date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-04-15
14,656
Ukrayna işğalının ikinci mərhələsi başladı
Rusiya Ukraynanın işğalının ikinci fazasına start verib. "Axar.az" xəbər verir ki, bu iddia ilə Polşanın PAP agentliyi çıxış edib. Agentlik Rusiyanın əsas məqsədinin Ukraynanın sahilyanı ərazilərini ələ keçirməkdən ibarət olduğunu bildirib: "Rusiya Ukraynanın işğalının ikinci fazasına start verib. Bu dəfə əsas məqsəd Ukraynanın Qara dəniz boyunca uzanan vilayətlərini ələ keçirməkdən ibarətdir. Bununla da Rusiya Ukraynanın Qara dənizə çıxışını tamamilə bağlamağa çalışır. Ruslar yenə də özlərinin taktikalarından istifadə edirlər. Müəyyən diversantlar vasitəsilə yerli xalqı öz tərəfinə çəkib rahat şəkildə torpaqları özünə birləşdirməyə çalışırlar".
2014-04-15
14,657
Amaliya Pənahova film biznesinə qoşuldu - Özəl
Xalq artisti Amaliya Pənahova film biznesində də özünü sınayacaq. Bu barədə "Axar.az"ın əməkdaşı məlumat əldə edib. Xalq artisti bu xəbərin doğru olduğunu əməkdaşımıza təsdiqləyib: "Yeni yaradacağım prodakşn film sahəsinə aid olacaq. Yaxın günlərdə hamının xəbəri olacaq". Amaliya Pənahova yeni yaratdığı prodakşn haqqında danışarkən bildirdi ki, bu barədə hələ ki, mətbuata ətraflı məlumat vermək istəmir və yaxın günlərdə AFP-nin cəmiyyətə tanıtımı üçün mətbuat konfransı keçirəcək: "Yeni prodakşnı bir neçə müddət sonra sizlərə təqdim edəcəyik. Ayın sonuna qədər lazım olan işləri görüb başa çatdırmağı planlaşdırırıq". Xalq artisti yeni prodakşnın abreviaturasındakı birinci hərfin Amaliya sözü olmasına da aydınlıq gətirdi: "Yeni layihəmizin adı olan AFP-nin mənası Amal Film Prokdaşn deməkdir. "A" Amaliya deyil. İnşallah sizləri də dəvət edərik. Mətbuat konfransında daha ətraflı məlumat veriləcək".
2014-04-15
14,659
Gediş haqlarının ödənilməsində yenilik
Paytaxtın ödəniş terminallarında nəqliyyatda gediş haqqı üçün kartların ("Yolkart") balansını artırmaq mümkün olacaq. Bu məlumatı "Komtec" (MilliÖN ödəmə sisteminin quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) və eManat özünəxidmət terminalları şəbəkəsinin məxsus olduğu "Modenis" şirkətindən təsdiqləyiblər. "Modenis" şirkətindən bildiriblər ki, nəqliyyat kartlarının balansını artırmağın yeni üsulu ilin sonunadək əlçatan olacaq. "Yolkart"ın balansının artırılması xidmətinin açılması "Komtec" şirkətinin də perspektiv planlarına daxildir. Nəqliyyat kartlarının yüklənməsi üçün hərəkətlərin ardıcıllığı su və qaz sayğacları üçün smart-kartlara balans doldurulması proseduruna analoji olacaq. "Yolkart" nəqliyyat kartları "Bank of Azerbaijan"ın "MasterCard" bazasında buraxılır. Nəqliyyat kartının qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Karta eyni zamanda ən azı 1 manat yükləmək mümkündür. Hesablama qurğusu - validatorlar təqribən 1000 avtobusda quraşdırılıb. Sistemin yayılması prosesi 2014-cü ilin sonunda başa çatacaq. Bundan başqa, daha 500 validator quraşdırılacaq ("Trend").
2014-04-15
14,660
“Gülən camaatı” necə maliyyələşir?
Türkiyədə 25 il dini icma lideri Fətullah Gülənin sağ qolu olan professor Ahmet Keleş "Gülən camaatı"nın necə maliyyələşdirildiyi barədə şok açıqlamalar verib. Ahmet Keleş bildirib ki, "Gülən camaatı" üzvlərinin işlədiyi şirkət, qurum və ya müəssisədən aldığı əmək haqqından məcburi şəkildə "camaat"ın büdcəsinə pul ayrılması tələb olunur. Ahmet Keleşin sözlərinə görə, "Gülən camaatı" tərəfindən hər hansı işə düzəldilən şəxsin maaşından 10% "camaat"ın büdcəsinə ayrılır. Lakin "camaat" üçün ayrılan pul 10% olaraq qalmaya, daha sonra artırıla da bilər. Bu, isə həmin şəxsin vəzifəsinin artmasından asılıdır. Belə tendensiya yalnız dövlət qurumlarında çalışan "Gülən camaatı" üzvlərinə şamil edilir. "Özəl sektorda çalışan işçislərdən alınan pullar isə çek və müxtəlif sənədlərlə həyata keçirilir. Belə ki, zavod, fabriklərdə çalışanlar və ya iş adamları ilə yığıncaq keçirilir. Kimin nə qədər pul verəcəyi açıqlanır. Bəziləri gəlirinin 2/3-ni, bəziləri isə maaşının yarısını "camaata" bağışlayır", deyə Ahmet Keleş bildirib. Onun sözlərinə görə, əldə edilən pulların bir qismi tələbələrə təqaüd olaraq verilir, digər hissəsi isə xaricdə fəaliyyət göstərən lobbi və qurumların nümayəndələrinə göndərilir. Gəlirlərin 15%-i isə Fətullah Gülənin büdcəsinə yatırılır. Dövlətin rəsmi qurumlarında çalışan "camaat" üzvlərindən isə nağd pul alınmır, onların pul kartlarından tutulur. "Məmurlar arasında "camaat"a pul yatırmaq istəməynlərə qarşı çox ciddi tədbirlər görürlər. Belələrinin xalq arasındakı etibarını zədələyir, ölümdən betər hala salırlar. Onlara qarşı əxlaqsız şantajlardan istifadə edirlər", deyə F.Gülənin sağ qolu Ahmet Keleş bildirib (ANS).
2014-04-15
14,661
Bakıda lal-kar qızdan orijinal aksiya - Foto
Hədiyyə verir, ianə alır... Şəkildə gördüyünüz bu yeniyetmə lal və kardır. Şəhərin mərkəzində kafe və restoranlara gələn insanlara qeyri-adi təkliflə müraciət edir. Təqdim etdiyi bəzək əşyalarını hədiyyə verməklə ona köməklik edilməsini özünün yazdığı vizit kartı ilə bildirir. "Axar.az"ın əməkdaşı bu görüntüləri lentə alıb. Qeyd edək ki, yeniyetmə qız hədiyyə etdiyi bəzək əşyalarının özünün əl işi olduğuna işarə edir.
2014-04-15
14,662
Rusiya Donetsk və Xarkovu öz ərazisi kimi tanıdı - Video
Rusiya hava proqronuzu təqdim edən telekanallardan biri Ukraynanın Donetsk, Xarkov və Luqansk şəhərlərini də öz ərazisi kimi göstərib. "Axar.az" xəbər verir ki, hava proqnozunu təqdim edən xanım aparıcı Krımla birlikdə adıçəkilən şəhərlər haqqında da hava məlumatı verib.
2014-04-15
14,663
Bakıda nurçulara qarşı mübarizə Gülənə xidmət edir - Şok
Bu gün Göyçayda həbs edilmiş və nurçu olduğu iddia edilən şəxslər Gülən hərəkatına qarşı və Ərdoğana yaxınlığı ilə bilinən Sunqurlar hərəkatı mənsublarıdır. Bu barədə "Axar.az"a daxil olan məlumat əsasında xırdaca bir araşdırma apardıq. Polis "nurçu" adı ilə Gülənin düşmənlərini həbs edir Göyçay rayon polis idarəsinin yaydığı məlumatda göstərilirdi ki, Ucar rayonunda Azərbaycan və Türkiyə vətəndaşlarından ibarət 60-70 nəfərlik qrupun olduğu evə basqın edilib. Həmin evə toplaşan şəxslərin olduqca nüfuzlu və ağsaqall nurçu olduğu iddia edilən Türkiyə vətəndaşı "Fırıncı abi" ləqəbli Güləc Mehmet Nurinin kimliyini araşdırdıq. Beləliklə, həm "Fırıncı abi"nin, həm də digər Türkiyə vətəndaşları olan Qoçoğlu Himmət Uyar Qadir, Uyar Mustafa Kamal, Qaragözoğlu Nurəddin, Ömər Güzəddəmirçinin Gülən düşməni olmasını aşkarladıq. "Fırıncı abi" ləqəbli Güləc Mehmet Nuri adlı şəxsin təbliği üçün açılmış azarkeş səhifəsindən də ("fan page") göründüyü kimi, həmin şəxslər Gülənin Səid Nursi düşüncələrinə xəyanət etdiyi fikrində olan adamlardır və Sunqurlar hərəkatı kimi tanınır (Həmin Feysbuk səhifəsinin linki: https://www.facebook.com/firinciagabey) Xatırladaq ki, Azərbaycan polisinin 11 aprel tarixində Yasamalda keçirdiyi və 41 şəxsin saxlanılması, 2 nəfərin həbsi ilə nəticələnən əməliyyatda da Fətullah Gülənə rəqib olan sunqurçular hədəfə alınmışdı. Sunqurçular kimdir? 1929-cu ildə Türkiyənin Eflani bölgəsində dünyaya gələn Mustafa Sunqur Kastamonu Gölköy İnstitutunda müəllimlik ixtisasına yiyələnib və bir müddət dərs deyib. Daha sonra Səid Nursi ilə tanış olan M.Sunqur onun ən yaxın köməkçisi və silahdaşı olub. Səid Nursinin öldüyü günə qədər (S.Nursi 1960-cı ildə dünyadan köçüb – K.R.) Mustafa Sunqur onun ən yaxın köməkçisi olub və hərəkata xidmət edib. Səid Nursinin ölümündən sonra "nur tələbələri" arasında baş verən bölünmədən sonra Mustafa Sunqurun rəhbərlik etdiyi "Sözlər" qrupu yaranıb. Ayrıca bir camaat kimi formalaşan "Sözlər" qrupu eyni zamanda "Mustafa Sunqur camaatı" və ya sadəcə "sunqurçular" kimi də tanınır. Mustafa Sunqur bir neçə dəfə Azərbaycana da gəlib. Paytaxt Bakıda olub və şimal bölgələrinə səfər edib. Mustafa Sunqurun Bakıda, eləcə də Azərbaycanın bəzi şimal bölgələrində tərəfdarlarının olduğu haqda məlumatlar daha əvvəl də mediada yayılıb. Sunqurçular daha çox evlərdə toplaşır, bəzi məlumatlara görə, əsasən Səid Nursinin əsərlərini - "Risaleyi Nur" oxuyur, birgə ibadətlər təşkil edirlər. Mustafa Sunqur 2012-ci il dekabrın 1-də İstanbulda vəfat edib. Maraqlıdır, görəsən polislərimiz bilməyərək belə bir səhvə yol veriblər, yoxsa Türkiyədəki kimi Azərbaycan polis sisteminin içərisində də Gülənə xidmət edən və xidməti tapşırıqları öz təriqət maraqlarına uyğun həyata keçirən insanlar var? Araşdırmanı davam etdirməyə çalışacağıq.
2014-04-15
14,664
Dünyanın ən yüksək zirvəsində 200 meyit tapıldı - Foto
Dünyanın ən yüksək zirvəsi olaraq qəbul edilən Everest zirvəsində 200 meyit tapılıb. "Azar.az" bildirir ki, Everestə qalxmaq istəyən hər 10 adamdan birinin geri qayıtmadığı deyilsə də, indi 200 meyitlə qarşılaşan alpinistlər bu mənzərədən dəhşətə düşüblər. Xatırladaq ki, saatda 120 km sürətlə əsən külək, qar uçğunu təhlükəsi, - 40 dərəcə şaxta, oksigensizlik və 8850 metr yüksəlklikdə olan Everest həyəcan yaşamaq istəyənləri hər zaman özünə cəlb edib.
2014-04-15
14,665
İtən təyyarə robotla axtarılacaq
"MH370" tipli sərnişin təyyarəsinin qara qutusunu tapma ümidi tükənir. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 38 gün əvvəl Malaziyanın paytaxtı Kuala Lumpurdan Pekinə gedərkən radardan itən və bu günə qədər tapılmayan "MH370" tipli sərnişin təyyarəsinin qara qutusunu tapma ümidi tükənir. Əldə olunan yeni məlumatlara görə, təyyarənin qalıqlarının axtarılması yönündəki işlər bundan sonra sualtı robotla davam etdiriləcək. "Beynəlxalq Ortaq Axtarış Mərkəzi"nin rəhbəri Anqus Hoston mövzuyla əlaqəli çıxışı zamanı "dəniz altına enmə zamanı gəldi" deyib.
2014-04-15
14,666
Sədərəkdə müəllimlər aksiya keçirdi
"Aprelin 14-də Sədərək rayon 1 nömrəli məktəbin müəllimləri dərsləri boykot ediblər". Bu sözləri "Axar.az"a adının çəkilməsini istəməyən müəllimlər bildirdilər. Aksiyaya səbəb məktəbdəki 3-cü direktor dəyişikliyidir: "Neçənci dəfədir ki, məktəbdə direktor dəyişilir. Bir il içində məktəbdə artıq üçüncü direktor dəyişikliyidir. Sədərək rayon təhsil şöbəsinin müdiri Nazim Quliyevin birbaşa istəyi ilə Gülnarə xanım məktəbimizə direktor təyin olunub. Məktəbimizdə kifayət qədər pedaqoq olduğu halda nəyə görə 100 km kənardan direktor gətirilməlidir?" Müəllimlər bildirib ki, boykot aksiyasına hüquq mühafizə orqanlarının təzyiqi olub. Buna baxmayaraq, aksiya hələ də davam edir.
2014-04-15
14,667
Nazirlər Kabinetinin QSC ilə bağlı səlahiyyətləri ləğv olundu
Azərbaycan prezidenti İlham Əliyev akademik Məmməd Arifin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. "Axar.az"ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda bildirilir ki, 2014-cü ilin iyun ayında görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi, tanınmış pedaqoq və ictimai xadim, respublika Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Məmməd Arifin (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadənin) anadan olmasının 110 illiyi tamam olur. Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb ki, Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, akademik Məmməd Arifin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 19:32 "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyevim imzaladığı digər sərəncamda qeyd olunur ki, "Nazirlər Kabinetinin "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC ilə bağlı səlahiyyətləri ləğv edilsin". İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
2014-04-15
14,668
İlham Əliyev Danimarka Kraliçasını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Danimarkanın Kraliçası II Marqreteyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Danimarka Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Danimarka arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın mənafeyinə xidmət edəcəkdir". İlham Əliyev II Marqreteyə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar diləyib, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb (Trend).
2014-04-15
14,669
Zakir Həsənovun İrana səfəri başa çatdı
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasına səfəri başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, İranda iki günlük rəsmi səfərdə olan nazir Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 15-də günün ikinci yarısında Bakıya qayıdıb.
