date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-04-23 | 15,493 | AXCP rayon təşkilatının sədri qəzada öldü | Zaqatala rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, yol qəzası bu gün səhər saat 06:10-da Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 122-ci kilometrliyində qeydə alınıb. 1985-ci il təvəllüdlü Balakən rayon sakini Ramin Musa oğlu Həsənov idarə etdiyi "Mercedes" markalı, 90 CK 276 dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 1959-cu il təvəllüdlü Balakən rayon sakini Mehdilli Məhərrəm Nəriman oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü Ramin Həsənov, digər sərnişinlər - Balakən rayon sakinləri, 1960-cı il təvəllüdlü Fikrət Amil oğlu Alqayev və 1962-ci il təvəllüdlü Fizuli Qaşım oğlu Xəlilov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olanlardan Ramin Həsənov və Fizuli Xəlilovun vəziyyəti ağır, Fikrət Alqayevin vəziyyəti isə isə orta-ağır hesab edilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır. Qeyd edək ki, qəzada dünyasını dəyişən və yaralanan şəxslərin AXCP-nin üzvləri olduğu məlum olub. Məlumata görə, qəza zamanı dünyasını dəyişən Mehdili Məhərrəm Nəriman oğlu AXCP-nin Balakən rayon təşkilatının sədri, xəsarət alan Fikrət Alqayev isə partiyanın məclis üzvüdür. Onlar Bakıdan toydan qayıdırmışlar. Onu da qeyd edək ki, qəzada yaralanan F. Alqayev 2005-ci ildə "Azadlıq" blokunun Balakən rayonundan deputatlığa namizədi olub. |
2014-04-23 | 15,494 | Nazirlərdən sonra indi də İrana Alim Qasımov gedir | Azərbaycanın görkəmli muğam ustası Alim Qasımov Tehranda konsert verəcək. Konsert may ayının 13-də Tehranın Milad sarayında baş tutacaq. Qeyd edək ki, may ayının 13-ü İmam Əli (ə) mövlud günüdür və İranda rəsmi bayram günüdür. Alim Qasımov indiyədək İranda üç dəfə 1992, 2002 və 2006-cı illərdə konsert verib /Trend/. Son vaxtlar İranla siyasi müstəvidə güclənən əlaqələr mədəni münasibətlərin inkişafına da təsir edir |
2014-04-23 | 15,495 | Radikal təriqətlərdən Şeyxə qarşı amansız savaş | "Bu məlumatlar heç bir həqiqəti əks etdirmir". Bu sözləri "Axar.az"a açıqlamasında Şeyxülislam Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə dedi. Onun sözlərinə görə, Şeyxlə bağlı yayılan məlumatların hamısı qərəzli və məqsədlidir: "Mən bununla bağlı heç bir açıqlama vermirəm. Bu barədə səhih olaraq Şeyxin mətbuat katibi danışa bilər. Ancaq bilin ki, bu yayılan, redaksiyalara göndərilən məlumatlar qətiyyən həqiqəti əks etdirmir. Onlar şeyxin fəaliyyətinə qarşı kampaniya aparırlar. Qoy, bacardıqlarını etsinlər". Şeyxin Mətbuat Xidməti ilə əlaqə yaratmağa çalışsaq da heç kim telefonlarımıza cavab vermədi. Qeyd edək ki, redaksiyamızın elektron ünvanına artıq bir aydan artıqdır ki, ardıcıl olaraq Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə ilə bağlı ittiham dolu məlumatlar göndərilir. Həmin xəbərlərdə Şeyxin oğlunun radikal dini təriqətə qoşulduğu, qızlarından birinin isə nurçu olduğu qeyd edilir. Sonuncu məktubda isə "həqiqəti xırdalığına qədər" yazmağı qarşısına məqsəd qoyan naməlum müəllif Şeyxin qızının üç il bundan əvvəl nurçuluğu qəbul etdiyini, bu təriqət mənsubları arasında yüksək vəzifə tutduğunu və ona "abla" deyə müraciət edildiyini bildirir. Xatırladaq ki, Şeyxə qarşı bu tip informasiyalar Qafqaz Müsəlmanları İdarəsinin yanvarın 28-də böyük tədbir keçirməsi və ilk dəfə olaraq, ölkədə təriqətlərin təhlükəli vəziyyətə gəlməsini QMİ səviyyəsində rəsmən bəyan etməsindən sonra başladı. Daha sonra Suriyada döyüşənlərə və nurçulara qarşı sərt mövqe göstərən Qafqazın şeyxi barədə müxtəlif dövlətlərin rəsmiləri ilə münasibətlərindən, onlardan qeyri-qanunu maliyyə yardımı almasından bəhs edən xəbərlər sürətlə mediaya ötürülməkdədir. |
2014-04-23 | 15,496 | Bakıda sabiq direktor müavini həbs edildi | Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin sabiq direktor müavini həbs edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 64 Əliyev Ələmdar Müzəffər tutulub. Yasamal Rayon Polis İdarəsindən bildirilib ki, Ə. Əliyev Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin sabiq direktor müavinidir. Hələ 2013-cü ildə onun qanunsuz hərəkətləri barədə Ağcabədi rayon sakinlərinin müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Araşdırma zamanı kollecin direktor müavini Ələmdar Əliyevin qulluq mövqeyindən istifadə etməklə müxtəlif vaxtlarda Ağcabədi rayon sakinlərindən onların övladlarını kollecə qəbul etdirəcəyi adı altında ümumilikdə 5 200 manat məbləğində pul vəsaitini alaraq aldatmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Bu ilin fevralında Ə. Əliyevin cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Lakin Məhkəmə Ə. Əliyevi həbs etməyib. Bundan narazı qalan şikayətçilər yenidən onun qanunsuz əməlləri barədə vəsatət qaldırıblar. Bunun əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib və barəsində axtarış elan olunub. |
2014-04-23 | 15,497 | Bakıda generallar istintaqa cəlb edildi - Şok | "Ötən gün hüquq-mühafizə orqanları tərəfindən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində istintaq işlərinə cəlb edilib". "Axar.az" xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində yazıb. O, hazırda istintaqa sabiq və indiki generalların da cəlb edildiyini bildirib: "Jurnalist dostlarma demək istəyirəm ki, yazacağım bu xəbəri lütfən dəqiqləşdirib sonra yazın. Etibarlılığına şübhə etmədiyim hərbi mənbə bir qədər əvvəl mənə bildirdi ki, ötən gün hüquq-mühafizə orqanları tərəfindən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində istintaq işlərinə cəlb edilib. Ortada olan təkzibedilməz faktlar və sübutlar əsasında yaxın saatlarda onunla bağlı çox mühüm qərarın qəbul edilməsi gözlənilir. Mənbənin deməsinə görə, Şahin Sultanovla yanaşı, MN-nin bir neçə sabiq və indiki generalları da istintaqa cəlb edilib və onların da ifadəsi alınıb. Daha ətraflı yaxın saatlarda məlum olacaq". Qeyd edək ki, Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrində ciddi yoxlamalar aparır. Son bir neçə həftə ərzində HDQ-nin bir sıra yüksək zabitləri həbs olunub. |
2014-04-23 | 15,498 | Atatürkün mənəvi qızıyla görüntüləri yayıldı - Video | Türkiyə Böyük Millət Məclisinin qurulduğu 23 apreli dünya uşaqlarına hədiyyə edən ulu öndər Mustafa Kamal Atatürkün mənəvi qızı Ülkü ilə keçirdiyi əyləncəli anların videosu yayılıb. "Axar.az" həmin videonu təqdim edir: |
2014-04-23 | 15,499 | Səlim Müslümovdan 100 avtomobil hədiyyəsi - Foto | Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbədə dayanan Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha 100 nəfərinə "Naz-Lifan" markalı minik avtomobillərini təqdim edib. Bununla son 3 həftədə minik avtomobili ilə təmin olunan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin sayı 300 nəfərə çatıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "Axar.az"a bildirilib ki, indiyədək 4 min 106 nəfər əlilliyi olan şəxsə minik avtomobilləri verilib. Növbəyə duran şəxslərin nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilmiş siyahı üzrə pulsuz xüsusi avtonəqliyyatla təmin edilməsi bundan sonra da davam etdiriləcək. May ayının sonuna kimi daha 375 nəfər əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təmin olunması planlaşdırılır. Eyni zamanda, növbədə olan Böyük Vətən müharibəsi və Çernobıl əlillərinin, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların da yaxın dövrdə xüsusi avtonəqliyyatla tam təminatı üçün müvafiq tədbirlər görüləcək. |
2014-04-23 | 15,500 | Müdafiə Nazirliyindən generalın həbsinə açıqlama | "General Şahin Sultanovun həbsi ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətində rəsmi məlumat yoxdur". Bu barədə "Axar.az"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat veriblər. Nazirlik generalın ehtiyata buraxıldığı üçün Mətbuat Xidmətinə rəsmi məlumatın daxil olmadığını deyib: "Azərbaycan Respublikasının sərəncamı ilə Şahin Sultanov Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. Hazırda onun həbs olunub-olunmadığı ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətində rəsmi məlumat yoxdur". |
2014-04-23 | 15,502 | İrandan gələn 58 kiloqram narkotik vasitə aşkarlandı | Azərbaycan sərhədçiləri İrandan qanunsuz yolla ölkəyə 58 kiloqrama yaxın narkotik vasitənin gətirilməsinin qarşısını alıblar. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən "Axar.az"a verilən məlumata görə, aprelin 12-də gecə saat 00:10 radələrində Horadiz Sərhəd Dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan istiqamətində külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən naməlum şəxs ərazidə xidmət aparan DSX-nin hərbi qulluqçuları tərəfindən aşkar edilib. Onun Azərbaycan ərazisinə daxil olmasının qarşısı alınıb, nəticədə sərhəd pozucusu geri qaçmağa məcbur olub. Sərhəd pozucusunun hərəkət marşrutu üzrə ərazidə axtarış tədbirləri keçirilib və 3 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb. Bundan başqa, aprelin 15-də saat 22:15–də Göytəpə Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən 3 nəfərdən ibarət dəstə ərazidə xidmət aparan DSX hərbi qulluqçuları tərəfindən aşkarlanıb. Sərhəd pozucuları DSX əməkdaşlarının müqaviməti ilə rastlaşıb geri qaçmağa məcbur olublar. Keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə 9,1 kq heroin, 14 kq tiryək, 22,9 kq həşiş qətranı, 8,7 kq qurudulmuş marixuana, 120 qram kristal formasında heroin və 300 ml qabda metodon məhlulu aşkar edilərək götürülüb. Hər iki faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318, 206, 234-cü maddələri ilə cinayət işləri başlanılıb. Hazırda həmin cinayət işləri üzrə cinayətin iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. |
2014-04-23 | 15,503 | Vahid Ələkbərov prezidentin sevgilisinə 2 milyon verib | Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin bağ evindən tapılan sənədlər hələ də incələnməkdədir. "Axar.az"ın Ukrayna mediasına istinadən xəbərinə görə, növbəti diqqət çəkən fakt Rusiyanın "Lukoyl" şirkətinin Ukrayna bölməsinin Yanukoviçin sevgilisi Lyubov Polejaya 2010-ci ilin oktyabrın 14-də 2 milyon qrivni hədiyyə etməsidir. Qeyd edək ki, sözügedən fakt Yanukoviçə aid xəbərlər üzrə yaradılmış xüsusi saytda yerləşdirilib. Xeyiriyyə məqsədi ilə ayırlan pulun imzalanma mərasimindən 2 həftə sonra Yanukoviç "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovla görüşüb. Həmin vaxt "Karpatneftximin" bərpasındakı roluna görə sabiq prezident rus şirkətinə və onun rəhbərliyinə təşəkkürünü bildirib. Yanukoviçin açıqlamalarından: "Bu müəssisənin bərpasında verdiyi sözə əməl etdiyinə görə Vahid Ələkbərova dərin təşəkkürümü bildirirəm. O, 550 milyon dollar sərmayə qoyub. İnanıram ki, gələcəkdə sərmayənin həcmi 1 miyard dollara çatacaq". Öz növbəsində V.Ələkbərov Qara Dənizdə neft axtarışında işlərin aparılmasında maraqlı olduğunu dilə gətirib. Xatırladaq ki, bu yaxınlarda Yanukoviçin Moskva ətrafındakı "Rublyovka"kada 52 milyon dollara imarət aldığı xəbərləri yayıldı. Məlumatlarda həmçinin onun azərbaycanlı milyarderlə qonşu olduğu da bildirilirdi. Ekspertlər Yanukoviçlər ailəsinin Ələkbərovla "qonşuluq" məsələlərin həm də bu amillə - müəyyən işbiliyində olmaları ilə əlaqələndirirlər. |
2014-04-23 | 15,504 | “Polad Bülbüloğlu ölkəsinə xəyanət edir” | Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycan Konqresi barədə ifşaedici fakt ortaya çıxıb. Məlum olub ki, rusiyalı tarixçinin ermənilərin saxtakarlığından bəhs edən kitabının təqdimat mərasiminə bu qurumlardan heç kim qatılmayıb. Bu barədə məlumatı Rusiyada yaşayan həmyerlimiz, Beynəlxalq Münasibətlərin Araşdırmaları Mərkəzinin rəhbəri Sakit Allahverdiyev verib. Onun sözlərinə görə aprelin 21-də keçirilən təqdimat mərasimində Azərbaycanın rəsmi təmsilçilərinin belə bir münasibəti haminin təəccübünə səbəb olub: "Aprelin 21-də Moskvada rusiyalı tarixçi Oleq Kuznetsovun "Gülüstana gedən yol...": Tarixə dərə-təpələrlə sayahət ("Дорога на Гюлистан…": Путешествие по ухабам истории) monoqrafiyasının təqdimat mərasimi keçirilib. Rusiya Elmlər Akademiyasının Elm Adamları Mərkəzi Evində keçirilən mərasimdə monoqrafiya haqda məlumat verilib. Əsərdə O.R.Ayrapetova, M.A. Volxonskoqo, V.M. Muxanova "Doroqa na Gülüstan"` kitabını tənqid edir. Müəllif bu kitabda ermənilərin saxtakarlıqlarını faktlarla göstərərək, ifşa edir. Bir rus müəllifinin belə bir elmi əsərlə çıxış etməsi Azərbaycan üçün göydən düşmə bir hadisədir. Amma təəssüf ki, nəinki bu fürsətdən istifadə edildi, heç müəllifə quru sağol da deyilmədi. Tədbirdə nə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak etdi, nə də Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri. Sanki, bu məsələ 3-5 nəfərdən savayı heç kimi maraqlandır. Bu necə məmurlardır, ictimai təbliğatdır? Bunlar öz vəzifələrini icra etmirlərsə, niyə bu vəzifələrdə otururlar? Bu qədər biganəlik olarmı? Yox, bu biganəlik deyil, xəyanətdir! Belə bir münasibətin başqa adı ola bilməz. Hətta dostlardan bir nəfər Azərbaycanın Rusiyadakı Səfirliyinə telefonla zəng etdi. Ona cavab verdilər ki, səfir şəxsən tapşırıb bu tədbirdə səfirliyin işçilərindən heç kim iştirak etməsin. Ya rəbbim, görəsən, bu artistlər nə zaman siyasətçi olacaqlar? Bəs Konqres niyə iştirak etmir?". Məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlasaq da, diplomatik nümayəndəliyimizin mövqeyini öyrənə bilmədik. Xatırladaq ki, "Gülüstana gedən yol...": Tarixə dərə-təpələrlə səyahət kitabı Oleq Kuznetsovun Rusiya tarixşünaslığında erməni saxtakarlığına dair ikinci nəşridir. Müəllifin bu mövzuya dair ilk kitabı "Qarabağ münaqişəsinin "mifləri" haqqında həqiqət" əsəridir. Bu tarixi əsər rusiyalı politoloq-tarixçi Stanislav Tarasovun Ermənistan-Azərbaycan münaqişəsi haqqında yazdığı "Dağlıq Qarabağ haqqında miflər" kitabına cavabdır. Oleq Kuznetsov kitabında "Tarasovun mifləri" adlandırdığı çap məhsulunun erməni sifarişi olduğunu bir sıra faktlarla sübut edib. /Aznews.az/ |
2014-04-23 | 15,505 | Ermənilər Ağdamda hərbi təlimlərə başladılar | Bu gün saat 12:30 radələrindən etibarən Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan Uzundərə kəndində hərbi təlimlərə başlayıb. Təlim zamanı tank və ağır artilleriyadan istifadə olunub. Hərbi təlimlər Ağdamın Azərbaycan nəzarətində olan Çəmənli kəndindən aydın görünür. Hazırda təlimlərin davam etdiyi bildirilir /ANS/. |
2014-04-23 | 15,506 | “Zülfiyyə Hüseynovaya təqaüd verilməsinin qəti əleyhinəyəm” | Gənclər və idman naziri Azad Rəhimov veteran samboçu və cüdoçu Zülfiyyə Hüseynovanın ittihamlarına cavab verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, nazir bu gün keçirdiyi mətbuat konfransında nazir Z. Hüseynovanın təqaüd istəməsini əsassız adlandırıb. "Nəyə görə Gömrük Komitəsində işləyən gənc qıza təqaüd verilməlidir? Təqaüd idmanda böyük nailiyyəti olanlara dəstək məqsədilə verilir. Mən ona təqaüd verilməsinin qəti əleyhinəyəm. Dəfələrlə görüşmüşük, izah etmişik. Meyarlar var, Zülfiyyə xanım istəsə, yenə müraciət edə bilər", - deyə nazir bildirib. |
