date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-04-24 | 15,597 | Atatürkün heykəli yandırıldı - Foto | Türkiyənin paytaxtı Ankarada Atatürkün heykəli hücuma məruz qalıb. Hadisə "23 aprel, Milli Suverenlik və Uşaq bayramı" günü baş verib. Məlumata görə, paytaxtın Gölbaşı rayonundakı "Cümhuriyyət" meydanında olan Atatürk heykəlinə naməlum şəxslər benzin tökərək od vurub. Dərhal yanğını söndürən dövlət yanğından mühafizə briqadasının əməkdaşları hadisə barədə məlumat verməyiblər. Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir /ANS/. |
2014-04-24 | 15,598 | Bayılda güclü partlayış - Video/Yeniləndi(2) | Bakıda güclü partlayış baş verib. "Axar.az"ın hadisə yerinə yaxın ərazidə olan əməkdaşı xəbər verir ki, partlayış Bayılla İyirminci sahə arasında yerləşən "İkinci" adlanan yerdə baş verib. İlkin ehtimala görə, partlayış neft çənində olub. FHN yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, yanğının qarşısı alınır. Feysbuk sosial şəbəkəsində bildirilir ki, ölən və yaralananlar var. Daha dəqiq məlumat verməyə çalışacağıq. 10:52 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda neft çənində baş verən yanğınla bağlı ilkin məlumat açıqlayıb. ARDNŞ-in mətbuat katibi Nizaməddin Quliyev açıqlamasında deyib ki, yanğın ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb. Onun sözlərinə görə, yanğın baş vermə səbəbləri aydın deyil. İlkin ehtimala görə, ərazidə alışma olub. Xəsarət alan yoxdur. Hazırda faktla bağlı araşdırma gedir. N. Quliyev gün ərzində hadisə ilə bağlı ətraflı məlumat veriləcəyini də deyib /APA/. 11:15 "Axar.az" xəbər verir ki, yanğın söndürülüb. Partlayışın gücündən hasar uçub. |
2014-04-24 | 15,599 | Sarkisyan Türkiyəni üzr istəməyə çağırdı | Ermənistan prezidenti Serj Sərkisyan xalqa müraciət yayıb. Məlumata görə, qondarma erməni soyqırımının 99-cu ilində xalqa səslənən Sərkisyan Türkiyəni 1915-1923-cü illər arasında Osmanlı imperiyasında baş verənlərə görə üzr istəməyə çağırıb: "Osmanlı imperiyasının varisi olan Türkiyə bu faktı dandıqca soyqırımını başa catmış saymaq mümkün deyil. Yalnız cinayətin etirafı və pislənməsi oxşar hadisələrin qarşısını ala bilər. Biz soyqırımının 100 illiyi ərəfəsindəyik. Bu, Türkiyəyə üzr istəmək və tarixi ləkəni üstündən silmək şansı verir". Dövlət başçısı ermənilərin Türkiyə cəmiyyətini düşmən qismində görmədiyini vurğulayıb: "Biz o ağır günlərdə öz həyatını təhlükəyə ataraq çoxsaylı ermənini qırğından xilas edən türkləri unutmuruq. Hər cəmiyyət, o cümlədən türklər insan həyatını qurtaran, soyqırımına qarşı çıxan əcdadları ilə fəxr etməlidir". Sərkisyan Türkiyəni Ermənistanla sərhədləri açmağa, normal qonşuluq münasibətləri qurmağa səsləyib. Saxta soyqırımı iddialarına görə, 1915-ci ildən 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Olayların 1915-ci il aprelin 24-də Osmanlı imperiyasının paytaxtı İstanbulda erməni ziyalıların kütləvi həbsi və daha sonra öldürülməsindən başladığı iddia olunur. /Media forum/ |
2014-04-24 | 15,600 | Harun Yəhya Baş nazirin xanımına “ana” dedi | Türkiyənin "A9 TV" kanalında yayımlanan "Adnan Oktarla söhbətlər" proqramında Harun Yəhya adı ilə tanınan Oktar Baş nazir Ərdoğanın ona zəng etdiyini deyib. "Axar.az" xəbər verir ki, Harun Yəhya Ərdoğanın ona telefon nömrəsi istəmək üçün zəng etdiyini bildirib: "Baş nazirimiz Tayyib Ərdoğan - aslan Baş nazirimiz, bizdən şeyximizin telefon nömrəsini istədi. Baş nazirimiz Şeyx Bahəddin Əfəndiyə zəng edib danışdı. Bizə dedi ki, nə lazım olsa, etməyə hazırıq, əfəndi həzrətləri bizim şeyximizdir, biz şeyximizi çox sevirik". Adnan Oktar Baş nazir Ərdoğanın tozdan təsirlənərək ağ ciyər narahatlığı keçirən şeyx üçün təcili yardım təyyarəsi ayırdığını və xəstəxana xərclərini dövlətin qarşılayacağını söylədiyini deyib. Əminə Ərdoğandan ziyarət Adnan Oktar daha sonra Baş nazirin həyat yoldaşı Əminə Ərdoğandan da danışıb: "Hörmətli Tayyib xocamızın həyat yoldaşı, xanım anamız da şeyximizi çox sevir və ziyarətinə gedir". Adnan Oktarın (1956) özündən cəmi bir yaş böyük olan Əminə Ərdoğana (1955) "ana" deyərək xitab etməsi, proqramı izləyənlərdə çaşqınlıq yaradıb. |
2014-04-24 | 15,601 | Dindarlarımız futbol oynayacaq | Azərbaycanda dini icmalar arasında "Tolerantlıq Kuboku" uğrunda mini futbol turniri keçiriləcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, komitədə Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş "Tolerantlıq Kuboku" uğrunda ənənəvi mini futbol turnirinin püşkatma mərasimi keçirilib. Mərasimdə çıxış edən komitənin sədr müavini Gündüz İsmayılov bildirib ki, DQİDK-nın təşkilatçılığı və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə dini konfessiyalar arasında keçirilən bu yarış sadəcə futbol turniri deyil, eyni zamanda Azərbaycanın dünyaya örnək ola biləcək tolerantlıq modelinin əyani sübutudur. G.İsmayılov qeyd edib ki, bu cür tədbirlər dünya praktikasında eyni dini konfessiyaya mənsub icmalar arasında keçirilsə də, müxtəlif dinlərə mənsub icmalar arasında təşkil edilməsi yalnız Azərbaycanda baş tutub. Artıq ikinci ildir ki, keçirilən ənənəvi turnirin əhəmiyyətinə toxunan sədr müavini bu cür tədbirlərin dini icmalar arasında mövcud olan sağlam mühitin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Daha sonra turnirdə iştirak üçün vəsiqə qazanmış 16 komanda arasında püşkatma keçirilib. Püşkatmanın nəticələrinə uyğun olaraq aprel ayının 25-dən etibarən oyunlara start veriləcək. Qeyd edək ki, turnirdə ölkədə fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmalarının komandaları iştirak edirlər. Turnirə may ayının əvvəlində yekun vurulacaq. Püşkatma nəticəsində qrupların tərkibi aşağıdakı kimi müəyyənləşib: "A" qrupu Süleyman (Xəzər) Müşfiqabad (Qaradağ) İmam Rza (Xəzər) İmam Hüseyn (Sabunçu) "B" qrupu Hacı Əjdərbəy (Nəsimi) Katolik Kilsəsi Səngəçal (Qaradağ) Xanım Zəhra (Yasamal) "C" qrupu Həzrət Məhəmməd (Səbail) Məşədi Dadaş (Nəsimi) BDU İlahiyyat "Cümə" məscidi (Sumqayıt) "D" qrupu Yəhudi icması Pravoslav Kilsəsi İrfan (Binəqədi) Həyat Sözü |
2014-04-24 | 15,602 | Ukraynada separatçılar hərbi hissəyə hücum etdilər | Donetsk şəhərində separatçılar dünən gecə saatlarında Artyomovskdakı hərbi hissəyə silahlı basqın ediblər. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk məlumat verib. "Gecə Donetsk vilayətində növbəti silahlı toqquşma baş verib. Onlarla separatçı avtomat və qumbaraatanlarla silahlanaraq Artyomovskdakı hərbi hissənin silah anbarına hücum ediblər. Ukrayna hərbçiləri onları geri çəkilməyə məcbur ediblər. Məlumata görə, yaralananlar var" deyə Tımçuk yazıb. Artyomovsk şəhər xəstəxanasının baş həkimi Valentina Blednova bildirib ki, 1 nəfər hərbi qulluqçu yaralı vəziyyətdə xəstəxanaya yerləşirilib. |
2014-04-24 | 15,603 | Yeni aerovağzalın ilk görüntüsü - Video | Aprelin 23-də Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı da iştirak edib. AzərTac-a istinadən yeni aerovağzalın görüntülərini təqdim edirik. |
2014-04-24 | 15,604 | Rusiyadan Azərbaycana “hərbi təlim xəbərdarlığı” | Xəzər dənizində Rusiya gəmilərinin təlim keçməsi Azərbaycan və Türkmənistana mesajdır. Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Rusiyanın Transxəzər qaz kəmərinə istənilən yolla mane törədəcəyini bildirib: "İki il əvvəl Xəzər donanmasına yeni gəmilər gətiriləndə də burada təlimlər keçirilmişdi. Rusiya Xəzərdə yalnız təlimlər keçirə bilər. Əslində bu təlimlər Transxəzər qaz layihəsi ilə əlaqədar Azərbaycan və Türkmənistanın əldə etdiyi razılığa görə başlayıb. Bu razılaşmalar əldə edilmək ərəfəsindədir. Türkmənistan prezidentinin Azərbaycana səfəri gözlənilir və bu səfər zamanı Transxəzər qaz kəməri layihəsinin gündəmin əsas müzakirə mövzusu olacağı gözlənilir. Döyüş hazırlığı vəziyyəti, hərbi təlimlər həm Türkmənistan, həm də Azərbaycana təzyiqin bir formasıdır. Çünki Rusiya bəyan edib ki, Xəzərin dibindən keçən istənilən kəmər digər Xəzəryanı dövlətlərlə razılaşdırılmalıdır". Qeyd edək ki, dünəndən etibarən Rusiya Xəzər dənizinin özünə aid hissəsində hərbi təlimlərə başlayıb. |
2014-04-24 | 15,605 | Türk ordusu Suriyaya girdi – Foto | Türkiyə Ordusuna məxsus hərbi texnika Suriya sərhədini keçib. "Axar.az" xəbər verir ki, hərbi texnikanın Suriyaya daxil olması ilə bağlı foto Tvitterdə yayılıb. Türkiyə Quru Qoşunlarının komandanı Hulusi Akar hərbi texnikanın Suriyadakı Süleyman Şah türbəsinə tərəf irəlilədiyini deyib: "Fövqəladə vəziyyət yoxdur. Planlı bir fəaliyyətdir". |
2014-04-24 | 15,606 | Bülbüloğlundan xəyanət ittihamına - Cavab | Azərbaycanın Rusiyadakı Səfirliyi səfir Polad Bülbüloğluna qarşı ittihamları rədd edir. Səfirliyin mətbuat xidmətindən bildirilib ki, rusiyalı tarixçi Oleq Kuznetsovun "Gülüstana gedən yol...": Tarixə dərə-təpələrlə sayahət ("Дорога на Гюлистан…": Путешествие по ухабам истории) monoqrafiyasının təqdimat mərasimində Səfirliyin əməkdaşlarının məqsədli şəkildə iştirak etməməsinə dair səslənən fikirlər həqiqəti əks etdirmir: "Belə bir tədbirin keçirilməsindən xəbərimiz olmayıb. Tədbirdə iştirakla bağlı bizə dəvət gəlməyib". Qeyd edək ki, aprelin 21-də Moskvada Oleq Kuznetsovun "Gülüstana gedən yol...": Tarixə dərə-təpələrlə sayahət ("Дорога на Гюлистан…": Путешествие по ухабам истории) monoqrafiyasının təqdimatı keçirilib. Müəllif bu kitabda ermənilərin saxtakarlıqlarını faktlarla göstərərək, ifşa edib. Səfirlikdən bildirildi ki, Azərbaycanın milli maraqlarına uyğun olan, tarixi həqiqətləri əks etdirən hər bir addımı dəstəkləyirlər. Amma səfir Polad Bülbüloğlunun bu kimi tədbirlərin hər birində şəxsən iştirak etməsi praktiki cəhətdən mümkün deyil. /Teleqraf.com/ |
2014-04-24 | 15,607 | Sarkozi prezidentin sevgilisinə eşq elan edib | Fransanın keçmiş prezidenti Nikola Sarkozinin 2007-ci ildə Yelisey sarayında xələfi Fransua Ollandın o vaxt sevgilisi olan Valeri Triervellerə eşq elan etdiyi ortaya çıxıb. "Axar.az" xəbər verir ki, bu barədə jurnalist Patris Maşure "Yeliseydən sonrakı həyat" adlı kitabında yazıb. Jurnalist bildirib ki, Sarkozi sarayın qəbul otağında Triervelletin yayına gedərək onun qulağına, "Çox gözəlsən. Bir ara görüşməliyik" deyib. Həmin vaxt Ollandla sevgili olan Trierveller isə Sarkoziyə, "Kobud" cavabını verib. Rədd edilən Sarkozi isə qadın üçün "Bu özünü nə hesab edir" deyib. |
2014-04-24 | 15,608 | Ərdoğan Dağlıq Qarabağdan danışdı | Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsindən danışıb. Məlumata görə ötən gün Türkiyədə qeyd olunan Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə ziyafət gecəsi təşkil edilib. Ziyafət gecəsində Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Ziyafət gecəsində çıxış edən baş nazir Ərdoğan Ermənistan-Türkiyə münasibətlərindən danışıb. Jurnalistlərin "Ermənistanla diplomatik münasibətlərin qurulması sərhəd qapılarının açılması ola bilər?" sualına cavabında Ərdoğan bildirib ki, Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından söhbət belə gedə bilməz. "Bəzi şərtlər var. Dağlıq Qarabağ məsələsi bizim üçün prioritetdir. Qarabağ münaqişəsi həll olmadan iqtidarımız belə bir şeyə razı ola bilməz. Çünki orada ciddi haqsızlıq var. Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir". /ANS/ |
2014-04-24 | 15,609 | Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq | Bakının mərkəzində bir neçə küçədə hərəkət məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən, Neftçilər prospektində (Azneft dairəsindən "Dalğa Plaza"ya qədər), Nizami Gəncəvi və Ələddin Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. İşlərin bu gecə başa çatdırılması planlaşdırılır. /Trend/ |
2014-04-24 | 15,610 | Mingəçevirdə nurçuların toplaşdığı villa - Foto | Mingəçevirdə nurçuların yığışdıqları məkanlardan biri bəlli olub. Bu barədə "Axar.az"a "nur şəhəri"ndəki mənbələr xəbər verib. Mənbənin dediyinə görə, şəhərdəki nurçular Kür çayının sahilində yerləşən şəkildə gördüyünüz bu evə yığışırlar. Dərsxana kimi fəaliyyət göstərən nur ocağına isə Müşfiq Nəcəfov adlı bir şəxs rəhbərlik edir. Məlumata görə, M.Nəcəfov Ankarada İlahiyyat Universitetində təhsil alıb. Onun Türkiyədə nurçu təriqətinin üləmaları ilə sıx əlaqələri var. Bu evdən başqa, nurçular Kənd Mingəçevir adlı əraziyə də yığışırlar. Onların əsas məkanı isə kənddəki məsciddir. Məlumatda o da deyilir ki, son günlər nurçulara qarşı başlamış əməliyyatlardan sonra məscidə gələnlərin sayı azalıb. Onlar indi əsasən fotoda görünən bu evə toplanırlar. Qonşuların dediyinə görə, Quran öyrədilməsi adı altında hər gün bu evə 30-a yaxın gənc gedib gəlir. |
2014-04-24 | 15,611 | Azərbaycanda yeraltı şəhər tapıldı | Kürdəmirdə yer altında olan Şəhərgaha ekspedisiya qrupu göndəriləcək. Məlumata görə, Kürdəmirin Ərəbqubalı kəndində bir şəhər var. Amma o, yerin üstündə yox, altında yerləşir. Şəhərgah adı verilən bu tarixi məkan Kürdəmir rayonunun Ərəbqubalı kənd sakinlərinə hələ ötən əsrin 70-ci illərindən məlumdur. Meliorasiya işləri aparılan zaman aşkarlanan Şəhərgahda 2009-2010-cu illərdə professor Qafar Cəbiyevin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tədqiqatlar aparıblar. Tarixi abidənin Şirvanşahlar dövlətinin paytaxtı olduğu güman edilir. Ərəbqubalı kənd sakini Ərəstun Babayev deyib ki, ərazidə qazıntı işləri davam edərsə, bütün sirrlər açılacaq. Araşdırmalar dayandırıldıqdan sonra yerin təkindən çıxan əşyalar kənd klubuna aparılır. Daha yaxşı vəziyyətdə olanlar isə Kürdəmir Tarix Diyarşünaslıq Muzeyində saxlanılır. Sakinlərin sözlərinə görə, tədqiqatlar davam etməzsə, 50 hektara yaxın ərazidə yerləşən tarixi abidənin itib-batmaq təhlükəsi böyükdür. Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev bildirib ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun planına əsasən, aparılan tədqiqatların dayandırılmasının səbəbləri var: "Orada iki faktor var. Onlardan biri torpağın mülkiyyətçilərdə olmasıdır. Həmin torpaq sahəsini əkib-becərirlər. Biz onlarla mütəmadi maarifləndirmə işi aparırıq. Xahiş edirik ki, torpağın çox dərin qatlarına nüfuz etməsinlər". Vaqif Əliyev deyir ki, artıq payçılarla 3 hektara yaxın ərazinin boşaldılması barədə razılıq əldə edilib. Qazıntı işlərinin dayandırılmasına digər bir səbəb kimi Ərəbqubalıya aparan yolun bərbad vəziyyətdə olması göstərilir. Ancaq Vaqif Əliyev ümid edir ki, yaxın zamanda yol məsələsi öz həllini tapacaq və ekspedisiya qrupu ərazidə qazıntı işini davam etdirəcək. Şöbə müdirinin sözlərinə görə, gələcəkdə turist marşrutları məhz Ərəbqubalıdan keçəcək. /EL TV/ |
2014-04-24 | 15,612 | Putin imperator olduğunu təsdiqlədi - Qızıl pul | Rusiya Dövlət Başçısı Vladimir Putinin Krımı Rusiyaya birləşdirməsinin xatirəsinə gümüş və qızıl pullar hazırlanıb. "Axar.az" xəbər verir ki, Çelyabinsk bölgəsi Zlataust şəhərində olan "Art-Grani" silah fabrikində təxminən 1 kiloqram ağırlığında çıxarılan metal pulların bir üzündə Putin, digər üzündə Krımın xəritəsi var. Bu xüsusi pullardan yalnız 25 ədəd çıxarılacaq. Putin və Krım şəkillərindən hazırlanan pulları kolleksiyaçıların və hökumət işçilərinin alması gözlənilir. Putin adına pul basılması fikri müəssisə müdiri Vladimir Vasyuşinə aiddır. Qeyd edək ki, Putinin rəsmi daha əvvəl də Ukrayna Mərkəzi Bankının 2006-cı ildə çıxardığı mədən pullar da hədiyyə kimi hazırlanmışdı. |
