşır. O, qıza zamin durur, Qalya bu dəfə ölümün caynağından xilas ola bilir. Könüllü ordunun şəfqət bacısının vəsiqəsi ilə cəbhə xəttini keçə bilir. Əfsus! Gənc qız indi də "ağ kəşfiyyatçı" kimi qırmızılarda şübhə doğurur və yenidən həyatı tükdən asılı qalır. Bu dəfə də qəzavü-qədər həyatını xilas edir: rəfiqəsinin atası teleqram vurub Benislavskayanın bolşevik partiyasının üzvü olduğunu təsdiqləyir. Tezliklə qızı birbaş Moskvaya, "qüdrətli" ÜFK-nın sərəncamına yollayırlar. Bütün Moskvanı dolaşan əfsanələr O, Yeseninlə görüşünü həmişə həyatının üçüncü xoşbəxt təsadüfü hesab edirdi. Qalyanı nə şairin qalmaqallı şöhrəti, nə də çoxsaylı məhəbbət macəraları haqqında bütün Moskvanı dolaşan əfsanələr narahat edirdi. Çünki o, bütün qəlbilə inanırdı ki, günlərin bir günü bu dəliqanlı onu həqiqətən ürəkdən sevəcək və ətrafındakı bütün qadınlardan imtina edəcək. Tanış olduqları gündən Benislavskaya yalnız bir qısa görüşdən sonra digərinin həsrəti ilə yaşayır və öz həyatını artıq Yeseninsiz təsəvvür etmirdi. "Belə sevmək, belə fədakarcasına sevmək, məgər belə şey olurmu? — o, gündəliyində açıqca yazırdı. — Bəs sevirəm axı və özümlə bacarmıram; bu hiss məndən, həyatımdan güclüdür. Əgər onunçün ölmək lazım olsaydı və onun mənim barəmdə öyrənib heç olmazsa gülümsəyəcəyini bilsəydim, ölümün özü mənimçün bir fərəh olardı". O zaman gənc qızın heç ağlına da gəlməzdi ki, bu sözlər çox tezliklə necə böyük bir uzaqgörənliklə deyilmiş kəlmələrə çevriləcək. Ancaq hələ həyat onun üçün gözəl idi, çünki – zavallı qıza yazığı gəldiyindənmi, ya evsiz-eşiksiz qaldığından və gün-güzəranındakı nizamsızlıq səbəbindənmi, bilinmir, ancaq hər halda Zinaida Rayxla boşandıqdan sonra Yesenin Qalya Benislavskayanın yanına köçür. Yeseninin kölgəsi Onlar müəyyən müddət yaxın olurlar və həyatının bu dönəmlərində səadət şərabından sərxoş olan Benislavskayanın sanki gözü ayağının altını seçmir. Baxmayaraq ki, şair Qalyanı ilk növbədə özünün ən yaxın dostu saydığını heç vaxt gizlətmirdi, onunla bir dam altında keçirdiyi vaxtları Benislavskaya həyatının ən xoşbəxt günləri hesab edirdi. O aralarda Qalyanın sevgili şairi çox içir, başına cürbəcür əhvalatlar gəlir, gah antisemitizmdə (yəhudilərə qarşı ədavət – tərc.), gah da dələduzluqda günahlandırılaraq "ittiham edilirdi". Benislavskaya Yesenin üçün mübarizə aparırdı. O, Yesenini xarici aləmdəki düşmən münasibətlərindən qoruyaraq sözün əsl mənasında onun kölgəsinə çevrilir: nəşriyyatlarla müqavilələr bağlanmasına dair bütün işləri öz üzərinə götürür, qonorarları alır və çalışıb ən yaxşı sanatoriyalara putyovka əldə edirdi. Bir sözlə, ən yaxşı həyat yoldaşının etməli olduğu hər şeyi edirdi. "Sergey Aleksandroviç — sonralar Benislavskaya xatırlayırdı, — mənim yanıma köçəndə bütün əlyazmalarını və ümumiyyətlə, bütün əşyalarını mənə verdi, çünki özü hər şeyi itirir, əlyazmalarını və şəkilləri paylayır, paylamadıqlarını isə daşıyırdılar. Hiss edəndə ki, nə isə itib, deyinir, söyür, ancaq qorumağı, saxlamağı və verdiyini geri istəməyi bacarmırdı". Əlbəttə, Qalya onun bütün xəyanətlərindən xəbərdar idi, ancaq səbrlə dözürdü. Əsas o idi ki, bütün əyyaş sərgüzəştlərindən sonra Yesenin Bryusov döngəsindəki kiçik mənzilə, "öz Qalyasının" yanına qayıdırdı. Lakin uzun müddət onsuz da gərginlikdən dolub-daşan "göylər", nəhayət, 1921-ci ilin oktyabrında Yeseninin ad günündə hayqırıb guruldadı. Rəssam Yakulovun emalatxanasında çox şən, deyib-gülən tanışlar toplaşmışdılar. Onların arasında məşhur Amerika rəqqası Aysedora Dunkan da var idi. Rus dilində cəmi bir-neçə söz bilən 46 yaşlı "yalınayaq rəqs edən rəqqasə" Yeseninin şeirlərini dinləyən kimi onun qeyri-adi istedadını hiss etdi və yaxınlaşmaq üçün ilk addımı da özü atdı. O, hamının qarşısında şairi öpdü və simasına bir dalğınlıq qataraq pıçıltıyla dedi: "Mələk". Yesenin heç də özünü itirmədi və cavab öpüşündən sonra özsünəməxsus şövqlə deyilmiş bir söz eşitdi: "Şeytan!" Bu axşamdan sonra Yeseninin Benislavskayanın otağına, onun yanına qayıtmadığını deməyə ehtiyac varmı? Dünkanla evlənən şair onunla birlikdə xaricə səyahətə yollanır. Mən sizi bir qadın kimi zərrə qədər də sevmirəm 1925-ci ilin qışında Qalina Yeseninin başına dolamağa, onu daha şox nəvaziş və qayğı ilə əhatə etməyə çalışaraq böyük ruh yüksəkliyi ilə güzəranını sahmanlamaqla məşğul idi. O, qənaətlə yığıb topladığı bütün pulunu altı Vyana stuluna, yemək stoluna, paltar şkafı və yeni qab-qacağa xərcləyir. Şairin bacısı Şuranın dediyinə görə, Benislavskaya tək yaşayarkən "evin rahatlığı haqqında az fikirləşir və çox yoxsul şəraitdə yaşayıdı… Ancaq onun evində həmişə ideal təmizlik hökm sürürdü". Əfsus ki, şair onun fədakalığını görmürdü. O, həmişəki kimi bura ancaq gecələməyə gəlirdi. Açıq-açığına sağda-solda macəralar yaşayır, hətta Dunkanla rəsmən ayrıldıqdan sonra da Aysedora ilə birdəfəlik üzülməyə gücü çatmayan Yesenin Preçistenkedəki evə də həftədə bir dəfə baş çəkməkdə davam edirdi. Bütün bunlar Qalyaya ağlagəlməz iztirablar verirdi. Və şairdən intiqam almaq üçün, bir qədər də ümidsizlikdən gənc qadın (onun hələ heç 30 yaşı yox idi) da pis yola əl atır, Yeseninin dostları ilə sevgi macəraları yaşayır. Bunu öyrənən Yesenin Qalyadan həmişəlik uzaqlaşır. Bir gün evə qayıdan Qalya görür ki, Yeseninin əşyaları yoxdur, stolun üstündə isə rəhmsizcəsinə qısa yazılmış bir kağız var: "Əziz Qalya! Siz mənə bir dost kimi çox yaxınsınız, ancaq mən sizi bir qadın kimi zərrə qədər də sevmirəm". Bu, son oldu. 1925-ci ilin yayında Yesenin gözlənilmədən məşhur rus yazıçısının nəvəsi Sofya Tolstoy ilə evləndi. Bu dəfə Benislavskaya toy xəbərini çox böyük kədər və acı ilə qarşıladı, uzun müddət əsəb pozğunluğundan müalicə olundu və özünə söz verdi ki, bir daha heç vaxt Yeseninlə görüşməyəcək. Ancaq onu həmişəlik unutmağı da heç vaxt bacarmadı. Bundan sonra Qalina ilə Yesenin görüşmədilər. Deyilənlərə görə, Yesenin sonuncu dəfə Leninqrada səfərə gedərkən vağzaldan Benislavskayaya zəng vurur, Qalya isə onunla danışmır: özündə güc tapa bilmir, yarası çox dərin idi. Kim bilir, əgər o vaxt bu danışıq baş tutsaydı, bəlkə də Qalya, əvvəllər də olduğu kimi sevgilisini fəlakətdən xilas edə bilərdi. Qəbrin üstündə qısaca bu sözlər həkk olunub... 28 dekabr 1925-ci ildə Leninqradın "Anqleter" mehmanxanasında Sergey Yeseninin həyatına son qoyuldu. Qalina Benislavskaya yenidən psixiatriya klinikasına düşdü və dəfndə iştirak edə bilmədi. Həyat onun üçün bütün mənasını itirmişdi. Xəstəxanadan çıxdıqdan sonra özünü bütünlüklə Yeseninin arxivi üzərində işə sərf edir. Onun haqqında memuar yazmağa başlayır, amma bitirə bilmir. Onu tanıyanların xatirələrinə görə, şairin qətlindən sonrakı bütün bir ili Benislavskaya sanki qeyri-ixtiyari, özündə olmadan, bir süstlük, keylik içərisində yaşadı: heç kimlə danışmırdı, hətta gün ərzində nə isə yeyib-yemədiyini də unudurdu. O, tez-tez Yeseninin qəbri üstə gəlir və uzun-uzadı ağlayırdı. Qəbiristan gözətçisi artıq onu üzdən tanıyır və bacardığı qədər maraqlananların diqqətini yayındırmağa çalışırdı. Ancaq Benislavskaya sanki ətrafındakıları heç görmürdü də: nə qarşısına çıxanların gülüşünü, nə də özünün nimdaş, dəbdən düşmüş libasını. Əvvəllər də xüsusi gözəlliyi ilə seçilməyən Qalya qorxunc hala düşərək çirkinləşmişdi və dərddən divanəlik yağan gözləri ilə qoca qarıya bənzəyirdi. Düz bir il sonra o, Yeseninin qəbri üstə gələcək və özünü güllələyəcək. Birinci dəfə güllə boşa çıxacaq, sanki talesiz qıza bir daha götür-qoy etmək üçün, fikrindən daşınmaq üçün şans verəcək. Ancaq o, qərarını dəyişməyəcək... Qalina Benislavskayanı Yeseninlə yanaşı dəfn etdilər. Qəbrin üstündə qısaca həkk olunmuşdu: "Sədaqətli Qalya". Yalnız bir neçə il sonra iki tarixi olan rəsmi başdaşı yazısını görmək olardı. |
2014-04-25 | 15,708 | Bu gündən Krımla Ukrayna arasında dövlət sərhədi olacaq | Bu gündən etibarən Krımla Ukrayna arasındakı sərhəd dövlət sərhədi kimi fəaliyyət göstərməyə başlayır. Xidmətin rəsmisi Pyotr Yaroşun sözlərinə görə, yaxın vaxtlarda keçid məntəqələrinin harada quraşdırılacağı, sərhədin necə keçiləcəyi müəyyənləşdiriləcək və miqrasiya kartlarının verilməsi vacibliyi nəzərdən keçiriləcək. Krımla Ukrayna arasında nəqliyyatın hərəkətinə və ərzaq daşınmasına məhdudiyyətlərin qoyulmayacağı bildirilir. Qeyd edək ki, Krımın statusu ilə bağlı mart ayının 16-da referendum keçirilib. Referendumda iştirak edənlərin əksəriyyəti muxtar vilayətin Rusiyaya birləşməsinə səs verib. /ANS/ |
2014-04-25 | 15,709 | Məşhədi, kərbəlayi Hüseyn Dərya... - Foto | Avtomobil qəzasında dünyasını dəyişən reper Hüseyn Dəryanın dünən 40 mərasimi keçirilib. "Axar.az" xəbər verir ki, yas mərasimində mərhumun qohumları, dostları və fanatları iştirak edib. Hüseyn Dəryanın baş daşı marağa səbəb olub. Baş daşının üzərində bu yazılar yazılıb: "Məşhədi, Kərbəlayi Hüseyn Muradov Cahangir oğlu". Bu sözlərin aşağısında isə mərhumun yazdığı replərdən bir parça yazılıb: "Tanrının hökmü ilə bu fani dünya yaranıb, Necə dünya yaranıbsa elə Dərya yaranıb". Bir müddət əvvəl müğənni Rəqsanə İsmayılova reperin qəbir daşını düzəltdirəcəyini demişdi. Daha sonra Dəryanın ailəsi müğənninin pulunu geri qaytardıqlarını, xərci özlərinin ödədiklərini demişdilər. Xatırladaq ki, mərhum reper Hüseyn Dərya martn 15-də avtomobil qəzasında dünyasını dəyişmişdi. Fotolar Feysbuk sosial şəbəkəsindəki "Huseyn Dərya" səhifəsindən götürülüb. |
2014-04-25 | 15,710 | Baş prokurorluq Abbas Abbasova cavab verdi | Prokurorluqda Jirinovski ilə bağlı edilən müraciətin baxılmasına başlanılıb. Rusiya Baş prokurorluğu Liberal Demokratiya Partiyasının lideri Vladimir Jirinovski ilə bağlı edilən müraciətə dair açıqlama yayıb. Məlumata görə, Baş Prokurorluq Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin ("AzərRos") Vladimir Jirinovski ilə bağlı etdiyi müraciətin baxılmasına başlanıldığını bəyan edib. Qeyd edək ki, bir müddət əvvəl Dövlət Dumasında çıxışı zamanı Vladimir Jirinovski azərbaycanlı adında bir xalqın əslində mövcud olmadığını demişdi. V.Jirinovskinin bu çıxışı ilə bağlı "AzərRos" Rusiya Baş Prokurorluğu, Rusiya Prezident Administrasiyası və Rusiya Dövlət Dumasına müraciət göndərmişdi. Müraciətdə Vladimir Jirinovski haqqında cinayət işinin açılması tələb olunub. Rusiya Millətlər Asambleyası "AzərRos"un Vladimir Jirinovski haqqında cinayət işinin açılması tələbini dəstəkləyib. /ANS/ |
2014-04-25 | 15,711 | Rusiya ciddi müharibə hazırlığında | Hərbi təlimlər zamanı Rusiya Ukrayna ilə sərhədə artilleriya, "Qrad" qurğuları və 200-ə yaxın tank yerləşdirib. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Şurasının nümayəndəsi Yuri Serqeyev açıqlamasında deyib. "Cənub-şərq tərəfdən biz Mərkəzi və Şimal hərbi dairəsinin şəxsi heyətinin, artilleriyasının və tankların yerləşdirildiyini görürük. "Qrad" çox təhlükəli silahdır. Ondan Çeçenistanda da istifadə ediblər" deyə Serqeyev bildirib. O, bildirib ki, Rusiya Abxaziya və Krımda olduğu kimi özünün mümkün aqresiyalarından istifadə edir. |
2014-04-25 | 15,713 | ASAİF-in sədri hərbi xidmətə gedir | "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu"nun (ASAİF) sədri Ramin Hakimov hərbi xidmətə yollanır. Bu barədə təşkilat sədri tvitter hesabında yazıb: "Üzvlükdən koordinatorluğa, idarə heyyətindən sədrliyə və nəhayət, tutduğum vəzifədən mənim üçün şərəf olan əsgərliyə yollanıram. Bugündən etibarən səlahiyyətlərimi baş katiblik icra edəcək. Bundan sonrakı beynəlxalq forumda iştirakçı kimi iştirak edə bilməsəm, indidən bütün forum iştirakçılarına uğurlar diləyirəm". /Qafqazinfo.az/ Qeyd edək ki, adı "nurçu" gənclərin cərgəsində adı hallanan Ramin Hakimovun 31 mart – 1 aprel-də Almaniyanın paytaxtı Berlin şəhərində "Yeni Yanaşmalar və Yeni İmkanlar" mövzusunda keçirəcəyi forumu təxirə salınmışdı. Onun bağlı bağlı sosial şəbəkələrdə paylaşılan video və oradakı geyim tərzi etirazla qarşılanmışdı. /"Qafqazinfo"/ |
2014-04-25 | 15,714 | Bir eşşək iki İsrail əsgərini belə qovdu – Video | İki İsrail əsgərinin videosu sosial şəbəkələrdə lağ mövzusuna çevrilib. "Axar.az" xəbər verir ki, Fələstində tətbiq etdiyi embarqo və saysız-hesabsız qətliamlar törədən İsrail əsgərlərinə aid yeni video sosial şəbəkələrdə paylaşma rekordu qırır. Qərbi Şəriyanın cənubunda yerləşən Əl-Xəlil şəhərində yaşanan qarşıdurmalar vaxtı həvəskar kamera ilə çəkiliş edən bir aktivist komik görüntülərlə rastlaşıb. İsrailli əsgərlərin bölgədə yaşayan fələstinlilərə qarşı təzyiqlərinə etiraz edən adamlarla yaşadığı qalmaqalda bir eşşəyin iki İsrail əsgərini qovduğu anlar kameralarda belə əks olunub. Həmin görüntüləri təqdim edirik: |
2014-04-25 | 15,715 | Laçınlılar İlham Əliyevə müraciət etdi - Foto | "Axar.az"ın poçtuna Laçın rayonundan olan 31 nəfər şəxsin imzasıyla şikayət məktubu daxil olub və onlar üzləşdirkləri məmur özbaşınalığına görə Prezident İlham Əliyevdən kömək istəyiblər. Müraciəti olduğu kimi təqdim edirik: "Laçın rayon Ağgöl ümumi orta məktəbinin direktoru İbrahimov Hidayət Əhəd oğlu Laçın rayon Təhsil Şöbəsinin himayədarlığı altında öz rəsmi vəzifə səlahiyyətləri çərçivəsində həmin məktəbin Laçın rayonunun kürd əsilli Ağbulaq kənd sakinləri – dil-ədəbiyyat müəllimi Bəxtiyarov Etibar İbrahim oğlunu, riyaziyyat müəllimi Ağayarov Vüqar Ziyadxan oğlunu və texniki işçi Ağayarova Sənəm Kamil qızını hər ay aylıq əmək haqqının bir hissəsini ona verə bilmədiklərinə görə uzun müddətdir ki, inzibati təzyiqlərə məruz qoyaraq sıxışdırır. Bu insident haqqında müvafiq qurumlara çoxsaylı müraciətlərə baxmayaraq, Laçin rayon Ağgöl ümumi orta məktəbində təhsilin bütün qanunlarını küncə sıxışdıran, mütəşəkkil korrupsiya burulğanında tüğyan edən dözülməz inzibati təzyiqlər səngimək bilmədən davam etdirilir. Belə ki, zirehləndirilmiş korrupsioner direktor Laçın rayon rəhbərliyinin bəzi korrupsioner məmurları ilə işlərini səhmana saldıqdan sonra Ağcabədi rayon Polis Şöbəsinin və prokurorluğunun bəzi oxşar məmurları ilə əlbir olub öz vəzifə səlahiyyətləri çərçivəsində onları inzibati təzyiqlərə məruz qoymaqla yanaşı həm də peşəkarcasına şərləyərək məskunlaşdıqları yerdən köçürmək istəyir. Cənab Prezident! Ağbulaq kənd sakinləri, məcburi köçkünlər Bəxtiyarov Etibar İbrahim oğlu, Ağayarov Vüqar Ziyadxan oğlu və Ağayarova Sənəm Kamil qızının doğma vətənləri olan Azərbaycan Respublikasında tam hüquqlu bir vətəndaş kimi yaşaya bilmələri üçün onlara qarşı Laçın rayon Ağgöl ümumi orta məktəbinin korrupsioner direktorunun əli ilə təşkil edilən analoqu olmayan insanlığa zidd repressiyalara son qoyulmasına zəruri köməkdarlıq göstərməyinizi xahiş edirik. Hümbətov Sakit Yaqub oğlu İmaməliyev Əjdər Alı oğlu Qəmbərov Şakir Bəylər oğlu və digər 28 nəfər". |
2014-04-25 | 15,716 | Obama robotla futbol oynadı - Video | ABŞ prezidenti Barak Obama Yaponiyaya səfəri zamanı maraqlı situasiya ilə üzləşib. "Axar.az" xəbər verir ki, yüksək texnologiyalar muzeyinə baş çəkərkən, onu Honda adlı robot qarşılayıb. Robot prezidenti salamlayaraq ona futbol oynamağı təklif edib. Obama onun təklifi ilə razılaşıb. Honda Barak Obamaya olduqca dəqiq ötürmə etməklə hamını heyrətləndirib. Həmin görüntünü təqdim edirik: |
2014-04-25 | 15,717 | Mikayıl Cabbarov özünə yeni müşavir təyin etdi | Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi aparılıb. Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov vəzifəsindən azad edilib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bu xəbəri açıqlamasında təsdiqləyən A.İbrahimov qeyd edib ki, təhsil nazirinin əmri ilə şöbə müdiri vəzifəsindən çıxarılaraq nazirin müşaviri təyin olunub: "Hazırda təhsil nazirinin 3 müşaviri var – mən, Hüseyn Əliyev və İlham Pirməmmədov. Təhsil nazirinin müşaviri Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinə rektor təyin olunandan sonra müşavir vəzifəsinə təyin olundum və bu işin icrasına başladım. İndi əsas diqqətimi təhsilin bütün pillələri üzrə təkliflərin hazırlanmasına yönəltmişəm". A.İbrahimov əlavə edib ki, hazırda təhsil nazirinin digər müşaviri Hüseyn Əliyev həm də nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi vəzifəsini icra edir. |