2014-04-23 | 15,507 | Nazir nurçu olmadığını dedi | Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov adının "nurçular"la bağlı məsələdə hallanmasına aydınlıq gətirib. A.Rəhimov bu gün keçirilən mətbuat konfransında "nurçular"la heç bir əlaqəsinin olmadığını bildirib: ""Nurçuluq" nədir, heç mən onu bilmirəm. Onu mənə başa salsınlar, sonra danışım. Mənim bu cərəyanla əlaqəm yoxdur". Nazir Bakıda Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı tikilən obyektlərə görə ağacların kəsilməsini də düzgün saymayıb: "Bunu deyənlər, yazanlar sanki Bakıda yaşamırlar. Çünki gəlin bir nəzər salaq. Bakıda olan bəzi tikililər var ki, orada ağaclar təmir işlərinə görə kəsilir və yenidən əkilir. Hansı tikiliyə görə ağac kəsilib ki? Ona görə də təklif edirəm ki, nəyisə yazmazdan öncə bir təhlil etmək lazımdır. Düşünürəm ki, bunu yaymaqla ya qərəzli mövqe nümayiş etdirirlər, ya da qeyri-peşəkar jurnalistlər bunu yazırlar". A.Rəhimovun sözlərinə görə, gənclərin ictimai fəallığının yüksəlməsi üçün gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının sayı artmalıdır. Nazir deyib ki, 10 il ərzində gənclər təşkilatlarının sayı təxminən 5 dəfə artaraq 51-dən 250-yə qədər yüksəlib. Son il ərzində xüsusilə rayonlarda gənclər QHT-lərinin sayında artım nəzərə çarpır. A.Rəhimov bildirib ki, ötən il gənclər təşkilatlarına 137 layihə üçün 5.540.991,40 manat ayrılıb /Trend/. |
2014-04-23 | 15,508 | Tatar lider rus pasportu alması xəbərini yalanladı | Krim Tatar Milli Məclisinin sədri Refat Çubarov onun rus pasportu götürməsi ilə bağlı yayılan xəbərə sərt reaksiya verib. "Axar.az" xəbər verir ki, o bu barədə özünün Feysbuk səhifəsində məlumat verib. Çubarovun sözlərinə görə, bir anlıq sərbəstləşirsənsə, dərhal haqqında xəbərlər bəzəyirlər: "Bəzi Ukrayna saytları xəbər yazıb ki, guya mən Rusiya pasportu götürməyə razılıq vermişəm. Başa düşmürəm, bu xəbəri kim yayır? Lazım gələrsə, mən keçirdiyim mətbuat konfransının linkini və video yazısını təqdim etməyə hazıram. Rus jurnalisti mənə sual verdi ki, Rusiya pasportuna razılıq verəcəyəmmi? Cavabım isə belə oldu ki, xalqım haradadı mən də oradayam. Xalqımla yaşamaq istəyim isə Ukrayna vətəndaşlığıma xitam, rus pasportuna "hə" demək anlamına gəlməməlidir. Mən həmçinin jurnalistləri diqqətli olmağa, bu xəbərləri yayanları isə bağışlamağa hazıram". |
2014-04-23 | 15,509 | Bəhram Bağırzadə: “Onun ruhuna fatihə oxumuşam” | "O bizim üçün sıradan bir kapitan deyildi". Bu sözləri "Axar.az"a "Bakılı oğlanlar" komandasının üzvü Bəhram Bağırzadə Anar Məmmədxanovun il dönümü ilə bağlı münasibət bildirərkən dedi: "Mən çox üzgünəm, o bizim üçün sıradan bir kapitan deyil idi. O, hamımıza qardaş idi. Bu gün onun ölümündən 3 il ötür. Səhər tezdən durub onun ruhuna fatihə oxuyub, dua etmişəm. Allah ona qəni-qəni rəhmət eləsin, balalarını xoşbəxt eləsin, amin! Ürəyim doludur, çox söz deyə bilərəm, amma lazım deyil. Sadəcə, deyə bilərəm ki, ruhu şad olsun!" Xatırladaq ki, bu gün Milli Məclisin keçmiş deputatı, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun vəfatından 3 il ötür. |
2014-04-23 | 15,510 | MTN: “Erməni diasporu mübarizə aparır” | Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda erməni saxtakarlığı ilə mübarizə sahəsində Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi və digər təşkilatlarla qarşılıqlı əlaqə formasında fəaliyyət göstərir. Milli Təhlükəsizlik Nazirliyinin Aparat rəhbəri Fərhad Vahabov Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş "Mədəni irsin qorunması və erməni saxtakarlıqları" mövzusunda keçirilən konfransda çıxışı zamanı bunun vacib məsələ olduğunu deyib. Onun sözlərinə görə, artıq erməni diasporu o qədər güclüdür ki, 200 ildir təşkilatlanmış şəkildə dünyada mübarizə aparır: "Biz də bunu tədricən sındırmağa çalışırıq. Müəyyən nailiyyətlər də var. 2005-ci ildə erməniçiliklə mübarizənin vəziyyətinə dair monitorinq aparılıb. 2005-ci ildə erməniçiliklə mübarizə 5%-in 95%-ə nisbətində idisə, 2011-ci ildə bu rəqəm 35%-in 65%-ə nisbətində olub. Bu, böyük sıçrayış və qələbə idi. Bu, bizim Azərbaycan ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının əlaqədar təşkilatlarla birgə apardığı mübarizənin nəticəsidir. Minlərlə kitab çap olunub, disklər, filmlər hazırlanıb və hər yerdə mübarizə aparılır. Bu işlərdə Heydər Əliyev Fondu və digər nazirliklər çox önəmli rol oynayırlar. Əlbəttə bunu dayandırmaq olmaz və bundan sonra daha mütəşəkkil şəkildə, səfərbər olaraq mübarizəni genişləndirməliyik" /Trend/. |
2014-04-23 | 15,511 | Almaniya Putinin qarşısında məğlubiyyəti etiraf etdi | "Axar.az" xəbər verir ki, bu sözlərlə Almaniyanın məşhur "Berliner Zeitung" dərgisi çıxış edib. Məqalədə qeyd olunur ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının müşahidəçiləri Ukraynanın Şərqindəki vəziyyəti müşahidə etsələr də, bu, heç nəyi dəyişməyəcək: "Cenevrə razılaşmasının sülhsevər bir yol oynamadığı qısa müddətdə ortaya çıxdı. Çünki bütün tərəflər müqavilədən özünə sərf etdiyi kimi istifadə edir. Bu vəziyyətdə ATƏT müşahidəçilərinin nəsə edə biləcəyinə ümidlənmək əbəsdir. Bu müşahidəçilər işin sonunda Yuqoslaviyanın dağılması, yaxud Rusiyanın Cənubi Osetiyaya müdaxiləsi zamanı hansı mövqedən çıxış etmişdilərsə, indi də belə olacaq. Hələ ki, qalib Putindir". Qeyd olunur ki, Polşa Baş naziri Donald Tusk Rusiyadan asılılığı azaltmaq üçün AB-nin Banklar Birliyi modelində bir Enerji Birliyi yaratmasını təklif edir: "Tuskun təklifi 28 ölkənin daxil olduğu birliyin vahid qaz idxalını və hər hansı təhlükə yaranarsa, Birliyin köməyini nəzərdə tutur. Böhranın yaratdığı aktuallığa baxmayaraq, Tuskun Rusiyadan təbii qazı birlikdə alma təklifi realdırmi? Moskva milli maraqlar naminə qonşuya ucuz qaz satma taktikasından dönməyəcək". Məqalədə bildirilir ki, avropalıların gözündə bir çox AB ölkəsinin bel bağladığı nüvə enerjisi, kömür kimi mövcud alternativlər də çox müvəffəqiyyət vəd etmir. Bu səbəbdən enerji siyasətinə tamamilə yenidən baxılması lazım olacaq. |
2014-04-23 | 15,512 | Elmar Məmmədyarov futboldan danışdı | Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ispaniyalı həmkarı Xose Manuel Qarsiya Marqalyo ilə keçirdiyi birgə brifinqdə Çempionlar Liqasının "Atletiko" (Madrid)-"Çelsi" yarımfinal oyununu şərh edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, E.Məmmədyarov "Atletiko"nun qalib gələ bilməməsindən və oyunun heç-heç başa çatmasından təəssüfləndiyini bildirib. "Buna baxmayaraq 90 dəqiqə ərzində futbolçular meydanda üzərində "Azerbaijan land of fire" yazılmış köynəkdə olublar. Əlbəttə ki, İspaniya və Azərbaycanda əlaqələrin inkişafına maraq göstərilir. Biz XİN olaraq bu maraqları həyata keçirməyə çalışırıq", - deyə o vurğulayıb. |
2014-04-23 | 15,513 | Keçmiş polisin evində aparılan əməliyyatla bağlı açıqlama – Rəsmi | "Dünən Xırdalan şəhəri Quşçuluq massivində keçmiş polis əməkdaşının evində əməliyyat keçirilməyib". Bu sözləri "Axar.az"a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib. O, evində əməliyyat keçirilən və polis olduğu bildirilən şəxsin 10 il bundan öncə DİN-dən xaric olunduğunu deyib: "Bu şəxsin adı Canpolad Eyvazov deyil, Camulla Eyvazovdur. Təxminən 10 il bundan öncə, yəni 2004-cü ildə polis sıralarından xəstəliyinə görə xaric olunub". Məlumata görə, hazırda onun sözügedən ünvandakı evində Kəlbəcər qaçqını Mehparə Zeynalova kirayədə yaşayır. Əməliyyat zamanı onlar da həmin evdə olub. Qeyd edək ki, dünən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində Quşçuluq massivində keçmiş polis zabitinə məxsus evdə mənşəyi məlum olmayan 300 kq iylənmiş toyuq əti aşkarlanmışdı. |
2014-04-23 | 15,514 | Kokainli “Barselona” şokoladları | İspaniya polisi narkotik alverçilərindən ibarət qurupu ifşa edib. "Axar.az" xəbər verir ki, onların "Barselona"nın adından istifadə etdiyi müəyyənləşib. Narkotik alverçiləri tərkibində marixuana və kokain olan şokoladlar istehsal edərək üzərinə "Barselona"nın loqolarını vururmuşlar. İspaniya polisi Valensiya və Alikantedə quruplaşmanın 9 üzvünü ələ keçirib. Onların uzun müddətdir "Barselona"nın loqosundan yararlanaraq bazara asan yolla narkotik çıxardığı məlum olub. |
2014-04-23 | 15,515 | Sürücülərin nəzərinə: cərimə balları qaldırılır | Azərbaycanda inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitələrindən istifadə hüququnun məhdudlaşdırılmasına səbəb olan il ərzində toplanan balın minimum həddi qaldırılır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, məcəllənin 151.4-cü maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır. Hazırda bu rəqəm 12-dir. Layihə Milli Məclisin plenar cilasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq. |
2014-04-23 | 15,516 | “Nəqliyyat qoçuları” faciəyə səbəb oldu - Dava | Bakı Beynəlxalq Avtovağzalında Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında bu dəqiqələrdə baş verən insident faciə ilə nəticələnib. Müfəttişlər sürücüdən sənədlərini tələb edərkən ikinci ərazidən qaçmaq istəyib və nəticədə körpüdən yıxılıb. Onun vəziyyətinin pis olduğu bildirilir. Məlumata görə bu hadisə, vətəndaşlarla müfəttiş əməkdaşları arasında insidentə səbəb olub. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hadisəni Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov təsdiqləyib. Onun sözlərinə görə, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücü ilə nəqliyyat müfəttişləri arasında mübahisə yaranıb: "Sürücü əlinə daş alıb əməkdaşlarımıza atıb. Əməkdaşımızın biri ayağından xəsarət alıb". Sürücünün körpüdən yıxılaraq xəsarət almasına gəlincə, bu barədə məlumatının olmadığını deyib. Əlavə məlumat verəcəyik. /Aznews.az/ |
2014-04-23 | 15,517 | KİVDF-nin rəhbəri jurnalistləri tənqid etdi | "Jurnalistlərin yazılarının əksəriyyəti inkubator cücəsi kimi bir-birinə oxşayır". Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Sabunçu Rayon İcra Hakimiyyətində "Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda jurnalistlər arasında keçirilmiş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində bildirib. Onun sözlərinə görə, müsabiqəyə təqdim olunmuş məqalələrin əksəriyyəti çox zəif təsir bağışlayıb. Jurnalistləri ciddi tənqid edən Vüqar Səfərli onların daha çox araşdırma aparmalı olduğunu deyib: "Jurnalistlərin yazılarının əksəriyyəti inkubator cücəsi kimi bir-birinə oxşayır. Əsasən statistik göstəricilərə yer verilib, Rayon İcra Hakimiyyətinin hesabat və statistik göstəricilərindən istifadə edilib. Araşdırmalar çox azdır. Yazılarda çatışmazlıqlar demək olar ki, göstərilməyib. Ona görə də yazıların əksəriyyəti aşağı bal toplayıb". KİVDF-nin bu vaxta qədər jurnalistlər arasında keçirdiyi müsabiqələr zamanı onlara 500 min manatdan artıq pul mükafatı təqdim olunduğunu deyən V.Səfərlinin sözlərinə görə, verilən mükafatın müqabilində media mənsublarından gözlədiklərini görə bilmirlər: "Burada elə mükafatlar veririk ki, bəzi jurnalistlər heç öz redaksiyalarında o qədər maaş ala bilmirlər. Amma bunun qarşılığında biz istədiyimizi ala bilmirik". Ona görə də Fondun icraçı direktoru jurnalistləri daha fəal olmağa, müsabiqələrin elan edildiyi 1 ay ərzində tənbəllik etməyib heç olmasa, bir neçə gün mövzu üzrə geniş araşdırma aparmağa çağırıb /Trend/. |
2014-04-23 | 15,518 | Prezident Niderland nümayəndə heyətini qəbul etdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafı məmnunluqla qeyd olundu, Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi. /Trend.az/ |
2014-04-23 | 15,519 | Rövnəq Abdullayevin borcu 7 milyarda çatıb | Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) konsolidasiya olunmuş borcu 6,8 mlrd. ABŞ dolları təşkil edir. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib. S. Qasımov bildirib ki, ümumi borcdan 1,1 mlrd. dolları kapital qoyuluşunun, 1 mlrd. dolları isə kommersiya təşkilatlarına olan borcun payına düşür. "Şirkətin cəlb etdiyi vəsaitlər böyük layihələrə qoyulub. Türkiyədəki layihə üçün 1 milyard dollardan çox, Bakıdakı Gəmiqayırma zavodunun tikintisi üçün 1 milyard dollara qədər Neft Fondundan vəsait götürülüb. "Azəri-Çıraq-Günəşli" layihəsindən 1,67% pay almaq üçün 485 milyon dollara qədər vəsait cəlb olunub. TANAP, TAP, "Şahdəniz 2" layihəsi üçün yaranan şirkətə Neft Fondunun büdcəsindən vəsait ayrılıb", - deyə o bildirib. ARDNŞ-a olan borclara toxunan S. Qasımov bildirib ki, şirkətə ən çox borcu olan "Azərenerji" ASC-dir ki, bu məbləğ 280 mln. manata çatıb. |
2014-04-23 | 15,520 | “Nazirliyin binasına baxmaq da pulla idi” – Nazirin bir ili | "Mikayıl Cabbarovun uğurları haqqında danışmaq hələ çox tezdir". Bu sözləri "Axar.az"a təhsil üzrə ekspert Nabatəli Qulamoğlu Mikayıl Cabbarovun Təhsil naziri təyin olunmasından ötən bir il ərzində gördüyü işləri şərh edərkən bildirdi. İslahatlar aparıldı Onun sözlərinə görə, yeni nazirin gəlişi ilə kadr islahatları, nazirliyin bütün strukturunda yenilənmə baş verdi: "Nazirliyə yolu düşən adam hiss edir ki, yenilik var. Əvvəllər hər addımda, hətta nazirliyin binasına buraxmaq üçün pul tələb edilirdi. Ancaq indi müəyyən qədər dəyişikliklər var. Yeni olduğu üçün az da olsa nazirdən çəkinirlər". Ekspert əlavə edir ki, buna baxmayaraq, Mikayıl Cabbarovun gəlişi təhsildə gözlədiyimiz sıçrayışa səbəb olmadı: "Əlbəttə, Mikayıl Cabbarov təhsilin "ağ atlı oğlanı" deyil, sehirli çubuğu da yoxdur. Bu, sistem məsələsidir. Hər şey sistem şəkilində dəyişməlidir. Bu gün yeni məktəblər tikilir, ancaq bunun təhsilin inkişafına dəxli yoxdur. Bununla təhsili qaldırmaq olmaz. Təhsildə əsas məsələ daxili faktordur. Birinci faktor kadr məsələsidir. Tam məsuliyyətimlə deyə bilərəm ki, Azərbaycanda müəllimlər normal kadrların heç on faizini ödəmir. Bax, bu işin öhdəsindən Mikayıl Cabbarov hələ ki, gələ bilməyib". N.Qulamoğlu bildirir ki, nazir təhsilin ən böyük problemlərindən olan müəllimlərin əməkhaqqı məsələsini də həll edə bilməyib: "Müəllimlərin əmək haqqı məsələsi hələ də problem olaraq qalıb". Ekspert qeyd edir ki, bu gün Azərbaycanda təhsil bazarı yoxdur: "Müəyyən mənada müəllim öz təhsilini satmalıdır. Amma Azərbaycanda təhsil bazarı yoxdur. Heç bunun nə vaxtsa yaranmasını da təsəvvür etmək mümkün deyil". N.Qulamoğlu hesab edir ki, təhsil sahəsində dəyişiklər edilməsi üçün müəyyən cəhdlər var: "Mart ayında Təhsil Nazirliyi inkişaf mexanizmi hazırlayıb Nazirlər Kabinetinə verməli idi. Hanı o mexanizm? Yoxdur. Niyə? Bu suala cavab tapılmalıdır". Qeyd edək ki, bu gün Təhsil Naziri Mikayıl Cabbarovun nazir təyin edilməsindən 1 il ötür. O, 2013-cü ilin aprel ayının 22-də Təhsil Naziri təyin edilib. M.Cabbarov 1998-2013-cü illərdə təhsil naziri olmuş Misir Mərdanovu əvəz edib. |
2014-04-23 | 15,521 | ABŞ Misirdə savaşa başlayır | ABŞ Misirin Sina Yarımadasında terrorla mübarizəyə dəstək vermək üçün 10 hərbi helikopter göndərir. "Axar.az" xəbər verir ki, bu barədə prezident Barak Obama qərar verib. ABŞ Müdafiə naziri Çak Hagel misirli həmkarı Sidqi Sübhi ilə telefon danışığı aparıb. Hagel hərbi dəstəyin Misirin və İsrailin təhlükəsizliyinə yardımçı olacağını, bunun da ABŞ-ın milli maraqlarına cavab verdiyini vurğulayıb. Həmçinin qeyd olunub ki, ABŞ Misirin terrorla mübarizə əməliyyatlarına hörmət edir. Əldə edilən razılığa görə, ABŞ Misirə 1,3 milyard dollar məbləğində yardım edəcək. |
2014-04-23 | 15,522 | Vitse-admiralın həbsi təsdiqləndi - Yeniləndi | 16:05 Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun həbs xəbərini APA hərbi mənbələrinə istinadla təsdiqləyib. Ş.Sultanovun Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanıldığı bildirilir. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov bu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. Onun saxlanıldığı barədə bir neçə saat öncə hərbi ekspert Üzeyir Cəfərov məlumat yaymışdı. 17:17 Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov Bakı Hərbi Məhkəməsinə aparılıb. Yaxınlarının verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində prokurorluğun Ş. Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətinə baxılacaq. 20:33 Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən də APA-ya faktı təsdiqləyiblər. |
