date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-04-11 | 14,238 | Qapıçımız polisimizin yerinə xəcalət çəkir | Məşhur futbolçu Kamran Ağayev yol polislərinin ona üzgörənlik etdiklərini etiraf edib. Azxeber.com saytının məlumatına görə, "Xəzər-Lənkəran" klubunun və milli komandamızın qapıçısı həmin sözləri "İdman Azərbaycan" televiziyasında yayımlanan verilişlərin birində söyləyib. Futbolçu müxbirin "Heç DYP əməkdaşlarının sizi saxladığı olubmu?" sulalına Kamran Ağayev maraqlı cavab verib: "Əksəriyyəti məni tanıyır. Yüksək dərəcədə hörmət edirlər mənə. Elə vaxt olur ki, mən radara da düşürəm. Mənim qeydiyyatda olduğum rayonda isə DYP əməkdaşları elə olur ki, öz ciblərindən xərc çəkib mənim radarlarımı silirlər. Adam lap xəcalət çəkir. Efir vasitəsi ilə deyirəm ki, sağolsunlar. Heç bilmirəm xəcalətlərindən necə çıxım". "Axar.az" "Azxeber.com"a istinadən həmin verilişin sözügedən epizodunu təqdim edir: |
2014-04-11 | 14,239 | Davudoğlundan SOS: “Krım Qarabağa mənfi təsir edəcək” | Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Krım hadisələrinin domino effekti ilə bölgənin digər münaqişələrinə təsir edə biləcəyini deyib. "Axar.az"ın "Anadolu" agentliyinə istinadən məlumatına görə, Davudoğlu bildirib ki, Ukrayna ətrafında cərəyan edən olaylar ilk növbədə Abxaziya və Dağlıq Qarbağ münaqişəsinə mənfi təsir edə bilər. Qeyd edək ki, Davudoğlu bir daha Türkiyənin Ukraynanıın ərazi bütövlüyünü tanıdığını və keçirilən referendumun nəticələrini tanımadığını dilə gətirib. Xatırladaq ki, martın 16-da Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da referendumun nəticələrini tanımadıqlarını açıqlamışdı |
2014-04-11 | 14,240 | Əli Həsənovun şöbəsində yeni sektor yaradıldı | Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin tərkibində Gənclər təşkilatları ilə iş sektoru yaradılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hazırda Azərbaycanda 300-dək gənclər təşkilatı fəaliyyət göstərir. Yeni yaradılmış sektor həmin təşkilatlarla əlaqələrin inkişaf etdirilməsini, bu qurumlarla iş aparan dövlət orqanlarının və qurumlar fəaliyyətinin əlaqələndirilməsini təmin edəcək. |
2014-04-11 | 14,241 | Rusiyanın Qarabağa girməyə cəsarəti çatmaz - Ekspert | "Rusiyanın sərhədlərimizi keçməyə cəsarəti çatmaz". Bu sözləri "Axar.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov rus tanklarının Laçına girməsi xəbərini şərh edərkə deyib. O, Rusiyanın sadəcə Ermənistanı arxayın salmaqdan ötrü manevrlər etdiyini bildirib: "Rusiya Ukraynadakı hadisələrin fonunda hansısa əlavə problemləri üzərinə götürməyəcək. Rusiya unutmur ki, Azərbaycanın arxasında Türkiyə var. Bununla bərabər isə regionda ən böyük resurslar olan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars layihəyələri mövcuddur. Ona görə də sadə dildə desək, Rusiyanın cəsarəti çatmaz ki, sərhədləri keçsin. Sadəcə olaraq, Ermənistanı rahat etməkdən ötrü manevrlər edir". Ekspert belə bir şeyin həqiqətən sübut olunacağı təqdirdə Rusiyaya nota təqdim etməyin vacibliyini deyib: "Açığı, dünən Ukraynanın səfiri ilə görüşümüzdə də mən belə fikir səsləndirdim ki, Putinin ətrafında ağıllı adamlar var. Bunlar Rusiyanın Ukraynaya girməsini düzgün hesab etmirdilər. Ölkənin Baş Qərargahı Putinin atdığı addımdan narazı idi. Onu bu fikirdən çəkindirməyə çalışırdılar. İndi də Gümrüdəki tankların çıxarılması məsələsi gündəmə gəlir. Ermənistanla Rusiya arasında birgə təlimlər var. Əgər belə bir şey varsa, Xarici İşlər Nazirliyimiz Müdafiə Nazirliyi vasitəsilə bu xəbəri yoxlamalıdır. Belə bir fakt mövcud olarsa, o zaman Rusiyaya nota təqdim edilməlidir ki, bu, beynəlxalq miqyasda tanınan Azərbaycan əraziləridir". Üzeyir Cəfərov rus tanklarının Qarabağa yeridilməsi ilə Rusiyaya əlavə problemlərin yaranacağını qeyd edib: "Rusiya tanklarının gəlməsi onun üçün əlavə problemlər yaradacaq. Rusiya Azərbaycana qəzəblidir. Çünki Azərbaycan AŞPA-da və BMT-də onların gözləmədiyi mövqeni sərgilədi. Əgər rus tankları həqiqətən Azərbaycanın işğal olunmuş bölgələrində görünərsə, onda BMT-yə bununla bağlı müraciət edilməlidir. Çünki bu faktın mövcudluğu Rusiyanın bütün hədləri aşmış olduğunu göstərmiş olur. Düşünmürəm ki, rus tankları Gümrü-İrəvan-Artaşes-Gorus istiqamətində maskalanmış şəkildə Qarabağa gətirilə bilər. Buna görə ajiotaj yaratmağa dəyməz. Əslində, narahatçılığa heç bir səbəb yoxdur. Müdafiə Nazirliyi onsuz da bu vəziyyəti nəzarətdə saxlayır". Qeyd edək ki, bu gün rus tanklarının Ermənistanın Gorus rayonunun Karaşen yaşayış məntəqəsi istiqamətinə gətirildiyi haqqında "Axar.az"a informasiya daxil olub. Rusların Karaşendən Laçına, oradan isə Tərtər istiqamətinə gətiriləcəyi bildirilib. |
2014-04-11 | 14,242 | Hesablama Palatası Etibar Pirverdiyevi yoxlamağa başladı | "Sumqayıt Texnologiyalar Parkı" "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevdən alınır. Axar.az "Qaynar.info"ya istinadən xəbər verir ki, artıq Hesablama Palatası zavodda yoxlamalara start verib. Yoxlamalara səbəb zavodda baş verən böhran və 2014-cü ildən STP-də işçilərin əmək haqlarının gecikməsi olub. Bildirilir ki, az miqdarda maaş almalarına baxmayaraq, işçilərin maaşlarının gecikməsi artıq ciddi qalmaqal yaradıb. Maaşların gecikməsinə səbəb işçilərin pullarının Etibar Pirverdiyev tərəfindən şəxsi bankı olduğu iddia edilən "Azəriqazbank"da dövriyyəyə buraxması göstərilir. Bildirilir ki, bir neçə gündür STP-də Hesablama Palatası tərəfindən audit yoxlamaları davam edir. Auditlər zavodun bütün maliyyə sistemini, gəlir-çıxarlarını araşdırdıqdan sonra yuxarı dairələrə məlumat veriblər. Məlumatda iddia olunur ki, Etibar Pirverdiyevin yerinə "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev gətiriləcək. Artıq bununla razılıq da əldə olunub. Həmçinin STP-də çoxlu yeyinti faktlarının üzə çıxdığı, bununla bağlı maxinasiyaların iştirakçısı olan şəxslərin vəzifələrindən uzaqlaşdırıldığı iddia olunur. Zavodun direktorunun Etibar Piriverdiyevin yaxın qohumlarından biri - xalası oğlu olduğu da xəbərlər sırasındadır. Qeyd edək ki, Vergilər Nazirliyi 2012-ci ilin mayında Sumqayıt Texnologiyalar Parkı (STP) MMC-ni qeydiyyata alıb. Onu "Azenco Group" MMC təsis edib. MMC-nin nizamnamə kapitalı 1000 manatdır. Texnopark rəsmən 2000-ci illərin ortalarından "Azərenerji" ASC-nin struktur şöbəsi kimi fəaliyyət göstərib. STP-nin "Azenco"dan ayrılması qərarı səhmdarların ümumi yığıncağında qəbul edilib. STP ən sürətlə inkişaf edən biznes strukturlardandır. STP-yə 17 elektroenergetika, maşınqayırma və s. zavodları daxildir. |
2014-04-11 | 14,243 | 1.7 milyard avroluq yarımfinal | ÇL-in yarımfinalına çıxan komandaların qiyməti açıqlanıb. Bu mərhələdə mübarizə aparan ən bahalı klub Madrid "Real"ıdır. "Axar.az" xəbər verir ki, Madrid təmsilçisinin futbolçularının ümumi qiyməti 571,4 milyon avrodur. İkinci pillədə 534, 65 milyon avro ilə "Bavariya" qərar tutub. "Çelsi" sıralamada 388,9 milyon avro qiymətlə üçüncüdür. Sonuncu yerdə isə 282 milyon avro ilə Madrid "Atletiko"su qərarlaşıb. |
2014-04-11 | 14,244 | Gülənin FTB ilə də əlbir olduğu ortaya çıxdı – Sənəd | FTB-nin rəsmi internet saytında yayımlanan bir sənəd Gülənlə FTB-nin əlbir olduğunu sübut edib. "Axar.az" xəbər verir ki, Gülən hərəkatının FTB (Federal Tədqiqatlar Bürosu) və MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) ilə işlədiyi iddiadan ibarət olsa da, yayımlanan bir sənədlə faktlığı isbatlanıb. FTB-nin rəsmi internet saytında yayımlanan bir elanda "Tərəfdaşlıq nəticəsində inşa olunan quruluşlardan bir neçəsi" cümləsindən istifadə edilib. FTB-nin siyahısında tərəfdaş olduqları sosial, etnik və azlıq qruplar bu cür sıralanır: Community Outreach to Ethnic and Minority Groups ►The Anti-Defamation League ►The NAACP; ►The League of United Latin American Citizens (LULAC); ►The Gulen Institute ►The Raindrop Turkish House ►The South Asian Chamber of Commerce; and ►The Islamic Society of Greater Houston Tərcümə: Etnik qruplar və azlıqlar cəmiyyəti ►Anti-böhran liqası ► NAACP ► Birləşmiş Latın-Amerikan Vətəndaşlarının Liqası ► Gülən İnstitutu ► "Yağış damcısı" Türk Evi ► Cənubi Asiya Ticarət Palatası ► Böyük Hyuston İslam Cəmiyyəti |
2014-04-11 | 14,245 | İlham Mirzəyevin həbs xəbəri təsdiqləndi | Tanınmış teleaparıcı İlham Mirzəyevin saxlanıldığı barədə redaksiyamıza məlumat daxil olub. Aparıcı ilə eyni binada yaşayan sakinlərdən daxil olan məlumata görə, bir neçə dəqiqə əvvəl polislər onu saxlayaraq aparıblar. Onu saxlayanların DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğu deyilir. Polisin İ.Mirzəyevi niyə narahat edə biləcəyi haqda hər hansı məlumat öyrənmək mümkün olmayıb. DİN mətbuat xidmətindən teleaparıcının saxlanmasından məlumatsız olduqlarını deyiblər ("Azadliq.info"). *** Tanınmış teleaparıcı İlham Mirzəyevin həbs edilməsi ilə bağlı mediada yayılan xəbər təsdiqləndi. Teleaparıcının yaxın qohumları bu məlumatı "Publika.Az"a təsdiqləyiblər. Onların dediyinə görə, bu gün İ.Mirzəyev Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Hazırda onun sözügedən idarədə olduğu bildirilir. 13:54 DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən "Axar.az"a bildirdilər ki, məsələ ilə bağlı onlarda belə bir məlumat yoxdur. |
2014-04-11 | 14,246 | Sabah yağış yağacaq | Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Axar.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 5-8, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir. Aprelin 12-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. |
2014-04-11 | 14,247 | Ukraynalılar Rusiya Dövlət Dumasına hücum etdi - Foto | Ukraynalı xakerlər Rusiya Dövlət Dumasının rəsmi saytını dağıdaraq, orada ölkənin Şimal və Uzaq Şərq reğionları üzrə komitənin kommunistlərdən olan təmsilçisi Nikolay Xaritonovun adından məlumat yerləşdirib. "Axar.az"ın xəbər verir ki, yerləşdirilən məlumatda Rusiyanın gücünün alkoqolluq, qorxaqlıq və vahimə üzərində qurulduğu deyilir: "Günlərin birində Rusiya çökəcək və sizlər onun qalıqları altında dəfn olunacaqsınız. Biz sizə sizin indi etdiyiniz kimi cavab verəcəyik. Qoy hamı bilsin ki, nə KQB, nə FSB, nə də bu tip qurumlar sizi qoruya biləcək". Qeyd edək ki, yerləşdirilən materialda Rusiyanın dağılmaq ərəfəsində olduğu, rusların ətrafa baxmaları, hamının spirtli içki düşkünü olduğu və bu tip ifadələr də yer alıb. |
2014-04-11 | 14,248 | "Azərbaycanın qurtuluş missiyası budur" - Foto | Aprelin 11-də Dövlət İdarəçilik Akademiyası və Dağlıq Qarabağın azərbaycanlı icmasının birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün Dağlıq Qarabağ münaqişəsi üzrə növbəti kurslara yekun vurulub. Aprelin 1-dən 11-dək davam edən kursların dinləyiciləri Bakı Slavyan Universitetinin tələbələri olublar. "Media forum" saytının məlumatına görə, sonuncu mühazirəni Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov "Münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi" mövzusunda oxuyub. Münaqişənin nizama salınması prosesində Ermənistanın təcavüzkar siyasətindən, qeyri-konstruktiv mövqeyindən danışan, Azərbaycanın apardığı diplomatik səylərə toxunan, son vaxtlar dövlətin hücum diplomatiyasına üstünlük verdiyini qeyd edən Əli Həsənov dinləyicilərin nəzərinə çatdırıb ki, prezident İlham Əliyev bu işğal, etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirir, torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu vurğulayır: "Bu səbəbdən biz Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə ağıl və intellektlə yanaşmaq lazımdır. Eyni zamanda biz güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir". Kurslarda Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri", tarix elmləri doktoru Kərim Şükürov "Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri", Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa "XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)"; tarix elmləri doktoru, professor Solmaz Toqidi-Rüstəmova "Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər); Dövlət İdarəçilik Akademiyasının dosenti Firdovsiyyə Əhmədova "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər)"; tarix elmləri doktoru, professor Musa Qasımlı "Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri (1945-1985)"; Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov "Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Qaradağlı soyqırımı"; Milli Məslisinin deputatı Elman Məmmədov "Ermənistanın Azərbaycana təcavüzünün genişlənməsi. Xocalı soyqırımı"; Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyi" mövzularda mühazirələr oxuyublar. Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim edilib. |
2014-04-11 | 14,249 | “İbad erməninin təkcə başını kəsməyib..." - Video | "İbad Hüseynov Monte Melkonyanın təkcə başını deyil, sağ qolunu da kəsmişdi". Bu sözləri "Axar.az"a döyüşçü İbad Hüseynovun mətbuat katibi, "Atilla" jurnalının rəhbəri Gülşən Behbud veteranların döyüşçü haqqında şikayətinə cavab olaraq bildirib. Onun sözlərinə görə, uzun illərdir İbad Hüseynovun qəhrəmanlığını danan insanlar onun etdiklərini həzm edə bilmirlər: "Müharibə görmüş, döyüşlərdə iştirak etmiş bir veteran necə deyə bilər ki, Monte Melkonyan 708-ci briqadanın döyüşçüləri tərəfindən məhv edilib? BMP ilə vurulan başda başlıqmı qalar? Əgər belə olsaydı, Melkonyanın başı bütöv, salamat şəkildə qalmazdı. İbad Melkonyanın təkcə başını deyil, sağ qolunu da kəsib. Bu, faktdır, şahidləri də olanlar da var". G. Behbud qeyd etdi ki, İ.Hüseynov vətəndən, torpaqdan danışmağa haqqı olanlardan biridir: "Mən bir şəhid bacısı kimi deyirəm, onu tanıyan, ətrafında olan bütün Qarabağ camaatı İbad Hüseynovun Beyləqan-Xocavənd ərazisində gedən döyüşlərdə göstərdiyi şücaətdən danışır. Onun döyüş yolu təkcə Qarabağ müharibəsindən başlamır. O, 90-cı illərdə Amur vilayətində hərbi xidmətdə olub. 20 Yanvar hadisələri olanda İbad 18 yaşında 2 həftə aclıq aksiyası keçirib. Əsgərlikdən geri qayıdandan sonra isə öz kəndlərinin müdafiəsinə yollanıb, könüllü dəstələrin yaradılmasına başlayıb. Vətən, torpaq sevgisi ilə alışıb yanan bir insan etmədiyi bir şeyi "mən etdim" deməz". Gülşən xanımın sözlərinə görə, vətən uğrunda canından keçməyə hazır olan biri haqqında mənfi söz demək heç kəsə başucalığı gətirməz: "Qarabağ müharibəsinin ağrı-acısını yaşamış heç bir döyüşçü İbad Hüseynov haqda artıq-əskik söz danışa bilməz. Kreslo davası, mənəm-mənəmlik vaxtında hər kəs özünü düşünəndə İbad Hüseynov torpağını qoruyurdu. İbadın bir qardaşı Ukraynadakı evini, mülkünü satıb Qarabağ döyüşlərinə yollanıb, şəhid olub. Həmin pulları da ancaq silah almağa xərcləyiblər. Bütün bunları deməmək, görməmək günahdır. İbad Hüseynovdan narazı olanlar düz adamlar deyil. İbad heç vaxt fəxri ad almaq üçün döyüşməyib". İradlara İbad Hüseynov da öz Feysbuk profilində reaksiya verib. Döyüşçü yazıb: "Bu əməliyyatlarda mən tək olmamışam, çoxsaylı insanlar olub. Maraqlananları onlarla görüşdürə bilərəm. Yazı yazmaq, özünü reklam etmək asandır... Mən yazı da yazmıram, reklam da etmirəm. Bu gün bizim əsgərlərin dayandığı səngərlər ermənilərin 300 metrliyində dayanır. Amma o zamanlar ermənilərin 10-15 kilometrində dayanırdıq. Mən narazılıqlara baxmayaraq, səngərləri qazdım və geri dönərkən tank əleyhinə minaya düşdüm və sağlamlığımı itirdim. Allah, bu mövzuda yazanların canı ağrısa, heç yazı yazmazlar. Mən döyüşmüşəm, sağlamlığımı itirmişəm. Xalqın gözü tərəzidir". Qeyd edək ki, Milli Ordunun 708-ci briqadasının keçmiş döyüşcülərinin bir qrupu Azərbaycan ictimaiyyətinə müraciət edib. Onlar iddia edir ki, erməni terrorçu Monte Melkonyanı Milli Ordunun 708-ci briqadasının döyüşçüləri öldürüb. Veteranlar tələb edir ki, bu ölümü İbad Hüseynovun adına yazmaqla, Azərbaycan Respublikasinin ərazi bütövlüyu uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş yoldaşlarının xatirə və xidmətlərinin aşağılanmasının qarşısı alınsın. Xatırladaq ki, keçmiş 708-ci briqadanın döyüşçülərindən bir qrupunun bu iddiası yeni deyil və vaxtilə onlar dövlət qurumlarına da müraciət etmişdilər. Dövlət qurumları araşdırma apardıqdan sonra MTN sənədlərinə əsasən erməni milli qəhrəmanın İbad Hüseynov tərəfindən öldürüldüyü təsdiqləndi və İbad Hüseynov haqqında "Əsgər" sənədli filmi çəkildi. |
2014-04-11 | 14,250 | “Unibank” Salyanda yeni filialını açdı | "Unibank" daha bir filialını Salyanda açdı. Bankdan "Axar.az"a verilən məlumata görə, Salyanın mərkəzində, avtovağzala yaxın, Y.Qasımov 2 ünvanında yerləşən yeni filial, Salyan və ətraf rayonların sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Salyan filialı pərakəndə kreditlərin verilməsilə məşğul olacaq. Həmçinin, kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur. Filialların genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır. Yeni filialın açılışı ilə "Unibank"ın filial şəbəkəsi 36-ya çatdı. Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud Feysbuk səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar. |
2014-04-11 | 14,251 | Putin Avropanın bütün nazirlərini məsləhətə çağırır | Rusiya Prezidenti Vladimir Putin Avropa Birliyinə üzv ölkələrin, Ukraynanın və Rusiyanın müvafiq nazirlərinin yaranmış gərgin vəziyyətlə əlaqədar bir araya gəlib danışıqlar aparmasını istəyib. "Axar.az" xəbər verir ki, Rusiya prezidenti həmçinin qarşlıqlı anlaşma şəkilində Ukrayna iqtisadiyyatının bərpasında iştirak etməyə hazır olduqlarını ifadə edib. O, əlavə edib ki, Ukraynanı mavi yanacaqla təmin etməyə hazırdılar, bir şərtlə ki, yanacağın pulu bir ay öncədən ödənilsin. Putin məsələyə tam aydınlığın "Qazpomla" danışıqlardan sonra gəlinəcəyini vurğulayıb. |