2014-04-25 | 15,718 | Anar Məmmədovun media holdinqi niyə gecikir? | "Qarant Holdinq" şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədovun sözçüsü Ruslan Məmmədov təmsil etdiyi şəxs və şirkət haqda mühüm açıqlamalar verdi "Qarant Holdinq" şirkətlər qrupu media quruluşları şəbəkəsi - "Qarant Media Holdinq" yaratmağa qərar verib. "Media forum" saytı bu münasibətlə "Qarant Holdinq" şirkətlər qrupunun Müşahidə Şurasının üzvü, qurumun Direktorlar Şurasının sədri Anar Məmmədovun sözçüsü Ruslan Məmmədovla söhbətləşib. - "Qarant Media Holdinq" nə vaxt fəaliyyətə başlayacaq? - Media holdinqinin saytı gələn həftədən işə düşəcək. Bütün məlumatlar orda yerləşdiriləcək, ictimaiyyətə açıqlanacaq. Hazırda saytın təqdim olunması üçün intensiv iş gedir. Biz saytı aprelin 25-də təqdim etməyi nəzərdə tuturduq, amma bəzi texniki məsələlərə görə təqdimat yubandı. Sayt gələn həftənin ortalarında yüksək səviyyədə təqdim olunacaq. Biz "National Geographic" jurnalının Azərbaycan dilində çap edilməsi və televiziyada yayılması hüququnu əldə etmişik. Bunu ilk olaraq biz Amerikadan Azərbaycana gətirmişik. Hələ ki, gündəmdə olan bu layihəni reallaşdırmaqdır. - Televiziya verilişi deyəndə nəyi nəzərdə tutursuz? - "Discovery" kanalı və "National Geographic" kanalı türk, Ukrayna, rus və ingilis dillərində var. Amma Azərbaycan dilində yoxudur. Niyə Azərbaycan dilində belə bir kanal olmasın?! Bu, dünyada təbiəti, onun mühafizəsini təbliğ edən, bu sahədə xalqı maarifləndirən bir verilişdir. Nə siyasi, nə iqtisadi kanaldır. Həmçinin bu sahə ilə bağlı jurnal da çap olunacaq. - Bəs televiziya formatı necə olacaq? - Bir veriliş olacaq. Verilişin hansı televiziyada yayımlanması ilə bağlı danışıqlar aparırıq, müzakirələr yekunlaşmayıb. Hələ ki, əsas diqqəti jurnalın dərcinə yönəltmişik, bununla məşğul oluruq. Jurnal yaxın günlərdə çap olunacaq. - "Qarant Media Holdinq" televiziya da açacaqmı? - Xeyr, belə fikrimiz yoxdur. - Holdinqə rəhbər təyin olunubmu? - Hələ ki, yox. - "Qarant Media Holdinq"in rəhbəri "Qarant Holdinq"in Direktorlar Şurasının sədri Anar Məmmədov olacaq? - Xeyr. - Azərbaycan dilində fəaliyyət göstərən yerli saytlardan da "Qarant Media Holdinq"ə daxil olanlar varmı? - Holdinqə daxil olan saytlar var. Onlar haqqında məlumatlar da "Qarant Media Holdinq"in saytında yerləşdiriləcək. - Həmin saytlar yeni yaradılıb, yoxsa əvvəl fəaliyyət göstərmiş saytlardır? - Holdinqə həm yeni yaradılan, həm də köhnə saytlar daxildir. - "1news.az", "Gun.az", "Bakupost.az" saytları da "Qarant Media Holdinq"ə daxildir? - "1news.az" saytı bizim media holdinqinə daxil deyil. Amma digər saytlarla bağlı bir söz deyə bilməyəcəm. Bütün məlumatlar holdinqin saytında olacaq. - Anar Məmmədov "Qarant Media Holdinq"in yaradılmasında hansı formada iştirak edir? - Bir neçə ay əvvəl mətbuatda Anar müəllimin Amerikada danışıqlar apararaq "National Geographic"i Azərbaycana dəvət etməyə nail olması haqda xəbərlər getmişdi. Bu jurnal kifayət qədər sanballı bir mətbuat orqanıdır. Uzun danışıqlardan sonra bu hüququ Anar müəllimə veriblər. İndi Anar müəllim bunu öz dostunun, qardaşının və ya başqa strukturun adından eləyə bilər. Bu, texniki məsələdir. - Yəni layihənin ideya müəllifi Anar Məmmədovdur? - Bəli. - "Qrant Media Holdinq"i Anar Məmmədovun böyük siyasətə gəlişi kimi qiymətləndirmək olarmı? - Anar müəllimin siyasətə gəlməsi hələ gündəmdə deyil. Anar müəllim holdinqin inkişafı, sosial layihələrin həyata keçirilməsi və Azərbaycanın tanıdılması ilə məşğuldur. Yaxın zamanlarda Anar Məmmədovun siyasətə gəlməsi kimi fikri yoxdur. - Yəni Anar Məmmədov yaxın zamanlarda siyasətdə olmayacaq? - Olmayacaq. Hər halda mən belə fikirləşirəm. - "Qarant Media Holdinq"in təsis olunduğu açıqlanandan sonra Məmmədovlar ailəsi haqda – istər Anar Məmmədovun özü, istərsə də onun atası nəqliyyat naziri Ziya Məmmədov, əmisi deputat Elton Məmmədov və əmisi oğlu Aynar Məmmədov haqda tənqidi yazıların sayı artıb. Anar Məmmədov bu yazıları necə qiymətləndirir? - Anar Məmmədov sahibkardır. Gördüyü işlər də göz önündədir, ictimaiyyət bunları daima izləyir. Bilirsiz ki, Amerikada indi Azərbaycanı tanıdan ən işlək diaspor təşkilatı Anar Məmmədovun rəhbərlik etdiyi Amerika Azərbaycan Alyansıdır. "National Geographic"i Azərbaycana gətirən Anar müəllimdir. İndiyə kimi bunu heç kim edə bilməmişdi. O ki qaldı atası Ziya müəllimə, əmisi Elton müəllimə və əmisi oğlanlarına, onların öz şəxsi həyatı və işləri var, bunları bir-birinə qatmayaq. Kimsə nəsə edibsə, burda Anar müəllimin nə günahı var?! Anar müəllim əmisi oğlunun hansısa bir yaxşı və ya pis hərəkətinin məsuliyyətini niyə daşımalıdır?! - Anar Məmmədovla bağlı yazılanları onu istəməyən şəxslər təşkil edə bilərmi? - Bunun arxasında nə dayandığını deyə bilmərəm. - Anar Məmmədovun özü son müddət baş verən bu məsələlərlə bağlı nə düşünür? - Bu məlumatlar mətbuatda hələ yeni yayılıb. Anar müəllim də hələ bilmir ki, bu məsələ düzdür, ya səhv. Gəlin bir müddət gözləyək, hər şey aydın olacaq. - Sizcə, bu, kampaniyadırmı? - Bəlkə də kampaniyadır. - Son günlər internetdə avtoxuliqanlıqla bağlı xeyli video yayılıb. Həmin videolarda avtomobillər yüksək sürətlə hərəkət edir. O avtomobillərin Aynar Məmmədova məxsus olduğu və həmin avtomobillərdən birinin Anar Məmmədovun toy karvanında da göründüyü bildirilir. Bu, doğrudurmu? - Həmin avtomobillərin Anar Məmmədova heç bir aidiyyəti yoxdur. Kimsə nəsə edibsə, bu onun öz işdir, ondan soruşmaq, məsələni onu edənin adı ilə bağlamaq lazımdır. Biz araşdırmışıq, Anar Məmmədovun toy karvanında belə bir avtomobil olmayıb. Bizim şirkət normal inkişaf edir, dəyərli layihələr həyata keçiririk, kimsə istəyir, kimsə istəmir, gözü götürmür. Son məsələlərin arxasında nə durduğunu bilmirəm. Kimin haqlı, kimin haqsız olduğunu zaman göstərəcək. /Musavat.com/ |
2014-04-25 | 15,719 | Obamanın Asiya səfərinin gizlin məqamları | ABŞ prezidenti Barak Obama artıq 3 gündür Asiya səfərindədir. "Axar.az" xəbər verir ki, Obama bir həftə boyunca Asiya qitəsində olacaq. Qərb analitiklərinin fikrincə, onun məqsədi ABŞ nüfuzunu burada bərpa etməkdir: "Amma bu, çox çətin olacaq. Səbəb Ukraynadakı böhrandır - Qərbi Avropa çarəsiz durumdadır və Amerikadan kömək gözləyir. Suriyada müharibənin alovlanması, Fələstin ilə İsrail arasında yaxınlaşmanın olmaması vəziyyətin ümidsizliyindən xəbər verir. ABŞ-da isə mühafizəkarlar Obamanın Putin, Bəşər Əsəd və başqalarına qarşı daha sərt siyasət yürütməyini tələb edir". B. Obamanın Asiya səfərindən sonra analitiklər daxili siyasətdə, inflyasiyanın tənzimləməsində və büdcə kəsirinin azaldılmasında hər hansı nailiyyətin əldə oluna biləcəyini düşünür. Xarici siyasətdə isə ABŞ-ın qələbəsi sadəcə möcüzə olardı, - deyə qeyd olunur. Xatırladaq ki, ABŞ prezidenti Barak Obamanın səfər çərçivəsində Yaponiya, Malayziya, Filippinlər və Cənubi Koreyaya gedəcəyi planlaşdırılır. Artıq Yaponiya səfərini başa çatdıran Obama bu gün Cənubi Koreyanın paytaxtı Seulda rəsmi görüşlərini davam etdirəcək. Ağ Ev bildirib ki, görüşlərdə məqsəd əsasən, iqtisadi münasibətləri müzakirə etməkdir. Eyni zamanda, regionda təhlükəsizlik məsələləri də müzakirə edilə bilər. Çünki ötən gün Şimali Koreyanın nüvə silahı sınaqlarına hazırlaşması barədə məlumatlar yayılıb. |
2014-04-25 | 15,720 | Deputat ermənipərəst Qalinanın qətlində iştirakını təsdiqlədi | Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan keçmiş üzvü Mixail Qluşenko ermənipərəst Qalina Starovoytovanın qətlində iştirakını təsdiqləyib. "Axar.az" xəbər verir ki, bu barədə Qluşenkonun vəkili Aleksandra Afanasyeva məlumat verib. Qeyd edək ki, Sankt-Peterburq şəhər istintaq orqanlarına izahat verən Qluşenko qətl hadisəsində adı hallanan ikinci şəxsin kimliyi barədə müvafiq orqanlara məlumat verib. İstintaq sirri olduğundan həmin şəxsin adı ictimaiyyətə açıqlanmır. Afanasyevanın verdiyi məlumata görə, müştərisinin verdiyi yeni izahat cinayət işinin gedişinin istiqamətini köklü şəkildə dəyişəcək. Ona görə də, Qluşenko yeni mahiyyətdə təqsirli bilinəcək. Vəkil bu yöndə səylərini davam etdirdiyini dilə gətirib. Xatırladaq ki, ermənilərin Dağlıq Qarabağda separatçı hərəkətlərinə haqq qazandıran Qalina Staravoytova 1998-ci il noyabrın 21-də Peterburqda Qriboyedov küçəsindəki evinin girişində qətlə yetirilib. Keçmiş deputat Qluşenko məsələdə təqsirli bilinərək 8 il azadlıqdan məhrum olunmuşdu. |
2014-04-25 | 15,721 | Səlim Müslümov mənzilləri yeni qaydayla verəcək | Əlillərin və şəhid ailələrinin mənzillə təminatında yeni qayda tətbiq ediləcək. "Axar.az " xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Ağdamda yerli sakinlərlə keçirdiyi görüşdə məlumat verib: "Mənzillər Nazirliyin rəsmi internet saytında təqdim olunan mənzil növbəliliyi siyahısı əsasında paylanacaq. Sonrakı mərhələdə biz şəhər yerlərində mövcud olan mənzil fondlarından əlil və şəhid ailələri üçün mənzillərin alınıb verilməsi qaydasını tətbiq etməyi qərara almışıq. Belə yanaşma əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün də məqsədyönlü olacaq". Aprelin 25-də S.Müslümov Nazirliyin Ağdam rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu rayonun və Ağcabədi, Laçın, Bərdə rayonlarının sakinlərini qəbul edib. Ümumilikdə 80 nəfərə yaxın vətəndaş fərdi qaydada qəbul olunaraq müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılıb. Müraciətlərdə imtiyazlı şəxslərin mənzil və minik avtomobilləri, sanator-kurort yollayışları, reabilitasiya vasitələri, bərpa-müalicə xidməti ilə təmin olunması məsələləri üstünlük təşkil edib. Əvvəlki dövrlərdən fərqli olaraq, ünvanlı dövlət sosial yardımı, əlillik təyinatı ilə bağlı müraciətlər kəskin şəkildə azalıb. Nazir minik avtomobili almaq üçün növbədə olan vətəndaşların müraciətlərini də cavablandırıb: "Növbədə olan daha 375 nəfər əlilliyi olan şəxsə yaxın aylarda minik avtomobilləri veriləcək. Biz indi müvafiq işləri görürük ki, növbədə olan Böyük Vətən müharibəsi və digər kateqoriyadan olan əlilləri də qısa müddətdə avtomobillə təmin edək". |
2014-04-25 | 15,722 | Kadırovun “erməni soyqırımını” tanıması yalan çıxdı | Çeçenistan prezidenti Ramzan Kadırovun uydurma erməni "soyqırımı"nı tanıması haqda xəbər yalan çıxıb. Məlumata görə, bu barədə Kadırovun mətbuat xidmətindən bildirilib. Açıqlamada deyilir ki, Ramzan Kadırovun həqiqətən Tvitter-də öz mikrobloqu var, ancaq ünvan göstərildiyi kimi deyil. "Ramzan Əhmədoviçin hər hansı başqa mikrobloqu yoxdur və biz kiminsə saxta mikrobloq yaratmasına görə cavabdehlik daşımırıq", - deyə mətbuat xidmətindən bildirilib. Ramzan Kadırovun rəsmi mikrobloqunda isə aprelin 24-də həqiqətən "genosid"in tanınması haqda heç nə yoxdur. /Musavat.com/ Xatırladaq ki, Ramzan Kadırovun Tvitter səhifəsində "erməni soyqırımı"nı tanıması xəbərini Ermənictan mediası yaymış və xüsusi müzakirələr açmışdı. |
2014-04-25 | 15,723 | Bakı Zooparkından dəhşət saçan görüntü - Foto | Bakı Zooparkında heyvanların baxımsız olması, ətrafa virus yayması barəsində ötən gün "Axar.az"a məlumat daxil olub. Paytaxt sakini olan xanım, bildirib ki, zooparkda heyvanlara baxan yoxdur və parkda heyvanların bir neçəsi bədənlərindəki yaralardan ətrafa virus yayır. Məsələni araşdırmaq üçün Bakı Zooloji parkına yollandıq. Zooparkın giriş qapısının yanındakı köşkdə oturan kassir xanımın mürgüləməsindən istifadə edib bilet almadan içəri keçdik. İlk baxışdan insana rahatlıq verən mənzərə ilə rastlaşsaq da, ətrafdakı natəmizlik, heyvanların qəfəslərinin ətrafından gələn xoşagəlməz qoxular zoopark haqqında müsbət fikir yaranmasına, xoş təəssürata mane oldu. Uşaqları ilə ətrafdakı heyvanları izləyənlər o qədər çox olmasa da, hər halda gözə dəyənlər var idi. Ən çox natəmizliyi maral və ceyranların saxlanıldığı qəfəslərdə gördük. Bədəni yara basmış, açıq yaralarla qəfəslərində gəzişən heyvanların ətrafa virus yayması, deyəsən zoopark rəhbərliyi üçün bir o qədər də əhəmiyyətli deyil. Bunu biz yox, qarşılaşdığımız mənzərə deyirdi. Uşaqların əlləri ilə həmin maral və ceyranlara çörək, pop-korn və müxtəlif qidalar yedirməsi bizə nə qədər xoş olsa da, həmin heyvanların yara içərisində olması da bir o qədər üzücü idi. Bakıda başqa "heyvan parkı"nın olmadığını nəzərə alsaq, gördüyümüz səhnələrə heç cür haqq qazandırmaq mümkün deyil. Bakının yeganə heyvan parkını təmiz saxlamaq hər halda elə də çətin olmalı deyil. Güman edirik ki, Zoopark rəhbərliyi bundan sonra parkdakı natəmizliyi aradan qaldıracaq və yaralı heyvanların ətrafa virus yaymasının qarşısını almaqla bərabər, heyvanların sağalması üçün də qolunu çirməyəcək. |
2014-04-25 | 15,724 | "Yeni Musavat"ın müxbirinin döyülmə anı - Foto/Video | Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında "Yeni Müsavat"ın əməkdaşı Fərahim İlqaroğlu kirayə yaşadığı binanın girəcəyində hücuma məruz qalıb. Jurnalistin döyülməsi anını əks etdirən video və fotoları təqdim edirik. Bu video jurnalistin maşınında açıq qalmış avto-kameranın yaddaşından götürülüb. Qeyd edək ki, hazırda bir sıra avtomobillərdə bu cür kameralar vardır. Göründüyü kimi, avtomobilini işə salaraq redaksiyaya gəlmək istəyən jurnalisti qırmızı gödəkçəli şəxs yanına çağırır. O da heç nədən şübhələnməyərək, gedir. Videodan da görünür ki, həmin şəxs oraya məhz F. İlqaroğlunu döymək üçün gəlib. Ətrafa baxması, jurnalistin evdən çıxma anını gözləməsi olayın planlaşdırılan bir sui-qəsd olmasına şübhə yeri qoymur. Çəkilişdən də göründüyü kimi, hadisədə 2-ci bir idmançı görünüşlü şəxs də yer alır. Yəqin hüquq-mühafizə orqanları həmin şəxslərin bir-biri ilə bağlı olub-olmadığını araşdıracaqlar. "Yeni Müsavat" qəzetinin rəhbərliyi hadisə barədə DİN-ə müraciət edib. |
2014-04-25 | 15,725 | “Yol hərəkəti haqqında” qanun dəyişdirilir | Azərbaycanda nəqliyyat vasitəsi ilə cinayət törədən sürücünün, avtomobil qaçıranın dərhal təqib olunaraq yerindəcə saxlanması, avtomobilinin müsadirə olunması və ona qarşı bütün məcburi dayandırma vasitələrindən istifadə qanuniləşdirilir. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsinə dəyişiklik edilir. Maddənin "Qeyd" hissəsinin dördüncü cümləsinə edilən əlavəyə görə, nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər. Hazırda qüvvədə olan variant isə belədir: nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq. |
2014-04-25 | 15,726 | İsveçdən “erməni soyqırımı” iddialarına şok cavab | 1917-ci ildə yayımlanan və son günlərdə ortaya çıxan "Nya Dagligt Allehanda" adlı İsveç qəzetində 1915-1917-ci illərdə ermənilərlə yaşayan mayor Hjalmar Pravitz yazdığı yazıyla erməni soyqırımının bir yalan olduğunu ortaya qoyub. Yayımlanan məktubda mayor Pravitz İrandan, Türkiyədən keçərək İsveçə gəldiyini və bu zaman iki il ermənilərlə birgə yaşadığını və tamamilə öz gördüklərini yazdığını deyir: "Marika Stjerstedtin "Ermənilərin acınacaqlı vəziyyəti" adlı kitabını oxudum. Başdan axıra kimi yalanlarla dolu olan kitabı elə o an zibil qutusuna atdım". Məktubun davamında mayor Pravitz bunları yazır: "Hər zaman səfilliyə şahid oldum. Amma heç yerdə əvvəlcədən planlanan qətliama şahid olmadım. Müharibənin əvvəlində ermənilərin Osmanlı imperiyasının şimal ərazilərinə sürgün edimələrinin səbəbini dərk etmək və Osmanlının zəruri səbəblərlə bunu etdiyini anlamaq lazım idi. Ermənilərin bir növ türk əsarəti altında yaşadıqlarını və davamlı təcavüzə məruz qaldıqlarını deyən və yazanlara yalan söylədiklərini deyirəm. Etiraf etmək lazımdır ki, köç etmiş ermənilərə türk səlahiyyətli təşkilatlarının qaçqınların çətinliklərini azaltmaq üçün etdikləri səyləri çox az və yetərsiz idi. Amma heç vaxt ermənilərə türk təcavüzü görmədim. Bir şahid olaraq köç etmiş ermənilərə göz qoyan türk jandarm birliklərinin ermənilərə qətliam törətdiklərinə qraşı iddialara qətiyyətlə qarşı çıxıram". 23 aprel 1917-ci il tarixli "Nya Dagligt Allehanda" qəzetindəki məktubun mətni belədir: Bir az gec də olsa, əlimə keçən erməni problemi ilə bağlı İsveçdə yazılmış iki kitab oxuma fürsəti tapdım. Bunlardan birincisi Ossiannilsonun "Soylu insan", ikincisi Marika Stjernstedtin "Ermənilərin acınacaqlı vəziyyəti" kitabları olub". Ermənilərin səfalətini mənim qədər yaxından başqa heç bir isveçlinin görmə və araşdırma fürsəti olmadığını cəsarətlə deyə bilərəm. Bir aylıq zaman ərzində bu qaçqın yurdlarına səfər etdim. Hər iki yazara görə 1915-ci ilin baharının sonunda ermənilərə qarşı qətliam olub. Halbuki həmin tarixdə mənim səfərim baş tutmuşdu... Yuxarıda hər iki kitabda yazılanlarda demək istənilən odur ki, guya türklər və almanlar ermənilərlə insanlıqdan kənar və barbarcasına davranıblar. Mən aşağıda tamamilə öz gözümlə gördüklərimi yazıram. Bunu edərkən yuxarıda adı çəkilən iki yazarın oxuculara vermək istədiyi bilginin əslində doğru olmadığını izah edəcəyimə ümid edirəm. İstanbuldan Anadoluya doğru səfərimə başlayanda qulağım amerikalı səyyahların zavallı ermənilərin türklər tərəfindən necə qırğına məruz qaldıqları ilə dolu idi. Necə bir qarışıqlıq görəcəkdim və necə bir zülmə şahid olacaqdım? Ermənilərlə olduqca yaxşı davranıldığını görürəm. Öz dinləri, öz sözlü və yazılı dilləri, öz məktəbləri və s. var. Hələbdə böyük bir otelin sahibi olan erməni barona qonaq oldum. Onun öz yerliləri haqqında bir neçə dəfə danışmağına baxmayaraq, mənə türklərin törətdiyi qətliam barədə bir kəlmə də olsun demədi. Yazar Stjernstedtin yazdığı sözərə qətiyyən inanmıram. 14 gün boyunca Fərat çayı boyunca səyahət etdim. Bu zaman ərzində yazar Stjernstedtin verdiyi məlumatlara görə, ən azından bir dəfə ermənilərə qarşı təcavüz görməliydim. Bu çay səfərini Dr. Şaçt ilə birlikdə etdik. Daha sonra onunla Bağdadda yenə görüşdük. Amma mənə bu haqda bir kəlmə də olsun heç nə danışmadı. Hələlik bu mövzu haqqında burada deyəcəklərim bu qədər". Hjalmar Pravitz Yuxarıda qəzet yazısının sonunda oxunduğu kimi, isveçli mayor Pravitz başqa bir yerdə bu mövzu haqqında daha ətraflı məlumat verəcəyini qeyd edir. Mövzu haqqında görəsən özü bir kitab yazıb? Araşdırmalar nəticəsində aydın oldu ki, o doğurdan da bu barədə yazır. Kitabın adı belədir: "FRAN PERSIEN, I STILTJE OCH STORM (Major Hjalmar Pravitz - Stockholm, Oktober 1918)". 1918-ci ildə çap edilmiş kitabın 215-228 səhifələrində mövzu ilə bağlı bölüm yerləşir. Beləliklə, ermənilərin qondarma soyqırım iddialarına cavab İsveç tarixindən gəlib. |
