date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-04-13
14,445
Xoşqədəm Hidayətqızının verilişində sensasiya
Azərbaycan efir məkanında ilk dəfə olaraq, "Səni axtarıram" verilişi eyni vaxtda 5 ölkə TV-si ilə telekörpü quracaq. Bu barədə "Axar.az"a "Səni axtarıram" verilişinin prodüsseri Əli Vəliyev deyib. O, bu layihənin ilk dəfə keçirildiyini bildirib: "Telekörpü Rusiyanın "Jdi menya" verlişi vasitəsilə həyata keçiriləcək. Bu aracılıqla da "Səni axtarıram" Ukrayna, Moldova və Qazaxıstan televiziyaları ilə də telekörpü quracaq. Onu da qeyd edək ki, verlişdə doğmalarını axtaran şəxs "Səni axtarıram"ın studiyasında olacaq. Axtarılıb tapılan şəxs isə "Jdi menya"nın studiyasında əyləşəcək ". Qeyd edək ki, veriliş bir neçə dəqiqə sonra yayımlanacaq.
2014-04-13
14,446
Mindən çox krımlı Rusiya vətəndaşlığından imtina etdi
Mindən çox Krımlı Rusiya vətəndaşlığından imtina etdiyi barədə ərizə yazıb. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Federal Miqrasiya Xidmətinin pasportlarla işin təşkili üzrə rəisi Fyodor Karpoveç çıxış edib. O, krımlılarla bağlı bundan sonra iş aparacaqlarını deyib: "Biz bundan sonra da əlimizdən gələni edəcəyik ki, həmin şəxslərin gələcəkdə heç bir problemi olmasın".
2014-04-13
14,447
Kliçko: "Ukraynanı məhv edirlər"
UDAR partiyasının lideri Vitali Kliçko aprelin 14-də Radanın növbədənkənar iclasını çağırmağı tələb edir. "Axar.az" xəbər verir ki, bu barədə UDAR partiyasının mətbuat xidməti məlumat yayıb. Kliçko ölkədə nəzarəti gücləndirmək üçün qərarlar qəbul etməyin vacib olduğunu vurğulayıb: "Dərhal parlamentin növbədənkənar iclasını çağırmalıyıq. Ölkəyə nəzarəti əlimizdə saxlamaq üçün qəti tədbirlər görməliyik. Ukraynanın taleyi ilə maraqlanan hər bir deputat sabah parlamentin iclasına gəlməlidir, çünki belə davam etsə, Ukraynanı məhv edərlər" Xatırladaq ki, dünəndən başlayaraq rus ordusu Ukraynanın şərq əyalətlərinə daxil olub və separatçı qüvvələrlə Ukrayna xüsusi təyinatlılarının ilk toqquşmalar baş verib.
2014-04-13
14,448
Türkiyə F-16-ları Rusiya təyyarəsini təqib etdi: Gərginlik
Bu gün Rusiyaya məxsus bir təyyarənin Qara dəniz üzərində türk hava sahəsinə yaxın məsafədə uçuş həyata keçirməsi Türkiyə F-16-larını hərəkətə gətirib. "Axar.az" xəbər verir ki, bu barədə Baş Qərargah Rəhbərliyindən məlumat verilib. Rus təyyarələri Qara dənizin beynəlxalq hava sahəsində Türkiyə sahillərinə təxminən 15-20 dəniz mili məsafədə uçuş reallaşdırıb. Bundan dərhal sonra 4 Türkiyə F-16-sı havaya qalxaraq, rus təyyarəsini təqib edib. Rusiyaya məxsus təyyarə Rumıniya tərəfindən gələrək qərb-şərq istqamətində Türkiyə sahillərinə yan alıb. Baş Qərargahın mətbuat xidmətindən verilən digər məlumatda isə Suriyaya məxsus MİQ-23 təyyarəsinin Türkiyə sərhədinə doğru yaxınlaşdığı və iki Türkiyə təyyarəsinin də təhlükəsizlik üçün sərhədə yan aldığı bildirilib.
2014-04-13
14,449
ABŞ-ın ikinci şəxsi Ukraynaya gedir
ABŞ-ın vitse-prezidenti Co Bayden Ukraynaya dəstək məqsədilə aprelin 22-də Kiyevə səfər edəcək. Bu barədə Ağ EV-dən məlumat verilib. ABŞ administrasiyasından verilən açıqlamada bildirilir ki, Ukraynada son günlər baş verən hadisələr zorakılıq aktları və təxribat kimi qiymətləndirilib. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Lora Maqnuson Rusiyanı sərt tənqid edib: "Biz Ukraynanın şərqində bu gün zorakılıq və təxribata təhrik edən və Ukrayna dövlətçiliyini pozub qeyri-sabitlik yaratmağa çalışan Rusiya tərəfdarı olan separatçıların addımlarını və onlara Rusiyanın dəstək verməsini müşahidə etdiyimizə görə narahatıq". Maqnuson açıqlamasında Rusiya silahlı qüvvələrinin Krıma gətirilməsindən öncə buna bənzər inkişafların müşahidə edildiyini qeyd edib və Rusiya prezidenti Putinə Ukraynada qeyri-sabit vəziyyət yaratmamaqla bağlı xəbərdarlıq edib (ANS).
2014-04-13
14,450
Ukraynada prezident seçkiləri təxirə salına bilər
Ukraynada prezident seçkilərinin vaxtı dəyişdirilə bilər. Bu barədə "Axar.az"a bu ölkədə missiya həyata keçirən və adının açıqlanmasını istəməyən beynəlxalq müşahidəçi məlumat verib. Xəbərdə bildirilir ki, hazırda vəziyyət çox gərgindir ve seçkilərin keçirilməsi üçün şərait yoxdur: "Ukraynada vəziyyət çox gərgindir. Çünki bəzi qüvvələr prezident seçkilərinin keçirilməsini istəmirlər. İlk növbədə Rusiya və ruspərəst qüvvələr hazırda Ukraynanın şərqindəki narazılıqlardan istifadə edirlər". Eyni zamanda namizədlərdən bəziləri də seçkinin vaxtını dəyişdirməyi təklif edirlər. Buna səbəb kimi prosesə hazır olmadıqlarını göstərirlər: "Bəzi namizədlər də seçkiyə hazır olmadıqlarını anlayır. Ona görə də seçkinin mayın 25-də deyil, ilin sonunda keçirilməsini istəyirlər". Mənbə dünən Donetsk vilayətində baş verən hadisələrə də toxunub. Onun sözlərinə görə, bir neçə şəhərdə dövlət binalarını ələ keçirən qüvvələr kifayət qədər peşəkar hərbiçilərdir. Böyük ehtimalla onların Rusiyaya aid olduğu bildirilir. Siyasi ekspertlər Donetskdə də Krım ssenarisinin təkrarlana biləcəyindən ehtiyat edirlər.
2014-04-13
14,451
Lukaşenko Ukrayna məsələsində Rusiyaya qarşı çıxdı
Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın federallaşması ilə bağlı səslənən fikirlərə neqativ yanaşıb. "Axar.az" xəbər verir ki, Lukaşenko bu barədə NTV kanalının "Seqodnya" proqramında çıxışında bildirib. Luşakenko vurğulayıb ki, Ukraynanı indiki dönəmdə federallaşmaya sürükləmək olduqca təhlükəlidir: "Əgər siz Ukraynanın monolit bir şəkildə bütövlüyünü qorumaq istəyirsinizsə, federallaşma aparılmamalıdır. Bu, sabah Ukraynanı məhvə, dağılmağa aparar". Belarus dövlət başçısı bundan başqa Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Turçinovun legitimliyi məsələsinə də toxunub və diqqətə çatdırıb ki, bu təyinatı legitim sayır. Lukaşenkoya görə, Turçinov hadisələrə vaxtında və düzgün reaksiya verir.
2014-04-13
14,452
Bakıda 74 yaşlı kişinin meyiti tapıldı
Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1940-cı il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından keçərək daxil olublar. Mənzilə baxış keçirilərkən Botova Lidiya İvanovna döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində L.İvanovna vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:32-də başa çatıb.
2014-04-13
14,453
“Rusiya Azərbaycana müdaxilə etmək fikrində deyil”
Krımda baş verənlərə görə Rusiya ilə əməkdaşlığı dayandıran NATO-nun Şərqi Avropada, o cümlədən Azərbaycanla əlaqələri dərinləşdirmək niyyəti Moskvanı ciddi narahat etməkdədir. Hətta şimal qonşumuzun bu əməkdaşığın dərinləşməsinin qarşısını almaq üçün bütün mümkün addımlar atacağı da istisna edilmir. Artıq Rusiyadan Azərbaycanın ünvanına müxtəlif hədələr də səsləndirilir. Krımın ardınca Dağlıq Qarabağın da Rusiyanın tərkibinə birləşdirilə biləcəyi ilə bağlı təklif irəli sürülür. Bir neçə gün əvvəl isə Rusiya Hərbi Hava Qüvvələri komandanının müavini, general-leytenant Pavel Kuroçenko Gümrü şəhərində olan 102-ci hərbi bazanın hava hücumundan müdafiə qüvvələrinin Ermənistana təhlükə olacağı təqdirdə erməni ordusu ilə birgə hərəkət edəcəyini deyib. Kuroçenko hava hücumundan müdafiə üçün aviasiyaların birgə nəzarət məntəqəsinin də yaradıldığını xatırladıb. O bildirib ki, 102-ci hərbi bazada erməni tərəfinin döyüş növbəsi Rusiya hərbçiləri ilə birgə vahid plan üzrə hərəkət edir. Rus generalın bu açıqlaması birbaşa Azərbaycana hədə idi. Bu arada 2008-2012-ci illərdə Rusiyanın NATO-dakı daimi nümayəndəsi olmuş, Rusiya baş nazirinin müavini Dmitri Roqozin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri təyin olunub. NATO rəhbərliyinin Azərbaycanla əməkdaşlığını dərinləşdirəcəyinə dair bəyanatlarından sonra Rusiyanın qatı NATO əleyhdarı olan Roqozini hökumətlərarası komissiyasının həmsədri təyin etməsi təsadüfi deyil. Politoloq Vəfa Quluzadə qatı millətçi və NATO əleyhdarı olan Roqozinin Azərbaycanla müsbət əməkdaşlığına şübhə etdiyini deyir. Bu təyinat daha çox Azərbaycan rəhbərliyinə təzyiq məqsədi daşıyır. Yəni Azərbaycanı Rusiyanın siyasəti məcrasında hərəkət etməyə məcbur etsin. Amma bunun uğurlu addım olacağı inandırıcı deyil: "Siyasətdə emosiyalar həmişə ikinci dərəcəli olub. Lap istəyir Roqozini yox, Jirinovskini təyin etsinlər. Jirinovski ondan da pis olardı. Çünki onunla heç danışmağa dəyməzdi. Slutski kimi adamın təyin edilməsi ağıllı addım olardı. Tanınmış rus siyasətçisidir, Putini dəstəkləyir, eyni zamanda həmişə mülayim tərzdə çıxış edir. Amma Roqozinin təyin olunması uğurlu addım deyil. Bunun Rusiya üçün müsbət nəticələr verəcəyinə inanmıram". Ekspertin sözlərinə görə, Roqozinin təyinatı bir tərəfdən Azərbaycan üçün ürəkaçan olmasa da, o biri tərəfdən bunun müsbət tərəfi də var. Çünki Roqozini təyin etmək ondan xəbər verir ki, Rusiya Azərbaycana qarşı hərbi müdaxilə etmək fikrində deyil. Azərbaycanla bu şəxsin vasitəsilə danışmaq və təzyiq etmək istəyir. Əgər Rusiyanın Azərbaycana hərbi müdaxilə etmək niyyəti olsaydı, Roqozini bura təyin etməyə heç bir ehtiyac yox idi. ("Azadliq.info")
2014-04-13
14,454
Rusiya tərəfdarları daha bir bölgədə nəzarəti ələ keçirdi
Bu gün ölkənin cənub-şərqində Maripulda Rusiya tərəfdarları Donetsk Respublikasının qurulmasına dəstək olaraq Maripul Qubernatorluğu binasını ələ keçiriblər. "Axar.az" xəbər verir ki, keçirilən mitinqdən sonra qubernatorluq binasının qapı və pəncərələrini qıran separatçılar binanın içinə daxil olub. Separatçılar daha sonra binadakı Ukrayna bayrağını endirib, Donetsk Xalq Respublikası bayrağını asıblar. Bundan sonra isə minə yaxın adam binanın önündə barikadalar qurmağa başlayıb. Qeyd edək ki, ölkənin şərq və cənub-şərqində Slavyansk və Kramatorsk şəhərlərində də separatçılar hökumət binalarını nəzarət altına götürmüşdü.
2014-04-14
14,455
Goranboyda 33 yaşlı şəxs bıçaqlandı
Goranboyda 33 yaşlı şəxs bıçaqlanıb. Aprelin 13-ü axşam saat 22:00 radələrində Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına üzərində bir və ya bir neçə bıçaq yarası olan yaralı daxil olub. Həkimlər dərhal həmin şəxsi əməliyyat edib. Araşdırmalar zamanı müəyyən olunub ki, bıçaqlanan şəxs Goranboy rayon sakini 33 yaşlı Səid Qasımovdur. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil. Hazırda Goranboy RPŞ bu istiqamətdə zəruri əməliyyat tədbirləri həyata keçirir (Kəpəz TV).
2014-04-14
14,456
İraqda Əhməd Qaya parkı açıldı
Quzey İraqda Əhməd Qayanın adını daşıyan park açılıb. "Axar.az" xəbər verir ki, alman məhəlləsinin qarşısında salınan parkın açılış mərasiminə mərhum müğəninin xanımı Gültən Qaya və qızı Melis Qaya da qatılıb. Xanımı öz çıxışında bildirib ki, Əhməd Qayanın kimliyini müdafiə etdiyi üçün başına gələnləri hamımız bilirik: "Bu, hamımızın yadındadır... Torpaq və təbiəti çox sevən insan idi. O da balaca bir şəhərin oğluydu. Adının əbədiləşdirilməsi, balaca uşaqların onun həyatını öyrənərək burada oynayacağı məni çox sevindirir. Parkın açılışı məni çox qürurlandırdı və duyğulandırdı". Qeyd edək ki, açılışa bir çox vətəndaşla yanaşı bəzi sənətçilər də qatılıb.
2014-04-14
14,457
Yanukoviç təcili mətbuat konfransı keçirdi - Video
Ukraynanın sabiq prezident Viktor Yanukoviç Rostovda mətbuat konfransı keçirib. "Axar.az"ın Rusiyanın "Rossiya-24" kanalına istinadən məlumatına görə, az öncə başa çatan mətbuat konfransında Yanukoviç son günlər baş verən hadisələri təhlil edib. Onun sözlərinə görə, hakimiyyəti ələ keçirmiş şəxslər ölkənin şərqindəki narazılarla bir dəfə də olsun görüş keçirməyiblər. Ukrayna əhalisinə səslənən Yanukoviç bildirib ki, onlar yeni hakimiyyətin yarıtmaz siyasətinə "yox" deməlidirlər. Ölkənin iqtisadi tənəzzülə sürükləndiyini vurğulayan Yanukoviç bu məsələdə radikal qrupları və bəzi şəxsləri təqsirli bilib. Yanukoviç çıxışında Amerikanın bostanına da daş atıb və əlavə edib ki, hadisələr, qarşıdurmalar Vaşinqton və onun xəfiyyələri tərəfindən idarə olunur. Xatıırladaq ki, Yanukoviçi mətbuat konfransında onunla bir yerdə Rusiyaya qaçmiş keçmiş Baş prokuror və digər vəzifəli şəxslər müşayiət edib.
2014-04-14
14,458
Mir Şahin Etibar Hüseynovu təhqir etdi - Video
ANS-də yayımlanan "Hesabat" proqramında Mir Şahin Etibar Hüseynovdan da danışıb. O bildirib ki, deputat zərbəni özündən yayındırmaq üçün ANS-ə yönəldir. Mir Şahin Etibar Hüseynovun deputat seçilməsini də şübhə altına alıb: "Pis-yaxşı deputat olubsan, ya səni ediblər, bilmirəm. Oturduğun yeri batırma də, qardaşım. Yekə kişisən, artıq bir az böyüməliydin axı. Bura uşaq baxçası deyil. Lap elə uşaq baxçası sayırsansa, onda böyüklərə qulaq as". Qeyd edək ki, ANS-də Kəlbəcərin işğalı ilə bağlı narazılıq doğuran reportaj yayımlandıqdan sonra Etibar Hüseynov Feysbukda status paylaşmışdı ki, onu qınayanlar ANS-ə heç nə demirlər ("Musavat.com").
2014-04-14
14,459
Məşhur müğənni anasını işdən çıxarıb
Selena Qomez anasını işdən çıxarıb. "Axar.az" xəbər verir ki, Castin Biber ilə ayrıldıqdan sonra reabilitasiya mərkəzində müalicə alan 21 yaşlı müğənni Selena Qomez yenidən Castin Biber ilə münasibətinə davam etmək qərarı verib. Bundan sonra isə Selena öz menecerliyini edən anası və ögey atasını işdən çıxarıb. Selenanın musiqi yolu boyunca yanında olan anası və ögey atası öz qızları tərəfindən işdən çıxarıldıqlarından əməlli-başlı çaşqınlığa düşüblər. Ər-arvad Selenanın bu qərarının səbəbini Castin ilə təkrar münasibətə başlamasıyla bağlayır. Onların iddiasına görə, Biber Selenaya pis təsir göstərir.
2014-04-14
14,460
Türkiyədə hicablı bələdiyyə sədri bıçaqlandı
Türkiyə Diyarbəkir vilayəti Hani rayonu bələdiyyəsinin həmsədri Nevin Oktay naməlum səbəbdən bıçaqlanıb. PKK-ya yaxın Sülh və Demokratiya Partiyasının (BDP) üzvü olan sədri öz atası bıçaqlayıb. Üzündən və ayağından xəsarət alan Nevin Oktay Hani dövlət xəstəxanasında göstərilən ilk tibbi müdaxilədən sonra Diyarbəkir "Diclə" universitetinin tibb fakultəsinə aparılıb. Hadisəyə münasibət bildirən BDP Hani rayon təşkilatı hadisənin səbəblərinin bilinmədiyini, sədrin çoxlu qan itirdiyini, hazırda onun vəziyyətinin stabil olduğunu qeyd edib (ANS).
2014-04-14
14,461
Nurgül Yaşılçaydan radikal qərar
Ünlü türk aktrisası Nurgül Yaşılçay pərəstişkarlarını məyus edəcək qərar verib. "Axar.az" xəbər verir ki, son 3 ildə baş rollarında oynadığı filmlərin alınmaması nəticəsində Nurgül Yaşılçay radikal qərar verib. Yaşılçay sinemada istədiyini tapa bilmədiyini və bu üzdən gələn ildən ekrandan gedəcəyini dilə gətirib. Gözəl oyunçunun parladığı serial olaraq tanınan "Asmalı qonaq" filminin 1.8 milyon tamaşaçı tərəfindən izlənməsinə rəğmən, yeni filmi olan "Eşq qırmızı" sadəcə 304 min nəfər tərəfindən izlənib. Qeyd edək ki, "Çinar ağacı" (2011) , "Yeddi ərli Hürmüz" (2009) filmləri də 1 milyon izləyici həddini keçə bilməyib.