2014-04-11 | 14,252 | Hacı Şahin şiələrin arasında gizlənən nurçulardan danışdı | "Nurçuluq pantürkizmlə islamın sintezindən yaranıb". "Düzdür, şiələrin arasında nurçuların gizlənməsinin şahidi olmamışam, ancaq onu deyim ki, yayılan bu tipli məlumatlar bəzən dəqiq olmur və həqiqəti əks etdirmir". Bu sözləri "Axar.az"a açıqlamasında Məşədi Dadaş məscidinin axundu Hacı Şahin nurçuların şiə məzhəbindən olan insanların arasına sızması barədə yayılan məlumatlar haqqında danışarkən dedi. O, bildirdi ki, Gülən hərəkatından olan insanların Azərbaycanda da olması istisna deyil və nurçuluqla bağlı məsələlər Türkiyənin daxili məsələsidir: "Onlar Azərbaycanda heç bir təhlükə yaratmaq iqtidarında deyil. Azərbaycanda ənənəvi olan oturuşmuş məzhəblər var. Əhalinin əksəriyyəti şiə məzhəbindədir. Yerli sünni məzhəblər var. Ona görə inanmıram ki, onlar burda nəyəsə nail ola bilsinlər". Xatırladaq ki, Fətullah Gülən hərəkatından olan bir neçə şəxsin Hacı Şahinə yaxın olan çevrələrə sızması və özlərini şiə məzhəbindən olanlar kimi qələmə vermələri haqqında elektron ünvanımıza məktublar daxil olub. |
2014-04-11 | 14,253 | Dövlət Departamenti: "Erməni soyqırımını qəbul edirik” | ABŞ Dövlət Departamenti Senatın qondarma erməni soyqırımı qətnaməsini qəbul etməsi ilə bağlı münasibət bildirib. "Axar.az" xəbər verir ki, bununla bağlı Dövlət Departamentinin rəsmisi Ceyn Psaki mətbuata verdiyi açıqlamasında deyib: "Biz bu tarixi faktı aydın şəkildə qəbul edirik və Osmanlı imperiyasının son günlərində öldürülən 1.5 milyon erməninin halına acıyırıq. Bu dəhşətli hadisə XX əsrin ən qorxunc vəhşiliklərindən biridir". "ABŞ 1915-ci il hadisələrini soyqırım kimi tanıyırmı?" sualına isə Psaki, "Mən artıq öz mövqemizi bildirmişəm" cavabını verib. |
2014-04-11 | 14,254 | İlham Mirzəyevi Abbas Abbasovla nə bağlayır? – Həbsin təfərrüatı | Tanınmış tele-aparıcı İlham Mirzəyevin həbs xəbərini hələlik rəsmi qurumlar təsdiqləməsə də, onun saxlanıldığı barədə artıq yaxınları mediaya məlumat veriblər. Elə bu məlumat da növbəti sual doğurur: İlham Mirzəyev niyə həbs edilib? İlham Mirzəyevin Prezident Administrasiyasının orqanı olan "Xalq qəzeti" ilə konflikdə olması, hətta "Xalq qəzeti"ni və ordakı jurnalistləri "kimdənsə pul alaraq ona qarşı yazı yazmaqda" suçlaması, üstəlik, məhkəmə ilə hədələməsi təsadüfi deyildi. "Xalq qəzeti" araşdırma yazılarında İlham Mirzəyevin sahibi olduğu "İlhaMed" klinikasında pasientlərin aldadıldığını, fırıldaqçılıq edildiyini bildirməklə bərabər, tele-aparıcının yüksək məbləğ müqabilində falçılıq etdiyini də iddia edib. Ancaq əlbəttə ki, İlham Mirzəyev üçün daha ciddi arqument onun Beynəlxalq Universitetin keçmiş rektoru, qalmaqallı Elşad Abdullayevin 2005-ci ildəki seçki kampaniyasında yer alması ilə bağlıdır. Dünən isə İlham Mirzəyevi narahat edən və onun məhkəmə təhdidləri ilə müşayiət olunan araşdırma yazılarının müəllifi İttifaq Mirzəbəyli öz Feysbuk səhifəsində olduqca əhəmiyyətli status paylaşıb: "İnternet resurslarından xəbər gəldi ki, İlham Mirzəyevi yerində saxlayan adamlardan biri ötənilki prezident seçkilərindən əvvəl Moskvadan İstanbula gələrək, Azərbaycandakı siyasi vəziyyətə müdaxilə etmək barədə plan hazırlanmasında iştirak edib. İndi həmin məsələnin detalları araşdırılır. Detal isə çox pis şeydir. İraq olsun..." Məhz bu statusdan sonra araşdırma yekunlaşır və İlham Mirzəyevin Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs xəbəri yayılır. 15:23 "Xalq qəzeti"nin yazarı İttifaq Mirzəbəyli "Axar.az"a bildirdi ki, İlham Mirzəyev arzulanmaz və Azərbaycan dövlətinin əleyhinə olan şəxslərlə əlaqələrə malikdir: "Yazıda da məhz onlara işarə vurmuşdum. Söhbət AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılov və Baş nazirin keçmiş müavini Abbas Abbasovdan gedir. Telman İsmayılov və Abbas Abbasov Azərbaycanın əleyhinə işləyirlər. Onlar ölkədə vəziyyətin dəyişməsində, hakimiyyətin xaosa düşməsində maraqlıdır". Onun sözlərinə görə, elə İlham Mirzəyevi işdə saxlatdıran da Telman İsmayılovdur: "Dünən internet səhifələrində oxudum ki, Moskvada yaşayan milyarderlər Abbas Abbasov və Telman İsmayılov keçən il seçkidən öncə İstanbula gəliblər. Orada Azərbaycandakı seçkilərin nəticələrinə müdaxilə etmək üçün planlar hazırlayıblar. Bundan da öncə mən bilirdim ki, İlham Mirzəyev Telman İsmayılovun yaxın dostudur. Elə İlham Mirzəyevi işdə saxlatdıran da Telman İsmayılovdur. Bu Telman İsmayılov Azərbaycanın əleyhinə işlədiyini gizlədə bilmir. Türkiyənin kəşfiyyat idarələri müəyyən ediblər ki, bu insanlar ikisi də - Telman İsmayılov və Abbas Abbasov Azərbaycanın əleyhinə işləyir. Artıq bu məsələlər dəqiqləşdirilib. Bəli, indi həmin məsələnin detalları araşdırılır. Detallar isə çox pis şeydir". İ.Mirzəbəyli qeyd etdi ki, İ.Mirzəyevin həbsində adının hallandırılması doğru deyil: "Mənə deyirlər ki, siz İlham Mirzəyevin həbs edilməsi üçün iddia qaldırmısız. Mən heç bir iddia qaldırmamışam. "Xalq qəzeti"ndə gedən yazımdan sonra İlham Mirzəyev qəzeti və məni məhkəməyə verəcəyini bildirmişdi. Onun missiyalarını yerinə yetirən xanımlara eşitdirdim ki, əgər o məni məhkəməyə verərsə, mən onu həbsxanaya saldıraram. Mən bu sözü demişəm. Ancaq kimisə həbsə saldırmaq üçün nə isə etməmişəm. Söhbət ondan gedir ki, AST Telman İlham Mirzəyevə himayədarlıq edir. Telman İsmayılovun fırıldağının, Azərbaycana qarşı xəyanət mövqeyi tutmasının üstü açılandan sonra mən dediyim detallar dəqiqləşdirilir. Yəni həm Türkiyə, həm Azərbaycanın hüquq mühafizə orqanları bu məsələləri araşdırırlar və İlham Mirzəyevin saxlanılması da yalnız bu üzdəndir". |
2014-04-11 | 14,255 | Rusiya Yanukoviçi Ukraynaya verməyəcək | Rusiya Viktor Yanukoviçin Ukraynaya verilməsi üçün əsas görmür. Bunu Rusiyanın Baş prokuroru Yuri Çayka bəyan edib. Baş prokuror Simferopolda agentliyin suallarına cavab verərkən deyib: "Bizdə olan məlumata görə, o heç bir cinayət törətməyib və ona görə də onun ekstradisiyası üçün heç bir əsas yoxdur". Çayka qeyd edib ki, Rusiya əvvəlki kimi Yanukoviçi legitim prezident hesab edir. "Viktor Yanukoviç legitim prezidentdir. Bu gün Kiyevdəki hakimiyyət isə silahlı çevriliş nəticəsində hakimiyyətə gəlib. Mən bunu hüquqşünas kimi deyirəm". Onun sözlərinə görə, yeni hakimiyyətlə bağlı çoxlu sayda suallar var: "Hədsiz sayda cinayətlər həyata keçirilib və onları araşdırmaq lazımdır". Qeyd edək ki, Ukraynanın yeni hakimiyyəti devrilmiş prezidenti Kiyevin mərkəzində keçirilən etiraz aksiyaları zamanı insanların güllələnməsində iştirakda ittiham edir. Ukrayna MTİ-nin rəhbəri Valentin Nalivayçenkonun bir az əvvəl bildirdiyi kimi, hüquq-mühafizə orqanlarında Yanukoviçin və MTİ-nin sabiq rəhbəri Aleksandr Yakimenkonun tutulmasına məhkəmənin icazəsi var. Həmçinin, Yanukoviçi Ukraynanın cənub-şərqində etiraz aksiyalarının maliyyələşdirilməsində ittiham edirlər ( Trend ). |
2014-04-11 | 14,256 | Avropa Şurasının baş katibi Azərbaycana gəlir | Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-24-də Azərbaycana səfər edəcək. Səfərin əsas məqsədi AŞ ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri və Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi məsələlərini müzakirə etmək, eləcə də Azərbaycan üçün AŞ-nın 2014-2016-cı illəri əhatə edən Fəaliyyət Planının rəsmən başlanmasını elan etməkdir. Səfər çərçivəsində T.Yaqlandın Azərbaycan rəsmiləri, o cümlədən Milli Məclisin sədri, xarici işlər və ədliyyə nazirləri ilə görüşləri nəzərdə tutulur ("Trend"). |
2014-04-11 | 14,257 | Azərbaycanlı iş adamını öldürənlər həbs olundu | Rusiyanın Murmansk şəhərində üç azərbaycanlını qətlə yetirməkdə təqsirli bilinən iki nəfər həbs olunub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Nəriman Axundov, Sədi Əzizov və Rusiya vətəndaşı, Murmanskdakı "Karina" ticarət mərkəzinin sahibi Həbib Kərimovun qətlində şübhəli bilinən şəxslər Voronej şəhərində yaxalanıblar. Saxlanılan şəxslərin azərbaycanlı olduqları bildirilib. Murmansk Şəhər Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin rəisi Maksim Smirnov qətldə şübhəli bilinərək saxlanılan şəxslərin iki qardaş olduğunu söyləyib. M. Smirnov şübhəli şəxslərdən birinin yeni Rusiya vətəndaş pasportu əldə etdiyini və haqqındakı məlumatları dəyişdiyini bildirib: "Saxlanılan şəxslərin məlum cinayət hadisəsində iştirakına dair sübutlar götürülüb. Lakin onlar hələlik cinayəti törətdiklərini boyunlarına almırlar". Şöbə rəisi istintaq sirri olduğundan saxlanılan azərbaycanlıların adlarını da açıqlamayıb: "Qətldə şübhəli bilinən qardaşların hər ikisi idmanın qaydasız döyüş növü ilə məşğul olub. Heç bir ailəli deyil". Qeyd edək ki, ötən il dekabrın 4-də axşam saatlarında Murmansk şəhəri Xibinski küçəsi, ev 12 ünvanında silahlı insident qeydə alınıb. Nəticədə iki Azərbaycan vətəndaşı, Lənkəran rayon sakinləri - 1976-cı il təvəllüdlü Nəriman Axundov və 1970-ci il təvəllüdlü iş adamı Sədi Əzizov ölüb, 1971-ci il təvəllüdlü Rusiya vətəndaşı, Murmanskdakı "Karina" ticarət mərkəzinin sahibi Həbib Kərimov isə ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən H. Kərimov komadan ayılmayıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci (iki və ya daha çox adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Təqsirləri sübuta yetiriləcəyi təqdirdə azərbaycanlı qardaşları 20 il və ya ömürlük müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. |
2014-04-11 | 14,258 | ABŞ-ın məqsədi Ərdoğanı devirməkdir | "ABŞ Senatının Xarici Əlaqələr Komitəsi ermənilərin Türkiyəyə qarşı soyqırımı iddiaları ilə bağlı layihəni qəbul etməsinin səbəbi ABŞ-Türkiyə münasibətlərində yaranmış soyuqluqdur". Bu barədə BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı "Publika.Az"a açıqlamasında deyib. Onun sözlərinə görə, birmənalı olaraq ABŞ-ın Ərdoğan hökumətinə qarşı apardığı siyasət açıq şəkildə müşahidə olunur: "ABŞ bu kompaniyaya Türkiyədə keçirilən bələdiyyə seçkilərinə 1 il qalmış başlamışdı. Bütün imkanları ilə səfərbər olunan ABŞ Ərdoğan hakimiyyətinə təzyiq etməkdə idi və bu siyasət yenə davam etmədədir. Münasibətlərin daha da korlanması Misir dövlətində baş vermiş hərbi qiyamdan sonraya təsadüf etdi. Ərdoğan islam təmayüllü Müsəvini müdafiə etdi. Bu da birbaşa Amerikanın apardığı siyasətə qarşı olmaq demək idi. Xatırlayırsınızsa, bələdiyyə seçkiləri ərəfəsində Türkiyədə səs-küylü korrupsiya faktları ilə bağlı hökumət üzvlərinin övladlarının həbsi, nazirlərinin istefaya getməsi, Ərdoğan hökumətinin yenidən fomalaşmasına gətirib çıxartdı. Hətta öz yaxın müttəfiqi olan Fətullan Güllənlə Ərdoğanın münasibətlərinin korlanması da ABŞ tərəfindən həyata keçirilən siyasət idi". N. Orduxanlı hesab edir ki, indi də ABŞ artıq soyqırımı tanımaqla Türkiyəyə növbəti təzyiq etmək niyyətini güdür. "ABŞ-ın əsas planı nəyin bahasına olur olsun avqust ayında Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın prezident seçilməməsinə əngəl törətməkdir. ABŞ Ərdoğanın prezident seçilməsini istəmir. Ola bilsin ki, yaxn zamanlarda ABŞ-Türkiyə münasibətləri daha da sərtləşsin. Lakin bütün bunlara baxmayaraq ABŞ soyqırımı ilə bağlı qəbul etdiyi qərarın birbaşa ABŞ-a qarşı olduğu qənaətindədir. ABŞ erməni soyqırımını Senatın xarici əlaqələr komitəsində tanınması ABŞ-a utanc gətirən bir haldır və heç bir beynəlxalq hüquqa söykənmir. Bütün dünyaya özünü demokratik dəyərləri və insan hüquqlarının qoruyucusu kimi təqdim edən ABŞ dərhal bu qərarı ləğv etməlidir"-deyə o bildirib. BAXCP rəsmisinin fikrincə, Azərbaycan cəmiyyəti də bu qərardan ciddi narazılığını ifadə etməlidir: "Onlar bilməlidir ki, komitənin bu qərarı qardaş Türkiyəyə deyil, dünyada yaşayan 300 milyonluq türk kökənli insanları özündən narazı salacaq. Bu məsələdə Azərbaycan türkləri də ABŞ-dan narazı qalacaq". |
2014-04-11 | 14,259 | Üç şəhərin polis rəisi dəyişdirildi | Aydın, Hakkari və Tunceli şəhərinin polis idarəsi rəisləri dəyişdirlib. "Axar.az" xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin "Rəsmi Qəzet"ində yayımlanan xəbərə görə Hakkari, Aydın və Tunceli şəhərlərinin polis idarələrinin rəisləri və həmçinin Baş mühafizə idarəsinin rəisi dəyişdirilib. Xatırladaq ki, Baş nazir Ərdoğan 30 mart bələdiyyə seçkisindən sonra Gülən hərəkatına qarşı mübarizənin kəskinləşəcəyini ifadə etmişdi. |
2014-04-11 | 14,260 | “Rusiya Azərbaycandan arxayındır” | "Rusiya tam əmindir ki, Azərbaycan müharibə elan etməyəcək". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Rusiyanın Dağlıq Qarabağa tanklar yeritməsinin heç bir əhəmiyyətinin olmadığını deyib: "Rusiyanın buna heç bir ehtiyacı yoxdur. Çünki Ermənistana tam nəzarət edir. Ermənistan da bu əraziləri işğal altında saxlayır. Rusiya tam əmindir ki, Azərbaycan müharibə elan etməyəcək. Çünki o bilir ki, istənilən şey ona müharibənin elan edilməsi sayılacaq. Azərbaycan bunu çox yaxşı anlayır. Rusiya bu barədə rahatdır. Yenə də deyirəm, mən bu xəbərlərə inanmıram". Politoloq Rusiyanın hazırda Qafqazda çox da gözəl mövqeyə sahib olmadığını bildirib: "Rusiyanın çox gözəl şəraiti var. Rusiya Qərbin maraqlarına Ermənistan vasitəsilə zərər vura bilər və rahat deyə bilər ki, mənim heç bir günahım yoxdur. Çox gözəl bir layihəni dərhal təqdim edər. Məsələn, Azərbaycan ermənilərə hücum etdi. Onlar isə cavab verib, ərazilərini tutdular. Əgər Rusiyanın imkanı olsaydı ki, ermənilər vasitəsilə Abxaziya və Cənubi Osetiyanı işğal etsin, bunu da edərdi. Amma belə bir imkanı yoxdur. Bizim məsələdə isə mən inanmıram ki, Rusiya Qarabağa tank yeridəcək və bizim əleyhimizə savaş aparacaq". Qeyd edək ki, bu gün Rusiya tanklarının Ermənistanın Karaşen yaşayış məntəqəsinə gətirildiyi, buradan isə Laçına göndəriləcəyi haqqında xəbər yaymışdıq. Onların daha sonra Tərtər istiqamətinə göndəriləcəyi bildirilir. |
2014-04-11 | 14,261 | Çempionlar Liqasında erkən final | Qitənin ən nüfuzlu klub turniri Çempionlar Liqasında yarımfinal cütlükləri müəyyənləşib. "Axar.az" xəbər verir ki, bu mərhələdə püşk İspaniya nəhəngi "Real"ı (Madrid) turnirin sonuncu qalibi "Bavariya" ilə rəqib edib. İki əsas favoritin bu mərhələdə qarşılaşması diqqət çəkib. Digər ispan klubu "Atletiko" isə yarımfinalda "Çelsi"yə rəqib olub. Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 22-23 və 29-30 aprel tarixlərində keçiriləcək. Çempionlar Liqası Yarımfinal Real (Madrid, İspaniya) – Bavariya (Almaniya) Atletiko (İspaniya) – Çelsi (İngiltərə) |
2014-04-11 | 14,262 | 31 şəhərdə nurçulara qarşı əməliyyat keçiriləcək | Ərdoğanın "hinlərinə girəcəyik" açıqlamasından sonra gülənçilərə qarşı əməliyyatlar başlayıb. 31 şəhərdə əməliyyat keçiriləcəyi bildirilir. "Axar.az" xəbər verir ki, Türkiyə hökumətinə yaxınlığı ilə tanınan "Yeni Şəfəq" qəzeti "31 şəhərdə əməliyyat" manşeti ilə Gülən hərəkatına qarşı yeni əməliyyatlar olacağının siqnalını verib. Qəzetin iddiasına görə, 31 şəhər və rayonda məmur və ciddi hərbi vəzifəlilər dinlənilir. Məhz bunun üçün Qırqlarəli, Ərzincan, Mərsin, Konya və Trabzon və bir çox böyük şəhərlərdə yeni əməliyyatların başlanacağı bildirilir. |
2014-04-11 | 14,263 | İlham Mirzəyevə cinayət işi açıldı, klinikası bağlandı - Yeniləndi | 15:46 Daxili işlər Nazirliyi teleaparıcı və baxıcı İlham Mirzəyevin həbs səbəblərini açıqlayıb. Bu barədə "Qafqazinfo"ya DİN-in mətbuat xidmətinin rəis müavini Ehzan Zahidov açıqlama verib. Onun sözlərinə İlham Mirzəyev polis orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub: "İlham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub. İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq gedir". 16:55 "Axar.az"ın "Publika.az"a istinadən verdiyi məlumata görə, İ.Mirzəyevin həbsindən sonra sahibi olduğu "İlhaMed" klinikası bağlanıb. Onun həyat yoldaşı, uşaqları və anası Bakını tərk edib. Onun ailəsinin Şirvan şəhərində olduğu bildirilir. Qeyd edək ki, İlham Mirzəyevin həyat yoldaşı Ramilə Mirzəyeva sözügedən klinikaya rəhbərlik edirdi. |
2014-04-11 | 14,264 | Argentinada erməni “soyqırımı” konqresi keçirilir | Bu gün Argentinanın paytaxtı Buenos Ayresdə Beynəlxalq erməni "soyqırımı" konqresi keçirilir. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirin təşkilatçıları Ermənistanın Argentinadakı səfirliyi və bu ölkədəki erməni kilsəsidir. Tədbirə ABŞ, Türkiyə, Brazilya, Fransa və İsveçin müxtəlif universitetlərindən professor və elm adamlarının qatılacağı gözlənilir. "Erməni soyqırımının 100 İlliyi ərəfəsində" başlıqlı tədbir 9-11 aprel tarixlərini əhatə edir. |
2014-04-11 | 14,265 | Şəhriyarın son fotosu yayıldı – Foto | Feysbukda ustad şair Məhəmmədhüseyn Şəhriyarın ölümünə yaxın çəkdirdiyi son fotosu yayılıb. "Axar.az" həmin fotonu təqdim edir. Şəkil "Zəngin irsimiz" səhifəsindən götürülüb. |
2014-04-11 | 14,266 | Abdullah Gül velosiped sürdü - Foto | Türkiyə prezidenti Abdullah Gül 50-ci Prezident Velosiped Turnirinə qatılıb. "Axar.az" xəbər verir ki, Abdullah Gül aprelin 27-dən mayın 4-nə qədər keçiriləcək turnirin təqdimat mərasiminın açılışını edib. Açılış mərasimində Gül bir neçə nazirlə velosipedə minərək Prezidentlik Sarayının ətrafında dövrə vurub. |
2014-04-11 | 14,267 | Gənc müğənni çəkilişdə qəzaya düşdü - Foto | Rəvan Qarayev bu gün klip çəkdirdiyi zaman qəzaya düşüb. Bu sözləri "Axar.az"a gənc müğənni Rəvan Qarayevin prodüseri Tərlan Rəhimov bildirdi. Prodüserin sözlərinə görə, müğənni klipin ssenarisinə uyğun yol qəzası keçirməlidir: "Hazırda Kürdəmir-Bakı yolunda klipin çəkilişi davam edir. Klipin ssenarisinə uyğun olaraq Rəvan həmin hissədə yol qəzası keçirməlidir". Qeyd edək ki, müğənni "Nədən" mahnısına klip çəkdirir. Qəza hadisəsi də klipdə cərəyan edir. Çəkilişə dünəndən start verilib. |
2014-04-11 | 14,268 | Rusiya Krım və sevastopolluların qəlbini ələ alır | Krım və Sevastopolda ixtiyarı yenicə ələ keçirmiş Rusiya bu bölgədə yaşayan vətəndaşlar üçün may ayından etibarən təqaüdlərin 50% artacağını bəyan edib. "Axar.az" xəbər verir ki, martın 16-sında keçirilən referendumla Rusiyanın yeni əraziləri olmuş Krım və Sevastopolun əhalisi Rusiya dövləti tərəfindən "mükafatlandırılıb". RF-in Əmək və Sosial Müdafiə naziri Maksim Topilin bu barədə ictimaiyyətə açıqlamasında xəbər verib. Nazir bildirib ki, aprel ayında 25 faiz artırılan təqaüdlər may ayından 50% artımla veriləcək. |
