date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-04-16
14,761
Separatçılar Ukraynanın 6 BTR-ni ələ keçirdi - Video
Ukraynanın Kramatorsk şəhərində rus separatçıları Ukrayna ordusuna məxsus 6 BTR-i ələ keçiriblər. "Axar.az" xəbər verir ki, ələ keçirilən hərbi texnika Slavyansk şəhərinə daxil olaraq İcraiyyə Komitəsinin binasını tutublar. Qeyd edək ki, həmin hərbi texnika Kramatorska anti-terror əməliyyatları aparmaq üçün göndərilmişdi.
2014-04-16
14,762
İlham Əliyev Fərman verdi
Azərbaycan prezidenti İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirmək məqsədi ilə imzalanan fərmanda deyilir: - Rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılsın. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi: - İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə aqroparkların yaradılması barədə təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; - beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün "elektron kənd təsərrüfatı" informasiya sisteminin üç il müddətində mərhələlərlə yaradılmasını təmin etsin və həyata keçirilən tədbirlər barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat versin; - tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; - xarici investorları cəlb etməklə respublikada kənd təsərrüfatı təyinatlı texnikanın istehsalının təşkilinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; - tabeliyindəki laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi və onların beynəlxalq akkreditasiyadan keçməsinin təmin edilməsi istiqamətində tədbirlər görsün; - heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin üç il müddətində mərhələlərlə yaradılmasını təmin etsin və həyata keçirilən tədbirlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; - qeyri-dövlət fitosanitar xidmətlərinin, o cümlədən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılmasının xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; - Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsinə dair təkliflərini beş ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin; - aqrar elmin inkişafı konsepsiyasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; - "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin beynəlxalq lizinq standartlarına uyğunlaşdırılması sahəsində tədbirlər görsün; - Təhsil Nazirliyi ilə birlikdə aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasını təmin etsin, aqraryönümlü orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə torpaqların münbitliyinin qorunması və artırılması, şoranlaşmış və şorakətləşmiş, eroziyaya uğramış torpaqların sağlamlaşdırılması tədbirlərini ölkədə aparılan iqtisadi strategiyaya uyğun olaraq müvafiq proqramlar əsasında həyata keçirsin. İqtisadiyyat və Sənaye Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə xarici investorların kənd təsərrüfatına cəlb edilməsi məqsədi ilə bu sahədə yaradılacaq aqrobiznes qurumlarının nizamnamə kapitalında "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin iştirakını təmin etsin. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası altı ay müddətində: - kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; - istehlak bazarında qiymət sövdələşməsinin qarşısının alınması məqsədi ilə antikartel fəaliyyətini tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin. Nazirlər Kabineti üç ay müddətində: - Kənd Təsərrüfatı Nazirliyinin yeni strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; - Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etsin; - "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; - "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə yol verilməsi ilə bağlı müvafiq dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; - kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsinə və bu sahədə prosedurların sadələşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; - kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə edilməsinə görə məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; - Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan prezidentinə məlumat versin; - mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin; - Fərmanda nəzərdə tutulan "elektron kənd təsərrüfatı" informasiya sisteminin təşkilini və fəaliyyətini, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin informasiya resursları ilə inteqrasiyasını təmin etmək məqsədi ilə "elektron kənd təsərrüfatı" informasiya sistemindən istifadə qaydalarını altı ay müddətində müəyyən etsin; - Fərmandan irəli gələn digər məsələləri həll etsin. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.
2014-04-16
14,763
Ermənistana qaçan Cavid Orucovun müsahibəsi - Video
"Biz Ermənistanda Qaçqınlar yataqxanasında özümüzə yer etmişik". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə bir müddət öncə həyat yoldaşı ilə Ermənistana qaçan Cavid Orucov çıxış edib. BBC Azərbaycan redaksiyasının İrəvandakı müxbiri Aleksey Manvelyan Cavid Orucovun ailəsi ilə İrəvanın Respublika meydanında gəzinti zamanı rastlaşıb. Manvelyana açıqlama verən Orucov ona üç aylıq miqrasiya kartı verdiklərini, amma bunun da vədəsinin sona çatdığını söyləyib. Qeyd edək ki, videoda ailəsini Azərbaycandakı "cinayətkar klandan qoruya bilməyəcəyini" deyən Cavid Orucovun özü çox qəribədir ki, cinayətkar yuvasına pənah aparıb. Bəs Ermənistana qaçarkən neçə illərdir on minlərlə azərbaycanlının qətlində günahkar olan bir dövlətə sığındığını ağlına gətirmirdimi? Görünür, Cavid Orucov artıq milyonlarla azərbaycanlının gözündə əsas cinayətkara çevirildiyini və nifrət qazandığını bildiyindən bu cür danışır. Videonu təqdim edirik:
2014-04-16
14,764
Ramil Usubov polis rəisini işdən çıxardı
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Astara rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rəşid Səfərov vəzifədən azad edilib. Məlumata görə, R.Səfərov sərəncama göndərilib. Onun yerinə hələlik təyinat yoxdur. Hazırda Astara RPŞ-nin rəisi vəzifəsini rəisin əməliyyat işləri üzrə müavini həyata keçirir. Bildirilir ki, R.Səfərov nazirliyinin növbəti kompleks-inspeksiya yoxlamasının nəticələri əsasında vəzifədən azad edilib ("Lent.az").
2014-04-16
14,766
Prezident Administrasiyasına yeni sektor müdiri təyin olundu
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoruna müdir təyin olunub. "Axar.az" APA-ya istinadən xəbər veirir ki, bu sektora Vüsal Quliyev rəhbərlik edəcək. V.Quliyev buna qədər Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclər təşkilatları ilə iş sektoru yaradılıb. Sektor gənclər təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi, həmçinin onlarla iş aparan dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi funksiyasını həyata keçirəcək.
2014-04-16
14,767
Yanacaq alan sürücülər aldadılırmı? – Ekspert rəyi
"Dövlət sürücülərin hər il artan tələbatını ödəmək üçün Aİ-92 markalı benzinin istehsalını artırdı". Bunu "Axar.az"a açıqlamasında neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi. Onun sözlərinə görə, vətəndaşlar adi gözlə benzinin markasını və keyfiyyətini müəyyən edə bilməzlər: "Əgər vətəndaşlar yanacaqdoldurma məntəqəsində ona keyfiyyətsiz benzin satıldığını iddia edirsə, o zaman Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət eləsin. Əvvəllər yanacağın keyfiyyətinə ARDNŞ-nin nəzdində nəzarət edən xüsusi qurum var idi. Amma sonra bu dəyişdirilərək səlahiyyətlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verildi. Digər tərəfdən də vətəndaşlar ictimai təşkilatlar vasitəsi ilə də öz hüquqlarını müdafiə edə bilərlər. Azad İstehlakçılar Birliyi və başqa bu kimi təşkilatlara da müraciət edərək hüquqlarını müdafiə edə bilərlər. Bildiyiniz kimi, hazırda Azərbaycanda Aİ-95 markalı benzin istehsal edilmir. Dövlət sürücülərin hər il artan tələbatını ödəmək üçün Aİ-92 markalı benzinin istehsalını artırdı və razılaşmaya əsasən Aİ-95 markalı benzin altı ay müddətində xaricdən idxal ediləcək. İdxal olunacaq ölkə isə səhv etmirəmsə, Rumıniyadır". Benzinin keyfiyyətində problem yoxdur Ölkənin benzin satışı ilə məşğul olan ən iri iki şirkətindən bir hesab edilən "Azpetrol"un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Camal Zeynaloğlu yayılan xəbərləri təkzib edir: "Deyilənlər tam yalandır. Bu vaxta qədər heç bir vətəndaş yanacağın keyfiyyəti ilə bağlı bizə şikayət etməyib. Təklif edilən benzinin qiymətində də problem yoxdur". Xatırladaq ki, artıq bir neçə gündür kütləvi informasiya vasitələrində ölkədə "Aİ-95 premium" adı ilə 93 qəpiyə satılan benzinin tərkibinin aşağı olması ilə bağlı məlumatlar gəzir. Sürücülər yüksək keyfiyyətli benzinin yerinə Aİ-92 və ya Aİ-95 markalı benzinin satıldığını iddia edirlər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın istehsal etdiyi Aİ-95 markalı benzinin satış qiyməti 80 qəpik idi. İdxal olunan "Premium Euro-95" markalı benzin isə 93 qəpiyə satılır. Aİ-92 benzin isə hazırda 70 qəpiyə təklif edilir.
2014-04-16
14,768
Putin Ukrayna hökumətini məsuliyyətsiz adlandırdı
Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranının genişlənməsində bu ölkənin rəhbərlərini günahlandırıb. "Axar.az" xəbər verir ki, Putin Almaniya Baş naziri Angela Merkel və İsrail Baş naziri Binyamin Netanyahu ilə telefon danışığında Kiyev hökumətini məsuliyyətsiz adlandırıb. Rusiya lideri telefon danışığında 17 apreldə Rusiya, ABŞ, AB və Ukraynanın iştirakı ilə Cenevrədə keçirilməsi planlaşdırılan görüşü müzakirə edib. Putin Ukrayna böhranının qarşısının alınmamasının bu ölkədə vətəndaş müharibəsinə gətirib çıxardığını qeyd edib. Xatırladaq ki, Ukraynanın şərq və cənub bölgələrində hökumət binalarını ələ keçirən Rusiya tərəfdarlarına qarşı başladılan hərbi əməliyyat nəticəsində Kramatorsk aerodromu ələ keçirilmiş və 11 Rusiya tərəfdarı öldürülmüşdü.
2014-04-16
14,769
Çempionumuzun rəqibi müəyyənləşdi
Cəbəllütariqi UEFA Çempionlar Liqasında təmsil edəcək komanda müəyyənləşib. "Axar.az" xəbər verir ki, ölkənin ilk çempionu adını "Linkoln Red İmps" komandası qazanıb və növbəti mövsümdə komanda ÇL-də ölkəsinin şərəfini qoruyacaq. Xatırladaq ki, Cəbəllütariq çempionu Estoniyanın "Levadiya", Uelsin "Nyu-Seynts", Farer adalarının "Torshavn" komandaları, həmçinin, Şimali İrlandiya, Andorra, San-Marino və Ermənistan çempionları ilə birgə ÇL-in birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Azərbaycan çempionu isə ÇL-ə ikinci təsnifat mərhələsindən başlayacaq. Hazırda Azərbyacan çempionatının lideri "Qarabağ"dır.
2014-04-16
14,770
Ekologiya nazirliyi: “Ağacları gecə kəsirlər...”
"İl ərzində 1200 ağacın kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 milyon yarımdan çox cərimə tətbiq edib". Bu sözləri "Axar.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi. Onun sözlərinə görə, tətbiq edilən cərimələrdən cəmi 25 minə qədəri ödənilib: "Digərləri ilə bağlı isə nazirlik məhkəməyə müraciət edib. Nazirlik cərimələnən şəxsdən məcburi şəkildə cəriməni ala bilməz. Bunu hüquqi qaydada həll edirik. Əgər ağacları gecə vaxtı gizli şəkildə kəsiblərsə və bunu kimlərin etdiyi məlum deyilsə, bu barədə polisi məlumatlandırırıq. Faktı onlar araşdırır". İ.İbrahimova qeyd edir ki, nazirlik ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqətdə saxlayır: "Son vaxtlar, xüsusilə gecə vaxtlarında ağacların qanunsuz olaraq kəsilməsi barədə gələn məlumatların sayı həddindən artıq çoxdur. Nazirlik də bunun şahididir. Bu səbəbdən nazirlik ağac terroruna qarşı mübarizəni daha da aktivləşdirib". Nazirlik sözçüsü deyir ki, bir ərazidə ağacların qanunsuz şəkildə kəsilməsi faktı müəyyən edildiyi zaman, nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq protokol tərtib olunur və cərimə qərarı qəbul edilir: "Tətbiq edilən cərimənin bir çox hallarda ödənilməməsi işimizdə çətinlik yaradır. Nazirliyin işi icazə olmadan ağacları məhv edənləri müəyyən edib, onlara cərimə tətbiq etməkdir. Ancaq cərimələrnən şəxs cəriməsini ödəmirsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəxsə fiziki güc tətbiq edə bilməz. Belə olduğu halda məsələ hüquqi çərçivədə həll edilir. Cərimələnən şəxs cəriməsini ödəməkdən boyun qaçırdığı halda nazirlik bununla əlaqədar məhkəməyə müraciət edir". Mətbuat xidmətinin rəhbəri vətəndaşları da bu məsələdə diqqətli olmağa və ağacların qanunsuz kəsilməsi ilə bağlı nazirliyi məlumatlandırmalarını məsləhət gördü: "Nazirliyin "Qaynar xətt" xidməti 24 saat ərzində fəaliyyət göstərir. Jurnalistlərdən və vətəndaşlardan rica edirik ki, belə hallarla qarşılaşdıqları vaxt nazirliyə məlumat versinlər. Yaşıllıqları təkcə nazirlik deyil, vətəndaşlara da qorumalıdır. Nazirlik demək olar ki, mətbuatla birgə işləyir bu sahədə. Ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı xəbər olan zaman aidiyyəti qurumları məlumatlandırırıq. Yer məlumdursa, elə həmin gün əməkdaşlarımız ora yollanır". Qeyd edək ki, dünən saytımızda Suraxanı rayonu Qaraçuxur qəsəbəsində prezidentin qərarına hörmətsizlik edilərək, ağacların kəsilməsi ilə bağlı fotofaktı yayımlamışdıq. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ciddi araşdırmalara başlayıb. Nazirlik faktla əlaqədar Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşlarını məlumatlandırıb. Fakt araşdırıldıqdan sonra nazirlik nəticələrlə bizi də məlumatlandıracaq.
2014-04-16
14,771
"Qardian": "Putin dünyanın ən təhlükəli adamıdır”
Rusiyanın Ukraynaya qarşı hərəkətləri soyuq müharibənin bitməsindən sonra bütün dünyada sülhə ən ciddi təhlükəlidir". Məlumata görə, bunu "The Quardian"ın analitiki Conatan Cons yazıb: "Məsələ çox ciddidir və dünya buna daha böyük diqqət ayırmalıdır. Ola bilsin, mənimlə kimsə razılaşmasın, ancaq bu dəqiqə Vladimir Putin dünyada ən təhlükəli adamdır... Əgər mən haqlıyamsa, o zaman Lenin sayağı sual da verilməlidir: nə etməli?" Müəllif sualı özü də cavablandırır. Onun qənaətincə, iqtisadi izolyasiyadan daha çox, Rusiyanın mədəni təcridi yaxşı effekt yaradardı ("Musavat.com").
2014-04-16
14,772
Türkiyədə miqrantları daşıyan gəmi batdı
Türkiyədə, Egey dənizi sahillərində Suriyadan olan qanunsuz miqrantları daşıyan gəmi batıb. Bu barədə "Milliyyət" qəzeti xəbər verir. İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər həlak olub ( Trend ).
2014-04-16
14,773
Sabir Rüstəmxanlı məktəblərə sevgidən danışdı - Video
Xəbər verdiyimiz kimi, Yazıçılar Birliyinin təşkilatçılığı ilə Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının Bakı şəhəri 20 saylı məktəbdə müəllim və şagirdlərlə görüşü keçirilib. "Axar.az" həmin görüşdən hazırladığı qısa video çarxı təqdim edir.
2014-04-16
14,774
Ukrayna Müdafiə naziri şərqə yollandı
Ukrayna Müdafiə naziri Mixail Koval baş verən prosesləri öyrənmək üçün ölkənin şərq regionlarına səfər edib. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini Vitali yarema Ali Radanın qapalı toplantısından sonra jurnalistlərə açıqlamasında deyib. "Hazırda Müdafiə naziri hadisə yerinə gedib və orada baş verənlərlə bağlı məruzə edəcək", - deyə Yarema bildirib.
