date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-04-21 | 15,290 | “Azərsu” yolun çökməsinə münasibət bildirdi | "Azərsu ASC" Nobel prospektində yolun çökməsi ilə bağlı məlumat yayıb. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmək hələ tezdir. "Axar.az"a daxil olan məlumatda deyilir ki, "Azərsu" ASC-nin əməkdaşları hadisə yerində araşdırma aparır: "İndiyə qədər kollektorda hər hansı sızmanın baş verməsi təsdiqlənməyib. Həm çökmüş ərazidən əvvəl, həm də sonrakı quyuya baxış keçirilib və kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb". A.Cəbrayıllı hazırda kollektorda suyun səviyyəsinin yüksək olduğundan onu içəridən yoxlamağın mümkün olmadığını bildirib. Onun sözlərinə görə, kollektorda çirkab suların səviyyəsi aşağı düşdükdə xətt daxildən yoxlanacaq və yalnız bundan sonra dəqiq bir söz demək mümkün olacaq. Xatırladaq ki, çökmə bu gün səhər saat 8 radələrində Nobel prospekti-67 ünvanında, Bakı Neftayırma Zavodunun yaxınlığında, şəhər istiqamətində olan hərəkət zolağında qeydə alınıb. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev hadisəyə yolun alt hissəsində, təxminən 20 metr dərinlikdə, eni 1860 millimetr olan kanalizasiya kollektorunda baş verən sızmanın səbəb olduğunu açıqlayıb. |
2014-04-21 | 15,291 | Laçın İcra Hakimiyyətində əməliyyat keçirildi – Həbs var | Laçın rayon İcra Hakimiyyətinin Ağcabədi rayon Qaraqışlaq kəndindəki icra nümayəndəsi Pənah Dadaşov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Bu barədə həbs edilən şəxsin yaxınları "Axar.az"ın əməkdaşına məlumat verib. Məsələ ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Ağcabədi şəhərində yerləşən İcra Hakimiyyətinin Ərazi idarəetməsi və yerli özünüidarə orqanları ilə iş üzrə şöbəsinin müdiri Aslan Abbasov onlara bu həbslə bağlı hər hansı rəsmi məlumat daxil olmadığını bildirdi. Məsələ ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsindən isə bildirdilər ki, bu barədə məlumat verə bilməzlər. |
2014-04-21 | 15,292 | Rusiyada bank işçiləri girov götürüldü | Rusiyanın Belqorod şəhərində 46 yaşlı şəhər sakini Aleksandr Vdovin "Qərb" bankının işçilərini girov götürüb. "Axar.az" xəbər evrir ki, "Sayqa" karabini ilə silahlanmış şəxs girovların əvəzinə 25 milyon rubl pul tələb edib. Bankı mühasirəyə alan təhlükəsizlik qüvvələri həmin şəxslə danışıqlar aparır. |
2014-04-21 | 15,293 | Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək | Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 25-29 iyun 2014-cü il tarixində II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək. "Axar.az" xəbər verir ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festivalda 7 kateqoriyada filmlər yarışacaq. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə Gümüş mükafat - diplom və mükafat, III yerə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filminə isə QRAN PRİ - diplom, mükafat və 4000 avro pul veriləcək. Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar. |
2014-04-21 | 15,294 | Ukrayna iqtisadiyyatı yaxın zamanda iflic ola bilər - Ekspert | "Ukraynanın xarici borc problemi bu ölkənin iqtisadiyyatını ciddi böhrana sürükləyir. Çünki xarici borcun ümum-daxili məhsuldakı payı 100%-ə yaxınlaşır. Bu da Ukrayna iqtisadiyyatının çox yaxın zamanda iflic olmasına gətirib çıxara bilər". "Axar.az" xəbər verir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov Ukraynanın xarici ölkələrə yaranmış 9 milyard dollarlıq borc qalmaqalına münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, Ukrayna kömək üçün Avropa Birliyinə və Beynəlxalq Valyuta Fonduna müraciət edəcək: "Nəzərə alsaq ki, Ukrayna xarici borcun həcminə görə məhz öndə gedən ölkələrdən biridir, o zaman bu məsələnin həmin ölkə üçün əhəmiyyətli problem olduğunu anlamış olarıq. İlkin qiymətləndirməyə görə, Ukraynanın xaricə borcu 135 milyard dollardır və bu məbləğ ölkənin ümum-daxili məhsulunun 71%-ni təşkil edir. Bu rəqəmləri MDB ölkələri ilə müqayisə etsək, rəsmi Kiyevin ən pis göstəriciyə malik olduğunu görə bilərik". Ekspertin fikrincə, Ukraynanın Maliyyə nazirinin açıqladığı 9 milyardlıq borc yalnız ödənmə vaxtı tamam olmuş borclardı: "İndiki məqamda yalnız ödəniş zamanı çatmış borclardan söhbət gedir. Məhz bu borcların həcmi 9 milyard dollardır. Sözsüz ki, hazırda Ukraynanın bu məbləği ödəmək imkanı yoxdur. Ona görə də rəsmi Kiyev həmin borcun ödənilməsi üçün Beynəlxalq Valyuta Fonduna (BVF) və Avropa Birliyinə müraciət edəcək. Amma Avropa Birliyinin bu məbləğdə borc verəcəyi inandırıcı görünmür. BVF-nin qısa zamanda həmin pulu rəsmi Kiyevin hesabına köçürməsi mümkün deyil. Çünki Beynəlxalq Valyuta Fondu borc verən zaman borc verdiyi ölkə qarşısında çox ciddi şərtlər irəli sürür və həmin ölkə bu şərtlərə əməl etdikdən sonra borcun verilməsi həyata keçirilir. Ona görə Ukrayna bu problemi həll etsə belə, BVF-yə borclu qalacaq. Təbii ki, yenidən borc aldığına görə Ukrayna iqtisadiyyatı üçün çox ciddi problemin yaşamasına gətirib çıxardacaq". Qeyd edək ki, Ukraynanın Maliyyə naziri Aleksandr Şlapak Ali Radada çıxışı zamanı Ukraynanın 2014-cü ildə borclarını ödəmək üçün təxminən 9 milyard dollar lazım olduğunu bildirib. Onun fikrincə, bu ilin sonuna qədər bütün borclar ödənilməlidir. |
2014-04-21 | 15,295 | Avtobus dayanacaqlarında yenilik | Bakıda bütün avtobus dayanacaqlarında POS-terminallar quraşdırılacaq. Bu barədə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib. Onun sözlərinə görə, paytaxtın bütün avtobus dayanacaqlarında POS-terminalların quraşdırılması 3 ay müddətində başa çatdırılacaq: "Terminalların quraşdırılmasına may ayından başlanacaq. Bu ödəmə terminalları vasitəsi ilə vətəndaşlar həm nəqliyyat kartındakı balanslarını artıra biləcək, həm də digər kommunal ödənişləri həyata keçirə biləcəklər". Qeyd edək ki, "Yolkart" nəqliyyat kartlarının qiyməti 3 manatdır. Ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Karta eyni zamanda ən azı 1 manat yükləmək mümkündür. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyev isə öncə bildirib ki, avtobuslarda nağdsız ödəniş sisteminin (kart sistemi) tətbiqi ilə əlaqədar hazırda Bakıda 800-ə yaxın avtobusda avadanlıqlar quraşdırılıb. Yaxın zamanlarda bu aparatların bütün avtobuslarda quraşdırılması nəzərdə tutulur. /Trend/ |
2014-04-21 | 15,296 | AST Telman 62,5 milyonu batırdı | Türkiyədə səhmləri dövlətin nəzarətində olan "Halk Bank"la bağlı böyük qalmaqal üzə çıxıb. Məlumata görə, Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılovun Antalyada açdığı dəbdəbəli "Mardan Palace" otelinə görə bu bankdan 62,5 milyon dollar kredit alaraq geri qaytarmayıb. Xatırladaq ki, "Halk Bank" ötən il dekabrın 17-də Türkiyədə keçirilən rüşvət və korrupsiya əməliyyatında əsas hədəf olub. Məlum olmuşdu ki, İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab Türkiyə hökumətinin bəzi nazirlərinin də yardımı ilə bu bank üzərindən İrana aid on milyardlarla dolların qeyri-leqal transferini həyata keçirib. Əməliyyat zamanı bankın rəhbəri Süleyman Arslan da saxlanılmış və onun evində ayaqqabı qutularına doldurulmuş milyonlarla dollar nağd pul aşkarlanmışdı. İndi isə məlum olub ki, "Halk Bank" 5 il əvvəl dünyanın məşhur ulduzlarının iştirakı ilə açılan "Mardan Palace" otelinin ehtiyacı üçün onun sahibi Telman İsmayılova 62,5 milyon dollar kredit verib. Lakin kreditin geri qaytarılmasında problem yaranıb və bank oteli araşdırmağa başlayıb. Məlum olub ki, otelin yerləşdiyi ərazinin bir hissəsi dövlətə məxsusdur və bank geri qaytarılmayan kreditin əvəzində həmin əraziyə iddia edə bilməz. Xəbərdə bildirilir ki, Telman İsmayılov atasının adını daşıyan otelin dəbdəbəli açılışını 2009-cu ildə Hollivud ulduzlarının iştirakı ilə həyata keçirəndən sonra kredit üçün "Halk Bank"ın qapısını döyüb. "Halk Bank" rəhbərliyi isə bu cür dəbdəbəli mərasimlə açılan otelə kredit ayırmaq üçün əlavə zəmanət tələb etməyə ehtiyac görməyib. Lakin ötən ildən etibarən "Mardan Palace" kreditin geri ödənilməsini ləngitməyə başlayıb. Bank rəhbərliyi isə durumdan şübhələnərək "Mardan Palace" ilə bağlı hesabat hazırlanmasını istəyib. 2013-cü ilin aprelində hazırlanan hesabata əsasən, T.İsmayılov 1,4 milyard dollara başa gələn otelin inşası üçün başqa türk banklarından da kredit alıb. Lakin bu kreditlərin məbləği məlum deyil. Həmçinin məlum olub ki, otelin yerləşdiyi ərazinin bir hissəsi - 914 kvadratmetrlik ərazi dövlətə məxsus olub və T.İsmayılov bu ərazini sadəcə olaraq zəbt edib. Ərazi dövlətə məxsus olduğu üçün bank ödənilməyən kreditə görə həmin ərazini ala bilməz. O da məlum olub ki, "Mardan Palace"ın yerləşdiyi ərazinin bəzi hissələrinin sənədləri də qaydasında deyil. Otelin yerləşdiyi ərazinin 3 hektara yaxını Antalyanın Aksu bələdiyyəsinin mülkiyyətidir. Həmçinin otelin inşasına dair icazənin yoxa çıxdığı bəlli olub. Beləliklə, müəyyən edilib ki, "Halk Bank" mülkiyyət və inşaat sənədləri baxımından riskli olan oteli maliyyələşdirdiyi üzə çıxıb. Bankdakı qaynaqlar "AST Telman"ın aldığı krediti hələ geri qaytarmadığı və problemin davam etdiyini bildiriblər. /Virtualaz.org/ |
2014-04-21 | 15,297 | Nüsrət Kəsəmənlinin oğluna 10 il 6 ay cəza istənildi | Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Araz Kəsəmənlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses aprelin 25-də davam etdiriləcək. Qeyd edək ki, Araz Kəsəmənli şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb. Həbsdən çıxandan 3 ay sonra isə həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur. |
2014-04-21 | 15,298 | Türkiyə prezidentliyinə ilk namizəd bəlli oldu | Kamer Genç Türkiyə prezidenti olmaq istəyir. "Axar.az" xəbər verir ki, Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili seçilən Kamer Genç Türkiyə prezidenti olmaq istədiyini bildirib. Tvitter vasitəsi ilə iddialarını bölüşən deputat bu məsələ ilə bağlı fikrini ilk dəfə şənbə günü partiya rəsmilərinə bildirib: "Getdiyim bütün səfərlərdə hamı mənim prezidentliyə namizəd olmağımı istəyir. Əgər partiyam səs verərsə mən namizədliyimi irəli sürərəm". Xatırladaq ki, ilk dəfə 2000-ci ildə prezident olmaq istəyən Kaçer Genç istəyinə nail ola bilməmişdi və Konstitusiya Məhkəməsi Əhməd Nejdət Sezərin prezidentliyini təstiq etmişdi. 2007-ci ildə keçirilən ilk demokratik prezident seçkilərində namizəd olan Genç bu dəfə Abdullah Gülə uduzub. Türkiyə qanunvericiliyinə əsasən, bir şəxsin prezidentliyə namizədliyini verməsi üçün ən azından 20 millət vəkili onun namizədliyini irəli sürməlidir. |
2014-04-21 | 15,299 | Lavrov və Nalbandyan Qarabağı müzakirə etdilər | Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan aprelin 19-da Moskvaya səfər edib. Səfər zamanı E.Nalbandyanın rusiyalı həmkarı Sergey Lavrovla görüşü baş tutub. XİN rəhbərləri iki dövlət başçısının əldə etdikləri razılaşmaların yerinə yetirilməsi prosesini müzakirə ediblər, ikitərəfli münasibətlərin geniş spektri üzrə məsələlərə toxunublar. Hər iki nazir beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb. Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini müzakirə ediblər. Münaqişənin yalnız sülh yolu və ATƏT-in Minsk qrupunun səyləri ilə nizamlanmasının vacibliyi vurğulanıb /Trend/. |
2014-04-21 | 15,300 | Baş nazir küçə süpürməyə məhkum edildi - Foto | İtaliyanın keçmiş Baş naziri Berluskoninin yer təmizləyərkən çəkilən şəkli sosial şəbəkədə paylaşılıb və istifadəçilər tərəfindən böyük maraq və razılıqla qarşılanıb. "Axar.az" xəbər verir ki, Berluskoninin şəkli əlində süpürgə zibil qabının yaxınlığında iş başında olarkən çəkilərək sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki, bir neçə gün əvvəl Berluskoni ictimai işlərə məhkum olunmaqla 1 il həbs cəzasına məhkum edilib. |
2014-04-21 | 15,301 | Saakaşvili Bakıya gəlir | Gürcüstanın sabiq prezidenti (2004-2013), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixeil Saakaşvili II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə aprelin 27-də Bakıya gələcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu, M.Saakaşvilinin prezidentlik müddəti başa çatdıqdan sonra Azərbaycana ilk səfəri olacaq. M.Saakaşvilinin Forum çərçivəsində "Davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac" mövzusunun müzakirə ediləcəyi sessiyada çıxışı nəzərdə tutulub. Qeyd edək ki, M.Saakaşvili 2013-cü ilin mayında Bakıda keçirilmiş I Cənubi Qafqaz Forumunda da iştirak edib. O zaman gürcü siyasətçi Gürcüstan prezidenti olaraq Foruma qatılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda 45 sabiq dövlət və hökumət rəhbərinin iştirakı nəzərdə tutulub. Ümumilikdə isə Forumda 54 ölkədən 150-dən çox ictimai, siyasi xadimin, ekspert və elm adamının iştirakı gözlənilir. |
2014-04-21 | 15,302 | Putin Krım tatarları ilə bağlı fərman imzaladı | Rusiya Prezidenti Vladimir Putin Krım tatarlarının və Krımın digər xalqlarının reabilitasiyası haqqında fərman imzalayıb. Bunu V.Putin Dövlət Şurasının iclasının açılışında deyib. Onun sözlərinə görə, fərman Stalin dövründə repressiyalara məruz qalmış Krım tatarlarına, bu bölgənin erməni, alman, yunan və digər əhalisinə şamil edilir /Trend/. |
2014-04-21 | 15,303 | “Unibank”ın Feysbuk səhifəsi qalib oldu | "Unibank"ın Feysbuk səhifəsi beynəlxalq "Socialbakers" xidməti tərəfindən mart ayının nəticələrinə görə də, "Ən sosial yönümlü səhifə" nominasiyasının qalibi olub. Bu barədə "Axar.az"a bankdan daxil olan məlumatda deyilir. "Unibank" Facebook səhifəsi yeganə bank səhifəsidir ki, 2014-ci ildən hər ay Socialbakers tərəfindən dərc edilən ən sosial yönümlü səhifələrin top 5-liyinə daxil edilir. Beynəlxalq xidmətin monitorinqi göstərir ki, "Unibank" Feysbuk səhifəsinin istifadəçiləri ilə kommunikasiyanı çox nümunəvi şəkildə qurub və maksimum 100% reytinqdən, 100%-ni də alıb. Socialbakers (http://www.socialbakers.com/ ) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir. Qeyd edək ki, hazırda "Unibank"ın Feysbuk səhifəsinin (https://www.facebook.com/unibank.az?fref=ts) istifadəçilərinin sayı 190 minə yaxınlaşır. Bu da banklar arasında tərəfdaşların sayına görə, ən böyük səhifədir. Hər gün minlərlə istifadəçi burda Unibank-ın məhsul və xidmətləri haqda sual ünvanlayaraq, qısa müddətə məlumat ala bilirlər. "Unibank"ı birinci etdikləri üçün, Bank bütün feysbuk tərəfdaşlarına öz dərin təşəkkürünü bildirir. Əlavə məlumat üçün - www.facebook.com/unibank.az "Unibank" - hər kəsin bankı. |
2014-04-21 | 15,304 | “Qafqaz”ın rektoru ölkədən qovulmayacaq - Açıqlama | "Ənvər Özərən ölkədən getməyəcək". Bu sözləri "Axar.az"a açıqlamasında Ənvər Özərənin vəkili Emin Qurbanov deyib. Vəkil Ənvər Özərənin Azərbaycandan deportasiya olunacağı ilə bağlı yazılanların hamısının yalan olduğunu bildirib: "Bu barədə Türkiyə mətbuatında informasiya yayılmışdı. Daha dəqiq desəm, "Aydınlıq" qəzetində çap olunmuşdu. Amma o da təkzibini tapdı. Ənvər Özərinin ölkədən getməsi ilə bağlı yayılan informasiyaların hamısı yalandır". Qafqaz Univeristetinin İctimaiyyətlə Əlaqələr üzrə Prorektoru Natiq Paşa isə yayılan xəbərin ümumiyyətlə həqiqəti əks etdirmədiyini söyləyib: "Ümumiyyətlə yayılan xəbər tam yalandır. Bu, heç bir həqiqəti əks etdirmir. O, hazırda iş başındadır. Bu gün günortaya qədər İdarə heyətinin iclası keçirilib və rektor da həmin iclasda olub". Qeyd edək ki, bu gün Türkiyə mətbuatında Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç və digər bir sıra şəxslərin Azərbaycandan deportasiya ediləcəyi ilə bağlı informasiya yayılmışdı. Qafqaz Universitetinin rektoru Əhməd Sanıç isə yayılan xəbərlərin əvvəllərdə olduğunu bildirib. O bu tip informasiyaların təkrar yayınlandığını söyləyib və yaxın müddətdə Təhsil Nazirliyinin bununla bağlı açıqlama verəcəyini güman etdiyini söyləyib. |
