date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-04-09 | 14,029 | Deportasiya | Son dövrlər Bakıda aparılan söküntü işləri ilə bağlı tez-tez insanların etiraz xəbərlərini oxuyuruq. Onlar evlərinin hər hansı bir tikinti şirkəti və ya idarə tərəfindən satın alınmasına deyil, ödənilən kompensasiyaya etiraz edir. Maraqlıdır ki, bu, artıq Bakı və ətrafı üçün adi hal alıb. Dörd-beş ildir ki, paytaxtda yaşayan sakinlər Bakının abadlaşması adı altında aparılan söküntü işlərindən əziyyət çəkirlər. Çünki vətəndaşın aldığı pul onun yeni ev almasına yetmir. Bakıda satılan evlərin qiyməti o qədər bahadır ki, verilən pulla nəinki mərkəzdə, hətta kənarlarda belə ev almaq mümkün deyil. Bakıda satılan evlərin qiyməti ilə vətəndaşdan alınan evlərə görə verilən qiyməti müqayisə edəndə ziddiyyət ortaya çıxır. Çünki əgər söhbət ev bazarındakı qiymətlərdən gedirsə, onda hər hansı bir tikinti şirkəti və ya idarə də bu bazarda olan qiymətləri nəzərə almalıdır. Artıq illərdir ki, bu problem olsa da, hər dəfə hardasa bu xarakterli bir iş başlayırsa, orda etirazlar baş qaldırır, amma buna rəğmən hər hansı bir yol tapılmayıb. Belə olanda da vətəndaş çarəni yol bağlamaqda tapmaq istəyir. Bəzən Bakının hansısa məhəlləsindən keçəndə ordakı dağınıqlıq və xarabalıqları görüb düşünürəm ki, bu yerlər doğurdan da sökülməlidir. Çünki keçən əsrin əvvəllərində tikilmiş evlərdə şəraitsiz şəkildə yaşamağı kimsə istəmədiyi kimi, Bakıda yaşayan kimsə də bu şəhərin görünüşünə xələl gətirən hansısa tikilinin qalmasını istəməz. Amma iş burasındadır ki, bu keçən əsrdən qalmış evdə yaşayışını qurub az-çoxdan həyatını təmin edən insanlar birdən-birə evsizliklə üzbəüz qalırlar. Çünki çox hallarda aldıqları kompensasiya ilə yenidən ev qurmaq hardasa mümkünsüzdür. Hər dəfə Bakının abadlaşdırılması, hansısa parkın salınması adı altında aparılan işlər vətəndaşın baş bəlasına çevrilir. Bakı gözəlləşirsə, elə bu da vətəndaşın rifahı üçün edilir. Yaxşı, vətəndaşın rufahı naminə edilən işlərdə niyə elə çanaq da məhz vətəndaşın başında çatlayır? Bəs görəsən ödənilən pul vətəndaşın rifahına xidmət etmirmi? Bəlkə məsələ qənaət məsələsidir? Söhbət qənaətdən gedirsə, onda ildə iki dəfə sökülüb-tikilən parklara xərclənən pullara daha ciddi nəzarət etmək olar. Niyə məhz vətəndaşa gələndə qənaət yada düşür? Şişirdilmiş xərcləri kəsib pulu vətəndaşa vermək niyə bu qədər tilsimə düşüb? Bir də əgər bu işləri tikinti şirkətləri aparırsa, dövləti işə qatmadan vətəndaşla razılaşma əldə olunmalıdır. Artıq Bakıdakı tikinti işləri abadlıqdan, tikinti işləri olmaqdan çıxıb əmməli-başlı deportasiyaya çevrilib. Hər dəfə bu kimi problem qabaranda vətəndaş başını tutur! Yaxud da satın alınan evlərin yerində tikilən yeni binalarda niyə vətəndaşa mənzillər təklif olunmur? Ya da elə bu gün xəbəri yayılan etirazda ümidsız qalmış Pirşağı sakinlərinə yol tikintisinə görə plana düşmüş evlərinin əvəzinə bir az kənarda elə həmin tikintini aparan şirkət tərəfindən evlər tikilib verilmir?! Bir sözlə, illərdir bu problem hər dəfə qabarır, amma kimsə bir yol tapmaq arzusunda deyil. Ümidsiz qalan vətəndaş da çarəni yol bağlamaqda görür. |
2014-04-09 | 14,030 | Fətullah Gülən şikayət rekordçusu oldu | Fətullah Gülən media işçilərini indiyə kimi 1500 dəfə məhkəməyə verib. "Axar.az" xəbər verir ki, bu iddianın sahibi R.T.Ərdoğanın baş müşaviri Yalçın Akdoğandır. Yalçın "Yeni Şəfəq" qəzetinəki köşəsində Gülən və hərəkatının hər zaman tolerantlıqdan danışsalar da, əməldə heç də o cür olmadıqlarından yazıb: "Xatırlayın, bir vaxtlar Baş nazir Ərdoğanın məhkəmələrə müraciət etməyindən çox danışılırdı və haqsızcasına "dözümsüzlük nümunəsi" kimi göstərilirdi. İndi isə bu vəziyyətdən də betər bir vəziyyət yaşanır. Məsələ burasındadır ki, Fətullah Gülən indiyə kimi nə az, nə çox - media işçilərini düz 1500 dəfə məhkəməyə verib". |
2014-04-09 | 14,031 | Uşaqlar acından ölür – Foto/SOS | Suriyada aclığı silah kimi istifadə edən hökumət qüvvələri vətəndaşlarını acından öldürməyə davam edir. "Axar.az" Suriya müxalif mediasına istinadən xəbər verir ki, Şam şəhərinin Quta bölgəsində aclıq və dərman qıtlığına görə uşaq ölümlərinin sayı günbəgün artır. Bir tərəfdən insanları aclığa məhkum edən Əsəd rejimi, digər tərəfdən bölgəni bomba atəşinə tutur. Edilən hücumlar nəticəsində hər gün onlarla insanın öldüyü Şərqi Qutada daha çox uşaqlar aclıq və dərman çatışmazlığından ölür. Suriyalı aktivistlər belə açıqlama verib: "Əsəd qüvvələri Şərqi Qutada hər hansı humanitar yardımın bölgəyə girişinə icazə vermir. İnsanlar burda aclıq və xəstəliklə boğuşur, uşaqlar analarının gözləri qarşısında əriyib gedir. Əgər hər hansı müdaxilə olmasa uşaq ölümləri çoxalmağa davam edəcək". |
2014-04-09 | 14,032 | Ötən ay Azərbaycanda 31 mina aşkar edilib | 2014-cü ilin mart ayı ərzində əməliyyatlar zamanı 589 PHS, 29 ədəd tank və 2 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, mart ayında 2 milyon 315 min 700 kvadratmetr ərazi yoxlanıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Hazırda əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 252 milyon 725 min 499 kvadratmetr ərazi təmizlənib, 689 min 672 mina və PHS tapılaraq zərərsizləşdirilib. Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Qəbələ, Xocavənd, Lənkaran, Tərtər, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir. Mart ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb (Trend). |
2014-04-09 | 14,033 | Rusiya “Amerikanın səsi”ni dayandırdı | "Amerikanın səsi" radiostansiyasının Rusiya ərazisində yayımı dayandırılıb. Bu barədə "Rusiya bu gün" agentliyinin direktoru Dmitri Kiselyovun məktubunda deyilir. ABŞ-ın "Amerikanın səsi" və "Azadlıq" radiolarının da işini koordinasiya edən Yayım Məsələləri üzrə İdarəçilər Şurasına (BBG) ünvanlanan məktubda 810 AM tezlikdə yayımın aparılması barədə öncəki sazişin qüvvəsinin dayandırıldığı qeyd olunur. "Biz əməkdaşlığı davam etdirməyə hazırlaşmırıq", - deyə Kiselyovun yazılı xəbərdarlıq müraciətində bildirilir ("Musavat.com"). |
2014-04-09 | 14,034 | Britaniyada ilk dəfə müsəlman nazir oldu | Böyük Britaniyanın mədəniyyət, KİV və idman naziri postunu sabiq bankir, müsəlman Səcid Cavid tutub. Səcid Cavid bu postda aprelin 9-da maliyyə qalmaqalına görə istefaya getmiş Mariya Milleri əvəzləyib. Mariya Millerin dövlət büdcəsindən əsaslandırılmamış şəkildə vəsait xərclədiyi iddia olunur. O, dövlət büdcəsinə 5 min 800 funt ödəməlidir. Bristolda pakistanlı ailədə doğulan Səcid Cavid uzun müddət bank sektorunda işləyib. O, 2010-cu ildə parlamentin deputatı seçilib. Səcid Cavid 2013-cü ilin oktyabrından Böyük Britaniya Maliyyə Nazirliyinin maliyyə katibi postunu tuturdu ("Mediaforum.az") |
2014-04-09 | 14,035 | Bakıda möhtəşəm Liman Qülləsi tikiləcək - Foto | Bakıda həyata keçirilən "Port Baku" layihəsi çərçivəsində ikinci çoxmərtəbəli qüllənin ("Tower") tikintisinə başlanılıb. Neftçilər prospektindəki kompleksin sol tərəfində, dəmir yolu xəttinin kənarında (Yusif Səfərov küçəsi istiqamətində) inşa olunacaq kompleks "Liman Tower" adlanacaq. İlkin məlumatlara görə, "Liman Tower"in (Liman qülləsi) "Marriott Absheron" mehmanxanası ilə "Empire Tower" arasında olan ərazidə tikiləcək. Xatırladaq ki, "Liman qülləsi" layihəsi "DSA Architects International" memarlıq bürosuna məxsusdur. Layihənin digər adı "Residential Apartment Tower"dir. Sözügedən yaşayış kompleksindəki mənzillərin lüks təmirli satılacağı bildirilir ("Milli.az"). |
2014-04-09 | 14,036 | İçərisində 250 cücə olan avtomobil yandı | Mingəçevir şəhərində içərisində cücələr olan avtomobil yanıb. Hadisə Mingəçevir şəhəri Aydın Məmmədov küçəsində baş verib. Belə ki, Anar Mirzə oğlu Əzizova məxsus "VAZ 2107" markalı avtomaşının salon hissəsindən başlayan yanğın tezliklə artaraq maşını bürüyüb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Buna baxmayaraq, "VAZ 2107"-nin salon hissəsi yanıb. Məlum olub ki, salonda karton qutularda saxlanılan 250 ədəd cücə də tələf olub. Avtomobilin yanmasının səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır (EL TV). |
2014-04-09 | 14,037 | İran mediası: "Türkiyə Əsədə qarşı plan hazırlayır" | Suriya böhranında Bəşər Əsəd rejiminə dayaq olan İran mediası rəsmi Dəməşqin Kəsəb məsələsində Türkiyəyə qarşı ittihamları dəstəklədiyini bəyan edib. "Axar.az" xəbər verir ki, İrana məxsus Press televiziyası Lazkiyənin dağlarında əcnəbi vətəndaşların ölkəyə sızaraq rejimə qarşı vuruşduğunu bildirib. Qeyd olunur ki, Suriya ərazisinə daxil olan Türkiyəyə məxsus çoxlu sayda militanlar öldürülüb. Press TV Türkiyənin bu ölkəyə müdaxiləsini pisləyərək, Suriya ordusunun Kəsəb qəsəbəsində böyük bir hərbi əməliyyat hazırladığı iddialarına da yer verib: "Suriyalı rəsmilər Türkiyə ərazisində Kəsəbin hücumlardan müdafiəsi üçün Ankara tərəfindən plan hazırlandığını bildirir". PressTV həmçinin bildirir ki, qərb Suriyaya müdaxilə üçün Qatar, Səudiyyə Ərəbistanı və Türkiyəyə dəstək verir. |
2014-04-09 | 14,038 | Azərbaycanda yeni bulvar salınır - Foto | Astarada əhalinin səmərəli istirahəti üçün bulvar salınır. Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Astarada tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Şəhər ərazisində 4 və 5 mərtəbəli yaşayış binalarının fasad hissələrində əsaslı təmir işləri görülür. Bu işlərin aparılması üçün 100-ə yaxın işçi qüvvəsi cəlb olunub. Dəniz kənarı ərazidə uzun illər su atında, bataqlıqda qalan torpaq qatı qurudularaq bulvar və çimərlik salınır. Hazırda torpaq bərkitmə işləri aparılır. Ərazi tam hamarlanandan sonra layihə əsasında tikinti işlərinə başlanılacaq. Bulvarın bu il əhalinin istifadəsinə verilməsi nəzərdə tutulub (SalamNews). |
2014-04-09 | 14,039 | Ermənistanın Baş naziri etiraz aksiyasına qoşuldu | Ermənistanın keçmiş baş naziri, hazırda bu vəzifəni icra edən Tiqran Sarkisyan bu gün ölkə Konstitusiya Məhkəməsinin qarşısında keçirilən etiraz aksiyasına qoşulub. Yığım sistemi haqqında qanuna etiraz məqsədi ilə keçirilən oturaq fləşmobun iştirakçıları qanunun qeyri-konstitusion sayılmasını tələb ediblər. "Mən sizi dialoqa çağırıram",- deyə Tiqran Sarkisyan etirazçılara müraciət edib və onlardan 100 nəfəri iclas salonuna dəfət edib. Lakin etirazçılar imtina ediblər və elektron hesabat qaydalarının ləğvini tələb ediblər. Ümumiyyətlə, son günlərdə vəzifəsindən istefa verən Tiqran Sarkisyanla müxalifətin arasında münasibətlərin istiləşməsi müşahidə edilir. Ermənistanın hazırda müxalifətdə olan ilk prezidenti Levon Ter-Petrosyan da Tiqran Sarkisyanı dəstəkləyərək onun istefasını tarixi hadisə adlandırıb (ANS). |
2014-04-09 | 14,040 | Rusiya kəşfiyyatı itən təyyarə ilə bağlı şok faktları açıqladı | Rusiya kəşfiyyatı itən Malaziyaya məxsus "Boinq 777" təyyarəsi ilə bağlı şok faktları açıqlayıb. "Axar.az" xəbər verir ki, rus kəşfiyyatı təyyarənin qəzaya uğramadığını, qaçırıldığını bildirir. Kəşfiyyat qeyd edir ki, itən təyyarə Pakistanda yeraltı dayanacağda saxlanılır. Təyyarədə olan 239 sərnişinin vəziyyəti yaxşıdır. Təyyarəni qaçıran şəxsin ləqəbi "Heç kim"dir. "Heç kim" ləqəbli şəxsə 20 nəfər yardım edir və yüksək təlim görmüş şəxslərdir. Digər yandan Malaziya və Avstraliya təyyarənin axtarışını davam etdirirlər. Bu yaxınlarda Avstraliya Hind okeanından 2 dəfə siqnal alıb və həmin bölgədə axtarışlar aparır. Belə ki, onlar təyyarənin yaxın zamanda tapılacağını bildirirlər. Xatırladaq ki, itən təyyarə Malaziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə uçurdu. Təyyarənin yoxa çıxmasından 33 gün keçir. |
2014-04-09 | 14,041 | İlham Əliyev İranın ali dini lideri ilə görüşdü - Foto | İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev aprelin 9-da Tehranda bu ölkənin ali dini lideri Ayətullah Seyid Əli Xamneyi ilə görüşüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, görüşün detalları barədə hələlik heç bir xəbər verilməyib. |
2014-04-09 | 14,042 | Böyükşor gölü iki yerə bölünür - Foto | Böyükşor gölünün çirkab sulardan tamamilə təmizlənməsi layihəsi 2018-ci ilə qədər başa çatacaq. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə "Ekoloks" ekoloji hüquq mərkəzinin eksperti Samir İsayev məlumat verib. Onun sözlərinə görə, gölün tamamilə yenidən qurulması üçün Hollandiyadan texnika gətirilməsi planlaşdırılır. Həmin texnikalar sayəsində nəinki gölün ətrafı, həmçinin dibi də təmizlənəcək. Təxminən bir metrdən artıq dərinlikdə lil qatı çıxarılacaq və gölə təmiz su veriləcək. Böyükşor gölünün tamamilə ekoloji təmiz gölə çevriləcəyini, bitki və canlılardan ibarət mühit formalaşdırılacağını deyən Samir İsayev bildirib ki, gölün tamamilə bərpası üçün görüləcək bütün işlər dövlət vəsaiti hesabına həyata keçiriləcək: "Plana əsasən gölə bitişik obyektlər ləğv olunacaq. Gölün genişləndirilməsi yox, kiçildilməsi nəzərdə tutulur. İlk olaraq gölün 1/3 hissəsində abadlıq işləri aparılacaq. Həmin ərazini göldən yeni magistral yol ayıracaq. Layihəyə əsasən, Böyükşor gölünü iki yerə böləcək 6 zolaqlı yolun eni 44 metr olacaq. Fikrimcə, gölün üzərindən körpü salınsaydı, daha münasib olardı. Lakin körpü tikilməsi baha başa gəlir". Samir İsayev bildirib ki, Böyükşor gölü də daxil olmaqla, artıq 9 göldə monitorinqlər və tədqiqatlar aparılıb. Göllərin geoloji və hidroloji məqamları araşdırılıb, göl suyundan, lilindən analizlər götürülüb: "Ətraf mühiti sağlamlaşdırmaq üçün istənilən halda böyük vəsait lazımdır. Bunun başqa yolu yoxdur. Böyükşor gölünün ilk olaraq seçilməsi şəhərin infrastrukturu ilə bağlıdır. Sıra ilə götürsək, ikinci növbədə Xocasən gölünün sağlamlaşdırılmasına real imkan var. Daha sonra Binəqədi gölü əhəmiyyətidir. Bunlara xərc çəkilsə, dövlət bu işdən qazanar". Masazır gölünün aqibətinə də toxunan Samir İsayev bildirib ki, sözügedən göl 9 gölün sırasında deyil: "Amma bu gölün çox dəyərli bir yeri var. Masazır gölü bir az fərqlidir. Onun qurudulmasından söhbət gedə bilməz. Çünki sərvətdir, orada olan duz müalicəvi əhəmiyyətlidir. Bütün bunları nəzərə alsaq, o gölün ətrafında sanatoriyalar tikilməli, müalicə və sənaye məqsədi ilə istifadə olunmalıdır". Abşeron yarımadasında 9 çirklənmiş gölün dövlət vəsaitləri hesabına bərpa olunmasına gəlincə Samir İsayev bildirib ki, bu işlərin bütünlüklə büdcə hesabına gerçəkləşdirilməsi düzgün deyil. "Bunun üçün sahibkarların imkanlarından istifadə edilməlidir. Dünyanın heç bir yerində eyni vaxtda 9 gölün qurudulması üçün maddi imkan olmayıb. Belə bir imkanın Azərbaycanda olması, əlbəttə sevindiricidir. Amma yaxşı olardı ki, sahibkarların da imkanlarından istifadə olunsun. Dünya təcrübəsində belə layihələrin gerçəkləşməsində sahibkarların böyük rolu olub". |
2014-04-09 | 14,044 | İlham Əliyevin İrana rəsmi səfəri başa çatdı | Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başa çatıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, səfər artıq başa çatıb. Azərbaycan prezidenti Bakıya qayıdıb. |
2014-04-09 | 14,045 | Təbrizdə hamıya qürur verəcək toy - Video | Bir müddət öncə "Güney Azərbaycanda toya basqın edildi" başlıqlı informasiya yayıldı.Tanınmış güneyli musiqiçi və mədəni fəal Abbas Nikrəvan Şəbistər şəhərində iştirak etdiyi bir tədbirdə polis məmurlarının hücumuna məruz qalaraq bədən xəsarəti aldığı bildirilirdi. Hadisə aprelin 5-i gecə Şəbistərin Nadarlı kəndində keçirilən bir toy mərasimində baş verib. "Məmurlar Nadarlı kəndində yaşayan bir milli fəalın toy mərasiminə hücum edərək, mərasimi dağıdıb və musiqi ifa edən Abbas Nikrəvanı döyüblər. Ağır yaralar alan musiqiçi Şəbistər xəstəxanasına aparılıb. Yayılan məlumata görə, "azərbaycanlı musiqiçi həmin gecə Şəbistərdən ayrılıb yaşadığı Salmas şəhərinə geri döndüyü zaman yol polisi tərəfindən saxlanılaraq İran polis orqanı olan Əmakin İdarəsində sorğu-sual edilib. Məmurlar salmaslı sənətçini ertəsi gün sərbəst buraxıblar." Abbas Nikrəvan keçmişdə də milli mərasimlərdə iştirakı və apardığı mədəni fəaliyyətlər səbəbilə həbs və mühakiməyə məruz qalıb. Həmin toydan eksklüziv videonu olaraq sizə təqdim edirik ("Xeberle.com"). |
