date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-04-18 | 14,976 | Hüseyn Dəryanın ilk efir görüntüsü yayıldı - Video | Mərhum reper Hüseyn Dəryanın dostu Kənan M.M. onun ilk efir görüntülərini yayıb. Tanınmış rejissor Kənan M.M (Mahmudov) ötən ay dünyasını dəyişmiş dostu Hüseyn Dəryanın ilk efirə çıxdığı zaman çəkilən video görüntülərini yayıb. Məşhur reperin qonaq olduğu ilk efirində digər həmkarı Anar Nağılbaz və meyxanaçı Namiq Qaraçuxurlu da iştirak edib. Rejissor Kənan M.M. paylaşdığı videoda həmin veriliş günü dostu ilə yaşadıqları qısa bir xatirələrini də yazıb: "2001-ci il Dəryanın ilk efiri. 207 nömrəli avtobusla getdik, kanalın girişində köynəyinin düyməsi qırıldı. Dərya, "ay daa ay brat, mən indi nə edəcəm?" dedi və mənim paltarımı geyindi. Həmişə zarafatla ələ salırdım onu. Ona görə ki, paltar əyninə bir az böyük idi. Can, Dərya, can! Məkanın Cənnət olsun, AMİN!" Qeyd edək ki, Hüseyn Dərya bu il martın 15-dən 16-na keçən gecə idarə etdiyi "99 EK 575" nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili ilə Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb və yerləşdirildiyi 3 saylı Sabunçu şəhər xəstəxanasında dünyasını dəyişib (ANS). |
2014-04-18 | 14,977 | Jirinovski Putinin dili ilə Azərbaycanı hədələdi | Kremlin qorxunc minimum və maksimum planı; "Mən onun ağzı ilə danışıram... Qarabağ Rusiyaya birləşməlidir"; Ukraynadan sonra Kremlin Pribaltika və Dağlıq Qarabağın fəthinə girişəcəyi deyilir; moskvalı analitik: "Putin çəkməsinin yürüşü o vaxta kimi sürəcək ki..." Hələ ki beynəlxalq demokratik ictimaiyyət, öncəliklə güclü Qərb neçə həftədir dünyanın dayaqlarını silkələyən Rusiya prezidenti Vladimir Putini cilovlaya bilmir. Özünə qarşı kontur-tədbirlərin dişsizliyini görən Kreml başçısı isə daha arxayın şəkildə beynəlxalq hüquq əleyhinə görünməmiş demarşını davam etdirməkdədir. Lakin hər şeyin bir sonu gəldiyi kimi, aydındır ki, bu avantüranın da axırı gələcək. Bəs bu son Putin Rusiyasına nə vəd edir? Əsas sual da elə budur. Çünki müasir beynəlxalq təhlükəsizlik sisteminin aqibətinin necə olacağı, dünyanın bundan sonra hansı ortaq qaydalar və normalar əsasında mövcud olacağı müstəsna olaraq qoyulan suala cavabdan asılı olacaq. Əgər Ukrayna testindən Rusiya güclənmiş şəkildə çıxsa, bu, qlobal miqyasda tam yeni situasiyanın legitimləşməsi, hətta mümkündür ki, böyük güclər tərəfindən dünyanın təzədən bölüşdürülməsinə "yaşıl işığ"ın yandırılması anlamına gələcək. Yox, Rusiya ram edilib öz ənənəvi qınına salınsa və bu ən qədim imperiyanın dinc çöküşünə start verilsə, o zaman bəşəriyyət yenə də təzə situasiya ilə üzləşəcək, fəqət, bu dəfə daha rahat nəfəs almaq perspektivi ilə. Hələliksə "XXI əsrin Hitleri" dayanmaq tövrü nümayiş etdirmir. "Putin Ukraynada maksimum planını həyata keçirəndən sonra növbəti fəthlərə girişəcək. Bu dəfə artıq Pribaltikada və Dağlıq Qarabağda". Bu sözləri tanınmış rusiyalı politoloq, sosioloq və piblisist Stansilav Belkovsiki deyib. Onun qənaətincə, maksimum-planın reallaşmasının ardınca Putin Ukraynadan əl çəkəcək və Pribaltika və Dağlıq Qarabağ üzərinə və sair bu minvalla dünyanın başqa regionlarına girişəcək: "Putin çəkməsinin "qələbə" yürüşü o vaxtadək sürəcək ki, Rusiya iqtisadiyyatı kollapsa düşəcək və ya buna oxşar analoji hadisə baş verəcək". Rusiya iqtisadiyyatı isə artıq iqtisadi sanksiyaların təsirini hiss eləməyə başlayıb. Belə ki, ölkənin iqtisadiyyat naziri Aleksey Ulyukayev Rusiyanın Krımı işğalından sonra tətbiq edilən sanksiyalar və "pisləşən beynəlxalq vəziyyət", habelə "kapitalın qaçması" nəticəsində ölkə iqtisadiyyatında ləngimənin baş verdiyini etiraf edib. Dövlət Dumasındakı çıxışı zamanı nazir bildirib ki, ilin 1-ci rübü ərzində sərmayəçilərin Rusiyadan çıxardığı vəsaitin həcmi bütövlükdə keçən il ərzində çıxarılan vəsaitlərdən çoxdur, iqtisadiyyat isə son 5 il ərzində ən çətin durumdadır. "Daxili faktorlardan əlavə, qlobal bazarlarda özünəinam azalıb, ölkədən kapital axını güclənib, sərmayəçilər son iki ayda qəlizləşən beynəlxalq situasiyada investisiya qərarları verməkdə çətinlik çəkirlər. Birinci kvartalda Rusiya iqtisadiyyatı cəmi 0.8 faiz artıb, halbuki ekspertlər 2.5 faiz proqnoz eləmişdilər" - deyə Ulyukayev qeyd edib... *** Ancaq belə görünür, rəsmi Moskvanı, bütövlükdə Rusiya siyasi isteblişmentini hadisələrin bu cur mümkün inkişaf ssenarisi hələ narahat eləmir. Budur, Putinin sonuncu mətbuat konfransını şərh edən, Kreml başçısının "ölkənin 2 nömrəli siyasətçisi" adlandırdığı, Dövlət Duması sədrinin müavini, LDPR sədri Vladmir Jirinovski növbəti dəfə postsovet məkanının suveren dövlətlərini hədələyən bəyanat verib, bir daha separatçı bölgələrin, o cümlədən Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinin vacibliyindən və "üstünlükləri"ndən danışıb. Sitat: "Biz parlamentdə yüz dəfələrlə Dnestryanı bölgənin müstəqilliyini tanımağı tələb eləmişik. Çünki oranın bütün xalqı bölgənin suverenliyinə və ardınca Rusiyaya birləşməsinə səs verib. Eləcə də Dağlıq Qarabağ. Eləcə də Abxaziya və Cənubi Osetiya. Cənubi Osetiya və Abxaziya məsələsi artıq həll edilib. Krım - həll edilib. Dağlıq Qarabağ - az sonra..." Lakin Jirinovskinin budəfəki açıqlamasının (rbk.ru) əsas özəlliyi odur ki, o, avantürist fikirləri ilə indi həm də Rusiya prezidentinin mövqeyini ifadə elədiyini ortaya qoyub: "Mənimlə onun arasında yeganə fərq odur ki, Putin prezidentdir və hər şeyi deyə bilmir, mən isə söyləyə bilirəm. Onun dilə gətirə bilmədiyini mən bəyan edirəm... Siz istəyirsiniz ki, dövlət başçısı mətbuat konfransında mənim dediyimi desin? O vaxt bunu deyəcək ki, edəcək. Prezident qabağa danışmaz. Hətta Xruşşov da danışmayıb - mən Kubaya raket verəcəyəm deməyib. Heç vaxt. SSRİ-yə qayıtmaq istəyən bütün ərazilər SSRİ-yə qayıdacaq". Zatən, bunun belə olduğuna, LDPR liderinin məhz Putinin ağzı ilə danışdığına nəinki Azərbaycanda, artıq Qərbdə də daha şübhə etmirlər. Ən azı ona görə ki, onun Ukrayna böhranından öncə bu ölkəni üç yerə (Krım, Şərqi və Qərbi Ukrayna) parçalamağın zəruriliyini bəyan etməsindən dərhal sonra Kreml yüzdə - yüz elə Jirinovskinin anonsunun verdiyi planı həyata keçirməyə başlayıb və bu yöndə Moskvanın təcavüzkar addımları davam edir /"Musavat.com/. |
2014-04-18 | 14,978 | Mövqelərimiz atəşə tutuldu | Cəbhənin təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-04-18 | 14,979 | Murakami “Qadınsız kişilər”i satışa çıxardı | Bu gündən etibarən yapon yazıçısı Haruko Murakaminin "Qadınsız kişilər" adlı yeni romanı Yaponiyada satışa çıxarılıb. "Axar.az" xəbər verir ki, əksər kitab mağazaları səhər tezdən etibarən yazıçının kitabını əldə etmək istəyən oxucuların üzünə açıb. 300 min tirajla nəşr olunan yeni roman 6 epizoddan ibarətdir. Epizodların hər birində sevdiyi qadınları itirmiş kişilərin həyatından bəhs olunur. |
2014-04-18 | 14,980 | Azərbaycanda orta aylıq əmək haqqı- 430 AZN | Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) ilin birinci rübünü uğurla başa vurub. Məlumata görə, bu barədə nazirliyin birinci rübün yekunları ilə bağlı kollegiya iclasında məlumat verilib. Bildirilib ki, bu dövrdə RYTN üzrə orta aylıq əməkhaqqı 378,6 manat təşkil edib və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz çoxdur. Ümumilikdə sektor üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz artırılaraq 656,9 manata çatdırılıb. O cümlədən telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 712.4 manat, proqram təminatının işlənməsi sahəsində 892.5 manat, poçt sektorunda isə 228.6 manat təşkil edir (2 aylıq). Ölkə üzrə orta aylıq əməkhaqqı 430 manat təşkil edir. /AzərTAc/ |
2014-04-18 | 14,981 | MTN vətəndaşlara müraciət etdi | Milli Təhlükəsizlik Nazirliyi vətəndaşlara müraciət edib. Nazirlikdən verilən məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin rəsmi saytında vətəndaşların müraciətlərinin (Ərizə və şikayətlər) qəbulu üçün yeni elektron poçt ünvanı müəyyənləşdirilib: [email protected] Müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtında baxılması və cavablandırılması məqsədilə ünvan və əlaqə vasitələrinizi dəqiq göstərməniz xahiş olunur /ANS/. |
2014-04-18 | 14,982 | Elzadan qeyri-adi saç düzümü - Foto | Əməkdar artist Elza Seyidcahan yeni saç düzümü ilə hər kəsi təəccübləndirib. "Axar.az"ın "Axşam.az"a istinadən verdiyi məlumata görə, fərqli imiclərlə tamaşaçı qarşısına çıxmağı sevən müğənni bu dəfə saçlarından ulduz etdirib. Qeyd edək ki, E.Seyidcahan özünü səhnənin fərqli ulduzu adlandırıb. O, dünya şöhrətli ulduz Ledi Qaqanın da onu təkrarladığını iddia edib. |
2014-04-18 | 14,983 | "Ruh maşın" dünyanı heyrətə gətirdi - Video | Dünya mediası artıq üç gündür ki, Rusiyanın paytaxtı Moskvadakı bu qəribə, sirli olayı müzakirə edir. Küçədəki avtomobillərdən birindəki videoregistrator qəflətən yolun ortasında peyda olan Mercedes-i qeydə alıb. Bu maşın şəhərin gur yolayrıclarından birində 3 avtomobilin iştirakı ilə qəzaya səbəb olub. Mütəxəssislər videonun montaj olduğunu desələr də, milyonlarla insan maşının qəflətən peyda olmasının sirrini anlaya bilmir /Milli.az/. |
2014-04-18 | 14,984 | 76 yaşlı kişi özünü asdı | İsmayıllı rayonunda intihar hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun İsmayıllı kəndində qeydə alınıb. Kənd sakini 76 yaşlı Səlim Ağamirzə oğlu Məhərrəmov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. |
2014-04-18 | 14,985 | Hərbi hissədə partlayış - 17 əsgər yaralandı | Türkiyənin Çanaqqala vilayətində hərbi hissələrin birində partlayış baş verib. Məlumata görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib. 18 əsgərin yaralandığı bildirilir. Məlumatda o da qeyd olunur ki, partlayışa tank əleyhinə mərmi ilə ehtiyatsız davranma səbəb olub. Yaralanan əsgərlər hərbi hospitallara aparılıblar. /Trend/ |
2014-04-18 | 14,986 | Bələdiyyə başqanına hücum oldu | Türkiyənin Rizə rayonunda Çayəli Bələdiyyə başqanı Atilla Əsmən ilə sürücüsü hücuma məruz qalıb. "Axar.az" xəbər verir ki, Atilla Əsmən İslam peyğəmbərinə həsr olunmuş "Müqəddəs doğum həftəsi" adlı tədbirdə iştirak edib çıxandan sonra təxminən 20 nəfərlik naməlum qurupun hücumuna məruz qalıb. Hadisə zamanı bələdiyyə başqanı üzündən aldığı zədəni kənd xəstəxanasında müayinə etdirdikdən sonra evə buraxılıb. Polis hadisə ilə bağlı araşdırma aparmağa başlayıb. |
2014-04-18 | 14,987 | Ya Qarabağı itirməliyik, ya da Gömrük İttifaqını seçməliyik | "Hesab edirəm ki, Rusiya Azərbaycana çox sərt bir təklif edəcəkdir". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə Azərbaycanı da əhatə edən geopolitik vəziyyəti şərh edərkən bildirdi. O, Rusiyanın Ukraynanın şərq əyalətlərini ələ keçirəndən sonra tamamilə keçmiş Sovet İttifaqı tərzində davranacağından narahatlığını ifadə etdi: "Krım hadisələrindən sonra Putinin heç bir sözünə inanmağa dəyməz. Məsələ ondan ibarətdir ki, orada artıq öz qoşunlarını cəmləşdirib. Məlumat yayılır ki, Xarkovda, Donetskdə baş verən hadisələrin başında dayanan Rusiyanın xüsusi xidmət orqanlarıdır. Bu da ondan xəbər verir ki, Rusiya hər yolla Ukraynanın şərqini işğal etmək niyyətindədir. Görünür, Putin artıq normal dövlət kimi Avropa və Amerika ilə əməkdaşlıq etmək istəmir. Bu işğalları həyata keçirəndən sonra tamamilə keçmiş Sovet İttifaqı tərzində davranmaq istəyir". Soyuq müharibə başlayacaq Politoloq tezliklə Qərblə Sovet İttifaqı arasında vaxtilə mövcud olmuş "Soyuq müharibə"nin hazırda Rusiya-Qərb müstəvisində yarancağını dedi: "Rusiya Ukraynanın şərq ərazilərini işğal etsə, gərək Qərblə bütün əlaqələri kəssin. Beləliklə, Rusiya tamamilə başqa bir dövlətə çevriləcək. Rus analitiklərindən biri olduqca maraqlı bir şərh verib: deyib ki, hesab edin Rusiyada hərbi çevriliş olub və dövlət başına yeni Putin gəlibdir. Bu keçmişdəki Putin deyil, tamamilə başqa bir adamdır. O, Qərbə meydan oxuyur, imperiya maraqlarını istənilən şəkildə həyata keçirməyə çalışır. Ona görə bu addımlar tezliklə soyuq müharibənin yaranması, Amerika Rusiya qarşıdurmasının yenidən meydana gəlməsi deməkdir". Rusiyanın tək sığınacağı V.Quluzada Çinin heç bir zaman Rusiya ilə Qərb əleyhinə ittifaq yaratmayacağını qeyd etdi: "Çin olduqca praqmatik dövlətdir. Yəni Çin Rusiyanın arzu etdiyi kimi onun hərbi müttəfiqi olmayacaq. Çin Rusiyanın qazını almağa hazırdır. Əgər Qərb bu qazı 500 dollara alırdısa, Çin bunu 300 dollara alacaq. Rusiya buna getmək məcburiyyətində qala bilər. Amma Çinin Qərbin əleyhinə ittifaq yaradacağı söhbəti sadəlövhlükdür. Putin bu gün Qərbi hədələyir ki, Çinlə ittifaq yaradacam. Həmçinin deyir ki, Rusiya dollardan imtina edib Çin yuanına keçməyə hazırdır. Onlar bu tip şayiələr yayırlar. Hesab edirəm Çin məsələsi şantajdır, o Rusiyanın heç vaxt hərbi müttəfiqi olmayacaq". Azərbaycanın üzərinə qara buludlar yaxınlaşır O, Azərbaycana Rusiyadan çox sərt təklifin gələcəyini söylədi: "Rusiya Azərbaycana çox sərt bir təklif edəcəkdir. Ya Dağlıq Qarabağın müstəqilliyi, ya da bunun baş verməməsi üçün Azərbaycanın Gömrük İttifaqına daxil olması. İndi bu suala mən cavab verə bilmərəm. Ona Azərbaycan iqtidarının özü cavab verməlidir ki, seçim nə olacaqdır? Çox yaxında bizi çətin şeylər gözləyir". |
2014-04-18 | 14,988 | Britaniyalı deputat Azərbaycana görə Qərbi qınadı | Böyük Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Devid Deyvis Avropa Azərbaycan Cəmiyyətinə Ukraynada baş verən hadisələrlə bağlı mövqeyini bildirib, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanat ünvanlayıb. Avropa Azərbaycan Cəmiyyətindən bildiriblər ki, bəyanatda Qərb dövlətləri liderlərinin Ukraynanın ərazi bütövlüyünə göstərdikləri kəskin dəstəyin Azərbaycana göstərilməməsi və Dağlıq Qarabağ məsələsində ikili standart siyasətinin yürüdülməsi pislənilir: "Ukraynada baş verən son hadisələrin sabitliyin Avropa üçün nə qədər önəmli bir amil olduğunu bizə bir daha xatırlatdı. Bu ölkənin ərazi bütövlüyünün dəstəklənməsində Qərb yekdil mövqe nümayiş etdirdi. Lakin bu yekdillik bizim Azərbaycana qarşı ikili standartlarla yanaşmamızı də üzə çıxarır. Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir parçasıdır, lakin biz eyni liderlərin kəskin dəstəyini Ukrayna məsələsində olduğu kimi görmürük. Böyük Britaniya bp şirkəti vasitəsilə Azərbaycanda ən böyük sərmayəçidir və münaqişənin yenidən qızışacağı təqdirdə biz çox şey itirəcəyik. İndi bizim üçün Dağlıq Qarabağdakı vəziyyəti daha çox diqqətə almağın və məsələnin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinin, məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının doğma evinə qayıtmasının əsl zamanıdır" /AzərTAc/. |
2014-04-18 | 14,989 | Markesin vida məktubu yayıldı – Dünya ağlayır | Qabriel Qarsia Markes Tanrı bir anlıq çınqıldan da balaca olduğumu unudub can verərək məni mükafatlandırsa və ömrümü bir azca da uzatsa, ağlıma gələn hər şeyi dilə gətirməyə bilərdim, amma heç olmasa, dilimə gətirdiklərimi detallarıyla keçirər və düşünərdim: Əşyaların maddi tərəflərinə deyil, mənalarına dəyər verərdim. Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə, 60 saniyə boyunca işığı itirdiyimi düşünərdim. Başqaları dayandığı zaman mən getməyə davam edərdim. Başqaları yatarkən oyaq qalmağa cəhd göstərərdim. Başqaları danışarkən dinləyər, şokoladlı dondurmanın dadından zövq alardım. Əgər Tanrı mənə bir az da ömür versəydi, sadə geyinər, üzümü günəşə çevirər, yalnız bədənimi deyil, ruhumu da bütün çılpaqlığı ilə açardım. Tanrım, əgər bir ürəyim olsaydı, nifrətimi buzun üzərinə həkk edər və günəşin doğub onu əritməsini gözləyərdim. Səmadakı aya ulduzlar boyunca Van Qoq rəsmləri çəkər, Benedetti şeirləri səsləndirər və serenadalar oxuyardım. Gözyaşlarımla gülləri sulayar, bədənimə batan tikanlarının ağrısını hiss edərək dodaq qırmızısı tac yarpaqlarından öpmək istəyərdim. ...Tanrım, bir qurtumluq həyatım olsaydı... O gün olmazdı ki, qarşılaşdığım bütün insanlara onları sevdiyimi söyləməyim. Bütün qadın və kişiləri ən sevdiyim insanlar olduqlarına inandırardım. Və EŞQ içində yaşayardım... Kişilərə, yaşa dolduqları vaxt eşqdən uzaqlaşmaqlarının nə qədər səhv hərəkət olduğunu izah edərdim. Çünki insan eşqdən uzaqlaşdıqca yaşlanır. Uşaqlara qanad verərdim. Amma uçmağı özlərinin öyrənməyinə imkan yaradardım. Yaşlılara isə ölümün yaşlanma ilə deyil, unudulma ilə gəldiyini öyrədərdim. EY İNSANLAR! Sizlərdən nə qədər də çox şey öyrənmişəm. Bütün insanların - xoşbəxtliyin həqiqəti görməkdən keçdiyini bilmədən - dağların zirvəsində yaşamaq istədiyini öyrəndim. Yeni doğulan balaca bir körpənin atasının barmağını sıxarkən əslində onu özünə sonsuza qədər qandalla məhkum etdiyini öyrəndim. Sizlərdən çox şey öyrəndim. Amma bu öyrəndiklərim çox işə yaramayacaq. Çünki hamısını bir çantada kilidlədim. Bədbəxt bir şəkildə... ARTIQ ÖLƏ BİLƏRƏMMİ?.. |
2014-04-18 | 14,990 | Dünya kuboku da saxtalaşdırıldı - Foto | Mövcud olan bütün məşhur markaların saxtasını hazırlayıb ucuz qiymətə dünya bazarına ixrac edən çinlilər dünya kubokuna da əl atıb. "Axar.az" xəbər verir ki, bu fotolar Çinin şərqindəki Zejianq gömrük məntəqəsində çəkilib. Gömrük əməkdaşları rəsmi olmayan saxta dünya kuboklarını yoxladıqdan sonra ölkədən çıxışına icazə verir. |
2014-04-18 | 14,992 | Azərbaycanlı tələbə Ukraynada öldü - Foto | Ukraynanın Dnepropetrovsk şəhərində təhsil alan 19 yaşlı azərbaycanlı idmançı tələbə faciəli şəkildə vəfat edib. Əslən Xaçmaz rayuonundan olan 1994-cü il təvəllüdlü Aslan Xıdırov Smaqdaun döyüş növü üzrə idmanla məşğul olub. Beş gün qabaq isə məşq zamanı boynundan ağır zədə alıb və təcili xəstəxanaya çatdırılıb. Bir gün komada qaldıqdan sonra Aslan iflic vəziyyətdə özünə gəlib. İki gün hissiyatsız vəziyyətdə xəstəxanada qalan gənc həkimlərin bütün cəhdlərinə baxmayaraq dünyasını dəyişib. Dneprepetrovsk Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Aslan Xıdırovun cənazəsi ötən gün vətənə yola salınıb. Azərbaycan bayrağını yüksəklərə qaldırmaq arzusu ilə dünyaya birdəfəlik gözlərini yuman gəncin şəkillərini sizə təqdim edirik. Allah rəhmət eləsin! /ANS/ |
2014-04-18 | 14,993 | Bakıda daha iki yol bağlanacaq | Bakıda daha iki yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Məmməd Araz (köhnə adı - Teymur Əliyev) və Yusif Vəzir Çəmənzəminli küçələrində nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı bildirilib. Eyni səbəblərə görə, bu gün saat 11:00-dan Zığ şossesində (Ramiz Quliyev küçəsi ilə kəsişmədən Zığ dairəsinə qədər) də yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. |