2014-04-15
14,670
“Xəzər Lənkəran”ın futbolçusu dava saldı - Video
Türkiyənin neçə ildir ki, davam edən məşhur "Survivor" layihəsi bu həftə də maraqlı məqamlarla yadda qalıb. Acun İlicalının rəhbəri olduğu proqramda qalmaqal yaranıb. Türkiyə millisinin və "Xəzər Lənkəran"ın keçmiş futbolçusu Əhmət Dursun bu dəfə də Duyquyla dava edib. Mükafat oyununu itirən məşhurlar "Survivor" qrupunda Əhmət Dursunu hövsələdən çıxarıb. Əhmət Dursun bütün günahı Duygunun üstünə atıb ki, Duyqunun da cavabı çox sərt olub (ANS).
2014-04-15
14,671
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı maraqlı faktlar
2013-cü və 2014-cü ilin ilk üç ayında respublika üzrə qanunsuz olaraq ağacların kəsilməsinə görə 321 nəfərə 4.601. 542 manat cərimə tətbiq olunub. Tətbiq olunan cərimələrin cəmi 70.000 manatı ödənilib". Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqif Mirzəyev məlumat verib. Nazirlik rəsmisinin sözlərinə görə, Bakı üzrə 4 000 000 manatdan çox cərimə tətbiq edilsə də, bu cərimələrin yalnız 25 500 manatı ödənilib: "Özünüz də gördüyünüz kimi, külli miqdarda cərimə tətbiq etsək də, onun yalnız cüzi hissəsi ödənilib". Raqif Mirzəyev cərimələrin ödənilməməsinə görə rayon icra qruplarını da günahlandırıb: "Bizdə qanunvericilikdə belədir ki, cərimə qərarları çıxarılır və qanunvericiliyə uyğun olaraq rayon icra qruplarına göndəririk. Onlar da məsələni icraata götürərək cərimənin ödənilməsini təmin etməlidirlər. Lakin təəssüflər olsun ki, bu baş vermir və nəticədə belə acınacaqlı statistika qeydə alınır" ("Aktual.az").
2014-04-15
14,672
Suriya kürdləri sərhədə axışdı - Gərginlik
Suriyada kürdlərin nəzarətində olan Rojava bölgəsində, İraqla sərhəddə qaçaqmalçılığın qarşısının alınması üçün 17 kilometr uzunluğunda xəndək qazılması gərginliyə səbəb olub. "Axar.az" xəbər verir ki, Rojavanın müxtəlif şəhərlərindən minlərlə insan sərhədə axışıb. Sərhədçilərlə yaranan qarşıdurmada bir nəfər yaralanıb. İraq Kürdüstan Demokrat Partiyasının nümayəndəsi Sərbəst Lezgin Sindori xəndəyin qaçaqmalçıların və Əl-Qaidəyə bağlı İŞİD xadimlərinin keçişinə maneə törətmək üçün qazıldığını bildirib. İraq Regional Kürd rəhbəri Məsud Bərzani və İKDP arasında olan gərginlik sərhəddə qazılan xəndəydən sonra daha da dərinləşib.
2014-04-15
14,673
TRT ermənilərin Avroviziya təxribatlarına cavab verdi
"Avroviziya"da musiqi notları yarışmalıdır, siyasət yox. Erməni təxribatlarını qınayır və yarışdan imtina edirik". Bunu TRT Bakı təmsilçisi Əmrah Timurçin Yazıcı Türkiyənin Avroviziyada iştirakdan imtina etməsi və Ermənistanın bu yarışmada qalib gəlməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. Əmrah Yazıcı bildirib ki, Avroviziyanın bir musiqi yarışması olduğuna görə bu yarışda siyasi məsələlərin yer almasını düzgün hesab etmirlər: "Burada musiqi notları yarışmalıdır, siyasət yox. Ermənistan yarışmadan öncə dəfələrlə belə təxribatlara yol verir. Elə biz də TRT olaraq bunu qınayırıq. Və Avroviziya yarışmasında iştirakdan imtina edirik. Bir daha qeyd edirik ki, bir musiqi yarışının siyasiləşdirilməsi yolverilməzdir". Qeyd edək ki, yarışmanın keçirilməsinə bir aydan az bir vaxt qalmış artıq Ermənistan təmsilçisinin qalib gələcəyi ilə bağlı xəbərlər gəzir. Hətta Ermənistan təmsilçisinin klipi yarışmanın rəsmi saytında hədsiz reklam edilir. Ekspertlər bildirir ki, Ermənistan bu yarışda qalib gələrək 2015-cil ildə qondarma erməni soyqırımının 100 illiyində yarışa ev sahibliyi edərək bütün dünyanın diqqətini üzərinə çəkəcək ("Aktual.az").
2014-04-15
14,674
Xirosimanın son şahidi danışır - Foto
Yaponiyanın Xirosimo şəhəri 1945-ci il 6 avqust səhərini tamam başqa açdı. Saat 08.15-də bu şəhərə atılan atom bombası insanlıq tarixinə ən böyük faciə kimi düşdü. ABŞ-a aid B29 bombardman uçağı 9600 metr yüksəkliyində 50 kiloqramlıq atom bombasını şəhərin mərkəzinə atdı. Bomba atıldıqdan sonra şəhərdə 4 min dərəcə istilik olub, havadan kül yağıb və 140 min insan həyatını itirib. Türkiyənin "Xəbərtürk" qəzetinin Xirosimo şəhərində olan müxbiri bu hadisənin şahidi olanları danışdırıb. 78 yaşlı Mieko Okada bu sözləri dilə gətirib: "Partlayışdan bir az əvvəl bir təyyarə gördüm, ona əl elədim. Sonra bir anda göy üzü alov topuna döndü. O anda inanılmaz isti, səs və işıq hiss etdik. Qardaşlarımla qaçdıq. Anam evdəydi, o, bayıra çıxanda üzü və başı qan içində idi. Anam və mən həmin saatda məktəbdə olan 12 yaşlı bacımı axtarmağa getdik. Amma onu heç bir zaman tapa bilmədik. Biz sağ qaldıq, amma qardaşlarımın dərisi ömürlərinin sonuna qədər qara ləkə ilə qaldı. Mənimsə saçların töküldü. Uzun müddət xərçəng xəstəliyindən müalicə olundum. Sonra dünyaya gətirdiyim qızım da bu xəstəliyə tutuldu. Ömrümüzün sonuna qədər bu acı ilə yaşayacağıq".
2014-04-15
14,675
Azərbaycanlı milyonçu öldürüldü
Bu gün səhər Krasnoyarsk şəhərində daha bir azərbaycanlı iş adamı- "Mustanq" Səhmdar Cəmiyyətinin rəhbəri, "Yujnıy" bazarının və "Yemelyanovo cıdırı"nın sahibi, 60 yaşlı milyonçu Ənvər İbrahimov qətlə yetirilib. Bu barədə Rusiya İstintaq Komitəsinin Krasnoyarsk vilayəti üzrə rəisinin köməkçisi Olqa Deqid məlumat verib. Onun sözlərinə görə, qətl hadisəsi səhər saat 7-də Ə.İbrahimovun şəhərin "Şimal mikrorayonu" adlanan ərazisindəki Vodopyanıy küçəsində yerləşən evinin qarşısında baş verib. Ona "TT" tipli tapançadan atəş açıblar: "İstintaq orqanı müxtəlif versiyaları nəzərdən keçirir. Onlardan birinə görə, bugünkü qətl bazar günü qeydə alınan başqa bir ölüm hadisəsi ilə əlaqəli ola bilər". Xatırladaq ki, bazar günü, aprelin 13-də Krasnoyarskda odlu silahla digər azərbaycanlı, Tovuz rayon sakini, 35 yaşlı Qaryağdı Nağıyev öldürülmüşdü. Yeri gəlmişkən, onun meyiti torpağa tapşırılmaq üçün bu gün Azərbaycana gətirilməli idi.("Virtualaz.org")
2014-04-15
14,676
Ukrayna Kramatorsk aerodromunu ələ keçirdi - Video/Yeniləndi
Ukrayna ordusu Slavyansk ilə Kramatorsk arasındakı aeroporta hücuma başlayıb. Verilən xəbərə görə, aeroportu qoruyanların arasında yaralananlar var. Ölənlərin də olduğu istisna deyil. Yerli etirazçıların verdiyi məlumata görə, aeroportun ətrafında 15 tanr, 40-dan çox ZTR var. Aeroportun üstündə hazırda qırıcı təyyrə dolaşır ("Azvision.az"). 21:27 Ukrayna ordusu Kramatorsk şəhəri yaxınlığındakı hərbi aerodromu nəzarətə götürülməsi istiqamətində həyata keçirdiyi əməliyyat zamanı 2 Rusiya yönümlü silahlı ölüb, 2-si isə yaralanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Ukrayna hərbçiləri arasında itki barədə məlumat yoxdur. Agentliyin mənbəyinin verdiyi xəbərə görə, döyüş artıq sona çatıb, aerodrom Ukrayna ordusunun nəzarətinə keçib. Ölənlər barədə fərqli məlumatlar daxil olur. "Kommersant" radiostansiyasının mənbələrinin məlumatına görə, döyüş zamanı 11 nəfər ölüb. Ukraynanın "UNN" xəbər agentliyi döyüş zamanı onlarla insanın öldüyünü bildirir. "Röyters" məlumatına görə, Ukrayna hərbçiləri Kramatorsk aerodromuna iki helikopterdə enib. Ukraynanın hərbi qurumları əməliyyatla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib. "UNN" xəbər agentliyinin məlumatına görə, Ukrayna Müdafiə Nazirliyindəki mənbə əməliyyat zamanı ölən və yaralıların olduğunu bildirib, lakin ölənlərin dəqiq sayı açıqlamayıb. "Bəli, ölənlər var. Əməliyyat davam etdirilir. Nəticələr barədə az sonra məlumat veriləcək", deyə mənbə bildirib. 23:13 "Rusiya yönümlü separatçılar tərəfindən zəbt olunmuş Kramatorskdakı aerodrom bu gün Ukrayna hərbçiləri tərəfindən keçirilmiş antiterror əməliyyat zamanı itkisiz nəzarətə alınıb". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün brifinq zamanı Ukrayna DİN rəhbərinin müavini Stanislav Reçinski bəyan edib. Reçinski baş tutmuş əməliyyatı Ukrayna hərbçilərinin ilk inamlı qələbəsi adlandırıb. "Kramatorskdakı aerodrom bu gün Daxili Qoşunların "Omeqa" və Təhlükəsizlik Xidmətinin "Alfa" xüsusi təyinatlı antiterror mərkəzlərinin qüvvələri tərəfindən azad olunub. Xüsusi ilə vurğulamaq istərdim ki, bu əməliyyat itkisiz həyata keçirilib", deyə nazir müavini vurğulayıb. O qeyd edib ki, əməliyyatın əsas məqsədi hərbçilər və separatçılar arasında itkiyə yol verməmək olub. "Əsir götürülmüş separatçılar var, onların sayı barədə hələlik məlumat yoxdur", deyə o əlavə edib. Onun sözlərinə görə, Ukraynanın şərqində ələ keçirilmiş şəhərlər tam azad olunanadək antiterror əməliyyatı davam etdiriləcək.
2014-04-15
14,677
Paulo Koelyo xoşbəxtliyin sirrini açır
"İki damcı yağ" (İbrətamiz hekayə) Bir tacir xoşbəxtliyin sirrini öyrənmək üçün oğlunu müdriklərin müdrikinin yanına yolladı. Gənc oğlan düz qırx gün səhrada gəzib-dolaşandan sonra bir saraya gəlib çatdı. Sarayın qarşısında çoxlu adam toplaşmışdı. Həmin sarayda gənc oğlanın axtardığı müdrik yaşayırdı. Necə deyərlər, gənc oğlan axtardığı müdrik adamı görmək ümidi ilə otağa girir. Otağa tacirin biri girib, biri çıxardı. Otağın bir tərəfində adamlar söhbətləşir, bir tərəfdə orkestr həzin bir musiqi çalırdı. Otaqda bir stol vardı ki, onun da üstündə dünyanın ən ləziz yeməkləri düzülmüşdü. Müdrik adam hər bir tacirlə bir-bir söhbət edirdi, buna görə də cavan oğlan ancaq iki saat gözlədikdən sonra növbəsi çatdı. Cavan oğlan gəlişinin səbəbini dedi, müdrik adam səbirlə ona qulaq asandan sonra dedi ki, indi onun xoşbəxtliyin sirrini izah etməyə vaxtı yoxdur. Beləliklə də, müdrik adam gənc oğlana təklif etdi ki, iki saatdan sonra gəlsin, bu vaxt ərzində sarayı gəzib dolaşsın. - Sizdən bir xahişim var. Sarayda gəzərkən bu çay qaşığını da özünlə götür, qoyma yağ tökülsün, - bunu deyib müdrik adam gənc oğlana bir çay qaşığı verdi və qaşığa iki damcı yağ tökdü. Gənc oğlan otaqdan çıxıb pilləkənlərlə sarayın o baş-bu başına getdi. Amma gözünü qaşıqdan çəkmirdi. İki saat keçəndən sonra o müdrik adamın yanına qayıtdı. - Deməli, belə, cavan oğlan, sarayın yemək otağındakı Fars qobelenlərini gördünmü? Dünyanın ən bacarıqlı bağbanının 10 il vaxt sərf edib yaratdığı bağımı gördünmü? Kitabxanamdakı perqament üzlü kitabları gördünmü? Həyəcandan utanan oğlan etiraf edir ki, o bunların heç birini görməyib. Çünki bütün fikri qaşıqdakı yağda olub ki, ona etibar edilmiş yağı dağılmağa qoymasın. Elə isə geri qayıt, get mənim möcüzə dünyamı təzədən gəz. Kiminsə evini görmədən ona etibar edib inanmaq olmaz, - müdrik adam deyir. Cavan oğlan rahat nəfəs alıb qaşığı da götürüb otaqdan çıxır, sarayı gəzib dolaşır. Bu dəfə o gördüyü hər şeyə, tavanda, divarlardakı şəkillərə diqqət verir. O möcüzəli bağı görür, sarayın ətrafındakı dağlara baxır, rəngarəng güllərə tamaşa edir. Müdrik adamın yanına qayıdanda cavan oğlan gördükləri haqda bir-bir məlumat verir. Bəs mənim sənə etibar etdiyin o iki damcı yağ hanı? - müdrik adam cavan oğlandan soruşur. Əlindəki qaşığa baxan oğlan görür ki, yağ dağılıb. - Mən sənə yalnız bir məsləhət verə bilərəm. Xoşbəxtliyin sirri dünyanın gözəlliklərinə tamaşa edərkən əlində tutduğun qaşıqdakı iki damcı yağı unutmamaqdadır, - müdriklərin müdriki dedi. Tərcümə etdi: Sevil Gültən 4 aprel, 2014
2014-04-15
14,678
Medvedev Ukrayna rəhbərliyini "qabiliyyətsiz" adlandırdı
Rusiya baş naziri Dmitri Medvedev Ukraynadakı son vəziyyəti vətəndaş müharibəsi kimi qiymətləndirib. Məlumata görə, Medvedev Feysbuk səhifəsindən verdiyi açıqlamada Ukrayna rəhbərliyini "qabiliyyətsiz" adlandırıb: "Ukraynada daha bir dəfə qan axdı. Ölkə vətəndaş müharibəsinin astanasındadır. Bu vəziyyət böyük bir faciədir. Ukraynanın yeni rəhbərliyi hüquq və intizamı qorumaqda müvəffəqiyyətsizdir. Dövlətə qarşı işlənən cinayət bölgələrdə böyük etirazlara gətirib çıxardı. Bu siyasi və iqtisadi reaksiya zənzirvari olaraq baş verir". Rusiya baş naziri Ukraynadakı siyasi boşluğu xaosun əvəz etdiyinə də diqqət çəkib: "İnsanların səs vermədikləri qabiliyyətsiz siyasətçilərin məsuliyyətsiz radikal hərəkətləri Ukraynada vəziyyəti daha da ağırlaşdıracaq" (ANS).
