date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-04-14
14,548
Erməni Kaliforniyada mer oldu
ABŞ-ın Kaliforniya ştatındakı Qlendeyl Şəhər Şurasının üzvü Zare Sinanyan qurum tərəfindən şəhərin meri təyin olunub. Erməni mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə "Glendale News Press" xəbər yayıb. Sinanyan yeni vəzifədə Deyv Uiveri əvəz edib. Uiver Sinanyanın namizədliyini müdafiə eləməyən yeganə şəxs olub. Onun fikrincə, şəhəri idarə eləməkdə o, yetərli təcrübəyə malik deyi ("Musavat.com").
2014-04-14
14,549
Suriyada müharibə sona çatır
Suriya prezidenti Bəşər Əsəd ordunun artıq ölkədə nəzarəti ələ aldığını bəyan edib. "Axar.az" xəbər verir ki, Suriya əsgərlərinin son bir neçə aydır Livan sərhədindəki müxaliflərin əlindəki bölgələrdə nəzarəti ələ aldığı barədə məlumat yayılır. Üç ildir davam edən müharibədə 150 min nəfər həyatını itirib, milyonlarla insan isə ölkəni tərk edib. Dəməşq Universitetində çıxışı zamanı Bəşər Əsəd Suriyadakı vətəndaş müharibəsinin bu an dönüş nöqtəsində olduğunu bildirib. Terrorizmə qarşı savaş olaraq xarakterizə etdiyi mübarizədə Suriya ordusunun üstün olduğunu bildirən Bəşər Əsədin qarşıdan gələn prezident seçkilərində də namizəd olacağı gözlənilir.
2014-04-14
14,550
Yaralı əsgərlərdən xəbər var - Video
Ermənistan ordusunun Ağdamın işğal altındakı Yusifcanlı kəndindən açdığı atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 əsgəri yaralanıb. Ağcabədinin Qiyamadınlı kəndi isitaqmətində yaralanan əsgərlər Elmirad Qurbanəlizadə və Asim Quliyev hospitala yerləşdirilib. Qarabağ bürosundan aldığımız məlumata görə, onların vəziyyəti orta ağırdır (ANS).
2014-04-14
14,551
İlham Mirzəyevi tərifləyənlər indi necə düşünür? - Video
Məşhur telejurnalist, "Etiraf" verilişinin aparıcısı İlham Mirzəyev aprel ayının 11-də əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə həbs edilib. Maraqlıdır, dünən dələduzluqda ittiham edilən İlham Mirzəyevi bir qədər əvvəl tərifləyənlər bu gün onun haqqında nə düşünür. "Axar.az" İ.Mirzəyev haqqında yaxın dostlarının dediklərini təqdim edir: Qərəzli bir işini görməmişəm, gözləmərəm də Canəli Əkbərov: "İlham Mirzəyevlə sənət və yaradıcılıq baxımından həmişə əlaqəmiz olub. Aparıcısı olduğu "Etiraf" verilişinə məni dəfələrlə dəvət edib. Ancaq son 6 ay ərzində görüşümüz olmayıb. Düzü, harada olduğundan xəbərim də yoxdur. Təzəlikcə həbs edildiyini eşitmişəm. Ancaq həbs səbəbini bilmirəm. İlham Mirzəyevi mən səmimi və istiqanlı bir insan kimi tanıyıram. Ondan qətiyyən qərəzli bir iş görməmişəm, heç gözləmərəm də. İnsanın xeyir-şərində iştirak edən insandı İlham. O mənim balalarımın toyuna da gəlib, mənim ad günümdə də iştirak edib. İlham incəsənət nümayəndələrinə qarşı çox səmimi olub". İnanmaram ki, İlham dələduzluq etsin Ağaxan Abdullayev: "Hələ indi eşidirəm bu haqda. Qardaşımın ailəsində baş verən faciə səbəbilə başım qarışıqdır. Ona görə məlumatım olmayıb. Ancaq mən İlhamı mülayim və olduqca təmiz bir insan kimi tanınmışam. Elmi dərəcəsi olan alimdir İlham. Ağlıma belə gəlmir ki, o, həbs edildiyi maddəyə uyğun bir hərəkət etsin. İlham hamıya əl tutan, hamı ilə danışmağı, dostluq etməyi bacaran biridir. Ümid edirəm, tezliklə nöqsanının olmadığı üzə çıxar". Aramızı bircə divar kəsir Zəlimxan Yaqub: "Mən İlhamı təkcə efirdən bir aparıcı kimi tanımıram. O, həm də mənim qonşumdur. Bir qonşu kimi ancaq yaxşılığını, diqqətini görmüşəm həmişə. O bir insan, dost və qonşu kimi idealdır. Mənim üçün dəyərli dostdur. Onun bütün xüsusiyyətlərini yüksək dəyərləndirirəm. Sevinirəm ki, belə bir dostum, qonşum var. Onunla aramızı bircə divar kəsir. Həbsinə gəlincə isə, bu, ailədaxili məsələdir. Mən bununla bağlı bir söz deyə bilmərəm. Onun ailədaxili problemlərinə qarışmaq, müdaxilə etmək ayıbdır. Bizim ədalətli qərarlar çıxaran məhkəmə sistemimiz var. Tezliklə yenidən yanımıza qayıdacağına inanıram". Qeyd edək ki, təqdim etdiyimiz 14 mart 2014-cü il tarixli, "Azərbaycan ziyalıları İlham Mirzəyev haqqında" adlı videoda Ağaxan Abdullayev, Zəlimxan Yaqub, Canəli Əkbərov, Bəkir Nəbiyev, Habil Əliyev, Aqşin Babyev, Salatın Əhmədli kimi məşhur simalarla yanaşı, millət vəkilləri Nizami Cəfərov və Novruz Aslanovun da aparıcı haqqında dediyi fikirlər yer alıb. Videonu təqdim edirik.
2014-04-14
14,552
Elçin Mirzəbəylinin sevgi məktubları sükutu pozdu
Şairin sevgi şeirlərindən ibarət yeni kitabı çapdan çıxıb. Şair Elçin Mirzəbəylinin "Sevgi məktubları" adlı yeni şeirlər kitabı "Oğuz eli" nəşriyyatında çapdan çıxıb. Kitabda şairin əsasən son illərdə qələmə aldığı sevgi şeirləri yer alıb. Kitab "cib kitabı" (60x84) formatında, 1000 tirajla çap olunub. Kitabda ön söz əvəzi olaraq, Azərbaycan jurnalistikasının canlı əfsanələrindən biri, şair-publisist Telli Pənahqızının Elçin Mirzəbəylinin yaradıcılığı haqqında yazdığı "Bir eşq hücrəsində oxunan dualar" adlı məqaləsindən istifadə olunub. Elçin Mirzəbəyli "BayMedia.az"a açıqlamasında bildirib ki, Sumqayıtda gənclərlə keçirdiyi görüşdən sonra qərara gəlib ki, yalnız sevgi şeirlərindən ibarət "cib kitabı" hazırlasın: "Doğrudur, belə bir kitabın hazırlanması qərarına gənclərlə söhbətimdən sonra gəldim. Yanılmıramsa, bu ideya elə həmin görüşdə səsləndi. Şübhəsiz ki, gənclik mənə görə cismani bir anlayış deyil. Mənim "Sevgi məktubları"m sevgilərinə zamanın qalib gələ bilmədiyi insanlara ünvanlanıb. Bu kitabda hər kəs öz əbədi sevgisini və bu sevgisinə ünvanladığı, bəlkə də heç zaman ünvanına çatmayan "Sevgi məktubları"nı tapacaq. Bu kitab zamansız eşqlərin həzin pıçıltısıdır". Xatırladaq ki, Elçin Mirzəbəylinin "Poz bu sükutu" adlı sonuncu kitabı 2012-ci ildə çapdan çıxıb.
2014-04-14
14,553
Cəbhədə gərginlik: Güclü atışma gedir - Son dəqiqə
Tovuzun Əlibəyli kəndində güclü atışma gedir. "Axar.az" APA-ya istinadən xəbər verir ki, kənd icra nümayəndəsi Valeh Rzayevin verdiyi məlumata görə bu gün saat 15-16 radələrində ara-sıra atışma səsləri eşidilsə də, saat 18 radələrindən başlayaraq ermənilər kəndi iri çaplı silahlardan atəşə tuturlar. V. Rzayev bildirib ki, hələ ki, xoşbəxtlikdən xəsarət alan olmasa da evlərin damları və həyətlər güllə baran edilir. İcra nümayəndəsi erməni silahlı qüvvələrinin sabah keçiriləcək monitorinq öncəsi təxribat yaratdıqlarını deyir. Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.
2014-04-14
14,554
Nazirlik “Qaynar xətt” probleminə aydınlıq gətirdi
"Fəaliyyət göstərən bir stomatoloji klinikanın lisenziyasının olub-olmaması ilə bağlı informasiyanı "Qaynar xətt" xidməti ancaq yazılı şəkildə müraciətinizdən sonra cavablandıra bilər". Bu sözləri "Axar.az"a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli nazirliyin "Qaynar xətt"inə edilən şikayətlərin baxılması üçün yazılı müraciət tələbinə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, "Qaynar xətt" adətən edilən zənglərə operativ şəkildə reaksiya verir: "İstənilən problemli vəziyyətlə əlaqədar xidmət operativ şəkildə məşğul olur. Hətta müraciətinizlə bağlı sizi telefonda gözlədib, probleminizin necə və nə vaxt həll ediləcəyi ilə bağlı da məlumat verirlər. Bir çox hallarda sizi xətdə gözlədərək şikayət etdiyiniz yerlə əlaqə yaradıb onlara bu barədə xəbərdarlıq da edirlər. Və ya sizi sırf o istiqamətdə biri ilə də calaşdıra bilərlər". Nazirlik sözçüsü qeyd edir ki, araşdırma tələb edən müraciətlərlə bağlı "Qaynar xətt" xidmətinə yox, nazirliyin özünə yazılı müraciət edilməlidir: "Ola bilər ki, sizin müraciətiniz araşdırma və yoxlama tələb etsin. Operativ qaydada və ya araşdırma tələb edən problemlər var. "Qaynar xətt" sizə hansısa klinikanın lisenziyasının olub-olmaması ilə bağlı məlumat verə bilməz. Xidmət şikayətinizlə bağlı bütün məsələlərə baxır. Sadəcə, bir çox hallarda sizi yönləndirir ki, bununla əlaqədar məktub yazın və ya Səhiyyə Nazirliyinin filan şöbəsinə müraciət edin". A.Qədirli bildirir ki, şikayətlə bağlı cavabın gecikməsi isə müraciətlərin çoxluğu ilə əlaqədar ola bilər: "Müraciət olunduqdan sonra nazirliyə daxil olan şikayətlər ardıcıllıqla araşdırılır. Cavabın gecikməsinə səbəb müraciətlərin çoxluğu ola bilər. Ancaq bu, çox nadir hallarda baş verir. Əgər nazirliyə müraciət etmisinizsə, tezliklə sizə cavab veriləcək". Qeyd edək ki, bir müddət öncə Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə Binəqədi rayonu, Seyidzadə 29 ünvanında fəaliyyət göstərən stomatoloji mərkəz haqqında məlumat vermişdik. Şikayət edən sakinlər gigiyenik qaydalara riayət etməyən diş kabinetinin lisenziyasının olub-olmadığını və burada baş verə biləcək hər hansı fəsada görə kimin məsuliyyət daşıyacağını öyrənmək istəyirdi. Problemin operativ həlli üçün "Qaynar xətt"ə məlumat versək də, xidmət bununla əlaqədar nazirliyə yazılı müraciət etməyimizi bildirmişdi. Nazirliyə etdiyimiz yazılı müraciətə də hələ cavab verilməyib.
2014-04-14
14,555
“Rusiya tankları Avropa sərhədlərini keçməyə hazırlaşır”
Almaniya vitse-kansleri Ziqmar Qabriel bu gün Berlində etdiyi çıxışında Ukraynadakı böhranın genişlənəcəyi barədə xəbərdarlıq edib. Ziqmar Qabriel deyib: "Rusiya, görünür, Avropa sərhədlərinin tanklarla ayaqlanmasına hazırdır". Fransanın yeni baş naziri Manuel Valsla Berlində Birinci Dünya müharibəsinin başlanmasının ildönümünə həsr edilmiş tədbirdə çıxış edən Qabriel Avropanı iki dünya müharibəsinin dərslərini unutmamağa çağırıb. İqtisadiyyat və enerji naziri vəzifəsini də tutan Qabrielin sözlərinə görə, Ukrayna böhranı göstərdi ki, bir müddət unudulmuş güc siyasəti yenidən qüvvəyə minib (ANS).
2014-04-14
14,556
Vladimir Putin Hollivud gözəlçəsinə mesaj yazır
Rusiya Federasiyasının prezidenti Vladimir Putin sevgi barəsində yenidən xarici medianın gündəminə gəlib. Məlumata görə, Putinin Hollivud ulduzu Şeron Stoundan xoşu gəldiyi bildirilib. Ötən ilin iyun ayında ictimai şəkildə həyat yoldaşı Lyudmila Putina ilə ayrıldıqları barədə xəbər verilmişdi. Aprel ayında isə məlum oldu ki, onlar artıq boşanıblar. Hal-hazırda isə Almaniyanın məşhur "Bild" qazeti xəbər yayıb ki, artıq bir neçə ildir ki, Rusiya prezidenti sevilən aktrisanın mobil telefonuna mesajlar yazır. Mənbədə qeyd olunub ki, 56 yaşlı aktrisanın özünə vurğunluğu Rusiya başçısının ağlını alıb. Aktrisa isə öz növbəsində qeyd edib ki, Putini seksual hesab etmir. Qeyd edək ki, Vladimir Putin və Şeron Stoun 2010-cu il dekabr ayının 10-da xeyriyyə tədbirlərindən birində bir araya gəliblər. Tədbirdə ölkələrin bir neçə tanınmış iş adamları və sənətçiləri iştirak ediblər. Xeyriyyə tədbirində çıxış edənlərin sırasında Jerar Depardye, Mikki Rurk və Şeron Stoun xüsusi diqqət cəlb etmişdi (ANS).
2014-04-14
14,557
Bzejinski: “ABŞ Ukraynanı Vyetnama çevirəcək” - Video
Bu günlərdə CNN telekanalına geniş açıqlama verən Zbiqnev Bzejinski vurğulayib ki, Amerika lazımı şəkildə Ukraynaya dəstək göstərməlidir. "Axar.az" xəbər verir ki, məşhur analitik vaxtı ilə SSRİ-nin Vyetnama göstərdiyi dəstəyin indi amerikalılar tərəfindən Ukraynaya göstərilməsinin vacib olduğunu bildirib. Bzejinski Ukraynanın hazırkı vəziyyətindən çıxış yollarının tapılması sualına cavabında deyib ki, Krım ətrafında cərəyan edən hadisələrin indikinə olduqca bənzərliyi var: "Rusiya hazırda müqavimətlə üzləşib-üzləşməyəcəyini yoxlayır. Əgər bu ölkənin istəyi dalana dirənərsə, Putin sərhəddəki qoşunların Ukraynanın dərinliyinə girməsinə göstəriş verəcək". Təcrübəli analitik vurğulayıb ki, Kremlinin hazırda atdığı addımlar təkcə Ukraynaya yox, dünya təhlükəsizlik sisteminə bir bəladır. Qərbin Rusiyaya qarşı ciddi təpki göstərməsi məsələsinin isə Bzejinski ilk növbədə ukraynalıların addımlarından asılı olduğunu deyib:"Əgər onlar Krımdakı kimi davransalar və müqavimət göstərməsələr, Qərbin də dəstəyi tutarlı olmayacaq". Bzejinski sonda vurğulayıb ki, Amerika mütləq Ukraynaya köməklik etməlidir - necə ki, bunu illər öncə SSRİ Vyetnam üçün etmişdi.
2014-04-14
14,558
Rus ordusu Ukraynaya girdi – Yeniləndi
22:37 Bu dəqiqələrdə Rusiya ordusu Luqansk səmtindən Ukraynaya girib. "Axar.az" xəbər verir ki, bu barədə yerli ORD 02-nin jurnalistləri məlumat veriblər. Rus ordusunun sayı və texnikası barədə bilgi yoxdur. Yalnız onu deyirlər ki, bu, Krımı zəbt edən yaşılpaltarlılardır. Onlar fərqləndirici nişana sahib deyillər. Həmçinin bildirilir ki, əsgərləri tanklar, ağır texnika və PDM-lər müşayiət edir. Az öncə Ukrayna Baş Qərargah rəisinin müavini də açıqlama vermişdi ki, Donbasda separatçılar deyil, hərbi birliklər əməliyyat aparır. Bu barədə admiral İqor Kabanenko öz Feysbuk səhifəsində yazıb: "Slavyanka və Qırmızı Limanda sepatarçılar deyil, hərbi birliklər – diversiya qrupu əməliyyat aparır. Onlar separatçılara vəziyyəti gərginləşdirməkdə "yardım edirlər". Bir ritorik sual vermək olarmı: bu, davam edəcək və genişlənəcəkmi?" Öz növbəsində Ukrayna prezidentinin səlahiyyətlərini həyata keçirən Dmitri Timçuk da xəbər vermişdi ki, Ukraynanın cənib-şərq vilayətlərində ekstremist aksiyalar Rusiya Baş Qərargahı tərəfindən idarə olunur. 22:49 Ukrayna Təhlükəsizlik Xidməti faktı təsdiqləyib. UKT-nın bu dəqiqələrdə yaydığı bəyanatda bildirilir ki, Rusiya ordusunun diversiya əməliyyatı intensivləşib və genişlənib.
2014-04-14
14,559
Qara dənizdə gərginlik: Ruslar ABŞ-a qarşı
İstanbul boğazından dörd gün əvvəl keçərək Qara dənizə daxil olan Amerikan destroyeri "USS Donald Cook" gəmisinə Rusiya hərbi təyyarələrinin təxribat törətdiyi bildirilir. "Axar.az" xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Stiv Varren bildirib. Belə ki, rus təyyarələri Qara dənizdə gəminin üzərindən alçaq nöqtədə uçuş edib. Varrenin bildirdiyinə görə, bu vəziyyət iki ölkə arasındakı hərbi razılaşmalara ziddir. Gəmi komandiri Skott A.Cons məlumat aldıqdan sonra mətbuat konfransı təşkil edən Basesku məsələ ilə bağlı bunları deyib: "Mən Moskvaya düşmən deyiləm. Yalnız bu işğal siyasətinə qarşıyam. Bölgədəki problemlərə dair Rusiyaya məsuliyyətlərini xatırlatmaq lazımdır. Krım bizim milli təhlükəsizliyimizə təsir edən bir vəziyyətdir. Moskva əsəbiləşsə də, dostluğumuza baxıb gerçəkləri görməzlikdən gələ bilmərəm. Dağlıq Qarabağ, Osetiya, Abxaziya, Dnestryanı və Krım problemləriylə Rusiya Qara dənizdə bir qığılcım meydana gətirdi".