2014-04-24 | 15,613 | Fiziki qüsurlu uşaqlar Türkiyədə müalicə alacaq | Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə bir qrup fiziki qüsurlu uşaq müayinə və müalicə olunmaq üçün Türkiyəyə yola salınıb. Bu barədə "Axar.az"a açıqlama verən Assosiasiyanın rəhbəri Sevil Yusifova səfər çərçivəsində onların uşaq şənliklərində iştirak edəcəklərini də deyib. Onun sözlərinə görə, azərbaycanlı uşaqlar "Rommer" fiziki tədavi və reablitasiya mərkəzində "çekap" müayinə olunacaqlar: "Sonra isə əlil uşaqların valideynləri ilə doktorların görüşü keçiriləcək. Türk doktorlar tərəfindən əlil uşaqalara qayğı göstərilməsi, valideynlərin nələrə fikir verməsi, uşaqlarına hər gün hansı idman hərəkətlərinin etdirilməsinin vacibliyi və s. məsələlər haqda məlumat veriləcəkdir. Həmçinin bu cür uşaqların valideynlərinə psixoloji durumunun pozulmaması və mənəvi sarsıntılardan qorunması üçün onlara psixoloq məsləhətləri də veriləcək". Bundan başqa əlil uşaqlara tibbi cihazların köməyi ilə qısa müddətli müalicə seasnlar təşkil ediləcək. Əlillərin bu cihazlara bədənin reaksiyası öyrəniləcək. S.Yusifova deyib ki, Türkiyədə həyata keçiriləcək proqram Bursa şəhər valiliyinin və "Umuda addım" Cəmiyyətinin dəstəyi ilə həyata keçirilir. Proqrama yerli xeyriyyəçilər və millət vəkilləri də dəstək olublar: "JQA olaraq "Heç olmasa bir əlilə bilet alaq" aksiyamıza dəsətək olan çox dəyərli millət vəkilimiz professor Gülçöhrə Məmmədovaya, Çingiz Qənizadəyə, Azay Quliyevə sonsuz təşəkkürlərimizi bildiririk. Onlar əlilin valideyni ilə qardaş dövlətin xeyirxahlığından yararlanmasına qarşılıq verdilər və imkansız ailələrin Bursaya getməsinə dəstək oldular". |
2014-04-24 | 15,614 | 10 il əvvəl polisi qətlə yetirən şəxs həbs edildi | Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 10 il əvvəl baş vermiş ağır cinayətin açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib. "Axar.az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2004-cü il avqustun 4-də naməlum şəxs Babək prospektində xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin polis nəfəri Asif Həmidovu qətlə yetirib və ona məxsus "Makarov" tipli xidməti tabel silahını götürərək hadisə yerindən qaçıb. Faktla əlaqədar Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.3 və 232.2.3-cü maddələri ilə cinayət işi başlanıb. Əməliyyat yolu ilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Rafiq Nurmetov saxlanılıb. Rafiq Nurmetov istintaqa ifadəsində bildirib ki, 2004-cü il avqustun 4-də gecə saatlarında sərxoş halda polis əməkdaşına yaxınlaşıb və aralarında yaranmış münaqişə zəminində yerdən götürdüyü dəmir parçası ilə onun baş nahiyəsinə bir neçə zərbə vurub, huşsuz vəziyyətdə olduğunu görüb xidməti silahını götürərək qaçıb. Hadisədən iki ay sonra Rafiq Nurmetov həmin tapançanı 600 ABŞ dollarına Əhmədli qəsəbəsində yaşayan Natiq adlı şəxsə satıb. İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər ehtiyatsızlıqdan adam öldürmə cinayətinə görə məhkum olunmuş Natiq Orucov saxlanılıb. O, R.Nurmetovdan aldığı silahı Binə qəsəbəsində yaşayan qardaşı Tofiqə məxsus evin həyətində gizlətdiyini etiraf edib. Həmin həyətə baxış zamanı içərisində 8 ədəd patronu olan sandıqça ilə birlikdə "Makarov" tipli tapança, 23 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 qumbarası və 1 qutu tratil aşkar olunaraq götürülüb. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir. |
2014-04-24 | 15,615 | Üç günlük Telman Adıgözəlov - İlk Fotoları | Aprelin 22-də Azərbaycan Xalq artisti, mərhum aktyor Telman Adıgözəlovun oğul nəvəsinin dünyaya gəldiyini bildirmişdik. Aktyorun oğlu Tural Adıgözəlov atasının adını daşıyan körpəsinin şəklini "Axar.az"a göndərib. Üç günlük balaca Telmanın fotolarını təqdim edirik. |
2014-04-24 | 15,616 | Kadırov Xasavyurt merini “bandit” adlandırdı – Video | Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov keçirdiyi ənənəvi toplantıda Dağıstan Respublikasının və Xasavyurt şəhər merinin ünvanına kəskin ifadələr səsləndirib. "Axar.az" xəbər verir ki, Kadırov çıxışında şəhər meri Saqidpaşa Umxanovu cinayətkar adlandırıb, Dağıstan Respublikasının rəhbərliyini isə hadisələri nəzarətdə saxlaya bilməmək üstündə qınayıb. Qeyd edək ki, Kadırov çıxışında Şimali Qafqazdakı gərgin atmosferin yuvalarından biri kimi məhz Dağıstanın qərbindəki Xasavyurt şəhərini göstərib: "Diqqətinizə çatdırmaq istəyirəm ki, bütün narkotik maddələrin dövriyyəsi Xasavyurtdan keçir. Hamı bilir ki, şəhər meri Saqidpaşa Umxanov banditdir, cinayətkardır. Ona görə də, bu ərazinin sakinləri cinayət törətməkdə olduqca həvəslidirlər. Görünür, Dağısatan rəhbərliyi hadisələri nəzarətdə saxlaya bilmir. Necə olur ki, bu illər ərzində müharibədən çıxan Çeçenistan milyonlarla sərmayə cəlb etdi, qonşumuzda isə hələ də anarxiya davam edir?" Xatırladaq ki, bir neçə gün öncə Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov Xasavyurtda şəhər meri Saqidpaşa Umxanovla görüşərək, ona bəzi tapşırıqlarını vermişdi. Abdulatipov vurğulamışdı ki, Umxanov olduqca mərd və döyüşkən şəxsdir, ancaq bununla belə, şəhərin iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atmalıdır. Öz növbəsində Umxanov Çeçen müharibələri səbəbindən rəhbərlik etdiyi şəhərə sərmayənin cəlb edilməsinin olduqca çətin olduğunu diqqətə çatdırmışdı. Bu arada bəzi dağıstanlı sosial şəbəkə istifadəçiləri Kadırovun ünvanına sərt ifadələr işlədərək, onu öz işi ilə məşğul olmağa çağırıblar. Əlavə ediblər ki, Kadırovun məqsədi Xasavyurtu Çeçenistana birləşdirməkdir. |
2014-04-24 | 15,617 | Konsertini təxirə saldı: “Mən erməni deyiləm” | "Bu addımı kimdənsə qorxduğuma görə atmamışam". Bu sözləri "Axar.az"a açıqlamasında müğənni Natavan Həbibi Laçının işğal gününə düşən konsert proqramını təxirə salması ilə bağlı danışarkən dedi: "Mən bu addımı kimdənsə qorxduğuma görə atmamışam. Sadəcə, anlaşılmazlıq olub, bilməmişəm. Bu, hamının başına gələ bilər. Sanki dünyanı dağıtmışdım, hamı məni qınadı. Sarayın rəhbərliyini bu mövzuda mənim tərəfimdə idi. Mənə dedilər ki, Laçının işğal günü may ayının on səkkizidir. Bunu bir çoxları eşitsə də, bəyanat veriləndə yenə söz-söhbətlərə son qoymadılar. Məcbur qalıb konserti təxirə saldım. Haqqımda deyilənlər də böhtandır, mən azərbaycanlıyam! Belə qərara gəldik ki, konserti may ayının iyirmi dördünə keçirək". Xatırladaq ki, müğənni mayın 17-də "Dinlə" adlı konsert proqramı ilə Heydər Əliyev adına Respublika Sarayında çıxış edəcəkdi. Amma Laçının işğal tarixinin konsertlə eyni vaxta düşməsi səbəbindən ciddi tənqid olundu, hətta ona "erməni qanlı" deyənlər də tapıldı. Bu səbəbdən N.Həbibi tədbiri təxirə salmağa məcbur oldu. |
2014-04-24 | 15,618 | Nazirin qardaşı oğlu eksklüziv maşın gətizdirdi - Foto | Deputat Elton Məmmədovun oğlu, bahalı avtomobillərin həvəskarı olan Aynar Məmmədov iki həftə öncə Azərbaycana eksklüziv avtomobil gətizdirib. ABŞ-ın Texas ştatında fəaliyyət göstərən və xüsusi olaraq super bahalı avtomobillərin tüninqi ilə məşğul olan "Hennessy" şirkəti Aynar Məmmədovun sifarişi əsasında "Mersedes-Bens Gelandevagen G63 AMG" avtomobilini yenidən yığıb. Deputat oğlunun sifarişi ilə 5,5 litrlik biturbo mühərriklə təchiz edilmiş avtomobilin gücü daha da artırılıb. Xüsusu hazırlanmış avtomobilin güc aqreqatının işçi həcmi 700 at gücünə qədər artırılıb, maksimal fırlanma anı 800-ə çatdırılıb. Bundan başqa, deputat oğlunun sifarişinə uyğun olaraq avtomobilin salonunda və xarici görkəmində də ekskülüzivliyini göstərən önəmli dəyişikliklər edilib. Eyni zamanda, avtomobilə yeni təkər və disklər qoyulub. Eksklüziv avtomobilin qiymətinin yarım milyon dollar olduğu bildirilir. Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən avtomobil saytları bir neçə gün öncə azərbaycanlı sifarişçinin istəyi əsasında belə bir maşının hazırlandığı və bu avtomobilin artıq Azərbaycana göndərildiyi haqda məlumat yaymışdı. "Avropa.info"nun araşdırması zamanı bəlli olub ki, avtomobilin hazırlanması ilə bağlı sifariş 6 ay öncə Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədov tərəfindən verilib. Maşın ölkəyə gətirilsə də, son dövrlər Aynar Məmmədovun dəbdəbəli həyatı və avtomobilləri haqqında mətbuatda gedən yazılardan sonra eksklüziv avtomobil üzə çıxarılmır. Qeyd edək ki, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun avtomobil kolleksiyasını əks etdirən fotolar saytlarda yayılıb. Eyni zamanda, Aynar Məmmədovun avtomobili yüksək sürətlə idarə etdiyini əks etdirən video görüntülər də müzakirə mövzusudur. |
2014-04-24 | 15,619 | Timoşenko separatçılarla görüşə getdi | "Batkivşina" Partiyasının sədri Yuliya Timoşenko Luqanskda Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) binasını ələ keçirən separatçılarla danışığa yollanıb. "Axar.az" xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətindən bildirilib. "Hazırda Yuliya Timoşenko Luqanskdadır. Danışıqların məqsədi UTX-nin ələ keçirilmiş binasının boşaldılmasıdır" partiyadan bildirilib. Qeyd edək ki, Timoşenko bir müddət əvvəl separatçılarla görüşmək üçün Donetskə getmişdi. |
2014-04-24 | 15,620 | DYP Elton Məmmədovun oğlunu araşdırır | Bu il paytaxt ərazisində avtoxuliqanlıq edən 155 sürücü saxlanılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. V.Əsədov qeyd edib ki, son günlər sosial şəbəkələrdə avtoxuliqanların paylaşdığı videolarla bağlı BDYPİ-də müvafiq araşdırmalar aparılır: "Həmin videolarda bir dövlət nömrə nişanının bir neçə avtomobildə olması faktı aşkar edilib və o faktla bağlı da araşdırma gedir". |
2014-04-24 | 15,621 | Bu il metroda gediş haqları artacaq | "Əgər metropoliten özü gəlir mənbələrinin birindən imtina edirsə, bunu başqa yolla kompensasiya edəcək". Bu sözləri "Axar.az"a iqtisadçı ekspert Samir Əliyev metrodakı ticarət obyektlərinin və reklam lövhələrinin qadağan edilməsindən sonra metropolitenin nə qədər pul itirdiyi haqqında danışarkən bildirdi. Ekspertin sözlərinə görə, metropolitenin 3 əsas gəlir mənbəyi var: "Bunlardan biri gediş haqları, ikinci mənbə dövlət büdcəsidir ki, bura dotasiya və investisiyalar daxildir. Üçüncü gəlir mənbəyi isə ticarət obyektlərindən və reklamdan gələn gəlir idi. Bunlar arasında ən çox gəlir təbii ki, gediş haqlarından gələn gəlirdir. Bu, gəlirin təxminən 50 faizdən çoxunu təşkil edir". S.Əliyev qeyd edir ki, metropolitenin 3 gəlir mənbəyindən birinin sıradan çıxması, gediş haqlarının artımı ilə nəticələnə bilər: "Əgər metropoliten özü gəlir mənbələrindən birindən imtina edirsə, deməli, bunu başqa yolla kompensasiya edəcək. Bunun üçün dövlət büdcəsindən ayrılan dotasiyanın həcmi artırılmalıdır. Ancaq bu müvəqqəti olacaq. Çünki nə vaxta qədər dövlət büdcəsindən dotasiya ayrılmalıdır ki? Deməli, ən optimal variant qiymət artımıdır. Əslində buna optimal variant yox, çıxış yolu demək daha yaxşı olardı". Onun sözlərinə görə, qiymət artımının kökündə onun necə formalaşması haqqında mətbuatın, ictimaiyyətin məlumatsız olması dayanır: "Düzgün hesablanma aparılmadığı üçün və bu barədə məlumat qıtlığı səbəbindən qiymət artımı baş verir. Qiymət artımı Tarif Şurasının qərarına əsasən baş verir, ancaq bunun üçün metropoliten özü müraciət edir. Əgər ehtiyac yoxdursa və gəlirlər kifayət edirsə, qiymət artımı üçün müraciət etməyə bilər və hətta aşağı da sala bilər. Lakin bizdə belə bir təcrübə yoxdur. İndiki vəziyyətdə isə gediş haqlarının artması realdır. Artımın bu il olacağı daha real görünür. 2015-ci il seçki ili olduğu üçün həmin il qiymətin artma ehtimalı yoxdur". S.Əliyev qeyd edir ki, ticarət obyektlərinin və reklam lövhələrinin qadağan edilməsi ilə metropolitenin nə qədər pul itirdiyini demək mümkün deyil: "Bu suala dəqiq cavab vermək üçün metropolitenin büdcəsi barədə məlumat əldə etmək lazımdır. Əvvəlcə müəyyən etmək lazımdır ki, onlar bu ticarətdən və reklamdan nə qədər qazanırdılar. Metropolitenin gəlirləri barədə məlumat ictimaiyyətə qapalı olduğuna görə, konkret rəqəm də göstərmək mümkün deyil". S.Əliyev qeyd edir ki, reklam lövhələrinin yığışdırılması ilə metropoliten ziyanla üzləşəcək: "Bütün dünya metrolarında reklam lövhələri var və bu əsas gəlir mənbəyi hesab edilir. Bu səbəbdən bir müddət sonra metropoliten reklam lövhələrini yenidən bərpa etməyə məcbur olacaq". |
2014-04-24 | 15,623 | Hərbi Prokurorluq Əbiyev dövrünü araşdırmağa başladı | Hesabatda keçmiş nazirin 19 illik fəaliyyəti zamanı aparılan bütün maliyyə əməliyyatları öz əksini tapacaq. "Axar.az" xəbər verir ki, bu barədə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmaları Mərkəzinin rəhbəri, hərbi məsələlər üzrə ekspert Cəsur Sümərinli məlumat yayıb. "Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin daxili təhqiqat idarəsi keçmiş nazir Səfər Əbiyevə 19 illik orduda rəhbərliyini əks etdirən maliyyə hesabatının hazırlanması tapşırığı verib. Verilən məlumata görə, araşdırma qrupunda maliyyə yeyintiləri və geniş miqyaslı korrupsiyaya aid ciddi faktlar var. İndi bu faktların hazırlanacaq hesabatda necə əks olunacağı əsas hədəfdir". Xatırladaq ki, 19 il müdafiə naziri olan Səfər Əbiyev 22 noyabr 2013-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. |
2014-04-24 | 15,624 | Birinci xanım şah sarayında qonaqlıq verdi, ölkə qarışdı | İran prezidenti Həsən Ruhaninin xanımının sarayda təşkil etdiyi möhtəşəm məclis ölkəni qarışdırıb. "Axar.az" xəbər verir ki, həyat yoldaşı Sahibə Arabinin qadınlarla birlikdə bahalı məclis təşkil etməsi əri, prezident Həsən Ruhaninin tənqidlərə tuş gəlməsinə səbəb olub. Məclisin keçmiş İran şahının Tehrandakı sarayında təşkil olunması qalmaqalı daha da alovlandırıb. İran Parlamentinin deputatları Ruhanini lüks şəraitdə yaşamaqda ittiham ediblər. Onların şikayət ərizəsində, "İranlılar Qərbin sanksiyaları altında əzildiyi bir vaxtda Həsən Ruhani lüks şəraitdə yaşayır" yazılıb. Qeyd edək ki, ötən ilin avqustunda prezident seçilən Həsən Ruhani Qərbə qarşı yumşaq mövqeyi səbəbindən mühafizəkarların qəzəbinə tuş gəlib. |