2014-04-18 | 14,994 | Ramiz Mehdiyev sərgidə - Foto | Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dairəvi zalında Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncaq keçirilir. "Axar.az" "Qafqazinfo" xəbər verir ki, yığıncaqda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın prezidenti Akif Əlizadə və nazirliklərin rəhbərləri iştirak edir. Ramiz Mehdiyev AMEA-nın elmi müəssisələrinin nailiyyətləri əks etdirən sərgi ilə tanış olub. |
2014-04-18 | 14,995 | Ordumuzun əsgəri intihar etdi | Azərbaycan Ordusunun əsgəri intihar edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Firdovsi Fikrət oğlu Nəsibov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, F. Nəsibov Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb. |
2014-04-18 | 14,996 | Ət bazarı: 1 kilo mal əti 4, bir kilo it 450 AZN - Foto | Bir müddət öncə şəhərdə təyinatı məlum olmayan ət məhsullarının satışı böyük ajiotaja səbəb oldu. Mənbəyi və mənsəbi qaranlıq olan bu məhsulların satışdan çıxarılması üçün müəyyən işlər də görüldü. Haqlarında cinayət işi açılsa da, müəyyən işbaz qruplar ifşa olunsa da, bütün bunlar nəticəsiz qaldı. Məlum olan odur ki, zay məhsullar satışdan hələ də çıxarılmayıb. "Axar.az" olaraq ət bazarlarına baş çəkdik. Ayrı-ayrı qəssab dükanlarında keyfiyyətli ətlər satılsa da, bazarlar, özlərinin "bazar qayda-qanunları"nı heç kəsə güzəştə getmək istəmir, deyəsən. Hər halda bir oxucumuzun telefon zəngi bizim Nəsimi rayonunda "Təzə bazar" kimi tanınan ticarət mərkəzinə baş çəkməmizə səbəb oldu. Telefon zəngi bu bazarda hər axşam, eləcə də gündüzlər şıdırğı ət alverinin getməsi haqda məlumat verirdi. Həm də satılan ətin keyfiyyətinin çox aşağı olması deyilirdi. Haqqında bəhs olunan ünvana gedərək araşdırma apardıq. Gördüyümüz mənzərə ürəkaçan olmadı. Ət və ət məhsullarının açıq yerlərdə pərakəndə satışı davam etsə də, topdan satış yox idi. Bizi isə əsasən ət məhsullarının topdan satışı maraqlandırırdı. Öyrəndik ki, topdan satış axşamdan başlayaraq səhər sat 7-yə qədər davam edir. Bazarda ətin topdan satışı həyata keçirilən yerə getdik və gördüklərimiz bizi dəhşətə gətirdi. Ət sallaqxanalarının altında it satılırdı. Demək, gecələr ət, gündüzlər it... Ət və it bazarının girişində ayaq saxladıq. Yaşlı bir kişidən burada ətin necə və nə vaxtlar satıldığını bir daha soruşduq. Həmsöhbətimiz danışmağı sevən olmasa da, ondan bəzi şeylər öyrənməyə müvəffəq olduq. - Gündüzlər tutuquşu, başqa quşlar və gördüyünüz kimi heyvan satılır. Ət almaq istəsəniz, ancaq axşamlar gəlin, – dedi. Ətin keyfiyyəti ilə maraqlandıq. "Yaxşı olardı, özünüz görəsiniz. Ucuz ət var, kolbasalıq, dönərlik ətlər. Belə ətin bir kilosunun qiyməti 3,5–4,5 manat arası dəyişir. Bunlar əsasən qoca və dişi heyvan ətləridir". Vicdanını tərəziyə qoyur - Bəs ölü mal əti necə? - Nə bilim vallah, özləri, öz Allahları bilər. Hər halda belə söhbət gəzir. Amma inanmaq olmur. Gərək vicdanını itirəsən. Söhbətimizə qulaq asan yaşlı qadın: - Onlar vicdanlarını tərəziyə qoyur. - Sallaqxanaların yerləşdiyi bu yerdə xeyli sayda maşın dayanıb. Bura həm də pullu dayanacaqdır? – soruşuram. Yaşlı kişi: - Yox, bazar müdirinin, başqa sahibkarların maşınlarıdır, - deyir. - Elə buradaca polis məntəqəsinin otağı da var. Görmürlər ki, necə itdir? İri qəfəslərdə müxtəlif növ tutuquşu və cins itlər satan oğlana yaxınlaşıram. Anar adlı bu gənc satdığı heyvanları tərifləməsə də, haqlarında ətraflı məlumat verir. Ona yaxın cinsdən olan it və it küçükləri satır. Qiymətləri ilə maraqlanıram. Gözü təzə açılmış küçükləri göstərir: - Bunların qiyməti 350 manatdır. Bunlar isə 450. Boyları bir qədər də böyüyəcək. Amma cinsləri elə belədir. Böyük itlər vardı ki, qiyməti 2000–3500 manat arasında idi. Məmməd Arazın şeiri yadıma düşdü: "İti bazarında atından baha..." Tutuquşularının da qiyməti rənginə, böyüklüyünə və bacarığına görə dəyişir. Qiymətlər müxtəlifdir. 10 manatdan başlayan qiymət 100 manata qədər yüksəlir. Anar sakit oğlan təsiri bağışlayır. - Niyə satdığın itləri, quşları tərifləmirsən? - Nəyini tərifləyim? Görmürlər ki, necə itdir? "Təzə bazar"dan çıxıb 6-cı mikrorayonda, Cəfər Xəndan küçəsində yerləşən o qədər də böyük olmayan "Aysel" ət bazarına gedirik. Bazarın səliqəsi göz oxşayır. Qəssabların əynindəki xələtlər təmizliyi ilə seçilir. Əslən Laçın rayonundan olan Məşədi Hacı ilə söhbət edirik. Bazarın rəhbərliyi və yaradılan şəraitlə bağlı ağız dolusu danışır. Söhbət zamanı məlum olur ki, bazarda iki həkim, iki laborant fəaliyyət göstərir. Kəsilən heyvanlar diri alınıb gətirilir və burada xüsusi kəsimxana deyilən yerdə kəsilir. Heyvanları kəsib, dərisini soyan ayrıca adamlar var. Məşədi: - Vallah, burda haram ət tapılmaz, bıçaq heyvanın boğazına bismillahsız aparılmaz. Ona görə də müştərimiz boldur. Düzdür, əvvəllərlə müqayisədə alış-veriş aşağı düşüb, amma buna da min şükür. Qoyun və iri dırnaqlı heyvanlar əsasən Bərdə, Beyləqan, Tərtər, Füzulidən alınıb gətirilir. - Bu yerlərin heyvanları aldatmır, çəki verə bilir, ətləri də dadlı olur, – məşədi deyir. İki ət bazarında apardığımız araşdırma ondan xəbər verdi ki, nə qədər qadağalar qoyulsa da, ciddi tədbir görülsə də, bəzi işbazlar zay ət məhsullarının bazarlara çıxarılmasına yol tapa bilirlər... |
2014-04-18 | 14,997 | Bakıda avtobuslar toqquşdu, yaralananlar var | Bu gün səhər 10 radələrində paytaxtın Nizami rayonunda iki sərnişin avtobusu toqquşub. Hadisə "Neftçilər" metrostansiyasının yaxınlığında baş verib. Belə ki, 50 və 35 saylı marşrut-avtobusların toqquşması nəticəsində hər ikisi yararsız vəziyyətə düşüb. Həmçinin marşrutların sərnişinləri ciddi şəkildə zədələnib. Ona yaxın yaralının olduğu bildirilir. Hadisə yerinə iki polis və iki təcili yardım maşını gəlib və yaralılara ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıblar. Hadisə şahidləri isə təcili yardım maşınlarının gec gəlməsindən şikayətləniblər /"Musavat.com"/. |
2014-04-18 | 14,998 | Zakir Həsənov Naxçıvanda: "2014 - döyüş planı" - Foto | 2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimləri yekunlaşıb. "Axar.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin 20.000 (iyirmi minə) yaxın şəxsi heyəti, 400-dən çox zirehli texnikası, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən, xüsusi təyinatlı qüvvələr cəlb olunmuşdur. Təlimlər zamanı tank, piyadaların döyüş maşınları, raket, artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, xüsusi təyinatlı bölmələr isə birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər. Təlimləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Müdafiə məsələləri üzrə Prezidentin köməkçisi general-leytenant Vahid Əliyev müşahidə edib. |
2014-04-18 | 15,000 | Zakir Qaralov qanunsuzluğa dərhal reaksiya verdi | "Nəsimi Rayon Prukurorluğunun müstəntiqi Ələkbər Rzayevin Elnarə Tofiqqızının ölümü ilə bağlı istintaqı aparması bizi qane etmədi. Ona görə də 10 aprel 2014-cü il tarixdə Baş prokuror Zakir Qaralova şikayət edərək işin Ə.Rzayevdən alınmasını xahiş etdik". Sözügedən cinayət işində zərərçəkən tərəfin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov "Axar.az"a açıqlamasında belə deyib. Onun sözlərinə görə, elə həmin gün cinayət işi Ə.Rzayevdən alınaraq Bakı Şəhər Prokurorluğuna göndərilib. İki gün öncə isə həkim terroru nəticəsində dünyasını dəyişən Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi araşdırılmaq üçün Bakı Şəhər Prokurorluğunun müstəntiqi Vaqif Süleymanova verilib. S.Vəkilov Baş prokurorun məsələyə dərhal müdaxilə etməsini yüksək dəyərlndirərək istintaqın obyektiv və ədalətli aparılacağına ümid etdiklərini deyib: "Ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıyan bir sıra vəsatətlər var ki, onların təmin edilməsi istintaqın gedişində həlledici amildir. Biz zərəçəkən tərəf olaraq həmin vəsatətlərin araşdırılmasını zəruri hesab edirik. Şəhər Prokurorluğunda bu məsələlərin həllini tapacağına ümid edirik". Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Lakin ötən müddət ərzində aparılan istintaq zərərçəkən tərəfi qane etməyib. Onlar araşdırmanın birtərəfli qaydada aparılmasında narazılıq ediblər. |
2014-04-18 | 15,001 | Bu gün bütün muzeylərə giriş pulsuzdur | Bu gün muzeylərdə, mədəniyyət mərkəzlərində, qoruqlarda "Açıq qapı" günüdür. "Axar.az" xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət mərkəzləri, muzey və qoruqlara Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar giriş pulsuz olacaq. Həmçinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində "Gənc turist" klublarının üzvləri üçün Sankt-Peterburqdakı dünya şöhrətli Ermitaj muzeyinə virtual ekskursiya təşkil ediləcək. Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 aprel tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. |
2014-04-18 | 15,002 | Ruhani: “İran bölgədə sabitliyi qaranti edir” | "İran istənilən təcavüzkarı dəf etməyə hazırdır". Prezident Həsən Ruhani aprelin 18-də Ordu Gününə həsr olunmuş çıxışında belə deyib. Bu gün Tehranda hərbi parad keçirilib. Ruhani bildirib ki, dünya gücləri ilə nüvə problemləri üzrə danışıqlarda İran təcavüzə və müharibəyə can atmadığını bəyan edib: "Silahlı Qüvvələrin gücü və dəstəyi bizim danışıqlardakı təmsilçilərimizə ölkənin maraqlarını müdafiə etməyə yardımçıdır. İran ordusu bütün bölgədə stabillik və təhlükəsizliyin qarantıdır" (Media forum). |
2014-04-18 | 15,003 | Putinin arvadını almaq istəyən kişi tapıldı - Foto | Novosibirskdə yaşayan milyonçu Yuri Babin Rusiya prezidenti Vladimir Putinin keçmiş xanımı Lyudmila Putina ilə evlənmək istədiyini deyib. "Axar.az" xəbər verir ki, Babin bununla bağlı xanıma təklif də göndərmək istəyir. "Mən 2008-ci ildən dulam və Lyudmila Aleksandrovna Putinaya qəlbimi təklif eləmək istəyirəm. Bununla bağlı mən hələ iki ay əvvəl fikirləşirdim, ancaq Vladimir Vladmiroviç mənə yenə xatırlatdı. Ümid edirəm ki, mənim arzum reallaşacaq" deyə Babin bildirib. Lyudmila Putinaya təklifi necə edəcəyinə gəlincə isə, o, xanımın mətbuat vasitəsilə xəbərdar ola biləcəyinə ümid etdiyini deyib. Xatırladaq ki, Rusiya Prezidenti ötən gün keçmiş xanımı ilə bağlı sualı cavablandırarkən, "əvvəlcə onu ərə vermək lazımdır" sözünü işlətmişdi. |
2014-04-18 | 15,004 | Azərbaycanda müəllimlərin sayı azaldılır | "Müəllimlərin sayının azaldılması məsələsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də dəstəkləyir". Məlumata görə, bunu jurnalistlərə açıqlamsında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, hazırda ölkədə olan müəllim ordusunun sayının tənzimlənməsi üçün tədqiqat aparılması nəzərdə tutulur. Əsas məqsəd müəllimlərin dərs yükünün artırılması, bununla onlarına əmək haqqınnın yüksəldilməsidir. Lakin işsiz qalacaq pedoqoji kadrların yeni işlə təminatı da diqqətdə saxlanılmalıdır. Bütün bunlarla bağlı tədqiqatın yekununda təkliflər hazırlanacaq. Xatırladaq ki, ölkədə müəllimlərin əmək haqqını yüksəltməyin yolu kimi onların sayını azaltmağı maliyyə naziri Samir Şərifov təklif edib.Müəllimlərin sayının mox olması məsələsini Təhsil Nazirliyi də bəyan edib. /ANS/ |
2014-04-18 | 15,005 | "Obama Dağlıq Qarabağa görə Putinə telefon açıb?" | "Nə üçün indiyə qədər Ermənistan hər hansı sanksiyalara məruz qalmayıb? Nə üçün? Ona görə ki, Azərbaycanın əhəmiyyəti Ukraynadan geridir, ona görə ki, Dağlıq Qarabağ torpaqları əhəmiyyətinə görə Ukraynanın torpaqlarından aşağıdır, ona görə ki, Xəzər dənizinin resursları Qara Dəniz resursları qədər strateji əhəmiyyət kəsb etmir?" Məlumata görə, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin birinci rübün yekunlarına dair iclasında çıxışını şərh edərkən deyib. Deputatın sözlərinə görə, ABŞ Prezidenti Barak Obama Kırım hadisələri üzərindən 8-ci dəfədir ki, Rusiya Prezidenti Vladimir Putinə telefon açır, Avropa ölkələrinin rəhbərləri ilə danışıqlar aparır: "Amma indiyə qədər eşitmisiniz ki, Barak Obama Dağlıq Qarabağ məsələsi üçün bircə dəfə də olsun Vladimir Putinə telefon açsın? Sanksiya dilində danışan və bu illər ərzində beynəlxalq hüquq prinsiplərinə əməl etməyən Qərb dövlətləri qarşılarında Rusiyanı qazandılar. Sanki indiyə qədər Ermənistan beynəlxalq münasibətlərə heç bir təsir etməyib, ona böyük meydan veriblər, bu münaqişədən qazanıblar, Azərbaycan sərvətlərini sümürmək üçün, neft müqavilələrində özlərinə əlverişli şərtlər qazanmaq üçün ondan yararlanırlar. Elə ki bunu daha böyük ölkə - Rusiya edir, indi toparlanırlar, koalisiya yaradırlar və Rusiya əleyhinə hansısa blok yaradırlar". / Trend / |
2014-04-18 | 15,006 | Rusiyanın Ukraynanı işğal xəritəsi ortaya çıxdı - Foto | Özlərini "Putinin turistləri" adlandıran separatçılar artıq paytaxt Kiyevə doluşublar. "Axar.az" xəbər verir ki, TSN kanalı bununla bağlı hazırladığı reportajda bildirib. "Bu gün Leninqrad meydanında idmançı görkəmli 30-a yaxın şəxs görülüb. Onlar silahlı idilər. Rus rublunu dəyişdirmək istəyirdilər" deyə kanalın reportajında bldirilib. Bu arada isə ukraynalı jurnalistlər rus diversantlarının Ukraynaya giriş xəritəsini hazırlayıblar. Xəritəyə görə, ruslar Ukraynaya bu istiqamətdən daxil olacaqlar – Belorus, Rusiya, Dnestryanı və Krım. Kütləvi təxribatların mayın 1-i və 9-da başlayacaqları bildirilir. |
2014-04-18 | 15,007 | Zakir Həsənov əmr imzaladı | Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprel gününün tarixi əhəmiyyətini nəzərə alaraq həmin gün Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü kimi qeyd edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Zakir Həsənovun digər əmrinə əsasən Hərbi Liseyin ilk buraxılışının 40 illik yubileyinin keçirilməsinin təşkili üzrə Təşkilat Komitəsi yaradılıb, ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb və təsdiq edilib. |
2014-04-18 | 15,008 | Qorbaçovla Putinin unikal şəkli paylaşıldı - Foto | SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun Rusiyanın hazırk dövlət başçısı Vladimir Putinlə birgə unikal şəkli paylaşılıb. "Axar.az" xəbər verir ki, sözügedən şəklin konkret harada və nə zaman çəkildiyi qeyd olunmasa da, 80-ci illərin sonu olduğu təxmin edilir. Rusiyanın hazıkı iqtidarının fəaliyyətini zaman-zaman tənqid edən Qorbaçov gözlənilmədən Putinin Krıma yönəlik siyasətinə haqq qazandırdı. Əlavə etdi ki, həmin torpaqlar rusların əzəli, tarixi torpaqlarıdır. Bütün bu riyakarlığa baxmayaraq, rusiyalı kommunistlər Dövlət Dumasından SSRİ-nin dağılmasına görə Qorbaçova qarşı cinayət işinin açılması fikirlərini səsləndirdilər. Ekspertlər bu şəkilin indiki dövrdə paylaşılmasını təsadüfi saymırlar. |
2014-04-18 | 15,009 | Bakıda 30 dərəcə isti olacaq | Bakıda 30 dərəcəyə yaxın isti proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, aprelin 19-da Bakıda və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz olacaq, mülayim cənub, şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında aprelin 19-da havanın temperaturu gecə 9-12, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək, lakin gecə və səhər bəzi qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 23-28 dərəcə, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti proqnozlaşdırılır. İsti hava şəraiti aprelin 20-də də davam edəcək. |
2014-04-18 | 15,010 | Qəbələ RLS-dəki qurğular Ermənistana daşınıb - İddia | Rusiyanın Qəbələ Radiolokasiya Stansiyasını (RLS) təhvil verməsi zamanı diqqəti çəkən hadisə baş verib. Məlumata görə, Qəbələ RLS-dəki texniki avadanlıqların daşınması zamanı Rusiyaya qadağa tətbiq olunub. Buna səbəb Rusiyanın yüklərin Qəbələ-İrəvan aviareyisi ilə daşımağa cəhd etməsi olub. Lakin Azərbaycanın mövqeyinin konkret olduğunu görən əks tərəf planı dəyişmək məcburiyyətində qalıb. Hətta köçürülmə prosesinə rəhbərlik edən Rusiya Müdafiə Nazirliyindən gələn yüksək rütbəli zabitlərdən ibarət komissiya üçün də Azərbaycanın bu mövqeyi gözlənilməz olub. Azərbaycanın qadağasından sonra yüklər Qəbələ-İrəvan deyil, Qəbələ-Soçi aviareysi ilə daşınıb. Ümumilikdə yüklərin daşınması üçün Rusiya 30-dan artıq təyyarə reysi həyata keçirib. Hərbi ekspertlərin dediyinə görə, Rusiya Qəbələ RLS-dən daşınan texniki avadanlıqları Ermənistanda yerləşdirib. Soçiyə aparılan hərbi təyinatlı qurğular, oradan da İrəvana daşınıb. Qeyd edək ki, 2012-ci ilin dekabr ayında Rusiya Qəbələ RLS-dən rəsmən imtina etdiyini açıqlayıb. Rusiyanın Qəbələ RLS-dən imtinası Azərbaycanın stansiyanın icarə haqqını artırması ilə bağlı olub. Azərbaycan tərəfi Rusiyadan stansiyanın icarəsi üçün 300 milyon dollar icarə haqqı tələb edib. Məlumat üçün bildirək ki, "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş" 2002-ci ildə imzalanıb. Rusiya 2012-ci il dekabrın 10-dan stansiyanın istismarını dayandırıb. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəyib. /"Aznews.az"/ |
2014-04-18 | 15,011 | Əkrəm Əylisli: “Markesi Azərbaycana mən gətirmişəm” | Bu gün Nobel mükafatı laureatı Qabriel Qarsia Markes dünyasını dəyişib. Markes Migel Servantes dövründən ən tanınmış ispandilli yazıçıdır. Onun ölümü bütün dünyada təsirsiz ötüşməyib. Biz də "Axar.az" olaraq kolumbiyalı yazıçının əsərlərini Azərbaycan dilinə tərcümə edən yazıçılarımızdan onunla bağlı fikirlərini öyrənməyə çalışdıq. Böyük yazıçılar ölmürlər Qabriel Qarsia Markesin "Patriarxın payızı" əsərini tərcümə edən yazıçı Afaq Məsud kolumbiyalı dahini tanıdığı ən doğma insanlardan biri olduğunu söyləyib: "Мarkes bu dünyada tapıb tanıdığım ən yaxın doğmalarımdan biridir. Onunla heç vaxt yaxın ünsiyyətdə olmamışam, amma daim köməyini, dayağını duymuşam. Məni ən darısqal, ən çıxılmaz məqamlardan, qarşıma çıxan maneələrdən adladıb, yayındırıb, müqəddəs, şəfqətli, Ədəbiyyat Ərazisində saxlayanlardan biri də Markes olub. Böyük yazıçılar ölmürlər. Onlar hələ sağ ikən Böyük Ədəbiyyatın Əbədiyyət Ərazisinə daxil olur, dünyalarını dəyişsələr də, Orada yaşamağa davam edirlər. Markes də beləcə. O, heç zaman yoxa çıxmayacaq". Markesi Azərbaycana mən gətirmişəm "Gözlənilən bir qətlin tarixçəsi" əsərini tərcümə edən yazıçı Əkrəm Əylisli Markesin yazdığı əsərlərin arxitekturasının çox güclü olduğunu vurğuladı: "Bir sıra yazıçılar var ki, onları Azərbaycana mən gətirmişəm. Bu yazıçıların birincisi Henrix Böldür, ikincisi Qabriel Qarsia Markesdir. Onun "Gözlənilən bir qətlin tarixçəsi" əsəri əvvəl "Azərbaycan" jurnalında 70 min tirajla çap olunmuşdu. Markesin ölümü ilə əlaqədar Kolumbiyada 3 gün matəm elan olunub. Bu onu sübut edir ki, Markes kimi yazıçılar öz ölkəsinin coğrafi xəritəsindən də geniş, böyükdülər. Dünyanın mənəvi xəritəsini çəkən yazıçılar, sənətkarlar, alimlərdir. Markes öz ölkəsinin mənəvi xəritəsini çəkib bütün dünya üzrə yaymış nəhəng bir yazıçıdır. Markesin yazdığı əsərlərin arxitekturası çox güclüdür". |