2014-04-14
14,560
Bayılda kütləvi söküntülər başladı
Azərbaycana 1 milyon avroya başa gələcək yarışma ilə bağlı tikinti layihələri həyata keçirilir. Azərbaycan idman tarixi ərzində ən nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməyə hazırlaşır. 2015-ci ildə şahmat üzrə Dünya Kuboku və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası paytaxt Bakıda keçiriləcək. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verilən xəbərə görə, artıq hazırlıq işlərinə başlanılıb. Bakının yarışı layiqli şəkildə qarşılaması üçün hazırda Bayılda Şahmat Sarayı tikilir. Sarayın tikintisi ilə əlaqədar Bayılın mərkəzindən "20-ci sahə"yə qədər olan yolun kənarındakı evlər sökülüb. Sakinlərdən verilən məlumata görə, dövlət əhəmiyyətli layihəyə görə, 60-a yaxın ev plana salınaraq sökülüb. Sakinlər, həmçinin bildirdilər ki, sökülən evlərinin hər kvadratına 1500 manat kompensasiya alıblar. Məlumat üçün bildirək ki, Bakıda Şahmat Olimpiadasının keçirilməsi ilə bağlı Beynəlxalq Şahmat Federasiyasının Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunan qərarından sonra bu ilin fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin olunub. Təşkilat Komitəsinə nazirlər, komitə, xidmət sədrləri, Şahmat Federasiyasının prezidenti və vitse-prezidentləri daxildir. Komitəyə beynəlxalq yarışların keçirilməsi ilə bağlı xüsusi Tədbirlər Planını hazırlayıb icrasını təmin etmək tapşırılıb. Yüksək səviyyədə təşkil olunacaq Olimpiadaya dövlət səviyyəsində təminat veriləcək. Gənclər və idman naziri Azad Rəhimov mətbuata açıqlamasında dövlətin Şahmat Olimpiadası üçün 1 milyon avronu ödəmək imkanı olduğunu bildirib. Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı Olimpiya şəhərciyi Bayılda sökülən evlərin yerində tikiləcək. Bayıldakı tikinti bumu təkcə bununla kifayətlənmir. Hazırda bu ərazidə yeni yol bağlantıların və piyada keçidinin tikintisi aparılır. Ümumilikdə həmin ərazidə 5 yol bağlantısının olması nəzərdə tutulub. Onların uzunluğu 5711 metr təşkil edəcək. Bağlantılardan biri 3 zolaqlı, biri 6 zolaqlı, qalan üçü isə 4 zolaqlı olacaq. Yeni yaradılacaq bağlantıların üçü vasitəsilə Su İdman Sarayına giriş və çıxış mümkün olacaq. Həmin ərazidə eyni zamanda bir neçə gündür yeni yeraltı piyada keçidinin tikintisi aparılır. Keçidin uzunluğu 100 metr, eni 8 metrdir, hündürlüyü isə 4 metr təşkil edəcək (ANS). Qeyd edək ki, hazırda suvay vurma, eyni zamanda ərazidə kommunikasiya xətlərinin köçürülməsi işləri gedir.
2014-04-14
14,561
Tam Məxfi: Stalinin yerinə Mavzoleydə kim dəfn edilib – Axar TV
Kommunist rəhbərin həyatı uzun müddət məxfi qrif altında arxivlərdə saxlanılıb. Son zamanlar yazıçı Viktor Suvorov sayəsində bununla bağlı müzakirələr yenidən alovlanıb. Hamımız bilirik ki, Stalin 1953-cü il martın 5-də vəfat edib və bundan sonrakı 5 gün ərzində ölkənin ən peşəkar həkimləri onun həyatının xilası üçün əllərindən gələni ediblər. Lakin sovet tarixinin sirlərini öyrənən tədqiqatçıların fikrinə görə, istər onun ölümünü görən şahidlər, istərsə də onu xilas etməyə çalışan həkimlər, sən demə, Stalin üçün vuruşmayıblar. Rəhbərin yerinə əməliyyat stolunda uzanan onun oxşarı olub. Bu və daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə:
2014-04-15
14,562
Ukrayna Ali Radasına hücum hazırlanır - Yeniləndi/Foto
22:59 - 14.04.2014 Rus ordusunun Luqansk istiqamətindən Ukraynaya daxil olmasının dərhal ardınca minlərlə ukraynalı Kiyevin mərkəzindəki Maydana toplaşıb. Onlar Daxili İşlər naziri Arseni Avakovun və prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinovun istefasını səsləndirirlər. "Axar.az"ın yerli fəallara istinadən məlumatına görə, aksiya iştirakçıları hər iki şəxsdən real addımların atılmasını və rus təxribatlarına qarşı real hərəkətə keçməyi tələb ediblər. Əks halda onların istefası istənilib. 00:36 Bu dəqiqələrdə bir qrup gənc Ukrayna Ali Radasının önünə gələrək, Arseni Avakov və Aleksandr Turçinovun itefasını tələb ediblər. "Axar.az" xəbər verir ki, onlar özləri ilə gətirdikləri şinləri yandırıraraq, hətta lazım gələcəksə parlament binasının içərisinə hücum edəcəklərini bəyan ediblər. Fotoları təqdim edirik:
2014-04-14
14,563
Meşə 16 nəfəri yandırdı
Çilidə baş verən meşə yanğınları 16 nəfərin həyatına son qoyub. Ötən gecə saatlarında Valparaiso şəhərində başlayan yanğın, təxminən 12 saat ərzində tüğyan edib. Güclü külək və tüstü helikopterlərin yaxınlaşamsına imkan verməyərək, yanğınsöndürənlərin işini çətinləşdirib. Min nəfərə qədər yanğınsöndürən hadisə yerinə cəlb olunub, on min nəfər yerli sakin evakuasiya edilib. Ölkə prezidenti Mişel Baçelet də əraziyə baş çəkib ("Teleqraf.com").
2014-04-14
14,564
ABŞ Qara dənizə daha bir hərbi gəmi göndərir
Qara dənizə daha bir ABŞ hərbi gəmisi gəlir. Bu barədə bu gün Rumıniya lideri Trayan Besesku bildirib. Rumın lideri ABŞ-ın yeni hərbi gəmisinin təyinatını və onun Qara dənizə səfərinin məqsədini dəqiqləşdirməyib. ABŞ hərbi-dəniz qüvvələrinə daxil olan "Donald Kuk" hərbi gəmisinə raket əleyhinə "İcis" sistemi və qanadlı "Tomaqavk" raketli ilə təchiz edilib. O, Qara dəniz sularına 10 apreldən daxil olub. Onunla birlikdə Fransanın "Düpüi-de-Lom" kəşfiyyat gəmisi və "Alize" xilasetmə gəmisi gəlir. Bu gün Qara dənizə Fransanın raket freqatı "Düpleks" də daxil olur. Onlar rumın gəmiləri ilə birlikdə hərbi təlimlərdə iştrak edəcəklər. "Donald Kuk" Rumıniya ərazisində aprelin 17-ə kimi qalacaq. Rusiya mənbələri onun Odessa limanına daxil olacağını ehtimal edirlər (ANS).
2014-04-14
14,565
Qozbel ağaclar
Adətən dünyadakı hadisələr, siyasi böhranlar, savaşlar və ya gərginliklər baş xəbər olur. Hansı ölkədə siyasi gərginliklər var, harda daxili müharibələr gedir, hansı ölkə başqa bir ölkənin torpağını işğal etdi... Gündəm bunlarla dəyişir, insanlar hər gün əlinə aldığı qəzetdə, kompüterini açıb oxuduğu xəbərlərdə ən çox bunlara diqqət edir. Doğurdan da siyasi aləmdə yaşanan hadisələrin yanında Bakıdakı ağacların qırılması axı elə də əhəmiyyətli xəbər deyil. Bəlkə də... Amma düşünəndə ki, bu ağaclar məhvi təkcə ağac qırılması ilə qalmır, təkcə estetik məsələ deyil, birbaşa bizim səhhətimizin, ağ ciyərlərimizin qətlidir, onda mənzərə dəyişir. Məsələ ondadır ki, Bakının tozlu və boğuq havasından əziyyət çəkən insanı hələ də bu ağacların qırılmasını özünə, səhhətinə qarşı bir əməl kimi dəyərləndirmir, ya da bunu düşünüb, başını dərdə salmaq istəmir. Bakıda oksigen normadan 28% aşağıdır. Çirklənməsi yuxarı olan bu şəhərdə, əslində, ağac olmaq işgəncədir, çünki Bakıda öz rəngini qoruyub saxlayan, şux yaşıl rəngdə gözə dəyən ağacı olsa-olsa ancaq Mərdəkan tərəflərdə görmək olar. Yadımdadır, yaxında Xırdalan tərəflərə düşdü yolum... Yol kənarında olan ağacların rənginə baxanda adamın canı sıxılır. Yaşıllıqdan əsər yoxdur, xəstə görünüşlü, tozdan boz rəng almış ağacların halı normal düşünə bilən birinin ürəyini ağrıdır. Yol kənarlarının qaydaya salınmaması, tıxacda maşınların bu tozlu yol kənarına çıxması, ya da küləkli havada toz-dumanın aləmi başına götürməsi Bakıdakı ağacların bəxtinə "boz" bağlayıb. Bir necə həftə bundan əvvəl Botanika bağında ağacların qırılması ilə bağlı xəbərlər gəldi. Bu günsə bəlli oldu ki, az əvvəl xaricdən baha qiymətə gətirilib əkilən Bakı bulvarındakı ağaclara da, necə deyərlər, əl gəzdirilib. Daha sonra Bakı-Sumqayıt yolunda olan ağacların kəsilməsi ilə bağlı video yayıldı. Maraqlıdır, yaxşıca pul ödənib xaricdən gətirilmiş, kimsəyə lazım olmayan əliaçıqlıqla Bakı bulvarını bahalı ağaclarla bəzəyib sonra da o ağacları kəsməkdən hansı məntiqi nəticə çıxarmaq olar?! Təbii ki, ilk ağıla gələn o olur ki, yenisini əkəcəklər... Bunun da adı nədir, buna nə əməliyyatı deyilir?.. Aldığın ağacı başqa bir yerdə ək də! Qəribədir ki, Bakı ətrafına da çıxırsan, yol boyu ağaclar əkilir. Hətta Mehdiabad qəsəbəsinə gedən yolun neftlə kirlənmiş torpaqlar olmasına baxmayaraq, orda da belə ağac əkiblər. Nə deyəsən, əhsən! Amma deyə bilmirsən. Çünki bu əkilən ağacın da taleyinə kəsilib atılmaq düşür. Əgər bu ağaclar yaşıllaşdırma niyyəti ilə əkilirsə, niyə xaricdən – Azərbaycan təbiətinə uyğun olmayan bahalı ağaclar gətirilir? Niyə öz ağaclarımız becərilmir? Son Türkiyə səfərimdə yol boyu olan meşə zolağında köhnəlib qırılan ağacların yerinə yenisinin əkilməsinə diqqət etdim. Yeni ağaclar bizdəki kimi taleyin axarına buraxılmır. Külək onları əyib yöndəmsiz, estetik baxımdan ürək sıxan hala gətirməsin deyə, məftillərlə sarılır. Bizdəsə Bakının belə küləkli olmasın baxmayaraq, əkilən nazik ağaclar küləyin qarşısında buraxılır, suvarılmır. Allahın yazığı gəlib yanmayan ağac da öz görkəmi, yöndəmsiz, qozbel halı ilə adamın ürəyini sıxmadan başqa heç nəyə yaramır…
2014-04-14
14,566
Rusiyanı daxildə çox böyük sürprizlər gözləyir
"Rusiya öz ərazisində hələ çox böyük sürprizlərlə qarşılaşa bilər". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O, Rusiyanın Ukraynanın daxilində vətəndaş müharibəsi yaratmağa çalışdığını bildirib: "Məsələ burasındadır ki, Rusiya bu gün Ukraynanın şərqində törətdiyi bütün təxribatlarla Ukraynanı güc tətbiqinə sövq etməyə çalışır. Görünür, burada məqsəd təkcə rusdilli əhalini müdafiə etmək adı altında qoşun yeritməkdən ibarət deyil. Çünki istənilən halda bu, işğal kimi dəyərləndiriləcək. Rusiya Çeçenistanda çeçen separatçılarına qarşı qoşun yeritmişdi. Bu o demək deyildi ki, Qərb də ona ordu ilə cavab versin. Rusiya çalışır ki, bu gün Ukraynanın daxilində bir vətəndaş müharibəsi yaratsın. Bunun üçün Ukrayna ərazisində müxtəlif təxribatçı dəstələr yerləşdirir. Kerri də öz açıqlamasında deyir ki, eyni sxem üzrə, eyni silahlardan, hətta eyni geyimlərdən Krımdakı kimi Ukraynanın şərqindəki hadisələrdə də istifadə edilir. Rusiya bu dəqiqə Ukraynada vətəndaş qarşıdurması yaratmağa çalışır ki, əzilmiş, dağılmış bir Ukraynanın nəzarətə götürə bilsin". Politoloq Rusiyanın öz daxilində çox böyük sürprizlərlə qarşılaşa biləcəyini söyləyib: "Şübhəsiz ki, bu proseslərin təsiri Qafqazda da özünü büruzə verəcək. Rusiya Ukraynaya kefindən müdaxilə etmir. Əslində, bununla daxili problemlərindən diqqəti yayındırır. Bax, budur məsələ. Rusiya bilir ki, öz daxilində - Dağıstan və Çeçenistanda da fəlakətli bir şey baş verə bilər. Bu, şərt deyil ki, Qafqaz olsun. Bu, Rusiyanın şərqində də ola bilər. Çünki partizan müharibəsinin qarşısını heç bir dövlət ala bilməyib. Əgər bu, mümkün olsaydı, NATO qoşunları İraqda, Əfqanıstanda, Türkiyə isə dağlarda PKK-nın qarşısını alardı. Rusiyanın yanaşmaları çox primitiv yanaşmalardır. Təsadüfi deyil ki, Rusiya kimi böyük bir dövlət Çeçenistanda uzun illər çox ağır mübarizə ilə üzləşməli oldu. Buna əsaslanaraq onu demək olar ki, Rusiya öz ərazisində hələ çox böyük sürprizlərlə qarşılaşa bilər".
2014-04-14
14,567
Bakıda Qafqazın ən böyük məscidi tikilir
Bakıda nadir memarlıq nümunəsi olan məscid tikilir. Bu məscid Qafqazda ən böyük ibadət ocağı olacaq. Bu məsciddə dörd min insan eyni vaxtda ibadətlə məşğul ola biləcək. Şirvan memarlıq ənənələrinə uyğun tikilən məscid dörd minarədən və irili-xırdalı doqquz günbəzdən ibarət olacaq. Xüsusi oyma detallarla bəzədiləcək günbəzlərdən ən böyüyünün diametri 36 metrdir. Baş günbəzin ətrafında 24 ədəd üç metr hündürlüyündə şam qoyulacaq. Bu şamların altında isə dini ayələr quraşdırılacaq. Dini qaydalara əsasən, məscidin fasadında və daxilində Şirvan memarlıq ənənələrinə uyğun olaraq oymalarla ayələr və surələr yazılacaq. Məscidə xüsusi gözəllik verəcək üç şərəfəli minarələrin ümumi hündürlüyü isə 95 metr nəzərdə tutulub. Minarələrin içərisində xüsusi lift quraşdırılacaq. Eyni zamanda, məscidə xüsusi gözəllik verəcək minarələrdə Quran ayəsi ilə bəzədilmiş kəmərbənd quraşdırılacaq. Məscidin giriş portalı da xüsusi zövqlə hazırlanıb. Hündürlüyü 27 metr olan portal məscidə xüsusi gözəllik verir. Layihəyə əsasən, məscidin daxili də xüsusi texnologiya ilə hazırlanacaq. Daxili divarlar yapma elementləri ilə dekorativ detallarla xalça kimi yığılacaq. Burada hündürlüyü 16 metr olan kaşı-mehrab quraşdırılacaq. Pəncərələrin haşiyəsi isə eni 57 santimetr olan qabarma detallarla tamamlanacaq. Ümumiyyətlə, nadir memarlıq nümunəsi olan məsciddə möminlərin ibadəti üçün bütün zəruri şərait yaradılacaq. İki ibadət zalı ayrı-ayrılıqda kişi və qadınlar üçün nəzərdə tutulub. Hərəkət rahatlığı üçün giriş qapılarında kişilər üçün dörd, qadınlar üçün iki eskalator quraşdırılacaq. Layihədə əlilliyi olan möminlər də nəzərə alınıb. Onların məscidə rahat giriş və çıxışı üçün bütün zəruri şərait yaradılacaq. 1,3 hektar əraziyə malik məscid kompleksində eyni vaxtda dörd yüzdən çox avtomobilin parklanması üçün dayanacaq, dəstəmazxana və digər zəruri tikililər də nəzərdə tutulub (AzərTac).
2014-04-14
14,569
Hakan Şükürdən Ərdoğana: “Son lövhə məzar daşınızdır”
Türkiyəli keçmiş futbolçu, millət vəkili Hakan Şükür adının stadionlardan silinməsinə münasibət bildirib. "Axar.az" xəbər verir ki, Şükür bununla bağlı sosial şəbəkələr vasitəsilə Baş nazir Rəcəb Tayyib Ərdoğana da söz atmağı unutmayıb. "Heç kim yaddan çıxarmasın, həqiqi və son lövhə məzar daşınızdır. Hər kəs adı ilə deyil, haqqının hesabı ilə o daşın altında yatar", deyə Hakan Şükür bildirib.
2014-04-15
14,570
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 15-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnoz yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim yaz havası və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
2014-04-15
14,571
Bəşər Əsədə qarşı şok iddia
Suriya müxalifəti Əsəd rejiminin sivil xalqa qarşı kimyəvi silah istifadə etdiyini iddia edir. "Axar.az" xəbər verir ki, müxalif qüvvələr helikopterlərdən atılan bombalardan zəhərli xlor maddəsinin istifadə edildiyini göstərən fotoşəkillər yayımlayıb. Suriyalı fəallar Əsəd rəhbərliyinin Kəfər Zeyta bölgəsində xalqın zəhərli xlor (Cl2) maddəsi ilə vurulduğunu iddia edir. Aktivistlər helikopterlərdən atılan və maye olduğu bildirilən xlor maddəsinin boğulma hadisələrinə səbəb olduğunu qeyd edir.
2014-04-15
14,572
“Ermənistana dərhal müdaxilə edəcəyik”
Rusiya səfiri Ermənistanın daxilində baş verəcək istənilən çaxnaşmaya dərhal müdaxilə etməyə hazırdır. "Axar.az" erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfir İvan Volınkin deyib. Mətbuat səfirin çıxışı haqqında heç bir rəsmi açıqlamanın verilmədiyini bildirib: "Volınkinin çıxışı Ermənistan üçün təhdiddir. Rus səfiri Ermənistanda baş verə biləcək istənilən çaxnaşmaya dərhal müdaxilə etməyə hazır olduqlarını bildirib. Bu nə deməkdir? Sadəcə olaraq Volınkin Ermənistanın tam olaraq Rusiyanın nəzarətində olduğunu açıq-aşkar etiraf edir".
2014-04-15
14,573
Erməni əsirin qohumları Qırmızı Xaça hücum çəkdi
Azərbaycanda əsirlikdə olan erməni əsgəri Akop İnciqulyanın qohumları bu gün İrəvanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisinin qarşısında etiraz aksiyası keçiriblər. Məlumata görə, Akop İnciqulyanın qardaşı Arutyun İnciqulyan bildirib ki, qardaşından uzun müddətdir ki, xəbər yoxdur. "Qırmızı Xaçın təmsilçiləri bildirirlər ki, indi bu məsələ ilə BMT məşğul olur və onlar bu barədə heç nə danışa bilməzlər",- deyə Arutyun İnciqulyan vurğulayıb. Onun sözlərinə görə, onları həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçisi Sara Epreht qəbul edib və bildirib ki, hazırda BMT Akop İnciqulyan üçün üçüncü ölkə axtarır. Xatırladaq ki, Ermənistan ordusunun əsgəri Akop İnciqulyan 2013-cü il avqustun 8-də saat 3-də Azərbaycan-Ermənistan ordularının təmas xəttini keçib.