2014-04-23 | 15,523 | Krımda maliyyə özbaşınalığı baş verir | Siz heç vaxt rus ola bilməyəcəksiniz və artıq ukraynalı da ola bilməzsiniz. "Axar.az" xəbər verir ki, bu sözləri Sevastopol Şəhər Sovetinin deputatı Vasili Zelençuk krımlılara müraciətində deyib. Zelençuk bildirib ki, krımlılar maaşların, pensiyaların artırılmasını, Rusiya həddinə çatdırılmasını gözləyirdilər və buna görə də, referendumun nəticələrini sevinclə qarşıladılar: "Əvvəlcə sevinc həddi böyük idi. Nədənsə hamı sevincdən SSRİ-nin himnini oxuyurdu, Rusiyanın deyil. Bayramın sərxoş atmosferini maaş "dalğası" pozdu. Krımda maliyyə özbaşınalığı baş verir. Maaşları artırmadılar, sadəcə 1 rublu 3.8 qrivenə çatdırdılar. Əksər vətəndaşlar, o cümlədən analar yeni doğulmuş körpəyə görə sosial müavinətləri almırlar". Deputat bildirib ki, yaxın günlərdə krımlıları kommunal xərclərin bahalaşması gözləyir: "İndi krımlılar suya, elektrik enerjisinə görə daha çox pul ödəyəcəklər". Zelençukun sözlərinə görə, bundan sonra krımlıları psixoloji diskomfort gözləyir: "Siz heç vaxt rus ola bilməyəcəksiniz və artıq ukraynalı da ola bilməzsiniz. Siz iki dövlətin arasında yad bədənə çevriləcəksiniz. Ukraynalıların gözündə siz nifrət, rusların gözündə isə inamsızlıq, yazıqlıq oxuyacaqsınız". |
2014-04-23 | 15,524 | Kliçkoya hücum etdilər - Video | Amerikalı ağır çəkili boksçu Şennon Briqqs məşhur ukraynalı boksçu Vladimir Kliçkonun Aleks Leapai ilə görüşdən əvvəl keçirilən mətbuat konfransında qalmaqal törədib. "Axar.az" xəbər verir ki, konfrans zalına soxulan amerikalı boksçu Kliçkonu onu rəqib kimi seçmədiyinə görə ittiham edib. Futbolkasını cıran boksçu onu Kliçkonun qarşısına atıb və revanş imkanı tələb edib: "Sən əsl çempion deyilsən, xalqın çempionu mənəm". Mühafizəçilər Briqqsi çətinliklə sakitləşdiriblər. Vladimir Kliçko baş vermiş insidentə belə münasibət bildirib: "Mən bunu qətiyyən gözləmirdim. Briqqsin gəlişini, onun törətdiyi şounu anlamadım. Hətta onun nə istədiyini belə başa düşmədim. Anlamadım, o bizim mətbuat konfransını pozmaq istəyirdi, yoxsa özünün varlığını göstərmək? Birinici onda alınmadı, ikincidən isə ümumiyyətlə danışmağa dəyməz. Mən Briqqsi sonunçu dəfə Vitali ilə döyüşdə görmüşəm. Həmin döyüşdən sonra o, qospitala yerləşdirilmişdi. Görünür döyülmədən sonra bərpa ola bilib". |
2014-04-23 | 15,525 | "Məmur övladları atalarını ifşa etsinlər" | "Harınlıq edən məmur övladlarını həvəsləndirmək lazımdır ki, daha çox yarışa çıxsınlar, maşınlarının, evlərini daha çox nümayiş etdirsinlər və öz atalarını ifşa etsinlər". Bu barədə millət vəkili Fazil Mustafa açıqlamasında son günlər bir sıra məmur və deputat övladlarının Bakı küçələrində göstərdikləri "maşın şousu"na münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, Azərbaycanda məmurların rotasiyası baş vermir: "Bir məmur uzun illər eyni vəzifədə qalır, nə qədər harınlıq etsə də işdən çıxmır. Amma son dövrlər bir neçə məmurun cəzalandırılmasına səbəb övladlarının harınlığı oldu. Onları ifşa edən öz övladlarıdır. Məhz övladlarının bu hərəkətləri onların valideynlərinin cəzalanmasına səbəb oldu. Buna görə də, bu məmur övladlarına şərait yaradılmalıdır ki, bilmədiyimiz məsələləri də gündəmə gətirsinlər. Nəticədə dövlətin əmlakını talayan məmurlar heç olmasa vəzifələrini itirsinlər ki, cəmiyyətə təsəlli olsun". /Publika.az/ |
2014-04-23 | 15,526 | ABŞ səfirinin Rauf Mirqədirovla bağlı bəyanatına - Etiraz | Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ səfirliyinin dövlətə xəyanət ittihamı ilə barəsində həbs qəti imkan tədbiri seçilən jurnalist Rauf Mirqədirovla bağlı bəyanatına münasibət bildirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Ə. Hüseynli açıqlamasında ABŞ səfirliyinin hüquq müstəvisində olan məsələyə siyasi münasibət bildirməsinin Azərbaycan tərəfdə təəssüf doğurduğunu vurğulayıb. O qeyd edib ki, kimliyindən asılı olmayaraq, qanunvericilik çərçivəsində prosessual tərəflər qorunmaqla, həbs olunmuş şəxsin Azərbaycanda Avropa standartlarına tam uyğun olan müdafiə mexanizmlərindən istifadə etmək imkanı var: "Hər hansı şəxsin fəaliyyət növündən asılı olmayaraq həbsinə siyasi qiymət, siyasi bəyanat vermək doğru addım deyil. Bu, hüquq sisteminə hörmətsizlikdir. Qeyri-hüquqi mexanizmlərlə insanların həbsi təcrübəsi təəssüf ki, elə ABŞ-da mövcuddur. Quantanamo həbs düşərgəsi və sair buna misaldır. Prezident Barak Obama prezident seçilərkən bəyanat vermişdi ki, bu qara səhifəni - Quantanamo məsələsini bağlayacaq, təəssüf ki, bunu görmədik". Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Rauf Mirqədirovun Türkiyədən qəfil deportasiyası və Bakıda saxlanmasından narahat olduğunu bəyan edib: "Biz həmçinin Mirqədirovun Azərbaycan hökumətini tənqid edən yazıları, yaxud onun Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası cəhdlərində iştirakından dolayı həbs olunması iddialarına görə narahatıq". |
2014-04-23 | 15,527 | Ərdoğan Baş nazir postunu təhvil verdi | 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Baş nazir Ərdoğan kürsüsünü 9 yaşındakı Göker İnana rəmzi olaraq təhvil verib. "Axar.az" xəbər verir ki, Baş nazir Ərdoğan daha sonra öz çıxışında uşaqlara öz məsləhətlərini çatdırıb: "Lazım olduğunda palçığın içində, çəmənlikdə fırlanın, kompüterin qarşısında saatlarınızı itirməyin. Mən də o günlərimə dönmək istəyirəm, amma mümkün deyil. Sizlər bu güclü millətin nəvələrisiniz. Bir-birinizlə yaxşı rəftar edin. Məktəbdə yoldaşlarınızla həmrəy olun. Bir tövsiyəmi vurğulamaq istəyirəm. Sizlər əsla kompüterlərin, internetin əsiri olmayın, onlar sizin əsiriniz olsun. Onlar sizə hökm etməsin, sizlər hökm edin. İndidən doyunca oynayın. Ailənizlə, müəllimlərinizlə birgə neçə-neçə bayramlar diləyirəm. Hamınızı sevgiylə qucaqlayıram". |
2014-04-23 | 15,528 | İstintaqa cəlb olunan daha bir generalın adı bəlli oldu – Özəl | "General Beydullayev də istintaqa cəlb olunanlar sırasındadır". Bu sözləri "Axar.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, vitse-admiral Şahin Sultanovdan sonra da çox ciddi addımlar atılacağını qeyd edib: "Mən inanmaq istərdim ki, bu araşdırma aparılacaq. Burada təkcə Şahin Sultanov deyil, bir sıra vəzifəli şəxslərdə var ki, onlar da məsuliyyətə cəlb olunmalıdırlar. Bu o şəxslərdir ki, zamanında Hərbi Dəniz Qüvvələrində yoxlamalar aparıblar, hər şeyin normal olması haqqında raport yazıblar. Bunların arasında generallar və digər şəxslər var. İnanıram ki, onların hər biri istintaqa cəlb olunacaqlar. Çünki bu elə bir məsələdir ki, burada ölkənin təhlükəsizliyi və müdafiəsi ilə bağlı məqamlar yer alıb. Yəni bu məsələdə saxtakarlıq edən şəxs general rütbəsindən və digər imtiyazlardan məhrum edilməlidir". Hərbi ekspert istintaqa cəlb olunanlar sırasında bir neçə yüksək rütbəli zabitin olduğunu bildirdi: "Bu məsələ ilə bağlı bir neçə vəzifəli şəxs dindirilib. Onların hərəkətlərinin hansı hüquqi məsuliyyət doğurduğu öz həllini tapacaq. Ancaq məndə olan səhih məlumat ondan ibarətdir ki, o vəzifəlilərdən biri - general Beydullayev artıq istintaqa cəlb olunub". Qeyd edək ki, general-mayor Məmməd Beydullayev Zakir Həsənova qədər Müdafiə Nazirliyinin Baş İnspeksiyasının rəisi vəzifəsini icra edib. Zakir Həsənov Müdafiə naziri təyin olunandan sonra istefaya göndərdiyi generallar içərisində onun da adı yer alıb. Beydullayevin eks-müdafiə naziri general-polkovnik Səfər Əbiyevin yaxın kadrlarından olduğu bildirilir. |
2014-04-23 | 15,529 | Prezidentlə xanımı yeni açılan aerovağzalda | Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olub. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Prezident İlham Əliyev yeni aerovağzal kompleksi ilə yaxından tanış olub. Dövlət başçısı görülən işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin ilk sərnişinləri - Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 23-də Çex Respublikasının paytaxtı Praqaya yola düşüblər. |
2014-04-23 | 15,530 | Lavrov hədələdi: “Qoşun yeridərik” | Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukrayna hökumətinə növbəti xəbərdarlıq edib. "Axar.az" xəbər verir ki, Lavrov rus vətəndaşlarının hüquqları pozulacağı təqdirdə Moskvanın buna cavab verəcəyini bildirib. Müsahibəsi zamanı Lavrov bildirib ki, Ukrayna, ABŞ və NATO-nun Ukraynanın cənub-şərqində fəaliyyət göstərən separatçıların rus ordusuna məxsus olmalarına dair iddiaları əsassızdır: "Rusiya heç vaxt Ukrayna sərhədinə qoşun göndərməsini inkar etməyib. Eyni addımı Ukrayna hökuməti də atıb. Bizim qoşunlarımız Rusiya ərazisində yerləşir. Onlar Müdafiə naziri Sergey Şoyqunun rəhbərliyi altında təlimlər keçiblər. Bu da normaldır, çünki ordu özünü hər zaman hazır hiss etməlidir". Rusiya XİN rəhbəri eyni zamanda qeyd edib ki, Rusiyaya hücum olunacağı təqdirdə cavab verməli olacaqlar: "Əgər rus vətəndaşlarının hüquqları pozulacaqsa, mən başqa çıxış yolu görmürəm". |
2014-04-23 | 15,531 | Metropolitendən 450 milyonluq layihə | "Caspian Mobility Group" müştərək müəssisəsi (BM) "Bakı Metropoliteni" QSC ilə "28 May" stansiyasından başlayan "yaşıl xətt"in (şərti olaraq U15 adlanan) tikintisi üzrə müqavilə imzalayıb. Bu barədə "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin direktor müavini Samir Qasımov bildirib. "Caspian Mobility Group" Fransanın "Bouygues" şirkəti ilə birgə yaradılıb. Onun sözlərinə görə, müqavilənin dəyəri təqribən 450 milyon manatdır. "Yaşıl xətt"in uzunluğu 3,5 kilometrdir. S.Qasımov deyib ki, bundan başqa, "28 May" stansiyasının yenidən qurulması çərçivəsində "Akkord-Bouygues" artıq inşaat işlərinin aparılması üzrə təkliflərini təqdim edib: "Müqavilənin yaxın vaxtlarda imzalanacağı gözlənilir" /Trend/. |
2014-04-23 | 15,532 | Siyavuş Novruzov deputat oğlunun "avtoş"luğundan danışdı | Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlunun paytaxtın Zığ-hava limanı şosesində sürət yarışına çıxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. YAP-çı deputat açıqlamasında deyib ki, kimliyindən asılı olmayaraq, xüsusilə də məmur övladları ilk növbədə qanunun tələblərinə riayət etməlidir: "Çünki vətəndaşların hamısı qanun qarşısında bərabərdir. Burada məmur övladları ikiqat məsuliyyət daşıyır. Ona görə də məmur övladları nizam-intizama, davranış və etik qaydalara əməl etməlidir. Mənim də övladım var, ancaq heç kəs onu tanımır. Düşünürəm ki, belə də olmalıdır". S.Novruzov qeyd edib ki, dəbdəbəli həyat tərzinə və bahalı avtomobilə sahib olmaq insan üçün əsas göstərici deyil: "İnsan üçün əsas göstərici onun ağılı, təhsili, vətəninə, dövlətinə olan yaxşı xidməti və sədaqətidir. Cəmiyyətin də hər kəsdən gözlədiyi müsbət göstərici bunlardır. Yoxsa kimsə hər hansı bahalı markalı avtomobil sürməklə və dəbdəbəli həyat tərzi keçirməklə özünü kiməsə göstərə bilirsə, bu onların özləri kimi 1-2 nəfərin diqqətinə cəlb edəcək. Ancaq digərlərinin buna münasibəti isə kəskin pis olacaq. Hakim partiya olaraq biz bütün fəaliyyətimizdə ümummilli lider Heydər Əliyevin tövsiyə etdiyi sadə həyat tərzini və cəmiyyətdə hər zaman sadəliyi təbliğ edirik. Bundan sonra da biz bunu təbliğ edəcəyik". /Publika.az/ |
2014-04-23 | 15,533 | Tiflisdə qondarma soyqırıma xaçkar ucaldıldı | Tiflisdəki Surb Eçmiədzin kilsəsinin yaxınlığında qondarma "erməni soyqırımı"nın xatirəsinə xaçkar ucaldılıb. "Axar.az" xəbər verir ki, xaçkar Peterburqda yaşayan messenat Qraç Poqosyanın maliyyə dəstəyi və Gürcüstanın Erməni Apostol Kilsəsi Yeparxiyasının təşəbbüsü ilə ərsəyə gəlib. Qeyd edək ki, sözgedən xaçkarın Ermənistanda hazırlandığı deyilir. Xatırladaq ki, ermənilərin qondarma soyqırım tədbirinə Ermənistanın Gürcüstandakı səfiri Ovannes Manukyan, bu ölkənin parlament üzvü Ruslan Poqosyan və digər şəxslər qatılıblar. |
2014-04-23 | 15,534 | Telman Adıgözəlov yenidən doğuldu | Dünən Azərbaycan Xalq artisti, mərhum aktyor Telman Adıgözəlovun oğul nəvəsi dünyaya gəlib. "Axar.az" xəbər verir ki, aktyorun oğlu Tural Adıgözəlovun ailəsində dünyaya gələn körpəyə aktyorun adı verilib. Saytımıza açıqlama verən Tural Adıgözəlov deyib ki, oğlu hər zaman adı ilə atasını xatırladır: "Ümid edirəm ki, gələcəkdə əməli, qabiliyyəti ilə də babasını yaşadacaq". |
2014-04-23 | 15,535 | Etirazçılar Bakı-Qazax yolunu bağladılar | Bakı-Qazax yolunun Gornaboy rayon ərazisindən keçən hissəsi bir qrup şəxs tərəfindən kəsilib. Bu barədə "Axar.az"a rayon sakinləri məlumat veriblər. Etiraza səbəbin bir ölüm işi ilə bağlı olduğu bildirilir: "Goranboy ərazisində yolu sakinlər kəsiblər. Onlar bir müddət öncə avtomobil qəzası nəticəsində ölən Şəmmədli kənd sakini Ülfət Muxtaroğlunun qohumlarıdır. Onlar qohumlarının ölümündəki şübhəlinin həbs olunmasını tələb edirdilər. Bir az öncə polis rəisi Fəqan Azadəliyev hadisə yerinə gəldi və bununla bağlı istintaqın getdiyini, cinayətkarların həbs ediləcəyini dedi. Polis rəisinin bu vədindən sonra qohumlar aksiyanı dayandırdı". |
2014-04-23 | 15,536 | Ərdoğan ermənilərə başsağlığı verdi - "Erməni soyqırımı" | Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı yazılı açıqlaması yayımlanıb. "Axar.az" xəbər verir ki, Ərdoğanın Baş Nazirliyin saytında yayımlanan mesajı 8 xarici dildə yerləşdirilib. Açıqlamada erməni vətəndaşları və bütün dünyadakı ermənilər üçün xüsusi əhəmiyyət daşıyan 24 aprelin tarixi bir məsələ ilə bağlı dəyərli fürsət yaratdığını deyən Ərdoğan bildirib ki, Osmanlı dönəminin son illərinin türk, kürd, ərəb, erməni və digər milyonlarla Osmanlı vətəndaşı üçün çətin bir zaman olduğu heç vaxt yaddan çıxmayacaq: "Osmanlı İmperiyasının vətəndaşı olan hər kəs kimi ermənilərin də o zaman üzləşdikləri acıları yad etmək və paylaşmaq bir insanlıq vəzifəsidir. 1915-ci il hadisələri ilə bağlı fərqli fikir və düşüncələrin sərbəst ifadə edilməsi demokratik mədəniyyətin vacib hissəsidir". Ərdoğanın açıqlamasında daha sonra bildirilib: "Etnik və dini kökləri nə olursa-olsun, əsrlərlə bir yerdə yaşamış, sənətdən diplomatiyaya, dövlət idarəsindən ticarətə qədər hər sahədə birgə dəyərlər yaradan Anadolu insanları yeni bir gələcək inşa edən imkan və qabiliyyətinə bu gün də malikdir. XX əsrin əvvəllərindəki şərtlərdə həyatlarını itirən ermənilərin rahat yatmalarını diləyir, nəvələrinə başsağlığımızı bildiririk. Həmin vaxtlarda oxşar şərtlərdə həyatlarını itirən bütün Osmanlı vətəndaşlarını da rəhmət və hörmətlə xatırlayırıq". Xatırladaq ki, ermənilər 1915-ci ildə baş verən bu hadisələri "erməni soyqırımı" kimi qələmə verir və hər il 24 apreli soyqırım günü kimi keçirirlər. Dünyadakı erməni lobbisi bu tarix ərəfəsində ciddi aktivləşir. |