2014-04-14
14,462
Hakan Şükürə növbəti şok - Foto
Türkiyənin keçmiş milli futbolçusu, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən müstəqil millət vəkili Hakan Şükürün adı daha bir stadiondan götürülüb. İstanbulun Esenyurt rayon stadionundan Hakan Şükürün adının olduğu tabel sökülüb. Məlumata görə, buna Hakan Şükürün AKP-dən istefa verməsi səbəb olduğu bildirilir. Stadiona yeni ad veriləcəyini bildirən stadion əməkdaşları bunun böyük ehtimalla Turqut Özal olacağını qeyd ediblər. Xatırladaq ki, ötən həftə də analoji hadisə baş vermiş, Sancaktepedeki stadiondan Hakan Şükürün adı götürülmüşdü (ANS).
2014-04-14
14,463
Yasamalda sex yandı
Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 85 kv.m olan sexin lambirdən ibarət tavanı 5 kv.m sahədə və 1 ədəd kondisioner yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-14
14,464
“Azərbaycan Türkiyə ilə birləşə bilər”
"1988-ci ildə çap etdirdiyim əsərimdə yazmışdım ki, ermənilər qəribə millətdir, hətta torpağın altındakı ölüləri də çoxalır..." Aprelin 11-ə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qərar layihəsini qəbul edib. Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendezin təklif etdiyi layihənin lehinə 12, əleyhinə 5 senator səs verib. Belə görünür, ermənilər aprelin 24-də "soyqırım"ın növbəti ildönümünü böyük coşğu ilə keçirəcəklər. Azərbaycan parlamentinin üzvü Sabir Rüstəmxanlı ilə ermənilərin soyqırım iddialarında yola çıxaraq türk dünyasında bu gün baş verən olaylardan söhbət etdik. - Sabir bəy, 2015-ci ildə ermənilər qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşır. Siz ABŞ Senatının bu haqda qərar qəbul etməsini Türkiyə diplomatiyasının uğursuzluğu sayırsınızmı? - Belə bir soyqırım olmadığını dünya çox gözəl bilir. Bu olaylar I Dünya Savaşında baş verib. O zaman Türkiyə bir çox cəbhələrdə - Quzey Afrikada, ərəb dünyasının bir neçə ölkəsində, Balkanlarda savaşıb. 1912-ci ildə Balkan savaşında 5 milyon insan yerindən-yurdundan olmuşdu, Osmanlı xeyli torpaq itirmişdi. Ancaq dünya Balkanlarda türklərə qarşı edilən soyqırımını sanki görmürdü. Osmanlı I Dünya Savaşına girdikdən sonra Avropa ölkələri Osmanlını buna görə cəzalandırmaq niyyəti ilə erməni soyqırımı iddiasını ortaya atdı. Ancaq bu zaman nəzərə almadılar ki, Rusiya Osmanlının üzərinə gedəndə çar II Nikolayın göstərişi ilə 200 minə yaxın erməni də silahlanmışdı. Osmanlı-Rusiya qoşunlar ön cəbhədə vuruşarkən onlar arxa cəbhədə Osmanlı içərisindəki erməni çetələri, daşnak qruplaşmaları ilə birləşib türk-müsəlman əhalini qırırdılar. Nəticədə 1915-16-cı ildə 700 mindən çox qətlə yetirilmişdi. Həmin olaylarda 300 min erməninin öldüyü deyilir. İndi Osmanlının varisi sayılan Türkiyədən bu qondarma soyqırımının öcünü alırlar. Bu gün həm Türkiyənin özündə, həm də dünyada xeyli soyadını dəyişmiş erməni var. Dünyada olan ermənilərin sayının düşünəndə görünür ki, həmin savaşlarda ermənilərə türklər qədər zərər dəyməyib. Ölən ermənilən sayını öncə 300 min göstərirdilər, sonra dedilər, yox 500 min erməni öldürülüb, ardınca 700 bu sayı minə, 1 milyona çıxardılar. Mən 1988-ci ildə çap etdirdiyim əsərimdə yazmışdım ki, ermənilər qəribə millətdir, hətta torpağın altındakı ölüləri də çoxalır, belə getsə öldürülən ermənilərin sayı milyon yarıma, 2 milyona çıxarılacaq. İndi baxıram, dünyanın bir sıra ensiklopedik nəşrlərində, ermənilərin kitablarında 2 milyon yarım, hətta daha yuxarı olan fantastik rəqəmlər göstərilir. Aydındır ki, bu, Böyük Britaniyanın və bir sıra Avropa ölkələrinin fitvası ilə ortaya atılan iddia idi. Halbuki Türkiyə dövləti erməniləri doğu Anadoluda öz iç vilayətlərinə köçürmüşdü ki, orada daha rahat yaşasınlar, həm də dövlətə xəyanət eləməsinlər. Savaş idi, savaş şərtləri belə tələb edirdi. Bunlar o qədər də uzaq tarixdə baş verməyib. Deyilənləri təsdiq edən çoxsaylı faktlar var. Ancaq bu gün bu qondarma siyasəti Türkiyəyə qarşı silah kimi işlədirlər, Avropa Birliyinə gedən yolda bunu bir maneəyə çevirirlər, eyni zamanda Qarabağ məsələsinin arxa plana keçirilməsində yararlanırlar. Belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya iki türk dövləti - Türkiyə ilə Azərbaycan birləşib məzlum erməni xalqından acıq çıxır, ona görə də Qarabağ məsələsində Azərbaycanın xeyrinə heç bir güzəştə gedilməməlidir, hətta Xocalı soyqırımına göz yummaq lazımdır. Təəssüf ki, bu proses gedir. Mən Fransadan, Avstriyadan olan bir sıra alimlərlə Anadoluda türklərin toplum məzarlara doldurularaq qətlə yetirildiyi yerlərə getmişəm. O toplu məzarlarda bu gün dünyaya özünü məzlum kimi tanıtmağa çalışan ermənilər yox, türklər uyuyur. Bu alimlər də deyirlər ki, erməni soyqırımı məsələsi Türkiyəyə qarşı təzyiq vasitədir, Türkiyə bunu qəbul edə bilməz, qəbul eləsə, Avropanın ikinci, üçüncü, beşinci tələbləri meydana gələcək. Niyyət Avropanın bir zamanlar "Böyük Türk" deyərək qabağında əsdiyi xalqı, onun dövlətini zəiflətməkdir. Osmanlı ilə bağlı xatirələri hələ də Avropanın ürəyindədir, ona görə də Türkiyənin güclü olmasını istəmirlər. - Bu gün türk dünyasının problemlərinə bir də Krım problemi əlavə olunub. Krımın işğal etdiyinə görə Qərb Rusiyanı sıxışdırmağa çalışır. Proses AŞPA-nın sonuncu sessiyasında Rusiya səsvermə hüququndan məhrum edilməsinə qədər irəlilədi. Azərbaycan diplomatiyası yaranmış durumda Qarabağla bağlı hansısa nəticələrə nail ola bilərmi? - Mənə elə gəlir, Krımla Qarabağı yanaşı qoymaq lazım deyil. Bunlar ayrı-ayrı məsələlərdir. Rusiya Ukrayna torpaqlarını işğal edib, Krımı öz ərazisinə qatıb, təbii bu, pislənməlidir. Ancaq gerçəkdə həmin torpaqların nə Ukraynaya, nə də Rusiyaya aidiyyəti yoxdur. Ora türk torpağıdır, ona görə də Krımla bağlı bu gün Türkiyə daha çox danışmalıdır. Dünyada türklərə qarşı soyqırım bir yox, iki, üç əsrdir davam edir. Bu gün biz dünyaya ermənilərin bizə qarşı soyqırım həyata keçirdiyini sübut üçün Xocalı faciəsini göstəririk, halbuki, ermənilər Qarabağın 50-dən artıq kəndində Xocalıdakı kimi soyqırım törədiblər. Dünya tarixinə baxdığımızda görürük ki, dünyanın ən böyük soyqırımlarının müəllifləri bu gün Türkiyəni soyqırım iddiası ilə üz-üzə qoymağa çalışan böyük dövlətlərdir. ABŞ-a gələn avropalılar hinduları məhv eləmişdi, Avstraliyaya gedən Böyük Britaniyalılar orada bir nəfər belə aboregen qoymadı, saysız-hesabsız insanlar öldürüldü, kiçik bir hissə adalara sürgün edilmişdi. Fransanın Əlcəzairdə yapdığı soyqırımı insanlıq tarixinin ən böyük utanclarındandır. Soyqırımı Balkanlarda türklərə qarşı serblər, yunanlar, bolqarlar, onlara dəstək verən çar Rusiyası ilə bərabər törədib. Krımdan, Quzey Qafqazdan, Azərbaycanda nə qədər insan Sibirə sürgün edilib. Rusiyanın bütün güney torpaqları türk torpaqlarıdır. Çində Doğu Türküstanda soyqırımı, qətliamlar törədilir. Bu gün İran adlanan yerdə bizim 35 milyon soydaşımız hüquqsuz bir vəziyyətdədir, hər gün qətl, həbs xəbərləri gəlir, İran zindanları soydaşlarımızla doludur. Bu gün dünyanın mənzərəsi, guya mədəni xalqların insanlığa münasibəti budur. Belə bir durumda Türkiyəni günahlandırmağa heç bir ölkənin haqqı yoxdur. Türkiyə Krım məsələsini dünyaya çıxarmalıdır. Rusiya həmin torpaqları işğal edərək bütöv bir xalqı öz yurdundan didərgin salıb. Keçən əsrin ortalarından Rusiya Krım türklərini, Axıska türklərini çöllərdə, vaqonlarda yaşamağa məhkum edib. Rusiya Ukraynada yaşayan rusların haqqını müdafiə etməkdə haqlıdırsa, Türkiyə də Krımda, Rusiyanın digər bölgələrində yaşayan türkləri müdafiə eləməkdə haqlıdır və bunu etməlidir. Dünya bu məsələyə bu cür baxmalıdır. - Rusiyanın Qarabağla bağlı yeni planlar hazırladığı deyilir, bu fonda Türkiyə ilə Azərbaycanın konfederasiyada birləşməsi məsələsi gündəmə gətirilir. Rəhmətlik Əbülfəz Elçibəy də deyirdi ki, gün gələcək Ankara Bakıya vali təyin edəcək. Siz konfederasiya məsələsinə sıcaq baxırsınızmı? - Biz 1991-ci ildə müstəqilliyimizi elan edəndə biz bu yolu tutmağı qərarlaşdırmışdıq. Biz Türkiyə ilə bir millətik, bunu heç kim inkar edə bilməz. Əgər bir millətiksə, demək, bir dövlətin də tərkibində birləşə bilərik. Bu gün Avropada dilləri, milli kimlikləri tamamilə ayrı olan xalqlar savaş olmaması, iqtisadiyyatlarının gəlişməsi üçün birlik yaradırlar. Nədən biz bunu etməyək? Çoxları "konfederasiya" sözündən qorxur. Ancaq dövlət müstəqillikləri, dövlət atributları qorunmaq şərti ilə bir çox digər məsələlərdə Azərbaycan Türkiyə ilə birləşə bilər. Məsələn, ordu birliyi, iqtisadi birlik, maliyyə birliyi ola bilər, vahid valyuta məkanı yaradıla bilər, gömrük birliyi qurula bilər. Bu, dünyanın qəbul etdiyi, alışdığı yoldur və biz də bu yolla gedə bilərik. Gələcəkdə bu birliyə Mərkəzi Asiyadakı türk dövlətləri də qoşula bilər. Çünki Balkanlardan ta Çinin içərilərinə qədər Avrasiya deyilən məkan türkün torpağıdır. Rusiya Avrasiya İttifaqı yaratmaq istəyir, ancaq bu əslində türkün Avrasiyasıdır. Bu gün Türkiyə ilə Azərbaycanın konfederasiyada birləşməsinin qarşısını bir çox dövlətlər almağa çalışır. Çünki Mərkəzi Asiyanın enerji qaynaqlarına türkdən əvvəl Avropa əl qoymaq istəyir. Ancaq türk dövlətləri bir araya gəlib öz torpaqlarına, öz sərvətlərinə sahiblik etməyi bacarmalıdırlar. Türk dünyanın gələcəyi haqqında danışdığımız türk birliyi ilə bağlıdır. - Türkiyə bir seçimi arxada qoydu və artıq cümhuriyyət tarixində ilk dəfə 10 avqust prezident seçkilərinə hazırlıqlar başlayıb. Bu prosesi necə dəyərləndirirsiniz? - Azərbaycan Respublikası üçün prezidentlik institutu doğru seçilən modeldir. Çünki savaş gedən ölkələrdə parlamentli respublika o qədər uğurlu sayılmır. Açığı, Türkiyə üçün bu institutun nə qədər uğurlu olacağını söyləmək bir qədər çətindir. Əgər Türkiyənin indiki baş naziri prezident seçiləcəksə, o zaman Türkiyədə daxili münaqişələrin davam edəcəyini, daxili sabitliyi təmin etməyin mümkün olmayacağını düşünürəm. Bəllidir ki, bu gün əhalinin böyük bir hissəsi baş nazir Ərdoğandan narazıdır. Onun partiyası 30 mart bələdiyyə seçkilərində 46 faizə yazın səs aldı. Parlament seçkilərində də əhalinin təxminən yarısının səsini alıb. Əhalinin yarısından da az hissəsinin etimad göstərdiyi bir partiya liderinin Türkiyə prezidenti olması Türkiyəyə sabitlik, rifah gətirməz. Prezident postunu daha neytral başqa bir şəxs qazansa nələr baş verər - bu haqda da dəqiq proqnoz səsləndirmək çətindir (Musavat.com).
2014-04-14
14,465
Azərbaycanda növbəti həkim terroru
Aprelin 11-də İmişli Şəhər Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
2014-04-14
14,466
Quql Krımı Rusiyaya birləşdirdi - Foto
Dünyanın ən böyük axtarış sistemlərindən olan Quql Krımı Rusiyaya verib.
2014-04-14
14,467
Cəbhədə atışma: itki yoxdur
Cəbhənin təmas xəttində atəşkəs pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şirvanlı, Novruzlu, Baş Qərvənd, Kəngərli, Şuraabad, Şıxlar, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-04-14
14,468
İki qadın bütün Bakını ayağa qaldırdı
Bakı şəhəri, Yasamal rayonunda 1949-cu il təvəllüdlü və 1982-ci il təvəllüdlü 2 qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar. "Axar.az" FHN mətbuat mərkəzinə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə qalxaraq içəri daxil olub və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən sərxoş vəziyyətdə aşkarlanan vətəndaşlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 02:18-də başa çatıb.
2014-04-14
14,469
Təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.
2014-04-14
14,470
"Putin Qərbə qulaqburması verir"
"Qərbin əli ilə Ukraynada hakimiyyətə gəlmiş uşaqlar Qərbdən tapşırıq gözləyir, ölkənin müdafiəsini təşkil etmirlər". Bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev "Baymedia.az"a açıqlamasında Ukraynada baş verən son hadisələri şərh edərkən deyib. BAXCP sədri bildirib ki, Ukraynada inqilab hazırlayan ABŞ və AB Rusiyanın addımlarını proqnozlaşdıra bilmədiklərindən, cıxılmaz vəziyyətə düşüblər: "Qərbi arxasınca apara biləcək parlaq lider, daha doğrusu, indiki zamanda sərkərdə olmadığından, Putin onların qulaqlarından tutub burur, burduqca onlar ayaqlarını yerə döyüb qışqırırlar. Onlar qışqırdıqca isə Putin daha bərk qulaqburması verir. Nəticədə isə Ukrayna dövləti dağılır. Qərbin əli ilə hakimiyyətə gəlmiş uşaqlar isə Qərbdən tapşırıq gözləyir, ölkənin müdafiəsini təşkil etmirlər. Qərb dövlətləri də öz növbələrində müharibə olacağı təqdirdə sifətlərini tam itirəcəklərindən qorxaraq belə tapşırıq vermirlər. Qərbin oyuncaqlarının isə hətta ləyaqətləri catmır ki, qarant öhdəliyini yerinə yetirməyən ölkələrdən nüvə silahını geri tələb etsinlər". Qüdrət Həsənquliyev qeyd edib ki, belə vəziyyətdə Atatürk kimi bir şəxsiyyət ortaya cıxmalı və Ukraynanı azad etməlidir: "Əks halda Ukrayna ərazilərinin böyuk hissəsini itirəcək. Hətta ola bilsin ki, Rusiya Ukraynada hakimiyyəti də dəyişib öz oyuncaq dövlətini qursun. Basqasının əlində hakimiyyət naminə alət olmağın sonu belə olur".