2014-04-21 | 15,305 | İcra məmuru azyaşlı uşaqları sərhəddən keçirirmiş – Həbs | Laçın Rayon İcra Hakimiyyətinin Ağcabədi rayon Qaraqışlaq kəndindəki icra nümayəndəsi Pənah Dadaşovun ailə üzvləri də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilərək idarəyə aparılıb. Bu barədə "Axar.az"a kənd sakinləri məlumat veriblər. Bu gün səhər saatlarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilən Pənah Dadaşovdan sonra onun həyat yoldaşı və uşaqlarını da idarəyə aparıb. Əməkdaşımıza verilən məlumata görə, Pənah Dadaşov azyaşlı uşaqları sərhəddən qanunsuz keçirməkdə təqsirli bilinir. Laçın Rayon İcra hakimiyyətindən bildirilib ki, onlara bu həbslə bağlı heç bir rəsmi məlumat daxil olmayıb. Laçın Rayon Polis İdarəsindən isə faktı təsdiqləsələr də, əlavə məlumat vermədilər. |
2014-04-21 | 15,306 | "NİDA-çılar dərhal azadlığa buraxılmalıdır" | "Rusiya hiss etsə ki, Azərbaycanda hakimiyyəti dəyişmək imkanı var..." BAXCP sədri, deputat Qüdrət Həsənquliyevlə prezident seçkilərindən sonra, demək olar ki, geniş müsahibəmiz olmamışdı. Ona görə də Azərbaycanın daxili problemləri, qanunların sərtləşdirməsi istiqamətində növbəti addımların atılması, ölkəmizə Rusiya təhlükəsi, siyasi məhbuslar və digər məsələlərdən bəhs edilən söhbətimizdə öncə seçki debatları ilə əlaqəli suala cavab istədik: - Qüdrət bəy, teledebatlardakı sərt polemikalardan sonra Milli Şuranın sədri, professor Cəmil Həsənli ilə üz-üzə gəlibsinizmi, hal-əhval tutduğunuz olubmu? - Bəli, bir dəfə yas yerində üz-üzə gəlmişik. Fazil bəylə birgə yas mağarına girirdik. Cəmil müəllim də ordan çıxırdı, görüşdük. Mən Cəmil müəllimi bir alim kimi həmişə qiymətləndirmişəm. Debatlara diqqətlə qulaq asdınızsa, bir dəfə də onun şəxsiyyətinə toxunan söz demədim. Sadəcə olaraq biz orda rəqib idik, ona görə də müəyyən suallar ünvanlayırdıq. Çünki narazı elektoratın səsinə əsas iddiaçılardan biri də o idi. Cəmil müəllim həm İlham Əliyevin, həm də Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən yazıb. Mən sadəcə, bu sualları verdim. Cəmil müəllim də bunun qarşılığında siyasi fəaliyyətimlə bağlı iradları var idisə, bunu deyə bilərdi, ancaq o şəxsiyyətə hücum etdi, bu da xoşagəlməz hal idi. Cəmil müəllim düzgün taktika seçsəydi, o, Milli Şuranın namizədi kimi daha çox səs qazana bilərdi. Qalib gəlmək şansı yox idi. O zaman da demişdim ki, içi mən qarışıq heç kimin bu seçkidə iqtidarın nümayəndəsini udmaq şansı son dərəcə məhdud idi. Amma bir ziyalı kimi barışdırıcı mövqe qoysaydı, daha çox səs toplaya bilərdi. Cəmil müəllim isə daha radikal mövqe sərgilədi, özünü cəmiyyətə inqilabçı kimi təqdim etdi. İnsanlar artıq inqilablardan qorxurlar və görürlər ki, inqilablar xalqlara çox hallarda xoşbəxtlik yox, bədbəxtlik, parçalanma gətirir. Cəmil müəllim narazı elektoratın bir hissəsini də özünün yersiz radikallığı ilə bu iqtidara dəstək verməyə yönəltdi. - Milli Məclisin son iclasında toplaşma ilə bağlı məhdudiyyətlərin tətbiq olunması, cəzanın ağırlaşdırılması barədə qərar verildi. Hazırkı situasiyada buna zərurət var idimi? - Ümumiyyətlə, bizim Cinayət Məcəlləsinə bu maddə düzgün daxil edilməyib. Özü də toplanma qaydalarını pozma bölməsinə daxil edilib. Toplaşmaq hüququ konstitusion hüquqdur. Bu, vətəndaşların konstitusion hüquqlarına qarşı olan cinayətlər fəslində yerləşdirilib. Əslində toplaşma hüquqdan istifadə konstitusion hüquqdan istifadə etməkdir. Əgər onun qaydası pozulubsa, bu, hələ konstitusion hüquqa qarşı çıxmaq demək deyil. Bunun üçün inzibati qaydada məsuliyyətə də cəlb etmək olardı. Toplaşma qaydalarını pozmaqla bağlı norma ümumiyyətlə, Cinayət Məcəlləsindən çıxarılmalı və cinayət hüquqi qaydada təqib olunmamalıdır. Əvvəl toplaşma qaydasını pozan şəxsə qarşı cinayət işi qaldırılırdısa, iki gün müddətində ona ya təqsirlilik elan olunmalı, cinayət məsuliyyətinə cəlb olunmalı və ya azad edilməli idi. İndi belə etdilər ki, tutulanların sayı çox olarsa, yaxud iş mürəkkəb olarsa, bu zaman məhkəmənin qərarı ilə 48 saat növbəti 48 saat müddətinədək uzadıla bilər. Yəni 2 sutka 4 sutka oldu. Mən bunun əleyhinəyəm. Əvvəla, 169-cu maddə ağır cinayət deyil. İkincisi, bu, alternativ sanksiyalıdır. Yəni burada cərimə də var, islahetmə işləri də, azadlıqdan məhrum etmə cəzası da. Ümumiyyətlə, alternativ sanksiyalı əməllərə görə həbs qətimkan tədbiri seçilməməlidir. Bəlkə məhkəmə sabah buna cərimə kəsəcək, ya islah işi cəzası verəcək, onu həbs etməyin mənası nədir? Ağır cinayətlərlə bağlı verilən sərt qərar başadüşüləndir. Amma toplaşma qaydasını pozmaya görə cinayət məsuliyyəti aradan qaldırılmalıdır. - Qanunların sərtləşdirilməsinə gedilməsi hansı fəsadlara gətirib çıxara bilər? - Hökumət bir sıra hallarda əsas verir ki, həm beynəlxalq təşkilatlar Azərbaycanı tənqid etsin, adını qara siyahılara salsın, həm də Azərbaycanın bədxahları bundan yararlansın. Ona görə də mən Milli Məclisdəki çıxışımda da dedim ki, biz bu cür bəhanələri, əsasları verməməliyik. - Azərbaycanda Rusiyameyilli qüvvələr milli maraqlarımıza nə qədər təhlükə yaradır? - Çox təhlükəlidir. Biz hətta prezident seçkilərində də gördük ki, hakimiyyət naminə özünü milli azadlıq hərəkatının fəalları kimi görənlərin insanların da çoxu hakimiyyətə gəlmək naminə Rusiyanın Rüstəm İbrahimbəyov layihəsinə açıqdan-açığa dəstək verdilər. Açıq və obyektiv demək lazımdı ki, bu mənada Müsavat özünün narahatlıqlarını cəmiyyətə hiss etdirdi. Mən bir çox hallarda Pənah Hüseyni kəskin tənqid etsəm də, Rauf Arifoğlunun fəaliyyətinə bir çox hallarda tənqidi münasibətim olsa da, ən azından bu insanlar və cəmiyyətin xüsusilə də milli azadlıq düşərgəsində fəal olmuş insanları düşünməyə vadar edən açıqlamalar verdilər. Məsələn, Pənah Hüseyn dedi biz ilk dəfədir ki, başqasını layihəsində yer alırıq. Bunlar ciddi açıqlamalar idi və açığı, bu açıqlamalar da təsirsiz keçmədi. Obyektivlik naminə bunu qiymətləndirmək lazımdır. Amma o düşərgədə olan insanların çoxu mənə etiraf da ediblər ki, "bəli, biz o layihəyə ona görə dəstək verdik ki, Rusiyadan ciddi dəstək gözləyirdik". Onlar "Milyarderlər İttifaqı"ndan maliyyə dəstəyi gözləyirdilər. Bundan başqa Putinin Azərbaycana səfərinə qədər bir fikir yayılmışdı ki, Putinlə İlham Əliyev arasındakı münasibətlərdə bir sərinlik var... "Amnistiya elan olunsun, NİDA-çılar, Tofiq Yaqublu və digərləri dərhal azadlığa buraxılsın" - O zaman fərqli bir situasiya idi. Bəs bu gün münasibətlər hansı səviyyədədir? - Putinin səfərindən sonra Rusiya-Azərbaycan münasibətlərində bir az istiləşmə hiss olundu. Amma Ukraynanın ərzi bütövlüyü məsələsində sözsüz ki, Azərbaycan haqlı olaraq beynəlxalq hüquqa söykənən bir mövqe ortaya qoydu. Həm də Qarabağ məsələsi bizi belə bir mövqe sərgiləməyə vadar edir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləməli idik, bunun əksi Azərbaycan üçün faciə olardı. Bundan sonra sözsüz ki, Rusiyanın Kremlə yaxın bəzi politoloqları, siyasətçilər, partiya sədrləri Azərbaycanı hədələyən bəzi təhdid bəyanatları verirlər. Eyni zamanda burada yenidən Rusiyaya bağlı qüvvələr, hansı ki, Putinin səfərindən sonra onlara tapşırıq verildi, susdular, yenidən artıq fəallaşmağa başladı. Rusiya hiss etsə ki, onun Azərbaycan hakimiyyətini dəyişmək imkanları var, bu imkandan mütləq yararlanacaq. Amma Rusiya da hələlik vəziyyətlə barışır və bilir ki, onu müdafiə edəcək, hakimiyyət naminə Moskvaya dəstək verəcək və "təki bunlar getsin, kim gəlir-gəlsin" yanaşmasını ortaya qoyanların Azərbaycanda hakimiyyəti dəyişmək imkanı yoxdur. - Amma Rusiyanın Azərbaycanı bütövlükdə ələ keçirmək planı da var. - Bəli, bu plan həmişə olub. Çünki Rusiya özünün imperiya iddialarından heç vaxt geri durmayıb. Azərbaycan indi Rusiya, Türkiyə, İran, NATO, Avropa Birliyi ilə eyni məsafədədir. Mən ilk gündən Azərbaycanın Qoşulmayanlar Hərəkatına qatılmasını yanlış siyasət adlandırmışam. Bəyan etmişdim ki, ibtidai icma quruluşundan bu günə qədər müharibə vəziyyətində olan, müharibə aparan ölkə özünə müttəfiqlər axtarıb. Hətta güclü ölkələrin dəstəyini almaq üçün bəzən suveren hüquqlarından da güzəştlərə gedilib. Bizim Avropadan Qarabağ məsələsində dəstək gözləməyimiz yersizdir. Çünki bir xristian həmrəyliyi məsələsi var. Həm də erməni diasporu Fransada, Amerikada çox güclüdür. Həmin ölkələr onu da nəzərə alır ki, Rusiya da Ermənistanın hərbi-siyasi müttəfiqidir. Ona görə bizim onların dəstəyini alaraq bu problemi danışıqlar yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək imkanlarımız yoxdur. Biz ya NATO-ya doğru seçim etməliyik, ya da Rusiya ilə bir yerdə olmalıyıq. NATO-ya üzvlüyümüz və qurumun bizi qəbul etməsi hazırda çox müşkül məsələdir. Mövcud reallıqda biz ya hər şeyi gözümüzün önünə alıb müharibə etməliyik, ya da Rusiya ilə dil tapıb Qarabağ məsələsini həll etməliyik. Hesab edirəm ki, Azərbaycan Qarabağ məsələsini həll etmək üçün Rusiya ilə danışıb hətta Gömrük İttifaqına, Avrasiya İttifaqına da üzv ola bilər. Mən Qarabağ naminə bunu mümkün sayıram. - Əminsinizmi ki, o halda Qarabağ Azərbaycana qaytarılacaq? - Yox. Mən o dərəcədə sadəlövh insan deyiləm ki, deyəm müvafiq sənədlər imzalanmadan, təminatlar verilmədən Azərbaycan gedib bu quruma qatılsın. O sənədlərdə birbaşa əksini tapmalıdır ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ problemi yalnız ərazi bütövlüyümüz çərçivəsində həll olunmalıdır. Orda Rusiya ilə Azərbaycan arasında ikitərəfli bəzi sazişlər imzalanmalı və orada da konkret müddətlər qoyulmalıdır. Biz bunları paralel etməliyik. Rusiya ilə danışıqların şərtləri bu olmalıdır ki, biz buna gedə bilərik, amma siz necə ki, bu gün Ukraynadan bəzi məsələləri tələb edirsiniz, Ermənistanın da qarşısına tələblər qoymalısınız. Bu olmayacaqsa, sözsüz ki, Azərbaycan nə Avrasiya İttifaqında, nə də Gömrük İttifaqında olmalıdır. - Azərbaycanda son vaxtlar harın məmurlar və onların övladları mövzusu çox aktualdır. Siz ölkə rəhbərliyinin bu özbaşınalıqları durdurmaq üçün hansı addımlar atacağını gözləyirsiniz? - Prezidentin son qəti tapşırıqları şübhəsiz ki, müsbət mənada dəyişikliyi hiss etdirir. Amma vəziyyət ciddi şəkildə dəyişməyəcək. Vəziyyətin köklü şəkildə dəyişməsi üçün ölkədə mütləq hüquqi islahatlar aparılmalıdır. Məhkəmə hakimiyyətini səlahiyyətləri genişləndirilməli, andlı iclaslar institutu tətbiq olunmalı, parlamentin səlahiyyətləri artırılmalıdır. Bizim kimi ölkələrdə köklü dəyişikliklərin yolu parlamentli respublikaya keçiddən ibarətdir. Biz hələ 2007-ci ildə bu layihəni təqdim edəndə hələ Gürcüstanda bu məsələ müzakirə olunmurdu. Artıq Gürcüstan parlamentli respublika idarəçiliyinə keçib, indi də Ermənistan hazırlaşır. - Azərbaycanda hansısa hazırlıq varmı? - Bir ara siyasi kuluarlarda söhbətlər gedirdi, amma sonra məsələ gündəmdən çıxarıldı. Bu da cəmiyyətin fəallığı ilə bağlıdır. İqtidar fikirləşir ki, əgər cəmiyyətdə bu istək yoxdursa, cəmiyyət indiki idarəetmə ilə razıdırsa, onda niyə özümə problem yaradım? Amma fikrimcə, əgər islahatlar güclü hökumət tərəfindən həyata keçirilirsə, bu, cəmiyyətdə kataklizmlərə səbəb olmur. Zəif hökumətin islahatlara getməsi isə hakimiyyətsizliyə, sabitliyin pozulmasına yol açır. Nə qədər ki, iqtidar güclüdür, islahatlara getməlidir. İndi ağac kəsilir, hamı gözləyir buna prezident münasibət bildirsin, yaxud qanunsuz ev tikilir, ev sökülür, buna da prezidentin münasibətini gözləyirlər. Dövlətin bütün strukturları işləməlidir. Bunun da yolu çoxpartiyalı sistemin inkişafından, siyasi sistemin güclənməsindən keçir. Azərbaycanda indiki siyasi sistem çox zəifdir, Rusiya, başqa dövlətlər də bunu bilir, ona görə də Azərbaycana təzyiq imkanları çoxdur. Azərbaycanda iqtidar və müxalifət düşünməlidir. Çalışmalıyıq ki, islahatlar yuxarıdan, tədriclə həyata keçirilsin. Amma vaxt itirmək də olmaz. - Bu gün yenə də siyasi məhbuslar məsələsi var və həll olunmamış qalıb. Siz nə təklif edirsiniz? - Qarşıdan həm Heydər Əliyevin doğum günü, həm Respublika Günü gəlir. Ən doğru addım olardı ki, - həm də bu gün Azərbaycan çox həssas dönəmə qədəm qoyub - bu ərəfədə milli barışığa yol açan amnistiya elan olunsun. NİDA-çılar, Tofiq Yaqublu və digərləri dərhal azadlığa buraxılmalıdır. Bundan sonra cəmiyyətdə həm dialoq, həm münasibətlərin sivil məcraya salınması üçün yeni imkanlar açıla bilər, bu imkanlardan da istifadə olunmalıdır. Biz 2015-ci ilin parlament seçkilərindən öncə ölkədə konstitusiya islahatları həyata keçirə bilərik. Tutaq ki, 2015-ci ilin martında yeni konstitusiya qəbul olunur, payızda yeni konstitusiyaya uyqun olaraq seçkilər keçirilir. Bu, mənim seçki platformama da daxil idi, biz Azərbaycanın gələcəyini bu cür görürük. Çox istərdik ki, bizim ideyalar geniş xalq kütlələri tərəfindən də dəstək qazansın, iqtidar da bu ideyalara dəstək versin, islahatlar həyata keçsin. |
2014-04-21 | 15,307 | Nobel prospektində ağır yol qəzası - Foto | Bakının Nobel prospektində yol nəqliyyat hadisəsi baş verib. "Axar.az" xəbər verir ki, saat 15.20-də Nobel prospekti ilə hərəkət edən "Lada" markalı 01 Bl 315 dövlət nömrə nişanlı avtomobil işıqforda dayanan 10 OA 223 dövlət nömrə nişanlı "Mersedes" avtomobilinə çırpılıb. Sürücüsü xəsarət almasa da, avtomobildə olan sərnişinlər yaralanıb. |
2014-04-21 | 15,308 | Markesin həyatını dəyişən kitab | Amerika qitəsini Xristofor Kolumb kəşf etdi. Ora gedib-getməməsi dəqiq bilinməsə də, Ameriqo Vespuççinin adı qitəyə verildi. Kolumbun heç zaman ayaq basmadığı ölkəyə isə Kolomb adı verildi: Kolumbiya! 20-ci əsrin ən böyük Latın amerikalı və kolumbiyalı yazarı Qabriel Qarsiya Markes doqquz yaşında oxuduğu və Şərq ədəbiyyatının vizit vərəqi olan əsərlərdən təsirləndi: Min bir gecə nağılları! Maraqlıdır ki, ilk fikirdə aşiq olub evləndiyi Mersedes adlı gözəl də Şərq əsilli immiqrant idi. Bu gün torpağa veriləcək olan "magik realizm" axınının yaradıcısı olan böyük yazarın həyatından qeydlər... Qabriel Qarsiya Markes... Onu dostları həyatı boyunca "Qabon" deyə çağırdı. Bütün dünya onu yazıçı olaraq tanıyır, halbuki jurnalistikanı heç vaxt buraxmadı. İlk xəbəriylə ölkəsindən qaçmaq məcburiyyətində qaldı və ilk romanını yazdı. Belə... 1950-ci ildə Kolubmiyada iqtidara gələn Laureano Qomes Kolumbiyanı dəmir yumruqla idarə etdi. Violensia adı verilən qanlı hadisədə 200 minə yaxın insan can verdi. 1955-ci ildə dənizdə fırtınaya düşən Kolumbiya Dəniz qüvvələrinə aid "Caldas" adlı gəmi okeanda batdı. On gün ərzində qayıqda yaşayaraq xilas olan dənizçi-əsgər Luis Alexandro Velasko diktator Qomes iqtidarının dəstəyi ilə ölkənin qəhrəmanı edildi. Lakin... O dənizçi Velasko bir həftə sonra "El-Espectador" qəzetinin qapısını döydü. Dövlətin gəmisi qanunsuz mallar daşıyırdı. Markesin ölkə gündəmə gətirdiyi bu xəbər onun ölkədən çıxmağa məcbur qalmasının və böyük roman ustası kimi məşhurlaşmasının başlanğıcı da saymaq olar. Hazırladı: Tural Qurbanlı |