2014-04-15
14,574
Dünyanın ən gizli qərarları burada qəbul olunur - Foto
İsveçrənin Montrö şəhərində yerləşən Kauks malikanəsi dünyanın taleyini müəyyənləşdirən qərarların mərkəzidir. "Axar.az" xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. Mətbuat bu iqamətgahın hazırda otel olaraq istifadə edildiyini bildirib. Həmin iqamətgahda toplanan şəxslərin hər birinin "Gül və Xaç" təşkilatının üzvü olduqları qeyd edilib. Məhz bu təşkilatın üzvlərinin və Avropanın taleyini həll edən ən gizli şəxslərin burada toplaşdığı söylənilib. Burada gələcək fəaliyyət ilə bağlı ən mühüm qərarların qəbul olunduğu deyilib. Mətbuat məhz Ukrayna ilə bağlı məsələlərin də burada qərarlaşdırıldığının ehtimal edildiyini yazıb.
2014-04-15
14,575
Yanukoviç Ukraynaya ordu ilə girəcək – Şok iddia
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç mayın 1-də ölkəsinə qayıdacaq. "Axar.az" xəbər verir ki, bu barədə rusiyalı deputat Vladimir Jirinovski "Exo Moskvı" radiosuna açıqlamasında deyib. "Yanukoviç öz iqamətgahına qayıdacaq, o, qanuni prezidentdir" deyə Jirinovski bildirib. Onun sözlərinə görə, Yanukoviç ölkəyə Cənub-Şərqi Ukrayna ordusu ilə girəcək: "Ordu artıq hazırdır. Cənub-Şərqi Ukrayna Ordusunun komandanları, qərargah rəisləri var, onlar Ukrayna xalqına adn içiblər. Kiyevdə oturan saxtakarların hamısı həbs olunacaqlar. Mayın 1-də bizim bayramımızdır, növbəti dəfə küçəyə bizim adamlar çıxacaqlar. Ukraynanın həmrəyliyi üçün. Həmin vaxt isə Yanukoviç Kiyevdə olacaq və biz onunla həmrəylik nümayiş etdirəcəyik".
2014-04-15
14,576
Тerrorçular Slavyansk aerodromunu belə tutdular – Video
Bu gün üzü maskalı bir qrup şəxs Ukraynanın Slavyansk aerodromunu ələ keçirib. "Axar.az" xəbər verir ki, özlərini öznümüdafiə dəstələrinin üzvləri kimi təqdim edən şəxslər bundan sonra Ukrayanaya məxsus heç bir helikopterin eniş meydançasına enməsinə icazə verməyəcəklərini açıqlayıblar. Xatırladaq ki, Slavyansk şəhəri Rusiya meylli qüvvələrin separatçılığa başladığı ilk məntəqələrdəndir.
2014-04-15
14,577
Bulvarda dənizə düşən xilas edildi - Foto/Yeniləndi
00:36 Dənizkənarı Milli Parkda bədbəxt hadisə baş verib. Məlumata görə, bir nəfər naməlum səbəbdən dənizə düşüb. Onun xilas olunması istiqamətində müvafiq tədbirlər görülür. Hadisə yerində polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri var. Sosial şəbəkələrdə yayılan şəkillərdən də görünür ki, xeyli adam da ora toplaşıb. 39-cü Polis Bölməsindən verilən məlumata görə, həmin şəxsin dənizə necə düşdüyü araşdırılır. Onun kimliyi də məlum deyil (ANS). 01:05 Bakı bulvarında dənizə düşən şəxs xilas edilib. 39-cü Polis Bölməsindən verilən məlumata görə, dənizə düşən qız təcili yardım maşını ilə xəstəxanaya aparılıb, hazırda ona tibbi yardım göstərilir. Yasamal rayon sakini Matanova Nuranə Sadaqət qızının dənizə necə düşdüyü isə məlum deyil. Hazırda bu istiqamətdə araşdırmalar aparılır. İlkin ehtimallara görə, 1996-cı il təvəllüdlü Nuranə Matanova intihar məqsədilə dənizə atılıb.
2014-04-15
14,578
Prezidentdən sərt sözlər: “Bu, vicdansızlıqdır”
Prezident İlham Əliyev ağacların qanunsuz kəsilməsinə münasibət bildirib. Məlumata görə, o, Nazirlər Kabinetində keçirilən müşavirədə deyib ki, ağacəkmə kampaniyası çərçivəsində on milyondan çox ağac əkilib və bu proses davam etdirilir. Dövlət başçısı bildirib ki, ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlanılmalıdır: "Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir" ("Musavat.com").
2014-04-15
14,579
ABŞ Ukrayna üçün 11,4 milyon dollar vəsait ayırdı
ABŞ Ukraynada keçiriləcək prezident seçkilərinə 11 milyon dollardan çox vəsait ayırıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, ABŞ Dövlət departamentinin açıqlamasında belə deyilir. "ABŞ-ın beynəlxalq inkişaf üzrə Agentliyi və Dövlət departamenti Ukraynada 25 may prezident seçkilərinin azad və ədalətli keçirilməsinə kömək məqsədilə 11,4 milyon dollar ayırıb", - sənəddə qeyd olunur.
2014-04-15
14,580
Obama erməni pornoulduzdan niyə imtina edib?
Erməni porno ulduz Kim Kardaşyan ABŞ-da 2012-ci ildə keçirilən prezident seçkilərində Barak Obamanın seçki kampaniyasına yardım etmək istəyib. ABŞ prezidenti buna kəskin "yox" cavabını verib. Barak Obama Kim Kardaşyanla heç bir iş görmək istəmədiyini bildirib. Məsələyə çox yaxın olan qaynaq bununla bağlı deyib: "Kim Kardaşyan Ağ Evin axtardığı şəxs deyildi. İsrarla kömək təklif etməsinə baxmayaraq, seçki kampaniyası üçün bir şey etməsinə icazə verilmədi. Kim Kardaşyan bir siyasi zəhərdir. İnsanlar onun siyasətə daxil olması, seçki prosesinin ciddiliyi içərisində görünməsini istəmirlər",- deyə qaynaq vurğulayıb. Qeyd edək ki, Obama Kim Kardaşyanı sərt şəkildə rədd etdiyi halda Keti Perri kimi başqa ulduzların yardımından yararlanıb (ANS).
2014-04-15
14,581
“Putini heç kim saxlaya bilməyəcək” - SOS
Ukraynanın keçmiş ədliyyə naziri Serqey Qolovatov bu dəqiqələrdə sensasion bəyanat verib. "Axar.az" xəbər verir ki, Qolovatov Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinovun və "Batkivşina"nın lideri Yuliya Timoşenkonun Kremlin agentləri olduğunu açıqlayıb. Onun sözlərinə görə, hər iki şəxs Vladimir Putinlə işləyərək, Ukraynanı məhv edir. Radanın sədri seçildiyi gündən Turçinovun Ukraynanın maraqlarını ayaqlar altına atdığını vurğulayan Qolovatov bildirib ki, müşahidələrində prosesə şəxsən Putin və onun dostu Medvedçuk nəzarət edir. Təbii ki, rəhbərlikdəki agentləri vasitəsiylə. Qolovatov sonda diqqətə çatdırıb ki, Putinin məqsədi Kiyevi ələ almaqdır və onu bu yolda heç kim saxlaya bilməyəcək.
2014-04-15
14,582
Xəttab: “Üzeyir Mehdizadədən başqa hamıya...” - Foto
"Bu sözlərim Üzeyir Mehdizadədən başqa hamıya aiddir". "Axar.az" xəbər verir ki, bu sözləri şou tədbirlərinin təşkilatçısı kimi tanınan Samir Xəttab öz şəxsi instaqram səhifəsində yazıb: "Bu gündən sonra kimə nə iş görsəm, qırmızı-qırmızı öncədən deyəcəm pulumu ver, sonra işini görüm! İstəyirsiniz inciyin, istəyirsiniz yox. Sonunda mən inciməkdənsə elə siz əvvəlcədən inciyin ki, əziyyətim də hədər getməsin! Heç kimin dədəsinə borcum yoxdur!!! Məsələ ilə bağlı əlaqə saxladığımız Samir Xəttab Vəliyev sözlərinin hər kəsə ünvanladığını bildirdi: "Bu sözləri bütün müğənnilərə şamil edirəm. Hamısı havayı iş görüb nəticə əldə etmək istəyir. Belə olmaz, bundan sonra öncədən pulumu tələb edəcəm. Üzeyir Mehdizadə yeganə insandır ki, bu sözlərimin ona adiyyatı yoxdur. Onunla iş birliyinə daim hazıram, necə ki, indi də bütün işləri birgə görürük".
2014-04-15
14,583
Putin Obamadan xahiş etdi - Sensasiya
Rusiya və ABŞ prezidentləri Ukraynadakı böhranın həlli yollarını müzakirə ediblər. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Putin Obamanı ABŞ-ın bütün imkanlarından istifadə edərək Ukraynada zorakılıq və qan tökülməsinə imkan verməməyə çağırıb. "Ukrayna hökuməti, ilk növbədə, regionları və aparıcı siyasi qüvvələri yeni Konstitusiyanın hazırlanmasına cəlb etməlidir", - deyə Putin qeyd edib. Bundan başqa, Putin Obamanın nəzərinə çatdırıb ki, Rusiyanın Ukraynanın cənubi-şərqinə müdaxiləsi barədə ABŞ-ın narahatlığı yanlış məlumatlara əsaslanır.
2014-04-15
14,584
Azərbaycanlılar İrana yatırım qoymağa məcbur edilir
Güney azərbaycanlı iş adamlarını İranın fars əyalətlərinə sərmayə qoymağa məcbur edirlər. Bu məlumatı "Axar.az"a Güneyli fəallar veriblər. Onların sözlərinə görə, bunun üçün rejim Güney Azərbaycanda sərmayə yatırma şərtlərini sərtləşdirir və azərbaycanlı iş adamlarının öz şəhərlərinə investisiya qoymasına mane olur. Rejimin bu ayrı-seçkilik siyasəti nəticəsində Əhəd Əzimzadə kimi zəngin azərbaycanlı iş adamı daha əlverişli Səreyin şəhərinə sərmayə yatırmaq yerinə Mazandaranın Səlmanşəhr bölgəsində böyük ticarət, turizm, əyləncə və s. mərkəzlərə malik olan kompleksi (müctəme) tikdirməkdədir. Bu barədə artıq mətbuatda da geniş məlumat yayılıb. İran hakimiyyəti bununla Azərbaycan şəhərlərini bilərəkdən inkişafdan geridə qoyur və nəticədə işsiz qalan azərbaycanlı cavanlar fars bölgələrinə gedib, aşağı səviyyəli işlərdə işləməyə və farslaşmağa məcbur edilirlər.
2014-04-15
14,585
Nurçular millətçilərdən ibarət gizli təşkilat yaratdı - Şok
"Gülən hərəkatı Ərdoğana qarşı Ötükən adlı yeni təşkilat yaradır". "Axar.az" xəbər verir ki, bu iddia ilə Türkiyənin həbsdə olan zabiti polkovnik Əhməd Zəki Uçok çıxış edib. O, yeni yaranacaq təşkilatda millətçilərdən istifadə olunacağı bildirilib: "Məndə informasiya var ki, yeni təşkilat kimi Ötükən yaradılacaq. Yeni yaranacaq təşkilatdan hər şeydə istifadə edəcəklər. Əvvəllərdə Hrant Dink və digər cinayətlərdə havayı yerdən millətçilərdən istifadə edilməmişdi. İndi isə onlardan Ərdoğana qarşı istifadə edəcəklər". Qeyd edək ki, polkovnik Əhməd Zəki Üçok Gülən hərəkatına qarşı Türkiyə Silahlı Qüvvələrinin tərkibində geniş fəaliyyətə başladığı üçün həbs edilib. Ona həbs olunduğu zaman 1000 il cəza istənilmişdi. Üçok hazırda 36 illik həbsə məhkum edilib. Xatırladaq ki, Ötükən Göytürklər imperiyasının paytaxtının adıdır.
2014-04-15
14,586
Havada təyyarənin qapısını açmaq istədi
ABŞ-da Çikaqodan Sakramentoya uçan təyyarə öz marşurutunu dəyişmək məcburiyyətində qalıb. "Axar.az" xəbər verir ki, buna səbəb təyyarə havada olarkən sərnişinlərdən birinin lükü açmağa səy etməsi olub. Sərnişini sakitləşdirə bilmədikdə təyyarə mənzil başına çatmadan Omaxa şəhərində enməyə məcbur olub. Bütün uçuş zamanı özünü qəribə aparan, hətta qapını açmağa cəhd edəndən öncə tualetdən tamamən islanmış halda çıxan sərnişin təhlükəsizlik xidməti tərəfindən saxlanılıb. Amma hələ ki, baş verənlərlə bağlı məlumat öyrənmək istəyən jurnalistlərin zənglərinə cavab verilmir.
2014-04-15
14,588
Brilyant Dadaşova bütün cəbhələrdə savaşda
"Onun ifamı bəyənməsi mənim üçün önəmli deyil". Bu sözləri "Axar.az"a Brilyant Dadaşovanın fikirlərinə münasibət bildirərkən Abbas Bağırov dedi. "Mənə maraqlı deyil, qoy nə deyir desin. Açığı, heç mən özüm Brilyant Dadaşovanın oxuduğu mahnıları dinləmirəm, ancaq ən azı ona yaraşdırmıram. Brilyant xanımda adətdir ki, kimsə bir mahnıya yeni nəfəs gətirəndə, onu tənqid atəşinə tutsun. Bəyənmirsə, dinləməsin, məcbur deyil ki. Mənim ifamda mahnıları bəyənənlər yetərincədir. Bu mənim üçün yetərlidir, Brilliant xanımın bəyənməyi heç önəmli deyil". Xatırladaq ki, Abbasın oxumasına münasibət bildirən Xalq artisti onun oxuduğu mahnıları qeyri-peşəkar ifa etdiyini və onları qavraya bilmədiyini söyləyib.
2014-04-15
14,589
İsrail Qəzzaya havadan və qurudan hücum etdi
İsrail donanmasına məxsus qayıqlar fələstinli balıqçılara atəş açıb. "Axar.az" xəbər verir ki, hadisə nəticəsində ölən və ya yaralananın olmadığı bildirilir. Həmçinin, İsrail əsgərləri tərəfindən Qəzzanın cənubundakı sərhəd bölgəsində fələstinlilərə məxsus evlərin və əkin sahələrinin olduğu ərazilər güclü atəşə məruz qalıb. Hücum nəticəsində bəzi evlərə və əkin sahələrinə ziyan dəyib. İsrail ordusundan verilən məlumatda isə axşam saatlarında Qərbi Şəriyənin Əl-Xəlil şəhərindəki hərbi hissədə bir avtomobilə silahlı hücum olduğu və bir İsrail vətəndaşının öldüyü, 6 nəfərin də yaralandığı açıqlanmışdı.
2014-04-15
14,590
Nigeriyada avtovağzal partladıldı - 71 ölü
Nigeriyanın paytaxtı Abujadan 8 kilometr uzaq məsafədə yerləşən avtovağzalda dəhşətli partlayış baş verib. "Axar.az" xəbər verir ki, Nigeriya avtovağzalında baş verən partlayış o qədər güclü olub ki, 71 nəfər həyatını itirib, 124 nəfər yaralanıb. Hər gün yüzlərlə adamın istifadə etdiyi avtobus terminalında baş verən partlayışın məsuliyyətini hələ ki, heç bir qrup öz üzərinə götürməyib. Çoxlu sayda təcili yardım ölənləri və yaralıları yaxın xəstəxanalara aparmaq üçün hadisə yerinə cəlb edilib.
2014-04-15
14,591
Siyasətçilərin taleyini bu ailə həll edir
39 arvad, 127 uşağı var, nəvələrininsə sayını bilmir. "Axar.az" xəbər verir ki, Hindistanda seçkilərdə 39 arvadı və 127 uşağı olan Zionnaga Cana adlı seçici bütün siyasətçilərin marağına səbəb olub. "Hindistan xəbərləri" qəzetinin yazdığına görə, Cana Hindistanın Mizoram əyalətində yaşayır və 39 arvadından dünyaya gələn 127 uşağından nə qədər nəvəsi olduğunu bilmir. Bir tayfanın lideri olaraq onun kimi dəstəkləyəcəyindən və evində çox sayda seçici olduğundan seçkilərdə iştirak edənlər onunla görüşməyə çan atır. 70 yaşlı Cana bildirib ki, hər dəfə seçkilərdə belə olur. "Çünki mənim kimi dəstəkləyəcəyimdən çox şey aslıdır, mən kimə ailəlikcə səs versəm, o da üstünlük əldə etmə şansına sahibdir. Çünki səs verəndə eyni namizədə, partiyaya səs veririk".
2014-04-15
14,592
Havalar isinir: dükanlarda yoxlamalar başlayır
"Azad İstehlakçılar Birliyi monitorinqlərə başlayacaq". Bu barədə "Axar.az"a AİB-nin sədri Eyyub Huseynov məlumat verib. Onun sözlərinə görə, təşkilat hazırda iki layihə üzərində çalışır: ""Counterpart İnternational"ın dəstəyi ilə yerli özünüidarəetmədə qadın liderliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Yeyinti sənayesi məhsullarının keyfiyyətinin yüksəldilməsi yolu ilə Azərbaycan brendinin təşviqi adlı iki layihəmiz davam edir. Bu layihələr bitər-bitməz monitorinqlərə başlayacağıq". Havaların isinməsi ilə bağlı bir sıra qida çeşidlərində, içkilərdə monitorinqin vacib olduğunu deyən Birliyin sədri yaxın günlərdə yoxlamaların aparılacağını da vurğuladı.
2014-04-15
14,593
Gənclər klassikləri “diriltdi”
Yenisey Bilik Evi ilk kitab layihəsini oxuculara təqdim edib. "Axar.az" xəbər verir ki, "Dirilik nədir?" adlanan kitabda Azərbaycan ədəbiyyatında və tarixində önəmli yer tutan 13 müəllifin (Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı) məqalə, felyeton və hekayələri toplanıb. 19 aprel saat 15:00-da "İçərişəhər - Bookhouse & Cafe"-də (Asəf Zeynallı küçəsi 16. Meridian otelin yaxınlığı) isə kitabın təqdimatı və satışı olacaq.
2014-04-15
14,594
Beşmərtəbəli binada yanğın oldu
Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin hamamında lambirdən ibarət tavan 2 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-15
14,595
14 yaşlı “terrorçu” qız həbs edildi
Tvitter sosial şəbəkəsində terrorçu olması ilə bağlı tvit atan qız Rotterdamı qarışdırdı. "Axar.az" "The İndependent" qəzetinə istinadən xəbər verir ki, Hollandiyanın paytaxtı Rotterdam şəhərində yaşayan 14 yaşlı qız "American Airlines"ə terrorçu olması ilə bağlı tvit atıb. Qızın bu "zarafat"ı ona baha başa gəlib. Əfqanıstan vətəndaşı və "Əl-Qaidə" terror təşkilatının üzvü olduğunu deyən qız hava yolu şirkətinə təhqir dolu mesajlar göndərib. Sosial şəbəkə istifadəçiləri tərəfindən təkrar paylaşılan mesajlar şirkəti hərəkətə keçməyə məcbur edib. Hərəkətə keçən Federal Tədqiqatlar Bürosu (FTB) qızın Əfqanıstanda deyil, Hollandiyada yaşadığını aşkarlayıb. Qızın Tvitter ləqəbinin Sara (Sarah) olduğu deyilir. Yerli mətbuat 14 yaşlı Saranı İP koduna əsasən müəyyən edildiyini deyir. Qızın son mesajı isə maraqlı olub: "Bu mən deyildim. Dostum idi. Mənim İP-mi ələ keçirib yazırdı. Mən Əfqanıstandan deyil, Hollandiyadanam". Xatırladaq ki, "American Airlines"in Tvitterdə 800 mindən artıq izləyicisi (follover) var.