2014-04-15
14,679
Almaniyadan Rusiyaya hədə dolu mesaj
Almaniya Baş nazirinin müavini, İqtisadiyyat və Energetika naziri Siqmar Qabriel Rusiyanı iqtisadi sanksiyalarla hədələyib. "Axar.az" xəbər verir ki, Qabriel hökumətin Rusiyaya iqtisadi sanksiyaların tətbiq edilməsinə zərurət qalmaması üçün əlindən gələni etdiyini deyib. Qabriel həmçinin qeyd edib ki, əgər Rusiya gərginliyin sona çatmasını təmin etməsə üçüncü mərhələ sanksiyası tətbiq ediləcək. Qeyd edəj ki, Krımın ilhaqından sonra Avropa və tərəfdarları tərəfindən Rusiyaya qarşı üç pilləli sanksiya tətbiqi elan edilmiş, indiyə qədər isə ikisi həyata keçirilmişdi.
2014-04-15
14,680
Rusiyada hərbi təlim təyyarəsi qəzaya uğrayıb, ölən var
Rusiyanın Həştərxan vilayətində Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus "Yak–130" tipli təlim təyyarəsi uçuş həyata keçirərkən qəzaya uğrayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, insident bu gün 18.30 radələrində Axtubinsk rayonunda baş verib. Qəza nəticəsində heyət üzvlərindən biri həlak olub, digəri xəsarət alıb. Təyyarə aerodromdan 25 km aralıda qəzaya uğrayıb. İlkin versiyalara görə, qəzaya səbəb texniki nasazlıq və ya ekipajın səhvi olub.
2014-04-15
14,681
Hollivud istehsalı olan ilk türk filmi tapıldı – Video
Türkiyənin Hollivud istehsalı olan ilk təqdimat (reklam) filmi tapılıb. "Axar.az" xəbər verir ki, 56 il əvvəl çəkilən filmdə İstanbulun bütün görməli yerləri lentə alınıb, tarixi məkanlar haqqında tək-tək məlumat verilib. Filmi təqdim edirik:
2014-04-15
14,682
Suraxanıda prezidentin göstərişinə hörmətsizlik edildi - Fotofakt
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Məktəbli küçəsində yol kənarında yerləşən ağaclar kəsilir. Bu barədə xəbəri "Axar.az"a oxucuları məlumat verib. Oxucumuz deyir ki, yol kənarında yerləşən hündür ağaclar xüsusi geyimli şəxslər tərəfindən kəsilir. 141 saylı məktəbin yaxınlığında yerləşən ərazidə polis bölməsinin olmasına baxmayaraq, hələlik ağacların kəsilməsinin qarşısı alınmayıb. Qeyd edək ki, dünən Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Bakıda ağacların kəsilməsinə sərt münasibətini bildirmişdi. O, Bakıda bir ağacın belə, ən mühüm amil olmadıqca, kəsilməməsini tapşırmışdı. Prezident bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xüsusi göstəriş də vermişdi: "Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm".
2014-04-15
14,684
Çin Ukrayna ilə bağlı mövqeyini dəyişmədi
Çin Ukrayna böhranının siyasi dialoq yolu ilə həll edilməsi üçün konstruktiv rol oynamağa hazır olduğunu bəyan edib. "Axar.az" xəbər verir ki, Xarici işlər naziri Vang Yi bu gün Pekində rusiyalı həmkarı Sergey Lavrovla bir araya gəlib və Ukrayna böhranı, bəzi beynəlxalq məsələlər müzakirə edilib. Vanq Ukrayna probleminin dialoqların aparılması ilə həll edilməsinin lazım olduğu bildirib: "Məsələnin həlli üçün əvvəl problemin tarixinin nəzərdən keçirilməsi zəruridir. Bütün tərəflərin mənafeləri nəzərə alınmalı, qarşılıqlı hörmət göstərilməlidir". Lavrov isə, Çinə Ukraynadakı hadisələrə bitərəf mövqe sərgilədiyi üçün təşəkkür edib. Rusiyalı nazir Ukraynanın separatçılara qarşı silaha əl atmasını da qınayıb: "Bir tərəfdən görüşlərin keçirilməsinə səsləyir, digər tərəfdən isə tankları insanların üzərinə yeridir".
2014-04-15
14,685
Müharibə rəsmən başladı, ABŞ-ın xüsusi adamı Kiyevə gəlir - Video
Ukrayna günlərdir ölkənin şərq bölgəsi ilə bağlı bəyan etdiyi əməliyyata başladı. "Axar.az" xəbər verir ki, Ukraynanın müvəqqəti dövlət başçısı Oleksandr Turçinov ölkənin şərqində əməliyyat başladıldığını açıqlayıb. Turçinov parlament çıxışında Rusiya tərəfdarı olanlara qarşı əməliyyatın pilləli və ehtiyatlı olacağını deyib. O, Moskvanı Ukraynanın şərqində gərginliyi artırmaqda günahlandırıb. Ukrayna ordusu Kramatorsk hava limanını tutub Ukraynanın şərqində Donetsk bölgəsinə bağlı Kramatorsk şəhərinə nəzarət edən federal quruluş tərəfdarı olan polis qüvvələrinin nümayəndəsi Ukrayna ordusunun Kramatorsk yaxınlarındakı hərbi hava limanını nəzarət altına aldığını açıqlayıb. Ukrayna ordusu Slavyanskda Ukrayna Donbas polis qüvvələrinin sözçüsü Sergey Sıplakov da Ukrayna ordusunun Slavyanska girdiyini gizlətməyib. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, Sıplakov bildirib ki, Slavyanska zirehli piyada vasitələri və çox sayda əsgər girir: "Yoldaşlarımız topraqlarımızı müdafiə etməyə hazırdırlar". Federal quruluş tərəfdarlarının nümayəndəsi Ukrayna ordusunun zirehli vasitələrlə Slavyansk şəhərinin bütün giriş və çıxışlarını bağladığını bildirib. Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə Kiyev hökumətinin Ukraynanın şərq bölgəsində bir hərbi əməliyyat keçirəcəyi təqdirdə rəsmi Moskvanın cümə axşamı günü Cenevrədə keçirilməsi planlaşdırılan beynəlxalq zirvəyə qatılmayacağını açıqlayıb. Obama və Putinin qarşılıqlı tələbləri ABŞ Prezidenti Barak Obama bazar ertəsi axşamı telefon danışığında Rusiya Prezidenti Vladimir Putindən separatçıları işğal etdikləri binalardan çıxmağa razı salmaq üçün nüfuzundan istifadə etməsini istəyib. Putin isə Obamanı Ukrayna hökumətini nümayişçilərə qarşı gücdən istifadə etməməyə çağırıb. ABŞ Dövlət başçısının köməkçisi Kiyevə gəlir Bütün bu qarışılıqların davam etdiyi zamanda Ağ Evdən Obamanın köməkçisi Co Baydenin 22 apreldə Kiyevə gələcəyi ilə bağlı yayılan xəbərlər də vəziyyətin Ukryna üçün heç də yaxşı olmadığını göstərir.
2014-04-15
14,686
Basayev: "Ruslar yoldaşlarının silahını bizə satırdılar" - Video
"Bəzən rus əsgərlərinin özləri axşamlar yoldaşlarının silahlarını gətirib satırdılar". "Axar.az" bu dəfə Qərb telekanallarından birinin Şamil Basayev və çeçen döyüşçülərinin taleyini özündə əks etdirən filmdən bir parçanı təqdim edəcək. Filmi hazırlayanlar Basayev və əsgərlərinin əsas qəhrəmanlığını nəzərə alıb. Burada mərhum çeçen səhra komandirinin keçmiş həyatı haqqında etirafları və Çeçenistanın azadlığı haqqında müharibəyə necə qoşulmasıyla bağlı fikirlər yer alıb: "Mənim atalarımın hamısı Rusiyaya qarşı savaşıblar. Özüm də Rusiyaya qarşı savaşmağı şərəf bilirəm". Videonu təqdim edirik.
2014-04-15
14,687
PA-dan Vasif Talıbovun vəzifədən getməsinə reaksiya
Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov "Yeni Müsavat" qəzetinin Vasif Talıbovun vəzifədən getməsi ilə bağlı xəbərinə münasibət bildirib. N. Məmmədov "Twitter" səhifəsində bunların cəfəng fikirlər olduğunu qeyd edib: "Bu qəzet belə cəfəng fikirlərlə özünü tamam gözdən salıb. Kim isə "çox yüksək peşəkarlıq" nümayiş etdirir". Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin bugünkü nömrəsində "Vasif Talıbov vəzifədən getmək qərarı verib" adlı yazı dərc olunub. Yazıda Vasif Talıbovun vəzifəsindən gedəcəyi, onun yerinə isə bir neçə şəxsin namizəd olduğu iddia edilib. Həmin şəxslərin arasında Prezident Administrasiyasının rəhbərinin 4 müavini Əli Əsədov, Zeynal Nağdəliyev, Novruz Məmmədov və Vahid Əliyev var ("Publika.az").
2014-04-15
14,688
İdmançılarımız Avropadan 7 medalla qayıdır
İspaniyanın Kaseres şəhərində yeniyetmə və gənclər arasında sambo üzrə Avropa birinciliyinə yekun vurulub. Məlumata görə, samboçularımız yarışda 7 medal qazanıb. Yeniyetmələrin mübarizəsində Fərid Qardaşxanov (56 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Natiq Sarıyev (65 kq) gümüş, Elton Quliyev (60 kq) və Etibar Zeynalov (87 kq-dan yuxarı) bürünc medala layiq görülüb. Gənclərin yarışında isə Fuad Məmmədov (57 kq), Elvin Ağayev (62 kq) ikinci, Ülvi Xankişiyev (48 kq) üçüncü olub ("eleqraf.com").
2014-04-15
14,689
İnquşetiya Rusiyadan ayrılacaq - Şok iddia
"Rusiyanın daxilində separatçılığa meyillilik güclənəcək". "Axar.az" xəbər verir ki, bu iddia ilə Polşa mətbuatı çıxış edib. Mətbuat Rusiyanın Krıma müdaxiləsinin və Ukraynanın şərqində hadisələri qızışdırmasının onun üçün bumeranq effekti yaradacağını bildirib: "Rusiya Ukraynanın şərqində törətdiyi hadisələr və Krıma görə daxilindəki parçalanma ilə cavab verəcək. Bu sırada isə ilk növbədə Şimali Qafqazın olacağı ehtimalı çox böyükdür. Yerli xalqların nümayəndələri onsuz da illərdir ruslara qarşı mübarizə aparır. Çeçenistan yenə də əsas partlayış zonası kimi qalır. Amma İnquşetiya da yaxın müddətdə azadlıq ideyaları ilə əhatə olunmuş ölkəyə çevrilə bilər. Üstəlik çeçenlər də Dudayevin dövründə rusların onlara etdiklərini unutmayıblar. Yaxın müddətdə isə Rusiyanın davranışlarına adekvat olaraq Qərbin bu işə böyük dəstək verəcəyi güman olunur".
2014-04-15
14,690
Salyanda Kürdə batan naməlum kişi cəsədi tapıldı
Salyanda Kürdə batan naməlum kişi cəsədi tapılıb. "Axar.az" Fövqaəladə Hallar Nazirlyinin rəsmi saytına istinadən xəbər verir ki, Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində ("Salyan" sularda xilasetmə məntəqəsindən, təxminən 5 km məsafədə, nəzarət olunmayan ərazidə) naməlum kişi cəsədi aşkarlanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Cəsəd Nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
2014-04-16
14,691
Egey dənizində gərginlik: Yunanlar türkiyəli kapitanı öldürdü
Türkiyənin Bodrum limanından yola düşərək 7 suriyalı qaçağı Yunanıstana məxsus İstanköy adasına keçirmək istəyən türkiyəli kapitan Yunanıstan Sahil Təhlükəsizliyi Xidməti tərəfindən vurulub. "Axar.az" xəbər verir ki, atəş nəticəsində kapitan həyatını itirib. Yunan xəbər saytlarından verilən məlumatlara görə, kapitan 7 suriyalıyla birlikdə adaya yaxınlaşmağa çalışıb. Sahil təhlükəsizlik əməkdaşlarının xəbərdarlıq atəşinə məhəl qoymayan kapitan ikinci atəş nəticəsində həyatını itirib. Suriyalı qaçaqlar isə nəzarət altına alınıb.
2014-04-16
14,692
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
2014-04-16
14,693
Adam öldürən avtoş futbolçumuzdan avtoşou – Video
Azərbaycan futbolunun parlayan ulduzu kimi təqdim edilən "Neftçi" klubunun oyunçusu Araz Abdullayev növbəti dəfə yol polislərini qıcıqlandırıb. "Axar.az" xəbər verir ki, 2013-cü ilin 28 mart tarixində yüksək sürətlə idarə etdiyi avtomobili ilə Nobel prospektində yol kənarında təmizlik işləri aparan 2 süpürgəçi qadından birinin ölümünə, digərinin ağır yaralanmasına səbəb olan A.Abdullayev hələ də pis vərdişlərindən əl çəkməyib. Xatırladaq ki, avtoşluğu ilə məşhur olan A.Abdullayev növbəti dəfə avtoxuliqanlığına görə diqqət mərkəzindədir. Azərbaycan futbolçuları içərisində ən bahalı idman maşınına sahib olan A.Abdullayevin avtoşluğunu əks etdirən videolardan birini təqdim edirik:
2014-04-16
14,694
Ağ Ev: “Ukrayna təxribatlara cavab verməlidir”
Ukrayna hakimiyyəti ölkənin cənub-şərqində baş verən təxribatlara cavab verməlidir. "Axar.az" xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi Cey Karni Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib. "Biz Ukrayna hakimiyyətinin hadisələrə münasibətini yüksək qiymətləndiririk və gücdən istifadə olunmamsını ən yaxşı variant hesab edirik. Hakimiyyət sabitliyin təmin olunmasında məsuliyyət daşıyır. Silahlıar üçün ən yaxşı yol tutduqları binaları tərk etməkdir" deyə Karni bildirib.
2014-04-16
14,696
Söyün Sadıqov Jirinovski ilə şəkillərini paylaşdı - Foto
Rusiyada yaşayan qalmaqallı siyasətçi Söyün Sadıqov Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ilə şəkillərini paylaşıb. "Axar.az" xəbər verir ki, Sadıqov şəkillərinin öz Feysbuk səhifəsində paylaşıb. Sadıqov Jirinovski ilə birgə şəkilinin altında onunla 2006-cı ildə Novruz Bayramını qeyd edərkən şəkil çəkdirdiklərini vurğulayıb. Maraqlıdır ki, son zamanlar Jirinovski azərbaycanlıların heysiyyətinə toxunacaq bəyanatlara müəlliflik edir. Hətta baş nazirin sabiq müavini və Milyarderlər İttifaqında Söyün Sadıqovla bir yerdə olan Abbas Abbasov bu səbəbdən onun hərəkətlərinə hüquq qiymət verilməsi üçün müraciət də edib. Belə məqamda Söyün Sadıqovun Jirinovski ilə şəkillərini paylaşması sosial şəbəkə iştirakçılarının diqqətini çəkib.