2014-04-14
14,471
Azərbaycanda çörəyin satışı ilə bağlı yeni qayda
Çörək-bulka məmulatlarının ticarət obyektlərinə daşınması istehsalçı ilə bağlanmış müqavilə əsasında və razılaşdırılmış qrafik üzrə həyata keçirilməlidir. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda əksini tapıb. İstehsalçı qrafikdə nəzərdə tutulan müddətdə və çeşiddə məmulatların ünvanlara çatdırılmasını təmin etməlidir. Ticarət obyektində məmulatların qəbulu zamanı normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq, onların bişirilib sobadan çıxarıldıqdan sonra müəssisədə maksimum saxlanma müddətinə riayət edilməsinə xüsusi nəzarət olmalıdır. Məmulatların ticarət obyektlərində qəbulu zamanı keyfiyyətinə görə yararsız olanlar geri qaytarılmalıdır. Məmulatlar bu Qaydalara riayət edilməklə ixtisaslaşmış çörək-qənnadı mağazalarında, universal və ərzaq mağazalarının çörək satışı şöbələrində, kənd yerlərində gündəlik tələbat malları satışı mağazalarında, çörək və ərzaq çadırlarında, köşklərdə, avtodükanlarda satıla bilər. İxtisaslaşmış çörək-qənnadı mağazalarında, habelə universal və ərzaq mağazalarının çörək satışı şöbələrində bu məmulatlardan başqa, şəkər, mürəbbə, cem, bal, çay, qəhvə, kakao və s. analoji qablaşdırılmış ərzaq mallarının satışına da icazə verilir. Satıcı ticarət zalında (vitrinlərdə) istehlakçı üçün görünən yerdə təchizatçı (istehsalçı təsərrüfat subyekti) haqqında məlumatları (adı, ünvanı, telefon nömrəsi) əks etdirən xüsusi lövhə yerləşdirməlidir. Ticarət obyektləri ayda 1 dəfədən az olmayaraq, istehsalçı müəssisədən daxil olan məmulatların nümunələrinin keyfiyyətini və təhlükəsizliyini təsdiq edən akkreditasiya olunmuş laboratoriyalarda keçirilmiş sınaqların nəticələrini tələb etməlidir. Məmulatlar otaqda bağlı şkaflarda və ya hərəkət edən stellaylarda, yeşiklərdə saxlanılmalıdır. Məmulatların yaxşı və təzə qalması üçün onlar istifadəsinə səlahiyyətli orqanlar tərəfindən icazə verilmiş polimer plyonka və digər örtüklərlə örtülməlidir. Suxarı və baranka məhsulları çörək-bulka məmulatlarından ayrı, xüsusi yeşiklərdə və ya kisələrdə, şkaflarda və ya stellaylarda, həmçinin bükülmüş vəziyyətdə yeşiklərdə saxlanılmalıdır. Məmulatların qalaq halda, otağın divarlarına və döşəməyə təmas edəcək şəkildə yığılmasına yol verilmir. Məmulatlar köməkçi otaqlarda döşəmədən 35 sm, ticarət zalında isə 60 sm yuxarı məsafədə yerləşdirilmiş xüsusi rəflərdə və ya stellaylarda saxlanılmalıdır. Məmulatlar ticarət obyektində onların əmtəə görünüşünün pozulmaması şərti ilə və normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq yığılmalıdır. Məmulatların spesifik qoxulu mallarla (balıq və balıq məhsulları, tütün məmulatları, təsərrüfat malları və s.) birlikdə saxlanılması qəti qadağandır. Məmulatların arabalara, yeşiklərə açıq şəkildə və əlcəksiz boşaldılması yolverilməzdir. Polimer materiallardan olan örtüklər hər gün havaya verilməli və qurudulmalı, onların təmiz şəkildə saxlanılmasına riayət olunmalıdır. Məmulatlar sobadan çıxdıqdan sonra ticarət şəbəkələrində yalnız normativ-texniki sənədlərdə göstərilən müddətdə satılmalıdır. Bu müddət başa çatdıqdan sonra məmulatlar dərhal satışdan götürülməlidir. Yararlılıq (saxlama) müddəti ötmüş, eləcə də mövcud standartların və texniki şərtlərin tələblərinə uyğun olmayan, habelə qaydaların pozulması nəticəsində xarab olmuş məmulatların obyektə qəbuluna və satışına yol verilmir. Məmulatların ticarət şəbəkələrinə daşınması, qəbulu və satışı sanitariya qaydalarına və normalarına, gigiyena normativlərinə əməl edilməklə həyata keçirilməlidir. Sanitariya nəzarət orqanları tərəfindən verilmiş sanitariya pasportu olmayan avtonəqliyyat vasitələrində məmulatların daşınmasına yol verilmir. Özünəxidmət ticarət obyektlərində istehlakçılar tərəfindən məmulatların seçilməsi üçün (əllə təmas olmadan) xüsusi köməkçi alətlər (metal maqqaşlar, xüsusi qablarda yerləşdirilmiş ağ kağızlar və s.) olmalıdır. İstehlakçıların istəyi ilə çəkisi 0,5 kq və ya ondan yuxarı olan ədədi məmulatların (qablaşdırılmış məmulatlar istisna olmaqla) 2-4 hissəyə bölməklə, çəkmədən satışına icazə verilir. Məmulatların kəsilməsi üçün itilənmiş və bərabər kəsən xüsusi mətbəx bıçaqlarından istifadə olunmalıdır.
2014-04-14
14,472
Keçmiş Baş nazir səfir təyin olunacaq
Ermənistanın keçmiş Baş naziri Tiqran Sərkisyan Belçikaya səfir təyin olunacaq. "Axar.az" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən mənbə məlumat verib. Onun sözlərinə görə, Sərkisyan Belçikaya səfir təyin olunacaq və Ermənistanla Avropa arasındakı münasibətləri koordinasiya edəcək. Qeyd edək ki, Tiqran Sərkisyan aprelin 3-də Baş nazir postundan istefa vermişdi. Dünən isə prezident Serj Sərkisyan Ovik Abramyanı yeni Baş nazir təyin edib.
2014-04-14
14,473
“Ukrayna iqtisadi potensialının 30%-ni itirəcək”
"Ukrayna sənayesi şərq torpaqlarının timsalında özünün daha 30% iqtisadi potensialını itirəcək". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili öz Feysbuk səhifəsində çıxış edib. O, Ukraynanın bütün gələcəyinin təhlükə altında qaldığını deyib: "Rusiya Krımı tutmaqla Ukraynanın əsas iqtisadi gücü olan təbii qaz və turistik potensialını ələ keçirdi. Əgər son bir neçə sutka ərzində heç bir tədbir görülməsə, Ukrayna sənayesi şərq torpaqlarının timsalında özünün daha 30% iqtisadi potensialını itirəcək. Artıq ümumiyyətlə bütün ölkənin gələcəyi təhlükə altında qalmış olacaq". Xatırladaq ki, Saakaşvilinin Ukrayna ilə bağlı şərhləri özünü doğruldur və az öncə yazdığı bu Feysbuk statusu artıq sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub.
2014-04-14
14,474
Pasxada Novruz izləri - Araşdırma
İlahə Ucaruh (Finladiya) 30.09.2009 tarixindən başlayaraq YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına Novruz bayramı daxil edilib. 19.02.2010 BMT 64-cü assambleyasının qərarına əsasən isə 21 mart Beynəlxalq Novruz Günü kimi tanınır. Tarixçilərə görə, Novruz bayramının 5000 ildən çox yaşı var və demək ki, atəşpərəstlik, zərdüştçülük və islamdan çox-çox qədimdir və heç bir dinə bağlılığı yoxdur. Novruz yaz gəlişinin qarşılanması, təbiətin qışdan sonrakı oyanışına yönələn insan sevincini ifadə edir və ilk öncə Günəş və yeni ilin qutlanmasıdır. Yaz fəslindəki gecə-gündüz bərabərliyinə təsadüf edən Novruz Yaxın və Orta Şərq ölkələrinin ən önəmli bayramlarından biridir. Novruzla bağlı məlum olan əsatirlərin, miflərin sayı, demək olar ki, bu bölgələrdə yaşayan müxtəlif millətlərin, xalqların sayına bərabərdir. Örnəyin, qədim şümerlərin istər mifi (Avropalılarda "Esther"), türkdilli xalqların Ergenekon əfsanəsi, kürddillilərin cəngavər Kavenin hünər dastanı, farsdillilərin Hürmüz və Əhrimənin mübarizəsi, yəhudilərdə Misirdən çıxış (Pesah) və s. Bu fərqli dastanları birləşdirən iki önəmli məqam var. Birincisi - bütün bu hadisələr yazda, gecə və gündüz bir-birlərinə bərabər olan günə təsadüf edir. İkincisi - xalq böyük təhlükədən, məhvolmadan qurtulur, azadlığa qovuşur, yenidən doğulur. Bu əfsanələrdən biri — Pesah, yəhudilərin Musa peyğəmbərin başçılığıyla Misir əsirliyindən qurtulması — xristian inam sisteminin tərkib hissəsinə çevrilə bilmişdi. Çoxlarımıza Pasxa adıyla tanınan bu dini bayram məhz həmin Pesahdır. Məşhur Argentina yazarı Xorxe Luis Borxes deyir ki, yəhudilərdən başqa öz folklorunu din səviyyəsinə yüksəldən ikinci xalq yoxdur… 2011-ci il aprelin 24-ü bütün xristian dünyası üçün Pasxa bayramı idi. Novruz və Pasxa qutlamalarında diqqəti çəkən oxşar adət-ənənələlər az deyil. Bunlar təsadüfidirmi? Əsla yox. Bir çox tanınmış alimlərin araşdırmalarına görə, bu iki möhtəşəm bayramın qaynağı birdir. Məsələn, 1890-1915 illərdə yazılmış 12-hissəli "Qızıl budaq" əsərində J.G.Fraser göstərir ki, əski din və əsatirlərin qaynağı birdir. Bu alim İncil mətnlərini teoloji yox, antropologiya nöqteyi-nəzərindən araşdıraraq, eyni dastanların bir qədər dəyişdirilərək xalqlar tərəfindən "özünküləşdirilməsi" hallarının baş verdiyini vurğulayır. Aşağıdakı cədvəldə bu iki bayramın bənzər yönlərini göstərməyə və şərh etməyə çalışmışam.
2014-04-14
14,475
Zakir Həsənov İrana getdi
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İrana rəsmi səfəri başlayıb. Bu barədə İRNA agentliyi xəbər verib. Məlumata əsasən, ikigünlük səfər zamanı Z.Həsənov iranlı həmkarı general-mayor Hüseyn Dehqan və digər rəsmilərlə görüşəcək. Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcək. Regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi də planlaşdırılır ("Trend").
2014-04-14
14,476
“Azərbaycandakı “beşinci kolon”a artıq əmr gəlib” - SOS
"Rusiyanın Azərbaycanda güclü beşinci kolonu olduğu artıq sübut olunub". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, hazırda Azərbaycana hücumla bağlı yayılan bütün məlumatların Rusiyanın xüsusi xidmət orqanları tərəfindən hazırlandığını bildirib: "Son günlər Rusiyadan Azərbaycana edilən informasiya müharibəsində əsas məqsəd Azərbaycana hədə-qorxu gəlmək, onu tutduğu düzgün yoldan çəkindirməkdən ibarətdir. Amma bu cür mənasız, heç bir şeyə əsaslanmayan bəyanatlarla nəyəsə nail olmaq mümkün deyil. Ona görə də Azərbaycan öz tutduğu mövqeni və siyasətini davam etdirəcək. Bu gün "Rusiya bizə şimaldan, yerdən, göydən hücum edəcək" kimi fikirlərin hamısı boş-boş şeylərdir. Rusiya bu dəqiqə dəhşətli təhlükə qarşısındadır. Ona görə ki, bütün dünya birləşib Rusiyanı çökdürmək istəyir. Mən əminəm ki, Azərbaycanda yayılan bu xəbərlərin hamısı Rusiyanın xüsusi xidmət orqanlarının informasiya manipulyasiyasıdır. Bunlara fikir verməyə dəyməz". Politoloq Azərbaycanın daxilində fəaliyyət göstərən beşinci kolona artıq əmrin gəldiyini söyləyib: "Artıq bütün ictimaiyyətə məlum oldu ki, Azərbaycanda güclü beşinci kolon var. Bu beşinci kolon Rusiya tərəfindən idarə olunur. Beşinci kolon öz vətəndaşlarımızdan təşkil olunub. Hamısı azərbaycanlılardır. Əmr gələnə qədər onlar öz işləri ilə məşğuldurlar. Bunların kimi həkimdir, kimi mətbuat işçisidir. Hər biri öz işi ilə məşğuldurlar. Əmr gələndə hamısı baş qaldıracaq. İndi əmr gəlib ki, Rusiyanın Krıma müdaxiləsini dəstəkləyin, şayiə yayın ki, Azərbaycana Rusiya zərbə vura bilər. Bunun hamısı göz qabağındadır. Mən tam əminəm ki, Azərbaycanda artıq güclü Milli Təhlükəsizlik Nazirliyi var. Bunların fəaliyyəti nəzarət altındadır. Lazım olanda bunlar üçün tədbir görüləcək". Qeyd edək ki, "beşinci kolon" ayrı-ayrı dövrlərdə güclü dövlətlərin öz maraqlarını təmin etmək üçün kiçik dövlətlərin içərisində (hökumət qurumlarında, müxalifətdə, QHT-lərdə və sairə) formalaşdırdığı qruplardır.
2014-04-14
14,477
Şumaxerin palatasına hücum oldu
İki nəfər naməlum şəxs məşhur avtopilot Mixail Şumaxerin yatdığı palataya soxulub. Onların saxlanıldığı deyilir. "Axar.az" xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, iki nəfər naməlum şəxs almaniyalı məşhur avtopilot Mixail Şumaxerin palatasına girmək istəyib. Xəstəxanada işçilərin və mühafizənin azlığından istifadə edərək içəri daxil olan hər iki şəxsin qarşısı vaxtında alınıb. Kimlikləri bəlli olmayan şəxslər Şumaxerin şəklini çəkmək istəyirmişlər. Polis mühafizənin gücləndirildiyini açıqlayıb. Xatırladaq ki, Mixail Şumaxer bir neçə ay öncə xizək sürdüyü zaman yıxılaraq ağır xəsarət almışdı. Köməkçisi yerimə qabiliyyətini itirən idmançının getdikcə sağaldığını deyir.
2014-04-14
14,478
Ordumuzun iki əsgəri yaralandı
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgərləri Elmirad Qurbanəlizadə və Asim Quliyev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgərlər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
2014-04-14
14,479
Sabah Ay tutulacaq
Sabah bu il ərzində ilk Ay tutulması baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov bildirib ki, Ay tutulması aprelin 15-də Bakı vaxtı ilə saat 10:58-də başlayacaq, 14:33-də başa çatacaq. Tutulma 3 saat 35 dəqiqə davam edəcək. Bu hadisəni Azərbaycandan müşahidə etmək mümkün olmayacaq. Ay tutulması Avstraliya, Sakit Okean və Amerikada müşahidə ediləcək. Qeyd edək ki, ikinci Ay tutulması oktyabrın 8-də olacaq. Aprelin 29-da ilk, oktyabrın 24-də isə ikinci Günəş tutulması baş verəcək ( Trend ).
2014-04-14
14,480
İran BMT-dən imtina etdi
İran nümayəndə heyəti BMT-nin iclasında iştirakdan imtina edib. "Axar.az" xəbər verir ki, İran nümayəndə heyəti BMT-nin bu dəfəki iclasında iştirakdan imtina edib. İslam respublikasının nümayəndələri səbəb kimi ABŞ-ın İran diplomatlarından birinə diplomatik viza vermədiyini göstərirlər. Diplomatlar bununla bağlı BMT-yə müraciət edəndən sonra problemin həll edilmədiyini görüncə digər rəsmilərin də həmin tədbirdə iştirakdan imtina etdiyini açıqlayıblar. Xatırladaq ki, 3 gün öncə ABŞ Dövlət Departamenti İranlı diplomat Həmid Abutalıba diplomatik viza verilməyəcəyini açıqlamışdı. Qurum qərarını həmin diplomatın 1979-cu il İran İnqilabı zamanı ABŞ-ın bu ölkədəki səfirliyinin işçilərini girov saxlayan bir qrup tələbənin arasında olması ilə əsaslandırır.
2014-04-14
14,481
Prezidentin nəvəsindən “Azərbaycan” şeiri - Foto/Video
Prezident İlham Əliyevin qızı Arzu Əliyevanın Feysbuk səhifəsində maraqı bir video yerləşdirilib. Videoda Leyla Əliyevanın oğlu Mikayıl "Azərbaycan" şeirini deyir ("Azvision.az")
2014-04-14
14,482
Azərbaycan Ordusunda faciə
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Afiyəddin Cavadovun əlindəki silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş onun əsgər yoldaşı Nicat Hacızadəyə dəyib. N. Hacızadə aldığı güllə xəsarəti ilə hospitala aparılarkən yolda dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
2014-04-14
14,483
Ukraynanın “Sağ sektor”u ruslara müharibə elan etdi
Ukraynanın "Sağ sektor" radikal qruplaşmasının lideri Dmitri Yaroş ölkənin cənub-şərqində baş verənlərlə bağlı təşkilatda səfərbərlik elan olunduğunu deyib. "Axar.az" xəbər verir ki, Yaroş bunu Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinovla görüşü zamanı səsləndirib. "Vəziyyəti öyrəndikdən sonra "Sağ sektor"un bütün strukturlarına səfərbər olunmalarını və ölkənin ərazi bütövlüyünün müdafiəsinə hazır olmağı əmrini verdim", - deyə Yaroş bildirib. Yaroş təhlükəsizlik qüvvələrini "Sağ sektor"a mane olmağa yox, yardım etməyə çağırıb.
2014-04-14
14,484
ABŞ Rusiyaya yeni sanksiyalar hazırlayır - Rəsmi
Rəsmi Vaşinqton yeni sanksiyalarla bağlı iddiaları təsdiqləyib. "Axar.az" xəbər verir ki, bu barədə "Röyter" (Reuters) agentliyi məlumat yayıb. ABŞ-ın BMT-dəki elçisi qurumun iclasında məruzə zamanı Rusiyanın Ukraynaya qarşı hərəkətlərindən əl çəkmədiyi təqdirdə sanksiyaların davam etdiriləcəyini deyib. Diplomat bu vaxta qədər tətbiq edilən sanksiyaların Rusiya milli valyutası olan rublun məzənnəsinin düşməsinə və rəsmi Moskvanın idxal-ixrac bazarında 20 faiz geriləmə olmasına gətirib çıxardığını bildirib. "ABCnews" kanalı isə rus qoşunlarının təxminən 150 kilometr (90 mil) məsafədə Ukraynanın şərq hissəsini ələ keçirdiyini deyir. Xatırladaq ki, Rusiyaya yeni sanksiyaların tətbiq ediləcəyi ilə bağlı dünən rusiyalı diplomatlar həyəcan təbili çalmışdılar. Amma ABŞ rəsmiləri bu iddianı nə təsdiq, nə də təkzib etmişdilər.
2014-04-14
14,485
“İlham Mirzəyev Elgiz Əkbəri həbs etdirdi...” - Video
"Əgər İlham Mirzəyev həbsdə olmadığı vaxt bu barədə fikirlərimi soruşsaydınız, onda çox şey danışardım". Bu sözləri "Axar.az"a "Adam içində" verilişinin aparıcısı, tele-jurnalist Elgiz Əkbər öz verilişinin 06.02.2014-ci il tarixli yayımında İlham Mirzəyev haqqında dediyi sözlərə münasibət bildirərkən dedi. E.Əkbər qeyd edir ki, mənim indi deyəcəyim bütün sözlər yıxılana balta vurmaq kimi başa düşüləcək: "Saytlar bu məsələdə bir qədər qabağa gedib İlhamın həbsində mənim əlimin olduğunu yazırlar. Bu, tamamilə yanlış fikirdir. İndi İlham haqqında deyəcəyim sözlər çox pis səslənər. Buna görə məni qınaya da bilərlər. Onsuz da yıxılana balta vuran çox olur. Mən də nələrsə danışsam çox ayıb olar". Onun sözlərinə görə, aralarında yaranmış mübahisənin səbəbkarı İlham Mirzəyev özüdür: "Bu mübahisəni İlham Mirzəyevin özü başlayıb. O öz verilişində proqramım və mənim ünvanıma atmacalar atmışdı. Mən də öz proqramımda onunla bağlı fikirlər səsləndirdim. Ancaq mən onun haqqında danışsam da, adını çəkməmişəm. Bu hadisə olub fevral ayının 6-da. Üstündən nə qədər vaxt keçib. Ona qarşı irəli sürülən ittihamların mənimlə heç bir əlaqəsi yoxdur. Sabah Elgiz Əkbər də bir yanlışlığa yol versə, qanun qarşısında cavab verəcək. Onda da deyəcəklər ki, Elgiz Əkbəri İlham Mirzəyev həbs etdirdi. Bu absurddur". Qeyd edək ki, ANS TV-dəki "Adam içində" verilişinin aparıcısı Elgiz Əkbər fevralın 6-da proqramında dələduzluq maddəsi ilə həbs edilən İlham Mirzəyev haqqında fikirlər səsləndirmişdi. Xatırladaq ki, İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Bildirib ki, İ. Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq tutulub.