2014-04-18 | 15,012 | Yanukoviçin oğlu axtarışa verildi | Ukrayna Təhlükəsizlik Xidməti sabiq prezident Viktor Yanukoviçin oğlunu axtarışa verib. "Axar.az" APA-ya istinadən verdiyi məlumata görə, Aleksandr Yanukoviçi prokurorluq orqanları axtarır. A.Yanukoviç sənədlərin saxtalaşdırılmasında ittiham olunur. Onu 2-5 illik həbs gözləyir. |
2014-04-18 | 15,013 | Amaliya Pənahovadan şok: “Markes aktyordur?” - Sorğu | Dünyanın ən məşhur yazıçılarından sayılan Qabriel Qarsia Markesin 86 yaşında ölümü bu gün bütün dünyanın gündəmindədir. Sosial medianın əsas mövzusu olan bu ölüm xəbəri məşhur insanların da diqqətindədir: Kolumbiyada 3 günlük matəm elan olundu, dünyanın söz, sənət adamları, dövlət xadimləri bu böyük itkinin təsiri altında açıqlamalar verir, statuslar paylaşırlar. Bəs Azərbaycanda məşhur incəsənət adamlarımız bu haqda nə düşünür? "Axar.az" olaraq bu niyyətlə sənət adamlarına telefon açdıq və ilk andaca sözün həqiqi mənasında şok yaşadıq. Buna görə də artıq mövzu dəyişdi: bizim incəsənət adamlarından onun barədə düşüncələrini yox, dünyaca məşhur, ədəbiyyatın ən nəhəng simalarından və ictimai xadimlərindən olan Markesi tanıyıb-tanımamalarını soruşası olduq. "Alo, sizi eşitmirəm..." Xalq artisti Nazpəri Dostəliyeva ilə normal hal-əhval tutub, suala keçəndə bəlli oldu ki, xanım müğənnimizin telefonunda "eşidilmə problemi" yaşandı; ya da sualda telefonun qulaqcığı "yandı": - Alo, alo, mən sizi eşitmirəm... Və telefon qapandı. Sonrakı zənglərimiz isə cavabsız qaldı. Müğənni Manaf Ağayev Qabriel Qarsia Markes adını ilk dəfə bizdən eşidirdi : - Yox, tanımıram! Markes müğənnidir? Ən dəhşətli cavabı Xalq artisti, sevimli aktrisamız Amaliya Pənahovadan aldıq: - Markes kimdir? Müğənnidir, yoxsa aktyordur? Daha ciddi sual verin Əməkdar artist Aybəniz Haşımova da Qabriel Qarsia Markesi müğənni və ya aktyor kimi başa düşdü və bizi qınadı: - Axı, mənim nəyimə lazımdır o adam? Bax, indi deyəcəm güləcəksiniz, mənim öz sənətkarlarım qalıb qıraqda, Markesi tanımalıyam? Mən heç Azərbaycanın aktyorlarını fərli-başlı tanımıram. Bunları niyə tanımalıyam? Daha ciddi sual verə bilməzsiz? "Markesi tanımayan bir şəxsə hansı ciddi sual vermək olar" məntiqini izah edə bilməzdik Aybəniz xanıma. Sizi eşitmirəm Xalq Artisti Flora Kərimova: - Mən indi Almaniyada, oğlumun yanındayam. Səsinizi eşitmirəm, səs qırıq-qırıq gəlir. Bircə onu dedik ki, Flora xanım, Markes adı gələn kimi Nazpəri xanımın da telefonuna nəsə oldu... |
2014-04-18 | 15,014 | "400 min Azərbaycan vətəndaşı bir saata məhv ola bilər" | "400 min Azərbaycan vətəndaşı məhv ola bilər". Bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa deyib. O qeyd edib ki, Yevlax, Bərdə Ağdam və Tərtərin millət vəkilləri də bu məsələdə ciddi həssaslıq göstərilməlidir: "Elxan Süleymanovun təşəbbüsü ilə çox ciddi müzakirə sənədi qəbul olunub. Bu sənəd Azərbaycanın milli maraqlarına təsir edən bir məsələdir. Xahiş edirəm, Yevlax, Bərdə Ağdam və Tərtərin millət vəkilləri də bu məsələdə ciddi həssaslıq göstərsinlər. Çünki iyulun 12-də Nikosiyada bu məsələ ilə bağlı məruzəçi təyin olunacaq. Həmin məruzəçinin materiallarla təmin olunması vacibdir. Sərsəng su anbarının hündürlüyü 128 metrdir. Ermənilər hər hansı təxribat törətməsələr belə hər hansı bir qəza baş verərsə, 400 min Azərbaycan vətəndaşı bir saat ərzində məhv olma təhlükəsi qarşısındadır. Odur ki, məruzəçinin gəlişi ərəfəsində onun materiallarla təmin olunmasına ehtiyac var. Təhlükəni önləmək üçün hamının vacib addımlar atması lazımdır". Bundan sonra deputat "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun müzakirəsinə ehtiyac olduğunu deyib: "Çox vaxt istintaqın gəldiyi nəticələr özünü təsdiq etməyəndə insanlar əsassız olaraq daha çox həbs yerlərində saxlanılırlar. Təklif edirəm ki, bu məsələni təklif kimi nəzərə alsınlar" /ANS/. |
2014-04-18 | 15,015 | Nazirlikdə yeni təyinat | ƏƏSMN-in Dövlət sosial təminat siyasəti şöbəsinə yeni rəhbər təyin olunub. Məlumata görə, yeni təyinat alan xanım Səbinə Cəfərovanı nazir Səlim Müslümov bu gün nazirlikdə keçirilən iclasda ictimaiətə təqdim edib. Qeyd edək ki, Səbinə Cəfərovanın təyinatı Prezident Admistrasiyasında təsdiqlənib. Bundan əvvəl bu postda Elnur Soltanov rəhbərlik edib. /ANS/ |
2014-04-18 | 15,016 | "Hər uğurumda bir dost itirmişəm" - Foto/Video | Akademik Milli Dram Teatrının aktrisası Münəvvər Əliyevanın müsahibəsini təqdim edirik. O, geniş müzakirəyə səbəb olan "Qatil" tamaşasındakı Müəllimə obrazı ilə bizə daha çox tanışdır. - Münəvvər xanım, "Qatil" tamaşası ətrafındakı son söz-söhbətlərdən sonra heç dedinizmi ki, bu baş ağrısı mənə lazım idi? - "Qatil" tamaşası hazırlananda bu hay-küyü gözə almışdıq. Ancaq biz bu söz-söhbəti adi tamaşaçılardan gözləyirdik, sənət adamlarından yox. Son situasiya mənə daha çox təsir etdi. Çünki o insanlar məhz mənim dostlarım sayılırdı, mənə görə gəlmişdilər. Onlardan bunu gözləməzdim. - Bəs bu hadisə dostluğunuza xələl gətirdimi? - Mən Əbdül müəllimə zəng edib dedim ki, etdiyiniz nə dərəcədə doğrudur? Dedi ki, mən belə şey etməmişəm, amma istəməzdik, səni elə rolda görək. Dedim, bu nə deməkdir, mən aktrisayam. Əslində, Şeyx Əbdül də rejissordur, onun "Şaman duaları" tamaşasında da "Allah, Allah" deyib şamanlıq edirdim də. Sabah mənə fahişə rolu verilsə, onu da oynaya bilərəm. Orda çılpaqlıq ola bilər, amma mən onu elə oynayacam ki, iç dünyasını, onu fahişə edən kəsləri, səbəbləri, həyatı göstərəcəyəm. Mən bunu düzgün şəkildə edə bilsəm, o qadına bəraət qazandıracam. Onda niyə də oynamayım? Hətta söhbətlər arasında "Açaram sandığı, tökərəm pambığı" söhbəti olmuşdu. Əslində, hər kəsin açmağa sandığı, tökməyə pambığı var. Elə adam var ki, ona bütün ləkələr yapışır. Amma bizə ki, yapışmaz... Bu sənət üçün nəyə görə bu qədər qurban verirdim? Qohum-əqrəbanın "Filankəsin qızı getdi, aktrisa oldu" tənələrinə dözdüm, onları başa sala bildim. Onların da uşaqları vardı, aktrisa olmasa da hərəsinin həyatı bir cür gətirdi. - Yadımdadır ki, Alim Qasımovun sənətinə heyran olduğunuzu, ona qibtə etdiyinizi deyirdiniz. Ona görə də, onu tamaşaya dəvət etmişdiniz. Alim Qasımovun isə sizə qiyməti belə oldu... - Alim Qasımovun belə bir şey edəcəyinə, ümumiyyətlə, inanmıram. Amma nədənsə kiməsə xoş idi ki, martın 30-u tamaşa oynanandan sonra qalmaqal yaradılsın. Bu da mənəvi aclıqdan irəli gəlir. Ümumiyyətlə, əvvəllər fikirləşirdim ki, dost pis gündə tanınar, amma əksinəymiş. Mən ev alanda bir dostumu itirdim, maşın alanda birini. "Qatil" tamaşasında uğur qazandım, dostlarımın çoxu mənə qarşı çıxdı. Başa düşmürəm, ayaq üstə alqışlanmağımızımı həzm edə bilmirlər? - Bəs ailə üzvləriniz nə deyir, ümumiyyətlə, tamaşaya baxıblarmı? - Hamısı baxıblar. Hətta qohumlarım, rəfiqələrim arasında dindar xanımlar vardı ki, çəkinə-çəkinə onları da dəvət etmişdim. Təəccüblüdür ki, onlar heç bir mənfi rəy söyləmədilər. Əksinə, o qədər təsirlənmişdilər ki... Tamaşanın məğzini anlayandan sonra gözə çılpaqlıq görünmür. Tamaşa haqqında deyilənlərə də məəttəl qalmışdılar ki, orada axı elə səhnələr yox idi. İndi mənim ailəm də, qohumlarım, çevrəm də sənətimi çox gözəl qəbul edir. Qohumlarım arasında o qədər ağlayaraq o tamaşadan gedən olub ki... Özüm də bilmədən onların həyatını oynamışammış, bunu özləri etiraf edirdilər. O tamaşadan sonra qohumlarımdan çox dost tapdım özümə, amma dostlarımı itirməli oldum. - Siz özünüz "Qatil" tamaşasının hansı ştrixini öz həyatınızda yaşayıb görmüsünüz? - Keçən il mən fikirləşirdim ki, görəsən, mən bunları öz həyatımda görmüşəm? Cavabım "yox" olurdu. Amma bu gün daha dərin fikirləşəndə görürəm ki, hə. Şoka düşürəm, deyirlər, buna bax, hər şeyi var – evi, eşiyi, maşını, amma deyir heç nəyim yoxdur. Axı ev, maşın heç də həyatda hər şeyin olmağı demək deyil. - Təbii ki, bir insanın hər şeyi ola bilməz. Amma ümumi mənada sizə nə lazımdır ki, özünüzü hər şeyi olmuş kimi, tam hiss edəsiniz? - İnsan ruh əkizini tapmalıdır, onda tamamlanır. Mən səni hər gün görmürəm ki... Hər gün yanımda ola bilən, danışmaq, bölüşmək imkanım olan biri lazımdır, nəinki başqa şey... Ola bilər sevgi var, hər şey var, amma o olmadığı halda tam olmursan. - Münəvvər xanım, aktrisa olduğunuza görə sizdən üz döndərən olubmu? - Bu sənətə gəlməyimə yeganə atam razı idi, başqa heç kəs. Qardaşımla böyük problemim yaranıb buna görə, ancaq sonra qəbul edib. Əslində, aktrisa adı ilə həyatda çox çətinlik çəkmişəm. Aktrisa olmaqdan ötrü nə qədər baryerlər aşmışam, qurbanlar vermişəm. Cəmiyyət qadının aktrisalıq etməyini qəbul etmir. İndinin özündə də deyəndə ki, aktrisayam, bu işi çox yüngül hesab edilər. Ancaq bizi elə qəbul edib, tamaşaya gələnlərin belə fikirləri dəyişib. Deyirlər, ilahi, sən o səhnədə nələr çəkdin?! Orda o ağrını, yaşantını görürdülər. - Ancaq yalançı pafosla oynadığınızı deyənlər də var... - Bunu deyənlərin, yəqin, özləri başdan-ayağa pafosdur. Bilirsən necədir, həyatda özün təmiz düşüncəylə yaşayırsansa, elə bilirsən ki, hər kəs elədir. Yaxud da əksinə. - Münəvvər xanım, bildiyim qədər, "Aktrisa" filmindən bəzi açıq-saçıq səhnələrə görə imtina etmisiniz. Halbuki, "Qatil"dəki obrazınız bu mənada daha cəsarətli idi. Bəs onda niyə çəkinmişdiz, sonra necə oldu bu sərhədi aşdınız? - Əslində, məndə o kompleks var idi. Filmlərdən böyük rollar üçün dəvət alırdım, amma bir balaca açıq səhnəyə görə qəbul etmirdim ki, mən vücudumu çılpaq göstərə bilmərəm, bacarmaram. "Qatil" tamaşasından sonra kompleksim sındırıldı. Çünki "Qatil"də o çılpaqlığa varmırsan. Orada daha çox qadının ağrı-acısı üstələyir o səhnələri. Bu sənətdir. Ola bilsin, sənətimin elə nöqtəsində gəlib yerləşdim, düşündüm ki, sənətə ciddi yanaşmaq lazımdır. Şıltaqlıq etmək olmaz. - O roldan sonra digər rollara keçid çətin oldu, yəqin ki... - "Qatil"dən sonra istədim ki, daha yüngül, komik obrazda oynayım. Çünki o bir ildə hiss elədim ki, çox yaşlaşıram, içim ağrıyır. Amma komik obrazda da əziyyət çəkirəm. "Qatil"də ağrı çəkirdim, vücudum göyərirdi, amma ruhum sakit olurdu, komik rolda isə ruhum narahat olur. Ona görə həmin rolumu atəşə tutsalar, məni yandırmazdı. - "İlahi məxluq" filmində Vəfa Zeynalovanın roluna necə, çəkilərdinizmi? O rol da çox qınağa tuş gəldi. - O filmdə, əslində, erotika yox idi. O rol mənə təklif edilmişdi. Amma mənə təklif ediləndə deyilmişdi ki, gərək sinən tam açıq, qabarıq şəkildə çöldə olsun. Ancaq elə çəkilmədi, qadının sinəsi tülün altında göstərildi. Mən demişdim ki, mən vücudumu çılpaq şəkildə göstərə bilmərəm. Filmdə çobanın anası rolunu oynadım. Amma bu gün düşünürəm ki, sənət nöqteyi-nəzərdən baxsaydım, bəlkə də, çəkilərdim. Gözəl bir mövzu olsa, niyə də yox? Məsələ qadının çılpaqlığı deyil. - Bəs sizin üçün hansısa rolu oynamaqda yaş problem ola bilər? - Yaşlı, bomj qadını oynayanda aktrisalar məni qınadı ki, biz oynamazdıq bu rolu. Sən ki, hələ gəncsən. Amma mənim üçün yaş o vaxt problem olar ki, "Romeo və Cülyetta"da Cülyetta rolunu mənə verələr. 16-17 yaşlı qız rolunu, əlbəttə ki, oynamaram. Bu mənim üçün gecdir. - Tamaşaçı gülər sizə? - Əslində, mən özümü formada saxlamağı bacarmışam, öz yaşımı vermirəm. Səhnədə yaş bir o qədər görünmür, səhnə cizgiləri tam açmır. Ancaq filmdə yaş özünü daha çox göstərir. Oynasam belə yaxşı görünməz. - Teatrda oynamaq istəmədiyiniz roldan imtina etmək şansınız olur? Yoxsa bu sizə problem yaradar, işinizi itirə bilərsiniz? - Problem yaradır. Rolu oynamaq istəməyəndə yazılı surətdə buna səbəblər göstərməli olursan, ya da rejissor sənin haqqında mənfi xarakteristika verir. Bu peşəyə gəlmisənsə, "bacarmıram" deməməlisən. Məsələn, mən "gülməyi bacarmıram" deyirəm, komediya mənlik deyil. Elə düşünürəm ki, dəyişsəm, falş olacam. Ancaq rolu tam qavrayıb, dərinliyinə gedəndə o rolda da hardasa özünü tapa bilirsən. Əsas odur ki, vücuda o obrazın ruhu girə bilsin. - Siz aktrisalıq fəaliyyətinizə "Yuğ" teatrında başlamısınız. Sonra "Azdrama"da o qəribə ruhlu teatrın ab-havası, tamaşaları üçün darıxmadınız ki? - Yox. "Yuğ"dan özüm çıxdım. Atam dünyasını dəyişəndən sonra bir müddət işə çıxmadım. Çıxandan sonra da gördüm ki, bu teatr mənlik deyil, mənim istədiyim bu deyil. Amma oradan çıxanda bütün yolboyu ağlamışdım, gözümdən sel gedirdi. Bəlkə də, məni Mikayıl Mirzə Həsənağa Turabovun yanına gətirməsəydi, mən yenidən aktrisa olmayacaqdım. İçimdə nə isə qırılmışdı. Eyni zamanda hiss edirdim ki, çiyinlərimdən ağır bir yük götürülüb, quş kimi uçurdum. - Yəni belə ağır idi sizin üçün "Yuğ"da oynamaq? - Yox, oynamaq məsələsi deyildi. "Yuğ"dakı tamaşa "Azdrama"da qoyulsa, böyük bir məhəbbətlə oynayardım. Sadəcə, orada ətrafdakı insanların mənə qarşı təbii olmaması, ikibaşlı, süni münasibət məni qırdı. İstəmədim də... - Bəlkə, oradan uzaqlaşmaq həm də daha böyük səhnəyə, daha böyük tamaşaçı kütləsi qarşısına çıxmaq istəyinizdən irəli gəlirdi... - Hə, orda məhdudluq var. Bəzən balaca teatrdan böyük teatrda gələndə elə olur ki, o aktyor səhnədə yeyilmir. Amma mən yeyildim. Vaqif İbrahimoğlu da həmişə mənə deyirdi ki, sən çox yağlı tikəsən. Əslində, görünür, mən "Yuğ"da yamaq idim, o özü də bunu gözəl bilirdi. Deyirdi ki, gərək sənin özünün xüsusi teatrın olsun. Mən məcburən "Yuğ"da qala bilməzdim, bəlkə də, məcburən oradaydım. Amma ora yenə də mənim üçün bir məktəb oldu. - Bəs teatrların birləşdirilməsi fikrinə necə baxırsınız? Kamera Teatrı Gənc Tamaşaçılar Teatrına birləşdirildi, daha sonra "Yuğ"un "Azrdama"ya birləşdirilməsi məsələsi ortaya atıldı. Hansı halda sənət daha çox fayda görmüş olar? - Mən, ümumiyyətlə, siyasətdən uzaq olan bir insanam. Bu addım da hansı siyasi yola xidmət edir bilmirəm. Bilinmir ki, bu fikrin arxasında Mədəniyyət və Turizm Nazirliyi, yoxsa başqa bir şəxs durur. Bilirsən, "Yuğ"da elə bir aktyor ola bilər ki, o "Yuğ"luq olmasın. Bəzən də elə olur ki, aktyor Akademik Milli Dram Teatrının səhnəsinə çıxır, amma nə qədər cəhd etsə də, onda alınmır, səhnədə itib-batır. Məsələn, mənim enerjim fərqlidir. Bir insan o boyda səhnədə tək qalırsa, onun nə dərəcədə enerjisi olmalıdır ki, bütün tamaşaçılara bəs eləsin və 600-700 adam sakitcə onu dinləsin. Məndəki energetika "Yuğ"un tamaşaçıları üçün həddindən çox idi. Belə də olmaz. Mənim cizgilərim də çox qabarıqdır, hərəkətlərim də. Film də o enerjini sevmir. Məndə daha çox qaynarlıq var, kamera saxlaya bilmir məni. - Münəvər xanım hamıya bəllidir ki, aktyorun əmək haqqısı ən yüksək halda 200 manatdır. Bu, sizi ruhdan salır heç? - Mütləq təsir edir. İnsanın sənəti qiymətləndirilməlidir. Axı niyə mən həmişə düşünməliyəm ki, büdcəmi elə bölüm ki, borclu qalmayım, tələbatlarımı ödəyə bilim. İnsan kimi yaşamalıyıq, ildə heç olmasa bir dəfə istirahətə getməliyik ki, bu cəmiyyətdən uzaqlaşasan, təzələnəsən. Məsələn, mən istərdim ki, xarici ölkələrdə hər hansı tamaşaya baxım, amma mənim buna imkanım yoxdur. Niyə gedə bilməməliyəm axı? İmkanı olanlar da hansısa ölkədə teatra yox, alış-veriş mərkəzinə gedir. İnsan istəyir ki, bəzi xanımlar kimi hər gün salona gedim, gözəl görünüm, özümdən həzz alım. Niyə ancaq başqaları bizi sevməlidir? Mən bunu edəndə 5-6 aylıq maaşımı xərcləməli oluram və özümü bir il nələrdənsə məhrum etməli oluram. - Son vaxtlar filmlərə çəkilmirsiniz. Yəqin, elə bu da filmlərdən aldığınız qonorarın azlığı ilə əlaqədardır. - Hə, buna görə çəkilmirəm. Mən öz maşınımı sürürəm, kostyumlarımı özüm təşkil edirəm, salona gedirəm və sairə. O filmdən alacağımdan xərclədiyim daha çox olur. Mən filmdə normal geyimdə, görünüşdə olmaq istəyirəm. Yoxsa "Sirr" serialındakı kimi həmişə gecə köynəyində olası deyiləm ki... Seriala təkcə hadisələrə görə baxmırlar ki, insan görüntüsünə görə də baxırlar. - 22 ilə yaxındır ki, bu sənətdəsiniz. Adətən teatrda ya partnyorlar arasında, ya digər sənət dostları arasında sevgilər yaşanır. Sizə belə bir sevgi etirafı olubmu, ya siz kimisə sevmisinizmi? - Sənət adamlarından yox, öz mühitimizdə belə şey olmayıb. Mən bir az fərqli adamam, özüm də onlara başqa cür baxıram. Universitetdə də oxuyanda təməli elə qoymuşdum ki, hansısa oğlan mənə sevgi etirafı eləməsin. Bir oğlan etmişdi, o da qrupumuzdan çıxmalı oldu, çünki gələcəkdə onunla rol bölüşmək çətin olardı. Eşitdiyim etiraflar mənə ciddi görünmürdü. Onlar mənim üçün adiləşmişdilər, artıq elə adamlara qarşı da heç vaxt sevgi hissin ola bilməz. Sənət adamlarına üçüncü cins kimi baxmağa başladım. Mənim həyat yoldaşım sənət adamı deyil, tamam başqa peşə sahibidir. Ona görə onu ciddi qəbul edə bildim. Bəlkə də, sənət adamları arasında insanın içini duyan biri olsaydı, başqa cür yanaşa bilərdim. - Bəs həyat yoldaşınız sizi başa düşmürmü ki, içinizdə belə bir istək duyulur – anlaşılmaq, duyulmaq istəyi, ruh əkizini tapmaq istəyi. - İnsanın həyatda ruh əkizi olur, onunla bir-birinə bədənlə bağlanmırsan, ruhla bağlanırsan. İnsanın ruh əkizinin yanında olub, ona dəstək verməsi, səni cəmiyyətin qapısına yox, özünün açdığı qapıya salması tamam başqa şeydir. Mən ailə quranda sevgidən çox, sənətimi qəbul etdiyinə görə həyatımı onunla qurdum. Yəni mən seçə bilmədim. Mən birinci gündən həyat yoldaşıma demişəm ki, bu sənətə gəlmişəm və seçim qarşısında qalsam, səni yox, sənəti seçəcəm. Bu qədər yol gəlmişəm. Seçim qarşısında səni yola verməyə çalışacam, amma sənəti yox. Nə qədər ağır olsa da, hər şeyə, ayrılığa, acıya tab gətirərəm, amma sənətimdən getmərəm. - Qızınızı da düşünməzdiniz? -Artıq gecdir. Sabah mənim qızım üçün kimsə elçi gəlsə belə, mən artıq o tamaşanı oynamışam axı. Bir dostum deyirdi ki, bəs sənin tamaşada çəkilən şəkillərini paylaşırlar, ayıbdır. Sənə sabah fahişə rolu versələr, oynayacaqsan? Əlbəttə, oynayacam, bu mənim sənətimdir. Dedi, sənə görə demirəm ey, qızın var. Mən onsuz da aktrisayam, qızıma elçi gələn də biləcək ki, aktrisanın qapısına gedir. Mən bundan qaça bilmərəm ki... Aktrisa olmaq başqa şeydir, şəxsiyyət olmaq başqa şey. Mən ki, həyatda çılpaq gəzmirəm, əxlaqımı qoruyuram. Mən bu sənətimə illərimi vermişəm. Bu sənət lazımınca qiymətləndirilsəydi, lap qızımın da aktrisa olmağını istəyərdim. Amma mən çəkən əziyyəti onun çəkməyini istəmirəm. Bu cəmiyyət onsuz da bizə o qiyməti vermir, heç olmasa, tamaşaçı yaralamasın. PS: Münəvvər Əliyevanın ruhunu Ramiz Rövşənin şeirləri dincəldə bilir. Elə bizim üçün də onun "Qara paltarlı qadın" şerini ifa etdi /1937.az/. |
