date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-04-19
15,082
Krım tatarları işdən qovulurlar
Rusiya vətəndaşlığını qəbul etmək istəməyən Krım tatarları işdən qovulurlar. "Axar.az" xəbər verir ki, bu barədə Krım tatarlarının lideri Mustafa Cəmilov məlumat verib. "Krımdakı vəziyyət çox əzicidir. Hər addımda sənəd yoxlayırlar. İnsanlar nə etmək lazım olduğunu bilmirlər. Krım tatarlarını məcbur edirlər ki, Rusiya pasportu alsınlar, əks təqdirdə onları işdən çıxaracaqları ilə hədələyirlər. Kim ki pasport almaqdan imtina edir, onu işdən qovurlar. Mülkiyyət hüququ da sual altındadır", - deyə Cəmilov bildirib.
2014-04-19
15,083
Madonna da Ukraynadan yazdı
Amerikalı məşhur müğənni Madonna Ukrayna hadisələrindən yazıb və onu "qorxulu zaman" adlandırıb. "Axar.az" xəbər verir ki, müğənni bu barədə özünün Feysbuk səhifəsində belə yazıb: "Nə baş verir? Tarix təkrarlanır! Bu, qorxulu zamandır. Mən inqilabı başlamaq istəyirəm. Sevgi inqilabını. Siz mənimləsiz?".
2014-04-19
15,084
Ukrayna-Rusiya arasında 300 km-lik xəndək qazılır - Foto
Rusiyanın ardıcıl aqressiyasının qarşısının alınması məqsədi ilə Ukraynanın Sumi bölgəsində uzunluğu 300 km olan xəndək qazılır. "Axar.az" xəbər verir ki, Sumi bələdiyyəsinin rəhbəri Vladimir Şulqa bu vaxta qədər eni 4 metr, dərinliyi isə 2 metr olan 20 kimometrlik xəndək qazdırıb və işi davam etdirir. Xatırladaq ki, bir neçə gün öncə Donbasın Rusiya ilə sərhəd ərzilərində də anoloji qazma işləri aparılmışdı. Mütəxəssir bu işlərə kifayət qədər pul xərcləndiyini dilə gətiriblər.
2014-04-19
15,085
Ermənistan prezidenti hökumətdə yeni təyinatlar etdi
Ermənistan prezidenti Serj Sarqsyan hökumət aparatının nazir-rəhbəri kimi David Arutünyanın təyinatı haqqında fərmanı imzalayıb. David Arutünyan 1998-dən 2007-ci ilə qədər ədliyyə naziri vəzifəsini tuturdu. 2007-ci ildən parlamentin deputatı olub, dövlət-hüquqi məsələlər üzrə komissiyaya başçılıq edirdi. Başqa prezident fərmanıyla Armen Yerisyan FHN-nin rəhbəri vəzifəsinə yenidən təyin edilmişdi./ Trend /
2014-04-19
15,086
Narışkin Jirinovskiyə görə üzr istədi - Video
Rusiya Dövlət Dumasının spikeri Serqey Narışkin Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin bugünkü hərəkətlərini ciddi tənqid edib. "Axar.az" xəbər verir ki, bu barədə parlament sədri adından bəyanatı onun mətbuat katibi Yevqeni Çuqunov yayıb. Narışkinin adından səslənən bəyanatda deyilir: "Mən baş verənlərə görə təəssüf hissi keçirirəm. Deputat Jirinovskiyə görə isə öz adımdan üzr istəyirəm". Xatırladaq ki, Rusiya Dövlət Dumasının vitse-spikeri V.Jirinovski sonuncu plenar iclası öncəsi hamilə jurnalisti təhqir etmişdi.
2014-04-19
15,087
Tam Məxfi: Nəhəng insanlar və Misir ehramları - Foto
Öncə qeyd etmək lazimdir ki, alimlər bütün vasitələr ilə bu məlumatı gizlədiblər. Buna səbəb kimi həmin məlumatların uşaqlıqdan bizə keçirilən tarix kitablarında verilən məlumatlarla uyğun olmamasıdır. Planetdə çoxdandır nəhəng insanların basdırılma yerlərini tapırlar. Bunun növbəti sübutu Yakutiyadakı tapıntıdır. Müstəqil araşdırmaçılar qrupu çoxdandır ki, bu məsələnin öyrənilməsi ilə məşğul olur. Araşdırma nəticəsində planetimizdə 12-20.000 il bundan əvvəl nə baş verdiyinin real şəklini formalaşdırıblar. Bu o qədər də keçmişdə olmayıb. Araşdırmalar nəticəsində məlum olub ki, nəhəglərin boyu 4-12 metr olub, həmçinin fiziki gücdən əlavə fenomenal əqli qabliyyətə malik olublar. Bəlkə də bu, sirli "Atlant sivilizasiyasıdır". Alimlər qeyd edirlər ki, nəhəglərin bu sivlizasiyası ehramları nəinki Misirdə, hətta bütün dünyada tikə bilərdilər. Onların tikdiyi ehramların ümumi sayı isə 600-dən coxdur. Ehramların tikintisində qul gücündən istifadə olunmadan çox asan texnologiya tətbiq olunurdu. Bu bizim bildiyimiz adi apolopkadır. Yəni nəhəng daşları uzun məsafəyə daşımırdılar, beton qarışığını taxta formalara tökürdülər. Onların istifadəsi isə bizə məlum olmayan energetik və kosmik enerji ilə baş verib. Bundan sonra isə başqa insan sivilizasiyaları, həmçinin misirlilər Allahlara ibadət etməyə başladılar. Buradan bir daha aydın olur ki, Misirlilər ehram tikməyiblər. Yer üzündən necə yox oldular? Ən maraqlı sual isə niyə bu nəhənglərin yaşaya bilməməsi və yer üzündən silinməsidir. Alimlərin gəldiyi qənaətə görə bu "üç ay" hadisəsi ilə bağlıdır. Həmin dövrdə planetdə cazibə qüvvəsi və atmosfer tam başqa formada olub. Bu cür fiziki şəraitdə nəhəng insanlar özlərini çox yaxşı hiss edə və çox yaşıya bilərdilər. Onların ölümü dörd ayın yerə düşməsi ilə bağlıdır. Amma alimlər bu nəzəriyyəni də inkar edirlər. Fikirlərdən biri ondan ibarətdir ki, həqiqətən də yer kürəsində atmosfer və cazibə qüvvəsi başqa formada olub. Bununla yanaşı yerin ətrafında buz asteroidlərindən kəmər varmış. Bu səbəbdən də planetdə oksigen zəngin olub. Bu da nəhəng insanların və heyvanların inkişafına güclü təsir edib. Amma qütblərin dəyişməsi və kosmik dəyişikliklər nəticəsində buz kəməri su kimi yerə axaraq buz dövrünü yaradıb. Nəticədə nəhəng insanlar məhv olub. Faktlar Aşağıda nəhənglərin yaşamağını təsdiq edən faktlara nəzər salaq. 1) 1979-ci ildə Meqallinqdə Mavi dağlarda yerli sakinlər çayın üzərində böyük daş tapmışdılar. Həmin daşın üzərində böyük ayağın barmaq izləri vardı. Həmin barmaqların uzunluğu 17 sm idi. Əgər ayaq izi tam şəkildə qalsaydı onun uzunluğu 60 sm olardı. Burdan da belə nəticəyə gəlmək olar ki, həmin izi boyu 6 metr olan insan qoyub. 2) İvan Sanderson, dünyaca məşhur zooloq, bir gün Alan Makşirdan adli bir şəxsdən aldığı məktubla bağlı maraqlı əhvalat bölüşüb. Məktubun müəllifi 1950-ci ildə Alyaskada tikilən yolda buldozerlə işləyirmiş. O, bildirirdi ki, işçilər qəbir təpələrində iki böyük daşlanmış kəllə, onurğa və ayaq sümükləri aşkar ediblər. Kəllənin uzunluğu 58 sm, eni 30 sm idi. Qədim nəhənglərin dişləri iki sıradan ibarət idi və proporsional olmayan yastı başları var idi. Onurğalarının uzunluğu kəllə sümükləri kimi müasir insandan üç dəfə böyük idi. Baldır sümüklərinin uzunluğu isə 150-180 sm idi. 3) 1899-cu ildə Almaniyanın Rur vilayətində şaxtaçılar uzunluğu 210-240 sm olan daşlaşmış insan skeleti tapmışdılar. 4) 1950-ci ildə Cənubi Afrikada almaz çıxarılarkən hündürlüyü 45 sm olan böyük kəllənin hissələrini tapıblar. Alimlərin fikrinə görə, bu tapıntın təxminən 9 milyon yaşı var. 5) Qədim Babilistanda gil lövhələrin üzərində Babil kahinlərinin bütün astronomik bilikləri Asiyada yaşayan, boyları 4 metrdən çox olan nəhəng insanlardan aldıqları yazılır. 6) Min il bunda əvvəl yaşamış ərəb səyahətçisi İbn Fadalan 6 metr uzunluğu olan skelet görüb. Həmin ölçüdə olan skeleti İsveçrədə rus yazıçıları Turgenyev və Korolenko görüblər. Onlar bildirmişdilər ki, bu nəhəng sümüklər 1577-ci ildə həkim Feliks Platernon tərəfindən aşkar edilib. 7) Amerikanı işğal edən ispanlar Astek kilsələrinin birində uzunluğu hətta 20 metrə çatan skelet aşkar ediblər. İspanlar hədiyyə kimi bunu Roma papasına göndərmişdilər. 8) Nəhənglərin varlığının aşkar sübutu kimi onların ayaq izlərini göstərmək olar. Onlardan ən məşhuru isə Cənubi Afrikadadır. Onu keçən əsrin əvvəllərində yerli fermer Stoffel Ketci tapıb. Ayaq izinin uzunluğu 1 metr 28 sm idi... Sonda bir sual meydana çıxır: Nəyə görə nəhəng insanların sümükləri dünyanın heç bir muzeyində nümayiş edilmir?..
2014-04-19
15,088
Cənubi Koreyada batan bərənin kapitanı həbs edildi
Cənubi Koreyada batan "Sevol" bərəsinin kapitanı həbs edilib. Kapitan Li Çjun Sokun və bərənin iki heyət üzvünün həbsinə orderi Cənubi Koreyanın Mokpxo şəhər məhkəməsi verib. Həbs qərarı onunla əsaslandırılıb ki, heyət üzvləri özlərinə qarşı dəlilləri məhv edə bilərlər. Bərə aprelin 16-sına keçən gedə Cənubi Koreya sahillərində batıb. Bərənin göyərtəsində 470-dən çox sərnişin olub. 290 adam itkin düşmüş sayılır. /"Musavat.com"/
2014-04-19
15,089
Şəhər meri əsir götürüldü - Video
Slavyansk separatçıları şəhərin meri Nelya Ştepi əsirlikdə saxladıqlarını təsdiq etdi. Bu barədə Ukrayna mətbuatı xəbər yayıb. "Bilirik ki, Nelya İqorevnaya qarşı cinayət işi açılıb, buna görə biz onu heç kimə verməmək qərarına gəlmişik. O bizdədir", - deyə separatçı lider Vyaçeslav Ponomaryov şəhər şurası yanında keçirilən mitinqdə bildirib. "Onun vəziyyəti yaxşıdır. Dünən bir az böhran keçirmişdi. Mer bizim keçirdiyimiz əməliyyatdan sonra özünü bir az pis hiss edir. Bu səbəbdən də vəzifəsini yerinə yetirə bilmədiyi üçün istefa ərizəsi yazıb", - Ponomaryov sözlərinə əlavə edib. Qeyd edək ki, aprelin 13-də Ali Radada deputat Aleksandr Briqineç Ştepin təhlükəsizlik xidmətinın antiterror əməliyyatı ilə əlaqədar şəhərdən qaçdığını açıqlamışdı. /ANS/
2014-04-19
15,090
"Nar" nömrə paylayır - Havayı
"Nar Mobayl" öz abunəçilərinə nömrələrini yeniləməsini təklif edir. Şirkət abunəçilərinə bununla bağlı bildiriş də göndərib. Göndərilən mesajda müştərilərə öz nömrələrinin dublikatını çıxarmaları və bunun müqabilində 3 ay müddətində 300 dəqiqə şəbəkədaxili bonus qazanmaq şansı təklif edilir. Şirkətin təklifi ilə əlaqədar müştəri xidmətlərindən "Axar.az"a bildirdilər ki, "Nar Mobayl"ın yeni kampaniyası yeni şəbəkəyə qoşulması ilə bağlıdır: "Şəbəkəmiz genişlənir. Bu məqsədlə də abunəçilərimizə təklif edirik ki, nömrələrinin dublikatını çıxarmaqla yeni şəbəkəyə qoşulsunlar. Bu, tamamilə pulsuz həyata keçirilir. Abunəçilər şəxsiyyət vəsiqələrini və adlarına qeydiyyatda olan nömrələrini "Nar Mobayl"ın istənilən müştəri xidmətinə təqdim etməklə yeni kart əldə edə bilərlər". Müştəri xidmətlərindən bildirirlər ki, yeni təklifdən hər kəs yararlana bilər: "Şirkət bunu təklif edir. Məcburi şəkildə həyata keçirilmir. İstənilən "Nar" abunəçisi bundan yararlana bilər. Bu, abinəçilərin maneəsiz əlaqəsini təmin edəcək. Kartlarınızın dublikatını çıxarmaqla daha rahat formada ünsiyyət yarada bilərsiniz". "Nar Mobayl"ın bu yeni təklifi "3G Modem" data-kartlarına da aiddir: "Bu istifadəçilərin fasiləsiz internetdən istifadəsini həyata keçirəcək və işinizi daha da sürətləndirəcək". Nömrənizin qoşulduğu kampaniyalar yeni kartınıza keçdikdə aktiv şəkildə qalacaq: "Kartınızı dəyişdirdiyiniz təqdirdə telefondakı mesajlaşmalar və kitabçadakı nömrələr silinə bilər. Qoşulduğunuz kampaniyalar isə olduğu kimi qalır".
2014-04-19
15,091
Müğənni ağlayaraq ərindən Ərdoğana şikayət etdi - Video
Türkiyənin "Beyaz" televiziyasında yayınlanan "Söyləməsən olmaz" proqramına qonaq olan məşhur müğənni Pətək Dinçöz göz yaşlarına hakim ola bilməyib. "Axar.az" xəbər verir ki, canlı yayında gördüyü işgəncələrdən danışan müğənni bir necə il əvvəl evləndiyi Can Tanrıpınar tərəfindən döyüldüyünü və bu adamın bütün işlərinə əngəl olduğunu, hətta qazandığı pulu əlindən aldığını söyləyib. İndiyə qədər aldığı evləri ondan alan Tanrıpınardan ayrıla bilmədiyini, bunun üçün mübarizə apardığını söyləyərkən müğənni elə canlı yayımda hönkürüb. Sonda müğənni Türkiyənin Baş naziri R.T. Ərdoğana müraciət edərək ondan kömək istəyib.
2014-04-19
15,092
Tarkan dünya ulduzları ilə eyni siyahıda
Türkiyənin məşhur müğənnisi Tarkanın "Ərköyün" (Şımarık) mahnısı ABŞ və İngiltərədə keçirilən bir sorğu nəticəsində seçilən 15 ən yaxşı mahnı siyahısında yer alıb. "Axar.az" xəbər verir ki, Tarkanın yer aldığı siyahıda həmçinin Pink və Rihannanın da adı var. Qeyd edək ki, adı çəkilən mahnı bütün dünyada populyardır və gecə klubu və barlarda ən çox səsləndirilən musiqidir.
2014-04-19
15,093
Müsəlman qardaşları təşkilatının 29 üzvü həbs edildi
Misirin müxtəlif şəhərlərində təşkil edilən nümayişlərdə Müsəlman Qardaşları təşkilatına mənsub olduqları səbəbindən 29 nəfər nəzarət altına alınıb. "Axar.az" xəbər verir ki, Daxili İşlər Nazirliyi açıqlamasında Qahirə, Qiza, İsgəndəriyyə, Süveyş və Əş-Şarkıyye şəhərlərində terror təşkilalarına üzv olmaqda ittiham edilən 29 nəfərin saxlanıldığını bildirib. Aksiyaçılar "Misir sahibsiz deyil" şüarı altında nümayişlər keçirib. Həmçinin nümayişçilər ordunun rəhbərliyə yiyələnməsinə, general Sisinin prezidentliyə namizədliyinə etiraz ediblər.
2014-04-19
15,094
Putin – xilaskar, yoxsa bəla: I hissə – Axar TV
Putin! Bəziləri onu rus xalqının bəlası, bəziləri isə xilaskar çekist adlandır. Lakin ekspertlər Putinin yalnız bir məqsədinin olduğunu bildirirlər. Böyük Rusiya yaratmaq və bu dövlətin başında durmaq. Onun bu məqsədi hər şeydə özünü göstərir – Çeçenistan hadisələri, Ukraynada baş verən kataklizmlər, qaz vasitəsilə manipulyasiya, İranla olan xüsusi münasibətlər və ümumiyyətlə hər şey… 2000-ci ilin martında KQB-nin keçmiş zabiti Vladimir Putin prezident seçilir. Onun qarşısında duran əsas vəzifə Rusiyanı Yeltsindən miras qalan hökumətin xaosundan xilas etməkdir. Onu seçən xalqın istəyi əvvəlki güclü dövləti bərpa etmək və onun milliliyini qorumaq idi. Bu və daha ətraflı məsələlər Axar TV-nin təqdim edəcəyi süjetdə:
2014-04-19
15,095
Türk müğənni azərbaycanlı milyonerlə evləndi
Türkiyə mətbuatının iddiasına görə, cütlüyün toyu Lodonda keçirilib. Türkiyənin tanınmış müğənnilərindən biri olan Atiyenin ötən həftə azərbaycanlı bir milyonerlə ailə qurduğuna dair məlumat yayılıb. Toy İngiltərənin paytaxtı London şəhərində baş tutub. Cütlük arasında yaxınlaşma isə İstanbuldan başlayıb. Belə ki, azərbaycanlı milyoner müğənni Atiye ilə restoranların birində qarşılaşıb və ondan xoşu gəlib. Sonra isə kimliyi ilə maraqlanıb və təklifini göndərib. Atiye də bir müddət düşündükdən sonra razılıq qərarı verib. Beləliklə də azərbaycanlı iş adamı müğənni ilə evliliyini reallaşdırmağa nail olub. Türk mətbuatı müğənni Atiyenin adını çəksə də, azərbaycanlı milyonerin kimliyi barədə heç bir məlumat verməyib. Mövzunu araşdırırıq. /Jam.az/
2014-04-19
15,096
Rəis müavininin evi yandı - Yeniləndi
08:10 Sabirabad rayonu, Ətcələr kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 11:10 Qeyd edək ki, yanan ev Respublika Dövlət Yol Polisi İdarəsinin Hacıqabul rayon Polis Şöbəsinin yol polisi bölməsinin rəis müavini Niyaməddin İbrahimova məxsusdur. /"Teleqraf.com"/
2014-04-19
15,098
Xaçmazda yaşayış binası uça bilər - Video
Xaçmaz şəhəri N.Nərimanov küçəsi, 78 ünvanındakı 5 mərtəbəli yaşayış binası uça bilər. Zirzəminin çirkab suları ilə dolu olduğunu deyən bina sakinləri dam örtüyünün bərbad vəziyyətdə olduğunu bildirib və rəsmilərin laqeydliyindən şikayət edirlər. Məlum olub ki, bu binada 4 il əvvəl də eyni mövzu ilə bağlı çəkiliş aparlıb. O vaxtdan sakinlərin şikayəti yerində sayır, rəsmi qurumlar daşı-daş üstünə qoymayıblar. Sözügedən binanın sakini Səlimə Musayeva deyir ki, şikayətə baxan olmayıb: "Gələn olmadı, icraya qədər şikayət eləmişəm, baxan yoxdu. Bura birnci köçən adam da mən olmuşam. O, vaxtda bu yana, nə bu pilləkənləri süpürən oldu, nə də binanın damına baxan oldu, hazırda binana zirzəmisi ağzına kimi sudu". Digər sakin Maysənəm Məmmədova qeyd etdi ki, qəzalı vəziyyətdə olan binanın birinci mərtəbəsində yaşayır, amma rütubət və kanalizasiya iyindən qonaq qarşılamağı bacarmır: "Evimdə qonağın yanında üzüqara oluram, evdə balaca-xırda uşaqlar var, oğul nəvələrimdi. hamısı bu saat yatırlar, uşaqların ayaqları yel tutub, mən bilmirəm neyləyim". Sakinlər 4 il əvvəl ANS-ə vəd verən Xaçmaz Su İdrəsinin rəsmiləri problemi həlli istiqamətində heç bir iş görmədiyindən də gileyləndilər. Növbəti sakin Qəribşah Ələkbərov sözlərinə görə, vəziyyət acınacaqlıdı, gördüyünüz kimi su binanın zirzəmisinə dolur. Hələ burda bir azdan qış vaxtı su qapının ağzına kimi gəlib çıxır. Bir də ki, binanın dam örtüyü sınıq-sınıqdı. Orda olduğumuz zamanı zirzəmidən gələn pis iy səbəbindən ərazidə dayanmaq çox çətin idi. Xatırladaq ki, 1988-ci ildə istifadəyə verilmiş bina, elə bil müharibədən çıxmışdı, dam örtüyü də qəzalı vəziyyətdə idi. Orda olduğumuzu eşidən kimi, Xaçmaz Sukanal İdrəsinin baş mühəndisi Bəybala Musayev özünü yetirdi. Mühəndisin yenidən vədlər verməsi isə sakinləri özündən çıxardı. Görəsən sakinlər yenə daha 4 il gözləməyəcək ki? /ANS/
2014-04-19
15,099
Prezident xanımından yeni kitab – Foto
Amerikanın keçmiş prezidenti Bil Klintonun həyat yoldaşı Hilari Klintonun yeni kitabı "Hard Choices" (Çətin Qərarlar) iyunun 10-da satışa çıxacaq. "Axar.az" xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş sözçüsü Hilari Klintonun naşiri "Simon&Şuster" açıqlama verib. Kitabın üz qabığının fotosunu yayan nəşriyyat belə açıqlama verib: "Hilari Klinton bu kitabda 4 il boyunca yerinə yetirdiyi qarşılaşdığı çətinliklər, seçkilər zamanı yaşadıqları və əldə etdiyi təcrübənin gələcəyə baxışına necə təsir etdiyini izah edir". Klintonun kitabının üz qabığında belə sözlər yer alıb: "Hamımız həyatımızda çətin qərarlarla qarşılaşmışıq. Həyat seçimlərdən ibarətdir".