2014-04-14
14,486
Davudoğlu “domino effekti” təhlükəsindən danışdı
Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Krımın Rusiyaya birləşdirilməsindən sonra "domino effekti" yaranacağı barədə xəbərdarlıq edib. Məlumata görə, Əhməd Davudoğlu Krım məsələsinin digər dondurulmuş münaqişələri yenidən gündəmə gətirə biləcəyini deyib. "Bizi təkcə Ukrayna narahat etmir. Regiondakı Dnestryanı, Abxaziya və Dağlıq Qarabağ münaqişələrinin yenidən alovlanmasından narahatıq. Ukrayna böhranının Türkiyənin qonşu ölkələrində və Qara dəniz regionunda zəncirvarı şəkildə davam etməsini istəmirik", deyə Əhməd Davudoğlu bildirib. Xarici İşlər nazirinin sözlərinə görə, Ukrayna və Rusiya ilə qonşu olan Türkiyənin Krım ilə birbaşa əlaqələri var: "Ona görə də Krımda baş verənləri yaxından izləyirik. Polşa Ukrayna və Rusiya ilə sərhəddə yerləşir. Hesab edirik ki, bütün dondurulmuş münaqişələr beynəlxalq hüquq çərçivəsində sülh danışıqları ilə həll olunmalıdır" (ANS).
2014-04-14
14,487
Yazıçılar cəbhə xəttində - Foto
Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbərliyi cəbhə bölgəsində səfərdə olub. Bu barədə məlumatı AYB-ın katibi Rəşad Məcid verib. R. Məcid deyib ki, səfər şair Ənvər Əhmədin 70 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə iştirakla bağlı olub: "Ağcabədi Rayon İcra hakimiyyəti Ənvər Əhmədin yubileyini. Yazıçılar Birliyinin rəsmiləri də həmin mərasimdə iştirak etdi. Tədbirdə Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçı-publisist Aqil Abbas, xalq şairi Fikrət Qoca çıxış etdi. Növbəti gün Yazıçılar Birliyinin nümayəndələri mərhum yazıçı İsi Məlikzadənin qəbrini ziyarət etdi". R.Məcid Ağcabədidə AYB-in Qarabağ bölməsinin konfransının keçirildiyini də deyib: "Tədbirdə Yazıçılar Birliyinin qurultayına nümayəndələr də seçildi". Səfər çərçivəsində Ağcabədinin Şərəfxanlı kəndində Azərbaycanın tanınmış dramaturqu Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Məmmədquluzadənin də ev müzeyi ziyarət olunub: "Daha sonra rayonun Bayat kəndində Aqil Abbasın təşəbüsü ilə yaradılan kitabxanaya gedərək, yeni kitablar hədiyyə etdik". R. Məcid deyib ki, səfər zamanı AYB nümayəndələri Ağdama cəbhənin təmas xəttinə də yollanıblar: "Sonuncu postdan Ağdama baxdıq...Baxdıq və geri qayıtdıq" ("Aznews.az").
2014-04-14
14,488
MTRŞ: "ANS bizi qərəzli şəkildə mübahisəyə çəkir" - Yeniləndi
11:24 ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən şirkət MTRŞ-in ANS-lə bağlı 14 yanvar 2014-cü il tarixli qərarının ləğv edilməsini tələb edir. Belə ki, qeyd olunan tarixdə MTRŞ-in iclası keçirilib. Həmin iclasda ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. MTRŞ-in həmin gün yaydığı açıqlamada deyilirdi ki, 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən "Adam içində" verilişində "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.4-cü bəndinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən "ANS Müstəqil Yayım və Media Şirkəti"nə xəbərdarlıq elan edilib. Qeyd edək ki, söhbət 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən "Adam içində" verilişindəki məşhur "cinçıxarma" əhvalatından gedir ("Femida.az"). 12:25 "ANS tərəfimizdən onlara edilmiş xəbərdarlıqdan heç bir nəticə çıxarmır və bizi qərəzli şəkildə mübahisəyə çəkir". Bu sözləri Milli Tеlеviziyа və Rаdiо Şurаsının Aparat rəhbəri Toğrul Məmmədov ANS-in MRTŞ-lə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciətinə münasibət bildirərkən deyib. Toğrul Məmmədovun sözlərinə görə, ANS TV rəhbərliyi bu iddianı hələ mart ayından qaldırıb: "Bununla bağlı hətta onların əsassız iddialarına görə mart ayında hazırlıq iclası da keçirilib. Onu da deyim ki, biz ANS-ə cərimə kəsməliydik, lakin MRTŞ-in humanistliyi əsasında onlara xəbərdarlıq edildi. Onlar da götürüb əsassız şəkildə məhkəməyə müraciət ediblər". MRTŞ rəsmisi telekanala xəbərdarlıq etməyi də unutmadı: "Son olaraq onu da qeyd edim ki, hər hansı bir qanun pozuntusu olacaqsa, MRTŞ bununla bağlı ciddi tədbirlər görəcək. ANS unutmasın ki, biz qanunun keşiyində dururuq" ("Aktual.az").
2014-04-14
14,489
Qaxda iki kişinin başı kəsildi - Yeniləndi
11:32 Qax rayonunda başları kəsilmiş iki kişi meyiti tapılıb. "Axar.az" xəbər verir ki, ilkin məlumatlara görə, onlar Gürcüstan vətəndaşlarıdır. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. (Kanal S) 12:15 "Qax şəhərində qətlə yetirilən Gürcüstan vətəndaşları 1956-cı il təvəllüdlü Rosyaşvili İasi İsaqoviç və 1960-cı il təvəllüdlü Rosyaşvili Esaryan İsaqoviçdir". Bu sözləri "Axar.az"a açıqlamasında Qax Rayon Polis Şöbəsindən rayonda başı kəsilən şəxslərlə bağlı məsələyə münasibət bildirərkən dedilər. Şöbədən öldürülənlərin qardaş olduğunu bildirdilər: "Öldürülən qardaşların meyiti yaşadıqları evdə aşkar edilib".
2014-04-14
14,491
ABŞ-dan Ukraynaya dəstək: “Siz çox dözdünüz”
"Ukraynalılar bütün ölkələrin hər birindən daha çox dözdülər". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə ABŞ BMT-dəki nümayəndəsi Samanta Pauer çıxış edib. O, Ukraynanın şərqində baş verənlərin etirazla heç bir əlaqəsi olmadığını deyib: "Ukraynalılar bütün ölkələrin hər birindən daha çox dözdülər. Bunlar etiraz deyil. Bunlar, sadəcə, Rusiyada istehsal edilmiş silahlar, koordinasiya olunmuş addımlarla professional şəkildə güc tətbiqidir". Qeyd edək ki, dünən BMT-nin Təhlükəsizlik Şurasında Ukraynanın şərqindəki hadisələr müzakirə edilib. Müzakirələr zaman Çin də daxil olmaqla heç bir ölkə Rusiyanın mövqeyini müdafiə etməyib.
2014-04-14
14,492
Bulvarda agacları kəsməyə başladılar
Bu gün səhər saatlarında əməkdaşımız Dənizkənarı Milli Parkda ağacların kəsilməsinin şahidi olub. Kəsilən ağaclar yük maşınına yüklənərək ərazidən çıxarılıb. Məlum olub ki, iki ağac kökündən, bir neçə ağacın isə budaqları kəsilib. Əməkdaşımız həmin şəxslərdən bunun səbəbini soruşanda bildiriblər ki, bu, Dənizkənarı Bulvar İdarəsinin səlahiyyətlərinə daxil olan məsələdir. İdarənin rəis müavini Nazim Məcidov isə "AzNews.az"a açıqlamasında bildirib ki, iki gün əvvəl bulvar ərazisində "Sevgilim" adlı kafe yanıb. Kafe yanarkən ətrafdakı bir neçə ağaca ziyan dəyib, budaqları yararsız hala düşüb: "Kəsilən də məhz həmin ağacların budaqlarıdır. Yəni orda hansısa ağacın kəsilməyindən söhbət getmir". Fotolara diqqət yetirdikdə isə, ağacların kökündən kəsilməsinin, eləcə də bu əməliyyatın yanan kafedən xeyli aralıda aparıldığının şahidi oluruq.
2014-04-14
14,493
Bəzi yeyinti mallarının satışına qadağa qoyuldu
Azərbaycanda təkrarən dondurulmuş yeyinti mallarının satışı qadağan edilib. Nazirlər Kabinetindən verilən məlumata görə, bu, "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda nəzərdə tutulub. Həmin qaydalara əsasən, iribuynuzlu və xırdabuynuzlu heyvan cəmdəyi ictimai iaşə obyektinə müvafiq baytarlıq şəhadətnamələri ilə müəyyən edilən hallar istisna olmaqla, cəmdək, yarımcəmdək və cəmdəyin dörddə bir hissəsi (şaqqaları) formasında qəbul edilir. Azərbaycanda kəsilmiş heyvan cəmdəklərinin sümükdən ayrılmış formada ətinin ictimai iaşə obyektlərinə qəbul edilməsi qadağan olunub. Qaydalara əsasən, istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddətdə dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi mal olmadıqda, müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Qaydalarda göstərilir ki, Azərbaycan ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır. Qaydalarda o da qeyd edilir ki, ticarət obyektinin qarşısında, ətrafında malların (işlərin, xidmətlərin) nümunələrinin nümayiş etdirilməsinə (qoyulmasına), satışına, xidmətlərin göstərilməsinə yol verilmir ( Trend ).
2014-04-14
14,494
Araz Ağalarov 47 milyardlıq yol çəkəcək
Azərbaycanlı milyarder, "Krokus Qrup" şirkətinin rəhbəri Araz Ağalarovla "Stroyqazkonsaltinq" şirkətinin rəhbəri Ziyad Manasir arasında ciddi rəqabət yaşanır. "Axar.az" xəbər verir ki, rəqabətin səbəbi 50 kilometrlik mərkəzi dairəvi magistral yolunun tikintisini ələ keçirməkdir. Bu yolun tikintisi ilə bağlı tenderin keçirilməsi ötən ilin noyabrına nəzərdə tutulsa da, texniki məsələlər və layihənin qiymətləndirilməsi proseduru ləngidiyindən 2014-cü ilin aprelinə kimi təxirə salınmışdı. Avtomagistralın birinci seksiyasının qiyməti 52.4 milyard rubl dəyərində qiymətləndirilir. Bunun 45.6 milyardı dövlət büdcəsindən, qalan 6.8 milyardı isə özəl investorlar tərəfindən maliyyələşdiriləcək. Araz Ağalarovun "Krokus Qrup" şirkəti layihəni həyata keçirə biləcək ən şanslı şirkətlərdən biridir. Ağalarovun şirkəti magistral yolun ilk hissəsini 47.2 milyard rubla tikməyə hazırdır. Onunla rəqib olan Ziyad Manasirin rəhbərlik etdiyi "Stroyqazkonsaltinq" şirkəti isə bu layihəni həyata keçirmək üçün 48.8 milyard istəyib. Ekspertlərin sözlərinə görə, inflyasiya risqlərini öz üzərinə götürə biləcək şirkət layihəni həyata keçirmək şansını qazanacaq. Qalib aprelin 30-da elan ediləcək.
2014-04-14
14,495
Baş prokuror Mingəçevirə gedir
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il aprelin 25-də saat 11:00-da Mingəçevir şəhər prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Yevlax, Bərdə, Ağdaş, Ucar və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Baş Prokurorluqdan verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Mingəçevir şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
2014-04-14
14,496
DİN nurçulara qarşı əməliyyat keçirdiyini təsdiqlədi
Daxili İşlər Nazirliyi Bakıda nurçuların saxlanılması ilə bağlı məlumat yayıb. Nazirliyin saytında verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X. Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində "Nurçuluq" dini təriqətinin "sunqurçular" cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib. E. Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
2014-04-14
14,497
Azərbaycanda polis bıçaqlandı
Azərbaycanda yol polisi bıçaqlanıb. Məlumata görə, hadisə Tərtər rayonunda, avtovağzalın yaxınlığında qeydə alınıb. Tərtər rayon prokurorunun köməkçisi Aftandil Babayevin məlumatına görə, polis baş leytenantı Qurban Allahverdiyev sinəsindən kəsilmiş deşilmiş yara xəsarəti alıb. İlkin ehtimala görə, hadisəni iki nəfər törədib. Onlar artıq saxlanılıblar. Saxlanılanlardan biri Mehman Eldəniz oğlu Həsənov olub. İlkin ehtimala görə, saxlanılanlar avtoxuliqanlıqla məşğul olublar (ANS).
2014-04-14
14,498
Putin öz maaşını artırdı
Rusiya Prezidenti Vladimir Putin öz maaşının 2 dəfədən çox artırılması ilə bağlı sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, Putin eyni zamanda Baş nazir Dmitri Medvedyevin də maaşının artırılması üçün göstəriş verib. Qeyd edək ki, ötən həftənin yekunlarına əsasən Vladimir Putin və Dmitri Medvedyevin gəlirləri açıqlanmışdı. Məlum olmuşdu ki, prezident və Baş nazirin illik gəlirləri digər nazirlərə nisbətən aşağıdır.
2014-04-14
14,499
Ukraynalı politoloq: “Rusiya ilə müharibə başlayacaq”
"Üsyançıların üzərinə ordu göndərmək Ukraynanın Rusiyaya müharibəyə elan etməsi deməkdir". Bu sözləri "Axar.az"a açıqlamasında ukraynalı politoloq Aleksey Blüminov deyib. O, Ukrayna hakimiyyətinin hələ də Maydanın yalnız Kiyevi qazandığına inanmaq istəmədiyini deyib: "Soyuq vətəndaş müharibəsi artıq tam fəaliyyətə başlayıb. Qarşılıqlı aqressiyanın həddi böyüyür. Əgər Kiyev öz təhdidini reallaşdırıb, ordunu şərqə etirazları yatırmağa göndərsə, bu, vətəndaş müharibəsini qaynar fazaya keçirəcək. Ukraynanın ərazisində olan problemli regionlar öz-özünə yaranmayıb. Onun yanındakı böyük qonşu və bu regionlarla ittifaq həmin problemin törəməsinə şərait yaradır. Hazırkı Ukrayna hakimiyyəti qəti olaraq anlamaq istəmir ki, Maydan yalnız Kiyevdə qalib gəlib. Donetsk, yaxud Luqanskda isə görüntü tam fərqlidir. Yəni Maydan paytaxtda qələbə qazansa da, nümayəndələri mərkəzi hakimiyyətdə təmsil olunsalar da, bu hələ bütün ölkənin seçimi demək deyil". Politoloq Ukraynanın şərqinə ordu yeritməklə ölkənin avtomatik olaraq Rusiyaya müharibə elan edəcəyini qeyd edib: "Ölkə iqtisadiyyatının və maliyyəsinin bərbad vəziyyətini nəzərə alsaq, görərik ki, Kiyevin bu regionların loyallığını geri almaq üçün heç bir resursu yoxdur. Müvafiq olaraq yeganə variant kimi güzəştlərə getmək qalır. Məhz bu zaman hakimiyyət müəyyən vaxt udur ki, onu regionlar arasındakı ziddiyətləri azaltmağa xərcləyə bilər. Amma mərkəzi hakimiyyət hələ də hərbi variantı daha çox üstün tutur ki, bu da heç bir resursla dəstəklənmir. Başa düşmək lazımdır ki, üsyançıları müharibəyə çəkməklə Kiyevin özü də Rusiya ilə müharibəyə daxil olur. Bu müharibədə isə Ukraynanın qazanmaq üçün heç bir şansı yoxdur".
2014-04-14
14,500
Bakıda ekoloji terror davam edir – Video
Bakı-Sumqayıt yolunda ağacların kəsilməsini göstərən video yayılıb. "Axar.az" xəbər verir ki, Bakı-Sumqayıt yolunda ağacların kəsilməsi ilə bağlı video yayılıb. Kadrlardan görünür ki, ekskavator ağacları qıraraq bir yerə toplayır. Vətəndaşlardan birinin avtomobilində quraşdırılmış xarici müşahidə kamerası vasitəsi ilə çəkilən kadrlarda fəhlələrin işlədiyi və "Shachman" markalı maşının həmin ağacları daşıdığı görünür. Bundan öncə analoji hadisə AMEA-nın nəzdində olan Botanika Bağında olmuşdu. Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev keçirdiyi sonuncu iclasda təbiətə qarşı ekoloji terror aparanları sərt tənqid etmişdi və bunun yolverilməz olduğunu demişdi. Bakı-Sumqayıt yolunda ağacların kəsilməsi ilə bağlı videonu təqdim edirik:
2014-04-14
14,501
Ukrayna Milli Qvardiyası şərqə yeridildi
Dünəndən etibarən Ukrayna Milli Qvardiyasının ehtiyat qüvvələrində səfərbərlik elan olunub. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirinin müavini Nikolay Veliçkoviç məlumat verib. Onun sözlərinə görə, döyüşçülər İzyum-Slavyansk rayonunda aprelin 15-ə kimi döyüş növbəsi tutacaq. "Taborun əsas vəzifəsi terror aktlarının qarşısını almaq, separatizm ocaqlarını məhv etmək və regionda vəziyyətə nəzarət etməkdir", - deyə Veliçkoviç bildirib. Məlumata görə, taborun tərkibində "Novıye Petrovçı" poliqonunda təlim keçmiş ehtiyatda olan hərbçilər və Maydan özünümüdafiə qüvvələrindən təşkil olunan 350 nəfər var.
2014-04-14
14,502
Sirkdə heyvanlara belə işgəncə verilir – Video/16+
İnternetdə yayılan bir video hər kəsi dəhşətə gətirib. "Axar.az" xəbər verir ki, sirkdə möhtəşəm tamaşalarına baxıb heyran olduğumuz, əylənərək izlədiyimiz heyvanların o nömrələri əslində nə qədər qorxu və əziyyətlə öyrəndiyini göstərən 40 saniyəlik video internetdə paylaşılıb. Videoda heyvanlara o möhtəşəm hərəkətləri nümayiş etdirmək üçün necə işgəncə verildiyi açıq-aydın görünür.
2014-04-14
14,503
Türk düşməni Azərbaycana gəlir
İsrailin Xarici İşlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayədə heyəti yaxın günlərdə Azərbaycana rəsmi səfər edəcək. Bu barədə "Vestnika Kafkaz" İsrail Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən xəbər verir. Bildirilir ki, Aviqdor Liberman fövqəladə hadisə baş verməsə, aprelin 30-da Bakıya səfər edəcək. Səfərin proqramının hazırlanması son mərhələdədir. Proqramda Azərbaycan hökumətinin səlahiyyətli şəxsləri ilə görüşlər və kənd təsərrüfatı, səhiyyə, yüksək texnologiyalar və müdafiə sənayesi sahəsində iki ölkə arasında əməkdaşlığın müzakirəsi nəzərdə tutulub (ANS). Ehtimal olunur ki, baş nazirin Azərbaycanda keçirəcəyi görüşlərdə beynəlxalq aləmdə yaranmış problemlər və İsrail-Fələstin sülh danışıqları barədə müzakirələr aparılacaq. Xatırladaq ki, Liderman Türkiyə səfirini öz otağında kiçik stolda oturmağa vadar etməsi və jurnalistlərə "bu addımıma diqqət edin" deyə, bunu qəsd etdiyini bəyan etməsilə məşhurdur. İsrail-Türkiyə münasibətlərinin gərginləşməsində rol oynayan Libermanın adı Türkiyədə "türk düşməni" olaraq hallandırılır.