2014-04-18 | 15,017 | Bərdədə yaşayış evi kül oldu | Bərdənin Mirzəcəfli kəndində fərdi yaşayış evi yanıb. Məlumata görə, tikilinin elektrik naqillərində yaranan qısaqapanma yaşayış sahəsinin tamamilə külə dönməsinə gətirib çıxarıb. Ev sahibləri yanğından vaxtında xəbər tutsalar da, onların bütün cəhdləri boşa çıxıb. Ancaq özlərini xilas edə biliblər. Hadisə yerinə yanğınsöndürənlər gələnə qədər qonşular da evdə baş verən yanğının söndürülməsinə çalışıblar. Ancaq zəhmətləri hədər gedib. Faktla bağlı araşdırma aparılır /Kanal S/. |
2014-04-18 | 15,018 | Rus snayperini Hollivud ulduzu nümayiş etdirdi - Foto | Malayziyada keçirilən DSA-2014 ənənəvi silah sərgisində bir çox ölkənin hərbi arsenalı nümayiş olunub. "Axar.az" xəbər verir ki, sərgidə diqqət çəkən məqamlardan biri də Rusiya istehsalı olan ORSIS Т-5000 tipli snayper silahının məşhur Hollivud ulduzu, azərbaycanlı tamaşaçıların yaxşı tanıdığı Stiven Seqal tərəfindən nümayişi olub. Qeyd edək ki, Rusiyanın siyası çevrələri ilə dost münasibətində olan Seqal silahın hərbi-texniki göstəricilərindən məmnun qalıb. Hətta rusiyalı dostlarına onun şərəfinə "ORSIS by Steven Seagal" adlı silahın da layihələndirilməsini xahiş edib. Silah 2,4 km məsafədən hədəfi maneəsiz vura bilir. Xatırladaq ki, son zamanlar Amerika və Qərb ulduzlarının Rusiyanın, həmçinin Şimali Koreyanın rəhbərləri ilə dostluq əlaqələri qurması dəb halına çevrilib. Fransalı aktyor Jerar Departyenin Putinlə dostluğu, Şimalı Koreya diktatorunun məhşur NBA basketbol ulduzu Denis Rodamnla münasibətləri dediklərimizə əyani sübutdur. |
2014-04-18 | 15,019 | Rus xüsusi təyinatlıları Ukrayna hərbçilərini mühasirəyə aldı | Donetskdəki separatçılar və Rusiya xüsusi təyinatlıları Drujovka kəndi yaxınlığındakı Ukryana hərbçilərindən ibarət maşın karvanını mühasirəyə alıblar. "Axar.az" xəbər verir ki, bu barədə "İnformasiya Müqaviməti" təşkilatının sədri Dmitri Tımçuk Feysbuk səhifəsində yazıb. "Gecə saat 22:30-da Ukrayna hərbçilərinin maşın karvanı DYP əməkdaşları tərəfindən saxlanılıb və tez bir zamanda 500 nəfərlik dəstə tərəfindən mühasirəyə alınıb" deyə Tımçuk yazıb. Onun sözlərinə görə, dəstənin tərkibində rus hərbçiləri də olub: "Rus hərbçilərinə Rusiya ordusunun Krımdakı xüsusi təyinatlılarının başçısı İqor Strelkov başçılıq edib. Digər hərbçilərdə Rusiya xüsusi təyinatlı dəstəsinə məxsus olduqlarını etiraf ediblər. Daha sonra Ukrayna hərbçiləri azad olunublar". Onun sözlərinə görə, Cenevrədəki danışıqların başa çatmasından sonra rus hərbçiləri Rusiya ordusuna aid olduqlarını təksizb ediblər. |
2014-04-18 | 15,020 | Azərbaycanda səslə idarə olunan kompyuterlər yaradılır | Azərbaycanda səslə idarə olunan mini kompyuterlər yaradılır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında çıxışı zamanı deyib ki, uzun illər davam etdirilən və artıq real nəticələrə əsaslanan Azərbaycan dilinin digər dillərə avtomatik və səsli tərcüməsi, mətnlərin başa düşülməsi və kifayət qədər praktik əhəmiyyətə malik tam səslə idarə olunan mini kompyuterlərin istehsalı və mobil təkliflərin işlənib hazırlanması əldə olunan nailiyyətlərdəndir. Nazirliyin AMEA ilə sıx əməkdaşlıq etdiyini deyən Ə.Abbasov qeyd edib ki, elmi jurnalların çap edilməsi, bir çox tədbirlərin keçirilməsi üçün dəstək verilir. Prezident İlham Əliyevin dəstəyi ilə yeni inkişaf yoluna başlandığını deyən nazir elmlə iqtisadi sahənin əlaqələndirilməsinin vacibliyini qeyd edib. O, innovativ iqtisadiyyatın yaradılmasının önəmini d’ vurğulayıb: "Elmlə iqtisadiyyat arasında körpü, yəni innovativ iqtisadiyyat yaradılmalıdır. Bu sahədə artıq müəyyən addımlar atılır, sənaye və texnoloji parklar yaradılır". |
2014-04-18 | 15,021 | Abdulla Gül: “Gələcəklə bağlı siyasət planım yoxdur” | Bugünkü şərtlər çərçivəsində gələcəyə yönəlmiş hər hansı bir siyasi planım yoxdur". Bu sözləri Türkiyə Prezidenti Abdullah Gül jurnalistlərə verdiyi açıqlamasında bildirib. Məlumat üçün qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müavini Əli Şahin bir müddət bundan əvvəl verdiyi açıqlamada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Prezident seçilməsindən sonra hazırkı dövlət başçısı Abdullah Gülün Baş nazir postunu tuta biləcəyini bildirmişdi. Onun sözlərinə görə, Prezident Abdullah Gül böyük siyasi təcrübəyə malikdir və hakim partiya bu təcrübədən faydalanmaq istəyir. Bir müddət əvvəl Türkiyə Baş nazirinin müavini Bülənt Arınç bildirib ki, Türkiyə xalqının böyük dəstəyi və bələdiyyə seçkilərinin nəticələri Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürəcəyi təqdirdə prezident seçilə biləcəyinə əsas verir. Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. / Trend / |
2014-04-18 | 15,022 | Qafqaz Universitetinin adı dəyişdirilir? – Rəsmi | "Qafqaz Universitetinin adının dəyişdirilməsi heç müzakirə mövzusu da deyil". Bu sözləri "Axar.az"a açıqlamasında Qafqaz Universitetinin İctimaiyyətlə Əlaqələr üzrə prorektoru Natiq Paşa Universitetin adının dəyişdirilməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, deyilənlər yalandır: "Bir neçə gün öncə saytların birində bu barədə xəbər getdiyinin şahidi olmuşduq. Ancaq nəzərinizə çatdıraq ki, bunlar əsassız məlumatlardır. Universitetin adının dəyişdirilməsi ilə bağlı heç müzakirə getmir. Nə vaxtsa dəyişdirilməsi də gözlənilmir". Qeyd edək ki, bir müddət öncə Qafqaz Universitetinin adının dəyişdirilməsi ilə bağlı xəbərlər yayılmışdı. |
2014-04-18 | 15,023 | İham Mirzəyevin həbs etdirdiyi şəxs azadlığa buraxıldı | Hazırda məhbəsdə olan teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyev azadlığa buraxılıb. "Axar.az" xəbər verir ki, A.Əliyev İ.Mİrzəyevin şikayəti əsasında Yasamal rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilib. O, İ.Mirzəyevin qohumu ilə ailə həyatı qurub. İ.Mirzəyev iddia edib ki, A.Əliyev "Space" telekanalının binası qarşısında onu döyüb, ölümlə hədələyib. Lakin Asif Əliyev məhkəmədə bəyan edib ki, Ilham Mirzəyev yalan danışır, ona böhtan atır. Hadisənin baş verdiyi iddia olunan vaxtda o, evində olub. Asif Əliyevin bu haqda dediklərini təsdiqləyən sübutlar da ortaya qoyulub. Məsələn, mobil operatorlardan alınan arayışlar göstərir ki, iş materiallarında hadisənin baş verdiyi göstərilən vaxt heç Ilham Mirzəyevin özü də "Space" telekanalının yaxınlığında olmayıb. Həmin vaxt onun telefonu "8-ci kilometr" qəsəbəsi yaxınlığındakı mobil stansiyaların əhatə dairəsində olub. Asif Əliyevin telefonu isə özünün də dediyi kimi, evinin yerləşdiyi ərazidəki stansiyaların əhatə dairəsində qeydə alınıb. Ortaya qoyulan sübutlara baxmayaraq, prokuror Asif Əliyev üçün 5 il həbs cəzası istəmişdi. Aprelin 12-də Nərimanov Rayon Məhkəməsi İlham Mirzəyevi dələduzluqda ittiham edərək barəsində həbs qətiimkan tədbiri seçib. Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. |
2014-04-18 | 15,024 | Jirinovski hamilə qadını zorlamağı əmr etdi – Şok video | Rusiya Liberal Demokrat Partiyasının lideri Valdimir Jirinovski Dövlət Dumasının iclasından əvvəl qalmaqal yaradıb. "Axar.az" xəbər verir ki, iclasdan qabaq rus jurnalist qadın siyasətçiyə, "Ukraynanın rusların bu ölkəyə girişinə qadağa qoyulması ilə bağlı Kiyevə cavab sanksiyaları tətbiq etmək lazımdırmı?" - sualına Jirinovski təhqirlə cavab verib: "Nə saksiyalar? Hə, xoşluqla, sığalla lazımdır. Bizim axmaqlar hardadılar?" - deyə onu müşayiət edən partiya yoldaşına səslənib: "Mən sənə səslənirəm və sən onu tutub başlayırsan qəddarcasına zorlamağa". Bundan sonra parlamentdəki jurnalistlər hamilə qadının ətrafına yığışaraq, ona toxunmağa imkan verməyiblər. |
2014-04-18 | 15,025 | Hitler faşist deyil - Qalmaqal | Qazaxstanın "Juldzdar otbası – Anız adam" (Ulduzlar evi – Əfsanə insan)" jurnalı aprel sayını Adolf Hitlerin 125 illiyinə həsr edib. "Axar.az" xəbər verir ki, jurnalda faşist Almaniyası liderinin çoxşaxəli şəxsiyyəti müzakirə edilir, "Hitler faşist deyil" məqaləsinin müəllifi nasional-sosialistlərin rəhbərinə haqq qazandırır. Jurnalda daha bir məqalə Hitlerin "Mayn Kampf" kitabına həsr edilib. Məqalədə fürerin sözü gedən kitabında bir sıra məsələlərin düzgün yazıldığı vurğulanıb. Jurnalın redaktoru Jarılkan Qalıbay ötən il təyyarədə sərxoş vəziyyətdə qalmaqal yaratdığına görə həbsə düşüb. Qalmaqalın səbəbi hava yolları əməkdaşının onu rusca danışmağa məcbur etməsi olub. Qazaxstan rəsmiləri jurnalın bu sayının Hitlerə həsr edilməsi ilə bağlı ölçü götürüləcəyini bildirib. Nəşrin redaktoru həmin buraxılış ətrafında yaranmış rezonansa münasibət bildirərkən deyib ki, o, oxucularına Hitler kimi fiqurlardan xalqı hansı təhlükələr gözlədiyini çatdırmaq istəyib. Naşir onu da qeyd edib ki, bu mövzuya diqqət çəkməsində bir məqsədi də ölkəsini qonşu Rusiya imperiyasının hökmdarının təhlükəli siyasətindən qorumaq olub. Xatırladaq ki, "Juldzdar otbası – Anız adam" jurnalı qazax dilində nəşr edilir. Tirajı 25 mindən artıqdır. Qiyməti 250 təngədir (təxminən 1 manat). |
2014-04-18 | 15,026 | Qvardiola: "Bavariya"dan gedə bilərəm" | Almaniya futbolunun canlı əfsanəsi - "Bavariya"nın fəxri prezidenti Frans Bekkenbauer Münhen təmsilçinin uğurlu çıxış etməsinə baxmayaraq, çox darıxdırıcı oyun nümayiş etdirdiyini bildirib. "Axar.az" xəbər verir ki, klubun baş məşqçisi Pep Qvardiola isə komandanın oyun üslubunu tənqid edən klubun fəxri prezidenti Frans Bekkenbauerə sərt şəkildə cavab verib. Qvardiola deyib ki, əgər rəhbərlik onun oyun üslubunu bəyənmirsə, "Bavariya"nı tərk etməyə hazırdır: "Tənqidləri qəbul edirəm. Ancaq oyun üslubumu dəyişmərəm. Burada əlimdən gələni etməyə çalışıram. Klub rəhbərliyi işimdən məmnun deyilsə, mövsümün sonunda qarşılıqlı razılaşma ilə yolları ayıra bilərik". |
2014-04-18 | 15,027 | Rektor direktoru işdən çıxartdı | Azərbaycan Dövlət İqtisad Universitetində kadr islahatları davam edir. "Axar.az" APA-ya istinadən xəbər verir ki, ADİU-nin mətbuat xidmətindən verilən xəbərə görə, universitetin rektorunun bu gün imzaladığı əmrə əsasən, Nazim Eminov Distant və əlavə təhsil mərkəzinin direktoru vəzifəsindən azad edilib. |
2014-04-18 | 15,028 | Müdafiə Nazirliyindən Şahin Sultanov açıqlaması | Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovla bağlı bəzi KİV-də yayılan məlumatlara münasibət bildirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, mətbuatda Ş. Sultanovun rütbəsinin iki pillə aşağı salınması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Xatırladaq ki, bu gün bir sıra KİV-də Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Ş. Sultanovun rütbəsinin iki pillə endirilməsi barədə məlumatlar yayılıb. Qeyd edək ki, Ş. Sultanov bu ilin martında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. |
2014-04-18 | 15,029 | Siyasi rejimlərin kardioloqu | Bu yaxınlarda Londonda Markesin ədəbiyyat agenti ilə görüşmüşdüm. Xəstəxanadan evə götürülmüşdü. Sağalmayacağı bəlli idi. İlk dəfə ondan "Polkovnikə məktub yoxdur" əsərini oxumuşdum. Sonra Əkrəm Əylislinin tərcüməsində "Gözlənilən bir qətlin tarixcəsi"ni. Ona marağım Natiq Səfərovdan qaynaqlanırdı. Natiq onu davamlı izləyir və bir müddətə qədər təbliğatını aparırdı. Mən də Natiqi təkrar edirdim. Xeyli müsahibələrini, çıxışlarını, hekayələrini oxumuşam. Ümumiyyətlə, o, Nobel alandan sonra bizim ədəbiyyat çevrəsində Markes birmənalı sevilən yazıçı idi. Çayxanada, yasxanada Markesdən bir cümlə de, səni keçirsinlər masanın başına. Natiq Səfərov bir müddət onun hekayələrini, kiçik həcmli yazılarını, müsahibələrini, çıxışlarını toplayırdı. Bir az "Patriarxın payızı" üzərində də əlləşdi. Sonra Afaq xanım tərcümə etdi. Amma "Yüz ilin tənhalığı" bizim tərcüməçilərin gözünü hələ o vaxtdan yaman qorxutmuşdu. "Yüz ilin tənhalığı" əsərinin birinci cümləsini az qalan bütün tərcüməçilər şeir kimi əzbər bilirdi. Bir yazarın kefini posmaq istəyəndə, dərhal o cümləni deyirdilər və davam edirdilər ki, deyin görüm hansı yazıçı bu cümləni yaza bilər, yaxud kim bunu tərcümə edə bilər. Bunlar hamısı keçmişdə qalıb. Bir dəfə Günel Mövluda dedim ki, Markesdən tərcümə edərsən? "Əlbəttə", - dedi. Nəşriyyata gəldi və "Yüz ilin tənhalığı"nın tərcüməsini ona tapşırdım. Günel xeyli tərcüməçinin və yazıçının yaxın dura bilmədiyi əsəri bir neçə aya bitirdi. Eyni zamanda, Nadir Qocabəyli də bu əsəri tərcümə edib. Bizdə eyni əsərin iki təcüməsi var. İndi demək olar ki, Markesin bütün əsərləri dilimizə tərcümə olunub. "Eşq və Başqa cinlər", "Hüzünlü fahişələrim", "Vəba günlərində eşq", "Qaçırılma", "Sənin qar üzündəki izinlə" kitabları Əziz Rzabəyli, Nəriman Əbdülrəhmanlı və Mahir Qarayevin tərcüməsindədir. Sovet dönəmində dilimizdə yalnız iki kiçikhəcmli novellası çıxmasına baxmayaraq, Markes mistik aurasını, xofunu ədəbi məkanımızda yarada bilmişdi. Markesə görə yazı yazmayan, yazılarından imtina edən, onun kimi yazan xeyli ədəbiyyat adamları yarandı. Bəlkə də Markesin Azərbaycan ədəbiyyatına daha böyük təsiri var idi, nəinki ispan. Bu bizim ədəbiyyatçıların danışıqları, yazılarında aydın görünür. Onun bütün əsərlərində insan və hakimiyyət problemləri təhlil olunur. Diktator obrazlarını mükəmməl yaradır. Rejimlərin xüsusiyyətlərini kardeoqramm kimi çıxara bilir. "Patriarxın payızı"nda öz rəqibini yeyən diktator, "Yüz ilin tənhalığı"nda isə ailə-klanların hakimiyyət uğrunda bitməyən müharibələri, "Polkovnikə məktub yoxdur"da isə təqaüdünün artırlıması haqqında məktub gözləyən qoca polkovnik, yazılarına görə qaçırılan juranalıtslər, bunlar hamısı Markesin mövzularıdır. O, qəddar siyası rejimlərin anatomiyasını əzbər bilir, elə mükəmməl yazır ki, hər kəs yazılanların içində olduğunu zənn edir. Pablo Neruda Markesin əsərlərinin dilini Don Kixotdan sonra ən mükəmməl ispan dili hesab edib. Markes dünən – 17 apreı 2014-cü ildə 87 yaşında dünyadan getdi. Onun ədəbi irsi bizimlə qaldı. Belə insanların hər bir yaşda ölümləri ağrılıdır, dünya üçün itkidir. |
2014-04-18 | 15,030 | Qazaxıstanın müdafiə naziri Bakıya gəlir | Aprelin 21-də Qazaxıstan Respublikasının müdafiə naziri Serik Axmetovun Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır. "Axar.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər proqramı çərçivəsində S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşü nəzərdə tutulub. Eyni zamanda Serik Axmetov Silahlı Qüvvələrin Hərbi Akademiyası və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir. Səfər aprelin 22-dək davam edəcək. |
2014-04-18 | 15,031 | Moskvada Röyaya görə qardaş qardaşı bıçaqladı - Foto | Röya Ayxanın bu gün Moskvanın Kreml sarayında yerli vaxtla saat 19:00-da başlanacaq konsertinə saatlar qalmış azərbaycanlı qardaşlar arasında qanlı dava baş verib. Moskvada yaşayan soydaşımız Təyyar Qasımovun "Axar.az"a verdiyi məlumata görə, Röyanın konserti əslən Hacıqabuldan olan Əhmədov qardaşlarının bir-birini bıçaqlamasına səbəb olub. Asim və Razim Əhmədovlar Moskvanın "Bulvar marşala Uşakova" metrostansiyası yaxınlığında xırda ticarətlə məşğul olurlar. Röyanın konsertində iştirak etmək istəyən Asim kiçik qardaşını bilet almağa göndərib. Amma Razim müxtəlif yerlərə baş çəksə də, bilet əldə edə bilməyib. Dünən onların arasında biletlə bağlı yenidən mübahisə başlayıb. Asim kiçik qardaşını əvvəl danlayıb, sonra isə söyüb. Bununla kifayətlənməyən Asim içkili vəziyyətdə Razimə iki şillə də vurub. Qardaşının hərəkətindən əsəbiləşən Razim stolun üstündəki bıçıqla ona iki zərbə endirib və evdən qaçıb. Məlumata görə, Asim Əhmədovun həyatı təhlükədə deyil və o, hazırda Moskva xəstəxanalarının birində müalicə olunur. Razim Əhmədov isə saxlanılıb. Xatırladaq ki, Röyanın bu gün 6 min tamaşaçı tutan Kreml sarayında gerçəkləşəcək "Mənəm" adlı konsert proqramına biletlərin qiymətinin 220-270 dollara olmasına baxmayaraq, yerlərin artıq bir ay əvvəldən satılıb qurtardığı barədə məlumatlar yayılmışdı. Qeyd edək ki, bu ekskluziv fotoları Röya Kreml konsertindən az öncə çəkdirib. |
2014-04-18 | 15,032 | İlham Əliyev Koreya Prezidentinə başsağlığı verdi | Azərbaycan Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyə başsağlığı verib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir. Başsağlığında deyilir: "Sevol" bərəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram". |
2014-04-18 | 15,033 | Sumqayıtda “seks-cihad təbliğatı” aparılır | Suriyada 250 mücahidlə yaxınlıq edən qadın, artıq cihad etmiş sayılır və cənnətə düşür. Belə absurd fitvanı Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən qiyamçı qruplaşmaların əmirləri sosial şəbəkələrdə yayıblar. "Cihad əl-nikah" (seks-cihad) adlanan bu fitvaya bağlı isə Sumqayıtdakı həvariclər sosial şəbəkələrdə təbliğat aparırlar. "Həvariclər dini pərdə altında qadınları müharibəyə çəkməyə cəhd edirlər. Məqsəd isə mücahid kişilərin ehtiyaclarını ödəməkdir. "Diqqəti çəkən odur ki, həvariclər sektasına girən qadınlar təhsilli deyillər, hətta çoxu 10-cu sinfi başa vurmayanlardır. Belələrini aldatmaq və cihad etməyə yollanacaqları halda düz yol seçəcəklərinə inandırmaq asandır. Üstəlik, biz bir neçəsi ilə söhbət etmişik. Onlar fitvaya gedəcəkləri halda, Allah yolunda qüvvələrini sərf edəcəklərinə həqiqətən inanırlar", - deyə idarədən bildirilib. İndiyədək həvariclər sektasının 210 üzvünün uçota alındığı məlumdur. Bununla yanaşı, əməliyyatçılar Sumqayıtın II mikrorayonunda yaşayan qadının öz uşaqlarını da götürüb Suriyaya cihada getdiyi barədə məlumat alıblar. Bəzi xəbərlərə görə, qadın ərini atıb. Bu barədə polislərə onun əri deyib. Tam mümkündür ki, o, Suriyaya gedənlər tərəfindən "verbovka" olunması səbəbindən belə qərar verib. Polis qadının valideynləri ilə əlaqə saxlayıb. Valideynlər qızlarının evdə olduğunu desələr də, onun özü ilə danışmaq mümkün olmayıb /Vesti.az/. |
2014-04-18 | 15,034 | Goranboyun icra başçısı işdən çıxarıldı | Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev vəzifədən azad olunub. "Axar.az"ın məlumatına görə, Nizaməddin Quliyevin vəzifədən azad olunması barədə Sərəncam imzalanıb və yaxın dəqiqələrdə elan olunacaq. Qeyd edək ki, xəbəri ilk olaraq yerli mənbələrə istinadla "Qaynar.info" saytı yayıb. Xatırladaq ki, bu gün iş adamı Müqayis Verdiyevin Baş prokurora müraciəti yayılıb. Müraciətdə Goranboy rayon icra başçısını korrupsiyada ittiham edən iş adamı bu icra strukturunun Antikorrupsiya idarəsi tərəfindən yoxlanılmasını istəyir. |