2014-04-15
14,597
Prezident seçkilərinin vaxtı dəqiqləşdi
Yüksək Seçki Qurumu prezident seçkilərinin ilk səsverməsinin avqustun 10-da, ikinci səsverməsinin avqustun 24-də keçiriləcəyini təyin edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, YSQ-nın qərarında belə yazılıb: "Hələ də vəzifədə olan prezidentin vəzifə müddətinin 2014-cü ilin avqustun 24-ü tarixində bitməsi səbəbilə 2709 saylı Türkiyə Cümhuriyyəti Konstitusiyasının 5678 saylı qanununun 4-cü maddəsi ilə dəyişilərək 101-ci maddəsi və 6271 saylı prezident seçkisi qanununun 2-ci maddəsinə uyğun olaraq xalq tərəfindən seçiləcək prezidentin seçki tarixi Yüksək Seçki Qurumu müəyyənləşdirilib. Seçkinin ilk səsverməsi 2014-cü ilin avqustun 10-da, ikinci səsverməsi avqustun 24-də keçiriləcək. Xaricdə yaşayan vətəndaşlarımız üçün ilk səsvermə 2014-cü ilin 31 iyul – 3 avqust, seçkinin ikinci səsverməsi 17-20 avqust tarixləri arası təyin olunub".
2014-04-15
14,598
Hacı Məmmədovun bacısı əri Xosrov dayı...
İndi çoxdan arxada qalmış illərdən üzü bəri boylanan türmə xatirələrimdə Xosrov dayının özünəməxsus yeri var. Güləbirdli Vaqif kişi və Xosrov dayı sözün əsl mənasında böyük bir həyat yaşamış və çoxlarına nümunə olacaq insanlar idi. Vaqif dayı haqda ötən yazılarım da bəhs etmişəm... Xosrov dayı ilə ilk tanışlığımın qəribə tarixçəsi var. 10 saylı CÇM-in tibb məntəqəsinin həyətinə ilk girişimdə mənə çox tanış olan və zamanında daim işlətdiyim bir komanda eşitdim: "Adday kançı" (Kəndirləri verin!). Tanıdın məni? Bu əmr dənizçilər tərəfindən işlədilir. Gəmi bir körpüdən, yaxud haradansa aralanarkən komandir, yaxud köməkçi tərəfindən növbətçi matroslara verilir. Sonradan adının Xosrov olduğunu bildiyim bu kişinin hündürdən dediyi əmrə tərəf dönürəm. Mənə baxıb gülür, yanında oturan laçınlı Ramizə: - Gördün, dedim də o, dönüb baxacaq? – Sonra da mənə dönür. - Tanıdın məni? Tanımadığımı deyirəm və yaxın gəlirəm. Salamlaşıram. Kimliyini soruşuram. - Məhbus Xosrov, – deyir və xırda-xırda gülür. Yox, bu adamda cinayətkarlara xas olan heç nə yoxdur. Oturuşundan belə ağayanalıq, böyüklük, ağsaqqallıq oxunur. Hal-əhval tutur mənimlə. Bu "heç nə"lərin altından nələr çıxır e... - Sən nə etmisən, niyə buxovlayıblar səni? - soruşur. Cavabım ənənəvidir: - Heç nə... Üçümüz də gülürük. Ramiz deyir: - Qurdalayandan sonra bu "heç nə"lərin altından nələr çıxır e... Siqaret çəkmək istəyirəm. - Trubkan yoxdur? – Xosrov dayının sualı məndə ona bir qədər də maraq oyadır. Və yenə də onun həmən xırda gülüşləri. "Sirr gizlənir bu adamda", – düşünürəm. Hacı Məmmədova görə həbs olunub Xosrov dayı həmin gün özünün kimliyini və məni haradan tanıdığını demədi. Əksinə, mən həmin tanışlıqdan təxminən bir saat sonra onunla bağlı bəzi məlumatlar əldə etdim: "Xosrov kişi hörmətli adamdır, Hacı Məmmədova görə həbs olunub. Onun bacısının əridir. Evindən silah tapılıb və qanunsuz silah saxlama ilə həbsə atılıb". Xosrov dayı ilə güləbirdli Vaqif dayıdan daha tez doğmalaşmışdıq. Bu ağsaqqalların fərqi onda idi ki, Vaqif kişi daha söhbətcil və macəra dolu adam idi. Xosrov dayı isə onunla müqayisədə fəndgir və azdanışan adam kimi tanınırdı. Xosrov dayının hər kəsə diqqəti vardı. Yaşlı xanımı hər həftə sonu onun görüşünə gəlirdi. Etdiyi bazarlığı, sovqatı gətirirdi. Onun burjuy kimi qaldığı palatadakı dolabında xeyli dərman vardı. Özünün ehtiyacı belə olmadığı dərmanları gətizdirərdi. Tanıdığı, münasibət qurduğu dustaqlara yardım da edərdi. Onların səhhətinə xüsusi diqqət ayırardı. Onun haqda pis heç nə demək mümkün deyildi. Vaqif dayıdan fərqli olaraq rejim qaydalarına da riayət edərdi. Səhər və axşam yoxlamaları olanda "platsa" çıxardı. Təsbehi əlində, boz rəngli yay kepkasının "dimdiyi" – günlüyü gözünün üstündə olardı. Köhnə kişilərdən idi. Bəs kim idi Xosrov dayı? Onunla daha yaxından tanış olmağımda da ilk addımı elə o özü atmışdı. Hər kəsin mənə "şair" deyə müraciət etdiyi yerdə o, qəflətən: - Sən "Bahar"da üzübsən? "Banka Makarov"da olubsan? – dəqiqləşdirmə aparmışdı. Bax, həmin anda o mənə daha yaxın və doğma göründü, demək, dənizçidir, deyə düşündüm. Oraları tanıdığımı, Bulla adasında da olduğumu dedim. Söhbətimizdən məlum oldu ki, Xosrov dayı uzun müddət Sanqaçal, "Bahar", "Bulla More" neft yataqlarında sahə rəisi işləyib, baş mühəndis kimi də fəaliyyət göstərib. - Səni görən kimi tanıdım. "Şirvan" gəmisi ilə yükümüzü gətirərdiz, - sonra da məni yaddaşsızlıqda qınadı, – cavan oğlansan, mənim yaşıma çatanda nə olacaq? - Mən sizi görməmişəm, Xosrov dayı, siz buruqdan məni görübsüz, yadınızda qalmışam, – dedim. Razılaşdı. O, uzun müddət neft sənayemizin aparıcı mütəxəssislərindən olmuşdu. 70-ci illərdə Küveytdə neft çıxaran sovet neftçilərinin başçısı vəzifəsində çalışmışdı. Yaxşı mütəxəssis kimi dövlət mükafatları ilə təltif edilmişdi. Keçmişi ilə bağlı xoş xatirələri bol idi... Xosrov dayı bütün mövzularda söhbətə açıq idi. Lakin söhbəti fırlayıb onun həbsinə gətirəndə çox əsəbiləşərdi. Mövzunu qapayardı. Tamam başqa istiqamətə yönəldərdi. Zaman keçdikcə münasibətlərimiz daha da yaxşılaşırdı. Bu haqda danışmaq istəmirəm Axır ki, tilsimi qıra bildim. Söhbəti yenə də Hacı Məmmədovun üstünə gətirdim. - Mən doğurdan da bu haqda danışmaq istəmirəm. Mənə ağır gəlir. - Xosrov dayı, Hacı Məmmədov sizin qaynınız olsa da, onun ədalətsizliyi haqda faktlar doğrudur. Hətta bir gənc polis işçisi, baş leytenant onun təhriklərinə, adam oğurluğuna, qətlə çəkməsinə etiraz olaraq özünü asıb da... Söz gəzir ki, Hacı Məmmədov guya özü öldürtdürüb həmin polisi... O mənim oğlum idi Xosrov dayıya hadisənin mətbuatda necə getməsini nəql etdim. Hər şeyi bilirmiş, əlbəttə. Mən bunu yaxşı bilirdim. Lakin o gəncin Xosrov dayının oğlu olmasını bilmirdim. Xosrov dayının üzündəki ifadəni təsvir etmək çox çətindir. Bu ifadəni görməyənlərin təsəvvür etməsi isə ondan da çətin. - Düz deyil. Yazılanlar, danışılanlar düz deyil. O mənim oğlum idi. Çox pis oldum. O da düzdür ki, Xosrov dayı az da olsa, mənə nələrisə danışdı. Amma bütün bunların gizlinliyini istədiyini bilirdim, bunu məndən xahiş etməsə də. Mən içimdə ona söz vermişdim. Yalnız onu demək lazımdır ki, bu gənc polisin Hacının cinayətlərinə heç bir əlaqəsi olmayıb... Orda Hacının üstü yazılı silahları vardı - "Moryak", mənim Saraydakı bağ evimdə axtarış aparıldı. Orda Hacının üstü yazılı, ona bağışlanmış silahları vardı. Mənim evimdə saxlayırdı. Burda nə cinayət vardı ki? Məni o silahlara görə həbs etdilər. Bir də həbsimdən qabaq qohumu kimi məndən ifadə almışdılar, mən də onu yaxşı adam kimi tanıdığımı demişdim. Bu, doğrudan da belə idi. O mənim nəzərimdə çox mülayim, ailə və qohumcanlı adam idi. Xosrov dayı ilə 2007-ci ilin 11 iyulundan bu günə kimi heç görüşmədik. O da azadlığa çıxıb. İndi Sarayda bağ evində yaşayır.
2014-04-15
14,599
Ruhi xəstənin bu işə təyin edilməsi Azərbaycana təhdiddir
"Belə bir ruhi xəstəni Azərbaycan-Rusiya münasibətlərinin tənzimlənməsində iştiraka təyin etməyin özü Azərbaycana qarşı təhdid məqsədi güdür". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu Dmitri Roqozinin Azərbaycan-Rusiya "Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın həmsədri təyin edilməsinə münasibət bildirərkən deyib. O, Qarabağda Rusiyanın gələcək fəaliyyətinin onun daxili siyasi amilləri ilə əlaqədar olacağını bildirib: "Son iki ildə Rusiya Gümrüdəki hərbi bazalarını genişləndirir. Təsadüfi deyil ki, Putin də Ermənistana səfərini məhz Gümrüdəki hərbi bazadan başlamışdı. Bu, yeni proses deyil. Son iki ildə tərəflər buna ciddi şəkildə hazırlaşırdılar. Bundan sonra hansısa anlaşma əldə olunacaqmı və ya bunun növbəti fazaya keçərək mütləq hərbi qarşıdurmalar başladacağını söyləmək indi çətindir. Çünki bu siyasi, iqtisadi, daxili siyasi amillərlə bağlıdır. Rusiyanın daxili siyasi amilləri dedikdə mən müxalifəti nəzərdə tutmuram. Onlar boş şeydir. Rusiyada ən böyük müxalif qrup rus hərbisi, rus ordusudur. Maraqlıdır ki, son günlər bunların səsi aydın eşidilməyə başlayıb". Ərəstun Oruclu Dmitri Roqozinin Azərbaycan-Rusiya "Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın həmsədri təyin edilməsinin Azərbaycana qarşı təhdid məqsədi gütdüyünü qeyd edib: "Bir şeyə diqqət edin. Azərbaycan-Rusiya"Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın həmsədri kim təyin edildi? Roqozin! Roqozin hərbi sənayeyə, hərbiyə yaxın adamdır. Bu adam ümumiyyətlə sərsəmdir, xəstədir. Belə bir ruhi xəstəni Azərbaycan Rusiya münasibətlərinin tənzimlənməsində iştiraka təyin edilməsi özü Azərbaycana qarşı təhdid məqsədi güdür. Təhlükə bundadır. Qərbi isə Ukrayna məsələsində ehtiyatlı olmaqda ittiham edirlər. Mən hesab edirəm ki, Qərbin davranışı soyuqqanlı və doğru davranışdır. Çünki istənilən riskli addımlar, hərbi qarşıdurma yaratmağa yönələn riskli gedişlər hər an Rusiyadakı hərbi qanadın təsir dairəsini genişləndirəcək. Ona görə də Qərb ehtiyatlı davranır. Bu, hara qədər gedəcək və bayaq söylədiyimi aktiv hərbi qarşıdurma fazasına keçib-keçməyəcəyini söyləmək indi çox çətindir".
2014-04-15
14,600
Ukrayna tankları Rusiya sərhədinə doğru irəliləyir
Ukrayna ordusuna məxsus tank və ağır hərbi texnikalar Rusiya ilə sərhəddə yerləşən Donetsk vilayətinin Slavyansk şəhərinə doğru istiqamət alıblar. "Axar.az" xəbər verir ki, bu barədə Slavyanskdakı separatçıların rəhbəri Vyaçeslav Ponomaryov İTAR TASS agentliyinə açıqlamasında deyib. Onun sözlərinə görə, tanklar şəhərə doğru irəliləyir və onlar qan tökülməsini istəmirlər. "Müxtəlif yerlərdən tankların şəhərə girməsi ilə bağlı xəbərlər gəlir. Əsas odur ki, biz qan tökmək istəmirik, danışıqlara hazırıq" deyə Ponomaryov bildirib. O, bildirib ki, danışıqlardan sonra şəhərdə hüquq-mühafizə orqanlarının fəaliyyəti bərpa olunub. Separatçılar tərəfindən tutulan Kramatorsk şəhərinə doğru da Ukrayna ordusunun zirehli transportyorlarının irəlilədiyi bildirilir.
2014-04-15
14,601
Bakıda 130 ailə təhlükə altında qaldı
Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində energetika pansionat kimi tanınan, məcburi köçkünlərin məskunlaşdığı binanın I mərtəbəsinin döşəməsi çöküb. Hadisə ötən gün axşam saatlarında baş verib. Bina sakini olan 1 azyaşlı xəsarət alıb. Hazırda uşaq xəstəxanadadır. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Bina qəzalı vəziyyətdə olduğundan sakinlərin müvəqqəti olaraq köçürülməsi nəzərdə tutulub. Hadisə yerinə gələn Xəzər rayon İcra Hakimiyyətnin nümayəndələri bildiriblər ki, binanın qəzalı vəziyyətdə olnması ilə əlaqədar dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə məlumat verilib. Xəzər rayon fövqəladə hallar komissiyasının sədri Vaqif Həsənov bildirib ki, hadisə ilə əlaqədar komissiya yaradılacaq (ANS). Təki deyilənlər özünü doğrultsun və 130 ailənin məskunlaşdığı bu binada daha 1 neçə nəfərin həyatı təhlükə altına düşmədən məsələ öz həllini tapsın. Çünki binanın hər an bütövlükdə uçmasını heç kim istisna edə bilməz.
2014-04-15
14,602
Türkiyədə 80 polis vəzifəsindən azad edildi
İstanbulda 80 polis və ölkənin Milli Kəşfiyyat Təşkilatının (MİT) İstanbul şöbəsinin rəhbəri vəzifəsindən azad edilib. Məlumata görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər yayıb. Buna səbəb dövlət məmurlarının telefon danışıqlarının qanunsuz dinlənilməsi olub. Bir müddət əvvəl Türkiyənin daxili işlər naziri Əfqan Əla bildirmişdi ki, telefon danışıqlarının qanunsuz dinlənilməsi ilə bağlı müxtəlif dövlət strukturlarından 150 məmur qovulub. Onun sözlərinə görə, hazırda qanunsuz dinləmələrin təşkilatçılarının aşkar edilməsi üçün tədbirlər görülür ( Trend ).
2014-04-15
14,603
Cəbhədə atışma: atəşkəs 31 dəfə pozuldu
Sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb. Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-04-15
14,604
Salyanda 25 km-lik yol 25 metrlik olur – Foto
Salyanda Kür üzərindən yeni körpü salınır. "Axar.az" xəbər verir ki, Salyan şəhəri ilə Babacanlı qəsəbəsi sakinləri 25 kilometrlik yolu 25 metrə qət edə biləcəklər. 10 min nəfərə yaxın sakini olan bu qəsəbəyə Kür üzərindən körpü dövlət başçısının Salyan səfəri zamanı, Salyan rayon icra başçısı Tahir Kərimovun sakinlər adından dövlət başçısına müraciətindən sonra baş tutub. Körpünün üç aya tamamlanacağı gözlənilir. Xatırladaq ki, bu vaxta qədər rayon və kənd sakinləri rayona gedib-gəlmək üçün 25 kilometr yol qət eləməli olublar. Körpü hazır olandan sonra bu məsafə 25 metrə enəcək. Fotoları təqdim edirik:
2014-04-15
14,605
ATƏT PA prezidenti bu gün Azərbaycana gəlir
ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycana gəlir. "Axar.az" APA-ya istinadən xəbər veiri ki, bu barədə Azərbaycan Milli Məclisindən məlumat verilib. ATƏT PA-nın prezidenti səfər çərçivəsində Azərbaycanın bir sıra rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşləri nəzərdə tutulub. Səfər aprelin 17-dək davam edəcək.
2014-04-15
14,606
Silahlı Qüvvələrimiz beynəlxalq tədbirdə
Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər veirir ki, Azərbaycan-ABŞ iş planına əsasən 2014-cü ilin aprel ayının 16-dan 2015-ci ilin yanvar ayının 9-dək San Antonio şəhərində (ABŞ) Rabitə kapitanlarının karyera kursu keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
2014-04-15
14,607
Ulduzlar cizgi filmi qəhrəmanı oldular – Video
"Zenit"in və Braziliya millisinin ulduz futbolçusu Halk multfilm qəhrəmanı olub. "Axar.az" xəbər verir ki, Halk Braziliya mobil operatorlarından birinin çəkdiyi reklam rolikində yer alıb. Rolik dünya çempionatı ərəfəsində braziliyalı azarkeşlər üçün çəklilib. Halkla yanaşı rolikdə "Çelsi"nin futbolçusu David Luis, "Şaxtyor"un braziliyalı legioneri Bernard və "sambaçılar"ın baş məşqçisi Skolari də çəkiliblər.
2014-04-15
14,608
Tovuzun Əlibəyli kəndi enerjisiz qaldı
Ötən gün Tovuzun Əlibəyli kəndi erməni silahlı qüvvələri tərəfindən 6 saat gülləbaran edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Əlibəyli kənd icra nümayəndəsi Valeh Kərimovun verdiyi məlumata görə ermənilər təxminən saat 18 radələrindən başlayaraq saat 24 radələrinə kimi kəndi iri çaplı silahlardan atəşə tutublar. Onun sözlərinə görə, nəticədə kəndin qaz xətləri, elektrik dirəklərindən bir neçəsi sıradan çıxıb. Hazırda kənd qaz və işıqsız qalıb. İcra nümayəndəsi bildirib ki, səhər saatlarından başlayaraq aidiyyəti qurumlar kənddə qaz və elektrik enerjisinin bərpa edilməsi istiqamətində təmir işləri aparırlar. Valeh Rzayevin bildirdiyinə görə ermənilərin dünən kəndi davamlı olaraq atəşə tutması nəticəsində 100-ə yaxın evin damı zədələnib. Bəzi evlərin içərisinə hətta güllələr girərək yanğına səbəb olub. Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.