2014-04-09 | 14,046 | Aktyoru söyən qoçuların videosu yayıldı - Video | Aktyor İlqar Cahangir Nəqliyyat Departamenti əməkdaşlarının təhqirinə məruz qalmasını əks etdirən video-görüntülər yayılıb. "Axar.az" xəbər verir ki, qohumunu yola salmaq üçün Bakı Beynəlxalq Avtovağzalına gələn və orada Nəqliyyat Departamenti əməkdaşlarının təzyiqi ilə üzləşən sürücüyə qarşı baş verənləri telefonun yaddaşına çəkərkən İlqar Cahangirin təhqir edildiyi barədə məlumatın ardınca, "Azadlıq" radiosu görüntüləri yayımlayıb. Xəbər verdiyimiz kimi, Oda Teatrı hadisə ilə bağlı artıq Prezident İlham Əliyevə də müraciət edib. Aktyor İlqar Cahangirin haqqında danışdığı görüntünü də özündə əks etdirən süjeti təqdim edirik: |
2014-04-09 | 14,047 | Azərbaycan İranla hərbi əməkdaşlığı dərinləşdirir | Azərbaycan Prezidenti İlham Əliyev İrana səfəri çərçivəsində sənədlərin imzalanması prosesindən sonra İran Prezidenti Həsən Ruhani ilə birgə mətbuata bəyanatlar veriblər. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, səfərin Azərbaycan-İran əlaqələrinin inkişafında mümühm rol oynayacağına əminliyini bildirən İlham Əliyev Qarabağ probleminə toxunub: "Bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir. Bu münaqişə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə, beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə biz Sizə minnətdarıq. Bildiyiniz kimi, uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri işğal altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişlər. Bu gün işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Münaqişənin tezliklə və beynəlxalq hüquq əsasında həll edilməsi region üçün də böyük fayda olardı". Prezident İlham Əliyev iqtisadi, sərmayə qoyuluşu sahəsində imkanları müsbət dəyərləndirməklə yanaşı, hərbi sahədə əməkdaşlığın dərinləşməsi yollarının müzakirəsi barədə də məlumat verib. İran Prezidenti Həsən Ruhani isə çıxışında Prezident İlham Əliyevə İrana səfərinə görə minnətdarlığını bildirməklə başlayıb və Davosda ikitərəfli görüşü xatırladıb: "Həmin görüş çərçivəsində biz münasibətlərimizin gələcəyi üçün çox mühüm qərarlar qəbul etdik. Bu gün keçirdiyimiz həm geniş tərkibdə, həm də təkbətək görüşlərdə ölkələrimizin münasibətləri ilə əlaqədar bütün sahələri əhatə edən hərtərəfli müzakirələr apardıq". Azərbaycan və İranı "iki yaxın qonşu, dost, qardaş və həmməzhəb ölkə" adlandıran Həsən Ruhani ölkələrimiz arasındakı münasibətlərin regionda sülhün, əmin-amanlığın və təhlükəsizliyin xeyrinə olduğunu xatırladıb. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan danışıqların müzakirə olunduğuna və qaneedici nəticənin əldə olunmasının o qədər də uzaqda olmadığına diqqət çəkən Həsən Ruhani İranın sülhməramlı nüvə texnologiyasından istifadə hüququnu Azərbaycanın dəstəklədiyini bildirib. İran prezidenti xüsusi olaraq vurğulayıb ki, Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində həllini tapmalıdır: "Bizim mövqeyimiz belədir ki, regiondakı coğrafi sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Biz gərək bütün səylərimizi birləşdirək ki, belə oxşar məsələlər danışıqlar və sülh yolu ilə həll olunsun". İran prezidenti daha sonra İlham Əliyevin səfər dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirib: "Əminəm ki, yaxın münasib vaxtlarda dost və qardaş Azərbaycan Respublikasını ziyarət edəcəyəm". |
2014-04-09 | 14,048 | Mehriban Əliyeva Toni Kreqqin sərgisinin açılış mərasimində | Bu gün Heydər Əliyev Mərkəzində müasir incəsənətin görkəmli nümayəndələrindən biri, dünya şöhrətli böyük britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılıb. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin diplomatik korpusun nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov açılış mərasimində iştirak edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqları salamlayıb: "Artıq Heydər Əliyev Mərkəzi mədəniyyət və incəsənət nümunələrinin sərgilənməsi baxımından Azərbaycanda qabaqcıl yerlərdən birinə çevrilib. Son bir il ərzində Heydər Əliyev Mərkəzində dünya şöhrətli, tanınmış rəssamlar və heykəltəraşların sərgiləri keçirilib. Çox sevindirici haldır ki, çoxsaylı Bakımızın sakinləri ilə yanaşı, xarici qonaqlar da ölkəmizə səfər etdikdə məhz Heydər Əliyev Mərkəzinə gəlir və bu incəsənət nümunələri ilə tanış olurlar". A.Ələkbərov bildirib ki, müasir incəsənət bu gün çox böyük önəm təşkil edir və Azərbaycanda da müasir incəsənətin inkişafı, müasir incəsənətə olan diqqət və çoxsaylı tədbirlərin keçirilməsi önəmlidir: "Ölkəmizdə Müasir İncəsənət Muzeyinin yaradılması, Heydər Əliyev Fondu tərəfindən "Bakıya uçuş" müasir incəsənət sərgisinin bir sıra şəhərlərdə keçirilməsi, "YARAT!" İncəsənət Məkanının təqdimatları bu sıradan olan layihələrdəndir. Bu gün bu baxımdan Heydər Əliyev Mərkəzinin binasında "Love Me, Love Me Not" sərgisi var, "Bakıya uçuş" Azərbaycan müasir incəsənət sərgisi keçirilir. Bu gün bizim Mərkəzin xüsusi təqdimatı var və bildiyiniz kimi, bu gün beynəlxalq səviyyədə tanınan heykəltəraş Toni Kreqqin sərgisi təşkil olunur. Bu sərginin təşkil olunmasında xüsusi olaraq əməyi olan bütün insanlara dərin təşəkkürümü bildirirəm. Xüsusi olaraq Heydər Əliyev Mərkəzində hər zaman dəstəyini hiss etdiyimiz və bütün beynəlxalq layihələrin, eyni zamanda, mədəni tədbirlərin keçirilməsində böyük dəstəyi olan çox hörmətli Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, 9 aprel tarixində bizim dostumuz, cənab Toni Kreqqin 65 illik yubleyini qeyd edirik və ona görə də hamımızın adından cənab Toni Kreqi təbrik etmək və ona cansağlığı arzulamaq istəyirəm". Tədbirdə çıxış edən tanınmış heykəltəraş T.Kreqq bu tədbirə dəstək olan hər kəsə minnətdarlığını bildirib: "İlk olaraq sərginin keçirilməsində göstərdiyi dəstəyə və dəvətə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və sərginin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığımı bildirirəm. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova və Mərkəzin kollektivinə də təşəkkür edirəm. Düşünürəm ki, bu sərgi çox maraqlı olacaq. Sərgidə Avropanın bir sıra qalereyalarında nümayiş etdirilən əsərlərlə tanış olacaqsınız". Heykəltəraş yeniyetmə yaşlarından incəsənət sahəsinə marağı olduğunu bildirib, lakin atasının onun bu istəyinə qarşı çıxdığını deyib: "Kənardan baxan şəxslərə bu sahə darıxdırıcı gələ bilər, lakin düşünrəm ki, bu belə deyil. Heykəltəraşlığı digər sahələrdən seçən və ayıran məqam ondan ibarətdir ki, burada məhz yaradıcı, qeyri-adi proseslər və obyektlər yaratmaq lazımdır. Heykəltəraşlıq ən dinamik inkişaf edən mədəniyyət sahələrindən biridir. Heykəltəraşlıqla elmin fərqi ondadır ki, elm nəyisə izah etməyə çalışır, lakin heykəltəraşlıq sahəsində hər hansı materiallardan nə isə yaradırıq". Azərbaycanın xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, məşhur heykəltəraş Ömər Eldarov çıxışında bildirib ki, nəsə yaratmaq böyük ustalıqdır: "Bildiyimə görə, bu gün Toni Kreqqin 65 yaşı tamam olur. Məncə hər şey irəlidədir, ümid edirəm ki, biz onun yeni gözəl əsərlərini təkcə sərgilərdə deyil, bizim şəhərdə də görəcəyik". Ö.Eldarov T.Kreqə Azərbaycan Rəssamlıq Akademiyasının fəxri professor diplomu və mantiyasını təqdim edib. Qeyd edək ki, Bakıda ilk dəfə təşkil olunan sərgidə müəllifin 28 möhtəşəm əsəri nümayiş olunacaq. Artıqaprelin 6-dan Bakıda olan T.Kreqq sərginin tərtibatında özü bilavasitə iştirak edib. Sərgi Heydər Əliyev Mərkəzində xüsusi kompozisiyada təqdim olunur. Mərkəzin parkında, eləcə də foyedə müəllifin bir neçə əsəri izləyiciləri sərgiyə doğru istiqamətləndirərək Mərkəz ərazisində sənətsevərlər üçün xüsusi bir ab-hava yaradıb. Sərginin açılış mərasimi müəllifin 65 illik yubileyinə təsadüf edir. Açılış ərəfəsində T.Kreqqin yaradıcılığına həsr olunan sərginin kataloqu da hazırlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kataloqda oxuculara müraciətində bildirib: "Geniş auditoriyaya dünya incəsənət incilərinin təqdim edildiyi, müntəzəm olaraq sərgilərin keçirildiyi unikal və gözəl binada - Heydər Əliyev Mərkəzində bu dəfə müasir incəsənətin ən xarizmatik və nüfuzlu simalarından olan tanınmış heykəltəraş Toni Kreqqin əsərləri sərgilənəcəkdir. Siz valehedici və cəzbedici sənət nümunələrinin - polad, şüşə, keramika, plastik, ağacdan hazırlanmış və qarışıq kompozisiyalarda müxtəlif formalı heykəltəraşlıq əsərlərinin əhatəsində olacaqsınız. Əminəm ki, müasir incəsənətin heyranedici mühiti hər birinizin yaddaşına unudulmaz təəssüratlarla həkk olunacaqdır". Azərbaycan paytaxtında müasir incəsənət sahəsinə səmimi bir marağın olduğunu qeyd edən Leyla Əliyeva bu istiqamətdə sərgilərin artıq ənənə şəklini aldığını, təşkil olunan hər yeni tədbirin cazibədarlığı və şövq gətirən ab-havası ilə seçildiyini bildirib. Müəllifin fıkrincə, bu, eyni zamanda, azad yaradıcı ünsiyyət, qarşılıqlı anlaşma, dostluq və inamı möhkəmləndirən birbaşa insan əlaqələri deməkdir. Bu cür sərgilər incəsənət vurğunlarına müxtəlif ölkələrin mədəni həyatının ən parlaq hadisələrini görməyə, dünyanın tanınmış muzey və qalereyalarında nümayiş etdirilən maraqlı və qeyri-adi eksponatlarla tanış olmağa şərait yaradır. Nəşrdə, həmçinin T.Kreqq yaradıcılığı haqqında məlumat verilir, onun yaradıcılıq nümunələri - müxtəlif materiallardan olan əsərləri təqdim olunur. Qeyd edək ki, izləyicilər üçün aprelin 10-dan açıq olacaq sərgi avqustun 31-dək davam edəcək (Trend). |
2014-04-09 | 14,049 | Yanukoviçi ruslar yox, amerikalılar hakimiyyətə gətirib – Şok iddia | Yanukoviçin hakimiyyətə gəlməsində ABŞ-ın xüsusi rolu olub. "Axar.az" xəbər verir ki, bu iddia ilə rusiyalı ekspert Sergey Kuzneçov çıxış edib. O, eks-prezidentin heç bir zaman Rusiyaya simpatiya ilə yanaşmadığını deyib: "Yanukoviç heç bir zaman Rusiyaya simpatiya ilə yanaşmayıb. Onun 2004 və 2010-cu illərdəki kampaniyalarının əsas təşkilatçıları Pol Manafort rəhbərliyi altında olan amerikalı siyasi məsləhətçilərdən təşkil edilmişdi. Onların fəaliyyətini Kiyevdə olan ABŞ səfirliyi koordinasiya edirdi". Qeyd edək ki, Yanukoviç bir müddət öncə Ukrayna hakimiyyətindən devrilib. |
2014-04-09 | 14,050 | Ukrayna problemi 48 saat ərzində həll edəcək | Ukrayna Daxili işlər naziri Arsen Avakov Ukraynanın şərqindəki Luqansk, Donetsk və Xarkov şəhərlərindəki qarışıqlıqların 48 saat ərzində həll ediləcəyini bəyan edib. "Axar.az" xəbər verir ki, Avakov Nazirlər Kabinetinin iclasından əvvəl açıqlamasında Luqansk, Donetsk və Xarkovda yaşanan hadisələri siyasi dialoq və ya güc tətbiqetmə üsulu ilə həll etməyin mümkün olduğunu bildirib. Ukrayna hökumətinin bu məsələnin həllinə dair hər iki varianta hazır olduğunu deyən Avakov, problemin 48 saat ərzində həll edəcəyini vurğulayıb. Luqansk, Donetsk və Xarkovda terrorla mübarizədə fövqəladə vəziyyətin ləğv edilmədiyini vurğulayan Avakov, hər an əməliyyata başlaya biləcəklərini deyib. |
2014-04-09 | 14,051 | AŞ PA Ukraynaya dair sənəd qəbul etdi | Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasının üçüncü iş günündə "Ukraynadakı son vəziyyət: demokratik təsisatların fəaliyyətinə təhlükə" adlı hesabata dair müzakirələr aparılıb. Qurumun yaz sessiyasına fövqəladə müzakirələr kimi daxil edilən hesabat Monitorinq Komitəsi adından Assambleyanın üzvləri Mailis Reps və Marietta Purbe-Lundin tərəfindən hazırlanıb. Monitorinq Komitəsinin hesabatında Ukraynanın müstəqilliyinə, suverenliyi və ərazi bütövlüyü dəstəklənir və Krımda keçirilən referendum və onun ərazisinin Rusiya tərəfindən aneksiyası hüquqi gücünün olmadığı və Avropa Şurası tanınmadığı vurğulanır. Qeyd edək ki, sözügedən hesabatın qətnamə layihəsinə 46 dəyişiklik təklif edilmişdir. Müzakirələr zamanı Rusiya tərəfinin təklif etdiyi əsaslə dəyişikliklər demək olar ki, qəbul olunmayıb. Sonda hesabatın qətnamə layihəsinə dair səsvermə keçirilib və o, 154 səslə qəbul olunub. 26 nəfər onun əleyhinə səsverib, 14 nəfər bitərəf qalıb. Sonda əlavə edək ki, 2013 -cü il noyabr ayından etibarən nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qanlı toqquşmalara dair aparılan təhqiqata nəzarəti həyata keçirmək üçün Avropa Şurası Baş katibinin təşəbbüsü ilə yaradılmış beynəlxalq məşvərətçi qrupu lk dəfə aprelin 9-da Avropa Şurasında bir araya gəlib. Sözügedən qrupun tərkibinə İnsan Haqları üzrə Avropa Məhkəməsinin keçmiş sədri Nicolas Bratza, İnsan Haqları üzrə Avropa Məhkəməsinin keçmiş hakimi Volodymyr Boutkevitch və Xarkov regional şurasının üzvü Oleg Anpilogov daxilidir (Trend). |
2014-04-09 | 14,052 | Bakıda sex yandı | Bakıda sexdə yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 500 kv.m olan sexin içərisində 1 otaq 30 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-09 | 14,053 | Həmyerlilərimizdən ibarət kəşfiyyat dəstəsi Ukraynada vuruşur | Rus kəşfiyyatının qafqazlılardan ibarət hazırladığı xüsusi dəstə Ukraynanın şərqindəki hadisələrdə fəal iştirak edir. "Axar.az" xəbər verir ki, bu informasiyanı Ukrayna mətbuatı yayıb. Məlumatda Federal Təhlükəsizlik Xidmətinin hazırladığı dəstənin əsasən Donetsk və Luqanskdakı mitinqlərdə aktiv rol oynadığı deyilib: "Donetsk və Luqanskdakı mitinqlərinin əsas təşkilatçılarında biri FTX-nin agentləridir. FTX-nin xüsusi hazırladığı dəstələr içərisində qafqazlılardan ibarət dəstəni də müşahidə etmək mümkündür. Siz bunlar içərisində ermənilər, gürcülər, çeçenlər, inquşlar, abxazlar, osetinlər, ləzgilər və az da olsa, azərbaycanlıları görə bilərsiniz. Bunların bəziləri Rusiyadakı miqrantlardan, digərləri isə seperat bölgələrdəki şəxslərdən təşkil edilib". |
2014-04-09 | 14,054 | Vəhabilərə qarşı son əməliyyat planı hazırlanır – Şok | "Rusiya Qafqazdakı sələfilərə qarşı əməliyyat hazırlamaq niyyətindədir". "Axar.az" xəbər verir ki, bu iddia ilə rus mətbuatı çıxış edib. Mətbuat Putinin ölkə daxilindəki çaxnaşmalardan çox qorxduğunu və ən təhlükəli bölgə kimi isə Qafqazı dəyərləndirdiyini qeyd edib: "Hazırda Rusiyanın ən təhlükəli bölgəsi Qafqazdır. Rusiya uzun müddətdir ki, burada sabitlik yaratmağa çalışır. Putin yaxın müddətdə müsəlmanları cihada səsləməyə yardım edən sələfi təriqətinə qarşı hücuma keçəcək. Bəlkə həbslər oldu. Bəlkə də heç bir xəbər yayılmadı. Amma bu hücum hazırlanır və yaxın müddətdə Qafqazda olan sələfilərə böyük zərbə vurulacaq. Digər bir variantda isə onların qonşu ölkələrin ərazilərinə də yönəldilməsi, ya da ümumiyyətlə, Rusiyanı tərk etmələri tələb olunacaq". |
2014-04-09 | 14,055 | Ukraynaya göndərilən muzdluları kimlər hazırlayır? - Fakt | Kanadanın Qlobal Araşdırma Mərkəzinin direktoru Mişel Çossudovski maraqlı açıqlamalar verib. "Axar.az" xəbər verir ki, Çossudovski "Greystone" adlı şirkətin muzdlu döyüşçülər yetişdirdiyini deyib. Onun sözlərinə görə, bu tipli şirkətlər NATO-nun açıq şəkildə edə bilmədikləri işləri yerinə yetirir, terrorçuların yetişdirilməsi, təlimləri ilə məşğul olur. Çossudovski bildirib ki, "Greystone" kimi şirkətlərin əməkdaşları ukraynalı oliqarxların pulu müqabilində Ukraynanın cənub-şərq regionlarında aksiyaları gücləndirmək üçün muzdlular hazırlayır: "Greyston"un əməkdaşlarını kim istəsə ala bilər. Onlar gizli hərəkət edirlər, amma özlərini gizlətmirlər. Elə görünür ki, onlar təhlükəsizlik qüvvələrininə təlim keçirlər, əslində isə terroçular hazırlayırlar". "Greystone Ltd" təhlükəsizlik xidməti Barbados adalarında qeydiyyatdan keçib. Muzdluları müxtəlif ölkələrdən seçirlər. "Biz dünyaya özümüzün ən yaxşı döyüşçülərini təqdim edə bilərik", - deyə xidmətin saytında yazılıb. |
2014-04-09 | 14,056 | Rusiya Qazaxıstana da ərazi iddiasına qalxdı | Rusiyanın Xakasiya bölgəsinin Ali Şurasının sədri Vladimir Ştıqaşev Prezident Vladimir Putinin yürütdüyü xarici siyasəti dəstəklədiyini açıqlayıb. "Axar.az" xəbər verir ki, Ştıqaşev Qazaxısatanın şərq əyalətləri də daxil olmaqla, Rusiyanın keçmiş Sovet respublikalarına qarşı ərazi iddialarına haqq qazandırıb. Onun sözlərinə görə, bir çox tarixçi son 70 ilin hadisələrini elə də dərindən bilmir: "Məsələn, Qazaxstanın şərq bölgəsi həmişə Rusiyanın tərkibində olub. Torpaq azlığından İşim (Omsk) vilayətinin bir hissəsi Qazaxstana verildi və Karaqanda adlandırıldı. Bu, elə də uzaq olmayan tarixdə - 1936-cı ildə baş verdi. Verdiyimiz beş vilayətdən sonra Qazaxıstan muxtar vilayətdən Qazaxstan SSR-ə çevrildi. Bu torpaqlarımız olduqca etinasız şəkildə verilib". Respublika parlamenti sədri həmçinin əlavə edib ki, Karelo-Fin SSRİ də SSRİ-nin tərkibində olub: "Baltikyanı dövlətlər isə mövcudluqlarına görə Rusiyaya borcludurlar. Osmanlı İmperiyasının təsirini azaltmaq üçün Cənubi Qafqaz ölkələri həmişə Rusiyaya meyl göstəriblər. Günlərin birində xalq ölkəsinin itirilən torpaqlarını bərpa etməyə qalxa bilər. Niyə də yox? Xalq söz sahibidir. Hökumətin nə düşünməsindən asılı olmayaraq, qərarı xalq verir. Referendum bunu təsdiqlədi. Bu yaxınlarda Qazaxsatanda sorğu keçirildi və əhalinin 80 faizi Rusiya ilə birləşməyə səs verdi". |