2014-04-18 | 15,035 | O, Markesi tanımadığına haqq qazandırdı - Foto | "Bu gün bir jurnalist mənə zəng vurub "Axar.az" saytından deyir ki, Qabriel Qarsia Markes rəhmətə gedib, tanıyırdız onu?" Bu sözləri "Axar.az"ın əməkdaşının incəsənət adamları arasında keçirdiyi sorğudan sonra Əməkdar artist Aybəniz Haşımova Markesi tanımamasına haqq qazandırmağa çalışdığı Feysbuk statusunda yazıb. Əməkdaşımızın incəsənət adamları ilə keçirdiyi sorğunun nəticələri saytda yayımlandıqdan sonra Əməkdar artist özünün Feysbuk səhifəsində bunları qeyd edib: "Bu gün bir jurnalist mənə zəng vurub, "Axar.az" saytından, deyir ki, Qabriel Qarsia Markes rəhmətə gedib, tanıyırdız onu? Mən heç görmədim ki, bu qədər dəyərli Azərbaycan məşhurları rəhmətə gedəndə bir nəfər heç olmasa zəng vurub soruşsun ki, ay Aybəniz, onu tanıyırsan? Yenə deyirəm, Allah min rəhmət eyləsin. Birinci növbədə, öz yazıçılarımıza sevgi və sayğı göstərməliyik. Rəhmətə gedənlərə min rəhmət, qalanlara isə can sağlığı". Xatırladaq ki, "Axar.az" incəsənət adamları ilə keçirdiyi sorğuda iştirak edən müğənni Aybəniz Haşımova Qabriel Markesi müğənni zənn etmişdi: "Axı, mənim nəyimə lazımdır o adam? Bax, indi deyəcəm, güləcəksiniz, mənim öz sənətkarlarım qalıb qıraqda, Markesi tanımalıyam? Mən heç Azərbaycanın aktyorlarını fərli-başlı tanımıram. Bunları niyə tanımalıyam? Daha ciddi sual verə bilməzsiz?" |
2014-04-18 | 15,036 | Qazaxıstanlı iş adamını öldürən erməni çıxdı | Ermənistandan Rusiyaya ekstradisiya olunan killerin Azərbaycan ermənisi olduğu məlum olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qazaxıstanlı iş adamını qətlə yetirərək Ermənistana qaçan şəxs Dağlıq Qarabağda anadan olmuş ermənidir. İş adamını qətlə yetirməkdə şübhəli bilinən erməninin 2004-cü ildə Rusiya vətəndaşlığı aldığı bildirilir. Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın "Baltinfo" informasiya agentliyi Ermənistandan Rusiyaya ekstradisiya olunan killerin milliyyətcə azərbaycanlı olması barədə məlumat yayıb. Qazaxıstanlı iş adamını qətlə yetirən şəxs Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olmuş, milliyyətcə erməni Marat Sarkisovdur. Sifarişli qətl törədən Azərbaycan ermənisi aprel ayında Rusiya və Ermənistan polisinin birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində yaxalanaraq Rusiya Federasiyasına ekstradisiya olunub. Erməni killer 2012-ci ilin aprelində Moskvanın Beqovoy küçəsində sifarişli qətl törədib. Belə ki, 2012-ci il aprelin 19-dan 20-nə keçən gecə Beqovoy küçəsində 7 güllə yarası almış 52 yaşlı qazaxıstanlı iş adamının cəsədi tapılıb. Hadisə yerindən 100 metr aralıda isə qətldə istifadə olunan tapança aşkar olunur. Qazaxıstanlı iş adamının avtoyuycu sahibi olduğu bildirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qatilin Rusiya ərazisindən qaçdığı məlum olub. Erməni killerin 27 yaşlı Vladimir şəhər sakini olduğu bildirilib. Hazırda qətli sifariş verənin kimliyinin araşdırılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. |
2014-04-18 | 15,037 | Hollandiyada ermənilərə qarşı etiraz | Hollandiyanın Almelo şəhərində yaşayan azərbaycanlılar və türklər bu şəhərin bələdiyyəsi ərazisindəki Erməni Havari Kilsəsinin önündə qondarma "erməni soyqırımı"na xatirə abidəsinin qoyulmasına öz etirazlarını bildiriblər. "Birinci dünya savası sırasında Osmanlı imperatorlugu tərəfindən sadiq təbəə diyə adlandırılan erməni yurddasların çetelər quraraq, dövlətə üsyan etdiyi doguda bir çox kəndə basqın edərək yasli ,cocuq, qadın ayrımı yapmadan qətliamlara girişen çetelər ucbatından dövlətin aldığı qərarla məcburi yerdeyişimi yapılmışdır. 1915-lərdə Anadoluda yasayan əhali sayı 10 milyon civarindaykən necə oldu da bu qədər erməni qətledildi? Belə bir soyqırım yalanını bəhanə ederek Türk dunyasını nüfuzdan salmağa çalışan ermeni diasporunun kilsə ərazilərinə soyqırım xatirəsi adı altında abidələr yapması məntiqə nə qədər uyğundur. Bu mövzuda izin vemeyə yetkili olan bələdiyələrin izni alınmadan heç kes istədiyi yerə abidə ucalda bilməz. Hollandiya azadlıqkar ölkəsidir, lakin bir qrupun azadlığı digərlərinin azadlığının sərhəddində bitər. Yuzlərcə camiyə sahip Turk toplumu da hər caminin ərazisində bir abidə ucaldarsa, bunun önünə kim keçəcək? Bizler gərək yerli idarəetmənin, gərəksə mərkəzi idaretmənin qoyduğu qanunlara eynilə uymağa çalişan bir toplumuz. Gərəkli izinləri yetkili orqanlardan almadan belə bir hərəkətə yol verməyəcəyimizi elan edirik. Erməni toplumunu da bu mövzuda duyarlı olmağa dəvət edirik. Bütün Azərbaycan və Türk dərnəklərindən ricamız odur ki, öz duyarlılıqlarını Almelo bələdiyyəsi qarşısında dilə gətirsinlər. Gayəmiz toplumların özləri üçün önəmli saydıqları mövzularda basqalarının da həssas olduğunu gözdən qaçırmamalarıdır. 1914-də dogunun bir çox kəndində minlərcə insanın yandırılaraq qətledildiyi, daha dünən Xocalıda yuzlərcə insanı qətledən ermənilər bu qətliamları nə tez unutdular? Biz bunları unutmadiq, unutdurmuyacağiq. Bayragı altında yaşadığımız yasalarına eynilə uymak zorunda olduğumuz Hollandiya dövlətimizdən də gözləntimiz bu ölkədə yaşayan hər topluma bərabər məsafədə durmasıdır. /"Musavat.com"/ |
2014-04-18 | 15,038 | Əli Həsənov narkobiznes təhlükəsindən danışdı | "Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar göstəricilər təhlükəli həddə olmasa da, əhəmiyyətsiz dərəcədə də deyil". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənovun Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsində öz əksini tapıb. Ə. Həsənov bildirib ki, problemin narahatlıq doğuran məqamlarından biri narkomaniya və narkobiznes kimi çirkin işlərə yeniyetmə və qadınların cəlb edilməsidir: "Məlumdur ki, narkobaronların kifayət qədər zəngin sərvətə malik olması, ölkələrin ictimai-siyasi bünövrəsini sarsıtmağa, hegemonluğa can atması dünya praktikasında presedenti olan hadisələrdir və cəmiyyətimizin ictimai bəsirətini itirəcəyi təqdirdə bizim də belə amansız təhlükə ilə üzləşməyəcəyimizə heç kim zəmanət verə bilməz. Bu təhlükələrlə üzləşməməyimiz üçün isə cəmiyyətimiz bilməlidir ki, narkomaniya qarşısında bəşəriyyətin aciz qaldığı ən arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi hisslərin, bir sözlə, insanlığın qənimidir. Ona görə də hər bir bəşər övladının ən müqəddəs borcu bu bəla ilə mübarizə aparmaq olmalıdır. Çünki yalnız mütərəqqi bəşəriyyətin səylərini birləşdirmək yolu ilə gələcək nəsilləri üçüncü minillikdə narkomaniyanın qorxunc təhlükəsindən qorumaq mümkün olacaq". |
2014-04-18 | 15,039 | Anar Niftəliyev: “Ümidi itirməyə dəyməz” | Jurnalist Anar Niftəliyev Bakıda tibbi əməliyyata hazırlıq zamanı ölmüş həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızı ilə bağlı cinayət işinə paytaxt prokurorluğunda ədalətli şəkildə baxılacağına ümid edir. Aprelin 18-də "Media forum" saytına danışan jurnalist əsas istəklərinin ədalətli istintaqın aparılması və tam şəffaf şəkildə, heç bir nüans qalmadan cinayətin açılması olduğunu deyib: "Nəsimi Rayon Prokurorluğunda işin istintaqını aparan müstəntiq Ələkbər Rzayev verdiyimiz vəsatətləri təmin etmədi. Vəsatətlərin rədd edilməsi ilə bağlı verdiyi qərarda isə çox gülünc arqumentlər gətirmişdi. Belə ki, bizim istintaqdan araşdırılmasını istədiyimiz məqamların cavabı kimi həkimlərin ifadələrini əsas götürmüşdü. Həmçinin sənəd saxtakarlığı, həkimlərin istintaqa və mediaya verdikləri açıqlamalardakı ziddiyyətlər araşdırılmadı, əməliyyatın tamah məqsədi ilə keçirilməsi və dələduzluq əlamətlərinin olduğunu göstərən faktlarla bağlı da istintaq hərəkəti olmadı. Bu səbəbdən aprelin 10-da baş prokurora müraciət etdik və iş Nəsimi Rayon Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurorluğuna verildi. Hazırda işin istintaqı paytaxt prokurorluğunun müstəntiqi Vaqif Süleymanova verilib. İstəyirik ki, Vaqif Süleymanov məsələ ilə bağlı qaldırdığımız 5 vəsatətə ədalətli şəkildə baxıb qərar versin. Prezidentin və baş prokurorun nəzarətində olan bir işin istintaqını Nəsimi Rayon Prokurorluğunda bu qaydada aparırdılarsa və müstəntiq heç kəsi vecinə almadan həkimlərin vəkili rolunda çıxış edirdisə, mən istintaqın obyektivliyinə necə inana bilərdim? Amma ədalət naminə deyim ki, aprelin 10-da cənab baş prokuror Zakir Qaralova müraciət edəndən cəmi bir saat sonra iş materialları Bakı Şəhər Prokurorluğuna verildi. Bu, baş prokurorun məsələyə həssas və son dərəcə operativ yanaşmasıdır. Baş Prokurorluq bu iradəni ortaya qoyursa, o zaman ümidi itirməyə dəyməz". 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Ekspertiza müəyyən edib ki, düzgün anesteziya əməliyyatı aparılmayıb, xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından ölüb. Sentyabrın 25-də faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. |
2014-04-18 | 15,040 | Birinci xanım xəstə uşağın xərclərini üzərinə götürdü | Ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Qasımov Ömərin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva facebook hesabında yazıb. Millət vəkili Ömərin anasıyla danışdığını qeyd edib. Qeyd edib ki, Ömərin anası zəng edilib və Mehriban xanımın adından onu Bakıya dəvət ediblər: "Ömərin bütün əməliyyat və müalicə işləri Mehriban xanımın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürür. İnşallah Ömər də Mehriban xanımın diqqəti və qayğısı ilə yenidən sağlığına qovuşacaq, minlərlə uşaqlar kimi ailəsi və millətimiz üçün xeyirli övlad olacaq". |
2014-04-18 | 15,041 | Rusiyada NATO və Amerika üçün muzey açıldı - Video | Şimali Osetiya respublikasının paytaxtı Vladiqafqazda yeni muzey açılıb. "Axar.az" xəbər verir ki, sözügedən məkan NATO və Amerikanın iştirak etdiyi hərbi münaqişələrdəki qurbanların xatirəsinə həsr edilib. Ekspozisiya Şimali Osetiyanın Milli Kitabxanasında açılıb. Müzeydə Vyetnamdan tutmuş İraq, Əfqanısatn, keçmiş Yuqoslaviya və digər məkanlardakı müharibələrdən maddi sübutlar yerləşdirilib. Qeyd edək ki, 16 yaşından kiçik gənclərin girişi qadağan olunub. "Bizim Osetiya" millətlərarası icmanın rəhbəri Vyaçeslav Laqukivevin sözlərinə görə, məqsədləri Rusiyada ilk dəfə açılan bu muzey vasitəsi ilə NATO-nun və Amerikanın günahsız insanları qətlə yetirməsini dünya ictimaiyyətinə göstərməkdir. |
2014-04-18 | 15,042 | Timoşenko Amerikadan silah istədi | Ukraynanın keçmiş Baş naziri, "Batkivşina" Partiyasının lideri Yuliya Timoşenko Ukrayana silah verilməsi üçün ABŞ Konqresinə müraciət edib. "Axar.az" xəbər verir ki, bu barədə Timoşenkonun mətbuat katibi yayıb. "Mən Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması üçün ABŞ Konqresinin üzvlərinə müraciət edirəm. Görünür ki, Rusiya tərəfdən təkcə iqtisadi və siyasi, yox həm də hərbi təhdidlər də gəlir. Buna görə də, Ukraynaya hərbi yardım yazımdır". |
2014-04-18 | 15,043 | Keçmiş müdafiə nazirinin atası vəfat etdi | Sabiq müdafiə və daxili işlər naziri, Dövlət Gömrük Komitəsinin sədri, istiqlalçı deputat Tahir Əliyevə ağır itki üz verib. Məlumata görə, Tahir Əliyevin atası Əliyev Yunis Həsən oğlu dünyasını dəyişib. Allahdan rəhmət eləsin! /"Aznews.az"/ |
2014-04-18 | 15,045 | Tvitterdə virus yayıldı – Diqqət! | Tvitter-də bəzi saytlara link verilərək istifadəçilərin hesablarını ələ keçirməyə cəhd edilib. Linklər "Survivor" adlı verlişin görüntüləri ilə bağlıdır. Bu linkə girən istifadəçilər isə bilmədən virusun sürətlə yayılmasına səbəb olub. Bu tvitdəki linklərə baxan hesablardan eyni tvit avtomatik olaraq atılır və virus bu şəkildə sürətlə yayılır. Bəzi tvitlərin linkləri və haştaqları dəyişsə də "Survivorda sevişmə görüntülərini gördünüz mü?" qismi dəyişdirilməyib. Bu tvitlərlə qarşılaşanlar qətiyyən bu link və haştaqlardan uzaq durmalıdırlar. Eyni üsullar Tvitter-də daha əvvəl də başqa başlıqlarla sınanıb. Hesabları ələ keçirmək və virusu yaymaq üçün istifadə olunan linklərə daxil olmamaq tövsiyə olunur /ANS/. |
2014-04-18 | 15,047 | Füzuli Musayev qiymətli hədiyyələr payladı | Aprelin 17-18-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubu nazirliyin qurumları arasında stolüstü tennis çempionatı keçirilib. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində keçirilən çempionatda İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev iştirakçılara uğurlar arzulayıb. Qeyd edilib ki, çempionat artıq 5-ci ildir keçirilir və iştirakçılarda bu turnirə maraq hər il artır. Daha sonra yarışa start verilib. Yarışda FHN-in 24 müxtəlif qurumu və onun 72 nəfər əməkdaşı mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışı beynəlxalq dərəcəli hakim Zaur Mikayılov idarə edib. Komanda yarışında 1-ci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX), 2-ci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin, 3-cü yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin kollektivi çıxıb. Şəxsi yarışlarda isə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Əli Bayramov 1-ci, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Vüqar İbrahimov 2-ci, DYMX-nin əməkdaşı Məzahir Həsənov 3-cü olublar. Komanda və şəxsi birincilik üzrə qaliblər müəyyən olunduqdan sonra mükafatlandırılma mərasimi keçirilib. Füzuli Musayev qaliblərə medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim edib /AzərTAc/. |
2014-04-18 | 15,048 | Sələfilərə qarşı əməliyyat: 100 nəfər həbs edildi | Çeçenistanda 100 sələfi həbs edilib. "Axar.az" xəbər verir ki, bu informasiyanı çeçen mücahidlərinə yaxın saytlar yayıblar. Məlumatda sələfilərə qarşı əməliyyatların əsasən Coxara, Qudermes, Urus-Martana, Noyber vilayətlərində aparıldığı bildirilir. Həbs edilən şəxslərin müxtəlif işgəncələrə məruz qaldığı, barmaq izlərinin götürüldüyü qeyd olunur. Hələlik sələfilərin taleyi haqqında heç bir məlumat yoxdur. Qeyd edək ki, bir müddət öncə Rusiya mətbuatında Putinin Çeçenistanda sələfilərə qarşı əməliyyat keçirəcəyi ilə bağlı məlumat yayılmışdı. |
2014-04-18 | 15,049 | Prezident Markesin ölümünə görə başsağlığı verdi | Azərbaycan prezidenti İlham Əliyev Kolumbiya Respublikasının prezidenti Xuan Manuel Santosa məktub göndərib. "Axar.az" prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev məktubda böyük yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin vəfatı xəbərindən kədərləndiyini deyib: "Böyük yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin vəfatı xəbəri bizi olduqca kədərləndirdi. Bu əvəzsiz itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Kolumbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm". |
2014-04-18 | 15,050 | Artıq ölə bilərəmmi? | Tanrım, bir qurtumluq həyatım olsaydı... Tanrı ona bir qurtumluq həyat verdi və bu qurtum düz 86 il sürdü… Dünyanın tanıdığı və oxuduğu, bu gün ölümünə təəssüfləndiyi bir insan köçdü… Düz "Yüz ilin tənhalığı"nı yaşayan bir yazar… İnsanların xoşbəxtliyi görə bilmədiyini, özünü nələrdən məhrum etdiyini, bit tutam günəşdə isinməyin gözəlliyini anlayıb bu nəşəni hamı ilə paylaşmağa çalışan Markes… Dünya bu gün Markesin ölümünə kədərlənir. Hər halda bütün qəzetlər onun ölümünü baş xəbər edir və kədərləndiyini bildirir. Bəlkə də bu bir vida borcudur, kimsə də kədərlənmir? İnsanlardan çox şey öyrənən yazar görəsən indi bu kədəri hiss edə bilsəydi, onun mahiyyətini anlaya, həqiqət olub-olmadığını öyrənə bilərdimi? Eynən xoşbəxtliyin nə olduğunu öyrənə bildiyi kimi… Bu dünyada Markes bir imza qoydu. Dünya durduqca, insanlıq az da olsa, sözün əhəmiyyətini anlamaqdan vaz keçmədikcə bu imza duracaq. Ağır, ən adi həqiqətləri insan ruhunun süzgəcindən keçəndə qəlizləşdiyini mahircəsinə qələmə alan yazar böyük əsərlər qoyub getdi. Bəs görəsən ruhunda nə apardı Markes? Bəlkə heç kədərlənməyə dəyməz?! Markes qorxusuz, acı hiss etmədən, ruhunun təmizliyi və günahsılığından arxayın getdi burdan?! Axı o ruhundakı nifrət və kini buzlar üzərinə çəkib günəşin çıxmasını gözləyəcək qədər müdrikləşib təmizlənmişdi. Ya da ən azından kinin insan qəlbinə və ruhuna yük olduğunu anlamışdı. Vida məktubu yazdı insanlığa… Və bildirdi ki, insanlardan çox şey öyrənib. Amma ömrünün son illərində öyrəndiklərini daha yaza bilmirdi. Eynən sevmək istəyən bir qəlbin birini, nəyisə tapa bilmədiyi kimi… Yazarın da xəstəliyi onunla yazmaq istədikləri arasına sədd çəkmişdi. Ancaq vida məktubu yaza bildi, çünki özünü, öyrəndiklərini, insanlara sevgisini anlatmaqdan doymamışdı yazar… "Bütün insanların - xoşbəxtliyin həqiqəti görməkdən keçdiyini bilmədən - dağların zirvəsində yaşamaq istədiyini öyrənmiş" biri üçün yaza bilməmək dərdi vardı. Amma hərdən nədənsə mənə elə gəlirdi ki, Markes yorulub, insanlardan, dünyadan, hətta sözdən belə… Sadəcə, xoşbəxt olmaq istəyirdi, dağların zirvəsini, yaxaladığı şöhrəti-filanı da istəmirdi, sevmək və yaşamaq istəyirdi. Ən sadə paltarları geyinib, sevdiyi insanlara "səni sevirəm" deməyi yubatmadan yaşamaq… Çünki öyrəndiklərinin bir işə yaramadığını anlamışdı və o öyrəndiklərini bir çantaya qoyub kilidləmişdi. Əcaba nədən? Əcab diktatorların payızını, yüz ilin tənhalığını anladan yazar nədən o qərara gəldi ki, anladıqlarının bir faydası yoxdur. Bəlkə də zorun qarşısında acız qalan sözün gücünə, sehrinə inamını itirmişdi?! Axı dünya sözün arxasınca yox, zorun, gücün arxasında getdi. Axı dünya ədəbiyyatın yer üzünə doğmaq istədiyi gözəlliyi qarşılayıb böyütmək istəmədi, daima onu qeyri-qanuni doğulmuş uşaq kimi aşağılayıb əzməyə çalışdı. Üzündəki qırışlara baxıb rahatsız olan insan ruhunun necə donqarlaşıb eybəcər hala gəlməsinə az da olsa əndişələnmədi. İnsan ruhu qırışdıqca, nimdaşlaşdıqca üzü, siması cavanlaşdı. Markes də bunları anladı. Dünyanın böyük söz zərgərləri kimi… Anlamasaydı, bir patriarxın payıza düşməsini yaza bilməzdi. Duymasaydı… Yüz ilin tənhalığının acısını qələmində yaşada bilməzdi… İnsanın cisimlə deyil, ruhda varoluşunu öyrənmişdi. Öyrənməsəydi, "Dünyanın ən gözəl ölüsü"nü yaza bilməzdi. Bütün bunlardan sonra onu sevənlərin, tanıyanların, hətta sevməyənlərin ürəyinə belə bir qeyd yazıb getdi… Adi və adi olan həqiqəti… "Şokoladlı dondurmanın dadından zövq almağı öyrənin"… Markes bizdən ölüb-ölə bilməyəcəyini soruşdu. Görəsən ölə bilmək haqqında necə belə sadə və sakit şəkildə soruşa bilirdi? Bəlkə ona görə ki, ölməyəcəyindən əmindi!?. |