2014-04-23 | 15,537 | Rusiyanın sabiq naziri ABŞ-ın hədəflərini açıqladı | Rusiya keşmiş Xarici İşlər naziri və Beynəlxalq Əlaqələr Şurasının sədri İqor İvanov Vaşinqtonun Ukraynanı geosiyasi oyunda vasitəçi olaraq istifadə etdiyini bildirib. "Axar.az" xəbər verir ki, İvanov ABŞ-ı Ukraynanın problemlərini həll etmək, iqtisadi sahədə dəstək olmaq üçün ciddi bir addım atmadığına görə tənqid edib ABŞ-ın öz mənfəətləri üçün çalışdığını bildirən İvanov Ukrayna böhranından istifadə etməklə 3 ayrı hədəfin reallaşdırılmağa cəhd edildiyini iddia edib: "ABŞ-ın birinci hədəfi Rusiyaya maneə olaraq beynəlxalq aləmdə keçmiş mövqeyini qazanmasına icazə verməməkdir. İkinci hədəfi NATO-ya yeni məkan tapmaq və Avropa ölkələrini hərbi xərclər məsələsində addımlar atmağa sövq etməkdir. Üçüncü hədəf isə qlobal enerji bazarlarını yenidən formalaşdırmaq və öz maraqlarını gerçəkləşdirməkdir". |
2014-04-23 | 15,538 | Böyük Vətən müharibəsi veteranı təltif olundu - Foto | Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 416-cı alayın topçusu olan Zərdab rayon sakini 93 yaşlı Muradəli Heydərovu qəbul edib. Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Axar.az"a verilən məlumata görə, Xidmət rəisi Böyük Vətən müharibəsi iştirakçılarının, eləcə də Qarabağ müharibəsi veteranlarının sosial müdafiəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqətində olduğunu, göstərilən dövlət qayğısının artmaqda olduğunu vurğulayıb. A.Rəhimov Böyük Vətən müharibəsi veteranı M.Heydərovun keçdiyi döyüş yolundan söz açaraq, onun gənclər üçün bir nümunə olduğunu vurğulayıb. Gənclərin ordu sıralarına hazırlanmasında, döyüş əzmi ruhunda və hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə M.Heydərova təşəkkürünü bildirən general-leytenant A.Rəhimov onun bu fəaliyyətinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri fərmanı ilə təltif olunduğunu diqqətə çatdırıb. Xidmət rəisi Fəxri fərmanı M.Heydərova təqdim edərək, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb. Böyük Vətən müharibəsi veteranı M.Heydərov bu qayğı və diqqət üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib. O, bundan sonra da yorulmadan veteranların nümunəsini gənc nəsil arasında təbliğ edəcəyini vurğulayıb. |
2014-04-23 | 15,539 | İcra Hakimiyyətindən oğurluq edildi | Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəliyinin inzibati binasından oğurluq edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, rayon İcra Hakimiyyətinin Əlibəyov qardaşları 84 ünvanında yerləşən 2 saylı nümayəndəliyinin inzibati binasından qapını sındırma yolu ilə 3 ədəd kompüter dəsti, 1 ədəd HP markalı nootbuk və 1 ədəd "WI-Fi" modem oğurlanıb. Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır. |
2014-04-23 | 15,540 | Cavaxetiya erməniləri tərksilah edilir | Gürcüstanın əsasən ermənilər yaşayan Cavaxetiya bölgəsinin əhalisindən hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən çoxlu sayda silah və döyüş sursatı yığılıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayıb. Müşahidəçilərə görə, belə təhlükəsizlik tədbiri Rusiyanın bölgənin erməni əhalisindən istifadə edib Gürcüstanda qarışıqlıq yaratmasını önləmək niyyəti güdə bilər. Az öncə Cavaxetiya ermənilərinə Rusiya pasportlarının paylandığı haqda məlumatlar yayılmışdı. /Musavat.com/ |
2014-04-23 | 15,541 | Belarus Çingiz Abdullayevi təltif etdi - Foto | Azərbaycan Milli Kitabxanasında dünya şöhrətli yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçirilib. Görüşdə Rusiyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin, Belarus respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Nikolay Patskeviç, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, şair Çingiz Əlioğlu və başqa tanınmış insanlar iştirak ediblər. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Çingiz Abdullayevin yaradıcılığından danışıb. Daha sonra Çingiz Əlioğlu, Rusiya səfiri Vladimir Doroxin, Belarus səfiri Nikolay Patskeviç də görüş iştirakçılarına Xalq yazıçısı haqqında fikirlərini çatdırıblar. Tədbirin yekununda Belarus səfiri cənab Nikolay Patskeviç Çingiz Abdullayevə ədəbiyyat sahəsindəki xidmətlərinə görə Belarus respublikasının döş nişanını təqdim edib. /ANS/ |
2014-04-23 | 15,542 | Leyla Əliyeva BMT-yə danışdı - Foto | Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT Radiosunun Rus Xidmətinə eksklüziv müsahibəsində Heydər Əliyev Fondunun Azərbaycanda və Rusiyada fəaliyyəti barədə danışmışdır. BMT Radiosu qeyd edir ki, Baş Məclisin nümayəndələri bu yaxınlarda ölkələr, təşkilatlar və ayrı-ayrı şəxslər arasında qlobal tərəfdaşlıq məsələlərini müzakirə etmişlər. BMT-də belə hesab edirlər ki, əməkdaşlığın möhkəmlənməsi dünya birliyinin inkişaf sahəsində məqsədlərə birgə nail olmasına kömək edəcəkdir. Tərəfdaşlığın necə səmərə verməsini nümayiş etdirən nümunələrdən biri 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondunun fəaliyyətidir. Bu Fond Azərbaycanla yanaşı, Rusiya və bir sıra başqa ölkələrdə də fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT Radiosuna müsahibəsini təqdim edirik. BMT RADİOSU: Siz Heydər Əliyev Fondunun vitse-prezidentisiniz və çoxsaylı sosial layihələrdə iştirak edirsiniz. Sizi ictimai fəaliyyətlə məşğul olmağa sövq edən nə olmuşdur? LEYLA ƏLİYEVA: Heydər Əliyev Fondu 2004-cü ildə yaradılmışdır. Onun işi həyatın bütün sahələrini - təhsil, mədəniyyət, elm, xeyriyyəçilik, səhiyyə məsələlərini, indi isə həm də ekologiyanı əhatə edir. Şəxsən mənə gəldikdə, bu Fond mənim ictimai fəaliyyətə öz töhfəmi vermək üçün böyük imkan deməkdir. Hesab edirəm ki, Azərbaycan gənclərinin hər bir nümayəndəsi bu işə müəyyən dərəcədə öz töhfəsini vermək istəyir. Əlbəttə, əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm. BMT RADİOSU: Fondun əsas layihələri barədə danışaydınız... Şəxsən Siz hansı layihələrlə fəxr edirsiniz? LEYLA ƏLİYEVA: Layihələr çoxdur. Fond çoxsaylı mədəni tədbirlər, sərgilər, mühazirələr təşkil edir. Mənim sevimli layihələrimdən biri "Bakıya uçuş" sərgisidir. Bu sərgidə Azərbaycandan olan 21 müasir rəssam iştirak edir. Sərgi iki il bundan əvvəl Londonda start götürmüş, sonra Parisə, Romaya, Vyanaya, Moskvaya uçmuş və Bakıda başa çatmışdır. Bu sərgi müasir Azərbaycan incəsənətini ilk dəfə dünya tamaşaçılarına çatdırmağa imkan verdi. Sərgiyə müsbət münasibəti görmək çox xoş idi. Fondun səhiyyə və uşaqlarla iş sahəsində gördüyü bütün tədbirlər mənim üçün çox vacibdir. Hazırda talassemiya layihəsi məni daha çox narahat edir. Fond regionda ən böyük talassemiya mərkəzi tikmişdir. Təəssüf ki, bu xəstəlik Azərbaycanda da mövcuddur. Bununla əlaqədar yaxşı xəbər odur ki, yaxın vaxtlarda bu xəstəliklə bağlı dövlət proqramı hazırlanmışdır. Çox vaxt elə olur ki, Fond müəyyən layihə üzərində işə başlayır, sonra dövlət də həmin fəaliyyətə qoşulur və nəticədə dövlət proqramı yaranır. Məsələn, Fond "Yenilənən Azərbaycana yeni məktəb" proqramını başlamış, bu layihə çərçivəsində təxminən 400 məktəb tikilmiş və ya təmir edilmişdir. Dövlət bu proqramı davam etdirdi və Azərbaycanda 3 minə yaxın məktəb təmir edildi. Fond Azərbaycandan başqa Türkiyədə, Gürcüstanda, Rumıniyada, Misirdə, zəlzələdən zərər çəkmiş Pakistanda da məktəblər tikmişdir, bu yaxınlarda Rusiyanın Ulyanovsk şəhərində məktəb istifadəyə verilmişdir. BMT RADİOSU: Fond bir sıra ölkələrdə, o cümlədən Rusiyada işləyir. Bu yaxınlarda Siz Volqoqrad, Həştərxan vilayətlərinin həyatında fəal iştirakınıza görə medallar almısınız. Bu mükafatların nəyə görə alınması və Rusiyanın daha hansı regionları ilə işləməyiniz barədə ətraflı söhbət edə bilərdinizmi? LEYLA ƏLİYEVA: Müqəddəs Knyagina Olqa ordeni almaq mənim üçün böyük şərəfdir. Həştərxanda iki dəfə olmuşam. Bu şəhərdə layihələrimiz çoxdur - orada park salmışıq, bir məktəb binasını rekonstruksiya etmişik. Azərbaycan ilə Rusiya arasında Dostluq Körpüsü açmışıq. Bu yaxınlarda Müqəddəs Mələksima knyaz Vladimirə abidə ucaltmışıq. Oradakı məbədə də qayğı göstəririk. Əlbəttə, Rusiyanın Həştərxan vilayəti Azərbaycana yaxındır. Bizim ortaq cəhətlərimiz çoxdur. Hesab edirəm ki, ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə yönəlmiş tədbirlər daha çox keçirilməlidir. Ölkələrimizi bir-birinə bağlayan mehriban qonşuluq münasibətləri çoxillik tarixə malikdir. Bu adi insani münasibətlər əsasında çox şey qurulur. Bir də, əlbəttə, mədəni mübadilə. Azərbaycanda rus ədəbiyyatını, rus mədəniyyətini, rus dilini yaxşı bilirlər. Azərbaycan bəlkə də yeganə MDB ölkəsidir ki, məktəblərdə rus dilinin öyrənilməsi praktiki olaraq əvvəlki həcmdə qalmışdır. Bizdə Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu yaxınlarda Moskva Dövlət Universitetinin Bakı filialı açılmışdır. Bu həm də ona görə çox qiymətlidir ki, mənim fikrimcə, rus dili dünyada ən zəngin dillərdən biridir. Buna görə də rus dilinin qorunub saxlanması çox vacibdir. BMT RADİOSU: Siz Fondun Rusiyadakı fəaliyyətini xatırlatdınız. Bu il Fond öz yubileyini -10 yaşını bayram edir. Səhiyyə barədə danışmalı olsaq məlumdur ki, Siz Heydər Əliyev Fondu xətti ilə HİV-in profilaktikası məsələləri ilə çox fəal məşğul olursunuz. Fondun mövcud olduğu müddətdə bu istiqamətdə hansı nəticələrə nail ola bilmisiniz? LEYLA ƏLİYEVA: Bəli, bu, müasir dünyada ən vacib məsələlərdən biridir. Mənim fikrimcə, ilk növbədə maariflənmə imkanı təmin edilməlidir. İnsanlar bu barədə məlumat almalıdırlar, Onlar bunu bilməli və bu barədə düşünməlidirlər. Heydər Əliyev Fondu "Uşaq göy qurşağı" layihəsini həyata keçirmiş, bununla əlaqədar HİV infeksiyası barədə uşaqlar üçün mühazirələr oxunmuşdur. Bizim Fond "B" hepatiti və HİV ilə bağlı müayinələr aparan Vişnevskaya-Rostropoviç Fondunu da dəstəkləyir. QİÇS sahəsində Rusiyanın Azərbaycanlı Gənclər Birliyi -RAGB çox fəal iş aparır. Fəallarımız müxtəlif universitetlərdə mühazirələr oxuyurlar, Rusiyanın müxtəlif regionlarında bu mövzuda konfranslar da təşkil etmişik. Biz hər il "Qanın milləti yoxdur" aksiyası keçiririk, həmin aksiya çərçivəsində azərbaycanlı gənclər Rusiyada təmənnasız olaraq qan verirlər. Bizim "Sağlam olmağını yəqin et, xəstəliyə "yox" de" şüarı altında layihəmiz də olmuşdur. Həmin gün hər bir insan pulsuz müayinə oluna bilər. BMT RADİOSU: İlin əvvəlində Siz Nayrobidə olmusunuz. BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) rəhbəri Axim Ştayner ilə görüşmüsünüz. Səfərinizin yekunları və prinsip etibarilə nə haqda razılığa gəlməyiniz barədə bir qədər ətraflı danışa bilərdinizmi? LEYLA ƏLİYEVA: Bu, mənim Afrikaya ilk səfərim idi. İDEA (International Dialogue for Environmental Action) kampaniyası yaranan vaxtdan artıq üç ildir ki, ekologiya ilə məşğul oluram. Bu kampaniyanın əsas məqsədi ətraf mühitin qorunmasıdır. Kampaniya regionumuzda gənclərlə işə istiqamətlənmişdir. Biz bütün layihələrimizə kreativ yanaşmağa çalışırıq. Artıq çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycanda üç milyon ağac əkilməsi bizim əsas layihələr sırasına aid edilə bilər. Bu, ölkəmizdə üç milyon gənc yaşamasının rəmzidir. Daha bir layihəmiz quşlar üçün yuvalar qurulması ilə bağlıdır. Əvvəlcə Qız Qalasında - Azərbaycanın rəmzi sayılan bu abidədə quş yuvaları vardı. Qız Qalasında yenidənqurma işləri başlananda anladıq ki, quşlar salamat qala bilməyəcəklər. Buna görə də biz həmin qalanın lap qarşısında, üzərində quş yuvaları qurulmuş bir art-obyekt ucaltdıq və quşlar həmin yuvalara köçdülər. Bizim ideyalarımız çoxdur. Əsas istiqamətlərdən biri - nəsli kəsilmək təhlükəsi olan heyvanların müdafiəsidir. May ayında pişikkimilər fəsiləsinin qorunmasına həsr edilmiş böyük bir konfrans keçiriləcəkdir. Azərbaycanda Qafqaz bəbiri yaşayır. Bu heyvanın nəslinin kəsilməsi təhlükəsi var. Çətinlik onunla bağlıdır ki, bu heyvanı böyüdüb ətraf mühitə buraxsaq, o, salamat qalmayacaq. Buna görə biz indi bütün dünyadan ekspertləri dəvət edirik ki, bu problemin həlli barədə düşünsünlər. Biz zubrun və Qafqaz bəbirinin qorunması istiqamətində Rusiyanın Vəhşi Təbiət Fondu ilə fəal iş aparırıq. Keniya səfəri ilə bağlı unudulmaz təəssüratlarım var. Bu səfərdən sonra başa düşürsən ki, hər yerin təbiəti qiymətlidir. Azərbaycana qayıdandan sonra başa düşürsən ki, bizdə hər şey tamam başqadır. Dünyadakı 11 iqlim qurşağının 9-u bizim ölkəmizdə var. İnsanların kifayət qədər bilikli, savadlı olması, bunun nə dərəcədə qiymətli olduğunu başa düşmələri çox vacibdir. BMT RADİOSU: Məlumdur ki, Azərbaycanda ətraf mühitə hətta məktəblər səviyyəsində böyük diqqət yetirilir. LEYLA ƏLİYEVA: Bəli, bu, həqiqətən belədir. İDEA layihəsi çərçivəsində universitetlərdə və məktəblərdə ekoloji siniflər yaradılmışdır. İndi biz tələbələr üçün dərslik üzərində işləyirik. Bir də ki, bu məsələ hər bir uşaq üçün maraqlıdır. Bəli, biz çox problemlər haqqında fikirləşirik, lakin bu, harada yaşamasından asılı olmayaraq hər bir insana aiddir. Bizim hətta belə bir şüarımız var: "Bir planet - bir gələcək". BMT RADİOSU: Siz ictimai fəaliyyətinizlə yanaşı, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinə - RAGB-yə rəhbərlik edirsiniz. Yaxın vaxtlarda Siz Reza Deqatinin tolerantlığa həsr edilmiş sərgisini açmışdınız. Fikrinizcə, Azərbaycan və Rusiya xalqları arasında tolerantlıq məsələlərinin daha yaxşı başa düşülməsi üçün daha hansı addımları atmaq olar? LEYLA ƏLİYEVA: Bu sərgi çox uğurlu oldu. O, Yəhudi muzeyində və tolerantlıq mərkəzində təşkil edilmişdi. Tolerantlıq bizim üçün qürur mənbəyi deyil, bu, bizim həyat tərzimizdir, normadır, ona görə ki, burada tarixən müxtəlif xalqları, müxtəlif dinləri təmsil edən insanlar yaşayır. Bizdə atəşpərəstlik, zərdüştilik olmuşdu. Xristianlıq Azərbaycana IV əsrdə, islam VIII əsrdə gəlmişdir, iudaizm iki min illik tarixə malikdir. Bu gün Azərbaycanda məscidlər, sinaqoqlar, kilsələr, atəşpərəst məbədləri vardır. Onlar hamısı bir-birinin yaxınlığında yerləşir. Bizdə müxtəlif dillərdə danışırlar. Azərbaycanda 21 qeyri-müsəlman dini icma vardır. Bu, çox vacib və qiymətlidir. Təəssüf ki, müasir dünyada fikir ayrılıqları, münaqişələr bəzən məhz bir-birini qəbul etmək və anlamaq arzusunun olmaması üzündən yaranır. Buna görə də hesab edirəm ki, Azərbaycan müəyyən mənada model rolu oynaya bilər. Əlbəttə, belə bir tədbirin Rusiyada keçirilməsi çox önəmli idi, ona görə ki, bizim ümumi cəhətlərimiz çoxdur, Rusiyada 100-ə yaxın müxtəlif xalqların və dinlərin nümayəndələri yaşayır, bunu qoruyub saxlamaq çox vacibdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT Radiosunun Rus Xidmətinə eksklüziv müsahibəsində Heydər Əliyev Fondunun Azərbaycanda və Rusiyada fəaliyyəti barədə danışmışdır. BMT Radiosu qeyd edir ki, Baş Məclisin nümayəndələri bu yaxınlarda ölkələr, təşkilatlar və ayrı-ayrı şəxslər arasında qlobal tərəfdaşlıq məsələlərini müzakirə etmişlər. BMT-də belə hesab edirlər ki, əməkdaşlığın möhkəmlənməsi dünya birliyinin inkişaf sahəsində məqsədlərə birgə nail olmasına kömək edəcəkdir. Tərəfdaşlığın necə səmərə verməsini nümayiş etdirən nümunələrdən biri 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondunun fəaliyyətidir. Bu Fond Azərbaycanla yanaşı, Rusiya və bir sıra başqa ölkələrdə də fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT Radiosuna müsahibəsini təqdim edirik. BMT RADİOSU: Siz Heydər Əliyev Fondunun vitse-prezidentisiniz və çoxsaylı sosial layihələrdə iştirak edirsiniz. Sizi ictimai fəaliyyətlə məşğul olmağa sövq edən nə olmuşdur? LEYLA ƏLİYEVA: Heydər Əliyev Fondu 2004-cü ildə yaradılmışdır. Onun işi həyatın bütün sahələrini - təhsil, mədəniyyət, elm, xeyriyyəçilik, səhiyyə məsələlərini, indi isə həm də ekologiyanı əhatə edir. Şəxsən mənə gəldikdə, bu Fond mənim ictimai fəaliyyətə öz töhfəmi vermək üçün böyük imkan deməkdir. Hesab edirəm ki, Azərbaycan gənclərinin hər bir nümayəndəsi bu işə müəyyən dərəcədə öz töhfəsini vermək