2014-04-14
14,504
Ələ keçən diversantlar Putinin sirrini açdı
Ukraynanın təhlükəsizlik orqanları Odessada 4 nəfərdən ibarət cinayətkar diversant qrupunu saxlayıb. "Axar.az"ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərin üzərində AKS-7 və 62 tipli avtomat və tapançalar tapılıb. Verilən ilkin məlumata görə, sozügedən təxribatçı qrup silah əldə etmək üçün Odessa şəhərində yerləşən hərbi bazaya hücum etməyi planlaşdırıbmış. Bundan başqa, onlar şəhərdə hərbi məsələlərdə böyük təcrübəyə malik 100-ə yaxın şəxsi qarşıdurmalara təhrik etməyə çalışıblar. Ukrayna təhlükəsizlik orqanlarının açıqladığı məlumatda həmin şəxslərin sosialyönümlü təxribatlar törətmək istədikləri də məlum olub. Qeyd olunur ki, təxribatçılar Odessa vilayəti inzibatı binasında xüsusi partlayışlar da nəzərdə tutublarmış. Xatırdaq ki, istintaq sirri olduğundan, Ukraynanın müvafiq strukturları həmin şəxslərin adını açıqlamayıb. Hazırda onlar izahat verirlər. Sadəcə, tutulanların Rusiya xətti ilə fəaliyyət göstərdiyi dəqiqləşdirilib.
2014-04-14
14,505
Rusiyadan ABŞ-a güc nümayişi
Rusiya özünün yeni qitələrarası ballistik "Yars" raketini sınaqdan keçirib. "Axar.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nəzdindəki Strateji Təyinatlı Raket Qoşunlarının rəsmisi İqor Yeqorov məlumat verib. Onun sözlərinə görə, sınaq "Plesesk" kosmodromunda həyata keçirilib. "Aprelin 14-də saat 10:40-da "Plesesk" kosmodromunda Strateji Təyinatlı Raket Qoşunları və Kosmik-Hava Müdafiəsi Qoşunları ilə birlikdə RS-24 qitələrarası ballistik raketinin sınağı keçirilib", - deyə Yeqorov bildirib.
2014-04-14
14,506
“Azəriqaz“ın sahə rəisi işdən qovuldu
Tərtər rayon QİS-nin rəisi sayğacdan kənar qazdan istifadə etdiyinə görə işdən çıxarılıb. Bu barədə "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Azər Ağayev məlumat verib. O bildirib ki, Tərtər rayon QİS-nin rəisi Bakir Qurbanov "Azəriqaz" İstehsalat Birliyi baş direktorunun 10 aprel tarixli əmri ilə işdən azad olunub. Rəisin vəzifəsindən azad olunmasına səbəb işdə yol verdiyi nöqsanlardır. Belə ki, Bakir Qurbanov sayğacdan kənar qazdan istifadə edib (ANS).
2014-11-08
14,507
Президент Азербайджана поздравил короля Камбоджи
Президент Азербайджана Ильхам Алиев поздравил короля Камбоджи Его величество Нородома Сиамони по случаю национального праздника страны. "Ваше величество, От своего имени и от имени азербайджанского народа сердечно поздравляю Вас и в Вашем лице весь Ваш народ с национальным праздником Королевства Камбоджа – Днем независимости. Надеюсь, что мы будем продолжать совместные усилия по расширению сотрудничества между нашими странами", - говорится в поздравлении. Ильхам Алиев пожелал Нородому Сиамони крепкого здоровья и успехов в делах, дружественному народу Камбоджи – мира и процветания.
2014-04-14
14,508
Şirvanda vəhabilər fəallaşır
"Şirvan şəhərində vəhabilər fəallaşır. Sələfi təriqətinə üzv olanların sayı şəhərdə günbəgün artır". Bu haqda "Axar.az"a yerli sakinlər məlumat verib. Deyilənə görə, bir neçə gün əvvəl bir qrup vəhabi şəhərin mərkəzində yerləşən xüsusi mənzilə toplaşıb. Mənzili ibadət evi kimi istifadə edən sələfilər namaza gəlir, ibadət edir, müzakirələr aparırlar: "Əvvəllər də bu cür toplaşdıqlarını görürdük. Amma son bir ayda bu mənzilə gəlmələri daha da intensivləşib. Əvvəllər məscidə yığışardılar. İndi fərdi evlərdə gizlin şəkildə toplaşırlar. Bu da insanlar arasında narahatlığa səbəb olur. Təqribən 10-15 bahalı maşın hər gün bu evin qarşısında dayanır. Heç kimin onların nə etdiyindən xəbəri yoxdur". Sakinlərin sözlərinə görə, şəhər icra başçısı Mərdan Camalov hüquq-mühafizə orqanlarına onları daha ciddi şəkildə nəzarətə götürmək barədə təlimat verib. Qeyd edək ki, bir neçə gün öncə qonşu Salyan rayonunda bir sələfinin mağazasına Yezid adı qoyması şiələri qəzəbləndirib, mağazanın üzərindən adı söküb çıxarıblar. Salyan rəhbərliyi rayonda 30 vəhabinin olması haqda məlumat verib.
2014-04-14
14,510
İngiltərə futbolunu idarə edən milyarderlər - Siyahı
Goal.com İngiltərə Premyer Liqasının ən zəngin klub sahiblərini müəyyənləşdirib. "Axar.az" siyahını təqdim edir: Mike Eşli (Nyukasl) Sərvəti - 2.8 milyard dollar "Sports Direct" adlı pərakəndə satış mağazasının sahibi olan Mike Eşli "Nyukasl"ın səhmlərinin bir hissəsini 91 milyon dollara almaqla hər kəsi təəccübləndirmişdi. Eşli daha sonra da qalan səhmləri 131 milyon dollara alaraq klubun sahibinə çevirilib. Maraqlı: Eşli bir dəfə 335 min dollarlıq hesabı ödəmək üçün qumar oynayıb, amma qazana bilməyib. Katarina Lieberr (Sautqempton) Sərvəti - 3 milyard dollar Katarina Lieberr 2010-cu ildə atasının gözlənilməz vəfatından sonra 3 milyard dollarlıq sərvətin sahibinə çevirilib. "Sautqempton"un bütün səhmlərinə sahib olan Lieberr klubun prezident vəzifəsini də Ralp Kruegerdən təhvil alıb. Maraqlı: Katarina ""Sautqempton"u satmaq ehtimalının "0"a bərabər olduğunu deyir. Şahid Xan (Fulhem) Sərvəti - 3.8 milyard dollar Şahid Xan "Forbes"in "Ən varlı 400 amerikalı" siyahısına 125-ci pillədən qoşulmuşdu. 1980-ci ildə "Flex-N-Gate" adlı avtomobil hissələri istehsal edən fabrik quran Xan qısa müddətdə içərisində böyük sərvətin sahibinə çevirilib. O, "Fulhem"i 2005-ci ildə 250 milyon dollara alıb. Maraqlı: Şahid Xan 2010-cu ildə NFL klublarından "Louis Rams"dakı səhmlərini Stan Kroenkeyə satıb. Ellis Şort (Sanderlend) Sərvəti - 4 milyard dollar İş dünyasının ən maraqlı simalarından biri olan Ellis Şort sərvətnin böyük hissəsini riskli yatrımlardan əldə edib. O, aralarında Almaniyanın "IKB Deutsche Industriebank AG" və Şotlandiyanın "Skibo Castle" kimi şirkətlərinin də olduğu bir çox böyük şirkətin səhmlərinə sahibdi. 2008ci ildə "Sanderlend"i satın alan iş adamı kluba bu günədək 335 milyon dollar xərcləyib. Maraqlı: Ellis Şort "Sanderlend"in qələbə qazandığı son matçdan sonra təşkil etdiyi ziyafətdə 3 min dollarlıq bəxşiş vermişdi. Stan Kroenke (Arsenal) Sərvəti - 4 milyard dollar Ticarətə daşınmaz əmlakın satışı ilə başlayan Kroenke daha sonra "Kroenke Sports Enterprises" adlı şirkət qurub. O, NFL-dən "St. Louis Rams", NBA-dan Denver Nuggets, NHL-dən "Colorado Avalanche", AFL-dən "Colorado Crush", MLS-dən "Colorado Rapids" kimi klubların hissələrini alıb. Kroenke bu klublarla yanaşı, Denverdəki "Pepsi Center"in də sahibidir. 2007-cü ildə "Arsenal"ın səhmlərinin böyük hissəsini alan iş adamı bunun üçün təxminən 1,2 milyard dollar xərcləyib. Maraqlı: Kroenke "Wal-Mart" zincirinin varisi Ann Valtonla evlənib. Cütlüyün sərvəti təxminən 6 milyon dollardır. Co Levis (Tottenhem) Sərvəti - 4.2 milyard dollar "Tavistock Group"un prezidenti Levisin bu holdinqi 1975-ci ildə bir çox sahələrə yatırım qoymağa başlayıb və hazırda 200-dən artıq şirkəti ətrafında birləşdirir. Enerji və yanacaq sahəsində bir çox yatırımı olan iş adamı cari mövsümdən əvvəl "Tottenhem"ə təxminən 150 milyon dollar xərcləmişdi. Maraqlı: Levis hazırda "Aviva" adlı dəbdəbəli gəmisində yaşayır və işlərini burdan idarə edir. İş adamı həm də ümumi dəyəri təxminən 1 milyard dollar olan sənət kolleksiyasının sahibidi. Malkolm Qleyzer (Mançester Yunayted) Sərvəti - 4.5 milyard dollar Gənc yaşında ailənin bütün işlərinin başına keçən nyu-yorklu iş adamı uğurlu yatırımları ilə şirkəti qısa müddətdə böyüdüb. Qlazer ticarət mərkəzlərinin idarəçiliyini həyata keçirən "First Allied Corporation" adlı qrupun da rəhbəridi. O, ilk dəfə idman sahəsinə 1995-ci ildə yatırım qoyub. NFL klublarından "Tampa Bay Buccaneers"i alan Qlazer daha sonra 1,3 milyard avro xərcləyərək "Mançester Yunayted"i almışdı. Klubun idarəçiliyi ilə oğlanları məşğul olur. Maraqlı: Qlazer 1995-ci ildə "Bucs" üçün 192 milyon dollar ödəyib. Roman Abramoviç (Çelsi) Sərvəti - 13.8 milyard dollar Neft sektorunda yatırımları ilə məşhurlaşan Abramoviç polad sənayesində də fəaliyyətə başlayıb. Böyük bir gəmi, təyyarə, maşın və ev kolleksiyasına sahib olan rusiyalı iş adamı 2003-cü ildə "Çelsi"ni satın aldıqdan sonra böyük pullar xərcləməyə başlayıb. Ölkəsində "National Academy of Football" adlı bir futbol akademiyası quran iş adamı Rusiyada 50-dən çox futbol meydançası tikdirib. Maraqlı: Abramoviç 10 ən varlı rus iş adamlarından biridi. Əlişir Usmanov (Arsenal) Sərvəti: 18.6 milyard dollar Rusiyanın ən varlı iş adamı olan Usmanov metal və mədən sektorunda fəaliyyət göstərən şirkətlərin sahibidi. Texnologiya sektorunda da önəmli yatırımları olan iş adamı "Twitter"in ən böyük səhmdarlarından biridi. Ötən il "Apple" və "Facebook"dakı səhmlərini satan rusiyalı milyader "Arsenal"ın ən böyük səhmdarlarından hesab olunur. O, təxminən 1,5 il əvvəl açıq bir məktub yazaraq "Arsenal"ın iş modelini və idarəçilik üsulunu tənqid etmişdi. Maraqlı: Usmanov son olaraq "Alibaba" adlı bir internet şirkəti qurub. Mənsur bin Zayed Əl Nahyan (Mançester Siti) Sərvəti - 31.5 milyard dollar Şeyx Mənsur ümumi sərvəti təxminən 150 milyard dollar dəyərində olan bir ailənin nümayəndəsidir. O, şəxsi sərvətinin böyük bir hissəsini neft sektorundan qazanıb. Şeyxin həmçinin "Virgin Galactic" (Kosmik uçuş şirkəti), "Daimler AG" (avtomobil şirkəti) və "Abu Dhabi Media Investment Corporation" kimi şirkətlərdə səhmləri var. 2008-ci ildə təxminən 1,5 milyard dollar qarşılığında "Mançester Siti"ni satın alıb. Heyx Mənsur bu günə qədər kluba böyük məbləğdə pul xərcləyib. Maraqlı: Atlara böyük marağı olan Şeyx Mənsur öz atının şərəfinə festivallar təşkil edir.
2014-04-14
14,511
"Ukraynada QRU və FSB zabitləri saxlanılıb" - Rəsmi
Ukrayna hökuməti ölkənin şərqindəki hadisələri gərginləşdirmək istəyində olan istənilən əcnəbi barəsində ciddi ölçü götürəcək. "Axar.az" xəbər verir ki, bu barədə "Hromadske TV"-yə müsahibəsində Ukrayna Milli Təhlükəzilik və Müdafiə Şurasının (SNBO) katibi Andrey Parubiy məlumat verib. Onun sözlərinə görə, aparılan əməliyyat nəticəsində Rusiya Federal Təhükəsizlik (FSB) və Baş hərbi əks-kəşfiyyat idarəsinin (QRU) zabitləri saxlanılıb. Parubiy ölkənin şərqində aparılan anti-terror əməliyyatları haqqında ətraflı məlumat verməkdən imtina edib. Xatırladaq ki, yaranmış gərgin vəziyyətlə əlaqədar Ukraynanın güc struktuları Luqansk, Xarkov və Donbas vilayətlərində geniş əməliyyatlara başlayıblar.
2014-04-14
14,512
Rusiya Krımla Qarabağı müqayisə etdi
Rusiya XİN hesab edir ki, Krımdakı hadisələrlə Dnestryanı və Dağlıq Qarabağdakı vəziyyətlər arasında paralellər aparmaq düzgün deyil. Rusiya XİN rəhbərinin müavini Vasili Nebenzi "İnterfaks" agentliyinə müsahibəsində bildirib: "Mən Krımdakı hadisələrlə Dnestryanı və Dağlıq Qarabağdakı vəziyyətlər arasında birbaşa paralellər aparmazdım". O, bunu "Krım hadisələrindən sonra Dağlıq Qarabağ və Dnestryanı nizamlanmasında hansısa yeni inkişafı gözləməyə dəyərmi?" sualına cavab verərkən deyib ("Trend").
2014-04-14
14,513
Nazirlik sözçüsü “ölüyə göndərilən məktub”dan danışdı
"Xaricdə əməliyyat olunan şəxsin ölümü haqqında məlumat Səhiyyə Nazirliyinə gəlmir". Bu sözləri "Axar.az"a açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Qədirli xərçəng xəstəliyindən vəfat etmiş 17 yaşlı Nərmin Hüseynlinin ölümündən sonra ailəsinə göndərilən məktuba münasibət bildirərkən dedi. Onun sözlərinə görə, mətbuat bu məsələni elə formada işıqlandırır, sanki Nərmin Hüseynlinin müalicəsinə kömək məqsədilə ailəsi müraciət edib və Səhiyyə Nazirliyi onlara xanım öləndən sonra cavab yazıb: "Ancaq bu belə deyil. Nərmin Hüseynli Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə olunub. Daha sonra ailə qərara gəlib ki, müalicəsi üçün qızlarını xaricə aparsınlar. Böyük ehtimalla ailə xaricdə olduğu müddətdə Səhiyyə Nazirliyinə müraciət daxil olub. Nərmin xanım bir müddət orada qaldıqdan sonra vəfat edib, nəşi vətənə gətirilib. Və Səhiyyə Nazirliyinin cavabı da bundan sonra ailənin ünvanına gəlib. Burada yardımdan söhbət getmir axı. Nərmin xanım əməliyyat olunmuşdu artıq. Onların müraciəti xanımın təcili əməliyyatı ilə bağlı deyildi. Xaricdə əməliyyat olunan şəxsin ölümü haqqında məlumat Səhiyyə Nazirliyinə gəlmir. Əgər xanım bizim xəstəxanaların birində vəfat etsəydi, bununla bağlı nazirliyə məlumat gələrdi. Gün ərzində yüzlərlə insan ölür və bu haqda məlumat da dərhal daxil olmur. Xaricdə baş verən ölüm faktı ilə bağlı məlumat isə ümumiyyətlə nazirliyə daxil olmur. Bu baxımdan nazirlik necə bilə-bilərdi ki, müraciət edən xanım vəfat edib". A.Qədirli bildirdi ki, ailə nazirliyə müraciət etdiyi günün səhəri də vəfat edə bilərdi: "Kimsə nazirliyə müraciət edir və sabahı gün müraciət ünvanlayan şəxs dünyasını dəyişir. Nazirlikdən həmin şəxsə bir həftə ərzində cavab məktubu gəlir. Bu Səhiyyə Nazirliyinin günahı kimi başa düşülməməlidir. Nazirliyə ölən şəxsin vəfatı ilə bağlı məlumat daxil olmayıbsa, onun müraciətinə mütləq cavab verilir". Nazirlik sözçüsü qeyd edir ki, vəziyyəti kritik olan xəstələrin əməliyyatı, müalicəsinə köməklik məqsədilə müraciətlərə operativ şəkildə reaksiya verilir: "Əgər yerli xəstəxanaların birində müalicə görən şəxs təcili əməliyyat olunmalıdırsa, xəstəxana onu dərhal əməliyyat edir. Bunun üçün əlavə yerə müraciət etməyə ehtiyac yoxdur. Çünki xəstəxana özü bunu həyata keçirir". Qeyd edək ki, Nərmin Hüseynlinin dünyasını dəyişməsindən 21 gün sonra Səhiyyə Nazirliyi ailəyə qızlarının müalicəsi üçün yardım edəcəyi ilə bağlı məktub göndərib. Xərçəng xəstəliyindən əziyyət çəkən N.Hüseynli martın 10-da dünyasını dəyişib. Məktub isə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri G.Poladov tərəfindən 21 gün sonra – martın 31-də imzalanıb. Prezident Administrasiyasıdan göndərilən həmin müraciətin Səhiyyə Nazirliyinə daxil olma tarixi isə bəlli deyil.
