date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-04-17 | 14,869 | Elnarə Tofiqqızının ölüm işi Bakı Şəhər Prokurorluğuna verildi | Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi Bakı Şəhər Prokurorluğuna göndərilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Əkbərovanın verdiyi məlumata görə, Nəsimi Rayon Prokurorluğunda Elnarə Niftəliyevanın ölümü ilə bağlı başlanılan cinayət işinin istintaqının davam etdirilməsi Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsinə həvalə edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır. Xatırladaq ki, Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində ölümü ilə bağlı həyat yoldaşı, jurnalist Anar Niftəliyevin Səhiyyə Nazirliyinə etdiyi müraciətə ötən ayın sonlarında cavab verilib. A. Niftəliyev o zaman APA-ya bununla bağlı açıqlamasında bildirib ki, Səhiyyə Nazirliyi 3 aya yaxındır etdiyi müraciətə cavabında Elnarə Tofiqqızının "Medi Sina" klinikasındakı cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olduğunu təsdiqləyib: "Məktubda qeyd olunur ki, Elnarə Niftəliyevanın "Medi Sina Klinikası" özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb. Mütəxəssislərin rəyinə görə, Elnarə Niftəliyevaya "Medi Sina Klinikası" özəl tibb müəssisəsində "hər iki süd vəzinin axardaxili papillomaları" diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib". A. Niftəliyev, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri G. Poladovun imzası ilə gələn məktubda aylardır iddia etdiyi kimi, "anesteziya metodunun seçilməsi"nin yanlış olduğunun mütəxəssislər tərəfindən təsdiqləndiyini bildirib: "Səhiyyə Nazirliyi mütəxəssislərinin araşdırması bir daha təsdiqlədi ki, bu əməliyyatda narkoza heç bir ehtiyac olmayıb". |
2014-04-17 | 14,870 | Ukraynalı oliqarx separatçıların başına pul qoydu | Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru, məşhur oliqarx İqor Kolomoyski şərq vilayətlərindəki rusiyalı təxribatçılarla ("zelyonıye çeloveçki") və separatçılıqla mübarizədə yeni metod təklif edib. ""Axar.az"ın "APA"ya istinadən verdiyi xəbərə görə, bu barədə Dnepropetrovsk qubernatorunun müavini Boris Filatov açıqlama verib. B. Filatov Donetsk və Luqansk vilayətlərində son günlər baş verən hadisələr barədə çox düşündüklərini söyləyib: "Gəldiyimiz yeganə qənaət ondan ibarətdir ki, bu, səfalətin inqilabıdır. Ümidsiz, yorğun və hakimiyyət tərəfindən eşidilməyən insanların qiyamıdır. İnsanlarımızı çarəsizlik girdabına salmış Yanukoviç güruhu bu gün xalqdan oğurlanmış pulları paylayaraq onları separatçılığa təhrik edir və bizə dost olmayan qonşu dövlətin tərkibində xoş gələcək vəd edir". B. Filatov Donbass sakinlərinə üzünü tutaraq deyib: "Donbassdan olan, yolunu azmış, dolaşığa düşmüş, əclafların boş və şirin vədlərinə aldanmış rusdilli qardaşlarımız! Bizim təklifimiz var. Təhvil veriləcək hər avtomata görə 1000 dollar, hər pulemyota görə 1500 dollar, hər qumbaraatana görə 2000 dollar mükafat ödənəcək. Ümumi vətənimizə qəsd etmiş və bizi qardaş qırğınına sürükləmək istəyən hər muzdlu təxribatçının tutulub təhvil verilməsinin əvəzində 10 min dollar vəd edirik. Ələ keçirilmiş hər inzibati binanın yerli hakimiyyətə və bizim yaratdığımız "Dnepr" batalyonuna təhvil verilməsinin əvəzində 200 min dollar ödənəcək!" B. Filatov təxribatçılarla mübarizə məqsədilə yaradılan "Dnepr" xüsusi batalyonunun ilk dəstələrinin artıq formalaşdırıldığını və hərbi vəzifələrin yerinə yetirilməsinə hazır olduğunu bildirib. Qeyd edək ki, yəhudi əsilli məşhur biznesmen İqor Kolomoyski Ukraynanın ən zəngin ikinci adamıdır. O, ölkənin ağır vaxtında özü könüllü olaraq doğulduğu Dnepropetrovsk vilayətinə rəhbərlik etmək istəyib və onun bu istəyi prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov tərəfindən təmin edilib. Kolomoyski dövlətdən maaş almayacağını və ölkədə qayda-qanun yarandıqdan sonra vəzifədən gedəcəyini bildirib. |
2014-04-17 | 14,871 | Qalmaqallı məhbus özünü asdı | Bakıda istintaq təcridxanasında saxlanılan məhbus özünü asıb. "Axar.az" "Lent.az"a istinadən xəbər verir ki, Sabunçu rayon Kürdəxanı qəsəbəsində yerləşən təcridxananın 7-ci korpusunda Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitə) və 244.2.2 (qumarxana təşkil etmə) maddələri ilə təqsirli bilinərək Nərimanov rayon məhkəməsi tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilən 32 yaşlı Vəliyev Vamiq İltizam oğlu özünü asıb. Məhbus özünü mələfə ilə dəmir barmaqlıqdan asıb. Təcridxana əməkdaşları onun intihar etdiyini görüblər və V.Vəliyevi xilas edərək tibb məntəqəsinə aparıblar. Qeyd edək ki, Vamiq Vəliyev Sabirabad rayon sakinidir. Onun adı bir sıra qalmaqallarda hallandırılır. Bir müddət əvvəl V.Vəliyevin atası oğlunun işi ilə bağlı KİV-ə müraciət də edib. |
2014-04-17 | 14,872 | İcra başçısına vəzifə verildi | Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev YAP rəhbərliyində yeni vəzifəyə seçilib. Məlumata görə, bu barədə qərar partiyanın Partiyalararası əlaqələr və dialoq komissiyasının iclasında verilib. İcra başçısı sözügedən komissiyanın sədr müavini vəzifəsinə seçilib. Qeyd edək ki, YAP-ın partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdur ("Qafqazinfo"). |
2014-04-17 | 14,873 | Bakının bu rayonlarında su olmayacaq | Bakının bir hissəsinə içməli su məhdudiyyətlərlə veriləcək. "Azərsu" ASC-nin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 17 aprel 2014-cü il tarixində gün ərzində Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir. |
2014-04-17 | 14,874 | Emin Milli Meydan TV jurnalistlərinin haqqını kəsib | "Meydan TV" işlə bağlı müsabiqə elan edən zaman 800 ABŞ dolları aylıq əmək haqqı verəcəyi bəyan edilirdi. Ancaq pulu alan zaman aylıq əmək haqqımın 400 dollardan hesablandığını gördüm. Üç ayın sonunda 2400 dollar əvəzinə mənə 1200 dollar verildi". "Axar.az" xəbər verir ki, bu sözləri özünün Feysbuk səhifəsində Meydan TV-nin əməkdaşı Tural Mustafayev yazıb. O deyir ki, Emin Millinin bu hərəkəti onu olduqca pis vəziyyətdə qoyub: "Emin Milli ilə Skayp danışıqları və s. apardıqdan, sual-cavab olduqdan sonra işə başladım. Yaxın, uzaq - fərq etmir, çəkilişlər öz axarında gedir. Məvacib vaxtında isə sənəd gəlir və baxırsan 400 dollar. Ay aman, ay dad, bu nə məsələdir? Və məlum olur ki, maliyyə iki yerdən gəlirmiş, buna görə də məvacib iki hissə ilə veriləcək. "Yaxşı" deyib, susursan ki, ola bilər, problemlər olur, başa düşüləndir, hər şey düzələcək. 3 aylıq müqaviləni vurursan başa və 2400 dollar almalı olduğun halda cəmi 1200 dollar alırsan. 1200 dollar da aydın məsələdi 3 ay müddətində Bakı kimi şəhərdə kirayələrdə qalmaqla necə ərsəyə gəlir". Reportyor Meydan TV-dəki haqsızlıqla bərabər, həm də Emin Millinin ictimai fəaliyyəti ilə də bağlı tənqidlərini qeyd edib: "Keçək məsələnin digər tərəfinə. Mən hələ də anlaya bilmirəm ki, Emin Milli adi riyazi hesablamaları bilmirsə, elan yazanda dediyi məbləği ödəyə bilmirsə, bunun günahkarı kimdir, yəni burada da hakimiyyət günahkardır? Yenə hökumətdə işlədiyini ala bilirsən, bu demokratlardan bunu da ala bilmirsən. Gör hakimiyyət dəyişsə, bu demokratlar nə edəcəklər. Artıq qorxmağa başlayıram ciddi-ciddi". |
2014-04-17 | 14,875 | BMT-də təklənən Rusiya nümayəndəsi zalı tərk etdi – Foto | Birləşmiş Millətlər Təşkilatının daimi mənzil qərargahında gecədən başlayan Ukrayna ilə bağlı müzakirələrdə qalmaqal yaşanıb. "Axar.az" xəbər verir ki, ilk olaraq söz alan Rusiyanın qurumdakı daimi nümayəndəsi Vitali Çurkin rəsmi Kiyevi Krım və ölkənin şərq vilayətlərində ruslara, yəhudilərə və digər millətlərə qarşı qanun pozuntusuna yol verdiyinə görə ciddi tənqid etməyə çalışıb. Qeyd edək ki, onun çıxışından sonra söz alan Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Fransanın nümayəndələri Çurkini ciddi tənqid edərək, onu ali qurumun prinsiplərinə hörmətlə yanaşmağa çağırıblar. Hər üç ölkənin nümayəndəsi Ukrayna hadisələrində Rusiyanı təqsirli biliblər. Təkləndiyini görən Vitali Çurkin əsəbi şəkildə zalı tərk edib. Həmin an kamerlara düşüb. Fotonu təqdim edirik: |
2014-04-17 | 14,876 | Nazirdən mobil operatorlara xəbərdarlıq | Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkənin mobil operatorlarına öz şəbəkələri arasında trafiklə mübadilə problemini həll etmək üçün təzyiq göstərəcək. Bu barədə jurnalistlərə ölkənin rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, mobil operatorlar arasında trafiklə mübadilə tarifləri ilin əvvəlində azalıb. Abbasov hesab edir ki, bu, son istifadəçiyə göstərilən mobil rabitə xidmətlərinin tariflərinin azalmasına təsir etməlidir: "Təəssüf ki, hələlik bu, baş vermir. Hesab edirik ki, bu, yolverilməzdir, çünki tariflərin tənzimlənməsi Tarif Şurası və Nazirlər Kabineti səviyyəsində həyata keçirilir. Biz qanunvericilik bazasından istifadə edərək operatorlar arasında trafik mübadiləsi tariflərinin dəyərinin müəyyən olunmuş qaydalara uyğun gəlməsi üçün məcburi tədbirlər görəcəyik. Öz növbəsində, bu, Azərbaycanda mobil rabitə xidmətləri tariflərinin azalmasına mütləq təsir göstərəcək" ("Trend"). |
2014-04-17 | 14,877 | Firuz Səxavət icra başçısı təyin edilən qohumundan danışdı | "Raqub Məmmədov qohumumuz yox, dostumuzdur". Bu sözləri "Axar.az"a açıqlamasında xanəndə Firuz Səxavət Ağdam rayonunun icra başçısı barədə danışarkən deyib. O, Raqub Məmmədova uğurlar arzuladığını bildirib: "Yaxşı insan, gözəl ziyalıdır. Biz hamımız, bütün ağdamlılar sevinir ki, bizə belə başçı təyin olunub. Ona uğurlar arzulayıram. Yeni işi mübarək olsun. Allah qoysa, daha yüksək vəzifələr ona qismət olar". Qeyd edək ki, dünən Raqub Məmmədov Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, bu vəzifədə Nizami Sadıqovu əvəz edib. Raqub Məmmədov bu yerə Tərtər Rayon Milli Təhlükəsizlik Nazirliyinin şöbə müdir vəzifəsindən gətirilib. Sosial şəbəkədə Raqub Məmmədovun mərhum sənətkar Səxavət Məmmədovun qohumu olması barədə statuslar paylaşılıb. |
2014-04-17 | 14,878 | Obama Co Baydenlə "selife" çəkdirdi - Foto | ABŞ Prezidenti Barak Obama da özünü "selife" dəbindən saxlaya bilməyib. "Axar.az" xəbər verir ki, Obama vitse-prezident Co Baydenlə "selife" - avtoportret çəkib. Bu foto internetdə yayılıb. |
2014-04-17 | 14,879 | Hacıbala Abutalıbov sərəncam verdi | Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara giriş hissələrdə qanunsuz parklanmaların qarşısının alınması üçün tədbirlər görüləcək. Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Bakıda avtodayanacaqların təşkili haqqında" müvafiq sərəncam imzalayıb. Sənəddə deyilir ki, Bakı şəhərinin küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi və duracaqlarda işin təşkili müstəsna olaraq Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir. Bakının küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar (sərnişin daşıyan nəqliyyat vasitələrinin təyin olunmuş duracaqları istisna olmaqla) ləğv edilsin. Sərəncamda bildirilir ki, tabeçiliyindən asılı olmayaraq, qeyri-qanuni fəaliyyət göstərən duracaq və ya belə bir fəaliyyəti təşkil etmək istəyən hüquqi və fiziki şəxslərə qarşı inzibati cərimə sanksiyaları və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər tədbirlər həyata keçirilsin. Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə tapşırır ki, Daxili İşlər Nazirliyinin Dövlət yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birlikdə Bakı ərazisində duracaqların təşkili üçün yol hərəkətinin təhlükəsizliyi, ictimai təhlükəsizlik tədbirlərinə cavab verən və avtomobillərin daha çox toplandığı əraziləri müəyyən etsin. Müəyyən edilmiş ərazilərdə avtonəqliyyatın hərəkətini məhdudlaşdırmadan yol kənarında nəqliyyat vasitələrinin saxlanılması, tıxacların qarşısının alınması üçün müvəqqəti "Duracaq"lar yaradılmasını təşkil etsin. Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi yaradılacaq duracaq ərazilərinin nişanlanması və duracaqların müvafiq (tariflər və vaxtı göstərən) məlumat lövhələri ilə təmin edilməsini, duracaq işinin nizamlanması həyata keçirməlidir. Durmanın səmərəli təşkili və qanunsuz durmanın qarşısının effektli alınmasının təmin edilməsi məqsədilə təşkil ediləcək yeni duracaqlarda İntellektual Nəzliyyat Sisitemində mövcud olan yeni avadanlıqlar və texniki imkanlardan istifadə etməklə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə əməkdaşlıq etməlidir ( Trend ). |
2014-04-17 | 14,880 | Prezident AŞ-ın Bakıdakı ofisinin rəhbəri ilə görüşdü | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Avropa Şurasının Bakıdakı ofisinin yeni rəhbəri xanım Draqana Filipoviçi qəbul etmişdir. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı. |
2014-04-17 | 14,881 | DİN: “3 nəfər separatçı öldürüldü“ – Foto | Ukrayna Daxili İşlər nazirinin səlahiyyətlərini icra edən Arseni Avakov Mariupoldakı hərbi hissədə aparılan əməliyyat zamanı 3 nəfər öldürüldüyünü bildirib. Qeyd edək ki, gecə saatlarında bir qrup separatçı Donbas vilayətindəki Mariupolda yerləşən hərbi hissəni ələ keçirməyə cəhd ediblər. Lakin onlar hərbçilərin ciddi müqaviməti ilə üzləşiblər. Qarşıdurmalar zamanı 3 nəfər ölüb, 13-ü yaralanıb, 63 nəfər isə saxlanılıb. Hərbçilərdən xəsarət alanın olmadığı deyilir. |
2014-04-17 | 14,882 | Hacıbala Abutalıbovun gecələdiyi çadırdan - Fotoreportaj | Hər il mayın 10-da Bakıda Gül bayramı keçirilir. Bu il də bayramın keçırılməsi planlaşdırılır. Hazırlıq işlərinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) rəhbərlik edir. Qeyd edək ki, bir neçə gün öncə mətbuatda BŞİH-in başçısı Hacıbala Abutalıbovun Gül bayramı ilə əlaqədar sarayın qarşısındakı bağda özü üçün çadır mənzil-qərargah tikdirdiyi barədə xəbər getmişdi. Xəbərdə qeyd olunurdu ki, mer hazırlıq işlərinə ciddi önəm verdiyindən hətta çadırda gecələyir. Meriya nümayəndəsi isə mətbuata bildirmişdi ki, mer hazırlıq işləri ilə şəxsən özü məşğul olur. Mütəmadi olaraq hazırlıq yerinə gəlir. Deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün "Axar.az"ın əməkdaşı sözügedən yerdə oldu. Bu il bayramın tərtibində öncəki illərdən fərqli olaraq Gül bayramı keçirilən yerin ərazisi "Qış bulvarı"na qədər uzanır. Hazırlıq işlərinin getdiyi bir vaxtda orada rəhbərlikdən heç kim olmasa da, ərazidəki nəzarətçi suallarımızı cavablandırdı. Onun sözlərinə görə, H. Abutalıbov çadırda gecələməyib: "Bu şayiədir. Hacıbala müəllim bir neçə dəfə burada olub. Hazırlıq işlərinin gedişi ilə maraqlanıb və gedib. Onun burda gecələməsi nə ilə bağlı ola bilər ki? Bu çadıra gəlincə isə bu, ona görə qurulub ki, hazırlıq işlərində istifadə olunan alətlər, konstruksiya materialları və ustalara lazım olan digər ləvazimatlar iş bitdikdən sora bura qoyulsun". Nəzarətçi hazırlıqla bağlı suallarımızı isə belə cavablandırdı: "Hələlik konstruksiya işləri gedir. Əsas işlər may ayının 1- dən başlanılacaq. Güllər də o vaxt gətiriləcək. Onda gəlsəniz, meri də görə bilərsiniz. Hazırda ərazinin sxemi çəkilir". Qeyd edək ki, "Qış bulvarı"nda görülən işlərlə paralel parkın ətrafındakı hündürmərtəbəli binalarda da restavrasiya işləri aparılır. Xatırladaq ki, gül bayramı 2004-cü ildən başlayaraq, hər il mayın 10-da, mərhum prezident Heydər Əliyevin doğum günü münasibətilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilir. Budəfəki Gül bayramı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə təsadüf edir. Mərasimlə əlaqədar Hollandiya, İtaliya, İspaniya və Avstraliyadan güllər sifariş olunub. |