2014-04-15
14,609
Səlim Müslümov Qarabağa gedir
Aprelin 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Ağcabədi, Laçın, Bərdə rayonlarının sakinləri ilə görüşəcək. Xəbəri "Axar.az"a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi verib. Vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (026) 325- 03- 57 (Ağdam rayon ƏSMM), (021) 275-53- 24 (Ağcabədi rayon ƏSMM), (020) 205-19-98 (Bərdə rayon ƏSMM), (021) 277-84-01 (Laçın rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Ağcabədi, Bərdə və Laçın rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Ağdam rayonuna aparılıb gətirilmələri təmin ediləcək.
2014-04-15
14,610
Dərbənd qalası: restavrasiya içində dağıntılar – Fotosessiya
Dərbənd qalasının bərpası adına aparılan təmir işlərində yalnız daxili binalardan bir neçəsinin fasadı ağardılıb, əslində isə Qala divarlarının böyük hissəsi aşınmadadır. "Axar.az" əməkdaşlarının müşahidəsinə görə, Azərbaycan tarixində özünəməxsus yer tutan bu qədim şəhərin qala divarları son illər baxımsızlıqdan daha da dağılıb. Tarixi Eramizin birinci əsrdən "Kaspi qapıları" olaraq adı tarixdə hallandırılan və 6-cı əsrdə Sasanilərin şimaldan hücum edən məşhur tayfaların hücumundan qorunmaq üçün ikinci dəfə qurduqları Dərbənd qalası Azərbaycan tarixində önəmli yer tutur. 1796-cı ildə Azərbaycanın eyniadlı xanlığının paytaxtı olan olan Dərbənd Rusiya tərəfindən işğal edilib, 1829-cu ildən əyalətə çevrilib. Rusiyada tətbiq edilən yeni inzibati-ərazi bölgüsünə əsasən, 1840-cı ildə Dərbənd qəzası yaradılıb və Dərbənd qəza mərkəzi olub. 1846-cı ildə mərkəzi Dərbənd şəhəri olmaqla Dərbənd quberniyası, daha sonra 1860-cı ildə Dağıstan dairəsi yaradılıb. 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti daxilində olan Dərbənd AXC-nin süqutundan sonra Dağıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə verilib. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağıldıqdan sonra isə Dərbənd yenə də Rusiyanın tərkibində qalıb. Dərbənd qalasından son fotoları təqdim edirik.
2014-04-15
14,611
İrandan Azərbaycana yardım təklifi
İran Azərbaycanın müdafiə ehtiyaclarını təmin etmək üçün hazırdır. Məlumata görə, bunu İranın müdafiə naziri general Hüseyn Dehqan Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşü zamanı deyib. İran mətbuatının yaydığı məlumata görə, Dehqan görüş zamanı bildirib ki, İran prezidenti Həsən Ruhanin tutduğu mövqe qonşu ölkələr, həmçinin Azərbacanla olan olan qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. İran müdafiə naziri görüş zamanı Azərbaycanın hərbi ehtiyaclarını təmin etmək üçün İranın həmişə hazır olduğunu söyləyib. O, bildirib ki, müdafiə nazirlərinin görüşü hər iki ölkə arasında hərbi əlaqələri daha da inkişaf etdirəcək. Zakir Həsənov isə həmkarına cavabında bütün bu tədbirlərin İran və Azərbaycanın mədəni, tarixi , siyasi birliyinə yönəldiyini qeyd edib: "İran böyük regional dövlətdir və Azərbaycanın dostu və qonşusudur. Tehran ilə əməkdaşlıq ölkəmizin xarici siyasətində əsas prioritetlərindəndir" (ANS).
2014-04-15
14,612
Medvedev: “Ukrayna vətəndaş müharibəsinin astanasındadır”
Ukrayna vətəndaş müharibəsinin astanasındadır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu öz Feysbuk səhifəsində Rusiya baş naziri Dmitri Medvedev yazıb. "Bu çox kədərlidir. Ukraynadakı faciənin səbəbi ondadır ki, bölgələrdə administrativ binalar ələ keçirilməyə başlayanda, legitim hakimiyyət qayda-qanunu qorumağa cəhd göstərməyib. Qeyri-legitim hakimiyyət isə özü pozduğu qayda-qanunu bərpa etməyə çalışır. Kiyevdə hakimiyyətə gəlmiş insanların əsl niyyəti indi üzə çıxıb", - deyə o vurğulayıb.
2014-04-15
14,613
Kadırov: Ukraynadakı benderləri parça-parça edərik! –Video
Çeçenistan Respublikasının "Terek" xüsusi təyinatlıları Calka yaxınlıqdakı poliqonda hazırlıq təlimləri keçiblər. "Axar.az" xəbər verir ki, şərti terrorçulara qarşı əməliyyatı izləmək üçün hadisə yerinə şəxsən respublika rəbhəri Ramzan Kadırov da gəlib. Təlimləri izləyən Kadırov bölmənin hazırlıq səviyyəsindən razı qaldığını, amma bununla belə, məşqlərin hər an davam etdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, "Terek" dünyanın istənilən nöqtəsində Rusiyanın maraqlarını qorumağa hazırdır. O, əlavə edib ki, ali baş komandanın əmrini gözləyirlər, lazım gələrsə, döyüşçüləri Ukraynaya benderləri parça-parça etməyə gedərlər.
2014-04-15
14,614
Separatçılar Ukrayna tankını ələ keçirdilər - Video
Donetsk vilayətindəki separatçılar Ukrayna ordusuna aid tankı ələ keçiriblər. "Axar.az" xəbər verir ki, hadisə Rodinskoe şəhəri ətrafında baş verib. Rusiya mətbuatının məlumatına görə, tank Slavyansk şəhərinə doğru irəliləyirmiş. Tankın ələ keçirilməsi ilə bağlı görüntülər internetə yerləşdirilib.
2014-04-15
14,615
Türkiyənin müdafiə naziri Naxçıvana səfər edəcək
Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına səfər edəcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Kuala Lumpurda keçirilən DSA-2014 sərgisində təmsil olunan nümayəndə heyətindən məlumat verilib. Türkiyə müdafiə nazirinin Naxçıvana səfəri may ayına planlaşdırılır. Səfərin məqsədi barədə məlumat verilməyib.
2014-04-15
14,617
Elnur Aslanov MTN-də dindirildi
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilən Elnur Aslanov Milli Təhlükəsizlik Nazirliyində altı saat ərzində dindirilib. Bu barədə "Bizimyol.info"a məlumat verən mənbənin sözlərinə görə, dindirilmə zamanı E.Aslanov nurçu-fətullahçı şəbəkəsi ilə bağlı bütün bilgilərini bölüşüb. Mənbənin məlumatlarına görə, bundan sonra E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Məlumata görə, E.Aslanovun verdiyi məlumatların nəticəsi olaraq bir çox Türkiyə təhsilli və son zamanlar hakimiyyət pillələrində sürətlə addımlayan gənclərlə bağlı araşdırmalara başlanıb. Bunlardan biri də Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 30 yaşlı müavini, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevdir. Belə ki, N.Həmzəyev də Türkiyə təhsilli sayıla bilər. O, 2009 - 2011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən "Elektron Universitet" layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, İstanbul və Fırat universitetlərində, həmçinin Tubitak Ulakbim təşkilatında "İT meneceri" üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər İnstitutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub. Mənbə, analoji araşdırmaların digər gənc kadırları da əhatə etdiyini və yaxın günlərdə nəticə ilə bağlı xəbərlərin yayılacağını vurğulayıb.
2014-04-15
14,618
Azərbaycan Avropaya elektrik enerjisi satacaq
Azərbaycanda müasir qaz-turbin tipli "Şimal" Elektrik Stansiyasının istifadəyə verilməsi, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının tikilməsi, buxar-qaz tipli "Sumqayıt" və "Cənub" elektrik stansiyalarının istifadəyə verilməsi son beş il ərzində Azərbaycan energetika sisteminin generasiya gücünü 30%-ə yaxın artırıb və yeniləşdirib. Hazırda bu göstərici 7 105 meqavata çatdırılıb ki, bu da orta hesabla 24 mlrd. kVt/saat elektrik enerjisi istehsal etməyə və 2,1 mlrd. kVt/saata qədər elektrik enerjisinin ixracına imkan yaradır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında energetika naziri Natiq Əliyev bildirib. Onun sözlərinə görə, energetika sistemində izafi güc hesabına qərb-şərq və şimal-cənub energetika dəhlizləri vasitəsilə neft və təbii qazın ixracı ilə yanaşı, elektrik enerjisinin də Avropa, Rusiya və İran istiqamətində ötürülməsi respublika üçün çox vacibdir: "Bu məqsədlə qonşu dövlətlərin energetika sistemləri ilə əlaqələrin gücləndirilməsi üçün "Azərenerji" ASC tərəfindən İran ilə cənubda, Rusiya ilə şimalda və Gürcüstan ilə qərb istiqamətində yeni enerji təsərrüfat obyektləri quraşdırılıb. Azərbaycan-Gürcüstan-Türkiyə elektrik enerjisi verilişi dəhlizi yaradılaraq, Qərbi Avropa ölkələri ilə enerji mübadiləsinin təşkili istiqamətində 2014-cü ildən başlayaraq 350 meqavat, 2015-ci ildən isə 700 meqavat güc ötürmək imkanı yaranacaq. Yüksək diqqətinizə çatdırmaq istərdim ki, bununla əlaqədar Energetika Nazirliyi tərəfindən sadaladığım ölkələrlə müvafiq hökumətlərarası sənədlər hazırlanıb imzalanıb". N. Əliyev deyib ki, onun rəhbərlik etdiyi qurum ölkədə enerji potensialına tələbatın daim qabaqlanması və bunun üçün gələcəkdə elektrik stansiyalarının tikilməsi, elektrik təsərrüfatının yeniləşməsi, qazlaşdırılmanın 95-98%-ə çatdırılması məqsədilə təkliflər və onların əsasında inkişaf proqramları işləyib hazırlayıb. "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə Energetika Nazirliyi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada təşkilinin prosedur, müddət və xərclərin azalması üçün mövcud qanunvericiliyə dəyişikliklər edilməsi barədə bir sıra təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim edib. Son illər ölkəmizdə enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində aparılan tədbirlər diqqət mərkəzindədir. Enerji resurslarından səmərəli və qənaətlə istifadə edilməsinə lazımi şəraitin yaradılması mühüm amilə çevrilir. Aparılan araşdırmalardan aydın olur ki, respublikamızda bu sahədə enerji resurslarına ümumi tələbatın təxminən 40%-inə qənaət etmək potensialı var, həmçinin bu tədbirlərin həyata keçirilməsi ekoloji mühitin qorunmasına müsbət təsir edəcək. Əldə etdiyimiz nəticələrə diqqət yetirsək, görürük ki, qənaətcil elektrik stansiyalarının tikilib istifadəyə verilməsi, fiziki cəhətdən köhnəlmiş enerji bloklarının yenidən qurulması, habelə enerjinin istehsalında 97,8% təbii qaz yanacağından istifadə edilməsi nəticəsində son 10 ildə hər kVt/saat elektrik enerjisinin istehsalına yanacaq sərfi 413 qramdan 2013-cü ildə 303,7 qrama qədər azalıb". Nazir vurğulayıb ki, elektrik stansiyalarının adambaşına düşən qoyuluş istehsal gücü yaxın gələcəkdə Azərbaycanın bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatması üçün yeni tikiləcək elektrik stansiyalarının hesabına energetika sisteminin ümumi gücü 10 min meqavatdan yüksək həddə çatdırılmalıdır: "Bu səviyyəni təmin etmək üçün əsaslı tikintiyə əlavə 4 mlrd. manat vəsait cəlb edilməlidir. Nəticədə ölkədə adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər yüksəlib 3 600 kVt/saatdan artıq olacaq".
2014-04-15
14,620
Ermənistan rəsmi “kölə” olmağa hazırlaşır
Ermənistan aprelin 29-u Gömrük İttifaqına daxil ola bilər. "Axar.az" xəbər verir ki, bu informasiyanı Ermənistan mətbuatı yayıb. Mətbuat aprelin 29-u Minskdə Avrasiya Əməkdaşlıq Təşkilatının keçirəcəyi tədbirdə Serj Sərkisyanın da iştirak edəcəyini bildirib. Məhz bu iclas zamanı Ermənistanın Gömrük İttifaqının üzvü olması haqqında sənədi imzalayacağı nəzərdə tutulub. Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan keçən il sentyabrın 3-də Gömrük İttifaqına üzv ola biləcəkləri ilə bağlı açıqlama vermişdi. Bundan bir müddət sonra həm təşkilat, həm də ki Ermənistan tərəfindən bir sıra şəxslər Dağlıq Qarabağ məhsullarının da məhz bunun sayəsində Gömrük İttifaqına üzv ölkələrin bazarlarına çıxarıla biləcəyi haqqında informasiya yaymışdılar.
2014-04-15
14,621
Bakıda daha bir yol təmirə bağlandı
Bakıda daha bir yol təmirə bağlanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Akademik Həsən Əliyev küçəsinin Ceyhun bəy Hacıbəyli küçəsi ilə kəsişməsindən Mirəli Qaşqay küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Fətəli xan Xoyski prospektindən istifadə etmələri tövsiyə olunur.
2014-04-15
14,622
Ermənilər Laçın və Kəlbəcəri lotereyaya çıxarır
"Laçın və Kəlbəcər rayonlarına erməni ailələrinin köçürülməsi layihəsinin reallaşması üçün lotereya oynanılır". Bu barədə separatçı Dağlıq Qarabağ rejimin "baş naziri" Ara Aratunyan bildirib. Onun sözlərinə görə Laçın və Kəlbəcər rayonlarına erməni ailələrinin köçürülməsi perspektiv planda nəzərdə tutulub. Lakin qondarma qurumun "hökumət başçısı" layihənin reallaşması üçün külli miqdarda vəsait lazım olduğunu da etiraf edib. A.Aratunyan proyektin 30 milyon drama (təxminən 12 milyon dollar) reallaşacağını söyləyib. "Pulu yığmaq üçün bizim tərəfimizdən lotereya oynanılır. Biz erməni ailələrinin məskunlaşma prosesini sürətləndirməliyik. Hazırda Kaşateq rayonunda (Laçında-red) 10 min ailə yaşayır". A. Aratunyan Dağlıq Qarabağa bitişik bəzi rayonlara kütləvi şəkildə əhalinin yerləşdirilməsi ilə bağlı prosesin davam etdirildiyini bəyan edib. Qeyd edək ki, Azərbaycanın işğal altında olan bölgələrində qanunsuz olaraq erməni ailələri məskunlaşdırılır. Suriyada vətəndaş müharibəsi başlayandan sonra isə bu ölkədə yaşayan ermənilərin Dağlıq Qarabağ və ona bitişik rayonlara məskunlaşdırılması intensiv hal alıb. Son məlumatlara görə 3 ildə 3 mindən çox Suriyadan gələn erməni Qarabağda yerləşdirilib. Bu həm də erməni lobbisi həm də "Tufenkyan" və "Kaşataq" xeyriyyə fondlarının maliyyə dəstəyi ilə reallaşır ("Modern.az").
2014-04-15
14,623
Temperatur 25 dərəcəyə yüksələcək
Aprelin 16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10 gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Sabah Azərbaycanın əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı ehtimal olunur. Səhər ayrı-yarı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq.
2014-04-15
14,624
Avtobuslarda gediş haqqı qalxacaq? - BŞİH-dən reaksiya
"Hələlik Nəqliyyat Nazirliyi nə deyirsə, odur". Bunu "Axar.az"ın yeni yaradılan "BakuBus" MMC-nin yaradılması və qiymət artımı ilə bağlı sualını cavablandıran Bakı Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr departamentinin özünü təqdim etmək istəməyən əməkdaşı bildirdi: "Bu barədə heç nə deyə bilmərik. Hələlik strukturun yaradılması ilə bağlı bir ay vaxt verilib. Bir aydan sonra nəsə deyə bilərik. Hələlik Nəqliyyat Nazirliyi nə deyirsə, odur". Xatırladaq ki, ötən gün Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib. Həmin qərara əsasən Nəqliyyat Nazirliyi bundan sonra sərnişindaşıma səlahiyyətinə malik deyil və prosesi meriya tənzimləyəcək. Yayılan xəbərlərdə qiymətlərin artırılacağı da deyilir. Şəhərdaxili gediş haqlarının 20 qəpikdən 30 qəpiyə, Bakı kəndlərinə isə 50 qəpiyə qalxacağı bildirilir.
2014-04-15
14,625
“Unibank”dan arzuları reallaşdıran kart
Bəzən həyatına daxil etdiyin bir yenilik, bütün işlərini asanlaşdırır və arzuların reallığa necə çevrildiyini görürsən. Bir karta sahib olmaqla belə, çətinlikləri asan etmək, arzuları reallaşdırmaq mümkündür. Artıq belə kart mövcuddur. Bu, dörd bank məhsulunu özündə birləşdirən, "Unibank"ın Albalı Plus kartıdır. "Unibank" Azərbaycan kart bazarında bir ilkə imza ataraq, bank müştərilərinin ehtiyac və arzularını bir məhsulda birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. Albalı Plus beynəlxaq kart olmaqla yanaşı , dörd bank məhsulunu: çox-çox sərfəli taksit kartı, güzəşt müddətli kredit kartı, sərfəli depozit və debet kartlarını özündə birləşdirir. Taksit kartı Albalı plus - çox sərfəli taksit kartıdır. Bu kartla siz 1.000-dən artıq ticarət və xidmət mərkəzlərində, onlayn ödəniş və alış-veriş saytlarında istədiyiniz məhsul və xidməti sərfəli şərtlərlə alaraq, dəyərini hissə-hissə (12 ayadək) ödəyə bilərsiniz. Kredit kartı Albalı plus həm də güzəştli dövrü olan kredit kartıdır. Təcili pul lazım olduqda, siz sərfəli şərtlərlə 10 000 manatadək kredit xətti açdıra bilərsiniz. Hansı ölkədə olmasından asılı olmayaraq, müştəri "Unibank"dakı kredit xəttindən istifadə edə bilər. Kartın və kredit xəttinin istifadə müddəti 60 aydır. Müştəri növbəti ayın 10-dək borcunu tam ödədiyi halda, istifadə edilmiş məbləğə faiz hesablanmır, nəticədə müştəri 40 günə qədər faizsiz güzəşt dövründən yararlanmaq imkanına sahib olur. Depozit kartı Albalı Plus çox sərfəli depozit kartıdır. Sizin karta qoyduğunuz depozit vəsaitinin hər günü üçün üzərinə faiz hesablanır. Cibinizdə saxladığınız pulu Albalı Plusa yatırın ki, vəsaitiniz hər gün bir qədər də artsın. Müştərinin Bankda olan kredit reytinqindən asılı olaraq, onun kartındakı öz vəsaitinə illik 6%-dək depozit faizi hesablanır. Debet kartı Albalı plus - beynəlxalq kartdır. Dünyanın istənilən ölkəsində və istənilən ticarət və xidmət mərkəzlərində, arzuladığınız məhsul və xidməti əldə edə bilərsiniz. Siz vəsaitinizi karta yükləyərək, istədiyiniz zaman istifadə edə bilər,üstəlik Unibank bankomatlarında vəsaitinizi komissiyasız nağdlaşdıra bilərsiniz. Albalı Plusun imkanları sizə internet üzərindən sadə və təhlükəsiz alış-veriş imkanı yaradır. Müştəri kartdan həmçinin digər bankların bankomatlarında, POS terminallarında da istifadə edə bilər. Albalı Plus kartı olan müştəri "Unibank"da özünə kredit tarixçəsi yaratmaq imkanı əldə etməklə gələcəkdə digər bank məhsullarından güzəştli istifadə edə biləcək. 18-70 yaş arası Azərbaycan vətəndaşları Albalı Plus kartının imkanlarından yararlana bilər. Albalı Plus hamı üçün əlçatan, istifadəsi sadə və arzuların həyata keçməsinin sadə yolu! Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud Feysbuk səhifəsindən https://www.facebook.com/unibank.az/photos/a.95797086237.89666.95588021237/10152049975016238/?type=1&theater əldə etmək olar. Albalı Plus - arzuları reallaşdıran kart.