2014-04-19
15,101
Obama qadağa qoydu
Barak Obama terrorizm və casusluqda şübhəli bilinənlərə ABŞ vizası verməyi qadağan edən qanun imzalayıb. Məlumata görə, hətta ABŞ şübhələndiyi şəxslərə BMT nümayəndələri ilə işləmək üçün belə viza verməyəcək. "ABŞ və onun müttəfiqlərinə qarşı casusluq və terrorizm aktları şübhəsiz ki çətin problemlərdir. Mən konqresin narahatlığını bölüşürəm ki, belə hərəkətlərə yol vermiş şəxslər, ölkəmizə daxil olmaq üçün diplomatiya pərdəsindən istifadə edə bilərlər" - deyə ABŞ prezidenti bildirib. Obama həm də deyib ki, qanunu bir də nəzərdən keçirəcək. O xəbərdarlıq edib ki, onun geniş şərhi dövlət başçısının müstəsna səlahiyyətlərinin pozulması üçün bəhanə ola bilər. Buna görə o, analoji səbəblərə görə, səfirləri qəbul və rədd etmək haqında özünün konstitusion hüquqlarını məhdudlaşdıran 41-ci prezident olan Corc Buşa (böyük) istinad edib. Bunun qəbulolunmaz və qeyri-praktik qərar olduğunu qeyd edib. Qeyd edək ki, BMT-nin mənzil qərargahı Nyu-yorkda yerləşir. /ANS/
2014-04-19
15,102
Benzinin qiyməti qalxdı, bəs subsidiyalar? – Rəy
"Adətən onlar gətirilən gübrələri ticarət mərkəzlərinə yığır və 240-280 manat arasında satırlar". Bunu "Axar.az"a Kənd Təsərrüfatı Nazirliyinin bu sahəyə ayırdığı subsidiyaların verilməsi ilə bağlı prosesləri şərh edən kənd təsərrüfatı məsələləri üzrə ekspert Elçin Əzizov bildirdi: "Hazırda taxılçılığa görə hər hektara 80 manat, digər sahələrə isə 40 manat yanacaq pulu verilir. Yanacağın qiymətinin qalxmasına görə gərək subsidiyaların qiymətində də dəyişikliklər edilərdi. Bu sahə ilə bağlı digər nöqsan aqrolizinq xidmətləri ilə bağlıdır. Sonuncu belə problem Masallıda olmuşdu. Belə ki, dövlət kənd təsərrüfatı ilə məşğul olanlara güzəştli gübrələr də satır. Həmin gübrənin 1 tonu ölkəyə 384 manata başa gəlir. Dövlət kəndliyə güzəşt edərək onun 192 manatını ödəyir. Subsidiyaların verilməsi üçün hökumətə hər rayon üzrə statistik rəqəmlər gedir. Bunun müqabilində büdcədən pul ayrılır. Amma hazırda rayonlarda maxinasiyalar baş alıb gedir. Rayonlara gələn gübrənin heç 10 faizi kəndliyə çatmır. Adətən onlar gətirilən gübrələri ticarət mərkəzlərinə yığır və 240-280 manat arasında satırlar. Dövlətin ödədiyi 192 manat da batır. Digər variant isə həmin gübrəni xaricdən gətirən şirkətlə bağlı ola bilər. Ola bilər ki, həmin şirkət sənədlərdə göstərdiyindən daha az gübrə gətirir". Ekspert hesab edir ki, müəyyən səlahiyyətlər aqrolizinqlərin əlindən alınıb bələdiyyələrə verilməlidir: "Burda çox maraqlı situasiya var. Kəndliyə subsidiyanı aqrolizinqlər verir, amma fermerlər vergini və hesabatı bələdiyyələrə verir. Aqrolizinqlər kəndlərdən uzaq qurumlardır. Mən təklif etmişəm ki, elə subsidiyaları da bələdiyyələr bölüşdürsün, yaxud da yerlərdə bələdiyyələrin iştirakı ilə hansısa yardımları etsinlər. Bir də ki, əgər dövlət bu 19 manatı nağd şəkildə fermerə versə, daha yaxşı olar. Gübrə alveri ayrı-ayrı şəxslərin marağına xidmət edir". Əsas vəsait hansı torpaqlara yönəldilir? Salyan rayonundan olan keçmiş bələdiyyə sədri Vüqar Manafov isə hesab edir ki, rayona ayrılan subsidiyaların əksəriyyəti İcra Hakimiyyəti başçısının adına olan torpaq sahələrinə yönəldilir: "Rayonlarda camaat artıq taxılı biçməyə hazırlaşır, amma bunlar hələ əkin üçün subsidiyaları verməyiblər. Adını qoyublar ki, guya yoxlamalar aparırlar. Amma hamıya məlumdur ki, əsas vəsait başçının adına qeydiyyata düşmüş torpaqlara yönəldilir". Keçmiş bələdiyyə sədrinin fikrincə, icra strukturları bütün əməliyyatların qapalı şəraitdə aparılmasının tərəfdarıdır. O, səbəb kimi gizli maxinasiyaları göstərir: "Mən bələdiyyə sədri olanda icazə vermirdim ki, sənədləşməni icra nümayəndəlikləri etsin. Əvvəla ona görə ki, onlar hər sənədləşməyə görə 10 manat məbləğində pul istəyirdilər. Digər məqsədim isə insanların işini-gücünü atıb icra nümayəndəliyinə getməsinin qarşısını almaq idi. Çünki bu həm vaxt, həm də pul itkisidir. Əslində bələdiyyə komissiyanın bir üzvüdür və bu işdə əsas iştirakçıdır. Torpaq vergisini bələdiyyə yığdığı üçün sənədləşməni də o etməlidir". Xatırladaq ki, bir neçə gün öncə Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektarına 40 manat məbləğində yardım ayrılması ilə bağlı qərar qəbul edib. Qurum həmçinin gübrələrin verilməsində də 50 faiz güzəşt tətbiq edilməsini qərarlaşdırıb. Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyası 58 rayon (şəhər) komissiyası üzrə 149849 istehsalçıya çatacaq 20153483,20 məbləğində yardım ayrılması barədə qərar qəbul edib. Eyni zamanda komissiya 14697 nəfər istehsalçıya 92077,56 hektara görə 50 faiz güzəştlə satılmış 14760826 ton mineral gübrə üçün 4 milyon 12 min manata qədər dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə müvafiq sənədləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edib.
2014-04-19
15,103
Mövqelərimiz atəşə tutuldu
Cəbhənin təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Sarıcalı, Cəvahirli, Yusifcanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Füzuli və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-04-19
15,104
Suriyaya gedən qızlar: “Bizi Allah çağırdı”
Avstriyanın paytaxtı Vyanada yaşayan ailələrinə, "Suriyaya gedirik. Cənnətdə görüşərik" deyə vida məktubu yazaraq cihada gedən Samra və Sabina adlı iki qız silahlı fotolarını paylaşıblar. "Axar.az" xəbər verir ki, 15 və 16 yaşlı Bosniya əsilli iki qız paylaşdıqları fotoların altından belə şərh yazıblar: "Ölümdən qorxmuruq. Ölüm bizim hədəfimiz. Allah məni çağırana qədər Avstriyada yaşadım və mən də bu çağırışa əməl edərək yola çıxdım. Biz sizin təsəvvür edə bilməyəcəyiniz qədər rahat evlərdə yaşayırıq. Evləndik. Hər şey var burada. Biz qürurumuzla yaşayırıq". İnterpol isə hazırda həmin qızları axtarışa verib.
2014-04-19
15,105
ABŞ Dövlət katibinin müavini Azərbaycanda
Enerji Resursları Bürosunda İcra üzrə ABŞ Dövlət Katibi Köməkçisinin Müavini xanım Culia Neşevat bərpa olunan enerji resursları sahəsində fəaliyyətləri müzakirə etmək və əməkdaşlıq üçün potensial sahələri müəyyən etmək məqsədilə bu həftəsonu Azərbaycana səfər edib. ABŞ-ın Azərbaycandakı səfirlinyindən verilən məlumata görə, səfir Riçard Morninqstar və Dövlət Katibi Köməkçisinin müavini xanım Neşevat Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) ilə görüş keçirib. Daha sonra xanım Neşevat Balaxanıdakı Tullantıların İdarə Olunması zavoduna, o cümlədən Tullantıların Enerjiyə Çevrilməsi zavoduna səfər etmişdir. C. Neşevat bildirmişdi ki: "Azərbaycanın alternativ və bərpa olunan enerji resursları sahəsində əldə etdiyi irəliləyişi görmək məni çox sevindirdi. Azərbaycan neft və qaz olkəsi kimi tanınır, lakin biz Azərbaycanı həm də alternativ enerji resursları ölkəsi kimi tanımalıyıq. Azərbaycan təmiz enerji sahəsində böyük irəliləyişə nail olmuşdur və biz Azərbaycanla bu sahədə güclü tərəfdaşlığın qurulmasını səbrsizliklə gözləyirik. / Trend /
2014-04-19
15,106
Zakir Həsənov: "Böyük ruh yüksəkliyi var"
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Naxçıvanda keçirilən genişmiqyaslı hərbi təlimlərdən danışıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Z.Həsənov C.Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, neçə illərdir, dinamik inkişaf edən Naxçıvan etibarlı formada qorunmalıdır və qorunur. Nazir qeyd edib ki, digər bölgələrdə olduğu kimi, Naxçıvanda da hərbi strukturların inkişafına diqqət yetirilməlidir: "Təlimlər sübut etdi ki, şəxsi heyətdə böyük ruh yüksəkliyi var. Onlar istənilən təcavüzün qarşısını almağa, döyüş tapşırığını yerinə yetirməyə hazırdırlar". Z.Həsənov ordunun istənilən vaxt torpaqları işğaldan azad etməyə, Ali Baş Komandanın əmrinə hazır olduğunu da vurğulayıb.
2014-04-19
15,107
Təqibdən sui-istifadə edən polislər cəzalanacaq – Rəsmi
Dünən Azərbaycan Respublikası Milli Məclisinin iclasında "Yol hərəkəti haqqında" qanun qəbul olunub. Qeyd edək ki, bu qanun Azərbaycanda yol polisinə daha çox hallarda sürücüləri təqib etmək imkanı verir. Bundan sonra nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda yol polisi onu təqib edə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edə bilər. Bununla bağlı Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Kamran Əliyev "Axar.az"ın suallarını cavablandırdı: - Azərbaycanda hansı zərurət yarandı ki, bu qanun qəbul olundu? - Hər hansı bir şəxs polisin qanuni tələbinə məhəl qoymursa, tabeçilik göstərmirsə və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarına təhlükə törədirsə, rəhbərliyə məlumat verilməklə və təhlükəsizlik tədbirləri görülməklə həmin nəqliyyat vasitəsi təqib edilə bilər. Yəni burada söhbət tək tabe olmayan real təhlükə yaradanlardan getmir. Əgər avtomobili idarə edən şəxs və ya orada olan sərnişin cinayət hadisəsi törətməkdə şübhəlidirsə, həmin avtomobil də təqib oluna bilər. - Hansı hallarda polis sürücünü təqib edə bilər? - Sürücünün vəzifə borcudur ki, yol patrul xidməti inspektorunun əmrinə tabe olsun. Əgər o, saxlamaq işarəsi veribsə, sürücü nəqliyyat vasitəsini saxlamalıdır. Bizdə əsas qayda pozuntuları Amerika və Avropa ölkələrində olduğu kimi cinayətkar tərəfindən olmur. Burada qəza törədənlər arasında azyaşlılar da var. Əmrə tabe olmayan avtomobili yol polisinin istənilən halda təqib etməsi mümkündür. - Bu vaxta qədər bu proses yol polisi tərəfindən necə tənzimlənirdi? - Bu günə qədər qanunvericilikdə təqibolunmayla bağlı müddəa var idi. Yol hərəkətinin 82-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü insan həyatına real təhlükə yaratdıqda, təhlükəsizlik şərtlərinə əməl etmədikdə təqib oluna bilər. Bu zaman nəqliyyat vasitəsinin dayandırılmasına imkan və ya şərait olmadıqda həmin nəqliyyat vasitəsini məcburi dayanma vasitələrindən istifadə etməklə saxlamaq olar. - Qanun nə zaman icra olunmağa başlanılacaq? - Milli Məclisdə qanun qəbul edildikdən sonra cənab Prezident tərəfindən təsdiq olunmalıdır. Sonra isə qanunun tətbiqi ilə bağlı fərman verilməlidir. Yəqin ki, bundan sonra biz mətbuata daha ətraflı açıqlama verəcəyik. Bütün bunlara baxmayaraq, qanun vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Polis tərəfindən qanundan sui-istifadə halları olarsa, həmin əməkdaş məsuliyyətdən kənar qalmayacaq. Belə bir hal olduğu halda isə həmin əməkdaş mütləq şəkildə cəzalandırılacaq. Heç bir halda məsuliyyətdən kənar qalmayacaq.
2014-04-19
15,108
Vahid Əliyev: "Torpaqlarımızı işğaldan azad edəcəyik"
Bu gün Azərbaycan regionda ən qüdrətli orduya sahib dövlətdir. Düşmənlərimiz də bundan çox narahatdırlar. Biz hər zaman Ali Baş Komandaının əmri ilə işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. İnşaallah biz o günü görəcəyik. Məlumata görə, bunu Azərbaycan Respublikası Prezidentinin Hərbi məsələlər üzrə köməkçisi, Prezident Adminstrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev Bakıda "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" münasibətilə hərbi liseydə keçirilən təntənəli mərasimdə bildirib. O, həmçinin qeyd edib ki, bu işdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi zabitlərin də rolu olacaq. V.Əliyev bildirib ki, 1971-ci ildə ulu öndər Heydər Əliyev bu məktəbi yaradanda ondan başqa heç kim məktəbin yaradılmasının son məqsədini bilmirdi: "Heç kim bilmirdi ki, vaxt gələcək Azərbaycan müstəqil dövlət olacaq. Amma ulu öndər Heydər Əliyev bilirdi". Vaxtilə özü də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olmuş V.Əliyev bu məktəbin yetişdirmələrinin üzərində əməyi olan hər kəsə münnətdarlığını bildirib: "Bu məktəbə, üzərimizdə əməyi olan müəllim və komandirlərə təşəkkür edirik ki, bizi layiqli əsgər kimi böyüdüblər". Qeyd edək ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 18-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprel gününün tarixi əhəmiyyətini nəzərə alaraq həmin gün "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" kimi qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Müdafiə nazirinin digər əmrinə əsasən Hərbi Liseyin ilk buraxılışının 40 illik yubileyinin keçirilməsinin təşkili üzrə Təşkilat Komitəsi yaradılıb, ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb və təsdiq edilib. / Trend /
2014-04-19
15,109
Fövqəladə hadisələrin statistikası açıqlandı
Azərbaycan Fövqəladə Hallar Nazirliyi 2014-cü ilin I rübündə respublikada baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, 2014-cü ilin I rübü ərzində respublika ərazisində 16 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə və ya 33% çoxdur. Partlayışlar zamanı 5 nəfər həlak olub, 26 nəfər xəsarət alıb. Hesabat dövründə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 2064 çıxış edilib. Yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 28 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 5 nəfər və ya 24% az, xəsarət alanların sayı isə 5 nəfər və ya 22% çoxdur. 2014-cü ilin I rübü ərzində respublika ərazisində 2129 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 624 hadisə və ya 41% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 23 nəfər ölüb, 55 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib.
2014-04-19
15,111
Azərbaycanda vəhabilərdən istifadə edəcəklər
"Vəhabilərdən istifadə etmək istəməyəndə onlar heç nəyə qadir deyillər". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, bir zamanlar Azərbaycanın Rusiya əleyhinə Çeçenistandakı döyüşçülərə dəstək verdiyini bildirib: "Azərbaycan vaxtıyla Çeçenistanda separatçılara dəstək verirdi. Bu, Dudayevlə Məshədovun vədələrinə düşürdü. Səbəbi isə aydın idi. Rusiya o zaman açıq şəkildə erməniləri müdafiə edirdi. Ruslardan niyə onlara dəstək verdiklərini soruşanda "yaxşı edirik" deyə cavab verirdilər. Azərbaycan da Heydər Əliyev vaxtında çeçen separatçılarına dəstək verdi. Bundan sonra Rusiya gördü ki, bu onlara çox ağır başa gəlir. Ona görə bəzi məsələlərdə güzəştə getdilər. Artıq Rusiya-Azərbaycan münasibətlərində aydın bir model qurulub. Onlar bizə, biz isə onlara toxunmuruq. Azərbaycan artıq Şimali Qafqazda separatçılara dəstək vermir". Politoloq vəhabilərin Azərbaycan ərazisində hələlik ehtiyat variant kimi saxlanıldığını qeyd edib: "Dini radikallar Azərbaycanda heç bir şey edə bilməyəcəklər. Bu vəhabilər harada dəyişiklik edə biliblər? O ölkələrdə ki, oraya xaricdən güclü müdaxilə olub. NATO olmasaydı, Qəzzafi onları əzəcəkdi. Suriyada Qərb, Səudiyyə Ərəbistanı, Qətər müdaxilə etməsəydi, Əsəd onları əzəcəkdi. Yəməndə Səudiyyə Ərəbistanı yardım etməsəydi, onlar sakitcə yerlərində oturacaqdılar. Yəni onlar alətdirlər. Vəhabilərdən istifadə etmək istəməyəndə onlar heç nəyə qadir olmurlar. Azərbaycanda dini radikallar var, amma onlardan necə istifadə edirlər? Suriyaya ət kimi göndərirlər. Azərbaycana hansısa xarici qüvvə, dövlət müdaxilə etmək istəsə, o zaman onlardan istifadə edəcək. Hazırda nə Rusiya, nə də ki Qərb Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlıdır. Amma hər iki halda onları ehtiyat kimi saxlayırlar. Yəni saxla samanı, gələr zamanı. Bu, təhlükə, təhdid hələ qalır. Amma onlar savadsızlıqlarından, siyasəti bilmədiklərindən heç vaxt müstəqil model kimi ola bilməzlər".
2014-04-19
15,112
Bərbər özünü 8-ci mərtəbədən atdı
Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Quşçuluq yaşayış massivində qeydə alınıb. Həmin ünvanda yerləşən binalardan birinin 8-ci mərtəbəsində yaşayan, 1962-ci il təvəllüdlü Rövşən Qəzənfər oğlu Məmmədov özünü yaşadığı evin eyvanından atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. R. Məmmədovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da, onun bərbərliklə məşğul olduğu, intihar etməzdən əvvəl isə sərxoş vəziyyətdə evə gəldiyi bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
2014-04-19
15,113
Separatçılar Slavyanskda insanları qarət edir
Donetsk vilayətinin Slavyansk şəhərində silahlı separatçılar evləri və insanları qarət edirlər. "Axar.az" xəbər verir ki, bu barədə "Novosti Donbassa" məlumat yayıb. Məlumata görə, təzyiqə məruz qalanlar arasında qadınlar və uşaqlar əksəriyyət təşkil edir. Separatçılar bildiriblər ki, onlar "xalq meri" Vyaçeslav Ponomaryovun təlimatları əsasında hərəkət edirlər. Şahidlərin sözlərinə görə, silahlı şəxslər vətəndaşların mal-mülklərini yük maşınlarına dolduraraq aparırlar.