2014-04-11 | 14,269 | 2014-cü il büdcəsinə dəyişikliklər edildi | 2014-cü il büdcəsinə dəyişiklik prezident İlham Əliyevin 2014-cü il 10 aprel tarixli Fərmanının tələblərinə əsasən reallaşdırılıb. "Axar.az" xəbər verir ki, Neft Fondunun 2014-cü il büdcəsinin xərclər maddəsində müəyyən dəyişikliklər edilib. Bu barədə ARDNF-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cəmalə Əliyeva saytımıza məlumat verib: "Fərmana uyğun olaraq, "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən "TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi" ilə bağlı xərc maddəsi təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ilə əvəz edilib. Həmin QSC Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə yaradılıb. Qeyd edilən maddə üzrə məbləğ 40 milyon 100 min manat müəyyən olunub". Qurum rəsmisi Neft Fondunun büdcə xərclərinin ümumi həcmi 11 349 934,8 min manatdan 10 590 034,8 min manata qədər azaldığını deyir. Bununla yanaşı, Fondun 2014-cü il üçün büdcəsi ilə birgə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2014-cü ildə istifadəsinin əsas istiqamətləri (proqramı)"nın "TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi" bəndi "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi" bəndi ilə əvəz edilib. |
2014-04-11 | 14,270 | Ömərovdan İTV-dəki maliyyə nöqsanları iradına - Anons | "Hesablama Palatasının nöqsanlarla bağlı açıqlamasını mediadan indicə oxudum. Bu barədə danışmazdan əvvəl bir şey demək istəyirəm. Bir ildir ki, haqqımda yalan xəbərlər yayırlar. Siz əvvəlcə bunları təkzib edin, daha sonra nə barədə istəyirsiniz, danışaq". Bu sözləri "Axar.az"a açıqlamasında İctimai Televiziyanın (İTV) keçmiş rəhbəri İsmayıl Ömərov Baş direktor olarkən (2011-2013-cü illər ərzində) xərclənən pullarun təyinatına uyğun olmaması və nöqsanlara yol verildiyi barədə Hesablama Palatasının açıqladığı hesabata münasibət bildirərkən dedi. O bildirdi ki, istənilən sualı bir şərtlə cavablandıra bilər: "Jurnalistlər mənim sözlərimi təhrif edirlər və ona görə də telefonla müsahibə, açıqlama vermək istəmirəm. Mənə də aydın deyil ki, jurnalistlər öz həmkarlarına qarşı niyə belə davranırlar? Yaxşısı odur ki, siz mənim haqqımda bir ildir şər-böhtan yazıldığını qeyd edəsiniz. Heç olmazsa, inanım ki, dediklərimi olduğu kimi verən sayt var. Yalnız bundan sonra görüşüb ətraflı açıqlama verə bilərəm". Xatırladaq ki, Hesablama Palatası açıqladığı hesabatda 2011-2013-cü illərdə İTV-dəki maliyyə nöqsanlarından bəhs edib. P.S. Təkrar sözlər istisna olmaqla, hörmətli həmkarımız İsmayıl Ömərovun fikirlərini olduğu kimi verdik və inanırıq ki, o, təhrif olmayacağına tam əminliklə Baş direktorluqdan getdikdən sonra ilk geniş açıqlamasını "Axar.az"a verə bilər. |
2014-04-11 | 14,271 | Jirinovskiyə Ukraynaya giriş qadağası qoyuldu | Ukrayna Təhlükəsizlik Şurası Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Krımla bağlı qərarını dəstəkləyən 100-dən çox vətəndaşına ölkəyə gəlmək qadağası qoyub. Siyahıda əsas fiqurlardan biri Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Jirinovskidir. Ukraynaya giriş qadağası siyahısında Putinin köməkçisi Sergey Qlazyev, parlamentin müdafiə məsələləri komitəsinin üzvü Viktor Vodolatski və digər yüksək rütbəli şəxslərin adları var ("Mediaforum.az"). |
2014-04-11 | 14,272 | Əli Həsənov yeni açılan sektorundan danışdı | Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclər təşkilatları ilə iş sektoru yaradılıb. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, sektorun yaradılmasında məqsəd gənclər siyasətinin vahid mərkəzdən həyata keçirilməsi, Prezident Administrasiyasının gənclər təşkilatları ilə əlaqələrinin yaradılması və koordinasiya edilməsi, bu istiqamətdə gənclərdən gələn təşəbbüslərin ümumiləşdirilərək ölkə başçısına təqdim olunması və gənclər siyasətinin təkmilləşdirilməsidir. Əli Həsənov qeyd edib ki, gənclərə münasibət həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olub: "Vaxtilə prezident Heydər Əliyevin Azərbaycanda təməlini qoyub, konsepsiyasını formalaşdırdığı daxili siyasət istiqamətlərindən bir məhz gənclər siyasəti olub. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Elə o vaxtdan Azərbaycan gəncliyinin inkişafı ilə bağlı xeyli dövlət proqramı qəbul olunub. Bu istiqamətdə dövlətin siyasəti mütəmadi olaraq yenilənərək təkmilləşib. Bu gün də həmin siyasət davam etdirilir. Azərbaycan gəncliyi dövlətimizin gələcəyidir. Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan gəncliyinə istiqamətlənmiş siyasət, gəncliyin inkişafına qoyulmuş kapital Azərbaycanın gələcəyinə qoyulmuş kapitaldır, gələcəyin etibarlı təminatıdır. Ona görə də bu istiqamətdə siyasət davam etdirilir. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclərlə iş sektorunun yaradılması zərurətdən doğur. Bu iş əvvəllər də ictimai-siyasi şöbədə aparılırdı. Amma digər şöbələr də gənclər siyasəti ilə ara-sıra məşğul olurdu. Bu səbəbdən yeni sektor yaradıldı. Azərbaycanda ayrıca Gənclər və İdman Nazirliyi mövcuddur. Nazirlik gənclər siyasətinə bilavasitə rəhbərliyi həyata keçirir. Prezident Administrasiyasında yaranan sektor isə nazirlik və Gənclər Fondu ilə birlikdə gənclər siyasətinin bütün sahələr üzrə vəziyyətini təhlil edəcək, gənclərin təşəbbüslərini ümumiləşdirəcək və uyğun dövlət siyasəti yönündə təkliflər verəcək" ("Mediaforum.az"). |
2014-04-11 | 14,273 | Rüfət Axundovun gizli görüntüsü efirdə yayımlandı - Video | "Space" telekanalında yayımlanan "Şou+" verilişinin növbəti buraxılışı qalmaqallı süjetlərlə yadda qalacaq. Verilişin budəfəki qonağı müğənni Rüfət Axundovdur. Proqramda müğənninin keçirdiyi avtomobil qəzasının pərdəarxası məqamları da ortaya çıxacaq. Naməlum bir xanımla gecə klubunda görüntülənən R.Axundovun maraqlı videosunu izləyəcəksiniz. Qeyd edək ki, aparıcının "yanınızdakı xanım kim idi" sualını eşidən Rüfət efiri tərk edib. Həmçinin "Şou+"un aprelin 15-i saat 22:30-da efirə çıxacaq buraxılışında müğənni Manaf Ağayevin ad günündən özəl görüntüləri də izləyə biləcəksiziniz. Tural Ozanın aparıcılığı ilə nümayiş olunan "Şou+"un informasiya dəstəyi Axşam.az saytıdır. Nəzərinizə çatdıraq ki, veriliş bəzi səbəblərdən gələn həftə çərşənbə axşamı yox, çərşənbə günü saat 22:40-da yayımlanacaq (Axsam.az). |
2014-04-11 | 14,274 | Mehman Hüseynov ölkədən niyə çıxa bilmir? - Rəsmi | "2012-ci ildə mənə cinayət işi açılıb. Guya mən 6 nəfər çevik polis əməkdaşını döymüşəm. 2 il keçməsinə baxmayaraq, hələ də istintaq işi aparılır və bunu bəhanə edərək mənə ölkədən qırağa çıxmağa icazə vermirlər". Bu sözləri "Axar.az"a açıqlamasında foto-reportyor Mehman Hüseynov ölkədən çıxa bilməməsindən danışarkən dedi: "Məhkəmə başlamayıb, amma iki ildir araşdırılır. Gülüncdür vallah, Mehman Hüseynov və 6 çevik polis əməkdaşı... Belə şeyi balaca uşağa desən, o da gülər. Necə olur sən 6 çevik polis əməkdaşını, yəni idmançıları döyəsən, xəsarət alalar, xəstəxanaya düşələr?". Mehman Hüseynov bildirdi ki, artıq bir neçə dəfə beynəlxalq mükafatlara layiq görülüb və barəsindəki araşdırmaya görə ölkədən çıxa bilmir: "Bir neçə dəfə ölkədən çıxmaq zərurəti yaranıb, ancaq bunların heç birində məni buraxmayıblar". Məsələ ilə bağlı Bakı Şəhər Prokururluğu, Səbail rayon Polis idarəsi və Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Səbail rayon Polis idarəsindən əməkdaşımıza bildirdilər ki, o məsələ ilə bağlı Şəhər prokurorluğu ilə əlaqə saxlayaq: "Bu məsələ şəhər prokurorluğundadır. Araşdırma polis orqanlarında aparılmış olsa belə, biz heç bir açıqlama verə bilmərik. Mətbuata açıqlamaları ancaq DİN-ın mətbuat xidməti verə bilər". Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətinin əməkdaşı Günel Əkbərova isə əvvəl suallarımızın cavabını e-mail ünvanımıza göndərəcəyini desə də, göndərmədi. Daha sonrakı zəngimizdə isə bizə başqa ünvana üz tutmağı məsləhət gördü: "Bu məsələ ilə bağlı DİN-in mətbuat xidməti ilə əlaqə saxlamalısınız. Mən öyrəndim, məsələyə onlar baxır". DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə Mehman Hüseynov barəsindəki araşdırmadan xəbərsiz olduğunu dedi: "Mənim bu mövzudan xəbərim yoxdur. Mən heç bilmirəm ki, araşdırma başlayıb, ya yox. Araşdırıb cavab verərik". Nə vaxt cavab verəcəklərinə gəlincə isə rəis müavini: "Bizim nə qədər işlərimiz var. Oturub indi onunla məşğul olası deyilik ki? Haçan vaxtımız olsa, onda baxacağıq", - dedi. |
2014-04-11 | 14,275 | Nəsimi polis rəisinin gecə barından reportaj - Foto | Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin sahibi olduğu iddia edilən "Buqatti" gecə klubunun izinə biz də düşdük. Nəsimi rayonu, Azadlıq prospekti 58-v ünvanında yerləşən klub haqqında bir də həmin ərazidə yaşayanların dilindən eşitmək maraqlı olardı. "Axar.az" xəbər verir ki, mətbuatın gündəmindən düşməyən bar illərdir fasiləsiz fəaliyyət göstərsə də, yazılanlardan sonra 2 gündür ki, qapısı qıfıllanıb. Müştəriləri qapıda qalan gecə klubunun 2 günlük fasiləsinin səbəbini isə bilən yoxdur. Klubun qapısının üstündə "18+" işarəsi olsa da, bara gələnlər arasında yaş məhdudiyyəti yoxdur. "Buqatti"nin səsindən təngə gələnlər İllərdir "Buqatti"dən gələn səslərdən narahat olan qonşular gecə klubunda davasız bir günün olmadığını deyir. "Siz hələ indi xəbər tutmusuz burdan. Bu bar 3 ilə yaxındı fəaliyyət göstərir. Burada dava-qırğın olmayan gün yoxdu". Bu sözləri mənzili "Buqatti" gecə klubunun üstündə yerləşən bina sakini Lalə Novruzova deyir. Əlavə edir ki, binanın altında yerləşən barların əlindən uşaqlarını küçəyə də buraxa bilmirlər: "Eşitmədiyimiz söyüş qalmayıb. Yayda vəziyyət lap biabırçılıq olur. Axşam 7-dən sonra barın qabağındakı qızların əlindən küçəyə çıxmaq olmur". "Paqon" sahibinə məxsus bar "Buqatti"nin yerləşdiyi binanın sakinləri də iddia edir ki, klub hansısa "paqon" sahiblərindən birinə məxsusdur. Adının çəkilməsini istəməyən bina sakininin sözlərinə görə, barla bağlı etdikləri şikayətlərə baxılmamasının səbəbi də elə budur: "Hara gedirik, kimə şikayət edirik, deyirlər, bu iş sizlik deyil. Konkret kimə məxsus olduğunu bilmirik. Ancaq deyirlər, polis rəisidi". Bir əldə cəmlənən gecə klubları Şikayətçilər deyir ki, binanın altında yerləşən bütün barlar eyni adama məxsusdur: "Barlardan biri uzun müddət şikayətdən sonra bağlandı. Ancaq əvəzinə idman zalı açdılar. Ancaq problem bir o barda deyildi". Binanın digər sakini Hafizə Abdiyeva deyir ki, binanın zirzəmisində yerləşən klubların hamısının sahibi eyni adamdır: "Binanın altındakı bütün zirzəmiləri alıblar. Əksəriyyəti bar kimi fəaliyyət göstərir. Digər zirzəmilərin də qapısını bağlayıblar". Sakinlər deyir ki, Nəsimi Rayonu 22-ci polis bölməsinin düz yanında yerləşən "Buqatti"də hər gün rüsvayçılıqdır: "O qədər adam döyürlər, onu-bunu bıçaqlayırlar ki, burda! Polis bölməsinin düz ağzının içindədi. Dava da olsa, adam da öldürsələr, görən yoxdu. Səhər yenə heç nə olmamış kimi bar işə başlayır". Xatırladaq ki, Nəsimi rayonu, Azadlıq prospekti 58 V ünvanında yerləşən "Buqatti" adlı gecə klubunun sözügedən rayonun polis idarəsinin rəisi Musa Musayevə məxsus olması barədə xəbərlər yayılıb. M.Musayev bununla bağlı açıqlama verməyib. |
2014-04-11 | 14,276 | İstanbulun Boğaz körpüsü məşhur modelə bağışlandı - Foto | Ötən həftə reklam çarxının çəkilişi ilə bağlı İstanbula gedən "Viktoriya Secret"in mələyi Adriana Lima model və teleaparıcı Tülin Şahinin verilişində qonaq olub. "Axar.az"xəbər verir ki, Adriana proqramda Türkiyəni, xüsusilə də İstanbulu çox sevdiyini etiraf edib. Onun bu sözlərindən sonra Tülin Şahin Adrianaya Boğaz körpüsü şəklində, brilyantlarla bəzədilmiş üzük bağışlayıb. |
2014-04-11 | 14,277 | Bakı Metropolitenində yoxlamalara başlandı | "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində hazırda yoxlama aparılır. Bu barədə metropolitendən məlumat verilib. Verilən məlumatda o da qeyd olunur ki, həyata keçirilən yoxlama daxili yoxlamadır. Yoxlamanın hansı məqsədlə həyata keçirildiyi açıqlanmayıb. Qeyd edək ki, bu ilin fevralında Bakı Metropoliteni və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkil edilməsi ilə yaradılmış dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə Zaur Hüseynov təyin edilib ("Lent.az"). |
2014-04-11 | 14,278 | Elçibəy: Türkiyə bizə yardım etmədi - Video | "Çox təəssüf ki, mən Türkiyədə yaxşı dərk edilmədim". "Axar.az" xəbər verir ki, bu sözlər eks-prezident Əbülfəz Elçibəyin yeni yayılmış videosunda səslənir. TGRT telekanalına verilən intervüdə Elçibəy Azərbaycanın Türkiyəyə 200 milyon dollar üçün etdiyi müraciətdən yararlana bilmədiyini qeyd edir: "Mən Türkiyədən vallah bir şey gözləmirəm. Türkiyənin özünün çıxarları çoxdur. Amma Türkiyədən bir şey istədim. 200 milyon dollar kredit. O krediti yubatdılar. Əgər o vaxtında verilsəydi, çox şey edərdim. Gücümüz çatmadı. Mən istəmirdim başqa ölkədən pul götürüm. Çox təəssüf ki, mən Türkiyədə yaxşı dərk edilmədim". Süjetdə həmçinin Hasan Cəlal Gözəlin də etirafları yer alır. O, Türkiyənin Azərbaycanı öz əlləri ilə ruslara verdiyini etiraf edir: "Məncə, Elçibəyə heç kömək etmədik. Elçibəy xalq qəhrəmanı idi. O, Türkiyə Cümhuriyyətinin ən yaxın dostuydu. Heç kömək etməyib onu taleyi ilə baş-başa buraxdıq. Azərbaycanı öz əllərimizlə ruslara verdik". |
2014-04-11 | 14,279 | Ceyhun Osmanlı vəsiyyət yazdı - Şok | Azərbaycanda daha bir deputat ölümündən sonra daxili orqanlarını bağışlamaq haqqında vəsiyyət edib. Bu, son günlər adı medianın gündəmindən düşməyən və nurçuluq təriqətinə qoşulduğu iddia olunan Ceyhun Osmanlıdır. Məlumatı Modern.az saytına müsahibəsində Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib. Mircəlal Kazıminin sözlərinə görə,ilk olaraq ötən ilin əvvəlində millət vəkili Qənirə Paşayeva özünün daxili orqanlarının bağışlanmasına razılıq verib. Xanım deputat hətta bu barədə vəsiyyatnamə də yazıb və mediada nümayiş etdirib. Daha sonra bir neçə ayrı-ayrı vətəndaş da oxşar addım atıb. Və orqanlarını bağışlayanlardan birinin də Milli Məclisin üzvü Ceyhun Osmanlı olduğu müəyyənləşib. |
2014-04-11 | 14,280 | Kanadanın Xarici İşlər naziri Azərbaycana gəlir | Kanadanın xarici işlər naziri Con Beyrd aprelin 14-də Azərbaycana səfər edəcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, XİN mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Con Beyrdin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulur. |
2014-04-11 | 14,281 | “Təhrir meydanında ölən olmayıb” - Absurd | Misirin eks-prezidenti Hüsnü Mübarəkin "nümayişçiləri öldürməyə təşviq etmə" cinayəti ilə mühakimə edildiyi məhkəmə aprelin 26-na təxirə salınıb. "Axar.az" xəbər verir ki, Misirin devrilmiş prezidenti Hüsnü Mübarək keçmiş Daxili İşlər naziri Həbib Əl-Ədaləti və iki oğlunun yanvarın 25-i keçirilən aksiya zamanı "nümayişçiləri öldürməyə təşviq etmə" cinayəti ilə Qahirədəki Polis Akademiyasında baş tutacaq məhkəməsi aprelin 26-na təxirə salınıb. Məhkəmədə şahid olaraq ifadə verən keçmiş Daxili İşlər nazirinin köməkçisi general Əhməd Rəmzi belə bir iddia irəli sürüb: "Yanvarın 28-də Təhrir meydanında heç bir ölüm hadisəsi olmayıb". Xatırladaq ki, hakimiyyətin devrilməsindən sonra həbs olunan və haqqında rüşvət, vəzifədən sui-istifadə maddəsi ilə cinayət işi açılan Misirin eks-prezidenti Hüsnü Mübarəkə ev dustaqlığı cəzası verilmişdi. |
2014-04-11 | 14,282 | Konstitusiya Məhkəməsindən Tvitterə qeyri-adi dəstək | Türkiyənin Konstitusiya Məhkəməsinin Tvitter hesabı açılıb. "Axar.az" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Kütləvi informasiya vasitələri bu qərarın təsadüfi olmadığına işarə verirlər. Hazırda Konstitusiya Məhkəməsinin saytında Tvitter mikrobloquna keçid yerləşdirilib. Xatırladaq ki, aprelin 3-də tvitterin bağlanmasını insan hüquqlarının pozulması kimi qələmə verən Konstitusiya Məhkəməsi bunu insanların təməl hüquqlarından hesab edilən informasiya əldə etmək və yaymaq azadlığının pozulması kimi dəyərləndirmişdi. Bununla da Tvitterin bağlanması ilə bağlı qərar ləğv edilmişdi. |