2014-04-21 | 15,309 | Zakir Həsənov Türkiyəyə gedir | Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 23-də Türkiyə Respublikasına səfər edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, səfərin məqsədi Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçiriləcək anma mərasimində iştirak etməkdir. Səfər aprelin 25-dək davam edəcək. |
2014-04-21 | 15,310 | Millət vəkili Elton Məmmədovun oğlu avtoşluq etdi - Foto/Video | Daha bir oliqarx oğlunun Bakıda öz bahalı avtomobilləri ilə sürət yarışına çıxdığını əks etdirən videokadrlar yayılıb. Dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki avtomobil Zığ-aeroport şossesində yüksək sürətlə yarışa çıxdığını əks etdirən videokadrlar "Virtualaz.org" saytı yayımlayıb. Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərin hər ikisi "Porsche Panamera" markalıdır (qiyməti 250 min manata yaxındır). "100" seriyalı "Porsche"nin Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu da müəyyənləşib. Lakin mənbə avtomobilin deputatın hansı oğluna məxsus olduğunu dəqiqləşdirməyib. Həmin videokadrların yeni olmadığı və 2012-ci ilin mayında çəkildiyi müəyyənləşib. "Virtualaz.org" saytı kadrları DYP əməldaşlarına təqdim edib və onlar məlumatı təsdiqləyərək bildiriblər ki, həmin avtomobillər tez-tez Bakı küçələrində sürət yarışına çıxır. Lakin DYP və DİN nüfuzlu avtoxuliqanlara qarşı hansısa tədbirlər görməkdə acizdir. Xatırladaq ki, ötən həftə Yevlax gömrüyü rəisinin oğlu, polis əməkdaşı Tural Həsənovun və Rahib Abdulbağırov adlı şəxsin Zığ şossesində "BMV X6" və "Lada Priora" avtomobilləri ilə saatda 240 kilometri keçən sürətlə yarışa çıxdıqlarını əks etdirən videokadrların sosial şəbəkələrdə, daha sonra saytlarda yayılmasının ardınca DİN onların hər ikisini həbs edib. T.Həsənov 20, R.Abdulbağırov 15 sutka azadlıqdan məhrum ediliblər. Həmçinin T.Həsənov polis orqanlarından qovulub, atası isə Əliməmməd Həsənov isə vəzifəsindən çıxarılıb. Qeyd edək ki, bundan əvvəl saytımız nəqliyyat nazirinin qardaşı oğlu Aynar Məmmədovun dövlət nömrə nişanları ancaq "100" rəqəmindən ibarət olan bahalı maşın kolleksiyasını sosial şəbəkələrdə necə nümayiş etdirdiyi barədə geniş araşdırma dərc edib. Deputat oğlunun İnstagram səhifəsində yerləşdirilmiş fotolardan birində onun son model "BMV" avtomobili ilə Zığ şossesində saatda 238.2 kilometr sürət yığdığı avtomobilin bort kompüterinin göstəricilərinə əsasən nümayiş olunurdu. A.Məmmədovun İnstagram fotolarından məlum olurdu ki, onun kolleksiyasında "Lamborghini Avendator LP700-4" (qiyməti 440 min dollardan 650 min dollara qədərdir), "Mercedes CLS 63" (72 min dollar), "Grand Cherokee" (60 min dollar), "Ferrari" (bu maşınların qiyməti 200 min dollardan başlayır), "Maserati" (ən sadə modeli 65 min dollardır), "BMW M5" kimi çoxsaylı dəbdəbəli superkarlar yer alır. |
2014-04-21 | 15,311 | Nobel prospektində qara dəlik - Fotoreportaj | Bu gün səhər saatlarında Nobel prospekti ərazisində, asfalt yol örtüyünün mərkəzində baş vermiş çöküntü nəticəsində böyük bir dəlik əmələ gəlib. "Axar.az" məlumat verir ki, magistral yolda baş vermiş çöküntünün səhər saatlarında baş verməsinə baxmayaraq, problem hələ də aradan qadırılmayıb və mərkəz istiqamətində gedən yolda böyük tıxac əmələ gəlib. Əməkdaşımız bildirir ki, dəliyin dərinliyi beş metrə qədərdir, çöküntü davam etdiyinə görə yaxınlaşmağa imkan verilmir. Qeyd edək ki, "Azərsu ASC" Nobel prospektində yolun çökməsi ilə bağlı məlumat yaymışdı. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirmişdi ki, yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmək hələ tezdir. |
2014-04-21 | 15,312 | Səlim Müslümovun Aparat rəhbəri AYB-də sədr oldu | Azərbaycan Yazıçılar Birliyi Katibliyinin qərarı ilə tanınmış şair Əldər Ol Sabir Poeziya Günləri Təşkilat Komitəsinin sədri təyin edilib. AYB-nin mətbuat xidmətindən verilən məlumata görə bu vaxta qədər Təşkilat Komitəsinə sədirlik etmiş Fikrət Sadıq isə fəxri sədr seçilib. Xatırladaq ki, Əjdər OL (Əjdər Feyzulla oğlu Cəbiyev) həm də Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəridir. /Modern.az/ |
2014-04-21 | 15,313 | ABŞ iranlılara məxsus göydələni həbs etdi | ABS Manhettenin mərkəzində iranlılara məxsus 36 mərtəbəli göydələnə həbsə alıb. Həbsə səbəb binanın sahibi olan Ələvi Vəqfinin çirkli pulların yuyulması və İrana tətbiq olunan qadağalara qarşı çıxması olub. "Axar.az" xəbər verir ki, Nyu Yorkda yerləşən həmin bina 650 "Fifth Avenue Company" şirkətinə məxsusdur və şirkətin bank hesabları 2008-ci ildən İranın nüvə proqramı ilə əlaqədə şübhəli bilinərək dondurulub. Göydələnin satışı üçün isə artıq ötən həftənin cümə axşamı lazımi sənədlər məhkəməyə təqdim edilib. Xəbərdə deyilir ki, satışdan əldə olunacaq vəsaitin hara xərclənəcəyi də indidən məlumdur. Həmin pul 1983-cü ildə Beyrutda iranlıların da dəstəyi ilə amerikalı dənizçilərə qarşı yönəlmiş bombalı hücumda zərər çəkmiş şəxslərin ailələrinə veriləcək. İran isə məhkəmənin qərarından sonra ABS hökumətini tənqid edib və İran Xarici İşlər nazirinin sözçüsü bunu ABS-ın öz vətəndaşlarının dini azadlıqlarına qarşı yönəlmiş hərəkət olduğunu bildirib. |
2014-04-21 | 15,314 | Artur Rasizadə professora vəzifə verdi | Azərbaycan Nazirlər Kabinetində sosial məsələlər üzrə yeni şöbə yaradılıb. Nazirlər Kabinetindən verilən məlumata görə, şöbəyə tanınmış alim Musa Ələkbərov rəhbərlik edir. O, Azərbaycan Tibb Universitetinin professorudur. /Trend/ |
2014-04-21 | 15,315 | Prezidentlə dini lider arasında qadın-kişi savaşı | İran prezidenti Həsən Ruhani ilə ölkənin ali dini lideri Seyid Əli Xamneyi arasında gərginlik yaranıb. "Axar.az" xəbər verir ki, liderlər arasında yaranan gərginliyin əsas səbəbi də qadınlarla bağlı tutduqları mövqedir. Bazar günü qadınların iqtisadi və mədəni yeri adlı bir forumunda çıxış edən Ruhani qadın-kişi bərabərliyinin önəmini vurğulayaraq, cinsi ayrı-seçkiliyi sərt şəkildə qınayıb. Qadınların ictimai varlığını təhlükə kimi görənləri hədəfə alan Ruhani, "İranın bu məsələdə gedəcək yeri var" deyib. Ölkənin ali dini lideri Seyid Əli Xamneyi isə prezidentlə eyni fikirdə deyil. Xamneyi qadın-kişi bərabərliyinin Qərbin baxışlarında ən böyük səhv olduğunu deyib. |
2014-04-21 | 15,316 | Qazaxda iki nurçu həbs edildi | Qazax rayonunda "Nurçuluq" cərəyanını təbliğ edən xeyli sayda qanunsuz dini ədəbiyyatlar aşkar edilib, cərəyanı təbliğ edən iki nəfər saxlanılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Qazax rayon Polis Şöbəsindən verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinə Qazax səhərinin Bakı küçəsində yerləşən, Qazax şəhər sakini, hazırda Rusiya Federasiyasında yaşayan Qasımov Mahmud Hümbət oğluna məxsus evdə dini dərslərin tədris olunması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin ünvanda qanunsuz olaraq "Nurçuluq" cərəyanını təbliğ edən Gəncə şəhər sakini, 35 yaşlı Ağayev Murad Məhərrəm oğlu və Qazax rayonu Daş-salahlı kənd sakini 45 yaşlı Əhmədov Aqil Mahmud oğlu müəyyən edilib. Evə baxış zamanı "Nurçuluq"u təbliğ edən 175 ədəd ədəbiyyat, həmçinin dərslərə cəlb edilənlərin yaşaması üçün 7 ədəd divan və 4 çarpayı yataq dəsti ilə birlikdə aşkar edilib. Polis Şöbəsindən verilən məlumata görə, Aqil Əhmədov barəsində 7 sutkalıq həbs qəti imkan tədbiri seçilib. Murad Ağayev barəsində hansı tədbirin görüləcəyi isə dini ədəbiyyatla bağlı ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır. |
2014-04-21 | 15,317 | İlham Əliyev Qazaxıstanın Müdafiə naziri ilə görüşdü | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Qazaxıstan Respublikasının Müdafiə naziri Serik Axmetovu qəbul edib. "Axar.az" prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Müdafiə naziri Serik Axmetov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, Qazaxıstanın Müdafiə naziri Serik Axmetovun Azərbaycana səfərinin müdafiə sahəsində də əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub. Prezident İlham Əliyev Prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib. |
2014-04-21 | 15,318 | Bakıda silah-sursat tapılıb | Səbail rayonunda təmir işləri aparılarkən döyüş sursatı aşkarlanıb. "Axar.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən hərəkətə keçib. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, təlim-tədris təyinatlı 2 ədəd TM-62 markalı tank əleyhinə minadır. Aşkar edilmiş sursatlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:59-da başa çatıb. |
2014-04-21 | 15,319 | Prokurorluq jurnalistin həbsi ilə bağlı məlumat yaydı | Baş Prokurorluq "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı rəsmi məlumat yayıb. "Axar.az" APA-ya istinadən bildirilir ki, Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb. R. Mirqədirov aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. R. Mirqədirov tutulduğu andan hüquq və vəzifələri izah edilməklə müdafiəçi ilə təmin olunub. Cinayət işi üzrə Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və hazırda zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir. |
2014-04-21 | 15,320 | Suriyada prezident seçkilərinin vaxtı bəlli oldu | Suriya parlamentin spikeri seçkinin iyunun 3-də keçiriləcəyini deyib. "Axar.az" xəbər verir ki, iyunun 3-də Suriyada Prezident seçkisi keçiriləcək. Aprelin 21-də Suriya parlamentinin spikeri Mohammad Lahham bu barədə parlamentdəki çıxışında bildirib. Xatırladaq ki, 2011-ci ildən başlayan vətəndaş qarşıdurması nəticəsində Suriyada 150 mindən artıq insan həlak olub. |
2014-04-21 | 15,321 | Türkiyəlilər Azərbaycanda birinci yerdədir | 2014-ci ilin I rübündə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 2,2 faiz artıb. Hesabat dövründə əlavə olaraq 377 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. Nəticədə 2014-cü il aprelin 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 17 min 475 nəfərə yüksəlib. Bu barədə "Axar.az"a DSMF istimaiyyətlə əlaqələr sekrorundan məlumat verilib. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,7 faizini kişilər, 10,3 faizini isə qadınlar təşkil edir. Ümumilikdə 101 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşlarına məxsusdur - 10 min 63 nəfər. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 1 912 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 919 nəfərə çatıb. Sonrakı yerlərdə İran İslam Respublikası (570), Hindistan (432), Çin Xalq Respublikası (417), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (257), Özbəkistan (202) Banqladeş Xalq Respublikası (190) Pakistan İslam Respublikası (158), Ukrayna (157), Almaniya Federativ Respublikası (152), Filippin Rspublikası (135), Bosniya və Herseqovina (131), Qazaxıstan Respublikası (123), Türkmənistan Respublikası (121), İtaliya Respublikası (118), ABŞ (111) və s. ölkələr qərarlaşıb. Qeyd edək ki, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi 2006-cı il yanvarın 1-dən başlayıb. |
2014-04-21 | 15,322 | Tolik Natavan Həbibini erməni adlandırdı | "Azərbaycanlı qanı daşımayan insandan nə gözləyirik?" "Axar.az" xəbər verir ki, bu sözləri qalmaqallı prodüsser Tolik öz şəxsi İnstaqram səhifəsində yazaraq paylaşıb. "Bunu paylaşmaqda məqsədim kiminsə konsertinə pəl vurmaq deyil. 15 ildir oxumağına baxmayaraq, o insanın sənəti də özü kimi sünidir. Bu şəkli paylaşıram ki, özünüz-özünüzü aldatmayın. Bu faktları, siyahını mən tutmamışam. Belə də ki, azərbaycanlı qanı daşımayan insandan nə gözləyirik? Eləyir eləsin də... Axı bu onların bayramıdır. Həmin günü də özü üçün bayram edir". Xatırladaq ki, müğənni Natavan Həbibi may ayının 17-si Laçının işğal günündə Heydər Əliyev adına sarayda konsert proqramı ilə çıxış edəcək. Həmin yazının foto versiyasını təqdim edirik. |
2014-04-21 | 15,323 | Şamaxıda ev yandı | Şamaxı rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Şamaxı rayonu, Çuxuryurd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının tavanı 36 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-21 | 15,324 | ABŞ Cozef Baydeni də Kiyevə göndərir | ABŞ vitse-prezidenti Cozef Baydenin Kiyevə səfəri başlayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, ikigünlük səfər zamanı C.Bayden Ukraynanın rəsmi şəxsləri və qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşlər keçirəcək. Rəsmilərlə görüşlər zamanı ABŞ vitse-prezidentinin ölkəsinin Ukraynaya iqtisadi yardımı haqda bəyanat verəcəyi gözlənilir. |
2014-04-21 | 15,325 | İlham Əliyev Kambocaya səfər edə bilər | Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Senin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Kamboca Krallığının Baş nazirinin Azərbaycana ilk səfərinin əlaqələrimizin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını bildirən dövlətimizin başçısı səfərin uğurlu olacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələri qurulması üçün yaxşı imkanların olduğunu vurğuladı. Dövlətimizin başçısı Kamboca Krallığının Baş naziri Hun Senin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi. Baş nazir Hun Sen Kamboca Kralı Norodom Sihamoninin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Baş nazir xalqımızın ümummilli lideri Heydər Əliyev ilə iki dəfə görüşdüyünü böyük ehtiramla xatırladı. Baş nazir Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Bu il Azərbaycan ilə Kamboca arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinin olacağını vurğulayan Hun Sen ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu dedi. Baş nazir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğuladı. Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi. Dövlətimizin başçısı Kral Norodom Sihamoninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kamboca Kralına çatdırmağı xahiş etdi. |
2014-04-21 | 15,326 | İranda daha bir ana oğlunun qatilini xilas etdi | İranda cinayət işlətdiyinə görə ölüm cəzası verilən məhkum edam edilərkən son anda xilas edilib. "Axar.az" xəbər verir ki, İranda bir şəxsin edam qərarı icra edilərkən öldürdüyü şəxsin anası tərəfindən bağışlanıb. Hörmüz həbsxanasında saxlanılan şəxs qəsdən adam öldürməkdə ittiham edilirdi. Məhkum edam edilmək üçün dar ağacına gətirilib. Məhkumun edam qərarı icra edilərkən öldürdüyü şəxsin anası ipdən tutub və onu bağışladığını bildirib. Bəndər Abbas Həbsxanası müdiri Həsən Mürsəlpur dar ağacından xilas edilən şəxsin sağlamlıq vəziyyətinin yaxşı olduğunu deyib. İranda ötən həftə də bir qadın oğlunu öldürən məhkumu asılmadan əvvəl yumruq ataraq bağışlamış, hadisə dünya mətbuatında geniş əks-səda doğurmuşdu. |