2014-04-24 | 15,625 | Nazirdən həkimlərə xəbərdarlıq - ana ölümləri ilə bağlı | Aprelin 18-də Bərdə rayon Müalicə Diaqnostika Mərkəzində Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, toplantını səhiyyə naziri Oqtay Şirəliyev açıb və iclasın əsas mövzusunun prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən ölkəmizdə fevralın 17-dən başlayan əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkara çıxarılması və insanların vaxtında müalicəyə cəlb olunması məqsədi daşıyan icbari dispanserizasiya tədbirləri, onun nəticələri və Bərdə, Tərtər, Ağdam, Yevlax, Mingəçevir rayonlarında əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti diqqətə çatdırıb. İlk çıxış edən Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ölkə rəhbərinin sosial yönümlü siyasəti nəticəsində son illər ərzində səhiyyənin inkişafı istiqamətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərdən söz açıb. 10 ildə Azərbaycanda ölüm göstəricisinin azaldığını, doğum, təbii artım göstəricilərinin isə yüksəldiyini diqqətə çatdırdı. Bu göstəricilərə görə ölkəmizin Avropa dövlətləri sırasında ilk yerlərdən birini tutduğunu deyib: "Görülən tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika var. On il ərzində körpə ölümü göstəricisi 16,7 promillidən 10,8-ə, ana ölümü əmsalı 18,5-dən 14,5-ə enib. Bu illər ərzində orta ömür uzunluğu artaraq 72,3 yaşdan 73,9 yaşa çatıb". Şöbə müdiri bildirdi ki, 2003-cü illə müqayisədə 2014-cü ildə səhiyyəyə ayrılan büdcə vəsaitinin 11 dəfədən çox artması ölkəmizdə müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan verib: "2014-cü ildə səhiyyə sahəsinə Mingəçevirdə 8,5, Bərdədə 6,4, Ağdamda 5,7, Yevlaxda 4,3, Tərtərdə 2,6 milyon manat büdcə vəsaiti ayrılıb. 2013-cü ildə ölkəmizdə 81 tibb ocağında təmir-tikinti işləri aparılıb. "2014-2018-ci illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram" na daxil edilməsi üçün Ağdam rayonunda 16, Bərdə rayonunda 6, Yevlax rayonunda 5, Tərtər rayonunda 10, Mingəçevir şəhərində isə 2 tibb müəssisəsinin təmiri və tikintisi məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən təkliflər hazırlanaraq İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilib. Dövlət başçısının tövsiyəsinə əsasən bu il fevralın 17-dən başlayan və may ayına qədər davam edəcək icbari dispanserizasiya tədbirləri nəticəsində indiyədək Ağdam rayonu üzrə 40600, Bərdə rayonunda 63199, Tərtər rayonunda 51938, Yevlax rayonunda 106803, Mingəçevir şəhərində 24484 nəfər tibbi müayinəyə cəlb olunub. Müayinələr zamanı 5 rayon üzrə 30548 xəstə aşkarlanıb, müvafiq müayinə və müalicə tədbirləri həyata keçirilib. Ssəhiyyə naziri Oqtay Şirəliyev yekun nitqi ilə çıxış edib. Artıq bir neçə aydır davam edən icbari dispanserizasiyanın əhəmiyyətini vurğuladı. Təkcə bu regionda yüz minlərlə insanın müayinədən keçirilməsinin, 30 min insanda müəyyən xəstəliklərinin aşkarlanmasının və onların müalicəyə cəlb edilməsinin böyük göstərici olduğunu bildirib: "Həmin insanlar bir neçə müddət sonra ağır vəziyyətdə tibb müəssisələrinə gətirilə bilərdi. Ancaq icbari dispanserizasiya xəstəliyin erkən aşkarlanmasına və vaxtında aradan qaldırılmasına kömək edir. Ölkə rəhbəri hər bir insanın heç olmasa ildə bir dəfə tibbi müayinədən keçirilməsinin zəruriliyini qeyd edib. Biz də dövlət başçısının tövsiyəsini nəzərə alaraq, bu sahədə lazımi tədbirləri yüksək səviyyədə yerinə yetiririk. Mən hazırda bölgənin bütün tibb işçilərinə qısa müddətdə bu qədər insanları qəbul etdiyinə, onları tibbi müayinədən keçirdiklərinə görə öz minnətdarlığımı çatdırıram". Nazir O.Şirəliyev bu gün insanların səhiyyə sahəsində çalışan, əyninə ağ xalat geyinən hər bir şəxsdən xüsusi qayğı, diqqət gözlədiyini bildirib. Azərbaycanın bütün regionlarında insanların bu cür diqqət və qayğı ilə əhatə olunması üçün hər bir şərait yaradıldığını vurğulayıb: "Hazırda Bərdə Müalicə Diaqnostika Mərkəzinə gün ərzində 400-ə qədər insan müraciət edirsə, deməli, həqiqətən əhalinin yüksək səviyyəli səhiyyə xidməti ilə əhatə olunması üçün burada hər cür şərait var. Həmin insanlar vaxtilə sadə bir müayinə və ya əməliyyat üçün Bakı şəhərinə üz tuturdular. İndi isə burada ağır, çətin əməliyyatlar aparılır. Bir sözlə, təkcə şəhərlərimizdə deyil, bütün ölkədə səhiyyə inkişaf edir". Uğurlarla yanaşı problemlərin, müəyyən neqativ halların da olduğunu diqqətə çatdıran səhiyyə naziri tibb işçilərini insanlarla münasibətdə diqqətli olmağı tövsiyə edib. O.Şirəliyev həkimlərin, tibb bacılarının mütəmadi olaraq kurslarda iştirakının, daim öz bilik və bacarıqlarını artırmalarının önəmini də dilə gətirib. Ana ölümü hadisələrinin olmaması üçün hər bir həkimin məsuliyyətini dərk etməsinin zəruri olduğunu qeyd edib. Nazir sonda tibb işçilərinin sertifikasiyasını, rezidentura təhsil sisteminin tətbiqini yüksək səviyyəli kadrlar yetişdirilməsi və tibb işçilərinin biliklərinin artırması baxımından önəmli fakt kimi vurğuladı: "Həkimlik çətin, ağır peşədir. Amma bu bizim sənətimizdir. Bu sənəti seçənlər bilməlidirlər ki, ağır xəstəsi də olacaq, gecə zəngləri, çətinlikləri də. Biz bunların hər birinin öhdəsindən layiqincə gəlməliyik" /AzVision/. |
2014-04-24 | 15,626 | “Neftçi”nin vitse-prezidenti istefa verdi | "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov istefa verib. 4 ildir ki, bu klubda çalışan Süleymanov "Rəvan"la bu gün keçiriləcək kubok oyunundan öncə istefa ərizəsini prezident Sadıq Sadıqova təqdim edib. Bunu Süleymanovun özü də təsdiqləyib: "Bəli, mən istefa ərizəmi yazmışam. Artıq həmin ərizəni klub prezidenti Sadıq Sadıqova təqdim etmişəm. Məsələ burasındadır ki, mənə görə köklü tarixi olan "Neftçi" klubuna ziyan dəyməsini istəmirəm. Mənə verilən 20 min manat cəriməni ödəməyə imkanım yoxdur, imkanım olsa belə ödəmərəm. Çünki həmin qərarın kökündə qərəz var. Mən bütün bunları əsas gətirib, ərizəmi klub prezidentinə təqdim etdim. Mən həmişə olduğu kimi, klubun mənafeyini nəzərə alıb, bu addımı atdım. Sadə vətəndaş kimi gedib, "Rəvan" – "Neftçi" matçını izləyə bilərəm". Xatırladaq ki, Tahir Süleymanov buna qədər bir neçə dəfə istefa ərizəsi yazıb. Amma hər dəfə onun ərizəsi klub prezidenti tərəfindən qəbul edilməyib /futbol11.az/. |
2014-04-24 | 15,627 | Salyanda vəhabinin saqqalını qırxdılar | Azərbaycanın Salyan rayonunda vəhabilər kütləvi etiraz aksiyası keçirməyə hazırlaşır. Məlumata görə, onların bu yola əl atmasına səbəb rayonun Arbatan kəndində vəhabilərdən birinin saqqalının məcburi qaydada qırxılması olub. Bundan sonra qəzəblənən vəhabilər sakinlərə aqressiv münasibət bəsləməyə başlayıblar. Kütləvi qarşıdurmadan ehtiyat edən rayonun hüquq-mühafizə orqanları ciddi tədbirlər həyata keçiriblər. Terror təhlükəsindən sığortalanmaq məqsədilə kənd məktəblərində və xəstəxanalarda 24 saat polis növbəsi təyin olunub. Əməkdaşımızla söhbətində yerli sakinlər deyib ki, kənd ərazisində az qala qeyri-rəsmi fövqəladə vəziyyət elan edilib: "Vəhhabilər bir müddət əvvəl kənd qəbiristanlığında bəzi məzarları dağıdıblar. Özlərini kənddə çox pis aparırlar. Onların marağına xidmət etməyənlərə sataşırlar. Məktəblilər arasında vəhhabi təbliğatı aparırlar. Bu da bizim narazılığımıza səbəb olur". Salyan rayon Polis Şöbəsinin Arbatan kənd sahə inspektoru Əhməd Məmmədzadə faktı qismən təsdiqləyib: "Hər iki tərəf dindirilib. Ciddi narahatçılığa əsas yoxdur, vəziyyət nəzarət altındadır". / Aznews.az/ |
2014-04-24 | 15,628 | Aynar Məmmədov Eynulla Fətullayevin videosunu yaydı | Deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov jurnalist Eynulla Fətullayev haqda ANS telekanalında yayımlanmış "Bədbəxt adam" verilişinin videosunu yayıb. "Axar.az"ın "modern.az"a istinadən verdiyi məlumata görə, A.Məmmədov sosial şəbəkələrdə paylaşdığı həmin videoya şərh də yazıb. "Vətən xainlərini tanımalıdır. Eynulla Fətullayev barəsində Mirşahin Ağayevin "Bədbəxt adam" filmi"-deyə Aynar Məmmədov yazıb. Deputat oğlunun dostları isə onun bu statusunu bəyənməklə dəstəkləyiblər. |
2014-04-24 | 15,629 | "Nizami" "28 May"dan ayrılır | Bakıda "Xətai" - "Azadlıq prospekti" xəttini "İçərişəhər" – "Həzi Aslanov" xəttindən ayırmaqla, hər iki marşrutun sərbəst istismarını təşkil etmək məqsədilə "28 May" metro stansiyasının yaxınlığında yeni tunel tikiləcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, uzunluğu 250 metr olacaq tunel metronun qırmızı və yaşıl xətlərini bir-birindən ayıracaq. "Bu ayrılmadan sonra "Dərnəgül" metro stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Nizami" stansiyasından sonra "28 May" stansiyasına daxil olmayacaq. Belə ki, qatar "Nizami" stansiyasına az qalmış yeni tunellə "Cəfər Cabbarlı" stansiyasına daxil olacaq, oradan isə "Xətai" stansiyasına gedəcək. Bununla da, daha "28 May" stansiyasında hər iki tərəfə qatar getməyəcək", - deyə qurumdan bildirilib. Qeyd edək ki, bu layihə ilə bağlı "Akkord-Bouygues" birgə müəssisəsi öz təkliflərini Bakı Metropoliteninə təqdim edib. "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin direktor müavini Samir Qasımov bildirib ki, təklifdə "28 May" metro stansiyasının yaxınlığında yeni tunelin tikinti metodologiyası və tikinti texnologiyasını əks etdirilib: "Həmçinin bu layihənin daha səmərəli və müasir texnikadan istifadə etməklə, ən qısa vaxtda təhvil verilməsi məsələləri qeyd edilib". S. Qasımov əlavə edib ki, hazırda bu layihənin yekun təsdiqi gözlənilir. Bu mərhələdən sonra müqavilə bağlanacaq və növbəti mərhələdə tikinti işlərinə başlamaq mümkün olacaq. |
2014-04-24 | 15,630 | Ukrayna ordusu Slavyanskda qanlı döyüşlər aparır - Yeniləndi - 4/Video | Donetsk vilayətinin Slavyansk şəhərində gərgin döyüşlər gedir. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, şəhər ətrafındakı blok-postlar atəşə tutulub. Şahidlərin sosial şəbəkələrdə yazdıqları məlumata görə, artıq Slavyanska hücum başlayıb, şəhərin rabitə əlaqəsi kəsilib. Yerli əhali bildirir ki, evlər Stalinqraddakı kimi qalalara çevrilib və sona qədər döyüşəcəklər. 14:45 "Donbass özünümüdafiə qüvvələri"nin işğal etdiyi Slavyansk şəhərinə Ukrayna ordusunun hərbi texnikası yeridilib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. "Slavyanskda gərginlik artır. Şəhər səmasında uçan helikopterlər hərbçilərin hərəkətinə nəzarət edir. Şahidlər bildiriblər ki, Ukrayna ordusuna məxsus zirehli hərbi texnika bir neçə istiqamətdən şəhərə doğru hərəkət edir" deyə məlumatda bildirilir. 15:10 Ukrayna Daxili İşlər Nazirliyi və ordusunun birgə həyata keçirdiyi əməliyyat zamanı separatçıların Slavyanskda qurduqları 3 blok-post zərərsizləşdirilib. Nəticədə 5 separatçı məhv edilib. Ukrayna ordusunun 1 hərbçisi isə yaralanıb. 15:25 |
2014-04-24 | 15,631 | ABŞ səfiri: "Türkiyə-Ermənistan sərhədi açıla bilər" | "Türkiyə və Ermənistan arasında dövlət sərhədlərinin açılması mümkündür. İki ölkə arasında diplomatik münasibətlər qurulub". Məlumata görə, bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern "erməni soyqırımı"nın anım mərasimində çıxışı zamanı deyib. "Biz Türkiyə və Ermənistan prezidentlərinin iki dövlət arasında diplomatik münasibətlərin qurulması üzrə protokolun imzalanması ilə bağlı təşəbbüslərini və 2009-cu ildə xarici işlər nazirləri səviyyəsində protokolun imzalanmasını dəstəklədik", deyə ABŞ səfiri bildirib. Con Heffern ABŞ, Ermənistan və Türkiyə olaraq dövlət sərhədlərinin açılması və diplomatik münasibətlərin tamamilə bərpası üçün çalışacaqlarını deyib. /ANS/ |
2014-04-24 | 15,632 | Laçın İH işçisinin həbsinin təfərrüatı bəlli oldu | Aprelin 21-də Laçın rayon Qaraqışlaq kənd icra nümayəndəsi Pənah Dadaşov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilməsi barədə qeyd edilən tarixdə məlumat vermişdik. "Axar.az" xəbər verir ki, bu gün həmin hadisə ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin yerləşdiyi Ağcabədi rayon Taxta Körpü qəsəbəsindən həbsin təfərrüatları daxil olub. Məlumatda bildirilir ki, P.Dadaşov və Şuşa Uşaq Evinin müdiri ilə əlbir olaraq uşaqlara Bərdə rayonunda saxta sənəd düzəldərək başqa adla ölkədən çıxarıb Gürcüstana apararaq satırmışlar. P.Dadaşovun uşaqlara öz qızının və Alxaslı kəndindən olan bir qız uşağının sənədlərindən istifadə etməklə sənəd düzəltdirdiyi məlum olub. P.Dadaşovun bu işdən külli-məbləğdə qazanc əldə etdiyi bildirilir. Xəbərdə qeyd olunur ki, P.Dadaşov və Şuşa Uşaq Evinin müdiri daxil olmaqla 10 nəfərdən çox adam həbs edilib. Həbs olunanlar arasında Alxaslı kəndindən bir ər-arvad da var. Bundan başqa Bərdə rayon pasportstolunda da əməliyyat keçirilib. |
2014-04-24 | 15,633 | ABŞ Ərdoğanın tarixi mesajını hörmətlə qarşıladı | ABŞ Dövlət katibliyi Baş nazir Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı başsağlığı mesajını hörmətlə qarşılayıb. ABŞ rəsmisi Cen Psaki mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bu mesajın açıq şəkildə tanınacağını bildirib: "Baş nazir Ərdoğanın ermənilərin 1915-ci ildə yaşadıqları ağrının tanınması ilə bağlı tarixi mesajını hörmətlə qarşılayırıq. Türklər və ermənilər arasındakı barışığı inkişaf etdirməsinə ümid verən bu mesajın, həqiqətlərin açıq və ədalətli şəkildə tanınacağına inanırıq". |
2014-04-24 | 15,634 | Polis Aynarın maşınını cərimə meydançasına apardı | Millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus 10-LZ-100 dövlət nömrə nişanlı "Nissan Skyline GT-R35" avtomobili hazırda cərimə meydançasındadır və onun sahibi sürücülük hüququndan məhrum edilib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, həmin avtomobil etibarnamə əsasında paytaxt sakini Elxan İbrahim oğlu Əliyevə məxsusdur. Qeyd edək ki, millət vəkili Elton Məmmədov bahalı maşının oğlu Aynara deyil, Zaur Bağırov adlı bir şəxsə məxsus olduğunu bildirmişdi. Deputat həmçinin Zauru tanımadığını da qeyd etmişdi. Daha sonra məlum oldu ki, Zaur Bağırov millət vəkilinin oğlu Aynar Məmmədovun ən yaxın dostudur /Qafqazinfo/ |
2014-04-24 | 15,635 | Vitse-spiker qanun pozan məmur övladlarından danışdı | "İstər məmur övladı olsun, istər adi vətəndaş, qanun qarşısında hər kəs bərabərdir. İctimai asayiş pozulursa, insanların həyatı üçün təhlükə yaranırsa, kimliyindən asılı olmayaraq, buna qarşı vahid mövqe sərgilənməlidir". Bu barədə Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova açıqlamasında son günlər bəzi məmur övladlarının paytaxtın küçələrində maşın yarışına çıxması, eləcə də digər qanun pozuntularına yol verməsinə münasibət bildirərkən deyib. Vitse-spiker qeyd edib ki, bu məsələlərə yanaşmada buna məmur, buna vətəndaş deyib bölgü aparılmamalıdır: "Əlbəttə, cənab prezidentin vurğuladığı kimi bütün məsələlərdə ən böyük məsuliyyət dövlət məmurlarının üzərinə düşür. Onların özünün fəaliyyəti, şəxsi həyati böyük rol oynayır. Lakin son vaxtlar cəmiyyətin gözündə belə yanlış tendensiya formalaşmağa başlayır ki, eyni hərəkətləri törədən başqasına qanunun gücü tətbiq olunanda bunu nəzərə almağı, bağışlamağı tələb edirlər, amma bir başqasına həddən artıq acımasız davranırlar. Ona görə də biz kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabərliyini dəyərləndirməliyik. Hər kəs istər cəmiyyət, istər qanun qarşısında öz məsuliyyətini dərk etməlidir və buna uyğun hərəkət etməlidir. Bunu xüsusi bölgülərə, təbəqələrə bölüb münasibət bildirməyin tərəfdarı deyiləm". B. Muradova paytaxt küçələrində təkcə məmur övladlarının deyil adi vətəndaşların da qanun pozuntularına yol verdiyini deyib. / Publika.az/ |