2014-04-09 | 14,057 | Kim yenidən Şimali Koreya lideri seçildi | Şimali Koreyada Kim Yonq təkrar Şimali Koreya rəhbərliyinə seçilib. "Axar.az" xəbər verir ki, Yonq bu gün Şimali Koreya Yüksək Xalq Şurasının Baş Məclisinin yığıncağında təkrar Milli Təhlükəsizlik Şurası Rəhbərliyinə seçilib. Gənc lider Kim ilk olaraq 2012-ci ilin Apreldə Şimali Koreya Yüksək Xalq Şurasının 12-ci yığıncağında rəhbər seçilmişdi. Qeyd edək ki, Şimali Koreya Milli Təhlükəsizlik Şurası tərəfindən idarə olunur. |
2014-04-10 | 14,058 | Jül Vernin “Sirli ada”sı | 1965-ci ilin tufanı. — Səmada qışqırıq səsləri. — Hava şarı. — Yırtılmış örtük. — Dörd bir tərəfdə göz işlədikcə su. — Beş sərnişin. — Qondolada ( hava balonunda, aerostat və dirijabllarda sərnişinlərin oturduğu yer – tərc.) nə baş verib? — Üfüqdə torpaq. — Son. — Biz qalxırıq? — Yox, əksinə, aşağı enirik! — Daha pis, Mister Smit, biz düşürük! — Ballastı (tarazlığı saxlamaq üçün götürülən artıq yük – tərc.) tullayın! — Axırıncı kisə boşaldılıb! — Şar qalxdımı? — Xeyr! — Sanki dalğaların şıppıltısı eşidilir! — Dənizə beş yüz futdan da az qalıb (bir fut - 30,479 sm). Amiranə səs komanda verdi: — Bütün ağır şeylərin hamısını borta! Bu sözlər 1865-ci ilin 23 martında günortadan dörd saat keçmiş Sakit okeanın ucsuz-bucaqsız çöllərində əks-səda verdi. Yəqin ki, həmin il yaz gecə-gündüz bərabərliyi zamanı qəfil qalxan dəhşətli "nord-ost" (şimal-şərq küləyi) hələ də hamının xatirindədir. O vaxt barometr yeddi yüz on millimetrədək düşmüşdü. Qasırğa azacıq da olsa sakitləşmədən martın 18-dən 26-na kimi tüğyan etdi. O, Amerikada, Avropada, Asiyada, otuz beş dərəcə şimal en dairəsi ilə qırx dərəcə cənub en dairəsi arasında, yəni on səkkiz min mil (bir mil – 1,86 km) enlikdə saya-hesaba gəlməyən fəlakətlər törətmişdi. Kökündən çıxarılmış meşələr, dağıdılmış şəhərlər, yataqlarını aşıb-daşmış çaylar, sahillərə atılmış yüzlərlə gəmi, viranə qalmış zəmilər, minlərlə insan qurbanı – bax bunlar idi fırtınanın nəticələri. Ancaq müsibət nəinki təkcə yerin və dənizin üzərinə çökmüşdü: səmada da çoxlu faciəvi olaylar baş vermişdi. Tufanın qamarladığı hava şarı buludların üzəri ilə saatda doxsan mil sürətlə havada fırlana-fırlana uçurdu. Onun qondolasında buludların arasından güclə sezilən, qasırğanın okeanın üstünə qaldırdığı su tozu kimi görünən beş adam var idi. Qəzəblənmiş təbiətin əlində köməksiz oyuncağa çevrilmiş bu aerostat hara uçurdu? O, haradan qalxmışdı? Zənnimizcə, J.Vernin "Sirli ada"sı ideal kitaba göstərilən ən yüksək tələbləri belə təmin edir: müəllif ağıllı və alicənab olmalıdır; süjet oxucunu elə cəlb etməlidir ki, ondan ayrıla bilməsin; mətn ən yüksək bədiiliyə malik olmalıdır ki, oxu prosesinin özü böyük zövq versin; kitabın əsas ideyası oxucunu yüksək humanist məqsədlərə çağırmalıdır. Kitab onu oxuyanın qəlbində silinməz iz qoymalıdır (mütaliənin ertəsi günü fabulası unudulan detektiv kimi deyil). Jül Vern (1828-1905) Fransada, liman şəhəri olan Nantada doğulmuşdu. Burada dənizin, gəmilərin özünün ab-havası səyahətlərə, kəşf edilməmiş torpaqlara, macəralara səsləyirdi. J.Vernin atası – vəkil – öz peşəsini oğluna ötürmüşdü, elmə, biliyə məhəbbət də oğluna ondan keçmişdi. Gənc J.Verni ədəbiyyat, dramaturgiya cəlb edirdi. Hətta belə bir məlumat da var ki, o bir müddət köməkçi ədəbiyyatçı kimi Aleksandr Dümanın məktəbini keçib. Ancaq J.Vernin taleyinin qəti dönüş nöqtəsi 1862-ci ildə onun birinci əsəri "Hava şarında beş həftə" romanının meydana gəlməsi ilə baş verdi. Roman böyük uğur qazandı; 40 il ərzində 70-ə yaxın adda romanlar bir-birini izləməyə başladı. Onun fransız dilindəki əsərlərinin tam külliyyatı 88 cilddir. Ancaq məsələ cildlərin miqdarında deyil. Əsas olan odur ki, J.Vernlə müasir ədəbiyyatda yeni axın, yeni istiqamət – nikbin dünyagörüşlü, yüksək mənəviyyatlı və elmi biliklərin sərhədsiz üfüqlərinə inanan macəravi və fantastik janr doğuldu. Jül Vernin kitablarının əsas qəhrəmanları – cəsur, yüksək ruhi aləmi olan, nəcib, mədəni, təhsilli, hər şeylə maraqlanan (sözün yaxşı mənasında) insanlardır. Onların köksündə bəşəri ədalət uğrunda mübarizə məşəli yanır – tamahkarlıq, qeyri-bərabərlik, yalan, insan ləyaqətinin alçaldılması əleyhinə atəş alovlanır. Onun romanlarını ürəklə oxuyan artıq yaramaz ola bilməz. Bax yalnız yazıçının ala biləcəyi ən yüksək qiymət budur. "Sirli ada" ("Kapitan Qrantın uşaqları" və "Su altındakı iyrimi min lyo" ilə birlikdə) ümumi personajların iştirak etdiyi trilogiyanın sonuncu romanıdır. Şübhə yoxdur ki, bu üç roman fransız fantastının yaradıcılığının ən yüksək zirvəsidir. Kapitan Nemo qeyri-adi və romantik obrazdır. Dünya okeanının əsrarəngiz bir guşəsində, yerin vulkanik parçasında kapitanı ilə əbədiyyətə gedən sualtı qayıq "Nautilus" sonuncu dayanacaqda, sualtı mağarada dayandı. Və yerin bu parçasına fırtına insanlarla dolu hava şarı gətirir. Xoşbəxt təsadüf üzündən bu insanlar cənubluların ordusunun əsarətindən qaça biliblər. ABŞ-dakı vətəndaş müharibəsinin iştirakçıları beləcə yeni "Robinzonlara" çevrilirlər: mühəndis Sayrus Smit, onun xidmətçisi zənci Hab, jurnalist Gedeon Spilet, dənizçi Penkrof və gənc Herbert Braun. Kimsəsiz ada ora düşən insanları ibtidai yaşam tərzi şəraiti ilə üz-üzə qoyur. Burada od və alətləri yalnız güc, iradə bahasına, əməksevərlik, zirəklik və idraki qabiliyyət sayəsində əldə etmək mümkündür. Qarşılıqlı kömək, bir-birilərinin dadına çatmaq, kollektivçilik ruhu onlara yaşamağa və özləri üçün nəinki yalnız məqbul, həm də insana layiq həyat şəraiti yaratmağa kömək edir. Bu insanların birgə zəhmətlərinin bəhrəsi onların ümumi sərvəti olur və elə birgə səyləri də gözlənilmədən başlarının üstünü alan təhlükələrdən qaçmağa kömək edir. Qocalmış kapitan Nemonun sirri romanın qəhrəmanlarına aşkar olur. Kapitan bitməz-tükənməz bir sərvət sahibidir və onu öz ölkəsinin azadlığı uğrunda mübarizə aparanlara bağışlayır. Ömrünün son illərini adadakı mağaralardan birinə sığınaraq tamamilə tənhalıqda keçirən kapitan ada sakinlərinin kiçik kollektivinin əmək fəaliyyətini müşahidə etmiş və dərin əxlaqi, sosial dəyərə malik qənaətlərə gəlmişdi: "Mən ona görə ölürəm ki, fikirləşirdim ki, tənhalıqda yaşamaq olar". Yaranmış dramatik vəziyyət ada sakinlərinə vətənə qayıtmaq və orada məsləkdaşları ilə hamının bərabər, eynihüquqlu olduğu əmək kommunası yaratmağa imkan verir. XIX əsrin sonu və XX əsrin əvvəllərində bütün görkəmli ixtiraçı alimlər, səyyahlar, sosial mütəfəkkirlər Jül Vernin elmi-fantastik və sosail fərziyyələrinin qüdrətli və faydalı təsiri altında olublar. Jül Vern və Kemill Flanmarion - dünyamızdakı bilik və xeyirxahlığın gerçək məşəlləridir. |
2014-04-10 | 14,059 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 4-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 10-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 15-20, bəzi yerlərdə 23, dağlarda gecə 0-5, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir. Aqrometeoroloji şərh Respublika ərazisində yaxın bir neçə günə proqnozlaşdırılan yağıntılı, isti hava şəraiti və temperaturun normadan 3-4 dərəcə yüksək olması kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əsasən əlverişlidir. Belə hava şəraiti əksər Aran rayonlarında payızlıq dənli bitkilərdə məhsuldarlıq elementlərinin formalaşmasına və çoxillik otların böyüməsinə müsbət təsir edəcək.Yağıntıların düşməsi pambıq və qarğıdalı bitkilərinin əkilməsi üçün ayrılmış sahələrdə səpinqabağı aqrotexniki işlərin aparılmasını nisbətən ləngidəcək. |
2014-04-10 | 14,060 | Bermud üçbucağı: sirlər, faktlar – Axar TV | Bermud üçbucağı Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Möcüzələr və müəmmalarla dolu olan bu yer planetin ən dəhşətli və müdhiş ərazisi hesab olunur. Buraya "Atlantik qəbiristanlığı", "ölüm və ya şeytan üçbucağı" da deyilir. Səbəb isə bu ərazidən keçən gəmilərin, təyyarələrin heç bir iz qoymadan yoxa çıxmasıdır. Buradakı hava şəraiti dəhşətli fəlakətlərə yol açır. Bermud üçbucağında baş verən tufanın gücü 10 min atom bombası gücünə bərabərdir. Okean dalğalarının hündürlüyü 6 mərtəbəli binanın hündürlüyü qədərdir. Alimlər hələ də bu möcüzənin sirrini aça bilmirlər və bu səbəbdən dağıntılar və insan tələfatları davam edir. Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə: |
2014-04-10 | 14,061 | Yanukoviçin partiyasından olan deputat döyüldü - Video | Ukrayna Ali Radasının Regionlar Partiyasından olan üzvü Oleq Çaryov ölkənin Nikolayev vilayətində yerli əhalinin ciddi təzyiqi ilə üzləşib. "Axar.az" xəbər verir ki, nikolayevlilər Çaryovu "vətən xaini!", "rədd ol Nioklayevdən!", "faşizm keçməz!" şüarları altında ərazidən çıxmasını tələb ediblər. Məsələyə məhəl qoymayan parlamentari vətəndaşı təhqir edib və ara da bundan sonra qarışıb. Sakinlərdən biri deputatı vurub. Xatırladaq ki, Ukrayna hadisələri başlayandan Çaryov özünün aşkar Rusiya meylliliyi ilə diqqət çəkib. Videoları təqdim edirik: |
2014-04-10 | 14,062 | Nazirlər Con Kerriyə görə ABŞ-a çağırış etdi | İsrail-Fələstin sülh müzakirələrinin bir nəticə verməməsindən ötəri Ərəb Birliyi Xarici işlər nazirləri ABŞ-a müzakirələrin yenidən başladılması üçün çağırış edib. "Axar.az" xəbər verir ki, Misirin paytaxtı Qahirədə reallaşan Ərəb Birliyi Xarici İşlər Nazirləri iclasından sonra yazılı bəyanatda "İsrail sülh prosesinə riayət etməyib, fələstinli məhbusların 4-cü qrupunu buraxmağı və 1967-ci il sərhədlərinə uyğun olaraq Fələstin dövlətinin qurulmasını rədd edib", - bildirilir. Bəyanatda həmçinin ABŞ Dövlət katibi Con Kerrinin iki ölkə arasındakı problemin həlli üçün göstərdiyi səylər təqdir edilmiş və ABŞ-ın görüşlərin yenidən keçirilməsi üçün liderlik etməsi istənilib. Fələstin-İsrail sülh müzakirələrinə təxminən 3 il fasilə vermişdi. ABŞ Dövlət katibi Kerrinin başçılığ ilə başlayan danışıqlar 9 ay müddətində gizli bir şəkildə icra edilmişdi. Müzakirə edilən məsələlər sərhəd problemi, Qüdsün statusu, Qərbi Şəriyədəki yəhudi məskunlaşması və fələstinli mühacirlərin vəziyyəti olub. |
2014-04-10 | 14,063 | Şamil Basayevdən mükəmməl rəqs – Foto/Video | Çeçenistan-İçkeriya respublikasının səhra döyüşçülərinin əvəzolunmaz siması Şamil Basayevin Abxaziyada döyüş öncəsi davranışından parça yayılıb. "Axar.az" xəbər verir ki, gənc yaşlarından Abxaziyada gürcülərə qarşı savaşa hazırlaşan Basayevin "lezhinka" oynadığı kameralara düşüb. Xatırladaq ki, aprelin 9-da Zviad Qamsaxurdiyanın rəhbərliyi ilə Gürcüstan müstəqilliyini elan etdi. Bundan sonra abxazlar da Gürcüstandan ayrılmağa qərar verdi. Həmin vaxt onlara Şimali Qafqazdan silah və əsgəri yardım olundu. Gürcülərə qarşı abxazların tərəfində qan qohumları adıgeylilər və könüllü çeçen batalyonu vuruşmağa başladı. Çeçen döyüşçülərinə rəhbərlik gənc Şamil Basayevə həvalə olundu. Qısa müddət ərzində gürcü hərbi hissələri nəzərə çarpacaq itkilər verdiyindən, geri çəkiləmək məcburiyyətində qaldı. Videonu təqdim edirik: |
2014-04-10 | 14,064 | Aygün Kazımova, Röya milyoner olub gedib | Müğənni İlhamə Qasımova talassemiya xəstələri üçün keçirilən xeyriyyə tədbirinə qatılaraq bütün müğənnilərə bu tədbirdə iştirak etmək çağırışı edib. "Axar.az" olaraq müğənnilərlə əlaqə saxlayıb onların bu tədbirə münasibətlərini öyrəndik. Vaxt tapıb iştirak edərəm Zeynəb Dostəliyeva vaxt tapıb iştirak edəcəyini bildirdi: "Vallah mənim planlarım, işlərim var, bunu heç olmasa qabaqcadan deyərdi. Bir neçə gün davam edərsə, vaxt tapıb iştirak edərəm". Aygün Kazımova, Röya milyoner olub gedib Roza Rəhimlinin sözlərinə görə, imkanı olmadığına görə iştirak edə bilməyəcək: "Bu, gözəl plandır, mən belə işlərə hər zaman müsbət baxmışam. Ancaq imkanım olmadığına görə iştirak edə bilməyəcəyəm. Müğənnilərdən Aygün Kazımova, Röya, onlar hamısı milyoner olub gedib, pula pul demirlər. İmkanları yaxşıdır, iştirak edib yardım etsinlər də". Çox xeyirxah işdir Əlikram Bayramov bu tədbirdə böyük məmnuniyyətlə iştirak edəcəyini dedi: "Böyük məmnuniyyətlə iştirak edəcəyəm. Çox xeyirxah işdir, nə zaman belə xeyriyyə tədbirləri olarsa, mən iştirak edəcəyəm". Dəvət edərsə, iştirak edərəm Müğənni Xatirə İslam tədbirə dəvət olunacağı halda iştirak edəcək: "İnşallah, dəvət edərsə, iştirak edərəm". İstəyərdim iştirak edəm Müğənni Kərim Bakıda olmayacaq və: "Çox istəyərdim iştirak edəm. Ancaq sabah Məşhəd ziyarətinə yola düşürəm deyə, burada olmayacağam. Amma bu cür bütün xeyriyyə konsertlərində həmişə iştirak edirəm". Aslan Hüseynov da təbirə qatılanlar arasında olacaq: "Əlbəttə, iştirak edəcəyəm. Mən həmişə xeyriyyə tədbirlərində iştirak etmişəm də". |
2014-04-10 | 14,065 | Xalq artisti şou-biznes əhlini yalançı adlandırdı | "Yaşı-başı çox olanlar da yalan danışır". Xalq artisti Nazpəri Dostəliyeva "Axar.az"a verdiyi açıqlamada şou-biznesdə çoxunun yalan danışıdığını bildirdi. O, şou-biznesdə az qala hamının yalan danışdığını qeyd etdi: "Mən şəxsən özüm yalan danışan deyiləm, and içməyi də sevmirəm. Amma çox nadir hallarda and içirəm. Adətən yalan danışan adamlar çox and içir. Mənə o qədər yalan danışıb, yalandan and içənlər olub ki... Mənsə heç əhəmiyyət verməmişəm, çünki bir adam nə qədər yalan danışırsa, o, and içəndə mən gözlərindən oxuyuram yalan danışdığını. Elə şou-biznesin çoxu da yalan danışandır, hətta yaşı-başı çox olanlar da yalan danışır. Öz haqlarında, həmkarlarının haqqında o qədər yalan danışan şou əhli var ki... Yalan danışanları ekran qarşısında bütün xalq görür, hiss edir. Heç kimi aldatmaq olmaz. Elələrinin adını çəkmək belə istəmirəm, mənə lazım da deyil. Cəmiyyətin də çox gözəl xəbəri var bunların yalanlarından. Biz bu reallıqdan qaça bilmərik! İnsan şəxsiyyətinə, özünə, sənətinə hörmət edirsə, yalan danışmamalıdır". |
2014-04-10 | 14,066 | Uşaqlarınıza peyvənd vurulanda tələb edin ki... – Təhlükə | Müsahibimiz "Azad İstehlakçılar Birliyi" nin tibb müəsisələrində istehlakçı huquqlarının müdafiə komisiyasının sədri Əhməd Rəhmanovdur. Həkimlərimizin ənənəvi bir diaqnozu var... - Əhməd bəy, telefon söhbətimiz zamanı bildirdiniz ki, hələ bir neçə aylıqkən oğlunuza vurulan peyvəndlər autzim xəstəliyinə yol açıb. Hal-hazırda oğlunuzun səhəti necədir? - Oğlum Rəfail Rəhmanov 2008 -ci ildə anadan olub. Yaşyarımına qədər artıq danışırdı, müəyyən sözləri çox yaxşı səsləndirərək tələffüz edirdi. Bir neçə müddət sonra uşaqda bəzi problemlərin olduğunu gördüm. Birdən-birə danışıq qabiliyyətini itirdi. Uşaqda özünəqapanma, hərəkətlərin təkrarı kimi hallar yaranmağa başladı. Yerli həkimlərə üz tutuq. - İlk olaraq hansı xəstəxanaya müraciət etdiniz? - Uşaq nevralogiya, Uşaq psixatriya və Uşaq mərkəzləşdirilmiş poliknikasına müraciət etdik. Həmin ərəfədə uşaqda mədə pozuntusu da əmələ gəlmişdi. Həkimlərimizin ənənəvi bir diaqnozu var: "Uşağınızda mikrop tapılıb". Bizə də bu cür dedilər. Bir çox yerə müraciət etdik. Axırda bizə bir həkim dedi ki, sizin uşağınızda autizm xəstəliyi var. Başladıq bu xəstəliyi araşadırmağa. Bu xəstəlik necə əmələ gəlib, hardan və nədən qaynaqlanır? Uşağı apardım İrana. Bizə İranda dedilər ki, bu uşağın ağır metal zəhərlənməsini yoxlayın. Bura qayıdandan sonra Səhiyyə Nazirliyinə müraciət etdim, uşağı labaratoriyada yoxlatmaq üçün. Məni bir neçə yerə göndərdilər, axırda da dedilər ki, bizdə ağır metalın orqanizimdə aşkarlanması üçün hər hansı bir laboratoriya yoxdur. Başladım internet üzərindən bu xəstəliklə bağlı araşdırmalar aparmağa. Amerikanın "DAN" institutu ilə əlaqə saxladım. Uşağın analizlərini göndərdim ora. Bir müddət sonra bizə belə bir cavab gəldi: "Sizin uşağınızda nikkel, alminium, mis normadan 10-15 dəfə çoxdur". Bununla bağlı araşdırmalar apardım və mənə məlum oldu ki, bu problem peyvənddən qaynaqlanıb. Səhiyyə Nazirliyinə müraciət edərək, peyvəndin yaddaş vərəqəsini tələb etdim, vermədilər. 