2014-04-21 | 15,327 | İran ANS-ə lisenziya verdi - Video | Ölkə başçısının İrana rəsmi səfəri öz nəticələrini verməkdədir. Məhz bu səfərdən sonra ANS Azərbaycan teleməkanında uğur əldə edib. Söhbət İranda fəaliyyət göstərmək üçün verilən lisenziyadan gedir. Bu həm iki ölkənin mediası, həm də dövlətlərin daha da yaxınlaşmasına imkan verəcək. İranda fəaliyyət göstərmək üçün verilən lisenziyanın əhəmiyyətini daha da artıran dünyanın ən nüfuzlu kütləvi-informasiya vasitələrinin (KİV) çoxunun bu imkandan məhrum olmasıdır. ANS Müstəqil Yayım və Media Şirkəti (MYMŞ) İranda fəaliyyət göstərməsi üçün lisenziya aldı. Bununla da ANS İranda fəaliyyət göstərməsi üçün rəsmi dövlət səviyyəsində razılıq alan ilk Azərbaycan televiziya kanalı oldu. Lisenziyanı İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə təqdim etdi. Dünyanın bir çox aparacı televiziya kanalları bu lisenziyanı almağa hələ də müvəffəq olmayıb. Rusiyanın, ABŞ-ın, Avropanın aparıcı ölkələrinin televiziya kanalları, beynəlxalq miqyaslı televiziya şirkətləri buna nail ola bilməyiblər. Bu müvəffəqiyyət ANS-ə indi göründüyü qədər rahat və tez başa gəlməyib. Bunun üçün ANS illərini sərf edib. Uzun danışıqlardan sonra təxminən 5 il əvvəl ANS İranda müxbirinin fəaliyyət göstərməsinə nail oldu. Bu, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin İrana səfərindən və orada apardığı danışıqlardan sonra mümkün oldu. ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayevin sözlərinə görə, bu müddət ərzində bü günə qədər biz çalışırdıq ki, hətta o səviyyəyə gəlib çatmışdıq ki, İran dövləti orda bizim müxbir məntəqəmizin yaranmasına imkan vermişdi: "Hətta, biz son vaxtlar ordan reportajlar da çəkirdik və göstərirdik. Bizə maneçilik də törətmirdilər. Lakin bunlar rəsmi səviyyədə deyildi". İndi isə bu lisenziyanın verilməsilə İran öz qapılarını ANS-in və Azərbaycan tamaşaçısının üzünə taybatay açdı. İki ölkə arasında zamanla yaşanan anlaşılmazlıqların aradan qalxması və münasibətlərin inkişafı ilə bağlı indi hər iki tərəfin söz deməyə ortaq məkanı var. Bura ANS-dir". İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyir ki, ANS İranda iki ölkə münasibətlərinə müsbət və obyektiv baxışı olan bir telekanal kimi tanınır: "Səfirlik olaraq bizim aramızda da hər zaman yaxın əlaqələr olub. ANS-dəki dostlarımız zamanla İrana səfər ediblər. Bu səfərlər çərçivəsində iki ölkə xalqlarının yaxınlaşmasına xidmət edən süjetlər hazırlanıb. Məhz bu cür münasibətlər və sıx əməkdaşlıq ANS-in lisenziya əldə etməsinə səbəb oldu". ANS-ə İran haqqında məlumatları daha sərbəst əldə etmək imkanı qazandıran bu tarixi hadisə həm də iki ölkə media nümayəndələrinin sıx əməkdaşlığını təmin edəcək. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin qeyd edib ki, media sahəsində güc sahibi olan ölkələr öz istədiklərini məhz media vasitəsilə digər ölkələrdə yaymağa çalşırlar: "Media sahəsində yaşanan azadlıq da məhz bu istəklərin reallaşdırılmasına yardım edir. Bu isə məlumatların qeyri-obyektiv yayılmasına səbəb olur. Buna görə də İran islam Respublikası iki ölkə mediasının yaxınlaşmasını dəstəkləyir və gələcəkdə onlar arasında sazişlərin imzalanacağına inanır". Təbii ki, ANS-in bu uğuru Azərbaycan və İran arasında münasibətlərin yaxınlaşmadan mümkün deyildi. Bu isə prezident İlham Əliyevin İrana rəsmi səfərindən, prezident Həsən Ruhani və İranın ali dini lideri Ayətullah Əli Xomenei ilə keçirdiyi görüşlərdən sonra mümkün oldu. Təsadüfi deyil ki, məhz o görüşdən bir həftə sonra ANS dövlət səviyyəsində qeydiyyatdan keçərək lisenziya əldə etdi və beləliklə bu ölkədə yazılı, video və foto jurnalistika ilə məşğul olmaq imkanı qazandı. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, bizə bu gün lisenziyanı təqdim edəndə bir daha vurğulandı ki, bu məhz iki ölkə prezidentlərinin görüşünün nəticəsində müsbət olaraq baş verən bir hadisədir: "Fürsətdən istifadə edərək bir daha bizim prezidentimizə, İlham müəllimə bütün ANS adından, öz adımdan, ANS sevərlərin adından, İranda yaşayan ANS sevərlər adından öz təşəkkürümüzü bildirmək istəyirik". Xatırladaq ki, ANS "Avropanın Kommersiya Televiziya Yayımçıları" Birliyinin - ENEX-in üzvüdür. Tehranda müxbir məntəqəmizə lisenziya verilməsi barədə xəbər bu qurum tərəfindən də müsbət qarşılanıb. Çünki bu, Avropanın əksər telekanallarının ANS vasitəsilə İrandan gələn obyektiv informasiyaya və zəngin videosüjetlərə çıxış əldə etməsi deməkdir. /ANS/ |
2014-04-21 | 15,328 | Qusarda avtobus aşdı | Bakı-Rusiya yolunun 188-ci kilometrliyində, Qusar rayonunun Lanqu ərazisində yol nəqliyyat hadisəsi baş verib. 1962-ci il təvəllüdlü Gəncə şəhər sakini Əliyev İlqar idarə etdiyi "Mercedes" markalı avtobus aşıb. Sürücünün bildirdiyinə görə, avtobusun qarşısına cixan avtomobil qəzanın baş verməsinə səbəb olub. Xoşbəxtlikdən hadisə nəticəsində heç kim xəsarət almayıb. Hadisə yerinə gələn təcili yardım iki nəfərə yardım göstərib. Yol nəqliyyat qəzası ilə bağlı BDYP-də istintaq başlanib. /ANS/ |
2014-04-21 | 15,329 | Boksçularımız dünya birinciliyinin yarımfinalında | Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya birinciliyində ¼ final mərhələsinə start verilib. İlk olaraq bolsçularımızdan 49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov rinqə çıxıb. Həmyerlimiz gərgin mübarizədə amerikalı Niko Hernandezi məğlub edib - 2:1. Beləliklə, boksçumuz yarımfinala vəsiqə qazanaraq dünya birinciliyinin medalını özünə təmin edib. R.Hüseynovdan sonra daha 2 boksçumuz ¼ final mərhələsinin döyüşlərini keçirməli idi. Ancaq gənclər arasında Avropa çempionu Cavid Quliyev xəstələndiyindən İtaliya boksçusu Vinçenzo Areççia ilə döyüşə çıxa bilməyib. 91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev isə xorvatiyalı Toni Filipiyə uduzaraq mükafatçılar sırasına düşə bilməyib - 1:2. 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə (52 kq) gərgin mübarizədə Bolqarıstan boksçusu Daniel Asenov üzərində qələbə qazanıb. Milli komandamızın üzvü dünya birinciliyinin medalını təmin etməklə yanaşı, yeniyetmələrin II Olimpiya oyunlarına da lisenziya qazanıb. Axşam proqramında daha 2 boksçumuz rinqə çıxacaq. 52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan) 91+kq: Məhəmmədəli Tahirov - Marat Kerimxanov (Rusiya) /Trend/ |
2014-04-21 | 15,330 | Təfəkkür Universitetində diplomlar nədən verilmir? – Rəsmi | Təfəkkür Universitetinin tələbələri diplomlarını ala bilmir. Bu barədə "Axar.az"a universitetin tələbələri bildiriblər. Onlar qeyd edir ki, universiteti bitirmələrindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, diplomları hələ də verilməyib: "Təfəkkür Universitetinə Tələbə Qəbulu üzrə Dövlər Komissiyasının təşkil etdiyi test imtahanı ilə qəbul olunmuşuq. Universitetə qəbulumuz qanuni yollarla olsa da, diplomlarımızı almaqda bizə problem yaradırlar. Müxtəlif bəhanələrlə bunu daha da uzadırlar". Təfəkkür Universitetindən məsələyə münasibət öyrənə bilməsək də, Təhsil Nazirliyindən yazılı müraciətimizə cavab olaraq bildirdilər ki, Təfəkkür Universiteti tərəfindən tələb olunan sənədlər təqdim olunduqdan sonra müvafiq araşdırmalar aparılıb: "Qanuni əsaslarla diplom almaq hüququ olan bütün məzunlar üçün ayrılmış diplom blankları aidiyyəti üzrə təhvil verilib". |
2014-04-21 | 15,332 | Yazıçıoğlunun ölümü anbaan lentə alınıb - Vəkil | 25 mart 2009-cu ildə seçki səfəri zamanı helikopter qəzasında həyatını itirən Böyük Birlik Partiyasının lideri Möhsün Yazıçıoğlunun ölümüylə bağlı ailənin vəkili hər kəsi heyrətləndirəcək iddialar səsləndirib. "Axar.az" xəbər verir ki, Yazıçıoğlu ailəsinin vəkili Səlami Əkici iştirak etdiyi televiziya proqramı zamanı İHA operatorunun bütün detalları kameraya əks etdirdiyini deyib. Əkici görüntüləri əldə etdikdən sonra ictimaiyyətlə paylaşacaqlarını bildirib. Vəkil Səlami Əkici canlı yayımda Möhsün Yazıçıoğluyla bağlı önəmli açıqlamalar verib: "Möhsün Yazıçıoğlunun ayağı və qabırğası sınıb, xəstəxanaya aparılır", - məlumatını verən K.Maraşla bağlı istintaq işi açılıb. Operator İsmayıl Günəşin kameraya çəkdiyi görüntülər qəza zamanı kimlərsə tərəfindən ələ keçirilib. Biz də buna inanmırdıq, amma yaxın bir neçə gün içərisində həmin görüntüləri əldə edəcəyik". |
2014-04-21 | 15,333 | Köməkçi tikili yandı | Goranboy rayonunda köməkçi tikili yanıb. Rayonun Xan Qərvənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 128 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-21 | 15,334 | Baxçalının şəxsi avtomobil kolleksiyası - Fotolar | Klassik avtomobil həvəskarı olan MHP lideri Dövlət Baxçalı kolleksiyasına daha birini əlavə edib. "Axar.az" xəbər verir ki, Baxçalının daha 4 avtomobili var. Bu dəfə MHP lideri şəxsi kolleksiyasına ili 1971 olan "Ford Taunus" markalı avtomobili əlavə edib. İlkin qiyməti 30 min TL olan avtomobili Baxçalı 27.500 TL-yə (təxminən 12.500 AZN) alıb. Baxçalının dördüncü klassik avtomobilini mitinq üçün Antaliyaya getdiyi zaman alıb. Qeyd olunur ki, Baxçalı avtomobili sahibindən şəxsən özü alıb. MHP lideri həmçinin avtomobilin nömrəsini də dəyişib. Belə ki, İstanbul nömrəsini Ankara nömrəsinə (06) dəyişib. Qeyd edək ki, Dövlət Baxçalının digər atomobilləri 1982-ci il modeli olan "Mercedes", 1987-ci il "Buick", 1987-ci il "Volvo"dur. |
2014-04-21 | 15,335 | Elmar Məmmədyarov Moskvaya getdi | Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-də Moskvada keçiriləcək Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransında iştirak etmək üçün Moskvaya yola düşüb. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, tədbir çərçivəsində Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub. |
2014-04-21 | 15,336 | Qarabağ döyüşçüsünün oğlu hərbi məktəbdən niyə qovulub? | "Oğlum ali hərbi məktəbin sonuncu kursundan xaric ediləndən sonra mülki ixtisası üzrə təhsil ala biləcəyi universitetə təyin edilmir". Bu sözləri "Axar.az"ın redaksiyasına şikayətə gələn keçmiş Qarabağ döyüşçüsü İlyas İsmayılov dedi. O bildirdi ki, oğlu Taleh oxuduğu Heydər Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbinin 4-cü kursundan xəstə olması iddiası ilə xaric edilib. Keçmiş döyüşçü deyir ki, oğlunda il ərzində heç bir xəstəlik aşkar edilmədiyi halda sonuncu kursda onda guya birdən-birə xəstəlik aşkar edilib: "2006-2009-cu illər arasında Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2009-2012-ci illərdə də Heydər Əliyev adına Ali Hərbi Təyyarəçilik məktəbində oxuyub. Həmin 6 il ərzində 20-dən çox tibbi müayinədən keçib. Onların heç birində heç bir xəstəliyi aşkar edilməyib. Sonuncu kursda isə anidən deyirlər ki, uşağınız xəstədir". Keçmiş döyüşçü müvafiq qanunvericiliyə uyğun olaraq övladının mülki ixtisas üzrə təhsilinin davam etdirilməsini tələb edir və bu məsələ ilə bağlı 3 dəfə Təhsil naziri Mikayıl Cabbarovla da görüşüb: "Üç dəfə Mikayıl Cabbarovla görüşmüşəm. Ağcabədi, Şirvan və Goranboy şəhərlərində Mikayıl Cabbarovun görüşləri zamanı dərdimi danışdım, söz verdi ki, köməklik göstəriləcək. Ancaq heç bir kömək göstərilmədi. Necə olur ki, 4-cü kursdan xəstəlik səbəbilə xaric edilənlərin hamısı mülki ixtisasları üzrə ali məktəblərə təyinat alır, ancaq mənim oğluma təyinat vermirlər?" Xatırladaq ki, İlyas İsmayılov Qarabağ döyüşlərinin aktiv iştirakçılarındandır və bir neçə əməliyyatda iştirak zamanı 2 dəfə ağır yaralanıb. Daşaltı əməliyyatından sağ çıxan bir neçə şəxsdən biridir. |
2014-04-21 | 15,337 | Yüzlərlə erməni Diyarbəkirə toplaşdı - Foto | Pasxa bayramı Türkiyənin Diyarbəkir vilayətindəki Surp Qiraqos erməni Kilisəsində də qeyd edilib. "Axar.az" xəbər verir ki, ayində Türkiyədə yaşayan yüzlərlə erməni ilə bərabər Türk ictimaiyyətinin tanınımış simaları da iştirak edib. Tədbirdə Diyarbəkir bələdiyyə başçısının müavini Fırat Anlı və keçmiş bələdiyyə başçısı Abdullah Dəmirbaş da iştirak edib. Ayinlərin yerinə yetirilməsindən sonra ""Erməni ailəsinin itmiş tarixinin sübutları" - Dildilyan qardaşlarının obyektivindən (1872-1923)" başlıqlı sərginin açılışı da reallaşıb. 1980-ci ildən sonra sahibsiz və baxımsız qalan kilsə İstanbulda yaşayan ermənilər tərəfindən qurulan Surp Qiraqos Kilsəsi Vəqfinin topladığı yardımlarla yenidən restavrasiya edilib. 2.5 milyon ABŞ dolları dəyərindəki xərclərin 70 faizini erməni vəqfi, 30 faizini isə Diyarbəkir Bələdiyyəsi çəkib. |
2014-04-21 | 15,338 | Erməni miqrantlar Rusiya vətəndaşı olmaq istəyəcək | Ermənistandan olan əmək miqrantlarının çoxu Rusiya vətəndaşlığı almaq üçün sadələşdirilmiş qaydalardan yararlanmaq istəyəcəklər. Məlumata görə, bu barədə erməni etnoqraf Hranuş Xaratyan bildirib. Onun sözlərinə görə, Ermənistan vətəndaşı olsalar da, faktiki olaraq Rusiyada yaşayan çox sayda əmək miqrantı var və onlar bu ölkədə yaşamalarını qanuniləşdirəcəklər. Xaratyanın fikrincə, rus dilini bilmə səviyyəsinə tələblər elə də sərt olmaya bilər. Erməni etnoqraf bildirir ki, qanunun son məqsədi kənarda yaşayan rusların Rusiyaya cəlb edilməsi olsa da, Moskva öz ölkəsinə müəyyən səviyyədə savada malik keçmiş sovet vətəndaşlarının gəlməsinə də mane olmayacaq. |
2014-04-21 | 15,339 | Jirinovski Napoleon və Eynşteynin qohumu çıxdı | LDPR lideri Vladimir Jirinovski Napoleon və Eynşteynlə ortaq kökləri olduğunu elan edib. Jirinovski digər siyasətçilərdən də öz soy köklərilə maraqlanmağa çağırış edib. Millət vəkili bu məsələni prezident Vladimir Putinin də iştirak etdiyi Dövlət Şurasının iclası zamanı qaldırıb. "Vladimir Vladimiroviç, mən öyrənmişəm ki, Albert Eynşteyn və Napoleonla eyni köklərim var", - deyə Jirinovski Amerika laboratoriyasında edilən məlumatların təhlilinə istinadən bildirib. Jirinovski qeyd edib ki, bu iki şəxslə birbaşa olmasa da uzaqdan ümumi köklərlə qohumluğu var. "Siz hansı ailədən, hansı tayfadan olduğunuzu öyrənin", - deyə Jirinovski Dövlət Şurasının iştirakçılarına təklif edib. Jirinovski çıxışını bitirdiyi zaman Putin təbəssümlə "Yaxşı ki, söhbətinizi Napoleon kimi qurtarmadınız" sözlərini deyib. Bu zaman yerdən Kommunist partiyasının lideri Gennadi Zyuqanova müraciət edən Jirinovski "Gennadi Andreyeviç, sizin hansı kökləriniz var?" deyib. "Kəndli", - kommunistlərin lideri belə cavab verib. "Rusiyada əsrlər boyu " zyuqanovka "adlı buğda növü olub. Bunun üçün mən Napoleondan çox kəndçilərə yaxınam", - Kommunist partiyasının Gennadi Zyuqanov qeyd edib. /ANS/ |
2014-04-21 | 15,340 | Parlament binasında partlayış - 5 ölü | Suriyanın paytaxtı Şam şəhərində parlament binasının yaxınlığında raket düşməsi nəticəsində partlayış baş verib. "Axar.az" Suriya Xəbər Agentliyi SANA-ya istinadən xəbər verir ki, raket parlament binasından 100 metr aralı Salehiyyə bölgəsinə düşüb. 5 adamın öldüyü hücumu heç bir təşkilat öz üzərinə götürməyib. |
2014-04-21 | 15,341 | Bərdədə ev yandı, 5 nəfər xəsarət aldı | Bu gün Bərdədə yanğın hadisəsi qeydə alınıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə Bərdə rayonunun rayon mərkəzindən 13 km aralıda yerləşən Kətəlparaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 12 kv.m sahədə yanıb. Yanğın zamanı 5 nəfər xəsarət alıb. Yanğın, yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. |