istəyir. Əlbəttə, əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm. BMT RADİOSU: Fondun əsas layihələri barədə danışaydınız... Şəxsən Siz hansı layihələrlə fəxr edirsiniz? LEYLA ƏLİYEVA: Layihələr çoxdur. Fond çoxsaylı mədəni tədbirlər, sərgilər, mühazirələr təşkil edir. Mənim sevimli layihələrimdən biri "Bakıya uçuş" sərgisidir. Bu sərgidə Azərbaycandan olan 21 müasir rəssam iştirak edir. Sərgi iki il bundan əvvəl Londonda start götürmüş, sonra Parisə, Romaya, Vyanaya, Moskvaya uçmuş və Bakıda başa çatmışdır. Bu sərgi müasir Azərbaycan incəsənətini ilk dəfə dünya tamaşaçılarına çatdırmağa imkan verdi. Sərgiyə müsbət münasibəti görmək çox xoş idi. Fondun səhiyyə və uşaqlarla iş sahəsində gördüyü bütün tədbirlər mənim üçün çox vacibdir. Hazırda talassemiya layihəsi məni daha çox narahat edir. Fond regionda ən böyük talassemiya mərkəzi tikmişdir. Təəssüf ki, bu xəstəlik Azərbaycanda da mövcuddur. Bununla əlaqədar yaxşı xəbər odur ki, yaxın vaxtlarda bu xəstəliklə bağlı dövlət proqramı hazırlanmışdır. Çox vaxt elə olur ki, Fond müəyyən layihə üzərində işə başlayır, sonra dövlət də həmin fəaliyyətə qoşulur və nəticədə dövlət proqramı yaranır. Məsələn, Fond "Yenilənən Azərbaycana yeni məktəb" proqramını başlamış, bu layihə çərçivəsində təxminən 400 məktəb tikilmiş və ya təmir edilmişdir. Dövlət bu proqramı davam etdirdi və Azərbaycanda 3 minə yaxın məktəb təmir edildi. Fond Azərbaycandan başqa Türkiyədə, Gürcüstanda, Rumıniyada, Misirdə, zəlzələdən zərər çəkmiş Pakistanda da məktəblər tikmişdir, bu yaxınlarda Rusiyanın Ulyanovsk şəhərində məktəb istifadəyə verilmişdir. BMT RADİOSU: Fond bir sıra ölkələrdə, o cümlədən Rusiyada işləyir. Bu yaxınlarda Siz Volqoqrad, Həştərxan vilayətlərinin həyatında fəal iştirakınıza görə medallar almısınız. Bu mükafatların nəyə görə alınması və Rusiyanın daha hansı regionları ilə işləməyiniz barədə ətraflı söhbət edə bilərdinizmi? LEYLA ƏLİYEVA: Müqəddəs Knyagina Olqa ordeni almaq mənim üçün böyük şərəfdir. Həştərxanda iki dəfə olmuşam. Bu şəhərdə layihələrimiz çoxdur - orada park salmışıq, bir məktəb binasını rekonstruksiya etmişik. Azərbaycan ilə Rusiya arasında Dostluq Körpüsü açmışıq. Bu yaxınlarda Müqəddəs Mələksima knyaz Vladimirə abidə ucaltmışıq. Oradakı məbədə də qayğı göstəririk. Əlbəttə, Rusiyanın Həştərxan vilayəti Azərbaycana yaxındır. Bizim ortaq cəhətlərimiz çoxdur. Hesab edirəm ki, ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə yönəlmiş tədbirlər daha çox keçirilməlidir. Ölkələrimizi bir-birinə bağlayan mehriban qonşuluq münasibətləri çoxillik tarixə malikdir. Bu adi insani münasibətlər əsasında çox şey qurulur. Bir də, əlbəttə, mədəni mübadilə. Azərbaycanda rus ədəbiyyatını, rus mədəniyyətini, rus dilini yaxşı bilirlər. Azərbaycan bəlkə də yeganə MDB ölkəsidir ki, məktəblərdə rus dilinin öyrənilməsi praktiki olaraq əvvəlki həcmdə qalmışdır. Bizdə Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu yaxınlarda Moskva Dövlət Universitetinin Bakı filialı açılmışdır. Bu həm də ona görə çox qiymətlidir ki, mənim fikrimcə, rus dili dünyada ən zəngin dillərdən biridir. Buna görə də rus dilinin qorunub saxlanması çox vacibdir. BMT RADİOSU: Siz Fondun Rusiyadakı fəaliyyətini xatırlatdınız. Bu il Fond öz yubileyini -10 yaşını bayram edir. Səhiyyə barədə danışmalı olsaq məlumdur ki, Siz Heydər Əliyev Fondu xətti ilə HİV-in profilaktikası məsələləri ilə çox fəal məşğul olursunuz. Fondun mövcud olduğu müddətdə bu istiqamətdə hansı nəticələrə nail ola bilmisiniz? LEYLA ƏLİYEVA: Bəli, bu, müasir dünyada ən vacib məsələlərdən biridir. Mənim fikrimcə, ilk növbədə maariflənmə imkanı təmin edilməlidir. İnsanlar bu barədə məlumat almalıdırlar, Onlar bunu bilməli və bu barədə düşünməlidirlər. Heydər Əliyev Fondu "Uşaq göy qurşağı" layihəsini həyata keçirmiş, bununla əlaqədar HİV infeksiyası barədə uşaqlar üçün mühazirələr oxunmuşdur. Bizim Fond "B" hepatiti və HİV ilə bağlı müayinələr aparan Vişnevskaya-Rostropoviç Fondunu da dəstəkləyir. QİÇS sahəsində Rusiyanın Azərbaycanlı Gənclər Birliyi -RAGB çox fəal iş aparır. Fəallarımız müxtəlif universitetlərdə mühazirələr oxuyurlar, Rusiyanın müxtəlif regionlarında bu mövzuda konfranslar da təşkil etmişik. Biz hər il "Qanın milləti yoxdur" aksiyası keçiririk, həmin aksiya çərçivəsində azərbaycanlı gənclər Rusiyada təmənnasız olaraq qan verirlər. Bizim "Sağlam olmağını yəqin et, xəstəliyə "yox" de" şüarı altında layihəmiz də olmuşdur. Həmin gün hər bir insan pulsuz müayinə oluna bilər. BMT RADİOSU: İlin əvvəlində Siz Nayrobidə olmusunuz. BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) rəhbəri Axim Ştayner ilə görüşmüsünüz. Səfərinizin yekunları və prinsip etibarilə nə haqda razılığa gəlməyiniz barədə bir qədər ətraflı danışa bilərdinizmi? LEYLA ƏLİYEVA: Bu, mənim Afrikaya ilk səfərim idi. İDEA (International Dialogue for Environmental Action) kampaniyası yaranan vaxtdan artıq üç ildir ki, ekologiya ilə məşğul oluram. Bu kampaniyanın əsas məqsədi ətraf mühitin qorunmasıdır. Kampaniya regionumuzda gənclərlə işə istiqamətlənmişdir. Biz bütün layihələrimizə kreativ yanaşmağa çalışırıq. Artıq çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycanda üç milyon ağac əkilməsi bizim əsas layihələr sırasına aid edilə bilər. Bu, ölkəmizdə üç milyon gənc yaşamasının rəmzidir. Daha bir layihəmiz quşlar üçün yuvalar qurulması ilə bağlıdır. Əvvəlcə Qız Qalasında - Azərbaycanın rəmzi sayılan bu abidədə quş yuvaları vardı. Qız Qalasında yenidənqurma işləri başlananda anladıq ki, quşlar salamat qala bilməyəcəklər. Buna görə də biz həmin qalanın lap qarşısında, üzərində quş yuvaları qurulmuş bir art-obyekt ucaltdıq və quşlar həmin yuvalara köçdülər. Bizim ideyalarımız çoxdur. Əsas istiqamətlərdən biri - nəsli kəsilmək təhlükəsi olan heyvanların müdafiəsidir. May ayında pişikkimilər fəsiləsinin qorunmasına həsr edilmiş böyük bir konfrans keçiriləcəkdir. Azərbaycanda Qafqaz bəbiri yaşayır. Bu heyvanın nəslinin kəsilməsi təhlükəsi var. Çətinlik onunla bağlıdır ki, bu heyvanı böyüdüb ətraf mühitə buraxsaq, o, salamat qalmayacaq. Buna görə biz indi bütün dünyadan ekspertləri dəvət edirik ki, bu problemin həlli barədə düşünsünlər. Biz zubrun və Qafqaz bəbirinin qorunması istiqamətində Rusiyanın Vəhşi Təbiət Fondu ilə fəal iş aparırıq. Keniya səfəri ilə bağlı unudulmaz təəssüratlarım var. Bu səfərdən sonra başa düşürsən ki, hər yerin təbiəti qiymətlidir. Azərbaycana qayıdandan sonra başa düşürsən ki, bizdə hər şey tamam başqadır. Dünyadakı 11 iqlim qurşağının 9-u bizim ölkəmizdə var. İnsanların kifayət qədər bilikli, savadlı olması, bunun nə dərəcədə qiymətli olduğunu başa düşmələri çox vacibdir. BMT RADİOSU: Məlumdur ki, Azərbaycanda ətraf mühitə hətta məktəblər səviyyəsində böyük diqqət yetirilir. LEYLA ƏLİYEVA: Bəli, bu, həqiqətən belədir. İDEA layihəsi çərçivəsində universitetlərdə və məktəblərdə ekoloji siniflər yaradılmışdır. İndi biz tələbələr üçün dərslik üzərində işləyirik. Bir də ki, bu məsələ hər bir uşaq üçün maraqlıdır. Bəli, biz çox problemlər haqqında fikirləşirik, lakin bu, harada yaşamasından asılı olmayaraq hər bir insana aiddir. Bizim hətta belə bir şüarımız var: "Bir planet - bir gələcək". BMT RADİOSU: Siz ictimai fəaliyyətinizlə yanaşı, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinə - RAGB-yə rəhbərlik edirsiniz. Yaxın vaxtlarda Siz Reza Deqatinin tolerantlığa həsr edilmiş sərgisini açmışdınız. Fikrinizcə, Azərbaycan və Rusiya xalqları arasında tolerantlıq məsələlərinin daha yaxşı başa düşülməsi üçün daha hansı addımları atmaq olar? LEYLA ƏLİYEVA: Bu sərgi çox uğurlu oldu. O, Yəhudi muzeyində və tolerantlıq mərkəzində təşkil edilmişdi. Tolerantlıq bizim üçün qürur mənbəyi deyil, bu, bizim həyat tərzimizdir, normadır, ona görə ki, burada tarixən müxtəlif xalqları, müxtəlif dinləri təmsil edən insanlar yaşayır. Bizdə atəşpərəstlik, zərdüştilik olmuşdu. Xristianlıq Azərbaycana IV əsrdə, islam VIII əsrdə gəlmişdir, iudaizm iki min illik tarixə malikdir. Bu gün Azərbaycanda məscidlər, sinaqoqlar, kilsələr, atəşpərəst məbədləri vardır. Onlar hamısı bir-birinin yaxınlığında yerləşir. Bizdə müxtəlif dillərdə danışırlar. Azərbaycanda 21 qeyri-müsəlman dini icma vardır. Bu, çox vacib və qiymətlidir. Təəssüf ki, müasir dünyada fikir ayrılıqları, münaqişələr bəzən məhz bir-birini qəbul etmək və anlamaq arzusunun olmaması üzündən yaranır. Buna görə də hesab edirəm ki, Azərbaycan müəyyən mənada model rolu oynaya bilər. Əlbəttə, belə bir tədbirin Rusiyada keçirilməsi çox önəmli idi, ona görə ki, bizim ümumi cəhətlərimiz çoxdur, Rusiyada 100-ə yaxın müxtəlif xalqların və dinlərin nümayəndələri yaşayır, bunu qoruyub saxlamaq çox vacibdir. /AzərTac/ |
2014-04-23 | 15,543 | BOA-nın prezidenti Bakıya gəlir | Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos aprelin 26-29-da Bakıda səfərdə olacaq. O, Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumun işində iştirak edəcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, İ. Kuvelos artıq bir neçə dəfə Bakıda olub və müvafiq qurumlarla akademiya ilə Azərbaycan arasında əlaqələrin gələcək perspektivləri, "Bakı 2015" ilk Avropa Oyunları çərçivəsində akademiya ilə həyata keçiriləcək layihələrə dair müzakirələr aparıb. 1961-ci ildə Yunanıstanda təsis olunmuş akademiya Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında fəaliyyət göstərir və mütəmadi olaraq idmanın fəlsəfi və ideoloji problemlərinə, Olimpiya hərəkatının tarixinə və digər məsələlərə həsr olunmuş seminarlar təşkil edir. Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda çox sayda sabiq dövlət və hökumət başçısı ilə yanaşı, bir sıra beynəlxalq qurumların rəhbərləri və təmsilçiləri də iştirak edəcək. |
2014-04-23 | 15,544 | İlham Əliyev Çexiyaya getdi - Foto | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çex Respublikasına işgüzar səfərə gəlib. Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın Hökumət Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu. /AzərTac/ |
2014-04-23 | 15,545 | Yuşşenko: “Ukraynasız Putin imperiyası yoxdur” | Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko ölkədə cərəyan hadisələri şərh edib. "Axar.az" xəbər verir ki, Yuşşenko Ukraynanın federallaşdırılması və Kiyevdə oyuncaq iqtidarın qurulmasını Vladimir Putinin əsas hədəfi sayıb. Onun sözlərinə görə, "Putin İmperiyası" Ukraynasız qeyri-mümkündür: "Səbəblərini izah edirəm: əvvəla, Putin 20-ci əsrin ən böyük faciəsi qismində SSRİ-nin dağılmasını göstərdi. Diqqət yetirin – İkinci Dünya Müharibəsi illərində 32 milyon sovet vətəndaşının, 10 milyonluq Qoldomor faciəsi qurbanının yox, məhz SSRİ-nin dağılması. İkinci bir məqam: Putin, "Sovetlər Birliyi dedikdə nə başa düşülməlidi?" sualına cavabında bildirdi ki, bu, Rusiyadır, sadəcə, başqa adla. Fikir verin, həm İvan Qroznı, həm Birinci Pyotr, həm İkinci Yekaterina, həm də Lenin epoxaları dönəmində Ukrayna məsələsi həmişə birinci sırada yer alıb. İndi də Gömrük İttifaqı adı altında qurum yaradır. Axı, bu təşkilatın Ukraynasız perspektivi yoxdur". Başqa bir məqama toxunan Yuşşenko bildirib ki, Krım Ukrayna ərazisidir və belə də qalacaq. O, əminliyini ifadə edib ki, Ukraynanın şərqində münaqişə ocaqları, anklav qurumlar yaratmaqla, Putin Kiyevə ona kölə olacaq iqtidarı gətirmək istəyir. Xatırladaq ki, Yeşşenko Putinin müəyyənləşdiridiyi siyasətçilərin adını bildiyini, amma indiki dönəmdə həmin şəxsləri açıqlamasını məqsədə müvafiq saymadığını dilə gətirib. |
2014-04-23 | 15,546 | Rusiyada ikinci meteor həyəcanı - Video | Rusiyanın Murmansk şəhərində səmada sürətlə hərəkət edən parlaq cisim həyəcan yaradıb. "Axar.az" xəbər verir ki, bir avtomobilin ön kamerasının çəkdiyi videoda parlaq cism gecə saatlarında atmosferə girdikdən sonra ağ parlaq bir işıq yayıb və sonra iki dəfə partlayıb. Partlayarkən ətrafına mavi işıq yayan bu cismin meteor olduğu iddia edilir. Ancaq rəsmi mənbələr yer üzünə düşən hər hansı bir göy cisminin olmadığını açıqlayıb. |
2014-04-23 | 15,547 | "Barselona" naxçıvanlılardan çəkinir | Sabah futzal üzrə UEFA Kubokunun "Dördlər finalı"nda "Araz"la qarşılaşacaq "Barselona"nın baş məşqçisi Mark Karmona naxçıvanlılardan çəkinir. Kataloniya klubunun çalışdırıcısı "Araz"a qalib gəlməyə çalışacaqlarını bildirib: "Çalışacağıq ki, mümkün qədər yaxşı oynamaqla finala çıxaq. Artıq biz onlara qarşı 2 dəfə oynamışıq. Ancaq hər 2 oyun fərqli olub. Fikrimcə, indiki "Araz"ın səviyyəsi əvvəlkilərdən daha yaxşıdır. Üstəlik onlar meydan sahibidir, bu da onlara əlavə üstünlük qazandırır. Bu da bizə çox təhlükə yaradacaq. "Araz" heyətinə yeni oyunçular qatmış bütöv bir komandadır. Onlara qalib gəlmək çox çətin olacaq." /ANS/ |
2014-04-23 | 15,548 | Rusiya sərhəddə hərbi təlimlərə başladı - Son dəqiqə | Rusiya Ukrayna ilə sərhəddə hərbi təlimlərə başlayıb. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat verib. Hərbi təlimlər Rostovda başlayıb. Əldə edilən məlumatlara görə, bölgəyə hərbi zirehli texnikalar, mərmi rampaları və çoxlu sayda roketatarlar gətirilib. |
2014-04-23 | 15,549 | İlham Əliyev Çexiya Deputatlar Palatasının sədri ilə görüşdü | Aprelin 23-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Parlamentlərarası əlaqələrin daha da genişlənməsinin Azərbaycan-Çexiya əməkdaşlığının inkişafına töhfə verdiyi bildirilib. Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. /AzərTac/ |
2014-04-23 | 15,550 | İsrail Fələstinə hücuma keçdi | İsrail döyüş təyyarələri Qəzzanın şimalındakı Beyt Lahiya istiqamətində havadan hücuma keçib. "Axar.az" xəbər verir ki, hadisə nəticəsində 3 fələstinli yaralanıb. Fələstin hökuməti Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kudra İsrailə aid təyyarənin Beyt Lahiya istiqamətində bir motosikleti hədəf aldığını bildirib. Onun sözlərinə görə, hadisədə yaralanan bir ata və iki qız dərhal xəstəxanaya aparılıb. Qeyd edək ki, sakinlər İsrailin bu hücumunu Qəzzada Həmas ilə Fəth arasında təmin edilən tarixi uzlaşma ilə əlaqələndirirlər. |
2014-04-23 | 15,551 | “Şərq Tərəfdaşlığı” sammitində nələr müzakirə olunacaq? | "Biz Avropadan öz siyasətini bu istiqamətdə davam etdirməyi və əməkdaşlığı gücləndirməsini gözləyirik". Bu sözləri "Axar.az"a millət vəkili Asim Mollazadə prezident İlham Əliyevin də iştirak edəcəyi Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" sammitinə şərh verərkən deyib. O, Rusiyanı da Azərbaycanla birgə Avropada görmək istədiyini bildirib: "İndiki vəziyyətdə Azərbaycan Avropa ilə əməkdaşlığa çox hazırdır. Mən bu mövqeyi Gürcüstanda, Moldovada, Ukraynada da görürəm. Şərq tərəfdaşlığı nəinki səngiməlidir, daha da artmalıdır və şaxəli proqramlar əsasında bizim Avropa ilə əməkdaşlığımız güclənməlidir. Rusiya da Avropa ilə xüsusi əməkdaşlıq proqramını həyata keçirib. O da güclənsə yaxşı olardı. Biz Rusiyanı da bizimlə birlikdə Avropada görmək istərdik". Politoloq Ərəstun Oruclu isə, bu sammitdə Avropa Birliyinə üzvlük məsələsinin sadələşdirilməsinin müzakirə olunacağını ehtimal edir: "Nəzərə alsaq ki, Rusiyanın Şərq tərəfdaşlığı sammitində iştirak edən ölkələrə təzyiqi, Ukraynaya açıq təcavüzü artıq tamamilə yeni bir situasiya yaradıb. Artıq bu Avropa parlamentində müzakirə olunduğu kimi, Şərq tərəfdaşlığı ölkələrinin Avropa Birliyinə üzvlük məsələsində müəyyən sadələşdirmələr təklif oluna bilər. Yəni, bu prosedurun vaxt və şərtlər baxımından bir qədər qısaldılması. SSRİ dağıldıqdan sonra Şərqi Avropa və Baltikyanı ölkələr də sırf siyasi qərarlar nöqteyi-nəzərindən bunu qəbul elədilər. Eynilə həmin qaydada bu, gözlənilə bilər". Politoloq Rusiya pasportlarının verilməsi prosedurunun sadələşdirilməsi haqa imzaladığı qanunu da çox təhlükəli hesab edir: "Həm də Avropa Birliyi ilə əməkdaşlıq edən ölkələrin Şərq tərəfdaşlığı proqramı çərçivəsində təhlükəsizliyinin təminatı ilə bağlı müəyyən təkliflər də müzakirə oluna bilər. Ona görə ki, məhz bu proqramda iştiraklarına, Avropa Birliyi ilə operativ tərəfdaşlıq sazişini imzalamaq istəyinə görə bu ölkələr Rusiyanın təzyiqinə məruz qalır. Rusiya ilə münasibətlərə nəyinsə təsir göstərməsindən artıq keçib. Rusiya nə bacarırsa edir. Artıq vətəndaşlığın, pasportların verilməsinin sadələşdirilməsi haqqında qanun qəbul edib. Bu qanun isə Azərbaycan dövlətçiliyi üçün çox təhlükəli qanundur". Qeyd edək ki, prezident İlham Əliyev 24-25 aprel tarixlərində Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" sammitində iştirak edəcək. |