2014-04-14
14,514
Qənirə Paşayeva: "Bu, tamamilə əsassızdır" - Yeniləndi
14:57 Zümrüd Quluzadə: "Qənirə Paşayeva iradlarımı nəzərə almadı" Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə və ictimai fikir tarixi şöbəsinin müdiri, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, filosof, tədqiqatçı-alim Zümrüd Quluzadə deputat Qənirə Paşayevadan şikayətçidir. Belə ki, millət vəkilinin nəşr etdiyi bir kitabda onun adını özünün razılığı olmadan elmi redaktor göstəriblər. "Aznews.az"a məktubla müraciət edən Z. Quluzadə yazır: "Azərbaycanda "Elm" nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru Mehmet Rıhtımın 2010, 2013-cü illərdə nəşr etdirdiyi Seyid Yəhya Bakuvi əş-Şirvaninin "Şəfa əl-Əsrar" adlı əsəri çox nəfis şəkildə işıq üzü görüb. Kitabın elmi redaktorları arasında mənim də adım göstərilib. Birinci nəşri gördükdən sonra dəfələrlə şəxsən müəllifə və kitabı ikinci nəşrə hazırlayan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə xanım Paşayevaya telefonla zəng edib bunu Azərbaycan elminə və alimlərinə qarşı iftira olduğunu və M.Rıhtımın Bakuvinin "Şəfa əl-Əsrar" kitabında elmi redaktor kimi göstərilməmin heç bir əsası olmadığını söyləmişdim. Təəssüflə qeyd etməliyəm ki, Q.Paşayeva ilə danışmağıma baxmayaraq, kitabın ikinci nəşrində də mənim adım əsərin birinci elmi redaktoru kimi təkrar edilib. Əsərdə reaktor kimi imzamın olmamasını və telefonla xəbərdarlığımı nəzərə almadan kitabın guya mənim redaktorluğum altında çap edilməsi həm hüquqi, həm mənəvi cəhətdən qəbuledilməzdir. Kitabda Azərbaycanda təsəvvüf tarixi haqqında verilən hissənin elmi cəhətdən məqbul olmamasını və "Şəfa əl-Əsrar" əsərinin bir müəllif kimi Seyid Yəhya Bakuviyə mənsub olmasının yetərincə sübut edilməməsini nəzrə alaraq bir daha adımın həmin kitabda elmi redaktor kimi verilməsinə qəti etirazımı bildirirəm. Bildiyimə görə, əsər Türkiyədə 2011-ci ildə nəşr edilib. Əsərin adımın redaktor kimi verildiyi bütün nəşrlərinin oxucularına bir daha bəyan edirəm ki, mən əsərin elmi redaktoru deyiləm və bir elmi redaktor kimi, onun ictimaiyyətə çatdırılmasına görə şəxsən heç bir məsuliyyət daşımıram. Əsərin digər redaktor və rəyçilərinə gəldikdə, güman edirəm ki, əgər onlar M.Rıhtımın yazdıqları ilə razılaşaraq həqiqətən də kitabın nəşrə getməsini imzalamışlarsa və əsərdəki Azərbaycan təsəvvüf tarixinin işıqlandırılması, "Şəfa əl-Əsrar"ın Seyid Yəhya Bakuviyə mənsub olması və əsərin orijinal və ya tərcümə olmasını müəyyən etmədən onun Azərbaycan klassik nəsr tarixinin məxəzi və bünövrəsi kimi təqdimi ilə (bu mövqelər dəfələrlə KİV-də M.Rıhtım və onu dəstəkləyən yazarlar tərəfindən səsləndirilib) həmfikirdirlərsə, bunu müvafiq dəlillərlə sübut etməlidirlər. M.Rıhtımın son zamanlar S.Y. Bakuvi, xəlvətiyyə və təsəvvüflə bağlı yaydığı mövqelər mütəmadi və düşünülmüş şəkildə XX – XXI əsr Azərbaycan mədəniyyət tarixi - ədəbiyyat, fəlsəfə, incəsənət, musiqi və s. tədqiqatçılarının təsəvvüfü və o cümlədən xəlvətiyyəni araşdırmaları ilə əlaqədar elmi nailiyyətlərinin təhrif və inkarına yönəlib. Güman edirəm ki, təqdim etdiyim bu yazının AMEA-da Azərbaycan mədəniyyəti tarixçilərinin M.Rıhtım və onun elmi mövqelərini dəstəkləyən alimlərlə, professional səviyyədə birgə geniş müzakirəsi xeyirli olar". 20:04 Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəlsəfə və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin onun haqqında redaksiyamıza ünvanladığı müraciətə münasibət bildirib. Q. Paşayeva açıqlamasında deyib ki, "Şəfa əl-Əsrar" adlı kitabda Z.Quluzadənin adının elmi redaktor göstərilməsi ilə bağlı olan fikirlər həqiqəti əks etdirmir: "Zümrüd xanım Azərbaycanın çox dəyərli ziyalısıdır. Ona çox böyük hörmətim var. Onun mənə bununla bağlı bir dəfə müraciəti olub. Zümrüd xanım dedi ki, kitabda adımın olmasını istəmirəm. Mən də bildirdim ki, biz Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu olaraq bu kitabın çapına dəstək göstərmişik, ümumiyyətlə kitabın içərisinə müdaxilə etməmişik. Ona dedim ki, bu kitabın gələcəkdə təkrar nəşri olarsa, sizin iradınızı müəllifə çatdıraram". Q. Paşayeva vurğulayıb ki, biz o kitabı təkrar nəşr etməmişik. Zümrüd Quluzadə isə yenidən açıqlama verərək bunun anlaşılmazlıq olduğunu diqqətə çatdırıb: "Düzdür, mən kitabın ilk nəşrində də adımın orda elmi redaktor göstərilməsinin əleyhinə olmuşam. Çünki həmin kitabla tanış deyildim. Bu gün Qənirə xanımla bu barədə söhbətimiz oldu və bir-birimizi başa düşdük" ("AzNews.az").
2014-04-14
14,515
"Tərbiyəm Mir Şahin səviyyəsinə enməyə imkan vermir" - Cavab
Millət vəkili Etibar Hüseynov ANS-in vitse-prezidenti Mir Şahinin "Hesabat" verilişində onu təhqir etməsinə cavab verib. "Axar.az" qafqazinfo-ya istinadla xəbər verir ki, millət vəkili bu barədə Feysbuk hesabında yazıb: "Bir qədər əvvəldən başlayacam. Xəstəxanada keçirdiyim ağır əməliyyatdan sonra evə gəldiyim 2 gün idi. Əslində, həkimlər daha bir-neçə gün qalmağımda təkid etsələr də, xəstəxana mühitinə dözümsüzlüyümdən tez çıxdım. Bir gün sonra - şənbə axşamı, səhərisi günü efirə dəvətli olduğumu xatırlatmaqdan ötrü Rövşanə zəng etdi. Düzü, əməliyyata girməyim qəfil olduğu üçün Rövşanəni xəbərdar edə bilməmişdim. Ona görə də üzrxahlıq edib gələ bilməyəcəyimi dedim. Amma Rövşanə, "Etibar müəllim, ayaqüstə durmayacaqsınız ki, onsuz da əyləşib danışacaqzınız. Mən də kömək edəcəm. Birtəhər ötüşərik", - deyə gəlməyimdə təkid etdi. Rövşanə xanımı qırmadım. Digər tərəfdən də iki saat yarımlıq canlı efirə qonağın gəlməməsinin də nə olmasını bir televiziyonçu kimi dərk etdiyimdən razılıq verdim. *** Küləkli, soyuq havada (həmən günü qəflətən güclü qar da yagdı) ANS-ə yollanıb çox çətinliklə də olsa verilişdə iştirak etdim. Bu mənim həm jurnalist, həm də bir millət vəkili olaraq ANS-ə olan diqqətim, sayğım, hörmətimin bir nümayişi idi. Bəs ANS neylədi? Əslinə qalanda mənimlə bağlı ortaya atılmış bu çirkin kampaniyanın kökündə ANS dururdu. Yəni hadisə bu telekanalda baş vermişdi. Ona görə də məsələyə aydınlıq gətirmək üçün mənə tribuna vermək bu kanalın tək insani deyil, həm də peşəkar borcu idi. Amma nə baş verdi? Hadisələrin ən qızğın dönəmində Mir Şahinə telefon açdım, 1-2 dəqiqəlik efir istədim. "Qadan alım, heş nədən xəbərim yoxdu. İndi "Adam içində"yə baxıram. Sonra zəng edərəm" - dedi. O boyda Mir Şahinin bu boydana həngamədən guya ki, xəbərsiz olması artıq məsələyə münasibətdən xəbər verirdi. O zəng etmədi təbii ki! Ona görə mən də zəng vurmağın əhəmiyyətsizliyini dərk etdiyimdən telefon açmadım. *** Bəs sonra nə baş verdi? Mənə 2 dəqiqə cavab haqqı tanımayan ANS öz şüarına sədaqətsiz çıxıb haqqımda dalbadal birtərəfli, qərəzli süjetlər yayımladı. Heç birində də qarşı tərəf kimi mənə söz verməyə belə zərurət görmədən. Və bu da son. Mir Şahin efirə çıxaraq məni təhqir etdi. Olsun. Amma nə üşün məhz təhqir? Bəyəm sözün əsl mənasında söz xiridarı olan Mir Şahinin məni utandırmaq üçün bir-neçə cümlə deməyə fikir qıtlığımı var idi. Əsla. O məni çox asanca, həm də təhqirsiz filansız da "yıxıb-sürüyə" bilərdi. Buna onun söz və fikir potensialı çatır təbii ki. Amma neyləməli! Bu gün əli qələm tutan hər kəs Etibar Hüseynovdan yazır, tənqid, hətta hərdən bir qədər də uzağa gedib təhqir də eləyir. Çünki bilirlər ki, hələ heç bir mətbu orqanı və ya jurnalisti məhkəməyə verməmişəm. Və indən belə də verməyəcəyəm. Mən deputat seçiləndə özümə söz vermişəm ki, millət vəkili olduğum müddətdə jurnalistləri məhkəməyə verməyəcəyəm. Və hamı əmin olsun ki, bu sözümə sona qədər sadiq qalacağam. Amma haqqımda yazan bu xor dəstəsinə Mir Şahinin də qoşulmasına çox üzüldüm. Ona yaraşdırmadım. Mir Şahin peşəkardır. Və onun peşəkarlığı bu dəfə də üzə çıxdı. O məni o səviyyədə vurdu ki, mənim həmin səviyyəyə enib cavab verməyimə nə məxsus olduğum ranq və nə də status imkan verir. Və bundan başqa, məxsus olduğum tərbiyə də yol vermir ki, uzun illərdən bəri tanıdığım, hər görüşəndə mənimlə öpüşüb-görüşən, az qala hər kəlməbaşı "qadan alım" deyən, bir neçə dəfə şəxsən telefon açıb ayrı-ayrı yazı və proqramlarıma görə az qala bir saat tərif deyən birisini təhqir edəm. *** Nə yazıqlar olsun ki, bu gün jurnalistikada ən asan və cəlbedici şey təhqir və dezinformasiya yazmaqdı. Və təhqirin də dozası nə qədər yüksək olursa, o daha tez və həvəslə tirajlanır. Bu faktdır. Bu baxımdan hamı gözləyirdi ki, yəqin mən də gözümü yumub, ağzımı açacağam. Amma Mir Şahinə qıymadım. Çünki bilirəm ki, bu gün hirsli başla deyəcəyim bir neçə kəlməni sonra həyatım boyu özümə bağışlamayacam. Bu gün hələ də sinəm sarğılıdı. Karsetlə gəzirəm. Təbii ki, hər bir yara sağalacaq, öz yerini tutacaq da. Amma etiraf edim ki, Mir Şahinin sinəmə vurduğu "yara" yəqin ki, hələ çox gec sagalacaq. *** Mən Mir Şahinin demək olar ki, bütün yazı və proqramlarını izləmişəm. Hələ heç vaxt onun bir kimsənin üzərinə bu qədər "cəsarət" və "həqarət"lə getdiyinin şahidi olmamışam. Hətta ANS və özü Milli Məclisin tribunasından ən ağır şəkildə təhqir olunanda belə. Bunun səbəbini yuxarıda açıqladım. Və bu gün adım kimi ona da əminəm ki, əgər millət vəkili deyil, sıravi jurnalist olsaydım, Mir Şahin heç vaxt bu dərəcədə təhqiramiz ifadələrlə üstümə gəlməyə cürət etmzədi. Çünki kim də olmasa, Mir Şahin mənim bu sahədəki fərasətimə yaxşı bələddir. Hərgah da ki, söhbət təhqirdən gedirsə. Ona görə də bu gün də olmasa, nə vaxtsa mən də kimlərdənsə "hesabat" soracam yəqin ki! Mənim də saç-saqqalım jurnalistikada ağarıb. Mən də çox adamlar haqda çox şey bilirəm. Amma Allah eşqinə, gəlin pardələri qaldırmayaq.
2014-04-14
14,516
Maydanda azərbaycanlılarla ermənilər toqquşdu - Foto
""Maydan"ın daxili hissələrinin bir yerində Ermənistan bayrağının yanında kiçik ölçüdə Dağlıq Qarabağ separatçılarının bayrağını asıblar". "Axar.az" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu öz Feysbuk səhifəsində yazıb. O, bayraqla bağlı Maydanda azərbaycanlılarla ermənilərin mübahisəsinin də düşdüyünü bildirib. "Ermənilər hər yerdə olduğu kimi burda da təxribatla məşğuldurlar. "Maydan"ın daxili hissələrinin bir yerində Ermənistan bayrağının yanında kiçik ölçüdə Dağlıq Qarabağ separatçılarının bayrağını asıblar. Mənə danışdılar ki, "Maydan"ın azərbaycanlı fəallarından biri erməni separatçılarının bayrağını endirmək istəyib, ermənilər onu şərləyiblər. Bu məsələni ukraynalı ekspert dostumun diqqətinə çatdırdım. "Özünüz separatizmlə mübarizə aparırsınız, ancaq meydanda gizli bir yerdə başqa separatçıların bayrağı dalğalanır", - deyərək, iradımı ona çatdırdım. O bu məsələni rəsmilərin diqqətinə çatdıracağını vəd etdi. Ümumiyyətlə, demək lazımdır ki, erməni diasporu Ukraynada da güclüdür. İçərilərində bir neçə deputat, bələdiyyə sədri, hətta oliqarxları da var. Daxili İşlər naziri, mənşəcə erməni Arsen Avakovdan isə danışmağa dəyməz".
2014-04-14
14,517
Zakir Həsənov iranlı həmkarı ilə görüşdü
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iranlı həmkarı Hüseyn Dehqanla görüşüb. Məlumata əsasən, görüş İran Müdafiə Nazirliyində baş tutub. Görüşdən öncə Azərbaycanın müdafiə naziri Z.Həsənovun rəsmi qarşılanma mərasimi olub. Nazir şəhidlərin məzarını ziyarət edib. Görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə edilib. Səfər çərçivəsində regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi də planlaşdırılır ( Trend ).
2014-04-14
14,518
Ukrayna Krımın suyunu kəsdi
Ukrayna Şimal-Krım kanalı vasitəsilə Krıma ötürülən içməli suyun üçdə birini kəsib. "Axar.az" xəbər verir ki, bu barədə Krım Baş nazirinin müavini Rüstəm Temirqaliyev məlumat verib. "Normaya uyğun olaraq əvvəl saniyəyə 50 kubmetr su alırdıqsa, indi 16 kubmetrə enib. Demək olar ki, suyun verilməsini 3 dəfə azaldıblar. Biz Ukrayna tərəfi ilə məsələni aydınlaşdırdıq və məlum oldu ki, suyun verilməsi ilə bağlı bizimlə əldə olunan razılaşmaya son qoyulur", - deyə Temirqaliyev bildirib.
2014-04-14
14,520
"Azərbaycanın bu addımı bizi məyus etdi" - Morninqstar
"Azərbaycan Təhsil Nazirliyinin Amerikadan Azərbaycana könüllülərin yeni qrupunun gətirilməsini istəməməsi bizi məyus etdi". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. O, bir həftə əvvəl bu məsələ ilə bağlı Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla görüşdüyünü söyləyib: "Nazir aydın şəkildə bildirdi ki, bu addımda məqsəd Amerika Sülh Korpusunun fəaliyyətini məhdudlaşdırmaq deyil. Sadəcə, nazirlik özünün qaydalarını nəzərdən keçirmək istəyir. Nazir əmin olmaq istəyir ki, ölkəyə gələn könüllülər lazımi və doğru ünvanlara yönəldiləcək. O, bizi əmin etdi ki, hazırda ölkədə olan Sülh Korpusunun könüllüləri fəaliyyətlərinin sonuna kimi ölkədə qala biləcəklər. Mən inanıram ki, Təhsil Nazirliyi öz qaydalarını nəzərdən keçirdikdən sonra biz yeni razılaşma əldə edə biləcəyik. Bu da yeni könüllülər qrupunun Azərbaycana gəlməsinə imkan verəcək. Hər şeyi zaman göstərəcək". Qeyd edək ki, R.Morninqstar Gəncəyə səfəri çərçivəsində şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalovla görüşüb.
2014-04-14
14,521
PKK lideri Öcalan Nobelə namizəd göstərildi
"Goran" hərəkatının Abdulla Öcalanın adından Nobel Komitəsinə etdiyi müraciət qəbul edilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqdakı kürd siyasi hərəkatlarından biri olan "Goran" PKK lideri Abdullah Öcalana Nobel sülh mükafatı verilməsi üçün işə başlayıb. "Goran" hərəkatı Süleymaniyyə Parlamentinin üzvü Həval Kvestaninin Öcalana Nobel mükafatı verilməsi haqqında etdiyi müraciət Norveçdəki Nobel Komitəsi tərəfindən qəbul edilib. PKK lideri Abdullah Öcalan 2014-cü il Nobel Sülh Mükafatı üçün namizəd göstərilib. Kvestani Öcalanın "Tayms" jurnalının Öcalanı dünyanın ən təsirli 100 adamından biri kimi təqdim etməsini buna səbəb göstərib. Müraciət edən Kvestani belə deyib: "Nelson Mandelanın Cənubi Afrikadakı problemin həllində rol oynadığ kimi Öcalan da kürd probleminin sülh yoluyla və demokratik üsullarla həll edilməsində böyük rol oynayır". Xatırladaq ki, Nobel Sülh Mükafatı Oslodakı Norveç Nobel Komitəsi tərəfindən verilir. Bu komitənin üzvləri Norveç parlamenti tərəfindən seçilir.
2014-04-14
14,522
Roma papası da dəbə təslim oldu - Foto
Katoliklərin ruhani lideri Papa Fransisk müqəddəs həftənin başlanğıcı olan Palmiye bazarı ayininə qatılarkən onunla "selfi" (avtofoto) çəkdirmək istəyən gənclərin istəyinə qarşı çıxmayıb. Axar.az xəbər verir ki, xristian aləminin ən önəmli bayramlarından olan İsa peyğəmbərin çarmıxa cəkilməsi və ölümü, sonra dirilərək qeybə çəkilməsinin ildönümü kimi qeyd olunan bu bayram Vatikanın Əziz Petrus meydanında düzənlənib. Ayində 100 minə yaxın insan iştirak edib. Ayinə qatılan gənclərin şəkil çəkdirmək istəyinə qarşılıq verən Papa onların yanına gedib və gənclərlə selfi çəkdirib.
2014-04-14
14,523
Rəisin qalmaqallı gecə klubu adını dəyişdi - Foto
Nəsimi Rayonun Polis rəisinin sahibi olduğu barədə iddialar səslənən "Buqatti" gecə klubu fəaliyyətini "Mamunia" adı ilə davam etdirir. "Axar.az" xəbər verir ki, "Buqatti"nin adı gecə klubu ətrafında yaranan qalmaqaldan sonra dəyişdirilib. Gecə klubunun fəaliyyətində isə heç bir dəyişiklik olmadığı bildirilir. Bura yenə də əvvəlki qaydaya uyğun olaraq, heç bir yaş məhdudiyyəti qoyulmadan çalışır. "Buqatti" gecə klubunun Nəsimi rayonunun polis rəisi Musa Musayevə məxsus olduğu barədə mediada iddialar səslənir. Musa Musayev indiyə qədər səslənən iddialarla bağlı açıqlama verməyib. Xatırladaq ki, bir müddət öncə gecə klubu mətbuatda gedən yazılanlardan sonra iki gün müddətinə qapadılmışdı. Klub yaxınlığında yaşayan əhali isə burada xaosun hökm sürdüyünü bildirmişdi. Onlar dəfələrlə barda bıçaqlanma, döyülmə hadisələri olsa da, polis idarəsinin məsələyə diqqət etmədiklərini söyləmişdilər.