6 ay sonra məni çağırdılar Abşeronun baş tibb idarəsinə, qeyri rəsmi yolla peyvəndin yaddaş vərəqələrini ordan əldə etdim. Yaddaş vərəqəsinə nəzər salanda dəhşətə gəldim. Tverasol. Civənin orqanik forması bir dozada normadan çoxdur. Alminium, mis və sairə. Hamısı da normadan artıqdır. Dünya Səhiyyə Təşkilatı 2007-ci ildə, belə bir protokol qəbul edib: "Hər bir insanın çəkisinə görə gündəlik qida ilə qəbul edə biləcəyi ağır metalın norması". Və normanı da qeyd edirlər. Mən həmin normanı peyvənd vərəqəsindəki norma ilə müqaisə etdim, gördüm ki, bizdə vurulan peyvəndlərin tərkibində metal dəfələrlə çoxdur. Uşaq doğulandan 4-7 saat sonra uşağa Hepatit B vurulur. Bunun tərkibindəki ağır metallar uşağın çəkisinə görə olmalıdır. Bizdə isə bu 20-25 dəfə çoxdur, hətta ortayaşlı adamlar üçün də təhlükəlidir. Mark Silkus adlı dünya səviyyəli bir alimin elmi işində göstərilir ki, 1992-ci ildən bu yana bizim kimi ölkələrə göndərilən peyvəndlərin tərkibindəki ağır metal 2 dəfə artırılıb. Bunu ucuz başa gəlsin deyə ediblər. 2007-ci ildə Amerikada tərkibində ağır metal olan peyvəndlərə qadağa qoydular. Hal-hazırda Almaniyada, Yaponiyada, Danimarkada və bir çox ölkələrdə bu peyvəndlər qadağan olunub. Orqanizm özlüyündən morfin ifraz etməyə başlayır - Tərkibində ağır metal olduğuna görə qadağan edilib? - Uşaq orqanizmi zəif olduğuna görə peyvənd ciddi fəsadlara yol aça bilər. Ağır metal orqanizmə düşəndə o orqanizim zəifdirsə, özünə yer edir, elə bil ki, filtir yaradır. Civə ən ağır metal olduğuna görə, orqanizmə düşən ağır metalları bioplyonka əmələ gətirərək özündə saxlamağa başlayır. Bundan əlavə orqanizimdəki lazımsız virusları da özündə toplayır. Nəticədə bu da uşaqda maddələr mübadiləsinin pozulmasına gətirib çıxardır. Maddələr mübadiləsi pozulduqdan sonra buğda məhsullarından istifadə edəndə orqanizmdə qliserin çoxalır. Qliserin çoxaldıqdan sona isə orqanizm özlüyündən morfin ifraz etməyə başlayır. Bu da beyində tormuzlanmaya gətirib çıxardır. - Autizm bundan yaranır? - Deyirlər ki, uşaq özünə qapanır, valideyin onunla yaxşı məşğul olmur və autizm buna görə yaranır. Əslində elə deyil. Tutaq ki, bir narkomana nə isə başa salmaq olurmu? Qətiyyən mümkün deyil, o, həmişə öz aləmində olur. Bu da belə bir şeydir. Bədən özü morfin ifraz etdiyinə görə uşaq öz aləmində olur. - Uşağı harda müalicə elətdirdiniz? - Azərbaycanda Autizmin mualicəsi yoxdur. Burdan DAN institutuna məktub yazdıq, onlar bizə dedilər ki, biz sizin uşağı müalicə edə bilmərik, elmi tədqiqat işləriylə məşğuluq, müalicə bizlik deyil. Ancaq bizə biotəbabət üsulunun sənədlərini göndərdilər və biz uşağı bu üsullarla müalicə etməyə başladıq. Uzun müddətdir ki, uşaq qliserinsiz dietadadır. Oğlumun artıq 6 yaşı var. Peyvəndlər ləğv edilsin - Bayaq qeyd etdiniz ki, Səhiyyə Nazirliyini məhkəməyə vermisiniz. Bunun axırı necə oldu? - Mən Səhiyyə Nazirliyinə qarşı belə bir tələb irəli sürmüşəm. Tərkibində normadan çox ağır metallar olan peyvəndlər ləğv edilsin. Bundan əlavə, mən məhkəməyə DAN inistutunun mənə göndərdiyi analizin nəticələrini də göstərdim, qəbul etmədilər. Halbuki Azərbaycan Dünya Səhiyyə təşkilatının üzvüdür. - Məhkəmədə Səhiyyə Nazirliyinə qarşı irəli sürdüyünüz tələb, təmin edildimi? - Xeyr, bütün məhkəmələrdə uduzmuşam. Ancaq Səhiyyə Nazirliyini Avropa Məhkəməsinə verməyə hazırlaşıram. - Peyvəndlə bağlı nə məsləhət görərdiniz valideynlərə? - Səhiyyə Nazirliyi bilərəkdən Azərbaycan qanunlarını pozur. Belə bir qanun var: "Yolxucu xəstəliklərin Umunoprofilaktikası haqqında Qanun". Bu Qanunun, 6-cı maddəsində göstərilir: "Proflaktik peyvəndlər üçün tələblər. Valideyn uşağına vurulan hər bir peyvəndin tərkibini bilməlidir, valideyindən razılıq alınmalıdır". Bundan əlavə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan respublikasının Qanunu", maddə 5. Bu qanunda göstərilir ki, hər bir istehlakçı ona göstərilən xidmətin sənədini tələb etməlidir. 2 il bundan əvvəl İradə İsaqın verilişində mən bunları Səhiyyə Nazirliyinin numayəndəsinə dedim. O isə mənə dedi ki, hə, biz bilirik və Səhiyyə Nazirinin xüsusi əmrinə əsasən, peyvəndin tərkibi və əks göstəricilər plakat şəklində bütün poliklinikalarda yerləşdirilməlidir. İndi gəlin gedək görək, hər hansısa bir poliklinikada belə bir plakata rast gələcəyikmi? Heç bir poliklinikada belə bir plakat yoxdur. Bütün Bakı xəstəxanalarını gəzmişəm. Xəstəxana divarlarında Pikassonun, Motsartın şəkilləri var, amma peyvəndin tərkibinə aid heç bir məlumatlandırıcı plakat yoxdur. Məcbur olub özüm gedib yayıram xəstəxanalarda. Səhiyyə Nazirliyi bu məsuliyyətsizliyin qarşısını almır. Nazirlik istədiyi vaxt, istədiyi poliklinikada yoxlamalar apara bilər. Ancaq aparmırlar. - Azərbaycanda autizmdən əziyyət çəkən neçə uşaq var? - Təxminən 4 min. - Sizcə, bu, uşaqların neçəsində peyvənddən sonra autizm xəstəliyi yaranıb? - Mənim tanıdığım 10 uşaq var ki, onlarda peyvənddən sonra yaranıb bu cür xəstəlik. Bir qız uşağının peyvənddən sonra gözləri çəpləşib. - Əhməd bəy, son olaraq deyəcəyiniz nəsə var? - Son olaraq valideyinlərə üzümü tutub deyirəm ki, uşaqlarınıza peyvənd vurulanda tərkibi ilə maraqlanın. Peyvəndin yaddaş kartını tələb edin. |
2014-04-10 | 14,067 | Ədəbiyyat və əfsanəvi Merlin Monro | Ölümündən 50 il keçməsinə baxmayaraq, Merlin Monro hələ də Hollivudun ən önəmli ulduzlarından biri olaraq qalır. Onu biz adətən bir aktrisa kimi tanıyırıq, amma o zaman verdiyi müsahibələrdən və ölümündən sonra evində qoyub getdiyi kitabxanadan bəlli olur ki, aktrisa həm də bədii ədəbiyyatı sevib. 1962-ci ilin avqust ayında ölümdən sonra ondan qalan kitabxanada 400–dən çox kitab var. Uşağı olmayan və bunu hər zaman üzülərək dilə gətirən Merlinin kitabxanasında körpələrə qulluq etməklə bağlı çox sayda kitabın olduğu üzə çıxıb. Onun sevdiyi müəlliflər kim idi, o daha çox hansı əsərləri oxuyurdu? Kitabxanada bir çox məşhur yazarın əsərinə rastlamaq olar. Məsələn, Dostoyevski, Folkner, Flober, Kamyu, Stendal və başqaları. |
2014-04-10 | 14,068 | "Atletiko"dan sensasiya, "Bavariya" növbəti mərhələdə | Futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub. 1/4 finalın cavab oyunlarında "Bavariya" Münhendə "Mançester Yunayted"i, "Atletiko" isə Madriddə "Barselona"nı məğlub edib. Çempionlar Liqası 1/4 final, cavab oyunları "Atletiko" (İspaniya) – "Barselona" (İspaniya) - 1:0 Qol: Koke, 6 İlk oyun – 1:1 "Bavariya" (Almaniya) – "Mançester Yunayted" (İngiltərə) - 3:1 Qol: Manjukic, 59; Müller, 68; Robben, 78 - Evra, 57 İlk oyun 1:1 ("Apasport.az") |
2014-04-10 | 14,069 | Məşhur ulduz oğrulara görə evini tərk etdi - Foto | Cazibədar müğənni Rihanna Los Ancelesdə yeni bir malikanə satın alıb. "Axar.az" xəbər verir ki, Rihanna yeddi yataq otağı olan evini 15 milyon dollara sataraq artıq yeni mülkə sahib olub. Xüsusi təhlükəsizlik vasitələri ilə təchiz olunmuş malikanənin qiyməti isə açıqlanmır. Qeyd edək ki, Rihannanın məşhur dizaynerlərə bəzətdirdiyi keçmiş evindən tez-tez oğruların hədəfi olmasına görə imtina edib. |
2014-04-10 | 14,070 | “Titanik”lə bağlı bunları bilirdinizmi? | "Titanik" gəmisinin qəzaya uğradığını bilməyən yoxdur. Səfərinin 5-ci günündə, 15 apreldə aysberqə çırpılaraq qəzaya uğrayan bu gəminin batması nəticəsində 1514 insan həyatını itirib və ən böyük gəmi fəlakəti kimi tarixə keçib. Amma bu gəmi haqqında hələ də bilmədikləriniz ola bilir. Məsələn: Bilirsinizmi ki, bu gəmidə baş aşpaz işləyən qadın spirtli içki sayəsində iki saat buzlu suda qalmasına rəğmən həyatda qalmağı bacarıb? *** Xilasedici qayıqlar tam olaraq sərnişinlərlə dolmadan suya endirildiyinə görə də insan itkisi daha da çox olub. *** Günümüzdə aparılan testlərə görə, əgər aysberq aşkar edildikdən sonra cəmi 2 saniyə cəld davranılsaydı, qəzanın qarşısı alına bilərdi. *** O dönəmin şokolad maqnatı və başqa bir sərnişin işləri çıxdığına görə son anda biletlərini ləğv etdiriblər. *** "Titanik" aysberqə çırpılaraq batan ilk və son gəmidir. *** Qəzada ölməyən tək yapon sərnişin öz ölkəsində "qorxaq" elan olunaraq hamı tərəfindən aşağılanıb. *** ""Titanik"" filmində baş rol oyunçusu Keti Vinslet filmin musiqisinə nifrət etdiyini söyləyib. |
2014-04-10 | 14,071 | ABŞ daha bir təşkilatı qara siyahıya saldı | ABŞ Misirdə fəaliyyət göstərən Ənsar Beyt əl-Makdis təşkilatını da terror təşkilatları siyahısına əlavə edib. "Axar.az" xəbər verir ki, ABŞ Dövlət Katibliyindən verilən açıqlamada İsrailin maraqlarını hədəf alan, misirli səlahiyyətlilər və turistlərə qarşı silahlı hücumların edilməsini təşkil edən Ənsar Beyt əl-Makdisi terror təşkilatları siyahısına salıb. ABŞ-ın aldığı bu qərar Ənsar Beyt əl-Makdis təşkilatının məhkəmə qurumlarının səlahiyyəti altına olan bölgələrdə varlığının dondurulması və ABŞ vətəndaşlarının təşkilata vəsait təmin etməsinin qadağan edilməsi mənasını verir. Misirdə 2011-ci ildə yarandıqdan sonra İsrailin Eliat şəhəri və Sina neft boru xəttinə hücumlar təşkil edib, Misirli səlahiyyətlilərə sui-qəsd cəhdində iştirakçı olub. Təşkilat ayrıca Sinadaki avtobusa təşkil edilən 4 koreyalı turistin həyatını itirdiyi hücumun da məsuliyyətini boynuna götürmüşdü. |
2014-04-10 | 14,072 | TV-lər müğənnidən efir üçün 1500 manat istəyirlər | "Məndən efirə çıxmaq üçün min beş yüz manat pul istəyirlər". Bu sözləri "Axar.az"a müğənni Roza Rəhimli uzun müddət efirdə görünməməsinin səbəbini açıqlayarkən dedi. O, televiziyaların ondan efirə çıxmaq üçün pul tələb etdiyini dedi: "Mənim imkanım çox pisdir, toylara belə çağırmırlar. ANS telekanalından başqa hansı telekanala yaxınlaşıram, məndən efirə çıxmaq üçün min beş yüz manat pul istəyirlər. Deyirlər ki, havayı kanal açmamışam ki, səni də pulsuz efirə çıxarım. O gün "Speys" telekanalında aparıcı Mikayılın verilişinə gedirdim, icazə vermədilər. Bəzi müğənnilərdən fərqli olaraq, mənim səsim də var, oxuya da bilirəm. Yaxşı oxuyanı qoyublar burda, çürüyür, səsi olmayanları efirə çıxarıb, şişirdib, dağın başına qoyurlar. Bilmirəm pul veriblər, nə veriblər... Hərəsi bir "Xalq artisti" adı alıb efirdə diribaşlıq edir, pul verib, efiri ələ alır. Hamısının növbənöv maşını, evi, villası... Mənimsə səsim ola-ola qalmışam qıraqda, çürüyürəm, heç nəyim də yoxdur. Sağ olsun müğənni Aslan Hüseynovla Teymur Əmrah, onlar mənə çox kömək ediblər. Ancaq onların köməyi ilə deyil ki! Tək əldən səs çıxmaz". Xatırladaq ki, müğənni Roza Rəhimli xeyli müddətdir efirdə görünmür. |
2014-04-10 | 14,073 | Məşhur müğənni cütlük ABŞ-dan qaçdı | Amerikanın məşhur müğənniləri Beyonsla Cey-Zi evliliklərinin altıncı ildönümünü gizli qeyd etmək qərarına gəliblər. "Axar.az" xəbər verir ki, bir neçə gün əvvəl cütlük hamıdan xəbərsiz Dominikan Respublikasına gedib. Yaxınları və dostları bu səfərdən yalnız sosial şəbəkədə yerləşdirilmiş istirahət fotolarını görəndən sonra xəbər tutublar. Məlum olub ki, Beyonsla Cey-Zi şənbə günündən Dominikandadırlar. |
2014-04-10 | 14,074 | Hollivud ulduzlarının saç ustasını Türkiyəyə gətirdilər | Hollivud ulduzlarının öz saçlarını əmanət etdikləri məşhur saç ustası Camal Hammadi Türkiyəyə dəvət olunub. "Axar.az" xəbər verir ki, Hammadi "Mədcəzir" serialı ilə əməkdaşlıq edəcək. O, eyni zamanda qonaq aktyor kimi də serialda çəkiləcək. Bu, Hammadinin ilk aktyorluq təcrübəsidir. O, serialda özünü oynayacaq. Camal Hammadinin qonaq qismində rol aldığı "Mədcəzir" serialının seriyası isə aprel ayının 11-də yayımlanacaq. Qeyd edək ki, Camal Hammadi Hollivud ulduzlarının saç ustası kimi məşhurdur. Biz isə onu "Möhtəşəm yüz il" serialının aktrisaları ilə birlikdə çəkildiyi reklam çarxlarından tanıyırıq. |
2014-04-10 | 14,075 | Brilyant Dadaşova ona “qoca” deyənə cavab verdi | "Əli Mirəliyev mənim üçün maraqlı deyil". Bu sözləri "Axar.az"a Xalq artisti Brilyant Dadaşova Əli Mirəliyevin onun haqqında səsləndirdiyi sözlərə cavab olaraq dedi. "Mənə maraqlı deyil, nə deyir desin. Ümumilikdə, Əli Mirəliyev mənə maraqlı deyil". Xatırladaq ki, Əli Mirəliyev Xalq artisti haqqında bu sözləri demişdi: "Brilyant Türkiyəyə gedib yaşını azaldıb, ayıb deyil? Hamı bilir ki, Brilyant qocalıb". |
2014-04-10 | 14,076 | “Mihrimah Sultan” ailə qurmağa hazırlaşır | Türkiyəli aktrisa, "Möhtəşəm yüz il" serialının "Mihrimah Sultan"ı Pelin Qaraxan üç aylıq sevgilisi Bədri Güntayla birlikdə gəzintiyə çıxıb. "Axar.az" xəbər verir ki, bir-birinin əlini buraxmayan cütlük mağazaları gəzdikdən sonra kinoteatra yollanıb. Geyimlərindəki rəng uyğunluğu ilə diqqət çəkən sevgililərin ailə qurmağa hazırlaşdığı deyilir. |
2014-04-10 | 14,077 | Ankara-Bakı-Tehran üçlüyü yeni siyasi gündəmdən doğur | "Türkiyə Silahlı Qüvələri Baş Qərargah rəisinin aprelin 2-də Azərbaycana səfər etməsinin ardınca Baş nazir Ərdoğanın Bakıya birgünlük gəlişi, bundan 3 gün sonra isə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin viziti Qafqazda ciddi hadisələrin baş verdiyini təsdiqləyir". Bu sözləri "Axar.az"a açıqlamasında BAXCP sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, prosesi düzgün qiymətləndirmək üçün hadisələrin ardıcıllığına diqqət etmək lazımdır: "Putinin Qafqazda radikal dini cərəyanlara qarşı xüsusi əməliyyat hazırladığı xəbərini elə rus mediası yayır, paralel olaraq Ukraynanın şərq əyalətlərində "respublikalar" yaranır və Qazaxıstan, eyni zamanda, Baltikyanı ölkələrə Rusiyanın torpaq iddiaları ilə bağlı RF-in qubernator və muxtar respublika rəhbərləri səviyyəsində fikirlər səslənir. Bu, artıq Ukraynadan sonra Putinin Qafqaz, Orta Asiya və Pribaltika planlarının olmasından xəbər verir. Nəzərə alın ki, Ermənistan faktiki olaraq Rusiyanın bir əyalətidir, Gürcüstanda isə Abxaziya və Osetiya ilə kifayətlənməyən Moskvanın Cavaxetiyada rus pasportu paylaması barədə xəbərlər ciddiləşir. Belə vəziyyətdə Şimali Qafqazda hər hansı radikal və müqavimət göstərə biləcək qüvvənin olması Rusiyanın maraqlarına uyğun deyil və ona görə də "radikal dini cərəyanların" sıradan çıxarılması planı barədə fikirlər səslənir. Mənzərə necədir? Faktiki olaraq Rusiya Sovet imperiyasının sərhədlərinə doğru sürətlə və hərblə irəliləyir". Rusiyanın qarşısını almaqda Qərb və ABŞ-ın acizlik nümayiş etdirdiyini diqqətə çatdıran N.Orduxanlının fikrincə, Türkiyə Baş nazirinin bələdiyyə seçkisinin nəticəsi bəlli olar-olmaz dərhal Azərbaycana gəlməsi regional narahatlığın ifadəsidir: "Türkiyə komandanları və Baş naziri bununla Rusiyaya bir mesaj verdi. Ancaq Rusiya SQ Baş Qərargah rəisinin Bakıda Azərbaycanın işğal altındakı torpaqlarının hərbi yolla qaytarılmasını "birmənalı olaraq istisna" etməsi onun mahiyyətini üzə çıxardı. Sanki rus general Rusiyanın Krım və Ukrayna əməliyyatından Azərbaycanın öz milli maraqlarına uyğun istifadə niyyətinin qarşısını almaqdan ötrü gəlmişdi". N.Orduxanlı qarşıda bizi ciddi sınaqların gözlədiyini düşünür: "Con Kerrinin Qafqaza gözlənilən səfərindən nəsə ummağa dəyməz. Çünki Ukraynanın nüvə silahından imtinası müqabilində onun suverenliyinə təminat verən ölkələrdən biri – Rusiya faktiki olaraq Ukraynanı işğal edir, digər təminat verənlər – ABŞ və AB isə mənasız bəyanatlarla kifayətlənirlər. Təsəvvür edin ki, indiyə qədər Qərb Rusiyaya ciddi sanksiya da tətbiq etməyib, yalnız bir neçə rus məmurunu "qara siyahıya" salmaqdan başqa. Bunun da səbəbi odur ki, Rusiyaya qarşı faktiki olaraq iqtisadi sanksiya mexanizmi yoxdur, çünki təbii ehtiyatlarla zəngin olar Rusiyaya Avropanın ehtiyacı var". Con Kerrinin gözlənilən Bakı səfərində Azərbaycandan Rusiyaya qarşı iqtisadi sanksiya ehtimalında dəstək istəniləcəyini istisna etməyən N.Orduxanlı bu təklifin qəbuledilməz olduğu qənaətindədir: "Azərbaycan öz siyasətini aparır: Prezidentin İran səfəri və orda İranla hərbi əməkdaşlığın genişləndirilməsi mümkünlüyü barədə mesajı, həmçinin Həsən Ruhaninin Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləməsi və Xəzərin hüquqi statusunda yaxın müddətdə razılıq əldə olunacağına əminliyini bildirməsi, Azərbaycana rəsmi səfəri məmnuniyyətlə qəbul etdiyini açıqlaması, xalqlarımızın həmməzhəb və eyni mədəni tarixə malik olduğunu bildirməsi yeni siyasi vəziyyətə uyğun bölgədə yeni siyasi-iqtisadi formulların gündəmə gəldiyini təsdiqləyir. Azərbaycan nümayiş etdirdi ki, fövqəldövlətlərin poliqanu olmayacaq və qonşuları ilə normal əlaqələr qurmaqda həm özü, həm də qonşuları maraqlıdır. Ankara-Bakı-Tehran əməkdaşlığının inkişafı zərurəti bu məqamdan irəli gəlir". |
2014-04-10 | 14,078 | Yol terroru: Bir ölü | Hacıqabul rayonu, Atbulaq kəndində "VAZ" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı dəmir səddlərə çırpılması nəticəsində yol qəza hadisəsi baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sürücü 1980-cil il təvəllüdlü Həsənov Araz Eli oğlunun sıxılmış vəziyyətdə qalan meyitini avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. ƏFHN-nin əməliyyatı 00:48-də başa çatıb. |