2014-04-18 | 15,051 | Zakir Həsənov pakistanlı marşalla görüşdü | Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələri Komandanı aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 18-də Müdafiə Nazirliyində qarşılanma mərasimi keçirilib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rəsmi protokola uyğun olaraq qonaq ürək sözlərini "Şərəf Kitabı"na qeyd edib. Sonra Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ramiz Tahirov Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib. Görüş zamanı hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib, Azərbaycan-Pakistan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyi vurğulanıb. Sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov aviasiya marşalı T.R.Battı qəbul edib. Müdafiə naziri qonağı salamlayaraq ölkələrimiz arasında əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri, qarşılıqlı inam üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu qeyd edib. Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb. Aviasiya marşalı T.R.Batt səfərdən məmnun qaldığını bildirərək, dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Pakistanın daim Azərbaycanın yanında olduğunu qeyd edib. Sonra Azərbaycan-Pakistan hərbi əlaqələri, tərəfdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-mayor R.Tahirov, Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qaiser də iştirak ediblər. |
2014-04-18 | 15,052 | Məktəbin təmirinə valideynlərdən pul yığılır? – Rəsmi | "245 saylı məktəbin təmir edilməsi üçün Təhsil Nazirliyinə məktub yazmaqdan yorulmuşuq". Bu sözləri "Axar.az"a övladları Xətai rayon 245 saylı məktəbdə təhsil alan valideyn bildirib. Onun sözlərinə görə, illərdir pis vəziyyətdə olan məktəbin təmiri üçün rəhbərlik onlardan bir neçə dəfə pul yığıb: "Təmir üçün yığılan pulları istəmirik. Təki təmir etsinlər. Bu qədər inkişafdan danışırlar. Bir gəlib Bakının mərkəzindəki bu məktəbə də baş çəksinlər". Valideyn bildirir ki, məktəb müəllimləri də daxil olmaqla Təhsil Nazirliyinə dəfələrlə müraciət ediblər. Ancaq gələn cavablarda qeyri-müəyyənlik var: "Biz ərizəmizdə narahat olduğumuzu və məktəbin təcili təmirə ehtiyacı olduğunu qeyd etmişik. Cavab verirlər ki, məktəbin təmiri 2014-2016-cı illərdə dövlət proqramına salınıb. Biz nə qədər gözləməliyik? Keçən il etdiyimiz müraciətə də bildirmişdilər ki, 2013-cü ildə mütləq təmir ediləcək. Təmir gecikdiyi üçün bu il 6 sinif bağlanıb". Şikayətçi deyir ki, məktəbdə otaqların bərbad halda olması ilə yanaşı, olduqca təhlükəli vəziyyət də hökm sürür: "Məktəb rəhbərliyindən, müəllimlərdən, təhsil səviyyəsindən qətiyyən narazı deyilik. Uşaqlarımızı məktəbdən çıxarmamağımızın səbəbi də budur. Ancaq aidiyyəti qurumların tezliklə məktəbin təmirinə başlamalarını tələb edirik". Sözügedən məktəbin direktor əvəzi Yaqut Məmmədova "Axar.az"a açıqlamasında məktəbin köklü təmirə ehtiyac olduğunu təsdiqlədi. Ancaq təmirlə əlaqədar valideynlərdən pul yığılması xəbərinin yalan olduğunu bildirdi: "245 saylı məktəbin əvvəlki direktoru elə xoşagəlməz hallara görə nazirliyin əmri ilə işindən azad edildi. Hazırda məktəbdə direktoru mən əvəz edirəm. Məni bura nizam-intizam yaratmaq üçün təyin ediblər. Bəli, məktəbimizin təmirə ehtiyacı var. Ancaq bunun üçün valideynlərdən qətiyyən pul yığmamışıq, nazirliyə müraciət etmişik". Y.Məmmədova deyir ki, artıq onların müraciətlərinə cavab da verilib. Yaxın zamanlar təmir işlərinə start veriləcək: "Məktəbimiz dövlət proqramına əsasən əsaslı təmir ediləcək. Mütəxəssislər də gəlib artıq. 20 sinif otağı tikiləcək. İlk təmir işləri idman zalından başlayacaq. Təmirin ilkin işləri maya qədər aparılacaq. Şagirdlərin dərsdən qalmaması və hansısa köçürülmə edilməməsi üçün may ayına qədər gözləyəcəyik. Yay tətili ərəfəsində isə növbəti dərs ilinə qədər məktəbimiz tam təmirli şəkildə istifadəyə veriləcək". |
2014-04-18 | 15,053 | Son Osmanlı padşahının görüntüləri üzə çıxdı – Video | Osmanlının son padşahı Vəhdətdinin bir dəfn mərasimində çəkilmiş görüntüləri ortaya çıxıb. "Axar.az" xəbər verir ki, Avstriya arxivlərindən Osmanlı İmperatorluğunun son padşahı Vəhdətdinin padşahlıq dövrünə təsadüf edən Avstriya- Macarıstan İmperatoru Franz Cozefin dəfn mərasimində çəkilmiş video görüntüləri ilk dəfə Türkiyədə bir konfransda yayımlanıb. Universitet tələbələrinin iştirakıyla Ərdəm Bəyazid adına konfrans salonunda keçirilən konfransda birinci dünya müharibəsi dövrünə aid çox sayda fotoşəkil, video göstərilib ki, bunlar arasında Osmanlının son padşahı Vəhdətdinin də görüntüləri yer alıb. |
2014-04-18 | 15,055 | Hərbi hissələr Gəncədən köçürülür | Bu il 6, gələn il isə 5 hərbi hissə Gəncədən çıxarılacaq. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə açıqlamanı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu ilin I rübunun yekunlarına həsr edilən iclasda bildirib. Onun sözlərinə görə ölkə rəhbərinin tapşırığı ilə Gəncənin ətrafında hərbi hissələr üçün yeni binalar tikiləcək və Gəncənin mərkəzində olan hissələr ora köçürüləcək. İcra başçısı qeyd edib ki, bu ilin sonuna kimi 6, gələn il isə 5 hərbi hissənin köçürülməsi planlaşdırılır. E. Vəliyev qeyd edib ki, hissələr köçürüldükdən sonra 800 hektar torpaq sahəsi boşalacaq və bu ərazilərdən şəhərin baş planına uyğun olaraq istifadə ediləcək. |
2014-04-18 | 15,056 | Milyonluq maşında sevgilisi ilə yanan Süleyman Kərimov | "Dünyada heç nə əbədi deyil". Bunu sevgililərini əlcək kimi dəyişən, avto qəzada sevgilisi ilə tamamilə yanıb lakin yenidən insan cildinə girməyi bacaran, 6,9 milyard dollara sahib Rusiyanın iş adamı Süleyman Kərimov deyib. "Milyonçu" layihəsi çərçivəsində Polyus Gold International (40%) və VTB-nin (6%) səhmdarı, milliyyətcə ləzgi Süleyman Kərimovun milyardlara gedən yolunu təqdim edirik. Varlı ləzgi ailəsi Etnik baxımdan ləzgi olan Süleyman Kərimov 1966-cı ildə Dərbənddə dünyaya gəlib. Atası cinayət - axtarış xidmətində hüquqşünas, anası isə "Sberbank" ın mühasibi işləyib. Süleyman ailənin son beşiyi olub. Belə ki, özündən başqa qardaşı (həkimdir) və bacısı (rus dili və ədəbiyyat müəlliməsi) var. Yeri gəlmişkən, Şimali Qafqaz reallıqlarını və S.Kərimovun valideynlərinin işgüzar statusunu nəzərə alsaq onun heç də təminatsız uşaqlığı olmayıb. Qayğısız uşaqlıq və gənclik gələcəyə daha da böyük perspektivlər açıb. Təmiz keçmiş Bildirək ki, Rusiya milyarderlərinin çoxundan fərqli olaraq Kərimovun bütün yaxınları sağ-salamat və sağlamdırlar. Hər hansı pis əməllərdə adları çəkilmir. Bacısı bütün həyatı boyu müəllimə işləyib. Qardaşı isə həkim. Ümumiyyətlə Kərimovun keçmişinə dair qara nəsə tapılmır. Atası daim onları nəzarətdə saxlayıb. Övladlarına ciddiliklə bərabər, sadəliyi öyrədib. Onun qaydaları, prinsipləri Süleymanın daxili keyfiyyətlərinin inkişafına da ciddi təsir edib. Maddi imkanlarına, statuslarına baxmayaraq Süleyman dəbdəbəli həyat sürrməyib. Hətta atasının onu hərbi xidmətdən yayındırmaq kimi imkanları olsa da gələcəyin milyarderi hər bir sovet vətəndaşı kimi vətənə qulluq edib. Riyaziyyatçı ola bilmir Yazılanlara görə, gəncliyində dostları onu "Sulik" deyə çağırırmışlar. Süleyman həm fiziki, həm də intelektual baxımdan güclü imiş. İdman növü kimi o, əsasən güləş və ağıratletikaya geniş maraq göstərib. Əslində idamana meyili atası sayəsində yaranıb. Belə ki, uşaqlığında S.Kərimov zəif olduğundan atası onu idman kurslarına göndərib. Təhsilə gəlincə, üstünlüyü dəqiq elmlərə verib. Məhz bunun nəticəsində, 1983-cü ildə Dərbənddəki 19 nömrəli orta məktəbi qızıl medalla bitirdikdən sonra Dağıstan Politexnik İnstitutuna üz tutub. Lakin buna baxmayaraq riyaziyyatçı olmayıb. Çünki hələ 1-ci kursda ikən hərbi xidmətə çağrılıb. 1984-86-cı illərdə Sovet Ordusunda strateji təyinatlı raket qüvvələrində hesab-təhvil üzrə baş serjant kimi qulluq edib. Hərbidən qayıtdıqdan sonra ixtisasını Dağıstan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə dəyişdirib. İlk iş yeri Təhsil aldığı müddətdə universitetin həmkarlar ittifaqı komitəsinin sədr müavini kimi fəaliyyət göstərir.1986-cı ildə öz tələbə yoldaşı Firuzə Xanbalayeva ilə evlənir. Bu arada onu da qeyd edək ki, Firuzə yerli partiya rəhbərinin qızı idi. Bu nikahı bütövlüklə ailələr arası anlaşma adlandırmaq olmasa da, Firuzənin atasının vəzifəsi S.Kərimovun karyerasının inkişafında mühüm rol oynayıb. 1989-cu ildə universiteti bitirən S. Kərimov Muhasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə diplom alır. Qaynatasının köməyi ilə "Eltov" elektron zavodunda iqtisadçı kimi işə düzəlir. Hansı ki, bu zavod Maxaçkalada texnika məhsullarının istehsalı ilə məşğul olurdu. S.Kərimov zavod ilk iş yeri olmasına baxmayaraq, uğurlu olur. Özünü istedadlı mütəxəssis kimi təsdiqləyir. Qısa zamanda baş direktorun iqtisadi məsələlər üzrə məsləhətçisi vəzifəsinə yüksəlir. SSRİ-nin süqutundan sonra elektron avadanlıqları istehsal edən zavodlar arasında müxtəlif formalı maliyyə problemləri yarandığından bu çətinlikləri aradan qaldırmaq üçün Federal Sənaye Bankı təsis edilir. 1993-cü ildə Moskvaya gələn Süleyman "Eltov" müəssisəsinin maraqlarını bu bankda təmsil etməyə başlayır. Bank biznesi sərfəli olmaqla bərabər elə həmin dövrdə elektron zavodlar Federal Sənaye Bankının nəzarətindən çıxır.Nəticədə Süleyman Kərimov müstəqillik əldə edən zavodların səhmlərini satın almağa başlayır. Bu müəssisələrin nəzarət paketlərini əlində cəmləşdirməsi S.Kərimov üçün böyük biznesə aparan yolda sıçrayış nöqtəsi olur. Məşhur 90-cı illərin gətirdiyi uğurlar Kərimov özünün ilkin kapitalını məhz 90-cı illərdə yaratmağa başlayıb. Dəlillərə görə, bunda həmyerlisi, Dağıstan Partiya Komitəsinin keçmiş baş katibi Maqomedtaqir Abdulbasirovun rolu böyük olur. M. Abdulbasirov 1994-cü ildə Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında federal ərzaq korporasiyasına rəhbərlik edirdi. Korporasiyanın iki əsas funksiyası - var idi.Birincisi dövlətin regional ehtiyacların - taxıl, qənd, yağ, ət, süd ödənilməsi ilə bağlı sifarişlərini həyata keçirirdi. 1994-96-cı illərdə müəssisə satınalmalar keçirmək üçün büdcədən 500 milyon dollar alır. Kərimov Abdulbasirovla tanışlığın sayəsində həmin pulların bölüşdürülməsində iştirak edir. Bundan əlavə, həmin münasibətin nəticəsində o, tez bir zamanda bir çox müəssisələrin səhmlərini ələ keçirir. Çox keçmir Abdulbasirov vəzifəsindən azad edilir. Bu fakt S.Kərimovu milyonlara gedən yoldan döndərmir. O özünə başqa vacib adamları tapır. Onlardan biri "Orel-Avia"nın rəhbəri Sergey İsakov olur. Növbəti zirvə 1995-ci ildə"Soyuz finans" şirkətinin baş direktorunun müavini işləyir. Məlumat üçün bildirək ki, şirkətin fəaliyyət dairəsinə aviasiya sənayesi,eləcə də qaz, neft hasilatı daxil idi. 1997-ci ildə İsakov və Kərimov idarəçiliklərində olan strukturlar vasitəsilə "Vnukovskie Aviaşirkətlər"in səhmlərini ələ keçirməyə başlayırlar. Lakin 1998-ci ilin sonunda gələcəyin milyarderi öz oyunlarını oynamaq istəyən tərəfdaşlarını tərk edir və "Vnukovskie Aviaşirkətlər"i ilə "Fedrombank"dan gedir. Kərimovun növbəti zirvəsi investisiya şirkəti olan "Nafta-Moskva"nı ( neft və neft məhsullarının ticarəti ilə məşğul olur, "Soyuznefteexport əsasında yaradılır) əldə etməsi olur. 1998-ci ildə şirkətin səhmlərinin 55 faizini 50 milyon dollara satın alır. 1 il ərzindəki fəaliyyəti nəticəsində şirkətdəki payını 100 faizə çatdırır. Eləcə də 1999-cu ildə qeyri-kommersiya müəssisəsi olan Moskva Beynəlxalq Korporasiya İnstitutunun vitse prezidenti təyin edilir. Yeri gəlmişkən bu, onun uğurlu maliyyə və idarəçilik fəaliyyətinə verilən yüksək qiymət idi. Biznes fəaliyyəti ilə paralel olaraq S.Kərimov Dövlət Dumasının deputatı seçilir. Ancaq yüksək kürsüyə seçilmək ona öz kapitalını artırmaqda mane olmur. 2000-ci ildə "Nafta-Moskva" "Vareqanneftqaz" şirkətini alır. 2001-ci ildə Roman Abramoviç və Oleq Deripaska əməkdaşlıq nəticəsində iş adamı Andrey Andreyevin biznesindən pay alır. Bu pay özündə yüzlərlə şirkəti – "Avtobank", "İnqosstraxa", SK "" СК " İnqosstrax- Rosiya" (hazırda "Rosiyya"), bank "İnqosstrax-Soyuz" (indiki "Soyuz"), "Nosta" və digərlərini əks etdirirdi. Həmin ərəfədə Kərimovun şirkəti Rusiyanın keçmiş ən böyük neft treyderlərindən biri olur. Dollar milyaderi S.Kərimov beləliklə yavaş-yavaş öz ilk iş fəaliyətindən uzaqlaşır. 2002-ci ildə praktiki neft ticarətinə girişir. 2003-cü ilin sonunda hətta "Nafta" Moskva ətrafında elit yaşayış evlərinin və əyləncə mərkəzlərinin tikintisi məqsədilə torpaq alışı ilə məşğul olur. 2004-cü ilin ortalarında nəhəng dövlət şirkətləri "Qazprom" və "Sberbank"ın səhmlərinin müəyyən faizini əldə etməsi nəticəsində iş adamı kapitalını bir qədər də artırır. Sonradan uğurla həyata keçirilən layihələr oliqarxın kapitalının nə az, nə çox 2 dəfə artmasına gətirib çıxarır. 2005-ci ilin sonunda "Nafta" qızıl mədən şirkəti "Polimetal"ı ələ keçirir. 2006-cı ilin sonunda Kərimov "Nafta-Moskva" nı tam formalaşmış investisiya şirkəti etməyi bacarır. Sərvəti "Forbes" jurnalının qiymətləndirməsinə görə, ötən ilin əvvəlinə iş adamının sərvəti 7 miyard dollar olub. 2012-ci ildə bu rəqəm 6,5 milyard dollar təşkil edib. S.Kərimov keçən 2012-ci ildə sərvətinin həcminə görə, Rusyanın milyarderləri arasında 19-cu, 2013-cü ildə 20-ci sırada yer alıb. 2014-cü ildə isə jurnal onun varidatını 6,9 milyard dollar qiymətləndirib. Bu sərvətlə o, 19-cu sırada qərarlaşıb. "Forbes"ə görə Kərimov bir il ərzində 0,2 milyard itirib. Deklarasiya edilmiş gəlirlər Bu arada 2009-cu ildə iş adamı gəlirlərinin deklarasiyasını açıqladığı zaman maraqlı nüanslar ortaya çıxır.Bəlli olub ki, milyarderin illik gəliri 7.5 milyon rubldur. Bundan 1,9 milyon rublu o senator kimi qazanır. 3,7 milyon rublu "İnvestbank"dan, 1,7 milyon rublu "SMP Bank", "Binbank" və "Sipson Services Limited" və "Sberbank"dakı hissələrindən əldə edir.2012-ci ildə rus məmurlarının ailəvi gəlirlərin deklarasiyasına görə iş adamı 8-ci yerdə qərarlaşırdı. Bir zamanlar və indi sahib olduqları 2006-2008-ci illərdə S.Kərimov "Qazprom"da 4,5 , "Sberbankda" 6 , MQTS-də 2, "Polmetall"da 7, "Polyus-Zoloto", "Milli Telekommunikasiya" (kabel operator), Mosstroieconombank və "Smolensky Passage" ticarət mərkəzində 37 faiz hissəyə malik olub. 2011-ci ildə "Svyazinvest"in keçmiş baş direktoru Yevqeniya Yurçenkodan 6 faiz səhmi əldə etməklə isə o, "Rostelekom"un birgə sahibinə çevrilib."Forbes"in 2008-ci ilə olan məlumatlarına görə, iş adamı Rusiyadakı kapitalının əsas hissəsini ölkədən çıxarıb. Xaricdə korporasiyalara yatırıb. Yeri gəlmişkən, bu addım ona ucuz başa gəlməyib. İqtisadi böhran dövründə 20 milyard dollar itirib. Lakin "pes" etməyib. 2010-cu ildə "Uralkaliy" MMC-nin səhmlərinin 25 faizini əldə edib. 2011-ci ildə Dağıstan parlamenitinin namizəd kimi gəlirlərini deklarasiya edən S.Kərimov kipirli "Nafta-Moskva"nın səhmlərinin 50 faizinin, Bermudda qeydiyyatdan keçən "Altityud"un səhmlərinin 20 faizinin, kipli "Aniketa investmentlimitid"in səhmlərinin 20 faiznin ona məxsus olduğunu bəyan edib. S.Kərimovun hazırda sahib olduqlarına gəlincə,bura Polyus Gold International (40%), VTB daxildir. 2013-cü ildə o "Uralkaliya"dakı payını, PİK şirkətini satıb. Birincinin satışından əldə etdiyi 5 milyard dolların mühüm hissəsini borclarının ödənməsinə yönəldib. Onu da qeyd edək ki, analitiklər Kərimovun maliyə uğurlarını onun artım potensialı olan investisiya aktivlərinə sahib olması ilə əsaslandırırlar. S.Kərimov doğurdan da iqtisadiyyatda özünü maliyyə investoru kimi təsdiqləyib. Futbol klubu "Anji" İş adamının iş dünyası bununla tamamlanmır. O, 2011-ci ildən "Anji" futbol klubunun sahibir. Milyarderin sayəsində komandaya bir sıra məşhur oyunçular cəlb olunmuşdu. Bunlardan biri də brazilyalı müdafiəçi Roberto Karlos idi. Doğrusu, pul hər şey olmasa da çox şey deməkdir. S.Kərimovun yatırımları sayəsində komanda 2012-2013-cü illərdə keçirilən primer liqada ilk yerlərdən birini tutub. Yeri gəlmişkən, ötən il milyarder kluba ayırdığı vəsaitdə kəsintilərə gedib. Siyasi fəaliyyəti Milyarder siyasi fəaliyyətlə də məşğul olur. 2003-2007-ci ildə Qosdumanının deputatı olur. 2008-ci ilin 20 fevralında S.Kərimov deputat seçilir və beləliklə, Federasiya Şurası onun Dağıstan Milli Məclisinin nümayəndəsi kimi fəaliyyətini təsdiqləyir. Kərimovun bahalı oyuncaqları S.Kərimov yaxtalara marağı ilə məşhurdur. Onun 90,1 metr uzunluğunda "Ice" adlı yaxtası Almaniyanın "Lürssen" şirkəti tərəfindən 2005-ci ildə istehsal edilib. Maksimal sürəti 18 dəniz milidir. 2006-cı ildə "İzvestiya" qəzetinin yazdığına görə Kərimov yaxtaya 150 mln dollar sayıb. Kərimovun "Millenium"adlı da yaxtası var. 2006-cı ildə istehsal edilən yaxtanın uzunluğu 36,8 metr, sürəti 31 dəniz milidir. Milyarderin yaxtaya 8,9 milyon avro saydığı söylənir. Biznesmenin bir də Boeing Business Jet 737-700 və Gulfstream V. təyyarələri var. Şəxsi həyatı Yuxarıda qeyd etdiyimiz kimi S.Kərimov hələ universitet illərində ailə qurub. Onun həyat yoldaşı Firuzə Xanbalayevadır. İş adamının bu evlilikdən 3 uşağı var. Qızı Gülnarə (1990-cı il təvəllüdlü), oğlu Abusəyid (1995-ci il təvəllüdlü) və kiçik qızı Əminət (2003-cü il təvəllüdlü).S.Kərimov ailəsi ilə bağlı çox mühafizəkar olsa da daim sevgililəri ilə gündəmdədir. O aktyor Arçila Qomiaşvilnin qızı Katya ilə 4 il sevgili olduqdan və məşuqəsinə biznes yaratdıqdan sonra ayırılıb. Bundan sonra siyahıya müğənni Natalya Vetliçkoy, balerina Anastasi Voloçkovoy, aktrisa Olesi Sudzilovskoya, teleaparıcı Tina Kandelaki, eləcə də pop müğənni Janna Friske daxil olub. S.Kərimov Ksyuşa Sobçakla da yaxından dostluq edib. Bəziləri bu münasibətlərin dostluqdan ötə olduğunu irəli sürür. Milyarderin ən ehtiraslı romanı isə adıçəkilən qadınlardan Natalya Vetliçkoyla olub. Biznesmen onunla ictimai tədbirlərə belə gedirmiş. Hətta çoxları Natalyanı onun arvadı bilirlərmiş. Nataliyaya kliplər çəkən, bahalı hədiyyələr verən iş adamı ayrılanda ona Parsidə mənzil, təyarə bağışlayır. Bu arada Rusiya mətbuatının yazdıqlarına inansaq, S.Kərimovun həyat yoldaşı əsil şərq qadınıdır. İctimaiyyətə çıxmır, uşaqlarını tərbiyyəsi ilə məşğul olur. Bütün bunlarla bərabər ərinin xəyanətlərinə dözür. Lakin Firuzə Kərimovanın da öz kaprizləri var. Məsələn, onun yaxtalarda və təyyarələrdə bir səyahəti iş adamına 150 milyon dollara başa gəlib. 670 min avroluq "Ferrari"də yanır Milyarderlə bağlı diqqəti çəkən sirli məqamlardan biri 2006-cı ilin 25 noyabrında Nitse yaxınlığında 670 min avroluq "Ferrari Enzo"su ilə avtoqəzaya uğramasıdır. Həmin qəzada iş adamı beyin travması almaqla yanaşı yanır. Vəziyyəti kritik olduğundan əvvəlcə helokopterlə Marseldəki yanıq mərkəzinə, daha sonra isə təyyarə ilə Brusseldəki karaleva Astrid hərbi hostelinə aparılır. Ən maraqlısı isə odur ki, sən demə, qəza zamanı S.Kərimov avtomobildə tək deyilmiş. Onu teleaparacı Tina Kandelaki müşayət edirmiş. Düzür, xanim Tina canını ucuz qutarır. Yəni heç bir xəsarət almır , sadəcə cüzi yanır. Amma milyarder bildirdiyimiz kimi kül olmaqdan canını zorla qurtarır. Şahidlərin dediklərinə əsasən, yanan Kərimov qəza yerindən qaçaraq torpağa atılıb həyatı uğrundə ciddi mübarizə aparıbmış. Yaxınlıqda beysbol oynayan yeniyetmələrin köməyə gəlməsi ilə alovu söndürməyə müvəffəq olur. Silikonla örtülən xüsusi kostyumda gəzir Kərimovun müalicəsi isə uzun çəkir. O müəyyən vaxt ərzində süni tənəffüsə qoşulur. Çoxlu dərmanlar qəbul edir, tez-tez sarıqları dəyişdirilir. Silikonla örtülən xüsusi kostyumda gəzir. Çünki deyilənlərə görə, tez-tez titrədirmiş. S.Kərimov bir il aradan sonra 2007-ci ildə Rusiyaya qayıda bilir. Elə həmin il bəlli olur ki, milyarder LDPR fraksiyasından istefa ilə bağlı bəyanat verib. Və "Tək Rusiya" fraksiyasına üzvlüklə əlaqədar müraciət edib. Sevgilisi maşında olduğunu danır Qəza uzun müddət mətbuatın gündəmini zəbt edir. Xüsusilə, Tinanın hadisə zamanı avtomobildə olduğunu danması geniş müzakirələrə yol açır. Tədbirlərin birinə əlcəkdə gələn Tina jurnalistlərdən əlindəki yanıq izlərini gizlədə bilmir. Və səhərisi müsahibə verərək Süleyman Kərimovla Lacivərd gölündə olduğunu etiraf edir. Lakin bu görüşün səbəbi və niyə maşında olması haqqında heç bir izahat vermir. Qonaq getməyi sevir, amma arvadsız Dostları və tanışları S.Kərimovu qeyri-adi, dostsevər insan kimi xarakterizə edirlər. Deyirlər ki, milyarder insanlarla tez dostlaşır. Qonaq qəbul etməyi, eləcə də, getməyi sevir. Amma çox vaxt bunları həyat yoldaşının iştirakı olmadan edir. Bundan əlavə o avtomobili sürətlə idarə etməyi də xoşlayır /Publika.az/. |