2014-04-16
14,775
“Mənə "çıx, get bu ölkədən" demək istəyirlər”
Müsbət Dəyişikliklər Hərəkatının təsisçisi Bəxtiyar Hacıyev "Axar.az"ın suallarını cavablandırıb. Gənc fəal barəsində açılmış cinayət işindən və aktrisa Mətanət Əhmədova ilə olan pul qalmaqalından danışdı. - Bəxtiyar bəy, Nurəddin Eres adlı Türkiyə vətəndaşının şikayəti əsasında sizə cinayət işi açılıb. Niyə birinci siz polisə müraciət etməmisiniz? - Daxili İşlər Nazirliyinin rəsmi səhifəsi vasitəsi ilə rəhbərliyə Nurəddin Eresin dələduzluq addımları ilə bağlı müraciətlər etmişəm. Bu ilin fevral, mart, aprel aylarında da dəfələrlə 102 xidmətinə, Səbayel Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciətlərim olub. Hər dəfə ondan sadə bir izahat alınıb. Eres qeyd edib ki, cəmi bir neçə gün sonra borcları qaytaracaq. Amma sonradan yenidən vətəndaşlardan gizlənib. - Demək olar ki, hamı bu problemdən sizin polisə çağırılmağınızdan sonra xəbər tutdu. Problemi niyə əvvəlcədən ictimailəşdirmədiniz? - Məsələni müxtəlif orqanlara müraciət edərək həll etmək istəyirdim. Deyirdim ki, Eresin yeri müəyyənləşdirilsin, pulu qısa zamanda geri qaytarsın. Çünki bu pul Eres barədə müsbət tövsiyəm ilə başqa bir dostum tərəfindən verilmişdi. Ona ən qısa zamanda qaytarılmalı idi. Sonradan onun ailəsi, yaxınları vasitəsi ilə Nürəddinlə danışmaq istədim. Mən istəmirdim ki, məsələ ictimailəşsin. İstəmirdim hamı onun və ona dəstək verən xanımı Mətanət Əhmədovanın dələduzluğundan xəbərdar olsun. Düşünürdüm ki, insanlar öz törətdikləri əməllərdən peşman olarlar, üzr istəyərlər. Təsəvvür edə bilməzdim ki, bu işlərin arxasında dayanan aktrisa Mətanət Əhmədova bütün abır-həya limitlərini keçib, öz əməllərindən diqqəti yayındırmaq üçün məndən polisə şikayət edəcək. Sonradan mənə məlum oldu ki, bu cütlük 20-dən çox Azərbaycan vətəndaşına qarşı eyni "əməliyyat" vasitəsi ilə təzyiq ediblər. Onlardan borc adı ilə pul alıblar, sonra gizləniblər. Onları təxribata çəkiblər və sonradan borc aldıqları adamlarla bağlı müxtəlif qurumlara şikayət etməklə hədələyiblər. Bəzi insanlar onlara verdikləri pulları almaqdan imtina edib və geri çəkiliblər, bəzilərini isə şərləməyə müvəffəq olublar. Mənə bildirilib ki, Mətanət Əhmədovanın qurbanlarından biri Aslan adında öz doğma əmisi oğludur. Mətanət Əhmədova ictimaiyyətə vətənpərvərlik dərsi keçəndə şəhid əmisindən istifadə etməyə çalışırdı. Amma əmisi oğluna qarşı da dələduzluq ediblər. - Sizə cinayət işinin açılmasında başqa bir səbəb görmürsünüz ki? - Düşünmürəm ki, cinayət işinin açılması ictimai-siyasi fəaliyyətimlə bağlıdır. Amma ictimai fəaliyyətim bu məsələdən bəzi şəxslərin və onlara yaxın mətbuatın sui-istifadə etməsinə fürsət verib. Həmin rəsmi şəxslər müxtəlif səbəblərə görə mənə qarşı olan incikliklərini bu məsələdən istifadə edərək göstərməyə çalışırlar. Mən isə buna təbəssümlə yanaşıram. Çünki dövlətin əhəmiyyətli vəzifələrində oturmuş şəxslərin belə yollarla öz əhəmiyyətlərini mənə göstərmək istəməkləri çox da ciddi görünmür. Eyni zamanda, bu məsələ hüquq-mühafizə orqanlarında və qanunlarımızda səhv yanaşmaları da ictimailəşdirdi. Birincisi, hüquq-mühafizə orqanlarımızda əcnəbi vətəndaşların Azərbaycan vətəndaşlarına qarşı törətdikləri əməllərə bir biganəlik, ehtiyatlılıq var. Hansı quruma müraciət etsək, kiminsə Türkiyə vətəndaşı olması əsas gətirilərək, onunla həddindən artıq ehtiyatlı, Azərbaycan vətəndaşları ilə isə sərt davranılır. İkincisi, uzun illərdir ki, dələduzlar müxtəlif insanların etibarından istifadə edərək onlara məxsus vəsaitləri mənimsəyirlər. Sonradan dələduzların qurbanları olmuş insanlar ya bu pulları itirdikləri ilə barışırlar, ya da məhkəmə hökmü ilə uzun illər ərzində qaytarırlar. Təsəvvür edin ki, Mətanət Əhmədova və Nürəddin Eres bir Azərbaycan vətəndaşından 20 min manat alır. Məhkəmə isə hökm çıxarır ki, Mətanət Əhmədova və əri həmin vətəndaşa ayda 100 manat ödəməklə, borcunu qaytarsın. Yəni 200 aya, 16 ilə borc geri qaytarılır. Bunu bilən dələduzlar isə müxtəlif insanlardan borc adı ilə pul alırlar. Sonradan öz adlarına mülk olmadığını, işləmədiklərini əsas gətirərək, pulu qaytarmağa imkanları olmadığını deyirlər. Üçüncüsü, hüquq-mühafizə orqanlarının vahid elektron məlumat bazasının olmaması ilə bağlı problemdir. Məsələn, eyni şəxsin eyni əməli ilə bağlı 10 vətəndaş müxtəlif rayonlarda yerləşən polis şöbələrinə müraciətlər edir. Bütün şöbələrdə müraciətlər kağız vərəqlər üzərində yazılmış ərizələr və izahatların olduğu qovluqlarda saxlanılır. Heç kim yoxlaya bilmir ki, həmin vətəndaş kimlərə qarşı nə vaxt eyni əməlləri törədiblər. Vətəndaşların şikayətlərinin araşdırılmasını asanlaşdırmaq üçün hüquq-mühafizə orqanları və onlara nəzarət edən şəxslər siyasətə ayırdıqları vaxt qədər məlumat bazalarının elektronlaşmasına da vaxt ayırsalar, daha səmərəli olar. - Feysbuk səhifənizdəki statusda şərh kimi aktrisa Mətanət Əhmədovaya yazdığınız özəl mesajların "skrinşot"larını da yayımlamısınız. Çoxları bunun sizin əleyhinizə istifadə ediləcəyi fikrindədir. Sizcə bu nə dərəcədə həqiqətə uyğundur? - Həmin mesajları Mətanət Əhmədova da çap edərək, istintaqa təhvil verib. Mən həmin mesajları ona görə yaydım ki, insanlar o mesajlarda Mətanət Əhmədovanın təqdim etdiyi kimi hədə-qorxu, təhqir olmadığını görsünlər. İctimaiyyət bilsin ki, mən kifayət qədər yumşaq ifadələrlə Mətanət Əhmədovanı və həyat yoldaşını vətəndaşlara qarşı dələduzluq etməklərini dayandırmağa, insanlara olan borclarını qaytarmaq haqda düşünməyə çağırmışam. - Aktrisa Mətanət Əhmədova bildirib ki, siz və dostlarınız Nurəddin Eresi döymüsünüz. Bu kimi bir çox iddialar irəli sürüb. Dediklərinin həqiqət olduğunu israrla bildirir. Bu haqda nə deyə bilərsiniz? - Yəqin ki, qısa zamanda hüquq-mühafizə orqanları bu məsələyə öz rəyini bildirəcək. Ona qədər isə sadəcə onu deyə bilərəm ki, Azərbaycanda bəzi insanların abırsızlıq və həyasızlıq limitinin olmadığını gördüm. - Müraciətinizin müsbət nəticələnməyəcəyi təqdirdə hansı addımlar atmaq niyyətindəsiniz? - Mən müraciətimin obyektiv araşdırılacağına və müsbət nəticə verəcəyinə əminəm. Müsbət nəticə verməsə, deməli, kimlərsə "çıx, get bu ölkədən" demək istəyir.
2014-04-16
14,776
Azərbaycanla bağlı qətnamə qəbul olundu
ABŞ-ın Oklahoma ştatının Senatı tərəfindən ABŞ-Azərbaycan strateji tərəfdaşlığına və "Ştat Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma Milli Qvardiyasının Azərbaycanla əməkdaşlıq əlaqələrinin 11-ci ildönümünə həsr olunmuş qətnamə qəbul edilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, qətnamə Senat sessiyası zamanı Oklahoma Milli Qvardiyasının rəhbər heyəti və Azərbaycanın Vaşinqtondakı səfirliyinin nümayəndə heyətinin iştirakı ilə oxunduqdan sonra səsverməyə çıxarılmadan yekdilliklə təsdiqlənib. Senator Tom İvester (Tom Ivester) tərəfindən irəli sürülmüş qətnaməyə senatorların hamısının həmmüəllif qismində qoşulması nadir bir hal olmaqla yanaşı, Oklahoma Senatının Azərbaycanla tərəfdaşlıq münasibətlərinə verdiyi önəmin mühüm göstəricisidir. Qətnamədə Azərbaycanın zəngin dövlətçilik və multikulturalizm ənənələrinə vurğu salınaraq Azərbaycanın müsəlman şərqinin ilk parlamentli respublikası olması və müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun Azərbaycanda verilməsi, habelə ölkədə müxtəlif etnik və konfessiyalara mənsub insanların əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşadığı qeyd olunur. Sənəddə Azərbaycanın ABŞ və NATO-nun etibarlı tərəfdaşı olması, İraq və Balkanlarda olduğu kimi, Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfə verməsi, Əfqanıstana gedən yüklərin 40%-nin Azərbaycanın ərazisindən daşındığı bildirilir. Sonda qətnamədə Oklahoma qanunverici orqanının "Ştat Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin uğurlu əməkdaşlığının 11-ci ildönümünün qeyd edilməsi, habelə ABŞ-Azərbaycan strateji tərəfdaşlığının dəstəklənməsi və bu tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticari, mədəni, hərbi və təhlükəsizlik sahələrində daha da gücləndirilməsinə dair ABŞ hökumətinə müraciəti əks olunub. Qətnamə qəbul edildikdən sonra onun surəti Azərbaycan nümayəndə heyətinə təqdim edilib. Qətnamə təqdim edildikdən sonra Oklahoma Milli Qvardiyasının Hava Qüvvələrinin komandanı, general-mayor Qriqori Fergüson (Gregory Ferguson) çıxış edib. Qətnaməyə dəstək ifadə etdiklərinə görə senatorlara minnətdarlığını ifadə edən general Fergüson Azərbaycanın regionda ABŞ-ın əsas strateji tərəfdaşı olduğunu və "Ştat Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında on ildən çox bir dövr ərzində faydalı tərəfdaşlıq münasibətlərinin formalaşdırıldığını söyləyib. Daha sonra səfir Elin Süleymanov Senatda çıxış üçün dəvət edilib. Səfir öz növbəsində qanunverici orqan mənsublarına öz dərin təşəkkürünü bildirərək bu sənədin ştatla Azərbaycan arasında münasibətlərin gələcəkdə inkişaf etdirilməsi üçün möhkəm zəmin olacağına əminliyini vurğulayıb.
2014-04-16
14,777
QRU-nun 23 zabiti Ukraynada həbs olundu
Ukrayna hüquq-mühafizə orqanları Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) 23 zabitini ələ keçiriblər. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Valentin Nalivayçenko bildirib. Onun sözlərinə görə, rusların Ukraynadakı agentura şəbəkəsi 2-3 il bundan qabaq qurulub: "Gün ərzində 600-dən çox telefon danışığı tutulur".
2014-04-16
14,778
Uşaq yazarı uşaqlarla görüşdü - Foto
Yazıçılar Birliyinin Müəllif Hüquqları Bürosunun dəstəyi ilə gənc yazar Əfgsanə Laçının Bakının 13 saylı məktəbində şagirdlərlə görüşü keçirilib. "Axar.az" xəbər verir ki, uşaq yazarı Əfsanə Laçınla görüşü təşkil olundu. Yazar yaradcılıq nümunələrindən "Ayılar", "Ağ dovşanlar" "İlkin üçün", "Anamın ad günü" şeirlərini, "Uzun adamın nağılı" "Balaca qaya", "Tikanlı kol" hekayələrini səsləndirib. Daha sonra isə uşaqlarla birlikdə səslənən nağılları müzakirə edilib.
2014-04-16
14,779
Messi kamera qarşısında biabır oldu - Video
Bu gün İspaniya Kral Kubokunun finalında "Real"la qarşılaşacaq "Barselona"nın ulduzu Messinin son məşqdəki görüntüsü müzakirələrə səbəb olub. "Axar.az" xəbər verir ki, argentinalı forvardın yuxusuz olması və burun qurdalaması diqqətdən yayınmayıb. Sosial şəbəkələrdə görüntünü izləyən azarkeşlər ulduz futbolçunun biabır olduğunu və gülünc hərəkət etdiyini yazıblar.
2014-04-16
14,780
Ərdoğanın siyahısı ilə Azərbaycanda həbslər başladı
Türkiyə mediası məhz baş nazir Ərdoğanın Bakıda prezident İlham Əliyevlə görüşündən sonra Azərbaycanda "nurçu"ların həbsinə start verildiyinə dair məlumat yayıb. Məlumata görə, "haber.rotahaber" saytı "Ərdoğanın siyahısı ilə Azərbaycanda həbslər başladı" başlığı ilə yazı təqdim edib. Yazıda bildirilir ki, baş nazirin Əliyevə təqdim etdiyi siyahıdan sonra bu ölkədə polislər nurçulara qarşı əməliyyatlara başlayıblar. Məlumatda xatırladılır ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də Eldəniz Hacıyevin evində "Nurçuluq" dini təriqətinin "sunqurçular" cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib və həmin şəxslər saxlanılıb. Bundan başqa, Göyçayda nurçulara qarşı həyata keçirilən əməliyyat barədə yazılıb və Azərbaycanda "Fırıncı abi" ləqəbi ilə tanınan Gülec Mehmet Nuri və saxlanılan digər Türkiyə vətəndaşları - Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçinin adı çəkilib. Daha sonra yerli media qeyd edir ki, saxlanılan Mustafa Sunqur Ağabəy camaatına aid olan şəxslərin böyük əksəriyyəti böyük ehtimalla yenə də Türkiyədən nur "xidmətlərini" həyata keçirmək üçün Azərbaycana gedən nurçulardır ("Qafqazinfo").
2014-04-16
14,781
“Gəlin Kəlbəcəri, Laçını satışa çıxaraq”
Ermənilərin işğal etdikləri Dağlıq Qarabağ və ətraf ərazilərdə əhalinin kütləvi surətdə yerləşdirilməsi planları Azərbaycanı adekvat addımlar atmağa məcbur edir. Artıq ermənilər özününküləşdirmə planlarını gizlətməyərək bu haqda bəyanatlar da səsləndiriblər. Dağlıq Qarabağ rejiminin "baş naziri" kimi təqdim edilən Ara Araturyan mediaya açıqlamasında Laçın və Kəlbəcər rayonlarına erməni ailələrinin köçürülməsi planlarından danışıb. Bunun üçün 12 milyon dollar vəsait tələb olunduğunu bildirib. "Axar.az"a açıqlamasında Ərciyəz Universiteti Ermənişünaslıq bölümünün rəhbəri Qafar Çaxmaqlı ermənilərin Laçın və Kəlbəcər rayonlarının ərazicə Ermənistanla bütövləşdirilməsinə çalışdıqlarını bidirib: "Ermənilərin Laçın və Kəlbəcərlə bağlı xüsusi planları var. Və onlar bu bölgələri sülh danışıqları ilə də Azərbaycana vermək fikirləri yoxdur. Laçın və Kəlbəcər Dağlıq Qarabağ və Ermənistanla ərazi cəhətdən bütövləşdirir. Belə bir fikir olmasaydı "ac Ermənistan" Vardenisdən Kəlbəcərə milyonlar töküb yol çəkməzdi". Məskunlaşmanın bu siyasətin davamı olduğunu deyən Q.Çaxmaqlı həmin planın gerçəkləşməsində Suriyadakı gərginlikdən məharətlə yararlandıqlarını qeyd edib: "Ermənilərin imkanı olsa, Ermənistanı boşaldıb buraya yerləşdirərlər. Ancaq əhalisi az olduğundan istəyi baş tutmur. Suriyada baş verən məlum olaylar başlayarkən Ermənistan Parlamentində oradan gələn ermənilərin işgal altındakı Azərbaycan torpaqlarında yerləşdirilməsini yaxşı bir fürsət olaraq dəyərləndirənlər oldu. Amma ona qarşı gedənlər də olmuşdu. Özəlliklə milliyətçi kəsim deyirdi ki, Suriyada erməni diasporunu itirmək olmaz. Ermənistanın siyasəti bu oldu ki, gələnləri yerləşdirsinlər". Qeyd edək ki, Suriyadan Ermənistana geri gələnlərə məqsədli şəkildə bu ölkədə yaşamaları üçün yaxşı şərait yaradılmadı. Səbəb onların Qarabağda məskunlaşmasına nail olmaq idi. Ermənilərin açıqladığı rəqəmlərə toxunan Q.Çaxmaqlı Qarabağda minlərcə erməni ailəsinin yerləşdirilməsi iddiasının yalan olduğunu vurğulayır: "Onların bir çoxu müvəqqəti qalırlar. Qarabağ "rəhbərləri" müxtəlif üsullarla buraya adam gətirib yerləşdirmək istəyirlər. Kəlbəcərlə bağlı perspektiv yox, gündəlik həyata keçirilən plan var. Şəhərin aşağı hissəsində hər çür şərait yaradılıb. Yaşayanlar var. Məktəb, bağça var, digər sosial yaşantılar üçün imkanlar yaradılıb". Xatırladaq ki, A. Aratunyan Laçın və Kəlbəcər rayonlarında erməni ailələrinin köçürülməsinə tələb olunan vəsaiti toplamaq üçün lotereya oyunu keçirəcəklərini deyib. Bu məsələyə toxunan Q.Çaxmaqlı öz torpaqlarımızı hərraca çıxararaq almağı təklif edib: "Lotereya məsələsinə gəlincə Ermənilər buraya vəsait cəlb etmək üçün min oyundan çıxırlar. Amma məskunlaşma ilə bağlı "DQR"ın qərarı var və ona pul da ayrılıb. Tikinti işləri də gedir. Hər gün "bu işlər qanunsuzdur" deyərək kimlərisə qınamaqla erməni məskunlaşmasının qarşısını ala bilməyəcəyik. Onlar lotereya ilə pul toplamaq istəyirlər. Biz də gəlin Kəlbəcəri, Laçını satışa çıxaraq. Pulunu nəyə xərcləməsini bilməyən milyonçularımız qoy Kəlbəcəri, Laçını, Şuşanı... alsın. Bu təşəbbüs də qoy məndən olsun!"
2014-04-16
14,782
“2050-ci ildə Rusiyanı miqrantlar idarə edəcək”
"2050-ci ildə Rusiyanın yarısı miqrantlardan ibarət olacaq". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Rusiya Strateji Araşdırmalar Mərkəzinin direktoru İqor Beloborodov çıxış edib. O, Rusiya ərazisinə miqrasiya axınının 30 milyon nəfərə yaxınlaşdığını deyib: "Rusiya ərazisinə miqrasiya axını 30 milyon nəfərə yaxınlaşır. Onun təxminən 16-18 milyonunu qeyri-leqal miqrantlar təşkil edir. Əgər bir ölkədə ümumi əhalinin 7%-dən çoxunu miqrantlar təşkil edirsə, bu zaman etnik qarşıdurmalar başlaya bilər. Ən pis vəziyyət isə Sibir və Uzaq Şərqdədir. Bura Çindən axın edənlərin sayı həddindən artıq çoxdur".
2014-04-16
14,783
Ukrayna qoşunu Kramatorska necə girə bilib? - Troya atı
Ukrayna qoşunları hərbi hiyləgərliyə əl atıb. "Axar.az" xəbər verir ki, Ukrayna qoşunları Kramatorska maneəsiz daxil olmaq üçün BTR-in üzərinə rus bayrağını sancıblar. Bunu Batkivşina fraksiyasının lideri Sergey Sobolov bu gün Ali Radada çıxışı zamanı söyləyib.
2014-04-16
14,784
Elmar Məmmədyarov: "Dünya mövqeyimizi dəstəkləyir"
Tәmas xәttindә gәrginlik yaranması hәmişә müzakirә olunur. Bu mәsәlәlәr hәr dәfә ilk növbәdә qaldırılır". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azәrbaycanın mövqeyi birmәnalıdır: "Dünya münaqişәnin Azərbaycanın әrazi bütövlüyü çәrçivәsindә hәll olunması ilә bağlı rəsmi Bakının mövqeyini dәstәklәyir. Biz Dağlıq Qarabağa әn yüksәk muxtariyyәt statusunun verilmәsinin tәrәfdarıyıq. Gәrәk siyasi-diplomatik baxımından tәşәbbüs göstәrәk ki, bu mәsәlә yerindәn tәrpәnsin. İnanıram ki, bu yaxınlarda müəyyən irəliləyiş olacaq".