2014-04-15
14,626
Türkiyədə sabiq deputatın xanımı və qızı öldürüldü
Türkiyədə Ana Vətən Partiyasının sabiq millət vəkili Adnan Yıldıza silahlı hücum olub. Məlumata görə, bu barədə Türkiyənin "Milliyət" qəzeti xəbər verib. Məlumata əsasən, hücum nəticəsində sabiq millət vəkilinin həyat yoldaşı və qızı aldıqları güllə yarasından vəfat ediblər. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır ( Trend ).
2014-04-15
14,627
Milyard yarım insan günə 1 dollarla yaşayır - Hesabat
Dünya Səhiyyə Təşkilatının (DST) açıqlamalarına əsasən, hazırda dünyada təqribən 3,7 milyard insan tələb olunan səviyyədə qida qəbul edə bilmir. Ən pisi isə odur ki, bu rəqəm ilbəil artır. Bunun səbəbi dünya bazarlarında əhaliyə təklif edilən ərzağın təlabata adekvat olmamasıdır. Dünya bazarında enerji daşıyıcılarının bahalaşması, aparıcı ölkələrin maliyyə böhranları, eləcə də əhali sayının çoxalması və s. kimi amillər ərzaq məhsullarının qıtlığı ilə nəticələnir. Son hesablamalara görə, dünyada 852 milyon insan aclıqdan əziyyət çəkir. Bunun 815 milyonu inkişaf etməkdə olan ölkələrin payına düşür. Onların sayı son 10 ildə 18 milyon nəfər artıb. 1,2 milyard insan isə gündə cəmi 1dollarla yaşayır. Dünyada 5 yaşlı uşaqların üçdə biri lazımınca qidalana bilmir, aclıqdan əziyyət çəkir. DST-nin müəyyən etdiyi normalara əsasən, qidalanma üçün gündəlik 2600 kilokalori tələb olunur. 1800 kilokalori qidalanma aclıq həddi sayılır. Ərzaq təhlükəsizliyi nədir? Qida təhlükəsizliyi - qida məhsullarının, təyinatına uyğun istifadəsi və ya istehlakı zamanı istehlakçıya zərər verməyəcəyinin təminat altına alınmasıdır. Qidanın keyfiyyəti qida təhlükəziliyi amilləri ilə sıx bağlıdır. Bu termin ilk dəfə 1974-cü ildə BMT Baş Assambleyasında gündəmə gəlib. BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) mütəxəssislərinin müəyyən etdiyi normalara əsasən, bütün insanlar istənilən vaxt aktiv və sağlam həyat tərzi sürə bilmək üçün kifayət qədər keyfiyyətli qida qəbul etməlidir. Ərzaq təhlükəsizliyinin əsas elementləri bunlardır: Hər bir vətəndaşın keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarının olması; Ölkənin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyi, yəni əsas ərzaq malları üzrə ixracdan asılı olmaması; Etibarlılıq, yəni ərzaq sistemini mövsüm, hava və digər amillərlə bağlı olan risklərdən qorumaq; Dayanıqlılıq, yəni milli ərzaq sistemini istehsalın genişləndirilməsi rejimində inkişaf etdirmək. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu məsələ istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin ən mühüm tərkib hissələrindən birinə çevrildi. Aclıq genetik olaraq ötürülür Yuxarıda sadalanan elementlər təmin edilmədikdə insanlar yoxsulluq və aclıq şəraitində qeyri-sağlam həyat tərzi keçirirlər. Aclıqdan əziyyət çəkən valideyn övladını da öz axrasıyca aparır. İnkişaf üçün lazım olan vitamin və mineralları, əlavə qidaları ala bilməyən körpələrdə ölüm riski artır. Sağ qalanlar isə fiziki cəhətdən zəif və zehni inkişafdan geri qalmış olurlar. Eyni zamanda onlar yetkinlik yaşına çatanda xroniki xəstəliklərə tez yoluxurlar. Bu ehtiyaclar içində hamiləlik mərhələsinə gəlib çatan qadınlar arasında ana və uşaq ölümü qaçılmaz faktdır. Zəif qidalanma üzündən onların dünyaya gətirdiyi uşaqlar az çəkili olur və ölüm halları artır. Sağ qalan uşaqlar da valideynləri kimi aclıq və səfalətdən əziyyət çəkir. Beləliklə, sağlam qidalanmadan məhrum olan bütöv bir nəsil "formalaşır". Ərzaq təhlükəsizliyinin təmin edilməməsi fiziki və əqli cəhətdən zəif inkişafa, cəmiyyətdə passiv mövqe və istehsal gücünün az olmasına, sonda isə yoxsulluğun dərinləşməsinə səbəb olur. Azərbaycanda ərzaq təhlükəsizliyi Azərbaycanda da ərzaq təminatı və təhlükəsiz qida problemləri ciddi şəkildə özünü göstərir. Hazırda ərzaq təhlükəsizliyinə 6 dövlət qurumu nəzarət edir. Bu təcrübə bəzi ölkələrdə də mövcuddur. İngiltərə, Almaniya, Estoniya və Belçikada isə ərzaq təhlükəsizliyini təmin edən və nəzarətdə saxlayan ayrıca bir orqan yaradılıb. Mütəxəssislər ölkəmizdə də prosesə vahid mərkəzdən nəzarət edilməsini vacib sayırlar. Nəzarətçi qurumlardan biri Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin 2013-cü ildə apardığı araşdırmalardan bəlli oldu ki, uşaq bağçalarının əksəriyyətinə istifadə müddəti başa çatan ərzaq məhsulları verilib. Digər bir qurum İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları isə ötən il ərzində 44,4 ton yararsız qida məhsullarını aşkar edərək tədavüldən çıxarıb. Bu faktlar ərzaq təhlükəsizliyi sahəsində nəzarətin gücləndirilməsini aktuallaşdırır. İstehlak səbətimizdə nə qədər məhsul var? Ərzağın keyfiyyəti və təhlükəsizliyi üzrə 2013-cü ildə hazırlanmış qlobal qida təhlükəsizliyi indeksinə görə, Azərbaycan qismən yaxşı ölkələr qrupunda yer alıb. Lakin hələ də ölkədə əhalinin istifadə etdiyi əsas ərzaq məhsullarının istehlak səbəti DST-nin müəyyən etdiyi normalardan xeyli geri qalır. Beynəlxalq normaya görə, bir nəfər il ərzində 70 kq ət, 360 kq süd məhsulları, 120,5 kq kartof, 140 kq tərəvəz və bostan məhsulları, 80 kq meyvə və giləmeyvə, 8,3 kq balıq, 243 ədəd yumurta 36,5 kq şəkər və qənnadı məhsulları qəbul etməlidir. Azərbaycanlıların istehlak səbətində isə ət cəmi 27,8 kq, süd məhsulları 209 kq, kartof 44,2 kq, balıq 5 kq, yumurta 139 ədəd təşkil edir. Qida təminatında əsas yük kənd təsərrüfatı istehsalına düşdüyündən hökumət bu sektorda məhsuldarlığın artırılmasına çalışır. Proqramın hədəfləri 2008-2015-ci illəri əhatə edən "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair xüsusi Dövlət Proqramı" Azərbaycanda aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm sənəd hesab olunur. Həmin proqrama görə, 2015-ci ilədək ölkə əhalisinin ərzaqla tam və etibarlı təminatına nail olmaq üçün dənli bitkilərin əkin sahələrini 900 min hektara çatdırmaq, 2,8 milyon ton dənli bitkilər istehsal etmək nəzərdə tutulub. Ət istehsalı 340 min tona, süd və süd məhsulları istehsalı 2,4 milyon tona, sənaye üsulu ilə quş əti istehsalı 80 min tona, yumurta istehsalı isə 1,3 milyard ədədə çatdırılmalıdır. Ölkədə tərəvəz və bostan məhsullarının istehsalı 1,72 milyon ton, kartof 1,12 milyon ton, meyvə 800 min ton olmalıdır. Yağlı bitkilərin əkin sahələrini 135 min hektara, şəkər çuğunduru əkinini isə 20 min hektara qədər artırmaq nəzərdə tutulur. Ümumilikdə yem bitkilərinin əkin sahələri 500 min hektar olmaqla qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq hədəflənib. Yeni standartlara keçmək lazımdı Mütəxəssislərin rəyinə görə, Avropa ilə müqayisədə Azərbaycanda məhsuldarlıq ən azı 2 dəfə aşağıdır. Bunun səbəblərindən biri toxumun keyfiyyətsiz olmasıdır. Araşdırmalar göstərir ki, keyfiyyətli toxum məhsuldarlığı 30 faiz artırır. Maddi-texniki baza və gübrələrdən istifadənin zəif olması, aqrar sahələrə ayrılan kreditlərin azlığı, eləcə də istehsal vasitələri və xidmətlərin bahalığı da məhsul istehsalının azalmasına səbəb olur. Sadalanan problemləri aradan qaldırmaq üçün ilk növbədə, qida təhlükəsizliyi ilə birbaşa əlaqədar orqanın yaradılması və nəzarət sisteminin eliminasiya edilməsi təklif olunur. Eyni zamanda müəssisələrin qeydiyyata, sistemin geri izlənə bilinməsi, ilkin şərt proqramlarının (GxP) işlənməsi, risklərin analizi, "İSO 22000" qida təhlükəsizliyi standartının tərcümə edilərək milliləşdirilməsinə də ehtiyac duyulur. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatında adıçəkilən Dövlət Proqramının effektiv icrası da mühüm rol oynaya bilər.
2014-04-15
14,628
“Nurçu”lara qarşı daha bir əməliyyat
Azərbaycanda "nurçu"lara qarşı daha bir əməliyyat keçirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 11-də "Nurçu" dini təriqətinin üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkəriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları "Fırıncı abi" ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər. Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Z. Məmmədovun evinə baxış zamanı "Nurçu" dini təriqətinə aid yayılması qadağan olunmuş 545 ədəd "Risaleyi Nur" kitabı, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir hədəfi, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülüb. Aprelin 14-də İ. Həmidovun evinə baxış zamanı "Nurçu" dini təriqətinə aid yayılması qadağan olunmuş 20 ədəd "Risaleyi Nur" kitabı aşkar edilərək götürülüb. Onların izahatları alındıqdan sonra buraxılıblar.
2014-04-15
14,629
Yuxulu Bakı, Şahmalıoğlu və olmayan Dərbənd yolu – I yazı/Video
Dərbənd, Dərbənd ətrafında olan söhbətlər bu "Vətənin qıraqda qalan" yerinə birdən-birə dəli bir istək oyatdı bizdə: elə bu istəklə də şənbə günü Bakını yuxuya verib, ayaqlarımızın ucunda paytaxtın qapısına yaxınlaşdıq - Beynəlxalq Avtovağzala. Elə o ehmalla, Bakı yuxudan durmasın deyə, qapını azca aralayıb, yavaşca aradan çıxdıq... Yanıldım deyəsən. Bakı yatır ki! Dünyanın bütün meqapolisləri kimi Bakı da yatmır. Yatan Dərbənddir – gecə ikən qapısını döymək istədiyimiz "Temir Kapığka"- Dəmir Qapı və əslində, Qərib Dərbənd... Dərbənd yolu Yoxdur belə ifadə... Şirvan yolu var, Təbriz yolu var, Göyçə yolu var... Amma Dərbənd yolu yoxdur. Sanki Səfəvilər Azərbaycandan ayrı düşən Şirvanın "yolunu" görürdülər – tapdılar da. Sanki Təbriz, Göyçə yollarını görürük – tapacağıq inşallah! Bəs, niyə Dərbənd yolunu görmürük, bu hissi təhtəlşüuru də olsa, təfəkkürümüzdə yaşatmırıq? Ümidimiz bu qədərmi kəsilib? Allah eləməsin!.. Jurnalist olduğumuzu bilən taksi sürücüsü yuxumuzun kal vaxtında durmadan suallar veriridi: - Sən Allah, siz bilməmiş olmazsınız, deyirlər, benzinin qiyməti 1 manata qədər qalxacaq? Düz söhbətdir? Heç benzinin yeridir? "Qabağa düşən" taksi sürücüsü Sürücümüz hər dəfə benzinin qiymətinin qalxma ərəfəsində necə "ağıllı tərpənməyini" nəql eləməyə keçdi. Sanki Bakı-Ceyhanın nəqlini bir başa taksisindən keçirmişdi: "Son 2 dəfə benzin qalxmamışdan qabaq xəbər tutmuşdum deyə, "bak"ı doldurub bir az qabağa düşdüm, qardaşoğlu". - Babat qabağa düşübsən a, əmi... - Hə, vallah... Milli sürücümüz ilə sağollaşıb gömrüyü keçmək üçün Dövlət Sərhəd Xidmətinin (DSX) "pasport nəzarəti" yerinə yaxınlaşdıq. Dərbəndə səfərimizin səbəbi ilə maraqlandıqdan sonra sənədləri özümüzə geri qaytardılar. Rusiya gömrüyündən də problemsiz keçdikdən sonra yolumuza davam etdik. Səhər saatlarında Dərbəndə çatıb özümüzü bir kafeyə atdıq. Çaydan sonra 25 rubl (0,5 azn) çay pulunu ödəyib yolumuza davam etdik. Elə bil Qubadayıq Getmək istədiyimiz ünvanları soruşmaq üçün ətrafdan münasib adam axtarırdıq ki, polis özü bizə yaxınlaşdı. Sənədlərimizə baxıb Bakıdan gəldiyimizi biləndə canla-başla ünvanları bizə başa salmağa başladılar – başqa necə olmalıydı ki! Biz Vətəndəydik! Bazarda hələ uzaqdan öz aralarında azərbaycanca danışanları görəndə daha da ürəklənib həmvətənlərimizə yaxınlaşdıq: - Hə, Bakıdansınız, bizim tərəfə xoş gəlmisiniz. Nə kömək lazımdır, nə əcəb gəlmisiniz? Sanki Qubada, Qusardayıq. Dərbəndi yaxşı tanımamışıq Dərbəndə gəlməzədən qabaq beynimizdə canlandırdığımız fikirlərin hamısının stereotip olduğuna yavaş-yavaş əmin olmağa başladıq. Vuran-tutan, qıran-dağıdan, dalaşqan dərbəndli obrazı sadəcə stereotipmiş. Düzdür, Dərbəndin küçələrində xanımlara elə də çox rast gələ bilməzsiniz. Ancaq rastlaşdığınız xanımlar sizdə onlar haqqında rahat və sərbəst insan təəssüratı yaradacaq. Ziyarətimizə Azərbaycanın tarixi qalalarından olan, bütün dastanlarda və tarix kitablarında adı keçən, yüzlərlə savaşlara ev sahibliyi etmiş əfsanəvi Dərbənd qalasından başlayırıq. Öncə vətən... Dərbənd qalasına qalxan yolun üstündə bir mağazaya girdik. Qalaya tələsdiyimiz üçün yaşlı satıcı nənə ilə söhbət etməyi düşünmürdük. Ancaq bu vaxt satıcı nənəyə zəng gəldi. Telefonda səslənən bir mahnının tanış səsi bizi ayaq saxlamağa, nənəylə üç-beş kəlmə danışmağa məcbur elədi: Tacir Şahmalıoğlunun səsinin məsum vaxtında oxuduğu Abbas Səhhətin "Vətən"i. Məlahət ana 60 ildir ki, Dərbənddə yaşayır. Deyir, Azərbaycanı, vətən eşqindən bəhs edən mahnıları çox sevir. "Vətən haradır" sualına isə belə cavab verir: - Eeey, ay oğul... Bura vətəndir də elə... Anons: Növbəti yazılarda II Dünya müharibəsinin davam etdiyi bir zamanda Stalinin qəfildən məscidləri açdırması və bunun səbəbi ilə bağlı olduqca maraqlı bir video təqdim edəcəyik. Davamı olacaq...
2014-04-15
14,630
Alınan mallar nədən geri qaytarılmır? – Ekspert rəyi
"Azərbaycan Avropada yeganə ölkədir ki, istehlakçı aldığı malı ticarət mərkəzinə qaytarıb pulunu geri almaq hüququna malik deyil". "Axar.az" xəbər verir ki, bu sözlərlə iqtisadçı Vüqar Bayramov çıxış edib. O öz Feysbuk səhifəsində "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun çatışmayan cəhətləırindən yazıb: "Əgər siz mağazadan hər hansı mal, məsələn köynək almısınız və evə döndükdən və ya bir neçə gün sonra o xoşunuza gəlmirsə və hətta istifadə etməmisinizsə belə, onu geri qaytarmaq haqda düşünməyin. Çünki mövcud qanunvericilik malın geri qaytarılıb pulunun ödənilməsinə deyil, yalnız dəyişdirilə bilməsinə icazə verir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, istehlakçının aldığı malı 14 gün ərzində qaytarmaq deyil, yalnız dəyişdirmək hüququna malikdir. Alınan məhsul sadəcə başqası ilə əvəz edilə bilər. Yəni, alıcının birbaşa malı geri qaytarmaq hüququ yoxdur və bu satıcılar üçün qanunla məcburi xarakter daşımır. Alıcı aldığı malın ölçüsünə və ya üzərində tapdığı qüsura görə malı dəyişdirmək istəyirsə və satışda eyni məhsuldan başqası yoxdursa, o zaman qanunvericiliyə görə əsas mal geri götürülə bilər". İqtisadçı qeyd edir ki, 1995-ci il 19 sentyabr tarixli ölkə Prezidentinin təsdiq etdiyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda alıcıya aldığı malı qaytarıb pulunu geri almaq imkanı tanınırdısa, sonradan sözügedən sənədə edilən dəyişikliklə bu hüquq istehlakçılardan alındı: "Halbuki, qanunun təkmilləşdirilməsi daha çox istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində olmasına ehtiyac var idi. Amma əksinə, satış mərkəzlərinin dominatlığını gücləndirən dəyişikliklər ötən müddətdə reallaşdırıldı. Əslində, Azərbaycanda istehlakçıların aldıqları malı müəyyən müddət ərzində geri qayatara bilməmələri Avropa İstehlakçılarının Hüquqlarının Qorunması Konvensiyasının əsas prinsiplərinə ziddir. Beynəlxalq konvensiyalara görə, hər bir dövlət vətəndaş-istehlakçısına malları geri qaytarmaq hüququ verilməlidir. Başqa tərəfdən, bu müddətin də 2 həftə deyil, beynəlxalq standartlara uyğun olaraq ən azı 1 ay müəyyənləşdirilməsinə ehtiyac var. Bəzi inkişaf etmiş ölkələrdə bu müddət hətta 2 ay belə müəyyənləşdirilir. Əgər alınan maldan istifadə edilməyibsə, qanunla müəyyənləşdirilmiş müddətdə həmin məhsulun alınmasını təsdiq edən çek və ya qəbzi təqdim etməklə sözügedən məhsulun geri qaytarılmasını və pulunun alınmasını alıcı təmin etməlidir". V.Bayramov əlavə edir ki, bu baxımdan, Azərbaycanda da beynəlxalq standartlara uyğun olaraq istehklakçılara əsas hüquqlarından biri olan aldıqları malları geri qaytararaq pulunu alması hüququnun verilməsi və müddətin 1 ay müəyyənləşdirilməsinə ehtiyac var: "Bunu yerinə yetirməkdən imtina edən satış məntəqlərinə isə ABŞ-da olduğu ciddi maliyyə cərimələrinin tətbiq edilməsi və bu təkrarlandığı halda isə biznesin bağlanması haqda qərarın verilməsinin qanunvericilikdə əks etdirilməsi vacibdir".