2014-04-17 | 14,883 | Prokuror NİDA üzvlərinə 63,5 il cəza istədi | Ağır Cinayətlər dair işlər üzrə Məhkəmədə dövlət ittihamçısı həbs olunan Nida-çılarla bağlı həbs istəyib. "Axar.az" "Musavat.com"a istinadən xəbər verir ki, ittihamçı məhkəmədən NİDA üzvlərinin aşağıdakı müddətlərə azadlıqdan məhrum edilməsini istəyib: Bəxtiyar Quliyev - 8 il Şahin Novruzlu - 6 il 6 ay Məmməd Əzizov - 8 il Rəşad Həsənov - 8 il Üzeyir Məmmədli - 7 il 6 ay Rəşadət Axundov - 8 il 6ay Zaur Qurbanlı - 8 il 6 ay İlkin Rüstəmzadə - 8 il 6 ay Vəkil Fariz Namazlı Facebook-da yazıb ki, müttəhimlər prokurorun çıxışına etiraz əlaməti olaraq bu gündən aclıq aksiyasına başladıqlarını bəyan ediblər. Məhkəmə prosesi aprelin 22-də davam etdiriləcək. |
2014-04-17 | 14,884 | Bolqarıstandan Rusiyanın ən böyük layihəsinə zərbə | Bolqarıstan "Cənub axını" neft kəmərini öz ərazisindən keçən hissəsini kəsib. "Axar.az" xəbər verir ki, bu barədə Bolqarıstanın "Bivol" qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, hadisə Avropa Parlamentinin "Cənub axını" layihəsinin reallaşmayacağı ilə bağlı qərarından sonra baş verib. Qəzet kəmərin əvvəlki və son fotosunu da verib və kəmərin həqiqətən də götürüldüyü məlum olub. Kəmərin Bolqarıstan ərazisindəki ilk çəkilişi 2013-cü ildə baş tutmuşdu. Qeyd edək ki, bir müddət əvvəl Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu "Cənub axını" layihəsinin Avropa üçün prioritet layihə sayılmadığını bildirmişdi. Barrozu həmin vaxt Bolqarıstana Rusiya ilə bununla bağlı danışıqları dayandırmağı da tövsiyə etmişdi. |
2014-04-17 | 14,885 | MTN çekisti niyə icra başçısı gətirildi? - Səbəb | "Əgər icra hakimiyyətlərinin başına gətirilənlərin ən az 50 faizi MTN-dən olsaydı, bu, normal olmazdı". Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan prezidentinin eks köməkçisi Eldar Namazov Ağdam Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayon şöbəsinin rəisinin gətirilməsini şərh edərkən dedi. Onun sözlərinə görə, bir çox dövlətlərdə belə təyinatlara rast gəlmək mümkündür: "Bu, kütləvi və ənənəvi hal aldığı zaman normal qarşılanmır. Ancaq vaxtaşırı olaraq hüquq-mühafizə oranlarında çalışan insanlar da icra hakimiyyətlərində işləməyə dəvət edilirlər. Bu təyinatda hansısa qeyri-adilik olduğunu hesab etmirəm. Amerika Birləşmiş Ştatlarında həm hərbiçiləri, həm təhlükəsizlik sistemində çalışanları dövlət orqanlarında hansısa yüksək vəzifəyə təyin edlməsi halına rast gəlinir". Cəbhə xəttinə belə təyinatlar normaldır E.Namazovun fikrincə, bu təyinatı Ağdam rayonun sərhəd bölgə olması ilə əlaqələndirmək düzgün deyil: "Sərhəd bölgələrində hansısa gərginliyin yaşanması ilə bağlı dəqiq olmayan informasiyalara söykənərək, bu təyinatın da onunla əlaqəsinin olduğunu demək düzgün deyil. Ermənistanla sərhədyanı bölgələrdə, cəbhə xəttinə yaxın yerlərdə icra hakimiyyətlərində çalışanların hərbi və xüsusi xidmətlərdə çalışma təcrübəsinə malik olması bir çox məsələlərdə müsbət haldır. İstənilən anda belə insanların təcrübəsindən yararlanmaq lazımdır. Ancaq bu təyinatın onunla əlaqəsi olduğunu düşünmürəm". Milli Təhlükəsizlik nazirinin keşmiş müavini Sülhəddin Əkbər də belə təyinatların olmasını normal qarşıladı: "Belə təyinatın aparılması normaldır". Xüsusi xidmət orqanlarının işçiləri daha məqsədə uyğundur Politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynlinin fikrincə isə təmas xəttində yerləşən ərazilərə xüsusi xidmət orqanlarının işçilərinin icra başçısı təyin edilməsi daha məqsədə uyğundur: "Çünki həmin bölgələrdə təsərrüfat işlərindən çox, hərbi işlər ön plana keçir. Bu işdə də yerli hakimiyyət orqanlarının köməyi lazımdır. Belə bölgələrdə yerli əhalinin qorunması, onlara yüksək əhval aşılanması, ədalət hissinin bərpa edilməsi və insaların torpağa möhkəm bağlanması lazımdır ki, icra başçısı da bu işlərin öhtəsindən gəlməlidir. Orduya kömək də bu işin əsas hissəsi olmalıdır. Bu baxımdan cəbhədə yerləşən rayonun icrasının peşəkar xəfiyyəyə tapşırılması üçün daha münasib qərardır". Qeyd edək ki, dünən Prezident İlham Əliyevin sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayon şöbəsinin rəisi Raqub Məmmədov təyin edilib (Xatırladaq ki, vəzifədən azad edilən Nizami Sadıqov da hüquq-mühafizə orqanlarından icra strukturuna gətirilmişdi). Bu təyinatdan sonra sosial şəbəkələrdə peşəkar xəfiyyənin cəbhə bölgəsində yerləşən rayona icra başçısı təyin edilməsini Azərbaycanın mümkün hərbi əməliyyatlara hazırlaşması kimi qiymətləndirən müzakirələr aparıldı. |
2014-04-17 | 14,886 | Vladimir Putin canlı yayımda - Video/Yenilənib | Rusiya prezidenti Vladimir Putin bu dəqiqələrdə "qaynar xətt" vasitəsilə sualları cavablandırır. Rusiya prezidentə ünvanlanan birinci sual Ukraynanın şərqində baş verən hadisələrlə bağlı olub. Qeyd edək ki, televiziya vasitəsilə birbaşa sualların cavabladırılması ənənəsini elə 2001-ci ildə Vladimir Putin qoyub. Ötən il Rusiya dövlət başçısı canlı efirdə 4 saat 47 dəqiqə müxtəlif sualları cavablandırmışdı (ANS) 13:41 Ukrayna xalqı Krımın seçiminə hörmət etməlidir. "Axar.az" xəbər verir ki, bunun Rusiya prezidenti Vladimir Putin canlı yayımda çıxışı zamanı deyib. "Əgər biz bir-birimizə hörmətlə yanaşırıqsa, onda şəxsi seçimlərinizə də hörmət etməliyik. Ukraynada yaşayan insanlar, Krımda yaşayanların seçiminə hörmət edin!" deyə prezident bildirib. |
2014-04-17 | 14,887 | Səhiyyəmizdə mühüm kadr dəyişikliyi edildi | Azərbaycan səhiyyə sistemində ciddi kadr dəyişikliyi həyata keçirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli yeni yaradılan Bakı Sağlamlıq Mərkəzinə direktor təyinatı olduğunu bildirib. Bakı Sağlamlıq Mərkəzinə direktoru vəzifəsinə Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov təyinat alıb. Hazırda Bakı Sağlamlıq Mərkəzinin rəhbər və işçi kadrlarının formalaşması prosesi davam edir. Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə isə Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev təyin olunub. Hematologiya və Transfuziologiya İnstitutunun direktoru vəzifəsinə isə hələlik təyinat olmayıb. |
2014-04-17 | 14,888 | Məşhur boksçu Ronaldo və Messini geridə qoydu | Dünyanın ən çox qazanan idmançılarının siyahısı açıqlanıb. Amerikalı boksçu Flod Meyvezer siyahıya başçılıq edir. "Axar.az" xəbər verir ki, ESPN telekanalının ekspertləri idmançıların ancaq yarışlarda iştirakdan əldə etdikləri vəsaiti hesaba alıblar. Boksçu Flod Meyvezer bu siyahıda Ronaldo və Messini geridə qoyub. Siyahının ilk "10-luq"unu təqdim edirik. Qeyd edək ki, qiymətlər dollarla göstərilib. 1. Flod Meyvezer – 73,5 mliyon - WBC –WBA – (boks) 2. Kristiano Ronaldo – 50,2 milyon – La Liqa 3. Lionel Messi – 50, milyon – La liqa 4. Aaron Rocers – 40 milyon – NFL (Amerikan futbolu) 5. Zlatan İbrahimoviç – 35 milyon – Liqa 1 6. Metyu Stafford – 31,5 milyon – NFL 7. Tom Bredi – 31 milyon –NFL 8. Kobe Brayant – 30.5 milyon -NBA 9. Matt Rayan – 30 milyon – NFL 10.Coy Falkao – 30 milyon – NFL |
2014-04-17 | 14,889 | Əhəd Abıyev paytaxta icra başçısı gətirilir | Yaxın vaxtlarda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunması gözlənilir. "Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, bu barədə Ə.Abıyevin adının çəkilməsini istəməyən yaxını məlumat verib. Onun sözlərinə görə, Ə.Abıyev özü də Bakıda çalışmağı çox istəyir: "Bu barədə özünün istəyi də var". Xatırladaq ki, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev Azərbaycan Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. |
2014-04-17 | 14,890 | Ərdoğan AKP-nin toplantısında prezident seçildi | Türkiyədə prezident seçkiləri ilə bağlı AKP-nin toplantısı keçirilib. Toplantıda keçirilən sorğuda iştirak edən 24 millət vəkilindən 20-si Ərdoğanın prezident olmasını istəyib. "Axar.az" xəbər verir ki, toplantıda çıxış edən Baş nazir bundan sonra yürüdüləcək siyasətin yol xəritəsini açıqlayıb. Amma o, çıxışının böyük bir qismini prezidentlik kürsüsündə bundan sonra əyləşəcək adamın kim olması ilə bağlı hamının maraqlandığı mövzuya həsr edib. O, hələ ki, bununla bağlı bir qərar vermədiyini bildirib: "Bu kimi məsələlər şəxslərə görə dəyərləndirilməməlidir. Mən bu gün varam, sabah yox. Amma məndən öncə də bu proses vardı, məndən sonra da olacaq. Əminəm ki, məndən sonra da partiyada bir sıxıntı olmaz. Mən vəzifə adamıyam və partiya, xalqım harada istəsə, orada da olacağam". |
2014-04-17 | 14,891 | Əsədin qoşunları Harası ələ keçirdi | Bəşər Əsədin qoşunları zəhərli qaz bombaları ilə Harasda nəzarəti ələ keçirib. "Axar.az" müxaliflərə yaxın saytlara istinadən bildirir ki, ay ərzində Əsəd qoşunları Haras şəhərinə üçüncü dəfə zəhərli qaz bombaları ilə hücuma keçərək nəzarəti ələ alıb. Tərkibində xlor qazı olan bu bombaların partlaması ilə dinc əhalidən xeyli sayda ölən və yaralananların olduğu bildirilir. Suriya mücahidlərinin mənbələri bildirir ki, Xums və Dəməşqə yaxın bütün kəndlərdə Suriyanın təhlükəsizlik orqanı olan "Ettelat" mülki geyimli nəfərlərinin köməyi ilə üsyançı dəstə başçılarını qətlə yetirir və ya oğurlayır. |
2014-04-17 | 14,892 | Sabir Rüstəmxanlı partiyasına sədr axtarır | Vətəndaş və Həmrəylik Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiya sədrliyinə namizəd axtarışına çıxıb. Onun sözlərinə görə, partiyada sədr olacaq kifayət qədər yetkin adam var: "Amma əsas olan hər kəsin qəbul edəcəyi adamı seçməkdir. Çünki iddialı adamlar da çoxdur. Elə namizəd olmalıdır ki, onlar tərəfindən də qəbul edilsin. Hazırda qurultaya hazırlıq gedir. Bu yaxınlarda partiya məclisinin iclası keçiriləcək və qurultayın vaxtı ilə bağlı qərar veriləcək. İnşallah qurultaya qədər namizəd tapılsa, qurultayda gedəcəyəm". S. Rüstəmxanlı getməsinin səbəbini belə izah edib: "Partiya işləri vaxtımı çox alır. Mən 5 ilə yaxın nazir oldum, amma indiki kimi qəbuluma adam gəlmirdi. İndi bir partiya var, bir də dövlətə bağlı olmayan QHT. Yanıma isə yüzlərlə adam gəlir, elə bilirlər ki, hakimiyyətə bağlıyıq. Bacardığım qədər kömək edirəm, amma hər şeyi etmək mümkün deyil. Adamların qayğılarına qalmaq çətin işdir, yanına gələnlər naümid gedəndə insan pis olur. Qərarıma bunlar da təsir edib". 2015-ci il parlament seçkilərində namizədliyini verib-verməyəcəyinə gəlincə, S. Rüstəmxanlı bunun şəraitə bağlı olduğunu söyləyib: "Sədrlikdən getsəm də, partiyadan qopmaq fikrim yoxdur. Ola bilsin ki, partiyanın üzvü kimi namizəd siyahısında olum. Amma seçkidə iştirak edib-etməməyim hələ bəlli deyil. Amma əsas fəaliyyətimi DAK-da daha da genişləndirəcəyəm" ("Publika.az"). |
2014-04-17 | 14,893 | Ermənistan xəfiyyələri Gürcüstanda necə işləyir? | "Ermənistan Cavaxetiya ermənilərinə rus pasportlarının paylanılmasında yardım edəcək". "Axar.az" xəbər verir ki, bu informasiyanı Ermənistan mətbuatı hakimiyyətdəki etibarlı mənbələrinə istinadən yayıb. Mətbuat Rusiyanın kəşfiyyat orqanlarının ermənilərlə birgə fəaliyyət göstərdiyini bildirib: "Cavaxetiyada ermənilərə ən böyük dəstəyi Ermənistan kəşfiyyatı verir. Əvvəla, insanlar arasında hay-küy yaratmaq və istənilən halda onları Gürcüstandan soyutmağa çalışırlar. Bu barədə əmr onsuz da Rusiyadan gəlib. Qafqazda bunu hamı başa düşür. Ruslar ermənilərə hətta pasportların paylanması səlahiyyətinin verilməsində onlara yardım edilməsini istəyəcək. Hələlik Cavaxetiyada vəziyyət normaldır, amma onun qızışdırılma ehtimalı üçün zəmin hazırlayırlar". Qeyd edək ki, bir müddət öncə Gürcüstan mətbuatı rus pasportlarının Cavaxetiyada ermənilərə paylanılması haqqında məlumat yaymışdı. Sonra Gürcüstanın Xarici İşlər Nazirliyi məsələni təkzib etmişdi. |
2014-04-17 | 14,894 | Şumaxerin oğlu "şumaxer"lik etdi | "Formula-1" yarışlarının yeddiqat çempionu Mixael Şumaxerin 15 yaşlı oğlu Mik Şumaxer İtaliyanın Kastelletto şəhərində keçirilən yarışın (WSK Super MasterSeries) mərhələsində finiş xəttinə ikinci çatıb. Yarışda ona Mixael Şumaxerlə onun karyerasının lap başlanğıcından işləyən mexanik Peter Kayzer kömək edib (Trend). |
2014-04-17 | 14,895 | MTN zabiti ağdamlılara təqdim edildi | Ağdam Rayon İcra Hakimiyyətinin yeni başçısı Raqub Məmmədov rayon ictimaiyyətinə təqdim edilib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin sədrlik etdiyi tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizami Sadıqov və sözügedən quruma yeni rəhbər təyin olunmuş Raqub Məmmədov çıxış ediblər. Nizami Sadıqov Raqub Məmmədova uğur diləyib və indiyədək rayonda görülməmiş işlərin müvəffəqiyyətlə həyata keçiriləcəyinə inandığını bildirib. Raqub Məmmədov isə deyib ki, prezident İlham Əliyevin ona göstərdiyi etimadı doğrultmağa çalışacaq və əhalisinin yarıdan çoxu məcburi köçkün həyatı yaşayan Ağdamın inkişafına yerli ziyalı potensialının bilik və bacarığının cəlb olunmasına çalışacaq. |
2014-04-17 | 14,896 | “Avroviziya” mahnımız Azərbaycan dilində - Video | Bu il Kopenhagendə keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi Dilarə Kazımovanın təmsil edəcəyi və "Start a fire" adlı mahnı oxuyacağı ilə bağlı xəbər verilmişdi. Sənətçi mahnını Azərbaycan dilində səsləndirib. "Bir qığılcım" adlanan həmin mahnını təqdim edirik. Qeyd edək ki, "Avroviziya"un birinci yarımfinalı mayın 6-da, ikincisi 8-də, finalı isə 10-da baş tutacaq ("Axşam.az"). |
2014-04-17 | 14,897 | Rus politoloq: “Azərbaycanın çoxvektorlu siyasəti sona çatıb” | "Bədbəxtlikdənmi, xoşbəxtlikdənmi - çoxvektorlu siyasət artıq Azərbaycan üçün sona çatıb". Bu sözləri "Axar.az"a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, Qərbin Azərbaycandan Rusiyanın blokadaya salınmasında mütləq istifadə edəcəyini bildirib: "Qərb Azərbaycana Rusiyanın iqtisadi blokadaya alınmasında ona kömək edən ölkə kimi baxır. Rusiyaya qarşı iqtisadi sanksiyalar Qərbin Avropa İttifaqına qaz ötürməsini tələb edəcək ki, burada da Azərbaycan faktiki olaraq Rusiyanın blokadasında iştirak edəcək. Baxmayaraq ki, sözdə bundan danışmırlar, amma əməldə bu, açıq-aşkar görünəcək. Bədbəxtlikdənmi, xoşbəxtlikdənmi – çoxvektorlu siyasət artıq Azərbaycan üçün sona çatıb. Və sizin seçiminiz o qədər də böyük deyil". |
2014-04-17 | 14,898 | Ukrayna Rusiya ilə sərhədə Qrad raketləri yerləşdirdi - Video | Ukrayna quru qoşunları Rusiya ilə sərhəd vilayəti olan Luqanskda hərbi düşərgə salıblar. "Axar.az" xəbər verir ki, Luqanska yerləşdirilən 93-cü mexaniki briqadanın tərkibində zirehli transportyorlar, tanklar və Qrad raketləri də var. Hərbçilər sərhədin yaxınlığına yerləşdiriliblər. Hətta yerli sakinlər onları duz-çörəklə qarşılayıblar. |
2014-04-17 | 14,899 | Suriyada döyüşən azərbaycanlı aeroportda həbs edildi | Suriyada döyüşlərə qatılan Azərbaycan vətəndaşı həbs edilib. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Həsənov Əhməd Elxan oğlu hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onun Suriyada silahlı qruplaşmaların tərkibində döyüşlərdə 7 ay iştirak etdiyi, Suriyaya qanunsuz yolla getdiyi müəyyənləşib. Ə. Həsənov Bakıya qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub. O, Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə təqsirləndirilir. |