2014-04-10 | 14,079 | "Nuh"un "gəmisi"ni su basdı | İngiltərənin Ekseter şəhərində kinosevərlərin böyük maraqla gözlədiyi, baş rolunu Rassel Krounun oynadığı "Nuh: Böyük tufan" filminin nümayişi kino salonunu su basdığı üçün ləğv edilib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, kinoteatr işçiləri binaya gələndə salonun suya qərq olduğunu görüblər və beləliklə də, filmin ilk seansı ləğv edilib. Hadisə sosial mediada "ironiya" ilə qarşılanıb. Bir sosial şəbəkə istifadəçisi Tviterdə atdığı tviti belə haştaqla paylaşıb: "#ironi Nuh filminin nümayiş olunacağı gün kinoteatrı su basıb". Kinoteatr işçiləri su basqınına buz maşının səbəb olduğunu açıqlayıb. Oskarlı rejissor Daren Aronofskyun mübahisələrə səbəb olan filmi Qətər, Bəhreyn, BƏƏ kimi ölkələrdə qadağan edilib. Film İslam peyğəmbərinin üzünün göstərilməsi qadağan olduğu üçün Malayziyada da qadağan edilib. |
2014-04-10 | 14,080 | İmişlidə 5 otaqlı ev yandı | Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 5 kv.m olan dəmir konstruksiyadan ibarət köşkün taxta üzlüyü və içərisinə yığılmış ərzaq malları yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İmişli rayonu, Məzrəli kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-10 | 14,081 | Şərqdə xristianlar müsəlmanları qırır: 30 ölü | Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə xristian anti-balaka qrupu ilə müsəlman Seleka qruplaşması arasında baş verən qarşıdurmada ən azı 30 adamın öldüyü bildirilib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, dünən anti-balaka üzvləri Banginin 300 km şimalında Seleka üzvlərinin olduğu ərazilərə hücum təşkil edib. Tərəflər arasında saatlarla davam edən qarşıdurmalarda aralarında sadə vətəndaşların da olduğu 30 nəfərə yaxın adam öldürülüb. Xatırladaq ki, xristian anti-balaka üzvləri müsəlmanları 2013-cü ilin mart ayından iqtidarı ələ keçirən və ölkədə çoxluq təşkil edən xristianlara qarşı olan Seleka Koalisiyasına dəstək verməkdə günahlandırır. Hər gün daha da təşkilatlanan Anti-balaka üzvləri müsəlmanların ölkədən çıxmasını istəyir. Mart ayından bu yanan davam edən qarşıdurmaların qarşısını almaq üçün Mərkəzi Afrika Respublikasına 2 min fransız və 5 min afrikalı əsgər göndərilib. |
2014-04-10 | 14,082 | Ulduz futbolçu Suriyaya döyüşməyə getdi | Moskva "Lokomotiv"nin ulduz futbolçusu Lassana Diarranın döyüşmək üçün Suriyaya getdiyi barədə məlumatlar yayılıb. "Axar.az" xəbər verir ki, Britaniya mətbuatı Fransa və Mali vətəndaşlığı olan Diarranın islam mücahidi kimi Suriyaya döyüşməyə getdiyini iddia edib. Futbolçunun meneceri Dyupon Moretti bu məlumatı təkzib edib: "Onun Suriyaya getməsi haqda yayılan məlumatı qətiyyətlə təkzib edirəm. Diarra heç vaxt ora getməyəcək. Bu, absurddu. O, mücahid yox, futbolçudu". "Lokomotiv"in baş məşqçisi Leonid Kuçuka bildirib ki, futbolçu sonuncu oyunu yalnız zədəyə görə buraxıb və yarımmüdafiəçi yaxın günlərdə meydana qayıdacaq. |
2014-04-10 | 14,083 | Məşhur şirkətin adı rüşvət qalmaqalında | Dünyada məşhur olan ABŞ-ın HP (Hewlett-Packard) şirkətinin adı rüşvət qalmaqalında hallanıb. ABŞ şirkəti Rusiya, Meksika və Polşaya rüşvət verməkdə ittiham olunur. Şirkət etiraf edir ki, qanunları pozaraq xarici dövlətlərə rüşvət verib və buna görə də 108 milyon dollar məbləğində cərimə ödəməyə razılaşıb. Bu barədə dünən Federal Təhqiqatlar Bürosu və birja və qiymətli kağızlar üzrə Federal Komissiya məlumat verib. Həmin gün də Kaliforniyanın şimal ərazisinin federal məhkəməsində HP şirkəti haqqında cinayət işi qaldırılıb. HP Rusiya məmurlarına kompüter təchizatı üzrə və Rusiya baş prokurorluğunu başqa avadanlıqlarla təchiz etmək üçün böyük bir müqavilənin bağlanması üçün rüşvət verdiyini boynuna alıb. Hakim orqanların məlumatına görə, Rusiyaya verilən rüşvətin məbləği 2 milyonu, Meksikaya verilən rüşvət 1 milyonu və Polşaya verilıən rüşvət isə 600 min dolları keçib (ANS). |
2014-04-10 | 14,084 | İraqdan dünyanı şok edən qərar | İraqda dünyanı şok edən qanun çıxıb. "Axar.az" "Teleqraf.com"a istinadən xəbər verir ki, İraq hökuməti 9 yaşından kiçik uşaqların ailə qura bilməsi üçün qanun layihəsi hazırlayır. Dünya ölkələrinin buna necə reaksiya verəcəyi böyük maraqla gözlənilir. |
2014-04-10 | 14,086 | Tanınmış prodüserə hücum sifarişini kim verib? - Yeniləndi | 09:37 Tanınmış prodüsser Sayqa Cahidə xəsarət yetirilib. Bu barədə məlumatı prodüserin özü verib. O, deyib ki, bu gün səhər saatlarında yaşadığı binanın liftinə yaxınlaşarkən tanımadığı şəxs ona "qaz balonu" ilə hücum edib. Sonra isə prodüserin əlindən çantasını alan şəxs onun üzünü və boğazını yandırıb: "Məni itələyib yıxdı, ardınca qaçmaq istəyəndə polis maşını gördüm. Təkcə istiqaməti deyə bildim. Sağ olsun Xətai rayonu 34-cü Polis Bölməsinin əməkdaşları. Mənə yardım olunana qədər polislər cinayətkarı tutdular. İndi qalır özümə gəlməyim". ("AzNews.az") 11:59 Prodüsser "Axar.az"a bildirib ki, Xətai rayon 34-cü polis bölməsində cinayətkar dindirildikdən sonra, onun bu işə sifarişlə məcbur edildiyi üzə çıxıb. Qeyd edək ki, hücum edən şəxs taksi sürücüsü olub. Xətai rayonu 34-cü polis bölməsi faktla bağlı araşdırma aparır. Sifarişçinin kim olduğu hələ ki, açıqlanmır. Qeyd edək ki, Sayqa Cahid həm də bir müddət jurnalistika sahəsində çalışıb. |
2014-04-10 | 14,087 | Polis rəisinin sürücüsü öldü: yaralılar var - Foto/Yeniləndi | 09:55 Xocəsən yolunda dəhşətli zəncirvari qəza baş verib. "Axar.az" "fox.az"a istinadən xəbər verir ki, yarım saat bundan əvvəl Xocasən yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Məlumatda ağır yaralıların olduğu bildirilir. *** 10:31 Qəzanın təfərrüatları məlum olub. ANS-in məlumatına görə, qəza 09 radələrində, "Meyvəli" bazarının yaxınlığında, Xocasən qəsəbəsi yolunda baş verib. Belə ki, "Hyundai-Sonata" markalı avtomobil ilə "Hyundai-Tucson" markalı avtomobil toqquşub. Qəzaya uğrayan "Hyundai-Sonata" markalı 90 AA 104 dövlət nömrə nişanlı avtomobil Səbail Rayon Polis İdarəsi rəisinin xidməti avtomobili olub. Hazırda qəzanın səbəbləri araşdırılır. Qəza baş verən zaman rəisin özü maşında olmayıb. Onun sürücüsü Rafiq Abbasov isə hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. |
2014-04-10 | 14,088 | AMEA Nəbatat Bağında ağac kəsintisini təkzib edir | Azərbaycan Milli Elmlər Akademiyasından Mərkəzi Nəbatat Bağında (AMEA/MNB) kəsilən ağaclarla bağlı açıqlma veriblər. AMEA-dan verilən məlumata görə, elmi tədqiqat əhəmiyyətli yenidənqurma və abadlıq işləri həyata keçirilir. Bakıda Badamdar şosesi, 40 ünvanında yerləşən 41,3 hektarlıq bağın cənub-şərb hissəsində yarım hektarlıq şitillik ərazidən müxtəlif cavan ağac növləri köklü şəkildə digər hissəyə köçürülüb. Burada təbii genofondun zənginləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edən yeni bitkilər əkilir. MNB-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev bildirib ki, bitki genofondunun zənginləşdirilməsi üçün ən əlverişli sahə nisbətən boş olan məhz həmin ərazidir ki, uzun illər seyrək ağaclarla qorunub saxlanıb: "Lakin ərazidən keçən kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli elektrik kabelləri, iri tutumlu istilik və su boruları hazırda bu ərazinin istifadəsini məhdudlaşdırır. Hətta ağacların kökləri yüksək gərginlikli kabellərin açıq hissələrinə nüfuz edərək tədqiqatçılar və ziyarətçilər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Burada ara-sıra müşahidə olunan qığılcımlar təhlükənin ciddiliyindən xəbər verir. Məsələ ilə əlaqədar 2014-cü ilin yanvarında "Bakıelektrikşəbəkə" ASC-yə rəsmi müraciət edilib. Yerin altında kommunikasiya xətlərinin yenilənməsi məqsədi ilə qazıntı işlərinə başlanılacağı təqdirdə ağacların məhv olmaması üçün onlar məhz yazın əvvəlində, təbiətin oyanma prosesindən qabaq köçürülüb". AMEA-dan həmçinin bildiriblər ki, hazırda sözügedən ərazidən maksimum səmərəli istifadə etmək məqsədi ilə köçürmə və əkin işləri planlı şəkildə həyata keçirilir. Əkilənlər arasında kökləri dərinə uzanmayan bitkilər, xüsusən də çiçək növləri üstünlük təşkil edir. Burada gələcəkdə AMEA-nın və elmin inkişafı məqsədi ilə digər tədbirlərin görülməsi üçün əlavə imkanlar da nəzərə alınır: "Qeyd edək ki, yenidənqurma işləri ilə bağlı media yazılarındakı kəsilmiş ağac fotoları Mərkəzi Nəbatat Bağına aid deyil" (ANS). |
2014-04-10 | 14,089 | Cəbhədə növbəti erməni təxribatı | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-04-10 | 14,090 | 7 ton kokain ələ keçirildi | Kolumbiyanın Kartaxena şəhərində hüquq-mühafizə orqanları tərəfindən son 8 ilin ən böyük narkotik əməliyyatı keçirilib. "Axar.az" xəbər verir ki, Hərbi Dəniz Qüvvələri (HDQ) və polis tərəfindən keçirilən əməliyyatda 7 tondan çox kokain ələ keçirilib. Bu barədə ölkənin Mili Müdafiə naziri Xuan Karlos Pinson məlumat verib. "Bu, polis və HDQ-nin həyata keçirdiyi əla əməliyyat idi. Bu əməliyyat Kartaxena tarixində ən böyük əməliyyat hesab olunur. Yük Hollandiyanın Rotterdam limanına göndərilməli idi", - deyə nazir bildirib. Polisin məlumatına görə, kokainlər ananas qutularının içində gizlədilib. əməliyyat aprelin 8-də keçirilsə də, bu haqda məlumat yalnız 1 gün sonra verilib. |
2014-04-10 | 14,091 | Britaniya şirkətinin Bakı filialı bağlandı | Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 8 aprel tarixindən etibarən Böyük Britaniyada hüquqi şəxs kimi qeydiyyatdan keçmiş "İnnovative İnternational Group Ltd" holdinq qrupuna daxil olan "Life Division" MMC-nin fəaliyyətini dayandırıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qurumdan verilən məlumata görə, QKDK tərəfindən aparılan yoxlama zamanı cəmiyyətin ölkəmizdəki filialı tərəfindən müvafiq lisenziya alınmadan fəaliyyəti müəyyən olunub. Komitə sözügedən şirkətlərin müştərisi olan investorları cəmiyyətlə münasibətlərdə onların Azərbaycan ərazisindəki fəaliyyətinin qanunsuz olduğunu nəzərə almağa çağırıb. |
2014-04-10 | 14,092 | Ordumuzun giziri intihar etdi | Azərbaycan Ordusunda intihar hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin giziri, Ələkbərov Samir Sərxan oğlu özünü asıb. Hərbi qulluqçunun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, S. Ələkbərov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb. |
2014-04-10 | 14,093 | NATO: “Qarabağın azad olunma şansı yaranıb” | "Rusiyanın işğalçı siyasətinə Azərbaycanın da məruz qalacağı qaçılmazdır". Bu sözləri "Axar.az"a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov deyib. O, bir müddət əvvəl səsləndirdiyi narahatlığın getdikcə daha da artdığını və Azərbaycanın Rusiyanın işğalçılıq siyasətinin qurbanı ola bilmə riskinin ötən müddət ərzində artdığını nəzərə çatdırıb: "Lakin burada əsas və önəmli olan bir nüans var. Azərbaycan beynəlxalq birliyin maraq dairəsində olan ölkədir. Ölkəmizə qoyulan milyardlarla dollar həcmində investisiyalar var, Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır və Krım hadisəsindən sonra bu rolun mahiyyəti daha da artıb. Ölkəmiz həmçinin Cənubi Qafqazda strateji mövqeyi baxımından da mühüm ərazidə yerləşir. Rusiya bu əraziyə işğalçı niyyətini reallaşdırmaq istədiyi halda beynəlxalq birliyin güclü müqaviməti ilə üzləşəcəyini yaxşı bilir. Lakin Rusiyanın heç bir qaydaya əməl etmədən siyasət yürütməsi bu məsələdə də hansı addım atacağını proqnozlaşdırmağa çətinlik yaradır". Ekspert Azərbaycanın NATO-ya inteqrasiya etməsi üçün siyasi iradə gərəkdiyini bildirib: "Azərbaycan hökuməti bu situasiyanı düzgün qiymətləndirə bilsə, NATO və Avropaya inteqrasiya edə bilər. Hətta Qarabağı azad belə edər. Bu həm də Azərbaycan üçün tarixi bir andır. Situasiyanı düzgün qiymətləndirib həlledici addım atmaq lazımdır!" Fərrux Məmmədov NATO-nun Azərbaycana qarşı daima səmimi siyasət yürütdüyünü qeyd edib: "NATO Azərbaycana əməkdaşlıqla bağlı ilkin təklifi məhz 1993-cü ildə Sülh Naminə Əməkdaşlıq proqramı çərçivəsində edib. Bilirsiniz, bəzən təklif etməsən belə, atdığın addımlar bunu göstərir. NATO Azərbaycanla bağlı ciddiliyini 2004-cü ildə Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində də nümayiş etdirdi. Bizim münasibətlərimiz 20 ildir davam edir. NATO Azərbaycanla bağlı daima səmimi siyasət yürüdüb və yürüdəcək. Bu, tərəfdaşlar üçün çox önəmli addımdır. Lakin bir şeyi bilməliyik ki, NATO-nun edə biləcəyi və ya ata biləcəyi addımlar da məhduddur. Azərbaycanın da həmin atılan addımlara qarşılıqlı və səmimi cavab verməsi gərəkir. Bunlar əgər eyni müstəvidə olarsa, onda əməkdaşlıq ən yüksək səviyyədə baş tutar". |
2014-04-10 | 14,094 | Zakir Həsənov yeni Qərargah rəisi təyin etdi | Müdafiə naziri Zakir Həsənovun əmri ilə bir müddət öncə Şəmkir korpusunun Qərargah rəisi təyin edilən Xəqani Cəbrayılova yeni vəzifə verilib. . "Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, cəbhənin Füzuli rayonu ərazisində yerləşən hərbi hissədə bir neçə gün əvvəl 4 hərbçinin ölümü ilə nəticələnən mina partlayışından sonra əraziyə səfər edən Zakir Həsənov toplantı keçirib. Beyləqan korpusunun tabeliyində olan hərbi hissədə baş verən bu hadisədə birləşmənin yuxarı komandanlığını ittiham edən nazir? sərt addımlar atacağı ilə bağlı xəbərdarlıq edib. Z. Həsənov cəbhədən Bakıya dönən kimi isə adıçəkilən korpusun komandanlığında ciddi dəyişiklik edilməsinə dair əmr imzalayıb. Nazir Xəqani Cəbrayılovu Beyləqan korpusunun Qərargah rəisi təyin edib. Qeyd edək ki, Xəqani Sərdar oğlu Cəbrayılov cəbhə yoldaşları arasında nümunəvi döyüşçü kimi tanınıb. 90-cı illərdə müharibə bölgəsində böyük döyüş təcrübəsi keçib. O, Ali Baş Komandan – dövlət başçısı tərəfindən 2011-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə "İgidliyə görə" medalı ilə də təltif edilib. Bütün bunlara baxmayaraq, sabiq nazir Səfər Əbiyev bu hərbiçini cəzalandırmış, onun rütbəsini endirmişdi. Zakir Həsənov nazir təyin edildikdən sonra isə onun rütbəsini bərpa etmiş, əvvəlcə Şəmkir korpusuna qərargah rəisinin müavini, bir qədər sonra isə qərargah rəisi təyin etmişdi. |
2014-04-10 | 14,095 | Sürücülərdən nazir oğluna: "Pulumuzu ver!" | "Sonuncu dəfə yanvar ayında əmək haqqı almışıq. Artıq üçüncü aydır ki, maaş üzünə həsrətik. Daha bıçaq sümüyə dirənib". Bunu "Musavat.com"un əməkdaşına paytaxtdakı marşrut avtobusunun sürücülərindən biri deyib. Adının çəkilməsini istəməyən sürücünün sözlərinə görə, "Transqeyt" MMC-nin rəhbər şəxsləri heç bir ciddi səbəb gətirmədən onların halal haqqını verməkdən imtina edirlər. Hətta bu səbəbdən bir neçə dəfə marşrut avtobuslarının sürücüləri xətdən çıxmaqdan imtina edib aksiya keçirmək niyyətinə də düşüblər. Lakin son anda rəhbərlik müxtəlif vədlər verərək onları fikrindən daşındırıb. Bununla belə sürücülər yaxın vaxtlarda tətilə başlamaqla bağlı müzakirələr aparırlar. Verilən məlumata görə, Bakının əsas marşrut avtobuslarının daxil olduğu şirkətin haqsızlığı artıq son həddə çatıb. "Ayda 150-200 manat maaş alırıq, onu da bizə çox görürlər. 40, 44, 100 və digər çoxsaylı marşrutların sürücüləri əməlli-başlı istismar olunur. Bizi qul əvəzinə işlədirlər, pulumuzu vermirlər". Sürücülər planın çoxluğundan da şikayətçidir: "Hər gün 104 manat plan verirəm. Üstəlik 20 manat əlavə haqq ödəyirəm. Bunun da üzərinə 70 manatlıq yanacağı, yemək-içmək, siqaret pulu gələndə 200 manatdan artıq eləyir. Biz də 20 qəpiyə işləyən adamıq, nə gecəmiz, nə gündüzümüz var. Buna görədir ki, avtobus qəzalarının sayı çoxalıb. Sürücülər ölüm-dirim yarışına çıxırlar ki, axşam balasının boğazından kəsib planı ödəməsin. Bu yandan da verdikləri cüzi əmək haqqını da kəsiblər. Daha bu cür haqsızlığa dözmək olmur..." Xatırladaq ki, şirkətin sahibi nəqliyyat nazirinin oğludur. Məsələ ilə bağlı "Transqeyt" MMC-nin mövqeyini dərc etməyə hazırıq. |
2014-04-10 | 14,096 | Əsir erməni ölkəsinə qaytarılacaq | Qoşunların təmas xəttini keçən Ermənistan vətəndaşının bu gün ölkəsinə təhvil verilməsi gözlənilir. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun verdiyi məlumata görə, hazırda komissiyanın və Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Qazax rayonundadırlar və qarşı tərəflə danışıqlar aparılır. Danışıqlardan sonra Ermənistan vətəndaşı Xocayan Arsen Ananyeviçin ölkəsinə təhvil veriləcəyi gözlənilir. Qeyd edək ki, A. Xocayan martın 7-də qoşunların təmas xəttini keçib. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib. |