2014-04-23 | 15,552 | Bakıda kütləvi dava olub - Foto | Bakıda kütləvi dava olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Şahidlərin verdiyi məlumata görə, hadisə saat 22.00 radələrində Əhmədli qəsəbəsində "Fəridə" şadlıq evinin qarşısında qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırmalar davam etdirilir. Hadisə səbəbindən şadlıq evinin qarşısından keçən yolda nəqliyyatın hərəkəti də məhdudlaşıb. Xətai Rayon Polis İdarəsindən adıçəkilən ünvanda insidentin olduğunu təsdiqləsələr də bu barədə əlavə açıqlama verilməyib. |
2014-04-23 | 15,553 | Ziya Məmmədovun işçiləri “haqq” yığır – Axar TV | "Taksi fəaliyyəti üçün tələb olunan lisenziyanın alınması üçün ödənilməli 18 manat dövlət rüsumunun əvəzinə taksi sürücülərindən 57 manat alınır". Bu sözləri 20 yanvar metrosu yaxınlığında taksi fəaliyyəti məşğul olan sürücülər "Axar.az"a bildiriblər. Məsələni yerində araşdırmaq üçün əməkdaşımız 20 Yanvar metrosu yaxınlığındakı taksi dayancağına yollanıb. Hər taksidən 39 manat... Sürücülər deyir ki, lisenziyanın aylıq pulunun ödənilməsi ilə bağlı qəbzin üzərində 18 manat yazılsa da, onlardan 57 manat tələb edilir. Bu azmış kimi, heç bir sürücünün tələbinə məhəl qoymadan onlardan istədikləri məbləği alırlar və etiraz edənlər nəqliyyat qoçuları ilə üzləşməli olur: "Qardaş, şəhərdə bu qədər taksi var. Onların hamısından 57 manat alınır. Bizə verdikləri kağızın üzərində gördüyünüz kimi, 18 manat yazılır, ancaq göz görə-görə 39 manat artıq pul veririk. Demək olar ki, hamı öyrəşib bu vəziyyətə. Artıq belə çıxır ki, qanuni dövlət rüsumu elə 57 manatdır. Mümkün deyil ki, kimsə səsini çıxarsın. Nəqliyyat müfəttişləri həmin adamı tapıb başına oyun açırlar". Qoçuluq edən müfəttiş Məmmədov kimdir? Taki sürücülərindən biri isə nəqliyyat müfəttişlərinin onun maşınını əlindən aldığını və 400 manat verdikdən sonra geri qaytardığını deyir. Sürücü bildirir ki, bu işlərin hamısına Nəqliyyat müfəttişlərinin "böyüyü" olan Rövşən Məmmədov nəzarət edir: "Bir həftə bundan qabaq mənim maşınımı əlimdən alıb aparıblar. Nəqliyyatın işçiləri maşına oturub açarı çıxardılar. Sonra da maşını sürüb apardılar. Borc-xərc edib 400 manat onlara verib maşını aldım. Böyükləri Rövşən Məmmədovdur. Lisenziyaya görə 3 gün gecikmə var idi. Ona görə 400 manatımı alıb sonra maşını qaytardılar. 400 manat cərimə olar? Bunlarda insaf, vicdan deyilən şey yoxdur. 150 manat qanuni cərimənin əvəzinə 400 manat alırlar. Bilirlər ki, maşın onlarda olduğu üçün borc da olsa tapıb maşını geri alacam. 18 manat qanuni verginin əvəzinə 57 manat almasalar, vaxtlı-vaxtında lisenziyanın pulunu ödəyərdim". Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidməti və nəqliyyat departamenti ilə əlaqə saxlamağa çalışsaq da, heç bir qurumdan telefonlara cavab verən olmadı. |
2014-04-23 | 15,554 | İlham Əliyev Serj Sarkisyanla Praqada görüşəcək | Prezident İlham Əliyev Praqada sabah işinə başlayacaq Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" sammitində iştirak edəcək. Məlumata görə, "Şərq Tərəfdaşlığı" proqramın 5-ci ildönümünə həsr edilən sammit çərçivəsində, ölkə başçısı İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanla görüşü gözlənilir. Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstar Vaşinqtonun Azərbaycan və Ermənistan prezidentlərinin yaxınlarda görüşünün keçiriləcəyinə ümid etdiyini açıqlayıb. /AzərTac/ |
2014-04-23 | 15,555 | Hitler hakimiyyətə necə gəlib? – Yüz ilin ən böyük etirafı | ABŞ vətəndaşı, yəhudi əsilli iş adamı Devid Rokfellerin son yüz ilin ən böyük etiraflarının bir hissəsini yayınlamışdıq. Bu dəfə isə Rokfellerin Adolf Hitlerlə bağlı şok yaradacaq etiraflarını təqdim edirik. "Axar.az" xəbər verir ki, Rokfeller Hitlerin yəhudilər tərəfindən hakimiyyətə gətirildiyini bildirib. Məşhur yəhudi əsilli ABŞ milyarderi yəhudilərin Hitler rejimi tərəfindən qətlə yetirilməsində onların rolu olduğunu, bunun da səbəbinin onların İsrail dövlətinin qurulmasına yardımçı olmadıqlarını deyib: "İkinci dünya müharibəsinin əsl səbəbi, bu an olduğu kimi dünyada başlayan iqtisadi böhran idi, digər tərəfdən isə Avropada yaşayan yəhudilərin İsrail dövlətinin yaradılmasına dəstək vermədikləri və İsrailə dönməmələridir. Hitlerin olduğu mövqeyə gəlməsi və Almaniya xalqını ovsunlaması bizim tərəfimizdən aldığı maliyyə yardımları sayəsində baş tutub. "Harriman Quaranti" trestinin, Almaniya polad kralı Tissenin və Tul təşkilatının dəstəyi ilə Hitler dünya müharibəsini başladacaq gücə sahib oldu. Bu iş üçün Hitler seçilmişdi, çünki yəhudilərə nifrət edirdi. Səbəbi isə bu idi: onun nənəsi o zamanlar zəngin bir yəhudinin yanında xidmətçi olaraq çalışırdı və nənəsi bu yəhudi müdirindən hamilə qalmışdı, vəziyyətdən xəbərdar olan evin xanımı tərəfindənsə evdən qovulmuşdu. Nənəsi qucağında bir körpə, yəni Hitlerin atasıyla başqa bir iş tapa bilmədiyi üçün katolik olan ata evinə geri dönmüşdü. Hitler daha sonra bu həqiqəti öyrənmiş, yəhudilərə kin bəsləməyə başlamışdı. İsrail torpaqlarına geri dönməməkdə israr edən yəhudiləri qorxutmaq məqsədiylə bir neçə qırğına icazə verildi. İndi eyni qırğın ssenarisi erməni soyqırımı adı altında türklərə tətbiq olunmaqdadır. Bu axmaq soyqırım nağılı türklərin boynuna qoyulacaq və beləcə, Türkiyə yüz milyardlarla dollar təzminat ödəmək məcburiyyətində qalacaq. Bu da Türk iqtisadiyyatı üçün böyük bir zərbə olacaq". |
2014-04-23 | 15,556 | İrəvanda Türkiyə bayrağı yandırıldı - Video | Ermənistanda uydurma "soyqırım"ın "ildönümü" qeyd olunur. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu münasibət ilə İrəvanda təşkil edilmiş yürüş zamanı Türkiyə bayrağı yandırılıb. Onun iştirakçıları Ermənistan prezidentinin iqamətgahına gələrək dövlət başçısına Ermənistan-Türkiyə protokollarından Ermənistanın imzalarını geri götürməyə tələb ediblər. Yürüşdə təxminən 10 min adam iştirak edib. Xatırladaq ki, bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin baş naziri 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar bəyanatla çıxış edib. |
2014-04-23 | 15,557 | Bakıda ağır yol qəzası: 1 yaralı | Bakı şəhəri, Xətai rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Bu gün saat 22:30 radələrində "Ukrayna dairəsi" kimi tanınan ərazidə 99-CG-649 dövlət nömrə nişanlı " Mersedes" markalı avtomobil yolu keçmək istəyən orta yaşlı, hələlik şəxsiyyəti məlum olmayan bir qadını vurub. Hadisə nəticəsində piyada ağır xəsarət alıb və təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Yol nəqliyyat hadisəsi nəticəsində ərazidə böyük tıxac yaranıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. /Aznews.az/ |
2014-04-23 | 15,558 | Ukrayna ordusunun vertolyotu atəşə tutuldu | Naməlum şəxslər Kramatorsk şəhəri yaxınlığında Ukrayna ordusuna məxsus hərbi vertolyotunu atəşə tutublar. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk Feysbuk səhifəsində yazıb. "İnformasiya Müqaviməti" qrupunun operativ məlumatına görə, Ukrayna ordusuna məxsus Mi-8 vertolyotu Kramatorsk yaxınlığında naməlum şəxslər tərəfindən atəşə tutulub. Onun sözlərinə görə, atəş 7.62 kalibrli silahdan açılıb. |
2014-04-23 | 15,559 | Zakir Həsənovun Türkiyə səfəri türk generallarına cavabdır | "Uzun müddətdir ki, Azərbaycanı Gömrük İttifaqına daxil etmək üçün təzyiq formasında danışıqlar aparırlar". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Zakir Həsənovun Türkiyə səfərinin türk generallarına cavab olduğunu bildirib: "Edvard Nalbandyanla Zakir Həsənovun eyni anda müxtəlif ölkələrə səfərlərinin məqsədləri başqa olsa da, onlar arasında yenə də paralellər aparmaq olar. Gün kimi aydındır ki, Rusiya bundan sonra da Ermənistana dəstəyini heç bir zaman əsirgəməyəcək. Hazırda onu özünün yaratdığı ittifaqlardan birinə cəlb edir. Azərbaycanın isə başqa çıxış yolu yoxdur. Türkiyə ilə münasibətlər genişləndirilməlidir. Bu münasibətlərin bir qismi də Naxçıvanla bağlıdır. 1923-cü il Qars müqaviləsinə görə Türkiyə Naxçıvanın təhlükəsizliyinin qarantıdır. Bu Rusiya ilə bağlanmış müqavilədə öz əksini tapıb. Son dövrlər bölgədə vəziyyətin gərginləşməsi Azərbaycanı məcbur edir ki, həm özünün, həm Naxçıvanın müdafiə potensialını artırmaq üçün bir sıra ölkələrə müraciət etsin. Bunların içərisində birinci yerdə Türkiyə gəlir. Türkiyə ordusunun Baş Qərargah rəisi Bakıya gəldi və burada çox təfərrüatlı söhbətlər oldu. Bunlar birgə müdafiə sənayesi məhsulları istehsalı və ölkənin müdafiəsi məsələsi idi. İndiki səfəri cavab və o danışıqların davamı adlandırmaq olar". Politoloq Azərbaycanın Rusiyanı qabaqlayaraq beynəlxalq təşkilatlara müraciət etməli olduğunu qeyd edib: "Hələ ki, Ermənistanın qarşısına Gömrük İttifaqı ilə bərabər Avrasiya İttifaqına da qoşulmaq şərt kimi qoyulur. Bununla da Ermənistanın suverenliyinin bütün ipləri əlindən çıxmış olur və Rusiyanın quberniyasına çevrilir. Amma Ermənistan da Qarabağ konfliktini ATƏT-dən çıxarılması üçün cəhdlər edir. Yəni Dağlıq Qarabağın statusu məsələsi müzakirə obyekti olmamalıdır. Oradakı xalqlar əziyyət çəkmədən müstəqilliklərinə nail olmalıdır. Burada əsas işlərdən biri də onlara Rusiya pasportlarının paylanmasıdır. Mən güman edirəm ki, bu proses Azərbaycan üçün o qədər də xoşagələn mənzərə yaratmayacaq. Azərbaycan prosesləri qabaqlayaraq, BMT və digər beynəlxalq təşkilatlara şikayətlərini verməlidir. Rusiyanın bu addımına pasport ilhaqı da demək olar. Belə proseslərə yol vermək olmaz. İlk dəfə Abxaziya və Cənubi Osetiyada bu yoxlamadan keçirilib, amma onun növbəti dəfə təkrarlanmasına yol vermək olmaz". Q.Hüseynli Rusiyanın Qarabağda olan ermənilərə öz pasportunu paylaması ehtimalının reallığa çevriləcəyindən qorxduğunu deyib: "Azərbaycanı uzun müddətdir ki, Gömrük İttifaqına daxil etmək üçün təzyiq formasında danışıqlar aparırlar. Amma Azərbaycan bloklara qoşulmayanlar hərəkatının üzvüdür. Azərbaycan hansısa ittifaqa hələ ki, qoşula bilməz. Təhdid məsələsinə qalınca isə o bundan sonra da davam edəcək və pasport söhbəti də bunun davamıdır. Mən qorxuram ki, pasport məsələsi Qarabağda reallaşa bilsin". |
2014-04-23 | 15,560 | Ukraynaya girən rus əsgərlərini almanlar hazırlayıb - Şok | Ukrayna ərazisinə müdaxilə edən qoşunları Almaniyanın "Rheinmetall" şirkəti hazırlayıb. "Axar.az" xəbər verir ki, bu iddia ilə Qərb mətbuatı ABŞ kəşfiyyatındakı etibarlı mənbələrinə istinadən çıxış edib. Mətbuat almanların 30.000 rus əsgərini hazırladığını deyib: "Rus qoşunları son üç il ərzində xeyli inkşaf edib. Rusları 2011-ci ildən etibarən Almaniyanın "Rheinmetall" şirkəti hazırlayıb. Şirkət 2011-ci ildə Putin hakimiyyəti ilə 100 milyon avroluq müqavilə imzalayıb. Müqavilənin şərtlərindən biri isə Nijni Novqorodun yaxınlığında yerləşən Mulino yaşayış məntəqəsində rus qoşunları üçün döyüş hazırlığı mərkəzi yaratmalı idi. Bu illər ərzində isə Amerika kəşfiyyatının tətbiq edilən bu texnologiyadan heç bir xəbəri olmayıb. Hətta Almaniya hökumətinin "Rheinmetall"a qadağa qoymağına baxmayaraq, əməkdaşlıq gizli şəkildə davam etdirilib. Bu illər ərzində isə 30.000 əsgər hazırlanıb". |
2014-04-23 | 15,561 | Gülən camaatının 1 milyardlıq sərmayəsi donduruldu | Türkiyə Baş Nazirliyinə tabe olan Sərmayə Bazarı Qurumu (SPK) Fətullah Gülən camaatına yaxınlığı ilə tanınan "Bank Asiya"nın 1 milyard lirəlik (465 milyon dollar) sərmayə layihəsini dayandırıb. Bank həmin vəsaiti sukuk (islam istiqrazı) ixracatına yönəltməyi planlaşdırmışdı. Amma SPK sərmayənin maliyyə strukturunda qeyri-müəyyənlik olduğunu bildirib. Hazırda SPK bankın səhmlərindəki qeyri-adi fəallığı da araşdırır. Şəriət qanunlarına uyğun olaraq məqsədli sərmayə sənədi olan sukuk qazancı əvvəlcədən bilinməyən yatırım sənədidir. "Bank Asiya"nın həmin pulları Qətər İslam Bankı ilə ortaq layihəyə yatırmaq istədiyi bildirilir. /ANS/ |
2014-04-24 | 15,562 | Ermənilər Ərdoğanın başsağlığını qəbul etmədi | Amerika Erməni Milli Komitəsi (ANCA) Baş nazir Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı başsağlığı mesajını qəbul etməyib. "Axar.az" xəbər verir ki, Vaşinqton mərkəzli bürosunun ümumi direktoru Aram Hamparyan Ərdoğanın bugünkü açıqlamasını qondarma erməni soyqrımından qaçmaq kimi qiymətləndirib. O, 1915-ci il hadisələrinin "cəzasız qalmış beynəlxalq cinayət" olduğunu iddia edib: "Bu mənasız fikiri nə həqiqətlər, nə də dünyanın böyük əksəriyyətinin qəbul etdiyi hüquq və ya əxlaq qaydaları qəbul etməz. Bu mərhəmətsiz və gülünc taktikanın açıqca göstərdiyi kimi, Türkiyə bu gün erməni soyqırımı üçün ədalətin yerinə gəlməsinə maneə törətmə səylərini artırıb". |
2014-04-24 | 15,563 | “Göyçədən bir damcı su da Azərbaycana getməyəcək” | "Göyçə gölündən bir damcı su da Azərbaycana getməyəcək". Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan bu gün Ermənistan Milli Akademiyasının iclasında bildirib. Erməni dövlətinin başçısı bu çıxışı ilə hökuməti kəskin tənqid etmiş akademik Rubena Crbaşyanın sözlərinə reaksiya verib. Akademik hakimiyyəti tənqid edərək Göyçə (Sevan) gölünün problemlərini düzgün qiymətləndirməməkdə günahlandırıb: "İllər keçəcək, təmiz su neftdən baha olacaq". Onun sözlərinə görə, Sevandan buraxılan suyun yalnız 30 faizi ölkənin kənd təsərrüfatı üçün işlədilir, qalan sular Naxçıvana gedir. Qeyd edək ki, son 20 ildə Göyçə gölünün səviyyəsi 10 metr düşüb. Əgər 1990-cı ildə gölün maksimum dərinliyi 90 metr idisə, hazırda dərinlik 80 metrə düşüb. Ermənilər gölün suyunu İrəvan çuxurundakı (Ararat vadisi) süni göllərdə balıq yetişdirilməsi və suvarma üçün sərf edirlər. Bu isə 10 ildən çoxdur ki, erməni alimlərini narahat edir. /ANS/ |
2014-04-24 | 15,564 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında aprelin 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Azərbaycanın rayonlarında aprelin 24-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. |