2014-04-16
14,697
Kliçko: “Bizə elə şəxs lazımdır ki…”
"Fikrimcə, çərşənbə günü Ali Radada yenidən Kiyev merinin və Şəhər Dövlət Administrasiyası sədrinin vəzifələrinin birləşdirilməsi məsələsinə baxılacaq". "Axar.az" xəbər verir ki, bu sözləri UDAR partiyasının lideri Vitali Kliçko jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu vəzifəyə Kiyevdə baş verən proseslərə təsir edə bilən şəxs seçilməlidir: "Bu qanunun yenidən nəzərdən keçirilməsi üçün təkliflər irəli sürülüb. Məncə, çərşənbə günü bu mövzuya yenidən qayıdacağıq. Bizə elə bir şəxs lazımdır ki, onu kiyevlilər özü seçsin. Həmin şəxs də Kiyevdə baş verən bütün proseslərə təsir etmək bacarığında olsun".
2014-04-16
14,698
Mehriban Əliyeva Həştərxanda uşaq bağçası tikdirir
Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə yeni uşaq bağçasının tikintisinə başlanıb. Verilən xəbərə görə, Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Həştərxan meriyasında Heydər Əliyev Fondunun dəstəyi ilə yeni uşaq bağçasının tikintisinə həsr olunmuş geniş müşavirələr keçirilib. Müşavirələrdə uşaq bağçasının tikintisinin başlanması ilə bağlı olan təşkilati məsələlər müzakirə olunub, bütün zəruri sənədlər təsdiq edilib. Hazırda inşaat yerində binanın özülünə svayların vurulması işləri tam sürətlə gedir. Layihəyə əsasən, 240 yerlik nəzərdə tutulan uşaq bağçasının 120 yerlik birinci növbəsini 2014-cü ilin sentyabrında IV Xəzər zirvə görüşünün açılışına qədər başa çatdırmaq planlaşdırılır. Bundan əlavə, Heydər Əliyev Fondunun yaradılmasının 10-cu ildönümü münasibətilə bayram tədbirlərinin keçirilməsi məsələsi müzakirə edilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi ilə rəsmi Azərbaycan nümayəndə heyəti həmin tədbirlərdə iştirak etmək üçün 2014-cü il mayın 11-12-də Həştərxana gələcək. Müşavirələrdə Həştərxan meri vəzifəsini icra edən İrina Yeqorova, merin müavini Rəsul Sultanov, Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşid Ağayev, Ümumrusiya Azərbaycanlılar Konqresinin regional bölməsinin sədri Ədalət hüseynov və Həştərxan administrasiyasının struktur rəhbərləri iştirak ediblər (AzərTAc).
2014-04-16
14,699
ABŞ xüsusi təyinatlılarından Rusiyaya cavab – Video
Ukrayna ətrafında cərəyan edən hadisələr artıq məşhur "Soyuq savaş"I yada salmağa başlayıb. "Axar.az" xəbər verir ki, müxtəlif proqram və sosial şəbəkələrdə güc nümayiş etdirən Rusiya həm müasir silahlarının, həm də döyüş qabiliyyətinə malik peşəkar əsgərlərinin nəyə qadir olduğunu durmadan göstərməkdədir. Rus xüsusi təyinatlılarının 6 min metr yüksəklikdən paraşütlə enərək şərti əməliyyat aparması Amerikanın maraqlı dairələrini özündən çıxarıb. Buna cavab olaraq ABŞ xüsusi təyinatlılarının nəyə qadir olduğunu göstərən videolar sürətlə yayılmağa başlayıb. Videolarda ABŞ əsgərlərinin suyun altında, havada, hətta Avstraliya sularında hansı səviyyədə əməliyyat həyata keçirdikləri nümayiş olunur. ​
2014-04-16
14,700
Tanınmış müğənnilər şəkil üstündə dava salıb - Foto
"Gərək heç kim keçmişini unutmaya". Bu sözləri Mətanət İsgəndərli "Axar.az"a Ramalın toyunu ağlayaraq tərk etməsinə aydınlıq gətirərkən dedi: "Mən bu haqda danışmaq istəmirəm. Bəli, inciklik olub, lakin xanım müğənnilər mənim doğru anlamadığımı dedilər. Güya yalnış anlaşılma olub. Nə deyim, sadəcə onu deyə bilərəm ki, gərək heç kim keçmişini unutmaya". Qeyd edək ki, dünən Ramal İsrafilovun toyunda, müğənni Mətanət İsgəndərli eyni masa ətrafında yer alan Nazpəri Dostəliyeva və Könül Kərimovadan inciyib. Belə ki, Nazpəri xanım Dostəliyevanın Könül Kərimovaya onunla şəkil çəkdirməsini istəməsi həmin masa arxasında əyləşən digər xanım sənətçi Mətanət İsgəndərlinin onlardan inciməsinə səbəb olub. "Mənlə niyə şəkil çəkdirmirsiniz", - deyə soruşan Mətanət xanımla digər iki xanım sənətçi arasında söz davası yaranıb. Bu olaydan gözləri dolan Mətanət İsgəndərli "Keçmişinizi deyəsən unutmusunuz. Hamınızın yadına salaram", - deyərək gözüyaşlı şəkildə toyu tərk edib. Xatırladaq ki, son günlər Mətanət İsgəndərlinin narkoman olduğu iddiası gündəmdən düşmək bilmir.
2014-04-16
14,701
“Ukraynalılara həqiqəti deməliyik: Müharibə gedir”
"Müharibənin yeni növü ilə Ukraynanın ələ keçirilməsi prosesi gedir". "Axar.az" xəbər verir ki, bu sözləri Yuliya Timoşenko çərşənbə axşamı konfransda iştirak edərkən bildirib. Onun sözlərinə görə, xalqdan heç nə gizlədilməməlidir: "Biz ukraynanlılara həqiqəti çatdırmalıyıq. Rusiya Federasiyası Ukraynanın şərq regionlarında, xüsusilə, Donetsk və Luqansk ərazilərində əsl müharibəyə başlayıb. Hal-hazırda Ukraynanın müharibənin yeni növüylə ələ keçirilməsi prosesi gedir".
2014-04-16
14,702
Mübariz Mənsimov türk qızına 500 min avro bağışladı
Xərçəng xəstəliyindən əziyyət çəkən Tuananın hesabına 500 min avro köçürülüb. "Axar.az" xəbər verir ki, azərbaycanlı iş adamı Mübariz Mənsimov 2 yaşlı Tuanaya kömək əlini uzadıb. Belə ki, o, xərçəng xəstəliyindən əziyyət çəkən Tuananın hesabına 500 min avro köçürdüb. Balaca körpə valideynləri ilə birlikdə müalicəsini davam etdirmək üçün 2 illik Almaniyaya yola salınıb. Qeyd edək ki, 2 yaşlı Tuana Gülbən Ərgənin Şou TV-də apardığı verilişə qonaq qismində gətirilib və ona kömək lazım olduğu vurğulanıb. Veriliş vaxtı Mübariz Mənsimovun işçisi studiyaya zəng edərək kömək etməyə hazır olduğunu bildirib və uşağın hesabına 500 min avro köçürüləcəyini qeyd edib.
2014-04-16
14,703
Rusiya qazı Azərbaycan qazı ilə əvəzlənəcək
Avropa Birliyinin üzvü olan və praktik olaraq bütünlüklə Rusiya təbii qazından asılı olan Bolqarıstan karbohidrogenlərin Azərbaycandan idxalının mümkünlüyünü nəzərdən keçirir. Rusiya qaynağının verdiyi məlumata görə, bu barədə danışan iqtisadiyyat və energetika naziri Draqomir Stoynev deyib ki, Sofiya Rusiya qazının nəqlində fasilələr yarada biləcək Ukraynadakı hadisələrin inkişafını diqqətlə izləyir. Qeyd edək ki, Bolqarıstan 2019-cu ildən Xəzər dənizindəki Şahdəniz yatağından çıxarılacaq təbii qazın hər il bir milyard kub metrini almaq barədə Bakı ilə anlaşma əldə edib ("Musavat.com").
2014-04-16
14,704
Ulduz futbolçu ilə eşq yaşayan azərbaycanlı
"Fənərbaxça"nın yarımmüdafiəçisi Səlcuq Şahinin barda öpüşdüyü qızın kimliyinə aydınlıq gəlib. "Axar.az" xəbər verir ki, futbolçuyla öpüşən xanım azərbaycanlı imiş. Adı isə Leyla Süleymanovadı. Leyla İstanbulda biznes fəaliyyəti ilə məşğuldu və qardaş ölkədə kifayət qədər məşhur olan "Quzu" restoranında adminstrator işləyir. O həmçinin Türkiyədə yaşayan model Günay Musayevanın yaxın rəfiqəsidi. Leyla məşhur iş adamı Oğuz Kayhanla ailə həyatı qursa da, bir neçə ay öncə ondan ayrılıb və hazırda Səlcuq Şahinlə sevgilidi.
2014-04-16
14,705
Dünyanı lərzəyə salan növbəti UNO görüntüsü - Video
Almaniyadan sonra İspaniyada da UNO görüntüsü yayılıb. "Axar.az" xəbər verir ki, ispan hərbi təyyarələri ilə UNO qarşı-qarşıya gəlib. Bir neçə saniyə havada hərəkətsiz qalan UNO bir anda dənizin içinə daxil olub. Bu görüntülər ispaniyalı balıqçılar tərəfindən lentə alınıb. Həmin görüntüləri təqdim edirik:
2014-04-16
14,706
Gürcüstanda jurnalistlər Rusiya hərbçiləri tərəfindən saxlanıldı
Gürcüstanda Rusiya hərbçiləri tərəfindən Qori rayonunun Adzvi kəndində TV3 televiziya kanalının jurnalistləri saxlanılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisəyə Gürcüstanın Təhlükəsizlik Şurasının katibi İrina İmerlişvili münasibət bildirib: "Bu fakt bizi hiddətləndirir. Hadisə ilə bağlı Avropa missiyasının Gürcüstandakı nümayəndəliyinə məlumat verilib. Gürcüstanın daxili işlər nazirliyi də jurnalistlərin qaytarılması üçün fəallıq göstərir". Gürcüstanın Xalq müdafiəçisi Uça Nanuaşvili də oğurlanan jurnalistlərlə bağlı xüsusi bəyanat yayıb. O, hakimiyyəti işğalçılar tərəfindən oğurlanan jurnalistlərin qaytarılması üçün tədbirlər görməyə çağırıb. "Təəssüf ki, Abxaziya və Sxinvali regionlarındakı inzibati sərhədlərdə belə hadisələr Rusiya hərbiçiləri və de-fakto hakimiyyəti nümayəndələri tərəfindən uzun illərdir ki, törədilən problem olaraq qalır. Gürcüstan hakimiyyəti tərəfindən aparılan danışıqlara baxmayaraq, işğal olunan ərazilərdə insan haqlarının və beynəlxalq hüquq prinsiplərinin pozulması faktları kəsilmir". Gürcüstanın xalq müdafiəçisi U. Nanuaşvili yayımladığı bəyanatda Gürcüstan jurnalistlərinin qanunsuz saxlanılması məsulliyyətinin Rusiyanın üzərinə düşdüyünü bildirib və təxirə salınmadan bəyanat qəbul etməklə jurnalistlərin azad olunması üçün Gürcüstan hakimiyyətinə və beynəlxalq təşkilatlara müraciət edib. Gürcüstanın xarici işlər naziri Maya Pancikidze isə oğurlanan jurnalistlərin yerinin məlum olmadığını, onlarla əlaqə yaradılmadığını bildirib: "Hadisə ilə bağlı mən hamını işğal olunan əraziyə yaxın kəndə getməyə çağırıram. Ümid edirəm ki, jurnalistlərin qaytarılması dinc yolla həll olunacaq", deyə Gürcüstan xarici işlər idarəsinin rəhbəri bildirib. Xarici işlər naziri sabah Praqada Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidzenin Rusiyalı həmkarı Qriqori Karasinlə görüşü zamanı bu məsələnin qaldırılacağı bildirib.
2014-04-16
14,707
Türkiyə bələdiyyələrindən Ronaldo yasağı - Foto
Türkiyədə bələdiyyələr məşhur futbolçunun reklamına icazə verməyib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İspaniyanın "Real Madrid" klubunun ulduz futbolçusu Kriştiano Ronaldonun adını daşıyan alt geyimlərinin dünya istehsalını və ölkədaxili satışını həyata keçirən "Selga Tekstil" şirkəti maraqlı bir hadisəylə qarşılaşıb. Alt paltarlarlarının reklamına Türkiyədə bir sıra bələdiyyə tərəfindən icazə verilməyib. Bələdiyyələrin "Selga Tekstil"in bilbord və reklam bannerləri üçün çəkilmiş fotoşəkillərin ədəbsiz olduğuna görə reklam yayımına icazə vermədiyi bildirilir.
2014-04-16
14,708
Putindən gözlənilən addım: BMT-yə çağırış edildi
Rusiya prezidenti Vladimir Putin beynəlxalq ictimaiyyətə Ukraynanın şərqində aparılan hərbi əməliyyatı qınamaları üçün çağırış edib. "Axar.az" xəbər verir ki, Kremldən verilən yazılı açıqlamada prezident Putinin BMT Baş katibi Pan Gi Munla telefon əlaqəsi saxladığı bildirilir. Putin rəsmi Kiyevin Ukraynanın şəqrində konstitusiyaya zidd addımlar atmasından dolayı, Rusiya tərəfinin beynəlxalq ictimaiyyətdən bu ölkəni qınaq obyektinə çevirmələrini gözlədiklərini deyib.
2014-04-16
14,709
Makkeyn ABŞ-ın Rusiyaya sanksiyasını ələ saldı
ABŞ-ın Respublikaçılar Partiyasının üzvü, məşhur senator Con Makkeyn ölkəsinin və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını "aqressiyaya qarşı gülməli addım" adlandırıb. "Axar.az" xəbər verir ki, amerikalı senator bu baradə Riqada çıxışı zamanı vurğulayıb. O, həmçinin sözügedən tədbirlərin effektinə inanmadığını da açıqlayıb: "Bu elə bir sanksiyalardır ki, əksinə, Putinin əl-qolunu daha da açacaq. Putinin aqressiyası müqabilində bir neçə siyasətçiyə və banklara qadağa əlbəttə ki, gülməli görünür". Senator Makkeyn Ukrayna məsələsində ölkəsinin tutduğu hərəkətsizlik mövqeyinə görə utandığını da dilə gətirmişdi. Xatırladaq ki, Makkeyn qarşı tərəfin – Rusiyanın amerikalı siyasətçilərə tətbiq etdiyi "qara siyahı"ya düşən şəxslərdən biridir.
2014-04-16
14,710
Teoman səhnədə spirtli içki içdi
Türkiyə daxilində "Yavaş-yavaş" turniri çərçivəsində 15 şəhərdə pərəstişkarları ilə görüşən məşhur müğənni Teomanın final konserti dünən axşam baş tutub. "Axar.az" xəbər verir ki, səhnədə spirtli içki içən Teoman konsertdə belə deyib: "Bu vaxta qədər səhv etməmişəm, amma bundan sonrası üçün məsuliyyət daşımıram". Teoman pərəstişkarlarının "Rapsodi" və "Çobanyastığı" mahnılarını oxumağını istəməsinə "O mahnıların sözlərini unutmuşam" cavabını verib. Üç gənc qızın "Teoman, səni sevirik" deməsinə də zarafatla belə cavab verib: "Arvadım buradadır ha, bağışlayın". Pərəstişkarlarına musiqi ziyafəti verən Teomanın son zarafatı da coşğuyla qarşılanıb. Gənclərə üz tutan müğənni "Uşaqlar, yaxşı ki, gəlmisiniz... Kaftarları görməkdən bezmişdim", - deyib.