2014-04-10 | 14,097 | Ukrayna savaşı: Rus milyarderlərin itirdikləri - Statistika/Foto | Ötən ilin sonlarından başlayaraq Ukraynada baş verən olayların nəticəsi dünyanın demək olar ki, bütü ölkələrinin iqtisadi göstəricilərinə təsir edib. Martın 25-də Krımın rəsmi şəkildə Rusiyaya birləşdirilməsindən sonra isə Avropa Birliyi və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladı. Təbii ki, bu sanksiyalar ziyansız ötüşməyə bilməzdi. İlk olaraq onu demək yerinə düşər ki, "Visa" və "MasterCard" Rusiya bankları ilə əməkdaşlığı dayandırandan sonra Vladimir Putinin əmri ilə ölkənin milli valyuta sistemi yaradılmağa başladı və ilkin hesablamalara görə, bu sistem rəsmi Moskvaya 50 milyard dollara başa gələcək. 19 günə 3,4 milyon dollar itirdi "Axar.az" "Forbes"ə istinadən bildirir ki, tətbiq edilən sanksiyaların Rusiyada yaşayan milyarderlərə ciddi təsir edib. Krım olaylarından sonra bu hadisələrdə barmağı olan ABŞ 60 rəsmi şəxsə sanksiya tətbiq edib. Onların arasında 4 milyarderin adı var. Rəsmi Vaşinqtonun sanksiyası ilə üzləşən milyarderlər rusiyalı Yuri Kovalçuk, Gennadi Timçenko, Tobkorn Tornqvist və Boris Rotenberqdir. Martın 20-dən tətbiq edilən sanksiyalar artıq bəzi nəticələrini göstərib. Belə ki, 1,7 milyard dollarlıq vəsaitə mailk Boris Rotenberq 3,4 milyon dollar pul itirib. 2,6 milyard dollarlıq vəsaiti olan Tobkorn Tornqvistin isə pullarından gələn faizlər dondurulub. Bu proses ilin sonuna qədər davam edərsə, milyarderə 6 milyon dollara qədər ziyan dəyə bilər. Krım olayları 61 yaşlı Gennadi Timçenkoya daha pis təsir edib. İlin əvvəlində hesabında 15,3 milyard dollar olan milyarder 2 milyard dollara yaxın pul itkisi ilə üzləşib və hesablamalara görə, onun 13.5 milyard dollar pulu var. Milyarder Arkadi Rotenberq Krım olaylarına görə 3.8 milyardlıq valyuta ehtiyatının 200 milyon dollarını itirib. "Forbes"in açıqladığı bu rəqəmlər aprelin 9-na olan statistik göstəricilərdir. Avropada dondurulan 15,6 milyard dollar ABŞ-la yanaşı, Avropa dövlətləri də Rusiyaya sanksiya tətbiq edildiyi üçün rəsmi Moskvanın itkilərinin artacağı deyilir. "Röyter"in aprelin 7-də verdiyi məlumata görə, Avropanın qara siyahısına 33 dövlətli rusun adı düşüb. İsveç Milli Bankının məlumatına görə isə İsveç banklarında rus sahibkarlarına məxsus 15,6 milyard dollar məbləğində pul dondurulub. Xatırladaq ki, sanksiya tətbiq edilmiş milyarderlərin siyahısını ABŞ Dövlət Departamentinin Xarici Mülkiyyətə Nəzarət İdarəsinin Xəzinədarlıq Agentliyinin yayıb. |
2014-04-10 | 14,098 | Cəbhədəki partlayışın səbəbi bayraq imiş - Açıqlama | Əsgər bayrağı səngərdən asmaq üçün külünglə bayrağın dirəyinə vurdu və partlayış baş verdi. Məlum olduğu kimi aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan əsgərlər hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdiriliblər. "Bizim yol" qəzetinin əməkdaşı onların müalicə olunduğu hospitalda olub. Qeyd edək ki, hadisə nəticəsində 6 hərbçi yaralanıb, 3 nəfər həlak olub. Qəbul şöbəsindən bildirilib ki, burada 3 yaralı əsgər var. Həmin əsgərlər Talıbov Emin Talıb oğlu, Musayev Bəhruz Məhəmməd oğlu və Mirzəyev Alı Pənah oğludur. Ən ağır yaralının E.Talıbovun olduğu bildirildi. Digər xəstələrin vəziyyətinin normal olduğu deyildi. Qəbul şöbəsində xəstələrin Hospitalın Reanimasiya şöbəsində olduğu deyilsə də, oradan deyilib ki, xəstələr Oftalmologiya şöbəsindədir. Qəzetin əməkdaşı yazır ki, o səhhətinin ağır olduğu deyilən əsgər Emin Talıbovun yerləşdiyi 105-ci palataya yollanıb. Valideynləri və qohumları da burda idi. Yaralı əsgər və onun yaxınları ilə söhbət edə bildik. Yaralı əsgər 5 dəfə əməliyyat olunacaq "Oğlum Emin əziyyət çəkərək danışır. Sol gözündən əməliyyat olunub, ağır xəsarət alıb. Əməliyyat olunmayan sağ gözünü isə aça bilmir. Sinədən yuxarısı, baş da daxil olmaqla xəsarətlər alıb. Bədəninə qəlpələr daxil olub", deyə yaralı əsgərin atası Talıb Talıbov bildirdi. Onun sözlərinə görə, oğlu Emin 2013-cü ilin iyul ayında hərbi xidmətə çağırılıb: "Emin 9 aydır ki, əsgərdir, xidmət müddəti 1 il 6 aydır. 2015-ci ilin yanvar ayında ehtiyyata buraxılmalı idi". Talıb Talıbov bildirdi ki, həkimin ona dediyinə görə, Eminin həyatı təhlükədə deyil: "Həkim dedi ki, Emin hələ 4 dəfə əməliyyat olunacaq. Bir dəfə əməliyyat olunub. Gözündə, üzündə və başqa bədən nayihələrində minanın qəlpələri var. Qəlpələri bədənindən təmizləmək azı 2 ay vaxt aparacaq". Çətinliklə danışan yaralı əsgər Emin Talıbovla qısa söhbət edə bildik. O, səhhətinin yaxşı olduğunu, sağ qalmasını möcuzə hesab etdiyini vurğuladı. Emin Talıbov hadisəni belə təsvir etdi: "Səngər batmışdı, biz də səngəri təmizləyirdik. Oradakı minaların da təmizlənməsi nəzərdə tutulmuşdu. Ancaq səngər minalardan yaxşı təmizlənmədi deyə tank əleyhinə mina partladı. Əsgər Kərimov Seyfəddin bayrağı səngərdən asmaq üçün külünglə bayrağın dirəyinə vurdu. Külüng bayrağın dirəyinə dəyən zaman mina partladı. Kapitan Orucəliyev Ceyhun, əsgərlər Kərimov Seyfəddin və Abdullayev Novruz minalanmış əraziyə yaxın dayanmışdılar. Mən və bir neçə əsgər partlayış baş verən yerdən bir az kənarda idik". "Yaralıların vəziyyəti stabildir..." Müdafiə Nazirliyinin rəsmi saytında aprelin mina partlaması nəticəsində ağır yaralanan əsgərlərlə bağlı Silahlı Qüvvələrin baş cərrahı, polkovnik Famil Babayevin açıqlamasını yerləşdirib. F.Babayevin açıqlamasında bildirilir: "Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin baş cərrahı və baş reanimotoloqu hadisə bölgəsinə yollanıblar. Yaralıların hamısına yerində baxış keçirilib. Xəsarət alanlar çox qısa müddətdə bölgədəki müalicə müəsissəsinə çatdırılıblar, hər birinə vaxtında müvafiq yardımlar göstərilib. Yaralılara daha ixtisaslaşdırılmış yardımın göstərilməsi məqsədilə onlar sanitar aviasiya vasitəsilə Silalhli Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə olunub. Ümummiyyətlə qeyd etmək istərdim ki, yaralıların vəziyyətləri stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur. Onların müalicəsi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimlərinin tam nəzarəti altındadır və adekvat gedir. Müalicə müddəti hələ tam bəlli deyil. Bunu əvvəlcədən planlaşdırmaq mümkün deyil. Bu, bir çox səbəblərdən asıllıdır. Düşünürəm ki, yaxın 10 gündə müalicənin yekunları haqqında məlumat vermək mümkün olacaqdır. Yüngül xəsarət alanlar yerində hərtərəfli müəyinə olundu. Ciddi zədələri olmadığından hər hansı bir dərin müayinəyə, yaxud Silalhli Qüvvələrin Baş Klinik Hospitalında müəlicəyə ehtiyac yoxdur. Yaralılar sanitar helikopter vasitəsilə mərkəzi hospitala gətirilib. Helikopterdə yol boyu ixtisaslaşdırılmış cərahiyyə yardımı, ümummiyyətlə reanimasion tədbir görmək üçün bütün lazımi avadanlıq, dərman preparatları vardır. Uçuş müddətində hansısa bir hal baş verərsə dərhal onu aradan qaldırmaq üçün helikopter ən müasir avadanlıqla təchiz olunub. Xəstələrə psixoloji yardım da göstəriləcək. Təbii ki, bu önəmli məsələlərdən biridir. Artıq o iş başlanıb. Birinci gündən onların psixoloji reabilitasiyası ilə məşğul olunur, məsələ tam nəzarət altındadır". |
2014-04-10 | 14,099 | Tarkan 5 milyona ev aldı | Türkiyənin meqa starı Tarkan daha bir bahalı ev almaq qərarına gəlib. Bir neçə ölkənin mərkəzlərində yerləşən istədiyi bahalı evə sahiblənən müğənni əmlakını artırmaqda davam edir. Tarkanın yeni aldığı böyük evin qiyməti hələ çox danışılacaq. İfaçı Türkiyənin tanınmış simalarının vbir neçəsinin yaşadığı Levent hissəsində yerləşən böyük binalardan birindən bütövlüklə bir mərtəbəni alıb. Meqastar xeyli müddətdir "Levent Loft"da mərtəbəyə sahiblənən yumoristik aktyor Cem Yılmazın yolu ilə gedir. Müğənni və aktyorun evlərinin arasında ancaq bina fərqi var, Tarkan "Özdilek Residence"ən qiyməti 5 milyon TL olan bütöv bir mərtəbə alıb. İfaçı yeni aldığı evin dizaynını da özü verəcək. Hazırda Tarabyada villada yaşayan tarkan yeni evinin dekorasiya işləri üçün atrıq dizaynerlər ilə görüşüb. İfaçı bildirib ki, yay aylarının sonundan etibarən artıq yeni evində yaşaya biləcək (ANS). |
2014-04-10 | 14,100 | Borcu olan tələbə intihara cəhd etdi | Bakıda 23 yaşlı qız intihara cəhd edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb. Şirvan şəhəri Sahib Zeynalov küçəsi ev 2, mənzil 22-də qeydiyyatda olan 1991-ci il təvəllüdlü Aysel Muxtar qızı Babayeva ötən gün saat 20.18 radələrində özünü dənizə atmaq istəyərkən vətəndaşlar tərəfindən saxlanılıb. Polisdən A. Babayevanın Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olduğu və hadisəsinin qayıbları və akademik borcları çox olduğuna görə etdiyi bildirilib. |
2014-04-10 | 14,101 | Araz Əzimov həmsədri səviyyəsiz saydı | "Ceyms Uorlik hələ o səviyyədə deyil ki, onun hansısa düzgün olmayan şərhini mən şərh edim. Məncə Uorlik Minsk Qrupunun sənədlərini daha yaxşı oxumalı, bilməli, öyrənməli və daha sonra əsaslı mübahisəyə girməlidir". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. ATƏT-in Minsk Qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlikin münaqişənin Dağlıq Qarabağ və Azərbaycan arasında olmasına dair sözlərinə münasibət bildirən A. Əzimovun fikrincə, Ceyms Uorlik Ermənistana təsəlli vermək üçün bu bəyanatı səsləndirib: "Çünki Ermənistanın siyasi mövqeyində əsas element odur ki, Dağlıq Qarabağın separatçı rejimini hansısa "dövlət vahidi" kimi təqdim etsin. Onlar belə fikirləşirlər ki, münaqişənin tərəfi olaraq qəbul edilsələr, sonrakı mərhələdə münaqişənin həlli ilə bağlı sazişin imzalanmasına da dəvət olunacaqlar və guya hansısa beynəlxalq hüquq çərçivəsində subyekt kimi qəbul olunacaqlar. Bu, heç düzgün deyil. Aydındır ki, münaqişə Azərbaycanla Ermənistan arasında gedir. Həm də aydındır ki, 30 minlik kiçik bir etnik qrupunun hansısa bir məntəqədə yaşaması onun bu əraziyə iddiasına heç bir hüquqi əsas yaratmır. Azərbaycan Dağlıq Qarabağda yaşayan dinc erməni əhalisini öz vətəndaşlığında saxlamaq niyyətini həmişə bildirib və təsdiqləyib. Əlbəttə ki, onların gələcəyi və hansısa məsələlərin müzakirəsi üçün Azərbaycan tərəfi mərkəzi hökumət olaraq həmişə hazır olacaq". A. Əzimov bildirib ki, münaqişənin həllində mərhələlər var: "Hazırkı mərhələ işğal mərhələsidir və işğalı aradan götürmək üçün Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir. Bu məqsədlə Azərbaycan Ermənistan tərəfi ilə müzakirələr aparmaqdadır. Ermənistanın Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsindən ərazi iddialarını örtmək üçün istifadə etmək cəhdləri isə məncə ciddi qurulmayıb və çox yaxşı görünən bir faktdır. Ermənistanın bu iddialarına və ona təsəlli verməyə çalışan Ceyms Uorlikin sözlərinə ciddi baxmayın. Ceyms Uorlik Minsk Qrupunun həmsədridirsə, Minsk qrupunun mandatını və konfransının quruluşunu yaxşı bilməlidir. Konfransın quruluşuna görə, Dağlıq Qarabağ əhalisinin nümayəndələri maraqlı tərəf kimi prosesdə iştirak etməlidir. Bu, həm azərbaycanlılara, həm ermənilərə aiddir. Azərbaycan bu formatdan heç vaxt boyun qaçırmayıb. Minsk Qrupunun formatı var, növbəti mərhələdə işğal bitəndən sonra həmin bu tərkib yığışacaq və həm azərbaycanlıların, həm ermənilərin iştirakı ilə müzakirələr aparılacaq". |
2014-04-10 | 14,102 | AFFA “Şəfa” stadionunu su qiymətinə satdı | AFFA rəsmiləri mətbuatın təkidinə baxmayaraq uzun müddət idi ki, "Şəfa" stadionunun "İnter" klubuna satış məbləğini açıqlamırdı. "Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov nəhayət qiyməti açıqlayıb. Baş katibin "Het-trik news" qəzetinə açıqlamasından məlum olur ki, federasiya böyük kompleksi su qiymətinə satıb: "Şəfa" stadionunun satış məbləği ƏDV xaric 4 milyon 250 min manatdı. Satış hələ tam başa çatmayıb. Daha dəqiq, stadion AFFA-nın balansından klubun balansına tam keçməyib. Bu proses hələ davam edir. Klub məbləğin 50 faizini ödəyib və tam ödənişdən sonra "Şəfa" onların balansına keçəcək. Bir məqamı da qeyd edim - "Şəfa" stadionunu satarkən məbləğdə "İnter" klubuna müəyyən güzəştlər etmişik. Bunun da səbəbi odur ki, klub neçə il idi ki, bütün kompleks üçün aylıq 20 min manat icarə haqqı ödəyir. Digər tərəfdən klubun "Şəfa"nı futbol məqsədləri üçün istifadə etməsini də diqqətdən qaçırmamışıq. "Şəfa"nın satılması prosesi tam başa çatmadığından əldə olunan məbləğ son maliyyə hesabatında göstərilməyib və xüsusi bəndlə işarə olunub. Məbləğ tam ödənildikdən sonra AFFA-nın növbəti hesabatında gəlir kimi öz əksini tapacaq". |
2014-04-10 | 14,103 | Salyanda vəhabi məscidinə hücum | Salyanda yerli sakinlər, əsasən, vəhabilərin toplaşdığı məscidlərdən birinə hücum edib. Salyan sakinlərindən verilən məlumata görə, etirazçılar məscidə hücum etdikdən sonra vəhabilərə məxsus mağazalardan birinə hücum ediblər. Məsələ ilə bağlı Salyan Rayon Polis Şöbəsi ilə əlaqə saxladıq. Polis təhqiqatçısı Telman Baloğlanov faktı təsdiqləyib. O. bildirib ki, məsələ ilə bağlı vəhabilər polis şöbəsinə şikayətlər edirlər. Telman Baloğlanovun sözlərinə görə, faktla bağlı araşdırma aparılır. Məsələni diqqətdə saxlayırıq (ANS). |
2014-04-10 | 14,104 | Məşhur aktrisa xəstəxanaya düşdü | Məşhur Hollivud aktrisası Şeron Stoun Baraziliyanın San-Paulo şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. "Axar.az" xəbər verir ki, aktrisa xəstəxanada 3 gün keçirib və bunula bağlı heç bir məlumat verilməyib. Həkimlər aktrisaya kəskin infeksiya diaqnozu qoyublar. Qeyd edək ki, Şeron Stoun San-Pauloya "Amfar" xeyriyyə qala-konsertində iştirak etmək üçün gedib. |
2014-04-10 | 14,105 | Ordumuz daha bir əsgərini itirdi | Azərbaycan Ordusu daha bir itki verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə qeydə alınıb. Hərbi hissənin əsgəri Elvin Rüsxət oğlu Bəzirli təhlükəsizlik qaydalarının pozulması nəticəsində avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Əsgər ilkin tibbi yardım göstərildikdən sonra hospitala təxliyə olunarkən yolda dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, E. Bəzirli Qobustan rayonundan həqiqi hərbi xidmətə çağırılıb. |
2014-04-10 | 14,106 | Dörd uşaq anası özünü asdı - Faciə | Bakının Qaradağ rayonunda dəhşətli hadisə qeydə alınıb. Qaradağ rayon prokurorunun köməkçisi Araz Qasımovun verdiyi məlumata görə, Qobustan qəsəbəsində yaşayış evinin həyətindəki tövlədə asılmış qadın meyiti tapılıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırmalar zamanı meyitin 1973-cü il təvəllüdlü Sevinc Ağaəddin qızı İsmayılova olması və qadının intihar etdiyi məlum olub. Qadının özünü baş örtüyü ilə asdığı bildirilir. Onun meyitini övladları tapıblar. Qeyd edək ki, S.İsmayılova 4 övlad anasıdır. Hazırda qadının nə səbəbdən intihar etdiyi araşdırılır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır (ANS). |
2014-04-10 | 14,107 | Gecə klubunun sahibi olduğu deyilən rəis işə çıxmır | Nəsimi rayonu, Azadlıq prospekti 58-v-də yerləşən "Buqatti" adlı gecə klubunun sözügedən rayonun Polis İdarəsinin rəisi Musa Musayevə məxsus olmasıyla bağlı məlumatlar yayılıb. "Azadlıq" qəzetinin yazdığına görə, sözügedən klubda 16 yaşlı bir gənc dostuyla əylənərkən iki qız da onlara qoşulub və içki sifariş ediblər. Axırda 170 manat hesabı ödəyə bilməyən dostlar "Buqatti"də döyülərək girov götürülüblər. Onlardan biri atasını çağırıb və valideynə bildiriblər ki, klubu Nəsimi Polis İdarəsinin rəisi Musa Musayevin yaxın adamı olan Səbuhi adlı şəxs işlədir. Nəhayət ki, klubun işçiləri ilə "razılığa gələn" valideyn 80 manat müqabilində oğlunu və onun dostunu azad edə bilib. Bunda sonra isə rayonun 22-ci polis bölməsinə müraciət edən şəxsin müraciətinə heç bir reaksiya verilməyib. "Aznews.az"ın əməkdaşı məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Mehman Əliyevlə danışıb. Rəis müavini bildirib ki, xəbərlə tanışdırlar. Daha sonra isə əlavə edib ki, həmin xəbəri verən kişdirsə, adını da yazardı. İnformasiyanı ötürən şəxsin təhlükəsizlik məsələsini xatırladanda isə M.Əliyev rəisini belə müdafiə edib: "Musa müəllim idarə rəisidir. "Buqatti" adlı gecə klubunun rəhbəri deyil. Əvvala kulubun rəhbəri Səbuhi adlı şəxsdir və mən onu idarəyə çağırıb danışdırdım. Məlumat yalandır. Biz məlumatı ötürən adamı da axtarırıq. Bunu kim isə qəsdən edib". Mehman Əliyev gecə klubundakı döyülmə xəbərinə kinayə ilə "dünya dərəbəylikdir ki, gecə kulubuna kimisə salıb döysünlər və yaxud artıq pulunu alsınlar?" cavabını verib və ardınca əlavə edib ki, övladından 170 manat artıq pul alınan valideynin şikayətinə Nəsimi rayon 22 polis bölməsində baxılmayıbsa, Prezident Administrasiyasına, Daxli İşlər Nazirliyinə şikayət etsin. Əməkdaşımızın "Disko barlara polis idarəsindən necə nəzarət olunur" sualına isə rəis müavini belə cavab verib: "Nəinki Nəsimidə, o cümlədən Bakının müxtəlif yerlərində gecə klubları fəaliyyət göstərir. Burda nə var ki? Mən cavan oğlanam, oraya dincəlməyə gedirəm. Bakıda keçirilmiş "Avroviziya" yarışmasında da dünyanın bütün jurnalistləri tökülüb bura gəlmişdilər. Onda deyərdilər ki, bu barları bağlayın da. Bunun fəaliyyətindən bir qonşu şikayət etmirsə və heç kimə maneçiliyi yoxdursa, niyə oranı bağlamalısan ki?" Sonra isə Mehman Əliyev bayaqdan təqdir etdiyi diskobarların fəaliyyəti ilə bağlı idarəyə deyil, Daxili İşlər Nazirliyinə müraciət etməyimizi məsləhət gördü: "Kimsə hüquq pozuntusu edirsə, biz dərhal onun qarşısını alacağıq və nə tədbirdə lazımdır görəcəyik". Söhbətin sonunda rəis müavini Səbuhi adlı şəxsin onun tərəfindın idarəyə çağırıldığını danıb : "Onu mən çağırmamışam və heç onu da tanımıram. O idarəyə çağrılıb. Amma Səbuhi mənim tərəfimdən çağırılmayıb. Kimin tərəfindən çağırıldığını bilmirəm. Bildiyim odur ki, çağırılıb". Nəsimi Rayon Polis İdarəsindən isə "Axar.az"a bildirdilər ki, gecə klubunun sahibi kimi adı hallanan polis rəisi işə çıxmır: "Rəis bir neçə gündür ki, iş çıxmır və bundan sonra da bir neçə gün müddətində işdə olmayacaq. İcazəlidir". |