2014-04-17 | 14,900 | Daxili Qoşunların komandanı hərbi təlimdə | Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissəsinin döyüş hazırlığı yüksək səviyyədədir. Bu fikirləri Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov qoşunların Naxçıvanda yerləşən "N" saylı hərbi hissəsində olarkən söyləyib. Məlumatı Daxili Qoşunların mətbuat xidməti yayıb. Hərbi hissənin komandiri bölmələrin və xidmətlərin qarşıya qoyulmuş vəzifələrin icrasına hazırlığı, təlim-tədrisin vəziyyəti, şəxsi heyətin hərbi intizamı və mənəvi-psixoloji durumu barədə məruzə edib. Daxili Qoşunların komandanı hərbi hissədə xidməti-döyüş fəaliyyətinin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından tanış olub, təlim-tədris yerlərinə, əsgər yataqxanalarına baxış keçirib, tibb məntəqəsində olan şəxsi heyətin səhhəti ilə də maraqlanıb. Sonra general-mayor Ş.Məmmədov xüsusi-taktiki təlimi izləyib. Təlim zamanı yüksək mənəvi və döyüş keyfiyyətlərinə malik olan hərbi qulluqçuların silah və döyüş texnikasından məharətlə istifadə etdiklərini nəzərə çatdıran Daxili Qoşunların komandanı ümumilikdə hərbi hissənin döyüş hazırlığını yüksək qiymətləndirib. Ötən illər ərzində hərbi hissənin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işləri yüksək qiymətləndirən Daxili Qoşunların komandanı xüsusi olaraq vurğulayıb ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi hərtərəfli diqqət və qayğısının bariz nümunəsidir ("Trend"). |
2014-04-17 | 14,901 | Rusiyada Krım tatarları ilə bağlı fərman hazırlanır | Krım tatarlarının reabilitasiyası ilə fərman hazırlanır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu canlı yayımda vətəndaşların suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin bəyan edib. Krım tatarlarının Stalin repressiyalarından çox əziyyət çəkdiyini deyən Putin qeyd edib ki, Krımın Rusiya Federasiyası tərkibinə daxil olması prosesi Krım-tatar xalqının haqlarının bərpası ilə paralel aparılmalıdır. XVIII əsrdə Krım Rusiya imperiyasına birləşdirilərkən II Yekaterinanın Krım tatarlarının hüquqlarına hörmətlə yanaşılmasını nəzərdə tutan fərman imzaladığını xatırladan Rusiya prezidenti bu siyasətin davam etdiriləcəyini vurğulayıb. "Rusiya prezidentinin Krım-tatar xalqının reabilitasiyası haqqında fərmanı hazırlanır. Özü də təkcə tatarların deyil. Stalin repressiyaları zamanı ermənilər də, almanlar da əziyyət çəkiblər", - deyə o qeyd edib. |
2014-04-17 | 14,902 | Separatçıların başına pul qoyan oliqarxdan növbəti jest - Foto | Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru, məşhur oliqarx İqor Kolomoyskinin şərq vilayətlərindəki rusiyalı təxribatçılarla və separatçılıqla mübarizədə yeni metodu barədə məlumat vermişdik. "Axar.az" xəbər verir ki, o, artıq həmin şəxslərə görə müəyyənləşdirdiyi mükafat pulunu plakat şəkilində şəhər küçələrində yerləşdirdib. Bilbordlardan "moskallara görə 10.000 min dollar təklif olunur!" ifadələri yer alıb. Xatırladaq ki, səhər saatlarında Dnepropetrovsk qubernatorunun müavini Boris Filatov açıqlama verərək bu qeyri-adi mübarizə metodu barədə məlumat vermişdi. Qeyd edək ki, yəhudi əsilli məşhur biznesmen İqor Kolomoyski Ukraynanın ən zəngin ikinci adamıdır. O, ölkənin ağır vaxtında özü könüllü olaraq doğulduğu Dnepropetrovsk vilayətinə rəhbərlik etmək istəyib və onun bu istəyi prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov tərəfindən təmin edilib. Kolomoyski dövlətdən maaş almayacağını və ölkədə qayda-qanun yarandıqdan sonra vəzifədən gedəcəyini bildirib. |
2014-04-17 | 14,903 | Medvedyev Azərbaycana gəlir | Rusiyanın daxili işlər naziri artıq Azərbaycandadır; Qubada Rusiya, Türkiyə, İran, Dağıstan rəhbərlərinin qeyri-formal görüşü olacaq. Rusiyanın baş naziri Dmitri Medvedyev yaxın günlərdə Qubaya gələcək. Bu dövlətin daxili işlər naziri Vladimir Kolokotsev isə artıq Quba rayonunda səfərdədir. Rusiya Federasiyasının daxili işlər naziri Qubada 5 ulduzlu "Rixos Quba Azerbaijan" otelinədir. Naziri Quba səfəri ilə bağlı rayonda fövqəladə vəziyyət hökm sürür. Bilgi verən mənbə qeyd edir ki, Rusiya daxili işlər nazirinin Qubaya gəlişi ilə əlaqədar Azərbaycanın da bir neçə vəzifəli şəxsi "Rixos Quba Azerbaijan" otelinədir. Belə ki verilən bilgiyə görə, nəqliyyat naziri Ziya Məmmədov, eləcə də Azərbaycan daxili işlər nazirliyinin məsul çəxsləri Quba rayonundadır. Məlumata görə, Rusiya daxili işlər nazirinin gəlişinin əsas məqsədi yaxlın günlərdə Rusiyanın baş naziri Dmitri Medvedyev və Dağıstan prezidenti Ramazan Abdulatipov "Rixos Quba Azerbaijan" otelində bir sıra görüşlər keçirəcəklər. Bundan əlavə, Qubaya gələn baş nazirə Qubanın Qımılqazma kəndində 5 hektar sahəsi olan bir villa da bağışlanacaq. Mənbə bildirir ki, artıq villa tam yaşayış üçün hazırdır. Bildirilir ki, Rusiyanın baş naziri Dmitri Medvedyev Qubaya səfərinə həyat yoldaşı Svetlana Medvedyeva ilə gələcək. Qonaqların Qubada 3 gün qalacaqları bildirlir. Yaxın günlərdə Rusiyanın baş naziri Dmitri Medvedev və Dağıstan prezidenti Ramazan Abdulatipov Qubaya gəlir. Baş nazir və prezident Qubada "Rixos Quba Azerbaijan" otelinə gedəcəklər. "Yeni Müsavat"ım rayondakı mənbələrədən əldə etdiyi məlumata görə görüşlərə İran və Türkiyə təmsilçiləri də qatılacaqlar. Görüşlərin məqsədi hələlik açıqlanmır (Musavat). |
2014-04-17 | 14,904 | Gülənin generallara qarşı “Özal” əməliyyatı açıldı | "Türkiyənin mərhum Prezidenti Turqut Özalın zəhərlənməsi ilə bağlı iddialar səhvdir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Türkiyənin hakimiyyətə yaxın mətbuat orqanları çıxış edib. Mətbuat artıq bununla bağlı elmi sübutun olduğunu da bildirib: "Turqut Özalın öldürülməsi xəbəri yanlışdır. Bu, təbii ki, bir zamanlar məsələni Ergenekonun üzərinə yıxmaqdan ibarət idi. Amma sonralar nə Ergenekon, nə də başqa təşkilatın varlığı sübuta yetirildi. Sadəcə, bu bir zamanlar Gülən camaatı tərəfindən məsələni bəlli çevrələrin üzərinə atmaqla əvvəlki əməliyyatlarında olduğu kimi bu dəfə də saxta dəlillər uydurmuşdular. Nəticədə Türk Silahlı Qüvvələrində əməliyyatlar aparıldı. Generallar və müxtəlif zabitlər həbsə alındılar. Amma Turqut Özalı heç bir general zəhərləməmişdi. Özal ümumiyyətlə öldürülməmişdi". Qeyd edək ki, Turqut Özalın ölümü ilə bağlı ilk iddialar Ergenokon əməliyyatlarından sonra daha aktiv şəkildə yayılmağa başladı. Nəticədə əməliyyat zamanı həbs olunan bəzi zabitlər və ümumiyyətlə təşkilat eks-prezidenti öldürməkdə təqsirkar hesab edildi. Xatırladaq ki, bu gün Turqut Özalın vəfatının 21-ci ildönümüdür. |
2014-04-17 | 14,905 | Rusiya Azərbaycana maneələr yaradacaq | "Bolqarıstanın "Cənub axını" neft kəmərindən imtinası Rusiyaya qarşı Qərb dövlətlərinin və Avropa Birliyinin sərt mövqeyi ilə əlaqədardır". Bu sözləri "Axar.az"a iqtisadçı ekspert Natiq Cəfərli Bolqarıstanın "Cənub axını" neft kəmərinin öz ərazisindən keçən hissəsini kəsməsinə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, Rusiya ilə Avropa arasında münasibətlər tam oturuşmayana qədər "Cənub axını" layihəsi reallaşmayacaq: "Cənub axını" neft kəmərinin reallaşması sual altındadır. Layihə işləri hələ tamamlanmayıb. Çünki Krım müharibəsindən sonra magistralın dəyişdirilməsi gündəmə gəlmişdi. Bu, çox bahalı və həddindən artıq böyük dəyəri olan layihədir. Rusiya Krımı işğal etdikdən sonra layihədə bəzi dəyişikliklər edib onu ucuzlaşdırmaq istəyirdi. Yəni öz ərazisi hesab etdiyi Krımdan keçərək Avropa bazarına çıxmağı düşünürdü. Bolqarıstanın da bu məsələdən imtina etməsinin səbəbi məhz Rusiyaya qarşı Qərb dövlətlərinin, Avropa Birliyinin Ukraynadakı hadisələrə görə sərt mövqeyi ilə əlaqədardır. Çox güman ki, Rusiya ilə Avropa arasında münasibətlər tam oturuşmayana qədər "Cənub axını" layihəsi reallaşmayacaq". Ekspertin fikrincə, Rusiyanın bu layihədə əsas məqsədi Ukrayna ərazisindən keçən transit qazını azaldaraq "Cənub axını" layihəsi çərçivəsində Avropaya çatdırmaqdır: "Çünki Avropaya satılan qazın 70 faizə qədəri Ukrayna ərazisindən keçir. Qərb dünyası, Avropa Birliyi ilə Rusiyanın münasibətləri tənzimlənməyincə "Cənub axını" layihəsinin reallaşması mümkün deyil". N.Cəfərlinin fikrincə, Bolqarıstanın "Cənub axını" neft kəmərindən imtinası Rusiyanı aqressivləşdirəcək: "Bu hadisədən sonra Baltik dənizindən keçərək Almaniyaya çatan "Şimal axını" qaz layihəsi var ki, Rusiya bunu sürətləndirərək Avropaya satdığı qazın böyük bir hissəsini həmin magistral vasitəsilə çatdırmağa çalışacaq. Ancaq bu, həm də Rusiyanı aqressivləşdirəcək. Çox güman ki, Azərbaycanın da iştirakı olduğu bir çox qaz layihəsinin reallaşmasına bacardıqca maneələr yaratmağa çalışacaq". Qeyd edək ki, Bolqarıstan "Cənub axını" neft kəmərinin öz ərazisindən keçən hissəsini kəsib. Kəmərin Bolqarıstan ərazisindəki ilk çəkilişi 2013-cü ildə baş tutmuşdu. |
2014-04-17 | 14,906 | Müxaliflər Əsədi məhv edəcək silah əldə etdi - Video | Suriyada Salam İdrisə yaxın müxalif qrup "Hərəkət Həzm"in Amerika istehsalı olan tank əleyhinə raketlər əldə edib. "Axar.az" xəbər verir ki, yaxın günlərdə Yutub şəbəkəsində yayımlanmış videolarda göstərilən raketlərin müxaliflərin əlinə necə keçdiyi bilinmir. ABŞ bu raketləri 40 ölkəyə verməklə bərabər, silahların üçüncü tərəfə verilməsinə icazə şərti qoymuşdu. Bəzi məlumatlar silahların tədarükçüsünün Səudiyyə Ərəbistanı ola biləcəyi ehtimalını göstərir. ABŞ-ın bu raketlərin müxaliflərin əlinə keçməsindən xəbərdar olması da inandırıcı görünmür. |
2014-04-17 | 14,907 | Putin Yanukoviçi xəyanətdə ittiham etdi | Rusiya prezidenti Vladimir Putin Viktor Yanukoviçi ölkəsinə xəyanətdə ittiham edib. "Putin bu gün birbaşa efirdə Yanukoviçin yerində olsaydı, hansı hərəkəti edərdi?" sualına cavab olaraq bildirib ki, o, dövlətinə və xalqına olan sədaqətini nümayiş etdirib, öz vəzifəsini icra edərdi: "Kritik vəziyyətə düşən zaman insan öz həyat təcrübəsinə və dəyərlərinə uyğun olaraq qəbul edir. Siz bilirsiniz ki, mənim ilk iş yerim xarici kəşfiyyatda olub və bizi orada müəyyən tələblərə uyğun olaraq tərbiyə ediblər. Bu da öz dövlətinə və xalqına inam, sədaqətdən ibarət olub". Putin onu da əlavə edib ki, fevralın 21-də müxalifətlə saziş imzaladıqdan sonra onların istənilən tələblərini yerinə yetirməyə, hətta konstitusiya islahatlarına, dekabrda prezident seçkilərinin keçirilməsinə razı idi ("Avropa.info"). |
2014-04-17 | 14,908 | Dnestryanı Rusiyaya birləşdirilir – Baş nazir Moskvaya getdi | Dnestryanı Respublikası parlamenti BMT, ATƏT və Rusiyaya "Dnestryanı Moldova Respublikası"nın tanınması və Rusiya Federasiyasına birləşməsi ilə bağlı müraciət qəbul edib. Moldovada olan Diaspor Jurnalistləri BirliyininUkrayna nümayəndəliyinin sədri Qaraş Tağıyev bildirib ki, Moldova ictimaiyyəti düşünür ki, beynəlxalq ictimaiyyət Dnestryanı Moldova Respublikasında son 24 il ərzində mövcud olan reallığa göz yummamalıdır: "Parlamentdə hələ 2006-cı il sentyabrın 17-də keçirilən referendum zamanı bölgə əhalisinin 97%-i Rusiyanın tərkibində "Dnestryanı Moldova Respublikası"nın yaradılmasına səs verməsi qeyd olunub. Parlamentin sədri Mixail Burloy qəbul edilmiş qərarın izahını: "Bizim qərarımız referendumun nəticələrinə əsaslandırılmışdır və deputatlar Dnestryanı ərazidə yaşayan bütün xalqların maraqlarını ifadə edirlər" – deyə verdi. "Niyə bu məsələ məhz indi qaldırılmışdır?" sualını Parlament sədri belə cavablandırdı ki, Krımın problemi müzakirə edilən zaman, Dnestryanı Moldova Respublikası ilə bağlı da qərar qəbul ediləcəyi nəzərdə tutulmuşdu. Təəssüf ki, bu olmadı. Müxtəlif təşkilatlardan müraciətlər prosesi intensivləşdirilirdi". Qaraş Tağıyevin sözlərinə görə, qəbul edilmiş qətnaməni Rusiya Federasiyası hakimiyyətinin müvafiq strukturlarına çatdırmaq üçün Dnestryanı Moldova Respublikası Ali Sovetinin sədri Mixail Burloyun başçılığı ilə nümayəndə heyəti Moskvaya yollanıb. Krımda keçirilən referendumdan dərhal sonra Rusiya rəsmiləri Dnestryanı ərazinin Ukrayna və Moldova tərəfindən blokadaya alındığı barədə bəyanatlar səsləndirirdi. Rəsmilərin bu istiqamətdə səsləndirdiyi bəyanatlar indiyə kimi Rusiya mediası tərəfindən inkişaf etdirilir. Güman edilir ki, Dnestryanı ərazidəki "rusdilli əhalinin blokadaya alınması" belə bir dəhlizin yaradılmasını gündəmə gətirə bilər. Bəzi iddialar var ki, Dnestryanı ərazinin sakinləri yaxın günlərdə Rusiyaya Moldova və Ukraynanın təzyiqlərindən qorunmaq üçün Moskvaya kömək üçün "müraciət" edəcək ("Publika.az"). |
2014-04-17 | 14,909 | Həbs olunmuş nurçu və vəhabilər MTN-də saxlanılır | İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə maraqlanıb: "Mənə bildirdilər ki, Hacı Məmmədovun vəziyyəti yaxşıdır. Hər hansı problemi yoxdur. "Bizim yol" qəzetinin əməkdaşı Pərviz Həşimli ilə görüşmək isə mümkün olmadı. Çünki məhkəməyə aparmışdılar ". E. Behbudov təcridxanada saxlanılan Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Əhməd Həsənovla görüşdüyünü də bildirib: "O, qanunsuz yolla Suriyaya gedib. Orada döyüşlərdə iştirak edib. 7 aydan sonra Azərbaycana qayıdanda həbs edilib. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Tutduğu əmələ görə peşman olduğunu bildirdi. Suriyaya gedənlərə isə məsləhət gördü ki, oraya getməsinlər". E. Behbudov təcridxanada saxlanılan Quba rayon sakini Eldəniz Hacıyevlə də görüşüb: "Onun evində axtarış aparıblar. Məlum olub ki, "nurçuluq" cərəyanına qoşulub. O isə özünü təqsirli bilmir. Eldəniz Hacıyev bildirib ki, 30-40 nəfəri başına yığıb, Qurani-Kərimi tədqiq edib, araşdırıblar. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadı". E. Behbudov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Ehtiram Əliyevlə də görüşüb: "Onun da hər hansı şikayəti olmadı". |