2014-04-11 | 14,283 | İlham Mirzəyevin tutdurduğu şəxsdən şok sübutlar – Məhkəmə | Bu gün Yasamal Rayon Məhkəməsində tele-aparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib. "Axar.az" "Teleqraf.com"a istinadla xəbər verir ki, hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Asif Əliyevin vəkili Abuzər Mütəllimov çıxış edib. Vəkil deyib ki, hazırki çıxışı Asif Əliyevin müdafiəsi üzrə çıxışdan daha çox, üçüncü dərəcəli televiziya şousunun standartları üzrə hazırlanıb. Onun sözlərinə görə, çıxışı tamah və intiqam hissi ilə törədilmiş iyrənc iftiranın, sübutların saxtalaşdırılmasının qurbanı olmuş şəxsin müdafiəsi üzrə nitqdir: İstintaq qanunsuz göstərişləri yerinə yetirib "Asif Əliyev iyrənc iftiranın və açıq-aşkar yalan iddiaların qurbanıdır. Lakin təəssüflər olsun ki, ilk növbədə o, ədalətsiz məhkəməyə qədər icraatın və planın qurbanı olub. Asif Əliyev qanunsuz cinayət təqibinə cəlb edilib. Bununla da istintaqı ailə-pul münasibətlərinin həlli üzrə oyuna, məhkəməni isə zərərçəkmiş şəxsin istintaq və məhkəmədə davranışını istiqamətləndirən şəxslərin qanunsuz göstərişlərinin yerinə yetirildiyi siyasiləşdirilmiş prosesə çevirib. Bu zaman bütün yazılı və yazılmamış qanunlar açıq-aşkar pozulub. İnsanın həyatı və taleyi şəxsi maraqlar naminə qara qəpik qədər qiymətsiz olub. Məhkəmənin gedişində Asif Əliyev müdafiə hüququndan qəsdən məhrum edilib. Onun hüquq və azadlıqları təmin edilməyib". Vəkilin sözlərinə görə, məhkəmə istintaqı gedişində cinayət işinin materiallarının tədqiqi nəticəsində Asif Əliyevin müdafiə hüququnun aşağıdakı pozuntuları müəyyən edilib: "Məhkəməyə qədər icraat başa çatan zaman Cinayət Prosessual Məcəlləsinin 284 və 285-ci maddələrinə zidd olaraq Asif Əliyev cinayət işinin materialları ilə tanış olmaq hüququndan məhrum edilib. Müstəntiq A.Ələsgərov təyin olunmuş vaxtda və sonrakı günlərdə təcridxanaya gəlməyib, Asif Əliyevi iş materialları ilə tanış etməyib. Bu səbəbdən Asif Əliyev məhkəmə araşdırması zamanı müdafiə olunmaq hüququndan məhrum edilib. Zərəçəkmişə və şahidlərə suallar verə, digər sübutların tədqiqində iştirak edə bilməyib. 17 oktyabr 2013 tarixdə müstəntiq A.Ələsgərov 786 vərəqdən ibarət 3 cild cinayət işi materiallarını Asif Əliyevə təqdim olunması barədə protokol tərtib edib. Həmən protokolda Asif Əliyev və onun müdafiəçiləri qeydlər aparıblar ki, iş materialları ilə ayrı-ayrılıqda tanış olacaqlar. Mahiyyətinə görə bu protokol iş materialları ilə tanış olma protokolu yox, ibtidai istintaqın yekunlaşmasının elan edilməsi protokoludur. Qabaqcadan əldə edilmiş razılığa və alınmış yazılı xəbərnamələrə əsasən 21 oktyabr 2013 tarixdə müstəntiq təcridxanada Asif Əliyevi iş materialları ilə tanış edib və müdafiə tərəfinin iş materialları ilə tanış olması barədə protokol tərtib etməli idi. Lakin, oktyabrın 21-də və sonrakı günlərdə müstəntiq təcridxanaya gəlməyib, Asif Əliyevi işlə tanış etməyib". Xarici dildə istintaq "aparılıb" Vəkil əlavə edib ki, cinayət işində əcnəbi dildə olan çoxlu sayda sənədlər var. Onun sözlərinə görə, dəfələrlə edilmiş vəsatətlərə baxmayaraq, müdafiə hüququ kobud şəkildə pozularaq, Asif Əliyevə müvafiq tərcüməçilər təqdim olunmayıb: Bu isə, Cinayət Prosessual Məcəlləsinin 303.3.2. maddəsinə əsasən prosesin legitimliyini istisna edən kobud pozuntudur. İş üzrə Asif Əliyevin müdafiəçilərinin iştirak hüququ olan istintaq hərəkətləri keçirilib. Lakin müdafiə hüququna zidd olaraq müstəntiq bu istintaq hərəkətlərinin keçirilməsi barədə müdafiə tərəfini xəbərdar etməyib və onların iştirakını təmin etməyib. Rəbiyyə Zərdabinin ifadələrinin yerində yoxlanılması Cinayət Prosessual Məcəlləsinin 260-cı maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirilib. İfadələrin yerində yoxlanılmasının keçirilməsinin qaydalarına zidd olaraq İlham Mirzəyev orada ekspert-mütəxəssis qismində iştirak edib. Rəbiyyə Zərdabi isə ifadələrin yoxlanılmasına şübhəli-təqsirləndirilən şəxs qismində cəlb edilib. Müvafiq olaraq İlham Mirzəyevə ekspert-mütəxəssisin, Rəbiyyə Zərdabiyə isə şübhəli şəxsin hüquq və vəzifələri izah edilib. Saray Hüseynovanın ifadələrinin yerində yoxlanılmasıda qanun pozuntusu ilə həyata keçirilib. İfadələrin yerində yoxlanılmasının keçirilməsinin qaydalarına zidd olaraq İlham Mirzəyev orada ekspert-mütəxəssis qismində iştirak edib. Saray Hüseynova isə ifadələrin yoxlanılmasına şübhəli-təqsirləndirilən şəxs qismində cəlb edilib. Müvafiq olaraq İlham Mirzəyevə ekspert-mütəxəssisin, Saray Hüseynovaya isə şübhəli şəxsin hüquq və vəzifələri izah edilib". Abuzər Mütəllimov deyib ki, Asif Əliyevin Rəbiyyə Zərdabi və Saray Hüseynova tərəfindən tanınması istintaq hərəkətinin nəticələrinin legitimliyini istisna edən kobud qanun pozuntuları ilə keçirilib. Vəkilin sözlərinə görə, ekspertin dindirilməsi və ANS-dəki verilişin yazısı olan diskin tədqiq edilməsinə dair müdafiə tərəfinin vəsatətləri müstəntiqin qərarı ilə təmin edilib: "Lakin ekspertin dindirmə protokolu və disk üzrə ekspert rəyi işə əlavə edilməyib. İttiham tərəfinin bu cür hərəkətləri də açıq-aşkar günahsız şəxsin müsuliyyətə cəlb edilməsi məqsədilə sübutların falsifikasiyasıdır. 3 sentyabr 2013 tarixində Asif Əliyev tərəfindən ekspertlər qarşısında suallar qoyulması ilə bağlı vəsatət təqdim olunub. Qanuna əsasən bu hüquq alternativsizdir, yəni rədd edilə və ya məhdudlaşdırıla bilməz. CPM-nin 97-ci maddəsinə əsasən qarşısında qoyulmuş suallar üzrə rəy vermək ekspertin təqsirləndirilən şəxsin hüququndan doğan vəzifəsidir. Lakin qanunu kobud şəkildə pozaraq, müstəntiq öz qərarı ilə təqsirləndirilən şəxsin müdafiə hüququnu rədd edib. Bu isə özbaşınalıqdır. Ekspertin 09.09.2013 tarixli rəyi saxtalaşdırılıb. Orada ekspertlərə yalnız 10.09.2013 tarixində verilmiş sənədlərə istinadlar var". Yalançı şahidlər tutulub Abuzər Mütəllimovun sözlərinə görə, proses gedişində müdafiə tərəfi Rəbiyyə Zərdabi və Saray Hüseynovanın telefon danışıqları ilə bağlı Azərcell-ə sorğu göndərilməsi üçün dəfələrlə vəsatət qaldırıblar: "Qeyd olunan hal məhkəməyə əmin olmağa imkan verərdi ki, həmən şəxslər yalançı şahidlərdir, 13 iyun 2013 tarixində gecə "Space" yaxınlığında olmayıblar və hər-hansı hadisənin şahidi olmayıblar, çünki hadisənin özü belə olmayıb. Lakin müdafiə hüququ pozularaq, bu hissədə bütün vəsatətlər əsassız və səbəbsiz rədd edilib". Vəkil deyib ki, məhkəməyə qədər və məhkəmə gedişində İlham Mirzəyev 60 dəfəyə yaxın öz ifadələrin dəyişib, on dəfəyə yaxın yaddaş pozğunluğu olduğunu bildirib: "İlham Mirzəyev hətta faktiki yaşayış yerini səhv olaraq göstərib. Müəyyən edilib ki, o, psixotrop maddələr qəbul edir, yuxusuzluqdan, təqib maniyasından, psixikasının digər pozuntularından əziyyət çəkir. Bütün qeyd olunanlar tibbi sənədlərdə, məhkəmə protokollarında və digər prosessual sənədlərdə öz əksini tapıb. İlham Mirzəyevin bu cür davranışı, cinayət təqibi üzrə müəyyən edilməli olan halların düzgün qavranılıb ifadə edilməsi bacarığına şübhə etməyə kifayət qədər əsas verir. İlham Mirzəyev baş vermiş hadisələrin düzgün qavranılıb ifadə edilməsi bacarıqlarının ekspertiza vasitəsilə yoxlanılmasından imtina edir. Dəfələrlə edilmiş vəsatətlərə baxmayaraq məhkəmə də müdafiə tərəfinin İlham Mirzəyevin barəsində psixiatrik ekspertizanın keçirilməsi xahişini rədd edilib. Qeyd olunanlar müdafiə hüququnun pozuntusudur, ədalətsizlikdən və qərəzdən xəbər verir". Həbs qanunsuz aparılıb Abuzər Mütəllimovun sözlərinə görə, məhkəmə iclasında Asif Əliyevin həbsinə hakim tərəfindən qanunsuz olaraq qərar verilməsi müəyyən edilib. O, deyib ki, hakim qərarda qəsdən Asif Əliyevin öz təqsirini qismən etiraf etməsi və məhkumluğunun olmasına dair açıq-aşkar yalan məlumatlar yer alıb: "Asif Əliyevin qanunsuz cinayət təqibində marağına görə hakim Sərdar Mehrəliyev prosesdən uzaqlaşdırılıb. Lakin qanunsuz cinayət təqibi bundan sonra da davam edib. 5 mart 2014 tarixində keçirilən məhkəmə iclası zamanı dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, İlham Mirzəyev dəvət etdiyi çoxsaylı KİV nümayəndələrinin yanında məhkəməyə açıq-aşkar hörmətsizlik nümayiş etdirib, təqsirləndiriləni və onun müdafiəçilərini yüksək tonla təhqir edib, məhkəməni, dövlət ittihamçısını və Baş prokurorunu prosesi süni şəkildə uzatmaq və açıq-aşkar qanunsuz hökm çıxarmaq məqsədilə rüşvət almaqda ittiham edib. Qanunla nəzərdə tutulmuş tədbirlər görmək əvəzinə, məhkəmə və dövlət ittihamçısı nədənsə çəkinərək, İlham Mirzəyevə təhqirlərə son qoymasını xahiş etməyə başladılar. Sonra hakim dövlət ittihamçısı ilə birgə İlham Mirzəyevin provokasiyaya uyaraq, zərərçəkmişin və onun nümayəndələrinin tələbləri ilə yekdillik nümayiş etdirərək, müdafiə tərəfinin vəsatətlərini bir-bir rədd etdilər. Onlar Asif Əliyevin müdafiəsi üzrə vəkillərinin səylərinin perspektivsiz olduğunu bildirdilər. Hələ üstəlik, İlham Mirzəyevin təhqir və hədələrindən sonra məhkəmə və dövlət ittihamçısı müdafiə tərəfinin əvvələr təmin edilmiş vəsatətlərini də rədd etdilər. Bu, xüsusən, "hadisə" yerinə baxış və orada istintaq eksperimentinin keçirilməsi, şəkillərin işə əlavə edilməsi, maddi sübut qismində işə əlavə edilmiş ANS-dəki veriliş yazısı olan diskin, Aysel Əliyevanın və Ceyhun Mahmudovun səsləri olan disklərin tədqiq edilməsi hissəsinə aiddir. Eyni zamanda, İlham Mirzəyev təhqiredici ifadələr səsləndirərkən onu sakitləşdirməkdən ötrü məhkəmə tərəfindən müdafiə tərəfinin sübutlarına qanunsuz olaraq, vaxtından əvvəl mənfi qiymət verildi. Baxmayaraq ki, ittiham tərəfinin yolverilməz sübutlarının məhkəmə araşdırmasından çıxarılmasına dair bizim vəsatətə bu günə qədər baxılmayıb. Hadisə yerinə baxışdan, eksperimentdən və digər hərəkətlərdən imtina edən məhkəmə və dövlət ittihamçısı bununla iş üzrə həqiqəti müəyyən etməkdən imtina etdilər. İlham Mirzəyevin 5 mart 2014 tarixli təhqiramiz və böhtan xarakterli çıxışı da elə məhz buna yönəlmişdir. Bundan əlavə, 5 mart 2014 tarixində İlham Mirzəyevin şər-böhtan xarakterli çıxışından sonra məhkəmə dövlət ittihamçısının razılığı ilə müdafiə tərəfinin nümayəndələrinin əcnəbi dildə olan sənədlərinin işə əlavə edilməsi barədə vəsatətlərini təmin etdi. Müdafiə tərəfinə məlum oldu ki, İ.Mirzəyev prosesə dəvət etdiyi müxbirlər vasitəsilə məhkəməyə və dövlət ittihamçısına istinadən məlumat yayıb, guya, hazırki məhkəmə prosesi onun tərəfindən udulub və məhkəmə qərarı onun xeyrinə çıxarılacaq. Həmin gün məhkəmənin icazəsi ilə İlham Mirzəyev və onun tərəfdarları tərəfindən prosesin gedişi videoya yazılıb və internetdə müxtəlif kanallarda yerləşdirilib. Buna qədər isə, məhkəmə, müdafiənin qurulmasından ötrü müdafiə tərəfinə prosesi diktofon vasitəsilə qeydə almasına icacə verməyib. Bununla da, belə nəticəyə gəlmək olar ki, məhkəmə və dövlət ittihamçısı İlham Mirzəyevin hədələrindən və provokasiyalarından çəkiniblər. Bütün qeyd olunanlar iddia etməyə kifayət qədər əsas verir ki, məhkəmə və dövlət ittihamçısı Rizvan Sultanov hədə-qorxu və şantaj nəticəsində Asif Əliyevin cinayət təqibində maraqlı olublar. İlham Mirzəyevin əsassız ittiham və təhqirlərinin təsiri altında onun qanunsuz tələblərini yerinə yetirmək üçün hər bir şey ediblər. Məhkəmənin və dövlət ittihamçısının bu cür davranışı onların prosesdə obyektiv iştirakını istisna etsə də, məhkəmə etirazları baxılmamış saxlanıb". "Hadisə" vaxtı İlham Mirzəyev orda olmayıb Vəkilin sözlərinə görə, 13 iyun tarixində, gecə 1 radələrində İlham Mirzəyev "Space" telestudiyası tərəfdə yox, "8-ci km" qəsəbəsində, Asif Əliyev isə Nərimanov rayonu, 51/59 ünvanında yerləşən 89№-li mənzilində olub: "Bu o deməkdir ki, 13.06.2013 tarixində gecə bir radələrində, bir qədər əvvəl və ya bir qədər gec İlham Mirzəyevin üzərinə hər hansı hücum olmayıb, o, "Space" telestudiyası qarşısında olmayıb. Buna əks olan fikirlər açıq-aşkar yalandır və ədalət mühakiməsini təhqir etməkdir. Məhkəmə araşdırması gedişində Dövlət Yol Polisinin məlumatları tədqiq edilib. 13 iyun 2013 tarixində 00:46:51 radələrində İlham Mirzəyevin 10-EB-400 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobili Xarici İşlər Nazirliyinin yaxınlığında Ş.Qurbanov-Ş.Əzizbəyov küçələrinin kəsişməsində, 00:51:38 radələrində isə Bülbül prospektində, "Nizami" kinoteatrının qarşısında kameralara düşüb. Qeyd olunanlar, digər sübutlarla birlikdə İlham Mirzəyevin ona qarşı hücum olmasına dair fikirlərini tam şəkildə təkzib edir. Nə İlham Mirzəyev, nə onun nümayəndələri, nə dövlət ittihamçısı, nə də məhkəmə deyilənləri təkzib edə bilmədilər. Deyilənlər baş vermiş hücumun yalan olmasını və Asif Əliyevin təqsirsizliyini mübahisəsiz və tam şəkildə təsdiq edir". Vəkilin sözlərinə görə, Asif Əliyevin həyat yoldaşı - Aysel Əliyeva da istintaqda və məhkəmədə ittihamın xeyrinə hər-hansı məlumat verməyib: "Yalnız başqasının dərdi üzərindən öz maddi rifahını yaxşılaşdırmağa çalışan bibisi oğlu İlham Mirzəyevin hamıya məlum olan pul tələblərinin olması faktını təsdiq edib". Vəkil qeyd edib ki, psixoterapevt Fəxriyyə Məmmədova iyunun 13-də, 09:00-dan 11:45-ə qədər F.İbrahimbəyov küçəsi, 23-də yerləşən 3 saylı şəhər poliklinikasında işdə olub: "Fəxriyyə Məmmədovanın iyunun 13-də, günün birinci yarısında şəhərin başqa yerində yerləşən "Medi Qrup" klinikasının binasında İlham Mirzəyevi müayinə etməsinə dair deyilənlər açıq-aşkar yalandır. İttiham tərəfi gizlədib ki, Saray Hüseynova və Fəxriyyə Məmmədova İlham Mirzəyevin verilişlərində daimi tamaşaçılardır, yalançı zənglərlə verilişlərin reytinqini qaldırırlar. Bundan əlavə, İlham Mirzəyev Fəxriyyə Məmmədovanın qızını uğursuz şəkildə Asif Əliyev üçün almağa çalışıb. Hətta İlham Mirzəyev Fəxriyyə Məmmədovanın qızının şəkilini Asif Əliyevə göstərib. Lakin Fəxriyyə Məmmədova Asif Əliyevin qayınanası olması nəsib olmayıb. Bununla da şahidin ədavətini qazanıb". Vəkil daha sonra əlavə edib ki, İlham Mirzəyevdə klimaksın və ishalın səbəbinin Asif Əliyevin hərəktələrinin olması barədə ittiham tərəfinin hər-hansı əsaslandırması yoxdur: İlham Mirzəyevin cinsi disfunksiyasının səbəbi başqadır "İlham Mirzəyevdə cinsi disfunksiyanın və ishalın Asif Əliyevlə ünsiyyətdən sonra yaranmasına dair iş materiallarında bir dənə də olsun sübut yoxdur. İlham Mirzəyevin bu cür tələbləri ondan xəbər verir ki, o, hətta onda olan klimaksın hesabına Asif Əliyevdən pul qopartmaq istəyir". Vəkil əlavə edib ki, dövlət ittihamçısının Asif Əliyev üçün bir-birini istisna edən maddələrlə 5 il istəyəcəyi İlham Mirzəyevin sözlərindən hələ məhkəmə araşdırması başlayan vaxtdan məlum idi: "İlham Mirzəyev bu barədə hətta Facebook səhifəsində yazmış və bildirmişdir ki, onun göstərişlərini yerinə yetirməkdən imtina etmiş üç prokuror dəyişib. Dövlət ittihamçısının çıxışının mətni göstərdi ki, İlham Mirzəyevin fikirləri həqiqətdən uzaq deyil və Bakı şəhər prokurorluğu növbəti dəfə Azərbaycan dövlətçiliyinin əsaslarını, qanunçuluq, ədalət və obyektivlik prinsiplərini ani subyektiv maraq və arzulara qurban verib". Abuzər Mütəllimov çıxışının sonunda Asif Əliyevin təqsirsiz olmasını qeyd edib. O, məhkəmədən Asif Əliyevə bəraət verilməsini istəyib. Asif Əliyevin digər vəkili Cavanşir Süleymanov həmkarının çıxışı ilə razı olduğunu deyib. Daha sonra Asif Əliyevə çıxış etmək üçün söz verilib. O, deyib ki, İlham Mirzəyevin şərinə və böhtanına düşüb. Asif Əliyev hakimdən barəsində ədalətli qərar çıxarılmasını və pozulmuş hüquqlarının bərpa olunmasını istəyib. Hakim deyib ki, cinayətin işi mürəkkəb olduğu üçün müşavirə uzun çəkə bilər. Hakim müşavirənin başa çatması barədə tərəflərə əlavə məlumat veriləcəyini deyib. Sonra məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb. |
2014-04-11 | 14,284 | Erməni azərbaycanlıya ömürlük həbs istədi | Ötən ilin noyabr ayında Ukraynada bir yerli vətəndaşın qətlində, birinin isə ağır yaralanmasında təqsirli bilinən azərbaycanlı tələbə Məhəmməd Arzu oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, M.Abdullayevin də oxuduğu Odessa Milli Rabitə Akademiyasının beynəlxalq tələbə mübadilə şöbəsinin əməkdaşı, Azərbaycanlı Tələbələr Təşkilatının rəhbəri Həsən Əliyev açıqlamasında bildirib ki, artıq məhkəmənin iki iclası olub. Azərbaycanlı tələbənin son məhkəmə iclasında məhkəmə istintaqı yekunlaşıb və milliyyətcə erməni olan dövlət ittihamçısı (prokuror) çıxışında qətlin milli zəmində baş verdiyini iddia edərək, yerli qanunvericiliyə əsasən M.Abdullayevə ömürlük həbs istəyib. Məhkəmə son qərarı növbəti iclasa saxlayıb. H.Əliyev qeyd edib ki, məhkəmənin növbəti iclasının tarixi ölkədə baş verən hadisələrlə əlaqədar olaraq naməlum müddətə təxirə salınıb. Qeyd edək ki, ötən il noyabrın 18-də axşam saatlarında Odessada azərbaycanlı tələbələrin daha çox qaldığı yataqxananın qarşısında baş verən kütləvi dava nəticəsində ölüm hadisəsi qeydə alınıb. Məhəmməd Abdullayev iki-üç azərbaycanlı tələbə ilə hansısa əyləncə mərkəzindən qayıdan zaman yataqxananın qarşısında taksidən düşdükdən sonra yerli sakin olan üç nəfər orta yaşlı şəxs sərxoş halda onların qarşısını kəsib. Nəticədə milli zəmində mübahisə düşüb və əlbəyaxa davaya çevrilib. Bu zaman M.Abdullayev haradansa əldə etdiyi bıçaqla onlardan ikisini bıçaqlayıb. Bıçaq sərxoş şəxslərdən birinin ürəyinə işlədiyi üçün o, yerindəcə ölüb. Hadisədən sonra Məhəmməd Abdullayev oxuduğu Akademiyadan xaric edilib. |
2014-04-11 | 14,285 | İlham Əliyev general rütbəsi verdi: 5 sərəncam | Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. "Axar.az"ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Feldyeger rabitəsi orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər: 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə: Bağırov Ramiz Sabir oğlu Hüseynli Fuad Məhəmməd oğlu Mahmudov Vaqif Yunis oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə: Hacıyev Lətif Balaşirin oğlu Nəbiyev Vahid Cavad oğlu Nəzirov Vaqif Cəlal oğlu Nuri Ağa-Əli Tofiq oğlu Quliyev Yaşar Cəmiyyət oğlu Ramazanov Nurəddin Alov oğlu Sultanov Samir Həsənağa oğlu Teymurov Əkrəm Qələmşah oğlu Dövlət başçısının digər sərəncamları ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin rəisi, feldyeger xidməti general-mayoru Ədalət Məhəmməd oğlu Paşayevə feldyeger xidməti general-leytenantı, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti rəisinin müavini, feldyeger xidməti polkovniki Elmar Qəzənfər oğlu Novruzova isə feldyeger xidməti general-mayoru ali xüsusi rütbələri verilib. 19:08 Prezident İlham Əliyev Yaşar Teymur oğlu Əliyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə "Aqşin Şəfaət oğlu Mehdiyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, eyni zamanda, Azərbaycan Respublikasının Kuba Respublikasında, Yamaykada, Nikaraqua Respublikasında, Venesuela Bolivar Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın". Prezident İlham Əliyev Kristian Balzanın Azərbaycan Respublikasının Malta Respublikasında fəxri konsulu təyin edilməsi haqqında da sərəncam imzalayıb. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması ilə bağlı tədbirlər haqqında sərəncam imzalanıb. Sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. Prezident İlham Əliyev həmçinin Ağdaş rayonunun Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Ağdaş Rayon İcra Hakimiyyətinə ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. |