2014-04-10 | 14,108 | Qazaxda yol qəzasında polis öldü | Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə Qazax rayonunun Çaylı kəndi ərazisində qeydə alınıb. Qazax rayon Çaylı kənd sakini, polis nəfəri Şəmistan Bənnayev idarə etdiyi "VAZ 21012" markalı avtomobillə kəndə dönərkən, Ağstafa rayon sakini Zeynal Həsənovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin dediyinə görə, qəza o qədər şiddətli olub ki, avtomobillər magistraldan bir neçə metr kənara düşüblər. Məlumata görə, qəza zamanı "VAZ 21012"-nin sürücüsü, polis nəfəri Şəmistan Bənnayev və "Mercedes"də olan sərnişin Akif Həsənov dünyasını dəyişib. "VAZ 21012"-də olan daha bir polis nəfəri Elcan Rzayev və "Mercedes"in sürücüsü Zeynal Həsənov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır. |
2014-04-10 | 14,109 | Davudoğlu: “Türkiyə müharibə istəsəydi...” | Əhməd Davudoğlu Suriya toplantısında müharibəyə cəhd edildiyinə dair iddialara cavab verib. "Axar.az" xəbər verir ki, bir televiziya proqramına qonaq olan Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu "Türkiyə hökuməti ölkəni müharibəyə sürükləyir" iddiasına cavab verib: "Ora Türkiyə dövlətinin torpağıdır. O torpağa hücumdan söhbət gedirsə, biz o hücuma necə qarşılıq verəcəyimizi müzakirə edirik. Daha necə hücum edək deyə yox. Yəni Türkiyə müharibə etmək istəsəydi, qırıcılarımızı vurduqları, Akçaqalanı (Suriyayla Sərhəd olan Türkiyənin Şanlıurfa şəhərinin bir rayonudur – red.) top atəşinə tutduqları vaxt edərdik. Biz indiyə kimi "Türkiyəni müharibənin xaricində necə saxlaya bilərik" deyə çalışırıq". |
2014-04-10 | 14,110 | “Prezident gəlib Etibar Hüseynovu güllələyəcək?” | "Nə edək indi, Etibar Hüseynovu güllələyək, ya asaq? Yoxsa daşqalaq edək?" Bu sözləri "Axar.az" millət vəkili Aqil Abbas Etibar Hüseynovun qarabağlıları təhqir etməsindən sonra ağdamlıların Prezidentə müraciət etməsi ilə bağlı məsələyə münasibət bildirərkən dedi. Millət vəkili deyir ki, bu məsələnin mətbuatda tez-tez işıqlandırılması insanları daha da qıcıqlandırır: "Bu söhbətlərdən Etibar Hüseynova zərər dəymir. Zərər görən insanlardı, qarabağlılardı. Yazılanlar onları daha da qıcıqlandırır. Hər dəqiqədən bir bu mövzunu diqqətdə saxlamaq, mətbuata çıxarmaq lazım deyil". A.Abbas qeyd edir ki, insan dediyi sözə görə hamıdan üzr istəyibsə, bu məsələ elə həmin an bağlanmalıdır: "Məndən nə etməyimi gözləyirlər? Gedib Etibar Hüseynovdan şikayət etməliyəm? Sözümü mətbuatda da demişəm, Etibarın özünə də. Bu məsələni gündəmdə saxlamaqla problemi daha da şişirdirlər". Millət vəkili bu məsələdə E.Hüseynovun deputat kimi toxunulmazlığını da xatırlatdı: "Etibar Hüseynov millət vəkilidir. Onun bir deputat kimi toxunulmazlığı var. Bu sözü millət vəkili deyib. Səhv deyib və üzr istəyib. Daha nə olmalıdır? Prezidentə müraciət etsək nə olacaq? Prezident gəlib Etibar Hüseynovu güllələyəcək? Əlavə cəzaya ehtiyac varmı bəyəm?". Qeyd edək ki, millət vəkili E. Hüseynovun verilişlərin birində məcburi köçkünlər barədə səsləndirdiyi fikirlər qarabağlıların hiddətinə səbəb olmuşdu. Təhqir olunduqlarını deyən qarabağlılar millət vəkilinin mandatının alınması və cəzalandırılması ilə bağlı Prezidentə müraciət ünvanlayıblar. |
2014-04-10 | 14,111 | Aytən Səfərova: “Mən qələt eləyərəm...” | ANS telekanalının "Salam, Azərbaycan" verilişinin aparıcısı Aytən Səfərova özünə qadağa qoyub. Məlumata görə, o, bundan sonra "1000 bərəkət, halal nemət" ət və ət məhsulları almayacağı qərarına gəlib. Teleaparıcı bu barədə "Facebook" profilində yazib: "1000 bərəkət, halal nemət" dən mən qələt eləyərəm bundan sonra sosiska və ya kolbasa alaram. Habelə mənim bütün qohum-əqrəbam...". Qeyd edək ki, bir neçə gün öncə sözügedən şirkətin məhsulu olan sosiskanın işərisindən qurd çıxmasıyla bağlı xəbərər yayılmışdı ("Aznews.az"). |
2014-04-10 | 14,112 | Prezident: "O, gec-tez bizim olacaq" | Fransanın PSJ klubunun prezidenti Nasir Əl Xəlaifi "Çelsi" ilə keçirilmiş oyunla bağlı danışıb. "Axar.az" xəbər verir ki, klub rəhbəri gec-tez Çempionlar Liqasını qazanacaqlarını bildirib: "Komandanın bütün üzvlərinə minnətdarlığımı bildirirəm. Onlar əllərindən gələni etdilər. Bizi yarımfinaldan cəmi 5 dəqiqə ayırırdı. Lakin bu futboldur. Daha təcrübəli futbolçularla bundan da güclü komanda yaradacağıq və gec-tez Çempionlar Liqası bizim olacaq". Qeyd edək ki, "Çelsi" PSJ-ni 2:0 hesabla məğlub etmişdi. |
2014-04-10 | 14,113 | Azərbaycanlı oliqarxın oğlu erməni prezidenti ilə şərik oldu | "İSR Holdinq" şirkətlər qrupunun sahibi, Azərbaycanda milyardlarla dollar həcmində biznes aktivlərinə malik olan İsgəndər Xəlilovun oğlu Rusiyanın ən iri dəmiryol operatorlarından birinin Direktorlar Şurasına daxil olub. Rəhman Xəlilov "SQ-Trans" Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasına bu ilin martında seçilib. Şirkət məlumatı bir neçə gün əvvəl yayıb. R.Xəlilov hazırda "İSR Holdinq"in tərkibinə daxil olan "İSR Trans" şirkətinin Direktorlar Şurasının rəhbəridir. "İSR Trans" dəmir yoluyla neft daşımalarını həyata keçirir. Onun parkında 11 minə yaxın sistern var. Şirkət cəmi 19 min müxtəlif təyinatlı vaqon istismar edir. Bildirilir ki, "SQ-Trans" şirkətinin Direktorlar Şurasına azərbaycanlı oliqarxın oğlu ilə yanaşı Rusiyanın nəhəng maliyyə korporasiyası "Sistema"nın vitse-prezidenti Vsevolod Rozanov və "Başneft"in vitse-prezdenti Denis Stankeviç də seçiliblər. Rəhman Xəlilovla birlikdə onlar "Sistema"nın fəal əməliyyatlar üzrə vitse-prezidenti İqor Busarovu, "Başneft"in loqistika, təchizat və satış üzrə vitse-prezidenti Ruslan Genşi "Federal yük şirkəti" ASC-nin baş direktorunun müavini Yuri Dyakonovu əvəzləyiblər. "SQ-Trans"ın Direktorlar Şurasına 10 nəfər daxildir. "SQ-Trans" Rusiyanın yüngül mineral xammal və neft daşıyan ən iri dəmir yol operatorlarından biridir. Hazırda şirkətin sərəncamında 35 mindən çox vaqon, o cümlədən sıxılmış qaz daşımaq üçün 17 min sistern və neft daşımaq üçün 14 min sistern var. Şirkətə bərabər payla "Sistema" maliyyə korporasiyası və onun partnyoru "Unirail Holdings" sahiblik edir. "Sistema" maliyyə korporasiyasına gəldikdə isə onun Direktorlar Şurasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, Azərbaycan KQB-nin keçmiş sədri Vaqif Hüseynov kimi şəxslər yer alırlar. Bundan əvvəl "Sistema" korporasiyası inquş əsilli rusiyalı neft maqnatı, Putinin qəzəbinə düçar olandan sonra bir müddət Rusiyadan qaçmağa məcbur olan Mixail Qutseriyevin "Russneft" şirkətini almışdı. "Russneft"in isə Azərbaycanda neft aktivlərinin olduğu məlumdur və bu barədə mətbuatda geniş bəhs olunub. Sonradan Qutseriyev şirkətini "Sistema"dan geri almışdı. "Sistema" korporasiası əvvəllər dövlət mülkiyyətində olan "SQ-Trans" şirkətini 2012-ci ildə keçirilən tenderdə 22.77 milyard rubla alıb. Sonradan şirkətin səhmlərinin yarısı "Sistema"nın offşor şirkəti olan "Unirail Holdings"ə transfer olunub. İ.Xəlilovun Direktorlar Şurasında Ermənistanın eks-prezidentinin, Azərbaycan ərazilərinin işğalına başçılıq edənlərdən birinin yer aldığı "Sistema" korporasiyasının mülkiyyətində olan "SQ-Trans"ın Direktorlar Şurasına seçilməsi isə azərbaycanlı oliqarxın bu şirkətdə payçı olmasından irəli gəlir. Göründüyü kimi Rusiyadakı azərbaycanlı oliqarxlar üçün biznesin milliyəti yoxdur. Hərçənd ki, R.Köçəryan "Sistema"da cüzi payla təmsil olunur. Rəhman Xəlilov atasının nəqliyyat biznesini ötən ildən idarə edir. 2013-cü ilin sentyabrında o, "İSR Trans"ın İdarəetmə Şurasının sədri vəzifəsinə təyin olunub. R.Xəlilov 1977-ci ildə Bakıda anadan olub, Cenevrə Beynəlxalq Universitetinin beynəlxalq biznes fakultəsini bitirib. Peşəkar karyerasına atasının yaxın dostu və biznes ortağı Vahid Ələkbərovun "Lukoil" şirkətində treyder vəzifəsi ilə başlayıb.2004-cü ildən etibarən "İSR Holding"in tərkibinə daxil olan və İsveçrədə yerləşən RİROİL neft ticarəti şirkətinə başçılıq edir. R.Hacıyev Azərbaycanın Neftçala şəhərində yod-brom zavodunun yenidən qurulması layihəsinin müəllifidir. Həmin zavod İ.Xəlilovun oğluna məxsusdur. R.Xəlilov atasının biznes imperiyasında həm də turizm biznesinə rəhbərliyi həyata keçirir. 2011-ci ildə Türkiyənin Bodrum şəhərində ata-oğul xəlilovlara məxsus Hilton BODRUM TÜRKBÜKÜ RESORT & SPA beşulduzlu otelinin açılışı olub. Otelin fəaliyyətinə R.Xəlilov türkiyəli xanımı ilə birlikdə nəzarət edir. O, həm də "İSR Turizm"in İdarəetmə Şurasının sədr müavinidir. Xatırladaq ki, İ.Xəlilov Azərbaycanda "Hilton Baku" oteli də daxil olmaqla bir çox biznes aktivlərinə nəzarət edir (Virtualaz.org). |
2014-04-10 | 14,114 | Xuraman Şuşalıya ağır itki | Tanınmış müğənni Xuraman Şuşalını anası Gülbəs xanım dünyasını dəyişib. Bu barədə müğənninin dostu Cavanşir Babəlioğlu məlumat verib. C. Babəlioğlu bildirb ki, müğənninin anası Ağcəbədi rayonunda dəfn ediləcək: "Üç gün Ağcabədidə yas mərasimi olacaq. Yeddi mərasimi isə Bakıda təşkil olunacaq. Allah yaxınlarına səbr versin" ("Aznews.az"). |
2014-04-10 | 14,115 | Dünyanı heyrətə gətirən UNO görüntüsü - Video | Almaniyada sıravi vətəndaş tərəfindən çəkilən UNO görüntüləri dünyanı heyrətə gətirib. Video internetə yerləşdirildikdən sonra minlərlə insan bu görüntüləri izləyib. Hadisə ilə bağlı hələ ki, Almaniya hökumətindən rəsmi açıqlama verilməyib (RegionPost). Ancaq görüntülərin montaj olmadığı və reallığı əks etdirməsi Uçan Naməlum Obyektlərin (UNO) və Yerdənkənar daha qüdrətli sivilizasiyanın mövcudluğunu bütün çılpaqlığı ilə ortaya qoyduğu barədə fikirlər səslənməkdədir. Videonu təqdim edirik: |
2014-04-10 | 14,116 | AKP-dən istefa verən millət vəkillərinə daha bir zərbə | Hakan Şükür və İdris Naim Şahinin adlarının verildiyi binalar artıq onların adlarını daşımır. "Axar.az" xəbər verir ki, əvvəl Müdafiə naziri, daha sonra Daxili İşlər naziri olmuş İdris Naim Şahinin adının verildiyi Ordunun Ünyə rayonundakı bələdiyyə avtovağzalı artıq İdris Naim Şahinin adını daşımır. Onunla bərabər Fətullah Gülənə yaxınlığı ilə tanınan AKP-nin keçmiş millət vəkili, 17 dekabr əməliyyatlarından bir gün qabaq partiyadan istefa verən Hakan Şükürün də adını daşıdığı Əsənyurd Bələdiyyəsinə aid stadion artıq sadəcə Əsənyurd Bələdiyyəsi Stadionu adlanır. Xatırladaq ki, bir gün qabaq da Hakan Şükürün adı Sancaqtəpə Bələdiyyəsinin stadionundan çıxarılmışdı. |
2014-04-10 | 14,117 | NATO Rusiyaya qarşı plan hazırlayır | NATO rus təhlükəsi qarşısında qalan Şərqi Avropa ölkələrinə öz hərbçilərini göndərmək niyyətindədir. "Axar.az" xəbər verir ki, bu barədə ruslara qarşı tədbirlər planı hazırlayan Alyansın Avropadakı hərbi qüvvələrinin komandanı general Filipp Bridlov məlumat verib. Onun sözlərinə görə, havada, quruda və dənizdə görüləcək tədbirlər NATO-nun Şərqdəki müttəfiqlərinin qarantiyası olacaq. General bildirib ki, bu missiyada NATO üzvü olan hər bir ölkə iştirak edə bilər və sözügedən plan gələn həftəyə hazır olacaq. |
2014-04-10 | 14,118 | Zakir Həsənov İrana rəsmi səfər edəcək | Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın dəvəti ilə 14-15 aprel tarixlərində İrana rəsmi səfər edəcək. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir. Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcək. Regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi də planlaşdırılır. |
2014-04-10 | 14,119 | Sabah 25 dərəcə isti olacaq | Azərbaycanda havanın temperaturu yüksələcək. Ölkənin bəzi yerlərində temperatur 25 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Axar.az"a bildirilib ki, aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-8, gündüz 15-20 dərəcə isti olacaq. Aprelin 11-də Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxması ehtimalı var. Qısa müddətli yağış yağacaq. Havanın temperaturunun Aran rayonlarında gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 9-14 isti olacağı gözlənilir. |
2014-04-10 | 14,120 | Çevik Polis Alayı aksiyaçı fəhlələri həbs etdi | Kisə zavodunda istehsalı dayandıran və təxminən 2 aydır aksiya keçirən "Greif" fəhlələrinə Çevik Polis Alayı səhər saatlarında müdaxilə edib. "Axar.az" xəbər verir ki, müdaxilədən sonra çoxlu fəhlə həbs olunub. Zavodun damında bir qrup fəhlə etiraza davam edir, Çevik Polis Alayı da zavodun qarşısında gözləyir. |
2014-04-10 | 14,121 | Raport yazan general niyə vəzifədə saxlanılır? | "Çox qəribə görünür ki, müharibə vəziyyətində olan ölkədə vacib postlar nədənsə boş saxlanılır". Bu sözləri "Axar.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, hazırda mühüm strateji postlara Müdafiə Nazirliyinin təcili təyinatlar həyata keçirməli olduğunu bildirib: "Müdafiə Nazirliyində baş verəcək hadisələri qabaqcadan proqnozlaşdırmaq çətindir. Yəqin ki, bundan sonra da orada kadr islahatları olacaq. Müdafiə Nazirliyinin müəyyən strateji postlarda mütləq mənada təyinatlar həyata keçirməsini istəyərdim. Çox qəribə görünür ki, müharibə vəziyyətində olan ölkədə vacib postlar nədənsə boş saxlanılır. Əvvəla, Hərbi Dəniz Qüvvələrinin komandanı və Qərargah rəisi vəzifəsindən çıxardılıb və təəssüf ki, yeni təyinat aparılmayıb. Adətən, əvvəl kadr tapılır, sonra isə kimsə vəzifəsindən çıxardılır. Digər bir məsələ isə Silahlı Qüvvələrin Akademiyası ilə bağlıdır. Görün neçə müddətdir ki, bu cür strateji yer polkovnik-leytenant rütbəli şəxsə tapşırılıb. Məncə, belə yanaşma kökündən yanlışdır". Ekspert bir müddət öncə intihar edən polkovnik-leytenantla bağlı nazirliyin yaydığı xəbərin onda olan məlumatla uyğun gəlmədiyini qeyd edib: "Açığı, son günlər bəzi məqamlar məni narahat edir. Tənqidlərimizdən nəticə çıxarmaq əvəzinə, bizi hədəfə alırlar. Biz axı kənar müşahidəçi olaraq düşündüyümüzü və yaxşı olmasını istəyirik! Dünən Müdafiə Nazirliyinin verdiyi açıqlamada deyirlər ki, özünü asan polkovnikin vəzifəsi qaldırılıb. Nə vaxtdan Müdafiə Nazirliyinin aparatında xidmət etmiş şəxsin aşağı vəzifəyə keçirilməsi yüksəltmə hesab edilir? Məncə, belə məsələlərə barmaqarası yanaşmaq olmaz və nazirlik sözçüsü açıqlamalarında diqqətli olmalıdır". Üzeyir Cəfərov orduda həyata keçirilən kadr siyasətində istefaların yox, müəyyən yerdəyişmələrin vacib olduğunu deyib: "Necə olur ki, Müdafiə Nazirliyi general Çingiz Məmmədovun istefaya getməsi ilə bağlı raporta münasibət bildirməyib?Hələ ötən il Zakir Həsənov nazir təyin olunanda Çingiz Məmmədov istefa ilə bağı raport yazmışdı. Niyə qədər kadr siyasətini bərbad günə qoyan Çingiz Məmmədov vəzifədə saxlanılır? Kadr siyasətində istefalar yox, ciddi yerdəyişmələr olmalıdır". |
2014-04-10 | 14,122 | Millət vəkilimiz rinqə çıxdı - Video | Azərbaycan Kikboksinq Federiyasının prezidenti, millət vəkili Adil Əliyev özünün maraqlı videosunu paylaşıb. "Axar.az" xəbər verir ki, A.Əliyev İnstaqramda Tailandda "Phuket Tayger klub"da məşq edərkən çəkilmiş videosunu yerləşdirib. Bu video izləyiciləri tərəfindən də çox bəyənilib. |