2014-04-22 | 15,343 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında aprelin 22-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Azərbaycanın rayonlarında aprelin 22-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Yaxın 3 gün ərzində Abşeron yarımadasında mövsümə uyğun hava şəraiti, biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. |
2014-04-21 | 15,344 | Ruslar Heydər Əliyevdən ilk olaraq çeçenləri istəmişdilər | "Putin hakimiyyətə gəldi və Rusiya rəsmi Bakının qarşısında çeçen qaçqınlarının Azərbaycandan çıxarılması haqqında birmənalı şəkildə şərt qoydu". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Putinin hakimiyyətə gəlməsindən sonra Azərbaycanla Rusiya arasında münasibətlərin dəyişdiyini önə çəkib: "Bilirsiniz, Çeçenistana dəstək çox formal xarakter daşıyırdı. Çeçenistana dəstək nədən ibarət idi? Tutaq ki, çeçen qaçqınları Azərbaycanda yerləşdirilmişdi. Onlar üçün müəyyən şərait yaradılmışdı. Çeçenistanda Cövhər Dudayev öldürülmüşdü. Çeçen milli müqaviməti ciddi surətdə böhran keçirirdi. Belə bir zamanda çeçenlərin yeganə sığınacaq yeri Azərbaycan idi. Azərbaycan da onların hamısının öz ərazisində yerləşdirilməsinə şərait yaratdı. Ən azı altı, yeddi ildən sonra Putin hakimiyyətə gəldi və Rusiya Azərbaycanın qarşısında çeçen qaçqınlarının Azərbaycandan çıxarılması haqqında birmənalı şəkildə şərt qoydu. O zaman artıq Çeçenistanda rus qoşunları meydan sulayırdı". Politoloq Dudayevin öldürülməsində amerikalıların mühüm rolunun olduğunu qeyd edib: "Birinci və İkinci Çeçen Müharibəsində çeçenlərin qələbəsi Yeltsinin hakimiyyətdən getmə səbəblərindən oldu. Rusiya Dudayev dövründə Çeçenistanın elə bir müqaviməti ilə rastlaşmışdı ki, artıq çeçen vahiməsi Rusiyanın hər yerində hiss olunurdu. ABŞ o zaman çox ciddi səhvə yol verdi. Birinci, çeçen milli müqavimət hərakatını terror təşkilatı kimi tanıdı. Daha sonra isə Dudayevin öldürülməsində Prezident Klintonun göstərişi ilə Amerikanın bəlli xüsusi xidmət orqanları iştirak etdilər". Q.Hüseynli yalnız Rusiyanın təzyiqi qarşısında o zaman Azərbaycanın çeçen qaçqınlarını ölkədən çıxarmaq məcburiyyətində qaldığını söyləyib: "Dudayevin ölümündən sonra Milli Müqavimət Hərəkatında çox ciddi geriləmələr başladı. Rusiya hərbi təşəbbüsü əlinə aldı. Kadırov öldürüldü, amma oğlu yerinə gətirildi. Belə olan təqdirdə Azərbaycan neyləməli idi? Özünü müdafiə etməli idi. Azərbaycan Rusiyanın bircə şərtinə əməl elədi. Çox ehtiyatlı və nəvazişkar formada, çeçen qaçqınlarının BMT qaçqınlar şöbəsinin xətti ilə Azərbaycandan üçüncü ölkəyə getməsi prosesinə göz yumdu". |
2014-04-22 | 15,345 | Yaxın Şərqdə yeni mafiya dövləti yaranır - Şok | "Yaxın Şərqdə yeni mafiya dövləti qurulacaq". "Axar.az" xəbər verir ki, bu iddia ilə Qərb mətbuatı çıxış edib. Mətbuat Səudiyyə Ərəbistanın maliyyəsi əsasında digər müsəlman dövlətlərinin bir nöqtədə birləşdiyini bildirib: "Səudiyyə Ərəbistanı Pakistana maliyyə yardımı edir. Pakistan isə Suriyadakı üsyançılara yardım edərək, Ərəbistan vasitəsiylə müxtəlif raketləri ötürəcək. Qətərə gəlincə isə onun Ərəbistanla münasibətləri pisləşir. Amma İraq çirkli pullar sayəsində tam mafiya dövləti olub. Misirə gəlincə, Mursi ölkənin xilaskarı kimi tanınsa da ölkəyə çirkli pullar axınında mühüm rol oynayır. Nədənsə, heç kim niyə Suriyadakı hadisələrin Livan hadisələrinə bənzəmədiyini bildirmir. Burada müəyyən iş adamlarının xeyrinə savaş davam edir. Ərəbistanın göstərdiyi fəaliyyət və Qərbin sayəsində çirkli pulların bir istiqamətdə hərəkət etdiyi yeni mafiya dövləti qurulacaq". Qeyd edək ki, bir neçə ay bundan əvvəl yenə də Qərb mətbuatı yaxın bir neçə il ərzində Yaxın Şərqdə 10-dan çox yeni dövlətin yaranacağını bildirmişdi. |
2014-04-22 | 15,346 | Separatçıların qarşısında piano çaldı - Foto | İstanbulda Gəzi olayları zamanı Taksimdə konsert verən pianoçu Devid Martello bu dəfə separatçıların hakim olduğu Donetskdə konsert verib. "Axar.az" xəbər verir ki, Martello avtomobil vasitəsilə pianosunu Almaniyadan Ukraynaya gətirib. İtalyan əslli alman pianoçu "öz əllərimlə yaratdım", - dediyi piyanosunu Donetskdə qubernatorluq binasının qarşısında qoyub. Qubernatorluq binası qarşısında piano çalan Martello ətrafdakıların təəccübünə səbəb olub. "Yalnız sülh üçün bura gəldim", - deyən Martello nə Rusiya, nə də Ukrayna tərəfdarı olduğunu, gərginliyin aradan qalxmasına yardımçı olmaq məqsədi ilə gəldiyini deyib. Qeyd edək ki, Martello bundan öncə Türkiyədə aksiyalar zamanı piano çalmışdı. |
2014-04-22 | 15,348 | ABŞ total müharibəyə hazırlaşır | Stokholm beynəlxalq dünya problemləri institutu (SIPRI) hər il bütün dünya ölkələri üzrə hərbi xərclərin tədqiqinin nəticələrini dərc edir. Tədqiqatlar göstərir ki, artıq çox onilliklərdir ki, ABŞ müdafiə xərclərini azaltdığını bildirsə də dünyanın ən iri hərbi büdcəsinin sahibidir. Dünyanın bütün hərbi xərclərinin 64%-i ABŞ və onun müttəfiqlərinin payına düşür. Hesabatda həm də bildirilir ki, ABŞ Yaxın Şərqdə yerləşən müttəfiq ölkələrində hərbi xərclərini artırır, bura yüksək texnologiyalı çağdaş silahların alınması da daxildir. Bu məsələyə diqqət yetirən "The Russian Times" qəzeti bildirir ki, ABŞ öz müttəfiqlərini və hakimiyyətə gətirdiyi hökumətləri silahlandıraraq dünya üzərində nəzarəti saxlamaq üçün nəzarəti əlində saxlamaq çalışır. Qəzet Amerikanın müttəfiqləri sırasında Azərbaycanın da adını çəkir, 2004-2008-ci illərlə müqayisədə 2009-2013-cü illərdə Azərbaycanın silah idxalını 378% artırdığını bildirir. /ANS/ |
2014-04-22 | 15,349 | Milyonçunun bağırsaqlarından qızıl külçələr çıxdı | Hindistanın yeni Dehli əyalətində 63 yaşlı bir kişi qarın ağrıları ilə bağlı xəstəxanaya şikayət edib. "Axar.az" xəbər verir ki, xəstənin müayinəsi zamanı bağırsaqlarında 12 kiçik qızıl külçənin olması üzə çıxıb. Xəstəni əməliyyat edən həkimlər hər biri 33 qram ağırlığında olan qızıl külçələrin zəngin bir iş adamı tərəfindən udulmasına təəccübləniblər. Polis istintaqı nəticəsində bəlli olub ki, kişi qızılları gömrük vergisi çox olduğuna görə udub. |
2014-04-22 | 15,350 | İmişlidə beşotaqlı ev yandı | İmişli rayonunda beşotaqlı evdə yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, İmişli rayonu, Mirili kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-22 | 15,351 | Yaponiya müharibə anonsu verdi | Yaponiya 40 il sonra hərbi parad keçirib. "Axar.az" xəbər verir ki, Yaponiya Müdafiə naziri hərbi paradda çıxışı zamanı önəmli açıqlamalar da verib. Son zamanlar Çin ilə mübahisəli adalar məsələsində gərginlik yaşayan Yaponiyanın bu addımı diqqətləri çəkib. Müdafiə naziri Onodera da adalara yaxın ərazidə, Tayvana məxsus Yonaquni tropik adasında radar stansiyası inşa etməyə başladıqlarını, Çin ilə əlaqələrini çətinə salacaq bu addımlarının da davamının olacağını bildirib. Nazir qeyd edib ki, ərazisi 150 km olacaq stansiyanın tikməkdə məqsədlərinin Yaponiyanın parçası olan adalara nəzarət etməkdir. Stansiyanın tikintisinin başa çatdırılmasından sonra bölgədə Çinə məxsus təyyarələrə, gəmilərə nəzarət etmək tamamilə mümkün olacaq. Mütəxəssislər həmçinin bildirirlər ki, stansiyanın köməkliyi ilə raket hücumlarını əvvəlcədən müəyyənləşşdirmək olacaq. Qeyd edək ki, Yaponiya sonuncu dəfə 1972-ci ildə hərbi parad keçirmişdi. |
2014-04-22 | 15,352 | Kliçkonun Krımdakı mülkiyyəti əlindən alınır | Rusiya İctimai Palatasının eksperti, qurumun Tarixi-mədəniyyət komitəsinin sədri Pavel Pojiqaylo diqqət çəkən bəyanatla çıxış edib. "Axar.az" xəbər verir ki, o, Krımda Livadiya yaxınlığındakı Kliçko qardaşlarına məxsus mülkiyyətin tikintisinə şübhə ilə yanaşdığını dilə gətirib. Onun sözlərinə görə, hazırda bir sıra tarixi abidə şəxsi insanların mülkiyyətinə çevrilib və əksər hallarda həmin məkanların sahibləri Kiyevdə yaşayır: "Kliçko qardaşları da bu sıradadır. Onlar Livadiyadan 150 metr aralıda 2 ev tikdirdiblər. Ancaq bilmirəm tikililər nə qədər qanunidir. Araşdırma aparacağıq və bundan sonra qərar verəcəyik ki, hansı mülkiyyət qala bilər, hansı yox. Çünki hərəkətə keçməyimiz üçün bizə lazımı hüquq verilib". |
2014-04-22 | 15,353 | ABŞ Putinə sanksiya tətbiq etməyəcək | Rəsmi Vaşinqton Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiya tətbiq etməkdən çox uzaqdır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib. "Prezident Putini müzakirə etməkdən öncə bir sıra digər şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinə baxılır", deyə Psaki bildirib. Xatırladaq ki, aprelin 17-də "birbaşa xətdə" çıxış edən Putin onu Qərb sanksiyalarının əsas obyekti etmək səylərindən danışmışdı. |
2014-04-22 | 15,354 | Amerikalı investolar Rusiyadan gedirlər | Amerikalılar Rusiyanın qiymətli kağızlarından canlarını qurtarmağa başlayıblar. "Axar.az"ın Rusiyanın "Dojd" kanalına istinadən məlumatına görə, böyük zərərə baxmayaraq, ABŞ-ın nəhəng sərmayə təşkilatı Rusiyanın "Rusaqro"dakı səhmlərinin hamısını satışa çıxarıb. Məsələ ilə əlaqədar ətraflı məlumat verilmir. Qərarın nə vaxt verilməsi barədə də bilgi yoxdur. "Dojd" kanalı amerkalıların bu addımını araşdırmağa çalışıb. Xatırladaq ki, hələ 1 ay bundan öncə Ağ Ev amerkalı iş adamlarına Rusiya səhmlərini almamağı tövsiyyə etmişdi. Hətta Amerka Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi Ceyn Kerri bununla bağlı müraciət səsləndirmişdi. Rus təşkilatı isə məsələdən əndişələnmədiyini və kənar təşkiatların sərmayələrinə ehtiyac duymadıqlarını dilə gətiriblər. |
2014-04-22 | 15,355 | Lavrovdan Kerriyə: "Heç kim Rusiyanı təcrid edə bilməz" | Rusiya Xarici işlər naziri Sergey Lavrov Rusiyanın beynəlxalq aləmdən təcrid edilməsinin mümkün olmadığını bildirib. "Axar.az" xəbər verir ki, Lavrov Con Kerri ilə telefon danışığı zamanı bu barədə deyib. Lavrov Kerri ilə danışığı zamanı Rusiyanın gücünü xüsusilə vurğulayıb: "Biz nə istədiyini bilən böyük və müstəqil bir ölkəyik. Rusiyanı təcrid etmək istiqamətində atılan addımların heç bir gələcək perspektivi yoxdur və bizi dünyadan təcrid etmək mümkün deyil". Avropa Birliyindən narazılıq edən Lavrov bildirib ki, "Hər kəs Rusiyaya düşmən mövqedən çıxış edərək yox, müstəqil bir şəkildə öz mövqelərinə uyğun olaraq qərar verməlidir" |
2014-04-22 | 15,356 | Ucuz istirahət yeri axtaranlar üçün – 6 məkan | Mövsümünə görə insanları bu gün ən çox maraqlandıran məsələlərdən biri istirahətdir, amma az pul xərcləyərək daha çox və daha yaxşı şəkildə istirahət etmək. Bəs dünyada insanlara ən ucuz istirahət etmək imkanı verən məkanlar hansılardır? "Axar.az" həmin məkanlardan altısını təqdim edir: 1. Bu olkələrdən ilki Boliviyadır. Paytaxtı La Pazın qədim küçələrində 4 fərqli muzey vardır ki, girişi cəmi 55 sentdir. Həmçinin burada içki və yemək də çox ucuzdur - təxminən 1-2 dollar civarında. 2. Şri-Lanka - narın qumlu çimərliklər, onları əhatə edən dağlar, şəlalələr, çay terrasları Şri-Lankani cənnətə çevirir. Bu cür möhtəşəm bir yerdə, balta ağzı görmyən meşələrdə, dəniz sahilindəki otellərdə qalmaq isə 3 dollara başa gəlir. Gündəlik olaraq isə 30 dollara ürəyiniz istəyən kimi dincələ bilərsiniz. 3. Argentinanın paytaxtı Buenos Ayres öz gecə həyatı və əyləncələri ilə dünyanın ən seçilən şəhərlərindən birdir. Burada ən seçilən gecə klublarını çıxmaq şərtilə maraqlı və əyləncəli vaxt keçirmək olduqca ucuzdur - bir gecəlik istirahət təxminən 60 dollar. 4. Honduras dünyada ən çox səyahət edilən ölkələrdən olmasa da, qiymətlərinə görə olduqca cəlbedicidir. Çünki palmalı, ağ qumlu çimərliklərdə urəyiniz isytəyən kimi yeyib-içmək bir gün üçün təxminən 30 dollara başa gəlir. 5. Tailand öz möhtəşəm dənizləri və gözdən uzaq qalan kiçik adaları ilə, qısacası möhtəşəm mənzərisinə rəğmən, su qiymətinə istirahət təklif edən bir ölkədir. Çünki burada qonaq evlərində qalmaq 15-20 dollar, daha yaxşı otellərdə gecələmək isə 60 dollar xərc tələb edir. Sözsüz, dənizə daha yaxın otellərdə və evlərdə qiymət bir qədər artacaqdır. Amma Tailand həm də istirahət üçün ucuz şoppinq və gecə həyatı da təklif edir. 6. Möhtəşəm sahilləri, yağmurlu meşələri və su idmanı üçün ən ucuz yer isə Filipindir. Adalardan ibarət bu ölkənin ən çox tanınan şəhəri paytaxt Manila olsa da, istirahət ücün ən məsləhətli olan şəhərlər Cebu və Boholdur. Öz təbiəti və gözəlliyi ilə insanı valeh edən digər kiçik adalara səyahət etmək də pis olmaz hər halda. |
2014-04-22 | 15,357 | Cazibəli rus tələsi | Rusiya yeni qanun hazırlayıb. Rus vətəndaşlığını qəbul etmək istəyən hər kəsin bircə rus dilini bilməsi lazımdır, başqa heç nə... Rus dilindən müsabiqədən keçib, sonra bu ölkənin vətəndaşı olmaq üçün onun ərazisində yaşamaq da şərt deyil. Keçmiş Sovet İttifaqının vətəndaşı olan hər kəs bu qanundan yararlana bilər. İndi bu nə deməkdir? Əslində, bu qanunun arxasında nə dayanır, niyə Rusiya hamıya belə səxavətlə qucaq açır, bəllidir. Hər zaman hansısa bir ölkədə beş-on rus yaşayırsa, orda bir çaxnaşma yaradan, ya da bir qarışıqlıq olan kimi, oradakı "rusların hüquqlarını müdafiə" etmək üçün tankını, topunu qoltuğuna vurub baryer gözləmədən, heç bir bəhanə belə uydurmağa çalışmadan birbaşa işğalçılıq iştahını işə salan Rusiya indi də guya ki, öz vətəndaşının haqqını qorumaq üçün münbit mühit yaradır. Artıq bu qanundan sonra Ermənistan mətbuatında politoloqların proqnozları yer alıb. Qarabağı qorumağın yolunu məhz oradakı ermənilərin bu qanundan yararlanmasında görən başbilənlər qanunun mürəkkəbi quruyar-qurumaz ermənilərin Rusiya vətəndaşı olması üçün qolunu çırmayıb. Qarabağda Rusiya vətəndaşlığı almış erməniləri bundan sonra Rusiya özününkü kimi qoruyacaq. Bu da o deməkdir ki, bu şərtlər çərçivəsində Qarabağın Azərbaycana qaytarılması səhrada susuz adamın gözünə görünən ilğım qədər xəyali bir şey olacaq. Bunlar bəlli... Yaxşı, bəs bu qanun orta statistik Azərbaycan vətəndaşına necə təsir edəcək? Nə yazıq ki, biz indi də sovet dövrünün nostaljisi ilə yaşayan çox sayda insanımızın bu qanundan yararlanmayacağından əmin deyilik. Ən azı Azərbaycanın kosmopolit və hər zaman ancaq komfort axtaran, başqa heç bir şeyi nəzərə almaq üçün özünə zəhmət verməyən insanları sabah Rusiyanın Azərbaycana müdaxilə etməsi üçün zəmin yaradacaq vətəndaşlığını geri çevirəcək qədər siyasi şüura sahib deyillər. Rusiyada yaşayan 2 milyona yaxın azərbaycanlıdan danışmağa dəyməz. Artıq oraları özünün ikinci, ya da bəlkə çörəyi və əyləncəsi ordan çıxdığı üçün hətta birinci vətəni sayanlar yəqin ki, bu qanundan əməllicə istifadə edəcəklər. Amma bu, hələ harasıdır? Dərd ondadır ki, şimal bölgəsini əməllicə Rusiya tankının qarşısına çıxarır bu qanun... Çünki əhalisinin böyük qismi rus dilində danışan bölgə insanları demək olar ki, Bakıdan çox Moskvaya bağlıdır. Bakıda iş tapa bilməyən Rusiyaya üz tutur, onu və əlindəki məhsulu Bakıya gətirən yolda isə polis əngəli ilə qarşılaşan vətəndaş yenidən üzünü Rusiyaya çevirir. Ümidini Bakıdan üzmüş insanlar o ümidi ölkə sərhədlərinin digər tərəfində axtarır. İndiki halda Rusiyada yeni qəbul olunan qanun problemlər və yoxsulluğun məngənəsində boğulan insana nəfəs verəcək. Yorulub əldən düşmüş, məhsulunu belə rahatlıqla bazara çıxara bilməyən, öz ölkəsində iş tapmayan biri Rusiyada bunun təminatını əldə edəcəksə, niyə axı öz həyatını yüngülləşdirməsin? Axı sadə vətəndaş siyasətçi kimi düşünməyə borclu da deyil. Amma siyasətçilər sadə vətəndaşın həyatını və psixologiyasını düşünmək zorundadır. Sadə vətəndaş ölkə mənafeyi düşünə bilmirsə, yanlışa gedəcəksə, onu bu səhvə aparacaq yolları dövlət qapamalıdır. Azərbaycan insanının siyasi şüuru bu qanunun arxasında duran tələni anlamağa qadir deyilsə, dövlət özünü qarantiya altına alıb vətəndaşının başqa ölkədən gözlədiyi ümidi kəsməlidir. Təbii ki, özünün siyasəti ilə. |