2014-04-18 | 15,057 | Bakıda yük maşını aşdı: 23 yaşlı sürücü öldü | Bakıda yük avtomobili aşıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yol-nəqliyyat qəzası baş verib. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Shacman" markalı yük avtomobili yola aşıb və sürücü 1991-ci il təvəllüdlü Elton Lütvü oğlu Qədirov avtomobilin altında sıxılmış vəziyyətdə qalaraq hadisə yerində vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə ağır yük qaldırma qabiliyyətinə malik qaldırıcı kranın köməyi ilə aşmış avtomobili qaldıraraq E.Qədirovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Bundan başqa, Qusar rayonu, Köhnə Xudat kəndi ərazisində "VAZ" markalı minik avtomobili ilə "Mitsubishi" markalı minik avtomobili toqquşub. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, qəza nəticəsində "VAZ" markalı minik avtomobili deformasiyaya uğrayıb və sürücü sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müxtəlif alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil veriblər. |
2014-04-18 | 15,058 | ABŞ konqresmenləri Azərbaycana gəldi | ABŞ Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. "Axar.az"ın APA–ya istinadən məlumatına görə, konqresmen Evard Roysun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri, habelə vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Nümayəndə heyətinə Konqresin renkinq komitəsinin üzvü Elliot İngel, Luis Frankel və Devid Sisillin daxildir. Səfər aprelin 20-də başa çatacaq. Konqresmenlərin Ermənistan və Ukraynaya da səfəri planlaşdırılır. Ermənistan mətbuatının yazdığına görə, ABŞ nümayəndə heyəti uydurma "erməni soyqırımı qurbanları"nın anılması mərasimində iştirak edəcək. Qeyd edək ki, konqresmen E. Roys ermənipərəst mövqeyi ilə tanınır. |
2014-04-18 | 15,059 | Putini Şeytana bənzətdilər - Foto | İtaliyanın Genuya şəhərində fəaliyyət göstərən "Ağ xaç ordeni"nin tərəfdarları hesab edirlər ki, Şeytan prezident Putinin obrazında Yerə enib. Orden üzvləri 1350-ci ildə Bolonlu alim Yakop tərəfindən düzəldilmiş barelyefi Putinin çağdaş portreti ilə müqayisə edərək tamamilə üst-üstə düşdüyünü iddia edirlər. Onlar həm də bildirirlər ki, Bolonlu Yakop bu məşhur barelyefi ölümündən bir az qabaq düzəldib və bildirib ki, bu, ona vəhlə bildirilib. Barelyefdə günahkar insanların ruhlarını yeyən Şeytanın obrazı təsvir edilib. Yakop bildirib ki, İtaliya müharibədən qaçmaq üçün başqa dövlətlərlə ittifaqa girdikdən sonra bu vəyh çin olacaq. Bu, Yerdə məskunlaşmış bütün xalqlar üçün Qızıl əsr olacaqdı. Amma Şeytan peyda olmaqla bu sülhü pozacaq. Bundan sonra İşıqla Qaranlığın son müharibəsi başlayacaq və Şeytanın dənizin dibinə gömülməsi ilə nəticələnəcək. O, yeni Molox olacaq və daima qurbanlar tələb edəcək. /ANS/ |
2014-04-18 | 15,060 | Cəlal Əliyevə mükafat təqdim edildi - Siyahı | Milli Elmlər Akademiyasının 7 alimi Azərbaycanın görkəmli alimlərinin adlarını daşıyan mükafatlara layiq görülüblər. Aprelin 18-də mükafatlar sahiblərinə təqdim edilib. Mükafat alan şəxslərin siyahısını təqdim edirik: akademik Çingiz Qacar - fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafatı; akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hüseynova - kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafat; akademik Ömər Eldarov - Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına mükafat; akademik Böyükkişi Ağayev - səhiyyənin və tibb elminin fundamental, tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətlərinə və nailiyyətlərə görə akademik Mirəsədulla Mirqasımov adına mükafat; akademik Məhərrəm Məmmədyarov - xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kim¬ya sahəsində əldə etdiyi nailiyyətlərə görə akademik Yusif Məmmədəliyev adına mükafat; geologiya-mineralogiya elmləri doktoru Fərid Dadaşov - geologiya sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə akademik Musa Əliyev adına mükafat. Alimlərə adlı mükafatlarla yanaşı diplom və beş min manat həcmində pul mükafatı da təqdim olunub. /Teleqraf.az/ |
2014-04-18 | 15,061 | Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi | Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun Xidmət əməkdaşları qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum edilmiş şəxslərin ümumi orta təhsilinin vəziyyətinə və yeni cəzaçəkmə müəssisələrinin inşası ilə bağlı məsələlərə həsr olunmuş müşavirə keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Axar.az"a verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə Baş idarənin və Bakı Şəhər Baş Təhsil İdarəsinin məsul əməkdaşları, tabe qurumların rəhbərləri, cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən orta məktəblərin direktorları iştirak ediblər. Nazir müavini çıxış edərək, Azərbaycan Respublikası Konstitusiyası ilə bütün ölkə vətəndaşları kimi azadlıqdan məhrum edilmiş şəxslərin də təhsil hüquqlarının təmin olunmasının zəruriliyini, mövcud cəza-icra qanunvericiliyində ümumi orta təhsilin əsas islah vasitələrindən biri kimi nəzərdə tutulduğunu vurğulamış və penitensiar müəssisələrdə təhsilin təşkili məsələlərinin daim Ədliyyə Nazirliyi rəhbərliyinin diqqət mərkəzində olduğunu bildiriblərr. Müşavirədə aidiyyəti xidmət sahələrinin və Bakı Şəhər Baş Təhsil İdarəsinin məsul əməkdaşlarının, bir sıra cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları rəislərinin, cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən orta məktəb direktorlarının çıxışları dinlənilib. Təhsil müəssisələrİndə məhkumların ümumi orta təhsilə cəlb olunması işində mövcud olan çətinliklərlə yanaşı müəyyən nəticələrin də əldə olunduğu, cəzaçəkmə müəssisələrindəki ümumi orta məktəb məzunları arasında orta ixtisas və ali təhsil müəssisələrinə daxil olma hallarının da istisna olmadığı diqqətə çatdırılıb. Eyni zamanda, penitensiar müəssisələrdə orta təhsilin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, məktəblərin pedaqoji kollektivinin tərbiyə işinin təşkilində iştirakının təmin olunması, tədrisin təşkilinə, o cümlədən pedaqoji kollektivin fəaliyyətinə əlverişli şəraitin yaradılmasına diqqətin artırılması ilə bağlı cəzaçəkmə müəssisələrinin rəislərinə müvafiq tapşırıqlar verildi. Müşavirədə yeni cəzaçəkmə müəssisələrinin inşası ilə bağlı məsələlər ətrafında da müzakirələr aparılmış, inşası davam etdirilən müəssilələr barədə aidiyyəti xidmət sahəsinin hesabatı dinlənilmiş, artıq bu sahədə əldə olunmuş təcrübəyə əsaslanaraq tikinti-quraşdırma işlərinin daha mükəmməl yerinə yetirilməsinin təmin olunması tövsiyə olunub. |
2014-04-18 | 15,062 | Ukrayna milyarderinin separatçılarla görüşü ortaya çıxdı - Video | Ukrayna mətbuatında Rinat Axmetov və Nikolay Levçenkonun Donetsk separatçıları ilə danışıqlarının videosu yayılıb. Videoda şəxslər görünmür, yalnız səsləri eşidilir. Axmetov aktivistlərdən hökumətlə danışıqlarda fəallığa çağırıb və öz tələblərini irəli sürməyi təklif edib. Amma separatçılar hökumətin onları eşitmək istəmədiyini tez-tez tekrarlayır. Separatçılar baş nazirin birinci müavini Vitali Yaremanın onları "mal" adlandırdığını, separatçıların "heç bir ideologiyası" olmadığını bildirir. Danışıqlarda maqnatlar müzakirələr zamanı bunları deyir: "Biz belə həll edə bilmərik. Biz bu haqda a,b, c ... punktları ilə danışmalıyıq". Separatçıların biri "indi əsas məsələ Donetsk regionunun tam suverenliyi və Rusiyaya qoşulması məsələsidir. İnsanlar indi bunun arxasında durur" deyib. Axmetov aktivistlərə çatdırmağa çalışır: "Ukraynadan ayrılmaq məqsəd deyil. Daha yaxşı bir həyat yaşamaq üçün bir vasitədir. Buna görə də siz öz tələblərini irəli sürün və separatçıların nümayəndəsi təyin edin". Bundan əlavə Axmetov konstitusiyaya dəyişikliklərin edilməsi təklif edir. Rus dilinin danışıq dili olmasını eləcə də din azadlığını hökümətin qarşısına tələb qoymağı bildirir. Qeyd edək ki, Ukraynanın Kütləvi İnformasiya Vasitələri "Donetsk və Luqansk şəhərlərində keçirilən separatçı aksiyalara Rusiyanın birbaşa dəstəyilə "Şaxtyor" futbol klubunun prezidenti, iş adamı Rinat Axmetov və Regionlar Partiyasından olan deputat Aleksandr Yefremov dəstək verib" adlı material dərc ediblər /ANS/ |
2014-04-18 | 15,063 | Obamadan müharibə anonsu: "Müttəfiqlər, hazır olun" | ABŞ prezidenti Barak Obama Rusiyanın Ukraynadakı qeyri-sabit vəziyyətin aradan qaldırılmasında verdiyi sözə güvənmədiyini bildirib. "Axar.az" xəbər verir ki, Obama keçmişdə Rusiyanın verdiyi sözə əməl etmədiyini, bu səbəbdən də sonrakı gedişatda narahatçılıq ola biləcəyinə işarə edib. Obama Cenevrədə əldə olunan razılaşmayla bağlı bunları deyib: "Bu mərhələdə heç bir şeydən əmin ola bilmərik. ABŞ və müttəfiqləri hər an hazırlıqlı olmalıdır". Ukraynada baş verən separatçılıq meyillərinin olmasında Rusiyanın əli olduğuna inandığını deyən Obama Rusiyanın bu hərəkətlərinin özü üçün də yaxşı olmadığını qeyd edib. |
2014-04-18 | 15,064 | Azərbaycan Rusiya ilə memorandum imzaladı | Bu gün Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), "Qarabağ Taxıl" MMC, Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutu və "Kubanzerno" Tədqiqat və İstehsalat Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a məlumat verilib. Anlaşma Memorandumuna əsasən, tərəflər perspektivli toxum sortlarının sınaqdan keçirilməsi və əkilməsi sahəsində əməkdaşlıq edəcək, birgə məsləhətləşmə və seminarlar keçirəcək, eləcə də elmi-texniki və kommersiya əlaqələri yaradacaqlar. |
2014-04-18 | 15,065 | İranla məhkumlar dəyişdirilə bilər | Bu gün Ədliyyə naziri Fikrət Məmmədov İranın ölkəmizdəki səfiri Möhsün Pakayinlə görüşüb. Ədliyyə Nazirliyindən "Axar.az"a verilən məlumata görə, ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir bu əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu, ölkə prezidentlərinin mütəmadi, o cümlədən bu ay dövlət başçısı cənab İlham Əliyevin İrana səfərinin və mühüm sənədlərin imzalanmasının ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə böyük təkan verdiyini vurğulayıb. Həmçinin zəngin müqavilə bazası əsasında hüquqi əlaqələrin inkişafı, o cümlədən iki ölkənin Ədliyyə nazirliklərinin sıx əməkdaşlıq etdiyi bildirilib. Azərbaycan və İran arasında münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini söyləyən səfir Azərbaycan Prezidentinin ölkəsinə səfərinin böyük səmərəsini vurğulayaraq, görüşlərin çox səmimi şəraitdə keçdiyini bildirib. Qonaq, həmçinin Ədliyyə Nazirliyi ilə faydalı əməkdaşlığı təqdir edib. Görüşdə hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb. Səfir dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini xatırladaraq, müəllifi olduğu "Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" kitabını təqdim edib. |
2014-04-18 | 15,066 | BMT-yə hücum edildi: 58 ölü, 100 yaralı | Birləşmiş Millətlər Təşkilatının Cənubi Sudandakı sığınacağına silahlı hücum olub. "Axar.az" xəbər verir ki, təcavüzkarlar BMT bazasına sülh nümayəndəsi kimi yaxınlaşıb. Silahlı hücum nəticəsində 48 nəfər ölüb, 100-dən çoxu yaralanıb. Təcavüzkarların sayı təxminən 350 nəfər olub və 10 itki veriblər. Hücumu şiddətli bir şəkildə qınayan BMT Baş katibi Pan Gi Mun BMT əsgərlərinə qarşı hücumun qəbul edilə bilməyəcəyini və bunun yerdə qalmayacağı xəbərdarlığını verib. |
2014-04-18 | 15,067 | Həmkarı Ərdoğanla "selfie" çəkdirdi - Foto | Baş nazir Rəcəb Tayyib Ərdoğan rəsmi görüşlər üçün Ankarada olan Malaziya Baş naziri Nəcib Rəzak şərəfinə qonaqlıq verib. "Axar.az" xəbər verir ki, Rəzak dəvət əsnasında Ərdoğanla "selfie" çəkdirib. Dəvətə Malaziya Baş naziri Rəzakın Ərdoğanla çəkdirdiyi "selfie" damğa vurub. |
2014-04-18 | 15,068 | Ukraynadan sonra Rusiyanın hədəfi hansı ölkədir? | "Rusiyanın Ukraynadan sonra potensial hədəfi Baltikyanı ölkələrdir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə "Deyli Meyil" qəzetinin yazarı Edvard Lukas çıxış edib. O, Rusiya qarşı istənilən reaksiyanın Üçüncü Dünya Savaşı üçün bəhanə olacağını deyib: "Rusiyanın Ukraynadan sonra potensial hədəfi Baltikyanı ölkələrdir. Bu isə Üçüncü Dünya Müharibəsi üçün əsas səbəb olacaq. Ruslar Baltikyanı ölkələrə mütləq girəcək. Amma burada bir sual yaranır ki, biz nə edəcəyik? Ya Rusiyanı Ukrayna və Baltikyanı ölkələrə girməsinə səssiz qalacağıq, ya da Rusiyanın imperiyasını bərpa etməsi uğrunda atdığı addıma qarşı sonuncu dəfə mübarizə aparacağıq. Əgər biz mübarizəyə başlasaq, o zaman dünya nüvə təhlükəsi ilə üz-üzə qalacaq. Putin bunu bilir və ümid edir ki, biz geri çəkiləcəyik". |
2014-04-18 | 15,069 | Trofimçuk: “Azərbaycanı idarə etmək çox çətindir” | Ukrayna hadisələrindən sonra dünya demək olar ki, iki yerə bölünüb: Qərb və Rusiya. Qərb Rusiyanı iqtisadi blokadaya salmaq istəyir. Amma maraqlı məqam neft-qaz ölkəsi olan Azərbaycanın ön plana keçməsidir. Digər məsələ isə Rusiyanın Ukraynada aktivliyinin nəticəsində gələcəkdə bütün dünyanın əziyyət çəkəcəyi yeni dünya savaşı proqnozlarının verilməsinə səbəb olmasıdır. Azərbaycan və ümumiyyətlə postsovet məkanının gələcəyi ilə bağlı məsələləri öyrənməkdən ötrü tanınmış rus politoloqu Qriqori Trofimçuka müraciət etdik. Ukrayna Əfqanıstan olacaq - Sizcə, Ukrayna getdikcə Suriyaya bənzəmirmi? - Qərb Suriya və Ukraynaya bir paket çərçivəsində baxır. Ukrayna tezliklə özünün yerli "taliban"ları (radikalları) ilə ikinci Əfqanıstan olacaq. Hansı ki, artıq özlərinə daxili "şəriət məhkəməsi" (xalq tribunalı) yaratmağa cəhd göstərirlər. Ukrayna müəyyən qrupların öz ərazilərinə nəzarət etməyə başladığı zaman daha çox Əfqanıstana oxşamağa başlayacaq. Yeni qrupların meydana çıxıb keçmiş xaotik Ukrayna ilə Rusiya vilayətləri olan Belqorod, Kursk, Voronej arasında bufer rolu oynaması da istisna deyil. Bir zamanlar Əfqanıstanda da belə olmuşdu. Qərbi Ukrayna oyanır - O zaman belə çıxır ki, Rusiya ordusu Ukraynanın şərq vilayətlərinə daxil olacaq? - Rusiyanı buna səylə itələyirlər. Qərb isə bir tərəfdən açıqlamalar verir ki, rus ordusu artıq uzun zamandır ölkənin şərqində yer alıb. Əvvəla, Rusiya heç vaxt bu addıma getməz. Hərdən Ukraynadakı Rusiya tərəfdarları da düşünmədən bizim qoşunlarımızın buraya gətirilməsi haqqında çıxışlar edirlər. Onlar hərəkətlərinə görə özlərinə hesabat vermirlər. Əgər Rusiya bu işdə kömək etmək istəyirsə, o zaman yalnız ekspert kimi məsələyə yanaşaraq deyirəm ki, konflikt hərbi variantla yox, intellektual yolla həll edilməlidir. Bu informasiya müharibəsində çox düzgün metod olardı. Düşünmək lazım deyil ki, bu tip problemlər təkcə Ukraynanın şərqində baş verir. Belə sosial qarışıqlıq artıq ölkənin qərbində də yaranıb. Orada da milyonlarla rusdilli vətəndaş var ki, hələ öz sözlərini deməyiblər. İstisna eləmirəm ki, əvvəl-axır onlar da ölkənin şərq vilayətlərindəki etirazlara dəstək verəcəklər. MDB-ni İraqın taleyi gözləyir - Bəs Qərblə müharibə başlaya bilərmi? - Qərb artıq uzun müddətdir ki, Rusiyanı bütün istiqamətlərdə sıxışdırır. Müharibə praktiki olaraq Rusiyanın qapısının ağzına gəlib çatdığına görə Ukrayna parçalanmağa başladı. Bunun qarşısında Rusiya susmağı bacarmadı. Təəssüflər olsun ki, bütün Sovet ölkələrinə Qərb bu güclə girməyi bacarıb. O, lazım olan şeyi heç kimdən soruşmadan həyata keçirməyə başlayır. Ukraynaya vurulan zərbə ilə (hansı ki, Ukraynanın keçmiş hakimiyyətinin axmaqlığı ucbatından olmuşdu) SSRİ-nin ikinci dəfə parçalanmasına start verildi. Bu parçalanma isə Azərbaycan da daxil olmaqla SSRİ-nin tərkibindən ayrılmış bütün ölkələrə təsir edəcək. Rusiya çətin ki, Qərblə böyük konfliktdən qaçmağı bacara. Qərb postsovet ölkələrinin ona satdığı qaza görə ödəmələr edəcək, amma bu uzun müddət davam etməyəcək. Müəyyən qədər bu ödəmələr olacaq, amma sonradan həmin əraziləri gücün hesabına ələ keçirməyə çalışacaqlar. Ruslar demokratlara nifrət edirlər - Amma Ukrayna hadisələri Rusiyaya da keçə bilər. - Rusiya öz üzərindən bütün təhlükələri yalnız daxilindəki oliqarxlar və korrupsionerlərlə bağlı mübarizə apardıqdan sonra götürə bilər. Başqa bir addım isə 1991-ci ildə Qorbaçov da daxil olmaqla ölkəni dağıdan və parçalayan şəxslərin məsuliyyətə cəlb edilməsi ola bilər. Bu addımlar atıldıqdan sonra Rusiyanı daxildən parçalamaq çətinləşəcək. Onu da qeyd etmək yerinə düşər ki, ilk "rəngli inqilab" Gürcüstan və Ukraynada baş verməyib. O, məhz 1991-ci ildə Rusiyada baş verib. Başqa bir məsələ isə ondan ibarətdir ki, Rusiya artıq liberal-demokrat dövlət ola bilməz. Ruslar hələ də demokrat olaraq çağırılan şəxslərə nifrət edirlər. Azərbaycanı idarə etmək çətindir - Bəs bu hadisələr Azərbaycana necə təsir edəcək? - Son hadisələr Azərbaycanın Cənubi Qafqazdakı problemlərə yüksək diqqət ayırmasına səbəb oldu. Hər kəs başa düşür ki, Ukrayna hadisələri əvvəl-axır Qafqazda da özünü büruzə verəcək. Burada ərazi münaqişələri də daxil olmaqla problemlər daha çoxdur. Azərbaycan hərbi təlimlər keçirərək, özünün müəyyən təhlükədən narahat olduğunu, həmçinin istənilən qarmaqarışıqlığa qarşı dayana biləcəyini göstərir. Azərbaycanın Xəzər dənizinin sahilində yerləşməsi isə məsələni bir az da çətinləşdirir. Əgər bütünlükdə götürsək, Azərbaycan az qala ərazi, enerji və hərbi-strateji