2014-04-16
14,785
“Unibank”dan müştərilər üçün yenilik
İndi "Unibank"dan götürülən hər 1000 manat kreditə görə, aylıq ödəniş faiz və əsas borc daxil olmaqla cəmi 31 manatdan başlayır. Bankdan "Axar.az"a verilən məlumata görə, artıq bankdan daha yüksək məbləğdə və daha sərfəli şərtlərlə kreditlər götürə bilərsiniz. Bank müştəriləri üçün kreditin maksimal məbləğini 7.500 AZN-dən 10.000 AZN-ə qaldırdı. Üstəlik, "Unibank"dan kredit götürən müştərilərə 6%-dək endirim kampaniyası da davam edir. Bank filiallarına müraciət edən müştərilər cəmi 20 dəqiqə ərzində kredit ala bilirlər. Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə, "Unibank"dan 10.000 AZN-dək və 48 ay müddətədək kredit götürə bilər. "Unibank" hazırda 35 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud feysbuk səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
2014-04-16
14,786
Ağdamın icra başçısı işdən çıxarıldı - Sərəncam
Ağdam rayon icra başçısı Nizami Sadıqovun işdən çıxarılması ilə bağlı məlumat almışıq. Məlumatı "Axar.az"a Ağdam rayonundan olan oxucularımız verib. Bildirilir ki, bu haqda Prezident sərəncamı günün sonunda elan olunacaq. Ağdam rayon icra başçısı vəzifəsinə yeni təyinatın aparıldığı da bildirilir. Qeyd edək ki, mətbuatda Nizami Sadıqovun qumarda 50 min manat pul uduzması ilə bağlı məlumatlar yayılmışdı. 1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olan Nizami Sadıqov 1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb. 1990-cı ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləmişdir.1992-2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2014-04-16
14,787
Nizami Sadıqovun yerinə təyinat aparıldı - Sərəncam
Ağdam Rayon İcra hakimiyyəti başçısı Nizami Sadıqovun yerinə təyinat aparılıb. "Axar.az"ın məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayon şöbəsinin rəisi Raqub Məmmədov Ağdam rayon icra başçısı təyin edilib. Xatırladaq ki, Ağdam rayon icra başçısı Nizami Sadıqovun az öncə vəzifədən çıxarılması barədə Prezident sərəncamı imzalandığı xəbərini yaymışdıq.
2014-04-16
14,789
Kral ailəsinin Avstraliya səfəri – Foto
Bu gün Şahzadə Uilyam, Keyt Middlton və şahzadə Corcun Avstraliyaya rəsmi səfəri başlayıb. Sidney şəhərində Kembric hersoqlarını ölkənin rəsmi şəxsləri qarşılayıblar. Ketrin Middltonun sarı rəng Roksanda Ilincic libası və İngiltərənin LK Bennett brendinin bej ayaqqabıları diqqətdən qaçmayıb. Avstraliyada kral ailəsi rəsmi ziyafətlərdə və müxtəlif xeyriyyə tədbirlərində iştirak edəcək. Səfər çərçivəsində Uilyamla Keytin Avstaliyanın Mavi dağlarında yaşayan yerli əhaliylə görüşü, habelə Alis-Sprinqs şəhərinə gəzintisi planlaşdırılır (buro247).
2014-04-16
14,790
Bakıda gecə klubunda qanlı qətl - Video
Uşaqlara, əsəbi və psixikası zəif olanlara videoçarxa baxmaq məsləhət deyil. Bakıda gecə klubunda qan tökən gənclərin məhkəməsi başlanıb. "Axar.az" "1news.az"a istinadən bildirir ki, Ağır Cinayətlər üzrə Bakı məhkəməsində, paytaxt sakinləri Ənvər Həsənov, Sücai Qulam və Füzuli rayon sakini Pərviz Ağayevin məhkəməsi başlanıb. Onlar Azərbaycan CM 120.1 ("Bir qrup şəxs tərəfindən törədilmiş qətl"), 120.2.2. ("Xuliqanlıq məqsədi ilə törədilmiş qətl"), 221,2.1 ("Qrup şəklində xuliqanlıq") və 228.4 ("soyuq silahın qeyri-qanuni yolla əldə edilməsi, idxalı və daşınması") maddələri ilə mühakimə edilirlər. 1news.az-a məhkəmədən verilən məlumata görə, istintaq materiallarından bəlli olub ki, 18 oktyabr 2013-cü il tarixində Naxçıvani küçəsi ev 13C ünvanında yerləşən "Magic club" gecə klubunda müştərilərdən biri paytaxt sakini 1989-cu il təvəllüdlü Səttar Məmmədzadəyə çoxlu sayda bıçaq zərbələri vurub. Ətrafda olanlar əl altında olan ilk avtomobillə zərərçəkəni Kliniki Tibb mərkəzinə gətiriblər. Amma həkimlərin səyinə baxmayaraq S.Məmmədzadəni xilas etmək mümkün olmayıb – o, qan itirmə nəticəsində vəfat edib. Ertəsi gün Binəqədi rayon Polis İdarəsi qətldə şübhəli bilinən Ənvər Həsənovu, eləcə də onunla əlbir olan Sücai Qulam və Pərviz Ağayevi həbs ediblər. İstintaq zamanı aydın olub ki, qətl gecəsi Ə.Həsənov (1993 il təvəllüdlü) S.Məmmədzadəni təhqir edib, bundan sonra onlar münasibətlərini aydınlaşdırmaq üçün klubdan çıxıblar. Çıxışda Ənvər Həsənov gözlənilmədən Səttar Məmmədzadənin üstünə atılıb, və sinəsinə zərbələr endirməyə başlayıb. Bu dəhşətli hadisəni klubun nəzarət kameraları qeyd edib. Qeyd edək ki, S.Məmmədzadə Londonda təhsil alıb və Bakıda xarici şirkətlərin birində çalışırdı. İstintaq davam edir.
2014-04-16
14,791
Gülər Əhmədova: "Buraxın, gedim evimə"
Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın bü gün məhkəməsi keçirilib. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edib. O, Elşad Abdullayevin yaydığı videolara rəy verən ekspertlərin və cinayət işinin istintaqını aparan müstəntiq Emzar Quliyevin məhkəmədə şahid qismində dindirilməsini istəyib. Vəkil, Sevinc Babayevanın G.Əhmədovaya göndərdiyi 2, Tavat Şirvanovaya göndərdiyi 5 mesajın tədqiq edilməsini istəyib. Vəkil həmçinin, Sevinc Babayevanın hüquq müdafiəçilərindən birinin ofisində çəkdiyi "Seva danış" videosunun tədqiq edilməsi, həmin videoda danışan şəxslərin əlavə şahid qismində dindirilməsi, Gülər Əhmədovanın yenidən dindirilməsi, Elşad Abdullayevin dindirilməsi barədə vəsatətlər verib. O, eləcə də Sevinc Babayevanın Bakı Şəhər Prokurorluğuna göndərdiyi müraciətin də məhkəmədə tədqiq olunmasını istəyib. Vəkil əlavə edib ki, S.Babayevanın verdiyi ifadə məhkəmədə elan olunsun. Məhkəmədə çıxış edən Gülər Əhmədova deyib ki, Elşad Abdullayevin dindirilməsi vacibdir, o, Fransada oturub yalan danışır: "Onu Azərbaycana gətirib, dilindən yalan danışmaması barədə iltizam alınaraq, ifadə verməsinə şərait yaradılmalıdır. Çünki bu adam şər-böhtan atmaqla məşğuldur. Bu adam Fransada oturub Feysbukda məhkəmə qurub, hətta Feysbuku da özünə "türmə" hesab edir. Heç bir dövlətdə belə şey yoxdur. O, bu hərəkətləri ilə Azərbaycan dövlətini lağa qoymaqla məşğuldur. Elşad Abdullayev 1 il 6 aydır yalan danışır. Bu yalanları da təkrar-təkrar internetdə yaymaqla insanları özünə inandırmağa çalışır. Bu adam doğru danışmır, mənim ona çoxlu suallarım var. Burada məhkəmə çəkişmə prinsipi pozulub, əgər zərərçəkmiş varsa, o da dindirilməlidir. Mən çıxılmaz vəziyyətdə qalmışam. Suallarıma hakim, prokuror cavab verə bilməz. Ona görə də çəkişmə prinsipində suallarımı ünvanlanmağa şəxs tapa bilmirəm. Elşad Abdullayev İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməyib. Məndə İnterpolda axtarışda olan şəxslərin siyahısı var. Həmin siyahıda 160 azərbaycanlı var, onların arasında Elşad Abdullayev yoxdur. Elşad Abdullayevin barəsində MDB ölkələrində axtarış verilib. Elşad Abdullayevi Qazaxıstanda, Tacikistanda axtarmağa ehtiyac yoxdur. Onun yeri, ünvanı, harada yaşadığı bəllidir". Gülər Əhmədova deyib ki, həbsdə olduğu müddətdə onu aldadıblar: "Deyirdilər ki, Elşad Abdullayevi gətirəcəklər. Amma bu müddətdə vədlərinə əməl etməyiblər. Körpə uşağım var, nə vaxta kimi məni həbsdə saxlayacaqsınız? Elşad Abdullayev 3 ağır maddə ilə ittiham olunub. Həmin maddələrlə ittiham olunan şəxsin kim ölkədən çıxmasına şərait yaradıb? Hamıya bəllidir ki, orqan, silah və narkotik alveri ən təhlükəli cinayət hesab olunur. Ukrayna prokurorluğunun məlumatı əsasında Elşad Abdullayevin orqan alveri ilə məşğul olması ATƏT-in hesabatında yer alıb. Elşad Abdullayevin cinayətləri barədə dövlət başçısına düzgün məlumatlar verilmir. Əgər ona doğru məlumat verilsə, cənab prezident bu məsələlərə biganə qalmaz". S.Babayeva barədə danışan G.Əhmədova vurğulayıb ki, müstəntiqlərin səhlənkarlığı ucbatından istintaq zamanı S.Babayeva dindirilməyib: "Bu işlərdə Sevinc Babayeva tam məlumatlı idi. O, istintaq zamanı dindirilsəydi, bu məsələlərə də aydınlıq gətirərdi. Xahiş edirəm ki, S.Babayevanın Bakı Şəhər Prokurorluğuna göndərdiyi 12 səhifəlik müraciəti cinayət işinə əlavə edilsin". G.Əhmədova Səlcuq Ağlayanın məhkəmədə dindirilməsini istəyib. Sonra prokuror çıxış edib. O, vəsatətlərin təmin olunmamasını istəyib. Hakim bildirib ki, çoxsaylı vəsatətlər var, məhkəmə kollegiyası həmin vəsatətlərlə tanış olmalıdır. Buna görə də məhkəmədə sabah saat 11:00-a kimi fasilə elan olunub ("Teleqraf.com").
2014-04-16
14,792
Sosial şəbəkələr Suriyanın hərbi çağırış məntəqəsinə çevrilib
"Axar.az" xəbər verir ki, London Universitetinin Beynəlxalq radikallaşma mərkəzinin rəhbəri Peter Naumanın araşdırmasına görə, Suriyadakı döyüşlərdə iştirak etmək istəyənlər sosial media ilə oradakı insanlarla əlaqəyə girib bu ölkəyə yollanırlar. Qəzet indiyə qədər Suriyada 10 ingilis əsilli döyüşçünün öldüyünü bildirib. Eyni zamanda o da bildirilir ki, indi Suriyada 11 min gəlmə döyüşçü var. Bunlardan 2 min 800-ə yaxını Qərb ölkələrinin, təkcə 400-ü isə İngiltərə vətəndaşıdır. Xatırladaq ki, Azərbaycan vətəndaşlarının da Suriyada döyüşdüyü haqda məlumatlar var və bu günəcən onlardan bir neçəsinin həyatını itirdiyi haqqında mediada xəbərlər yayılıb.
2014-04-16
14,793
Ermənistanda azərbaycanlı killer tutuldu
Ermənistan Moskvada qazaxıstanlı iş adamını qətlə yetirməkdə təqsirləndirilən azərbaycanlı killeri Rusiyaya təhvil verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə "Baltinfo" informasiya agentliyi məlumat yayıb. İş adamını qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlının 2004-cü ildə Rusiya vətəndaşlığı aldığı bildirilir. Sifarişli qətl törədən azərbaycanlı aprel ayında Rusiya və Ermənistan polisinin birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində yaxalanaraq Rusiya Federasiyasına ekstradisiya olunub. Azərbaycanlı killer 2012-ci ilin aprelində Moskvanın Beqovoy küçəsində sifarişli qətl törədib. Belə ki, 2012-ci il aprelin 19-dan 20-nə keçən gecə Beqovoy küçəsində 7 güllə yarası almış 52 yaşlı qazaxıstanlı iş adamının cəsədi tapılıb. Hadisə yerindən 100 metr aralıda isə qətldə istifadə olunan tapança aşkar olunur. Qazaxıstanlı iş adamının avtoyuycu sahibi olduğu bildirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qatilin Rusiya ərazisindən qaçdığı məlum olub. Azərbaycanlı killerin 27 yaşlı Vladimir şəhər sakini olduğu bildirilib. Hazırda qətli sifariş verənin kimliyinin araşdırılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
2014-04-16
14,794
ABŞ-ın məşhur həbsxanası qapadıldı
ABŞ İraqı işğal etdikdən sonra orda saxlanılan insanlara əsgərlər tərəfindən işgəncə verilməsi ilə gündəmə gələn Əbu Qureyb həbsxanası qapadılıb. "Axar.az" xəbər verir ki, İraqın Ədliyyə naziri Həsən eŞ-Semmeri rəsmi açıqlamasında bu haqda məlumat verib. O, həbsxanaya edilə biləcək basqın və orda saxlanılan məhkumların qaçırılması ilə bağlı ciddi xəbərlərin olduğuna görə, bu tədbirə əl atıldığını vurğulayıb.
2014-04-16
14,795
NATO Rusiyaya qarşı hərbi hazırlıqlara başladı - Video
"NATO üzvlərini şərtlərə uyğun şəkildə gücləndirəcəyik". "Axar.az" xəbər verir ki, bunu Lüksenburqda AB-nin müdafiə nazirlərinin toplantısına qatılan NATO Baş katibi Rasmussen deyib: "Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq Şərqi Avropadakı NATO üzvlərini şərtlərə uyğun şəkildə gücləndirəcəyik". Amma hələ qəti bir söz söyləməyin tez olduğunu bildirən katib yaranmış problemin diplomatik yollarla həll olunacağına ümidini itirmədiyini də dilə gətirib.
2014-04-16
14,796
İqtisad Universitetində iki dekan işdən azad olundu
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) kadr islahatları davam edir. "Axar.az" APA-ya istinadən xəbər verir ki, ADİU-nun mətbuat xidmətindən verilən xəbərə görə, universitetin rektorunun imzaladığı əmrə əsasən, Mikayıl Zeynalov ali təhsil ocağının iqtisadi məsələlər üzrə prorektoru təyin edilib. "Beynəlxalq iqtisadi münasibətlər" və "Ümumi iqtisadiyyat" fakültəsinin dekanları Müzəffər Məmmədov və Kamil Qafarov, eləcə də Magistratura mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər Rövşən Quliyev tutduqları vəzifədən azad edilib. Rektorun digər əmri ilə "Beynəlxalq iqtisadi münasibətlər" fakültəsinin dekan müavini Mənsur Bərxudarov həmin fakültənin, "Türk dünyası işlətmə" fakültəsinin dekan müavini Asiman Quliyev isə "Ümumi iqtisadiyyat" fakültəsinin dekanı təyin olunub. Universitetin İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Nazim Hacıyev isə Magistratura mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər təyin edilib.
2014-04-16
14,797
Elmar Məmmədyarov ATƏT prezidenti ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçlə görüşüb. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub və parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb. E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib və Azərbaycanın münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin tərəfdarı olduğunu qeyd edib. O, həmçinin beynəlxalq təşkilatlar tərəfindən münaqişənin həlli ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən qətnamələrin qəbul olunmasına baxmayaraq, Ermənistan tərəfindən onların icra olunmadığını bildirib. Bu baxımdan Azərbaycanın xarici işlər naziri beynəlxalq ictimaiyyətin münaqişənin həllində daha qətiyyətli və prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
2014-04-16
14,798
Əli Həsənov nurçuluq və vəhabiliyin fəaliyyətindən danışdı
Azərbaycanda tək "nurçuluq", vəhhabilik deyil, digər cərəyanların nümayəndələri də fəaliyyət göstərir və bu fəaliyyəti gücləndirməyə cəhd göstərirlər. Təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz regionunda, post sovet məkanında və ümumilikdə dünyada belə hallar mövcuddur. Bunu çərşənbə günü jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. PA rəsmisi deyib ki, bu gün dünyada insanların təfəkkürünə və fəaliyyətinə dövlətlərin qəbul etdiyi qanunlardan kənar, qeyri- ənənəvi yollarla təsir etməyə cəhd göstərənlər var: "Dini müdaxilə, missionerlik, insanları öz inanclarına uyğun məzhəblərə ayırmaq yolu ilə onların fəaliyyətinə təsir göstərmək istəyən qüvvələr mövcuddur. Bunlar Azərbaycanda da var. Ölkəmizin müvafiq dövlət qurumları belə hallarla bağlı lazımı işləri aparırlar". Ə. Həsənov deyib ki, bu gün bunlar Azərbaycan dövləti üçün ciddi təhlükə kəsb eləmirlər: "Əgər bunlar ciddi təhlükə kəsb etsələr, dövlətin qanunları və qanunların keşikçiləri ilə üz-üzə gəlməyə məcbur olacaqlar. Amma bütövlükdə, Azərbaycan cəmiyyəti də xəbərdar olmalıdır ki, belə hallar və cəhdlər var, bu cəhdlərin də qarşısı dövlət tərəfindən alınır və alınmaqda davam edəcək. Azərbaycan dövlətinin, xalqın iradəsindən, vətəndaşlarımızın mandat verdiyi insanların həyata keçirdiyi fəaliyyətdən və mövcud qanunların tələbindən başqa, digər iradəyə tələbat ola bilməz. Təəssüflər olsun ki, bir sıra dini təriqətlərin öz üzvləri qarşısında qoyduğu məcburi normalar bəzən Azərbaycanda vətəndaş quruculuğu və dövlətçilik prinsiplərinə uyğun gəlmir. Heç bir dini inanc, heç bir dini sitayiş, fəaliyyət Azərbaycan dövlətinin dünyəvi normalarına müdaxilə şəklində həyata keçirilməməlidir. Dünyəvi normalara müdaxilə, istər-istəməz, qanuni məsuliyyət doğurur və nəticə etibarilə, belə hallar müşahidə olunursa, müvafiq tədbirlər görülür" (Trend).