2014-04-19
15,114
Dnestryanı Rusiyadan müstəqilliyinin tanınmasını istədi
Dnestryanı "parlament"i öz müstəqilliyinin Rusiya tərəfindən tanınması üçün hazırladığı müraciəti Dumaya rəsmən təqdim edib. "Axar.az" xəbər verir ki, bu informasiyanı Ukrayna mətbuatı yayıb. Məlumatda rəsmi müraciətin birbaşa Dumanın vitse-spikeri İvan Melnikova təqdim edildiyi deyilib. Dnestryanı Rusiyadan 2006-cı ildə keçirilmiş referendumun nəticələrini tanımağı istəyib. İvan Melnikov isə açıqlamasında Dumada xalqların öz müqəddəratının həlli məsələsinə hörmət etdiklərini və bunu xüsusi ilə diqqətdə saxlayacaqlarını bildirib. Qeyd edək ki, bir müddət Dnestryanının öz müstəqilliyini tanımaqdan ötrü Rusiyaya müraciət edəcəyi ilə bağlı informasiya yayılmışdı.
2014-04-19
15,115
AzTV-də Zəlimxan Yaqubu kiminlə səhv saldılar? – Maraqlı
Ötən axşam "İdman Azərbaycan" kanalının canlı yayımında maraqlı hadisə baş verib. "Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, efirdə "MMA" qaydasız döyüş turniri yayımlanan zaman şərhçi Siyavuş Əliyev Rusiyanı təmsil edən Zelimxan Yusipovla həmyerlimiz Heydər Məmmədəliyevin döyüşündə rəqib idmançını səhv təqdim edib. S. Əliyev Zelimxan Yusipovu Azərbaycanın xalq şairi Zəlimxan Yaqub kimi elan edib. Azərbaycanlı tamaşaçılar bunu gülüşlə qarşılayıblar. Qeyd edək ki, həmin döyüşdə həmyerlimiz Heydər Məmmədəliyev qalib gəlib.
2014-04-19
15,116
Rauf Mirqədirov Türkiyədən çıxarıldı - Yeniləndi
11:13 "Ayna-Zerkalo" qəzetinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirov Türkiyədən deportasiya edilib. Bu barədə məlumatı Türkiyədə yaşayan jurnalist Şeyda Nəsibli verib. Onun dediyinə görə, bir müddət əvvəl tanınmış jurnalistin Türkiyədə mətbuat təmsilçiliyi ləğv edilib. Ötən gecə isə Rauf Mirqədirov ailəsi ilə birlikdə avtobusla Türkiyəni tərk etmək istəyib. Lakin yola düşəndən 15 dəqiqə sonra avtobus saxladılıb, jurnalistə və ailə üzvlərinə qarşı kobudluq edilib. Heç bir səbəb göstərilmədən Rauf Mirqədirov avtobusdan endirilib. Jurnalistin deportasiya proseduru üçün Əmniyyət İdarəsinin xarici vətəndaşlar şöbəsinə aparıldığı bildirilir. Hazırda deportasiya üçün sənədlər hazırlanır və jurnalist Azərbaycana göndəriləcək. Ailəsi ilə görüşə isə icazə verilmir. /Musavat.com/ 14:13 Türkiyədən deportasiya edilən azərbaycanlı jurnalist və siyasi şərhçi Rauf Mirqədirov bu dəqiqələrdə polisin müşayiəti ilə Ankara hava limanına gətirilib və Bakıya uçan təyyarəyə mindirilib. Məlumata görə, jurnalist həyat yoldaşına saxlanılması ilə bağlı məlumat verə bilib. Rauf Mirqədirovun sözlərinə görə, polisdən ona bildirilib ki, hər hansı cinayət və ya digər qeyri-qanuni əməllə bağlı onlarda məlumat yoxdur. Sadəcə olaraq, Türkiyə hakimiyyətinin yüksək dairələrindən jurnalistin deportasiyası barədə göstəriş gəlib. Rauf Mirqədirova 12 ay müddətinə Türkiyəyə giriş yasağı qoyulub. Ankaradan Bakıya gələn təyyarə saat 16.30-da Heydər Əliyev Beynəlxalq Hava Limanında olmalıdır.
2014-04-19
15,117
Ziya Məmmədov media holdinq qurdu – Rəsmi
"Bir həftə ərzində media holdinqimiz fəaliyyətə başlayacaq". Bu sözləri "Axar.az"a Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yeni layihəsi olan "Qarant media holdinq"in hüquqşünası Ruslan Məmmədov yeni holdinq barədə danışarkən dedi. Onun sözlərinə görə, holdinqə neçə media orqanının daxil olduğu fəaliyyətə başlayandan sonra tam məlum olacaq: "Fəaliyyətə başlayandan sonra bura hansı media qurumlarının daxil olduğunu görəcəksiniz. Redaksiya heyətinin də kimlərdən ibarət olduğu barədə hələlik bir söz demək istəmirəm. Bir həftə səbir etsəniz, bütün suallarınıza cavab tapacaqsız". R.Məmmədov holdinqə "Gün.az" və Yurd TV-nin daxil olub-olmayacağından isə məlumatsız olduğunu bildirdi: "Bu barədə konkret heç bir məlumatım yoxdur". R.Məmmədov qeyd etdi ki, holdinqin əsas fəaliyyət istiqaməti "Nəşnl Geoqrafik"i ("National Geographic") Azərbaycana gətirməkdir: "Fəaliyyətimiz bunun üzərində qurulub. Bütün gücümüzü də buna sərf edirik. Bununla yanaşı, media fəaliyyətimizi də genişləndirməyi düşünürük. Bu, paralel bir işdir. Ancaq təbii ki, qarşımıza qoyduğumuz əsas məqsəd "Naşınl Qeoqrafik"dir". Qeyd edək ki, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yeni media holdinq quruduğu xəbərini "Musavat.com" yaymışdı. Portalın məlumatına görə, holdinqə "News.az", "Mugamradio.az", "Marka.az", "İnterpress.az", "Auto FM", "Bakupost.az" həmçinin reklam saytları – "Turbo.Az", "Boss.az" və "Bina.az" saytları daxildir. Həmçinin "Gun.az", eləcə də Yurd TV-nin də holdinqin tərkibində olduğu deyilir.
2014-04-19
15,118
Müsəlmanlar Obamaya: "Ölkəmizə gəlmə!"
Malayziyada müsəlmanlar ABŞ səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Məluamta görə, nümayişçilər ABŞ prezidenti Barak Obamanın aprelin 26-28-də Malayziyaya planlaşdırılan səfərinə qarşı çıxıblar. Etiraz aksiyası cümə namazından sonra keçirilib. Nümayişçilər əllərində Barak Obama əleyhinə şüarlar yazılmış plakatlar tutublar. Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Asiya turnesi zamanı Malayziya, Filippin, Cənubi Koreya və Yaponiyaya səfər edəcək. Barak Obama ABŞ preizdenti Lindon Consonun 1966-cı ildə Malayziyaya səfərindən sonra gedən ilk dövlət başçısı olacaq. /ANS/
2014-04-19
15,119
Rauf Vəliyev iki rəisi rüşvət üstə işdən qovdu – Özəl
Xəzər Dəniz Gəmişiliyi QSC-də iki şöbənin rəisi rüşvətə görə işdən azad olunub. Bu barədə "Axar.az"a QSC-dəki mənbələrdən məlumat daxil olub. Mənbə Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin idarədə ciddi yoxlamalarla bağlı əmr verdiyini bildirir. O, verilən əmrdən sonra Gəmiçiliyin İnsan Resursları və Əmək Haqqı şöbəsinin rəisi Nizami Əliyev və Neft donanmasının İnsan Resursları və Əmək Haqqı şöbəsinin rəisi Rövşən İmamverdiyevin artıq işdən qovulduğunu deyib. Vəzifəsindən azad olunan şəxslər arasında Siravi Komanda Heyətinin inpektoru Əkbər adlı şəxsin də olduğu qeyd edilir. Mənbə sonuncu ilə bağlı qərarın bir ay bundan öncə verildiyini söyləyib. Hər üç şəxsin qovulmasına səbəbin rüşvət olduğu iddia edilir. Bildirilir ki, sabiq rəislərin gəmi kapitanlarından aldıqları rüşvət artıq idarə rəhbərliyinə məruzə olunub. Belə ki, gəmi kapitanı Mövsüm İsayevin "Qəhrəman Həsənov" tankerinə kapitan keçmək üçün Nizami Əliyevə 5.000 AZN dəyərində rüşvət verdiyi vurğulanır. Bundan əlavə, 73 yaşlı baş mexanikdən də FRAXTA-da ("Meredian Şpinq" firması) işləmək üçün rüşvət alındığı bildirilir. Xatırladaq ki, hər iki şöbə rəisi Aydın Bəşirovun kadrları hesab olunur.
2014-04-19
15,120
"Azərbaycan qaz bazarında daha böyük rol oynaya bilər”
Avropa Birliyinin (AB) enerji təhlükəsizliyi üzrə komissarı Günter Ottinger Azərbaycan, Norveç və Əlcəzairi gələcəkdə Avropanın qaz bazarında daha böyük rol oynaya biləcək ölkələr adlandırıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, "Welt am Sonntag" nəşrinə müsahibəsində G.Ottinger həmçinin Avropa Birliyi ölkələrini Rusiya ilə enerji sahəsində əməkdaşlığını azaltmaqdan çəkindirib, bununla belə enerji daşıyıcılarının diversifikasiyası yollarını axtarmağa çağırıb. Avropa Birliyinin komissarı qeyd edib ki, Avropa Ukraynaya qaza görə yığılmış borcu Rusiyaya qaytarmaq üçün kömək etməlidir. Əks halda Rusiya ilə Qərb arasında yeni qaz müharibəsi başlaya bilər. "Hazırda mümkün qaz böhranından qaçılmalıdır və qış ayları üçün enerji təhlükəsizliyini təmin etmək lazımdır. Biz Ukraynaya 2 milyard dollar borcu ödəmək üçün kömək etməsək, Rusiya bu ölkəyə daha qaz nəql etməyəcək", - deyə o vurğulayıb. Ukraynanın önəmli tranzit ölkəsi olduğunu xatırladan G.Ottinger Almaniyaya da toxuna biləcək çətin nəzarət oluna biləcək prosesin başlayacağını istisna etməyib.
2014-04-19
15,121
Xəstəxananın həyətində körpə meyiti tapıldı
Qax Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş körpə meyiti tapılıb. "Axar.az" APA-ya stinadən xəəbər verir ki, Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Qax Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş oğlan uşağının meyitinin tapılması barədə polisə məlumat daxil olub, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Araşdırmalar zamanı uşağın vaxtından əvvəl doğulduğu müəyyən edilib. Həkimlər uşağın xəstəxanada doğulmadığını bildiriblər. Hazırda meyitin ora kimin tərəfindən və hansı məqsədlə atıldığı araşdırılır.
2014-04-19
15,122
Komitə ilə QMİ-nin halallıq davası – Rəsmi
"Biz dəfələrlə demişik ki, halallıq sertifikatını verməklə bağlı məsələlərdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əməkdaşlıq etməyə hazırıq". Bunu "Axar.az"a QMİ-də halallıq zəmanətinin verilməsi ilə bağlı yaradılan xüsusi işçi qrupunun fəaliyyətinə münasibət bildirən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib: "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi beynəlxalq qaydalara əsasən standarta uyğunluq sertifikatı verir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qaydaları da buna icazə verir. Təbii ki, standarta uyğunluq sertifikatını laboratoriyada aparılan yoxlamaların nəticəsinə əsasən veririk. Biz dəfələrlə demişik ki, halallıq sertifikatını verməklə bağlı məsələlərdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əməkdaşlıq etməyə hazırıq. Bu prosesdə QMİ-nin işi ancaq heyvan kəsimi mərhələsi ilə məhdudlaşır. Qalan məsələlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin öhdəliyinə düşür. Mən bilmirəm onlar hansı qurumu yaradırlar və məhsulun standarta uyğun olub-olmadığını necə yoxlayacaqlar; onların laboratoriyası var, ya yox?!" QMİ sədrinin müavini Fuad Nurullah isə məsələyə münasibət bildirmək istəmədiyini dedi: "Bu işlərə mətbuat xidmətinin rəhbəri Rəhimə xanım baxır. Onunla danışın, mən bu barədə heç nə deyə bilmərəm". Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaqə yaratmaq cəhdlərimiz təəssüf ki, baş tutmadı. Xatırladaq ki, aprelin 17-də QMİ-nin iclası keçirilib və iclasda son zamanlar əsas müzakirə obyekti olan halallıq zəmanətinin verilməsi məsələləri müzakirə edilib. Qurum bildirir ki, halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, bununla bağlı dini mərkəzin rəyi vacibdir və Azərbaycan dindarlarının çoxsaylı müraciətlərində yer alan narahatlığın aradan qaldırılması QMİ-nin Nizamnaməsi ilə təsbit edilmiş vəzifəsidir. QMİ indiyədək yalnız "SAB" şirkətinin məhsullarına halallıqla bağlı zəmanətin verildiyini deyir. Qurum halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi işçi qrupu yaradıb. Amma QMİ-dən fərqli olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 4 quruma halallıq sertifikatının verdiyini deyir.
2014-04-19
15,123
Oğlu “avtoş”luq edən məmur işdən çıxarıldı - Video
Avtoxuliqanlıqda təqsirləndirilərək inzibati qaydada həbs edilən polis əməkdaşının məmur atası işdən çıxarılıb. "Axar.az" APA-ya istiadən xəbər verir ki, bir neçə gün əvvəl Zığ şossesində avtoxuliqanlıq edən polis əməkdaşı Tural Həsənovun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib. Dövlət Gömrük Komitəsindən Ə. Həsənovun işdən çıxarılması xəbərini təsdiqləyiblər. Qeyd edək ki, T. Həsənov və bir neçə gün əvvəl "BMW X6" avtomobili ilə Zığ şossesində avtoxuliqanlıq etdiyinə görə məhkəmənin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə T. Həsənov polis orqanlarından da xaric olunub. Onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edilib.
2014-04-19
15,124
Prezident ABŞ konqresmenlərini qəbul etdi
Azərbaycan prezidenti İlham Əliyev ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysu və onu müşayiət edən konqresmenləri qəbul edib. Konqresmen E.Roys Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu deyib və bundan məmnunluğunu ifadə edib. Konqresmenlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji, terrorizmə qarşı mübarizə və Əfqanıstanla bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndiriblər. Qonaqlar, həmçinin Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığını yüksək dəyərləndiriblər. Dövlət başçısı isə ölkəmizlə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. İlham Əliyev Azərbaycanın ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini deyib. Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdırıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox soydaşımızın qaçqın və məcbur köçkün vəziyyətinə düşdüyünü, Dağlıq Qarabağın və ətraf 7 rayonun işğala məruz qaldığını vurğulayan İlham Əliyev münaqişənin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin konkret addımlar atmalarının vacibliyini qeyd edib. Görüşdə ABŞ nümayəndə heyətinin Azərbaycana bu səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığı bildirilib, səfərin əlaqələrimizin yeni sahələrinin müəyyənləşdirilməsi baxımından önəmi qeyd edilib, ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda xatirə şəkli çəkdirilib. / Trend /
2014-04-19
15,125
Ronaldo məşqə 750 minlik maşınla gəldi – Video
"Real Madrid" klubunun ulduz futbolçusu Kristiano Ronaldo "Kral klubu"nun məşqinə yeni aldığı "Lamborgini Aventador" avtomobili ilə gəlib. "Axar.az" xəbər verir ki, klubun təlim-məşq bazasına daxil olan futbolçu fanatları tərəfindən qarşılanıb. Qeyd edək ki, "Lamborgini Aventador" avtomobilinin qiyməti 750 min ABŞ dollarıdır.
2014-04-19
15,126
Misir Mərdanov: “Mikayıl Cabbarovla düşmən deyiləm”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq Təhsil naziri Misir Mərdanov Mikayıl Cabbarovla münasibətlərinin gərgin olması barədə yayılan məlumatlara münasibət bildirib. Bunu sabiq nazir açıqlamasında deyib: "Hamısı boş söhbətlərdir, şayiələrdir. Mən bu cür yazılara fikir vermirəm. Mən yeni Təhsil naziri Mikayıl Cabbarovla düşmən deyiləm. Allaha şükür ki, hər şey çox normaldır. Bizim normal və səmimi münasibətlərimiz var və bu hər zaman da belə olacaq. Bir-birimizi görəndə də salamlaşırıq. Bu cür məlumatları ortaya atanlar düşmən qüvvələrdir". /"Publika.az"/
2014-04-19
15,127
Markesin cəsədi üstündə dava düşdü
Tanınmış yazıçı Qabriel Qarsiya Markesin harada dəfn olunması üstündə qohumları arasında mübahisə yaranıb. "Axar.az" xəbər verir ki, yazıçının Meksikada yaşayan qohumları onun külünün elə bu ölkədə qalmağını istəyirlər. Kolumbiyadakı yaxınları isə hesab edir ki, Markes mütləq öz vətənində dəfn olunmalıdır. Kolumbiya mətbuatının verdiyi xəbərə görə, artıq bununla bağlı razılıq əldə olunub. Markesin külünün bir hissəsi Meksikada, bir hissəsi isə Kolumbiyada basdırılacaq. Tanınmış yazıçı ilə vida mərasimi aprelin 21-də Mexikoda keçiriləcək.
2014-04-19
15,128
Bəxti bağlanan "Qırmızı bağ" - Foto
Film "Salnamə"dən alınıb "Azərbaycanfilm"ə verildi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Qırmızı bağ" filminin istehsalı hələ də başa çatmayıb. 2011-cı ildən istehsalına başlanılan filmin dörd ildir ki, son səhnələrinin çəkilişi müxtəlif bəhanələrlə gecikdirilir. Vaxtaşırı istehsalatda olan filmlərlə bağlı yazılar hazırladığımıza görə bu mövzunu da gündəmdə saxlamağa çalışırıq. Ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyası və Rusiyanın "Weit Media" şirkətinin birgə işi kimi istehsala başladı. Amma sonra bəzi dəyişikliklər oldu ki, bu haqda bir az sonra danışacağıq. Filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, bəstəkarı Salman Qəmbərovdur. "Qırmızı bağ"ın işıq ustaları avadanlıqla birlikdə Gürcüstandan dəvət olunub. Baş rollarda Maksud Məmmədov (Abbas), Gülzar Qurbanova (Vəfa), Taleh Bədiyev (Orxan) oynayır. Vəd olunanlar Rejissor Teleqraf.com-a açıqlamasında çəkilişlər barədə dəqiq məlumatın bir həftə içərisində məlum olacağını deyib:"Amma mən deyə bilmərəm ki, çəkilişlər dəqiq baş tutacaq, yoxsa yox. Çünki öncələrdə də söz verilib, amma alınmayıb. Bu dəfə dedilər ki, bir həftənin içərisində məsələ aydınlaşacaq və "start" komandası veriləcək". O bildirib ki, çəkilişlərin dayandırılması maliyyə ucbatından baş vermişdi. Rejissor hesab edir ki, həmin səhnələrin çəkilməsi şərtdir: "Bu səhnələr baş qəhrəmanla əlaqədar olan çox vacib səhnələrdir. Ona görə də onlar çəkilməlidir. Əgər o səhnələrsiz filmi təhvil vermək mümkün olsaydı, bunu çoxdan edərdik". Araşdırmamız zamanı məlum olub ki, filmin bundan sonrakı istehsalını Azərbaycan tərəfindən "Azərbaycanfilm" həyata keçirəcək. "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov isə qəzetimizə açıqlamasında filmin çəkilişlərinin bu ilin oktyabr ayına kimi təxirə salındığını deyib:"Filmi əvvəl "Salnamə" studiyası çəkirdi. Amma sonra filmin istehsalı "Azərbaycanfilm"ə verildi. Mövsümlə əlaqədar olaraq filmin son çəkilişləri oktyabr ayında olacaq. Artıq ondan sonra çəkilişlər bitmiş hesab oluna bilər". Filmin süjet xətti Filmin süjet xəttinə gəlincə, hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində baş verir. Orta məktəb müəllimi Abbas istəyir ki, arvadı Vəfa ona nəslinin davamçısı olan bir oğlan uşağı dünyaya gətirsin. Musiqi müəlliməsi olan Vəfa isə xəstədir, ondan asılı olmayan səbəblərdən həyat yoldaşının bu istəyini yerinə yetirə bilməz. Orxan adlı kimsəsiz uşağın ailəyə düşməsi ilə hadisələr kökündən dəyişir. Bundan sonra bu üç nəfərin həyatı ölüm və həyat uğrunda bir mübarizəyə çevrilir. Rejissorun sözlərinə görə, ekran əsərindəki növbəti xətt insan və təbiət münasibətləri ilə bağlıdır. Filmin ideyasına görə, insan təbiəti qorumalıdır, çünki özü təbiətin bir parçasıdır. Adın mənası Filmin adının mənasını rejissor belə açıqlayıb:"Qırmızı bağ elə bir müqəddəs məkandır ki, bu məkanda hər şey reallığa çevrilə bilər. Bu, arzuların həyata keçdiyi bir məkandır. Qırmızı rəng qan simvoludur, insanın yaranmasına, başlanğıca dəlalət edir. Filmin qəhrəmanları qırmızı bağa düşməklə sanki yeni həyata başlayırlar. Və filmin sonunda qırmızı bağ mənasını tapır".