2014-04-25 | 15,727 | "Tağı Əhmədovun istintaqa çağırılmasından xəbərsizəm" | null |
2014-04-25 | 15,728 | Rusiya Üçüncü Dünya Müharibəsinə hazırlaşır | Rusiyanın Ukraynanı hərbi və siyasi cəhətdən işğal planı baş tutmayacaq. "Axar.az" xəbər verir ki, bunu Ukraynanın Baş naziri Arseniy Yasenyuk verdiyi açıqlamasında bildirib. Yasenyukun sözlərinə görə, Ukrayna aprelin 17-də imzalanmış Cenevrə sazişinə sadiqdir, amma Rusiyanın Ukraynanı hərbi və siyasi cəhətdən işğal planı baş tutmayacaq: "Ukrayna ərazisində Rusiyanın hərbi aqresiyası Avropa məkanında hərbi münaqişəyə gətirib çıxaracaq. Dünya hələ İkinci Dünya Müharibəsini unutmayıb. Rusiya artıq Üçüncü Dünya Müharibəsinə başlamaq niyyətindədir. Ukrayna ərazisindəki baş verən gərginliklərə görə Rusiya Federasiyası məsuliyyət daşıyır". |
2014-04-25 | 15,729 | Nüsrət Kəsəmənlinin oğlunun məhkəməsi təxirə salındı | Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənlinin məhkəmə prosesi təxirə düşüb. "Axar.az" xəbər verir ki, A.Kəsəmənlinin vəkili Aytən Əliyeva bildirib ki, A.Kəsəmənlinin bu gün saat 12:30-da Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan iclas təxirə salınıb. "Araz Kəsəmənlinin məhkəməsi bu gün keçirilməli idi. Lakin naməlum səbəbdən baş tutmadı. Məhkəmənin növbəti tarixi isə məlum deyil". Qeyd edək ki, A.Kəsəmənli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə ittiham olunur. 10 il müddətinə azadlıqdan məhrum edilən Araz Kəsəmənli hələ ötən il azadlığa çıxmışdı. |
2014-04-25 | 15,730 | Kramatorskda Ukrayna vertolyotu vuruldu - Video | Kramatorsk aeroportunda Ukrayna ordusuna məxsus hərbi vertolyot partladılıb. "Axar.az" xəbər verir ki, məlumat Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini, anti-terror mərkəzinin rəhbəri Vasili Krutov tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, vertolyota snayper tüfəngindən atəş açılıb: "Kramatorskda snayper atəşi ilə meydançada dayanmış vertolyotun yanacaq çəni vurulub. Atəşdən sonra vertolyot alışıb və partlayış baş verib. Nəticədə ekipaj komandiri ciddi xəsarət alıb". |
2014-04-25 | 15,731 | Nazirə təzyiq edən oliqarxın hoteli sürüşür - Foto | Oliqarxlardan birinə məxsus olduğu deyilən Ağsu aşırımındakı yeni hotel sürüşmə təhlükəsi yaradıb. "Axar.az"a yerli sakinlərin verdiyi məlumata görə, Ağsu yolu üstündə inşa edilən hotelin bu günlərdə istifadəyə veriləcəyi gözlənilir. Sürüşmə təhlükəsinə baxmayaraq, hotel rəhbərliyi külli miqdarda vəsait hesabına tikdirdiyi hoteli köçürmək fikrində deyil. Ağsu aşırımının yaxınlığında inşa edilən bu otelin "Şərədil" otel kompleksinə aid olduğu da xəbərlər sırasındadır. Qeyd edək ki, "Şərədil" ayı, tülkü, tovuzquşu və digər vəhşi heyvanların saxlandığı 5 ulduzlu bahalı və ekzotik məkan kimi məşhurdur. Şəbəkəyə aid olan yeni oteldə də istirahət üşün unikal imkanlar yaradıldığı - geniş hovuzlar, saunalar, tennis kortu, yeraltı qarajlar və s. – yaradıldığı bildirilir. Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov da bu ərazinin sürüşmə təhlükəsi ilə bağlı açıqlama verib və burdakı tikintiləri qanunsuz adlandırıb: "Şamaxı-Ağsu aşırımınıda təsərrüfat xarakterli restoran və digər obyektlərin fəaliyyətinə son qoyulmalıdır". Onun sözlərinə görə, bu obyektlərin sahiblərinə fəaliyyətlərini dayandırmaq üçün xəbərdarlıq olunub: "Onlara bu ərazilərin meşə fondunun nəzdində olduğu üçün müqavilənin vaxtını uzatmaq istəmədiyimizi söyləmişik. Buna görə nazirlik böyük təzyiqlərlə üz-üzə qalır. Yəni, restoran sahibləri bir vasitə taparaq, nazirliyə qarşı təzyiqlər göstərir və bizi çıxılmaz vəziyyətdə qoyurlar. Hətta KİV-lərdən istifadə edirlər. Biz bu halların əleyhinəyik. Çünki bu obyektlərin fəaliyyəti Ağsu aşırımında torpağın erroziyasına və sürüşmə hallarının baş verməsinə səbəb olur. Belə ki, bu obyektlərdə kanalizasiya sistemlərinin və boru xətlərinin olmaması istifadə olunan suyun və digər tullantıların əraziyə axıdılmasına və neqativ halların baş verməsinə səbbə olur". H.Bağırov vurğulayıb ki, son vaxtlarda ölkəmizdə sürüşmə zonalarının sayı getdikcə artır: "Bunun əsas səbəbi odur ki, geniş ərazidə təsərrüfat fəaliyyəti aparılır, hansısa tikintilər aparılır, yamaclardakı ağaclar kəsilir". |
2014-04-25 | 15,732 | Ermənistanda 2 mindən çox iş yeri bağlandı | 2013-cü ildə Ermənistanda ticarət sahəsində 2,3 mindən artıq iş yeri bağlanıb. Məlumata görə, bu barədə ARKA agentliyi "Ayots aşxar" ("Erməni dünyası") qəzetinə istinadən xəbər verir. Qəzetin yazdığına görə, hazırda ticarət sahəsində 36 min nəfər çalışır. Halbuki 2012-ci ildə bu göstərici 38,3 min nəfərdən çox idi. Habelə kiçik mağazaların sayı 1,4 min ədəd azalıb. Nisbətən iri ticarət mərkəzlərində çalışan şəxslərin də sayı azalıb. Bununla əlaqədar qəzet xəbər verir ki, əgər bir il əvvəl 15-dək əməkdaşı olan mağazalarda 5592 nəfər çalışırdısa, indi bu göstərici 5300 nəfərdir. Bu gün cəmi 744 (il ərzində azalma 15 mağaza) belə mağaza fəaliyyət göstərir. Yeri gəlmişkən, respublikada bu dövrdə supermarketlərin sayı on ədəd artaraq 155 olub. Supermarketlərin mağazaların sayının cəmi 1,2 faizini təşkil etməsinə baxmayaraq, onlarda bütün ticarətin 69 faizə yaxını həyata keçirilir. Ehtimal olunur ki, kiçik və orta mağazaların bağlanmasına və ticarətin supermarketlərdə cəmləşməsinə səbəb ağır vergi yükü, həmçinin ticarət sahəsində fəaliyyət göstərən və illik dövriyyəsi 58 milyon dram olan şirkətlər üçün vergi dərəcəsinin çox olmasıdır. 2013-cü il yanvarın 1-dən Ermənistanda illik dövriyyəsi 58,35 milyon drama qədər olan, əvvəllər gəlir vergisi və ya mənfəət vergisi ödəmiş kiçik və orta müəssisələr üçün dövriyyədən vergi tətbiq edilib. /Trend/ |
2014-04-25 | 15,733 | Slavyanska hücumun ikinci mərhələsi başlandı | Bu gün günorta saatlarından etibarən Slavyansk şəhərinə anti-terror əmliyyatlarının ikinci mərhələsi başlanıb. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Paşinski məlumat verib. "20 dəqiqə əvvəl anti-terror əməliyyatı çərçivəsində xüsusi təyinatlılar əməliyyatın ikinci mərhələsinə başlayıblar. Biz separatçıların müqavimət göstərməməsi və problemin həlli üçün Slavyanskı bütünlüklə blokadaya almaq qərarına gəlmişik" deyə Paşinski bildirib. Paşinskinin sözlərinə görə, gecə aparılan kəşfiyyat nəticəsində separatçıların uşaq bağçaları və xəstəxanalarına yerləşdikləri məlum olub: "Slavyanskda qadın və uşaqların arxasında gizlənən klassik terrorçular var. Onlar ya məhv ediləcək ya da həbs olunacaqlar". |
2014-04-25 | 15,734 | 7 yaşlı Qaynar.info | Bu gün Qaynar.info xəbər portalı 7 yaşını qeyd edir. Portal ölkənin ən uzunömürlü və ilk yaranmış internet resurslarındandır. Qaynar.info 2007-ci ildən fəaliyyət göstərir. Portalın yaradıcısı tanınmış yazar Zahir Əzəmətdir. Onun rəhbərliyi ilə 2007-ci il aprelin 25-də təsis olunmuş xəbər portalı media məkanında bir çox uğurlara imza atıb. Daha sonra bir müddət portala gənc jurnalist Fərid Şahbazlı rəhbərlik edib. 2013-cü ilin yanvar ayından portalı Şəmşad Ağa idarə edir. Qaynar.info-nun məqsədi onminlərlə gündəlik oxucusuna operativ, obyektiv xəbər çatdırmaqdır. |
2014-04-25 | 15,736 | Hərbi gəmimiz Bakıda hazırlanacaq - İlk | Azərbaycanda yerli müəssisədə ilk hərbi gəminin tikintisinə gələn il başlanması nəzərdə tutulur. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakı Gəmiqayırma Zavodunda ilk yerli hərbi gəminin tikintisinə 2015-ci ilin yanvar ayında start verilməsi planlaşdırılır. İlk yerli hərbi gəmi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün inşa olunacaq. Artıq bununla bağlı müvafiq təklif verilib. Azərbaycan müstəqilliyin elan etdikdən sonra Bakıdakı gəmiqayırma müəssisələrindən birində Hərbi Dəniz Qüvvələri üçün yalnız bir ədəd patrul gəmisi inşa olunub. Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodu 2013-cü ilin ortalarında istifadəyə verilib. |
2014-04-25 | 15,737 | Rauf Mirqədirovun həbsdən sonra ilk görüntüləri - Fotolar | Bakı Apelyasiya Məhkəməsində Türkiyədən deportasiya edilən jurnalist Rauf Mirqədirovun işinə baxılır. Hazırda R.Mirqədirov məhkəmə zalına aparılır. R.Mirqədirov maskalılar tərəfindən məhkəməyə gətirilərkən Hafta.az-ın əməkdaşı onun fotolarını çəkə bilib. Onun hüquqlarını vəkil Fuad Ağayev müdafiə edir. Apelyasiyaya da vəkil müraciət edib. Qeyd edək ki, aprelin 20-də Rauf Mirqədirova Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. |
2014-04-25 | 15,738 | Litva Seymi Rusiya əleyhinə qətnamə qəbul etdi | Litva parlamenti Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar qərar qəbul edib. "Axar.az" xəbər verir ki, sənəddə regionda təhlükəsizliyin təminatı üçün Rusiya hərbi birləşmələrinin zəbt etdikləri Ukrayna torpaqlarından dərhal çıxarılması yer alıb. Qeyd edək ki, sənəd Seym üzvlərinin böyük səs çoxluğu ilə qəbul olunub. Qətnamədə deyilir: "Regionda təhlükəsizliyin təminatı üçün Rusiya hərbi birləşmələri zəbt etdikləri Ukrayna torpaqlarından dərhal çıxarılmalıdır. Yarımadadan məcburi köçənlər öz doğma yurdlarına qayıtmalı, Ukrayna qanunları çərçivəsində Krımda mükəmməl şəkildə fəliyyət göstərəcək muxtar vilayət institutu yaradılmalıdır". Xatırladaq ki, Ukrayna hadisələri başlayandan Litva rəsmi Kiyevin mövqeyini dəstəkləyən ölkələrdən biridir. Rəsmi Vilnüs Rusiyaya qarşı ən sərt sanksiyaların tərəfdarıdır. |
2014-04-25 | 15,739 | Vəhabilər Siyəzəndə aksiyaya cəhd etdilər | Bu gün günorta saatlarında Siyəzən rayonunda vəhhabi təriqətinə mənsub olan 40-dək şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin qarşısında aksiyaya cəhd edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, onları Siyəzən RİH-nin başçısı Arif Qasımov qəbul edib. Onlar dini icmaya imam təyin olunmasını tələb ediblər. Görüşdən sonra məsələ həllini tapıb. Siyəzən RİH-nin başçısı Arif Qasımov verdiyi məlumata görə, dindarlara imamları olmadığı üçün cümə namazını evlərində qılmaları tövsiyə olunub. Bu informasiyadan onların bəzilərinin xəbərləri olmayıb. "Mən onlarla görüşdüm və məsələ öz həllini tapdı". Dindarlara bildirilib ki, gələn həftədən etibarən onlar üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən imam təyin olunacaq. Bundan sonra etirazçılar ərazidən uzaqlaşıb. Siyəzən rayon Polis Şöbəsindən bildirilib ki, heç bir qarşıdurma və qanun pozuntusu qeydə alınmayıb. Dindarlar icra başçısı ilə görüşdən sonra ərazidən uzaqlaşıb. |
2014-04-25 | 15,740 | Suriyadakı azərbaycanlı komandan müraciət yaydı - Foto | Suriyada Əsəd rejiminə qarşı vuruşan İraq və Şam Dövləti Mücahid briqadasındakı "Azərbaycan camaatlığı"nın lideri Abdullah əl-Azərinin müraciət yayılıb. "Axar.az" xəbər verir ki, mücahidlərə yaxın informasiya portallarında yayılan müraciətdə əl-Azəri Suriyada döyüşən azərbaycanlıların şücaətindən söz açıb. O bildirib ki, "cihadda şir kimi döyüşən azərbaycanlılar çox vaxt öz qəhrəmanlıqları ilə başqalarına nümunədirlər". O, Hələb yaxınlığındakı Sirin adlı qəsəbənin Əsəd qüvvələrinin əlindən alınmasında azərbaycanlı mücahidlərin qəhrəmanlığından söz açıb və bildirib ki, bu şəhəri demək olar ki, azərbaycanlılar alıb. Əl-Azəri onu da bildirib ki, o öz azərbaycanlı qardaşlarını Suriyada gözləyir. |
2014-04-25 | 15,741 | “Kann”da nümayiş olunacaq Azərbaycan filmi | Elmar İmanovun ("Tabutçunun yelləncəyi" – tələbə Oskarı, 2012) və Engin Kundağın ("Ararat" – Berlinale, 2012) birgə işi olan "Torn" filmi Kann festivalının "Rejissor həftəliyi" proqramına salınıb. "Axar.az" xəbər verir ki, keçən həftə 14 may tarixində açılışı olacaq növbəti Kann kinofestivalının proqramı məlum oldu. Festival çərçivəsində nümayiş olunacaq filmlər arasında Azərbaycan istehsalı olan "Torn" (Ayrı) filmi də var. "Torn" film iki dünya haqqında qısametrajlı filmdir. Filmdə bugünkü Bakının fonunda iki insanın – ata və oğulun həyatından bir epizod təqdim olunur. Oğlan uşağı həyətə yaşıdları ilə futbol oynamağa düşür, kişi isə evin damına gənc qadınla görüşməyə çıxır. Onlar əlaqələrinin düyününü necə çözəcəklər? Birlikdə, amma ayrı yaşayan adamlar necədirlər? Rejissor "Ayrı" filmi ilə bu suallara cavab tapmağa çalışıb. "Torn" filmi Azərbaycan şirkəti "Fil Production" və alman şirkəti "Color of May"ın birgə əməkdaşlığı ilə istehsal olunub. Filmdə Mirmövsüm Mirzəzadə, Zülfiyyə Qurbanova və Rasim Cəfər çəkilib. Filmin sponsoru Azərbaycan Vergilər Nazirliyidir. Qeyd edək ki, "Rejissor həftəliyi" (Quinzaine des Réalisateurs) 1969-cu ildə fransız rejissorları tərəfindən təsis edilib və Kann festivalının əsas seksiyalarından biridir. Xatırladaq ki, Kann kinofestivalında Azərbaycan ilk dəfə "Sonuncu" adlı qısametrajlı filmlə təmsil olunub. |
2014-04-25 | 15,742 | Ermənistanın baş kəşfiyyatçısı istefa verdi | Ermənistan Milli təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan istefa verib. Məlumata görə, bu barədə onun özü keçirdiyi mətbuat konfransında bildirib. A.Baqdasaryanın sözlərinə görə, bu addımı "Orinas Yerkir" Partiyası Siyasi Şurasının qərarını nəzərə alaraq atır. O, üzvü olduğu partiyanın hökumət koalisiyanın tərkibinə daxil olmamağı barədə qərar verdiyini xatırladıb. A.Baqdasaryan məhsuldar işinə görə Milli Təhlükəsizlik Şurasının əməkdaşlarına da təşəkkür edib. /Publika.az/ |
2014-04-25 | 15,743 | İlham Əliyev Avropadakı çıxışından tvit atdı - Foto | Azərbaycan prezidenti İlham Əliyev rəsmi Tvitter hesabında Praqada keçirilən "Şərq Tərəfdaşlığı" sammitində Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyə əleyhinə səsləndirdiyi fikirlərə verdiyi cavabı paylaşıb. "Axar.az" xəbər verir ki, İlham Əliyev, "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!" yazıb. |
2014-04-25 | 15,744 | Əflatun Amaşov Rauf Mirqədirovla bağlı müraciət etdi | Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun saxlanması ilə bağlı müvafiq qurumlara müraciət edib. Bu barədə məlumatı Şuranın sədri Əflatun Amaşov məlumat verib. O deyib ki, R. Mirqədirov dövlətə xəyanətdə ittiham olunur və bu kifayət qədər ağır ittihamdır: "Mətbuat Şurası jurnalistin saxlanması ilə bağlı məsələni diqqətdə saxlayır. Biz müvafiq qurumlarla danışıqlar aparırıq. Məqsədimiz odur ki, bu hadisə ilə bağlı həm mətbuata, həm də cəmiyyətə şəffaf informasiyalar verilsin. Bu prosesə maneə yaradılmasın". Ə. Amaşov qeyd edib ki, jurnalist Rauf Mirqədirovun barəsində qaldırılan cinayət işinə obyektiv baxılacağına və məsələyə hüquqi qiymət veriləcəyinə inanır. Qeyd edək ki, Baş Prokurorluq "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı rəsmi məlumat yayıb. Həmin məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb. R. Mirqədirov aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. /Aznews.az/ |