2014-04-17 | 14,910 | Naxçıvanda həbs olunan nurçuların statistikası – Gizli məktub | Bəzi qəzetlərdə Naxçıvanla bağlı "nurçu" ittihamlarına Naxçıvandan cavab gəlib, bu haqda məktub daxil olub. Lakin cavab yazıda Naxçıvanda "Gülən camaatı"na qarşı atılmış addımlar diqqət çəkir. Bu baxımdan yazılan bəzi statistik məlumatların marağını diqqətə alaraq İslamazeri.az yazının bir hissəsini təqdim edir: "Türkiyədə Fətullah Gülən tərəfdarları ətrafında baş verən hadisələrdən ilhamlanan Azərbaycandakı məlum media mərkəzləri ölkədə nurçularla bağlı demək olar ki, hər gün bir məktub tirajlamaqdadırlar. Halbuki həmin hadisələrdən əvvəl bu mərkəzlərin nurçulara qarşı münasibətləri tam əks yöndə idi. Məktub tirajlama əməliyyatlarında yaxın zamanlaradək nurçuları himayə edən, onların təşkilatlanmalarına göz yumub öz vəzifələrini icra etməyən dairələrin yadına Naxçıvan da düşüb. Hansıki həmin rəsmi dairələrin əlində oyuncaq olan məlum bir-iki qəzet və xəbər saytları illər öncə Naxçıvanda nurçulara – "hizmət hərəkatı"na qarşı aparılan tədbirlər haqqında yazıb hay-həşir salırdılar ki "Naxçıvanda Türk litseylərinə qarşı müəmmalı əməliyyatlar aparılır, bir neçə liseyinin bağlanması təəccüblə qarşılanır. Naxçıvan rəhbərliyi liseyin bağlanmasına səbəb kimi məktəbdə dini-siyasi ədəbiyyatın yayılmasını göstərir" və s. Bir sözlə hazırda Türkiyəni büdrətmiş "hizmət hərəkatı"nın keçən illərdə Naxçıvanda və oradakı Türk liseylərində kök atması önlənəndə indilərdə nurçulara düşmən kəsilən media "müdir"ləri "hizmət"ə dəstək verib Naxçıvanı gözdən salmaq yolunda idilər. Türkiyə ilə sərhədlərin açılmasından sonra Naxçıvana gələn nurçu missionerlərin fəaliyyətləri heç vaxt etinasızlıqla gözardı edilmədiyindən burada dərsxana, imam evi kimi dini təbliğat ocaqlarının əl-qol açmasına imkan verilməyib. Burada nurçuların güya rəsmi dairələrə sızmaları, məmurların nurçularla əlaqələri haqqında uydurma isə yazdırılmış nağıldan başqa bir şey deyil. 1998-ci illdə hələ Azərbaycanın digər bölgələrində nurçuluğun nə olduğunu bilmədikləri halda Naxçıvanda bu dini cərəyanın əsl məqsədlərindən xəbərdar idilər. Nurçuların qanunsuz əməllərinə qarşı aparılmış tədbirlərə dair bir-neçə faktı misal göstərmək kifayətdir ki, Naxçıvanda bu məsələyə necə ciddi yanaşıldığı anlaşılsın: - 1998-ci ildə nurçu missionerlər Culfa rayonlarda gizli məclislər təşkil edib yerli sakinləri müxtəlif vədlərlə öz hərəkatlarına qoşmağa çalışırdılar. Culfa rayonunda "Raypo" sədri işçi götürərkən onlara təsir göstərərək nurçuluğu məcburən qəbul etdirməyə çalışmış, həmin adamlar qarşısında nurçuluğun qəbul edilməsi tələbini qoymuşdu. Onun vəzifə mövqeyindən istifadə edərək etdiyi əməllərlə əlaqədar ciddi ölçü götürüldü, tutduğu vəzifədən uzaqlaşdırıldı, təşkil etdiyi dini təbliğat ocağı ləğv edildi. - 1999-cu ildə nurçuların Yaycı və Bənəniyar kəndlərində dini ayrıseçkilik salma fəaliyyətlərinə son qoyuldu, cərəyanın təbliğat vasitələri müsadirə olunundu, onları maliyyələşdirənlər haqqında tədbirlər görüldü. - Yenə həmin ildə Naxçıvan şəhərində bir qrup Türkiyə vətəndaşının qaldıqları mənzillərdə dərsxanalar açıb nurçuluğun təbliğatını apardıqları, bu işə yerli sakinləri, hətta azyaşlı uşaqları cəlb etdikləri ortaya çıxarıldı. Həmin dərsxanalardan xeyli dini ədəbiyyatlar aşkar edildi. Dərsxanalarda yerli sakinləri "hizmət"ə çəlb edən 2 Türkiyə vətəndaşı ölkədən xaric edildi. - 1999-cu ildə Naxçıvan Dövlət Universitetində təhsil alan türkiyəli Rəmzi Sarıkaya, Fatih Aksüt və Qəhrəman Uludağın Fətullah Gülənin adamları tərəfindən maliyyələşdirildiyi, qaldıqları mənzillərdə təşkil etdikləri dərsxanalarda Naxçıvan şəhərində və ətraf kəndlərdə yaşayan 20 nəfərə təlim keçdikləri üzə çıxarıldı. Onların da təlim ocaqları ləğv edildi, xeyli nurçu dini təbliğat vasitələri götürüldü. - 2004-cü ildə Naxçıvan Türk Liseyində Hacı Ziya və Əli Əroğlu adlı müəllimlərin nurçuluğun yayılmasına rəhbərlik etdikləri, bu işlərə maddi dəstək verdikləri, təsirlərinə düşənləri nurçu ədəbiyyatlarla təmin etdikləri müəyyən edildi. Qanunsuz əməllərinə görə həmin şəxslər ölkə hüdudlarından çıxarıldı. - 2005-ci ildə Naxçıvan Dövlət Universitetində təhsil alan türk tələbələr Racim Cəvhər və Veysəl Albayrakın qanunsuz olaraq nurçuluq təbliğatlarına 20-yə yaxın gənci cəlb etdikləri, həmin yerli sakinlərin hər birinin evlərində "istişarə" yığıncaqları, dərsxana və imam evləri təşkil etdikləri müəyyənləşdirildi. Qeyd olunan nurçu ocaqlarından xeyli dini ədbiyyatlar, disklər, dini libaslar və s. götürüldü. Nurçu missionerlər isə ölkə hüdudlarından çıxarıldı. - 2006-cı ildə Naxçıvan şəhərində Saleh Ağaslan və Durmuş Gökçəmən adlı Türkiyə vətəndaşlarının kirayə yaşadıqları mənzildə nurçuluğu təbliğ edən külli miqdarda dini ədəbiyyat və disklər aşkar edilərək götürüldü, adı çəkilən missionerlər inzibati qaydada ölkədən çıxarıldı. - 2008-ci ildə Əhməd Mahmudov adına Şərur Türk Liseyində təhsil alan şagirdlərə ingilis dili müəllimləri Tahsin Yağcının dərs saatlarında fənn tədrisi əvəzinə Fətullah Gülənin və onun ideyalarının təbliğatını apardığı, nurçu moizələr oxuduğu ortaya çıxarıldı. - Fəaliyyətində ciddi qüsurlar olduğu müəyyən edilmiş Ordubad qız liseyi isə bağlandı. Qonşu Türkiyənin baş naziri R.T.Ərdoğan və prezidenti A.Gülün xahişindən sonra liseyin yalnız öz təyinatı üzrə fəaliyyətinə icazə verildi. Bu faktlardan aydın görünür ki, nurçularla yeyib-içib Naxçıvan haqqında yazılar sifariş verən qara təbliğatçılar "hizmətə" meydan verəndə Muxtar Respublikada missionerlərin baş alıb təşkilatlanmalarına, ayrıseçkilik və nifrət aşılayan təbliğatlarına qarşı ciddi işlər görülüb. "Hizmətin" hiyləgər dostluğuna və şəxsi çıxarlara yox dövlətçiliyə önəm verilib". |
2014-04-17 | 14,911 | Putin keçmiş xanımını ərə vermək istəyir | Rusiya Prezidenti Vladimir Putin bu gün canlı yayımda verilən sualları cavablandırarkən. ailəsi ilə bağlı məqama da toxunub. "Axar.az" xəbər verir ki, Putin keçmiş xanımı haqda ona ünvanlanan sualı zarafatla cavablandırıb. "Əvvəlcə onu ərə vermək lazımdır. Sonra isə özüm haqda fikirləşərəm", - deyə prezident bildirib. |
2014-04-17 | 14,912 | BAXCP: “Beyinlər dumanlanıbsa, başları kəsmək olmaz” | "Azərbaycan dövlətçiliyinə zərər gətirən bütün dini cərəyanlara qarşı kəskin mövqe tutulmalıdır". Bu sözləri "Axar.az"a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı nurçulara qarşı mübarizə çərçivəsində onların ideoloji rəqibləri olan sunqurçuların həbsinə münasibət bildirərkən deyib. O, partiyanın siyasi iradəsini ifadə edən millət vəkili Qüdrət Həsənquliyevin tək nurçuluğa qarşı deyil, alternativ siyasi hakimiyyət təklif edən bütün dini təriqətlərə qarşı olduğunu vurğulayıb: "Biz Azərbaycan dövlət siyasətinə hansısa dini cərəyanın gətirilməsinin əleyhinəyik. Ölkədə hansı dini cərəyan qanundankənar fəaliyyət göstərirsə, qadağan olunmalıdır. Bunun nurçuluq, vəhabilik, sunqurçuluq olması fərq eləmir. Azərbaycan hüquq mühafizə orqanları bununla məşğul olmalı, milli maraqlarımıza zərbə vuranlar ciddi cəzalanmalıdır". Sədr müavini prosesdən nurçuların kənarda qalması, sunqurçuların həbsinin əslində gülənçilərə jest olması barədə fikirləri o qədər də real hesab etmədiyini söyləyib: "Düşünmürəm ki, Azərbaycanda gülənçilərə qarşı münasibət loyaldır. Azərbaycanda nurçuluqla bağlı işlər həyata keçirilirir və keçiriləcək". Niyaməddin Orduxanlı eyni zamanda bu işin təkcə hüquq-mühafizə orqanlarının əli ilə görməyin də tərəfdarı deyil: "Əgər illərlə təbliğat aparılıbsa və müəyyən insanları öz şəbəkələrinə sala biliblərsə, bu o demək deyil ki, bütün təriqətçiləri yalnız türmələrdə islah etmək lazımdır. Heç cəzaçəkmə müəsisələri də onları yerləşdirməyə kifayət etməz. Yanlış təbliğatla beyinlər doldurulubsa, başı kəsmək lazım deyil, onu təmizləmək lazımdır. Ona görə də düşünürəm ki, düzgün dini təbliğat üçün geniş sistem qurulmalıdır: mediadan istifadə, gənclərlə görüşlər, konfransların təşkili və s. Bu təriqətlərin təhlükəli olduğu bütün çılpaqlığı ilə izah edilməlidir. Geniş, dinin düzgünlüyünü anladan dindarların televiziyaya cəlb olunması, bu yönümdə işlərin yüksək səviyyədə aparılması vacibdir". O, bunun üçün ideoloji əsasların və siyasi iradənin ortaya qoyulduğunu da bildirib: "Prezidentin mövqeyi əslində həm ideoloji təbliğatın tezisləri, həm də siyasi iradənin nümayişi oldu. Bundan sonra söz təkcə güc strukturlarının deyil, ziyalılarındır. Prezident Administrasiyasında gənclərlə bağlı sektorun yaradılması təsadüf deyil, məh bu sağlam ideoloji təbliğatın gənclər arasında təbliğatı üçün düşünülmüş mükəmməl addımdır". |
2014-04-17 | 14,913 | Zaur Hüseynovdan yeni təyinat | "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat həyata keçirilib. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Nəsimi Paşayev təyin olunub. N.Paşayev ali təhsilini Türkiyədə alıb. 2000-ci ildən "Bakıelektrikşəbəkə" ASC Mətbuat Xidmətində çalışıb. Xatırladaq ki, bundan əvvəl qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva olub. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Prezidentin digər sərəncamı ilə yeni qrumun sədri vəzifəsinə Zaur Hüseynov təyin edilib. |
2014-04-17 | 14,914 | ATV-nin aparıcısı xəstəni öldürdü | 58 yaşlı Bakı şəhər sakini Səriyyə Ələkbərova həkim savadsızlığının qurbanı olub. "Axar.az" xəbər verir ki, o, "Azad Azərbaycan" (ATV) televiziyasında yayınlanan "Çox yaşa" verilişinin aparıcısı, uroloq Vasif İsmayıl tərəfindən bu il fevralın 5-də "City Hospital-da əməliyyat olunub və sidik kisəsi çıxarılıb. Səhv həyata keçirilən əməliyyat Səriyyə Ələkbərovanın həyatını itirməsinə gətirib çıxarıb. S.Ələkbərovanın sidik kisəsində xoşxassəli şiş olub və o əvvəllər bir neçə dəfə əməliyyat edilib. Şişin təkrar-təkrar kəsilməsi xəstəyə əziyyət verdiyindən, o, V.İsmayıla müraciət edib. V. İsmayıl isə sidik kisəsinin ümimiyyətlə götürülməsini məsləhət görüb və bunun heç bir qorxulu hal olmadığını, xəstənin bir həftə sonra sağlam evə qayıdacağını deyib. Amma xəstənin vəziyyəti əməliyyatdan dərhal sonra kəskin pisləşib. S.Ələkbərovanın həyat yoldaşı Zakir Ələkbərovun dediyinə görə, əməliyyat zamanı və əməliyyatdan sonra iki dəfə xəstənin ürəyi dayanıb, böyrəkləri və bağırsaqları öz funksiyasını itirib. Bağırsağın fəaliyyətini artırmaq üçün xəstəyə prozerin və ona məlum olmayan başqa iynələr vurulub. İynənin dozası artıq olduğundan əzələ zəifliyi, sinir keçiriciliyinin pozulması kimi fəsadlar ortaya çıxıb. Həm də xəstənin ağ ciyərlərində durğunluq yaranıb, tənəffüs çatışmazlığı baş verib. Xəstə mart ayının 8-nə qədər "City Hospital"da reanimasiyada qalıb. Bu bir ay ərzində Vasif həkim xəstənin yaxşılaşacağı barədə yalan vədlər verib. Məlum olub ki, əslində S.Ələkbərovanın ölümünə səbəb onun xəstəliyi yox, məhz düzgün əməliyyat edilməməsidir. Əməliyyat zamanı onun bağırsağı düz tikilməyib. Zondla qidalandırılan xəstənin möhtəviyyatı düz bağırsaqdan çıxmaq əvəzinə cinsiyyət orqanından çıxıb. Qarnının ön divarında aparılan təxminən 15 sm-lik kəsik tikilməyib, tamamilə açıq qalıb və irinləyib. Bir aydan sonra Vasif İsmayıl Səriyyə xanımın sinir sistemini müalicə etmək üçün nevropatoloqa müraciət edib. 1,5 ay "City Hospital"da nəticəsiz müalicədən sonra ağrılara tab gətirməyən S.Ələkbərovanı ailəsi nevropatoloqun məsləhəti ilə Tibb Universitetinin Tədris Terapevtik klinikasına köçürüb. Amma burada xəstənin vəziyyətinin ağırlaşdığını görən klinika ondan imtina edib. Ailə məcburiyyət qarşısında xəstəni nevroloji müalicə üçün "Medistyle" özəl hospitalına aparıb. Burada həkimlər onun əzələlərini bərpa etməyə, əsəb sistemini müalicə etməyə çalışsalar da, bir nəticə hasil olmayıb. O, ağır vəziyyətdə evə gətirilib və martın 26-da dünyasını dəyişib. Həkim Vasif İsmayıl isə iddia edir ki, xəstə müalicənin səhv aparılmasından deyil, əməliyyatdan sonra meydana çıxan fəsadlara görə dünyasını dəyişib. "Səriyyə Ələkbərovada əməliyyatdan 3-4 gün sonra əzələ zəifliyi fəsadı meydana çıxdı. Onun ağ ciyərində də ləkələr var idi. Onu reanimasiyada saxlayaraq müalicə eləmək mümkün idi. Ailəsi maddi vəziyyətinin imkan vermədiyini əsas gətirərək xəstəni reanimasiyadan çıxardı" – deyə Vasif İsmayıl bildirib. Amma S.Ələkbərovanın həyat yoldaşı həkimin yalan danışdığını deyir: "Həkim yalandan deyir ki, guya biz maddi vəziyyətimizin çətin olduğunu deyərək xəstənin reanimasiyada müalicəsinə imkan verməmişik. Faktiki olaraq biz 1,5 ay xəstəni reanimasiyada saxlamışıq və bu müddət ərzində xəstənin əməliyyatı və müalicəsi üçün 22 min manat xərc çəkmişik. Üstəlik bu müddətdə xəstəyə vurulan 20 litr qanı, plazmanı, immunoglobulini, albumini də biz öz hesabımıza almışıq. Biz görəndə ki, artıq "City Hospital"da xəstənin sağalması üçün heç nə edə bilmirlər və xəstə əldən gedir, onda məcburiyyət qarşısında qalıb onu başqa klinikaya aparmışıq. Başqa klinikada isə xəstəyə baxan kimi bizə onun ölümcül olduğunu, müalicə üçün çox gec qaldığını bildirdilər. Məsləhətləşdiyimiz bir neçə həkim bizə bildirdi ki, sidik kisəsinin götürülməsi onun ölümünə gətirib çıxara bilməzdi. Həkim əvvəllər Səriyyənin sidik kisəsində əməliyyat edildiyini nəzərə alaraq bir müddət gözləyəndən sonra əməliyyat etməliydi. Amma o bunun fərqinə varmadan xəstəni tələsik əməliyyat edib. İkincisi, o əməliyyat zamanı xəstənin bağırsaqlarını düz tikməyib. Həkim deyir ki, xəstənin ağ ciyərlərində ləkələr olub və əməliyyatdan sonra onun ağ ciyərində durğunluğun yaranmasına da bu hal səbəb olub. Bəs həkim olan şəxs bilməliydi ki, ağ ciyərində belə bir problemi olan adamı əməliyyatdan sonra nə gözləyə bilər". Z.Ələkbərov deyib ki, həkim V.İsmayılın bundan sonra başqa insanların canına qəsd etməsinin qarşısını almaq üçün onunla hüquq müstəvisində danışmaq məcburiyyətindədirlər: "O, ölümünə bais olduğu xəstənin həyatına görə qanun qarşısında cavab verməlidir. Üstəlik, xəstənin müalicəsi üçün sözügedən klinikaya ödənilən vəsait də geri qaytarılmalıdır. Biz bizə dəyən həm maddi, həm də mənəvi ziyana görə təzminat tələb edəcəyik". Z.Ələkbərov həmçinin vurğulayıb ki, Vasif İsmayıl bir insanın həyatına öz savadsızlığı və səriştəsizliyi ilə son qoymasına baxmayaraq, hələ də ATV-də "Çox yaşa" verlişini aparır və özünün reklamı ilə məşğuldur: "Bu reklam isə insanların həyatı bahasına başa gəlir. Həm ATV telekanalı, həm də V.İsmayılın əməkdaşlıq etdiyi klinikalar daha çox insanın həyatına edilə biləcək qəsdlərin qarşısını almaq üçün bu adamın reklamının qarşısını almalı, necə deyərlər, bazarını bağlamalıdır....". |
2014-04-17 | 14,915 | İspaniya xarici işlər nazirinin Azərbaycana gəlir | İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqallo aprelin 23-24-də ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edəcək. Məlumata görə, səfərin məqsədi İspaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi və ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə dair danışıqlar aparmaqdır. İspaniya Nazirlər Kabinetinin rəsmi məlumatında bildirilir ki, nazir Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Səfər çərçivəsində biznes-forumun təşkili və dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin imzalanması nəzərdə tutulur. Bundan başqa, İspaniyanın Azərbaycanda akkreditə olunmuş rəsmi nümayəndəsi də Azərbaycan hökumətinə təqdim ediləcək (AzərTac). |
2014-04-17 | 14,916 | Nəğməkar şair doğum gününü qeyd edir | Tanınmış şair, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin ad günüdür. Akademik Kamal Talıbzadənin təbirincə desək, Vüqar Əhmədin yaradıcılıq spektri o qədər geniş və çoxşaxəlidir ki, onu xarakterizə etmək üçün təkcə ədəbiyyatşünas olmaq azdır, mənə elə gəlir ki, digər sahələri də bilmək gərəkdir. Onun "M.C.Pişəvəri: həyatı, mühiti və yaradıcılığı" adlı monoqrafiyası (1998) Cənubi Azərbaycanda gedən milli azadlıq və milli demokratik hərəkatın ictimai-siyasi zəmində inkişaf prosesi ilə yanaşı, həm də milli demokratik mətbuatın və ədəbiyyatın inkişaf problemləri haqqında müfəssəl tədqiqat əsəri hesab edilə bilər". Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Vasim Məmmədəliyev də Vüqar Əhməd haqda xoş sözlər deyib: "Vüqar Əhməd görkəmli alim, görkəmli şair, istedadlı nasirdir. Son dövrdə yazdığı iki romanını birnəfəsə oxudum. Çox şirin bədii dili var. Hər iki romanı milli nəsrimizdə öz layiqli yerini tutacaq. Ali məktəblər üçün yazdığı dərsliklər də çox qiymətli, səviyyəli, orijinaldır. V. Əhmədin yaradıcılığı haqda aparılan bu tədqiqatı qiymətləndirirəm və təqdirəlayiq hesab edirəm". Xatırladaq ki, Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakıda anadan olub. Şairi ad günü münasibəti ilə təbrik edirik. Tanınmış şair, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin ad günüdür. Akademik Kamal Talıbzadənin təbirincə desək, Vüqar Əhmədin yaradıcılıq spektri o qədər geniş və çoxşaxəlidir ki, onu xarakterizə etmək üçün təkcə ədəbiyyatşünas olmaq azdır, mənə elə gəlir ki, digər sahələri də bilmək gərəkdir. Onun "M.C.Pişəvəri: həyatı, mühiti və yaradıcılığı" adlı monoqrafiyası (1998) Cənubi Azərbaycanda gedən milli azadlıq və milli demokratik hərəkatın ictimai-siyasi zəmində inkişaf prosesi ilə yanaşı, həm də milli demokratik mətbuatın və ədəbiyyatın inkişaf problemləri haqqında müfəssəl tədqiqat əsəri hesab edilə bilər". Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Vasim Məmmədəliyev də Vüqar Əhməd haqda xoş sözlər deyib: "Vüqar Əhməd görkəmli alim, görkəmli şair, istedadlı nasirdir. Son dövrdə yazdığı iki romanını birnəfəsə oxudum. Çox şirin bədii dili var. Hər iki romanı milli nəsrimizdə öz layiqli yerini tutacaq. Ali məktəblər üçün yazdığı dərsliklər də çox qiymətli, səviyyəli, orijinaldır. V. Əhmədin yaradıcılığı haqda aparılan bu tədqiqatı qiymətləndirirəm və təqdirəlayiq hesab edirəm". Xatırladaq ki, Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakıda anadan olub. Şairi ad günü münasibəti ilə təbrik edirik. |