2014-04-24 | 15,636 | “Gülün və Ərdoğanın ermənilərə olan sevgisini bilirdik” | Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyi aprelin 24-də Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad edilməsi zamanı həlak olan türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, 2005-ci ildən etibarən BAXCP hər il aprelin 24-nü Xilaskar Türk Əsgərlərinin Anım Günü kimi qeyd edir. Türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyan BAXCP yetkililəri istiqlal şəhidlərini hörmətlə anıblar. Ziyarətçilər qarşısında çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın erməni hərbi birləşmələrindən azad edilməsində iştirak edən qəhrəman türk əsgərlərinin rəşadətinin heç zaman unudulmayacağını vurğulayıb: "Ancaq çox təəssüf edirik ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ermənilərin uydurma soyqırımına münasibət bildirdi və dolayısı ilə də olsa bu "soyqırımı" tanıdı. Baş nazirin 1915-ci ildə həlak olan ermənilərin nəvələrinə baş sağlığı mesajı verməsi buna bariz nümunədir. Biz onsuz da Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın ermənilərə olan sevgisini bilirdik. Məhz bu sevginin nəticəsidir ki, AKP hakimiyyəti bu gün Ermənistanla ticarət əlaqələrini genişləndirib və həmin ölkədən Türkiyəyə iş dalınca gedən ermənilərə hər cür şərait yaradılıb". BAXCP sədri deyib ki, bütün bunlara baxmayaraq Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımın qarşısını alan, istiqlal mücadiləmizə dəstək verən qəhrəman türk əsgər və zabitlərinin xatirəsi hər zaman əziz tutulacaq, könüllərdə yaşayacaqdır: "Əgər beynəlxalq birlik tarixə erməni yalanlarının deyil, ədalətin gözü ilə baxarsa, o zaman 24 aprelin "erməni soyqırımı" günü yox, Anadoluda və Qafqazda yaşayan xalqların xilası günü olduğunu görə bilər". |
2014-04-24 | 15,637 | Ukrayna hərbi texnikası Slavyanska daxil olur - Video | Bu gün günorta saatlarından etibarən Ukrayna Daxili İşlər Nazirliyi və ordu qüvvələri separatçıların nəzarəti altında olan Slavyansk şəhərində anti-terror əməliyyatlarına başlayıblar. "Axar.az" xəbər verir ki, ilkin məlumatlara əsasən əməliyyatlar zamanı artıq 5 separatçı məhv edilib. Ukrayna ordusuna məxsus hərbi texnika şəhərə doğru irəliləyir. |
2014-04-24 | 15,638 | Krımlıların səsi Ukraynanınkı sayılacaq | Danimarkada keçiriləcək "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində krımlıların səsi Ukraynanın səsi kimi hesablanacaq. "Axar.az" xəbər verir ki, bu barədə Rusiyanın "Rossiya 1" kanalının mahnı yarışması üzrə prodüseri Gennadi Qoxşteyn məlumat verib. Onun sözlərinə görə, Rusiya bundan heç də narahat deyil, əksinə, bu, onlara sərf edir: "Qaydalar belədir ki, iştirakçı ölkənin vətəndaşları öz çıxışçılarına səs verə bilməzlər. Yaranmış indiki vəziyyətdə isə Krım əhalisi Rusiyaya səs verəcəklər. Çünki Krım beynəlxalq qurumlarda hələ də Ukraynanın ərazisi kimi göstərilir". Xartırladaq ki, Avroviza yarışmaının ilk yarımfinalı mayın 6 –da keçiriləcək. |
2014-04-24 | 15,639 | “Bakcell” Putinin istəklərini reallaşdırır | "Bakcell" mobil operatoru Bakının müxtəlif yerlərinin adını təhrif edərək, Sovetlər Birliyi zamanındakı adları abunəçilərinin telefonlarının ekranlarında yazıb. Bu barədə "Axar.az"ın əməkdaşına paytaxt sakinləri məlumat verib. "Bakcell" istifadəçiləri olduqları yerə görə yazılan yer adlarını görəndə dəhşətə gəliblər. Məsələn, Bakıxanov qəsəbəsi yaxınlığında olan abunəçilərə ünvan kimi "Stepan Razin", Gəncə prospektində olan abunəçilərin telefonuna isə "Sergey Mironoviç Kirov" yazılıb; paytaxtın Nizami küçəsi də "Qoqol" kimi göstərilib. Məlumat üçün deyək ki, həmin yerlər Sovet imperiyası zamanı o cür adlandırılırdı. Məsələ ilə bağlı "Bakcell" şirkəti ilə əlaqə saxlamağa çalışırıq. Xatırladaq ki, Sovetlər Birliyini "Rusiyanın başqa adı" hesab etdiyini deyən Putin Rusiya imperiyasının keçmiş sərhədlərinə doğru can atır: bu, Gürcüstan və Ukraynada hərbi müdaxilə səviyyəsində özünü göstərir, həmçinin MDB ölkələri üçün rus vətəndaşlığı sadələşdirilir, Rusiyanın himnindən tutmuş bir çox yer adlarına qədər Sovet dövrünü xatırladan "nostalji adları" geri qaytarılır… |
2014-04-25 | 15,640 | Rusiya Donetskə ordu göndərdi – Yenilənib/Şok video | Ukrayna ətrafında hadisələr ən pik həddə çatıb. "Axar.az" xəbər verir ki, bir neçə saat bundan öncə sosial şəbəkələrdə Rusiyanın yüzlərlə ağır texnikasının Ukrayna sərhədinə yaxınlaşdığını əks etdirən video yayılıb. Rus hərbçiləri Ukrayna sərhəddinin 10 km-də - Rostov vilayətinin Qukovo şəhəri ətrafında həvəskar kameralara düşüb. Qeyd edək ki, bir neçə saat əvvəl rus hərbi maşın karvanının Rostovdan Donetsk istiqamətində irəlilədiyi ilə bağlı xəbər yayılmışdı. Şahidlərin sözlərinə görə, yol boyu tank, zirehli transportyor və piyadalarla dolu olan yük maşınları hərəkət edib. Hərbi karvanla bərabər 12 döyüş helikopteri də Donetskə tərəf uçub. Videonu təqdim edirik: |
2014-04-24 | 15,641 | Messi çipsi satacaq – Video | "Barselona"nın argentinalı ulduzu Lionel Messi çipsini reklam edəcək. "Axar.az" xəbər verir ki, dünya şöhrətli ulduz "Lay’s" kompaniyası ilə müqavilə bağlayıb. Bundan sonra çipsi alan hər kəs onun üzərində simasında təbəssüm olan argentinalı ulduzun rəsmini görəcək. Messinin çəkildiyi reklam dünyanın 60 ölkəsini əhatə edəcək. "Lay’s" böyük reklam kampaniyasına 2014-cü ilin mart ayından başlayıb. |
2014-04-24 | 15,642 | Zahir Əzəmətin kitabı çap olundu | Tanınmış yazar Zahir Əzəmətin "Balaca adam" adlı kitabı işıq üzü görüb. "Axar.az" xəbər verir ki, "Qanun" nəşriyyatında çap olunan kitabda müəllifin 2006-2009-cu illərdə "Alma" qəzetində yayımlanan publisistik yazıları toplanıb. Kitab yazarın xanımı Sevinc Çılğının onun ad gününə hədiyyəsidir. Qeyd edək ki, sabah Zahir Əzəmətin 39 yaşı tamam olur. Toplunun redaktoru Şəmşad Ağa, tərtibatçısı isə Sevinc Çılğındır. Sevinc Çılğın kitabla bağlı bunları yazıb: "Zair bəyi təəccübləndirmək çətin məsələdir. Sevməyi və sevindirməyi ondan yaxşı bacaran yoxdu. Çox düşünəndən sonra yaxşı dostların dəstəyi ilə bu kitabı yayımladıq. Zahir bəy sevindi. O SEVİNCLİDİRSƏ, demək mutluyum, arkadaşlar)))". |
2014-04-24 | 15,643 | Dağıstanda vəhabilərlə döyüş gedir – Ölən var | Rusiya Daxili İşlər Nazirliyi Dağıstanın Xasavyurt rayonunda mücahidlərə qarşı əməliyyat aparır. "Axar.az" xəbər verir ki, bu informasiyanı mücahidlərə yaxın saytlar yayıb. Xasavyurtda aparılan yoxlamalar zamanı bütün şəxslərin evlərinin axtarıldığı bildirilib. Mücahidlərə yaxın saytlar əvvəlki illərdə olduğu kimi, evlər arasında fərqin qoyulmadığını qeyd ediblər. Hazırda rayondakı evlərin birində mücahidlərlə ruslar arasında savaş getdiyi bildirilir. Hələlik atışma nəticəsində bir nəfər - Səlimə ləqəbli Ruzanna İbrahimova adlı qadının həlak olduğu söylənilir. |
2014-04-24 | 15,644 | Lavrov: Ukrayna Qərbin “peşka”sına çevrilib | Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada Beynəlxalq Münasibətlər Universitetinin (MQİMO) tələbələri önündə çıxışı zamanı Ukrayna hadisələrində Qərbin məqsədlərinə aydınlıq gətirib. "Axar.az"ın "BBC–Ukryana"ya istinadən verdiyi xəbərə görə, rusiyalı diplomat Avropa Birliyi və Amerikanın Ukraynada rəngli inqilab həyata keçirmək istədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Ukraynadan məqsədli şəkildə istifadə edilir: "Gəlin, hər şeyi öz adı ilə çağıraq – ABŞ və Avropa Birliyi konstitusiyaya zidd olaraq, Ukraynada rəngli inqilab həyata keçirmək istəyib. Ancaq qərbli partnyorlarımız başa düşmürlər ki, millətçilik instrumentləri ilə iqtidarı ələ keçirmək dövlət idarəçiliyinin fəaliyyətini iflic vəziyyətinə salacaq. Təəssüf edirəm ki, bu məsələlərdə Ukrayna onların əlində alətə, "peşka"ya çevrilib". |
2014-04-24 | 15,645 | Səfər Əbiyev Azərbaycanı tərk edib | Azərbaycanın eks-müdafiə naziri, general-polkovnik Səfər Əbiyev hazırda xaricdədir". Bu barədə adının çəkilməsini istəməyən S.Əbiyevin yaxın adamı məlumat verib. O bildirib ki, S.Əbiyev Bakıya gələn həftə qayıdacaq. /Publika.az/ |
2014-04-24 | 15,646 | Belkovski: "Putin Ukraynadan sonra Qarabağı tanıyacaq" | Ukraynanı öz ərazisinə birləşdirdikdən sonra Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ və Latviya ilə məşğul olacaq. "Axar.az" xəbər verir ki, bu barədə rusiyalı politoloq Stanislav Belkovski deyib. "Hesab edirəm ki, Ukraynadan sonra onun növbəti hədəfi ABŞ, Kanada və Fransadakı erməni diasporasının dəstəyilə Dağlıq Qarabağın tanınması olacaq. Bundan sonra o, Latviyada hakimiyyətə rusiyameyilli qüvvə gətirəcək. Estoniya və Litvada bunu edə bilmir, amma Latviyada bacarar". |
2014-04-24 | 15,647 | Aynar Məmmədovun avtoşluğuna polisdən reaksiya – Fakt | Bir neçə gündür avtoşluq etdiyi iddiası ilə qalmaqal yaşayan Aynar Məmmədova məxsus avtomobillər DYP-yə aparılıb, "Bakı XXI əsr" MMC-dəki icarədə və lizinqdə olan avtomobillərin isə lizinqi və icarəsi dayandırılıb. "Axar.az"a daxil olan məlumata görə, buna səbəb lizinqdə və icarədə olan, hüquqi şəxs adına verilən avtomobil nömrələrinin şəxsi maşınlarda istifadəsidir. Polisin araşdırması Araşdırmalar zamanı bəlli olub ki, Aynar Məmmədova aid olduğu iddia edilən və Zığ yolunda təhlükəli sürət yarışına çıxan "Mersedes S klass" markalı avtomobilin üzərindəki 10 AZ 458 dövlət nömrə nişanı əslində "Porşe KN" markalı avtomobilə aiddir. Həmin "Porşe KN" avtomobili isə lizinqdə, daha doğrusu, icarə xidmətindədir və hüquqi şəxs kimi Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən "Bakı XXI əsr" MMC-yə məxsusdur. Vergilər Nazirliyinin rəsmi internet səhifəsində vergi ödəyiciləri ilə bağlı cəmiyyətə açıq məlumatların arasında da göstərildiyi kimi, "Bakı XXI əsr" MMC-nin sahibi millət vəkili Elton Arzuman oğlu Məmmədov göstərilir. 2004-cü ildə qeydiyyata alınan bu MMC-nin nizamnamə kapitalı 14.923.042.00 AZN göstərilib. Belə məlum olur ki, "Bakı XXI əsr" MMC-yə aid olan icarədəki "Porşe KN" avtomobilinin dövlət nömrə nişanı başqa bir avtomobilə – "Mersedes S klass"a vurulub. Belə halla bağlı hüquqi baxımdan hansı məsuliyyət nəzərdə tutulur? 4 bal və 60 manat Xatırladaq ki, bu hüquqpozma qanunvericiliklə müəyyən olunmuş qaydada cəzalandırılır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən mayor Nazim Məmmədov "Axar.az"a bildirdi ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nömrələrinin icazəsiz dəyişdirilməsi yol hərəkəti qaydalarının tənzimləyən məcəllənin 155.3-cü maddəsi ilə məsuliyyət yaradır: "Həmin əməli törətmiş şəxsi 4 bal və 60 manat cərimə gözləyir". DYP əməkdaşı onu da bildirdi ki, bu cür hallarda həbs qərarı da çıxa bilər və bu zaman qərarı məhkəmə verir: "Maşının üstünə taxılan nömrənin hansı şəraitdə, hardan alınması, kimdən alınması və s. kimi nüanslara görə məhkəmə həbs qərarı da çıxara bilər. Ancaq bu kimi hallar araşdırma tələb edir". Bakı DYPİ-dən rəsmi açıqlama "Axar.az"ın suallarını cavablandıran Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov bildirdi ki, vəd verildiyi kimi, sözügedən avtomobilə aid nömrələrin müxtəlif maşınlarda istifadəsi faktı artıq araşdırıldı: "Bir avtomobilə aid olan dövlət nömrə nişanının digər avtomobillərdə istifadəsi qanunla qadağandır və hüquqi məsuliyyət yaradır. Amma vətəndaşın istəyi ilə bir nömrə digər avtomobilə qanunvericiliyə uyğun olaraq dəyişdirilə və qeydiyyatdan keçirilə bilər. Araşdırmalar nəticəsində müəyyənləşdi ki, 10 LZ 100 dövlət nömrə nişanı müxtəlif vaxtlarda müxtəlif, daha dəqiq desək, 4 avtomobildə olub: "ML", "Lənd Krouser", "BMV" və s. Ancaq bunlar hamısı vətəndaşın şəxsi müraciəti əsasında dəyişdirilib, müxtəlif vaxtları əhatə edir və hər biri də qeydiyyata alınıb. Sadəcə, müxtəlif illərdə çəkilən şəkillər bir yerə toplandıqda yanlış olaraq o təsəvvür yaranıb ki, guya bu nömrə eyni vaxtda bu sadalanan maşınlarda istifadədədir. Halbuki o foto və videoların yayım tarixləri fərqlidir". V.Əsədov 10 AZ 458 nömrə nişanının hansı maşına aid olmasının isə araşdırılmadığını bildirdi: ""AZ seriyasının hüquqi şəxslərə aid olması barədə bir söz demək istəmirəm və bildirirəm ki, 10 AZ 458 nömrə nişanı araşdırılmayıb və məndə onun "Bakı XXI əsr" MMC-yə aid "Porşe KN" markalı avtomobilə və ya hansısa başqa avtomobilə aid olması barədə məlumat yoxdur". Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev "AZ" seriyası ilə olan dövlət nömrə nişanlarının yalnız hüquqi şəxslərə verildiyini rəsmən təsdiqləyib. Onun sözlərinə görə, vətəndaş fiziki şəxs kimi "AZ" seriyalı nömrələrə sahib ola bilməz: "Vətəndaş əgər hüquqi şəxsdirsə, onun hər hansı bir şirkəti varsa, o zaman bu nömrəni ala bilər. Bu seriyalı nömrələr şirkətlərə, banklara, dövlət təşkilatlarına və digər bunu kimi yerlərə verilir". Mediaya açıq olmasına baxmayaraq, təəssüf ki, millət vəkili Elton Məmmədovla əlaqə saxlamaq və yayılan bu xəbərlərə münasibətini öyrənmək mümkün olmadı. |
2014-04-24 | 15,648 | Prezidentlərin Praqa görüşü regiona nə vəd edir? | "Rusiyanın təzyiqlərinə baxmayaraq, aprelin 24-də Praqada təşkil edilən Şərq Tərəfdaşlığı Sammitində dövlət başçılarının iştirakı regionda avrointeqrasiya prosesinin alternativsiz olduğunu bir daha təsdiq etdi". "Axar.az" xəbər verir ki, bu sözləri hal-hazırda Çexiyada sözügedən tədbirdə iştirak edən Avropa Birliyi Şərq Tərəfdaşlığı Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov bildirib: "Qeyd edək ki, Azərbaycan Prezidentinin də iştirak etdiyi tədbirə bir sıra Avropa ölkələrinin dövlət başçıları qatılıblar. Hal-hazırda davam edən sammitdə ikitərəfli danışıqlar təşkil edilməkdədir. Artıq dünən Prezident İlham Əliyev Çexiya paytaxtında bir sıra rəsmi görüşlər keçirib. Vüqar Bayramovun sözlərinə görə, Praqa sammiti Şərq Tərəfdaşlığı Proqramına yeni nəfəs verib: "Moskva Çexiya paytaxtında ölkələrin nisbətən aşağı ranqda təmsil olunmasına çalışsa da, proqrama üzv olan dövlətlərin əksəriyyəti ən yüksək səviyyədə tədbirə qatıldılar". Forumun həmsədri bildirib ki, sammitdə Şərq Tərəfdaşlığı Proqramına üzv olan ölkələrinin əksəriyyətinin dövlət başçılarının və eləcə də Avropa Birliyi rəhbərləri ilə yanaşı Mərkəzi və Şərqi Avropanın bir sıra dövlətlərinin prezidentlərinin də iştirakı tədbirin əhəmiyyətini göstərir: "Ukraniyada baş verən hadisələr fonunda Avropa Birliyi regiondakı dəyişikliklərə ciddi önəm verir və rəsmi Brüssel bu prosesdə bölgə dövlətlərinə daha yaxından dəstək vermək niyyətindədir. Rusiyanın bölgə ölkələrinə birbaşa və dolayı təzyiqlərinə rəğmən, Şərq Tərəfdaşlığı Proqramı strateji əhəmiyyətini qoruyub saxlamaqdadır". Vüqar Bayramov bildirib ki, Praqa Sammiti Şərq Tərəfdaşlığı Proqramının 5 illik yubley tədbiri olduğu üçün hər hansı birgə bəyannamənin qəbul edilməsi gözlənilmir: "Bununla belə, tədbirdə ikitərəfli və çoxtərəfli görüşlər və o cümlədən prezidentlərin mətbuat üçün birgə brifinq keçirməsi nəzərdə tutulub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sammitdə iştirakı ölkəmizin Avropa Birliyi ilə əməkdaşlığı daha da genişləndirəcəyindən xəbər verir. Prezident Əliyevin tədbir çərçivəsində keçirdiyi iki tərəfli görüşlərdə ölkəmiz ilə Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb". Azərbaycanlı alim onu da əlavə edib ki, Praqada bu gün təşkil edilən tədbir eyni zamanda ötən ilin noyabrında keçirilmiş Vilnüs sammitinin davamı kimi qiymətləndirilməlidir: "Vilnüs sammitindən sonra regionda baş verən dəyişikliklər Avro-inteqrasiya prosesinə fərqli yanaşmanın vacibliyini ortaya qoyur. Növbəti ilin payızında Riqada keçiriləcək sammitədək Avropa Birliyinin region ölkələri ilə bir çox məsələlərlə bağlı anlaşmalar imzalayacağı gözlənilir". Xatırladaq ki, hər il olduğu kimi bu il də Şərq Tərəfdaşlığı Sammiti keçirilir. Bu dəfə ev sahibliyini Çexiya edib. |