2014-04-15
14,631
Qənirə Paşayeva Tovuza erməni hücumundan yazır
Deputat Qənirə Paşayeva Tovuzun Əlibəyli kəndində atəşkəsin pozulmasından yazıb. "Axar.az" "Musavat.com"a istinadən həmin yazını təqdim edir: "Ermənistan yenə də atəşkəsi pozaraq Tovuzun Əlibəyli kəndi istiqamətində kəndi, kənd sakinlərini, onların evlərini, elektrik və qaz xətlərini atəşə tutması nəticəsində gərgin və çox narahat bir gün yaşanıb .Ötən gün və bu gün kəndin rəsmi nümayəndələri ilə bir neçə dəfə telefonla danışdıq. Bir az əvvəl də təkrar yenə icra nümayəndəsi Valeh müəllimlə danışdıq. Bir az sakitlik yaranıb və çox şükr ki, mülkü insanlarımızdan xəsarət alan olmayıb, amma evlərə yenə də hər zamankı kimi zərər vurublar, üstəlik elektrik, qaz , telefon xətlərinə zərər dəyib və bunun nəticəsində elektrik və qazın verilməsində problem yaranıb. Bir az əvvəl Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, kəndin icra nümayəndəsi və bu sahəyə cavabdeh qurumlarla da danışdıq. Səhər saatlarından başlayaraq elektrik və qaz xətlərində yaranmış problemin aradan qaldırılması ilə bağlı işlər getdiyini və gün ərzində kəndin tam elektrik və qazla təkrar təmin ediləcəyini dedilər. Eyni zamanda "Azərsu"ya bir millət vəkili olaraq minnətdarlığımı bildirmək istəyirəm ki, bir neçə gün bundan əvvəl Əlibəyli kəndində olarkən və kənd sakinlərimizlə görüşərkən kənd sakinlərinin kəndin içməli su təchizatının yaxşılaşdırılması və genişləndirilməsi, kəndin içməli su ilə problemləri olan hissələrinə su xətlərinin çəkilməsi ilə bağlı qaldırdıqları məsələni və xahişi qurumun rəhbərliyi ilə danışaraq bu məsələni həll etməyi xahiş etmişdim və elə həmin günün sabahından kənddə kəndin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün sürətli və geniş işlərə başlayıblar və inşallah yaxın günlərdə bu işlər bitəcək.Ön cəbhədə yaşayan insanlarımız qəhrəmandırlar və Ermənistanın bütün bu insanlıqdan kənar əməllərinə baxmayaq öz evlərini və torpaqlarımıza böyük sevgi ilə sahib çıxırlar və bununla da düşmənə layiqli cavablarını verirlər. Sivil insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq Ermənistanın və onun silahlı qüvvələrinin xisləti bundan ibarətdir.ATƏT, BMT və digər beynəlxalq təşkilatların bu məsələlərə laqeyid münasibətini Milli Məclisin son toplantısında ciddi tənqid etmişdim. Yenə də onlardan baş verən hadisələrlə bağlı hansısa ciddi mövqe gözləmirik təssüf ki... İnsanların onların ədalətli mövqeyinə inamını çoxdan itiriblər və onlar bu inamı ancaq işğalçıya təzyiq göstərməklə bərpa edə bilərlər. Tovuz istiqamətində Silahlı Qüvvələrimiz hər zaman olduğu kimi mülkü insanlarımızın ciddi zərər almaması üçün düşmənə layiqli cavab veriblər, amma görünən odur ki, mülkü insanları incitməkdən zövq almaq kimi insanlıqdan kənar əməllərdən çox təəssüf ki Ermənistan bundan sonra da əl çəkmək niyyətində deyil. İnşallah yenidən Tovuza gedəcəm və insanlarımızla bir araya gəlib görüşəcəyik. Allah kənd sakinlərimizi və ön cəbhəmizi qoruyan əsgər və hərbiçilərimizi qorusun!".
2014-04-15
14,632
AMEA üzvlərinin səlahiyyət müddəti artırılacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin səlahiyyət müddəti artırılacaq. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli açıqlamasında deyib ki, akademiyanın hazırlanan yeni Nizamnamə layihəsinə əsasən həqiqi və müxbir üzvlər hər 4 ildən bir seçiləcək və seçkilər 2 ay müddətində həyata keçiriləcək. Vitse-prezident vurğulayıb ki, yeni nizamnamədə həqiqi və müxbir üzvlüyünə 4 ildən bir seçkilərin keçirilməsi nəzərdə tutulur. İndiyə qədər isə bu 3 il normasında idi. Onun sözlərinə görə, yeni qaydalarda müxbir və həqiqi üzvlüyə seçkiləri bir qədər sadələşdirilib. İ. Həbibbəyli qeyd edib ki, indiyə qədər olan qaydalara görə AMEA-nın müxbir və həqiqi üzvlüyünə seçkilər elan olunandan 3 ay sonra seçkilərin keçirilməsinə icazə verilirdi: "Yeni nizamnaməyə əsasən, akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvlüyünə olan seçkilərin mətbuatda elan dərc olunandan 2 ay sonra keçirilməsi mümkün olacaq. Bundan başqa, akademiyanın tarixində ilk dəfə olaraq həqiqi, müxbir, xaric üzvlərlə yanaşı həm ölkə alimləri, həm də xarici ölkələrdə Azərbaycanı tanıtmaqla məşğul olan alimlər arasından fəxri üzvlərin də seçilməsi tövsiyə olunur. Yeni nizamnamə akademiyanın ümumi yığıncağının və akademiyaya tabe olan elmi-tədqiqat institutlarının elmi şuralarının görkəmli xarici ölkə alimlərinə "Fəxri doktor", "Fəxri professor" elmi adlarının verməsinə imkan yaradacaq". İ. Həbibbəyli qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnamə layihəsi Rəyasət Heyətinin iclasında geniş müzakirə olunub. Əvvəlki nizamnamədə 149 maddə var idisə, yeni layihədə 328 bənd öz əksini tapıb: "İlk dəfə olaraq bu nizamnamədə bir sıra bölmələr yeni olaraq təqdim edilib. AMEA-nın ümumi yığıncağı və Rəyasət Heyətinin səlahiyyətləri, akademiyanın regional bölmələri və elmi mərkəzləri, beynəlxalq əlaqələri, əmlakı və maliyyə vəsaiti kimi bölmələr 2002-ci ildə akademiyada qəbul olunan nizamnamədə yoxdur. Yeni nizamnamə layihəsi hazırda akademik Akif Əlizadənin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatı, ölkə prezidentinin akademiya qarşısına qoyduğu müasir vəzifələri tam əhatə edir. Akademiyanın 70 illiyi ərəfəsində qəbul olunacaq yeni nizamnamə bu qurumun inkişafının sonrakı mərhələsinə meydan açacaq".
2014-04-15
14,633
Zakir Həsənov: “İrana hücum etməyə icazə verilməyəcək“
Heç bir gücə Azərbaycan torpaqlarından istifadə edərək qonşu ölkələrə hücum etməyə icazə verilməyəcək. Bunu Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda iranlı həmkarı Hüseyn Dehqanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanda İsrail hərbi bazalarının yerləşdirilməsinə dair sualı cavablandırarkən deyib. İranın Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Z.Həsənov bildirib ki, Azərbaycanın ərazisindən qonşu ölkələri heç bir təhlükə gözləmir: "Biz buna icazə verməyəcəyik. Bu, Azərbaycanın rəsmi siyasətidir. Biz həmişə beynəlxalq və regional qurumlarda ölkəmizin bu rəsmi siyasətini aşkar bəyan etmişik". Z.Həsənov deyib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, Azərbaycan ərazisində üçüncü ölkənin hərbi bazası yerləşdirilə bilməz. Nazir İrana səfərini səmimi və yüksək səviyyədə səfər kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan və İranın müştərək bağlılıqları var və bu iki ölkə arasında həmişə dostluq və qardaşlıq münasibəti olub: "Səfər zamanı İranın müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və Prezidentin birinci müavini ilə görüşlərimiz oldu və hərbi sahədə əməkdaşlıqlar üçün müzakirələr apardıq. Regional və beynəlxalq məsələləri də müzakirə etdik. Bu məsələlərdə eyni fikirdə idik" ( Trend ).
2014-04-15
14,634
Vüqar Feyzulla dünyasını dəyişdi
Uzun müdətdir ki, böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən gənc fəal Vüqar Feyzulla vəfat edib. "Axar.az"ın mərhumun dostlarından aldığı məlumata görə, o bir neçə saat əvvəl dünyasını dəyişib. Xatırladaq ki, həkimlər 4 il yarım bundan əvvəl onda çox nadir hallarda rast gəlinən "vecener vaskulit" aşkarlayıblar. Lakin Vüqar Feyzulla xəstəliyindən yalnız 24 yaşında xəbər tutub. Gənc fəalı həyata qaytarmaq üçün dostları müxtəlif kampaniyalar keçirərək, müalicəsi və qismən yaxşılaşması üçün lazım olan pulu toplayırdılar.
2014-04-15
14,635
Ağır qəza baş verdi – Təcili yardım gəlmədi
Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. Bu barədə Feysbuk sosial şəbəkəsində məlumat yayılıb. "Axar.az"ın hadisə şahidlərinə istinadən yazdığı məlumata görə, qəzadan dərhal sona təcili-tibbi yardım xidmətinə məlumat verilsə də, olay yerinə heç bir həkim gəlməyib. Qəzaya düşən xanıma ilkin yardımı "Mənzil Kommunal Təsərrüfat Birliyi"nin (MKTİB) süpürgəçiləri edib. Daha sonra qəzaya düşən xanımı taksiyə əyləşdirib xəstəxanaya yola salıblar.
2014-04-15
14,636
Həştərxan qubernatoru azərbaycanlıları mükafatlandırdı - Video
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin azərbaycanlı Orxan və Sərxan Məmmədov qardaşlarını mükafatlandırıb. Onlar göstərdikləri qəhrəmanlıq və insanpərvərliyə görə bu mükafata layiq görülüblər. "Axar.az" xəbər verir ki, bu ilin fevralında Həştərxandakı yaşayış massivlərinin birində yanğın baş verib. Həmin anda köməyə çatan Məmmədov qardaşları özlərini təhlükəyə ataraq, ana və iki azyaşlı uşağı alovun içindən xilas ediblər. Qubernator bu qəhrəmanlıqlarına görə qardaşları fəxri diplom və qol saatı ilə təltif edib. Mərasimdə çıxış edən Həştərxan vilayəti qubernatorluğunun administrasiya rəhbəri Kanat Şantimirov orada yaşayan azərbaycanlıların ictimai həyatda daim aktiv olduqlarını vurğulayıb.
2014-04-15
14,637
DİN: “Tyaqnibok Basayevin dəstəsində vuruşub” - Video
Rusiya Daxili İşlər Naziliyi şok effekti yaradacaq bəyanat yayıb. "Axar.az"ın rusiya mediasına istinadən verdiyi məlumata görə, Şimali Qafqaz Federal dairəsinin baş istintaq komitəsi Ukraynanın UNO, UNSO təşkilatının üzvləri – İqor Mazura, Valeri Bobroviç, Dmitri Korçinski, Andrey və Oleq Tyaqniboklar, Dmitri Yaroş, Vladimir Mamalıqin, həmçinin digər şəxslərə qarşı cinayət işi açıb. Onlar 1994-95-ci illərdə tanınmış çeçen səhra komandiri Şamil Basayevin batalyonunda ruslara qarşı savaşmaqda təqsirli biliniblər. Rusiya güc strukturu rəsmisi V.İ. Markinin bildirdiyinə görə, artıq sözügedən şəxslər barəsində axtarış işlərinə başlanılıb. Xatırladaq ki, Ukrayna hadisələrinin önündə gedən bəzi şəxslərin adları Rusiyanın "qara siyahı"sına düşmüşdü. Oleq Tyaqnibokun bu sırada yer alması bir sıra mətləblərdən xəbər verir.
2014-04-15
14,638
“Rusiyaya Ukrayna bataqlığından çıxmaq çox çətin olacaq”
"Rus tanklarının üzərində nişanı olub-olmamağından asılı olmayaraq, burada aparacağı hansısa əməliyyat beynəlxalq qarşıdurmanı dərinləşdirə bilər". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Rusiyanın son günlər apardığı təcavüzkar siyasətin məhz Qarabağın Gömrük İttifaqına qoşulması ilə bağlı müəyyən şübhələrin daha da artmasına səbəb olduğunu söyləyib: "Gömrük İttifaqı Ermənistan üçün müəyyən üstünlüklər yaradır. O bu proseslərə hər vasitə ilə Qarabağı da qoşmaq istəyir. Bu mənada təhlükələrin mövcud olduğunu söyləmək mümkündür. İndiki dövrdə Rusiyanın təcavüzkar niyyətlərini açıq büruzə verməsi, postsovet ölkələrinin ərazilərinə qarşı təhdidlər etməsi Kremlin şübhəli ideyalara meyli ilə bağlı müəyyən iddialara yol aça bilər. Amma burada bir şey var ki, Qarabağ problemi beynəlxalq təşkilatların nizamlaması çərçivəsində həyata keçirilir. Bu nöqteyi-nəzərdən iki fikir söyləmək olar. Bir tərəfdən, Dağlıq Qarabağla bağlı Jirinovski kimi siyasətçilərin səsləndirdiyi fikirlər, digər tərəfdən isə nizamlamanın beynəlxalq təşkilatlar çərçivəsində həll olunması məsələsi. Burada aparıcı element hələ də beynəlxalq təşkilatlar olaraq qalır". Politoloq Rusiyanın Ukrayna bataqlığında daha da dərinə batacağını deyib: "Rusiya Qarabağla bağlı addım atsa, bu, çox ağır olacaq. Rusiya hələ Krım məsələsində müəyyən məsələlərlə təhdid olunur. Çünki artıq Qərbin sanksiyalarının effekti artır. Həm də ki, Ukrayna ordusu elə də zəif ordu deyil. Rusiyaya qarşı müdafiə tədbirləri görür. Əgər hər hansı müharibə baş versə, Rusiya Ukrayna bataqlığına daha dərindən batacaq. Buradan çıxmaq çox çətin olacaq". Q.Hüseynli hazırda Qarabağ konflikti ətrafında ən önəmli məqamın status-kvonu qorumaqdan ibarət olduğunu qeyd edib: "Qarabağ münaqişəsinin anatomiyasındakı fikirlər Amerikada fərqlidir. Minsk qrupunun amerikalı həmsədri çox səfeh şeylər danışır. Özü də Rusiyanın həmsədrindən daha axmaq bir şəkildə ermənipərəst fəaliyyət göstərir. Yəni əlverişli şərait yaranacaq kimi fikirlərə hazır olmağa dəyməz. İndiki zamanda əsas diqqət status-kvonun qorunmasına yönəlməlidir. Rusiya Ermənistanı Azərbaycanın üzərinə yönəltməklə bağlı ehtiyatda olan ideyaları var. Düzdür, Ermənistan bu ideyaları həyata keçirməyə qorxur. Rusiya 102-ci ordusu, tank batalyonu, qırıcı eskadrilliyası ilə təhdid edir. Yəni Rusiyanın qoşun kontingenti Ermənistanın sərəncamına verilə bilər. Bu o qədər xoşagələn situasiya yaratmır. Demək ki, hələ əsas məsələ bu geosiyasi vəziyyətin gərgin olduğu zamanda status-kvonu saxlamaqdır". Politoloq indiki geosiyasi vəziyyətin Qarabağ üçün perspektivlər yarada biləcəyi ehtimalının olduğunu bildirib: "Amma belə vəziyyət həm də çox sürüşkən və dəyişkən ola bilər. Bir də gördünüz ki, Qarabağ üçün yeni perspektivlər yarandı. Bunun yaranması üçün ehtimallar böyükdür. Rusiyanın mövqeləri zəifləyə bilər. Onun təkcə Cənubi Qafqazda yox, Şimali Qafqazda da təsirləri zəifləyə bilər. Şimali Qafqazda separatçı hərəkatlar yenidən canlana bilər. Bu istiqamətdə beynəlxalq aləmin də müəyyən işlər apardığı məlumdur. O zaman Rusiyanın Ermənistana diqqəti xeyli zəifləyəcək. Bax onda Azərbaycan üçün öz torpaqlarını azad etmək perspektivləri açılacaq". Politoloq Qarabağda rusların müdaxiləsi ilə başlayacaq istənilən münaqişənin beynəlxalq konflikti dərinləşdirə biləcəyini deyib: "90 tank məsələsini dəqiqləşdirməyə ehtiyac var. Çünki bunlar əvvəl 50 kimi təqdim edilirdi. Özü də onların Laçında yerləşdirilməsi haqqında məlumat yayılmışdı. Məndə onların Tərtər və ya Ağdərə istiqamətinə gətirilməsi haqqında informasiya yoxdur. Ərazi, relyef elədir ki, onların gətirilməsi elə də asan məsələ deyil. Bütün bunlar haqqında Azərbaycanın kəşfiyyat orqanlarında daha dəqiq məlumat var. Rus tanklarının üzərində nişanı olub-olmamağından asılı olmayaraq, burada aparacağı hansısa əməliyyat beynəlxalq qarşıdurmanı dərinləşdirə bilər. Rusların özünün də dediyi kimi biz Ermənistanı Azərbaycandan qoruyuruq. Azərbaycan hərbi əməliyyatlar aparmağa meylli deyil. Sülh danışıqlarına üstünlük verir".
2014-04-15
14,639
Məxfi sənədlər mükafat gətirdi
"Vaşinqton Post" və "Qardian" qəzetləri Plitzer mükafatını qazanıb. "Axar.az" xəbər verir ki, ABŞ-ın keçmiş kəşfiyyat agenti Edvard Snoudenin ABŞ hökumətinin dinləmə qalmaqalı ilə bağlı sızdırdığı sənədlərini yaydığına görə "Vaşinqton Post" və "Qardian" qəzetləri Plitzer mükafatını qazanıb. Həmin mükafatın digər sahələrdə çalışan sahibləri də bəlli olub. Belə ki, Boston Marafonu zamanı silahlı hücum haqqında ətraflı məlumat verdiyi üçün Boston Qlobus, fotoqrafiya sahəsində isə "Nyu-York Tayms"ın iki fotoqrafı, Tayler Hiks və Yoş Haner həmin mükafatı qazanıb. Xatırladaq ki, Plitzer mükafatı 1917-ci ildən jurnalistika, ədəbiyyat, musiqi və başqa sahələrdə seçilən şəxslərə və qurumlara təqdim edilir.