2014-04-16
14,712
Bakıda daha bir nəfər intihara cəhd etdi
Bakı şəhəri, Nəsimi rayonunda bir nəfərin mənzilin eyvanından intihara cəhd etməsi barədə məlumat yayılıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Xilasedicilər zərərçəkmişlə müvafiq söhbətlər aparıb və əlverişli şəraitdən istifadə edərək, təhlükəsizlik qaydalarına riayət etməklə mənzilin eyvanının pəncərəsindən içəri daxil olub və intihara cəhdin qarşısını almağa müvəffəq olublar. Əməliyyat saat 00:34-də başa çatıb.
2014-04-16
14,713
Polis mafiya başçısı oldu
Türkiyədə "Behzat Ç, Bir Ankara polisi" serialında komissar Behzat rolu ilə fenomen olan Erdal Beşikçioğlu yeni rolu ilə tamaşaçılarını təəccübləndirəcək. "Axar.az" xəbər verir ki, aktyor "7 fevral" adlı serialda mafiya başçısını canlandıracaq. Serialın ssenaristi "Qurdlar Vadisi" komandasından ayrılan Bahadır Özdenerdi. "Bir Ankara polisi" serialında rolu ilə məşhurlaşan aktyor o serialdan sonra gələn çoxlu film və serial təkliflərindəki rolların heç birini bəyənməyib, imtina edirdi.
2014-04-16
14,714
“İt adam”ın sirri çözüldü – video
Onlar filmin yaradıcı heyəti imiş. "Axar.az" ingilis mətbuatına istinadən xəbər verir ki, ötən həftə Londonda maraqlı anlar yaşanıb. Belə ki, şəhər sakinləri adi günlərdə qarşılaşmadıqları mənzərə ilə qarşılaşıblar. Küçələrin birində bir qadın boynuna it xaltası bağlanmış şəxsin ipindən tutub onu arxasınca aparır. Qadının arxasınca gedən kişi isə it kimi yeriyərək yolu keçir. Hadisədən sonra müxtəlif media orqanlarında və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən olayın əsl səbəbi dünən bəlli olub. Əlində ip tutan qadın aktrisa, yerdə it kimi sürünən isə onun müdiri olub. Yeni çəkilən filmin kastinqləri zamanı göstərilən bu şou insanların reaksiyaysını müəyyən etməyə hesablanıbmış. "The independent"ə danışan filmin direktoru Eden Avital Aleksander (Eden Avital Alexander) bunun piar (PR) qrupun tərəfindın hazırlandığını deyir. Sosial şəbəkələrdə izlənmə rekordunu qıran videonu sizə təqdim edirik:
2014-04-16
14,715
Novosibirskli tələbələr “Arşın mal alan”ı oynayacaq
Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Üzeyir Hacıbəyovun "Arşın mal alan" tamaşası göstəriləcək. "Axar.az" xəbər verir ki, tamaşa Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyi, Novosibirsk Dövlət Teatr İnstitutu və Novosibirsk şəhərindəki "Rus-Azərbaycan Evi"nin Bakıda keçirəcəkləri silsilə mədəniyyət tədbirləri çərçivəsində nümayiş olunacaq. İki hissəli səhnə əsəri Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələrinin iştirakı ilə göstəriləcək. Tamaşanın bədii rəhbəri, Novosibirsk Dövlət Teatr İnstitutunun aktyorluq və rejissorluq kafedrasının dosenti Anatoli Axreyevdir. Mətbuat nümayəndələri "Arşın mal alan" tamaşasına dəvətlidir.
2014-04-16
14,716
“Buqələmun”un rejissorundan yeni film
"Buqələmun" filminin rejissorlarından biri Elvin Adıgözəl yeni film çəkir. Bu barədə "Axar.az"a açıqlama verən gənc rejissor filmin çəkilişlərinin may ayının əvvəlində başlayacağını deyir. Azər Aydəmir, Sənan Əlləz və Arzuman Mirzəsoy kimi aktyorların çəkiləcəyi film qısametrajlı olacaq. Filmlərində günümüzün aktual problemlərinə toxunan rejissorun bu dəfəki filminin mövzusu tənhalıq və sosial reallıqlardan bəhs edəcək. Filmin prodüseri də Elvin Adıgözəlin özüdür. Rejissor bildirib ki, bu filmi də "no-budget" – yəni büdcəsizdir, filmi çəkmə üçün texniki dəstək alsa da, heç kimdən və heç yerdən maddi dəstəyi yoxdur. Xatırladaq ki, gənc rejissor Elvin Adıgözəlin Ru Həsənovla birgə çəkdiyi "Buqələmun" filmi 66-cı "Locarno film festivalı"nda iştirak etmişdi. "Locarno Film Festivalı" "A" kateqoriyalı (ən nüfuzlu) festivallar sırasına daxildir. Kann, Venesiya, Berlin film festivalları da bu kateqoriyaya aid edilir.
2014-04-16
14,717
“Google” müştərilərini aldadır?
Çərşənbə axşamı "google" özünün eynəklərini satışa çıxarıb. "Axar.az" xəbər verir ki, 1 həftə ərzində 10 mindən çox adam həmin eynəklərdən alıb. Rəsmi sayta əlavə edilən pəncərə vasitəsi ilə aparılan satışlar 1 həftə ərzində rekord qırıb. Belə ki, 7 gün ərzində 10 mindən artıq insan onlayn şəkildə həmin eynəyi alıb. Yalnız ABŞ vətəndaşları üçün mümkün olan bu ticarətin artıq indidən problemlər yaratdığı deyilir. Birinin qiyməti 1500 ABŞ dolları olan eynəklərə maraq olsa da, bəzi mütəxəssislər bundan narazılıq edir. Onların fikrincə erkən yaşda bu əşyaya sahib olan şəxslər insanların şəxsi həyatına aid ola biləcək bəzi hadisələri gizli şəkildə çəkib, internetə yerləşdirə bilərlər. Bazar ertəsi bəzi xarici KİV-lərin şirkətə göndərdiyi sorğulara cavab verməyən şirkət məhsulla bağlı onu bildirib ki, bu məhsul həkimlərin, anaların, rokerlərin, musiqiçilərin və ümumilikdə yenilik kəşf etmək istəyən hər kəsin işinə yarayacaq.
2014-04-16
14,718
Jirinovski Ukrayna liderini təhdid etdi - Video
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının rəhbəri Andrey Parubiyi telefon danışığı zamanı təhdid edib. "Axar.az" xəbər verir ki, Jirinovski Parubiydən Kramatorskdan Ukrayna qoşunlarının çıxarılmasını tələb edib. Onun sözlərinə görə, Jirinovski baş verənlərə görə şəxsən məsuliyyət daşıdığı üçün onu ittiham edib.
2014-04-16
14,719
Cəbhədə növbəti təxribat: itki yoxdur
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Baş Qərvənd, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-04-16
14,720
Qərb Azərbaycanı Rusiyadan qoruya bilməz
"Qərb İlham Əliyevdən Transxəzər qaz kəmərinin çəkilməsində daha israrlı olmasını istəyəcək". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, ABŞ Dövlət katibi Con Kerrinin və İsrailin Xarici İşlər naziri Libermanın Azərbaycana iki məsələni müzakirə etməyə gəldiyini bildirib: "Kerri və Liberman Azərbaycana iki şeyə görə gəlir. Neft-qaz və İran. Birinci, İranla bağlı məlumat almaq niyyətində ola bilərlər. Yəni orada nə danışıqlar oldu? Xamneyi nə dedi? Kerrinin səfərinə gəlincə isə bu, sözsüz ki, neft-qaz məsələləri ilə bağlıdır. Onları ilk növbədə düşündürən qaz təchizatı məsələsinin daha sabit yolla təmin edilməsidir. Azərbaycandan Transxəzər qaz kəmərinin çəkilməsində daha israrlı olmasını istəyəcəklər. Burada Rusiyanın bizə təsir vasitələri çox genişdir. Heç kim də bizim təhlükəsizliyimizi təmin edə bilməz. Nə Türkiyə, nə NATO, nə ABŞ. Onsuz da biz bir dəfə neft kəməri çəkmişik. 300 milyon dollarlı İran xətti əvəzinə 4 milyardlıq Ceyhan kəməri layihəsini reallaşdırmışıq. İndi də bizi hansısa ziyana salmaq üçün gəlirlər. Başqa şey ola bilməz". Politoloq Azərbaycanın Rusiya ilə münasibətlərini pisləşdirmək niyyətində olmadığını deyib: "Azərbaycanın Rusiya ilə heç bir problemi yoxdur. Biz yalnız BMT-nin sanksiyalarına qoşula bilərik. BMT isə sanksiya tətbiq etməyəcək. Çünki Təhlükəsizlik Şurasında Rusiyanın veto hüququ var. ABŞ-ın sanksiyaları isə bizə lazım deyil. Bizim Rusiya ilə normal münasibətlərimiz var. Qonşu ölkədir. Onunla münasibətlərimizi dənizə görə pisləşdirmək fikrində deyilik". Z.Əlizadə Qərbi Azərbaycanı Rusiya təsirindən qorumaq iqtidarında olmadığını bu məsələnin basilica şərti kimi bird aha vurğulayıb: "Qərb Azərbaycanı Rusiyanın təsirlərindən qoruya bilməz. Əgər qorusaydı, indiyə qədər bizim torpağımızı işğal etmiş dılğır Ermənistana nə isə edərdi. Əksinə, Ermənistana hərbi, siyasi, maliyyə, informasiya yardımı göstərir. Yəni bizə Qərbdən heç nə lazım deyil. Bizim Qərbdən asılılığımız yoxdur. Neftimizi almayacaqsa, başqa ölkələrə satacağıq – Qərbdən hansı asılılığımız ola bilər ki! Amma Ermənistan məsələsində bizə dəstək göstərməyən Rusiya məsələsində nə edəcək?" O, Azərbaycanın İranla münsaibətlərində geniş potensialın olduğunu qeyd edib: "Azərbaycanın İranla münasibətləri üçün geniş potensial var. Hər iki ölkə ticarət, tikinti, neft-qaz layihələri və digər xeyli məsələlərdə əməkdaşlıq edə bilər. Amma biz çox məhdud əməkdaşlıq edirik. İndi münasibətlər yaranıb, istək var. Həm də ki, irəlidə İranla Qərbin münasibətlərinin normallaşması kimi mühüm amil dayanır. Əgər bütün dünya İrandan və Azərbaycandan qazanmaq istəyirsə, nə üçün biz biri-birimizdən qazanmayaq?"
2014-04-16
14,721
Ərdoğanın iddiası rədd edildi
Türkiyənin baş naziri Ərdoğanın məhkəmə iddiası rədd edilib. Məlumata görə , Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədəki "Xalq TV"-yə qarşı etdiyi məhkəmə şikayəti rədd edilib. "Duman" qrupunun "Rəzil" adlı mahnısından və Ərdoğanın şəkillərindən hazırlanmış klipi yayımlayan telekanala baş nazir tərəfindən onun şəxsiyyət hüquqlarını pozmaq səbəbilə məhkəmədə mənəvi təzminat iddiası qaldırılmışdı. Ankara 14-cü Asliyə Hüquq Məhkəməsindəki prosesdə Ərdoğanın vəkilləri Əli Özkaya və Muammər Cemaloğlu ilə Xalq TV-nin vəkili Şükrü Evrim İnal iştirak edib. Hakim Kenan Altıparmak vəkillərin son bəyanatlarını dinlədikdən sonra "əsassız görülən iddianın rəddinə" qərar verdiyini bildirib. Qeyd edək ki, həmin klip Xalq TV-nin efirində 2013-cü il may ayının ortalarında nümayiş olunub. Ərdoğan da bu klipi özünə qarşı hüquq pozuntusu kimi qələmə verərək, kanalın müdirindən 60 min lirə təzminat tələb edirdi (ANS).
2014-04-16
14,722
Separatçılar iki Ukrayna zabitini əsir götürdülər
Ukrayna ordusunun zabiti və onun sürücüsü Slavyansk rayonunda rus separatçıları tərəfindən əsir götürülüb. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindəki mənbə məlumat verib. Məlumata görə, dünən axşam 5 avtomobildən ibarət qrup möhkəm döyülmüş zabiti Amvrosievski rayonunda yerləşən hərbi hissənin yaxınlığına gətiriblər. Separatçılar hərbi hissə rəisini çağıraraq ondan "Donbas xalqı"na sədaqət andı içmələrini tələb ediblər. Əks təqdirdə girovu güllələyəcəklərini deyiblər. Hərbi hissə komandirinin bundan imtina etməsindən sonra separatçılar gediblər. Girovların sonrakı taleyi haqda hələ də məlumat yoxdur.
2014-04-16
14,724
İran Azərbaycana münasibətdə səmimi deyil - Ekspert
"Təxminən 15 ilə qədər bir vaxtda Təbrizdə konsulluq açmağımıza İran mane oldu". Bunu "Axar.az"a Prezident İlham Əliyevin və Müdafiə naziri Zakir Həsənovun İrana səfərini şərh edən ekspert Sədrəddin Soltan bildirib: ", İranda Azərbaycan türklərinin milli haqları təmin edilməyincə Tehranla Bakı arasında fundamental problemlərin həll ediləcəyinə inanmıram. Azərbaycan prezidentinin İrana səfəri, İrandan fərqli olaraq, ölkəmizin və ölkə başçısının qonşu dövlətə münasibətinin xoşniyyətli olduğunu göstərdi. Bununla da Azərbaycan hakimiyyəti öz qonşuları ilə isti münasibət qurmaqda maraqlı olduğunu göstərdi. Hesab edirəm ki, hökumətimiz əks tərəfdən də - yəni İran rəybərliyindən - eyni addımları gözləmək hüququ qazanıb. Amma inanmıram ki, İran Azərbaycana münasibətdə sona qədər səmimi olsun". Ekspert ölkə prezidentinin səfərindən sonra Təbrizdə Azərbaycan dilində universitetin açılması və Xəzərin statusunun həll edilməsi ilə bağlı məsələlərin gündəmə gəlməsindən də danışdı: "Təbrizdə Azərbaycan dilində universitetin açılması ilə bağlı fikirlər bu qədim şəhərimizdə konsulluğumuzun açılması məsələsini xatırladır. Azərbaycan müstəqillik qazandıqdan sonra təxminən 15 ilə qədər bir vaxtda Təbrizdə konsulluq açmağımıza İran mane oldu. Hətta Eynulla Mədətli konsul təyin edildikdən bir müddət sonra da Tehranda səfirlikdə oturmağa məcbur oldu. İran uzun müddət onun Təbrizdə normal fəaliyyətinin təmin olunmasına imkan vermədi. Məhz bu baxımdan hesab edirəm ki, İran uzun zaman həmin məsələni danışıqlar predmetinə çevirəcək, ancaq razılıq verəcəyinə inanmıram. O ki qaldı Xəzər dənizinin statusuna, bu məsələ ilə bağlı əsas problem yaradan tərəf elə İran tərəfidir. Optimist çıxışlarına rəğmən, bu problemin də tezliklə həll ediləcəyinə ümidim azdır. Çünki bu vaxta qədər əgər İran maneə yaradırdısa, indi Rusiya, Türkmənistan maneə yarada bilər. Məhz bu baxımdan Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı məsələlərin yenə də uzanacağını düşünürəm". Xatırladaq ki, aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə gedib. Bir gün davam edən səfər çərçivəsində müxtəlif sahələrdə ikitərəfli sənədlər imzalanıb və ekspertlər bu səfəri İran-Azərbaycan münasibətlərinin yüksək mərhələyə keçməsinə imkan yaradan "tarixi səfər" kimi dəyərləndiriblər.