2014-04-16
14,799
İlham Mirzəyevin vəkili iddialara cavab verdi
Həbs olunan psixologiya üzrə fəlsəfə doktoru, teleaparıcı, baxıcı İlham Mirzəyevin mətbuat katibi Ceyran Əsgərova açıqlama verib. O bildirib ki, İlham Mirzəyev həbs olunduğu andan bu günə qədər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır: "İlham Mirzəyevin durumu, səhhəti, saxlanma şəraiti pis deyil. Azadlığı əlindən alınmış adam haqqında "şəraiti normaldır" desək, yanlış olar. Sadəcə olaraq yaşayır. Onunla yalnız vəkili görüşə bilir". Ceyran Əsgərova İlham Mirzəyev haqqında iddialara da münasibət bildirib: "İlham Mirzəyevlə Asif Əliyev adlı bir nəfər arasında 7 aydan artıq idi məhkəmə çəkişməsi gedirdi. Guya İlham Mirzəyev bir nəfərə kömək edəcəyi ilə bağlı Asif Əliyevə vəd veribmiş. Bu məhkəmə iki iclasdan sonra yekunlaşacaqdı. Amma İlham Mirzəyevi həbs etdikləri üçün proses dayandı. Yəni İlham Mirzəyev nə vaxt azad olunsa, proses o zaman davam edəcək. Şayiə gəzir ki, guya İlham Mirzəyev Bakı İstintaq Təcridxanasında Asif Əliyevlə birgə saxlanır. Bu, tamamilə yalandır. Ailəsinin Şirvan şəhərində olduğuna dair xəbər də yanlışdır. İlham Mirzəyevin ailəsi hazırda Bakıda onun azadlığa çıxmasını gözləyir. Oğlu ilə qızının vəziyyəti hər gün pisləşir, ağlayırlar. Birinin 3, o birinin 11 yaşı var. Bir şayiə də dolaşır ki, guya İlham Mirzəyevin "Tale yolları" adlı restoranı var. Qəti şəkildə belə bir şey yoxdur. Onun evindən, maşınından, bir də "İlhamMed" klinikasından savayı mülkü yoxdur. İlham Mirzəyev Allaha bağlı, həcc ziyarətinə getmiş bir insandır. O, heç vaxt dələduzluqla məşğul olmayıb". Ceyran Əsgərova İlham Mirzəyevin ona qarşı ittihamı qəbul etmədiyini də açıqlayıb: "O, özünü qəti şəkildə təqsirli bilmir, çünki heç bir günahı yoxdur. Məhkəmə iclasında da söyləyib ki, hər zaman prezidentinə, xalqına sadiq olub, heç zaman dələduzluqla məşğul olmayıb. Onun üzünə durublar ki, guya kiminsə bəxtini açır, kiminsə falına baxır. Guya İlham Mirzəyev klinikada bazar açıb, hər gələndən 500-1000 manat pul alır, insanları soyur. Bu fikirlərin hamısı absurddur. Belə söz-söhbətin əsası yoxdur. "İlhamMed" klinikası hazırda fəaliyyətini davam etdirir. İlham Mirzəyev həbs olunduğu vaxt klinika iki gün fəaliyyətini dayandırdı. İşçilərin və yaxın dostlarının başı qarışıq olduğundan pasiyentləri qəbul edə bilmədilər. Sadəcə, klinikaya xəstə qəbulu dayanıb. Öncədən gələn xəstələrin müalicəsi davam edir". Ceyran Əsgərova şikayətçilər haqqında məlumatının olmadığını da deyib: "Hər insanın sevəni də var, sevməyəni də. Hələ ki, şikayətçilərin kimliyi bəlli deyil. Nərimanov Rayon Məhkəməsində keçirilən qapalı iclasda şikayətçi olmayıb". İlham Mirzəyev aprelin 11-də polis orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanıb. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur ("Media forum").
2014-04-16
14,800
İşdən çıxarılan icra başçısı danışdı
Prezident İlham Əliyevin 16 aprel sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan İrşad Əliyev sərəncam haqda danışıb. İrşad Əliyev qeyd edib ki, vəzifədən azad olunması haqqında sərəncamı müsbət qiymətləndirir: "Bundan da çox işləməkmi olar? Böyük hörmət, izzət göstərilib, etibar edilib, işləmişəm. İndi isə işdən azad olunmağım haqqında sərəncam verilib. Nəinki vaxtında verilmiş, hətta deyərdim ki, bir qədər yubanmış qərardır. Sərəncamı çox səmimi qəbul etdim". Keçmiş başçı deyib ki, yaşı 70-i ötüb və səhhəti də yaşına uyğundur. "Vəzifədən azad olunmaq üçün müraciət etmişdinizmi?" sualına İrşad Əliyev belə cavab verib: "Belə şeyləri açıqlamağa ehtiyac yoxdur. Prezidentin sərəncamı ortadadır və mən bunu çox səmimi qəbul edirəm. Qalan məsələlərə toxunmağa ehtiyac yoxdur. 1969-cu ildən vəzifələrdə işləyirəm. Bu müddətdə müxtəlif vəzifələrdə olmuşam, dövlətin tapşırıqlarını yerinə yetirmişəm. Daha bəsdir" ("Media forum").
2014-04-16
14,801
"Putin yeni Berlin divarını inşa etməkdə qərarlıdır"
Ukraynanın Baş naziri Arseniy Yatsenyuk bu gün keçirilən mətbuat konfransında Rusiya prezidenti Putinin soyuq müharibə dövrünə dönüş mərhələsi olacaq yeni Berlin divarını inşa etməyə qərarlı olduğunu bildirib. "Axar.az" xəbər verir ki, Ukraynanın şərqində yaşanan olaylardan ötrü Rusiyanı tənqid edən Yatsenyuk, Moskva gizli xidmətinin bu ölkənin şərqində terror hadisələrinin törədilməsi üçün separatçılıq meyillərinin artmasında böyük rol oynadığını qeyd edib. Yatsenyuk Ukraynada yaşanan hadisələrin Avropa Birliyinə təhdid olduğunu və Putinin yeni Berlin divarı inşa etməyə səy göstərdiyini vurğulayıb.
2014-04-16
14,802
“Sabah Rusiya Dnestryanını özünə birləşdirə bilər”
Aprelin 17-də Dnestryanı Rusiyaya birləşmək üçün Vladimir Putinə rəsmən müraciət ünvanlayacaq. "Axar.az" xəbər verir ki, bu informasiyanı Rusiya mətbuatı yayıb. Məlumatda Dnestryanının 2006-ci ildə keçirilən referendumun nəticələrinin qeydə alınmasının Putindən istəniləcəyi bildirilib. Müraciətin sabah baş tutacağı deyilib. Qeyd edək ki, Dnestryanı Moldova ərazisində Rusiya tərəfindən yaradılmış separat ərazidir. Bu ərazi Ukrayna ilə sərhəddə yerləşir. Bəzi ekspertlər gələcəkdə Rusiyanın bu ərazilərin Ukraynanın cənub əraziləri ilə birləşdiriləcəyini bildirirlər.
2014-04-16
14,804
Prezident və xanımı Milli Gimnastika Arenasında - Foto
Aprelin 16-da Bakıda Milli Gimnastika Arenasının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər. Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni-yeni idman obyektləri tikilib istifadəyə verilir. Dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. İdmanın bütün sahələrinin inkişaf etdirilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Paytaxt Bakıda və regionlarda inşa edilən, ən müasir avadanlıqla təchiz olunan Olimpiya İdman komplekslərinin sayı artıq 40-ı ötüb. Mövcud idman komplekslərinin əsaslı şəkildə yenidən qurulması isə beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır. İdmanın inkişafına göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycan idmançıları dünyanın mötəbər yarışlarında və Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, uğurlarını ildən-ilə daha da artırırlar. 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq məqsədilə beynəlxalq standartlara uyğun mühüm layihələrin icra olunması ölkəmizdə müasir idman infrastrukturunun yaradılması işinə böyük töhfə verəcək. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Bakıda təməli qoyulan Milli Gimnastika Arenasının inşası idmanın bu növünün daha da inkişaf etdirilməsi işində mühüm rol oynayacaq. Hazırda tərkibində idmanın dörd növünü - bədii gimnastika, kişi idman gimnastikası, akrobatika gimnastikası və tamblinqi birləşdirən Azərbaycan Gimnastika Federasiyasının son illər əldə etdiyi böyük uğurlar dünyanın idman ictimaiyyəti tərəfindən maraqla izlənilir. Bütün bu nailiyyətlər birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olub. Belə ki, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün yeni inkişaf mərhələsi başlayıb. 2003-cü ildə Bakıda bədii gimnastika üzrə ilk dünya kuboku keçirilib. Bakı 2005-ci ildə gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib. 2007-2009-cu illərdə isə ölkəmizdə iki dəfə Avropa çempionatı keçirilib. Bu işlərin nəticəsi olaraq Azərbaycan gimnastları da son illərdə böyük irəliləyişlərə nail olublar. Dinara Gimatova 2003-cü ildə Afina Olimpiya Oyunlarına ilk milli lisenziyanı qazabıb. Aliyə Qarayeva isə 2007-ci ildə bədii gimnastika üzrə Avropa çempionu tituluna sahib çıxıb. Dünya çempionatında isə qızlarımız komanda hesabında üçüncü olub. Azərbaycan gimnastları növbəti illərdə ölkəmizi Olimpiya Oyunlarında layiqincə təmsil ediblər. İndi Azərbaycan 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına hazırlaşır. İdman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenasının tikintisi də beynəlxalq əhəmiyyətli bu idman yarışının yüksək səviyyədə təşkili üçün geniş imkanlar açır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Gimnastika Arenasının rəmzi açılışını bildirən lenti kəsdilər. Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Kompleksin fasadı xüsusi formada işlənib. Burada maraqlı illüminasiya elementləri təqdim edən ekranlar quraşdırılıb. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının da keçirilməsi üçün uyğunlaşdırılmasıdır. Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılıb. Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb olunması, milli idman kadrlarının hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə də fəal şəkildə məşğul olur. Federasiya xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman qurumları ilə əlaqələrini inkişaf etdirir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zalda yaradılan şəraitlə tanış oldular və gimnastların məşq prosesinə baxdılar. Dövlətimizin başçısı və xanımı gimnastlarla xatirə şəkli çəkdirdilər. Burada da idmançılar üçün hər cür şərait yaradılıb. Avropa Gimnastika İttifaqının prezidenti də burada yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Zalda ən son gimnastika avadanlığı quraşdırılmışdır. Həmin avadanlıq Avropa Gimnastika İttifaqı, Azərbaycan Gimnastika Federasiyasının tövsiyələrinə əsasən yerləşdirilmişdir. Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcəkdir. Aprelin 19-da isə bədii gimnastika üzrə 21-ci Azərbaycan çempionatı təşkil olunacaqdır. Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışacaqlar. Turnirdə, həmçinin Bakıda təlim-məşq toplanışlarında olan Macarıstan və Qazaxıstan gimnastlarının müsabiqədənkənar çıxışları nəzərdə tutulur. Çempionatın Milli Gimnastika Arenasında keçirilməsi və iyunun 13-15-də təşkil olunacaq bədii gimnastika üzrə Avropa çempionatı öncəsi test turniri xarakteri daşıması yarışlara olan marağı daha da artırıb. Bundan əlavə, 2015-ci ildə baş tutacaq birinci Avropa Oyunları çərçivəsində gimnastikanın 6 növü üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının burada keçirilməsi planlaşdırılır. Prezident İlham Əliyevə "Beynəlxalq İdman Mətbuatı Assosiasiyası - AİPS-nin tarixi" kitabının ilk nüsxəsi təqdim olundu. Qeyd edildi ki, qurumun 90 illik tarixinə həsr olunan kitab Gənclər və İdman Nazirliyi ilə birgə hazırlanmışdır. Kitabın ilk 18 səhifəsi Azərbaycanda idmanın inkişafına həsr olunub. Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi ( Trend ).
2014-04-16
14,805
Sərhəddə Suriya hərbi maşınları havadan vuruldu
İordaniya hava qüvvələri sərhəddən bu ölkəyə girməyə çalışan bir neçə hərbi maşını vurub. "Axar.az" xəbər verir ki, bu barədə İordaniya dövlət televiziyası məlumat verib. Təsirsiz hala gətirilən hərbi vasitələr Suriyaya məxsus olub.
2014-04-16
14,806
Ukraynanın 6 zirehli döyüş texnikası ələ keçirildi - Video
Ukrayna Müdafiə Nazirliyi Kramatorskda apardığı anti terror əməliyyatı zamanı bir qrup insanın altı zirehli texnikanı ələ keçirdiyini təsdiqləyib. Məlumata görə, bu haqda Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytında bildirilir. Nazirliyin məlumatına görə, zirehli döyüş texnikası (ZDM) hazırda inzibati binaların birinin yanında dayanıb. Zirehli texnika Ukrayna ordusuna mənsub olmayan hərbi geyimli, silahlı insanlar tərəfindən əhatə olunub. Əvvəllər texnikanı idarə edən Ukrayna əsgərlərinin yeri məlum deyil. Qeyd edək ki, rus mətbuatı "Donetsk Xalq Respublikası" ruspərəst qüvvələrin 6 ədəd ZDM ələ keçirdiyini qeyd etsə də Ukrayna rəsmiləri bir zirehli texnikanın ələ kecdiyini bildirmişdi (ANS).
2014-04-16
14,807
"Neftçi" şokda - "Qəbələ"dən inamlı qələbə
Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib. "Axar.az" xəbər verir ki, ilk görüş Qəbələdə yerli komanda ilə "Xəzər Lənkəran" arasında baş tutub. Çempionatda son zamanlar qənaətbəxş çıxış etməyən "Qəbələ" bu dəfə azarkeşlərini sevindirib. Belə ki, meydan sahibləri bu görüşdə 3-0 hesablı qələbə qazanıb. Günün digər qarşılaşması paytaxtda "Neftçi" - "Rəvan" arasında keçirilib. Cütün aşkar favoriti "Neftçi" hesabı açsa da, qapısını toxunulmaz saxlaya bilməyib. Görüş 1-1 hesabı ilə yekunlaşıb. Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 24-də keçiriləcək.
2014-04-16
14,808
Ukrayna rus kanallarını açmağa məcbur oldu
Ukraynanın Donetsk və Luqansk bölgələrində 4 rus kanalı yenidən yayımlanmağa başlayıb. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Televiziya və Radio Yayımları Milli Şurasının rəhbəri Vladimir Manjosov brifinqdə açıqlama verib. Onun sözlərinə görə, bu addımı atmağa çoxsaylı təzyiqlərdən sonra məcbur qalıblar: "Bir sıra təzyiqlər altında yenidən rus kanallarını yayımlanmasına məcbur qaldıq. Hətta bizə fiziki xəsarətlərin yetirilməsi ilə bağlı təhdidlər gəldi".
2014-04-16
14,809
"Topaz" axtarışa verildi - Foto
Ukrayna Daxili İşlər Nazirliyinin rəsmi internet saytında "Topaz" ləqəbli "antimaydan" fəallarından biri İqnat Kromskoy barədə axtarış verilib. "Topaz"ın axtarışa verilməsinə səbəb onun istintaq altinda olmasına baxmayaraq ev dustaqlığından qaçmasıdır. Qeyd edək ki martın 28-də antimaydan mitinqində saxlanandan sonra İqnat Kromskoy ev dustaqlığına məhkum edilmişdi. Kromskoy elektron bilərzik taxılmasına baxmayaraq ev həbsindən qaçmağı bacarıb. Onun elektron bilərziyi qırıb qacdığı güman edilir. Məlum olduğu kimi, əslən Xarkovlu olan Kromskoy Kiyevin Marinski parkında keçirilən "antimaydançı"lardandır. "Antimaydan" düşərgəsində çəkilmiş videolardan görünür ki, o, qrupun əsas istiqamət verənlərindən biri olub (ANS).
2014-04-16
14,810
Türkiyədə rüşvət əməliyyatı "one minute" ilə başladı - Video
Türkiyədə 17 dekabr əməliyyatının "one minute" ilə başladığı iddia edilir. "Axar.az" xəbər verir ki, Türkiyə "A" xəbər televiziyasına qonaq olan Asoşeyted Pressin Türkiyə və Orta şərq nümayəndəsi Taha Ouda 17 dekabr prosesinin başlanğıcının Davosda "one minute" hadisəsiylə başladığını deyib. Ouda 2010-cu ildə Hakan Fidanın MİT məsləhətçisi olmasının da bu prosesi dərinləşdirdiyini qeyd edib: "Bu vəziyyəti beynəlxalq qüvvələr və İsrail həzm edə bilmədi. Çünki, bir zamanlar Türkiyə kəşfiyyatı yalnız öz vətandaşlarıyla məşğul olurdu, indi isə Livan, Suriya, Fələstin və Misirdə də fəaliyyət göstərir. Türkiyədə son illərdə hər sahədə ciddi inkişaf baş verir. Bu inkişafları həzm edə bilməyən İsrail kimi beynəlxalq güclər 17 dekabr əməliyyatına dəstək verdi. Bu müddətdə paralel quruluş da İsrailin oyuncağına çevrildi". Qeyd edək ki, 2009-cu ildə Davosda keçirilən iqtisadi forum zamanı Türkiyə Baş naziri Ərdoğan İsrail prezidenti Şimon Peresə Fələstində baş verən olaylarla bağlı kəskin iradını bildirmişdi və bu forumda bir daha iştirak etməyəcəyini bəyan etmişdi. Türkiyə Baş naziri Ərdoğanın Davos formundakı tarixi çıxışını təqdim edirik:
2014-04-16
14,811
“Ruslar baş kəsəndir, Qarabağı işğal ediblər” - Video
Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Aleksandr Şevçenkonun Rusiya və ruslar barəsində Avropanın yüksək kürsüsündən bu günlərdə etdiyi çıxışın video görüntüsü sürətlə paylaşılmaqdadır. Məlumata görə, məhz bu çıxışdan sonra rusiyalı deputatların səsvermə hüquqlarına xitam verilib. Qeyd edək ki, Şevçenko Rusiyanın yürütdüyü siyasətdən, Ukrayna və keçmiş SSRİ-yə daxil olan digər ölkələrə qarşı aqressiv münasibətindən, həmçinin bir xalq kimi, rusların xüsusiyyətlərindən bəhs edib: "Rusiya ilə hansı dialoqdan söhbət gedə bilər ki, digərlərinə hörmətsiz şəkildə zalı tərk etdilər? Onlar heç bir dialoq istəmirlər. Buranı səssiz tərk etmələri ilə bütöv Assambleyanı təhqir etmiş oldular. Zamanında SSRİ tərəfindən, ələlxüsus 20-ci qurultayda hazırlanmış, xalqların sülh şəraitndə birgə yaşamaq konsepsiyasına inanan şəxslərdən biri idim. Düşünürdüm ki, Rusiya bu konsepsiyaya riayət edəcək. Amma nələr baş verir? Bu ölkə, faktiki olaraq, Şimali Osetiya və Abxaziyanı iğal edib, Dnestryanı bölgəni Moldovadan uzaqlaşdırıb, Azərbaycana qarşı Dağlıq Qarabağda aqressiyanı aktiv şəkildə dəstəkləyib. Ukrayna məsələlərində də eyni mövqedən çıxış etdi. Sonda isə rus insanının daxili aləmi ilə bağlı fikirlərimi bildirmək istərdim. Bu xalqın düşüncə tərzi olduqca sirlidir. Ancaq rus və sovet yazıçısı Viktor Astafyevin bu barədə gözəl kəlmələri var. O deyirdi ki, rus insanı mehribandır –çay verər, yaxınlıq göstərər. Axşam isə səni kəsib- doğrayar. Odur ki, avropalılar, ruslardan qorxun, ehtiyatlanın" ("Aktual.az").