2014-04-24 | 15,566 | Bakıda jurnalistin maşınını vurub qaçdılar - Video | Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, "Yeni Müsavat" qəzetinin reportyoru Fərahim İlqaroğlu idarə etdiyi avtomobillə qəzaya uğrayıb. Babək prospekti ilə şəhər mərkəzi istiqamətində hərəkət edən F. İlqaroğlunun idarə etdiyi "99 FJ 293" dövlət nömrə nişanlı "Chevrolet Aveo" markalı avtomobilini, həmin istiqamətdə sürətlə hərəkət edən "90 SP 847" nömrəli "Hyundai Elentra" vuraraq qaçıb. Qəzada xəsarət alan olmasa da, əməkdaşımızın maşınına ziyan dəyib. Hadisə barədə polisə məlumat verilib. Hadisə yerinə gələn Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları qəza törədərək qaçan sürücünün müəyyən olunması üçün F. İlqaroğlunu aprelin 24-də Xətai Rayon Yol Polisi Şöbəsinə dəvət ediblər. Əməkdaşımızın avtomobilində olan videoqeydiyyatçı qəza törədərək hadisə yerindən qaçan maşını qeydə alıb. Həmin görüntüləri təqdim edirik. /Musavat.com/ |
2014-04-24 | 15,567 | ABŞ desantları artıq Polşadadır | Amerika Birləşmiş Ştatlarının xüsusi təyinatlarını gətirən təyyarə Polşanın şimalındakı Svidvin hava limanına eniş edib. "Axar.az" xəbər verir ki, İtaliyada dislokasiya olunmuş 173 saylı hərbi hava desant bölməsinin 150 nəfər üzvü NATO-nun Baltikyanı və Polşadakı təlimlərində iştirak edəcəklər. Qeyd edək ki, daha 450 amerikalı hərbçinin yaxın vaxtlarda Estoniya, Latviya və Litvaya gəlməsi gözlənilir. Alyansın Baş katibi Anders Foq Rasmussen aprelin 16 bəyanatla çıxış edərək, təlimlərə başlaycaqlarını bildirmişdi. Məqsəd həmçinin Baltikyanı ölkələrin hava məkanlarının təhlükəsizliyinin qorunmasıdır. |
2014-04-24 | 15,569 | "Bu, Azərbaycanın gücünü göstərir" | "Azərbaycan dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi öz rolunu bundan sonra da oynayacaq. Dəniz nəqliyyatı da prioritet olaraq qalır". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İ.Əliyev aprelin 23-də Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılış mərasimindəki çıxışında deyib. Prezident qeyd edib ki, yeni aerovağzal kompleksinin açılışı böyük hadisədir: "Bu möhtəşəm bina ölkəmizin inkişafını, Azərbaycanın gücünü göstərir. Bu aeroport dünyanın ən gözəl aeroportlarından biridir, nadir memarlıq əsəridir, daxili dizayn da göz oxşayır. Burada bütün işlər yüksək keyfiyyətlə, böyük zövqlə görülüb. Yəni, bu, ölkəmizin hava qapısı kimi bugünkü Azərbaycanın inkişafını göstərir və gözəlləşən Bakıya əlavə yaraşıq verir. Burada sərnişinlər üçün bütün lazımi şərait yaradılıb. Çox rahat istirahət zonaları, ictimai yerlər, böyük hollar tikilib. Yuxarıdan baxanda isə bu bina qanadlarını açmış böyük quşa bənzəyir. Necə ki, bu gün Azərbaycan da inkişafdadır, Azərbaycan da öz qanadlarını geniş açmışdır, irəliyə gedir, iqtisadi inkişaf templərinə görə dünyada birinci yerdədir. Belə möhtəşəm binaların, nəqliyyat infrastrukturunun yaradılması bizim dövlət siyasətimizdir". Dövlət başçısı hava nəqliyyatının inkişafını Azərbaycanda prioritet məsələlərdən biri olduğunu vurğulayıb: "Son illərdə hava nəqliyyatının inkişafına böyük dövlət investisiyaları qoyulub. Dövlət büdcəmizin artması hesabına bu sahəyə də əlavə vəsaitin ayrılması mümkün olub. Deyə bilərəm ki, son illər ərzində hava nəqliyyatı infrastrukturuna qoyulan vəsaitin hamısı dövlət investisiyaları hesabına mümkün olub. Təkcə onu demək kifayətdir ki, bu aeroport ildə 6 milyon sərnişinə xidmət edəcək. On beş il bundan əvvəl tikilmiş və bu yaxınlarda əsaslı şəkildə bərpa edilmiş aeroportun köhnə binası da 3 milyon sərnişini qəbul etmək imkanına malikdir. Beləliklə, Azərbaycanda ildə 9 milyon sərnişin Bakının hava limanından istifadə də bilər". Ölkənin digər şəhərlərində yeni aeroportlar tikildiyini xatırladan İ.Əliyev, son 10 il ərzində 7 aeroport tikildiyini, onlardan 5-nin beynəlxalq statusa malik olduğunu qeyd edib: "Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala və Yevlax aeroportları tikilib istifadəyə verilib. Bu aeroportlarda həm xarici ölkələrə uçuşlar təşkil edilir və uçuşların sayı artır, eyni zamanda, daxili uçuşların da sayı artmaqdadır. Mən yaxşı xatırlayıram, biz regional aeroportların tikintisinə başlayanda müxtəlif fikirlər var idi ki, bəlkə buna ehtiyac yoxdur, kim bu aeroportlardan istifadə edəcəkdir, uçuşlar təşkil edilməyəcəkdir. Ancaq baxın, bu gün regional aeroportlarımızdan nə qədər sərnişin istifadə edir, nə qədər Azərbaycan vətəndaşı indi yaşadığı zonadan başqa ölkələrə rahat gedə bilir. Bu gün Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ aeroportlarından xarici ölkələrə uçuşlar təşkil edilir". Prezident İ.Əliyev həmçinin bildirib ki dövlət yeni təyyarələrin alınmasında da öz siyasətini davam etdirir: "Deyə bilərəm ki, AZAL-ın bir dənə də olsun köhnə təyyarəsi qalmayıb. Bütün təyyarələr təzədir və ən yüksək standartlara cavab verir. Yəni, bu standartlardan yuxarı standart yoxdur. Çünki AZAL-ın bu gün hava parkı "Boeing", "Airbus", "Embraer" təyyarələrindən ibarətdir. Bu gün bizim 25-ə yaxın təyyarəmiz vardır və bu proses davam etdirilir. Yaxın gələcəkdə yeni, böyük təyyarələrin alınması da nəzərdə tutulur. Azərbaycan dövləti bundan sonra da hava nəqliyyatının inkişafına öz dəstəyini verəcək. Bu gün AZAL dünya miqyasında seçilən hava şirkətlərindəndir. Təhlükəsizlik və keyfiyyət ön plandadır. Bu iki amil bu gün AZAL-ı dünyada müasir və dinamik şirkət kimi təqdim edir". Ölkə başçısı Azərbaycanda yük daşımalarının həcminin də artdığını deyib: "Azərbaycanda karqo aviasiya deyə bilərəm ki, dünya miqyasında ən birinci yerlərdədir. Biz öz coğrafi vəziyyətimizdən çox səmərəli şəkildə istifadə edirik. Çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Bakını nəqliyyat və logistika mərkəzinə çevirək. Bu məqsədlə karqo aviasiya Azərbaycanda uğurla inkişaf edir. Yeni təyyarələr alınır. Karqo terminal neçə ildir ki, fəaliyyət göstərir. Hesab edirəm ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi nəticəsində biz imkanlarımızı bölgədə daha da möhkəmləndirəcəyik". Prezident İ.Əliyev bəyan edib ki, Azərbaycan dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi öz rolunu bundan sonra da oynayacaq: "Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir. Ancaq mən həmişə demişəm - xatırlayıram hələ on il bundan əvvəl nəqliyyat məsələləri ilə bağlı çıxışlarımda demişəm ki, əgər biz bu coğrafi vəziyyətimizi infrastrukturla təmin etməsək, bu coğrafiyanın heç bir mənası olmayacaq. Ona görə son illər ərzində başqa sahələrdə aparılan siyasətlə yanaşı, nəqliyyat sektorunun inkişafı da prioritet məsələ olub. Təsadüfi deyil ki, Azərbaycanda ən böyük dövlət investisiyaları nəqliyyat sektoruna qoyulub. Digər tərəfdən, nəqliyyat və infrastruktur iqtisadi inkişafı şərtləndirən birinci amildir. Yeni yaradılan imkanlar, turizm zonaları, iqtisadi inkişaf, şəhərlərarası rabitənin rahatlığı, yük daşımalarının artımı, tranzit potensialımızın inkişafı - bütün bu amillər bizi həm siyasi, eyni zamanda, iqtisadi cəhətdən də gücləndirir. Ona görə nəqliyyat sektoruna qoyulan investisiyalar özünü doğruldur". Ölkə başçısının sözlərinə görə, bu gün nəqliyyatın bütün istiqamətləri üzrə konkret proqramlar icra edilir: "Avtomobil yolları tikilir. Magistral yollar, şəhərlərarası yollar demək olar ki, tamamlanır. Biz son bir neçə il ərzində ilk növbədə kənd yollarının tikintisi ilə ciddi məşğuluq. Həm dövlət büdcəsinin, həm də Prezidentin ehtiyat fondunun vəsaiti hesabına kənd yollarının tikintisi sürətlə gedir. Hesab edirəm ki, növbəti illərdə - 2018-ci ilə, üçüncü regional proqram başa çatana qədər biz bütün kənd yollarını tikəcəyik və bərpa edəcəyik". Dəniz nəqliyyatının da prioritet olaraq qalmasını bəyan edən İ.Əliyev Xəzər Gəmiçiliyinin dünya miqyasında böyük şirkət hesab olunduğunu qeyd edib: "Yaxın keçmişdə bu şirkətin daha da səmərəli fəaliyyəti üçün əlavə tədbirlər görülüb, struktur islahatları aparılıb. Bu gün Xəzər Gəmiçiliyi də "AZAL"ın səviyyəsinə çatmalıdır və çatacaqdır. Bizim 260-dan yuxarı gəmimiz vard. Düzdür onların bəziləri lazımı səviyyədə deyil. Ancaq son 10 il ərzində 20-yə yaxın gəmi alınıb. Onlardan 10-u tanker, 6-sı isə bərədir. Azərbaycanda böyük gəmiqayırma zavodu tikilib. Bu gün Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanı da Azərbaycanda - Ələtdə tikilir. Bu il bu limanın birinci mərhələsi başa çatacaq, istifadəyə veriləcək. Bütövlükdə isə biz gələn il Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd edəcəyik. Birinci mərhələdə 10 milyon, ondan sonra 20 milyon, o cümlədən bir milyon konteyner yük daşıma qabiliyyətinə malik olan bu liman Azərbaycanın tranzit imkanlarını daha da artıracaqdır". İ.Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin də uğurla getdiyini vurğulayıb: "Bu layihəni biz tərəfdaşlarla - Türkiyə və Gürcüstanla bərabər icra edirik. Bu dəmir yolunun tikintisi nəticəsində Azərbaycan iki qitəni birləşdirəcək. Dəmir yolları ilə, avtomobil yolları ilə, hava nəqliyyatı ilə biz öz mərkəzi rolumuzu daha da artıracağıq. Bakı-Tbilisi-Qars tarixi layihədir. Azərbaycan maliyyə yükünün böyük hissəsini öz üzərinə götürüb. Azərbaycanın payına düşən tikinti işləri artıq bu ilin sonuna qədər tamamlanacaq və ümid edirəm ki, gələn ildən başlayaraq bu yol tamamilə açıla bilər. Beləliklə, Asya ilə Avropanı birləşdirən ən rahat, qısa yol Azərbaycandan keçəcək". Dövlət başçısı bəyan edib ki, Azərbaycanda nəqliyyat sektoru iqtisadiyyatının aparıcı sektoruna çevrilməkdədir: "Belə gözəl aeroportların tikintisi, eyni zamanda, gənc, amma müasir və dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə olan Azərbaycanın gücünü göstərir". |
2014-04-24 | 15,571 | Ruslardan Krıma qarşı vəhabi əməliyyatı | "Ruslar Krımda uzun saqqal saxlayan şəxslərin hər birini islam radikalları adlandırırlar". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Krım tatarlarının lideri Mustafa Cəmilov çıxış edib. O, Krımdakı bütün məscidlərə FTX (FSB) agentlərinin nəzarət etdiyini bildirib: "Krımdakı məscidlərin hər birində FTX agentləri əyləşir. Məscidə gələn bütün şəxslərin hamısı qeydə alınır. Saqqalı uzun olan şəxsləri islam radikalları adlandırırlar. Krımda tatarlara qarşı münasibət tam kəskinləşib. Bu torpaqların sahiblərini yenidən represiyaya məruz qoymaq istəyirlər. Artıq yerli ruslar tatarlara qarşı gizlin olaraq öz narazılıqlarını bildirirlər. Hətta illərlə qonşuluq edən ruslar öz qonşularına "nə zaman bu torpaqlardan gedəcəksiniz?" suallarını verirlər". |
2014-04-24 | 15,572 | Diktatorun üzə çıxan şəkilləri insanları yasa boğdu - Foto | Haqqında dünyaya çox az şeyin məlum olduğu Şimali Koreya lideri Kim Çen İnin uşaqlıq şəkilləri üzə çıxıb. "Axar.az"ın xəbər verir ki, ilk dəfə nəşr olunan şəkillər Kim Çen İn üçün təşkil edilən "sevgi selinə" adlı konsert əsnasında göstərilib. Konsertə qatılanlar Kim Çen İnin uşaqlıq şəkillərini görüncə bir tərəfdən alqışlayıb, bir tərəfdən də hönkürtü ilə ağlamağa başlayıblar. Qeyd edək ki, Kim Çen İn dünyanın ən qəddar diktatorlarından biri olaraq tanınır. |
2014-04-24 | 15,573 | Putin qadağan etdi - O geri dönəcək | Krım tatarlarının lideri Mustafa Kırımoğlu Putinin qadağasına məhəl qoymadığını bildirib. "Axar.az" xəbər verir ki, Krımoğlu bir həftə sonra yenidən geri dönəcəyini, əgər Krıma buraxılmasa buna qarşı tədbirlərin alınacağını deyib. Krım lideri Krıma və Rusiyaya girişinin 5 il müddətinə qadağan edildiyini, ancaq Rusiya orqanlarının bununla bağlı hər hansı bir qərar almadıqlarını vuğulayıb. Kırımoğlu həmçinin qeyd edib ki, Krımdan Kiyevə gedərkən yolda saxlanılıb və özünə Rusiyaya girişinin 19 aprel 2019-cu ilə kimi qadağan edildiyini göstərən sənəd imzalatmağa cəhd edilib. Tatar lideri məsələni araşdırdığını, hətta Krım parlamentinin belə bu barədə qərar vermədiyini qeyd edib. Ukrayna Xarici İşlər Nazirliyi isə Kırımoğlunun Krım və Rusiyaya girişinin qadağan olunması ilə bağlı Rusiyaya nota göndərib və qərarı tənqid edib. |
2014-04-24 | 15,574 | Rus ordusunun dəhşətli sirləri yayıldı – Video | "Rusiya ordusu nəinki korrupsiya və "dedovşina" mənbəyinə, hətta fahişəliyin, homoseksuallığın sürətlə yayıldığı bir ünvana çevrilib. İndi Rusiya "ordu seksi" növünün ən münbit dövrünü yaşayır". "Axar.az" xəbər verir ki, bu fikirlər populyar "Spartakus" dərgisində dərc olunan materialda yer alıb. Sözügedən dərginin açıqlamalarına görə, indi Moskvanın mərkəzi küçələrində kursant və əsgərləri bir gecəliyə "sifariş" vermək elə də müşkül məsələ deyil. Təqdim olunan videoda hətta Moskva ətrafındakı hərbi hissələrə seks turların təşkili əks olunub. Orada zabitlər "sifariş" vermək üçün foto albom da nümayiş etdirilər. Hətta "Komsomolsakaya pravda" belə bu fakta yer ayırıb və məqalələrdə vurğulanır ki, arzulayanlar 100-500 dollar civarında pulundan keçməli olacaq. Xatırladaq ki, videoda həmçinin rus əsgərlərinin oğurluqla məşğul olduğu anlar lentə alınıb. Məsələn, elə Polşanın sabiq prezidenti Kaçinskini gətirən təyyarənin qəzaya uğramasından sonra rus əsgərlərinin hadisə yerində soyğunçuluq etdikləri aydın görünür. |
2014-04-24 | 15,575 | Əsəbi kütlə polisləri daş-qalaq etdi - Video | Çində yüzlərlə adam bir qadın və kişini döyən polisləri daş-qalaq edib. "Axar.az" xəbər verir ki, polislər hadisəni çəkən şəxsi ağzından qan gələnə qədər döyüb. Bu isə kütlənin qəzəbinə səbəb olub. Hadisəyə şahid olan insanlar bir anda polisləri əhatəyə alıb. Kütlənin hirsindən qorxan polislər polis avtobusunun içinə miniblər. Ancaq çılğınlaşmış kütlə daş və kərpiclərlə mikroavtobusun şüşələrini qırıb, polislərin qaçmasının qarşısını almaq üçün təkərlərini partladıb. Avtomobildən çölə çıxmaq məcburiyyətində qalan polislər kütlə tərəfindən çubuq və təpik zərbələriylə uzun müddət döyülərək xəstəxanalıq edilib. Aidiyyəti qurumlar xəstəxanaya aparılan beş polisdən ikisinin vəziyyətinin kritik olduğunu bildirib. Öfkeli kalabalık polisleri öldüresiye linç etti by cumhuriyet |
2014-04-24 | 15,576 | Erkən final: "Real" "Bavariya"ya gücünü göstərdi | Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Günün yeganə qarşılaşması İspaniya paytaxtı Madriddə baş tutub. Turnirin ən titullu klubu "Real" öz meydanında Almaniya "Bavariya"sını qəbul edib. Ötən mövsümün qalibi olan Münhen təmsilçisi bu dəfəki duelə "Real"la köhnə hesabları olan Xosep Qvardiola ilə çıxıb. "Barselona"nın baş məşqçisi kimi madridlilərlə dəfələrlə "El Klassiko"ya çıxan mütəxəssis ilk dəfə başqa klubun çalışdırıcısı kimi bu həyəcanı yaşayıb. Oyun "Bavariya"nın ərazi üstünlüyü şəraitində keçib. Amma oyunda ilk və yeganə qolu əks-hücumdan yararlanan "Real" vurub. Kərim Benzemanın 19-cü dəqiqədə vurduğu qol Münhendə keçiriləcək cavab görüşü ərəfəsində madridlilərə qələbə qazandırıb - 1:0. /Apasport.az/ |
2014-04-24 | 15,577 | Rusiya NATO sərhədini pozdu – F-16-lar havaya qalxdı | Rusiyaya məxsus iki bombardmançı təyyarə NATO-nun yaradıcısı olan ölkərdən biri – Hollandiyanın hava sərhədlərini pozub. "Axar.az" xəbər verir ki, bu həyəcanlı anlarla əlaqədar Hollandiya müdafiə strukturu "Volkel" hərbi bazasından havaya təcili şəkildə iki F-16 qırıcı təyyarəsi qaldırıb. Məqsəd Rusiyanın TU-95 tipli bombardmançısını saxlamaqdı. Hollandiya Müdafiə Nazirliyinin açıqlamasına görə, rus təyyarələri belə manevrlər etməklə Danimarka və Böyük Britaniyanın hava qüvvələrini izləyirlər. Xatırladaq ki, Ukrayna hadisələri ilə əlaqədar Hollandiya aprelin 10-da NATO təlimləri çərçivəsində Rusiya ilə əməkdaşlığa xitam verib. |