2014-04-16
14,725
ATƏT rəsmisi: "Cəbhə xəttində vəziyyət gərgindir"
Azərbaycan və Ermənistanın hərbi orqanları və Müdafiə nazirliklərindən əldə olunan məlumata görə, təmas xəttində vəziyyət gərgindir. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik eksklüziv müsahibəsində bildirib. A.Kaspşik deyib ki, məlumatlarda atışmaların sayının nisbətən çox olduğu, itkiyə səbəb olan daha ciddi pozuntuların baş verdiyi əks olunur və bunların hər biri qurbanların ailələri üçün bir faciədir. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin sözlərinə görə, müvafiq qurumların dəstəyi və yardımı ilə Ermənistan-Azərbaycan sərhədi və təmas xətti boyunca vəziyyətin monitorinqi aparılır: "Hər zaman olduğu kimi, atəşkəs rejiminə dair hesabatlarım ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupuna təqdim olunur". Ukraynada baş verən son hadisələrdən sonra ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqəti daha da artırmasının vacibliyinə dair sualı cavablandırarkən A.Kaspşik qeyd edib ki, əsas odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli başqa yerdə baş verən hadisələr fonunda arxa plana düşmür: "Minsk qrupunun həmsədrləri münaqişənin həlli prosesində irəliləyiş əldə etmək məqsədilə tərəflərə ideyaların verilməsi üçün davamlı çalışırlar. Ötən ay həmsədrlər iki dəfə xarici işlər nazirləri və bir dəfə həm prezidentlər, həm də nazirlərlə görüşüblər". A.Kaspşikin sözlərinə görə, bu işlər həll prosesində irəliləyişə nail olmaq və gərginliyin azaldılmasına yönəlib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin sözlərinə görə, o, mandatına uyğun olaraq regiona müntəzəm səfər edir: "Mən və komandam bütün maraqlı tərəflərlə əlaqə saxlamaq, ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrlərini yeni məlumatlarla təmin etmək üçün münaqişənin təsir etdiyi ərazilərə davamlı olaraq səfər edirik" ( Trend ).
2014-04-16
14,726
Ordumuzun əsgəri özünü güllələdi
Azərbaycan Ordusunun əsgəri özünü güllələyib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Kamran Rüstəm oğlu Cəlilov tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, K. Cəlilov Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
2014-04-16
14,727
Rusiyadan ağlasığmaz “səxavət”
Rusiya 2017-ci ildə konfederasiyalar kubokunun və 2018-ci ildə dünya çempionatının keçirilməsinə 600 milyard rubl - 17 milyard dollar xərcləyəcək. "Axar.az" xəbər verir ki, bu barədə məlumatı Rusiyanın idman naziri Vitali Mutko verib. Bu vəsaitin 300 milyard rublu federal büdcədən ayrılacaq. İdman nazirliyi 12 stadionun, 113 məşq bazasının tikintisinə cavadehdi. Moskva şəhəri isə dünya çempionatının keçirilməsi üçün 71 milyard rubl xərcləyəcək.
2014-04-16
14,728
Hilal Əsədova ağır itki üz verdi
Milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədovun anası Ziba Əsədova vəfat edib. Bu barədə "Azərbaycan" qəzetində məlumat verilib ("Musavat.com").
2014-04-16
14,729
Üçüncü Dünya müharibəsi: Rusiyanı nə gözləyir? – Təhlil
"Yeni dünya müharibəsi başlasa, bu, Rusiya üçün dəhşətli fəlakətlər yaradacaq". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, rusların Ukraynanın cənub vilayətləri ilə kifayətlənməyəcəyini bildirib: "Ruslar Ukraynanın cənubu ilə kifayətlənməyəcək. Daha dərinə doğru irəliləməyə çalışacaqlar. Ukraynanın da hərbi potensialı zəif deyil. Ən azından, rus ordusunun hücumunu dayandırmağa yetərlidir. Üstəlik də Qərbdən Ukraynaya partizan müharibəsi aparmağa qadir olan diversant qruplar gəlib. Bu muzdlu qüvvələr böyük zərbələr endirmək qabiliyyətinə malikdirlər. Əgər Qərb görsə ki, Rusiya Ukraynanı üstələyir və Avropanın bəzi ölkələri üçün müəyyən təhlükə yaranır, o zaman Amerikanın, eləcə də NATO-nun prosesə qatılması labüd olur". Politoloq yeni dünya müharibəsinin Rusiyanın müstəqilliyini sual altına alacağını bildirib: "Prosesə qatılacağı təqdirdə NATO-nun hərbi üstünlüyü şəksizdir. Rusiya bu üstünlüyü aradan qaldırmaq üçün nüvə silahına əl atacaq. Bu günlərdə onlar yeni modern raketlərini nümayiş etdirdilər. Məsələ burasındadır ki, ballistik raketlərin texnologiyası ABŞ-ın malik olduğu səviyyəyə çata bilməz. Rus ballistik raketlərinin NATO-nun raket qalxanını yarıb keçmə imkanları çox zəifdir. Qərb təhlilçiləri 100 raketdən yalnız birinin o qalxanı yarıb keçmək qabiliyyətinə malik olduğunu deyirlər. Qalanları Rusiya ərazisində partlayacaq. Bu cəhətdən mən bilmirəm ruslar nəyə arxayındır. Əgər yeni dünya müharibəsi başlasa, bu, Rusiyanın özü üçün dəhşətli fəlakətlər yaradacaq. Rusiyanın bir dövlət kimi mövcudluğu da sual altına düşəcək".
2014-04-16
14,730
Qazaxlar yuxu xəstəliyinə tutulub - Video
Qazaxıstanın Ağmala vilayətinin Qalaça kəndinin sakinləri yuxu xəstəliyindən əziyyət çəkir. "Axar.az" xəbər verir ki, 300-ə qədər sakini olan kəndin 2 ilə 75 arasında olan təxminən 10 faizi bu xəstəliyə düçar olub. Sakinlər bunu 1960-cı illərdə açılan və 1990-cı illərdə bağlanan uran mədənləri ilə əlaqələndirirlər. Amma həmin xəstəlik uran mədəninə yaxın digər kəndlərdə müşahidə edilməyib. Həkimlər onların müalicə aldığını, amma heç bir dəyişiklik hiss edilmədiyini deyirlər. Artıq beynəlxalq səhiyyə təşkilatlarından yardım istənildiyi və onların buna razılıq verdiyi deyilir. Xatırladaq ki, bu xəstəlik ötən ilin martında kəndin 8 sakininin 3 gün boyunca yatması ilə ortaya çıxıb.
2014-04-16
14,731
17 yaşlı qız paltar asarkən yıxılıb öldü
Azərbaycanda 17 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin 10-cu mikrorayon, bina 66 A, ev 13 ünvanında qeydə alıb. Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Aytac Naib qızı Əliyeva paltar asarkən 7-ci mərtəbədən yıxılıb. A. Əliyeva hadisə yerində dünyasını dəyişib. Polisdən A. Əliyevanın 11-ci sinif şagirdi olduğu bildirilib. Faktla bağlı araşdırmalar aparılır.
2014-04-16
14,732
Azərbaycan ordusu hərbi təlimlərə başladı
Azərbaycan Respublikası Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə Nazirliyinin rəhbərliyinin iştirakı ilə keçirilən təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin şəxsi heyəti, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən yeni, ən müasir standartlara uyğun zirehli texnika cəlb olunub. Təlimlərdə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılacaq, döyüş texnikalarının, həmçinin müasir silahların tətbiqi imkanları öyrəniləcək, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, eyni zamanda döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetiriləcək ( Trend ).
2014-04-16
14,733
DİN nurçular yerinə sunqurçuların həbsinə nə deyir? –Rəsmi
"Azərbaycanda qeydiyyata alınan dini icmaların arasında sunqurlulular adında icma yoxdur". Bu sözləri "Axar.az"a açıqlamasında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli "Gülənçi və nurçu" adı ilə həbs edilənlər barəsində danışarkən dedi. O bildirdi ki, Azərbaycanda qeydiyyata alınmayan heç bir dini icma barəsində fikir bildirə bilməyəcək: "Siz bu sahənin mütəxəssisi olan ilahiyyatçılara müraciət edin, onlar məlumat verərlər. Bu barədə heç nə deyə bilmiyəcəm". Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da "Axar.az"a danışdı. Mətbuat xidmətinin rəis müavini Gülən hərəkatına bağlı olduğu iddiası ilə həbs edilən şəxslərin əslində sunqurlular hərəkatından olması ilə bağlı verdiyimiz suala sual ilə cavab verdi: "Keçirilən əməliyyatla bağlı yayılmış məlumatda "Gülən" sözü var idi? Əlbəttə ki, yox idi." Sunqurlular hərəkatına gəlincə isə Zahidov bildirdi ki, bu məsələ ilə bağlı heç bir şərh verməyəcək. Xatırladaq ki, "nurçulara qarşı mübarizə" çərçivəsində keçirilən əməliyyatlarda yalnız sunqurlular saxlanılıb ki. onlar da Gülən hərəkatı və nurçulara qarşı olan, hakimiyyət içinə sızmaq istəməyən və yalnız ibadətlə məşğul olan şəxslərdir.
2014-04-16
14,734
Avtoşların Bakıda növbəti təhlükəli yarışı – Video
Bakıda aeroport yolunda məmur övladlarının bahalı avtomobillərilə sürət yarışına çıxmaları adi hala çevrilib. "Axar.az" xəbər verir ki, dünən gecə paytaxtın Hövsan yolunda analoji "yarış" keçirilib. "BMV X6" və "Lada Priora" markalı avtomobillərin sürət həddi 240 km/s-dan çox olub. Videonu sizə təqdim edirik:
2014-04-16
14,735
Niderlanddan möhtəşəm kəşf: İşıq saçan yol – Video
Hollandiyada müasir texnologiya məhsulu olan və qaranlıqda işıq saçan yolun inşa edildiyi bildirilib. "Axar.az" xəbər verir ki, Hollandiyanın Oss şəhərində yerləşən 500 metrlik yolun fosforlu boyalar vasitəsilə ərsəyə gətirildiyi deyilib. Gündüzlər günəşdən aldığı şüalar ilə enerji balansı toplayan yol qaranlıqda parlayır. Ayrıca hava temperaturunun mənfiyə enməsi ilə bərabər yolun rəngi də dəyişir. "Roosegaarde" və "Heijmans Infrastructure" firması tərəfindən inşa edilən yolun əhəmiyyətli yerlərində olan hissələr xüsusi boya vasitəsilə örtülüb. Müasir yeniliklərlə təchiz edilmiş yolun infrastrukturunda ehtiyac duyulan enerji də külək generatorları tərəfindən təmin edilir. Şirkət tərəfindən verilən açıqlamada gələcək üçün nəzərdə tutulan layihələrdə də bənzər örtmə boyalarından istifadə ediləcəyi bildirilib.
2014-04-16
14,736
Koreya sularında ikinci "Titanik" vaqiəsi - Foto
Cənubi Koreyada əksəriyyəti məktəb gəzintisinə gedən tələbələr və müəllimlərdən ibarət dəniz yolçularını daşıyanı gəmi göyərtəsindəki 470 nəfər adamla birlikdə suya gömülüb. Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, xilasedicilər 147 sərnişini sahilə çıxarıb, 1 sərnişin ölü tapılıb. Hadisə Koreya yarımadasının cənub sahillərinin 100 kilometrliyində meydana gəlib. Əksəriyyəti tətilə gedən şagird və müəllimləri Jeju adasına aparan bərə hələlik bilinməyən bir səbəblə batmağa başlayıb. Gəminin imdad siqnalı göndərməsindən sonra bölgəyə onlarla vertolyot və xilasetmə gəmisi göndərilib. Sahil təhlükəsizlik xidməti batmaqda olan gəmidən 147 sərnişini xilas edə bilib. Digər sərnişinlər haqqında dəqiq bir məlumat verilməyib. Sərnişinlərdən 325-nin şagird və müəllimlər olduğu bildirilib. Qurtarılan sərnişinlər gəmi batmazdan əvvəl böyük bir çarpma səsi və səs-küy eşitdiklərini ifadə ediblər. Xilasetmə işləri davam edir ("Musavat.com").
2014-04-16
14,737
Polis icra başçılarının evlərini niyə qoruyur? - Foto
Azərbaycanın bir çox rayonlarında İcra Hakimiyyəti başçısının yaşadığı evləri polis mühafizə edir. "Axar.az" xəbər verir ki, rayon rəhbərləri polis rəislərinə evlərinin gün boyu, xüsusən də gecələr qorunması ilə bağlı göstəriş verirlər. Elə buna görə də əksər icra başçılarının evlərinin qarşısında mühafizə postu yaradılıb. Maraqlıdır ki, mühafizəni təşkil edən şəxslər qanunvericilikdə nəzərdə tutulduğu qaydada, yəni Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin əməkdaşları deyil, post patrul xidmətinin əməkdaşları olur. Məsələn, təqdim etdiyimiz foto Ağcabədi Rayon İcra başçısı Şahin Məmmədovun evinin qarşında çəkilib. Şəkildən də göründüyü kimi, burada xüsusi yer düzəldilib. Məlumata görə, burada hər gün 3 polis əməkdaşı "xidmət" aparır. Görəsən, rayon rəhbərləri özlərini kimdən qoruyurlar? Hansı zərurətdən, sabitliyi, əhalinin təhlükəsizliyini təmin etməli olan polislər bir nəfərin - icra başçısının təhlükəsizliyi ilə məşğul edilir? DİN əməkdaşı niyə əslində, rayondakı işləri icrasına məsul olan şəxslərə xidmət edir? Bu suallara cavab tapmaq çətin olsa da, mühafizənin hansı şəkildə təşkil olunması, post patrul xidməti əməkdaşının başçının evinin qarşısında qaravul çəkməsinin hansı qayda ilə tənzimlənməsini öyrənmək üçün DİN-nin mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlansa da, qurumdan bununla bağlı qanunvericilik bazası haqda müfəssəl məlumat öyrənmək mümkün olmayıb. Mətbuat xidmətinin rəisi Sadiq Gözəlov yalnız bunları bildirib: "Bununla bağlı qaydalar haqda məlumatlı deyiləm. Lakin müqavilə yolu ilə Mühafizə Polisinin bu xidməti apardığını bilirəm. Ancaq bu xidmətin kimlərə və hansı status sahibləri üçün aparıla biləcəyini deyə bilməyəcəyəm". Mövzunu davam etdirəcəyik...