2014-04-16
14,812
Nəsimi rayonunda yol qəzası baş verdi - Foto
Bakının Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsində qəza baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qəzada "Toyota Prado" və "Hyundai Granduer" markalı avtomobillər toqquşub. Qəza sözügedən küçə ilə hərəkətə edən "Hyundai"nin sürücüsü Xasıyev Əşrəf Vasif oğlunun işıqforun tələbini pozması nəticəsində baş verib. Qəzada Əzimov Rafiq Əli oğlunun idarə etdiyi "Prado" aşıb. Sürücülər xəsarət almasa da avtomobillərə ciddi ziyan dəyib. Hadisə ilə bağlı Hənifə Ələsgərova küçəsində tıxac meydana gəlib. Əraziyə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Hər iki maşın evakuatorlar vasitəsi ərazidən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb. Faktla bağlı Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.
2014-04-16
14,813
İtmiş təyyarə tapılıb, amma gizlədilir - İddia
İtmiş təyyarənin tapıldığı və gizlədildiyi ilə bağlı xəbərlər yayılıb. "Axar.az" xəbər verir ki, dünyada axtarış işləri üzrə ən yaxşı mütəxssislərdən biri sayılan İngiltərənin itmiş təyyarə və gəmilərin axtarılması mərkəzinin direktoru Marns öz açıqlamasında itmiş təyyarənin tapıldığını tam əminliklə söyləyib: "Hökumət hələ bunu açıqlamır, amma bunu etmək üçün əllərində kifayət qədər fakt var", - deyə əminliklə vurğulayan mütəxəssis onu da əlavə edib ki, yaxın vaxtlarda alınan siqnallar adi siqnallar deyildi və gələn siqnallardan 4-ü çox aydın şəkildə itmiş təyyarənin yerini müəyyən etməyə imkan verir". Son olaraq onu da qeyd edək ki, Marns İkinci Dünya müharibəsi zamanı 1941-ci il, 19 noyabrda Avstraliya Dəniz donanmasına aid batmış savaş gəmisinin qalıqlarını 2008-ci ildə tapıb.
2014-04-16
14,814
Zaqatalada inzibati bina yandı
Zaqatala rayonunda inzibati binada yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Zaqatala rayonu, Muğanlı kəndində ümumi sahəsi 2300 kv.m olan inzibati binanın dam örtüyünə çəkilmiş qır 30 kv.m sahədə yanıb. İnzibati bina yanğından mühafizə olunub. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-16
14,815
Türkiyə NATO-dan çıxa bilər
"Azərbaycan Türkiyə və Rusiya ittifaqını gözəl anlayır". "Axar.az" xəbər verir ki, bu proqnozla rusiyalı politoloq Stanislav Tarasov çıxış edib. O, artıq dünyada yeni regional oyunçuların meydana çıxdığını və Türkiyənin də bunların sırasında olduğunu bildirib: "Gələcəkdə Şimali Amerika və Avropa İttifaqının inkişaf tempi inkişafda olanlara nisbətən aşağı olacaq. Türkiyə ümumilikdə Rusiya üçün heç bir təhlükə kəsb etmir. Moskva və Ankara müəyyən məsələlərdə birgə hərəkət etməyə üstünlük verirlər. Hətta bu reallığı Türkiyə ilə sıx hərbi, siyasi, iqtisadi əlaqələri olan Azərbaycan da anlayır. Hazırda Türkiyə ilə münasibətlərdə nisbətən narahatlığa səbəb olan əsas amil NATO-ya üzvlüyüdür. Sual budur ki, NATO Türkiyənin təhlükəsizlik maraqlarına xidmət edirmi? Bu sualın yaxın gələcəkdə əsas müzakirə mövzusuna çevrilmə ehtimalı var. Türkiyə böyük ehtimalla NATO-dan çıxa bilər".
2014-04-16
14,816
Rusiyadan son gediş: “Ukraynada yeni respublika yaranır”
Yanukoviç Pasxa bayramında Ukraynaya qayıdacaq. "Axar.az" xəbər verir ki, bu iddia ilə Rusiya mətbuatı çıxış edib. Mətbuat Polşanın Ukraynadakı səfirliyindəki etibarlı mənbələrinə istinadən bu məlumatı yaydığını bildirib. Yanukoviçin Donetskə dönəcəyi deyilib: "Yanukoviç Donetskə bazar günü dönəcək. Mənim məlumatıma görə, hələlik Rusiya Donbasın gələcəyi ilə bağlı heç bir qəti qərara gəlməyib. İki variant nəzər yetirilir. Ola bilsin Donetsk müstəqil respublika olacaq, ya da ki, Krım kimi Rusiyanın federal zonalarından birinə çevriləcək".
2014-04-16
14,817
Qaçqın şəhərciyində bədbəxt hadisə baş verdi
Bu gün axşam 21 radələrində Göygöl rayonunun Murovdağ qəsəbəsində məcburi köçkünlər üçün tikilməkdə olan qaçqın şəhərciyində bədbəxt hadisə baş verib. "Axar.az" Kəpəz TV-yə istinadən xəbər verir ki, inşaat işlərində çalışan fəhlələrin üzərinə daş düşüb. Bunlar Ağcəbədi rayon sakinləri 51 yaşlı Əliqəmə Məmmədov və 45 yaşlı Ayaz Nuriyevdir. Göstərilən tibbi yardımlara baxmayaraq Ayaz Nuriyevin həyatını xilas etmək mümkün olmayıb. O xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alanın müalicəsi isə davam etdirilir. Həkimlər yaralının həyatı təhlükəsi olmadığını bildirirlər. Hazırda Göygöl rayon prokurorluğunda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
2014-04-16
14,818
Ermənilər yenidən Tərtəri atəşə tutdu - Fotolar
Ötən gün axşam saatlarında Tərtrin təmas xəttində yerləşən Qapanlı kəndi ermənilərin atəşinə məruz qalıb. Kənd sakinlərinin verdiyi məlumata görə, qarşı tərəf iri çaplı güllələrdən də istifadə edib. Kənd təqribən 10 dəqiqə atəşə tutulub. Atılan güllələrdən biri kənd sakini Emin Tanrıverdiyevin evinin pəncərəsini sındıraraq içəri daxil olub. Xöşbəxtlikdən evdəki ailə üzvlərindən xəsarət alan olmayıb (ANS).
2014-04-17
14,819
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında aprelin 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 7-11, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 17-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
2014-04-17
14,821
Azərbaycan və Avropa min ildə belə dəyişib – Video
Sosial şəbəkələrdə Avropa ölkələrinin son 10 əsrdə sərhədlərinin necə dəyişməsini əks etdirən video çarx yerləşdirilib. "Axar.az"ın Yutuba istinadən təqdim etdiyi həmin çarxda əsasən X əsrdən başlayaraq türklərin Anadoluya köç etmələri, Azərbaycan türklərinin dədə-babalarının qurduqları nəhəng imperiyaların - Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilərin böyümə dinamikası öz əksini tapıb. Xatırladaq ki, videoda "Böyük Ermənistan" xülyasıyla yaayan ermənilərdən heç əsər-əlamət yoxdur.
2014-04-17
14,822
Türkiyə-Bolqarıstan sərhəd qapısı bağlandı - Son dəqiqə
Türkiyə ilə Bolqarıstan sərhəd məntəqəsi bağlanıb. "Axar.az" xəbər verir ki, Trakya Gömrük və Ticarət Region Müdirliyi səlahiyyətlilərindən verilən məlumata görə, Gömrük və Ticarət Nazirliyinin kompüter sistemlərindəki yenilənmə əməliyyatı ilə bağlı giriş-çıxışa qadağa qoyulub. Bolqarıstan tərəfində başlanılan iş bu gün saat 11:00-də başa çatdırılacaq. Gömrük müdirliyinin məsələ ilə bağlı vətəndaşlara öncədən xəbərdarlıq etməməsi minlərlə insanın sərhəd məntəqəsinin qarşısında əlacsız qalmasına səbəb olub.
2014-04-17
14,823
Fillərə qarşı vəhşilik - Video
Uşaqların sevimli əyləncə mərkəzi olan sirklərdə nümayiş etdirilən fillərin əhilləşdirilməsi heç də asan başa gəlmir. Bəzi şou-biznes nümayəndələrindən fərqli olaraq xortumlular səhnəyə çıxana qədər olduqca çətin məşğələlərdən, sınaqlardan çıxırlar, minbir işgəncəyə məruz qalırlar. Sirk ustalarının səhnə arxasında heyvanlara qarşı kobud rəftarları hüyvan hüquqları müdafiəçilərinin sərt etirazına səbəb olur. Fillərə qarşı zorakılığı özündə əks etdirən videonu təqdim edirik ("Teleqraf.com").
2014-04-17
14,824
Brüs Li zərbələrini necə imitasiya edib – Video
Məşhur Hollivud ulduzu və şərq döyüşlərinin mahir ustası Brüs Linin çəkildiyi filmlərdə vurduğu fenomenal zərbələri hansı şəkildə imitasiya etməsi mütəxəssislər tərəfindən qeydə alınıb. "Axar.az" xəbər verir ki, çəkildiyi filmlərlə pərəstikarlarını hələ də heyran edən Li olduqca gənc – 33 yaşında dünyasını dəyişib. Həkimlərin tibbi analizdən sonra gəldiyi qənaətdə onun "beyninə qan sızması" diaqnozundan dünyasını dəyişdiyi bildirilir. Mütəxəssilər bu günə qədər Brüs Linin ölümündə müəyyən müəmmaların olduğunu söyləyirlər. Videonu təqdim edirik:
2014-04-17
14,825
Söyün Sadıqov Qabil Hüseynlini və medianı təhqir elədi
"Siz qeybət etməyi xoşlayan və müxtəlif dedi-qodular yaradan qadınlar kimisiniz". Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, "Azerros"un sabiq sədri Söyun Sadıqov saytımızda yayımlanmış materiala yazdığı şərhdə işlədib. O, Dövlət Dumasında deputat olmaq üçün Jirinovskiyə heç bir pul vermədiyini bildirib: "Mən müəllif və baş redaktorlara hər şeyi deyəcəm. Birincisi, Sadıqov nə Jirinovskiyə, nə də ki, başqa birinə Dövlət Dumasında deputat olmaq üçün pul verib. Ona Jirinovski bir rubl belə borclu deyil. O, təkcə bizim bayram tədbirlərimizdə yox, həmçinin dəyirmi masalarımızda da iştirak edib. Mənim onunla və onun komandasıyla münasibətlərim yaxşıdır. Biz indi də görüşürük. Yeganə problemimiz yalnız onun anti-Azərbaycan çıxışları zamanı olur ki, bu zaman da o məndən cavabını alır". S.Sadıqov daha sonra jurnalistləri qadınlara bənzədib: "Siz qeybət etməyi xoşlayan və müxtəlif dedi-qodular yaradan qadınlar kimisiniz. Nə deyə bilərəm? Heç bir şey! Çünki bu sizin naturanız və tərbiyənizdir. Mənə özümün və yaxınlarımın fikirləri maraqlıdır. Sizin fikirləriniz isə heç vecimə də deyil". Sadıqov daha sonra politoloq Qabil Hüseynliyə qarşı kifayət ağır sözlər işlədərək, onu təhqir də edib. Təəssüf ki, təhqirlər sərhədi aşdığı üçün oxucularımıza təqdim edə bilməyəcəyik (Maraqlananlar, yazıya verilən Feysbuk şərhindən oxuya bilərlər). Qeyd edək ki, bu gün saytımızda Söyün Sadıqovun Jirinovskiyə Dumada deputat olmaq üçün 400 min dollar verdiyi haqqında informasiya yayılmışdı. Mənbə sonradan Jrinovskinin bu sözünü yerinə yetirmədiyi üçün S.Sadıqovun hədəfinə tuş gəldiyini söyləmişdi.
2014-04-17
14,826
Qırğız jurnalistlər rusları boykot etdi - Etiraz
Qırğızıstanın Oş şəhərində yayımlanan telekanalın kollektivi ruslara qarşı diqqət çəkən etiraz növü seçiblər. "Axar.az" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, şirkətin baş direktoru və yaradıcı əməkdaşlar kanalın ruslar tərəfindən alınmasını bildikdən sonra hamılıqla işdən getmək ərizəsi yazıblar. Telekanalın direktoru Ernis Kiyazov bildirib ki, Oş TV-nin Maksim Korotov adlı rus sahibkar tərəfindən satın alındığını bildikdən sonra belə qərar veriblər. Səbəb onların rusların rəhbərliyi altında işləməkdən imtinasıdır. Xatırladaq ki, sözügedən kanala 2010-cu ilə qədər özbək əsilli Xəlilcan Xudayberdiyev rəhbərlik edib. Lakin 2010-cu ildə baş verən millətlərarası münaqişə səbəbindən o, Qırğızıstandan qaçmaq məcburiyyətində qalıb. Xudayberdiyev hadisələri alovlandırmaqda suçlu bilinib. Bundan sonra şirkətə Oşun keçmiş meri Melis Mirzəkmatova yaxın yerli sahibkarlar rəhbərlik edib.
2014-04-17
14,827
Napaleonun saçlarını oğurladılar
Avstraliyadakı bir muzeydən oğurlanan eksponatlar arasında Napoleonun saçları da var. "Axar.az" xəbər verir ki, aralarında Napaleonun da saçının olduğu bir çox tarixi eksponat Avstraliyadakı bir muzeydən oğurlanıb. Polis oğruların muzeyə hamamın şüsəsini sındıraraq girdiklərini zənn edir. Muzey yetkilisi Stiv York bildirib ki, oğurlanan əşyalar çox dəyərlidir və onların ölkə sərhədindən çıxarılması çox çətindir.
2014-04-17
14,828
G 7-nin spikerləri Narışkinlə görüşdən imtina etdilər
Ukrayna hadisələrinə görə "Böyük yeddiliyə" üzv ölkələrin parlament sədrləri Rusiya Dövlət Dumasının spikeri Serqey Narışkinlə ənənəvi illik görüşdən imtina ediblər. "Axar.az" İTAR TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Bundestaqının sədri Norbert Lammert məlumat verib. O, belə qərara gəlmələrini Moskvanın Ukraynaya qarşı yürütdüyü aqressiv siyasətlə izah edib. Xatırladaq ki, Lammert artıq bu barədə Narışkinə xatırlatma məktubu yazdıqlarını da diqqətə çatdırıb.
2014-04-17
14,829
“Statoil” Azərbaycanı tərk edir?
Norveçin dövlət neft-qaz konserni "Statoil"in səhmdarları şirkətin Azərbaycanda, Anqolada, Arktikada və Kanadada fəaliyyətinin dayandırılması ilə bağlı təkliflə çıxış ediblər. Bu barədə məlumat şirkət səhmdlarlarının mayın 14-də Norveçin Stavanger şəhərində keçiriləcək illik yığıncağının dərc edilmiş gündəliyində verilib. Səhmdarların biri tərəfindən verilmiş təklifdə deyilir ki, sözügedən layihələrdən azad olunmuş vəsaitləri Norveçdə bərpa olunan enerji mənbələrinə tətbiq etmək lazımdır. Lakin "Statoil"in direktorlar şurası səhmdarları bu təklifə səs verməməyə çağırıb. Və bu da başadüşüləndir. Bərpa olunan alternativ enerji karbohidrogen enerjidən qat-qat baha başa gəlir və səmərəsizdir (ANS).
2014-04-17
14,830
BMT-nin təcili iclası başladı – Canlı
Bu dəqiqələrdə Birləşmiş Millətlər Təşkilatının daimi mənzil qərargahında Ukraynaya dair təcili iclas başlayıb. İclasada Ukraynada insan hüquqlarının qorunması müzakirəyə cıxarılıb. Rusiyanın BMT-dəki daimi daimi nümayəndəsi Vitali Çurkin hazırda məruzə edir və Ukraynanın hazırkı hakimiyyətinə qarşı sərt ifadələr işlədir. "Axar.az" canlı yayımı təqdim edir:
2014-04-17
14,831
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırladı
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb. ABŞ-ın hakimiyyət orqanları Rusiyaya qarşı əlavə sanksiyalar hazırlayaraq onları cümə axşamı Cenevrədə keçiriləcək Ukrayna danışıqlarına qədər həll etməyi planlaşdırır. Bu haqda Dövlət Departamentinin sözçüsü Mari Xarf bildirib. "Biz əlavə sanksiyalar hazırlamışıq. Sabahkı danışıqlara qədər onları təqdim etməyimizi gözləməyin. Rusiya geriyə addımlar atmasa, sanksiyaları daha da kəskinləşdirmək lazım gələcək. Biz, o cümlədən əlavə tədbirlər görəcəyik", - deyə Mari Xarf qeyd edib. Xatırladaq ki, sabah Cenevrədə ABŞ, Avropa İttifaqı, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə Ukraynada vəziyyətə dair dörd tərəfli danışıqlar keçiriləcək (ANS).
2014-04-17
14,832
Oyun oynayan qatil ata həbs edildi
Cənubi Koreyada bir necə gün kompüterdə oyun oynadığından uşağı tək buraxan ata həbs olunub. "Axar.az" xəbər verir ki, buna səbəb onun oyun oynamaq aludəçiliyi ucbatından uşağın həyatını itirməsi olub. Belə ki, uşaq neçə gün yemək yemədiyinə görə acından ölüb. Xatırladaq ki, Cənubi Koreyada bu kimi hallar o qədər yayğın hala gəlib ki, artıb bu ölkədə kompüter oyunları ilə bağlı bir yasağın qəbul edilməsi gündəmə gəlib. Hətta ötən il ölkə parlamenti bununla bağlı müzakirələr aparsa da, hələ ki, qəti bir qərar verilməyib.
2014-04-17
14,833
Dünyanın sirri Bursa məscidində…
Türkiyənin Bursa şəhərində Ulucami adlanan ibadət evinin minbərində günəş sisteminin rəsmi həkk olunub. "Axar.az" xəbər verir ki, Ulucaminin minbəri Qalileyin "yer fırlanır" dediyinə görə yandırılmasından düz 230 il öncə tikilib. Minbərdəki günəş sistemini Osmanlının ilk Şeyxülislamı Molla Fenari təsvir edərək usta Devaklı Əbdüləzizoğlu Məhmətə verib. Qeyd edək ki, Molla Fenarinin günış sistemi ilə bağlı olan kitabının əlyazması indi İngiltərədə bir muzeydə saxlanılır.