2014-04-17 | 14,917 | Polşa XİN: “Biz Ukraynanı satmayacağıq” | Polşanın Xarici İşlər naziri Radoslav Sikorski Cenevrədə keçiriləcək görüşlə bağlı fikirlərini bölüşüb. "Axar.az" xəbər verir ki, Sikorski Amerika və Avropa Birliyinə üzv ölkələrin Ukraynanı tək qoymayacağını dilə gətirib. Sikorski Polşanın "Polsat" kanalına müsahibəsində əlavə edib ki, səhvinin etirafı üçün Rusiyaya köməklik etməyə çalışacaqlar. Xatırladaq ki, bir neçə saatdan sonra Cenevrədə Ukraynaya dair gərgin ilk iclasa start veriləcək. Görüşdə Amerikanın və Rusiyanın Xarici İşlər naziri, eləcə də Avropa Birliyinə daxil olan ölkələrin diplomatları iştirak edəcəklər. |
2014-04-17 | 14,918 | İraq ordusuna aid helikopter vuruldu | Ölənlər arasında İraq ordusunun yüksək səviyyəli şəxslərinin də adları var. "Axar.az" xəbər verir ki, İŞİD (İraq Şam İslam Dövləti) Ramadi ərazisində İraq ordusuna aid hərbi helikopteri vurub. Hadisədə helikopterdə olan İraq ordusunun İŞİD-ə qarşı başlatdığı "Cəzirə" və "Badiyə" əməliyyatlarını idarə edən general-leytenant Həsən Kərim Hudayr ilə birlikdə 5 yüksək rütbəli hərbçinin öldüyü bildirilib. Maraqlısı budur ki, İraq ordusu hadisə ilə bağlı şərhində helikopterin texniki nasazlıq səbəbindən qəzaya uğradığını və bütün ekipaj üzvlərinin həyatlarını itirdiyini deyib. |
2014-04-17 | 14,919 | Türkiyədə Atatürkün daha bir heykəli götürüldü | Türkiyədə Atatürkün daha bir heykəli götürülüb. "Axar.az" xəbər verir ki, Türkiyənin Zeytunburnu Ədliyyə meydanında yerləşən Atatürk heykəli sökülüb. Bu hadisə bir çoxlarının narazılığına səbəb olub. Amma rəsmilər götürülən heykəlin əvəzinə yenisinin gətiriləcəyini bildiriblər. |
2014-04-17 | 14,920 | Molla Vəli Vidadinin yadigarı: 3 prezidentin tərcüməçisi | Xaqani Qayıblı imzası çoxlarına qərib gələ bilər. Olsun. Qəriblikdə, qürbətdə yaşayan bir imza üçün təbiidir. Amma diqqətli oxucu bu imzanın adına, izinə düşüb də Xaqani Qayıblı imzası olan şeirləri ruhlarına çiləyə bilərlər. Bu şeirlərdə həm də qürbətin ab-havasını duyarlar. "Axar.az"ın "Soraq" rubrikasında şair Xaqanı Qayıblının izinə düşdüm. Bakıda 50 yaşının yubiley törənində söhbət etmək imkanı əldə edə bilmədim. Onu Estoniyada tapdım. Sorağına gəldiyimi dedim. Vətən məni yola salıb - Belə də... "allah qürbətin belini qırsın" – deyimində bir qədər nisgil vardı. Hər halda kim olursansa ol, qürbət əlini adamın saçına yox e, ürəyinə çəkir, kövrəldir onu.. - Az öncə vətəndə idiniz. Uzaqlardan necə görünür vətən? "Toxunma, qardaşım, bir himə bəndəm, Boşalam qürbətdə, dolam qürbətdə" - demisiz bir şeirinizdə. Qürbət yuxularızı gerçəkdən ərşə çəkir? - Hər dəfə vətənə gedib-gəldikdən sonra, vətən təlaşımın və həyəcanımın içindən əl edərək məni yola salıb - çünki qədərincə vaxtım olmur ki, bütün əzizlərimə baş çəkəm, dostlarımdan hal-əhval tutam... Sonda da xoş, ərkyana "umu-küsülər" dumanında bir müddət vətənin şəklini çəkirəm gözlərimlə... Elə indi də o cür... Təbii ki, qürbət yuxuları ərşə çəkir... hələ gecə yarı yuxudan hövlank durmağı demirəm hələ. Bu günlərdə ulu babam Molla Vəli Vidadinin "Ağlarsan" şeirini yenidən oxudum. Elə bil hər misrası mənim üçün yazılıb... - Lütfən deyin M.V. Vidadi sizin mənəvi babanızdır, yoxsa qan qohumluğunuz var? - M.V.Vidadi mənim şərəflə daşıdığım Qayıblı soyundandır. Bəzi yerdə Qaib, yaxud Qayıb və Qayıbzadə yazılır. Bizim soyumuzdan ən görkəmlilərindən biri də Qafqazın Müftüsü Hüseyn Əfəndi Qayıbovdur. Hər halda eşitməmiş olmazsınız. Dəfələrlə rastlaşmışam o sonuncu adamla - Dünyanın sonuncu adamına ağı demisiz. Demisiz ki: "Səni ağlayası adam tapılmaz". Dünyanın sonuncu adamlarına çoxmu təsadüf etmisiz? - O şeir cismən dünyanın sonuncu adamına yazılmadığını tutduğunuza görə sağ olun. Rast olmuşam, həm də dəfələrlə rastlaşmışam o sonuncu adamla. Həm də dünyanın hər yerində - Tartuda, Bakıda, Çikagoda, İstanbulda, Peterburqda... hamısı da bir-birinin eynisi... İnsan ömründə unudulan günlərin sayı-hesabı yoxdu - Xəqani bəy, "qərib bir şəhərdə tünlük olan bir küçədə" nələr yaşamısız ki, ötən günün acısını çəkib, yas saxlaya bilməməsiz? - Hə, yadıma düşdü "yas saxlamaq olmur hər ötən günə..." misrasını deyirsiniz... elə deyilmi? - Elədir… - Hər günə şənlənməyin mümkün olmadığı kimi, hər ötən günə də yas saxlamaq olmur axı... İnsan ömründə unudulan günlərin sayı-hesabı yoxdu, amma elə günlər var ki, o günləri heç bir zaman unutmaq mümkün deyil. Bax o gün də həmin günlərdən biri idi... Moskvada... aləm bir gün idi... həyatın acımasız, dünyanın fani... insanın aləmlərin əşrəfi olduğunu təsdiqləyən bir gün idi. Mənim nə həddimə ki… - Şeirlərinizdə qürbət boy verir. Qürbətdə hiss etdim özümü sizi oxuyanda. Əzbərimdə qalan şeirlərinizdə əsasən bu şeirlər oldu. Estoniyada siz Azərbaycanı qürbətdə kövrələn birisi kimi tanıdarsız ha, birdən… - Mən hələ qürbətə gəlməmişdən belə bir misra dilimə gəlmişdi: "Bəxtimlə düşdüyüm əlbəyaxadan, Əlimdə qürbətin yaxası qalıb!" Qürbət mənim iç dünyamda görünən boyuma biçilib. Yəni bunu yalnız könül dünyamı duyanlar hiss edir. O ki qaldı mənim hər kəsin görə biləcəyi tərəfimə, bu, heç də dediyiniz kimi, kövrək, sentimental birisi kimi görünmür. Əvvəla, mən adı bəlli Qaraçöpdə dünyaya gəlmişəm və mənim xarakterim bir qaraçöplü kimi formalaşıb - dediyindən dönməyən, qabağından yeməyən. Digər tərəfdən, bir Azərbaycan türkü olaraq mənim nə həddimə ki, Azərbaycanı kövrələn birisi kimi tanıdam. - Xaqani bəy, şeirlərinizdə duyğusallıq, həzinlik var. Qürbətdə yaşamın təsiridir, məlum. Deyin, Qaraçöpdə doğulmanız, qonşuluqda yaşasaq da, yeniyetmə və gənclik illərinizdə Azərbaycana baxışda bir qürbət havası keçirdimi içinizdən, Vətənin qıraqda qalan parçasında yaşamış kimi hiss vardımı sizdə? - Xeyr! Əsla! Başqasını deyə bilmərəm, amma mənim içimdə elə bir duyğu olmayıb. Ola bilsin, mən səkkizinci sinfi bitirdikdən sonra orta məktəbi Qazax rayonunda oxumuşam, bundan qaynaqlana bilər, amma sonralar da vətəndən qıraqda yaşayırammış kimi bvir duyğu içimdən keçməyib. Sonralar isə heç keçməyib, çünkü məndən ötrü Vətən Qaraçöpdən, Başkeçiddən başlayıb, Zənganda qurtarır. Vətən üçün içimdə darıxıram - İstərdim oxucularımıza bir qədər ətraflı tanışlıq verək. Qürbətdə vətənçün darıxmaqdan, şer yazmaqdan savayı nə işlə məşğulsuz? - Bilirsiz, mən vətən üçün içimdə darıxıram və bunu hər qarşıma çıxandan mümkün qədər gizləmişəm. Hətta Estoniyada yaşayan soydaşlarımız daxil, çox yerdə (Eston ədəbi mühiti xaric) mənim şair olduğumu bilmirlər və mən buna heç ehtiyac da duymamışam. "Nə işlə məşğulsunuz" sualnınıza qısaca cavab versəm, belə deyərdim - Estoniyaya gələndən Tartu Universitetinin divarlarından kənara çıxmamışam, ilk illərdə tələbə idim, son illərdə isə müəlliməm. Vallah, nə deyim, adam özü haqqında çox danışa bilmir axı... Mən üç prezidentə tərcüməçilik etmişəm - Bilirik ki, Estoniya prezidentinin tərcüməçisi kimi fəaliyyət göstərirsiz. Onunla Azərbaycan, Qarabağ həqiqətləri haqda söhbət etmisizmi heç? - Mən üç prezidentə tərcüməçilik etmişəm. 1996-2001 arası Lennart Meri (amma L.Merinin prezidentlik müddəti 1992-2001 olub), 2001-2006 arası Arnold Rüütel, Toomas Hendrik İlvesə isə 2001-dən indiyə qədər. Azərbaycan və Qarabağ həqiqətləri haqqında hər üç prezidentlə söhbətlərimiz olub. Daha çox rəhmətlik Lennart Meri və T.H.İlveslə bu haqda söhbətimiz olub. L.Meri özü yazıçı idi və mən onunla hələ prezident olmamışdan tanış idik. Türkiyəyə rəsmi səfərlərimizdə, hətta uçaqda söhbətlərimiz olub. L.Meriyə bəzi kitablar da vermişdim. Bu haqda bir rəsim də olmalıdır, tapsam göndərərəm. Arnold Rüütel hər zaman Azərbaycanın tərəfində olub və indi də hər tədbirimizdə canla-başla iştirak edir. T.H.İlves ilə biz çoxdanın tanışlarıyıq. Avropa Azadlıq Radiosu hələ Münxen şəhərində fəaliyyət göstərəndə T.H.İlves eston şöbəsinin müdiri idi və mən onunla 1992-ci ildə Münxendə tanış oldum. O vaxtdan da zaman-zaman görüşmüşük və əlaqələrimiz hər zaman səmimi olub. Qarabağ haqqında şeirlə danışmağın əleyhinəyəm - Torpaqları işğal olunmuş bir ölkənin nümayəndəsi kimi Qarabağ problmini necə çatdırmısız? Şeirləmi paylaşmısız? - Mən Qarabağ haqqında ümumiyyətlə şeirlə danışmağın əlehinəyəm və bu mövzuda qətiyyən sentimentallığa yol verməmişəm. İstər Estoniyada olsun, istər Almaniyada, istərsə də Belçikada - Brüsseldə Avropa Parlamentində parlamentar dostlarımın köməyi ilə həyata keçirdiyim dəyrimi masalarda. Çünki bu mövzu qətiyyətlilik və faktlara əsaslanan daha rasional mövqenin sərgilənməsini tələb edir. Bu mövzu ətrafında poetik ifadələr deyil, geniş bilgi və qarşınızdakını inandıracaq gücə malik bir diskussiya tələb edir. Ermənilər Estoniyada təmsil olunmur - Siz Azərbaycan, yoxsa Türkiyə türkcəsində tərcüməçilik edirsiz? - Hər iki dövlətin - həm Azərbaycanın, həm də Türkiyənin rəsmi nümayəndələri gəldiyində və ehtiyac olduğunda tərcüməçilik edirəm. Bu, prezidentlər səviyyəsində də olub, parlament rəhbərlərinin səviyyəsində də. Gərəkdiyi təqdirdə ümumi bilgilərin formalaşması üçün lazım olan məsləhətlər də olub. -Bəs Estoniya hakimiyyətində ermənilər hansı səviyyədə təmsil olunur? - Estoniya hakimiyyətində adını çəkdiyiniz millət heç bir şəkildə təmsil olunmur. Ən azı mən eşitməmişəm, yaxud da hər hansı bir yüksək səviyyəli görüşlərdə rastlaşmamışam - nə banketlərdə, nə də rəsmi görüşlərdə. Bir ucu gedib Kamal Abdullaya çıxır - Xaqani bəy, sonda çox istərdim, Azərbaycan ədəbiyyatının qıraqdan necə görünməsini deyəsiniz. Bizi kənarda necə tanıyırlar? Daha öncə də demişdim, təkrarçılıq olmasın, amma görünən budur ki, son illər Azərbaycan ədəbiyyatı qıraqdan nəsr şəklində görünür. Bunun da bir ucu gedib Kamal Abdullaya çıxır. Xaqani bəylə söhbətimiz burada yekunlaşmadı. Sadəcə bəzi suallarım vardı ki, cavablandırmaq istəmədi, təvəzökarlıq etdi: - Özüm haqqında nə məlumat verə bilərəm ki, Faiq bəy? Əfvinizə sığınaraq deyirəm haa. Bir daha xahiş edirəm, bu ifadəm başqa cür anlaşılmasın… |
2014-04-17 | 14,921 | “Bəzi qüvvələr sabitliyi pozmağa çalışır” | Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə hesab edir ki, bəzi qüvvələr Azərbaycanda tolerantlıq mühitini, ictimai-siyasi sabitliyi pozmağa çalışır. Allahşükür Paşazadə bu fikirlərini aprelin 17-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında açıqlayıb. Şeyxülislam bildirib: "Azərbaycanın inkişafını gözü götürməyən bəzi qüvvələr ölkəmizdə əlverişli tolerantlıq mühitini, ictimai-siyasi sabitliyi pozmağa çalışır. Bu qüvvələrlə mübarizə aparmaq üçün biz tez-tez bölgələrdə olur, müxtəlif görüşlər, tədbirlər keçirir, geniş maarifləndirmə işi aparırıq". Allahşükür Paşazadə bu məqsədlə bölgələrdə müxtəlif dini ədəbiyyat və vəsaitlərin paylandığını diqqətə çatdırıb. O, Qazılar Şurasının və Elmi-Dini Şuranın tövsiyə və qərarı ilə son illər çapdan çıxmış kitablar və vəsaitlər barədə də məlumat verib. Bildirib ki, "Qurani-Şərif"in Azərbaycan dilində təfsiri olan Mirməhəmməd Kərim Bakuvinin "Kəşfül-Həqayiq" əsərinin üç cilddə müasir üslubda nəfis çapı, "Axund və imamlar üçün xütbə nümunələri" adlı vəsaitin, Ayətullah Cəfər Sübhaninin "Vəhhabi cərəyanı" əsərinin yeni redaktədə nəşri və s. cəmiyyətin dini maarifləndirilməsi işinə mühüm töhfə verib. Bu istiqamətdə işlər davam etdirilir. Allahşükür Paşazadə bir çox nüfuzlu dövlət xadiminin təltif olunduğu QMİ-nin "Şeyxülislam" ordeninin ikinci və üçüncü dərəcələrinin, bundan əlavə, "Vəhdət" və "Füzuli" ordenlərinin təsis edilməsinin vacibliyini diqqətə çatdırıb. İclasda Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev də ölkədə qeyri-ənənəvi dini cərəyanların, cəmiyyətdə dini ayrı-seçkiliyi təbliğ edən qüvvələrin qarşısının alınması məqsədilə din xadimlərinin bölgələrdə ictimaiyyətlə mütəmadi görüşlər keçirməsinin əhəmiyyətini vurğulayıb (AzərTac). |
2014-04-17 | 14,922 | Söyün Sadıqov övladlarının sirlərini açdı - Foto | "AzerRos" Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov övladları və onların fəaliyyəti barədə məlumat verib. S.Sadıqov bildirib ki, qızı Səbinə Moskvasakı 19 saylı ingilis dilli təmayüllü məktəbi qızıl medalla bitirib. "Orada birinci sinifdən ingilis dili keçirlər. Bu məktəbə ABŞ prezidentləri Reyqan, Buş və Klinton da gəliblər",-deyə Söyün Sadıqov bildirib. Onun sözlərinə görə, 1987-ci il təvəllüdlü Səbinə Sadıqova Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, sonra İngiltərədə Oksford Universitetində oxuyub. "Mən uşaqlarımla xoşbəxtəm, fəxr edirəm" deyən Söyün Sadıqov böyük oğlu, 30 yaşlı Ruslanın indi Almaniyada iri beynəlxalq şirkətdə işlədiyini bildirib: "Digər oğlum Qasım isə mənim davamçımdır-inşaatçıdır". Qeyd edək ki, kiçik oğul Qasım hazırda 24 yaşındadır. S.Sadıqov deyib ki, kiçik qızı, 21 yaşlı Sabrina bu il Moskva Dövlət Universitetinin televiziya və jurnalistika fakültəsində diplom müdafiə edəcək. "Bütün valideynlərə və uşaqlara sağlamlıq və xoşbəxtlik arzu edirəm. Valideynlər və dövlət üçün ən başlıcası budur",-deyə o qeyd edib (Modern.az). |
2014-04-17 | 14,924 | İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi | Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm". Dövlət başçısı qeyd edib ki, Azərbaycanda tarixən təşəkkül tapmış səmavi dinlər yüz illər boyu qarşılıqlı hörmət və etimad şəraitində, dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında humanizm, həmrəylik, dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında, cəmiyyətimizdə mükəmməl etnik-dini tolerantlıq mühitinin və zəngin multikultural ənənələrin formalaşmasında müstəsna rol oynayıb. Təsadüfi deyildir ki, bu gün Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir. Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan Respublikasında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun şəkildə tənzimlənib, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin etiqad və vicdan azadlığı təmin edilib. Ölkəmizin dindar təbəqəsi, o cümlədən xristian inanclı vətəndaşlarımız dini etiqad və ayinlərini, milli bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edir, ictimai-siyasi, mədəni-mənəvi həyatımızın bütün sahələrində, vətəndaş cəmiyyəti quruculuğunda yüksək fəallıq göstərirlər: "Əziz dostlar! Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!" |