2014-04-16
14,738
Nurçu olduğu deyilən başçı müavini danışdı
Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev adının nurçuluqda hallanması barədə yayılan məlumatlara münasibət bildirib. "Axar.az" "Publika.az" a istinadən xəbər verir ki, N.Həmzəyev nurçu olması barədə yazılanları cəfəngiyat adlandırıb: "Nurçuluqla bağlı mənim də adımı yazırlar. Yazıblar ki, mən Türkiyədə təhsil almışam və sairə. Mən təkcə Türkiyədə deyil, həm də Bakı Dövlət Universitetində, Almaniya, Rusiya və Portuqaliyada da təhsil almışam. Heç bunları yazan yoxdur, ancaq Türkiyəni yazırlar. Türkiyədə doktorantura təhsili alıram. Başa düşmürəm ki, məgər Türkiyədə oxumaq cinayətdir? Sonra yazıblar ki, guya məni də araşdırırlar və sairə. Nə etmişəm ki, məni araşdırsınlar? İndi mən əvvəlki kimi öz işimlə məşğulam, işimin başındayam, dövlətimizə, xalqımıza xidmət edirəm". N.Həmzəyev mətbuatda onun Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovla münasibətləri olması məsələsinə də toxunub: "Mən Elnur Aslanovu tanımıram, onunla heç bir əlaqəm olmayıb, onunla görüşməmişəm. Cənab Prezident mənə YAP-da bu boyda vəzifəni etibar edib. Mən heç zaman onun etimadına görə hər hansı hərəkətə yol vermərəm. Bu cür məlumatları yayan adamlara da demək istəyirəm ki, YAP-a qara yaxmaq mümkün deyil. Dövlətini, Vətənini sevən adam bu cür hərəkətlər etməz. Bu məlumatı yayanlar da dövləti sevməyən şəxslərdir. Boş-boş yazırlar, adam oxuyanda da gülməyi gəlir. Kimdirsə, sifarişli yazır. Bunlar dövlətimizi nə hesab edir? Bu dövlət elə-belə dövlətdirmi? Mən hər zaman da xaricdə dövlətimizi təmsil etmişəm. Mən bu cür yazılara da əhəmiyyət vermirəm".
2014-04-16
14,739
Bakıda təmirdən yeni çıxan məktəb uçdu
İş icraçısı: "Görünür nəsə problem olub" Ötən gecə Bakının Nəsimi rayonu ərazisində orta məktəbdə uçqun baş verib. Bu barədə məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib. Verilən məlumata görə, hadisə 5-ci mikrorayon ərazisində, "20 Yanvar" küçəsi 5 ünvanında A.Abdullayev adına 211 saylı məktəbdə baş verib. "Məktəbimiz yeni təmirdən çıxıb. Bu il açılışı da olub. Məktəbin pəncərəsinin altında daşlar uçub. Yaxşı ki, həmin daşlar uşaqların üstünə düşməyib. Səhər gəlib görürük ki, məktəbin giriş hissəsi tamamilə dağıdılıb", - deyə valideynlər bildirib. Məsələ ilə əlaqədar məktəbin direktoru Vaqif Babayevlə əlaqə saxladıq. Məktəb direktorunun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə dünən axşam saat 17 radələrində baş verib. Bu il yeni əsaslı təmirdən çıxan məktəbin divarında çatlar yaranıb və uçqun olub. "Məktəbin giriş hissəsində çatlar yaranmışdı. Bu barədə Nəsimi rayon İcra Hakimiyyətinə xəbər verdik. Təmir işlərini həyata keçirən "Alpina" şirkətinin işçilərilə əlaqə saxladıq. Gəlib divarı tamam dağıdıblar və yenidən tikəcəklər", - deyə Vaqif Babayev bildirib. Məktəb direktoru bildirib ki, hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətindən bildirdilər ki, hadisə barədə xəbərləri var. Problem tezliklə aradan qaldırılacaq. Məktəbdə təmir işlərini aparan "Alpina" şirkətinin iş icraçısı İlqar məmmədovun verdiyi məlumata görə, artıq uçan divar sökülüb. Lakin iş icraçısı məktəb divarında çatın hansı səbəbdən yarandığını izah edə bilmədi. "Görünür nəsə problem olub. Əsas odur ki, düzələcək", - deyə İlqar Babayev bildirib (ANS).
2014-04-16
14,740
Türkiyə ilə İran arasında azərbaycanlı qarşıdurması
İranlı diplomatlar Türkiyə Xarici İşlər Nazirliyindən heç gözləmədikləri bir cavab alıb. "Axar.az" xəbər verir ki, 17 dekabr əməliyyatının ardınca İranın hədəfə alınmasından narahat olan iranlı məsul şəxslər Türkiyədən Rza Zərrab ilə əlaqədar məlumat istəyib. Ancaq Türkiyə XİN bu tələbi Zərrabın türk vətəndaşı olması ilə əlaqələndirərək rədd edib və İranın tələbinə cavab olaraq "Zərrab türk vətəndaşıdır, daxili işlərimizə qarışmayın", - deyə bildirib.
2014-04-16
14,741
Donetskdə əhali hərbi texnikanın qarşısını kəsdi - Foto/Video
Bu gün səhər saatlarından etibarən Donetsk vilayətinin Kramatorsk şəhərinə yeni hərbi texnika yeridilib. "Axar.az" xəbər verir ki, bu barədə "Avromaydan" adlı profil Tvitter hesabında yazıb. Məlumata görə, yerli əhali şəhərə daxil olan hərbi texnikanın qarşısını kəsərək onlara irəliləmək imkanı vermir. Məsələ ilə bağlı "Exo Moskvı" radiosunun jurnalisti İlya Azar da özünün Tvitter səhifəsində yazıb: "Kramatorskda 6 PDM yerləşib, yerli əhali onları mühasirəyə alaraq hərbçilərlə danışıqlar aparırlar. Onlar Dnepropetrovsk desantlarıdır. Hələ ki, sakitçilikdir".
2014-04-16
14,742
NATO evi vurdu: İki uşaq öldü
Əfqanıstanın Nost şəhərində NATO qüvvələri tərəfindən təşkil edilən təlim uçuşunda vertolyotdan açılan atəş nəticəsində 2-si uşaq olmaqla 3 nəfər ölüb. "Axar.az" xəbər verir ki, Nost Qubernatorluğunun sözçüsü Mübariz Məhəmməd Zadran açıqlama verərək hadisənin dünən gecə Nadirşahkot mahalının Zanihil bölgəsində baş verdiyinin bildirib. NATO qüvvələrinin vertolyotla təlim uçuşu etdiyini qeyd edən sözçü belə deyib: "Vertolyotdan səhvən atəş açılıb və raket bir evə dəyib, 2 uşaq, 1 qadın ölüb, 1 adam da yaralanıb". Sözçü təhlükəsizlik qüvvələrinin hadisə yerinə getdiklərini və hadisə ilə bağlı araşdırma başlatdıqlarını vurğulayıb. Əfqanıstandan olan NATO qüvvələri isə hələ bu hadisə ilə bağlı heç bir açıqlama verməyib.
2014-04-16
14,743
Hacıbala Abutalıbov: "Çadırda gecələmirəm"
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çadırda gecələməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, açıqlamasında bu məlumatlar yalan olduğunu deyib: "Bu, başdan-ayağa cəfəngiyatdır. Gün ərzində orada oluram, amma gecələr yox". H.Abutalıbov Gül bayramına yüksək səviyyədə hazırlaşdıqlarını deyib. Qeyd edək ki, artıq bir neçə gündür Heydər Əliyev Sarayının yaxınlığında mayın 10-da keçiriləcək Gül bayramına hazırlıqla bağlı çadırdan mənzil-qərargah qurulub ("Teleqraf.com").
2014-04-16
14,744
Abbas Abbasovla Jirinovski davasının sirri - Şok
Dünən sosial şəbəkələrdə Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, "Azerros"un sabiq sədri Söyun Sadıqovun müxtəlif şəkilləri yayılıb. Yayılan görüntülərdə diqqət çəkən məqamlardan biri Sadıqovun Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskiylə birgə şəkil çəkdirməsidir. Son vaxtlar "Azerros"un fəxri prezidenti, Baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovla Söyün Sadıqovun Jirinovskiyə qarşı başlanan hücumları, onu hətta məhkəməyə vermələri fonunda bu fotonun özü maraqlı və çox adamın bilmədiyi bir məqamdan xəbər verir. Bu barədə "Axar.az"a elə Söyün Sadıqovun rəhbəri olduğu "Azerros"dakı mənbədən şok məlumat daxil olub. Mənbənin dediyinə görə, Sadıqovla Jirinovskinin münasibətləri çox sıcaq olub. Demək olar ki, "Azerros"un təşkil etdiyi elə bir Novruz bayramı olmayıb ki, Jirinovski stolun başında oturmasın. Münasibətlərin korlanması isə 2005-ci ilə təsadüf edir. "Həmin il Moskva Şəhər Dumasına seçkilər keçirilirdi. Soyun Sadıqovun adı RLDP-nin partiya siyahısında ilk sıralarda olmalıydı. Bunun üçün Sadıqov Jirinovskiyə 400 min dollar ödəmişdi, Sadıqov bu barədə harda gəldi danışırdı və deputat seçiləcəyinə inanırdı. Sadıqov özündən başqa digər bir azərbaycanlı iş adamı, "ŞAQ+" şirkətinin sahibi Şamil Qurbanovun da təxminən o qədər pulunu alıb Jirinovskinin adından ona vəd vermişdi. Amma seçki ərəfəsində məlum oldu ki, Sadıqovun və Qurbanovun adları ümumiyyətlə RLDP-nin seçki siyahısında yoxdur. Jirinovski bu addıma məcbur olduğunu deməklə yanaşı, pulları yaxın ayda qaytaracağına söz vermişdi. Amma o ay-bu ay, düz 9 ildir ki, pullar qaytarılmır. Sadıqov isə ara-sıra Jirinovskinin hərəkətləri barədə sərt bəyanatlar veməklə Vladimir Volfoviçə təsir etmək istəsə də, Jirinovski də dinc dayanmır. Ara-sıra azərbaycanlıların əleyhinə bəyanatlar verəndə yenidən Sadıqovun qəzəbinə gəlir". Mənbəmizin məlumatına görə, Qarabağa görə Sadıqovun Jirinovskiyə qəzəbli olması barədə deyilənlər yalnız görüntüdür: "Belə olmasaydı, Söyün Sadıqov Beynəlxalq Qarabağ Fondu kimi bir qurumu bağlamaz, Rusiya Ədliyyə Nazirliyində qeydiyyatını ləğv etdirməzdi. Onu sadəcə verdiyi paralar düşündürür".
2014-04-16
14,745
Cahangir Novruzov medalla təltif edildi
Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov medalla təltif olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrdə mühüm xidmətlərinə, türk dünyasının mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrə görə Cahangir Novruzova "TÜRKSOY-un 20 illiyi" yubiley medalına layiq görülüb. Medalı TÜRKSOY-un baş katibi Düsen Kaseinov həmyerlimizə təqdim edib. Medalın təqdimatı Türkiyənin Sabancı Vəqfi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Adana şəhərində XVI Dövlət Teatrları və Sabancı Beynəlxalq Adana Teatr Festivalının açılışı çərçivəsində baş tutub. Mərasimdə Adana Bələdiyyəsinin sədri Hüseyin Sözlü də iştirak edib. Bir ay davam edəcək XVI Dövlət Teatrları və Sabancı Beynəlxalq Adana Teatr Festivalında Türkiyədən 5, xarici ölkələrdən 16 teatr kollektivi iştirak edir. Azərbaycanı festivalda Akademik Milli Dram Teatrı M.F.Axundovun "Lənkəran xanının vəziri" tamaşası ilə təmsil edəcək ( Trend ).
2014-04-16
14,746
Ağacların kəsilməsi ilə bağlı cinayət işi açıldı - Rəsmi
Nəbatat bağında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdırmada qanunsuzluq aşkar edilərək Səbail rayon Polis idarəsinə müraciət olunub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqif Mirzəyev məlumat verib. Nazirlik rəsmisi Nabatat bağında 40-a yaxın ağacın kəsildiyini bildirərək, ərazidə baş vermiş qanunsuzluğu belə izah edib: "Nəbatat bağında ağacların kəsilməsi "Torpaq sahələri ayrılmasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılması haqqında" Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli o cümlədən "Meşə fonduna aid olmayan ağac və kol bitkilərinin mühafizəsi, istifadəsi və qorunması haqqında" 19 sentyabr 2005-ci il tarixli qərarlarına tamamilə ziddir". Xatırladaq ki, prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ağacların qanunsuz olaraq kəsilməsinə sərt təpki verib. Dövlət başçısı bunun vicdansızlıq, biabırçılıq və cinayət olduğunu bildirib ("Aktual.az").
2014-04-16
14,747
"Qarabağla bağlı tezliklə nəticə əldə etməliyik"
"Hazırda ATƏT-in sədri ilə çalışırıq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətində ciddi irəliləyişlərə nail olaq. Məqsədimiz odur ki, artıq ciddi nəticələr əldə edək. Çünki son vaxtlar Ukrayna ilə bağlı baş verən hadisələr göstərdi ki, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərgin işləməliyik və bununla bağlı tezliklə nəticə əldə etməliyik". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç jurnalistlərə açıqlamasında deyib. O, bu yaxınlarda Rusiyadan olan bir neçə deputatla Ukrayna məsələsi ilə bağlı görüş keçirdiyini qeyd edərək bunları açıqlayıb: "ATƏT-in, digər beynəlxalq təşkilatların münaqişələrlə bağlı prinsipial mövqeyini ortaya qoydum. Bildirdim ki, bizim məqsədimiz insanların firavan yaşaması, ölkələrin ərazi bütövlüyünün pozulmamasıdır". ATƏT PA prezidenti Dağlıq Qarabağla bağlı da stabil mövqelərinin olduğunu vurğulayıb: "Bu, 1996-cı ildə Lissabon sammitində qəbul olunan və yenilənmiş Madrid prinsipləridir". Ranko Krivokapiçin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.
2014-04-16
14,748
BMT Ukraynanı Rusiyaya bağışladı: “Yardım etməyəcəyik”
BMT Ukraynaya sülhməramlı qüvvələrini göndərməyəcək. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Pan Gi Mun çıxış edib. O, Təhlükəsizlik Şurası olmadan Ukraynaya sülhməramlı dəstələri göndərmək ixtiyarında olmadığını deyib: "Mən bu dəqiqə Ukraynaya sülhməramlı dəstələr göndərməyin yaxşı fikir olduğuna inanmıram. Təhlükəsizlik Şurasının icazəsi olmadan mən bu dəstələri oraya göndərmək haqqında qərar qəbul edə bilmərəm".
2014-04-16
14,749
Şenol Günəş “Neftçi”yə gətirilir - İddia
"TRT Avaz" kanalında efirə gedən "Futbol Avrasiya" verilişində "Neftçi" ilə bağlı maraqlı iddia səsləndirilib. "Axar.az" xəbər verir ki, Bakı klubunun yayda baş məşqçisini dəyişəcəyi bildirilir. Bir müddət əvvəl yayda komandanı tərk edəcəyini deyən Böyükağa Hacıyevin yerini türk mütəxəssisin tutacağı iddia olunub. Bildirilib ki, bu posta hazırda Şenol Günəş və Rza Çalımbay namizəddi. Qeyd edək ki, Şenol Günəşin son iş yeri "Trabzonspor" olub (2009-2013). 1988-1989, 1993-1997 və 2004-2005 mövsümlərində də Trabzon klubuna başçılıq etmiş mütəxəssis "Boluspor", "İstanbulspor", "Antalyaspor", "Sakaryaspor" və Cənubi Koreyanın "Seul" klublarını çalışdırıb. 2000-2004-cü illərdə Türkiyə millisinə başçılıq etmiş 61 yaşlı mütəxəssis DÇ-2002-nin və bir il sonra keçirilən Konfederasiyalar Kubokunun bürünc medalını qazanıb. Rza Çalımbay isə bu mövsüm "Çaykur Rizəspor"a başçılıq edib (2013/14). 51 yaşlı mütəxəssis əvvəllər "Göztəpə", "Dənizlispor", "Beşiktaş", "Ankaraspor", "Eskişəhərspor" və "Sivasspor" klublarını çalışdırıb.