2014-04-17
14,834
Ölümünə velosiped sürmək
İzləyərkən belə həyacanın iliklərinizə qədər işlədiyini hiss edəcəksiniz.
2014-04-17
14,835
“Lexus” yeni sirrini açdı: Krossover - Foto
"Lexus" şirkəti özünün gözlənilən premyerası haqqında əsas məlumatları yayımlayıb. Gözləntilərin əksinə olaraq, "Lexus NX" iki yox, üç güc qurğusu ilə təchiz ediləcək. Mütəxəssislərin rəyinə görə, interyerin dizaynı qəsdən idman üslubunda işlənib. Bu təəssüratı istehsalçının yeniliyini tamamlamaq niyyətində olduğu üç mühərrik birdən saxlamalı olacaq. Gözlənildiyi kimi seriyalı "Lexus NX"-i NX 200t versiyası üçün olan iki litrlik turbomühərrik və NX 300h modifikasiyası üçün olan hibrid güc qurğusu ilə təchiz edəcəklər. Şirkət texniki göstəriciləri hələlik gizli saxlayır. Krossoverin canlı təqdimat mərasimi aprelin 20-də Pekin avtosalonunda keçiriləcək.
2014-04-17
14,836
Musiqi yeməyin dadını dəyişir – Təcrübə
ABŞ-ın Arkanzas Universiteti alimlərinin araşdırması musiqi növünün dada təsir edə bildiyinə görə yeməyin daha az və ya çox yeyilə biləcəyini göstərib. "Axar.az" xəbər verir ki, alimlər iştirakçılara yemək yedikləri vaxt klassik, caz, hip-hop və rok musiqisi dinlədib. İştirakçılar caz musiqisi dinləyəndə yeməklərin dadından daha çox, hip-hop dinləyəndə daha az məmnun qalıblar. Klassik və rok musiqisinin isə yeməklərin dadını "dəyişdirmədiyi" bildirilib. Caz və hip-hopun iştah üzərindəki təsirlərinin səbəbi hələ izah olunmayıb.
2014-04-17
14,837
Qarabağ - ən az oxunan xəbər!
Hərdən adama elə gəlir ki, Azərbaycan xalqı ilə məzələnirlər. Bu günlərdə ölkəmizdə olan ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç bəyanat verərək Qarabağ məsələsinin həllində ATƏT-in səylərini artırmağın zəruri olduğunu bildirib. Düzdür, bu tipli bəyanatlar daha o qədər gülünc və mənasızdır ki, onları ciddiyə almağa lüzum belə yoxdur. Ancaq buna baxmayaraq, hər dəfə bu tipli bəyanatlarla sanki bizi nəyəsə inandırmağa, ümidləndirməyə çalışırlar. Uzun illərdir ki, Qarabağ bizim problem olmaqdan çıxıb, olub ATƏT-in məsələsi. Hərdən Minsk qrupu həmsədrləri bölgəyə səfər edəndə və ya hansısa deklorativ bəyanat verəndə bununla bağlı xəbərlər mətbuatın, saytların bir küncündə ən az oxunan xəbər kimi yer alır. Bu xəbərlərin oxunma sayına görə də cəmiyyət üçün bu problemin aktuallıq dərəcəsini təsəvvür etmək olar. İnsanlar sanki Qarabağın bizdə olmamasına, bu məsələ ətrafında illərlə aparılan səmərəsiz danışıqlara öyrəşiblər. Əslində, insanları haradasa başa düşmək də olar bəlkə... Ötən illər ərzində ATƏT-in apardığı danışıqlar münaqişənin həll olunmasından daha çox, bu məsələ ilə bağlı Azərbaycan xalqının hisslərini korşaltmağa, işğal faktı ilə barışıb problemin acısını unutmağa hesablanıb. Bu gün gəldiyimiz mərhələdə də demək olar ki, ATƏT-in Minski qrupu çərçivəsində aparılan danışıqlar prosesinin bu unutdurma hədəfi gerçəkləşmiş sayıla bilər. Nə qədər acı da olsa da, etiraf etməliyik ki, indi insanlarımız işğal altında olan torpaqlarımızı azad etmək kimi missiyanın məsuliyyətini öz üzərlərində hiss etmirlər. Adamlar hansısa formada bu məsələnin mübarizə və savaşla deyil, ATƏT-in Minsk qrupu adlı mənasız bir formatda müzakirə edilməsinə öyrəşdirilib. Hər necə olsa da danışıqlarda biz Qarabağın Ermənistan tərəfindən işğalı faktı ilə barışmırıq və bu mövqedən də geri çəkilmək niyyətində deyilik. Hə nə olsun? Geri çəkilməyək, bəs sonra? Geri çəkilmiriksə, irəli də gedə bilmirik. Bu günə qədər bir qarış torpaq da geri alınmayıb. Axı heç Ermənistan da geri durmur. O zaman bizim danışıqlarda ərazi bütövlüyümüz faktı üzərində israr etməyimiz işğal faktını aradan qaldırmırsa, bu o deməkdir ki, mənasız danışıqlar daha çox Ermənistana sərf edir. Niyə? Çünki bu danışıqlarla bizim əl-qolumuz bağlı saxlanılır və nəticədə Ermənistan ərazilərimizi işğal altında saxlamaqda davam edir. Belə vəziyyət 100 il də davam etsə, Ermənistanın itirəcəyi bir şey yoxdur. Ona görə də bu gün məsələni bir daha qiymətləndirməyimizə, mənasız danışıqlar prosesini davam etdirib özümüzü aldatmağımıza ehtiyac varmı? Birmənalı şəkildə yox! Bu gün artıq qarabağlı olub Qarabağda doğulmayan bir gəncliyimiz var. Onlar üçün Qarabağın bizdə olması reallıq deyil, anadan olmazdan öncəki tarixdir. Bu gənc nəsildə nə qədər çalışsaq da Qarabağ bir vətən şüuru kimi formalaşmayacaq. Onsuz da itirilmiş ərazi məsələsində tariximiz çox acı örnəklərlə doludur. İndi Qarabağ da onlardan birinə çevrilməkdədir. Ötən itirilmiş illər də göstərdi ki, dünyanın nə vicdanı var, nə də ədalət tərəzisi... Ona görə də kiməsə hansı həqiqətləri sübut etməklə, haqlı olduğumuza inandırmaqla heç kim itirdiyimiz torpaqları bizə alıb verəsi deyil. Tək yol millət olaraq vətən müharibəsi düşüncəsi ilə öz problemimizi öz gücümüz və iradəmizlə çözməyə hazır olmaqdan keçir.
2014-04-17
14,838
Karton qutularda 7 uşaq meyiti tapıldı
ABŞ-ın Utah əyalətində bir evdə karton qutularda 7 körpənin çəsədi tapılıb. Körpələrin ölümündə ana günahkar kimi saxlanılıb. "Axar.az" xəbər verir ki, 39 yaşlı qadının bu uşaqları 1996 və 2006-ci illər arasında dünyaya gətirdiyi güman edilir. Huntsmanın indi narkotik ilə bağlı həbsxanada yatan Darren Vest adlı biri ilə münasibətləri olub və o 3 il əvvəl ailəsini tərk edib. Hal-hazırda indi meyitlərin tapıldığı evdə onun qızları və keçmiş əri yaşayır.
2014-04-17
14,839
XXI əsr Bakısında vaqon-məktəb - Fotoreportaj
Söhbət Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Ramana qəsəbəsindəki Xanlıq kənd ümumi orta təhsil məktəbindən gedir. Hazırda 87 şagirdin təhsil aldığı bu məktəb 2 vaqonda yerləşir. Məktəbin direktoru İlahə Əsədova "Axar.az"a bildirdi ki, keçən il Nazirlər Kabinetinin əməkdaşları təhsil müəssisəsinə baxış keçirib. Baxış zamanı 220 nəfərlik yeni məktəbin tikintisinə başlanılacağı qeyd olunub. Direktorun sözlərinə görə, hazırda istilik sistemi tam qaydasında işləyir: "Qışda problemimiz olmur. Bircə problemimiz məktəbin vaqonlardan ibarət olmasıdır. Kollektivimiz gənc kadrlardan ibarətdir. Ümid edirik ki, yaxın zamanlarda bu məsələ həll olunacaq. Qubadlı Rayon İcra Hakimiyyəti də bu problemin tez bir zamanda həll olunacağını bildirib". Sinif, yoxsa vaqon Müəllimlər isə deyirlər ki, məktəb 9 illikdir. Burada şagirdlərin sayı 85-90 arası dəyişir. Əsas problem də köçkün məktəblilərin vaqonlarda dərs öyrənməyə məhkum olunmasıdır. Müəllimlər deyir ki, havalar isinəndə vaqonlarda havasızlıq yaranır, "siniflərdə" oturmaq əzaba çevrilir. Məktəbdə 18 pedaqoq çalışır. Müəllimlərin dediyinə görə, məktəbin maddi-texniki bazası sıfıra bərabərdir: "Günümüzün çox hissəsi burada keçir. Nə etməli? Şagirdlər də çalışır, oxuyurlar ki, hər şey yaxşı olsun. Bu, məktəb deyil. Təhsil-tədris üçün heç bir tələbə cavab vermir. Bu qəsəbədə yaşayanların məktəb tikintisinə ehtiyacı var. Məncə, 200 nəfərlik bir məktəb tikmək çətin olmaz. Biz Mehriban xanımın da köməyini gözləyirik. O, həmişə təhsil sahəsinə qarşı diqqətcildir. İndi o dövr deyil ki, vaqonlarda dərs keçəsən. İstəyirik ki, şəraitimiz yaxşılaşsın, məktəbin maddi-texniki bazası olsun, şagirdlərin yüksək təhsil almağı üçün yaxşı imkan yaransın". Yeni məktəb gözləyənlər Məktəb rəhbərliyi ilə yanaşı şagirdlər və valideynləri də yeni məktəb tikintisini səbirsizliklə gözləyirlər. Ümid edirlər ki, maydan sonra inşa işlərinə başlanacaq və növbəti tədris ili həm də təzə məktəbin açılışı ilə yadda qalacaq. Nə deyirik ki, təki belə olsun...
2014-04-17
14,840
Aleksandr Dümanın kurtizan qadını
Onun bütün həyatı pərəstiş etdiyi, eyni zamanda da həsəd apardığı məşhur atasının kölgəsində keçmişdi. Bir dəfə əsəbləri gərildiyi vaxt oğul Aleksandr Düma deyib ki, onun özünün heç nəyi yoxdur – hətta münasibətdə olduğu qadınlar belə onu atasının sönük kölgəsi hesab edirlər. Bununla belə, cəsarətlə demək olar ki, məşhur fransız yazıçısı bir qədər ifrata varmışdı, çünki oğul Dümanın həyatında onu bütün qəlbi ilə sevən yeganə bir qadın olub. Oğul-Düma və Mari Düplessi 1844-cü ildə tanış olmuşdular. Hər ikisinin iyirmi yaşı var idi, ancaq həyat təcrübələri və xarakter baxımından tamam əks qütblərdə dayanmışdılar. Aleksandr – heç kimin tanımadığı, özünə inamsız, məşhur atasının – "Üç müşketyor" müəllifinin hətta övladı dünyaya gəldikdən sonra da nikahlanmadığı yoxsul dərzidən olan utancaq oğlu idi. Mari isə davranışda və həyat tərzində yüksək cəmiyyəti təqlid edən yüngül əxlaqlı qadınlar mühitinin cinslər arasındakı münasibətlərdə səriştəsi olan xanımı – Parisin bütün kişilərinin həsəd apardığı, həsrətini çəkdiyi qadın idi. Mavi gözlü, zərif, qarabuğdayı, qüsursuz ədaları olan Mariyə baxanda onun normandiyalı kəndli qızı olduğunu təsəvvür etmək çətin idi. Lap gənc ikən atası onu varlı bir qocaya satmış, cəmi bir neçə aydan sonra isə qız qocanı tamamilə usandırmışdı. Qoca Marini qovduqdan sonra o, pul qazanmaq üçün xidmətçi, aşpaz və paltaryuyan işləməli olur. Gecələr isə bu gözəl və gənc qız kişiləri qəbul edir. Bir dəfə ofisiant işlədiyi kafedə o, dövlətli bir cənabın diqqətini çəkir və artıq ertəsi günü Parisdə məxsusi onun üçün tutulmuş mənzilə köçür, bu andan etibarən isə Paris dendilərinin (həmişə ən son modalı paltar geyən adam – tərc.) həyat tərzinə aludə olur. Gənc əyalət qızı tezliklə Fransa paytaxtının ən məşhur kurtizankalarından (yüksək zümrələrə mənsub yüngül əxlaqlı, macəraçı qadın – tərc.) birinə çevrilir. Mari Aleksandr Düma ilə kafedə tanış olur. Gənclər görüşməyə başlayır və onların gəzintisi bir qayda olaraq Marinin dəbdəbəli evində başa çatırdı. Aleksandr yeni tanışına gerçəkdən vurulmuşdu, o da Aleksandra ürək qızdırmış, həyatının bütün tarixçəsini ona nağıl etmişdi. Bu idilliya bir il davam etdi və qəfildən bitdi. Bir dəfə Mari sadəcə Aleksandrdan xahiş etdi ki, onu br daha narahat etməsin. Düma ayrılığı min bir əzab-əziyyətlə yaşadı, Marinin özü isə sürətlə ağırlaşan vərəmə tutuldu. Keçmiş sevgililəri ondan üz döndərdilər. Tamamilə tənha qalan Mari dərmanların və həkimin pulunu ödəmək üçün öz zinət əşyalarını və digər əmlakını satmağa məcbur oldu. 1847-ci ildə Mari vərəmdən vəfat edir. Sevgilisinin ölüm xəbərini eşidən Düma isə "Kameliyalı qadın" romanında onun obrazını yaradaraq Marinin xatirəsini əbədiləşdirmək qərarına gəlir. Roman 1848-ci ildə işıq üzü görür və dərhal da müəllifinə şöhrət gətirir. Oğul Dümanın qəhrəmanı Marqarita Göte iki damla su kimi gerçək Mari Düplessiyə bənzəyir. Bu bənzərliyi mərhum kurtizankanın tanışları da sezmişdilər. Ədalət naminə qeyd etmək lazımdır ki, Dümanın qəhrəmanının tarixçəsi gerçək Mari Düplessinin həyatından daha romantik alınıb. Romanda Marqarita onu sevən Armanla münasibətlərini oğlanın atasının xahişi ilə kəsir ki, bu məhəbbət sevgilisinin gənc bacısının adına xələl gətirməsin. Həyatda isə, şayiələrə görə, Aleksandrın xoşbəxt rəqibi kübar cəmiyyətindən hansısa bir cənab olmuşdu. Hər necə olsa da, madmazel Düplessi öz fünksiyasını yerinə yetirdi – fransız ədəbiyyatına onun ən məşhur romanlarından birini bəxş etdi.
2014-04-17
14,841
Siqaret insanı belə öldürür – Video
Laboratoriyada aparılmış sınaqlar siqaretin ziyanını əyani sübut edib. "Axar.az" xəbər verir ki, Çində maraqlı laboratoriya tədqiqatları aparılıb. Siqaretin və digər tütün məmulatlarının verdiyi ziyanı praktik göstərmək üçün aparılan sınaqlar video şəklində yayılıb. Kadrlardan da görünür ki, sağlam ağciyərlərə xüsusi boru vasitəsi ilə siqaret tüstüsü verilir. Bir neçə müddət davam edən bu proses nəticəsində ağciyərlərin rəngində solğunluq müşahidə edilir. Laborantlar tərəfindən yarılan tənəffüs borusunun içərisi isə qara ləkə və çirklə dolu olub. Həkimlər bununla siqaretin insan həyatına verdiyi ziyanı əyani şəkildə göstərməyə çalışıblar. Sosial şəbəkələrdə marağa səbəb olan videonu sizə təqdim edirik:
2014-04-17
14,842
Hava və torpaq üzərindən hücum: 72 ölü
Suriyada təşkil edilən əməliyyatlarda 72 adam ölüb. "Axar.az" xəbər verir ki, Suriya İnsan Haqları Təşkilatı (SNHR) Əsədə aid hərbi qüvvələrin müxaliflərə qarşı təşkil etdiyi hücumlarda 4-ü qadın, 7-si uşaq olmaqla 72 adamın öldüyünü açıqlayıb. Suriya İnsan Haqları Təşkilatı İdlibdə 25, paytaxt Şamın ətrafında 13, Hələbdə 12, Xümsdə 10, Dərada 4, Deyr Əz-Zorda 3, Həsaka və Latkiya bölgələrində bir nəfər olmaqla 72 adamın öldüyünü bildirib.