2014-04-25 | 15,745 | Gəmidə işə düzəlmək istədim... Dənizçilər məni... – 16+ | Adı Mariyadır. 20 ildən çox olar ki, tanıyıram. O zamanlar o, qəşəng qız idi. Arxasınca düşənlər də az deyildi. İndi səfil və kimsəsiz olan bu qadın "Lenkombinat"ın (indiki H.Z.Tağıyev adına toxuculuq fabriki) toxuculuq məktəbində oxuyur və elə həmin müəssisənin də yataqxanasında qalırdı. Əksəriyyəti yetimxanalarda böyüyən qızlar təhsillərini başa vurub burada işlə təmin olunar, ailə qurardılar. Mariya və onun bir çox rəfiqəsinin axşamlar əyləndiyi yer yaxınlıqdakı Liman bazada dayanan gəmilər olardı. Ümumiyyətlə, dənizçiləri reys arası boş dayananda bura gələr və dostluq etdiyi qızları axşam yataqxanadan götürər, gəzməyə gedərdilər. Qızların əksəriyyətinin bir neçə dostu olardı ki, bu da onların "boş dayanmamasına" şərait yaradardı. O qızlardan çoxu indi ərdədir. Ana, hətta nənə olanları da var. Ötən günləri ancaq xatirələrdə yaşatsalar da, söhbətlərdə o günlərə dönmək belə istəmirlər. Hər halda, təsadüfdən-təsadüfə qarşılaşdığım həmin xanımlardan bəziləri ilə o günlərin şirinliyini "yaşamaq" mümkün olmayıb. Dənizçilər qızları gəmiyə gətirmişdilər Mariyanı da sevən vardı. O, şənlənməyi xoşlayırdı. Gözəlliyi ilə çoxunun diqqət mərkəzində idi. Bir gün onun ərə getməsi haqda eşitdik. Aleksey adlı bir dənizçi ilə ailə qurmuşdu. Toydan sonra o qızın sərxoş rəfiqələrinin çoxu səhəri gəmilərdə açdılar. Toyda olan dənizçilər qızları gəmiyə gətirmişdilər. Bütün bunlar ötənlərdə qalıb. Mariyanın indi dörd uşağı var. Aleksey çoxdan Mariyadan ayrılıb. Mariyadan bir oğlu varmış və yüngül həyat tərzi keçirməyə başlayanda uşağı atası götürüb. Mariyanı vaxtaşırı Nobel prospektində görürəm. Yalın iri ayaqlarında rezin çəkələklər, saçları dağınıq, yanaqları boyu göz yaşlarının, çənəsində isə ağzından süzülən içdiyi suyun izi olur. Günlərlə üzünə suyun dəymədiyi aydındır. Mariya ilə Zığ şosesinin Toxuculuq kombinatına tərəf dönən yerində təsadüfən qarşılaşdım. Ayaq saxladım. Yanında üç uşağı vardı. İki oğlan və bir qız. Qız eynən anasının gəncliyidir. Gözəl və sarışın. Oğlan uşaqlarından biri qarabuğdayı, digər isə bacısı kimi sarıbəniz və yaraşıqlı idi. "Vas tak mnoqo..." Mariyanı söhbətə tuturam. Adını çəkən kimi dayanır, diqqətlə üzümə baxır. - Məni tanıdınmı? – rusca soruşuram, azərbaycanca cavab verir: - Yox. Sən kimsən ki!? – sonra da rusca əlavə edir: – Vas tak mnoqo... Onun yaddaşını vərəqləyirəm. Gəmiləri, rəfiqələrini, Alekseyi yadına salıram. - Lyoxa... o mənim yoldaşım idi. Sergeyin atası... - Sergey haradadır? - Bilmirəm. Əsgər gedəndə gəlmişdi məni görməyə. Mən onu tanımadım. Atası uzaqdan məni göstərib. - Öpdü səni? Mariyanın gözündən lal yaş süzülür. Göz yaşları eyni xətt üzrə çənəsindən yaxasına axır. Yerə oturur. Köhnə, enli və bir neçə yerdən deşilmiş yubkasının ətəyi aralanır. Ağ, amma çirkli dizləri, baldırı görünür. 20 ilin arxasında qalan cazibədən əsər-əlamət belə yoxdur. Ağ baldırlarda göyərmiş qalın damarlar qarışıq xətlər kimidir. Boynunu bükmüş qızına, əlindəki cib bıçağı ilə dırnağının arasını təmizləyən 13-14 yaşlı oğluna baxır. Sarışın oğlu isə bir qədər aralıda kolluqda özünün təbii borcunu verir. Mənə tərəf çevrilir: - Deyirsən məni tanıyırsan? Sən o uşaqlara 60 qəpik ver. Bulka alsınlar... - Bir manat verərəm, su da alarlar, – deyirəm. - Su lazım deyil, krandan içərlər. Uşaqlardan böyüyünə, qarabuğdayısına 2 manatlıq uzadıram. - Axı bir manat dedin, – uşaq anasına baxaraq dillənir. - Götür, atanızın dostudur, – deyir Mariya... Uşaqlar gedir. Marinadan bu uşaqların atasının kim olduğunu soruşuram. - Sən Xasanın atasını tanıyarsan, əgər məni, Alekseyi tanıyırsansa... Oğluma atasının adını qoydu. – Bir qədər susdu və: - Sergey məni öpmədi, üzümə baxdı: "Mən sənin oğlunam, məni sən doğmusan, - dedi. - Sən mənim atamı alçaltmısan. Mənim qardaşlarım, bacım olsaydı, yaxşı olardı. Amma mən sənin doğduğun bu uşaqlara doğmam kimi baxmıram". Xasan böyük oğlandır axı, bıçaq çəkdi Sergeyə. Amma vurmadı. - Xasanın atası kimdir axı? - Sizdə matros vardı, alkaşın biri idi. Maarif. Alekseyin işçisiydi. Mən onunla dost idim əvvəl. Bir dəfə gəmiyə aparmışdı məni. Alekseylə orada tanış oldum, sonra da evləndik. Sergey oldu. Lyoxa onu tez-tez bizə göndərirdi. Ərzaq-zad gətirərdi. Özü dənizdə olanda da Maarif gələrdi bizə. Bir dəfə gecədən keçmiş evə gəldi. Maarif bizdə idi, çay içirdi. O zamandan mənimlə düz gəlmədi. Axırda ayrıldıq. Maarif ona dedi ki, mən Mariya ilə yatmıram. İnanmadı. - Bəs həqiqət necə idi? - Mən Alekseydən sonra onunla yatdım. Ev tutdu. Kombinatda işə düzəldim. Xasan doğulduqdan bir qədər sonra o, getdi Qusarda başqa qızla evləndi. Mənə baxmadı. Kombinatda da işlər dayanmışdı. Gəmiyə aşpaz düzəlmək istədim. Dənizçilər məni içirtdilər, sonra da... Alekseyin dostları da, onu istəməyənlər də mənimlə olurdu. Sonra da hər yerdə deyirdilər ki, Aleksey kişi deyil, arvadıyla yatmışıq. - Yaxşı, bəs o biri iki uşağın atası kimdir? - Bilmirəm. Bir də görürdüm uşağa qalmışam. İşə düzələ bilmədim axı. Məni gəmidə saxlayırdılar. Mən hamının arvadı olmuşdum az qala. - Mariya, indi sən harada qalırsan, harada yatırsan? Bu uşaqlar dərsə gedir? - Hərf də tanımırlar. Sənədləri də yoxdur. Maarif Xasana metrika alacaqdı. Amma yalançı çıxdı. Mariya ilə söhbətim zamanı bir neçə dəfə müşahidə etdim ki, yaxınlıqdan ötən insanlar mənə başlarını bulayaraq baxırlar. Hər kəsin öz könlündən keçən. Bir dəstə cavan uşaq mənə söz atdı: - Day-day, alınmır? – gülüşdülər. Fikir vermədim. Ana ola bilmədi o Mariyanın ötən günləri daha şirindir. Yaşı 50-yə yaxınlaşdığı, diqqət tələb etdiyi bir vaxtda, onu gəncliyinə, ona olunan diqqətli bir vaxta aparmaqdır niyyətim. Rəfiqələrini soruşuram. - Gülyanı da "maryaklar" yoldan çıxartdı. Narkotikə meyl elədi. "Leyla Şıxliniski"də doğdu, uşağını orda qoydu, qaçdı. İki ay bundan qabaq gördüm. Mənim uşaqlarıma, özümə lağ elədi. "Bu nədir saxlayırsan, ver uşaq evinə, oxusunlar, adam olsunlar", - dedi. Sonra da uşaqlarımın başıma necə dolanmasını görüb ağladı, "sən xoşbəxtsən, Maşa", - dedi. İt günündə olsa da, balaların var. Dedi, uşağımı yadıma salmaq istəyirəm. Amma necə, bilmirəm axı? Heç görmədim də. Ana ola bilmədi o, elə bil yük daşıyırdı, qoydu yerə, "i vsyo..." Burada nə qədər qız bədbəxt oldu - Yaxşı Maşa, işləmirsən, gözəlliyin də qalmayıb ki, başına fırlanan, qadanı alan olsun. Səfil həyatı yaşayırsan. Nəyin var, əlindəki əski kisələrdədir. Yəqin dəyişəyindir, uşaqlarının paltarıdır. Harada yatırsan, nə yeyirsən, görünüşündən korluq çəkənə oxşamırsan, maşallah, 100 kilo olarsan... Doluxsunur. Bir qədər kənarda oynaşan uşaqlarına baxır. Kişi vardı, qızları 5 rubla satırdı - Heç yerdə yaşamıram. Bu, yaşamaq deyil. Mən yetimxanada, bir də burda yaşayıb gün görmüşəm, - əli ilə Toxuculuğun tədris mərkəzini göstərir. - İndi burda da qaçqınlar yaşayır. Bilmirəm, nədirsə, bura məni özünə çəkir. Uşaq evinə getmək uzaqdır. Mərdəkana necə gedim? Gedim nə deyim? Amma bura yolumun üstüdür. Elə bilirəm, bura mənim ata evimdir. Axı Aleksey məni burdan gəlin çıxartdı. Burada nə qədər qız bədbəxt oldu, bilirsən? Sizin oğlanlar, milislər, hər kəs bura gələr, qız çıxarardı. Qapıçı kişi vardı, qızları 5 rubla satırdı. - Necə yəni satırdı? - Hə, satırdı. Qafar idi adı. Deyirdik ki, bizi soruşan olsa de ki, çıxıblar, yoxdur. O isə pul alırdı, oğlanları buraxırdı içəri, hansı otağa yığışdığımızı deyirdi. Toma, Oksana, Leyla, Aliyə və Sona ərə getdilər. Leyla Kiyevdə ukrayna getdi. Onun anası ukrayn qızı idi. Getdi, orda bir oğlanla ailə qurdu. Mən hamısından qabaq ərə getdim. Amma nə olsun, "sudba..." - Kirpiyindən bir damla su asılıb, intihara hazırlaşır elə bil, indicə sifətində qabağa çıxmış almacıq sümüyünə - "qayaya" çırpılacaq. İnanmıram bu gözlər həmin qəşəng Maşanın gözləridir... "Səfillər" layihəsinin mənə verdiyi ürək ağrılarına biri də əlavə olunur... İti küçəyə necə qovurlarsa... - Hər halda gecələdiyin, yatdığın bir ev, sığınacaq olmalıdır axı... Mariya suallarıma cavab vermək əvəzinə xəyallarının qucağında xumarlanır, heç vaxt heç kəsə danışa bilməyəcəklərini mənə nəql edir: - Arada gəlirəm bura. Girirəm həyətə. İti küçəyə necə qovurlar ha, bax məni belə qovurlar burdan. Bir dəfə, bir qadın var burada, ona dedim ki, mənim ata evimdir bura. Güldü. Gülə-gülə söydü məni. Qovmasalar, yatıb qalaram bu binanın bir küncündə, zirzəmisində... Mənə ana demək olar? Qəfildən gözlərimin içinə baxır: - Mənə ana demək olar? Bu dəfə mən duruxuram. Nə deyim? Amma danışmaq lazımdır: - Sən anasan, özü də pis ana deyilsən. Balalarını qanadının altına yığmısan, qarınlarını doyuzdurursan. - "Çestno?.." Düz deyirsən, "lapşa ne veşaeş?" O qadından zəhləm gedərdi - Amma sən yaxşı qadın deyilsən, yaxşı qadın olsaydın axırın belə olmazdı. - Mən guya bilmirəm? Bax Sergey istəsə, qardaşlarına kömək edər. İşə düzəldər. Mən onu görmürəm. Qalmağımı soruşursan. Küçələrdəyəm. Heç nədən qorxmuram. Nəyə qorxum ki? Mənim yaraşığım yox, dilənçi günündə də deyiləm. Dilənçilərin himayəsində olanlar var. Amma mən Alekseyin atasından qalma toyuq hinində qalıram. Onun arvadı metisdi. Atası azərbaycanlı olub. Əvvəllər o tərəfə gedər, bir vaxtlar xanımı olduğum evə baxardım. O qadından zəhləm gedərdi. Sergey əsgər gedəndə ondan xahiş edib ki, atasına desin, mənə yardım etsin. Qadın Alekseylə danışıb həyətin küncündəki bu toyuq hinini mənə verdirib. Arxadan qapı qoydurub. Həyətlə, onlarla heç bir əlaqəmiz yoxdur. Uşaqları belə böyütmüşəm - ayaq üstə, yeriyə-yeriyə - Maşa, nə istəyirsən? Kimi istəyirsən? - Sergey mənim oğlumdur. Ona analıq edə bilmədim. O mənə yaddır elə bil. Amma bu uşaqları özüm saxlamışam, böyütmüşəm. Şadlıq evlərinin, yeməkxanaların tör-töküntüsünü toplamışam, gətirib yedizdirmişəm. İtlərlə birlikdə. İtlər məndən qorxmayıb, özlərinin həmcinsi kimi baxıb mənə. Bəzən itlərlə bir-birimizin əlindən tikə qapmışıq. Bu uşaqları belə böyütmüşəm, ayaq üstə, yeriyə-yeriyə. Niyə doğdum onları... Mənim yerim cəhənnəm olacaq... Çox kitablar oxuyardım. Qız vaxtlarımda elə xəyallar qurardım ki... istəyirəm isti bir yer olsun, uzanım, gözümü yumum, özümə xəyalən bir həyat qurum. Gerçəkdə həyatım alınmadı. Kimi istəyirəm? Əlbəttə, Alekseyi. O, çox yaxşı kişidir. Nə olsun mənə inanmadı, dostuna inanmadı. Mən Maarifi ona görə evə buraxırdım ki, o zaman yaşadığım xoşbəxtliyə görə ona minnətdar idim. Məni Alekseylə o tanış etmişdi... Mariyanı xəyalları ilə baş-başa qoydum. Xasanı yanıma çağırdım. 5 manat pul verdim. Götürmək istəmirdi. - Anan dedi, hava istidi, dondurma alarsız... |
2014-04-25 | 15,746 | "Türkiyə artıq meydanda tək deyil" | "Özlərini "soyqırıma məruz qalmış xalq" kimi qələmə verən ermənilərin, əslində, özləri onilliklər boyu türk və Azərbaycan xalqına qarşı kütləvi qətliamlar törədiblər". Azərbaycanın Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "Publika"ya müsahibəsi: - Aprelin 24-də dünya erməniləri ötən əsrin əvvəllərində Osmanlı İmperiyasında baş vermiş qondarma "erməni soqyırım"ının 99-cu ildönümünü qeyd ediblər. Çoxları hesab edir ki, ermənilər yalan üzərində qurduqları bu təbliğat kampaniyasının miqyasını nə qədər genişləndirsələr də, artıq əvəlki effekti ələ edə bilmirlər. Siz bu haqda nə düşünürsünüz? Ümumiyyətlə, bu "soyqırım" iddiasının kökləri haqda fikrinizi bilmək maraqlı olardı. - Həqiqətən də uzun illər boyu bu mifi dünyaya həqiqət kimi qəbul etdirməyə çalışan Ermənistan rəhbərliyi və diasporu bu il Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında baş vermiş hadisələrin mahiyyətini və tarixi həqiqətlərin təhrifinə yönəlmiş kampaniyanı gücləndirməyə çalışıb. Bu da onunla bağlıdır ki, gələn il dünya erməniliyi bu qondarma "soyqırım"ın 100 illiyini qeyd etməyə hazırlaşır və indiki kampaniyanı bu "yubiley tədbirləri"nə hazırlıq kimi də qiymətləndirmək olar. Amma bu məsələyə siyasi maraqlar prizmasından deyil, obyektiv tarixi kontekstdən yanaşanlar söhbətin genişmiqyaslı saxtakarlıqdan getdiyinə şübhə etmirlər. Çünki tarixi faktlar və gerçəkliklər sübut edir ki, özlərini "soyqırıma məruz qalmış xalq" kimi qələmə verən ermənilərin, əslində, özləri onilliklər boyu türk və Azərbaycan xalqına qarşı kütləvi qətliamlar törədiblər. Bütün tarixi sənədlər sübut edir ki, Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında yaşanmış hadisələrin kökündə erməni xalqına qarşı soyqırım siyasəti deyil, erməni əsilli vətəndaşların öz dövlətlərinə qarşı qaldırdıqları silahlı üsyanın yatırılması dayanıb. Türkiyə ordusunun cəbhə xəttində olmasından istifadə edən erməni quldur dəstələri yüzlərlə türk kəndini viran qoyub, yüz minlərlə dinc əhalini – qoca, qadın və uşaqları qətlə yetirib. Bu qətliamın qarşısını almaq üçün Osmanlı dövləti cəbhə xəttinə yaxın ərazilərdə yaşayan, təxribat və sabotaj yolu ilə türk ordusunun mövqelərini zəiflədən erməni əhalisini imperiyanın digər ərazilərinə köçürüb. Xüsusi olaraq xatırlatmaq istəyirəm ki, cəbhə bölgəsindən uzaqda yaşayan erməni əhalisinə bu köçürülmə şamil edilməyib. Bu faktın özü, dövlət səviyyəsində hansısa "soyqırım" törədildiyi haqda iddiaların əsassız olduğunu sübut edir. Bu gün məhz tarixi həqiqətlərin üzə çıxacağından ehtiyat etdiyi üçün dünya erməniliyi Türkiyənin arxivlərin açılması və birgə tarixi tədqiqatların aparılmasına dair təklifini rədd edir. Amma bütün bunlara baxmayaraq, bu gün mifik deyil, real soyqırımın kimlər tərəfindən törədildiyinə, həm Osmanlı İmperiyasında, həm də Azərbaycanda əsl soyqırıma türk və azərbaycanlı əhalinin məruz qaldığına dair həqiqətləri ört-basdır etmək mümkün deyil. - Belə demək mümkündürmü ki, Azərbaycanın müstəqillik qazanması və güclənməsi ilə erməni diasporu və lobbisinin on illiklər boyu tarixi saxtalaşdırmağa yönəlmiş siyasəti zəifləyib və iflasa uğrayıb? - Bəli, tamamilə doğrudur. Uzun illər Türkiyə bu saxtalaşdırma siyasətinə qarşı təkbaşına müqavimət göstərməli olub. Lakin bu müqaviməti effektli qura bilməyiblər. Bu, ilk növbədə, Türkiyənin xaricdə mütəşəkkil və siyasi proseslərə ciddi təsir göstərmək gücündə olan diasporunun yoxluğu, ermənilərin isə əksinə, diaspora quruculuğuna prioritet sahə kimi yanaşması ilə bağlı olub. Bundan başqa, Türkiyənin özündə də ermənilərin yalan üzərində qurulmuş təbliğatına ciddi əhəmiyyət verilməyib. Bu gün isə Türkiyə rəhbərliyi bu problemə artıq tamamilə fərqli mövqedən yanaşır, bunun verə biləcəyi fəsadları dərindən təhlil edir və lazımi addımlar atır. Digər tərəfdənsə, bu gün Türkiyə artıq meydanda tək deyil. Regionda mövqelərini kifayət qədər möhkəmləndirmiş, aktiv xarici siyasət yürüdən, xaricdə mütəşəkkil diaspora təşkilatları ilə proseslərə aktiv təsir göstərmək iqtidarında olan Azərbaycan kimi müttəfiqi var. Bilirsiniz ki, bir neçə il əvvəl Fransa parlamentində qəbul edilmiş "soyqırımın" danılmasını kriminallaşdıran qanunun sonradan qüvvəsini itirməsində Azərbaycan həm rəsmi şəkildə, həm də bu ölkədəki diaspora təşkillatlarının köməyi ilə çox mühüm rol oynadı. Bu bir daha göstərdi ki, Azərbaycanla Türkiyənin bu istiqamətdə yekdil siyasəti real nəticələr verir. - Əsl soyqırımı türklərin ermənilərə qarşı deyil, ermənilərin türklər və azərbaycanlılra qarşı törətdiyini nəzərə alsaq, bu gün Azərbaycan dövləti bu tarixi həqiqətlərin üzə çıxması üçün hansa real addımlar atır? - Məhz Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi siyasətin nəticəsidir ki, bu gün artıq hadisələrin real inkişafı haqda dünyada müəyyən təsəvvür formalaşır. Bu faktdır ki, tarixən azərbaycanlıların yaşadığı əraziləri qəsb etmək məqsədi güdən ermənilərin artıq 2 əsrdir həyata keçirdikləri düşünülmüş soyqırım nəticəsində minlərlə yaşayış məntəqəmiz yerlə-yeksan edilib, yüz minlərlə soydaşımız xüsusi qəddarlıqla öldürülüb. 1905-1906 və 1918-1920-ci illərdə Bakı, Gəncə, Şuşa, Cəbrayıl, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və digər bölgələrdə yüzlərlə azərbaycanlı kəndi yer üzündən silinib, on minlərlə dinc sakin öldürülüb, mədəniyyət abidələri məhv edilib. Bu soyqırım siyasəti XX əsrin ortalarında da davam edib, ancaq bir qədər fərqli şəkildə - kütləvi deportasiya formasında. 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan on minlərlə azərbaycanlı öz doğma torpaqlarından kütləvi şəkildə köçürülüb. Təəssüf ki, ermənilərin XX əsrin əvvəllərindən mərhələli şəkildə apardığı ardıcıl etnik təmizləmə və soyqırımı siyasəti bu gün də davam edir. Soyqırımın 1988-ci ildən başlayan mərhələsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 1 milyon insan doğma yurd-yuvalarından qovulub, on minlərlə azərbaycanlı qətlə yetirilib. 1992-ci il fevralın 26-da isə Xocalıda XX əsrin ən dəhşətli qətliamlarından biri törədilib: yerlə-yeksan edilmiş yaşayış məntəqəsində 613 dinc sakin xüsusi qəddarlıqla məhv edilib. Uzun illər boyu biz bu acı həqiqətləri dünyaya çatdırmaqda çətinlik çəkmişik. Amma Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan informasiya blokadasını yarmağı bacardı və bu gün biz artıq öz səsimizi bütün dünyaya çatdırmaq gücündəyik. Prezident Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla, hər il martın 31-i Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu gün Azərbaycan diplomatik istiqamətdə cənab Prezident İlham Əliyevin irəli sürdüyü konsepsiya əsasında hücum taktikasını seçərək, həm 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələr, həm də azərbaycanlılara qarşı 2 əsrdir davam edən və bəşəriyyət əleyhinə cinayət sayıla biləcək qətliamlar haqda həqiqətləri dünya birliyinə çatdırmaq üçün düşünülmüş və ardıcıl siyasət aparır. - Bu istiqamətdə atılan addımların daha da effektli olması üçün nə etmək lazımdır? - Artıq qeyd etdiyim kimi, Azərbaycan bu istiqamətdə həm rəsmi, həm də qeyri-rəsmi şəkildə effektli addımlar atmaqda davam edir, həm ölkə daxilində, həm da xaricdə ermənilərin yalan üzərində qurulmiş təbliğatının ifşa olunması, tarixi saxtalaşdırmaların qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülür. Bu işdə Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun, xüsusən Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin ciddi effekt verdiyinı diqqətə çatdırmaq istəyirəm. Bundan başqa xarici ölkələrdəki diaspor təşkilatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr də bu işdə yaxından iştirak edirlər. Bu koordinasiyalı fəaliyyət nəticəsində azərbaycanlıların soyqırımına həsr olunmuş etiraz aksiyaları, anım məraismləri, beynəlxalq konfranslar, sərgilər və digər tədbirlər təşkil edilir. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, 5 ildə Xocalı soyqırımı ilə bağlı dünyanın 50-yə yaxın ölkəsində 1000-dən artıq tədbir keçirilib. Artıq dünyanın 7 ölkəsi, ABŞ-ın 10-dan artıq ştatı Xocalıda törədilmiş qətliamı soyqırım kimi tanıyıb. Bir sözlə, bu sahədə görülən işlərin real nəticələri, əldə olunan uğurlar göz qabağındadır. Amma etiraf etmək lazımdır ki, erməni diasporu və lobbisinin təsiri altında olan bir çox ölkələr hələ də tarixi faktlara, reallığa və həqiqətə göz yummaqdan, tarixi saxtakarlığı isə həqiqət kimi qəbul etməkdən çəkinmirlər. Odur ki, Azərbaycan bundan sonra da bu istiqamətdə fəal və qətiyyətli mövqe nümayiş etdirərəcək, biz Ermənistanın və erməni lobbisinin iftira üzərində qurulmuş qərəzli təbliğatını zərərsizləşdirmək üçün hücum taktikasını davam etdirəcəyik. Çünki biz əminik ki, vandalizm, terror və soyqırım siyasətinə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilməsi yalnız Azərbaycanın deyil, ümumilikdə bəşəriyyətin gələcəkdə bir daha bu cür faciələr yaşamaması üçün böyük əhəmiyyət daşıyır. |