2014-04-16
14,750
NATO: “Rusiyanın işğal xəritəsi dəqiqliklə məlumdur”
"Əgər Azərbaycan siyasi səmimiyyət göstərərsə, NATO Türkiyə vasitəsi ilə hər hansı təhlükəni neytrallaşdırmağa qadirdir". Bu sözləri "Axar.az"a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov deyib. O, Qərbin sanksiyalarını sərtləşdirməklə Rusiya təhlükəsini Azərbaycandan uzaqlaşdırdığını bildirib: "Rusiyanın 2020-ci ilə qədər işğal edəcəyi xəritədə hər bir detal dəqiqliyi ilə verilib. Rusiya bu xəritəni reallaşdırmaqdan ötrü istənilən addımı atacağını hər kəsə sübut etmək niyyətindədir. Bu dövlət bir daha sübut edir ki, o heç bir beynəlxalq hüququ tanımır və istənilən zaman hansısa bir dövlətin ərazisinə təcavüz edə bilər. Hətta həmin ölkədə separatçı qüvvələrə açıq dəstək verə bilər. Ukraynanın şərq vilayətlərində baş verənləri Rusiya xüsusi xidmət orqanlari təşkil edir və bunun nəticəsinin də çox ağır olma ehtimali var. Rusiya hazırda Ukrayna daxilində vətəndaş müharibəsini daha da qızışdırmaq niyyətindədir. Əgər bu istəyini gercəkləşdirsə, rusların müdafiəsini bəhanə gətirərək, Ukraynanın cənub-şərqini tam işğal edə bilər. Rusiyanın bu siyasəti tezliklə özünə qarşı çevriləcək. Rusiya isə həmin zaman düşdüyü böhrandan yalnız parçalanma yolu ilə qurtula biləcək". NATO nümayəndəsi prosesin Azərbaycana təsirinə də toxunub: "Azərbaycana təhlükənin keçmə ehtimalına gəlincə isə bildirim ki, hazırda Rusiyanın Ukraynaya qarşı olan müdaxiləsinin nəticəsi olaraq ABŞ və Avropa Birliyi sanksiyaları sərtləşdirir. Vu sanksiyalar təhlükəni Azərbaycandan və digər ölkələrdən uzaqlaşdırırı. İstər ABŞ, istərsə də Avropa bilir ki, Azərbaycan Şərq və Qərbin qapısıdır. Rusiyanın ölkəmizə olacaq hər hansı bir təhlükəsinə qarşı operativ reaksiya veriləcək". F.Məmmədov NATO-nun Azərbaycanı Rusiyadan istənilən vədə qorumağa hazır olduğunu da söyləyib: "NATO-nun onunla əməkdaşlıq edən hər bir ölkəni istənilən halda qorumağa, bu və digər iqtisadi-siyasi vasitələrlə təhlükəni neytrallaşdırmağa qüdrəti var. Amma bu gün beynəlxalq hüquq normalarını rəhbər tutmaqla hadisələrin gedişatına səbr və təmkinlə yanaşmasını NATO-nun müdrik davranışı kimi qiymətləndirmək lazımdır. Əgər Azərbaycan siyasi təşəbbüs göstərərsə, NATO Türkiyə vasitəsi ilə ölkəmizə qarşı ola biləcək hər hansı təhlükəni neytrallaşdıra bilər. Öncə əməkdaşlığı daha da genişləndirmək lazımdır. Siyasi, iqtisadi təhlükəsizliyi təmin etməkdə NATO maraqlıdır. Ukraynadakı böhran dərinləşdikcə və Rusiyanın təcavüzkar olduğu açıq-aşkar bəlli olduqca, dünya ölkələrinin siyasi kursu dəyişəcək. NATO-ya da bu imkan verir ki, sərhədlərini genişləndirsin. NATO sərhədlərini beynəlxalq hüquqa dayanaraq genişləndirir. Bu genişlənmə siyasətindən Azərbaycan kənarda qalmayacaq!"
2014-04-16
14,751
Cəlilabad rayonunda top mərmiləri tapıldı
Cəlilabad rayonunun ərazisindən 5 ədəd top mərmisi tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad rayonunun Privolnoye kəndinin ərazisindən 5 ədəd top mərmisi tapılıb. Mərmilər DİN Daxili Qoşunları Baş İdarəsinin əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla əlaqədar araşdırma aparılır ( Trend ).
2014-04-16
14,752
Tanınmış teleaparıcı metroda qaldı
Tanınmış teleaparıcı, Xəzər televiziyasında yayımlanan "Yolçu" verilişinin aparıcısı Yusif Kərimli metroda qalıb. Məlumatına görə, teleaparıcı bu barədə Facebook profilində yazıb: "Yarım saatdır qatarda qalmışıq, istidən bişirik. Camaatda panika yaranıb. Maşinist iki dəfə elan edib ki, xətdəki texniki asazlığa görə ləngiyirik. Allah axırını xeyir eləsin". Qeyd edək ki, bu dəqiqələrdə Həzi Aslanov metrostansiyası istiqamətində hərəkət edən qatar Əhmədli və Həzi Aslanov metrostansiyaları arasındakı tuneldə hərəkətini dayandırıb.
2014-04-16
14,753
QRU rəisinin məxfi telefon danışığı ələ keçirildi - Video
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Baş Kəşfiyyat İdarəsinin baş qərargah rəisinin Slavyanskda polis idarəsini işğal edən separatçılardan biri ilə telefon danışığını ələ keçirib. "Axar.az" xəbər verir ki, telefon danışığı zamanı Slavyanskdakı separatçı bildirib ki, binadakılar Krımdan çıxarılan hərbçilərdir və təslim olmaq istəmirlər. Baş qərargah rəisi isə separatçıya nə olursa olsun hərbçiləri ələ keçirməyi tapşırır. Daha sonra isə separatçı özünü Donetsk qubernatoru elan etmiş Pavel Qubaryovun xanımı Ekaterina Qubaryovla danışır. Danışıqlar aprelin 14-də baş tutub.
2014-04-16
14,754
Uçan bina ilə bağlı cinayət işi açıldı
Bakının Nərimanov rayonunda yanvarın 25-də uçan bina ilə bağlı açılmış cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan "Axar.az"a verilən məlumata görə, 25 yanvar 2014-cü il tarixdə paytaxtın Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfərin ölməsi faktına görə Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Aparılmış istintaqla söküntü işlərini həyata keçirən "Araz-2011A" MMC-nin direktoru Araz Həsənov və cəmiyyətlə bağlanmış müqavilə əsasında həmin işləri icra edən ekskovatorçu Qamət Məmmədovun "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları" və "Tikintidə təhlükəsizlik texnikası" norma və qaydalarının tələblərini kobud şəkildə pozmalarında əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla zəruri ekspertizalar təyin edilərək müvafiq rəylər alınmış və digər prosessual hərəkətlər yerinə yetirilib. İstintaqla həmçinin müəyyən edilib ki, sökülmə işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması iki şəxsin ölümünə səbəb olmaqla yanaşı, həmin ərazidə hərəkətdə olan ayrı-ayrı şəxslərə məxsus avtomobillər də zədələnərək ümumilikdə 19.187 manat dəyərində ziyan dəyib. Cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
2014-04-16
14,755
DİN: “Polisin icra başçılarını qoruması qanunsuzdur”
"Post Patrul Xidmətinin əməkdaşlarının şəxsi evlərin, obyektlərin və hər hansı yerlərin mühafizəsində iştirak etməsi qanunsuzdur". Bu sözləri "Axar.az"a açıqlamasında Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşı Əsgər Əliyev şəxsi mülklərin və obyektlərin qorunması ilə bağlı sualları cavablandırarkən dedi. O bildirdi ki, obyektlərin mühafizəsi işini Baş Mühafizə İdarəsindən başqa heç kim görə bilməz və Post Patrul Xidmətinin bu cür fəaliyyəti qanunsuzdur: "Obyektinin mühafizə olunmasını istəyən şəxs Baş Mühafizə İdarəsi ilə müqavilə bağlayır. Daha sonra obyektin yerləşdiyi ərazidəki mühafizə idarəsinə göstəriş verilir və müvafiq qaydada həmin obyekt qorunur. Ancaq heç bir halda Post Potrul Xidməti mühafizə işini təşkil edə və mülkləri qoruya bilməz". "Bəs istənilən şəxs yaşadığı evin və ya obyektin mühafizəsi üçün müqavilə bağlaya bilərmi?" sualına idarənin əməkdaşı bu cür cavab verdi: - Əlbəttə ki, hər kəs bu cür müraciət edə, yaşadığı mülkün və şəxsi obyektinin qorunmasını təmin edə bilər. Bura həm dövlət işçisi olan, həm də sıravi vətəndaşlar aid edilir. Müqavilə bağlanılan istənilən şəxsə aid olan mülk əməkdaşlarımız tərəfindən qorunur". Xatırladaq ki, Ağcabədi rayon icra başçısının şəxsi evinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən qorunması ilə bağlı məlumat vermişdik. Xəbərdə bu qanunsuzluğun bəzi icra başçıları üçün xarakterik olduğu da bildirilirdi...
2014-04-16
14,756
Ukraynanın BTR və tankları Kramatorska girdilər - Video
Mitinq iştirakçıları onların şəhərin mərkəzinə girməsinə mane olmağa çalışıblar. Ukrayna hökumətinin ölkənin cənub-şərqində anti-terror əməliyyatları davam edir. Ötən gün Slavyanska qoşun yürüdən hökumət, bu gün Kramatorska növbəti hərbi texnika və canlı qüvvə göndərib. Şəhərdə rusiyameylli özünümüdafiə dəstələri tankların şəhərin mərkəzinə girməsini önləməyə çalışırlar da buna mane ola bilməyiblər. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyatlarda DİN-in xüsusi təyinatlıları, "Omeqa" və "Alfa" xüsusi bölmələri iştirak ediblər. Xatırladaq ki, Kramatorskdakı hərbi aerodrom uğrunda mübarizədə Daxili İşlər Nazirliyi hökumət qüvvələri arasında ölən və ya xəsarət olmadığı bildirsə də, azı 10 hökumət əleyhdarı ölüb (Musavat) .
2014-04-16
14,757
İlham Əliyev ATƏT PA prezidenti ilə görüşdü
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ranko Krivokapiç ATƏT Parlament Assambleyasının son dövrdəki fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib. ATƏT Parlament Assambleyasının illik sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan qonaq bunu əməkdaşlığımızın yeni mərhələsi kimi dəyərləndirib. Ranko Krivokapiç ATƏT-in Azərbaycan ilə əməkdaşlığı müxtəlif istiqamətlərdə inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Dövlət başçısı ATƏT-in Bakı ofisinin yeni statusda fəaliyyətə başlamasının əməkdaşlığımızın genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Regiondakı vəziyyətə toxunan Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin ərazi bütövlüyünün pozulduğunu və bununla bağlı Azərbaycanın ikili standartlarla üzləşdiyini təəssüflə qeyd edib. Görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2014-04-16
14,758
Vladimir Putini Roman Putin əvəzləyəcək
Ukrayna hadisələri fonunda Rusiya elitası daxilndə Vladimir Putindən sonra kimin prezident olacağı müzakirə mövzusuna çevrilib. "Axar.az" xəbər verir ki, son zamanlar Rusiya siyasi kuluarlarında prezident Vladimir Putini prezidentlik kürsüsündə kimin əvəz edəcəyi gündəmə gəlməkdədir. Qeyd edək ki, ən real namizəd qismində onun ən yaxın adamı, qohumu 37 yaşlı keçmiş FSB əməkdaşı, hazırda isə sahibkar kimi fəaliyyət göstərən Roman Putinin adı çəkilir. Xatırladaq ki, Roman Putin Rusiya dövlət başçısının Ryazan şəhərindəki əmisi Aleksandr Spiridonoviç Putinin nəvəsidir. Son iki ilə qədər olduqca sakit həyat tərzi keçirən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Roman Putin prezident əmisinin sayəsində getdikcə aktiv şəkildə siyasətlə məşğul olaraq, Rusiya daxilində baş verən hadisələrdə rol oynamağa başlayıb. Son zamanlar, hətta Romandan əmisinə qarşı müxalifətçi fiquru "yaratmaq" cəhdlərinin sezildiyi deyilir. Əlbəttə, əksər analitik və siyasətçilər onun bu satausuna birbaşa Kremldən, prezident əmisi Vladimir Putin tərəfindən xeyir-dua verildiyi qənaətindədir. Onların fikrincə, Kremlin hazırkı sahibinin məqsədi özündən sonra Rusiya prezidenti postuna ən yaxın qohumu – Roman Putini gətirməkdir.
2014-04-16
14,759
Mübariz Mədətov qəbiristanlığa gedib
Özüm indi yaxşıyam, ağrılarım keçib. Gəlinimin də sarğılarını açdılar. Lakin üzündə şıram qalıb. Həkimlər hələ gözləmək lazım olduğunu bildirdilər. Bir müddət sonra ola bilsin ki, onu lazerlə düzəldə bilərlər". Bunu açıqlamasında ailəsi ilə birgə avtomobil qəzasına düşən xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayev bildirib: "Hüzrlə bağlı gəlib-gedənimiz çox olur. İnanın, qəzadan indiyə qədər evdən bayıra çıxmıram. Hər gün qəbrüstünə gedirik. Bu cümə axşamı günahkarın atası Mübariz Mədətov qəbiristanlığa gəlmişdi. Onsuz da bunun mənim üçün əhəmiyyəti yoxdur. Onunla heç ünsiyyətdə də olmadım. Onlarla bağlı məni heç nə maraqlandırmır". Qeyd edək ki, martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şossesində baş vermiş qəzada tarzən Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüb. Qəzanın səbəbkarı isə "Mercedes-Benz G-55" avtomobilinin sürücüsü, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur. Oğlu bu hadisəni törətdikdən sonra Mübariz Mədətov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini vəzifəsindən azad edildi. Onun təqsirkar oğlu Xalid Mədətov isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açıldı. Onun Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir. Bəzi məlumatlara görə, Mübariz Mədətov oğlunun işi yüngülləşsin deyə, xalq artisti Ağasəlim Abdullayevlə barışmaq üçün yollar axtarır. Zərəçəkmiş tarzən isə nəinki barışmaq, qarşı tərəflə ünsiyyət qurmaq belə istəmədiyini vurğulayıb ("Modern.az").
2014-04-16
14,760
SOCAR maaşları niyə vermir? - Açıqlama
"Etalon security" MMC-nin SOCAR-a aidiyyatı yoxdur. Bu sözləri "Axar.az"az Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin bazasında yaradılan "Etalon security" MMC-nin işçilərinin maaşlarını ala bilməməsinə münasibət bildirərkən dedi. N.Quliyevin sözlərinə görə, MMC-nin işçilərinə maaş verməməsinin ARDNŞ-yə aidiyyəti yoxdur: "Etalon security" MMC - adından da göründüyü kimi, Məhdud Məsuliyyətli Cəmiyyətdir. Onun Azərbaycan Dövlət Neft Şirkətinə aidiyyəti yoxdur. "Etalon security" MMC–nin ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin bazasında yaradılması ARDNŞ-yə aid olması demək deyil". Qeyd edək ki, mətbuatda ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin bazasında yaradılan "Etalon security" MMC-nin işçilərinin maaşlarını ala bilmədikləri haqqında məlumatlar yayılıb.