2014-04-10 | 14,123 | Suriyada son vəziyyət – Video | Suriyada müxalif qüvvələr ilə İran və Hizbullahın dəstək verdiyi Əsəd qüvvələri arasında qarşıdurmalar fasiləsiz olaraq davam edir. "Axar.az" Suriya müxalif mətbuatına istinadən xəbər verir ki, Əsəd rejiminə qarşı döyüşən müxalif qüvvələr Deyr əz-Zor şəhərində yerləşən hökumət qüvvələrinə aid hərbi aeroportun cənub hissəsini və orada olan bütün sursatı ələ keçirib. Digər tərəfdən Suriyanın müxtəlif bölgələrində Əsəd və ona dəstək verən şiə qüvvələrinə qarşı döyüşən müxaliflər rejimə aid bir çox bölgənin idarəçiliyini ələ keçirdiklərini və aralarında zabitlərin də olduğu bir çox rejim əsgərini və Hizbullah, şiə qüvvələrini zərərsizləşdirdiyini açıqlayıb. Müxaliflər Markada və Əl-Şədadi şəhərləri yaxınlığında Rakaya kəndini ələ keçirib. İslami-Cəbhə üzvlərinin Xan Şeyx ətrafında həyata keçirdiyi son əməliyyatlarda çoxlu hökumət əsgəri öldürülüb. |
2014-04-10 | 14,124 | "Ölkə başçısı konsertimizə gəlmir..." - Foto | "Planet Parni iz Baku" teatrının bədii rəhbəri Tahir İmanovla Heydər Əliyev sarayında verəcəkləri konsert öncəsi müsahibə götürmək üçün görüşmək istədik. Gərgin məşqlərin getdiyi bir dönəmdə vaxtının az olmasını desə də, suallarımızı cavablandırmaq üçün vaxt ayırdı. Məşqlərin getdiyi Filarmoniyada görüşdük. - Sizə necə müraciət etməyimizi istərdiniz - müəllim, yoxsa bəy? - Sadəcə, Tahir. - Məşqlər üçün niyə məhz Filarmoniya? - Yaxşı sualdır. Artıq neçə ildir ki, bizim məşq eləməyə yerimiz yoxdur. Mən bu il bir neçə teatr rəhbərinə, bir neçə quruma müraciət elədim ki, bizə məşq üçün yer versinlər, hamısından da mənfi cavab aldım. Elə bil, biz həmin KVN uşaqları deyilik: Respublikanı təmsil edirdik, ölkənin bayrağını qaldırırdıq. Ölkə başçısı konsertlərimizə gəlmir deyə, bizə münasibət 180 dərəcə dəyişib. Əlbəttə ki, adi tamaşaçılarımızın münasibəti 20 il bundan öncəki kimidir. Yeganə bizə kömək edən qurum Müslüm Maqomayev adına Dövlət Filarmoniyası və onun rəhbəri Murad Adığözəlzadədir. Mən fürsətdən istifadə edib Murad qardaşıma öz və teatrımız adından dərin təşəkürümü bildirirəm. - Tamamilə başqa bir sahədə təhsil almısınız, necə oldu ki, aktyor oldunuz? - Bu haqda məni sevənlər bilirlər, amma qısaca deyə bilərəm ki, 1980-cı illərin sonunda Moskvada KVN oyunu bərpa olunandan sonra, Azərbaycanda da bu hərəkat dəbə düşdü. Demək olar ki, hamı KVN oynayırdı. Bizim məktəbdə də bir nömrəli oyun KVN idi, əvvəlcə siniflərarası, sonra məktəblərarası. Mən 189 saylı orta məktəbin KVN komandasının üzvü idim və o vaxt Bakı çempionatı keçirilirdi. Münsiflər heyətinə Anar Məmmədxanov gəlmişdi. Həmin oyundan sonra Anar mənə yaxınlaşdı və "Parni iz Baku" KVN komandasına dəvət etdi. O gündən bu günə qədər həyatım bu üç hərfə bağlıdır. Düzdür, o vaxtdan çox keçib, lakin mən bundan sonra da gələcəyimi məhz bu üç hərifdə görürəm - KVN. - Anar Məmmədxanovun itkisi həyatınızda nəyi dəyişdi? - Əlbəttə ki, dəyişdirdi. Yaxın insanı itirəndə, insan necə olur? Depressiyaya düşürsən, fikirli olursan və dəyişilməz bir faktdır ki, bu gün biz "Parni iz Baku" adını yaşadırıq, söhbət XX əsrin çempionlarından gedir, yəni mən, Cabir, Bəhram, Emil, Azər və sair. Biz bu hərəkatı yaşadırıq və qoymurıq ki, sönsün. - Tez-tez məmurları parodiya edirsiniz, inciyənlər olurmu? - Bəli, olub. - Məsələn? - Ad çəksəm, bizə çox böyük problemlər yarada bilərlər. - Ona görə ad çəkmək istəmirsiniz? - Tez-tez zəng edib təzyiq edirlər, nə bilim, bu səhnəciyi çıxar, bu səhnəcik efirə getməsin. Amma biz bu təzyiqlərə qarşı mübarizə aparırıq və Allahdan da başqa heç kəsdən qorxmuruq. Bilirsiniz, ölkə başçısının dəstəyi olmasaydı, bizə çətin olardı və həmin təzyiq göstərən məmurlar bizi sözün əsil mənasında tapdalayardılar. İndi bəlli oldu ki, onların içində yumor hissi yoxdur. Baxmayaraq ki, 1990-cı illərdə ümummilli liderimiz Heydər Əliyev bizim bütün konsertlərə gələndə, onlar da gəlirdilər. Biz də elə bilirdik ki, onlar gülmək üçün gəlirlər, sən demə, adi bir "protokol" imiş bu. Cənab Prezidentimiz gəlirdi deyə, onlar da məcburən gəlirdilər. Prezidentimizin çox böyük yumor hissi vardı və o bizim konsertlərin bir nömrəli tamaşaçısı idi. Heydər Əliyev sözün əsl mənasında bizim konsertdə istirahət edirdi, o məmurlar isə "protokola" görə gəlirdilər. Çünki ölkə başçısı dünyasını dəyişəndən sonra konsertlərimizdən məmurların da ayağı bir yolluq kəsildi. Demirəm ki, bu, hamısına aiddir. Elələri var ki, gəlib kənardan öz parodiyalarına baxır. Misal üçün, Xarici İşlər naziri Elmar Məmmədyarov, "Azərbaycan Hava Yolları"nın baş direktoru Cahangir Əsgərov o məmurlardandır ki, yumor hissi var. Amma təəssüflər olsun ki, bəziləri bizə təzyiq göstərir. - Təzyiq edib nə deyirlər? - Keçən dəfə mən sizin sayta müsahibəmdə demişdim ki, bizim bannerləri asmağa Bakı şəhər İcra Hakimiyyətinin reklam departamenti icazə vermir. Bu da o deməkdir ki, onlar bizə təzyiqi bu cür göstərirlər, qoymurlar bizim bannerlər onlara həvalə olunan yerlərdə asılsın. – Qoymayıb nə deyirlər? - Müxtəlif bəhanələr gətirirlər. Bir dəfə "Yumor kuboku" başlayanda orada "İrəli" ictimai birliyinin loqotipi var idi, çünki bizə təşkilati dəstəyi onlar verirdi. Bizə dedilər ki, olmaz siyasi reklam. Bu bir az gülməlidir, çünki "İrəli" siyasi qurum deyil, ictimai birlikdir. Biz yenə də mübarizə aparırıq, ən əsası, ölkə başçısının dəstəyini hiss edirik. Onun dəstəyi olmasaydı, yenə deyirəm, bu gün bizi tapdalayardılar. Cənab Prezidentimizinin gözəl bir sözü var: "Mən hər bir azərbaycanlının prezidentiyəm". Biz bu sözü onun əməllərində görürük. - Müsahibələrinizin birində qeyd etmisiniz ki, məmurların yumor hissi müğənnilərdən yüksəkdir. Bu nədən irəli gəlir? - İntelektdən, intellektin səviyyəsindən. Axı intellekti yüksək olan şəxs hər həftə çıxıb maqazin proqramlarında ona-buna söz atmaz. İntellekti olan müğənni sırf sənətindən danışar, təəssüflər olsun ki, televiziyamız səviyyəsiz proqramlarla millətin intellekt səviyyəsini aşağı salır. Söhbət maqazin proqramlarından gedir. Şəxsən məni bir tamaşaçı kimi bu cür mövzular maraqlandırmır, kim kimin toyuna getmir, bir müğənni digər müğənnini nə üçün təhqir edib və sair. Məni maraqlandıran yalnız sənətkarın sənətidir, şəxsi həyatı yox. - Məlumdur ki, aprelin son günlərində KVN üç gün konsert proqramı ilə çıxış edəcək. Bəziləri konsert verəndə çoxlu dəvətnamə paylayır ki, yerlər dolsun. Sizdə necə, kiməsə dəvətnamə vermisiniz? - Bəli, bəzi adamlara dəvətnamələr verilib. - Həmin insanlar tamaşaçıların neçə faizini təşkil edir? - Cəmi iki faizini. Valideynlərimizə, bizim komandanın üzvlərinin ailələrinə, bir də bizim əsl sənətkarlarımıza dəvətnamə vermişəm. - Əsl sənətkar deyərkən... - Fərhad Bədərbəyli, Murad Adığözəlzadə, Rauf Babayev, Faiq Sücəddinov, Fidan və Xuraman bacıları, Zülfiyyə Xanbabayeva, Brilyant Dadaşova, Fuad Poladov, Afaq Bəşirqızı, Ramiz Novruz, Valeh Kərimov, Şahmar Qəribli, Yalçın Adığözəlov. Bunlar bizim əsl dostlarımız və əsil sənətkarlarımızdır. - Bir insanın gözünüzdən düşməsi üçün hansı hərəkəti bəs edər? - Qeyri-səmimiliyi və yalan danışmağı. - Niyə evlənmirsiniz? - Bu suala cavab vermək istəmirəm, şəxsi suallar yalnız mənim özümə aiddir, kütləvi informasiya vasitələri üçün deyil. Geniş kütlə qoy mənim sənətimlə maraqlansın. - Cabir İmanovla Tahir İmanovun fərqli cəhətləri nədir? - Çox azdır fərqli cəhətlərimiz, demək olar ki, bir mühitdə böyümüşük, eyni tərbiyəni almışıq. - Onun sizin qədər mediaya açıq olmamasının səbəbi? - Vaxtı azdır, yəqin ondan irəli gəlir. Bu onun şəxsi prinsipidir. |
2014-04-10 | 14,125 | Ermənistanda etiraz aksiyaları başladı | İrəvanda yeni pensiya sistemi haqqında qanundan- icbari ödənişə aid tələbin ləğv edilməsinə qarşı mübarizə aparan vətəndaş fəalları hökumət binası yanında yolu bağlayıb, nəqliyyatın hərəkətini iki saat müddətinə dayandırıblar. "Mən əleyhinəyəm!" (ermənicə "Demem!") vətəndaş hərəkatının yüzlərlə fəalı Maliyyə Nazirliyi qarşısında etiraz aksiyasını keçirib. Onların maliyyə naziri David Sərkisyana yazılı surətdə tələblərini təqdim etmək cəhdi baş tutmadıqda izdiham Respublika Meydanına birləşən yolu kəsib fasiləsiz oturaq tətil elan edib. Təxminən üç saat ötəndən sonra fəallarla ötən həftə istefa vermiş və artıq sabiq baş nazir Tiqran Sərkisyan görüşüb. Sərkisyan fəalları dialoqa dəvət edib və qanunun təkmilləşdirilməsi üçün yaradılmış işçi qrupa qatılmağa çağırıb. Lakin o, fit səslərinin müşayiəti ilə geri dönməyə məcbur olub. Ötən həftə baş nazir vəzifəsindən istefa vermiş Tiqran Sərkisyan fəalları pensiya qanununun təkmilləşdirulməsi ilə məşğul olan işçi qrupa qatılmağı təklif edib. "Mən əleyhinəyəm!" hərəkatının fəalları deyir ki, ictimaiyyətin başlıca tələbi Konstitusiya Məhkəməsinin qərarının ayrı-ayrı müddəalarının deyil, bütövlüklə qərarın yerinə yetirilməsidir. Konstitusiya Məhkəməsi aprelin 2-də qəbul etdiyi qərarla mübahisəli pensiya qanununu ölkə konstitusiyasına uyğun olmayan tanıyıb. Eyni zamanda qanunda dəyişiklər etmək üçün hökumətə və parlamentə cari ilin sentyabr ayınadək vaxt verib ("Musavat.com"). |
2014-04-10 | 14,126 | Rusiya Avropa Şurasından çıxarılır | Bu dəqiqələrdə Rusiyanın Avropa Şurasından çıxarılması məsələsi müzakirə edilir. "Axar.az" xəbər verir ki, bir azdan məsələnin Şurada səsverməyə qoyulması nəzərdə tutulur. Avropa Şurasından canlı yayımı təqdim edirik. |
2014-04-10 | 14,127 | İstanbulda atışma: 1 ölü, 2 yaralı – Video | Bəyoğlunda iki qrup arasında çıxan silahlı davada bir nəfər ölüb, iki nəfər isə yüngül xəsarət alıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, İstanbulun Bəyoğlu rayonunda yerli vaxtla saat 20:00-da iki qrup arasında toqquşma meydana gəlib. Daha sonra silahların səsləndiyi toqquşmada kimliyi bəlli olmayan bir şəxsin başına güllə dəyib və iki nəfər də yüngül xəsarət alıb. |
2014-04-10 | 14,128 | Gömrük İttifaqının yeni valyutası bəlli oldu | Gömrük İttifaqı ölkələrinin yeni valyutası – "Altun" tədavülə buraxılacaq. "Axar.az" xəbər verir ki, yeni valyutanın buraxılması 2025-ci ilə planlaşdırılsa da, Avropa Birliyi və ABŞ-ın iqtisadi sanksiyaları səbəbindən proses tezləşdirilə bilər. Mayda Rusiya, Qazaxıstan və Belorus prezidentləri Avrasiya İqtisadi İttifaqının 2015-ci ildə yaradılması ilə bağlı müqavilə imzalayacaqlar. Yeni birliyə Qırğızıstan, Ermənistan və Tacikistan da qoşulacaq. Vahid valyutanın yaradılmasının təşəbbüskarı Qazaxıstan prezidenti Nursultan Nazarbayev olub. |
2014-04-10 | 14,131 | XİN-də ciddi qanun pozuntuları aşkarlandı | Azərbaycan Hesablama Palatası Xarici İşlər Nazirliyinin (XİN) fəaliyyətində dövlət vəsaitinin icrası ilə bağlı ciddi maliyyə nöqsanları, qeyri-qanuni artırılmış ştat vahidləri və saxta ezamiyyələr aşkarlayıb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir. Auditlə əhatə olunan dövrdə nazirlikdə bəzi xərclər üzrə proqnozların düzgün hesablanmaması, vəsaitlərdən tam, düzgün istifadə edilməməsi faktı aşkarlanıb. Audit zamanı aşkar olunub ki, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təyinat dəyişikliyinə yol verilib, mərkəzi aparatın strukturunda idarələr (şöbələr) Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş normativdən az ştat vahidi ilə fəaliyyət göstərib, bəzi dövlət qulluqçularına vaxtından əvvəl ixtisas dərəcəsi verilib, dövlət qulluqçuları və diplomatik xidmət əməkdaşları üçün referent vəzifəsi nəzərdə tutulmadığı halda, bir sıra hallarda təminedici idarə və şöbələrdə referent vəzifəsi edilərək onlara məsləhətçinin əmək haqqına uyğun əməkhaqqı verilib. Yoxlamalar zamanı məlum olub ki, XİN tərəfindən diplomatik rütbələrin verilməsi qaydaları müəyyən edilməyib, diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi, onlara verilən təminatlar və kompensasiyaların hesablanması zamanı qanunvericilik aktlarına əməl edilməyib. Hətta bəzi hallarda rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarına saxlanılan əməkhaqqı üzrə, diplomatik rütbəyə görə və səlahiyyətlərin icrası ilə bağlı təmsilçilik xərcləri üzrə artıq vəsait xərcinə yol verilib. Bundan başqa, iki halda fövqəladə və səlahiyyətli səfir təyin olunan şəxslərə saxlanılmalı olan əmək haqqının məbləği artıq hesablanıb, nazirliyin işçisi hesab edilməyən və beynəlxalq təşkilatlarda çalışan əməkdaşlar rotasiya qaydasında diplomatik vəzifə tutan şəxslərə bərabər tutularaq 50% əlavə əmək haqqı saxlanılıb. Eyni zamanda aşkar olunub ki, XİN-in balansında müəyyən edilmiş limitdən artıq xidməti minik avtomobilləri saxlanılıb, nəqliyyat vasitələrinə yanacaq sərfi və xüsusi təyinatlı nəqliyyat vasitələri (mikroavtobus) üçün aylıq yürüş həddi normalarının, xarici ezamiyyətlər zamanı müəyyən edilən qaydaların, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı xərc normalarının düzgün tətbiq edilməməsi nəticəsində artıq vəsait ödənilib. Palata bundan əlavə daha bir sıra hallar üzrə də xeyli vəsait itkisi faktı qeydə alıb. Hesablama Palatasının Kollegiyası bu auditin nəticələrini müzakirə edərək, aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə qərar qəbul edib, həmin qərarı icrası üçün XİN-ə göndərib. Nəzarət tədbirinin nəticələri barədə Milli Məclisə məlumat verilib. |
2014-04-10 | 14,132 | Prokuror qətli ört-basdır edir | Həkim məsuliyyətsizliyi ucbatından dünyasını dəyişmiş Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyevin vəkili Səməd Vəkilov Baş Prokuror Zakir Qaralova müraciət edib. Bu haqda vəkil Səməd Vəkilov özü məlumat verib. Vəkilin sözlərinə görə, müraciəti vacib edən səbəb Nəsimi Rayon Prokurorluğunun işin istintaqını aparan müstəntiqi Ələkbər Rzayevin həkimlərin cinayət əməlini ört-basdır edən fəaliyyətidir: "Heç cür anlamaq olmur ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Baş prokuror Zakir Qralaovun nəzarətində olan və bu boyda ictimailəşmiş bir cinayət işinin istintaqını aparan müstəntiq heç nədən çəkinmədən vəsatətləri təmin etməsin, həkimlərin iş materialına təqdim etdikləri saxta sənədləri bilə-bilə qəbul etsin və heç bir əsas olmadan, onların məsuliyyətdən qurtarmasına yardımçı olsun. Görünür, bizim hələ aşkara çıxara bilmədiyimiz hansısa qüvvələr ciddi fəaliyyət göstərirlər ki, bu qatillər məsuliyyətdən qurtarsınlar". S.Vəkilov bütün bu səbəblərdən bu gün Baş prokuror Zakir Qaralova cinayət işinin Nəsimi Prokurorluğundan alınması üçün müraciət edildiyini bildirdi: "Nəsimi prokurorluğuna zərərçəkmiş tərəfdən bir sıra vəsatətlər verilsə də, müstəntiq Ələkbər Rzayev bunları araşdırmayıb. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 206-cı maddəsinə əsasən, KİV-də törədilmiş və ya hazırlanan cinayətlər haqqında verilmiş məlumatların cinayət təqibi orqanlarına göndərilməsi nəzərdə tutulub. Elnarə Niftəliyevanın ölümünə səbəb olmuş cərrahi əməliyyatın əsas iştirakçısı olan həkimlər Mahir Məmmədov, Fərəculla İdrisov, Firuz İbrahimov mətbuatda istintaqa verdikləri ifadələrlə ziddiyət təşkil edən açıqlamalar veriblər. Bu halda istintaq orqanı bu ziddiyətlərlə bağlı məsələni araşdırmalı idi. Lakin APA İnformasiya Agentliyində 15 yanvar 2014-cü il tarixdə "Araşdırmadan sonra ölümdə günahı olan həkimlər barəsində müvafiq tədbirlər görüləcək" başlığı altında (müəllif Fuad Cəfərov), 28.03.2014-cü il tarixində isə "Aznews.az" saytında getmiş "Elnarə Tofiqqızının həkimləri bir-birini ifşa etdi – Nazirə növbəti müraciət" (müəlif Amid İsgəndərov) adlı yazılar Cinayət Prossesual qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmi şəkildə istintaqa təqdim edilsə də, müstəntiq Ələkbər Rzayev bu sənədləri araşdırmayıb. Bundan başqa, həkim F.İdrisovun əməlində dələduzluq cinayətinin tərkibi olması barədə verilmiş vəsatət də araşdırılmadan qalıb. Halbuki bu vəsatətin təmini ilə bağlı Baş prokurorun birinci müavini Rüstəm Usubov şəxsən göstəriş vermişdi. Müvəkkili olduğum A.Niftəliyev 31 mart 2014-cü il tarixdə təkrar ekspertiziya keçirilməsi ilə bağlı vəsatət verdi. Adıçəkilən müstəntiq bu vəsatəti də araşdırmadı və təmin etmədi. Eyni zamanda, tərəfimizdən rəsmi şəkildə istintaqa təqdim edilmiş müstəqil həkim ekspert rəyi də müstəntiq tərəfindən araşdırılmadı". S.Vəkilov zərərçəkənlə müstəntiqin qanunvericiliyə görə, "eyni tərəfdə" durmalı olduğu, ancaq Ələkbər Rzayevin özünü həkimlərin vəkili kimi apardığını vurğuladı: "Cinayət prosessual qanunvericiliyi ilə zərərçəkmiş tərəf prossesual statusuna görə müstəntiqlə eyni tərəf hesab olunsa da, Ə.Rzayev ittiham tərəfin mövqeyini araşdırmaqda maraqlı olmayıb. Nəticədə istintaqın obyektiv qənaətə gəlməsinə mane olub". Xatırladaq ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E.Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.