2014-04-17 | 14,925 | Ukraynadan Rusiya vətəndaşlarıyla bağlı sərt qərar | Ukrayna tərəfi Rusiya vətəndaşı olan 16-60 yaşlı kişiləri ölkə ərazisinə buraxmayacaq. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Aeroflot" şirkəti məlumat yayıb. Məlumatda qeyd olunub ki, Ukrayna tərəfi aviaşirkətə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib. Konkret olaraq kişi cinsindən olan 16 yaşdan 60 yaşadək Rusiya vətəndaşları Ukrayna ərazisinə buraxılmayacaqlar. Bundan başqa eyni yaş kateqoriyasına aid Krım və Sevastopol qeydiyyatında olan kişilərin də Ukrayna ərazisinə girişi yasaqlanıb. Hər iki halda vətəndaşların Ukrayna ərazisinə buraxılışı sərhəd qoşunları rəisinin qərarı ilə mümkün ola bilər. Ukrayna vətəndaşı olan, Krım və ya Sevastopolda qeydiyyatda olan 20 yaşdan 35 yaşadək olan qadınların Ukrayna ərazisinə buraxılışı isə yalnız axtarış-yoxlama tədbirlərindən sonra mümkün olacaq. |
2014-04-17 | 14,926 | Serj Sarkisyana Azərbaycanla bağlı kitab verildi - Foto | Türkmənistanda keçirilən "Aziada – 2017 Mətbəxi" adlı sərgidə Ermənistan prezidenti Serj Sarkisyana Azərbaycan Kulinariyası kitabı təqdim edilib. Sərgidə təmsil olunan Azərbaycan nümayəndə heyəti Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova ingiliscə "Azərbaycan Kulinariyası" kitabının iki nüsxəsini təqdim edib. Prezident kitabları götürüb və bir nüsxəsini Serj Sarkisyana verib. Azərbaycan Milli Kulinariya Assosiasiyasından verilən məlumata görə, həmin kitabda Qarabağ mətbəxi ilə bağlı yazı dərc olunub. Qeyd edək ki, sərgidə iştirak edən Azərbaycan nümayəndə heyəti bir sıra diplomlarla təltif olunub (ANS). |
2014-04-17 | 14,927 | 21 il sonra Türkiyəyə gəldi və həbs edildi | 21 il sonra Türkiyəyə geri dönən sabiq Demokratiya Partiyasının sədri nəzarət altına alınıb. "Axar.az" xəbər verir ki, DEP sədrinin saxlanılmasının səbəbi 1994-cü ildəki bir istintaq işi ilə əlaqəlidir. Ankara Ağır Cəza Məhkəməsinin 27 fevral 2014-cü ilə tarixli qərarına görə, Türkiyəyə gələcəyi təqdirdə həbs edilməyəcəyi barədə zəmanət almışdı. Qayanı hava limanında ailəsi, vəkili Ləvənt Qanat və məşhur yazar İsmail Beşikçi qarşılamağa hazırlaşırdı. Ancaq Qaya təyyarədən enən kimi polis tərəfindən saxlanılıb. Sorğusu alınması üçün Qaya Ankara Ədliyyəsinə aparılıb. |
2014-04-17 | 14,928 | Bərdədə yaşayış evi yandı | Bərdə rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Mirzəcəfərli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları qismən və bitişik ümumi sahəsi 39 kv.m olan talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-17 | 14,929 | Putini devirməyin çarəsi tapıldı | Putini laxlada bilən internetdir, ancaq bu amildən tam istifadə olunmur. 1994-cü il Budapeşt memorandumuna görə Ukraynanın ərazi bütövlüyünə təminatı ABŞ və Britaniya verib. "Financial Times" Putini Rusiyanın ən böyük təbliğatçısı adlandırır. Qəzet misal çəkir ki, 35 il Moskvada məktəbdə tarix müəllimi işləyən İqor Dolitsky vaxtilə hakimiyyətin qoyduğu tabuların əleyhinə söz deməklə, hətta işdən də qovulub. Ancaq şagirdləri arasında həmişə etimadı olub. İndi isə 60 yaşlı müəllim Rusiyanın Krımı anneksiya etməsini tənqid edən kimi şagirdləri onu hətta eşitmək belə istəmədiklərini bildiriblər: "Siz yalan deyirsiniz. Siz Rusiyanı sevmirsiniz". Hətta şagirdlər müəllimə deyiblər ki, "Çıx, get Rusiyadan". Qəzet yazır ki, sanksiyaların hər iki tərəf üçün ziyanından çox danışırlar, ancaq sanksiyalar Rusiyaya daha çox ziyan vuracaq, nəinki Qərbə. ABŞ-ın Dövlət katibi Kerri Cenevrədə Rusiyanın xarici işlər naziri Lavrovla görüşəndə enerji, bank və s. sektorlar üzrə sanskiyalar hədəsi ən güclü silah olacaq. Qəzet ABŞ-ın statistik göstəricilərinə əsaslanaraq yazır ki, ABŞ-ın Rusiyaya illik ixracı 11,2 milyard dollar olub. Rusiya ABŞ-a ildə 26,4 milyard dollarlıq mal və məhsul satır. Bu, onların ümumi ixracında hansı yeri tutur? ABŞ-ın dünya üzrə illik ixracı 1 trilyon 370 milyard dollardır. Rusiyanın dünyaya ixracı ildə 508 milyard dollardır. Bu göstəricilərə görə, sanksiyalardan ABŞ-a dəyən ziyan qat-qat az olacaq, nəinki Rusiyaya. Qardiyan yazır ki, Ukraynanı müdafiə etmək Qərbin öhdəliyidir və Rusiya bunu anlamalıdır. Qəzetin fikrincə, Qərb daimi olaraq Putinin hərəkətlərini əvvəlcədən görə bilmir, daha sonra isə buna cavab verməkdə gecikir. Qəzet yazır ki, Putinin Sovet İttifaqının bütün hissələrini birləşdirmək kimi nəhəng planı yoxdur. Ancaq aydındır ki, onun başqa məqsədləri var. O, bu məqsədləri süni olaraq "rusların müdafiəsi", "Rusiya dünyası" kimi ifadələrlə pərdələyir. Guardian hesab edir ki, Qərb Putinə çox aydın şəkildə bildirməlidir ki, Rusiyanın Ukraynaya yeni müdaxiləsinə mənasız sanskiayalarla yox, Qərbin Ukraynaya ciddi hərbi yardımı ilə cavab veriləcək. Guardain xatırladır ki, 1994-cü il Budapeşt memorandumuna görə ABŞ və Britaniya Ukraynanın ərazi bütövlüyünün təminatçısıdır. Financial Times yazır ki, bütün məhdudiyyətlərə baxmayaraq Rusiyada Putin rejimini laxlada bilən bir qüvvə var. O da internetdir. Ancaq qəzet əlavə edir ki, "əgər bu amildən istifadə etməyə cəhd edən olsa". Vircinia Politexnik İnstitutunda Rusiya siyasəti üzrə dərs deyən Steven Wilson qəzetə deyir: "İnternet rəngli inqilablarda və ərəb baharında mühüm rol oynadı. Çünki əvvəlcə internetdən istifafədə bir sıçrayış oldu. Rusiyada isə bunu hələ görmürəm" (Azadlıq Radiosu) |
2014-04-17 | 14,930 | Azərbaycanda canavar kəndə hücum etdi - Video | Zaqatala rayon sakini adəti üzrə səhər oyanıb, heyvanları otarmaq üçün aparmaq istəyəndə, tövlədə gördüklərindən dəhşətə gəlib. Kənd sakinlərinin sözlərinə görə, bu günə kimi kənddə belə bir hadisəyə rast gəlinməyib. Səhər saatlarına yaxın Aşağı Tala kənd sakini Məhəmməd Həmzəyevə məxsus tövləyə hücum edən canavar 5 baş qoyunu parçalayıb. Amma ev sahibləri hadisədən səhər tövləyə gələrkən xəbər tutublar. Onlar dərhal Rayon Baytarlıq İdarəsinə məlumat veriblər. Hadisə yerinə gələn Rayon Baytarlıq İdarəsinin rəis müavini Ramazan Ramazanov deyir ki, hazırda hadisə yerinə baxış keçirilib: "Ölən və kəsilən qoyunlarının basdırılması ilə bağlı göstəriş verilib. Qalan yaralı qoyunlar isə müalicə olunacaq. Daha sonra ərazi və tövlədə dezinfeksiya işləri aparılacaq". Kənd sakinlərinin sözlərinə görə, Aşağı Tala şəhərə ən yaxın kənd olduğundan kənddə bu günə qədər belə bir hadisəyə təsadüf edilməyib. Şəhər mərkəzinə yaxın əraziyə canavarların soxulmasından isə sakinlər ciddi narahatçılıq keçirir (ANS). |
2014-04-17 | 14,931 | Gəmi batdı, Baş nazir yumruqlandı - Foto | Cənubi Koreyada baş verən gəmi qəzasında 280 nəfərin taleyi hələ də qaranlıq olaraq qalır. "Axar.az" xəbər verir ki, itkin düşmüş sərnişinlərin ailələri onları ziyarət edən Cənubi Koreya Baş naziri Çunq Honq-Vona kəskin etirazlarını bildirib. Etiraz edənlərdən biri Baş nazirə su qabı atıb. Başqa biri isə nazirə yumruq vurub. Qəzadan sorna tələbələr mobil telefonları vasitəsilə ailələrinə mesaj yazıb kömək istəyiblər. Gəmidəki sərnişinlərdən 179 nəfəri xials edilsə də, 287 nəfərdən hələ də xəbər yoxdur. Gəminin içərisindən çəkilən görünütülər isə sərnişinlərin necə də çarəsiz olduqlarını göstərir. |
2014-04-17 | 14,932 | "Azərenerji”də ixtisarlar başladı | İşçilərin ixtisara düşməsi bu dəfə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətində özünü göstərməyə başladı. ASC sədri Etibar Pirverdiyevin göstərişi ilə qurumun bütün rayon şöbələrində ixtisarlara start verilib. Bu məsələ hətta kənd rayonlarında da müşahidə olunur. Belə ki, "Azərenerji"nin bir sıra rayon şöbələrinin əməkdaşları heç bir əsas göstərilmədən işdən azad olunurlar. Artıq Bakı və Sumqayıt şəhərləriində də ixtisarlar başlayıb. Məsələ bu şəkildə davam etsə, xeyli insan işsiz qalacaq. İxtisarların hansı səbəbdən aparıldığını öyrənmək üçün heç olmasa "Azərenerji" ASC-nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, bir həftədir telefon zənglərinə cavab ala bilmədik ("Modern.az"). |
2014-04-17 | 14,933 | İlham Əliyev və xanımı Su İdmanı Sarayında - Foto | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri aprelin 17-də Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olublar. 2015-ci ildə Avropa ölkələri arasında tarixdə ilk dəfə Bakıda təşkil olunacaq Olimpiya Oyunlarına hazırlıq məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının tapşırığı ilə ən yüksək standartlara cavab verən müasir idman kompleksləri inşa edilir, mövcud idman obyektləri əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilir. Prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. Su İdmanı Sarayının layihələndirilməsini Koreya Respublikasının "Securo CO.LTD" şirkəti qısa müddətdə başa çatdırmış və inşaat işlərinə başlanılıb. Gənclər və idman naziri Azad Rəhimov Su İdmanı Sarayında layihə əsasında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Su İdmanı Sarayı üçün 6 hektar torpaq sahəsi ayrılmışdır. Ümumi sahəsi 66 min kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Sarayda üç üzgüçülük hovuzu olacaq. Uzunluğu 50, eni 25 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək. Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 yerlik yerüstü avtomobil yerüstü dayanacağı yaradılacaq. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcəkdir. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaq. Tikinti işlərini xarici və yerli şirkətlər icra edir. Dövlətimizin başçısına və xanımına Avropa Oyunları Parkının layihəsi əsasında aparılacaq inşaat işləri barədə də məlumat verildi. Bildirildi ki, 18 hektar ərazidə inşa ediləcək Avropa Oyunları Parkı üç idman qurğusundan - su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları qurğularından ibarət olacaq. Bu qurğular arasında ikimərtəbəli funksional keçidin inşası da nəzərdə tutulur. Burada dörd hissədən ibarət funksional sahələrin yaradılması üçün də xüsusi ərazi ayrılıb. Avropa Oyunları Parkında iclas və konfrans zallarının, kafe və funksional otaqların inşası da nəzərdə tutulur. Parkda, həmçinin mətbuat və yayım üçün çəkiliş qurğuları sahəsi, avtomobil dayanacağı və digər xidmət sahələri də yaradılacaq. Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi (AzərTac). |
2014-04-17 | 14,935 | Rumıniya prezidentinin saytını dağıtdılar | Rumıniyanın Kluj-Napoka şəhərindən naməlum haker məxfi informasiyaya icazəsiz giriş məqsədilə Rumıniya prezidentinin saytına müdaxilə edib. Bu haqda Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsindən jurnalistlərə bildirilib. "Cinayətkar prezident saytının serverinə xidmət göstərən informasiya sisteminə giriş əldə edib", – qurumdan bildirilib. Bildirir ki, məlumata əsasən, artıq 4 ildir qeyri-qanuni fəaliyyətlə məşğul olan haker həbs olunub. Xatırladaq ki, ötən il Barak Obama administrasiyası nümayəndələrinin elektron poçtlarına müdaxilədə şübhəli bilinən Guccifer ləqəbli haker həbs edilmişdi (ANS). |
2014-04-17 | 14,936 | Prezidentin qızlarının şəkilləri yayıldı - Foto | Prezidentin qızı Arzu Əliyeva sosial şəbəkədə yeni fotolarını paylaşıb. "Axar.az" xəbər verir ki, Arzu Əliyevanın Feysbuk səhifəsində paylaşdığı fotolardan biri, bu gün İlham Əliyevin Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olduğu vaxt çəkilən şəkillərdən biridir. Leyla Əliyevanın da olduğu həmin fotoları təqdim edirik: |
2014-04-17 | 14,937 | Bakı bulvarında ölən kişinin kimliyi bəlli oldu - Yeniləndi | 22:02 Bakının Dənizkənarı Milli Parkında ölüm halı olub. Məlumata görə, 45-55 yaşlı kişi ürək tutmasından vəfat edib. 39-cü Polis Bölməsindən verilən məlumata görə, təcili yardım maşını hələki şəxsiyyəti məlum olmayan şəxsi xilas etməyə yetişə bilməyib. Belə ki, həkimlər gələnə kimi həmin şəxs keçinib. Hadisə şahidlərinin dediyinə görə, həmin şəxs gəzən zaman müvazinətini itirərək, yerə yıxılıb (ANS). 22:14 Dənizkənarı Milli Parkda qəfildən dünyasını dəyişən şəxsin kimliyi məlum olub. 39-cu Polis Bölməsindən verilən məlumata görə, ölən şəxs Şirvan şəhərinin Xaqani küçəsində qeydiyyatda olan Əsgərov Ramiz Böyükağa oğludur. Həkimlər Şirvan sakininin ürəktutmasından dünyasını dəyişdiyini bildirib. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib (ANS). |
2014-04-17 | 14,938 | Daha bir nurçu vəzifəyə gətirilir – Özəl | "Goranboy rayonunun Təhsil Şöbəsinin müdir vəzifəsini əvəz edən şəxs Fətullah Gülən hərəkatının üzvüdür". Bu barədə "Axar.az"a etibarlı mənbələrdən məlumat daxil olub. Mənbə Təhsil Şöbə müdiri vəzifəsini icra edən Anar Mayılovun hələ bundan öncə rayonda lisensiyasız fəaliyyət göstərən Araz kurslarının rəhbəri işlədiyini bildirib. Onun rəhbər olmaqla bərabər, Araz kurslarını da bu rayona gətirilən şəxslərdən biri olduğu söylənilir. Anar Mayılovun üç ay bundan öncə vəzifəsindən azad olunmuş İlham Hüseynovu hələlik əvəz etdiyi qeyd edilib. Mənbə məhz Anar Mayılovun gələcəkdə müdir vəzifəsinə gətirilməsi ehtimalının böyük olduğunu deyib. Qafqaz Universitetini bitirən Anar Mayılovun hərbi qulluq keçmədiyi də vurğulanır: "Bilirsiz ki, nurçu təriqətinə xidmət edənlər əsgərliyə getmirlər. A.Mayılov həm də Mahir Aslanovun da qohumudur. Mahir Aslanov isə 2010-cu ildə Goranboy-Neftçala seçki dairəsində millət vəkili seçildi". Goranboy Təhsil Şöbəsi ilə əlaqə saxlamaq mümkün olmadı. |
2014-04-17 | 14,939 | Rusiya-Ukrayna razılığa gəldi | ABŞ Dövlət Katibi Con Kerri təxminən 9 saat davam edən danışıqlardan sonra AB Xarici işlər və Təhlükəsizlik siyasəti ali nümayəndəsi Ketrin Eşton ilə mətbuat konfransı təşkil edib. "Axar.az" xəbər verir ki, Kerri ukraynalıların təhlükəsizliyini təkrar təmin etmək üçün bəzi konkret addımlar üzərində razılaşmanın əldə olunduğunu bəyan edib. Kerri tərəflərin şiddətdən, təhdid etməkdən və provokasiyalardan çəkinməyin lazım olduğu barədə eyni fikirdə olduğunu bildirib. İclasda Rusiya Xarici işlər naziri Sergey Lavrov, Ukrayna Xarici işlər naziri Andrey Deşçitsa iştirak edib. |
2014-04-17 | 14,940 | Çin səddi uzandı - Foto | Arxeoloqlar Çinin şimal-qərbində səddin yeni qalıqlarını tapıb. "Axar.az" xəbər verir ki, yeni tapılan qalıqların ən azı 2 min 470 illik tarixə sahib olduğu təxmin edilir. 20 metr uzunluğundakı qalıqların Çin Xanədanlığı dövrünə aid olduğu bildirilir. Divarların 3 hissədən ərsəyə gəldiyi və ilk hissənin 5 metr uzunluğunda, 3-4 metr enində və 6 metr yüksəkliyində olduğu qeyd edilib. Digər iki hissənin isə 10 metr uzunluğunda və 5 metr yüksəkliyində olduğu deyilir. |
2014-04-17 | 14,943 | Con Makkeyn Moldovaya gəldi | ABŞ senatoru Con Makkeyn Moldovaya səfər edib. "Axar.az" xəbər verir ki, Moldova Respublikası müstəqilliyini qazandıqdan sonra ən gərgin günlərini yaşayır. Sərhədində yerləşən Ukraynadakı qarışıqlıqların bu ölkəyə yan almaması üçün səy göstərən Moldova ABŞ-dan siyasi güvən və maliyyə dəstəyi alıb. Con Makkeyn moldovalı səlahiyyətlilərlə, həmçinin prezident Nikolay Timofti ilə görüşüb. Moldovanın Avropaya inteqarasiya yolunda çətin bir dövrdən keçdiyini deyən Makkeyn bu ölkəyə inandıqlarını bildirib. |
2014-04-17 | 14,944 | Ərdoğan tatarlarla bağlı Putinə sərt xəbərdarlıq etdi | Bu gün axşam saatlarında Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Məlumata görə, iki lider arasında Ukraynadakı möcvud böhran müzakirə edilib. Ərdoğan Krımdakı tatar türklərinin baş verənlərdən zərər görməmsi üçün Putinə xəbərdarlıq edib. Krım Tatar Cəmiyyətinin lideri Mustafa Cəmil Kırımoğlunu əvvəlki gün Ankarada qəbul etdiyinə diqqəti çəkən Ərdoğan , tərəflər arasındakı dialoqun əhəmiyyətinə işarə edib. Telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasında ticarət və enerji sahəsində əməkdaşlıq başda olmaq üzrə ikitərəfli əlaqələr də müzakirə edilib ("Publika.az"). |