2014-04-11 | 14,286 | Azərbaycanda əsgər öz yoldaşını öldürdü | Azərbaycan Ordusunda qətl törədilib. "Axar.az" APA-ya isktinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Nural Bünyadlı ehtiyatsızlıqdan əsgər yoldaşı Tariyel Məmmədovu bıçaqlayıb. Daxilə nüfuz edən bıçaq xəsarəti alan T. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. |
2014-04-11 | 14,287 | “10 milyonluq evini sat, səninlə evlənim” | Hamilə olan Hollivud aktrisası Mila Kunis sevgilisi Eşton Katçeri evini satmağa məcbur edib. "Axar.az" xəbər verir ki, Mila bildirib ki, körpəsini belə evdə böyütmək istəmir və gənc ailə üçün daha uyğun ev alınmalıdır. Eşton Katçeri dəli kimi sevdiyini söyləyən Mila yeganə razılaşmadıqları mövzunun ev olduğunu vurğulayıb. Villanın dünyanın ən möhtəşəm yaşayış yeri olduğunu deyən Kunis buna baxmayaraq, orada yaşamaq istəmədiyini qeyd edib. Qeyd edək ki, o, uşağa uyğun ev tapılmayacağı halda toya razılaşmayacağını gizlətməyib. |
2014-04-11 | 14,288 | Gülər Əhmədovanın vəsatəti təmin edilmədi | Bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən proses zamanı hakim sabiq deputat Gülər Əhmədovanın vəkilinin vəsatətini təmin etməyib. Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat G.Əhmədovanın cinayət işi üzrə apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə G.Əhmədovanın vəkilləri bir neçə vəsatətlə çıxış ediblər. Lakin vəsatətlərin heç biri təmin olunmayıb. Proses davam etdirilir. Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı videodan sonra Gülər Əhmədova öz deputat mandatından imtina edib. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılmasına dair, eləcə də əlavə digər vəsatətlər verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasını ləğv edib. Məhkəmə kassasiya şikayətini də qismən edib. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını ləğv etdiyi üçün prosesə sədrlik edəcək hakim də dəyişdirilib. İş hakim İlqar Murquzovun icraatından çıxarılaraq hakim Əflatun Qasımovun icraatına verilib. Xatırladaq ki, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir ("Teleqraf.com"). |
2014-04-11 | 14,289 | Harun Yəhya: “Azərbaycanda televiziya açmıram” | Türkiyədə "Harun Yahya" adı ilə tanınan Adnan Oktar Azərbaycanda telekanal açması məsələsinə münasibət bildirib. A.Oktar açıqlamasında haqqında yayılan xəbəri təkzib edib: "Mənim Azərbaycanda televiziya açmağımla bağlı xəbərlər doğru deyil. Bizim Azərbaycanda könüllü dostlarımız var. Onların sayı olduqca çoxdur. Onların yaratdığı bir televiziya var. Ancaq bu televiziya yeni deyil, daha öncə də var idi". Xatırladaq ki, dini icma rəhbəri və müstəqil araşdırmaçı olan Adnan Oktar "Texniki və Elmi Araşdırma" və "Milli Dəyərlərin Mühafizəsi" Vəqfinin qurucusu və fəxri sədridir. Onun Azərbaycanda yeni televiziya açması barədə son günlər mətbuatda məlumatlar yayılıb ("Publika.az"). |
2014-04-11 | 14,290 | AST Telmandan primadonnaya qiymətli hədiyyə - Foto | Azərbaycanlı oliqarx Telman İsmayılov məşhur rus estrada ulduzu Alla Puqaçovaya qiymətli üzük bağışlayıb. "Axar.az"ın məlumatına görə, bu barədə Rusiyanın TVS kanalında məlumat yayılıb. Məlumata görə, üzük primadonanını 65 illik yubileyi münasibəti ilə hədiyyə olunub. "Çariça üzüyü" adlanan bu üzük IVRAB şirkətində hazırlanıb və çəkisi 7 qramdır. Üzüyün üzərində 1 karata yaxın brilyant düzülüb. Məlumata görə, bu cür üzüklər eksklüziv olaraq hazırlanır. Üzüyün AST Telmana neçəyə başa gəlməsi bilinmir. |
2014-04-11 | 14,291 | Azərbaycan Beynəlxalq Bankı satılır | Azərbaycanın iri bankı səhmlərinin kütləvi təklif əsasında satışına başlayır. "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin AZ1003004582 dövlət qeydiyyat nömrəli, nominal qiyməti 0.26 manat olan adi, adlı, sənədli səhmlərinin yerləşdirilməsi üzrə emitentin nizamnamə kapitalında səhmdarların paylarına mütənasib miqdarda yerləşdirilən səhmləri əldə etmək üçün nəzərdə tutulmuş üstünlük hüququnun müddətinin bitməsi ilə əlaqədar, 14 aprel 2014-cü il tarixindən etibarən (bu tarix daxil olmaqla) emitentin üstünlük hüququ müddəti ərzində yerləşdirilməmiş 5 338 661.12 manatlıq (20 533 312 ədəd) səhmlərinin Bakı Fond Birjasında (BFB) kütləvi təklif əsasında satışı başlanılır. Birjadan verilən məlumata görə, yerləşdirmə 25 may 2014-cü il tarixinədək davam edəcək. Səhmlərin alışında maraqlı olan olan şəxslər Birja üzvü olan şirkətlərə müraciət edə bilərlər. Qeyd edək ki, sözügedən səhmlər 12 dekabr 2013-cü il tarixindən Bakı Fond Birjasında yerləşdirilməyə başlanılıb. Hazırda yerləşdirilməyə çıxarılmış və nominal dəyəri 200 000 001.50 manat olan (769 230 775 ədəd) səhmlərdən, 194 661 340.38 manatlıq (748 697 463 ədəd) hissəsi artıq yerləşdirilib. Səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib (ANS). |
2014-04-11 | 14,292 | İstanbul qiyamətdən sonra - Foto | Ankaralı sənətçi Cihan Engin, fotoshop və bəzi texniki vasitələrdən istifadə edərək İstanbulda qiyamət sonrakı günü təsvir edib. Enginin şəhərin görməli yerləri olan Qız Qalası, Boğaz Körpüsü, FSM Körpüsü və Galata Qülləsinin nəhəng sunami dalğaları və buzlaqlar altında qaldığı, qasırgalarla yerlə-yeksan olduğu, zombi hücümuna uğradığı, hətta səhraya döndüyü bu ssenariləri həqiqətən tükürpərdicidir. Bu şəkillər sosial paylaşma saytlarında rekordlar qırır (ANS). |
2014-04-11 | 14,293 | Peyğəmbəri rüsvay edən film Bakıda yayımlanır - Video | Kinosevərlərin çoxdan gözlədiyi "Nuh" filmi artıq bir müddətdir Bakı kinoteatrlarında nümayiş olunur. Aronofskinin rejissorluğu ilə ərsəyə gələn bu Hollivud filmi olduqca uğurlu alınıb. Təkcə aktyorların möhtəşəm ifası və Rassel Krou, Cennifer Konelli, Emma Uotson və möhtəşəm Entoni Hopkins kimi ulduz heyətinə görə kinonu izləməyə dəyər. "Nuh"da qrafika həddindədir və tamaşaçını qıcıqlandırmır. Klint Mensellin möhtəşəm musiqisi isə bütün filmi daha da baxımlı edib. Amma dindən bir balaca anlayışı olan və Nuh peyğəmbər haqqında məlumatı olanlar filmi izlədikdə dəhşətə gəlir. Çünki Nuh peyğəmbər filmdə təmamilə peyğəmbərlərə yaraşmayan tərəfdən təqdim edilib. Peyğəmbərdən bəhs edən filmin ssenarisi yazılarkən heç bir dini qaynaqdan istifadə edilmədiyi açıq-aydın görünür. Filmdə Nuh tufanı, Nuh peygəmbərin insanları dinə dəvət etməsi və s. detalların heç biri yer almayıb. Əksinə, Nuh peyğəmbər tamaşaçıya sərxoş vəziyyətdə təqdim edilir. Filmin sonunda Nuh üzüm şərabı içir və bir müddət sərxoş kimi yaşayır. Bütün səmavi dinlərdə şərab haram oldugu halda, filmdə peygəmbərə şərab içirilməsinə və onun sərxoş kimi qələmə verilməsinə nə ad qoymaq olar? Elmi-dini məqalələri ilə tanınan gənc yazar Aysel Əlizadə "Nuh" filmini dinə əks təbliğat olduğunu deyir: "Bu filmi böyük səbrsizliklə gözləyirdim. İizlədim və dəhşətə gəldim. Filmin ssenarisi nə Bibliyidan, nə də Qurandan, heç bir dini qaynaqdan götürülməyib. Ssenarist özünün dar ağlı ilə bir film çəkib adını isə "Nuh" qoyub. Din adına təlqin edilənlərə baxın. Yer üzündəki canlıların hamısı təkhüceyrəli bir canlıdan əmələ gəlib və nəhayətində meymunlar da ilk insanlar olan Adəm və Həvvaya çevrilirlər. Dolayısı ilə insan meymundan əmələ gəlib. Bu darvinizm və təkamül nəzəriyyəsinin fərziyyəsidir, dinlə əlaqəsi yoxdur. Əgər canlılar tək hüceyrədən əmələ gəlmişdilərsə, niyə hz.Nuh o böyüklükdə gəmi düzəldirdi ki? Nuh peygəmbər filmdə özünə sığınan birinə köməklik etmir. Halbuki ayədə "Biz Nuhu öz xalqına (elçi) göndərdik. O, dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram". Hz.Nuh zatən insanları xilas etməyə çalışırdı. Amma "Kafirlər onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik". Filmdə Nuh peyğəmbər qız uşaqlarını öldürmək qərarı alır. Tarixdə heç bir peygəmbər ovladını öldürməyib, üstəlik qız uşaqlarını. Qız övlada aid necə gözəl hədislər vardır. Həzrəti Məhəmmədə qədər qız uşaqlarını öldürən ərəblərə Peyğəmbərimiz qadının ucalığını göstərib. Quranda Məryəm surəsi vardir və Allah Məryəmlə Fironun xanımı Asyanı bütün qadınlara örnək kimi misal çəkir." Filmdəki səhvlərdən biri də budur: adam gəmiyə düşəcək qədər böyük bir dəlik açır və maraqlıdır ki, o dəlikdən içəri su dolmur. Bu detal da rejissorların nəzərindən qaçıb. Çox qəribədir ki, bu Hollivud filmi Azərbaycandan əvvəl 100 milyona yaxın müsəlmanın yaşadığı Türkiyədə nümayiş edilib. "Nuh" filminin türk tamaşaçıda hansı təəssüratları yaratdığından, onların reaksiyalarından xəbərimiz yoxdu. Amma yaxşı olardı ki, "Nuh" filmini izləyən azərbaycanlı kinoşünasların, din xadimlərinin münasibətini öyrənmək pis olmazdı. Çünki insanlığa nümunə olan peyğəmbərlərin bu şəkildə təqdimatının hansı məqsədlər güdüldüyünü bilmək çox maraqlı olardı... ("AzNews.az"). |
2014-04-11 | 14,294 | "Ermənistan sülhə məcbur edilməlidir" | Bu gün Litvanın paytaxtı Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi proqramına uyğun olaraq maliyyələşdirdiyi "Demokratik Siyasi İnstitut"un layihəsi çərçivəsində "Həll edilməmiş münaqişələrinin siyasi təsirləri və həlli perespektivləri" adlı beynəlxalq konfrans keçirilib. Şuranın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, konfransda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev ilk olaraq "dondurulmuş münaqişə" anlayışına aydınlıq gətirərək bu terminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə şamil edilməsinin doğru olmadığını bildirib. A.Quliyev Qarabağ problemini həll edilməmiş və ya uzanan münaqişə adlandıraraq diqqəti təmas xəttində hər həftə günahsız insanların həlak olması faktına yönəldib. Hazırkı "nə sülh, nə də müharibə" şəraitinin qəbuledilməz olduğunu bildirən Şura sədri bölgədə dayanıqlı sabitliyin bərqərar olması üçün münaqişənin yalnız dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, eyni zamanda, beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməli olduğunu qeyd edib. A. Quliyev bu konsepsiyanı beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin də dəstəklədiyini bildirib. Şura sədri ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun sonuncu təklif etdiyi yenilənən Madrid prinsiplərinin və ona uyğun olaraq hərtərəfli sülh sazişi üzərində işə başlamağın tərəfdarı olduğunu vurğulayaraq bunun hər iki tərəfin marağını təmin etdiyini deyib: "Hərtərəfli sülh sazişi praktiki tədbirlərin icrasını özündə əks etdirir. Bu proses müəyyən zaman çərçivəsində və əvvəlki prinsiplərə əsaslanaraq mərhələli şəkildə həyata keçiriləcək. Sənəd Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş 7 rayondan Ermənistan qoşunlarının çıxarılmasını və sərhədlər açıldıqdan sonra Dağlıq Qarabağda yaşayan ermənilərin və ora qayıdacaq azərbaycanlıların təhlükəsizliyinə təminat verərək sonuncu mərhələdə bölgənin hüquqi statusunun müəyyənləşdirilməsini özündə ehtiva edir. Lakin Ermənistan bu təklifi qəbul etməyib". Münaqişənin həllini stimullaşdıracaq amil kimi Ermənistan və Azərbaycan arasında qarşılıqlı inamın bərpa olunması üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsini vacib saydığını söyləyən A.Quliyev rəsmi İrəvanın heç bir uyğun izah vermədən bu cür təmaslardan imtina etdiyini vurğulayıb. Şura sədri problemin həllinin danışıqlar yolu ilə mümkün olmadığını və hərbi yolu istisna etmək üçün beynəlxalq aləmin Ermənistana qarşı sanksiyalar tətbiq etməklə işğalçı dövlətin sülhə məcbur edilməsinin zəruriliyini qeyd edib. Daha sonra konfransda ekspertlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnestryanı münaqişələr haqqında təqdimatları dinlənilib və mövzu ətrafında maraqlı müzakirələr olub. Azərbaycanlı ekspert Kamal Əliyev Dağlıq Qarabağ münaqişəsi, İsraildən olan ekspert Arye Gut isə Xocalı soyqırımı haqqında ətraflı məruzə ilə çıxış edib. Konfransda Litvanın iki dəfə Baş naziri olmuş və hazırda əsas müxalifətin lideri Andrius Kubilius, Litva parlamentinin vitse-spikeri Gediminas Kirkilas, parlamentinin üzvü Mantas Adomenas mövzu ətrafında çıxış ediblər. Qeyd edək ki, toplantıda Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Gürcüstanın səfiri Xatuna Salukvadze, Ukraynanın səfiri Valeri Zobtenko, Moldovanın səfiri İqor Klipi, ABŞ səfirinin müşaviri Meqan Kizor, millət vəkilləri, ölkənin tanınmış ekspertləri, QHT və KİV nümayəndələri iştirak edirlər. Konfrans işini sabah, aprelin 12-də davam etdirəcək. |
2014-04-11 | 14,295 | Sabirabad İcra Hakimiyyətində şok hadisə - Özəl | Bu dəqiqələrdə Sabirabaddan bir kənd sakininin icra hakimiyyətinin binasında qəribə bir hərəkəti ilə bağlı xəbər almışıq. Rayon icra hakimiyyətindəki mənbədən "Axar.az"a daxil olan məlumata görə, iş gününün sonunda Zəngənə kənd sakini xəstəlikdən əziyyət çəkən azyaşlı övladını inzibati binaya gətirib. O, müalicə üçün pulu olmadığını bildirib və icra başçısının müavini Həsən Həsənovla görüşmək istədiyini bildirib. Amma müavin onu qəbul etməyib. Belə olan təqdirdə adını müəyyənləşdirə bilmədiyimiz Zəngənə kənd sakini övladını icra başçısı müavininin iş otağının önünə ataraq çıxıb gedib. Zəngənə kənd sakinini saxlamaq mümkün olmayıb. |
2014-04-11 | 14,296 | "Sonuncu vəhabini zərərsizləşdirənədək..." - Video | Allahşükür Paşazadə Rusiya səfərindən danışıb. Şimali Qafqazda geniş yayılan radikalizmin qarşısını alamaq üçün təkcə Dağıstanda deyil, İnquşetiya və Çeçenistanda da geniş mübarizə aparılır.Qaraçay-Çərkəz Respublikasında keçirilən konfransda da bu məsələlər müzakirə edilib. "Axar.az" xəbər verir ki, Çeçenistan prezidenti Ramzan Kadırov ANS-ə müsahibəsi zamanı belə bir fikir səsləndirmişdi ki, o sonuncu vəhabini din üçün zərərsizləşdirənədək mübarizə aparacaq. Şimali Qafqazda din adamlarının öldürülməsi bütün din xadimlərini narahat edir. Hətta Türkiyə və Azərbaycanın din alimləri bunun qarşısını almaq üçün təkliflər də irəli sürmüşdülər. Konfransda çıxış edən Bütün Qafqazın Şeyxi Qafqazda baş verən hadisələrdən danışarkən radikal cərəyanlar mövzusuna da toxundu və radikalizmə qarşı mübarizə aparmaq üçün müftiləri birgə işləməyə çağırıb. Regionda sülh və əmin-amanlığın qorunması üçün onları mötədil islama çağıran Bütün Qafqazın Şeyxi bu yolda bütün səylərini əsirgəməməyin vacib olduğunu vurğulayıb. Sonra Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə 60 yaşı tamam olan İsmayıl Berdiyevə həm prezident İlham Əliyevin hədiyyəsini çatdırıb, həm də öz hədiyyəsini təqdim edib. Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev tədbirdən sonra bütün Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezov Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəni qəbul edib. Tərəflər belə görüşlərin münasibətlərin daha da möhkəmlənməsində vacib rol oynadığını bildiriblər. Qaraçay-Çərkəz Respublikasına səfəri başa çatdıqdan sonra Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə belə görüşlərin əhəmiyyətindən və gələcəkdə həyata keçiriləcək planlardan danışıb. Qeyd edək ki, Qaraçay-Çərkəz Respublikasının rəhbərliyi Bütün Qafqazın Şeyxini hazırda tikilməkdə olan məscidin gələcəkdə keçiriləcək açılışına dəvət edib. |
2014-04-11 | 14,297 | Döyülən partiya başqanı qərarını verdi | Türkiyədə CHP lideri Kamal Kılıçdaroğlu ona yumruq vuran şəxslə bağlı qərarını verib. "Axar.az" xəbər verir ki, Kılıçdaroğlu partiyanın məclis yığıncağında ona yumruq vuran Orxan Övən adlı şəxsdən məhkəməyə şikayət etməyəcək. Xatırladaq ki, Kamal Kılıçdaroğlu 8 apreldə Milli Məclisdə Orxan Övən adlı bir şəxs tərəfindən hücuma məruz qalmışdı. |
2014-04-11 | 14,299 | İraqda baş nazirin müavininə sui-qəsd edildi | Bu gün naməlum silahlılar İraqın baş nazirinin müavini Saleh Mutlakın kortejini atəşə tutublar. "Axar.az" APA-ya istinadən xəbər verir ki, nəticədə 1 cangüdən həlak olub, bir neçə nəfər xəsarət alıb. Hadisə Fəluca şəhərində baş verib. İnsident nəticəsində Saleh Mutlakın özünə zərər dəyməyib. Qeyd edək ki, üç həftədən sonra İraqda parlament seçkiləri keçiriləcək. |
2014-04-11 | 14,300 | Məşhur model: “Buşdan hamiləyəm” | İspaniyada villasında öldürülən ingilis milyoner və iş adamı Andrev Buşu silahla öldürməkdə günahlandırılan slovak model Mayka Kukuçova Buşdan hamilə olduğunu iddia edib. Bu barədə "Axar.az" ingilis mediasına istinadən məlumat verir. İngilis "Deyli Mirror" qəzeti yazır ki, Kukuçova ailəsinə göndərdiyi mesajda hadisənin detallarını açıqlayıb. İstintaqda ifadə verən şəxslərdən biri qeyd edib ki, Mayka İspaniyaya gedib Buşla doğulacaq uşaqları ilə bağlı maaliyyə məsələlərini danışmaq istəyib, ancaq Buş bu rədd edib. Kukuçovanın dava əsnasında özünü müdafiə etmək üçün Buşu öldürdüyü iddia edilib. 48 yaşındakı milyoner iş adamı villadaki hovuzun kənarında yerdə qan içində tapılıb. Cinayət Andrev Buşun İngilis mənşəli yeni qız yoldaşıyla İspaniyaya tətilə gəlmələrindən dərhal sonra reallaşıb. |