2014-04-14
14,524
İlham Mirzəyevin həbsindən şikayət verilməyəcək
"İlham Mirzəyevin həbsi ilə bağlı Apelyasiya Məhkəməsinə müraciət olmayacaq". Bu sözləri "Axar.az"a aprel ayının 11-də həbs edilən İlham Mirzəyevin vəkili Xanlar Ələkbərzadə bildirdi. Onun sözlərinə görə, həbslə bağlı hələlik bir söz demək tezdir: "İlham Mirzəyevin həbsi ilə bağlı Apelyasiya Məhkəməsinə müraciəti olmayacaq. Bunun səbəbi haqda danışmaq istəmirəm. Həbslə bağlı isə bir söz deyə bilmərəm. Saxlanma şəraitinə gəlincə, hər şey olduqca normaldır". Xatırladaq ki, aprelin 11-də saxlanılan teleaparıcıya Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
2014-04-14
14,525
Mir Şahin: “Etibar Hüseynova sözümü demişəm”
"Mən Etibar Hüseynovla bağlı sözümü artıq demişəm". Bu sözləri "Axar.az" açıqlamasında ANS-in vitse-prezidenti Mir Şahin Ağayev deputat Etibar Hüseynovun onun haqqında yazdığı və media qurumlarına göndərdiyi yazıya münasibət bildirərkən dedi. Mir Şahin ona veriləcək digər suallarımızı cavablandırmaqdan birmənalı olaraq imtina etdi. Qeyd edək ki, ANS-in vitse-prezidenti Mir Şahinin 13 aprel tarixli "Hesabat" verilişində Etibar Hüseynovla bağlı süjetinə millət vəkili cavab yazısı yazıb: "Mir Şahin heç vaxt bu dərəcədə təhqiramiz ifadələrlə üstümə gəlməyə cürət etməzdi. Çünki kim də olmasa, Mir Şahin mənim bu sahədəki fərasətimə yaxşı bələddir. Hərgah da ki, söhbət təhqirdən gedirsə" fikrini özündə əks etdirən yazıda millət vəkili Mir Şahinə müraciətlə, o səviyyəyə enmək istəmədiyini bildirir. Sitat: "Mir Şahin peşəkardır. Və onun peşəkarlığı bu dəfə də üzə çıxdı. O məni o səviyyədə vurdu ki, mənim həmin səviyyəyə enib cavab verməyimə nə məxsus olduğum ranq və nə də status imkan verir. Və bundan başqa, məxsus olduğum tərbiyə də yol vermir ki, uzun illərdən bəri tanıdığım, hər görüşəndə mənimlə öpüşüb-görüşən, az qala hər kəlməbaşı "qadan alım" deyən, bir neçə dəfə şəxsən telefon açıb ayrı-ayrı yazı və proqramlarıma görə az qala bir saat tərif deyən birisini təhqir edəm". Sitatın sonu.
2014-04-14
14,526
Krım tatarları sürgün olunur - Şok sənəd
Aprelin 13-də Rusiyanın "Parlament qəzeti" saytında Federal Miqrasiya Xidməti rəhbərinin qərarı dərc olunub. "Krım tatarlarının qanunsuz olaraq yerləşdikləri ərazilərdən köçürülməsi" haqqında qərarda bildirilir ki, Krım tatarlarının yarımadada fəaliyyəti Rusiya Federasiyası üçün təhlükədir. Sənəddə deyilir: 1. "Krım tatarlarının qanunsuz yaşadıqları ərazilərdən köçürülməsi qaydaları haqqında" əsasnamənin təsdiqi 2. Krım tatarlarının Kostroma, Nijniy Novqorod və Rostov vilayətlərinə köçürülməsi üçün maliyyə və nəqliyyat mənbələrinin müəyyən edilməsi 3. Adıçəkilən vilayətlərin rəhbərliklərinə buraya köçürdüləcək Krım tatarlarını yerləşdirmək üçün mənzil fondu yaratmaq və işlə təmin etmək üçün tədbirlər görmələri üçün göstəriş verilməsi 4. Krım tatarlarının köçürülməsi haqqındakı qərarın icrasını nəzarət altında saxlamaq; Qeyd edək ki, "Parlament qəzeti" Federal Konstitusiya qanunları, Federal qanunlar və Federal Məclisin aktlar palatasının rəsmi mətbu orqanıdır. Məhz sənədin yayımlanmasından sonra "Parlament qəzeti" saytı bağlanıb. Məsələnin ciddiləşməsindən sonra sayt rəhbərliyi sənədin hakerlər tərəfindən yerləşdirildiyini bildirib ("khazarnews.net").
2014-04-14
14,527
Bəxtiyar Hacıyevə cinayət işi açıldı
Nərimanov rayon Polis İdarəsində gənc fəal Bəxtiyar Hacıyevə qarşı cinayət işi açıldı. "Axar.az"ın "Teleqraf.com"a istinadən verdiyi xəbərə görə, bu barədə B.Hacıyevin özü məlumat verib. Onun hazırda polis idarəsində saxlanıldığı bildirlir. Bəxtiyar Hacıyev açıqlamasında bildirib ki, 2013-cü ilin avqust ayında türk liseyindən tanıdığı Türkiyə vətəndaşı Azərbaycanda məktəb açmaq üçün ondan borc pul istəyib: "Mən ona təklif etdim ki, bankdan kredit götürsün, lakin o, dini inancına görə, faizlə bankdan pul götürə bilməyəcəyini qeyd etdi. Mən onun bu istəyini başqa bir dindar tanışa dedim və o, borc pul verməyə razılaşdı. Sonradan məlum oldu ki, Türkiyə vətəndaşı başqa insanlardan da borc pul götürüb Bakıda "Fənərbaxça" fanklubunu yaradıb. Amma sonradan borclarını qaytarmayıb". B.Hacıyev qeyd edib ki, borcun qaytarılması üçün o, polisə müraciət edib: "Pols orqanlarına şikayət etmişəm. Amma hər dəfə bildiriblər ki, Türkiyə vətəndaşı olduğu üçün heç bir addım ata bilmirlər. Bir müddət öncə Türkiyə vətəndaşının azərbaycanlı həyat yoldaşı, aktrisa Məlahət Abbasova polisə şikayət edib ki, guya mən onun ərinə zorakılıq tətbiq etmişəm, pasportunu özümdə girov saxlamışam. Halbuki Türkiyə vətəndaşı könüllü şəkildə yanvar ayında pasportunu mənə verib. Ötən müddət ərzində o, ölkədən kənara çıxıb. İraqa, Türkiyəyə səfərlər edib. Deməli, onun ikinci pasportu var". B.Hacıyev əlavə etdi ki, o, hazırda Nərimanov Polis İdarəsindədir: "Mənim iştirakım olmadan adımdan ifadə yazılıb. Səbəbini soruşduqda müstəntin bildirdi ki, əlavə vaxt itkisi olmaması üçün adımdan suallara cavab yazıblar".
2014-04-14
14,528
Azərbaycan yeni silahını istifadəyə verir
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsalı olan "Yalquzaq" snayper tüfəngi yaxın vaxtlarda Azərbaycanın hərbi qurumlarının istifadəsinə daxil olacaq. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) təmsil olunan Azərbaycan MSN-in stendindən məlumat verilib. Yerli silah mühəndisləri tərəfindən yaradılmış snayper tüfəngində 7.62x51 NATO kalibrli patronlar tətbiq olunur. Silahın testləri başa çatıb. ""Yalquzaq" testlərdə yüksək nəticələr göstərdi. Snayper tüfəngi artıq praktik istifadəyə hazırdır", - deyə müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov vurğulayıb. İlk dəfə 2013-cü ildə Türkiyədə beynəlxalq müdafiə sərgisində nümayiş etdirilmiş "Yalquzaq" snayper tüfəngi DSA-2014 sərgisində iştirak edən xarici hərbçilərin də diqqətini cəlb edib. Snayper tüfəngi "bolt action" (atış zamanı tək-tək doldurulur) prinsipinə malikdir. Tüfəngin üzərindəki "piccatini resi" ona müxtəlif optik cihazları əlavə etməyə imkan verir. Sərgidə nümayiş olunan tüfəng yerli istehsal olunan optik nişangahla komplektləşdirilib. Silah qundağı atıcının anatomiyasına uyğun (qol və yanaq) tənzimlənə bilir.
2014-04-14
14,529
Ukraynada azərbaycanlı konsula hücum oldu
Naməlum şəxslər Rusiya Federasiyasının Ukraynanın Çerniqov şəhərindəki fəxri konsulluğuna hücum ediblər. "Axar.az"ın məlumatına görə, bu barədə "Çerniqovşina: sobıtiya i kommentarii" portalı məlumat ayıb. Hücum zamanı konsulluğun qapısı, pəncərələri sındırılıb. Hücum edənlər içəri daxil olaraq ofisin divarlarına Rusiyanı və Prezident Putinin ünvanına yönəlik təhqirlər, söyüşlər yazıblar. Konsul müavini Yuri Yevtuşenkonun dediyinə görə, əvvəllər konsulluğun binası qarşısında dinc aksiyalar olub, amma belə vandal akt ilk dəfədir. Qeyd edək ki, Rusiyanın Çerniqovdakı fəxri konsulu azərbaycanlı Vaqif Əliyevdir. Portalın yazdığına görə, Kiyevdə bizneslə məşğul olan Əliyev bu vəzifəni 2008-ci ildən tutur. Hadisə vaxtı konsul da binada olub. Ona hücum olsa da, mühafizəçilər Əliyevə xəsarət yetirilməsinə imkan verməyiblər.
2014-04-14
14,530
Ziya Məmmədov: “Mənə zəng etməyin”
Xəbər verildiyi kimi, Nazirlər Kabineti Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə qərar qəbul edib. Qərarda Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması nəzərdə tutulur. "Axar.az" xəbər verir ki, "Publika.az"a açıqlamasında Nəqliyyat naziri Ziya Məmmədov məsələ ilə bağlı belə deyib: "Sizin işiniz-gücünüz yoxdur? Niyə işləməyə qoymursuz? Mənə zəng etməyin".
2014-04-14
14,531
Dövlət Komitəsi nurçularla bağlı ekspertiza keçirəcək
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "nurçular"ın toplaşdığı yerdən götürülən ədəbiyyatın hərtərəfli ekspertizasını keçirəcək. "Axar.az" APA-ya istinadən xəbər veirir ki, Komitədən cavab olaraq aprelin 12-də Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsində Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşının müvafiq sahələr üzrə ekspert qismində iştirak etdiyi bildirilib. Məlum olub ki, "nurçu" təriqətinin "Mustafa Sungur camaatı" və ya "klassik" kimi tanınan cərəyanın nümayəndələrinin birgə toplaşdığı həmin ünvanda dini fəaliyyətlə məşğul olmaq üçün Komitəyə heç bir müraciət daxil olmayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı toplanan dəlillərin müvafiq ekspertizasının nəticələrinə əsasən, məhkəmə qaydasında "Dini etiqad azadlığı haqqında" qanunun 12-ci maddəsinin müvafiq tələbinin ("bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər") pozulmasına münasibət bildiriləcək. Eyni zamanda sözügedən ünvanda əməliyyat zamanı götürülmüş dini ədəbiyyat Dövlət Komitəsində müvafiq dinşünaslıq ekspertizasından keçiriləcək və həmin ekspertizanın nəticələrinə əsasən, bu ədəbiyyatın əldə olunması, istehsalı (və ya idxalı), həmçinin istifadəsinin qanunauyğunluğu barədə rəy bildiriləcək.
2014-04-14
14,532
Timoşenko: "Ukraynaya müharibə elan olunub"
"Hörmətli həmvətənlər, bu gün vətənimiz ölümcül təhlükə qarşısında qalıb. Xarici təcavüz səbəbindən Ukrayna öz dövlət müstəqilliyini və suverenliyini itirməyin astanasındadır. Söhbət artıq Ukraynanın daxili işlərinə müdaxilədən deyil, ölkəmizin işğalına cəhddən gedir. Şərqdə ukraynalı separatçılar yox, yaxşı təlim görmüş rusiyalı diversantlar fəaliyyət göstərir. Gəlin, açıq danışaq: faktiki olaraq Ukraynaya müharibə elan olunub". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu sözləri hazırda hakimiyyətdə olan "Batkivşina" (Vətən) Partiyasının lideri Yuliya Timoşenko Ukrayna xalqına müraciətində deyib. Y. Timoşenko qeyd edib ki, son ana qədər böhranın sülh yolu ilə həllinə əmin olub, lakin artıq bu şans itirilib: "Biz onları dayandırmasaq, onlar dayanmayacaq. Bu gün yəqin ki, Ukraynanın 23 illik müstəqillik dövrünün ən ağır günüdür. Artıq qərar qəbul etməyin vaxtı çatıb. Təcavüzkarı barışığa çağırmaq əbəsdir. Ona görə də mən, Ukraynanın ən iri siyasi partiyalarından birinin lideri kimi, Ukrayna Silahlı Qüvvələrini cəlb etməklə qətiyyətli antiterror əməliyyatının keçirilməsini dəstəkləyirəm. Bütün mümkün vasitələrlə, o cümlədən ümumi səfərbərlik keçirməklə rus işğalçılarına qarşı ümummilli müqavimətin təşkilini elan etməyin zamanı yetişib. Biz dünyaya sübut etməliyik ki, özümüzü müdafiə edə bilirik. Onda dünya da bizə kömək edəcək. Mən Qərb dövlətlərinin liderlərini Rusiya dövlətinə qarşı sanksiyaların üçüncü mərhələsini tətbiq etməyə çağırıram. Mən həmçinin dünya liderlərindən öz azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqına hərbi kömək göstərilməsini xahiş edirəm".
2014-04-14
14,533
"Publika.az"ın baş direktoruna vəzifə verildi
"Publika.az" xəbər portalının baş direktoru Cəmaləddin Quliyevə (Cəmaləddin Həsənoğlu – red.) vəzifə verilib. O, Prezident Aparatının İctimai-Siyasi şöbəsində öz fəaliyyətini davam etdirəcək. Xatırladaq ki, C.Quliyev 1995-ci ildən mətbuatdadır. 2001-2013-cü illərdə "Paritet" qəzetinin baş redaktoru olub. Ailəlidir. Bir oğlu var.
2014-04-14
14,534
“Fənərbaxça”nı Bakıda darmadağın etdilər
Futzal üzrə UEFA Kubokunun Bakıda keçiriləcək "Dördlər finalı"nın hazırlaşan "Araz" iki yoxlama oyunu keçirib. "Axar.az" xəbər verir ki, Naxçıvan təmsilçisi hər iki matçda rəqiblərini darmadağın edib. İlk oyunda "Araz"ın rəqibi güclülər dəstəsində çıxış edən klubların yığma komandası olub. "Dördlər finalı"nda çıxış edəcək klubumuz 6:0 hesablı qələbə qazanıb. "Araz"ın heyətində Davi dubl edib, Vitali Borisov, Marko Periç, Adriano Folya və Kristian Çujeç hərəyə 1 qol vurub. İkinci oyunda isə Joze Alesionun yetirmələri Azərbaycan çempionatında çıxış edən "Fənərbaxça"nı sınağa çəkib. Naxçıvan təmsilçisi bu dəfə 6:1 hesablı qələbəyə sevinib. Yenə Davi dubl edib, Folya, Çujeç, Fabian və Auqusto hərəyə 1 dəfə fərqlənib. Qeyd edək ki, "Araz" aprelin 24-də keçiriləcək yarımfinalda İspaniya "Barselona"sı ilə görüşəcək.
2014-04-14
14,535
Yasamalda 41 nurçu bu evdə həbs olundu - Video
Xəbər verdiyimiz kimi, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində "Nurçuluq" dini təriqətinin "sunqurçular" cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib. Məlumta görə, polisin xüsusi əməliyyat keçirdiyi Yasamal Rayonu, Xıdır Mustafayev 216 saylı evdə 17 nəfər qeydiyyatdadır. Evin sahibinin Hacı ləqəbli şəxs olduğu deyilir. Onların əksəriyyəti dövlət orqanlarında çalışırlar. Lakin 2 mərtəbəli bina yaşayış evindən çox dini ocaq kimi fəaliyyət göstərirmiş. Polis binada xidmət aparıb və binaya daxil olmağa imkan vermirlər. Şahidlərin sözlərinə görə, iki mərtəbəli bina mədrəsə kimi fəaliyyət göstərirmiş. Polisin ötən günkü əməliyyatından sonra bina polis tərəfindən mühafizə olunur. Ərazidə yaşayan sakinlər qeyd edirlər ki, evdə ibadətlə məşğul olanlar hansı təriqətə mənsub olduqlarını gizlətməyiblər. Hadisə zamanı saxlanılanl 41 nəfər Yasamal Rayon Polis İdarəsinə aparılıb, onlardan heç biri buraxılmayıb (ANS).