2014-04-17 | 14,945 | Bəşər Əsəd qüvvələri daha bir şəhəri bombardman etdi - Video | Suriyada Əsəd rəhbərliyinə bağlı hərbi təyyarələr bu gün Xumusun Təlbisə bölgəsini bombardman edib. "Axar.az" xəbər verir ki, havadan reallaşdırılan hücum nəticəsində çoxlu sayda uşaq dağıntılar altında qalıb. Hücumdan dərhal sonra çəkilən görününtülərdə bombardman nəticəsində binaların zərər gördüyü əks olunub. Bombardmanda yaralananların hamısının uşaq olduğu bildirilir. Ölənlərin və yaralananların sayı hələ də açıqlanmayıb. |
2014-04-18 | 14,946 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında aprelin 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gəcəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 18-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz yaxın 3 gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir. |
2014-04-18 | 14,947 | Əməkdar artist: “Siz məni boşatdırmaq istəyirsiniz?” - Foto | Müsahibimiz Akademik Milli Dram teatrının aktyoru, Əməkdar artist Anar Heybətovdur. Onunla işlədiyi teatrda görüşdük. Növbəti tamaşanın gərgin məşqləri getsə də, tanınmış səhnə adamı bizimlə söhbətə vaxt ayıra bildi. İlk sualımız da elə məşqlərlə bağlı oldu. Topal Teymur qayıdır - Anar bəy, məşqlər necə gedir? - Yaxşı gedir. Bu yaxınlarda tamaşanı təhvil verməliyik. Hüseyn Cavidin "Topal Teymur"unu səhnələşdirəcəyik. - Tamaşaya kim quruluş verir? - Bu əsərə bir çox rejissorlar müraciət edib. Bu dəfə isə tamaşa Mehriban xanım Ələkbərzadənin quruluşundadır. Elə indicə məşqlər sona çatdı. - Hansı obrazı canlandırırsınız tamaşada? - Orxan obrazını canlandırıram, sizi də dəvət edərik, gəlib baxarsınız. Əlli-əlli... - Bu gün teatr hansı yerdədir, sizi qane edirmi? - Müəyyən nüanslar var ki, qane edir, elə bir nüans da var ki, qane etmir. Bu, normaldır. Ümumi desəm, əlli-əlliyə razıyam. - Hansı uğurlara görə qane edir? - Uğurlarımız çoxdur, yəni tək mənimlə bağlı deyil. Yalnız Akademik Milli Dram teatrında deyil, başqa teatrlarımız da var ki, xaricdən rejissorlar dəvət edib tamaşalar qoyurlar. Bu yaxınlarda Gənc Tamaşaçılar Teatrında ingiltərəli rejissor bir tamaşa hazırlamışdı orda. Təbii ki, elə hallar da olur ki, aralarında uğursuz tamaşalar da olur. - Qane etməyən tərəfi hansıdır, sizi narahat edən nədir? - Bir çox narahatçılıqlar var. O da, düşünürəm ki, hər şey rahat olsa, mənasız olar. Ümumiyyətlə, həyat özü mənasız olar, ardınca da işimiz mənasızlaşar. Çalışırıq ki, bacardığımız qədər bu problemləri aradan qaldıraq. Aktyorların maaşı azdır - Dövlətin mədəniyyətə qayğısında teatra olan münasibət nə yerdədir? - Yaxşı sualdır. Məncə, normaldır. Şəxsən bizim teatrda dövlət sifarişi ilə hazır olan tamaşalar var. Lakin teatrın öz hesabına başa gələn tamaşalar da var. Hansı ki, teatrın daxili hesabına hazırlanır. Narazılığımız aldığımız məvaciblə bağlıdır, yəni aktyorların maaşı azdır. Amma mənim yadıma gəlir ki, biz teatra gələndə aldığımız məvacib çox az idi. Yavaş-yavaş bir az artdı. Lakin yenə də indiki zaman üçün aldığımız maaş heç yetərli deyil. İnşallah yəqin yenə artırarlar (gülür). 50 yaşı var, teatrda olmayıb - Teatrda tamaşaçıları cəlb etmək üçün hansı işlər görülür? - Bilirsiniz, tamaşaçını cəlb etmək üçün birinci, yaxşı tamaşalar lazımdır, ikincisi, mən bunu yüzdə-yüz düşünürəm ki, tamaşaların reklamı getməlidir televiziya kanallarında, anonslar getməlidir, afişalar asılmalıdır küçələrdə. Televiziyalarda isə reklam çox bahadır. Mən dəfələrlə telekanallara müraciət etmişəm ki, teatrlara güzəştli qiymətlər qoysunlar. Biz mal satmırıq və yaxud hər hansı firmanı reklam etmirik. Biz nə pul qazanırıq ki, o qədər də pul tələb edirlər? Gündə bir neçə dəfə reklam çarxı getsə efirdə, tamaşaçını cəlb etmək olar. Tamaşadan da çox şey asılıdır, əgər tamaşaçı teatra gəlirsə, tamaşa xoşuna gəlmirsə, daha gəlmir teatra, elə bilir ki, bütün tamaşalar o gündədir. O cür tamaşalar tamaşaçını itirir. Elə tamaşaçı var ki, 50 yaşı var, bu vaxta kimi teatrda olmayıb. - Daha çox hansı yaş nəsli teatra üz tutur? - Hər yaş nümayəndəsi üz tutur bura, bizdə hər bazar günü saat 12-də gənc nəsil üçün nağıl tamaşaları oynanılır. - Bizim xalq niyə teatrsevər deyil? Xalq teatrı anlamır, yoxsa teatrda uğurlu tamaşalar yoxdur? - Bilirsiniz, zaman dəyişib. Hamı internetdən istifadə edir, kimin həvəsi varsa tamaşalar haqqında məlumatı internetdən alır. Çox düz qeyd etdiniz, bizim xalqın çox faizi teatrsevər deyil, tamaşalara gəlmirlər. Mən belə bir şeyin həvəsindəyəm ki, fərqi yoxdur, mən orda rol aldım, ya yox, bizdə tamaşalara maraq çox olsun, tamaşaçı bilet tapa bilməsin gəlməyə. - Azərbaycanda teatrın təbliği üçün nə gərəkir? - Bizdə gənclər təşkilatı olur. Aktyorlar məktəblərə gedir görüş üçün. Biz misal üçün Fuad Poladov, Əli Əmirli, Elşən Rüstəmov və başqaları bir neçə dəfə məktəblərdə görüşlər keçirmişik. Uşaqlarla təmasda olmuşuq. Müəllim heyəti ilə bizim teatrın direktoru görüşüb, çalışdığı qədər teatrın gənclərə nə dərəcədə xeyirli olduğunu bildirib. - Bir çox seriallara çəkilmisiniz. Serialların texniki imkanı müasir tələblərə imkan verirmi? - Mən hamısını bilmirəm hansı avandanlıqla işləyirlər, amma bir çoxları bəli, xaricdən gələn avadanlıqla işləyir. Bizim hər hansı bir aktyoru aparaq Türkiyəyə... - Niyə bizdə keyfiyyət eyni nəticəni vermir? - Bir çox səbəblər var. Birincisi, bura Azərbaycandır, Türkiyə deyil. Bizdə ssenari onların ssenarisindən zəifdir. Burda serial çəkəndə kadr arxası on nəfər olursa, orda yüz nəfər olur, hərə öz işini görür. Təbii ki, onların seriallara ayırdığı vəsaiti burda bizimkilər seriala, kinoya ayırsa, yüz faiz deyə bilərəm ki, bizdə qat-qat keyfiyyətli filmlər alınar. Bu dəqiqə bizim hər hansı bir aktyoru aparaq, Türk serialında çəkilsin. Bizim aktyor çox böyük bir məharətlə rolunun öhdəsindən gələcək, nəinki türk aktyoru. - Yeni seriala təklif var? - Var, amma dəqiq bilmirəm, çünki ola bilər ki, alınmasın. Belə bir söhbət var ki, may ayında yeni mövsüm üçün serial çəkilməlidir, alınsa, bu haqda sizə deyəcəm. - Bir çox obrazları canlandırmısınız. Elə bir hal ilə üzləşmisinizmi ki, rolda özünüzü görməmisiniz, yəni sizin üçün çətin olub həmin obrazın öhdəsindən gəlmək? - Yox, olmayıb. Bütün tamaşaları məşq edirik öncədən, obrazı özümüzünküləşdirirk. Belə bir halla hələ üzləşməmişəm. - Burdan teatrsevərlərə necə müraciət edərdiniz ki, tamaşalara gəlsinlər? - Təbii ki, hamının problemi var, iş-güc. Amma mən özüm də vaxt edən kimi tamaşalara baxıram. Sözün əsl mənasında dincəlirəm. Tamaşaçılara da demək istəyirəm ki, teatra gəlsinlər, dincəlsinlər. Təbii, elə şeylər var ki, burdan öyrənə bilərlər. Misal üçün, tarixi, mədəniyyəti, hər hansı pis əməli etməməyi öyrənə bilərlər. - Sosial şəbəkədən istifadə etdiyinizi bilirik. Elə hal olubmu ki, sizə sevgi etirafı etsinlər orda? - Siz məni boşatdırmaq istəyirsiniz? (gülür). Çox olub, bəli, mən onlarla dostluq etməyə çalışmışam, istəməmişəm kimisə qırım. Normal qarşılayıram bütün bunları. |
2014-04-18 | 14,948 | Millət vəkili xəstəyə yardım etdi | Deputat Qənirə Paşayeva ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Qasımov Ömər Ramiq oğluna yardım edib. Məlumata görə, Qənirə Paşayeva bu barədə Facebook-da yazıb. Onun yazdığına görə, axşam saatlarında televiziyada xəstə uşaqla bağlı süjetə baxıb və dərhal hərəkətə keçib: "Süjet bitdikdən sonra televiziyaya zəng edib, Ömərin ailəsinin telefonlarını alıb zəng etdim. Sonra gec də olsa söhbət balaca bir körpədən getdiyi üçün Səhiyyə Nazirliyinin rəsmilərini aradım, Təcili Tibbi Yardım İdarəsinin rəhbəri Gülmirzə müəllimlə danışıb ailənin maddi vəziyyətinin çox çətin olması və Ömərin dövlət hesabına pulsuz əməliyyat edilməsinə ciddi ehtiyac olduğunu söylədim. Sağ olsunlar. Artıq tapşırıqlar verildi və Ömər Mərkəzi Nefçilər Xəstəxanasında dövlət hesabına pulsuz əməliyyat olunacaq. Həftənin 1-ci günü Öməri və ailəsini Səhiyyə Nazirliyində qəbul edib, sənədləşdirərək Mərkəzi Nefçilər Xəstəxanasına göndərəcəklər. Allah balaca Ömərə kömək olsun! Dualarınızı əksik etməyin!" ("Musavat.com"). |
2014-04-18 | 14,949 | “Maydan” filmi Kann festivalında göstəriləcək | 67-ci Kann kinofestivalında Maydan hadisələrindən bəhs edən film göstəriləcək. "Axar.az" xəbər verir ki, "Maydan" filmini rus-ukraynalı rejissor Sergey Lozniç lentə alıb. Filmdəki hadisələr Kiyevdə baş verən Maydan hadisələrindən dərhal sonra çəkilib. Çəkilişlər fevral-mart aylarında baş tutub. Qeyd edək ki, daha əvvəl Sergey Lozniçin Kann festivalında 2 filmi nümayiş olunmuşdur. |
2014-04-18 | 14,952 | "O səs Türkiyə"nin bənzəri ATV-də başlayır | ATV telekanalında "Azərbaycanın səsi" adlı yeni bir layihəyə start verilib. Məlumata görə, yarışmanın qalibinə avtomobil hədiyyə ediləcək. "Azərbaycanın səsi" layihəsinin aparıcısı Günay Firudinqızı müsabiqə ilə bağlı açıqlama verərək onun fərqli və daha maraqlı olacağını vurğulayıb: "Seçim turlarına ötən gün start verildi. Dörd münsifimiz var: Müğənnilər Natavan Həbibi, Elnarə Xəlilova, Nadir Qafarzadə və meyxanaçı Namiq Qaraçuxurlu. Hər münsifin 16 tələbəsi olacaq. Həftə ərzində onlar ələnəcək. Seçimlər başa çatdıqdan sonra canlı efir başlayacaq. SMS səsvermə ilə ən yaxşı səsi olan seçiləcək. Bu, təkcə müsabiqədə iştirak edən gənclərin yox, eyni zamanda münsiflərin də yarışmasıdır. Veriliş həftədə bir dəfə yayımlanacaq" ("Axşam.az"). |
2014-04-18 | 14,953 | Kubada məscid tikintisi qalmaqalı: Kastrodan reaksiya | Türkiyənin Dini Məsələlər Vəqfinin Kubada məscid tikdirmək istəyi bu ölkədə narazılıqla qarşılanıb. "Axar.az" xəbər verir ki, Türkiyədən Kubanın paytaxtı Havanaya gələn heyətin buradakı 3,5 min müsəlmana xidmət göstərəcək məscid tikmək istəyi kubalıları əməllicə təəcübləndirib. Onlar ölkədə bu sayda müsəlmanın yaşamasını ağıllarına gətirməyib. Məsələyə sərt reaksiya verən kubalılar bu sayda müsəlman üçün böyük bir məscidin tikintisinə ehtiyacın olmadığını vurğulayıblar. Gərginliyin qarşısını almaq üşün məsələyə Kuba inqilabının əfsanəvi lideri Fidel Kastro və onun qardaşı - dövlət başçısı Raul Kastro qarışmalı olub. İndi məscidin tikilib-tikilməməsinə son qərarı kommunist liderləri verəcək. Xatırladaq ki, Kubaya gələn heyətin rəhbəri Mustafa Tutkun Havanada Ortaköy məscidi kimi dini məbədin tikintisini istəyib. Məscid inşasının xərclərini Türkiyə dövlətinin öz üzərinə götürməsi kubalıları daha da özündən çıxarıb. Məsələyə yaxın günlərdə aydınlıq gətiriləcəyi deyilir. |
2014-04-18 | 14,954 | İldə 30 milyon xərclənən prezident iqamətgahı - Foto | İnternetdə Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun villasına aid fotolar ortaya çıxıb. "Axar.az" xəbər verir ki, fotolar Mixail Tkaç tərəfindən Feysbuk səhifəsinə yüklənib. Onun sözlərinə görə, Yuşşenkonun iqamətgahı dövlətə ildə 30 milyon qrivenə (3 milyon manat) başa gəlir: "Təkcə biz vergi ödəyiciləri oranın işıqlandırılması üçün ildə 400 min qriven ödəyirik". |
2014-04-18 | 14,955 | Qazax sahibkar Ukrayna məmurunun başına 1 milyon qoydu | Qazaxıstanlı sahibkar Yermek Tayçibekov Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən İqor Kolomoyskinin başına 1 milyon rus rublu pul qoyub. "Axar.az" xəbər verir ki, qazax sahibkar şərtinin mayın 1-nə qədər qüvvədə qalacağını bəyan edib. Tayçibekov hərəkətini Kolomoyskinin Ukraynada ruslara qarşı tətbiq etdiyi "ov"a cavab kimi dəyərləndirib. Onun sözlərinə görə, yerindən və milliyyətindən asılı olmayaraq, onun sifarişini yerinə yetirəcək şəxs qonorarını dərhal, hətta bank hesabında görə biləcək. Xatırladaq ki, İqor Kolomoyskinin müavini Boris Filatov Rusiya meyyli fəallara qarşı yeni mübarizə metodu hazırladıqlarını vurğulamışdı. O qeyd etmişdi ki, hər bir separtçının təhvil verilməsinə görə 10 min dollar məbləğində qonorar verməyə hazırdırlar. |
2014-04-18 | 14,956 | Rusiya İsmayıl Ağayevi "arzulanmaz şəxs" elan etdi | Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayevin Belarusa girişinə qadağa qoyulub. Bu barədə İ.Ağayev özü məlumat verib. O deyib ki, BDM aprelin 18-25-də Belarus, Çexiya və Polşada qondarma erməni soyqırımı və Azərbaycan həqiqətləri ilə bağlı silsilə tədbirlər keçirməyi planlaşdırıb. Bu məqsədlə də İ.Ağayev bu gün Minskə yola düşməli imiş. Lakin səhər saatlarında Minskə uçmaq istəyən BDM sədrinə Belarusa giriş qadağası qoyulduğu bildirilib. İ.Ağayev məsələni aydınlaşdırmaq üçün uçuşu həyata keçirməli olan Belarusun "Belavia" şirkətinə müraciət edib. Şirkətdən ona bildirilib ki, Rusiya Federasiyası tərəfindən "arzuolunmaz şəxs" elan edildiyinə görə onun Rusiya ilə yanaşı Gömrük İttifaqının üzvü olan Belarus ərazinə də girişi yasaq edilib. İ.Ağayev deyib ki, məsələ ilə bağlı həm Rusiya, həm də Belarusun Bakıdakı səfirliyi ilə əlaqə saxladıqda hər iki səfirlik bu barədə məlumsız olduqlarını bildiriblər: "Qadağanın hansı səbəbdən qoyulması ilə bağlı BDM tərəfindən müvafiq strukturlara müraciət olunub və məsələ araşdırılmaqdadır". Buna baxmayaraq İ.Ağayev deyib ki, bir neçə saatdan sonra Çexiya və Polşadakı tədbirlərdə iştirak etmək üçün Praqaya yola düşür. BDM-in Avropa nümayəndəliyi tərəfindən hazırlanan tədbirlərdə Azərbaycan diasporunun fəalları da iştirak edəcəklər ("Teleqraf.com"). |
2014-04-18 | 14,957 | Kabzon Ukrayna bayrağına büründü - Foto | Məşhur ifaçı İosif Kabzon Ukrayna bayrağına bürünüb. "Axar.az" xəbər verir ki, gecə yarısı Donetskdə İosif Kabzonun heykəlini Ukrayna bayrağının rənglərini özündə əks etdirən boya ilə rəngləyiblər. Sübh tezdən xəbər tutan kommunal işçilər heykəli boyadan siliblər. Qeyd edək ki, eyni hadisə bir dəfə də Donetsk ərazisində baş vermişdi. |
2014-04-18 | 14,958 | Ukrayna Baş nazirindən Rusiyaya müraciət | "Biz Rusiyaya müraciət edirik. Rusiya dövləti öz nazirinin imzaladığı sənədi yerinə yetirməlidir və Ukraynanı rahat buraxmalıdır". "Axar.az" xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Arseniy Yaçenyuk söyləyib. Baş nazir Rusiyanın Ukrayna ərazisinə göndərilən terrorçu qrupları maliyələşdirməkdən əl çəkməli olduğunu da vurğulayıb: "Rusiya öz kəşfiyyat və təxribat qruplarını təcili geri çəkməlidir. Eyni zamanda, əllərində silah tutan qondarma etirazçıları, terrorçu və separatçıları maliyyələşdirməkdən əl çəkməlidir". |
2014-04-18 | 14,959 | Ukraynada azərbaycanlı idmançı tələbə faciəvi şəkildə öldü | Ukraynanın Dnepropetrovsk şəhərində azərbaycanlı idmançı tələbə faciəli şəkildə dünyasını dəyişib. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov ya bildirib ki, bu, Azərbaycanın Xaçmaz rayonundan olan, 1994-cü il təvəllüdlü, Dneprepetrovsk Dövlət Universitetinin ikinci kurs tələbəsi Aslan Xıdırovdur. Smaqdaun döyüş növü üzrə idmançı olan A. Xıdırov beş gün əvvəl məşq zamanı boynundan ağır zədə alıb və təcili xəstəxanaya çatdırılıb. Həkimlərin bütün cəhdlərinı baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun nəşi bu gün Azərbaycana yola salınıb. |