2014-04-11 | 14,301 | Bölgədə olduğuna görə kölgədə yaşayanlardan biri... | 80-ci illərdə ədəbiyyata yeni bir dalğa, yeni bir axın gəldi. Yazıları, üslubları ilə fərqlənən, seçilən qələm adamları idi. O dövrün "Yaşıl budaqlar" adlı ədəbi almanaxlarda dərc olunar, Azərbaycan ədəbiyyatının sabahı kimi boy verərdilər. Onları axtarmağa başladıq. Bəziləri ədəbiyyatda bu gün də var, bəzilərinin nə imzası görünür, nə özlərindən soraq var. İmzası görünənlərdən biri - Cəlilabadda yaşayan şair Ədalət Salmanla görüşdüm. "Gerçəkləşməyən arzular"ı olubmu deyə sorğu-suala tutdum. Şairlə söhbətimizdə onun gerçəkləşməyən arzuları ilə yanaşı bölgədəki ədəbi mühitlə bağlı da fikir mübadiləsi apardıq. - Ədalət müəllim, yaşıdlarının içərisində ən çox dərc olunan və haqqında daha çox bəhs olunan şair idin. Sonradan elə bil özün-özünü daldaya çəkdin, görünmədin. - Şair özü-özünü reklam eləməz. Həm də ki, bölgədə yaşamağın az görünməyə təsiri var... Bölgədə olduğumuza görə, kölgədə yaşamış kimiyik. Amma əslində belə deyil. Cəlilabadda yaşasam da, gücüm çatan qədər ədəbiyyatın inkişafına kömək eləməyə çalışmışam. 2003-cü ildən "Sözün işığı" jurnalını çap etdirirəm. Mən tək başıma bir filialın işini görürəm. Elə adamlar var ki, əllərinə düşən pulu başqa yerə yönəldirlər, ancaq mən həmişə ədəbiyyatımıza xidmət etdim. Bəlkə elə buna görədir ki, otuzdan çox kitabın tərtibatçısı və redaktoruyam. Ustad şairimiz Rəsul Rzaya həsr olunmuş şeirlərdən ibarət kitab dərc etmişəm. Abbasağa Azərtürkün yetmiş iliyi ilə bağlı dörd yüz səhifəlik "Söz çələngi", "Ədəbi almanax" kitabları və sairə. Məndə sözə qarşı mənəvi aclıq var - Ədalət müəllim, bu qədər iş görürsən. Maraqlıdır, həyatını ədəbiyyatdan kənar hiss etmisənmi? - Mən bütün varlığımla ədəbiyyatla nəfəs alıram. Məndə sözə qarşı mənəvi aclıq var. Ədəbiyyatdan, qələm adamlarından ayrı düşəndə darıxıram. Ona görə də ədəbiyyat adamlarına maddi və mənəvi dəstək ola bilirəm. 80-ci illərdə bizim ədəbiyyata gələn qələm adamları başlarını aşağı salıb bal arısı kimi işlərini görürlər. Məsələn, Ramiz Qusarçaylı, Sabir Sarvan, Barat Vüsal və başqaların misal çəkə bilərəm. Ədəbiyyat üçün çalışan qələm adamlarını görmək AYB rəhbərliyinin işidir. Gözdən, könüldən iraq qalırsa, obyektivlik itir. - Belə çıxır ki, sənin gördüyün işlər ədəbiyyata xidmət yox, hansısa məqsəd üçündür. Mükafata, diqqətə layiq olmaq istəyirsən, ya doğurdanda təmənnasızsan? - Mən və mənim kimi iş görən qələm adamlarımızın gördükləri işlər hamısı təmənnasızdır. Adama o yer edir ki, ədəbiyyatda heç bir yeri, heç bir xidməti olmayan adamlar təqaüd alır, ad alır və burda həqiqət meyarı itir. Həqiqət meyarı itəndə adam oturub fikirləşir ki, əcəba kənardan baxan görmür ki, kim iş görür? İş görənə qiymət vermək lazımdır. Reklam, söz oyunu - Dediyinizdən belə qənaətə gəlmək olar ki, AYB regionlara diqqət ayırmır. - Əslində AYB-nin burda elə bir günahı yoxdur. Günah bunların adından sui-istifadə edənlərdədir. AYB-nin rayonlarda elə üzvləri var ki, Bakıda yaşayan qələm adamlarından güclü əsərlər ortaya qoya bilirlər, böyük iş görürlər. Ancaq onlar qapıdan qovulub, bacadan girən bəzi şəhər adamları kimi ola bilmirlər. - 80-ci illərdə nəşr olunmaq da çətin idi. Amma bu çətinliyin, bu qıtlığın içərisində sənin imzan çox görünürdü. - Mənim əsas meyarım özümü ədəbi çevrədə təsdiq etmək idi. Sağ olsunlar ki, Xəlil Rza Ulutürk və başqaları bunu gördü və mənim haqqımda məqalələr verdilər, "uğurlu yol" yazdılar. Tələbə vaxtı mən evdən pul almırdım, şeirlərimin qonorarı ilə dolanırdım. - İndi necədir ki? - İndi görürsən ki, reklamla, söz oyunu ilə məşğuldurlar. Qələm adamlarının çoxu, indi dostdurlar, bir-birini tərifləyirlər. Əksər tənqidçilərdə də maddi maraq var, özlərini təriflədirlər. Maraqlanırsan ki, bu qədər məşhur olan adamın ortada nə əsəri var. Görürsən ki, gənc müəlliflər hekayə yazmağı bacarmır, ancaq romanı çıxdı. Soruşsan ki, romanın janrının tələbi nədir, qaydası necədir, deyə bilməzlər. Hecada şeir yazmağa çətinlik çəkirlər, amma ağ şeirlər yazırlar. Belinskinin bir sözü var: "Fikir, poetikada gözəldir". Oxucuya sözün varsa, yaz - Mən belə başa düşdüm ki, hər hansı bir əsər ideologiyaya xidmət etməlidir, onun süjet xətti olmalıdır. Bu gün sənin müşahidələrin bunun əksini deyir, yəni ədəbiyyat əslinə qalsa nəyəsə xidmət etməlidir? - Hər bir qələm adamının ortaya qoyduğu əsər özündə nəyisə ehtiva etməlidir, oxucuya nəsə deməlidir. Söz yığını olmalı deyil. Oxucuya sözün varsa yaz, yoxdursa xatirəni, gündəliyini roman adına, povest adına oxucuya sırıma. - İndiki gəncləri deyirsən, ancaq doğurdan da indiki gənclərin arasında elələri var ki, sanballı əsər qoyublar ortaya. Konkretlik yoxdur e. Bəlkə ad çəkək ki, onlar özlərinə olan iradı görsün? Bəlkə mütaliə etmirsən gəncləri... - Əslində ad çəkmək o deməkdir ki, o adam qarşılıq verə bilər, deyər, bizim ona antipatiyamız var. Yox, elə deyil. Mən ədəbi mərhələləri internet, qəzet və bütün vasitələrlə izləyirəm. Bir jurnal redaktoru və qələm adamı kimi. Bilməliyəm ki, müasirim olan şair və yazıçı necə yazır. Bilirəm bu gün yazılan əsərlərin 80 faizinin ədəbiyyata dəxili yoxdur. Mən ixtisasca filoloqam, dilçiyəm. Şeirlər var, nöqtəsi, vergülü yox, heç olmasa fikri olmalıdır axı. Elə adam var ki, şeir yazmağı bacarmır, beş dənə poeması var. Mən otuz ildir ədəbiyyatdayam, cəmi bir poemam var. Nizaminin bir sözü var, deyir: "Çalış birin min olmasın, min bir olsun". Tülkü deyir, mənim yeddi balam var, şirin bir balası. Şir cavab verir ki, mənim bir dənəm şir balasıdır. İndi mənim 5-6 kitabım çap olunub, məndən gəncin 50 kitabı. Amma gəlin görək şeirdirmi, sıxsan, ortada bir əsər qalırmı, qalmırmı... - Sənin nəzərində oxucunun, yoxsa yazıçının məsuliyyəti çoxdur? - Əlbəttə yazarın. Yazıçı həmişə oxucudan yüksək pillədə durmalıdır. Ədəbiyyat həm də ədəb-ərkandır. Amma indiki cavan yazarları araşdırırsan, görürsən ki, bu gün ailə qurur, bir aydan sonra boşanırlar. Gedib sərxoşluq edir, xoşagəlməz əməllərə qoşulurlar. Oxucu ondan nə nümunə götürəcək? Bəzən elə adamlar var ki, yaxşılığı, xeyirxahlığı təbliğ edir, amma özü ev yıxmaqla, dəllallıqla, şantajla məşğuldur. - Bizim Cavid Zeynallı haqda nə düşünrsən? - Cavid Zeynallının romanını oxudum, xoşum gəlmədi. - "Leya", yoxsa "Günəşi gözləyənlər"? - Birincisi, hansı romanı idi, bax onu nə isə xoşlamadım. Çünki romanın tələblərinə cavab vermir, həm də ki, Cavid öz uşağımızdır, ancaq onun qələmi püxtələşməyib. O, hələ hekayələr yazmalı, bir az inkişaf etməli idi, sonra roman janrı. Roman janrı ağır janrdır. Sındıra bilmədim ana qəlbini - Mübahisə etmək istəməzdim. Cavidin romanları oxucu toplaya bildi. Amma bu bir zövqdür. Ümumiyyətlə, sənin arzuların səni hara apardı, haracan gətirdi? - Çox böyük arzularım var idi. Amma ailə-məişət qayğıları, bütün bunlar bəzən bəzi arzulara güzəştə getməyə məcbur edir. "Yazıçı" nəşriyyatında redaktor yeri boş idi, məni dəvət etdilər. Evdə məsləhətləşdim , rəhmətlik nənəm dedi ki, sən mənim ən sevdiyim övladımsan, getmə gözümdən, gedərəm özümdən. Mən də gedə bilmədim, sındıra bilmədim ana qəlbini. - Demək sənin arzuların gerçəkləşmədi. Kobud alınsa da, ürəyində qaldı arzuların? - Ədəbiyyat adamı deyəndə, əslində ədəbi mühit olmalıdır, meydanda olmalıdır, sözün demək üçün kürsü lazımdır. - Məsələn, Aslan Quliyev Yardımlıda yaşayır, səndən də bir az o yanda. Ancaq o özünü ədəbi mühitdən kənar hesab etmir və mütəmadi dərc olunur. - Çalışdım ki, Cəlilabadda özüm ədəbi mühit yaradım. Jurnal təsis elədim, nəşriyyat açdım. İstədim ki, AYB-nin burda bölməsini yaradım və daha böyük işlərlə məşğul olum. Amma təəssüf ki, bəzi axmaq adamların, nəfsi iti, gözü götürməyən adamların hesabına o istək gerçəkləşmədi. Cənub poeziyasının paytaxtı Cəlilabaddır - AYB-nin Cəlilabad bölməsi yaransaydı, Azərbaycan ədəbiyyatı nə qazana bilərdi? - Tənqidçi Vaqif Yusifli yazır ki, cənub poeziyasının paytaxtı Cəlilabaddır. Əgər Cəlilabadın AYB-də otuzdan çox üzvü varsa, onları bir araya gətirmək lazım idi, onların əli ilə çox iş görmək olardı. Çox təəssüf ki, biz bu birliyi yarada bilmədik. - Sən nəyə ümid edirdin, doğrulmadı? Konkret nə istəyirdin özünlə, özünün ədəbi mühitdəki mövqeyinlə bağlı? - Mənim heç bir tələbim, istəyim olmayıb. Sadəcə, mən başımı aşağı salmışam, gücüm çatan səviyyədə ədəbiyyatımıza, qələm adamlarına kömək etməyə çalışmışam. - Ən çox həyatda təəssüfləndiyin, can atdığın və çata bilmədiyin nələr idi? - Ən çox məni narahat edən cəmiyyətin xəstə olması, bu günkü gənclərimizin acınacaqlı dünya görüşüdür. Millətimizin sabahını mən yaxşı görmürəm. |
2014-04-11 | 14,302 | Masallı, Ağstafa və Bakıda yanğın olub | Masallı, Ağstafa və Bakıda yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 286 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin döşəməsi 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Ağstafa rayonu, Ceyrançöl qəsəbəsində (rayon mərkəzindən 45 km aralı) 15 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət köməkçi tikili və ona bitişik olan ümumi sahəsi 100 kv.m. olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m. sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-11 | 14,303 | Bu xəbər Azərbaycanı qorxutmaq üçün yayılıb | "Rusiya təkcə Ukrayna üçün deyil, Azərbaycan üçün də təhlükədir". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bu tipli xəbərlərin Azərbaycanı qorxutmaqdan ötrü yayıldığını bildirib: "Rusiyanın Qarabağa qoşun yeritməsi xəbəri dezinformasiyaya oxşayır. Bu, Azərbaycanı qorxutmaq məqsədi daşıya bilər. Düşünürəm ki, belə xəbərlər məhz Ermənistan tərəfdən Azərbaycanı hədələmək, qorxutmaq məqsədi ilə ötürülən informasiyalardır. Onsuz da biz bilirdik ki, Rusiyanın Ermənistana verdiyi silahların bir hissəsi gedib Dağlıq Qarabağa çıxır. Dövlətimiz Rusiyaya onun üzərinə hücuma keçməsi ilə bağlı heç bir bəhanə verməyib və NATO-ya üzvlüyə çalışmır, Şərq Tərəfdaşlığı çərçivəsində assosiativ üzvlük haqqında müqaviləni Kremli qıcıqlandırmamaqdan ötrü imzalamır. Bütün bunların fonunda Rusiya niyə Ermənistandan hücuma keçməlidir?" Politoloqa görə bu xəbərin yayılmasında digər bir məqsəd Azərbaycan üçün təhlükə yarandığına işarə etməkdir: "Rusiya və Ermənistanda anlamalıdırlar ki, bura Ukrayna deyil. Bu mesajın verilməsində başqa bir məqam isə belə ola bilər ki, Rusiya təkcə Ukrayna üçün deyil, Azərbaycan üçün də təhlükədir. Rusiyanın təhlükəli olduğunu biz Ukraynadan öncə də bilirdik. Ukraynanın səfiri ilə görüşdə onun özü də deyir ki, biz sizin gününüzə düşdük. Əlbəttə, belə olmalıdır. Çünki biz Rusiyanın bütün iç üzünü illər öncədən bilirdik. Hələ təzəlikcə Ukrayna bizi anlamağa başlayır. Əgər bu məlumat Ukraynadan gəlibsə, o zaman belə bir şey də ola bilər ki, Ukrayna bizi öz yanında görmək istəyir. Amma istənilən halda bu məlumat yoxlanılmamış informasiyadır". |
2014-04-11 | 14,304 | Rusiya Ukraynaya söz verdi | Rusiya Ukraynanın cənub-şərq regionlarını birləşdirməyəcək, çünki bu, ölkənin maraqlarına ziddir. "Axar.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Rossiya 1" telekanalına verdiyi açıqlamasında deyib. Lavrov Ukrayna hakimiyyətinin regionlara verdiyi sözü yerinə yetirəcəyinə və Konstitusiya islahatları aparacağına ümid etdiyini bildirib: "Bizim istəyimiz ondan ibarətdir ki, Konstitusiya islahatları bütün regionlarda azad, demokratik və referendum şəraitində aparılsın. Regionlar qanunvericilik orqanlarını və qubernatorlarını özləri seçsinlər". Bununla yanaşı XİN rəhbəri Qərbi Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edib. O, bildirib ki, Rusiya hökuməti Ukraynada sülhməramlıların yerləşməsini istəmir: "Hesab etmirəm ki, BMT Təhlükəsizlik Şurası sülhməramlıların yerləşdirilməsilə bağlı müzakirələr aparacaq. Rusiya üçün Ukrayna hakimiyyəti və xalqı ilə dialoqun başlanması olduqca vacibdir". |
2014-04-11 | 14,305 | Dünyanı şoka salan 40 minlik rus ordusu - Foto | Peykdən çəkilən 40 min rus əsgərinin görüntüsü dünyanı qorxuya salıb. "Axar.az" xəbər verir ki, "Assoşeyted Press" agentliyinə danışan ABŞ Hava Qüvvələri generalı Filip Bridlova görə, təxminən 40 min nəfərlik rus piyada qoşunu Ukrayna sərhədinə hazır vəziyyətdə dayanıb. "Digital Globe"dan alınan peyk görüntülərində onlarla tank, zirehli hərbi avtomobil, təyyarə və helikopter görmək də mümkündür. NATO da məsələnin araşdırdığını və Rumıniya və Polşa üzərindəki araşdırma uçuşlarını artırdığını bildirib. Mart ayının sonlarında çəkilən bu görünütlər isə NATO-da narahatlıq yaradıb. NATO-ya görə, sərhəddə yerləşən rus ordusu istənilən hər bir şeyi əldə edəcək gücdədir. |
2014-04-11 | 14,306 | Yanukoviçlər ailəsinin 77 milyardı tapıldı | Ukrayna Maliyyə Monitorinq Xidmətinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Milli Bankın və digər dövlət qurumlarının birgə apardıqları araşdırmalar nəticəsində Yanukoviçlərə məxsus 77 miyard qriven vəsait aşkar olunub. "Axar.az" xəbər verir ki, araşdırmalar martın 1-dən aparılmağa başlanılıb. Dövlət Maliyyə Monitorinqinin saytında yerləşdirilən məlumatda bu vaxta qədər dövlət büdcəsindən oğurlanmış 77,2 miyard qrivenin izinə düşmək mümkün olub. Bundan başqa, Yanukoviçlər ailəsinə məxsus vəsaitin aşkarlanaraq, bloklaşdırılması məqsədi ilə idarə 136 ölkəyə yazılı müraciət ünvanlayıb. Bildirilib ki, bu yöndə ən uğurlu işbirliyi ABŞ və Böyük Britaniyanın müvafiq strukturları ilə baş tutub. Xatırladaq ki, 2013-cü il üçün gəlirlər üzrə tərtib olunan deklorasiyada sabiq prezident Viktor Yanukoviçın gəlirləri Amerika dövlət başçısı Barak Obamadan 4 dəfə çox olub. |
2014-04-11 | 14,307 | Putin illik gəlirlərini azaltdı | Rusiya prezidenti və hökumət üzvlərinin gəlirləri 2013-cü illə müqayisədə azalıb. "Axar.az" xəbər verir ki, ölkə rəhbərliyinin gəlirləri ilə bağlı hesabat Kremlin saytında yerləşdirilib. Hesabata əsasən, prezident Vladimir Putinin ötən ilki gəliri 3.6 milyon rubl təşkil edib. Bu da 2012-ci illə müqayisədə 2 milyon rubl azdır. Baş nazir Dmitri Medvedyevin də gəlirləri azalıb. Hökumət başçısının ötənilki gəliri 4.2 milyon rubl təşkil edib. |
2014-04-11 | 14,308 | Gürcüstan yenə parçalanacaq – Şərh | "Gürcüstanda yeni seperat bölgə yaradılacaq". "Axar.az" xəbər verir ki, bu iddia ilə Polşa mətbuatı çıxış edib. Mətbuat Samsxe Cavaxetiya bölgəsində Rusiyanın təsirinin hələ də çox güclü olmasının buna təsir edəcəyini bildirib: "Axalkalakidən rus hərbi bazalarının çıxarılması burada Rusiya təsirinin zəifləməsi demək deyil. Bu ərazidə 250 min erməni yaşayır. İnsanlar Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinə cəlb edilməklə, bu ərazidə işsizliyin aradan qaldırılmasına çalışılır. Amma hələ də işsizliyin səviyyəsi yüksəkdir. Əhalinin 55%-ni təşkil edən ermənilər onsuz da hakimiyyətdən narazıdır. Buna görə də işsizlik bölgədə partlayış yarada bilər. Özəlliklədə Ermənistanın təbliğatı bu işi gücləndirə və hətta Gürcüstanda etnik partlayışa səbəb ola bilər". Qeyd edək ki, bir müddət öncə gürcü mətbuatı Cavaxetiyada ermənilərə rus pasportları paylanıldığı haqqında informasiya yayılmışdı. Gürcüstan hakimiyyəti bu informasiyanın yalan olduğunu desə də, iddialara aydın cavab verə bilməmişdi. |
2014-04-11 | 14,309 | Rusiya Qərb qarşısında son kartını açır | "Rusiya Ukraynanın şərqindəki hadisələrdən özünü qorumaqdan ötrü istifadə edir". "Axar.az" xəbər verir ki, bu iddia ilə alman mətbuatı çıxış edib. Ehtimal olunur ki, Rusiya Qərbi hədələmək və Ukraynanın şərq vilayətlərində vəziyyəti qızışdırmaqla Krım işğalından diqqəti yayındırır: "Rusiya Ukraynanın şərq vilayətlərini özünü qorumaqdan ötrü qarışdırıb. Məqsəd Qərbə hədə-qorxu gəlməkdir. Mesaj budur ki, Krımla razılaşın, yoxsa şərq vilayətləriniz də bizim olacaq. Əgər razılıq verilməsə, Krım variantı burada da təkrarlanacaq. Bununla yanaşı, Dnesteryanında aktivlik artacaq və Ukraynanın cənub vilayətləri ilə birləşməyə can atacaq. Bu, bəlkə də Rusiyanı özünü qoruması üçün son şansıdır". |
2014-04-11 | 14,310 | Əli Mirəliyev Brilyant Dadaşovanı söydü | "Məndən istifadə edib reytinq qazanırsınız". Bu sözləri "Axar.az"a Əli Mirəliyev Brilyant Dadaşovanın onun haqqında dediyi sözlərə münasibət bildirərkən dedi: "Bütün jurnalistlər mənim adımdan istifadə edərək reytinq qazanırlar. Brilyant kimdir? Brilyant da... siz də... Mənim adımı çəkərək, jurnalistlər pul qazanırlar". Qeyd edək ki, ötən gün Xalq artisti Brilyant Dadaşova Əli Mirəliyevin haqqında "mənim üçün Əli Mirəliyev və onun dedikləri maraqlı deyil" sözlərini işlətmişdi. |
2014-04-11 | 14,311 | Putin Medvedyevi istefaya göndərəcək | Yaxın vaxtlarda Rusiya hökumətində ciddi kadr dəyişiklikləri gözlənir. "Axar.az" xəbər verir ki, bu barədə "Qazeta.ru"da analitik Valeriy Volkov müəllif yazısı ilə çıxış edib. Yazar bununla bağlı bəzi arqument və dəlillər gətirib. Onun sözlərinə görə, günü-gündən Rusiya iqtisadiyyatının göstəriciləri o qədər aşağı düşür ki, Putin "texniki kabinet"lə işləməyi özünə rəva bilməyəcək. Volkov hökumət başçısının bir şərtlə itefasını mümkün saymayıb. Onun sözlərinə görə, Medvedyevin 2018-ci ilə qədər Baş nazir qalması barədə Putin öhdəlik götürüb. Amma Rusiya dövlət başçısının Medvedyevdən yorulduğu su kimi aydındır. Medvedyevin istefaya göndəriləcəyi təqdirdə isə onu üç nəfərdən biri – keçmiş maliyyə naziri Aleksey Kudrin, Baş nazirin birinci müavini İqor Şuvalov və ya Moskva meri Serqey Sobyaninin əvəzləməsi daha real görünür. |
2014-04-12 | 14,312 | Obama və Merkel Rusiyanın 40 minlik ordusundan danışdı | ABŞ prezidenti Barak Obama Krımı ilhaq edən və Ukraynanın şərq sərhədinə ordu toplayan Rusiyanı yeni sanksiyalarla təhdid edib. "Axar.az" xəbər verir ki, Barak Obama Almaniya Baş naziri Angela Merkellə telefon danışığında Ukrayna böhranını müzakirə edib. Moskvanın Ukraynanın şərq sərhədinə yerləşən ordusunu geri çəkməsi üçün təzyiq edilməsi barədə fikir mübadiləsi aparıblar. Rusiyanın bölgədə 40 min əsgərinin olduğu vurğulanıb. Ukraynanın şərqində bir çox şəhərlərdə isə, hökumət binaları hələ də rus tərəfdarlarının əlindədir. ABŞ və AB Moskvanın Krım kimi bir Ukraynanın şərqini də işğal etməsindən narahatlıq keçirir. Ukraynadakı böhranın həlli yollarını müzakirə etmək üçün gələn həftə Cenevrədə ABŞ, Rusiya və Ukrayna Xarici işlər nazirləri ilə AB nümayəndəsi Katherin Aştonun bir araya gəlməsi gözlənilir. |
2014-04-12 | 14,313 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 5-8, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 12-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. |