2014-04-19
15,129
Qubanın bir kəndində bütün evlər söküləcək
Dörd il əvvəl torpaq sürüşməsi nəticəsində Quba rayonunun Güləzi kəndində qəzalı vəziyyətə düşən bütün yaşayış evləri söküləcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov bildirib. Onun sözlərinə görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyi ilə birlikdə xüsusi proqram hazırlanır. Həmin kənddə olan 185 ailənin hamısı üçün Aşağı Atuc kəndində evlər tikilib və hər cür şərait yaradılıb. Qeyd edək ki, 25 ailədən bir neçə nəfər hələ də kənddə yaşayır. Əsasən yaşlılar olan bu sakinlər əkin-biçin işləri və maldarlıqla məşğul olurlar. Onlar bildiriblər ki, rayonun Aşağı Atuc kəndində inşa olunan yeni qəsəbədə hər cür şərait yaradılıb, infrastruktur qurulub. Lakin həmin qəsəbədə təsərrüfat işləri görmək üçün torpaq sahəsi kifayət qədər deyil. Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov isə APA-ya bildirib ki, Güləzi kəndində qəzalı vəziyyətdə olan evlərdə yaşamaq təhlükəlidir. Qeyd edək ki, Qubadan 45 km uzaqlıqda yerləşən Güləzi kəndində torpaq sürüşməsi 125 hektar ərazini əhatə edib. Nəticədə 40-dan çox ev dağılıb, kənddəki bütün yaşayış məntəqələrinə ziyan dəyib.
2014-04-19
15,130
Ramil Usubov 13 nəfəri "sıra"dan kənarlaşdırdı
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar keçirdiyi baxış zamanı tələb olunan parametrlərə uyğun gəlməyən 13 nəfəri sıra baxışından kənarlaşdırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a daxil olan məlumata görə, bu gün Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 648 nəfərin düzüldüyü ayrı-ayrı kalonların önündən keçərək namizədlərin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti və dünyagörüşü ilə maraqlanıb, bəzi irad və tövsiyyələrini bildirib. Daxili işlər naziri ümumən sıra baxışından, bu məqsədlə polis orqanlarından göndərilən şəxslərin hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb olunan parametrlərə uyğun gəlməyən 13 nəfər isə sıra baxışından kənarlaşdırılıb. Tədbirin sonunda nazir Ramil Usubov namizədlərə gələcək çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulamış və əmin olduğunu bildirib ki, onlar daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər
2014-04-19
15,131
Rusiya "Avroviziya"dan çıxarıla bilər - Video
Rusiya təmsilçiləri Avroviziya mahnı müsabiqəsindən kənarlaşdırıla bilər. "Axar.az" xəbər verir ki, Rusiyanı təmsil edən Mariya və Anastasiya Tolmaçeva bacılarının ifa edəcəkləri "Şayn" (parlaq) mahnıya görə müsabiqədən kənarlaşdırılma ehtimalı yaranıb. Çünki mahnıda Krım barədə fikirlər yer alıb. Müsabiqə təşkilatçılarının fikrincə, Rusiya iştirakçılarının çıxışı təxribat ola bilər. Xatırladaq ki, 59-cu Avroviziya mahnı müsabiqəsi 6-10 may arası Danimarkada keçiriləcək.
2014-04-19
15,132
Türk müğənni Fərhad Əliyevin oğlu ilə evlənib – FB
"Atiyə keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin Londonda təhsil alan oğlu ilə evlənib". "Axar.az" bildirir ki, Türkiyənin tanınmış müğənnilərindən biri olan Atiyənin ötən həftə azərbaycanlı milyonçu ilə ailə qurduğuna dair məlumat yayılandan sonra sosial şəbəkədə bu xəbər hallandırılıb. Atiyənin azərbaycanlı milyonçunun adını çəkməməsi isə müzakirələrə daha geniş şərait yaradıb. Əsas dəlil kimi isə Atiyənin azərbaycanlı milyonçu ilə toyunun Londonda keçirilməsi və F.Əliyevin oğlunun da Londonda oxuduğu və işlədiyi göstərilir. Eks-nazirin adının çəkilməsini istəməyən yaxın qohumu "Axar.az"a bildirdi ki, Atiyənin onların gəlini olması ilə bağlı xəbər artıq bir aya yaxındır ki, onlara da məlumdur: "Guya deyirlər ki, Fərhad Əliyevin Londona getməsinin səbəbi də budur. Halbuki bu, tamamilə yalan xəbərdir. Çünki Yusif Əliyev Azərbaycan adət-ənənələrinə sadiq bir uşaqdır. O, heç vaxt belə hərəkətə yol verməz". Qeyd edək ki, Türkiyənin tanınmış müğənnilərindən biri olan Atiyənin adı açıqlanmayan azərbaycanlı milyonçu ilə Londonda ailə qurduğuna dair məlumat yayılıb.
2014-04-19
15,133
Suriyada döyüşən azərbaycanlıların görüntüsü yayıldı - Video
Suriyada döyüşlərdə iştirak edən azərbaycanlıların yeni video-görüntüsü yayılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, görüntüdə "İraq Şam İslam Dövləti" silahlı qruplaşmasına daxil olan azərbaycanlı döyüşçülər Fərat çayı sahilində ələ keçirdikləri ərazini nümayiş etdirirlər. Suriyada artıq böyük ərazilərin "İraq Şam İslam Dövləti"nin nəzarəti altına keçdiyini qeyd edən azərbaycanlı döyüşçülər tezliklə elan edəcəkləri xilafətin Su Elektrik Stansiyasının, evlər idarəsinin, çörək zavodunun, şəriət məhkəməsinin və polisinin yaradıldığını bildirirlər: "Bütün bu nemətləri bizə verən Allahdır və ona şükür edirik. Nəzarətimizdə olan torpaqlarda sərhədlərimizi müəyyənləşdirmişik və qısa zamanda öz xilafətimizi elan edəcəyik". Görüntülərdə "İraq Şam İslam Dövləti" silahlı qruplaşmasının top-artilleriya taqımının komandirinin Topçubaşov familiyalı azərbaycanlı olduğu bildirilir və həmin şəxs xüsusi olaraq təqdim edilir. Bundan başqa, video-görüntüdə təqdim olunan "Abuzər" adlı azərbaycanlının bundan əvvəl Çeçenistanda, Əfqanıstanda vuruşduğu, hazırda isə Suriyada döyüşlərə qatıldığı qeyd olunur. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
2014-04-19
15,134
Emin Ağalarov səfir seçildi - Video
Müğənni və iş adamı Emin Ağalarov "Vmeste protiv raka" hərəkatının Rusiya üzrə səfiri seçilib. Məlumata görə, hərəkatın əsas məqsədi onkoloji xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım etməkdir. Hələ ötən ildən start götürən bu aksiyada indiyə qədər 30 milyon rubl toplanıb. Hərəkatın ötən ilki səfirləri arasında Vladimir Pozner, İvan Urqant kimi Rusiyanın tanınmış simaları var. Builki səfir sıralarına isə aktrisalar Marina Aleksandrovna, Darya Moroz və müğənni Emin Ağalarov da qoşulub. /"Qafqazinfo"/
2014-04-19
15,135
Azərbaycanlılar Rusiyadan hücum gözləyir - Sorğu
Azərbaycanlılar Krımdan sonra növbədə Azərbaycanın olduğunu düşünürlər. Bu nəticə "Axar.az" saytının keçirdiyi sorğulardan sonra bəlli olub. 2539 nəfərin iştirak etdiyi sorğuda iştirak edənlərə "Krımın ilhaqından sonra Rusiyadan Azərbaycana təhlükə gözlənilirmi?" sualı ilə müraciət edilib. Sayt oxucularının 62 faizi həqiqətən növbənin Azərbaycanda olduğunu düşünürlər. Sorğuda iştirak edənlərin 27%-i ümumiyyətlə təhlükə ilə bağlı yayılan xəbərlərin hər birinin sadəcə dezinformasiya olduğunu fikirləşir. 5% insan isə bu suala cavab verməkdə çətinlik çəkdiyini bildirib. Yerdə qalan şəxslər isə ölkənin azad və ya kiminsə tabeliyinə keçməsi ilə maraqlanmadığını qeyd ediblər.
2014-04-19
15,136
“Allure” gözəllik mərkəzində jurnalistin gözünü yandırdılar
Saytımızın xanım əməkdaşı həkim səhlənkarlığının qurbanı olub. "Axar.az" xəbər verir ki, jurnalist Gülnarə Kərimova aprel ayının 9-u Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi-84 ünvanında yerləşən "Allure" gözəllik mərkəzinə lazer epilyasiyası üçün müraciət edib. Mərkəzin həkim-kosmetoloqu İlahə xanım əməliyyat zamanı səriştəsizlik edərək, onun sağ gözünü zədələyib. Göz nahiyəsi lazer şüası ilə zədələnən G.Kərimova İlahə xanıma yenidən müraciət etsə də, həkim əməkdaşımızı aldadıb. Bildirib ki, gözündəki problem adi qızartıdır. Həkim ona 5 gün ərzində heç bir həkimə müraciət etməməyi məsləhət görüb. Göz nahiyəsində ağrıların şiddətli həddə çatdığı görən G.Kərimova bunu həkimə bildirib. Həkim isə ona heç bir yardım edə bilməyəcəyini deyib. Vəziyyətinin pisləşdiyini görən G.Kərimova aprelin 14-də Zərifə Əliyeva adına Göz Xəstəxanasına müraciət edib. İlkin müayinədən sonra məlum olub ki, gözün buynuzlu qişası və bəbəyi lazer şüasından yanıb. Gülnarə xanım hazırda həmin xəstəxanada stasionar müalicədədir. "Allure" gözəllik mərkəzinin sahibi Hüseyn Rüstəmov səhlənkarlıq edərək pasiyentin gözünü zədələyən həkimin cəzalandırılacağını bildirdi: "Mərkəzimizdə belə bir halın baş verməsi qəbuledilməzdir. Söz verirəm ki, belə səhlənkarlığa yol verən həkim-kosmetoloq mütləq cəzalanacaq". Faktı araşdıran Yasamal rayonu 29-cu polis bölməsinin tədqiqatçısı polis kapitanı İlkin Şıxızadə isə məhkəmə ekspertizasının verəcəyi rəydən sonra məsələ ilə bağlı lazımı tədbir görüləcəyini bildirdi. Mövzunu diqqətdə saxlayacağıq...
2014-04-19
15,137
Yapon banklarından rus milyarderlərinə zərbə
Ukrayna böhranından sonra dünya ictimaiyyəti ilə üz-üzə qalan Rusiyaya növbəti zərbə yapon banklarından gəlib. "Axar.az" xəbər verir ki, Yaponiyanın iki ən böyük bankı "Sumitomo Mitsui" və "Bank of Tokyo-Mitsubishi" Rusiyaya kredit verməyi dayandırdıqlarını bildiriblər. Rus milyarderlərə sanksiya tətbiq olunacağından narahat olan banklar bu addımı atmaq məcburiyyətində qalıblar.
2014-04-19
15,138
ABŞ narahat olmaqda davam edəcək
ABŞ Xarici İşlər Nazirliyi Xümsdəki "qorxunc və faciəvi" vəziyyətə görə narahat olduğunu bildirib. "Axar.az" xəbər verir ki, Nazirlik spikeri Cen Psaki gündəlik mətbuat konfransında etdiyi açıqlamada belə deyib: "ABŞ Xümsdə Əsəd rejiminin öz xalqına qarşı mərhəmətsizliyi son həddə çatdırması, qorxunc və faciəvi vəziyyət yaratmasına görə dərin narahatlıq keçirir". Psaki sözlərinə bunu da əlavə edib: "Rejimin Xümsdəki köhnə şəhər bölgəsi sakinlərinə qarşı qəddarcasına hücumunu və atəşkəsi pozmasını şiddətlə qınayırıq. Bu qarşıdurmaya görə vətəndaşların durumundan narahat olan Beynəlxalq İctimaiyyətin hər bir üzvü kimi ABŞ da bu mərhəmətsiz döyüşdən əziyyət çəkən Xüms sakinləri və Suriyadakı günahsız vətəndaşlara dəstəyindən əl çəkməyəcək, bu mövzuda müsbət yönlü çağırışlara son verməyəcək. Suriya xalqının əziyyətləri sona çatana qədər bu vəziyyətə Beynəlxalq Cəmiyyətin diqqətini çəkməyə davam edəcəyik".
2014-04-19
15,139
Ruslar Ukrayna yəhudilərinə qarşı hərəkətə keçdi – Video
Baş ravvin hüquq-mühafizə orqanlarını yardıma çağırdı. "Axar.az" BBC-yə istinadən xəbər verir ki, Ukraynanın şərq bölgəsində yerləşən Donbasın baş ravvini yəhudi icmasının təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarına müraciət edib. O, sinaqoq ətrafında maskalı şəxslərin vərəqələr payladığını və ondan sonra bu addımı atdığını deyir. Hazırda Donetsk ərazisində 15 mindən artıq yəhudi yaşayır. Yayılan vərəqələr yeni yaradılan Rusiyapərəst Donetsk Xalq Respublikası tərəfindən imzalanıb. Amma rəsmilər bunun saxta olduğunu və işdə Rusiyanın barmağının olduğunu deyirlər. BBC kanalı təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınan kadrları yayımlayıb.
2014-04-19
15,140
Markesin vida məktubu haqda araşdırma: Saxtadırmı?
Məşhur yazar Qabria Qarsel Markesin ölümündən sonra dünyada və ölkəmizdə demək olar ki, bütün saytlar Markesə aid olduğu deyilən "Vida məktubu"nu oxucuları ilə paylaşdı. İddialara görə isə əslində Markes heç vaxt belə məktub yazmayıb. "Axar.az" xəbər verir ki, bu gün "museumofhoaxes.com" saytı sözügedən məktubun Markesə aid olmadığını açıqlayıb. Məktub 2000-ci ildə may ayının 29-da Markes xəstə yatarkən "La Republica" qəzetində çap olunmuş, daha sonra bütün dünyaya yayılmışdı. Türkiyə saytlarında geniş analiz edilərək bu vida məktubunun tarixçəsi belə izah olunur: "2000-ci ilin may ayı idi və Nobel mükafatlı kolumbiyalı yazar Qabriel Qarsia Markes bir müddətdir ki, ortalarda görünmürdü. Nənəsinin vaxtından qalma hekayələri yazmaqda ustalığı qədər Kastro və Klintonla olan dostluğu ilə də məşhur olan və bu dostluqları ilə yada salınmaqdan, məşhur olmaqdan zövq alan yazar qəflətən ictimai həyatından uzaqlaşmışdı. Markes hekayələrinin həmişə qəribə tarixçələri olur axı, elə o özü də meydanı boş qoyduğu günlərdə qəribə bir hekayənin qəhrəmanı oldu. Linfa bezi xərçəngi diaqnozu qoyulan yazarın ədəbiyyat dünyasında dostlarına yazdığı lirik vida məktubu ortaya çıxdı. Təbii ki, internetdə. İspanca yazılıb, Rafael İsa (İsus) Qonsales adlı adam tərəfindən dərhal ingiliscəyə çevrilmişdi. Son dərəcə kədərli və həyəcanlandırıcı tərzdə ölüm yatağında qələmə alınmış məktuba, aciz bir qocanın sözləri hakim idi. Halbuki, "Yüz ilin tənhalığı"ndakı əsrlik Ursulanı belə danışdırmamışdı. (həmin vida məktubu burada) Utanc içində ölmək Roman və hekayələrindəki əyləncəli və maraqlı üslubun yerini hıçqırıq dolu, qaramat bir dil almışdı. Marqaret Ətvud, Suzan Hil və Norman Mailirin həyat yoldaşı Noris Mailirə qədər gedib çatan vida məktubundakı sətirlər Markesin üslubunu qətiyyən xatırlatmırdı. Onsuz da məktubun saxta olduğunu açıqlayarkən özü də belə deyəcəkdi: "Məni ölümdən çox bu qədər zövqsüz bir şeyi yaza biləcəyimə inandıqlarına görə keçirdiyim utanc içində ölmək qorxudur". Amma "Kukla" (La Marioneta) başlıqlı məktubu alanlar buna inandı. Ssenarist Arnold Vesker ədəbi olması üçün səy göstərildiyi açıq-aydın görünən mətndə bir zəiflik hiss eləmişdi, ancaq bunu "ölüm ayağında olan bir adamın sözləridir. Bəzən həddindən artıq həssas, bəzən müdrik, bəzən də çox təvazökar olması qaçılmazdır", - deyərək yazını qəbul etmişdi. Halbuki Markes heç vaxt bu cümləni quracaq qədər təvazökar olmamışdı: "Əgər Tanrı bir anlıq bir kukla olduğumu unudub mənə bir qurtum həyat versə, düşündüklərimi izah etmək yerinə, izah etdiklərimi düşünərdim..." Məktub az qala bir göz qırpımında bütün dünyaya yayıldı. Bunu yayımlayan Perunun "La Republica" qəzeti olub. Səhərisi gün dərhal Meksika qəzet və radioları böyük yazarın bir məktubla vidalaşdığını yayımladı. Və bu bazar ertəsi günü başlayan zarafatın ömrü iki gün çəkdi. Çərşənbə günü Markesin belə bir məktub yazmadığı məlum oldu. Hərçənd yazarın xərçəng xəstəsi olduğu məlum idi. 1967-ci ildə özünü evə qapadıb "Yüz ilin tənhalığı" romanını yazan və günə altı paket siqaret çəkdiyini etiraf edən Markesə illər sonra 1999-cu ilin iyul ayında xərçəng diaqnozu qoyulmuş və müalicə almışdı. İtkin düşməsinin səbəbi isə ölüm döşəyində olması deyil, kitab yazmaqla məşğul olmağı imiş. Kolumbiyada çap olunan "El Tiempo" qəzetinə etdiyi açıqlamada iki romanı və üç cildlik xatirələrilə bağlı yazdığı kitablarla məşğul olduğu üçün dostlarıyla əlaqəsini minimuma endirdiyini, telefonlarını söndürüb bütün səyahətlərini ləğv etdiyini bildirmişdi. Aradan illər keçdi, dünən Markes öldü və onun "vida məktubu" yenidən gündəmə gəldi. Bəs, Markesin romanları qədər yaddaqalan bu əsərin həqiqi müəllifi kimdir? Yazarın adı Coni Velçdir. Çox məşhur olan bir vantriloqdur. 15 il boyunca Meksika və digər Latın Amerikası ölkələrində, kuklaları qarnından danışdırdıqdan sonra bu dəfə yenə qarnından Markesi danışdırmağa cəhd eləmişdi. Məktubun mediaya çıxdığı birinci il (2000-ci il) Meksikada yayımlanan "İnfiRed" radiosunda vida sətrlərini özünün yazdığını etiraf edərək belə deyib: "Tamam, mən yazar deyiləm. Amma yenə də yazısı bəyənilməyən bir adamın xəyal qırıqlığını yaşayıram".
2014-04-19
15,141
Bondarenko Kliçkoya meydan oxudu
Kiyev şəhər Dövlət Administrasiyasının rəhbəri Vladimir Bondarenko Vitali Kliçkonu debata çağırıb. "Axar.az" xəbər verir ki, Kiyev şəhər Dövlət Administrasiyasının rəhbəri Bonderenko Kiyevin gələcəyi ilə bağlı UDAR partiyasının sədri Vitali Kliçkonu ictimai debata çağırıb: "Mənim UDAR partiyasının liderinə münasibətim pis deyil. Lakin əminəm ki, indi təcrübəsiz siyasətçilərin vaxtı deyil. Ona görə də Kliçkonu açıq debata çağırıram".
2014-04-19
15,142
Ruslar Krım tatarlarının liderlərini Krıma buraxmadılar
Krım tatarlarının liderlərini Krım ərazisinə buraxmadılar. "Axar.az" xəbər verir ki, bu barədə Məclisin mətbuat mərkəzinin rəhbəri Leyla Müslimova öz Feysbuk səhifəsində yazıb: "Elə indi Krım-tatar məclisinin sədri Refat Çubarovla telefonla danışdım. O, söylədi ki, 30-dan çox avtomobil, həmçinin, onun və Krım tatarlarının liderinin olduğu avtomobili Krımın Ukrayna ilə sərhədindədir və hələ ki, Krıma buraxmırlar". Qeyd edək ki, yalnız yarım saatdan sonra Krım-tatarlarına Sevastopola girməyə icazə verilib.
2014-04-19
15,143
Yanukoviç azərbaycanlı milyonerlərlə qonşu deyil
Viktor Yanukoviç hakimiyyətdən devrildikdən sonra Soçidə gizlənib. "Axar.az" xəbər verir ki, bu informasiyanı Rusiyanın hakimiyyətə yaxın mətbuat orqanları yayıb. Məlumatda bildirilir ki, o, Moskva ətrafında olmayıb: "Yanukoviç Moskva ətrafı bölgələrin heç birində gizlənməyib. Hakimiyyətdən devrildikdən sonra prezident Soçiyə gəlib və indiyə qədər də buradadır". Qeyd edək ki, bir müddət öncə Rusiya mətbuatı eks-prezidentin Moskva ətrafı ərazilərdən birində məskunlaşdığını bildirmişdi. Onlar Yanukoviçin burada erməni əsilli biznesmendən 50 milyon dəyərində malikanə aldığını iddi edirdilər. Yanukoviçin həmçinin azərbaycanlı milyonerlərlə də qonşu olacağı qeyd edilmişdi.