2014-04-24 | 15,649 | Ali Rada Rusiyanın AŞ PA-dan çıxarılmasını istəyir | Ukrayna Ai Radası Rusiyanın Avropa Şurasından çıxarılması ilə bağlı quruma müraciət etməyə hazırlaşır. "Axar.az"ın məlumatına görə, Rusiyanın aqressiv siyasəti ilə əlaqədar ali qanunverici orqanın bu gün keçiriləcək növbəti plenar iclasında xüsusi sənədin hazırlanması nəzərdə tutulur. Qeyd edək ki, sözügedən məsələ artıq iclasın gündəliyinə salınıb. Bir neçə gün bundan öncə isə AŞ PA-da Rusiya nümayəndə heyətinin səsvermə hüququ bir illiyə dayandırılmışdı. |
2014-04-24 | 15,650 | Öcalan və bütün PKK-çılara əfv gəlir | Abdullah Öcalanın Avropaya BDP və PKK-nın gənclik və qadın təşkilatlarının da aralarında olduğu qurumlara 7 məktub yazdığı, məktublarda silah buraxma mövzusunda bazarlıq etmək üçün tam səlahiyyət istədiyi iddia edilir. "Axar.az" xəbər verir ki, "Yeni Çağ" qəzetinin Ankara nümayəndəsi Əhməd Takanın etibarlı mənbələrə istinadən dediyinə görə, Öcalanı da həbsdən qurtaracaq olan bir "ümumi əfv" fərmanı gəlir. Bu əfv ilə dağdakı PKK-çılar silahı buraxıb şəhərə enəcək, 5 il cinayət törətməsə, haqqında olan cinayət işi bağlanacaq. Eyni şərtlər lider heyəti üçün də etibarlıdır. Takanın iddiasına görə, Öcalanı da əhatə edəcək ümumi əfvin səbəbləri rahatca hazırlanıb. Lider heyəti isə digərlərindən ayrı tutulacaq. Hətta PKK liderlərinin Ərbilə ya da Norveç, Almaniya kimi ölkələrə getmələrinə də icazə veriləcək. 5 illik müddət onlar üçün də etibarlı olacaq. Yeni lider heyəti də 5 illik müddət ərzində hər hansı bir cinayət törətməsə Türkiyəyə dönə biləcək. |
2014-04-24 | 15,651 | Əsəd daha 42 adam öldürdü | Suriyada Bəşər Əsədə bağlı ordu birləşmələrinin keçirtidiyi əməliyyatlarda 42 adam öldürülüb. "Axar.az" xəbər verir ki, Suriya Yerli Koordinasiya Komitəsinin verdiyi açıqlamada orduya aid helikopterin Hələbdə silahlı müxaliflərin əlindəki Anadan şəhərini bombalaması nəticəsində çox sayda adamın yaralandığı bildirilib. Bombardmanda dağılan evlərin altından ölü və yaralılar çıxarılıb. |
2014-04-24 | 15,652 | Zakir Həsənov “Çanaqqala” abidəsində - Foto | Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə Gelibolu yarımadasındakı Tarixi Milli Parkda yerləşən Şəhidlər abidəsi önündə beynəlxalq anma mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, otuz ölkənin müdafiə naziri, diplomatik nümayəndəliklərinin təmsilçiləri və digər qonaqların iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edib. Mərasim Çanaqqala döyüşündə iştirak etmiş ölkələrin hərbi formalarını geyinmiş əsgərlərin dövlət bayraqları ilə keçidi, döyüşlərdə həyatını itirmiş hərbi qulluqçuların xatirəsinin ehtiramla yad edilməsi, abidə önünə gül çələnglərinin düzülməsi və yaylım atəşlərinin açılması ilə başlayıb. Sonra müxtəlif ölkələrin hərbi və diplomatik nümayəndəlikləri təmsilçilərinin çıxışları olub. Mərasim hərbi keçid və Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinin nümunəvi uçuşların nümayişi ilə davam edib. Sonda Z. Həsənov müxtəlif ölkələrin nümayəndələri ilə birlikdə Şəhidlik dəftərini imzalayıb və Türk şəhidliyini ziyarət edib. Müdafiə nazirinin Türkiyəyə səfəri aprelin 25-dək davam edəcək. |
2014-04-24 | 15,653 | Ramzan Kadırov erməni “soyqırımını” tanıdı | Çeçenistan dövlət başçısı Ramzan Kadırov ermənilərin qondarma "soyqırım" günü olduğunu qeyd edib. Özünün tvitterdəki rəsmi səhifəsində Kadırov "24 aprel: erməni soyqrımının 99-cu il dönümüdür" yazıb. Bu erməni saytlarında böyük rezonans doğurub./modern.az/ |
2014-04-24 | 15,654 | "Neftçi" finaldadır | Bu gün Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunları keçirilir. "Rəvan" doğma meydanda "Neftçi"ni qəbul edib. Matçda ilk qol "Neftçi"dən gəlib - 10-cu dəqiqədə Ruslan Qurbanov fərqlənib. 17-ci dəqiqədə "Rəvan" hesabı bərabərləşdirib. Cəmi bir dəqiqə sonra Flavinyo hesabı yenidən "neftçilər"in xeyrinə dəyişib. 54-cü dəqiqədə Bertucci oyunda son nöqtəni qoyub - 1:3. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatdığından iki oyunun nəticəsinə görə "Neftçi" finala vəsiqə qazanıb. Digər görüş isə Lənkəranda keçiriləcək. Burada "Xəzər Lənkəran" ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu "Qəbələ"ni qəbul edəcək. /Trend/ |
2014-04-24 | 15,655 | Artur Rasizadə yenə sədr seçildi | Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. ARDNF-dən verilən məlumata görə, Azərbaycanın Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2013-cü il büdcəsinin icrası məsələlərinə baxılıb. Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2013-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("Praysvoterhauskupers Audit Azərbaycan" MMC) hesabatına baxaraq onları məqbul hesab edib və Neft Fondunun 2013-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması barədə qərar qəbul edib. Baş nazir A.Rasi-zadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib./ans/ |
2014-04-24 | 15,656 | Hərbi Dəniz Qüvvələrində qanun pozuntuları aşkarlanıb | Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində keçirilən yoxlamalara və həbslərə rəsmi münasibət bildirib. Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində (HDQ) həyata keçirilən yoxlamalara və həbslərə münasibət bildirib. Qurumun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğu tərəfindən HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. |
2014-04-24 | 15,657 | Rauf Mirqədirov bəyanat verdi | Dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirov bəyanat verib. Məlumata görə, bəyanatı R.Mirqədirovun vəkili Fuad Ağayev Feysbukda paylaşıb. R.Mirqədirov bəyanatda qeyd edir ki, 25 ilə yaxın jurnalist fəaliyyətində həmişə Azərbaycanın milli maraqlarına xidmət edib: "Daim hesab etmişəm ki, Qarabağ məsələsinə, Azərbaycan – Ermənistan münaqişəsinə yanaşmalarda, iqtidar – müxalifət arasında münasibətlərdə, o cümlədən həmin münasibətlərin mətbuatdakı təzahürlərində heç bir qarşıdurma olmamalıdır. Ona görə də, mənim Ermənistanın xeyrinə casusluqda ittiham olunmağımı hüquqi baxımdan hədsiz ədalətsizlik, qanunsuzluq, milli maraqlar baxımından isə xəyanət və Allah qarşısında çox böyük günahdır". Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistanın qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq layihələrinin iştirakçısı olmuş Rauf Mirqədirov aprelin 19-da tutulub. O, Ermənistana casusluq etməkdə ittiham olunur. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. /Teleqraf.com/ |
2014-04-24 | 15,658 | İlham Əliyev "Şərq Tərəfdaşlığı" sammitində | Aprelin 24-də Çex Respublikasının paytaxtı Praqa şəhərində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının növbəti Sammiti işə başlayıb. Bu Sammit "Şərq tərəfdaşlığı"nın 2009-cu ildə keçirilmiş Praqa Sammitinin beşinci ildönümünə həsr olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib. Sammit Praqa qəsrində dövlət və hökumət başçılarının rəsmi qarşılanma mərasimi ilə başladı. İştirakçı ölkələrin dövlət bayraqlarının dalğalandığı meydanda dövlət və hökumət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Çexiya Prezidenti Miloş Zeman Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycan Respublikasının dövlət himni səslənib. Daha sonra Sammitin birinci iclası keçirilib. Çex Respublikasının Prezidenti Miloş Zeman Sammiti açaraq iştirakçı ölkələrin dövlət və hökumət başçılarını salamlayıb. O, "Şərq tərəfdaşlığı" Proqramının ötən beş ildə böyük inkişaf yolu keçdiyini dedi, bu istiqamətdə görülən tədbirlərin iştirakçı ölkələri Avropa dəyərlərinə və meyarlarına daha da yaxınlaşdırdığını vurğulayıb. Çexiya dövlətinin başçısı qarşıda duran vəzifələrdən danışarkən əmin olduğunu bildirdi ki, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcəkdir. Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle "Şərq tərəfdaşlığı" Proqramının beşinci ildönümü münasibətilə təbriklərini çatdırıb. Komissar bu görüşün 2013-cü ildə Vilnüsdə keçirilmiş "Şərq tərəfdaşlığı" Sammiti ilə gələn il Riqada təşkil ediləcək növbəti Zirvə görüşü arasında bir bağlantı olduğunu diqqətə çatdırıb. Sonra müzakirələr başlayıb. "Şərq tərəfdaşlığı" Proqramı Avropa İttifaqının yeni layihələrindən biri hesab olunur. Proqram 2008-ci ilin mayında Avropa İttifaqının üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülüb. Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanı əhatə edən "Şərq tərəfdaşlığı" Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Bu proqram Avropa İttifaqına daha da yaxınlaşmağı, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməyi nəzərdə tutur, demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır. "Şərq tərəfdaşlığı" Sammiti ilk dəfə 2009-cu ilin mayında Praqada keçirilib. İkinci Sammit 2011-ci ilin sentyabrında Varşavada, üçüncüsü isə ötən ilin noyabrında Vilnüsdə təşkil edilib./AzərTac/ |
2014-04-24 | 15,659 | Elektrik cərəyanı bir nəfərin ölümünə səbəb oldu | Lənkəranda bədbəxt hadisə baş verib. Elektrik enerjisi ilə ehtiyatsız davranma ölümlə nəticələnib. Bədbəxt hadisə təqribən saat 12 radələrində Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. Kəndin ərazisində olan mobil operatorlardan (Bakcell) birinin ötürücüsündə iş görmək üçün əraziyə gələn şirkətin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Hadisə yerinə dərhal rayon polis şöbəsinin əməkdaşları gələrək araşdırmalara başlayıb. Məlum olub ki, dünyasını dəyişən şəxs Şahlar Qarabəyoğlu Nurməmmədovdur. O, ötürücünün yaxınlığındakı transformatorda elektrikin olmadığını zənn edərək ona toxunub və nəticədə hadisə yerindəcə dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Hadisə yerində olan hüquq mühafizə orqanları əməkdaşlarının sözlərinə görə dünyasını dəyişən Şahlar Nurməmmədov əslən Qusar rayon sakinidir və Cəlilabad rayonunda yaşayır. O, elektrik sahəsində təmir işləri aparan ABC şirkətinin əməkdaşıdır. Həmin şirkət də podratçı şirkət olaraq, mobil operatora (Bakcell) məxsus olan antenaların təmiri üçün müqaviləsi var. Həmin müqaviləyə əsasən də şirkət mobil operatorun antenasında baş verən qüsurun aradan qaldırılması üçün əraziyə əməkdaşını göndərib. Hər halda baş verən hadisənin səbəblərini artıq hüquq mühafizə orqanlarının əməkdaşları araşdırır. Araşdırmadan sonra baş verən hadisəyə hüquqi qiymət veriləcək./ANS/ |
2014-04-24 | 15,660 | Barak Obamadan ermənilərə ağır zərbə | ABŞ prezidenti Obama "erməni soyqırımı" ilə bağlı növbəti açıqlamasını verib. "Axar.az" xəbər verir ki, Obama bu gün 24 aprel ilə bağlı çıxışında "soyqırım" sözünü işlətməyib. Obama 1915-ci ildə qətlə yetirilənləri xatırlayaraq, Osmanlı imperiyasının son günlərində 1,5 milyon erməninin qətlinin müharibələr dövrünə təsadüf etdiyini bildirib. O, bu insanların ölümlərinin yasını tutduqlarını, dünya ölkələri kimi ABŞ-ın da onların xatirəsini yad etdiyini vurğulayıb. ABŞ prezidenti 1915-ci il hadisələri ilə bağlı düşüncələrinin dəyişmədiyini və gerçəkləri qəbul etməyin hər kəsin mənfəətinə uyğun olduğunu deyib. |
2014-04-24 | 15,661 | Avtomobili qaçıran şəxslər qəza törətdilər | Samux rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Samux-Kür yolunda baş verib. Gəncə şəhər sakinləri Daşdəmir Məmmədov və Rüstəm Məmmədov sərxoş vəziyyətdə sahibi hələ məlum olmayan "VAZ 2106" markalı avtomobili Gəncə şəhərindən qaçırıblar. Kür istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək avtomobili aşırıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmotologiya şöbəsinə yerləşdiriliblər. Hər iki xəstəyə tibbi yardım göstərilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır. /Publika.az/ |
2014-04-24 | 15,662 | Bakıda binada top mərmisi tapılıb | Bakıda döyüş sursatı aşkarlanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda inzibati binanın zirzəmisində döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən aşkarlanmış sursatın 1 ədəd təlim-tədris təyinatlı 100 mm-lik top mərmisi olduğu müəyyən olunub. Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər tərəfindən əraziyə baxış keçirilib və digər döyüş sursatları aşkar edilməyib. |
2014-04-24 | 15,663 | İsrail Fələstinlə sülh danışıqlarını təxirə saldı | İsrail Həmas ilə Fəthin razılaşmasından bir gün sonra Fələstin ilə sülh danışıqlarını təxirə salıb. "Axar.az" xəbər verir ki, İsrail Baş naziri Bünyamin Netanyahu bu gün verdiyi açıqlamada Fəth Hərəkatı ilə danışıqları təxirə saldıqlarını bildirib. Açıqlama Həmas ilə Fəthin "tək rəhbərlik" mövzusunda müqavilələrindən bir gün sonra edilib. Netanyahu bildirilib ki, Fəth Hərəkatının başçısı Mahmud Abbas artıq qərar verməlidir: "Həmas ilə uzlaşmaq, yoxsa İsrail ilə sülh? Bu ikisinin bir yerdə olması qeyri-mümkündür". Digər tərəfdən Fəth Hərəkatının rəsmilərindən Şaiq Arakat İsrailin bu hərəkətinə qarşı reaksiya verib. O, İsrailin yəhudiləri Fələstinə yerləşdirərək özünü iflasa uğratdığını bildirib. |
2014-04-24 | 15,664 | General Beydullayev gələn həftə həbs olunacaq – Özəl | "Böyük ehtimalla gələn həftə general-mayor Məmməd Beydullayevin həbs məsələsi gündəmə gələcək". Bu sözləri "Axar.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, gələn həftə keçmiş Baş İnspeksiya rəisi general-mayor Məmməd Beydullayevin həbs məsələsinin gündəmə gələ biləcəyini söyləyib: "Artıq bir neçə vəzifəli şəxsə istintaqa gəlməklə bağlı sorğu göndərilib. Ya bu, ya da gələn həftə respublika hərbi prokurorluğunda dindiriləcəklər. Böyük ehtimalla gələn həftə general-mayor Məmməd Beydullayevin həbs məsələsi gündəmə gələcək. Düzdür, Beydullayev indi öz yaxasını kənara çəkib. Mən istintaq getdiyinə görə, bəzi məqamları açıqlaya bilmərəm". Ekspert Hərbi Dəniz Qüvvələrində baş verən hadisələrlə bağlı Müdafiə Nazirliyinin məlumatlı olduğunu bildirib: "O zaman məxfi sənədlərlə bağlı yoxlama aparılıb. Bəzi çatışmazlıqlar olub. Maraqlıdır ki, yoxlamadan sonra onu aparan zabit nazirə məruzə edib. Bu günlərdə həbs olunan HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev vəzifədən azad olunub. Amma üzərindən bir gün keçəndən sonra Səfər Əbiyevin əmrini ləğv ediblər və həmin yoxlamada ortaya çıxan nöqsanları müəyyən edən şəxs Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə xidmətə göndərilib. Çox maraqlıdır ki, Hərbi Dəniz Qüvvələrində baş verən hadisələrlə bağlı Müdafiə Nazirliyinin xəbəri olub. Amma hansısa adamlar öz maraqları çərçivəsində müəyyən qanunsuzluqlara yol veriblər. Orada Beydullayevlə yanaşı digər adamlarında adı var. İndi istintaq gedir və onların adını çəksəm hər şey ola bilər". Uzeyir Cəfərov gələn həftə Səfər Əbiyevində istintaqa çağırılma ehtimalının olduğunu qeyd edib: "İstənilən halda böyük ehtimalla Səfər Əbiyevin istintaqa çağırılması gözlənilir. Şahin Sultanov bəzi məsələlərin onunla bağlı olmasını öz üzərindən atıb. Çünki bayaq dediyim məsələdə Səfər Əbiyev 1-ci dərəcəli kapitanın əmrini verib, ona görə də gələn həftə böyük ehtimalla S.Əbiyev istintaqa cəlb olunacaq. Çox maraqlıdır ki, həmin kapitan Səfər Əbiyevin zamanında vəzifədən uzaqlaşdırılıb və yenidən bərpa olunub. Amma son zamanlar onunla bağlı müraciətlərə və fəaliyyətinə yenidən nəzər salınıb. İstintaq bəzi ciddi məsələlərə aydınlıq gətirəcək". Qeyd edək ki, dünən Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanov həbs edilib. Onun barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov, HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev həbs olunub. Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb ediliblər. Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar. Dünən həmçinin general-mayor Məmməd Beydullayevdə istintaqa cəlb edilənlər sırasında yer alıb. |