2014-04-25 | 15,747 | Komadan ayılan Şumaxer arvadını tanıdı | "Formula -1" avtomobil yarışmasının əfsanəvi idmançısı Mixail Şumaxer komadan ayıldıqdan sonra tibbi bərpa prosedurlarına başlayıb. "Axar.az"ın məlumatına görə, idmançının meneceri Sabina Kem Şumaxerin özünə gəldiyini və hətta həyat yoldaşını tanımağa başladığını dilə gətirib. Onun sözlərinə görə, komadan ayılan idmançının sağlamlıq durumu hələ də zəifdir və o, gah yatır, gah da emosional şəkildə yuxudan ayılır. Kem Şumaxerin sağlamlıq durumuna dair proqnoz verməkdən yayınaraq əlavə edib ki, hazırda əsas məsələ idmançını narahat etməməkdir. Xatırladaq ki, 45 yaşlı Mixail Şumaxer ötən il dekabrın 29-da Fransanın Alp dağlarında xizək sürərkən ciddi beyin xəsarəti alıb. Bir neçə ay koma vəziyyətində qalan əfsanəvi idmançı həkimlərin səyi nəticəsində bərpa etapını keçir. Onun vəziyyəti hələ də ağır dəyərləndirilir. |
2014-04-25 | 15,748 | Ramil Səfərovdan Sərkisyana - Cavab | "Silahlı Qüvvələrin zabiti kimi, Azərbaycan vətəndaşı kimi ermənilərin bu cür sayıqlamalarına ümumiyyətlə fikir vermirəm" Ermənistanda qondarma erməni soyqırımı ilə bağlı keçirilən tədbirlərin gedişində azərbaycanlı zabit Ramil Səfərova qarşı növbəti təhdidlər eşidilməkdədir. Erməni yazar Aykazn Qaqriyan qondarma "erməni soyqırımı" ilə bağlı yazısında "Serj Sərkisyanın Qorik Akopyana xüsusi tapşırıq verməsinə baxmayaraq o, hələ də sağdır" qeydini edib. Görünən budur ki, Ermənistan rəhbərliyi Azərbaycan bayrağını təhqir etdiyi üçün Macarıstanda R.Səfərov tərəfindən öldürülmüş Qurgen Markaryanın qisasını almaq niyyətindən əl çəkməyib. Musavat.com məsələ ilə bağlı Silahlı Qüvvələrimizdə xidmətini davam etdirən Ramil Səfərovun mövqeyini öyrənib. Azərbaycanlı zabit bunları deyib: "Açığı, belə qeyri-ciddi bir məsələyə mən heç bir şərh vermək istəməzdim. Mən əvvəllər də, indi də özümə qarşı erməni tərəfinin səsləndirdiyi hədə-qorxu dolu fikirləri çox eşitmişəm. Silahlı Qüvvələrin zabiti kimi, Azərbaycan vətəndaşı kimi ermənilərin bu cür sayıqlamalarına ümumiyyətlə fikir verməmişəm və indi də bu mövqedəyəm. Mən hazırda xidmət yerindəyəm və gündəlik fəaliyyətlərimizlə məşğuluq. Bir daha bildirirəm ki, bu cür absurd çağırışları ciddi qəbul etmək fikrim yoxdur və mətbuat işçilərini də buna səsləyirəm". /ANS/ |
2014-04-25 | 15,749 | Sumqayıt faciəsinin səbəbkarı həbs edildi - Foto/Video | Aprel ayının 8-də Sumqayıtda 28 nəfərin ağır yaralanması, 1 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı qaldırılan cinayət işi səbəbkarın həbsi ilə davam edir. "Axar.az"ın məlumatına görə, hazırda cinayət işi ilə bağlı istintaqı Baş DYPİ-nin İstintaq və Tədqiqat şöbəsi aparır. İstintaq yol qəzasında şübhəli bilinən "Amiqo M 2633" özüboşaldan yük maşınının sürücüsü Vaqif Behbudovu dünən şübhəli şəxs qismində saxlayıb və ona qarşı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə ittiham irəli sürülüb. Baş Prokurorun təqdimatı ilə bu gün Sumqayıt Şəhər Məhkəməsi tərəfindən isə V.Behbudov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, aprel ayının 8-i Bakı-Quba magistral yolunun Sumqayıt Texnologiyalar Parkının yaxınlığında vaqif Azad oğlu Behbudovun idarə etdiyi "Amiqo M 2633" özüboşaldan yük markalı 90 JH 537 dövlət nömrə nişanlı avtomaşınla Ramiz Qurban oğlu Muradovun idarə etdiyi "İsuzu Ekobus" markalı 50 AE 109 nömrə nişanlı sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində 28 nəfər yaralanıb, "İsuzu Ekobus" markalı maşının sürücüsü Ramiz Qurban oğlu Muradov hadisə yerindəcə ölüb. |
2014-04-25 | 15,750 | Donetskdə ATƏT müşahidəçilərini oğurladılar | Ukraynanın Donetsk vilayətində fəaliyyət göstərən ATƏT-in hərbi müşahidəçiləri ilə əlaqə kəsilib. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin rəhbəri Yevgeni Perebiynis məlumat verib. Perebiynis ATƏT müşahidəçilərinin separatçılar tərəfindən girov götürülməsi ehtimalının yüksək olduğunu deyib: "Əgər bu belədirsə, onda cinayət Ukrayna və dünya ictimaiyyəti tərəfindən cavabsız qalmayacaq". |
2014-04-25 | 15,751 | "Çankaya köşkü ermənilərə qaytarılmalıdır" | Türkiyənin məhşur Çankaya köşkü ermənilərindir və onlara qaytarılmalıdır, türkiyəli tarixçi iddia edir. Baş nazir Recep Tayyip Erdoğanın 1915-ci il hadisələri ilə bağlı verdiyi Klikləyin başsağlığı mesajından sonra Türkiyə hökuməti tərəfindən ermənilərlə bağlı daha bir layihə ictimai rəyə təqdim olunub. Söhbət 1915-ci il hadisələri zamanı "Osmanlı torpaqlarından köç etmək məcburiyyətində qalıb Türkiyə vətəndaşlığını heç qazana bilməyən və ya daha sonra itirmiş" ermənilərin nəvələrinə vətəndaşlıq haqqı tanınmasından gedir. Təklifin ilk müəlliflərindən olan tarixçi Sait Çetinoğlu BBC Azərbaycancaya deyib ki, Çankaya köşkü erməni Kasabyana məxsus olub və onun varislərinə qaytarılmalıdır. Vətəndaşlıq təklifi Ermənilərə vətəndaşlıq verilməsini irəli sürən layihə ilə bağlı ilk fikir yanvar ayında Ankarada keçirilmiş bir toplantıda meydana gəlib. Düşüncəyə Özgürlük Girişiminin (Düşüncəyə Azadlıq İnsiativi) təşkil etdiyi toplantıda "Osmanlı dövründə köç etmiş və ya etməyə məcbur olmuş Osmanlı vətəndaşı ermənilərin dünyanın müxtəlif yerlərində yaşayan nəvələrinə Türkiyə Respublikasının vətəndaşlığının bərpa olunması" təklif edilib, "Hürriyyət" qəzeti yazır. Osmanlı vətəndaşı olan ermənilər 1964-cü ildə qəbul olunmuş Vətəndaşlıq Qanunu ilə Türkiyə vətəndaşlığından çıxarılıblar. "Bu qanun Osmanlı dövründə Türkiyədən çıxarılmış ermənilərə və onların övladlarına şamil edilmədi. Biz onların vətəndaşlıqlarının bərpa olunmasını istəyirik" - Sait Çetinoğlu deyir. Cənab Çetinoğlunun sözlərinə görə, bu təklif artıq Türkiyə parlamentində də sənədləşdirilib. "Barış və Demokrasi Partiyasının təmsilçisi Erol Dora müvafiq qanun layihəsini parlamentə təqdim edib. "Bu qanun Osmanlı dövründə Türkiyədən çıxarılmış ermənilərə və onların övladlarına şamil edilmədi. Biz onların vətəndaşlıqlarının bərpa olunmasını istəyirik." Sait Çetinoğlu O deyir ki, "sürgün olunmuş insanların övladları da türk vətəndaşı sayıldıqları üçün onların da vətəndaşlıqları geri qaytarılmalıdır". "Vətəndaşlıq haqlarının bərpası ilə bağlı təklifiniz təzminat tələbini də nəzərdə tuturmu" sualına cavabında təklif müəllifi deyib ki, mülkiyyət haqlarına qəsb edilmiş ermənilərin bu haqlarlarının bərpası da "son dərəcə normal işləmdir". Çankaya köşkünə iddia Ankarada türk vətəndaşlığından çıxarılmış erməni Ohanes Kasabyana məxsus iki saray var, cənab Çetinoğlu deyir. Onun sözlərinə görə, onlardan biri Çankayada Cumhurbaşkanlığı köşkünün içində, digəri də Keçiörəndə Vehbi Koç varislərinin əlində muzey kimi istifadə edilir. "Kasabyan türk vətəndaşlığından çıxarılmış erməni olub. Onun ailəsi yaşayır - bu köşklər onlara qaytarılmalıdır" - Çetinoğlu iddia edir. Çankaya Köşkü Türkiyə Respublikası prezidentinin rəsmi iqamətgahıdır. Məlumatlara görə, köşkün tikildiyi torpaqlar Ohanes Kasabyan adlı erməni zərgərinə məxsus olub. Baş nazir Recep Tayyip Erdoğanın "1915-ci il hadisələri ilə bağlı verdiyi başsağlığı mesajı" ilə bağlı Çetinöğlu deyib ki, "başsağlığı ilə paralel digər işlər də aparılmalıdır". "İlk ağızdan belə bir başsağlığının erməni xalqına çatdırmaq son dərəcə önəmlidir. Amma təbii ki, bunun davamı olmazsa, heç bir məna ifadə etməz. Biz bunun davamının gəlməsini və bu başsağlığı ilə paralel digər işlərin də aparılmasını istəyirik", - deyib Sait Çetinoğlu. "Digər işlər" sırasında isə o, "ermənilərin vətəndaşlıq haqlarının geri qaytarılması və bundan irəli gələn haqların tanınması, soyqırımın tanınması, soyqırımdan zərər çəkmiş insanlara gərəkli diqqətin göstərilməsi" kimi məsələlərin vacib olduğunu vurğulayıb. "Bir-birinə yaxın olan iki xalqın bir-birindən bu qədər uzaq durmasının bir anlamı yoxdur. Əslində, xalqın böyük bir bölümünün yox edilməsinə Türkiyənin jest göstərməsinin zamanı keçdi", Sait Çetinoğlu əlavə edib. Türkiyə Baş naziri Recep Tayyip Erdoğan Birinci Dünya müharibəsində Osmanlı ordusu tərəfindən öldürülən ermənilərin nəvələrinə başsağlığı verib. Ölümlərin 99-cu ildönümü ərəfəsində verdiyi bəyanatda cənab Erdoğan 1915-ci ildə baş verən hadisələri "qeyri-insani" adlandırıb. /Musavat.com/ |
2014-04-25 | 15,752 | Ziya Məmmədovun qoçularına cinayət işi açıldı | Bakı Şəhər Prokurorluğunda Nəqliyyat Nazirliyinin müfəttişlərinə qarşı cinayət işi açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan xəbərə görə, aprelin 23-də saat 13 radələrində "Yeni Avtovağzal Kompleksi"nin yaxınlığında Nəqliyyat Nazirliyinin "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin əməkdaşları Əhmədov Rəşad Yahuzər oğlu, Həsənov Fərid Kamil oğlu və qeyrilərinin Həsənov Vüsal İlqar oğlunun idarə etdiyi "Mercedes Benz E220" markalı 10-NN-595 dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə avtomobilə minib sonuncunun sənədlərini tələb etmələri, daha sonra V.Həsənova qarşı zor tətbiq etməklə ona bədən xəsarətləri yetirmələrində əsaslı şübhələr olduğundan həmin fakta görə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlayıb. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. |
2014-04-25 | 15,754 | Hüseyn Dəryanın başdaşı halaldır, ya haram? – Rəy | "İnsanların özlərinə dini adlar götürməsi kimi ölümündən sonra onu qəbir daşına yazdırması da islamda qəbul edilən deyil". Bu sözləri "Axar.az"a ilahiyyatçı Elşad Miri mart ayının 15-də vəfat etmiş məşhur reper Hüseyn Dəryanın qəbir daşı üzərində yazılan məşhədi, kərbəlayi sözlərinə islam dininin münasibətinin necə olması barədə danışarkən dedi. Onun sözlərinə görə, ümumiyyətlə, İslam dinində qəbir daşı qoydurmaq, üzərinə şəkil vurdurmaq günah kimi qəbul edilən anlayışlardı: "Bu şəxsi də sağlığında hamı Hüseyn Dərya kimi tanıyırdı və çağırırdı. Bircə dəfə də olsun eşitdinizmi ki, ona Məşhədi Hüseyn və ya Kərbəlayi Hüseyn desinlər? Bu insan vəfat edəndən sonra dinlə bağlılığı yada düşdü. İnsanların özlərinə belə adlar götürməsi kimi ölümündən sonra onu qəbir daşına vurdurması da islamda qəbul edilən deyil". İlahiyyatçı deyir ki, İslamda dini titul deyilən bir anlayış yoxdur: "İnsanlar özlərinə nə qədər məşhədi, kərbəlayi kimi adlar götürsələr də, peyğəmbər dövründə bunların heç biri olmayıb. İslam dinində bircə Həcc ziyarəti var. Məhəmməd peyğəmbər o ziyarətə bircə dəfə gedib və heç vaxt da ona Hacı deməyiblər. Peyğəmbərimizin nə özünün, nə də yaxın ətrafı və səhabələrinin heç birinin adının qarşısında Hacı sözünü görə bilməzsiniz". Din bunu nə təsdiq, nə də inkar edir Hacı Şahin isə bildirir ki, qəbir daşı üzərində dini titulun yazılmasının günah olub-olmaması ilə bağlı dində konkret göstəriş yoxdur: "İnsanın qəbrinin tanınması üçün onun adı başdaşı üzərində yazılır. Əgər şəxs Kərbəla, Məşhəd ziyarətində olubsa, bunu qəbir daşının üzərində qeyd etdirməsinin bir eybi yoxdur. Din bunu nə təsdiq, nə də inkar edir. İnsan həqiqətən də müqəddəs ziyarətgahlarda olubsa, o həmin ziyarətə hörmət əlaməti olaraq bunun qəbir daşı üzərində yazdırılmasını vəsiyyət edə bilər. Ancaq ümumiyyətlə, dinin başdaşı üzərindəki yazı haqqında bir göstərişi yoxdur". Qeyd edək ki, mərhum reper Hüseyn Dərya martın 15-də avtomobil qəzasında dünyasını dəyişmişdi. Dünən 40 mərasimi keçirilən reperin başdaşının üzərində "Məşhədi, Kərbəlayi Hüseyn Muradov Cahangir oğlu" yazılıb. |
2014-04-25 | 15,755 | BMT-də Markeslə bağlı xüsusi sessiya | Mayın 29-da BMT-də dünya şöhrətli yazar Markeslə bağlı xüsusi sessiya keçiriləcək. "Axar.az" "RİA novosti" agentliyinə istinadən bildirir ki, bu haqda Arğentinanın BMT-dəki nümayəndəsi Mariya Kristina Perseval məlumat verib. Qeyd edək ki, sessiya BMT yanında Argentina dilinin dostları qrupunun xahişinə uyğun olaraq gerçəkləşəcək. |
2014-04-25 | 15,756 | Krım ilə Ukrayna arasında sərhəd çəkildi | Krım Respublikası Rusiyaya birləşməsindən sonra Ukrayna ilə arasına sərhəd çəkilib. "Axar.az" xəbər verir ki, bu barədə Krım Respublikasının miqrasiya idarəsinin rəhbəri Petr Yaroş açıqlama verib. Yaroş sərhədin 25 apreldən etibarən keçərli olacağını bildirib: "25 Aprel 2014-cü ildən etibarən dövlət sərhədi çəkilir. Yaxın günlərdə keçid nöqtələri və keçid qaydaları təyin olunacaq. Eyni zamanda immiqrant kartı haqqında da açıqlama veriləcək". Hal-hazırda Krım Respublikası 27 keçid nöqtəsində nəzarət edir. Rəsmi qurumlar nəqliyyatda və keçidlərdə heç bir problemin olmadığını bildirib. |
2014-04-25 | 15,757 | Qoyunağa ilə Keçixanımın toy mərasimindən | Feysbuk sosial şəbəkəsində maraqlı foto yayılıb. "Axar.az" xəbər verir ki, fotonu "Pərvanələrin rəqsi" serialı ilə məşhurluq qazanan aktyor Mətləb Səfərli Feysbuk sosial şəbəkəsindəki şəxsi hesabında paylaşıb. Aktyor fotonu belə başlıqla paylaşıb: "Qoyunağa ilə Keçixanımın toy mərasimindən eksklüziv görüntülər..." Fotonun Sumqayıt şəhərində yerləşən şadlıq saraylarından birində çəkildiyi qeyd edilib. |
2014-04-25 | 15,758 | İlham Əliyev: "Türkiyə yoxdur, mən burdayam" - Tam mətn | "Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm". Aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammit keçirilib. Axar.az xəbər verir ki, Ermənistan prezidenti Serj Sərkisyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma "erməni soyqırımı" ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da Sammitin plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma "soyqırımı" məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. Serj Sərkisyan bir tərəfdən Türkiyəni qondarma "soyqırımı" ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. Ermənistan prezidenti çıxışında hər cəhdlə inandırmağa çalışıb ki, Avropa ictimaiyyəti qondarma "soyqırımı" ilə bağlı daha təsirli mövqe tutmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda çıxış edərək deyib: "Təşəkkür edirəm, cənab Prezident. İlk növbədə Prezident Zemana dəvətə və bu əhəmiyyətli tədbiri təşkil etdiyinə, qonaqpərvərliyə görə təşəkkür etmək istərdim. Gözəl Praqa şəhərində yenidən olmağımdan və dialoqumuzu davam etdirməkdən çox məmnunam. Bildirmək istərdim ki, biz Avropa təsisatları ilə daha yaxından əlaqə qurmağımız baxımından son 5 ili çox əhəmiyyətli hesab edirik. Bu 5 il ərzində ölkəmizdə siyasi, iqtisadi və digər sahələrdə islahatlar həyata keçirmişik. Avropa İttifaqının üzvü olan dövlətlərlə əlaqələrimiz çox geniş və konstruktiv olmuşdur. Bu əlaqələrin mahiyyəti, əlbəttə ki, müsbət istiqamətdə dəyişir. Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk". Dövlət başçısı qeyd edib ki, müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır. Bu baxımdan Avropa İttifaqının nümunəsi yaxşı nümunədir: "İqtisadi sahədə biz çox işlər görmüşük. Əsasən iqtisadi islahatlar nəticəsində və sizə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı son on ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olmuş, 3 dəfədən çox artıb. Biz yoxsulluğu, işsizliyi aradan qaldıra bilmişik. Yoxsulluq Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Davos Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 39-cu yerdədir. Avropa təsisatları ilə əməkdaşlığımız genişdir, siyasi, iqtisadi, ticarət sahələrini, siyasi islahatlar və əlbəttə ki, enerji təhlükəsizliyi məsələlərini əhatə edir. 2011-ci il bu baxımdan əhəmiyyətli olmuşdur. Həmin vaxt prezident Barrozu və mən Bakıda sıx əməkdaşlıq üçün imkan yaradan enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzaladıq. Bu qısa vaxt ərzində biz böyük uğurlar əldə edə bildik. Xüsusilə Vilnüs Sammitindən 1 ay sonra 45 milyard dollar dəyərində Avropanın ən böyük infrastruktur layihəsi hesab olunan XXI əsrin sazişini imzaladıq. Əsas investisiya Azərbaycan və bizim tərəfdaşlarımız tərəfindən qoyulacaq. Nəhəng qaz yatağı olan Şah Dənizin işlənməsi, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Bununla da, qarşıdan gələn 4-5 il ərzində Avropa üçün yeni qaz mənbəyi açılacaqdır. Düşünürəm ki, Avropa ilə Azərbaycan arasında güclü tərəfdaşlıq elə davam etdirilməlidir ki, biz qarşılıqlı faydalı olan vacib layihələri həyata keçirə bilək". Azərbaycan Prezidenti bildirib ki, bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: "Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub, Dağlıq Qarabağ əhalisinin 30 faizi ermənilər idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan ümumilikdə Azərbaycanın 7 rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir. Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq bu günədək davam edir". İlham Əliyev vurğulayıb ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir. Eyni zamanda, onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada günahlandırmaqda davam edirlər: "Bizim torpaqlarımız işğal altındadır. Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada - Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin ediblər. Münaqişənin tez bir zamanda həlli Azərbaycanın marağındadır. Mən əminəm ki, bu, həmçinin Ermənistan xalqının marağındadır, Cənubi Qafqazda əməkdaşlıq baxımından da maraq dairəsindədir". Dövlət başçısı bildirib ki, Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə, Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi: "Baxmayaraq mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyil. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. Bunu etmək çox asandır. Yalnız Ermənistan tərəfindən siyasi iradə olmalıdır. Nəhayət, sonuncu məsələ, Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır". |