2014-04-12 | 14,314 | AST Telmanın İlham Mirzəyevə qiymətli bəxşişinin səbəbi - Foto | Teleaparıcı İlham Mirzəyevin həbsi ətrafında ehtimallar, telejurnalistə qarşı araşdırma yazılarının müəllifi, "Xalq qəzeti"nin yazarı İttifaq Mirzəbəylinin açıqlamaları və aparıcının arxasından AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov və Baş nazirin keçmiş müavini Abbas Abbasov kimi isimlərin boylanması bir sıra məsələləri yenidən gündəmə gətirdi. İ.Mirzəbəyli öz Feysbuk statusunda yazır ki, İlham Mirzəyevi yerində saxlayan adamlardan biri ötənilki prezident seçkilərindən əvvəl Moskvadan İstanbula gələrək, Azərbaycandakı siyasi vəziyyətə müdaxilə etmək barədə plan hazırlanmasında iştirak edib. İndi həmin məsələnin detalları araşdırılır: "Detal isə çox pis şeydir. İraq olsun..." Bu informasiya qarşılığında prezident seçkilərindən öncə İlham Mirzəyevin Türkiyədə - Antalya və İstanbulda - dincəlməsi və AST Telmandan qiymətli hədiyyələr alması xəbəri gündəmə gəlir. Həmin ərəfədə mediaya açıqlama verən İlham Mirzəyev Türkiyə istirahətindən danışarkən, Antalyada "Mardan Palace"da dincəldiyini təsdiqləyir: "Antalyada "Mardan Palace"da 10 gün həm dincəldim, həm də müalicə aldım. Gündüzlər bir neçə saat Antalyada xəstəxanada müalicə alırdım. Günün qalan hissəsini ailəmlə birlikdə dincəlirdim. 10 gün Antalyada qaldıqdan sonra İstanbula gəldim və daha 5 gün Hilton oteldə dincəldik". İlham Mirzəyev ANS-ə verdiyi açıqlamada istirahət etdiyi otelin sahibi, azərbaycanlı biznesmen Telman İsmayılovdan böyük diqqət və hörmət gördüyünü də demişdi: "Nə yaxşı ki, bu dünyada yaxşı insanlar var. Telman bəy mənim orada dincəldiyimdən xəbər tutduqda öz diqqət və qayğısını bizdən əsirgəmədi. Otelində qaldığım müddətdə dünyanın dörd tərəfindən orada dincəlməyə gəlmiş azərbaycanlılarla görüşlərim təşkil edildi". İlham Mirzəyevlə Telman İsmayılovun arasında yüksək münasibətlərin olduğunu təsdiqləyən digər fakt isə teleaparıcıya qızıl və gümüşlə işlənmiş əl işi olan Müqəddəs Quran kitabı və "Mardan Palace"ın leybolu qızıl əqrəb bağışlanmasıdır. Hündürlüyü 40 sm, eni 20 sm ölçülü qızıl əqrəbin çəkisi təxminən 500 qramdır: "Telman İsmayılov mənim Allah adamı olduğumu görüb, mənə belə bir gözəl hədiyyəni etdi. Bu Quranın qiyməti yoxdur. Çünki əl işidir və kitabın öz üzəri əl işi ilə qızıl və gümüşlə işlənib, vərəqləri qızıl suyuna salınıb. Qabı bütünlüklə qızıl və gümüşdən ibarətdir. Xüsusi olaraq hazırlanmış bu müqəddəs kitabın qiyməti yoxdur". Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlı olması ilə bağlı ciddi iradlarla qarşılanan və İlham Mirzəyevin işdə saxlanılmasının əsas səbəbkarı sayılan Telman İsmayılov və Abbas Abbasovun prezident seçkilərindən əvvəl Türkiyədə olmaları və həmin ərəfədə İlham Mirzəyevin "Mardan Palace"də dincəlməsi təsadüfdürmü? İ.Mirzəbəyli də öz statusunda buna işarə edib… |
2014-04-12 | 14,315 | Lukaşenko ukraynlara qucaq açır | "Belarusiya Ukraynanı tərk etmək istəyən ukraynalıları qəbul etməyə hazırdır". "Axar.az" xəbər verir ki, bu sözləri Belarusiya Prezidenti Aleksandr Lukaşenko söyləyib. Lukaşenko ukraynalıların Belarusiyadan sığınacaq üçün müraciət etdiyini də bildirib. Lakin onların dəqiq sayını söyləməyib: "Bizim bacı-qardaşlarımız bizdən yardım istəyirlər. Lazım gəlsə, onları Belarusiyada hər şeylə təmin edərik. Ukraynada hələ qiymətləri də qaldırıblar. Təqaüdçülər orda yaşaya bilməyəcəklər. Bilmirəm, bu vaxta kimi onlar necə dolanıblar". |
2014-04-12 | 14,316 | Rusiyadan Azərbaycana ərazi iddiası səsləndi – Şok | Ramon Daliyev adlı dağıstanlı blogger separatçılıq toxumu səpəcək müəllif yazı ilə çıxış edib. "Axar.az" xəbər verir ki, Daliyev "əgər tarixi ədaləti bərpa edib Rusiyanın torpaqlarını geri qaytarırlarsa, bunu axıra qədər etmək lazımdır" iddiasını ortaya atır: "Yarı yolda dayanmaq lazım deyil. Krımı geri qaytardıq, gəlin sərhədlərin otayında qalmış ərazilərimizi də doğma Rusiyamıza daxil edək. Azərbaycanın şimalında Rusiyaya qaytarılası ərazi var. Həmin ərazilərin 90 faizi ləzgilərdi. Keçmiş Sovet vətəndaşları. Günlərin birində Stalin çay boyunca bir xalqı iki hissəyə böldürdü. Bu, ona sərf edirdi. Eynilə Krımda olduğu kimi, sadəcə birini Xruşşov, digərini isə Stalin vermişdi. 500 mindən çox ləzgi Azərbaycan tərəfində qaldı. Hazırda onlar təzyiq və aqressiya altında yaşayırlar. Türkləşmə prosesinə məruz qalıblar". Daliyev sonra vurğulayıb ki, dövlət daxildə yaşayan xalqlara eyni gözlə baxdıqda güclüdü. Əlavə edib ki, çıxış yolunu Rusiyanın dəstəyində görürlər: "Rusiyanın dəstəyindən yararlanmaq istəyirik. Bu zaman qazancımız nə olacaq? Qəbələ RLS-in də daxil olduğu ərazilərin hamısı Rusiyaya birləşdiriləcək. Həmçinin tropik iqlimə malik Qafqaz sıra dağlarının cənub yamaclarını əldə etmiş olacağıq. Bu, strateji əhəmiyyət kəsb edir. Əgər həmin torpaqları qaytara bilsək, dünyanın yarısını nəzarətdə saxlaya biləcəyik. Bundan başqa, Azərbaycan neftinin nəqlinin nəzarəti də əlimizə keçəcək. Odur ki, nə sanksiyalardan, nə də digər qadağaları nəzərə almadan əməli işə keçməliyik. Bunu gecikdirmək olmaz". P.S. Xəbər vermək missiyasından uzaqlaşmağa və ramodaliyevlərə xırdaca xatırlatma verməyə məcburuq: Əslində, Dərbəndə qədər ərazi Azərbaycanın tarixi torpaqlarıdır və bu ərazi Azərbaycan Xalq Cümhuriyyəti dövründə də (1918-20) Azərbaycan torpağı olaraq Avropa və ABŞ tərəfindən tanınıb. Digər tərəfdən, Azərbaycanda yaşayan azsaylı xalqların sayını şişirtməklə heç nəyə nail olmaq mümkün deyil: bu vətən hamının, bütün azərbaycanlılarındır. |
2014-04-12 | 14,317 | Putinin siyasət bazları | Son dönəm Ukrayna və Rusiya arasından baş verən hadisələr sonra görünür ki, Rusiyanın onsuz da həmişə yaxşı olan iştahası daha da artıb. Bütün postsovet məkanına daxil olan respublikaların hər birinə müxtəlif yollarla mesajlar verməyə çalışan Rusiya sanki bununla təkcə bu bölgəyə deyil, həm də bütün dünyaya demək istəyir ki, istəsəm, buraları cəhənnəmə çevirə bilərəm. Hətta məsələ o yerə çatıb ki, yaranan gərginlikdən sonra Avropada bütünlükdə sakitliyin pozulacağı əndişələri artmaqdadır. Bir qədər əvvəl Moldova ilə bağlı, daha doğrusu, orda yaşayan qaqauzlardan istifadə etməyə çalısan Rusiya indi də Qazaxistanla bağlı suyu bulandırmaq istəyir. Belə ki, keçən gün Rusiyanın Xakasiya vilayəti parlamentinin sədri Vladimir Stiqaşev mediaya açıqlamasında bildirib ki, Qazaxıstan torpaqlarının bir hissəsi Rusiyanın ərazisidir və bu yerlərdə yaşayan insanlar öz talelərini həll etmək üçün Rusiyaya müraciət edə bilərlər. Tək Baltikyanı respublikalardan başqa bütün keçmiş sovet respublikaları bu və ya digər formada təhdid olunur. Amma Rusiya öz daxilindəki müxtəlif xalqların olduğunu unudur deyəsən? Yaxşı, bəs bir gün Rusiyanın tərkibindəki xalqlarda hansısa başqa bir ölkənin tərkibinə keçmək istəsələr, elə onlarin da müraciət etməsi məsələni həll edirmi? Xalqların azad yaşamaq istəyini qətl edən Rusiya bu qədər xalqların istəyinə və harda, necə yaşamasına fikir verən, hörmət qoyandırsa, niyə çeçenlərin müstəqillik arzusuna məhəl qoymayıb bir xalqı az qala soyqırıma məruz qoydu?! Hansı ölkənin ərazisində beş-on rus yaşayırsa, onların guya tapdanmış hüquqlarının müdafiəsi üçün oranı işğal edən Rusiya niyə öz daxilidə olan digər xalqların hüququnu tanımır?! Təbii ki, bu suallar qeyri-peşəkar səslənir. Çünki Rusiyanın parçalanması, orda yaşayan xalqların hər birinin azad ölkəyə çevrilməsi indiki halda real deyil. Amma bütün olanlara qarşılıq Rusiyanın daxilində də narazılıqların başlaması və ya başladılması da realdır. Azərbaycanla bağlı da Rusiya sakit durmuş deyil. Qazaxıstan fikirlərinin ardından Azərbaycan haqqında da qəribə bir fikir səsləndirildi. Dağıstandan olan politoloq Xancan Qurbanov Azərbaycanın parçalanmasının, federasiya dövlətinə çevrilməsinin burda yaşayan digər xalqlar üçün yararlı olacağını deyib. Əslində, hansısa bir politoloqun səsləndirdiyi fikrin arxasında heç də bir şəxsin gəlişigözəl sözləri və ya qeyri-ciddi açıqlaması durmur. Rusiya bununla Azərbaycana şimal sərhədlərində problem yarada biləcəyi ilə bağlı mesaj vermək istəyir. Dünən gecə isə Rusiyanın Gümrüdə dislokasiya olunan 90 ədəd tank və zirehli texnikasının Ermənistanın Gorus bölgəsinin Karaşen yaşayış məntəqəsinə gətirildiyi bildirilir. Bu da o demədir ki, Rus tankları Laçının bir addımlığındadır. Bu da bir şantajdır, yoxsa doğrudan da Rusiya Qarabağda müharibəyə başlayıb onu tam olaraq nəzarətə götürə bilər?! İndiki halda bu, real görünmür. Rusiya hər nə qədər imperiya maraqlarının təmin olunması üçün hər şey etməyə hazırdırsa da, yeni bir konfliktin yaranmasında maraqlı deyil. Rusiya düşdüyü durumu deyəsən anlamağa başlayıb. Tələsik qərarla Krımı işğal edən Rusiya prezidenti artıq Avropa dövlətlərinin nazirlərinə müraciət edərək yaranan problemlə bağlı müzakirələrin aparılması təklifi ilə çıxış edib. Bu da o deməkdir ki, artıq Putin və onun siyasətbazları öz hikkələri ilə ölkəni saldıqları durumun fərqinə varmağa başlayıblar. |
2014-04-12 | 14,318 | Çexiya prezidenti: “Rusiyanı dayandırmasaq…” – Həyəcan | Çexiya Prezidenti Miloş Zeman Ukrayna ətrafında cərəyan edən hadisələrlə bağlı açıqlama verib. "Axar.az" xəbər verir ki, Zeman Avropa Birliyi və NATO-nun Rusiyanın aqressiv siyasətinin qarşısının alınmasına səy göstərməsə, növbəti hədəfin Moldova olacağını bildirib. Onun sözlərinə görə, hər iki qurum hərəkətlərində qərarlı olmalıdırlar: "Avropa Birliyi və NATO davranış və hərəkətlərində qətiyyətli, qərarlı olmalıdırlar. Maksimum güc sərf etməlidirlər. Rusiya təhlükəsizlik orqanlarının Ukraynanın cənubi, şərqindəki təxribatlarının qarşısının alınmasına çalışmalıdırlar". Çexiyanın Avropa Birliyinə üzv qəbul olunmasının10 illiyi ilə əlaqədar Praqada düzənlənən törəndən sonra "Azadlıq" radiosuna müsahibəsində Zeman əlavə edib ki, Ukrayna torpaqlarının işğalından həvəslənən Rusiya separatçı Dnestryanı qurumu və bütövlükdə Moldovanı öz çətiri altına sala bilər. Xatırladaq ki, bu gün Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton bəyanatla çıxış edərək, Rusiyaya qarşı sanksiyalara daha dörd ölkənin - Çernoqoriya, İslandiya, Albaniya və Norveçin – qoşulduğunu bildirib. |
2014-04-12 | 14,319 | Roza Rəhimli: ”Röya əsl dövlətdir” | "Roza mənim mühasibimdir ki, mənim büdcəmdə nə qədər pul olduğunu hesablayır? Getsin öz işi ilə məşğul olsun". Bu sözləri "Axar.az"a açıqlamasında Röya Ayxanın prodüseri Kənan Bayramov bildirdi: "Roza xanım da daxil olmaqla heç kimin bizim xeyriyyə tədbirlərində iştirak etməyimiz haqqında fikir söyləməyə haqqı yoxdur". "Onlarınsa sürdüyü maşının qiyməti bir milyondur" Bu sözləri isə müğənni Roza Rəhimli Kənan Bayramovun sözlərinə cavab olaraq bildirdi və sözündən qaçmadığını dedi: "Söhbət mühasibdən getmir, mən dedim ki, yəni onların kömək etmək imkanı çoxdur. Onlar əsl dövlətdir, onlar nə desə qanundur. Ancaq bunun məsələyə dəxili yoxdur. Fakt budur ki, onların pulu çoxdur, mənimsə yox. Mən demirəm ki, onlar nə yolla qazanıb, nə edib. Pulları olduğuna görə xeyriyyə tədbirlərinə kömək etməlidirlər. Onlar varlıdır, mənsə kasıb. Mənim sürdüyüm maşın balacadır, onlarınkinin qiyməti isə bir milyondur". Xatırladaq ki, müğənni İlhamə Qasımova talassemiya xəstələri üçün keçirilən xeyriyyə tədbirinə qatılaraq bütün müğənnilərə bu tədbirdə iştirak etmək çağırışıyla bağlı Roza Rəhimli əməkdaşımıza bu sözləri demişdi: "Bu, gözəl plandır, mən belə işlərə hər zaman müsbət baxmışam. Ancaq imkanım olmadığına görə iştirak edə bilməyəcəyəm. Müğənnilərdən Aygün Kazımova, Röya, onlar hamısı milyoner olub gedib, pula pul demirlər. İmkanları yaxşıdır, iştirak edib yardım etsinlər də". |
2014-04-12 | 14,320 | Rza Zərrabın ortağı Türkiyədəki əlaqələrindən danışdı | Korrupsiya ittihamı ilə İranda həbs olunan iş adamı Babək Zəncani aralarında Türkiyənin də olduğu iş adamlarının adlarını açıqlayıb "Axar.az" xəbər verir ki, iranlı millət vəkili Məhəmməd Əli Purmuhtar Zəncaninin Türkiyə, Malaziya və Tacikistandakı əlaqələrini adbad açıqladığını deyib. Purmuhtar Zəncaninin açıqlaması ilə bağlı bildirib ki, "Zəncani əməkdaşlıq etməyə razılıq verdi və Türkiyə, Malaziya, Tacikistandakı əlaqələrini açıqladı. Dediyi əlaqələrlə münasibət yaradıb, xaricdəki mal varlığı məsələsində yeni məlumatlar əldə etdik". İran nümayəndə heyətinin Babək Zəncani işi ilə bağlı Türkiyədə araşdırmalar apardığı qeyd edilib. |
2014-04-12 | 14,321 | Bakıda içi zibillə dolu ev yandı - Foto | Bakıda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 1 otağına və dəhlizinə yığılmış məişət tullantıları 30 kv.m sahədə və ev əşyaları 4 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə edilib və 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Stansiyasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 22:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-12 | 14,322 | Angela Merkel Putinə görə çağırış etdi | Almaniya Baş naziri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinin AB liderlərinə göndərdiyi mavi qazın dayandırılması ilə bağlı məktubuna Avropanın ortaq cavab verməsinin lazım olduğunu deyib. "Axar.az" xəbər verir ki, Angela Merkel bu barədə Afinada keçirilən mətbuat konfransında bildirib. O, qeeyd edib ki, aprelin 15-də AB-nin Xarici İşlər nazirlərinin konfransında Putinin məktubu müzakirə ediləcək. Xatırladaq ki, Putin ötən gün Avropanı təhdid edərək, Ukrayandan Avropaya keçən qaz xəttinin kəsilə biləcəyi xəbərdarlığını etmişdi. |
2014-04-12 | 14,323 | Arılarla görünməmiş şou – Fotolar | Çinin Çonqçinq şəhərində yaşayan arı yetişdiricisi 34 yaşlı Şe Pinq həddindən artıq təhlükəli və çətin bir işi həyata keçirib. "Axar.az" xəbər verir ki, Pinq ana arılardan istifadə edərək, o biri arıları bədəninə sarı çəkib. Pinqin bədəninə 40 dəqiqə ərzində ağırlığı 45 kiloqram olan 460 min arı yapışıb. Yerli medianın böyük marağına səbəb olan şounun səbəbkarı Pinqin üzərindəki yüz minlərlə arı köməkçilərin vasitəsilə götürülüb. |
2014-04-12 | 14,324 | Müğənnini sevgilisinə qısqandılar - Foto | Uzun müddətdir Murad Bozla sevgili olan Eliz Sakuçoğlunun İnstaqramda paylaşdığı şəkillər müğənninin pərəstişkarlarında qısqanclıq hissi oyadıb. "Axar.az" xəbər verir ki, Eliz Sakuçoğlu sevgilisi, pop müğənnisi Murad Bozla qucaqlaşıb çəkdiyi şəkilləri İnstaqram səhifəsində paylaşıb. Fotolara "Aşk.. Gecən xeyrə qalsın" şərhi yazan E.Sakuçoğlu Murad Bozun pərəstişkarlarını qısqandırıb. Pərəstişkarları isə şərhə cavab verərək "Bizi qısqandırdın" tipli cümlələr yazıb. |
2014-04-12 | 14,325 | Cəlilabad, zabitin arabaçıyla tək qalan gözəl arvadı və yol... | Ölkənin cənub bölgəsinə olan səfərimdə redaksiyanın maraqları mənim üçün öndə oldu. Yol boyu müşahidələrimi yazmaq, yazın gəlişinin əyalət adamlarında hansı qayğıları yaşatdığını da qələmə almaq keçdi içimdən. Niyyətimi gerçəkləşdirmək üçün elə uzaq yolun yolçusunu tapmaq da kifayət edərdi... Bakı–Astara yolunun üstündə yerləşən Binə ticarət mərkəzinin yaxınlığındakı dayanacaq qələbəlikdir. Rayonlara gedən insanlar gedəcəkləri istiqamətə maşın gözləyir. Yol yoldaşımı götürmək istəyi ilə maşını saxlayıram. Tələsik maşına yaxınlaşan sərnişin-müştərilərə "Cəlilabada gedən bir nəfər lazımdır", - deyirəm. Yorğun görkəmli, sifətində illərin əzabı yuvalamış bir gənc: - Dayı, neçəyə aparasan?- soruşur. - Gəl otur, - deyirəm. Tərəddüd edir. Təkrar çağırıram. Oturur. Yol uzunu xeyli susur. Hiss olunur ki, yorğundur. Mürgüləyir. Doğrusu, dilxor oluram. Mən yolu qısa etmək, darıxmamaq, həm də növbəti yazımın qəhrəmanı kimi bu adamı götürmüşdüm. Ələt qəsəbəsində yanacaqdoldurma məntəqəsində yuxudan ayılır. - Dayı, su alım sənə? – maşından düşür. - Yox. Tosif daima əziyyət içində yaşayacaqdı Söhbətimiz alınmağa başlayır. Adını soruşuram. - Tosif. - Bəlkə Yusif? - Yox, Yusif böyük qardaşımın adıdır. - Əgər sən tez doğulsaydın, Tosif qardaşının adı olacaqdı. - Xeyri yoxdur, yenə də sənin yol yoldaşın Tosif olacaqdı. Yusif anamın ilki olduğuna görə, ikinci uşaq qardaşım olsa da, Tosif daima əziyyət içində yaşayacaqdı. Deyəsən söhbətim alınır. Maraqlı müsahibdir, – düşünürəm. Məlun olur ki Tosifin 24 yaşı var. Hərbi xidmətdə olub, istəyib Rusiyaya işləməyə getsin, evdəkilər mane olub: - "Duxlu" cayıl, elə burda da qazana bilər, düzdü dayı? – deyir və məndən təsdiq alır. - Göy-göyərti gətirirəm 8-ci kilometr bazarına. İki gündən bir gəlirəm. Bütün xərclərim çıxandan sonra 35-40 manat qalır. Allah bərəkət versin. - Neçəyə alıb - satırsan? - Bir yerdən verirəm. Daimi müştərilərim var. Dəstəsi 4 qəpiyə. Almıram, özümüz əkirik. Həyətimiz böyükdür. Pay torpaqlarımız da su ayağındadı. Tosifdən kəndlərinin adını soruşuram. - Suluçeşmədən o tərfədir kəndimiz, - deyir. Kəndlərinin adını çəkmir. - Yəni Başsızdan o tərəfə? Qarayardan? - Yox, o kənddən yox. Demək istəmir. Mən də üstünə getmirəm. Bizdə başçı yoxdur - Suluçeşmənin niyə "Başsız" adlandırılmasının səbəbini bilirsənmi? - soruşuram. - Nə bilim hərə bir söz deyir. "Suluçeşmə" daha yaxşıdır. Bilirsən, dayı, bizim kənd suyun mənbəyindədir də... - Hə, elə bu ad da suyla bağlıdı. Ruslar Azərbaycana sürgün olunandan sonra onların rayonun aran kəndlərində yola, stansiyaya, rayon mərkəzinə yaxın yerlərdə yerləşdirildiyindən danışıram: - Ruslar yuxarı dağ kəndlərindən saxsı borularla aşağıdakı yaşayış məskənlərinə su çəkirmiş. Suluçeşmə kəndinin ərazisində iş görüləndə kənd əhli ayağa qalxır. İcazə vermirlər suyun kəndin içərisindən çəkilməsinə. Tələbləri də bu olur ki, bizim ərazimizdən o şərtlə su aparıla bilər ki, gərək biz də o sudan istifadə edək. Ruslar razılaşmır. Qarşıdurma böyüyür. Layihəni dəyişmək isə çoxlu maliyyə itkisi demək idi. Məsələni yoluna qoymaq üçün kəndin başbilənini, böyüyünü, başçısını danışığa çağırırlar: "Başçınız kimdir, o gəlsin", - deyirlər. "Bizdə başçı yoxdur, deyir" sizinkilər. Bax onda, bu kəndin adına "Başsız" deyirlər. Amma bu, yanlış da ola bilər..." - Dayı, mən bunu bilmirdim. Kəndləri haqda danışdıqlarım Tosifə xoş olur. - Bəs bilirsən "Tikalovka" kəndinin adı necə qoyulub, eşitmisən? Tosif bu kəndi tanımadığını deyir. - Hə indi o kənd yoxdur. 