2014-04-24 | 15,665 | Avropa vətəndaşlığını pulla almaq olar - Video | Portuqaliyada günəş altında yaxşı həyatı yarım milyon avroya almaq olar. Portuqaliya vətəndaşlığın pulla satın almaq mümkündür. Ölkədə yarım milyon yevroya daşınmaz əmlak alan hər bir kəs Portuqaliya pasportuna sahib ola bilər. Qızıl viza altında qanun qüvvəyə mindiyindən bəri Portuqaliya höküməti 700 belə əmlak satıb. Bəs baş verən hadisələrdən hamı razıdırmı? RT müxbiri Endryu Farmer iqtisadi fəallığı artırmaq niyyətində olan qanunun əmlak bazarında törəddiyi fəsadlardan danışır. /Azvision.az/ |
2014-04-24 | 15,666 | Kəsəmənli: "Qardaşımı şərləyib həbs edirlər" | Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli müsahibəsində qardaşı Araz Kəsəmənlinin həbsi ilə bağlı bir çox bağlı məqamları açıqlayıb. O, A.Kəsəmənlinin Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunmasından danışdı. Oxucuların marağını nəzərə alıb həmin müsahibəni təqdim edirik: - Araz nə üçün həbs olunub? - Hadisənin necə baş verdiyini deyəcəm. Hamı bilsin ki, qardaşımı səbəbsiz yerə tutublar. Hadisə qardaşım həbsxanadan azad olduqdan üç ay sonra olub. Deməli, təxminən yeddi ay öncə qardaşım, dostum və mən toya gedirdik. Elə getdiyimiz yolda bizim qarşımızı kəsib, şöbəyə apardılar. Bizi saxlayan şəxslər heç özlərini təqdim etmədilər. Şöbəyə aparıb, üstümüzü yoxladılar. Heç bir şey tapmadılar. Hadisədən bir-iki saat sonra, ayrı-ayrılıqda dostumu, daha sonra məni buraxdılar. Lakin qardaşımı buraxmadılar. - Qardaşınız hansı maddə ilə ittiham olunur? - Guya üstündə narkotik maddə var. Biz də ekspertiza tələb etdik. Ekspertiza gəlib yoxladı, qan tər-təmiz çıxdı. Günü bu gün də kim istəsə gedib yoxlatdıra bilər. Qardaşım on beş ildir ki, ibadət əhlidir. Namaz qılır. Heç siqaret də çəkmir. Məhkəmə oldu. Məhkəmə zamanı mənim də, dostumun da izahatını aldılar. Daha sonra məhkəməyə əməliyyata rəhbərlik edən zabiti gətirdilər. Onu, əməliyyat qrupunun üzvlərini dindirirlər. Təsəvvür edin, əməliyyat qrupunda olanlar deyir ki, maşında üç nəfər olublar, amma əməliyyatın rəhbərini dindirirlər, o deyir ki, qardaşım maşında tək imiş. Bu ifadəyə isə məhkəmədə hakim də dözmədi. Qayıtdı ki, niyə yalan danışırsız? Sənin işçilərin deyir ki, maşında üç nəfər olub, sən deyirsən ki, tək? Cavabı nə olsa yaxşıdır? "Belədir də". Mən anlaya bilmirəm, "belədir" ifadəsi ilə iş olar? Onların ifadələrindən sonra, söz istədim. Həmin zabitə dedim ki, qardaşım mən və dostum bir yerdə saxlanılıb, şöbəyə aparılmışıq. Qardaşımdan savayı, məndən, dostumdan izahat da alınıb. Söylədim ki, yadınızdan çıxıb, gedin sənədləri araşdırın, izahatıma rast gələcəksiniz. Çıxışımdan sonra xatırladı və yadına düşdü ki, məndən izahat alınıb. Bu qədər yalan, bu qədər haqsızlıq olar? Hakim sual verir ki, bunu nə ilə ittiham edirsiz? deyir ki, "narkotik vasitələrin külli miqdarda qanunsuz dövriyyəsi" ilə ittiham olunur. Onun bu ittihamlarına qardaşımın vəkili cavab verdi ki, "külli miqdarda narkotik vasitələrin dövriyyəsi" nə anlamına gəlir? Vəkilin sualı cavabsız qaldı. Vəkilimiz soruşdu ki, "satan yerdə tutmusan?", "Şahidiniz var?, "Ekspertiza olunub, əlində iz var?", "Qanında narkotik istifadəçisi olmağı çıxıb?" bütün suallara "yox" cavabı verdi. Vəkilimiz söylədi ki, bəs hansı haqla ittiham edirsiniz? Onu da deyim ki, qardaşım saxlanılan zaman üzərində 520 manat pul olub. Əməliyyatın rəisi gəlib deyir ki, cibində 14 manat olub. Amma qardaşımın cibində olan pulları mənə təhvil verəndə 120 manata qol çəkdirmişdilər. Proses zamanı mən sual verdim ki, qardaşımın cibində nə qədər pul olub? Dedi ki, 14 manat. Dedim ki, bəs niyə mənə 120 manata qol çəkdirdiniz? Bu anda hakim məsələyə müdaxilə edib, ona sual verdi ki, "hansı məntiqə sığır ki, toya gedən adamın cibində 14 manat pul olsun?" Cavabında deyir ki, "bəlkə qardaşı verəcək pulu". Hakimdə dedi ki, bəs bayaqdan demirsən ki, saxlananda tək olub? - Arazın məhkəmə prosesinin vaxtı da müəyyənləşib. Aprelin 25-də olacaq. Məhkəmədən nə gözləyirsiz? - Bəli, aprelin 25-i qardaşımın məhkəməsidir. Bütün media əhlini, televiziyaları həmin məhkəmə prosesinə dəvət edirəm. Gəlsinlər və məhkəmə prosesində baş verənləri lentə alsınlar. Görsünlər ki, qardaşım haqsız yerə həbs ittiham olunur. İttiham olunan sənədlərdə bircə sübut da yoxdur. Əlimizdə olan faktlarla dünyanın o başına da getməyə hazırıq. Çünki qardaşım günahsızdır. Dediyim sözlərin arxasında dururam. Demokratik və qanuni bir ölkədə yaşayırıq. Mən və o cümlədən bizim ailə Azərbaycan hökumətinin qanunlarına daim hörmət etmişik. Yenə də hörmət edirik. Sizin sayt vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edirəm. İnanıram ki, rəhbərliyin məsələyə diqqətindən sonra, haqq-ədalət öz yerini tapacaq. Bu günə qədər susmuşam, amma indi susmayacam. Kim mənə təminat verə bilər ki, qardaşımın başına gələn bu iş, sabah mənim başıma da gəlməyəcək? Allaha and olsun ki, mən ədalətin tərəfindəyəm. Qardaşımdı deyə tərəf saxlamıram. Günahı olsa idi, cəzasını çəkməyini istəyərdim. Amma qardaşım yanımda ola-ola onu tutub, narkotik dövriyyəsində ittiham etmək, bu haqsızlıqdır. Allah şahiddir ki, bu insanın günahı yoxdur. - İttiham olunmadan öncə kiminləsə mübahisəsi, düşmənçiliyi yox idi ki? - Bu adam on beş il həbsdə yatıb. Üç ay idi azadlığa çıxmışdı. O üç ayın bir ay yarımını ikimiz Qazaxda istirahət etmişik. Bakını, yaşadığımız məhəlləni də yaxşı tanımır. Harasa getmək lazım olanda deyirdi ki, "Rəşad məni bir az buralarda gəzdir". Sözümün canı odur ki, şəhəri yaxşı tanımır. O, tək heç yana getməyib. Onun heç kimlə problemi də olmayıb. Dindar, namaz qılan adamdı. Özü də subaydır. Birdə onu deyim ki, Arazın immuniteti aşağıdır. Hətta hazırlaşırdı ki, ailə həyatı qursun, amma alınmadı. Onu sevib-seçdiyi xanım dörd-beş il idi ki, onun yolunu gözləyirdi. Gözləyirdi ki, qardaşım azadlığa çıxsın, ailə qursunlar. Amma azadlığa çıxandan üç ay sonra yenidən həbsxanaya apardılar. İndi qızın gözü yaşlı qalıb, qardaşımın yolunu gözləyir. Biz qızın ailəsinə nə deyək? Olmaz axı bu cür haqsızlıq. Vallah günahdır. Səbəbsiz yerə qardaşım içəridə yatır. - İttihamlara Arazın özü nə deyir? - Açığını deyim. O, məhkəməni gözləyir. Hər şeyin ədalətli olacağına inanır. Bir də onu deyim ki, əgər ona həbs qərarı versələr, o elə özünü məhkəmədə asacaq. Nə qədər ibadət əhli olsa da, mənə dedi ki, həbs qərarı olsa, "Allah keçsin günahımdan" . Baxın, sonra deməyin ki, demədi. Araz hər şeyi qabaqcadan deyib. Həbs qərarı verilsə, həyatda olmayacaq /Lent.az/ |
2014-04-24 | 15,667 | Metropoliten reklam şirkətlərilə müqaviləsiz işləyib? | "Metropoliten reklam şirkətlərinin müqaviləsini pozursa, bu, ciddi qanun pozuntusudur". Bu sözləri "Axar.az"a iqtisadçı ekspert Samir Əliyev Bakı Metropolitenində reklam lövhələrinin qadağan edilməsi ilə bağlı yaranmış suallara aydınlıq gətirərkən bildirdi. Onun fikrincə, burada hüquqi məsələlər var: "Reklam müqavilələri birdəfəlik bağlanmır. Müddətlə bağlanıb. Bunun təxmini sxemi belədir ki, reklam şirkəti ilə metropoliten arasında müqavilə imzalanır və yerlər kirayə götürülür. Bundan sonra o öz reklamını yerləşdirir. Əgər rəhbərlik metroda reklamı qadağa edirsə, bu zaman reklam şirkətlərinin müqavilələrini nəzərə almalıdır. Təbii ki, bu varsa. Metropolitenin bu işi müqavilə əsasında hüquqi müstəvidə həll edib-etmədiyini deyə bilmərik". S.Əliyevin sözlərinə görə, ola bilməz ki, metroda reklam yerləşdirən bütün şirkətlərin müqaviləsi eyni anda bitmiş olsun: "Əgər eyni vaxtda bütün reklam lövhələri birdəfəlik yığışdırılırsa, bu onu deməyə əsas verir ki, metropoliten şirkətlərlə müqaviləsiz işləyib. Təbii ki, müqavilə ola da bilər. Lakin heç bir halda minlərlə reklam şirkətinin müqaviləsi eyni vaxtda bitə bilməz. Absurd bir şeydir bu. Əgər müqavilə olduğu təqdirdə metropoliten bunu nəzərə almayaraq bütün reklam lövhələrini ləğv edibsə, bu artıq ciddi qanun pozuntusu deməkdir". Ekspert əlavə edir ki, belə qanun pozuntusu qeydə alınıbsa, həmin şirkət məhkəməyə müraciət edərək iddia qaldıra bilər: "Metropoliten reklam müqaviləsinin şərtlərinə riayət etmir. Əlbəttə, əgər belə müqavilə varsa. Çünki Azərbaycanda adətən belə işlər şəxsi münasibətlər əsasında, müqaviləsiz həyata keçirilir". Qeyd edək ki, Bakı Metropolitenin rəisi dəyişdikdən sonra metrodakı ticarət obyektləri və reklam lövhələri qadağan edilib. |
2014-04-24 | 15,668 | Şeyx görüş keçirdi | Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 24-də Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başkanının müavini prof. dr. Mehmet Əmin Özavşarı və onu müşayiət edən nümayəndə heyətini qəbul etmişdir. "Axar.az" Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində Diyanet Başkanlığı xarici əlaqələr şöbəsinin müdiri Prof. dr. Mehmet Paçaçı və Diyanət İşləri Başkanının Quran Mətnlərinin şərhi və Qiraəti qurumunun rəhbəri Hafiz Osman Şahin Şeyxülislam A. Paşazadənin qəbulunda oldular. Qardaş ölkənin təmsilçiləri Qafqazın mənəvi mərkəzi olaraq dəyərləndirdikləri Azərbaycana səfərə hər zaman böyük önəm verdiklərini bildirdilər. Şeyxülislam A. Paşazadənin dini lider olaraq Azərbaycan-Türkiyə mənəvi əlaqələrinin inkişafına verdiyi töhfələri xüsusi vurğulayan qonaqlar QMİ ilə Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başkanlığı arasında əlaqələrin yüksək səviyyəsindən razılıqlarını bildirdilər. Səmimi şəraitdə keçən görüşdə həmin əlaqələrin bundan sonra da qorunub saxlanılması, qardaş xalqlarımızın ümumi mənafeləri naminə daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlər müzakirə olundu. Görüşün sonunda xatirə hədiyyələri təqdim olundu |
2014-04-24 | 15,669 | Jirinovski Türkiyəni top atəşinə tutdu | Rusiyada yaşayan ermənilər "erməni soyqırımı" ilə bağlı Moskvanın mərkəzində etiraz aksiyası keçirib. "Axar.az" xəbər verir ki, Moskvanın Krasnaya meydanında təşkil edilən nümayişə təxminən 300 nəfər qatılıb. Nümayişdə Vladimir Jirinovski də iştirak edib. Jirinovski 1915-ci ilə hadisələri ilə bağlı kəskin fikirlər səsləndirib: "Heç bir şey unudulmayacaq və bağışlanmayacaq. Türkiyənin Avropada yeri yoxdur. Mən bir ay əvvəl Türkiyədə idim. Prezident və millət vəkilləri ilə görüşdüm. Onlar soyqırımı tanımağa qorxurlar". Jirinovski həmçinin bildirib ki, "erməni soyqırımı"nın 100 illiyini Rusiya Dumasında təşkil etmək lazımdır. Aksiyada Azərbaycan və Türkiyə əleyhinə də şüarlar səsləndirilib. |
2014-04-24 | 15,670 | Kəmaləddin Heydərov Qəbələyə gedir - Görüş | Aprelin 28-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda yalnız Qəbələ, Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, 28 may küçəsi, 40), digər məsələlərlə bağlı isə Fövqəladə Hallar Nazirliyinin Simal - Qərb Regional Mərkəzinin inzibati binasında (ünvan: Qəbələ şəhəri, Elçin Kərimov küçəsi, 46) keçiriləcək. Vətəndaşların qeydiyyatı müvafiq olaraq Qəbələ rayon Mədəniyyət Mərkəzində və Simal - Qərb Regional Mərkəzinin inzibati binasında 27 aprel 2014-cü il tarixində saat 09:00-dan başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. |
2014-04-24 | 15,671 | Prezident Praqada gürcü həmkarı ilə görüşdü | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Praqada Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından razılıq bildirilib, yüksək səviyyəli regional əməkdaşlığın bu əlaqələrə töhfə verdiyi qeyd olunub. Enerji sahəsində əməkdaşlığın uğurlu olduğu vurğulanıb. Azərbaycan ilə Gürcüstan arasında turizm, mədəniyyət, təhsil, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edilib. Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. /AzərTac/ |
2014-04-24 | 15,672 | Putin: "Mən jurnalist olsaydım..." | Rusiya prezidenti Putin bu gün jurnalistlərlə görüşü zamanı bu peşə sahibləri ilə ünsiyyətdə olmağı sevdiyini dilə gətirib. "Axar.az" "RİA novosti" agentliyinə istinadən xəbər verir ki, Putin çıxışında jurnalistlərin ekspert kimi məsələyə münasibət bildirib, konkret sual verə bilməsini yüksək qiymətləndirib. "Əgər mən jurnalist olsaydım, hər hansı bir sahəni tam öyrənib orda özümü ekspert kimi yetişdirərdim. Çünki ancaq belə bir jurnalistlə danışmaq maraqlıdır. Əks halda adi və sadə xəbəri indi internet vasitəsi ilə də asan almaq olur" |
2014-04-25 | 15,673 | Fanatı məşhur müğənnini ölümdən qurtarıb | Dünən günorta 3 radələrində məşhur müğənni Keti Peri ölümdən dönüb. "Axar.az" xəbər verir ki, müğənni diqqətsizliyi ucbatından yola fikir verməyərək keçmək istəyəndə az qala "Hunday" maşını onu əzəcəkmiş. Ancaq xoşbəxtlikdən Ketiyi qolundan tutub arxaya çəkən bir fanatı onun həyatını xilas edib. |
2014-04-25 | 15,674 | Kerri Ərdoğanın başsağlığını "təəccüblü" adlandırdı | ABŞ Dövlət katibi Con Kerri Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı mesajı haqqında açıqlama verib. "Axar.az" xəbər verir ki, Kerri bu barədə öz Tvitter hesabında yazıb: "Dualar və düşüncələr bu gün ermənilərlə birlikdədir. Baş nazir Ərdoğanın təəccüblü mesajı qlobal qanunları təsdiq edir". |
2014-04-24 | 15,675 | Şoyqunun müharibə açıqlaması rublu iflic etdi | Ukrayna ətrafında baş verən hadisələr Moskva birjalarında rublun dəyərini rekord səviyyədə minimum həddə gətirib. "Axar.az" xəbər verir ki, Rusiya Müdafiə naziri Serqey Şoyqunun bu gün veridiyi bəyantlar isə rus iqtisadçılarının vəziyyətini daha da ağırlaşdırıb. İlk dəfədir məsələnin gərginliyini Rusiyanın aparıcı informasiya saytları da etiraf etməkdədir. Hazırda 1 ABŞ dollarının dəyəri 35,755 rus rublu civarında dəyərləndirilir. Analitiklərin açıqlamasına görə, rublin dəyərdən düşməsi bu gün axşam saatlarında baş verib. Xatırladaq ki, bir neçə saat bundan öncə Ukrayna hərbçilərinin apardığı hərbi əməliyyatlar zamanı Rusiyanın Müdafiə naziri Serqey Şoyqu Kiyevi hədələyən bəyanatlar vermişdi. |