2014-04-24 | 15,578 | Tolik müğənnilərə dərs verməyə hazırlaşır | "Qoy bu, bəzi müğənnilərə dərs olsun". Bu sözləri prodüser Tarıx (Tolik) Əliyev "Axar.az"a açıqlamasında dedi: "May ayında xeyriyyə konserti təşkil edəcəyəm. İki xəstə uşaq var, onların müalicəsi üçün təcili qırx minə yaxın pul lazımdır. Mən də Sevda xanım Yəhyayeva və Elton Hüseynəliyevə təklif etdim ki, Heydər Əliyev adına sarayda xeyriyyə konserti hazırlayaq. Yığılan vəsaiti həmin uşaqların müalicəsinə yönəldək. Konsertin dəqiq hansı gün baş tutacağı bilinmir, çox güman ki, 19, 20, ya da 21-i may olacaq. Sarayın rəhbərliyindən cavab gözləyirik. Bu yaxınlarda bununla bağlı mətbuat konfransı keçirəcəyəm. İnanıram ki, yaxşı olacaq. Konsertin təşkilatçısı özüməm. Bəzi müğənnilərə də bu dərs olsun, o uşaqlara kömək lazımdır. Əlimizdən gələni əsirgəməyək". Qeyd edək ki, bu Tarıx Əliyevin təşkil etdiyi ilk xeyriyyə konserti deyil. |
2014-04-24 | 15,579 | Azan məhkəməyə verildi | Türkiyədə iki həftəlik turistik səfərdə olan alman cütlük məscidlərdə hər gün azan oxunduğu üçün məhkəməyə müraciət edərək təzminat tələb ediblər. Cütlük, turizm agentliyinin onlara vəd etdiyi sakitliyi və rahatlığı əldə edə bilmədiklərini iddia ediblər. Hannover məhkəməsi isə bu cür iddialarda nümunə təşkil edəcək bir qərara imza atıb. Türkiyədə gündə 5 dəfə azan oxunduğunu bildirən məhkəmə bunun ölkənin səciyyəvi ənənəsi olduğunu qeyd edərək cütlüyün iddiasını təmin etməyib. Məhkəmə həmçinin şəhər mərkəzində dincəlmək istəyənlərin azan səsinə hazırlıqlı olmasının labüd olduğunu vurğulayıb. /ANS/ |
2014-04-24 | 15,580 | Serj Sarksiyan türklərin xatirəsini yad etdi | Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin soyqırımı inkar etdiyini, ancaq türkləri düşmən olaraq görmədiklərini bildirib. "Axar.az" xəbər verir ki, Sarksiyan bu cür qətliamların gələcəkdə də təkrarlanmasının önünə keçmək və qınanılmasının vacib olduğunu deyib. Serk Sarksiyan qeyd edib ki, "Biz soyqırımın baş verdiyini təsdiq etmək istəyirik, ancaq bizlər türkləri düşmən olaraq görmürük. Bu tarixi geridə buraxmaq və dövlətlərin bu yükün ağırlığından azad olunması lazımdır". Sarksiyan o dövrdə ermənilərə dar gündə yardım edən türklərin xatirəsini də yad edib. |
2014-04-24 | 15,581 | Günahkar erməni deyil | Biz guya öz aləmimizdə ermənilərin saxta təbliğatına qarşı mübarizə aparırıq. Necə?! Məsələn, hər il Xocalı faciəsi günü beş-on ölkədə olan səfirliyimizdə təbdir keçiririk, sonra yerli TV-lərdə Xocalı ilə bağlı vay-şivən qoparıb ağlayırıq, dünyanın hansısa hüquq təşkilatlarına göstərmədiyimiz tarixi faktları oxuyub bir günü yola verərək işimizi bitmiş hesab edirik. Beləcə, oluruq vətənpərvər! Amma vallah, bunun adı vətənpərvərlik deyil, vətənşivənlikdir... Çünki biz nə vətən dediyimiz yeri qoruya bilirik, nə də onu qorumaq istəyənləri qorumağı bacarırıq. Ermənilər onların haqqını müdafiə edən "Daş yuxular" əsərini düşmən hesab etdikləri ölkənin yazarının qələmindən çıxmasına baxmayaraq, Nobelə təqdim etdilər. Niyə, çünki bu əsər onların işinə yarayırdı. Amma Rusiyadakı səfirlikdən Rus tarixçisinin Qarabağ həqiqətləri və ermənilərin saxtakarlığı ilə bağlı yazdığı kitabın təqdimatına kimsə qatılmadı, kimsə bu əsərin müəllifi Oleq Kuznetsovun işini təqdir etmək bir yana dursun, lazımlı belə saymadı. Hələ iştirak etmək nədir, hətta bunun səbəbini soruşmaq üçün səfirliyə zəng edəndə "səfirin təlimatı var ki, bu tədbirə kimsə qatılmasın" deyə cavab veriblər. Bəlkə düşünək ki, Polad Bülbüloğlu, musiqiçidir, siyasətçi deyil, ona görə belə bir kitabın əhəmiyyətini anlaya bilməyib? Ya da bəlkə özümüzü aldadaq ki, olanların hamısı təsadüfdür? Məncə, həqiqətlə baş-başa qalsaq, daha yaxşı olar. Əgər əzab çəkiriksə, onsuz da çəkirik, heç olmasa həqiqətlərin əzabını çəkək. Bu həqiqətsə ondan ibarətdir ki, erməniləri saxtakarlıqda, yalançı xəbərlər yaymaqda günahlandırırıq, amma əslində, biz işləmirik. Ermənilər yalanla bizdən daha yaxşı təbliğat qurursa, onun günahı deyil bu, bizim vecsizliyimiz, laqeydliyimizdir. Erməniləri saxtakarlıqda günahlandırmaq yerinə özümüzü laqeydlikdə və tənbəllikdə, biveclikdə qınasaydıq, indi yəqin ki, bir çox naqislikdən xilas ola bilərdik. Zülm olunan zülmə dözürsə, demək ki, zülmü haqq edir. İndi biz də saxta təbliğatın qarşısında acış qalmışıqsa, demək ki, bacarıqsızlığımızla bu acizliyi haqq edirik. Gəlin, bir anlığa təsəvvür edək ki, bir yabançı alim ermənilərin həqiqət hesab etdiklərindən kitab yazır?! Nə baş verdiyini təsəvvür etmək üçün dərin təhlillərə lüzum yoxdur. O alimi əl üstündə gəzdirəcək ermənilərin qarşısında biz də bir kitabın təqdimatına qatılmırıqsa, ermənilər nə etsin? O işini görəndə məgər bizim əl-qolumuzu bağlayır? Vallah, biz Qarabağda döyüşlərdə uduzmaqda özümüz günahkar olduğumuz kimi, elə təbliğatda da uduzmağımızda günahkar bizik... Sadəcə, erməniləri günah keçisi düzəldib bivecliyimizi bunun arxasında gizlətməyə çalışırıq. Hər ölkədə təmsilçiliyimiz olanlar görəsən Qarabağ adına daha çox iş görürlər, yoxsa şəxsi biznesləri üçün? Sözün qısası, Polad Bülbüloğlu müğənnidir deyib keçməyək. Vallah, bu millətin müğənnisi siyasətçi ola bilir, siyasətçisi də müğənni... Amma gərək bu dəyişmə, çevrilmə üçün mütləq "şəxsi maraq" deyilən zəhər ortada olsun. Şəxsi maraq olandan sonra bu ölkədə özünə gün ağlamaq üçün kim nəyə desən çevrilə bilir. Nə deyim, görünür ancaq özünə gün "ağlayanlar"ın ağlamaqdan gözləri tutulub ki, həqiqətləri görə bilmirlər. |
2014-04-24 | 15,582 | Məşhur aktrisa sonsuz kədər içindədir | Dünyaca tanınmış Hollivud aktrisası Culiya Roberts kədər içindədir. "Axar.az" xəbər verir ki, aktrisanın anası xərçəng xəstəliyinə tutulub. Lakin bundan da betəri odur ki, aktrisanın kiçik bacısı Nensi Mots öz mənzilində ölü tapılıb. Culiya bundan sonra necə yaşayacağını bilmir. Bu vaxta kimi heç kimlə bu kədəri paylaşmayan Hollivud ulduzu "Val Strit Jurnal"a müsahibə verərkən ürəyindəkiləri dilə gətirib. |
2014-04-24 | 15,583 | Reklam filmi belə olar - Video | İslandiya ölkəyə gələn turistlərin sayını artırmaq məqsədi ilə yeni promo-reklam videosu çəkib. "Axar.az" xəbər verir ki, müxtəlif peşə sahələrində çalışan şəxslərin iştirak etdiyi görüntülərin öncə həvəskar kamera ilə çəkildiyi hiss edilir. İsland milli musiqisi ilə müşayiət olunan kadrlar internet istifadəçilərinin marağına səbəb olub. Çox cüzi məbləğə ərsəyə gətirilən kadrların çəkilişində sadə insanlar iştirak edib. Xatırladaq ki, son statistikaya görə İslandiya turizm imkanlarına görə dünyada əsas yerlərdən birini tutur. Həmin videosu sizə təqdim edirik: |
2014-04-24 | 15,584 | Yeni öldürücü virus yayılır - SOS | Dünya Səhiyyə Təşkilatı (WHO) həyəcan təbili çalır. Səudiyyə Ərəbistanında MERS virusuna yoluxanların sayı artmaqda davam edir. Təkcə bu həftə Ər-Riyadda 11 nəfərin bu virusa yoluxduğu elan edilib. Hələki bu virusa qarşı peyvənd mövcud deyil. Mütəxəssislər bu virusun dəvələrdən yoluxduğunu ehtimal edir. Qeyd edək ki, 2012-ci ilin sentyabrından qeydiyyata düşən 153 nəfərin laboratoyada karanavirusa yoluxduğu təsdiqlənib. Bu müddət ərzində virus 93 nəfərin həyatına son qoyub (Anspress). |
2014-04-24 | 15,585 | 2 nəfər FHN-i ayağa qaldırdı | Bu gecə Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalıb. "Axar.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə endirib, qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratıblar. Əməliyyat saat 04:47-də başa çatıb. |
2014-04-24 | 15,586 | Azərbaycanda analoqu olmayan xalça hazırlanıb - Foto | Azərbaycanda, dünyada tayı-bərabəri olmayan xalça hazırlanıb. "Kəhkəşan" adlı xalçanın hazırlanmasında 725-qiymətli daş-qaş və 1300 qram qızıldan istifadə olunub. Kəhkəşan- xalçaçı; rəssam Eldar Mikayılzadənin yeni və orijinallığı ilə seçilən əsəri məhz belə adlanır. Qeyri-adi xalçanın əsas özəlliyi onun qızıl saplarla toxunması və qiymətli daş-qaşlarla bəzədilməsindədir. Xalçanın tən ortasında ulduzların sistem cədvəli, göy qatlarının yazılışı, 12 bürc və planetlər yer alıb. Ümumiyyətlə xalçanın ərsəyə gəlməsi üçün çoxlu ədəbiyyat oxunub. Xalçanın üzərində 7 rəngli 725 qaş var. Bu qaşlar qızıl saplarla saxlanılıb. Onun da çəkisi 1-kq-dan çoxdur. Bu cür xalça ilk dəfə təqribən 1400 il əvvəl toxunub. Lakin sonralar müharibələr nəticəsində məhv edilib. Bu haqda müxtəlif tarixi qaynaqlarda məlumatları əldə edən müəllif belə bir xalçanı toxumaq qərarına gəlib. Dünyanın yaranışından ən yüksəkdə duran ulduzlara qədər hər bir kainat cismini özündə əks etdirən xalça 5 ilə ərsəyə gətirilib. Bütün astronomik məlumatları əldə edən müəllif daha sonra eskizləri çəkib. Toxunma işləri isə 2 il 1 ay 10 günə tamamlanıb (Anspress). |
2014-04-24 | 15,587 | “Forsaj 7” Azərbaycanda çəkilir? - Video | Sosial şəbəkələrdə Vin Dizelin maraqlı videosu yayımlanıb. "Axar.az" xəbər verir ki, məşhur aktyor Vin Dizelin baş rolunu oynadığı "Forsaj 7" filminin Azərbaycanda çəkilməsi barədə yeni iddialar irəli sürülüb. Filmin konkret hansı məkanlarda çəkildiyi qeyd edilməsə də aktyora məxsus Feysbuk səhifəsində maraqlı foto paylaşılıb. Fotoda Vinin sol tərəfində Azərbaycan dilində yazılmış lövhə görünür. Sosial şəbəkələrdə maraq doğuran digər kadrlar isə Vin Dizelin çəkiliş zamanı həvəskar kameraya dediyi sözlərdi. Feysbuk istifadəçilərinin marağına səbəb olan kadrları azərbaycanlı istifadəçilər əyləncəli formada montaj edib. Xatırladaq ki, yaradıcı heyətin verdiyi məlumata görə film 2015-ci ildə yayımlanacaq. Marağa səbəb olan videonu sizə təqdim edirik: |
2014-04-24 | 15,588 | Cəbhədə növbəti təxribat: atəşkəs 30 dəfə pozuldu | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şirvanlı, Qaraqaşlı, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-04-24 | 15,589 | Ukrayna Rusiyaya qarşı hərbi ittifaq yaradır | Ukrayna Litva və Polşa ilə birlikdə sülhməramlı briqada yaratmaq niyyətindədir. "Axar.az" xəbər verir ki, bununla bağlı dünən Lvov şəhərində Ukrayna, Polşa və Litva Müdafiə nazirləri müzakirələr aparıblar. Ukrayna Müdafiə naziri Mixail Koval bildirib ki, çoxmillətli sülhməramlı briqada vətəndaşların sabitliyini qorumaqla məşğul olacaq: "Bu çox vacib məsələdir. Biz öz həmkarlarımızdan nələrisə öyrənməliyik. Həmçinin, onların da bizdən öyrənəcəyi çox şeylər var. Buna görə, bu gün əməkdaşlıq haqqında və bizim 3 illik planlarımız barəsində danışıqlar aparıldı". |
2014-04-24 | 15,590 | Azərbaycan Ordusunun əsgəri yaralandı | Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında cəbhənin Füzuli istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri Elnur Əli oğlu Məcidov döyüş növbətçiliyi çəkərkən düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. |
2014-04-24 | 15,591 | Azərbaycanlılar “erməni soyqırımı“ abidəsinə qarşı - Aksiya | Hollandiyada yaşayan azərbaycanlılar qondarma "erməni soyqırımı" ilə bağlı etiraz aksiyası keçirəcəklər. Benelüks Azərbaycanlıları Konqresindən verilən məlumata görə, konqres Hollandiyanın Almelo şəhərində qondarma "erməni soyqırımı" abidəsinin açılması ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatda deyilir: "Cəmiyyətdəki nifrəti qızışdıracaq və narahatlıq çıxaracaq bir cəhdlə qarşı-qarşıyayıq. Bilindiyi kimi, 24 aprel 2014-cü il tarixində Almelo şəhərində "erməni soyqırımı" abidəsi adı altında bir açılış planlaşdırılıb. Bələdiyyədən erməni abidəsi açmaq üçün içazə alınıb, amma açılış "erməni soyqırımı" abidəsi şəklində keçiriləcəkdir. Bu abidə və açılışdan cəmiyyətimizin təəssüf ki, çox gec xəbəri olub". Buna etiraz etmək üçün bu gün günorta saatlarında Almeloda etiraz aksiyası keçiriləcək. Benelüks Azərbaycanlıları Konqresi bütün türk xalqlarını aksiyaya qoşulmağa çağırır /Trend/. |
2014-04-24 | 15,592 | Filarmoniyada 6 musiqi aləti oğurlandı | "Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından mərhum sənətkar, balaban ifaçısı Mehdi Ələkbər Nəzərliyə məxsus 6 musiqi nəfəs alətləri oğurlanıb". Bunu əməkdar artist, Mehdi Ələkbər Nəzərlinin nəvəsi Ədilə Əflaki bildirib. Ə.Əflaki bildirib ki, musiqi nəfəs alətlərinin oğurlanması ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinə məktubla müraciət olunub: "Mən bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət məktubu göndərdim. Xahiş etdim ki, bu məsələ araşdırılsın və mənə cavab verilsin. Nəfəsli alətlərin üstündə "n" hərifi yazılıb. Mehdi babam Azərbaycan Dövlət Orera və Balet Teatrının solisti olub. Babam dünyasını dəyişəndən sonra bu 6 musiqi nəfəsli aləti Azərbaycan Dövlət Filormoniyasına aparılıb və orada saxlanılıb. Bu alətlər uzun müddət filormoniyanın ekspanatlar sərgisində nümayiş olunub. Bunu tarzən Firuddin Ələkbərli də deyib. O, deyir ki, bu alətlər filormoniyanın sərgisində şüşənin altında olub. Niyazı dünyasını dəyişənə kimi bu 6 musiqi nəfəs aləti orada olub. Niyazi ölən kimi bu alətlər oğurlanıb. Niyazinin vəfatı zamanı ara qatılıb, kim nə istəyib aparıb. Mən deyə bilmərəm o dövürdə Mədəniyyət naziri kim olub. Amma bütün hallarda bu alətlər Azərbaycandan çıxarılıb. Hara satılıb, niyə satılıb, mənə məlumat verilsin". /Aznews.az/ |
2014-04-24 | 15,593 | İsraildə bir ilk: Xristian ərəblər üçün qanun | İsraildə yeni qanunlara görə, xristian ərəblər də əsgərliyə çağırılacaq, amma orduya getmək istəməyən ərəblər bunu rədd edə biləcək. "Axar.az" xəbər verir ki, dünən İsrail radiosu tərəfindən edilən açıqlamada İsrail tarixində bir ilkə imza atılacağı və xristian mənşəli ərəblərin də orduya qəbul ediləcəyi bildirilib. Radioda orduya könüllü gedən xristianların müsəlmanlar tərəfindən tənqid edildiyi nəzərə alınaraq xristianların da digər yəhudilər kimi əsgərliyə çağırılacağını bildirib. Orduya qatılmaq istəməyən xristianların bunu rədd etmə haqqının olacağı deyilən xəbərdə ildə 100 nəfərə yaxın xristian ərəbin könüllü olaraq İsrail ordusunda xidmət etdiyi açıqlanıb. Xatırladaq ki, 1948-ci il tarixindən, yəni İsrail dövləti yaranandan bu yana xristian ərəblər və müsəlmanlar orduya çağırılmırdı. Ancaq xristian ərəblər könüllü olaraq İsrail ordusuna qoşula bilirdi. |
2014-04-24 | 15,594 | Bakıda şübhəlinin başına torba keçirildi - Video | Bakıda müəmmalı əməliyyat keçirilib. Dünən saat 08 radələrində Yasamal rayonunda qara qəngli "Cip"lə gələn bir neçə şəxs bir nəfərin başına torba keçirərək maşına basıb. Əməliyyat keçirənlərin kim olduğu bilinmir. Bu mənzərə yaxınlıqdakı adamların gözü qarşısında baş verib. Hadisə şahidləri həmin hadisənin qısa videosunu "Milli.az"a göndəriblər. Yasamal rayonu ərazisində bir neçə saqqallı oğlanı saxlayıblar. |
2014-04-24 | 15,595 | Əsas magistral yollardan biri bağlanacaq | Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yolunun bir hissəsi bağlanacaq. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yolunun Saatlı rayonu ərazisindən keçən hissəsində üst aşınma layının qoyulması ilə əlaqədar 48-ci km-dən 56-cı km-ə qədər hissə aprelin 25-dən 28-dək bağlanacaq. P.Mürsəliyev qeyd edib ki, magistral yolda alternativ yolu göstərən nişanlar qoyulacaq. Ona görə də sürücülərdən alternativ yoldan istifadə etmələri xahiş olunur. /Trend/ |
2014-04-24 | 15,596 | Rusiyada həkimlər aclıq aksiyasına başladılar | Rusiyanın Murmansk vilayətinin Severomorsk şəhər xəstəxanasının həkimləri bu gündən etibarən aclıq aksiyasına başlayıblar. "Axar.az" xəbər verir ki, maaşlarının aşağı olması səbəbindən bu cür addım atmağa məcbur olan tibb işçiləri səhər saatlarından etibarən işləməkdən imtina ediblər. Bir müddət əvvəl həmin xəstəxananın həkimləri mitinq təşkil edərək prezidentin maaşların artırılması ilə bağlı fərmanının yerinə yetirilməsini tələb etmişdilər. Həmçinin, həkimlər Vladimir Putinə məktub da yollamışdılar. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.