2014-04-19
15,144
Rusiya kanalı məsxərəyə qoyuldu - Video
Ukraynalı fəallar Rusiyanın mərkəzi kanalını gülüş obyektinə çeviriblər. "Axar.az" xəbər verir ki, "Rossiya 1" ənənəvi xəbər proqramının başqa bir versiyasını çəkərək, jurnalistləri peşə fəaliyyətinə hörmət etməməkdə qınayıblar. Qeyd edək ki, montaj olunan yeni variantda başqa səslə rus aparıcıların dünyanın dağıldığını, Avropada hər gün qətl hadisələrinin baş verdiyini, qoca dünyada mənəviyyata zidd homoseksual dalğasının baş aldığını səsləndiriblər. Bununla da ukraynalı fəallar rus mediasının hər gün dezinformasiya yaydığını sübut etməyə çalışıblar.
2014-04-19
15,145
Dünya şöhrətli müğənni Bakı gəzintisində - Foto
Bakı daha bir məşhur müğənnini qonaq qəbul edib. Məlumata görə, dünya şöhrətli amerikalı müğənni Maykl Bolton Bakıya gəlib. Bu gün Heydər Əliyev mərkəzində konsert verməyə hazırlaşan ifaçı şəhər gəzintisinə çıxıb. İçəri şəhəri başdan-ayağa gəzən Maykl şəkil çəkdirməyi də unutmayıb. Kamera qarşısına keçən müğənni fotolarını sosial şəbəkədə paylaşaraq: "Qədim şəhər Bakıda böyük gün" şərhini bildirib. Rok-balladaları ilə bütün dünyada şöhrət qazanmış tanınmış bəstəkar və ifaçı bu gün azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni mahnılarını səsləndirəcək. Qeyd edək ki, əsl adı Mixail Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da doğulub və böyüyüb. Bolton uğurlu ifaçılıq karyerası ilə yanaşı, həmçinin ABŞ-ın ən məhsuldar bəstəkarlarından biri kimi tanınır. "Qremmi" mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılıb. Müğənnilik ilə yanaşı bəstəkar kimi də özünü göstərməyi bacaran Maykl Bob Dilan, Lеdi Qaqa, Dayan Vorren, Devid Foster, Fil Rаmon, Barbra Streyzand, Con Lecend, Jay Z və "KİSS" qrupu kimi dünya ulduzları üçün mahnılar yazıb. Sadaladıqlarımızdan əlavə olaraq Boltonun musiqilərini bir çox məşhur film və seriallarda da eşitmək mümkündür. Onun "Herkules" animasiya filmində səslənmiş "Go The Distance" kompozisiyası "Oskar" mükafatına nominant olub./ANS/
2014-04-19
15,146
Qərb heyrət edir: ruslar Putini niyə bu qədər sevir?
Maksim Burdo və digələri "The Huffington Post" qəzetində Qərbdə qıcıq yaratdığı halda Prezident Vladimir Putinin Rusiyada nədən bu qədər sevillməsi və onun hərəkətlərinin rəğbətlə qarşılnması barədə müəllif yazısı ilə çıxış ediblər. "Axar.az"xəbər verir ki, Burdo bunu təbliğatla bağlayır: "Rəsmi təbliğat Putinin imicinin yüksəlməsində əvəzsiz rol oynayır. Məsələn, elə bu günlərdə saatlarla vətəndaşlar önündə canlı çıxış etməsi onun təbliğatının tərkib hissəsidir. Bu tip verilişlərdə sakinləri maraqlandıran bu və yə digər sualları cavablandırmaqla Putin özünə diqqəti artırır. Əgər Qərbdə onu diktator kimi xarakterizə edirlərsə, sadə ruslar ona ötən əsrin 90-cı illərindən yığılıb qalmış problemlərin xilaskarı qismində baxırlar". Qalina Akkerman adlı tarixçi və jurnalist isə etiraf edir ki, bəli, iqtisadiyyatın inkişafı baxımdan Putin bu sahəyə yeni nəfəs gətirdi. O, ilk növbədə hüquq mühafizə orqanlarında çalışan şəxslərin güzaranını yaxşılaşdırdı, əmək haqlarını artırdı. Akerman təqdiqləyir ki, Putinin imicinin formalaşmasında televiziya və digər təbliğat maşınları əvəzsiz rol oynayır. Onun sözlərinə görə, Stalinin idarəçiliyi dönəmindən hələ bu qədər təbliğata yol verilməmişdi. Rusiyalı jurnalist Yekaterina Aqafonov da oxşar fikirlər bildirib, ancaq detallı şəkildə. Onun sözlərinə görə, elektron təbliğat ruporundan başqa Rusiya dövlət başçısının təsirli şəkillər çəkdirməsi də öz sözünü deyir. Məsələn, at belində, uzaq Sibirdə balıq tutarkən, ova çıxarkən. Sanki rusların qəlbini ovsunlayır. Beləliklədə də rəy formalaşır ki, ölkəyə rəhbərliyi onları qoruyacaq lider edir.
2014-04-19
15,147
200 rus əsgərinin ölümüylə bitən çeçen döyüşü - Video
Basayev Yarış Mardıdakı qələbədən sonra Vedenoya girməyi bacardı. "Axar.az"ın təqdim edəcəyi bu videoda Xəttabın rəhbərliyi altında çeçen mücahidlərinin rus ordusuna qarşı döyüşdüyü kadrlar yer alıb. Görüntülər 1996-cı il 16 aprel tarixini əhatə edir. Şatoy rayonu yaxınlığında yerləşən Yarış Mardı kəndində ruslara edilən hücum qeydə alınıb. Kadrlarda çeçenlərin rus tankları və PDM-lərini necə sıradan çıxardıqları əks etdirilib. Bu hücum zamanı rəsmi olaraq 80 əsgərin qətlə yetirildiyi bildirilib. Qeyri-rəsmi rəqəmlər isə 200 nəfərin döyüş zamanı həlak olduğunu göstərir. Yaroş Mardı hücumu sayəsində sonralar Şamil Basayev Vedenoya daxil ola bilmişdi. Vedeno hücumu zamanı isə Rusiya ordusunun bir neçə yüz xüsusi təyinatlı dəstəsinə adi olan əsgəri qətlə yetirilmişdi. Məhz Yarış Mardı hücumundan bir müddət sonra bütün Rusiyada matəm elan edilmişdi. Videonu təqdim edirik. ​
2014-04-19
15,148
Zakir Həsənov ABŞ konqresmenlərini qəbul etdi - Foto
Aprelin 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Ed Roysun rəhbərlik etdiyi konqresmenlərdən ibarət nümayəndə heyətini qəbul edib. "Axar.az"ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə müdafiə naziri Azərbaycan-ABŞ hərbi əlaqələrinin müxtəlif proqramlar çərçivəsində uğurla davam etdiyini, terrorizmə qarşı mübarizə və NATO-nun Əfqanıstanda həyata keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarına Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin verdiyi töhfəni xüsusi vurğulayıb. Z.Həsənov qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib. Görüşdən məmnun qalan konqresmenlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və Əfqanıstanla bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndiriblər. Sonda qarşılıqlı maraq doğuran regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə ABŞ-nın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar da iştirak edib.
2014-04-19
15,149
Putin hərbi gəmiləri ABŞ sahillərinə göndərib - Foto
"Nikolay Çiker" gəmisi Ukrayna hadisələri başlayandan ABŞ sahillərində peyda olub. Rusiyanın "Nikolay Çiker" hərbi gəmisi Ukraynanın şərqində vəziyyətin gərginləşdiyi gündən ABŞ-ın Florida ştatının sahillərində peyda olub. ANS PRESS-in məlumatına görə, bu barədə İtaliya mətbuatı yazıb. Xəbərə görə, Rusiya Hərbi-Dəniz Qüvvələrinin nəhəng xilasetmə gəmisi "Nikolay Çiker" Ukraynanın şərq vilayətlərində vəziyyətin daha da gərginləşdiyi bir vaxtda Florida ştatının sahillərində müxtəlif manevrlər edir. Fevral ayının ortalarında "Nikolay Çiker" gəmisi Cəbəllütariq boğazından çıxıb və çox qısa müddətdə Karib adalarına çatıb. Gəminin göyərtəsində sualtı işlər üzrə mütəxəssis olan 50 nəfər var. Gəmi müasir avadanlıqlar, helkopterin eniş etməsi üçün meydança ilə təchiz olunub. "Nikolay Çiker" gəmisi atom sualtı qayıqlarını kölgə kimi müşaiyət edir və onlara lazımi dəstək verir. Bir çox ekspertlərin fikrincə, ABŞ sahillərinə göndərdiyi iki atom sualtı gəmisinə dəstək verir. "Nikolay Çiker" gəmisi həmçinin digər kəşfiyyat gəmiləri ilə birlikdə işləyir. Gəmilərin fəallığı son bir həftədə isə daha qabarıq nəzərə çarpır. ""Nikolay Çiker" gəmisi Karib adalarına çatandan sonra ABŞ-ın 7-ci donanmasının sualtı gəmilərinin olduğu Kinqs-Bey rayonundakı bazasının ərazisinə daxil olub. Deyilənə görə, ərazidə "Nikolay Çiker" ilə yanaşı "Viktor Leonov" kəşfiyyat gəmisi də üzür. Rusiya gəmilərini ABŞ sahillərinə Krım hadisələri başlayan vaxtdan göndərilib. Aprelin 2-ci həftəsində Florida ştatının sahillərində peyda olub. Aprelin 15-də isə hərbi gəmi Kaneveral kosmodromunun yerləşdiyi rayona girib. Elə həmin gün Ukraynada vəziyyət daha da gərginləşmişdi", deyə İtaliyanın "Corriere della Sera" qəzetində dərc edilən yazıda bildirilir. Qəzetdə qeyd olunur ki, ötən gün səhər "Nikolay Çiker" gəmisi NASA poliqonunun cənubunda yan alıb. Sanki izləmə mövqeyində durub. Gəminin Florida sahillərində manevrlər etməsi ilə bağlı ekspertlər müxtəlif fikirlər söyləyirlər. Bunlar aşağıdakılardır: 1. Gəmi burada kəşfiyyat xarakterli tapşırıqlar yerinə yetirir. 2. Gəmi Rusiyanın atom sualtı gəmilərinə və ya uzun müddətdir ki, regionda olan "Viktor Leonov" gəmisinə dəstək verir. 3. Rusiya gəmilərinin Karib dənizində peyda olması bundan xəbər verir ki, Rusiya regionda hansısa sualtı işlər həyata keçirir. 4. Rusiya gəmilərini ABŞ sahillərinə Kanaveral kosmik mərkəzini izləmək üçün və ya müxtəlif məxfi informasiyaları əldə etmək üçün gəndərib /Musavat/.
2014-04-19
15,150
Rövnəq Abdullayev Aşqabadda: Transxəzər güclənir
ARDNŞ prezidenti Rövnəq Abdullayev Aşqabadda səfərdədir. Aprelin 18-də o, iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafını müzakirə edib. Bu barədə Türkmənistan hökumətinin məlumatında deyilir. Türkmənistan XİN-də Azərbaycan nümayəndə heyətilə görüş keçirilib. "Konstruktiv və işgüzar şəraitdə keçən danışıqlar zamanı Türkmənistanla Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə, həmçinin ikitərəfli münasibətlərin inkişafına, o cümlədən neft-qaz sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunur. Lakin məlumatda konkret hansı məsələlərin müzakirə olunduğu açıqlanmır. Azərbaycan tərəfi də susur. Turan agentliyinin məlumatına görə, ikitərəfli münasibətlərdə energetika mövzusu iki istiqamətdə inkişaf edir: Türkmənistan neftinin Azərbaycan vasitəsilə dünya bazarına nəqli və Türkmənistan neftinin Azərbaycan vasitəsilə Avropaya nəqli məqsədilə Transxəzər qaz kəməri layihəsində iştirak. İldə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 3 mln. ton Trükmənistan nefti nəql edilir. Bu, Azərbaycana tankerlərlə daxil olur. Transxəzər qaz kəmərinə gəlincə, bu layihənin dəyəri $2 mlrd., gücü ildə 30 mlrd. kubmetrdir. Layihə başa çatmaq mərhələsindədir və praktik olaraq reallaşmağa hazırdır. Aprelin 12-də Türkmənistanın neft-qaz kompleksinin inkişafına həsr olunmuş xüsusi müşavirədə ölkə prezidenti Qurbanqulu Berdımühəmmədov Transxəzər qaz layihəsinin reallaşmasını "prioritet vəzifə" adlandırıb. 2013-cü ilin mayında Aİ sammiti Transxəzər qaz kəmərini 2014-2020-ci illər üçün prioritet infrastruktur enerji layihələri sırasına daxil edib. Lakin Rusiya layihənin reallaşmasına əngəl törədir. 2012-ci ilin əvvəlində RF-Aİ sammitində Putin deyib ki, Moskva konsensus olmadan Xəzər üzrə qəbul olunmuş qərarları legitim saymayacaq /Musavat/.
2014-04-19
15,151
İran Azərbaycanla viza rejimini ləğv etmək istəyir
"Azərbaycan və İran arasında viza rejiminin ləğvi ilə bağlı danışıqlarımız olub və viza rejiminin ləğvi üçün çalışırıq". Bu sözləri İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur deyib. İ.Rəhimpur ümid edir ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq. Nazir müavini deyib ki, İran XİN-də hazırda xüsusi bir qrup İran vətəndaşları üçün digər ölkələrlə viza rejiminin ləğvi məsələsini araşdırır. Rəhimpur bildirib ki, İran vətəndaşlarının digər qonşu ölkələrə gediş-gəlişini sadələşdirmək rəsmi Tehranın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Qeyd edək ki, İran 2010-cu il fevralın 1-dən Azərbaycanla vizasız rejimin icrasına başlayıb /Trend/.
2014-04-19
15,152
Həsən Sarıyevi toplantı zalından qovublar
Bir neçə gün öncə Ağdamda çox maraqlı hadisə yaşanıb. Yeni icra başçısı Raqub Məmmədov ağdamlılara təqdim olunarkən qarşıdurma yaranıb. Həmin tədbir iştirakçılarının birinin verdiyi məlumata görə, buna səbəb rayonun sabiq icra başçısı Həsən Sarıyev olub. Təqdimat mərasimi zamanı zala daxil olan Həsən Sarıyev yıxılıb. Bu zaman onun qolundan tutub qaldırıblar və o ön sırada oturaraq dinməz-söyləməz şəkildə iclasda iştirak edib. Ancaq Bakıdan gələn nümayəndələr onu tanıyıblar və elə hesab ediblər ki, sabiq başçının toplantıda iştirak etməsi təxribat xarakterlidir və onun qarşıdurma yaratmaq məqsədi var. Onlar Sarıyevdən zalı tərk etməyi tələb ediblər. Sabiq başçı əvvəlcə müqavimət göstərmək istəsə də, tələbə əməl etməyəcəyi təqdirdə polis tərəfindən həbs ediləcəyi barədə xəbərdarlıq alan kimi durub zalı tərk edib. Qeyd edək ki, uzun illər Ağdama Həsən Sarıyev rəhbərlik edib. Ondan sonra isə bu vəzifəyə Nizami Sadıqov təyin edilmişdi. Prezidentin növbəti sərəncamı ilə bir neçə gün öncə Nizami Sadıqov da tutduğu vəzifədən kənarlaşdırılb və Raqub Məmmədov rayonun yeni başçısı təyin edilib. /"Modern.az"/
2014-04-19
15,153
Sürücüyə 12 bıçaq zərbəsi vurdular
Kürdəmirdə sərnişin sürücüyə amansızcasına 12 bıçaq zərbəsi vurub. Məlumata görə, Kürdəmir rayonunda Ağcabədi sakinləri arasında düşən dava bıçaqlanma ilə nəticələnib. Hadisə Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsində, minik maşınında olub. Ağcabədi rayon sakini 26 yaşlı Məmmədov Xəyal şəxsi avtomobili ilə Bakıdan Ağcabədiyə apardığı sərnişini 19 yaşlı Əliyev Qulu ilə arasında şəxsi münasibətlər zəminində dava baş verib. Qulu Əliyev üzərində gəzdirdiyi bıçaqla sürücü Xəyal Məmmədova bədəninin müxtəlif nahiyələrindən 12 bıçaq xəsarəti yetirib. Ölümcül vəziyyətdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Xəyal Məmmədovun vəziyyəti hazırda ağır olaraq qalır. Qulu Əliyev tutularaq Kürdəmir rayon Polis Şöbəsinə gətirilib. Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. /ANS/
2014-04-19
15,154
“Tatarlar Krımdan deportasiya oluna bilər”
Rusiya Federal Təhlükəsizlik Xidməti Krım tatarlarının deportasiyasını planlaşdırır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Krım Tatar xalq Məclisinin liderlərindən biri olan Mustafa Abdulcəmil Krımoğlu Rusiya xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən deyib. "Bizə məlumat verilib ki, müəyyən bir vəziyyət yaranacaq və tatarlar Krımı tərk edəcək", - deyə o vurğulayıb. M. Krımoğlunun sözlər görə, Krımda şovinizm təzahürləri məişət səviyyəsində xeyli artıb: "Məsələn "kazaklar" soruşur: siz nə zaman köçəcəksiniz? Siz hamınız qovulacaqsınız, sizin mənzilinizə köçmək istərdim və s. ifadələr işlədirlər. Məktəblərdə də eyni vəziyyətdir. Uşaqlar tatarlara hücum edirlər, xüsusilə də, onlar öz ana dilində danışanda".
2014-04-19
15,155
ABŞ Rusiyanı öz imzasına hörmət etməyə çağırdı
Rusiya Ukraynaya dair yeni Cenevrə anlaşmasına sadiq qalmazsa və ya Şərqi Ukraynaya ordu yeritmək qərarı verərsə, Moskva yeni sanksiyalarla üzləşəcək". Məlumata görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays söhbətin konkret olaraq Rusiya iqtisadiyyatının ən böyük sektorlarından getdiyini bildirib. Ağ Ev rəsmisi deyib: "Amerika yaxın günlərdə Rusiyanın Şərqi Ukraynadakı separatçıların silahları təhvil verməsi və zəbt edilən inzibati binaları tərk etməsi üçün öz təsirindən necə istifadə elədiyini diqqətlə izləyəcək". Qeyd edək ki, Cenevrə sazişi imzalanandan az sonra separatçılar bu anlaşmanın onlara dəxli olmağını bəyan ediblər./"Musavat.com"/
2014-04-19
15,156
Elmar Məmmədyarov ABŞ konqresmenlərini qəbul etdi
Cari ilin 19 aprel tarixində nazir Elmar Məmmədyarov ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysu və onu müşayiət konqresmenləri qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a daxil olan məlumata görə, görüş əsnasında nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə ABŞ arasında əlaqələrin inkişaf etdirilməsində parlament diplomatiyasının və ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Müxtəlif səviyyələrdə ABŞ nümayəndə heyətlərinin Azərbaycana səfərlərinin qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və ölkəmiz haqqında ABŞ-da daha dolğun təsəvvürün yaranmasına xidmət etdiyini qeyd edən nazir Elmar Məmmədyarov bu qəbildən olan səfərlərin intensivliyinin artırılmasının vacibliyini bildirib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqqında ABŞ nümayəndə heyətinə məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin həllinin regionun hərtərəfli inkişafına və regionda müəyyənliyin artmasına xidmət edəcəyini qeyd edib. Nazir Elmar Məmmədyarov Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşu dövlətlər ilə münasibətlərinin yüksək səviyyədə olduğunu xatırladaraq, Ermənistan ilə münasibətlərin qurulması üçün Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətindən əl çəkməli və ilk növbədə Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2014-04-19
15,157
Qəbələdə ağır qəza: 2 nəfər öldü - Foto
Qəbələ rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. "Axar.az" xəbər verir ki, aprelin 18-də saat 22.00 radələrində Qəbələ-Ağdaş yolunun 21-ci km-də rayonun Çarxana kəndi ərazisində ağır qəza qeydə alınıb. Tovuz rayon sakini Elçin Qocayevin idarəetməni itirməsi nəticəsində "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Zərbənin təsirinindən Elçin Qocayev və yanında olan sərnişin, həmyerlisi Ruslan Hümmətov aldığı xəsarətlərdən hadisə yerindəcə keçiniblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
2014-04-19
15,158
Göyçayda mağaza sahibi itkin düşüb - Foto
Göyçay rayon sakini, 45 yaşlı Abdullayev Sərdar Xanlar oğlu aprelin 8-dən itkin düşüb. Bu barədə "Axar.az"a rayon polis şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, ailə üzvləri bu barədə polisə müraciət etdikdən sonra axtarışlar başlasa da, heç bir nəticə olmayıb. Aprelin 10-da səhər saatlarında Sərdar Abdullayevin yaxınları Göyçayın Cəyirli kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarından onun paltarını tapıblar. İki övlad atası olan Sərdar Abdullayevin meyitinin kanalda olduğu güman edildiyindən, axtarışlar burada davam edib. Ancaq 5 günlük axtarışdan sonra onun kanala düşərək ölməsi faktı öz təsdiqini tapmayıb. Ehtimal edilir ki, Sərdar Abdullayev sağdır və hazırda haradasa yaşayır. Kanalın kənarına onun paltarının kim tərəfindən atılması faktı araşdırılır. Sərdar Abdullayevin atası Xanlar Abdullayev deyib ki, oğlu tez-tez intihar edəcəyini deyirmiş O, bunun səbəbini özünün şəxsi mağazasında geyim əşyalarının satışı ilə məşğul olan oğlunun və onun həyat yoldaşının bir çox adama pul borcunun olması ilə əlaqələndirib. Məlumata görə, Sərdar Abdullayev aprelin 8-də evdən çıxarkən əynində qara şalvar, qara jaket, qara ayaqqabı olub.