2014-04-25 | 15,759 | AzərTAc-da yeni təyinat | AzərTAC Dövlət İnformasiya Agentliyində yeni təyinat olub. Məlumata görə, "Xalq qəzeti"nin siyasət şöbəsinin icmalçısı Rauf Əliyev (Kəngərli) AzərTAC-ın Naxçıvan bürosunun rəhbəri təyin edilib. Bildirək ki, əvvəllər Naxçıvan Muxtar Respublikasında AzərTAC-ın xüsusi müxbir ştatı olub. Artıq bir neçə ildir ki, bu ştat boş qalıbmış. Prezident İlham Əliyevin Naxçıvana son səfərindən sonra isə AzərTAC rəhbərliyi muxtar respublikada fəaliyyətlərini genişləndirmək məqsədi ilə burada xüsusi büro yaradılıb. Həmin büroya rəhbərlik etmək üçün isə Rauf Əliyev təyin olunub. Rauf Əliyev "Xalq qəzeti"ndən öncə "Lider" televiziyasının xəbərlər xidmətində çalışıb. /Aznews.az/ |
2014-04-25 | 15,760 | Sürücülərə verilən cəzalar dəyişdirilir | Azərbaycanda nəqliyyatın idarəsi zamanı zərər çəkən şəxsin sağlamlığına yüngül xəsarət yetirməyə görə yüksək bal tətbiq olunacaq, sərxoş vəziyyətdə avtomobilin idarə olunmasına görə tətbiq olunan bal isə aşağı salınacaq. Bu xətalara görə tətbiq olunan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması isə ləğv olunacaq. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 151-ci maddəsinin "Qeyd" hissəsinə 5-ci və 6-cı hissələr əlavə təklif olunur. Əlavələrə görə, bu məcəllənin 151.5 və 152-1.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə həmin xətalar 5 balla qiymətləndiriləcək. Qeyd edək ki, hazırda 151.5. -ci maddəyə görə (məcəllənin 151.1-151.3-2-ci, 151-1-ci və 151-3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) heç bir balla qiymətləndirilmədən iki yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır. 152-1.1-ci maddə isə hazırda (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) isə 6 balla qiymətləndirilərək üç yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Əlavələr layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq. |
2014-04-25 | 15,761 | Obama: "Putini xilas edərəm" | ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Putin suda batarsa, onu xilas edə biləcəyini deyib. "Əlbəttə ki, prezident Putini xilas edərəm. Məncə, kimliyindən asılı olmayaraq, suda boğulmaq üzrə olan birini xilas etməyə gücüm çatar. Havay adalarında böyümüşəm, pis üzgücü deyiləm", - Obama deyib. Qeyd edək ki, bu yaxınlarda Rusiya prezidenti canlı efirdə ölkə vətəndaşlarının suallarını cavablandırarkən, bir nəfər ona belə bir sual ünvanlamışdı: "Necə düşünürsüz, suda batsanız, Obama sizi xilas edərmi?". Putin isə cavabında "Obama yaxşı və güclü insandır, düşünürəm ki, məni xilas edər"demişdi. /Teleqraf.com/ |
2014-04-25 | 15,762 | Orduda olmayan tanınmış gənclərin siyahısı yayıldı – Cədvəl | Feysbuk sosial şəbəkəsində maraqlı bir cədvəl paylaşılıb. "Axar.az" xəbər verir ki, həmin cədvəldə müasir Azərbaycan gənclər hərəkatının veteranlarından, habelə hazırda gənclər təşkilatlarında rəhbər vəzifə daşıyan tanınmış şəxslərdən kimlərin hərbi xidmətdə olub-olmadığı göstərilir. Maraqlı nüans ondan ibarətdir ki, önəmli vəzifələr daşıyan, zaman-zaman irəli çəkilmiş və ağızdolusu vətənpərvərlikdən danışmaq "səlahiyyəti" əldə etmiş gənc liderlərin çoxu hərbi xidmət keçməyib... Həqiqi hərbi xidmət keçənlər isə önəmli vəzifələr daşımırlar. Düşündürücüdür, deyilmi? Görəsən bu seçimi gənclərlə işə məsul dövlət orqanı, gənclərlə işi uzun müddət kurasiya etmiş və bu ilin mart ayında vəzifədən uzaqlaşdırmış PA-nın məlum şöbəsinin müdiri hansı prinsiplər, meyarlar əsasında aparıb? Bu bir təsadüfdürmü?! |
2014-04-25 | 15,764 | Gəncədə ağır yol qəzası: iki nəfər xəsarət aldı - Foto | Gəncədə ağır yol nəqliyyat qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospekti, 32 ünvanında baş verib. Gəncə şəhər sakini, 23 yaşlı Adil Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə hələ ki, sürücünün kimliyi məlum olmayan "Toyota Prado" markalı avtomobil toqquşub. Zərbənin gücündən "Mersedes" deformasiyaya uğrayıb. Yaxınlıqda olan şəxslərin köməkliyi ilə avtomobildə xəsarət alan iki nəfər çıxarılıb. Onlar sürücü və sərnişin Qəmbər Cabbarlıdır. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. |
2014-04-25 | 15,765 | "Azərbaycanla Türkiyənin yekdil siyasəti real nəticələr verir" | "Axar.az" Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a verdiyi müsahibəsini təqdim edir: - Aprelin 24-də dünya erməniləri ötən əsrin əvvəllərində Osmanlı İmperiyasında baş vermiş qondarma "erməni soyqırım"ının 99-cu ildönümünü qeyd ediblər. Çoxları hesab edir ki, ermənilər yalan üzərində qurduqları bu təbliğat kampaniyasının miqyasını nə qədər genişləndirsələr də, artıq əvəlki effekti ələ edə bilmirlər. Siz bu haqda nə düşünürsünüz? Ümumiyyətlə, bu "soyqırım" iddiasının kökləri haqda fikrinizi bilmək maraqlı olardı. - Həqiqətən də, uzun illər boyu bu mifi dünyaya qəbul etdirməyə çalışan Ermənistan rəhbərliyi və diasporu, bu il Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında baş vermiş hadisələrin mahiyyətini və tarixi həqiqətlərin təhrifinə yönəlmiş kampaniyanı gücləndirməyə çalışıb. Bu da onunla bağlıdır ki, gələn il dünya erməniliyi bu qondarma "soqyırım"ın 100 illiyini qeyd etməyə hazırlaşır və indiki kampaniyanı, bu "yubiley tədbirləri"nə hazırlıq kimi də qiymətləndirmək olar. Amma bu məsələyə siyasi maraqlar prizmasından deyil, obyektiv tarixi kontekstdən yanaşanlar söhbətin genişmiqyaslı saxtakarlıqdan getdiyinə şübhə etmirlər. Çünki tarixi faktlar və gerçəkliklər sübut edir ki, özlərini "soyqırıma məruz qalmış xalq" kimi qələmə verən ermənilərin, əslində özləri onilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı kütləvi qətliamlar törədiblər. Bütün tarixi sənədlər sübut edir ki, Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında yaşanmış hadisələrin kökündə erməni xalqına qarşı soyqırım siyasəti deyil, erməni əsilli vətəndaşların öz dövlətlərinə qarşı qaldırdıqları silahlı üsyanın yatırılması dayanıb. Türkiyə ordusunun cəbhə xəttində olmasından istifadə edən erməni quldur dəstələri yüzlərlə türk kəndini viran qoyub, yüz minlərlə dinc əhalini - qoca, qadın və uşaqları qətlə yetirib. Bu qətliamın qarşısını almaq üçün Osmanlı dövləti cəbhə xəttinə yaxın ərazilərdə yaşayan, təxribat və sabotaj yolu ilə türk ordusunun mövqelərini zəiflədən erməni əhalisini imperiyanın digər ərazilərinə köçürüb. Xüsusi olaraq xatırlatmaq istəyirəm ki, cəbhə bölgəsindən uzaqda yaşayan erməni əhalisinə bu köçürülmə şamil edilməyib. Bu faktın özü, dövlət səviyyəsində hansısa "soyqırım" törədildiyi haqda iddiaların əsassız olduğunu sübut edir. Bu gün məhz tarixi həqiqətlərin üzə çıxacağından ehtiyat etdiyi üçün dünya erməniliyi Türkiyənin arxivlərin açılması və birgə tarixi tədqiqatların aparılmasına dair təklifini rədd edir. Bütün bunlara baxmayaraq, bu gün mifik deyil, real soyqırımın kimlər tərəfindən törədildiyinə, həm Osmanlı İmperiyasında, həm də Azərbaycanda əsl soyqırıma türk və azərbaycanlı əhalinin məruz qaldığına dair həqiqətləri ört-basdır etmək mümkün deyil. - Belə demək mümkündürmü ki, Azərbaycanın müstəqillik qazanması və güclənməsi ilə erməni diasporu və lobbisinin on illiklər boyu tarixi saxtalaşdırmağa yönəlmiş siyasəti zəifləyib və iflasa uğrayıb? - Bəli, tamamilə doğrudur. Uzun illər Türkiyə bu saxtalaşdırma siyasətinə qarşı təkbaşına müqavimət göstərməli olub. Lakin bu müqaviməti effektli qura bilməyiblər. Bu, ilk növbədə, Türkiyənin xaricdə mütəşəkkil və siyasi proseslərə ciddi təsir göstərmək gücündə olan diasporunun yoxluğu, ermənilərin isə əksinə, diaspora quruculuğuna prioritet sahə kimi yanaşması ilə bağlı olub. Bundan başqa, Türkiyənin özündə də ermənilərin yalan üzərində qurulmuş təbliğatına ciddi əhəmiyyət verilməyib. Bu gün isə Türkiyə rəhbərliyi bu problemə artıq tamamilə fərqli mövqedən yanaşır, bunun verə biləcəyi fəsadları dərindən təhlil edir və lazımi addımlar atır. Digər tərəfdənsə, bu gün Türkiyə artıq meydanda tək deyil. Regionda mövqelərini kifayət qədər möhkəmləndirmiş, aktiv xarici siyasət yürüdən, xaricdə mütəşəkkil diaspora təşkilatları ilə proseslərə aktiv təsir göstərmək iqtidarında olan Azərbaycan kimi müttəfiqi var. Bilirsiniz ki, bir neçə il əvvəl Fransa parlamentində qəbul edilmiş "soyqırımın" danılmasını kriminallaşdıran qanunun sonradan qüvvəsini itirməsində Azərbaycan həm rəsmi şəkildə, həm də bu ölkədəki diaspora təşkillatlarının köməyi ilə çox mühüm rol oynadı. Bu bir daha göstərdi ki, Azərbaycanla Türkiyənin bu istiqamətdə yekdil siyasəti real nəticələr verir. - Əsl soyqırımı türklərin ermənilərə qarşı deyil, ermənilərin türklər və azərbaycanlılra qarşı törətdiyini nəzərə alsaq, bu gün Azərbaycan dövləti bu tarixi həqiqətlərin üzə çıxması üçün hansa real addımlar atır? - Məhz Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi siyasətin nəticəsidir ki, bu gün artıq hadisələrin real inkişafı haqda dünyada müəyyən təsəvvür formalaşır. Bu faktdır ki, tarixən azərbaycanlıların yaşadığı əraziləri qəsb etmək məqsədi güdən ermənilərin artıq 2 əsrdir həyata keçirdikləri düşünülmüş soyqırım nəticəsində minlərlə yaşayış məntəqəmiz yerlə-yeksan edilib, yüz minlərlə soydaşımız xüsusi qəddarlıqla öldürülüb. 1905-1906 və 1918-1920-ci illərdə Bakı, Gəncə, Şuşa, Cəbrayıl, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və digər bölgələrdə yüzlərlə azərbaycanlı kəndi yer üzündən silinib, on minlərlə dinc sakin öldürülüb, mədəniyyət abidələri məhv edilib. Bu soyqırım siyasəti XX əsrin ortalarında da davam edib, ancaq bir qədər fərqli şəkildə - kütləvi deportasiya formasında. 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan on minlərlə azərbaycanlı öz doğma torpaqlarından kütləvi şəkildə köçürülüb. Təəssüf ki, ermənilərin XX əsrin əvvəllərindən mərhələli şəkildə apardığı ardıcıl etnik təmizləmə və soyqırımı siyasəti bu gün də davam edir. Soyqırımın 1988-ci ildən başlayan mərhələsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 1 milyon insan doğma yurd-yuvalarından qovulub, on minlərlə azərbaycanlı qətlə yetirilib. 1992-ci il fevralın 26-da isə Xocalıda XX əsrin ən dəhşətli qətliamlarından biri törədilib: yerlə-yeksan edilmiş yaşayış məntəqəsində 613 dinc sakin xüsusi qəddarlıqla məhv edilib. Uzun illər boyu biz bu acı həqiqətləri dünyaya çatdırmaqda çətinlik çəkmişik. Amma Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan informasiya blokadasını yarmağı bacardı və bu gün biz artıq öz səsimizi bütün dünyaya çatdırmaq gücündəyik. Prezident Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla, hər il martın 31-i Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu gün Azərbaycan diplomatik istiqamətdə cənab Prezident İlham Əliyevin irəli sürdüyü konsepsiya əsasında hücum taktikasını seçərək, həm 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələr, həm də azərbaycanlılara qarşı 2 əsrdir davam edən və bəşəriyyət əleyhinə cinayət sayıla biləcək qətliamlar haqda həqiqətləri dünya birliyinə çatdırmaq üçün düşünülmüş və ardıcıl siyasət aparır. - Bu istiqamətdə atılan addımların daha da effektli olması üçün nə etmək lazımdır? - Artıq qeyd etdiyim kimi, Azərbaycan bu istiqamətdə həm rəsmi, həm də qeyri-rəsmi şəkildə effektli addımlar atmaqda davam edir, həm ölkə daxilində, həm da xaricdə ermənilərin yalan üzərində qurulmiş təbliğatının ifşa olunması, tarixi saxtalaşdırmaların qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülür. Bu işdə Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun, xüsusən Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin ciddi effekt verdiyinı diqqətə çatdırmaq istəyirəm. Bundan başqa xarici ölkələrdəki diaspor təşkilatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr də bu işdə yaxından iştirak edirlər. Bu koordinasiyalı fəaliyyət nəticəsində azərbaycanlıların soyqırımına həsr olunmuş etiraz aksiyaları, anım məraismləri, beynəlxalq konfranslar, sərgilər və digər tədbirlər təşkil edilir. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, 5 ildə Xocalı soyqırımı ilə bağlı dünyanın 50-yə yaxın ölkəsində 1000-dən artıq tədbir keçirilib. Artıq dünyanın 7 ölkəsi, ABŞ-ın 10-dan artıq ştatı Xocalıda törədilmiş qətliamı soyqırım kimi tanıyıb. Bir sözlə, bu sahədə görülən işlərin real nəticələri, əldə olunan uğurlar göz qabağındadır. Amma etiraf etmək lazımdır ki, erməni diasporu və lobbisinin təsiri altında olan bir çox ölkələr hələ də tarixi faktlara, reallığa və həqiqətə göz yummaqdan, tarixi saxtakarlığı isə həqiqət kimi qəbul etməkdən çəkinmirlər. Odur ki, Azərbaycan bundan sonra da bu istiqamətdə fəal və qətiyyətli mövqe nümayiş etdirərəcək, biz Ermənistanın və erməni lobbisinin iftira üzərində qurulmuş qərəzli təbliğatını zərərsizləşdirmək üçün hücum taktikasını davam etdirəcəyik. Çünki biz əminik ki, vandalizm, terror və soyqırım siyasətinə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilməsi yalnız Azərbaycanın deyil, ümumilikdə bəşəriyyətin gələcəkdə bir daha bu cür faciələr yaşamaması üçün böyük əhəmiyyət daşıyır. |
2014-04-25 | 15,766 | Krım tatarları – 1500 ildən bəri – Axar TV | Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilib. Onlar arasında kimmerlər, skiflər, qotlar, hunlar, bulqarlar, xəzərlər, monqollar və digər xalqlar yer alıb. 430-cu ildən başlayaraq türklər Krıma yerləşib. XIII əsrdən etibarən isə Krımdakı türklər tatar adlandırılmağa başlayıblar. 1475-ci ildən etibarən Krım xanlığı Osmanlı İmperiyasının əsas müttəfiqinə çevrilib. Tezliklə bu türk imperiyasının hüdudları Rusiyanın cənub sərhədlərinə qədər uzanıb. Amma oğuzların müvəffəqiyyəti uzun müddət davam etmir. Rusiya ilə 1774-cü ildə Kiçik Qaynarca müqaviləsi imzalanır. Nəticədə Krım xanlığı Osmanlının himayəsindən çıxır. Beləliklə,rus işğalına məruz qalan Krım türklərinin əsarət illəri başlayır. Daha ətraflı Axar Tv-nin təqdim edəcəyi süjetdə |
2014-04-25 | 15,767 | Nobel prospektində çökmə davam edir - Foto | Bakının Nobel prospektində, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə intensiv şəkildə davam edir. "Axar.az"ın APA-ya istinadən məlumatına görə, "Azəryolservis" ASC, "Azərsu" ASC-nin və Yol Patrul Xidmətinin əməkdaşları hazırda hadisə yerindədir. Təhlükəsizlik məqsədi ilə hadisə yeri əhatəyə alınıb. Xatırladaq ki, aprelin 21-də səhər 08:00 radələrində Bakının Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb. |
2014-04-25 | 15,768 | Röyaya Kreml Sarayında evlilik təklifi - Foto | Aprelin 18-də Moskvanın "Kreml" sarayında "Mənəm" adlı konsert proqramı ilə çıxış edən müğənni Röya Ayxan vətənə gələr-gəlməz yeni xəbərlər verib. İfaçı bu gün yerli radiostansiyalardan birində qonaq qismində iştirak edib. Aparıcının suallarını cavablandıran Röya maraqlı açıqlamaları ilə yadda qalıb. Azərbaycanla yanaşı Rusiyada da həmyerlilərimiz tərəfindən sevilərək dinlənilən müğənni Moskvadan ona evlilik təklifinin gəldiyini bildirib. Bundan əlavə, o bildirib ki, evlilik təklif edən şəxs bunun üçün Röyanı 4 il gözləyib: "Moskvada konsert vaxtı maraqlı hadisələr oldu. Təəccüblü olsa da, evlilik təklifi almışam. Dörd il bundan əvvəl Moskvada konsert verəndə bir uşaq mənə gül verib, "səni sevirəm" demişdi, mən də cavab olaraq ona bildirdim ki, get, böyüyəndə gələrsən, evlənərik. Bu dəfə də konsertdə səhnəyə gənc bir oğlan çıxıb dedi ki, mən artıq böyümüşəm. Yenə də onunla evlənməyi təklif etdi". Qeyd edək ki, ifaçının Kreml konsertində iştirak edən qonaqlar bildiriblər ki, konsert anşlaqla keçib. Sevilən mahnılarını ard-arda ifa edən Röya tamaşaçılara maraqlı anlar yaşadıb. İfaçı bildirib ki, Bakıdakı konsertini tamamilə təkrarlayıb, sadəcə bir neçə mahnıda dəyişikliklər olub. Konsert zamanı Röya təşkilatçılardan Tural Əsədov və Samirə Zeynalovaya xüsusi minnətdarlığını bildirib /ANS/. |
2014-04-25 | 15,769 | Səlim Müslümov Ağdamda məmurlardan narazı qaldı | null |
2014-04-25 | 15,770 | Sumqayıtda hərbi parad keçiriləcək | Sumqayıt şəhərində hər il ənənəvi olaraq təşkil olunan məktəblilərin möhtəşəm hərbi paradı keçiriləcək. "Axar.az" xəbər verir ki, bu sözləri Sumqayıt şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektoru Ayaz İmaməliyev mərhum prezident Heydər Əliyevin doğum günü ilə bağlı keçiriləcək tədbirdən danışarkən deyib. Sektor müdiri əlavə olaraq kitab bayramının, müxtəlif dəyirmi masaların təşkil olunacağını da bildirib: "May ayının 10-da Heydər Əliyevin abidəsi önündə anım mərasimi baş tutacaq.Daha sonra kitab bayramı və dəyirmi masa tədbirləri keçiriləcək. Eyni zamanda Sumqayıtda fəaliyyət göstərən bütün təşkilatlarda tədbirlər təşkil olunacaq". |