2014-04-17
14,843
“Turan ordusu”nun ilk addım səsləri Naxçıvandan gəldi
Silahlı Qüvvələrimiz Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə Nazirliyin rəhbərliyinin iştirakı ilə keçirilən təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin şəxsi heyəti, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən yeni, ən müasir standartlara uyğun zirehli texnika cəlb olunub. Təlimlərdə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılacaq, döyüş texnikalarının, həmçinin müasir silahların tətbiqi imkanları öyrəniləcək, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, eyni zamanda döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetiriləcək. Naxçıvan və Azərbaycanın Ermənistanla digər sərhəd bölgələrində hərbi təlimlərin olacağı barədə yazılarımızda bildirmişdik ki, son zamanlar Azərbaycanla Türkiyə arasında aparılan müzakirələrdə siyasi-iqtisadi əməkdaşlıq məsələləri ilə yanaşı iki ölkənin birgə hərbi təlimlər keçirməsi də gündəmdədir. Qeyd etmişdik ki, Türkiyə Suriyadan kürdlərin və ermənilərin kütləvi olaraq, həm də ailələr və tayfa halında, Dağlıq Qarabağa köçürülməsindən, eyni zamanda Türkiyə, İraq və Suriyadan PKK silahlılarının bu bölgəyə sızmasından ciddi narahatdır. Ona görə də Türkiyə istəyir ki, hərbi təlimlər zamanı köç bölgəsinə girilib-çıxılsın, ya da ora raketlər atılsın ki, Dağlıq Qarabağa köç edənlər və orada düşərgə salanlar bölgədə hər şeyin rahat olmadığını anlasınlar. Ən azından, köç həvəsi və prosesi dayansın. Həmçinin artıq Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan hərbi birləşmələrindən ibarət Avropa mediasının dili ilə desək, "Turan ordusu" adlı hərbi birliyin yaradılması barədə yazmışdıq. Ordunun rəsmi adı ölkələrin Anadolu türkcəsində baş hərflərini ehtiva edən TAKM abriviaturasıdır. TAKM-ın başqanlığı Türkiyədədir. Lakin 3 ay əvvəl qərargah Ankaradan Bakıya köçürülüb. Buna də səbəb kimi, Ukraynada partlaq verən və Azərbaycanı da təhdid edən rus aqressiyasına mesaj verilməsi zərurəti göstərilir... Diplomatik qaynaqlara əsasən bildirmişdik ki, bu ordunun Dağlıq Qarabağda hərbi əməliyyatlar, yaxud partizan savaşı aparacaq hazır qrupları var. Azərbaycanın razılıq verəcəyi təqdirdə bu qruplar Dağlıq Qarabağa atılacaq. Azərbaycan isə hələlik Rusiyadan ehtiyat etdiyindən gözləyir. Əldə etdiyimiz məlumata görə, hazırda Naxçıvanda keçirilən təlimlərdə Türkiyə ordusunun təmsili manqası da iştirak edir. İddia olunur ki, Naxçıvandakı təlimlər nəzərdə tutulan Azərbaycan-Türkiyə hərbi təlimlərinə hazırlıqdır. Buna "Turan ordusu"nun ilk hərbi manevrləri də demək və bu ordunun ilk addım səslərinin Naxçıvandan gəlməsi kimi də qiymətləndirmək olar. Qeyd edək ki, aprelin 21-də "Turan ordusu"na qoşulması üçün danışıqların aparıldığı bildirilən Qazaxıstanın müdafiə naziri Serik Axmetov Azərbaycana səfər edəcək. S.Axmetov Azərbaycanın müdafiə naziri Zakir Həsənovla, müdafiə sənayesi naziri Yavər Camalovla görüşəcək, bir sıra hərbi sənaye obyektlərinə baş çəkəcək və hərbi məsləhətləşmələr aparacaq. Qeyri-rəsmi məlumatlara görə, bu səfər zamanı Qazaxıstanın da "Turan ordusu"na qoşulması məsələsinin bir daha müzakirə olunacağı bildirilir. Bundan öncə isə "Turan ordusu"na daxil olan Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdət Özəl Azərbaycana səfər edərək yüksək səviyyəli görüşlər keçirmişdi. Bütün bunlar onu göstərir ki, türk-müsəlman hərbi birliyinin formatı olan "Turan ordusu"nun çevik bir quruma çevrilməsi üçün ciddi müzakirələr gedir. Ekspertlər bu hərbi birliyin formalaşdırılmasını önəmli addım kimi qiymətləndirirlər (Musavat.com).
2014-04-17
14,844
Hakim oyunçuları döydü – Video
Qaydasız döyüş yarışlarının birində maraqlı hadisə baş verib. Yarışa hakimlik edən şəxs onun "aralaşmaq" əmrinə məhəl qoymayan idmançı gəncləri döyüb. "Axar.az" xəbər verir ki, yan hakimlər və məşqçilər onları güclə sakitləşdirib. Sosial şəbəkələrdə marağa səbəb olan videonu sizə təqdim edirik:
2014-04-17
14,845
Ərdoğan: “Hətta düşmən də bu qədər namərdlik etməzdi”
Baş nazir Ərdoğan Adanada MİT TIR-ları ilə əlaqəli əvvəl həbs olunan, ancaq az sonra azad edilən şübhəlilərlə bağlı önəmli açıqlamalar verib. "Axar.az" xəbər verir ki, Baş nazir Ərdoğan MİT TIR-larına qarşı keçirilən əməliyyatın Gülən camaatına məxsus şəbəkə mənsubları tərəfindən edildiyini deyib. Daha sonra Ərdoğan bildirib ki, "hətta düşmən belə namərdcə hərəkət etməzdi". Ərdoğan həmçinin qeyd edib ki, Türkiyənin Suriyadakı kimyəvi silah hücumuna dəstək verdiyi, Əl-Qaidənin yanında olduğu kimi təsəvvürlər yaradılmağa çalışılıb. MİT-ə məxsus TIR-ların saxlanılması, Xarici İşlər Nazirliyindəki qanunsuz dinləmələrin də yaxından izlənildiyini deyən Ərdoğan ABŞ-da da Türkiyəyə qarşı kampaniya aparıldığını vurğulayıb: "Bir sıra ölkələrə məktublar yazılaraq, hətta erməni lobbisinin nümayəndələri ilə əməkdaşlıq edilərək Türkiyəyə qarşı çox çirkin kampaniyalar aparılır". Ərdoğan sonda vurğulayıb ki, ölkədə keçiriləcək prezident seçkilərində də səmimi, açıq mübarizə aparacaqlar.
2014-04-17
14,846
Rusiya Latviyanı özünə birləşdirir
Rusiya xüsusi xidmət orqanları Latviyanı işğal etmək üçün gizli ictimai araşdırmalar aparıblar. "Axar.az" xəbər verir ki, bunu Avropa Parlamentinin keçmiş-vitse prezidenti Yatsek Sariuş-Volski deyib. "Avropa Birliyi elə başa düşür ki, Rusiyanın əsas işğal ünvanı Ukraynadır. Amma belə deyil. Söhbət Sovet İttifaqı imperiyasının bərpasından gedir", - deyə Volski Espresso TV-yə açıqlamasında deyib. Deputatın sözlərinə görə, Rusiya Federasiyası Krım kimi bir neçə ərazini özünə birləşdirməyi planlaşdırır: "İndi biz hadisələri izləyirik, ən çox narahatlıq doğruran Latviyadır. Krımın işğalından əvvəl Latviyada gizli şəkildə ictimai sorğu keçirilib. Bu, Rusiya imperiyasının bərpasının böyük planlarından biridir".
2014-04-17
14,848
Flora Kərimovaya mükafat verildi - “Qızıl səs”
"Müğənni Rövşən Civişov Azərbaycan musiqisini Avropada təmsil etdiyinə görə mükafata layiq görülüb". Bunu açıqlamasında müğənninin özü bildirib. Onun sözlərinə görə, Benilüks Azərbaycan konqresinin təşkil etdiyi tədbirdə Azərbaycan və türk diasporasının üzvləri də iştirak edib: "Tədbirdə bir çox ölkənin səfirləri, diplomatları iştirak edirdi. Niderland krallığının Roterdam şəhərində keçirilən tədbirdə rəsmi hissədən sonra dahi sənətkarımız Flora Kərimova ilə birgə konsertimiz oldu. Flora xanıma isə "Qızıl səs" mükafatı təqdim olundu" ("AzNews.az").
2014-04-17
14,849
Cəbhədə atışma: atəşkəs 28 dəfə pozuldu
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qorqan, Horadiz, Ağdam rayonunun Sarıcalı, Novruzlu, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Xocavənd Kuropatkino və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-04-17
14,850
“Buqatti”nin sahibi olan polis rəisinin idarəsindən – Reportaj
Bir neçə gündür ki, mediada Bakının Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin olduğu iddia edilən "Buqatti" (hazırda adı dəyişdirilib və "Mamunia" qoyulub) gecə klubunda baş verən özbaşınalıqlar barədə məlumatlar dərc olunmaqdadır. Məsələ ilə bağlı adı hallanan Nəsimi polisinin rəisi Musa Musayevdən isə xəbər yoxdur. Nəsimi Rayon Polis İdarəsindən 5 gün öncə "Axar.az"a bildirmişdilər ki, gecə klubunun sahibi kimi adı hallanan polis rəisi işə çıxmır: "Rəis bir neçə gündür ki, iş çıxmır və bundan sonra da bir neçə gün müddətində işdə olmayacaq. İcazəlidir. Bir neçə gün sonra müraciət edin, rəis özü suallarınızı cavablandırsın". Açıqlama verilən gündən 5 gün keçməyini nəzərə alıb, Nəsimi rayon polis idarəsinə yollandıq. Rəisin yerini heç kim bilmir Binadan içəri keçən kimi hardan gəlməyimizlə maraqlanan polis serjantı jurnalist olduğumuzu biləndən sonra növbətçi hissə otağında əyləşən kapitanı çağırdı. Bu dəfə kapitana gəlişimizin məqsədini izah etməyə çalışdıq və uzun çək-çevirdən sonra, "deyəsən (?) rəis burda deyil" cavabını aldıq. Elə söhbətin ən maraqlı hissəsi də bu sözdən sonra baş verdi: -Deyəsən nədir? - Mən idarəyə yeni gəlmişəm, bilmirəm. – Bəs kim bilir? - Vallah, onu da bilmirəm. - Yaxşı, bəs indi mən nə edim, sualımı kimi verim? Heç olmasa Musa müəllimin müavinlərindən biri qəbul etsin, soruşaq, bəlkə rəisin yerini o bilər. Bir qədər sonra qayıdıb rəis və rəis müavinin heç birinin olmadığı "deyəsənsiz", tam əminliklə dedi. "Gələnə qədər gözləyərik" deyib idarənin həyətində gözləməyə başladıq. Sinilər sıralanır... İdarəyə nə girən bəlli idi, nə çıxan. Yaxınlıqdakı kafenin ofisiantı 4-5 dəfə əlində yemək dolu sinilər içəri keçirdi. Doğrusunu ofisiant bilər deyə, ona üz tuturuq - Bu dadlı yeməyi rəisə aparırsan yəqin... Son ümidimizə ofisiant beləcə balta vurdu: - Rəis nə gəzir? Müstəntiqlərə aparıram. Görmürsən müstəntiqlər necə kefdədirlər?! Rəis burda olanda o cür sərbəst hərəkət edə bilmirlər. Həyətdə gözləməkdən bezib içəri. Bu dəfəki həmsöhbətimiz özünü mayor İsgəndərov Səbuhi kimi təqdim edən polis əməkdaşı olur: - Rəis yoxdu burda... - Hardadır, nə zaman gələcək? - Bilmirəm. Siz bura nəyə görə gəlmisiniz? - Dünən sizin növbətçi hissə ilə danışanda dedilər ki, rəislə görüşmək və sual vermək istəyənlər idarəyə gəlməlidir, biz də gəlmişik. -Onu kim deyib axı? Elə şey olar? Rəis yoxdur e qardaş, yoxdur. - Rəis yoxdursa, müavinlərdən biri ilə görüşdürün.... Gedib bir neçə dəqiqə sonra gəlib rəis müavinin dediklərini çatdırır: - Rəisin müavini ilə danışdım, deyir ki, nə sualları varsa, bizim mətbuat xidmətinə yaxınlaşsın. Mətbuatın suallarına Daxili İşlər Nazirliyinin məbuat xidməti cavab verir. Bir az da müşahidə aparırıq və tam əmin oluruq: gecə klubunun sahibi olduğu deyilən polis rəisi Musa Musayev artıq bir həftədir ki, yoxa çıxıb – yəni işə çıxmır... Təkrar xatırladaq: Bir müddət öncə gecə klubu mətbuatda gedən yazılanlardan sonra iki gün müddətinə qapadılmışdı. Klub yaxınlığında yaşayan əhali isə burada xaosun hökm sürdüyünü bildirmişdi. Onlar dəfələrlə barda bıçaqlanma, döyülmə hadisələri olsa da, polis idarəsinin məsələyə diqqət etmədiklərini söyləmişdilər. "Buqatti"nin adı gecə klubu ətrafında yaranan qalmaqaldan sonra dəyişdirilib. Klubun Nəsimi rayonunun polis rəisi Musa Musayevə məxsus olduğu barədə mediada iddialar səslənsə də, hörmətli rəisdən açıqlama almaq mümkün deyil: çünki yoxa çıxıb!
2014-04-17
14,852
Nazirlik rüşvət alan direktoru araşdırır - Audio
Təhsil Nazirliyi Laçın rayon Ağgöl orta məktəbinin direktoru ilə bağlı elə həmin məktəbin müəllimi Vüqar Ağayoruvun şikayətinə aydınlıq gətirib. "Axar.az" "Qafqazinfo" ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin tapşırığı ilə Ağgöl ümumi orta məktəbində Laçın Rayon Təhsil Şöbəsi (RTŞ) tərəfindən ətraflı araşdırma aparılıb. İşində yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru Hidayət İbrahimovun vəzifəsində qalıb-qalmaması barədə Laçın RTŞ Təhsil Nazirliyinə məktub göndərib. Yaxın günlərdə bu barədə müvafiq qərar qəbul olunacaq. Qeyd edək ki, ötən ay hazırda Ağcabədi rayonunda yaşayan müəllim Vüqar Ağayarov "Qafqazinfo"ya şikayət məktubu ünvanlamışdı. O, məktubda bildirib ki, Ağcabədi ərazisində yerləşən Laçın rayon Ağgöl ümumi orta məktəbinin müəllimi işləyir və həmin məktəbdə ona təzyiqlər edilir: "Mən bu məsələlərlə bağlı əlaqədar idarə və təşkilatlara da məlumat vermişəm, təəssüf ki, məktəbin direktoru Hidayət İbrahimovun etdiyi özbaşınalıqlarla bağlı tədbir görən yoxdur. Çünki Laçın rayon təhsil şöbəsinin müdiri Malik Vəliyev onun arxasında durur, bütün qanunsuz əməllərini dəstəkləyir".
2014-04-17
14,854
İran tarixində görünməmiş edam səhnəsi - Foto
İranda bir məhbusun edamı zamanı insanları şoka salacaq hadisə baş verib. "Axar.az" xəbər verir ki, 7 il əvvəl bıçaqlayaraq öldürülən Abdullah Hüseynzadənin anası oğlunun qatilini edamdan bir neçə dəqiqə əvvəl bağışlayıb. Mazandaran əyalətinin Royan qəsəbəsində baş tutan edam səhnəsi zamanı hər iki tərəfin ailəsi meydana toplanıb. Qaydalara görə, edam cəzası alan məhbusun gözləri bağlanaraq, boynuna ip keçirilib. Ancaq son anda mərhumun anası kütlənin arasından çıxaraq oğlunun qatilini əfv edib. Əvəzində isə məhkuma bir şillə vurub.
2014-04-17
14,856
Ağdaşda 2 milyonluq yeyinti
Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı ) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Prokurorluğun Mətbuat Xidmətindən "Axar.az"a daxil olan məlumata görə, aparılmış istintaqla mərkəzin direktoru Vahid Seyfəlovun təşkilatçılığı və mərkəzin baş mühasibi Müşviq Baxışovun, rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müstəqim Məmmədovun, Ağdaş Peşə məktəbinin baş mühasibi Yaşar Həsənovun, Ağdaş rayon Maşad kənd poçt şöbəsinin rəisi Əslan Lətifovun və qeyrilərinin bilavasitə iştirakı ilə 2006-2013-cü illər ərzində saxta sənədlər əsasında vəfat etmiş və digər şəxslərin adlarına, o cümlədən 730 şəxsə yaşa görə, 31 şəxsə ailə başçısını itirməyə görə, 12 şəxsə əlilliyə görə ümumilikdə 773 şəxsə sosial müavinat təyinatı aparılaraq 1.988.779 manat məbləğində dövlət vəsaitini qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan Vahid Seyfəlova Cinayət Məcəlləsinin 179.3.2, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü, Əslan Lətifova həmin məcəllənin 179.3.2 və 313-cü maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri, Müşviq Baxışova Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü, Müstəqim Məmmədova Cinayət Məcəlləsinin 32.5, 179.3.2, 313-cü, Yaşar Həsənova isə həmin məcəllənin 32.5, 179.3.2 və 313-cü maddələri ilə ittiham elan edilərək barələrində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə
2014-04-17
14,857
Yol polisi saxladığı avtomobildə tapança tapdı
Bakıda avtomobildən tapança aşkar edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Səbali Rayon Polis İdarəsindən verilən məlumata görə hadisə Bünyad Sərdarov küçəsində qeydə alınıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Azər Ömərov xidmət aparan zaman Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Cavid Telman oğlu Məmmədovun idarə etdiyi 90-SU-073 dövlət nömrə nişanlı avtomobili qayda pozduğuna görə saxlayıb. Avtomobildən tapança aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
2014-04-17
14,858
Ziya Məmmədovun şəriki məhkəməyə verildi
Azərbaycan Beynəlxalq Bankı nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı "Hafka" kimi tanınan Hafiz Məmmədovu məhkəməyə verib. "Axar.az" "azpolitika"ya istinadən xəbər verir ki, buna səbəb iş adamının bankdan götürdüyü külli miqdarda krediti vaxtından xeyli müddət keçməsinə baxmayaraq, geri qaytarmamasıdır. Mənbə dəqiq rəqəm söyləməkdə çətinlik çəksə də, söhbətin bir-neçə yüz milyon manatdan getdiyini bildirib. Bankın dəfələrlə xəbərdarlığına baxmayaraq, Hafiz Məmmədov nə əsas kredit borcunu, nə də faizlərə görə yığılıb qalan vəsaiti geri qaytarmayıb. Bu da bank rəhbərliyini son tədbirə əl atmağa vadar edib.
2014-04-17
14,859
Ukraynada 3 separatçı öldürüldü
Ukrayna təhlükəsizlik qüvvələrinin Mariupolda həyata keçirdiyi anti-terror əməliyyatı zamanı 3 separatçı öldürülüb. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər naziri Arsen Avakov Feysbuk profilində yazıb. "Gecə Mariupolda Milli Qvardiyanın yerləşdiyi hərbi hissəyə edilən hücuma cavab olaraq Daxili İşlər Nazirliyinin qüvvələri separatçıların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirib. Qısa atışmadan sonra separatçılar zərərsizləşdirilərək tərksilah olunub. DİN əməkdaşları arasında itki yoxdur. Məlumata görə, separatçılardan 3 nəfər öldürülüb, 13 nəfəri isə yaralanıb. 63 nəfər isə saxlanılıb", - deyə Avakov yazıb.
2014-04-17
14,860
Fazil Mustafa: "Gecələr hər kəs istədiyini edə bilər"
Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına sərt reaksiya verib. "Axar.az" xəbər verir ki, deputat nazirliyin bu açıqlamasını absurd adlandırıb. Millət vəkilinin Feysbuk səhifəsində bu haqda yazdığı statusu təqdim edirik: "Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Prezedentin ağacların kəsilməsi ilə bağlı çıxışına verilən reaksiyadakı absurda diqqət yetirin: "Ağacları gecələr kəsirlər..." Demək ki, gecələr hər kəs istədiyini edə bilər və qarşısını almaq mexanizmləri yoxdur. Bu məntiqlə gərək Müdafiə Nazirliyi açıqlama versin ki, ölkəyə düşmən gecə hücüm etdiyinə görə bir şey edə bilmədik. Daxili İşlər Nazirliyi açıqlasın ki, cinayət gecə baş verdiyinə görə aça bilmədik. Fövqəladə Hallar Nazirliyi bildirsin ki, yanğın gecə olduğuna görə söndürə bilmədik. Nazirlik bilməlidir ki, dövlət həyatında rast gəlinən qanunazidd əməllərin gecə və ya gündüz baş verməsi fərq etməz. Çünki insanlar 8 saat işləyirlər, dövlət isə 24 saat işləyir".