30-cu illərdə o kəndi və digər 2 kəndi bizim Sabirabad kəndinə köçürüblər. Qəbiristanlıqları durur. Danışım bil. Tosifin yuxusu tamam qaçıb. Yanpörtü oturub maraqla qulaq asır. O boyda "Rusyətdən" gəlib, özünü bambılı kimi aparır - Demək, yenə də həmin vaxtlar olur. Peterburqdan bir topoqraf mühəndis gəlir. Kəndləri gəzib, xəritə tərtib edirmiş. Nə isə, bir kəndli həmin kənddən olur, at-araba ilə gəlib bunu stansiyadan götürüb həmin kəndə aparırmış. Mühəndisin gözəl xanımı da yanında. Bizim bu həmkəndli də ömründə belə donda, səliqədə, yaraşıqda qadın görməyibmiş. Demək, araba təpənin yanındsan keçir. Hər tərəf gül-çiçək. Qadın ərinə bu güllərin, çiçəklərin gözəlliyindən danışır. Rus mühəndis işarə edir ki, saxla. Düşür xanımı üçün gül toplamağa. Başı çiçəklərə qarışır və arabadan uzaqlaşır. Bunu görən kəndli qadına arabadaca təcavüz edir. "Nə ola-ola" fikirləşir. Mühəndis qadının kömək çağırışına gələndə artıq hər iki tərəf bu "təcavüzün" həzzindən bihuş vəziyyətdə olur. Mühəndis sadəcə, "Vı, dikiy narod", deməklə yerə düşmüş "papağının" qisasını alır. Amma tərtib etdiyi xəritədə kəndin adını "Dikalovka" yazır. Amma başqa mənbə də var ki, deyir, guya bu kəndin adını təyyarəçi Çkalovun şərəfinə belə adlandırıblar. Amma bu kənd dağılıb Sabirabada qarışanda Çkalov qəhrəman kimi tanınmırdı. Adam da arvadını çölün ortasında yad kişiylə tək qoyar? Tosif xeyli həmin kəndçimizin "qəhrəmanlığını" tərifləyir: - Yaxşı edib, bacarana can qurban. Bu birinə bax e, o boyda "Rusyətdən" gəlib, özünü bambılı kimi aparır, gül yığır. Siqaret yandırıb, dərin qullab vurur, xeyli dinmir. Gözaltı baxıram. Mənə dönür: - Denən, ay oğraş, adam da arvadını çölün ortasında yad kişiylə tək qoyar? Söhbətin axarı yenə də dolanışığa gəlir. Yol yoldaşım deyir ki, adam var, dolanışığın yolunu tapıb. Orqan işçiləri ilə də əlbir, dilbir olublar: - Bizim dağ kəndlərindən birində bir oğlan var. Beləsuvar polisi ondan 10 tona yaxın at əti tutdu. 4-5 gün saxladılar, buraxdılar. Demək, dağlardan atı oğurlayıb kəsir, ətini Bakıya aparırmış. Dayıcanı, donuzu əskikdir. Sonra zəmanəni, bəzi məmurları pisləyir. Salyan Xalacına çatmamış yol polisi əl edir. Saxlayıram. Tosif: - Sən nə etdin ki, ay dayı, o saxladı? - soruşur. Cavab vermirəm. Düşüb özümü təqdim edirəm. Polis heç bir söz demədən əl verir, yaxşı yol diləyir. Maşına qayıdıram. Dostumun əhvalında dəyişiklik hiss edirəm. - Sən ona nəsə göstərdin, heç nə demədi. Sistemdə işləyirsən, dayı? - Oxşayıram? - Yox, – deyir. Ardınca: - Nə bilim vallah, mən də nə gəldi danışdım. Gülürəm. Amma onu da intizarda saxlayıram. Tosif Cəlilabada qədər susmağa üstünlük verir. "Armudu stəkan"ın yanında onu düşürürəm. Pul vermək istəyir. Götürmürəm: - Yolda darıxmayım deyə götürdüm səni. Pula aparsaydım, əlavə də 3 nəfər götürərdim. Təşəkkür edir: - Orqan işçiləri qaraqabaq olur, sən amma yaxşı kişisən, dayı... Amma Tosifin çaşqın qalması da ürəyimcə olmur. Ona orqan işçisi olmadığımı deyirəm. |
2014-04-12 | 14,326 | Tualet kağızından sənət əsəri yaratdı - Foto | Fransız sənətçi Anastasiya Elias tualet kağızından möhtəşəm sənət əsəri yaradıb. O, əl işindən ibarət olan "rouleaux" adlı nümunələri kolleksiyaya çevirib. "Axar.az" həmin fotoları təqdim edir. |
2014-04-12 | 14,328 | Ledi Qaqa da İstanbula gəlir | Mayın 4-dən başlayacaq dünya turu çərçivəsndə Ledi Qaqa İstanbula gəlir. "Axar.az" xəbər verir ki, Ledi Qaqa bu turne çərcivəsində 25 konsert verəcək. Konsert İstanbulun İTU stadionunda baş tutacaq. Bundan sonra da müğənni Yunanıstana yola düşüb son konsertini Atinada verəcək. |
2014-04-12 | 14,329 | Sumqayıtda beşmərtəbəli binada yanğın | Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan 5 otaqlı mənzilin 1 otağında yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, mənzil yanğından mühafizə olunub. Yanğın saat 23:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-12 | 14,330 | ABŞ İran diplomatına viza vermədi - Köhnə hesablar | Ağ Ev bunu diplomatın köhnə səhvləri ilə əlaqələndirir. "Axar.az" Röyters (Reuters) xəbər agentliyinə istinadən xəbər verir ki, ABŞ İran diplomatı Həmid Abutalıba diplomatik viza verməkdən imtina edib. Rəsmi Ağ Ev səbəb kimi, həmin diplomatın 1979-cu ildə İrandakı ABŞ Səfirliyinin işçilərini girov saxlayan tələbələrin arasında olması ilə əlaqələndirir. Prezident Barak Obama ABŞ Konqresinin təzyiqi ilə İranlı diplomatın ölkə ərazisinə buraxılmayacağını açıqlamışdı. Ağ Ev sözçüsü Cey Karney BMT və İran rəsmilərinə "bizim cənab Abutalıba veriləcək vizamız yoxdur!" fikrinin çatdırıldığını deyir. Xatırladaq ki, İranlı diplomat BMT-nin iclasında iştirak etmək üçün Nyu-Yorka getməliymiş. |
2014-04-12 | 14,331 | Bakıda kafe yandı | Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan kafenin yanar konstruksiyaları və əşyaları 100 kv.m sahədə yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, kafenin qalan hissəsi və 2 ədəd qaz balonu yanğından mühafizə olunub. Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-12 | 14,332 | 12 aprel Kosmonavtika Günüdür | 12 aprel ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. "Axar.az" APA-ya istinadən xəbər verir ki, 53 il əvvəl, 1961-ci ilin aprelin 12-də Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub. Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. K.Kərimov da istehsalında iştirak etdiyi belə raketlərdən birinin köməkliyi ilə 1957-ci il oktyabrın 4-də dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Eyni zamanda, Kərim Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub. Kosmonavtlar uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Azərbaycanda aerokosmik sənayenin yaradılması və bu sahənin inkişafı isə 2008-ci ildə prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamdan sonra başlayıb. Ölkədə fəaliyyət göstərən aerokosmik Agentliyin qarşıda duran başlıca vəzifəsi müdafiə qüdrətinin möhkəmlənməsinə və inkişafına xidmət edən layihələri icra etməkdir. |
2014-04-12 | 14,333 | Əsəd yenə kimyəvi silah istifadə etdi – Video/13+ | Suriyalı media fəallar, dünən Əsəd rejiminin paytaxt Şamın Hərasta bölgəsində yenə kimyəvi silah istifadə etdiyini, atılan zəhərli qaz hücumu nəticəsində çoxlu adamın xəstəxanaya aparıldığı və vəziyyətlərinin ağır olduğunu açıqlayıb. "Axar.az" Suriya müxalif mətbuatına istinadən xəbər verir ki, Suriyada hökumət qüvvələrinin təşkil etdiyi kimyəvi silah hücumunda insanlarda yaranan tənəffüs çatışmazlığı, gözlərdə qızartılar, dəridə yanma kimi yaranan problemlər üzündən bir çox adamın təcili olaraq xəstəxanaya aparıldığı bildirilib. Rejimə bağlı Əsəd qüvvələri ilə müxaliflər arasında son bir həftədir qarşıdurmaların yaşandığı Suriya-Livan sərhədindəki Rankus qəsəbəsində hökumət qüvvələrinin fosfor bombası istifadə etdiyi iddia edilib. Müxaliflərin video-kamera ilə çəkdiyi görüntülərdə rejimə aid olduğu iddia edilən döyüş təyyarələrin fosfor bombaları atdığı aydın görünür. |
2014-04-12 | 14,334 | Ermənilər Qazaxı atəşə tutdular | Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. "Axar.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Sarıcalı, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-04-12 | 14,336 | Bakıda 6 avtomobil toqquşdu, xəsarət alanlar var | Bakının Yasamal rayonu ərazisində zəncirvari yol qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Cəfər Cabbarlı küçəsində 6 avtomobil toqquşub. "5 mərtəbə" dairəsi istiqamətində yüksək sürətlə hərəkət edən "KİA" markalı avtomobil əvvəlcə "Toyota" markalı maşına dəyib, daha sonra isə yolun hərəkət hissəsinin əks istiqamətinə çıxaraq qarşıdan gələn "Seat" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Seat" markalı avtomobil onunla eyni istiqamətdə hərəkət edən BMW, "Mercedes" və "Daeweoo" markalı avtomobillərə dəyib. Yol Patrul Xidməti əməkdaşlarının verdiyi məlumata görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb. Bunlar 27 yaşlı Osmanlı Təranə Azad qızı və 26 yaşlı Hüseynova Səbinə Əli qızıdır. Hər iki xəsarət alanın sərnişin olduğu bildirilir. Yaralılar Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. İlkin məlumata görə, qəzaya "Toyota" markalı avtomobilin KİA-nı yolun əks istiqamətinə sıxması səbəb olub. Hadisənin dəqiq səbəbi avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. Qəzadan sonra avtomobillərin yolun hərəkət hissəsini bağlaması nəticəsində Cəfər Cabbarlı küçəsində uzun tıxac yaranıb. Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır. |
2014-04-12 | 14,337 | Osmanın cəsədinin suda üzməsi... - Video | Aydın Dadaşovun açıq dərsi Yazın susuzluğu İstanbul Universitetinin ədəbiyyat fakültəsinin sənət tarixi ixtisasını bitirərək kino barədə məqalələr dərc etdirən türk rejissoru, yaradıcılıq fəaliyyətinə onun yazdığı, Aşıq Veysəlin həyatından bəhs edən "Qaranlıq dünya" (ssenari müəllifi Bədri Rahmi Eyüboğlu. 1952) filmi ilə başlayan əsl adı İsmayıl Metin Karamanbey olan Metin Erksanın Necati Cumalının eyni adlı hekayəsi əsasında 1964-cü ildə David E. Durstonla birgə ssenarisini yazıb lentə aldıqları, elə həmin il 14-cü Berlin Film festivalında "Qızıl ayı" mükafatını qazanan "Susuz Yaz" filmində Anadolu kəndlərindən birində yaranan su problemi ortaya atılsa da, elə ilk epizodda əlində xırda güzgü parçasını tutan atasız, kasıb Baharın (Hülya Koçigit) adaxlısı, kəndin varlı adamı, su mənbəyindən istifadədə öz marağını önə çəkən Osman ağanın qardaşı Hasanın (Erol Taş) üzünə işıq salması sevgi motivini sosial kontekstdə önə çəkir. Torpağın qanı sayılan suya tək Osman ağanın sahib çıxması, qardaşı Hasanın müqavimətinə baxmayaraq arxın qarşısına bənd vurması səbəbindən kəndlilərin acından öləcəyi ehtimalı sosial problemi daha da qabardır. Əkin sahələrinin suyu qurumaqda olan kəndlilərin ümidsizliyə qapılmaları fonunda Hasana sevdiyi Baharı qaçırmasını tövsiyə etməklə acgözlüyü, xəsisliyi vurğulanan Osmanın qardaşı arvadına gözü düşməsi yeni ailənin cinsəl həyatının xəlvəti izlənilməsinin, insan gözünü əvəz edən xırda işıq priborlarından istifadədə, texniki tətbiqin mükəmməliyi ilə gözlənilən namus problemini ortaya qoyur. Nəhayət ki, Osmanın diktəsi ilə suyun kəsilməsi dramaturji düyünü təqdim edir. Və Osmanın yenidən suya hakimliyini ələ alaraq suya fərqli tərzdə atılması dinamika ilə verilərək bir növ rejissorun tapıntısına çevrilir. Şər qüvvələri təcəssüm etdirən Osmanla Hasan arasındakı ziddiyyət strukturu zənginləşdirir. Gedişatın faciəvi şəkil almasını duyan Hasanın fikri əslində Xeyrin təntənəsinə gedən yolu işıqlandırmaqdır. Filmdə sosial problemə çevrilmiş su ilə bağlı kəndlilərin və Osmanın məhkəməyə müraciəti qanunun aliliyi prinsipini xatırladır. Digər bir epizodda Osmanın kəsdiyi xoruzu Baharın üzərinə atması personajlar arası ziddiyyətlərin ilkin təzahürünə çevrilir. Məhkəmənin fərmanını dəyişdirməklə qanunu belə şərə xidmət etməyə sövq edən Osmanın əməli zidiyyətləri qloballaşdırır. Və bu məqamda Hasanla Baharın susuzluqdan yanan əkin sahələrini xilas etmələri cəhdinin qarşısının alınması dramaturji düyünün açılışına yönəlir. Kəndlilərdən Vəli Sarının intiqam hissindən alovlanaraq Osmanın Qarabaş adlı itini vurması Osmanın dramaturji vəziyyətini gərginləşdirir. Güllələnmiş iti Bahar və Hasanın arasına atan Osman ziddiyyətlərin zümrələr arasındakı təzahürünə rəvac verir. Qardaşı Osmanla danışığında Hasan Osmana qarşı çıxaraq Xeyri, digər bir personaj Vəli Sarı isə Osmanın mövqeyinə keçərək Şəri təcəssüm etdirməsi fonunda silahlanan kəndlilərin bəndi partlatmaları vizuallığın gərginliyini artırsa da, hadisə ilə əlaqədar əhali arasında başlanan mücərrəd atışmaların uzanması isə süjet xəttini lüzumsuz halda uzadır. Vəli Sarının ölümü ilə əlaqədar Osmanın cinayəti boynuna götürməyi Hasana təklif etməsi dedektiv sərgüzəşt janrlarından vaz geçərək psixologizmi önə çəkməsi əsərin melodramatik şərtiliyini qoruya bilir. Və məhz bu məqamda qandalla bir-birinə bağlanmış Osmanla Hasanın onların arxasınca gələn Bahar tərəfindən izlənilməsi rejissor ssenarisinin mükəmməliyinə dəlalət edir. Cinayəti boynuna almaqla 8 illik cəzayla məhkum olunan Hasanın aravdı Bahara Osmanın gözü düşməsi və Osmanla ilk kadrlarda qadın gözəlliyinin nümayişi janr təyinatını nizamlayır. Gecə paltarını soyunan Baharın qonşu otağın dəliyindən Osman tərəfindən izlənməsi xırda işıq priborlarından istifadə epizodun məğzinin önə çəkilməsinə şərait yaradır. Elektrik dirəyini qucaqlamaqla oradakı tellərin Hasanın olduğu şəhərdən gəldiyini bildirən Baharın qadın sədaqətini önə çəkməsi dramaturji maneəni canlandırır. Həbsxanada cəza çəkməkdə olan Hasanın tapşırığı ilə əkin sahələrininn xilası üçün bəndi açan Baharın Osman tərəfindən balta ilə qorxudulması ziddiyyətlər qarşıdurmasını yeni istiqamətə yönləndirir. Meşədə kəndlilər tərəfindən döyülən Osmanın kürəyinə məlhəm qoyan Baharın daxilindəki təlatümlər təhtəl şüurun təzahürünü üzə çıxarır. Hasanın daha uzaq həbsxanya göndərilməsi və bu barədə məktubu gizlətməsi Osmanın qardaşı arvadına olan münasibətlərinin təzahürünə şərait yaradır. Paralel olaraq kəndlilərin məqam tapıb əkin sahələrini suvarması sosial mövzunu gündəmdə saxlayır. Baharın ilan sancan ayağından Osmanın zəhəri sovurması, Hasandan gələn məktubu qardaşının cırması, Bahara yeni libas alması, sağılı inəyin budunu sığallaması, psixologizmi qabardır. Həbsxanda Hasan adlı birinin ölümü ilə bağlı xəbərin şayiə olduğunu bilən Osmanın bu xəbəri gizlətməsi hadisələri yeni istiqamətə yönləndirir. Hasanın ölüm xəbərindən möhkəm sarsılan Baharın vaxtı ilə sevgisinin təcəssümünə çevrilən güzgü parçasını son dəfə bostan müqəvvasına atması personajları yeni kontekstdə təqdim edir. Bəzədiyi müqəvvanın timsalında Bahara sevgisini ithaf edən Osmanın daxili monoloqunu səsləndirməsi teatrallığa əsas verir. Həbsxanda məktub və pul almayan Hasanın qeyzlənərək intiqama söz verməsi məqamında paralel olaraq, Osmanın Baharı ram etməsi düyünün açılışına yönəlir. Osmandan su almaq üçün pul yığmağa qərar verən kəndlilər sosial motivi zəif də olsa sezdirə bilirlər. Və Baharın Osmanın ayağını yuduğu məqamda kəndlilərin gəlişi, həbsxana ağsaqqalının azadlığa çıxan Hasana şəxsi intiqam hissindən uzaq olmasını tövsiyə etməsi, sosial və şəxsi motivi genişləndirir. Əliyalın, silahlı Osmanın üstünə gedən Hasanın intiqam hissini cilovlaya bilməməsi və Osmanın əlindəki silahla Baharı güllələməsi personajlar arası ziddiyyəti mexaniki həll edir. Hasanın Osmana su arxı ilə yaxınlaşması və gülləsi bitən Osmanı məhz suda boğması intiqama sosial status qazandırır. Yaralı Baharı bağrına basaraq günahsızlığını qəbul edən Hasanın qapalı bəndləri açması, Osmanın cəsədinin suda üzməsi ideyanın təntənəsinə çevrilir. |
2014-04-12 | 14,338 | Nazirlik ölmüş adama məktub yolladı: "Müalicə olunacaqsan" - Şok | Nərmin Hüseynlinin dünyasını dəyişməsindən 21 gün sonra nazirlik ailəsinə yardım edəcəyi haqqında məktub göndərib. Leykoz xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynlinin ölümündən sonra ailəsinin müraciətinə cavab gəlib. Yeniyetmənin müalicəsi üçün müxtəlif orqanlara müraciət edən ailə cavab məktubunu onun sağlığında deyil, 40 mərasiminə az qalmış alıb. Bu barədə məlumat sosial şəbəkələrdə müraciətin surəti ilə birgə yayılıb. Cavab məktubundan bəlli olur ki, Prezident Administrasiyası Səhiyyə Nazirliyinə müraciət edərək, xəstəyə köməklik göstərilməsi üçün xahiş edib. Həmin müraciətdə deyilir: "Xəstəni müvafiq mütəxəssislər tərəfindən tibbi müayinədən keçirib, müalicəsinin və dərman preparatları ilə müəyyən olunmuş qaydada təmin olunmasına köməklik göstərilsin". Səhiyyə Nazirliyi də həmin müraciətə baxaraq müsbət rəy verib və yardım göstəriləcəyi ilə bağlı məktubu mərhumənin ailəsinin yaşadığı Sumqayıtdakı ünvana göndərib. Nərmin Hüseynli martın 10-da dünyasını dəyişib. Məktub isə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri G.Poladov tərəfindən düz 21 gün sonra – martın 31-də imzalanıb. Prezident Administrasiyasının həmin müraciəti Səhiyyə Nazirliyinə nə zaman ünvanladığı isə məlum deyil. Səhiyyə Nazirliyi hələlik məsələ ilə bağlı heç bir açıqlama vermir. |
2014-04-12 | 14,339 | Ruslar Qarabağa tankları qaz layihələrinə görə göndərib | "Rus tanklarının Dağlıq Qarabağa yeridilməsi ona hesablanıb ki, Azərbaycan qaz layihələrində iştirak etməsin". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, rus ordusunun Qarabağda Ermənistanın adı altında gizlənərək toplaşacağını bildirib: "Rus tanklarının Dağlıq Qarabağa yeridilməsi ona hesablanıb ki, Azərbaycan qaz layihələrində iştirak etməsin. Yəni Azərbaycan TANAP layihəsinin inkişafını müəyyən dövrə saxlasın. Söhbət Putinin 18 Avropa ölkə liderinə xəbərdarlığından sonra Azərbaycanın Avropa bazarına daxil ola biləcəyi ehtimalıdır ki, bu da Rusiyanı hərəkətə gətirib. Onsuz da hərəkətə keçən bütün qüvvələrin hamısı Ermənistanın adı altında olacaq. Rusiya Krımda ordusunu yerləşdirmişdi, amma heç bir hərbi tanınma nişanları yox idi. Burada da belə hərəkət etmə ehtimalı var. Rusiya gözləri hədəqəsindən çıxmış ölkədir və hər hansı beynəlxalq hüquq normaları onu maraqlandırmır. Bircə yol qalıb - hər şeyə hazır olmaq. Ölkənin müdafiəsinə hamını səsləmək və Rusiyayla danışıqlara gedib, ona xəbərdarlıq etmək lazımdır. Eyni zamanda bu məsələ beynəlxalq təşkilatlarda qaldırılmalıdır". Qeyd edək ki, dünən 90 rus tankının Karaşen yaşayış məntəqəsində toplaşdığı haqqında informasiya yayılmışdı. Onların Laçına, oradan Tərtər istiqamətinə yeridiləcəyi bildirilmişdi. Məlumatda 3 rus generalının da Xankəndinə göndərildiyi qeyd edilmişdi. |
2014-04-12 | 14,340 | Ulduz futbolçunun qardaşı öldü | PSJ klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç bir neçə qarşılaşmada meydana çıxmaya bilər. "Axar.az" xəbər verir ki, buna səbəb ulduz futbolçunun qardaşının vəfat etməsidir. İbranın qardaşı uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Bu səbəbdən də İbrahimoviç Fransadan İsveçə gedib. Onun nə vaxt qayıdacağı məlum deyil. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.