2014-04-25 | 15,771 | Rusiya Ukraynaya qoşun yeridir: 4 ölü - Video/Foto | Rusiya Federasiyasının Rostov şəhərindən Xarkova gedən yolda sakinlər çox sayda hərbi texnikanın hərəkətini müşahidə ediblər. Ukrayna sərhədindən 10 kilometr aralıda yerləşən Novoşaxtinsk şəhərinin sakinləri Rusiya ordusunun tank dəstəsinin şəhərə girişini videoya çəkiblər. Rusiya ordusunun cənub dairəsinin mətbuat xidmətinin başçısı polkovnik İqor Aleksandroviç Qorbul bildirib ki, hərbi texnikanın hərəkəti plan üzrə tədbirlərdir. Bununla belə, Rostov vilayətində hərbi texnikanın iştirakı ilə iki qəza olub və hadisə zamanı 4 nəfər ölüb. Birinci qəza vilayətin Neklinovsk rayonunda Sambek məntəqəsinin ətrafında olub. Zirehli hərbi texnika yol kənarında duran yol polisi avtomobilinin üzərindən keçib. Nəticədə, avtomobilin yanında duran yerli sakin yerindəcə keçinib, yol polisi isə xəstəxanaya qaldırılıb. Vilayətin Oktyabr rayonunda baş vermiş qəzada isə üç nəfər həlak olub. Zirehli hərbi döyüş maşınının sürücüsü Rostov - Don - Moskva federal yolunda qarşıdan gələn hərəkət zolağına çıxıb və VAZ-2105 markalı avtmobillə toqquşub. Hadisə zamanı avtomobildə olan yerli sakinlər - qadın və kişi dünyasını dəyişib. Bundan başqa, zirehli maşının sürücüsü olan hərbçi də yerində keçinib. /ANS/ |
2014-04-25 | 15,772 | Tanınmış məşqçi 45 yaşında vəfat etdi | "Barselona" futbol klubunun keçmiş baş məşqçisi Tito Vilanova vəfat edib. Bu gün səhər ağır vəziyyətdə hospitala yerləşdirilən 45 yaşlı Vilanova axşam saatlarında dünyasını dəyişib. Məlumata görə, Vilanova mədəsindəki xəstəlik səbəbindən xəstəxanaya aparılıb. Onun cərrahiyyə əməliyyatına məruz qalacağı gözlənilirdi. Xəstəxanaya aparılan zaman mütəxəssisin huşu özündə olub, o, hospitalda dostlarını və yaxınlarını qəbul edib. Məşqçi son illər qulaqyanı vəzilərin xərçəngi ilə mübarizə aparıb. O, 2011-ci ilin noyabrında cərrahiyyə əməliyyatına məruz qalıb və kimyaterapiya qəbul edib. 2012-ci ilin dekabrında isə xəstəliyin şiddətlənməsi səbəbindən yenidən xəstəxanaya düşüb. Tito Vilanova 2012/2013-cü il mövsümündə "Barselona"nın baş məşqçisi olub. 2013-cü ildə isə xəstəliyi səbəbindən postunu tərk edib. Buna qədər isə Xosep Qvardiolanın köməkçisi işləyib. /Apasport.az/ |
2014-04-25 | 15,773 | Fələstinin baş naziri istefa verdi | Fələstinin baş naziri Rami Həmdullah istefa verib. "Axar.az"ın APA-ya istinadən məlumatına görə, istefa yeni hökumətin formalaşdırılması üçün şəraitin yaradılması ilə əlaqədardır. Aprelin 23-də HƏMAS hərəkatı və Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas sülh razılaşması imzalayıblar. Razılaşmaya əsasən, Fələstin Muxtariyyətində vahid hökumət formalaşdırılacaq, 6 ay ərzində isə muxtariyyətin prezidenti və parlamenti seçiləcək. Qeyd edək ki, İsrail "Fəth" və "Həmas" hərəkatları arasında barışıq razılaşmasının imzalanmasından sonra Fələstinlə sülh danışıqlarının dayandırdığını bəyan edib. |
2014-04-25 | 15,777 | Cəlilabadda ev yanıb | Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayon mərkəzindən 12 km aralıda yerləşən Çünəxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 130 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-25 | 15,778 | Türkiyə səmasında uçan boşqab göründü – Foto | Türkiyədə uçan boşqab görünüb. "Axar.az" xəbər verir ki, Türkiyənin Trabzon şəhərində səmada Uçan Naməlum Obyekt müşahidə olunub. Yerli sakinlər əvvəlcə bunu tam anlamasalar da, sonradan fürsəti əldən verməyərək bu cismi lentə alıblar və sosial şəbəkədə paylaşıblar. |
2014-04-25 | 15,779 | Putin: “ABŞ internet istifadəçilərini izləyir” | Rusiya Prezidenti Putin Sankt Peterburqda düzənlənən bir toplantıda internetin ABŞ Kəşfiyyat İdarəsinin proyekti olduğunu deyib. Rusiyanın onlayn haqlarının qorunmasının vacibliyini deyən Putin internet istifadəçilərinin izləndiyini və Rusiyanın vətəndaşalarının hüquqlarını qorumaq istədiyini dilə gətirib. "Axar.az" xəbər verir ki, Putin eyni zamanda Rusiyanın öz internet şəbəkəsinə sahib olmasının vacibliyini deyib və bu sahədə ciddi işlərin aparılacağını vurğulayıb. |
2014-04-25 | 15,780 | Məmur övladlarının yeni görüntüləri yayıldı - Video | Musavat.com-un elektron poçtuna zəngin məmur övladlarının avto xuliqanlıq hərəkətlərinə dair yeni video göndərilib. Ən azı, videonu göndərən şəxs belə iddia edir. Bu videoda bir sıra maşınların nömrələri aydın görünür. Videonu yollayan R. Bağırov adlı oxucu yazır ki, bu maşınlar da Məmmədovlara məxsusdur. Həmin videonu göndərməkdə məqsədi isə Məmmədovların taksi sürücülərini incitməsidir. |
2014-04-25 | 15,782 | Özü-özüylə danışan siyasətçi... | "Güzgüdəkilər" layihəsinin bugünkü qonağı yazar deyil. İllərdir siyasətlə məşğul olan Ərəstun Orucludur. Adətən siyasilərin duyğulu adam olmadığını deyirlər. Baxaq özü-özüylə söhbətində Ərəstun bəy bunu nə qədər təsdiqləyib. - 50 yaşın var. - 51-ə doğru gedirəm. - Razısanmı yaşanmış illərdən? Yenidən başlasan, nələri dəyişərdin? - İnsan hər zaman keçmişə indinin çərçivəsindən baxır və düşünür ki, həmin illəri təkrar yaşasaydı, nəyisə başqa cür edərdi. Mən buna fərqli yanaşıram, çünki yaşananlar o dövrün imkanları çərçivəsində olub. Demək, başqa imkanlar olsaydı, hər şey başqa cür olarmış və indi də yenə xatırlayıb fərqli planlar qurardıq. Odur ki, keçmişə bugünün imkanları prizmasından baxmağı utopik yanaşma hesab edirəm. Bir də ki, nə olubsa, artıq olub və buna tarix kimi baxmaq lazımdır. - Tarixə tez-tez müraciət edirsən? - Demək olar ki, heç zaman. Bilirsən, keçmişi sevmirəm axı, gələcək mənə daha cəlbedici görünür. Arxaya baxa-baxa irəli getmək daha çətin görünür - Bəs deyirlər, keçmişə baxmadan gələcəyə getmək olmur... - Bəlkə də kimin üçünsə belədir, amma mənə arxaya baxa-baxa irəli getmək daha riskli və çətin görünür. - Həyatda uğurların çox olubmu? - İnsan üçün zəruri olanların əksəriyyətinə nail olmuşam. Ən bədbəxt insan yumor hissini itirmiş insandır - Yəni xoşbəxtsən indi? - Xoşbəxt ailə, sevən və sevdiyim həyat yoldaşı, uğurlu övladlarım, sevimli məşğuliyyətim... - Demək xoşbəxt olmaq olurmuş? - Əlbəttə. Ancaq axı bilirsən, xoşbəxtlik nisbi anlayışdır və insanın qazandıqlarından çox, əldə etmək istədiklərindən asılıdır. - Yəni? - Yəni əgər insan qarşısına Marsa uçmağı, sonra geriyə dönüb Antarktidada villaya sahib olmağı və Mona Liza ilə evlənib həmin villada xoşbəxt yaşamağı məqsəd qoyubsa, deməli o, heç zaman xoşbəxt ola bilməyəcək. - Yumor hissin pis deyil. - Mənə görə, ən bədbəxt insan yumor hissini itirmiş insandır. Sonrası isə artıq heç həkimlik də olmur - Bəs sevən-sevilən? - Sevilən olmaq insanın əldə edə biləcəyi ən yüksək zirvədir və bu zirvənin fəthi üçün bütün imkanlar da onun öz əlindədir. Sevilən olmaq üçün sevməyi bacarmaq, ürəyini nifrətdən uzaq tutmaq lazımdır. Bəziləri düşünürlər ki, ürək dördkameralı olduğundan onlardan birini də dəmiryolu vağzalındakına uyğun olaraq nifrətsaxlama kamerası kimi istifadə eləmək olar. Qısa müddətə bu bəlkə də mümkündür, amma zaman keçdikcə yolxucu nifrət virusları qalan kameralara da yayılıb epidemiya yaradır. Bundan sonrası isə artıq heç həkimlik də olmur. - Ürəkdən danışırsan, ürək həkimisən? - Xeyr, ölümlə həyat arasındakı qapıda dururdum. Anestezioloq-reanimatoloq idim. Bəziləri buna təsadüf deyir - Bu qapını tez-tez açmalı olurdun? - Xoşbəxtlikdən onillik həkimlik fəaliyyətim dövründə bir dəfə də olsun bununla üzləşmədim. Yəqin bəxtim gətirdi. - Bəxtə inanırsan demək... - Əlbəttə... Şansı gətirmək anlayışı var. Hər şey özümüzdən asılı olsaydı, o zaman həyatda uduzan insanlar olmazdı heç zaman. Bəziləri buna təsadüf deyirlər, amma bu təsadüflər çox olanda və tez-tez necə deyərlər, onluğa düşəndə məcbur olursan başqa cür düşünəsən. Biz ana-övladdan çox bacı-qardaş kimi idik - Məsələn? - Bilirsən axı, anam həyatımda ən sevdiyim insan idi. Biz ana-övladdan çox bacı-qardaş kimi idik. İndi də bircə dəfə də olsa onun barmaqlarını saçlarımda hiss eləmək üçün ürəyim göynəyir... O mənim həkim olmağımı məndən də çox arzulayırdı, amma belə alındı ki, 1980-81 illərdə tibb institutuna daxil ola bilmədim. Yadındamı, məni əsgərliyə yola salanda dəmiryolu vağzalınadək sakit qalan anam birdən hönkürüb ağladı. Bilirdim niyə ağladığını, çünki anamın fikirlərini oxumağı öyrənmişdim. Düşünürdü ki, artıq mənim həkim olmaq planlarımın reallaşmaq imkanı qat-qat azalacaq. Bu sözlərin dilimə hardan gəldiyini bu günədək anlaya bilmirəm, amma birdən necə oldusa anamı sakitləşdirmək üçün dedim: "Darıxma, söz verirəm ki, ondan da yaxşı instituta girəcəyəm", hərçənd ki, o zaman bundan yaxşısını təsəvvür də eləmirdim. İki il keçdi və anamın yanına SSRİ-nin ən aparıcı tibb institutunun tələbəsi kimi qayıtdım. - Hansı institut idi bu? - Akademik Pavlov adına 1-ci Leninqrad Tibb İnstitutu və bu mənimçün təkcə tibbi təhsil ocağı deyil, həm də böyük bir həyat məktəbi oldu. 25 ildir ki, Veresayevi oxumaq istəyirəm - Açıqlamalarındakı Rusiyaya neqativ münasibət də həmin dövrdən qaynaqlanır? - Dəqiqləşdirək də, Rusiyaya yox, bu dövlətin siyasətinə. Mənimçün Rusiya Lenin, Brejnev və ya Putin deyil. Rusiya mənimçün Tolstoy, Çernışevski, Bunindir. - Bunin? - Yadında deyilmi, tələbəlik illərimdə məhz İvan Buninin hekayələrini acgözlüklə oxuyurdum. Bilmirəm, hərdən elə gəlir ki, bəlkə də məhz həmin hekayələr mənə insana, həyata sevgini aşıladı. O mənə əyilməməyı öyrətdi - Elə yaxşı kitabxana da topladın... - Hə, tələbəlik illərimdə min nüsxədən çox kitab topladım, əksəriyyətini oxudum və indi də oxumaqda davam edirəm. Amma bəzən kitablarla bağlı ironik hadisələr də olub. Məsələn, 25 ildir ki, Veresayevi oxumaq istəyirəm, amma hələ başlaya bilməmişəm. Ümid edirəm, nə zamansa buna imkan olacaq. - Atandan niyə danışmırsan? - Atam mənim üçün həm ata, həm müəllim, həm də örnək olub. O öz nümunəsilə məni sınmamağa, ən əsası isə, əyilməməyə öyrətdi. Üsulları sərt, bəzən isə hətta tiran üsulları olsa da, indi anlayıram ki, bunların da mənə xeyri çox olub. Bilirsən axı, atamla oxşar cəhətlərim çoxdur, amma fərqlər də var. Siyasətə gəlişim zərurətdən doğan qərar idi - Siyasət nəyinə lazım idi axı? - Həyatımda heç zaman emosional və spontan qərarlarım olmayıb. O cümlədən də siyasətə gəlişim zərurətdən doğan qərar idi. Bunu bilirsən... - Yaxşı bəs siyasətdə uğur qazanmağın əsas yolunu nədə görürsən? - Səmimiyyətdə... Ümumiyyətlə, mənim təsəvvürümdə səmimiyyət ən güclü silahdır. Səmimiyyət isə etiraflardan keçir. Bəzən insanlar düşünürlər ki, hansısa səhvlərini etiraf eləsələr, mütləq hücumlara məruz qalacaqlar. Əslində, isə hər şey əksinədir. Bu qədər sadə - Necə? - Səhvini etiraf edən insan özünü təhlükəsizləşdirmiş, ittihamlardan, hücumlardan sığortalamış olur. Bir növ sizə qarşı irəli sürülə biləcək ittihamları önləyərək özünüz etiraf edirsiniz və bununla da potensial ittihamçılarınızı tərksilah etmiş olursunuz. Bu qədər sadə. Hər iki tərəf çox güclü görünəndə... - Qəzetlərdə daha çox dünyada baş verənlər barədə danışırsan? - Nəyi soruşurlarsa, ondan da danışıram və sənə deyim ki, bu gün dünyada baş verənlər olduqca maraqlıdır. 2008-ci ilin maliyyə böhranından çıxmağa çalışan dünya bu gün çox təhlükəli, amma həm də çox maraqlı tarixi dönəmini yaşayır. Ümid edirəm ki, bu dönəm böyük müharibələrsiz, kataklizmlərsiz keçəcək və belə alınarsa, 5-10 ildən sonra biz keyfiyyətcə tamamilə fərqli, daha yüksək texnoloji inkişafa nail olmuş və daha da bütövləşmiş bir dünyada yaşayacağıq. İki il əvvəl az qala hər kəs yaxın qonşuluğumuzda, yəni İranda müharibə gözləyirdi, amma bu gün çətin ki, buna inananlar tapılsın. Cəmi iki il və hər şey nə qədər dəyişdi. Və ya götürək bugünkü Qərb-Rusiya qarşıdurmasını. Hamı deyir ki, ABŞ və Avropa Rusiya qarşısında çox zəif görünürlər, amma bəzən insanlar qəbul etmək istəmirlər ki, əvvəla, siyasətdə görüntü ilə reallıq heç də hər zaman üst-üstə düşmür və ikincisi, hər iki tərəf çox güclü görünəndə fəlakətlər baş verir. İkinci Dünya Müharibəsinin xeyli çeşidli səbəbləri var, amma fikrimcə, bu səbəblərdən biri də bir tərəfdən Hitler, Stalin, Mussolini və Franko kimi diktatorların, digər tərəfdən isə Çörçill və Ruzvelt kimi güclü liderlərin olması idi. Nəticədə həmin o güclər toqquşdu və bəşəriyyət baş vermiş fəlakətin acılarını bu günədək yaşamaqdadır. Bu baxımdan fikrimcə, həmin o liderlərsiz bugünkü dünyada optimist olmaq üçün daha çox əsas var. Azərbaycan insanı hər şəraitdə "baş çıxara" bilir - Sən də buna inanırsan? - Çalışıram inanım, çünki dediyim kimi, bu, zəruri amillərdən biridir və başqa heç də az əhəmiyyət kəsb etməyən xeyli başqa amillər də var ki, hələlik onların təsirlərinin necə olacağını söyləmək son dərəcə çətindir. - Bəs Azərbaycan nə olacaq ey, həmin 5-10 ildən sonra buraları necə görürsən? - Həmin o dünyanın bir parçası olaraq. Sivil dünyanın, əlbəttə. Bizim xalqın çox böyük quruculuq potensialı var və bugünkü dünyada yer tutmaq üçün bu son dərəcə vacib keyfiyyətdir. Azərbaycan insanı hər yerdə, hər bir şəraitdə "baş çıxara" bilir və onun heç bir dəstəyə, köməyə ehtiyac yoxdur. Əsas odur ki, ona maneələr yaradılmasın. Bu haqda Azərbaycanı çox yaxşı tanıyan bir alman ekspertin bu barədə dediklərini bir an da unuda bilmirəm, çünki həmin fikrin böyük bir həqiqət olduğunun hər gün dönə-dönə şahidi oluram. - Mən xatırlamıram nə dediyini... - Deyib ki, Azərbaycan ən yaxşı inkişafa o zaman nail olardı ki, burada ümumiyyətlə, heç bir hakimiyyət olmayaydı... |
2014-04-26 | 15,783 | Bu günün hava proqnozu | Bakıda və Abşeron yarımadasında aprelin 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 8-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 26-da arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. |
2014-04-26 | 15,784 | Əli Mirəliyev: “Yaxın günlərdə öləcəyəm” | "Hiss edirəm ki, yaxın günlərdə öləcəyəm". Bu sözləri Əli Mirəliyev "Xəzər" telekanalında yayımlanan "5/5" verilişində "beş aya mən öləcəyəm" sözlərinə aydınlıq gətirərkən "Axar.az"a dedi: "Hər şeyin və hamının bir əvvəli olduğu kimi, sonuda var. Mənim də sonuma az qalıb. Deyə bilmərəm üç aya, beş aya, səkkiz aya, amma bilirəm ki, əcəlim yaxınlaşır. Çünki mənim rəhmətlik atam və qardaşım altmış altı yaşında rəhmətə gediblər. Bizdə nəsildə bir çoxları həmin yaşda həyatdan köçür. Elə ona görədə bilirəm ki, məndə məhz onlar kimi altmış altı yaşında həyatdan köçəçəm. Hal-hazırda altmış beş yaşındayam. Bir dəfə 2009-cu ildə beynimə qan sızdı və ondan sonra birtəhər danışırdım. Artıq görürəm ki, yaş öz işini görür və belə düşünürəm ki, atam və qardaşım kimi məndə həmin yaşda olmayacam həyatda". Qeyd edək ki, aparıcı Zaur Kamalın "Sizcə öləndən sonra insanlar arxanızca nə deyəcək" sualına belə cavab verib: "Mən beş aya öləcəyəm". |
2014-04-26 | 15,785 | Ukrayna hərbi aviasiyası da əməliyyatlara qoşuldu | Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Qvardiyanın xüsusi təyinatlıları Slavyanskın hər yerində separatçıların qurduğu blok-postları məhv edib. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Bundan başqa xüsusi təyinatlılar Slavyanskda ekstremistlərin yaratdıqları atəş nöqtələrini müəyyən etməyə çalışırlar. Məlumatda qeyd olunur ki, Daxili Qoşunların qüvvələri Slavyansk-İzyum yolunda güclü blok-post qurublar. Ukrayna hərbi aviasiyası da quru qoşunlarına dəstək vermək üçün əməliyyatlara qoşulub. |
2014-04-26 | 15,786 | Trofimçuk: “Azərbaycanı müharibəyə itələyirlər” | "Ukrayna hadisələrinin fonunda Qarabağın ətrafında başlanılan istənilən hərəkətlənmə yalnız mənfi nəticələr verəcək". Bu sözləri "Axar.az"a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, Qarabağ konfliktinin həlli üçün kənardan atılmış istənilən addımın regional savaşın başlanması ilə nəticələnəcəyini bildirib: "Ukrayna hadisələrinin fonunda Qarabağın ətrafında başlanılan istənilən hərəkətlənmə yalnız mənfi nəticələr verəcək. Qara dəniz hövzəsində artan xaos zamanı hansısa uğurlu addımlardan söz edilə bilməz. "Yaxşılaşdırılma"ğa doğru atılmış istənilən addım regional savaşın başlanması ilə nəticələnəcək. Bu isə öz növbəsində Ukrayna hadisələrini özündə əks etdirəcək. Yaxşı ki, bu təhlükə Xəzərətrafı ölkələr tərəfindən dərk edilir, hansı ki, onlar Xəzərdə başqa ölkənin hərbi bazasının yerləşdirilməsi əleyhinə qərar qəbul ediblər". Politoloq Azərbaycan və Ermənistan üçün konflikt ətrafında yaranmış vəziyyəti bu cür qoruyub saxlamağın daha əlverişli olduğunu bildirib: "Azərbaycan və Ermənistana hazırkı vaxtda situasiyanı bu cür qoruyub saxlamaq daha əlverişlidir. Onlar bunu davam etdirməlidirlər. Azərbaycanı sonradan heç bir çıxış olmayan müharibəyə itələyirlər. Qayadan ayrılıb qopan daş parçaları Cənubi Qafqaz regionunda yerləşən bütün hər kəsi yaralayacaq. Digərləri isə heç bir xəsarət almayacaqlar. Bir şeyi qeyd etmək yerinə düşər ki, Qarabağ konflikti Ukraynanın parçalanmasından sonra artıq Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında uğursuz görüşlər metodu ilə həll edilə bilməz. Hazırda yeni şərait üçün yeni metodlar lazımdır, onlar isə hələ yoxdur". |