2014-04-22 | 15,358 | Təyyarənin təkərləri arasında Havay adalarına getdi | ABŞ-da Kaliforniya ştatından Havay adalarına gedən təyyarənin təkərləri arasında gizlənən 16 yaşlı gənc möcüzə nəticəsində sağ qalıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc 11 min 500 metr yüksəklikdə dondurucu hava şəraitində və oksigen çatışmazlığında yolu qət edib. Təyyarədən sağ-salamat endikdən sonra sərsəm şəkildə hava limanında dolaşan gənc təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Dindirilmə zamanı o, valideynləri ilə dalaşdıqdan sonra təkərlərin arasında gizləndiyini və təyyarənin hara gedəcəyini belə bilmədiyini deyib. Təhlükəsizlik qüvvələrinin nümayəndəsi qeyd edib ki, hələ indiyə qədər təkərlər arasında gizlənən bir nəfər belə sağ qalmayıb. |
2014-04-22 | 15,359 | Bakıda yol qəzası: Milli Qəhrəmanın polis oğlu ağır yaralandı - Foto | Bakının Nərimanov rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qəza Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki dairədə baş verib. Paşayeva Asya Namiq qızının idarə etdiyi "KİA" markalı avtomobil Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən dairədən prospektə dönmək istəyən "Lexus" markalı maşınla toqquşub. Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan "KİA"nın sürücüsü Paşayeva Asya Namiq qızı, eləcə də, "Lexus"un sürücüsü, 35 yaşlı Şükürov Sənan Şahlar oğlu və sərnişin, 36 yaşlı Sarıyev Elxan Çingiz oğlu Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Digər yaralının isə xəsarətləri yüngül olduğundan, ona hadisə yerində ilkin tibbi yardım göstərilib. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, Sənan Şükürovun vəziyyəti ağırdır. Qeyd edək ki, Sənan Şükürov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin kapitanıdır. O, Milli Qəhrəman Şahlar Şükürovun oğlu, Kəlbəcər rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əvəz Şükürovun nəvəsidir. Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində verilən məlumata görə, Sənan Şükürov təhqiqatçı vəzifəsində çalışır. |
2014-04-22 | 15,360 | Keçiddən keçməyən vətəndaşlar belə cərimələnir - Video | Son zamanlar Bakı şəhərində keçidlərdən istifadə etməyən vətəndaşları polisin cərimələməsi halları artıb. Vətəndaşlar keçidlərdən istifadə etməmələrini müxtəlif səbəblərlə izah edirlər. "Axar.az" xəbər verir ki, çəkiliş apardığımız Nizami kinoteatrının qarşısındakı keçidin girişində 5 polis əməkdaşı dayanıb keçidlərdən istifadə etməyən vətəndaşları cərimələyir. Qeyd edilən ərazidə olduğumuz təxminən 1 saat ərzində dəfələrlə qarşılaşdığımız maraqlı fakt ondan ibarətdir ki, polis əməkdaşları qaydaları pozan xarici vətəndaşlara cərimə tətbiq etmədən onları azad etdi. Qanunvericiliyə görə keçidlərdən istifadə etməyən piyadalar İnzibati Xətalar Məcəlləsinin 153.1.1 maddəsi ilə 20 manat məbləğində cərimə edilirlər. İşsiz vətəndaşlara 20 faiz güzəşt edilir. İlk 3 gündə cəriməni ödəyən şəxsə isə daha 10 faiz güzəşt tətbiq edilir. |
2014-04-22 | 15,361 | Prezidenti heç belə görməmisiniz - Fotolar | ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama Pasxa bayramını qeyd etmək üçün Ağ Evdə 30 minə amerikalını qonaq ediblər. Hər il təşkil edilən Pasxa bayramına qatılmaq istəyən minlərlə amerikalı Ağ Evin bağçasına doluşub. "Axar.az" xəbər verir ki, Obama cütlüyü qonaqlara Ağ Evin balkonundan xitab edib. Obama cütlüyünün yanında "Pasxa dovşanı" da yer alıb. Cütlük "Pasxa dovşanı" ilə bağçaya girərək qonaqlarla qucaqlaşıb, uşaqlarla söhbət edib. Daha sonra Obama bir kitab seçərək onu uşaqlara oxuyub. Basketbol və tennis kortlarını ziyarət edən Obama uşaqlarla da oynayıb. Bütün gününü amerikalılarla birlikdə keçirən Obama onlarla axşama qədər müxtəlif əyləncəli oyunlar oynayıb. |
2014-04-22 | 15,362 | Bakıda dəniz taksisi fəaliyyət göstərəcək | Xəzərdə 5 istiqamətdə hərəkət edəcək gəmi-taksilər Türkiyədə hazırlanır; ekspert: "Ola bilər ki, bu sərfəli olmasın" Yaxın aylarda Bakıda dəniz taksisi fəaliyyətə başlaya bilər. 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Yay Oyunları ərəfəsində istifadəyə veriləcək dəniz taksisi üçün ayrıca vağzalın tikintisi də nəzərdə tutulub. Ancaq taksilər üçün vağzal tikilənə kimi bulvarda kiçik dəniz taksiləri fəaliyyətə başlaya bilər. Məlumata görə, dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcəklər. Bundan başqa, belə taksilər gələcəkdə Bakı buxtasını hazırda abadlıq işləri aparılanı Nargin adası ilə birləşdirəcək. Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verəcək. Dəniz taksilərinin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək. Artıq buxtaya 34 gəzinti kateri gətirilib. Digər katerlər isə Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun sifarişi ilə Türkiyədə istehsal olunur. Qüdrət Qurbanov mətbuata açıqlamasında deyib ki, dəniz taksisi ancaq paytaxt daxilində fəaliyyət göstərəcək. Taksilər 5 istiqamət üzrə hərəkət edəcək. Məlumat üçün bildirək ki, 1970-cI ildən fəaliyyət göstərən Bakı Dəniz vağzalından Qazaxıstan, Türkmənistan, Rusiyaya və İrana gəmi-bərələr işləyir. Xəzər dənizində Ənzəli-Bakı, Bakı-Ənzəli sərnişin reysi həftədə iki dəfə həyata keçirilir. Gəmilərin hər biri 150 sərnişin üçün nəzərdə tutulub. Bakı Dəniz Vağzalından iki gəmi isə hər gün Neft Daşlarına reyslər həyata keçirir. Mövzu ilə bağlı qəzetimizə şərh verən nəqliyyat sahəsi üzrə ekspert Nemət Ağalarovun sözlərinə görə, Bakıda dəniz taksilərinin fəaliyyətə başlaması sərnişindaşımada dönüş yarada bilər: "Sovet dövründə Xəzər dənizində sərnişin daşıyan kiçik bərələr fəaliyyət göstərib. Ola bilər ki, dəniz vasitəsilə səfər etmək vaxt baxımından sərfəli olmasın. Ancaq bunu da qiymət vasitəsilə tənzimləmək mümkündür. Biz hansısa bir alternativ sərnişindaşımanı inkişaf etdirmək istəyiriksə mütləq vətəndaşların maraqlarını təmin etməliyik. Onlar üçün rahat və sərfəli təklif irəli sürməliyik". Hazırda Bakının böyük nəqliyyat problemi ilə üzləşdiyini söyləyən ekspertin sözlərinə görə, yolların genişləndirilməsi, körpü və tunellərin tikilməsi bu problemi həll etməyib: "Bu qədər körpü və tunel tikildi, yollar genişləndirildi. Dəyişən bir şey yoxdur. Bu gün sutkanın pik saatlarında Bakının iri küçə və prospektlərində saatlarla tıxac yaranır. Tıxac yaradan amillər isə saymaqla bitməz. Azərbaycanda alternativ nəqliyyat növləri fəaliyyət başlamadıqca və normal yol infrastrukturu işlənib hazırlanmayınca bu kimi problemlərlə biz növbəti illərdə də rastlaşacağıq". Qeyd edək ki, 2015-ci ildə keçiriləcək Avropa Yay Olimpiya oyunlarına kimi, paytaxtda nəqliyyat sahəsində ciddi addımlar atılıb. Metro keçidlərində ticarət köşkləri yığışdırılıb və orada rəsmən ticarətə qadağa qoyulub. Eyni zamanda paytaxtda fəaliyyət göstərən marşrut avtobusları Nəqliyyat Nazirliyindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə verilib. /Musavat.com/ |
2014-04-22 | 15,363 | Süni şəkildə yağış yağdırmaq mümkün olacaq | ABŞ-ın Arizona universitetinin mütəxəssisləri maraqlı bir iş test ediblər. Məlumata görə, onlar süni şəkildə yağış yağdırmaq texnologiyasını uğurla sınaqdan keçirib. Hələ ki, yeni layihə hazırlanma mərhələsindədir, lazer şüası 2.5 metr məsafədə yayıla bilir. Alimlər sadəcə laboratoriya şəraitində gözəçarpan yağış yağdırmağa müvəffəq olub. Hazırda, şüanın yüzlərlə metr uzada bilən qurğunun düzəldiməsi üzərində iş gedir. Perspektivdə yaxın zamanlarda onlarla kilometr sahəsi olan əraziyə süni yağışlar yağacaq. Bu elmi araşdırmanı Pentaqon maliyyələşdirir. Hazırda bu layihə üçün 7,5 ABŞ dolları ayrılıb. /ANS/ |
2014-04-22 | 15,364 | Özünü dənizə atan adam belə xilas oldu - Video | Dünən bir adam özünü Türkiyədə ən böyük körpülərdən biri olan Qalata körpüsü üzərindən dənizə atıb. Hələ adı öyrənilməyən adam dənizdə çırpınmağa başlayıb. "Axar.az" xəbər verir ki, Qalata körpüsünün altında ofisiant işləyən Suriya vətəndaşı olan bir gənc Rəbiyə Rəhmin adamın suda çırpındığını görən kimi dənizə tullanıb. Gənc oğlan suda boğulan adamı qolundan tutaraq suyun üstündə saxlamağı bacarıb. Vətəndaşlar xəbər verəndən sonra hadisə yerinə gələn Dəniz Polisi adamı sudan çıxardaraq xəstəxanaya yerləşdirib. Bütün bu olanlar bir vətəndaş tərəfindən videoya çəkilib. |
2014-04-22 | 15,365 | Xəzəryanı dövlətlər güclərini birləşdirir - İddia | Xəzəryanı dövlətlərin Xarici İşlər nazirləri bu gün Xəzər dənizini xarici dövlətlərin təsirindən qorumaq, üçüncü ölkənin burada hərbi qüvvələrini yerləşdirilməsinin qarşısını almaqla bağlı hazırlanacaq konvensiyanı müzakirə edəcəklər. "Axar.az" xəbər verir ki, belə bir iddia ilə Rusiyanın "Kommersant" qəzeti çıxış edib. Qəzet bildirib ki, sözügedən konvensiyanı nazirlər elə konfrans zamanı paraflayacaqlar. "Moskva öz partnyorlarını inandırıb ki, heç bir xarici güc Xəzərə təsir edə bilməz. Əlbəttə ki, burada söhbət ilk növbədə ABŞ-ın hərbi qüvvələrini Xəzərdə yerləşdirmək istəməsindən gedir" deyə qəzet yazıb. Qeyd edək ki, bu gün Moskvada keçiriləcək iclasda Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Qazaxıstan Xarici İşlər naziri Erlan İdrisov, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, Türkmənistan Xarici İşlər naziri Rəşid Meredov və Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov iştirak edəcək. Bugünkü iclas Xəzəryanı dövlətlərin payızda keçiriləcək Həştərxan sammitinə hazırlıq xarakteri daşıyır. |
2014-04-22 | 15,366 | Mövqelərimiz atəşə tutuldu | Cəbhənin təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçuayrım kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb. Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-04-22 | 15,367 | Silahlı Qüvvələrimiz beynəlxalq tədbirdə | Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan-ABŞ iş planına əsasən 2014-cü ilin aprel ayının 23-dən 2015-ci ilin yanvar ayının 16-dək San Antonio şəhərində (ABŞ) ingilis dili təlimatçıları üçün təməl kursu və aprel ayının 23-dən may ayının 1-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil standartları və qiymətləndirmə seminarı keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər. |
2014-04-22 | 15,368 | Prezidentlər Markesin vida mərasimində - Video | Meksikanın paytaxtı Mexikoda tanınmış yazıçı Qabriel Qarsiya Markeslə vida mərasimi keçirilir. "Axar.az" xəbər verir ki, vida mərasimi Mexikonun Dəyərli Sənətlər Muzeyində təşkil olunub. Markeslə vidalaşmaq üçün Meksika prezidenti Enrike Penya Nyeto və Kolumbiya prezidenti Xuan Manuel Santos da mərasimdə iştirak ediblər. Markesi sevənlər mərasimin keçirildiyi zalı onun ən çox sevdiyi sarı qızılgüllərlə bəzəyiblər. Yazıçının külünü onun həyat yoldaşı Mersedes Barça gətirib. |
2014-04-22 | 15,369 | Novruz Məmmədov “Fransız” filmində - Foto | "Modern.az" saytı "Kinomuzda "təsadüfi" məşhurlar" rubrikasının budəfəki sayında "Fransız" filmində rol alan "qeyri-peşəkar"lara diqqət çəkib və PA rəsmisi Novruz Məmmədovla şair İlqas Tapdığın yaratdığı obrazlara toxunub. Bu iki məşhurun çəkildiyi "Fransız" filmi 1995-ci ildə ekranlaşdırılıb, film Azərbaycan kinosunun 79-cu ildönümünə həsr olunub. "Fransız"ın rejissoru xalq artisti, "Space" telekanalının hazırkı prezidenti Vaqif Mustafayevdir. "Fransız " filmi Əmir Pəhləvanın "Əhlikeyf " povestinin motivləri əsasında çəkilib. Böyük ictimai problemlərə həsr olunmuş film forma etibarilə bəzi yeniliklərlə yadda qalıb. Film Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağı baxan həmvətənlərimiz haqqındadır. Əlibala (mərhum aktyor Fərman Şəkili) azərbaycanlı olduğunu danır, fransızca danışmağa başlayır. Onu yola gətirmək üçün hər üsula əl atırlar, amma bir xeyri olmur. Sonradan məlum olur ki, Əlibala hələ sünnət olunmayıb. Məcburi sünnət elədikdən sonra Əlibala çevrilib olur müsəlman, azərbaycanlı. Filmdə aktyor qismində iştirak edən məşhurlardan biri tanınmış şair İlyas Tapdıqdır. Şair elə filmdə də şair rolunu canlandırır. Qeyd etdiyimiz kimi, milliliyini, dilini danan Əlibalanı yola gətirməkdən ötrü hər vasitəyə əl atılır. Gah deputat gəlir, gah meyxanaçı, gah ifaçı. Hamısının da tənbeh hədəfi məhz "Fransız Əlibala"dır. İlyas Tapdıq da şair kimi obyektə gələrək dilini, özünü unudub hamıdan qaçıb çardaqda gizlənən Əlibalaya məsləhət verir. Şeir deyəndən sonra isə saz çalmağa başlayır. Bu epizodun maraqlı tarixçəsi var. Bu barədə şairin özü danışır: "Mənim filmlərdə fəaliyyətim az olmayıb. Bir çox sənədli filmlərin çəkilişində iştirak etmişəm. Bir çoxunun ssenari müəllifi elə özüm olmuşam. Demək istəyirəm ki, kino mənə uzaq bir sahə deyil. "Fransız" filmində isə aktyor kimi çıxış etdim. Çox adam elə bilir ki, bu filmdə saz çalmağım üzə çıxıb. Amma mən uşaqlıqdan saz çalmışam. Məni filmə dəvət edəndə heç bilmirdilər ki, saz çalmaq qabiliyyətim də var. Mən orada bir aktyor kimi sazı sadəcə əlimdə saxlamalı idim. Bilmədən başladım çalmağa. Gözəl bəstəkarımız Xəyyam Mirzəzadə də orada idi. Dedi ki, "sənin nə gözəl saz çalmağın var! Hansı havadı bu?" Dedim ki, "Qaraçı" havasıdı. Dedi ki, "elə filmdə də çalıb-oxuya bilərsən?" Dedim, "hə, niyə çalmıram ki!" Uşaq vaxtı bəzi havaları aşıqlardan eşitmişdim, onlardan öyrənmişdim. Elə yadımda qalanı da oxudum". Filmdə iştirak edən ikinci məşhur isə hazırda Prezident Administrasiyası rəhbərinin müavini, həm də Administrasiyada Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur. N.Məmmədov epizodik bir rolu ifa etsə də, film üçün bu obraz çox vacib və simvolikdir. Belə ki, o, filmdə Fransa səfirliyinin əməkdaşı kimi Parisin vurğunu olan, öz dilində deyil, fransız dilində danışan Əlibalaya Eyfel qülləsinin kiçik modelini təqdim edir. Rejissor bu epizodik rolla bir çox mühüm sosial mesajları göstərmiş olur. Bir tərəfdən özündən, milliliyindən uzaqlaşan azərbaycanlı, digər tərəfdən isə öz vətəninə sayğı göstərən əcnəbini mükafatlandıran fransız... Fransız dilində mükəmməl danışan Novruz Məmmədov rolun öhdəsindən uğurla gəlib. |
2014-04-22 | 15,370 | Mərkəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq | Bakının bir neçə mərkəzi küçəsində hərəkət məhdudlaşdırılacaq. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, bu gün səhər saat 11:00-dan etibarən Azneft dairəsi ilə Dövlət Bayrağı meydanı istiqamətində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bayraq meydanından Azneft dairəsi istiqamətində isə xətlənmə işləri hava şəraiti normal olarsa, sabah - aprelin 23-də həyata keçiriləcək: "Bununla əlaqədar yolda nəqliyyatın hərəkətı bu gün Bayraq meydanı istiqamətində, sabah isə əks istiqamətdə məhdudlaşdırılacaq". P.Mürsəliyev qeyd edib ki, bu gün axşam həmçinin saat 22:00-dan etibarən Keykab Səfərəliyeva və Dilarə Əliyeva küçələrində də analoji işlərin aparılmasına başlanacaq: "Bununla bağlı Keykab Səfərəliyeva küçəsində hərəkət tam, Dilarə Əliyeva küçəsində qismən məhdudlaşdırılacaq. İşlərin bu gecə başa çatdırılması planlaşdırılır". /Trend/ |