2014-04-17
14,861
“Forbes”: İlham Rəhimovun 500 milyon pulu var – Foto
Dünya şöhrətli "Forbes" jurnalı 2014-cü ilin ilk rübündə Rusiyanın ən varlı adamlarının reytinq-siyahısını dərc edib. "Axar.az" xəbər verir ki, siyahıya özbək əsilli milyarder Əlişir Osmanov başçılıq edir. Onun varidatı 18, 6 milyard dollar dəyərində qiymətləndirilir. İkinci və üçüncü yeləri 17,6 və 17, 1 milyard dollarla Mixail Fridamanla Viktor Vekselberq tutur. Siyahıda azərbaycanlılar da yer alıb. "Lukoyl"un prezidenti Vahid Ələkbərov son 3 ayda 1 milyarda yaxın pul itirsə də, 13 milyard dollarla 7-ci sırada qərarlaşıb. Ələkbərovdan başqa siyahıda 3, 6 milyard dollarla əslən Qubadan olan milyarderlər Qod Nisanov və Zarax İliyev, habelə göyçaylı oliqarx Fərhad Əliyev (1, 8 milyard), Araz Ağalarov (1, 7 milyard), Telman İsmayılov (700 milyon) yer alıblar. Amma ən maraqıl məqam Putinin azərbaycanlı dostu İlham Rəhimovla bağlıdır. Azərbaycanlı professorun adı ilk dəfədir ki, bu siyahıdadır. Onun varidatı isə nə az, nə çox - 500 milyon dollar dəyərində qiymətlənidirilib və 187-ci yerdə qərarlaşıb.
2014-04-17
14,862
Azərbaycan radikal dini qrupları məhv etməyə başlayıb
"Azərbaycan dövləti radikal dini qrupların fəaliyyətinə xitam verilməsi prosesinə başlayıb". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Azərbaycanda dini separatçılıq üçün əlverişli şəraitin olmadığını bildirib: "Mən qəbul etmirəm ki, dini radikallardan bizə qarşı istifadə edəcəklər. Azərbaycan ateist birlikdən çıxmış dövlətdir. Həmin dövlətdə ateizm dövlət ideologiyası səviyyəsinə qaldırılmışdı. Dekrulizasiya – yəni cəmiyyətin dini baxışlardan arındırılması prosesi getmişdi. Bu gün Azərbaycan cəmiyyətində dinə loyal münasibət var, amma fanatik dindarın sayı azdır. Bundan başqa müəyyən dini qruplaşmalar var ki, onlar qanunla qadağandır. Azərbaycan dövləti radikal dini qrupların fəaliyyətinə xitam verilməsi prosesinə başlayıb. Azərbaycanda dini zəmində separatçılıq hərəkətlərinin başlanması üçün heç bir əlverişli şərait yoxdur. Ona görə də ölkəmizdə dini zəmində heç bir separatçılıq fəaliyyəti yaratmaq mümkün olmayacaq. Şimali Qafqazda isə dini separatizm yox, etnik separatizm daha güclüdür. Doğrudur, çeçenlər bəzən Rusiyaya qarşı cihad formatından istifadə edirlər. Azərbaycanda isə dindarların dini siyasi hisslərini coşdura biləcək ictimai-siyasi zəmin yoxdur".
2014-04-17
14,863
Prezidentin qızlarının uşaqlıq şəkli yayıldı - Foto
Azərbaycan respublikasının prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyeva növbəti fotolarını paylaşıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva və Arzu xanım sosial şəbəkədə uşaqlıq şəkillərini yerləşdiriblər. Sosial şəbəkənin aktiv istifadəçilərindən olan xanımların demək olar ki, hər gün yüzlərlə izləyiciləri ilə şəkil paylaşırlar. Bu dəfə də Arzu Əliyevanın şəxsi İnstaqram səhifəsində paylaşdığıı foto hər kəs tərəfindən maraqla qarşılanıb (ANS).
2014-04-17
14,864
Harun Yəhyanın azərbaycanlı mələyindən məktub – Şok
Türkiyəli ilahiyyatçı, Harun Yahya kimi tanınan Adnan Oktar barəsində redaksiyamıza məktub daxil olub. "Axar.az" xəbər verir ki, məktubda Adnan Oktarın təriqətinə qəbul edilən qızlarla əlaqəyə girdikləri bildirilib. Məktubu kiçik düzəlişlərlə təqdim edirik: "Mənim xalam qızı Türkiyədə təhsil alanda Harun Yahya təriqətinə qoşulub, sonra onun təriqətinin əxlaqsız yuva olduğunu gördükdən sonra uzaqlaşıb. Xalam qızı özü məndən xahiş etdi ki, Azərbaycan mediasına yazım. Xalam qızı Türkiyədə ərdə olduğu üçün adını açıqlamaq istəmir. Xalam qızı dünən axşam Vatçapda mənimlə yazışdı və xahiş etdi ki, Adnan Oktarın əxlaqsızlığı barədə bu sətirləri sizə çatdırım. Xalam qızı deyir ki, orada Adnan Oktarın təriqətinə cəlb edilən qızların çoxu əxlaqsızlığa cəlb edilir. Adnan Oktar həmin qızları sanki hipnoz edir və "aşkım", "sevgilim" sözləri ilə ələ alır. Xalam qızı özü deyir ki, o təriqətdə 1 il qalıb. İlk öncə guya saf dini öyrədirlər. Sonra orada Esma Özgül adlı Adnan Oktarın ən yaxın adamı var. Esma Özgül heç zaman Adnan Oktarın verilişlərinə çıxmır. Ona Adnan Oktarın mənəvi xəlifəsi deyirlər. Esma Özgül özü Adnan Oktar təriqətinə qızları cəlb edir. Axşamlar bəzən qorxunc hadisələr baş verir. Bizi qaranlıq otaqda saxlayırdılar və deyirdilər ki, cinlər, şeytanları bizdən qovur. O otaqdan çıxdıqdan sonra sanki bizləri hipnoz edirdilər. Qaranlıq otaqda qaldıqdan sonra bizdə Adnan Oktara qarşı sevgi yaranır və onun əlini öpməyə, hətta onunla intim əlaqəyə girməyə belə istək yaranırdı. Çox iyrənc təriqətdir. Bir məsələni xüsusi ilə deyim. Adnan Oktarın mədrəsəsində qalanda gecə yarısı birdən deyirdilər ki, qalxın. Gecə paltarlarında ayaq üstə dururduq və Adnan Oktar içəri yataqxanaya girirdi və deyirdi ki, sizləri ziyarətə gəlmişəm. Cinlər şeytanlar sizdən uzaq olsun. Ən dəhşətlisini deyim. Adnan Oktar o qızlarla qrup halında intim əlaqədə olur. Xüsusi otağı var, ora heç kimi buraxmırlar. Otaqda böyük yataq var. Bir də həmin qız tələbələrinə otaqda striptiz göstərməyi əmr edir. Adnan Oktara Yəməndən ağac yarpağı gətizdirirlər. Ona el-qat deyilir. Heroin kimi qadağan deyil. Onu çeynəyəndə insanın başın dumanlanır. Qrup halında intimdən öncə hamısı el-qat (Yəməndə istehsal olunan nartkotik tərkibli maddə - red.) çeynəyirlər".
2014-04-17
14,865
ATƏT PA-nın 23-cü sessiyası Bakıda keçiriləcək
Milli Məclisdə ATƏT Parlament Asambleyasının bu yay baş tutacaq 23-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı razılaşma imzalanıb. Məlumata görə, sənədi Milli məclisin spikeri Oktay Əsədov və Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç imzalayıblar. Çernoqoriya parlamentinin spikeri ATƏT PA-nın prezidenti Ranko Krivokapiç, Oqtay Əsədovla görüşündə Azərbaycan və Çernoqoriya, eləcə də Azərbaycan və ATƏT arasında ikitərəfli münasibətlərin inkişafı da müzakirə olunub. R.Krivokapiç Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətində ciddi irəliləyişlərə nail olmaq üçün ATƏT-in sədri ilə birlikdə çalışdıqlarını deyib (ANS).
2014-04-17
14,866
Azərbaycan filmi ilk dəfə Kann Kinofestivalında
Azərbaycan kinosu tarixində ilk dəfə olaraq "Sonuncu" qısametrajlı bədii filmi 67-ci Kann Beynəlxalq Kinofestivalının əsas müsabiqə proqramlarından biri olan "Qısa metr" proqramına daxil edilib. "Axar.az" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta Films" şirkətininin birgə istehsal etdikləri filmin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev, Müşfiq Hətəmovdur. İkinci dünya müharibəsinin veteranı barədə fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər. Qeyd edək ki, "Qısa metr" proqramının münsiflər heyətinin sədri dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostamidir.
2014-04-17
14,867
“Gör mənim sifətimdə nakişi sözü yazılıb?” - Reportaj
Bəzən şəhərdəki tıxaclara tab gətirmək mümkün olsa da, "diribaş" sürücülərin tıxacın gətirdiyi gərginliyə əlavə başağrısı olması dözülməz olur. Doğrusu, belə sürücülərin yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn maşınların yoluna çıxması tıxacların uzun zaman davam etməsinə səbəb olur. Onsuz da o bir elə geniş olmayan paytaxt küçələrinin hər iki tərəfində sıralanan maşınların yolları daha da dar etməsi də maneədir. Həm də küçələrin dayanacaqlara çevrilməsi əlavə problemlərin yaşanmasına səbəb olur. Baxmayaraq ki, son vaxtlar şəhərin bir neçə yerində müasir dayanacaqlar tikilib, lakin bu problem hələ də aradan qaldırılmayıb. Səbəb aydındır. Bir-iki dəqiqəlik park üçün uzaq bir məsafəni qət etmək olmur. Ona görə də ali məktəblərin, metro dayanacaqlarının, apteklərin, bazar və marketlərin, eləcə də digər obyekt və müəssisələrin qarşısında yaranan bu dayanacaqlar həmin yerlərdə arzuolunmaz tıxacların yaranmasına səbəb olur. Pullardan dövlət büdcəsinə pay düşürmü? Bəs bu dayanacaqlara nəzarəti hansı qurum həyata keçirir? Sürücülərə edilən "xidmətə" görə ödənilən pullardan dövlət büdcəsinə pay düşürmü? Əyinlərində yaşıl gödəkcə, qollarına qırmızı sarğı bağlayan, maşınları "qarşılayıb, yola salanlar" kimdir, kimdən göstəriş alır və ya ümumiyyətlə, bunların "böyüyü" kimdir? Bir araşdırma aparmağa çalışdıq. Bəs əslində necədir? Nimdaş geyimləri, tüklü sifətləri, əllərindəki çubuqları ilə gözə dəyən bu insanların bəzilərinin yaxalarında tanıtım lövhələri də var. Əslində bütün bunlar onların rəsmi olaraq hansısa qurumun işçiləri olmasından xəbər verir. Bəs əslində necədir? Musiqili Komediya Teatrının yerləşdiyi küçənin park üçün icazəli yerində maşın saxlamaq mümkün olmadığından Beynəlxalq Bankın ofisinin əks tərəfində özümə yer edirəm. Gənc oğlan maşının dayanmasına yardım göstərir. Maşını rahladıqdan sonra oğlandan: - Burda saxlamağın qorxusu yoxdur? Aparmazlar ki? - soruşuram. Gənc oğlan arxayıncasına: - Nə qorxusu ola bilər ki? Sən pulunu bəri başdan ver, get işinin dalınca. Ödənişin neçə qəpik olması ilə maraqlanıram. Gənc maşınımın yuyulmasının vacib olduğuna deyir. Razı olmuram. Ödənişlə bağlı sualıma cavab verir: - Baxır sənin dayanmağına, tez gəlsən, 1 manat bəs edər. Bir manatın çox olduğunu deməyimə bənddir. And içir ki, burda maşın saxlamağa icazə olmadığı üçün xərcləri çox çıxır. - Həm də kameralar var, baxırlar, nə qədər maşının dayandığının haqq-hesabı gedir. Bizə qalan qəpik quruş, bir də yuduğumuz maşınların puludur. Maraq məni çəkir. Söhbətə tuturam. - Ötən dəfə MSK-nın köhnə binasının yanında saxlamışdım. Sənin kimi biri məni arxayın saldı. Amma qayıdanda gördüm ki, maşınımı aparıblar. - O pis oğlan deyil axı, maşını əldən verməzdi, görəsən nə olub elə?.. Mən elə namərdliyi eləmərəm. Gərək pul verəsən ki, aparmayalar da. Arxayın ol, sənin maşınına toxunmazlar Nəzarətçi oğlandan kimə haqq verdiyini soruşuram. Məlum olur ki, küçələrdən maşınları aparan Evakuatorlarla bunların razılaşması var. Nəzarətçilərin izni olmadan maşın saxlayanlar bunun ağrısını çəkirlər: - Özümüz çağırırıq, deyirik ki, maşın dayanıb, gəlib aparırlar. Həm də bizə yer lazım olur axı, "naxalnı" girən maşınları "nakolkalayırıq". Buna görə də sən arxayın ol, sənin maşınına toxunmazlar. Ödəniş edirəm. Söhbət zamanı onu da öyrənirəm ki, bu oğlan maşınları cərimə meydanına aparanlarla əlbirdi. Bir də yola quraşdırılan kameralara nəzarət edən idarənin hansısa işçisi gəlib aylığını alır, bundan əlavə heç yerə pul ödəmir, qazancları özlərinə qalır. İcazəli yerlərdə dayananlar isə Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentinin işçiləri sayılır. Və onlar NN-in yola nəzarət edən əməkdaşlarına pul ödəyirlər. Gəl indi Qarabağı al da... Səməd Vurğunun ev muzeyinə çatmamış küçədə hərəkət etmək ümumiyyətlə mümkün deyil. Hər iki tərəfdə saxlanılan maşınlara az qala sürtünərək keçmək olur. Orta yaşlı, ağzında siqaret, yaşıl gödəkcəli kişiyə yaxınlaşıram. - Mənə yer düzəlt, maşınımı saxlayım. Saymazyana: - Yer yoxdur- deyir. - Mənə vacib lazımdır, bu yaxınlarda işim olacaq, maşını uzaqda saxlamaq istəmirəm, apararlar, - deyirəm, yumşalır. - Ağsaqqal, inan, yorulmuşam yer düzəltməkdən, mən bəs bunları nə edim? – sıralanmış maşınları göstərir - sənə necə yer düzəldim? "Evakuatora zəng elə, gəlsin bir ikisini aparsın, yer boşalsın", - deməyimi görürəm. Nəzarətçi partlayır: - Pah atonnan, gəl indi Qarabağı al da... bu millət düzəlmədi də... sır-sıfatından mədəni, yeyib içən adama oxşayır, amma mənə deyir, işverənlik elə. Birincisi, evakuator bura girə bilməz, burda dayanmağa icazə var, ikincisi də... sən allah, get burdan. Gör mənim sifətimdə nakişi sözü yazılıb? Getmirəm, xətrinə dəydiyim üçün üzrxahlıq edirəm. Axır ki, könlünü alıram: - O tərəflərdə belə hallar olur, - deyirəm. - Dedim bəlkə, sən də o cür işləyirsən... - Yox, mən o cür işləmirəm. Gör mənim sifətimdə "nakişi" sözü yazılıb? Pərt olsam da, büruzə vermirəm. Bir qədər də söhbət edirəm. İşi, dolanışığı ilə maraqlanıram. Uzun çək-çevirdən sonra dərdinin qaysağını qopara bilirəm: - Vaxtın olsa, gözlə, hava qaralana yaxın Nəqliyyat Departamentindən gələcəklər. 3 nəfərdilər, hərəsinə 7 manat verirəm. Alıb gedəcəklər. Bu əraziyə baxanlardı. Pis adam deyillər e... onlardan da umurlar da... - Kim umur ki? - Guya bilmirsən, onlardan da yuxarılarda oturanlar. Ötür-ötürdü də. Öyrənirəm ki, Səbayel rayonu üzrə bütün "dayanacaqlardan" haqqı bu "üçlük" yığır. – Baxma, bu, xeyli pul edir, – bunu da nəzarətçi deyir. Adını soruşuram. "Adım Raqifdir", - deyir O da məlum olur ki Raqif heç yerdən maaş almır. Baxmayaraq ki, işə rəsmi düzəlib. Heç vergi də ödəmir. Ödəyəcəyi vergilər ödədiyi gündəlik 7 manatlardan çıxır... Bura olmaz, buralar tutulub Nərimanov metrosunun üstündəki parkın 4 tərəfi də belə dayanacaqdır və burda işləyən "stoyanşiklər" də dövlətə vergi ödəmir. Heç onlar da maaş almırlar. Dolanışıqları hər maşından aldıqları 20 qəpikliklərdən toplanıb özlərinə qalanlardı. Açığı, bu insanların hamısı dolanışıqdan şükürlü idi. Cavad adlı işçidən yaşlı qohumumu bura necə düzəldə biləcəyimi soruşuram. - Bura olmaz, buralar tutulub. Sən bax, göz gəzdir, gör harada maşın dayanır və orda "stoyanşik" yoxdur, mənə de, adam var, deyim kömək etsin. Pis deyil, daş daşımırsan, hamballıq eləmirsən. Allah bərəkət eləsin, mənə hər gün ən azından 35-40 manat pul qalır. Xərcimdən əlavə ha... Xərc də ki heç nədir. Sadəcə, bura bərəkətli yerdir, elə yer var ki, 10-15 manata işləyirlər... Şəhərin ayrı-ayrı yerlərindəki müşahidələrim və apardığım araşdırmalardan məlum oldu ki, əslində sürücülərdən toplanan pulların dövlət xəzinəsinə bir şey çatmır. Bu pullar dama-dama göl olub, ayrı-ayrı adamların cibinə axır...
2014-04-17
14,868
Moldova Dnestryanı separatçılarına cavab verdi
Moldova hökuməti Dnestryanı bölgənin Rusiya Federasiyasına müraciəti ilə bağlı bəyanat verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Moldovanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bəyanatda qəyd olunub ki, tanınmamış Dnestryanı respublikasının Ali sovetinin müraciəti Dnestryanı münaqişənin nizamlanması prosesinə və Moldovanın ərazi bütövlüyünə açıq təhdiddir. Müraciətdə həmçinin vurğulanıb ki, Dnestryanı münaqişənin yeganə həlli yolu siyasi dialoqun davam etdirilməsindən keçir: "Moldova hökuməti bu dialoqun davam etdirilməsində maraqlıdır. Biz beynəlxalq tərəfdaşlarımızı Dnestryanı münaqişənin nizamlanmasının davamı üçün koordinasiya olunmuş səylər göstərməyə çağırırıq. Həmçinin Rusiyadakı tərəfdaşlarımızı beynəlxalq hüquq normalarına əsaslanaraq dərhal reaksiya verməyə çağırırıq".