2014-04-26 | 15,787 | Avtomobil getdiyi zaman qəflətən partladı - Video | Rusiyada magistral yolların birində dəhşətli partlayış baş verib. "Axar.az" xəbər verir ki, yolda hərəkət edən avtomobillərdən biri qəfildən partlayıb. Partlayışın səbəbi isə avtomobilə quraşdırılmış qaz mexanizmi olub. Güclü partlayışa baxmayaraq hadisə zamanı xəsarət alan olmayıb. |
2014-04-26 | 15,788 | Elşad Xose daha rep deməyəcək | "Daha əvvəlki kimi repə həvəsim yoxdur". Bu sözləri "Axar.az"a açıqlamasında reper Elşad Xose dedi: "Daha əvvəlki kimi repə həvəsim yoxdur. Bütün fikrimi rəssamlığa yönəltmişəm. Hərdən mənə sual verirlər ki,seçim qarşısında qalsan, hansı sənəti seçərdin? Deyirəm ki, axı bu sənət deyil mənim üçün, rep və rəssamlıq hər ikisi peşəmdir. Düzdür, satdığım rəsmlər olub ki, pul qazanmışam. Amma bu o demək deyil ki, mənim işim budur. Bu yaxınlarda rəsm sərgisi keçirəcəyəm. Bütün rəsmlərimi bir araya gətirib, məni sevən insanlarla tanış edəcəyəm". |
2014-04-26 | 15,789 | Qərbdən Rusiyaya qarşı yeni sanksiyalar | ABŞ Prezidenti Barak Obama, Fransa Prezidenti Fransua Olland, Böyük Britaniya və İtaliyanın Baş nazirləri Devid Kameron və Matteo Rensi, habelə Almaniyanın kansleri Anqela Merkel Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinin lehinə çıxış ediblər. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey sarayının rəsmi saytında məlumat yayılıb. "Dövlət və hökumət başçıları "Böyük yeddilik" ölkələrini baş verənlərə cəld reaksiya göstərməyə çağırıb və beynəlxalq ictimaiyyət tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsinin mümkünlüyünü qeyd ediblər", - sənəddə bildirilir. |
2014-04-26 | 15,790 | Krımda Ukrayna abidələri sökülməyə başladı | Krımda Ukrayna Hərbi Hava Qüvvələrinin yaradılmasının 10 illiyinə ucaldılmış abidə kompleksi sökülüb. "Axar.az" xəbər verir ki, Krım rəhbərliyi həmçinin Böyük Vətən Müharibəsinin ildönümünə qədər ukraynalı getman Pyotr Saqaydaçnın abidəsinin sökülməsinə göstəriş verib. Xatırladaq ki, bu təşəbbüslə Sevastopolun qubernatorunun səlahiyyətlərini icra edən Serqey Menyaylo çıxış edib. |
2014-04-26 | 15,791 | Kliçko namizədlər arasında liderdir | "Vitali Kliçkonun göstəriciləri yüksəkdir və digər namizədlər arasında ona ciddi rəqib ola biləcək şəxs görmürəm". "Axar.az" xəbər verir ki, bu sözləri politoloq Vladimir Fesenko Kliçkonun Kiyevin mer vəzifəsinə namizədliyini dəyərləndirərkən söyləyib. Politoloq bu mübarizədə Kliçkoya ən yaxın şəxsin Vladimir Bondarenko ola biləcəyini də istisna etmir: "Düşünürəm ki, Kliçkoya az da olsa rəqib ola biləcək şəxs Kiyev Şəhər Dövlət Administrasiyasının cari rəhbəri Vladimir Bondarenko ola bilər. Lakin burada xalqın etibar edəcəyi şəxs də əsas şərtdir. Bu səbəbdən Kliçko ən qabaq pilləni tutur. Çünki kiyevlilərin yarıdan çoxu ona etibar edir, inanır və dəstəkləyir". |
2014-04-26 | 15,792 | Turçinov sərvətini açıqladı | Ukrayna Ali Radasının sədri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov 2013-cü ildə gəlirinin 1.224.292 qrivna (təxminən 120 min manat) olduğu bildirib. "Axar.az" xəbər verir ki, bu barədə onun gəlir haqda bəyannaməsində qeyd edilib. Bəyannamədə Turçinovun ailəsinin 381,8 kvadrat metrlik şəxsi mülkə və 2013-cü il istehsalı olan "Toyota Highlander" markalı avtomobilə sahib olduğu bildirilir. Rada sədrinin özünün bank hesabında 9,2 milyon qrivna (920 min manat), ailəsinin bank hesabında isə 580 min qrivna olduğu yazılıb. |
2014-04-26 | 15,793 | Pakistanlı polis 3 ABŞ həkimini öldürdü | Pakistanda üç həkim qətlə yetirilib. "Axar.az" Amerikanın "ABC news" kanalına istinadən xəbər verir ki, Pakistanda polis amerikalı həkimlərə atəş açıb. "Cure" Beynəlxalq Xəstəxanasında baş verən hadisə zamanı amerikalı üç həkim dünyasını dəyişib. Kabil polis rəisi general Məhəmməd Zahiri deyib ki, bu anlaşılmazlıq nəticəsində olan hadisədir. Onun sözlərinə görə, həkimlərin ölümünə səbəb olan polis həmin xəstəxanada mühafizəçi olub. Öldürülən həkimlərdən biri 25 illik iş təcrübəsi olub. Xatırladaq ki, "Cure" Beynəlxalq Xəstəxanası 2005-ci ildə Pakistanda fəaliyyət göstərir. |
2014-04-26 | 15,794 | Gürcüstanda “erməni soyqırımı”na abidə qoyuldu – Foto | Gürcüstanın Ninosminda şəhərindəki gənclər evinin önündə qondarma erməni soyqırımına abidə ucaldılıb. "Axar.az"ın Gürcüstan mediasına istinadən məlumatına görə, mərasimə Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Erməni Apostol Kilsəsinin keşişləri və digər şəxslər qatılıblar. Abidənin Armen və Tatula Karslyanov qardaşları, həmçinin Enzela və Martuna Mkoyanlar tərəfindən maliyyələşdirildiyi deyilir. Qeyd edək ki, mərasimdə 300 nəfər iştirak edib. Tədbirdə çıxış edən Ermənistanın Gürcüstandakı səfiri Ovanes Manukyan göstərdiyi diqqətə görə Gürcüstan hökumətinə təşəkkürünü bildirib. Digər qonaqlar isə abidənin önəmindən bəhs edərək, bunu erməni gənclərinin milli ruhda böyüməsi və tarixdə nələrin baş verdiyini bilməsi baxımdan əhəmiyyətli sayıblar. Xatırladaq ki, illərdir Gürcüstan parlamentində ermənipərəst deputatlar qondarma soyqırımın tanınmasına cəhd edirlər. Lakin onlar hər dəfə azərbaycanlı parlamentarilərin təpkisi ilə üzləşirlər. |
2014-04-26 | 15,795 | Rus polisi ABŞ vitse-konsulunu saxladı | Rusiya hüquq mühafizə orqanı əməkdaşları ABŞ-ın Yekaterinburqdakı vitse-konsulu Kristin Haydeni və 5 amerikalı müsiqiçini saxlayıblar. "Axar.az" xəbər verir ki, onların saxlanılmasına səbəb diplomatın yol hərəkəti qaydalarını pozması olub. Belə ki, yüksək sürətlə hərəkət edən avtomobil karvanı səkiyə çıxaraq insanların həyatına təhlükə yaradıb. Məsələ ABŞ səfirliyinin işə qarışmasından sonra həllini tapıb. Xatırladaq ki, insidentlə əlaqədar açıqlama verən ABŞ-ın Yekaterinburqdakı konsulu Otto Hans Van Maerssen baş verənlərə təəssüf hissini bildirib. |
2014-04-26 | 15,796 | Məşhur aktyor “ilin ən pis”i seçildi | Məşhur Hollivud aktyoru Coni Dep yeni filmi "Üstünlük" (Transcendence) ilə ABŞ-da yenə uğursuzluğa uğrayıb. "Axar.az" xəbər verir ki, film 3 gündə cəmi 11 milyon dollar gəlir gətirərək 4-cü yerdə qərarlaşıb. 100 milyon dollar büdcə ilə çəkilən film ölkə daxilində 3 mindən çox kinoteatrda göstərilib. Bu film çox az gəlir gətirdiyinə görə "ilin ən pis"i olaraq qiymətləndirilib. 50 yaşlı aktyor Coni Dep son illərdə oynadığı və gəlir mövzusunda uğursuzluğa uğrayan filmləri ilə yadda qalıb. Aktyorun 2013-cü ildə oynadığı "Yalnızgözətçi"(The Lone Ranger) filmi ABŞ-da 89 milyon gəlir gətirərək "ilin ən uğursuz filmi" seçilmişdi. Xatırladaq ki, 2012-ci ildə isə 150 milyon büdcəli "Qara kölgələr" (Dark Shadows) 79 milyon dollar gəlir gətirib, 2011-in istehsalı olan "Rom Gündəliyi" (Rum Diary) filmi isə cəmi 21 milyon dollar gəlir gətirmişdi. |
2014-04-26 | 15,797 | Leyla Yunus erməni ilə birgə bəyanat verdi | Azərbaycan və Ermənistanın hüquq müdafiəçiləri Leyla Yunus və Laura Bağdasaryan birgə bəyanat yayıblar. Bəyanatda deyilir ki, onlar təxminən on ildir əməkdaşlıq edirlər, xalqlar arasında ictimai dialoqun yaranması uğrunda çiyin-çiyinə çalışırlar. Bəyanatda deyilir ki, 10 ildir əl-ələ birgə məqalələr, kitablar nəşr edirlər, ilk və yeganə "publicdialogues.info" saytını yaradıblar. Leyla Yunus və Laura Baqdasaryan bu saytı ermənilər və azərbaycanlılar arasında dialoq meydanı sayırlar: "Saytımızda Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Moldova, ABŞ və Avropa Birliyi ölkələrinin vətəndaşları ünsiyyət qurur, mübahisə edir, cəmiyyətlərimiz üçün aktual problemləri müzakirə edirdilər. Biz gələcək müharibələrə qarşıyıq! Biz övladlarımızın, nəvələrimizin bir-birilərinə nifrət etməsinə, öldürməsinə, qonşuya nifrət atmosferi yaradan siyasətə qarşıyıq". Bəyanatda bildirilir ki, jurnalist Rauf Mirqədirovun ermənilərlə işbirliyi ittihamı ilə həbsinin dialoq iştirakçılarına qarşı yönələcəyi planlaşdırılır: "Artıq Leyla Yunusun həyat yoldaqı Arif Yunusa qarşı təzyiqlər başlayıb". Bəyanatda dünyanın xoşməramlı insanları Rauf Mirqədirovun həbsdən buraxılmasını tələb etməyə çağırılır. |
2014-04-26 | 15,798 | Bakıda nə zamansa belə ola bilərmi? – Video | Efiopiya Federal Demokratik Respublikasının paytaxtı Əddis-Əbəbə şəhərinin baş meydanda tənzimləyici işıqlar– işıqforlar yoxdur. Amma maşınların axmasına rəğmən tıxac gözə dəymir. Biz azərbaycanlılar üçün bu videonu izləmək çox maraqlı olacaq. |
2014-04-26 | 15,799 | “Çalıquşu”nun Kamranı “selfie” çəkdi - Foto | Tanınmış türk aktyoru, "Çalıquşu" filmindən Kamran kimi tanıdığımızBurakÖzçivit pərəstişkarları ilə selfi çəkib. "Axar.az" xəbər verir, bir reklam kampaniyasının çəkilişlərində iştirak edən aktyor meydançanın ətrafına toplaşmış pərəstişkarları ilə birlikdə "selfie" çəkib. |
2014-04-26 | 15,800 | Fillər sərxoş oldu - Foto | Cənubi Afrikadakı təbiət qoruqlarının birində maraqlı hadisə baş verib. "Axar.az" xəbər verir ki, qoruqdakı fillər qıcqırmış marula meyvəsindən yeyərək sərxoş olublar. Qoruğun mühafizəçilərindən olan Ros Kouper deyib ki, fillər meyvələri yedikdən sonra yırğalanmağa və bir-birinin üzərinə yıxılmağa başlayıblar. Mühafizəçi deyir ki, eynən sərxoş insanlar kimi ayaqüstə dayana bilməyən fillər uzun müddət bu vəziyyətdə olub. Afrikada yetişən və olduqca sulu olan marula meyvəsinin tərkibində 17 faizspirt var. Bu meyvələr tam yetişdikdən sonra qıcqırmış halda yerə tökülür. Belə olduğu halda meyvənin tərkibindəki spirtin faizi daha da artır. Yerə tökülmüş qıcqırmış marulanı yeyən fillər isə sərxoş olub. |
2014-04-26 | 15,801 | Hansı bankların kartları daha təhlükəsizdir? | "Bu barədə müştəriyə SMS vasitəsi ilə məlumat çatdırılır". Bunu "Axar.az"ın "3D təhlükəsizlik" (3D Secure) sistemləri ilə bağlı sorğusuna cavab verən "Paşabank"ın Dayrekt Bankçılıq Departamentinin Direktoru Leyla Məmmədova bildirir: "2013-cü il oktyabr ayından etibarən, Azərbaycanda ilk dəfə olaraq, PAŞA Bank "dinamik" şifrə vasitəsi ilə işləyən "3D Secure" texnologiyasının tətbiqinə başlayıb. "MasterCard" ödəniş sistemində "Secure Code", "VISA" ödəniş sistemində isə "Verified by VISA" adlanan bu texnologiya onlayn alış-veriş zamanı əlavə müdafiə dərəcəsi yaradır və ödəniş kartınızla aparılan onlayn əməliyyatları üzrə təhlükəsizliyi təmin edir. Hər əməliyyat zamanı, dinamik şifrə avtomatik rejimində yenilənir, bu barədə müştəriyə SMS vasitəsi ilə məlumat çatdırılır, bu da kartda dələduzluq riskini minimuma endirir". Bank rəsmisinin sözlərinə görə, bu sistem artıq müştərilərin yarıdan çoxu üçün keçərlidir: "Bu sistem həm Visa, həm MasterCard növlü ödəniş kartlara tətbiq olunur. PAŞA Bankın kart sahibləri 80%-i bu sistemdən istifadə edirlər". "Dəmirbank"ın onlayn müştəri xidmətinin əməkdaşı da "3D təhlükəsizlik" sisteminin həmin bankın müştəriləri üçün keçərli olduğunu bildirdi: "Bizim bankın müştəriləri üçün "3D təhlükəsizlik" sistemi keçərlidir. Amma onun aktivləşdirilməsi özlərindən asılıdır. Bunun üçün onlar öz istəklərinə uyğun olaraq "Azericard"a müraciət etməlidilər". Suallarımızı cavablandıran "Azericard"ın müştəri xidmətləri departamentinin rəhbəri isə demək olar ki, bütün banklara məxsus kartlarda bu sistemin tətbiq edildiyini vurğuladı: "Bizdə bu sistem demək olar ki, bütün bankların kartlarında tətbiq edilir. Bu barədə ətraflı məlumatı saytımızda da yerləşdirmişik. Müştərilər istədikləri zaman ətraflı məlumat əldə edə bilərlər". Qonşularımızın durumu necədir? Qardaş ölkə hesab etdiyimiz Türkiyədə bu sistem artıq 2 ildən artıqdır ki, fəaliyyət göstərir. Hətta ölkənin alış-veriş saytlarında bu sistemin aktiv olmayan kartlarından ticarət əməliyyatlarında istifadə etmək demək olar ki, mümkün deyil. Qonşu Gürcüstanda isə durum Türkiyəyə nisbətən bərbaddır. Ölkə ərazisində olan əksər bankların demək olar ki, heç birində vəziyyət ürəkaçan deyil. Belə ki, Gürcüstanın iki ən yaxşı bankından biri olan "TBC Bank"dan bir müddət əvvəl aldığımız məlumatda həmin sistemin hələ tətbiq edilmədiyi bildirilirdi. Amma bank haqqında son xəbərlərdə yeni sistemin tətbiqinə hazırlıqların bitdiyi və tezliklə yeni xidmətin də aktivləşəcəyi deyilir. Xatırladaq ki, "3D təhlükəsizlik" sistemi elektron alış-verişin təhlükəsizliyini təmin etmək üçün Visa və MasterCard vasitəsi ilə yaradılmış sistemdir və bundan ilk dəfə 2010-cu ildə Amerika Birləşmiş Ştatlarında tətbiq edilib. Təxmini hesablamalara görə, sistem 2015-ci ilin fevralına qədər tamamilə tətbiq ediləcək. Buna bəzən 3D şifrəli ödəmə sistemi də deyilir. Sistemə qoşulan kartın sahibindən ticarət etdiyi zaman bank tərəfindən təhlükəsizlik kodu istənilir. Məhz həmin şifrə vasitəsi ilə kart sahibinə məxsus informasiyalar yoxlanılır. Bu isə oğurluq kart istifadəsinin qarşısını almaq üçün tapılan mükəmməl sistemdir. |
2014-04-26 | 15,802 | Hamilə model film təqdimatında iştirak etdi - Foto | Tanınmış hollandiyalı model Doutzen Kroes ötən gün rejissor Nik Kassavetisin "O biri qadın" filminin NyuYorkda keçirilən təqdimatında iştirak edib. "Axar.az" xəbər verir ki, 29 yaşlı model altı aylıq hamilədir və ikinci qızını dünyaya gətirməyə hazırlaşır. Təqdimat mərasimində model əvvəlcə kameralara poz verib, sonra isə rəfiqəsi Keyt Aptonun da çəkildiyi filmi izləmək üçün zala daxil olub. Qeyd edək ki, filmdə Keyt Aptonla yanaşı Kameron Diaz və Lesli Mann da çəkilib. |
2014-04-26 | 15,803 | ABŞ oğurlanan ATƏT təmsilçilərini azad etməyə çağırdı | ABŞ Ukraynanın Slavyansk şəhərində saxlanılmış ATƏT nümayəndələrini dərhal azad etməyə çağırıb. Bu barədə Dövlət Departamentinin rəsmisi Cen Psaki açıqlama yayıb. "Biz naməlum silahlı şəxslərin inspektorlar qrupunu oğurlamasından dərin narahatlıq keçiririk", - deyə o bildirib. Onun sözlərinə görə, ATƏT mütəxəssisləri rusiyayönlü qüvvələrin nəzarət elədiyi binada saxlanılır. Bununla belə, Departament rəsmisi baş verənlər barədə yalnız KİV-dən xəbər tutduğunu da söyləyib. "Əgər bu doğrudursa, biz bunu qəti şəkildə pisləyir və onları dərhal azad eləməyə çağırırıq", - əlavə edib Psaki. /Musavat/ |
2014-04-26 | 15,804 | Qızı tanınmış aktrisaya prodüserlik edəcək - Foto | Türkan Şorayın qızı Yağmur Önal anasının çəkməyə hazırlaşdığı filmin prodüseri olacaq. "Axar.az" xəbər verir ki, ötən gün aktrisanın qızı Yağmur Önal türk mətbuatına verdiyi açıqlamada anasının rejissorluq edəcəyi filmin prodüseri olduğunu bildirib. Beləcə, Yağmur Önal bu işi ilə anasının sağ əli olduğunu sübut edəcək. |
2014-04-26 | 15,805 | Xatirə İslam: “O, atamı da söysə, cavab vermərəm” | Xalq artisti Flora Kərimova verdiyi açıqlamada xanım ifaçılardan heç kimi bəyənmədiyinivə sənətkar olmadıqlarını bildirib. "Axar.az" Flora xanımın bu açıqlaması ilə bağlı xanım ifaçıların münasibətini öyrənib. O bu sözü hamiya aid etməz Xalq artisti Nazpəri Dostəliyeva buna inanmadığını bildirdi: "Mən inanmıram ki, Flora xanım bu sözü bütün xanım ifaçılar haqqında desin. Əgər bu söz onun ağzından çıxmış olsa belə, yenə hamıya aid etməz. Ola bilər ki, əsəbi və emosional olub. Bu sözü şişirtməyə dəyməz". Mənim atamı da söysə, ona cavab verən deyiləm Xatirə İslam dedi ki, Flora xanım onun üçün elə bir insandır, atasını da söysə, cavab verməz: "Flora xanim elə adam deyil, yəqin əsəbi olub. Əslində, o bizim hamımızı çox istəyir. Ola bilər ki, onu kimsə əsəbiləşdirib, oda bu sözü əsəbi vaxtında deyib. Flora xanım mənim üçün elə bir insandır ki, atamı da söysə, mən ona cavab verən deyiləm. Başqa adam olsaydı, cavabını verərdim. Flora xanım olduğuna görə susuram". Onun sözlərində həqiqət də var Roza Rəhimli bildirdi ki, onun sözlərində həqiqət də var: "Flora xanım dahi bir insandır, doğurdanda əsl sənətkardır. Şövkəti, Floranı yetişdirən Azərbaycan yenə də sənətkar yetişdirəcək. Amma o, nə desə, mən ona söz deyə bilmərəm. Yəqin kimsə onu əsəbiləşdirib ki, o da belə deyib. Onun sözlərində həqiqət var". Biz ümumi müğənni deyilik Müğənni Röya Ayxanın prodüseri Kənan Bayramovun sözlərinə görə, Röya "ümumi" müğənni deyil. "Bizim adımız çəkilməyib deyə, heç nə deyə bilmərik. Biz ümumi müğənni deyilik. Nə vaxt adımız çəkilsə, cavabını verərik". Onun bizim yaşımız qədər təcrübəsi var Mətanət Əsədova Flora xanımın onların yaşı qədər təcrübəsi olduğunu bildirdi: "O, böyük sənətkardır, nə desə, eybi yoxdur. Onun bizim yaşımız qədər təcrübəsi var. Həyatı da, səhnəni də bizdən gözəl bilir. Bu sözləri ondan başqası desəydi, cavabını verərdim. Amma Flora xanıma söz deməyə haqqım çatmır". |
2014-04-26 | 15,806 | Sezen Aksu pişiyinə 40 min pul xərclədi | Məşhur türk muğənnisi Sezen Aksu özünə təzə pişik alıb. "Axar.az" xəbər verir ki, müğənni Kano adlı iti və İrma adlı pişiyinin ölümündən sonra aylarla onlara yas saxlayıb. Hazırda meşəlik ərazidə yerləşən villasına köçən Aksu Ofis adını verdiyi təzə pişiyini göz bəbəyi kimi qoruyur. Ofis çox hərəkətli olduğundan villanın ətrafını çəpərə aldıran sənətçi buna görə 40 min lirə (20 min manat) pul xərcləyib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.