problemlərin mərkəzində dayanır. Bunlar isə belə kiçik ölkənin idarə edilməsinin nə qədər çətin olduğunu göstərir. Bütün hallarda Azərbaycan Ukrayna hadisələrindən sonra gələcək üçün özünə yalnız bir töhfə götürməlidir. Ukraynanın müvəqqəti hökumətinin addımlarını mənimsəyib yalnız güc tətbiq etməklə, hədələməklə, reallıqda isə heç nə etməməklə məşğul olmamalıdır. Emosionallıqdan istifadə edəcəklər - O zaman Cənubi Qafqazın gələcəyi qaranlıq görünür. - Ukrayna problemləri paketini üzərinə götürən Rusiyanın hələ Qarabağ konfliktini aktivləşdirməyə vaxtı yoxdur. Cənubi Qafqazın gələcəyi Rusiyanın əleyhinə olaraq Avropaya qaz ötürmək üçün Qərbin aktivləşdirdiyi və Mərkəzi Asiyanı bura qoşduğu enerji dəhlizləri ilə bağlı olacaq. Qarabağ konflikti boş yerə aktivləşdirilib. Hazırda heç nə baş vermədiyi halda belə onun ətrafında elə söz-söhbət gəzir ki, elə bil, sabah müharibə başlayacaq. Cənubi Qafqaz ölkələrinin özlərinin bu istiliyi artırmağına ehtiyac yoxdur. Əks təqdirdə xarici qüvvələrin həmin dövlətləri boş yerə bir-biri ilə toqquşdurması asan olacaq. İnformasiya müharibəsi qaydalarında ən mühüm cəhət rəqibin əsəbləri ilə oynamaqdır. Bu isə təəssüflər olsun ki, Qafqaz xalqlarına çox pis nəticələr verəcək. Onların əksəriyyəti təbiətcə emosional olurlar. Azərbaycan, Ermənistan, Gürcüstanın düşmənləri məhz bu təbii faktorları öyrənirlər. Azərbaycanda dini radikallar aktivləşir - Siz açıqlamalarınızda Azərbaycanda islam radikallarından istifadə oluna biləcəyini hər dəfə vurğulayırsınız. Amma məncə, Azərbaycanda bunun üçün əlverişli şərait yoxdur... - İslam radikalları digər dini konfessiyaların radikalları kimi yalnız dövlətin əsil mədəniyyət, mənəvi inkişaf və açıq klerikalizm arasında sərhədi görmədiyi, hiss etmədiyi anda meydana çıxır. Həddindən artıq klerikalizm, mənəvi dəyərlərin anormal təbliğatı cəmiyyətin partlamasına səbəb olur. Dövlət dinin dünyəvi norma və qaydalardan ayrıldığı konstitusiyanı müdafiə edir. SSRİ-nin süqutundan sonra bu sxemdə təhlükəli məqamlar meydana gəlməyə başlayıb. Nəticədə bütün postsovet məkanı ölkələrində dini dözümsüzlük, terrorizm və digər neqativ proseslər yaranıb. Ona görə də Azərbaycan sərt olaraq dünyəvi dövlət prinsiplərinə riayət edərkən doğru addım atmış olur. Lakin ətrafındakı ölkələrdə bu prinsiplərə tam əməl olunmaması ona da maneçilik törədilməsinə şərait yaradır. Ona görə dini klerikalizm istənilən vaxt, istənilən yerdən fışqıra bilər. Azərbaycanın seçimi yoxdur - Azərbaycanın Rusiyanın blokadaya alınmasında iştirakı həqiqətə çevrilə bilərmi? - Qərb Azərbaycana Rusiyanın iqtisadi blokadaya alınmasında ona kömək edən ölkə kimi baxır. Rusiyaya qarşı iqtisadi sanksiyalar Qərbin Avropa İttifaqına qaz ötürməsini tələb edəcək ki, burada da Azərbaycan faktiki olaraq Rusiyanın blokadasında iştirak edəcək. Baxmayaraq ki, sözdə bundan danışmırlar, amma əməldə bu, açıq-aşkar görünəcək. Bədbəxtlikdənmi, xoşbəxtlikdənmi çoxvektorlu siyasət artıq Azərbaycan üçün sona çatıb. Və onun seçimi o qədər də böyük deyil. |
2014-04-18 | 15,070 | Ceyranbatan sakinləri Bakı-Sumqayıt yolunu bağladı - Foto | Bu gün axşam saatlarında Ceyranbatan qəsəbəsinin bir neçə yüz sakini Bakı-Sumqayıt magistral yolunu bağlayaraq aksiya keçirib. Səbəb Ceyranbatan yaşayış sahəsində son günlər ərzində içməli suyun verilməməsi səbəb olub. Aksiya iştirakçıları təcili şəkildə suyun verilişinin bərpasını tələb edib. Yolun bir müddət qapalı qalması Bakı-Sumqayıt yolunda dəhşətli tıxaca səbəb olub. Əraziyə cəlb edilən polis camaatı yoldan uzaqlaşdırmağa nail olsa da, yoldakı tıxac tam aradan qalxmayıb. Polis təkid etsə də, sakinlər dağılışıb getmək istəməyib və "Azərsu" əməkdaşlarının gəlməsini tələb edib. /ANS/ |
2014-04-18 | 15,071 | Everestdə faciə - 12 alpinist öldü | Dünyanın zirvəsi olaraq qəbul edilən Everest Dağında baş verən uçqun nəticəsində altı nəfərin həyatını itirdiyi bildirilib. "Axar.az" xəbər verir ki, Turizm Nazirliyinin səlahiyyətli şəxsləri səhər saatlarında 6 min 400 metr yüksəklikdəki düşərgənin yaxınlığında baş verən hadisə nəticəsində 9 nəfərin qar uçqunu altında qaldığını deyib. Ölənlərin və itkin düşənlərin Şerpa qəbiləsindən olan bələdçilər olduğu bildirilib. Uçqunun bələdçilərin səhər saat 06.30-da alpinistlərin kəndirlərinə nəzarət etdiyi anda baş verdiyi məlum olub. Düşərgədə 8 min 850 metr yüksəkliyindəki zirvəyə dırmanmaq üçün hava şəraitinin düzəlməsini gözləyən yüzlərlə alpinistin olduğu deyilib. |
2014-04-18 | 15,072 | Çində uyğur zülmü davam edir - Etirazlar başladı | Çində təxminən 10 milyon uyğurun yaşadığı Sincan Avtonom bölgəsində yenə gərginlik yaşanır. "Axar.az" xəbər verir ki, ötən həftə sonu Aksu şəhərində motoskiletlə qırmızı işıqda keçən 17 yaşındakı bir gəncin polis tərəfindən vurularaq öldürülməsi ortalığı daha da qarışdırıb. Hadisədən sonra şəhərdə başlayan etiraz aksiyalarını polis qəddarcasına dağıdıb. Sürgündə olan uyğurlar isə Çində baş verən hadisələrlə bağlı Münhendə üç günlük konfrans keçirib. Dünya Uyğur Konqresinin spikeri Alim Seytoff vəziyyəti belə dəyərləndirib: "Yüzlərlə, hətta minlərlə uyğur türkü itkin düşüb. Çin polisi tərəfindən nəzarətə alındıqdan sonra onlardan bir daha xəbər alına bilinmədi. Çin hökuməti də hər hansı bir açıqlama vermir. Çin polisi gəlib səbəb göstərmədən və ya bəhanələr gətirməklə kimisə həbs edir". |
2014-04-18 | 15,073 | Serj Sarkisyan Azərbaycana dəyən ziyandan danışdı - Foto | Ermənistan prezidenti Serj Sarkisyan bu gün Ermənistan müdafiə nazirliyində olub. Ermənistan prezidenti söhbət zamanı Türkiyə ilə danışıqlara da toxunub və bağlanan niyyət protokollarının Ermənistan üçün deyil, Türkiyə və Azərbaycan üçün ziyanlı olduğunu bildirib. "Bizi günahlandırırdılar ki, bu protokollar Qarabağ danışıqlarına zərbə vuracaq və biz güzəşt üçün şərait yaradırıq. Əgər azərbaycanlıların mövqeyi möhkəm idisə, niyə onlar vəziyyəti gərginləşdirməyə çalışırdılar. Əgər bu protokollar Türkiyənin maraqlarına uyğun idisə, niyə onu təsdiq etmirlər? Əgər onlar Türkiyə maraqlarına görə bağlanmışdısa, niyə bu ölkənin daxili həyatında gərginlik yaradırdı?", - deyə Serj Sarkisyan vurğulayıb. /ANS/ |
2014-04-18 | 15,075 | "Əzizim Aidə, sabah sənsizliyin 3-cü ilidir..." | Üç əsrdən uzun üç il... Unudulmaz ömür-gün yoldaşım Aidə xanıma 4-cü məktub Əzizim Aidə, sabah sənsizliyimin üçüncü ili tamam olur. Mənim üçün üç əsrdən də uzun olan üç il. Yadındamı, 80-ci illərin əvvələrində böyük yazar Çingiz Aytmatovun "Roman qazeta"da dərc olunmuş "Gün var əsrə bərabər" əsərini 3-4 dəfə dönə-dönə oxudum. Anlayırdım ki, an var, gün var, insanlar üçün əsrdən də uzun bir təlatümlü həyat yaşamıdır. Nə biləydim ki, başıma gələcək. Niyə üç əsr? Axı hər an mən səni düşünürəm, mən səninləyəm. Bu hər anın ayrılıq yükü, əzab yükü toplananda heç üç əsrə də sığmaz. Bu yükü həmişə daşıyıram. Mənim real və virtual, xəyallar dünyamda. Bütün kodlarım da sənlə bağlıdır, sənin doğum gününlə, nişan günümüzlə, toy günümüzlə, sənsizliyimin başladığı günlə. Gücüm tək bircə şeyə çatır ki, bir an belə məzarının üstündəki qızıl gülləri solmağa qoymayım. Yəqin deyəcəksən ki, axı bu nə yaşamdır, nə güzərandır, özünü üzmə. Sorma ruhi güzəranımı, əzizim. Bu böyük dünyada qərib olmaq, sənsizlikdən doğan qəriblik nə qədər ağırmış. İnsanın içərisindəki tənhalıqdan ağır nə varmış?!. Bu il Amerikaya ilk dəfə sənsiz getdim. Dəfələrlə birgə gəzdiyimiz prospektlər, yaşadığımız evlər, nəhəng ormanlar sənsiz mənə necə də xırda görünürdü. Təkcə böyük görükən səninlə axırıncı dəfə Amerikada olanda dostum, qardaşım professor B.Fazlollahinin Atlantdakı evinin həyətində onun həyat yoldaşı Afaq xanımla əkdiyiniz ağaclar idi, lap Ağdamın İmarətindəki çinarlar boyda... Eh, Ağdam boyda, Qarabağ boyda, Sən boyda və başqa neçə-neçə itkiləri olan adamın güzəranı necə olmalıdı axı. Hansı şəhərdə olurdumsa dostlar, tanışlar səndən söhbət açırdılar, sənli xatirələri çözürdülər. Əzizim Aidə, bu məktub bir tərəfdən də əvvəlki məktubumdan ötən bir il üçün hesabat məktubudur. Sənin əziz xatirəni əbədiləşdirmək üçün hörmətli şairimiz Rəfail Tağızadə və dəyərli yazarımız Seymur Əliyev "Yoxluğu hiss olunan İnsan" adlı nəfis bir kitab nəşr elətdirdilər. O kitabda sənə həsr olunmuş şeirlər, esselər, xatirələr toplanıb. Kitabın üstündəki şəkil sənin ən çox sevdiyin şəkildir, bu şəkil həm də məzar daşının üstünə həkk olunub. O şəkildə biz bir yerdəyik, oradan yalnız sənin şəklini götürmüşəm. Sən həmişə deyirdin ki, ikimizin bu şəklini böyütdür, vur otağımıza. Hələlik bu arzunu yerinə yetirə bilməmişəm, çünki sənin şəklinə baxa bilmirəm, baxanda ruhum bədənimdən oynayır. Lakin vəsiyyət edəcəyəm ki, bu qoşa şəklimizi böyüdüb, üç ildir qapısını aça bilmədiyim otağımızın divarından assınlar. Yadındamı, keçən məktubumda yazmışdım ki, sağlığında həmişə mənə yarı ciddi-yarı zarafat deyərdin ki, bu qədər kitab yazırsan, heç birini mənə ithaf etməmisən. Sənə yazmışdım ki, 2013-də Almaniya və Amerikada çıxan kitabımı, yeni nəzəriyyəmi sənə ithaf etdim. Ötən ildə "World Scientific" nəşriyyatında və Amerika "Springer" nəşriyyatında dərc olunan 2 kitabımı da sənin əziz xatirənə ithaf etdim. Ötən il sənin sevimli nəvən Günay Yaxın Doğu Universitetinin tələbəsi oldu. Yeri gəlmişkən, deyim ki, bu Novruz günlərində Kiprdə olarkən, Universitetdə doktor tələbələrim üçün dərs keçərkən dostları, ailə üzvlərini bir ziyafətə dəvət etmişdim (həmişə səninlə etdiyimiz kimi). Söhbətlər getdi, xatirələr çözüldü, birdən tələbə Günay söz istədi. Dedi: "Heyf, bu dəfə sevimli Aidə nənəm bizim aramızda deyil, ancaq O, cismani olaraq aramızda yoxdu. O, həmişə mənimlədir, O, həmişə bizimlədir..." Qəhər onu boğdu, göz yaşına sahib çıxa bilmədi. O biri nəvələr də ona qoşuldu. Yaxşı ki, bir müddətdən sonra professor Nazim Mahmudov ovqatı bir qədər durulda bildi. Bu il sevimli nəvən Rafiq 12–ci sinfi bitirib dünyanın sayılan-seçilən top universitetlərindən birinə qəbul oldu. Sevimli nəvələrin Nicat Münhen Universitetini, Nihad isə İstanbul Universitetlərinin birini bitirdi. Əzizim Aidə, mən səndən sonra bu üç ildə heç bir bayram keçirməmişəm, hətta bayram günlərində telefon zənglərinə də cavab vermirəm ki, məni təbrik etməsinlər. Lakin telefon ismarıcları olur. Dəyərli tələbəm dosent L.Qardaşova Novruz günlərində telefonuma bir bayram ismarıcı göndərmişdi. Əsasən sənə həsr olunmuşdu. O, yazmışdı ki, nəvələrinin uğurları Aidə xanımın ruhunu sevindirəcək. Düz deyir. Bu məktubu ruhunun gözləri ilə oxuyanda, nəvələrinin uğurunu görəndə ruhun bir daha təzələnəcək, sevinəcək. Əzizim Aidə, mənimlə hər bir müsahibədə jurnalistlər hökmən səninlə bağlı suallar verir, sənə yazdığım məktublara istinad edirlər. Öz yazılarımda da həmişə sənli xatirələrim yer alır. Bu günlərdə dəyərli jurnalistimiz Şahanə Rəhimli məndən bir müsahibə götürmüşdü. Çox hissəsi sənə həsr olunmuşdu. Dostum, böyük şairimiz Ramiz Rövşən də çox yüksək qiymətləndirmişdi bu müsahibəni. Şahanə soruşur: - Çəhrayı rəngi sevirsiniz, bu rəngin içində nələr var, hansi sirlər gizlənib? - Bu ayın 21-də həyat yoldaşımın dünyasını dəyişməsinin 3 ili tamam olur. Bir yazı hazırlayıram. Keçən il də birini yazdım: "Qara paltarlı qadınım olmadın, niyə". Ona "Mediaforum" saytında dəyərli dostlarım belə başlıq qoydular: "Çəhrayı paltarlı qadın" . Çünki orada çəhrayı paltar barədə bir epizod var idi. Mənim də, həyat yoldaşımın da sevdiyi çəhrayı rəng idi. Adətən çəhrayı paltar geyinərdi. Və orada yazdım ki: "Bir gün gələcək, səninlə görüşəndə, qara paltarda yox, sənin və mənim çox xoşumuza gələn çəhrayı paltarında qarşıma gəlib əlimdən tutanda, qəbrimə daması qəmli göz yaşların sevinc yaşı kimi ovcuma töküləcək". O rəng mənə bütün gəncliyimi, həyatımı xatırladır. Bu müsahibə ilə eyni zamanda gözəl yazarımız İlqar Rəsul APA TV də mənimlə bir veriliş apardı. Orada da çox suallar sənlə əlaqədar idi. Onu da deyim ki, dəyərli şairimiz, əziz dostum Musa Yaqub gecə saat 12-də mənə telefon açıb kədərli-kədərli öz təəssüratlarını bölüşdü, axı o da bu həyatı yaşayır. İlqar Rəsulun axırıncı sualı belə idi: - Rafiq müəllim, o dünyaya gedəndə nə aparacaqsınız və kimin görüşünə tələsəcəksiniz ilk olaraq? Sual məni çox tutsa da, bir qədər pauzadan sonra cavabım qısa oldu: - Tanrıya şükür. Ümid edirəm ki, məni çəhrayı paltarda qarşılayacaqsan və onda bir daha deyəcəyəm: "Tanrıya şükür..." Səni əbədi sevən Rafiq |
2014-04-18 | 15,076 | İnsanların məhv edəcəyi yeni planet tapıldı – Şok | Dünyaya ən çox bənzəyən planet kəşf olundu. "Axar.az" xəbər verir ki, bu barədə açıqlama NASA-dan verilib. Yeni kəşf olunan planetin dünyadan 500 işıq ili (1işıq ili=10 trilyon km) məsafədə yerləşdiyi bildirilib. Onun müxtəlif cəhətlərinə görə, Yerlə eyniyyət təşkil etdiyi qeyd edilib. NASA-dan yeni planetdə 1 ilin 130 gündən ibarət olduğu deyilib. Yerin bənzərinin üzərində həmçinin dəniz və okeanların yerləşdiyi vurğulanıb. Alimlər yeni planetdə işıqlı havanın dünyada günəşin qürubuna bir saat qalmış olan vəziyyəti xatırlatdığını bildiriblər. Planetin daxil olduğu sistemdəki ulduzun ona ötürdüyü istiliyin Günəşin Yerə verdiyi istilikdən az olduğu qeyd edilib. NASA yeni planetə "Kepler-186f" adını verib. Amma alimlər bu planetə maraqlı bir açıqlama da veriblər: "İnsanların məhv edə biləcəyi yeni planet". Belə hesab edirlər ki, insanlar onlara yaşamağa imkan verən planetləri öz yaşam tərzləri, silahları və təbiətə münasibətləri ilə məhv edirlər. |
2014-04-18 | 15,077 | Çeçen lideri Əli Osayevin ölüm görüntüləri yayıldı - Video | 2009-ci ildə İstanbulun Zeytinburnu məhəlləsində evinin qarşısında öldürülən çeçen lideri Əli Osayevin ölüm anına aid görüntülər yayılıb. Görüntülərdə agent olduğu iddia edilən "Zona" adlı qatil Əli Osayevin evinin önündə avtomobilini park etməsini gözləyir. Sonra sürətlə onun arxasınca qaçır və evinin nərdivanlarında başına atəş açaraq öldürür. Qatil atəş açdıqdan sonra silahı cibinə qoyaraq hadisə yerindən uzaqlaşır. Görüntüdə qatilin hadisə yerinə qara rəngli "BMW" avtomobillə gəldiyi görsənir. Qeyd edək ki, Çeçen müqavimət hərəkatının liderlərindən biri olan Əli Osyaev 2009-cu il fevralın 26-da axşam Zeytinburnu Gökalp məhəlləsi, 37 nömrəli evinin girişində başına açılan 3 güllə ilə öldürülüb. Cinayətin ardından təhlükəsizlik kameralarını araşdıran polis hadisə ilə əlaqədar istintaqa başlayıb. Az sonra türklər canini ələ keçirib. Gürcüstan vətəndaşı Timur Maxauri adlı agent 2012-ci ildə Atatürk Havalımanından Misirə getmək istəyərkən tutulmuşdu. Onun üzərində Ruslan Papaskiri və Timur Maxauri adlarına iki fərqli pasport olub. Qatilin Türkiyəyə bu iki pasportla 65 dəfə giriş-çıxış etdiyi bəlli olub. Təhlükəsizlik qüvvələri "Zona"nın rus kəşfiyyat işçisi Başir Kuştovla İstanbulda 3 dəfə görüşdüyünü və danışıqlarda yeni sui-qəsdlər barədə planlar çızdığını ortaya çıxarıb. Plana görə qatil Çeçenistanın keçmiş informasiya naziri Mövladi Udugovu da öldürəcək imiş. Qeyd edək ki, "Zona"nın məhkəməsinin ikinci iclası aprelin 21-də keçiriləcək. Xatırladaq ki, "Zona" adlı Timur Maxauri məşhur çeçen səhra komandiri Şamil Basayevin qətlində də əli olub. Deyilənə görə, o, 2006-cı ilin iyul ayında Basayevin öldürülməsi ilə nəticələnən terror aktının - yük maşınının partladılması olayının iştirakçısı olub. Partlayıcı ilə dolu avtomobili məhz Y.Maxauri hazırlayıbmış. Bundan başqa, Y.Maxauri özünü "İçkeriya Respublikası" adlandırmış çeçen dövlətinin şəriət məhkəməsinin başçısı Şamsuddin Batukayevə qarşı 2011-ci il oktyabrın 7-də İstanbulda törədilmiş uğursuz sui-qəsddə iştirak etməkdə də ittiham olunur. /ANS/ |
2014-04-18 | 15,078 | “Putin Qərblə məzələnir və həzz alır” | Parlamentdə təmsil olunan Litva müxalifətinin lideri, "Vətən İttifaqı" partiyasının sədri və ölkənin keçmiş Baş naziri Andryus Kubilyus Ukrayna hadisələri ətrafında baş verənləri şərh edib. "Axar.az" xəbər verir ki, "Ziniu Radias"a açıqlamasında Kubilyus Rusiyanın Cenevrə razılaşmasına imza atmasını anlamadığını dilə gətirib. Onun sözlərinə görə, Kremli belə addıma vadar edən səbəb tətbiq olunan sanksiyalardır: "Nələrin baş verəcəyini bir qədər də gözləmək lazımdır. Başa düşə bilmirəm ki, hadisələri alovlandıran Rusiya niyə sonradan bu razılaşmaya getdi? Hərçənd Putinin son mətbuat konfransında bu aqressiyanı yenə görmək mümkün idi. Bu arada Amerikanın sanksiyalarla bağlı addımları, görünür, Rusiyanı ehtiyatlı olmağa sövq edib. Amma bütün hallarda biz elə sonuncu teledebatda Putinin Qərblə məzələndiyini və bundan həzz aldığını gördük. Baxaq, ola bilər, Putinin də alternativ variantları var. Hər şeyi zamana buraxaq". |
2014-04-18 | 15,079 | Ərdoğan sosial şəbəkələri məhkəməyə verdi | Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Konstitusiya Məhkəməsinə müraciət edib. Məlumata görə, o, sosial şəbəkələri onun və ailəsinin hüquqlarını pozmaqda ittiham edib. İddia ərizəsində hansı sosial şəbəkələrin adlarının olduğu hələlik məlum deyil. Türkiyə hakimiyyəti YouTube və Twitter-ə girişi qadağan edib. /"Musavat.com"/ |
2014-04-19 | 15,080 | Türkiyədə 3 təyyarədə bomba həyəcanı: Axtarışlar aparılır | Türkiyənin Hatay aerodromunda 3 təyyarəyə bomba qoyulduğu barədə məlumat daxil olub. "Axar.az" xəbər verir ki, Hatay valisi Məmməd Cəlaləddin daxil olan məlumatdan sonra təyyarələrdən 2-də axtarışlar aparldığını və məlumatın təsdiqini tapmadığını bildirib. 3-cü təyyarədə axtarışların davam etdirildiyini deyən Cəlaləddin sərnişinlərə aid yük yerlərində də araşdırmaların aparıldığını bildirib. |
2014-04-19 | 15,081 | Hacı Qamət “seks-cihad”dan danışdı | "Bu cür vərəqələrin paylanılması dinimizə uyğun deyil. Hesab edirəm ki, bu iş haramdır". Bu sözləri "Axar.az"a açıqlamasında fəaliyyətini dayandırmış Əbu Bəkr məscidinin imam-camaatı Hacı Qamət Sumqayıt şəhərində paylanılan dini vərəqələrlə bağlı danışarkən dedi. O bildirdi ki, dinimiz heç bir halda qadının 250 kişi ilə cinsi münasibətdə olmasına haqq qazandıra bilməz: "Mümkün deyil, dinimiz belə şeylərə icazə verməz". Sumqayıtda paylanan və qadınların cihad edən 250 kişi ilə cinsi münasibətdən sonra cənnətə gedəcəyi fikrini təbliğ edən vərəqələrdən danışan Hacı Qamət bu cür şeylərin təxribat ola biləcəyini də qeyd etməyi unutmadı: "Bu saat Suriya məsələsi gündəmdədir. Hər kəs onu öz maraqlarına uyğun yozmaq istəyir. Mən dəqiq bilmirəm bunu kimlər təşkil edir, ancaq istənilən halda bunun təxribat olması ehtimalı var". |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.