2014-04-19
15,159
Ermənistan Türkiyəyə ultimatum hazırlayır
Serj Sarkisyan hakimiyyəti uydurma erməni soyqırımının 100 illiyi ilə bağlı səs-küy salmaq istəyir. Aprelin 24-də Ermənistan uydurma erməni soyqırımının 100 illiyinə daxil olacaq. Ermənistan prezidentinin mətbuat katibi Arman Sağatelyan bildirib ki, həmin tarixdə Türkiyə ilə bağlı xüsusi bəyanat veriləcək. Erməni mətbuatının yazdığına görə, bəyanatla Türkiyəyə qarşı ultimatum da hazırlanır. Ultimatumda Ankaradan 1915-ci ildə olduğu iddia edilən uydurma erməni soyqırımının tanınması tələb ediləcək. Ermənistan iddia edir ki, Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı imperiyası ərazisində 2 milyon erməni yaşayıb, amma 1915-1923-cü illərdə bu erməni əhalisinin 1,5 milyonu məhv edilib, yəni cəmi 0,5 milyonu qalıb, onlar da bütün dünyaya səpələniblər. Amma sadə hesablama bunu təkzib edir. Həmin illərdə Rusiya imperiyasında 2 milyona yaxın erməni yaşayıb. Əlverişli şəraitdə olan və heç bir müharibə görməyən, üstəgəl 1930-40-cı illərdə xaricdən gələn 100 minlərlə mühacirin hesabına çoxalan sovet erməniləri hazırda 6 milyona yaxındır. Yəni üç dəfə artıblar. Dünyada isə 12 milyona yaxın erməni yaşayır. Yerdə qalan 6 milyon erməni isə Osmanlı imperiyasında yaşayanların törəməsidir. Göründüyü kimi, onlar da 3 dəfə artıblar və heç bir soyqırım filan olmayıb. /ANS/
2014-04-19
15,160
II Dünya Müharibəsinin veteranı vəfat etdi
Böyük Vətən müharibəsi illərində (1941-1945) Moskvadan Berlinə kimi döyüş yolu keçmiş veteran Ərşad Məmmədov dünən Şirvan şəhərində dünyasını dəyişib. 1920-ci ildə Zəngilan rayonunun Babaylı kəndində doğulmuş Ə. Məmmədov 21 yaşında ordu sıralarına çağırılıb, Moskvadan Berlinə kimi döyüş yolu keçib. Bir sıra ağır çarpışmaların, o cümlədən tarixi "Oder döyüşü"nün iştirakçısı olub. Əsasən hərbi kəşfiyyat və mühafizə-təhlükəsizlik xidmətində çalışan Ərşad kişi dəfələrlə ölüm təhlükəsi ilə üzləşib, bir neçə dəfə yaralanıb. Müharibə illərində bir neçə generalın mühafizə xidmətinin rəhbəri olmuş Ərşad Məmmədov döyüşən ordu sıralarında Berlinin alınmasında da iştirak edid. 1946-cı ilədək sovet qoşunlarının nəzarətindəki Döyçekroyna şəhərinin hərbi komendantı olub. Vətən uğrundakı rəşadətli xidmətlərinə görə müxtəlif döyüş ordenləri ilə təltif edilib. Ordudan tərxis olunduqdan sonra Şirvan şəhərində (Əlibayramlı) yaşayan Ərşad Məmmədov müxtəlif təsərrüfat işlərində çalışıb. Dünən 94 yaşında dünyasını dəyişib. Xatırladaq ki, Ə.Məmmədov tanınmış jurnalist, professor Qulu Məhərrəmlinin əmisidir. /Musavat.com/
2014-04-19
15,161
Rusiyaya göydən zərbə endirildi - Video
Bu gecə Rusiyanın Murmansk şəhərinin yaxınlığında iri meteorit müşahidə edilib. Şəhər sakinləri mobil telefonlarla və video kameralarla bir neçə saniyə davam edən parlaq partlayışı çəkə biliblər. Ehtimal edilir ki, meteorit Yer səthindən xeyli yüksəkdə yanıb, buna görə də zərər vurmayıb. Meteoriti həmçinin Severomorsk, Apatitov, Kirovsk, Koaşva kimi yaşayış məntəqələrinin sakinləri müşahidə ediblər. Xatırlada qki, 15 fevral 2013-cü il tarixdə isə Rusiyanın Çelyabinsk vilayətinin səmasında meteorit müşahidə edilmişdi. Alimlər müəyyən etmişdi ki, Yer atmosferinə daxil olanda həmin obyektin ağırlığı 11 ton olmuşdu və atmosferdə o, xırda hissələrə parçalanmışdı. Bu, 1908-ci ildə düşmüş Tünqus meteoritdən sonra Yer atmosferinə daxil olmuş ən iri kosmik obyekt olub. /ANS/
2014-04-19
15,162
Bu foto milyonları şoka saldı
Qanlı vətəndaş müharibəsinin səngimədiyi Suriyada çəkilmiş bir foto sosial şəbəkələrdə yayılandan sonra milyonlarla insanı şoka salıb. Məlumata görə, Suriya Azadlıq Ordusunun yaydığı fotoda yerdə oturmuş körpənin ətrafında silahlı şəxslər durublar. Uşaq ona tuşlanmış avtomatlara heyrətlə baxır. Suriya Azadlıq Ordusu fotonu "Bizim ən gənc girovumuz" adı ilə yayıb. Fotonun Suriya-Türkiyə sərhədinə yaxın Kəsab şəhərində çəkildiyi güman edilir. /"Milli.Az"/
2014-04-19
15,163
Bakıda şirkət maşını yandı
Bakıda yük avtomobili yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda şirkətə məxsus "KRAZ" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 17:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-19
15,164
Dua oxudular, yağış yağdı – Foto
Hadisə Türkiyədə baş verib. "Axar.az" xəbər verir ki, qonşu ölkə olan Türkiyədə maraqlı hadisə baş verib. Ölkənin Ahılı kəndində 2 min insanın iştirakı ilə "Yağmur duası" oxunub. Kırıkkale müftisi Bekir Gereyin təşkilatılığı ilə keçirilən mərasim Məhəmməd Peyğəmbərin (s.ə.as) doğumunun 1443 illiyinə həsr edilib. Mərasim çərçivəsində "Quranı-Kərim"dən dualar oxuyan kənd əhli, yağış yağması üçün də dualar oxuyub. "Yağmur duası" oxunan vaxt 2 il ərzində yağış yağmayan kəndə yağış yağmağa başlayıb və kəndlilər namazdan sonra qurbanlar kəsib kasıblara paylayıblar. Xatırladaq ki, müxtəlif dini təriqətlərin yaşadığı Türkiyədə bu tipli qeyri-adi hadisələr tez-tez baş verir.
2014-04-19
15,165
Kreml Putini haqlı çıxardı: "Rasmussen düz etmədi"
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Vladimir Putinin Anders Rasmussenlə bağlı söylədiyi fikirlərin gerçək olduğunu və buna təəssüf etdiyini deyib. "Axar.az" xəbər verir ki, Peskov Rasmussenin bu hərəkətinin qəbul edilməz davranış olduğunu bildirib. NATO Putinin Rasmussenlə bağlı söylənilənlərin reallığı əks etdirmədiyini qeyd etsə də, Danimarka mətbuatı bunun qəza nəticəsində baş verdiyini bəyan edib. Peskov 12 il əvvəl baş verən hadisənin indi açıqlanmasının uyğun vəziyyət olduğunu vurğulayıb.
2014-04-19
15,166
5 nəfər yanaraq külə döndü - Video
Türkiyənin Antalya şəhərində baş verən hadisədə 5 adamın yanaraq həyatını itirdiyi qəza anının görüntüləri yayılıb. Məlumata görə, qəza aprelin 17-də Əmrah Bülbülün idarə etdiyi "05 RD 419" nömrə nişanlı avtomobilin Qalib Əsgər sürdüyü "07 HZ 762" nömrəl nişanlı TIR çırpılması nəticəsində baş verib. 5 adamın yanaraq öldüyü qəzanın qurbanları arasında azyaşlı uşaq da var. /ANS/
2014-04-19
15,167
Adnan Oktara şok zərbə: "Artıq qızlar olmayacaq"
Azərbaycanda "Harun Yəhya" kimi tanınan Adnan Oktara məxsus A9 telekanalındakı "Sohbetler" proqramında studiyada yarıçılpaq oturaraq Qurandan və İslamdan danışan, "kediciklər" adlanan qadınlar Türkiyədə siyasətçiləri də əsəbləşdirib. Türkiyənin Baş nazirinin müavini Bülent Arınc bu proqramı rüsvayçılıq hesab edir. Məlumata görə, Bursa şəhərindəki Tayyare Mədəniyyət Mərkəzində təşkil olunmuş "Uzaktakı yakın" sloqanlı Beynəlxalq Hz.Uftadə simpozrumunda çıxıq edərkən Bülənt Arınc deyib: "Çox dünyəviləşdik, amma bəziləri özlərini həddən ziyadə bilgili sayırlar. Bu işin pis tərəfidir. Onlar özlərini çox mömin, çox ağıllı hesab edirlər. Nəcib Fazil deyərdi ki, "Əvvəllər çətinliklər böyük buz dağları kimi idi, biz nəfəsimizlə o buzları əritdik, indi palçıq əlindən tərpənmək olmur". İndi də guya yol göstərənlər var. Saçı ilə, saqqalı ilə, geyimləri ilə ətrafına topladığı üç-beş adamla iş gördüklərini sanırlar. Yaxşılarından Allah razı olsun, amma çoxunun işi pozulub. Bəzən telekanallara baxırıq. Yanındakılarla "hahaha", "hihihi", "inşallah", "maşallah" - başqa bir şey yox. "Kediciklər", bilmərəm "nəciklər". Bunlar da iş gördüklərini zənn edirlər. İslam, iman, Quran, ədəb, namus, abır-həyadan əsər-əlamət yoxdur. Əvvəllər qazan-tava satan biri var, indi İslamdan, Qurandan danışır. Ad çəkmirəm, bilən bilir. Belələri İslama çox ziyan vurur. Bu adamlara inananlar arasında uşaqlarını, həyat yoldaşlarını, varidatını itirənlər var. Belələrinə baxıb "müsəlmanlıq budursa, mən qaçdım" deyənlər də var. Bu səbəbdən də pis adamlardan nümunə götürmək gərək deyil. Belələri nə qədər danışırsa, ortalıqda palçıq o qədər artır, ayaqlarımız palçığa batır. Bunlardan nə qədər uzaq olsaq, haqqa o qədər yaxın olarıq. Müsəlmanlıq çox gözəldir". B.Arıncın bu sözlərinə A.Oktar dərhal cavab verib. O, özünün A9 telekanalında "kediciklər"in bir daha proqramlara qatılmayacaqlarını deyib. "Qızlar artıq efirə çıxmayacaq. Studiyada kişilər olacaq. Biz burada İslamdan danışırıq. Amma başqa telekanalardda da dekolteli qadınlar var. Onlara da bir söz deyin", - Adnan Oktar söyləyib. /"Milli.az"/
2014-04-19
15,168
Putindən NATO-ya: "Biz hər kəsi boğarıq, qorxmayın"
Putin Cenevrə görüşündən sonra Qərbə qarşı sərt siyasi mövqeyini dəyişib. "Axar.az" xəbər verir ki, Putin Qərblə Rusiya arasında əlaqələrin normallaşmasında hər hansı maneələrin qalmadığını deyib. Putin həmçinin NATO-nun yeni Baş katibi barədə də fikirlər bildirib: "Stoltenberqlə çox isti münasibətlərimiz var, bura şəxsi münasibətlər də daxildir. Özü də çox ciddi və məsuliyyətli bir insandır. Bu yeni tutumla əlaqələrimizin necə inkişaf edəcəyini görəcəyik". ABŞ və Avropa Birliyinin ittihamlarını rədd edən Putin NATO-nun genişlənməsini heç cürə qəbul etməyəcəklərini bəyan edib. NATO-nun genişlənməsinin Rusiyaya "boğucu bir təsiri" olub olmadığı ilə bağlı suala cavab verən Putin zarafatyana bildirib ki, "Biz hər kəsi qərq edərik, qorxmayın".
2014-04-19
15,169
Ermənistan Avropa Məhkəməsinə verilir
Ermənistanı məhkəmyə verənlər isə "Roşhat" Azərbaycan kürd gənclər təşkilatıdır Ermənistan Xocalı faciəsini törətdiyinə görə Avropa məhkəməsinə verilir. Məlumata görə, Ermənistanı məhkəməyə verənlər isə "Roşhat" Azərbaycan kürd gənclər təşkilatıdır. Təşkilat Xocalı soyqırımının nə vaxt, kimlər tərəfindən törədilməsi, ölən və yaralılar barədə sənədləri toplayaraq Avropa məhkəməsindəki məhşur vəkillərdən birinə göndəriblər. Xocalı soyqrımı ilə bağlı Azərbaycanın mövqeyini isə məhşur müstəqil hüquqşünas Kərim Yıldız müdafiə edəcək. Vəkil ANS-ə müsahibəsində etiraf elədi ki, bu, çətin proses olacaq. Bununla belə o, uğur əldə ediləcəyinə inanır. Çünki Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil, hazırda müharibə şəraiti davam edir. Üstəlik laçınlı Çıraqovlar ailəsinin işini Avropa məhkəməsində qaldıran və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən nəticə əldə edən avropalı vəkilə digər həmkarları da yardım edəcəklər. Kərim Yıldızın köməyini Azərbaycan bunadək işğal olunmuş Laçın rayonunun sakinləri olmuş Çıraqovların məhkəmə iddiasında görmüşdük. Avropa məhkəməsinin müstəvisinə çıxarılan bu işin nəticəsində Ermənistan həmin kəslərə təzminat ödəməyə məcbur edilib. Qərarda bildirilirdi ki, Laçından olan məcburi köçkünlər etnik və dini zorakılığa məruz qalıb, əmlakları dağıdılıb. Əslində bu qərarın verilməsi ilə Avropa məhkəməsi, hüquqi müstəvidə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistanın isə bu əraziləri işğal etməsi faktını tanımış oldu. /ANS/
2014-04-19
15,170
Hitler reklama çəkildi – Video
"Mercedes" yeni qalmaqallı reklamını təqdim edib. "Axar.az" xəbər verir ki, dünyaca məşhur "Mercedes-Benz" şirkəti yeni reklamını təqdim edib. Reklamda Alman diktatoru Adolf Hitlerin uşaqlığı ilə bağlı kadrlar yer alıb. Kadrlarda avtomobilin hərəkət etdiyini və iki uşağı gördükdə dayandığını, amma balaca Hitleri gördükdə isə onu vurub öldürdüyünü görmək olar. Xatırladaq ki, daim maraqlı reklam çarxları ilə məşhur olan Mersedes bir çox hallarda bu reklamlara görə qalmaqallarla qarşılaşdığı deyilir. İzləmə rekordu qıran videonu sizə təqdim edirik:
2014-04-19
15,171
Nazirimizin qardaşı yol qəzasında həlak oldu
Bu gün Naxçıvan Muxtar Respulikasının Şərur rayonunun Pusyan kəndində avtomobil qəzası baş verib. "Axar.az" xəbər verir ki, qəza nəticəsində Abbas Əhmədov hadisə yerində həlak olub. Onunla birlikdə Sərhəd Qoşunlarının Şərur zastavalarının komendantı da ölüb. Məlumata görə, Abbas Əhmədov toy məclisindən qayıdırmış. Qeyd edək ki, Abbas Əhmədov Naxçıvan Daxili İşlər naziri Əhməd Əhmədovun qardaşıdır. Hazırda təqaüddə olan A.Əhmədov fermer təsərrüfatı ilə məşğul imiş. Allah rəhmət eləsin!
2014-04-19
15,172
Kremlin Ukrayna ilə bağlı mövqeyini açıqladı
Kremlin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov Ukraynanın şərqində baş verən nümayişlərə maraq göstərmədiklərini bildirib. "Axar.az" xəbər verir ki, Peskov rus ordusunun sərhəddə Ukraynada yaşanan olaylarla bağlı olmadığını bəyan edərək, ordunun bir çox bölgələrdə yerləşdirildiyini vurğulayıb. Peskov heç bir ölkənin qonşu ölkəsində gərginliyin yaşandığı vaxt səssiz qalmadığını, Rusiyanın da təhlükəsizliyinin gücləndirilmiş vəziyyətə gətirildiyini deyib.
2014-04-19
15,173
Putinlə bağlı dəhşətli fakt
Rusiya prezidenti Vladimir Putin mobil telefondan istifadə etmir və başqa rabitə növlərinə üstünlük verir. Məlumata görə, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirir. "Putin mobil telefondan istifadə etmir, amma internetdən fəal istifadə edir",- deyə Peskov vurğulayır. O həm də bildirib ki, Putin, hətta SMS ismarış da göndərə bilmir. Lakin Peskov vurğulayıb ki, Putin yeganə siyasətçidir ki, yaxşı dostları var. /ANS/
2014-04-19
15,174
Paytaxtın Xəzər rayonunda yanğın olub
Bakıda hamam yanıb. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 30 kv.m olan hamamın yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 20:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-20
15,175
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında aprelin 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 20-25, bəzi yerlərdə 28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
2014-04-20
15,176
Krımoğlunun Krımdan ilk açıqlaması – Video/Foto
Böyük maneələrlə vətəninə qayıdan Krım tatarlarının lideri Mustafa Krımoğlu (Cəmilov) Krım Tatar Milli Məclisinin binasında açıqlama verib. "Axar.az" xəbər verir ki, o, əvvəlcə sərhəd keçid məntəqəsində rusiyalı sərhədçilər tərəfindən əsassız yerə saxlandığını dilə gətirib. Krımoğlu qeyd edib ki, bütün təzyiqlərə baxmayaraq, Krım tatarları ruhdan düşməməli, əvvəlki vaxtlarda olduğu kimi, bütün məsələlərdə prinsipiallıq nümayiş etdirməlidir. Onun sözlərinə görə, xalqın mənəviyyatı və varlığı hər bir şeydən üstün olmalıdır. Xatırladaq ki, Krım tatarlarının yarımadadakı yeganə kanalı olan ATR-ın jurnalisti Krımoğlundan keçid məntəqəsində üzləşdiyi problemlər, sərhədçilərin onu tanıyıb-tanımaması, həmçinin neçə günə gəlməsi barədə açıqlamalar alıb.
2014-04-20
15,177
Kadırov polis qismində Qroznıda reyd keçirərkən – Video
Çeçenistanın mərkəzi kanalı olan "Qroznı-1"in xəbərlər proqramı respublika rəhbəri Ramzan Kadırovun Dövlət Yol Polisinin əməkdaşı qismində qaydaları pozan sürücülərə qarşı reyd keçirdiyi anlardan ibarət hazırladığı süjet social şəbəkədə yayımlanıb. "Axar.az" xəbər verir ki, Kadırov bu və ya digər küçələrdə qadağan olunmuş plyonkalı, həmçinin nəzərdə tutulmuş standartlardan yuxarı siqnal quraşdıran avtomobil sürücülərinə qarşı ciddi cəza görülməsi təlimatını verir. Xatırladaq ki, bu, Çeçenistan rəhbərinin ilk belə reydi deyil. O, dəfələrlə dövlət əhəmiyyətli obyektlərin tikintisinin gedişi və digər bu tip məsələləri şəxsən yoxlayıb.