2014-04-24 | 15,676 | Ərdoğanla Gül təcili görüşdü | Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ilə Türkiyə prezidenti Abdullah Gülün maraqla gözlənilən təcili görüş Çankaya iqamətgahında gerçəkləşdirilib. Məlumata görə, təxminən bir saat davam edən görüşlə bağlı heç bir açıqlama verilməyib. Prezident seçkiləri öncəsi mətbuata gizli gerçəkləşdirilən görüş barədə ilk məlumatı dünən baş nazir Ərdoğan vermişdi: "Biz görüşlərimizə davam edirik, sabah axşam bir görüşümüz var, amma bu mövzu ilə əlaqədar son görüşümüz deyil. Yekun danışıqlarımız mənim müşavirələrimin bitməsindən sonra olacaq", - deyə Türkiyə baş naziri vurğulayıb. /ANS/ |
2014-04-25 | 15,677 | Sarkisyan Ramil Səfərovu öldürmək əmri verib - Şok | Erməni yazar Aykazn Qaqriyan bu gün qondarma erməni soyqırımı ilə bağlı yazı dərc edib. "Axar.az" xəbər verir ki, yazıda dünən İrəvanda qondarma soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş mitinqdən bəhs olunub: "Ənənəyə uyğun olaraq dünən Türkiyə bayrağı yandırılıb. Onunla yanaşı böyük pullar hesabına Ramil Səfərovu Bakıya ekstradisiya edən Macarıstanın da bayrağı yandırlıb. Məlum olub ki, bu əməliyyatda Rusiya da iştirak edib. Amma nədənsə Rusiyanın bayrağı yandırılmayıb. "Ramil Səfərovu qəhrəmanlaşdırdılar. Serj Sarkisyanın Qorik Akopyana xüsusi tapşırıq verməsinə baxmayaraq o, hələ də sağdır". Müəllifin bu yazısından görünür ki, Ermənistan rəhbərliyi öldürülmüş zabitinin intiqamını almaq niyyətindən əl çəkməyib. Prezident Serj Sarkisyanın Ramil Səfərovu öldürmək üçün əmr verməsi bunun bariz nümunəsidir. |
2014-04-25 | 15,678 | Zakir Sadatlını qonaq kimi çox gözləmişəm... | Cəlilabadda yaşayan yazıçı Meyxoş Abdullahın qapısını döymək qərarına gəldim. "Anakonda ovu", "Alagöz", "Əsir qadın" və digər əsərləri ilə çoxunun qapısını döyən yazıçının qapısını döymək istədim. Amma dəqiqləşdirmək lazım gəlirdi, görəsən evdədirmi? Telefon açdım. Məlum oldu ki, yas yerindədi. Şair Əlövsət Tahirli ilə birlikdə evə gedir. Ona Bakıdan zəng vurduğumu demişdim. Artıq yarım saatdan sonra Meyxoşun darvazasının qarşısındaydım.Qapını döyürəm. Meyxoş özü açır: - Bəs Bakıda deyildin? -Sonra üzünü Əlövsətə tutur: -Sənə demədim ki, bu zəng edibsə, bizi hansısa sürpriz gözləyir? Həyətdə xeyli söhbət edirik. Meyxoş müəllimin böyük təsərrüfatı var. Tofiq Bayramın sözünü yada salırıq; həyətdə çəpərə alınmış geniş ərazidə qaçışan toyuq–cücəni göstərib "hara qaçırsız, ay dünyanın səyyar zakuskaları" deyirik. Yuxarı qalxırıq. Meyxoş müəllimin geniş, rahat evinin artırmasında çay süfrəsi artıq hazırdır. Evin sahibəsi Mənzər xanımın özünün hazırladığı mürəbbələrdə stolun üstündədir. Qəfil qonaq qəfil ölüm kimidir Söhbətimiz çay süfrəsinin arxasında davam edir. Meyxoş müəllim oğlunun Kərbəla ziyarətinə getməsindən danışır. Söhbət zamanı məlum olur ki, ailədə özündən başqa hamı namaz qılıb, oruc tutandır. Özü bu ayinlərə riayət etməsə də, inanclı adamdır. Əlövsət Tahirli bu məqamda Meyxoşla bağlı bəzi detalları açıqlayır: -Meyxoşla niyə dostluğum tutdu, bilirsənmi? Bu insanın dəqiqliyi məni həmişə valeh edib. 30 ildən çoxdur ki, onunla dostam... Qəfil qonağı olduğum yazıçıdan çoxdandır sosial şəbəkədə görünmədiyinin səbəbini soruşuram. - Orada hər şey sanki ütülü vəziyyətdədir, münasibətlər, davranışlar qabaqcadan hazırlanmış kimi görünür. Saxtalıq hiss edirəm. Mən xalqı əvvəlki formada görmürəm. Elə bunlara görə Feysbukdan çıxdım. Tanıdığım insanları əvvəlki vəziyyətdə, necə var, elə o cür görmək istəyirdim, gördüm ki, yox e. - Meyxoş müəllim, qəfil qonağın oldum, yəqin ki, narahat etdim. Qəfil qonağa münasibətin necədir? - Qəfil qonaq qəfil ölüm kimidir. Qəfil gələn ölümdə necə ki, vəsiyyətini deyə bilmirsən, halallıq ala bilmirsən, bax gözlənilmədən gələn gəliş də adama ani olaraq o hissi yaşadır. Amma qonağı qarşılamaq, yola salmaq adətimizdir. Bundan nigaran deyiləm... - Pərəstişkarların kifayət qədər çoxdur. Kitablarını oxuyurlar, haqqında yazırlar. Onlarla görüşməkdən qorxursan ki? -Yox Faiq, o qədərdə deyil, amma dediyindəhəqiqət var. Misal üçün, məni həyatda elə vəziyyətdə görüblər ki, inanmayıblar bu mənəm. Yəni mən halal zəhmətlə uşaqlarımı böyüdürəm. Qaldı ki, kifayət qədərolmasa da, ədəbi mühitdə tanınıram. Əlövsət zəng edəndə ürəyim üzülür ki, kimsə ölüb - Çox xoş oldu ki, Əlövsət Tahirli ilə birlikdə tutdum səni. Deyirlər, Cəlilabad ədəbi mühiti arasında soyuqluq var, bu, doğrudurmu? - Səmimi deyim, Əlövsətlə, Əlirza Həsrətlə biz tez-tez görüşürük. Əlövsətlə görüşlərimiz həmişə yas məclislərinə təsadüf edir. İnan, bundan zəng gələndə ürəyim üzülür, hiss edirəm ki, kimsə rəhmətə gedib. Bu gün də elə yaxın dostumuzun-qardaşımızın hüzründən gəlirik. Əlövsət dillənir: -Amma bu dəfə fərqli oldu. Meyxoş müəllim zəng edib, hüzrə dəvət etdi məni. Meyxoşun sözünə qüvvət, sənin sualına cavab olaraq deyim, hər bir yazarın yazdıqları ilə şəxsiyyəti üst-üstə düşməlidir. Yazıçını əsərlərində tanıyıb, onu bütləşdirənlər, yazıçını bəzən şəxsən tanıyanda təəssüratlarında yanılır. Meyxoş sözü və özü bir olan yazıçıdır. Oxucu bəzən yazarı əsərinə görə tanıyır, kürəyində onun hənirtisini hiss edir. - Meyxoş, sən arxa olmağı bacarırsan, hənirtini hiss etdirirsən? - Mən bir qədər fərqli fikirdəyəm, düşünürəm ki, əgər görünürəmsə, tanınıramsa, demək, bir boy aşağı düşürəm. Əzab çəkirəm. -Niyə elə düşünürsən? - Düzdür,məni tanıyırlar, hörmət edirlər, amma elə bilirəm ki, xırdalanıram. Həm də fikirləşirəm ki,bir yerə gedərəm, həmin yerdə nəyi isə görüb iradımı bildirərəm və bukiminsə xoşuna gəlməz. Susmağa üstünlük verirəm. Qorxuram ki, danışam, düz anlanmaya. - Sokratın sözüdür, danış, bilim ki, kimsən. Qorxun odur ki, səni şəxsən tanıdıqdan sonra haqqında yanlışlığa yol verdiklərini düşünərlər? - Belə də olur, bəzən. - Belə düşünmək olarmı, sən yazanda fikirləşibsən ki, oxucu görəsən bu yerdə nə deyəcək? Məndə belə təəssürat yaranır ki, sən hər hansı bir əsəri yazanda gözünün qabağınaoxucuları, yaxud konkret kimi isə gətirirsən. - Yox, razılaşmıram, məndə bu belə deyil... -Mən axı sənin danışığından belə tutdum. - Tuta bilərsən, Faiq. Mən hər hansı bir əsəri yazanda kiminçünsə yazdığımı deyiblər, düzdür. Səndə, elə məndə bilirik ki, hansı yazı məqsədli şəkildə yazılıbsa, bunun uğuru olmur. Mən tam əmin eləyim ki, yazdığım bütün yazıları çap üçün yazmıram. Elə bilirəm, mənim yazdıqlarım hec vaxt oxunmayacaq. Düşünürdüm ki, sandıq ədəbiyyatı olaraq qalacaq. Nəyi necə yaşamışımsa, hiss etmişəmsə elə də yazmışam. Ona görədə müəyyən qədər uğur əldə edə bilmişəm. Hər kəs öz içindən keçəni, yaşadıqlarını yazmalıdır. Sən məni durduğum yerdə qana salmaq istəyirsən - Evin xanımı səndən nə vaxt inciyir, evə gec gələndə, ya heç gəlməyəndə? - Bu söhbət, bilirsən, hamının dərdli, bəlalı yeridi. Mən bilirəm Faiq, sən məni durduğum yerdə qana salmaq istəyirsən. Amma tam səmimi olaraq deyirəm, çünki sən məni tanıyırsan, müəyyən qədər münasibətimiz olub. Səntək qarşındakı müsahibinlə işini bitmiş hesab etmirsən. Mənə qədər çoxlu insanlarla görüşdün, yazdın. Acıq deyim ki, bəlkə ədəbiyyatımızda sənin kimi səmimi qəlbdən müsahibə götürən, yazan ikinci yazıçı-jurnalist tanımadım. Təbii ki, qadınların hamısının xislətindəqısqanclıq hissi var. Nəqədər özünü ağır aparasan, nə qədər də hərəkətlərinə sədd qoyasan, yenədə qadın qısqanmalı, qadın soruşmalıdır. O analıqdan irəli gəlir. Sevgidən irəli gəlir. Amma bu söhbət hər yerdə olduğu kimi elə mənimdə, evində narahatçılığına səbəb olur. Sözsüz ki, olur. Təbii ki, maraqlanırlar haradaydım. Olur bizim evə çox qonaqlar gəlir. Qonaqlarımın arasındazərif məxluqlar da olur. Onlarıngedişindən sonra evdə narahatçılıq olub. Mən bilirəm, sənin açıq suallarında olacaq, bunu gözləyirəm. Gecə ailə yatandan sonra -Sən hadisələri qabaqlama.Ümumiyyətlə, sən xəyanətə pis baxmırsan. Çünki ömrü boyu sən xəyanətkar olmusan. - Yazı-pozu adamına elə bil ki, xəyanət xarakterik haldı. Bu sualın cavabını dəqiq verən yazarlarda olub. Bunu "ilham pərisi" adlandıranlarda var. Vaxtı ilə "dostluq elədiyim" çox sayda adamların indi heç biri qalmayib. - Sən "Əsir qadın"ı, "Alagöz"ü, "Anakonda ovu"nu yazanda buna nə ilham pərisi? - Bilirsən, gecə ailə yatandan sonra gəlir yazmaq təbim. Əsir qadının başına gələnləri yazmaq üçün ilham pərisi necə gələ bilər, deyirsən? Sən şeirlərini yazarkən şən, sevgi pərisi gəlirsə, belə yazılara da qəm pərisi gəlir də. Elə yazılarım var ki, mən onu yazanda, o hissləri yaşayib hönkür-hönkür aglamışam. Həmin anda mənim hiçqırığıma nə ailə, nə dost, nədə bir başqası hay verib. Çiyinlərimdə sanki bir qəm pərisi oturub. Mənə o qəmli notları diktə edib. Çömçəquyruqları elə çömçəquyruğu olaraq qalacaq - Doğurdanmi balıq dəryada böyüyür? - Ramilə Qurbanlını tanıyırsan? Təxminən oda belə bir sual vermişdi, balıq dəryada böyüyər, əyalətdə nə gəzirsən. Cavab vermişdim ki, balıq dəryada böyüyür, bu düzdü. Amma o qədər çömçəquyruqları var ki, nəinki dəryaya, aparıb okeana da atsan, elə çömçəquyruğu qalacaq. Bu baxımdan yaxşı yazar harada olsa əsərini ortaya qoyacaq.O da düzdür ki, əyalətdə yaşamaq bir qədər gec tanınmağına, oxunmağına səbəb ola bilər. - Sənin hansısa əsərinə film çəkilmək söhbəti oldu bir ara... - "Azərbaycanfilm" kinostudiyasından zəng etdilər. Görüşdük. "Alagöz" povestimə tammetrajlı film çəkəcəklərini dedilər. Anlaşdıq, müqavilə imzalandı, qonorar təsdiq olundu, ssenari yazıldı və yarımçıq qaldı. Bu 2008-ci ildə oldu. "Əsir qadın" romanım haqda isə Moskvada yaşayan şair Afaq Şıxlı müsahibələrinin birində demişdi ki, qızımla tərcümə edib, rus dilli oxuculara təqdim edirik. Yəqin ki, bu yaxınlarda tamamlayarlar. Zakir Sadatlını qonaq kimi gözləmişəm - Ən çox kimi arzulamısan, qonağın olsun? -Faiq, ən çox arzuladığım adam, yolunu gözlədiyim qonaq mərhum yazıçımız Zakir Sadatlı olub. Mənə özü demişdiki, gəlib üç gün qonağın olaram. O, xəstə olan vaxtı daha çox isinişmişdik bir-birimizə. Çox duyumlu insan idi. Mənə demişdi ki, sən mənim üçün Cəlilabadın istinad nöqtəsinə çevrilirsən. Həmdə Əfqanıstan döyüşçüsü idi. Onun o sözü mənim o qədər xoşuma gəldiki. Onu çox arzuladım. Ölümü mənə çox təsir elədi. Allah rəhmət eləsin.Bir də Elman Tovuzun sağalmasını, qonağım olmasını arzulamışam. - Qonaq getmək istəsən kimə gedərsən? - Sözün düzü, deyim ki, mən Bakıya gələndə sizə qonaq düşmək istəmişəm. Səni çox istəyirəm. Biz cəlilabadlılar hamımız səni çox istəyirik. Amma sən heç qonaq dəvət etməmisən... - Qəfil qonaq gəlmək lazım imiş... |
2014-04-25 | 15,679 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında aprelin 25-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyinin güclənəcəyi ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 9-13, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 25-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 14-24, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, şimal küləyinin tez-tez güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Gözlənilən hava şəraiti haqqında məlumat aprelin 25-dən 28-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, küləkli olacağı, 25-də gün ərzində, 26-da axşam və 27-də şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu aprelin 25-də 13-17, 26-da 15-20, 27-də 13-16 dərəcə isti təşkil edəcək. Bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. |
2014-04-25 | 15,680 | Senator: “Biz Rusiyanı dayandıracağıq” | "Rusiyanın mövqeyi nəinki Ukraynaya, eyni zamanda, bütün sivilizasiyaya təhlükə törədir". "Axar.az" xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov ABŞ senatının Silahlı Qüvvələr komitəsinin sədri Karl Levinlə görüşü zamanı söyləyib. Onun sözlərinə görə, ukraynalılar öz ölkələrini müdafiə eləməyi bacarır: "Biz onların hərəkətlərinin qarşısını alaraq öz xalqımızı müdafiə edəcəyik. Yüz minlərlə ukraynalı ölkəsini müdafiə etməyə hazırdır". Komitənin sədri Karl Levin isə öz növbəsində ABŞ-ın hər zaman Ukraynanı dəstəkləyəcəyini bildirib: "ABŞ xalqı Ukrayna hökumətinin hərəkətlərini bəyənir və dəstəkləyir. Biz Rusiya Federasiyasının aqressiv planlarına qarşı həll yolu tapacağıq". |
2014-04-25 | 15,681 | Fazil Qəzənfəroğlu ilə Niyaməddin Orduxanlının söz dueli | Millət vəkili Fazil Qəzənfəroğlu ilə BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı arasında sosial şəbəkədə başlayan mübahisə maraqlı reaksiyalara səbəb olub. "Axar.az" xəbər verir ki, hər şey N.Orduxanlının bu statusundan başlayıb: "Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ermənilərin uydurma soyqırımına münasibət bildirdi və dolayısı ilə də olsa bu "soyqırımı" tanıdı. Baş nazirin 1915-ci ildə həlak olan ermənilərin nəvələrinə başsağlığı mesajı verməsi buna bariz nümunədir. Biz onsuz da Türkiyə Cümhuriyyətinin Prezidenti Abdulla Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın ermənilərə olan sevgisini bilirdik. Məhz bu sevginin nəticəsidir ki, AKP hakimiyyəti bu gün Ermənistanla ticarət əlaqələrini genişləndirib və həmin ölkədən Türkiyəyə iş dalınca gedən ermənilərə hər cür şərait yaradılıb... İndiki vəziyyətdə Ərdoğanın bu mövqeyini daim müdafiə edən BQP sədri, millət vəkili Fazil Mustafanın münasibəti neçə olacaq? Bəziləri Fazil bəyi nurçu adlandırır. Mən isə heç vaxt onu nurçu hesab etməmişəm. Fazil bəy BQP-çidir..." Fazil bəyin reaksiyası özünü çox gözlətməyib: "Niyaməddin bəy, yazıb xahiş etdim, bundan sonra Ərdoğan hansısa açıqlama verəndə mütləq Sizin rəyinizi öyrənəndən sonra hərəkət edəcək! Dəyərli tövsiyələrinizi Türkiyə Cumhuriyyətinin Baş nazirindən əsirgəməyəcəyinizi düşünürəm". N.O.: "Fazil bəy, onsuz da eşidən deyil. Nahaq əziyyət çəkmisiniz. Mənə bu gün sizin münasibətiniz daha vacibdir, nəinki ermənilərdən üzr istəyən Ərdoğanın... İndi siz deyirsiniz ki, Ərdoğan düz edib, üzr istəyib?!" F.Q. "Mən də gərək münasibət bildirməzdən öncə sizdən məsləhət alardım. Ümumiyyətlə bir ölkənin baş nazirini təhqir etmək yanlış bir addımdır". N.O. "Kim sizə dedi ki, niyə bunu demisiniz? Və niyə bu qənaətə gəlmisiniz ki, buna görə bizdən məsləhət almalısınız? Sizinlə tam razıyam ki, nəinki baş naziri, adi vətəndaşı da təhqir etmək olmaz. Molla sözünü təhqir hesab edirsiniz? Ərdoğanın Azərbaycanla bağlı son illərdə apardığı siyasətə nəzər yetirəndə bizim Azərbaycan dövlətinin daha çox təhqir olundugunu görürük. Ermənistanla sərhədləri açmağa cəhd, hər il Türkiyə ilə Ermənistan arasında milyonlarla dollarlıq ticari əlaqə, Azərbaycan bayraqlarını Türkiyədə zibil qutularına yığmaq. İndi də ermənilərdən üzr istəmək..." F.Q. "Nə isə. Yanlış bir müzakirə açmısınız. Bu mövzuda öz fikirləriniz varsa, onu açıqlayın. Başqalarının düşüncələrini sorğulamaq doğru davranış sayılmaz. Hər halda, hesab edirəm ki, Ərdoğanın apardığı siyasət Azərbaycanı təhqir etsəydi, Azərbaycan Prezidenti onunla bu qədər səmimi münasibət qurmazdı". N.O. "Fazil bəy, BAXCP uzun müddətdir ki, bu fikiləri qabardır və öz etirazını bildirir. Bu elə bizim fikirlərimizdir. Hər kəsin münasibətinə də birbaşa hörmətlə yanaşmışıq. O cümlədən də sizin. Mən isə hesab edirəm ki, Qarabağ Ermənistanın işğalında ola-ola hər il Türkiyənin milyonlarla ticarət qurması bizim millətə təhqirdir... Və erməni nəvələrindən üzr istəməsi isə bütövlükdə TÜRK millətinə qarşı həqarətdir!" F.Q. "BAXCP-nin Türkiyə ilə bağlı mövqeyinin əksər məqamlarını bölüşmürəm, ancaq hörmətlə yanaşıram. Qarabağ üçün özümüz lazım olanı etsək, Türkiyəni də bu qədər qınamarıq. Hər dövlətin öz yanaşması var və məncə Azərbaycan öz üzərinə düşəni etməyə çalışmalıdır". N.O. "Fazil bəy, yazırsınız ki, prezident İlham Əliyev Türkiyənin Baş naziri ilə səmimi münasibət qurur. Prezident İlham Əliyev Azərbaycan Respubikasının Prezidentidir. O, Rusiya Prezidenti Putinlə də, ABŞ Prezidenti Barak Obama ilə də səmimi münasibət qurur və bu başa düşüləndir. Axı siz müxalifət partiyasının sədrisiniz. Siz niyə Ərdoğanı yorulmadan və dayanmadan müdafiə edirsiniz?! Sizi Ərdoğanla nə bağlayır? Niyə bu dərəcədə Ərdoğanın müdafisəsi ilə bağlı yazılar yazırsınız? Ola bilərmi ki, siz Türkiyədə yaşayan zamanlarda Ərdoğan hakmiyyətinin sizə köməyi dəyib? Maddi dəstəkdən tutmuş, mənəvi dəstəyə qədər... Bir də niyə molla Ərdoğan sözünü təhqir hesab edirsiniz?" |