2014-04-15
14,640
Bakıda tanınmış oteldə əxlaqsızlıq yuvası aşkarlandı
Bakının Nəsimi rayonu ərazisində tanınmış oteldə fahişəxana təşkil olunubmuş. "Axar.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Araşdırmalar zamanı məlumatın doğruluğu təsdiqlənib. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində "Fawity Towers" otelində, orada qeydiyyatçı işləyən Bakı şəhər sakini Timur Qurbanovun gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi məlum olub. Keçirilən əməliyyat nəticəsində Timur Qurbanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
2014-04-15
14,641
Nobel Komitəsi Öcalanla bağlı xəbər yaydı - İlginc
Şimali İraq Regional Kürd Parlamenti üzvlərindən Heval Kvestaninin Abdullah Öcalanın "Nobel Sülh Mükafatı"na namizədliyinin qəbul edildiyi iddiasına mükafat komitəsindən təkzib verilib. "Axar.az" xəbər verir ki, Norveçin paytaxtı Osloda yerləşən Nobel Komitəsi "Abdullah Öcalanın namizəd göstərilməsi və siyahida yer alması barədə fikir bildirmək mümkün deyil. Bəziləri Öcalanın namizədliyinin qəbul edildiyi istiqamətində xəbər yaysa da, bu, tamamilə uydurmadır", - deyə məsələyə münasibət bildirib. Xatırladaq ki, Kvestani 18 İyul 2013-cü il tarixdə Öcalanın "Nobel Sülh Mükafatı" namizədliyi üçün Nobel Komitəsinə müraciət etdiyini və qısa müddət sonra da komitədən namizədliyinin qəbul edildiyinə dair cavab aldığını bildirmişdi.
2014-04-15
14,642
Zakir Həsənov məşhur polkovniki ordudan uzaqlaşdırdı
Müdafiə naziri Zakir Həsənov orduda hərbi polis sisteminin yaradıcılarından olan yüksək rütbəli zabiti Silahlı Qüvvələrdən tərxis edib. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin keçmiş rəisi Rövşən Məhərrəmov ordu sıralarından uzaqlaşdırılıb. Hərbi mənbələrdən bildirilib ki, Zakir Həsənov müdafiə naziri vəzifəsinə təyin olunduqdan bir müddət sonra - yanvarın 6-da R. Məhərrəmov məzuniyyətə göndərilib. Ötən gün isə müdafiə naziri onun tərxis olunması ilə bağlı əmr imzalayıb. Xatırladaq ki, polkovnik Rövşən Məhərrəmov 1992-1993-cü illərdə Bakı şəhər Qarnizonunun komendantı, 1994-cü ildə isə Hərbi Polis İdarəsinin post patrul xidməti üzrə rəis müavini, 1997-2000-ci illərdə idarənin qərargah rəisi - idarə rəisinin birinci müavini, 2000-2010-cu illərdə isə həmin idarənin rəisi vəzifəsində işləyib. 2010-cu ildən isə xidmətini Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrində davam etdirib. Müdafiə Nazirliyi sistemində peşəkar və vətənpərvər kadrlardan hesab edilən R. Məhərrəmov Prezident tərəfindən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub ("Aznews.az").
2014-04-15
14,643
Şahin Mustafayev Elmar Məmmədyarovun yerinə təyin edildi
"Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamında dəyişiklik edilib. "Axar.az" prezidentin rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla komissiyanın yeni tərkibini təsdiq edilib. 2012-ci ildə prezidentin sərəncamı ilə komissiyanın həmsədri təyin olunmuş xarici işlər naziri Elmar Məmmədyarov iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə əvəz olunub. Komissiyanın həmsədri Şahin Mustafayev — Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Komissiyanın üzvləri: Azər Zeynalov — Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Xələf Xələfov — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Musa Pənahov — Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini İlham Quliyev — Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Ədalət Vəliyev — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Cavanşir Axundov — Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri Səfər Mehdiyev — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Fərhad Tağızadə — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Ehtiram Rəhimov — Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini Vadim Xubanov — Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini Etibar Pirverdiyev — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Arif Əsgərov — "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev — "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Xoşbəxt Yusifzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Məmmədsadıq Quliyev — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində edilən dəyişiklik barədə İran İslam Respublikası tərəfinə müvafiq bildiriş göndərilib.
2014-04-15
14,644
Suriyada “Sumqayıt camaatı”nın əmiri əsir götürüldü
Azərbaycanlı döyüşçü Suriyada əsir götürülüb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, əsir götürülən şəxs "Cundu-Şam’’ silahlı qruplaşmasının tərkibində vuruşan "Sumqayıt camaatı"nın əmiri, "Talış Aqil" ləqəbli Aqil Hacıyevdir. O, "Əl-Nüsra Cəbhəsi" silahlı qruplaşma üzvləri tərəfindən tutulub və şəriət qanunları ilə barəsində edam hökmü çıxarılıb. Onun yaxın günlərdə edam olunacağı bildirilir. Sumqayıt hüquq-mühafizə orqanlarından bildirilib ki, Aqil Tağı oğlu Hacıyev Lənkəran rayonunun Boladi kəndində anadan olub. Sumqayıtda xəvarici dini təriqətinin üzvü olan bir xanımla ailə quran A. Hacıyev bir neçə il əvvəl ailəsini də götürərək Suriyaya gedib. Hüquq-mühafizə orqanlarından A. Hacıyevin hazırda Suriyada olması barədə məlumatlara malik olduğunu bildirsələr də, onun əsir götürülməsi barədə xəbərsiz olduqlarını deyiblər. Qeyd edək ki, xəvaricilərin Sumqayıtdakı əmiri Elçin Əkbərov isə Daxili İşlər Nazirliyinin 2013-cü ilin dekabrında keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. E. Əkbərov ötən il dekabrın 11-də Sumqayıtda xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə ilə bağlı tutulub. Həmin insident zamanı Sumqayıt şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən 20-dən artıq şəxs həbs edilib. Saxlanılan şəxslərin evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, 1 ədəd "F-1" qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu aşkar edilərək götürülüb
2014-04-15
14,645
İki erməni sərhəddə minaya düşdü
Bu gün Ermənistan-Azərbaycan sərhədində iki nəfər Ermənistan vətəndaşı minaya düşüb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir. Məlum olub ki, 1958-ci il təvəllüdlü Rafik Muxsudyan və 1965-ci il təvəllüdlü Qabriel Babkyan ot biçərkən minalanmış əraziyə gedib çıxıblar. Partlayış nəticəsində R.Muxsudyan ölüb, Q.Babkyan isə yaralanıb.
2014-04-15
14,646
"Avroviziya” nın tanınmış qalibi Bakıya gəlir
Norveçli müğənni və skripkaçı, "Avroviziya 2009" mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak (Alexander Rybak) mayın 15-də Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edəcək. Mərkəzdən verilən məlumata görə, A.Rıbak həmin gün Bakı izləyiciləri qarşısına Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə konsert proqramı ilə çıxacaq. Qeyd edək ki, A.Rıbak layihə ilə əlaqədar Bakıya konsert tarixindən 3 gün əvvəl gələcək, səhnəni bölüşəcəyi gənclərlə seminar və məşqlər keçirəcək. O, Respublika İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət orkestrlə birgə çıxış edəcək. Konsert 3 hissədən ibarət olacaq. Birinci hissədə səhnəni Respublika İncəsənət Gimnaziyasının şagirdləri, ikinci hissədə şagirdlər və A.Rıbak bölüşəcək. Üçüncü hissədə isə A.Rıbak solo konsertlə çıxış edəcək. Tamaşaçılara A.Rıbakın repertuarından hitlər və digər mahnılar təqdim olunacaq. Xatırladaq ki, A.Rıbak 2009-cu ildə "Farytale" mahnısı ilə "Avroviziya" mahnı müsabiqəsində birincilik əldə etdikdən sonra dünya turu çərçivəsində bir sıra konsertlər verib. Müğənni-skripkaçı, həmçinin müxtəlif ölkələrdə istedadlı gənclərlə birgə çıxış edib.
2014-04-15
14,647
İcra başçısı qumarda uduzmasından danışdı
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov "QAİ Şahin"ə qumarda 50 min manat pul uduzması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. N.Sadıqov açıqlamasında belə bir adam tanımadığını deyib: "Bu məlumatlar tamamilə yalan, cəfəngiyat və təxribat məqsədi daşıyır. Mən ümumiyyətlə, "QAİ Şahin" adında adam tanımıram. Kim nə yazırsa, yazsın, əgər bizim əleyhimizə nəsə pis şey yazırlarsa, deməli, o adamlar Azərbaycana düşmənçilik edirlər. Erməni kəşfiyyatı hər zaman işləyir, bizi izləyir. Bu cür məlumatları görüb deyəcəklər ki, burada bir icra başçısı var, avaranın biridir. Belə şey etmək olmaz, bu təxribatdır. Vallah, mən "QAİ Şahin" adında adam tanımıram" ( "publika.az").
2014-04-15
14,649
Krım tatarlarının lideri Abdullah Güllə görüşdü
Bu gün Türkiyə prezidentinin iqamətgahında Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Abdulcəmil Krımoğluna Türkiyənin Cümhuriyyət Nişanının təqdim edilməsi münasibətilə rəsmi mərasim keçirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, mərasimdə əvvəlcə M. A. Krımoğlunun tərcümeyi-halı və onun Cümhuriyyət Nişanı ilə təltif edilməsi haqqında Türkiyə Nazirlər Kabinetini qərarı oxunub. Sonra prezident Abdulla Gül Mustafa Krımoğluna Cümhuriyyət Nişanını təqdim edib. A. Gül çıxışında bildirib ki, bu nişan dövlət başçısı olmayan bir xarici ölkə vətəndaşına verilən ən yüksək mükafatdır: "Bu nişanı ömrünü Krım tatarlarının haqlı mübarizəsinə həsr edən hörmətli Krımoğluna təqdim etməkdən çox böyük qürur duyuram". A. Gül deyib ki, Krım tatarların ana vətənidir və bölgənin yerli əhalisi olan tatarların Krımdakı keçmişi XIII əsrdə qurulan Altınordu (Qızıl Orda) dövlətinə qədər uzanır: "1944-cü ildən etibarən sovet kommunizminin həyata keçirdiyi zorakı sürgün nəticəsində Krım tatarları ana vətənlərindən qoparılıblar və Özbəkistan, Baltik ölkələri, Rumıniya, Bolqarıstan və Rusiyanın bir çox yerlərinə köçürülüblər. Bundan başqa, yüz minlərlə tatar Türkiyəyə gəlib. Altı aylıq olarkən Özbəkistana sürgün edilən Krımoğlunun həyatı Krım tatar xalqının çəkdiyi zülmlərin qısa bir hekayəsidir. Bir az əvvəl iztirablı həyat hekayəsini dinlədiyimiz bu fədakar insan 1986-cı ildə azadlığa buraxılana qədər 15 ilini həbsxanalarda və islah-əmək düşərgələrində keçirib. Əlbəttə ki, bu əzablar əvəzsiz qalmayıb, Krım tatarları ana vətənlərindən sökülüb atılmalarının mümkün olmadığını bütün dünyaya göstərib. Hörmətli Krımoğlunun liderliyi altında gedən bu azadlıq mübarizəsi tarixə qızıl hərflərlə yazılıb". M. A. Krımoğlu isə çıxışında aldığı mükafatdan məmnun olduğunu söyləyərək bunun çətin günlərində Türkiyənin Krım tatarlarına verdiyi dəstəyin bir nişanəsi olduğunu vurğulayıb. Mərasimdə Türkiyə baş nazirinin müavinləri Bülənt Arınç və Əmrullah İşlər, Krım Tatar Məclisinin sədri Refat Çubarov və digər rəsmi şəxslər iştirak edib.
2014-04-15
14,650
Putin Gürcüstan “fatehi”ni Sevastopola rəhbərliyə gətirdi
Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan vitse-admiral Sergey Menyaylonu Sevastopol qubernatoru səlahiyyətlərinin icraçısı təyin edib. "Axar.az" xəbər verir ki, şəhər rəhbərliyinə seçkilər sentyabrın 14-də keçiriləcək. Xatırladaq ki, bu vaxta qədər Sevastopola qalmaqalı Aleksey Çaliy rəhbərlik edib. O, Krımın əvvəlki Baş naziri Sergey Aksyonovla Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı sənədə Vladimir Putinlə birgə imza atan 3 nəfərdən biridir. Qeyd edək ki, yeni təyinat alan Sergey Menyaylo Şimali Osetiyada rus-osetin ailəsində anadan olub. Osetin dilini mükəmməl bilir. Arvadı da milliyətcə osetindir. Menyaylo 2008-ci ilin məlum avqust hadisələri zamanı Gürcüstana qarşı hərbi savaşlara rəhbərlik edən şəxslərdən biridir. O, hərbi–dəniz desant kampaniyasına göstərişlər verib. Diqqətə çatdıraq ki, Gürcüsatana qarşı apardığı uğurlu əməliyyatlara görə 4-cü dərəcəli "Vətənə xidmətə görə" medalı ilə təltif olunub. Onun Şimali Osetiyanın rəhbərliyinə gətirilməsi şansları da yüksək göstərilirdi.
2014-04-15
14,652
Qalmaqallı restoran Murad Dadaşovun imiş - Yenilənib
"Əminliklə deyə bilərəm ki, mediada adı hallanan restoranlar Nuşirəvan Səfərovun deyil". Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. "Restoran tikmək özü-özlüyündə cinayət deyil. Amma mətbuatdan açıq-aşkar düşmənçilik etmək üçün də istifadə etmək olmaz. Bu, Nuşirəvan Səfərova qarşı qərəzli mövqedir". Qeyd edək ki, bu gün mətbuatda Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun Nərimanov heykəlinin yanındakı restoranın sahibi olduğunu iddia edən material yayılıb. Sözügedən restoran tanınmış şoumen Murad Dadaşova məxsusdur ("Modern.az"). 18:46 Tanınmış şoumen Murad Dadaşov paytaxtın Nərimanov heykəlinin yanında yerləşən "R&B" restoranının ona məxsus olması barədə yayılan məlumatlara münasibət bildirib. M.Dadaşov açıqlamasında yayılan məlumatları təkzib edib: "Bu restoran mənim deyil. Mənim olsaydı, nə dərdim olardı? Kaş ki, mənim olaydı. Məgər restoran açmaq qəbahətdir? Bu restoran tanışlarımdan birinə məxsusdur. Restoranın sahibi də məmur deyil, cavan oğlandır, bu işlə məşğul olur. Sadəcə olaraq mən bu restoranda tez-tez oluram. Restoranın dizayn işində də mənə yaxın olan bir şirkətin böyük əməyi var. Amma restoran mənə məxsus deyil. Mən məmur deyiləm, əgər mənim olsaydı, deyərdim ki, mənimdir" ("Publika.az").
2014-04-15
14,653
Nurçuluq Azərbaycanda qadağan olunur?
Qafqaz Müsəlmanları İdarəsi "nur"çuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanlarının Azərbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavabdehlik daşıması barədə iddia qaldırıb. Bu barədə QMİ-nin mətbuat xidmətindən bildirilib. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın sözlərinə görə, məzhəb ayrı-seçkiliyinə şərait yaradan xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək həm dinə, həm də xalqa, dövlətçiliyə xələl gətirən addımlar QMİ tərəfindən qınanılır. "Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətindəki iradəsini nəzərə alaraq, belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir"-deyə R.Dadaşova bəyan edib. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq, hər zaman dünyanın istənilən nöqtəsində baş verən terror, zorakılıq, ekstremizm, din pərdəsi altında radikalizm əleyhinə etiraz səsini ucaldır. Qeyd edək ki, son günlər hüquq-mühafizə orqanları tərəfindən "nurçu" cərəyanı üzvlərinə qarşı əməliyyatlar aparır. Hətta bu dini təriqətin nümayəndələrindən saxlanılanlar da az deyil. Ölkəmizin qanunları əcnəbi vətəndaşlara dini təbliğat aparmağı qadağan edir. 1997-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə dini təbliğat aparmaq qadağan edilib. Əsas səbəb də qeyri-ənənəvi dini cərəyanların fəaliyyətinin bir sıra hallarda ciddi fəsadlar törətməsi idi. Azərbaycanda din dövlətdən ayrı olduğu üçün dövlət-din münasibətləri 2001-ci ildə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təmzimlənir. Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı ayrılmır. Dövlət orqanlarının tərkibinə seçildikdə və ya vəzifəyə keçdikdə isə din xadimləri dini fəaliyyəti həmin müddətdə dayandırmalıdırlar. Son bir neçə ildə ölkədə qeyri-ənənəvi dinlərin nüfuzu güclənməyə başlayıb. Təhlükə eyni zamanda bəzi xarici ölkələr tərəfindən maliyyələşən radikal islamçı cərəyanlardan vəhabilər və nurçulardan gəlir. Qeyd edək ki, vəhabilik və nurçuluaq Azərbaycanda ən çox yayılmış və təşkilatlanmış qeyri-ənənəvi dini cərəyan hesab olunur. Demək olar, Azərbaycanın bütün bölgələrində icmaları mövcuddur. Dünyanın bəzi ölkələrində terrorçuluq, dini ekstermizim yaydığına görə bəzi dini cərəyanlar qadağan olunub. Amma qeyri-ənənəvi dinlər sırasına aid olan nurçuluq və vəhabilik qanunla qadağan olunmayıb ("Modern.az").
2014-04-15
14,654
Məktəblilər Sabir Rüstəmxanlını çıxılmaz vəziyyətə saldı - Foto
Bu gün Yazıçılar Birliyinin təşkilatçılığı ilə Bakının 20 saylı məktəbində Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığına həsr olunan ədəbi-bədii gecə keçirildi. "Axar.az" xəbər verir ki, əvvəlcədən hazırlanmış ssenariyə uyğun olaraq, şagirdlər Sabir Rüstəmxanlının yaradıcılığından, müstəqillik savaşından, milli mücadiləsindən danışdılar, şairin şairlərini səsləndirdilər. Sabir Rüstəmxanlının sözlərinə yazılmış mahnıları məktəblilərin ifa etməsi isə böyük hərarətlə qarşılandı. Xüsusi slaydla Sabir Rüstəmxanlı yaradıcılığını nümayiş etdirən məktəblilər eyni zamanda şairin ssenarisi əsasında çəkilən "Cavad xan" filmindən parçalar nümayiş etdirdilər, Şəfiqə Axundovanın Sabir Rüstəmxanlının sözlərinə yazdığı və Xalq artisti Alim Qasımovun ifasında məşhur "Bağışla" mahnısı səsləndi. Tədbirin sonunda Xalq şairinin özünə söz verildi. Məktəblilərin xahişi ilə "Vətən" şeirini oxumaqla çıxışına başlayan Sabir Rüstəmxanlı milli düşüncə, milli ruh, gənclərin tərbiyəsinin istiqamətləri, yaradıcılıq yolu və s. barədə fikirlərini bildirdi. Daha sonra Sabir Rüstəmxanlı gəncləri maraqlandıran sualları cavablandırdı. Xalq şairinin yaradıcılığının ilk illəri, məktəb, xüsusilə ilk sevgisi ilə bağlı xatirələrini danışmağa çətinliklə də olsa, razılaşması gənclərin alqışları ilə müşayiət olundu.