2014-04-20
15,178
Kamal Abdulla: “Birun-Əndərun” - Esse
"BİRUN – ƏNDƏRUN" oyunları (ilkin təcrübə) (ədəbi-bədii esse) Vaxt var idi, evlərimizdə bir-birindən kəskin sərhədlə ayrılan iki qisim var idi. Bunların birinin adı Birun, o birinin adı Əndərun idi. Bunların münasibəti sadəcə gizlin-aşkar münasibətləri deyil. Bəs daha nədir? Birun hamı üçün idi. Qonaqlar, yaxınlar, uzaqlar ancaq birunun içində hərlənə bilərdilər, onlar birundan o tərəfə, yəni, əndəruna keçə bilməzdilər. Əndərun isə xas ailə üçün idi. Arvad-uşaq burda biruna həsrət bir halətdə eynən küçədə çadra örtən kimi əndəruna örtülüb ömrünü sürərdi. Evin birunu yaxud küçənin ancaq gözləri açıq çadralısı – təxminən, eyni şeydilər. Yunan miflərində yerlə göy bir-birindən ayrılan kimi bunlar da nə zamansa bir-birindən ayrılmışdılar. Təkcə ayrılmamışdılar. Hər biri öz məqamında bir imperatorluq yaratmışdı, özünəməxsus mədəniyyət formalaşdırmışdı. Bu, təkcə ədəb və ərkanda özünü göstərmirdi, təhtəlşüurdan (altşüurdan) vurub dil-danışıq qatından keçir, sosial münasibətlərin bu və ya başqa cür formalaşmasına təsir edirdi. Əgər biz Birun və Əndərunu açar sözlər kimi götürüb ədəbiyyat və mədəniyyət labirintinə girmiş olsaq, hara gəlib çıxarıq, hansı açmazları yeni rakursdan gözdən keçirə bilərik?! Və ən vacib sual: Bu iki açar sözü bir-birinə calasaq, bundan bir Ariadna ipi çıxarmı ki, geri qayıda bilək?! Bu gün bizə elə gəlir ki, Birun və Əndərun birləşiblər. Sanki onlar ayrı-ayrılıqda bizim həyatımızda yoxdular. Amma bu yalnız ilk baxışda belə görükür. Onlar bu gün də birləşməyiblər. Doğrudur, bu gün zahirən Birun da, Əndərun da yox kimidir. Həyatımızda bu məqamların birləşdiyi bir məkan var. Amma zehnimizdə, dərin düşüncəmizdə onların yeri yenə də ayrı-ayrıdır. Biz hələ də evimizə ailəyə yaxın olmayan hətta qohum gələndə arvad-uşağı iç otağa, ya da mətbəxə, bir söz, gözlə görükməyən yerə yollayırıq. Bunu bəzən açıq şəkildə, bəzən də gözümüzün işarəsi ilə edirik. Qıraq baxışdan kənar yer (məsələn, bağ yerində bu, arvad-uşağın adətən görünmədiyi bir həyət guşəsi də ola bilər) bugünkü ailənin əndərunudur. Belə yumşamış şəkildə olsa da əndərun bu gün də yaşayır. Və yaxud biz öz dəruni hislərimizi valideynlərimizdən gizlədirik. Onların, yəni, valideynlərimizin yanında bir sıra etik görünməyən hərəkətlərimiz (söyüş söyməməkdən tutmuş siqaret çəkməməyə qədər) az qala gəncliyin cəngavərlik kodeksinə çevrilir, amma bizim mənəvi aləmimizin birun qatında qalır, əndərun qatına keçmir. Bir mətndə əsl milli kişi obrazını axtaranda bu adamın öz əzizlərinə bəslədiyi son dərəcə dərin məhəbbət hissinin quru bir şəkildə, dərin bir qatında gizlənməsi bizi məftun edir və biz ədəbiyyatımızın kişi obrazlarından danışanda ilk əvvəl belə xüsusiyyətin sahibindən böyük bir pərəstişlə danışırıq. Mən indi anlamıram. Nə üçün hisslərin belə gizli saxlanması, bu cür kənar gözdən gizlədilməsi müsbət ədəbi priyom kimi təqdir edilməliydi?! Yadıma Vaqif Bayatlının həmişəyaşar misraları düşür: "Çox nahaq deyiblər ağlamaz kişi. Kişi də insandı, könlü-gözü var…" Dərin məhəbbət və bağlantı hislərimizin hətta ən yaxınlarımızdan belə gizlin tutulması "Birun-Əndərun" oyunlarının əlaməti deyilmi?! Yaxud danışığımızda söhbət ailədən, həyat yoldaşından, uşaqlardan düşəndə bəzi yaşlıların bu gün də hətta qızarması, "ayıb olmasın"la söhbəti davam eləməsi adamlarımızın təfəkküründə hələ də Əndərun adlı və funksiyalı hissənin mövcud olmasına dəlalət etmirmi? Biz böyüklərin yanında çəkinib siqaret çəkmirik. Onların yanında balaca uşaqlarımızı qucağa almırıq, öpüb tumarlamırıq. Biz öz hislərimizlə yaxın olmayanların arasına sərhəd çəkib o sərhəddi qırmamaq, yıxmamaq üçün əlimizdən gələni edirik. Bu, Əndərun əxlaqının bizimlə oynadığı utancaqlıq oyunu deyilmi? Bizim bir qəlb evimiz var. Bütün gizlinlərimiz ordadır. Biz hər kəsi qəlb evimizin içinə buraxmanıq. Olsa-olsa evimizin ancaq həndəvərinə buraxarıq. Bu, Əndərunun Biruna bir şıltaqlığı, özünəməxsus oyunu deyilmi?! Bizim bütün addımlarımız, hərəkət və fəaliyyətimiz, hiss-həyəcanlarımız, düşüncə və duyğularımız bu gün də "Birun-Əndərun" oyunlarının, daha doğrusu, kələfinin içindədir. Qəlbimiz bu gün də bizim üçün Əndərunun niqabıdır. Beynimiz bir Birun məkanıdır… Qərblilər elə bilir ki, onlarda Birun-Əndərun yoxdur. Bizə də bu belə gələ bilər. Onlar da yanılırlar, biz də yanılırıq. Sadəcə, bu iki məqam, qərblilərdə başqa mental səviyyədə, yaxud kəsiklərdə yerləşir. Onların öz qədim zamanlarında bu iki ayrı məqam əvvəl kəskin (yunan faciələrini – Esxilin, Sofoklun, Evripidin əsərlərini yada salaq – orda xordan çıxıb personaja dönən əvvəl iki, sonra üç, daha sonra dörd aktyor və onların içindən çıxdıqları xora münasibətləri dəyişməkdə olan Birun və Əndərunu yada salır), sonra yüngül şəkildə, formal olaraq özünü göstərib, daha sonra yavaş-yavaş silinib gedib. Bu üç mərhələ kifayət dərəcə sürətlə baş verib. Qədimdə ümumi dəyərlər daha çox və bir-birinə daha bağlı olub. Bir çox başqa ümumdəyərlər də qeyd eləmək olar. Məsələn, sonradan dinlərin adına çıxılan bir çox etiketləri bu sıradan göstərə bilərik. Bəyəm Qərb üçün, məsələn, qadının başını bağlamaq adəti, məcburiyyəti yox idi? Var idi. Sadəcə, oyulub gedib. Kilsəyə girəndə, qəbir üstünə gələrkən bu adətin dirçəlib canlandığını, onun relikt əlamətlərini (az qala simvollaşmış bir halda) bu gün də görürük. Sadəcə, "Birun-Əndərun" oyununun Qərbdə calağı tutmayıb. Cücərməyib. Bu oyun Qərbin oyunu ola bilməyib. Şərq isə bu oyunu bu gün də oynamaqdadır. Amma necə? Kimsə əgər düşünürsə ki, "Birun-Əndərun" oyunları həyatımızın ancaq dini-fəlsəfi, əxlaqi-etik səviyyəsindədir, məncə, yanılır. Bu halın "residivini", perspektivini bədii mətn səviyyəsində də müşahidə eləmək mümkündür. Mətnin də öz "əndərun-birun" oyunları var. Onları çözmədən müəllifin dərin psixolojisini, altşüurunu, deməyib-demək istədiyini bilmək namümkündür. Bunlar isə bəzən müəllifin öz iradəsinin əksinə mətndə sahman tapır və "nə üçün belədi, başqa mümkün cür deyil?" sualına heç müəllifin özü də cavab verə bilmir. Amma oyun və onun əlamətləri göz qabağındadır. Sual edilə bilər. Nə üçün oyun?! Burda oyunluq nə var? Əlbəttə, oyun! Onun üçün oyun ki, mətnin sahmanı burada xüsusi olaraq qurulur. Mətndə bu oyunun nədən ibarət olduğunu daha əyani şəkildə nəzərə çarpdırmaq üçün bilərəkdən gizlədilmiş, amma mətnin poetikasına "işləyən" məqamları nəzərdən keçirə bilərik. Belə məqamlar çoxdular. Məsələn, götürək, poetik mətndə misranın ən ağlagəlməz yerində özünü göstərən qafiyəni. Qafiyə misranı başqa misraya bağlayan bir vasitədir. Qafiyələr bu baxımda cürbəcür, növbənöv olurlar. Bəzən görürsən ki, onlardan birini əsas qafiyələr cərgəsindən ayırıb misranın içinə soxurlar, bir növ, "gizlədirlər". Harda baş verir bu gizlənmə məqamı?! Misranın da öz əndərun hissəsi olmasın?! Varmış. Əlbəttə ki, misranı gizlədirlər Əndərunda. Misranın əndərunu bu şəkildə üzə çıxarıla bilər. Nəticədə, belə və bunun kimi onlarla başqa poetik sirlərin gizləndiyi məqam bu Əndərun dediyimiz məkanın siluetini, "ətini-canını", dizaynını düzüb-qoşmağa gətirib çıxarır. Yaxud, çıxara bilər. Biz "qara yeşiyin" fəaliyyətini bu yeşiyin içinə müdaxilə edib heç cür öyrənə bilmirik, amma yeşikdən kənara çıxan bəzi fəaliyyətlər onun içindəkini "görməyə" və müəyyən etməyə imkan verə bilər. Eynən Əndərun barədə də Birundakı "vurnuxmalar" və "var-gəllər" vasitəsilə təsəvvür əldə etmək mümkündür. Biz hal-hazırda bir sistemli yanaşma içindəyik. Əgər cümlənin (eyni zamanda, əlbəttə ki, misranın…) əndərunundan danışa biliriksə, o zaman cümlələr birliyinin də (loru dildə desək, abzasın da) əndərunundan danışa bilirik. O zaman hekayənin də, həmçinin istənilən mətnin də əndərunundan danışa bilərik. Sadəcə, bu anlayışların bizim əvvəlcə əxlaqi, sonra kulturoloji, daha sonra ədəbi-bədii təsəvvürümüzdə özünə nə cürə yer eləməsi düşündürücüdür. Özünə yer elədikcə mövqeyi ilə birlikdə adını, formasını da dəyişir. Ancaq funksiyasını dəyişmir, bəlkə onu qovub-qovub bir qədər də dərində gizləyir. Bir sistem içində olmağımız aşikar… Nağıllarımız belə başlayır: Biri vardı, biri yoxdu… Əslində isə hər şey, təkcə nağıllar yox, hər şey bundan başlayır. Bu bir universal ikigözlü xurcundur, sonu, ucu-bucağı yoxdur. Sonsuz sayda dünyaları belə öz içində ehtiva edə bilən bir universallıqdır. "Biri vardı" burada bizim yadımıza Birunu salmırmı?! Və "biri yoxdu" da Əndərunu, daim gizlətməyə çalışdığımız (guya olmayan) məkanı yadımıza salmırmı? Mənim yadıma onlar düşdü. Baxın, məncə, bizim yaddaşımızın da özünəməxsus "Birun-Əndərun" oyunları yox deyil. Biz bəzən Birun hissəyə elə şeyləri çıxarıb Əndərunda elə şeyləri gizlətmişik ki, indi yerbəyer zamanı gələndə mat qalırıq ki, sən bir gör, nə boyda bir zamanın içinə girib yanlış dəyərlər düzəltmişik özümüzçün. Elə Füzulini götürək. Əsrlər oldu ki, onu qəmin, kədərin, əzabın əvəzsiz tərənümçüsü, gözəgörünməz hislərin cilovunu müqtədir qələminin ucunda tutub saxlayan şairlər şairi kimi tanıdıq. Bu isə, sən demə, Birun söhbətindən başqa bir şey deyilmiş. Hər şair özü yazdığı bir, ya iki misrasının içində olar. Yerdə qalan, necə deyərlər, təfərrüatdır. Füzuli "…Şəbi-hicran, yanar canım…" kimi hətta amansız odlu fəryadın, yaxud pıçıltının içində deyil. O, qəm şairi deyil! Kədər, sitəm, biçarəlik şairi deyil. Füzuli onlarla, yüzlərlə bu qəlibdən olan başqa yazdığı şeirlərin də şairi deyil. Bu şeirlər Füzuli möhtəşəm qəsrinin birunudur. Bəs əsl Füzuli hardadır, yaxud onun misraları harda kənar, naməhrəm gözdən gizlənib?! O qəsrin əndərunu hanı?! Məcnun doğularkən şair onun adından İlahiyə üz tutub belə söyləyir: "Harda qəm ola, qılma ehmal, lütf eylə, dili-həzinimə sal. Həm ver mənə qəm yemək kəmali, həm aləmi qəmdən eylə xali!.." Füzuli özünün bütün böyüklüyü ilə bu misraların içindədi, bu misraların şairidi. Budur Füzulinin əndərunu! Bu misralarda qəm yoxdur, bir çılğınlıq və nikbinlik var. Dəlisov inam var ki, ona İlahidən təmənna etdiyi, istədiyi qüvvə verilsə, o, aləmi çəkib qəmdən azad edəcəkdir. Budur Füzuli! Budur Füzulinin əndərunu, illər, bəlkə əsrlər boyu kənar gözdən gizlədilən, kənar gözün təsvirinə və təfsirinə gəlməyən məkanı. Əlbəttə ki, Füzuli bu misraların içindədi. Bu misralardan kərpic kimi onun qəmli qəzəllərini ətrafına sipər eləyib gizləndiyi ruhani məkanı qurulub… Bu misralarla o böyükdür. Çünki bu Füzuli, əslində, Poeziyanın vətəndaşıdır, özü də sıradan vətəndaşı deyil, Poeziyanın İsa peyğəmbəridir. Biz əsl Füzulini onun dünyaya, bəşəriyyətə mesaj kimi göndərdiyi bu misraların içində görürük. Bəlkə də əsl Füzuli bu misraların, bu məhrəm misraların içində mənəvi bir əndərunda olduğu kimi gizlənirdi. O misraların Füzulisi, əndərunu indi-indi tərk edir. Çünki onun dünyası, onu yavaş-yavaş anlamağa çalışır… Füzuli öz dünyasına uyuşmur. Ona uyğun gəlmir. Füzuli kardioqram şəkillərində olan kimi üfqi xəttin şaquli xətlərlə kəsilmələrindədi. Çünki həyat ordadı. Nə qədər şablon səslənsə də min dəfə deyiləni mən də təkrar edəcəyəm. Amma bir az başqa kontekstdə. Füzuli zəmanəsinə sığmır. Labirintli ricət. Bu ifadəni o qədər deyiblər ki, şiti-şoru çıxıb. Onu eşidəndə ağız öz-özünə büzülür. "Füzuli zəmanəsinə sığmırmış." Elmi ifadədən çox, "alimanə" ifadədir. Nə üçün sığmır?! Nəyə görə sığmamalıdı?! Bunun axı bir məntiqi əsası olmalıdı. Höte deyirdi ki, Hamlet zəmanəsinə sığmır, çünki o, büllur vazaya əkilən bir palıd ağacı kimidi. Büllur vaz isə zəmanədi. Vaxt gəlir, palıd ağacı böyüyüb vazanı dağıdıb parçalayacaq. Deməli, diqqəti palıd ağacına yox, zəmanəyə vermək lazımdır. Ricətin sonu. Əslində, Füzulinin ədəbi mühiti ölüdür. Orda qızmar günəş altında beyin deşən istinin içində heç milçək vızıltısı da eşidilmir. Amma bununla yanaşı, Füzuli ədəbi zəmanəsinin ölü olmadığını mövcud şaquli xətlər göstərir. Yəni, Füzulinin özü göstərir. Və bir başqa yöndən baxarsaq, Füzuli ölümün ağuşundadır. Zəmanə diridisə, o isə biz bilirik ki, diridi -- başqa cür ola da bilməzdi -- əgər Zəmanə diridisə, onda əlbəttə ki, Füzuli ölüdür. Xətt ancaq üfqidir, onu heç nə kəsmir. O öz əndərununu oxucusuna ötürüb və mülk aləmini, şəhadət aləmini tərk edib. Əslində, Füzulinin oxucusu şair tərəfindən ona nə ötürüldüyünü heç başa da düşməyib. Başa düşməyibsə Füzuli sükut içində öz vaxtını gözləyir. Və Füzuli indi dirilmək istəyir. Çünki bu gün bu dirilmə üçün onun oxucusu hazırdır. 19-cu əsrdə bu dirilmə baş verə bilərdi. M.F. Axundov buna imkan vermədi. Kriminal ricət. Rolan Bart mətni dünya kimi qəbul edib müəllifi öldürmüşdü. Təxminən buna bənzər bir şeyi ondan əvvəl Nitşe də etmişdi. O da demişdi ki, Allahı biz öldürmüşük. Daha kimi öldürmək lazımdır ki, Mətnin adekvat anlamının qarşısında maneəyə çevrilməsin? Mətn Birundan Əndəruna, Əndərundan Biruna atılmasın və ya gizlədilməsin?! Zəmanələr sirlərdən azad olsun, çünki sirlər zəmanənin içində ağır bir yükə dönüb anlaşılmaz təbəddülatlara gətirir. İnsan özü-özünü tanımaqdan uzaqlaşır. Onun özünün özü ilə arasında məsafə yaranır. "O və özü!" O özündə, özü onda bir-birinə tanış olmayan qəribə cizgilər, xüsusiyyətlər axtarmağa başlayırlar. Anlaya bilmədikləri nəsnələr tapırlar. Köhnə sirlər açılmadan yeni sirlər yaranır. Çünki bu insanların da bəziləri müəllifdir. Amma onların bəziləri də oxucudur. Müəllif və oxucu arasındakı sirlər zəmanələrinin ən ağır yüküdür. Anlaşılmazlıqların anlaşılana çevrilməsi isə artıq zəmanənin deyil, Zamanın probleminə dönür. Rolan Bart deyir ki, müəllifin ölümü ilə oxucunun doğuluşu eyni anda baş verir. Bir şeyi əlavə etməyi unudur. Müəllif öləndən sonra bu dəfə artıq ruha dönüb oxucunu gözəgörünməz bir məngənədə sıxmaqdadır. Dilin içində azmış və bəlkə də ərimiş müəllif özü də dilin məngənəsindədi. Bu hələ harasıdır?! Dilin özü də məngənədədi. Humboltu xatırlasaq, dil, öz növbəsində, ruhun məngənəsindədi. Çevrə bu şəkildə qapanır. Sürrealist bir mənzərə xatırladım. Laokoon və oğullarının onları öldürmək üçün İlahə Heranın göndərdiyi nəhəng ilanların məngənəsində olduqları o tükürpədici mənzərə!.. Mənzərənin dəhşəti bizi bir anın içində bürüyəcək. Belə isə biz kimik – müəllif, yoxsa oxucu?! Qatil, yoxsa qurban?! Ricətin sonu. Lirik ricət. Şəhər hamam içində, Çeşmə saman içində. Saman altı gedər su Köhnə zaman içində. Hətta belə bir absurd "şeir" parçasında da Birun və Əndərunu ayırmaq mümkündür. Buradakı Əndərun bizi nağıllarımızdakı "saman saman içində…" məqamına aparır. Buradakı Birun isə qatma-qarışıqdı, xaotikdi, əndərunu qoruyub gizlətməklə, özü də xeyli bacaracaqsız şəkildə gizlətməklə məşğuldur. Ricətin sonu. "Birun və Əndərun" ən verimli rakursunu yaddaş və huşsuzluq müstəvisində tapır. Qədim yunanların Mnemozina dedikləri huş ilahəsi insanın Birundakı fəaliyyətini ehtiva edirsə, onu ən çox düşündürən Leta – huşsuzluq ilahəsi və çayı qaranlığın, xaosun özü idi. İnsanın özündən də xəbərsiz onun huşsuzluğu doldurulurdu, bu huşsuzluq yaddaşdan çıxarılmış lazımsız nəsnələrin məkanına çevrilirdi. Maraqlıdı, "MNEMOZİNA və LETA" – "Birun və Əndərun" istiqamətindən necə göründü?! Niçşe dəhşətli bir uzaqgörənliklə deyirdi: "Səhra böyüyür". Bu, ilk növbədə, yaddaşın itməsi deməkdir. Burdan birbaşa yol bizim daha yaxşı tanıdığımız müstəviyə – Çingiz Aytmatova gətirir. Onun məşhur "manqurt" ideyasına. Əlaqə göz qabağındadı. Yəni, demək lazımdı ki, "manqurt" ideyası ilə Çingiz Aytmatov ən azı fəlsəfi müstəvidə orijinal deyil. Niçşe bizim kontekstdə Əndərundursa, Çingiz Aytmatov aşkar Birundur. "Səhra