2014-04-18 | 14,960 | Ukrayna 200 min gürcünü necə xilas etdi? – Foto | Ukrayna hadisələrini olduqca yaxından izləyən və baş verənlərdən təəssüf hissi keçirən gürcü sosial şəbəkə istifadəçiləri ukraynalılara sevgilərini Abxaziya müharibəsi zamanı baş vermiş bir tarixi hadisə ilə bildiriblər. "Axar.az" xəbər verir ki, söhbət Abxaziyada müharibəni uğursuz şəkildə uduzmuş 200 min gürcünün xilas olmasında ukraynalı pilotların xidmətindən gedir. Ukrayna 200 min gürcünün xilasında necə iştirak edib? Bildirilir ki, ukraynalıların əksəriyyəti bundan məlumatsız olsalar da, gürcülər həmin anı yaxşı xatırlayır, yaddaşlarına köçürüblər. Hadisə 1993-cü ili sentyabr ayının 27-də baş verib. Məhz həmin gün gürcülər Abxaziyanın mərkəzi şəhəri Suxumini əldən verməli oldular. Respublikanın mərkəzi hissəsində yaşayan gürcülər gözlənilən hücumlardan ehtiyatlanaraq, Svaneti dağlarına – Kodora qaçmalı olublar. Yağan güclü qar gürcülərin mühasirəyə düşməsinə, daha sonra isə tam məhvinə zəmin yaradıb. Tiflisə getmək üçün qaçqın düşən əhalinin bir hissəsi yalnız hava variantının umuduna qalıb. Müharibədə uğursuz şəkildə məğlub olan Gürcüstanın nə vertolyotu, nə də büdcəsində vəsaiti olub. Bu zaman Prezident Eduard Şevardnadze soydaşlarının xilasını Ukraynaya müraciətdə görüb. Ukraynanın o vaxtıkı prezidenti Leonid Kravçuka təcili zəng edən Şevardnadzenin müraciətinə həmkarı müsbət cavab verib. Bir qədər sonra ukraynalı ekipajlardan ibarət 35 vertolyot hadisə yerinə gəlib. Beləliklə, həmin şəxslərin həyatını qurtarmaq mümkün olub. Həmin hadisələri olduğu kimi xatırlayan gürcülər Ukraynada baş verənlərdən üzüldüklərini durmadan ifadə edirlər. |
2014-04-18 | 14,962 | Markes dünyasını dəyişdi | Nobel mükafatı laureatı Qabriel Qarsia Markes dünyasını dəyişib. Məlumatı Röyters yayıb. Kolubmbiyalı yazıçı pnevmaniya diaqnozu ilə Mexikoda xəstəxanaya yerləşdirilmiş, müalicədən sonra evə buraxılmışdı. Markes Migel Servantes dövründən ən tanınmış ispandilli yazıçıdır ("Musavat.com"). |
2014-04-18 | 14,963 | Stalin Dərbənd məscidinin açılmasına nədən izn verdi? - Video | Əvvəli birinci yazıda Vətən həsrəti çəkən 60 yaşlı Məlahət ana ilə söhbətimizi bitirib Dəmirqapıya, yəni Dərbənd qalasına tərəf yol alırıq. Dərbəndin bizi çox təəcübləndirməsi və əvvəlcədən beynimizdə yaratdığımız Dərbəndin stereotiplərdən başqa bir şey olmadığını səfər xatirələrimizin yer aldığı giriş yazımızda qeyd etmişdik. Qalaya qalxan pilləkənli yollarda əl-ələ tutan, qucaqlaşan, nəfəs-nəfəsə dayanan cütlükləri görəndə Dərbənd haqqında nə qədər yanıldığımıza bir daha əmin olduq. Əvvəlcə fikirləşdik, bu sevgili cütlüklər turistlərdir. Gözləyirdik ki, indi yerli əhalidən olan igidlərlə dava düşəcək. Ancaq az sonra həmin cütlüklərin Dərbənd gəncləri olduğuna əmin oluruq.. Dərbəndliləri izləyə-izləyə Dərbənd qalasına çatırıq. Qalaya giriş 100 rubldur. (Təxminən 2 manat). Qalanın nəzarətçiləri Bakıdan gəldiyimizi bilən kimi bizdən pul almaq istəmədi və onun sözü ilə desək, "qonaq olmağı" xahiş etdi. Xatirə fotosu çəkdikdən sonra təşəkkür edib, qalaya daxil oluruq... Əsrlərlə geri boylanarkən... Azərbaycanın əsrlərlə əvvəlinə aid tarixi yerləri görmək insana ayrı bir hiss verir. Qalanın bürclərindən boylanmaq, yüz illər öncə burda baş verən tarixi döyüşləri gözünün qabağında canlandırmaq insanda büsbütün fərqli duyğular yaradır. Qədim silahlar, dəbilqələr və noqay qızları Qalanın içərisində yüz illər öncəyə aid olan silahları, döyüş geyimlərini, qılınc və qalxanları gördükcə həmin dövrlərin döyüş səhnələri haqqında təsəvvürümüzdəki qəliblər sanki tamamlanırdı. Qubalı Fətəli Xana aid olan döyüş ləvazimatlarından tutmuş xanlıqlardan əvvəlki dövrlərə aid olan Şirvanşahların müxtəlif əşyaları yenicə alınmış əşyalar kimi təzə qalıb. Qalada yerləşən muzeydən çıxırıq. Bir qədər sonra noqay olduğunu deyən xanımlar yaxınlaşıb şəkil çəkdirmək istədiyini deyir. Təkliflərini qəbul edib şəkil çəkdirir və qaladan çıxırıq. Stalinlə məscid xatirəsi Qaladan qayıdıb Azərbaycanın Dərbənd tarixinin ayrılmaz hissəsi olan Cümə Məcidinə gəlirik. Məscidin bu günə qədər gəlib çatmasına yardım etmiş seyidin sovet illərində məscidi necə qorumasını onun qızından öyrənirik: "Müharibə illərində Stalini inandırırlar ki, məscidləri ibadət üçün açmaq lazımdır ki, orda döyüşən ordu üçün dua edilsin. Doğurdan da Stalin məscidlərin açılması üçün göstəriş verir. Atam, əmim və digər insanların köməyi ilə məscidi təmizləyirlər. Yarım metr qum qazılıb çıxarılır. Çünki uzun zaman orda heç kim ibadət etməyib və torpaq çirklənibmiş". Onu da öyrəndik ki, həmin məscid IV əsrdə inşa edilən və sonradan məscid halına salınan atəşpərəstlik məbədi olub. Cümə Məscidindən çıxıb yolumuza davam edirik. Qaladan qayıdan yolda qarşımıza çıxan insan Dərbənd səfərimizin sonuna qədər bizimlə olacaq. "Çeçen" saç düzümlü, idmançı görünüşlü qəhrəman Maşını saxlayıb bizdən hardan gəldiyimizi soruşdu. "Çeçen" üslubunda saçı, idmançı görünüşü ilə insanda "dava adamı" obrazı yaradan bu insan Bakıdan gəldiyimizi bilən kimi maşından düşüb bizi yaxınlıqdakı kafeyə gətirdi. Kafedəkilərə "bunlar mənim qonağımdır, özüm də bir azdan gələcəyəm", - deyib, kafedən çıxdı. Bir qədər sonra bayaq maşını sürən dostu ilə qayıtdı. Ordan-burdan söhbət edəndən sonra öyrəndik ki, qəhrəmanımızın adı Kamrandır və kiq-boksinq ustasıdır. Dərbənddə azərbaycanlı uşaqlar üçün bir yer açıb və onlara bu döyüşün incəliklərini öyrədir. Bakıda 1 həftəyə 3 min Bir qədər sonra həmsöhbətimizin bizi niyə qonaq etməsinin səbəbi aydın olur: "Yaxın günlərdə dostlarımızla Bakıda qonaq idik. Qonaq deyəndə, oteldə qalırdıq. 1 həftə yaxşıca gəzib əyləndik". Həmin bir həftəyə nə qədər pul xərclədiklərini deyir və gözümüz bərələ qalır. Dediyinə görə, 2-3 dostu ilə 7 gün ərzində 3 min manatdan çox pul xərcləyiblər. Həmin pula nəyə görə başqa yerlərdə dincəlməyə getmədiklərini soruşanda cavabları gözlənilməz oldu: "Bakıya nə gəlib ki? Əla şəhərdir, küçələri çox gözəldir. Həm də Bakı yaxındır, başqa yerlərə gedib dincəlməyə zaman olmur. İşlərim çoxdur". Dərbəndliləri hərbi xidmətə aparmırlar Bizi şəhərdə gəzdirmək istədiyini deyən Kamran maşını oturduğumuz kafenin qabağına sürür. 10 min manatlıq "Priora" markalı maşına əyləşib şəhər gəzintisinə çıxırıq. Azərbaycanlıların dolanışığı, şəhərdəki vəziyyət haqqında Kamrandan xəbər alırıq. Dediyinə görə, azərbaycanlılar Dərbənddə ən yaxşı biznesi olan millətdir. Elə Kamranın özünün də biznesi pis deyil. Bir neçə maşınyuma salonunu işlətməklə özünə qiyməti 100 min manatdan baha olan "Leksus 570" ala bilib. Kamranla ordan-burdan söhbətləşdikdən sonra xəbər tuturuq ki, dərbəndliləri hərbi xidmətə aparmırlar. Bunun səbəbini soruşanda isə verilən cavab gözləniləməz oldu: "Dərbəndlilər orduda "dedovşina" yaradır. Onlar "çujoy" əsgərləri döyür. Bunun qarşısını ala bilmirlər. Məcbur qalıb, belə bir qərar çıxarıblar ki, dağıstanlılar hərbi xidmətə aparılmasın". Nədənsə bu söhbəti eşidəndə indi olduğu kimi, Çar dövründə də müsəlmanların ön cəbhəyə döyüşməyə göndərilməməsi bə niyəsi yadıma düşür... (Ardı olacaq) |
2014-04-18 | 14,964 | Azərbaycan rəqqasələrinin atışması qızışır - Foto | "Hind rəqsindən başqa rəqs bacarmırlar". "Axar.az" xəbər verir ki, bu sözləri rəqqasə - biznes ledi Fatimə Fətəliyeva şəxsi instaqram səhifəsində yazıb: "Yaxşı ki, bu böyük-böyük danışanlar hind rəqsindən başqa rəqs bacarmırlar!!! Mən xoşbəxtəm ki, bir neçə dünya rəqsini bacarıb rəqs edirəm". Rəqqasə yazdığı fikirlərlə bağlı əməkdaşımıza bunları deyib: "Mən sözü atdım, sahibi götürsün. Heç kimdən də qorxmuram. Zamanında böyüklüyümü göstərdim, gerisi mənlik deyil. Sayanın quluyam, saymiyanın ağası". Xatırladaq ki, artıq neçə müddətdir ki, hind rəqslərinin məharətli ifaçısı Oksana Rəsulova və rəqqasə Fatimə Fətəliyeva arasında münaqişə davam edir. |
2014-04-18 | 14,965 | “Chevrolet-Corvette Z06 Convertible”ni tanıtdı | "Chevrolet" şirkəti 2015-ci model ili üçün idman üslubunda hazırlanmış "Corvette Z06 Convertible"ın rəsmi təqdimatını keçirib. "Axar.az" xəbər verir ki, yeni "Rodster" bir çox cəhətdən kupe ilə oxşardır. Avtomobilin dünya premyerası 18-27 aprel tarixində keçiriləcək beynəlxalq Nyu York "motorşou"su çərçivəsində keçiriləcək. Avtomobil 6,2 litrlik mexaniki hava kompressoru olan səkkizsilindrli mühərriklə təchiz olunub. Bu mühərrik 625 a.g hasil etmə imkanına malikdir. |
2014-04-18 | 14,966 | Şir təlimçini belə parçaladı - Video | Yutub şəbəkəsində yayımlanan və sosial media istifadiçələrinin marağına səbəb olan bir videoda şirin insanı neçə parçalaması saniyə-saniyə çəkilib. Hadisənin hansı ölkədə baş verdiyi bəlli olmasa da, yazılan şərhlərdə faciənin Avropada yaşandığı bildirilir. Qəfəsdə tək qalan təlimçiyə hücum edən şir sonda güllə ilə vurulur. "Axar.az" həmin videonu sizə təqdim edir: |
2014-04-18 | 14,967 | Küçədə doğmağa məcbur oldu - Video | Livanın mərkəzi küçələrindən birində hamilə bir qadın ani doğuş keçirib. "Axar.az" "Əl-Ərəbiyyə" kanalına istinadən bildirir ki, Xanım Amal İbrahim doğuşa az qalması ilə bağlı gündəlik həkim müayinəsi üçün xəstəxanaya gedərkən sancıları tutub və ətrafdakı sakinlərin köməyi ilə yerə uzadılıb, doğuş vəziyyətinə gətirilib. Doğuşa yardım üçün ilk olaraq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri gəlib. Hekayə kimi yaşanan doğuş körpə Məhəmmədin dünyaya sağ-salamat göz açması və sonra anası ilə birlikdə xəstəxanaya aparılması ilə başa çatıb. |
2014-04-18 | 14,968 | Bir damcı ölüm - Video | "Axar.az"ın təqdim etdiyi videoda Venom ilanının zəhərinin insan qanını anında necə laxtalandırmasını görəcəksiniz. |
2014-04-18 | 14,969 | Nizamidə lift yandı | Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında liftin tavanı 1 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, liftin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-18 | 14,970 | Batan gəminin son anları – Video | Cənubi Koreyada dünən səhər batan "Sevol" sərnişin gəmisinin son görüntüləri yayınlanıb. "Axar.az" xəbər verir ki, gəminin içindən çəkilən görüntülər oradakı insanların sakitcə ölümü gözlədiklərini ortaya çıxarıb. Qeyd edək ki, gəmidəki 457 sərnişinin 287 nəfəri hələ də tapılmayıb. İndiyə qədər 179 nəfər xilas edilib, 9 nəfərin isə cəsədi çıxarılıb. |
2014-04-18 | 14,971 | Türk rejissor Kanndan imtina etdi | Türkiyəli məşhur rejissor Fateh Akın erməni soyqırımı ilə bağlı olduğu deyilən yeni "The Cut"(Kəsilmiş) filmini Kann Festivalında müsabiqəyə göndərməyəcəyini elan edib. "Axar.az" xəbər verir ki, xarici mətbuat nümayəndələrinə açıqlama verən türk əsilli alman rejissor festivala müraciətini niyə ləğv etdiyi ilə əlaqədar geniş danışmayaraq bircə cümlə deyib: "Bu qərarı şəxsi səbəblərə görə vermişəm". Bundan əvvəl "Həyatın sahilində" filmi ilə Kanndan "ən yaxşı ssenari" mükafatı alan F.Akının yeni filminin bu il "Qızıl Palma" üçün müsabiqədə iştirakına hamı inanırdı. Akın Tahar Rahimə oynatdığı yeni filminin qəhrəmanı haqqında belə açıqlama vermişdi: "Çarli Çaplinlə Serxio Leon qəhrəmanı bir yerdə..." Xatırladaq ki, rejissorun "Divara qarşı" filmindən sonra Sibel Kəkilli ilə birlikdə işlədiyi ikinci filmi olan "The Cut" Almaniyada oktyabrın 16-sı ekranlara çıxacaq. Bu il may ayının 14-25-i arası təşkil ediləcək Kann Film Festivalında yarışacaq filmlərin siyahısı bu gün açıqlanacaq. |
2014-04-18 | 14,972 | NATO Polşaya 6 qırıcı göndərir | Kanada Ukraynadakı böhranla əlaqədar NATO "hava polisi"nin missiyasının gücləndirilməsi məqsədilə Polşaya CF-18 tipli 6 qırıcı təyyarəsini göndərməyə qərar verib. Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə "Global News" Kanadanın baş naziri Stiven Xarperə istinadla məlumat yayıb. Məlumata görə, Kanada qırıcıları ABŞ, Böyük Britaniya, Danimarka, Polşa, Portuqaliya və Almaniya təyyarələri ilə birlikdə Şərqi Avropa ölkələri üzərində hava məkanının patrul reydləri həyata keçirəcək. Xarperin sözlərinə görə, Kanada Avropada iştirakının gücləndirilməsi məqsədilə həmçinin NATO-nun Brüsseldəki qərargahına 20 zabit göndərəcək. |
2014-04-18 | 14,973 | Dövlət əlillərə hansı avtomobilləri verir? | "Hətta Rusiya istehsalı olan nəqliyyat vasitələrində də bu sistem mövcuddur". Bunu "Axar.az"ın ölkədə istehsal edilən avtomobillərlə bağlı suallarını cavablandıran nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov bildirdi: "Avtomobilləri Naxçıvan Avtomobil Zavodunda, traktorları isə Gəncə Avtomobil Zavodunda istehsal olunur. Amma bu o demək deyil ki, bütün hissələr ölkəmizdə istehsal olunur. Hətta ən adı bolt belə xaricdən alınır. Avtomobillərin əsas ekoloji standartı mühərriklə bağlıdır və mən bildiyim qədər mühərriklər də Çindən gəlir. Digər detallar isə başqa xarici ölkələrdən gətirilir. Ona görə də hesab edirəm ki, Azərbaycanda istehsal edilən avtomobillərin keyfiyyətində problem ola bilməz. Çin 2011-ci ildən bu yana bütün avtomobillərini və ehtiyat hissələrini Avro-4 standartına uyğun istehsal edir. Bu yaxınlarda da Naxçıvan zavodu onların istehsal etdiyi avtomobillərin hətta Avro-5 standartlarına uyğun olduğunu qeyd etmişdi". Ekspert ölkəmizdə istehsal olunan avtomobillərdə ABS təhlükəsizlik sistemi (Anti-lock Braking System) və təhlükəsizlik yastıqlarının olub-olmaması ilə bağlı fikirlərə də aydınlıq gətirdi: "Avropa istehsalı olan avtomobillərdən fərqli olaraq Çin, Hindistan kimi ölkələrdə istehsal edilən avtomobillər sadəliyi ilə seçilir. Bu isə onun ucuz olması ilə nəticələnir. Digər məsələ isə işçi qüvvəsi ilə əlaqədardır. İşçi qüvvəsi də bu ölkələrdə ucuzdur. Ölkədə bu avtomobillərə tələbatın artmasının səbəblərindən biri Azərbaycan hökumətinin əlillərə verdiyi avtomobillərin də həmin markadan olması ilə bağlıdır. Bu "NAZ Lifan" avtomobilləridir. Maşınlarda ABS təhlükəsizlik sistemlərinin olmasına gəlincə isə, bu sistem avtomobillərdə mövcuddur. Bunu şəxsən özüm görmüşəm. Ölkəyə gətirilən bütün avtomobillərdə bu sistem var. Hətta Rusiya istehsalı olan nəqliyyat vasitələrində də bu sistem mövcuddur". Xatırladaq ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda 326 ədəd minik avtomobili istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Cari ilin I rübündə ölkədə 101 ədəd yük avtomobili istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Bu ilin üç ayında Azərbaycanda 299 ədəd traktor istehsal edilib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur. Bu müddət ərzində ölkədə kotan istehsalı 15,7% azalaraq, 376 ədəd olub. Ümumilikdə Azərbaycanda 1,3 milyona yaxın avtomobil var. |
2014-04-18 | 14,974 | Markesə görə matəm elan edildi | Kolumbiya prezidenti Xuan Manuel Santos məşhur yazıçı Qabriel Qarsia Markesin ölümü ilə bağlı ölkədə 3 günlük matəm elan edib. Qarsia Markes dünən 87 yaşında dünyasını dəyişib. Bir neçə gün əvvəl o, klinikadan çıxmışdı. Yazıçı antibiotiklərlə müalicə kursu keçmişdi. "Kolumbiya bizim hər dövrün ən sevimli yazıçısının bizi tərk etməsindən sonra matəmə düşdü. Markes bizim Nobel laureatımızdır. O, tarix boyu ölkəmizin adını ucaldıb",- deyə Santos bildirib. Qabriel Qarsia Markes məşhur kolumbiyalı yazıçı, jurnalist və siyasi xadim idi (ANS). |
2014-04-18 | 14,975 | Sərkisyan da “selfie” çəkdirdi | Tvitterin vitse-prezidenti Raffi Qriqoryan özünün mikrobloqunda Ermənistan prezidenti Serj Sərkisyanla çəkdirdiyi "selfie"ni paylaşıb. "Axar.az" xəbər verir ki, Qriqoryan, "Ona tezliklə Tvitter profili açmaq lazımdır" yazıb. Tvitterin vitse-prezidenti, İrəvan kreativ texnologiyalar mərkəzinin üzvü Raffi Qriqoryan aprlin 12-dən Ermənistandadır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.