2014-04-25 | 15,682 | NATO Rusiyaya layiqli cavab verməyə hazırdır - Video | NATO Avropada iştirakını genişləndirərək, Rusiyanın hücumlarına cavab verməyə hazır olduğunu açıqlayıb. "Axar.az" xəbər verir ki, qurumdan Rusiyanın həmlələrinin diqqətdə saxlandığı bildirilib. Alyans Ukrayna hadisələri ilə əlaqədar artıq real hərəkətlərə keçib. Alyans hərbçiləri Polşaya gətirilib. Qurumun digər təmsilçisi olan Almaniya isə 5 miyonluq müqaviləni donduraraq, Rusiyaya hərbi təsnifatlı malların satışını dayandırıb. Qeyd edək ki, hələ dünən Rusiyaya məxsus bombardmançı təyyarələrin NATO-ya üzv ölkələrin hava məkanlarını pozması barədə xəbər verilimişdi. Doğrudur, qarşı tərəf bunu təkzib etsə də, Alyans üzvləri rusların verdiyi vədlərə inanmadıqlarını açıqlayıblar. Elə bu üzdən də Avropaya hərbi bölmələr gətirilir, onların sayı artırılır. Xatırladaq ki, NATO-nun hazırlığı ilə əlaqədar Ukraynanın mərkəzi kanalları geniş süjetlər hazırlayıblar. |
2014-04-25 | 15,683 | Yol polisidən gecəyarı xüsusi əməliyyat | Dövlət Yol Polisi gecə saatlarında "Azneft" dairəsindən Bakı Bulvarına doğru istiqamətdə reydlər keçirməyə başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobillər saxlanılaraq onların dövlət nömrə nişanları texniki pasportları ilə tutuşdurulur. Reydin xüsusi tapşırıq əsasında məmur övladarı ilə bağlı keçirildiyi iddia olunur. Qeyd edək ki, mətbuatda bir neçə gündür məmur övladlarının eyni nömrə nişanlı avtomobillərdən istifadə ilə avtoşluq etdiyi barədə ardıcıl xəbərlər yayılır. Dövlət Yol Polisi İdarəsi də məsələ ilə bağlı mediaya mövqeyini açıqlayıb və belə halların yolverilməz olduğunu qeyd edib. Bu gün gecəyarı qəfil reydlərin başlanmasının də məhz bu məsələ ilə bağlı olduğu istisna deyil. /Qaynar.info/ |
2014-04-25 | 15,684 | Turçinov Rusiyanı hədələdi: "Ordunu geri çək" | Ukrayna prezidenti Aleksandr Turçinov Rusiyadan ordusunu geri çəkməsini tələb edib. "Axar.az" xəbər verir ki, Turçinov Ukraynanın separatçılara boyun əyməyəcəyini və Rusiyanın sərhəddəki əsgərlərini geri çəkməsini tələb edib. Ukrayna prezidenti separatçılara qarşı aparılan əməliyyatlardan sonra dövlət televiziyasından xalqa səslənib: "Ukrayna təhlükəsizlik qüvvələrinin terrorla mübarizədə atdığı uğurlu addımlardan sonra Rusya ölkəmizin şərqində sərhədə əsgərlərini toplayıb. Ölkəmizin təhlükəsizliyinə təhdid olan bu birliklərə qarşı əməliyyatlar davam edir". Ukrayna təhlükəsizlik qüvvələri Slavyanskdan başqa Maripulda da əməliyyatlar aparıb və şəhərdə nəzarəti ələ alıb. Turçinov qeyd edib ki, Ukraynanın uğurlu əməliyyatlarından sonra Rusiyanın 40 minlik ordusu şərq sərhədlərində hərbi təlimlərə başlayıb. |
2014-04-25 | 15,685 | Tovuzda təmas xəttində mina partlayıb | Tovuzun Əlibəyli kəndində iri buynuzlu mal qara minaya düşüb. "Axar.az"ın APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə hadisə bu gün Tovuz rayon Əlibəyli kəndi ərazisində, Ermənistanla təmas xəttində baş verib. Güclü partlayış baş verən zaman əvvəlcə sakinlərdən kiminsə minaya düşdüyü ehtimal edilsə də sonradan müəyyən olunub ki, Əlibəyli sakini Sevil Hüseynovanın iki baş mal-qarası minaya düşərək tələf olub. Qəfildən baş verən güclü partlayış zamanı iri buynuzlu mal qaradan biri parça-parça olub, digəri isə ayaqlarını itirib. Yaralı heyvanı ərazidən çıxarmaq mümkün olmayıb. Kənd sakinləri bildirir ki, otlaq sahələrinin yaşıllaşması mal-qaranın təmas xəttində olan minalanmış ərazilərə getməsinə səbəb olur və son nəticədə bu kimi hadisələr baş verir. |
2014-04-25 | 15,686 | Xaçmazda zəncirvari qəza; 2 yaralı - Fotolar | Xaçmazda zəncirvari qəza baş verib, iki nəfər yaralanıb. "Axar.az" RTV-yə istinadən məlumat verir ki, hadisə Xaçmaz şəhəri Atatürk və 20 yanvar küçələrinin kəsişməsində qeydə alınıb. 26 yaşlı Xaçmaz şəhər sakini Nail Məmmədovun idarə etdiyi "Niva" markalı avtomobil öncə 21 yaşlı Xaçmaz şəhər sakini Elvin Cəfərovun idarə etdiyi "Vaz 2107" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Bu zaman idarəetməni itirən "Niva"nın sürücüsü Nail Məmmədov avtomobilini yol kənarında dayanan 27 yaşlı Xaçmaz şəhər sakini Fuad Cəfərova məxsus ı "Vaz 21015" markalı nəqliyyat vasitəsinə vurub. Lakin toqquşma bununla da bitməyib. Daha sonra "Niva" markalı avtomobil daş hasara çırpılıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəza zamanı xəsarət alan şəxslər "Niva"nın sürücüsü Nail Məmmədov və "Vaz 21 07"nin sürücüsü Elvin Cəfərov Xaçmaz Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Tibb müəssisəsindən RTV-yə verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır. Qəzanın dəqiq başvermə səbəbləri Xaçmaz rayon Polis Şöbəsində aparılan araşdırmaların sonunda məlum olacaq. |
2014-04-25 | 15,687 | Davudoğlu Qarabağı “qarışıq məsələ” adlandırdı | Türkiyə Xarici İşlər naziri Davudoğlu Baş nazir Ərdoğanın "erməni soyqırımı" ilə bağlı açıqlamasına münasibət bildirib. "Axar.az" xəbər verir ki, Davudoğlu Ərdoğanın çıxışının hədəfinin hər bir sahədə uzlaşmağa atılmış addım kimi qiymətləndirərək, özünə inamlı şəxsin müzakirələrdən qorxmamalı olduğunu deyib. Davudoğlu məsələ ilə bağlı erməni nümayəndələrlə görüşdüklərini, onları anlamağa çalışdıqlarını vurğulayıb: "Bizim hədəflərimizə çatdığımızı düşünürəm. Bunun sürpriz olduğunu başa düşürəm, bu açıqlamanı heç kəs gözləmirdi. Ümüd edirik, bu çağrışlarımız nəticə verər". Davudoğlu Qarabağ məsələsini də misal olaraq çəkib: "Bəzən hər hansı məsələni səhv addımlarla dəyişə bilərsiniz. Bir sülhü çətin əldə edərsiniz. Qarabağdakı vəziyyət bir güllə ilə bütün sistemi dəyişə bilər. Biz Türkiyə-Azərbaycan məsələsindən danışmırıq. Qarabağ qarışıq bir məsələdir, addım-addım burda da sülh təmin edilə bilər". |
2014-04-25 | 15,688 | Xodorkovskidən Moskvanı hiddətləndirəcək açıqlama | YUKOS şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski Rusiyanı hiddətləndirəcək açıqlama verib. "Axar.az"ın verdiyi məlumata görə, o, Ukrayna hadisələrindən sonra Rusiyanın bütün ümidləri itirdiyini dilə gətirib. Xodorkovskinin sözlərinə görə, Krımı işğal etməklə Rusiya həmişəlik olaraq şərqi slavyan dünyasının mərkəzi statusunu itirdi. Ukraynanın paytaxtında bu gün keçirilən "Ukrayna- Rusiya dialoqu" adlı konfransdakı çıxışında Xodorkovski vurğulayıb ki, bu rol yenidən Kiyevə qayıdacaq. Rusiyalı oliqarx əlavə edib ki, hazırda Kreml rəsmiləri ötən əsrdəki metodlarla davranır, məsələni güc yolu ilə həll etməyə çalışır: "Unutmaq olmaz ki, ən güclü diktator belə azad fikirli ukraynalı və rusu ayıra bilməz". |
2014-04-25 | 15,689 | Yeni “Challenger" təqdim edildi - Fotolar | Amerikanın masl karı "Dodge Challenger" restaylinq prosesindən keçərək beynəlxalq Nyu York motorşousunda təqdim edilib. "Axar.az" xəbər verir ki, ekstreyerdə dəyişiklik aparılması ilə bərabər avtomobilin texniki hissələri və komplektasiyası da yenilənib ki, bu da idarəetməyə və komforta müsbət təsir göstərib. "Dodge Challenger 2015" elektrik sükan gücləndirici, avtomatik 8-pilləli ZF sürət qutusu və əvvəlki güc qurğuları ilə təchiz edilib. Ən güclü modifikasiya 485 a.g. və 644 Nm verən 6,4-litrlik HEMI V8 mühərriki ilə təchiz edilib ki, bu avtomobil 100 km/saata 4 saniyəyə sürətlənir, maksimal sürət isə 293 km/saatdır. |
2014-04-25 | 15,690 | İcbari dispanserizasiya mayda bitəcək | Əhalinin sağlamlığının qorunmasına yönələn icbari dispanserizasiya prosesi may ayının əvvəllərində yekunlaşacaq. Bu barədə "Axar.az"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. Onun sözlərinə görə, hazırda dispanserizasiyanın nəticələri araşdırılır və yaxın günlərdə ətraflı məlumat veriləcək. Qeyd edək ki, "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunun qəbulu ilə 6 məktəb yaşlı uşaqlar da bu ildən bu prosesə qoşulub. Fevralın 17-dən isə 18 yaşdan yuxarı əhalinin tibbi müayinələrdən keçirilməsinə başlanılıb. Suraxanı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu günə qədər rayonda 160 minə yaxın vətəndaş və 123-dən çox kollektiv tibbi müayinədən keçib. Vətəndaşların 10 min 520 nəfəri rentgen, 39 min 983 nəfəri laboratoriya müayinəsindən, 6 min 475 nəfəri USM aparatından və 4 min 414 nəfəri EKQ müayinəsindən keçib. 3 min 801 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb, onlardan 391 nəfər stasionar müalicəyə qəbul olunub. Təkcə 24 sayli Birləşmiş Şəhər Xəstəxanasına müraciət edən vətəndaşlardan 74 nəfərində xəstəliyin ağır forması aşkarlandığından stasionar müalicəyə cəlb olunublar. |
2014-04-25 | 15,691 | Madonna zövqsüz elan olundu | "De Sandey Tayms" dərgisi dünyanın ən yaxşı və pis geyinən qadınlarının siyahısını açıqlayıb. "Axar.az" xəbər verir ki, özünə xas "Casual" stili ilə hər zaman dəqqət çəkən Nigela Lauson bu sırada birinci yerdədir. Hər geyindiyi olay yaradan marjinal müğənni Rihanna isə ikincidir. Digər yerləri Hollivudun zərif xanımı Nikol Kidman, hər zaman kübar ruha sahib olan Bieons və s. tutub. Ən pis geyinənlər isə bunlardır: Kira Naytli Mayli Sayrus Madonna |
2014-04-25 | 15,692 | Natəvan Həbibinin konsertində ŞOK qiymət | Müğənni Natəvan Həbibinin Heydər Əliyev adına sarayda verəcəyi konsert proqramına biletlərin qiyməti təəccüb doğurub. "Axar.az"ın Heydər Əliyev adına saraydan aldığı məlumata görə, N. Həbibinin verəcəyin konsert proqramınabiletlərinin qiyməti belə olacaq: Ön sıralarda yerlərin qiyməti 65 AZN, arxa sıralara isə 22 manat. Qeyd edək ki, Natəvan Həbibi mayın 24-ü Heydər Əliyev adına sarayda "Dinlə" adlı konsert proqramı ilə çıxış edəcək |
2014-04-25 | 15,693 | Məşhur aktrisa ən yaxın rəfiqəsi ilə evləndi | Məşhur Hollivud aktrisası Cudi Foster ən yaxın rəfiqəsi ilə ailə həyatı qurub. "Axar.az" xəbər verir ki, 51 yaşlı aktrisa Cudi Foster və 44 yaşlı rəfiqəsi, fotoqraf Aleksandra Hedison münasibətlərini rəsmiləşdiriblər. Aktrisa sevdiyi şəxsə görə hətta spirtli içkilərdən də əl çəkib. Qeyd edək ki, Cudi Foster lesbiyan olduğu barədə keçən ilin yanvar ayında açıqlama verib. |
2014-04-25 | 15,694 | "Yuventus" məğlub oldu – Nəticə | Bu gecə Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Görüşlər eyni vaxtda - saat 00:05-də balayıb. Daha çox prinsipiallığı ilə seçilən oyun "Benfika" və "Yuventus" komandaları arasında olub. Portuqaliyada baş tutan oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Digər oyunda isə iki ispan komandası - "Sevilya" və "Valensiya" üz-üzə gəlib. İlk hissədə 2 qol vuran "Sevilya" futbolçuları fasilədən sonra da bu üstünlüklərini qoruyublar - 2:0. Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları mayın 1-də keçiriləcək /Qol.az/. |
2014-04-25 | 15,695 | Öcalanın Bərzaniyə yazdığı məktub ortaya çıxdı | PKK təşkilatı və Kürd Rəhbərliyi ilə vasitəçilik edən Hama Amin Öcalanın Bərzaniyə yazdığı məktubun məzmununu açıqlayıb. "Axar.az" xəbər verir ki, Amin Öcalanın məktubda Bərzani ilə Leyla Zanayı Milli Kürd Konqresi üçün həmsədr təklif etdiyini, ancaq bu variantın Bərzani tərəfindən rədd edildiyini deyib. İkinci məktubda isə Öcalan Bərzaninin Konqresin rəhbəri, Leyla Zanayı isə köməkçisi olaraq təklif etmişdi. Bərzani Öcalanın ikinci təklifinə müsbət cavab vermişdi. Göndərilən bu məktub ərəfəsində Kürdüstan Demokrat Partiyası ilə PKK arasındakı problemlərin həlli üçün yığıncaq keçirildiyi iddia edilib. Amin Kürd Baş naziri Bərzaninin görüşdən müsbət təəssürat aldığını qeyd edib. |
2014-04-25 | 15,696 | Rusiya Azərbaycana növbəti dəfə hədə mesajı göndərir | "Rusiya başa düşür ki, Xəzərin enerjisi ona rəqibdir". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Rusiyanın Azərbaycanı neytrallaşdırmaq istədiyini bildirib: "Rusiya vaxtı ilə Xəzər dənizindəki donanmasını modernləşdirib. Bir neçə yeni gəmilər almaqla öz donanmasını gücləndirib. Rusiya başa düşür ki, Xəzərin enerjisi ona rəqibdir. Ona görə də rəqibi ya özünü tabe etmək, ya da sıradan çıxartmaq istəyir. Onun siyasəti bundan ibarətdir. Rusiyanın qarşısına nə Azərbaycan, nə də Türkmənistan təkbaşına çıxa bilər. Qərbin isə maraqları var ki, bizim enerji Ukrayna və Avropanı təmin etsin. Bunun üçün Qərb Rusiyanı bu regionda neytrallaşdırmaq haqqında düşünməlidir. Özümüz təkbaşına bunu etsək, bizi asanlıqla cəzalandıra bilər. İndi Rusiyanın Ukraynada müharibə aparmaq, NATO ilə qarşı-qarşıya gəlmək, Cənubi Qafqazda bu cür əməliyyatları həyata keçirməyə imkanı varmı? Bunu gərək böyük dövlətlərin strateqləri müəyyən etsin". Politoloq Rusiyanın Xəzərdəki proyektləri ümumi konsensus əsasında həyata keçirməyə çalışdığını qeyd edib: "İndiyə qədər Xəzər sektorlara bölünüb. Amma hələlik sektorların statusu təsdiq olunmayıb. Bir tərəfdən İran istəyir ki, Xəzər öz istədiyi kimi bölünsün, digər bir tərəfdən isə Rusiya Xəzərin səthinin ümumi olmasını istəyir ki, ora heç kim nəzarət edə bilməsin. Həmçinin də Xəzərdə hansısa layihə həyata keçiriləndə onlar konsensusla qəbul olunsun. Rusiya isə buna veto vermək hüququna yiyələnsin. Məsələn, Azərbaycanla Qazaxıstan nəsə etmək istəyəndə Rusiyanın razılığı olmadan bir şey həyata keçirə bilməsinlər. Yəni biz Qazaxıstandan Azərbaycana kəmər çəkmək üçün mənasız yerə Rusiyadan razılıq alaq. Mən hesab edirəm ki, Xəzəryanı ölkələrin dövlət başçılarının görüşünə qədər hər şey aydın olmalıdır". Qeyd edək ki, dünəndən etibarən Rusiyanın Xəzərdəki donanması hərbi təlimlərə başlayıb. |
2014-04-25 | 15,697 | Mövqelərimiz atəşə tutuldu | Cəbhənin təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Baş Qərvənd, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.