2014-04-22 | 15,371 | Sərhəddə Ermənistan vətəndaşı saxlanıldı | Ermənistan vətəndaşı Türkiyə sərhədini qanunsuz keçməyə çalışırkən saxlanılıb. Yuri adlı erməni Türkiyəyə qanunsuz keçməyə cəhddə ittiham edilir. Hadisə mart ayının 11-də olub. Yuri icazəsiz olaraq sərhədi keçərək Türkiyə ərazisinə daxil olub. Erməni vətəndaşına tutduğu əmələ görə cinayət işi açılıb. Müvafiq cinayət maddələrinə görə Yurinin 3 il qədər azadlıqdan məhrum edilməsi istənilib. Saxlanılan erməni haqqında həbs qəti imkan tədbiri görülüb /ANS/. |
2014-04-22 | 15,372 | Məşhur rejissor Soyuq müharibədən film çəkəcək | Amerikalı məşhur kinorejissor Stiven Spilperq Soyuq Müharibədən bəhs edən film çəkəcək. "Axar.az" xəbər verir ki, film ABŞ-ın "Lockheed U-2" kəşfiyyat təyyarəsinin 1962-ci ildə Sverdlovsk səmasında vurulmasından bəhs edəcək. Filmdə baş rolu məşhur Hollivud aktyoru Tom Henks ifa edəcək. Qeyd edək ki, hadisə 1960-cı ildə Sverdlovskda baş verib. Təyyarənin vurulmasından sonra pilot paraşütlə tullansa da, ruslar tərəfindən tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 1962-ci ilin fevralında Berlində onu sovet kəşfiyyatçısı Rudolf Abellə (Uilyam Fişer) dəyişirlər. |
2014-04-22 | 15,373 | Azərbaycan 100 məhbusu İrana təhvil verəcək | Yaxın vaxtlarda Azərbaycan dövləti daha 100 iranlı məhbusu İrana təhvil verəcək. "Axar.az" APA-ya istnadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov deyib. Səfir bildirib ki, Azərbaycanda müxtəlif müddətə həbs cəzaları almış bu məhbuslar cəzalarının qalan hissəsini ölkələrində çəkmələri üçün İrana təhvil veriləcəklər: "Bu məhbusların əksəriyyəti Azərbaycanda əsasən narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq həbs cəzaları alıblar. Onların 90 faizindən çoxu Azərbaycan həbsxanalarında bu ittihama görə cəza çəkirlər". |
2014-04-22 | 15,374 | Polis rəisi qalmaqallı gecə klubuna görə nazirliyə çağırıldı | Nəsimi Rayon Polis İdarəsinin rəisi. "Buqatti" gecə klubunun sahibi olduğu deyilən Musa Musayev təcili Daxili İşlər Nazirliyinə çağırılıb. "Axar.az"a Nəsimi polisindəki mənbədən daxil olan məlumata görə, gecə klubu ətrafında yaranan söz-söhbətdən sonra bir müddət işə çıxmadığı bildirilən M.Musayev artıq iş başındadır. Onun nazirliyə hansı məqsədlə dəvət edildiyi haqda məlumat verilmir. Nəsimi rayon Polis İdarəsinin növbətçisi "Axar.az"a bildirdi ki, polis rəisi Musa Musayev Kollegiya iclasında iştirak etmək üçün nazirliyə dəvət olunub. DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə isə nazirlikdə kollegiya iclasının keçirilmədiyini bildirdi və iclas keçirilməsi ilə bağlı verilən xəbəri təkziblədi. Xatırladaq ki, bir müddət öncə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevə aid olduğu iddiaları səslənən qalmaqallı "Buqatti" gecə klubu mətbuatda gedən yazılardan sonra iki gün müddətinə qapadılmışdı. Klub yaxınlığında yaşayan əhali isə burada xaosun hökm sürdüyünü bildirmişdi. Onlar dəfələrlə barda bıçaqlanma, döyülmə hadisələri olsa da, polis idarəsinin məsələyə diqqət etmədiklərini söyləmişdilər. Ancaq "Buqatti"nin adı gecə klubu ətrafında yaranan qalmaqaldan sonra dəyişdirildi və "Mamunia" adı ilə fəaliyyətini hazırda davam etdirir. Qeyd edək ki, Musa Musayev adının "Buqatti" ("Mamunia") gecə klubunun sahibi kimi hallandırılmasına bu vaxta qədər heç bir reaksiya verməyib. |
2014-04-22 | 15,375 | Çempionlar Liqasında yarımfinal həyəcanı | Bu axşam Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək. "Axar.az" xəbər verir ki, ilk oyun gününə bir qarşılaşma nəzərdə tutulub. Madriddə baş tutacaq görüşdə "Atletiko"(İspaniya) və "Çelsi"(İngiltərə) klubları üz-üzə gələcək. 1/4 finalda "Barselona"nı mübarizədən kənarlaşdıran iddialı "Atletiko Madrid" "Çelsi" ilə ilk oyunda qələbə qazanmağa çalışacaq. "Çelsi"nin buna nə dərəcədə imkan verəcəyi böyük maraq doğurur. Oyunu isveçli hakim Jonas Eriksson idarə edəcək. Qeyd edək ki, yarımfinalın digər oyunu "Real" (Madrid) - "Bavariya" oyunu isə sabah axşam keçiriləcək. |
2014-04-22 | 15,376 | Azərbaycanda hər bölgənin öz atlası olacaq | Azərbaycanda hər bir bölgə üçün atlas hazırlana bilər. Bunu açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri, akademik Qərib Məmmədov bildirib. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda bölgələr üzrə atlasların hazırlanması üçün kifayət qədər imkan var: "Bizdə Azərbaycan və ingilis dillərində "Ekoturizm potensialı" adlı 2 cilddən ibarət fundamental əsərlər var. Orada bölgələr də işıqlandırılır. Lakin konkret hər bölgə üçün də atlas hazırlana bilər. Burada heç bir problem yoxdur. Bunun üçün əlimizdə kifayət qədər material var". Q.Məmmədov qeyd edib ki, hazırda Azərbaycanın turizm və nəqliyyat atlasları var. Artıq Milli Atlas da hazırlanıb və bu yaxınlarda işıq üzü görəcək. Milli Atlasın işıq üzü görməsi isə digər atlasların hazırlanmasına zəmin yaradacaq: "Bizim fikrimiz var ki, Milli Atlas işıq üzü görəndən sonra bir çox atlaslar hazırlayaq. Məsələn, ayrı-ayrı zonalar üzrə turizm, fövqəladə hallar, təbii ehtiyatların ayrı-ayrı sahələrini əhatə edən atlaslar buraxılacaq". /Trend/ |
2014-04-22 | 15,377 | Odessa da özünü respublika elan etdi | Ukraynanın Odessa şəhərində separatçılar "Yeni Rusiya Xalq Respublikası"nın yaradıldığını elan ediblər. "Axar.az" xəbər verir ki, separatçı respublikaya pravoslav vətəndaşları ittifaqının lideri Valeri Kaurov rəhbərlik edəcək. Bununla bağlı qərarı o, Rusiyanın "LifeNews" kanalına verdiyi müsahibəsində deyib. Özünün dediyinə görə, hazırda o Moskvadadır, çünki "qeyri-qanuni Kiyev hökuməti" onu axtarışa verib və silahlı şəxslər evində axtarış aparıb. Kaurov bildirib ki, Yeni Rusiya ilə Ukraynanın birgə gələcəyi yoxdur. |
2014-04-22 | 15,378 | “Oğlum vasitəsilə məni şantaj edirlər” - Video | "Yalandır, yalan söhbətdir. Mənim oğlumun heç elə bir maşını da yoxdur". Bu sözləri "Axar.az"a millət vəkili Elton Məmmədov Zığ-Aeroport yolunda avto-xuliqanlıq edən 10 LZ 100 nömrəli "Porsche Panamera" maşınının oğluna məxsus olması məsələsinə aydınlıq gətirərkən bildirdi. Onun sözlərinə görə, oğlunun adını hallandıranlar onu gözü götürməyənlərdir: "Bununla Azərbaycan gəncliyini qıcıqlandırmaq istəyirlər. Sizə tövsiyyə edirəm, belə maşın nömrələri olanda yol polisindən müəyyənləşdirin. Görün, maşın kimə məxsusdur. Ondan sonra bu barədə yazın". E.Məmmədov bunu ona və qohumlarına qarşı şantaj olduğunu dedi: "Tam səmimi sizə bildirirəm ki, oğlumun belə bir maşını yoxdur. Bu oğluma qarşı şantajdır. Bu şayiəni yaymaqla məni və mənim qohumlarımı şantaj etməyə çalışırlar. Yoxdur belə şey. Azərbaycan gənclərinə qara yaxmasınlar. Mətbuat işçisi kimi siz də buna imkan verməyin. Əksinə, bu gənclərin müdafiəsinə qalxın. Suçlu olmayan bir insana bu qədər qara yaxmaq olarmı? Allahdan qorxmurlar bu insanlar?" Millət vəkili qeyd etdi ki, oğlu haqqında yayılan bu şayiələrlə bağlı heç bir addım atmaq fikrində deyil: "Heç bir açıqlama etməyəcəyəm. Ancaq hesab edirəm ki, ləyaqətli jurnalistlər özləri araşdırma aparmalı, həqiqəti ortaya çıxarmalıdırlar. Təkcə mənim deyil, digərlərinin də övladlarının adı çəkilirsə, bunu araşdırmaq və cəmiyyətə həqiqəti çatdırmaq lazımdır. Araşdırmadan, müəyyənləşdirmədən bunu kiminsə övladının üstünə atmaq ayıbdır". Qeyd edək ki, mediada dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki "Porsche Panamera" markalı avtomobilin Zığ-Aeroport şossesində yüksək sürətlə yarışa çıxmasını əks etdirən video yayılıb. Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərdən biri "Porsche-911" (qiyməti 250 min manata yaxındır), digəri isə "Nissan Skyline Gtr35" markalıdır (qiyməti 130-140 min dollar arasındadır). "100" seriyalı "Porsche"nin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu barədə mediada iddialar səslənib. |
2014-04-22 | 15,379 | Yol polisini gizli çəkən şəxs cəzalandırılacaq - Video | Bakıda yol polisi ilə zarafatlaşmaq sürücüyə baha başa gəlib. Həmin söhbətin videosunu yaymağı isə onun cəzasını daha da ağırlaşdırıb. Bir neçə gün öncə sürücünün yol polisi ilə mübahisə etdiyini göstərən video yayılmışdı. Həmin videoda yol polisi sürücüdən sənəd tələb etdiyi bir halda, sürücü ilk olaraq polisin özünü təqdim etməyini emosional şəkildə tələb edirdi. Məlumata görə, həmin görüntülər ölkə mətbuatında yayıldıqdan bir neçə gün sonra sürücü Kamil Əsgərov Suraxanı rayon 32 polis bölməsinə çağırılıb. Ona qarşı İnzibati Xətalar Məcəlləsinn 296-cı maddəsi ilə (xırda xuliqanlıq) ittiham irəli sürülüb. İndi yol polisi ilə mübahisə edən sürücünü ən yaxşı halda pul cəriməsi, ən pis halda isə 5 günlük həbs cəzası gözləyir. İnzibati Xətalar Məcəlləsinn 296-cı maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri nəzərdə tutur. Bu qayda pozuntularını törədən şəxs əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Suraxanı Rayon Məhkəməsinin sürücü Kamil Əsgərov barəsində nə qərar çıxaracağı bu gün saat 13:30-da məlum olacaq. /Milli.az/ |
2014-04-22 | 15,380 | “Samsunq S5”in böyük yalanı - Foto | "Samsunq"un 1 metr dərinliyə qədər su keçirməz dediyi "Galaxy S5" telefonu su ilə imtahana girdi, kamerasını itirdi. "Axar.az" xəbər verir ki, "Galaxy S5" istifadəçisi su keçirməyən xüsusiyyətini yoxlamaq üçün telefonu unitazın içinə atıb, sonra isə duşun altında saxlayıb. Bir gün sonra telefonun lentində buxarlaşma baş verib. Növbəti gün isə telefonun kamerası işləməyib. Telefonun kamerasını açan istifadəçi "Camera failed" səhvi ilə üzləşib. |
2014-04-22 | 15,381 | İran Azərbaycana 5 məhbus təhvil verəcək - Siyahı | İran 5 azərbaycanlı məhbusu ölkəmizə təhvil verəcək. Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. Məlumata əsasən, İran Azərbaycana bu ölkənin həbsxanalarında saxlanılan beş azərbaycanlı məhbusun təhvil verilməsinə hazır olduğunu bildirib və hazırda həmin məhbuslarla bağlı sənədlərin təqdim olunmasını gözləyir. Trend-in diplomatik mənbədən əldə etdiyi məlumata əsasən, Azərbaycana təhvil veriləcək məhbuslardan 4-ü kişi, 1-i isə qadındır. Onlar Hüseynov Zamin Ramik oğlu, Əliyeva Nəzakət Əli qızı, Sultanov Səbuhi Yavər oğlu, Yusifov Firdus Sultan oğlu, Sultanov Taleh Əziz oğludur. Həmin məhbusların hansı ittihamla İranda saxlanıldığı və neçə il azadlıqdan məhrum edildiyinə dair məlumat verilməyib. C.Axundov bildirib ki, Azərbaycanda müxtəlif müddətə həbs cəzaları almış bu məhbuslar cəzalarının qalan hissəsini ölkələrində çəkmələri üçün İrana təhvil veriləcəklər. Xatırladaq ki, bundan öncə Azərbaycanda saxlanılan 25 iranlı məhbus ölkələrinə qaytarılıb. İran isə öz növbəsində casusluqda ittiham olunan 2 azərbaycanlı məhbusu ölkəmizə qaytarıb /Trend/. |
2014-04-22 | 15,382 | Bəxtiyar Hacıyev polisə aparıldı | Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbs olunmuş üzvlərinin məhkəmə prosesi keçirilir. Məhkəmənin sağ və sol hissəsində polis postları qurulub. Əraziyə çoxlu sayda gənc gəlib. Proses başlayana yaxın səs-küy düşüb. Polislər səs-küy salan 5-6 gənci tutub. Məlumatlara görə, saxlanılanlar içərisində Bəxtiyar Hacıyev də var /Teleqraf.com/. |
2014-04-22 | 15,383 | Donetskdə rəis girov götürüldü - Video | Ukraynanın cənub-şərq vilayətlərində vəziyyət yenə gərginləşib. Məlumata görə, silahlı separatçılar Donetsk vilayəti Kramatorski şəhər Milis Şöbəsini ələ keçiriblər. Separatçılar milis əməkdaşlarından tərkisilah olmalarını tələb ediblər. Daha sonra milis rəisi girov götürülərək, naməlum istiqamətə aparılıb. Bundan başqa ATƏT-in bölgədə tərəflər arasında vasitəçilik missiyasını həyata keçirən nümayəndələri separatçılar tərəfindən Slavyansk şəhərində girov götürülən kiyevli jurnalist İrmo Kratla görüşüblər. Xatırladaq ki, jurnalist İrmo Krat Slavyanskidə reportaj hazırlayarkən, separatçılar tərəfindən Ukrayna xüsusi-xidmət orqanlarına casusluqda ittiham olunaraq, girov götürülüb. /Aznews.az/ |
2014-04-22 | 15,384 | Rauf Mirqədirovla iş birliyində adı keçən erməni danışdı | "Rauf Mirqədirov bizim tədbirlərə canlı qatlılmayıb" Baş Prokurorluğun 2008-ci ildən Ermənistana casusluqda ittiham etdiyi Azərbaycanın əməkdar jurnalisti, "Ayna-Zerkalo" qəzetinin siyasi icmalıçısı Rauf Mirqədirovun cinayət işində adı keçən Laura Baqdasaryan məsələyə münasibət bildirib. Məlumata görə, adı Rauf Mirqədirovla işbirliyində hallanan Ermənistanın "Region" Araşdırmalar İnstitunun direktoru Laura Baqdasaryan ittihamları qəbul etməyib. Onun sözlərinə görə, R.Mirqədirov azərbaycanlı həmkarı, Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusla birgə "İctimai dialoq" layihəsinin onlayn versiyası olan "publicdialogues"un müəlliflərindən olub. "Rauf Mirqədirov bizim tədbirlərdə canlı deyil, internet konfrans vasitəsilə iştirak edib. Bununla bağlı mənim bir sıra suallarım yaranıb"-deyə Baqdasaryan yazıb. Gürsütanın paytaxtı Tbilisdə doğulan L. Baqdsaryan Moskva Dövlət Unveriteinin jurnalistika fakültəsini bitirib. O, Yerevanda yaşayır, "Region" Araşdırmalar İnstitununu direktorudur. Qafqazda "xalq diplomatiyası" layihələrinin icrasında iştriak edir. /Modern.az/ |
2014-04-22 | 15,385 | Moskva duaları ilə separatçını qubernator seçdi | Cənub-şərq ordusu adlanan silahlı birləşmənin separatçı komandanı Valeri Bolotov Ukraynanın Luqansk vilayətinin qubernatoru "seçilib". "Axar.az" xəbər verir ki, proses Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Luqansk vilyayətindəki ələ keçirilmiş binasında baş verib. Qeyd edək ki, media nümayəndələri mərasimə buraxılmayıb. Qubernator seçilməsini isə mətbuata Bolotovun özü bilidirib. Hazırda iştirakçilar vilayət üzrə referendumun keçirilməsinin detallarını müzakirə edirlər. Bu arada sözügedən bina önündə mitinq keçirilib və aksiya iştirakçilarə İsa Məshə və Vladimir Putinə dua ediblər. Separatçılar həmçinin "Azadlıq" Partiyasının vilayət şöbəsinin dayandırılmasına göstəriş veriblər. Xatırladaq ki, ən diqqət çəkən məqam – bu proseslərdə Moskvadan olan keşişlərin "seçim" prosesinə xeyir-dualarını vermələridir. |
2014-04-22 | 15,386 | Nazir Dağıstanda səfərdədir | 21-24 aprel tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dağıstan Respublikasında səfərdədir. "Axar.az" Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Əbülfəs Qarayev Dağıstan Respublikasının Başçısı R.Abdulatipovun dəvəti ilə 22-23 aprel tarixində Mahaçqala şəhərində" müasir şəraitdə regional siyasətdə mədəniyyət və iqtisadiyyat" mövzusunda keçiriləcək beynəlxalq mədəniyyət-investisiya forumunda iştirak edəcək. Forum çərçivəsində regional mədəniyyət və iqtisadiyyat sahəsində elmi, maarifləndirici və yaradıcı layihələrin təqdimatı planlaşdırılır. Forumda nazir Ə.Qarayevin çıxışı və müvafiq rəsmilər ilə görüşü nəzərdə tutulub. |