2014-04-14
14,536
Günlərlə gülümsəməyənlərin dili
Dil insanı cəmiyyət üçün yaradır. Dilin yoxsa, demək cəmiyyətin böyük bir kəsimindən kənardasan. Biz bir-birimizlə hansı dillə danışırıq? Bu dil nə qədər mədəni, təbii, nəzakətlidir? Danışıqda, ünsiyyətdə dilin nəzakət qaydalarından istifadə edirikmi? Və bunlar bizim gündəlik həyatımıza necə öz təsirini göstərir? İngilislər heç zaman "mənə çay ver" deməzlər. Onlar "please bring me a cup of tee" deyərlər. Hətta düşmən də olsa ingilis dilinin bu qaydası pozulmazdır. "Mənə o kitabı verin". Bizdə adətən heç "verin"də işlətmirlər, elə "ver" deyirlər. İngilis dilində "Could you please give me this book" deyərlər. Nəyisə anlamayanda biz "nə?" deyə sual veririk. "What?" desən, bu, ingilis üçün ən böyük nəzakətsizlik olar . Gərək "pardon?", yaxud "sorry?" deyəsən. Niyə biz taksi sürücüsünə "zəhmət olmasa, saxlayın" yox, "saxla burda" deməliyik, niyə biz süfrəçiyə, yeməkçiyə "zəhmət olmasa", yaxud "lütfən", "bağışlayın" deyə müraciət etmirik? "Ala, yol ver", "qaqaş, icazə ver, keçim", amma "zəhmət olmasa yol verin" demirik? Niyə bizdə nəzakət xatirinə işlədilən sözlər və hərəkətlərə "saxta", "qeyri-ciddi", yaxud "səmimi deyil" kimi yarlıqlar vurulur. "Bəli", "baş üstə", "oldu" kəlmələri tamamən leksikondan çıxarılıb. Bizim ən nəzakətli müraciət forması indi "müəllim" olub. O da palançı, çəkməçı, taksiçi, qapıçı, xidmətçi ucdantutma hamıya "müəllim" deyildiyinə görə gülüş hədəfinə çevrilib. Və elə düzgün də olub. Niyə biz bir-birimizə "dost", "qardaş", "əzizim" deyə müraciət etmirik. Bütün məktublarımızı "hörmətli" deyən qeyri-müəyyən bir müraciət forması ilə başlayırıq. Əgər hətta "Hörmətli" deyə başlayırıqsa. Bizdə ən böyük ədəbsizlik gülməkdir. Xüsusən rayon yerlərində günlərlə insanlar gülümsəmirlər. Kişi acıqlı, qadın itaətkardır. Hətta qadınları tərif edəndə "filankəs çox ismətli insandır, kimsə onun dodağının qaçdığını görməyib" kimi əcaib təqdimatdan istifadə edirlər. Gülümsəməyən kişiyə isə "çox zəhmlidir" deyirlər. Gülənə "yəqin havalanıb", yaxud "dişlərini ağartma" deyərlər. Avropada təsadüfən gözlərin kiminsə gözünə sataşsa dərhal gülümsərlər. Mümkün qədər insanların daha çox gülümsəmələrinə çalışarlar. Bizdə küçədə təsadüfən bir qadının gülümsəməsi onun təqib olunması ilə nəticələnir. Evdən çıxan qızlara verilən ilk çol tapşırığı "küçədə az gül" olur. Avropada hətta yemək dadsız olanda belə insanın zəhmətini yerə vurmazlar, ən azı gülümsəyib "dadlıdır" deyərlər. Bizdə isə dərhal tənqidə keçərlər "duzu azdır", "yağını çox etmisən", "bunu belə etsəydin, daha yaxşı olardı", "mən bunu belə edirəm" və sair. Bizim dilimiz "məlahətlidir", "poetikdir" deyənlər görmürlər ki, danışıqlarda, müraciətlərdə heç bir məlahət, poetiklik qalmayıb. Kobud və çox yabanı bir dil, danışıq üslubundan bəhrələnirik. Məhz bu səbəbdəndir ki, kimsə kimsəni dinləmir, kimsə kimsəyə inanmır. Hamı üz-üzə yox, arxa-arxayadır. Üz-üzə oturub danışmaq daha çətin olub, nəinki ardınca, qarasınca danışmaq. Çünki üz-üzə oturub danışanda istifadə olunan ortaq kəlmələrdən imtina olunub. Sözün, fikrin kəsərini məna və tutumluluqla deyil, sonda qoyulan nida ilə bildirməyək. Daha çox hamının ortaq kəlmələri ola biləcək "buyurun", "zəhmət olmasa", "təşəkkür edirik", "çox sağ olun", "minnətdaram" , "bəli" və sair sözlərdən istifadə edəyin. Kitab oxumaq vərdişi Hər gecə yatmaqdan öncə körpənizə nağıl oxuyun. Bəzi analar bunu hələ körpə qarında olarkən edir. Təbii, hər bir ana uşağına öncə layla oxuyur. Heç bir uşaq anasının laylasını unutmur. Həyatı boyu. Tədricən laylanı nağıllarla əvəz edin. Qoy uşağın yaddaşında layla ilə yanaşı o nağıllarda yaddaşına hopsun. Körpə rəngləri şeçməyə başlayanda, valideynlərini tanıyanda, nağılların həcmini artırın. Artıq 5-6 yaşa gələndə uşaq özü kitablar oxumağa meyllənəcək. Birinci sinifdə isə rahat oxumağı bacaracaq. Misal: Dostum deyir ki, o uşağa hər gecə nağıl oxuyurdu. Uşaq məktəb yaşında artıq özü oxumağa həvəsli idi. İndi harasa səyahətə gedəndə mütləq nağıl kitabları götürür. Oynamaqdan yorulanda, yaxud oynamaq, əylənmək imkanı olmayanda dərhal kitabı açıb oxuyur. Ətraf ona mane olmur. Səs-küy onun diqqətini pozmur. Kitab onun üçün ən yaxşı əyləncədir. Əziz dostlar, Bu məktubumu oxuduğunuz günü nəzakətli ifadələr günü elan edin, nəzakətli ifadələr barədə mənə öz fikirlərinizi yazın. Uşaqlar üçün çoxlu nağıl kitabları buraxmışıq, onlar qalın, səliqəli, keyfiyyətlidirlər. Oxuduğunuz kitabı qeyd edib körpənizin kitabxanasına qoyun. Qoy indidən onun kitabxanası olsun. Keçən məktuba 83 cavab gəlmişdi. Hamısında təkliflər və iradlar var və heç birini cavabsız qoymamışam. Sizdən oxumaq istədiyiniz kitablarla bağlı təkliflər gözləyirəm. Oxuduğunu kitablar haqqında isə rəylərinizi bildirməyi unutmayın.
2014-04-14
14,537
Yəhudi Mərkəzinə silahlı hücum – 3 ölü
ABŞ-da yəhudilərə qarşı insident qeydə alınıb. "Axar.az" Röyter (Reuters) agentliyinə istinadən xəbər verir ki, ABŞ-da Yəhudi Mərkəzinə silahlı hücum olub. Kanzas ştatında yerləşən mərkəzə hücum zamanı biri 14 yaşlı oğlan olmaqla ümumilikdə 3 nəfər öldürülüb. Polis araşdırmalara başlanıldığını və 1 nəfərin saxlanıldığını deyib. Hüququ-mühafizə orqanlarından verilən məlumata görə, 6 nəfərlik anti-semit qrupu şübhəli bilinir, amma tədqiqatlarla bağlı yekun rəy vermək hələ tezdir. Xatırladaq ki, Kanzas Ştatı ABŞ-da yəhudilərin sıx yaşadığı yerlərdən biridir. Rəsmi məlumatlara görə burada 20 mindən artıq yəhudi əsilli insan yaşayır.
2014-04-14
14,538
Ukraynanın acı durumu belə ekranlaşdırıldı - Video
İnternetdə maraqlı bir qısametrajlı film paylaşılıb. "Axar.az" xəbər verir ki, Feysbuk sosial şəbəkəsində maraqlı bir qısametrajlı film paylaşılıb. Filmdə oynayan aktyorun və filmi çəkənlərin kimliyi məlum deyil. Çox dərin mənası olan filmi əksər sosial media istifadəçiləri "Ukrayna xalqının vəziyyəti" şərhi ilə paylaşırlar. Filmdə ifa olunan musiqi Kristofer Ferreranın məşhur "Rəqqas" əsəridir.
2014-04-14
14,539
Diktatorun oğulları məhkəmə qarşısında
Liviyanın paytaxtı Tripolidə Qəddafinin oğulları Seyul Ali–İslam və Sədi Qəddafinin məhkəməsi başlayıb. "Axar.az" "RİA novosti"yə istinadən xəbər verir ki, keçmiş diktatorun oğulları ilə yanaşı ölkənin keçmiş kəşfiyyat idarəsinin rəhbəri, Xarici İşlər naziri və daha 30 adam mühakimə olunacaq. Məhkəməni bir çox ölkədən olan hüquq müdafiəçiləri yaxından izləyəcək. Çünki bir çoxları indiki halda məhkəmənin şəffaf keçirilməsinə şübhə edir və bunu da Liviyada hələ də davam edən siyasi krizislə izah edir. Xatırladaq ki, Qəddafi Liviyada 40 il hakimiyyətdə olub və 2011-ci ildə bu ölkədə başlayan vətəndaş müharibəsi nəticəsində iqtidardan uzaqlaşdırılıb.
2014-04-14
14,540
İlham Əliyev sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Mirişlinin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. "Axar.az"ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Ramiz Aqil oğlu Mirişli "Şərəf" ordeni ilə təltif edilsin.
2014-04-14
14,541
Araz Əlizadə Jirinovskini teledebata çağırdı
ASDP sədri Araz Əlizadə Rusiya Dövlət Dumasının vitse-spikeri, Liberal-Demokrat Partiyasını sədri Vladimir Jirinovskini teledabata çağırıb. ASDP sədri bu barədə açıqlamasında deyib. "Əgər bizim oliqarxlar Rusiya telekanallarının birində efirin pulunu ödəməyi öhdələrinə götürsələr, mən Jirinovskə ilə böyük məmnuniyyətlə debata çıxamağa hazıram", - deyə A.Əlizadə bildirib. Onun sözlərinə görə, bu debatdan sonra Jirinovski özünü siyasi baxışlarında hökmən düzəlişlər edərdi. "Bu siyasətçi çoxdandır ki, Rusiya hakimiyyətinin ruporuna çevrilib. Onun dili ilə ictimai rəyi yoxlayırlar. Əgər mesaj uğurlu olsa, hərəkət edirlər. Əgər tezis uğursuz olsa, o zaman bunu Jirinovskinin təlxəkliyi ilə bağlayırlar",-deyə ASDP sədri bildirib (Baku post.az").
2014-04-14
14,542
Kəmaləddin Heydərov Litvanın Daxili İşlər naziri ilə görüşdü
Azərbaycanın Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla Litvanın Daxili İşlər naziri Dailis Alfonsas Barakauskas arasında nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. "Axar.az" FHN-in rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Görüşdən sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində "Əməliyyat zalı", həmçinin İctimaiyyətlə əlaqə idarəsinin Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Eyni zamanda, səfər çərçivəsində D.A.Barakauskas Fövqəladə Hallar Nazirliyi Akademiyası və Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyəti ilə də tanış olub. Nazirin Fövqəladə Hallar Nazirliyinin bir sıra qurumlarına tanışlıq səfəri də planlaşdırılır.
2014-04-14
14,543
SOCAR Ukraynada daha bir məntəqə açdı
Ukraynanın Xmelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqələri açılıb. "Axar.az" Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən xəbər verir ki, YDM-lərdə Polşa, Litva və Belarusun aparıcı emal zavodlarında istehsal olunmuş, Avro-4, Avro-5 standartlarına cavab verən neft məhsulları reallaşdırılacaq. Assortimentə A-92, A-95, A-95 TM "Nano" benzinləri, TM "Nano" dizel yanacağı daxildir. Xvelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərən bu ilk komplekslərin ərazisində avtomobilin su təminatı, təkərlərin doldurulması kimi xidmətlər pulsuzdur. Müştərilər pulsuz internet xidmətindən istifadə etmək, mobil telefonlara enerji yükləmək imkanına da malikdirlər. Şəhər tipli YDM-lər kompakt şəkildə inşa olunub. Onlar həm yerləşmə planı, həm də xidmət baxımından çox rahatdır. Bununla da Ukraynanın Kiyev, Odessa, Lvov, Nikolayev, Roven, Çerkas, Xmelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri açılmış olub.
2014-04-14
14,544
Məmmədyarov Fransanın sabiq Xarici İşlər naziri ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Fransanın sabiq Xarici İşlər naziri Über Vedrin ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüşdə Azərbaycan-Fransa münasibətləri və sözügedən münasibətlərin gələcək inkişafı müzakirə olunub. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesi haqqında qarşı tərəfə məlumat verən E.Məmmədyarov, Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həlli, eyni zamanda, regionun inkişafına mənfi təsir göstərdiyini bildirib. Həmçinin nazir Ermənistanın yürütdüyü təcavüzkar siyasəti nəticəsində Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrdən kənarda qaldığını və mövcud olan geniş fürsətlərdən yararlana bilmədiyini vurğulayıb. Eyni zamanda, görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2014-04-14
14,545
Hollandiyada üç azərbaycanlının məzarı aşkarlandı
Avropada fəaliyyət göstərən "Azərbaycan dostları" Cəmiyyəti Hollandiyada azərbaycanlı məzarları aşkar edib. Amersfoort şəhəri yaxınlığında İkinci Dünya müharibəsi zamanı həlak olmuş yüzlərlə sovet əsgərinin məzarları var: "Həmin məzarlıqda 3 azərbaycanlı da dəfn olunub. Dosyelərdə hər üç soydaşımızın doğum yeri Azərbaycan, dini inancları isə müsəlman olaraq qeyd edilib. İki soydaşımız (Şənbaba Salmanov, Tahir Vəliyev) nasistlərlə əməkdaşlıqdan boyun qaçırdığı üçün güllələnib. Digər soydaşımızı (Xanbaba Babayev) isə amerikanlar xilas edib, lakin o, ağır xəstə olduğundan dünyasını dəyişib". "Azərbaycan dostları" Cəmiyyətinin rəhbəri Elman Mustafazadə bildirir ki, qurum bu günədək Hollandiyanın müxtəlif hərbi məzarlıqlarında 12 azərbaycanlının məzarını aşkar edib ("Mediaforum.az").
2014-04-14
14,546
Xətaidə zavod ərazisində yanğın - Foto
"Xətai" metrosunun arxasında, köhnə zavod ərazisində yanğın baş verib. "Axar.az"ın hadisə yerində olan müxbirinin məlumatına görə, əraziyə yığılan zibilliyin yandırılması çoxmərtəbəli bina üçün təhlükəli vəziyyət yaratdığından, hadisə yerinə FHN üç yanğınsöndürmə briqadası cəlb edib. Hazırda yanğın lokallaşdırılıb və ətraf binaların təhlükəsizliyi təmin edilib.
2014-04-14
14,547
Bakıda həbs olunan nurçular Fətullah Gülən tərəfdarları deyil
"Xidmət" hərəkatının rəqibləri olan sunqurçular Səid Nursinin digər tələbəsi olan Mustafa Sunqurun camaatındandırlar; saxlanan 41 nəfərdən ikisi həbs olundu; DQİDK müsadirə olunan dini kitabların ekspertizasını keçirəcək. Xəbər verdiyimiz kimi, aprelin 12-də DİN əməkdaşları Yasamal rayon Xıdır Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində əməliyyat keçirib. DİN-in rəsmi məlumatında bildirilir ki, qeyd olunan ünvanda nurçuluq dini təriqətinin sunqurçular cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlıdır) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib. E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompüter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb. Araşdırma aparılır. ANS-in məlumatına görə, polisin xüsusi əməliyyat keçirdiyi X.Mustafayev 216 saylı evdə 17 nəfər qeydiyyatda olub. Evin sahibinin Hacı ləqəbli şəxs olduğu deyilir. Həbs edilənlərin əksəriyyəti dövlət orqanlarında çalışırlar. Lakin 2 mərtəbəli bina yaşayış evindən çox, dini ocaq kimi fəaliyyət göstərirmiş. Polis binada xidmət aparıb və jurnalistlərin binaya daxil olmasına imkan verməyib. Şahidlərin ANS-ə bildirdiyinə görə, iki mərtəbəli bina mədrəsə kimi fəaliyyət göstərirmiş. Polisin əməliyyatından sonra bina polis tərəfindən mühafizə olunur. Ərazidə yaşayan sakinlər bildiriblər ki, evdə ibadətlə məşğul olanlar hansı təriqətə mənsub olduqlarını gizlətməyiblər. Qeyd edək ki, son zamanlar Azərbaycan mediasında adı çox hallanmağa başlayan "nurçuluq" kəlməsi Türkiyədə ötən əsrin 60-cı illərində ruhani lider Səid Nursinin adı ilə bağlıdır. Hələ sağlığında S.Nursinin tələbələri onun 130 məktubu ("Nur risalələri") üzərində cərəyan qurublar. Ancaq S.Nursinin ölümündən sonra cərəyan daxilində bölünmə yaranıb və tələbələri müxtəlif adlarla ayrıca camaatlar qurublar. Ancaq bütün bu camaatlar fərqli adlarla tanınsa da, hər birinin üzərində "nurçu" adı qalıb. Yasamalda həbs olunan sunqurçular Səid Nursinin yaxın adamlarından və şagirdlərindən biri olan Mustafa Sunqur camaatındandırlar. Bizim bildiyimiz Fətullah Gülən camaatına onların aidiyyəti yoxdur. Hətta sunqurçular gülənçilərlə bir-birinə əksdirlər. Bu baxımdan, əgər həbs olunanlar, DİN-in də açıqladığı kimi, sunqurçulardırlarsa, o zaman onlar Fətullah Gülən tərəfdarları deyillər. Tam əksinə, onların Azərbaycandakı və Türkiyədəki rəqiblərindən sayılırlar. 1929-cu ildə Türkiyənin Eflani bölgəsində dünyaya gələn Mustafa Sunqur Kastamonu Gölköy İnstitutunda müəllimlik ixtisasına yiyələnib və bir müddət dərs deyib. Daha sonra Səid Nursi ilə tanış olan M.Sunqur onun ən yaxın köməkçisi və silahdaşı olub. Səid Nursinin öldüyü günə qədər (S.Nursi 1960-cı ildə dünyadan köçüb – K.R.) Mustafa Sunqur onun ən yaxın köməkçisi olub və hərəkata xidmət edib. Səid Nursinin ölümündən sonra "nur tələbələri" arasında baş verən bölünmədən sonra Mustafa Sunqurun rəhbərlik etdiyi "Sözlər" qrupu yaranıb. Ayrıca bir camaat kimi formalaşan "Sözlər" qrupu eyni zamanda "Mustafa Sunqur camaatı" və ya sadəcə "sunqurçular" kimi də tanınır. Mustafa Sunqur bir neçə dəfə Azərbaycana da gəlib. Paytaxt Bakıda olub və şimal bölgələrinə səfər edib. Mustafa Sunqurun Bakıda, eləcə də Azərbaycanın bəzi şimal bölgələrində tərəfdarlarının olduğu haqda məlumatlar daha əvvəl də mediada yayılıb. Sunqurçular daha çox evlərdə toplaşır, bəzi məlumatlara görə, əsasən Səid Nursinin əsərlərini - "Risaleyi Nur" oxuyur, birgə ibadətlər təşkil edirlər. Mustafa Sunqur 2012-ci il dekabrın 1-də İstanbulda vəfat edib. Artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nurçu məsələsi ilə bağlı hərəkətə keçib. Komitədən APA-ya bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı müvafiq sahələr üzrə ekspert qismində iştirak edib. Məlum olub ki, nurçu təriqətinin "Mustafa Sungur camaatı" və ya "klassik" kimi tanınan cərəyanın nümayəndələrinin birgə toplaşdığı həmin ünvanda dini fəaliyyətlə məşğul olmaq üçün Komitəyə heç bir müraciət daxil olmayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı toplanan dəlillərin müvafiq ekspertizasının nəticələrinə əsasən, məhkəmə qaydasında "Dini etiqad azadlığı haqqında" qanunun 12-ci maddəsinin müvafiq tələbinin ("bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər") pozulmasına münasibət bildiriləcək. Eyni zamanda, sözügedən ünvanda əməliyyat zamanı götürülmüş dini ədəbiyyat Dövlət Komitəsində müvafiq dinşünaslıq ekspertizasından keçiriləcək və həmin ekspertizanın nəticələrinə əsasən, bu ədəbiyyatın əldə olunması, istehsalı (və ya idxalı), həmçinin istifadəsinin qanunauyğunluğu barədə rəy bildiriləcək. Qeyd edək ki, Azərbaycanda daha əvvəl nurçu ədəbiyyatlarına maneələr olmayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir qayda olaraq nurçu ədəbiyyatlarına qadağa qoymayıb. Yalnız son illərdə nurçu kitablarına qadağa qoyulmağa başlayıb. Əldə etdiyimiz məlumata görə, Elşad İskəndərov Komitəyə sədr gəldikdən sonra nurçu ədəbiyyatlarının çapına lisenziya verilməsi dayandırılıb. Günün sonunda Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov "Media forum" saytına açıqlamasında deyib ki, nurçulara qarşı keçirilən əməliyyat zamanı saxlanılanlardan iki nəfər barəsində həbs qərarı çıxarılıb. Əsədov həbs olunanların ad-soyadını, nədə ittiham olunduqlarını və hazırda harada saxlandıqlarını açıqlamayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də geniş məlumat almaq mümkün olmayıb ("Musavat.com").