böyüyür" isə çox böyük və qarşısıalınmaz faciədir, daha doğrusu davamlı faciədir, amma əslində, heç dağıntı da deyil. Dağıntı daha asan məsələdi. Haydegger Niçşeni şərh edərkən deyir ki, dağıntı yalnız özündən əvvəlkinin məhvi deməkdir. Səhra isə bununla yanaşı, həm də (!) özündən sonranın, hər şeyin məhvidi. Yaddaşın itməyidi. Mən belə deyərdim: Mnemozinanın Letada batmağıdı. Nəhayət, "Birun-Əndərun" oyunları bizim şəxsiyyətimizi də iki yerə bölür. Biz öz içimizdə saxlayıb hamıdan gizlədiklərimizi hamıya deyə biləcəklərimizdən qoruya-qoruya qalmışıq. Mürəkkəb məzmunları sadə mətləblərə gətirmək istedadı nadir əql adamlarında olur. Sadə mətləb özü ilə öz məkanına mürəkkəbliyin hər "əza"sını gətirmir, əsas ştrixlər səviyyəsində məsələni həll edir. Mürəkkəbliyin dolaşıqlığı, labirinti biz görmədiyimiz (bəlkə də dərinliyinə girib anlaya bilmədiyimiz) tərəfdə qalır. Biz gördüyümüz hissə yenə də Birun hissə olur. Diqqətli olmaq lazımdır, fikir qatlarının Birunu və Əndərunu incə, həssas nöqtələrə işarə edir. Dərindən baxsaq, söz əgər şəxsiyyətin bölünməsindən düşdüsə, "mən"lə "mənsizlik"arasında da Birun-Əndərun münasibətləri var. "Otaqda heç nə yoxdur" əvəzinə "otaqda heç nə var" deyə biliriksə, "məndən o tərəfdə bir mənsizlik var" dəxi deyə bilərik. Niyə də məni Birun, mənsizliyi Əndərun kimi nəzərdə tutmayıb mənə "mən", mənsizliyə "mənsizlik" mahiyyətini verən altşüurumuzun yollarına düşməsək də ona başqa maraqlı bir kontekstdən nəzər salmayaq?! Düşündürücü ricət. "Otaqda heç nə yoxdur" əvəzinə "Otaqda heç nə var" labirinti bizə nə verir?! Ricətin sonu. Adi ricət. İnformasiya nədir sualına ən qısa və aydın cavab budur: İnformasiya entropiyanın aradan götürülməsidir. Entropiya xaotik mənzərəyə uyğun gəlir. İnformasiya isə hər hansı deyil, təzə olan xəbərdir. İnformasiya və entropiyanı eyni xəttin görünən və görünməyən tərəflərində duran Birun-Əndərun münasibətləri fonunda daha aydın anlamaq mümkün deyilmi?! Mümkündür. Ricətin sonu. Birun-Əndərun münasibətlərinin kəskin qarşıdurma mahiyyətini yavaş-yavaş itirib yumşaq qarşıdurma rejiminə, bəzən isə altşüura keçməsində həyatımızda baş verən bir qnoseoloji-psixoloji factor önəmli rol oynayır. Tolerantlıq əxlaqı bizi bürüdükcə həyatımızda "bəlkə" və "ola bilər"lərin rolu çoxalır. Biz Aristotel məntiqinin barrikadasındakı barışmaz tərəfləri sanki artıq sülhə dəvət etmiş kimiyik. Biz artıq bir ölüyə baxıb əgər o tərpənmirsə, anındaca "ölüdür" demirik. Amma axı diri də deyil, ölü də deyil. Aristotel deyir ki, insan ya ölüdür, ya diri. Amma məsələn, başqa bir ağıllı adam (məşhur fizik Fon Neyman) deyir ki, bu adam nə ölü ola bilər, nə də diri ola bilər. Yəni, bu adam komada ola bilər. Yəni, "bu adam bəlkə (ola bilər…) komadadı" yanaşmasının da məntiqi əsası vardır. Biz yadımıza salsaq salarıq ki, belə bir koma (nə diridi, nə ölü!) vəziyyətinin özünəməxsus təsvirinə, uzaqda yox, elə "Dədə Qorqud" dastanında rast gələ bilirik. "Qanturalı" boyunu nəzərdə tuturam. Döyüşdən əvvəl bizim qəhrəmanı uyqu tutur və o elə möhkəm bir yuxuya gedir ki, Selcan xatun onu heç cür oyada bilmir. Düşmən əskəri artıq yaxınlaşmaqdadır. Müəllif deyir ki, ol zamanlar oğuz igidləri yatanda yeddi gün yeddi gecə yatardılar. Bunun adına küçücük ölüm deyərlərdi. Küçücük ölüm haman "koma" deyilmi?! Fon Neymanın dediklərini qədim Oğuz dastanı öz qəhrəmanını bu cür devlər kimi yuxuya verməklə təsdiqləmirmi?! Və bu məqam "Kitabi – dədə Qorqud"un Əndərun hissəsinin elementi deyilmi? Füzuli ilə bağlı dediklərimi xatırlamaq olar. "Bəlkə"dən sonrakı həyat çizməsi və "bəlkə"dən əvvəlki həyatın özü… Əlbəttə ki, Birun və Əndərun münasibətləridir. Və əlbəttə ki, "bəlkə"dən sonrakı qisim Əndərun qismi olacaq. Lirik ricət. Belə bir cümləyə diqqət edək. "Taleyində olan həyatında olmaya bilər". Bu cümləni mən "Vakxanaliya mövsümündə Çalıquşu" adlı hekayəmdə işlətmişəm. Buradakı fikir uzun zamandan bəri danışığımızda, yazımızda sinonim kimi işlədilən "tale" və "həyat" sözlərini, nəhayət ki, bir-birindən ayırır. Şeirimizdə, nəsrimizdə, ümumiyyətlə, bədii mətnlərimizdə "həyatım" dedinsə, ardınca "taleyim", "taleyim" dedinsə, ardınca "həyatım" gəlir. Fərq isə təkcə fəlsəfi dərketmə məqamında deyilmiş. Fərq həm də bədii dərketmə məqamında özünü göstərə bilirmiş. Tale ilə həyat arasında bu cümlə vasitəsilə sanki bir pərdə çəkilir. Onların, əslində, bir-birinin eyni olmadıqları üzə çıxır. Həyatın öz yolu var, taleyin isə öz yolu. Və onlar yenə də Əndərunla Birunu bizə xatırladır. Yenə də Əndərun və Birun hissələr qarşı-qarşıya durmuş kimidir. Tale yad gözdən kənar bir Əndərundusa, həyat hamının gözü qabağında olan bir Birundur. Əndərunda olan Birunda görünməz, Birunda olmaz, ən azından əl-ayağa dolaşmaz. Ricətin sonu. Düşündürücü ricət. Dilimizdə "mən-lilik" sözünə ehtiyac var. "Süni şəkildə söz yaranmaz" deməyə tələsməyin. Dərinə getsək, yaranar. Amma bu bir tərəf. Mən-lilik sözünə qayıdaq. Mendeleyev cədvəlinin boş yuvacıqları olduğu kimi leksikamızda da boş, amma yeri görünən yuvacıqlar var. İlk baxışda "mən-lilik" "mən" sözünü xatırladır. "Mən" isə hələ "mən-lilik" deyil. Mən-lilik ona görə var ola bilir ki, onun müqabilində "mən-sizlik" var. "Mən-sizlik" öz qaranlıq sakitliyində "mən"in Əndəruna, bir növ qeybə çəkilməsidir. Ricətin sonu. Bu yaxında "1937az." saytında Məmməd Süleymanovun "Yazmaq və susmaq zamanı" adlı bir məqaləsini oxudum. Müəllif yazmaq zamanını və susmaq zamanını fərqləndirirdi. Hər müəllifin susmaq zamanı və təbii ki, haqqı var. Maraqlıydı. Mənə "Birun-Əndərun" müstəvisində bir az daha dolaşmaq üçün fürsət verdi. Əlbəttə, mənalı susqunluq mənasız çığırtıdan həmişə yüksəkdə olub. Amma biz, məncə onu da fərqləndirməliyik ki, susqunluğun da bir əndazəsi olmalıdı. Əndazəni keçirsə, susqunluq artıq özü barədə əlavə işarələr ötürməyə başlayır. Bu zaman Əndərun öz meyarlarını işə salır. Bu cür susqunluq Birunu hərəkətə gətirir, ona əlavə yük verir. Birun Əndərunun da boynuna düşəni izhar eləməyə başlayır. Birunun bu cür ambivalent davranışı Əndərunun öz "qazını" (energiyasını) dərinə ötürməsilə nəticələnir. Zaman keçəndən sonra bu halın nağıllardakı gözəllər kimi yuxuya getdiyini görəcəyik. Onların yenə də nə zamansa labüd birləşməsindən sonra isə bu hal özünü "tədricə qoyulmuş mina" kimi aparacaq – hər an partlaya biləcək və sən bu partlayışın məntiqini, bu azdır, adi semantikasını belə tapa bilməzsən. Fonetik ricət. "Doğru – oğru" sözlərini müqayisə edək. Bircə "d" səsinin artırılması ilə görün necə antaqonist məna dəyişikliyi baş verir. "Oğru" fonetik biçimi və semantikası indiki mənaya malik "oğru" sözünə qədər "əg+ru-əgri" dolanbacından keçib gəlib. "D"öz-özlüyündə, əslində, bir Əndərundur. Hər şey nağıldakı göbələk çətirinin içinə sığışıb, onun içində gizlənib. Bütün yerdə qalan o biri hissə isə Birundur. Ricətin sonu. Niyazi Mehdi "Cənnət və cəhənnəm mənə qaranlıqdı" (Axar.az saytı) adlı yazısında pozitiv yalanla bağlı deyir ki, ikiüzlü adamların işi keçir. Mənim yadıma yazdığım "Gizli Dədə Qorqud"dan bir məqam düşdü. Qədim Yunan padşahlarından olan Admet, Niyazinin təbirincə desək, əsl ikiüzlüdür, çünki qonaqpərvərlik qaydalarına riayət edərək arvadının ölümünü dostu Herakldan gizlədir və onun üzünə gülürsə də içində əzab çəkir. Buna baxmayaraq, məsələdən duyuq düşən Herakl, nəhayət, həqiqəti öyrənir və bundan sonra Admetin işi düzəlir. "Birüzlü" Herakl Tanatla döyüşür və ölmüş arvadını "ikiüzlü" Admetə qaytarır. İkiüzlü adamın bizim filosof demiş, işi beləcə düzəlir. Çevrə qapanır. "Admet və Herakl" ikili qarşıdurması öz-özlüyündə həll oluna bilməz. Hökmən kontekst lazımdır. Kontekst isə Birun və Əndərundan ibarət ola bilər. Eynilə, Sfinks və Təpəgöz kimi. İkisi də eyni kontekstin övladlarıdı. Orest və Hamlet! Qətilik və süstlük. Eyni kontekst – amma bu dəfə kontekstin coğrafi və mənəvi miqyası önəmlidir. Kontekstin həcmini müəyyənləşdirmək xüsusi həssaslıq istəyir. Allah Xristosdan insan olanı çıxardı. Ona görə də o deyə bildi: "Mən və Ata -- vəhdətdəyik". Müq. ed., Müqəddəs Rəbiyə deyirdi: "Qəlbimdə Allaha sevgidən başqa bir də Allaha sevgi varımdı." Yenə kontekst… Və yenə Birun-Əndərun… Sufilik, əslində, müsəlmanlığın hüdudlarını vurub aşmaqdır. Bəlkə də xristianlığa körpüdür. İsa deyir: "Mən və Ata – vəhdətdəyik." Yusif Həllac, ardınca Nəsimi deyir: "Ənəlhəq!" Kontekst çox böyük olsa da hər halda görməmək olmur ki, bu ikisi bir həqiqətin içindədilər. Həqiqətən də, həqiqət birdir, yerdə qalan təfərrüatdır.
2014-04-20
15,179
Borovoy: “ABŞ Rusiyanı şantaj etməsəydi…”
Rusiyalı politoloq Konstantin Borovoy Ukrayna ətrafında cərəyan edən hadisələr və Cenevrə razılaşmasının mahiyyəti barədə açıqlama verib. "Axar.az" xəbər verir ki, Borovoy ABŞ-ın üçüncü sanksiya ilə bağlı qərarından danışıb: "Cenevrə razılaşması olmasaydı, Amerika Rusiyaya qarşı üçüncü sanksiyasına start verəcəkdi. Əgər hadisələr bu istiqamətdə inkişaf edərdisə, Putinin imperiyası çökərdi. Şübhəsiz bu, Ukrayna üçün bir nəfəs almaq imkanıdı, ən azından ölkənin şərqindəki hücum dalğasının qarşısı alınıb. Başa düşmək lazımdır ki, rusların hücumunun qarşısının alınması Amerikanın şantajları müqabilində mümkün olub. Üçüncü sanksiyaların tətbiqi Putinin ətrafının, həmçinin bir neft ölkəsi kimi, Rusiyanın çöküşünün təməlini qoyardı. Cenevrə razılaşmasına gəlincə isə hesab edirəm ki, bu, kiçik də olsa, Ukraynanın qələbəsidir. Çünki ölkənin şərqindəki narazılar əvvəl separatçı adlandırılırdısa, hazırda onlar qərblilərin gözündə banditlərdir".
2014-04-20
15,180
Putinə şok hədə: “40 milyardın dondurula bilər”
Rusiyalı siyasi texnoloq Taras Berezoveç diqqət çəkən açıqlama verib. "Axar.az" xəbər verir ki, Rusiya Cenevrədə razılaşmaya üçüncü sanksiyaların qorxusundan və şəxsən Vladimir Putinin varidatının dondurulacağı xəbərdarlığından ehtiyatlanaraq imza atıb. Sənədin hüquqi mahiyyət daşımadığını diqqətə çatdıran politoloq bu səbəbdən gələcəkdə hansı hadisələrin baş verəcəyinə şərh verməkdə çətinlik çəkib. Əlavə edib ki, istənilən halda müqavilə Ukraynadakı gərginliyi bir qədər səngidib. Berezoveç Rusiyanın geri çəkilməsinə əsas səbəbi də göstərib və bildirib ki, rəsmi Moskva Putinin İsveçrə banklarındakı 40 milyard dollar vəsaitinin dondurulacağından ehtiyatlanıb: "Sanksiyaların siyahısı Deşiça qapıdan çıxan zaman açıqlanıb. Bu vaxt zalda Kerri, Eşton, Lavrov və Böyük Britaniyanın Xarici İşlər naziri qalıblar. Siyahıda Putinin şəxsi varidatı məsələsi də yer alıbmış. Söhbət Putinin İsveçrədəki 40 milyardlıq sərvətindən gedir. Həmin vəsaitlər Amerika maliyyə xəfiyyəsi tərəfindən araşdıraraq müəyyənləşdirilib. Bu fakt açıq mətnlə Lavrovun diqqətinə çatdırılıb".
2014-04-20
15,182
Rusiya-Ukrayna razılaşması kağız üzərində qaldı
Cenevrədə əldə edilən razılaşmadan sonra da Ukraynada separatçılar hökumət binalarını təslim etməkdən imtina ediblər. "Axar.az" xəbər verir ki, polisin separatçılara "İşğala son ver", "Silahı təslim et" çağırışlarına məhəl qoyulmayıb. 4,5 milyon əhalisi olan Donetskdə respublika elan edən Denis Puşilin Cenevrədə özləri adına hər hansı sənəd imzalanmadığını, hökumət binalarını təslim etmək üçün Kiyev hökumətinin istefa verməli olduğunu bildirib. Siyasi müşahidəçilər separatçılarla danışıqların müsbət nəticə verəcəyinə inamlarının az olduğunu vurğulayıblar. Xatırladaq ki, Cenevrədə keçirilən dördtərəfli görüşdə Ukraynada yaşanan hadisələrin normallaşaması istiqamətində addımlar atılması barədə razılığa gəlinmişdi.
2014-04-20
15,183
"Yəhudiləri öldürün" kəndinin adı dəyişdiriləcək
"Şimali İspaniyadakı kəndin adının "yəhudiləri öldürün" mənasına gələn ikinci hissəsinin dəyişdirilməsi ilə bağlı səsvermə keçiriləcək. Bu barədə "Independent" xəbər portalı məlumat verir. "Castrillo Matajudios" kəndinin adındakı "Matajudios" sözünü "yəhudiləri öldürün" kimi yozan kəndin 60 sakini mer Lorenzo Rodriqezlə (Lorenzo Rodriguez) razılaşdıqdan sonra gələn həftə kəndin adının dəyişdirilməsi ilə bağlı görüşəcəklər. Rodriqez kəndin adının "Castrillo Mota de Judios", yəni "Castrillo yəhudiləri yüksəkliyi" olmasını təklif etmişdi. Belə güman olunur ki, kəndin adı əslində belə olub. Sonralar İspaniyada inkvizisiya zamanı dəyişərək "Castrillo Matajudios" adlandırılıb. Əvvəllər də adın dəyişdirilməsi haqqında söhbət gedirdi, lakin indiki kimi ciddi təklif verilməmişdi. "Bir səs üstünlüklə də olsa, əksəriyyətin qərarına hörmət olunacaq", - mer Rodriqez "Diario de Burgos" yerli ispan gündəlik qəzetinə bildirib. Rodriqezin dediyinə görə, kəndin indiki adı 1035-ci ildə Kastroheris (Castrojeriz) adlanan yerdə yəhudilərin soyqırımı zamanı sağ qalanların "Castrillo" dərəsinə yerləşməsi ilə yaranıb. Həmin yerdə ikinci dəfə 1109-cu ildə soyqırım olub. Şimali İspaniyada limonad və spirtli içkilər adətən "Matajudios" adlanır: "matar Judios", yəni "yəhudiləri öldürün". Bu içkilər xüsusilə Pasxa bayramında şənliklərdə istehlak olunur. Castrillo Matajudios yaxınlığındakı Leon kəndində hər il "Böyük Cümə"də keçirilən "matar Judios" tədbirində 40000 qallona yaxın limonad satılır. Belə güman olunur ki, kəndin adının yaranması orta əsrlərdə Pasxa bayramı ərəfəsində yəhudi əsilli insanların açıq məhkəmələrdə camaatın gözü qarşısında edam olunması ilə bağlıdır. /EUNews.az/
2014-04-20
15,184
İran ayağa qalxdı: Həbslər başladı
İranın Nişabur şəhərində ictimai asayişi pozmağa cəhd göstərən bir qrup şəxslə polis arasında qarşıdurma baş verib. Qarşıdurma ötən axşam baş verib. Qarşıdurmaya səbəb iki cinayətkar dəstənin bir-biri ilə dava etməsi və polisin bu davaya müdaxiləsi olub. Qarşıdurma zamanı əhalinin evlərinin pəncərələrinin şüşələri sındırılıb, avtomobillər yandırılıb və bir neçə nəfər yaralanıb. Polis 12 nəfəri həbs edib. /Trend/
2014-04-20
15,185
VHP-də yeni sədr seçildi
Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Komitəsinin 10-cu qurultayı keçirilib. "Axar.az" xəbər verir ki, qurultayda ölkənin aparıcı QHT-ləri, müxtəlif partiya nümayəndələri, təşkilat rəhbərləri və ölkənin bir sıra tanınmış simaları iştirak edib. Qurultayda çıxış edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, gənclərin fəaliyyəti hər zaman ölkənin gələcək həyatında həlledici rol oynayıb: "Bura yığışan bütün gənclər bizə əzizdir. Hamınıza xoşbəxt, firəvan və demokratik bir ölkədə yaşamaq arzulayıram. Köhnə nəsillə yeni nəsil arasında həmişə "nəsillərarası bitməyən savaş" olur və yaşlı nəsil gəncliyi qəbul etməkdə çətinlik çəkir. Amma elə inkişaf da məhz burdadır: gənclik özündən əvvəlkini inkar edir və bu inkar da dialektik inkişaf deməkdir". S.Rüstəmxanlı gəncliyin yaşlı nəsildən umduqlarını yaxşı anladığını da söyləyib: "Sizlərə parçalanmış, torpaqları işğal edilmiş bir Azərbaycan vermişik. Amma Şeyx Məhəmməd Xiyabaninin gözəl bir sözü var: Qorxaqlıq insanın öz vicdanı qarşısında ən alçaq etirafıdır. Qorxmaq olmaz, bu bizə yaraşmaz. Siz müstəqillik qazandırdığımız bu ölkənin torpaqlarını azad etmə, bütövləşdirmə yolunda əlinizdən gələni etməlisiz və inanıram ki, məhz gənclərin birgə mübarizəsi ilə biz buna nail olacağıq". Hesabatdan, qonaqların və gənclər təşkilatları sədrlərinin təbriklərindən sonra VHP Gənclər Təşkilatına namizədlər - Tural Hüseyinlinin nümayəndəsi və İsmi Ağayev çıxış edib. Açıq səsvermədə Tural Hüseyinli 93 səs toplayaraq, 77 səs fərqi ilə rəqibini qabaqlayıb və VHP Gənclər Təşkilatının yeni sədri seçilib. Xatırladaq ki, bir müddət öncə Pünhan İmanlı yaşı ilə bağlı VHP GT sədrliyindən istefa verdiyini açıqlamışdı və VHP GT Məclisi istefanı qəbul etmişdi.