2014-04-22 | 15,387 | İranda daha bir azərbaycanlı azadlığa buraxıldı | İranda daha bir azərbaycanlı fəal azadlığa buraxılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Rüstəm Kazımpur aprelin 21-də ailəsinin qoyduğu mülk girovu qarşılığında Tehranın Evin həbsxanasının 209-cu bəndindən sərbəst buraxılıb. Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları R.Kazımpuru Mahmud Ocaqlu ilə birgə martın 9-da iş yerlərində həbs edərək naməlum yerə aparıblar. Azərbaycanlı fəalın evində axtarış aparılıb, ona məxsus noutbuku, bəzi şəxsi əşyaları müsadirə edilib. ETTELAAT-ın nəzarəti altında olan Tehranın Evin həbsxanasının 209-cu saxlanıldığı müddətdə R.Kazımpurun ağır fiziki və psixoloji işgəncələrə məruz qaldığı bildirilir. |
2014-04-22 | 15,388 | Yeltsinin Klintonu gülməkdən öldürdüyü an – Video | Son günlər ABŞ-Rusiya münasibətlərində yaranan gərginlik vaxtilə Yeltsinin mətbuat konfransında işlətdiyi "Amerika iflic olur" açıq mətninə Klintonun verdiyi reaksiyanı bir daha gündəmə gətirib. "Axar.az" xəbər verir ki, politoloqların xatırladığı bu məqam hətta "ən isti" görüşlərdə də ABŞ-Rusiya münasibətlərinin səviyyəsini müəyyənləşdirməyə yardım edir. Xaraktercə demokrat olduğu bildirilən və ABŞ-ın daim siyasi dəstəyini alan Yeltsin bütün bunlara rəğmən, Rusiyanın xarici siyasətini qeyri-diplomatik bir formada dilə gətirir. Həmin anın görüntülərini təqdim edirik: |
2014-04-22 | 15,389 | Özbək milyarder ən böyük rus şəbəkəsini ələ keçirdi | Rusiyanın ən böyük sosial şəbəkəsi hesab olunan "VKontakte"nin rəhbəri Pavel Durov şirkətin baş direktorluğu vəzifəsindən uzaqlaşdırılıb. "Axar.az" xəbər verir ki, Durov bununla bağlı "VKontakte" sosial şəbəkəsində yazıb. "Ötən həftə mənim imtinamdan sonra bu gün "VKontakte"nin baş direktorluğu vəzifəsindən uzaqlaşdırdılar. Maraqlıdır, səhmdarların bunu birbaşa həyata keçirməyə gücləri çatmadı və mən bunu mətbuatdan öyrəndim", - deyə Durov bildirib. Bundan sonra sosial şəbəkə bütünlüklə "Rosneft"in prezidenti milyarder İqor Seçin və özbək milyarder Alişir Usmanovun nəzarətinə keçib. "Forbes"in versiyalarına görə, İqor Seçin Rusiya prezidenti Vladimir Putinin ən yaxşı kadrlarından biridir və onun dostudur. Alişir Usmanov da Putinin nəzarəti altında olan milyarderlərdəndir. Bir müddət əvvəl Rusiya prezidenti onu "Vətənə xidmət" ordeni ilə təltif etmişdi. |
2014-04-22 | 15,390 | Əsgərdən pul yığır, arvadı da başqalarıyla kef çəkir... | Nizar barədə "Masallı Mamed" yazımda qısaca da olsa bəhs etmişəm. İndi onların hər ikisi haqq dünyasındadır. Bu günlərdə təsadüfən həbsxanada tutduğum şeir dəftərində onunla bağlı qeydlərimi gördüm. Qeydlər və yaddaşımda qorunan xatirələr ondan bəhs etməyə imkan verdi. Nizar Cəlilabadda – Göytəpədə doğulmuşdu. Atasının adı Rahil idi. Soyadını unutmuşam. Peşəkar hərbçi olmuşdu. Milli Ordunun "N" saylı kəşfiyyat bölüyünün komandiri vəzifəsində xidmət etmişdi. Əsgərini çuğulluq etməyə məcbur edən "osobist"i "dəli inək balasını tapdaladığı kimi tapdaladıqdan" (ifadə ona məxsusdur) sonra həbs olunmuşdu. Tribunal Nizarı 4 il azadlıqdan məhrum etmişdi. Keçmiş əsgərləri tez-tez onun yanına gəlirdi. Sovqat gətirir, cibinə xərclik qoyurdular. Ona "komandir" deyə müraciət edirdilər. Nizarın işi-gücü 6 saylı barakın güngörən yerində özünü günə vermək idi. Çömələrək oturar, əlindəki təsbehi fırladar, hər kəsi müşahidə edərdi. Cəza evinin ən yeni xəbərləri onda olardı. Verdiyi informasiya, dediyi xəbər yanlış çıxmazdı. Bu onun peşəkar kəşfiyyatçı olmasından da irəli gələ bilərdi. Bir xəbəri ən azı 3 nəfərdən dəqiqləşdirərdi. Dikbaş "Zon"da işləyən nəzarətçilərlə heç arası yox idi: - Bilsəydim ki, sizin kimi paqon daşıyanlar var, mən o paqonu çiyinlərimdən çıxarıb, ... soxardım, – deyərdi. CÇM-də nə baş verirdi, yaxud verəcəkdisə, onun dəqiq məlumatı olardı. "Xlebnik"im olmasa da, məlumatlı olduğu məsələlərdən məni dərhal agah edərdi. Onu çox adam sevməzdi, heç bizim əhldən də. Diliacı idi. Təəssübkeşliyi isə kifayət qədər idi. Bir dəfə Əlibayramlı əhlinin başçısı Bayramla mübahisələri düşmüşdü, elə əhl uşaqlarının gözünün önündə Bayrama kəllə ilə güclü bir zərbə ilişdirmişdi. Ara qarışmışdı və Nizarın kəşfiyyatçı olması burda bir daha karına yetmişdi. Əlbəyaxa döyüşdə onunla bacarmaq çətin idi. Davakar Dava-dalaş böyüyüb iki əhlin arasında baş verəcək həddə çatmamış, "yaxşı oğlanlar" işi düzüb-qoşdular. Nizar 4 günlük karser cəzasından sonra sınıxmış halda tibb məntəqəsinə - mənim yanıma gəldi. Çay içdik, hazır yeməyimiz vardı, nahar etdik. Bir qədər "kars"dakı dözülməz şəraitdən danışdıqdan sonra: - Şair, inanırsan, xirtdəyə qədər p..-püsürün içindəyəm. Karserdə mənimlə olan ağdamlı Siracı döymüşəm. Sabah da o çıxacaq. Onu o gündə görsələr, qanım getdi. Sirac doğurdanda "it günündə" idi. Nizar onu hansısa ehtiyatsız sözünə, ona "paqon" deyərək aşağılamaq niyyətinə görə yumruqlamaqla cavab vermişdi. Rejim rəisi Siracdan onu bu günə kimin saldığını soruşanda, Nizarın adını vermədi: - Nə bilim, axşamlar "nadzor"lar işığı söndürüb içəri girir, bizi döyürdülər. Nizar da bir-neçə dəfə belə halın baş verdiyini deyərək, Siracın dediklərinə haqq qazandırmışdı. Rəhbərlik nəzarətçiləri sorğu-suala tutsa da, heç kəs belə halın baş verdiyini təsdiqləməmişdi. İçəridə isə söz-söhbət gəzirdi ki, doğurdan da Nizargili hər axşam döyürmüşlər. Həqiqəti isə cəmi üç nəfər bilirdi. Nizar, Sirac və mən. Mənim bilməyimdən isə Sirac xəbərsizdi. Nizarın Bayramı döyüb karserə düşməyi ilə iş bitmirdi. Bu qanunun ona verdiyi cəza idi. Veriləcək cəzanın, çıxarılacaq hökmün nəticəsi isə CÇM-də vəziyyətə ("polojeniya") baxan tərtərli "Malış"ın və "bratva"nın qərarından sonra olacaqdı. Malışla aram yaxşı idi. Onu bir iki dəfə şahmatda udmuşdum. İnadcıl idi və imkan tapan kimi mənimlə şahmat oynamağa gəlirdi. Ağdamlı dustaq yoldaşım, indi isə ən yaxın dostlarımdan olan "xlebnikim" Aqil deyirdi ki, sən ona uduz, qoy ayaqlarını burdan çəksin. Mənə isə Malışı udmaq ləzzət edirdi. Həm də onunla söhbət etmək maraqlı olurdu. Kriminal aləmin sayılanlarından idi. Malışa axşam olacaq "sxodka"da iştirak etmək istədiyimi dedim. Razı olmadı: - Sənə olmaz. Sən öz həyatını yaşa. Səninlə bağlı heç nə yoxdur. Sonra da dedi ki, Nizar da düz eləməyib, əhl başçısına əl qaldırıb. - Özü də hər ikiniz "paqon"sunuz. Nizara qarşı uşaqlar qəzəblidir. Dediklərindən təxminən belə anladım: - Sizin əhl başçınız istəsə söhbətə kurs ola bilər. Amma ona da ehtiyac yoxdur. Qardaşlar məsələyə aydınlıq gətirər. Mən əhl başçısı olmasam da, əhlin bütün üzvləri məni ağsaqqal hesab edirdi və bütün məsələlərin müzakirəsi, məsləhətləşməsi mənimlə aparılırdı. Malış bunu yaxşı bilirdi. Gecədən keçmiş aparılan "məhkəmədə" mən ola bilmədim. Amma nəticəni öyrənmək üçün də səbirsizliklə gözlədim. Hümanist "Sxodka"dan sonra Nizar "sançast"a yanıma gəldi. Üzü gülürdü: - Bayrama yazıqlığım gəldi. Onu "vurdular". Əhl başçısı olmaz dedilər, səndən. Bayramla arada yaşanan konflikti Nizar olduğu kimi nəql etmişdi. "Səhər razvodundan sonra yemək zamanı Əlibayramlıdan olan cavan bir dustaq niyə tutulmasından danışdı. Əsgər olmasını və komandiri tərəfindən döyüldüyünü, təhqir olunduğunu dedi. Bayram əsəbi halda dedi ki, zabitlər hamısı belədir. Əsgərdən pul yığır, aparır evinə. Arvadları da o pulla başqaları ilə kef çəkir. Mən də bu sözünə görə onu vurdum. O, gərək ümumi danışmayaydı. Mən də zabitəm, amma mən əsgərimi qoruduğuma görə həbs olunmuşam. Əsgərdən, onun valideynindən pul almamışam". Qardaşların qərarı Nizarın xeyrinə öz həllini tapmışdı. Həmin gündən sonra Bayram Cəza müəssisəsinin həyətində pərt və sındırılmış kimi gəzirdi. Onunla hörmətsiz davranırdılar... Hiyləgər Nizar həm də hiyləgər idi. Di gəl, hiyləsi şərə xidmət etməzdi. Əhlin ehtiyacı olan dustaqlara yardım əlini uzadardı. Siqaret alar, iynə-dərmana pul xərcləyərdi. Zonda faizə pul buraxırdı. Mən "burjuy" olduğuma və tibb məntəqəsində qaldığıma görə pulunun saxlanmasını mənə etibar edirdi. Sən demə, məqsədi varmış. Hərdən yanıma gələr, bir qədər söhbət etdikdən sonra, pulundan müəyyən qədər götürər və deyərdi ki, 10 günlüyə filankəsə verəcəyəm. Gedək, sən də kurs ol ki, sonra danmasın. Türmədə belə hallar əsasən kiminsə şahidliyi ilə olardı ki, sonradan başağrısı olmasın. Hər iki tərəfdən – borc verən və borc alan tərəfdən şahidin olması çox vacibdir. Sən demə, Nizar pulu faizə verirmiş. Şahidlərin gözü önündə məndən pulu götürüb ehtiyacı olana verirmiş. Sonradan biləcəkdim ki, sələminə verilən pullar mənim adımdan verilirmiş, Nizar özü isə yaxşı oğlan olaraq qalırmış. Məsələnin üstü açılanda Nizarla aramızda çox dərin mübahisə yaşandı. Səhvini boynuna aldı. Ondan pul götürən aralıq uşaqlarını dəvət etdim. Onlara məsələni etiraf etdi, məndən üzr istədi. Məsələ böyümədi, elə ikimizin arasında da qaldı. Ailəcanlı Nizar həbsdə qaldıqca kriminal aləmə meyli artırdı. Dəfələrlə söhbət etmişdim, aralıq uşaqları ilə az otur demişdim. Ən böyük arzusu azadlığa çıxıb yenidən orduya qayıtmaq olsa da, etiraf edirdi ki, oğru dünyasına marağı daha çoxdur: - Burda həqiqətə daha çox dəyər verirlər. Adamı yalandan məhkum etmirlər. Kimin günahı nədirsə, onu da çəkir. Atasını, qardaşını çox istəyirdi. - Çölə çıxandan sonra onlara imkan verməyəcəm əziyyət çəksinlər. Nizar azadlığa çıxdıqdan sonra mənimlə əlaqə saxladı. Görüşdük. Xeyli söhbət etdik. Orduya qayıda bilməmişdi. Dayısı ilə birlikdə ticarətlə məşğul idi. - Bir az pulum var. Faizə verirəm. Allah bərəkət versin. Dolanıram, oğlum böyüyür. Onunüçün yaşayaıram, – dedi. Nizar yaşaya bilmədi. Faizə verdiyi pulun gecikdirildiyini gördükdə bir-neçə dəfə pulunu istəmək üçün gedib və dilinin acı tərəfinə salaraq borclusunu təhqir etmişdi. Borclu adam da bu təhqirə dözməyərək Nizarı bıçaqla ürəyindən vurmuşdu. Onun 40 məclisində oldum... |
2014-04-22 | 15,391 | Həkimlər 3 uşaq atasını 1500 manata öldürdülər | Zərdab rayonu Osmanoba kənd sakini Ramil Cəfərov AzNews.az-ın redaksiyasına müraciət edərək qardaşı Füzuli Cəfərovun Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Ağaşirin adlı həkim tərəfindən öldürüldüyünü iddia edib. R.Cəfərov bildirir ki, qardaşı bu ilin mart ayının 15-də Kürdəmir rayonu ərazisində avtomobil qəzasına düşüb və bir gün rayon xəstəxanasında saxlanıldıqdan sonra Bakıdakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Füzuli Cəfərovu müayinə edən həkimlər onun səhhəti ilə bağlı heç bir həyati təhlükənin olmadığını və 12-13 gündən sonra cərrahi müdaxilənin ediləcəyini bildiriblər: "2014-cü ilin mart ayının 27-də qardaşım əməliyyata qaldırıldı və razılaşmaya əsasən Ağaşirin Əkbərova bəri başdan 1000 manat pul verdim. Qalan 500 manatı isə əməliyyatdan sonra verəcəkdim. Qardaşım əməliyyata götürüləndə günorta saat 12 idi. Əməliyyat uzandı, 3-4 saatdan sonra gördüm ki, əməliyyat otağından qanlı parçalar çıxarırlar. Şübhələndim və soruşdum ki, qardaşıma nə olub? Tibb bacısı dedi ki, hər şey yaxşıdır, heç nə olmayıb, qan itirdiyinə görə reanimasiyaya yerləşdiriləcək. Bundan sonra mən arxayınlaşdım və xəstəxanadan getdim. Axşamüstü yoldaşı gəlib və görüb ki, reanimasıya otağının qarşısında polislər dayanıb. Polisləri görəndə qorxub ki, yoldaşına nəsə olub. Dərhal mənə zəng vurdu. Ondan da bir neçə saat əvvəl isə Ağaşirin Əkbərov mənə zəng vurmuşdu ki, pulumun qalan hissəni, yəni 500 manatımı ver. Gətirib 500 manatı da verdim". R.Cəfərovun sözlərinə görə qardaşı günorta saatlarından dünyasını dəyişsə də, gecə saat 12-yə kimi ölüm faktı onlardan gizlədilib. Yalnız qohum-əqrəbanın kəskin etirazından sonra F.Cəfərovun əməliyyat zamanı keçindiyi məlum olub. R.Cəfərov bildirib ki, faktı Nəsimi rayon prokurorluğu araşdırır. Zərərçəkmiş hadisənin obyektiv araşdırılmayacağından narahatdır. Zərdab sakini bildirir ki, Ağaşirin həkim əvvəlcə onlara yası yola verdikdən sonra bu haqda danışacağını bildirsə də indi "Mən özü işimi həll etmişəm, hara şikayət edirsən, et" kimi fikirlər səsləndirir: "Hadisə təzə baş verəndə Ağaşirin həkim mənə dedi ki, məclisinizi yola verin, sonra oturub danışarıq. Bizi arxayınlaşdırıb və özü gedib Nəsimi rayon prokurorluğuna izahat verib. İzahatda yazıb ki, guya biz onu hədələmişik, 100 min manat pul tələb etmişik. İndi də mənə deyir ki, hara müraciət edirsən, et, mən öz işimi həll eləmişəm. Qardaşımın 37 yaşı var idi. İndi 3 azyaşlı uşağı qalıb. Böyük uşağı beşinci, ikincisi üçüncü sinifdə oxuyur. Balaca övladının isə 4 yaşı var. Həkim səhlənkarlığı ucbatından bu uşaqlar yetim qaldı. Onları normal böyütməyə isə imkanımız yoxdu, kasıb adamlarıq. Qardaşın acgöz hər şeyini pula dəyişən ağ xalatı adamların badına gedib. Bütün proseslər göstərdi ki, onları insan taleyi yox, öz cibləri maraqlandırır. Bu maraq isə bizim ailəni, üç körpəni bədbəxt etdi. Aidiyyəti qurumların bu məsələdə bizə yardımşı olmasını istəyirik". Mövzunu diqqətdə saxlayacağıq. |
2014-04-22 | 15,392 | DYP deputat oğlunun avtoşluğunu araşdırmır – Rəsmi | "Mənə bir video təqdim edilib ki, orada da "BMV X 6" və "Lada-Priora" markalı maşınların yarışı öz əksini tapıb". Bu sözləri "Axar.az"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun oğluna məxsus olduğu bildirilən 10 LZ 100 nömrə nişanlı "Porche" markalı avtomobilin Zığ yolunda təhlükəli sürətlə yarışa çıxmasına münasibət bildirərkən dedi. Əlavə etdi ki, ona bu video görüntülərdən başqa heç nə təqdim edilməyib: "Mənə təqdim edilən videoda "BMV X 6" və "Lada-Priora" markalı maşınların yarışı əks olunub (. Maşınların sahibləri də Əzizov Pərviz Vaqif oğlu və Həsənov Tural Əliməmməd oğludur. Yarışa çıxan maşınların nömrələri isə 90 VZ 357 və 10 BZ 009 nömrə nişanlı maşınlardır. Onlarla bağlı da ölçü götürülüb (Xatırladaq ki, polis əməkdaşı Tural Həsənov polis sıralarından xaric edilib və 20 sutka həbs alıb, atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov isə vəzifədən azad edilib - red). Bu maşınların yarışını əks etdirən videodan başqa mənə video təqdim edilməyib". Həmin video-görüntüləri ilk olaraq yayan və Dövlət Yol Polisi ilə məlumatı dəqiqləşdirdiyini qeyd edən "Virtualaz.org" saytının Baş redaktoru Famil Cəfərli isə məlum kadrları DYP-nın əməkdaşına təqdim etdiklərini bir daha vurğuladı: "Vaqif Əsədovun həmin videogörüntülərdən məlumatı olmaya bilər. Çünki biz şəxsən ona təqdim etməmişik". Qeyd edək ki, mediada dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki avtomobil Zığ-aeroport şossesində yüksək sürətlə yarışa çıxmasını əks etdirən video yayılıb. Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərin biri "Porsche-911" (qiyməti 250 min manata yaxındır), digəri isə "Nissan Skyline Gtr35" markalıdır (qiyməti 130-140 min dollar arasındadır). "100" seriyalı "Porsche"nin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu deyilir. Xatırladaq ki, "Virtualaz.org" saytı kadrları DYP əməldaşlarına təqdim edib və onlar məlumatı təsdiqləyərək bildiriblər ki, həmin avtomobillər tez-tez Bakı küçələrində sürət yarışına çıxır. Millət vəkili Elton Məmmədov isə faktı təkzib edərək, oğlunun belə bir maşını olmadığını və bu məlumatların onu şantaj etmək üçün yayıldığını bildirib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.